1
2
İLKİN Yusif HÜSNİYYƏ Neymət Həşimova VÜSALƏ YUSİF NURANƏ Tahirova MƏMMƏD Əliyev MAHİRƏ Əmrullayeva AYNUR Zərrintac TURAL Əlisoy AYSU İbrahimli AYGÜL Salehova
3
HAQQIMIZDA
4
5
Diana Hacıyeva D
iana Hacıyeva 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub, fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. “Bəri bax” musiqi kollektivində çalışır. 2006cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirdikdən sonra, Bakı Musiqi Akademiyasına daxil olur. “Xor dirijorluğu” peşəsinə yiyələnir. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayır. Hazırda Bakı Caz Mərkəzində Elnur Hüseynov və digərləri ilə birlikdə çalışır. Tərzinizə ən çox təsir edən amillər nələr olub? Yəqin ki, ilk növbədə valideynlərim təsir edib. Onlar mənə şərait yaradıblar ki, lazım olan yerdə özümü ifadə edə, göstərə bilim. Daha sonra çevrəm. Uşaqlıqdan bəri yaradıcı insanlardan ibarət fəxr edə biləcəyim bir əhatə dairəm olub. Musiqidə də bu belədir. Bu, həyatdakı bütün musiqi eksperimentlərinin nəticəsində yekun qərardır. Çünki mən hətta uzun müddət “black metal” da dinləmişəm və düşünürəm ki, indi də o DiHaj musiqisinə təsir etməyə davam edir. Həm də DiHaj tək mən deyiləm. DiHaj biz üçümüzük və hər şey birlikdə alınıb, kosmik bağlantı kimi. Qrup üzvləri ilə necə tanış olmusunuz? Təbii ki, Əli ilə tanış olmağımı daha dəqiq xatırlayıram. Düzdür, o məni lap uşaqlıqdan, hələ “Bəri Bax” vaxtlarından tanıyırdı. Bacısı bizimlə birlikdə “Bəri Bax”da oxuyurdu. Amma Əli ilə yaxından 2012-ci ildə tanış olmuşuq. Anarla bir az daha gec, onlar birlikdə “Radio-Video” qrupunda ifa etdikləri zaman tanış olmuşam. Daha sonra hiss olunmadan birlikdə irəliləməyə başladıq. Bu haradasa 2012-2013-cü illərə təsadüf edir. Ən çox ifa etməyi sevdiyiniz mahnı hansıdır? Görəsən nədən başlayım... Biz üçümüz də emosional insanlarıq, xüsusilə, Əli və mən. Biz çox impulsivik. Anar daha soyuqqanlıdır. Amma musiqimiz də nisbətən təmkinli alınıb. Orada emosiyalar var, amma elə bir emosional sıçrayış yoxdur. Əgər öz impulsiv tərəfimi götürsək, yəqin ki, ən çox vokal baxımından, müğənni kimi “Four Chords” mahnısını ifa etməyi sevirəm. Bizim albomda belə bir kompozisiya var. Bu kompozisiyada, məncə, mübarizə, döyüş hiss olunur.
