Lafarellamagazine2

Page 1

1

MAGAZINE


2

REDAKSİYA HEYƏTİ İLKİN Yusif HÜSNİYYƏ Nemət Həşimova NURANƏ Tahirova MAHİRƏ Əmrullayeva FƏRİD Mikayıl MƏMMƏD Əliyev AYNUR Zərrintac ERKİN Ergin HƏSƏN Mehdiyev


3

HAQQIMIZDA “Lafarella Magazine” jurnalı Lafarella brendinin layihəsidir. Bu jurnal alternativ qadın jurnalı olduğu üçün qadınları maraqlandıran mövzularda yazılar dərc edir. Jurnal qadınlara dəstək olmağı, zövqlərini oxşamağı, əyləndirməyi və məlumatlandırmağı qarşısına məqsəd qoyub.

MAGAZINE


4


5

MAKARONBAZ İ

lk reklamlar bizim eradan 4000 il əvvəl

etdiyimiz reklamlar həmişə həftənin ən çox

Misirlilərin

satış

baxılan virallarından oldu. Lafarella markası

mesajları və divar posterleri ilə başlayıb.

üçün həyata keçirdiyimiz “Makaronbaz” adlı

Lakin onların xəbəri yoxdur ki, biz hələ də bu

partizan fəaliyyətimiz social şəbəkədə maraqla

üsuldan istifadə edirik.

qarşılandı. Lafarella makaronlarının çeşidlərini

papirüslara yazdığı

Həmin o divarları indi daha çox sosial

göstərmək üçün “Guerrilla” fəaliyyətini həyata

şəbəkələrdəki divarlar əvəz edir. Lakin bir gün

keçirtməyə qərar verdik. “Plaş altında gizli satış”

insanlar monotonluqdan bezəndə köhnə dəb

üsulunu tətbiq etməyi fikirləşmişdik. Lakin,

yada düşür. İnsan yenidən küçəyə qayıdır. Bax

məqsəd məhsulu satmaq əvəzinə markanı

bura əsl meydandır. Daha real, daha təhlükəli

satmaq idi. Makaron çeşidlərinin seçimində

,daha riskli, daha təbii və maraqlı. Bu çətin

daha çox qadınlar rol oynadığı üçün qadınları

tapşırığı yerinə yetirən reklamçı isə əsl partizan

hədəf seçdik. Makaron çeşidlərini təbliğ edən

olmalıdır.

Marketing”

şəxs üçün Makaronbaz obrazını fikirləşdik.

sözünü eşitmisiniz. Bu sözü dünyalılar çoxdan

Makaronbaz obrazı şən, pozitiv və qadınlarla

eşidiblər.İlk dəfə 1960 cı ildə Amerikada

ünsiyyət qura biləcək şəxs olmalı idi. Bu Erkin

reklam sektorunda

Ergin oldu. Etiraf edək ki, Erkin makaron sevən

Yəqin

ki,

”Guerrilla

işləndi

daha sonralar

Jay Conrad Levinsonun 1984-cü ildə yazdığı kitabın adı oldu. Guerrilla,

şəxsə daha çox bənzəyir. Guerrilla

qeyri-ənənəvi

zamanı

xanımlar

təəcüblənsələr də prosesi xoş qarşıladılar.

gözlənilməz yerdə və gözlənilməz zamanda

Fəaliyyət zamanı gizli kameralar, mikrofon,

həyata

səsyazma cihazı və səsli

keçirilən

reklam

üsullarla

fəaliyyəti

kampanyasıdır.

əlaqə vasitələri

Başa düşülsün deyə “Guerilla Marketing”

istifadə olundu. Danışıq zamanı biz xanımların

sözünü

ilə əvəz

hansı çeşidi seçdiyini eşidirdik və onlara

üstünlüyü

makaron çeşidini yollayırdıq. Yaxınlaşdığımız

edirəm.

“Partizan Fəaliyyəti” sözü Partizan

fəaliyyətinin

klassik metodlardan fərqli olaraq müştəridə

xanımlardan

daha qalıcı təsir bağışlaya bilməsi və

görünməyinə etiraz etməyənləri videoçarxda

aşağı

büdcə ilə böyük kütləyə xitab edə bilməsidir. Partizan fəaliyyətinin üstün cəhətlərindən biri

icazə

aldıq

üzünün

saxladıq. Guerrilla

fəaliyyətimiz

küçədə

uğurla

də rəqiblərə kiçik hücumlar etməklə onları

baş tutmuşdu. Videonu

zəiflətməkdir. Bu bəzən əyləncəli və bəzən də

yüklədikdən sonra yeni bir uğur qazandı.

mərhəmətsiz şəkildə olur.

