9 minute read

BİR GÜN

Yemək həyatımızda xüsusi yer tutur. Mütəmadi səhər qida qə- bulu bədənimizə faydalı təsir göstərir. Təbii ki, düzgün qidalar yeyirsinizsə. Bir çox araşdırma səhər yeməyinin daha dəqiq düşünməyə, daha yaxşı qərarlar verməyinizə və daha məhsuldar olmağınıza kömək edə biləcəyini göstərmişdir. Bundan əlavə, səhər yeməyi yaxşı əhval-ruhiyyəyə kömək edir. Səhər yeməyi bədəninizdəki enerji ehtiyatları və bəsləyici maddələr ilə zənginləşdirir. Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda 1 fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemir. esab olunur ki, Ən sağlam səhər yeməyinin İngilis, ən sürətli Amerika və ən ləzzətli Fransız səhər yemədir. Çoxları əlbəttə ki, kafedə səhər yeməyi yeyirlər. Ancaq Evdə hazırlanan səhər yeməyi daha özəl hesab edilir. Hələ ki, bu azərbaycanlıların səhər süfrəsidirsə. Bizim səhər süfrəsini yağ-pendirsiz və şirin çaysız təsəvvür etmək mümkünsüzdür. Bal, qaymaq və müxtəlif növ cemlər də süfrəyə əlavə olunur. Əfsanəyə görə, Çin imperatorluğunda xidmətçilərindən biri bağçada su qaynadarkən yarpaqlardan biri suyun içinə düşərək ətrafa gözəl ətir saçır. İmperator Shen Nungi yarpaq düşmüş sudan içir və aldığı dadı çox bəyənir. O gündən sonra çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir. Çay susuzluq və yorğunluq hallarında olduqca faydalıdır, başağrılarını sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir.

Advertisement

Haruki Murakami :

“Dadlı bir səhər yeməyi həyatda ayrı bir bayramdır“

Grace Kelly kimi shopping’ ə çıxırıq

Mən sadəcə bəyəndiyim paltarları alıram və illərlə onları geyinirəm “ , - ən bahalı paltarlar onun üçün əlçatan olsa da , Monako şahzadəsinin fəlsəfəsi bu cür idi. Qreys Kelli : Bu, hollivud əfsanəsi, “Oskar” film mükafatı “Mən sadəcə sahibi, stil ikonası Qreys Kellidir. Hollivud ulduzunun ideal qarderobuna göz bəyəndiyim pal- atsaq sadə köynək və şalvarla belə necə effektli görünüşə sahib olduğunu görə bilərtarları alıram və ik. Qreys Kelli də modanı izləyənlər deyil, illərlə onları məhz modanı yaradanlar sırasındadır. O, dəbdəbəli paltarlar ilə yanaşı qara, ağ, səma geyinirəm “ mavisi, süd rəngi çalarlarında sadə və lakonik geyimlər də seçirdi: tvid kostyum, safari stilində gödəkcə, yüksəkbel şalvarlar, ağ əlcək. Burdan görmək olar ki, moda bir dairə ətrafında fırlanaraq təkrarlanır. 1940-cı illərin sonlarında isə onu nağıllar aləmindən çıxmış şahzadələrə bənzətmək olardı. O dövrə bütün dünyada tanınmış Kristian Diorun “new look” siluetini xüsusən sevməyə başladı. Amerikan Harper’s Bazaar’ ın baş redaktoru Karmel Snou yazırdı: “ Əziz Kristian, sizin yaratdığınız yeni paltarlar – tamamilə yenilikdir, bu “new look” dur. Kristian Dior bu silueti yaratma səbəbini belə izah edirdi: “ Avropa göydən düşən bombalardan bezib, artıq atəşfəşanlıq istəyir “. Dünyanın müharibədən qurtulub, yeni həyatın canlanmağa başladığı vaxtda o, istəyirdi ki, qadınlar Belle Époque adlanan dövrdəki kimi gözəl görünsünlər. Qreys Kelli də həyatının ən parlaq rollarını məhz bu siluetin çiçəkləndiyi dövrdə oynadı. Hollivudda oynadığı rollar dövründə oxşar kostyumları ona Metro-Goldwyn-Mayer kinostudiyasının kostyumerləri Edit Hed və Helen Rouz hazırlayırdılar, Monako şahzadəsi olduğundan sonra isə Qreys paltarları Diorun özündən sifariş etməyə başlamışdı. O, “new look” obrazında həm gündəlik həyatında, həm də ekranlarda görünürdü. İncə bel, həcmli ətək, ensiz çiyin xətdi onun sevimli görünüşü idi.