6
Konsert zamanı başınıza gələn ən qəribə hadisə nə olub? Nəzərə alsaq ki, biz yarı elektron, yarı akustik qrupuq, bütün avadanlıqlarımızı birbirinə qoşanda metronomla çox böyük problemimiz oldu. Bu, bizim ilk böyük çıxışımız zamanı baş verdi. 2015-ci il idi, Vilnüsdə ifa etməliydik. Qısası, biz Əli ilə eyni zamanda düyməyə basmalı idik ki, onda metronom və məndə mahnı eyni anda səslənsin. Burada, həqiqətən də bir reaksiya baş verməlidir. Biz “bir, iki, üç” deyib düyməyə basmalı idik, əgər alınmasaydı, “epic fail” olacaqdı. Amma bizdə alındı. Ondan sonra yarım ilə yaxın – metronomu necə quraşdıracağımız haqqında düşünməyə vaxt tapana qədər bu şəkildə eyni anda düyməyə basaraq davam etdik. İşinizi ailə və uşaqla necə
balanslaşdırırsınız? Yəqin ki, heç vaxt bu balansın qorunmasından sona qədər razı qalmaq olmur, amma biz çalışırıq. Bilirsiniz, qızımız dünyaya gələn ilk zamanlarda mən də bütün qadınlar kimi düşünürdüm ki, bəlkə elə öz “masyanam” ilə qalım (biz ona “masyana” deyirik). Sonra daxilimdəki incəsənət adamı dedi ki, “yox, qətiyyən!” Təbii ki, biz balanslaşdırmağa çalışırıq, bu asan deyil. Amma bütün bu işlərdə ən önəmlisi sevgidir. Çünki sevgi heç bir məişətə, problemə tabe deyil, mühüm olan sevgi, anlayış, hörmət və səbrdir. Bunlar olanda hər şey alınır. Ən böyük ilham mənbəyiniz nədir? Müəyyən bir ilham mənbəyimiz yoxdur. Bu, daim qızımdır desəm, banal olacaq. Hər yerdən ilham mənbəyi tapmaq olar. Hətta bəzən, məsələn, xarici ölkələrdə balaca bir piştaxta görsəm, o anda ağlıma bir motiv gələ bilər. Hər şeydən ilhamlanmaq olar. Təbii ki, bu, melanxolik vəziyyətdir. Adətən həmin anda adamın ağlına nə isə gəlir.
7
Səhnə həyatından kənar hobbiləriniz nələrdir? Düzdür, indi bu işlərə az vaxt ayırıram, əslində, mən əl işlərini sevirəm. Hətta bir zamanlar şamları əridib, başqa şamlar hazırlayırdım, fitil, mum və s. Bir də qutuların üstünə nələrsə yapışdırmağı sevirəm. Evdə hər şeyin çox səliqəli olmasını sevirəm. Əgər hər şeyin səliqəli və zövqlü olmasını istəyirəmsə, bunu özüm etməliyəm. Ona görə də vaxtım olanda bunlarla məşğul oluram. İndi də evin divarlarını rəngləmək istəyirəm. Qrup olaraq qarşılaşdığınız ən böyük çətinlik nə olub? İnsani məsələlərdə çətinliyimiz olmur, həmişə bir-birimizə anlayışla yanaşırıq. İncəsənət adamında hansı çətinliklər ola bilər ki? Bizdə qrupdur. Bu, daha çox çıxışlar, festivallar, idarəetmə, təşkilatçılıq və s. ola bilər. Mən də bunu çətinlik hesab etmirəm. Özündən sonra bu dünyada nəsə qoymağa çalışan bütün sənətçilərin keçdiyi adi yoldur. Çətinliklərsiz olmur. Evdə oturub dırnaqlarımı yeyəcək qədər böyük çətinliklərimiz olmayıb. Bir musiqiçi kimi sizi başqalarından fərqləndirən nədir? Bu, çox təhlükəli sualdır. Yəqin ki, bu səmimiyyətdir. Sona qədər səmimi olmaq lazımdır. Həm insani münasibətlərdə, həm də xüsusilə incəsənətdə. Üçümüz də düşünürük ki, musiqi incəsənətin ən dürüst ifadə şəklidir, burada aldatmaq çətindir. Həmin saniyə səndən çıxan ifadəni dinləyici qəbul edir. Qəti şəkildə deyə bilmərəm ki, bizi fərqləndirən nədir. Təhlükəli sualdır, detallara girmək istəmərəm. İlk mahnınızı xatırlayırsınızmı? DiHaj layihəsinin ilk mahnısı İsfar və Əli ilə birlikdə bizim sevimli və təəssüf ki, artıq fəaliyyət göstərməyən Bakı Caz studiyasında yaranıb. Biz orada çox vaxt keçirirdik. Daha sonra isə trio tam şəkildə yaranandan sonra ilk mahnımız “Complain” oldu. Ümumiyyətlə, albomdakı bütün mahnılar ard-arda yaranıb. Deyəsən, biz birbirimizin üstünə birdən düşmüşük – “mənim ağlımda bu var, gəl bunu edək” və s. Amma DiHaj olaraq ilk mahnı “I break again”, qrup şəklində isə “Complain” olub.