Video virallaşdı. İlk iki gündə “organic” baxış

Bumeranq Yaradıcılıq Mətbəxi fəaliyyət istiqamətini dəyişərək 2014-cü ildən viral və

sosial şəbəkəyə

15k olmuşdu. 101 şərh , 332 bəyənmə və 84 paylaşım olmuşdu.

guerrilla reklamlar üzərinə hədəfləndi. İstehsal

MAGAZINE


6

“Yerli mağazalardakı fantastik qiymətlər ideyamı gerçəkləşdirmək üçün təkan oldu. Hər bir dəbsevər kimi boynuma alıram ki, hələ uşaqlıqdan bunun arzusu ilə yaşayırdım. Ancaq düşünərək addım atmağı xoşladığımdan istəmirdim ki, yaratdığım brend ziyafət geyimlərindən ibarət olub, yalnız toydan-toya yada düşsün. Bundan başqa, brend yaradıb, sonradan onu atelyeyə çevirməyi də düşünmürdüm. Naveen-i yaradanda özümə verdiyim ilk sual “Dizayn etdiyim geyimləri mən geyinəcəmmi?” oldu… İnanıram ki, Naveen daha da böyüyəcək. Çünki insan çəkdiyi zəhmətin əvəzini həmişə geri alır. Bu il xarici satış platformasına da çıxmağı düşünürük və hazırda bunun üzərində işlər gedir. Naveen-i dünyada “Made in Azerbaijan” markası ilə tanıtmaq, məşhurlaşdırmaq ən böyük arzumdur”. (Nəzrin Ağarzayeva)


7

NAVEEN 2016-cı ilin əvvəli öz geyim brendini yaratmaq üçün var gücü ilə işə başlayan Nəzrinin ən böyük dəstəkçisi xalası idi: “Birlikdə dərzi tapdıq. Xalamın tikişə aid biliyi vardı deyə dərzini rahat başa sala bilirdi və mən də artıq bunu öyrənmişəm”. Oktyabrın əvvəli satışlara başlayan Naveen qısa zamanda gənc xanımların qarderobunu bəzəməyi bacarır. Naveen rahatlıq və sadəliyi üstün tutan, eyni zamanda

gündəlik

geyimə

gözəçarpan

dəb

ünsürü əlavə etməyi bacaran şəxsdir. Naveenin kolleksiyalarına müxtəlif tərzdə geyimlər və geyimin açar parçası hesab olunan “statement piece”

daxildir.

Geyimlərin

dizaynı

Nəzrinə

məxsusdur. Geyimlər standart ölçülərdə (S, M, L) təklif edilir, istəyə görə bu ölçülər 2 dəfə balaca və ya böyük ola bilər. Sifarişləri öz saytı və sosial şəbəkələrdəki səhifələri vasitəsilə alan Naveen bu yaxınlarda showroom nəzdində satışa keçməyi düşünür: “Onlayn qaydada kifayət qədər satış etmişik və fikirləşirik ki, fiziki satışa keçsək, əhatə etdiyimiz seqment

daha

da

böyüyəcək.

Çatdırılmanı

komanda olaraq edirik, ailəm də hərdən kömək edir. Hətta yolum düşəndə sifarişləri özüm də aparıram. Naveen-in yaradıcısı olsam da, bu, o demək deyil ki, ayağımı ayağımın üstünə qoyub oturmalıyam. Sevdiyin işi görəndə hər sahəsində kömək edirsən. Son zamanlar sifarişlər artıb deyə “Velokuryer” çatdırılma şirkəti ilə əməkdaşlıq edirik. Sifariş həm vaxtında, həm də velosipedlə ekoloji təmiz formada çatdırılır”.

MAGAZINE


8

N

aveen-in 2017 yaz-yay kolleksiyasında pambıq, kətan kimi təbii parçalardan

hazırlanmış geyimlər üstünlük təşkil edir. Pastel rənglərin harmoniyasında trendə uyğun eleqant geyimlər həm gözoxşayan, həm də olduqca sərfəlidir.


9

Spaghetti Spagettinin məşhur forması İtaliyanın cənubunda və Neapol, Genuya, Liquriya kimi ilk makaron məmulatlarının istehsal edildiyi şəhərdə meydana çıxıb.

MAGAZINE


10


11

TOOMUSH Z

əriflik və cazibəsi ilə göz oxşayan “Toomush” qısa müddətdə xanımların sevimlisinə çevrilən yerli brendlərdən biridir. Brendin ideya müəllifi və

yaradıcıları Aydan Aydın və Aysel İbrahimova uzun illərdir ki, dostluq edən yaxın rəfiqələrdir. Mainstream (red. əsas axın) modadan həmişə uzaq qaçan rəfiqələr qadın zərafətini təcəssüm etdirən, eyni zamanda rahat alt geyimləri hazırlamaq arzusu ilə 2015-ci ildə birlikdə fəaliyyətə başlayırlar. Avropadan tikiş materialları və ləvazimatlarını sifariş etdikdən sonra ilk modelləri tikməyə başlayan xanımlar 2016-cı ildə daha geniş kütləyə xitab etmək qərarına gəlirlər. Pozitiv, mehriban səslənən və yerli brend kimi yadda qalan bir ad axtarışında olan rəfiqələr “Toomush”-a qərar verirlər. “Toomush”-un əsas məqsədi qadınların gündəlik həyatına təbiilik, rahatlıq və gözəllik qatmaqdır. İncə krujeva və güpürdən hazırlanmış modellər qırmızı, bənövşəyi, yaşıl, göy kimi parlaq, çəhrayı, boz, mavi, ağ kimi pastel rəng tonlarının harmoniyasında olduqca məftunedici görünür. Hər bir dəst sizin ölçüləriniz üçün tikilir. Parçalar məhdud sayda olduğuna görə hər bir xanım üçün xüsusi model hazırlanır. Hazırda qadın alt geyimləri ilə yanaşı, gecəliklər də hazırlayan “Toomush” yaxın zamanda çimərlik geyimlərinin təqdimatını edəcək.

