![](https://stories.isu.pub/89417386/images/121_original_file_I0.jpg?crop=697%2C523%2Cx0%2Cy254&originalHeight=795&originalWidth=697&zoom=1&width=720&quality=85%2C50)
1 minute read
Öz mətbəxinin aşpazı ol
from №1 SS 2021
Yazı və Foto Zəhra İbrahimova / @magic_cake_
Sizin üçün iki yemək tarifi hazırladıq. Kiçik toxunuşlar iləyeməyiniz ən məşhur aşpazların əlindən çıxmış kimi olacaq
Advertisement
San Sebastian Cheesecake
![](https://stories.isu.pub/89417386/images/121_original_file_I1.jpg?width=720&quality=85%2C50)
Ərzaqlar:
• 600 qr pinar pendir,
• 1,5 stəkan şəkər tozu,
• 200 qr qaymaq,
• 3 ədəd yumurta,
• 1 paket vanil,
• 2 yemək qaşığı nişasta
Hazırlanma qaydası:
İlk öncə pendir, qaymaq və şəkər tozunu bir qaba əlavə edib mikserlə çalırıq. Daha sonra yumurtaları tək – tək əlavə edərək yenidən mikserlə çalırıq. Ən sonda nişasta və vanil əlavə edib yaxşıca qarışdırdıqdan sonra alınan qarışımı yağlı kağız əlavə olunmuş soba qabına tökürük. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 35-40 dəqiqə üzəri qızarana qədər bişiririk. Soyuduqdan sonra 1 gecə soyuducuda saxlayıb servis edə bilərik.
TOYUQ İLƏ TƏRƏVƏZLİ AŞ
![](https://stories.isu.pub/89417386/images/122_original_file_I0.jpg?width=720&quality=85%2C50)
Ərzaqlar:
• Düyü,
• Toyuğun döş əti,
• Bibər,
• Kök,
• Soğan,
• Ədviyyatlar zövqə görə
Hazırlanma qaydası:
İlk öncə düyünü qaynadıb, sonra bişsin deyə dəmə qoyuruq. Digər tərəfdə isə bütün ərzaqları birlikdə qovururuq. Qovrulmuş ərzaqların üzərinə toyuğun döş ətini əlavə edib bişiririk. Zövqə görə bəzəyib servis edirik. Nuş olsun!