8
Penne Rigate Penne İtaliyanın ən məşhur makaron formalarından birinə malik olub, bütün italyanların sevimlisidir. Penne (italyan dilindən tərcümədə qələm) adını formasından alır. Boru şəkilli quruluşu, bucaqlı ucları ilə qədim mürəkkəb qələmlərdən ilhamlanaraq hazırlanmışdır. Pennenin geniş ölçüsü və şırımları sousun makaronun bütün səthində, həm daxilində, həm xaricində qalması üçün idealdır. Penneni ət və ya tərəvəz əsaslı souslarla, ədvalı pomidor sousları ilə ləzzət sınağından keçirin. Penne həmçinin bişmiş makaron yeməklərini xoşlayanların da sevimlisidir.
9
10
Papaqdan dəb aksessuarı kimi istifadə etmək cəmiyyət tərəfindən birmənalı şəkildə qarşılanmır. Bəzən bu növ baş geyimi çətin tərbiyə olunan uşaq və ya yaşlı təqaüdçülərə xas edilir. Halbuki papaqdan istifadə İngiltərədə alicənablıq nişanəsidir. Artıq stereotipləri qırmaq vaxtıdır. Qarderobunuzu papaqlarla yeniləyin!
11
Papaqรงi
12
M
əktəb vaxtlarından papaqlara xüsusi marağı olan gənc oğlan günlərin birində sərgiyə dəvət alır. Həmin sərgidə bir papaqçıyla tanış olur. Papaqçının emalatxanasını ziyarət edən gənc aldığı müxtəlif növ parçalardan bir neçə papaq da sifariş edir. Filmlərdə gördüyü baş geyimlərindən gözəl nəticə əldə etdikdən sonra bu sevgisini biznesə çevirmək qərarına gəlir. Beləcə, “Papaqçı” yaranır. Artıq 1 ildən çoxdur ki, fəaliyyət göstərən “Papaqçı”nın ideya müəllifi Aqil Haşımovdur. İxtisasca rəssam olan Aqil papaqların tərtibatı və satışı ilə məşğuldur, papaqlar isə Xaçmazda yerləşən emalatxanada təcrübəli papaqçı tərəfindən tikilir. Hazırlanmasında müxtəlif növ materiallardan – yun, dəri, kətan, məxmər və s. istifadə olunur. Qəzetsatan oğlan papağı (newsboy cap) adlanan bu baş geyimi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Avropa və Şimali Amerikada geniş vüsət almışdı. Jane Birkin, Kate Moss, Brigitte Bardot, Jennifer Lopez və David Beckham kimi məşhurların qarderobuna qiyabi nəzər salsaq, bu cür papaqla vurğulanmış bir-birindən gözəl look-ların şahidi olarıq. Bu dəb elementi eyni zamanda hipster tərzinin də “olmazsa, olmaz” aksessuarlarındandır. Xoşbəxtlikdən, son illər bu növ papaqlar yenidən dəbə qayıtmış, kişilərlə yanaşı, qadınların da qarderobunu bəzəməkdədir. Siz də bəyəndiyiniz papağın fotosunu və baş ölçünüzü yazıb “Papaqçı”ya göndərməklə, həm bu cür gözoxşayan papaqlara sahib ola, həm də yerli brendlərdən birinə dəstək ola bilərsiniz. Tikiş materialı sizin istəyinizə uyğun olaraq seçilir, papaq hazır olduqdan sonra müştəriyə uyğun ünvana çatdırılır. Qəzetsatan oğlan papağı ilə payız və qış aylarında dəbli və isti qalmanız ümidilə...
13
14
Conchiglie Mənası – “Balıqqulağı”. Balıqqulağını xatırladan forması ilə Neapol və Genuya sahillərində yaşayan icmaların makaronu yaradarkən, hardan ilhamlandıqlarını aydın görmək olur. Onun zərif, batıq səthi şırımlarla örtülmüşdür. Orta balıqqulağı xüsusi həvəslə hazırlanmış makaron salatları ilə geniş istifadə olunur. Ənənəvi İtalyan reseptlərinə əsasən südlü, pomidorlu, ətli souslarla və makaron salatları ilə istifadə edilə bilər.
15
16
”
Təkəbbürlə qürur çox zaman eyni mənalarda işlənsə də, əslində, ayrı-ayrı şeylərdir. Qürur daha çox bizim özümüzü dəyərləndirməyimizlə bağlıdır, təkəbbür isə başqalarına özümüzü hansı şəkildə satmaq istədiyimizlə...
17
J
JANE AUSTEN
ane Austen 19-cu əsrdə yaşamış İngilis roman yazarıdır. O bir kənd rahibinin yeddinci uşaǧı olaraq doğulmuşdu. Dövrünün qadınlarına nisbətən çox şanslı idi. Oksfordda bir qohumu sayəsində təhsil almış, təhsilinə Southamptonda davam etmişdi. Jane ilk hekayələrini 12 yaşından yazmağa başlayır. Və bu hekayələr sadəcə ailəsini əyləndirmək məqsədi daşıyırdı. Atası dövrünün kişilərinə nisbətən müasir və aydın düşüncəli biri idi. Qızlarının təhsil almasına şərait yaratmış, geniş kitabxanasının qapısını onlar üçün açmış, evin samanlıǧını isə tamaşalar təşkil etmək üçün kiçik bir teatr səhnəsinə çevirmişdi. Jane ilk rəsmi evlilik təklifini uşaqlıqdan tanıdığı Harris Bigg-Wither adlı adamdan alır. Zəngin, iri bədənli, yaraşıqsız biri olan Harrisin təklifini ailəsinin maddi durumuna dəstək olmaq üçün qəbul edən Jane səhəri gün peşman olub rədd cavabı verir. O bunu romanlarındakı qəhrəmanlarını pul, status, mövqe üçün deyil, yalnız sevgi üçün evləndirməsi ilə açıqlayır. Bəs o özü niyə qəhrəmanlarının taleyinə zidd hərəkət etməli idi?! Jane tanış olub sevdiyi Tom Lefroy adlı gənclə evlilik planları qursa da, Tomun ailəsi bu evliliyə razı olmur. Ailəsindən maddi baxımdan asılı olan Tom Lefroy məcburiyyət qarşısında ondan ayrılmalı olur. Janenin bacısı Cassandraya yazdığı məktublarda bu sevginin və ayrılığın onda necə dərin izlər buraxdığını hiss etmək mümkündür. Jane həyatında sadəcə bircə dəfə yaxalaya bildiyi sevgini romanlarında işləmiş, güclü və xoşbəxt qadın xarakterləri yaratmış, öz bəxtsizliyinə inadən onları sevdiklərinə qovuşdurmuş, yaşaya bilmədiyi xoşbəxtliyi onlara yaşatmışdı. Özü isə ömrünün sonuna qədər evlənməmiş, ailəsi ilə birgə yaşamışdır. Austen döş xərçəngi xəstəliyinə tutulur və müalicə olunmaq ümidi ilə Winchestrə köçür. Lakin iki ay sonra, 42 yaşında vəfat edir. O, Winchester katedralında dəfn olunmuşdur. Jane Austenin romanlarındakı baş qəhrəmanlarının hamısı qadınlardır və romanlarının sonu xoşbəxt evliliklə bitir. İlk olaraq, “Hislər və həssaslıq” adlı kitabı, ardınca “Qürur və qərəz” və ya digər adıyla “Eşq və qürur”, “Mansfield Parkı” ,”Emma”, “Northanger Monastrı”, “Razılıq”, “Ledi Suzan”, “Watsonlar” kitabları çap olunur. Bütün bu romanlar anonim (A woman ləqəbi ilə) yayımlanır. Onun üç romanına film çəkilib. Bunlar: “Hislər və həssaslıq”, “Emma” və “Razılıq” romanlarıdır. “Eşq və qürur” 1995-ci ildə çox uğurlu bir televiziya filmi oldu. Janenin atası vaxtilə bu romanı nəşr etdirmək istəmiş, lakin nəşriyyatdan rədd cavabı almışdı. 21 yaşında yazdığı bu roman onun şah əsəri oldu. Bu roman demək olar ki, hər 10 ildən bir kino, televiziya filmi, serial şəklində mavi ekranlara daşındı. Romanın mövzusunun Janenin öz həyatından ilhamlandığı, cənab Darcynin isə Tom Lefroy olduğu deyilir. Jane Austinin həyatı “Becoming Jane”adlı filmdə təsvir edilmişdir.
