SƏRHƏD DSX dənizdə sərhəd mühafizəsini gücləndirir .......................4 MÜSAHİBƏ Bilal Haye: Müdafiə sahəsində əməkdaşlıq AzərbaycanPakistan əlaqələrinin əsas sütunudur ...................................8 TƏHSİL Vilayət Vəliyev: MSN-in tələbi ilə yaradılan ixtisaslar təkmilləşdirilir ........................................................10 “Microsoft”un sənaye sahəsindəki konsepsiyaları AzTU-da araşdırılacaq ............................................................10
4
ANALİZ Müharibədən sonra artilleriya silahlarının təkmilləşdirilməsinə baxış.....................................................12
8
10
SƏRGİ IDEF dünyanın aparıcı sərgiləri arasına daxil oldu .............22 PULS ASELSAN IDEF-2021-in ən böyük stendində yeni məhsullarla diqqət çəkdi........................................................24 TEXNOLOGİYA HAVELSAN yüksək texnologiyaları ilə IDEF-də güclü təəssürat yaratdı....................................................................26 VİSİON “Otokar” IDEF-2021-də yeni nəsil maşınlarını sərgilədi ....28 SƏNAYE FNSS-dən gələcəyin savaşları üçün yeni həllər ..................31 SƏRGİ “Nurol Makina” zirehli maşınlarına maraq çox böyükdür ...34 Bürhan Özgür: İŞBİR Azərbaycanla əlaqələrini gücləndirir .....37 ASFAT IDEF-2021 sərgisinə öz möhürünü vurdu................39
22
PULS MKE IDEF-2021-ə çeşidli yenilikləri ilə qatıldı ....................40 SİLAH SYS müdafiə sənayesindəki gücü ilə dünyanın ilk beşliyinə daxil oldu..................................................................43 TANITIM Türk müdafiə sənayesinin yeni şirkəti – “Özyurt Silah Sanayi” .....................................................................................44 VİSİON STM dəniz layihələrini və PUA sistermlərini ön plana çıxardı ...46 TANITIM DASAL çoxməqsədli taktiki PUA-larını nümayiş etdirib......48 AVİASİYA TUSAŞ-ın yerli məhsulları maraqla qarşılanıb .....................50 MÜSAHİBƏ Murat İkinci: “Roketsan Azərbaycanla əlavə satınalmalara dair danışıqlar aparır”....................................52 REGİON Region ölkələrinin müasir HHM və RƏM sistemlərinə baxış ...58
48
26 58
POLİQON (AZERI DEFENCE) jurnalının yaradıcısı mərhum
Rəşad SÜLEYMANOV
POLİQON Hərbitexnoloji jurnal İyul–Avqust–Sentyabr №04(54) 2021 Tel: (+994 77) 311-81-18 Email: poliqonjurnal@gmail.com azeridefence@gmail.com Web: www.poliqon.az www.azeridefence.com Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə indən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “POLİQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “ASPOİQRAF LTD” MMC mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır Format 60x901/8 . Sifariş 256.
Редактордан Dəyərli oxucu! Yeddinci dəfədir iştirak etdiyimiz IDEF sərgisi əvvəlki illərdəkindən və regiondakı digər bənzər sərgilərdən fərqli olaraq, Türkiyə şirkətlərinin böyük çoxluğu, müttəfiq NATO dövlətlərindən isə iştirakçı sayının minimuma enməsi ilə yadda qaldı deyə bilərik. Türkiyə ilə müştərək layihələri olan böyük şirkətlər isə kiçik stendlərlə gözə dəyirdilər. Bu da daha çox Türkiyənin özündə yerli istehsalçıların sayının artması, hətta türk şirkətlərinin dünya bazarlarında rəqabət aparacaq səviyyəyə yetişməsi ilə bağlanılır. Son bir neçə ildə istiləşən əlaqələrə baxmayaraq, Rusiyanın böyük müdafiə sənayesi müəssisələri sərgidə yalnız ziyarətçi qismində nəzərə çarpırdı. Ruslardan fərqli olaraq Ukraynanın IDEF-2021 sərgisində daha aktiv iştirakı diqqət cəlb etdi. IDEF-2021-də Ukraynanın 23 dövlət və özəl müdafiə sənayesi şirkəti məhsullarını nümayiş etdirdi. Qeyd edək ki, Ukrayna ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq son iki ildə daha da dinamik hala gəlib. Sərgi çərçivəsində Ukrayna ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair iki ölkə arasında bir sıra ikitərəfli sənədlər imzalandı. Sərgidə iştirak edən Türkiyə şirkətlərinə gəlincə, əvvəlki sərgilərdə də apardığımız müşahidələr əsasında bəzi nüansları qeyd etmək istərdim. Bunlardan birincisi, diqqətimizi çəkəni daha çox müdafiə sənayesinin aparıcı şirkətləri üçün komponentlər və müxtəlif detallar istehsal edən şirkətlərin sərgidə iştirakı idi. Əvvəlki sərgilərdə iştirak edən, stend açan bir çox şirkətlərin fəaliyyətini dayandırması və bununla yanaşı, yeni şirkətlərin fəaliyyətə başlaması müşahidə olundu. Sərgi iştirakçılarının sayına görə dünyada 32 müdafiə sənayesi sərgisi arasında üçüncü sırada yer alan IDEF-də Türkiyənin müdafiə sənayesinin bir sıra yeni məhsulları da sərgiləndi. Azərbaycanı IDEF sərgisində təmsil edən Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində digər illərdən fərqli olaraq bu il əsasən 44 günlük Vətən müharibəsində geniş istifadə olunan silahlar nümayiş etdirildi. Azərbaycan müdafiə sənayesi Vətən müharibəsinin müasir döyüş təcrübəsindən çıxış edərək bundan sonra atıcı silahlar və döyüş sursatları ilə yanaşı 2050-ci il və ondan sonrakı dövrü əhatə edəcək modern silahlar istehsal etməyi hədəfləyib. Artıq MSN-in müəssisələrində yeni silahların hazırlanmasına başlanılıb. İdarəolunan raketlər, bomba yönləndirmə dəstləri, radioelektron mübarizə sistemləri və s. məmulatlar bu istiqamətdə başlanğıc addım kimi dəyərləndirilə bilər. Qeyd olunan məhsulların yaradılmasında bir qədər geciksək də, ortada artıq real işlər, layihələr var və yaxın perspektivdə bu layihələrin tətbiqini də görəcəyik. MSN-in sərgilərlə bağlı siyasətində də yeniliklər etməsinə zərurət yaranıb. Artıq təcrübəli MSN region ölkələrin bənzər qurumları kimi tabeliyində olan dövlət müəssisələri ilə yanaşı, özəl sektor şirkətlərinin də sərgilərdə fəaliyyətini koordinasiya etməsi bir ehtiyaca çevrilib. Bununla MSN özəl şirkətlərə marketinq dəstəyi verməklə yanaşı, onların məhsullarının da MSN üzərindən ixracını həyata keçirə, özəl sektorun və yan sənayenin inkişafına öz töhfəsini verə bilər. Beləliklə, MSN Azərbaycanın imkanlarını daha mükəmməl şəkildə tanıda bilər.
Baş redaktor Zaur Babaşov Qapaq fotosu: “Roketsan” şirkətinin MAM-C, MAM-L və MAM-T sursatları Qiyməti: 6 manat
DSX dənizdə sərhəd mühafizəsini gücləndirir Rizvan Fikrətoğlu Azərbaycan Prezidenti İlham Əliyevin 11 sentyabr 2013cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı müha izəsi, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirləri davam etdirir.
DSXnin S 203 “Tufan” tipli sərhəd gözətçi gəmisi
4 www.poliqon.az
Sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərə indən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilmişdir. Taktiki təlimdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin müasir naviqasiya və radiotexniki avadanlıqlarla, silah sistemləri ilə təchiz edilmiş sərhəd gözətçi gəmiləri, DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopterləri, pilotsuz uçuş aparatları, kütləvi qırğın silahlarının və onların kompo nent lərinin aşkarlanması və müəyyənləşdirilməsi üzrə xüsusi avadanlıqlar, dəniz kampaniyasına yeni qəbul edilmiş müşahidə, aşkaretmə təyinatlı sualtı aparatlar, yerüstü və dəniz əməliyyat larında tətbiq üçün itisürətli amfibiya qayıqlar istifadə olunmuşdur. Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma
rayonlarının, platformaların, boru kəmərlərinin müha izəsi və müda iəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Müha izəsinin və Xüsusi Hava Əməliyyatları Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi, enerji infrastrukturlarının müha izəsi üzrə birgə sərhəd-axtarış əməliyyatlarının aparılması, enerji infrastrukturlarının müha izəsi zamanı suüstü və sualtı hədə lərin aşkarlanması və məhv еdilməsi, sahildə və dənizdə aşkarlanmış təxribat qruplarının zərərsizləşdirilməsi, saxlanılmış gəmiyə əsaslı baxışların keçirilməsi kimi təlim tapşırıqları icra olunmuşdur. Dövlət Sərhəd Xidməti Sahil Müha izəsinin sərhəd gözətçi gəmilərinin raket komplekslərindən, həmçinin zenit-artilleriya qurğularından dəniz və sahil hədə lərinə qarşı döyüş atışları həyata keçirilmiş, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi, kütləvi qırğın silahlarının komponentlərinin
müəyyənləşdirilməsi elementləri yüksək dəqiqliklə icra olunmuşdur. DSX-nin məlumatına görə, təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilmiş, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik etmiş, Xəzər dənizində dövlət sərhədinin etibarlı müha izəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin DSXnin əsas vəzifələrindən olduğunu vurğulamış, dənizdə sərhəd müha izə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar vermişdir. “Iguana” am ibiya katerləri taktiki təlimlərdə Dövlət Sərhəd Xidmətinin Xəzər dənizində keçirilən taktiki təlimləri zamanı ilk dəfə olaraq “Iguana” itisürətli am ibiya katerləri nümayiş etdirilmişdi.
5
yinə girir və enmə nöqtəsində qalmır. Bundan əlavə, am ibiya kateri yükləri çatdıra, yaralıları evakuasiya edə, həmçinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak edə bilər. “Iguana”nın dizaynı katerin ön tərə inə pulemyot quraşdırılmasına imkan verir. DSX ABŞdan mini sualtı qayıqlar alıb
Fransanın “Iguana Yachts” şirkətinin istehsalı olan yeni “Iguana Pro” am ibiya katerinin sahil müha izəsi, sərhəd nəzarəti, axtarış-xilasetmə və digər yüksəksürətli əməliyyatlarda istifadəsi nəzərdə tutulmuşdur. Suda və quruda hərəkət etmək qabiliyyəti olan kater quruda hərkət etməsi üçün xüsusi tırtıllarla təchiz edilmişdir. Xüsusi tırtıllar lazım olduqda katerə asanlıqla yerləşdirilə və su üzərində hərəkət edərkən sürət üçün gövdəsinə bükülə bilir. “Iguana” kateri sahilə çatdıqdan sonra 8 saniyədə, təqribən 7 km/saat sürətlə hərəkət edə bilən, tırtıllı quru nəqliyyatına çevrilir. Uzunluğu 10 metr təşkil edən “Iguana” katerinin suda sürəti 92 km/saatdır. Maksimum 1110 kiloqrama qədər yük götürmə imkanı olan am ibiya kater 350 Yuxarıda: DSXnin “Ocean Pearl” adlı mini sualtı qayığı. Aşağıda: “Iguana” itisürətli am ibiya katerləri.
6 www.poliqon.az
at gücündə iki mühərriklə təchiz olunub və 5 nəfər heyəti daşımaq qabiliyyətinə malikdir. “Iguana” tırtıl izləri olan dünyanın yeganə itisürətli kateri hesab olunur. Müasir texnologiya ilə təchiz edilmiş güc qurğusu həm səmərəli, həm də son dərəcə davamlı olması üçün xüsusi olaraq hazırlanmışdır. Hidravlik sistemi sadə mexanizmlərlə birlikdə uzun müddət istismar və asan təmir edilə bilir. Katerin dizaynı sərt hava və dənizdə yüksək dalğalı şəraitlərdə təhlükəsiz bir şəkildə hərəkət etməyə imkan verir. “Iguana” kateri yüksək sürət və manevr təmin edən şok təsirini azaltma quruluşu ilə dərin V formalı gövdə üzərində inşa edilib. Mütəxəssislərin ikrincə, “Iguana” düşmən ərazisində əməliyyatlar yerinə yetirən xüsusi bölmələr üçün idealdır. Məsələn, sahilə çıxdıqdan sonra kater, özünü gizlətmək üçün ərazinin dərinli-
DSX-nin taktiki təlimlərində ilk dəfə istifadə edilən DEEP-C “Ocean Pearl” adlı mini sualtı qayıq 330 metr dərinlikdə əməliyyat aparmaq imkanlarına malikdir. ABŞ-ın “SEAmagine Hydrospace” şirkətinin istehsalı olan “Ocean Pearl” sualtı qayığının uzunluğu 4.57 metr, kütləsi 3500-5000 kq, sürəti 3 knot təşkil edir. Heyəti iki nəfər olan “Ocean Pearl” qayığı uzaqdan idarə olunan mini ROV sistemi ilə komplektləşdirilmişdir. ROV qəza vəziyyətlərində onu təcili sualtı qayıqdan ayıra bilən jettison qurğusu ilə təchiz edilmişdir. Habelə, ROV özünü xilasetmə vəziyyətlərində istifadə etmək üçün kəsici alət ilə dəstləşdirilmişdir. İkinci bir qol ROV-a tutacaq barmaqlarla suda olan əşyaları tutmağa imkan verir. “Tether” idarəetmə kabeli sualtı qayığın arxa hissəsinə yerləşdirilmişdir və bölmənin coystik nəzarətçisi tərə indən idarə olunur. Xarici coystik idarəetmə sistemi, qayığı dayağa və ya dəstək gəmisinə bağlanana qədər ekipajın onu səthdə sürməsinə imkan verir. Bundan başqa, “Ocean Pearl” qayığına 360 dərəcə müstəvidə çəkilişlər apara bilən HD kamera sistemi quraşdırılmışdır. Video çəkilişləri bölmənin monitorunda göstərilir. HD kamera sistemi hər bir dalışı tam sənədləşdirə bilər. “Ocean Pearl” mini sualtı qayığı ilə əməliyyat müddəti altı saatdır. Qayığa quraşdırılan həyat dəstəyi sistemi, normal tənəffüs səviyyələri ilə hər zaman kabinə içərisində bir atmosfer təzyiqi saxlayan CO2 təmizləyiciləri olan yenidən nəfəs alma və O2 doldurulmasını ehtiva edir. Qayığın həyat dəstək sistemi və əsas sistemlərə qurulmuş 72 saatlıq ehtiyat imkanları var. Dalışlar arasında lotasiya hava balast sistemini doldurmaq üçün adi bir sualtı balon dəyişdirilir. 23 kVt gücündə mühərriklə təchiz olunan “Ocean Pearl” qayığı təhlükəsizlik sistemləri, üst dəstək avadanlıqları, o cümlədən simsiz sualtı rabitə sistemi, dalğıc GPS izləmə sistemi və sonar sistemi ilə komplektləşdirilib. PQ
Bilal Haye: Müdafiə sahəsində əməkdaşlıq AzərbaycanPakistan əlaqələrinin əsas sütunudur Zaur Babaşov Azərbaycan və Pakistan əlaqələri, o cümlədən ikitərə li hərbi və hərbi texniki əməkdaşlıq son illər yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunur. İki ölkənin hərbi sahədə əməkdaş lığının key iyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş poten sial mövcuddur. Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli sə iri cənab Bilal Haye ilə müsahibəmizdə iki ölkə arasında müda iə və müda iə sənayesi sahələrində əməkdaşlıq imkanlarına nəzər sal mağa çalışdıq. Poliqon: Cənab səfir, ilk növbədə oxucularımıza Azərbaycanla Pakis tan arasındakı əlaqələr barədə mə lumat verməyinizi istərdik. Bilal Haye: Pakistan və Azərbaycan ümumi maraqlara, o cümlədən dini, tarixi-mədəni dəyərlərə əsaslanan ikitərəfli yüksək əlaqələrə malikdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, sonra diplomatik münasibətlər quran ilk ölkələrdən biridir. Gələn ilin iyun ayında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu gün bu əlaqə daha möhkəm, çoxölçülü və davamlı yüksələn xətt üzrə hərəkət edir. Hər iki tərəfdən prioritetlər arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və mədəni münasibətlərin gücləndirilməsi var. Təhsil, səhiyyə və idman sahələrində əməkdaşlığın genişləndirilməsinə də qarşılıqlı maraq var. Müvafiq ölkələri ziyarət edən parlament nümayəndə heyətləri də daxil olmaqla tez-tez yüksək səviyyəli görüşmələr ke-
8 www.poliqon.az
çirilir. Yaxın gələcəkdə iki ölkə arasında birbaşa aviauçuşların başlaması ikitərəfli ticarətin və turizmin daha da inkişaf etdirilməsinə kömək edəcək. Poliqon: Azərbaycan ilə Pakistan arasında hərbi, hərbitexniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlı ğın mövcud vəziyyəti və perspek tivləri haqqında nə deyə bilərsiniz? Bilal Haye: Müdafiə və hərbi sahədə əməkdaşlıq bu əlaqələrin güclü və dinamik sütunu olmuşdur. Hər iki ölkə arasında 2015-ci ildə imzalanmış Strateji Əməkdaşlıq Sazişi də daxil olmaqla bir sıra Müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə və sazişlər imzalanmışdır. Hərbi təlim, hərbçi mübadiləsi, birgə təlimlər və ikitərəfli təlimlərin istifadəsi kimi müxtəlif sahələri əhatə edən digər memorandum və sazişlər mövcuddur. Bu əməkdaşlıqlar nəinki iki ölkənin müvafiq qüvvələrinin potensialının artırılmasına kömək edir, həm
də bu səmimi əlaqəni daha da gücləndirmək üçün qarşılıqlı inamı və qardaşlığı artırır. Poliqon: Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığı geniş ləndirmək və tərəfdaşlığı güclən dirmək üçün hansı addımlar atılır? Bilal Haye: Pakistan xüsusilə müdafiə və hərbi əməkdaşlıq sahəsində Azərbaycanla əlaqələrinə üstünlük verir. Yeni azad edilmiş ərazilərdən minaların təmizlənməsi ilə bağlı Azərbaycanın qarşısında duran mühüm vəzifəni nəzərə alan Pakistan, qardaş Azərbaycan xalqına texniki və kadr yardımı təklif etmişdir. Poliqon: Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının “Üç qardaş2021” birgə təlimi başlamış dır. Bununla bağlı fikirlərinizi öyrən mək istərdik. Bilal Haye: Hamımız, bir neçə vaxtdı üç qardaş ölkənin xüsusi təyinatlılarının birgə təlimlərə başlayacağı münasib günü gözləyirdik. Bu üçtərəfli təlim Xarici İşlər və Müdafiə Nazirlikləri, Parlamentlər və digər qurumlar da daxil olmaqla davam edən üçtərəfli əməkdaşlığın bir hissəsidir. Əminəm ki, bu təlimlər üç ölkənin qüvvələrini ümumi təcrübə, peşəkarlıq və hərbi taktikadan ümumi mənfəət naminə öyrənməyə
daha da yaxınlaşdırmağa kömək edəcək. Üç ölkədən olan iştirakçılara ən xoş arzularımı çatdırıram. Poliqon: Azərbaycan və Pakis tanın müdafiə sənayesi sahəsində mövcud əlaqələri və gələcək planları haqqında nə deyə bilərsiniz? Bu planlara müdafiə sənayesində birgə müəssisələr qurmaq daxildirmi? Bilal Haye: Daha əvvəl də qeyd etdiyim kimi, müdafiə və ordu sahələrində əməkdaşlıq əlaqələrimizin ən möhkəm və əsas sütunu olmuşdur. Bu əlaqələri daha da genişləndirmək və şaxələndirmək lazımdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq və qabaqcıl platformaların hazırlanması üçün ortaq bir müəssisənin araşdırılması həmişə masada bir seçimdir. 44 günlük Vətən müharibəsində müasir müharibənin uğurla həyata keçirilməsi ilə qabaqcıl müdafiə və hücum platformalarının inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Həm Pakistanın, həm də Azərbaycanın bu sektorlarda ortaq müəssisələr vasitəsilə qarşılıqlı fayda üçün istifadə edilə bilən öz iş sahələri var. Əminəm ki, müvafiq orqanlarımız müdafiə qabiliyyətimizin gücləndirilməsi və təkmilləşdirilməsi üçün bütün imkanları araşdıracaqlar. Poliqon: Azərbaycan Pakistandan hərbi məhsullar alır, bunun davamı olaraq JF17 qırıcı təyyarələrinin ixrac potensialı varmı?
Bilal Haye: Azərbaycan Pakistandan təlim təyyarələri də daxil olmaqla müxtəlif növ hərbi məhsullar alır. Müasir döyüşlərdə hava gücünə güvəndiyimizi nəzərə alsaq, düşünürəm ki, Pakistanın JF-17 döyüş təyyarəsi, əlbəttə ki, Azərbaycanın düşünməli olduğu cəlbedici bir platformadır. JF-17 döyüş təyyarəsinin yeni hazırlanmış “Blok 3” modifikasiyası, digər 4-cü nəsil platformalar ilə yüksək rəqabətə davamlı avionika da daxil olmaqla zəruri avadanlıqlarla
təchiz edilmişdir. Düşünürəm ki, Azərbaycan Hərbi Hava Qüvvələrində JF-17 təyyarəsinin olmasının ən vacib tərəfi, bu platormanın çatdırılmasından sonra əngəlsiz və etibarlı istismarı və texniki xidməti olardı. Poliqon: Cənab səfir, dəyərli vax tınızı ayırıb Poliqon jurnalının sual larını cavablandırdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Bilal Haye: Çox sağ olun.
Pakistanın JF17 döyüş təyyarəsi
9
Vilayət Vəliyev: MSNin tələbi ilə yaradılan ixtisaslar təkmilləşdirilir
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev iyul ayının 22-də milli mətbuatın yaranmasının 146 illiyi münasibətilə KİV nümayəndələri ilə onlayn görüş keçirib. Görüşdə son bir il ərzində AzTU-da görülən işlərdən danışılıb, eyni zamanda qarşıda həyata keçiriləcək yeniliklər barədə məlumat verilib. Bildirilib ki, AzTU-nun qısa zamanda regionun ən qabaqcıl universitetlərindən birinə çevrilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Rektor Vilayət Vəliyev bildirib ki, Azərbaycan Texniki Universitetinin müdafiə sənayesi sahəsində gördüyü işlər çoxdur. Universitetə gələn qonaqların bir qismi bilavasitə müdafiə sənayesi ilə bağlı, araşdırmalarla əlaqədar gəlirlər.
“Biz müdafiə sənayesi sahəsinə də çox dərin fikir veririk. Əslində reallıqda universitetimizdə həyata keçirilən layihələrin mərkəzində müdafiə sənayesinin imkanlarının artırılması durur. Nazirlər Kabinetinin qərarı ilə AzTU-nun nəzdində müdafiə sənayesi ilə bağlı Xüsusi texnika və texnologiya fakültəsi yaradılıb. Xüsusi texnika və texnologiya fakültəsində müdafiə sənayesinin möhkəmləndirilməsi ilə bağlı işlər görülüb, planlar hazırlanıb. Ötən son iki ildə Xüsusi texnika və texnologiya fakültəsi tamamən yenidən qurulub. Orda 3 kafedra açılıb – biri əvvəldən var idi, o möhkəmləndirilib, ikisi yeni açılıb. Hazırda sözügedən fakültədə Xüsusi texnologiyalar və avadanlıqlar, Radioelektron və aerokosmik sistemlər, Xüsusi təyinatlı materiallar və vasitələr kafedrası fəaliyyət göstərir. Fakültədə beş ixtisas var və hazırda kafedraların kompakt olaraq bir yerdə fəaliyyəti ilə bağlı işlər görürük, artıq kafedralar formalaşır”, – deyə AzTU-nun rektoru vurğulayıb. Rektor Vilayət Vəliyev bildirib ki, digər bir tərəfdən Müdafiə Sənayesi Nazirliyi üçün Universitetdə xüsusi bir yer ayırılıb. Hazırda orda laboratoriyalar və emalatxanalar formalaşır. Bu laboratoriya və emalatxanalar ümumi məqsədlər üçün fəaliyyət göstərəcək. Əsas hədəf ondan ibarətdir ki, Müdafiə Sənayesi Nazirliyinə
“Microsoft”un sənaye sahəsindəki konsepsiyaları AzTUda araşdırılacaq Sentyabr ayının 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov və baş meneceri Qaçay Mirzəyevlə görüşüb. Görüşdə AzTU-nun prorektorları və digər rəsmi şəxsləri də iştirak edib. Rektor AzTU-da görülən işlər barədə qonaqlara məlumat verib. Bildirib ki, hazırda universitetdə digər sahələr kimi, kibertəhlükəsizlik, süni intellekt və robototexnika istiqamətində də kadr hazırlığına xüsusi diqqət yetirilir. Bu istiqamətdə “Microsoft Azərbaycan”ın AzTU ilə əməkdaşlığa başlaması təqdirəlayiq addım hesab olunur. “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov təhsildə rəqəmsal transformasiya,
10 www.poliqon.az
şirkətin mövcud bulud sistemləri, süni intellekt və digər məsələlər barədə məlumat verib, eyni zamanda bununla bağlı təcrübəsini bölüşüb. O, bildirib ki, ilkin olaraq tələbələrin “Microsoft Imagine
aid olan ixtisasların tədris və tədqiqat mərkəzlərinin bir qismi MSN-in zavodlarında, fabriklərində açılsın. “Bundan başqa MSN-in “Şərq” İstehsa lat Birliyinin “İqlim” elm-istehsalat müəssisəsində Azərbaycan Texniki Universitetinin Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı açılıb. Məqsəd bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsini təmin etməkdən ibarətdir. Artıq bu tipli kafedralarımız çoxalıb. Eyni zamanda kimya istiqamətində, partlayıcı maddələrlə bağlı, optotexnika, silah sistemləri ilə bağlı, o cümlədən süni intellekt, kibertəhlükəsizliklə bağlı orda bizim çox ciddi imkanlarımız formalaşıb. Eyni zamanda bu istiqamətdə Türkiyə ilə ciddi planlarımız var. Tədrisin keyfiyyəti, məzmunu ilə bağlı ciddi imkanları ortaya qoyuruq. Həmçinin Universitetin nəzdində yaradılan müdafiə şurası xüsusi sistemlərlə bağlı, doktorantura tələbələrin hazırlanması ilə bağlı fəaliyyət göstərir. Bu kompleks bilavasitə Müdafiə Sənayesi Nazirliyinin tələbi ilə yaradılan ixtisasların təkmil ləş məsinə xidmət edir”, – deyə AzTU-nun rektoru vurğulayıb.
Cup” müsabiqəsinə cəlb olunması müsbət addım olar. Bundan başqa, AzTU-nun “Data Science” sahəsində yüksəkixtisaslı kadr hazırlaması da müzakirə olunub. Qeyd olunub ki, “Microsoft”un sənaye sahəsində mövcud konsepsiyaları AzTU-da araşdırılacaq. O da vurğulanıb ki, AzTU “Microsoft”un onlayn təhsil platformalarından istifadəni davam etdirəcək.
ADVENT CMS ÔĎœij΄kĥƊijʼn΄$ŦƼƣƏ΄UĈåƂĥĎƖőĥ΄ ¢ijƊƖĎőij ¯åőåőijʼnĥ΄ijœƖĎƁƂåƊijƼå΄ŜʼnƞœőƞƏ΄ĄŜƻƊåƼʼnĴ΄ IJĥĀĥņĥ΄ijʼnĥ΄ijƏʼnĥőĥ΄ƁåĀijʼnijƼƼĥƖij åƂƏĴʼnĴƁʼnĴ΄ĦĥåʼnijƼƼĥƖijœ΄åƂƖĴƂĴʼnőåƊĴͤ
$ŦƼƣƏ΄ƊijƊƖĎőʼnĥƂijœĥ΄œĥdžåƂĥƖ Ƶĥ΄ijĈåƂĥĎƖőĥͤ iŦƵāƣĈ΄ƵĥdžijƼƼĥƖ΄ƣdžƂĥ΄őĥʼnƞőåƖʼnĴʼnĴĨĴœ ƼƣņƊĥʼnĈijʼnőĥƊijͤ ¢ijʼnåĮ΄Ƶĥ΄ƊĎœƊŜƂ΄ƊijƊƖĎőʼnĥƂijœijœ΄ŜſƖijőåʼn΄Ƶĥ΄ ĎǖĎņƖijƵ΄ijƊƖijĦåĈĥƊijͤ
ʼnåœʼnåƏĈĴƂőå͚΄ijāƂå΄Ƶĥ΄ƁĥƂåƂƵĎƂőĥ΄ ĈĥƊƖĥƼij΄ƖĥőijœĎƖőĥͤ UƊƖĥœijʼnĥœ΄ſʼnåƖĦŜƂőåƼå΄ƞƼĨƞœʼnåƏĈĴƂĴʼnå΄ Āijʼnĥœ΄őijƁƼåƊʼnĴ΄Ƶĥ΄őŜĈƞʼn΄ƊijƊƖĎőij
HAVELSAN MOUT §ĥĮĥƂ΄őƣĮijƖijœĈĥ΄ĮĥƂĀij΄ĥőĥʼnijƼƼåƖ $ĎƖåʼnʼnĴ΄ƏĥņijʼnĈĥ΄ĈijdžåƼœ΄ŜʼnƞœƞĀ΄Ƶĥ΄ƏĥĮĥƂ΄ ĥƖƂåĦĴœĴœ΄őƣƂĥņņĥĀ΄Ƶĥ΄ħŦdžʼnĥœijʼnőĥdž΄őƣĮijƖijœij΄ ƖĥƁĈijő΄ĎĈijƂ͟΄ ƞ͚΄ņŜőåœĈijƂijœ΄Ƶĥ΄ĥƊħĥƂijœ΄ ĀåāåƂĴƁʼnåƂĴœĴ΄åƂƖĴƂĴƂ΄Ƶĥ΄ĥƖƂåĦ΄őƣĮijƖĈĥ΄ĄĥƖijœ΄ ƏĥĮĥƂ΄ĈŦƼƣƏʼnĥƂMRĈĥ΄ƂĎĦʼnĎņƊʼnĥƂij΄ ƖĥņőijʼnʼnĥƏĈijƂőĥƼĥ΄ijőņåœ΄ƼåƂåĈĴƂ͟
HAVELSAN DOOB ijƂħĥ΄_ŜőåœĈåœʼnĴƁ΄Ƶĥ΄ UĈåƂĥĎƖőĥ΄UœĦŜƂőåƊijƼå ¢ijƊƖĎőij ¢ƖƂåƖĎŃij͚΄tſĎƂåƖijƵ΄Ƶĥ΄ ¯åņƖijņij΄ijĈåƂĥĎƖőĥ ƊĥƵijƼƼĥʼnĥƂij΄ƣĄƣœ ̈΄ƻƣƊƞƊij΄Įĥʼnʼn
havelsan_resmi
DOOB-HEADQUARTER
DOOB-TACTICAL
DOOB-MOBILE
¢ƖƂåƖĎŃij͚΄tſĎƂåƖijƵ΄ƊĥƵijƼƼĥƊij͙ ƼƣņƊĥņ΄ƞƼĨƞœʼnƞƁ΄ ƁåĀijʼnijƼƼĥƖijœĥ΄ƊåĮijĀ΄k ¯t΄ ƊƖåœĈåƂƖʼnåƂĴœå΄āåƵåĀ΄ƵĎƂĥœ΄ ƂijƁåĈå΄Ƶĥ΄ƼƞƻåƂĴ΄ƊĥƵijƼƼĥʼnij΄ ijƂħĥ΄_ŜőåœĈåœʼnĴƁ Ƶĥ΄UĈåƂĥĎƖőĥ΄¢ijƊƖĎőij͟
¯åņƖijņij΄ƊĥƵijƼƼĥƊij͙ ħĎœijƏʼnĥœĥœ΄ſƂŜƁƂåő΄ åƂƻijƖĎņƖƞƂåƊĴ΄ƣdžĥƂijœĈĥ΄ ƁƞƂƞʼnƞƂ΄Ƶĥ΄džijƂĎĮʼnij åƵƖŜőŜĀijʼnʼnĥƂĈĥņij΄ ƊijƊƖĎőʼnĥƂʼnĥ΄åƊåœʼnĴƁʼnå΄ ijœƖĎƁƂåƊijƼå΄Ŝʼnƞœå΄ĀijʼnĥƂ͟
¯åņƖijņij΄ƊĥƵijƼƼĥƊij͙΄ ¢ĥĮƂå΄ƏĥƂåijƖʼnĥƂĈĥ΄ſijƼåĈå΄ ĥƊħĥƂʼnĥƂ΄ƣĄƣœ΄ĮådžĴƂʼnåœőĴƏ΄ ņƂijƖijņ΄ijĈåƂĥĎƖőĥ΄Ƶĥ΄ƂåĀijƖĥ΄ őŜĀijʼn΄ƖĥƖĀijƁij͟
HAVELSANResmi
Havelsan
Havelsan
www.havelsan.com
Müharibədən sonra artilleriya silahlarının təkmilləşdirilməsinə baxış Əhəd Əzizov Hər bir müharibənin nəticələri silahlanmadakı silah və texnika nümunələrinin xüsusiyyətlərinin yenidən nəzərdən keçirilməsini və onların döyüş tətbiqinin effektivliyinə xüsusi diqqət yetirilməsni tələb edir. Azərbaycan Respublikasının erməni qəsbkarlarına qarşı 2020ci ilin sentyabrnoyabr aylarında apardığı 44 günlük Vətən müharibəsi də Azərbaycan Ordusu daxil olmaqla bir çox dünya ordularında böyük təhlil edilmiş və əldə edilmiş nəticələr əsasında həm ordunun strukturunun, həm də silahlanmadakı silah və texnika nümunələrinin təkmil ləşdirilməsi üçün müvafiq qərarların qəbul edilməsinə vəsilə olmuşdur. İstənilən silah nümunəsinin təkmilləşdirilməsinin əsas məqsədi, yeni nəsil silah sistemləri silahlanmaya qəbul edilənədək mövcud nümunələrin müasir döyüşün tələblərinə cavab verən döyüş xüsusiyyətlərini artırmaq, onların xidmət müddətini uzatmaq və döyüş tətbiqi şəraitini genişləndirməkdir. Artıq dünyanın silah istehsalı üzrə aparıcı ölkələrinin hərbi mütəxəssisləri də hesab edirlər ki, yeni silah nümunələrinin yaradılması ilə yanaşı, mövcud olanların təkmilləşdirilməsi daima həyata keçirilməlidir. Bu səbəbdən də artıq ABŞ, Rusiya, Türkiyə daxil olmaqla bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ-nin dağılması ilə müstəqillik əldə etmiş bəzi respublikalarda uzun müddət istismarda olan, müasir tələblərə cavab verməyən silah və döyüş texnikası nümunələrinin təkmilləşdirilməsi həyata keçirilir. Təkmilləşdirmə digər silah və hərbi texnika nümunələri ilə yanaşı, artilleriya sistemlərini də əhatə edir. Bununla əlaqədar olaraq, köhnə silah sistemlərinin müasirləşdirilməsi, yeniləşdirilməsi, təkmilləşdirilməsi və yaxşılaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış
müvafiq konstruktor-layihələndirmə işləri yerinə yetirilir. Bu zaman müasir təhdidlər nəzərə alınaraq, əsas diqqət sistemin atəş məsafəsinin artırılmasına və dəqiqliyinin yüksəldilməsinə yönəldilir. Əlavə olaraq hərəkətli nümunələrin şassisinin dəyişdirilməsi, atəşi idarəetmə vasitələrinin yeni elektron avadanlıq və element bazasının tətbiqi, həmçinin alınan məlumatların rəqəmsal işlənilməsi hesabına müasirləşdirilməsi məqsədi ilə həyata keçirilir. Bu məqalədə bəzi artilleriya sistemləri ilə yanaşı, əsasən XX əsrin 60-80-ci illərində keçmiş SSRİ-də istehsal olunmuş, artıq özünün istismar resurslarını başa vurmuş, lakin Azərbaycan Ordusu da daxil olmaqla bir çox ölkələrin ordularının silahlanmasında duran, reaktiv və lüləli özüyeriyən, tank əleyhinə raket kompleksi kimi müxtəlif təyinatlı üç artilleriya sisteminin təkmilləşdirilməsi konsepsiyasına baxılır. Qeyd edək ki, “Poliqon” hərbi texnoloji jurnalının 2021-ci il 01 (51) yanvarfevral nömrəsində “Lüləli artilleriya silahları üçün idarə olunan döyüş sursatları” başlıqlı
məqalədə 122 mm-lik D-30 və 2S1 “Qvozdika”, 152 mm-lik D-20, ML-20, 2A65 “Msta-B”, 2S3M “Akatsiya”, 2S19 “Msta-S” və 155 mm-lik NATO 2С19М1-155 kimi artilleriya sistemlərinin atəş dəqiqliyinin yüksəldilməsi üçün istifadə edilən idarə olunan döyüş sursatları və silah kompleksləri haqqında ətraflı məlumat verildiyi üçün bu materialda həmin sistemlərin təkmilləşdirilməsi suallarına diqqət yetirilməyib. Rusiyada dünyanın ən güclü artilleriya komplekslərindən olan özüyeriyən 203 mm-lik 2S7M “Malka” topunun və 240 mm-lik 2S4 “Tülpan” minaatanının təkmilləşdirilməsi üzərində işlər yerinə yetirilib. Belə ki, mütəxəssislər sözügedən döyüş texnikalarının rabitə avadanlıqlarını, müşahidə cihazlarını və digər elementlərini yeniləyiblər. Təkmilləşdirmə zamanı 2S7M “Malka” ÖAQ sürətlər qutusu, paylama mexanizmləri və enerji təchizatı blokları dəyişdirilib, müşahidə cihazları, daxili rabitə avadanlıqları və radiostansiyası yenilənib. Nüvə əleyhinə müdafiə sisteminin cihaz kompleksi əsaslı təmir olunub. 2S7M “Malka” özüyeriyən top Sovet istehsalı 203 mm-lik 2S7 “Pion” topunun təkmilləşdirilmiş versiyasıdır. Top 47 kilometrə qədər məsafədə taktiki dərinlikdə yerləşən düşmənin arxa cəbhəsinin susdurulması, xüsusi vacib obyektlərin və nüvə hücum vasitələrinin məhv edilməsi üçün təyin edilib. Top qəlpəli-fuqas mərmilərlə və aktiv-reaktiv döyüş sursatları ilə atəş apara bilir. Bunlarla yanaşı, silahın əsas
Azərbaycan Ordusunun “Qrad” YARSları hərbi paraddan keçid edərkən.