Alexander McQueen SS 2021 Ready-to-wear

Qreys Kelli öz sevimli obrazına kelli çantasını əlavə etdikdə isə ortaya yeni obraz çıxır. Məhz Monako şahzadəsinin şərəfinə Hermès Moda evi bu çanta modelinə kelli adını verdi. Bu çantanın tarixi 1954-cü ilə təsadüf edir, o zaman Qreys Kelliyə pərəstiş edən Alfred Hiçkok “ To Catch a Thief “ filminin çəkilişləri üçün kostyum dizayneri Edit Hedə icazə vermişdi ki, Qreys Hermès aksessuarlarından istifadə etsin. Edir Hed alış-veriş zamanı öz təəssüratlarını bu cür bölüşür : “ Biz sanki dondurma dükanındakı iki balaca qız idik, gözlərimizin gördüyü hər şeyə aşiq olurduq “ . Belə bir əfsanə də var ki, Monako şahzadəsi hamilə olarkən Hermès çantası ilə yüngül hiss olunan qarnını fotojurnalistlərin gözündən gizlətməyə çalışmışdı. Elə bundan sonra aparılan savadlı marketinq siyasəti nəticəsində kelli çantası moda dünyasında misilsiz bir populyarlıq qazandı.

QREYS KELLIYƏ MƏXSUS MƏHS HƏMIN ÇANTA ISƏ BU GÜN, LONDONDA VIKTORIYA VƏ ALBERT MUZEYINDƏ SAXLANILIR

the Kelly, Hermès arxivi

Bir fincan qəhvə ?

Dünya sakinlərinin üçdə ikisi səhərləri məhz bir fincan qəhvə ilə açır. Bu qədim içki növü milyonlar arasında populyardı və çox sevilir. Bir çoxları süd, şəkər, soyuq su və hətta duz ilə də içirlər. Son zamanlar qəhvə bir incəsənət növünə də çevrilib. Səhər qəhvəsini sevənlər daha yaxşı bilirlər ki, tərkibindəki kofein sayəsində iç daha da gümrah qalmağa kömək edir. Kofein beyinə qan təmini yaxşılaşdırır, qısamüddətli yaddaşı aktivləşdirir, perativ qərar qəbul etməyə səbəb olur, yorğunluqu aradan götürür. Tonuslaşdırıcı funksiyasına görə içki stress ilə mübarizə aparmağa kömək edir, yuxusuzluğu və süstlüyü aradan götürür.

Qəhvə hazırlanır xüsusi qəhvə paxlasından, bu isə əslində qəhvə albalısı adlanan meyvənin toxumlarıdır. Onlar qovurulub paxla halına gətirilir. Hətta bu paxlaları dəmlənmədən qabaq yeyənlərin sayı da az deyil. Səyyahlar öz qeydlərində yazırdılar ki, insanlar qəhvəni içki kimi hazırlamağı öyrənəndən çox əvvəl paxla paxla halında yeyirdilər. Afrikalı çobanlar keçilərin qəhvə ağacının yarpaqlarını və tünd-qırmızı rəngli giləmeyvələrini yedikdən sonra necə enerjili olduqlarını və ecəni yatmadıqlarını gördükdə özləri də dadmış və həqiqətən tonuslaşdırıcı effektə malik olduğundan əmin olmuşdular. Çobanlar olanları rahiblərə danışdıqdan sonra, onlar fikirləşdilər ki, ibadət vaxtı yuxuya getməsinlər deyə giləmeyvələrdən gümrahlaşdırıcı içki hazırlaya bilərlər. Aborigenlər də qəhvə paxlasından uzaq yollara çıxarkən istifadə edirdilər Qəhvə ağacının yarpaqlarından da çay hazırlayırlar. Onun kəskinliyi daha azdır, tərkibibndə daha az kofein var, lakin daha çox antioksidant ilə zəngindir.

Qəhvə yanında bir kitab

Kitab sadə bir qadının özünü tapmaq üçün uzun təhlükəli səyahətə çıxması haqqındadır. Bu oxuyuca pozitiv əhval-ruhiyyə ötürəcək bir kitab deyil, anasını, həyat yoldaşını itimiş, narkotik problemləri yaşayan, bir sözlə həyatda özünü itirən, çətin taleyə sahib olan qadından bəhs edən kitabdır. Və əlbəttə, təhlükələrlə dolu real macəra səbəb olur ki, qadın özünü tapsın, özünü bağışlasın və yenidən doğulsun.