18
Spaghetti Spaghetti İtalyan sözü olan spaghetto’nun cəm formasıdır ki, mənası “nazik ip” və ya “kəndir” deməkdir.
19
20
MARAQLI FAKTLAR
1. Bir kişi ömrü boyu ortalama 3 kq pomada yeyir. 2. Solaxaylar arasında kişilər qadınlardan daha çoxdur. 3. Qadınların immuniteti kişilərdən daha güclüdür. 4. ABŞ-ın Kolorado ştatında yatmış qadını öpmək qadağandır. 5. Qadınların ürəyi kişilərin ürəyindən təxminən 20%, beyinləri isə 10% daha kiçikdir. 6. Qadınların sirr saxlama müddəti ortalama 47 saat 15 dəqiqədir. 7. Qədim Romada qadınlar qladiator tərindən ətir kimi istifadə edərmişlər. 8. Dikdaban ayaqqabılar ilk dəfə XVII əsrdə kişilər tərəfindən istifadə olunmuşdur. 9. Bir kq limonun tərkibindəki şəkərin miqdarı bir kq çiyələkdəkindən daha çoxdur. 10. Bir inək həyatı boyunca ortalama 200.000 stəkan süd verə bilir. 11. XIX əsrdə ketçup dərman kimi istifadə olunurdu. 12. Qadınlar gözlərini kişilərdən təxminən iki dəfə çox qırpır.
21
Stelline
22
Bucatini İçərisində boşluq olan spaqettiyə bənzəyən makarondur. İtalyan dilində “buco” deşik, boşluq, “bucato” deşikli deməkdir. Bucatini istənilən növ sous üçün əla seçimdir, qazanda bişirilə və ya tavada qızardıla bilər.
23
24
25
MADDƏ 1: MƏNİ XOŞBƏXT EDİN. Bu hər kəsi özünə borclu bilmə hissi hardandır? Əslində insan yaradılışdan etibarən xoşbəxtlik arayışındadır. Körpə çağlarda bu arayış məsum istəklərlə özünü göstərir: məni güldür, əyləndir, qarnımı doyur, əzizlə, təriflə, gəzdir, oyuncaq al və.s. Bu istəklər və ya tələblər yerinə yetirilmədikdə və ya gecikdirildikdə, uşaq ağlamaqla narazılığını bildirir və istədiyini alana qədər əzmlə çığırbağır salır. Uşaqlıq dövrü valideynlərdən xoşbəxtlik payı istəməklə, rədd cavabına qarşılıq olaraqsa, küsməklə cəzalandırma ilə gözə çarpır. Yeniyetmə dövründə istəklərini daha qəti ifadə edə bilən uşaqlar etirazla qarşılaşdıqda daha sərt addımlar atır, tənqid və şantaja baş vururlar: “Filankəsin atası onunçün filan şeylər edib, sən mənimçün nə etmisən?” “Sən filankəsin anası kimi deyilsən!” Əhəmiyyətsiz arzular üçün belə valideynlərə qarşı bu tip ağır ittihamlar səsləndirilir. Eqoizmi xarakterinə hopduran bu uşaqlar gənclik dövründə xoşbəxtlik tələblərini rəsmiləşdirirlər. Xüsusilə, evlilik ərəfəsində xarakter sərgiləməyə çalışan gənclər özlərini gülünc vəziyyətə salırlar. Gənclik dövrü yetkinlik dövrü olduğuna görə tərəflər vəziyyəti yüngülləşdirmək üçün bir-birilərinə “şparqalka” təqdim edirlər, yəni filan-filan şərtlər daxilində xoşbəxt oluram: “O paltarı geyinmə, çayxanaya getmə, qohumlarımı sev, əzizlə, yaltaqlan, brilliant “komplekt” bəyənmişəm, atangilə baryamlarda gedərsən, ayrıca evimiz olsun”. Əminəm, bu bayağı siyahını uzatmaq üçün hər kəsin əlavələri