üstünlüyü betondələn və kimyəvi mərmilərindən, həmçinin nüvə atımlı xüsusi döyüş sursatlarından istifadə etmək qabiliyyətidir. Təkmilləşdirilmiş 2S4 “Tülpan” minaatanları isə vahid taktiki zəncir sistemində işləməyə imkan verəcək yeni rabitə sistemləri və radiostansiyalarla, yeni müşahidə cihazları, xarici rabitə aparatları və nüvə əleyhinə müdafiə sisteminin cihaz kompleksi ilə təchiz edilib. Bundan başqa əlavə silahlar da quraşdırılıb. 2S4 “Tülpan” ÖAQ Sovet artilleriyasının 240 mm çaplı özüyeriyən minaatanıdır. O, möhkəmləndirilmiş binaları, düşmənin şəxsi heyətini və silahlarını məhv etmək üçün təyin edilib. ABŞ-ın ERCA uzun mənzilli lüləli artilleriya layihəsinin icra müddətində M109 özüyeriyən artilleriya qurğularının və M777 yedəyə alınan haubitsaların atış mənzilinin artırılması, yeni döyüş sursatlarının tətbiqi və əsas silahların dərin təkmilləşdirilməsi planlaşdırılıb. 155 mm-lik haubitsa ilə silahlandırılmış M109 ÖAQ-ın sonuncu versiyası, M109A6 “Paladin” sisteminin bazasında təkmilləşdirmə üsulu ilə yaradılmış М109А7 artilleriya qurğusudur. Təkmilləşdirilmiş ÖAQ rəqəmsal atəşi idarəetmə sistemi və təkmilləşdirilmiş yarımavtomatik doldurma sistemi ilə təchiz edilib. Silahın hidravlik idarəetmə sistemləri elektrik ötürücüləri ilə əvəz edilib ki, bu da sursatın daşınan döyüş dəstini artırmağa imkan verib. Əsas silahı M182A1 dəzgahında quraşdırılmış 155 mm-lik M284 haubitsasıdır.
Qəbul edilərək icra olunan ERCA proqramı üzrə yaradılan M1299 ÖAQ isə, 9,1 m uzunluğundakı daha uzun lüləli XM907 haubitsasından və doldurma avtomatından ibarət inkişaf etmiş silah sisteminin inteqrasiya edildiyi M109A7 “Paladin” şassisinə əsaslanır. Doldurma avtomatının konveyeri 23 dəst atəş yığımının saxlanmasını təmin edir. Yeni artilleriya sistemində XM1113 aktiv-reaktiv mərmi və atış məsafəsini 38 km-dən 70 km-dən çox artıracaq M1299 haubitsası kimi ən azı iki qabaqcıl texnologiya tətbiq edilib. Hazırda daha təkmil və yüksək atış templi ERCA M1299E1 ÖAQ hazırlanması istiqamətində işlər yerinə yetirilir. ERCA proqramı çərçivəsində təkmilləşdirilən digər bir artilleriya sistemi isə 155 mm çaplı M777 yedəyə alınan haubitsanın M777A2 modelidir. M777A2 haubitsası 5,08 m uzunluğunda lülə, optik atəşi idarəetmə, enerji mənbəyi, GPS sistemi,
inersial naviqasiya, radioqəbuledici, displey, yenilənmiş proqram təminatı ilə təchiz edilib. Təkmilləşdirmə nəticəsində M777A2 “Excalibur” sursatından istifadə edə bilir. Təkmilləşdirmə, XM1113 aktivreaktiv mərmisini və XM654 atımını, avtomatik doldurucunu və yeni atəşi idarəetmə sistemini də əhatə edir. Təkmilləşdirmə nəticəsində maksimal atəş məsafəsi 40 km-dən 70 km-ə qədər artıb. Artilleriya sistemlərinin təkmilləşdirməsi istiqamətində digər bir layihə isə Çex Respublikasının “Excalibur Army” şirkətinin istehsalı olan 152 mm-lik “ShKH vz. 77 Dana” ÖAQ-ın sonuncu təkmilləşdirilmiş variantı olan 155 mm çaplı “Dita” artilleriya qurğusudur. “Dita” ÖAQ, 152 mm-lik “Dana” ÖAQ-ın son “Dana-M1M” Yuxarıda: Rusiyanın 203 mmlik 2S7M “Malka” özüyeriyən topu. Aşağıda: ABŞın M109A6 “Paladin” artilleriya qurğusu
artilleriya bölmələrinin manevr qabiliyyəti və döyüş tapşırıqlarını yerinə yetirmək imkanları yüksələcək, eləcə də silah sistemlərinin atəş gücü, məsafəsi, dəqiqliyi və xidmət müddəti artacaq.
modifikasiyasının əsasında yaradılmışdır, lakin bir sıra əhəmiyyətli fərqlərə malikdir. Belə ki, “Dita” ÖAQ-ın artilleriya modulu tamamilə avtonomdur və mütəxəssislərin fikrincə, müxtəlif növ şassilərə quraşdırıla bilər. Bundan başqa, “Dita” tam avtomatlaşdırılıb, avtomatik doldurma və atəşi idarəetmə sistemləri sayəsində heyət azaldılıb. Artilleriya qurğusunun idarə olunması kabinadan yerinə yetirilir. Yeni qurğu 155 mm çaplı və 45 çap uzunluğundakı NATO standartlı haubitsa ilə təchiz edilib. Maksimal atəş məsafəsi 39 km-ə bərabərdir. Atış tempi dəqiqədə 6 atəş, daşınan döyüş sursatı isə 40 atəş yığımı təşkil edir. “Dita” ÖAQ yaradılması zamanı kifayət qədər yüksək keçidlik qabiliyyəti ilə tanınan 8x8 təkər formullu “Tatra” avtomobilinin xüsusi şassisindən istifadə olunub. Sovet istehsalı yedəyə alınan 130 mmlik M-46 topu Hindistanda uğurla təkmilləşdirilib və “Sharang” adı ilə ordunun silahlanmasına qəbul edilib. İşlər tamamilə yerli müəssisələr tərəfindən həyata keçirilib. Yerinə yetirilən təkmilləşdirmə işləri 130 mm-lik topun 45 çap uzunluğundakı 155 mm-lik yeni topla əvəz edilməsindən ibarətdir. Bundan başqa, təkmilləşdirilmə zamanı topun dəstinə müasir nişangahlar və doldurma mexanizmi də tətbiq edilib. Həmçinin atəş dəqiqliyinin yüksəldilməsi məqsədi ilə müasir atəşi idarəetmə sistemi quraşdırılıb. Yeni topun maksimal atəş məsafəsi 27490 metrdən 39000 metrə qədər artıb. Uzun dövr ərzində aparılmış təhlillər nəticəsində məlum olub ki, dünyanın bir çox ölkəsində keçmiş SSRİ müdafiə sənayesi müəssisələri tərəfindən istehsal edilmiş çoxsaylı artilleriya sistemləri ilə yanaşı, 122 mm-lik 9K51 “Qrad” yaylım atəşli reaktiv sistemlərin (YARS), 120 mm-lik 2S9 “Nona-S” özüyeriyən artilleriya qurğularının və 9K114 “Şturm-S” tank əleyhinə idarə olunan raket komplekslərinin (TƏİRK) də istismarı davam edir və
14 www.poliqon.az
122 mmlik 9K51 “Qrad” YARS tək milləşdirilməsi Bildiyimiz kimi, bütün YARS-lar, o cümlədən 122 mm-lik BM-21 “Qrad” döyüş maşını düşmənin cəmləşmə rayonlarında canlı qüvvəsinin və döyüş texnikasının, artilleriya və minaatan batareyalarının məhv edilməsi və susdurulması, müqavimət göstərmək məqsədilə möhkəmləndirilmiş yerlərinin (rayonlarının), komanda və dayaq məntəqələrinin və qovşaqlarının dağıdılması üçün təyin onların təkmilləşdirilməsi həyata keçiriedilib. 122 mm BM-21 “Qrad” döyüş lir. Burada baxılan təkmilləşdirmələrin maşını yalnız SSRİ-də (Rusiyada) deyil, əsas məqsədi həm silah nümunələrinin eləcə də həm lisenziyalı modelləri, həm taktiki-texniki göstəricilərin müasir döyüdə surətləri Çində (Type 83 və Type 90), şün şərtlərinə uyğun vəziyyətə çatdırmaq, Koreya Xalq Demokratik Respublikasında həm onların texniki resurslarının artırıla(BM-11), Misirdə (SAKR-18), Rumıniyada raq xidmət müddətlərini uzatmaq, həm də (APR-40), Birləşmiş Ərəb Əmirliklərində, mövcud olan silah nümunələri hesabına keçmiş Çexoslovakiya Respublikasında (RMyeni məmulat əldə etməyərək böyük həcm70, RM-70/85), İranda (HM20 “Hadid”), də maliyyə vəsaitinə qənaət etməkdir. İraqda, Pakistanda (T-83 “Azar”), Cənubi Materialda digər qonşu ölkələrdəki Afrika Respublikasında (Valkiriya Mk II) təcrübə nəzərə alınaraq, hazırda Azərbayistehsal edilmişdir. can Ordusunda mövcud olan çoxsaylı arHazırda bir çox ölkələrdə, o cümlədən tilleriya sistemləri sırasından 122 mm-lik Rusiya Federasiyasında, Belarusda, Ukray9K51 “Qrad” YARS, 120 mm-lik 2S9 “Nonada, Çex Respublikasında, Slovakiyada, na-S” ÖAQ və 9K114 “Şturm-S” TƏİR komVyetnamda, Ermənistanda, Gürcüstanda, plekslərinin təkmilləşdirilməsi suallarına Qazaxıstanda və Türkiyədə 9K51 “Qrad” baxılır. Yerinə yetiriləcək təkmilləşdirmə YARS təkmilləşdirilməsi işləri həyata işləri başa çatdırıldıqdan sonra son nətikeçirilib. Belə ki: cə olaraq müzəffər Azərbaycan OrdusuRusiyada 122 mm-lik 9K51M “Tornun təkmilləşdirilmiş yuxarıda adı keçən nado-Q” və 2B26 “Qrad-K” YARS yaradılıb. artilleriya sistemləri ilə silahlandırılmış Yeni sistemdə 122 mm BM-21 “Qrad” döyüş maşınında tətbiq olunan bütün reaktiv Yuxarıda: Çexiyanın “Excalibur Army” şirkətinin mərmilərlə yanaşı, qeyd edildiyi kimi yeni təkmilləşdirilmiş 155 mm çaplı “Dita” artilleriya çeşidli reaktiv mərmilərdən də istifadə oluqurğusu. Aşağıda: Rusiyanın 122 mm 9K51M nur. 122 mm 9K51M “Qrad” kompleksinin “TornadoQ” YARSı Ural4320 bazasında
tərkibinə modernləşdirilmiş BM-21 döyüş maşını, həm köhnə, həm də yeni nəsil 122 mm-lik reaktiv mərmilər, həmçinin “Kapustnik-BM” atəşi avtomatik idarəetmə vasitələri kompleksi daxildir. Döyüş maşınının kabinasında məsafədən idarəetmə və atəşi avtomatik idarəetmə sistemi yerləşdirilib. Yerüstü atəşi avtomatik idarəetmə sistemi döyüş maşınından topogeodeziya hazırlığı olmadan və heyət üzvləri kabinadan çıxmadan atəş aparmanı təmin edir. Xüsusi videomonitorda döyüş maşınının hərəkət marşrutu və istiqamətləndiricilər paketinin vəziyyəti barədə məlumat avtomatik rejimdə əks etdirilir. Belarusda 122 mm-lik 9K51 “Qrad” YARS MAZ-631705 şassisi üzərində təkmilləşdirilib. Təkmilləşdirilmiş döyüş maşınına BM-21 “Qrad-1A” (“BelQrad”) adı verilib. MAZ avtomobilinin imkanları hesabına daşınan döyüş dəstinin sayı iki dəfə artırılıb və yenidəndoldurma müddəti 7 dəqiqəyə çatdırılıb. Qeyd etmək lazımdır ki, 122 mm-lik “BelQrad” və BM-21 “Qrad” döyüş maşınları eyni artilleriya hissələrinə malikdir. 122 mm-lik “BelQrad” YARS tərkibinə döyüş maşını üzərində buraxma qurğusu, komanda-qərargah maşını (KQM) və nəqletmə-doldurma maşını (NDM) daxildir. Ukraynada 122 mm BM-21 “Qrad” YARS təkmilləşdirilməsi zamanı döyüş maşınının köhnə bazası yeni, yüksək keçidlilik qabiliyyətinə malik, təkər formulu 6x6 olan həm KrAZ-6322, həm KrAZ-6322121, həm də KrAZ-6322-120-82 avtomobili ilə əvəz edilib, döyüş maşınında yeni naviqasiya sistemi və rabitə vasitələri quraşdırılıb. Təkmilləşdirilmədən sonra döyüş maşınına müvafiq olaraq BM-21U “Qrad” (“Bastion-1”) və BM-21U “Qrad-M” (“Bastion-2”) markalanması verilib. 122 mm-lik BM-21U “Qrad-M” yaylım atəşli reaktiv sisteminin tərkibinə buraxma qurğusu, komanda-qərargah maşını və nəqletmədoldurma maşını daxildir.
Çexoslovakiyada istehsal olunmuş 122 mm-lik RM-70/85 YARS Çexoslovakiya dağıldıqdan sonra yeni yaranmış Çexiya və Slovakiyada istehsalı davam etdirilir. RM-70/85 döyüş maşınını BM-21 döyüş maşınından fərqləndirən əsas cəhət onun qısa zaman ərzində yenidən doldurulması üçün xüsusi yenidəndoldurma qurğusu ilə təchiz olunmasıdır. Bu qurğu platformada birbaşa kabinanın arxasında yerləşdirilib. 40 ədəd reaktiv mərmi stellajın xüsusi açıq daraqlarında yerləşdirilib. Yaylım atəşindən sonra reaktiv mərmilərin istiqamətləndiricilər paketinə yenidən doldurmaq üçün daraqları istiqamətləndiricilər ilə uzlaşdırmaq lazımdır. RM-70/85M döyüş maşını yeni atəşi idarəetmə sistemi və naviqasiya avadanlığı ilə təkmilləşdirilib. Təkmilləşdirilmədən sonra döyüş maşınından aparılan atışın məsafəsi yeni reak-
Yuxarıda: Çexiya və Slovakiyanın istehsalı olan 122 mm RM70/85 YARS. Aşağıda: Azərbaycan Ordusunun silahlanmasında yer alan KamAZ63502 avtomobilinin şassisində Türkiyə istehsalı olan 122 mmlik “Sakarya” YARS hərbi paradda keçid edərkən
tiv mərmilərin tətbiqi sayəsində 20,5 kmdən 36 km-ə artıb. Türkiyədə təkər formulu 6x6 olan MAN avtomobilinin şassisində və yaxud sifarişçinin istəyinə uyğun olaraq təkər formulu 8x8 olan KamAZ-63502 avtomobilinin şassisində sovet istehsalı olan BM21 döyüş maşınının bazasında yaradılmış 122 mm-lik T-122 “Sakarya” YARS istehsal olunur. Döyüş maşınının artilleriya hissəsi 20 istiqamətləndirici borulu iki yarımpaketdən ibarətdir. Paket tuşlama mexanizmləri və nişangah qurğuları olan fırlanan bünövrəyə yerləşdirilib. Döyüş maşınında elektro-texniki və hidravlik aparatlar nəzərdə tutulub. İstiqamətləndirici borular yüngül struktur çərçivənin köməkliyi ilə yığılır və nizamlanır. Paketin dəyişdirilməsi döyüş maşınında quraşdırılmış hidravlik kran vasitəsilə, yaylım atəşindən sonra istiqamətləndiricilərin doldurulması isə əllə yerinə yetirilir. Tətbiq edilmiş müasir atəşi idarəetmə sisteminin sayəsində atış məsafəsi 20,4 km-dəm 40 km-ə qədər artırılıb. Döyüş maşınının təchiz edildiyi “BORA-2100” tipli müasir idaretmə sistemi imkan verir ki, atışdan əvvəl və atış zamanı sistemin özünüyoxlamasını yerinə yetirsin. T-122 “Sakarya” yaylım atəşli reaktiv sistemində bir neçə növ reaktiv mərmi tətbiq olunur. Reaktiv mərmi kasset başlıq hissəyə malikdir. Ermənistanda 122 mm-lik 9K51 “Qrad” YARS BM-21 döyüş maşınının təkmilləşdirilməsi zamanı döyüş maşınının karbürator mühərrikli Ural-375D şassisi dizel mühərrikli Ural-4320 şassisi ilə dəyişdirilib. Həmçinin döyüş maşınından 40 km atış məsafəli reaktiv mərmilərin tətbiq olunması üçün xüsusi hissəyə yeni atəşi idarəetmə sistemi quraşdırılıb. Gürcüstanda 9K51 “Qrad” YARS BM21 döyüş maşınının təkmilləşdirilməsi nəticəsində maşının Ural-375D və Ural-4320
15
şassisi iki kabinalı KrAZ-63221 şassisi ilə əvəz edilmiş və kabina zirehlə təchiz edilib. Yeni şassidə GG-122 (ZCRS-122) döyüş maşının 6 nəfərlik heyəti tam şəkildə kabinada yerləşir. Həmçinin döyüş maşınından 45 km atış məsafəli reaktiv mərmilərin tətbiq olunması üçün xüsusi hissəyə yeni atəşi idarəetmə sistemi quraşdırılmışdır. Artilleriya hissəsi BM-21 “Qrad” döyüş maşının artilleriya hissəsidir. Vyetnamda isə 122 mm-lik 9K51 “Qrad” YARS təkmilləşdirilməsi yerinə yetirilərək BM-21 döyüş maşını naviqasiya, mövqeləmə (topobəndetmə), atış məlumatlarının hazırlanma sistemindən ibarət yeni rəqəmsal atəşi idarəetmə sistemi, həmçinin rabitə və məlumatları ötürmə vasitələri ilə təchiz edilib. Heyəti isə azaldılaraq 4 nəfərə çatdırılıb. Qazaxıstanda 122 mm-lik 9K51 “Qrad” YARS BM-21 döyüş maşınının həyata keçirilmiş təkmilləşdirilməsi zamanı şassi olaraq KamAZ şassisindən istifadə olunub. BM-21M “KazQrad” döyüş maşınının zirehli kabinasının üzərində tüstü qumbaraatanları, 7,62x54R mm-lik PKM pulemyotu, kabinada müasir rabitə vasitələri və atəşi idarəetmə sistemləri quraşdırılıb. Heyət 3 nəfərə çatdırılıb, atış məsafəsi isə 40 km təşkil edir. Özbəkistan müdafiə sənayesi öz növbəsində BM-21 “Qrad” döyüş maşınının iki variantda təkmilləşdirilməsini həyata keçirib. Birinci variantda döyüş maşını Ural şassisində qalmaqla avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilib. İkinci variantda təkmilləşdirmə zamanı köhnə Ural şassisi yeni KamAZ şassisi ilə əvəz edilib, YARS avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz olunub. Döyüş maşınına GM-21 MK “Boron” adı verilib. Göründüyü kimi, heç bir ölkədə mövcud olan 122 mm-lik 9K51 “Qrad” YARS silahlanmadan çıxarılmayıb və əksinə, təkmilləşdirilərək yenidən istifadə olunmaq-
dadır. Bütün hallarda reaktiv sistem yeni şassi, atəşi idarəetmə sistemləri və rabitə vasitələri ilə təchiz edilib, döyüş vəziyyətinə gətirilmə müddəti bir neçə dəfə azaldılıb. Yeni avadanlığın tətbiqi ilə sistemdə istifadə olunan reaktiv mərmilərin çeşidi, atış məsafəsi və atəş dəqiqliyi əhəmiyyətli dərəcədə artırılıb. Sadalananları nəzərə alaraq, Azərbaycan Ordusunun silahlanmasında yer tutan BM-21 “Qrad” döyüş maşınlarının müasir döyüşün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədəuyğun hesab edilir. Yerinə yetiriləcək təkmilləşdirmə işləri ilk növbədə döyüş maşınının və nəqletmədoldurma maşınının şassisini əhatə etməlidir. Hazırda istifadə olunan döyüş maşınlarının şassisinin yeni, uzun şassili, yüksək keçidlik imkanlarına malik avtomobillə dəyişdirmək daha məqsədəmüvafiqdir. Bu zaman döyüş maşınının şassisinin uzun olması onun üzərində həm artilleriya hissəsinin, həm də əlavə döyüş sursatı ehtiyatının daşınması üçün 9F37M tipli stellaj dəstinin yerləşdirilməsini təmin edəcəkdir. Bütün təkmilləşdirmə işlərində mövcud maşınların xüsusi (artilleriya) hissəsindən istifadə olunacaq. Eyni zamanda nəqletmə-doldurma maşınının da şassisi döyüş maşını üçün seçilmiş şassi ilə dəyişdirilməli və üzərində 2 dəst 9F37М tipli stellaj dəsti quraşdırılmalıdır. Beləliklə, yeni YARS eyni zamanda dörd yaylım reaktiv mərmini – iki yaylım (80 ədəd raket) təkmilləşdirilmiş döyüş maşınında, iki yaylım (80 ədəd) təkmilləşdirilmiş nəqletmə-doldurma maşınında daşımaq imkanı əldə edəcəkdir. Bu da döyüş tapşırığı yerinə yetirən zaman döyüş maşınının döyüş sursatları ilə təminatını asanlaşdıracaqdır. Hazırda bu miqdarlar belədir: 1 yaylım (40 ədəd) döyüş maşınında, 1 yaylım (40 ədəd) nəqletmə-doldurma maşınında. Bu məqsədlə döyüş maşını zi– rehli kabinalı 8x8 təkər formullu KamAZ63501 “Medved” avtomobili, nəqletmə-
doldurma maşını üçün isə adi kabinalı 8x8 təkər formullu KamAZ-63501 “Mustanq” yük avtomobillərini götürmək olar. Təkmilləşdirmə zamanı döyüş maşınının artilleriya hissəsinə (banına) Çinin “Norinco” şirkətinin istehsalı olan “Type90B” tipli YARS-da tətbiq edilmiş mexanikləşdirilmiş yığılan örtük (tent) də quraşdırıla bilər. Belə örtük həm artilleriya hissəsini və döyüş sursatlarını ətraf mühitin mənfi təsirlərindən qorumağa, həm də yürüş vəziyyətində döyüş maşınını adi KamAZ-63501 yük avtomobili kimi maskalamağa imkan verəcək. Bu da açılma və döyüş tapşırıqlarının yerinə yetirilmə rayonuna hərəkət zamanı düşmən tərəfindən müşahidənin qarşısını almaq üçün heç də az rol oynamayacaq. Bütün konstruk-mühəndis işlərinin yerinə yetirilməsi nəticəsində təkmilləşdirilmiş 9K51 “Qrad” YARS-da müasir avadanlığın tətbiq edilməsi ilə döyüş maşınının heyətinin sayını ixtisar edərək 4 nəfərə çatdırmaq mümkündür. YARS heyəti azaldıqdan sonra isə onların daşınması da həm asanlaşacaq, həm də rahatlaşacaq. Döyüş maşınının heyəti bilavasitə artilleriya hissəsindəki oturacaqlarda deyil, hər iki avtomobilin kabinasında yerləşdirilərək, onların müxtəlif hava şəraitində qorunması təmin ediləcəkdir. Konstruktor layihələndirilməsi zamanı bir daha dəqiqləşdirmələr aparılaraq təkmilləşdirilmiş BМ-21 döyüş maşınının tərkibi platformadan, lafetdən, yataq, hidravlik, elektrik, tuşlama və atəşə nəzarət və avtomatik idarəetmə sistemindən ibarət olacaq. Bunlardan başqa, YARS tərkibinə batareyanın atəşi idarəetmə postu (məntəqəsi), peyk naviqasiya sisteminə inteqrə edilmiş iti sürətli elektron-hesablama maşını (EHM – COMBAT NG5 tipli proqram yüklənmiş “noutbuk” tipli portativ taktiki kompüter), naviqasiya sistemi (peyk naviqasiya sistemi – GPS/GLONASS), radiozond və radiopelenqatordan ibarət meAzərbaycan Ordusunun silahlanmasında yer tutan BM21 “Qrad” YARS
16 www.poliqon.az
teokəşfiyyat kompleksi (radioteodolit), müxtəlif növ reaktiv mərmilərlə atış aparmaq üçün əlavə bloklar, idarəetmə postu ilə döyüş maşını arasında avtomatik məlumat mübadiləsi üçün müasir rabitə vasitələri daxil edilməlidir. Təkmilləşdirilmədən sonra batareyanın komanda məntəqəsində olan batareya səviyyəli atəşə nəzarət sistemi hədəfin ilkin məlumatlarını (koordinatları, xassələrini, tələb olunan effekti, döyüş tapşırığını) alacaqdır. Döyüş tapşırığının göstəriciləri rəqəmsal rejimdə və əllə batareyanın taktiki kompüterinə daxil ediləcək, hədəf məlumatları işləniləcək və müvafiq olaraq məhvetmə üçün reaktiv mərminin növü və miqdarı, həmçinin tapşırığın yerinə yetirilməsi üçün döyüş maşını (bir və bir neçə maşın) kimi optimal göstəricilər təyin ediləcək. Döyüş tapşırığı formalaşdırıldıqdan sonra məlumatlar rəqəmsal rejimdə döyüş maşınının taktiki kompüterinə ötürüləcək və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunacaq reaktiv mərmilərin miqdarı, əsas istiqamətin azimut bucağı və qalxma (nişangah) bucağı, hədəfin koordinatları göstəriləcək. Döyüş maşınının taktiki kompyüterində hədəfin koordinatlarını daxil etməklə atış məlumatlarını avtonom hesablama imkanı nəzərdə tutulur. Alınmış məlumatlar əsasında döyüş maşınının atəşə nəzarət sistemi tələb olunan reaktiv mərmilərin miqdarını təyin edir, atışı aparır və nəticələr barədə məlumatı batareyanın qərargahına rəqəmsal rejimdə ötürür. Təkmilləşdirmə nəticəsində döyüş maşını müvafiq avadanlığı işə salaraq əlavə quraşdırılmış GPS/GLONASS naviqasiya sistemi vasitəsilə öz yerini həm GPS, həm də GLONASS peyk sistemləri vasitəsilə təyin edə biləcəkdir. Atəşi idarəetmə vasitələrinin müasirləşdirilməsi atış dəqiqliyinin yüksəldilməsini, tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtın azaldılmasını təmin edəcəkdir. Təkmilləşdirmə aparıldıqdan və atəşi idarəetmə vasitələri kompleksi yeniləndikdən sonra 9K51 “Qrad” YARS döyüş maşınlarında tətbiq olunan reaktiv mərmilərin çeşidi 10-dan 23-ə qədər artacaq, bu isə öz növbəsində atış məsafəsinin 20,4 km-dən 40 km-ə qədər artırılmasına, müxtəlif təyinatlı reaktiv mərmilərin tətbiqinə və müxtəlif növ hədəflərin məhv edilməsinə şərait yaradacaq. 9K114 “ŞturmS” TƏİRK təkmilləş dirilməsi Hazırda bir çox öncül müdafiə sənayesi müəssisələri yeni nəsil “atdın-unutdun” prinsipi ilə işləyən tank əleyhinə idarə olunan raket komplekslərinin (TƏİRK) in-
9K114 “ŞturmS” tank əleyhinə idarə olunan raket kompleksi.
