POLİQON / AZERİ DEFENCE Military Magazine 1 (51) 2021

Page 49

“TopGun” partladıcılı 155 mm­lik atəş yığımları (ön planda). Foto: İnternet

LÜLƏLİ ARTİLLERİYA SİLAHLARI ÜÇÜN İDARƏ OLUNAN DÖYÜŞ SURSATLARI Əhəd Əzizov Bir qədər yerüstü artilleriya sistemləri üçün idarə olunan döyüş sursatları mövzusuna toxunaraq bir daha qeyd etmək olar ki, ənənəvi olaraq, artilleriya ümumqoşun əməliyyatlarında atəş dəstəyinin ən vacib komponenti hesab olunur. Lüləli artilleriyanın qarşıya qoyulan tapşırıqları yerinə yetirmək bacarığı daima təmin edilməli, ənənəvi iriçaplı sursatların istehsalı ilə yanaşı, hədəflərə təsirini yüksəltmək üçün yüksək dəqiqlikli sursat nümunələri inkişaf etdirilməlidir. ABŞ-ın “Martin Orlando” (mərmi), “Naval Weapons Laboratory Dahlgren” (özütuşlanan başlıq) və “Hughes” (xüsusi işıqlandırıcı hədəfgöstərici) şirkətləri tərəfindən hazırlanmış 155 mm “COPPERHEAD” (qoşun indeksi M712) atəş yığımı lazerlə idarə olunan döyüş sursatlarının ilk nümunəsi olsa da, bu tip sursat özünün geniş təşəkkülünü tapmamışdır. Özütuşlama üsulu ilə idarə olunan mərmilərin perspektivi və yüksək döyüş qabiliyyətləri alay və briqada səviyyəsindəki, eləcə də diviziya-korpus-ordu səviyyəsindəki 122, 130, 152 və 155 mm çaplı artilleriya sistemləri üçün belə mərmilər yaratmaq vəzifəsi qoymuşdur. Dəqiqliyi artırmaq üçün həll yollarından olan özütuşlama üsulu iki istiqamətə

ayrılır: bir istiqamət lazerlə idarə olunan mərmilərin istifadəsi, digər istiqamət isə peyk naviqasiyasının istifadəsidir. Hazırda bu tapşırıq uğurla icra olunaraq müxtəlif çaplı artilleriya sistemləri üçün idarə olunan mərmilər yaradılıb. XX əsrin 80-ci illərindən etibarən, keçmiş SSRİ-də, sonradan isə Rusiyada lazerlə idarəetmə texnologiyasından istifadə edilərək müxtəlif çaplı artilleriya sursatları yaradılıb. Bu sıraya əsasən lüləli artilleriya sistemləri üçün 122 mm-lik və 152 mm-lik “Kitolov” və “Santimetr” atəş yığımları daxildir. “Kitolov” idarə olunan artilleriya kompleksi Rusiya Federasiyasının “Tula Cihazqayırma Konstruktor Bürosu” tərəfindən yaradılıb. Özündə lazer məsafəölçəninin işıqlandırmasından əks olunan yarıaktiv lazer özütuşlama başlıqlı korrektə olunan qəlpəli-fuqas mərmini birləşdirir. Zirehli hədəflərin və mühəndis qurğularının məhv edilməsi üçün təyin edilib. Özütuşlama başlığı “Leninqrad Optika-Mexanika Birliyi” tərəfindən yaradılıb.

Mərminin trayektoriyada idarə olunması aerodinamik sükanlar vasitəsilə yerinə yetirilir. Atəş yığımının 122 mm-lik D-30 haubitsasından və 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusundan istifadə üçün KM-3 “Kitolov-2M” ayrı giliz doldurumlu KB122 növü mövcuddur. Mərminin döyüş hissəsi qəlpəli-fuqas tiplidir və hədəfi üstdən, uçma-şığıma trayektoriyası üzrə məhv edir. Yedəyə alınan artilleriya bölmələri üçün nəzərdə tutulmuş kompleksin tərkibinə 122 mm-lik idarə olunan mərmi, dəyişən tullayıcı atım və “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi daxildir. Özüyeriyən artilleriya qurğularında isə “Malaxit” kompleksi tətbiq edilmədən 1D20, 1D22, 1D22M, 1D26 və 1D26M lazer hədəfləyici-məsafəölçənindən istifadə olunur. 152 mm-lik “Santimetr” idarə olunan artilleriya atəş yığımı Rusiyanın “Ametex” Elmi-Texniki Kompleksi QSC tərəfindən yaradılıb. 2K24 idarə olunan artilleriya silahı kompleksinin tərkibinə daxildir.

47


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.