var. Romantik ab-hava yaranan kimi emosional tərəf fürsət tapıb həmin o taleyüklü sualı verir: - Məni xoşbəxt edəcəksənmi? - Əlbəttə, ən böyük məqsədim budur. Deyil. Heç kim dünyaya kimisə xoşbəxt etmək üçün gəlmir. Buna borclu da deyil. Sən 25-30 il yaşadığın həyatda xoşbəxtlik tapa bilməmisənsə, heç kim gəlib sənə dünya nemətlərini, həyatın gözəlliklərini bir satıcı fərasəti ilə tərifləməyə borclu deyil. Heç kim illərlə dişiylə, dırnağıyla topladığı pulu sənin bahalı və şou xarakterli arzuların üçün bir gündə sağa-sola səpələməyə borclu deyil. Heç kim sənə xoş gəlsin deyə sevdikləri ilə əlaqələrini qırıb, sosial həyatından uzaqlaşmalı, valideynlərindən ani olaraq soyumalı deyil. Nə kişi, nə də qadın qarşısındakının mənmərkəzçi xoşbəxtlik anlayışı üçün həyat tərzindən və yaşam fəlsəfəsindən bir gün də uzaqlaşacaq qədər hissiyyatsız deyil. Bunu edirsə, səmimi deyil. Və bu uzunmüddətli deyil, sonu xəyal qırıqlığıdır.
26
Evliliyin ilk illəri keçir, çaxnaşma bitir və durğunluq dövrü yaranır. Artıq kişi də, qadın da payına düşəni alıb, oturub. Dilək haqqını bahalı gəlinlik, ayrıca ev, bal ayı üçün istifadə etmiş qadın və qadınını sosial çevrəsindən, ailəsindən, həyat tərzindən qoparmaqla, üzərində iqtidar qurmaqla məmnun olacağını sanmış kişi yanıldığını anlayır. Bu zaman qadın verdiyi qurbanların, kişi isə xərclədiyi pulların minnətini vurmağa başlayır. Xoşbəxtliyin nədə olduğunu bilməsələr də, nədə olmadığını anlamağa başlayırlar. Bir vaxtlar xoşbəxtlik adına etdikləri fədakarlıqlar indi lüzumsuz və yersiz görünür. Uşaqlar dünyaya gəlir, valideyn olmuş fərdlər sakitləşir, vəziyyəti içdən-içə qəbul edirlər. O məşhur cümlə qurulmağı çox gözləmir: “Xoşbəxt deyiləm, uşaqlarım üçün yaşayıram”. Onlar üçün artıq xoşbəxtlik körpəni yedirmək, əyləndirmək, oyuncaq almaqdır. Özünü övladlarına həsr etməyə köklənmiş valideynlər onların ərköyün arzularını gerçəkləşdirməklə rahatlıq tapırlar. Bu arada kiçik eqoistimiz də böyüyür. Birini xoşbəxt etmək üçün çabalamaq və nəticəsini görmək çox gözəl bir hissdir. Bunu sui-istifadə etmək böyüklük deyil, borc kimi görmək sevgi deyil, vəzifə kimi anlamaq da bir o qədər çirkin bir hərəkətdir. Fədakar insanları hərif yerinə qoymaq, onları istismar etmək mədəni və vicdanlı insana yaraşan davranış deyil. Eyni zamanda kimisə qadağalara məruz qoymaq, üzərində iqtidar qurmaq, maddi komfort tələb etmək də doğru addım deyil və xoşbəxtlik gətirmir. Insan şərtlər daxilində xoşbəxt olmurlar. Xoşbəxtlik sadə hissdir, qurbanlar tələb edən ilahə deyil. Siz siz olun, gördüyünüz dəyəri, hörməti və jestləri layiq olduğunuz üçün deyil, bunu sizə təqdim edən insanın geniş və sevgi dolu ürəyindən gəldiyi üçün olduğunu dərk edin.
27
Filini Vermicelles
28
Farfalline Farfalline kəpənək formalı balıqqulağının kiçik ölçülü versiyasıdır. Çoxfunksiyalı forması ilə istənilən yeməkdə istifadə edilə bilər. Qaynadın, şorbalara əlavə edin, onunla möhtəşəm salatlar və qızartma yeməklər hazırlayın.
29
30
MUZALAR Yunan dilində “düşüncəlilər” mənasını verən muzalar yunan mifologiyasına görə elm, poeziya və incəsənətin tanrıçaları sayılırdılar. Günümüzdə bu söz “ilham pərisi” anlamında işlədilir. Sizə bir neçə incənət nümayəndəsinin yaradıcılıqlarının ilham pərisinə çevrilmiş qadınları təqdim edirik.
31
QALA VƏ SALVADOR DALİ
Q
ala, təkcə XX əsrin ən məşhur rəssamlarından biri Salvador Dalinin yox, başqa sənət adamlarının da ilham pərisi olmuşdur. Sanki, “muza olmaq” onun alın yazısı idi. Rusiyanın Kazan şəhərində doğulan və əsl adı Yelena Dyakonova olan Qalina ya da sadəcə Qala, 18 yaşında vərəmdən müalicə olunmaq üçün İsveçrə sanatoriyalarından birinə gedir. Elə orada da fransız şair Pol Elüarla tanış olur. Bu tanışlıq şairin sevgi poeziyasına təkan verir və sonrakı işlərində özünü açıq aydın göstərməyə başlayır. Bir neçə il sonra sevgililər evlənir və onların bir qızı dünyaya gəlir. Bütün bunlar Qalanın başqa bir sənət adamına muza və hətta məşuqə olmasına mane olmur. Elüarla olan evliliyi müddətində rəssam Maks Ernst ilə eşq yaşayan Qala onun rəsm əsərlərinin də qəhrəmanına çevrilir. Bu eşq macərasının da sonunu başqa bir rəssam gətirəcəkdi... Qala və Pol bir gün rəssam Salvador Dalinin qonağı olurlar. Bu görüş həm Qala, həm də Dalinin həyatında dönüş nöqtəsi yaradır. Salvadorun Qaladan 10 yaş kiçik olmasına baxmayaraq, bu görüşdən bir neçə il sonra onlar münasibətlərini rəsmiləşdirirlər. Bununla da, Qala Salvadorun əsas ilham pərisi olur. Bununla yanaşı, rəssamın bütün maliyyə məsələlərinə nəzarəti öz əlinə götürür və gəlirlərini artırmağa müvəffəq olur.
32
YOKO ONO VƏ CON LENNON
Y
oko, 1933-cü ildə Yaponiyada doğulub. 84 yaşlı qadın halhazırda Nyu-Yorkda yaşayır. O da Con kimi sənət adamıdır. Yoko və Con 1966-cı ildə Londonda, Yokonun sərgisində tanış olublar. Bu tanışlıq 1969-cu ildə evliliklə nəticələnir. Onlar birlikdə bir çox işlərə imza atırlar. Onlardan ən məşhuru isə Vyetnam müharibəsinə qarşı “Bed-in for peace” aksiyası idi. Bu aksiyada onlar 25-31 Mart arası hər gün səhər 9-dan axşam 9-a kimi “Amsterdam Hilton” otelində yataqdan çıxmayaraq dünya mətbuatının marağını cəlb etmişdilər. Con Lennon Yoko Ono ilə birlikdə olmaq üçün oğlunun anasından boşanmışdı. Yokonu, “The Beatles” qrupunun dağılmasında da ittiham edirdilər. Ononu bəyənməyən “The Beatles” fanatları onu “yapon ifritəsi” adlandırırdılar. Amma Lennonun gözündə o, bir mələk idi. Oğulları dünyaya gəldikdən sonra Manhettendə müntəzəm həyat sürməyə başlayırlar. Bu sakitlik uzun sürmür və Lennon fanatı Devid Çempen tərəfindən güllələnir. Bir sözlə, onları ölüm ayırır. Lennon öz muzası haqda “bildiyim nə varsa, mənə Yoko öyrədib” demişdi. Əgər belədirsə, onda Lennon yaradıcılığına görə Yoko Onoya böyük təşəkkür düşür.
33
LUİSA KEROLL VƏ ALİSA
B
ir sənət adamının “muza”sı təkcə yetişkin qadınlar yox, uşaqlar da ola bilərmiş… Luis Kerrollun məşhur “Alisa möcüzələr diyarında” nağılından xəbəri olmayan yəqin ki, yoxdur. Luisi məhz bu əsəri yaratmağa sövq edən və ilhamlandıran qızın adı da Alisa idi. Alisa Liddell. Alisanın atası, Oksford kolleclərindən birində dekan olan Henri Liddell Luis Kerroll ilə yaxın dost idi. Bir gün Alisa və onun iki bacısı yazıçıdan nağıl yazmasını xahiş edirlər və nəticədə prototipi elə Alisanın özü olan “Alisa möcüzələr diyarında” nağılı yazılır. Əsərin yazıçı tərəfindən Alisaya verilən ilk əlyazması hazırda Britaniya Kitabxanasında saxlanılır. Alisaya gəldikdə isə o, xoşbəxt ömür sürür və 82 yaşında dünyasını dəyişir.
34
Pipe Rigate Mənası – “Boru” Bu içərisi boş, əyri makaron ilbiz qabığını xatırladır. Formanın bir ucu geniş, digəri isə daha dar və düzləşdirilmişdir. Pipe Rigate doğranmış ət və tərəvəz yeməkləri, krem və ya yağ əsaslı souslarla əla gedir.
35
36
AZƏRBAYCANIN
GECƏ HƏYATI
Polineziya dilində “qadağan” mənasını verən tabu əfsanəvi etiqadlara, mövhumi təsəvvür və zehniyyətlərə görə işlənməsi mütləq bədbəxtliyə səbəb olacaq və buna görə də söylənməsi qadağan olunmuş söz deməkdir. Yaranma tarixi qədim olsa da, bugün də insanlar arasında “batil inanc” adlandırılan tabular geniş yayılmışdır. Sizə məişətdə tez-tez rast gəldiyimiz, etiraf etməyə utansaq da, çoxumuzun inandığı və əməl etdiyi bir neçə tabunu təqdim edirik.
37
38
39
40
41
42
Mini Penne Rigate Kiçik Penne Rigate şırımlıdır və ləzzəti içində “həbs etmək” üçün idealdır. Kiçik Penne Rigate doğranmış ət və tərəvəz yeməklərinin, krem və ya yağ əsaslı sousların ayrılmaz yoldaşıdır. Həmçinin, bu forma, bişirmə qablarında istifadə üçün də əladır.
43
44
MƏŞHUR ƏSƏRLƏRDƏ LAFARELLA
45
46
47
48
Rigatoni Mənası - “Böyük Oyuqlu” . Rigatoninin şırımları və oyuğu krem və ya pendirdən tutmuş, ən kiçik doğranmış ətə qədər hər növ sous üçün idealdır.
49
50
51
52
53
FINITA LA COMMEDI
54
,
55
56