2 minute read
AMSTERDAM
from №1 SS 2021
HƏR YERDƏ
Advertisement
kanallar
Hollandiyanın paytaxtı Amsterdamda ən çox diqqəti cəlb edən kanallar və velosipedlər olur.100 kilometrdən çox qraxten (kanal), təxminən 90 ada və 1500 körpü var. Kanalları ilə məşhur olan Amsterdam 17-ci əsrdə Hollandiyanın Qızıl Çağı dövründə qazılmış üç əsas kanal (Herengracht, Prinsengracht və Keizersgracht), şəhər ətrafında Grachtengordel olaraq bilinən konsentrik kəmərlər meydana gətirir. Əsas kanalların yanında 1550 abidəli bina var. Qış aylarında bu kanallar donduğu üçün yerli əhali xizək meydanı olaraq buranı istifadə edirlər.
@nature_dam
atlı heykəl
Kraliça Wilhelmina’nın (1880 - 1962) atlı heykəli. Bu heykəl sənətçi Theresia R. van der Pant tərəfindən bürüncdən hazırlanıb. Başlanğıcda kraliçanın Oranje radiosunun mikrofonunun arxasında oturduğu təsvir ediləcəyi nəzərdə tutulmuşdu. Lakin Theresia van der Pant bunu bəyənmədi və at üzərində oturan gənc bir kraliça heykəli düzəltdi. Digər bir amil isə Van der Pantun əsasən heyvanların heykəltəraşı kimi tanınması idi. Yeri gəlmişkən, Van der Pant, Wilhelmina’nın qızı kraliça Julianadan bir çox yardım aldı, o da Wilhelmina’nın geyinəcəyi paltarları təyin etməsinə kömək etdi. Heykəl üçün yerin əvvəlcə Damrak olduğu düşünülürdü, lakin heykəl əvvəlcədən düşündüyündən daha böyük ol- duğu üçün 1972-ci ildə Rokinin üzərinə qoyulmuşdur.
şəhər meydanı
Dam Meydanı Hollandiyanın paytaxtı Amsterdamda bir şəhər meydanıdır. Çox gözəl olmağı ilə yanaşı orada tez-tez baş verən hadisələr onu şəhərin və ölkənin ən tanınmış və vacib yerlərindən birinə çevirir. Şəhərin mərkəzində yerləşdiyi və həmçinin çox qədimi bina olduğu üçün çox sayda turistlərin diqqətini cəlb edir