MAGAZINE


12

“Əziyyət çəkib ikiqat push-up ilə təbiətin verdiyi incəliyi gizlətməkdənsə, Toomush ilə öz gözəlliyinizi yenidən kəşf edin”

Aydan Aydın


13

MAGAZINE


14


15

QURAMA A

dını müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə hazırlanan qədim tikmə

üsulundan götürən Qurama moda kursları təşkil edən və aksessuar satışı ilə məşğul olan yerli brenddir. 2016-cı ildə Aygül Səfərli tərəfindən yaradılan Quramada modanın bir sıra qolları tədris olunur: •

Anatomik üslubda insan fiqurlarının qurulması

Rəng, işıq-kölgə və forma anlayışı

Müxtəlif texnikalarla (rəngli qələm, marker, sulu

və yağlı boyalar) eskizlərin hazırlanması •

Parçalar haqqında ümumi məlumat, növləri,

işlənmə qaydası və eskizlərin hazırlanması •

Moda anlayışı və tarixi

Kolleksiyaların hazırlanması və kompozisiyaların

qurulması •

Azərbaycan və digər xalqların milli geyimlərinin

müasir trendlərə uyğunlaşdırılaraq yenidən tikilməsi •

Moodboardlar (lövhə üzərində foto, yazı və kiçik

ölçülü əşyalardan düzəldilmiş kollaj) və onların əsasında kolleksiyaların hazırlanması •

Əl işləri və aksessuarların düzəldilməsi Quramanın əl işləri kolleksiyasına həndəsi naxışlı

çantalar və cürbəcür yaxalıqlar daxildir. Gələcəkdə eyni adlı moda məktəbi açmağı düşünən Aygül hal-hazırda Quramada müxtəlif yaş qrupundan olan dəbsevərlərə modanın sirlərini öyrədir.

MAGAZINE


16

Hər

şey

mənim

Bakıdan

Peterburqa

uçuşum

zamanı mütləq necəsə doldurmalı olduğum 4 saat boş vaxtımın olmasından başladı. Özümlə muncuqlar və iplər götürdüm, təyyarədaki yerimdə əyləşdim və işə başladım. Nə bıcaq, nə də iynə var idi.Təkcə istəyim var idi, nəsə etmək istəyi... Qayçı olmadığı üçün bəzi ipləri dişimlə kəsməli, iynə olmadığından möhkəm düyünlər vurmalı olurdum. Nəticədə orijinal möhtəşəm boyunbağı alındı. Mənim ilk zərzibonumun tarixçəsi belə başladı. Sonralar yeni modellər fikirləşməyə başladım. Bunu ancaq özüm üçün edirdim, hərdən də dostlarıma hədiyyə edirdim. Bir gün anladım ki, zərzibonlarım haqqında bu qədər xoş söz eşitməyim boş-boşuna deyil. Beləcə bunu hobbidən daha böyük bir şeyə çevirmək istəyi yarandı. Bəli, hər şey bir istəkdən yarandı. İndi isə gələcəkdə brendə çevrilicək kiçik, sevimli bir hobbibiznesdir.


17

ZƏRZİBON tərəfindən “LAFARELLA MAGAZİNE” jurnalına xüsusi hədiyyə.

MAGAZINE


18

Fusilli Fuzilli düz kəsikli qısa makaronlar sinfinə aiddir. Spiral formasındadır. Qədimlərdə fuzilli əldə düzəldilirdi və bu ənənə anadan qıza keçirdi. Xəmir, toxuma milinin ətrafında çevik hərəkətlə burulurdu. Hərəkət sap əyrilməsinə bənzəyirdi. Həqiqətən də “fuzillo” termini ipəyirənlərin istifadə etdiyi alət olan “fuzo”dan qaynaqlanır.


19

“Hipster səndən daha

hipster

olan şəxsdir”

MAGAZINE


20

HİPSTER TƏRZİNƏ SAHİB OLDUĞUNUZU GÖSTƏRƏN 9 ƏLAMƏT • Geyindiyiniz paltarlardan asanlıqla alış-veriş mərkəzlərində tapılmaz. • Şərfi bağlamağın birdən çox yolunu bilirsiniz. • Qarderobunuz həm keçmiş dövrə aid (vintage), həm dizayner, həm də küçə tərzinə məxsus geyim parçalarından ibarətdir. • Optik olmayan “optik” eynəklər taxırsınız. • Nirvana, Rolling Stones, Beatles... Musiqi qruplarının adı yazılmış maykalar dəb silahınızdır. • Rahat, ancaq diqqətçəkən ayaqqabılarla yad baxışları ayaqlarınıza yönəltməyi bacarırsınız. • Dağınıq, “daranmamış” saçlara sahibsiniz. • Dama-dama köynək, dama-dama ətək, dama-dama don vazkeçilməzinizdir. • Digər geyim tərzlərindən “oğurlanmış” ünsürlər (grunge, hippie, boho ilə qarışıq look ola bilər)


21

MAGAZINE


22


23

Penne Rigate Penne (ital. lələklər) – qısa makaron məmulatlarının kənarları kəsilmiş, orta formatlı, boru şəkilli növüdür. Makaron dənələrinin diaqonal kəsimi lələkli qələmi xatırladır. Ona görə də bu makaronları belə adlandırıblar. Pennenin vətəni Toskanadır.

MAGAZINE


24


25

YENİ BAŞLAYANLAR ÜÇÜN ÇAKRA BƏLƏDÇİSİ

Y

oqa ənənələrinə görə, insan görünən

yaşamağa layiq olub-olmadığınız hissidir. Onun

fiziki mövcudluğundan əlavə, gözlə

balansı pozulduqda hissləriniz qeyri-sabitləşir,

görünməyən və əllə hiss edilməyən, çakra

günahkarlıq hissiniz artır və şəxsinizə qarşı

(dönüş) adlanan yeddi əsas enerji nöqtəsindən

sərt davranırsınız. O, balansda olduqda isə

ibarət “həssas orqanizm”ə sahibdir. Çakrada

daha yaradıcı, pozitiv, sanki okean dalğaları

enerji

kimi axında və özünüzü dəyişikliklərə hazır hiss

bloklanarsa,

fiziki,

əqli

mənəvi

tarazsızlıq yaranır ki, bu da təşviş, nasazlıq və həzm sisteminin pozulmasına gətirib çıxarır. Yoqa bu enerjini azad edə və nizamsız çakranı

edirsiniz. Deviasana (İlahə Pozası)

stimullaşdıra bilər. Bir az məşq etməklə enerji

Manipura (Göbək Çakrası)

nöqtələrinizi idarə edə və onu getmək istədiyiniz

Ünsür: Od

istiqamətə yönləndirə bilərsiniz. Unutmayın,

Rəng: Sarı

həssas orqanizmdə dəyişikliklər ürək döyüntüsü

Manipura tarazlandıqda özünüzü canlı hiss

və boy kimi ölçülə bilməz. Yoqanın faydalarını hiss etmək üçün daxili təcrübənizə inanmalısınız.

edir, hərəkət və məhsuldarlıqda

özgüvənli

olursunuz. Bloklandıqda isə bu sizin cəsarətsiz, özgüvənsiz, durğun və süstləşməyinizə səbəb

Muladhara (Kök – Əsas Çakra)

olur. Bu çakranın üzərində işləməklə, siz əsl

Ünsür: Yer

daxili gücünüzü oyandıra və risk etməkdə

Rəng: Qırmızı

qorxularınızın qarşısını ala bilərsiniz.

Muladhara ailə bağlarınızı, sağ qalma,

Navasana (Qayıq Pozası)

mənsubiyyət və müdafiə instinktinizi idarə edir.

Əsas

ehtiyaclarınızın

qarşılanmamasından

asılı

qarşılanıb-

olmayaraq,

ən

erkən xatirələriniz burada saxlanılır. Muladhara bağlı olduqda və ya balansı itirdikdə qayğıya möhtac hiss edir, özgüvəniniz sarsılır və özünüzdə destruktiv davranış nümayiş etdirməyə meyilli olursunuz. O, balansda olduqda isə özünüzü güclü, əmin hiss edir, ayaqlarınız üstündə durmağı bacarır və öz qayğınıza qala bilirsiniz. Vrksasana (Ağac Pozası)

Svadhisthana (Çanaq Çakrası) Ünsür: Su Rəng: Narıncı Bu çakra reproduktiv və cinsi orqanlarınıza uyğun

olub

dəyişkənlik,

yaradıcılıq

reproduktivliyi əks etdirir. Svadhisthana hərfi mənada həyatı xoş, dolu və yaradıcı formada

MAGAZINE


26

Anahata (Ürək Çakrası) Ünsür: Hava Rəng: Yaşıl Şəfqət, əfv və barış vasitəsilə daxilinizdəki qeyd-şərtsiz sevgi gücünü oyandırın. Ürək çakrası bloklandıqda digər şəxsə sahiblənmə hissiniz artırar və bu da disfunksional münasibətin yaranmasına səbəb ola bilər. Həmçinin, rədd olunmaq qorxusuna görə təcrid edilə bilərsiniz. Anahata çakrasını oyatdıqda qəlbinizi yenidən açmaqla keçmiş yaraları sağalda, sevə və sağlam münasibət qura bilərsiniz. Ustrasana (Dəvə Pozası)

Vishuddha (Boğaz Çakrası)

müxtəlif perspektivlərdən yanaşa bilərsiniz. Sukhasana (Asan Poza)

Sahasrara (Tac Çakra) Ünsür: Kosmik enerji Rəng: Bənövşəyi və ya ağ Tac çakra özündə gözəllik və mənəviyyatı ehtiva edir. O, fiziki kimliyinizdən ziyadə mənəvi bir varlıq olduğunuzu anlamaqda sizə kömək edir. Sahasrara bədəndə deyil, başın üzərində tac kimi hərlənir. O bağlandıqda siz xoşbəxtliyi kənarda axtarır, əzab çəkirsiniz. Bu çakra üzərində işləmək istənilən vəziyyətdə özünüzü azad hiss etməyinizə kömək edir. Savasana (Cəsəd Pozası)

Ünsür: Efir (xarakterik iyi olan rəngsiz uçucu maddə) Rəng: Mavi Vishuddha bloklandıqda sizə elə gəlir ki, sanki səsinizi və həqiqəti tapa bilmirsiniz. Və ya əksinə, bu zaman hədsiz danışqan ola və digərlərinə qulaq asmaya da bilərsiniz. Bu çakra açıq və oyaq olduqda, səsiniz fəzada elə hərəkət edir ki, sağlam formada hisslərinizi çatdıra bilirsiniz. Eyni zamanda, digərlərini daha yaxşı dinləməyə və mühakimə etmədən şəxsi doğrulara hörmətlə yanaşmağa başlayırsınız. Salamba Sarvangasana (Dayaq verərək çiyin üstündə dayanmaq)

Anja (Üçüncü Göz Çakrası) Ünsür: İşıq Rəng: Tünd göy Anja intuisiya və ya altıncı hissinizlə bağlı olub, digər çakraların fəaliyyətini idarə edir. Bu çakra normal fəaliyyət göstərdikdə şəxsi düşüncəyə sahib olur, həyatın çətinlik və seçimləri ilə üzləşmək üçün daxili müdrikliyinizə inanmağınıza səbəb olur. Bloklandıqda isə sizi dar düşüncəli birinə çevirir, məntiq və şübhəyə qapılırsınız. Bu çakranın üzərində işləməklə daha böyük təsvirlərə açıq ola və məsələlərə

Mənbə: Yoga Journal


27

Stellini Stellini makaronları bir çox xörəklərdə istifadə olunur. Xüsusilə də pendirli, qaymaqlı souslarla hazırlandıqda çox dadlı və sağlam qida alınır.

MAGAZINE


28


29

H

arvard

Universitetinin

İctimai

seçin. Qismən hidrogenləşdirilmiş yağlardan

Səhiyyə fakültəsinin qida ekspertləri

istifadə etməyin. Unutmayın, azyağlı olmaq

və Harvard Səhiyyə Nəşrləri mətbəəsinin

“sağlam” demək deyil.

redaktorları tərəfindən hazırlanmış Sağlam

Su, kofe və çay için.

Qidalanma Boşqabı ABŞ Kənd Təsərrüfatı

Tərkibində şəkər olan içkilərdən istifadə

Departamentinin “MyPlate” adlı layihəsindəki çatışmazlıqlara cavab olaraq yaradılmışdır. Sağlam

Qidalanma

seçimində

Boşqabı

insanlara

kömək

qidalanma edən

izahlı

bələdçidir. Sağlam Qidalanma Boşqabından sağlam qida

balansını

etməyiniz

saxlamaq

tövsiyə

olunur.

isə gündə 1-2 dəfəyə qədər azaldın. Gün ərzində yalnız yarım stəkan meyvə şirəsi için. Fəal olun. Sağlam

Qidalanma

olunmuş

Bu

səhifəni

işarəsi fiziki aktivliyin çəkiyə nəzarət üçün

özünüz, həm də ailəniz sağlam qidalanmağı unutmasın!

rəngli

qaçan

təsvir

istifadə

kəsib, soyuducunun üstünə yapışdırın ki, həm

qırmızı

Boşqabında

üçün

göstərilmiş hissədən qayçı ilə səliqəli şəkildə

adam

əhəmiyyətli olduğunu əks etdirir. Sağlam

Qidalanma

Boşqabının

əsas

məqsədi keyfiyyətli qidalanmanın təbliğidir. • Karbohidratın növü onun miqdarından

