1 minute read
№1 SS 2021
from №1 SS 2021
Advertisement
Villa Petrolea
Villa Petrolea 1882-1884cü ildə Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti tərəfindən şirkətin işçiləri üçün Qara şəhərdə salınmış yaşayış qəsəbəsidir. Nobellər qəsəbədə öz işçiləri üçün evlərlə yanaşı, xəstəxana və məktəblər inşa etdiriblər. Təəssüflər olsun ki, Sovetlər dövründə bu tikililər dağıdılıb, bu gün burada yerləşən muzey binası Nobel qardaşlarının əsas iqamətgahı olmuşdur. Şirkətin işçiləri bir və ya iki mərtəbəli taxta kotteclərdə yaşayırdılar. Qəsəbədəki ən böyük binanın aşağı mərtəbəsi ofis kimi fəaliyyət göstərirdi. Üst mərtəbədə isə klub, istirahət otağı və kitabxana yerləşirdi. Zamanla burada istirahət üçün daha çox şərait yaradıldı. muzey 6 otaqdan ibarətdir. Burada Nobel ailəsinin istifadə etdiyi məişət əşyaları ilə yanaşı, dövrü əks etdirən eksponatlar da yer alır. Evin öz əşyalarından əlavə olaraq Nobellərin Sankt-Peterburqdakı və İsveçdəki evlərindən də əşyalar gətirilib. Bakıda və regionda ilk telefon sistemi bu evdə, Aleksandr Bell tərəfindən qurulub. Qardaşlar bu telefon sistemi vasitəsi ilə birbiriləri ilə əlaqə saxlayıblar. Bir sıra eksponatlar Nobel qardaşlarının varislərindən kolleksiyaçılardan və Avropa ölkələrinin əntiq mağazalarından əldə edilib