kişafı və istehsalı ilə məşğuldur. Bu sistemlər effektivlik, yüksək dəqiqlik və uzaq atış məsafəsi kimi müsbət xüsusiyyətlərlə yanaşı, baha qiymət kimi mənfi xüsusiyyətə də malikdirlər. Bu xüsusiyyət isə bir çox hallarda ölkələrin hərbi büdcəsində böyük maliyyə vəsaitinin nəzərdə tutulmasını tələb edir. Lakin, bununla yanaşı, bir çox ordularda mövcud olan TƏİR komplekslərinin silahlanmadan çıxarılması deyil, əksinə onların təkmilləşdirilərək atış məsafəsinin və dəqiqliyinin artırılması, eləcə də sutkanın gündüz və qaranlıq vaxtlarında, istənilən iqlim şəraitində istifadə imkanları tətbiq edilir. Bəzi ölkələrdə təkmilləşdirilən belə komplekslərdən biri də özünü müsbət cəhətdən sübut etmiş 9K114 “Şturm-S” TƏİR kompleksidir. Azərbaycan Ordusunun silahlanmasında yer tutan 9K114 “Şturm-S” tank əleyhinə raket kompleksi düşmənin 400 metrdən 5000 metrə qədər məsafədə yerləşən hərəkətli və hərəkətsiz zirehli və kiçikölçülü yerüstü hədəfləri (uzunmüddətli atəş nöqtələri, uzunmüddətli maneəatəş nöqtələri) ilə, həmçinin aşağısürətli alçaqdan uçan hava hədəfləri ilə mübarizə üçün təyin edilib. Hazırda Azərbaycan Ordusunda istismar olunan 9K114 “ŞturmS” tank əleyhinə raket kompleksinin Rusiyanın müasir “Şturm-SM” və “Şturm-SME” variantlarında təkmilləşdirilməsi məqsədəuyğundur. Bunu zəruri edən birinci amil odur ki, təkmilləşdirmədən sonra döyüş maşınlarının yeni 9M120 və 9M220 tank əleyhinə idarə olunan raketlər (TƏİR) tətbiq etməklə istifadəsi mümkün olacaq. Bununla da atəş məsafəsinin uzadılması və dəqiqliyinin artırılması əldə ediləcək. Təkmilləşdirməni zəruri edən digər amil isə 9K114 “Şturm-S” TƏİR kompleksinin bəzi ciddi çatışmazlıqlarıdır: optik sistemin zəif olması, yalnız gündüz atışını təmin etməsi və ya gecə vaxtı döyüş sahəsinin işıqlandırıcı mərmi və minalarla
işıqlandırıldıqda hədəfə atış aparmağın mümkün olması; duman vaxtı və ya aerozol tüstü pərdələri tətbiq edildiyi zaman hədəfləri məhv etmək imkanları məhduddur; yalnız bir növ TƏİR tətbiqini təmin edir, döyüş yığımının barabanı raketləri ardıcıl olaraq verir, başqa növ TƏİR tətbiq olunmadığından atış zamanı raketin növünü dəyişdirmək mümkün deyil. Rusiya müdafiə sənayesi müəssisələrinin həyata keçirdiyi təkmilləşdirmə zamanı növbəti əsas tədbirlər yerinə yetirilmişdir: 9S484 idarəetmə aparaturası TƏİR kompleksinin gecə və məhdud-mürəkkəb meteoroloji şəraitdə döyüş tətbiqini təmin edən yeni müşahidə-nişangah stansiyası ilə əvəz edilib; Tələb olunan növ döyüş başlıqlı raketin avtomatik seçilməsi üçün döyüş yığımı mexanizmi yenidən işlənilib; Döyüş maşınının aparatura blokları dəyişdirilib. Maşın komandirinin yerində bütün sistemlərin idarə olunması üçün zəruri avadanlıq və rabitə vasitələri quraşdırılıb. Baza maşınının ön hissəsində, maşın komandirinin qarşısında televiziya və teplovizual kanala malik nəzarət-nişangah sistemin tərkibinə daxil olan optik-elektron avadanlıq olan fırlanan blok yerləşdirilib. Optik-elektron avadanlıq hədəflərin axtarışı və raketlərin tuşlanması üçün təyin edilib və raketin ikili idarəetmə sisteminə (radiokomanda və lazer-şüa) malikdir. Bununla həm köhnə 9M114 “Kokon” tipli raketlərin, həm də yeni nəsil 9M120 “Ataka” tipli raketlərin buraxılması və idarə olunması təmin edilib. Bunun üçün 9S484 idarəetmə aparaturası Rusiya Federasiyasının istehsalı olan 9S4001 müşahidə-nişangah stansiyası ilə əvəz edilib. Döyüş maşınının yük hissəsində raketlərlə işləmək üçün xüsusi avadanlıq quraşdırılıb. Avtomatika döyüş sursatlarını buraxma qurğusuna ötürmək və buraxma qurğusunu döyüş vəziyyətinə qal-
17
Rusiyanın təkmilləşdirilmiş 120 mmlik 2S23 NonaSVK özüyeriyən artilleriya qurğusu
dırmaq üçün təyin edilib. Buraxma qurğusunda raketin nəqletmə-buraxma konteynerini bərkitmək üçün xüsusi yerlər nəzərdə tutulub. Döyüş sursatlarının ötürülməsi üçün nəqletmə-buraxma konteynerlərinin 12 yuvalı barabanı var. Barabanda kompleksdə tətbiq olunacaq bütün növ raketlərin yerləşməsi nəzərdə tutulub. Döyüş başlığını seçmə mexanizmi quraşdırıldıqdan sonra döyüş başlığının növünə görə seçilmiş raketlə buraxma qurğusunun doldurulması prosesi avtomatikləşdirilib. Döyüş maşınında GPS/GLONASS peyk naviqasiya sistemi, həmçinin məlumatların səs və rəqəmsal şəkildə ötürülməsi üçün müasir tipli rabitə vasitələri tətbiq edilib. Yerinə yetirilmiş təkmilləşdirmə nəticəsində kompleksin taktiki-texniki xassələri yüksəlib, onun sutkanın istənilən vaxtında döyüş işi təmin edilib, hədəfin növündən asılı olaraq döyüş yığımından lazım olan döyüş başlıqlı raketin seçilməsi tapşırığı həll olunub. Kompleksdə tətbiq edilən TƏİR çeşidi 1-dən 9-a qədər artıb. 9K114 “Şturm-S” tank əleyhinə raket komplekslərinin təkmilləşdirilməsi həyata keçiriləcəyi təqdirdə, Azərbaycan Ordusunun silahlanmada olan kompleksləri növbəti üstünlüklər əldə edəcəklər: teplovizual kanaldan istifadə etməklə bütün sutka ərzində və müxtəlif meteoroloji şəraitdə tətbiqi mümkündür; maksimal atış məsafəsi 6000 metrə qədər artacaq; matrisalı pelenqator və lazer məsafəölçmə sistemi tətbiq edilməklə raketin koordinatlarının təyin edilməsinin dəqiqliyinin yüksəldilməsi, videogörüntünün işlənilməsi və yaxşılaşdırılması sisteminin, yüksək effektivli döyüş başlığının tətbiqi hesabına məhvetmə ehtimalı artacaq; kompleksin qoşunlarda həyat dövrü və xidmət müddəti artacaq. Məlumat üçün qeyd edək ki, Rusiya Federasiyasında 9K114 “Şturm-S” TƏİR
18 www.poliqon.az
kompleksi təkmilləşdirilərək 9K132 “Şturm-SM” markası ilə silahlanmaya daxil edilib və hazırda 9K132 “Şturm-SME” markası ilə ixrac üçün təklif olunur. 120 mmlik 2S9 “NonaS” ÖAQ tək milləşdirilməsi 120 mm çaplı 2S9 “Nona-S” yüngül aviadesant özüyeriyən artilleriya qurğusu həm minaatan kimi asma atəş vasitəsilə, həm də artilleriya topu kimi tətbiq olunaraq düşmənin canlı qüvvəsinin və atəş vasitələrinin məhv edilməsi və səhra müdafiə tikililərinin dağıdılması üçün təyin edilib. 120 mm-lik 2С9 “Nona-S” ÖAQ müasir variantda təkmilləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun hesab edilir. Rusiya Federasiyasında 120 mm-lik 2S9 “Nona-S” və 2S9-1 “Sviristelka” ÖAQlar təkmilləşdirilərək 2006-cı ildə 120 mm-lik 2S9-1M “Nona-SM” markası ilə silahlanmaya daxil edilib və hazırda ixrac üçün təklif olunur. Həmçinin Özbəkistan müdafiə sənayesi müəssisələri ölkənin Müdafiə Nazirliyinin sifarişi əsasında 2S9 “Nona-S” ÖAQ-ın BTR-60 bazasında təkmilləşdirilmiş variantını hazırlayıb. SSRİ süqut etdikdən sonra, Özbəkistan ərazisində 50dən artıq 2S9 “Nona-S” ÖAQ qalıb. Halhazırda, göründüyü kimi, bu tırtıllı bazalı artilleriya qurğularının bir hissəsinin daha sadə idarə olunan təkərli BTR-60 zirehli transportyorunun şassisinə köçürülməsi barədə qərar qəbul edilib. Təkmilləşdirmə zamanı BTR-60 zirehli transportyorunun iki benzin mühərriki əvəzinə bir dizel mühərriki quraşdırılıb. Nəticədə resurs, səmərəlilik və şossedə maksimal hərəkət sürəti saatda 80 km-ə qədər artırılmışdır. Eləcə də hərəkətdə olarkən açılan atəşlə hədəflərin məhv olma sürəti də artırılıb. Azərbaycan Ordusunun 2S9 “Nona-S” ÖAQ təkmilləşdirilməsi zamanı ilk olaraq
onun tırtıllı BTR-D bazası təkərli BTR-70 və ya BTR-80 zirehli transportyoruna dəyişdirilməli, artilleriya hissəsinin 120 mm-lik 2А51 topu isə əsaslı təmir olunmalıdır. Daha sonra 120 mm-lik 2S9 “Nona-S” qurğusu 120 mm 2S31 “Venа” ÖAQ-da olduğu kimi atəş üçün zəruri hesabatları hesablayan elektron-hesablama maşınından (top hesablama kompleksindən) ibarət şaquli və üfüqi müstəvilərdə tuşlamanı avtomatik idarəetmə sistemi (panorama, düzünə tuşlama nişangahı və bucaqölçmə mexanizmindən ibarət avtomatik nişangah kompleksi), avtomatik topobəndləmə və GPS/GLONASS naviqasiya sistemi, atışın yüksək dəqiqliyini təmin edən gündüz və gecə kəşfiyyat və hədəfgöstərmə optik-elektron sistemi ilə təchiz edilir. Hədəfgöstərmə sistemi lazer hədəfgöstərici-məsafəölçəndən, kombinələşdirilmiş teplovizual (termal) və gecə müşahidə cihazından ibarət olmaqla qüllədə yerləşdirilir. Təkmilləşdirmədən sonra 2S9 “Nona-S” qurğusunun taktiki-texniki xassələri yüksələcək, onun sutkanın istənilən vaxtında döyüş işi təmin olunacaq, onlar növbəti üstünlükləri əldə edəcəklər: kombinələşdirilmiş teplovizual (termal) və gecə müşahidə cihazından istifadə etməklə bütün sutka ərzində və müxtəlif meteoroloji şəraitdə tətbiqi mümkün olacaq; lazer hədəfgöstərici-məsafəölçənli hədəfgöstərmə sistemi və GPS/GLONASS naviqasiya sistemi tətbiq edilməklə hədəfin koordinatlarının təyin edilməsinin dəqiqliyinin yüksəldilməsi, videogörüntünün işlənilməsi və yaxşılaşdırılması sisteminin tətbiqi hesabına az sursat istifadə etməklə məhvetmə ehtimalı artacaq; qurğunun qoşunlarda həyat dövrü və xidmət müddəti artacaq. Yekun olaraq qeyd etmək olar ki, yeni silah nümunəsinin hazırlanması təx minən 510 illik uzun müddəti əhatə edir və böyük maliyyə xərcləri tələb edir. Xüsusilə artilleriya silahları üçün iqtisadi baxımdan daha qısamüddətli və daha səmərəli olanı silahlanmadakı nümunələrin təkmilləşdirilməsi prose sidir. Bu, məmulatların funksional və is tismar xüsusiyyətlərini, habelə görünü şünü yaxşılaşdırmağın, istismar etibar lılığını artırmağın yollarından biri olmaqla konstruksiyada əsaslı dəyişik liklər etmədən fərdi komponentlərin dəyişdirilməsindən ibarətdir. Artilleriya sistemlərinin təkmilləşdirilməsi isə öz növbəsində Azərbaycan Ordusunun döyüş potensialını artıraraq onu Cənubi Qafqazın güclü ordusu etməklə region da söz sahibi olmasına xidmət edə cəkdir. PQ
MÜDAFİƏ NAZİRLİYİNDƏ YENİ TƏYİNATLAR Prezident İlham Əliyev 2021-ci il iyul ayının 23-də Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları göstərilən ali zabit heyəti vəzifələrinə təyin ediliblər: General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi; General-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Müdafiə nazirinin müavini – MaddiTexniki Təminat Baş İdarəsinin rəisi; General-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı; General-mayor Əliyev Azər Əli oğlu – Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi; General-mayor Seyidov Kənan Əlihüseyn oğlu – Xüsusi Təyinatlı Qüvvələr koman-
danının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri. Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncama əsasən general-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Bu Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
ABŞ Rusiyanın silah və sursatlarından imtina edir
Rus silahlarını sevən amerikalılar tezliklə arsenalını yeniləmək imkanından məhrum olacaqlar. Yeni sanksiyalar paketi Rusiyadan silah və sursat tədarükünü qadağan edir. ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən rəsmi açıqlamaya görə, məhdudiyyətlər, bəzi növ rus silahlarının daimi idxalına aiddir. Rusiyada istehsal olunan və ya yerləşən odlu silah və sursatın daimi olaraq idxalına icazə alınması üçün yeni və gözləyən müraciətlər imtina siyasətinə tabe olacaq. Sanksiyalar cari ilin sentyabrın ayının 7-dən qüvvəyə minib və ən azı bir il qüvvədə olacaq. İdxalçılar növbəti tədarük üçün mövcud icazələrdən və kvotalardan istifadə edə biləcəklər, lakin ATF-dən (Bureau of
Alcohol, Tobacco, Firearms and Explosives – Alkoqol, Tütün, Odlu silahlar və Partlayıcılar Bürosu) təsdiqlərin alındığı çərçivədən kənara çıxa bilməzlər. ABŞ-da bu xəbər patron qiymətlərinin kəskin artması ilə qarşılanıb. Məsələn, bir neçə saat ərzində ən ucuz 7.62×39 mm çaplı sursatın qiyməti 27 sentdən 40 sentə qalxıb. Qiymət artımı müvəqqəti bir fenomen hesab olunur. Belə ki, Rusiyadan başqa polad gilizlərdə nisbətən ucuz sursat mənbələri var. Lakin tədarük boşluğunu doldurmaq üçün onlara vaxt lazımdır. İdxalçıların yeni əlaqələr qurması və ABŞ-a göndərməyə başlaması daha uzun tələb olunacaq.
Gürcüstan “Javelin” kompleksinin növbəti partiyasını alır Avqust ayının əvvəlində ABŞ Dövlət Departamenti Gürcüstan Hökumətinə “Javelin” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) yeni partiyasını satmağa razılıq verib. Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA – Defense Security Cooperation Agency) ümumi dəyəri 30 milyon ABŞ dolları olan mümkün Xarici Hərbi Satış (FMS – Foreign Military Sale) qərarını açıqlayıb. Bununla əlaqədar olaraq, Agentlik mümkün satış haqqında Konqresə lazımi sertifikatı təqdim edib. Bildirək ki, Gürcüstan Hökuməti, “Javelin” TƏİR kompleksləri üçün 82 ədəd FGM-148 “Javelin” raketi və 46 dəst buraxılış qurğusunun (Command Launch Units – CLU), trenajor komplekslərinin, raket yamsılayıcılarının, təhlükəsizliyin idarə edilməsi üzrə texniki dəstəyin, həmçinin logistika və proqram dəstəyinin digər əlaqəli elementlərinin satışını sifariş edib. DSCA məlumatına görə, təklif edilən bu satış ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək, həmçinin strateji tərəfdaş, bölgənin təhlükəsizliyi və sabitliyində əsas oyunçu olan Gürcüstanın təhlükəsizliyini yaxşılaşdıracaq.
Xatırladaq ki, 2017-ci ilin noyabr ayında ABŞ Dövlət Departamenti Gürcüstana “Javelin” TƏİR komplekslərinin 75 milyon ABŞ dolları dəyərindəki ilk partiyasının satışını təsdiqləyib. İlk komplekslər raketlərlə birlikdə təyinat nöqtəsinə 2018 -ci ilin yanvar ayında çatdırılıb. “Javelin” TƏİR komplekslərinin Gürcüstana çatdırılması prosesi iki il çəkib və 2019-cu ilin aprel ayında başa çatıb. Ümumilikdə, Gürcüstan indiyədək bu komplekslərə 410 ədəd raket, 72 dəst nişangah-buraxma avadanlığı bloku, 10 dəst trenajor kompleksi və trenajor kompleksləri üçün 70 ədəd atım alıb. FGM-148 “Javelin” TƏİR kompleksi “atdın-unutdun” prinsipi ilə işləyən üçüncü nəsil tank əleyhinə raket sistemidir. 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlı qüvvələrinin silahlanmasında özünəməxsus yer tutur. O, zirehli texnikaları və alçaq yüksəkliklərdə uçan hava hədəflərini (helikopterlər, PUA) məhv etmək üçün təyin edilib.
İran yeni “Alborz” 3D radarını təqdim edib
İran hərbçiləri fazalı antena şəbəkəli “Alborz” 3D radarını təqdim edib. “Alborz” 3D radarı eyni vaxtda gözə çarpmayan və ya aşağı hündürlükdə uçanlar da daxil olmaqla 300-ə qədər hava hədəfini tuta bilər. Radarın əməliyyat məsafəsinin 450 kilometr olduğu bildirilir. Fazalı antena şəbəkələri antenanın özünü döndərmədən şüalanma istiqamətini idarə etməyə imkan verir. Buna görə fazalı
20 www.poliqon.az
antena şəbəkəli radarlar hərəkətli hissələrdən məhrumdur və bu da onların texniki xidmətini asanlaşdırır. Fazalı antena şəbəkələri passiv və ya aktiv ola bilər. Passiv fazalı antena şəbəkəsində bir çox hücrədən gələn siqnallar bir qəbulediciyə, aktiv fazalı anten şəbəkəsində isə hər hücrənin öz qəbuledicisi var. Sonuncular daha mükəmməl və müasir hesab olunur.
İran “Mersad16” ZRKnin sınaqlarını keçirib İran müda iə sənayesi kompleksinin istehsalı olan “Mersad-16” hava hücumundan müda iə sistemi sınaqdan keçirilib. İranın Hava Hücumundan Müda iə Qoşunları komandanının əməliyyatlar üzrə müavini general Məhəmməd Xoşqəlb bildirib ki, “Mersad 16” zenit-raket kompleksinin (ZRK) sınaqları uğurla tamamlanıb. Onun sözlərinə görə, testlər zamanı “Mersad-16” ZRK radioelektron mübarizə sistemindən alınan əks tədbirlər müqabilində üstün hərəkətlilik, inteqrasiya qabiliyyəti və sabitlik nümayiş etdirib. “Mersad-16” ZRK ilk dəfə təyin edilmiş hədəfləri tutmaq, müəyyən etmək, raketi işə salmaq və hədə i məhv etmək qabiliyyətlərini təsdiqləyib və silahlanmaya qəbul edilib.
Qeyd edək ki, “Mersad-16” kompleksi 2010-cu ildə İranın müda iə sənayesi müəssisələri tərə indən hazırlanan “Mersad” sisteminin son modi ikasiyasıdır. Ən yeni versiyanın ilk sınaqları 2019-cu ildə keçirilib və İranın “Karrar” reaktiv pilotsuz uçuş aparatını vura bilib. “Mersad-16” aşağı yüksəklikdə hərəkət edən kiçik PUA və qanadlı raketlər də daxil olmaqla geniş çeşidli hədəfləri məhv edə bilən qısa və orta mənzilli hava hücumundan müda iə sistemidir. “Mersad-16” yük maşını platformasına quraşdırılıb ki, bu da onun hərəkətliliyini əhəmiyyətli dərəcədə artırır. ABŞ-ın MIM-23 HAWK “yer-hava” tipli raketinin bazasında hazırlanan “Şahin” raketlərindən istifadə edən sələ indən fərqli olaraq, “Mersad-16” ZRK daha müasir “Shalamche” raketlərindən istifadə edir. Açıq mənbələrə görə, daha qısa atış uzaqlığına baxmayaraq (“Shalamche” təxminən 40-50 km, “Şahin” 70-150 km atış mənzilinə malikdir), “Mersad-16” ZRK radioelektron mübarizə vasitələrindən daha yaxşı qorunur. Habelə, “Mersad 16” kompleksində əvvəlki nəsillərdən fərqli olaraq başlatma qurğusunun bütün komponentləri bir yük maşınının üzərinə quraşdırılıb. “Mersad 16” ZRK İranın yeni istehsalı olan “Hafez 3D” və “Najm-804” radarlarından istifadə edilir.
Qazaxıstan A400M hərbi nəqliyyat təyyarəsi alır Qazaxıstan ordunun aviasiya parkını genişləndirməyə davam edir. “Airbus” korporasiyası iki turbopərli dörd mühərrikli A400M hərbi nəqliyyat təyyarəsinin tədarükü üçün Qazaxıstan Silahlı Qüvvələri ilə müqavilə bağlandığını elan edib. Bunlardan birincisinin çatdırılması 2024-cü ildə baş tutmalıdır. Bununla Qazaxıstan A400M hərbi nəqliyyat təyyarələrinin ümumilikdə doqquzuncu, eyni zamanda bu təyyarələri inkişaf etdirən və satın alan orijinal Avropa konsorsiumunun hüdudları xaricində ikinci müştəri oldu. Qazaxıstan üçün hazırlanacaq iki təyyarə nəzərə alınmaqla, A400M üçün ümumi sifariş portfelinin sayı 176 ədədə çatıb, onlardan 104-ü bu günə qədər çatdırılıb. Qazaxıstan 2000-ci illərdən etibarən A400M təyyarələri almaqda maraqlı olduğunu göstərib, bu təyyarələr bir neçə dəfə ölkədə nümayiş etdirilib.
Bundan əvvəl Qazaxıstan “Airbus” korporasiyasından doqquz yüngül qoşa mühərrikli C295M hərbi nəqliyyat təyyarəsi alıb. Onlardan səkkizi Havadan Müdafiə Qüvvələri tərəfindən, biri isə Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti tərəfindən alınıb.
Müqavilə ilə eyni vaxtda, A400M və C295 təyyarələrinə Qazaxıstanda texniki xidmət və əsaslı təmir sahəsində Əməkdaşlıq Memorandumu, həmçinin Qazaxıstanda C295 təyyarələrinə texniki xidmət mərkəzinin yaradılmasının birinci mərhələsi haqqında razılaşma imzalanıb.
Nigeriya “Leonardo” şirkətindən M346 təyyarələri alır Nigeriya Hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyaclarını qarşılmaq məqsədi ilə İtaliyanın “Leonardo” şirkəti ilə M-346 çox məqsədli təyyarələrin alınmasına dair müqavilə imzalayıb. Müqavilə çərçivəsində Nigeriya HHQ “Leonardo” şirkətinin istehsalı olan 24 ədəd M-346 təyyarəsi alacaq. Müqavilənin dəyəri 1,2 milyard avro (1,416 milyard ABŞ dolları) təşkil edir. M-346 təyyarələri Nigeriya HHQ-nin hazırda aviasiya parkında yer alan Fransanın “Dassault Aviation” şirkətinin istehsalı olan “Alpha Jet A/E” təyyarələrini əvəz edəcək. Nigeriyanın sifariş etdiyi M-346 təyyarəsinin dəqiq variantı hələ məlum deyil. Hərbi ekspertlər bu təyyarələrin M-346FT (Fighter Trainer) təlim-döyüş və ya M-346FA (Fighter Attack) hücum-döyüş variantı ola biləcəyini iddia edirlər.
IDEF dünyanın aparıcı sərgiləri arasına daxil oldu Zaur Babaşov, Həşim Səhrablı 1720 avqust 2021ci il tarixlərində Türkiyənin İstanbul şəhərində IDEF2021 XV Beynəlxalq Müda iə Sənayesi Sərgisi keçirilmişdi. TÜYAP Sərgi və Konqres Mərkəzində Türkiyə Prezidentinin himayəsi altında, Milli Müda iə Nazirliyinin ev sahibliyi ilə Silahlı Qüvvələrin Gücləndirmə Fondunun idarəçiliyi altında keçirilən IDEF2021 sərgisinə dünyanın 53 ölkəsindən ümumilikdə 1236 şirkət (536 yerli və 700 xarici) qatılmışdı. Pandemiya şəraitinə baxmayaraq, IDEF-2019 sərgisi (1061 şirkət) ilə müqayisədə daha çox şirkət və təşkilat məhsul və xidmətlərini nümayiş etdirmişdi. IDEF2021 sərgisində 79 ölkədən 154 nümayəndə heyəti iştirak etmişdi. Sərgi iştirakçılarının sayına görə dünyada 32 müdafiə sənayesi sərgisi arasında üçüncü sırada yer alan IDEF-ə bu dəfə 31 nazir, 11 Baş Qərargah rəisi və 33 Quru Qoşunları komandanı daxil olmaqla 89 məmur qatılmışdı. 4 gün davam etmiş sərgi zamanı zirehli döyüş maşınları, pilotsuz quru və hava vasitələri, raketlər, idarə olunan raketlər, piyada silahları, hərbi simulyatorlar, partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün avadanlıqlar kimi bir sıra məhsullar nümayiş olunmuşdu. Sərgidə Türkiyənin müdafiə sənayesinin bir sıra yeni məhsulları da sərgilənmişdi.
22 www.poliqon.az
Azərbaycan MSN IDEFdə IDEF-2021 sərgisinə Azərbaycandan rəsmi nümayəndə heyəti olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Sənayesi naziri Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin və DİN Daxili Qoşunlarının nümayəndə heyətləri qatılmışdı. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətləri Türkiyə və xarici ölkələrdən qatılan şirkətlərin stendlərinə baş çəkərək nümayiş etdirilən silah və texnikalarla tanış olub, əməkdaşlığın yaradılması istiqamətində müzakirələr aparıblar. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət etmiş və nümayiş etdirilən məmulatlarla yaxından tanış olmuşdular. IDEF sərgisinə yeddinci dəfə qatılan Müdafiə Sənayesi Nazirliyinin (MSN)
stendində Azərbaycan müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlar – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunmuşdu. Digər illərdən fərqli olaraq Azərbaycan bu il sərgidə 44 günlük Vətən müharibəsində istifadə olunan silahları da nümayiş etdirmişdi. Sərginin ilk günü Müdafiə Sənayesi naziri Mədət Quliyev Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir, Belarusun Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus və digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirmişdi. Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdı. Sərgi çərçivəsində jurnalistlərə açıqlama verən Mədət Quliyev bildirib ki, Azərbaycan müdafiə sənayesi sahəsində artıq 2050-ci il və ondan sonrakı dövrü nəzərə alaraq yeni hərbi-texniki nailiyyətlərə imza atır. Hazırda 10-larla yeni silahların hazırlandığını vurğulayan nazir Azərbaycanın müdafiə sənayesi istiqamətində müxtəlif ölkələrlə əməkdaşlığından danışıb: “Bir neçə ölkənin mü-
Yuxarıda: Azərbaycanın Müda iə naziri ge neralpolkovnik Zakir Həsənov və Müda iə Sənayesi naziri Mədət Quliyevin Belarusun Müda iə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşündən. Aşağıda: DİN Daxili Qoşunlarının baş qərargah rəisi general mayor To iq Hüseynov MSNin stendində nümayiş olunan silahlarla tanış olur
dafiə sənayesi rəhbərləri ilə görüşürəm. Yol xəritəsi hazırlanır, planlar qurulur və həmin planlar üzrə öz işimizi həyata keçiririk. Prezident İlham Əliyevin bizə tapşırıqları 2050-ci il və ondan sonrakı dövrü əhatə edir. Bu yol xəritəsi əsasında yalnız tapança və avtomat kimi yüngül silahlar deyil, 20-30 il sonra istifadə olunacaq müasir silahlar istehsalı planlaşdırılıb. Artıq Müdafiə Sənayesi Nazirliyində 150-dən artıq yeni silahlar hazırlanıbdır”. Sərgi müddətində bir sıra ölkələrin nümayəndə heyətləri Azərbaycan MSN-in stendinə baş çəkərək sərgilənən məhsullarla maraqlanıb, istehsalçı müəssisələrin rəhbərləri ilə görüşlər keçiriblər. MSN-in istehsalı olan 23 mm çaplı İST-23 snayper tüfəngi ilk dəfə IDEF-2021 sərgisində nümayiş etdirilmişdi. MSN 23 mm çaplı İST-23 snayper tüfəngini “İstiqlal” iriçaplı snayer tüfəngi xəttinin davamı olaraq hazırlayır. Hazırda dünyada 20 mm və bundan böyük kalibrdə cəmi bir neçə snayper tüfəngi mövcuddur. Belə kalibrli tüfənglər dünya ordularında daşınma, istifadə imkanlarına görə, 12.7 və 14.5 mm tüfənglərlə müqayisədə elə də geniş yayılmayıb. Bu tüfəng dizayn baxımından “İstiqlal” (İST-14.5) snayper tüfənginə bənzəyir. Silahın uzaq məsafədəki hədəfləri dəqiq vurması lülənin uzunluğu hesabına təmin edilir. İST-23 snayper tüfəngi yüngül və zireh mühafizəsi zəif olan texnikalara qarşı mübarizə imkanı, rəqibin atəş mövqelərinin uzaq məsafədən susdurulması, bağlı mövqelərə zərər yetirilməsi, o cümlədən yerə enmiş və ya aşağı hündürlükdə uçan helikopterlərin vurulmasını təmin edə bilir. Az sayda böyük kalibrli snayper tüfənginin mövcud olduğu bazarda Azərbaycanda yaradılan İST-23 iriçaplı snayper tüfəngi IDEF-2021 sərgisi zamanı
ziyarətçilər tərəfindən maraqla qarşılanmışdı. Bundan başqa, IDEF-2021 sərgisində ilk dəfə MSN-nin müəssisəsində istehsal edilən 14,5 mm-lik NST-14.5 snayper tüfəngi nümayiş etdirilmişdi. Xüsusi Təyinatlı Qüvvələrin istifadəsində yer alan 14,5 mm-lik NST-14.5 snayper tüfənginin çəkisi 21 kq, uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm təşkil edir. NST-14.5 snayper tüfəngi 4 patron tutumlu maqazinə və əllə tək-tək doldurulma (bolt action) iş prinsipinə malikdir. Nişangah məsafəsi 1600 metr təşkil edən NST-14.5 tüfəngində sola qatlanan və hündürlüyü tənzimlənən qundaq və xüsusi olaraq hazırlanmış lüləağzı əyləc tətbiq edilmişdir. Snayper tüfəngi yaxşılaşdırılmış erqonomikaya sahibdir. NST14.5 snayper tüfəngi öz quruluşuna və konstruksiyasına görə, MSN-in həm “İstiqlal”, həm də “Yalquzaq” silah xəttindən fərqlənir və konstruktiv cəhətdən olaraq “Truvelo” şirkətinin 14.5 mm çaplı CMS snayper tüfənginə bənzəyir.
MSN stendində nümayiş etdirilən məhsullar arasında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən uğurla istifadə edilmiş və özünü sübuta yetirmiş yerli istehsal olan 60 mmlik 20N6M “Commando”, 81 mm 20N5 “Aşırım” daşınan minaatanları, RBG-40 (indeksi 6M11) revolver tipli əl qumbaraatanı, 40 mm-lik RPQ-7V2 (TƏQ-7V2) tank əleyhinə əl qubaraatanı, o cümlədən “Yalquzaq” snayper tüfəngi, “Zəfər” və “İnam” tapançaları, AK-74M və AZ-50 avtomatları, habelə HP-7.62 hücum pulemyotu və UP-7.62 universal pulemyotu, həmçinin MSN-in yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatı, kiçik, orta və iri çaplı döyüş sursatları və s. yer almışdı. Azərbaycan Müdafiə naziri generalpolkovnik Zakir Həsənov IDEF-2021 sərgisi çərçivəsində Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşmüşdü. Müdafiə naziri Zakir Həsənov IDEF-2021 sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirmişdi. Nazir Zakir Həsənov Türkiyə Müdafiə Sənayesinin ASELSAN, ROKETSAN, HAVELSAN, ASPİLSAN və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirmişdi. Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparmışdılar.
23
ASELSAN IDEF2021in ən böyük stendində yeni məhsullarla diqqət çəkdi
ASELSAN IDEF2021 Beynəlxalq Mü dafiə Sənayesi Sərgisinin ən diqqət çəkən şirkəti olmuşdu. ASELSAN sten dində dəniz sistemləri, hava hücu mundan müdafiə sistemləri, sərhəd sahil təhlükəsizlik sistemləri, rabitə sistemləri, elektron müharibə sistem ləri, elektrooptik sistemlər və silah sistemləri şöbələrində 250dən çox məhsul və sistem təqdim etmişdi. Bun lardan 60ı bu sərgidə ilk dəfə sərgilə nən məhsullardır. ASELSAN məhsullarına şirkətin öz stendindən əlavə, demək olar ki, Türkiyə müdafiə sənayesini təmsil edən bütün aparıcı şirkətlərin sərgilədikləri quru, hava və dəniz platformalarının üzərində rast gəlmək mümkün idi. Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Əmniyyət Baş İdarəsi, Jandarma Baş Komandanlığı da daxil olmaqla çox sayda yerli müştərinin müdafiə və təhlükəsizlik sistemləri ehtiyaclarını qarşılayan şirkət özünəməxsus sistemlər və həllərini IDEF-də nümayiş etdirmişdi. ASELSAN tərəfindən istehsal olunan sistemlər Türkiyə ilə yanaşı 71 ölkə tərəfindən istifadə olunur. Sərgiyə xaricdən gələn istifadəçilər ehtiyac duyduqları müdafiə sənayesi məhsullarını ASELSAN stendində tapa bilirdilər. ASELSAN şirkəti
24 www.poliqon.az
IDEF-2021 sərgisi çərçivəsində “Milliləşdirilmiş Məhsullar” sərgisi də təşkil etmişdi. ASELSAN tərəfindən IDEF-2021-də ilk dəfə sərgilənən sistemlər arasında MIDAS-3 yeni nəsil hücum alqılama sistemi, ENGEREK-2 lazer hədəf nişanlama cihazı, pilotsuz uçuş aparatları üçün hazırlanan CATS elektrooptik kəşfiyyat, müşahidə və hədəfləmə sisteminin təkmilləşdirilmiş versiyası olan ASELFLIR500, o cümlədən yeni inkişaf etdirilən insansız quru, hava və dəniz vasitələri yer almışdı. Yeni əməkdaşlıq və layihələrlə gə ləcəyə doğru ASELSAN şirkətinin baş direktoru Haluk Görgün “Poliqon” jurnalına açıqlamasında bildirib ki, IDEF-2021-də sərgilədikləri məhsul və sistemlər, bütün dünyaya Türk müdafiə sənayesinin nə qədər irəli getdiyini göstərdi: “Bu sərgidə ASELSAN texnologiya transferi də daxil olmaqla müxtəlif əməkdaşlıq modellərindən istifadə edərək dost və müttəfiq ölkələrin texnoloji infrastrukturuna, təhlükəsizliyinə və rifahına töhfə vermək əzmində olduğunu bir daha vurğuladı. Bu mövzuda yüksək səviyyəli xarici nüma-
yəndə heyətləri ilə keçirdiyimiz görüşlərdən çox faydalı nəticələr əldə etdik. Bu il ilk dəfə təşkil etdiyimiz “Milliləşdirilmiş Məhsullar” sərgisi ən diqqət çəkən sahələrimizdən biri oldu. Milliləşdirmə sahəmizdə nümayiş etdirdiyimiz 172 məhsulun ölkəyə qatqısı son 3 ildə 200 milyon dollara yaxınlaşdı. Digər tərəfdən, milliləşdirmə işlərində daha da irəli getmək üçün sərgi çərçivəsində bir araya gəldiyimiz müdafiə sənayesi ekosistemində ən strateji paydaşlarımız olan qruplarla iş birliyimizi genişləndirməyə qərar verdik. Yeni əməkdaşlıq və layihələrlə gələcəyə doğru addımlamağa davam edəcəyik”. Qloballaşma yolunda ixracat həyata keçirdiyi ölkələrə hər il yenilərini əlavə edən və dünyanın bir çox qitəsində yeni ofislər açan ASELSAN şirkətinin stendini Müdafiə nazirləri, Baş Qərargah rəisləri və qüvvə komandanlari də daxil olmaqla bir çox yüksək səviyyəli xarici nümayəndə heyəti ziyarət etmişdi. Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri Komandanı Ramiz Tahirov da ASELSAN stendində nümayiş edirilən məhsullarla yaxından tanış olmuşdu.
Yeni komanda idarəetmə sistemləri ASELSAN şirkəti IDEF-2021-də yeni komanda idarəetmə sistemlərinin təqdimatını keçirmişdi. Bunlardan biri dəniz əməliyyatları, ikincisi hava əməliyyatı üçün nəzərdə tutulan komanda idarəetmə sistemi idi. Bir çox məlumat bağlantısı, Link 11, Link 16, Link 22, eləcə də Link M ilə uyğunluğu sayəsində bütün mərkəzləri birləşdirməyə imkan verən yeni nəsil komanda idarəetmə sisteminin (KİS) gəmilərdən pilotsuz hava vasitələrinə, qurudakı əməliyyat mərkəzlərinə, dost platformalara və ya komanda mərkəzlərinə qədər geniş bir əməliyyat imkanları var. Habelə yeni komanda idarəetmə sistemi Hərbi Dəniz Qüvvələrini kiber hücumlara qarşı təhlükəsizliyi təmin edərək ortaq sahəyə gətirmək imkanı verir. Komanda idarəetmə sisteminin dizaynı quraşdırılacağı platformanın növünə görə dəyişdirilə, hər cür sensor və effektorları özündə birləşdirə bilir. Bunlar arasında yeni FERSAH gövdəsinə quraşdırılmış sonar və CENK yeni nəsil 3D müşahidə radarı var. Düşmənin raket hücumuna qarşı çağırılan bir çox dost platforması Link-M məlumat bağlantısından istifadə edərək yeni sistemin nümayişinə şahidlik edə bilər. Düşmənə qarşı təsirini artırmaq üçün sensorlar və effektorlar istifadə edilir. Komanda idarəetmə sistemində bəzi süni intellekt elementləri quraşdırılmışdır, lakin ASELSAN yeni KİS-də AI əsaslı alqoritmləri daha da tətbiq etmək üçün tam analiz mərhələsindədir. Şirkət rəsmilərinin sözlərinə görə, yeni nəsil komanda idarəetmə sistemi, mövcud KİS-in inkişaf etdirilmiş versiyasıdır, ikincisi yeni standarta yüksəldilə bilər. Dəniz əməliyyatları üçün olan komanda idarəetmə sistemi Azərbaycan Hərbi Dəniz Qüvvələrinə təklif edilmişdir.
Türkiyə Milli Müdafiə Nazirliyinin təsdiqi ilə Hərbi Hava Qüvvələri Silahlı Qüvvələr Komandanlığı ilə “Hakim” HKİS-in tədarükünə dair protokol imzalamışdı. ASELSAN daha öncə “Hakim” HKİS-in Azərbaycan Hərbi Hava Qüvvələrinə təklif etmiş və faza halında həyata keçiriləcək layihənin radar inteqrasiyasını və hava görüntüsünün yaradılmasını əhatə edən ilk fazasının müqaviləsi 2018-ci ilin sentyabr ayında ADEX-2018 sərgisi çərçivəsində imzalanmışdı. Azərbaycan HHQ-nin İnteqrasiya Hava Hücumundan Müdafiə İdarəetmə Sistemi Layihəsinə əsasən HHQ-nin Belarus, Ukrayna, Rusiya və İsrail kimi müxtəlif ölkələrdən təmin edilmiş 13 tip, ümumilikdə 70-ə yaxın hava müşahidə / erkən xəbərdarlıq radar sistemi ilə S-300 PMU2 və Barak 8 zenitraket kompleksləri kimi müxtəlif növ hava hücumundan müdafiə sistemlərinin birbiri ilə inteqrasiyası təmin edilməlidir. “Hakim” HKİS-də Azərbaycan HHQ üçün xüsusi proqram təminatı işlədiləcək və NATO üzvü olmadığı üçün Azərbaycan üçün xüsusi NATO-ya bənzər Taktiki Məlumat Bağlantı Sistemləri istifadə ediləcək. Layihədə ASELSAN və HAVELSAN əməkdaşlıq edir. Layihə çərçivəsində 2018-2019-cu illərdə Azərbaycan HHQ-nin bazaları ziyarət edilmiş, radarla əlaqədar bəzi qurğular quraşdırılmış və sınaqları keçirilmişdi. “Hakim” müvafiq bağlantılar vasitəsi ilə Quru və Hərbi Dəniz Qüvvələrindən alınacaq hava və səth izlərini korrelyasiya edərək birgə ətraf görüntüsünü (JEP) yaradacaqdır. Prosessual hava məkanı
nəzarəti və hava trafik nəzarəti fəaliyyətlərinin həyata keçirilməsinə imkan verəcəkdir. Təhlükə elementlərinə qarşı ən təsirli qarşısının alınması elementini ən uyğun zamanda təyin etmək üçün təhlükəni qiymətləndirmə və silah ayrılma alqoritmləri olacaqdır. Hava-hava kəsişməsi üçün döyüşçülərə hədəf təyin edilməsi, tutması və qırıcı təyyarələrin uçuş nəzarətinə imkan verəcəkdir. Quru-hava müdaxiləsi üçün yer bazalı raket sistemlərinə (SAM) hədəf ayırmağı və hədəf ayırma nəticəsi məlumatını əldə edərək vəziyyətin qiymətləndirilməsini təmin edəcəkdir. “Hakim” HKİS, hava müdafiə radio şəbəkəsi (HSTA) kimi sistemlərlə tam inteqrasiya olunmuş və ahəngdar bir şəkildə işləmək bacarığına sahib olacaqdır. Bundan əlavə, sahib olduğu Link-1 / Link-11 / Link-16 və Jreap-C interfeysləri sayəsində NATO-ya uyğun komanda idarəetmə sistemləri və silah sistemləri ilə uyğun şəkildə işləyə biləcək. Hava xəbərdarlığı komanda və idarəetmə sistemi, yaxın gələcəkdə Türkiyənin Hərbi Hava Qüvvələrinin inventarına girəcək yeni nəsil RadNet sistemi, EIRS Radar, HİSAR və SİPER hava hücumundan müdafiə sistemləri ilə tam inteqrasiya şəraitində işləyəcək. 2023-cü ildə “Hakim” layihəsi çərçivəsində inkişaf etdiriləcək hava komanda idarəetmə sisteminin hər iki ölkənin Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılır. “Hakim” sisteminin dost ölkələrin inventarına daxil edilməsi ilə həmin ölkələrin Hərbi Hava Qüvvələrinin birlikdə çalışması üçün alt quruluşlar təmin ediləcəkdir.
“Hakim” sistemi ASELSAN şirkəti tərəfindən hazırlanan “Hakim” hava komanda idarəetmə sistemi (HKİS) sensorlar, silah sistemləri və komanda idarəetmə elementləri ilə birləşdirilə bilir. NATO daxilində 20 ildən artıq bir müddətdə inkişaf edən ACCS layihəsinin real vaxt rejiminə cavab verən “Hakim” hava komandana idarəetmə sistemi NATO standartlarına uyğun bir taktiki və nəzarət sistemi olaraq inkişaf etdirilmişdi. Hərbi Hava Qüvvələri daxilində strateji və əməliyyat səviyyəsində hazırlanmış missiya və əməliyyat planlarına uyğun olaraq, “Hakim” sistemi, taktiki və əməliyyat səviyyəsində real vaxt rejimində mövcud komanda və idarəetmə fəaliyyətlərini təmin edə biləcəkdir.
25
HAVELSAN yüksək texnologiyaları ilə IDEFdə güclü təəssürat yaratdı IDEF2021 sərgisində HAVELSAN şirkəti İnsansız avtonom hava və quru vasitələri, komanda nəzarət və döyüş idarəetmə sistemləri, simulyator sis temləri, informasiya idarəetmə sis temlərini, o cümlədən ölkə və kiber təhlükəsizlik həllərini nümayiş etdir mişdir. HAVELSAN tətbiqi ilə “Covid19” pandemiyası səbəbindən IDEF2021 sərgisində fiziki təmas nöqtələri mini muma endirilmişdi. Nəticədə, fiziki sər ginin üstünlükləri rəqəmsal dünyanın imkanları ilə birləşdirilərək “yeni nəsil hibrid sərgi” təşkil edilmişdi. HAVELSAN tərəfindən hazırlanan sürü alqoritmi çərçivəsində, avtonom pilotsuz hava və yerüstü vasitələrin birgə əməliyyatlar edə biləcəyi “Rəqəmsal Qoşunlar” ilk dəfə IDEF-2021 sərgisində nümayiş olunmuşdu. “Rəqəmsal Qoşunlar”ın əsas elementləri, yəni BARKAN silahlı avtonom pilotsuz yerüstü vasitələri, BAHA avtonom pilotsuz uçuş aparatı (PUA) və M6 indeksli mikro kəşfiyyat PUA sistemi, IDEF-2021-də iştirakçılara təqdim edilmişdi. HAVELSAN, IDEF-2021-də ilk dəfə “Kartal” havadan erkən xəbərdarlıq və nəzarət sisteminin təqdimatını keçirmiş və iştirakçılara bu sistemin əhəmiyyətli rol oynadığı Barış Qartalı Layihəsi haqqında məlumat verilmişdi. IDEF-2021-də ilk dəfə nümayiş etdirilən Türkiyənin ilk orta sinif BARKAN çoxməqsədli pilotsuz yerüstü vasitəsi qoşun sınaqlarının keçirilməsindən ötrü Silahlı
26 www.poliqon.az
Qüvvələrin istifadəsinə verilmişdi. Dövlət sınaqlarından əvvəl iki il inkişaf prosesi keçmiş BARKAN-ın bir sıra zavod sınaqlarını uğurla tamamladığını deyən HAVELSAN şirkətinin baş direktorunun müavini Mühiddin Solmaz, əsas məqsədlərinin bu aparata süni intellekt tətbiq etmək olduğunu bildirib: “Vacibdir ki, bu maşınlar pilotsuz uçuş aparatları, digər pilotsuz yerüstü nəqliyyat vasitələri və ya digər pilotlu nəqliyyat vasitələri ilə birgə tapşırıqları yerinə yetirsin, həmçinin səhra şəraitindəki qoşunlarımızın səmərəliliyini artırsın. Bu aparatların səhra sınaqlarına başlanılmışdı. Sınaqlardan sonra modifikasiyanın təkmilləşdirilməsi üzərində işləmək lazım ola bilər. Ümid edirik ki, ilin sonuna qədər BARKAN silahlanmaya daxil olacaq”. Mühiddin Solmazın sözlərinə görə, BARKAN pilotsuz yerüstü vasitəsi kəşfiyyat və müşahidə üçün, eləcə də ərazidəki qoşunların atəş dəstəyi üçün təyin edilmişdi. HAVELSAN-ın IDEF-2021 sərgisində oynadığı ən əhəmiyyətli rollardan biri, pandemiya şərtlərinə uyğun olaraq təmassız və rəqəmsal ünsiyyət vasitəsi ilə bu beynəlxalq sərginin təmin edilməsidir. IDEF-2021-in rəqəmsal əlaqə sponsoru olan HAVELSAN, bütün iştirakçılara sərgidə qurulan rəqəmsal əlaqə mərkəzində “HAVELSAN Diyalog” video konfrans vasitəsi ilə sərgidə iştirak edə bilməyən müştəriləri ilə pulsuz görüşmək imkanı təmin
Azərbaycanın Müda iə naziri generalpolkovnik Zakir Həsənov HAVELSAN stendini ziyarət edərkən
etmişdi. Bu çərçivədə HAVELSAN məhsulların broşur, kataloq, təqdimat və videoları kimi rəqəmsal tanıtım materiallarını “HAVELSAN Drive” vasitəsi ilə pulsuz və etibarlı şəkildə paylaşmışdı. Habelə HAVELSAN tərəfindən hazırlanan kimyəvi, bioloji, radioloji və nüvə (CBRN) məlumat sistemi, KBRN təhdid və təhlükələrini aşkar etmək üçün ilk dəfə olaraq IDEF2021-də, sərginin müəyyən yerlərində yerləşdirilmişdi. Təhlükəsizlik və təhlükəsizliyə vahid bir yanaşma tətbiq edən HAVELSAN şirkəti qabaqcıl texnologiyaları ilə IDEF auditoriyasının təhlükəsizlik və təhlükəsizlik gözləntilərinə qatqı təmin etməkdə əhəmiyyətli rol oynadı. Gələcəyin Orduları: Rəqəmsal Qüv vələr Səth və sualtı platformalar üçün müxtəlif texnologiyalar hazırlayan HAVELSAN, IDEF-2021-də ictimaiyyətə futuristik bir əsər təqdim etmişdi. Bu çərçivədə, 3D modelləşdirmə ilə hazırlanan Sualtı Qayıqla Mübarizə Əməliyyatlar Mərkəzi (SCOC) konsept dizaynının ilk dəfə IDEF-2021-də təqdimatı keçirilmişdi. HAVELSAN IDEF-2021 çərçivəsində əməkdaşlığı genişləndirmək üçün bir çox yeni müqavilə imzalamışdı. Şirkət rəhbərliyinin sözlərinə görə, bu müqavilələr sayəsində HAVELSAN yalnız yeni texnologiyalara və
yeni bazarlara deyil, həm də mövcud bazarlarda varlığını gücləndirmək üçün ilk addımları atmış oldu. IDEF çərçivəsindəki digər bir yenilik şirkətlər tərəfindən təşkil edilən panellərdə müşahidə olundu. Bu kontekstdə, HAVELSAN-ın “Gələcəyin Orduları: Rəqəmsal Qüvvələr” mövzusunda paneli əhəmiyyətli mövzular arasında idi. Bundan əlavə, HAVELSAN, “Müəssisə Memarlığı vasitəsi ilə Rəqəmsal Çevrilmə” və “Sahil Nəzarəti və Dəniz Trafik İdarəetmə Sistemləri” mövzularında iki təqdimat etmişdi. Ümumiləşdirsək, HAVELSAN yüksək texnologiyalarla, rəqəmsal ünsiyyət dəstəyi təmin etməklə, sərgidə keçirilən panelləri və təqdimatları ilə 30-a yaxın məhsul və həllini nümayiş etdirərək IDEF-2021-də aparıcı şirkətlərdən biri idi. HAVELSANdan yeni müqavilələr IDEF-2021 sərgisi çərçivəsində HAVELSAN bir neçə əhəmiyyətli müqavilə imzalamışdı. Bu müqavilələr arasında Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi altında Sahil Təhlükəsizlik Komandanlığının ehtiyaclarını qarşılamaq üçün həyata keçirilən “Sahil-Net” layihəsi çərçivəsində “ULAK Haberleşme” şirkəti ilə imzalanan əməkdaşlıq memorandumu və Türkiyə Quru Qoşunlarının əməliyyat sahəsinin təhlükəsizliyini və səmərəliliyini artıracaq “Artırılmış Gerçeklik Projesi” (AGP) müqaviləsi böyük önəm daşıyır. Həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyaclarını qarşılamaq üçün HAVELSAN-ın AYESAŞ şirkəti ilə birgə hazırladığı “Kartal” havadan erkən xəbərdarlıq və nəzarət sisteminin tədarükünə dair müqavilə imzalanmışdı. Müqavilə çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinə tədarük ediləcək “Kartal” havadan erkən xəbərdarlıq və komanda nəzarət sistemi NATO
BARKAN silahlı avtonom pilotsuz yerüstü vasitələri
mənşəli MASE (Multi-AEGIS Site Emulator) sistemləri və HHQ Məlumat Sistemi ilə tam inteqrasiya olunmuş şəkildə işləyəcək. Sərgi çərçivəsində HAVELSAN DOOB, HAVELSAN KASK, HAVELSAN KBRN hərbi texnologiyalarına dair “Otokar”, “Nurol Makina”, “Tumosan” və “Katmerciler” şirkətləri ilə müqavilələr bağlanmışdı. HAVELSAN şirkətinin IDEF-2021-də sərgilədiyi “Cessna” və “Helikopter” simulyatorları ziyatətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. “Helikopter” simulyatorunda istifadə edilən reallıq və dərinlik qavrayışını artıran, milli imkanlar hesabına hazırlanmış “Collimated Display” sistemi, “Cessna” simulyatorunda isə anal reallıq gözlükləri ilə rəqəmsal birlik texnologiyaları ilə yaxından tanış olmaq imkanı olmuşdu. HAVELSAN stendini ziyarət edənlərə şirkətin MİLGEM korvetlərinin döyüş idarəetmə sistemləri, MMU milli döyüş təyyarəsi və dəniz patul təyyarələri layihələrindəki missiyları haqqında ətraflı məlumat verilmişdi. Bundan başqa, Dənizaltı Savaş Hərəkat Mərkəzi konsepsiya çalışmaları sərgilənmişdi.
Sərginin açılış günü HAVELSAN stendi ilə tanış olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şirkətin baş direktoru Mehmet Akif Nacar IDEF-2021 sərgisi üçün hazırlanan MSB KBRN izləmə sistemi haqqında məlumat vermişdi. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə birlikdə Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov və Hərbi Dəniz Qüvvələrinin komandanı Sübhan Bəkirov da HAVELSAN stendini ziyarət etmiş, burada nümayiş etdirilən məhsullarla yaxından tanış olmuşdular. Nazir Zakir Həzənov və heyəti rəqəmsal birlik texnologiyalarını maraqla araşdırmışdı. Bildirilib ki, HAVELSAN sahib olduğu texnoloji bilikləri və təcrübəni, özünəməxsus məhsullar ilə Azərbaycanın da istifadəsinə təqdim etməyi hədəfləyir. Bu çərçivədə HAVELSAN mövcud əlaqələrin fonunda birgə istehsal və texnologiya transferi ilə Azərbaycanda var olmaq və qardaş ölkənin müdafiəsində iştirak etmək istəyir.
<(1ø 1Ԥ6ø/ $7 $7,ù 7Ԥ/ø0 +Ԥ'Ԥ) 6ø67(0/Ԥ5ø 3ø<$ <$'$ +Ԥ'Ԥ) 6ø67(0ø
7$1. +Ԥ'Ԥ) 6ø67(0ø 7$ .R . RPS WHU LGDUUι ιHWPιOL =LUUH HKOL Y YD DVLWι ]ιUULLQGιQ E|\ N NDOLEUUOOL VLLOODKODUUOOD DWÕú LP ND PN ND DQÕ N NP P VLPOL UUD DELWι R[GD KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL /LPLWVLL] ] VVHQDULLOOιU \ N NOOιPιN LPN ND DQÕ 5HOV ]ιUULLQGι KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL $WÕúODUUÕÕQ KHVDEDWÕ
.RPS WHU LGDUUι .R ιHWPιOL N NP P VLPVLL] ] UUD DELWι R[GD KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL /LPLWVLL] ] VVHQDULLOOιU \ N NOOιPιN LPN ND DQÕ 5HOV ]ιUULLQGι KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL 3RUUWWDWLY $VDQ TXUUD DúGÕUUP PD $WÕúODUUÕÕQ KHVDEDWÕ
^ shED , s s s />/< d <EK>K:7 7Eb͘^ E͘d7 ͘ b͘
ǁǁǁ͘ŵĞŶƐĂŶƚĞĐŚ͘ĐŽŵ
Ăƨ Ƶů͘ d d 7Ɣ DĞƌŬĞnjŝ ' ůŽŬ EŽ͗ϭϱϭ zĞŶŝŵĂŚĂůůĞͬ ͬ E< Z ͲdmZ<7z dĞů ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϲϯ ϭϬͲϭϯ dĞ &Ădž ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϳϵ ϵϲ
“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc yeni “Akrep IId” dizel zirehli maşının təqdimatını etdi
“Otokar” IDEF2021də yeni nəsil maşınlarını sərgilədi IDEF2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisində “Koç Group” şirkət lərindən, Türkiyədə qlobal quru sistem ləri istehsalçısı olan “Otokar” şirkəti üstün əməliyyat və dözümlülük qabiliy yətinə sahib yeni nəsil nəqliyyat vasitə ləri ilə sərgiyə möhürünü vurdu. “Oto kar” şirkəti IDEF2021 sərgisinə Türki yədə dizayn olunan və istehsal edilən hərbi maşınları və qüllə sistemləri ilə qatılmışdı. “Otokar” stendini ziyarət edənlər şirkətin 11 çeşiddə 4x4, 6x6 və 8x8 təkər formuluna malik, o cümlədən tırtıllı yeni nəsil zirehli maşınlarını yaxından görmə və incələmə imkanına sahib oldular. Nümayiş etdirilən maşınlar arasında “Tulpar” tırtıllı zirehli maşınları, “Arma 8×8” və “Arma 6×6” zirehli maşınları, “Akrep IId” zirehli maşını, o cümlədən “Cobra II” zirehli maşınının müxtəlif konfiqurasiyaları və “Ural” zirehli personal daşıyıcı yer almışdı. IDEF-2021-də ilk dəfə olaraq yeni nəsil nəqliyyat vasitələri arasında “Cobra II” minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP), “Arma” zirehli maşının təkmilləşdirilmiş yeni versiyası və “Akrep II”nin dizel versiyası “Akrep IId” zirehli maşını sərgilənmişdi. “CobraII” MRAP ixraca hazır “Otokar”ın istehsal etdiyi “Cobra II” maşının MRAP versiyası ixrac məqsədilə
28 www.poliqon.az
hazırlanmışdı. Hələlik ixracına başlanılmadığı yeni maşın yüksək ballistik müdafiə ilə yanaşı, heyəti mina partlayışlarından qoruyur. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilmişdi. Şirkət bu nəqliyyat vasitəsinin digər MRAP-lardan fərqli olaraq daha yüksək manevr qabiliyyətinə malik olduğunu bildirmişdi. “Cobra-II” MRAP-ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra-II” MRAP-ı analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri də nisbətən daha kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır. Modulyar dizaynı, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra-II” MRAP-a fərqli silah sistemlərinin və xidmət avadanlıqlarının inteqrasiyasına şərait yaradır. Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə üç və ya beş qapılı olaraq konfiqurasiya edilə bilər. “Arma” təkmilləşdirildi Sərgidə nümayiş etdirilən yeni məhsullar arasında hazırda iki ölkədə istifadə olunan “Arma 8x8” zirehli maşını Türkiyə Silahlı Qüvvələrinin yeni start verdiyi Yeni Nəsil Zirehli Maşınlar Layihəsi çərçivə-
sində Türkiyə ordusunun ehtiyaclarına uyğun olaraq yenidən təkmilləşdirilmişdi. Təkmilləşdirmə nəticəsində “Arma 8x8” zirehli maşınının mühafizə sistemi yenilənmiş, yükgötürmə qabiliyyəti artırılmışdı. Beləliklə, zirehli maşının çəkisi də artmışdı. Yeni nəsil “Arma” adını alan təkmilləşdirilmiş zirehli maşın ziyarətçilər tərəfindən maraqla qarşılanmışdı. Yeni nəsil “Arma” zirehli maşınına “Aselsan” şirkətinin istehsalı olan “Korhan” döyüş qülləsi inteqrasiya edilmişdi. “Otokar” stendində digər bir “Arma 8×8” zirehli maşını üzərində “Aselsan” istehsalı olan 30 mm “Nefer” qülləsi ilə nümayiş etdirilmişdi. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Arma” çox təkərli nəqliyyat vasitələri hərəkətliliyi və dözümlülük qabiliyyəti ilə fərqli coğrafiyalarda özünü sübut edib və hazırda müxtəlif məqsədlər üçün modul quruluşa malik ideal bir platforma olaraq geniş bir missiyada xidmət edir. “Arma” döyüş və sülhməramlı əməliyyatlardakı müasir orduların sağ qalma qabiliyyətinə, qorunma səviyyəsinə və hərəkətlilik tələblərinə cavab verir. “Arma” seriyası yüksək döyüş çəkisi və geniş interyerinə əlavə olaraq aşağı silueti ilə də diqqət çəkir. Amfibiya dəsti sayəsində nəqliyyat vasitəsi heç bir hazırlıq olmadan suda hərəkət edə və saatda 8 km sürət yığa bilir. Yüksək ballistik və mina mühafizəsi olan zirehli
monokok korpusu, müxtəlif texniki xüsusiyyətlərə malik missiya avadanlığı və ya silah sistemlərinin inteqrasiyasına imkan verən modul bir platformadır. “Arma”, 7.62 mm-dən 105 mm-ə qədər olan silah sistemlərindən istifadə edilə bilər. Hibrid “Akrep” yolda Sərgidə ilk dəfə nümayiş etdirilən “Akrep” zirehli maşın ailəsinin “Akrep IId” dizel versiyası üzərində 90 mm-lik top inteqrasiya edilmişdi. “Otokar” mühəndisləri tərəfindən bir nümunə olaraq hazırlanmış “Akrep” maşınlarının testləri hələ davam etməkdədir. 2021-ci ilin sonunda “Akrep” zirehli maşının istehsalına başlanması planlaşdırılmışdı. Bundan başqa “Otokar”, 2022-ci ildə “Akrep” maşınlarının hibrid versiyasını da təqdim etməyi planlaşdırmışdı. Beləliklə, eyni məhsulda həm dizel, həm elektrik, həm də hibrid mühərrikli üç fərqli versiyası təqdim ediləcək. “Akrep” maşınları termal və akustik izlər buraxmır, səsli bir platforma deyil. Heç vaxt isinmə problemi yaşatmayan “Akrep” tam bir kəşfiyyat maşınıdır. “Akrep”lər sürücü, komandir və operator olmaqla 3 nəfərlik şəxsi heyət üçün nəzərdə tutulmuşdu. “Otokar” stendində nümayiş etdirilən yeni nəsil maşınlar arasında “Tulpar” 105 mm qüllə inteqrasiya olunmuş zirehli döyüş maşını, “Tulpar” 30 mm “Mızrak” qülləsi ilə təchiz olunmuş zirehli döyüş maşını, “Başok” qülləsi ilə “Tulpar-S” tırtıllı zirehli maşını nümayiş etdirilmişdir. “Tulpar” maşınlarının hazırda iki ölkədə testi davam edir. 40 ton çəkiyə malik tırtıllı “Tulpar” maşının yüngül tank və zirehli piyada döyüş maşını versiyaları Türkiyə üçün yeni sayılır. Altı aya 37 faiz artım “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc “Poliqon” jurnalına açıqlamasında IDEF-2021 sərgisinin “Otokar” üçün
uğurlu olduğunu deyib: “IDEF-2021 sərgisində gözlədiyimizdən də yaxşı nəticələr əldə etdik. Sərgiyə bir çox ölkədən fərqli nümayəndə heyətləri qatıldı. “Otokar”ı da bir çox nümayəndələr ziyarət etdi, məhsuldar görüşlər keçirdik. Sərgi çərçivəsində qonaqlarımızı dinlədik, onların ehtiyaclarını, büdcələrini, istəklərini anladıq və bundan sonra da bütün ölkələrlə qarşılıqlı işlər görmək üçün hərəkətə keçəcəyik”. “Otokar”ın bu il yekunlaşacaq layihələri haqqında danışan Sərdar Görgüc bildirib ki, hazırda “Otokar”ın hazırlanma mərhələsində olan çox sayda müqavilələri var: “COVİD virusu səbəbiylə, sadəcə fabrikamızı işlətmək deyil, həm də tədarük zincirini işlətmək, digər firmalardan hazır parçaların zamanında gəlməsi, istehsalı Yuxarıda: Türkiyə Silahlı Qüvvələrinin ehtiyacla rına uyğun olaraq təkmilləşdirilmiş “Arma 8x8” zirehli maşını. Aşağıda: “CobraII” MRAP
verilən vaxtda yekunlaşdırmaq və keyfiyyətli nəticə əldə etmək, həmçinin müqavilələrin şərtlərinə uyğun istehsal olunan məhsulları sifarişçiyə çatdırmaq önəmli hesab olunur. 2021-ci il üçün nəzərdə tutulmuş müqavilələrimiz üçün də hazırlıqlar maksimum davam edir. Hələlik heç bir problem görünmür, işlərimiz plana uyğun şəkildə davam edir. 2022-ci il üçün də eyni templə davam edəcəyimizi deyə bilərəm”. “Otokar”ın ixracat hədəfləri haqqında açıqlama verən Sərdar Görgüc bu il üçün əsas ixracat hədəflərinin 2020-ci ildə və ondan əvvəl də bağlanan müqavilələri tamamlamaq və bu müqavilələri uğurlu şəkildə bitirməklə ili də plana uyğun olaraq başa çatdırmaq olduğunu qeyd edib. Onun sözlərinə görə, bu ilin ilk atlı ayı ərzində “Otokar” şirkəti yüzdə 37 faizlik artım əldə edərək, ilk 6 ayı 152 milyon dollarlıq ixracatla başa vurmuşdur. “Otokar” Azərbaycandan təkliflər gözləyir “Onu da deyim ki, hazırda bizim Azərbaycanda da zirehli maşınlarımız xidmət göstərir. Bu sadəcə Müdafiə Nazirliyinin deyil, həm də Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin arsenalında mövcuddur. Bu maşınların baxımı, təmiri kimi məsələlər üçün də müəyyən emalatxana qurulmalıdır. Ona görə də bu kimi məsələlərin həlli üçün Azərbaycandan təkliflər gözləyirik. Çünki Türkiyə Müdafiə Sənayesi Başkanlığı və Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ortaq işlər görmək barədə razılaşma imzalayıblar. Bu anlaşma zirehli maşınların istehsalı, istehsal sonrası baxımı, təmiri və s. kimi məsələləri də əhatə edirdi. Həmin tarixlərdə bu məsələ ilə bağlı toplantı da etdik. Daha sonra Azərbaycan tərəfindən təkliflər gözlədik, təəssüf ki, belə bir təkliflər gəlmədi. Nəticə olaraq deyim ki, biz Azərbaycandan bir
29
ehtiyac, plan, təklif gözləyirik. Bu məsələdə biz hazırıq, Azərbaycan tərəfindən addımlar olmalıdı. Hazırda “Otokar” tərəfindən istehsal olunan 5 tondan 40 tona qədər müxtəlif təyinatlı tırtıllı və təkərli zirehli maşınlarımız var ki, bütün bu maşınlarla Azərbaycanın ehtiyaclarını qarşılamaq üçün səfərbər olmağa hazırıq. Hər hansı istək, hər hansı tələb qarşılığında bu maşınları Azərbaycanda da istehsal etmək üçün hazırıq”, – deyə baş direktor vurğulayıb. Qazaxıstanın “Otokar” seçimi Orta Asiya regionunda həyata keçirilən layihələrdən danışan Sərdar Görgüc Qazaxıstan Müdafiə Nazirliyinin ehtiyacları üzərinə onlara iki zirehli maşını sınaqdan keçirmələri üçün yolladıqlarını bildirib: “Qazaxıstan da bizim üçün qardaş ölkədir və oranın da ehtiyaclarını təmin etmək üçün hazırıq. Qazaxıstan quru sərhədi olaraq çox böyük bir ölkədir. Onun quru qoşunları arsenalında mövcud olan zirehli maşınlar olduqca köhnədir. Həmin zirehli maşınlar həm texnologiya olaraq köhnə təcrübələrə əsaslanır, həm də yeni standartlara cavab vermir. Test etmələri üçün Qazaxıstana yolladığımız zirehli maşınlarımızdan biri “Arma 8x8”, digəri isə 40 tonluq “Tulpar”dır. Hər iki maşın test mərhələsindədir. “Arma 8x8” həm qış, həm yay testlərini bitirib. Hazırda əməliyyat şəraitinə uyğunluğunun test edilməsi üçün təxminən 6 aydır Qazaxıstanın bütün nöqtələrində test edilməkdədir. “Tulpar”ın da bir çox test mərhələsi bitmiş sayılır. Yay testlərinin, demək olar ki, hamısı uğurlu şəkildə tamamlanıb. Avqust ayının sonuna qədər sınaqlar tamamilə yekunlaşmalıdır. Bundan sonra, Qazaxıstan tərəfi ilə onların ehtiyaclarına uyğun olaraq zirehli maşın-
30 www.poliqon.az
larımızın necə tədarük ediləcəyi məsələləri ilə bağlı görüşlər keçirəcəyik”. 500dən çox mühəndis heyəti Sərdar Görgüc bildirib ki, “Otokar”ın hər qitədən müştəriləri var: “Hazırda məhsullarımız dünyanın 25 ölkəsində xidmət edir. Əməkdaşlarımızın sayı durmadan artır. Biz məhsullarımızı ölkələrin arsenallarına daxil edərkən, dünyadakı digər böyük və güclü firmalarla rəqabətə girərək uğurlu olmaqdayıq. Həm Qərb, həm Şərq dünyasındakı böyük istehsalçılar ilə rəqabət edirik. Dolayısıyla, bütün məhsullarımızın istehsalı zamanı Yuxarıda: “CobraII” zirehli maşını. Aşağıda: 30 mm “Mızrak” qülləsi ilə təchiz olunmuş “Tulpar” zirhli döyüş maşını
həm yüksək keyfiyyətli avadanlıqlardan istifadə edirik, həm də qiyməti daha münasib bir formada təklif edirik. Sadəcə satmaqla qalmırıq, satdıqdan sonra məhsullarımızın sahə baxımı, satış sonrası dəstək, idarə personalının hazırlanmasında davamlı şəkildə yardımlar edirik. “Otokar” şirkətində 500-dən çox mühəndis işləyir. Hər il yeni texnologiyalara yatırımlar edirik. Bu addımlarımızın bir məqsədi var – yeni texnologiyalar müharibə arsenalına daxil ola bilsin. Bir daha qeyd edim ki, bütün bu qabiliyyətlərimizlə hər zaman Azərbaycanın əmrindəyik, xidmət etmək üçün hər zaman hazırıq”. Sərdar Görgüc hazırda Fransa, Rumıniya, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan kimi ölkələrdə “Otokar”ın şöbələrinin fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu şöbələr istehsal mərkəzləri olmasa da, baxım və dəstək işlərini uğurla həyata keçirir: “Otokar” olaraq böyümə strategiyamızda bu məsələlərə xüsusi önəm veririk. Qısa zaman ərzində başqa ölkələrdə də, xüsusilə Afrikanın bir neçə ölkəsində baxım, təmir və modernizə işlərini həyata keçirəcək emalatxanalar açacağıq. Bu emalatxanalar əsasən BMT nəzdində fəaliyyət göstərən maşınlarımızın baxımı və digər dəstək işləri üçün nəzərdə tutulub. Bu il və önümüzdəki illər ərzində də belə çalışmalarımız olacaqdır. İstehsal məsələsinə gəlincə, fərqli bir ölkədə istehsal prosesini həyata keçirmək üçün o ölkə ilə bağlı layihələr, müqavilələr və bəlli bir potensial olmalıdır ki, iqtisadi cəhətdən yetərsay imkanlar olsun. Əgər “Otokar”a belə bir layihə təklif olunarsa, mütləq dəyərləndirəcəyik”.
Türkiyənin ən önəmli zirehli maşın istehsalçılarından olan FNSS şirkəti, demək olar ki, bütün hərbi məhsullarını IDEF2021 sərgisində nümayiş etdir mişdi. FNSSin təkərli nəqliyyat vasi tələri PARS ailəsi, tırtıllı zirehli ma şınları isə KAPLAN ailəsi deyə tanıdılır. FNSS sərgidə PARS ailəsindən “Pars III” və “Pars IV” zirehli maşın versiyaları ilə təmsil olunmuşdu. Sərgidə ilk dəfə nümayiş olunan “Pars IV” maşını PARS ailəsinin ən müasir versiyasıdır. “Pars IV” zirehli maşını Türkiyədə keçiriləcək yeni nəsil təkərli və tırtıllı döyüş maşınları yarışması üçün təkmilləşdirilmişdi. Bundan başqa FNSS stendində STA (Silah Taşıyıcı Araçlar) maşınlarının həm tırtıllı “KaplanSTA”, həm də təkərli “Pars-STA” versiyaları sərgilənmişdi. FNSS-in bir digər yeni məhsulu ağır sinif insansız nəqliyyat vasitəsi kateqoriyasında ortaya çıxan maşınıdır. İlk dəfə IDEF-2019 sərgisində elektronik infrastukturu ilə uzaqdan idarəetmə mexanizmi nümayiş etdirilmişdi. İndi isə, elektronik infrastruktur üzərində avtomatik xüsusiyyətlər əlavə edilmişdi. FNSS-in artıq bəlli səviyyədə avtomatik əmrləri icra edə bilən tırtıllı maşını da var. Bu zirehli maşın sərgidə ən çox diqqət çəkən məhsullardan biri olmuşdu. FNSS insansız vasitələrə yatırımlar edir FNSS-in IDEF-də sərgilədiyi məhsullardan “Poliqon” jurnalına danışan şirkətin İş Strategiyaları üzrə direktoru Bülent Bəyoğlu bildirib ki, günün reallığı odur ki, artıq insansız vasitələr geniş yayılmaqdadır: “Biz də əlimizdən gəldiyincə bu sahəyə yatırımlar edirik. FNSS zirehli maşın istehsalında ciddi uğurları olan şirkətdir. Ancaq bununla bərabər
FNSSdən gələcəyin savaşları üçün yeni həllər silah qüllələri sahəsində də ciddi uğurlar əldə etmişik. Ən önəmlisi isə bütün bu məhsulların önəmli komponentlərini artıq özümüz hazırlayırıq. Ya yerli şirkətlərdən dəstək alırıq, ya da birbaşa FNSS mühəndisliyi bu işləri həyata keçirir. Bu sərgidə də sərgilədiyimiz 35 mm-lik topu olan TEBER qülləmiz var. 12.7 mmlik SANCAK qülləmiz var ki, bu xüsusi təyinatlı maşınımızın üzərinə inteqrasiya edilmişdi. Bundan başqa, ZAHA amfibiya maşınımızın üzərində də ÇAKA adlı
uzaqdan idarə olunan döyüş qülləsi var. O da 12.7 mm-lik pulemyotla dəstləşdirilə bilir. Bu qüllə də artıq tamamlanma mərhələsinə daxil olmuşdur. Dolayısıyla, FNSS-nin yüksək texnoloji qabiliyyətlərə malik qüllələri də sürətlə inkişaf edir”. IDEF-2021 sərgisində gözləntilərdən söz açan Bülent Bəyoğlu qeyd edib ki, klassik sərgilərdən fərqli olaraq, bu sərgi satış həyata keçirə biləcək sərgi deyil: “Çünki sektorun dinamikləri digərlərindən tamamilə fərqlidir. Burada partnyorlarımızla münasibətləri tamamilə inkişaf etdirməyi hədəfləyirik. Özümüzü daha yaxından tanıtmağa çalışırıq. Müdafiə sənayesi sıradan marketinq qurub müştəri cəlb edə biləcəyimiz bir sahə deyil. Buna görə də öncə əlaqələr qurub, sonra həmin əlaqələri genişləndirmək lazım olur. Belə sərgilərdə də kağız üzərində tanıtdığınız məhsullarla müştəriləri canlı görüşdürmək fürsətiniz olur. Biz bütün dünyadakı dost və qardaş ölkələrin ordularına tərəfdaş olaraq yanaşırıq. Onlara niyə bizə güvənməli olduqları mesajını doğru şəkildə ötürməyə çalışırıq. Bu səbəblərdən dolayı, biz sərgilərdən böyük nəsə ümidlər gözləmirik”. Yuxarıda: “Kaplan MT” yüngül döyüş tankı. Aşağıda: FNSSin İş Strategiyaları üzrə di rektoru Bülent Bəyoğlu “Pars IV” 8x8 zirehli maşınının təqdimatını edərkən
31
Bülent Bəyoğlunun sözlərinə görə, istehsalına davam etdikləri bir digər maşın isə, xüsusi məqsədli kəşfiyyat maşınıdır. Bu maşın da istehsalının ardından Quru Qoşunlarının arsenalına daxil olacaq ilk təkərli kəşfiyyat maşınıdır: “FNSS buna qədər Türkiyə Silahlı Qüvvələrinə ancaq tırtıllı maşınları təqdim etmişdir. Artıq ilk iki təkərli maşın istehsalı müqaviləsini imzalamışıq ki, indi bunların təhvil verilməsini reallaşdıracağıq. Dolayısıyla, təkərli maşınların tədarükü məsələsində də FNSS Türkiyə Silahlı Qüvvələrinin bir nömrəli sifarişçisi olur. Bu məhsulla birlikdə, yaxın zamanlarda yarışlara qatılacağımız “Pars IV” yeni nəsil zirehli maşınımız da bu sərginin ən yaxşılarından biridir. Bir sonrakı sərgidə insansız maşınlarımızı önə çıxarmağı düşünürük”.
Türkiyənin FNSS gücü Bülent Bəyoğlu FNSS-in fəaliyyət yenilikləri haqqında məlumat verərək hazırda Türkiyədə həyata keçirdikləri layihələrdən danışıb. Onun sözlərinə görə, bu gün FNSS-in tərəfindən Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan STA maşınları əsas gündəm layihədir. Bu layihə əsasında tank əleyhinə raketlərlə silahlandırılan tırtıllı “Kaplan-STA” və təkərli “Pars-STA” zirehli maşınlar Türkiyə Ordusuna tədarük edilir. STA maşınları üzərinə quraşdırılmış tank əleyhinə raket qüllələri FNSS nəzdində təkmilləşdirilmiş həm OMTAS, həm də “Kornet” raketleri ilə təchiz oluna bilir. “Bundan başqa tamamlanmaq üzrə olan ZAHA (Zırhlı Amfibi Hücum Aracı) layihəmiz var. IDEF-2021 sərgisində ZAHA zirehli amfibiya transportyoru üzərində ÇAKA adlı uzaqdan idarə olunan döyüş qülləsi ilə nümayiş etdirilmişdi. ZAHA desant çıxarma gəmisindən dənizə müyyən bir məsafədə atılan, heyəti təhlükəsiz yerlərə daşıya bilən çox güvənilir, təkmilləşdirilmiş amfibiya tipli maşındır. ZAHA dəniz dalğalarına qarşı dözümlüdür, şiddətli dəniz şərtlərində əməliyyat həyata keçirə bilir. Tərs dönsə belə, özüözünü düzəldəcək xüsusiyyətlərə malikdir. Hazırda ZAHA-nın kalifikasiya sınaqları davam edir. Önümüzdəki il 27 ədəd ZAHA maşınımızı Türkiyə Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırırıq. Digər əsas layihələrimizdən biri də Xüsusi Təyinatlı Qüvvələr üçün hazırladığımız, minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) sinfinə məxsus 6x6 təkər forumuna malik maşındır. Bu layihəyə əsasən
Yuxarıda: “Pars 6x6” İZCİ zirehli döyüş maşını. Aşağıda: ZAHA zirehli am ibiya transportyoru
32 www.poliqon.az
Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyaclarını qarşılayan “Pars IV” 6x6 xüsusi əməliyyatlar maşını ortaya çıxmış oldu. Bu maşın ballistik təhlükələrə qarşı da yüksək qorunma mexanizminə sahibdir. Mina və əldəqayırma partlayıcı qurğulara (ƏPQ) qarşı da olduqca güvənilir bir vasitədir. Türkiyədə ƏPQ-lərə qarşı mühafizə oluna bilən ilk texnikadır. Özəl imkanlarla hər hansı təhlükələrə qarşı akustik sensorları istifadə edir ki, bu da təhlükələrin haradan gəldiyi ilə bağlı məlumat vermək imkanı verir. İki qülləli, xüsusi avadanlıqlarla, müasir elektronik sistemlərlə təchiz edilmiş bu maşınlarımızın da, demək olar ki, hazırlanması və kalifikasiya sınaqları tamamlanmışdır. Sərgidən sonra ilk 12 ədəd “Pars IV” 6x6 maşını Silahlı Qüvvələrə təhvil veriləcəkdir. Bu maşınlar Türkiyə Silahlı Qüvvələrinin bu tipli yerli ilk təkərli və zirehli texnikası olacaqdır”, – deyə FNSS-in İş Strategiyaları üzrə direktoru vurulayıb.
FNSS xarici ölkələrdə 10dan çox layihə həyata keçirir Bülent Bəyoğlu bildirib ki, Türkiyə ilə yanaşı, xarici ölkələrdə də layihələri uğurla davam edir. Onun sözlərinə görə, FNSS xarici ölkələrdə 10-dan çox layihə həyata keçirir. Bunların içində ən önəmli layihələrdən biri də İndoneziyanın orta ağırlıqlı sinif tankıdır. “Kaplan MT” adı verilmiş bu layihə çərçivəsində FNSS İndoneziyadakı yerli ortağı “PT Pindad” şirkəti ilə “Kaplan MT” tankını birgə təkmilləşdirmişdi. “Bununla yanaşı, ortaqlarımıza texnoloji transfer reallaşdırdıq. İndoneziyalı ortaqlarımızın mühəndisləri Türkiyədə bunun təlimlərini aldı, emalatını öyrəndi və birlikdə “Kaplan” MT” tankını hazırladıq. Tankın üzərində 105 mm-lik bir qüllə yerləşdirdik ki, bu da tankın mobilliyini artırdı. “Kaplan MT”, əsas döyüş tanklarının bir alt sinfində daha mobil, qorunması daha asan, eyni zamanda xüsusi əməliyyatlarda dəqiqliyi artıran xüsusi bir tank konsepsiyasıdır. Bu xüsusiyyətləri
“Pars STA” 4x4 tank qırıcısı
sayəsində “Kaplan” MT” beynəlxalq bazarda kifayət qədər diqqət cəlb edir. Bundan başqa Oman Silahlı Qüvvələri üçün hazırladığımız “Pars” adlı zirehli maşınlarımızın da tədarük işlərini görürük. Malayziyanın “Deftech” şirkəti ilə birlikdə “Pars 8x8” maşını əsasında istehsal prosesini tamamladığımız və Av8 “Gempita” adını verdiyimiz çox məqsədli zirehli maşınımız da son hazırlıq mərhələsindədir. Son iki məhsullarımızda Oman və Malayziya rəsmiləri ilə ikinci mərhələyə hazırlıq işləri gedir. Son razılaşmalarımızdan biri də Filippin ilə oldu. Bu razılaşmalardan 25 mm-lik SABER qüllələrimizi Türkiyədə istehsal edərək Filippində maşınlara inteqrasiya edirik. İkinci layihəmiz isə, zirehli amfibiya maşınlarımızdı ki, onlardan 6 ədədini istehsal etməyə başladıq və yaxın zamanlarda tamamlayıb sifarişçiyə təhvil verəcəyik”, – deyə FNSS-in İş Strategiyaları üzrə direktoru deyib. FNSS Azərbaycanın ehtiyaclarını qarşılamağa hazırdı FNSS-nin ixracat hədəflərindən bəhs edən Bülent Bəyoğlu bildirib ki, FNSS ixracat məsələsində də hər zaman başarılı olmuşdur: “Hər nə qədər Türkiyə şirkəti olsaq da, gəlir həcminin çox hissəsində ixracat xüsusi pay sahibi olmuşdur. FNSS artıq bir dünya markasıdır. Təbii ki,
öncəliyimiz Türk ordusuna xidmət etməkdir, ancaq bərabərində bütün dost və müttəfiq ölkələrə də xidmət etmək üçün biz hər zaman hazırıq və qürur duyuruq. Ən başda, təbii ki, Azərbaycan gəlir. Azərbaycan, Qazaxıstan kimi qardaş ölkələrə də xidmət etməyə davam edəcəyik. Biz ixracata xüsusi önəm veririk. Ancaq ixracat məsələsində uğurlu olmaq üçün ehtiyacları doğru dəyərləndirmək lazımdır. Yeniliklərə hazır olmalıyıq. FNSS bu məsələdə uğurludur və bu uğurumuzu davam etdirməyə çalışırıq. Bütün bunların nəticəsidir ki, Türkiyə müdafiə sənayesində ən çox ixracata nail olan firmalar içində ön sıralardayıq”. Azərbaycan müdafiə sənayesi ilə işbirliyi üçün mövcud vəziyyəti qiymətləndirən Bülent Bəyoğlu qeyd edib ki, FNSS ailəsi Azərbaycanı Türkiyənin davamı olaraq görür: “Azərbaycan ordusunun ehtiyacları Türkiyə ordusunun ehtiyaclarıdır. Hər zaman Azərbaycana öncəlik verməyə çalışırıq. Davamlı olaraq azərbaycanlı səlahiyyətlilərlə əlaqələrdəyik. Onlara yeni məhsullarımız barəsində məlumatlar veririk. Azərbaycanın ehtiyacları çərçivəsində nə kimi köməklik göstərə biləcəyimizi həmişə soruşuruq. Bu istiqamətdə Dövlət Sərhəd Xidməti ilə görüşüb, onlara bütün qabiliyyətlərimizi danışırıq, həm də açıq əlaqələrimiz də davam edir. İnşallah
əlaqələrimiz bundan sonra da davam edəcək. Son zamanlarda təmaslarda biraz azalma müşahidə edilir, ancaq yenə də Azərbaycanın ehtiyacları üçün çalışmağa, onların əmrində olmağa hazırıq. Yeni və ya əvvəlki avadanlıqlarımız, yaxud da başqa ehtiyaclar ola bilər, fərq qoymadan onların ehtiyaclarına uyumlu olmağa çalışırıq. Şükür ki, mühəndislik qabiliyyətlərimiz də buna imkan verir. Türkiyə Silahlı Qüvvələri nəyi istəyirsə onu hazırlamağa çalışırıq. Eyni şəkildə Azərbaycan Silahlı Qüvvələrinin nəyə ehtiyacı varsa, o istiqamətdə həll tapmağa çalışırıq. Dediyim kimi, işbirliyinin sadəcə məhsullar üzərində qalmasını deyil, fərqli sahələrə də yansımasını istəyirik. Azərbaycanda bir çox Türkiyə firmasının yatırımları var. Onlarla da əlaqələr qura bilərik. Azərbaycanın yerli şirkətləri ilə də əməkdaşlıq edə bilərik. Yerli imkanların inkişafına nail olmaq da bizim hədəflərimizdən biridir. Bütün bu məsələlərdə görüşmələrimiz davam edir. Təkrar etmək istəyərdim ki, biz Azərbaycan Silahlı Qüvvələrinin hər zaman əmrindəyik. “Poliqon” jurnalı olaraq, sizə də təşəkkür edirəm ki, belə məsələlərdə çox gözəl körpü rolunu öhdənizə götürmüsünüz və kifayət qədər də uğurludur”.
33
“Nurol Makina” zirehli maşınlarına maraq çox böyükdür Türkiyənin “Nurol Makina” şirkəti IDEF2021 sərgisində yeni zirehli ma şınlarını nümayiş etdirmişdi. Sərgidə ilk dəfə olaraq “Nurol Makina” sten dində “Ejder Yalçın” zirehli maşınının Ambulans və NMS “Yörük” zirehli ma şınının Pikap konfiqurasiyaları sərgi lənmişdi. Bundan əlavə, üzərində FNSS şirkətinin SANCAK uzaqdan idarəolu nan qüllə sisteminin inteqrasiya olun duğu “Ejder Yalçın”ın ZMA zirehli döyüş maşını konfiqurasiyası və “Yörük” avto mobilinin son versiyası təqdim edil mişdi. “Nurol Makina” şirkətinin mütəxəssislərinin “Poliqon” jurnalına verdiyi
açıqlamalarına görə, “Əjdər Yalçın”ın zirehli ambulans konfiqurasiyası döyüş şəraitində çətin ərazilərdə xilasetmə işlərini təhlükəsiz aparmaq üçün MEDEVAC (Hərbi Sanitar Maşın) qabiliyyətinə malik dizayn edilmiş və yeni nəsil mühafizə sistemi ilə təchiz edilmişdi. Ambulansın dizaynında bugünkü döyüş sahəsinin ehtiyaclarını nəzərə alaraq, bütün funksiyaları və imkanları hərbi standartlarına uyğunlaşdırılmışdı. Yeni zirehli ambulans NATO standartlarına uyğun olaraq hazırlanmışdı. Ambulansda tibbi personalın istifadəsi üçün lazım olan bütün tibbi avadanlıq və aparatlar mövcuddur. O cümlədən zirehli ambulans ağır yaralanmaların
qarşısını almaq üçün oksigen silindrindən, vakuum aspiratoru və defibratora qədər bir çox avadanlıqlarla təchiz edilmişdi. “Nurol Makina” mütəxəssislərinin sözlərinə görə, şirkət hətta müştərilərin istəklərinə uyğun olaraq “Əjdər Yalçın”ın iki ayrı ambulans konfiqurasiyasını təklif edir. Ambulansın 6 nəfərlik oturacaq tutumlu konfiqurasiyasında 2 xəstə uzanılı, 7 nəfərlik oturacaq tutumlu konfiqurasiyada isə bir xəstə uzanılı və 2 xəstə oturulu müalicə və ya təxliyə oluna bilər. “Ejder Yalçın” zirehli döyüş maşını IDEF-2021 sərgisində “Ejder Yalçın” taktiki təkərli zirehli maşınının qara kamuflyajlı versiyası nümayiş etdirilmişdi. Şirkət mütəxəssislərinin sözlərinə görə, beynəlxalq hərbi standartlara uyğun 4×4 təkər formuluna malik “Ejder Yalçın” TTZA taktiki təkərli zirehli maşın sinfində minaya qarşı ən yüksək qorumanı təmin edir. Maşının mina, ballistik mühafizə və əldəqayırma partlayıcılara qarşı qoruma səviyyəsi dünyada tanınan təşkilatlar tərəfindən test edilərək sertifikatlandırılmışdı. Eyni zamanda maşın bu özəlliklərini döyüş bölgələrində yaşanan mina və ƏQP hücumlarında göstərdiyi mühafizə ilə də isbat etmişdi. Türkiyənin dövlət rəhbərlərinin mühafizəsində də istifadə olunan “Ejder Yalçın”ın önəmli üstünlüklərində biri də 360 dərəcədə gələn təhdidlərə qarşı qorumanı təmin etməsidir. Sürücü və komandir daxil 11 nəfəri daşıya bilən “Ejder Yalçın”ın döyüş ağırlığı “Ejder Yalçın” taktiki təkərli zirehli maşınının qara kamu lyajlı versiyası
34 www.poliqon.az
14 ton, faydalı yükü 4 tondur. 375 at gücündə mühərriklə təchiz olunmuş maşının gediş ehtiyatı 700 km təşkil edir. 7.75 metr radiusda dönən zirehli maşın 60 % bucaq altında maili yüksəkliyə qalxır, 30 % bucaq altında isə yana maili ərazidə hərəkət edir, 1.1 metr enində xəndəkləri, 0.5 metr hündürlükdə dik maneələri, 1.1 metr dərinlikdə su maneələrini dəf etməyi bacarır. Türkiyədə “Yeriyən qala” olaraq tanınan “Ejder Yalçın”ın uzunluğu 5625 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, yerdən hündürlüyü isə 450
mm-dir. Maşın MRAP-larla eyni qoruma səviyyəsini təmin etsə də, MRAP sinfinə aid edilmir. Üzərinə fərqli silah sistemlərinin inteqrasiya oluna bilməsi maşına təsirli atəş gücü qazandırır. Monokok V gövdəyə və run-flat təkərlərə sahib “Ejder Yalçın”da partlayışın təsirini udan ortopedik oturacaqlar qurulmuşdu. Maşının qapılarında mina və ƏPQ partlayışlarına qarşı xüsusi qıfıl, barıt qazlarının təmizlənməsi üçün havatəmizləyici də qurulmuşdu. Ehtiyaca uyğun olaraq maşına RPQ-lərə qarşı qo-
ruma sistemləri, əlavə zireh, NBC qoruma, mərkəzləşdirilmiş təkər doldurma, kameralar, tüstü qumbaraları, soyuq iqlimlər üçün ön isitmə sistemi, GPS naviqasiyası, daxildə və motor bölməsində yanğınsöndürmə sistemlərinin qurulması mümkündür. “Ejder Yalçın” sərgidə nümayiş etdirilən zirehli döyüş, ambulans konfiqurasiYuxarıda: “Ejder Yalçın”ın zirehli ambulans kon iqurasiyası. Aşağıda: NMS “Yörük” zirehli maşını
35
yaları ilə yanaşı, komanda-nəzarət, KBRN kəşfiyyatı, zirehli personal daşıyıcı, sərhəd nəzarət, hava hücumundan müdafiə, mina və əldəqayırma partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi kimi fərqli konfiqurasiyalarda istehsal olunur. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Ejder” ailəsinin özünəməxsus güc qrupu və hərəkət sistemi var. Yeni NMS “Yörük” adlı maşında isə konsepsiya bir qədər fərqlənir. NMS modulyar maşındır. 4 və 9 nəfər üçün konfiqurasiya edilə bilir. Eyni zamanda ballistik mühafizə səviyyəsinin istifadəçinin istəyinə uyğun şəkildə gücləndirilməsi mümkündür. Habelə ərazidə rahatlıqla istifadəyə imkan verir. NMS-in siluetinin kiçik olması da onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bazara yeni təqdim edilən 4×4 təkər formuluna malik NMS “Yörük” xüsusi hərbi şassi üzərinə dizayn edilmişdi. 10 tonluq NMS maşını müstəqil asqıya, mərkəzləşdirilmiş təkər tənzimləmə sisteminə və 4 ton yük götürmə qabiliyyətinə malikdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, çəkisinin yüngül olmasına baxmayaraq maşın yüksək qorumanı təmin edir. NMS “Yörük” maşının digər bir özəlliyi də eyni gövdə üzərində fərqli dəyişikliklərin edilə bilməsidir. Məsələn, maşın personal daşıyıcı olaraq istehsal edildiyi halda, sonradan arxa hissəni açıq və ya qapalı bölməyə çevirmək mümkündür. Keçicilik qabiliyyəti, dönmə radiusunun 6 metr olması və s. bu kimi xüsusiyyətləri şəhər daxilində əməliyyatlarda maşına mühüm üstünlüklər qazandırır. 300 at gücündə mühərriklə təchiz edilmiş NMS 4×4 maşının sürəti 140 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. Avtomobilə inteqrasiya edilmiş cərəyan düzənləyicisi əllə və uzaqdan NMS “Yörük” zirehli maşının pikap versiyası
36 www.poliqon.az
idarəetməli müxtəlif silah sistemlərini inteqrasiya imkanı var. NMS “Yörük” zirehli transportyoru 7,62 mm pulemyot, 12,7 mm pulemyot, 40 mm qumbaraatan, hava hücumundan müdafiə sistemi, tank əleyhinə silah sistemi ilə təchiz oluna bilir. Bundan başqa, erqonomik dizayn, sağ və sol əl istifadəyə uyğun mazğallar, hidravlik idarəetməli sükan sistemi, hazır radio infrastrukturu, avtomobilin daxilindən barıt qazlarını xaricetmə sistemi, habelə sürətli, asan və ucuz texniki xidmət imkanları mövcuddur. NMS “Yörük” zirehli pikap IDEF-2021 sərgisində ilk dəfə nümayiş etdirilən NMS “Yörük” zirehli maşınının pikap tipli yeni versiyası hər cür hava və ərazi şərtlərində ağır yükləri asanlıqla daşımaq qabiliyyətinə malikdir. 4×4 təkər formuluna malik “Yörük” pikapın yüklü halda maksimum sürəti 140 km/saat təşkil edir. Çoxməqsədli pikap yeni nəsil taktiki zirehli maşındır. NMS “Yörük” pikap sərgidə, üzərində ASELSAN şirkətinin istehsalı olan “Sarp L” uzaqdan idarə edilən stabilləşdirilmiş silah sistemi (UKSS) ilə sərgilənmişdi. Şirkət mütəxəssislərinin sözlərinə görə “Yörük” pikapı analoqlarından fərqləndirən üstünlüklərindən biri mina və ballistik mühafizəsinin NATO standartlarına uyğun olmasıdır. Yeni pikap zireh özəlliyi, rəqəmsal ekranı, habelə yüngül çəkisinə görə öz sinfindəki digər vasitələrdən fərqlənir. Zirehli pikap bütün bu xüsusiyyətlərlə asimmetrik təhlükə və qarşıdurma mühitlərində BMT-nin sülhməramlı missiyaları da daxil olmaqla bir çox sahədə logistik fəaliyyətlərdə çevik bir şəkildə hərəkət edə bilən, yüksək sürətli, çoxməqsədli hibrid bir vasitə kimi müştərilərinə bənzərsiz üstünlüklər təq-
dim edəcək və hərəkət zamanı mövcud kritik boşluğu doldurmağı hədəfləyir. 5 nəfər heyəti daşımaq qabiliyyətinə sahib olan zirehli pikap yüngül və asimmetrik təhlükə və ya qarşıdurmanın olduğu yerlərdə yüksək sürətlə hərəkət və manevr etmək imkanlarına malikdir. Türkiyənin zirehli maşın istehsalçısı “Nurol Makina”, başda Türkiyənin Silahlı Qüvvələri və hüquq mühafizə orqanları olmaqla, daxili və xaricdəki istehlakçıların ehtiyacları üçün “Ejder Yalçın”, “Yörük”, “Ilgaz II”, “Ejder Kunter” və “Ejder TOMA” kimi zirehli maşınlar istehsal edir. Eyni zamanda şirkət bu gün hazırladığı bütün zirehli maşın modellərini uğurla ixrac edir. Ümumilikdə, “Nurol Makina” şirkətinin istehsalı zirehli maşınlar dünyanın 14 ölkəsində istifadə olunur. Bu yaxınlarda daha bir Afrika ölkəsi şirkətin məhsullarını idxal edənlər siyahısına əlavə edilmişdi. Beləliklə, “Nurol Makina” şirkətinin istehsalı olan zirehli maşın idxalçılarının sayı 15-ə yüksəlmişdi. Müqavilə əsasında alınan 4×4 təkər formullu “Ejder Yalçın” zirehli avtomobilləri BMT missiyası çərçivəsində istifadə ediləcək. Bundan əvvəl Macarıstan 300-ə qədər “Nurol Makina”nın 4×4 təkər formullu “Ejder Yalçın” (macar adı “Gidran”) və “Yörük” zirehli maşınının tədarük edilməsini sifariş edərək, Türkiyə istehsalı olan texnika ilə silahlanan ilk NATO ölkəsi olmağı bacarmışdı. Hazırda “Nurol Makina”nın zirehli maşınları ilə maraqlanan bir sıra ölkələrlə danışıqlar davam edir. Bunlardan ən çox diqqət çəkəni isə Yaponiyadır. Belə ki, “Nurol Makina” şirkəti 4×4 təkər formullu “Yörük” zirehli transportyoru ilə Yaponiyada zirehli maşın alışı üzrə keçirilən tenderdə seçimlərdən keçməyi bacaran beş şirkət arasında yer almışdı.
Türkiyə Silahlı Qüvvələrinin Güc ləndirmə Fonduna (TSKGV) daxil olan İŞBİR şirkətinin istehsalı olan məhsullar IDEF2021 sərgisində nümayiş etdiril mişdi. İŞBİR bu gün qardaş ölkədə hərbi təyinatlı generator və alternatorların ilk və aparıcı istehsalçısıdır. Şirkət zamanzaman Azərbaycan da daxil ol maqla regionun bir sıra dövlətlərinin ordularına generatorların ixracını həyata keçirmişdi. İŞBİR şirkətinin fəaliyyət sahələrinə generator, alternator, elektrogen qrupları, elektrik panoları və konvertorların dizaynı, yaradılması, istehsalı, testlərinin keçirilməsi, sertifikasiyası, kalifikasiyası və logistik təminatı daxildir. İŞBİR şirkətinin baş direktoru Bürhan Özgürün “Poliqon”a verdiyi açıqlamasına görə, Türkiyədə və dünyada artan enerji istehlakı ilə əlaqədar olaraq enerji sahəsindəki investisiyalar çoxalır: “Günümüzdə ekoloji və səssiz generatorlar böyük maraq yaradır və tələb olunur. Bununla əlaqədar, İŞBİR bir ilkə imza ataraq, Türkiyənin ilk Səssiz Taktik Generatorunu istehsal edib. İŞBİR önəmli bir ehtiyacı qarşılayaraq, 510-20-30 kW güclərdə taktik səssiz generatorları istehsal edərək patentini almanın qürurunu yaşayır. Müdafiə sənayesi layihələri çərçivəsində hazırda müəs-
Bürhan Özgür: İŞBİR Azərbaycanla əlaqələrini gücləndirir sisəmizdə 5 kW tək, 2×5 kW Dual, 10 kW tək, 2×10 kW Dual, 20 kW tək, 2×20 kW Dual, 30 kW tək və 2×30 kW Dual Taktik Səssiz Generatorların istehsalı davam etməkdədir. Bir sonrakı hədəfimiz daha fərqli güclərdə səssiz taktik generatorları yaratmaq və istehsal etməkdir. Hazırda 50 kVA gücünün üzərində çalışmalarımız davam edir. Qarşıdakı dövrdə isə 500 kVAlara qədər generatorların istehsalı planlaşdırılır”. Bürhan Özgür bildirib ki, bu gün gəlinən nöqtədə İŞBİR Türkiyənin müdafiə və aviasiya sənayesində davam edən çox sayda layihədə önəmli yer tutur: “Türkiyə Silahlı Qüvvələrində istifadə olunan bütün pilotsuz uçuş aparatlarının (PUA) yer sistemlərinin generator qrupları İŞBİR tərəfindən istehsal olunmaqdadır. PUA generator qruplarının istehsalı çərçivəsində, TUSAŞ-ın “Anka”, “Baykar Makina” şirkətinin “Bayraqdar TB2” və “Vestel Savunma” şirkətinin “Karayel” PUA-larının bütün generatorları bizim müəssisələrimizdə, İŞBİR mühəndislərinin dizaynı və
texniklərinin əməyi ilə istehsal olunaraq Silahlı Qüvvələrimizin xidmətinə təqdim edilib. Quru Qoşunları Komandanlığının ehtiyacına uyğun olaraq Taktik Sahə Rabitə Sistemlərində (TASMUS) 2 ədəd 15 kVA gücündə yedəkdə daşınan generatorlarımız var. Bu generatorlar eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin də eyni layihəsində istifadə olunacaq. Bundan başqa, Avtomatlaşdırılmış Atəş Dəstək Layihəsi (ADOP) çərçivəsində 2 ədəd 15 kVA generator, Mobil Yüksək Dalğa Kəsmə və Dinləmə Sistemlərində istifadə olunan 2 ədəd 13 kVA Dual generator, Modulyar Müvəqqəti Bazalar üçün istehsal edilən fərqli güclərdə sinxron generatorlar, Sərhəd Təhlükəsizliyi Layihəsi çərçivəsində istifadə edilən 2 ədəd 25 kVA Dual generatorlar və Radiostansiya Sistemi Layihəsi çərçivəsində istifadə edilən 2 ədəd 13 kVA avtomatik yedəkli generatorların istehsalı davam etməkdədir. Hərbi Dəniz Qüvvələri Komandanlığının silahlanmasındakı MİLGEM generatorları layihənin üçüncü gəmisi “Burgazada”
37
SSB başqanı İsmail Dəmir “İşbir” stendini ziyarət edib.
38 www.poliqon.az
və dördüncü gəmi “Kınalıada” ilə davam edib və bu gəmilərin generatorları da İŞBİR tərəfindən istehsal olunub. “Burgazada”nın generatorları artıq dövriyyəyə qoşulub və 2017-ci ilin oktyabr ayında liman testləri
tamamlanıb. Test və Ölçmə Gəmisində (TVEG) istifadə olunacaq 4 ədəd 750 kVA gücündə generatorların istehsalı tamamlanıb və qurulmaq üçün tərsanəyə göndərilib”. İŞBİR-in ixracat coğrafiyası və hədəflərindən danışan Bürhan Özgür bildirib ki, rəhbərlik etdiyi şirkət həm hərbi, həm sənaye, həm də dəniz generatorları üçün bazar axtarışlarını davam edirir. Hazırda İŞBİR İraq, Səudiyyə Ərəbistanı, Pakistan, Qazaxıstan, Qətər, Azərbaycan və digər ölkələrlə olan satış bağlantılarını digər Qafqaz və Mərkəzi Asiya, o cümlədən Afrika bazarına girməklə artırmağa çalışır. “Bir neçə il əvvələ qədər Azərbaycana əhəmiyyətli sayda satışlarımız vardı. Azərbaycan Silahlı Qüvvələrinə (sərhəd birliklərinə) və özəl sektora generatorlar satmışıq. Ancaq fərqli səbəblərdən ixracatımız xeyli azaldı. İndi hədəfimiz ticarət həcmimizi artırma və dost-qardaş Azərbaycan ilə ticarət əlaqələrimizi inkişaf etdirməkdir. Bununla yanaşı, dolayı da olaraq generatorlarımız Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə daxil olmaqdadır. ASELSAN-ın vermiş olduğu sistemlərdə İŞBİR generatorları istifadə olunur”, – deyə İŞBİR-in baş direktoru vurğulayıb. PQ
Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkətinin IDEF2021 sərgisində nümayiş etdirdiyi məhsullar arasında MEMATT mexaniki minatə mizləmə maşını daha çox maraqla qarşılanmışdı. Azərbaycan və Qərbi Afrika ölkəsi olan Burkina-Faso Respublikasına ixrac edilən MEMATT mexaniki minatəmizləmə maşınları müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur. 4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür. Bundan başqa, ASFAT şirkəti IDEF2021 sərgisində Üzən Hovuz Layihəsini təqdim etmişdi. Türkiyənin Tərsanələr Baş İdarəsinin sifarişi əsasında ASFAT şirkətinin baş podratçılığı ilə inşa edilən “Hovuz-14” adlı üzən tərsanə cari ilin fevral ayında Hərbi Dəniz Qüvvələrinin istismarına verilmişdi. 10 000 ton tutumlu “Hovuz-14” üzən tərsanə gəmilərin qaldırılması, onların alt hissələrinin və mexanizmlərinin (val, vint, pərlərinin və s.) kontrol edilməsi, sualtı hissə və mexanizmlərin yosun və yapışmış balıqqulaqlarından təmizlənməsi, boyanması üçün nəzərdə tutulmuşdu. Üzən tərsanə istənilən yerə gedib dənizdə quraşdırıla bilir və orada qəzalı gəmiləri qaldırıb onlara texniki qulluq və təmir işləri keçirə bilir. “Hovuz-14” Türkiyə HDQ-nin freqatlarına qədər bütün gəmiləri qaldırmaq imkanına malikdir. ASFAT stendində tanıtımı keçirilən PN MİLGEM layihəsi çərçivəsində Pakistan Silahlı Qüvvələrinin sifarişi əsasında 4 ədəd korvetin inşa ediləcəyi bildirilmişdi.
ASFAT IDEF2021 sərgisinə öz möhürünü vurdu Pakistan HDQ ilə Türkiyənin ASFAT şirkəti arasında 4 ədəd PN MİLGEM layihəli korvetin alqı-satqısına və texnologiya transferinə dair imzalanmış müqaviləyə əsasən gəmilərdən ikisi Türkiyədə, ikisi isə Pakistanın Karaçi Tərsanəsində inşa ediləcək. Artıq Türkiyədə (İstanbul Dəniz Tərsanəsi) Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş ilk PN MİLGEM sinifli “Babür” korveti 2021-ci ilin avqust ayında dənizə endirilmişdi. PN MİLGEM layihəli korvetlər Pakistan HDQ-nin müasir səth, sualtı və hava hücumundan müdafiə silahları, sensorlar və radioelektron mübarizə sistemi ilə təchiz edilmiş, texnoloji baxımdan ən inkişaf etmiş platformaları olacaq. ASFAT-ın sərgidə nümayiş etdirdiyi məhsullar arasında HGK-82 (Hassas Güdüm Kiti – 82) həssas tuşlama dəsti də yer almışdı.
HGK-82 mövcud 227 kq-lık Mk-82 ümumi təyinatlı bombanı GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir. Bundan başqa, ASFAT sərgidə “Hisar” dəniz patrul gəmisinin (OPV) konvertasiya edilə bilən versiyasını təqdim etmişdi. IDEF-2021-də nümayiş olunan OPV modeli üç fərqli raket növü ilə təchiz olunmuşdu. ASFAT-ın dizayn konsepsiyası, müharibə ssenarisində qabiliyyətlərini artırmaq üçün OPV-lərə quraşdırıla biləcək geniş bir silahlanma və sensor paketi nəzərdə tutur. Yeni model müxtəlif kalibrli silahlarla təchiz edilmiş əsas dizayndan daha ağır silahlanmaya malikdir. Yeni variantda digər silahlara əlavə olaraq 8 ədəd gəmi əleyhinə raket, 4 ədəd HİSAR hava hücumundan müdafiə raketi, 4 ədət UMTAS lazer arayıcı başlıqlı idarəolunan raket və iki ədəd DSH raketi var. ASFAT-ın stendindəki audiovizual təqdimata əsasən, yeni OPV, “Aselsan” istehsalı olan “Yakamos” sonar sitemi, EO sistemi, LPI radarı və atışa nəzarət sistemi ilə təchiz olunacaq. Sərgi çərçivəsində ASFAT müxtəlif şirkətlərlə 10-a yaxın sənəd imzalamışdı. Yuxarıda: MEMATT mexaniki mina təmizləmə maşını. Aşağıda: ASFAT və MKE şirkətləri arasında saziş imzalama mərasimi
39
76 mm çaplı gəmi artilleriya qurğusu və 20 mm çaplı zenit artilleriya kompleksi.
MKE IDEF–2021ə çeşidli yenilikləri ilə qatıldı “Makina və Kimya Sənayesi” (MKE) şirkəti IDEF2021 sərgisində ilk dəfə “Algan” am ibiya yüksək keçidlikli nəq liyyat vasitəsini təqdim etmişdi. “Algan” 8×8 am ibiya vasitəsi MKE mütəxəssislərinin subpodratçılarla əməkdaşlığı çərçivəsində Türkiyənin təhlükəsizlik qüvvələrinin ehtiyaclarının qarşılanması məqsədilə hazırlanmışdı. “Algan” 8×8 yolsuzluq avtomobili universal və geniş imkanları sayəsində yüngül və orta çaplı silah və sursatlardan istifadə etməyə imkan verir. Əlavə olaraq, hərəkətliliyi sayəsində vasitə istənilən döyüş şəraitində tapşırıqları yerinə yetirə bilir. Bundan başqa o, yaralıları və əlavə avadanlıqları nəql etmək üçün də istifadə edilə bilir. Nəqliyyat vasitəsi, demək olar ki, yolsuzluq şəraitində – bataqlıqda, suyun üzərində, qumlu torpaqda, həmçinin qarlı ərazilərdə hərəkət edə bilir. “Algan” 8×8 qu-
40 www.poliqon.az
ruda 6 nəfəri, suda isə 4 nəfəri daşımaq qabiliyyətinə malikdir. 8X8 təkər formullu “Algan” yolsuzluq avtomobili saatda 40 kilometrə qədər sürət yığa bilir. İstənilən ərazidə hərəkət etməsinə imkan verən funksiyalara malikdir. Başqa bir xüsusiyyəti isə onun am ibiya olmasıdır. Am ibiya suyun üzərində saatda 4 kilometr sürətlə hərəkət edə biləcək şəkildə layihələndirilmişdi. Hazırda avtomobildə benzin mühərriki quraşdırılmış və növbəti versiyada elektrik və ya hibrid mühərriklə təchiz olunacaq. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Algan” avtomobili artıq silahsız sınaqlardan keçmişdi. Sərgidən sonra “Algan”ın atəş sınaqları başlayacaq. Bundan sonra yüksək keçidlikli “Algan” vasitəsi Türkiyə təhlükəsizlik qüvvələrinin inventarına daxil edilməyə hazır olacaq. Gələcəkdə yolsuzluq avtomobili də avtonom
variantda hazırlana bilər. Qeyd edək ki, bu tip texnikalar artıq bir çox orduların silahlanmasında yer alıb, lakin Türkiyədə hələ istifadə edilmir. MKEdən yeni dəniz silahları MKE şirkəti IDEF-2021 sərgisində həmçinin tam ölçülü 76 mm çaplı gəmi artilleriya qurğusunu və 20 mm çaplı zenit artilleriya kompleksini nümayiş etdirmişdi. Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) üçün yaradılan yeni zenit artilleriya kompleksi əksər mütəxəssislər üçün gözlənilməz sürpriz olmuşdu. Qeyd edək ki, gəmi topları uzun məsafədən çox sürətlə atəş açdığından, inkişafı standart haubitsalardan və toplardan fərqlənir. Buna görə də gəmi toplarının inkişafı və istehsalı çətin bir prosesdir. Türkiyə HDQ 76 mm-lik dəniz topunu ən çox istifadə edən donanmalardan biridir. Bu isə külli
miqdarda maliyyə vəsaitinin xaricə axını deməkdir. Bu topun yerli inkişafı və istehsalı ilə birlikdə əhəmiyyətli miqdarda maliyyə qaynaqları ölkədə qalmış olacaq. 76 mm çaplı gəmi artilleriya qurğusu hava, quru və dəniz hədəflərinə qarşı təsirlidir. Yeni 76/62 dəniz topunun atış məsafəsi 16 km-dir. Lülənin çapı 76 mm, uzunluğu isə 4700 mm-dir. Lülə su ilə soyutma sisteminə malikdir. Maksimal atış tempi dəqiqədə 80 atəş təşkil edir Silah sisteminin kütləsi döyüş sursatı olmadan 7500 kq və döyüş sursatı ilə birlikdə 8500 kq civarındadır. Sistem 70 dəst atəş yığımı tutan fırlanan konveyerə malikdir. 76 mm-lik yeni topun döyüş atışlı sınaqlarının keçirilməsi bu ilin oktyabr-noyabr aylarına planlaşdırılır. 20 mm-lik zenit artilleriya kompleksi elektrooptik sensorla təchiz edilib, lakin hədə i axtarmaq və izləmək üçün radara malik deyil. ŞirYuxarıda: “Boran” yedəkdə daşınan haubitsa. Aşağıda: “Algan” 8×8 yolsuzluq maşını
41
T155 “Fırtına” özüyeriyən haubitsa
kət mütəxəssislərinin sözlərinə görə, kompleks hazırda Türkiyənin G sinifli freqatlarının təchiz edildiyi “Genesis Advent” dəniz döyüş məlumat-idarəetmə sistemi ilə birlikdə işləməyə hesablanmışdı. Şirkət 20 mm-lik artilleriya kompleksinin tədarükünə 2022-ci ilin sonuna qədər başlamağı planlaşdırır. Kompleksin hədə i məhvetmə məsafəsi 2 km, döyüş sursatının döyüş dəsti 1500 ədəd, atış tezliyi dəqiqədə 4000 atəş təşkil edir. MKE-nin stendində əsas diqqət çəkən silahlar 12.7x99 mm və 20 mm “Gatling” pulemyotları və 120 mm avtomatik minaatanları, o cümlədən üzərində 5.56 mm və 7.62 mm çaplı pulemyotlarla silahlandırılmış döyüş modulları, 155 mm-lik idarəedilən mərmi, 5.56x45 mm polimer başlıqlı patron, 12.7x99 mm zirehdələnyandırıcı snayper patronu, 40 mm yüksək sürətli qumbaraatan sursatı, 40 mm çaplı proqramlaşdırılan qəlpəli mərmi, tank topu üçün 120 mm HEAT kumulyativ zirehdələn sursatı olmuşdu. Şirkət mütəxəssislərinin sözlərinə görə, 3 lüləli 12.7x99 mm pulemyota malik “Gatling” tipli pulemyot nəqliyyat vasitələri, helikopterlər və döyüş gəmilərində istifadə oluna biləcək. Pulemyotun
42 www.poliqon.az
lüləsinin uzunluğu 900 mm, çəkisi 75 kq, atış tezliyi dəqiqədə 1000 + 200 atəş, effektiv atış mənzili 1700 metr təşkil edir. MKE-nin təqdim elədiyi silah sistemi analoqlarından fərqli olaraq daha incə dizayn olunub və daha az həcmə malikdir. Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə yaradılan 6 lüləli 20 mm-lik “Gatling” tipli digər top sisteminə həmçinin idarə olunan raket, yaxud “Stinger” zenit raketi inteqrasiya edilə bilir. Məsafədən idarə olunan döyüş modulu gecə/gündüz kamerası, termal kamera, lazer məsafə ölçənlə təchiz olunmuşdu. Modul nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman da atəş aça bilir. Döyüş modulunun atış tezliyi dəqiqədə 4500-6000 atəş, mərminin lülədən çıxış sürəti 1030 m/s təşkil edir. Çəkisi 112.5 kq olan silahın geri təpməsi 9.4 kN-dır. Top istənilən hava şəraitində ətraf mühitin -46 və +50ºC temperatur diapazonunda istismar oluna bilər. Sərgidə nümayiş etdirilən MKE tərə indən hazırlanmış 105 mm çaplı “Boran” topu bu ilin əvvəli Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul edilmişdi. “Boran” topu “Çinok”, Mi-26 və Mi-17 tipli helikopterin asmasında havada daşına və keçilməz ərazilərdə istifadə oluna bilir. Topun Türkiyə Silahlı Qüvvələri ilə yanaşı xaricə ixracına dair danışıqlar gedir.
“Boran” topu ASELSAN şirkətinin istehsalı olan atış kontrol sistemi və lülənin ağız hissəsində mərminin sürətini ölçən cihazla komplektləşdirilmişdi. Sərgidə MKE tərə indən təqdim olunan 120 mm-lik avtomatik minaatan kompleksi özüdolduran iş prinsipinə malikdir. Yeni minaatan kompleksi 9 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir. MKE-nin öz imkanları hesabına yaratdığı 120 mm avtomatik minaatan kompleksinin beş fərqli nümunəsi hazırlanmışdı. Minaatanın lüləsinin uzunluğu 1900 mm, xəzinəsinin tutumu 30 mərmi, atış tezliyi dəqiqədə 10 atəş təşkil edir. MKE-nin strateji layihələrdən biri də 120 mm lazer idarəetməli tank mərmisidir. MKE öz imkanları ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün hazırladığı və 120 mm tank toplarından atılacaq yeni sursat ən az 5 km mənzilə və 750 mm zireh dəlmə qabiliyyətinə sahibdir. Bundan başqa, MKE-nin öz imkanları ilə hazırladığı 155 mm çaplı idarə olunan top mərmisi T-155 “Fırtına” özüyeriyən haubitsalardan atılacaq. GPS və INS idarəetmə sisteminə sahib olan sursat 60 km mənzildəki zirehli və ya zirehsiz sabit hədəflərə qarşı istifadə oluna biləcək.
CANiK markasıyla dünyanın öndə gələn yüngül silah istehsalçılarından olan “Samsun Yurt Savunma” (SYS) şir kəti, IDEF2021 sərgisində ilk dəfə nüma yiş etdirdiyi yerli və milli zenit pulem yotu və innovativ məhsulları ilə dünya nəhəngləri arasında yerini almışdı. SYS stendində CANiK markalı tapançalar, o cümlədən TP9, METE və Təlim tapança ailəsinin geniş çeşidləri nümayiş etdirilmişdi. SYS sərgidə həmçinin yeni qurulan CANiK mağaza şəbəkəsini, təlim fəaliyyətlərinin aparıldığı CANiK Akademiyasını və yeni hazırlanmış CANiK Smart və CANiK APP tətbiqlərini də təqdim etmişdi. Bundan başqa SYS stendində markalarını və törəmə şirkətləri ilə qurduğu ekosistemin nailiyyətlərini iştirakçılara təqdim etmişdi. Sərgidə UNIDEF və UNIROBOTICS məhsullarını da nümayiş etdirmiş SYS ekosisteminin həll yönümlü tərəfini sənaye oyunçularına çatdırmışdı. 1000dən çox pulemyot sifarişi SYS şirkəti Türkiyənin “yerli və milli zenit pulemyotu” olaraq təyin olunan CANiK M2 QCB 12.7 mm ağır pulemyotu ilə sərginin ilk gününə möhür vurmuşdu. Adı açıqlanmayan xarici müştəridən 1000 ədəddən çox sifariş alan SYS şirkəti avqust ayının sonundan CANiK M2 QCB 12.7 mm ağır pulemyotun seriyalı istehsalına başlamağı planlaşdırmışdı. Habelə, IDEF2021 sərgisinin ikinci günü SYS şirkəti Pakistan Silahlı Qüvvələri ilə CANiK silahlarının tədarükünə dair müqavilə imzalamışdı.
SYS müdafiə sənayesindəki gücü ilə dünyanın ilk beşliyinə daxil oldu Dünyanın ilk beşliyində yer aldı Dünyada zenit pulemyot silahları istehsal edən yalnız 4 şirkət var. SYS, 12.7 mm CANiK M2 QCB ağır pulemyotu ilə dünya sıralamasında 5-ci sıraya girmişdi. SYS şirkətinin baş direktoru Utku Aralın sözlərinə görə, xüsusilə Afrika və CənubŞərqi Asiya ölkələrində bu silahın böyük bir bazarı var. Bu silahın fərqli ölkələrə satılması üçün beynəlxalq istehsalçıların ixrac lisenziyası alması ən az 90 gün çə-
kir. SYS pulemyotu sifarişi aldıqdan 45 gün sonra sifarişçiyə çatdıra bilir. M2 12.7 mm-lik ağır pulemyotları qəbul testləri üçün ABŞ tərəfindən təyin edilən T.O.P standartına cavab verməlidir. CANiK M2 QCB 12.7 mm ağır pulemyotu T.O.P. standartına cavab verdiyi üçün ixrac potensialı çox yüksəkdir. CANiK M2 QCB pulemyotunun lüləsi asanlıqla dəyişdirilə blir. Tək-tək və avtomatik atış imkanı verən pulemyot CANiK atıcı silahlar ailəsinin ən son üzvüdür. Baş direktor Utku Aral bildirib ki, CANiK M2 QCB, zirehli və zirehsiz avtomobillərdə, dəniz platformalarında və üç ayaqlı sabit qurğu üzərində istifadə olunan M2 ağır pulemyotunun yeni inkişaf etdirilmiş versiyasıdır. Təkmilləşdirilmə nəticəsində M2 üzərindəki atəş mexanizminin ömrü iki dəfə artırılmış və uzun ömürlü lülə ilə təchiz edilmişdi. Silahın ətraf mühit və çətin şəraitdə iş performansı da artırılmışdı. CANiK M2 QCB pulemyotu üzərində müxtəlif növ optik və işıqlandırma cihazlarının quraşdırılması mümkündür. Canik M2 QCB bugünkü və gələcək döyüş sahələrinin tələblərinə uyğunlaşdırılmış klassik dizayna malikdir. Pulemyot real döyüş şəraitində sınaqlardan keçirilmiş və imkanları sübut edilmişdir. Hazırda yerli və milli zenit pulemyotu Türkiyə Silahlı Qüvvələrində müdafiə və xüsusi əməliyyatlarda iştirak edən bütün elementlərə yerləşdirilərək hər cür atəş dəstək missiyalarında istifadə olunur.
43
Türk müdafiə sənayesinin yeni şirkəti – “Özyurt Silah Sanayi” Türkiyənin müdafiə sənayesi sekto runda yeni fəaliyyətə başlayan “Özyurt Silah Sanayi” şirkəti ilk dəfə IDEF2021 sərgisində stendlə təmsil olunmuş və istehsal etdiyi silahlarını nümayiş etdirmişdi. “Özyurt Silah Sanayi” şirkəti tərəfindən yeni istehsal edilən BMZ-338 snayper tüfəngi ABŞ ordusu başda olmaqla NATO-ya üzv olan ölkələrin inventarında yer alan snayper tüfənginin analoqudur. 8.6x70 mm çaplı və istifadəsi asan olan BMZ-338 snayper tüfənginin effektiv atış uzaqlığı 1500 metr təşkil edir. NATO ölkələrinin ordusunun ən çox istifadə etdiyi snayper tüfəngin əsasında hazırlanan “Yiğit–21” snayper tüfəngi 7.62x51 mm çaplı patronlardan istifadə edir və effektiv atış məsafəsi 1150 metrdir. “Özyurt Silah Sanayi” şirkətinin sərgidə nümayiş etdirdiyi və maraqla
44 www.poliqon.az
qarşılanan ASI-21 hücum tüfəngi Türkiyədə ilk AK əsaslı piyada tüfəngidir. Kütləsi 3,5 kq olan ASI-21 hücum tüfəngi 7.62x39 mm kalibrli patronlardan istifadə edir və effektiv atış məsafəsi 400 metr təşkil edir. Bundan başqa “Özyurt Silah Sanayi” IDEF-2021 sərgisində EFE-19 adlı tapançasını tanıtmışdı. 9x19 mm çaplı EFE-19 tapançası 15+1 patron tutumlu, iki tərəfli boşaltma mexanizminə, polimer gövdəyə və etibarlı tutuşa malikdir. EFE19 tapançası görünüşü və asan istifadəsi ilə ziyarətçilərin diqqətini çəkmişdi. “Özyurt Silah Sanayi” şirkətinin İdarə Heyətinin sədri İhsan Özyurt “Poliqon” jurnalına verdiyi açıqlamasında bildirib ki, rəhbərlik etdiyi şirkət təxminən 1 il əvvəl qurulmuşdu: “Hazırda istehsal etdiyimiz snayper silahları, hücum tüfəngləri, 9 mm-lik tapança modellərimiz və 12.7 mm ağır pulemyotumuzla başda Türkiyə
Ordusu, Əmniyyət Baş İdarəsi və Xüsusi Əməliyyat Başkanlığı olmaqla müttəfiq ölkələrin ehtiyaclarını qarşılamaq üçün bu yola çıxdıq”. IDEF-21 beynəlxalq müdafiə sənayesi sərgisindəki gözləntilərindən və görüşmələrindən danışan İhsan Özyurt bildirib ki, sərgi çərçivəsində stendlərini ziyarət edənlərdən gözlədiklərindən daha çox maraq görüblər. “Sərgi başlayandan son günə qədər stendimizi yerli və xarici medianın, xüsusən də dövlətimizin müvafiq orqanlarının nümayəndə heyətləri ziyarət etmiş və nümayiş etdirdiyimiz müdafiə təyinatlı məhsullarla yaxından maraqlanmışlar. Bir çox ölkələrin, xüsusən də Türkiyənin nümayəndə heyətləri ilə sifariş əsaslı danışıqlar aparılmışdı,” – deyə “Özyurt Silah Sanayi” şirkətinin İdarə Heyətinin sədri vurğulamışdı.
İhsan Özyurt bildirib ki, “Özyurt Silah Sanayi” 2021-ci ildə 4 müxtəlif təyinatlı hərbi məhsulu və “Ar–Ge” (araşdırmainkişaf) işləri başa çatmaq üzrə olan 12.7 mm-lik ağır pulemyotu ilə sektorun beynəlxalq bazarında iz qoyacaq. “Özyurt Silah Sanayi”nin gələcək planları barədə məlumat verən şirkət rəhbəri hər şeydən əvvəl, qısa müddət ərzində əldə etdikləri sürətli irəliləyiş, uzun illər dünya müdafiə sektorundakı işlərindən əldə etdikləri təcrübə və müştəri portfeli sayəsində qazanıldığını demişdi. “Bu çərçivədə əlaqədar məhsulları bu sektorda bir çox ölkəyə satmağı planlaşdırırıq və artıq xeyli miqdarda sifariş almışıq. Yarandığı gündən etibarən Orta Şərq bölgəsi ölkələri, Körfəz ölkələri və bir çox Afrika ölkəsi ilə həm peşəkar, həm də ikitərəfli münasibətlər kontekstində ticari dialoqlarımızı davam etdiririk. Mövcud bazarlara daha keyfiyyətli xidmət göstərmək və yeni bazarlara çıxmaq üçün məsləhətçilərimiz, “Ar-Ge” qrupu və xarici
ticarət mütəxəssislərimizlə fasiləsiz işləyirik. Bu çalışmaların işığında gələcək planlarımız sektora yeni məhsullar təqdim etmək və ölkəmiz adına dünya platforma-
sında əhəmiyyətli bir iz buraxmaqdır”, – deyə Özyurt Silah Sanayi” şirkətinin İdarə Heyətinin sədri vurğulamışdı.
45
STM dəniz layihələrini və PUA sistemlərini ön plana çıxardı Türkiyənin STM şirkəti IDEF2021 sərgisində hərbi dəniz platfor malarından taktiki mini PUA sistemlərinə qədər imkanları sübut edilmiş layihələr və həllər ilə qatılmışdı. STM bu il Türkiyə Silahlı Qüvvələrinin inventarına verəcəyi sabit qanadlı PUA sistemi “Alpagu” və “Togan”ı sərgidə nümayiş etdirmişdi. Həmçinin bu sinifdə hazırladı ğı yeni həllərini də ilk dəfə IDEF2021də ziyarətçilərə təqdim etmişdi. Bu çərçivədə, döyüş sursatı buraxan “Boyga” PUA, RF arayıcı başlıqlı və zirehdələn sursat daşıyan “Kargu”nun təqdimatı keçirilmişdi. STM şirkətinin baş direktoru Özgür Gülərüz “Poliqon” jurnalına verdiyi açıqlamasında bildirib ki, STM şirkəti qurulduğu gündən bu yana Türkiyə Silahlı Qüvvələri başda olmaqla təhlükəsizlik qüvvələrinin sahədəki ehtiyaclarına uyğun bənzərsiz layihələr hazırlayır: “Bu gün bu həllərimiz, əsas podratçısı olduğumuz Türkiyənin ilk milli freqatı olan “TCG İstanbul” (F-515) kimi hərbi dəniz platformalarından tutmuş, quruda “Kargu” kimi taktiki mini PUA sistemlərinə qədər fərqli sahələrdə formalaşmışdır. Ölkəmizin müdafiəsi üçün çıxdığımız yolda bu gün mühən-
46 www.poliqon.az
dislik təcrübəmizi və texnologiyalarımızı dost və qardaş ölkələrə transfer edirik. Hərbi dəniz platformalarından taktiki mini PUA sistemlərinə qədər, kiber təhlükəsizlikdən peyk və kosmik texnologiyalara qədər kritik layihələr həyata keçiririk”. STM şirkətinin baş direktoru bildirib ki, bölgənin ən böyük müdafiə sənayesi sərgisi olan IDEF-də bu il xüsusilə dəniz layihələrini və taktiki mini PUA sistemlərini xüsusi olaraq ön plana çıxarıblar. “Dəniz layihələrində, bu il dənizə endirdiyimiz Türkiyənin ilk milli freqatı “TCG İstanbul”un (F-515) əsas podratçısıyıq.
Hərbi dənizçilik sahəsində həyata keçirdiyimiz mühüm layihələrlə ölkəmizi xaricdə uğurla təmsil edirik. Son olaraq texnologiya transferini də əhatə edən əməkdaşlığımız çərçivəsində “Ukrayna korvet” inşasına başladıq. Pakistanın “Agosta” sinif sualtı qayıqlarının modernizasiyasında ilk sualtı qayığı təhvil verdik, ikinci gəmidə böyük bir məsafə qət etdik və üçüncü gəminin modernləşdirilməsi üçün müqavilə imzaladıq. IDEF-2021-də milli mühəndislik imkanlarımızla inkişaf etdirdiyimiz bu layihələri sektor ilə bir araya gətirdik. Bu kontekstdə, birinci sinif “TCG İstanbul” freqatı, ADA sinif korvet (MİLGEM), Pakistana daha əvvəllər çatdırdığımız OPV1900 patrul gəmisini və TS-1700 sualtı qayığı IDEF-də sərgilədik. ilk dəfə olaraq 3 fərqli sahil mühafizəsi gəmisi və sürətmanevr gücü yüksək “səth-səth” idarəolunan raketlərlə hücum edə biləcək MPAC platformasını təqdim etdik.
Taktiki mini PUA istehsalında Türkiyənin aparıcı şirkətiyik. Eyni zamanda Türkiyədən başqa bir ölkəyə hərbi mini PUA satan ilk şirkətik. Türk təhlükəsizlik qüvvələrimiz tərəfindən bu sahədə uğurla istifadə edilən və bu il ixracat uğuruna imza atdığımız “Kargu” PUA-ya sərgidə böyük maraq oldu. Türkiyə təhlükəsizlik qüvvələrinə, ölkədaxili və sərhəddən kənarda döyüş mühitində müvəffəqiyyətli özünü sübut edən sistemlərimizə əsaslanaraq, xaricdə də xüsusi hazırlanmış qabaqcıl texnologiya həlləri təqdim edirik. Dəniz layihələri və taktiki mini PUA sistemlərində əldə etdiyimiz ixrac uğurlarını davam etdirmək istəyirik. Buna uyğun olaraq, inkişaf etmiş platformalarımızı və mühəndislik imkanlarımızı IDEF-ə gələn dost və qardaş ölkələrin yüksək səviyyəli nümayəndələrinə izah etmək imkanı əldə etdik. IDEF stendimizdə müdafiə nazirləri, baş qərargah rəisləri və güc komandanları da daxil olmaqla bir çox yüksək səviyyəli nümayəndə heyətini qəbul etdik. 40-dan çox ölkədən 100-ə yaxın nümayəndə heyəti ilə görüşlər keçirdik. Pan de mi ya ya bax ma ya raq, xa ri ci nümayəndə heyətlərinin sayının əvvəlki illərə nisbətən daha çox olması bizi sevindirdi. IDEF-də “Nurol Makina” şirkəti tərəfindən hazırlanan və istehsal edilən insanlı/insansız zirehli döyüş maşınları, zirehli personal daşıyıcıları və kəşfiyyat və müşahidə vasitələrinə, STM tərəfindən hazırlanan və istehsal olunan taktiki mini PUA sistemlərimizin inteqrasiyasını təmin etmək üçün önəmli bir protokola imza atdıq”, – deyə Özgür Gülərüz vurğulayıb. STM-nin Azərbaycanda və Orta Asiya bölgəsindəki fəaliyyətləri haqqında da-
nışan Özgür Gülərüz bildirib ki, bir tərəfdən Türkiyənin ehtiyaclarına qabaqcıl texnologiyalarla cavab verməyə davam edərkən, digər tərəfdən xaricdə STM-in 4-4 mühəndislik şirkəti olaraq "ehtiyaca uyğun həlləri doğru zamanda, doğru büdcə ilə, düzgün planlaşdırma və doğru təqvimlə mütləq hazırlayacağı" anlayışını gücləndirmək istəyirlər. “Cənubi Amerikadan Uzaq Şərqə qədər 20-dən çox ölkədə əməkdaşlıq, ixracat və biznesin inkişafı fəaliyyətlərini həyata keçiririk. Yüksək texnologiyalı məhsullarımızı dost və qardaş Azərbaycan və Orta Asiya coğrafiyasına, buradakı ölkələrin xidmətinə təqdim etmək üçün çalışırıq. Həyata keçirdiyimiz hər bir layihədə maliyyə baxımından səmərəli, fasiləsiz
texniki dəstək və təcrübənin ötürülməsi ilə maraqlanırıq. Yalnız məhsullarımızı satmırıq, həm də həmin ölkələrin müdafiə qabiliyyətini artıracaq əməkdaşlıq sahələri yaradırıq. Bu çərçivədə IDEF-də fay da lı görüşlər ke çir dik. Azər bay can müdafiə sənayesinin inkişafı üçün qazanqazan prinsipi əsasında əməkdaşlığı artırmağı və təcrübəmizi bölüşməyi hədəfləyirik”, – deyə Özgür Gülərüz bəyan edib. Gələcək planlarından danışan STMnin baş direktoru bildirib ki, şübhəsiz ki, gələcək üçün ən əsas motivasiyaları hazırkı layihələrini uğurla başa çatdırmaq və onlardan qazandıqları qənaəti daha böyük layihələrə daşımaqdır: “Daim dəyişən və inkişaf edən müharibə mühitində, həm Türkiyənin, həm də kədərdə və sevincdə bir olduğumuz Azərbaycan kimi ölkələrin ehtiyaclarını ödəmək üçün səylərimizi davam etdirəcəyik. Başqa bir vacib motivasiya, mümkün olduğu qədər ixracatla böyüməni həyata keçirmək və çalışdığımız ölkələrin müdafiə qabiliyyətini artırmaqdır. 2023-cü ildə gəlirimizin 50%-ni ixracatdan əldə etməyi hədəfləyirik. Uzunmüddətli hədəfimiz bunu tədricən artırmaqdır. Bu, asan olmayacaq. Ancaq bunu reallaşdırmaq üçün potensialımız olduğunu düşünürük. Buna ekosistemlə birlikdə nail olmaq kimi bir vizionumuz var. Bu mənada biz də subpodratçılarımızı motivasiya etməyə və istiqamətləndirməyə çalışırıq”.
Azərbaycan HDQnin komandanı kontradmiral Sübhan Bəkirov STM stendini ziyarət edib
47
DASAL çoxməqsədli taktiki PUAlarını nümayiş etdirib Türkiyənin ASELSAN və ALTINAY şirkətlərinin “DASAL Havacılık Teknolojileri” törəmə şirkəti tərəfindən hazırlanmış müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) IDEF2021 sərgisində ən çox diqqət çəkən eksponatlardan olmuşdu. 2015ci ildə qurulan DASAL aviasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Əsasən pilotsuz uçuş aparatlarının istehsalına üstünlük verən DASAL proqram təminatından mexaniki dizayna, aparatdan tutmuş test sistemlərinə qədər hər cür imkanlara sahib olan az sayda şirkətlərdən hesab edilir. ASELSAN şirkəti 2020ci ildə “DASAL Havacılık Teknolojileri” şirkətinə ortaq olmuşdu. IDEF-2021-də ilk dəfə nümayiş etdirilən “Karqo-150” pilotsuz uçuş aparatı DASAL mühəndisləri tərəfindən tamamilə yerli və milli imkanlar hesabına dizayn və istehsal edilmişdi. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Karqo-150” PUA qabaqcıl texnologiya və üstün xüsusiyyətləri ilə çox əhəmiyyətli və kritik ehtiyacları qarşılaya biləcək. “Karqo-150” PUA xüsusilə ucqar bölgələrdə yerləşən və çatdırılması çətin olan hərbi məntəqələrə müxtəlif gündəlik qida ehtiyacları, hərbçilərin döyüş sursatlarını və digər ehtiyacları təhlükəsiz, sürətli və səmərəli şəkildə çatdırılması kimi vəzifələri yerinə yetirəcək. PUA-nın yükdaşıma qabiliyyəti 150 kq, uçuş sürəti
48 www.poliqon.az
100 km/saat, əməliyyat radiusu 40 kmdir. “Doğan” silahlı PUA DASAL sərgidə ilk dəfə avtomatik tüfənglə dəstləşdirilmiş “Doğan” adlı PUA sisteminin yenilənmiş konfiqurasiyasını sərgiləmişdi. “Doğan”, təhlükəsizlik qüvvələrinin terror və silahlı təhdidlərə qarşı can itkisini və yaralanmasını azaltmaq üçün hazırlanmışdır. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda “Doğan” PUA-nın sınaq uçuşları və atəş sınaqları davam edir. “Doğan”, üzərindəki termal kamera və gündüz kamerası kimi sistemlərlə uzaq məsafədəki təhdidləri
aşkar etmək, araşdırmaq və təsvir etmək qabiliyyətinə malikdir. Yenilənmiş “Doğan” daha güclü bir platforma ilə təchiz edilmişdi. PUA-nın silah daşıyan sistemi xüsusilə inkişaf etdirilmiş, mərmiləri daşıma qabiliyyəti artırılmışdı. Nəticədə öz ətrafında 360 dərəcə dönə bilən, hər an dəqiq vura bilən və istifadəçiyə çox asanlıqla istifadə etmə imkanı verən bir məhsul ortaya çıxmışdı. “Doğan” PUA-nın uçuş uzaqlığı 10 km, uçuş müddəti 30 dəqiqə təşkil edir. “Doğan”, 5.56 mm-lik avtomatik tüfənglə silahlandırılmışdı. PUA üstünlük və ehtiyaca uyğun olaraq 100 ilə 200 arasında döyüş sursatı daşıya bilər. Süni intellekt və görüntü emalı texnologiyasından istifadə edərək, xüsusi olaraq hazırlanmış sistemlər sayəsində “Doğan” üzərindəki kameradan çəkilmiş görüntüləri emal edərək hədəfi aşkarlama, tanıma və izlənilən hədəfə fokuslanma qabiliyyətləri ilə işləyə bilər. PUA proqram təminatı sayəsində istifadəçi seçimlərini tək və ya ardıcıl atəş rejimləri ilə missiya ssenarisinə uyğun olaraq artırmaq və hədəfi yüksək dəqiqlik dərəcəsi ilə birbaşa vurmaq və ya təzyiq
atəşinə tutmaq üçün hazırlanmışdır. “Doğan”ın jammer əleyhinə xüsusiyyəti də PUA-nın zərərsizləşdirilməsini çox çətinləşdirir. “Albatros” taktiki karqo PUA DASAL-ın IDEF-2021 sərgisində nümayiş etdiridiyi çox məqsədli “Albatros” taktiki PUA modulyar dizayn və 70 kq yük Solda: “Karqo150” PUA Sağda: “Doğan” PUA Aşağıda: “Albatros” taktiki karqo PUA
daşıma qabiliyyətinə malikdir. PUA-ya 5.56 mm-lik avtomatik tüfəng, yüngül pulemyot və ya fərqli bomba variantları inteqrasiya oluna bilər. “Albatros” PUA-nın uçuş müddəti 45 dəqiqə və maksimum üfüqi sürəti 100 km/saat təşkil edir. “Albatros” xüsusilə karqo missiyaları üçün hazırlansa da, yüksək qaldırma qabiliyyəti, bənzərsiz sursatı və faydalı yükləri ilə silahlı PUA olaraq da istifadə edilə bilər. Digər tərəfdən “Albatros” PUA, “Altınay” şirkətinin hazırladığı “Maragay” və “Vaşak”
kimi insansız quru vasitələrini də daşıya bilər. “Albatros”un əsas məqsədi ordu hissələrinə hava dəstəyi verməkdir. Yük daşımaqla yanaşı, yaralı əsgərləri döyüş meydanından təxliyə etmək qabiliyyətinə malikdir. “Albatros” postlara, dağ kəndlərinə, adalara və digər gedilməsi çətin və uzaq yerlərə faydalı yükləri çatdıra biləcək. Bundan əlavə, təbii fəlakət vəziyyətlərində axtarış-xilasetmə, yanğın söndürmə və təcili yardım maşınlarında da istifadə etmək mümkün olacaq.
49
TUSAŞın yerli məhsulları maraqla qarşılanıb Türkiyənin TUSAŞ şirkəti 1720 avqust tarixlərində İstanbulda keçirilmiş IDEF2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yerli aviasiya vasitələrini və kosmik sistemlərini sərgiləmişdi. IDEF2021 sərgisində TUSAŞ ilk dəfə olaraq MMU milli döyüş təyyarəsini, həmçinin “Anka” və “Aksunqur” pilotsuz uçuş aparatları, ATAK və ATAK II helikopterləri, habelə “Gökbey”, “Hürkuş”, “Hürjet” təyyarələri nümayiş etdirmişdi. Bundan əlavə, “Hürjet” yüngül hücum təyyarəsinin simulyatoru da TUSAŞ stendində yer almışdı. Həmçinin yerli imkanlar hesabına hazırlanan və Türkiyənin Milli Kosmik Proqramında mühüm yer tutan peyk layihələri də sərgilənmişdi. TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkətinin baş direktoru Temel Kotil “Poliqon” jurnalına açıqlamasında bildirib ki, Türkiyə aviasiya və kosmos sahəsində əhəmiyyətli dərəcədə istehsal və dizaynını davam etdirir: “Bu baxımdan şirkətimiz istedadlı mühəndislərlə yerli platformaların inkişaf etdirilməsi üçün “Ar-Ge” fəaliyyətləri ilə dünya aviasiya ekosisteminə töhfə verməkdədir. IDEF sərgisi milli müdafiə layihələri ilə bağlı inkişafları dünya ictimaiyyətinə çatdırmaqda əhəmiyyətli bir rola malikdir. Səylərimizi davam etdirərək 2023-cü il martın 18-də ATAKII helikopteri və “Hürjet” təyyarəsinin ilk uçuşunun şahidi olacağıq”. T929 ATAKII ilk dəfə IDEF2021də Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan T929 ATAK-II zərbə helikopteri ilk dəfə IDEF-2021 sərgisində nümayiş etYuxarıda: Türkiyənin MMU milli döyüş təyyarəsi. Aşağıda: T929 ATAKII zərbə helikopteri
50 www.poliqon.az
dirilmişdi. T929 ATAK-II zərbə helikopterinin layihələndirilməsi 2019-cu ildə Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə TUSAŞ arasında “Ağır Sınıf Taarruz Helikopteri” proqramı çərçivəsində müqavilə imzalanması sayəsində həyata keçirilir. TUSAŞ şirkəti 2017-ci ildən bəri, T129 ATAK yüngül zərbə helikopteri ilə perspektivli ağır T929 ATAK-II arasında yer tutmalı olan 6 tonluq T629 ATAK-II zərbə helikopterini inkişaf etdirir. 2019-cu ildə şirkət layihəni müdafiə edib və helikopterin ilk uçuş modelini yığmağa başlamışdı. Keçirilən təqdimatda helikopter modeli “Roketsan” istehsalı L-UMTAS tank əleyhinə raket modelləri və 70 mm çaplı idarə olunmayan raketlərin buraxma qurğularının modelləri ilə də təchiz edilmişdi. Bu helikopterin kütləsi 11 tondur, 1,5 ton silah və sursat daşıya bilər. İki qaz turbinli mühərrik yüksək hündürlüklərdə olduğu kimi yüksək temperaturda da işləməyə imkan verir. T929 ATAK-II zərbə helikopterinin silahlanması aviasiya topundan, “hava-hava” və “hava-yer” sinif raketlərdən, həmçinin 70 mm-lik idarə olunmayan aviasiya raketlərindən ibarətdir.
vermişdi. TUSAŞ şirkəti tərəfindən dizayn olunmuş və hazırlanan milli döyüş təyyarəsinə ASELSAN şirkətinin istehsalı olan AESA radarı inteqrasiya olunacaq. Bundan başqa MMU təyyarəsi ASELSAN və TUSAŞ şirkətlərinin birgə hazırlayacağı proqram təminatı sayəsində sürü halında uçan pilotsuz uçuş aparatlarına (PUA) nəzarət edəcək. Həmçinin MMU-da ASELSAN-ın istehsalı olan radioelektron mübarizə sistemi, raket hücumundan xəbərdarlıq sistemi, lazer xəbərdarlıq sistemi quraşdırılacaq. Bundan başqa MMU
döyüş təyyarəsi rəqəmsal radio dalğa yaddaşı (DRFM – Digital Radio Frequency Memory) və radio dalğaları qarışdıran sistemlə təchiz olunacaq. “TRMotor” şirkəti MMU təyyarələrinin alt sistemlərini, o cümlədən APU və ATSS sistemlərini istehsal edəcək. MMU beşinci nəsil döyüş təyyarəsi “Roketsan” şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan müxtəlif raket və bombalarla təchiz olunacaq. Yuxarıda: “Anka” PUA. Aşağıda: T625 “Gökbey” yüngül çoxməqsədli helikopteri
MMU milli döyüş təyyarəsi Sərgidə ilk dəfə nümayiş etdirilən MMU milli döyüş təyyarəsi 2023-cü il martın 18-də sınaqlara başlayacaq. Sertifikasiya prosesi də 3 il çəkəcək. Beləliklə, Türkiyənin milli döyüş təyyarəsi 2029-cu ildə xidmətə başlayacaq. Qeyd edək ki, Türkiyə 2011-ci ildən təyyarə istehsalı ilə bağlı layihəyə start
51
Murat İkinci: “Roketsan” Azərbaycanla əlavə satınalmalara dair danışıqlar aparır Zaur Babaşov Türkiyənin raket və idarə olunan mərmi texnologiyaları mərkəzi sayılan “Roketsan” şirkəti IDEF2021 sərgisində özünün bir çox yeniliklərini ilk dəfə ictimaiyyətə təqdim etdi. “Roketsan” şirkətinin baş direktoru Murat İkinci ilə müsahibəmizdə IDEF2021 sərgisində nümayiş etdirdikləri yeni silah sistemləri, inal mərhələsinə çatan layihələri, ixracat potensialı və hədə ləri, o cümlədən Azərbaycan müda iə sənayesinin yeni mərhələyə qədəm qoymasında Roketsanın rolu və iştirakı barədə məlumat verdi. Poliqon: Murat bəy, ilk olaraq “Roketsan” şirkətinin yenilikləri ba rədə məlumat verməyinizi xahiş edirik. “Roketsan” IDEF sərgisinə hansı yeni məhsulları ilə qatılıb? Murat İkinci: Türkiyənin gələcəyi üçün orijinal, etibarlı və cığır açan raket və raket həllərinin lideri olma vizionu ilə fəaliyyətini davam etdirən “Roketsan” olaraq, IDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hər biri türk mühəndislərinin imzasını daşıyan yeni məhsullarımızla qatıldıq. IDEF-2021 sərgisində stendimizi ziyarət edən iştirakçılar 10
52 www.poliqon.az
yeni məhsulumuzu ilk dəfə görmək imkanı əldə etdilər. Bu məhsullarımız: MK-82 ümumi məqsədli bombanın hədəfinə çatmasını təmin edən LAÇİN tuşlama dəsti, Mini Ağıllı Sursat ailənin son üzvü MAM-T, SUNGUR aşağı yüksəklik hava hücumundan müdafiə silah sistemi, Türkiyənin ilk milli ağır sinif torpedası AKYA, 324 millimetrlik ORKA torpedası, pandemiya dövründə 3 ay ərzində 122 millimetr və 230 millimetrlik raketlərə lazer tuşlamalı başlıqlar əlavə edilərək hazırlanan TRLG-122 və TRLG-230 raketləri, LEVENT yaxın
hava hücumundan müdafiə sistemi və yeni nəsil 40 millimetrlik qumbaraatanlardan istifadə etməklə atıla bilən METE lazer tuşlamalı mini raket sistemidir. Bunlara əlavə olaraq, ATMACA gəmi əleyhinə raketindən əldə etdiyimiz təcrübə ilə inkişaf etdirdiyimiz və Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə müqaviləsini imzaladığımız “Qara ATMACA” qanadlı raketini də ilk dəfə təqdim etdik. Hər biri öz “Ar-Ge” çalışmalarımız nəticəsində hazırlanan bu məhsullar IDEF2021-in yerli və xarici iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. 3500-
dən çox işçisi olan Türkiyənin ən böyük texnoloji ordusu olmağı hədəfləyən “Roketsan”, 1800-dən çox mühəndis və öz sərmayəsi ilə maliyyələşdirilən “Ar-Ge” çalışmalarıyla orijinal dizayn və məhsulları inkişaf etdirməyə davam edəcək. Poliqon: Murat bəy, “Roketsan” şirkətinin bu il son mərhələyə qədəm qoyan layihələri barədə oxucularımıza nələri söyləyə bilərsiniz? 2021ci il “Roketsan”ın inkişaf tarixində hansı hadisələr ilə qalacaq? Murat İkinci: Bu il, hal-hazırda həyata keçirdiyimiz müxtəlif layihələrə aid dizayn və inkişaf fəaliyyətlərimiz intensiv şəkildə davam edərkən, bir çox məhsulumuzu da Türkiyə Silahlı Qüvvələrinin inventarına əlavə edəcəyimiz bir il olacaq. Gündəliyimizə baxdıqda, çox yaxın bir zamanda Mini Ağıllı Sursat ailəmizin son üzvü olan və daha yüksək döyüş başlığı effektivliyi və daha uzun məsafə ehtiyacını qarşılamaq məqsədilə hazırladığımız MAM-T sursatını təhvil verəcəyik. Uğurlarını sahədə sübut edən MAML və MAM-C ağıllı sursatların inventarına daxil olduqları ölkənin hava zərbəsi gücünə üstün bir töhfə verdiyinə bütün dünya şahid oldu. MAM-T sursatı da həm Türkiyə Silahlı Qüvvələrinin, həm də dost və müttəfiq ölkələrin inventarına girən kimi əhəmiyyətli bir zərbə qüvvəsi olacaq. ATMACA gəmi əleyhinə raketimiz son atəş sınağını uğurla tamamladı. 220 kilometrdən çox məsafəyə sahib olan ATMACA, görmə xəttindən uzaqda olan hədəflər üçün də böyük bir təhdid yaradır. “Roketsan” mühəndislərinin möhtəşəm bir nümunəsi olan bu raketi də 2021-ci ilin ikinci yarısında Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verəcəyik. Türkiyənin ilk milli ağır sinif torpedası olacaq AKYA üçün işlərimiz planlaşdırılan cədvələ uyğun olaraq uğurla davam edir. Sualtı qayıqlardan, müxtəlif suüstü hədəflərə və sualtı qayıqlara qarşı atılan və tamamilə milli imkanlarla inkişaf etdirilən AKYA ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı platformalara olan əhəmiyyətli bir ehtiyacı milli qaynaqlarla qarşılanacaq. Bu məhsulu 2021-ci ilin sonuna qədər Türkiyə Hərbi Dəniz Qüvvələrinə çatdırmağı hədəfləyirik. Bunlardan başqa bir çox layihələrimiz quru, hava, dəniz və kosmos sahələrində uğurla davam edir. Bəzi məhsullarımız inkişaf, bəzi məhsullarımız sınaq və bəzi məhsullarımız da seriyalı istehsal mərhələsindədir. 2021-ci il “Roketsan” üçün uzun müddət çalışdığı layihənin bir məhsul halına gətirdiyi, uğurla uyğunlaş-
53
dırmalar nəticəsində son hədəfimiz 100 kiloqramlıq bir peyki 400 kilometrdə orbitə çıxarmaqdır. Bunu etdikdə kosmosa öz peykini göndərə biləcək bir ölkəyə çevriləcəyik. Əlbəttə ki, bütün bunlarla birlikdə, dərin kosmos və kosmik kəşflər mərhələsi olan, dünyadan kənar planetlərə çıxış, kosmik mədənçilik kimi bir çox inkişaf edən sahələrdə söz sahibi olmaq üçün əhəmiyyətli bir addım atacağıq. Roketsan olaraq, yerli və milli texnologiyalarımızla kosmik liqanın kritik oyunçularından biri olmaq və millətimizin və insanlığımızın gələcəyinə işıq salmaq istəyirik. Prezidentimizin elan etdiyi Milli Kosmos Proqramının vizionunda, üzərimizə düşə biləcək hər hansı bir işi səbirsizliklə gözləyirik. dırdığı və Türkiyə Silahlı Qüvvələr inventarına əlavə etdiyi müvəffəqiyyətlə dolu bir il olacaq. Poliqon: “Roketsan” yalnız müda fiə sənayesində deyil, həm də kosmik sahədə əhəmiyyətli irəliləyişlər əldə edib. Türkiyə Prezidentinin açıqladığı Milli Kosmik Proqramında “Roket san”ın vəzifəsi haqqında məlumat verməyinizi istərdik. Murat İkinci: Prezidentimizin vizionları və Müdafiə Sənayesi Başkanlığımızın rəhbərliyi altında, Türkiyənin kosmosa müstəqil çıxışı üçün aldığı qərara uyğun olaraq, 2012-ci ildə Müdafiə Səna-
54 www.poliqon.az
yesi İcraiyyə Komitəsində alınan qərar əsasında çalışmalar başladıldı və Türkiyəni kosmos liqasına daşımaq vəzifəsi “Roketsan” olaraq bizə verildi. Prezident Rəcəb Tayyib Ərdoğanın 2023-cü il vizionları və Müdafiə Sənayesi Başkanlığımızın rəhbərliyi altında həyata keçirdiyimiz bu işlərdə, milli texnologiya ilə kosmosa buraxılan ilk yerli sonda raketləriylə 2018-ci ildə 130 kilometr, 2020-ci ildə isə 136 kilometr yüksəkliyə çataraq, kosmosun sərhədi olaraq qəbul edilən 100 km xəttini aşdıq. Bu bizim üçün əhəmiyyətli bir dönüş nöqtəsidir. Çünki bunun sayəsində maye yanacaqlı raket mühərriklərinin inkişafı istiqamətində əhəmiyyətli bir addım atdıq və ölkəmizin kosmosda elmi araşdırmalarına başlanıldı. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2020-ci avqust ayının 30-da açılışı olan Peyk Buraxma Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzində (USİTAM), aralarında Mikro Peyk Buraxma Sistemi (MUFS) də daxil olmaqla bir çox yeni və yüksək texnologiyalı sistem və alt sistemlərin inkişafı davam edir. Burada həyata keçirilən layihələrin həcmi 9 milyard TL-dən çoxdur. Mikro Peyk Buraxma Sistemi Layihəmiz çərçivəsində apardığımız araş-
Poliqon: Bu gün Azərbaycan mü dafiə sənayesinin qurulmasında “Roketsan”ın yerini və iştirakını necə qiymətləndirirsiniz? Murat İkinci: Azərbaycan Silahlı Qüvvələrinin inventarında “Roketsan” tərəfindən hazırlanmış və istehsal olunan raket və raket sistemləri yer alır. Azərbaycanın inventarındakı silahlı pilotsuz uçuş aparatlarının (PUA) üzərindəki məhsullarımızın və raket sistemlərimizin Azərbaycandakı qardaşlarımıza əhəmiyyətli üstünlüklər verdiyindən qürur duyuruq. Bu məhsulların bir çoxu Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüş meydanında istifadə edilərək uğurlarını sübut etdi. Son vaxtlardakı inkişaflarla birlikdə, Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan “Roketsan” məhsullarının yenilənməsi, logistika ehtiyaclarının ödənilməsi və əlavə satınalmalar üçün danışıqlarımız davam edir. Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinə və müdafiə sənayesinə lazımi dəstəyi verməyə və onlarla əməkdaşlıq etməyə həmişə hazırıq. Vaxt ayırıb Poliqon jurnalının sualla rını cavablandırdığına görə cənab Murat İkinciyə təşəkkürümüzü bildiririk.