Xörəklərinizi

əsasən

meyvə

tərəvəzlərdən hazırlayın – boşqabınızın ½ hissəsi Rəngarəng

etməyin. Süd və süd məhsullarının miqdarını

müxtəlif

çeşidli

meyvə

və tərəvəzlərə üstünlük verin. Unutmayın, qanda şəkərin miqdarına mənfi təsir etdiyinə görə kartof tərəvəz kimi Sağlam Qidalanma Boşqabına daxil edilməyib. Karbohidrat qida rasionunda vacibdir– boşqabınızın ¼ hissəsi Karbohidratın növü onun miqdarından daha vacibdir. Çünki meyvə, tərəvəz (kartof istisna), dənli bitkilər, bərk buğdadan olan makaron məhsulları və paxlalı bitkilər sağlam qida sayılır. Zülal enerjisi – boşqabınızın ¼ hissəsi Balıq, toyuq, paxlalı bitkilər və qoz-fındıq

daha vacibdir. Çünki meyvə, tərəvəz (kartof istisna), üyüdülməmiş dənli və paxlalı bitkilər digər

karbohidrat

mənbələrindən

daha

sağlamdır. • Sağlam Qidalanma Boşqabı istehlakçılara şəkərli

içkilərin

istifadəsindən

yayınmağı

tövsiyə edir. Belə içkilər əsas kalori mənbəyi olsa da, heç bir qida dəyəri yoxdur. • Sağlam Qidalanma Boşqabı istehlakçıları sağlam yağlardan istifadə etməyə çağırır. Sağlam

yağ

mənbələrinin

istehlakında

maksimum kalori miqdarı deyə bir şey yoxdur. Bununla da Sağlam Qidalanma Boşqabı illərlə insanlara yanlış diktə edilmiş “azyağlı” mesajının əksini tövsiyə edir. Mənbə:

Harvard

Universiteti,

İctimai

Səhiyyə fakültəsi

sağlam zülal mənbəyidir. Bu qidalardan salat hazırlaya və ya boşqabınızdakı digər tərəvəzlərlə birgə istehlak edə bilərsiniz. Qida rasionunuzdan qırmızı ətin miqdarını azaldın və donuz, kolbasa kimi emal olunmuş ətin istifadəsindən yayının. Sağlam bitki yağları Zeytun, kanola, soya, qarğıdalı, günəbaxan və yer fındığı kimi sağlam bitki yağlarını

MAGAZINE


30

Stortelli Stortelli makaronu orta qalınlıqlı və spiralşəkillidir. Ənənəvi olaraq, şorbaya və bulyona əlavə edilir.


31

MAGAZINE


32

MAC AND CHEESE “Makaron və pendir” və ya “makaron piroqu” adlanan bu xörək ingilis mətbəxinə məxsus, ancaq bütün dünyada geniş yayılmış ən ləziz təamlardan biridir. Ənənəvi olaraq, makaron və pendir sousundan hazırlansa da, müasir növlərinə ət, tərəvəz və çörək qırıntıları da əlavə olunur. Yaranma tarixi XIV əsrə qədər gedib çıxan bu xörəyi Amerika mətbəxinə Amerika Birləşmiş Ştatlarının 3-cü prezidenti Tomas Cefferson təqdim etmişdir. O vaxtdan bəri sobada bişmiş makaron və pendir Amerika mətbəxinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu ləzzətdən dadmaq üçün okeanı aşmağınıza ehtiyac yoxdur. Elə öz mətbəxinizdəcə əlinizin altında olan ərzaqlardan makaron piroqu hazırlaya bilərsiniz.

Tərkibi: • 300 qram zövqə uyğun makaron • 4 xörək qaşığı duzsuz (şit) yağ • 4 xörək qaşığı un • 2 stəkan yağlı süd • 1 stəkan çedder pendiri • 1 stəkan mozzarella pendiri • ½ stəkan parmesan pendiri • ¼ stəkan çörək qırıntıları (suxarı) • Zövqə uyğun duz, istiot • 1 çay qaşığı zeytun yağı (bitki yağı ilə əvəz edə bilərsiniz)

Hazırlanma qaydası: 1. Sobanı öncədən 400 dərəcə qızdırın. 2. Yağı iri bir qazanda orta temperaturda əridin. Sonra un əlavə edib, 1 dəqiqə qarışdırın. 3.

Qarışdırmağa davam edərək südü yavaş-yavaş üstünə töküb, 4-5

dəqiqə ərzində bişirin. Duz və istiot əlavə etdikdən sonra ocağın üstündən götürün. Bütün rəndələnmiş çedder, mozzarella və parmesanı töküb, pendirlər əriyənədək birlikdə qarışdırın. 4. Paralel şəkildə başqa bir qazanda makaronu qablaşdırmanın üstündəki təlimata uyğun olaraq bişirin. Süzdükdən sonra pendir sousunun üstünə əlavə edin. 5. Sonra makaron və pendiri soba üçün nəzərdə tutulmuş bir qaba töküb, üzərinə çörək qırıntıları, bir az parmesan və zeytun yağı əlavə edib, 20-25 dəqiqə (və ya üst hissəsi qızarana qədər) sobada bişirin.

Nuş olsun!


33

MAGAZINE


34


35

çox ir b in in ç a, həm anmasında t s a p o t n pes azırl Bu sousda isti xörəklərin hur. salat və istifadə olun

Tərkibi: •

2 stəkan təzə reyhan yarpağı

3 xörək qaşığı şam ağacı toxumu

2 diş sarımsaq

1 çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı

1 xörək qaşığı limon şirəsi

½ stəkan saf zeytun yağı

¼ stəkan parmesan pendiri

Zövqə uyğun duz, istiot

Hazırlanma qaydası: 1. Reyhan, şam ağacı toxumları, sürtkəcdən keçirilmiş limon qabığı, limon şirəsi, doğranmış sarımsaq, duz və istiotu blenderdə (və ya üyüdücüdə) çalın. Üzərinə zeytun yağı əlavə edib qarışdırın. Hazırladığınız məhlulu bir qaba töküb, sürtkəcdən keçirilmiş parmesan pendiri əlavə edin. 2. Sousdan həmin gün istifadə etməyəcəksinizsə, onu plastik bir qaba boşaldıb, üzərinə zeytun yağı damcıladın. Beləcə, zeytun yağı hava kütlələrinin sousa daxil olmasının qarşısını alacaq.

MAGAZINE


36

TOLUQLU MAKARON SALATI Əgər asan hazırlanan və doyumlu salat resepti axtarırsınızsa sizə toyuqlu makaron salatını tövsiyyə edirik.

Tərkibi Toyuğun döş əti - 100 qr Makaron - 80 qr Pomidor - 2 ədəd Xiyar - 1 ədəd Qarğıdalı (konservləşdirilmiş) - 4 xörək qaşığı Kahı Mayonez, duz, istiot - zövqə görə

Hazırlanma qaydası: Makaronu qaynadın, hazır olduqdan sonra aşsüzəndə soyuq su ilə yuyun. Toyuğu az duzlanmış suda qaynadın və xırda dilimlərlə doğrayın. Pomidorları kub şəklində, xiyarı isə halqavari doğrayaraq qarğıdalı, toyuq və makaronla qarışdırıb duz və istiot əlavə edin. Qaba ilk öncə əl ilə kəsilmiş kahı yarpaqlarını düzüb salatı əlavə edərək mayonezlə qarışdırın. Bu salat kifayət qədər doyumlu olduğu üçün həm qəlyanaltı həm də əsas yemək olaraq yeyilə bilər.


37

Mini Rigatoni Mini Rigatoni quru və qısa makaronlar ailəsinə aiddir. Düzgün kəsikləri və tilli səthi var. Vətənini dəqiq bilən yoxdur, amma Kampaniyadan olduğu təxmin edilir.

MAGAZINE


38

Mini Penne Rigate Mini Penne Rigate (ital. lələklər) – qısa makaron məmulatlarının kənarları kəsilmiş, orta formatlı, boru şəkilli növüdür. Makaron dənələrinin diaqonal kəsimi lələkli qələmi xatırladır. Ona görə də bu makaronları belə adlandırıblar. Pennenin vətəni Toskanadır.


39

MAGAZINE


40


41

EVDƏ BİŞMƏYİB, QONŞUDAN GƏLMƏYİB Bilirdinizmi, süfrəmizdə yay-qış görməyə alışdığımız dolma dünyanın bir çox ölkələrində oxşar adlarla mövcuddur? Üç bacı, yarpaq, kələm, alma, heyva, əvəlik (turşəng, quzuqulağı), göy dolması, dəli və ya yalançı dolma əksəriyyətimizin hazırlaya bildiyi dolma növləridir. Dünya mətbəxində içi ət, tərəvəz, pendir, göyərti ilə doldurulmuş üzüm yarpağı və tərəvəzlərə bükülmüş bir çox təamlar “dolma” adlanır. Sözün etimologiyasına nəzər salsaq, onun türk mənşəli “dolmaq” sözündən yarandığını görərik. Təəccüblü deyil ki, bu xörək Yaxın Şərq, Qafqaz və Balkan ölkələrində daha geniş yayılmışdır. Sizə bir neçə dolma növünü təqdim edirik.

MAGAZINE


42

Chile Relleno Meksikada xüsusi yerli bibər növündən hazırlanan dolma növü. İçliyi ərinmiş pendir və ya donuz əti, kişmiş və qozdan hazırlanır. Üzərinə darçın səpilir, adətən pomidor sousu ilə birlikdə süfrəyə verilir.

Golumpki Kələm dolmasının polyak versiyası. Çəkilmiş mal və ya donuz ətindən hazırlanır. Bənzər adla digər ölkə mətbəxlərində də mövcuddur.

Karnıyarık Türkiyə, İran və Azərbaycanda içi ətlə doldurulmuş badımcan dolmasıdır.


43

GemistaY Yunan mətbəxinə məxsus badımcan, bibər, pomidor dolması. Yerli üç bacıdan fərqli olaraq, tərkibinə kişmiş də əlavə olunur.

Holişkes Yəhudilərin ənənəvi kələm dolması. Adətən dini bayram münasibətilə hazırlanır.

İmam Bayıldı İmam Bayıldı – karnıyarıkdan fərqli olaraq içi soğan, sarımsaq və pomidorla doldurulmuş badımcandan hazırlanan vegetarian xörəyi.

MAGAZINE


44

MUMBAR DOLMASI Qoyun bağırsaqlarından hazırlanan və qışda yeyilən dolma növüdür.

kalamar dolması Türkiyənin Ege və Mərmərə bölgəsində məşhur olan kalmardan hazırlanan xörək.

YEMİŞ DOLMASI Yemişin içinə qoyun əti və düyü əlavə etməklə hazırlanır.


45

MİDYE DOLMASI Daha çox Türkiyədə məşhurdur. Dəniz mollyusku, düyü, şam ağacı toxumu və qarağatdan hazırlanır.

XURMA DOLMASI İsraildə məşhur olan bu xörək ət, nanə və cəfəri ilə doldurulmuş xurmadan hazırlanır. Adətən bulqur və düyü ilə birlikdə süfrəyə verilir.

PUJERA PAPRİKA Macarıstan, Çexiya, Slovakiya, Bolqarıstan, Bosniya, Makedoniya, Xorvatiya, Sloveniya, Ukrayna, Serbiya və Monteneqroda yayılan bibər dolması. Hərfi tərcüməsi “içi doldurulmuş bibər” deməkdir.

FİLFİL MAHSHİ Misir mətbəxinə məxsus bibər dolmasıdır.

MAGAZINE


46

Soğan dolmaSI Bu ənənəvi Bosniya dolması baş soğanın içinin çəkilmiş ət, düyü, pomidor və ədviyyatlarla doldurulmasından hazırlanır.

SUMQAYIT DOLMASI Bəli, düz eşitdiniz! Bu dolmanın digərlərindən fərqi ətin əvvəlcə üzüm yarpağı, daha sonra isə kələm yarpağına bükülərək bişirilməsidir.

əməköməci dolması Türkiyə, İsrail, Suriya və Fələstində geniş yayılmış əməköməci yarpağına bükülmüş qoyun ətindən hazırlanan dolma növüdür.

SARMA Türk dilində “bükmək” sözündən yaranmış bu söz üzüm yarpağına bükülmüş ətdən hazırlanan təama verilən addır.


47

Conchiglie Konkilye (rus. balıqqulağı) quru makaron məmulatları ailəsinə daxildir. Adı formasından qaynaqlanır.

MAGAZINE


48


49

VEGETARİAN DOLMA Bəzi regionlarda dəli dolma, yalançı dolma və ya göy dolması adı ilə tanınan vegetarian dolma yaz mövsümünün əvəzedilməz təamlarındandır. Göyərti seçimi zövqə görə dəyişir. Yabanı bitkilərdən (əvəlik, quşəppəyi və ya əməköməci) hazırlanmış göy dolması daha ləzzətli və sağlamlığa faydalıdır. Göyərti buketinizi keşniş, şüyüd, ispanaq, dağ keşnişi, kəvər, xüsusilə də boyana bitkisi ilə tamamlaya bilərsiniz. Göy soğandan istifadə edəcəksinizsə, xörəyə baş soğan qatmağınıza ehtiyac yoxdur. Bəzi yerlərdə bu yeməyin tərkibinə yumurta da əlavə olunur. Bu da göyərtinin üzüm yarpağının içində dağılmasının qarşısını alır. Lafarella sizə ənənəvi göy dolması reseptini təqdim edir. İnqrediyentlər 4-5 nəfər üçün nəzərdə tutulub.

Tərkibi: • 10 dəstə göyərti • 1.5-2 stəkan yumru düyü • 3-4 ədəd orta ölçülü soğan • 150 qr kərə yağı • 150 qr bitki yağı • Üzüm yarpağı • ½ stəkan qaynanmış su • 2 ədəd yumurta (istəyə görə) • Duz, istiot

Hazırlanma qaydası: 1. Yumru düyü isti suda 30-40 dəqiqə isladılır. 2. Soğan doğranılıb, 5-10 dəqiqə sonra suyu sıxılır. 3. Göyərtilər doğranılıb yuyulur. Quruduqdan sonra düyü, kərə yağı, bitki yağı, soğan, duz və istiot əlavə olunub yaxşıca qarışdırılır. 4. İçlik iri üzüm yarpaqlarına bükülür, sonra üzərinə su əlavə olunub, 25-30 dəqiqə orta temperaturda bişirilir. 5. Süfrəyə sarımsaq-qatıqla birlikdə verilir.

Nuş olsun!

MAGAZINE


50

Loğan xarakteri tipik azərbaycanlı obrazıdır. Kişilərin mənfi xüsusiyyətləri əsasında formalaşıb. Xanımı isə Loğanın bu cür xüsusiyyətlərinə baxmayaraq onu çox sevir.


51

MAGAZINE


52


53

MAGAZINE


54

FINITA LA COMMEDIA


55

Rigatoni Rigatoni quru və qısa makaronlar ailəsinə aiddir. Düzgün kəsikləri və tilli səthi var.

MAGAZINE


56

MODA, SAĞLAMLIQ, QİDA, ƏYLƏNCƏ VƏ S. MÖVZULARDA TƏKLİFLƏRİNİZİ BİZƏ YAZIN. ƏGƏR JURNALIMIZI BƏYƏNİRSİNİZSƏ, BİZƏ TƏŞƏKKÜR ETMƏYİ UNUTMAYIN.


57

MAGAZINE


58


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.