Azeri Defence 02 (46) 2020

Page 1



$.867Ä€. +Ä‚5%Ä€ 7Ä‚+/h.Ä‚6Ä€=/Ä€. 4$%Ä€/Ä€<<Ä‚7/Ä‚5Ä€0Ä€= ;h686Ä€ 6$+Ä‚ 7Ä‚+/h.Ä‚6Ä€=/Ä€<Ä€ 6Ä‚5+Ä‚' 7Ä‚+/h.Ä‚6Ä€=/Ä€<Ä€ ' $.867Ä€. 6Ä€78$6Ä€<$ 0Ä‚/80$7/ $1',50$6, +(/Ä€.237(5 38$ 7Ä‚<< <$5Ä‚ 08/7Ä€.237(5 534 $9 720$7 7 38/(0<27 9Ä‚ 3$57/ $<,þ/ $5,1 $þ.$5/$10$6,


Mart – Aprel – May 2020 / № 02 (46)

JURNALIMIZIN BU SAYINDA

MÜSAHİBƏ

8

AZELTECH dron sürülərinin yaradılması layihəsinin üzərində işləyir

MÜSAHİBƏ

32 İDRAK şirkətindən pandemiyalara qarşı “ANTİVİRUS” total müda iə sistemi

XƏBƏR 4 Prezident Müda iə Nazirliyinin yeni hərbi hissəsinin açılışında iştirak edib 6 Daxili Qoşunların hərbi hissəsi istifadəyə verilib TEXNOLOGİYA 30 ROKETSAN ALKA ilə istiqamətləndirilmiş enerji silahlarında addım atır XƏBƏR 31 Kiçik PUA-lar üçün yeni EO/IR kompleksi 31 KADEX sərgisi 2021-ci ilə keçirildi

TEXNOLOGİYA 53 Yeni nəsil optik nişangahlar ANALİZ 58 Radioelektron passiv maneəqoyma sistemləri SİLAHLANMA

TEXNOLOGİYA 38 Dinamik müha izə təkmilləşdirmə variantları SƏNAYE 45 Silahlı multi̇rotorlar 49 İkilüləli avtomatların inkişafı GILBOA SNAKE DBR

ANALİZ

16 Dron müharibəsi: Türkiyənin PUA sənayesinə baxış

AZERI DEFENCE Hərbi­texnoloji jurnal Mart – Aprel – May №02(46) 2020 Qiyməti: 6 manat

Təsisçi və baş redaktor Rəşad SÜLEYMANOV

63 Reaktiv artilleriyaya yeni baxış PERİSKOP 69 İranın raket proqramları zərurətin doğurduğu qlobal problem TEXNOLOGİYA 75 Boru kəmərlərinin müha izəsində yeni yanaşmalar XƏBƏR 79 “Azərkosmos” yeni̇ layihə elan edi̇b 79 FHN xilasetmə avtomobilləri alıb 80 Hərbi attaşelər ANAMA-nın i̇mkanlari ilə tanış oldular 80 “İn initi” termal kameraları Azərbaycanda 80 “Eurasia Air Show”un yeni tarix təsdiqləndi

Tel: (+994 55) 667-50-72 E­mail: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.azeridefence.com Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 1, 25A, AY Plaza 503

Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com


Редактордан Dəyərli oxucu Məlum COVID-19 pandemiyasına görə, bizdən asılı olmayan səbəblərdən jurnalımızın bu sayının çapı bir qədər ləngidi. Geciksək də, fəaliyyətimizi dayandırmadıq, onlayn xəbər platformamız üzərindən yenilikləri diqqətinizə çatdırmağa çalışdıq. COVID-19 (yeni tip koronavirus) pandemiyası dünyanı hazırlıqsız yaxaladı. “Soyuq müharibə” dövründə kimyəvi, bioloji və bakteroloji təhdidlərə hazırlıqlı olan ölkələr anidən yaxalandıqları virusla mübarizədə məğlub oldular. Dünyanı bürüyən pandemiya uzun aradan sonra dövlətlərin KBRN (Kimya, Bioloji, Radioaktiv və Nüvə) müdafiəsini gündəmə daşıdı. Bu gün dünya miqyasında pandemiya ilə mübarizədə əsas ağırlığı müdafiə sənayesi müəssisələri daşıyır. Pandemiyanın geniş yayıldığı qonşu İranda, Türkiyədə, Rusiyada və Qazaxıstanda aparıcı müdafiə sənayesi şirkətləri qısa müddətdə və sürətli şəkildə məsafədən hərarət ölçən cihazların, xəstələrin daşınması üçün izolyasiya edilmiş xərəklərin, geyimlərin, maskaların, qoruyucu üzlüklərin, nəfəs aparatlarının, dezinfeksiyedici və temperaturölçən dronların, mobil hospitalların istehsalını qurmağa və məhsulları xəstəxanalara çatdırmağa nail oldular. Rusiyanın və İranın hərbi müəssisələri də demək olar ki, bioloji və bakteroloji mübarizə vasitələrinin istehsalına kökləniblər. Bioloji silahların tədqiqi ilə məşğul olan laboratoriyalar virusun tədqiqi, onun neytrallaşdırılması istiqamətində elmi-tədqiqat işləri aparır. Qonşumuz, qardaşımız Qazaxıstanda “Kazakhstan Engineering” Milli Şirkətinə daxil olan müəssisələr profili qısa müddətdə dəyişərək ümumi və tibbi məhsulların istehsalına başlayıblar. Müdafiə sənayesi şirkətlərinin hazırkı dövrdə pis-yaxşı KBRN sistemlərin, qoruyucu vasitələrin istehsalı üzrə çalışmaları ölkədaxili böyük ehtiyacları qarşılamaqdan əlavə, həm də əhəmiyyətli ixrac potensialı deməkdir. Qonşularımızdan bəhs etmişkən, özümüzə də bir nəzər yetirmək istərdim. Bu kritik vəziyyyətdə hamımıza maraqlıdır, müdafiəmizin milli imkanlar hesabına təmin edilməsinə cavabdeh Müdafiə Sənayesi Nazirliyinin müəssisələri və elmimizin inkişafına məsul olan AMEA-da nə yeniliklər var? Təəssüflə deyə bilərəm: “heç nə”. Vaxtında müdafiə sənayesinin modeli, perspektiv inkişafının yol xəritəsi yaradılsaydı, ikili təyinatlı istehsal xətləri və real istehsal qurulsaydı, nələrsə mümkün idi. Aparıcı istehsalçılardan patentli məhsulların istehsalına lisenziyalar alınardı. Yaxud yerli elmi-tədqiqat müəssisələrində sifarişlə, “dar gün üçün” məhsullar yaradıla bilərdi. Sabah, bir il sonra kim zəmanət verir ki, COVID-19-dan da təhlükəli başqa bir virus çıxmayacaq? Yenə də gec deyil. Pandemiyadan sonrakı dövrdə sənayenin KBRN seqmenti özünün yüksəlişini yaşayacaq. Bu imkanlardan niyə də sənayemiz yararlanmasın? Hesab edirəm ki, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi bu məsələləri də diqqətdə saxlayacaq, yaxın perspektivdə bu sahədə hərbi sənaye müəssisələrimizin layihələrinə şahidlik edəcəyik.

Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə indən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “AD Jurnalı” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521

Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir.

“ASPOLİQRAF LTD” MMC­nin mətbəəsində hazır diapozitivdən çap olunmuşdur. Çapa imzalanmışdır 18.05.2020. Həcmi 10,0. Sifariş 107. Format 60x90 1/8. Tiraj 450.

Qapaq fotosu: Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan “Anka–Aksunqur” pilotsuz uçuş aparatı Foto: TUSAŞ


Prezident Müdafiə Nazirliyinin yeni hərbi hissəsinin açılışında iştirak edib Prezident İlham Əliyev mart ayının 4-də Ağstafa rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin hərbi hissəsinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, hərbi hissənin tikintisinə 2017-ci ilin noyabr ayında başlanıb və 2019-cu ilin sentyabrında inşaat işləri başa çatdırılıb. Ümumi sahəsi 10 hektar olan hərbi hissənin ərazisində bütün zəruri sosial infra struktur yaradılıb. Hərbi hissənin idarə heyəti üçün burada qərargah binası – ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları var. Hərbi hissədə Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri, Baş qərargah rəisi və birlik komandirinin iştirakı ilə operativ müşavirə keçirilib. Daha sonra Azərbaycan Ordusunun silahlanmasına daxil olan hərbi texnikalarla tanış olan Prezident İlham

4 www.azeridefence.com

Əliyevə məlumat verilib ki, “SandCat” markalı döyüş maşını üzərində quraşdırılan “Spike-ER” tank əleyhinə idarə olunan raket kompleksi müxtəlif relyef şəraitinə uyğunlaşdırılan, 400 metrdən 8000 metrə qədər gündüz, gecə və məhdud görmə şəraitində düşmən tanklarını, piyadaların döyüş maşınlarını və zirehli texnikalarını məhv etmək imkanlarına sahibdir. 122 millimetrlik 2A18 D-30 haubitsası, 122 millimetrlik 2S1 “Qvozdika” özüyeriyən haubitsa və 122 millimetrlik BM-21V yaylım atəşli reakiv sistem (YARS) düşmənin açıq və qapalı yerlərdə yerləşən canlı qüvvəsini, atəş vasitələrini, uzunmüddətli örtülü, açıqtipli müdafiə qurğularını məhv etmək, minalanmış sahələrdən keçid açmaq, düşmənin artilleriyasını və tank bölmələrini atəşə tutmaq üçün təyin olunub. Silahlanmaya bir neçə il əvvəl daxil olmuş

RM-70 “Vampir” yaylımatəşli reakiv sistemi M-21OF qəlpələnən-fuqas raketlərlə toplanma rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq tapşırıqlarını yerinə yetirir. Avtomatik doldurma funksiyasına malik 152 millimetrlik “Dana M1M” özüyeriyən haubitsa düşmənin artilleriya vasitələrini, komanda və idarəetmə məntəqələrini, istehkam qurğularını, tank və zirehli texnikalarını, 306 millimetrlik “Extra” taktiki raket sistemi iqlim şəraitindən asılı olmayaraq, 30-150 kilometr məsafəyə raket buraxmaqla cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə raket bölmələrini, ordu komanda məntəqələrini, mövqelərdə hava raket hücumundan müdafiə bölmələrini


Müda iə naziri general­polkovnik Zakir Həsənov Prezident İlham Əliyevə hərbi hissə barədə məlumat verir. Prezidenti Müda iə nazirinin birinci müavini­ Silahlı Qüvvələrin Baş Qərargah rəisi general­polkovnik Nəcməddin Sadıkov (sağda), ordu birliyinin komandiri general­mayor Xaqani Cəbrayılov (ortada) və Müda iə nazirinin müavini general­leytenant Fuad Məmmədov müşayiət edir.

məhv etmək üçün nəzərdə tutulur. “Polonez” və LORA əməliyyat-taktiki raket kompleksləri isə düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalar da yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq, dənizsahili istiqamətlərdə isə bundan əlavə, düşmən donanmasının yerləşmə məntəqələrini dağıtmaq və onun döyüş gəmilərini məhv etmək üçün istifadə olunur.

Dövlət başçısı hərəkətli mobil kommunikasiya avadanlıqları, qoşunların strateji və əməliyyat idarəetmə orqanlarının istifadəsinə yeni verilmiş informasiya və kommunikasiya texnologiyaları ilə tanış olaraq operativ, gizli və yüksək səviyyəli qorunan

Soldan sağa: Azərbaycan Ordusunun silahlanmasında yer alan “SpGH Dana M1M” özüyeriyən artilleriya vasitəsi, EXTRA, “Polonez” və LORA əməliyyat­taktiki raket kompleksləri

idarəetmə sistemli videobağlantıda iştirak edib. Bildirilib ki, Azərbaycan Ordusunun istifadəsində yer alan MKAP-19 səhra komanda və idarəetmə məntəqələrinin daxilində və bir-biriləri arasında, həmçinin stasionar idarəetmə məntəqələri ilə IP texnologiyaları əsasında səs, data və videoməlumat mübadiləsini təmin edən kompleksdir. Ali Baş Komandan mərkəzi, ehtiyat, səhra şəraitində yaradılmış Ön Qüvvələrin, Hərbi Hava Qüvvələrin, Hərbi Dəniz Qüvvələrin və Xüsusi Təyinatlı Qüvvələrin, eləcə də digər qoşun növlərinin idarəetmə məntəqələri ilə birbaşa əlaqə saxlayaraq məruzələri qəbul edib və irimiqyaslı komanda-qərargah təlimlərində iştirak edən qoşunlara müvafiq tapşırıqlar verib.

Soldan sağa: 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM­21V “Qrad”, BM­21 “Qrad” və BM­70 “Vampir” yaylım atəşli reaktiv sistemlər. Foto: Azərbaycan Prezidentinin internet saytı


Daxili Qoşunların hərbi hissəsi istifadəyə verilib Prezident İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində mart ayının 4-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verən Daxili işlər naziri generalpolkovnik Vilayət Eyvazov bildirib ki, ümumi ərazisi 5 hektar təşkil edə hərbi hissənin inşasına 2018-ci ilin iyun ayında başlanılıb. Hərbi hissədə əsgər yataq-

xanası, qərargah-kazarma binası, 150 yerlik yeməkxana inşa olunub. Daha sonra Prezident İlham Əliyev Daxili Qoşunların hərbi silah-sursat və texnikasına baxış keçirib, istifadəyə yeni qəbul edilmiş silah, texnika və xüsusi vasitələrlə tanış olub. Dövlət başçısına bildirilib ki, Daxili Qoşunlar indiyədək qarşısına qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə

yetirib. Ali Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların madditexniki bazası, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü həm peşəkar kadr hazırlığının və döyüş qabiliyyətinin yüksəldil məsində, həm maddi-texniki bazanın möhkəmləndirilməsində, həm də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir. Ölkədə daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir.

DİN Daxili Qoşunlarının komandanı general­leytenant Şahin Məmmədov Prezident İlham Əliyevə Daxili Qoşunların şəxsi heyətinin təchizatı, silahla və xüsusi vasitələri barədə məlumat verir.

6 www.azeridefence.com



AZELTECH dron sürüləri̇ni̇n yaradılması layi̇həsi̇ni̇n üzəri̇ndə i̇şləyi̇r Samir SÜLEYMANOV: Şirkətimizin əsas fəaliyyət istiqaməti silahların elektronika və proqram təminatlarının işlənib hazırlanmasıdır Azeri Defence: Samir bəy, “Azeltech” bu gün Azər­ baycanda müda iə təyinatlı məmulatların yaradılma­ sını və istehsalını həyata keçirən özəl sektora aid azsaylı şirkətlərdən biri olsa da, indiyədək “Azeltech”in adı sektorda çox duyulmayıb. Öncə oxucularımıza şirkətiniz və fəaliyyət istiqamətləriniz barədə məlumat verməyinizi xahiş edirik. Samir Süleymanov: “Azeltech” şirkəti 2016-cı ildə yaradılıb. İlk başda elektronika sahəsində fəaliyyət göstərməyi düşünsək də, sonrakı illərdə həm özümüzün, həm də hərbi qurumlarımızın təşəbbüsləri və dəstəyi ilə bəzi layihələrə daxil olduq. Şirkətimiz elektronika və proqramlaşdırma sahəsində ixtisaslaşmış təcrübəli mütəxəssislərindən ibarət peşəkar kadrlara malikdir. Şirkətimizdə istər yaşlı, istərsə də gənc nəsli təmsil edən kadrlar çalışırlar. Onların arasında Sovet elektron sənayesində çalışmış mütəxəssislər də var. Əsasən yerli kadrları cəlb edərək istehsal prossesində, yeni növ texnikanın hazırlanmasında iştiraklarını təmin edirik. Fəaliyyətimizi son 3 ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında rezident olaraq davam etdirdik. Bu ilin əvvəlindən Yüksək Texnologiyalar Parkının rezidentliyindən çıxmışıq. Sirr deyil ki, hərbi məhsulların yaradılması və istehsalı böyük maliyyə vəsaiti tələb edir. Biz də fəaliyyətə başladığımız ilk vaxtlar üzləşdiyimiz maliyyyə çətinliklərini dəf etmək üçün AMEA-ya müraciət elədik. 2018-ci ildə AMEA Yüksək Texnologiyalar Parkının rezidentlərinin fəaliyyətini koordinasiya məqsədi ilə AMEA-nın nəzdində Strateji ElmiTədqiqatlar Mərkəzi yaradıldı. Mərkəz tərə indən “Azeltech” və bizim kimi bu sahədə fəaliyyət göstərən şirkətlərin üzləşdikləri çətinlikləri aradan qaldırmaq məqsədi ilə müxtəlif işlər görüldü. Qaldı sektorda adımızın duyulmamasına. Fikrinizdə haqlısınız. Bəli, “Azeltech” adı bu gün sektora o qədər də bəlli deyil. Şirkətimiz hələ geniş sferada tanınmır. Bunun səbəbi bizim ötən müddətdə Strateji Elmi-Tədqiqatlar

8 www.azeridefence.com

Rəşad Süleymanov, Nazim Hacıyev Azərbaycanda son illər müda iə sənayesi sek­ torunda fəaliyyət göstərən özəl şirkətlərin sayında artım müşahidə olunur. Bu sahədə uğurlu layihələrə imza atan şirkətlərdən biri də “Azel­ tech” şirkətidir. Qısa müddətdə Müda iə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər güc strukturları ilə sıx əlaqələr qurmağa nail olmuş “Azeltech”in is­ tehsal etdiyi bəzi məhsullar artıq qoşunların silahlanmasına qəbul edilib. Fəaliyyət göstərdiyi müddətdə peşəkar proqramçıları və elektronika mühəndislərini sıralarına cəlb edən şirkət hazırda güc strukturlarının sifarişləri əsasında yeni layihələr üzərində işləyir. “Azeltech”in tarixini, mövcud layihələri və gələcək planlarını şirkətin di­ rektoru Samir Süleymanovdan dinləməyə çalışdıq.


Mərkəzinin koordinasiyası altında çalışmağımız olub. Ötən ilin sonlarında AMEA rəhbərliyinin qərarı ilə Strateji ElmiTədqiqatlar Mərkəzi ləğv edildi. Bundan sonra Mərkəzin fəaliyyətlərini koordinasiya etdiyi şirkətlər əvvəlki illərdə olduğu kimi, layihələrinə müstəqil davam etməli oldular. Bu gün şirkətimizin əsas fəaliyyət istiqaməti cihazların, o cümlədən, silahların tərkib hissəsi olan elektronika və onların proqram təminatının işlənib hazırlanmasıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və digər qurumların mütəxəssisləri ilə birlikdə hazırladığımız məhsulların bəziləri artıq ordumuzun və digər güc strukturlarımızın istifadəsinə verilib. Yeni məhsulların yaradılması və təkmilləşdirmə layihələri üzərində işlərimizi davam etdiririk. Müstəqil şəkildə təqdim etdiyimiz məmulatlardan əlavə, şirkətimiz tərə indən bir sıra cihazlarda elektronik hissələrin, proqramlaşdırma və alqortimlərin yazılması işləri həyata keçirilir. Bu ilin əvvəlindən müstəqil şəkildə, “Azeltech” brendi ilə öz məhsullarımızı təqdim edirik. Azeri Defence: Azərbaycan Milli Elmlər Aka­ demiyasının Yüksək Texnologiyalar Parkında ötən ilin sonlarında müəyyən dəyişikliklər baş verdi. Bundan sonra “Azeltech” də daxil olmaqla, bir neçə şirkət texnoparkdan çıxdı. Texnoparkın rezidentliyindən imtina etmənizin səbəbi nə idi? Samir Süleymanov: Əvvəla qeyd etmək istəyirəm ki, Yüksək Texnologiyalar Parkı anlayışı bizim bəzi rəhbər şəxslər tərə indən düzgün anlaşılmır. Əslində Yüksək Texnologiya Parkı – başqa sözlə texnopark vergi, gömrük

güzəşt və imtiyazları təmin edən, infrastruktura malik müəyyən bir ərazidir. Orada şirkətlər rezident kimi yerləşə və fəaliyyət göstərə bilərlər. Ancaq Yüksək Texnologiyalar Parkının rəhbərliyi bu gün tam fərqli yanaşma ortaya qoyub. Sanki biz onlara tabeyik və kimin necə işləməyini texnoparkın rəhbərliyi müəyyən etməlidir. Hər bir şirkət müstəqil hüquqi subyektdir. Marketinqini, istehsal prosesini, fəaliyyətini özü istədiyi formada qura bilər. Buna texnoparkın qarışması yolverilməzdir. Bu baxımdan ikirlərimiz üst-üstə düşmədi və qeyd etdiyim səbəbdən ayrılmaq qərarına gəldik. Son aylar bizə və digər şirkətə orada müxtəlif maneələr yaradılırdı. Sifarişçilərimizlə görüşlərin keçirilməsi, güc strukturlarının nümayəndələrinin belə müəssisəmizə dəvət olunması mümkünsüz hala gəlmişdi. Təsəvvür edin, Dövlət Müda iə Sifarişi Proqramına salınmış, sifarişi yerləşdirilmiş məhsullarımızın istehsalını davam etdirməyimizə əngəllər yaradıldı. Müharibə vəziyyətində olan bir ordunun sifarişini dayandırmaq hansı məntiqə uyğundur? Artıq bu gün Yüksək Texnologiyalar Parkının rezidenti deyilik. Müstəqil olaraq özümüzün yeni o isimizdə fəaliyyət göstəririk.

Yeni sifarişçi üçün hazırlanmış “İldırım RP­10” radioidarəetməli partlatma dəsti. “İldırım RP­10” radioidarəetməli partlatma sisteminin pultu və işəsalma qurğuları. “İldırım RP­10” bənzər məhsullardan uzaq məsafə və maneə arxasında tətbiqi imkanı, istənilən partlayıcı atımla çalışa bilməsi, asan istifadəsi və yüngül çəkisi ilə fərqlənir. Foto: AD

9


Yuxarıda: Samir Süleymanov “Azeltech” tərə indən mülki məqsədlərlə aerofoto çəkilişlərin aparılması üçün hazırlanan dron barədə məlumat verir. Foto: AD

Azeri Defence: “Azeltech”in bəzi məhsullarının silahlanmaya qəbul edildiyini söylədiniz. Həmin məhsullar barədə məlumat verə bilərsinizmi? Samir Süleymanov: Şirkətimizin istehsalı olan məhsullardan biri sərhədlərimizin müha izəsində tətbiq olunur və bu sistemin tətbiqi dairəsinin genişləndirilməsi üçün yeni sifarişlərimiz mövcuddur. Bundan başqa, müxtəlif mina və artilleriya atımlarının uzaq məsafədən radiokanal vasitəsi ilə partlayışının idarə edilməsini həyata keçirən “İldırım-10RP” sistemimiz ordunun və güc strukturlarımızın silahlanmasındadır. Eləcə də mülki və hərbi təyinatlı dronların, pilotsuz uçuş aparatlarının müxtəlif elektron blokları, idarəetmə pultu, müxtəlif ölçülü və təyinatlı kamikadze dronlarının hazırlanması ilə məşğuluq. Yaxın aylarda bir neçə yeni pilotsuz uçuş aparatımızın və kamikadze dronumuzun sınaqlarını keçirməyə hazırlaşırıq. Hərbi təyinatlı məmulatların yaradılmasında istər Mühəndis-İstehkam Qoşunlarının, istər Dövlət Sərhəd Xidmətinin, istərsə də digər qoşun növlərinin mütəxəssisləri yaxından iştirakı edir, praktiki təcrübə və tövsiyyələrini bizimlə bölüşürlər. Azeri Defence: Bu gün dünyada yüzlərlə, Azər­ baycanda isə 5 dron istehsalçısı mövcuddur və istə­ nilən qiymətə istənilən tipdə pilotsuz uçuş aparatı əldə etmək mümkündür. Maraqlıdır, “Azeltech”in hazırladığı dronlar digər şirkətlərin təqdim etdiyi dronlardan nə ilə fərqlənir? Samir Süleymanov: Bu gün dron istehsalçılarının əksəriyyəti uçuş kontrollerlərini, idaretmə pultlarını hazır alırlar. Həmin avadanlıqlar müəyyən açıq protokollarla

10 www.azeridefence.com

işləyir ki, bu da güc strukturlarını qane eləmir. “Azeltech” olaraq, dronlarımızın uçuş kontollerlərini, stablizatorları, hərbi standartların tələblərinə uyğun şifrələnmiş idarəetmə kanallarını, idarəetmə pultunu özümüz yaratmışıq. Bundan başqa, hazırda intellektual idarəetmə sisteminin də üzərində işləyirik. Mövcud sistem mürəkkəb radioelektron mühitdə, düşmənin radioelektron mübarizə vasitələrindən istifadə etdiyi ərazilərdə bizim dronların hərəkətinə və qarşıya qoyulan tapşırıqları yerinə yetirməsinə imkan verəcək. İstehsal etdiyimiz məhsullarda özümüzün yaratdığımız proqram və alqoritmlər olduğu üçün kənardan müdaxilələr etmək mümkün deyil. Azeri Defence: Bu gün dünyada pilotsuz uçuş aparatlarında süni zəkanın tətbiqi və dron sürülərinin yaradılması məsələləri gündəmdədir. Mart ayının əvvəlində Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatında Suriya Ordusuna qarşı dron sürüləri ilə etdiyi hücumlar bu məsələyə diqqətin yönəldilməsini prioritet olaraq qarşıya qoyur. Qeyd edilən məsələ ilə bağlı sizin düşüncələriniz nələrdir? Samir Süleymanov: Biz də bu sahə ilə bağlı tədqiqat işlərinə 1 il əvvəl başlamışdıq. Prezident Yanında Elmin İnkişafına Dəstək Fondunun maliyyəsi və AMEA-nın İdarəetmə Sistemləri İnstutunun əməkdaşlarının iştirakı ilə bir layihəmiz var. Bununla bağlı müəyyən işlər artıq görülüb. Hesab edirəm ki, yaxın vaxtlarda əldə olunan nəticələrin mövcud sistemlərin üzərində tətbiqi üçün çalışmalara başlaya biləcəyik. 5-10 dronun eyni anda sürü kimi uçuşu, uçuş müddətində vəzifələrin öz aralarında avtomatik şəkildə bölüşdürülməsi, zərbələrin həyata keçirilməsi, sifət və obyektlərin tanınması və izlənməsi kimi mühüm xüsusiyyətləri dronlarımıza qazandırmağa çalışırıq. Dronların həyatın bütün sahələrində, xüsusilə də hərbi sferada tətbiqi getdikcə genişlənir. Multikopter tipli dronlar


“Azeltech” şirkəti tərə indən yaradılma mərhələsində olan “Yarasa” gəzən sursat. Foto: AD

10 il əvvəl yalnız həvəskarlar tərə indən foto və videoçəkiliş məqsədi ilə istifadə edilirdi. Üstündən bir neçə il keçəndən sonra hərbi modellər – kəş iyyat dronları, döyüş sursatları və silahdaşıyan dronlar, kamikadze funksiyalı birdəfəlik dronlar, karqo dronları və s. meydana çıxdı. Bu gün də yeni nümunələr meydana çıxır. Biz də bir istehsalçı kimi bazardakı inkişa ları izləyir, müəyyən yeni tətbiqlər üzərində işləyirik. Hələ ki üstünlüyü güc strukturları üçün dronlara veririk. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə bölmələri üçün hündür mərtəbəli binalarda, nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi dağlıq və meşəlik ərazilərdə yanğınların kəş iyyatı və söndürülməsi üçün təyinatlandırılmış dronların hazırlanmasını da düşünürük. Əlimizdə olan bəzi işləri tamamladıqdan sonra bu layihələrin həyata keçirilməsinə başlamaq niyyətindəyik. Bundan başqa, SOCAR-ın Elm Fondu ilə də bir layihə çərçivəsində çalışırıq. Amma qeyd etdiyim kimi, əsas üstünlüyü hərbi sahəyə yönəltmişik.

Yeri gəlmişkən, keçdiyimiz aylarda yeni tip koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar olaraq, “Elm və Texnologiyalar Parkı” MMC tərə indən kənd təsərrüfatında sahələrin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dronu dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırdıq. Drona quraşdırılan çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu (sprey) bəlli hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir. Dronlar məhlulu müəyyən hündürlükdən çilədikləri üçün geniş əraziyə effektiv təsir göstərə bilirlər. Bu, həm də dezinfeksiya, edici məhlulun qənaətlə və daha geniş əraziyə çilənməsinə, prosesin qısa zamanda, insanların bilavasitə təması olmadan həyata keçirilməsinə imkan verir. Azeri Defence: Kamikaze dronlardan bəhs etdiniz. Hazırda üzərində işlədiyiniz kamikadze dron layihələri barədə məlumat verə bilərsinizmi? Samir Süleymanov: Biz bir neçə fərqli təyinatlı kamikadze dron və ya başqa sözlə ifadə etsək, “gəzən sursat”ın


Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun təlimlərini izləyən Muxtar Respub­ lika Ali Məclisinin Sədri Vasif Talıbov təlimdə istifadə edilən “İldırım RP­10” barədə məlumat alır. Aşağıda: “Azeltech” şirkəti tərə indən yaradılmış seysmik sensor. Foto: MN/Azeltech

yaradılması üzərində işləyirik. Bunlardan birincisi ümumi çəkisi 3.5 kq təşkil edən, kiçikölçülü “gəzən sursat”dır. Bir kiloqram ağırlığında partlayıcı yük daşıyacaq bu kamikadze

düşmənin zirehsiz texnikası, açıqda və ya mövqelərdə dayanan canlı qüvvəsinə qarşı istifadə istifadə üçün nəzərdə tutulur. Çəkisi 5 kiloqram olan digər “gəzən sursat”ımız isə düşmənin canlı qüvvəsi ilə yanaşı, zirehsiz və zirehli texnikalarına, habelə zenit raket komplekslərinə qarşı tətbiq olunacaq. Bu məqsədlə xüsusi alqoritmlər işlənir. Azeri Defence: Ordumuzun silahlanmasına daxil edilmiş “İldırım RP­10” uzaq məsafədən partlatma sis­ temi barədə məlumat verməyinizi xahiş edirik. Hazırda Rusiya, Bolqarıstan, Türkiyə, Pakistan və Cənubi Koreyanın şirkətləri tərə indən bazara analoji sis­ temlər təklif olunur. Hətta bildiyimiz qədər əvvəlki illərdə Azərbaycan Ordusu Türkiyədən və Bolqarıs­ tandan bənzər sistemlər alsa da, performansından məmnun qalmayıb. “İldırım RP­10” bənzər məhsullarla müqayisədə hansı üstünlüklərə malikdir? Samir Süleymanov: Bizim sistemin birinci üstünlüyü rabitə kanalının şifrələnmiş olmasıdır. Bu, ilk növbədə, kənar müdaxilələrin qarşısını alır. Sistem hazırlananda istifadəçinin təhlükəsizliyinin tam təmin olunması nəzərə alınıb. Seçilmiş dalğa uzunluğu maneələrin arxasında belə cihazı işlətməyə imkan verir. Bolqarıstan və Rusiya şirkətlərinin təqdim

12 www.azeridefence.com



“İldırım RP-10” minaların təmizlənməsi, minalı sahələrdən cığırların açılması, xüsusi təyinatlıların kəş iyyat-diversiya əməliyyatlarında istifadə üçün nəzərdə tutulur. Cihazdan istifadə etməklə eyni vaxtda ərazidəki aşkarlanmış bütün minaları partladıb zərərsizləşdirmək mümkündür. Yeri gəlmişkən, cihazın ANAMA üçün də yeni nümunələri hazırlanır. Bildiyiniz kimi, ANAMA humanitar minatəmizləmə sahəsində dünyada tanınan və qəbul edilən ən peşəkar, təcrübəli minatəmizləmə mərkəzlərindəndir. Belə bir təşkilatın ölkəmizdə fəaliyyət göstərməsi bizim kimi istehsalçılar üçün də geniş imkanlar açır. ANAMA-nın da mütəxəssislərinin iştirakı, bilik və təcrübəsindən istifadə etməklə, mövcud sistemləri təkmilləşdirə və yeni nümunələr yarada bilərik. “İldırım RP-10” mülki sektorda dağ-mədən sənayesində də istifadə edilə bilər.

etdikləri bənzər sistemlər konkret partlayıcının üzərində qurulub. Bizim məhsulumuz isə daha universaldır. Onu elektrodetenatorla təchiz olunmuş istənilən partlayıcıya (mina, döyüş sursatı və s) inteqrasiya etmək olar. Digər üstünlük kimi, daşınmasının rahatlığını, qiymətinin xarici analoqları ilə müqayisədə ucuz olmasını deyə bilərəm. “İldırım RP-10”un döyüş radiusu sınaqlar zamanı 3-8 kilometrarası təsdiqlənib. Cihaz ordumuzun ayrı-ayrı vaxtlarda keçirilən hərbi təlimlərində, o cümlədən gecə təlimlərində, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin “Mustafa Kamal Atatürk” və “Sarsılmaz qardaşlıq” birgə taktiki təlimlərində istifadə olunub. Türkiyə Silahlı Qüvvələrinin mütəxəssisləri tərə indən də incələnib və yüksək qiymətləndirilib.

“Azeltech” tərə indən hazırlanmış və sınaq mərhələsində olan “Quzğun” gəzən sursat. Foto: AD

14 www.azeridefence.com

Azeri Defence: “İldırım RP­10” sisteminin ixracı barədə düşünürsünüzmü? Samir Süleymanov: Bəli, planlarımız var. Hazırda bu istiqamətdə bazarı araşdırırıq. Hesab edirəm ki, praktiki olaraq ordumuz tərə indən istifadə edilən, universal, qiymət baxımından daha uyğun olan bu sistemimiz beynəlxalq bazarda ciddi maraq yaradacaq və öz yerini tuta biləcək. Yeri gəlmişkən, hazırda “İldırım-RP10” sistemin seysmik detektorlar və vizual görüntü kameralarına inteqrasiya edilməsi üzərində çalışırıq. Yaxın aylarda hərbi qurumların nümayəndələrinin iştirakı ilə sınaqlarını keçirəcəyik. Bu, bizim sistemə düşmən qüvvələrinin və texnikalarının daha tez müəyyənləşdirib məhv etməsinə imkan verəcəkdir. Azeri Defence: Azərbaycan Ordusunun istifa­ dəsində yer alan, köhnə sovet texnika və silahlarının təkmilləşdirilməsi proqramlarında iştrak barədə nələri düşünürsünüz?


Samir Süleymanov: Şirkətimizin imkanları çərçivəsində bu cür modernizasiya proqramlarında iştirak etmək niyyətindəyik. Yaxın günlərdə bir xarici şirkətlə ordumuzun istifadəsində yer alan silah sisteminin modernləşdirilməsi layihəsinin müva iq qurumlarla müzakirəsinə başlamağı düşünürük. Hesab edirəm ki, gələcəkdə xarici tərəfdaşlarımızla birlikdə fərqli layihələrə imza atacağıq. Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Son illər dünyada artan dron təhdidləri antidron sistemlərin yaradılmasına diqqəti artırıb. Dronlarla yanaşı antidron sistemləri də inkişaf edir, yeni nümunələr hazırlanır. Bu gün tək hərbi bazalar deyil, neft-qaz terminalları, neftayırma və qaz emalı zavodları, hərbi sənaye müəssisələri, strateji obyektlər dron hücumlarının əsas hədə i olaraq seçilir. Asan, kustar üsullarla hazırlanan dronlarla hansısa terrorçu dövlətə milyonlarla dollara başa gələn, böyük itkilərə səbəb olan zərərlər vura bilir. Bunun biz 2019-cu ildə Səudiyyə Ərəbistanında, İraqda, Suriyada və digər ölkələrdə şahidi olduq. Ötən il Fars körfəzi ölkələrinin obyektlərinə dron hücumları dünya silah bazarında pilotsuz sistemlərlə mübarizə vasitələrinə diqqəti artırıb, hərbi texnikanın bu seqmentində böyük tələb və təkli lər formalaşdırıb. Apardığımız araşdırmalara görə, düşmən Ermənistanda yerli şirkətlər tərə indən kəş iyyat və kamikadze dronların müxtəlif nümunələri hazırlanır. Yanvarın əvvə-

lində Ermənistan Ordusunun istefada olan generalleytenantı Norat Ter-Qriqoryants mətbuata açıqlamasında Azərbaycanın neft infrastruktruna kamikadze dronlarla zərbələrin endirilməsinin mümkünlüyündən bəhs etmişdi. Biz düşmənin hərbi sənayesindəki prosesləri izləyirik və bu ehtimalın gözardına alınması deyil, ciddi təhdid kimi qəbul edilməsinin vacibliyini düşünürük. Bu, Ermənistanla 1000 kilometrlik cəbhə xəttində deyil, eləcə də strateji obyektlərin, zavodların, neft-qaz terminallarının dronlara qarşı müha izə və müda iəsi zərurətini yaradır. Bizim dronların istehsalı ilə yanaşı, antidron sistemlərin yaradılması layihəsi üzərində müəyyən düşüncələrimiz var. Lakin əlimizdə olan işlərin çoxluğu bunu hal-hazırda reallaşdırmağa imkan vermir. Düşünürəm ki, ilin sonuna qədər bu sahədə addımlar atacağıq. Azeri Defence: Samir müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik. Sonda başqa demək istədiyiniz nələrsə varmı? Samir Süleymanov: Şirkətimizə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm! Çox istəyərdim ki, Müda iə Sənaye Nazirliyimiz də özəl sektora açıq olsun. Modernləşdirmə işlərinə, eləcə də bəzi məhsulların yaradılmasına tərəfdaş kimi özəl sektor şirkətlərini də cəlb etsinlər. Belə olan halda biz birlikdə milli hərbi sənayemizin inkişafına böyük töhfə verə bilərik. AD

15


Rəşad Süleymanov, Nazim Hacıyev Fevralın 27-də İdlib şəhəri yaxınlığında Suriya və Rusiya aviasiyası tərə indən Türkiyə Silahlı Qüvvələrinə (TSQ) edilən hücumun cavabı olaraq başladılan “Bahar Qalxanı” hərbi əməliyyatında diqqət çəkən nüanslardan biri də TSQ-nin Suriya Ordusuna qarşı yerli istehsal pilotsuz uçuş aparatlarından (PUA) istifadəsi oldu. Əməliyyatın gedişatında Suriya Ordusunun irəliləyən bölmələri ilə yanaşı, cəbhənin dərinliklərində yerləşən bazaları və hərbi texnikaları PUA-lar vasitəsi ilə aşkarlanmış, PUA-ların silahlanmasında mövcud olan idarəolunan döyüş sursatları və onların verdiyi koordinatlar əsasında yerüstü artilleriyadan açılan atəşlə məhv edilmişdir. “Bahar Qalxanı” əməliyyatında TSQ-nin PUA-lardan kəş iyyat, kəş iyyat və zərbə, ELINT (elektron kəş iyyat) və SIGINT (siqnal kəş iyyatı) missiyalarında istifadə etdiyinə dair məlumatlar mövcuddur.

DRON MÜHARİBƏSİ

TÜRKİYƏNİN PUA SƏNAYESİNƏ BAXIŞ


Döyüş əməliyyatlarında TSQ-nin silahlanmadakı yerli istehsal olan “Bayraktar TB2” və peyk üzərindən idarə olunan “Anka-S” taktik PUA-lardan, “Baykar Makina” şirkətinin istehsalı olan mini “Bayraktar”, eləcə də STM şirkətinin istehsalı olan “Alpaqu” və “Karğu” kamikadze PUA-lardan istifadə etdiyi bildirilir. Hərbi əməliyyatların birinci həftəsində Suriya Ordusunun HHM sistemi tərəfindən 1 ədəd “Anka-S”, 2 ədəd “Bayraktar TB2”, Türkiyənin dəstəklədiyi müxalif qüvvələr tərəfindən yanlışlıqla bir ədəd “Anka-S” PUA vurulub. Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, “Bahar Qalxanı” əməliyyatı çərçivəsində – 28 fevral- 5 mart tarixlərində Suriya Ordusuna məxsus 151 tank, 47 helikopter, 3 təyyarə, 8 helikopter, 3 PUA və 8 hava hücumundan müdafiə sistemi məhv edilib. Döyüş fəaliyyətləri zamanı PUA-lar vasitəsi ilə məhv edilən Suriya Ordusuna aid hərbi texnikalardan ikisi, bəzi məlumatlara görə dördü Rusiya istehsalı olan 96K6 “Pantsir-S1” özüyeriyən zenit raket-top kompleksidir (ZRTK). Suriyadakı məğlubiyyət mülki və hərbi obyektlərin, o cümlədən uzaqmənzilli HHM vasitələrinin pilotsuz uçan aparatlar da daxil olmaqla bütün müasir və perspektiv hava hücumu vasitələrindən müdafiəsi üçün təyin edilmiş “Pantsir-S1” ZRTK-nin effektivliyini sual altına qoydu. Mart ayının 2-də Türkiyə mediası rəsmi qurumlara istinadən İdlib yaxınlığında “Karğu” kamikadze dronlarının sürü halında tətbiqinə dair məlumatlar yayımladı. Bu faktı Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir də özünün sosial media hesabında təsdiqləyib. Piyadalar əleyhinə qəlpəli döyüş başlığına sahib “Karğu” multikopterlərinin uçuş müddətinin az, döyüş radiusunun qısa olması onunla

maksimum 3 km məsafədən hücum edildiyini düşünməyə əsas verir. “Bahar Qalxanı”ndan öncə, TSQ-nin ölkənin şərq rayonlarında PKK/PYD terrorçularına, eləcə də Suriyanın şimalında PYD-yə və İŞİD-ə qarşı həyata keçirdiyi “Fərat Qalxanı”, “Zeytun Budağı” əməliyyatlarında da “Anka” və “Bayraktar TB2” PUA-ları kəşfiyyat və zərbə missiyalarında istifadə olunub. Terrorçuların yaşayış məntəqələrindəki atəş nöqtələri PUA-lar vasitəsi aşkarlandıqdan sonra idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə vurulmuşdur. Qeyd edək ki, “Bayraktar TB2”nin son aylar Liviya ərazisində istifadəsinə dair məlumatlar mövcuddur. 2018-ci ilin fevral ayının 12-də PYD silahlıları Suriyanın Afrin rayonunun Quda qəsəbəsi yaxınlığında vurulmuş bir, marşal Xəlifə Həftərə bağlı Liviya Milli Cəbhəsi qüvvələri 2019-cu ilin dekabr ayında Tripoli yaxınlığındakı Ayn Zaraha bölgəsində vurulmuş iki ədəd “Bayraktar TB2” PUA-nın görüntülərini yayımlayıblar. Döyüş əməliyyatlarında praktik olaraq istifadə edilmiş və özünü müsbət mənada sübuta yetirmiş adıçəkilən PUAlara beynəlxalq bazarda ciddi maraq yaranmışdır. “Bahar Qalxanı” əməliyyatından yola çıxaraq, məqaləmizdə Türkiyənin PUA sənayesinin imkan və potensialına nəzər salmağa çalışdıq. Türkiyənin PUA sənayesinin tarixinə nəzər 1989-cu ildə “Türk Uzay Sanayi A.Ş” (TUSAŞ) şirkəti tərəfindən SSM-in dəstəyi ilə Türkiyənin ilk pilotsuz uçuş aparatı X-1 “Şahid”, sonrakı dövrdə “Bayquş”, “Martı” və “Pelikan” adlı PUA nümunələri yaradılsa da, seriyalı istehsala verilməmişdir. Türkiyədə PUA-ların silahlı qüvvələrdə mənimsənilməsi və ölkə daxilində istehsalının yaradılması, milli layihələrin reallaşdırılması 2004-cü ildən aktiv mərhələyə qədəm qoyub. Xarici satınalmalarla paralel olaraq, dövlət müdafiə sifarişi

TUSAŞ şirkəti tərə indən istehsal edilən, “Anka­S” PUA “Bahar Qalxanı” əməliyyatının əsas zərbə qüvvələrindən oldu. Peyk üzərindən idarə edilən “Anka­S” kəş iyat və müşahidə missiyaları ilə yanaşı, aşkarlanan hədə lərə daşıdığı MAM­L və MAM­C raketləri ilə 8 km məsafədən dəqiq zərbələr endirmək imkanına sahibdir. Foto: TUSAŞ


“Vestel Savunma” şirkəti tərə indən yaradılmış “Karayel” PUA­nın “Karayel SU” adlı silahlı versiyası hər bir qanad altında mövcud olan 2 xarici asmada 60, ümumilikdə 120 kq, gövdə altında isə 50 kq ağırlığında faydalı yükgötürmə qabiliyyətinə sahibdir. Foto: Vestel Savunma

proqramı çərçivəsində üç yerli şirkət – “Vestel Savunma”, “Baykar Makina” və TUSAŞ tərəfindən milli imkanlar hesabına taktik PUA-ların nümunələrinin yaradılmasına başlanıb. 2005-ci ildə “Bayraktar Mini” kiçik ölçülü PUA-nın istehsalı ilə sektorda addımını atan “Baykar Makina” şirkəti adıçəkilən pilotsuz uçuş aparatını 2012-ci ildə Qətər Ordusu üçün (20 ədəd) ixrac etmişdir. Kəşfiyyat və zərbə missiyaları üçün hazırlanmış “Bayraktar TB2” taktik PUA sistemi 2014-cü ildən Türkiyə Silahlı Qüvvələri, Jandarma və Polis Təşkilatı tərəfindən aktiv istifadə olunur. Havada 24 saat qala bilən PUA-nın uşuş hündürlüyü 7300 metr, sürəti 70 düyün, radiolinklə idarəetmə məsafəsi 150 km təşkil edir. 100 at gücündə mühərriklə təchiz olunmuş, avtomatlaşdırılmış uçuş idarəetmə və 3 ehtiyat avtopilot sisteminə malik “Bayraktar TB2” GPS-ə bağlı olmadan tapşırıqları yerinə yetirməyə imkan verən yer səthini tanıma proqramına sahibdir. Maksimum çəkisi 630 kq təşkil edən pilotsuz uçuş aparatı “Wescam MX-15D” elektro-optik komplekslə təchiz olunub. Zərbə versiyası ROKETSAN şirkətinin istehsalı olan idarə

“Wescam MX­15Di” faydalı yükü ilə uçuş edən “Karayel” taktik PUA. Foto: Vestel Savunma

18 www.azeridefence.com

olunan MAM-L və MAM-C döyüş sursatları ilə silahlandırılır. “Bayraktar TB2” PUA-larında tətbiq edilən Canlı Yayım Transfer Sistemi (BGAM) real vaxt rejimində görüntünün köçürülməsinə, arxivləşdirilməsinə, eyni zamanda canlı yayımları çox sayda istifadəçinin (komanda məntəqəsi, mərkəzi komanda məntəqəsi, əməliyyat bölgəsindəki komandirin tableti üzərindən) izləməsinə imkan verir. Hazırda TSQ, Jandarma və Təhlükəsizlik Təşkilatının istifadəsində ümumilikdə 107 ədəd “Bayraktar TB2” mövcuddur. Qətərə və Ukraynaya (4 ədəd) ixrac olunmuş PUA-nın yerlilik faizi 2020-ci ilin əvvəlində 93% təşkil edib. “Baykar Makina” şirkəti “Bayraktar TB2” ilə yanaşı VTOL funksiyasına malik “Bayraktar DİHA” layihəsi üzərində işlərin aparıldığını da açıqlayıb. Elektrik mühərriklər və daxiliyanma mühərriki ilə təchiz edilən DİHA dik enmə, gövdə üzərinə enmə və paraşütlə enmə kimi üç fərqli imkana malik olacaq. TUSAŞ və Müdafiə Sənayesi Katibliyi (indiki Müdafiə Sənayesi Komitəsi) arasında 2004-cü ildə imzalanmış müqavilə çərçivəsində yaradılmış “Anka” taktik PUA 2010-cu ilin dekabr


Türkiyə Silahlı Qüvvələrinin 2016­cı ildən Suriya və Liviyada hərbi əməliyyatlarda aktiv istifadə etdiyi “Bayraktar TB2” taktik PUA­ı ROKETSAN şirkətinin istehsalı olan iki ədəd MAM­L və iki ədəd MAM­C döyüş sursatları, habelə “Wescam MX­15D” faydalı yükünə sahibdir. TB2 son illərdə Ukrayna və Qətərə ixrac edilib. Foto: Baykar

ayında ilk uçuşunu keçirib və 2013-cü ilin fevral ayında “Anka-A” konfiqurasiyası silahlanmaya qəbul olunub. Proqramın ikinci mərhələsində TUSAŞ tərəfindən SAR/ISAR/GMTI radarı inteqrasiya edilmiş “Anka B” variantının ilk uçuşu 2015-ci ilin yanvarında baş tutub. Bununla birlikdə, PUA-nın idarə olunan MAM-L döyüş sursatları ilə silahlandırılması istqamətində işlər davam etdirilib. İlk partiyası “Wescam CMX-15D” elektro-optik kompleks, həmçinin SAR / MTI/ ISAR faydalı yükləri ilə təchiz olunmuş “Anka”nın monoblok füzelyajı tamamilə kompozit materialdan hazırlanıb. PUA buzlaşmaya qarşı sistemlə təchiz olunub ki, bu da soyuq qış şəraitində və yuxarı hündürlükdə tapşırıqları yerinə yetirməyə imkan verir. 2013-cü ilin oktyabrında SSB ilə TUSAŞ şirkəti arasında peyk üzərindən idarə olunan (SATCOM) 10 ədəd “Anka-S” PUA-nın və 12 ədəd yer stansiyasının alınmasına dair müqavilə imzalanıb. 2018-2020-ci illərdə sifarişçiyə təhvil verilmiş “Anka-S”lər Türkiyənin “Türksat 4B” rabitə peyki üzərindən idarə edilir. 200 kq faydalı yük götürmə qabiliyyətinə malik “Anka-S”in uşuş müddəti 24 saat, uçuş tavanı 9100 metr təşkil edir. “Anka-S” həmçinin ROKETSAN şirkəti tərəfindən istehsal edilən idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə silahlandırılıb.

“Anka-S” PUA-ların ilk partiyası “ViaSat” şirkətinin VR18C “Highpower” SATCOM antenası və milli uçuşa nəzarət kompüteri ilə təchiz edilsə də, 2018-ci ilin sentyabr ayında SSB bir ədəd “Anka-S” PUA-nın ASELSAN-ın CATS (Common Aperture Targeting System) faydalı yükü ilə təmin edildiyi və sınaqların uğurla tamamlandığını açıqlayıb. IR, HDTV, DI-NIR kameralarına malik CATS 500-dən çox uçuşda, müxtəlif iqlim və hava şəraitində sınaqlardan keçirilib. SSB-nin məlumatlarına görə, ötən 2 il ərzində “Anka-S”in SATCOM terminalı, kompüteri, mühərrik, IFF sistemi, ötürmələr kanalı, yaddaş cihazı və digər komponentlər milliləşdirilib. 2019-cu ilin sonlarından etibarən pilotsuz uçuş aparatı TUSAŞ Motor Sənayesi (TEI) şirkəti tərəfindən hazırlanan PD-170 mühərriyi ilə təchiz olunur. SSB ordu ilə yanaşı 2018-ci ilin martında Türkiyənin Milli Kəşfiyyat Xidmətinə (MİT) xüsusi hazırlanmış “Anka-I” konfiqurasiyasının çatdırıldığını açıqlayıb. ELINT və COMINT faydalı yükləri ilə təchiz olunmuş bu model TUSAŞ və ASELSANın əməkdaşlığı çərçivsində yaradılıb. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, ümumilikdə 7 il ərzində müxtəlif konfiqurasiyalarda 23 ədəd “Akna” PUA ordu və güc strukturları üçün tədarük olunub. Hazırda Pakistan daxil olmaqla Cənub-Şərqi Asiya regionundan Banqladeş, Malayziya və İndoneziya, Şimali Afrikadan Tunis, türkdilli ölkələrdən Azərbaycan, Qazaxıstan və Türkmənistanla “Anka-S” PUA-larının alqı-satqısına dair görüşmələr davam edir STM şirkətinin istehsalı olan “Karqu” (multikopter) və “Alpaqu” gəzən sursatlar. Foto: STM

19


ROKETSAN şirkətinin istehsalı olan MAM­L və MAM­C idarə olunan döyüş sursatları hazırda “Anka­S”, “Bayraktar­TB2” və “Karayel­SU” PUA­ların silahlanmasına daxildir. TSQ­nin keçirdiyi hərbi əməliyyatlarda PUA­lardan tətbiq edilən bu sursatlar yüksək performans nümayiş etdirmişdir. Foto: ROKETSAN

“Vestel Savunma” şirkəti tərəfindən yaradılmasına 2007ci ildə başlanmış “Karayel” taktik PUA-nın 6 ədədlik ilk partiyası 2010-cu ildə imzalanan müqavilə çərçivəsində TSQ-yə (Quru Qoşunlarına) çatdırılıb. “Karayel” NATO-nun STANAG-4671 “Mülki Hava Sahəsində Uçuşa Əlverişlilik” standartına uyğun şəkildə dizayn və istehsal edilmiş ilk və yeganə Türk pilotsuz uçuş aparatıdır. İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, “Karayel” yalnız pilotlu aviasiya vasitələrində mövcud olan sistematik hava əmniyyətinə – idarəetmənin sıradan çıxmasına imkan verməyən üçpilləli, dağınıq avionika arxitekturasına sahibdir. PUA həmçinin kompozit füzelyaj üzərində tətbiq edilən alüminium şəbəkə toru vasitəsi ilə ildırıma qarşı qorunma, buzlanma baş verdikdə bunu avtomatik şəkildə aşkarlayıb fəaliyyətə keçən buz Əritmə sistemi ilə təchiz olunub. TSQ üçün “Bayraktar TB2” və “Anka” PUA-nın tədarükünə qərar veriləndən sonra “Vestel Savunma” 2016-cı ildə “Karayel”in faydalı yük qabiliyyəti artırılmış və silahlandırılmış “Karayel-SU” konfiqurasiyasını hazırlayaraq xarici bazara təqdim etmişdir. Fərqli faydalı yüklərlə inteqrasiya edilə bilən PUA-nın baza versiyası “Wescam MX-15Di” elektrooptik/infraqırmızı kamera dəsti ilə təchiz olunub. Kompleksə daxil olan gündüz kamerası 50, infraqırmızı kamera isə 30 qat böyütmə qabiliyyətinə malikdir. Bundan başqa, kompleksdə lazer məsafəölçən və lazer hədəfişarələyici yer alır. “Karayel-SU” qabarit ölçülərinə görə baza versiyasından böyükdür. PUA-nın qanad açıqlığı 10.5 metrdən 13 metrədək, havadaqalma müddəti 16 saatdan 20 saatadək artırılıb. Uçuş aparatının hər bir qanadının altında 30 kq yükgötürmə qabiliyyətinə malik iki silah asqısı (cəmi 4 asqı) mövcuddur ki, bu da 120 kq-dək müxtəlif döyüş sursatlarını daşımağa imkan verir. IDEF sərgisində pilotsuz uçuş aparatı ROKETSAN şirkətinin istehsalı olan MAM-L və MAM-C sursatları ilə

20 www.azeridefence.com

silahlandırılmış şəkildə nümayiş etdirilib. Bir ədəd 97 at gücündə mühərriklə təchiz olunmuş “Karayel-SU” pilotsuz uçuş aparatının çəkisi 630 kq, füzelyajın uzunluğu 6.5 metr, qanadlarda yükqaldırma qabiliyyəti 120 kq, gövdə altında yükqaldırma qabiliyyəti 50 kq, sürəti 60-80 düyün, əməliyyat yüksəkliyi 6.8 km, radiokanalla idarəetmə radiusu 150 km təşkil edir. “Karayel-SU”nun hələlik ilk və yeganə istifadəçisi Səudiyyə Ərəbistanıdır. Bir neçə ay əvvəl Yəməndə Husi silahlıları tərəfindən vurulan “Karayel-SU” artıq PUA-nın Səudiyyə Ərəbistanı ordusu tərəfindən döyüş əməliyyatlarında praktik istifadəsini təsdiqləyir. Bundan bir müddət sonra, “Dubai Airshow-2019” sərgisində Səudiyyə Ərəbistanının “Advanced Electronics Company” (AEC) şirkəti “Karayel-SU”nu öz stendində sərgiləyib. Digər şirkətlərin layihələri Türkiyədə fəaliyyət göstərən digər şirkətlər tərəfindən müxtəlif növ PUA-ların istehsalı həyata keçirilməkdədir ki, onlardan bəziləri hazırda ordunun və təhlükəsizlik qurumlarının silahlanmasında yer alır. “İvme İnsansız Havacılık Sistemleri A.Ş” şirkəti tərəfindən yaradılmış “Cağatay” hibrid VTOL (şaquli qalxma və enmə funksiyalı) PUA-nın ilk istifadəçisi Təhlükəsizlik Baş İdarəsidir. 4 ədəd elektrik və bir ədəd daxiliyanma mühərrikinə (əsas) sahib, gövdəsi kompozitdən hazırlanmış PUA-nın qanad açıqlığı 4.5 metr, çəkisi 45 kq, faydalı yükü 12 kq, uçuş müddəti 14 saat, uçuş tavanı 5.4 km, uçuş məsafəsi 120 km təşkil edir. PUA və robot texnologiyaların layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmış “Altınay” şirkətinin 2019-cu ilin


sentyabr ayında İstanbulda keçirilən “Teknofest” festivalında sərgilədiyi “Albatros” adlı multirotor PUA yüklərin daşınması üçün nəzərdə tutulub. Modullardan yığılan “Albatros”un 8 mühərrikli əsas modulu 50 kq yük daşımağa imkan verir. Şirkət mütəxəssislərinin sözlərinə görə, hər biri ayrıca batareyaya malik modulları birləşdirməklə 12, 16 və 20 mühərrikli versiyalar yaradıla bilər. Bu zaman PUA-nın yükdaşıma həcmi 150 kiloqramadək artacaq. “Albatros”un bütün konfiqurasiyaları 30 km uşuş məsafəsinə və 60 dəqiqə uçuş müddətinə sahibdir. PUA-nın 5.56 mm çaplı “MicroGun” pulemyotu, avtomat, ROKETSAN şirkəti tərəfindən yaradılmış 25 ədəd 2 kiloqramlıq döyüş sursatı ilə silahlandırıla biləcəyi bildirilir. Hazırda “Altınay” şirkəti tərəfindən hibrid VTOL pilotsuz uçuş aparatı, dronlarla mübarizə aparmaq üçün itisürətli dronun, silahlı multikopterlərin yaradılması layihələri işlənilir. Digər türk şirkəti “Asisguard” tərəfindən yaradılmış “Sonqar” adlı silahlı multikopterin 8 ədədlik ilk partiyası 2020-i ilin yanvar ayında TSQ-nin silahlanmasına qəbul edilib. 5.56x45 mm çaplı pulemyot və 40 mm çaplı avtomatik qumbaraatanla silahlandırılmış multikopterin uçuş radiusu 10 km təşkil edir. Döyüş ehtiyatı 200 patrondan ibarət olan “Sonqar”ın çəkisi yüklü halda 25 kiloqramdır. Şirkətin tək və ya sürü halında tətbiq üçün hazırladığı “Salqur” adlı mikrodronun isə üz, yazı, maşın və səs tanıma qabiliyyətlərinə sahib olduğu bildirilir. Kamikadze PUA­lar Suriyada rejim qüvvələri ilə mübarizədə Türkiyə Silahlı Qüvvələri STM (Savunma Teknolojileri Mü hendislik ve Ticaret A.Ş.) şirkətinin istehsalı olan “Karğu” və “Alpaqu” kamikadze dronlarından tək və sürü şəklində istifadə etmişdir. Avtonom iş prinsipinə malik hər iki dron gündüz və gecə vaxtı, tək, yaxud qrup halında kəşfiyyat və hücum əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulub. Bir əsgər tərəfindən daşına və idarə oluna bilən “kamikadze dron” hədəfin təyin olunması, hücumun edilməsi, tapşırığın icra prosesində hədəfin dəyişdirilməsi və yaxud hücumdan imtina edilməsi kimi funksiyalara malikdir. STM şirkətinin mütəxəssislərinin sözlərinə görə, “Karğu”nun yenilənmiş “Karğu-2” versiyasında təyin edilmiş məsafədə partlatma, habelə sürü halında hücum, üz tanıma kimi alqoritmlər tətbiq edilib. Uçuş müddəti 30 dəqiqə, uçuş məsafəsi 5 km təşkil edən PUA maksimum 2800 metr yüksəkliyə qalxa, 0,3-1,0 kq ağırlıqda faydalı yük, o

cümlədən partlayıcı maddəli döyüş başlığı daşıya və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir. Bundan əvvəl “Karğu”nun Xüsusi Təyinatlı Qüvvələri tərəfindən ölkə daxilində və Suriya ərazisində PKK/PYD terrorçularına qarşı istifadə olunmasına dair məlumatlar mövcuddur. Şirkət rəsmilərinin sözlərinə görə, sürü halında 20-dən çox dronun eyni vaxtda tətbiqi mümkündür. STM şirkətinin “Alpaqu” “gəzən sursat”ının çəkisi 3700 qram (“Alqapu-2”nin 5000 qram), uçuş məsafəsi 5000 metr, uçuş müddəti 10 (“Alpaqu-2”də 20 dəqiq), uçuş hündürlüyü 400 metr, sürəti 50 düyündür. “Alpaqu” 400 qram, “Alpaqu2” versiyası isə 1300 qram döyüş başlığı ilə təchiz olunub. Birdəfəlik istifadə üçün nəzərdə tutulan “Alpaqu” hazır konteynerdə təklif olunur. “Alpaqu” və “Karğu”nun idarəetməsini eyni pult üzərindən həyata keçirmək mümkündür. STM şirkəti hazırda nəqliyyat vasitələri və sürətli katerlərdən çox sayda “Alpaqu”nun atışı üçün xüsusi buraxıcı sistemin yaradılması üzərində işləyir.


TMV telemetriyavericisi

Qarışdırılma və aldatmaya qarşı dayanıqlı GNSS

PUA uçuş­kontrol kompüteri və əlaqə cihazı SATCOM Radom

OKİS PUA­ya qurulan cihazı

C­Band PUA məlumat linki (PUA­ cihazı)

MİLSAR SAR/GMTİ radar

OKİS yer stansiyası

Radar altimetr

STM-in “gəzən sursat”larla birlikdə və ayrılıqda istifadə üçün hazırladığı, süni zəkaya və avtonom iş prinsipinə sahib “Toqan” adlı multikopter tipli PUA real vaxt rejimində görüntü emalı və analiz alqoritmlərinə sahibdir. Proqram təminatı əməliyyatda iştirak edən bir “Toqan”ın digəri (eləcə də şirkətin kamikadze PUA-ları) ilə birgə çalışmasına, vəzifələrin mübadiləsinə, obyektləri izlənməsi və ayırd edilməsinə imkan verir. Silahlanma Türkiyə Silahlı Qüvvələrinin zərbə PUA-ları ROKETSAN şirkətinin istehsalı olan MAM-L və MAM-C mini “ağıllı” döyüş sursatlarla silahlandırılıb. 2016-cı ildə silahlanmaya daxil edilmiş MAM-L döyüş sursatı son illər TSQ tərəfindən həyata keçirilən hərbi əməliyyatlarda yüksək performansını sübuta yetirib. Çapı 160 mm, çəkisi 22 kq təşkil edən MAM-L-in atış uzaqlığı 8 km təşkil edir. Bu məsafə inersial naviqasiya və GPS ilə 14 kiometrədək uzadıla bilər. Yarıaktiv lazerarayıcı başlığa sahib MAM-L-in qəlpəli-fuqas, reaktiv zirehlərə qarşı tandem kumulyativ və termobarik döyüş başlıqlı versiyaları vardır. Canlı qüvvə, zirehsiz və yüngül zirehli nəqliyyat vasitələri, radar antenaları, atəş mövqeləri kimi qorunmayan hədəflərə qarşı nəzərdə tutulan MAM-C sursatları PUA-larla yanaşı yüngül hücum təyyarələri üçün də xərc baxımından effektiv həll hesab olunur. Çapı 70 mm, uzunluğu 970 mm, ağırlığı 6.5 kq təşkil edən MAM-C-nin effektiv atış məsafəsi atış

22 www.azeridefence.com

C­Band PUA məlumat linki (yer cihazı)

yüksəkliyindən asılı olaraq 8 kilometrədəkdir. Yarıaktiv lazerarayıcı başlığa malik MAM-C sursatı çox məqsədli (qəlpəli, kumulyativ və termobarik) və qəlpəli-fuqas döyüş başlıqları ilə istehsal olunur. ROKETSAN şirkəti tərəfindən 2019-cu ilin may ayında IDEF-2019 sərgisində təqdim edilmiş 40 mm çaplı “Yatağan” idarə olunan minatür döyüş sursatının da yaxın perspektivdə PUA-ların silahlanmasına daxil ediləcəyi gözlənilir. “Yatağan”ın uzunluğu təxminən 40 sm, ağırlığı 1 kq, maksimum atış məsafəsi 1000 metrdir. Lazer arayıcı başlığa malik raketin maksimum məsafədə hədəfdən sapması 1 metr təyin edilib. ROKETSAN mütəxəssislərinin sözlərinə görə, “Yatağan” NATO kodlu və NATO kodu olmayan lazer işarələyicilərlə birlikdə istifadə oluna bilər. “Yatağan” döyüş sursatı orta və kiçik ölçülü, az yük götürə bilən sabit qanad və multikopter tipli PUA-ların da silahlandırılmasına imkan verəcək. TÜBİTAK SAGE İnstitutu tərəfindən PUA-ların silahlandırılması üçün hazırlanmış kiçikölçülü “Toqan” adlı qəlpəli döyüş sursatı cari ilin fevral ayında “Asisguard” şirkətinin istehsalı olan “Sonqar” multikopterinin silahlanmasına daxil edilib. “Toqan” 81 mm çaplı minaatan mərmiləri ilə eyni çəki və dizayna, 35 metr məhvetmə radiusuna malikdir. PUA-ların atış-nəzarət sisteminə inteqrasiya edilmiş döyüş sursatının hesablayıcısı 100 Hz sürətlə ölçmələri apararaq, sursatın atılacağı koordinatları dəqiqliklə hesablayır. “Toqan” kontaktlı və vaxt təyin edilmiş partladıcıyla təqdim olunur.


“Meteksan Savunma” şirkəti tərə indən hazırlanmış PUA uçuş­idarəetmə kompüteri

Milliləşmə çalışmaları Keçmiş Müdafiə Sənayesi Katibliyi (indiki Müdafiə Sənayesi Komitəsi) tərəfindən 2012-ci ildə hazırlanmış “Türkiyənin PUA istehsalına dair yol xəritəsi”ndə TSQ və təhlükəsizlik qüvvələri, o cümlədən mülki qurumların ehtiyaclarını qarşılanması üçün müxtəlif növ PUA-ların yaradılması, PUA sənayesinin inkişafı, mühüm komponentlərin yerli istehsalının dəstəklənməsi kimi çoxsaylı tədbirlər yer alıb. Türkiyədə PUA-ların və pilotsuz aviasiya üçün tələb olunan sistemlərin istehsalı ilə 20-dək şirkət məşğuldur. Xaricdən asılılığı minimuma endirmək və istehsal edilən məhsulların maneəsiz ixracına nail olmaq məqsədi ilə Türkiyə şirkətləri tərəfindən PUA-ların mühərriklər daxil olmaqla, mühüm komponentlərinin yerliləşdirilməsi istiqamətində işlər davam etdirilir. Müdafiə Sənayesi Komitəsi rəsmilərinin sözlərinə görə, taktik PUA-ların elektro-optik faydalı yüklərinin, SATCOM terminalının, SAR/GMTI radarının, bort kompüterlərinin, mühərriklərin, IFF sisteminin, radiokanal, naviqasiya və digər altkomponentlərin, həmçinin aerodrom avadanlıqlarının yerli istehsalı təmin olunub. “Meteksan Savunma” şirkəti embarqoya məruz qalan bəzi mühüm komponentlərin yerli istehsalı təmin etməklə, bu sahədə Türkiyə müdafiə sənayesinin ixracat potensialının formalaşmasına əhəmiyyətli təsir göstərib. Son illərdə “Meteksan Savunma” tərəfindən PUA istehsalçıları üçün yerli və milli olaraq yaradılmış sistemlər aşağıdakılardır: – PUA-ların elektro-optik cihazlarının effektiv olmadığı hava şəraitində yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verən MILSAR adlı SAR/GMTI radarı; – Yüksək məlumat ötürmə sürətinə sahib, etibarlı rabitə yaratmağa imkan verən C-Bant radiokanalı; – PUA-ların etibarlı qalxması və enməsini təmin edən OKİS sistemi;

OKİS sistemi radar texnologiyalarından istifadə etməklə, GPS siqnallarının olmadığı mühitdə belə PUA­ların avtomatik qalxma və enməsi üçün nəzərdə tutulur.

“Meteksan Savunma”nın MİSAR radarı özündə SAR və GMTI funksiyalarını birləşdirməklə yanaşı, kiçik qabarit ölçüləri bu cihazın müxtəlif PUA­lara inteqrasiyasına imkan verir.

– GPS-ə yönələn qarışdırma siqnallarının təmizlənməsi və yatırılmasını təmin edən Anti-Jamming GNSS; – Dəqiq yüksəklik məlumatları təmin edən CRA-201 və CRA-501 radar altimetr; – Çətin şəraitlərdə telemetriya məlumatlarının ötürülməsini təmin edən TMV telemetriya ötürücüsü; – Yüksək təhlükəsizliyə sahib uçuş nəzarət kompüteri. Yuxarıda qeyd edilən sistemlərin bəziləri hazırda TSQ-nin silahlanmasındakı PUA-larda mövcuddur. “Meteksan Savunma” şirkətinin baş direktoru Səlcuq Alparslanın sözlərinə görə, təklif olunan əməliyyat, rabitə, uçuş və dəstək sistemləri fərqli layihələrdə qazanılmış təcrübələrə əsaslanır. Bu sahədə şirkət iki önəmli avantajı ilə önə çıxır: “Bunlardan birincisi həcm, ağrlıq və güc istehlakı (SWAP) mövzusunda yüksək performanslı və aşağı büdcəli sistemləri dizaynetmə qabiliyyətidir.

23


PUA-lara inteqrasiya edilən sistemlərin çox məhdud həcmə sığışdırılması, çox yüngül olması və güc istehlakının çox az olması lazımdır. “Meteksan Savunma” SWAP sistemlərin yaradılması sahəsində ciddi təcrübəyə sahibdir. Fərqli platformalara inteqrasiya çalışmalarını uğurla yerinə yetirmişik. Sistemlərimizin SWAP özəlliyi PUA-lara daha çox faydalı yükdaşıma və daha uzun mənzil qazandırır. İkinci mühüm məsələ isə radioelektron mübarizəyə qarşı dayanıqlıqdır. Günümüzdə yaşanan qarşıdurmalarda GPS siqnallarının qarışdırılması kimi radioelektron təsirlərlə teztez rastlaşırıq. Silah platformalarının və komponentlərin ən çətin müharibə və gərgin radioelektron hücumlarda istifadə oluna biləcək şəkildə dizayn edilməsi lazımdır. Şirkətimiz qurulandan bu günədək bənzər layihələrdə çalışdığı üçün yaradılmada bu məsələlər diqqətə alındı. Sözügedən sistemləri hazırlayarkən təcrübə və məlumat sahibi olduq. İndi bu təcrübəni insansız vasitələr üçün yaratdığımız rabitə, əməliyyat, uçuş və dəstək sistemlərində də tətbiq edirik”. S.Alparslan onu da qeyd edib ki, hazırda “Meteksan Savunma” bu iki mühüm məsələdə fərqli həllər ortaya qoyur: “Bu həllərimiz Türkiyənin müdafiə və aviasiya sənayesi olaraq dost və müttəfiq ölkələrin ehtiyaclarının qarşılanması üçün həyata keçirdiyimiz çalışmalarda da kritik önəmə sahibdir. Bir insansız platformadakı altsistemlərin, hər hansı ixracat məhdudiyyətinə sahib olmaması, istifadəçinin tələblərinə asanca uyğunlaşdırıla bilməsi olduqca mühümdür. Biz də platformalar üçün belə əhəmiyyətli sistemlər təqdim edirik”. “Meteksan Savunma”nın 2019-cu ilin sonlarında təqdim etdiyi çoxfunksiyalı MİLSAR radarı SAR (Synthetic Aperture Radar) və hərəkətli hədəf aşkarlama (Ground Moving Target Indicator / GMTI) funksiyalarına sahib olmaqla yanaşı, kiçik qabaritləri və funksionallığına görə bazardakı bənzər sistemləri üstələyir. Yığcam dizaynı, 30 kq çəkisi və az enerji sərfiyyatı MİLSAR-ın əsas üstünlüklərdəndir. Standart 15” EO/IR sensor modulu ilə eyni mexaniki interfeysə malik olması sayəsində elektro-optik kompleks çıxarıla və yerinə MİLSAR taxıla bilər. Kompakt dizayn və mövcud elektro-optik cihazların ölçü və ağırlıqları ilə uyumluluğu radarın fərqli PUA-lara inteqrasiyasını səviyyədə asanlaşdırır.

PUA­larda və digər uçuş platformalarında istifadə üçün nəzərdə tutulan TMV telemetriya vericisi

24 www.azeridefence.com

“Meteksan Savunma”nın qarışdırılmaya qarşı qorunan GNSS qəbuledicisi.

MİLSAR radarı SAR texnologiyası ilə istifadəçiyə məsafədən asılı olmayaraq yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verir. Strip rejimində radar 1 metr dəqiqliyə malik görüntü istehsal edir və bunları bir videogörüntüsü kimi onlayn rejimdə operatora göstərir. Görüntülərin yer stansiyasına ötürülməsi üçün ehtiyac duyulan dalğa diapazonu da mövcud PUA-nın məlumat kanalı ilə uyğundur. Spot rejimində isə MİLSAR hədəf sahəsinin 30 sm dəqiqliklə görüntüsünü çıxarır. Yaxın perspektivdə bura dəyişiklikləri aşkarlama xüsusiyyətinin (Coherent Change Detection) əlavə edilməsi planlaşdırılıb. GMTI funksiyası yerüstü hədəfləri izləməyə, habelə MİLSARdan atəş idarəetmə radarı kimi istifadə etməyə imkan verir. Bu zaman hədəfin pozitiv analizi üçün elektro-optik cihazdan gələn görüntülərə də ehtiyac duyulur. Sistem hədəfləri izləmək üçün DMTI (Dismounted Moving Target Indication / Ayrılmış Hərəkətli Hədəf Təsbiti) və dəniz hədəfləri üçün MMTI (Maritime Moving Target Indication / Deniz Hərəkətli Hədəflərinin Təsbiti) rejimlərinə də sahibdir. “Meteksan Savunma”nın “Anka” və “Bayraktar TB2” platformalarına inteqrasiya edilmi OKİS sistemi isə radar texnologiyalarından istifadə etməklə, hətta GPS siqnalları olmadığı mühitdə belə PUA-ların avtomatik qalxma və enməsi üçün nəzərdə tutulub. Kiçik qabaritlərə malik OKİS-in hava platformaları üçün nəzərdə tutulan komponenti bütün seqmentlərdə PUA-ların faydalı yükdaşıma qabiliyyətinə təsir göstərmədən istifadə oluna bilər. Keçirilən testlərdə “Bayraktar TB2”yə inteqrasiya edilmiş OKİS qurğusu ilə kompleksin aerodrom avadanlığı arasında 12 km məsafədən əlaqənin yaradılması mümkün olub. İki nəfər tərəfindən daşına və qısa müddətdə qurula və sökülə bilən OKİS mövcud uçuşeniş zolaqlarının hər iki istiqamətindən qalxma və enməyə şərait yaradır. “Meteksan Savunma”nın “Anti-Jamming GNSS” cihazı GPS, GLONASS, GALILEO, BEIDOU qlobal peyk naviqasiya siqnallarını dəstəkləyir və geniş tezliklərdə işləyir. “Anti-Jamming GNSS” cihazı sayəsində qarışdırma siqnallarının istiqaməti müəyyən edilir və kosmik filtrləmə tətbiq edilərək qarışdırma siqnallarının yatırılması təmin olunur. Siqnal emalı alqoritmləri tərəfindən ayırd edilən qarışdırıcı siqnalları təmizlənir, standart naviqasiya siqnalları alıcıya verilməsi üçün yenidən


Yuxarıda: “CTech” şirkətinin istehsalı olan DEV­KU­18 SOTM peyk terminalı, aşağıda: UFUK­HX10 görüş xətti (LOS) rabitə sistemi. Foto: CTech

formalaşdırılır. Cihaz müasir texnologiyası və kiçik qabarit ölçüləri sayəsində raketlər, PUA-lar və digər platformalarda istifadə edilə bilər. GPS L1, GPS L2 və GLONASS L1 dalğa diapazonlarında çalışa bilən “Anti-Jamming GNSS” 4 kanallı antenaya, platformalara uyğun antena dizaynına sahibdir. MIL-STD-810G və MIL-STD-461F uyumlu sistem eyni anda birdən çox qarışdırıcıya qarşı dayanıqlı, yüksək sürət, manevr və yüksəklikdə çalışa biləcək imkanlara sahibdir. “Meteksan Savunma”nın başqa bir məhsulu – CRA seriyalı radar altimetr cihazlarına 2500 fut hündürlüyü həssaslıqla ölçə bilən CRA-201 və 5000 fut yüksəklikölçmə qabiliyyətinə malik CRA-501 radar altimetrləri daxildir. Tam hərbi standartlara cavab verən, sınaqlardan uğurla keçmiş bu cihazlar Türkiyə ilə yanaşı, iki xarici istifadəçi tərəfindən də istifadə olunur. 2005-ci ildən müdafiə, aviasiya və kosmik sənaye sektorlarında fəaliyyət göstərən “CTech Bilişim Teknolojileri Sanayi ve Ticaret A.Ş” (CTech) (2018-ci ildə TUSAŞ şirkətinin tərkibinə daxildir) şirkəti IS0-9001:2019 sertifikatı, Milli və NATO Gizli Müəssisə Təhlükəsizlik sertifikatlarına sahibdir. Şirkət fəaliyyətində ECSS, CMMI Səviyyə-3, IEEE-12207, IEEE15288 və MlL-STD-973, ANSI7EIA 649 kimi beynəlxalq standartları əsas götürür. “CTech” tərəfindən hazırlanmış Türkiyənin ilk yerli və milli mobil peyk rabitə sistemləri insanlı və insansız yerüstü nəqliyyat vasitələrində, həmçinin dəniz platformalarında istifadə olunur. Sözügedən sistem məsafə məhdudiyyəti olmadan hərəkətli halda, kəsintisiz olaraq peyk rabitəsinə, yüksək həcmdə və çox yüksək sürətlərdə məlumatların ötürülməsinə imkan verir. 2019-cu ildə sınaqları başa çatdırılaraq seriyalı istehsalına başlanmış DEV-KU-18 SOTM (SATCOM-On-The-Move) peyk terminalı hazırda “Anka-S” PUA-da istifadə olunur. Yüngül çəkisi və ultrakompakt dizaynı

bu sistemin digər yerli və xarici hava və yer platformalarında da istifadəsinə imkan yaradır. Terminal “Ku” və “Ka” dalğa diapazonlarını istifadə edərək 20 Mbps-ə qədər məlumatötürmə sürəti təmin edir. Antena bloku, modem və ACU ilə birlikdə SATCOM cihazının çəkisi 24 kq-dan azdır. “CTech”in müxtəlif müxtəlif PUA-larda istifadə oluna biləcək UFUK-HX10 görüş xətti (Line-of-Sight -LOS) rabitə sistemi PUA-nın yer idarəetmə stansiyası ilə hər cür hava və əməliyyat şəraitində etibarlı və kəsintisiz rabitə əlaqəsi üçün nəzərdə tutulur. Yerli dizaynı və yaradılan dalğa forması sayəsində xaricdən asılılıq minimum səviyyəyə endirilib. Proqramlaşdırılmış radiostansiya (Software Defined Radio SDR) arxitekturasının tətbiq olunduğu UFUK-HX10 sistemi hava və yer terminalları, uyğunlaşdırılmış data modemləri, RF blokları və antenalarndan ibarət Full Duplex rabitə həllidir. Sistemin yer-hava kanalı real vaxt rejimində pilotsuz uçuş aparatına idarəetmə komandalarının ötürülməsi, hava-yer kanalı isə PUA-nın elektro-optik cihazlarından əldə edilən sensor, video və səs məlumatlarının 200 km məsafədən yer stansiyasına ötürülməsini təmin edir. Hava modemində

25


“Anka­S” və “Bayraktar TB2” PUA­larda MiLSOFT şirkətinin hazırladığı Mil­I2S inteqrasiya olunmuş kəş iyyat proqramının ekran görüntüsü. Foto: Milsoft

mövcud olan video kodlaşdırıcı ilə yük məlumatları emal edilərək anlıq HD və SDD videoötürmə əldə olunur. Türkiyənin hərbi proqramlaşdırma sahəsində aparıcı şirkətlərindən olan “MilSOFT Yazılım Teknolojileri” şirkəti tərəfindən TUSAŞ şirkətinin “Anka-S”, “Aksunqur” PUA-nın yer idarəetmə stansiyasının əsas proqram təminatı işlənib hazırlanmış, eləcə də şirkətin Mil-IES görüntü qiymətləndirmə sistemi “Anka-S” və “Bayraktar TB2” PUA-larında tətbiq edilmişdir. “MilSOFT” şirkətinin PUA sənayesi şirkətləri üçün hazırladığı Görüntü Qiymətləndirmə Həllərinə Mil-IES Daşınabilən Görüntü Qiymətləndirmə Sistemi (TGKS), Uzaq Görüntü Terminalı və Yer Nəzarət Stansiyası İdarəetmə Sistemi daxildir. Daşınabilən Görüntü Qiymətləndirmə Sistemi PUA-ların üzərindəki EO/IR və SAR/GMTI sensorları tərəfindən Yer İdarəetmə Stansiyasına və oradan bu cihazlara ötürülən görüntülərin, telemetriya və GMTI informasiyalarının emal edilərək görüntüyə çevrilməsi, kəşfiyyat tələblərindən asılı olaraq informasiyaların qiymətləndirilməsi prosesini həyata keçirir. Sahədə istifadəyə əlverişli şəkildə dizayn olunmuş Uzaq Görüntü Terminalı PUA-dan göndərilən sensor informasiyalarını istifadəçiyə təqdim edir. TGKS operatorları sensor informasiyalarını analiz edərək görüntü kəşfiyyatı aparır və məruzələr hazırlayaraq TAFICS xətti üzərindən müvafiq qurumlara göndərir. Sistem görüntünü işlənməsi və analizi, fotoqrametriya, görüntünün qəbulu və saxlanması, kəşfiyyatın idarə edilməsi funksiyalarına sahibdir. “MilSOFT”un Yer Nəzarət Stansiyası İdarəetmə Sistemi tapşırıqların planlaşdırılması, uçuş, faydalı yük, rabitə planlaması, tapşırıqların təqdimatı, tapşırıqların sistemə

26 www.azeridefence.com

yüklənməsi, izlənməsi, brifinqi və dəyərləndirilməsi, Faydalı Yükə Nəzarət Proqramı isə PUA-nın faydalı yükünün kontrolu, faydalı yük informasiyalarının işlənməsi, qeydə alınması və yenidən izlənilməsi, Rabitə Sistemi isə xarici sistemlərlə STANAG 4586 uyğun əlaqənin yaradılması, xarici interfeyslərin idarə edilməsi, radiostansiya, telefon və intercom sistemlərlə inteqrasiya, İzləmə Proqramına isə vəziyyət və diaqnostik məlumatların toplanması, arxivləşdirilməsi və nümayişi funksiyalarını yerinə yetirir. “MilSOFT”un Mil-I2S inteqrasiya edilmiş kəşfiyyat sistemi taktik və strateji səviyyədə kəşfiyyat, aşkarlama və müşahidə (Intelligence, Surveillance, Reconnaissance -ISR) ehtiyacları üçün yaradılıb. Mil-I2S sistemi 2D, 3D və CBS dəstəkli kəşfiyyat rəsminin formalaşdırılması, PUA, peyk və kəşfiyyat-nəzarət təyyarələrinin canlı sensorlarının inteqrasiyası, canlı və yazılmış video və ya sabit görüntüləri işləmə, məlumatların saxlanması, üçüncü məlumat mənbələri ilə inteqrasiya imkanlarına sahibdir. Adıçəkilən şirkətlərlə yanaşı “Savronik” şirkəti PUA istehsalçıları üçün görüş xəttindən kənarda olan PUA-larla “X” və “Ku” dalğa diapazonlarında səs və məlumatların ötürülməsi, aparatların uçuşunun idarə edilməsi üçün nəzərdə tutulan peyk yer terminalı və stansiyaları, SDT şirkəti Məkan Kəşfiyyat İdarəetmə Sistemi, DDR-300 məlumat qeydə alma cihazı, PUA indarəetmə kompüterlərin istehsalını həyata keçirir. Milli PUA­lara yerli mühərrik Pilotsuz və pilotlu aviasiya vasitələrinin mühərriklərinin xaricdən idxalı zaman-zaman yaradılan siyasi və iqtisadi əngəllərə görə həyata keçirilən layihələrdə müəyyən yubanmalara, eyni zamanda ixracatda bir nömrəli problemə çevrilib. Mühərrik idxalının milli imkanlar hesabına


qarşılanması istiqamətində proqramlar öz bəhrəsini verməyə başlayıb. Yerli müəssisələrdə yaradılmış mühərriklər hesabına qısa müddətdə PUA-ların milliləşmə faizinin artırılmasına nail olunmuşdur. 1985-ci ildə TUSAŞ, “General Electric” (GE), Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun (TSKGV) və Türk Hava Kurumunun (THK) iştirakı ilə yaradılmış TUSAŞ Motor Sanayii A.Ş (TEI) şirkəti tərəfindən PUA-lar üçün müxtəlif güclərə sahib mühərrik nümunələrinin yaradılması və istehsalı istiqamətində işlər aparılır. Qeyd edək ki, 1987ci ildə Türkiyə Hava Qüvvələri üçün ilk F110 mühərrikinin istehsalını həyata keçirən TEI hazırda mühərriklərin hissə və modullarının istehsalı, mühərriklərin yığımı və sınaqları, təmir və servisi, yeni mühərriklərin dizaynı və istehsalı sahəsində ixtisaslaşıb. 2004 -cü ildən PUA-larda istifadə edilə biləcək turboreaktiv və turbovintli qaz turbinli mühərriklərin dizaynı və yaradılması istiqamətində işlərə başlayan TEI son illər çalışmalarına pistonlu mühərrikləri də əhatə etməklə fəaliyyət dairəsini genişləndirib. Şirkətdən AZERI DEFENCE jurnalına verilən məlumata görə, hazırda TEI-də həyata keçirilən PUA mühərriklərinin yaradılması işləri pistonlu mühərriklər və qaz turbinli mühərriklər olmaqla iki istiqamətdə davam edir. Qaz turbinli mühərriklər sahəsində ilk olaraq Türkiyənin öz ehtiyaclarının qarşılanması, orta və uzaq perspektivdə isə beynəlxalq bazarlarda yer almaq məqsədi ilə müasir, yüksək texnologiyalara sahib turboreaktiv və turbovintli mühərriklərin yaradılması işlərinə 2004-cü ildə start verilib. TÜBİTAK tərəfindən dəstəklənən layihə çərçivəsində 2011-ci ildə TEI-TJ90 turboreaktiv mühərrikinin yaradılmasına başlanıb və 5 iyun 2013-cü ildə TEI-nin təcrübə platformasında mühərriyin ilk uçuş sınaqları keçirilib. 2017-ci ildən müəssisədə TUSAŞ-ın “Şimşək” hədəf dronları üçün 90 lb güc yaratma qabiliyyətinə TEI şitkəti tərə indən “Anka” PUA­lar üçün istehsal edilən TEI­PD170 mühərriklərinin ilk partiyası 2020­ci ilin yanvar ayında TUSAŞ şirkətinə təhvil verilmişdir. Foto: TEI

TEI-PG50

sahib TEI-TJ90 mühərrikinin seriyalı istehsalı davam edir. TEI-TJ90 mühərriki hərbi standartlara, EMI/EMC uyğunluğu, mancanaq (katapult) təsirinə dayanıqlığı, kerosin və elektriklə işə salma xüsusiyyətlərinə görə fərqlənir. 2013-cü ildə SSB tərəfindən elan edilən “PD170 operativ PUA mühərrikinin yaradılması Layihəsi” çərçivəsində TEInin hazırladığı 170 at gücündə TEI-PD170 turbodizel mühərrik başda TUSAŞ-ın “Anka” PUA-ı olmaqla, MALE (Medium Altitude Long Endurance) sinif PUA-ların güc ehtiyacının qarşılanması üçün nəzərdə tutulub. 2017-ci ilin əvvəllərində işə salınan TEI-PD170 mühərriki 27 dekabr 2018-ci ildə “Anka” PUA üzərində birinci sınaq

27


TUSAŞ şirkətinin iki ədəd PD­170 turbodizel mühərriklə təchiz edilmiş “Anka Aksunqur” PUA­ı 24 saat havada qala biləcək. PUA­nın fərqli faydalı yüklərə sahib, müxtəlif əməliyyat tapşırıqlarına uyğunlaşdırılmış kon iqurasiyalarının istehsalı planlaşdırılır. Foto: TUSAŞ

uçuşunu uğurla tamamlayıb. TEI-PD170 mühərriyi PUA-nın havada daha uzun müddət qalmasına, faydalı yük həcminin artırılmasına, uçuş hündürlüyünün 13.7 km-dək yük səldilməsinə imkan verir. Mülki aviasiya standartlarına cavab verən mühərrikin nəzarət sisteminin proqramı da TEI tərəfindən hazırlanıb. Ümumilikdə TEI-PD170 mühərriki 6000 saatdan çox kalibrasiya və testlərdən keçirildikdən sonra seriyalı istehsala buraxılmışdır. 23 noyabr 2019-cu il tarixində TEI və TUSAŞ arasında 40 ədəd TEI-PD170 mühərrikinin çatdırılmasına dair müqavilə imzalanıb. İstehsal olunmuş mühərriklərin ilk partiyası bu ilin yanvar ayında sifarişçiyə təhvil verilib.

Şirkətdən həmçinin bildirilib ki, hazırda sinfinin ən üstün xüsusiyyətlərinə sahib TEI-PD170 mühərriyinin əsasında 200 və daha çox at qüvvəsinə malik yeni bir mühərrik yaradılır. TEI-PD222 adlandırılan yeni mühərrikin həyata keçirilən ilk testlərində 225 at gücü əldə edilmişdir. Dizaynı və istehsalı milli imkanlar hesabına tamamlanan TEI-PD170 turbodizel aviasiya mühərriyi bütün daxili komponentlər, xammal və s. daxil olmaqla 90 faizdən çox yerlilik payına sahibdir. 2020-ci ilin sonuna qədər qalan digər sistemlərin də yerliləşdirilməsi hədəflənir. TEI-nin maksimum yerlilik payı ilə hazırladığı benzinlə çalışan ikitaktlı TEI-PG50 pistonlu aviasiya mühərriki də PUA üçün nəzərdə tutulur. Hazırda seriyalı istehsalına hazırlıq görülən TEI-PG50 mühərriki maksimum 50 at qüvvəsində güc istehsal edir. TEI-PG50 mühərriki bənzər digər PUA mühərrikləri ilə müqayisədə istehsal etdiyi güc, çəkisi, milli və hərbi məqsədli elektron nəzarət sistemi, injektor və alışdırma sistemləri, eləcə də sürətli texniki və logistik dəstək sayəsində önə çıxır. Daha böyük PUA­lara doğru “Bayraktar TB2” və “Anka-S”dən əldə olunmuş təcrübə əsasında “Baykar Makina” və TUSAŞ daha böyük faydalı yükgötürmə qabiliyyətinə və geniş imkanlara malik pilotsuz uçuş aparatlarının yaradılması layihələri üzərində işləyirlər. Hər iki şirkətin hazırda test mərhələssində olan layihələrində əsas diqqət PUA-ların havadaqalma müddətinin uzadılması, radioelektron maneələrin tətbiqi şəraitində tapşırıqları icra edə bilməsi, faydalı yükünün, uçuş tavanının və peyk üzərindən idarəetmə hesabına döyüş radiusunun artırılmasına yönəldilib. Ötən dövrdə Amerika və Avropadan bəzi dövlətlərin mühərrik və digər dəstləşdiricilərin Türkiyəyə ixracına əngəllərin yaradılmasına baxmayaraq, istehsalçı şirkətlər

TEI­PD170 turbodizel aviasiya mühərriki

28 www.azeridefence.com


Hazırda sınaq mərhələsində olan “Baykar Makina” şirkətinin ikimühərrikli “Akıncı” silahlı pilotsuz uçuş aparatı. 20 metr qanad açıqlığına sahib PUA­nın gələcəkdə SOM­A qanadlı raketlərlə silahlandırılması planlaşdırılır. Foto: Baykar

digər mənbələr və yerli istehsal hesabına yaradılma mərhələsini tamamlayaraq, sınaq mərhələsinə qədəm qoyublar. TUSAŞ şirkətinin “Anka-S” taktik PUA-nın bazasında hazırladığı “Anka-Aksunqur” PUA böyük yükgötürmə qabiliyyətinə, gecə və gündüz kəşfiyyat, nəzarət və hücum tapşırıqlarını yetirmək imkanına sahib olacaq. Şirkətin təqdimat materiallarından bəlli olduğu qədər “AnkaAksunqur”un müasir elektro-optik, infraqırmızı, SAR və SIGINT faydalı yükləri, habelə “hava-yer” silahları ilə təchiz edilməsi planlaşdırılır. Hər biri 170 at gücündə iki ədəd PD-170 turbodizel mühərriklə təchiz edilmiş PUA-nın uçuş tavanı 12100 metr, havada qalma müddəti hücum və dəniz nəzarəti əməliyyatlarında 750 kq xarici yüklə, 7300 metr yüksəklikdə 12 saat, SIGINT kəşfiyyatında isə 150 kq xarici yüklə 12100 metr yüksəklikdə 24 saat təşkil edəcək. “AnkaAksunqur” PUA-nın qanad açıqlığı 24 metr, çəkisi 3300 kiloqramdır. PUA-nın hər bir qanadının altında 150, 300 və 500 kq ağırlığında döyüş sursatını daşımaq üçün 3 asqı mövcuddur. Şirkətin açıqladığı məlumata görə, “AnkaAksunqur” ROKETSAN şirkətinin istehsalı olan “Təbər-81” və “Təbər-82” idarəetmə dəsti ilə təchiz olunmuş aviasiya bombaları, L-UMTAS, MAM-L, “Cirit”, MAM-C, HGK-3, KGK idarəetmə dəstləri ilə təchiz olunmuş aviasiya bombaları, habelə minatür bombaları ilə silahlandırılacaq. “AZERI DEFENCE”nin IDEF-2019 sərgisində TUSAŞ mütəxəssislərindən əldə etdiyi məlumata görə, tam avtonom əməliyyat imkanlarına sahib olan “Anka-Aksunqur” ikili avtomatlaşdırılmış uçuş-nəzarət sisteminə, şifrələnmiş rəqəmsalötürmə kanalına, buzlaşmaya qarşı qoruma sisteminə sahibdir. SATCOM idarəetmə “Anka-S” kimi “Anka-Aksunqur”un uzaq məsafədən idarə edilməsinə imkan verəcək və döyüş radiusunu artıracaq. “Anka-Aksunqur”un görüntü kəşfiyyatının aparılması üçün özündə gündüz kamerası, infraqırmızı kamera, lazer işarələyici, lazer məsafəölçəni birləşdirən elektro-optik faydalı yük, SAR/GMTI-ISAR radarı, geniş sahə nəzarət kamerası;

siqnal kəşfiyyatı üçün COMINT/DF, ESM/ELINT; dəniz gözətçi missiyaları üçün SAR/GMTI-ISAR radarı, AIS, sonobuoy və MAD boomu; rabitə məqsədi ilə SATCOM, personal yer aşkarlama sistemi (PLS), V/UHF radiorele, rabitə xidməti konteyneri ilə təchiz edilməsi nəzərdə tutulur. İlk uçuşunu 2019-cu ilin dekabr ayında keçirmiş “Baykar Makina” şirkətinin “Akıncı” PUA-ı 20 metrlik qanad açıqlığına malikdir. Müxtəlif döyüş sursatları, o cümlədən “hava-hava” sinif raketlərlə silahlandırılacaq PUA süni intellektə sahib olacaq. Bundan başqa, “Akıncı”nın radioelektron mübarizə konteyneri, SAR radarı, peyk rabitə sistemləri və s. faydalı yüklərlə təchiz ediləcəyi bildirilir. Şirkət rəsmiləri mətbuata açıqlamalarında “Akıncı”nın gələcəkdə SOM-A qanadlı raketləri ilə silahlandırılacağını da iddia edirlər. Şirkət rəsmiləri “Akıncı”nın yaradılma və test prosesinin qrafikə uyğun getdiyini bəyan etsələr də, Türkiyə mediası mühərrik məsələsinin hələ də həllini tapmadığını yazır. Türk mətbuatı 2019-cu ilin sentyabr ayında “Baykar Makina”nın Ukraynanın “Motor Siç” şirkətinin istehsalı olan MS-500V-S və AI-450C turboprop mühərriklərini “Akıncı” üzərində sınaqdan keçirdiyini yazıb. Şirkət rəsmiləri mediaya açıqlamalarında daha bir neçə xarici şirkətin istehsalı olan mühərrikləri sınaqdan keçiriləcəyini qeyd ediblər. Başqa bir məlumatda isə TEI şirkəti tərəfindən “Akıncı” üçün PD170 markalı mühərrikin 750 at gücündə yeni bir nümunəsinin yaradıldıması layihəsinin işləndiyi bildirilir. “Baykar Makina”nın kataloq məlumatlarında 5500 kq maksimum qalxma ağırlığına malik “Akıncı”nın 12100 metr uçuş tavanına və 24 saat uçuş müddətinə sahib olacağı, iki SATCOM və LOS sisteminə (250 km), tam avtomatlaşdırılmış uçuş nəzarətinə, 3 ehtiyat avtopilot sisteminə, avtomatik enib-qalxma funksiyasına, GPS-ə bağlı olmadan daxili sensor məlumatları əsasında naviqasiyaya, tam avtomatlaşdırılmış hərəkət və trayektoriya izləmə xüsusiyyətinə və s. qabaqcıl funksiyalara sahib olacağı bildirilir. AD

29


ROKETSAN ALKA ilə istiqamətləndirilmiş enerji silahlarında addım atır İnkişaf edən texnologiyalarla birlikdə təhdidləri növləri də dəyişir və bu dəyişiklik yeni növ silahların istifadəsini gündəmə gətirir. Hərbi sektorla yanaşı, ticari və mülki sahələrdə də istifadəsi getdikcə artan dronlar son illər terror aktlarında geniş istifadə olunan vasitələrdən birinə çevrilib. Avtonom uçuş qabiliyyətinə malik, qarışdırma sisteminə qarşı dayanıqlı və sürü alqoritmləri ilə dəstəklənən ucuzqiymətli dronlarla yanaşı, əldəqayırma partlayıcı vasitələr də müasir münaqişələrdə əsas təhlükələrdən biri olaraq qalır. Dron təhdidinə qarşı ənənəvi odlu silahların tətbiqi ətraf mühitə ziyan vurulması, sursat sər i peşəkar atıcılar və mütəxəssislərə tələb duyulduğundan hər zaman mümkün olmur. Ona görə də son illər dünyada dron və əldəqayrma partlayıcı vasitələrə qarşı innovativ müda iə sistemlərindən istifadəyə daha çox diqqət yetirilməyə başlanıb. Bu çərçivədə ən səmərəli həll yönləndirilmiş enerji silah sistemi (YESS) hesab olunur. Raket və idarəolunan döyüş sursatlarının yaradılması sahəsində ixtisaslaşmış Türkiyənin ROKETSAN şirkəti tərəfindən yaradılan “Alka” yönləndirilmiş enerji silahı ilk dəfə IDEF-2019 sərgisində ictimaiyyətə təqdim edilib. Elektromaqnit enerji və lazer enerjisini müəyyən bir sahəyə yönəldə bilən “Alka” elektromaqnit qarışdırma qabiliyyəti ilə tək və ya sürü halında dronlara maneələr qoymağa, elektromaqnit və lazer məhvetmə yolu ilə dronların, dron sürülərinin və əldəqayırma partlayıcı vasitələri təhlükəsiz məsafədən zərərsizləşdirməyə imkan verir. “Alka” YESS sahib olduğu elektromaqnit qarışdırma və lazer məhvetmə sistemi, habelə hazırda yaradılma işləri davam edən elektromaqnit məhvetmə

30 www.azeridefence.com

ALKA vasitəsi ilə “DJİ Phantom” tipli PUA­nın zərərsizləşdirilməsi

sistemi sayəsində istifadəçiyə üçpilləli müdafiə qabiliyyəti qazandırır. Avtonom dronlar, casus dronlar, partlayıcı daşıyan dronlar, sürü dron hücumları və əldəqayırma partlayıcı qurğular kimi fərqli təhdidləri

zərərsizləşdirməsi üçün nəzərdə tutulan “Alka” YESS istifadəçinin istəyindən asılı olaraq mobil və sabit şəkildə istifadə oluna bilər. Mobil sistem hərəkət halında və ya sahədəki birliklərin müdafiəsi, yaşayış məntə-


qələrində həyata keçirilən əməliyyatlar, sabit sistem isə qərargahların, baza və limanların, strateji obyektlərin hava hücumundan müdafiəsi üçün ideal həll olaraq dəyərləndirilir. “Alka” YESS-in əsas xüsusiyyətləri aşağıdakılardır: – radarın aşkarladığı hədəflərə avtomatik şəkildə yönələ bilməsi; – süni intellekt ilə görüntü üzərindən avtomatik hədəf aşkarlama və izləmə; – yanlış xəbərdarlıq siqnallarının minimum olması; – radara bağlı olmadan müstəqil istifadə; – elektromaqnit qarışdırma sistemi – 4000 m; – lazerlə effektiv məhvetmə məsafəsi -500 m; – elektromaqnit məhvetmə sistemi ilə təsir məsafəsi -1000 m; – hədəf sayından asılı olmadan sürü hücumlarının qarşısını ala bilməsi; – hədəf üzərində vurulacaq yerin dəqiq seçimi; – yüksək sürətli hədəflərin (150 km/saat) izlənməsi və məhv edilməsi; – hədəfin yüksək dəqiqliklə izlənməsi (1000 metr məsafədə 8 mm dəqiqlik); – çox sayda hədəflərin izlənməsi; – gecə və gündüz istifadə; – müşahidə sistemi kimi istifadə olunabilmə; – üzərindəki əməliyyat yükünün azaldıla bilməsi; – az atış xərci; – seriyalı atəşetmə imkanı. “Alka” YESS yönləndirilmiş enerjini hədəfin üzərinə yüksək dəqiqliklə topladığından hədəfi istənilən nöqtəsindən vura bilir ki, bunun da sayəsində əlavə zərərlərin qarşısı alınır. İşıq sürətində reaksiya verən, gecə və gündüz şərtlərində istifadə oluna bilən sistemin atış maliyyəti klassik sursatlarla müqayisədə daha azdır.

Kiçik PUA­lar üçün yeni EO/IR kompleksi Pilotsuz uçuş aparatları üçün idarəetmə sistemlərinin və elektro-optik faydalı yüklərin istehsalı sahəsində ixtisaslaşmış Latviyanın “Octopus ISR Systems” şirkəti yeni – “Epsilon 140LC” kiçik ölçülü elektro-optik / infraqırmızı (EO / IR) faydalı yükünü istifadəçilərə təqdim edib. Kiçikölçülü pilotsuz uçuş aparatları (PUA) üçün nəzərdə tutulmuş, kiçik ölçü, az çəki, aşağı güc və yüksək dəyəri (SWAP) özündə cəmləşdirən “Epsilon 140LC” yeni nəsil geolokasiya cihazları və müasir sensor texnologiyaları ilə birləşərək üstün performans təmin edir. Çəkisi 1.3 kq təşkil edən “Epsilon 140LC” kompleksində yüksək dəqiqlikli 30x böyütmə qabiliyyətinə malik EO sensoru və 25 mm / F 1.0 lensi olan LWIR sensoru birləşdirilib. Bu yüksək səviyyəli inteqrasiya kiçik PUA platformalarının istehsalçılarına uyğun qiymətə yüksəkkey iyyətli və effektiv nəzarət sistemlərindən istifadə etməyə imkan verir. “Epsilon 140LC” faydalı yükü PUA-nın burun, ya da füzelyajının alt hissəsində quraşdırıla bilər. “Epsilon 140LC” kamerasının azotla doldurulmuş germetik korpusu sistemin istənilən hava şəraitində işləməsinə imkan verir, güclü maqnezium

struktru şok və yüksək sürətlənmələr zamanı meydana gələn təsirlərə dö zümlülüyünü artırır. Kompakt dizayna malik “Epsilon 140LC” kamerası məhdud yüklənmə qabiliyyəti olan PUA-lar üçün nəzərdə tutulub. Diametri 140 mm, hündürlüyü 195 mm təşkil edən elektro-optik kamera -40° C-dən + 55° C temperaturlarda işləyir. Kamera 360° ü iqi müstəvidə və -80°dən +35° yüksəliş bucağında dönmə qabiliyyətinə, H.264 kodlanmış rəqəmsal, habelə analoq, PAL və ya NTSC video çıxışlarına, byekt izləmə, idarəetmə, video sabitləşdirmə, geolokasiya, hərəkətli xəritə kimi funksiyalara və 32 Gb yaddaşa sahibdir. 2016-cı ildən fəaliyyət göstərən “Octopus ISR Systems” şirkəti Latviyanın “UAV Factory” şirkətinin törəmə müəssisəsidir. Şirkət görüntü faydalı yükləri ilə yanaşı gimbal, IP datalink, izləmə antenaları və yer idarəetmə stansiyaları kimi həllərin yaradılması və istehsalı sahəsində ixtisaslaşıb.

KADEX sərgisi 2021­ci ilə keçirildi Qazaxıstan hökuməti yeni növ koronovirus (COVID-19) təhlükəsi ilə əlaqədar olaraq may ayında Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılan KADEX-2020 VI Beynəlxalq Silah və Texnologiya Sərgisinin vaxtını dəyişib. Təşkilat komitəsindən verilən məlumata görə, növbəti – altıncı KADEX Beynəlxalq Silah və Texnologiya Sərgisi 10-13 iyun 2021-ci il tarixlərində NurSultan şəhərində keçiriləcək. Qeyd edək ki, sərginin təşkilatçısı qismində Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktrun İnkişafı Nazirliyi, Müda iə Nazirliyi, “Kazakhstan Engineering” Milli Şirkəti ASC, RQP “Kazspetseksport” müəssisəsi və “Astana-Ekspo KS” sərgi mərkəzi çıxış edir. KADEX beynəlxalq müda iə sərgisi iki ildə bir dəfə təşkil olunur. Azərbaycandan AZERI DEFENCE jurnalı sərginin rəsmi media tərəfdaşıdır.

2010-cu ildən, iki ildə bir dəfə olmaqla keçirilən KADEX Mərkəzi Asiya regionunda hazırda yeganə müda iə sərgisidir. Sərgi çərçivəsində “Müasir Müda iə Texnologiyaları” (“AdvancedDefTech”), “Kiber və Rəqəmsal Təhlükəsizlik” (“Cyber and Digital Security”) və “Aeromobil və nəqliyyat” (“Aero Mobility and Transportation”) konfranslarının və aviaşounun keçirilməsi planlaşdırılır.

31


İDRAK şirkətindən pandemiyalara qarşı “ANTİVİRUS” total müdafiə sistemi “İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət ABDULLAYEV: Hazırladığımız “ANTİVİRUS” sistemi ölkənin bu və digər epidemiyalara qarşı mərkəzləşdirilmiş müda iəsini təmin edə bilər. Rəşad Süleymanov İnformasiya kommunikasiya texnologiyaları sektorunda 30 illik təcrübəsi olan “İdrak Texnoloji Transfer” MMC şirkəti fəaliyyət göstərdiyi dövrdə güc strukturları üçün müxtəlif layihələr reallaşdıraraq öz sahəsində Azərbaycanın aparıcı şirkətlərindən birinə çevrilmişdir. Son bir neçə ildə müdafiə sənayesi sahəsində də araşdırma və tədqiqatlara başlayan “İdrak Texnoloji Transfer” MMC 2019­cu ilin dekabr ayında Bakıda keçirilmiş BAKUTEL­2019 sərgisində ordu və güc strukturları üçün hədəflənən yeni innovativ məhsullarını ilk dəfə nümayiş etdirdi. Şirkətin prezidenti Hikmət Abdullayevlə müsahibəmizdə “İdrak Texnoloji Transfer” MMC­nin fəaliyyət istiqamətləri, müdafiə təyinatlı proqramları və üzərində işlədiyi “AntiVİRUS” total müdafiə layihəsi barədə məlumat almağa çalışdıq. Azeri Defence: Hikmət müəllim, “İdrak”ı respublikada daha çox İKT həlləri təqdim edən bir şirkət olaraq tanıyırlar. Amma şirkətinizlə tanışlıq zamanı real potensialın daha böyük olduğunu görmək mümkündür. Ona görə də söhbətimizin girişində sizdən “İdrak Texnoloji Transfer” şirkəti və fəaliyyət istiqamətləri barədə oxucu­ larımıza məlumat verməyinizi xahiş edirik. Hikmət ABDULLAYEV: “İdrak” MMC şirkəti 1990-cı ildə təsis edilib, 2003-cü ildə isə “İdrak Texnoloji Transfer” adı ilə qeydiyyatdan keçib. Şirkətimizin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiətidir. Bu gün “İdrak Texnoloji Transfer” şirkəti aparat və proqram təminatının işlənib hazırlanması, istehsalı, sistem inteqrasiyası, texniki xidmət və

dəstək göstərilməsi sahəsində həllər təklif edir. Məqsədimiz sifarişçilərə ideyadan məhsula qədər bütün mərhələlərini birləşdirən kompleks xidmətləri təqdim etməkdir. Şirkətimiz yarandığı gündən dövlət qurumları ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində sürücülük vəsiqələrinin verilməsi sistemi, nəqliyyat vasitəsi texniki pasportunun verilməsi, xidməti vəsiqələrin verilməsi sistemləri hələər tətbiq etmişdir. 2000-ci illərin əvvəlindən “İdrak Texnoloji Transfer” şirkəti, İKT bazarında, mürəkkəb informasiya sistemlərinin və proqram təminatlarının layihələndiricisi kimi çıxış etməyə başlamışdır. “İdrak”, bu bazarda, 2014-cü ildən müxtəlif avadanlıqların dizaynı, modelləşdirilməsi və prototipinin hazırlanması, 2016-cı ildən elektron qurğuların layi-

hələndirilməsi, 2018 ildən isə həmçinin istehsalçı kimi çıxış etməyə başlamışdır. Şirkətimiz innovativ texnologiyaların yaradılması və tətbiqinə fokuslanıb. Bu gün “İdrak”, Azərbaycanın bir çox dövlət strukturları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq əsasən informasiya texnologiyalarının tətbiqi sahəsindədir. Ötən dövrdə hazırladığımız sistemlər Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər qurumların istifadəsində yer almışdır. Şirkətimizin ən böyük layihəsi İAMAS dediyimiz, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemidir. Bu sistemə çox sayda alt sistemlər, o cümlədən Milli şəxsiyyət vəsiqə-

“İdrak” şirkəti tərə indən dizayn edilmiş və yaradılma mərhələsində olan “Aqat­1” VTOL tipli PUA havada 20 saata yaxın qala və aerodrom olmayan ərazilərə qalxıb­enə biləcək. Foto: İDRAK


Hikmət Abdullayev lərinin verilməsi sistemi (e-ID Card), elektron Pasportların verilməsi sistemi (e-Passport), Sərhəd Nəzarəti Sistemi, Vizaların verilməsi sistemi, Biometrik verilənlər bankı, Ölkəyə qayıdış sertifikatlarının verilməsi sistemi, Dənizçinin identifikasiya sənədinin verilməsi sistemi kimi altsistemlər daxildir və qarşılıqlı fəaliyyət göstərirlər. Bu gün İAMAS Azərbaycanda əhatəsinə və mürəkkəbliyinə görə ən böyük və tamamilə milli dövlət informasiya sistemdir. Zaman-zaman bu sistemi təkmilləşdirir və müşayiət edirik. “Şans” adı verdiyimiz, “Azadlığı məhdudlaşdırılmış şəxlərə nəzarət sistemi” (eBraslet), nəzarətdə olan şəxslərin məsafədən fasiləsiz izlənməsi üçün istifadə olunur. “Təhlükəsiz region” proqram-aparat kompleksi müxtəlif nazirlik və idarələr üçün coğrafi informasiya sistemi (CİS) əsasında təhlükəsizlik, monitorinq və idarəetmə üzrə çoxsəviyyəli sistemlərin yaradılması üçün nəzərdə tutulub. “Təhlükəsiz region” sistemi əsasında regional dispetçer mərkəzləri, dövlət orqanlarının Situasiya mərkəzləri, regionların böhran vəziyyətlərində İdarəetmə mərkəzləri, “İdrak” şirkəti tərə indən hazırlanmış xilasetmə dronu BAKUTEL­2019 sərgisində ilk dəfə nümayiş etdirilib. Dron çətin keçilən ərazidə çıxılmaz vəziyyətdə qalan insanların təxliyəsi və yüklərin nəqli üçün nəzərdə tutulur. Foto: AD

nazirlik və idarələrin xüsusi dispetçer mərkəzləri yaradıla bilər. Bizim diqqət yetirdiyimiz mövzulardan biri də CİS-in yaradılmasıdır. Müasir dövrdə CİS həm mülki, həm də hərbi sahədə mühüm önəm daşıyır. Aparıcı dövlətlər ölkənin müdafiəsi və təhlükəsizliyi üçün olduqca mühüm əhəmiyyət daşıyan bu tip sistemlərin milli olaraq yaradılmasına diqqət yetirirlər. Hazırda müdafiə istiqamətli bəzi layihələrimiz var. Bunlar yaradılma mərhələsindədir. Layihələrimiz barədə müvafiq qurumlara fikirlərimizi çatdırmışıq.

Həmişə müxtəlif səviyyəli görüşlərdə, ölkəmizdə mövcud olan bir məsələni diqqətə çatdırmağa calışıram – Azərbaycan texnoloji özəl şirkətlərinin müdafiə sektorunda həyata keçirilən layihələrə cəlb olunmamaları . “İdrak” da daxil olmaqla, bu gün özəl sektorda fəaliyyət göstərən kifayət qədər şirkətlərimiz var ki, ordumuzun müasir sistem həlləri ilə təchizatında aktiv və ölkə üçün çox faydalı iştirak edə bilərlər. Dekabr ayında bəzi məhsullarımızı tanıtmaqla öz potensialımız və nə işlər görə biləcəyimiz mesajını verdik. Elə məhsullar var ki, onları bu gün gedib böyük vəsaitlər xərcləməklə xaricdən almamalıyıq. Özümüz layihələndirib, özümüz də istehsal etməliyik. Tam məsuliyyətlə deyirəm, Azərbaycan özəl sektoru bu məsələnin öhdəsindən gələ bilər. Bir daha qeyd etmək istəyirəm, söhbət tək “İdrak”dan getmir. Müxtəlif istiqamətlərdə ixtisaslaşmış digər şirkətlərimiz var. Bu gün bu barədə çox danışılsa da, təəssüf ki, Azərbaycan şirkətləri ordunun, hərbi qurumların müdafiə layihələrində yaxına buraxılmır. Rusiyanın, Türkiyənin, İsrailin, Belarusun, Ukraynanın şirkətləri buraxılır, özümüzünkülər yox! Əksər hallarda da arqument belə olur - “Biz bunu bacarmarıq”. Mən isə təklif edirəm: texniki-tapşırıqlarını versinlər, biz öz məhsullarımızı, sistemlərimizi yaradaq, təqdim edək. Yoxsa yerli şirkətləri yaxına buraxmayıb, sonra da bacarmırlar demək doğru deyil. Cənab Prezident dəfələrlə qeyd edib ki, innovativ məhsullara əsaslanan sənaye yaradılmalı, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bütün dünyada innovasiyalar üçün ən perspektiv sahə müdafiə sənayesidir.


Xilasetmə əməliyyatları üçün dron

Hesab edirəm ki, bu gün Azərbaycan silahlara və sistemlərə izafi pullar xərcləyir, alınan sistemlərin saxlanması, yenilənməsi üçün ilbəil tələb olunan xarici valyuta ölkədən çıxır, müdafiə qabiliyyətimiz isə “müvəqqəti” üstünlüklər qazanır. Soruşa bilərsiniz niyə “müvəqqəti”? Cavab budur ki, texnologiyaların inkişaf sürəti o qədər yüksəkdir ki, bu gün baha qiymətlərlə aldığımız sistemlərin üstünlüyünü, qarşı tərəf çox ücuz, yeni texnoloji həllərlə heçə endirə bilər. Bunun qarşısını yalnız bir yolla ala bilərik – özümüzün güclü, yüksək texnoloji həllər verə bilən yerli potensialımızla! Neft qiymətlərinin qeyri stabilliyi, pandemiya kimi müasir çağırışların iqtisadiyyata vurduğu zərbələr, bizi bu sahənin təcili modernizasıyanın aparılmasına gətirməlidir. Ölkə xarici valyuta xərclərinin kəskin azalmasına, qeyri-neft qazanclarının isə kəskin artmasına nail olmalıdır. Yerli şirkətlərin müdafiə layihələrində iştirakının verəcəyi faydaları aşağıdakı kimi qruplaşdıra bilərəm: – Müdafiə sənayesi həllərinin kifayət qədər ucuz başa gəlməsinə səbəb olacaq. – Xaricdən asılılıq xeylı azalacaq. Yaratdığımız sistemlərin müşaiyyəti və inkişafı izafi valyuta xərclərinə səbəb olmayacaq. – Texniki servis “ölkədaxili” olacaq. Hər hansı problemin həlli çox asanlıqla tapılıb dərhal aradan qaldırılacaq. Bu gün xaricdən asılı olan dövlətlərin orduları bu tip problemlərlə üzləşir və əziyyət çəkirlər. – Satış sonrası saxlanma, qulluq, yenilənmə və s. işlərə çəkilən xərclər xaricdən alınan sistemlərə çəkilən xərclərdən dəfələrlə ucuz olacaq. – Xaricə beyin köçünün qarşısı alınacaq.

34 www.azeridefence.com

– Ordunun sifarişi ilə yaradılmış və təkmilləşdirilmiş sistemlərin gələcəkdə dost və müttəfiq dövlətlərə ixracı imkanları yaranacaq. Hesab edirəm ki, Azərbaycan şirkətlərinə bu sahədə imkanlar yaradılsa, bir neçə il içində faydasını görə bilərik. Mürəkkəblik dərəcəsindən asılı olmayaraq, istənilən layihəni həyata keçirməyə imkanlarımız var. Azeri Defence: Müasir hərbi əmə­ liyyatları informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün de­ yil. Müharibənin yeni bir istiqaməti də kiber müharibədir. Bu istiqamətdə si­ zin şirkətiniz hansı həlləri təklif edir? Hikmət Abdullayev: Kiber müharibələr artıq bu gün gedir. Düşmənin idarəetmə sistemlərinin, rabitəsinin sıradan çıxarılması, məsafədən idarə oluna bilən silahların “susdurulması”, kəşfiyyat və əkskəşfiyyat və s. kimi istiqamətlərin inkişafını kompüter texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Təssəvür edin ki, bizə tərəf atılmış raketı, digər bahalı raketlərimizlə vura bilərik, yaxud da idarəetməni ələ keçirib istiqamətini dəyişə bilərik. Hansı daha ucuz və effektiv həll yoludur? İnformasiya texnologiyaların hərbidə tətbiqinin milliləşməsi çox vacibdir. Həyati əhəmiyyətli, ölkənin müdafiəsi üçün zəruri olan informasiyanı hansısa xarici şirkətə necə həvalə edə bilərsən? Kim zəmanət verir ki, sənin informasiyanın bir nüsxəsi həmin sistemin alındığı ölkədə depolanmır? İdrak şirkətinin robot yük platforması

İKT sektoru daim inkişaf edir, yenilənir. Kiber müharibələr də dünya miqyasında fasiləsiz davam edir. Bu sistemlər nə qədər xaricdən satın alınacaqsa, informasiyaların da xaricə sızıntısı da o qədər mövcud olacaq, təhlükəsizliklə bağlı suallar qalacaq. Azeri Defence: Ötən il BAKUTEL sərgisində “İdrak” pilotsuz uçuş apa­ ratlarının (PUA) müxtəlif tiplərini nü­ mayiş etdirdi. PUA layihələriniz barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik. PUA seqmentində hədəf­ ləriniz nələrdir? Hikmət Abdullayev: Şirkətimiz tərəfindən ikisi sabit qanad və 3 multikopter tipli pilotsuz uçuş aparatı layihələndirilib, prototiplər yaradılıb və sınaqları davam edir. Sabit qanad PUA-mız VTOL (Vertical Take-Off and Landing – vertical qalxıb enə bilən) tiplidir. Bu PUA radar, LIDAR, multispectral kamera, gündüz və gecə kamerası, habelə aerofoto çəkiliş üçün kamera ilə təchiz oluna biləcək. PUA-nın fasiləsiz uçuş müddətinin 20 saata qədər olacağı gözlənilir. Multikopter tipli dron və çoxrotorlu nəqliyyat dronumuz isə yüklərin bəlli məsafəyə nəqli, dağda və dənizdə axtarışxilasetmə əməliyyatları üçün təyinatlandırılıb. Hazırda mövcud layihənin üzərində təkmilləşdirmə işləri davam edir. Düşünürük ki qısa müddətdə bu platformaların sınaqlarını tamamlayacayıq. Azeri Defence: Sizin məhsullar arasında gücləndirilmiş GNSS cihazını gördük. Bu hərbi təyinatlıdır, yoxsa mülki?


Hikmət Abdullayev: GNSS cihazımız mülki təyinatlıdır. Sınaqlar zamanı baza stansiyalarla birlikdə santimetr dəqiqliyini, baza stansiyası olmadan isə 1 metr dəqiqlik əldə olundu. Bu bizi qane edir. Cihazın bazası onu hərbi standartlara uyğunlaşdırmağa imkan verir. Hərbi standartlı cihazın yaradılması tələbdən asılı olan məsələdir. Dünya dəyişir, silahlar dəyişir və müharibələrin siması da dəyişir. Silahlar dəqiq silahlar istiqamətində inkişaf edir. Burada da əsas rol naviqasiya, elektronika və proqramlaşdırmanın üzərinə düşür. Bizim sənaye də geci-tezi bu istiqamətə yönələcək. Bu labüddür. Azeri Defence: “İdrak”ın milli sə­ naye tipli kompüter layihəsi vardı. Məhsulun yaradılma və sınaqları tamamlandımı? Hikmət Abdullayev: Qeyd etdiyim kimi, əvvəllər şirkətimiz layihələndirmə, proqramlaşdırma və sistem inteqrasiyası ilə məşğul idi. Bir neçə il öncə istehsal şirkətinə çevrilmişik. Əvvəla onu deyim ki, mənim fikrim ondan ibarət olub ki, nəyisə təqdim ediriksə, onu özümüz layihələndirməyi öyrənməliyik. Şirkətimiz tərəfindən sənaye tipli kompüter layihələndirilib və “Intel® Atom” prosesoru üzərində öz ana platalarımızı yaratmışıq. İlk nümunələri istehsal elədik, sınaqdan çıxardıq. Sifariş olarsa, biz bunun seriyalı istehsalına başlaya bilərik. Əminliklə deyə bilərəm ki, yerli istehsalın yaradılması bu sahədə qiymətlərin əhəmiyyətli səviyyədə ucuzlaşmasına təsir göstərəcək. Azeri Defence: “Mobil Sərhədçi” sisteminin yaradılması tamamlandımı? Hikmət Abdullayev: “Mobil Sərhədçi” sistemi tamamlama mərhələsindədir. Mobil, funksional, geniş imkana sahib “Mobil Sərhədçi” qurğusu dövlət sərhədini keçən şəxslərin və nəqliyyat vasitələrinin nəzarət və qeydiyyat prosedurlarını yerinə yetirəcək, nəzarət-buraxılış məntəqələrinin əməkdaşlarını pasport və digər identifikasiya sənədlərindən mətn, biometrik və qrafik məlumatın oxunması və tanınması imkanı ilə təmin edəcək. Yüksək görüntü imkanına malik videokamera, barmaq izi skaneri və 8” sensor ekrana malik qurğu yığcam ölçü və yüngül çəkiyə malikdir. Qurğu sərhəd mühafizəsi ilə yanaşı polislərin əl terminalı, eləcə də əhalinin siyahıya alınması avadanlığı kimi də istifadə oluna bilər.

Hesab edirəm ki, cihazı yaxın vaxtlarda sınaqlara təqdim edəcəyik. Buna bənzər cihazlar dünyada mövcud olsa da bizim istədiyimiz və üzərində işlədiyimiz qurğu kimi çoxfunksiyalı və mükəmməl qurğu mövcud deyil. Əminəm ki, işləri tamamladığımızda biz dünyada analoqu olmayan, mükəmməl bir sistemi istifadəçilərimizə təqdim etmiş olacağıq. Azeri Defence: Əldə etdiyimiz mə­ lumatlara görə, layihələriniz arasında IT sistemlərin ağırlıq təşkil etdiyi “gələcəyin əsgəri” təchizatı da var. Hikmət Abdullayev: Bəli. Belə bir layihə üzərində çalışırıq. Sadəcə məlum koronavirus pandemiyası digər işlər kimi bu layihədə də müəyyən ləngimələrə səbəb oldu. Düşünürəm ki, vəziyyət düzələrsə, sentyabr ayında Bakıda keçiriləcək ADEX sərgisində o sistemin ilk prototipini nümayiş etdirəcəyik. AzeriDefence: Hikmət müəllim, koronavirus dönəmində “AntiVİRUS” adlı bir strateji əhəmiyyətli layihə hazırlamısınız. Bu layihənizdən bəhs edə bilərsinizmi? Hikmət Abdullayev: Soyuq müharibədən sonra dünyada bioloji və bakterioloji silahlara qarşı hazırlıq səviyyəsi arxa plana keçdi. Son illərin H5N1 “quş qripi”, H5N5 “donuz qripi”, “Ebola”, atipik pnevmaniya və digər epidemiyalarını heç kim

“Mobil Sərhədçi” qurğusu. Foto: İDRAK

ciddi həyəcan siqnalı kimi qəbul etməmişdi. COVİD-19 virusunun elan etdiyi bu müharıbədəki “uğurları”nın əsas səbəbi də budur - Dünya bu müharibəyə hazır deyildi !!! Bu gün bizim (yəni bütün ölkələrin) bu müharibədə müdafiəmiz, II Dünya müharibəsində mövcud olan “hava hücümündan müdafiə” sistemini xatırladır – düşmən təyyarələri şəhərin üzərindən uçaraq bombaları yağdırır, insanlar “hava həyəcanı” siqnalını eşıdən kimi zirzəmilərə, yeraltı sığınacaqlara, metro stansiyalarına və s. qaçıb gizlənirdilər. Hava hücumundan müdafiə sistemi isə 1-2 təyyarə vururdu, ya yox. Yalnız radarların, radiolokatorların və raketlərin (yəni qabaqcıl texnologiyaların) tətbiqindən sonra vəziyyət dəyişməyə başladı. Bu gün bütün dünyanın qaçıb evlərdə gizlənməyi buna çox bənzəyir.

“İdrak” şirkəti tərə indən yaradılmış ultrabənövşəyi (UV) virus əleyhinə dezinfeksiya sistemi. Müxtəlif qabarit ölçülərinə malik cihazlar seriyalı istehsala hazırdır. Foto: İDRAK

35


“İdrak” şirkəti tərə indən hazırlanmış və hazırda dövlət qurumlarının istifadəsində yer alan biometrik terminal biometrik və fərdi məlumatların toplanması üçün nəzərdə tutulur.

Bizim təklifimizin məğzi bundan ibarətdir – qaçıb gizlənməkdənsə müharibə eləmək lazımdır. Ölkəmizin, müasir dövrün bu tip total çağırışlarına total cavabı olmalıdır və bundan sonra bu tip bəlalar məktəblərin bağlanmasına, istehsalın, turizmin, ticarətin, nəqliyyatın iflic vəziyyətinə düşməsinə gətirməməlidir. Ölkəmizin hansı əhatədə yerləşdiyini də unutmamalyıq! İnsanların sağlamlığı ilə bərabər, ölkə iqtisadiyyatına vurulan ziyanı da yaddan çıxarmaq olmaz. Və ən nəhayət, kim zəmanət verə bilər ki, bir ildən sonra inkubasiya periodu

6 ay və ya bir il olan daha dəhşətli bir virusla qarşılaşmayacayıq? Mütəxəssislərimizin iştirakı ilə “AntiVİRUS” adı verdiyimiz epidemiya ilə total mübarizə sistemini layihələndiririk. Bu layihə sırf, xüsusi opto-elektronik cihazların tətbiqini nəzərdə tutan informasiya sistemi olaraq, ölkənin bu cür fəsadlardan hərtərəfli müdafiəsini təmin etməlidir. Onu deyə bilərəm ki, “AntiVİRUS” ümumdövlət əhəmiyyətli, strateji bir layihədir. Tək COVİD-19 deyil, istənilən bu tip viruslara qarşı ölkənin kompleks müdafiə sistemini yaratmağa hədəflənmiş innovativ məhsul və sistemləri özündə birləşdirən həlldir. Bu layihəmiz barədə məlumat vermək istəyirəm. Layihəmizdə aşağıdakı sistemlərin mərhələli tətbiqi nəzərdə tutulur: – Vahid mərkəzdən idarə oluna bilən, həyatın bütün sahələrini əhatə edən Total Dezinfeksiya sisteminin yaradılması; – Karantin rejiminə tam nəzarət edən və bir gün ərzində işə salına bilən Dövlət Karantin Nəzarəti sisteminin yaradılması; – Əhalinin, insanlarla sıx təmasda olan hissəsinin müdafiəsi üçün yüksək texnologiyalı maskaların layihələndirilməsi və istehsalı; – Xəstələri ilkin təzahürlər əsasında müəyyən edən avadanlıqların tətbiqi; – Əhalinin ala biləcəyi, ucuz və effektiv fərdi tibbi ləvazimatların istehsalı;

– Bütün prosesləri nəzarət altında saxlayan və monitorinqini apara bilən ümumdövlət informasiya sisteminin yaradılması. Bu layihənin həyata keçirilməsi üçün lazım olan avadanlıq və qurğuların yaradılması başa çatmaq üzərindədir. Əksər qurğuların prototipləri hazırdır və bu yaxınlarda sınaq testləri aparılacaqdır. Bu cihazların hamısı IoT (Internet of Things) texnologiyası əsasında layihələndirilmiş “ağıllı əşyalar”dır. Bu qurğular insanın sağlamlığına ziyan vura biləcək bütün məqamları nəzərə alır və nəzarət edir. IoT texnologiyalarına əsaslanan qurğular Ümumdövlət Dezinfeksiya Sisteminin tərkib hissəsi kimi aktivləşdirilə bilməklə yanaşı, həm də individual idarə oluna bilir. Hazırladığımız avadanlıqlar heç bir kimyəvi və digər sərf materialından istifadə etmir. Üzərindəki sensorlar qurğu qoşulmazdan əvvəl ətrafda insanın olub olmadığını müəyyən edir. İnsan olduğu halda, qurğu işə düşmür və obyekti tərk etmək üçün insana xəbərdarlıq edilir. Bu qurğular istənilən obyektlərdə mənzillərdə, nəqliyyat vasitələrində, məktəblərdə, auditoriyalarda, uşaq baxçalarında, ofislərdə, mağaza, restoran və otellərdə, kinoteatrlar, idman zalları və s. obyektlərdə quraşdırılaraq, bu obyektlərin tam şəkildə dezinfeksiya edilməsinə imkan yaradır. Bu qurğular həm istənilən

Bakı Heydər Əliyev Aeropotunda “İdrak” şirkəti tərə indən qurulan “E­Gate” avtomatlaşdırılmış turniketlər

36 www.azeridefence.com


“İdrak” şirkəti tərə indən konsepsiyası hazırlanmış və yaradılma mərhələsində olan xilasetmə dronunun təmsili fotosu

əşyaların səthini, həm də nəfəs aldığımız havanı viruslardan təmizləyə bilirlər. Bu qurğuların üstünlüyü bir də ondan ibarətdir ki, 24 saat insanın iştirakı olmadan işləyərək bizim ətrafımızı steril təmizlikdə saxlaya bilərlər. Tərəfimizdən üzərində iş gedən digər sistem Dövlət Karantin Nəzarəti Sistemidir. Bu sistemin əsas məqsədi karantin elan edilmiş ərazilərdə əhalinin və ya karantinə götürülmüş şəxslərin bu rejimə riayət etmələrinə nəzarətdir. Nəzarət sistemi bir biri ilə əlaqəli olan 3 alt sistemdən ibarətdir:

Karantinə götürülmüş və evini (yaxud palatasını) tərk etməməli olan şəxslərə nəzarət sistemi; İşə (yaxud mağazaya) çıxmaq icazəsi olan şəxslərə nəzarət sistemi; İstifadəsinə icazə verilmiş avtonəqliyyat vasitələrinə nəzarət sistemi. Bu sistemə müasir coğrafi informasiya texnologiyaları əsasında layihələndirilmiş nəzarət sistemi, karantinə götürülmüş şəxslərə geyindirilən elekton qolbaqlar, smartfon tipli telefonlar üçün şəxsiyyət vəsiqəsinə bağlanmış tətbiqdən, daşına bilən elektron qeydiyyat qurğusu və avtomobillərə nəzarət üçün uzaqdan avtomobilin dövlət qeydiyyat nişanını və modelini oxuyan ağıllı kameralar daxildir. Hazırladığımız iki ağıllı eynək var. Bunlardan biri şəxsin temperaturunu ölçür. Digəri isə FullHD kamera vasitəsi ilə sifət biometrik məlumatlarını oxuyaraq mərkəzi bazadakı məlumatlarla tutuşdurur və qısa zamanda həmin şəxsin icazəsinin olub-olmaması barədə nəzarətçiyə (polis nəfərinə) məlumat verir.

“ŞANS” nəzarət olunan şəxslərin monitorinq sistemi hazırda Azərbaycanın Ədliyyə Nazirliyi tərə indən istifadə edilir. Foto: İDRAK

“AntiVİRUS” proqramı çərçivəsində hazırda yüksək texnologiyalı maskaların layihələndirilməsi üzərində işləyirik. Bu maskalara uzun müddət istifadə, qrip, koronavirus və digər viruslardan nəfəslə keçə bilən mikrob və bakteriyalardan müdafiə, rahat nəfəsalma, yüngül çəki və uzunmüddətli istifadə tələblərini qoymuşuq. Bu maskalar həm nəfəsin alınmasında, həm də berilməsində havanı təmizləyir. Və nəhayət, Azərbaycanda ağciyərin süni havalandırması cihazlarının və digər mobil diaqnostik qurğuların layiləndirilməsi və istehsalı barədə də düşünürük. Əminik ki, təqdim edilmiş sistem hesabına Azərbaycanın virus təhdidlərinə qarşı kompleks müdafiəsini qura bilərik. Bu gün, COVID-19-un birinci dalğasını, ölkə rəhbərliyinin qəbul etdiyi qabaqlayıcı qərarlar və büdcədən xərclənmiş böyük mailiyyə vasitələri hesabına, minimum can itkisi ilə keçə bildik. İndi bizim oturub növbəti dəfəni gözləmək hüququmuz yoxdur. Təcili olaraq müdafiə sistemini yaratmaq lazımdır. Vaxt ayırıb suallarımızı cavab­ landırdığı üçün cənab Hikmət Abdul­ layevə təşəkkür edirik!

37


DİNAMİK MÜHAFİZƏ təkmi̇lləşdi̇rmə vari̇antları

Ramiz Məmmədov, ehtiyatda olan polkovnik Dinamik tipli müha izə qurğularının ilk növbədə elementin parametrlərini optimallaşdırmaqla yanaşı, tank əleyhinə vasitələrə (TƏV) qarşı təsiri öyrənilir, müxtəlif yollarla, məsələn, kumulyativ axın, yaxud özü formalaşan “təsir özülü” tipli elementlər hesabına təkmilləşdirmə işləri aparılır. Həyata keçirilən işlər TƏV-lərə təsir müddətinin intensivliyinin yüksəldilməsinə, həmçinin DTMQ-nin TƏV-yə yaxın bucaq altında işci vəziyyətinin səmərəliliyinin təminatına istiqamətlənib. DTMQ-nin səmərəliliyini artırmaq məqsədi ilə, istifadə olunan ən sadə həllər arasında, şaquli səthlərə (bortlara) konteynerləri müəyyən meyil bucağı verməklə quraşdırmaqdan ibarətdir.


“Kontakt­1” dinamik müha izə lövhələri ilə qorunan Azərbaycan Ordusunun T­72SİM1 əsas döyüş tankları. Foto: MN


TANK QÜLLƏSİNİN MÜHAFİZƏSİNİN GÜCLƏNDİRİLMƏSİ VARİANTI (Kombinə Olunmuş Modullar) BMPT və BMP-3 ZTT-lərin gövdəsinin bortlarının müha izəsi

1. Gövdənin bortları 2. Gövdənin damı 3. Qüllə 4. Tırtırların üst döşəməsi 5. Döşəmənin xarici zirehli divarı 6. Üst bort ekranları 7. Alt bort ekranları

8. MTB damı 9. Damda bərkidilən müha izə ekranı 10. X-şəkilli ekranlar 11. Dinamik müha izə elementləri 12.14. Boltlar 13. Zirehli dam 15. Rəzələr

1. Konteyner 2.3. Qurğunun 90 dərəcə bucaq altında yerləşməsi 4. Partladıcı maddə 5.6. Polad lövhələr 7. Konteynerin ön hissəsi 8. Doldurucunun qatı 11.12. Arakəsmədə bölünən PM hissə 13. Arakəsmə

Kombinə olunmuş modullar DTMQ-nin kombinə olunmuş təsiri (DTMQ-lərdə birləşdirilmiş partlayıcı maddələr (PM) və inert doldurucu) ilk sırada polad lövhələr arasında PM-in və ikinci sırada köpüklənən passiv konteynerin ikiqat yerləşməsi şəklindədir. Birinci konteynerlə qarşılıqlı təsirdən sonra hərəkət prosesində kumulyativ axınlarından zədələnməyən qalıq sahələri passiv konteynerin lokal sahəsinə düşür. Kumulyativ axının fraqmentinin dəydiyi yerə yaxın, polad lövhələrin aralanması baş verir. Lövhələrin belə bir hərəkəti, kumulyativ axının fraqmentlərinin əlavə dağıdılmasına gətirib çıxarır. Mövcud seriyalı DTMQ-lərdə kumulyativ axının və uzadılmış partladıcı madələrin partlayış təsiri prinsipi xüsusiyyətinə görə fərqlənən, “kumulyativ bıçaqlar” adlı yeni KOMBİNƏ OLUNMUŞ DİNAMİK TİPLİ MÜHAFİZƏ QURĞUSUNUN SXEMİ

1. Konteynerlər 2. Polad təbəqələr 3. Partladıcı maddə 4. Köpüklənən maddəli passiv konteynerlər

40 www.azeridefence.com

1. Polad təbəqə 2. Partladıcı maddə 3. İnert material qatı

14. Arxa tərəf 15. Elastik element 16. T-şəkilli arakəsmə 17. PM ayıran arakəsmə 18. Hər bir PM ayrı konstruksiya 19. Bağlanan hissələr 20. Obyektə bağlanan hissələr 21. Konstruksiya toplusu 22. Polad arakəsmə 750 kq/m-kub

qurğunun köməyi ilə hücüm edən mərmilərə qarşı tətbiq olunur. “Kumulyativ bıçaqlar” hücum edən kinetik mərminin və ya kumulyativ axının sabitliyini itirərək məhv edilməsinə yönəlib. Nəticədə mövcud qoruyucu qurğularla müqayisədə səmərəliliyin əhəmiyyətli dərəcədə artmasına nail olunub. Hər bir partladıcı maddənin müxtəlif növ məhvedici vasitələrin kumulyativ axınının təsirinə effektivliyi kumulyativ zərbə impulsundan ibarət, müxtəlif istiqamətlərdə hərəkət istiqaməti və axının uzunluğu olan ayrı-ayrı uçan hissəciklər kütləsinin istehsalını təsvir edən parametrlərlə xarakterizə edilir. Obyektə tank əleyhinə vasitənin səpələnməsi zamanı onun kumulyativ axını (kinetik mərmi, zərbə nüvəsi) əsas uzadılmış partladıcı maddələrin birinə təsir etməklə, onu işlək vəziyyətə gətirir və məhvetmə vasitələrinə qarşı təsir göstərməyə başlayır. Eyni zamanda partlayış zamanı səpələnmə xarici səthin mərkəzinə hərəkət edərək, dalğaların yayılması ilə müşayiət olunur. Bu dalğalar dairələrin qövslərini təsvir edir. Dalğaların təzyiqinin azalmasının kəsişməsi zamanı kumulyativ boşluqdan və silindirik səth qatından gələn təsir partladıcı maddəni iki hissəyə bölərək sipər formalaşdırır. Kumulyativ boşluğa (PMnin aktiv kütləsi) yaxın yerləşən partladıcı maddənin həmin hissəsi uzadılmış əsas silindrik partladıcı maddənin kumulyativ axınının formalaşmasını təmin edir. Partladıcı maddənin qalıq hissəsinin partlayışı isə kumulyativ axının əks istiqamətə səpələnməsinə səbəb olur. PM-nin partlayışı ilə birlikdə kumulyativ axının məhvedici vasitəsini ayrı-ayrı fraqmentə parcalayaraq ilkin ucuş trayektoriyasından yayındırır. PM-lər əlavə uzadılmış partladıcı maddələrin təsiri altında ardıcıllıqla


BIÇAQNÖVLÜ DİNAMİK MÜHAFİZƏ QURĞUSU

BIÇAQNÖVLÜ DİNAMİK MÜHAFİZƏ QURĞUSU MƏHVEDİCİ VASİTƏ İLƏ VURULDUQDAN SONRA (zərbə nüvəsi)

tank əleyhinə vasitəyə qarşı işlək vəziyyətə gətirilir. Gövdədə yerləşən uzadılmış əsas partladıcı maddələrin və əlavə uzadılmış partladıcı maddələrin köməkliyi ilə zəncirvari partlayış formalaşır. Zəncinvari partlayışın formalaşması, TƏVyə kumulyativ axınlarla formalaşan davamlı təsir göstərməyə imkan verir.

DMQ 4S20

DMQ 4S22

ÇƏRÇİVƏ, XAÇ, HALQA TİPLİ DİNAMİK MÜHAFİZƏ QURĞUSU

Həcmli hidrodinamik tipli mühafizə qurğusu Həcimli “çərçivə”, “xaç” “halqa”, yuvacıqlı, qutu və silindirik formalı DTMQ-lərin tədqiqat işi düzistiqamətli sxemlər əsasında yaradılan dinamiktipli mühafizə qurğuları silahlanmaya qəbul edilməzdən öncə aparılmışdır. Lakin kumulyativ axının bucaq altında təsirinə qarşı dayanıqlı və müstəqil olmasına baxmayaraq, onun zirehdeşmə səviyəsini azaltmağa kifayət etmədiyindən, düzistiqamətli DTMQ daha üstün hesab olunur. Yaradılan təcrübi nümünə zirehdeşmə səviyəsini tələb olunan səviyyədə zəiflədə bilmədiyindən silahlanmaya qəbul olunmamışdır. Lakin yalnız tədqiqat konteksti nöqteyi-nəzərindən yanaşaraq, mövcud qurğularda həyata keçirilmiş bir sıra prinsiplər perspektivli tədqiqatların aparılmasına maraq yaradır. Belə ki, partlayıcı maddələrin sferik və ya yarımkürəvi formada qranullar şəklində polimer doldurucuda yayılması DTMQ-nin işci fəaliyyətinin müddətini artırmaqla bərabər, eyni zamanda işçi vəziyyətinə gətirilən qurğuların zamanının azalmasına imkan verəcək. Təklif olunan variantlardan birində, kumulyativ tipli TƏVlərdən mühafizə partlayışla dağıdılan rəflərin qatlarında qarşılıqlı bağlantı ilə quraşdırılan çoxqatlı örtüyün əsas və daxili materialının səthindən parçalanan hissəciklərin əmələ gətirdiyi hidrodinamik axının eşalonlaşması yolu ilə təmin olunur. Partladıcı vasitələrin miniatımlarını maneə səthinin önündə qat-qat qarşılıqlı bağlantı ilə lokal dağıdıcı rəflərdə yerləşdirib, mühafizə olunan rəf strukturlarından kumulyativ axın keçdiyi zaman rəflərin parcalanmış hissəcikləri ilə axına dəfələrlə təsir göstərməklə mikropartlayışlar təmin olunur. Eyni zamanda, hidrodinamik axının partladıcı materialın dağıdıcı rəflərinin və onun hər bir mikropartlayışda parcalanmış hissəciklərinin öz oxu ətrafında düz cisim fiquru formasında fırlanması üçün dağıdıcı rəflərin üzlükləri cisim formasında hazırlanır. Maneələrin mühafizəsinin yüksəldilməsi ücün partlayışlı dağıdıcı rəflər konteynerdə yerləşdirilir. Konteyner qutu növlü

və rəflərdə çoxsaylı qarşılıqlı qatlarda quraşdırılan, öz növbəsində partladıcı maddənin atım qatı, üzlüyü olan polad lövhələrdən hazırlanır. Qatların sayının və partlayışlı dağıdıcı rəflərin formasının seçilməsi, qonşu dağıdıcı rəflərin arasında partlayışın baş verməməsi və hücüm edən TƏV-dən mühafizə səviyyəsinin təminatı ilə müəyyənləşir. Partlamayan təsirli dinamik tipli mühafizə qurğusu Partlamayan təsirli kumulyativ DTMQ-nin konstruksiyası yüksəksıxlıqlı inert materialdan hazırlanır və partladıcı maddə qatının əvəzinə yüksək sıxlığa malik kimyəvi qarışıqlarla (plastik, kauçuk, kerosin və ya onlara əsaslanan qarışıqlar) doldurulur. Kumulyativ axını partlamayan elementdən keçdiyi zaman doldurucuda ardıcıl məhdudiyyətsiz zərbə dalğası formalaşır. Zərbə dalğasının təsiri ilə kumulyativ axın dəydiyi yerin ətrafında materialın xarici qatının sürətlənməsi baş verir. Zərbə dalğasında təzyiqinin sürətinin azalması (ZD sönməsi) səbəbindən kumulyativ axının dəydiyi yerə yaxın xarici qatların sürətlənməsi lokallaşır. Zonaların məhdudiyyətli ölçülərinə baxmayaraq, inert doldurucunun və xarici qatların sürətlənməsi nəticəsində kumulyativ axın parçalanır və zirehideşmə dərinliyinin ehtimalı 65-70% azalır. Partlamayan təsirli DTMQ-də oksidləşdirici (nitrat, nitritlər, xloratlar və s.) və karbon tərkibli materiallardan (bir variant olaraq NaNO3 və silikon doldurucu), həmçinin katalizator kimi dəmir oksidindən (Fe2O3) ibarət tərkiblər istifadə edilə bilər. Təklif olunan variant mütəxəssislərin fikirincə, zirehli maşınların alın hissəsini PQ-7V qumbaralarından, kumulyativ sursatlardan və 14.5 mm çaplı güllələrdən qorumağa qadirdir. Bu baxımdan

41


SFERİK YARIMKÜRƏVİ QRANULLARLA DİNAMİK MÜHAFİZƏ QURĞUSU

Yarımsferik qurğularla sipərin müha izəsi

Yarımsferik yuvacıqla

Yarımsferik yuvacıqla

Sferik silindrik yuvacıqla

Maqnit mexaniki qeyri-sabitlik yaradılmaqla axın dağıdılır və deşmə qabiliyyəti kəskin azaldılır. Elektromaqnit zireh kalibiraltı mərmilərdən, o cümlədən kumulyativ axına qarşı mühafizə ücün təsbit edilib. Elektromaqnit mühafizənin yaradılması ücün bir necə yanaşma mövcuddur: 1. İşçi materialın plazmasında piroliz (orqanik və qeyriorqanik birləşmələrin parçalanması və çürüməsi) vasitəsi ilə elektrotermik mühafizə; 2. Birbaşa elektrikləşdirmə; 3. Atılan lövhələrin elektromaqnit üsulla işlək vəziyyətə gətirilməsi. Elektrik təsirli DTMQ-lər özü aktivləşən və qeyriaktivləşən (birbaşa elektrikləşdirmə, elektrotermal mühafizə) iş prinsiplərinə görə ayırılır. Radar, matris və ya digər xarici sensorların köməyi ilə aşkarlandıqdan sonra hücum edən sursatlara təsir edir. (Atma lövhələr, “ağıllı zireh”). Bununla yanaşı, bir neçə prinsipi birləşdirən mühafizə üsulları mövcuddur. Birbaşa elektrikləşmə

ELEKTRODİNAMİK MÜHAFİZƏNİN SXEMİ (icra variantı) 1. Elektrik enerjisinin impuls mənbəyi 2.3. Elektrik elektrodlar 4. Müha izə obyekti 5. Keçirici 6. Bölüşdürücü keçiricilər 7. Birbaşa kanallar 8. Elektrik sahəsinin konsentrantları, itibucaqlı çıxıntılar

1. Kondensator batareyası 2.4. Polad təbəqə 3. Dielektrik 5.Müha izə obyekti 6. İnduktor 7. Əlavə lövhələr

kumulyativ atımlara qarışı mühafizə qurğularının yaradılmasında partlamayan təsirli DTMQ-nin istifadəsi daha perspektivli hesab olunur. Qeyd edək ki, obyektlərdə quraşdırılan partladıcı qurğuların işə düşməsinin mühafizə olunan konstruksiyanı dağıtma ehtimalı kumulyativ atımın vurduğu zərərdən yüksəldir.

Mövcud elektrodinamik təsirli DTMQ-lər partladıcı maddə və atılan lövhələrdən istifadə edən DTMQ-lərdəki çatışmazlıqları aradan qaldırır. Elektrodinamik təsirli mühafizə qurğusu kumulyativ təsirə qarşı mühafizəni kumulyativ axının yaxınlaşma bucağından asılı olmayaraq yüksək səviyyədə təmin edir. Yaradılan impuls sahəsində kumulyativ axının dağıdılması baş verir. Burada kombinə təsirli, həmçinin impuls cərəyanın təsiri ilə atılma prinsipi də daxil olmaqla, lövhənin axın istiqamətində atılma prinsipindən istifadə edilməsi də mümkündür. Elektrodinamik mühafizə yüngülzirehli maşınların mühafizəsi ücün daha perspektivli variant hesab olunur. Dielektrik massivində üzbəüz istiqamətlənən əsas və əlavə döyüş elementlərinin elektrodlarını yerləşdirib, bütöv döyüş elementinin yaranma ehtimalı əsasında elektrik enerjisinin bölüşdürücülər vasitəsi ilə ötürülməsi mümkündür. Dielektrik massivindəki üzbəüz istiqamətlənən əsas və əlavə döyüş elementlərini birləşdirən iti çıxıntılarda birbaşa kanalların yaranma ehtimalı mövcuddur. Elektrodinamik mühafizə qurğusunun variantlarından biri də (döyüş elementini və lövhənin atılmasından istifadə etməklə) elektrodinamik mühafizə elementi ilə birləşdirilmiş, kondensator akkumlyator tərkibli, dielektriklə bölünən polad lövhə formasında hazırlanaraq, kondensator akkumlyatorun arasında və lövhələrin biri ilə düz induktiv qoşulmaqla əsas zirehin üzərində quraşdırılmışdır. İnduktiv tərəfində elektrodinamik mühafizə elementinə qarşı üzbəüz əlavə lövhə quraşdırılır və induktivi qoşmaqla zərərverici vasitənin qarşısına atılır.

Elektrik təsirli DTMQ Elektrotermik mühafizə Adi vəziyyətdə elektromaqnit zireh kifayət qədər böyük məsafədə yerləşdirilən iki lövhədən ibarətdir. Onlardan biri yüksəkgərginlikli kondensator akkumlyatoruna, digəri isə torpağa qoşulur. Zərbə zamanı kumulyativ axın lövhəni deşərək, onların arasında təsir əlaqəsi yaratmaqla, elektrik enerjisinin axımına və cərəyan impulsunun yaramasına səbəb olur.

42 www.azeridefence.com

Elektromaqnit zirehə istinadən təmsil edilən zireh biri kondensator akkumlyatoru, digəri isə torpaqlanaraq birləşdirilmiş bir cüt polad lövhədən ibarətdir. Ölçüləri kiçik olan bu lövhələr əhəmiyyətli hava boşluğu əvəzinə nisbətən nazik izolyasiya qatı ilə bir birindən ayrılıb. Kumulyativ axınla və ya kinetik mərmi ilə bir cüt lövhə deşildikdə, bir lövhədən digər


ELEKTROMAQNİT BURAXICI İLƏ QURĞUNUN SXEMİ (icra variantları)

Öz növbəsində, bu, sistemin perspektiv zireh variantlarının yaradımasında istifadə edilməsinə imkan verir. Daxili sensorlu özüaktivləşməyən DTMQ

QURĞUNUN ELEMENTLƏRİNİN BİRİNİN SXEMİ VƏ İŞ PRİNSİPİ 1. Elektromaqnit babin 2. Elektrodlar 3. Döyüş elementləri 4. Kondensator 5. Elektrik açarı 6. Hücum edən TƏV 7. Izolyasiya qatı

lövhəyə elektrik cərəyanın keçirilməsi hesabına lövhələr işlək vəziyyətə gətirilir. Eyni zamanda, atılan lövhələrin izolyasiya qatının partlayış nəticəsində genişlənməsi baş verir. Özünü aktivləşdirən elektrotermik zireh kumulyativ axına, döyüş başlıqlarına, o cümlədən partlayıcı reaktiv zirehlərə qarşı təsir göstərə bilir. Elektrotermik mühafizə mahiyyətcə elektrik üsuludur və məşhur analoqu olan dinamik mühafizənin təsirini təkrarlayır. Bu konsepsiyada iki polad lövhənin atılması partlayış üsulundan fərqli olaraq, elektrik enerji impulsunun axıdılması hesabına, izolyasiya qatında yüksək temperatur yaradılmaqla, işlək mayenin sürətlə genişləndirilməsi nəticəsində baş verir. Bu impuls yaxınlaşan mərmi təmas etməmişdən əvvəl tətbiq olunmalıdır. Seçilmiş işlək mayesi olan kompanovkada yüksəkgərginlikli kondensator batareyasından yüzlərlə kilocoula qədər, bir qövs axıdılması təsiri altında asan plazmaya piroliz edilən, normal temperaturda dayanaqlı tərkibli polietilen istifadə olunur. Axıdılma zamanı məftil buxarlanaraq öz enerjisini əhatə edən polietilenə ötürür, nəticədə sürətlə qızaraq həcmini genişləndirərək lövhələri partladıcı maddə kimi səpələyir. Atılan lövhələr (elektromaqnit buraxıcı ilə) Hücum edən kinetik sursatlara lövhələrin atılması inteqrasiya edilmiş dinamik müdafiəyə bənzəyir. Atılan lövhələrin hücum edən kinetik təsirli mərmiyə qarşı sxemi quraşdırılmış dinamik mühafizənin təsir sxeminin bütövlükdə analoqudur. Belə ki lövhənin işlək vəziyyətə gətirilməsi partladıcı maddədən fərqli olaraq, impuls enerjisi yaradan elektrik sistemi ilə təmin olunur. Mövcud üsulun partladıcı maddənin enerji mənbəyinin istifadəsi ilə müqayisədə bir sıra üstünlükləri vardır. Zərbə dalğasının elektromaqnit buraxıcı vasitəsi ilə işlək vəziyətə gətirilməsi nəticəsində yarananan qəlpələrin, müvafiq mühafizə olunan obyektə təsirinin az olması əsas üstünlüklərdən sayılsa da, gözlənilməyən istiqamətdə və yerdə təsiretmə imkanı yüksəkdir. Elektrik üsulu ilə işləyən sistemlərin lazım olmadığı zaman söndürülə bilməsi onların əsas üstünlüklərindən sayılır.

Özüaktivləşməyən dinamik tipli mühafizə qurğuları, kiçikradiuslu DTMQ və aktiv mühafizə kompleksinin arasında fərqli yer tutur. Belə ki sensorlarla müəyyən olunan TƏV-ə qarışı təsir, nəinki birbaşa zirehlə təmasda olduğu zaman, hətta yaxınlaşdıqda fəaliyyətə keçə bilər. Bu da, sözügedən komplekslərin effektivliyini artırır. Qısa müddətdə çoxsensorlu TƏV aşkarlama sistemi, elektron hesablama maşınının idarəetmə bloku da daxil olmaqla qoşulanlarda qısaqapanma yaradır və kondensator batareyasından induksiya tipli lövhənin buraxıcı sisteminin transformatoruna cərəyan impulsu ötürür (yaxud partladıcı maddə atımını aktivləşdirir). Buraxıcı sistem lövhəni uçan TƏV-in trayektoriyası istiqamətində atır. TƏV-ə qarşı təsir vasitəsi homogen yaxud kompozit zireh materiallarından və ya dinamik mühafizə lövhələrdən ibarət ola bilər. “Ağıllı” zireh Zirehli döyüş maşınlarının kütləsini artırmadan mühafizənin optimallaşdırılmasına yaranan tələblər DTMQ-nin tərkibində aşkarlama və idarəetmə sistemlərinin daxil edilməsinə səbəb olub. Son onilliyin intensiv tədqiqatları nəticəsində “ağıllı” zireh qurğusu (Smart armour), meydana çıxmışdır. “Ağıllı” zireh sistemini həyata keçirmək ücün vurulmanın aşkarlanması, onların məntiqi emal olunması, təhlükələrin tanınması və müvafiq əks tədbirlərin idarə edilməsi zəruridir. Enerji mənbəyi kimi həm partladıcı maddə, həm də elektrik enerjisi seçilə bilər. Eyni zamanda mövcud yaradılma işləri özüaktivləşməyən DTMQ-yə də aiddir. Obyekt ücün təhlükə yaradan zərbələrin aşkarlanması məqsədi yaradılmış sensorların işlək vəziyyəti üç müxtəlif metodla nümayiş olunur: Maylor (mylar) falqası əsasında ayrı-ayrı diskret sahələrə bölünən, metalizasiya şəkilləri əks olunan elektrikli kontakt sensorlardan istifadə; Optik lifli torlar daxil olmaqla, elektrik falqanın optik analoqlarından istifadə; Sensorların daxilində piezoelektrik polimerin və poliviniliden difluoridin (PvDf) istifadəsi. Sonuncuda diskret olunan lövhələrin materialları nəzarət altında təsirə məruz qaldıqda cərəyan yaradır. Zərbələrin yerinin aşkarlanması məqsədi ilə əsas zirehin önündə yerləşdirilən ikiqatlı sensorlardan istifadə edərək, mərmilərin trayektoriyasını zirehli sxem vasitəsilə hesablayır. Bunun üçün təxmini gözlənilən təzyiq sahəsini müəyyənləşdirən sensor qruplarından məlumat toplayan və lazımi emalları bir neçə mikrosaniyədə həyata keçirən məntiq blokları yaradılıb. Müqayisə üçün, hücum vasitələri bu məsafəni 50-60 mikrosaniyədə əhatə edir. Buna görə də sensorları maşının gövdəsindən yarım metrdən çox olmayan məsafədə yerləşdirib, passiv aşkarlama

43


ÖZÜAKTİVLƏŞMƏYƏN VƏ “AĞILLI” ZİREH TİPLİ QURĞUNUN SXEMİ (icra variantları)

Daxili sensorla özüaktivləşməyən DTMQ-nin iş prinsipi 1. TƏV 2. Aşkarlama cihazı 3. Hesablayıcı 4. Qidalanma mənbəyi 5. Elektrik açarı 6. Modullar

VARİANTLAR

Sensorların tipik matrisası Reaktiv elementlər

Atış xətti Sensorların birinci qatı

Sensorların ikinci qatı

metodlarından istifadə edərək “ağıllı” zireh sistemlərinin hazırlanması mümkün olmuşdur. Bu sistemlər ölçülərinə və sürətlərinə görə müxtəlif təhlükə siniflərini tanıma qabiliyyətinə malikdirlər. Hücum vasitələrinin sürəti iki sensor arasında vurulan zərbələrin müvəqqəti gecikmə vaxtının ölçülməsi yolu ilə müəyyən edilir. Buna görə piezoelektrik polimer bir potensiala malikidir. “Ağıllı” zireh bloku zireh sahəsinə hücum edən mərmiyə cavab reaksiyasının verilməsi ücün idarə olunur. Cavab reaksiya zərbə və sensorlar arasında, eləcə də əsas zirehin hücum vasitəsi ilə təması zamanı həyata kecirilir. TƏV iki sensor qatından keçdiyi zaman məlumat məntiqi bloka ötürülür, mərminin trayektoriyası hesablanır, onun tipi müəyyən edilərək, hücum edən mərmiyə qarşı lövhənin atılması həyata keçirilir. Sensorlar hücum edən döyüş sursatının yerini və sürətini təyin edir, sensor siqnallarına nəzarət bloku tərəfindən informasiya emal edilir və mərminin trayektoriyası hesablanır. Bundan sonra mərmi döyüş elementləri vasitələri ilə zərərsizləşdirilir. Nəticə Qeyd edildiyi kimi, hücum edən TƏV-ə təsir etmək üçün dinamik tipli mühafizə qurğularının konstruksiyanın optimallaşdırılması, rasional element parametrlərinin seçilməsi, yeni materialların və sxemlərin istifadəsi hesabına yaxşılaşdırılması üçün böyük potensial mövcuddur. Məqalədə nəzərdən keçirilən dinamik tipli mühafizə qurğularının mühafizəsinin əhəmiyyətli dərəcədə artırılması mümkündür.

44 www.azeridefence.com

1. Müha izə olunan obyekt 2. Zərərverici elementlər 3. Gövdə 4. Uçuş istiqamətləri

5. Detektor sahəsi 6. TƏV 7. Ön döşəmə 8. İdarəetmə bloku 9. Sensorlar

1. TƏV 2. Müha izə olunan obyekt 3. Zərərverici elementlər 4.5. Sensor qatları 6. Əlavə gövdə 7. Daxili sensor örtükləri 8. Xarici sensor örtükləri 9. Elektriklə PM işəsalma

10.11.Keçirici 12. Xarici döşəmə 13. Daxili döşəmə 14. Prosessor 15. Əsas idarəetmə pultu 16. Keçirici 17. Zərəverici elementlərin uçuş məsafəsi

Dinamik tipli mühafizə qurğularının ən vacib üstünlükləri, çatışmazlıqlarını və perspektivlərini aşağıdakı kimi qruplaşdırmaq olar: Üstünlüklər - kumulyativ mərmilərə qarşı deşilmə qabiliyyətinin azaldılmasında yüksək səmərəlilik; - kalibraltı mərmi və zərbə nüvəsi kimi zərərverici elementlərdən deşilmənin əhəmiyyətli dərəcədə azalması; - dinamik tipli mühafizə qurğularının müqayisəli dərəcədə aşağı qiyməti və istehsalın sadəliyi; - yeni və əvvəllər istehsal olunmuş dinamik tipli mühafizə qurğularının sadə quraşdırılma imkanı; - texniki qulluq və nəzarətin asanlığı; - müxtəlif xarici təsirlərə qarşı həssaslıq. Dinamik tipli mühafizə qurğularının aşağıdakı zəif cəhətləri mövcuddur: - qəlpəli fuqas mərmilərlə sıradan çıxarılma ehtimalı; - həcmli partlayıcı və düşmənin digər atəş vasitələri nəticəsində zirehin gövdə səthindən qoparılması, sıradan çıxarılması ehtimalı; - konteynerlərin birdəfəlik istifadəsi. Dinamik tipli mühafizə qurğularının perspektiv inkişaf istiqamətlərini aşağıdakı kimi proqnozlaşdırmaq olar: - elektrik enerjisi ilə idarə olunma; - yığcam enerji mənbəyi qurğusunun yaradılması (kondensator); - elektromaqnit mühafizə qurğusunun yaradılması.


“Asisguard” şirkətinin istehsalı olan “Sonqar” silahlı multirotoru. Foto: Asisguard

Si̇lahlı multi̇rotorlar Ayrı-ayrı ölkələrdə silahlanmaya qəbul edilməsinə baxmayaraq, müasir nəzəriyyəçilər döyüş əməliyyatları zonasında atıcı silahlara malik dronların istifadəsini hələ ki effektiv saymırlar. Uçuş tavanının 150-400 metr aralığında, uçuş müddətinin və sürətinin az, hədəfçevrilmə ehtimalının yüksək olması və s. çatışmazlıqların həllini tapmaması “killer dron”ların hərbi əməliyyatlarda tətbiqinə mane olan əsas faktorlardan hesab edilir. Ekspertlər silahlandırılmış multirotor tipli PUA-ların antiterror əməliyyatları, konvoyların mühafizəsi və qısamüddətli sərhəd patrul missiyalarında istifadə oluna biləcəyini düşünürlər. Multirotorları silahlandırma ideyasının yaranması və nümunələr 2010-cu ildən populyarlaşmağa başlayan multirotorların qumbaralarla silahlandırılmış nümunələrinin İŞİD terrorçuları tərəfindən Suriya və İraqda həyata keçirilən hücumlarda tətbiqi multirotorlara silahların inteqrasiyası ideyalarının yaranmasına təkan verdi. 2014-cü ildən dünyanın müxtəlif ölkələrindən olan istehsalçı şirkətlər tərəfindən multirotorların silahlan dırılması ilə bağlı layihələrə başlanıb. Bu sahədə reallaşdırılan ilk layihə İsrailin

Rəşad Süleymanov Son onillikdə aktuallaşan çoxrotorlu pilotsuz uçuş aparatları (multirotor və ya multikopter də adlandırılır-red.) ilk vaxtlar xüsusi əməliyyatlar və nəzarət-müşahidə məqsədi ilə istifadə edilsə də, hazırda multirotorların kamikadze, karqo, bombardman, eləcə də avtomat, pulemyot və qumbaraatanlarla silahlandırılmış nümunələri istifadəçilərə təqdim olunur. Sənaye üsulu ilə istehsal edilən nümunələrlə yanaşı, Suriya, İraq, Yəmən, Əfqanıstan və s. kimi münaqişə zonalarında silahlı qrupların kustar üsullarla hazırladıqları və ya minaatan mərmiləri və qumbaralarla silahlandırılmış mülki təyinatlı multikopterlərdən istifadə etmələrinə dair çoxsaylı faktlar mövcuddur. “Duke Robotics” şirkətinin TIKAD oktokopteri olub. Snayper tüfəngi ilə silahlandırılmış birinci prototip 2015-ci ildə İsrail Xüsusi Təyinatlı Qüvvələri üçün nümayiş etdirilsə də, sınaqlar zamanı ortaya çıxan bir sıra problemlər, xüsusilə də uçuş müddətinin yüklənmə nəticəsində 5 dəqiqəyə düşməsi PUAnın təkmilləşdirilməsi zərurətini ortaya qoydu. Təkmilləşdirmə mərhələsində snayper tüfəngi daha yüngül M4 hücum tüfəngi ilə əvəz edilib, həmçinin 2016cı ildə ABŞ Müdafiə Nazirliyinin Terrorla Mübarizəyə Texniki Dəstək Ofisinin (CTTSO) ayırdığı qrant hesabına süni intellektə əsaslanan yeni proqram təminatı hazırlanıb. Şirkətin açıqlamalarından anlaşıldığı qədər TIKAD-ın son versiyası avtonom iş prinsipinə,

habelə, hədəfləri avtomatik şəkildə aşkarlamağa və tanımağa imkan verən alqoritmlərə sahibdir. TIKAD multirotoru patentləşdirilmiş xüsusi gimbal sayəsində M4, SR25, M16, AK-74M tipli hücum tüfəngləri, həmçinin 40 mm çaplı revolver tipli qumbaraatan ilə silahlandırıla bilir. Sınaqlar zamanı adıçəkilən silahlarla atışlar dəqiqliklə yerinə yetirilib. Hazırda İsrail təhlükəsizlik qüvvələri tərəfindən antiterror əməliyyatlarında istifadə edilən TIKAD-ın çəkisi 50 kq, uçuş tavanı 460 metr təşkil edir. İsrail Müdafiə Nazirliyinin Silahların İnkişafı İdarəsi tərəfindən “gələcəyin silah texnologiyaları” siyahısına salınmış TIKAD-ın təkmilləşdirilməsi işləri davam etdirilir.

45


İsrailin “Duke Robotics” şirkətinin hazırladığı TIKAD multirotoru və PUA üçün patentləşdirilmiş gimbal. Foto: Duke Robotics

Türkiyənin “Asisguard” şirkətinin “Sonqar” silahlı multirotoru da TIKAD konsepsiyasına əsaslansa da, şirkət

mütəxəssisləri “Sonqar”ın “yeni nəsil və daha təkmil” PUA olduğunu iddia edirlər. “Sonqar”ın ilk partiyası (8

multirotor) 2020-ci ilin fevral ayında Türkiyə Quru Qoşunlarının silah lanmasına qəbul edilib. 5.56x45 mm çaplı pulemyotla (200 patron ehtiyatına sahib) silahlandırılmış “Sonqar” multirotoru “Asisguard” tərəfindən patentləşdirilmiş gimbala, elektron nişangah və ballistik hesablama moduluna sahibdir. 2019-cu ilin yayında “Sonqar”a qumbaraatan inteqrasiyasının həyata keçirildiyi və sınaqların uğurla yekunlaşdığı bildirilir. Maksimum ağırlığı 25 kq, uçuş tavanı 2800 metr, praktiki uçuş yüksəkliyi 400 metr, uçuş radius 10 km təşkil edən “Sonqar” 2 ədəd kamera (10x pilot kamerası və silah kamerası) ilə təchiz olunub. “Asisguard” şirkətinin baş direktoru Ayhan Sunarın sözlərinə görə, gecə və gündüz əməliyyatları üçün uyğunlaşdırılmış PUA avtonom və uzaqdan uçuş idarəetmə rejimlərinə sahibdir. Növbəti mərhələdə PUA-ya mövcud təhdidlərə qarşı səsli xəbərdarlıq sistemi də əlavə olunacaq. Bu ilin fevral ayında “Asisguard” “Sonqar”ın silahlanmasına TÜBİTAK SAGE İnstitutunun hazırladığı “Toqan” Yuxarıda: RPQ­26 qumbaraatanı ilə silahlandırılmış Ukraynanın “UMT Aero” şirkətinin “Komandor” multikopteri. Aşağıda: 40 mm çaplı qumbaraatanla silahlandırılmış Çin­BƏƏ birgə istehsalı olan “Falcon Baby” multikopteri. Foto: UMT/ AD

46 www.azeridefence.com


adlı döyüş sursatının daxil edildiyini açıqlayıb. Layihə çərçivəsində adıçəkilən sursatı daşması və atması üçün tutucuburaxıcı mexanizm hazırlanaraq PUAnın idarəetmə stansiyası ilə əlaqə ləndirilib. Sinqapurun “ST Kinetics” şirkəti tərəfindən birinci prototipi 2017-ci ildə təqdim edilən “Stinger” adlı multirotor PUA (4 cüt mühərrikə sahibdir) 5.56x45 mm çaplı “Ultimax 100 Mk8” pulemyotu (sursat ehtiyatı 100 patron) ilə silahlandırılıb. Silah və kameralarla (termal və TV) birlikdə 30 dəqiqə havada qala bilən “Stinger”i sınaqları 2019-cu ilin ortalarında tamamlanıb. Şirkət mütəxəssislərinin “Azeri Defence” jurnalına verdikləri məlumata görə, PUAnın idarəetməsi “ST Kinetics”in ShADES dəbilqəyə bağlı eynək sistemi ilə inteqrasiya olunub. Havadan dəqiq atışların həyata keçirilməsi və silahın pilotsuz uçuş aparatına olan təsirini minimallaşdırmaq üçün xüsusi gimbal dizayn edilib. Hazırda “ST Kinetics” beyin dalğalarından istifadə edərək PUA-lara nəzarət sisteminin yaradılması üzərində işləyir.

“Asisguard” şirkəti tərə indən istehsal edilən “Son­ qar” silahlı multirotoru 5.56 mm çaplı pulemyot, eyni zamanda 40 mm çaplı qumbaraatanla silahlandırıla bilir. PUA­nın ilk partiyası 2020­ci ilin yanvar ayında Türk Ordusunun silahlanmasına qəbul edilib. Foto: Asisguard

Uçan qumbaraatanlar Nümayişlərdən göründüyü qədər son illər istehsalçılar tərəfindən multirotor tipli PUA-ların silah lan dırılmasında qumbaraatanlara daha çox üstünlük verilir. Ukraynalı mütəxəssislərin fikrincə, PUA-ların qumbaraatanlarla silahlandırılması daha effektiv metoddur. Avtomat və pulemyotlardan fərqli olaraq 100 faiz dəqiqlik tələb olunmur. Bir neçə metr sapma olduqda belə qumbara ilə hədəfi sıradan çıxarmaq mümkündür.

İki ədəd RPQ­26 qumbaraatanı ilə silahlandırılmış “Kvadro­1600” multirotoru. Foto: AD

Postsovet məkanında – Belarus, Rusiya və Ermənistanda həyata keçirilən layihələrdə PUA-ların RPQ-26 reaktiv tank əleyhinə qumbaraatanla silahlandırılmasına üstünlük verilib. Çəkisinin yüngüllüyü (2.9 kq), digər analoji qumbaraatanlar kimi təpmənin olmaması, qumbaranın hədəflə təmas zamanı işə düşməsi RPQ-26-nın PUA üzərində yüngül zirehli texnikalara və canlı qüvvələrə qarşı tətbiqinə imkanlar yaradır.

47


“Skyborne Technologies” şirkətinin “Cerberus GL” multikopteri

Belarus şirkətləri tərəfindən multirotorların reaktiv qumbaraatanlarla silahlandırılması istiqamətində bir neçə layihə reallaşdırılıb. “Displey” Konustruktor Bürosu tərəfindən 2019-cu ildə yaradılmış “Kvadro-1400” və “Kvadro-1600” “uçan qumbaraatan”ların sınaqlarının birinci mərhələsinin uğurla tamamlandığı bildirilir. “Kvadro-1400” bir ədəd, “Kvadro-1600” isə iki ədəd RPQ-26 reaktiv tank əleyhinə qumbaraatanla silahlandırılıb. Otuz kiloqramadək uçuş kütləsinə sahib, 8 mühərrikli “Kvadro1600” multirotorunun uçuş müddəti 25 dəqiqə, uçuş radiusu komplektləşmədən asılı olaraq 2000 metrdən 6000 metrədəkdir. Canlı qüvvə və yüngülzirehli texnikalarla mübarizə aparmaq üçün nəzərdə tutulan hər iki multirotor sifarişdən asılı olaraq infraqırmızı kamera və lazer məsafəölçənlə də təchiz oluna biləcək. Belarusun “Dəqiq Elektromexanika Zavodu” Dövlət Unitar Müəssisəsinin “Qraç” multirotoru fərqli döyüş sursatları ilə silahlandırıla bilir. Belarus Dövlət Müdafiə Sənayesi Komitəsinin açıqladığı məlumata görə, PUA istifadəçinin seçimindən asılı olaraq, bir ədəd S-8KOM idarə olunmayan aviasiya raketi, PTAB-2.5 tipli kiçik qabaritli sərbəst düşən aviasiya bombası, yandırıcı RZK2.5 kaset tipli döyüş sursatı, yaxud 4 ədəd USQ-4 əl qumbarası ilə silahlandırıla bilər. “Qraç”ın çəkisi maksimum uçuş uzaqlığı 18 km, sürəti 65 km/saat, uçuş müddəti 20 dəqiqə,

48 www.azeridefence.com

yükgötürmə qabiliyyəti 3.6 kq təşkil edir. Müəssisə PUAnın sınaqlarını 2020-ci ilin sonu nadək tam şəkil də başa çatdırmağı planlaşdırır. Ukraynanın “UMT Aero” şirkətinin 2017-ci ilin son larında sınaqlarına başladığı “Komandor” multikopterinin də RPQ-26 qum baraatanı ilə silahlandırılması nəzərdə tutulur. Şirkət rəsmilərinin sözlərinə görə, uçuş radiusu 10 km, uçuş müddəti 1 saata yaxın təşkil edən multikopter RPQ-7 tank əleyhinə qumbaraatan, yaxud 5 kiloqramlıq sərbəst düşən aviasiya bombası ilə silahlandırıla bilir. RPQ-26 qumbaraatanı ilə silahlandırılmış bənzər multirotor nüunəsi Ermənistanın KBX şirkəti tərəfindən də hazırlanıb. Şirkət 2018-ci ilin sonlarında İrəvanda keçirilən sərgidə 2 ədəd RPQ-26 ilə silahlandırılmış PUA-nın eksperimental nümunəsini sərgiləyib. Erməni mediasında yer alan məlumatlara görə, TV və termal kameralarla təchiz olunmuş PUA-nın uçuş hündürlüyü 250 metr (bəzi mənbələrdə 450 m göstərilirred.) təşkil edir. PUA üçün maneələrə qarşı qorunan, şifrələnmiş radioəlaqə sistemi yaradılıb. Çində fəaliyyət göstərən “Harwar” şirkətinin “Zhanfu H16-V12” silahlı multirotoru 2019-cu ildə Çin Xalq Qurtuluş Ordusunun silahlanmasına daxil edilib. İki ədəd avtomatik qumbaraatan və bir ədəd idarə olunan aviasiya bombası ilə silahlandırılmış PUA-nın uçuş müddəti 60 dəqiqə, uçuş tavanı 5834 metr, uçuş radiusu isə 14.4 kilometr təşkil edir. Avstraliyanın “Skyborne Tech nologies” şirkəti tərəfindən 2018-ci ildə sınaqlarına başlanmış “Cerberus GL” multirotoru 40 mm çaplı qumbaraatanla silahlandırılıb. Çəkisi 6 kq, sürəti 45 km/saat, uçuş radiusu 5 km, uçuş müddəti 25 km təşkil edən dronun döyüş dəstinə 3 qumbara daxildir. Şirkət

mütəxəssislərinin sözlərinə görə, atışlarda ehtimal olunan xəta payı 180 metr məsafədən 1.5 metr təşkil edə bilər. Hazırda dronun 12 kalibr taktik tüfənglə silahlandırılması imkanları da araşdırılır. Pilotsuz uçuş aparatı radioelektron maneələrə qarşı qorunmur. İstehsalçı bunun səbəbini PUA-nın antiterror əməliyyatları üçün nəzərdə tutulması ilə əsaslandırır. “Skyborne Technologies” şirkəti 2019-cu ilin aprel ayında Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) adı açıqlanmayan bir investorun “Cerberus GL” layihəsinə 2.45 milyon ABŞ dolları dəyərində sərmayə yatırdığını elan edib. 2019-cu ilin dekabr ayında ABŞ Ordusu “Cerberus GL” multirotorunun hərbiləşdirilmiş variantının qiymətləndirmə sınaqlarına başlayıb. Son illər BƏƏ-nin bəzi şirkətləri tərəfindən müstəqil və xarici şirkətlərlə birlikdə hazırlanmış silahlı multi rotorların nümunələri hərbi sərgilərdə nümayiş etdirilib. “China-Emirates Science and Technology Innovation Laboratory” şirkətinin “Falcon Baby” adlı multirotoru 2019-cu ilin fevral ayında Abu-Dabi şəhərində keçirilmiş IDEX-2019 sərgisində 40 mm çaplı revolver tipli qumbaraatanla silahlandırılmış şəkildə təqdim olunub. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda PUA-nın pulemyot və reaktiv qumbaraatanla silah landırılması üzərində işlər aparılır. BƏƏ-nin IGG şirkətinin ABŞ-ın “FlyCam UAV” şirkəti ilə birgə hazırladığı NEO multikopteri də CAR-ın “Rippel Effect Systems” şirkətinin istehsalı olan 40 mm çaplı revolver tipli qumbaraatanla silahlandırılıb. Səkkizmühərrikli dronun çəkisi 19 kq, o cümlədən yükqaldırma qabiliyyəti 9 kiloqram, süəri 65 km/saat, uçuş tavanı 2700 metrdir. Hazırda az sayda silahlı nümunələri mövcud olan multirotorların silah landırılması işlərinin yaxın perspektivdə davam edəcəyi ehtimalı yüksək olaraq qalır. Lakin növbəti mərhələdə yuxarıda qeyd edilmiş uçuş müddəti, uçuş hündürlüyü, dəqiqlik və digər bu kimi problemlərin aradan qaldırılması tələb olunur. AD


İkilüləli avtomatların inkişafı

GILBOA SNAKE DBR

Əhəd Əzizov ehtiyatda olan polkovnik­leytenant

Xüsusi təyinatlı bölmələrin bir çox spesi ik tapşırıqları yerinə yetirmələri üçün nəzərdə tutulmuş atıcı silah nümunələri yüksək atəş gücünə və kiçik qabarit ölçülərinə malik olmalıdır. Xüsusən, belə silahlar xüsusi təyinatlı bölmələr bina və tikililərin daxilində məhdud şəraitdə fəaliyyət göstərən zaman çox zəruridir. Bu kimi tapşırıqların yerinə yetirilməsi üçün adətən uyğun xüsusiyyətlərə (kiçik qabarit və çəki göstəricilərinə, yüksək atəş tezliyinə) malik olan tapança­pulemyotlardan geniş istifadə olunur. Ancaq bəzi hallarda aralıq (tapança və tüfəng patronları arasında yer tutan) patron­ lardan istifadə edən avtomatik silahlar da tətbiq edilir. Bundan başqa mütəxəssislərin hazırladıqları yeni layihələr orijinal ideyalar­ dan istifadə etməyi də nəzərdə tutur. Nümunə olaraq, son dövrlərdə İsrailin “Silver Shadow Advanced Security Systems Ltd.” şirkətinin mütəxəssisləri tərə indən hazırlanmış “Gilboa Snake DBR” (ing. Double Barrel Ri le – iki lüləli tüfəng) avtomatını (həmlə tüfəngi/avtomatik tüfəng) göstərmək olar.

Yaradıcı mütəxəssislərin ikrincə, silahda iki lülənin tətbiqi onun atəş gücünün iki dəfə artırılması ilə nəticələnib. Bu məqamda “avtomat”, “həmlə tüfəngləri” və “avtomatik tüfəng” anlayışlarına aydınlıq gətirmək yerinə düşər: Avtomat (yunanca automatos – öz-özünə fəaliyyət göstərən, işləyən) gücünə görə tüfəng və tapança patronları arasında yer tutan aralıq patronu üçün yaradılmış fərdi avtomatik atıcı silahın bir növüdür. Analoji silahların xarici ədəbiyyatda başqa adları da (həmlə tüfəngi – assault rifle, avtomatik tüfəng – automatic rifle, avtomatik karabin – automatic carabiner) mövcuddur. Həm “avtomat”, həm “həmlə tüfəngi”, həm “avtomatik tüfəng”, həm də “avtomatik karabin” eyni təyinatlı silahlara aid anlayışdır, eynitipli silahlara aid olmasına baxmayaraq, müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır. İkilüləli “Gilboa Snake DBR” avtomatının konstruktoru İsrail ordusunun ehtiyatda olan polkovnik-leytenantı Amos Qolandır. Qolan bundan əvvəl küncdən atış üçün təyin edilmiş “Cornershot” sistemi ilə məşhurlaşıb. Yeni “Gilboa Snake DBR” avtomatı İsrail xüsusi təyinatlılarının sifarişi əsasında yaradılıb və piyada bölmələr üçün nəzərdə tutulmayıb. Avtomatın yaradılması zamanı silahın döyüş keyfiyyətləri və erqonomikasıyla əlaqə kimi əsas ideya olaraq məhdud sahədə və qısa zaman ərzində hədəfə eyni anda iki güllə dəyməsi ilə düşməni məhv etmək ehtimalının artırılması konsepsiyası götürülüb. Yeni ideyaların tətbiqi və həlli ilə avtomatın atəş gücünün artırılması, həmçinin onun qabarit ölçülərinin kiçildilməsinə nail olunub. Qabarit ölçülərinin kiçildilməsi tələbi isə öz növbəsində silahın daxili

49


aqreqatlarının komponovkasının digər silahlardan fərqlənən orijinallığına gətirib çıxarıb. Bu konsepsiya heç də yeni deyildir. Belə ki, ABŞ-da hələ 1959 – 1974-cü illərdə özündə avtomat və çoxatımlı lüləaltı qumbaraatanı birləşdirən “Special Purpose Individual Weapon – SPIW” (Xüsusi Təyinatlı Fərdi Silah) proqramı çərçivəsində bəzi silahların sınaq nümunələri, 1962–1965-ci illərdə keçmiş SSRİ-də Tula “İdman və ov silahları Mərkəzi KonstruktorTədqiqat Bürosunun mühəndis-konstruktor German Aleksandroviç Korobov tərəfindən 7,62x39 mm-lik 3 lüləli “Pribor 3B” sınaq avtomatını işləyib hazırlanıb. Sonradan – 1965–1966-cı illərdə adıçəkilən nümunənin bazasında silahın yüngülləşdirilmiş və təkmilləşdirilmiş variantı olan 7,62x39 mm-lik ТKB-059 avtomatı, 1983-1984-ci illərdə “Dəqiq Maşınqayırma Mərkəzi Elmi-Tədqiqat İnstitutunda” (ЦНИИ Точмаш) sovet konstruktorları Sergey Qavriloviç Simonovla Pyotr Andreyeviç Tkaçov tərəfindən 5,45x39 mm-lik AO-63 iki lüləli avtomatının nümunəsi yaradılıb. Bu günə qədər sadalanan və sadalanmayan çoxlüləli avtomatların heç bir nümunəsi seriya istehsalına buraxılmayıb. Adətən silah nümunəsinin layihələndirməsi və istehsalı zamanı onun atəş gücünün artırılması bir neçə üsulla əldə edilir: - texniki atış tezliyinin artırılması ilə; - daha güclü patrondan istifadə etməklə; - lülələrin sayının artırılması ilə. “Silver Shadow Advanced Security Systems Ltd.” şirkətinin mütəxəssisləri kifayət qədər güclü standart 5,56x45 mm-lik NATO patronunu saxlamaqla silahın konstruksiyasına ikinci lülə və buna uyğun olaraq da avtomatikanın müvafiq qovşaqlarını əlavə ediblər. “Gilboa Snake DBR” avtomatik tüfəngi ABŞ-ın geniş yayılmış 5,56x45 mm-lik AR15 yarımavtomatik tüfənginin bazasında yaradılıb. Ancaq taktiki-texniki göstəricilərinin yüksəldilməsinə və qabarit ölçülərinin kiçildilməsinə xidmət

50 www.azeridefence.com

etməkdən ötrü tətbiq olunmuş bəzi yeni ideyalara görə ondan ciddi fərqlənir. Xüsusən, digər silah nümunələrində olmayan bir neçə yeni detalın tətbiq edilməsi ilə silahın ümumi uzunluğunu kiçiltmək mümkün olub, ən əsası isə yeni silahda iki lülə tətbiq edilib. “Gilboa Snake DBR” avtomatının hərbi və mülki təyinatlı olmaqla iki variantı hazırlanıb. Hərbi təyinatlı avtomatik variant ordu və digər güc strukturlarının xüsusi təyinatlı bölmələri üçün, mülki təyinatlı yarımavtomatik variant isə mülki sifarişçilər (mühafizə xidmətləri) üçün nəzərdə tutulur. Silahın hər iki variantı ümumi həllər üzərində yaradılıb. Lakin hərbi təyinatlı variant mülki təyinatlı variantdan fərqlənərək, ştat tətbiqi zamanı (bir buraxma qarmağına basmaqla) atəş gücünün iki dəfə artmasını təmin edir. Yeni silahın konstruksiyasının əsasını iki hissəyə bölünmüş lülə qutusu təşkil edir. Lülə qutusunun yuxarı hissəsi mürəkkəb formalı uzunsov detalı xatırladır. Onun ön hissəsi lülənin


Xass࠯l࠯r 7stehsalçı mü࠯ssis࠯ 7stehsdal olunduŒu ölk࠯ Çapı, mm T࠯tbiq olunduŒu patron, mm Avtomatın qundaq üz࠯rind࠯ olmaqla maqazinl࠯rsiz ç࠯kisi, kq Avtomatın tam açıq qundaqla maksimal uzunluŒu, mm Qundaq çıxarılmıƔ (qatlanmıƔ) v࠯ziyy࠯td࠯ uzunluŒu, mm Lül࠯nin uzunluŒu, mm Yivli hiss࠯nin uzunluŒu, mm Avtomatın eni, mm Maqazinin tutumu, patron Maqazinl࠯rin miqdarı, ࠯d࠯d Standart d࠯stliyi, ࠯d࠯d “Gilboa Snake DBR” avtomatı baquli taktiki ࠯l d࠯st࠯yi 30 patronluq maqazin DaƔıma qayıƔı 7stifad࠯ t࠯limatı

Parametrl࠯r “Silver Shadow Advanced Security Systems Ltd.” Ɣirk࠯ti 7srail 5,56 NATO 5,56x45 NATO 4,2 790 495 241 x 2 178 x 2 59,2 30 2 x 2

Qeyd: Optik vࡵ ya kollimŽtor niƔangahı dࡵstࡵ daxil deyil.

perforasiya olunmuş üzlüyü şəklində, lülə yatağı funksiyasını yerinə yetirən formada hazırlanıb. Arxa hissədə isə çaxmaq qrupu və digər mexanizmlər yerləşdirilib. Nişangah və digər aksessuarların (ikiayaq-mahmız, taktiki əl dəstəyi, taktiki fənər, lazer hədəfgöstərici və s.) quraşdırılması məqsədi ilə lülə qutusunun bütün uzunluğu boyu Picatinny rail tipli tamasa, aşağı hissənin mərkəzi hissəsində isə yuxarı hissə ilə birləşdirməni təmin etmək üçün şarnir nəzərdə tutulur. Maqazinlərin qəbuledicisi, zərbə-tətik mexanizmi və atəşi idarəetmə əl dəstəyi lülə qutusunun aşağı hissəsinə aiddir. Həmçinin bu hissəyə lülə qutusunun arxa divarı qundaq birləşdiricisi daxildir. Bu avtomatın xarakterik bir xüsusiyyəti də ondan ibarətdir ki, qaytarıcı yayın qundaqda yerləşdirilmiş boruvari üzlüyü yoxdur. Onun yerinə başqa sistem qaytarıcı yay tətbiq edilib. “Gilboa Snake DBR” avtomatının konstruksiyasında alüminium ərintisindən hazırlanmış bir lülə qutusunda yan-yana yerləşdirilmiş iki lülədən istifadə olunur. Lülələrin çapı 5,56 mm, uzunluğu 241 mm və 43 çap təşkil edir. Lülə kanalı yivli, yivli hissənin uzunluğu 178 millimetrdir. Hər iki lülə qarşılıqlı dəyişdirilə bilən lüləağzı əyləc-kompensatorla təchiz edilib. Eyni anda hər iki lülənin atmasını nəzərə alsaq, o zaman lüləağzı əyləc-kompensatorların silahın istifadəsini asanlaşdıran və təpməni zəiflədən əsas bir element olduğunu aydın görmək olar. Konstruktiv olaraq lülələrin arasında ümumi qaz bloku yerləşir ki, bunun vasitəsilə də barıt qazlarının hər iki lülədən eyni zamanda çıxması təmin edilir. Qaz bloku qaz tənzimləyicisi ilə təchiz olunub.

1 1 2 x 2 1 1

Lülələrin arasında, onlardan yuxarıda yerləşdirilmiş vahid qaz porşeni barıt qazlarının təpməsi hesabına iki çaxmaq çərçivəsinə təsir göstərərək onları hərəkətə gətirir. Hər çaxmaq çərçivəsində dönən çaxmaq yerləşir. Lülə kanallarının bağlanması çaxmaqların dönməsi vasitəsilə yerinə yetirilir. Avtomat hərbi və mülki təyinatlı va riantlarda istehsal edilməsindən asılı olaraq iki tip zərbə-tətik mexanizmi (ZTM) ilə dəstləşdirilir. Əldə olan məlumatlara əsasən bu qurğular öz konstruksiyasına görə AR15 yarımavtomatik tüfənglərin konstruksiyasını tam şəkildə təkrarlayır. Çaxmaqlar güzgülüdür. Avtomatın hərbi təyinatlı variantında bir, mülki təyinatlı variantında isə iki buraxma qarmağı nəzərdə tutulub. Hərbi təyinatlı ZTM ilə avtomatdan “ikili” (tətiyə bir dəfə basmaqla eyni anda hər lülədən bir atəş – “duplet”) və ya eyni anda hər iki lülədən qatarlarla (avtomatik) atəş aparmaq mümkündür. Mülki variantda isə silahın hər iki “yarısı” müstəqildir, hər lülənin ayrıca qazötürücü mexanizmi və fərdi buraxma qarmağı var. Hər iki çaxmağın ekstraktorları yeni işləmə şəraitinə uyğun olaraq təkmilləşdirilib. Lülə qutusunda isə atılmış gilizlərin çıxarılması (ekstraksiyası) üçün pəncərələr nəzərdə tutulub. Gilizlərin atılması üçün təyin edilmiş pəncərələr lülə qutusunun hər iki səthində (sol və sağ) yerləşdirilib. Silahın çirklənməsinin qarşısını almaq məqsədi ilə pəncərələr şarnirli qapaqlarla bağlanır. Boş gilizlər bu pəncərələrdən silahın hər iki tərəfinə eyni vaxtda atılır. Çaxmağın ayağa çəkilməsi üçün avtomatda “T” şəkilli standart doldurma əl dəstəyi mövcuddur. Doldurma əl dəstəyi lülə qutusunun arxa hissəsinə çıxarılıb və hər iki çaxmaq qrupu ilə birləşdirilib. Avtomatın patronlarla qidalanması iki müstəqil maqazindən (5,56x45 mm-lik M16 avtomatik tüfənginin standart 30 patronluq maqazinlərindən) həyata keçirilir. Döyüş sursatlarının ötürülməsi mövcud sistemə əsaslanır, lakin iki lülə qrupunun tətbiqi ilə əlaqədar olaraq müəyyən qədər tək mil ləşdirilib. Qeyd edildiyi kimi, lülə qutusunun aşağı hissəsi vahid böyük blok şəklində hazırlanıb. Bu blok arakəsmə vasitəsilə iki müstəqil yerə ayrılır. Avtomatdan istifadənin rahatlığını təmin etməkdən ötrü iki müstəqil maqazin qayış və bərkidici elementlər vasitəsilə vahid xüsusi sistemdə yığılır ki, bu da silahın yenidən doldurulmasını asanlaşdırır. Bu zaman sistemin bərkicidi elementləri maqazinləri bir-birindən lazımi məsafədə

51


“Gilboa Snake DBR” avtomatının mülki variantı

saxlayır və onların öz yuvalarına düzgün oturmasını təmin edir. Maqazinlərin rəzəsi AR15 yarımavtomatik tüfəngində tətbiq edilən standart rəzədir. “Gilboa Snake DBR” avtomatının həm hərbi, həm də mülki variantının tapança əl dəstəyinin üzərində hərəkət edən bayraqcıq (keçirici) yerləşdirilib. Keçirici hərbi variant avtomatda üç (Qoruyucu – Safety, Tək atəş – Single fire, Avtomatik atəş – Automatic fire), mülki variant avtomatda isə iki (Qoruyucu – Safety, Atəş – Fire) vəziyyətə keçirilə bilir. Keçiricinin vəziyyətini dəyişməklə avtomatı müvafiq olaraq “qoruyucu”, “atəş” (tək və ya avtomatik) vəziyyətlərinə keçirmək mümkündür. Silahın işləmə prinsipi (avtomatikası) barıt qazlarının təpməsinə əsaslanır. Bu zaman da qaz blokunun iki variantı nəzərdə tutulur: hərbi və mülki. Hərbi variantda hər iki lülə ümumi qaz borusu ilə, iki çaxmaq isə vahid porşenlə birləşdirilib. Mülki variantda isə hər lülə üçün ayrıca olmaqla iki müstəqil qaz bloku mövcuddur. Avtomatın üzərində Picatinny rail tipli uzun tamasanın tətbiq olunması ilə silahın müxtəlif növ nişangah tərtibatları və aksessuarlarla təchiz edilməsi imkanı əldə edilib. Silah zavod dəstliyində tamasaları yalnız Picatinny rail tamasası ilə uyğun gələn arpacıqlı dioptrik nişangahla təchiz edilir. Bundan başqa digər uyğun gələn nişangahların (optik, kollimator, gecə, termal və s.) tətbiqi mümkündür. Lülə yatağının yan və aşağı səthlərində yerləşdirilmiş üç tamasa isə əlavə aksessuarların quraşdırılması üçün təyin edilib. Bu zaman qeyri-standart köndələn qabarit ölçülü silahın saxlanmasının rahatlığını təmin etməkdən ötrü zavod dəstləşdirilməsi zamanı aşağı tamasaya şaquli taktiki əl dəstəyi quraşdırılır. Dayanıqlığın artırılması məqsədi ilə əlavə olaraq ikiayaq-mahmızın (dəstə daxil deyil) quraşdırılması mümkündür. AR15 yarımavtomatik tüfənginin platforması əsasında yaradılmış silahlarda qaytarıcı yay boruvari üzlüyün daxilində,

52 www.azeridefence.com

lülə qutusundan kənarda yerləşdirilir ki, bu da qundağın qatlanan olmasına imkan vermir. “Gilboa Snake DBR” avtomatında isə başqa variant qaytarıcı yaylar quraşdırılıb. Zəruri qatlanan elementlər (çaxmaqların qaytarıcı yayları) çaxmaq qrupundan arxada deyil, lülə qutusunun yuxarı hissəsində, çaxmaq qrupundan öndə, qismən lülələrin yanında yerləşdirilib. Bunun da hesabına avtomatikanın düzgün işləməsi təmin olunub və silahın arxasındakı borudan imtina edilib. Nəticədə “Gilboa Snake DBR” avtomatında tam qatlanan qundaq tətbiq olunub. Lülə qutusunun arxa divarında çıxarıla bilən qundağın birləşdiricisi bərkidilib. Sərgilərdə “Gilboa Snake DBR” avtomatı M4A1 tipli silahlarda mövcud olan teleskopik qundaqla sərgilənib. Sonradan bu qundaq təkmilləşdirilib. Zərurət olduqda qundaq silahın üzərindən çıxarıla və silah qundaqsız istifadə oluna bilər. Kifayət qədər qısa lülənin və qabarit ölçülərin kiçildilməsinə yönəldilmiş digər həllərin tətbiqi nəticəsində avtomatın tam açıq qundaqla maksimal uzunluğu 790 mm təşkil edir. Qundaq çıxarıldıqda isə onun uzunluğu 495 mm-ə qədər qısalır. Avtomatın qundaq üzərində olmaqla maqazinlərsiz çəkisi 4,2kq-dır. Beləliklə demək olar ki, mütəxəssislər tərəfindən qabarit ölçülərinin kiçildilməsi tapşırığı uğurla yerinə yetirilib. Kifayət qədər qısa, 292 mm (11,5”) uzunluğa malik lülənin olmasını nəzərə alaraq “Gilboa Snake DBR” məmulatını tam mənada avtomatlar (avtomatik karabinlər) kateqoriyasına aid etmək olar. Bununla yanaşı, hal-hazırda “Silver Shadow Advanced Security Systems Ltd.” şirkətinin mütəxəssisləri lüləsinin uzunluğu 406 mm (16”) olan ikilüləli tüfəngin yaradılması üzərində işləyirlər. Bununla da tüfəngin atəş gücünün iki dəfəyədək artırılması nəzərdə tutulur. “Gilboa Snake DBR” avtomatının hissə və mexanizmlərinin AR15 yarımavtomatik tüfəngi ilə eyni olması istifadəçi tərəfindən həm onun öyrənilməsini, həm istifadəsini, həm də texniki qulluğunu asanlaşdırır. AD


“Picatinny Arsenal” şirkəti tərə indən USSOCOM snayper bölmələri üçün hazırlanmış BOSS nişangahı. 6.5–20×50 “Mark 4 ER/T” optik nişangahı ilə inteqrasiya olunub. Foto: Army.mil

Yeni nəsil optik nişangahlar Səməd Babayev ABŞ Ordusu və Xüsusi Təyinatlı Qüvvələrinin (US SOCOM) snayper bölmələrinin yeni nəsil optik nişangahlarla təchiz edilməsi məqsədi ilə elan etdiyi fərqli proqramlar “Leupold & Stevens”, “Trijcon”, “NightForce Optix”, “SIG Sauer”, habelə Avropanın “Steiner” və “Schmidt & Bender” kimi aparıcı sənaye şirkətlərinin inkişafında mühüm rol oynayıb. Ordu və USSOCOM-un araşdırma mərkəzlərinin mütəxəssislərinin də bilavasitə iştirakı ilə yeni nəsil optik nişangahların nümunələri yaradılaraq silahlanmaya qəbul edilib. Bu yazımızda son illər ABŞ və Avropa ordularının snayper bölmələrinin optik nişangah seçimlərinə nəzərə salmağa çalışacağıq.

“Leupold & Stevens” şirkəti 2020-ci ilin birinci rübündə ABŞ Ordusunun elan etdiyi iki proqramın qalibi seçilib. Mart ayının əvvəllərində ABŞ Ordusunun “Dəqiq Snayper Tüfəngi” (Precision Sniper Rifle- PSR) proqramı üçün mart ayının əvvəlində seçilən 5-25×56 “Mark 5HD” optik nişangahının 7,62×51 millimetr NATO, .300 Norma Magnum və .338 Norma Magnum kalibrli “Barrett MRAD” snayper tüfənglərinin komplektinə daxil edilməsi nəzərdə tutulur. “Leupold & Stevens” şirkəti aprelin 9-da yaydığı ikinci açıqlamasında 3.6-18×44 “Mark 5HD” nişangahının ABŞ Ordusu tərəfindən 7,62x51 mm çaplı M110 yarı avtomat snayper tüfəngləri (istehsalçı “Knight Armament Company” şirkətidir) üçün seçildiyini bidirib. Hər iki model ABŞ Ordusunun patentli “Mil-Grid” nişangah toruna sahib olacaq. Qeyd edək ki, “Mark 5HD” nişangahının 7-35×56, 5-25×56 və 3.6-18×44 modelləri həm milliradian (MRAD), həm də MOA konfiqurasiyasında mövcuddur. Şirkətin Hərbi satış depatramentinin rəhbəri Sam Horstmanın sözlərinə görə, ordunun elit bölmələrinin snayperləri ilə birlikdə hazırlanmış, çəkisi 850 qram təşkil edən nişangah yaxınlaşdırmanın geniş diapazonuna, aydın linzalara və parlaqlığın tənzimləməsi sisteminə (Twilight Max HD) sahibdir. Nişangahın korpusu quru azotla doldurulub ki, bu da temperaturdan asılı olaraq linzaların tərləməsinə imkan vermir. “Mark 5HD”nin bütün modellərinin zəif işıqlanmada belə Leupold şəklin ən yükMark 5HD sək keyfiyyəti

53


SİG Sauer “Tango 6T” 1­6x24 SFP

NightForce ATACR 5­25x56

ilə fərqləndiyini deyən şirkət mütəxəssislərinin sözlərinə görə, “Twilight Max HD” işıq tənzimçisi balansı qorumağa və rəngləri maksimum şəkildə tənzimləməyə imkan yaradır. İstifadə edilmədikdə, hərəkətsiz qaldıqda 5 dəqiqə sonra nişangah avtomatik olaraq “yuxu rejiminə” keçir. Qeyd edək ki, bundan 5 il əvvəl – 2013-cü ilin martında “Leopold & Stevens” şirkətinin 3-18x44 “Mark 6” optik nişangahı ABŞ Dəniz Qüvvələrinin “Gücləndirilmiş və Optimallaşdırılmış Döyüş Optik Nişangahı (Enhanced Combat Optical Sight-Optimized -ECOS-O) proqramının qalibi olaraq 42.8 milyon dollar dəyərində 5 illik müqavilə ilə təltif edilib. Trijcon 2020-ci ilin fevral ayında ABŞ Dəniz Piyada Qoşunları ilə 1-8x28 VCOG (Variable Combat Optical Gunsight) optik nişangahlarının çatıdırılmasına dair 64 milyon dollar dəyərində müqavilə imzalayan “Trijcon” şirkətinin açıqladığı məlumata görə, 2023-cü ilədək sifarişçiyə 19000 ədəd nişangahın çatdırılması planlaşdırılır. Dəniz piyadaları tərəfindən müxtəlif şəraitlərdə ağır sınaqlardan keçirilmiş VCOG-un korpusu 7075-T6 markalı alüminiumdandan hazırlanıb və MIL-STD-810G standartının tələblərinə uyğundur. Nişangah hazırlanarkən qarşıya qoyulan tələblərdən biri də korpusunun 20 metr dərinlikdə sukeçirməz olmasıdır. Çəkisi batareyasız halda 893 qram təşkil edən VCOG istifadəçilərə universal MRAD və MOA konfiqurasiyalarında təklif olunur. Nişangahın 1-8x28 modellərində 11 parlaqlıq parametri, 1-6x24 modellərində 6 parlaqlıq parametri mövcuddur. Yaxın məsafəli döyüşlər üçün nəzərdə tutulan VCOG-un qiyməti 2800 ABŞ dolları təşkil edir. SIG Sauer ABŞ Xüsusi Əməliyyat Qüvvələri (US SOCOM) 2019-cu ilin yanvar ayında “SIG Sauer” şirkəti ilə hücum və snayper tüfənglərinin dəstləşdirilməsi üçün “Tango 6T” 1-6x24 SFP (Second Focal Plane) optik nişangahının satın alınmasına dair 12 milyon dollar dəyərində 5 illik müqavilə imzalayıb. Qoşunlara çatdırılacaq nişangahların sayı açıqlanmasa da, “SIG Sauer” sifarişə optik nişangahlarla yanaşı onların silaha inteqrasiyası üçün nəzərdə tutulan ALPHA4 ultrayüngül tamasaların çatdırılmasının da daxil olduğunu bildirib. Şirkətin rəsmi kataloq məlumatlarına görə, korpusu Mil-Spec 810G hərbi standartının tələblərinə cavab verən anodlaşdırılmış alüminiumdan hazırlanmış, ətraf mühit və şok təsirlərinə qarşı yüksək davamlığa malik “Tango 6T” nişangahı suyun 20 metr altında sıradan çıxmır. Nişangah “Hellfire” optik-lifli işıqlandırma sistemi

54 www.azeridefence.com

və M855A1 “Bullet Drop Compensation” ikinci fokal müstəvili nişangah toru ilə təchiz olunub. Sürətli fokuslana bilən, 6 qat yaxınlaşdırma qabiliyyətinə malik nişangah gecəgörmə cihazları ilə də uyğunlaşdırıla bilir. NightForce Sektorun aparıcı istehsalçılarından olan “NightForce Optix” şirkəti 2018-ci ilin iyun ayında yaydığı açıqlamada 5-25x56 ATACR F1 optik nişangahının ABŞ Dəniz Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığı (USMC Forces Special Operations Command -MARSOC) tərəfindən KMP Mk13 Mod 7 snayper tüfənglərinin (.300 Winchester Magnum) dəstləşdirilməsinə qəbul edildiyini bildirib. Yeni tüfənglər Vyetnam müharibəsindən bu günədək silahlanmada mövcud olan M40 snayper tüfəngini əvəz edəcək. 2019-cu ildə isə şirkət ATACR xəttinin iki – 5-25x56 ATACR F1 və 7-35x56 ATACR F1 modelinin USSOCOM-un “Miniature Aiming Systems – Day Optic” (MAS-D) proqramı çərçivəsində “hazırkı və gələcək snayper silah sistemlərinə inteqrasiya üçün” seçildiyini açıqlayıb. 1500 metr və daha uzaq məsafədə hədəflər üçün nəzərdə tutulan hər iki nişangah “NightForce”nin eksklüziv ekstra-dispersion (ED) linzaya, “Horus Vision TREMOR3” nişangah toruna sahibdir. ATACR 7-35x56 F2 nişangahı 100 MOA/ 29 MRAD horizontal və 60 MOA / 17 MRAD vertikal tənzimləmə aralığı təmin edir. Hazırda hər iki nişangah USSOCOM-un silahlanmasında mövcud olan “Barrett Mk22” snyper tüfənglərinin dəstləşdirilməsində istifadə olunur. “NightForce”nin ATCR nişangahlarında (1-4, 2.5-10, 3.5-15, 5.5-22 və 8-32 NXS) şirkət tərəfindən ABŞ silahlı qüvvələrinin sifarişi üzrə hazırlanmış və patentləşdirilmiş “ZeroStop”

Trijcon VCOG 1­8x28 Foto: Trijcon


Yuxarıda: Almaniyanın “Schmidt & Bender” şirkətinin 5­25x56 PMII: aşağıda: “Steiner Defense” şirkətinin İntellektual Atəş Həlli (IFS) ilə inte­ qrasiya olunmuş 4­28x56 M7Xi IFS optik nişangahı və nişangahın okulyarının görüntüsü. Foto: İnternet/ Steiner Defense

tənzimləyicisi, atıcınının seçimindən asılı olaraq həm qırmızı, həm də yaşıl işıqlandırma qabiliyyətinə malik “DigIllum” rəqəmsal işıqlandırma sistemi tətbiq olunur. Şirkətin 3-10x42 SHV nişangahı isə işıqlandırılmış MOAR və “Forceplex” nişangah torları ilə təklif olunur. Avropa istehsalçılarından yeniliklər Almaniyanın IdZ-1 və IdZ-2 “Gələcəyin əsgəri” proqramı üçün seçilən “Hensoldt” şirkətinin optik nişangahları son illər Finlandiya, Polşa, Skandinaviya və bir sıra Yaxın Şərq ölkələri tərəfindən müxtəlif çaplı snayper tüfəngləri üzərində silahlanmaya qəbul edilib. 2017-ci ilin iyul ayında “Hensoldt” şirkəti və Almaniya Silahlı Qüvvələri arasında “Gələcəyin Əsgəri” modernləşdirmə proqramının (IdZ-ES) optik cihazlarla təchizatına dair imzalanmış 33 milyon avro dəyərində müqavilədə infraqırmızı və termal

kamerlalarla yanaşı “Hensoldt” tərəfindən istehsal edilən 4-16x56 FFLT və 6-24x72 ZF optik nişangahlarının tədarükü nəzərdə tutulub. 4-16x56 FF LT və 6-24x72 ZF optik nişangahları müxtəlif kalibrli snayper tüfənglərinin dəstləşdirilməsində istifadə olunur. “Hensoldt”un 3.5-26x56 FF nişangahı isə həm qısa, həm də uzaq məsafələrə atışlar üçün nəzərdə tutulan optik nişangahlar arasında liderdən sayılır. Kifayət qədər qısa (370 mm) olması istənilən tüfəngə asan qurulmasına, həmçinin “Hensoldt”un NSV1000 və ya IRV 900 termal cihazları ilə birlikdə də istifadəsinə imkan verir. 2011-ci ildə USSOCOM-un “Dəqiq Snayper Tüfəng” proqramını (34,2 milyon dollar) qazandıqdan sonra ordu və xüsusi təyinatlı bölmələr üçün optik nişangahların seriyalı istehsalı ilə bazara daxil olan Almaniyanın “Schmidt & Bender” şirkəti 2019-cu ilin mart ayında son on ildə dünyada hərbi və hüquq-mühafizə

NightForce ATCR 7­35x56F1 Foto: NightForce Optics

55


M1400 snayper tüfənginə inteqrasiya olunmuş “TrackingPoint” PGF nişangah sistemi. Foto: TrackingPoint

IBRS ((Integrated Ballistic Reticle System) nişangahı. Foto: L3T

orqanları arasında populyarlıq qazanmış 5-25x56 PM II nişangahında yeni GR²ID nişangah torunun tətbiqinə başladığını elan edib. Son dərəcə sürətli və sadə olan sistem hesablama müddətini azaltmağa və sürətli nişanalmaya imkan verir. Qeyd edək ki, 5-45×56 PM II nişangahı istifadəçilərə həm də MSR2 nişangah toru ilə təklif olunur. 2017-ci ilin sonlarında Polşa Ordusu yerli şirkət üzərindən “Schmidt & Bender” şirkətindən 7.62x51 mm çaplı BOR snayper tüfənglərinin dəstləşdirilməsi üçün 657 ədəd 5-25x56 PM II əldə edib. 2019-cu ilin dekabr ayında Fransa Ordusu “FN Herstal” şirkətinə sifariş verdiyi 2620 ədəd 7.62x51 mm FN SCAR-HPR snayper tüfənglərinin dəstləşdirilməsi üçün “Schmidt & Bender” şirkəti ilə PMII “ShortDot” nişangahlarının satın alınmasına dair müqavilə imzalayıb. “Ağıllı” nişangahlar ABŞ Ordusunun “ağıllı nişangah” istəyini qarşılamaq üçün Perspektiv Layihələr Agentliyinin (DARPA) dəstəyi ilə 2007-ci ildən bir neçə şirkət bu istiqamətdə tədqiqatlara və yeni sistemlərin yaradılmasına başlanmışdır. 2008-ci ildə DARPA ilə imzaladığı 9.7 milyon dollar dəyərində müqavilə çərçivəsində “Lockheed Martin” şirkəti tərəfindən snayperlər üçün “One Shot” inteqrasiya edilmiş nişangah sistemi yaradılıb. 2010-cu ildə imzalanmış 6.9 milyon dollarlıq satınalma müqaviləsi ilə sistemin ilk partiyası ABŞ Ordusu üçün tədarük edilib. “One Shot” sistemi hədəf müşahidə cihazı və nişangahdan ibarətdir. Hədəf müşahidə cihazı 1500 metrədək uzaqlığa malik lazer məsafəölçən, küləyin sürətini və atmosfer təzyiqini ölçməyə imkan verən sensorları özündə birləşdirir. Qeydə alınan nəticələr atıcı üçün nişangahın ekranına ötürülür. 2010-cu ilin mayında “Lockheed Martin” şirkəti DARPA ilə “One Shot” texnologiyası əsasında M4 və M16 avtomatları üçün “Dynamic Image Gunsight Optic” (DInGO) nişangahının yaradılmasına dair 3.9 milyon dollar dəyərində ikinci müqaviləsini imzalayıb. 300-600 metr məsafədə keyfiyyətli hədəf görüntüsünü təmin edən “DınGO” yeni nəsil videokameralarda olduğu kimi hədəf üzərində avtomatik fokuslanma texnologiyasına sahibdir. Nişangah iki ədəd AA tipli batareya ilə fasiləsiz 8 saat işləyə bilir. “One Shot”dan fərqli olaraq, “DinGO”da hədəfin təyini və məlumatların hesablanmasını həyata keçirən əlavə qurğudan imtina edilərək, bütün proseslər nişangahın mikrokompüterində cəmləşdirilib. Hazırda “Lockheed Martin” şirkəti təkmilləşdirilmiş “DinGO” texnologiyası əsasında snayper tüfəngləri üçün yeni nişangahın layihələndirilməsi üzərində işləyir. Kanadanın “L3 Technologies” (hazırkı “L3 Harris”) şirkətinin 2015-ci ildə təqdim etdiyi İnteqrasiya edilmiş Ballistik Nişangah

56 www.azeridefence.com

Sistemi (Integrated Ballistic Reticle System - IBRS) nişangah kompleksinə balistik kompüter, 4x və 22x böyütmə qabiliyyətinə malik optik nişangah, lazer məsafəölçən, rəqəmsal kompas, meteoroloji sensorlar daxildir. Şirkətin açıqladığı məlumata görə, 2 kilometr və daha uzaq məsafədə hədəflərin aşkarlanmasından dəqiq atəş hesablamalarının aparılmasınadək çoxsaylı funksiyaları milli saniyələr ərzində həyata keçirən IBRS fasiləsiz 10 saat, gözləmə rejimində 101 saat istifadə oluna bilir. .50 kalibrədək fərqli snayper tüfənglərini dəstəkləyən sistemin yaddaşında M24, M110, M40, M2010 snayper tüfənglərinin, habelə 30-a qədər fərqli sursatın ballistik məlumatları mövcuddur. İstifadəçi özü sistemə istifadə etdiyi snayper tüfəngləri və sursatlar barədə məlumatları əlavə edə bilər. IBRS kompleksinin USSOCOM və Kanada Xüsusi Təyinatlı Qüvvələri tərəfindən öyrənilmə mərhələsində olduğu bildirilir. ABŞ Ordusunun elmi-tədqiqat layihələrinin icrası ilə məşğul olan “Picatinny Arsenal” mərkəzi də 2017-ci ilin əvvəllərində USSOCOM snayper bölmələri üçün “Ballistik Optimallaşdırılmış Snayper Nişangahı (Ballistically Optimized Sniper Scope - BOSS) adlı nişangah sisteminin sınaqlarına başladığını açıqlayıb. Mərkəzin saytında yer alan məlumatda “Leupold & Stevens” şirkətinin istehsalı olan 6.5–20×50 “Mark 4 ER/T” optik nişangahı ilə inteqrasiya edilmiş sistemin həm də Kəşfiyyat, Müşahidə və Ayırdetmə (ISR) qabiliyyətinə malik olacağı qeyd edilib. BOSS kompleksi də özündən əvvəlki sistemlər kimi özündə optik nişangahla yanaşı, gözə zərərsiz lazer məsafəölçən və meteoroloji sensorları birləşdirir. Cihazın kompüteri toplanmış məlumatlar və sursatının növünü seçməklə, milli saniyələr ərzində ballistik hesablamaları aparıb atıcı üçün optimal nəticələri təmin edir. Sınaqlar zamanı BOSS-un mövcud nişangahlarla müqayisədə nişanalma müddətini 50 faizədək qısaltdığı sübut olunub. ABŞ-da fəaliyyət göstərən “TrackingPoint” şirkəti tərəfindən ilk prototipi 2012-ci ildə təqdim edilmiş “Precision Guided Firearms” (PGF) “ağıllı” nişangah sistemi müxtəlif atıcı silahlarla inteqrasiya üçün uyğunlaşdırılıb. 2018-ci ildə “Barrett M107A1” snayper tüfənginə inteqrasiya edilmiş PGF ilə sınaqlar zamanı 1600 metr məsafədəki hədəfə dəqiq atış həyata keçirilib. PGF nişangah sisteminin tərkibinə xüsusi işıq filtrləri yığılmış iki videokamera, lazer məsafəölçən, mikrokompüter və sensor dəsti daxildir. Mikrokompüter sensorlardan qəbul edilən meteoroloji məlumatları (küləyin sürəti və istiqaməti, temperatur, atmosfer təzyiqi) emal edərək atıcı üçün zəruri olan hesablamaların nəticələrini okulyara ötürür. Atıcı bundan sonra, silahı ekranda oxla göstərilən hədəfə yönəltməli, onu müşayiətə götürməli və tətiyi çəkməlidir. Silah hədəfə tam tuşlanmadığı halda tətik rəzəsi blokda olur. Nişangah Wi-Fi vasitəsi ilə smartfon və tabletlə də inteqrasiya oluna bilər. İstehsalçı şirkətin açıqladığı son məlumata görə, PGF-in yeni modeli ilə dəstləşdirilmiş .338 LM kalibrli M1400 snayper


“Trijcon” şirkətinin bu ilin fevral ayında təqdim etdiyi və 2020-ci ilin ikinci yarısında satışa çıxarılacaq “Ventus” nişangah kompleksi özünün unikal imkanları ilə sinfində ilk hesab edilir. “One Shot” konsepsiyasına əsaslanmasına baxmayaraq, “Ventus”un özünün daha müasir olması, texnoloji imkanlarına görə, sələflərindən əhəmiyyətli şəkildə fərqləndiyini görmək mümkündür. Doppler LIDAR mühərrikindən istifadə edən “Ventus” 460- 4570 metr uzaqlıqda, bir-birindən fərqli məsafələrdə küləyin sürətini hesablayıb, üç ölçülü xəritəsini çıxararaq atıcı üçün dəqiq ballistik hesablama aparmağa imkan verir. “Trijcon”dan AZERI DEFENCE jurnalına təqdim olunan məlumata görə, “Ventus”un iş prinsipi havadakı hissəciklərin lazer enerjisini yenidən detektora əks etdirməsinə əsaslanır. Qayıdan lazer enerjisinin dalğa uzunluğu havadakı hissəciklərin hərəkəti səbəbindən dəyişir (doppler effekti). Sistem, geri qayıdan lazer enerjisinin doppler sürətini ölçərək, atıcı qarşısında, atəş trayektoriyası üzərində - görmə xətti boyunca müxtəlif məsafələrdə küləyin sürətini üçölçülü şəkildə hesablayır. Doqquz qat optik böyütmə qabiliyyətinə malik cihaz MIL-STD-810G standartlarına uyğun istehsal edilib və təkrar doldurula bilən iki ədəd litium batareya ilə çalışır. İstənilən hava şəraitində uzunməsafəli atış üçün nəzərdə tutulan cihaz “Ventus” və “Ventus X” adlı iki modeldə təqdim olunacaq. “Ventus X” özündə daha müasir ballistik həlli birləşdirir. Cihazda yer alan sensor dəsti atıcılara dəqiq atış üçün külək,

tüfəngindən sınaqlar zamanı 1280 metr məsafədə 32 km/saat sürətlə hərəkət edən hədəf sınaq atışı həyata keçirilmədən vurulub. Kataloq məlumatında PGF nişangahının bütün ballistik tənzimləmələri həyata keçirməsi üçün 1 saniyə tələb olunduğu, hədəfin tutulmasından onun vurulmasınadək müddətin təxminən 2,5 saniyə təşkil etdiyi qeyd olunub. Nişangahın təkmilləşdirilmiş son versiyası şirkətin “ShotView” eynəyi ilə də inteqrasiya edilir. Hazırda PGF nişangahı ilə dəstləşdirilmiş M1400 snayper tüfəngini bazara 17000 ABŞ dollarına təklif olunur. İsrail və ABŞ Ordusu tərəfindən araşdırma mərhələsində olan “Smart Shooter” şirkətinin SMASH nişangahı 2019-cu ildə “SIG Sauer” şirkəti ilə əməkdaşlıq çərçivəsində ABŞ Ordusunun Next Generation Squad Weapons (NGSW) müsabiqəsinə təklif olunub. PGF ilə eyni konsepsiyaya əsaslanan SMASH hədəfin tanınması, yadda saxlanılması və izlənməsi alqoritmlərinə sahibdir. İstehsalçı şirkətin iddialarına görə, yeni nişangahla əsgərin təliminə ən çox 5 dəqiqə vaxt tələb olunur. SMASH-ın sınaqlarının nəticələri barədə məlumatlar açıqlanmayıb. Almaniyanın “Steiner Defense” şirkətinin M5Xi, M7Xi 4-28x56 və M8Xi 1-8x24 nişangahları ilə inteqrasiya edilə bilən İntellektual Atəş Həlli Sisteminin (Intelligent Firing Solution IFS) daxili ballistik kalkulyatoru temperatur, atmosfer təzyiqi, bucaq və küləyin istiqamətini hesablayan sensorlardan real vaxt rejimində daxil olan informasiyaları bir neçə milli saniyədə emal edərək atıcı üçün zəruri informasiyaları təmin edir. IFS-in tərkibinə həmçinin 800 metr uzaqlığa malik, gözə zərərsiz I sinif lazer məsafəölçən daxildir. Ölçülmüş məsafə (metr və yaxud yard seçimi ilə) ekranda əks olunur və tələb edilən düzəlişlərin hesablaması üçün ballistik kalkulyatora ötürülür. Bütün informasiyalar nişangahın okulyarında göstərilir. Bundan sonra atıcıya mükəmməl atəş üçün yalnız nişangahın tənzimçisini ekranda göstərilən istiqamətdə çevirmək kifayətdir. “Steiner Defense” şirkətinin çətin mühitlərdə istifadə üçün hazırladığı M7Xi IFS nişangah qurğusu MSR, MSR2, G2B və TReMoR3 nişangah torları ilə buraxılır. Qiyməti 5000 avro təşkil

atmosfer təzyiqi, temperatur, meyil bucağı və s. hesablamağa imkan verən “Trijicon” ballistik kalkulyatoru ilə inteqrasiya olunub. Kompleksin bir ədədinin qiymətinin 10000 ABŞ dolları təşkil edəcəyi gözlənilir. Aprel ayında ABŞ Ordusu “Ventus”un qiymətləndirmə sınaqlarına başlayıb. Eyni zamanda “Trijcon” açıqlanmayan bir neçə müştəri ilə sistemin ixracına dair görüşmələri davam etdirir.

edən qurğunun optik hissəsinə istehsalçı tərəfindən 10 il, elektronikasına isə 2 il zəmanət verilir. 28 qat böyütmə qabiliyyətinə malik qurğunun çəkisi 1150 qram təşkil edir. 300 metrdən 800 metrədək atəş məsafəsi üçün nəzərdə tutulan nişangahın 12.7x99 mm çaplı snayper tüfəngləri üzərində keçirilən sınaqlardan müsbət rəy aldığı bildirilir. M7Xi IFS nişangah qurğusunun nişangah torunun parlaqlığını işıqlanma dərəcəsindən asılı olaraq dörd parametr üzrə tənzimləmək mümkündür. Cihaz istifadə olunmadıqdan 5 dəqiqə sonra işıq avtomatik şəkildə sönərək “yuxu rejiminə” keçir. Atıcı “MinDongle” elektron açarın köməyi ilə ballistik kompüterin yaddaşına döyüş sursatının seçilmiş növlərini daxil edə bilər. Gələcək ağılla yanaşı görünməzlik tələb edir Göründüyü kimi, ayrı-ayrı istehsalçılar tərəfindən “ağıllı nişangah”ların müxtəlif nümunələrinin yaradılmasına və orduların silahlanmasına verilməsinə baxmayaraq, bu sahədə informasiya texnologiyalarının inkişafına bilavasitə bağlı olaraq təkmilləşmələr davam edir. Yenilənən tələbləri qarşılamaq üçün mövcud konsepsiyaların inkiaf etdirilməsi, yeni məhsulların yaradılması aktuallaşır. USSOCOM-un 2019-cu ildə elan etdiyi “Müasir Snayper Tüfəngləri üçün Nişangahın Yaradılması” proqramıfakktik olaraq snayper tüfəngləri üçün optik nişangahların yeni nəslinin yaradılması istiqamətlərini müəyyən edir. Sözügedən proqramda gecə vaxtı görüntünün həqiqi rənginin əldə olunması, çeviklik, döyüş identifikasiyası, dost və ya düşməni ayırdetmə, yaradılacaq yeni optik nişangahların mövcud antisnayper vasitələri ilə aşkarlanmasının məhdudlaşdırılması kimi yeniliklərin tətbiqi istehsalçılar qarşısına əsas şərt olaraq qoyulmuşdur. DARPA-nın gələcəyin optik nişangahlarının yaradılması konsepsiyası yaxın perspektivdə ABŞ Ordusu üçün hazırlanacaq “ağıllı nişangah”ların mikro və mini pilotsuz uçuş aparatları, ISR və digər kəşfiyyat-zərbə sistemləri ilə şəbəkənin yaradılması istiqamətində tədqiqat işlərini əhatə edir. AD

57


Radioelektron passiv maneəqoyma sistemləri M. Aslanov İnfraqırmızı və radiolokasiya başlıqlı özütuşlanan gəmi əleyhinə raketlərin yeni nümunələrinin meydana çıxması döyüş gəmilərinin özünümüdafiə sistemlərinin təkmilləşdirilməsinə və yeni radioelektron passiv maneəqoyma qurğularının yaradılmasına geniş imkanlar açır. Gəmi özünümüdafiə sistemlərinin cari inkişafı hərbi gəmi inşası sektorunun və bazarının inkişaf dinamikasına bilavasitə bağlıdır. Son illər Asiya–Sakit Okean hövzəsi və Yaxın Şərq regionu ölkələrinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) inkişafı istiqamətində həyata keçirdikləri proqramlar bu seqmentdəki istehsalçılar arasında rəqabəti artırıb. Öz növbəsində bu da yeni sistemlərin meydana çıxmasında mühüm rol oynayır. Dənizin səthindən və su altından gələn təhlükələri qarışdırmaq, aldatmaq, yayındırmaq və ya söndürmək üçün genişçeşidli sistemlər mövcuddur. Bu sistemlər müstəqil şəkildə, yaxud da kinetik silahlarla birlikdə gəmilərin çoxpilləli müdafiəsini təmin edirlər. “Yumşaq məhvetmə” adlandırılan passiv maneəqoyma sistemlərinin düzgün seçilməsi və tətbiqi eyni zamanda gəmilərdə bazalaşdırılan hava hücumundan müdafiə raketləri kimi bahalı sistemlərin istehlakını azaldır.

“RHEINMETALL DEFENSE” şirkətinin MASS (Multi Am­ munition Softkill System) radioelektron passiv maneəqoyma kompleksi hazırda 12 ölkənin HDQ və sahil müha izəsində istifadə olunur.


“Lacroix”dən yeni həllər Döyüş gəmilərinin müasir RF (radiolokasiya), IR (infraqırmızı) başlıqlı özütuşlanan raketlər və lazer başlıqlı döyüş sursatlarından müdafiəsinə artan tələbləri fonunda Fransanın “Lacroix” şirkətinin “Sylena” radioelektron passiv maneəqoyma kompleksinə daha çox maraq hiss olunur. Kiçik qabarit ölçüləri, istismarının sadəliyi və istismar xərclərinin az olması “Sylena” passiv radioelektron maneəqoyma kompleksini digər rəqiblərindən önə çıxarır. “Sylena”nın kiçik və ortaölçülü patrul gəmiləri və müasir OPV-lər (açıq dəniz gözətçi gəmiləri) üçün nəzərdə tutulan təkmilləşdirilmiş “Sylena LW” (Light Weight – yüngülçəkili) versiyası gəmilərin mövcud döyüş idarəetmə sisteminə inteqrasiya oluna, radioelektron mübarizə sistemləri ilə birləşdirilə, yaxud müstəqil şəkildə istifadə edilə bilir. “Lacroix” şirkəti tərəfindən Cənubi Koreya HDQ-nin LPX Batch II, FFX Batch III, PKX-B Batch II və KDDX proqramlarına təklif olunmuş “Sylena Mk 2” versiyası 2019-cu ilin ortalarında Cənubi Koreya donanmasının və gəmi istehsalçılarının iştirakı ilə, “Lacroix”in yeni “SeaLEM 08-01” (RF) və “SeaLIR 08-01” IR saxta hədəflərindən istifadə edilməklə sınaqlardan keçirilib. Hazırda Koreya Respublikası Dəniz Qüvvələrinin 27 suüstü döyüş gəmisi “Lacroix” və “Sagem” şirkətlərinin birgə istehsalı olan K-DAGIE passiv maneəqoyma kompleksi ilə təchiz olunub. Mediada yer alan məlumatlara görə, 2019-cu ildə Koreya HDQ “Lacroix” ilə donanmanın gəmilərindən bir neçəsində mövcud olan K-DAGIE sistemlərinin K-DAGAIE NG səviyyəsinə yüksəldilməsi üçün müzakirələr aparır. 2010–2015-ci illərdə imzalanmış beynəlxalq müqavilələr çərçivəsində, Fransız “Naval Group” tərsanəsi tərəfindən Misir üçün inşa edilən 4, Malayziya üçün inşa ediləcək 6 ədəd (cəmi 10 ədəd) “Gowind” layihəli korvetin “Lacroix”in “Sylena Mk 2” kompleksləri ilə təchiz edilməsi nəzərdə tutulur. Misir HDQ üçün inşa edilən birinci gəmi (971 bort nömrəli “Əl Fateh”) 2017-ci ildə silahlanmaya qəbul olunub. Digər gəmilərin inşası isə davam etdirilir. İtaliyanın “Fincanteri” tərsanəsi tərəfindən (2018-ci ilin mart ayında imzalanıb) Qətər Müdafiə Nazirliyi üçün inşa olunacaq 4 ədəd “Doha” sinfi korvet, bir desantçıxartma gəmisi və 2 OPV gəmisinin də “Sylena Mk 2” passiv maneəqoyma kompleksi ilə təchiz edilməsi planlaşdırılır. Təqdimatdan göründüyü qədər, 2021-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan “Al Zubarah” adlı ilk korvetdə (uzunluğu 107 m, eni 14.7 m, maksimum sürəti 28 düyün) “Sylena Mk 2” kompleksinin 4 bloku yerləşdiriləcək. Fransa HDQ-də özünün yeni nəsil döyüş və təchizat gəmiləri üçün “Lacroix”in yeni sistemlərini seçdiyini açıqlayıb. Fransa Müdafiə Nazirliyinin 2023-cü ildə istismara qəbul edəcəyi FTI (Frégate de Taille Intermédiaire) layihəli 5 ədəd ortaölçülü freqatın “Dagaie NG” passiv maneəqoyma kompleksi ilə təchiz edilməsi gözlənilir. “Dagaie NG” kompleksi “Lacroix”in “SeaCLAD” (SEA Borne Countermeasures Lacroix Advanced Decoy) ailəsinə daxil olan saxta hədəflərin geniş çeşidindən istifadə edərək, gəmiləri bütün növ gəmi əleyhinə özütuşlanan raketlərdən qoruya bilir. 62 və 80 mm çaplı “SeaCLAD” yeni nəsil saxta hədəf ailəsinə radiolokasiya başlıqlı idarə olunan raketlərə qarşı bucaqlı künc reflektor texnologiyasına sahib “SeaLEM”, infraqırmızı özütuşlanan başlıqlı raketlərə qarşı “SeaLIR”, həmçinin elektroakustik torpedolar əleyhinə “SeaLAT - CANTO” və optik spektrdə pərdələrin qoyulması üçün “SeaMOSC” daxildir.

SYLENA radioelektron maneəqoyma kompleksi. Foto: Lacroix

Rheinmetall MASS Almaniyanın “Rheinmetall Defense” şirkəti də istifadəçilərə müxtəlif qabaritli gəmilərin özütuşlanan infraqırmızı və radiolokasiya başlıqlı raketlərdən müdafiəsini təmin edən məhsullarının geniş çeşidini təklif edir. Şirkətin 2002-ci ildən bazara təqdim etdiyi MASS (Multi Ammunition Softkill System) radioelektron passiv maneəqoyma kompleksi hazırda 12 ölkənin HDQ və sahil mühafizəsi tərəfindən istifadə olunur. İmzalanmış müqavilələr üzrə 2002–2019-cu illərdə ümumilikdə 200-dən çox MASS kompleksi istehsal edilib. Ötən ilin fevral ayında, Abu-Dabi şəhərində keçirilmiş NAVDEX-2019 sərgisində “Azeri Defence”nin əməkdaşına danışan “Rheinmetall Defense”ın mütəxəssisinin verdiyi məlumata görə, tamamilə avtomatlaşdırılmış MASS kompleksi istənilən ölçülü gəmidə quraşdırıla, istənilən komanda və idarəetmə sisteminə inteqrasiya edilə, yaxud müstəqil rejimdə işləyə bilir. MASS müasir, elektromaqnit spektrinin (radar, infraqırmızı, lazer, elektro-optik, ultrabənövşəyi) bütün dalğa uzunluqlarından istifadə edən raketlərdən müdafiə üçün nəzərdə tutulub. Şirkət mütəxəssislərinin sözlərinə görə, MASS-ın təkmilləşdirilmiş bucaqlı əksetdirici texnologiyasına əsaslanan MASS-OCR versiyası radar imzasından istifadə edən saxta hədəflər hesabına gəminin şərti siluetini yaratmaqla, ən yeni nəsil gəmi əleyhinə raketləri də hədəfdən etibarlı şəkildə müvəqqəti uzaqlaşdırmaq qabiliyyətinə malikdir. İş prosesi tam avtomatlaşdırılmış sistem radiolokasiya və yarıaktiv lazer başlıqlı sursatları qısa bir zamanda aşkar edərək onların qarşısını almaq üçün qərarlar qəbul edir. MASS kompleksində istifadə üçün istehsalçı şirkət tərəfindən saxta hədəf sursatların geniş çeşidi (“Omnitrap”, 130 mm çaplı “Bullfighter”, 130 mm “Giant”, 118 mm “Irras” və “Dueras”) təklif olunur.

59


Son 10 ildə “Rheinmetall Defense” MASS kompleksinin ixracı istiqamətində əhəmiyyətli addımlar atıb. 2012-ci ildə imzalanmış 7 milyon avro dəyərində müqavilə çərçivəsində Cənubi Koreya HDQ-nin LST-II layihəli dörd gəmisi MASS kompleksi ilə təchiz edilib. 2017-ci ildə “Rheinmetall Defense” şirkəti Kanada Hərbi Dəniz Qüvvələri ilə “Halifax” layihəli freqatlarında quraşdırılmış MASS komplekslərinin yenilənməsinə dair 15 milyon dollar dəyərində müqavilə imzaladığını açıqlayıb. Sözügedən layihə çərçivəsində 2022-ci ilədək “Halifax” layihəli freqatlarda əvvəllər quraşdırılmış ikibloklu maneəburaxma qurğuları üçbloklu qurğulara çevriləcək. Qeyd edək ki, 2009-cu ildə imzalanmış müqavilə ilə Kanada donanmasının 12 ədəd “Halifax” layihəli freqatı MASS radioelektron passiv maneəqoyma kompleksi ilə təchiz olunub. 2017-ci ilin fevral ayında imzalanmış daha bir müqavilə çərçivəsində “Naval Group” və Abu Dabi Gəmiqayırma şirkəti tərəfindən BƏƏ üçün inşa olunan “Gowind” layihəli iki korvetin və “Etihad Shipbuilding” tərsanəsində inşa edilən “Falaj 2” layihəli iki patrul gəmisinin yenilənmiş MASS OCR kompleksi ilə təchiz edilməsi planlaşdırılır. Məlumat üçün bildirək ki, hazırda BƏƏ donanması MASS kompleksinin Yaxın Şərq regionunda ən böyük istifadəçisidir. Bundan əvvəl – 2009–2015-ci illərdə BƏƏ donanmasının “Baynunah” layihəli 6 korveti, 2013-cü ildə istifadəyə qəbul edilmiş “Falaj 2” layihəli iki patrul gəmisi, 2017-ci ildə istifadəyə qəbul edilmiş “Arialah” layihəli iki gözətçi gəmisi MASS kompleksi ilə təchiz olunub. BƏƏ ilə yanaşı Oman Kral Dəniz Qüvvələri üçün 2009–2014-cü illərdə “BAE Systems” şirkəti tərəfindən inşa edilmiş “Khareef” layihəli 3 korvetdə də MASS kompleksi quraşdırılıb. 2000-ci illərin əvvəllərindən MASS radioelektron passiv maneə sisteminin istifadəçisi olan Almaniya HDQ-nin F125 “Baden-Württemberg” layihəli iki freqatı 2017-ci ildə yeni MASS-OCR ilə təchiz olunub. 2020–2021-ci illərdə Alman donanmasının silahlanmasına qəbulu gözlənilən F125 layihəli daha iki freqatda, həmçinin 2022–2025-ci illərdə silahlanmaya daxil

ediləcək “K130 Braunschweig” layihəli 5 korvetin hər birində 2 blok olmaqla MASS OCR sisteminin tətbiqi nəzərdə tutulur. Finlandiya HDQ də 2019-cu ilin sonlarında perspektiv döyüş gəmiləri üçün də MASS kompleksini seçdiyini bəyan edib. Fin donanmasının “Squardron 2020” proqramı çərçivəsində, 20222025-ci illərdə inşa ediləcək “Pohjanmaa” layihəli 4 korvetin hər birində 4 MASS və ya MASS OCR buraxıcı bloku yer alacaq. “Squadron 2020” proqramının icrası ilə əlaqədar 2019-cu ildə Finlandiya Müdafiə Nazirliyi və yerli “Rauma Marine Constructions” tərsanəsi arasında 647.6 milyon avro dəyərində (layihənin smeta dəyəri 1.3 milyard avrodur) birinci müqavilə imzalanıb. İnşa ediləcək dörd korvetin 2028-ci ildə istismara qəbulu gözlənilir. Terma C­Guard “Terma” (Danimarka) şirkətinin “C-Guard” passiv maneəqoyma kompleksi 360° əhatə dairəsində radiolokasiya və infraqırmızı başlıqlı özütuşlanan raketlər və torpedolar kimi müasir təhlükələrə qarşı effektiv mübarizə aparan son nəsil təkmilləşdirilmiş sistemlərdəndir. Hazırda dünyada 150-dən çox gəminin silahlanmasına daxil olan “C-Guard” 130 mm çaplı saxta hədəf qurğusundan, aşkarlayıcı sensorlardan və proqram təminatından ibarətdir. Məhdud qulluq tələb edən sistem gözətçi gəmilərindən freqatlaradək müxtəlif sinif gəmilərdə tətbiq olunur. Sistem üç – əl ilə, yarıavtomatik və tam avtomatik rejimlərdə işləyir. Tam avtomatik rejimdə “C-Guard” müdafiə üçün ən məqbul sayıla biləcək tədbirləri avtomatik olaraq seçir və həyata keçirir. Bununla da operatorun stres yükü və səhvetmə ehtimalı əhəmiyyətli dərəcədə azalır. Sistem eyni anda 4-ə qədər ən təhlükəli təhdidi hesablayaraq atəş komandalarını icra edir. Atışdan sonra digər təhdidlərə qarşı həyata keçiriləcək tədbirlər ardıcıllıqla, avtomatlaşdırılmış şəkildə hesablanır və yeni qərarlar qəbul olunur. İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, böyük gəmilərdə 3 və ya 4 istiqamətdə 6, yaxud 12 buraxıcı blok yerləşdirilməklə, gəminin 360 dərəcə mühafizəsini təmin etmək mümkündür. Kompleksin “C-Flex” komanda-idarəetmə mərkəzi 6-dan 24-dək atıcı qurğuya nəzarət etməyi bacarır. Yeni nəsil “Dagaie NG” maneəqoyma kompleksi. Foto: Safran

60 www.azeridefence.com


Soldan saga: “Terma” şirkətinin “Naval Group” və “Cherming” şirkətləri ilə “Torpedolardan Müda iə Həlli” birgə layihəsi çərçivəsində hazırlanmış “C­Guard CANTO” maneəqoyma qurğusu və CANTO sursatı. Solda: “Chemring” şirkətinin istehsalı olan 130 mm­lik “SeaGnat” saxta hədəf re lektorlarından istifadə edən “C­Guard” maneəqoyma qurğusu. Foto: Terma

“C-Guard” sistemi “Chemring” şirkətinin istehsalı olan 130 mm-lik “SeaGnat” saxta hədəf reflektorlarından istifadə edir. “SeaGnat”ın Mk214 və Mk216 dipol reflektorları, Mk245 infraqırmızı tələlər və Mk251 aktiv maneə yaradan növləri var. AZERI DEFENCE jurnalına danışan “Terma”nın nümayəndəsinin sözlərinə görə, “C-Guard”kompleksi və onun “C-Flex” komanda-idarəetmə bloku gəminin mövcud radioelektron mübarizə sistemi və sualtı döyüş silahları ilə tam şəkildə birləşdirilə bilər. Yeni sifarişlərin bəzilərində kompleks gəmilərdə mövcud olan “Terma”nın “Scanter” dəniz müşahidə radarı ilə inteqrasiya edilib. Son 5 ildə “Terma” tərəfindən “C-Guard” passiv maneəqoyma kompleksinin Asiya-Sakit Okean hövzəsi ölkələrinə ixracı istiqamətində ciddi işlər həyata keçirilir. İmzalanmış müqavilələr çərçivəsində Tayland donanmasının “Naresuan” layihəli iki , DW 3000F layihəli bir, habelə “Krabi” layihəli bir OPV gəmisində “C-Guard” kompleksi quraşdırılıb. 2017-ci ilin noyabr ayında “Terma” ilə “Hyundai Heavy Industries” tərsanəsi arasında Filippin HDQ üçün inşa edilən 2600 tonluq iki yeni freqatda, 2019-cu ilin may ayında İndoneziyanın PT PAL şirkəti ilə İndoneziya HDQ-nin modernləşdirilən KCR-60 layihəli 4 gəmisinin “C-Series” döyüş dəsti ilə təchiz edilməsinə dair müqavilə imzalanıb. Sonuncu müqaviləyə gəmilərin hər birinə “Terma”nın “C-Flex” komandaidarəetmə sistemi, SCANTER 4603 radarı, “C-Guard” maneə kompleksi, “C-Fire” elektro-optik atəş idarəetmə sisteminin tədarükü və onların gəminin sensor və sistemləri ilə tam inteqrasiyası daxildir. IrvinGQ FDS Böyük Britaniyanın “IrvinGQ” (keçmiş “Airborne Systems”) şirkətinin istehsalı olan Üzən Saxta Hədəf sistemi (Floating Decoy System –FDS) 30 ildən çoxdur Böyük Britaniya Kral Donanması, ABŞ, Kanada və Yeni Zelandiya HDQ-nin gəmilərində istismar olunur. Yenilənmiş FDS-3 üzən passiv hədəf sistemi gəmini imitasiya etməklə platformanın radiolokasiya başlıqlı

özütuşlanan gəmi əleyhinə raketlərə qarşı müdafiəsi üçün hazırlanıb. FDS-3-ün reflektor quruluşu raketin radiolokasiya sistemində gəmidən daha böyük bir gəminin siluetini yaradaraq özünə cəlb etməyi bacarır. FDS-3 atcı qurğusu gəminin döyüş idarəetmə sistemləri ilə birgə və ya müstəqil şəkildə istifadə edilə bilir. On il saxlanma ömrünə malik FDS-3-ün partlayış təhlükəsi mövcud deyil və saxlanc üçün böyük yer tələb olunmur. FDS-3 sisteminin ilk sifarişçisi qismində ABŞ HDQ-i çıxış edir. 2013-cü ilin sonunda imzalanmış müqavilə çərçivəsində FDS-3 sistemi ABŞ donanmasının “Arleigh Burke” sinif gəmilərinin silahlanmasına daxil olub. 2020-ci ilin fevral ayında Böyük Britaniya Kral Donanması gəmilərin idarə olunan gəmi əleyhinə raketlərdən müdafiəsinin yeni nəsil sistemlərlə təmin edilməsi proqramı çərçivəsində, köhnəlmiş “Outfit DLF” komplekslərinin yeni FDS-3 passiv sistemi ilə əvəz olunacağını açıqlayıb. Bununla bağlı müqavilənin 2020ci ilin may ayında imzalanması və tədarükün 2025-ci ilədək çatdırılması gözlənilir. Bundan başqa, Böyük Britaniya Kral Donanmasının yaxın 10 ildə “Gələcəyin Suüstü Döyüş gəmisi” proqramı çərçivəsində silahlanmaya daxil edəcəyi 8 ədəd “Type 26” layihəli freqatın da FDS3 passiv maneəqoyma kompleksi ilə təchiz edilməsi planlaşdırılır. Safran NGDS “Safran Electronics & Defence” şirkətinin (Fransa) suüstü gəmilərin özütuşlanan infraqırmızı və radiolokasiya başlıqlı gəmi əleyhinə raketlərdən və torpedolardan qorunması üçün hazırladığı “Yeni Nəsil Dagaie Sistemi” (New Generation Dagaie System- NGDS) hazırda Fransa HDQ-nin FREMM freqatlarının silahlanmasına daxildir. Gəminin tonajından asılı olaraq onun tək və ya ikibloklu buraxıcı qurğusuna infraqırmızı, radilokasiya və ya akustik saxta hədəflər yüklənə bilər. NGDS müxtəlif gəmi əleyhinə raketlərə qarşı aktiv cəlbetmə, boşaltma (jammer ilə), seyrəltmə, qarışdırma və yayındırma seyreltmə, qarışıqlıq və ya yayındırma kimi taktiki üsullar tətbiq edir. NGDS-in 1000 tona qədər və 1000 tondan artıq subasımına malik gəmilər üçün iki versiyası mövcuddur. Şirkətin kataloq məlumatlarında 1000 tonadək gəmilərdə bir, daha böyük gəmilərdə isə iki qurğunun tətbiq edildiyi bildirilir. Böyük gəmilər üçün daha böyük konfiqurasiyaların hazırlanması da mümkündür.

61


İlk prototipi 2007-ci ildə nümayiş etdirilmiş İsrail “Rafael” şirkətinin WiZARD (Wideband Zapping Anti-Radar Decoy) maneəqoyma kompleksi hazırda İsrail HDQ və Azərbaycan DSX Sahil Mühafizəsinin “Saar 62” layihəli gözətçi gəmilərinin silahlanmasın daxildir. İstehsalçı şirkətin kataloq informasiyalarına görə, WiZARD-ın 115 mm çaplı saxta hədəfləri keçirilmiş sınaqlarda müasir özütuşlanan radiolokasiya başlıqlı gəmi əleyhinə raketləri yayındırmaq qabiliyyətini sübuta yetirib. Azərbaycan postsovet məkanında bu sistemin ilk və yeganə istifadəçisi qismində çıxış edir.

Mk234 “Nulka” gəminin radar kəsiyini imitasiya edərək daha cəlbedici hədəf silueti yaradır və atılan gəmi əleyhinə raketin trayektoriyasını özünə istiqamətləndirir. Foto: Avstraliya HDQ

Digər istehsalçılar Mövcud gəmi özünümüdafiə kompleksləri arasında ən populyarı 1999-cu ildən seriyalı istehsalı davam edən OBAD (Off-Board Active Decoy) texnologiyası əsasında hazırlanmış Mk234 “Nulka”dır. Avstraliya, Kanada və ABŞ donanmasının 150 gəmisinin, o cümlədən ABŞ donanmasının “Nimitz” layihəli “USS Dwight D Eisenhower” (CVN 69) təyyarə daşıyıcısının silahlnmasına daxil olan “Nulka”nın (Avstraliya aborigenlərinin dilində “Nulka” “tez olun!”deməkdir) istehsalçısı qismində “BAE Systems Australia” (daşıyıcı, gəmi elektronikası və işəsalma qurğusu) və “Lockheed Martin” (elektronika) çıxış edir. Raket mühərrikinin köməyi ilə işə salınaraq gəmidən bəlli məsafədə təhdid istiqamətinə atılan “Nulka” böyük bir gəminin radar kəsiyini imitasiya edərək daha cəlbedici hədəf silueti yaradır və atılan gəmi əleyhinə raketin trayektoriyasını özünə istiqamətləndirir. Müasir texnologiyaların tətbiq edildiyi “Nulka” müasir və gələcək nəsil radiolokasiya başlıqlı gəmi əleyhinə raketlərin geniş spektrinə qarşı nəzərdə tutulub. 2012-ci ildə OBAD effektivliyinin artırılması məqsədi ilə istehsalçılar tərəfindən sistemin təkmilləşdirilməsinə başlanıb. Yeni saxta hədəf və işəsalma qurğuları yaradılıb. 9 oktyabr 2016cı il tarixində ABŞ-ın “USS Ponce” və “USS Nitze” gəmilərinə Husi silahlıları tərəfindən Yəmən sahillərindən atılan iki raket “Nulka” vasitəsi ilə zərərsizləşdirilib və sistem bununla praktik olaraq döyüş şəraitində özünü sübuta yetirib.

62 www.azeridefence.com

Təkmilləşdirmələr Yeni və gələcək nəsil gəmi əleyhinə raketlərlə effektiv mübarizənin aparılması, təhdidlərin müəyyənləşdirilməsi, analizi və cavab tədbirləri prosesinin sürətləndirmək məqsədi ilə passiv maneəqoyma komplekslərinin radioelektron mübarizə sistemləri və digər sensorlarla inteqrasiyası, yeni növ saxta hədəflərin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir. Bu çərçivədə “Lacroix”, “Rheinmetall” və “Terma” şirkətləri tərəfindən mövcud sistemlərə yarıaktiv özütuşlanan lazer başlıqlı sursatlara və torpedolara qarşı tətbiq imkanları qazandırılmışdır. 2014-cü ilin mart ayında Almaniya HDQ İsrailin IAI şirkətinin istehsalı olan “NavGuard” radolokasiya stansiyası ilə inteqrasiya olunmuş MASS sisteminin sınaqlardan uğurla keçdiyini açıqlayıb. Həmin il “Rheinmetall” və SAAB şirkəti arasında Asiya–Sakit Okean bölgəsindəki adı açıqlanmayan bir müştəri üçün MASS kompleksinə Lazer Xəbərdarlıq Sisteminin əlavə edilməsinə dair müqavilə imzalanıb. Bununla “Rheinmetall” MASS kompleksinin imkanlarının genişləndirilməsi istiqamətində önəmli addımlar atmağa nail olub. “Terma”, “Naval Group” və “Cherming” şirkətlərinin “Torpedolardan Müdafiə Həlli” birgə layihəsi çərçivəsində “C-Guard” maneəqoyma kompleksi “Naval Group” şirkəti tərəfindən torpedoları yanıltmaq üçün hazırlanmış CANTO adlı saxta hədəf və “Cherming” şirkətinin 130 mm-lik buraxıcı qurğusu ilə birləşdirilib. Şirkətin açıqladığı məlumata görə, “C-Guard” kompleksindən dənizə buraxılan CANTO gəmidən yayılan səsküyü maskalayıb, ona bənzər çox sayda akustik siqnallar meydana gətirirərək torpedanın hominq qabiliyyətini qarışdırır. Danimarka Müdafiə Satınalmaları və Loqistika Təşkilatının (DALO) sifarişi əsasında hazırlanmış yeni kompleksin ilk nümunəsi 2016-cı ildə Danimarka HDQ-nin “HDMS Iver Huitfeldt” freqatının silahlanmasına daxil edilib. “Naval Group” bənzər tədqiqat işlərini “Lacroix” şirkəti ilə də aparıb. Birgə layihə çərçivəsində “Naval Group”un CANTO (“SeaLAT- CANTO” adlandırılır) saxta hədəfləri “Lacroix”in “Sylena Mk 2” və “Dagaie NG” kompleksləri ilə uyğunlaşdırılıb. “Lacroix” tərəfindən 2017–2019-cu illərdə elektro-optik və lazer başlıqlı sursatlara qarşı maskalanmanı təmin etmək üçün “SeaMOSC” adlı sursat hazırlanaraq sınaqdan keçirilib. ABŞ Dəniz Araşdırmaları Laboratoriyasının Şaquli Buraxılan Görünən İnfraqırmızı Saxta Hədəf Technologiyası (Vertically Launched Imaging Infrared Decoy Technologies – VLIIRDT) proqramı gələcək nəsil gəmilərinin idarə olunan raketlərə qarşı müdafiəsinin ən yüksək səviyyədə təmin edilməsi, eləcə də IR raketlərə qarşı müasir aldadıcı hədəflərin yaradılması sahəsində tədqiqat işlərini əhatə edir. AD


Reaktiv artilleriyaya yeni baxış Əhəd Əzizov Yaylım Atəşli Reaktiv Sistem (YARS) özündə təkrar doldurulan buraxıcı qurğunu və reaktiv mərmiləri (idarə olunmayan raketləri, reaktiv dərinlik bombalarını), həmçinin nəqliyyat və ya nəqliyyat-doldurma maşınları kimi köməkçi vasitələri və digər avadanlığı birləşdirən silah kompleksidir. YARS reaktiv artilleriyaya aiddir və belə sistemlər bir çox ölkələrin Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Donanmasının silahlanmasında durur. Reaktiv artilleriya dedikdə, bölmə və hissələrinin silahlanmasında yaylım atəşli reaktiv sistemlər olan artilleriya növü başa düşülür. Reaktiv mərmilərin atılması üçün mərminin özündə yerləşdirilmiş reaktiv mühərrikdən istifadə olunur. YARS qoşunların səhra artilleriyasının effektiv vasitələrindən biri olaraq, istənilən hava şəraitində, gecə və gündüz istər hücumda, istərsə də müdafiədə geniş sahədə yerləşən hədəflərə qəfil və sıx atəş yağdırma kimi vacib özəlliyə malikdir. YARS-ın əsas tapşırıqlarına böyük ərazilərdə yerləşmiş tank qruplaşmaları və qoşunlarla mübarizə, aviasiyanın cəbhəyanı uçuş-eniş zolaqlarının dağıdılması, ərazinin məsafədən minalanması aiddir. Döyüş fəaliyyətlərinin aparılması şərtlərinin dəyişməsi, dəqiqliyə, atış məsafəsinin uzadılmasına, çevikliyə və manevrliyə qoyulan tələblərin sərtləşdirilməsi səbəbindən digər silahlarda olduğu kimi, YARS-da da yaradıldığı gündən indiyədək daima təkmilləşdirmə işləri yerinə yetirilir, habelə yeni YARS nümunələri işlənib hazırlanır.

Müasir şəraitdə YARS­ın təkmilləşdirilməsinin əsas isti­ qamətləri bunlardır: – özütuşlanan reaktiv mərmilərin və elementlərin yaradılması, – müasir kəşfiyyat və hədəfgöstərmə sistemlərinin tətbiqi hesabına atəş dəqiqliyinin artırılması, – atış məsafəsinin artırılması, – çapı artırma və doldurma prosesini avtomatlaşdırma hesabına YARS-ın atəş gücünün artırılması, – tətbiq olunan döyüş sursatlarının nomenklaturasının artırılması. Hazırda aparılan döyüş fəaliyyətlərində həm nizami ordular, həm də müxtəlif qanunsuz silahlı birləşmələr (dəstələr) tərəfindən müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsində YARS-ə xüsusi önəm verilir. Müxtəlif orduların silahlanmasında 105 mm çapdan başlayaraq 500 mm çapa qədər müxtəlif növ YARS mövcuddur. Bu sistemlər həm təkərli, həm tırtıllı şassidə, həmçinin həm özüyeriyən, həm də yedəyə alınan qoşqu

63


Gürcüstanın “STC Delta” mərkəzi tərə indən “Didqori­2” zirehli nəqliyyat vasitəsi üzərinə quraşdırılmış 80 mm­lik S­8 idarəolunmayan aviasiya raketlərinin buraxıcı qurğusu. Foto: STC Delta

variantında mövcuddur. Çapından, hərəkət vasitəsindən və tətbiq olunduğu döyüş sursatlarının nomenklaturasından asılı olmayaraq bütün bu sistemlər yaylım atəşi hesabına çoxsaylı hədəflərin eyni zamanda məhv edilməsi və ya sıradan çıxarılması tapşırığını yerinə yetirir. İndiyədək fərqli dövlərdə və müxtəlif ölkələrdə Xüsusi Təyinatlı Qüvvələr, Xüsusi Əməliyyatlar Qüvvələri, Sahil Mühafizə Qüvvələri və Sərhəd Mühafizə Qüvvələri üçün klassik nümunələrlə yanaşı, 51 – 127 mm çaplı idarə olunmayan aviasiya raketlərindən və onların buraxıcı bloklarından istifadə etməklə həm sənaye üsulu, həm də kustar üsulla stasionar, həmçinin

qoşqu şassisində yedəyə alınan, avtomobil, zirehli texnika, dəmiryolu və dəniz nəqliyyat vasitələri üzərində daşınan YARS nümunələri yaradılıb. Bloklar və idarə olunmayan raketlər əsasən müvafiq olaraq aviasiya silahları və döyüş sursatları kimi tanınır. Onların daşıyıcıları isə döyüş təyyarələri və helikopterlərdir. Lakin yerinə yetirilən mühəndis-konstruktor işləri sayəsində aviasiya silah və döyüş sursatını yerüstü və dəniz silahına “döndərmək” mümkün olmuşdur. Belə nümunələrə misal olaraq müxtəlif dövrlərdə yaradılmış 70 mm-lik “Yarara” YARS və 105 mm-lik “Pampero” YARS (Argentina, “Yarara” – 4x4 təkər formullu “Chevrolet C-10 Albatross” avtomobili şassisində, “Pampero” – 4x4 təkər formullu “Unimog” avtomobili şassisində), 70 mm-lik “Radirs” YARS və “MRL70-42” YARS (ABŞ, həm yedəyə alınan qoşqu (MRL70-42 yalnız qoşquda), həm də müxtəlif hərbi yük avtomobillərinin şassisində), 51 mm-lik “Firos 6” YARS (İtaliya, 4x4 təkər formullu “Land Rover”, “FIAT Campagnola” avtomobilləri şassisində və FIAT-OTO 6614 zirehli transportyoru bazasında), 70 mm-lik “LM-07/36” YARS 127 mm-lik “SBAT-127” YARS və 70 mm-lik “AV-LM-SS-12/36” YARS (Braziliya, “LM-07/36” YARS X2A1 təkmilləşdirilmiş qoşqunun şassisində, “AV-LM-SS-12/36” YARS həm yedəyə alınan qoşqu, həm də müxtəlif növ hərbi yük avtomobillərinin şassisində), 81 mm-lik “RWK-014” YARS (İsveçrə, M113 tipli zirehli transportyorun və “Tornado” tipli piyadanın döyüş maşınının bazasında), 70 mm-lik “CRV 7” YARS (Kanada, haubitsanın təkmilləşdirilmiş lafeti üzərində, “RWCS Nanuk” döyüş modulu variantında isə təkərli yük avtomobilinin şassisində), 70 mm-lik “NDL-40” YARS (İndoneziya, yedəyə alınan yarımqoşqu şassisində); 68 mm-lik “RO 68” YARS (CAR, üçayaq-dəzgah üzərində), 70 mm-lik “ZSMU-70” YARS modulu (Polşa, müxtəlif növ zirehli av-

9K35 “Strela­10” zenit­raket kompleksinin bazasında BMA (bəzi mənbələrdə BMAH) aviatuşlayıcının döyüş maşını. Foto: İnternet

64 www.azeridefence.com


tomobillərin şassisində və zirehli transportyorların bazasında), 57 mm-lik, 80 mm-lik və 107 mm-lik universal raket modulu (Gürcüstan, “Didgori 2” zirehli avtomobilinin şassisində), 70 mm-lik “Drakon 70/12H” YARS (Kolumbiya, yedəyə alınan yarımqoşqu və 4x4 təkər formullu “Cobra” zirehli avtomobilin şassisində), 70 mm-lik “Rancudo” YARS (Filippin, yedəyə alınan qoşqu şassisində) və başqalarını göstərmək olar. Postsovet nümunələri Keçmiş SSRİ məkanında yeni yaranmış müstəqil dövlətlərdə 57 mm-lik S-5 və 80 mm-lik S-8 tipli idarə olunmayan aviasiya raketlərinin atılması üçün müxtəlif YARS nümunələri yaradılıb. 1990-cı ildə keçmiş SSRİ dövründə Ukraynanın Lutsk şəhərində yerləşən “Lutsk avtomobil zavodu”nda LuAZ-969М yüksək keçicilik qabiliyyətinə malik avtomobilin şassisində UB-32-57 buraxıcı blokundan istifadə etməklə yüngül YARS yaradılmışdır. Cəmi bir ədəd hazırlanmış YARS-ın yaradılması və istehsalı SSRİ-nin dağılması ilə əlaqədar dayandırılıb. Ötən əsrin 80-ci illərinin sonunda keçmiş SSRİ Silahlı Qüvvələrinin quru qoşunları üçün Rusiya Federasiyasının Kalinin (indiki Tver) vilayətinin Torjok şəhərində yerləşən 344-cü Uçuş heyətinin döyüş tətbiqi və yenidən öyrədilməsi mərkəzində polkovnik V.M.Arçeqov tərəfindən hərəsində 12 ədəd 80 mm-lik istiqamətləndirici olmaqla iki ədəd BKP-B812 blokunu və hərəsində 4 ədəd 90 mm-lik istiqamətləndirici olmaqla iki ədəd 2P130-3 buraxıcı qurğunu xüsusi qüllədə quraşdırmaqla 9K35 “Strela-10” zenit-raket kompleksinin bazasında BMA (bəzi mənbələrdə BMAH) aviatuşlayıcının döyüş maşını hazırlanmışdır. BKP-B812 bloklarında işıqlandırıcı S-8ОM və markalayıcı (tüstüləyici) S-9SM idarə olunmayan aviasiya raketləri, 2P1303 buraxıcı qurğusunda isə işıqlandırıcı 9M41 “İllüminasia” raketləri tətbiq olunurdu. 1990-cı ildə seriya istehsalına başlanılsa da, SSRİ-nin dağılması ilə əlaqədar olaraq istehsal dayandırılmışdır.

Ukrayna müdafiə sənayesi müəssisələrində MT-LB yüngülzirehli çoxməqsədli dartıcının bazasında hazırlanmış MT-LB S-8 YARS-in artilleriya hissəsinin əsasını iki ədəd 20 istiqamətləndiricili B-8 buraxıcı bloku təşkil edir. Polşa və Ukrayna müdafiə sənayesi müəssisələrinin (Polşanın “WB Group” şirkətinə daxil olan “Arex” firması və Ukraynanın “Ukroboronprom” şirkətinə daxil olan “Артем” firması) birgə istehsalı olan ZRN-01 “Stokrotka” YARS Polşa istehsalı olan 6x6 təkər formullu “Autobox Star 266M2” avtomobilinin şassisində hazırlanıb. YARS artilleriya hissəsinin əsasını iki ədəd 20 istiqamətləndiricili B8B20 tipli buraxıcı bloku təşkil edir. 2000-ci illərin əvvəllərində Rusiyanın “Aviaaqreqat” Açıq Səhmdar Çəmiyyəti və “Splav” Dövlət Elmi-Tədqiqat Müəssisəsi birlikdə BMD-1 desantın döyüş maşının bazasında 12 istiqamətləndirici boruya malik BKP-B812 blokunu quraşdırmaqla “Qrom” indeksi altında YARS-in nümunəsini hazırlayıblar. Cəmi 3 ədəd döyüş maşını hazırlansa da, maliyyə çatışmazlığı səbəbindən istehsal dayandırılmışdır. Rusiya Federasiyasının “Zaslon” SC tərəfindən hazırlanmış “Sel” YARS “Ulyanovsk avtomobil zavodu”nun istehsalı olan yüksək keçicilik qabiliyyətinə sahib UAZ-23602 “Cargo” avtomobilinin şassisində yerləşdirilib. YARS artilleriya hissəsinin əsasını helikopterlər üçün xüsusi olaraq hazırlanmış 10 istiqamətləndiricili borulu dörd ədəd 9-A-5013 buraxıcı blok təşkil edir. Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Dövlət ElmiTədqiqat Mərkəzi tərəfindən “Didgori 2” zirehli avtomobilinin bazasında hazırlanmış universal raket modulunda üç cür istiqamətləndiricinin yerləşdirilməsi mümkündür: 57 mm-lik S-5 idarə olunmayan aviasiya raketlərinin atılması üçün, 80 mmlik S-8 idarə olunmayan aviasiya raketlərinin atılması üçün və 107 mm-lik UM107 idarə olunmayan reaktiv mərmilərin atılması üçün. YARS artilleriya hissəsinin əsasını 13 borudan ibarət iki ədəd istiqamətləndirici paketi təşkil edir.

Polşanın “Arex” (“WB Group” şirkətinə daxildir) və Ukraynanın “Артeм” irmasının birgə istehsalı olan ZRN­01 “Stokrotka” YARS. İşəsalma qurğusu 6x6 təkər formullu “Autobox Star 266M2” avtomobilinin şassisində yerləşdirilib. Foto: Ukroboronprom

65


Liviyada müxalif silahlı dəstələr tərə indən kus­ tar formada hazırlanmış YARS. Foto: İnternet

Kustar YARS Dünyadakı müharibələrin və lokal silahlı münaqişələrin döyüş təcrübəsi göstərir ki, kustar üsulla hazırlanmış silahlar döyüş fəaliyyətlərində xüsusi yerə malikdir. Kustar üsulla hazırlanmış silah dedikdə, Müdafiə Nazirliyinin (və ya digər güc strukturunu idarəetmə mərkəzinin) sifarişi olmadan, təşəbbüs qaydasında, qeyri-sənaye şəraitində hazırlanmış silah nümunəsi başa düşülür. Kustar üsulla müxtəlif çaplarda və müxtəlif baza maşınları üzərində hazırlanmış YARS buraxıcı qurğuları Əfqanıstan, İran–İraq, Çeçenistan, keçmiş Yuqoslaviya, Dnestryanı, gürcü–abxaz, gürcü–osetin, Liviya və Suriya müharibələrində geniş istifadə olunub. 1979–1989-cu illərdə Əfqanıstanda aparılmış müharibədə sovet qoşunları tərəfindən üç ədəd B-8 bloku zirehli texnikanın üzərinə quraşdırmaqla kustar üsulla YARS əldə edilmişdir. Bloklar 14,5 mm-lik KPVT pulemyotunun yatağı ilə mexaniki

birləşdirilmiş və beləliklə YARS-ın idarə edilməsi, KPVT pulemyotu üçün nəzərdə tutulmuş PP-61 nişangahı vasitəsilə isə hədəfə tuşlanması mümkün olmuşdur. Atış xüsusi hazırlanmış elektrik-atıcı mexanizm vasitəsilə yerinə yetirilmişdir. Yenə Əfqanıstan müharibəsində sovet qoşunları tərəfindən BTR-70 zirehli transportyorunun üzərinə bir ədəd B-8V20A blokunu quraşdırmaqla kustar üsulla YARS əldə edilmişdir. Qüllənin üzərində quraşdırılmış blok idarə edilməsi üçün 14,5 mm-lik KPVT pulemyotunun yatağı ilə mexaniki birləşdirilib. KPVT pulemyotu üçün nəzərdə tutulmuş PP-61 nişangahı vasitəsi ilə hədəfə tuşlanması mümkün olmuş, atış xüsusi hazırlanmış elektrik-atıcı mexanizm vasitəsilə yerinə yetirilmişdir. 1980–1988-ci illərdə İran-İraq müharibəsində yedəyə alınan zenit topunun lafeti üzərində (bir ədəd) və SSRİ istehsalı olan MT-LB yüngül zirehli çoxməqsədli dartıcının bazasında (helikopter asqısı ilə birlikdə dörd ədəd) B-8 blokunu yerləşdirməklə YARS hazırlanmışdır. YARS-dan atəş aparılması yedəyə alınan variantda uzatma naqillə birləşdirilmiş pult vasitəsilə, MT-LB dartıcısında quraşdırılmış variantda isə xüsusi hazırlanmış elektrik-atıcı mexanizm vasitəsilə yerinə yetirilirdi. 1992–1993-cü illərdə gürcü-abxaz müharibəsində iki ədəd B-8 blokunun 6x6 təkər formullu ZiL-131 markalı yük avtomobilinin banında quraşdırmaqla, həmçinin BMP-1 piyadanın döyüş maşınının qülləsinin üzərində YARS hazırlanmışdır. YARSdan atəş aparılması uzatma naqillə birləşdirilmiş pult vasitəsilə yerinə yetirilirdi. 1991–2001-ci illərdə keçmiş Yuqoslaviyanın ərazisində aparılmış müharibələrdə də kustar üsulla dəmiryol vaqonu, zirehli texnika və 4x4 təkər formullu yük avtomobilləri üzərində yerləşdirilərək hazırlanmış YARS nümunələrindən geniş istifadə olunmuşdur.

Yüngül zirehli “Asilak SHTS” avtomobili NATO­nun STANAG 4569 I və II a və b səviyyəsinə uyğun müha izəni təmin edir.

66 www.azeridefence.com


“Fleyta” ­ YARS da yenilik Belarus Respublikasının “BSVT – Yeni texnologiyalar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu yaxınlarda təqdim olunan istehsalı olan “Fleyta” yüngül YARS düşmənin cəmləşmə rayonlarında canlı qüvvəsinin və döyüş texnikasının, artilleriya və minaatan batareyalarının məhv edilməsi və susdurulması, müqavimət göstərmək məqsədilə möhkəmləndirilmiş yerlərinin (möhkəmləndirilmiş rayonların, uzunmüddətli atəş nöqtələrinin), komanda, dayaq və rabitə məntəqələrinin (qovşaqlarının) dağıdılması, habelə döyüşün müxtəlif şəraitlərində digər tapşırıqların yerinə yetirilməsi üçün təyin edilib. “Fleyta” YARS reaktiv artilleriya bölmələri ilə yanaşı, xüsusi təyinatlı, mobil həmlə və dağ-atıcı bölmələrin tərkibində də gücləndirmə vasitəsi kimi istifadə oluna bilir. Bu zaman həmin bölmələrin komandanlığı yuxarı komandanlığın (birləşmə, birlik, qüvvə (qoşun) növü və ordu) tabeliyindəki reaktiv artilleriyanın dəstəyindən asılı olmayaraq, öz qərarlarına uyğun şəkildə mobil YARS bölmələrindən sərbəst istifadə edərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını qısa zaman ərzində və uğurla yerinə yetirmək imkanına malik olurlar. Bu ilin əvvəlində təqdimatı keçirilmiş YARS-ın yüksəkkeçidli təkərli gediş hissəsi yüksək manevrliliyi təmin edir, müasir elektron avadanlıq atəş xassələrini yüksəldir, müxtəlif döyüş başlıqlı idarə olunmayan reaktiv mərmilər isə hədəflərin geniş dairəsinə zərbə endirməyə imkan verir. “Fleyta” YARS “Asilak SHTS” 4x4 təkər formullu yüksək keçidlik imkanlarına malik yüngülzirehli avtomobilin (YZA) bazasında yerləşdirilərək “Alyans” avtomatik idarəetmə sistemi (AIS) və bort naviqasiya kompleksi (BNK) ilə təchiz edilib. Yeni YARS ayrı-ayrılıqda 80 mm-lik və 122 mm-lik olmaqla iki çapda olan istiqamətləndirici borular paketi ilə dəstləşdirilir. Yüngül zirehli “Asilak SHTS” avtomobili Rusiyanın “Rida Holding” şirkətinin QAZ-3308 “Sadko” avtomobilinin şassisində hazırladığı “Buran” çoxməqsədli yüngülzirehli avtomobilin lisenziya əsasında buraxılmış variantıdır. YARS-ın artilleriya hissəsinin (istiqamətləndiricilər paketinin) quraşdırılması ilə əlaqədar olaraq zirehli avtomobilin gövdəsinin arxa hissəsi çıxarılıb və yalnız ikiyerlik kabina saxlanılıb. “Fleyta” YARS-da tətbiq edilmiş AIS və BNK sayəsində reaktiv qurğudan aparılan atəşin dəqiqliyi artmış və onun vahid idarəetmə mərkəzinin rəhbərliyi altında fəaliyyət göstərən bölmələrin tərkibində geniş istifadəsi imkanı yaranıb. Bu da taktiki səviyyədən başlayaraq strateji səviyyəyə qədər hər bir komandir və komandana öz səviyyəsində əməliyyat şəraitinin vəziyyəti (düşmən qoşunlarının vəziyyəti və öz qoşunlarının fəaliyyəti) haqqında tam ətraflı məlumata sahib olmağa imkan verir. Nəticədə düzgün qərarların qəbul edilməsi, qoşınların və bölmələrin real zaman rejimində, qısa bir müddətdə və effektli şəkildə tətbiqi və idarə olunması mümkün olur. BNK tərkibinə daxildir: – xüsusi bort hesablayıcısı – kommutasiya bloku – naviqasiya qəbuledicisi PN-01 – inersial naviqasiya sistemi PN-02 – geomaqnit rəqəmsal kompas PN-03 – odometr

“Fleyta” YARS­in “Alyans” avtomatik idarəetmə sistemi. Komandirin avtomatlaşdırılmış iş yeri də “Alyans” AIS ilə inteqrasiya olunub.

BNK təmin edir: – real zaman rejimində YARS-ın cari koordinatlarını təyinetməni; – YARS bucaq səmtlənməsinin cari göstəricilərini (kursu, yanəyilməni, tanqajı) təyinetməni; – YARS hərəkət parametrlərini (gedilmiş yolu və sürəti) təyinetməni; – topobəndetməni və YARS ərazidə səmtləşdirilməsini; – indikasiyanı, YARS hərəkət marşrutunu hesablamağı; – tuşlayıcı pultundan istifadə etməklə istiqamətləndiricilər paketini kabinadan çıxmadan tuşlamanı. “Alyans” AIS real zaman rejimində aşağıdakı məlumatların ərazinin rəqəmsal xəritəsində əks etdirilməsini təmin edir: – döyüş maşınının özünün yerləşmə yerini; – müttəfiq bölmələrin yerləşmə yerini; – düşmənin aşkar edilmiş və müşayiət olunan hədəflərin yerləşmə yerini. Komandirin avtomatik iş yeri “Alyans” AIS ilə inteqrasiya edilib və imkan verir: – meteoroloji, ballistik, topogeodezik tapşırıqları həll etməyə; – mərminin uçuş tapşırıqlarının göstəricilərini məsafədən daxiletməni həyata keçirməyə; – hədəf haqqında məlumatları qəbul etməyə və ötürməyə; – komandir tərəfindən hədəfin növü və xarakterini daxil etməyə; – aşkar edilmiş hədəfi elektron xəritədə avtomatik əks etməyə. “Asilak SHTS” YZA güclü dizel mühərriki, güclü rama və ön bamper, həmçinin mina partlayışından mühafizə ilə təchiz edilib. Maşının zirehi ikiqatdır, yəni qapıların hər iki tərəfi zirehlidir, mina və mərmi partlayışından mühafizə edir. Avtomobildə quraşdırılmış ön və yan şüşələr ballistikdir, gülləyə davamlıdır. Maşın NATO-nun STANAG 4569 I və II a və b səviyyəsinə uyğun mühafizəni təmin edir. YARS döyüş maşınının qapıları atıcı sılahdan atış aparmanı təmin edən mazğallarla təchiz edilib. Kabinanın damında xüsusi

67


80 mm­lik “Fleyta­80” YARS­ın istiqamətləndirici paketində 80 ədəd istiqamətləndirici boru, 122 mm­lik “Fleyta­122” YARS­də isə 16 boru mövcuddur.

lyuklar nəzərdə tutulub ki, bu da zərurət olduqda heyətin kabinadan çıxmasına və atış aparmasına imkan verir. YARS idarəetmə maşınının modulunda yerləşən heyət qapıları açıb onlardan zirehli sipər qismində istifadə edərək düşmənin canlı qüvvəsini məhv edə bilir. “Fleyta” YARS döyüş maşının qısa müddət ərzində yürüş vəziyyətindən döyüş vəziyyətinə keçirilir. Özünün yüksək manevr qabiliyyətinə görə isə ərazinin istənilən, o cümlədən çətin keçilən sahələrində hərəkət edə bilir. Heyəti 2 nəfərdən ibarət olan döyüş maşınının yaylım atəşinə hazırlıq müddəti cəmi 30 saniyə vaxt tələb edir, ərazidə açılması isə 60 saniyə ərzində yerinə yetirilir. Maşının yükqaldırması 2150 kq, dolu kütləsi 6970 kq təşkil edir. “Fleyta”

YARS-ın səyyar idarəetmə məntəqəsi də “Asilak APC-6” 4x4 təkər formullu yüksək keçidlik imkanlarına malik YZA bazasında hazırlanıb. İstiqamətləndiricilər paketində istiqamətləndirici boruların sayı: - 80 mm-lik “Fleyta-80” üçün 80 ədəd; - 122 mm-lik “Fleyta-122” üçün 16 ədəd. Minimal və maksimal atış məsafəsi 80 mm-lik “Fleyta-80” üçün 1000-3000 metr, 122 mm-lik “Fleyta-122” üçün 160040000 metr təşkil edir. “Fleyta” YARS döyüş maşını üzərindəki istiqamətləndiricilər paketindən asılı olaraq həm 80 mm-lik idarə olunmayan S-8 tipli aviasiya raketlərindən, həm də 122 mm-lik idarə olunmayan 9M22U tipli reaktiv mərmilərdən istifadə edə bilir. 80 mm-lik S-8 tipli idarə olunmayan aviasiya raketlərin sırasına kumulyativ-qəlpəli, qəlpəli-fuqas, betondələn, zirehdələn, tandem-kumulyativ, işıqlandırıcı, radiolokasiya əleyhinə, iynəvari döyüş elementli və hədəfgöstərici döyüş başlıqlı mərmilər daxildir. 122 mm-lik 9М22У tipli reaktiv mərmilər sırasına isə qəlpəli-fuqas başlıq hissəli, yandırıcı başlıq hissəli, təşviqat başlıq hissəli, tüstüləyici başlıq hissəli, işıqlandırıcı başlıq hissəli, kasset başlıq hissəli PTM-3 tank əleyhinə minalı, kasset başlıq hissəli POM-2 tank əleyhinə minalı, QD və UQD diapazonda radiomaneələr qoyan başlıq hissəli, yüksəldilmiş qüvvəli qəlpəlifuqas başlıq hissəli, ayrılan qəlpəli-fuqas başlıq hissəli, özü tuşlanan döyüş elementli başlıq hissəli və kumulyativ-qəlpəli döyüş elementli başlıq hissəli reaktiv mərmilər daxildir. Qeyd edildiyi kimi, “Fleyta” YARS üçün həm 80 mm-lik çaplı, həm də 122 mm-lik çaplı döyüş sursatlarının nomenklaturası böyükdür və onların hədəflərin növündən asılı olaraq tətbiq sahəsi genişdir. İstər sənaye üsulu ilə, istərsə də kustar üsulla hazırlanmış nümunələri çox göstərmək olar, amma göründüyü kimi, bütün bu nümunələrin heç biri “Fleyta” YARS-la rəqabət aparmaq iqtidarında deyil. Çünki özünün bir çox xüsusiyyətlərinə görə “Fleyta” YARS digər nümunələri üstələyir. Bütün bu xassələrin cəmi isə “Fleyta” YARS-a ilk növbədə Xüsusi Əməliyyat Qüvvələrinin (Quru Qoşunlarının həmlə taborlarının, Xüsusi Təyinatlı Qüvvələrin, Hava-Desant Qüvvələrinin) bölmələrində tətbiq olunmağa imkan verir. Bu zaman YARS döyüş tapşırığının yerinə yetirilməsi zamanı bölmələrin dəstəklənməsini təmin edir. Döyüş maşınının reaktiv mərmilərlə doldurulmuş kütləsi isə onun nəqliyyat aviasiyası ilə nəql edilməsini və istər oturtma üsuslu ilə, istərsə də paraşütlərin köməyi ilə desant olunmasına imkan yaradır. Müxtəlif növ idarə olunmayan reaktiv mərmilərin tətbiqi isə öz növbəsində 6 ədəd döyüş maşınından ibarət reaktiv batareyaya düşmənin əsas tank təhlükəli istiqamətlərini bağlamağa və etibarlı müdafiə sipəri qurmağa imkan verir. Bu zaman Silahlı Qüvvələrin, xüsusilə də Xüsusi Əməliyyatlar Qüvvələrinin (Xüsusi Təyinatlı Qüvvələrin, Hava-Desant Qüvvələrinin) təhlükəsizliyinin təmin edilməsi üzrə imkanları genişlənir. AD Özüyeriyən robot platforma üzərində quraşdırılmış “Fleyta”nın “Vistl” adlı yeni versiyası isə 30 və ya 18 ədəd 57 mm çaplı S­5 idarəolunmayan aviasiya raketi yüklənmiş istiqamətləndirici blokla silahlandırıla bilir. Foto: Belarus Dövlət Hərbi Sənaye Komitəsi

68 www.azeridefence.com


İRANIN RAKET PROQRAMLARI zərurətin doğurduğu qlobal problem Kənan Rövşənoğlu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) general Qasim Süleymaninin yanvarın 3-də öldürülməsinə cavab olaraq 5 gün sonra – yanvarın 8-də ABŞ-ın İraqdakı bazalarını raket atəşinə tutdu. Bu bir klassik qisas aktı idi. İran ərazisindən buraxılan raketlərdən 14-ü Süleymanini öldürülməsində istifadə edilən pilotsuz uçuş aparatlarının havaya qalxdığı Ayn əl-Əsəd hərbi bazasına, biri isə ABŞ Orduunun Ərbildə yerləşən bazasını hədəfə almışdı. Şərq qisas ənənəsinə uyğun olaraq raket atəşindən sonra Süleymaninin cəsədi vətəni Kirmanda dəfn olundu. İran Silahlı Qüvvələri ABŞ bazalarını məhz İran İslam Respublikasının ərazisindən buraxılan ballistik raketlərlə vurmaqla, həm də ABŞ və digər düşmənlərinə raket gücünü nümayiş etdirirdi. Ayn əl-Əsəd bazası 700 kilometr məsafəyə uça bilən yaxınmənzilli “Zülfüqar” və bəzi ehtimallara görə, həm də “Fateh-110” raketləri ilə vurulmuşdu. Tehranın əlində 1000 kilometr məsafəyə uça bilən və böyük dağıdıcı gücə sahib “Siccil” (“Sejil”) və “Emad” kimi raketlərin olmasına baxmayaraq, Sepah onlardan istifadə etmədi.

İran Ordusu və SEPAH­ın silahlanmasında mövcud olan “Zülfüqar” SRBM­in uçuş məsafəsi 750 kilometr təşkil edir. İran yanvarın 8­də İraqdakı ABŞ bazasının, bundan əvvəl isə Suriya və İraqdakı İŞİD silahlılarının mövqelərinin vurulmasında “Zülfüqar”dan istifadə edib. Foto: Defapress

Yəməndən Fələstinə İslam Respublikasının son onillikdə ən çox “reklam etdiyi” silahlar sırasında ballistik raketlər dayanır. Bu raketlər yalnız İranda deyil, rəsmi Tehranın açıq və gizli dəstək verdiyi Yəmən (Husilər), Suriya (hökumət qüvvələri), İraq (Həşdi Şabi), Fələstin (Həmas və İslami-Cihad), Livanda (Hizbullah) da istifadə olunmaqdadır. Məsələn, Livan Hizbullahının lideri Həsən Nəsrullah 2006-cı il müharibəsindən sonra bəyan etmişdi ki, onların əlində 140 mindən çox müxtəlif növ raket var (107, 122, 160, 230 və daha böyük kalibrli reaktiv raketlər də hesablanır- red.). Bunların bəziləri İsrailin daxili rayonlarını vuracaq qabiliyyətə malikdir. Ballistik raketlər İranın potensial düşmənləri üçün əsas təhlükə vasitəsidir və İranın hərbi rəsmiləri vaxtaşırı İsrail və hətta 10 il əvvəl Avropanı bu raketlərlə təhdid edirdilər. Təhdid vasitəsi kimi raketlərin


seçilməsi də əslində səbəbsiz deyil. Aviasiya və Hərbi Dəniz Qüvvələrində İran hələ də yüksək texnoloji nailiyyətlərə sahib ola bilməyib. Lakin raketlər barəsində bunu demək olmaz. 1980-ci illərin əvvəllərindən başlayaraq İran hərbi sənayesi raket texnologiyalarının yaradılması və istehsalı sahəsində ciddi fəaliyyətlər həyata keçirir. Əslində iranlıların raket proqramına bu qədər həvəsini İslam Respublikasının yalnız İsraili və ya Avropanı hədəfə almaq istəyi ilə bağlamaq doğru olmazdı. Bu həm də zərurətdən yaranmışdır. İslam inqilabına qədər İranın güclü hərbi aviasiyası mövcud olmuşdur. Lakin inqilabdan sonra İraqla 10 il davam edən müharibə nəticəsində İran aviasiyası zəiflədi, üstəlik tətbiq edilən beynəlxalq embarqolar səbəbindən İran hərbi aviasiyasını yeniləyə bilmədi. Britaniya Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun 2005-ci ildə hazırladığı hesabatda da “İranın raket proqramını məhz aviasiya və dəniz sahələrindəki boşluğu doldurmaq üçün inkişaf etdirdiyi” qeyd olunur. Çünki raketlər daha asan və ucuz başa gəlirdi, təsir gücü isə yüksək idi. Ən əsası raketləri və onların ehtiyat hissələrini kənardan tədarük etmək mümkün idi. İran İslam Respublikası ballistik raketlərin yaradılması proqramlarını 1980-ci illərin əvvəllərində, islam inqilabından dərhal sonra başlayıb. Həmin dövrdə İran Ordusunun Raket-Artilleriya Qoşunlarına komandanlıq edən general

Həsən Tehrani Müqəddəm ən böyük arzusu olan “İsraili vura biləcək” qabiliyyətə malik raketlərin istehsalı proqramını hazırlamış və bununla İranın raket sənayesinin əsasını qoymuşdur. İsraili vuracaq raketlərin istehsalını həyata keçirmək üçün İranın əlində olan yeganə variant cəmi 300 kilometr uçuş məsafəsinə malik, SSRİ istehsalı olan “Scud-B” raketləri idi. O da ikinci əldən – Koreya Xalq Demokratik Respublikasından (KXDR) və Liviyadan alınmışdı. İran generalları isə ən azı 1200-1300 kilometr məsafəyə malik raketlərin arzusunda idilər. Tezliklə proqramın reallaşdırılması üçün addımlar atılır. “Scud-B” əsasında yaradılmış, 300 km uçuş uzaqlığına malik “Şahab-1” ballistik raketi 1987-ci ildə, 500 km uçuş uzaqlığına malik “Şahab-2” ballistik raketi 1990-cı ildə, İsraili hədəfə ala bilən - 2000 km uçuş uzaqlığına malik olduğu iddia edilən “Şahab-3” ballistik raketi (KXDR ilə birlikdə “Rodong-1” ballistik raketin əsasında yaradılıb) isə 2003-cü ildə silahlanmaya qəbul edildi. Amerika Konqres Araşdırmaları Xidmətinin eksperti Steven A. Hildrethə görə 80-ci illərin ortalarında artıq İran öz raketlərini istehsal edirdi və İran–İraq müharibəsində İran istehsalı 600-dən çox raket atılmışdı. General Müqəddəm 2011-ci ildə ehtimallara görə, “Şahab-3” raketlərinin istehsal olunduğu müəssisədə baş vermiş partlayışda öldükdə İranın əlində “Şahab-1”, “Şahab-2” və “Şahab-3” raketləri mövcud

idi. İlk sınaqları 1998-ci ildə keçirilmiş “Şahab-3” raketi maye yanacaqla işləsə də, sonrakı illərdə İran yerli sxem əsasında, ən əsası qatı yanacaqla işləyən ballistik raketlərin nümunələrini də yarada bilib. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, İranın ballistik raketləri, xüsusilə də “Şahab-3”ün uçuş uzaqlığı ilə bağlı bəzi ziddiyyətlər mövcuddur. Bəzi qaynaqlarda “Şahab-3” ortamənzilli ballistik raketlərin maksimum uçuş məsafəsinin 1500 km ola biləcəyini bildirilsə də, Claremont İnstitutunun ekspertlərinin ehtimalına görə bu məsafə göstəriləndən xeyli çox 2500 kilometrə qədər təşkil edə bilər. 2009-cu ildə İran hökuməti ballistik raketlərin Avropaya çata bildiyini elan etdi. Həmin vaxt bunu ABŞ-ın o zamankı prezidenti Barak Obama da çıxışında açıqlamışdı. Tehranın bu açıqlamasından iki həftə sonra Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi ilə məşğul olan gizli müəssisə barədə məlumat yayıldı və Sepah yaxın və ortamənzilli raketlərin sınağını keçirdi. Qısamənzilli ballistik raketlər Qeyd edildiyi kimi, İran 1000 km-dək uçuş məsafəsinə malik qısamənzilli ballistik raketlərin (Short-Range Ballistic Missile – SRBM) istehsalı proqramına 1980-ci illərin ortalarında başlayıb və 1990-cı illərdə bu proqram inkişaf etdirilib. “Scud-B” qısa mənzilli ballistik raketin bazasında yaradılmış və 1987-ci ildə

“Şahab­3” MRBM Tehran şəhərində keçirilən hərbi paradda. Foto: İRNA

70 www.azeridefence.com


silahlanmaya qəbul edilmiş “Şahab-1”in ilk nümunələri İran–İraq müharibəsində istifadə edilib. Bəzi məlumatlara görə, İran 1990-2000-ci illərdə İraq ərazisində yerləşən “Mücahidin-e Xalq” təşkilatının düşərgələrinə qarşı “Şahab-1”dən geniş şəkildə istifadə edib. Çəkisi 5860 kq, uzunluğu 10.94 m təşkil edən, inersial naviqasiyadan istifadə edən raket 1000 kq ağırlığında döyüş başlığı daşıyır və uçuş uzaqlığı 350 kilometrədək, dairəvi səhv ehtimaı (CEP) 450 metrdir. 1990-ci illərdə silahlanmaya qəbul edilmiş “Şahab-2” SRBM-in keçmiş Sovet “Scud-C” və ya KXDR-in “Hwasong-6” ballistik raketinin bazasında yaradıldığı ehtimal edilir. Maye yanacaqla işləyən raketin ağırlığı 6055 kq, uzunluğu 11 metrdir. Uçuş məsafəsi 500 km təşkil edən raket 747 kiloqram ağırlığında döyüş başlığı daşıyır. 2010-cu ildə silahlanmaya qəbul edilmiş, bəzi qaynaqlarda “Şahab-2”nin təkmilləşdirilmiş versiyası kimi təqdim olunan “Qiam-1” qısamənzilli ballistik raketinin maksimum uçuş məsafəsi 800 km-ə çatdırılıb. Maye yanacaqla işləyən raketin çəkisi “Şahab-2” ilə müqayisədə 100 kiloqram artırılaraq 6155 kiloqrama çatdırılıb, döyüş başlığı isə dəyişməz qalıb – 747 kiloqram. Təqdimatlardan göründüyü qədər “Qiam-1”in işə salınması üçün müxtəlif platformalardan istifadə oluna bilər. İran mənbələri “Qiam-1” ballistik raketinin idarəetmə sisteminin, işəsalma qurğusunun və döyüş başlığının təkmilləşdirildiyini iddia edirlər.

Uçuş məsafəsi yeni növ kompozit yanacaq hesabına 500 kilometrədək artırılmış “Fateh 313” SRBM 450­650 kq ağırlığında döyüş başlığı daşıyır. Foto: İnternet

“Qiam-1” ilk dəfə 2017-ci ildə Suriyada İŞİD silahlılarının mövqelərinin vurulmasında istifadə olunub. Beynəlxalq mərkəzlərin araşdırmalarında yer alan məlumata görə, İran Ordusu tərəfindən 17 iyun 2017-ci il tarixində İŞİD-in nəzarəti altında olan Mayadin qəsəbəsinə ən azı 2 “Qiam-1” raketi atılıb. Bundan başqa, 8 yanvar 2020-ci il tarixində ABŞ-ın İraqdakı aviasiya qüvvələrinin cəmləşdiyi “Əl-Əsəd” avibazasına bir neçə “Qiam-1” raketinin atıldığı təsdiqlənib. ABŞ və Səudiyyə Ərəbistanın kəşfiyyat məlumatlarına görə, İran son illərdə “Qiam-1” ballistik raketlərini “Burkan2H” adıyla Yəməndəki Husi silahlılarına ötürüb. Səudiyyə Ərəbistanı hərbi rəsmiləri bu qənaətə 4 noyabr 2017-ci il tarixində husilər tərəfəindən Ər-Riyada

atılmış “Burkan-2H” ballistik raketinin qalıqlarını analiz edərək gəlib. Qeyd edək ki, atılan raket Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə qüvvələri tərəfindən MIM-104 “Patriot” sistemi tərəfindən zərərsizləşdirilmişdi. 1989-cu ildə Çindən alınmış yaxınmənzilli CSS-8 raketlərinin əsasında yaradılan “Fateh-110” SRBM isə nisbətən kiçik qabarit ölçülərinə baxmayaraq, İranın qısamənzilli ballistik raket texnologiyalarında yeni bir istiqamət hesab olunur. 650 kiloqram döyüş başlığı daşıyan raketin ümumi ağırlığı 3500 kq, uçuş uzaqlığı 350 km, uzunluğu 8.90 m, maksimum sürəti 3.5 Mach təşkil edir. Bərk yanacaqla işləyən raket inersial və qlobal peyk naviqasiyasından və terminal mərhələsində elektro-optik kompleks-

Uçuş uzaqlığı 350 km təşkil edən “Fateh 110” SRBM 650 kiloqram döyüş başlığı daşıyır. İranın silahlanmasında 100­ə yaxın “Fateh 110” SRBM­in olduğu ehtimal edilir. Bu raketlərin Suriya və İraqda istifadə olunmasına dair məlumatlar mövcuddur. Foto: İran MN

71


lərdən istifadə edərək hədəfə yönəlir. ABŞ Hərbi Hava Qüvvələrinin Milli Hava və Kosmos Kəşfiyyat Mərkəzinin məlumatına əsasən İran, 100-ə yaxın “Fateh-110” raketinə sahibdir. “Fateh-110” SRBM-in 200 km atış uzaqlığına malik birinci variantı 2002-ci ilin sentyabr ayında uçuş sınaqlarını tamamladıqdan sonra silahlanmaya qəbul edilib. 2004-cü ilin sentyabrında 250 km uçuş uzaqlığına malik ikinci, 2010-cu ildə uçuş uzaqlığı 300 km-ə artırılmış üçüncü, 2012-ci ildə isə 300 km uçuş uzaqlığına malik, dəqiqliyi artırılmış dördüncü nəsli İran Ordusunun silahlanmasına verilib. Vətəndaş müharibəsindən əvvəl raketin lisenziya əsasında Suriyada M-600 indeksi ilə istehsalına başlandığı bildirilir. 2014cü il noyabr ayının sonlarında İran və Livan mənbələri Hizbullahın “Fateh-110” ballistik raketləri əldə etdiyini təsdiqləyiblər. İran ordu rəsmilərinin sözlərinə görə, Livandan – Hizbullahın bazalarından buraxılan “Fateh-110” raketləri 250-350 km uzaqlıqda – İsrailin şimalında yerləşən Negev yaşayış məntəqəsinə zərbələr endirməyə imkan verir. “Fateh-110” SRBM-lərin Suriya və İraqda gedən hərbi əməliyyatlarda istifadə

72 www.azeridefence.com

edildiyinə dair təsdiq edilmiş məlumatlar mövcuddur. 2011-ci ildə İran Silahlı Qüvvələri “Fateh-110” SRBM əsasında yaradılmış, 300 km atış uzaqlığına malik “Xalij Fars”, 2017-ci ildə isə 250 km atış uzaqlığına malik “Hörmüz-2” adlı gəmi və radar əleyhinə ballistik raketlərin, 2018-ci ildə isə “Fateh-110” raketləri üçün tək milləşdirilmiş “Fateh Mobin” yönləndirmə dəstinin təqdimatını keçirib. İran Ordusu tərəfindən son illər xarici hərbi qarşıdurmalarda açıq şəkildə istifadə olunan “Zülfüqar” (“Zolfogar”) ballistik raketinin də “Fateh-110” SRBM əsasında yaradıldığı güman edilir. İlk prototipi 2016-cı ilin sentyabr ayında Tehranda hərbi paradda nümayiş etdirilmiş “Zülfüqar”ın kvaziballistik uçuş trayektoriyasına sahib “Fateh-110” seriyasının digər nümunələrindən fərqli olaraq, ballistik trayektoriya ilə uçduğu və xəta payının 100 metr təşkil etdiyi bildirilir. Raketin iddia edilən 700 km uçuş məsafəsi, 2017-ci ildə Suriyanın Deyr əz-Zor vilayətinə endirilmiş raket zərbəsinə əsaslanaraq təsdiqlənir. Bərk yanacaqla işləyən birpilləli mühərriklə təchiz olunmuş “Zülfüqar” çox saylı fərqli

döyüş başlıqları daşıma qabiliyyətinə sahibdir. “Fateh-110” ailəsinin digər nümunəsi isə 2015-ci ildə təqdimatı keçirilmiş “Fateh-313” SRBM-dir. Uçuş məsafəsi yeni növ kompozit yanacağın hesabına 500 kilometrədək artırılmış ballistik raketin 450-650 kq ağırlığında döyüş başlığına sahib olduğu, ümumi çəkisinin isə 3.45 ton təşkil etdiyi bildirilir. 2020-ci ilin fevral ayının 9-da – İslam İnqilabının 41-ci ildönümündən bir neçə gün əvvəl İran 500 km uçuş uzaqlığına malik “Raad-500” adlı yeni bir qısamənzilli ballistik raketini də tanıdıb. Yerli mediaya açıqlamalarında Sepah rəsmiləri raketin kompozit yanacaqla işləyən “Zoheir” mühərrikləri ilə təchiz edildiyini, “Fateh-110” SRBM-dən iki dəfə ağır və uçuş məsafəsinin 200 km uzun olduğunu bildiriblər. Ortamənzilli ballistik raketlər 2000-ci illərin əvvəllərindən etibarən bərk yanacaqla çalışan, uçuşmənzili 1000-3000 km təşkil edən ortamənzilli ballistik raket (Medium Range Ballistic Missile –MRBM) proqramını uğurla reallaşdıran İran “Şahab-3”, “Fəcr-3”,


“Qader-110”, “Aşura”, Siccil”, “Emad”, “Xorramşəhr” və “Dezful” kimi MBRMlərə sahib olmuşdur. İranın ilk orta mənzilli ballistik raketi olan “Şahab-3” Şimali Koreyanın “Nodong-1” MBRM-nin əsasında yaradılıb. 2003-cü ildə silahlanmaya qəbul olunmuş, maye yanacaqlı mühərriklə işləyən “Şahab-3” ballistik raketinin sürəti 2.4 km/saniyə, uçuş uzaqlığı 1000 km, “Şahab-3ER” variantında isə 2000 kilometrdir. 1200 kq ağırlığında döyüş başlığı daşıyan “Şahab-3” ballistik raketləri İranın qərb rayonlarından buraxıldığı halda İsraili və Avropada Yunanıstana qədər bir məsafədə hədəfləri vurmağa imkan verir. Açıq qaynaqlarda “Şahab-3” MBRMin, “Şahab-3B”, “Şahab-3C”, “Şahab-3D” və “Şahab-3ER” variantlarının olduğu bildirilsə də “Şahab-3C” və “Şahab-3D” barədə geniş məlumat mövcud deyil. Raketin təkmilləşdirilməsi İran Müdafiə Sənayesi Təşkilatının tərkibinə daxil olan Şəhid Hemmat Sənaye Qrupu (SHIG) tərəfindən davam etdirilir. İran hərbi rəsmiləri uçuş, hətta terminal mərhələsində raketin trayektoriyasını bir neçə dəfə dəyişdirmək imkanlarının mövcud olduğunu iddia edirlər. Rəsmilər raketin xəta payının 30-50 metr olduğunu bildirsələr də, ekspertlər bu rəqəmi spekulyativ adlandırırlar. 2006-cı ildə silahlanmaya qəbul edilmiş “Fəcr-3” ballistik raketinin uçuş uzaqlığının 2500 km-ə qədər olduğu güman edilir. İlk dəfə 31 mart 2006-cı il tarixində Sepahın “Müqəddəs Peyğəmbər” təlimlərində görüntülənmiş raketin texniki-taktiki xüsusiyyətləri barədə ətraflı məlumat mövcud deyil. Sepah rəsmiləri isə açıqlamalarında mayeyanacaqlı mühərriklə işləyən “Fəcr-3”ün 3 fərqli növdə döyüş başlığı daşıdığını bildirlər. 2007-ci ilin noyabr ayında “Fəcr-3” MRBM-in ardınca İran 2000 km uçuş uzaqlığına malik “Aşura” MRBM-ini təqdim edib. “Aşura” öündən əvvəlki “Şahab-3” və “Fəcr-3”dən fərqli olaraq bərk yanacaqlla çalışan iki pilləli raket mühərrikindən istifadə edir. Ortamənzilli ballistik raket proqramında sürətli templə irəliləyən rəsmi Tehran 2015-ci ilin oktyabr ayında 2000 km uçuş uzaqlığına sahib “Emad”ı təqdim edib. Bəzi mənbələrdə “Şahab-3” ailəsinin yeni nümunəsi kimi xarakterizə edilən “Emad” 750 kq ağırlığında döyüş başlığı

Silahlanmaya 2007­ci ildə qəbul edilmiş “Aşura” MRBM 2000 km uçuş uzaqlığına malikdir. Ballistik raket bərk yanacaqla işləyən iki pilləli raket mühərriki ilə təchiz olunub.

İranın yeraltı raket istehsalı müəssisəsində istehsal edilən “Dezful” MRBM. “Zülfüqar” SRBM­in təkmilləşdirilmiş versiyası olan “Dezful” 1350­1500 km uçuş məsafəsinə sahibdir. Foto: İran MN

daşıyır və dairəvi xəta payının 500 metr təşkil etdiyi bildirilir. “Şahab-3”dən fərqli olaraq “Emad” konusformalı burun dizaynına malikdir. Mütəxəssislərin sözlərinə görə, bu dizayn döyüş başlığının hədəfin üzərində – müəyyən məsafədə partladılmasına imkan verir. Bu həm də raketin kimyəvi, bioloji və ya nüvə başlığı ilə dəstləşdirilməsi üçün uyğundur. İran raket sənayesinin son nailiyyətlərindən sayılan “Qadir” (“Ghadr”) MRBM müxtəlif növ döyüş başlıqlarını 2000 kilometrədək məsafəyə daşıma qabiliyyətinə sahibdir. Qərb ekspertləri tərəfindən “Şahab-3A” MRBM-in təkmilləşdirilmiş versiyası olduğu düşünülən “Qadir” MRBM-in uçuş uzaqlığına görə, “Qadir-F” (1950 km) və “Qadir-H” (1650

km) adlı iki variantı mövcuddur. İranın ən müasir ballistik raketi olaraq bilinən “Siccil”in (“Sejjil” dini ədəbiyyatda Cəhənnəmin adlarından biridir – K.R) sınaqlarına 2011-ci ildə başlanıb və 2014-cü ildə silahlanmaya qəbul edilib. “Siccil” MRBM ilə “Aşura” və “Qadir” raketləri arasında oxşarlığın çox olduğu, üstün texnologiyalı “Siccil”in qitələrarası ballistik raketə keçiddə baza rolunu oynadığı ehtimal olunur. İran rəsmilərinin açıqlamalarına görə, “Siccil” raketi digər ballistik raketlərdən fərqli olaraq, müxtəlif bucaqlar altında buraxıla bilir. Uzunluğu 18.2 metr təşkil edən ikipilləli “Siccil”in ağırlığı 22.5 ton, sürəti 14 Mach (4300 m/s) təşkil edir. Raket 500 kq-dan 1500 kiloqramdək ağırlıqda

73


müxtəlif növ döyüş başlıqlarını 2000 km (“Siccil-2”) və 2400 km (“Siccil-1”) məsafəyə daşıya biləcək iki variantda istehsal olunur. Sepahın Aerokosmik Qüvvələrinin komandiri briqada generalı Əmir Əli Hacızadənin sözlərinə görə, “Siccil” əvvəlki nəsil ortamənzilli ballistik raketlərdən daha mükəmməl naviqasiyaya, təkmilləşdirilmiş idarəetməyə, artırılmış faydalı yükə, daha uzaq məsafəyə uçuş, yüksək sürət, daha sürətli işəsalma qabiliyyətinə sahibdir. Raketin uçuş trayektoriyasında aşkarlanma qabiliyyəti minimallaşdırılıb. 2017-ci ilin yanvar ayında İran mediası Xürrəmşəhr şəhərinin adını daşıyan “Xorramşəhr” adlı ortamənzilli bal listik raketin sınaq görüntülərini yayımlayıb. Mediada yer alan məlumatlara görə, 1800 kq döyüş başlığı daşıyan, o cümlədən nüvə döyüş başlığı daşıma potensialına malik bu raketin uçuş

74 www.azeridefence.com

uzaqlığı 1000-2000 km arasındadır. Şimali Koreyanın “Hwasong-10” ballistik raketinin əsasında yaradıldığı iddia edilən “Xorramşəhr”in uzunluğu 13 metr, diametri 1.5 metr, sürəti 16 Mach-dir. İranın ortamənzilli ballistik ra ketlərinin son nümunələrindən biri də 2019-cu ilin fevral ayında yeraltı müəssisədə təqdimatı keçirilmiş 1350-1500 km uçuş məsafəsinə malik “Dezful”dur. Birqada generalı Əmir Əli Hacızadənin sözlərinə görə, “Dezful” köhnə “Zülfüqar” raketlərinin təkmilləşdirilmiş versiyasıdır. Qitələrarası ballistik raketə doğru İran 4000 kilometrdən çox uçuş uzaqlığına malik qitələrarası ballistik raketlərə (ICBM) sahib olmasa da, ekspertlər rəsmi Tehranın mövcud layihələr əsasında bu istiqamətdə işlər apardığını düşünürlər. Hətta yaxın 10 il ərzində İranın qitələrarası ballistik raketə

sahib olacağı ciddi ehtimal kimi səsləndirilir. ABŞ, Böyük Britaniya və İsrailə aid mərkəzlərin hesabatlarında İranın “Şahab-4” və “Şahab-5” qitələrarası ballistik raket layihələrindən bəhs edilməyinə baxmayaraq, hələlik bu iddialar öz təsdiqini tapmayıb. Ancaq bəzi ekspertlərə görə İran Ordusu Şimali Koreyadan alınmış BM-25 “Musudan” ballistik raketlərinə sahibdir. Hansılar ki, 4 min kilometr məsafədə hədəfləri vura bilər. İranın “Project Kowsar” (“Kövsər layihəsi”) adlanan raket proqramına istinad edilərək, 4000-5000 km uçuş uzaqlığına malik qitələrarası ballistik raketlərin yaradılması ehtimalının üzərində dayanılmasına daha çox rast gəlinir. İddialara görə, sözügedən proqram çərçivəsində “Siccil” və “Şahab” layihələrinin inkişafı nəzərdə tutulur. Qeyd edək ki, İranın qitələrarası ballistik raketlərin yaradılması istiqamətində həyata keçirdiyi layihələrdən biri də hələlik rəsmən təsdiqlənməmiş, lakin tədqiqat mərhələsində olduğu ehtimal edilən “Siccil-3”dür. “Siccil” seriyasında ilk ICBM olacağı gözlənilən, üç pilləli “Siccil-3” ICBM-in maksimum uçuş məsafəsinin 4000 km-in üzərində olacağı düşünülür. Başqa bir məlumatda isə İranın KXDR-in “Taepodong-2” ICBM-nin əsasında özünün “Şahab-5” qitələrarası ballistik raketinin yaradılması ilə bağlı işlər apardığı bildirilir. Bəzi məlumatlara görə, “Şahab-5” raketinin uçuş uzaqlığı 700-1000 kq yüklə 4000-4300 km arasında olacaq. Hələ ki ideya halında olduğu bildirilən “Şahab-6” ICBM layihəsində isə 8500-10000 kilometr uçuş uzaqlığının əldə olunması planlaşdırılır. Beynəlxalq silah mütəxəssislərinə “Şahab” raketlərində olduğu kimi, ortamənzilli “Siccil” raketlərinin texnoloji imkanları onun tamamilə yerli istehsal olmadığını, texnologiyasının mühüm bir qisminin xaricdən alındığını göstərirlər. Bu sırada KXDR və Çinlə yanaşı Rusiyanın da adı hallanır. Güman var ki, qitələrarası ballistik raketlərin yaradılmasında da İran ənənəvi müttəfiqlərinin təcrübəsindən və dəstəyindən istifadə edir. AD


Boru kəmərlərinin mühafizəsində yeni yanaşmalar

Azər Hüseynov Neft və qaz boru kəmərlərinə müdaxilələrin və sızmaların vaxtında aşkarlanması istehsalın sabit saxlanması, ixracın fasiləsizliyinin təmin edilməsi və ekoloji təhlükəsizlik üçün mühüm olan faktorlardandır. Son illər İraq, Türkiyə, Şimali Afrika regionu, Nigeriya, Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrdə neft və qaz ixrac kəmərlərinə edilən hücumlar, qaçaqçılıq məqsədi ilə qanunsuz qoşulmalar və insanlar tərə indən aparılan inşaatqazıntı işləri nəticəsində neft şirkətlərinə vurulmuş milyonlarla dollar dəyərində ziyan boru kəmərlərinin iziki təhlükəsizliyinin əhəmiyyətini bir daha gündəmə gətirmişdir Nigeriya Milli Neft Şirkətinin (NNPC) direktoru Malam Mele Kyari bu ilin yanvar ayında mətbuata verdiyi müsahibədə 2001–2019-cu illərdə ölkə daxilində neft kəmərlərinə qarı 45347 hücumun olduğunu və neft şirkətlərinə yüz milyonlarla dollar dəyərində maddi zərərin dəydiyini bildirib. Təkcə İraqda ölkənin ABŞ tərə indən işğal olunmasından sonra – 2003–2018-ci illərdə İraqda neft və qaz kəmərlərinə qarşı 350-dən çox hücum baş vermişdir. 2016-cı ilin fevral ayında İraq neftini Türkiyənin Ceyhan limanına nəql edən Kərkük–Ceyhan neft boru kəmərində törədilmiş partlayış nəticəsində xam

neftin nəqli 10 gündən artıq müddətdə dayanmış, ətrafa dağılmış neft böyük bir ərazidə ekoloji çirklənməyə səbəb olmuş, istehsalçı şirkət günlük 15 milyon dollar dəyərində zərərə düşmüşdür. Hazırkı dövrdə neft-qaz, eləcə də su boru kəmərləri üçün təbii və texnogen proseslər, gizli qoşulmalar (qaçaqçılıq), təsərrüfat və ya inşaat işləri zamanı aparılan qazıntılar kimi ənənəvi problemlərlə yanaşı, terror aksiyaları və dron hücumlarının edilməsi kimi yeni təhdidlər də gündəmdədir. 2019-cu ildə Husi silahlıları tərə indən Səudiyyə Ərəbistanının neft-boru kəmərlərinə və

terminallarına kamikadze dronlar vasitəsi ilə endirilən çoxsaylı hücumlar müasir texnologiyalara əsaslanan eşalonlaşdırılmış müha izə metodlarının tətbiqini aktuallaşdırıb. Fiberoptik akustik aşkarlaycılar “OptoSense”, “Indra Sistemas”, “Westminster International”, ASELSAN /HAVELSAN ortaqlığı boru kəmərlərinin müha izəsi sahəsində müştərilərinə iber-optik aşkarlama sensorları və bu sensorlarla inteqrasiya edilmiş CCTV, infraqırmızı kamera müşahidə, radar və pilotsuz uçuş aparatlarından ibarət genişləndirilmiş həllər təklif edirlər. Açıq arxitekturaya, təkmilləşdirilmiş proqram təminatına, ən son versiyaları süni intellektə əsaslanan sistemlər kəmərlərin müha izə zonasındakı təhdidlərlə yanaşı, deşilmələr, maye sızıntıları kimi ətraf mühit üçün yaranan təhlükələri vaxtında aşkarlamağa imkan verir. Böyük Britaniyanın “QinetiQ” konserninə daxil olan “OptaSense” şirkətinin hazırladığı həlllər hazırda dünyada 10000 kilometrdən çox boru

75


kəmərini müha izə edir. Videomüşahidə qurğuları, radarlar və digər sensorlarla inteqrasiya olunan “OptaSense” sisteminin təkmilləşdirilmiş alqoritmləri texnikanın hərəkətini, yaxınlaşan insanları, torpaqda aparılan işləri və digər real təhlükələri, habelə boru kəmərlərində təzyiqin düşməsi və deşilmələri real vaxt rejimində aşkarlamağa, hadisə ərazisini tapmağa və təsnif etməyə imkan verir. “OptaSense” və tərəfdaşı “Optilian” şirkəti 2016-cı ilin sentyabr ayında TANAP konsorsiumu ilə Azərbaycan qazını Türkiyə vasitəsi ilə Avropaya nəqlini həyata keçirən 1850 km uzunluğunda TANAP qaz kəmərinin iberoptik monitirinq və izləmə sisteminin qurulmasına dair 30 milyon ABŞ dolları dəyərində müqavilə imzaladığını açıqlayıb. İnşaat mərhələsindən TANAP boru kəməri ilə əlaqələndirilmiş “OptaSense” sistemi unikal DAS texnologiyasından istifadə etməklə iberoptik izləməni, həmçinin 4 rejimdə (temperatur, akustika, yerin gərginliyi və təzyiq) sızmaların aşkarlanması, xarici müdaxilə və zərərin qarşısının alınması funksiyalarını yerinə yetirir. TANAP ilə yanaşı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin də Türkiyə ərazisindən keçən hissəsi “OptaSense” sistemini vasitəsi ilə müha izə olunur. “OptaSense” siqnalqəbuledici bloku

76 www.azeridefence.com

Şirkət 2000-ci illərin əvvəllərində Braziliya, Kolumbiya, ABŞ və Kanadada neft və qaz, 2015-ci ildə Meksikada qaz kəmərinin, son illər Əlcəzairdə bir neft və bir qaz, 2019-cu ilin iyun ayında Pakistannın Xeybər vilayətində bir boru kəmərinin iberoptik müha izə monitorinq sisteminin yaradılması layihəsini qazandığını açıqlayıb. Pakistan layihəsində “OptaSense”nin iberoptik müha izə sistemi CCTV kameraları ilə inteqrasiya edilib. 2013-cü ildən başlayaraq, Qazaxıstanın AVENCOM şirkəti tərə indən ölkə daxilindəki neft kəmərlərinin müha izəsində “OptaSense” həlləri tətbiq olunmaqdadır. Təhlükəsizlik həllərinin yaradılması və istehsalı sahəsində ixtisaslaşmış İngiltərənin “Westminster International” şirkəti 2016-cı ilin avqust ayında Amerikada yerləşən dövlətə məxsus neft-kimya şirkətlərindən biri ilə neft boru kəmərinin 20 km-lik hissəsində “Westminster Akustik Fiber Optik Boru Kəməri Təhlükəsizlik Sistemi” (AFOPSS) adlandırılan inteqrasiya olunmuş müha izə həllinin tətbiqinə dair müqavilə imzalayıb. Hazırda şirkət adı açıqlanmayan həmin təşkilat tərə indən işlədilən neft boru kəmərinin daha bir neçə yüz kilometrlik hissəsində AFOPSS sisteminin qurulmasını davam etdirir. Şirkətdən verilən məlumata görə, AFOPSS sistemi iberoptik sensorlar vasitəsi ilə qanunsuz qoşulmalar, qazıntılar, terror aktları üçün cəhdləri, habelə kəmərlərdə baş verən sızmaları öncədən aşkarlamaq və boru kəmərlərinin, onların uzaq məsafələrdə yerləşən qurğularını qorumaq üçün hazırlanıb. Bir və ya daha neçə mərkəzə bağlanan AFOPSS sistemi GPS-dən və coğra i informasiya sistemindən istifadə edərək, məsafədən asılı olmayaraq, 40 km-lik bir boru kəmərinin üzərindəki hər hansı bir hadisəninin yerini bir neçə metr dəqiqliklə aşkarlaya, müşahidə kameralarını və PUA-ları avtomatlaşdırılmış şəkildə hadisə ehtimalı olan əraziyə yönləndirə bilir. Bir neçə AFOPSS sistemini birləşdirməklə yüzlərlə kilometr uzunluğunda kəməri bir mərkəzdən izləmək mümkündür. Sistemin təkmilləşdirilməyə açıq proqram təminatı qazıntıları, deşmə və ya boru kəmərlərinin üzərində aparılan

kəsintiləri tanıyır və ətraf mühitdəki səs-küyləri ayırd edərək. yanlış həyəcan siqnallarını minimuma endirir. Komanda-Nəzarət Mərkəzi CCTV kamerlar, seysmik sensorlar, radarlar, coğra i informasiya sistemləri, PUA-lar, habelə müha izə xidmətinin əməkdaşlarının daşınan əl terminalları ilə inteqrasiya oluna bilir. AFOPSS sensoru insanı iberoptik kabelin hər iki tərə ində 15 metr, nəqliyyat vasitələrini isə 40 metr, ekskavatorla aparılan qazıntıları 200 metr uzaqlıqdan (yanılma 40 km məsafədə ±5 m təşkil edə bilər) təyin edərək, nəqliyyat vasitələrini və ya addımları dinamik olaraq izləyir, təhlükəsizlik xidmətinin əməkdaşlarına təhlükənin dəqiq yeri, sürəti və hərəkət istiqaməti haqqında məlumatları təqdim edir. Hər bir hadisə elektron xəritə üzərində və elektro-optik sensorlardan əldə olunan görüntülər ayrıca ekranda nümayiş etdirilir. Türkiyənin ASELSAN şirkəti müasir texnologiyaların tətbiqi ilə Türkiyə və region ölkələrindəki neft və qaz boru kəmərlərinin qorunmasında artan tələbləri qarşılamaq üçün müxtəlif sensorlar (seysmik detektorlar, kəş iyyat və nəzarət cihazları, kameralar) və sistemləri (Dağınıq Fiberoptik Detektor – MIDAS) təqdim edir. ASELSAN tərə indən yaradılmış MIDAS iberoptik aşkarlama sistemi süni intellektə əsaslanan patentləşdirilmiş aşkarlama və analiz alqoritmlərinə sahibdir. Boru kəmərlərinin, dəmiryolların və sərhədlərin qorunmasında, insanların və nəqliyyat vasitələrinin hərəkətlərinin təsbiti, qaçışların aşkarlanması və s. yüksək dəqiqliklə təhdidləri aşkarlamaq üçün nəzərdə tutulan MIDAS sistemi standart iberoptik kabel ilə istifadə olunur. Sistem elektro-optik kameralar, infraqırmızı sensorlar və radarlarla kombinə edilmiş şəkildə, həm də müstəqil istifadəyə uyğundur. Sistem hazırda müxtəlif istifadəçilər tərə indən sərhəd təhlükəsizliyi, neft kəmərlərinin, şəhər təhlükəsizliyi və kritik infrastrukturların təhlükəsizliyi üçün istifadə olunur. 2020-ci ilin yanvar ayında Dubayda keçirilmiş INTERSEC-2020 sərgisində ASELSAN ABŞ-da fəaliyyət göstərən “Fiber SenSys” şirkəti ilə MIDAS sisteminin Amerikada satışına dair əməkdaşlıq müqaviləsi imzalayıb.


Akustik sensorlar İspaniyanın “Naturgy Energy Group S.A” (keçmiş “Gas Natural Fenosa”) şirkətinin sifarişi ilə “Indra Sistemas” şirkəti tərə indən hazırlanmış “ISense” təhlükəsizlik sistemi özündə yeraltı və yerüstü sensorları, CCTV və termal kameraları və mikrodalğalı perimetr mühafizə sistemlərini birləşdirir. 2017-ci ildə Avropa Komissiyasının maliyyələşdirdiyi PELGRIN layihəsi çərçivəsində “ISense” sisteminin Qazaxıstana satışı həyata keçirilib. “ISense” həlli sərhədlərin, binaların, hərbi bazaların, elektrik stansiyaları və nüvə stansiyaları kimi kritik infrastrukturların qorunmasında istifadə oluna bilər. “Indra Sistemas” şirkətindən AZERI DEFENCE jurnalına verilən məlumata görə, sistemin açıq arxitekturası radarların, insanlı və insansız yerüstü platformaların inteqrasiyasına imkan verir. “ISense”nin bütün komponentləri bir birinə bağlı olmadan fəaliyyət göstərir ki, bu da sistemlərdən biri sıradan çıxdıqda Komanda-İdarəetmə Mərkəzinin informasiya təminatında problem yaratmır. İspaniya və Qazaxıstanda qurulmuş sistemin tərkibində İsrailin “SensoGuard Ltd” şirkətinin SGx akustik sensorlarından istifadə edilib. Bir birindən 250 metrədək uzaqlıqda yerləşdirilən bu sensorlar insanları 12 metr, qazıntı aparan və ya hərəkət edən nəqliyyat vasitələrini 25 metrədək məsafədən aşkarlaya bilir. Təhlükəsizlik həllərin yaradılması və istehsalı sahəsində ixtisaslaşmış

“SensoGuard Ltd” şirkətinin SGx akustik sensorları

ASELSAN şirkətinin MİDAS sistemi. Foto: ASELSAN

“SensoGuard” şirkətinin yeraltı və yersütü akustik sensorları İsrail, ABŞ, İspaniya və digər NATO ölkələrində hərbi bazaların və sərhəd müha izə sistemlərinin tərkibində istifadə olunur. Şirkətin açıqladığı məlumata görə, torpağın 20-25 sm dərinliyinə yerləşdirilən sensorlar kənardan hiss olunmur, ekstremal hava şəraitinə məruz qalmadan illərlə işləyir. Komanda-İdarəetmə Mərkəzinin proqram təminatı sensorlardan gələn siqnalları emal edərək real vaxt rejimində situasiya təsvirini və xəbərdarlıq siqnalları istehsal edir. Sensorlar müştərinin ehtiyacından asılı olaraq həm simsiz, həm də naqilli versiyalarda təqdim olunur. Dronların cəlbi Boru kəmərlərinin müha izəsində pilotsuz uçuş aparatlarından istifadə son illər getdikcə genişlənir. Əvvəlcədən proqramlaşdırılmış marşrutlarla avtonom şəkildə hərəkət edən PUA-lar neft və qaz kəmərlərinin perimetrindən daha geniş diapazonda ərazilərə nəzarət imkanları təmin edir. Ayrı-ayrı istehsalçılar tərə indən boru kəmərlərinin monitorinqi üçün istisaslaşdırılmış sabit qanad, VTOL, multikopter və hibrid VTOL pilotsuz uçuş aparatları yaradılıb. VTOL və hibrid VTOL PUA-lar eniş və qalxış üçün yer tələb etmə-

diyindən müha izə xidmətləri bu sistemlərə daha çox diqqət yetirirlər. PUA-ların neft və qaz kəmərlərinin müha izəsinə cəlbi 2010-cu ildən sonra aktuallaşmağa başlayıb. 2011-ci ildə BP şirkəti və Alyaska Universiteti Alyaskadakı kəmərlərin monitorinqi üçün “Aeryon Labs” şirkətindən TV və IR kameralarla təchiz edilmiş “Aeryon Scout” multikopterləri, 2014-cü ildə “ChevronTexaco” şirkəti Anqolada neft kəmərlərinin monitorinqi məqsədi ilə İsrailin “Aeronautics” şirkətindən IR kameralarla təchiz edilmiş “Aerostar”, 2016-cı ildə BP şirkəti neft sahələrinin və boru kəmərlərinin monitorinqi üçün “AeroVironment” şirkətindən LiDAR və EO/IR faydalı yüklərlə təchiz edilmiş “Puma™ AE” pilotsuz uçuş aparatları əldə etmişdir. Rusiya ərazisində fəaliyyət göstərən əskər neft şirkətləri kəmərlərin müha izəsi və monitorinqində “ZALA Aero” şirkətinin ZALA 421-16E və ZALA 421-16E2 pilotsuz uçuş aparatlarından istifadə edirlər. ZALA 421-16E5 PUA-ları

77


Yuxarıda: LMC (Laser Methane Copter) qaz detektorları ilə təchiz olunmuş müxtəlif PUA­lar. Aşağıda: “Workswell” şirkətinin kiçik PUA­lar üçün hazırladığı WIRIS faydalı yükü

hiperpektral analizləri həyata keçirməyə imkan verən elektro-optik kameralara, təhdidlərin avtomatlaşdırılmış şəkildə aşkarlanması və tanınması üçün süni intellekt əsaslı proqram təminatına malikdir. Neft və qaz boru kəmərlərinin monitorinqinin key iyyəti PUA-larda istifadə edilən sensorların növündən asılıdır. İstehsalçılar tərə indən boru kəmərlərinin keçdiyi ərazilərdə yer səthinin analizinin aparılması, sızmaların və qazıntı yerlərinin ayırd edilməsinə imkan verən elektro-optik, lazer deteksiya, hiperspektral və termoqra ik həllərin yaradılması kimi məsələlər işlənilməkdədir. Məsələn, santimetr dəqiqliyi ilə ifrastruktrun yerüstü modellənməsi və 3D modellərinin hazırlanması üçün nəzərdə tutulan LiDAR sistemləri yerdəki kiçik miqyaslı dəyişiklikləri, SAR radarlarının məlumatlarının interferometrik işlənməsi torpaq sürüşməsinin və ya digər fəlakətləri baş verməzdən çox əvvəl müəyyənləşdirməyə, IR görüntüləmə isə boru kəmərlərindən karbohidrogen sızmalarının aşkarlanmasına və analizinin aparılmasına imkan verir. Buna görə də, dünyada neft və qaz nəql edən minlərlə kilometr boru kəmərlərinin infraqırmızı müayinəsi üçün PUA-lar ən yaxşı və iqtisadi cəhətdən ən səmərəli plat-

78 www.azeridefence.com

forma hesab olunur. Mütəxəssislərin ikrincə, termoqra ik sistemlərdən istifadə edərək, yerin altında və üstündəki boru kəmərinin izolyasiyasındakı qüsurları, habelə sızmaları tez bir zamanda aşkar etmək və lokallaşdırmaq mümkündür. “Workswell” şirkətinin məhz bu əməliyyatları həyata keçirən PUA-lar üçün hazırladığı WIRIS faydalı yükünə boru kəmərlərində açıq görünən qüsurları yoxlamaq üçün 16x rəngli kamera və gizli qüsurları aşkar etmək üçün 14x termal kamera daxildir. Proqram təminatı kameralar tərə indən qeydə alınan görüntüləri və radiometrik videoları yazaraq, infraqırmızı spektrlərdə statik şəkillər yaratmağa imkan verir. Bənzər sistemlərdən fərqli olaraq istifadəçi WIRIS-də temperatur aralığını əl ilə tənzimləyə, yaxud uçuş zamanı dəyişdirə bilər. Sistem həmçinin yer haqqında məlumatı qeydə almaq üçün GPS sensoruna sahibdir. Ölçüləri 135 x 77 x 69 mm təşkil edən kameranın çəkisi 390 qramdır. Yüngül

çəki və kiçikölçü bu kameranın istənilən PUA-da quraşdırılması mümkündür. Qaz kəmərlərindən sızmaları aşkarlamaq üçün “Pergam” şirkəti tərə indən PUA-lara uyğunlaşdırılmış lux detektorları (LMC Laser Methane Copter) hazırlanmışdır. Müxtəlif növ pilotsuz uçuş aparatlarına quraşdırıla bilən LMC üzərində marşrutun koordinatlarını izləmək üçün GPS qəbuledici və ölçmələri aparmaq üçün gözə zərərsiz “Class 3R” lazer mövcuddur. LMC metan qazlarının sızmasını 30 metrə hündürlükdən aşkarlayır. Bu sistemin çatışmazlığı qeydə alınan məlumatı real vaxt rejimində ötürə bilməməsidir. Lakin istehsalçı şirkət LMC xəttinin yeni versiyalarında, məsələn DJI M600 / 210 dronları üçün dizayn edilmiş LMC DL detektorunda bu problemi həll etməyə nail olub. “Pergam”ın 62 mil/saata qədər sürətlə uçan sabit qanad PUA-lar üçün dizayn etdiyi LMF 100 metr, ağır PUA-lar üçün hazırladığı yeni nəsil yüksək effektivliyə malik ALMA G4 metan detektoru isə 150 m hündürlükdən aşkarlama və onlayn rejimdə məlumatötürmə imkanına malikdir. AD


“Azərkosmos” yeni̇ layihə elan edi̇b “Azərkosmos” 2020–2021-ci illər üçün “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsini elan edib. Layihənin əsas məqsədi “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin göstərilməsi, o cümlədən “Azersky” peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir. Layihədə iştirak etmək üçün təkliflərin qəbulu 31 may 2020-ci il tarixində başa çatır. Maraqlananlar www.azercosmos.com saytında qeyd olunan iştirak forması ilə qeydiyyatdan keçirə bilərlər. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alaraq, geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

FHN xilasetmə avtomobilləri alıb Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Yaponiyanın “Nissan” şirkətinin istehsalı olan “Patrol Safari” markalı avtomobillərin bazasında yığılmış xüsusi xilasetmə avtomobilləri Azərbaycana gətirilib. Nazirliyin müvafiq xilasetmə qurumlarının ixtiyarına veriləcək 11 ədəd xüsusi xilasetmə avtomobilləri qəza-xilasetmə işlərində istifadə olnması üçün nəzərdə tutulub. Yüksək temperatur və rütubət olan ərazilərdə istifadə üçün nəzərdə tutulan bu avtomobillər, həmçinin texniki xidmət baxımından rahatlığı, təhlükəsizliyi, etibarlılığı və əlçatanlığı ilə fərqlənir. Avtomobillər keyfiyyətin idarə edilməsi üzrə ISO 9001:2015 standartlarına uyğundur. Avtomobillərdə ən mürəkkəb xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən müasir xilasetmə avadan-

lıqları ilə yanaşı, xüsusi nəfəs aparatı, kimyəvi istehsalda, təhlükəli tullantıların təmizlənməsində və pestisid tətbiqində təhlükəli materiallardan qorunmaq üçün tamamilə kapsullaşdırılmış xüsusi geyim, qatlana bilən xərək, ilk yardım çantası və digər zəruri avadanlıqlar da yerləşdirilib.

79


Hərbi attaşelər ANAMA­nın i̇mkanlari ilə tanış oldular Müda iə Nazirliyinin təşkilatçılığı ilə martın 6-da Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri ANAMA-nın Göygöl regional təlim bazasına səfər ediblər. Agentliyin həm ölkə daxilində, həm də beynəlxalq çərçivədə həyata keçirdiyi humanitar minatəmizləmə fəaliyyətləri ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində hərbi attaşelərə Agentliyin Təlim, Tədqiqat və Key iyyətə Təminat Qurumu (TTKT) tərə indən tədris olunan təlim kurslarının fəaliyyəti ilə bağlı təqdimat keçirilib. ANAMA-nın istifadəsində yer alan minatəmizləmə və təlim avadanlıqlarından ibarət sərgi təşkil olunub. Regional təlim bazasının yaxınlığında hazırlanmış xüsusi təlim sahəsində agentliyin minaaxtaranları tərə indən əl ilə minatəmizləmə, xüsusi təlim keçmiş

minaaxtaran itlərin şübhəli əşyanın tapılması və mexaniki minatəmizləmə maşınlarının işi nümayiş etdirilib. Qeyd edək ki, TTKT qurumu ANAMA Baş Qərargahının Təlim Ehtiyacları Analizlərinə uyğun olaraq şəxsi heyət üçün təlim

kurslarının keçirilməsinə və əməliyyatların Mina Aksiyası üzrə Milli və Beynəlxalq Standartlara və müxtəlif Standart Əməliyyat Qaydalarına uyğunluğunun qiymətləndirilməsinə cavabdehdir.

“INFINITI” termal kameraları Azərbaycanda “The Defero Solutions” şirkəti Kanadanın sərhəd və perimetr nəzarət, müşahidə, sahil nəzarət, strateji obyektlərin mühafizəsi (hava limanları, neft və qaz boru kəmərləri, dövlət qurumları, antidron) üçün xüsusi həllərin yaradılması ilə məşğul olan “İnfiniti Electro-Optics” şirkətinin (“Ascendent Technology Group”a daxildir- red.) istehsal etdiyi termal kamera və sensorları Azərbaycanın hərbi qurumları və güc strukturlarına təqdim edəcək. “İnfiniti Electro-Optics” şirkəti MWIR, LWIR, SWIR termal görüntü, ZLID™ lazer işıqlandırması, uzaqməsafəli HD və NIR görüntü kameraları ilə məşhurdur. Qısa məsafədə dron aşkarlama, orta məsafəli yerüstü (insan və nəqliyyat vasitələrini aşkarlamaq üçün) radarlardan uzun məsafəli hava və dəniz radarlarına qədər inteqrasiya oluna bilən “İnfiniti”nin elektro-optik sistemləri yer, dəniz və hava hərəkətini izləməyə imkan verir. Şirkət tərəfindən zirehli nəqliyyat vasitələri üün də uyğun gimbal həlləri və 10 km-dək termal izləmə həlləri təqdim olunur. Şirkət həmçinin sərhəd mühafizəsi üçün təklif etdiyi elektro-

optik sistemlərlə inteqrasiya olunuş Ağıllı Video Analiz həllərinə sahibdir. Qeyd edək ki, indiyədək Azərbaycanın hüquq-mühafizə orqanları üçün müxtəlif layihələr həyata keçirmiş “The Defero Solutions” şirkəti (yerli şirkətdir) Türkiyə, ABŞ, Kanada, Fransa, Avstriya və Almaniyanın müdafiə və təhlükəsizlik sektorunda məhsul və həllərin istehsalı sahəsində fəaliyyət göstərən bir sıra tanınmış şirkətlərinin təmsilçisidir.

“Eurasia Air Show­2020”in yeni tarixi təsdiqləndi Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq vaxtı dəyişdirilmiş “Eurasia Air Show-2020” beynəlxalq aviasiya şousu 2-6 dekabr 2020-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Sərginin təşkilat komitəsinin sədri Hakan Kurt aprelin 30-da keçirdiyi online mətbuat konfransında aviaşouya ilk dəfə qatılacaq ölkələr arasında Qazaxıstan, Braziliya, İtaliya, Cənubi Afrika Respublikası, Kolumbiya və Çinin olduğunu qeyd edib. 2018-ci ildə ilk dəfə “Eurasia Air Show”a qatılmış İran da bu il yenidən iştirak üçün müraciət edib:

80 www.azeridefence.com

“İranın həm Müda iə Nazirliyi, həm də Mülki Aviasiya Təşkilatı rəsmi məktubla “Eurasia Air Show”a qatılmaq arzusunu bildirib”. Sərgi iştirakçılarının 50%-ə qədərinin hərbi, 50%-nin isə mülki aviasiya və kosmik sənaye şirkətləri olacağı gözlənilir. Sərgi çərçivəsində 5-ci “Global Satellite and Space Show”’un da keçiriləcək. Açıq statik pavilyonda isə həm müxtəlif ölkələrin HHQ və mülki aviasiya şirkətlərinin təyyarələri, həm də Türkiyənin yerli şirkətləri tərə indən istehsal edilən təyyarə, helikopter və pilotsuz uçuş aparatlarının nümunələrinin sərgilənməsi nəzərdə tutulur.




Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.