YANVAR – FEVRAL 2020 / № 01 (45)
JURNALIMIZIN BU SAYINDA
MÜSAHİBƏ
DSX Sәrhәd Qoşunları komandanı: AZƏRBAYCANDA MÜASİR VƏ GÜCLÜ SƏRHƏD-MÜHAFİZƏ İNFRASTRUKTURU YARADILIB
4 REPORTAJ FHN Xüsusi Riskli Xilasetmə Xidməti PEŞƏKAR HEYƏT, ÇEVİK REAKSİYA
28
XƏBƏR ASELSAN–BAKI 22 ilini tamamladı “UF Pro” və “5.11” Azərbaycanda “Azərkosmos” və “İnfostellar” əməkdaşlıq edəcək GREY WOLF silahlanmaya qəbul edilib VENTUS – snayperlər üçün hamısı birində OTOKAR-dan rekord böyümə EURASIA AIRSHOW-2020 Bombalara GPS-siz naviqasiya SAHA EXPO-2020 sərgisi
MÜSAHİBƏ
Fövqәladә Hallar Nazirliyi BEYNƏLXALQ XİLASETMƏ ƏMƏLİYYATLARINA TÖHFƏSİNİ ARTIRIR ANALİZ DİNAMİK MÜHAFİZƏ QURĞULARI yaradılması, inkişafı və perspektivləri
KBRN sensorları
ÖZƏL THALES Azərbaycanda yeni layihələri nəzərdən keçirir
58
MBOMBE 6 piyada döyüş maşını
SƏNAYE Ordunun təlim sistemləri ilə təchizatında YERLİ ŞİRKƏTLƏRİN İŞTİRAKI
TEXNOLOGİYA MOBİL, DƏQİQ, UNİVERSAL ROKETSAN-ın yaylım atəşli reaktiv sistemləri ANTİDRON SİSTEMLƏR təkmilləşdirmələr, yeni texnologiyalar
AZERI DEFENCE Hərbitexnoloji jurnal YANVAR–FEVRAL №01(45) 2020 Qiyməti: 6 manat
Təsisçi və baş redaktor Rəşad SÜLEYMANOV
SİLAHLANMA MODERN MİNAATANLAR Gələcəyə yönələn təkmilləşmələr
Tel: (+994 55) 667-50-72 Email: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.azeridefence.com Ünvan: Bakı şəhəri, H.Zərdabi küç., 78B AHB İş Mərkəzi, 208
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com
Редактордан Husi silahlıları tərəfindən 14 sentyabr 2019-cu il tarixində Səudiyyə Ərəbistanının cənubunda yerləşən Abkayk və Hureys neft terminallarına 18 ədəd kamikadze dronla edilən hücumlar nəticəsində ARAMCO şirkətinə böyük zərər vuruldu. Sıradan çıxarılmış terminallarının bağlanmasıyla Səudiyyə Ərəbistanı neft ixtehsalını yarıyadək azaltmalı oldu ki, bu da dünya üzrə neft istehsalının təxminən 5%-i demək idi. İstehsalın azalması həmin ərəfədə dünya bazarlarında neftin qiymətinin birdən-birə 20%-dək bahalaşmasına səbəb oldu. Təhlükəsizlik ekspertlərinin və rəsmi şəxslərin sözlərinə görə, ordunun və təhlükəsizlik strukturlarının istifadəsində olan kəşfiyyat texnologiyalarının hücumları əvvəlcədən təyin edə bilməməsinə səbəb dronların həddən ziyadə aşağı hündürlükdən uçması olub. Bu səbəbdən mövcud radiolokasiya sistemləri həmin dronları aşkarlaya bilməyib. Bundan əvvəl Yəməndə, yenə Səudiyyə Ərəbistanında, İraq və Suriyada bənzər olaylar yaşanmışdı. Bütün bu baş verənlər Yaxın Şərq bazarı üçün “işləyən” müdafiə sənayesi şirkətlərini yeni texnologiyalar barədə fikirləşməyə məcbur edir. Dron təhdidləri Azərbaycan üçün də aktualdır. Bu təhdidlər tək Ermənistanla 1000 kilometrə yaxın, bilavasitə hərbi əməliyyatların davam etdiyi cəbhə xəttində deyil, eləcə də strateji obyektlərin, zavodların, neft-qaz terminallarının dronlara qarşı mühafizə və müdafiəsi zərurətini yaradır. Ermənistan Ordusu 2014-cü ildən cəbhə xəttində kəşfiyyat məqsədi ilə “DJI Phantom”, “DJI Inspire”, eləcə də yerli şirkətlər tərəfindən istehsal edilən multikopterlərdən və sabit qanad PUA-lardan geniş istifadə edir. Kəşfiyyat uçuşları ilə yanaşı Azərbaycan Ordusunun cəbhə xəttindəki mövqelərinə multikopterlərdən döyüş sursatlarının atışı və kamikadze hücum cəhdlərinin edildiyinə dair məlumatlar mövcuddur. Azərbaycanın Müdafiə Nazirliyinin açıqladığı məlumatlara görə, 2015–2018-ci illərdə cəbhə xəttində əksəriyyətini multikopterlər təşkil etməklə 31 PUA zərərsizləşdirilib. Bunların da bir çoxu bahalı zenit-raket kompleksləri və iriçaplı silahlar vasitəsi ilə vurulub. Ermənistan Ordusunun istefada olan general-leytenantı Norat Ter-Qriqoryantsın yanvar ayının əvvəllərində mətbuata açıqlamasında Azərbaycanın neft infrastruktrunun kamikadze dronlarla vurulacağı barədə eyhamları cəbhəyanı zonada dron təhdidlərinin əvvəlki illərlə müqayisədə daha çox ciddiyə alınmasının vacibliyinə yönəldir. Ermənistan şirkətlərinin süni intellekt və üztanıma alqoritmləri üzərində işləməsini də nəzərə alsaq, qarşıdakı illərdə təhlükənin miqyasının düşünüldüyündən də böyük olacağını demək olar. Ulu öndər Heydər Əliyevin məşhur kəlamı vardır: “Bir hadisənin qarşısını vaxtında almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır”. Gecikmək sonrakı problemlərə yaşıl işıq yandırmaqdır.
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə indən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb.
Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir.
“AD Jurnalı” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521
mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır Format 60x90 1/8.
Qapaq fotosu: “Palladium Defence and Security Solutions” şirkəti tərə indən Azərbaycanın güc strukturlarına təqdim edilən 7.62x39 mm çaplı “Grey Wolf” avtomatı Foto: Palladium
DSX Sərhəd Qoşunları komandanı: AZƏRBAYCANDA MÜASİR VƏ GÜCLÜ SƏRHƏDMÜHAFİZƏ İNFRASTRUKTURU YARADILIB Rəşad Süleymanov Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 saylı sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) struktrunda dəyişikliklər edilib və 4 hərbi birləşmə yaradılıb. Bu hərbi birləşmələrdən biri də ölkənin quru sərhədlərinin mühafizəsini həyata keçirən Sərhəd Qoşunlarıdır. Dövlət başçısının 2018-ci ilin sonlarında verdiyi tapşırıqla Azərbaycan–Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisinə düşən hissəsinin mühafizəsi və müdafiəsinin təşkilidə DSX-nin Sərhəd Qoşunlarına həvalə olunub. Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının komandanı general-leytenant Əsgər Xəlilov jurnalımıza müsahibəsində sərhəd mühafizəsi sahəsində görülən işlər, gələcək planlar və Azərbaycan–Ermənistan dövlət sərhədindəki mövcud vəziyyət barədə sualları cavablandırıb.
General leytenant ƏSGƏR XƏLİLOV: Sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində işlər aparılır Azeri DEFENCE: Cənab general leytenant, iki il əvvəl DSXnin struk turunda dəyişiklik edilməsi nəticə sində Sərhəd Qoşunları Komandan lığı yaradıldı. Təbii ki, Sərhəd Qoşun larımız bu dövrədək formalaşma mər hələsini keçib və özünün inkişaf döv ründədir. Sizing fikirləriniz maraqlı olardı: geniş miqyasda yanaşsaq, bu dəyişiklik Azərbaycan Sərhəd Müha fizəsinə nə gətirdi? Generalleytenant Əsgər XƏLİLOV: Əvvəlcə məlumat vermək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2017-ci il 5 iyun tarixində Dövlət Sərhəd Xidmətinin tərkibin-
də 4 hərbi birləşmənin yaradılması ilə bağlı qərarı Dövlət Sərhəd Xidmətində idarəetmə sisteminin təkmilləşdirilməsi, hərbi hissə və bölmələrin qarşısında duran vəzifələrin icrası üçün optimal şəraitin yaradılmasına yönəlib. Struktur islahatları qarşıda duran vəzifələrin icrası üçün bütün güclərin səfərbər edilməsinə şərait yaradıb. Dövlət sərhədində baş verən və baş verə biləcək hallara qarşı dərhal reaksiya vermə imkanlarını təkmilləşdiririb DSX strukturunda edilmiş dəyişikliklər əslində bu gün ölkəmizdə dövlət başçımız tərəfindən uğurla həyata keçirilən islahatlar və yeni idarəetmə sisteminə keçidin ilkin təzahürünün nəticə-
si idi. Aparılmış dəyişikliklər idarəetmədə çevikliyi, müasir dünya praktikasına müvafiq olaraq fərqli vəzifələr yerinə yetirən müxtəlif sərhəd mühafizə qurumlarının funksiyalarının ayrı-ayrı birləşmələrdə cəmləşdirilməsini təmin etdi. Böyük kontekstdən yanaşdıqda bütün bu dəyişikliklər Azərbaycan Sərhəd Mühafizəsində yeni bir dövrün başlanğıcı oldu. Azeri DEFENCE: Quru sərhədləri mizin mühafizəsinin gücləndirilmə si, infrastrukturun yaradılması və ye ni ərazilərdə xidmətin qurulması istiqamətində görülən işlər barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.
DSX Sərhəd Qoşunlarının silahlanmasında yer alan, Azərbaycanda müasirləşdirilmiş BTR70S zirehli transportyorları. Müasirləşdirmə nəticəsində zirehli transportyorların idarəetməsi asanlaşdırılıb, manevr qabiliyyəti yüksəldilib, həmçinin havalandırma sistemi ilə təchiz olunub.
DSXnin rəhbərliyi AzərbaycanGürcüstan dövlət sərhədində yeni istifadəyə verilmiş “Keşikçi Qala” zastavası ilə tanış olarkən. Foto AD
Generalleytenant Əsgər XƏLİ LOV: Dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsi, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırlması Silahlı Qüvvələrin Ali Baş Komandanının daim diqqət və nəzarətindədir. Həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda müasir tələblərə cavab verən güclü sərhəd-mühafizə infrastrukturu yaradılıb. Dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunub. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşı-
DSX Sərhəd Qoşunlarının istifadəsində yer alan ZPT zirehli avtomobilləri. Foto: AD
6 www.azeridefence.com
ya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan birləşmə səviyyəsinə yüksəlib. Aparılan quruculuq işləri və yaradılan infrastruktur barədə məlumat verərkən bunları demək kifayətdir ki, Dövlət Sərhəd Xidmətinin cavabdehliyinə verilmiş yeni xidməti ərazilərdə – Azərbaycan–Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində təmas xəttində son bir il ərzində xidmətin tələblərinə cavab verən 84 sərhəd-döyüş məntəqəsi, 3 hərbi hissə kompleksi inşa olunub. Artıq bu gün qürur hissi ilə ilə qeyd etmək olar ki, Dövlət Sərhəd Xidməti-
nin Sərhəd Qoşunlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən təlimlərdə yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılır, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi üçün vərdişlər mükəmməlləşdirilir. Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır. Təkcə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən 2019-cu ildə “yaşıl sərhəd”də 211 nəfər sərhəd pozucusu, 118 nəfər rejim pozucusu saxlanılıb. Təxmini dəyəri 13,3 milyon manatdan artıq olan qaçaqmalın, o cümlədən 298,8 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Sizin də bildiyiniz, müşahidə etdiyiniz kimi, quruculuq və inkişaf prosesləri uğurla davam etdirilir. Sərhədlərimizin mühafizəsinin səviyyəsi yüksəlir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının şəxsi heyəti bu görülən işlərdən ruhlanaraq Vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə, dövləti maraqlara sədaqətlə xidmət edir.
GÖK G ÖKT ÖK TÜRK ÜR RK - 2 EO O SAT TE ELLLITE SYST YST S EM EM
TF T F TURKISH IS FIGHT F GHT HTER R
HÜR ÜRJET Ü RJE JET AD DVAN ANCED A N ED D JET ET T TRAINE RA A NE ER E R AN A ND N D LIGHT L GH H ATT T AC ACK K AIR AIRCRA CRAFT R FT
AKSUNGUR AKSUNGU AK KSU SUN NGU UR R HIGH H GH H PAYLOA OA AD DC CAPACITY CA TY Y UAV SYS STEM EM
)À3,6IJ ADVAN ANCED A E TRAINER ED TR N AIRC CRAFT F
ANKA AN NKA MULTI M TIR T I OL OLE UAV SYST YST STEM E
GÖKB GÖKBEY GÖ KBE EY MUL M ULLTIR RO OLE U UTIL ILLI L Y HELIC LITY HELI LICOP PTER ER
MULLTIR M T ROLE HEA E VY V COMB MBAT HE ELIC E COPT PTER R
AIRBUS A IRB BUS A B A400M A4 00 0 0M 0M M LIIT MILIT TA AR RY TRA TR TRAN RANSPOR NSPOR NS POR RTAT TION ION I N AIR RCRAFT CRAFT AF A F › For orwarrd Cen nter Fu Fuselage uselage ag a › Ta ailccon one and Rea earr Fuselage Fuselag g Upper Upp p er Panel nell › Ailerrons o and an Speed Sp d Bra ak kes › Paratrroop oopers o ers and and Emer Emergency Exit Doors Door o › Water and a Was a te e Syste tems › Fuselage Fusela ela e Cable Ca C ble Har Hardwar dware e
Turkish sh Ae errospace spa a Subsidiary S i id of TA AFF and AF nd an affilia a ate of S SSB.
www.tusas.com / tusas_en sa n
TAK AK OMBAT HE OM HELIC ELICOPTER
Azeri DEFENCE: Cənab koman dan, 2018ci ilin sonlarında dövlət başçısının sərəncamı ilə Qazax və Ağ stafa rayonları istiqamətində – Ermə nistan Respublikası ilə dövlət sərhə dinin mühafizəsi və müdafiəsi DSX Sərhəd Qoşunlarına tapşırıldı. Bir il zaman keçib. Dövlət sərhədimizin sözügedən hissəsində vəziyyət necə dir? Orada xidmətin təşkili üçün han sı işlər görülür? Generalleytenant Əsgər XƏLİLOV: Məlum olduğu kimi, 2018-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin mühafizəsinin Azərbaycan sərhədçiləri tərəfindən mühafizə altına götürülməsi barədə qərarı Azərbaycan sərhəd mühafizəsi üçün tarixi əhəmiyyət kəsb edir. Çünki bu qərarla ölkə sərhədlərinin bütövlükdə mühafizə altına götürülməsinin əsası qoyulub. Bu gün fəxr edirik ki, hazırda Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində xidmət Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri tərəfindən təşkil olunub.
8 www.azeridefence.com
Sərhəd müha izə sistemində 48 ildir xidmət edən generalleytenant Əsgər Xəlilov keçmiş SSRİ Ali Sərhədçilər Məktəbini bitirib. Müstəqillik illərində Azərbaycan Respublikasının dövlət sərhədlərinin müha izəsinin təşkili işinin qurulmasında yaxından iştirak etmiş Ə. Xəlilova Azərbaycan Respublikası Prezidentinin 2009cu ildə imzaladığı Sərəncamla generalmayor, 2018ci ildə isə generalleytenant ali hərbi rütbəsi verilib.
Məlumat vermək istərdim ki, ötən dövr ərzində şəxsi heyətin döyüş hazırlığı yüksəldilib, təmas xəttində müdafiə sistemi təkmilləşdirilib, strateji əhəmiyyətli bir sıra istiqamətlərdə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin irəli çəkilməsi təmin olunub. Ötən ilin sonunda həm səngər, həm sərhəd olan bu ərazidə xidmət edən sərhədçilərimiz xidmətə uyğun tikililərdə xidmətə başlamışdılarsa, hazırda hərbi qulluqçularımız üçün ən müasir tələblərə cavab verən sərhəd-döyüş məntəqələri inşa edilərək istifadəyə verilib və bu işlər davam etdirilir. Ötən müddət ərzində bu ərazidə görülmüş işlər inanılmaz həcmdədir. Statistik rəqəmlərlə ifadə etsək, bu 191,3 min metr qrunt yol, 38,8 min metr val çəkilişi, 84 ədəd inzibati bina (tikili), 3 hərbi hissə kompleksi, böyükhəcmli rabitə, komunikasiya işləri və s. deməkdir. Həmin istiqamətdə DSX tərəfindən görülmüş işlərə, xidməti döyüş fəaliyyətinin təşkilinə verilən ən böyük qiymət odur ki, Prezident, Si-
lahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qərarı ilə DSX-nin Sərhəd Qoşunlarının tərkibində daha bir əlahiddə diviziya – “Qazax” Əlahiddə Sərhəd Diviziyası yaradılıb. Qeyd etmək istəyirəm ki, dövlət başçısının məlum sərəncamı Dövlət Sərhəd Xidmətinə etimadının təzahürüdür və bu da hər bir sərhədçidə böyük məsuliyyət hissi yaradır. Dövlət sərhədinin qeyd edilən hissəsində hal-hazırda vəziyyət nəzarət altındadır, bölmələrimiz yüksək əhvali-ruhiyyə və peşəkarlıqla döyüş tapşırıqlarını yerinə yetirir. Azeri DEFENCE: Yeri gəlmişkən, düşmən tərəfindən teztez Qazax ra yonu istiqamətində atəşkəs rejimi nin pozulması müşahidə olunur. Düş mən təxribatları ilə nəyə nail olmaq istəyir? Düşmən təxribatlarının qar şısının vaxtında alınması, şəxsi heyə tin və sərhədə yaxın yaşayış məntə qələrimizin təhlükəsizliyinin təmin olunması üçün hansı addımlar atılır?
Generalleytenant Əsgər XƏLİLOV: Son aylarda həmin ərazilərdə gərginlik müşahidə olunur. Açıq söyləmək istərdim: bunun əsas səbəbi Ermənistan silahlı bölmələri tərəfindən sərhədboyu ərazidə təxribatlar törətmək cəhdlərinin davam etməsi, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkməyə çalışması olub. Bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Düşmənin təxribat cəhdləri neytrallaşdırılıb və düşmən üzərində strateji üstünlük əldə olunub. Cavab tədbirləri nəticəsində, dövlət sərhəd xəttinə 2000 metrə qədər məsafədə olan bir çox mövqelərimiz 1,5–1,7 km irəli çıxarılıb və bu da bizə yaxınlıqdakı yaşayış məntəqələrinin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa imkan verib. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün əlavə imkanlar yaradıb. Düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəddöyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün yolların çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınlarına atəş açılıb. Nəticədə, bir müddətli həqiqi hərbi xidmət hərbi qulluqçumuz və bir nəfər mülki şəxs şəhid olub, iki hərbi qulluqçumuz yaralanıb. Düşmən bu hərəkətlərinə görə 5-6 qat artıq cavab almasına baxmayaraq, bu cəhdlərə davam edir. Təmas xəttinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına həvalə edilmiş hissəsində şəxsi heyətin, əhalinin və sərhədboyu yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunması üçün zəruri addımların atılması davam etdirilir, maarifləndirmə tədbirləri həyata keçirilir. Düşmən təxribatlarının qarşısının alınması üçün aidiyyəti qurumlar və güc strukturlarının yerli şöbə və bölmələri arasında bu istiqamətdə qarşılıqlı fəaliyyət planına uyğun tədbirlər ardıcıl olaraq icra olunur. Azeri DEFENCE: Cənab general leytenant, bu gün Azərbaycan sər hədləri üçün başlıca təhdidlər nələr dir? Sərhəd Qoşunlarımızın bu təh did lər lə müba ri zə im kan la rı nın yüksəldilməsi, yeni texnologiyalar, si
lah və hərbi texnikaların tətbiqi isti qamətində görülən işlər barədə mə lumat verə bilərsinizmi? Generalleytenant Əsgər XƏLİLOV: Bir qədər keçmişə dönmək istərdim. “Sərhəd Qoşunları beynəlxalq terrorizmlə, təxribatçı qüvvələrlə mübarizədə ön sırada olmalıdır”, – deyən ulu öndərimiz Heydər Əliyev 6 fevral 2003-cü ildə Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətinə dair illik hesabatı şəxsən qəbul edərək sərhədçilər qarşısında kütləvi qırğın silahlarının yayılmasına, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi kimi mühüm vəzifələr qoydu. Zamanla Ermənistanla təmas xəttində dövlət sərhədinin mühafizəsi fak-
torunun doğurduğu reallıqlar, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, siyasi sabitliyə və dinamik inkişafına yönəlmiş təhdidlər əlavə olunub. Bu vəzifələrin icrasının təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərdə yeni alınmış silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsinə nail olmaq üçün vərdişlər mükəmməlləşdirilir. Elmi-texniki tərəqqi sərhəd təhlükəsizliyinin təminatında da insan fakto-
Yuxarıda qeyd etdiklərimlə bağlı ötən ilin avqust ayında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi ərəfəsində Dənizkənarı Milli Parkda keçirilən tədbirdə ictimaiyyətə geniş məlumat verilib. Dövlət Sərhəd Xidmətinin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçan aparatları, sərhəd-gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd-mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular nümayiş etdirilib. Vətəndaşlara hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq üçün şərait yaradılıb. Əminliklə deyə bilərəm ki, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları ehtimal olunan bütün təhdidləkosmik sənayenin yaradılması və milli rə qarşılıq verməyə qadir olan kifayət peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədləDSX Sərhəd Qoşunlarının komandanı general rinin mühafizəsi istiqamətində də yeni leytenant Əsgər Xəlilov xidmətdə fərqlənən bir imkanlar yaradır. qrup zabiti təltif edərkən. Foto: DSX
DSXnin aviasiya dəstəsinin istifadəsində olan Mi17V1 hərbi nəqliyyat helikopteri. Xarici asmada 80 mm idarə olunmayan raketlər, habelə idarə olunan raketlərlə silahlandırılmış helikopterlər heyətin və yüklərin daşınması, desant atılması, yaralıların təxliyəsi, axtarışxilasetmə, eləcə də qoşunlara havadan atəş dəstəyinin təmin edilməsi üçün istifadə olunur. Foto: AD
runun azalmasını qaçılmaz edir. Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yol la tə min olun ma sı is ti qa mə tin də mühüm tədbirlər həyata keçirilir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Bir məsələni də diqqətə çatdırmaq istərdim. Bu gün ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi,
DSXnin silahlanmasında mövcud olan MALE sinif “Hermes900” PUA. İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Hermes900” 350 kq faydalı yükgötürmə qabiliyyətinə, 15 metr qanad açıqlığına, 9100 metr uçuş hündürlüyünə malikdir. Fasiləsiz 36 saat havada qala bilən “Hermes900” özünün unikal imkanlarına görə fərqlənir və postsovet məkanında yalnız Azərbaycan DSXnin silahlanmasında mövcuddur. Foto: Azərbaycan Prezident.az
10 www.azeridefence.com
qədər müasir silah və texnikaya, həmçinin onları bacarıqla idarə edə bilən şəxsi heyətə malikdir. Azeri DEFENCE: DSX Sərhəd Qo şunları Azərbaycanda heyətin müqa vilə əsasında, peşəkarlaşdırılmasına başlayan ilk hərbi qurum olub. Bu barədə nələri söyləyə bilərsiniz? Generalleytenant Əsgər XƏLİLOV: 2019-cu ildə qarşımızda duran prioritet vəzifələrdən biri DSX-nin zabitlərlə, xüsusilə gizir və müddətdən artıq çavuş heyəti ilə komplektləşdirilməsi işinin intensivləşdirilməsi, yeni hərbi hissələrin ixtisaslı zabit və gizir heyəti ilə komplektləşdirilməsi olub. Qeyd etdiyiniz kimi, Sərhəd Qoşunları Azərbaycanda bu istiqamətdə fəaliyyətə başlayan ilk qurumlardan biridir. Hal-hazırda bu sahədə fəaliyyətlər davam etdirilir. Yeri gəlmişkən, burada xüsusi vurğulanmalı məqam odur ki, Dövlət Sərhəd Xidməti, onun birləşmələrində xidmət spesifik xüsusiyyətə malikdir və sərhəd-mühafizə qurumlarında xidmət edən hərbi qulluqçular ənənəvi olaraq öz elitarlığı, peşəkarlığı ilə həmişə fərqləniblər. Onların hazırlığına, fərdi keyfiyyətlərinə olan tələblər hər zaman yüksək olub. Eyni zamanda qeyd etmək istərdim ki, Dövlət Sərhəd Xidməti silahli birləşmə olmaqla bərabər, həm kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirən bir qurum, həm də hüquq-mühafizə orqanıdır. Məhz bu səbəblərdən Dövlət Sərhəd Xidmətində vətəndaşlar daha
DSXnin cəbhə xəttində xidmət edən snayperləri. Müasir, dəqiq silahlar və lazımi avadanlıqlarla təchiz olunmuş DSX snayperləri bu gün Azərbaycan Silahlı Qüvvələrinin ən hazırlıqlı və peşəkar snayperləri hesab olunurlar. Foto: AzərTAC
diqqətli və hərtərəfli yoxlamalardan sonra xidmətə qəbul olunurlar. Yeni qəbul olunan hərbi qulluqçular təlim-tədris mərkəzlərində müvafiq proqramlar əsasında tədrisi bitirdikdən sonra ixtisasları üzrə hərbi xidmətə cəlb edilir və xidmət dövründə də mütəmadi olaraq təkmilləşdirmə kurslarında iştirak edərək öz peşəkar hazırlıqlarını artırırlar. Azeri DEFENCE: Cənab koman dan, dəyərli vaxtınızı ayırıb sualları mızı cavablandırdığınız üçün təşəkk ür edirik. Sonda əlavə etmək istədi yiniz fikirlər varmı? Generalleytenant Əsgər XƏLİLOV: Uzun illərdir Sərhəd Mühafizəsində xidmət edən bir zabit kimi fəxrlə deyə bilərəm ki, Azərbaycan sərhədçisi hər zaman dövlət sərhədinin etibarlı mühafi-
zəsi, müdafiəsi, dövlətçiliyin qorunmasında Ali Baş Komandana sədaqəti ilə fərqlənib. Fürsətdən istifadə edərək bu yolda sıralarımızda, bizimlə çiyin-çiyinə xidmət etmək istəyən vətənpərvər gənclərimizi sərhədçi adını daşımağa dəvət edirəm. Əmin etmək istəyirəm ki, iqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Bu gün hər bir Azərbaycan sərhədçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürurludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir. AD
FHN Xüsusi Riskli Xilasetmə Xidməti PEŞƏKAR HEYƏT, ÇEVİK REAKSİYA Zaur Babaşov Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti, maddi-texniki bazası, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması əməliyyatlarına hazırlıq səviyyəsi ilə tanış olmaq məqsədi ilə bir qrup kütləvi informasiya vasitələsinin (KİV) əməkdaşı üçün fevralın 8-də press-tur təşkil olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əsas bazasına səfər edən mətbuat nümayəndələri çevik qrupların, sularda xüsusi riskli xilasetmə taborunun, partlayıcı vasitələrin zərərsizləşdirilməsi və kimyəvi qəzalar zamanı işləyən qrupların, kinoloji xidmətin, təcili tibbi yardım briqadasının fəaliyyəti, həmçinin, xüsusi qəza-xilasetmə avadanlıqları və onların təyinatı ilə yaxından tanış olub, praktiki qəza-xilasetmə təlimini izləyiblər.
