One day
BİRG ÜN
“ Pulp Fiction “ 1994 qara komediya cinayət filmi
Yazı Nigar Sarıvəlli Foto İnternet resursu
Yemək həyatımızda xüsusi yer tutur. Mütəmadi səhər qida qəbulu bədənimizə faydalı təsir göstərir. Təbii ki, düzgün qidalar yeyirsinizsə. Bir çox araşdırma səhər yeməyinin daha dəqiq düşünməyə, daha yaxşı qərarlar verməyinizə və daha məhsuldar olmağınıza kömək edə biləcəyini göstərmişdir. Bundan əlavə, səhər yeməyi yaxşı əhval-ruhiyyəyə kömək edir. Səhər yeməyi bədəninizdəki enerji ehtiyatları və bəsləyici maddələr ilə zənginləşdirir. Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda 1 fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemir. esab olunur ki, Ən sağlam səhər yeməyinin İngilis, ən sürətli Amerika və ən ləzzətli Fransız səhər yemədir. Çoxları əlbəttə ki, kafedə səhər yeməyi yeyirlər. Ancaq Evdə hazırlanan səhər yeməyi daha özəl hesab edilir. Hələ ki, bu azərbaycanlıların səhər süfrəsidirsə. Bizim səhər süfrəsini yağ-pendirsiz və şirin çaysız təsəvvür etmək mümkünsüzdür. Bal, qaymaq və müxtəlif növ cemlər də süfrəyə əlavə olunur. Əfsanəyə görə, Çin imperatorluğunda xidmətçilərindən biri bağçada su qaynadarkən yarpaqlardan biri suyun içinə düşərək ətrafa gözəl ətir saçır. İmperator Shen Nungi yarpaq düşmüş sudan içir və aldığı dadı çox bəyənir. O gündən sonra çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir. Çay susuzluq və yorğunluq hallarında olduqca faydalıdır, başağrılarını sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir. 74
SANİ magazine
Haruki Murakami : “Dadlı bir səhər yeməyi həyatda ayrı bir bayramdır“