İMTA robotu sürü halında minaları aşkarlayacaq Türkiyənin TÜBİTAK BİLGEM Mərkəzinin hazırladığı İMTA adlı mina/ƏPQ aşkarlama robotu ilk dəfə IDEF-2021 sərgisində təqdim edilmişdi. TÜBİTAK BİLGEM Mərkəzinin direktor müavini Hakkı Murat Gençin “Poliqon”a verdiyi açıqlamaya görə İMTA, insanlı/insansız quru və hava vasitələrinə asanlıqla inteqrasiya oluna bilən yeni nəsil mina/ƏPQ aşkarlama sistemidir. Direktor müavini bildirib ki, mərkəzi idarəetmə sistemi sayəsində İMTA mina və əldəqayırma partlayıcı qurğuları (ƏPQ) uzaqdan aşkarlaya bilir: “İMTA sistemi, süni intellektlə avtonom şəkildə marşrut xətti üzərindəki minaların aşkarlanması, ikinci dərəcəli yolla bölmə arasındakı marşrutların avtonom idarə edilməsi, fərqli təhlükəsizlik sistemləri (pilotsuz uçuş aparatı, pilotsuz nəqliyyat
vasitəsi və s.) ilə xəbərləşərək erkən xəbərdarlıq qabiliyyətinə malikdir”. Hakkı Murat Gençin sözlərinə görə, İMTA sisteminin
“Pusat Hybrid” hərbi maşını IDEF–2021də Türkiyə “Tümosan” şirkətinin istehsalı olan 530 at gücünə malik dizel mühərrikli “Pusat” və ilk hibrid mühərrikli “Pusat Hybrid” hərbi avtomobilləri ilk dəfə İstanbulda keçirilmiş IDEF-2021 sərgisində nümayiş etdirilmişdi. Türkiyə müdafiə sənayesinin yerli və milli imkanları ilə layihələndirilən yeni “Pusat Hibrid” avtomobilinə xüsusi diqqət yetirilmişdi. Avtomobilin “Alp-1” adlı hibrid mühərrik blokunun gücü 310 at gücünə bərabərdir. Hibrid avtomobillər ümumiyyətlə daxili yanma mühərriki və elektrik mühərrikinin kombinasiyası ilə təchiz olunur. Belə
yarı avtonom və sürü halında görüş xəttindən kənarda idarəetmə imkanları da mövcuddur.
Pakistandan geniş qatılım
mühərrik qurğularının əsas üstünlüyü daxili yanma mühərrikinin aşağı dövr və kiçik gücdə öz səmərəliliyini çox itirdikdə, elektrik ötürücüsünü istifadə etmək qabiliyyətidir. Bu səbəbdən, avtomobil adi mühərriklərlə təchiz edilmiş avtomobillərlə müqayisədə yanacaq istehlakında əhəmiyyətli dərəcədə qazanc əldə edir. “Pusat” və “Pusat Hybrid” hərbi avtomobillərinin hərəsinin 9 əsgər daşıya biləcəyi və standart olaraq 12,7 və 7,62 pulemyot və ya 40 mm qumbaraatanlarla silahlandırılacağı bildirilir.
Pakistanın Müdafiə Sənayesi İxracının Təşviqi Təşkilatı (DEPO) IDEF-2021 sərgisində 395 kv/m sahəsi olan Pakistan pavilyonunu qurmuşdu. Sərgidə Pakistanı GİDS, POF və PAC kimi böyük dövlət şirkətləri təmsil etmişdi. DEPO-dan “Poliqon” jurnalına verilən məlumata görə, Pakistanın hərbi şirkətlərinin yaxın perspektivdə Azərbaycana məhsul ixracına dair marketinq çalışmaları aparılır. Müxtəlif dövrlərdə GİDS, POF və PAC şirkətləri tərəfindən Azərbaycana müəyyən məhsulların ixracatı həyata keçirilmişdi. Ölkələr arasında hərbi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, Azərbaycana hərbi məhsulların satış həcminin az olduğunu vurğulayan təşkilat nümayəndələri bildiriblər ki, sözügedən mövzuda Azərbaycan yetkililəri ilə görüş və müzakirələr keçirilmişdi. Hazırda bir neçə Pakistan şirkətinin potensial layihələri var.
55
Finlandiya və Latviya birlikdə “Patria” 6×6 ZTR istehsal edəcək
Belarus Ordusu Rusiya silahları ilə təchiz olunacaq Belarus ordusuna böyük miqdarda Rusiya istehsalı olan silah və texnika tədarük ediləcək. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib. Aleksandr Lukaşenkonun sözlərinə görə, çatdırılmalar qısa müddətdə başlamalıdır. Belarus mətbuatı A.Lukaşenkonun “Rusiya respublikaya onlarla təyyarə, helikopter və hava hücumundan müdafiə sistemi verəcək” sözlərini sitat gətirib. Belarus rəhbəri bu yaxınlarda ordunun müasir texnika və silahlarla yenidən təchiz edilməsi haqqında fərman imzaladığını da söyləyib. O, yalnız S-400 zenit-raket kompleksinin alınmasının mümkünlüyünü qeyd edərək heç bir konkret məlumat verməyib. Son qərar “Zapad-2021” təlimlərinin nəticələrinə əsasən veriləcək. “Yenidən təchiz edəcəyik. Təlimlərdə başqa bir şeyə ehtiyacımız olduğunu görsək, Rusiya Federasiyasından alaraq silahlanmaya daxil edəcəyik”, – deyərək Belarus lideri əlavə edib. Xatırladaq ki, bu ilin avqust ayında Belarus Prezidenti respublikanın S-400 hava hücumundan müdafiə sistemi almaq niyyətini açıqlayıb. Komplekslər Belarus atom stansiyasının tikintisi üçün ayrılan Rusiya kreditinin qənaət olunmuş vəsaitləri hesabına alınacaq. Rusiya S-400 kompleksinin Minskə tez çatdırılma ehtimalını təsdiqləsə də, indiyədək belarusların bu məsələyə toxunmadıqlarını qeyd edib, həmçinin 96K6 “Pantsir-S” zenit raket-top kompleks sürətli çatdırılma ehtimalını da təsdiqləyib. Bundan əvvəl Belarus Müdafiə Nazirliyi Su-30SM qırıcılarının və Yak-130 təlim-döyüş təyyarələrinin tədarükü üçün müqavilələr imzalayıb. Bundan əlavə, Belarus hərbçiləri 9M332 “Tor-M2” zenit raket komplekslərinin daha üç batareyasını almaq niyyətindədir.
Finlandiya və Latviya iki illik danışıqlardan sonra “Patria” müda iə sənayesi şirkəti ilə birlikdə “Patria” 6×6 zirehli transportyorlarının birgə istehsalının təşkili haqqında “Çərçivə müqaviləsi” imzalayıb. “Patria” şirkətinin mətbuat xidməti bildirib ki, bu müqavilənin şərtlərinə əsasən, qarşıdakı səkkiz il ərzində, yəni 2021-2029-cu illərdə Latviya ordusu 200 ədəd altı oxlu zirehli transportyor almalıdır. Müqavilənin dəyəri açıqlanmır. Ancaq məlumdur ki, Latviya “Patria” şirkətindən təkcə zirehli transportyorları deyil, həm də onların istehsalının daha da inkişaf etdirilməsi və kadr hazırlığı üçün texnologiyalar almalıdır. Nəzəri olaraq belə bir ortaq istehsal layihəsi yeni üzv ölkələrin ona qoşula biləcəyini ehtimal edir. Öz növbəsində Finlandiya Hökuməti və “Patria” şirkətinin rəhbərliyi bu zirehli transportyorların milli silahlı qüvvələr üçün gələcək seriyalı sifarişi ilə bağlı niyyət məktubu imzalayıb. Qeyd etmək lazımdır ki, Latviya və Finlandiya zirehli transportyorların birgə mümkün istehsalına dair danışıqlara 2020-ci ildə başlayıb. “Patria” 6×6 zirehli transportyoru, ardıcıllıqla “Patria XA” və “Patria AMV” zirehli maşınlarının kompliyasiyası olaraq hazırlanmış və özündə hər iki zirehli texnikanın üstünlüklərini birləşdirir. Bir tərəfdən “Patria” 6×6 zirehli transportyorunun geniş desant bölməsi var, digər tərəfdən isə bu zirehli transportyorun istismarı və texniki xidməti asandır. “Patria AMV” transportyorundan alınan effektiv güc qurğusu və müstəqil asqı sayəsində “Patria” 6×6 zirehli transportyoru istənilən relye li ərazidə əla keçmə qabiliyyətini nümayiş etdirir.
Hindistan Ordusu əlavə K9 “VajraT” özüyeriyən haubitsalar alacaq Hindistanın Quru Qoşunları Çinlə həmsərhəd olan yüksək dağlıq ərazilərdə istifadə etmək üçün əlavə olaraq 40 ədəd K9 “Vajra-T” özüyeriyən haubitsa almağı planlaşdırıb. Hindistanın silahlı qüvvələri tərə indən bu ilin əvvəlində Ladaks bölgəsinə göndərilən 3 ədəd K9 “Vajra-T” özüyeriyən haubitsasının sınaqları tamamlanıb. Cənubi Koreyanın “Hanwha” korporasiyasının “Hanwha Techwin” divizionu Hindistan ordusunun keçirdiyi haubitsa müsabiqəsi üçün 100 ədəd K9 “Thunder” özüyeriyən artilleriya qurğusu (ÖAQ) tədarük etmək üçün Hindistanın “Larsen” və “Toubro Limited” şirkətlərinin əmələ gətirdiyi “Larsen & Toubro” konglomeratı ilə birlikdə əməkdaşlıq edib.
56 www.poliqon.az
2015-ci ilin sentyabr ayında, “Larsen & Toubro” müəssisəsi, Hindistan Ordusuna 100 ədəd 155 mm K9 “Vajra-T” ÖAQ tədarük etmək üçün 800 milyon dollar dəyərindəki müqavilənin inalçısı olaraq qalib gəlib. Müqavilənin şərtlərinə əsasən
ilk 10 ədəd ÖAQ Cənubi Koreyadan tədarük edilməli, qalan 90 ədəd qurğu isə 50% yerli dəstləşdiricilər olması şərti ilə “Larsen & Toubro” müəssisəsində istehsal edilməlidir. K9 “Vajra-T”, Cənubi Koreyanın K9 “Thunder” ÖAQ-ın səhra bölgələrində istismar edilmək üçün xüsusi hazırlanmış bir variantıdır. K9 “Vajra-T” zirehli şassiyə əsaslanan özüyeriyən haubitsadır. Artilleriya vasitəsi 155 mm çaplı və 52 çap uzunluqlu haubitsa ilə silahlanıb. Maksimal atəş məsafəsi 40 km-dir. Qeyd edək ki, K9 “Thunder” haubitsaları Hindistanla yanaşı, Cənubi Koreya, Finlandiya, Polşa, Türkiyə, Estoniya, Norveç ordusunun silahlanmasında yer alır.
Meteksan Savunma “Nazar” lazer sistemini təqdim edib
Türkiyənin “Meteksan Savunma” müdafiə sənayesi şirkəti IDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yeni “Nazar” lazer raketdən müdafiə sistemini nümayiş etdirmişdi. Qeyd edək ki, son illərdə elektrooptik və infraqırmızı özütuşlama başlıqlı üçüncü və dördüncü nəsil raketlər, xüsusilə hərbi bazalar və strateji mülki obyektlər üçün ciddi bir təhlükəyə çevrilmişdi. “Meteksan Savunma” şirkətinin “Nazar” lazer sistemi,
hədəfi istiqamətləndirilmiş lazer koretmə və funksional məhvetmə üsullarından istifadə edərək elektrooptik və infraqırmızı özütuşlama başlıqlı raketləri zərərsizləşdirir. Bütün dünyada raket sistemlərinin inkişafı ilə paralel olaraq bu tip raketlərə qarşı sistemlər də inkişaf etdirilir. “Nazar” lazer sistemi də belə layihələrdən biridir. “Nazar” layihəsi, 2016-cı ildə Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi Başqanlığı ilə imzalanan mü-
“Aselsan” Ukraynanın HHM sistemini təkmilləşdirəcək IDEF-2021 sərgisi çərçivəsində Ukraynanın “Ukrspetsexport” Dövlət Konserni Türkiyənin “Aselsan” şirkəti ilə hava hücumundan müdafiə (HHM) sistemlərinin təkmilləşdirilməsinə dair müqavilə imzalamışdı. Müqavilə ümumilikdə qoşunların idarəetmə sistemlərinin yaradılmasını və HHM sistemlərinin təkmilləşdirilməsini əhatə edir. Müqavilə ayrı-ayrı HHM sistemlə-
rinin təkmilləşdirilməsi və “Aselsan” şirkətinin istehsalı qoşunların komanda-idarəetmə sisteminə (Command & Control) inteqrasiya üçün xidmətlərin göstərilməsini nəzərdə tutur. Müqavilənin icrası nəticəsində Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin taktiki və texniki xüsusiyyətləri artırılacaq.
qavilə əsasında hazırlanmışdır, layihənin həyata keçirilməsi mərhələlərlə icra olunur. “Nazar” layihəsi, hərbi bazaları, qurğuları və Hərbi Dəniz Qüvvələrinin əhəmiyyətli platformalarını elektrooptik və infraqırmızı başlıqlı raketlərdən qorumaq məqsədini daşıyır. Dünyada elektron əks-tədbirlər üçün yalnız super güclər lazer texnologiyasından istifadə edirlər. Bu səbəbdən də “Meteksan Savunma” şirkətinin mütəxəssisləri hesab edirlər ki, “Nazar” layihəsi ilə qazanılan təcrübə, qarşıdakı 10 il ərzində Türkiyəyə milli müdafiə baxımından böyük fayda verəcək. Bu məhsullar dünya bazarına çıxarılan əhəmiyyətli bir ixrac qapısı olacaq. Birinci mərhələdə, “Nazar” sistemi istismar ehtiyaclarına uyğun olaraq ehtiyac olan yerlərə asanlıqla daşınmaq üçün mobil platformadan istifadə edəcək. Sistemin yerüstü variantı yaradıldıqdan sonra döyüş gəmilərinin raketdən müdafiə kompleksinin dəniz versiyası hazırlanacaq. Sistemin işləməsi üçün lazım olan elektrik enerjisi öz generatoru tərəfindən istehsal olunur və buna görə də kənar enerji təminatı mənbəyinə ehtiyac yoxdur.
“Altay” tankı və “Fırtına” haubitsasına Ukrayna mühərrikləri IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində, Ukrayna ekspozisiyasında 6TD mühərrikinin iki versiyası – 6TD-2 və 6TD-4 nümayiş etdirilmişdi. Ukraynalı mütəxəssislər bu mühərriklərlə Türkiyənin T-155 “Fırtına” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) və “Altay” tankını təchiz etməyi təklif edirlər. Təklifə görə, 1200 at gücünə malik 6TD-2 mühərriki “Fırtına” ÖAQ-ın təkmilləşdirilmiş T-155 “Fırtına II” versiyasına quraşdırıla bilər. Müəssisə nümayəndələrinin sözlərinə görə, sərgiyə gətirilmiş bu mühərrik T-155 “Fırtına” ÖAQ-ı təkmilləşdirmək üçün hazırlanıb. Bu mühərrik artıq Pakistanın “Al-Xalid”, Taylandın “Oplot” və Ukraynanın T-84 tanklarında istifadə olunur. Mühərrikin artıq praktiki istismar yoxlamasından keçirildiyini nəzərə alaraq, ukraynalı mütəxəssislər onu Türkiyəyə təklif ediblər. Bununla yanaşı, perspektivli “Altay” tankı üçün də mühərrik təklif olunmuşdu. Bu, 1550 at gücünə malik 6TD-4 mühərrikidir. Ukraynalı nümayəndənin sözlərinə görə, Türkiyə tərəfi hazırda bu mühərrikin bütün texniki xüsusiyyətlərini alıb və birgə layihəni inkişaf etdiribetdirməmək barədə qərar qəbul edir. Bu zaman o qeyd edib ki, “Altay” tankına 6TD-4 mühərrikinin quraşdırılması ilə əlaqədar xüsusi texniki problem görmür.
57
Region ölkələrinin müasir HHM və RƏM sistemlərinə baxış Əhəd Əzizov Hazırda mövcud olan və layihələndirilən hava hücumu vasitələri və müxtəlif növ raket kompleksləri bir çox orduların mütəxəssislərini belə tip silahlardan müda iə üçün daha mütərəqqi hava hücumundan müda iə (HHM) və raket əleyhinə müda iə (RƏM) sistemlərinin yaradılması üçün tədbirlər həyata keçirməyə məcbur edir. Bundan irəli gələrək, ordu mənsubları yeni HHM və RƏM sistemlərinin yaradılması, həmçinin silahlanmada yer alan və özünü müsbət cəhətdən doğrultmuş nümunələrin təkmilləşdirilməsi məqsədi ilə müda iə sənayesi müəssisələrinə taktikitexniki tələblər (TTT) təqdim edirlər. Müəssisələr isə öz növbəsində həmin TTTyə uyğun, bəzi hallarda isə ondan üstün nümunələrin yaradılmasına nail olurlar. Bəzən isə müəssisələr təşəbbüs qaydasında belə komplekslərin yaradılmasını yerinə yetirirlər. S300V4 (“Antey4000”) zenitraket sistemi Kompleksin tərkibi
9A83 (9A83M) buraxma qurğusu
Son illərdə keçirilən müxtəlif beynəlxalq səviyyəli sərgilərdə fərqli istehsalçıların silahlanmada yer alan və qəbul edilməsi planlaşdırılan HHM və RƏM sistemləri, həmçinin onların ixrac variantları xüsusi maraq doğurur. Bu materialda ayrı-ayrı ölkələrdə keçirilmiş sərgilərdə nümayiş etdirilmiş bəzi sistemlərə qısa baxış sərgilənir, həmçinin Azərbaycan Ordusunun HHM sisteminin təkmilləşdirilməsi üçün böyük tədbirlərin həyata keçirilməsi və RƏM sisteminin inkişaf etdirilməsi zəruriliyinə diqqət yetirilir. 9K81M4 “Antey-4000” qeyri-strateji (QS) RƏM zenit raket sistemi (ZRS) faktiki olaraq Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları üçün yaradılmış S-300V4 zenit raket sisteminin ixrac versiyasıdır və onun bazasında yaradılıb. Sifarişçinin istəyinə uyğun olaraq, ixrac üçün nəzərdə tutulmuş “Antey-4000” ZRS təkərli şassiyə də quraşdırıla bilər, artıq belə bir versiya hazırlanıb. “Antey-4000” ZRS əhəmiyyətli
58 www.poliqon.az
9S19M2 “İmbir” RLS
9S15M “Obzor3” RLS
sənaye, inzibati və hərbi obyektləri müdafiə etmək üçün təyin edilib. Bir çox mənbələrin məlumatına görə, kompleks 100 km uzaqlıqda və 0,025-30 km yüksəklikdə uçan aerodinamik hədəfləri, 1100 km məsafədə start edən ballistik raketləri 30 km (9M82MDE ZİR)/40 km (9M83ME ZİR) uzaqlıqda və 133 km yüksəklikdə məhv edə bilir. Məhv edilən hədəflərin maksimal sürəti saniyədə
3000 metrdir. Bir divizion “Antey-4000” ZRS eyni zamanda 24 hədəfə atəş aça bilir. Bu zaman divizion 48 ədəd ZİR-i hədəflərə tuşlayır. Raketin döyüş başlığı istiqamətləndirilmiş qəlpəli-fuqas təsirlidir. Divizionun zenit idarəolunan raket (ZİR) döyüş dəsti 96-192 ədəddir. Bir buraxma qurğusundan (BQ) atış tempi (buraxılışlar arası interval) 1,5 saniyə, ZİR buraxılışa hazırlıq müddəti isə 15 saniyə təşkil edir. Sistemin növbətçi rejimdən döyüş rejiminə keçirilmə müddəti 40 saniyədir. 98R6E “Abakan” zenit raket kompleksi yüksək mobil çoxkanallı ZRS dövlətin strateji əhəmiyyətli hərbi-sənaye obyektlərinin, hökumət və inzibati binalarının müdafiəsi zamanı müasir və perspektivli qeyri-strateji ballistik raketləri məhv etmək üçün təyin edilib. 51P6E2 BQ perspektivli QSRƏM ZRS tərkib hissəsi olaraq, ballistik hədəflərlə mübarizə üçün təyin edilib. “Abakan” ZRK, HHM və RƏM sisteminə inteqrasiya edilir və həm avtonom fəaliyyətləri təmin edir, həm də istənilən orta və uzun mənzilli ZRKnin bir hissəsi olaraq, əlavə modul qismində kütləvi ballistik raket zərbələrini dəf etmək üzrə HHM-RƏM qruplaşmalarının imkanlarını genişləndirir. “Abakan” ZRK BAZ6909.60 şassisi üzərində qurulub. Kompleksdə 9M82MDE zenit idarəolunan raketlərdən (ZİR) istifadə olunur. Bu raketlər həm də “Antey-4000” ZRS-də istifadə edilir. Kompleksin əməliyyat-taktiki raketi maksimal məhvetmə məsafəsi 30 km-ə, ballistik hədəfləri məhvetməsinin maksimal hündürlüyü 25 km-ə bərabərdir. ZİR hazırlıq müd-
98R6E “Abakan” zenitraket kompleksi
51P6E2 buraxma qurğusu
51P6E2 buraxma qurğusu
98L6AE “Yenisei-E” RLS
dəti 7,5 saniyə və buraxılışlar arasındakı interval 2 saniyəyə qədərdir. Ərazidə açılma/yığılma müddəti 6/6 dəqiqədən çox deyil. 9K317ME “Vikinq” zenit raket kompleksi, HHM sistemlərinin radioelektron və atəş susdurulması şəraitində ordu və cəbhə qoşunlarının və obyektlərinin düşmənin perspektivli hava hücum silahlarının kütləvi zərbələrindən müdafiəsi üçün təyin edilib. “Viking” ZRK-də 9M83ME ZİR istifadəsi aerodinamik və ballistik hədəflərə təsir dairəsini və yüksəkliyini genişləndirir. Kompleksin məhv etdiyi hədəflərin sırasına taktiki ballistik raketlər, qanadlı raketlər, strateji aviasiya təyyarələri, taktiki və ordu aviasiyası təyyarələri, yüksək dəqiqlikli idarə olunan silahlar və s. daxildir. BQ-də 1 hədəfə 2 ədəd ZİR olmaq hesabı ilə 4 ədəd ZİR yerləşir. ZİR-in hazırlıq müddəti 7,5 saniyə, atışlar arasındakı interval 1,5 saniyə təşkil edir. Kompleksin döyüş vasitələri 24 saat fasiləsiz işləməni təmin edir. Kompleksin hədəfə reaksiya müddəti 10-12 saniyədir. Kompleks bütün hava şəraitlərində işləmək qabiliyyətinə malikdir. “Tor-E2” zenit raket kompleksi, “Tor” tipli kompleksin əvvəlki təkmilləşdirmələrinin bütün üstünlüklərini özündə birləşdirən son modifikasiyasıdır və ZİR-in ikiqat döyüş dəsti də daxil olmaqla bir sıra yüksəldilmiş taktiki və texniki xüsusiyyətləri ilə seçilir. Kompleks, bütün növ döyüşlərdə və yürüşlərdə birlik və birləşmələri himayə etmək, habelə hərbi və digər vacib obyektləri pilotlu və pilotsuz aviasiya vasitələrinin hücumlarından qorumaq üçün istifadə olunur. “TorE2” ZRK, gecə və gündüz, güclü atəş və radio-optik-elektron əks-təsir tədbirləri şəraitdə kompleksin təsir dairəsindəki təyyarələri, helikopterləri, qanadlı, radiolokasiya əleyhinə və digər idarə olunan raketləri, süzən və idarə olunan aviasiya bombalarını və PUA-ları məhv etmək üçün təyin edilib. Əksər analoqlardan fərqli olaraq, “Tor-E2” ZRK yüksək manevr qabiliyyətinə malik avtonom mobil döyüş vahididir. Kompleks uzaqlıq üzrə 15 km-dən az olmayan, yüksəklik üzrə 12 km-ə qədər və kurs parametri üzrə 9,5 km-ə qədər məsafələrdəki hava hədəflərini məhv etmək imkanına malikdir. 4 döyüş maşınından ibarət 4-kanallı “TorE2” ZRK batareyası eyni anda 16 hədəfi vurmağa qadirdir. “Tor-M2DT” zenit raket kompleksi ikimanqalı DT-30 “Vityaz” transporyoru bazasında yaradılan döyüş maşını olmaqla 9K332 “Tor-M2” ZRK-nin Arktika versiyasıdır. 2018-ci ilin noyabr ayında Rusiya Silahlı Qüvvələrinin silahlanmasına daxil olub. “Tor-M2DT” ZRK ekstremal iqlim şəraitində hava hüdudlarını qorumaq üçün təyin edilib. “Tor-M2DT” ZRK-nin uzaqlıq
üzrə məhvetmə məsafəsi 1 – 16 km, yüksəklik üzrə 0,01 – 10 km, kurs parametri ±9,5 km-dir. Məhv edilən hədəflərin maksimal uçuş sürəti saniyədə 1000 metr, kompleksin reaksiya müddəti isə 48 saniyədir. Hədəf kanallarının sayı 4 və eyni anda atəş aparılan hədəflərin sayı 4-dür. “Tor-M2DT” ZRK effektiv əks etdirilən səthi 0,1 m2 olan və saniyədə 700 metr sürətlə uçan kiçik ölçülü hava hücumu vasitələrini vura bilir. Döyüş maşınında 16 ədəd 9M338 markalı ZİR yerləşir. RLS vasitəsi ilə hədəf aşkar edildikdən sonra raketlər 5-10 saniyə ərzində atıla bilir. Buraxılış intervalı 2,5 saniyə təşkil edir. “Sosna” zenit raket kompleksi ixrac versiyasında hazırlanmaqla, istənilən döyüş növlərində, o cümlədən yürüş zamanı hərbi bölmələri hava hücumlarından qorumaq üçün təyin edilib. O, Quru Qoşunlarını himayə edən eşelonlaşdırılmış HHM sisteminin bir hissəsidir. Təkmilləşdirilmiş 9K35M3 “Strela-10M3” ZRK-nin əsasında hazırlanıb. Yeni kompleks, PUA da daxil olmaqla aviasiya vasitələrini, həmçinin qanadlı raketləri, süzən bombaları və yüngül zirehli yerüstü texnikaları məhv etmək üçün təyin edilib. Bu kompleksin əsas vəzifəsi uzun və orta mənzilli komplekslərin müdafiəsini aşan hədəfləri tutmaqdır. Rusiya Silahlı Qüvvələrinin HHM sistemi əsasında hesab-
lama apardıqda aydın olur ki, “Sosna” ZRKnin yerləşdiyi pillə ordu bölmələrinin dördüncü müdafiə eşelonudur. Birinci eşelonda S-300V4, ikincidə təkmilləşdirilmiş “Buk”, üçüncüdə isə “Tor” zenit raket sistemləri yer alır. “Sosna” ZRK minimal/maksimal məhvetmə məsafəsi 1,3/10 km, hündürlüyü isə 0,002/5 km-dir. Kompleks saniyədə 250 m sürətlə uçan raketləri, saniyədə 100 m-ə qədər sürət yığan helikopterləri və saniyədə 300 m-ə qədər sürət yığan təyyarələri tuta bilir. ZRK-nin döyüş dəstinin əsasını saniyədə 900 m-ə qədər maksimal sürət yığan 12 ədəd iki mühərrikli 9M340 “SosnaR” raketləri təşkil edir. “Pantsir-S1M” zenit raket-top kompleksi Rusiya Ordusu üçün nəzərdə tutulmuş 96K6M “Pantsir-SM” təkmilləşdirilmiş ZRTK-nin ixrac versiyasıdır. Yeni kompleksdən ixrac versiyalı yeni 57E6-E və 57E6E raketləri ilə yanaşı, köhnə 9M335 ZİR ilə də atəş aparmaq mümkündür. “Pantsir-S1M” ZRTK-nin məhvetmə məsafəsi 20 km-dən 40 km-ə, hündürlüyü isə 15 km-dən 18 km-ə qədər artırılmış yeni ZİRdən istifadə edə bilir. Hədəfləri minimal məhvetmə hündürlüyü 15 m-dir. Raketin çapı bölünənə qədər 170 mm, bölündükdən sonra isə 90 mm-dir. Kütləsi nəqletməburaxma konteynerində/uçuşda 94/74,5 kq-
59
dır. Döyüş başlığının kütləsi 20 kq, döyüş başlığındakı partlayıcı maddənin kütləsi 5,5 kq-a bərabərdir. Yerinə yetirilən təkmilləşdirmə nəticəsində kompleksin müdafiə etdiyi ərazinin həcmi 3 dəfə artıb. Döyüş işinin gizliliyi və maneəyə davamlığı yüksəldilib, vaxt vahidi üzrə atəş məhsuldarlığı artırılıb. Radioelektron avadanlıqların və silahların təkmilləşdirilməsi sayəsində ZRTK təyyarələrə, helikopterlərə, qanadlı raketlərə, kiçik ölçülülər daxil olmaqla PUA-lara təsirli mübarizəni təmin edir və eyni zamanda yerüstü hədəflərə atəş aça bilir. Kompleksin artilleriya hissəsi dəyişdirilməyib və döyüş dəstinə 1400 ədəd atəş yığımı daxil olan 30 mm-lik 2A38M iki lüləli cüt topdan ibarətdir. Topların ümumi atəş tezliyi dəqiqədə 5000 atəş təşkil edir. Yaxın mənzilli 96K6M “Pantsir-SA” ZRK xüsusi olaraq Arktikada istifadə üçün yaradılıb. O, qarda və bataqlıqda hərəkət edə bilən ikimanqalı DT-30 “Vityaz” transporyoru bazasına quraşdırılıb və Arktikada yolsuzluq şəraitində ətraf mühitin geniş temperatur diapazonunda işləyə bilir. İlk nümunələr 2019-cu ildə ordunun təchizatına daxil olub. Hazırda Rusiya Hava-Kosmik Qüvvələrinin və Şimal Donanmasının HHM bölmələrinin tərkibində döyüş növbətçiliyi aparır. “Pantsir-SA” ZRTK mülki və hərbi obyektlərin hava, yerüstü və suüstü təhdidlərə qarşı yaxın atəş himayəsi üçün təyin edilib. Kompleksin çoxkanallı hədəftutma və müşayiətetmə sistemi və müasir zenit raketləri 20 kilometr radiusda istənilən hava hədəflərinin zəmanətli məhv edilməsinə imkan verir. Kompleksin modul sistemi “Pantsir-SA” üçün həm təkərli, həm də tırtıllı fərqli bazalar seçməyə imkan verir. Bundan əlavə, kompleks hərbi gəmilərə də quraşdırıla bilir. “Gibka-S” zenit raket kompleksi, hava vəziyyətinə nəzarət etmək, hədəfləri aşkar etmək, həmçinin DZRK raketlərindən istifadə edərək aşkar edilən hədəflərə hücum etmək üçün təyin edilib. Kompleksin “HisarA” ZRKnin atış sınaqları
60 www.poliqon.az
tərkibinə zenitçilər manqasının döyüş maşını 9A3324 (BMO) və zenit taqım komandirinin kəşfiyyat və idarəetmə maşını (MRUK) daxildir. MRUK-da 1L122 “Qarmon” radiolokasiya stansiyası quraşdırılıb. RLS-in hədəfi aşkaretmə məsafəsi 40 km, hündürlüyü isə 10 km-dir. Hava hədəfinin maksimal sürəti saniyədə 700 m-dir. “Gibka-S” kompleksində 9K338 “İqla-S” və 9K333 “Verba” DZRK-nin raketlərindən istifadə olunur. Buraxma qurğularının sayı 4 ədəddir. Məhvetmə məsafəsi 6 km təşkil edir. Türkiyə istehsalı olan HHM və RƏM sistemləri Hazırda Türkiyə Respublikası Yaxın və Orta Şərqin ən güclü hərbi potensialına malikdir. Eyni zamanda bütövlükdə ölkənin silahlı qüvvələrinin və xüsusən də HHM sisteminin problemi, əhəmiyyətli bir hissəsi ABŞ-dan, Böyük Britaniyadan və İsraildən alınan müasir silah və hərbi texnikanın çatışmamasıdır. Bu baxımdan, ölkənin ali hərbi və siyasi rəhbərliyi, bölgədəki vəziyyətin ağırlaşması vəziyyətində mümkün hava zərbəsindən HHM-ni təmin edə biləcək milli HHM sistemini təkmilləşdirərək ölkənin təhlükəsizliyini gücləndirməkdə maraqlıdır. Bununla əlaqədar olraq, Türkiyədə son illər ərzində HHM sistemlərinin yaradılması və istehsalı üzrə mütəşəkkil konstruktormühəndis tədbirləri həyata keçirilməkdədir. Bu tədbirlər nəticəsində bir neçə yeni ZRK yaradılaraq silahlanmaya qəbul edilib ki, bunun da nəticəsində Türkiyə Silahlı Qüvvələrinin ixracdan asılılığı qismən aradan qaldırılıb. Yeni sistemlərin yaradılması və artıq silahlanmaya qəbul edilmiş komplekslərin təkmilləşdirilməsi üzrə işlər bu gündə davam etdirilməkdədir. Son illərin nailiyyətləri sırasında “Hisar” və “Sungur” ZRK-lər özünəməxsus yer tutur. “Hisar” zenit raket kompleksi, 2007-ci ildən etibarən “Aselsan” və “Roketsan” şirkətləri tərəfindən yaradılmış və istehsal olunan yaxın, orta və uzun mənzilli “yerhava” sinif zenit raket sistemləri ailəsidir.