12 www.azeridefence.com
FHN XRXX-nin minaaxtaran qrupunun silahlanmasında yer alan “Digital Vanguard” robotu. “MED-Eng” şirkətinin istehsalı olan bu robot təhlükəli əşyaların götürülməsi və daşınması üçün istifadə olunur. Foto: AD
Ə
vvəlcə xilasetmə bölmələrinin istifadəsində yer alan nəqliyyat vasitələri barədə jurnalistlərə təqdimat keçirən XRXX-nin avtonəqliyyat şöbəsinin rəisi, mayor Elçin Məmmədov bildirib ki, Xidmətin istifadəsinə müasir xilasetmə alət və avadanlıqları ilə təchiz edilmiş “Mercedes Sprinter”, “Nissan Patrol” markalı avtomobillər, BMW markalı motosikletlər, MAN markalı protexnik və yanğınsöndürmə, “Toyota” markalı ambulans avtomobilləri, həmçinin “Polaris Ranger 800” markalı kvadrosikllər, çətin keçilən ərazilərdə istifadə üçün nəzərdə tutulan 8x8 təkər formullu “Argo” xüsusi təyinatlı nəqliyyat vasitəsi və “Mack” markalı yük
avtomobilləri daxildir. Fövqəladə hallara dərhal reaksiya verən, baş vermiş hadisə yerinə özünü ilk çatdıran qüvvə BMW markalı motosikletlərlə təchiz edilmiş motoxilasedici dəstədir. Xilasedicilər hadisə yerinə gedərkən operativliyin təşkili məqsədilə növbətçi hissə ilə əlaqə saxlamaq üçün blutuz ilə təchiz olunmuş xüsusi dəbilqələrdən istifadə edirlər. Mayor Elçin Məmmədovun sözlərinə görə, xilasetmə qruplarının dağlıq və meşəlik ərazilərdə, yolsuzluq şəraitində hadisə yerinə nəqli və zərərçəkmiş insanların təxliyəsi üçün ABŞ-ın “Polaris” şirkətinin istehsalı olan 6x6 təkər formuluna malik “Ranger 800” xüsusi təyinatlı kvadrosikllərdən
Yuxarıdan aşağıya: XRXXnin istifadəsində yer alan xilasetmə avadanlıqlarının və minatəmizləmə qrupunun təchizatının təqdimatı. Foto: AD
istifadə olunur. Heyəti iki nəfər olan “Ranger 800” kvadrosikli 680 kq yükgötürmə qabiliyyətinə malikdir. Xidmətin şəxsi heyətinin istifadəsində mövcud olan Kanadanın “Argo Adventure” şirkətinin 8x8 təkər formuluna malik “Argo” ofroad nəqliyyat vasitəsi kiçik göllərdə, qamışlıq, dağlıqdaşlıq, qar uçqunları olan ərazilərdə istifadə üçündür. 2017-ci ilin dekabr ayında Şahdağda qar uçqunu nəticəsində itkin düşmüş alpinistlərin axtarışı
13
zamanı istifadə edilmiş “Argo Conquest” 650 kubluq 4 silindrli, 26 at gücündə mühərrikə sahibdir. Nəqliyyat vasitəsi 6 nəfər təchizatlı xilasedicini və yükü nəql edə bilir. “Mercedes Sprinter” bazasında hazırlanmış xüsusi təyinatlı xilasetmə avtomobilinin üzərində isə hündürmərtəbəli binalara çıxış üçün nərdivan quraşdırılıb. Maşın xilasetmə qrupuna lazım olacaq bütün avadanlıqlarla – deformasiyaya uğramış avtomobilin hissələrini aralamaq üçün pnevmatik kəlbətin, kəsici, sıxıcı, aralayıcı funksiyalarını yerinə yetirən universal qayçı, almaz ucluqlu mişar və s. ilə təchiz olunub. Media nümayəndələrinə həmçinin XRXX-nin təcili tibbi yardım avtomobili və tibb personalının hazırlığı, fövqəladə hallar zamanı istifadə olunan komandaqərargah avtomobilləri də nümayiş etdirilib. Məlumat verilib ki, “Toyota Land Cruiser” markalı xüsusi təyinatlı tibbi nəqliyyat vasitəsi fövqəladə hal baş vermiş əraziyə tibbi personalın çatdırılması, zərərçəkmişlərə və əməliyyatlar zamanı xəsarət almış xilasedicilərə təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi və zərərçəkmişlərin hadisə yerindən tibb müəs-
sisələrinə daşınması üçün nəzərdə tutulur. Komanda-qərargah avtomobili isə hadisə baş vermiş əraziyə rəhbər heyətin çatdırılması, əməliyyatların idarə edilməsi, lazım olan sənədlərin işlənil məsi, həyat fəaliyyətinin tənzimlənməsi üçün lazım olan avadanlıqlarla və şəraitlə təchiz edilib. Kinoloji hazırlıq Daha sonra jurnalistlərə kinoloji taborun təlimatçı kinoloqlarının hazırlığı və təlim keçmiş itlər nümayiş etdirilib. Məlumat verilib ki, taborun kinoloq instruktorları tərəfindən yetişdirilmiş xüsusi axtarış itləri kəşfiyyatın aparılması, insanların və cəsədlərin axtarışı, həmçinin sanitar xidmətin göstərilməsini yerinə yetirirlər. İtlərə Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla təlim keçirilir. Afçarka, dobelman, labrador kimi iri və qüvvətli itlərlə bərabər kiçik itlər də təlimlərə cəlb olunur. Foksterier və spaniel cihs itləri böyük itlərin girə bilmədiyi dəliklərdən daxil olaraq uçqun altında qalmış zərərçəkmişə su və dərman ləvazimatı aparır. Üzərinə bağlanmış xüsusi kamera vasitəsilə itlər zəlzələ və uçqun zamanı dağıntılar
altında qalmış inzanların sayı və dəqiq yeri barədə dəqiq məlumat ötürür. Nəticədə xilasetmə işləri daha operativ və minimum itki ilə həyata keçirilir. Bundan başqa xidmətin kinoloqları tərəfindən öyrədilən itlər su hövzələri və digər strateji əhəmiyyətli obyektləri mühafizə edirlər. XRXX-nin xilasediciləri 2011-ci ildə Türkiyənin Van vilayətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı əməliyyatlara öz texniki avadanlıqları və təlim keçmiş itlərlə qatılıblar. On iki nəfərin sağ halda dağıntılar altından xilas edildiyi bu əməliyyatda itlər xüsusi rol oynayıb. Minatəmizləmə qrupu tam təchizatda hazır Press-tur çərçivəsində jurnalistlərə XRXX-nin minatəmizləmə üzrə çevik qrupunun şəxsi heyətinin döyüş hazırlığı və təchizatında olan texniki vasitələr təqdim olunub. Protexnika və istehkam hazırlığı şöbəsinin baş zabiti baş leytenant Süleyman Heydərov bildirib ki, XRXX-nin hərbi hissəsinin çevik minatəmizləmə qrupu partlayıcı vasitələrin təhlükəsiz şəkildə götürülməsi, daşınması və zərərsizləşdirilməsi, o
Polşanın “Jakusz” şirkətinin istehsalı olan “Victoria” partlayıcı vasitələri daşıma konteyneri. Konteyner 10 kq TNT ekvivalentində partlayış gücünə malik partlayıcı vasitələri daşımaq üçün nəzərdə tutulur. Foto: AD
14 www.azeridefence.com
“Digital Vanguard” robotu. Foto: AD
cümlədən ərazilərin minalardan təmizlənməsi fəaliyyətilərini yerinə yetirir. Qrup tərəfindən ərazidə və obyektlərdə aşkar edilən şübhəli əşiyaların, sahibsiz çantaların texniki müayinəsi və müayinənin nəticəsində əməliyyatın digər üsulları həyata keçirilir. Komandir daxil olmaqla 5 nəfərdən ibarət qrupun heyəti Azərbaycanda və Türkiyədə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərində aidiyyatı kursalarda iştirak edib və sertifikatlara sahibdir. Qrup fəaliyyət göstərdiyi müddət ərzində, 2016-cı ildə Müdafiə Sənayesi
Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunda, 2017-ci ildə Xızı rayonu ərazisində Müdafiə Nazirliyinin sursat anbarında baş vermiş partlayış zamanı əraziyə səpələnmiş sursatların təmizlənməsində yaxından iştirak edib. S.Heydərovun sözlərinə görə, qrupun şəxsi heyəti partlayış təhlükəli əşyaların axtarışı və zərərsizləşdirilməsi üçün müasir avadanlıqlarla təchiz edilib. Heyətin istifadəsində mövcud olan XRS-3 tipli portativ x-ray cihazı şübhəli və sahibsiz çantaların texniki müa-
FHN XRXXnin KBRN qrupu təlim prosesində. Foto: AD
16 www.azeridefence.com
yinəsini aparmaq üçün istifadə olunur. E-3500 qaz analizatoru isə partlayıcı maddənin ətrafında yaranmış aerezollar nəticəsində partlayıcı maddənin növünü müəyyən edir. Xilasedicilərin yaxınlaşması riskli olan yerlərdə lazımi əməliyyatların aparılması üçün ABŞ-ın “MED Eng” şirkətinin istehsalı olan “Defender” və “Digital Vanguard” robotları istifadə edilir. Partlayış təhlükəli əşyaların aşkar edilməsi, daşınması və zərərsizləşdirilmə sində istifadə olunan “Digital Vanguard” robotunun maksimum sürəti 2 km/saat, çəkisi 56 kq, yükqaldırma qabiliyyəti 80 kiloqramdır. Üç ədəd kamera ilə təchiz olunmuş robot açıq ərazidə – düz görüntü sahəsində 1000 metrə qədər məsafədən idarə edilə bilir. Nisbətən böyük qabaritlərə malik “Defender” robotunun vasitəsi ilə 75 kiloqrama qədər təhlükəli əşyaların təxliyəsi mümkündür. Sürəti 3.3 km/saat olan robotun çəkisi 275 kiloqram təşkil edir. Qrupun silahlanmasına yerin 1 metrədək dərinliyində mina və partlamamış döyüş sursatlarını aşkarlama qabiliyyətinə malik ABŞ istehsalı olan SMA-250 və Azərbaycan MSN-in istehsalı olan İMA-007 mina detektorları, təhlükəli maddə və qurğuları yerində partlatmaq üçün su topu daxildir. Heyət təhlükə ehtimalı olan yüklərin götürülməsində “MED Eng” şirkətinin 3 metrə qədər uzana bilən TM-600 manipulyatorundan istifadə edir. Çevik qrupun heyəti partlayışlardan partlayış təsirlərinə davamlı A-4 səviyyəli xüsusi qoruyucu ağır kostyumla (“MED Eng” şirkətinin istehsalı), habelə A-3 səviyəli zirehli gödəkcə və qoruyucu vizirə malik dəbilqə ilə təchiz olunub. Qrupun istifadəsində olan təxliyə dəsti obyektlərdə, o cümlədən avtomobillərdə partlayıcı qurğunun insan təması olamadan evakuasiyasını təmin edir. Aşkarlanmış partlayış təhlükəli maddələr MAN markalı avtomobilin yedəyinə qoşulmuş “Victoriya” markalı konteynerlərdə daşınır. Polşanın “Jakusz” şirkətinin istehsalı olan, ikioxlu qoşqu üzərində yerləşdirilimiş konteyner 10 kiloqram TNT ekvivalentində partlayıcı maddələrin, partlayış təhlükəli əşyaların və digər təhlükəli materialların təhlükəsiz daşınması üçündür.
Şahmar Paşayev
KBRN hazırlığına xüsusi diqqət XRXX-nin fəaliyyət istiqamətlə rindən biri də kimyəvi, bioloji, radioaktiv və nüvə hadisələri (KBRN) zamanı xilasetmə əməliyyatlarının icrasıdır. KBRN hadisələri zamanı kəşfiyyat və xilasetmə əməliyyatlarını həyata keçirmək üçün xidmətin tərkibində ixtisas laşmış qruplar yaradılıb və heyət lazım olan avadanlıqlarla təchiz olunub. Media tur zamanı jurnalistlərə XRXX-nin ba lansında olan deqazasiya duş kabinəsi, avadanlıqlar və xüsusi geyimləri, KBRN
kəşfiyyatını aparmaq üçün nəzərdə tutulan “Atomtex” AT-3509, “Radiagem” və “İnSpector 1000” analizatorları nümayiş etdirilib. XRXX-nin su hövzələrində əməliyyatlar həyata keçirən xüsusi riskli xilasetmə taborunun şəxsi heyətinin döyüş hazırlığı və istifadələrində olan avadanlıqlarla tanışlıqdan sonra praktiki qəza-xilasetmə təlimi keçirilib. Təlimlər zamanı dağıntılar altından xüsusi təlim görmüş it vasitəsilə zərərçəkmişin çıxarılması, kimyəvi zəhərlənmələr zamanı şəxsi heyətin deqazasiya olunması, alpinist və desantların alpinist qülləsindən enmələri, yol qəzası zamanı suda batmış avtomobilin və şəxsin dalğıclar vasitəsilə xilas olunması, nəqliyyat vasitəsinin çıxarılması və təcili tibbi yardım avtomobilinə təhvil verilməsi, minalardan təmizləmə üzrə çevik qrup tərəfindən naməlum əşyanın müəyyən olunması, əşyalara rentgen aparatında baxış keçirilməsi və su topu vasitəsilə zərərsizləşdirilməsi nümayiş olunub. XRXX lazım olan avadanlıqlarla tam təchiz edilib XRXX-nin maddi-texniki bazası və heyətin hazırlığı ilə tanışlıqdan sonra xidmət rəhbərliyi media nüma yən dələrinin suallarını cavablandırıblar. FHN XRXX minaaxtaran qrupunun istifadəsinə daxil olan Azərbaycan MSNin istehsalı olan İMA007 mina detektoru. Foto: AD
18 www.azeridefence.com
Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayev bildirib ki, XRXX 2008-ci ildə fevral ayının 5-də Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Ötən müddətdə lazım olan bütün texniki avadanlıqlarla təchiz olunan xidmət ölkə daxilində və xaricində bir çox xilasetmə əməliy yatlarında uğurla iştirak edib. Hazırda XRXX sıralarında qadınlar da olmaqla 2300 nəfərə yaxın şəxsin xidmət etdiyini deyən Ş. Paşayevin sözlərinə görə, onlardan bəziləri Azərbaycanla yanaşı xarici dövlətlərdə təlim-tədris kurslarında iştirak edirlər: “Əməkdaşlarımız təlim kurslarında iştirak üçün Türkiyəyə və Avropanın digər ölkələrinə ezam olunurlar. Bu işlərdə xidmətimizə yaxından kömək olan Türkiyə dövlətidir. Hazırda Türkiyədə 4–8 aylıq kurslarda iştirak edən əməkdaşlarımız var”. XRXX-nin strukturuna Bakıda və Gəncədə yerləşən XRXX və Mühafizə alaylarının, şimal və cənub bölgələrində, habelə Səngəçal Əlahiddə Xüsusi Riskli Xilasetmə və Mühafizə taborlarının, su hövzələrində xüsusi riskli xilasetmə taborunun, kinoloji tabor və Çevik Xilasetmə İdarəsinin daxil olduğunu deyən Ş. Paşayevin sözlərinə görə, 24 saat fasiləsiz işləyən xidmətə hər gün ən azı 10–15 çağırış olur: “Hava şəraitindən asılı olmayaraq xilas edicilərimiz çağırışların hamısını yüksək səviyyədə icra edirlər. Sevindirici haldır ki, xidmətin gördüyü işlər vətən daşlarımız tərəfindən yüksək qiymətləndirilir. İstər Fövqəladə Hallar Nazirliyinin adına, istərsə də xidmətimizə xoş sözlər ünvanlanır. Biz də çalışırıq ki, çətinliyindən aslı olmayaraq dövlətimizin qarşımızda qoyduğu vəzifənin öhdəsindən həmişə layiqincə gələk və xalqımıza, dövlətimizə xidmət edək. Xüsusi Riskli Xilasetmə Xidməti baş verəcək bütün hadisələrin öhdəsindən gəlməyə qadirdir”. Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini qərargah rəisi, general-mayor Məhərrəm Həsənov isə bildirib ki, təmsil etdiyi qurum zərərçəkmişlərə ilkin yardım və təxirə salınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların müşayiət və mühafizəsini
təşkil edir, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçirir. “Xidmətin əsas fəaliyyəti peşəkar xilasedicilərdən təşkil olunur. Bunlar mühafizəçilər, xilasedicilər, o cümlədə dağçı-alpinist xilasediciləridir. O cümlədən protexniklər, kimyaçılar, peşəkar dalğıc xilasedici mütəxəssislərindən və desantlardan və kinoloqlardan ibarətdir”, – deyə general vurğulayıb. M. Həsənov həmçinin qeyd edib ki, mina və partlamamış hərbi sursatların tapılıb zərərsizləşdirilməsində XRXX Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə birgə işləyir. General-mayor M. Həsənov bildirib ki, XRXX bu günə qədər çox sayda və önəmli xilasetmə əməliyyatlarında iştirak edib: “Bu əməliyyatlar içərisində yaddaqalan hadisələrdən biri 2010-cu ildə yanvar ayının 5-də Şamaxı və Pirallahı yollarındakı qar uçqunudur. Bu istiqamətdə qarın altında çoxlu maşın qalmışdı. Sözügedən ərazilərdə xilasetmə əməliyyatı həyata keçirdik. Ən təhlükəli və ən riskli əməliyyatlardan biriydi. 45 nəfərə yaxın insanı qarın altındakı maşınlardan çıxardıq. Həmin ilin yayında Şirvan və Sabirabad
Məhərrəm Həsənov
rayonlarında su basmaları oldu. Orada da XRXX-nin mütəxəssisləri tərəfindən demək olar ki, bir ay müddətində xilasetmə, təxliyə əməliyyatları həyata keçirilib”. General-mayor Məhərrəm Həsənov XRXX-nin iştirak etdiyi beynəlxalq xilasetmə əməliyyatları barədə də məlumat verib: “Beynəlxalq xilasetmə əməliyatlarından bizim üçün ən yaddaqalanı 2011-ci ildə Van zəlzələsi oldu. 120 xilasedicimiz Vanda zəlzələ zamanı
baş vermiş dağıntıların altından insanların çıxarılması əməliyyatlarına cəlb edildi. Xilasetmə əməliyyatları zamanı 12 nəfər insanı sağ halda, 60-a yaxın insanı ölmüş vəziyyətdə uç qunların altından çıxarmışıq. Ən önəmlisi zəlzələdən 104 saat sonra kinoloqlarımız canlı insanı və 108 saatdan sonra ən axırıncı canlını bizim xilasedicilərimiz heç bir zərər çəkmədən çıxarmışdılar”. M. Həsənov bildirib ki, 2015-ci ildə Neft Daşlarında baş vermiş hadisə zamanı XRXX-nin əməkdaşları tərəfindən 30 nəfər (üçü platformanın üstündə, 27-si qayığın içərisində olmaqla) xilas edilib. Ən son 2019-cu ildə XRXX-nin dalğıcları Xəzər dənizi üzərində qəzaya uğramış HHQ-nin MiQ29 döyüş təyyarəsinin axtarışında iştirak edib, təyyarənin “qara qutusu”nu, pilotun cəsədini və oturacağını dənizdən çıxarmağı bacarıblar. Rəis müavininin söözlərinə görə, XRXX-nin Mühafizə Taboru respublika ərazisindəki Çeyranbatan, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara su anbarlarını müasir mühəndis təhlükəsizlik sistemlərinin tətbiqi ilə 24 saat fasiləsiz nəzarətdə saxlayır: “XRXX xilasetmə əməliyyatlarında dünyanın tanınmış şirkətlərinin istehsalı olan, müasir texnikalardan, alət və avadanlıqlardan istifadə edir. Eyni zamanda bu sahədəki texnoloji yenilikləri mütəmadi olaraq izləyir və bizim ehtiyaclarımıza uyğun texnologiyaları əldə edirik”. AD
19
Fevralın 12-də “ASELSAN-Bakı” şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 22-ci ili tamam olub. 1998-ci ildə Ədliyyə Nazirliyi tərə indən dövlət qeydiyyatına alınmış “ASELSAN-Bakı” Türkiyənin ASELSAN A.Ş şirkətinin xaricdə 100% investisiya ilə yaradılmış ilk müəssisəsidir.
ASELSANBAKI 22 ilini tamamladı “ASELSAN-Bakı” şirkəti ASELSAN-ı yerli bazarda təmsil etməklə yanaşı, yüksək texnologiyaya malik mülki kommunikasiya sistemlərinin satışı və satışdan sonra xidmət sahələrini də əhatə edir. Müəssisə 2004-cü ildə İSO9001:2000 Beynəlxalq Key iyyət Standartı alıb.
Şirkətin baş direktoru Özgür Kürümün sözlərinə görə, “ASELSAN-Bakı” son 5 ildə Azərbaycanın müda iə sektorunda fəaliyyətlərini artırıb. Azərbaycanın ordu və güc strukturları ilə Türkiyənin ASELSAN şirkəti arasında əlaqələri koordinasiya edib: “Son 5 ildə ASELSAN və
Azərbaycanın Müda iə Nazirliyinə göstərilən xidmətlər və verilən məhsul çeşidlərimiz artıb. Qeyd edim ki, ASELSAN tərə indən 1990-cı illərin əvvəllərindən Azərbaycan Ordusuna çox sayda radiostansiyalar verilmişdi. Sonrakı illərdə bu məhsullar sırasına elektro-optik sistemlər, radiolinklər, peyk rabitə sistemləri, routerlər, sviçlər, radioelektron mübarizə vasitələri və s. əlavə olundu. Hazırda fərqli məhsullar və sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilir”. Özgür Kürüm hərbi sahədən fərqli olaraq son illər mülki sektorda böyümənin olmadığını deyib. Hazırda buna baxmayaraq mülki sektorda radiostansiyaların satışı və kirayə verilməsi davam edir. Perspektiv planları barədə də danışan şirkət rəhbəri bildirib ki, bu il tərəflər arasında bir neçə il əvvəl gündəmə gəlmiş və razılaşdırılmış layihələrin imzalanması gözlənilir: “Biz Azərbaycana texnologiya transfer etmək, bəzi imkanları qazandırmaq niyyətindəyik. İstəyirik ki, rabitə sis temlərinin yerli istehsalının qurulması məqsədi ilə Azərbaycana texnologiya transfer edək ki, gələcəkdə bizə ehtiyacı yaranmasın. Bu sahədə əməkdaşlıq ASELSAN-ın Ukrayna və ya Pakistan modeli formasında ola bilər. Bizim transfer etdiyimiz texnologiya ilə burada yerli müəssisədə istehsal təşkil olu nacaq. Azərbaycan müəssisəsi daxili ehtiyacları qarşılamaqla yanaşı, xaricə ixrac həyata keçirə biləcək”.
“Azərkosmos” və “İnfostellar” əməkdaşlıq edəcək
“UF Pro” və “5.11” Azərbaycanda Azərbaycanın “Palladium Defence and Security Equipment” şirkəti taktik geyimlərin və aksesuarların istehsalı sahəsində ixtisaslaşmış daha iki məşhur şirkətin Azərbaycanda distrübütorluğunu alıb. Şirkətdən verilən məlumata görə, “Palladium Defence and Security Equipment” bundan sonra məşhur “5.11” (ABŞ) və “UF Pro” (Soveniya) şirkətlərinin məhsullarını Azərbaycan bazarına təqdim edəcək. Qeyd edək ki, hazırda “Palladium Defence and Security Equipment” şirkəti “Helikon-Tex”, “Lowa” və digər məşhur brendlərin Azərbaycanda rəsmi və eksklüziv təmsilçisidir.
20 www.azeridefence.com
“Azərkosmos” və Yaponiyanın Yerüstü idarəetmə seqmenti üzrə xidmət təminatçısı olan “İnfostellar” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Universal Yerüstü Stansiya sayəsində “İnfostellar” şirkəti müxtəlif peyk operatorlarına məxsus peyklərin keçidlərinə imkan yaradacaq. “Azərkosmos”un Universal Yerüstü Stansiyası Avropa və Asiya qitələri arasında ideal bir məkanda yerləşir. Universal Yerüstü Stansiya real vaxt müddətində digər aşağıorbitli peyklərin siqnalını qəbul edir və ötürür. 5.5 m S/X diapozonlu antena sisteminə və şəbəkə infrastrukturuna malik olan yerüstü stansiya daha yığcam olmaqla yanaşı, digər aşağıorbitli peyklərin informasiyasını asanlıqla qəbul etmək imkanına malikdir. Stansiya özünün sistem imkanları baxımından müştərilərin texniki tələblərinə uyğun olaraq daha çevik xidmət göstərir. “Məsafədən müşahidə peyklərindən əldə olunan təsvirləri dəqiq vaxtında almağımız üçün yerüstü stansiyanın olması
vacibdir. “Azərkosmos”un yerüstü stansiyasının yerləşdiyi unikal məkan bizə “StellarStation” platformamız vasitəsilə qlobal peyk operatorların aşağıorbitli peyklərinə keçid imkanı yaradacaq. “Azərkosmos”un peşəkar heyəti ilə birlikdə platformamızın əhatə dairəsini genişləndirməyimiz olduqca sevindirici haldır” – deyə “İnfostellar” şirkətinin baş direktoru Naomi Kurahara qeyd edib.
GREY WOLF silahlanmaya qəbul edilib “Palladium Defence and Security Solutions” şirkəti 7.62x39 mm çaplı “Grey Wolf” markalı avtomatların ilk partiyasını güc strukturlarına təhvil verməyə hazırlaşır. Şirkətdən “Azeri Defence” jurnalına verilən məlumata görə, hərbi və hüquq-mühafizə struk tur larının
müxtəlif şəraitlərdə keçirdiyi sınaqlarda avtomatın texniki-taktiki xüsusiyyətləri doğrulanıb və silahlanmaya qəbuluna qərar verilib. M-4 platforması əsasında ya radılmış 7.62x39 mm “Grey Wolf” avtomatlarında qaz boru sistemi əlavə olunub. Silahın lüləsinin uzunluğu 35.56 sm, çəkisi 3.4 kq, atış uzaqlığı 800 metr təşkil edir. Uzunluğu tənzimlənən qundağa malik avtomatın lülə qutusunun üzərində dörd isti-
qamətdə pikatinli tamasalar mövcuddur ki, bu da silaha müxtəlif aksesuarlar əlavə etmək mümkündür. Avtomat rahat erqonomikası ilə fərqlənir. Modulyar dizayna malik silahın qundağı sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə, müxtəlif şirkətlərin istehsal etdikləri hazır qundaqlarla əvəzlənə bilir. Avtomatın lüləsi və işlək mexanizmləri dəyişdirilə bilir ki, bu da silahın hər hansı bir mexanizmi sıradan çıxdıqda onun qısa zamanda yenisi ilə əvəz edilməsinə imkan yaradır. Qeyd edək ki, artıq “Palladium Defence and Security Solutions” şirkəti tərəfindən .308 kalibr “Grey Wolf” markalı snayper tüfənginin ilk partiyası bu yaxınlarda güc strukturlarının silahlanmasına verilib.
VENTUS – snayperlər üçün hamısı birində “Trijcon” şirkəti snayperlər üçün hədəfə qədər məsafəni, küləyin sürətini, temperaturu və atmosfer təzyiqini bir yerdə hesablayan “Ventus” adlı yeni optik cihazını 2020-ci ilin ikinci yarısında müştərilərə təqdim etməyə hazırlaşır. Doppler LIDAR mühərrikindən istifadə edən “Ventus” öz imkanlarına görə dünyada ilk belə əl cihazı sayılır. İstehsalçı
şirkətin açıqladığı məlumata görə, “Ventus” 460- 4570 metr uzaqlıqda, birbirindən fərqli məsafələrdə küləyin sürətini hesablayıb, üçölçülü xəritəsini çıxararaq atıcı üçün dəqiq ballistik hesablama aparmağa imkan verir. Yeni cihazın iş prinsipi havadakı hissəciklərin lazer enerjisini yenidən detektora əks etdirməsinə əsaslanır.
Qayıdan lazer enerjisinin dalğa uzunluğu havadakı hissəciklərin hərəkəti sə bəbindən dəyişir (doppler effekti). Sistem, geri qayıdan lazer enerjisinin doppler sürətini ölçərək, atıcı qarşısında, atəş trayektoriyası üzərində – görmə xətti boyunca müxtəlif məsafələrdə küləyin sürətini üçölçülü şəkildə hesablayır. 9x optik böyütmə qabiliyyətinə malik cihaz MIL-STD-810G standartlarına uyğun istehsal edilib və təkrar doldurula bilən iki ədəd litium batareya ilə çalışır. İstənilən hava şəraitində uzun məsafəli atış üçün nəzərdə tutulan cihaz “Ventus” və “Ventus X” adlı iki modeldə təqdim olunacaq. “Ventus X” özündə daha müasir ballistik həlli birləşdirir. Cihazda yer alan sensor dəsti atıcılara dəqiq atış üçün külək, atmosfer təzyiqi, temperatur, meyil bucağı və s. hesablamağa imkan verən “Trijicon” Ballistik Kalkulyatoru ilə inteqrasiya olunub. Kompleksin qiymətinin 10000 ABŞ dolları təşkil edəcəyi gözlənilir.
21
OTOKAR–dan rekord böyümə Türkiyənin “Koç” Qrupunun şirkətlərindən olan “Otokar”ın 2019-cu ildə gəlirləri 45% artaraq 2.4 milyard lirə təşkil edib. İxracatını 2018-ci ilə nisbətən 78% artıran şirkətin mənfəəti 114% artımla 352 milyon lirə olub. “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc 2019-cu ildə həm dünyada, həm də Türkiyə iqtisadiyyatında yaşanan çətinliklərə baxmayaraq problemlərin uğurla dəf edildiyini, ticari və hərbi nəqliyyat vasitələri bazarında mövqelərini möhkəmləndirdiklərini bildirib. “Strategiyamızı ixracatımızı artırma və qloballaşma olaraq müəyyən etdik. Davam edən böyüməmizi qorumaq məqsədimizdir. 2019-cu ildə ixracatımızı 78% artıraraq 340 milyon ABŞ dollarına, ixracın gəlirlərimizdəki payını 80%-ə çatdırdıq”, – deyə Görgüc bildirib. Şirkət rəhbəri “Otokar”ın fəaliyyət göstərdiyi 57 ildə həm ticari nəqliyyat vasitələrində, həm də müdafiə sənayesi sektorunda uğurlu layihələrə imza atdığınını deyib: “Zəhmətimizin qarşılığını xaricdəki rəqiblərimizi geridə qoyaraq, çox çətin qlobal miqyaslı layihələrlə aldıq. Üzərimizə götürdüyümüz bütün vəzifələri uğurla gerçəkləşdirdik”. Türkiyənin 2019-cu ildə yerüstü nəqliyyat vasitələri ixracında 73%-lik bir artım əldə etdiyini deyən Sərdar Görgüc bu ixracatda “Otokar”ın xüsusi yerinin olduğunu vurğulayıb: “Müdafiə sənayesindəki ixracatımızı əvvəlki illə müqayisədə iki dəfə artırdıq. İstifadəçilərin gözləntiləri və ehtiyaclarını ən yaxşı şəkildə analiz edərək bu çərçivədə istehsal həyata keçirən şirkətimiz ticari maşınlar sektorunda da bu kontekstdə yeni bazarlara açılmağa Türkiyənin elektrik mühərrikli ilk zirehli maşını olan “Əqrəb IIe” kiçik silueti, çevikliyi, zəif termal izi, səssiz hərəkət qabiliyyəti ilə önə çıxır. Foto: Otokar
ticari məhsullarımızın aktiv şəkildə istifadə edildiyi Qazaxıstan və Orta Asiya bölgəsində yeni şirkətimizlə birlikdə məhsulların yaradılması, yerli iş ortaqlıqları, yerli istehsal, texnologiya transferi kimi imkanlar dəyərləndirilir”. İlklərin öncüsü olmağa davam edirik
Sərdar Görgüc başladı. Avtobuslarda daxili bazardakı 58%-dək azalmanı ixracat hesabına aşaraq, Avropa başda olmaqla bir çox ölkələrdə məhsul parkımızı böyütdük. Bu gün avtobuslarımız 50-dən çox ölkədə milyonlarla sərnişin daşıyır. Sadəcə Fransada sərnişindaşımada istifadə edilən “Otokar” markalı avtobusların sayı 2200dən çoxdur”. Xaricdə şirkət sayını artırır “Otokar”ın fəaliyyət göstərdiyi ölkələrdə yerli şirkətlərin açılması istiqamətində işlər apardığını bildirən Sərdar Görgücün sözlərinə görə, “Otokar” xaricdəki dördüncü şirkətini ötən il Qazaxıstanda qurub: “Hazırda hərbi və
Sərdar Görgüc son 10 ildə elmitədqiqat fəaliyyətləri ilə dünya bazarında yüksəlişə davam edən “Otokar”ın yeni texnologiya və tətbiqlərlə önəmli addımlar atdığını söyləyib. Şirkət rəhbərinin sözlərinə görə, qoyulan investisiyalar, mühəndislik və istehsal qabiliyyəti, istifadəçilərin tələblərinə uyğun istehsal sayəsində sektorda öncül mövqeyə yüksəlib: “2019-cu ildə elmi-tədqiqat işlərinə 136 milyon lirə vəsait xərclədik. 2010-cu illərin əvvəllərində ölkəmizin ilk elektrikli avtobusunu yaradan şirkətimiz 2019-cu ildə alternativ yanacaqla çalışan maşınlar sahəsində önəmli işlərə imza atıb. 12 metr uzunluğunda yeni elektrikli şəhəriçi avtobus məhsullar sırasına əlavə olundu. Maşınımızın Avropada tanıtım çalışmalarına davam edirik. Digər tərəfdən, Türkiyənin ilk elektrik mühərrikli zirehli maşını “Əqrəb IIe”ni yaradıb tanıtdıq. Bu məhsullarımız “Otokar”ın elektrik, dizel və hibrid yanacaqlardakı təcrübəsinin artıracaq, avtonom maşınlara keçid prosesini sürətləndirəcək. Gələcəyə hazır və gələcəyə istiqamət verən bir şirkət ola bilmək üçün çalışmağa və yatırımlara davam edəcəyik”.
$.867Ä&#x20AC;. +Ä&#x201A;5%Ä&#x20AC; 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;. 4$%Ä&#x20AC;/Ä&#x20AC;<<Ä&#x201A;7/Ä&#x201A;5Ä&#x20AC;0Ä&#x20AC;= ;h686Ä&#x20AC; 6$+Ä&#x201A; 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;<Ä&#x20AC; 6Ä&#x201A;5+Ä&#x201A;' 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;<Ä&#x20AC; ' $.867Ä&#x20AC;. 6Ä&#x20AC;78$6Ä&#x20AC;<$ 0Ä&#x201A;/80$7/ $1',50$6, +(/Ä&#x20AC;.237(5 38$ 7Ä&#x201A;<< <$5Ä&#x201A; 08/7Ä&#x20AC;.237(5 534 $9 720$7 7 38/(0<27 9Ä&#x201A; 3$57/ $<,þ/ $5,1 $þ.$5/$10$6,
EURASIA AIRSHOW2020 Aprelin 22-dən 26-dək Türkiyənin Antaliya şəhərində keçiriləcək “Eurasia Airshow-2020” beynəlxalq aviasiya sərgisi və şousunda 100-dən çox təyyarə nümayiş olunacaq. “AzeriDefence”nin məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında “Eurasia Airshow-2020” sərgisinin İdarə Heyətinin sədri Hakan Kurt bildirib. Sərgidə iştirak edəcək ölkələr, nümayiş etdiriləcək aviasiya vasitələri, planlaşdırılan uçuş şouları haqqında məlumat verən H. Kurtun sözlərinə görə, iştirakçılar arasında ABŞ, Rusiya, Fransa, Pakistan, BƏƏ, Qətər, Qazaxıstan, Çexiya, Ukrayna, Polşa, İtaliya, Çin, Böyük Britaniya, Braziliya, Azərbaycan və s. ölkələr var. Sərgidə 100-dən çox təyyarə nümayiş olunacaq. Bunlar arasında F-16 “Falcon”, F-18 “Hornet”, JF17 “Thunder”, Su-35, “Airbus” A350-1000, “Boeing” C17, A400 M, C-130 “Hercules”, MC21, “Embraer” E195-E2, “Boeing” 777- 300, “Bombardier Dash 8”, “Ilyushin” İl-76, “Gulfstream 650” kimi məşhur hərbi təyyarələr yer alacaq. Aviaşouda həmçinin “Eurofighter” və “Tempest” 6-cı nəsil döyüş təyyarələrinin sərgilənəcəyinin gözləndiyi bildirilib. Bundan başqa sərgidə “Eurocopter”, “Sikorsky” S-70, Mi-38, “Ansat” və T-129 ATAK helikopterləri nümayiş etdiriləcək.
Hakan Kurt bildirib ki, aviaşouda 400 istehsalçı şirkətin, sektoru təmsil edən 45 mindən çox professional ziyarətçinin, habelə sərgi çərçivəsində müxtəlif ölkələrdən 130-dan çox rəsmi nümayəndə heyətinin iştirakı gözlənilir. “Eurasia Airshow-2020”də fərqli yeniliklərdən biri də sərgi ərazisində kosmos məhsulları üçün ayrıca bölmənin olmasıdır. Burada beşinci “Global Satelite və Space Show” təşkil olunacaq. “Eurasia Air Show-2020”də həmçinin “Meet the buyer” (“Alıcı ilə tanış ol”)
Bombalara GPSsiz naviqasiya Türkiyənin ASELSAN şirkətinin Bilkənt Universitetinin NANOTAM araşdırma mərkəzi tərə indən hazırlanan “Kılavuz-20” iberoptik giroskoplu inersial ölçmə cihazının sınaqları keçirilib. ASELSAN şirkətindən verilən məlumata görə, TÜBİTAK SAGE mərkəzi ilə birlikdə “Karapınar” poliqonunda keçirilən atış sınaqları zamanı “Kılavuz-20” iberoptik giroskoplu inersial ölçmə cihazının quraşdırıldığı həssas yönləndirmə dəsti GPS dəstəyi olmadan edilən atışda hədə i 2.5 metr fərqlə vuraraq yüksək nəticə göstərib. Taktik inersial ölçmə cihazı olan “Kılavuz-20” iberoptik giroskoplarını ASELSAN Bilkent NANOTAM ilə birlikdə, digər bütün proqram, aparat və alqoritmlərini isə özü hazırlayıb. “Kılavuz-20” idarə olunmayan bombaları “ağıl lı” hala gətirən həssas yönləndirmə dəsti ilə birlikdə ASELSAN-ın taktiki səviyyəli naviqasiya məhsulları ailəsində istifadə olunacaq.
24 www.azeridefence.com
proqramı çərçivəsində müdafiə, aviasiya, kosmik, MRO, aviaşirkətlər və yerüstü xidmət sahəsindəki şirkətlərin təmsilçiləri alıcı qurumların nümayəndələri ilə görüşə biləcəklər. 30 fərqli ölkədən satınalma təşkilatlarının iştirakı ilə bu proqram çərçivəsində 3000-dən çox ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, AZERI DEFENCE jurnalı “Eurasia Air Show” beynəlxalq aviasiya sərgisinin rəsmi media tərəfdaşıdır. Sərgi barədə detallı məlumat üçün bax: www.eurasiaairshow.com/
Türkiyənin yerli müdafiə sənayesi şirkətlərinin iştirakı ilə 2528 mart tarixlərində İstanbulda SAHA EXPO-2020 sərgisi keçiriləcək. “SAHA İstanbul” palatası tərəfindən Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin (SSI) sponsorluğu ilə təşkil edilən sərgi Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi və Müdafiə Sənayesi Komitəsi tərəfindən dəstəklənir.
SAHA EXPO2020 sərgisi Sərginin sponsorları qismində ASELSAN, TUSAŞ, ROKETSAN, “Baykar”, STM, ASFAT, “Sarsılmaz”, “Dener”, TEI, METEKSAN, TAIS, “Akım Metal”, ERMAK SAN, SA VER, “Samsun Yurt Savunma”, UNIDEF, İŞBİR, Teknopark İstanbul, “Yılmaz Makina”, HAVELSAN, “Kale Grup”, MKEK, “Kardemir”, ASPİLSAN, “Altınay”, OBSS, FNSS, “Pavotek”, “İğrek Makina”, ÜNTEL, İstanbul Ticarət Palatası və “Anova” şirkətləri çıxış edirlər. “SAHA İstanbul”un baş katibi İlhami Keleşin sözlərinə görə, sərgidə müdafiə sənayesində stra-
teji əhəmiyyət daşıyan bir sıra məhsullar ilk dəfə tanıdılacaq. Onun sözlərinə görə, builki sərginin həcmi 4 dəfə artıb: “Sərgi çərçivəsində şirkətlərlə dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilər arasında B2B görüşlər gerçəkləşdirilməsi planlaşdırılır. ABŞ, Avropa Birliyi, Ukraynadan Malayziyaya qədər müdafiə sənayesində önə çıxan ölkələrdən firmaları ortaq investisiya, texnologiya transferi və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün SAHA EXPO2020 sərgisinə dəvət etmişik”.
THALES Azərbaycanda yeni layihələri nəzərdən keçirir Rəşad Süleymanov Bakıda 2014-cü ildə yerli nümayəndəliyini açan Fransanın “Thales İnternational” şirkəti ötən beş il ərzində Azərbaycanın həm hərbi, həm də mülki sektorunda bir sıra layihələrə imza atıb. “Thales”in Azərbaycan bazarında varlığını sürdürən və koordinasiya edən yerli nümayəndəliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və perspektiv planlara nəzər salmağa çalışdıq.
“Thales”in Azərbaycan nümayəndəliyinin direktoru Mehmet Şahanın sözlərinə görə, 2014-cü ildə fəaliyyətə başlayan Bakı ofisi həmin vaxtdan Azərbaycana “Thales”in mülki və hərbi məhsullarını təqdim edir. “Thales”in beş əsas fəaliyyət sahəsi olduğunu qeyd edən şirkət nümayəndəsinin sözlərinə görə, bura hava hərəkətinin idarə olunması, kosmos, yerüstü nəqliyyat, təhlükəsizilik, müdafiə sistemləri daxildir. “Hava hərəkətinin idarə olunması sahəsində “Thales”in Azərbaycanda əsas böyük müştərisi “Azərbaycan Hava Yolları” (AZAL) aviadaşıyıcı şirkətidir. Bu sahədə “Thales”in AZAL şirkəti ilə indiyədək bir neçə müqaviləsi olub. Prezident İlham Əliyevin 2018-ci ilin iyulunda Fransaya səfəri çərçivəsində AZAL ilə “Thales” arasında növbəti müqavilə imzalanıb. ““Thales” Azərbaycanda təkcə bir nümayəndəliklə deyil, daha aktiv fəaliyyət göstərmək, bura yeni texnologiyalar, yeni ideyalar gətirmək fikirindədir”, – deyən şirkət rəhbərinin sözlərinə görə, Parisdə imzalanmış müqavilələr çərçivəsin-
26 www.azeridefence.com
də Azərbaycan tərəfi ilə birlikdə onların mövcud avadanlıqlarına texniki dəstək göstərilməsi və gələcəkdə lazım olan avadanlıqların Azərbaycanda yığımı nəzərdə tutulur: “Müqavilə tərəfimizdən icra olunmağa tam hazırdır. Hazırda Azərbaycan tərəfinin qərarını gözləyirik. Müqavilə reallaşarsa, Fransada istehsal olunan məhsulların komponentlər şəkilində Azərbay ca na gə ti ri lə rək bu ra da yı ğı mı düşünülür. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, yerli mütəxəssislər hazırlanacaq. Həmçinin, AZAL-ın əldə etdiyi avadanlıqlara komponent səviyyəsində təmir-servis xidmətləri göstərmək imkanları olacaq. Bu, ilkin mərhələdir. Sonrakı proses ətraf regionlardan tələb olunan avadanlıqların Bakıda yığılıb ixrac edilməsidir. “Thales”in Qazaxıstandakı birgə müəssisəsində bir az fərqli formada layihə həyata keçirilir. Belə ki, həmin müəssisədə hava hücumundan müdafiə radarları istehsal olunur. Azərbaycanda isə hələlik mülki təyinatlı radarlardan söhbət gedir”. Kos mik tex no lo gi ya lar sa hə sin də “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq etdiklərini deyən M.Şaha-
nın sözlərinə görə, bu sahədə böyük potensial və imkanlar mövcuddur. 2016-cı ildə Rabitə və Yüksək Texnologiyalar naziri Fransaya səfəri çərçivəsində “Thales Group”a daxil olan “Thales Alenia Space” şirkətini ziyarət edərək burada yaradılan məhsullarla yaxından tanış olub. “Azərkosmos” rəhbərliyinə “Thales”in həm hərbi, həm də mülki peykləri barədə təqdimatlar keçirilib: “Qeyd etmək istəyirəm ki, “Thales Alenia Space” Avropada peyk istehsalı üzrə birinci yerdə qərarlaşır. Şirkət rabitə, yerin müşahidə peykləri, o cümlədən elmi peyklərin istehsalı ilə məşğuldur. Hazırda “Thales” olaraq “Azərkosmos” ASC ilə əməkdaşlığımız davam edir. “Azərkosmos”un layihələrində iştirak etmək fikirindəyik. Birgə konseptual məsələlər, eləcə də “Azərkosmos”un gələcək layihələri üzərində işləyirik”. 2016-cı ildə “Azərkosmos”un yerin məsafədən müşahidəsi peykinin satın alınmasına dair elan etdiyi tenderə qatıldıqlarını deyən M. Şahan “Thales Alenia Space”nin daha böyük ayırdetmə və geniş imkanlara malik peyk təklif etdiyini bildirib. Onun sözlərinə görə, hazırda “Azərkosmos”un istifadə etdiyi peyklər
bəzi məsələləri həll etməyə imkan versə də, digər, xüsusilə hərbi sektora aid olan məsələlər üçün daha keyfiyyətli peyklər lazımdır: “Tenderdə məqsəd də daha yüksək keyfiyyətli peykin alınması idi. Hələlik bu məsələ bir az ləngiyir”. “Thales”in Azərbaycanda yerüstü nəqliyyat sahəsində də layihələrə qatıldığını bildirən M. Şahanın sözlərinə görə, indiyədək “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə bir neçə müqavilə imzalanıb və uğurla icra olunub. Metronun yeni tikilən xətlərində və depolarda “Thales”in sistemləri tətbiq olunur. “Bu yaxınlarda “Bakı Metropoliteni” 2027-ci ilə qədər yeni xətlərin və stansiyaların tikilməsi ilə bağlı öz planlarını açıqladı. Ümid edirik ki, “Thales” olaraq həmin layihələrdə də iştirak edəcəyik. Gələcəkdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə də hansısa işləri reallaşdıra biləcəyimizə ümid edirik”, – deyə şirkət nümayəndəsi vurğulayıb. Müdafiə və sektorunda böyük imkanlar var “Thales”in Azərbaycanın Müdafiə Nazirliyi ilə müqavilə imzalamış ilk fransız şirkəti olduğuna diqqət çəkən M.Şahan şirkətin portfelinə Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün müxtəlif həllərin daxil olduğunu xatırladaraq, bütün sahələrdə Azərbaycan-
la əməkdaşlıq etməyə hazır olduqlarını açıqlayıb: “Şirkətimiz 2016 və 2018-ci illərdə Bakıda keçirilmiş ADEX müdafiə sərgilərinə də qatılaraq özünün geniş çeşidli məhsullarını tanıdıb. Bunlar Azərbaycan tərəfinin istəyi, həyata keçirəcək layihələrdir. Fərq etməz, yeni sistemlərin alınması və ya mövcud avadanlıqların modernizasiyası “Thales” bu sahədə əməkdaşlığa hazırdır. “Thales”in istehsal etdiyi məhsullar sırasında atəşin idarə olunmasından, C4ISR, müşahidə, idarəetmə, radarlar, analitik sistemlər və s. yer alır. Təklif edilən sistemlərin 99%-i müdafiə yönümlüdür. Misal üçün “Thales” hava hücumundan müdafiə komplekslərində
SOPHIEXF/VGA uzun məsafəli daşınan termal görüntü və hədəf lokatoru
müşahidə və tuşlama sistemini istehsal edir. Yaxud təyyarələr və HHM üçün avionika, radar, o cümlədən dənizdə naviqasiya, rabitə, sonarlar və s. istehsal edir”. Bundan əlavə, “Thales”in sərhədlərin qo run ma sı üçün müxtə lif həl lə ri mövcuddur. Bura optik müşahidə sistemləri, sərhəd keçid məntəqələri üçün biometrik analiz cihazları, sahil mühafizə qüvvələri üçün müşahidə və nəzarət avadanlıqlar və sistem həlləri daxildir. Təhlükəsizlik sektorunda təmsil etdiyi şirkətin dünyanın nəhənglərindən olduğunu xatırladan Mehmet Şahan “Thales”in həm fiziki, həm də kiber təhlükəsizlik həllərini təklif etdiyini bildirib. Xüsusilə kiber təhlükəsizlik sahəsində “Thales” Avropanın ən qabaqcıl şirkətlərindən biri kimi tanınıb: “Ötən il “Thales”in kiber təhlükəsizlik həllərinin yaradılması sahəsində aparıcı şirkətlərdən olan “Gemalto”nu aldıqdan sonra Avropada mövqeyi daha da güclənib. “Gemalto” şirkəti “Thales”dən əvvəl Azərbaycanda işləyib, müəyyən layihələri var. Azərbaycanda hazırlanan xarici pasport, yeni şəxsiyyət vəsiqələri “Gemalto”nun həlləri üzərində qurulur. Bu sahədə də işləyirik. Hazırda böyük layihələr olmasa da, maraqlı tendensiyalar var”. Qeyd edək ki, hərbi və mülki sektorda fəaliyyət göstərən Fransanın “Thales İnternational” şirkətinin illik dövriyəsi təqribən 20 milyard avro təşkil edir. 2018-ci il də ha zır lan mış rey ti qin də (Defense News Top-100) “Thales” dünyanın ən böyük müdafiə sənayesi şirkətləri sırasında 9-cu, 2019-cu ildə isə 16-cı yerdə qərarlaşıb. Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti siyahısında yer alan Avropa qitəsində 5-ci ən böyük şirkətdir. 2018-ci ildə “Thales”in dövriyyəsinin təqribən 8.5 milyard avrosu hərbi məhsulların payına düşüb.
27
Fövqəladə Hallar Nazirliyi BEYNƏLXALQ XİLASETMƏ ƏMƏLİYYATLARINA TÖHFƏSİNİ ARTIRIR Zaur Babaşov Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsinin rəis müavini, nazirliyin Beynəlxalq Axtarışxilasetmə Dəstəsinin rəhbəri polkovnik-leytenant Ələsgər Əliyev AZERI DEFENCE jurnalının suallarını cavablandırıb. Azeri DEFENCE: Cənab polkovnik leytenant, Fövqəladə Hallar Nazirliyinin nəzdində Beynəlxalq AxtarışXilasetmə Dəstəsinin formalaşdırılması hansı zərurətdən yarandı? Ələsgər ƏLİYEV: Müasir dövrdə elm və texnologiyaların sürətli inkişafına, fəlakətlərin qarşısının alınması sahəsindəki bütün səylərə baxmayaraq, cəmiyyət hələ də belə halların acı təsirinə məruz qalmaqdadır. Dünyanın müxtəlif ölkələrində baş verən irimiqyaslı təbii fəlakətlər böyük iqtisadi ziyana, dağıntılara, ən ağırı isə insan tələfatına səbəb olur. İnkişaf səviyyəsindən asılı olmayaraq heç bir ölkə təbii fəlakətlərdən sığortalanmayıb. Fəlakətlər baş verən zaman əsas səylər ziyan və itkilərin həcminin maksimum azaldılmasına yönəldilir. Bu zaman ən vacib fəaliyyət istiqaməti insanların həyatının qorunmasından ibarətdir. Bir çox hallarda fəlakətlərdən ziyan çəkmiş ölkələr yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edirlər. Müraciətin əsas məqsədi operativ olaraq, lazımi sayda qüvvə və vasitələr cəlb edilməklə fəlakətin nəticələrinin aradan qaldırılmasıdır. Fəlakətlərdən ziyan çəkmiş ölkələrə yardım göstərilməsində Azərbaycan öndə gedən ölkələrdəndir. Bildiyiniz kimi, Prezident İlham Əliyev ölkə daxilində baş verən fövqəladə hallara hər zaman operativ reaksiya verməklə çətinə düşən insanlara ali dövləti dəstəyini göstərir. Bu humanist siyasəti beynəlxalq arenada da nümayiş etdirən ölkə başçısı xarici ölkələrdə baş verən fəlakətlər zamanı lazımi köməkliyin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verir və icrasına şəxsən nəzarət edir. Bütün bunlar isə bizi işlərimizi yüksək səviyyədə, beynəlxalq standartlara uyğun qurmağa sövq edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə Fövqəladə Hallar Nazirliyinin xilasetmə bölmələri müasir texnika və avadanlıqlarla təmin olunub. Bu gün xilasedicilərimiz təkcə ölkəmizin hüdudları daxilində deyil, həm də xarici ölkələrdə
28 www.azeridefence.com
humanitar əməliyyatlarda ölkəmizi uğurla təmsil etmək imkanlarına malikdir. Belə ki, ölkə başçısının tapşırığına əsasən, nazirliyin müvafiq qurumları 2010-cu ildə Rusiya Federasiyasında, 2010-cu və 2016cı illərdə İsraildə, 2017-ci ildə Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsində, 2011-ci ildə Türkiyə Respublikasının Van vilayətində baş vermiş zəlzələ ilə əlaqədar axtarış-xilasetmə işlərinin həyata keçirilməsində yaxından iştirak ediblər. Bununla yanaşı, 2010-cu ildə Pakistan İslam Respublikasındakı daşqınlar, 2012ci ildə Rusiya Federasiyasının Krasnodar diyarında və Dağıstan Respublikasındakı daşqınlar, həmin il İran İslam Res publikasında baş vermiş zəlzələ, 2014-cü ildə Serbiya Respublikası, Bosniya və Hersoqovinada baş vermiş daşqınlar, 2019cu ilin aprel ayında İran İslam Respublikasında aramsız yağan leysan yağışları
nəticəsində baş vermiş fəlakətlə əlaqədar Azərbaycandan humanitar yardımların çatdırılmasına nazirliyimizin qurumları cəlb edilib. Eyni zamanda, 2013-cü ildə Misirdəki iğtişaşlarla əlaqədar orada yaşayan azərbaycanlıların, 2015-ci ildə Nepalda baş vermiş dağıdıcı zəlzələ nəticəsində fəlakət zonasında olan soydaşlarımızın və xarici ölkə vətən daşlarının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə təcili təxliyəsi həyata keçirilib. Dövlət başçısının digər tapşırığına əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti adından humanitar yardımın ünvanına çatdırılması təmin edilib. Məlumdur ki, təbii fəlakətlər insanların iradəsindən asılı olmayaraq baş verir və belə hallara cəmiyyətin hazırlığı günün tələbinə çevrilib. Fövqəladə hallarla
xilasetmə sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, əməkdaşların bilik və bacarıqlarının daima inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bütün imkanlardan istifadə edərək şəxsi heyətin biliklərinin artırılmasına səy göstəririk. Şəxsi heyətin hazırlığında lazımi nəticənin əldə olunması üçün onların mütəmadi olaraq ölkə daxilində və xarici ölkələrdə keçirilən təlimlərdə, müvafiq kurslarda iştirakına əhəmiyyət veririk. Bu məqsədlə, fövqəladə halların idarə olunması sahəsində böyük təcrübəyə malik xarici ölkələrin uyğun qurumları, eləcə də bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığımız inkişaf etdirilir.
mübarizə sahəsində geniş imkanlara malik ölkələrin birgə səyləri belə hallarda daha yüksək nailiyyətlərin əldə olunmasına zəmin yaradır. Azərbaycan bu sahədə mövcud təşəbbüslərə qoşularaq öz dəstəyini göstərməkdədir. Gələcəkdə humanitar əməliyyatlarda ölkəmizin layiqincə təmsil olunması əsas məqsədlərimizdəndir və bunun üçün var gücümüzlə çalışırıq. FHN-in fəlakətlərdən ziyan çəkmiş ölkələrə yardım göstərilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, humanitar əməliyyatlarda ölkəmizin daha yüksək səviyyədə təmsil olunması məqsədi ilə 2016-cı ildə nazirliyin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi yaradılıb. Azeri DEFENCE: Dəstənin şəxsi heyətinin komplektləşdirilməsi hansı prinsiplər üzrə yerinə yetirilir? Ələsgər ƏLİYEV: Əvvəlcə, qeyd edim ki, FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin əsas fəaliyyət istiqaməti geniş ərazini əhatə edən dağıntılar şəraitində həyata keçirilən humanitar əməliyyatlarda ölkəmizi təmsil etməkdir. Əməkdaşlar Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şəxsi heyətinin sıralarına öz müraciətləri əsasında qəbul edilirlər. Beynəlxalq AxtarışXilasetmə Dəstəsinə nazirliyin xilasetmə və tibb sahəsində ixtisaslaşmış qurumlarının müvafiq sahədə daha çox təcrübəyə malik əməkdaşlarının cəlb edilməsinə xüsusi diqqət yetiririk. Tibbi baxışdan keçdikdən sonra dəstənin sıralarına qəbul edilən üzvlərin sağlamlıq vəziyyətinin lazımi səviyyədə saxlanılması üçün ildə iki dəfə təkrar həkim müayinəsindən keçirilməsi diqqət mərkəzində saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatının tövsi-
yələrinə uyğun olaraq, şəxsi heyətin peyvənd olunması vacib amillərdəndir. Onu da qeyd edim ki, beynəlxalq humanitar əməliyyatlar zamanı ingilis dilinin əsas ünsiyyət vasitəsi olduğunu nəzərə alaraq, bu dildə danışmaq bacarığı olan əməkdaşlar dəstənin idarəetmə qruplarında fəaliyyət göstərirlər. Azeri DEFENCE: Beynəlxalq Axtarış Xilasetmə dəstəsinin qarşısında duran tapşırıqlar nələrdir? Bu tapşırıqların vaxtında, çevik şəkildə icrası üçün hansı addımlar atılır? Ələsgər ƏLİYEV: Qarşıda duran əsas vəzifəmiz Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin maddi-texniki bazasının təkmilləşdirilməsi və şəxsi heyətin hazırlıq səviyyəsinin beynəlxalq təlimatların tələblərinə uyğun səviyyədə saxlanılmasını təmin etməklə, ölkəmizi beynəlxalq humanitar əməliyyatlarda təmsil etməyə daim hazır olmaqdır. Bu məqsədlə axtarış-
Azeri Defence: 2019cu ilin noyabr ayında Bakıda INSARAG ilə birlikdə “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim keçirildi. Bu təlim barədə bir qədər detallı məlumat verməyinizi istərdik. Ələsgər ƏLİYEV: Bildiyiniz kimi, ölkəmiz bir çox mötəbər tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi heç də təsadüfi deyildir. Bu sahədə geniş texniki imkanların yaradılması ilə yanaşı, həm də kadr potensialı formalaşdırılır. “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim 3– 8 noyabr 2019-cu il tarixlərində FHN-in və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə Nazirliyin Akademiyasında keçirilib. Beynəlxalq regional təlimdə 25-dən artıq ölkə, 10 beynəlxalq və qeyri-hökumət təşkilatı ilə yanaşı, Azərbaycandan aidiyyəti qurumların nümayəndələri də iştirak ediblər.
29
Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallara aidiyyəti dövlət qurumları tərəfindən çevik reaksiya verilməsi, axtarışxilasetmə əməliyyatlarının təşkili və həyata keçirilməsi, yardım üçün gələn beynəlxalq dəstələrin fəaliyyətinin əlaqələndirilməsi sahəsində təlim iştirakçılarının peşəkar fəaliyyətinin təkmilləşdirilməsi, təcrübə mübadiləsinin aparılmasından ibarət olub. Təlimin açılış mərasimində FHN-in rəhbərliyi, Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Muller, Belarus Respublikasının Fövqəladə hallar naziri Vladimir Vaşenko, Türkiyə Respublikası Daxili işlər nazirinin müavini İsmail Çataklı və BMTnin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai iştirak etdilər. Açılış mərasimində ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin əhəmiyyəti qeyd olunmaqla yanaşı, müasir dünyamızda baş verən fövqəladə hallarla mübarizə sahəsində birgə əməkdaşlığın vacibliyi vurğulandı. Bu kimi təlimlərin təcrübə mübadiləsi baxımından faydalı olduğu qeyd olundu. Gələcəkdə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinin bütün tərəflər üçün səmərəli olduğu diqqətə çatdırıldı. Təlim zamanı ssenariyə uyğun olaraq fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq humanitar yardımın gös tərilməsi sahəsində tədbirlər, o cümlədən yardım üçün gələn beynəlxalq komandaların qarşılanması, gömrük və sərhədkeçmə prosedurlarının icrası, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə tədbirlər icra edildi. Bu fəaliyyət sahələrində təcrübə mübadiləsi
30 www.azeridefence.com
aparıldı və yekunda iştirakçılar müvafiq sertifikatlarla təltif olundular. Onu da qeyd etmək istəyirəm ki, bu tədbirə Azərbaycanın ev sahibliyi etməsi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı, digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də iştirakı, daha çox mütəxəssisin təcrübə qazanması baxımından səmərəli oldu. Azeri DEFENCE: Bu yaxınlarda dəstənizin heyəti Türkiyədə təlimlərdə iştirak edib. Bu haqda nə deyə bilərsniz? Ələsgər ƏLİYEV: Bu gün iki qardaş ölkə, Azərbaycan və Türkiyə arasında digər sahələrlə yanaşı, fövqəladə halların idarə olunması sahəsində də əlaqələr uğurla inkişaf edir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin Birləşmiş Millətlər Təşkilatının Humanitar Əməliyyatların Koordinasiya Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (INSARAG) klassifikasiyasından keçirilməsinə hazırlığı üzrə tədbirlər Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mentorluğu ilə davam etdirilməkdədir. Əməkdaşlıq çərçivəsində ekspertlərin işçi görüşləri keçirilir və müvafiq məsləhətləşmələr aparılır. Əməkdaşlarımız qardaş ölkənin ekspertlərinin iştirakı ilə həm ölkəmizdə, həm də Türkiyədə keçirilən təlimlərdə müvafiq sahədə böyük təcrübə əldə edirlər. Cari ilin yanvar ayında Beynəlxalq AxtarışXilasetmə Dəstəsi AFAD-ın dəvəti ilə Ankara şəhərində keçirilən təlimdə iştirak etdi. Təlim çərçivəsində Beynəlxalq Dəstənin üzvləri AFAD-da oldular. Türkiyə
Respublikasının Daxili işlər naziri Süleyman Soylu və AFAD-ın rəhbəri doktor Mehmet Güllüoğlu Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin üzvləri ilə görüşdülər. Təlimin əsas məqsədi Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarışxilasetmə Məşvərət Qrupunun sinifləndirilməsindən keçməsi üçün hazırlığının artırılması, eyni zamanda, şəxsi heyətin humanitar əməliyyatlarda iştirakına dair bilik və bacarıqlarının təkmilləş diril məsindən ibarət oldu. Nəzəri və praktiki olmaqla 2 mərhələdə keçirilən təlimin birinci – nəzəri mərhələsində beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair təqdimatlar dinlənildi və bu sahədə fikir mübadiləsi aparıldı. Təlimin 36 saat ərzində fasiləsiz olaraq davam edən ikinci – praktiki mərhələsində əsas fəaliyyət təbii fəlakət nəticəsində ərazidə yaranmış vəziyyətin qiymət ləndirilməsi, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, tikililərin dağıntıları altından zərərçəkmişlərin xilas olunması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə prosedurların yerinə yetirilməsindən ibarət oldu. Təlim vaxtı, o cümlədən gecə saatlarında həyata keçirilən əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması diqqət mərkəzində saxlanıldı. Qeyd edim ki, təlimlər zamanı qarşıya qoyulmuş məqsədlərə nail olundu. Əməkdaşlarımızın təcrübələrinin daha da artırılması baxımından səmərəli oldu.
MBOMBE 6 piyada döyüş maşını Yüksək qorumalı və manevrliyə malik yeni nəsil zirehli nəqliyyat vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində ixtisaslaşmış “Paramount Group” şirkətinin dünyada tanınmış məhsullarından biri də 6x6 təkər formuluna malik “Mbombe 6” piyada döyüş maşınıdır. İlk nümunəsi 2010-cu ilin sentyabr ayında CAR-da keçirilmiş Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisində (Africa Aerospace and Defence-2020 /AAD-2010) beynəlxalq müdafiə sərgisində təqdim edilən “Mbombe 6” qısa müddətdə beynəlxalq bazarda özünə diqqət çəkərək populyarlaşmışdır. Az bir vaxt ərzində bir neçə dövlətin silahlanmasına daxil olmağı bacaran “Mbombe 6” bənzər nəqliyyat vasitələrindən istehsal və dizaynda yeni yanaşmaların və texnologiyaların tətbiqi, manevr qabiliyyəti və yüksək qoruma səviyyəsi ilə fərqlənir.
32 www.azeridefence.com
Ç
ətin ərazi şəraitinə və iqlimə malik Afrikada, Yaxın Şərqin isti və Avrasiyanın sərt soyuq şimal tundra ərazilərində sınaqlardan uğurla keçən “Mbombe 6” dünyada silahlı qüvvələr üçün bütün iqlim və ərazi şərtlərində sınanmış az saylı yeni nəsil zirehli maşınlardan biri hesab olunur. Maşın yaradılarkən müasir döyüş əmə liy yatlarının tələbləri nəzərə alınıb, eyni zamanda heyətin qorunması, qarşılıqlı əlaqə və iqtisadi səmərəlilik mövzularına diqqət yetirilib. “Paramount Group” şirkəti “Mbombe 6” piyada döyüş maşını ilə ordulara asimmetrik müharibə sahəsində misilsiz təhlükəsizlik, yük və çoxfunksiyalı bir platforma təklif edir. Analoqlarından fərqli olaraq, maşın yüksək təhlükəsizlik tələblərinə tam uyğundur. Ballistik hücumlardan, əldəqayırma partlayıcı qurğulardan və tank əleyhinə minalardan ən yaxşı mühafizəni təmin etmək üçün istehsalda bir sıra yeni yanaşmalar tətbiq edilib. Bu da öz növbəsində “Mbombe 6” piyada döyüş maşınının müxtəlif konfliktlərdə, o cümlədən daxili təhlükəsizlik əməliyyatlarında istifadə olunmasına imkan verir.
“Mbombe 6”da “Paramount Group”un “Mbombe” zirehli nəqliyyat vasitələri ailəsinin digər versiyalarında (“Mbombe 4”, “Mbombe 8”) istifadə olunan düz döşəmə texnologiyası (minaya qarşı qorumalı nəqliyyat vasitələrində ənənəvi olaraq V dizaynı istifadə olunur) tətbiq edilib. Bununla da zirehli maşının silueti kiçildilərək, döyüş zonasında çevik piyada döyüş maşını üçün vacib olan görünmənin minimallaşdırılmasına nail olunub. “Paramount Group”un 25 illik fəaliyyətinə uyğun olaraq, “Mbombe 6” şirkətin bütün dünyada müvəffəq olduğu, sübut edilən portativ istehsal modelinin
məhsuludur. “Mbombe 6” kimi sistemlərin transfer edilə bilən istehsalı müştəri ölkələrin yerli istehsalını yaratması üçün nəzərdə tutulur. Bu da öz növbəsində yeni iş yerləri açmaqla yanaşı, iqtisadi şaxələndirməyə və davamlı böyüməyə təkan verərək həmin ölkələrin müdafiə sənayesi qabiliyyətlərini gücləndirir. 2018-ci ilin may ayında Qazaxıstanın Nursultan şəhərində keçirilmiş KADEX2018 beynəlxalq müdafiə sərgisində “Paramount Group” və Qazaxıstan Respublikasının birgə müəssisəsi olan “Kazakhstan Paramount Engineering” (KPE) şirkəti tərəfindən “Mbombe 6”nın sərt qış keçən ölkələr üçün hazırlanmış “Barys 6” variantı təqdim edilib. “Barys 6” Qazaxıstanın ekstremal qış şəraitində keçirilmiş sınaqlarda ordu rəsmiləri tərəfindən yaxşı qiymətləndirilib. Buza və buzlanmaya qarşı mühərrikin istiləşməsi, şüşələrin qızdırılması, batareyalar, kabinənin qızdırılması, elektrik funksiyaları, sükan və asqı kimi sistemlər sınaqlardan uğurla keçib. “Barys 6” zirehli nəqliyyat vasitəsi
33
gündüz və gecə vaxtı həm statik, həm də hərəkətdə effektiv atəş gücünü sübuta yetirib. “Mbombe 6” piyada döyüş maşını “Mbombe” ailəsində mövcud olan texnologiya və komponentlərin 80%nə ortaq olmaqla bərabər, terrorizmə qarşı mübarizə, sərhəd patrulu, tibbi yardım və sülhməramlı əməliyyatlar da daxil olmaqla, geniş hərbi missiyalar üçün uyğundur. Bu ortaqlıq daha çox idarəedici aqreqatlara aiddir. Belə bir ortaqlıq silahlı qüvvələrə texniki xidmət, təlim və maddi-texniki təminat xərclərinə əhəmiyyətli səviyyədə qənaət etməyə və effektivliyi yüksəltməyə imkan verir. Mühərrikin ön hissədə yerləşməsi mərkəz xətti boyunca “in-line” sxem üzrə gücün aqreqatdan təkərlərə itkisiz ötürülməsinə imkan verir. “Mbombe 6” piyada döyüş maşını sifarişçinin tələbinə əsasən 35 mm çaplı top və koaksial yerləşdirilmiş 7.62 mm pulemyot, habelə müxtəlif şirkətlərin istehsalı olan, müxtəlif çaplı silahlara sahib döyüş modulları ilə silahlandırıla bilir. Sürücü, komandir və atıcıdan əlavə 8 silahlı desantgötürmə qabiliyyətinə sahib zirehli maşın monokok gövdəyə əsaslanır. Heyətin istənilən təhlükəli mühitdə müdafiəsi və rahatlığı təmin edilib.
34 www.azeridefence.com
Öz sinfində ən yüksək qorumaya malik maşının ballistik mühafizəsi STANAG 4569 Level 3, tank əleyhinə mina partlayışlarına qarşı qoruması STANAG 4569 Level 4a və 4b səviyyəsinə uyğundur və bu da hər hansı bir döyüş teatrı üçün olduqca yüksək göstəricidir. “Mbombe 6” gövdə altında 10 kq TNT-yə qədər mina partlayışından, hər hansı bir təkərin altından isə 10 kq TNT partlayışından heyəti mühafizə etməyi bacarır. Maşının korpusunun yan divarları yol kənarında yerləşdirilmiş əldəqayırma partlayıcıların işə salınması zamanı 50 kq TNT partlayışına dözümlüdür. Nəqliyyat vasitəsi yanlarda və ya altında baş verən partlayışdan heyətin zərər görməməsi üçün part la yı şın şokunu udaraq minimallaşdırdan oturacaqlarla təchiz olunub. Ehtiyacdan asılı olaraq maşına nüvə, bakteroloji və kimyəvi (NBC) mühafizə sistemlərinin əlavə edilməsi mümkündür. Avtomobilin iqlim nəzarəti və idarəetmə sistemləri -50°, +45°C temperaturlarda sınaqdan keçirilmiş və sübut edilmişdir. 336 kVt gücündə 1600Nm turbo dizel mühərrik və 6 pilləli avtomatik ötürücü ilə təchiz edilmiş “Mbombe 6”nın maksimal sürəti şose yolda 115 km / saat, gediş ehtiyatı 1000 kilometrdir.
Avtomobilin yaxınlaşma və uzaqlaşma bucaqları müvafiq olaraq 40° və 50°, dönüş dairəsi <20 m müəyyən olunub. Maşının uzunluğu 7715 mm, eni 2800 mm, hündürlüyü 2549 mm, klirensi 430 mm təşkil edir. 500 mm hündürlükdə dik, 900 mm dərinliyində su və 1 metr dərinlikdə xəndək maneələrini dəf edə bilən “Mbombe 6” zirehli maşını 60% dik və 35% yan yamaclarda hərəkət etmək qabiliyyətinə malikdir. Döyüş maşınının boş çəkisi 17.3 ton, döyüş çəkisi 22.5 tondur. “Mbombe 6” 5.2 ton ağırlığında silah sistemləri, döyüş sursatları, ekipaj və digər yükləmə həcmi təklif edir. “Mbombe 6” 24V elektrik sisteminə və ABC əyləclərə, pnevmatik disk əyləclərinə, mərkəzləşdirilmiş təkər təzyiqinə nəzarət sisteminə (CTIS), naviqasiya və döyüş idarəetmə sis temlərinə sahibdir. Ehtiyacdan asılı olaraq maşının mühafizəsi əlavə zirehlə gücləndirilə, yaxud aktiv mühafizə sistemi ilə təchiz oluna bilər. “Mbombe” zirehli maşınlarının komponentlərinin ortaqlığı “Mbombe 6”nın istismar xərclərinin nəzərəçarpacaq dərəcədə azaldılmasına imkan verir. “Paramount Group” təqdim etdi
MOBİL, DƏQİQ, UNİVERSAL ROKETSANın yaylım atəşli reaktiv sistemləri Zaur Babaşov Yaylım atəşli reaktiv sistemlərin və onlar üçün döyüş sursatlarının istehsalı sahəsində ixtisaslaşmış Türkiyənin ROKETSAN şirkəti bu gün öz sektorunda dünyanın aparıcı istehsalçılarıdandır. 1990-cı illərin ortalarında 11 km-lik TR-107, 40 km-lik TR-122 raketləri, T-107 və T-122 yaylım atəşli reaktiv sistemlərin (YARS) istehsalı ilə sektorda ilk addımları atan ROKETSAN-ın ilk məhsulları 1996-cı ildə Türkiyə Quru Qoşunlarının silahlanmasına daxil olmuşdur. Bunun ardınca ROKETSAN tərə indən Türkiyə Silahlı Qüvvələri üçün 100 km atış uzaqlığına malik T-300 “Qasırğa” YARS, bu kompleks üçün uzun mənzilli raketlər, həmçinin “İldırım” ballistik raketlərin yaradılması və istehsalı həyata keçirilmişdir.
B
aşlanğıcda 107 mm, 122 mm və 300 mm-lik idarə olunmayan raketlərlə atəş açan YARS-lərin yaradılması və istehsalını həyata keçirən ROKETSAN 2010-cu ildən etibarən əldə etdiyi təcrübəni mövcud sistemlərin təkmilləşdirilməsinə və idarə olunan raketlərin hazırlanmasına yönəltməyə başlayıb. Nəticədə ROKETSAN mütəxəssisləri tərəfindən həm 122, həm də 300 mm-lik yaylım atəşli reaktiv sistemlərin təkmilləşdirilmiş nümunələri, modulyar dizayna malik, T-107/122, T-122/300 universal platformaları, “Jobaria MCL” Çoxməqsədli YARS, həmçinin “Bora” raket sistemi yaradılaraq sifarişçi orduların istifadəsinə verilib.
ROKETSAN-ın yeni yaylım atəşli reaktiv sistemlərində diqqət yetirilmiş istiqamətlər aşağıdakı kimi qruplaşdırıla bilər: - Komplekslərin universallığı; - Mobilliyin yüksəldilməsi; - Dəqiqliyin və atəş gücünün artırılması. Təqdim etdiyi sistemlərdə universallıq, mobillik və dəqiqliyi bir araya gətirən ROKETSAN qısa müddətdə bu sahədə önəmli təcrübə qazanıb. ROKETSAN-ın eyni nəqliyyat-işəsalma platforması şirkətin istehsalı olan fərqli kalibrli raketlərin atışlarına imkan verir və ayrı-ayrılıqda fərqli nəqliyyat-işəsalma maşınının alınmasına ehtiyac qalmır. Bunu şirkətin istehsalı olan T-107/122 və T-122/300 çoxməqsədli YARS timsalında əyani görmək olar. Əməliyyat tapşırığına uyğun olaraq fərqli raketlərlə (107, 122, yaxud 122, 230 və 300 mm) atəş açmağın mümkün olduğu T-107/122 və çoxməqsədli yaylım atəşli reaktiv sistemləri unikal imkanlara sahibdir. Eyni zamanda, raketlərin konteynerləşdirilmiş formada istehsalı bu sistemlərin çevikliyini yüksəldir, sursatın işəsalma qurğusuna yüklənməsinə sərf olunan zamanı azaldaraq, atəş sıxlığının təmin olunmasında mühüm rol oynayır. Raketlərin konteynerləşdirilməsi həm də baxıma ehtiyac duymadan uzunmüddətli saxlanma, nəql üçün əlverişlidir. ROKETSAN-ın mövcud Çoxməqsədli YARS nəqliyyat-işəsalma platforması 122, 230 və 300 mm idarə olunan raketlərlə yanaşı 610 mm BORA operativ-taktik raketlərinin atışına imkan verir. Universal dizayna malik T-107/122 kompleksində isə buraxıcının qınını fərqli istiqamətlərə çevirməklə həm 107 mm, həm də 122 mm çaplı raketlərlə atəş açmaq mümkündür.
ROKETSANın çoxməqsədli YARS kompleksi yalnız buraxıcı paketi dəyişməklə 122, 230, 300 və 610 mm çaplı raketlərlə atəş açmağa imkan verir. Foto: ROKETSAN
T107/122 universal YARS kompleksində buraxıcı qını fərqli istiqamətlərə çevirməklə 107 və 122 mm çaplı raketlərdən istifadə etmək mümkündür. Eyni qına 60 ədəd 107 mm, 20 ədəd 122 mm çaplı raket yüklənə bilir. Foto: ROKETSAN
ROKETSAN-ın Birləşmiş Ərəb Əmirliklərinin “Jobaria Defense Systems” şirkəti ilə birlikdə 6×6 “Oshkosh HET” şassisində hazırladığı “Jobaria MCL” YARS platforması üzərində 240 ədəd 122 mm çaplı, yaxud 16 ədəd 300 mm çaplı raket yerləşir. Hazırda dünyada ən nəhəng yaylım atəşli reaktiv sistem sayılan “Jobaria MCL” BƏƏ Ordusunun silahlanmasına daxil edilib. ROKETSAN yaylım atəşli reaktiv sistemləri istifadəçi ölkələrin müxtəlif nəqliyyat platformalarına qurula biləcək dizayna sahibdir. Azərbaycan Ordusunun silahlanmasında yer alan ROKETSAN-ın 122 mm-lik T-122 və 300 mm TRG-300 YARS-ləri KAMAZ və MAZ nəqliyyat vasitələri üzərində yerləşdirilib. T122 ROKETSAN-ın 122 mm çaplı artırılmış uzaqlığa malik T-122 yaylım atəşli reaktiv sistemi döyüşən qüvvələrə gecə və gündüz, hər cür hava və ərazi şərtlərində effektiv atəş dəstəyinin göstərilməsi üçün nəzərdə tutulub. 6x6 təkər formullu nəqliyyat vasitələrinin şassisində qurulmuş T-122 kompleksi 5 dəqiqədən az müddətdə atışa hazır vəziyyətə gətirilir. Kompleksdə atəşin idarə edilməsi kabinə daxilindən və ya məsafədən həyata keçirilir. Qeyd edək ki, T-122 Türkiyə ilə yanaşı Azərbaycan və BƏƏ ordularının silahlanmasına daxildirr. T-122 sistemində istifadə olunan ROKETSAN-ın TR-122 və TRB-122 raketlərinin atış uzaqlığı klassik 122 mm-lik raketlərdən iki dəfə çox – 40 kilometrdir artıqdır. Hər iki raket hədəfləri Azərbaycan RaketArtilleriya Qoşunlarının TRG300 idarə olunan raketlərlə silahlandırılmış K+ (Azərbaycanda “Qasırğa” olaraq qeyd edilir) YARSləri. Foto: MN
minimum sapma ilə məhv etməyə imkan verir. TR-122 raketi 18.4 kq ağırlığında fuqas, TRB-122 raketi isə 18 kq ağırlığında, daxilində 5500-dən çox polad qəlpə yerləşdirilmiş qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olunub. ROKETSAN-ın bir neçə il öncə hazırladığı TRG-122 idarə olunan reaktiv raket dünyada 122 mm çapında mövcud olan çox az sayda idarə olunan döyüş sursatlarındandır. Ağırlığı 76 kq, döyüş başlığı 13 kq təşkil edən, GPS və QLONASS naviqasiyası ilə dəstəklənən TRG-122 raketi 35 km uzaqlıqdakı hədəfləri 10 metr dəqiqliklə məhv etməyə imkan verir. Türkiyə mediasında yer alan məlumatlara görə, raketin kalifikasiya testləri 2018-ci ilin aprel ayında yekunlaşıb. 2018-ci ildə ordunun silahlanmasına daxil olan TRG-122 raketlərinin bir neçə ölkəyə ixracına dair görüşmələr davam edir. TRG-122 raketlərinin Türkiyə Silahlı Qüvvələri tərəfindən 2018-ci ildə “Zeytun Budağı” və 2019-cu ildə “Sülh çeşməsi” (“Barış Pınarı”) əməliyyatlarında istifadə olunduğu bildirilir. T107/122 Həm 107 mm, həm də 122 mm çaplı reaktiv raketlərlə atəş açmaq üçün nəzərdə tutulan universal T-107/122 platforması ROKETSAN tərəfindən müasir orduların multikalibr YARS ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. T-107/122 sistemində eyni buraxıcı qını fərqli istiqamətlərə çevirməklə yuxarıda qeyd olunan fərqli çaplı raketlərdən istifadə etmək olur. Yük-
sək hərəkət qabiliyyətinə malik, 6x6 təkər formuluna malik nəqliyyat vasitəsinin şassisində yerləşdirilmiş T-107/122 YARS buraxıcı qurğusuna 60 ədəd TR-107, yaxud 20 ədəd TR-122, TRB-122 ve TRG-122 raketi yükləmək mümkündür. T-107/122 YARS batareyasına 1 ədəd C-107/122 komandaidarəetmə maşını, 6 ədəd T-107/122 nəqliyyat-işəsalma qurğusu, 6 ədəd L-107/122 nəqliyyat-yükləyici maşın, 1 ədəd M-107/122 meteroloji stansiya, 1 ədəd R-107/122 yedək maşını və digər zəruri köməkçi xidmət nəqliyyat vasitələri daxildir. Atışın idarə edilməsi kabinə daxilindən, yaxud məsafədən həyata keçirilir. YARS-in atışa hazır vəziyyətə gətirilməsi və atışdan sonra mövqeyini tərk etməsi üçün 5 dəqiqədən az müddət tələb olunur. Batareyaya daxil olan komanda-idarəetmə sistemi avtonom, yaxud qoşunların döyüş idarəetmə sistemləri ilə birgə fəaliyyət göstərə, hədəf təsbit radarları, pilotsuz uçuş aparatları və s. müasir hədəf aşkarlama sistemləri ilə avtomatlaşdırılmış şəkildə məlumat mübadiləsi apara bilir. Kompleksin heyəti komandir, atıcı və sürücüdən ibarətdir (cəmi 3 nəfər). Atəş idarəetmə sistemi T-107/122 nəqliyyat-işəsalma qurğusundan TR-107 raketləri ilə 11 km-dək görüntü məsafəsində olan hədəflərə atəş açmağa imkan verir. 0-60° atəş bucağı istifadəçiyə T-107/122 YARS ilə dağlıq ərazilərdə öz mövqelərindən aşağıda yerləşən düşmən mövqelərinə zərbələr endirməyə imkan yaradır. TR-107 atış uzaqlığına, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl raketlərdən hesab olunur. Az tüstülü kompozit yanacaqdan istifadə edən raketin ağırlığı 20 kq, qəlpəli-fuqas tipli döyüş başlığının çəkisi 8.4 kq, məhvetmə radiusu isə 14 metrdir. Çoxməqsədli YARS ROKETSAN tərəfindən hazırlanmış Çoxməqsədli YARS düşmənin müdafiəsinin dərinliyində yerləşən həyati vacib obyektlərə, kommunikasiyalara, silah anbarlarına, texnikanın sıx toplandığı zonalara, qoşunların bazalarına, taktiki raketlərin Parametrlər Çap /mm
TR107 107
TR122 122
TRB122 122
TRG122 122 76
Ağırlıq/kq
20
66
66
Döyüş başlığı/kq
8.4
18.4
18
13
Atış uzaqlığı/km
3-11+
16-40
16-40
16-35
Qatı kompozit
Qatı kompozit
Yanacaq
Az tüstülü Qatı komqatı kompozit pozit
İdarəetmə
buraxıcı qurğularına 16-28 km radiusda zərbə endirmək üçün nəzərdə tutulub. Öncəki illərdə T-122/300 olaraq adlandırılan Çoxməqsədli YARS bir nəqliyyat vasitəsinin şassisi üzərində TR-122, TRB-122, TRG-122, TRG-230 və TRG-300, TPGK-300 və BORA raketlərindən atəş açmağa imkan verir. ROKETSAN mütəxəssislərinin sözlərinə görə, sözügedən sistemə hər birində 20 ədəd 122 mm raket (TR-122, TRB-122, TRG-122) olan iki, hər birində 4 ədəd 300 mm raket (TRG-300, TPGK-300) olan iki, o cümlədən hər birində 6 ədəd 230 mm raket (TRG-230) olan iki və ya 1 ədəd BORA raketinin yerləşdirilməsi mümkündür. Atış zamanı raketlər arasında interval 0.5-15 saniyə təşkil edir. Çoxməqsədli YARS-ın yaradılmasına 2010-cu ilin oktyabr ayında başlanmış, testlər iki il sonra – 2012-ci ilin sonunda başa çatmışdır. İlk xarici müştəri üçün sistem 8x8 təkər formuluna malik KAMAZ-63502 nəqliyyat vasitəsinin şassisi üzərinə yerləşdirilib. Standart batareyaya bir ədəd komanda-idarəetmə maşını, 6 ədəd nəqliyyat-işəsalma maşını, 6 ədəd sursat yükləmə maşını, 1 ədəd meteoroloji stansiya maşın və 1 ədəd servis maşını daxildir. Kompleks atəş hazırlığı, planlaşdırma, tapşırıq, ballistik hesablama və tapşırığın icrası kimi fəaliyyətlərdə ehtiyac duyulan mexanik, elektrik və elektronik altsistemlərə malikdir. Fərqli marka və modellərdə maşınlar, radiostansiyalar, güc sistemi və naviqasiya kimi sistemlərin üzərinə qurulan kompleks istifadəçinin logistik bazasına və ehtiyaclarına uyğun olaraq fərqli versiyalarda da istehsal oluna bilir. ROKETSAN-ın Çoxməqsədli YARS-də istifadə üçün yaratdığı 230 mm-lik TRG-230 idarə olunan raketləri 20-70 kilometr uzaqlıqda düşmənin liman və hava limanları, toplanış bölgələri, logistik müəssisələri, artilleriya, hava hücumundan müdafiə, komanda-idarəetmə və rabitə sistemləri, mağara və sığınacaqlar kimi qapalı-yarımqapalı obyektlərini yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulub. Çəkisi 210 kq, məhvetmə radiusu 45-50 metr təşkil edən TRG-230 raketinin 45 kq ağırlığında qəlpəli fuqas, termobarik və nüfuzedici döyüş başlığı ilə təchiz edilmiş variantları var. GPS və INS naviqasiyasından istifadə edən TRG-230 maksimum məsafədə hədəfi təqribən 10 metr sapma ehtimalı ilə vurmağı bacarır.
GPS+QLONASS
Təsir radiusu/m
≥14
≥20
≥40
≥40
Partladıcı tipi
Kontakt
Kontakt
Kontakt və yaxınlaşma
Kontakt və yaxınlaşma
Türkiyə Silahlı Qüvvələrinə aid T122 YARS Suriya ərazisində gedən döyüş əməliyyatlarında terrorçuların mövqelərini atəşə tutarkən. Foto: TSQ
610 mm “Bora” (“Xan”) ballistik raketi. Foto: ROKETSAN
Çoxməqsədli YARS və ROKETSAN-ın keçmişdə istehsal etdiyi K+ yaylım atəşli reaktiv sistemində istifadə üçün yaradılmış, 300 mm çaplı, GPS və INS naviqasiya yönləndirməli TRG-300 idarə olunan raketinin Blok-I və döyüş başlığının dinamik təsiri artırılmış Blok-II (GPS+QLONASS dəstəkli INS naviqasiyaya sahib) versiyaları mövcuddur. TRG-300 uzaq məsafədə rəqibin möhkəmləndirilmiş obyektlərini yüksək dəqiqliklə məhv etməyə hesablanıb. Ağırlığı 585 kq təşkil edən TRG-300 Blok-I raketinin atış uzaqlığı 30-120 km, ağırlığı 670 kq olan, Blok-II raketinin atış məsafəsi isə 20-90 km təşkil edir. Qatı kompozit yanacaqla çalışan TRG-300 Blok-I variantı 105 kq, Blok-II variantı isə 190 kq ağırlığında fuqas və qəlpəli-fuqas döyüş başlıqları ilə təchiz olunub raketlərin məhvetmə radiusu müvafiq olaraq ≥70 m (Blok-I) və ≥80 m (Blok-II), dəqiqliyi ≤10 metr olaraq göstərilir. Bundan başqa, 300 mm idarə olunmayan raketlərə TRGK300 yönləndirmə dəstinin taxılmasıyla ROKETSAN tərəfindən bu raketlərə 40-90 km məsafədə yerləşən hədəfləri yüksək dəqiqliklə vurmaq imkanı qazandırılıb.
Parametrlər
TRG230
TRG300 BlokI
TRG300 Blok_II
Çap /mm
230
300
300
Ağırlıq/kq
210
585
670
Döyüş başlığı/kq
50
105
190
Atış uzaqlığı/km
20-70
30-120
20-90
Yanacaq
Qatı kompozit
Qatı kompozit
Qatı kompozit
İdarəetmə Dəqiqlik (CEP)
GPS+QLONASS+INS GPS+QLONASS+INS GPS+QLONASS+INS ≤10
≤10
≤10
Təsir radiusu/m
≥55
≥70
≥80
Partladıcı tipi
Kontakt və yaxınlaşma
Kontakt və yaxınlaşma
Kontakt və yaxınlaşma
38 www.azeridefence.com
BORA ROKETSAN şirkətinin maraq doğuran raket sistemlərindən biri də ilk nümunəsi 2017-ci ildə sərgilənmiş 610 mm-lik BORA ballistik raketidir (Azərbaycan Ordusunun sinifləndirməsində operativ-taktik raket kompleksi). BORA ballistik raket sistemi Müdafiə Sənayesi Komitəsi ilə ROKETSAN arasında 2009-cu ilin noyabr ayında imzalanmış müqavilə çərçivəsində, Quru Qoşunlarının uzunmənzilli “yeryer” tipli raketlərə olan ehtiyacının yerli olaraq qarşılanması məqsədi ilə yaradılıb. Konteynerləşdirilmiş BORA raketi 8x8 təkər formullu MAN, KAMAZ, “Volat” və digər şassilərdə müstəqil silah sistemi kimi təklif olunsa da, ROKETSAN-ın Çoxməqsədli YARS nəqliyyatişəsalma platformasına da yüklənə bilir. Raketin GPS/INS ikili və yalnız INS naviqasiyası ilə hədəfə yönələn iki növü mövcuddur. Uçuşa aerodinamik nəzarət və elektromexaniki dəqiqləşdirmə sistemi vasitəsi ilə nəzarət olunur. Heyəti üç nəfərdən ibarət olan BORA atış tapşırığının hazırlıq, planlama, ballistik hesablama, əsas fəaliyyətləri üçün gərəkli olan bütün mexaniki, elektrik və elektronik altsistemlərə, naviqasiya rabitə və s. sahibdir. 2018ci ildən Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daxil olan BORA raket sistemi sınaqlar zamanı 280 km məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Şirkətin açıqladığı məlumata görə, qatı raket yanacağı ilə işləyən BORA raketinin çəkisi 2500 kq, döyüş başlığı 470 kiloqram, ixrac versiyasının atış uzaqlığı 300 kilometr, uçuş hündürlüyü 35 km, hədəfdən sapması maksimum məsafədə < 50 metr təşkil edir. Standart versiyada bir buraxıcı maşın üzərində iki BORA raketi yer alır. BORA-nın ixrac versiyası “Xan” (“Khan”) adlanır. Qeyd edək ki, 2018-ci ilin iyun ayında jurnalistlərə müsahibəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov BORA raketlərinin Azərbaycan Ordusunun da diqqət mərkəzində olduğunu ifadə edib. Türkiyə mediasında BORA raketinin 2019cu ilin may ayında “Pəncə” əməliyyatında istifadə edildiyinə dair məlumatlar yayılıb. AD
DİNAMİK MÜHAFİZƏ QURĞULARI yaradılması, inkişafı və perspektivləri Ramiz Məmmədov, ehtiyatda olan polkovnik Tank əleyhinə vasitələrin təsir gücünün zaman-zaman artması zirehli texnikaların passiv üsullarla müha izəsinin mümkün olmadığını, müha izəni gücləndirmək üçün xarici enerji mənbələrindən istifadənin vacibliyinin qaçılmaz olduğunu üzə çıxardı. Yerli və xarici ədəbiyyatlarda “reaktiv zireh”, “dinamik müha izə”, “partlayıcı reaktiv zireh” və s. məlum qurğuların təyinatı üzrə adlandırılmaqla, növlərdən birini tamamilə xarakterizə edən terminlər meydana çıxsa da, bütün qurğuların spektri üzrə mütəxəssislər tərə indən dinamik tipli müha izə qurğuları (DTMQ) termini qəbul olunmuşdur.
40 www.azeridefence.com
Azərbaycan Ordusuna məxsus T90S tankı “Kontakt5” dinamik müha izə qurğusu ilə qorunur. Foto: AD
M
üxtəlif növ tank əleyhinə vasitələrin (TƏV) diapazon göstəricilərinin təsir səmərəliliyinə müva iq bu və ya digər dinamik tipli müha izə qurğusunun əsas key iyyətlərinə çəki, qabarit ölçüləri və istismar xüsusiyyətlərinə uyğun yüngül kateqoriyalı zirehli maşınlara (YZM) quraşdırma imkanları aid olunur. Dinamik müha izə qurğularında istifadə olunan enerji tiplərinə müva iq, partlayıcıya (PM), qeyri-partlayıcılara (elektrik enerjisi və ya kimyəvi proseslər nəticəsində yaranan enerji), aktivləşdirmə üsulunu isə müstəqil aktivləşən və özü aktivləşməyən, eyni zamanda alt növlərə bölmək olar. DTMQ-də istifadə olunan PM və ya elektromaqnit, eləcə də digər təsir üsullarına malik enerji mənbələri atılanları mövcuddur. DTMQ-də istifadə olunan PM və ya elektromaqnit, eləcə də digər təsir usuluna məruzqalma prinsiplərin köməkliyi ilə istifadə olunan enerji mənbələri atılanlara bölünür.
İkinci Dünya müharibəsi zamanı partlayıcı maddənin dağıdıcı təsir imkanları əsasında kumulyativ axına təsir etməklə, kumulyativ axının nüfuzetməsinin zəi lədilməsindən istifadə olunub. İlk dəfə 1943-cü ildə alman “Panther” və “Tigr” tanklarınının tank əleyhinə maqnit minası ilə təchiz olunmuş əl qumbarasından müha izə edilməsi məqsədilə “Zimmerit” adlı qatqı yaradılaraq (0% BaSO4, 25% Movilith 20 bağlayıcı, 15% oxlu piqment, 10% doldurucu (yonqar), 10% ZnS), tankların üzərinə iki qat olmaqla, zavod və yaxud təmir müəssisələrində üzlük şəklində çəkilərək istifadə edilmişdir. 1944-cü ildə yeni nəsil ağır alman tanklarının yaradılması ilə əlaqədar “Zimmerit” qatqısının istifadəsi məqsədəuyğun sayılmayıb. Sonraki illərdə yeni tank əleyhinə qumbaranın yaranması ilə əlaqədar qatqının istehsalı tamamilə dayandırılmışdır. 1940-cı illərin sonlarında dinamik müha izə sisteminin yaradılması ilə bağlı keçmiş SSRİ-nin 48 Saylı Mərkəzi ElmiTədqiqat İnstitutunda (hazırkı “MET Polad İnstitutu” ASC) tədqiqat işlərinə başlanmış, İkinci Dünya müharibəsinin sonlarına yaxın – 1944-cü ilin ortalarında yaradılmış sistemin 57 mm-lik alman zirehdələn mərmilərinə qarşı ilkin sınaqları aparılmışdır. İkinci Dünya müharibəsində qazanılmış təcrübəyə əsaslanaraq işlər davam etdirilmiş, kumulyativ mərmilərin meydana çıxması ilə əlaqədar, kumulyativ mərmilərin zərərverici faktorları nəzərə alınaraq əks-partlayıcının yaradılması ideyası meydana çıxmışdır. Zirehli texnikalarda dinamik müha izə sisteminin yaradılması üzrə tapşırıqlar Xarkov zavodunun “Malışev” və Moskva Polad Elmi-Tədqiqat İnstitutlarına həvalə olunmuşdur. Lakin “aktiv” (dinamik) müha izənin təcrübi nümünəsinin 1960-cı ildə poliqon sınaqlarının keçirilməsinə baxmayaraq, istehsalı bir sıra subyektiv səbəblərə – xüsusən də ordu və hərbi sənayenin yüksək səviyyəli nümayəndələrinin psixoloji hazırlıqsızlığı və zirehli texnikaların konsepsiyasına uyğun gəlmədiyi üçün 1980-ci illərin ortalarına qədər təxirə salınmışdır. ABŞ hərbi rəhbərliyinin, eləcə də Almaniya Federativ Respublikasının bu yeni məhsula eyni dərəcədə şübhə ilə yanaşmaları İraq müharibəsinin başlanmasına qədər bu ölkələrdə dinamik müha izənin tətbiqinə mane olmuşdur. Qeyd edək ki, müva iq istiqamətdə elmi-tədqiqat işlərinin təcrübi nümünəsinin sınaqları 1973-cü ildən başlayaraq Fransa və Almaniyanın tədqiqat institutları tərə indən də həyata keçirilib. İsrail və Misir arasındakı altıgünlük müharibə nəticəsində, Misirdən qənimət olaraq ələ keçirilən Sovet T-54 və T-55 tanklarının zəi liyinin öyrənilməsi məqsədilə 1967–1968-ci illərdə İsrail ordusu və müda iə sənayesi tərə indən də müxtəlif sınaqlar keçirilib. Sovet texnikalarının zəif yerlərinin öyrənilməsində Almaniya daha cox maraqlı oldugu ücün alman iziki və mərmi üzrə mütəxəssisi Manfred Held, kumulyativ döyüş başlığı üzrə mütəxəssis qismində İsrailə ezam olunaraq keçirilmiş sınaqlarla tanış olub. 1970-ci ildə Manferd Held zirehli texnikanın müha izəsini əlavə təmin edən dinamik müha izəyə müəlli lik patenti almışdır. SSRİ-nin mərkəzi elmi-tədqiqat institutlarında TKN-nin on illərlə (1960–1970-ci illərdə) aparılmasına baxmayaraq, tədqiqat və təcrübi işlərin nəticələri ixtiraçı Held tərə indən dinamik müha izə adlandırılmışdır. 1974-cü ildə Held İsrailin Müda iə Qüvvələrinin nümayəndələrinə dinamik müha izənin təsir effektivliyi barədə ixtirasının təqdimatını keçirib. Nümayişdən sonra İsrail hökuməti Heldin ixtirasının “Rafael” şirkəti tərə indən ERA dinamik müha izəsi adı altında seriyalı istehsalı üçün göstəriş vermişdir. “Rafael” şirkəti asılan dinamik müha izə modullarını zirehli texnikaların növlərinə uygunlaşdıraraq, “Blazer ERA” qurğularının istehsalını
41
DİNAMİK MÜHAFİZƏ QURĞUSUNUN FƏRQLƏNDİRİCİ KEYFİYYƏT CƏDVƏLİ DİNAMİK MÜHAFİZƏ QURĞUSU
TƏSİRETMƏ (ƏSAS FAKTORLAR)
PARTLADICI MADDƏ
ELEKTRİK ENERJİ
KİMYƏVİ PROSESLƏR
yaratmaqla, məhsulu İsrailin hərbi sənayesinn uğuru kimi dünyaya tanıtmışdır. Qeyd edək ki, SSRİ mərkəzi elmi-tədqiqat institutlarının birində məx ilik qri i altında işlənən dinamik müha izə qurğusunun yaradıcılığı ilə məşğul olan mühəndis Blazer G. A 1960-cı ildə İsrailə miqrasiya etdikdən sonra “Blazer” indeksi ilə tətbiq olunan dinamik müha izə qurğusunun konstruktiv quruluşunu 1967-ci ildə ABŞ-da 4194431 saylı patentlə rəsmiləşdirib. İlk dəfə “Blazer ERA” dinamik müha izə qurğuları “Centurion”, M-60, 1982-ci ildə Livan müharibəsi zamanı qənimət götürülmüş M48A5, M60 və M60A tanklarında qurulub. Bu texnikaların “Blazer ERA” dinamik müha izə dəstləri ilə təchiz olunması “Malyutka” tipli TƏİR qurğusunun və PQ-7 / RPQ-7 qumbaralarının kumulyativ axınının zərərverici təsirini aradan qaldırmasına imkanı yaradıb. 1980-ci illərin əvvəllərində AFRdə MBT-70 tipli tankların da dinamik müha izə qurğularının quraşdırılması prioritet təşkil edib. Bununla da “Blazer”in uğurlu istifadəsi, dünyada analoji müha izə vasitələrinin inkişafı və sınaqdan keçirilməsinə stimul yaradıb. Birinci nəsil dinamik müha izə kompleksləri Birinci nəsil “Kontakt-1” və “Blazer” dinamik kompleksləri quraşdırma variantında tətbiq olunub. PM lövhələr ilə kumulyativ axınının qarşılıqlı əlaqəsinin yüksək təsirini təmin etmək və boyük bucağa nail olmaq ücün DTMQ-nin quraşdırılması iki sıra düz istiqamətli sxemlə yerinə yetirilmişdi. Belə konstruksiyanın quruluşu DTMQ qurğusundan atılan PM lövhələrin kumulyativ axınla toqquşma bucağı və axına təsir effektivliyindən asıllığı ilə izah edilir. Konteynerin polad təbəqələrinin 50-70 dərəcə bucaq altında hərəkəti kumulyativ axınla qarşılaşma zamanı təsirin effektivliyinin artmasına səbəb olmuşdur. Reaktiv konteynerin təxminən 30-45 dərəcə, yaxud əvvəlkindən 60 faizdən yuxarı azaldılmasına baxmayaraq kumulyativ axınının deşmə təsiri azalmışdır.
42 www.azeridefence.com
“Blazer” dinamik müha izə qurğusu Yuxarıda göstərilən komplekslər, bir cüt konteyner quraşdırılan (yaxud bəzi variantlarda “Blazer” DM kimi) gövdədən ibarətdir. Hər bir konteyner üç qat olmaqla bir partlayıcı maddə ilə təchiz olunub. Belə konstruksiyalı bir cüt konteyner, dinamik müha izə qurğusunu zəncirvari partlayışına səbəb olurdu. Konteynerlər gövdədə bir səthdə, kəskin bucaq əmələ gətirməklə və şaquli müstəvidə yan divarların birınə yönəlməklə perpendikulyar, qarşı-qarşıya, üst-üstə çevrilərək quraşdırılıb. Bu quruluş konteynerdən biri ilə kumulyativ axının (yaxud kinetik mərminin) qarşılaşma bucağı zamanı təsirin aşağı düşməsi və o biri konteynerə keçməməsi ücündür. Konteynerlərin cüt yerləşdirilməsi kumulyativ axının, yaxud kinetik mərminin zərbəsindən konteynerin birinə zərər dəydikdə zəncirvari partlayış nəticəsində konteynerin ikisindən birini işlək vəziyyətə gətirilməsini təmin edir. Belə ki, partlayışın bir konteynerdən o birisinə ötürülməsi nəticəsində yaranan təzyiq dalğası zamanı, üzbəüz hərəkət edən konteynerlərin PM İsrail Müda iə Qüvvələrinə məxsus, “Blazer ERA” dinamik müha izə qurğusu ilə qorunan M60A1 tankı. Foto: İnternet
“Blazer” dinamik müha izə qurğusu
elementləri 10-40 dərəcə bucaq altında toqquşurlar. Elementlərin toqquşmaları, yüksək sürətli ikinci kumulyativ axının əmələ gəlməsi nəticəsində, aşağısürətli kompakt cisimlərin yaranması ilə müşahidə oluna bilər. Eyni zamanda bu elementlərin qalan bucaq hissəsinin toqquşması zamanı aşağısürətli kompakt cisimlər yaranır. Kifayət qədər güclü zirehə malik müasir tanklara DTMQ-nin quraşdırılması mövcud tank əleyhinə silahların arsenalını praktiki dəyərdən salaraq, müha izəni aşmaq məqsədi ilə lələkli zirehdələn çapaltı mərmilərin və tandem döyüş başlıqlı TƏİR qurğulararının inkişafını ön plana cıxarır. Universal dinamik müha izə qurğusu Şərti olaraq birinci nəslə aid edilə bilən DTMQ yalnız kumulyativ vasitəyə qarşı xüsusiyyətlərə malikdir. İşlək vəziyyətdə kinetik mərmiyə effektiv təsir göstərmək üçün DTMQ-nin hərəkət edən polad lövhələrinin kütləsi kumulyativ axına qarşı 4-10 dəfə çox olmalı idi. Zirehli lələkli kalibraltı, zirehli kalibraltı (ZLKA / ZKA) mərmilərdən tankların müha izəsini təmin edən qurğuların ilk nümunələri 60-cı illərin sonlarında hazırlanmış və sınaqdan keçirilmişdir. Lakin DTMQ yuxarıda qeyd olunduğu kimi, yalnız İsrailin Almaniyadan və Amerikadan aldığı tanklarında quraşdırılmışdır. SSRİ və digər aparıcı dövlətlərin silahlı qüvvələrinin təminatında olan tanklarda isə təbiqi yuxarıda qeyd olunan səbəblərdən imtina edilmişdir. Zirehli lələkli kalibiraltı mərmilərin 80-ci illərin əvvəllərində daha geniş yayılması müşahidə olunurdu. Bu mərmilərdən tankın müha izəsi məqsədi ilə yeni dinamik müha izə qurğularının yaranması zərurəti meydana çıxdı.
“Held” dinamik müha izə qurğusu
kumulyativ axının zəi lədilməsinə səbəb olur. Mövcud prinsipi həyata kecirən universal “Kontakt 5” tipli DTMQ kompleksinin seriyalı istehsalı SSRİ-də 1980-ci ilin ortalarında başlanmış və T-72B, T-80U, T-90 tankları bu DTMQ ilə təchiz olunmuşdur. Həmin dövrdə meydana çıxan ixtiralarda catışmazlıqlar da qaçılmaz idi. Bunların arasında, ilk növbədə, tank əleyhinə döyüş sursatının növü və gücündən asılı olaraq tankın zirehinin ön hissələrində yerləşən “Kontakt-1” asılan dinamik müha izə (ADMK) konteynerlərinin 15 – 70%-nin məhv edilməsi, habelə avtomatdan və digər kiçikçaplı silahlardan atəş nəticəsində konteynerlərin sıradan çıxması, digər vasitələrə məruz qaldığı zaman partlayıcı maddələrin yanma ehtimalları mövcud idi. “Kontakt-5”in quraşdırılmış variantında catışmazlıq qismən həll edilsə də, kompleksin avadanlığının tankla birlikdə zavod şəraitində istehsal olunması tankada texniki xidmətin və təkmilləşdirmə işlərinin aparılması məhdudiyyətini yaradırdı. KONTAKT5 Digər nöqsan isə tanka birbaşa təhlükə yaratmayan kiçik caplı silahlardan, kiçik kalibrli artilleriya mərmilərindən, qəlpəlifuqas, yandırıcı vasitələrdən istifadə edildiyi zaman DMQ-də istifadə olunan partlayıcı maddələrin işlək vəziyyətə gətirilməsi ilə bağlı olmuşdur. DMQ-nin istismar xüsusiyyətlərinin artırılması məqsədilə yenidən modul tipli konstruksiya quruluşuna keçidə nail olunmuşdur. Texniki xidmətin asanlığı, o cümlədən zədələnmiş modulların yerinin dəyişdirilməsi, mövcud tank parkının təkmilləşdirilməsi, planlı təmir işlərinin aparılması kimi bir sıra üstünlükləri təmin edirdi. “Kontakt5” dinamiq müha izə qurğusunun qoruyucu lövhəsi
“Held” dinamik müha izə Müha izənin etibarlılığını yüksəltmək məqsədi ilə, obyektin xarici səthində dinamik müha izə sisteminin yaradılması zərurəti yaranmışdır. Müasir zirehli lələkli kalibraltı mərmilərin ilkin sürətinin 1550-1800 m/s arasında olma ehtimalı, kumulyativ axınların baş sahələrində yaranan (8-10/km) sürətdən əhəmiyyətli dərəcədə aşağı olur. Möhkəm polad təbəqədən hazırlanan DTMQ konteynerləri kalibraltı mərmi ilə toqquşduqda işlək vəziyyətə keçir. Bu zaman konteyner tərə indən ZLKA-ya (yaxud kumulyativ axına) analoji təsir həyata keçirilərək, mərminin qismən məhv olmasına, sabitləşməsinə və
43
“Kontakt5” DTMQnin T72 və T90 tanklarının qülləsində yerləşdirilməsi
“Relict” dinamik müha izə qurğusu
QÜLLƏ
SEKSİYA QAPAĞI
“Relict” dinamik müha izə Məlum “Relict” tipli dinamik müha izə qurğusunun yaradılmasında köhnə prinsiplə hücum edən TƏV istiqamətində lövhələrin atırılması prinsipinin təkamül yolu seçilmişdir. Təkmilləşdirilmiş 4S23 tipli qurğularda 4S22 qurğusunun müəyyən çatışmayan nöqsanlarının (kiçiksürətli kinetik və müəyyən tipli kumulyativ mərmilərə qarşı işlək vəziyyətinə gətirilməsi ilə) aradan qaldırılmasına nail olunub. Elektrik dinamik müha izə qurğusunun modul prinsipli yerləşməsi birbaşa hücüm edən mərminin təsirinə qarşı olmayan konteynerin partlayış nəticəsində qonşu elementlərə ötürülmə ehtimalını kifayət qədər azaldıb. Kinetik və kumulyativ vasitələrdən müha izə zamanı effektivliyin artırılması ücün hücum edən sursatlara qarşı təsir göstərən, tərkibinə qeyri-polad elementlər daxil olan, o cümlədən əlavə atma lövhələrinin istifadəsi tətbiq olunub. Müəyyən tədbirlər nəticəsində döyüş sursatının növündən asılı olaraq kalibraltı lələkli mərminin (KALM) zirehideşmə qabiliyyətinin 20-60 % aralığında azaldılmasına nail olunmuşdur. Həssaslığın artırılması müha izə lövhələrinin iki fərqli materialdan hazırlanması, birinci müha izə elementlərinin akustik empedansı (kompleksli elektrik müqavimət maneəsi) ikinci materialın akustik empedansına nisbətən daha az olan (alüminium ərintisi) poladdan yaradılması nəticəsində əldə edilib. Gövdənin divarlarına, polad lövhələrinə və daxili səthin boşluğuna, dalğanın yaranmasına maneə yaradan qoruyucu örtük qatının çəkilməsi, toqquşma səthi boyunca lövhələrin “sürüşməsi”, onların əks olunması və yekun nəticədə TƏV-lə təkrar təsirə məruz qalması baş verib. Beləliklə, polad olmayan materiallardan ibarət qoruyucu örtüklərin istifadəsi də zirehin müha izəsinin iş müddətini artırmağa imkan yaradıb. DMQ-nin konstruksiyasında istifadə olunan qeyri-polad materialların üstünlükləri materialın dinamik sıxılması səbəbindən qurğunun işləmə müddətini artırmağa fürsət yaradır. Ardıcıl yerləşdirilmiş atıla bilən polad örtüyün və qeyrimetal elementlərin (keramika, iberglas, poliuretan və s.) birbirinin arasında buraxılan boşluq, bağlanmayan PM atımları TƏV-ə əlavə təsir edərək, materialın dinamik sıxılması hesabına qurğunun işlək zamanını uzadır, ikinci PM atımının təsirləri, zirehin deşilməsinə mane olur. Universal dinamik müha izə qurğularının inkişaf mərhələlərindən biri də elektrik impulsla işlək vaziyyətə gətirilməsidir. Belə ki, maqnit sahəsinin dəyişikliyi tank əleyhinə vasitənin hərəkətinə görə elektrik siqnalına çevrilir. Alınan siqnal giriş
44 www.azeridefence.com
Tank qülləsində universal DTMQnin quraşdırılması
QÜLLƏNİN MÜHAFİZƏ QURĞUSU 1. POLAD TƏBƏQƏ 2. ÜST DİVAR 3. POLAD TƏBƏQƏ 4. ELEKTRODİNAMİK MÜHAFİZƏ 5. ELASTİK ELEMENT 900 KQ/KUB MÖHKƏMLİYİNDƏ 6. YÜKSƏK MÖHKƏMLİ POLAD LÖVHƏ
səviyyəsi ilə müqayisə edilir və giriş səviyyəsi siqnalın artma anında dinamik müha izə qurğusunun PM-in elektrik detanatoruna təsir edən elektrik impulsunu formalaşdırır. Rusiyanın “Polad” Elmi-Tədqiqat İnstitutu giriş səviyyəli üsulun məhvetmə vasitələrinin sürətinə, ümumi kütləsinə və ölçü xüsusiyyətlərinə müva iq olaraq təyin olunmasını təklif edir. Maqnit sahəsinin elektrik siqnalına çevrilməsi yüksək müqaviməti dəyişən və aşağı müqaviməti daimi cərəyan səviyyəsində təmizləyən müha izə zonasında lövhə örtüklə konteynerdə yerləşdirilən induktor (babin) cihazının köməkliyi vasitəsilə yaradılır. Müha izə lövhəsi kalibraltı mərminin burun hissəsi ilə konteynerdən 200-250 mm məsafədə qarşılaşma yaradır. Mərmi lövhəyə təsir etdiyi zaman, bir neçə hissəyə defraqmentasiya olunaraq, fırlanan bucaq sürətini yaratmaqla zirehdəlmə təsirinin zəi ləməsinə səbəb olur. Kumulyativ sursatlar üçün bu müha izə metodunun istifadəsi fokus məsafəsində vaxtından əvvəl partladıcını işci vəziyyətinə gətirir, kumulyativ partladıcını məhv edərək, kumulyativ axının əmələ gəlmə şərtlərini əhəmiyətli dərəcədə zəi lədir. Təklif olunan müha izə metodunu tətbiq edərkən, adekvat müha izə təsiri zamanı konteynerə daha az partlayıcı maddə yerləşdirilməsi tələb olunur. Bu, öz növbəsində, müha izə qurğusunun işci vəziyyətinə gətirilməsi zamanı müha izə olunan obyektin gövdəsinə dinamik təzyiqin azalmasını təmin edərək heyətinin iş şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Nəticədə yüngül zirehli proyeksiyanın effektiv müha izəsinin təminatı ücün şərait yaranır.
Yaradılan dinamik müha izə sistemlərinin əsas xüsusiyyətlərinin müqayisə cədvəli:
DøNAMøK MÜHAFøZԤ QURöULARI NÖVLԤR
“BLAZER”
“KONTAKT-1”
DDM “KONTAKT-5”
“RELøKT”
“NOJ”
Ölkԥ, úirkԥt
øsrail/RAFAEL
SSRø/ “Polad”ETø
Rusiya/ “Polad” ETø
Rusiya/ “Polad” ETø
Ukrayna/ MøKROTEK
Kumulyativ axına qarúı
Kumulyativ axına qarúı
Universal
UNøVERSAL
UNøVERSAL
Tԥmin olunmur
Tԥmin olunmur
Tԥmin olunmur
Tԥmin olunur
Tԥmin olunur
Mühafizԥ tipi Ԥks tԥsirli tandem döyüú baúlı÷ı
øú prinsipi
Kumulyativ vasitԥnin zԥrԥrvermԥ xisusiyytlԥrinin azalması ZLKM-nin xüsusiyyԥtlԥrinin azalması Zԥrbԥ nüvԥsi tipli zԥrԥrvermԥ vasitԥsindԥn mühafizԥ Yüngül ZDM Yerlԥúmԥ prinsipi Quraúdırılıb
Atılan lövhԥlԥrlԥ tԥsir
Atılan lövhԥlԥrlԥ tԥsir/qapaqla
Atılan lövhԥlԥrlԥ tԥsir/qapaqla
østiqamԥtlԥnmiú ardıcıl kumulyativ axının vԥ partladıcı maddԥnin tԥsiri
30-60%
50-80% (500 mm-ԥ qԥdԥr)
50-80%
§90%
§90%
Tԥmin olunmur
Tԥmin olunmur
20%-dԥn az olmadan
> 50%
> 90%
Tԥmin olunmur
Tԥmin olunmur
Tԥmin olunmur
Tԥmin olunmur
Tԥmin olunur
Tԥmin olunmur
Tԥmin olunmur
Tԥmin olunmur
Tԥmin olunmur
Tԥmin olunur
Fԥrdi konteynerlԥr
Fԥrdi konteynerlԥr
Seksiyalı
Modul
Modul
Ɍ-72B, Ɍ-90, ODM-A
Ɇ60, M48, Centurion
Ɍ-72B
“Roqatka”, “Ramka”
“Bereza”, “Bulat”, “Oplot”
Atılan lövhԥlԥrlԥ tԥsir
Hamar səthli enerji partladıcısı istifadə edilən DTMQnin konstruktiv xüsusiyyətləri Hamar səthli enerji partladıcısı istifadə edilən DTMQ-nin bir sıra prinsipal çatışmazlıqları da qaçılmazdır. DTMQ-nin periferik sahələrinin zəi lədilmiş zonaların olması səmərəliliyinin 80%-ə qədər aşağı düşməsi ehtimalını yaradır. Mövcud xüsusiyyət DTMQ-nin bütün növlərində, PM köməkliyi ilə lövhənin atılması prinsipindən, digər üsullardan istifadə zamanı özünü göstərir. Buna baxmayaraq, bəhs edilən çatışmazlıq mövcud DTMQ tərə indən təqdim olunan faydalarla tamamilə əvəzlənir. Daha bir çatışmazlıq isə maşının qülləsinin alın hissəsində istifadə edilən, bu zaman heyətə mən i təsir göstərən fərqli tərkibli partlayıcı maddələrdir. Zirehli döyüş maşınının gövdəsinin bort hissələrinin hücümlar zamanı yaxın bucaqlarda təsirə daha cox məruz qalması müəyyən qurğularla müha izə edilməsi ücün yararsız hesab olunur. Mövcud qurğuların etibarlılığının təmin edilməsi üçün təbii ki, onlara lazımi bucaq verilməsi mümkündür. Lakin müha izə
olunan obyektlərin konteynerlərinin qabarit ölcülərinin kifayət qədər artırılması yolverilməz olduğundan zirehli tank texnikalarında tətbiq olunmur. Mətbuatda, 2003–2006-cı illərdə dərc olunmuş materiallarda M. Rastopşin (HMK № 8, 2003; № 4, 2004 № 41, 2005 və bir neçə başqası) iddia edir ki, mövcud DTMQ-nin çatışmazlığı onların kifayət qədər (250x125 mm) uzunluğudur. Qeyd edilən çatışmazlıq müəyyən dərəcədə “Kontakt-1” dinamik müha izə kompleks qurğularına aiddir. Lakin daxili dinamik müha izəni “Kontakt-5” tipli qurğunun konteynerinə yerləşdirərək, onun uzunluğunu lazımi ölçülərə çatdırılma imkanı var. Bu zaman elementdən elementə partlayışın ötürülməsinə heç bir maneə yaranmır. Beləliklə, DTMQ-nin uğurlu və ya uğursuz konstruksiyası barəsində qeyd edilsədə, bunu EDM-in iş prinsipinin itirilməsi saymaq olmaz. 4S22 tipli dinamik müha izə qurğusunu iki yerə qatlasaq, həmin 500 mm ölçü göstəricisinə uyğun olduğu müəyyənləşir. (Ardı növbəti sayımızda).
45
ANTİDRON SİSTEMLƏR təkmilləşdirmələr, yeni texnologiyalar SR Consulting və Media qrupu Dronların hərbidən kənar, müxtəlif sahələrdə tətbiqinin genişlənməsi, nano dronların və digər yeni texnologiyaların meydana çıxması, açıq bazarda satışın terrorçulara və digər maraqlı qüvvələrə açdığı imkanlar antidron sistemləri bazarında təcili və ciddi tələblər ortaya çıxarır. “Frost & Sullivan” analitik mərkəzinin məlumatına görə, 2024-cü ilədək qlobal antidron texnologiyaları bazarının həcmi 2 milyard ABŞ dollarını keçəcək. “Grand View Research” analitikləri isə antidron sistemləri bazarında 2024-cü ilədək orta illik böyümə tempini 24% səviyyəsində proqnozlaşdırırlar. 2019-cu ildə Fars körfəzi ölkələrinin obyektlərinə dron hücumları dünya silah bazarında pilotsuz sistemlərlə mübarizə vasitələrinə diqqəti artırıb, hərbi texnikanın bu seqmentində böyük tələb və təkli lər formalaşdırıb.
46 www.azeridefence.com
ABŞ
-da fəaliyyət göstərən Müdafiə və Hökumətin İnkişafı İnstitutu tərəfindən hazırlanan “Müdafiə Departamentinin C-UAS Strategiyası” adlı hesabata görə, Pentaqon 2019-cu ildə dronlarla mübarizə həllərinə 900 milyon dollar xərcləyib. 2020-ci maliyyə ilində isə C-UAS proqramlarının maliyyələşdirməsi üçün 500 milyon dollar tələb olunub. Pentaqon 2020-ci maliyyə ilində əsas diqqəti satınalmalara yönəltməyi planlaşdırır. Hazırda ABŞ Ordusu daha effektiv antidron sistemlərinin yaradılması və satın alınması istiqamətində həm yerli, həm də xarici şirkətlərlə çalışır. 2019-cu ilin yanvar ayında Pentaqon “SRC Inc” şirkəti ilə “Silent Archer” antidron sistemin çatdırılmasına dair 108 milyon dollar dəyərində müqavilə imzalayıb. Aşağı hündürlükdə uçan kiçik dronları aşkarlanması və zərərsizləşdirilməsi üçün nəzərdə tutulan “Silent Archer” kompleksi müştərilərə seçimdən asılı olaraq, LSTAR hava nəzarət proqramlı AN/TPQ-50, AN/TPQ-49, yaxud AESA texnologiyasına əsaslanan üçölçülü “Gryphon R1410” və ya “SkyChaser” hava müşahidə radarı, SRC5986A və ya “Allen Vanguard” şirkətinin ANCILE radioelektron mübarizə sistemləri, “Whisper Hunter” pelenqatoru, “Gryphon S1200” spektr sensoru və ya TCI Model 280 istiqamət təyinedicisi, uzunmənzilli EO / IR kameraları ilə təklif olunur. Yenə 2019-cu ilin yanvar ayında ABŞ Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (US SOCOM) “Verus Technology Group” (VERUS) şirkəti ilə
“SkyView-MP” mobil antidron sisteminin tədarükünə dair dəyəri açıqlanmayan irihəcmli müqavilə bağladığını elan edib. Qeyd edək ki, VERUS şirkəti 2017–2019cu illərdə ABŞ-ın dövlət təşkilatlarına 60dan çox “SkyView” sistemi tədarük edib. 2019-cu ilin dekabr ayında şirkət Pentaqonla “SkyView-MPV2” mobil antidron sisteminin çatdırılmasına dair 10 milyon dollarlıq daha bir müqavilə imzalayıb. “Blighter” şirkətinin AUDS sisteminin ABŞ və Kanadada satış və servisini həyata keçirən “Liteye Systems” şirkəti 2018-ci ildə ABŞ Hərbi Hava Qüvvələri ilə C-AUDS adlandrılan konteynerləşdirilmiş antidron sistemin çatdırılmasına dair 18 milyon dollar, 2019-cu ilin aprel ayında isə açıqlanmayan (çox milyon dollarlıq) məbləğdə müqavilə imzaladığını, 2020-ci ilin yanvar ayında isə 10 milyon dollar dəyərində sifariş aldığını açıqlayıb. 2019-cu ilin avqust ayında “Raytheon” şirkəti mediaya açıqlamasında ABŞ Hərbi Hava Qüvvələri ilə xaricdəki qoşunlara iki ədəd yüksəkenerjili lazer silahlı antidron sisteminin prototiplərinin çatdırılmasına dair müqavilə imzaladığını elan edib. “Polaris” şirkətinin yüksək manevr qabiliyyətinə malik MRZR taktik nəqliyyat vasitəsinin üzərində yerləşdirilmiş radarla inteqrasiya olunmuş lazer silahlı C-UAS sisteminin ilin ortalarında keçirilmiş sınaqlarda özünü doğrultduğu bildirilir. ABŞ Hərbi Hava Qüvvələri ilə 2019cu ilin avqust ayında imzalanmış 23 milyon
dollarlıq müqavilə çərçivəsində “Ascent Vision Technologies” (AVT) şirkətindən ilki 2019-cu ilin dekabr ayında olmaqla, açıqlanmayan sayda “eXpeditionary Mobile Air Defense Integrated System” (X-MADIS) kompleksi əldə etməyi planlaşdırır. X-MADIS sisteminin sahə sınaqları 2019cu ilin noyabr ayında başa çatıb. Radar, sabitləşdirilmiş optik sensorlar (EO və MWIR), C2 interfeysi və radioelektron mübarizə sistemləri ilə inteqrasiya edilmiş X-MADIS dronlarla yanaşı, minaatan və raketlərin yerinin aşkarlanmasında da istifadə oluna bilir. Kompleksdə İsrailin “Rada” şirkətinin istehsalı olan RPS-42 MHR radarı və CM202U elektrooptik sistem (60x böyütmə qabiliyyətinə malik gündüz, 20x böyütmə qabiliyyətinə malik MWIR kamera və lazer məsafəölçən) istifadə olunur. Qeyd edək ki, 2019-cu ilin iyul ayının 17-də Fars körfəzində ABŞ donanmasına məxsus gəmiyə qurulmuş AVT-nin inteqrə edilmiş Dəniz Hava Hücumundan Müdafiə Sistemi (Marine Air Defense Integrated System – MADIS) İrana məxsus pilotsuz uçuş aparatını 1000 yard (914 m) məsafədən zərərsizləşdirməyi bacarmış və bu sistemin ilk praktik istifadəsi olmuşdur. Ötən ilin dekabr ayında “Kongsberg” şirkəti Almaniya Silahlı Qüvvələri ilə 28.3 milyon ABŞ dolları (250 mln.kron), dəyərində “Protector” silah stansiyasına əsaslanan antidron sisteminin (C-UAS) çatdırılmasına dair müqavilə imzaladığını açıqlayıb. “Protector” C-UAS həllinə
“Hensoldt” şirkətinin üçüncü nəsil “Spexer” radarı və airburst (proqramlaşdırılan) döyüş sursatlarından istifadə edən 40 mm çaplı avtomatik qumbaraatan inteqrasiya edilib. Ehtiyac olduqda sistemə zenit-raket komplekslərinin də əlavə edilməsi imkanları mövcuddur. Dron təhdidlərinin artdığı Cənub Şərqi Asiya dövlətlərinin orduları tərəfindən antidron sistemlərin əldə edilməsi istiqamətində bəzi satınalmalar reallaşdırılmaqdadır. 2019-cu ilin noyabr ayında Tayland Hərbi Dəniz Qüvvələri İsrailin “Avnon Group” şirkəti ilə “Skylock” antidron sisteminin alınmasına dair 4.29 milyon dollar dəyərində müqavilə imzalayıb. Tayland donanması tərəfindən əldə edilən sistem dəniz limanlarını qorumaq üçün nəzərdə tutulur və 10 kilometrlik təsir radiusuna sahibdir. “SkyLock” lazer silahla və idarə olunan atış sistemləri ilə inteqrasiya oluna bilir. Bundan əvvəl, 2018-ci ilin yanvar ayında Tayland Hərbi Hava Qüvvələri İsrailin “IMI Systems” şirkəti tərəfindən hazırlanmış qısamənzilli antidron sistemi əldə edib. Fevral ayının 11-də Sinqapurda keçirilən aviaşou çərçivəsində “Hensoldt” və “MyDefence” şirkəti Cənub-Şərqi Asiyada bir ölkə ilə “Xpeller” antidron sisteminin çatdırılmasına dair müqavilə imzala dıqlarını açıqlayıb. Sifariş verilən sistem baza versiyadan fərqli olaraq, “Spexer 360 radarı, “MyDefence”nin güclü “Watchdog 200” RF sensorları və C2 sistemi ilə inteqrasiya ediləcək.
Pikup markalı nəqliyyat vasitəsi üzərində ABŞ və Avstraliya Silahlı Qüvvələrinə təklif olunan mobil XMADIS antidron sistemi. Foto: AVT
47
“Dedrone Defense” şirkətinin inteqrə edilmiş an tidron sisteminin radar/RF aşkarlayıcısı və “Drone Tracker” interfeysi. Komplekslər müştərilərə “Echodyne” və “Flir Systems” şirkətlərinin radar seçimi və RF160 RF sensoru ilə təklif olunur. Foto: Dedrone Defense
Radar və RF sensorlar Nano və mikro dronların yayılma arealının genişlənməsi, yeni texno logiyaların meydana çıxması, eləcə də klassik antidron cihazların fərqli mühitlərdə nümayiş etdirdiyi fərqli performanslar istehsalçıları öz məhsullarını təkmilləşdirmək və yeni texnologiyalar arayışına məcbur edir. Antidron komplekslərin tərkibində mövcud olan RF qəbuledicilərin, radarların və jammerlərin şəhər mühitlərində tətbiqi ağıllı şəhər sistemləri, mobil rabitə stansiyaları, hava limanları və sənaye cihazlarında problemlərə yol açdığından onların akustik və optik sensorlarla əvəz edilməsi kimi tələblər meydana çıxır. Hərbi əməliyyat zonalarında isə radarların düşmənin radioelektron kəşfiyyat vasitələri ilə aşkarlanması, onlara müdaxilə ehtimallarının mövcudluğu problem olaraq qalır. Sabit və mobil antidron kom plekslərində PUA-ların aşkarlanması adətən radarlar və RF qəbuledicilər vasitəsi ilə həyata keçirilir. Ancaq RF qəbuledicilər idarəetmə kanalını söndürmüş, avtonom rejimdə uçan dronları aşkarlaya bilmir. Antidron həllərin yaradılması sahəsində çalışan istehsalçıların əksəriyyəti “Ku” və “X “tezlik diapazonunda çalışan radarlara üstünlük verirlər. Mütəxəssislərin sözlərinə görə, “X” tezlik diapazonunda çalışan (8.0 ilə 12.0 GHz) radarlar kiçik ölçülü hədəfləri yüksək dəqiqliklə aşkarlama qabiliyyətinə sahibdir. AUDS kimi bəzi komplekslərdə tətbiq olunan
48 www.azeridefence.com
doppler impulslu radarlar isə hədəfi daha yaxın məsafədə aşkarlamağa, obyektin məsafəsini, sürətini və xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Lakin doppler impulslu radarların istismar xərclərinin yüksək olması, əhatə dairəsinə daxil olan quşlara görə yanlış siqnallar, istifadə edilən tezliklərdə çalışan yerli yayımlara planlaşdırılmamış müdaxilələr yaratması kimi çatışmazlıqları mövcuddur. “Blighter Surveillance Systems”, “Chess Dynamics” və “Enterprise Control Systems” şirkətlərinin birgə iştirakı ilə hazırlanmış AUDS (Anti-UAV Defence System - AUDS) hazırda Böyük Britaniya, ABŞ, Kanada və İspaniyanın təhlükəsizlik strukturları tərəfindən istifadə edilir. AUDS kompleksində “Blighter A400” doppler impulslu radar, “Chess Dynamics” şirkətinin istehsalı olan “Hawkeye” elektrooptik (EO) sistem və ECS şirkətinin istehsalı olan istiqamətləndirilən radiotezlik “EchoGuard” MESA radarı
boğucuları tətbiq olunur. “Hawkeye” EO sistemi yüksək ayırdetmə dəqiqliyinə malik video, rəngli kamera və soyudulan ortadalğalı termal kameradan ibarətdir. Kompleksə həmçinin 30 qat optik böyütmə və 12 qat rəqəmsal böyütməyə malik 2.3 MP rəngli “Piranha 46” HR kamerası daxildir. Kompleksdə yer alan 3-cü nəsil 640x512 piksel termal kamera 3-5 μm tezlikdə çalışır. Sistemin komponentləri “Vision4ce” proqramına inteqrasiya edilib. “Blighter” şirkətinin “Blighter A400” seriyalı radarları nano, mikro və minatür dronları 10 metrdən 3.6 km-dək məsafədə, böyük PUA-ları 10 km uzaqlıqdan aşkarlayır. “Ku” tezlik diapazonunda işləyən, 4 Watt çıxış gücünə sahib A400 seriyalı radarlar PESA (passiv elektron skanedən antena) və FMCW (dalğa tezliyi davamlı modulyasiya edilmiş) texnologiyadan istifadə edir və fırlanmır. AUDS kompleksi ABŞ və Kanadaya “Liteye” şirkəti tərəfindən “Blighter B400” və “Blighter C400” seriyalı radarlarla təklif olunur. Avstraliyanın “Drone Shield” şirkətinin açıq arxitekturaya sahib “DroneSentry” antidron həlli özündə müxtəlif sensorları və əks təsir vasitələrini birləşdirir. Sabit və mobil platformalarda yerləşdirilə bilən “DroneSentry” kompleksinə “RadarOne” radarı, “RFOne” RF detektorları və “DroneOpt” EO sistemi (1 km aşkarlama məsafəsi (infraqırmızı kamera ilə 380 m)) daxildir. Şirkət “DroneSentry” kom pleksində istifadəçiyə 1 km aşkarlama məsafəsinə malik “RadarZero”, 2.1 km mənzilə sahib “RadarOne” və ya 3.5 km mənzilə malik “RadarTwo” radarlarını təklif edir. İş prosesi avtomatlaşdırılmış kompleks dronları 500 metr məsafədən neytrallaşdırmağa imkan verən “Drone Cannon” radioelektron döyüş modulu ilə inteqrasiya edilib. “RfZero” istiqamətləndirilmiş RF detektoru şəhərlərdə sıx RF mühitində dronları 1 km-ə qədər, aşağı RF mühitlərində isə 5 km-ə qədər məsafədən təsbit etməyə imkan verir. Daha çox ərazini əhatə etmək üçün birdən çox sensorun şəbəkə halında birləşdirilməsi mümkündür. -20° C-dən + 50° C-dək temperaturlarda çalışa bilən qurğunun çəkisi 7.5 kq təşkil edir və IP67 standartına uyğun dizayn edilib. Türkiyənin ASELSAN şirkətinin sabit və mobil tətbiq üçün nəzərdə tutulan İHTAR kompleksinə ASELSAN şirkətinin özünün istehsalı olan “Acar K” müşahidənəzarət radarı, ATS-60 elektrooptik sistemi, “Buqələmun” adlı aldatma sistemi və istiqamətlənmiş antenaya sahib “Gərgədan” jammeri daxildir. “Ku” tezlik diapazonunda çalışan doppler impulslu “Acar K” radarı
avtomatik axtarış və təqib özəlliyinə sahib proqram təminatına malikdir. Radarının antenası 6 və 15 rpm sürətlə dönən iki ayrı konfiqurasiyası mövcuddur. Konfiqurasiyadan asılı olaraq maksimum aşkarlama məsafəsi 15 km-dən 40 kmdək olduğu bildirilən “Acar K” radarının nəzarət və axtarış əsnasında çoxlu hədəfizləmə, hədəfi sinifləndirmə, artilleriya atəşini tənzimləmə və radar xəritəsi rejimləri mövcuddur. AVT şirkəti ABŞ və Avstraliya silahlı qüvvələrinə təklif olunan X-MADIS kompleksinə İsrailin “RADA Electronics” şirkətinin 30 km radiusda və 30000 futadək yüksəklikdə bütün növ hava hədəflərini izləməyə imkan verən RPS-42 AESA radarını inteqrasiya edib. “S” tezlik diapazonunda tezlikdə çalışan RPS-42 radarı X-MADIS-dən başqa, Cənubi Koreyanın PUA-lara qarşı mübarizə proqramında da istifadə olunur. Türkiyənin “Meteksan Savunma” şirkəti tərəfindən hazırlanmış “Kapan” antidron sisteminin tərkibinə sırf dronların təsbiti üçün yaradılmış “Retinar FAR-D” radarı, termal/gündüz kameralar, geniş dalğa diapazonlarını və müxtəlif rabitə kanallarına müdaxilə etməyə imkan verən RF qarışdırıcı daxildir. “Meteksan Savunma” mütəxəssislərinin sözlərinə görə, “Kapan” antidron sistemində fərqli vəziyyət və ssenarilərdə dron təhdidlərinə qarşı effektiv həll yaratmaq üçün müxtəlif sistemlər standart interfeyslər və fərqli arxitekturalar üzrə məqsədəuyğun şəkildə inteqrasiya olunub. “Meteksan Savunma”nıın “Retinar FAR-D” radarı dronların aşkarlanması və izlənməsi üçün həm elektronika, həm də proqram olaraq innovativ texnologiyalar əsasında yaradılıb. Geniş yüksəliş bucağı
ASELSAN şirkətinin İHTAR an tidron sistemi. Foto: ASELSAN
altında deteksiyaya imkan verən dizaynı sayəsində “Retinar FAR-D” digər radarların müşayiət etdiyi hava sahəsində mövcud olan “kor bucaqları” minimallaşdıraraq etibarlılığı artırır. Radarın aşkarlama və izləmə alqoritmləri isə bütün dronları aşkarlamağa və izləməyə imkan verir. “Kapan”ın radar vasitəsi ilə aşkarlanan hədəf dron termal və gündüz kameraları vasitəsi ilə kimlikləndirilir, daha həssas şəkildə avtomatik izlənməsi davam etdirilir. Bu kameralarda hədəf dronu mənzilinə görə, avtomatik yaxınlaşdırması və fokuslanması üçün xüsusi alqoritmlər hazırlanıb. Radar və kamera sistemləri ilə aşkarlanan, izlənməyə başlayan dronun istiqamət və mövqe məlumatları sistemin digər elementi olan RF qarışdırıcı vasitəsi ilə təsirsiz hala gətirilir. RF qarışdırıcı cihazı yaşayış məntəqələrində istifadə oluna bilən, istiqamətləndirilmiş antena
“DroneShield” şirkətinin “Drone Sentinel” həllinə özündə “RadarZero” radarını, “RfOne” RF sensorunu və “DroneOpt” müşahidə kamerasını birləşdirir. Foto: DroneShield
dizaynına sahibdir. Sadəcə hədəf drona avtomatik şəkildə istiqamətləndirilə bilən qarışdırıcı sistem idarəetmə və GPS kanalları daxil olmaqla, çox geniş bir elektromaqnit spektr diapazonunu əhatə edir. GPS ilə avtomatik şəkildə idarə olunan dronların və fərqli rabitə kanallarında çalışan, qarışdırılması çətin dronların zərərsizləşdirilməsi üçün yaradılıb. Qeyd edək ki, “Kapan”ın əvvəlki versiyasında “Meteksan Savunma” tərəfindən aşkarlama məqsədi ilə “Retinar OPUS” inteqrasiya olunmuş radar-optika kompleksi təklif olunurdu. “Retinar OPUS” inteqrasiya edilmiş radar-optika həlli tək “Kapan” kompleksinin tərkibində deyil, müstəqil şəkildə sərhədlərin və strateji obyektlərin mühafizəsində də istifadə oluna biləcək xüsusiyyətlərə malikdir. “Ka” dalğa diapazonunda çalışan doppler impulslu “Retinar PTR-X” radarı kiçik dronları 1.5 km, böyük dronları isə 2.5 km uzaqlıqdan aşkarlayır. Dronun istiqaməti və mövqe məlumatı təyin edildikdən sonra sistemin digər elementləri olan RF qarışdırıcı və ya lazerin, yaxud hər ikisinin birdən işə salınması mümkündür. Mütəxəssislərin sözlərinə görə, “Kapan” antidron sistemində ehtiyaca uyğun olaraq fərqli aktiv və passiv sistemlər də istifadə oluna bilər. İspaniyanın “Advanced Radar Technologies S.A” şirkətinin bazara təklif etdiyi “ART Drone Sentinel” antidron kompleksində “Ku” tezlik diapazonlu “ART Midrange” radarı tətbiq olunub. Texnik kataloqda “ART Midrange” radarının kiçik ölçülü multikopterləri 2000 metr, böyük ölçülü hədəfləri və sabit qanad PUA-ları 4000 metr məsafədən aşkarlayaraq təsnif etməyi bacardığı qeyd olunub.