The Wall Street jurnalı amerikan yazıçısı Şeril Streytin “ Vəhşi “ adlı kitabı haqqında belə yazır :

“ DAĞILMIŞ BİR HƏYAT VƏ YENİDƏN ONU VAHİD BİR HALA GƏTİRƏN UZUN YOLCULUQ HAQQINDA TƏSİRLİ VƏ SON DƏRƏCƏ İLHAM VERƏN BİR HEKAYƏ“

Élisabeth Louise Vigée Le Brun portreti, 1782

Qadınlar əvvəllər sənətdə obyekt və ilham rolunda yer alırdılarsa, sonradan özləri sənətkar roluna keçdilər. Və qadınların qət etdikləri bu yol o qədər asan deyildi. Tarixdən görürük ki, rəssamlar sırasında kişi həmkarları qədər, hətta daha istedadlı qadın rəssamlar da yer alıb. Onlardan biri Élisabeth Vigée Le Brun’dur. 15 yaşı olanda ailəsinə maddi cəhətdən dəstək olmaq üçün bu işlə məşğul oldu.

Fransa kraliçası Mari-Antoinette və uşaqları, 1787

Gabriel François Doyen, Jean-Baptiste Greuze və Joseph Vernet kimi ustalardan öyrəndikləri nəticəsində tanın- mış insanların rəsmlərini çəkməyə başladı. Elisabeth Duchess de Chartres’in portretini tamamladıqdan sonra isə şöhrəti daha da ya yılmışdı. Elisabeth’in ən mühüm özəlliklərindən biri təsvir etdiyi insanları şirin dili ilə məmnun etməsi və insanların gerçəkliklərini pozmadan ən gözəl halı ilə rəsmlərini çəkə bilməsi idi. Eyni zamanda fransız rəssam Madame Le Brun kimi tanınırdı. Kraliça Marie Anoinette portretini çəkməsi üçün onu Versal sarayına dəvət etdikdən sonra Elisabeth’in həyatı tamamilə dəyişmişdi.

Marie-Antoinette, 1783

Avtoportret, 1790

Kraliçanın otuza yaxın portretini çəkmişdi. 1789-cu ildəki inqilabın təsiri ilə isə övladları ilə birlikdə Fransanı tərk etmək məcburiyyətində qalmışdı. Çox səyahət etmişdi və 6 il Rusiyada yaşayarkən imperatriça II Yekaterina ilə tanış olmuşdu. Təəssüf ki, sifarişi aldıqdan sonra impe- ratriçanın ölümü ilə əlaqədar olaraq onun portretini çəkə bilməmişdi. Madame Le Brun’un yaradıcılıq irisinə təxmini sayı 700-ə yaxın olan çəkdiyi portretlər, təbiət təsvirləri daxildir, hamısı da Avropanın bir çox qalereyasında saxlanılır. Hətta Nyu-York Metropoliten İncəsənət Muzeyində 2016-cı il 15 fevral - 15 may tarixlərində keçirilən sərgi 18-ci əsrin ən yaxşı Fransız rəssamlarından biri kimi Elisabeth Louise Vigée Le Brun’a həsr olunmuşdu.