ZRK ailəsinə üç fərqli sistem: yaxın mənzilli (aşağı hündürlüklü) “Hisar-A” ZRK, orta mənzilli (hündürlüklü) “Hisar-O” ZRK və sonradan “Siper” adlandırılmış uzun mənzilli “Hisar-U” HHM-RƏM ZRK daxildir. 2019-cu il tarixində “Hisar-A” kompleksinin son inkişaf sınaqları tamamlanıb və seriyalı istehsal üçün Milli Müdafiə Nazirliyi tərəfindən təsdiq edilib. Raketlərin xüsusiyyətləri haqqında hərbi mütəxəssislərin rəyi alındıqdan sonra, 2020-ci ildə “Hisar-A” və “Hisar-O” sistemlərinin təkmilləşdirilmiş versiyaları olan “Hisar-A+” və “Hisar-O+” hazırlanıb. 6 yanvar 2020-ci il tarixindən təkmilləşdirilmiş “Hisar-A+” sisteminin seriyalı istehsalına başlanıb. Raketləri idarəetmə sistemi infraqırmızı özütuşlama başlığına əsaslanır. Komplekslər təyyarələri, helikopterləri, “hava-yer” tipli raketləri və pilotsuz uçuş aparatlarını məhv edə bilir. Artıq “Hisar-A+” ZRK Türkiyə Silahlı Qüvvələrinin döyüş növbətçiliyi aparır. “Hisar-O+” ZRK-nin isə seriyalı istehsalı üçün hazırlıq işləri yerinə yetirilir. “Hisar-A”/”Hisar-A+” ZRK, “Roketsan” şirkəti tərəfindən təmin edilən dörd ədəd şaquli buraxılan “Hisar-A” raketləri ilə silahlanmış FNSS ACV-30 tırtıllı maşınının bazasına əsaslanır. “Hisar-A” tırtıllı ZRK, özünəməxsus “Kalkan” HHM radiolokatoru və ayrı atəşi idarəetmə sistemi olan bir batareya kimi işləməyə ehtiyac duymadan müstəqil avtonom sistem olaraq işləməsinə imkan verən elektrooptik/infraqırmızı (EO/İR) sistemlə təchiz edilib. Kompleksin miniman atəş məsafəsi 2 km, maksimal mənzili isə 15+ km təşkil edir. Hədəflərin məhv edilməsi hündürlükləri 15 metrlə 8+ km arasındadır. “Hisar-O”/”Hisar-O+” ZRK, “MercedesBenz Zetros” avtomobilinin şassisində yerləşdirilib. “Hisar-O+” ZRK “Hisar-O” kompleksinin təkmilləşdirilmiş versiyasıdır. “Hisar-O+”, məsafə və RLS əhatə dairəsi baxımından “Hisar-O” ZRK-dən bir addım irəlidədir. Kompleksin minimal atəş məsafəsi 3 km, maksimal atəş məsafəsi isə 25+ km təşkil edir. Hədəflərin məhv edildiyi minimal hündürlük 50 metr, maksimal hündürlük 15 km-dir. Qırıcı təyyarəni aşkaretmə və müşayiətetmə məsafəsi 40-60 km-ə bərabərdir. Eyni anda 60-a qədər hədəfi müşayiət edə bilir. Buraxılışa hazır raketlərin miqdarı: batareyada ≥ 18 ədəd, divizionda ≥ 54 ədəddir. Raketin döyüş başlığı yüksək effektivlikli qəlpəli təsirə malikdir. İkipilləli bərk yanacaqlı raket mühərriki ilə təchiz edilib. Raket aralıq faza tuşlaması zamanı inersial naviqasiya və məlumat ötürmə kanalından, son mərhələdə isə aktiv radar radiolokasiya özütuşlama başlığından istifadə edir. “Hisar-U” və ya “Siper” ZRK “Aselsan”, “Roketsan” və “TÜBİTAK SaGe” şirkətləri tərəfindən başladılan və inkişaf
etdirilən yüksək hündürlük və uzun mənzilli hava hücumundan müdafiə sistemidir. Gəmi və yerüstü bazalanmalı olmaqla istifadə edilməsi planlaşdırılan raketin 100 km-dən çox uçuş məsafəsinə, ikipilləli bərk yanacaqlı mühərrikə, aktiv radiolokasiya özütuşlama başlığına (RF) və infraqırmızı özütuşlama başlığına (IIR) malik olacağı gözlənilir. Sistem, Türkiyə Donanmasının ən böyük döyüş gəmi layihəsi olan TF-2000 HHM esminesində də istifadə ediləcək. Quru Qoşunları üçün nəzərdə tutulmuş kompleks “MAN Türkiye 8x8” yük avtomobilinin şassisində yerləşdirilib. Minimal 30 km, maksimal isə 150+ km məsafələrdə uçan hava hədəflərini məhv etmək imkanına malikdir. Kompleks düşmənin minimal 50 m və maksimal 20 km hündürlükdə uçan hava hədəflərini məhv edə bilir. İstehsalçı “Hisar-U”/”Siper” ZRK-nin ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400” ZRS-lərlə rəqabət aparmasını hədəfləyir. “Hisar-U” ZRK-nin ilk prototipinin sınaqlarına cari ilin sonunda başlaması planlaşdırılır. Türkiyə “Hisar-U” ZRK ilə uzun mənzilli HHM sistemini istehsal edən bir neçə ölkə arasında yer tutacaq. “Hisar-RF” ZRK-nin aktiv radiolokasiya özütuşlama başlıqlı variantı ilə 2020-ci ilin avqust ayında sınaqdan keçirilib. “HisarRF” ZRK özündə üfüqarxası “Gökdoğan” HHM sisteminin aktiv radiolokasiya özütuşlama başlığı ilə təchiz edilmiş “Hisar-O” raketinin gövdəsi bir qədər uzadılmış variantını tərənnüm edir. O, radiotezlikli axtarıcı sayəsində “Hisar-O” ZİR-dən daha böyük bir məhvetmə məsafəsinə sahib olacaq, “Hisar-O” və “Hisar-U” variantları arasındakı boşluğu dolduracaq. Radiolokasiyalı özütuşlama başlığından istifadə edən “HisarRF” raketinin, soyudulan infraqırmızı özütuşlama başlığından (IIR) istifadə edən və atmosfer şəraitindən qaynaqlanan qızma problemi səbəbiylə bəzi məhdudiyyətlərə malik “Hisar-O” raketinə nisbətən daha yüksək atış məsafəsinə sahib olacağı – HAWK raketinə bərabər olacağı təxmin edilir. Ancaq texnologiya baxımından “Hisar-RF” ZİR, HAWK raketindən qat-qat yüksək mövqedə yerləşir. “Hisar-RF” raketinin radiolokasiya özütuşlama başlığı, “Gökdoğan” HHM sisteminin aktiv radiolokasiya özütuşlama başlığının istehsalından əldə etdiyi təcrübə əsasında “Aselsan” şirkəti tərəfindən hazırlanıb. “Hisar-RF” ZİR, aralıq faza tuşlaması zamanı məlumat ötürmə kanalından və son mərhələdə aktiv radar radiolokasiya özütuşlama başlığından istifadə edəcək. Ümumilikdə, Türkiyə Silahlı Qüvvələri, “Hisar-A+”, “Hisar-O+” və “Hisar-RF” kompleksləri sayəsində pilləli HHM şəbəkəsinin həm ikinci (yaxın mənzilli), həm də üçüncü (orta mənzilli) səviyyələrini qura biləcək. Qurulacaq “Siper” layihəsi isə dördüncü səviyyə (uzun mənzilli) ilə üçüncü səviyyə
arasındakı boşluğu doldurmağa imkan verəcək. “Sungur” ZRK, Türkiyə Silahlı Qüvvələrinin HHM sistemində olan “Stinger” (FIM-92B/C) DZRK raketlərini əvəz etmək üçün hazırlanıb. “Roketsan” şirkəti tərəfindən milli qaynaqlara əsaslanaraq hazırlanan Türkiyənin pilləli HHM sistemləri ailəsinin ən yeni üzvü olan “Sungur” ZRK Silahlı Qüvvələrin inventarında özünəməxsus yerə sahibdir. “Sungur” ZRK, portativ xüsusiyyəti ilə yerüstü, hava və dəniz platformalarına inteqrasiya oluna bilər. Quru Qoşunlarını qanadlı raketlərə, PUA-lara, alçaqdan uçan sabit qanadlı təyyarələrə və helikopterlərə qarşı qısa mənzilli hava hücumundan müdafiə təmin edən “Sungur” yaxın mənzilli mobil ZRK yerdən havaya atəş aparan PORSAV Milli MANPADS sistemi ilə təchiz edilib. “Sungur” ZRK, hava elementlərinə qarşı effektivliyi və yüksək manevr qabiliyyəti, yüksək hədəfvurma qabiliyyəti və əks-tədbir xüsusiyyəti, titan döyüş başlığı və hədəfin uzun məsafədən müşahidəsini təmin edən nişangah qabiliyyəti ilə öz sinfini önləyən bir sistemdir. Kompleks hərəkətdə atış qabiliyyəti, gecəgündüz hədəf təsbiti, təhlili, tanıması, izləməsi kimi xüsusiyyətlərə sahibdir. Düşmənin 4+ km hündürlükdə və 8 km məsafədə uçan hədəflərinin məhv edilməsini təmin edir. İranın istehsal etdiyi HHM və RƏM sistemləri İran HHM elementlərinin təkmilləşdirilməsini milli silahlı qüvvələrin inkişafı üçün prioritet sahələrdən biri hesab edir. Ölkənin HHM sisteminin təməlini əsasən müxtəlif illərdə əldə edilmiş köhnə xarici istehsal olan ZRK-lər təşkil edir. Bura Rusiyadan və Çindən, eləcə də 70-ci illərdə ABŞ və NATO ölkələrindən satın alınmış komplekslər daxildir. Bu silahların bəziləri müasirdir, bəziləri isə fiziki və mənəvi cəhətdən artıq “qocalıb”, lakin müxəlif vaxtlarda yerli
müəssisələr tərəfindən təkmilləşdirilib. Uzun müddətdir ki, sanksiyalar altında olmasına baxmayaraq, İranda Sovet/Rusiya və ya Çin layihələrindən istifadə edərək HHM sistemlərini uğurla inkişaf etdirir. Ölkənin hərbi sənaye müəssisələri öz nümunələrini hazırlayır və istehsal edir, onlar artıq real işdə sınaqdan da keçirilib. İranın son illərdə yaradılmış ən müasir yeni zenit raket komplekslərinə “Bavar-373”, “Khordad-15”, “Khordad-3”, “Mersad-16” və “Dey 9” aiddir. “Bavar-373” ZRK, “Sayyad 2” və “Sayyad 3” raketlərini buraxan “Talash” və “Khordad-15” müdafiə sistemlərində istifadə olunan texnologiyalardan istifadə edilərək hazırlanan və istehsal edilən uzun mənzilli HHM raket sistemidir. Bu sistemin imkanları arasında yüksək hərəkətlilik, yüksək həcmli atəş, müxtəlif hava və raket tipli hədəflərlə qarşılıqlı əlaqə qurma qabiliyyəti, böyük atəş məsafəsi və yüksəkliyi, düzgün qarşılaşma və dartqı ehtimalı, elektron maneə əleyhinə düzgün dayanıqlıq, yerli və sadə texniki xidmət, hücum (o cümlədən kimyəvi, mikrob və nüvə hücumları) şəraitində əməliyyatlar və elektromaqnit hücumları ilə mübarizə qabiliyyəti, müxtəlif hava şəraitlərində əməliyyatlar, dünyanın müasir hədəfləri ilə mübarizə qabiliyyəti, ölkənin müdafiə şəbəkəsi ilə əlaqə, etibarlılıq və oxşar xarici nümunələrdən çox aşağı bir qiymət var. “Bavar-373” ZRK 320 km məsafədəki hədəfləri aşkar edir və onları 260 km-dən izləyir və 200 km məsafədə 27 km yüksəkliyə qədər hücum edə bilir. Kompleksin hədəf axtarış və aşkaretmə RLS-i eyni anda 300 hədəflə işləyə bilir. Digər tərəfdən bu sistemin tutucu radarı eyni anda 60 hədəfi izləmək qabiliyyətinə malikdir. Kompleksin istifadə edə biləcəyi digər “Meraj-4” RLSin isə fəaliyyət məsafəsi 450 km-dir və eyni anda 200 hədəflə işləyə bilir. “Khordad-3” orta mənzilli ZRK, “Raad/Tabas” ZRK bazasında yaradılıb və ölkənin ən müasir kompleksi hesab olunur. Kompleksin standart silahlanması müxtəlif İranın “Bavar373” ZRK
61
variantlar üçün maksimal 50 ilə 105 km (bəzi mənbələrə görə 75 km) uçuş məsafəsinə malik orta mənzilli “Taer-2B” və “Sayyad-2C” raketlərindən ibarətdir. Hədəfləri məhvetmə hündürlüyü 25–30 km arasındadır. Kompleks, fazalı anten şəbəkəsi olan RLS istifadəsi ilə eyni vaxtda dörd hava hədəfini izləyə və iki raketi tuşlaya bilir. “Khordad-3” ZRK qanadlı raketlərə, PUA-lara, helikopterlərə və təyyarələrdən atılan bombalara qarşı mübarizə apara bilir. Kompleks 6x6 təkər formullu “IVECO” yük avtomobilinin şassisində yerləşdirilib. “Khordad-15” ZRK, İran Ordusunun HHM Qoşunlarının “Talash” ZRK-nin daha da inkişaf etdirilməsi nəticəsində yaradılan sistemdir. Kompleks İran Aviasiya Sənayesi Təşkilatı tərəfindən İran ətrafındakı ölkələrin ərazisindəki hərbi bazalarda bölgədənkənar qüvvələrin mövcudluğunun yaratdığı raket və digər hava təhdidlərinə qarşı çıxmaq üçün hazırlanıb. ZRK tərkibinə 2 ədəd 6x6 təkər formullu hərbi yük maşını daxildir. Yeni ZRK, hədəfləri aşkar etmək, izləmək və işıqlandırmaq üçün fazalı anten şəbəkəsi olan yeni “Navid” RLS və uçuş məsafəsi 120 km-ə qədər olan uzun mənzilli “Sayyad3” və qısa mənzilli “Sayyad-2” ZİR ilə ilə təchiz edilib. Yeni RLS-in köməyi ilə kompleks eyni vaxtda 120 km-ə qədər məsafədəki 6 hədəfi tuta bilir, hədəf aşkarlama məsafəsi isə 150 km-ə qədərdir. Daha çətin, gözə çarpmayan hədəflər olduqda isə aşkaretmə məsafəsi 85 km-ə və məhvetmə məsafəsi 45 km-ə qədər azalır. Hədəfləri məhvetmə hündürlüyü 27 km-ə qədərdir. “Mersad-16” ZRK, alçaq yüksəkliklərdə uçanlar da daxil olmaqla kiçik PUA və qanadlı raketlər kimi geniş çeşidli hədəfləri
məhv edə bilən yaxın və orta mənzilli sistemdir. Ən yeni versiyanın ilk sınaqları 2019-cu ildə keçirilib və İran istehsalı “Karrar” reaktiv PUA-nı vurub. Kompleks çox mobildir və aşağı yüksəkliklərdə yüksək sürətlə uçan hava hədəflərini tuta bilir. Kompleks elektron mübarizəyə tab gətirməyə qadirdir və eyni zamanda bir neçə hədəfi vura bilir. Kompleks yerli istehsal yeni “Hafez 3D” üç koordinatlı və “Najm-804” fazalı antena şəbəkəli RLS-dən, buraxma qurğusundan və təkmilləşdirilmiş “Shalamcheh 2” raketindən ibarətdir. Açıq mənbələrin məlumatlarına görə, kompleksin atış məsafəsi “Shalamche” ZİR ilə təxminən 40-50 km, “Şahin” ZİR ilə isə 70-150 km təşkil edir. “9 Dey” ZRK, yerli “Khordad-3” orta mənzilli ZRK əsasında yaradılan yaxın mənzilli sistemdir. Kompleksin silahlanmasına, iki blokda yerləşən zenit raketləri üçün səkkiz konteyner daxildir və eyni vaxtda səkkiz raket buraxmağa qadirdir. Qeyrirəsmi məlumatlara əsasən kompleks atış məsafəsi 20-30 km-ə qədər olan 200-250 kq ağırlığındakı raketlərlə təchiz olunub. Yeni kompleksin radiolokasiya stansiyası və nəqliyyat bazası “Khordad-3” ZRK-nin elementlərinə bənzəyir. O, qanadlı raketlərin tutulması, PUA, təyyarələrlə, helikopterlərlə və təyyarələrdən atılan bombalarla mübarizə aparmaq üçün təyin edilib. Bəzi mənbələrdə qeyd olunur ki, İranda “9 Dey” yaxın mənzilli ZRK-nin seriyalı istehsalına artıq başlanılıb. Belarusun istehsal etdiyi HHM sistemləri Belarusda əsasən mövcud zenit raket komplekslərinin təkmilləşdirilməsi və ya onların bazasında yeni komplekslərin yara-
Belarus istehsalı “BukMB” ZRK
62 www.poliqon.az
dılması işləri həyata keçirilir. Bu istiqamətdə respublikanın bir çox müdafiə sənayesi müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrin mövcud elmi, texnoloji və sənaye imkanları yeni zenit raket komplekslərini yaratmağa imkan verir. Son illərdə artıq Belarus müəssisələri bir neçə növ kompleksin həm daxili, həm də xarici müştərilər üçün təkmilləşdirmə işlərini yerinə yetirib və tədarükünü həyata keçiriblər. “Buk-MB” ZRK, düşmənin radiomaneə müdaxiləsi şəraitində təyyarələri, helikopterləri, ballistik (TBR, ƏTBR) və qanadlı raketləri, AGM-88 HARM tipli radiolokasiya əleyhinə raketləri və digər yüksək dəqiqlikli silahları, həmçinin yerüstü və suüstü radiokontrastlı hədəfləri məhv etmək üçün təyin edilib. Təkmilləşdirilmiş kompleks yaxşılaşdırılmış istehsalat və istismar xüsusiyyətlərinə, eləcə də yüksəldilmiş etibarlılığa sahibdir. Kompleks 250-ə qədər hədəflərin müşayiət olunmasını təmin edir. Maksimal uçuş sürəti saniyədə 1200 m-ə qədər olan hava hədəflərinin məhv edilməsini təmin edir. Kompleksdə 9M38, 9M38M1 və 9M317 markalı ZİR-dən istifadə olunur. Hədəf kanallarının sayı 6-ya bərabərdir və hədəfə reaksiya müddəti 3 saniyədən çox deyil. “Peçora-2BM” təkmilləşdirilmiş ZRK, mürəkkəb maneə şəraitində müasir və perspektivli hava hücumu vasitələri ilə mübarizə aparmaq üçün təyin edilib. Kompleks, istənilən növ radiomaneə müdaxiləsi şəraitində alçaqdan uçan və kiçik ölçülü hədəflərin təsirli şəkildə məhv edilməsini təmin edir. İstisna hallarda ZRK müşahidə olunan yerüstü və suüstü hədəfləri məhv etmək üçün istifadə edilə bilir. Hədəfləri maksimal aşkaretmə məsafəsi 70 km-dir. Məhv edilən hədəfin qarşılama/çatma kurslarında maksimal sürəti saniyədə 700/300 metrdir. Minimal/maksimal məhvetmə məsafəsi 0,02/20 km təşkil edir. 2K12E “Kvadrat” qoşun ZRK, qoşunların və obyektlərin həm səsdən aşağı sürətdə, həm də səsdən iti sürətdə aşağı və orta yüksəkliklərdə uçan düşmən təyyarələrindən havadan müdafiəsi üçün təyin edilib. 2K12 “Kub” ZRK-nin ixrac variantıdır. 2K12 “Kvadrat” ZRK “Kvadrat-MA” səviyyəsinə qədər təkmilləşdirilib. Kompleksin bütün ÖBQ sistemlərini, döyüş işini və heyətin iştirakı olmadan buraxılışın həyata keçirməsini SPRU-dan idarə etmək və nəzarətdə saxlamaq mümkündür. Təkmilləşdirmə zamanı aktiv səs və passiv maneə şəraiti də daxil olmaqla bütün vəziyyətlər üçün hədəf aşkaretmə məsafəsi artırılıb və hədəfə reaksiya müddəti azaldılıb. Kompleksdə tətbiq olunan 3M9M və 3M9M3 ZİR yüksək xüsusiyyətlərə sahibdir. Kurs parametri müvafiq olaraq 12/18 km-ə qədərdir və məhv edilən hədəflərin maksimal sürəti saniyədə 600 metrdir.
Təkmilləşdirilmiş “Strela-10BM2” ZRK, Quru Qoşunlarının qüvvə və vasitələrini düşmənin hava hücumu silahlarından himayə etmək üçün hazırlanmış və “atdın– unutdun” prinsipi əsasında işləyən kompleksdir. Kompleksin təkmilləşdirilməsi nəticəsində, passiv rejimdə gecə-gündüz döyüş işi, hava hədəflərinin aşkarlanmasının və fasiləsiz döyüş işinin vaxtının artırılması, müxtəlif növ ZİR istifadəsi, döyüş maşınlarının termal görüntüsünün azaldılması və heyətin yaşayış şəraitinin yaxşılaşması təmin edilib. Kompleksin hədəfləri aşkaretmə məsafəsi gündüz 20 km-ə, gecə isə 15 km-ə, hədəfi avtomatik müşayiətetmə məsafəsi 15 km-ə qədərdir. Hədəfin tanınması 7-10 km məsafədə yerinə yetirilir. Hədəfləri hündürlük üzrə 0,025-3,5 km, məsafə üzrə 0,8-5 km məsafədə məhv etmək imkanına malikdir. Qarşılama kursunda saniyədə 415 metr, çatma kursunda isə saniyədə 310 metr sürətlə uçan hədəfləri məhv edə bilir. Naviqasiya aparatlarının işə hazırolma müddəti 180 saniyə, kompleksin fasiləsiz işləmə müddəti 8 saatdır. Döyüş dəstinə 8 ədəd ZİR daxildir. 9K33 “Osa” ZRK və onun müxtəlif modifikasiyaları HHM sisteminin ən çoxsaylı avtomatlaşdırılmış qoşun kompleksidir. Kompleks istənilən hava şəraitinə uyğundur və bütün növ döyüş əməliyyatında motoatıcı (tank) diviziyasının qüvvə və vasitələrini himayə etmək üçün təyin edilib. Hazırda kompleksin M-4 “Osa-M” dəniz variantı, yerüstü 9K33 “Osa”, 9K33M2 “Osa-AK” və 9K33M3 “Osa-AKM” kimi modifikasiyaları ilə yanaşı, Belarus müdafiə sənayesinin müəssisələri tərəfindən təkmilləşdirilmiş 9K33-1T “Osa-1T” və yeni yaradılmış T-38 “Stilet” variantları da mövcuddur. Yerinə yetirilən təkmilləşdirmə, kompleksin elektron avadanlıqlarının təxminən 70%-nə təsir edib, eyni zamanda döyüş və istismar xüsusiyyətlərinin yaxşılaşdırılması təmin olunub. Təkmilləşdirmə zamanı kompleksin optikelektron nişangahı, hədəfləri müşayiətetmə stansiyası, raketləri tuşlama stansiyası, buraxma qurğuları, sürücü-mexanikin paneli, operatorlar bölməsinin aparatları da təkmilləşdirlib. Təkmilləşdirmə nəticəsində kompleksin müxtəlif modifikasiyaları fərqli xüsusiyyətlərə sahiblənib. T-38 “Stilet” ZRK, Kompleks, Quru Qoşunlarının bölmələrinin, sənaye və hərbi obyektlərin son dərəcə aşağı, aşağı və orta yüksəkliklərdə uçan, 0,03 m2 və daha artıq effektiv əksetdirilən səthə malik istənilən müasir və perspektiv hava hücumu vasitələrinin zərbələrindən qorunması üçün təyin edilib. Kompleksin idarəetmə sistemləri yeni element bazasında hazırlanıb, döyüş maşını elektron-optik aşkaretmə sistemi ilə təchiz edilib. T-38 “Stilet” ZRK, hədəflərin aşkarlanmasını və müəyyənləşdirilməsini hərəkət-
Ukraynanın S1252D “Peçora2D” ZRKsi təlim atışları zamanı
də və dayanacaqda təmin edir, hədəfi bir və ya iki raketlə dayanacaqda və ya qısa dayanmadan vurur. T-381 döyüş maşınının tərkibinə daxil olan hədəfləri aşkaretmə stansiyası 48-ə qədər hədəfi aşkar etməyə imkan verir. RLS 5000 metr yüksəklikdə uçan hədəfləri 40 km məsafədə, 50 metr yüksəklikdə uçan hədəfləri isə 27 km məsafədə aşkar edir. Hədəfləri müşayiətetmə stansiyası hədəfi 28 km-ə qədər məsafədə müşayiət edə bilir. İki kanallı raketləri tuşlama stansiyası bir hədəfə iki ZİR ilə yaylım atəşi aparmanı təmin edir. Zəruri komandalar iki kanallı stansiya ilə verilir. Maşın rəqəmsal hesablama kompleksi ilə təchiz olunub. Kombinələşdirilmiş OES MiQ-29 tipli təyyarələri televiziya kanalı ilə 30 km məsafədə və termal kanalla 35 km məsafədə aşkar edir, müvafiq olaraq 20 km və 22 km məsafədə müşayiət edir. OES eyni anda iki hədəfə atəş aparmağa imkan verir. Məhv edilən hədəflərin maksimal uçuş sürəti saniyədə 900 metrdir. Hədəfləri məhvetmə məsafəsi 20 km, hündürlüyü 0,025-10 km təşkil edir. Məhv edilən hədəflərin kurs parametri 10 km-dir. “Trio” ZRK, tək hərbi və sənaye obyektlərinin, Quru Qoşunlarının hərbi hissələrinin və birləşmələrinin havadan müdafiəsi və PUA da daxil olmaqla kiçik hava hədəflərinin məhv edilməsi üçün təyin edilib. “Trio” ZRK-nin yaradılması mövcud HHM sistemlərinin təsirli şəkildə mübarizə apara bilmədiyi kiçik ölçülü PUA-ların sürətli inkişafı ilə əlaqədardır. ZRK üçün yaradılan döyüş modulu 9M37M ZİR və R-60-NT aviasiya idarə olunan raketi (AİR) kimi iki növ raketdən istifadə edə bilir. Kompleks “Alyans” avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrasiya olunub və rəqəmsal səmtləşmə və naviqasiya sistemləri ilə təchiz edilib. Passiv optik radar vasitəsilə 2,3x2,3
m ölçülü hədəflər 20 km-ə və 0,3x0,3 m ölçülü hədəflər 2 km-ə qədər məsafədə aşkar edilə bilir. Hədəflər “Strij-M3” optik-elektron sistem vasitəsilə 15 km-ə qədər və akustik stansiyası vasitəsilə 3 km-ə qədər məsafələrdə aşkar olunur. Döyüş maşınından buraxılan raketlə hədəfləri 8 km məsafədə və 5 km hündürlükdə məhv etmək mümkündür. Ukraynanın istehsal etdiyi HHM və RƏM sistemləri Ukraynada Sovetlər birliyindən qalma və sonradan yaradılmış elmi, texnoloji və sənaye əsasları kifayət qədər qısa müddətdə bir sıra yeni zenit raket komplekslərini yaratmağa imkan verir. Yerli ekspertlərin fikrincə, bu zenit raket kompleksləri, ölkənin Silahlı Qüvvələrinin maraqlarına uyğun tapşırıqların həllini təmin edəcək və beynəlxalq silah bazarında kifayət qədər ciddi rəqabətqabiliyyətli bir məhsul olacaq. S-125-2D “Peçora-2D” ZRK, yerli “Aerotexnika-MLT” Kiyev Elmi-İstehsalat Müəssisəsi tərəfindən təkmilləşdirilib. Kompleks mürəkkəb radioelektron maneə mühitində müasir və perspektivli hava hücumu vasitələri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Bütün növ radiomaneələrin təsiri şəraitində aşağı və kiçik ölçülü hədəflərin effektli şəkildə məhv edilməsini təmin edir. Yuxarı komanda məntəqəsinə ümumiləşdirilmiş radiolokasiya məlumatlarını və döyüş fəaliyyətlərinə nəzarət məlumatlarını ötürmək, həmçinin öz vasitələrinin işləməsinə və məlumatötürmə kanallarının vəziyyətinə nəzarət imkanına malikdir. Kompleks əlavə verilən kəşfiyyat və hədəfgöstərmə stansiyalarından, habelə üst HHM komanda məntəqəsindən 150 hava obyekti haqqında radiolokasiya məlumatlarının avtomatik qəbulunu, emalını və əks etdirilməsini təmin edir.
63
“Dnepr” ZRK, Ukrayna hərbi sənaye kompleksinin bir neçə müəssisəsi tərəfindən hazırlanmış perspektivli orta mənzilli zenit raket sistemidir. Kompleks çətin hava şəraitində və düşmənin aktiv məlumat, atəş və manevr əks-tədbirləri şəraitində, hətta günün istənilən vaxtında hər növ təyyarə və helikopterləri, PUA və qanadlı raketləri orta və qısa mənzillərdə məhv edə biləcək. Mövcud məlumatlara görə, Ukrayna Müdafiə Nazirliyi, perspektivli ZRK-ni hazırlayanlar qarşısında çox az müddət təyin edib. Bundan başqa, 2021-ci ildə “Yujnoye” Konstruktor Bürosu, bu sahədəki S-400, MIM-104 Patriot və s. kimi liderlərin müasir uzun mənzilli sistemləri ilə potensial olaraq rəqabət aparacaq ən son sistemi yaratmaq qabiliyyətini açıqlayıb. Yaradıcıların sözlərinə görə, artıq “Kilçen” universal zenit-raket sisteminin hazır layihəsi mövcuddur. HHM və RƏM Qoşunlarının daha da inkişafı mobilliyin, sağ qalma qabiliyyətinin və işləməsinin gizliliyinin təmin edilməsi, avtomatlaşdırma dərəcəsinin yüksəldilməsi, atəş məhsuldarlığının artırılması, məhvetmə zonasının parametrlərinin genişləndirilməsi, reaksiya müddətinin və zenit-raket (raketartilleriya) komplekslərinin kütlə-qabarit xüsusiyyətlərinin azaldılması ilə həyata keçirilir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Ordusu keçmiş Sovet Silahlı Qüvvələrindən qəbul etdiyi HHM komplekslərinin mühüm hissəsini işlək vəziy-
yətdə saxlamağa müvəffəq olub. Azərbaycan Ordusunun HHM Qoşunlarının modernləşdirilməsi həm xaricdən yeni sistemlərin alınması, həm də silahlanmadakı mövcud nümunələrin təkmilləşdirilməsi yolu ilə həyata keçirilir. Artıq SSRİ-də istehsal olunmuş HHM silahlarının təkmilləşdirilməsi və əvəz edilməsi zərurətini nəzərə alaraq ölkə rəhbərliyi bu məqsədlər üçün əhəmiyyətli həcmlərdə maliyyə resursları ayırıb. Müxtəlif illərdə xarici mütəxəssisləri cəlb etməklə, habelə Ukrayna və Belarusun müvafiq müəssisələri ilə təmir və təkmilləşdirmə müqavilələri bağlamaqla silahlanmada yer alan SSRİ istehsalı S-125 “Peçora” ZRK-ni S-125TM “Peçora-2T” səviyyəsinə, S-200V “Veqa” ZRK-ni S200VM “Veqa-M” səviyyəsinə və “OsaAKM” ZRK-ni “Osa-1T” səviyyəsinə qədər təkmilləşdirərək döyüş qabiliyyəti yüksəldilib. HHM Qoşunlarının gücləndirilməsindən ötrü İsrail istehsalı “Barak 8” uzun mənzilli ZRK, Ukrayna-Belarus birgə istehsalı olan T38 “Stilet” yaxın mənzilli ZRK və Belarusun dərindən təkmilləşdirilmiş 9K37MB “Buk-MB” orta mənzilli ZRK alınaraq döyüş növbətçiliyinə daxil edilib. HHM komplekslərinin fəaliyyətini təmin edən radiotexniki bölmələrin təchizatındakı mobil və stasionar RLS-lər, müxtəlif stansiyalar da müasir tələblərə cavab verməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan HHM Qoşunlarında istifadə edilən avadan-
lıqların yenilənməsi də həyata keçirilməkdədir. Müxtəlif vaxtlarda Ukraynadan 360 km-ə qədər müşahidə dərinliyini təmin edən 36D6-M hava sahəsinin üçkoordinatlı mobil RLS-i, 400 km müşahidə məsafəsinə sahib dairəvi görünüşlü 80K6M mobil RLS-i, İsraildən 480 km-ə qədər müşahidə dərinliyini təmin edən ELM-2288 AD-STAR RLS-i, maksimal 80 km aşkaretmə məsafəsinə malik ELM-2106NG üçkoordinatlı mobil RLS-i, “Barak 8” və S-300PMU “Favorit” ZRS-lərə hədəf göstərməkdən ötrü operativ taktiki raket hücumunu aşkar etmək üçün təyin edilmiş 500 km-dən artıq aşkaretmə məsafəsinə malik EL/M-2080 “Green Pine” RLS-i alınaraq radiotexniki bölmələrin silahlanmasına daxil edilib. Ermənistanın işğal etdiyi əraziləri azad etmək üçün Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının HHM Qoşunlarının vəziyyətinə və daha da inkişafına əhəmiyyətli təsir göstərib. Müharibənin gedişatında düşmənin TRK və ƏTRK kimi uzun mənzilli məhvetmə vasitələrindən istifadə edərək böyük şəhərlərə, strateji obyektlərə və mülki vətəndaşlara qarşı kütləvi zərbələr endirməsi ölkənin vahid HHM sisteminin təkmilləşdirilməsi üçün böyük tədbirlərin həyata keçirilməsini, habelə RƏM sisteminin inkişaf etdiliməsini zəruri edir. PQ