49
Türkiyənin “METEKSAN Savunma” şirkətinin “Kapan” an tidron sistemi. Sistemə “Retinar FARD” radarı, RF sensor, OPUS kamera dəsti və RF jammer da xildir. Foto: METEKSAN
ların radiotexniki aşkarlanması, amplituda və faza metodlarından istifadə etməklə siqnalların korelyasiyasını və pelenqlənməsini həyata keçirir. Eyni zamanda sistem siqnalların parametrlərinin texniki analizini aparır. “Avtomatika” Konserninin təqdim etdiyi məlumata görə, 300-6000 MHs tezlik diapazonlarında çalışan sistemin aşkarlama və pelenqləmə məsafəsi ən azı 20 kilometr təşkil edir. Konsern bu sistemi özünün stasionar və mobil antidron sistemlərinin tərkibində istifadəçilərə təklif edir. Avropanın aparıcı antidron sistem istehsalçılarından olan “MyDefence” şirkətinin dronların idarəetmə siqnallarını və videoyayım kanallarını aşkarlamaq üçün özünün “Wolfpack” RF sensorundan istifadə edir. Yüngül (5 kq) çəkiyə və yığcam ölçülərə malik sensorun nəqliyyat vasitələrinə, binalara və ya tripod üzərində açıq sahələrdə quraşdırılması mümkündür. IRIS adlı interfeys vasitəsi ilə siqnallar real vaxt rejimində emal olunaraq istifadəçiyə məlumatlar təqdim olunur. 2.4 və 5.8 GHz tezliklərdə çalışan “Wolfpack” hədəfləri açıq ərazidə 1 km məsafədən 5 saniyədən az bir müddətdə təsbit etməyi bacarır. Akustik aşkarlayıcılar
“Black Sage Technologies” (BST) və “Security Radar Integrators” (SRI) kimi antidron həllərin yaradılması sahəsində ixtisaslaşmış şirkətlər öz sistemlərini “Echodyne” şirkətinin MESA texno logiyasına əsaslanan üçölçülü “EchoGuard” radarları ilə dəstəkləyirlər. “EchoGuard” radarı SRInin Aerodrom Radar Sisteminə (ARS) tam inteqrasiya edilib. 20.3x16 sm ölçüyə malik radarın çəkisi 1.25 kq, çıxış gücü 15-28 V, görüş sahəsi azimut üzrə 120°, yüksəklik üzrə 80° təşkil edir. Radar təyyarə və avtomobilləri 3 km, insanları 2 km, kiçik PUA-ları 1 km məsafədə aşkarlaya bilir. Israel Aerospace Industries (IAI) şirkətinin “Drone Guard” antidron kompleksi “ELTA Systems Ltd” şirkətinin istehsalı olan üçölçülü ELM-2026D, ELM-2026B və ya ELM-2026BF radarları ilə təklif olunur. Aşkarlanan PUA-ların endirilməsi kompleksin tərkibində və ya ayrılıqda fəaliyyət göstərən jammer vasitəsi ilə həyata keçirilir. VERUS şirkəti tərəfindən antidron həllərin istehsalçılarıan təklif olunan “SkyView-DI” uzunmənzilli passiv RF detektoru mülki və hərbi tətbiqlər üçün nəzərdə tutulur. 90° bucaq altında müşahidə və nəzarəti təmin edən, EO kameralar və radarlarla inteqrasiya edilən “SkyView-DI” detektorunun çəkisi təxminin 20.4 kq təşkil edir. Rusiyanın “Avtomatika” Konserni tərəfindən ilk nümunəsi “Dubai Airshow 2019” sərgisində nümayiş etdirilmiş radioelektron stansiya PUA-
50 www.azeridefence.com
Radiotexniki vasitələrin məlum səbəblərdən tətbiq edilə bilmədiyi yerlərdə, eləcə də təkmilləşdirilmiş antidron həllərində akustik sensorların tətbiqi də getdikcə əhəmiyyət daşımağa başlayır. “DroneShield”, “MyDefence”, “Dedrone Defense” və ASELSAN kimi istehsalçılar tərəfindən hazırda mövcud antidron komplekslərinə akustik detektorların inteqrasiya edilməsi istiqamətində işlər davam edir. Bu sensorların ən mükəmməli Niderlandın “Microflown AVISA” şirkətinin AMMS (Acoustic Multi-Mission Sensors – Akustik Çoxməqsədli Sensor) texnologiyasına əsaslanan “Sky Sentry” detektorudur. AMMS günün 24 saatı, hər cür hava şəraitində sabit qanad PUA-lar, multikopter tipli dronlar və helikopter kimi uçuş aparatları ilə yanaşı RPQ, pulemyot, snayper və minaatanların atış nöqtələrini aşkarlamağa imkan verir. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Sky Sentry”in əsas üstünlüyü heç bir şəkildə jamminq edilə bilməməsi və düşmənin radiotexniki kəşfiyyat sistemləri tərəfindən təsbit olunmasının mümkünsüzlüyüdür. NATOda keçirilmiş sınaqlar zamanı yüksək dəqiqliklə aşkarlama qabiliyyətini sübuta yetirmiş sistemin hazırda bazarda ən kiçik xəta payına sahib olduğu iddia olunur. Sistem sabit qanad PUAları (2 kq çəkidə) 2 km, rotorlu PUA-ları 1 km, multikopterləri 500 m, helikopterləri isə 10 km uzaqlıqdan təsbit etməyi bacarır. Dronların akustik imzasını şəhər mühitində müşahidə olunan bütün digər səs mənbələrindən ayırmaq üçün “Sky Sentry” sistemi xüsusi alqoritmlərdən
Niderlandın “Micro lown AVISA” şirkətinin AMMS akustik sensoru
istifadə edir. Batareyalar, akkumulyator, günəş enerjisi və digər eneri mənbələri ilə çalışa bilən “Sky Sentry” sistemi istifadəçiyə GT-B300/P62 Ruggedized Notebook ilə təqdim edilir. Ehtiyacdan asılı olaraq komanda mərkəzinə də inteqrasiya oluna bilir. PUA-ların izlənilməsi və olduğu koordinatlar, həmçinin sürəti kompüter ekranında operatora bildirilir. Sistem vasitəsi ilə birdən çox istifadəçiyə eyni zamanda informasiyalar göndərilməsi mümkündür. Mütəxəssislərin sözlərinə görə, döyüş zonalarında, yaxud hansısa mühüm tədbirlərin təşkil olunduğu ərazilərdə AMMS sensorlarını nəqliyyat vasitələrinin damında yerləşdirilməklə mobil aşkarlayıcı kimi istifadə etmək olar. Portativ antidronlar və dron aşkarlayıcılar 2016-cı ildən aparıcı dövlətlərin ordularında dron aşkarlama və jammer sistemlərinin əsgərlərin fərdi təchizatına daxil edilməsi istiqamətində tədqiqatlar aparılır. ABŞ Ordusu və Hərbi Hava Qüv vələrinin kiçikölçülü ticari və hərbi dron-
larla mübarizə məqsədi ilə elan etdiyi proqramlarda əsas diqqət yetirilən məsələ portativ antidron sistemlərinin maksimum şəkildə kiçildilməsidir. Pentaqon tərəfindən bununla bağlı bir neçə yaradılma layihəsi maliyyələşdirilir. “Invisible Interdiction” şirkəti tərəfindən həyata keçirilən Silaha taxılan kiçik antidron sistemi (Lightweight Rail-Mounted UAS Defeat System - LRMUDS) layihəsi çərçivəsində hazırlanmış LR-MUDS cihazı dünyanın ən kiçik WiFi və GPS jammeri hesab olunur. Hərbi Hava Qüvvələrinin Phase III SBIR proqramı çərçivəsində 2018-ci ildə maliyyələşdirilən LR-MUDS sisteminin ilk sınaqları Florida ştatında keçirilib. Cihaz pikkatini rels vasitəsi ilə M4 tüfənglərinə və ya mövcud ov tüfənglərinə bərkidilir və taktik lazerdən fərqlənmir. Avropada antidron sistemlərin yaradılması sahəsində ixtisaslaşmış “MyDefence” şirkətinin Amerikadakı “MyDefence North America” bölməsi sentyabr ayında ABŞ Ordusu ilə “Wingman”, oktyabr ayında “DroneShield” şirkəti Avstraliya Müdafiə Departamenti ilə “RfPatrol” portativ antidron aşkarlama sistemlərinin çatdırılmasına dair 700000
Avstraliya dolları dəyərində müqavilə imzaladığını açıqlayıb. “Drone Shield” şirkətinin passiv “RfPatrol” daşınan dron detektoru müxtəlif mühitlərdə PUA-nın aşkarlanması üçün nəzərdə tutulur. İki rejimdə çalışan sistem “DroneShield”in digər antidron sistemləri ilə informasiya mübadiləsi aparmağa imkan verən “DroneShield Link” interfeysi ilə dəstəklənir. Cihazın imkanlarının artırılması üçün əlavə cihaz və proqram təminatının təkmilləşdirilməsi imkanları mövcuddur. Şirkət mütəxəssislərinin sözlərinə görə, “RfPatrol” sistemi şəhər mühitində dronları 1 km-ə qədər, açıq sahədə 4 km məsafədən, 5 saniyə müddətində aşkarlamağı bacarır. 201x98x64 mm ölçülərə sahib cihazın ağırlığı 710 qram, fasiləsiz işləmə müddəti 10 saatdan çoxdur. “MyDefence” şirkətinin Xüsusi Təyinatlı Qüvvələr və mühafizə xidmətləri üçün hazırladığı “Wingman 101” fərdi dron detektoru əsgərin döyüş təchizatına daxil edilmək üçün nəzərdə tutulub. Müstəqil istifadə ilə yanaşı, “Wingman”ı həm də periferik cihaz kimi digər rabitə cihazları vasitəsi ilə C2 sistemlərinə və digər dron aşkarlama sistemlərinə qoşmaq mümkündür. Cihaz dronları aşkarladıqda istifadəçiyə səs siqnalı, vibrasiya və ya parlaq LED ekranda informasiya verilir. Çəkisi 460 qram təşkil edən “Wingman 101” detektoru IP67 standartlarına uyğundur. Cihaz 5.8 GHz ISM telikdə çalışır və hədəfləri 1 km uzaqlıqda və 5 saniyədən az müddətdə aşkarlayır.
Solda “MyDefence” şirkətinin əsgərin üzərində daşınan “Wingman”, sağda “DroneShield” şirkətinin “RfPatrol” detektoru. Foto: MyDefence/DroneShield
51
“Wingman” seriyalı dron detek torlarının yeni nümunəsi olan “Wingman 103” sifarişçinin texniki tapşırıqlarına uyğun olaraq -30° C soyuq və +65° C istidə istifadəyə uyğun dizayn edilib. Cihazın təkrar doldurula bilən batareyası 65 saatadək işləməsinə imkan verir. Kiçik qabariti cihazın avtomat darağı üçün nəzərdə tutulan cibdə, yaxud asıqda daşımağa imkan verir. 433Mhz, 1.2Ghz, 2.4GHz və 5.8GHz diapazonunda çalışan “Wingman 103” detektoru şirkətin AA100 seriyalı aktiv antenaları və “Pitbull” adlı mini smart jammerləri ilə birlikdə təklif olunur. 2 W çıxış gücünə malik bu jammerlər 1 km-dək məsafədə 2.4-5.8 GHz tezliklərdə mülki dronların idarəetməsini batıra bilir. Rusiyanın “ZALA Aero” şirkətinin “Zala ZONT” adlı portativ antidron sistemi də eyni qaydada heyəti kamikadze dronların və kəşfiyyat dronlarının hücumundan qorumaq üçün layihələndirilib. Hazırda yaradılma mərhələsində olan bu sistemin 2 kilometr radiusda peyk naviqasiya sistemlərinin (GPS, QLONASS, BeiDou, GALILEO) siqnallarını, habelə 1570-1610 MHs SRNS, 2400-2480 MHs və 5725-5850 MHs tezlik kanallarını boğduğu bildirilir. Sistemin avadanlıq hissəsinin çəkisi 800 qram təşkil edir və standart silah darağının çantasına yerləşir. Şirkət mütəxəssislərinin sözlərinə görə, 6 saat fasiləsiz iş rejiminə malik cihazın “Ratnik” dəstinə daxil edilməsi nəzərdə tutulub. Təkmilləşdirmələr Mövcud antidron sistemlərinin təkmilləşdirilməsi əsasən kompleksə əlavə deteksiya avadanlıqlarının, kinetik, optik və radioelektron mübarizə sistemlərinin və digər komponentlərin əlavə edilməsi yolu ilə aparılmaqdadır. Çoxsaylı sistemin kombinasiyası təhdidlərin aşkarlanmasında meydana çıxan riskləri azaltmaqla yanaşı, vaxtında önləmə tədbirlərini həyata keçirməyə imkan verir. Yeni yanaşmalar antdron sistemlərə həm də C-RAM qabiliyyəti qazandırmağa hesablanır. Antidron sistemlərin yaradılması üzrə ixtisaslaşmış “Dedrone Defense” şirkətinin “DroneTracker 4.1” proqramı “Dedrone” müştərilərinə ən yeni və ən qabaqcıl radar və kameraları birləşdirməyə imkan verir. Proqram RF, WiFi və WiFi olmayan dronları tanıyır və təsnifləşdirməyi bacarır. RF-100 və RF-300, PTZ kameraları, radar və akustik sensorlar daxil olmaqla cihazlardan daxil olan məlumatları toplayıb analiz edir və əks tədbirlər üçün komandaları formalaşdırır. Radar və PTZ texnologiyasındakı ən son irəliləyişlərə
52 www.azeridefence.com
“SkyWall Patrol” antidron sistemi. Foto: OWE
dəstək verən “DroneTracker 4.1” istilik və infraqırmızı aşkarlama vasitəsi ilə az işıqlı mühitlərdə dronların dəqiq təyinini imkan yaradır. “MyDefence” şirkəti tərəfindən Danimarka hökumətinin və Avropa Birliyinin dəstəyi ilə üzərində işlər davam edən “Horizon 2020” layihəsi şəhər ərazilərində dron xəbərdarlıq və mühafizə sistemi mülki dronları aşkarlama, identifikasiya etmə və infrastrukturların dron təhdidlərindən qorunmasını həyata keçirəcək. Şirkətin KNOX adlanan sisteminin əsasında yaradılan kompleks eyni zamanda dronları idarə edən pilotların yerini də aşkarlamağa imkan verəcək. Hazırda layihə 2 həbsxanada və biri Danimarkada, digəri İngiltərədə olmaqla 2 stadionda taktiki əməliyyat prosedurları da daxil olmaqla sınaqdan keçirilir. Sistem 2019-cu ilin ortalarınadək 120 sınaqdan keçib. Bir çox aparıcı istehsalçılar dronlarla mübarizə komplekslərində kinetik məhvetmə texnologiyalarına xüsusi diqqət ayırır. Bu çərçivədə müxtəlif spektrdə tədqiqatlar aparan ASELSAN şirkəti 2019-cu ilin sentyabr ayında İHTAR kompleksinə 40x53 mm-lik qumbaraatana malik “Sarp” döyüş modulunun inteqrasiyasını tamamlayıb. Keçirilən sınaqlarda İHTAR kompleksinin radar və RF sensorlarla aşkarladığı drona yönləndirilən silah proqramlaşdırılanqəlpəli, 40 mm çaplı ATOM mərmisi ilə PUA-nı məhv edib. Çəkisi 255 qram təşkil edən proqramlaşdırılan-qəlpəli ATOM mərmisinin çıxış sürəti 240 m/saniyə, proqramlaşdırılma müddəti 0.5 milli saniyə təşkil edir. Partlayış zamanı ətrafa 1100dək qəlpə yayan mərminin məhvetmə radiusu 5 metr, atış məsafəsi yer hədəflərinə qarşı 1500 m, dronlara və hava hədəflərinə qarşı 1000 metrdir. AZERI DEFENCE-nin ASELSAN yetkililərindən əldə etdiyi məlumata görə, hazırda İHTAR
antidron sisteminə akustik aşkarlama sensorlarının və lazer silahın inteqrasiyası üzərində işlər aparılır. NAMMO şirkətinin 40x53 mm MK285 proqramlaşdırılan döyüş sursatı 2017-ci ildə “Kongsberg” şirkətinin “Protector” döyüş modulu üzərində quraşdırılmış HK GMG qumbaraatanından istifadə edilməklə sınaqlardan çıxarıldıqdan sonra, 2019-cu ilin dekabr ayında Almaniya ilk sifarişini vermişdir. Qumbaraatanın atış tempi dəqiqədə 350 mərmi təşkil edir. Antidron həllərin yaradılması üzrə ixtisaslaşmış “ESG Elektroniksystem und Logistik GmbH” və “Liteye” şirkətləri isə öz komplekslərində (“Guardion” və C-AUDS) “OpenWorks Engineering” şirkətinin “SkyWall 100” və “SkyWall 300” dron ələkeçirmə sistemini inteqrasiya ediblər. Bir nəfər tərəfindən daşına yaxud, mobil platforma üzərində yerləşdirilə bilən “SkyWall 100” sistemi 100-150 metr məsafədən multikopterləri tor vasitəsi ilə zərərsizləşdirməyə imkan verir. Ağırlığı 10 kq təşkil edən silaha kiçik kompüter və holoqrafik nişangah daxildir. “Sky Wall 100” sisteminin təkrar doldurulması üçün 8 saniyə vaxt tələb olunur. Qeyd edək ki, “OpenWorks Engineering” şirkəti tərəfindən hazırlanan “Sky Wall Patrol” və “Sky Wall Auto” sistemləri daha geniş imkanlara malik olmaqla bərabər, nəqliyyat vasitələri üzərinə quraşdırılıb və atış məsafəsi artırılıb. Standart döyüş moduluna bənzəyən bu sistem TV və termal kamera, lazer məsafəölçən ilə təchiz olunub, avtonom işləməyə imkan verən 2D radar sistemi ilə birləşdirilib. Avtomatlaşdırılmış komanda-idarəetmə sistemi vasitəsi ilə radar hədəf izini “SkyWall Auto”ya ötürür və silahın drona kilidlənməsini təmin edir. “SkyWall Patrol” sistemi üçün hazırlanmış “SkyLink” PUA aşkarlama sensoru sistemin operatorunun “SmartScope” sensorunu səma da aşkar edilmiş təhlükəyə isti qamətləndirir. AD
Ordunun təlim sistemləri ilə təchizatında
YERLİ ŞİRKƏTLƏRİN İŞTİRAKI Rəşad Süleymanov Azərbaycan Silahlı Qüvvələrində 2000-ci illərin əvvəllərində başlanmış təlim və tədris sisteminin kompleks müasirləşdirilməsi prosesləri çərçivəsində hərbi təhsil müəssisələrinin və hissələrin maddi-texniki bazasının müasir standartlara uyğun qurulması, maddi-texniki bazasının yenilənməsi, təlim imkanlarının artırılması istiqamətində müxtəlif proqramlar həyata keçirilib.
Bu dövrdə Azərbaycan Ordusu və qanunvericiliklə nəzərdə tutulan digər hərbi birləşmələrin təlim potensialının gücləndirilməsi məqsədi ilə həyata keçirilən proqramlar iki istiqamətdə aparılıb: – mövcud təlim mərkəzlərinin və poliqonların yenilənməsi və yenilərinin inşası; – hərbi hissələrin müasir simulyativ təlim-tədris texnologiyaları ilə təchiz olunması. Müdafiə Nazirliyi sistemində 2005ci ildən başlanmış proqramlar çərçivəsində qoşunların müasir təlim-tədris vasitələri ilə təchiz edilməsi, poliqonların yenidən qurulması ilə yanaşı, silahlanmaya qəbul edilmiş yeni silah və hərbi texnikaların təlim-məşq qurğuları əldə edilib. Təlimlərin dövriliyinin və miqyasının artılrılması, uzun illər baxımsız qalmış poliqonların yenilənməsi zərurəti yaradıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, 2014-cü ildən poliqonların yenidən qurulması və təlim imkanlarının genişləndirilməsi istiqamətində başlanmış kompleks işlər davam etdirilir. Cəbhə xəttinə yaxın yerləşən poliqonlarda cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun olaraq keçirilməsi təmin olunub. Təlim imkanlarının artırılması məqsədilə 2017-ci ildə poliqonlarda yeni, məsafədən idarə edilən RAİS-2016P rəqəmsal hədəf qaldırıcılarının quraşdırılması həyata keçirilib. Poliqonların birində 3 istiqamətli atıcı silahlardan atış sahəsi yaradılıb. Bundan əlavə, yenidən inşa edilmiş bir neçə təlim obyekti (snayper şəhərciyi, taktiki təlim şəhərciyi və tank biatlonu şəhərciyi) yeni hədəf qaldırıcıları və avadanlıqlarla təchiz olunub. 2018-ci ilin may ayında istifadəyə verilmiş Naxçıvan
Əlahiddə Ümumqoşun Ordunun TəlimTədris Mərkəzi qoşunların silahlanmasında olan bütün növ hərbi texnikaların simulyatorları ilə təchiz edilib. Yaxın perspektivdə ümumqoşun təlim mərkəzləri ilə yanaşı, cəbhəboyu ərazilərdə yerləşən hərbi hissələrdə mobil poliqonların yaradılması, bu məqsədlə hərbi hissələrin kiçikölçülü, asanlıqla daşınan və istənilən ərazidə qısa müddətdə qurulub hazır vəziyyətə gətirilən, uzaq məsafədən idarə olunan hədəf sistemləri ilə təchizatı planlaşdırılır. Yerli şirkətlər Azərbaycanda poliqonların inşası, müasirləşdirilməsi, interaktiv təlim-tədris vasitələrinin istehsalı və qurulması sahəsində ixtisaslaşmış yerli və xarici şirkətlərin nümayəndəlikləri fəaliyyət
53
göstərir. Peşəkarlarla yanaşı icra edilən bəzi layihələrdə Rusiyadan, Türkiyədən, Belarusdan, Çindən və digər ölkələrdən ucuz, keyfiyyətsiz avadanlıqları idxal edən, adı heç kimə bəlli olmayan, qeyri-peşəkar, layihənin icra müddəti boyunca bir neçə ay yaşayan “müvəqqəti” şirkətlərə və şəxslərə də təsadüf edilir. Son illər sektorda artan işlərdən “pay qazanmaq üçün” ortaya çıxan bu qeyri-peşəkarlara həvalə olunan poliqonlardan bəziləri qısa müddət sonra istifadəyə yararsız vəziyyətə düşmüş və əlavə xərclərə səbəb olmuşdur. Bəzi işbazlar tərəfindən xaricdən tədarük edilmiş simulyatorlarda və hədəf cihazlarında istismar zamanı ortaya çıxan çatışmazlıqlar, qısa istifadə ömrü, satışdan sonra proqram təminatının yenilənməsi üçün böyük vəsaitlərin tələb edilməsi kimi ciddi problemlər hələ də qalmaqdadır. Məsələn, bir neçə il əvvəl yerli müəssisələrdən birinin müasirləşdirdiyi poliqonda qurulan “Hitit Akrobat” hədəf qaldırıcılarının istifadəyə veriləndən bir il keçməmiş sıradan çıxması həmin poliqonun ikinci dəfə yenilənməsi zərurəti doğurub. Eləcə də Rusiyadan alınaraq, proqramı Azərbaycan dilinə çevrilmiş UMU-S hədəf qaldırıcı cihazlar, Belarusdan alınmış “Faqot” TƏİR komplekslərinin təlim məşq
qurğularına bu tip problemlər zamanzaman meydana çıxmaqdadır. Türk şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri Açıq və qapalı poliqonların “açar təhvili” prinsipi ilə inşası sahəsində ixtisaslaşmış Türkiyənin “Koza İnşaat və Savunma Sanayi” şirkətinin Azərbaycandakı yerli nümayəndəliyi 2007-ci ildən bu günədək Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, DİN və digər qurumlar üçün açıq və qapalı atış mərkəzilərinin inşasını gerçəkləşdirib. Adıçəkilən şirkət tərəfindən indiyədək Azərbaycanla yanaşı Türkiyə, Türkmənistan, Qətər və Rusiyada da müxtəlif atış mərkəzləri inşa olunub. “Koza İnşaat və Savunma Sanayi” poliqonhədəf sistemlərinin istehsalı sahəsində dünyada tanınmış “Polytronic” (İsveçrə), “ELI Military” (Estoniya) kimi şirkətlərin rəsmi distrübütorudur. Şirkət 2008-ci ildə “açar təhvili” ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) müasir hədəf sistemləri (yatar-qal xar/yatar-qalxar-dönər hədəflər) ilə təchiz olunmuş 100 metrlik yarıaçıq, 25 metr qapalı, 500 metrlik açıq poliqonunu, həmçinin Daxili İşlər Nazirliyi üçün iki
Prezident İlham Əliyev Müda iə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, generalpolkovnik Nəcməddin Sadıkov və birlik komandiri, general mayor Hikmət Həsənovun müşayiəti ilə hərbi hissənin zirehli texnika simulyator sin i ilə tanış olarkən. Foto: Prezident.az
54 www.azeridefence.com
HardyM daşınan hədəf cihazları
ədəd 50 metr qapalı və 3 pərdəli lazerli, 25 metrlik qapalı, 100 metrlik yarıaçıq, Müdafiə Nazirliyi üçün 50 metr qapalı, 2 pərdəli gerçək atışlı interaktiv atış poliqonlarının inşasını, Müdafiə Nazirliyinə əlavə olaraq “Hardy” markalı daşınan hədəflərin, XDMX, DİN və Müdafiə Nazirliyi
“Koza İnşaat və Savunma Sanayi” şirkəti tərə indən Qaraheybət poliqonunda qurulan “Polytronic” hədəf qaldırıcı cihazlar
üçün interaktiv poliqonların tədarükünü həyata keçirib. Bundan başqa, şirkət Müdafiə Sənayesi Nazirliyi üçün tam təchiz edilmiş sınaq atış mərkəzini inşa edib. “Koza İnşaat və Savunma Sanayi” şirkəti tərəfindən Qaraheybət poliqonunun müasir hədəf avadanlıqlarının tətbiqi ilə yenidən inşası layihəsi hazırlansa da, 20162017-ci illərdə yaşanan maliyyə problemi və digər səbəblərdən bu layihənin reallaşdırılması gecikib. “Polytronic” şirkətinin istehsalı olan ən yeni hədəf sistemlərinin qurulacağı poliqon tam şəkildə avtomatlaşdırılacaq. “Polytronic” hədəflərinin Qafqaz və keçmiş Sovet respublikalarında tətbiq edildiyi ilk böyük təlim mərkəzi olacaq Qaraheybət poliqonunda yatıb-qalxan (pop-up) hədəflərlə yanaşı, atışların nəticələrinin uzaq məsafədən izlənilməsi üçün LOMAH
hədəf sistemi, rels üzərində hərəkət edən texnika hədəflərinin qurulması planlaşdırılır. Qaraheybət Təlim Mərkəzində ümumilikdə bir kompleks daxilində ayrı üç – tank, atıcı silahlar və ağır silahlar poliqonu, habelə açıq və qapalı sinif otaqları, simulyatorlar olacaq. Bu poliqonlar ayrı-ayrılıqda hər poliqon üçün inşa edilən mü şahidə qülləsindən idarə edilə və izlənə biləcək. Tank poliqonunda eyni anda 6 tankın atış həyata keçirməsi üçün pop-up, sabit və 300 metrlik rels üzərində mərkəzdən verilən sürətlə hərəkət edən hədəflər qurulur. Həm tank, həm də digər poliqonların əsas yeniliklərindən biri də burada qurulan hədəflərin tablet üzərindən də idarəetməsinin mümkünlüyüdür. Tank atış sahələrində həm sabit, həm də hərəkətli LOMAH hədəflərə gerçək atışlar həyata keçiriləcək.
Atıcı silahlar üçün poliqonda isə yatıbqalxan və relsli LOMAH hədəfləri qurulmuş 8 atış sahəsi inşa olunur. Proseslərin avtomatlaşdırılması və tətbiq edilən müasir texnologiyalar sahəsində tədris prosesinin effektivliyini yüksəltməyə, əsgərin hazırlığına sərf olunan vaxt 80 faizə yaxın azaltmağa imkan verir. Qaraheybətdə qurulan yeni texnologiyalar sayəsində təlimlər zamanı müxtəlif ssenariləri yaratmaq və həyata keçirmək mümkün olacaq. 1975-ci ildən Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən açıq və qapalı təlim mərkəzlərinin inşaatı sahəsində ixtisaslaşmış “Target” Qrupu Türkiyə, Azərbaycan və Türkmənistanda bir çox layihələrə imza atıb. “Target” şirkəti öz layihələrində poliqon avadanlıqlarının istehsalı sahəsində dünyada tanınmış “Theissen Training Systems”, “Kongsberg”, eləcə də yüksək keyfiyyətli, müasir tələblərə cavab verən hədəf sistemlərinin yaradılması və istehsalı ilə məşğul olan Türkiyənin “DESİ Savunma” şirkətləri ilə əməkdaşlıq edir. Azərbaycanda ilk layihəsini 2007-ci ildə (Mərkəzi Bank üçün 25 metrlik qapalı tapança atış poliqonu) həyata keçirən “Target” sonrakı illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyi üçün 25 metrlik qapalı tapança atış poliqonu, interaktiv atış təlim sistemi, SOCAR üçün 50 metrlik qapalı tapança və tüfəng atış poliqonu, XDMX üçün 50 metrlik yarıaçıq atış mərkəzi, DSX üçün 100 metrlik qapalı, 25-2000 metrlik açıq atış poliqonları, yerli “Target” şirkəti tərə indən Azərbaycandakı poliqonlarda qurulan “DESİ Savunma” istehsalı olan LOMAH hədəf sistemləri. Foto: Target
55
Yuxarıda: “CustomAR” şirkəti tərə indən ADEX2018 sərgisində təqdim olunan TRIFT VR. Aşağıda: MAKAnın “Gilavar” atış təlim simulyatoru. Foto: AD
şok dalğaları vasitəsi ilə atılan sursatın hədəfin hansı məsafəsindən keçdiyini vizual və koordinat şəklində ekrana ötürür. Yerli istehsalçılar
“A2Z Advisors” şirkəti ilə birlikdə Xarici Kəşfiyyat Xidməti üçün 100 metrlik qapalı tapança atış poliqonunu, Bakı şəhərində 23 saylı orta məktəb və DSX üçün üçün interaktiv atış sinfini, XDMX üçün lazerli atış-təlim sistemi, Naxçıvan şəhərində lazerli interaktiv atış sisteminin inşasını həyata keçirib. Şirkət bununla yanaşı DSX və Müdafiə Nazirliyinə Norveçin “Kongsberg” şirkətinin LOMAH hədəf cihazları, DSX və Daxili Qoşunlar üçün “DESİ Savunma” şirkətinin istehsalı olan pop-up, hərəkətli tank hədəfləri, LOMAH sistemləri, XDMX üçün ballistik cihazlar və yaşayış məntəqələrində təlim hədəf sistemləri tədarük edib. “Target” şirkəti tərəfindən inşa olunmuş DSX-nin Xızı rayonunda yerləşən təlim mərkəzi özünün təchizat və imkanlarına görə Azərbaycanda texnoloji cəhətdən tam təchiz edilmiş ilk poliqondur. 2015-ci ildə istifadəyə verilmiş poliqonda qurulan avadanlıqlar sərt iqlim şəraitinə baxmayaraq, uzun müddətdir istifadə olunur. “Target” Azərbaycanda həyata keçirdiyi layihələrə “DESİ Savunma” şirkəti tərəfindən istehsal olunan LOMAH hədəf sistemini təqdim edir. Səsdən sürətli güllələrin və mərmilərin ballistik trayektoriyasını izləyərək atış yerlərini müəyyən edən bu sistemin hər növ tank və atıcı silahların atış sahəsində tətbiq edilməsi mümkündür. LOMAH sistemi təsbit cihazı, uzaqdan idarə və nəzarət aparatı, idarə nəzarət mərkəzi və atıcı monitorlarından ibarətdir. Hədəfin önünə yaxın bir məsafədə yerləşdirilən qəbuledicilər atəş zamanı yaranan hipersonik
56 www.azeridefence.com
Azərbaycanda poliqon-hədəf cihazlarının və atış simulyatorlarının istehsalı ilə MSN-in Bakı Cihazqayırma Zavodu,
Milli Aerokosmik Agentlik (MAKA), “DN Technologies” MMC, “A2Z Advisors” MMC, “CustomAR” və “Buta Armor Technologies” MMC məşğuldur. Bakı Cihazqayırma Zavodu poliqonlar üçün davamlı metallardan mexaniki hədəflərin istehsalını həyata keçirir. Müəssisənin istehsal etdiyi mexaniki hədəflər bir neçə poliqonda quraşdırılıb. MSN-in Milli Aerokosmik Agentliyinin 2014-cü ildən ordu və orta məktəblərə təqdim etdiyi “Gilavar” atış simulyatoru avtomat, tapança, snayper tüfəngi və əl qumbaraatanından atışların öyrədilməsi üçün nəzərdə tutulur. Bu günədək MAKA tərəfindən Müdafiə Nazirliyi, DSX, ayrıayrı hərbi qurumlar və məktəblər üçün 200-dən çox “Gilavar” atış simulyatoru tədarük edilib. 2019-cu ildə Türkiyənin “Target” şirkəti ilə yerli “A2Z Advisors” şirkəti arasında hədəf cihazlarının Azərbaycanda birgə istehsalına dair müqavilə imzalanıb. Ötən il iki şirkət birlikdə Xarici Kəşfiyyat Xidmətinin poliqonunun inşası və təchizatını həyata keçirib. Şirkət nümayəndələrinin sözlərinə görə, “Target” ilə birlikdə Azərbaycanda
“DESİ Savunma” şirkəti tərəfindən yaradılmış müxtəlif hədəf cihazlarının istehsalı, hədəf sistemlərinin proqram təminatının işlənib hazırlanması, yenilənməsi kimi işlər həyata keçirirlər. Perspektivdə “A2Z Advisors” və “Target” tərəfindən Azərbaycandakı mövcud poliqonlara servis xidmətinin təşkili, sıradan çıxan avadanlıqların təmiri və bərpası, yeni təlim mərkəzlərinin layihələndirilməsi və birgə inşası nəzərdə tutulur. Virtuallaşdırılmış təlim vasitələrinin istehsalı sahəsində ixtisaslaşmış “DN Technologies” şirkəti 2014-cü ildən müxtəlif növ atış simulyatorlarının layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət göstərir. Şirkət təhsil müəssisələri və silahlı qüvvələrin ayrı-ayrı qoşun növlərini atış simulyatorları ilə təchiz etməklə bərabər, ordunun istifadəsində mövcud olan, digər ölkələrin istehsal etdikləri TƏİR qurğularının və kiçikçaplı atıcı silahların simulyatorlarının təmirini, servisini və yenilənməsini həyata keçirib. “DN Technologies”in son illər atış simulyatorları bazarında meydana çıxan yeni tələbləri qarşılamağa fokuslandığını deyən şirkətin baş direktoru Ceyhun Nabadovun sözlərinə görə, bu, ortaya yeni məhsulların çıxmasına səbəb olub: “Bura əsgərlərlə yanaşı, zabitlərin simulyatorlarda təliminin şərt kimi qarşıya qoyulması, mövcud simulyatorlarda görüntülərinin reallığının artırılması, 3D modelləmə kimi tələblərin ortaya qoyulması, müxtəlif səhnələrin məşq edilməsi kimi tələblər daxildir. Bu tələblər əsasında bazarda mövcud simulyatorları inkişaf etdirməyə çalışırıq. Yeni modellərdə istifadəçilər daha geniş imkanlar əldə edəcəklər ”. “DN Technologies”in yeni layi hələrindən biri də RPQ-7V2 tank əleyhinə əl qumbaraatanının təlim-məşq qur ğusudur. Modulyar dizayna malik qurğunun yaradılması istiqamətində işlərin tamamlandığını deyən C. Nabadovun sözlərinə görə, “DN Technologies” MMCnin istehsalı olan xüsusi proqram təminatı ilə inteqrasiya edilmiş Virtual Reallıq Nişangah Qurğusu ilə heç bir proyektor, monitor kimi əlavə avadanlıqlardan istifadə etmədən, istənilən tank əleyhinə əl qumbaraatanını təlim silahına çevirmək mümkündür. Simulyator həm sinif, həm də çöl şəraitində istifadəyə uyğunlaşdırılıb. Simulyatorun proqram təminatında hər növ döyüş tapşırıqlarının imitasiyası nəzərə alınıb. Qurğunu asanlıqla hərbi hissədə mövcud olan əl qumbaraatanına inteqrasiya edib, təlim keçmək mümkün olacaq: “Artıq səhnələr, modellər hazırdır. Qurğunun əsas lövhəsi və digər hissələrin sınaq nümunəsi
“DN Technologies” şirkəti tərə indən yaradılmış RPQ7V (TƏQ7) qumbaraatan təlimməşq qurğusu. Foto: DN Technologies
istehsal edilib. İlkin laboratirya testləri keçirmişik. Hazırda bəzi texniki sualların, o cümlədən, 3D görüntülərin yüksək keyfiyyətlə və daha real görüntülənməsi ilə bağlı məsələlərin həlli istiqamətində çalışırıq. Hesab edirik ki, 2020-ci ilin ortalarında bir neçə nümunəni sınaqlardan keçirilməsi üçün hərbi qurumlara verəcəyik”. Şirkət rəhbəri hazırda mühəndisistehkam bölmələrinin, habelə minatəmizləmə ilə məşğul olan təşkilatların əməkdaşları üçün də ayrı bir simulyatorun yaradılması üzərində işlədiklərini vurğulayıb. “Buta Armor Technology” (BAT) şirkətinin “S-Sfera” indeksli vizuallığı gerçəkliyə yaxın artırılmış hava hücumundan müdafiə simulyatoru hərbi hissələrin portativ zenit-raketi komplekslərinin (ZRK) atıcı heyəti üçün nəzərdə tutulub. BAT şirkətinin direktoru Ramin Əhmədovun sözlərinə görə, “S-Sfera”nın vizuali zasiyasına, effektlərinə, hava hədəflərinin klassifikasiyasına və digər texnoloji imkanlarına görə hazırda ordunun istifadəsində olan simulyatorlardan 2.5 dəfədən çoxdur. “Qiymətlərə gəlincə, xarici istehsalçının universal məşq qurğusunun birinin qiymətinə biz 6 kompleks veririk. Bundan başqa, 5000 işləmə saatı təklif edirik. Simulyatorun soft və hardware hissəsinə verdiyimiz zəmanət 3 dəfə çoxdur. “S-Sfera”nın əsas üstünlüyü isə onu hər bir hərbi hissənin ərazisinə uyğunlaşdırıla bilməsidir. Bu da hər bir hərbi hissənin heyətinə özünün müdafiə etdiyi ərazinin
birəbir bənzərinə uyğun şəkildə təlimlər keçməyə imkan verir”, – deyə BAT şirkətinin direktoru Ramin Əhmədov bildirib. R.Əhmədovun sözlərinə görə, hazırda “S-Sfera”nın bazasında digər müxtəlif zenitraket komplekslərinin təlim-məşq qurğularının yaradılmasına baxılır. BAT-ın ikinci mühüm layihəsinin reaktiv mühərrikli hədəf PUA olduğunu deyən şirkət rəhbərinin sözlərinə görə, bir ilə yaxındır üzərində iş gedən layihə çərçivəsində 450-500 km/saat maksimal sürət əldə olunub. Müvafiq qurumların nümayəndələrinin iştirakı ilə sınaqları tamamlanmış PUA havada 50 dəqiqə qalır: “Bu PUA-mız hər növ hava hədəfinin döyüş imitasiyasını yaratmağa imkan verir. Üzərində mövcud olan cihazlar sayəsində təlim sonrası bütün məlumatların analizini çıxara bilirik. Bu PUA tək hava hücumundan müdafiə bölmələrinin raket komplekslərinin sınaqlarını keçirmək üçün deyil, həm də radarların yoxlanması üçün nəzərdə tutulub. Hədəf PUA vurulmadıqda paraşütlə endirilərək təkrar istifadə edilə bilər”. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının prezidenti “CustomAR” şirkəti tərəfindən atıcı bölmələr üçün TRIFT VR, Hərbi Hava Qüvvələri üçün “Yüksəklik” adlı simulyatorlar hazırlanıb. 2018-ci ilin sentyabr ayında ADEX-2018 sərgisində nümayiş etdirilmiş bu layihələrin hazırda hansı mərhələdə olması barədə informasiyalar məhduddur. AD
57
EnVision GOSSAMER
KBRN sensorları A. Hüseynov Hərbi münaqişələr, hərbi və sənaye obyektlərində baş verən texnogen qəzalar, qaz və radiasiya sızmaları, eləcə də meydana çıxan koronavirus və s. kimi öldürücü virusların geniş coğra iyalara yayılma ehtimalı KBRN təhdidlərini aktual mövzulardan birinə çevrib. Beynəlxalq mərkəzlər tərə indən qeydə alınmış faktlara əsasən, təkcə Suriyada vətəndaş müharibəsinin davam etdiyi 2012–2019-cu illərdə hökumət qüvvələri, eləcədə İŞİD və digər terror təşkilatları tərə indən ən azı 300 kimyəvi hücum olub. Hücumların 98 faizində xlor, sarin və kükürd xardal qazları atılıb. Bu və digər hadisələr beynəlxalq təşkilatların səylərinə və sanksiyalarına baxmayaraq, həm terror təşkilatları, həm də bəzi hökumətlər tərə indən güc vasitəsi kimi kimyəvi, bioloji, hətta radioaktiv silahlara əl atıla biləcəyi ehtimalının yüksək olduğunu göstərir.
M
üasir dövrdə KBRN kəşfiyyatı böhranların idarə edilməsi və döyüş əməliyyatları zamanı aparılan ümumi kəşfiyyat və nəzarətin tərkib hissəsi hesab olunur. Silahlı qüvvələr və mülki müdafiə təşkilatlarında kimyəvi, radioloji və bakterioloji təhdidlərin aşkarlanması, səhra şəraitində analizi, real vaxt rejimində xəbərdarlıq edilməsi kimi funksiyaların avtomatlaşdırılması və bütün bunların fərd, bölmə səviyyəsindən C4ISR sisteminə inteqrasiyası istiqamətində işlər aparılır. Hazırda region ölkələrinin həyata keçirdikləri proqramlarda Finlandiyanın “Environcs”, İtaliyanın “Cristanini”, İngiltərənin “Smiths Detection” (SDI),
58 www.azeridefence.com
Fransanın “Proengin”, İsrailin “Beth El İndustries” və s. şirkətlərinə rast gəlmək mümkündür. Bununla yanaşı, Cənubi Koreyaya məxsus bəzi şirkətlərin də bölgə bazarına, xüsusilə də Mərkəzi Asiya və Qafqaz regionuna yönəlmiş fəaliyyətləri mövcuddur. İnteqrə edilmiş KBRN kəşfiyyat sistemləri İsveçin SAAB şirkəti tərəfindən hazırlanmış CBRN AWR sistemi baş verən KBRN təhdidləri zamanı qüvvələr və qərargahlar arsında real vaxt rejimində informasiya mübadiləsinin aparılması üçün nəzərdə tutulub. Açıq arxitekturaya malik
sistemə müxtəlif sayda meteoroloji, kimyəvi, bioloji, radioloji sensorların və naviqasiya cihazlarının inteqrasiyası mümkündür. Proqram təminatı operatora ərazidəki təhdidlər barədə məlumatları toplamağa və operativ qərarların qəbuluna kömək edir. Sistemdə təhdidin aşkarlanması, identifikasiyası, monitorinqi, xəbərdarlığın hazırlanması avtomatlaşmış şəkildə həyata keçirilir. İsveç silahlı qüvvələri üçün hazırlanmış sistem 2015ci ilin sentyabr ayında Küveytə ixrac edilib. KBRN sistemlərin yaradılması və inteqrasiyası sahəsində ixtisaslaşmış Finlandiyanın “Environics Oy” şirkətinin avadanlıqları və həlləri Finlandiya, İndoneziya, Malayziya, Türkiyə, Estoniya,
Malayziya Quru Qoşunlarının AV8 KBRN maşını “Environics Oy” şirkətinin “CBRN Reconnaissance Solution” həlli ilə təchiz edilib. Foto: FNSS
Ukrayna, Latviya, Əlcəzair, İsveç, Yaponiya və Vyetnamın müvafiq qurumlarının istifadəsində yer alır. Şirkətin “EnVision GOSSAMER” Taktik KBRN Sahə Monitorinq sistemi özündə müxtəlif sensorları və proqram təminatını birləşdirən müasir həllərdən hesab olunur. Sistemə GIS əsaslı KBRN izləmə proqramı, komanda və nəzarət postları, rabitə sistemləri və enerji təchizatı daxildir. “EnVision GOSSAMER” hazırda Latviya, Əlcəzair, İsveç, Yaponiya və Türkiyə silahlı qüvvələri və mülki müdafiə qüvvələri tərəfindən istifadə olunur. 2019-cu ilin yanvar ayında Finlandiya Müdafiə Qüvvələri ilə “Environics” şirkəti arasında “EnVision GOSSAMER” sisteminin (nəzarət cihazları və “Enviscreen Operix” proqramı) tədarükünə dair 610 min avro dəyərində müqavilə imzalanıb. Qeyd edək ki, “Environics”in modernləşmiş kəşfiyyat avadanlıqları və “EnviScreen Operix” proqramı Finlandiya Müdafiə Qüvvələrinin CBRUGS Taktik KBRN Sahə Monitorinq Sisteminin tərkibində istifadə olunur. Sensor inteqrasiyasını, rabitəni, verilənlər bazasını, sistem xidmətləri və istifadəçi interfeyslərini özündə cəmləşdirən “EnviScreen Operix” proqramı tərəfindən real vaxt rejimində sensor məlumatları toplanıb filtrlənir, şübhəli, yaxud təhlükəli hadisə baş verdiyi zaman müvafiq əks tədbirlər üçün təcili təlimat və məlumatların verilməsi, təhlükə bölgəsinin qurulması üçün vasitələr də təklif edilir. Ən son proqram təminatı “GeoServer” xəritə xidməti və simsiz, mobil KBRN aşkaretmə
sistemlərində istifadə üçün yeni imkanlara sahibdir. “Environics Oy” şirkətinin nəqliyyat va sitələrinə qurulan KBRN kəşfiyyat sistemləri hazırda Ukrayna və Qazaxıstan Silahlı Qüvvələri və mülki müdafiə qoşunları tərəfindən sınaqlardan keçirilir. Zirehli maşınların təchiz edilməsi üçün nəzərdə tutulan “CBRN Reconnaissance Solution” həlli çirklənmiş əraziləri tədqiq etmək üçün istifadə olunur. Zirehli maşının həm xaricində, həm də daxilində yerləşdirilmiş sensorlardan toplanan məlumatlar meteoroloji və GPS informasiyaları real vaxt rejimində mərkəzi əməliyyat proqramına yüklənir. Daha sonra məlumatlar komanda-idarəetmə mərkəzinə ötürülür. Sistemin imkanları, digər identifikasiya cihazları və əməliyyat komponentləri əlavə edilməklə genişləndirilə bilir. Adıçəkilən sistem ötən il Türkiyənin FNSS və Malayziyanın DEFTECH şirkətinin Malayziya Quru Qoşunları üçün istehsal etdiyi 4 ədəd AV-8 AENBCRV (Armored Engineer Nuclear, Biological and Chemical Reconnaissance Vehicle) zirehli maşınına inteqrasiya edilib. Sensorlar 1972-ci ildən fəaliyyət göstərən Fransanın “Proengin” şirkətinin KBRN sistemləri hazırda 70-dən çox ölkədə istifadə olunur. Şirkət 2019-cu ildə Özbəkistan və Qazaxıstanla KBRN detektorların ixracına dair müqavilə imzalayaraq, postsovet regionuna ilk böyükhəcmli ixracını həyata keçirib. Ötən il həmçinin Türkiyənin AFAD təşkilatı “Proengin”dən açıqlanmayan sayda KBRN sistemləri əldə edib. “Proengin” 2018-ci ildən Azərbaycan, Türkmənistan və digər postsovet respublikalarında müxtəlif sistemlərin tanıtımı
və ixracının təşkili istiqamətində işlər aparır. “Proengin” şirkətinin istehsal etdiyi sensorlar I Dünya müharibəsində istifadə edilən xardal qazından 2018-ci ildə İngiltərədə dörd nəfərin ölümünə səbəb olan ən yeni “Novichok” agentlərinə qədər, hər növ kimyəvi, “Anthrax” kimi bioloji müharibə agentlərini bir neçə saniyədə aşkar etmək üçün hazırlanıb. “Proengin”in alov spektrofotometri alovun işığını analiz edərək, tərkibindəki zəhərli kimyəvi və ya bioloji müharibə agentlərini təyin edir. Fransız Ordusunun tələbi əsasında AP2C detektorunun təkmilləşdirilməsi nəticəsində hazırlanmış portativ AP4C detektorunda aşkaretmə qabiliyyəti iki dəfə artırılıb, aşkarlanan kimyəvi müharibə agentlərinin çeşidi genişləndirilib. Detektoru kükürd, fosfor, arsen və ya HNO kimyəvi bağı olan bütün təhlükəli birləşmələri aşkarlamağı bacarır. Hazırda dünyada ən həssas kimyəvi detektor olduğu iddia edilən AP4C aşkarlamadan sonra ən qısa müddətdə öz iş funksiyasını bərpa edir. AP4C detektorunun kəşfiyyat maşınları və tanklarda tətbiq üçün nəzərdə tutulan AP4C-V versiyası da eyni aşkarlama texnologiyasına əsaslanır. Güclü küləkdə (100 km/saat) maşın xaricindəki havadan nümunə götürərək analiz edir. Məlumatlar sistemin idarəetmə blokunda və ya birbaşa nəqliyyat vasitəsinin idarəetmə kompüterində operatora təqdim olunur. Detektorun gəmilər üçün nəzərdə tutulan AP4CF versiyası da mövcuddur. Sonuncu eyni zamanda strateji binaların və ərazilərin qorunmasında da istifadə edilə biləcək xüsusiyyətlərə malikdir. “Proengin”in MAB bioloji kəşfiyyat detektoru təhlükəli və ya şübhəli bioloji hissəcikləri təbii fondan ayırmaq üçün unikal qabiliyyətə malikdir. Nəqliyyat vasitələrində tətbiq üçün nəzərdə tutulan MAB dizel yanacağından istifadə zamanı ətraf mühitə atılan tullantılara reaksiya vermir. “Proengin”in bütün aşkaretmə sistemlərində tətbiq edilən alov spektrofotometri texnologiyası sayəsində MAB ən aşağı saxta həyəcan siqnallarına sahibdir. Şirkətin AP4C-VB cihazı isə eyni vaxtda kimyəvi və bioloji təhdidləri aşkarlaya bilən çoxfunksiyalı aşkarlama sistemidir. 2000-ci illərin əvvəllərindən özünün kimyəvi, bakterioloji, radioaktiv və partlayıcı maddələri aşkarlama detektorları ilə müxtəlif ölkələrin ordu, sərhəd, gömrük və mülki müdafiə təşkilatları tərəfindən seçilən “Smiths Detection” (SDI) şirkətinin daşınan Yüngül Kimya Detektoru (LCD) seriyasının yeni nümunəsi olan JCAD heyət, polis və EOD operatorları tərəfindən əməliyyat bölgəsindəki təhlükəli kimyəvi
59
AP4C detektoru. Foto: Proengin
maddələri aşkarlamaq məqsədi ilə istifadə olunur. SDI şirkəti 2014–2018-ci illərdə ABŞ Ordusu ilə JCAD sistemlərinin tədarükünə dair toplam dəyəri 60.2 milyon dollar təşkil edən 3 müqavilə, 2015-ci ilin oktyabr ayında isə Böyük Britaniya ordusu ilə “Ajax” hərbi nəqliyyat vasitələrinin kimya agent detektorları ilə təchiz etmək üçün 6 milyon funt-sterlinq dəyərində müqavilə imzalayıb. Müqavilə çərçivəsində Böyük Britaniya ordusunda təyin edilən nəqliyyat vasitələri LCD 3.3 detektorları ilə təchiz olunub. Müxtəlif ölkələrin ordularında sınaqlardan keçirilmiş və silahlanmaya qəbul olunmuş SDI-nin kiçikölçülü GID-3 kimyəvi döyüş detektoru müxtəlif kimyəvi maddələri və təhdid səviyyəsini aşkarlamaq üçündür. Əldə və ya nəqliyyat vasitələrində istifadə olunan GID-3 əməliyyat ehtiyacına uyğun olaraq şəbəkəyə inteqrasiya oluna bilir. Hazırda dünya üzrə əksəriyyəti ABŞ və NATO qoşunlarında olmaqla, 40000dən çox GID-3 detektoru istifadə olunur. MIL-STD-810G, MIL-STD-1275D, MIL-STD461F və JSS 55555: 2000 standartlarına uyğun detektorun çəkisi 4.8 kq (batareya ilə 6.4 kq) təşkil edir. “Environcs” şirkətinin “ChemPro 100i” detektoru hazırda Belçika, Almaniya, Danimarka, Finlandiya və digər Avropa ölkələrinin orduları tərəfindən kimyəvi döyüş agentlərinin və seçilmiş zəhərli sənaye
60 www.azeridefence.com
kimyəvi maddələrinin aşkarlanması və təsnifi üçün istifadə olunur. 2013-cü ildə Belçika Silahlı Qüvvələri “Environcs”dən 100 ədəd, 2019-cu ildə 70 ədəd, Danimarka Müdafiə Satınalmaları və Logistika Təşkilatı isə 2016-cı ildə “Environcs” şirkəti ilə 3 milyon avro dəyərində, açıqlanmayan sayda “ChemPro100i” detektorlarının alınması üçün 4 illik müqavilə imzalayıb. “FLIR Systems” şirkətinin ötən ilin oktyabr ayında satışa təqdim etdiyi “identiFINDER” R425G radioaktiv detektoru qamma və neytron mənbələri aşkarlayan radionuklid identifikasiya cihazlarının yeni nəsli hesab olunur. Cihaz inkişaf etmiş heuristika və hibrid identifikasiya üsullarından istifadə edən alqoritmlərə əsaslanır. Şirkət mütəxəssislərinin sözlərinə görə, praktiki istifadə zamanı digər sistemlərin uğursuz olduqları yüksək qamma sahələrində R425 detektoru dəqiq nəticələr göstərib. Tədqiqat, təcili yardım və ətraf mühitin monitorinqi də daxil olmaqla müxtəlif missiyalar üçün ölçü, çəki və performans təmin edən R425 bənzər analoji cihazlardan 3 dəfə daha həssas qamma və 2 dəfə daha həssas neytron aşkarlama xüsusiyyətinə malikdir. IP67 standartının tələblərinə uyğun hazırlanmış cihazın çəkisi əvvəlki nəsil cihazlara nisbətən 15% daha yüngüldür. Təhlükəsizlik texnologiyalarının aşkarlanması sahəsində dünya lider lərindən olan “Rapiscan” şirkətinin 2019-
cu ilin aprel ayında bazara təqdim etdiyi yüngül çəkili MP100 Portativ Radiasiya Təsbit Sistemi radioloji və nüvə təhdidlərini yüksək həssaslıqla aşlkarlamaq üçün hazırlanıb. Cihazın üç konfiqurasiyası – MP-100 (qamma şüalanması üçün), MP-100GN (qamma və neytron şüalanması üçün) və MP-100GNS (qamma, neytron şüalanma identifikasiyası (spektroskopik) üçün) mövcuddur. MP100 sistemlərinin hamısı gömrük, sərhəd patrulu, kritik infra strukturların təhlükəsizliyi, hərbi, dəniz və hüquq-mühafizə tətbiqetmələri üçün daşınan, mobil və ya sabit konfiqurasiyada istifadə üçün nəzərdə tutulub. “Rapiscan” şirkətinin prezidenti Mal Maginnis “çantada daşınan MP100 sisteminin daha kiçik radiasiya mən bələrini tapmaq və ya daha böyük məsafələrdən təhdidləri
MAB bioloji kəş iyyat detektoru
“FLIR Systems” şirkətinin qamma və neytron mənbələrini aşkarlamaq üçün nəzərdə tutulan R425G radioaktiv detektoru. Foto: FLIR
aşkarlamaq qabiliyyətinə malik olduğu”nu vurğulayır. Kimyəvi agent detektorların yeni nəslinin yaradılması sahəsində ABŞ Ordusu SDI və “FLIR Systems” şirkətləri ilə hazırda bir neçə layihə üzərində çalışır. ABŞ Müdafiə Nazirliyinin Kimyəvi, Bioloji, Radioloji və Nüvədən Müdafiə (JPEOCBRND) departamenti ilə 2019-cu ilin yanvar ayında imzalanmış müqavilə çərçivəsində SDI şirkəti minatür ölçülü yeni nəsil Aerozol və Buxar Kimyəvi Maddələr detektorunun (AVCAD) yaradılması ilə məşğuldur. SDI-nin açıqladığı məlumata görə, son 14 ildə ABŞ Ordusu üçün 90 mindən çox Birləşdirilmiş Kimyəvi Agent Detektoru (JCAD) tədarük edib. Hazırlanmaqda olan AVCAD ənənəvi və müasir təhlükəli buxarların və aerozolların mövcudluğunu aşkarlamaq və istifadəçini məlumatlandırmaq üçün simsiz, stasionar və portativ konfiqurasiyalar da istehsal olunacaq. Qeyd edək ki, bundan əvvəl, 2018-ci ilin iyun ayında Pentaqon SDI ilə M4A1 JCAD kimyəvi və partlayıcı maddə detektorlarının buxar aşkarlama qabiliyyətinin təkmilləşdirilməsinə dair müqavilə imzalayıb. Ötən ilin sentabr ayında “FLIR Systems” şirkəti ABŞ Ordusu ilə “Agentase ™ C2” kimyəvi spreylərin tədarükü üçün 35.1 milyon dollarlıq müqavilə imzaladığını açıqlayıb. Adıçəkilən sprey kükürd, xardal qazı, yüksək zəhərli kimyəvi maddələri aşkar etmək üçün istifadə olunur. Kimyəvi maddlərin yayıldığı əraziyə vurulan
“Agentase C2” spreyi səthdə rəngi dəyişdirir. Hazırda şirkət VX və sarin kimi siniri iflic edən kimyəvi maddələri aşkarlayan spreyin yaradılması üzərində işləyir. Yeni məhsulun 2020-ci ilin ilk rübündə istehsalına başlanması planlaşdırılır. Artıq yeni məhsulun çatdırılmasına dair ordu ilə dəyəri 30 mln. dollar təşkil edən birinci müqavilə imzalanıb. KBRN zərərsizləşdirmə sistemləri KBRN zərərsizləşdirmə, deqazasiya və dezinfeksiya sistemlərinin aparıcı istehsalçılarından olan Almaniyanın “Kärcher Futuretech” şirkəti son bir neçə ildə Baltik dövlətləri ilə yanaşı Ukrayna, Azərbaycan və Qazaxıstan daxil olmaqla, postsovet coğrafiyasında öz məhsullarının marketinqinə başlayıb. Öz sektorunda Avropanın ən böyük istehsalçısı olan SDI JCAD detektoru
“Kärcher Futuretech” 2019-cu ilin noyabr ayında Norveçlə 9 ədəd KBRN zərərsizləşdirmə sisteminin çatdırılmasına dair 6.8 milyon avro dəyərində müqavilə imzaladığını elan edib. 2021 və 2022-ci illərdə sifarişçiyə çatdırılması nəzərdə tutulan konteynerləşdirilmiş sistemə nəqliyyat vasitələrinin təmizlənməsi, deqazasiya və dezinfeksiya edilməsi üçün tələb olunan bütün avadanlıqlar, həmçinin duş çadırları daxildir. Bundan əvvəl, 2018-ci ildə Avstriya Silahlı Qüvvələrinin NBC qoşunları “Kärcher Futuretech” şirkəti ilə 11 ədəd “Mammut” təmizləmə, deqazasiya və dezinfeksiya sisteminin çatdırılmasına dair müqavilə bağlayıb. Şəxslərin, nəqliyyat vasitələrinin, əşyaların təmizlənməsi və təhlükəli maddələrin zərərsizləşdirilməsi üçün nəzərdə tutulan “Mammut” sistemi terror hücumları və fəlakətlərdən sonra binaların, yolların və sərhəd-buraxılış məntəqələrinin dezinfeksiyası zamanı istifadə oluna bilər. “Mammut”un digər unikal xüsusiyyəti, daha böyük nəqliyyat vasitələrinin yuyulmasına imkan verən 33 metr tonluq yükləmə kranına malik olmasıdır. “Mammut”lar həmçinin, qoruyucu geyim kimi istiliyə davamlı cihazları zərərsizləşdirə bilən, kimyəvi və bioloji çirkləndiriciləri təmizləyən isti qaz kamerası texnologiyasından istifadə edir. Digər yeni bir funksiya vakuum kamerasının tətbiqidir ki, bu da, radiostansiyalar daxil olmaqla, həssas avadanlıqları təmizləməyə imkan verir. AD
61
MODERN MİNAATANLAR Gələcəyə yönələn təkmilləşmələr Rəşad Süleymanov Davam edən silahlı münaqişələr uzun illərdir orduların əvəzedilməz silahı olan minaatanların modernləşdirilməsi və yeni modellərin meydana çıxmasında aparıcı rol oynayır. Xüsusilə son 15 ildə dünya bazarında atış uzaqlığı, dəqiqliyi və atəş tempi artırılmış minataanlara tələbin artması müşahidə edilməkdədir. Minaatanların yaradılması və müasirləşdirilməsində əsas diqqət proseslərin avtomatlaşdırılması, nişanalmanın yaxşılaşdırılması, manevrliliyin yüksəldilməsi, rahat daşıma, çəkinin yüngülləşdirilməsi, həmçinin yeni nəsil – idarə olunan döyüş sursatlarından atəş həyata keçirə bilməsi kimi məsələlərə yetirilir.
K
ompüterləşdirilmiş atəş idarəetmə sisteminə, özünü doldurma mexanizmlərinə malik avtomatlaşdırılmış minaatanlar yuxarıda göstərilən tələblərə cavab verməklə yanaşı, ehtiyacdan asılı olaraq avtonom, batareya tərkibində, yaxud digər döyüş idarəetmə sistemləri ilə əlaqəli şəkildə istifadə oluna bilir. Avtomatlaşdırılmış minaatanlar “RUAG Defence” şirkəti tərəfindən hazırlanmış 120 mm “Cobra” avtomatlaşdırılmış minaatan standart 120 mm, eləcə də yeni nəsil idarə olunan minalardan istifadə edir. Modulyar konstruksiyaya və proqram təminatına malik kompleksdəki 120 mm çaplı minaatan 81 mm minaatanla əvəzlənə bilər. Atəş üçün zəruri olan parametlərin hesablanması RUAG-ın MRSI adlı ballistik kompüteri vasitəsi ilə həyata keçirilir. “Cobra” minaatan modulunun
çəkisi yardımçı cihazlar daxil olmaqla 1500 kq təşkil edir. Minaatanın uzunluğu 200 sm, təzyiqi 30 ton/30 milli saniyə, atışa hazırlıq müddəti 1 dəqiqədir. RUAG-ın 2007-ci ildə bazara təqdim etdiyi 120 mm “Bighorn” avtomatlaşdırılmış minaatanının təkmilləşdirilmiş versiyası olan “Cobra”nın FNSS şirkətinin tırtırlı ZMA platforması üzərində bir neçə xarici müştəriyə təqdim olunduğu bildirilir. 2019-cu ilin yayında İsveçrə Ordusu RUAG şirkəti ilə 32 ədəd “Cobra” minaatanının alınmasına dair müqavilə imzalayıb. Minaatanlar silahlanmaya GDELS-MOWAG konsorsiumunun 8×8 təkər formuluna malik “Piranha” zirehli nəqliyyat vasitəsinin üzərində qəbul ediləcək. Sinqapurun “ST Kinetics” şirkəti tərəfindən təklif olunan SRAMS (Super Rapid Advanced Mortar System) minaatanı hazırda Sinqapur və BƏƏ-nin silahlan-
masında yer tutur. Təpmənin yumşaldılması üçün tətbiq edilmiş ağız əyləci SRAMS sistemini istənilən yüngül nəqliyyat vasitəsinə yerləşdirməyə imkan verir. Hamar gövdəli lüləyə malik minaatanda nəqliyyat platformasına düşən təzyiqi azaltmaq üçün xüsusi mexanizmlər, həmçinin partlayış dalğasının diffuzoru tətbiq edilib ki, bu lülənin çıxışında təzyiqi azaldır, minaatan heyətinin təhlükəsizliyini və silahın tezatma qabiliyyətini yüksəltməyə imkan verir. 2018-ci ilin iyun ayında “ST Kinetics” “Hirtenberger” şirkəti ilə sonuncunun istehsalı olan 120 mm-lik minaatanların SRAMS kompleksinə daxil edilməsinə dair müqavilə imzalayıb. BƏƏ-nin IGG (International Golden Group) şirkətinin “ST Kinetics” şirkəti ilə birlikdə hazırladığı və baza versiyadan bəzi funksiyalarına görə fərqlənən SRAMS Mk.2 “Agrab” avtomatlaşdırılmış minaatanı RG31 Mk5 və RG31 Mk 6 minaya qarşı qorumalı nəqliyyat vasitəsinin şassisində yerləşdirilib. Kompleksin döyüş ehtiyatı 58 minadan ibarətdir. IDEX-2019 beynəlxalq müdafiə sərgisində “Azeri Defence” jurnalına danışan IGG mütəxəssislərinin sözlərinə görə, 2017-ci ildən başlayaraq “Agrab”dən lazer başlıqlı, GPS idarəetməli və reaktiv minalardan döyüş atışları üçün işlər aparılır. Yeni nəsil sursatlardan istifadə məqsədilə minaatana əlavə sistemlərin inteqrasiyası həyata keçirilir. SRAMS minaatanının lüləsinin uzunluğu 1.8 metr, tezatma qabiliyyəti dəqiqədə 10 atəş təşkil edir. Zərurət yarandıqda minaatandan əl ilə də atış aparmaq mümkündür. +40°/+80° şaquli bucaq altında hədəflərə atəş aça bilən kompleksin ümumi ağırlığı 1200 kq, təzyiqi 26 tona yaxındır. RG31 Mk6 zirehli avtomobilinə qurulmuş “Agrab 2” modeli “Selex ES” şirkətinin FIN3110 naviqasiya sistemi və “Denel Land System” şirkətinin “Arachnida” atəş idarəetmə sistemi ilə təchiz edilib. 2013-cü ilin sonlarında İspaniyanın “Expal” şirkəti tərəfindən “Vamtac” zirehli nəqliyyat vasitəsinin üzərində bazara təqdim olunan 81 mm çaplı EIMOS (Expal Integrated Mortar System) minaatanı özünün istifadəsinin rahatlığı, dəqiqliyi və mobilliyi ilə analoqlarından fərqlənir. Kompleksə EXPAL-ın 81 mm minaatanı, hidravlik qaytarıcı, “TechFire” atış-nəzarət
ABŞ Ordusunun hərbi qulluqçuları M252A1 minaatanları ilə təlim atışlarında. Foto: USEUCOM
63
İsrailin “Elbit Systems” şirkəti tərə indən 4x4 “SandCat” zirehli maşınının şassisinə quraşdırılmış 120 mm “Spear Mk 2” minaatanı. Hazırda adıçəkilən minaatan Azərbaycan Ordusu nun silahlanmasına daxildir. Foto: Elbit
İspaniyanın EXPAL şirkətinin 81 mm EIMOS inteqrasiya edilmiş minaatan kompleksi 4x4 “Vamtac” zirehli nəqliyyat vasitəsinin şassində yerləşdirilib. İlk xarici istifadəçisi Bəhreyn Müda iə Qüvvələri olan EIMOSda qısa zamanda 81 mmlik minaatanı 60 və ya 120 mm minaatanlarla əvəz etmək mümkündür. Foto: EXPAL
sistemi və hədəf koordinatlarını təmin edən “Shepherd” adlı qartal dizaynlı mini pilotsuz uçuş aparatı daxildir. “TechFire” proqramı “Elite Tablet”, “Elite Mini-Tablet” və PDA bazasına yazılıb. Minaatanın döyüş komplektində 52 mina mövcuddur. EXPAL rəsmilərinin sözlərinə görə, hidravlik qaytarıcı sayəsində minaatanın təpməsi 90%-dək azaldılıb. Borunun üfüqi və şaquli idarəetməsi iki elektrik mühərriki vasitəsi ilə həyata keçirilir. Tətbiq olunan müasir atış idarəetmə sistemi sayəsində avtomobil dayandıqdan 10 saniyə ərzində birinci atəşi aparmaq mümkündür.
64 www.azeridefence.com
Ehtiyaca uyğun olaraq sistem 3 dəqiqə ərzində 60 mm çaplı minaatanla əvəzlənə bilir. Bu zaman onun atış məsafəsi 4.9 km-ə enir. EIMOS-un konfiqurasiyasından asılı olaraq kütləsi 500 kq-dan azdır. 2015-ci ildə Bəhreyn Müdafiə Qüvvələri “Vamtac ST5” nəqliyyat vasitəsinə inteqrasiya edilmiş 81 mm çaplı EIMOS minaatan sisteminin 6 ədədlik ilk partiyasını alıb. Bəzi məlumatlara görə, İtaliya və Misir Silahlı Qüvvələri də açıqlanmayan sayda EIMOS tədarük edib. Açıqlanmış məlumatlara görə, 2018ci ilin oktyabrında İsveçrə Ordusu EXPAL
şirkəti ilə 81 mm minaatanın alınmasına dair 116 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. “Thales” şirkətlər qrupuna daxil olan TDA şirkəti tərəfindən istehsal edilən, artırılmış dəqiqliyə və uzaqvurma qabiliyyətinə malik 120 mm 2R2M minaatan avtomatlaşdırılmış idarəetmə və özünüdoldurma sistemi ilə təchiz olunub. Hazırda Oman, Malayziya, Səudiyyə Ərəbistanı və İtaliyanın silahlanmasında yer alan 2R2M minaatanı Fransa Ordusunun perspektiv satınalmalar proqramına daxil edilib. Müdafiə Satınalma
Agentliyi (DGA) 2019-cu il 30 dekabr tarixində “Nexter”, “Arquus” və “Thales” tərəfindən yaradılan konsorsiuma SCORPION proqramı çərçivəsində “Griffon VBMR” şassisində əlavə 54 ədəd MEPAC minaatan kompleksi sifarişi yerləşdirdiyini açıqlayıb. Qeyd edək ki, MEPAC kompleksinə “Thales” şirkətinin 120 mm-lik 2R2M minatanı daxildir və əlavə sifarişlərin çatdırılması 2023–2027-ci illərə planlaşdırılır. Avtomatlaşdırılmış minaatanlar üçün 120 mm çaplı az həssas, fosforsuz, artırılmış uzaqlığa malik və idarə olunan yeni sursatların yaradılması üzərində işlərin aparıldığını qeyd edən “Thales” rəsmilərinin sözlərinə görə, yeni sursatlar 16 km-dək məsafədə hədəfləri vurmağa imkan verəcək. Finlandiyanın “Patria” şirkətinin ilk nümunəsini 2017-ci ilin fevralında təqdim etdiyi konteyner bazalı NEMO (NEw MOrtar) həm yerüstü nəqliyyat vasitələrinə, həm gəmilərə qurulması və yaxud sabit obyektlərdə yerləşdirilməklə istifadə üçün nəzərdə tutulur. 6058x2438x2591 mm ölçülü konteynerin daxilində hava təmizləyici və soyuducu sistem, habelə 100 ədəd sursat mövcuddur. Yivsiz minaatanın atış uzaqlığı 10000 metrdir. Minaatan qülləsi +85, -3 dərəcə hündürlükdə, 360 dərəcə bucaq altında üfüqi müstəvidə atəş açmağa imkan verir. Ehtiyaca uyğun olaraq konteynerin zireh mühafizəsi artırıla və əlavə olaraq NBC müdafiə ilə təchiz oluna bilər. Hərəkət halında minaatan konteynerin daxilinə yığılır. Minaatanın NEMO-ların maşın versiyasında olduğu kimi müasir atış kontrol və idarəetmə sisteminə sahib olduğu bildirilir. M224A1 minaatanı
Mobil minaatan komplekslərinin yaradılmasında orijinal yanaşması ilə fərqlənən Finlandiyanın “Patria” şirkətinin 120 mm “NEMO Container” minaatanı. Foto: Patria
İspaniyanın “Everis Group New Technologies Global Systems” şirkəti tərəfindən yaradılmış 120 mm-lik “Alakran” avtomatik minaatan sistemi istənilən (Light Mortar Carrier/LMC) təkərli yüngül platformalara (“Jeep J8”, “Land Rover Defender” və “Agrale Marrua”) inteqrasiya oluna biləcək şəkildə dizayn edilib. “Alakran” istifadəçilərə 120 və 81 mm konfiqurasiyalarda təqdim olunur. 2016-cı ilin dekabr ayında adı açıqlanmayan ölkə ilə imzalanmış müqavilə çərçivəsində “Toyota Land Cruiser 70” nəqliyyat vasitəsi üzərində 100 ədəd 120 mm “Alakran” LMC kompleksi ixrac olunub. İdarəetməsi kabinə (kuzov) daxilindən və məsafədən həyata keçirilə bilən “Alakran” minaatanın atış məsafəsi 7 km təşkil edir. Türkiyənin ASELSAN şirkətinin 2018ci ildə sınaqlarını tamamladığı 120 mmlik AHS-120 “Alkar” və 81 mm-lik AHS81 minaatanlarına bəzi məlumatlara görə, Mərkəzi Asiya regionunda artıq Qazaxıstan və Özbəkistan maraq ifadə edib. Qazaxıstan 120 mm çaplı AHS-120 minaatanını 8x8 təkər formuluna malik “Barıs” zirehli nəqliyyat vasitəsi üzərində silahlanmaya qəbul etməyi düşünür. ASELSAN mütəxəssislərinin sözlərinə görə, xüsusi dizayn və innovativ texnologiyaların tətbiqi nəticəsində “Alkar”da təpmə qüvvəsinin minimallaşdırılmasına nail olunub. Zəif təpmə və kiçik qabaritləri AHS-81 sistemini 4x4 təkər formuluna malik müxtəlif zirehli və zirehsiz, o cümlədən pik-up nəqliyyat vasitələrinə qurmağa imkan verir. 81 mm-lik versiyada minaların silaha daxil edilməsi əllə, lülənin istiqamətlənməsi, yüksəlmə və enmə funksiyaları, xəritə üzərində hədəflərin müəyyənləşdirilməsi, koordinatların daxil edilməsi avtomatik şəkildə, kompüter üzərindən həyata keçirilir.
2019-cu ilin sonlarında Ukrayna Ordusunun silahlanmasına verilmiş “Bars8 MMK” mobil minaatan kompleksi “Boqdan” şirkətinin istehsalı olan 4x4 təkər formuluna malik “Bars-8” zirehli avtomobilin şassisində yerləşdirilib. Maşının yük bölməsində minaatanın açılıbyığılmasını təmin edən hidravlik mexanizm, sağ və sol yanlarda döyüş sursatları bölməsi, həmçinin hər iki bortda atəş-idarəetmə kompüteri mövcuddur. Xarici görünüş və iş prinsipinə görə İspaniyanın “Alakran” mobil minaatan kompleksinə bənzəyən “Bars-8 MMK” minaatanını döyüşə hazır vəziyyətə gətirmək üçün 30 saniyə, atışdan sonra yer dəyişməsi üçün 20 saniyə tələb olunur. İstəkdən asılı olaraq, kompleksdə yer alan 120 mm-lik minaatan 82 mm-lik minaatanla da əvəz edilə bilər. Bu zaman atış kompüterində proqram dəyişikliyinin edilməsinə ehtiyac yaranacaq. Minaatanın maşından endirilməsi, hədəfə istiqamətləndirilməsi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Kompleksin döyüş ehtiyatı 60 minadan (30+30) ibarətdir. “Bars-8 MMK” hədəfləri aşkarlamaq, avtomatlaşdırılmış rejimdə məlumatların qəbulu, ötürülməsi və emalına imkan verən, özündə lazer məsafəölçən, kommunikasiya modulu, GPS qəbuledici və proqram təminatını birləşdirilmiş müasir müşahidə sistemi həllinə sahibdir. Daşınan minaatanlar Əsasən xüsusi əməliyyatlarda istifadə üçün nəzərdə tutulan 60 mm-lik minaatanlarda çəkisinin və ölçülərin azaldılması, atış uzaqlığının artırılması diqqət yetirilən məsələlərdən biri kimi qarşıya qoyulur. Çexiyanın “MSM Group” şirkətinin VZ.99 ANTOS ultrayüngül minaatanı hazırda Çexiya, Polşa və
65
Almaniyanın “Rheinmetall Defense” şirkətinin artırılmış atış uzaqlığına malik RSG60 minaatanı. Foto: Rheinmetall
İordaniya xüsusi təyinatlılarının silahlanmasına daxildir. 2016-cı ildə Polşa “Grom” xüsusi təyinatlı taborunun silahlanması məqədi ilə Çexiyanın “MSM Group” şirkətindən 27 ədəd 60 mm VZ99 ANTOS ultrayüngül minaatan satın alıb. Minaatandan atəş həm ənənəvi qaydada – minanın lüləyə salınması, həm də korpusa bağlı tutacaqdakı qoruyucu dəstəyin işə salınması yolu ilə aparılır. ANTOS həm şaquli, həm də üfüqi müstəvidə atəş açmağa imkan verir. Minaatanın dəstəyi üzərində mavi mayeli taraz yerləşdirilib ki, bu da nişanalmanı və silahın tənzimlənməsini asanlaşdırır. İstehsalçı şirkət tərəfindən ANTOS-dan atışların aparılması üçün 60 mm çaplı müxtəlif təyinatlı sursatlar (standart, artırılmış güclü qəlpəfuqas, fosfor tərkibli tüstü, işıq və s.) hazırlanıb. Bütün minalar oxşar qabaritlərə və konstruksiyaya malikdir. İstehsalçı tərəfindən yaradılmış yeni paraşütlü işıq minası 250 min Kandelaya qədər işıqlandırmanı təmin edir. Ən güclü yüklə atış zamanı lülədə təzyiq 18 MPa-nı ötmür.
66 www.azeridefence.com
Gövdənin yüngülləşdirilməsi və təzyiqin azaldılması “Antos” minaatanlarının atış uzaqlığına təsir göstərib. Analoji minaatanlarda 1500-1700 metr təşkil edən atış uzaqlığının 1200 metrədək azalmasına səbəb olub. Polşanın “Zakłady Mechaniczne Tarnow S.A” (ZMT) şirkətinin 2018-ci ildə
bazara təqdim etdiyi LMP-2017 ultrayüngül minaatan müəssisənin LM60D yüngül minaatanın xüsusi təyinatlılar üçün nəzərdə tutulan versiyasıdır. Müəssisə rəsmilərinin “Azeri Defence” jurnalına verdikləri məlumata görə, görüş məsafəsindəki hədəfləri vurmaq üçün nəzərdə tutulan LMP-2017 minaatanı məsafəölçən və maye tarazla təchiz edilib və çevik əməliyyatlarda istifadə imkanları nəzərə alınıb. NATO-nun STANAG 4425.2 standart səviyyəsinə uyğun istehsal edilmiş minaatan 2018-ci ildən Polşa ordu xüsusi təyinatlılarının silahlanmasına daxildir. Dizayn və mövcud imkanlar baxımından ANTOS-a bənzəyən LMP-2017 minaatanı 60.4 mm NATO və 59.4 mm minalardan istifadə edilir. Bir nəfər tərəfindən daşına bilən minaatanın çəkisi 6.5 kq, atış məsafəsi 120-1300 metrdir. LMP-2017 minaatanı ilə dəqiqədə 25 atəş açmaq mümkündür. Avstriyanın “Hirtenberger Defense” şirkətinin xüsusi təyinatlılar üçün nəzərdə tutulan M6C – 640 Mk1 minaatanı 6.4 kq çəkiyə və 840 mm uzunluğa malikdir. Minaatanın gövdəsinə birləşmiş və atış zamanı saxlamaq üçün dəstək mövcuddur. Minaatanın qaz təzyiqi 30Mpa, atış məsafəsi 1384-1921 metr təşkil edir və sinfində ən uzun atış rekordunu özündə saxlayır. Hazırda Böyük Britaniya Ordusunun seçim üçün nəzərdən keçirdiyi “Hirtenberger” M6 (H)-640 konfiqurasiyası 550 bar maksimum qaz təzyiqi ilə məh dudlaşdırılıb. Ümumi çəkisi 18.6 kq təşkil edən M6(H)-640 minaatanın uzunluğu 722 mm, atış məsafəsi 1384-2872 metr arasında dəyişir.
Polşa Ordusunun “Grom” xüsusi təyinatlı taborunun döyüşçüləri LMP2017 ultrayüngül minaatanı ilə atəş açarkən. Foto: ZMT
“Hirtenberger” M6C – 640 Mk1 minaatanı xüsusi təyinatlıların vazkeçilməz silahları sırasında yer alır. Foto: Hirtenberger Defense
“Hirtenberger”in geniş yayılmış 81 mm-lik M8 minaatanının isə çəkisi 40.2 kq, maksimum atış mənzili 6669 metrdir. Minaaatan A06 optik nişangahla dəstləşdirilib. 100 Mpa təzyiqə sahib M8 minaatanlarının yüngül texnikalar üzərində istifadəsinə daha çox diqqqət yetirilir. 2016-cı ildə Litvanın “Ostara” şirkəti tərəfindən “MateQ” ATV nəqliyyat vasitələrinə inteqrasiya edilən 81 mmlik M8 minaatanı FAMOS-81 indeksi ilə istifadəçilərə təklif olunur. 2019-cu ilin may ayında Yeni Zelandiya Müdafiə Nazirliyi “Hirtenberger” şirkəti ilə 81 mm minaatanların alınmasına dair çox milyon dollarlıq müqavilə imzaladığını açıqlasa da, sifarişin sayı və məbləği barədə detallı informasiya verilməyib. “Rheinmetall Defence” şirkətinin sadə və asan atış sisteminə, yüngül çəkiyə, sürətli tətbiq imkanına və rahat erqonomikaya sahib RSG60 minaatanının baza variantı təxminən 2000 metr, lüləsi nisbətən (30 sm) uzun digər versiyası isə 3200 metr atış uzaqlığına malikdir. Təxminən 70 santimetr uzunluğunda olan lülə üzəri karbon lifi ilə örtülmüş poladdan, altlığı isə karbon lifli kompozit materialdan hazırlanıb. Ümumi çəkisi 15.8 kq təşkil edən minaatanı 30 saniyə ərzində altlıqdan ayıraraq “Komando” versiyasına çevirmək mümkündür. Bu halda çəkisi 6,8 kq təşkil edir.
Minaatanların perspektiv inkişafı planlarına uyğun olaraq RSG60-ın yaradılmasına 2017-ci ilin oktyabrında başlanılıb. Yaradılma zamanı çəkinin azaldılması, erqonomika və sürətli tətbiq imkanlarının yüksəldilməsinə diqqət yetirilib. ABŞ Ordusunun 2014-cü ildə elan etdiyi proqram çərçivəsində silahlanmadakı 81 mm-lik M252, 60 mm-lik M224 minatanlarının çəkisinin aşağı salınmasına diqqət yetirilir. Daxili hissələrin ixtisarı və yüngül məmulatlardan istifadə hesabına meydana çıxan M252A1 minaatanın çəkisi sələfi ilə müqayisədə 9.4 kq aşağı salınaraq 31.9 kiloqrama, M224 minaatanının çəkisi 16 kq-a endirilib. 2018-ci ilin ortalarında ABŞ Ordusu M252 minaatanlarını tam şəkildə M252A1 ilə əvəz etdiyini açıqlayıb. Minaatanlar modernləşmədən sonra yeni soyutma sisteminə və 4x böyütməyə malik nişangaha sahib olub. M252A1 minaatanının təkmilləş dirilməsi nəticəsində lüləsinin ağırlığı 15.6 kq-dan 13.7 kq-a, ayaqlar 12.2 kqdan 8.2 kq-a, dayaq pilitənin çəkisi 13.2 kq-dan 10 kq-a endirilib. ABŞ Ordusunun silahlanmasında yer alan 60 mm M224 LWCMS (Lightweight Company Mortar System) yüngül minaatanı 3500 metrədək atış uzaqlığına
malikdir. Minaatanın General Dynamics Ordnance and Tactical Systems (GDOTS) şirkəti tərəfindən istehsal edilən M224A1 versiyası baza versiyadan 20% daha yüngüldür. Elektronlaşma EXPAL şirkətinin GPS naviqasiyasının kəsildiyi mühitlərdə istifadə üçün hazırladığı E-COMPAX sistemi minaatanın istiqamətləndirilməsi üçün zəruri məlumatların hesablanmasını həyata keçirir. Sistem atəşə hazırlıq müddətini 30 saniyəyə, atəşdən sonrakı tənzimləmə müddətini isə 5 saniyədən az müddətə azaldır. Özündə hərəkətsiz qapalı elektron kompas, videokamera ilə birlikdə inersial AMENS giroskopları və akselerometrləri birləşdirən cihaz asan interfeysə və proqram təminatına malikdir. Minaatanın standart optik nişangahına bənzəyən E-COMPAX boruya standart montaj şinası vasitəsi ilə bərkidilir. Cihaz inersial sensorun texnologiyalarını optik görüntü izləmə ilə birləşdirərək keyfiyyətli və etibarlı 3DOF istiqaməti yaradır. E-COMPAX üçün yalnız kalibrləmə və kollimasiyaya ehtiyac duyulur. Sistem tək başına və ya FCS (Atış İdarəetmə Sistemi) ilə inteqrasiya edilərək istifadə oluna bilir. EXPAL-ın yeni M-COUNTER sensoru isə atəş tarixi, atəş sürəti və atılan minaların sayı daxil texniki xidmət üçün
67
EXPAL şirkətinin ECOMPAX sistemi minaatan üçün zəruri məlumatların hesablanmasını həyata keçirir, atəşə hazırlıq müddətini 30 saniyəyə, atəşdən sonrakı tənzimləmə müddətini isə 5 saniyədən az müddətə azaldır. Foto: EXPAL
məlumatları qeydə alaraq silaha texniki qulluq və digər məlumatları toplamaq üçün informasiyalar emal edir. Mütəxəssislərin fikrincə, komando tipli minaatanlar 1500 metrədək məsafədə düşmən hədəflərini məhv etmək üçün nəzərdə tutulsa da, tənzimləmələr əllə aparıldığından, döyüş zamanı psixoloji gərginlik, stres, yorulma və digər faktorlar atışın dəqiqliyinə təsir göstərir. Bu səbəbdən də elektronlaşdırılmış tənzimçilərə ehtiyac yaranır. “Hirtenberger” şirkətinin 60 mm çaplı yüngül minaatanlar üçün hazırladığı GRAM (Grid Aiming Mode) rəqəmsal cihazı bir neçə mövqe sensoru və hesablama qurğusunu simsiz interfeys vasitəsi ilə birləşdirilərək lülənin mövqeyini dəqiq müəyyənləşdirməyə imkan verir. Qeyd edək ki, 60 mm çaplı minaatanlardan istifadə zamanı atıcı bir qayda olaraq, düz görünüşdə hədəfi görməlidir. Lakin GRAM sistemi sığınacaqdan atəş açmağa icazə verir. Sistem GPS-siz də istifadə oluna və operativ idarə zamanı daha böyük şəbəkə ilə inteqrasiya oluna bilər. Sursatlar Minaatan komplekslərinin təkmilləşdirməsi ilə eyni zamanda korrektə edilən, yüksək dəqiqlikli minaların yaradılması istiqamətində işlər davam edir. Təxminən
68 www.azeridefence.com
7.5-17 km-dək mənzilə sahib olan 120 mm-lik bu minaların hədəfə yönlən dirilməsi GPS/INS naviqasiyalı və lazer təhriketmə hesabına həyata keçirilir. “General Dynamics Ordnance and Tactical Systems” (GDOTS) və “BAE Systems” şirkətlərinin birgə hazırladıqları 81 və 120 mm RCGM (Roll Controlled Guided Mortar) idarə olunan minaları GPS və M734A1 çoxrejimli partladıcılarla dəstləşdirilir. Minanın hədəfdən sapması 5 metrdən azdır. 2011-ci ildə Amerika Ordusunun APMI (Accelerated Precision Mortar Initiative) proqramı çərçivəsində “Orbital ATK” şirkəti tərəfindən hazrlanmış XM395 minaları EPIAFS (Enhanced Portable Inductive Artillery Fuze Setter) partladıcıları, ön hissədə hədəfə yönəlməyə imkan verən sükan, GPS naviqasiyası və M47 döyüş yükünə sahibdir. Minaların hədəfə yönləndirilməsi PGK (Precision Guidance Kit) dəsti vasitəsi ilə həyata keçirilir. XM395 minalarının atış uzaqlığı 7 km, maksimal uzaqlıqda dəqiqliyi 10 metrədəkdir. ABŞ Dəniz Piyada Qoşunlarının 120 mm PERM (Precision Extended Range Munition) artırılmış mənzilli və dəqiqlikli döyüş sursatının yaradılması və istehsalı proqramı üzrə hazırlanmış minaların mövcud susratlardan 8.1 km artıq – yəni 17 km uzaqlığa və 80% artıq dağıdıcı
gücə malikdir. Gələcəkdə bu minaların mənzilinin 20 km-ə çatdırılması planlaşdırılır. Hazırda sözügedən proqram üzrə 2 şirkət – “General Dynamics Ordnance and Tactical Systems” və ATK, həmçinin “Israel Military Industries” və fransız TDA firması ilə əməkdaşlıq çərçivəsində “Raytheon” şirkəti çalışır. 2013-cü ildə sınaqların birinci iki mərhələsini uğurla tamamlayan sursat 16 km uzaqlıqda hədəfi 5 metr fərqlə vura bilib. ABŞ Ordusunun 2015-ci ildə elan etdiyi yüksək dəqiqliyə malik minaatan mərmisinin (HEGM) yaradılması proqramının məqsədi GPS və yarıaktiv lazer başlığa malik sistemin bir araya gətirilməsi ilə atışın dəqiqliyini artırmaq, sapmanı 1 metrə endirmək, yerini dəyişən (hərəkətli) hədəfləri GPS siqnalının zəif olduğu yerlərdə vurmaqdır. Seriyalı istehsalına 2021-ci ildə başlanılması gözlənilən HEGM minalarından ilk mərhələdə ABŞ Ordusu 14000 ədəd almağı planlaşdırır. 2014-cü ilin fevralında İsrail ordusunda silahlanmaya qəbul edilmiş, “Israel Military Industries” (IMI) şirkətinin istehsalı olan GPS və lazer idarəetməli GMM120 minasının atış məsafəsi 7.2-9 km, dəqiqliyi minaatandan asılı olaraq 9 km məsafədə 0-10 metr, lazer idarəetməli modifikasiyada isə 1,5 metrdir. Sursatın hədəfə tuşlanması GPS/IMU/FCC Pure Heart idarəetmə naviqasiya bloku vasitəsi ilə müəyyən edilir. İsveçin “Saab Bofors Dynamics” şirkəti tərəfindən seriyalı istehsalına 2007-ci ildə başlanmış MAPAM (Mortar Anti Personnel Anti Material) minaları sinfində ən effektiv məhvetmə qabiliyyətinə malik sursatlardan hesab olunur. 81 mm MAPAM mərmisinin korpusu 2500 ədəd hazır polad qəlpə və polimer bağlayıcı maddə ilə doldurulub. Bu partlayış zamanı qəlpələrin eyni sürətlə səpələnməsinə gətirib çıxarır və məhvetmə qabiliyyətini yüksəldir. Partlayış zamanı mərminin xarici korpusu da əlavə olaraq 1000-ə yaxın qəlpə yayır. Mərminin atış uzaqlığı 5500 metrdir. “Saab” tərəfindən hazırlanmış artırılmış mənzilə sahib MAPAM 60 minası qabaritlərinə görə, sadə versiyadan bir qədər fərqlənir. Uzunluğu 328.5 mm, çəkisi partlayıcısız 1566 qram təşkil edən bu minaların atış məsafəsi 4500 metr olaraq göstərilir. Mina 254 qram ağırlığında PBXN-110, Comp B, FPX R1 M, FPX V40 partlayıcı atımlarla dəstləşdirilir. Son 7 ildə İsveçlə yanaşı Malayziya, Danimarka, Belçika və İspaniya MAPAM 60 sursatlarını əldə edib. AD