RİTA ilə zəmanədə səyahət

“You Were Never Lovelier “ (1942) filmi

Zamanın hər kəsiyində şəffaf paltarları görmək olar. Belə paltarlar Hollivudda bir tendensiyaya çevrilmişdi. Marlen Ditrixin, Merilin Monronun geyindiyi heyranedici paltarlar yadımıza düşür. Ən çox isə 40-cı illərin Hollivud ulduzu Rita Heyvort diqqətimizdən yayınmır. Əlbəttə ki, o çox fotogenik idi, lakin o dövr zərif formalı gözəl parçalar və bənzərsiz bəzək əşyaları tapan o dövr fotoq- rafların, kostyum dizaynerlərinin, stilistlərin də əmə- yini qiymətləndirmək lazımdı. Rita uzun illər Hollivud kostyum dizayneri, ən yaxşı kostyum dizaynına görə “Oskar” mükafatçısı Jan Lui Bertonun ilham mənbəyi idi. Məhz “Gilda” (1946) filmində onun üçün kostyumları Jan Lui hazırlamışdı. Aktrisa “Salome “ (1953) filmində də “Dance of the seven veils” adlanan rəqsi geyindiyi cəlbedici geyim ilə möhtəşəm ifa etmişdi. Geyim yalnızca sinə və çanaq hissəni örtməsi üçün qalın parçadan və ( sanki iki ayrı hissəli çimərlik geyimini xatırladırdı) qalan hissələri dəri rəngi şifondan ibarət idi. Üzərisi isə bəzək əşyaları ilə bəzədilmişdi. Cazibədar və istedadlı Rita səhnəyə və ekranlara çıxarkən tamaşaçıya heyranedici anlar yaşadırdı. Hələ ki, cazibədar rəqsinin nə dərəcədə zövq verdiyini demirik. Aktrisa Fred Aster ilə də birgə “You Were Never Lovelier “ (1942) filmin səhnəsində yer almışdı və geyindiyi qara zərif libası ilə həmkarı ilə “ I’m Old Fashioned “ musiqisi altında mükəmməl rəqs ifa etmişdi. Əksər dizaynerlər şəffaf parçalardan tikilmiş paltarları alt paltarına bənzəyən dəstlər ilə tamamlayırlar. Mövsüm kolleksiyalarında ilk dəfə deyil ki, şəffaf parçalar və tüllər əsas dəb trendləri sırasında yer alır. Artıq bu tip paltarlar təxribat xarakterli olmaqdan daha çox təmkinlilik və zəriflik nümayiş etdirir. 2021-ci il yaz/yay kolleksiyalarında dizaynerlər paltarları hər cür dəbli üslubda təklif etdilər. Christian Dior, Alberta Ferretti, Giambattista Valli, Miu Miu kimi məşhur dizaynerlərin kolleksiyalarında mo- delləri podiumlarda incə axıcı materiallardan hazırlanmış paltarlar ilə gördük.

Christian Dior Spring/Summer 2021

CAZ Lui Armstronq ilə

Caz çox canlı, heyranedici, daim inkişafda olan, qulaq asdıqca dərinliyinə daldığın bir musiqidir. Əldə olunmuş elə bil xəzinədir ki, minilliklər boyu təbil sənətinin, ritual və dini nəğmə oxuma sənətinin irsini özündə daşıyır. XX əsrin əvvəllərində artıq Yeni Orlean küçələrində səs ucalığı, ritmik enerjisi, cəsarəti və üsyankarlığı ilə yeni musiqi istiqaməti eşidilməyə başlamışdı. Hər ifa ilə fərqli səsləndiyindən caz qulağa daha cazibəli gəlirdi. Blüzdan duyğusallığı alması və onunla birlikdi harmoniya təşkil etməsi, nəfəsli musiqi alətlərinin də caza qoşulması onu tamamilə unikallaşdırdı. Amerikanın cənub ştatlarında aşağı sinif qaradərililər tərəfindən icad edilmiş caz musiqisi sürətlə Amerika cəmiyyətinə yayılaraq radiolarda eşidilməyə başladı, milyonlarla qrammofon vallarının satışı cazın populyarlığını artırdı. Cazın inkişafına ən çox təsir etmiş və bütün dünyada populyarlıq qazanmasına öz töhfəsini vermiş Lui Armstronqun adını çəkməliyik. Ölümünə 4 il qalmış ifa etdiyi “What a Wonderful World” kompozisiyası onun son hitinə çevrilmişdi. Düzdür, qaradərililərin hamısı musiqini adekvat qəbul etməmişdilər, son zamanlar Luini öz yaradıcılığı ilə ağ dərililəri əyləndirməsində ittiham edirdilər. O, bunlarla bağlı öz rəyini belə bildirmişdi: “ Gənclərdən bəziləri mənə deyirlər: “ Hey, əzizim, nə demək istəyirsən? Necə heyrətəmiz dünyadır? Hər yerdə baş verən müharibələr bəs? Sən onları heyrətamiz hesab edirsən?...” Axı nəyə görə bu yaşlı qocaya qulaq asmaq istəmirsiniz? Mənə elə gəlir ki, dünya pis deyil, dünyanı pis edən bizik. Və mən demək istəyirəm ki, biz ona şans versəydik o necə də heyrətamiz olardı. Sevgi, əzizim, sevgi. Sirr məhz bundadır “.

This article is from: