YANVAR–FEVRAL №01(33) 2018
4 General-leytenant Nizam OSMANOV: Müdafiə Nazirliyində çevik idarəetmə sistemi yaradılıb Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam OSMANOVla müsahibə
15
“Buta Armor” zirehli gödəkçə istehsal edəcək
38
Azərbaycan Hərbi Hava Qüvvələri – inkişaf perspektivləri
24
Səfir: Hərbi təyyarələrin Azərbaycana ixracında heç bir problem görmürük
46
Cənubi Qafqaz və Mərkəzi Asiya – T-72 tank modernizə proqramları
28
Müharibələrin yeni oyunçuları – GƏZƏN SURSATLAR
54
Göy üzündəki oxlar “hava-hava” raketləri
AZERI DEFENCE Hərbi-texnoloji jurnal YANVAR–FEVRAL №01(33) 2018 Təsisçi və baş redaktor Rəşad SÜLEYMANOV _________________ Tel: (+994 12) 596 47 99 E-mail: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.Azeridefence.com Ünvan: Bakı şəhəri, H.Zərdabi küç., 78B AHB İş Mərkəzi, 307 Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632
AD JURNALI MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521 Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. «Təhsil NP» müəssisəsinin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 28.02.2018. Format 60x90 1/8. Sifariş 10.
Qiyməti: 6 manat Azərbaycan Ordusuna aid T-72 “Aslan” tankları Foto: MN
Редактордан Ötən sayımızda bəhs etdiyimiz kimi, bu gün Azərbaycanda müdafiə sənayesi sektorunda özəl şirkətlərin iştirakı hiss olunmağa başlayıb. İndiyədək adətən özəl sektor şirkətləri xarici istehsalçıların təmsilçisi qismində çıxış etsələr də, artıq sektorda istehsalçı olaraq öz sözünü deməyə hazırlaşan və deyənlər şirkətlər meydana çıxmaqdadır. Texnoparklarda yerləşən bu müəssisələrin yaxın illərdə önəmli nəticələri ortaya qoyacaqları sözsüzdür. Çünki dünya təcrübəsi bunu göstərir. Azərbaycanda da dövlətin yaratdığı imkanlar bu sahəyə yeni-yeni şirkətlərin yönəlməsinə maraq yaradır. Yaxın ətrafımızdan – bizə qonşu ölkələrdən Türkiyə və Qazaxıstan təcrübəsindən bunu əyani görmək olar. Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin əksəriyyəti məhz texnoparklarda yerləşir, bu qurumların sənayenin inkişafı üçün verdiyi imkanlardan geniş şəkildə yararlanırlar. Vergi güzəştləri, gömrükdə idxal və ixracla bağlı imtiyazlar, hazır infrastruktur kimi üstünlükləri başqa hər hansı qurum təqdim etmir. Beləcə, dövlətin verdiyi güzəşt və imtiyazlar texnoparkları yerli və xarici şirkətlər üçün cəlbedici edir, rezidentlərin bir məkanda bir-biriləri ilə tanışlığı, birgə güclərin formalaşması və s. kimi növbəti addımlara da şərait yaradır. Bu gün Azərbaycanda mövcud olan texnoparklardan müdafiə sənayesinə xüsusi diqqət yetirəni AMEA-nın Yüksək Texnologiyalar Parkıdır. Bu qurumun ilk rezidentləri sırasında müdafiə sənayesinə yönəlik çalışmaları ilə diqqət çəkən bir neçə şirkət mövcuddur. Bu günlərdə YT Parkında zirehli gödəkçə, dəbilqə və akkumulyator batareyalarını istehsal edəcək iki müəssisənin təməli də qoyuldu. Birinci müəssisə sırf hərbi istiqamətli olsa da, ikinci müəssisənin də öyrəndiyimiz qədər buraxacağı ilk məhsullar hərbi təyinatlı akkumulyatorlar olacaqdır. Özəl sektora texnoparklar səviyyəsində yaradılan imkanlar daha keyfiyyətli məhsul istehsalına stimul yaradır. Bu seqmentin inkişafı sirr deyil ki, dövlətin balansında olan müdafiə sənayesi müəssisələrini də ətalətdən çıxararaq, Türkiyə və Qazaxıstanda olduğu kimi özəl sektorla yarışmağa məcbur edəcəkdir. Yaxın və uzaq coğrafiyalarda baş verən proseslər göstərir ki, dövlətlərin özlərinin milli müdafiə sənayesini inkişaf etdirmələri sabah ən yaxın müttəfiqindən belə qaynaqlana biləcək problemlərə hazır olmaları üçün vacibdir. Müdafiə sənayesində kritik texnologiyalara malik olmaq, hansısa məhsulu yaratmaq araşdırma və inkişaf işləri kifayət qədər vəsait tələb edir. Bu vəsaiti kiçik start-up proqramları, yaxud bankların mövcud kredit şərtləri ilə qarşılamaq isə mümkün deyildir. Belə olan halda Müdafiə Sənayesinə Dəstək Fondunun yaradılması prioritetə çevrilir. Yaradılma layihələrinə dəstək olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu sahə üzrə layihələrdən yalnız İT sektoruna aid olanları dəstəkləyir. Yaxud Sahibkarlığa Kömək Milli Fondu istehsala kredit ayırır. Ümumilikdə yaradılma işlərinə dəstək verən belə bir Fondun AMEA, yaxud Nazirlər Kabineti nəzdində yaradılması müdafiə sənayesinə diqqəti, xüsusilə də gənclərin marağını artıracaq, mühəndis-konstruktorların xaricə axınının qarşısını alacaq, əsas nəticə olaraq yüzdə-yüz milli məhsulların ortaya çıxmasına təkan verəcəkdir.
AZERI DEFENCE
General-leytenant Nizam OSMANOV: Müdafiə Nazirliyində çevik idarəetmə sistemi yaradılıb Hərbi tədris müəssisələrinin imkanlarının yaxşılaşdırılması istiqamətində işlər aparılır
YANVAR–FEVRAL 2018
4-5
26 iyun 2013-cü il tarixində Bakı şəhərində keçirilmiş hərbi paraddan. Öndə Azərbaycan Ordusunun silahlanmasına yeni daxil olmuş T-90S tankları, ardınca TOS-1A ağır odatanlar və 2S19 “Msta-S” özüyeriyən haubitsalar keçid edir. Foto: AD
AZERI DEFENCE
Rəşad Süleymanov Azərbaycan Ordusunda 2014-cü ildən başlayan modernləşmə prosesinin yeni mərhələsində əsas diqqət göstərilən mövzulardan birincisi qoşunların döyüş hazırlığının gücləndirilməsi və hərbi təhsil sisteminin təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılmasıdır. Bununla əlaqədar qeyd olunan sahəyə bilavasitə cavabdehlik daşımaq məqsədilə 2014-cü ildə Müdafiə Nazirliyində Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi yaradılıb. Ordumuzda bu istiqamətdə görülən işləri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam OSMANOVdan dinləməyə çalışdıq. AD: Cənab general-leytenant, müsahibəmizə Azərbaycan Ordusunda hərbi təhsilin təşkili, strukturlaşma və bu sahədə son illərdə əldə edilən nəticələrə dair fikirlərinizlə başlamaq istərdik. Rəhbərlik etdiyiniz idarə bu istiqamətdə hansı işlər görür? Nizam OSMANOV: Əvvəla qeyd edim ki, müasir dövrdə qoşunlarda fəaliyyətin təşkili və idarə olunması müstəsna əhəmiyyət kəsb edən amillərdəndir. Səmərəli idarəetmə isə planlaşdırma, təşkil etmə, rəhbərlik və nəzarət funksiyalarının necə yerinə yetirilməsindən asılıdır. Aparıcı ölkələrin ordularında hər zaman gündəlik iş prosesində bu məsələyə diqqət yetirilir və əldə olunan təcrübələr əsasında inkişaf etdirilir. Başqa sözlə, bu, davamlı bir prosesdir. Son 4 ildə Müdafiə Nazirliyi sistemində hərbi təhsilin idarə olunması sa-
həsində bir sıra əhəmiyyətli addımlar atılıb. Nazirliyin mərkəzi aparatının idarəetmə potensialı xeyli gücləndirilib. Dünyanın bir sıra ölkələrində hərbi təhsilin idarəolunması təcrübəsi öyrənilib, geniş təhlil aparılıb, müvafiq struktur dəyişiklikləri ilə bağlı tədbirlər planı hazırlanıb və həyata keçirilib. Bu çərçivədə qeyd etməliyəm ki, 2015-ci ildə Müdafiə Nazirliyinin mərkəzi aparatının strukturunda hərbi təhsilin idarə olunmasına cavabdeh orqan, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi yaradılıb. Baş İdarənin tabeliyinə verilən Hərbi Təhsil İdarəsinin strukturunda da əhəmiyyətli dəyişikliklər edilib. Yeni struktur aidiyyəti sahələrdə hərbi təhsil siyasəti və strategiyasının daha məqsədyönlü hazırlanmasına və çevik həyata keçirilməsinə zəmin yaradıb.
Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən prioritetlər nəzərə alınmaqla tədris prosesinin inkişaf proqramları işlənilir, hərbi təhsil sistemi ilə bağlı məlumatlar təhlil olunur, təkliflər hazırlanır, hesabatvermə həyata keçirilir, vahid inkişaf strategiyasının və kadr siyasətinin formalaşdırılmasında iştirak edilir, mövcud qanunvericiliyin xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən yerinə yetirilməsinə təşkilati-metodik rəhbərlik həyata keçirilir. İdarəetmədən söz düşmüşkən, onu da qeyd etmək istəyirəm ki, hazırda Müdafiə Nazirliyində çevik idarəetmə sistemi yaradılıb. İdarəetmə üçün zəruri məlumatlar monitorinq və qiymətləndirmə nəticəsində əldə olunur. Aparılan monitorinq və qiymətləndirmənin nəticələri nəinki təhsilalanların nailiyyətləri, eləcə də fənlərin tədrisi, təlim strategiyalarının tətbiqi, müəllimlərin fəaliyyəti, fənn proqramlarının, dərsliklərin səviyyəsi barədə etibarlı mənbə rolunu oynayır, bilavasitə keyfiyyətin idarə olunmasına zəmin yaradır. Təxminən 5 il bundan əvvəl Müdafiə Nazirliyinin strukturunda hərbi təhsil fəaliyyətinin təşkili və hərbi təhsil sisteminin idarə olunması ilə bugünkü idarəetmə sistemi arasında ciddi dəyişikliklər baş verdi. Təkmilləşdirmə nəticəsində təhlil və planlaşdırma, monitorinq və qiymətləndirmə, əlavə təhsil kimi vacib sahələrlə bağlı funksional strukturlar yaradılıb. Bu cür strukturların yaradılması təhsil sahəsində aparılan islahatların səmərə və keyfiyyətinə əsaslı təsir göstərməklə yanaşı, vahid təhsil siyasətinin işlənməsi və həyata keçirilməsinə töhfəsini verir. Hərbi təhsil sahəsində normativ sənədlərin hazırlanması istiqamətində də ciddi addımlar atılıb. Hərbi Təhsil İdarəsi tərəfindən aparılan təhlillər əsasında xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri, eləcə də bu təhsil müəssisələrində həyata keçirilən təhsil və elmi fəaliyyətin təşkil olunması məqsədilə müvafiq təlimatlar hazırlanıb. Hazırda xüsusi təyinatlı təhsil müəssisələrində fəaliyyətlər qeyd olunan rəhbər sənədlərin tələbləri əsasında həyata keçirilməkdədir. Hərbi Təhsil İdarəsi tərəfindən xüsusi təyinatlı təhsil müəssisələrində hərbi uçot ixtisasları üzrə tədris planları və fənn proqramı toplularının hazırlanmasına müvafiq təşkilati-metodiki rəhbərlik həyata keçirilir və bu fəaliyyət mütəmadi olaraq davam etdirilir. AD: 2016-cı ilin aprel döyüş lərindən sonra qoşunlarda təlimlərin intensivliyinin artması müşahidə
YANVAR–FEVRAL 2018
6-7
Yuxarıda – General-leytenant Nizami Osmanov Müda iə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova Snayper Hazırlığı Mərkəzi barədə məruzə edərkən. Aşağıda – Azərbaycan Ordusunun ƏİK(OCC) taborunun NATO tərə indən qiymətləndirilməsi təlimindən. Foto MN.
olunur. Geridə qoyduğumuz 2017-ci ildə qoşunların döyüş hazırlığının yüksəldilməsi sahəsində hansı fəaliyyətlər həyata keçirilib və cari ildə gözləntiləriniz nədən ibarətdir? Nizam OSMANOV: 2017-ci tədris ilində Azərbaycan Ordusunda döyüş hazırlığı Müdafiə nazirinin və Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmr və sərəncamlarının tələblərinə uyğun təşkil edilib və keçirilib. Birlik və birləşmələrdə döyüş hazırlığının qənaətbəxş təşkili və keçirilməsi nəticəsində şəxsi heyətin ixtisas hazırlığının, hərbi hissə və bölmələrin döyüş uzlaşmasının yüksəlməsinə nail olunub. Döyüş hazırlığının təşkilində və keçirilməsində əsas diqqət 2016-cı ilin aprel döyüşlərində əldə edilən müsbət təcrübələrin tətbiqinə, qoşunların döyüş tapşırıqlarına uyğun fəaliyyətlərinin praktiki icrası üzrə bacarıq və səriştələrinin artırılmasına, komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviy yəsinin yüksəlməsinə, döyüş hazırlığı üzrə tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nail olmaq üçün nəzarət və köməkliyin göstərilməsi sisteminin səmərəli metodlarının tətbiqinə yönəldilib. Ali Baş Komandan, cənab İlham Əliyevin ordunun döyüş qabiliyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədilə verdiyi tapşırıqlara uyğun olaraq, qoşunların çöl vərdişlərinin artırılması, praktiki bacarıq və səriştələrinin təkmilləşdirilməsi məqsədilə döyüş atışlarının və taktiki təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Ümumilikdə keçən il ərzində 150-dən çox tabor (divizion) taktiki təlimi, 15 briqada taktiki təlimi, həmçinin qonşu və tərəfdaş ölkələrlə birgə taktiki təlimlər keçirilib.
Keçirilən taktiki (taktiki-xüsusi) təlimlərdə komandir heyətinin müstəqil və düzgün qərarların qəbul edilməsi, döyüşün təşkili, bölmələrin idarə olunması və onların arasında qarşılıqlı əlaqənin qurulması, ştatda olan və əlavə verilmiş silah və texnikanın döyüş imkanlarından tam istifadə edərək qısa müddətdə atəşlə zərərvurmanın səmərəliliyinin artırılması üzrə bacarıq və vərdişləri təkmilləşmiş, təyin edilən rayonun tutulması və ərazidə yerləşmə, maskalanma və mühafizənin təşkili, mürəkkəb və dinamik dəyişən şəraitdə döyüş taktiki qrupları və yandankeçmə dəstələri tərkibində sürətli və qətiyyətli hücum fəaliyyətlərinin icra edilməsi üzrə praktiki təcrübə əldə edilib, şəxsi heyətin çöl vərdişləri artırılıb. 2017-ci ildə Azərbaycan Ordusunun nümayəndələri Beynəlxalq Ordu Oyunlarının 5 müsabiqəsində iştirak ediblər və bütün müsabiqələrdə yüksək nəticələr göstərməklə yanaşı, Ermənistan Silahlı Qüvvələrinin komandalarını əhəmiyyətli dərəcədə üstələyiblər.
Həmçinin keçən il ilk dəfə olaraq Beynəlxalq Ordu Oyunlarının müsabiqələrindən biri – “Dəniz Kuboku” müsabiqəsi ölkəmizdə keçirilib və bu müsabiqədə Azərbaycan Ordusunun komandası birinci yer tutub. Onu da xatırlatmaq istərdim ki, həmin yarışda Azərbaycan, Rusiya, Qazaxıstan və İran HDQ-nin gəmiləri iştirak ediblər. Döyüş hazırlığında yüksək nailiyyətlərin əldə edilməsi üçün təlim mərkəzlərinin, poliqonların və ümumilikdə təlim-maddi texniki bazanın inkişaf etdirilməsi və onların müasir tələblərə cavab verən səviyyəyə çatdırılması istiqamətində müvafiq tədbirlər planlı şəkildə həyata keçirilib, təlim obyektlərinin rəhbər sənədlərin tələblərinə uyğun yenidən qurulması üzrə bir çox əhəmiyyətli işlər görülüb. Cari ildə də bu sahədə işlər plana uyğun şəkildə davam etdiriləcək. AD: 2018-ci ildə əvvəlki illərdə olduğu kimi birgə təlimlərin keçirilməsi və konkret olaraq hansı ölkələrlə keçirilməsi nəzərdə tutulur? Nizam OSMANOV: Döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə 2017-ci il ərzində Azərbaycan Ordusu ilə xarici dövlətlərin orduları arasında 13 birgə təlim keçirilib. Cari ildə isə 28 birgə təlimin keçirilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycanda “Beynəlxalq Ordu Oyunları 2018” çərçivəsində “Dəniz kuboku” müsa biqəsinin də
AZERI DEFENCE keçirilməsi planlaşdırılır. Bundan başqa, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ənənəvi “Turaz Qartalı/Şahini” təliminin, Quru Qoşunları bölmələrinin iştirakı ilə daha bir təlimin, o cümlədən ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi də nəzərdə tutulur. Yeri gəlmişkən, bir məsələni də vurğulamaq istərdim ki, bu gün regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın xüsusi rolu vardır. Bunu beynəlxalq təşkilatların rəsmiləri, eləcə də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib. Ölkəmiz bu gün həm Cənubi Qafqaz, həm də Xəzər regionunda reallaşan bir çox layihələrdə aparıcı rol oynayır. Eləcə də regionda reallaşan iqtisadi layihələrdə Azərbaycan söz sahibidir. Belə olan halda Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsində də öz sözünü deməlidir və deyir. Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan kimi region ölkələri ilə hərbi və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edilir, bu kontekstdə ikitərəfli və çoxtərəfli təlimlər təşkil olunur. Bütün bu təlimlər regionda sülhün və asayişin təmin olunma sı is tiqamətində göstərilən birgə səylərdir. AD: Söhbət Türkiyə və Gür cüstanla birgə təlimlərdən düşmüşkən, 2014-cü ildən bu istiqamətdə mütəmadi işlərin görüldüyünü müşahidə edirik. Bu ikitərəfli və çoxtərəfli təlimlərin Azərbaycan Ordusu üçün əhəmiyyəti nədən ibarətdir?
TTM-də hərbi texnikaların simulyator zalında şəxsi heyətin məşqi. Foto: AD
Nizam OSMANOV: İkitərəfli və ya çoxtərəfli birgə təlimlərin əhəmiyyəti ilk növbədə ölkələr arasında olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsindən və bir-birimizə olan qarşılıqlı hörmət və etimadın artırılmasından ibarətdir. Bundan əlavə, texnologiyanın sürətlə inkişafı hərbi texnikanın da sürətlə inkişafına və onların tətbiqində yeni üsul və metodların ortaya çıxmasına səbəb olur ki, bu da qarşılıqlı təcrübə mübadiləsinin aparılması zəruriyyətini yaradır. Həmçinin bu cür təlimlər gələcəkdə ortaq düşmənə qarşı birgə döyüş əməliyyatlarının aparılması təcrübəsini yaradır, bir-birimizi daha yaxşı başa düşməyə, idarəetmə sistemlərimizi uyğunlaşdırmağa vasitə olur. AD: Cənab general, hərbi təhsil sisteminin inkişaf etdirilməsi və dünya standartlarına uyğunlaşdırılması istiqamətində hansı addımlar atılır?
Nizam OSMANOV: Qeyd olunan məsələ ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin müvafiq idarə və xid mətlərinin, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə geniş müzakirələr keçirilib. Müzakirələrdə verilən təkliflər əsasında hərbi təhsil sistemində tətbiq olunması məqsədilə bəzi tədbirlər də hazırlanıb. Görüləcək işlər əsasən aşağıda qeyd olunan sahələri əhatə edəcəkdir: • hərbi təhsil və elm sahəsində hüquqi bazanın və iyerarxiya prinsiplərinin təkmilləşdirilməsi; • xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyət və struktur sahələrinin təkmilləşdirilməsi; • müəllim heyətinin elmi səviyyəsinin, onların səriştə və peşəkarlığının, o cümlədən pedaqoji hazırlığının artırılması; • zabitlərin pedaqoji və elmi fəaliyyətlə bağlı vəzifələrə təyinatı zamanı onların səriştə və peşəkarlıq səviy yələrinin nəzərə alınması; • xüsusi təyinatlı təhsil müəssisələrinin kafedralarında hazırlanan tədris və elmi nəşrlərin keyfiyyətinin artırılması və onların qiymətləndirilməsi; • kursant və dinləyicilərin elmi fəaliyyətinin təkmilləşdirilməsi; • mövcud kitabxana fondunun zənginləşdirilməsi, elektron kitabxanaların yaradılması və xaricdə nəşr edilən qabaqcıl, yüksək reytinqli hərbi elmi jurnal və digər nəşrlərin əldə edilməsi; • hərbi elm və təhsil sahəsində çalışan professor-müəllim heyətinin sti-
AZERI DEFENCE
General-leytenant Nizam Osmanovun rəhbərliyi ilə keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimindən. Foto: AD
mullaşdırılması, onların elmi potensialının gücləndirilməsi üçün maliyyə təminatının optimallaşdırılması; • xüsusi təyinatlı təhsil müəs sisələrinin kafedralarında elmi fəaliyyətin planlaşdırılması və koordinasiyası; • xüsusi təyinatlı təhsil müəssisələrində elmi işlərin icrası ilə bağlı laboratoriyaların yaradılması və bu istiqamətdə Müdafiə Nazirliyində elmi tədqiqatların aparılması üçün NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm (SPS) proqramı çərçivəsində əməkdaşlıq etmək üçün zəruri əlaqələndirmə işlərinin görülməsi; • xüsusi təyinatlı təhsil müəssisələrində elmi tədqiqatların aparılmasına maliyyə resurslarının ayrılması, qrant müsabiqələrinin keçirilməsi və sifarişlər əsasında elmi işlərin planlaşdırılması və s. Qeyd olunan tədbirlərin icrası cari və növbəti illəri əhatə etməklə mütəmadi xarakter daşıyacaqdır.
AD: Təhsil müəssisələrinin madditexniki bazasının gücləndirilməsi və kadr təminatı barədə fikirlərinizi bilmək istərdik? Nizam OSMANOV: Müdafiə Nazirliyinin tabeliyində olan hərbi tədris müəssisələrinin imkanlarının yaxşılaşdırılması istiqamətində bir neçə ildir ciddi işlər aparılır. Onu da qeyd edim ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey üçün yeni təhsil müəssisəsinin ərazisində yeni bina inşa edilir. İnşaat işləri başa çatdıqdan sonra Lisey müasir tədris vasitələri ilə də təchiz olunacaq. Eyni zamanda digər tədris mərkəzlərimizdə yenilənmə işləri davam etdirilir. Xüsusi təyinatlı təhsil müəssisələrinin tədrismaddi bazası müəyyən olunan ixtisaslar üzrə tədris planları, fənn proqramları və müasir tədris metodikasına uyğun olaraq təhsilalanların hazırlığını təmin etmək üçün nəzərdə tutulan maddi-texniki vasitələr kompleksidir. Bu kompleks tədris prosesinin maddi-texniki bazasıdır, elmin, texnikanın və hərb işinin müasir inkişaf səviyyəsinə uyğun olmalıdır. Xüsusi təyinatlı təhsil müəssisəsinin tədris-maddi bazası tədris-laboratoriya,
çöl-tədris, hava və dəniz təlimləri, tədrisidman və s. bazalarından ibarət olmalıdır. Tədris-maddi bazanın tərkibi hərbi-uçot ixtisası üzrə məzunların ixtisas xarakteristikalarında və ali təhsil pilləsinin müvafiq səviyyəsi üzrə hazırlanmış ixtisasın (ixtisaslaşmanın) ali təhsil proqramında mütəxəssis hazırlığına qoyulan tələblərə cavab verməlidir. Bu məqsədlə xüsusi təyinatlı təhsil müəssisələrində tədris-maddi bazanın yaradılması və təkmilləşdirilməsi üzrə fəaliyyət aşağıdakı istiqamətlərdə davam etdirilir: • tədris prosesində öyrənilməsi və istifadə olunmasına ehtiyac bilinən və qoşunların silahanmasına daxil olan silah və hərbi texnikanın təminatı; • informasiya və hesablama texniki vasitələri, laboratoriya avadanlığı və qurğuları, texniki tədris və nəzarət vasitələri, digər zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunan tədris auditoriyaları, ixtisaslaşmış siniflər, kabinetlər, laboratoriyalar, kitabxanalar, oxu zalları, kurs işi və diplom layihələrinin yerinə yetirilməsi üçün, professor-müəllim heyəti və laborantlara otaqlar, digər tədris və köməkçi-tədris otaqları olan qurğu və binalardan ibarət tədris-laboratoriya bazası; • təlim-məşq və istismar kom pleksləri - sistemləri, təlim silahları, hərbi (xüsusi) texnika və digər məşq vasitələri ilə təchiz olunmuş təlim komanda və idarəetmə məntəqələrindən ibarət trenajor bazaları; • üzərində döyüş hazırlığı obyektləri yerləşən, silah və hərbi texnika, trenajor, poliqon və digər növ avadanlıqlarla, rabitə, idarəetmə, nəzarət vasitələri ilə təchiz olunan düşərgələrdən ibarət səhra təlim bazası (hava, dəniz vərdişləri üçün baza); • yerinə yetirilən elmi fəaliyyətin növü və xarakterinə uyğun olaraq müvafiq avadanlıq və təchizatlarla təmin olunan
AZERI DEFENCE
Prezident İlham Əliyev cəbhəboyu zonada yerləşən hərbi hissənin qapalı tirində “Koza” atış simulyatorunda atəş açır. Foto: President.az
ixtisaslaşdırılmış obyektləri olan tədqiqatların yerinə yetirilməsi üçün baza; • ümumqoşun nizamnamələrinin tələblərinə uyğun avadanlıq və təc hizatlarla təmin olunan sıra hazırlığı üçün meydançalar, qarovul kompleksləri (şəhərcikləri), tirlər və digər obyektlər, həmçinin fiziki hazırlıq və idman təlimnaməsinin tələblərinə uyğun idman avadanlığı, qurğuları ilə təmin olunmuş idman kompleksləri, zallar və hovuzlardan ibarət ümumhərbi və fiziki hazırlıq üçün bazalar; • kitabxana, oxu zalı, mətbəə, elektron-kitabxana sistemi, dərsliklər və tədris vəsaitləri, ictimai, elmi-məlumat xarakterli ədəbiyyat, fənlər üzrə metodiki, dövri nəşrlər, nizamnamə, təlimat, atış və sürücülük kursları, digər normativ sənədlər, kompüter proqramları, digər elektron təhsil və elmi mənbələrdən ibarət informasiya təminatı bazalar və vasitələr; • tədris-istehsalat emalatxanaları, təlim-texniki vasitələr üzrə laboratoriyalar, kino-fotolaboratoriyalar, anbarlar və digər obyektlərdən ibarət təhsil prosesinin təminatı obyektləri. Sirr deyil ki, müasirləşən hərbi təhsil sisteminin saxlanması və inkişafı peşəkar elmi-pedaqoji kadrların olmasından asılıdır. Bu cür keyfiyyətlərə malik elmipedaqoji kadrların hazırlanması, mövcud kadr potensialının gücləndirilməsi, qabaqcıl pedaqoji təcrübənin, texnologiyaların mənimsənilməsi, praktiki tətbiqi və s. hərbi təhsilin bilavasitə vəzifələridir. Xüsusi təyinatlı təhsil müəssisələri genişmiqyaslı düşüncə qabiliyyəti, bacarıq imkanlarına malik olan, əsaslandırılan məntiqi baxışları nümayiş etdirə bilən güclü təfəkkür daşıyıcıları yetişdirməlidir. Bu məqsədlə gələcəyimiz olan kursant
və dinləyicilərə əsaslı şəkildə təhsil vermək üçün vətənpərvər, peşəsini sevən, xalqına sadiq olan yüksəkixtisaslı elmipedaqoji kadrların hazırlanması lazımdır. Zabit kadrların hazırlanması sisteminin təkmilləşdirilməsində və tədris prosesinin keyfiyyətinin yüksəldilməsində təhsil müəssisələrinin yüksəkixtisaslı professor-müəllim heyəti ilə komplektləşdirilməsi, onların peşəkarlıq və metodiki ustalıqlarının daima artırılması vacibdir və bu istiqamətdə məqsədyönlü işlər aparılır. Xüsusi təyinatlı təhsil müəssisələrində professor-müəllim heyətinin mövcud hərbi-peşəkar hazırlıq sisteminin mülki ali təhsil müəssisələrindən və xarici dövlətlərin pedaqoji kadr hazırlığı sistemlərindən fərqli olan bir sıra xüsusiyyətləri var. Ordu üçün peşəkar professormüəllim heyəti, eləcə də pedaqoji kadr hazırlığı sisteminə rəhbər heyət hazırlayan hərbi-pedaqoji təhsil müəssisələri yoxdur. Amma bu məsələləri həll etmək üçün Müdafiə Nazirliyinin strukturunda adyunktura, magistratura və ixtisasartırma kurslarından ibarət olan professormüəllim heyətinin hazırlıq sistemi mövcuddur. Adyunktura Müdafiə Nazirliyinin strukturunda elmi və elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil səviyyəsidir. Adyunktlar xüsusi təhsil proqramı əsasında təhsil alır, tədris, metodiki və elmi işin təşkili, həyata keçirilməsi üzrə müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Onlar ixtisasları üzrə Azərbaycan Ordusu üçün aktual olan mövzular əsasında fəlsəfə doktoru (elmlər doktoru) proqramları üzrə dissertasiya işini yerinə yetirirlər. Adyunkturaya qəbul, bir qayda olaraq, könüllü, bəzi hallarda isə təhsil müəssisələri tərəfindən məqsədli qaydada göndərilməklə həyata keçirilir. Adyunktura yalnız 2014-cü ildə Hərbi Akademiyanın nəzdində yaradılıb. İlk qəbul isə 2014-2015-ci tədris ilində həyata keçirilib.
Hərbi-pedaqoji fəaliyyətin əsas xüsusiyyəti bu sistemin müntəzəm olaraq təkmilləşdirilməsindən, gənc müəllimlərin, eləcə də təcrübəli pedaqoqların da peşəkar hazırlığını daima artırmalarından ibarətdir. Ən təcrübəli müəllimlər də peşə hazırlığını daim inkişaf etdirməli və bu istiqamətdə fəaliyyətini dayandırmamalıdır. Müəllim heyəti hərb elminin və hərbi texnikanın son nailiyyətlərini bilməli, problemlərilə tanış olmalıdır. Bu istiqamətdə müəllim heyətinə ixtisasartırma sistemi kömək edir. Qeyd olunan tədbirlərin həyata keçirilməsi Müdafiə Nazirliyinin strukturunda daha da inkişaf edib və təkmilləşmiş hərbi təhsil sisteminin yaranmasına, inkişaf tempinin sürətlənməsinə şərait yaradır. AD: Təlim-tədris prosesində dünya bu gün müasir elektronlaşmış texnologiyalara üstünlük verməkdədir. Kitabxanaların elektronlaşdırılması, dərslərin interaktivliyi, kompüterləşmə və simulyasiyanın sintezi prosesi gedir. Azərbaycanda bu istiqamətdə yaxın perspektivdə hansı addımların həyata keçirilməsi nəzərdə tutulur? Nizam OSMANOV: Sözügedən məsələ ilə bağlı deyə bilərəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu arasında 2015-ci il dekabrın 29-da elmi-texniki əməkdaşlıq sahəsində imzalanan Memorandumdan irəli gələn öhdəliklər əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Elektron kitabxana” proqram təminatı işlənib hazırlanıb və istifadəyə verilib. “Elektron kitabxana” proqramı professor-müəllim heyətinin və din ləyicilərin məxfilik qrifi olmayan resurslardan (qanunlar, nizamnamələr, kitablar, təlimatlar, dissertasiya işləri, jurnallar, plan-konspektlər və s.) istifadəsinin təmin edilməsi üçün nəzərdə tutulub. “Elektron kitabxana” proqramı sınaq məqsədilə ilkin olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasının daxili şəbəkəsində istifadə edilir. Bu məqsədlə Hərbi Akademiyada professor-müəllim heyətinin xidməti otaqlarında və dinləyicilər üçün ayrılmış auditoriyalarda işçi stansiyalar yaradılıb. Gələcəkdə Müdafiə Nazirliyinin digər idarə, xidmət və qurumlarının, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin də bu sistemə qoşulması planlaşdırılır. Dərslərin interaktivliyi, siniflərin kompüterləşdirilməsi və digər istiqamətdə də perspektivdə addımlar atılacaq, layihələr həyata keçiriləcəkdir.
YANVAR–FEVRAL 2018
AD: Son illər həm Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, həm də ordu birliklərinin təlim mər kəzlərində simulyator siniflərinin istifadəyə verildiyinin şahidi oluruq. Hərbi texnikaların və silah sistemlərinin mənimsənilməsində simulyatorların rolu önəmlidir. Bu il və yaxın perspektiv üçün yeni simulyatorların alınması və tətbiqi istiqamətində görülən işlər barədə nələri söyləyə bilərsiniz? Nizam OSMANOV: Hazırkı dövrdə təhsilin ayrılmaz hissəsinə çevrilən simulyatorlar heyətin hazırlanmasında mühüm rola malikdir. Təsəvvür edin, bir tankçının hazırlığında ona atış həyata keçirmək üçün nə qədər sursat, yaxud texnikanı idarə etməyi öyrənmək üçün nə qədər yanacaq verilməlidir. Üstəlik texnikanın istifadə resursu. Bunların hamısı maddi vəsait tələb edir. Simulyatorda isə sinif şəraitində həmin tapşırıqlar reallığa yaxınlaşdırılmış şəraitdə icra olunur. Daha sonra həmin heyət real texnika və ya silahı istifadə üçün poliqona buraxılır. Hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Hərbi texnikaların və silah sistemlərinin mənimsənilməsi üçün “Konkurs” (raket), T-72 tank (sürücülük və atış), TİSAS, TƏİR, PDM-1, PDM-2 (sürücülük və atış), 2 S-1, 2 S-3, “Gilavar”, “Koza” (tir); BİAMXİT (Atış sistemləri) simulyator sinifləri fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif döyüş texnikaları üçün simlyator trenajorlarının alınması da nəzərdə tutulur. Təlim və Tədris Mərkəzi ilə yanaşı, bütün ordu birliklərinin təlim mərkəzləri müvafiq texnikaların simulyatorları ilə təchiz edilib. Ordumuzun istifadəsinə yeni daxil
olmuş silah və texnikaların da simulyatorlarının alınması həyata keçirilir. Artıq T-90 tanklarının, Mi-35M helikopterlərinin simulyatorları da qurularaq heyətin istifadəsinə verilib. AD: Hərbi təlim-tədris prosesinin vacib elementlərindən biri də poliqonlardır. Sovet ordusundan qalma poliqonların müasirləşdirilməsi, yeni təlim texnologiyaları ilə təchiz edilməsi, eləcə də bir neçə il əvvəl mobil poliqonların tətbiqi kimi planın olduğu açıqlanmışdı. Bu barədə fikirləriniz və yanaşmanızı bilmək istərdik. Nizam OSMANOV: Bildirmək istəyirəm ki, poliqonlarla bağlı görüləcək işlərin proqramı hazırlanıb və hər il yeni avadanlıqların alınması nəzərdə tutulur. Təlim imkanlarının artırılması məqsədilə 2017-ci ilin yay aylarında
12-13
poliqonlarda yeni, məsafədən idarə edilən RAİS-2016P rəqəmsal hədəf qal dı rıcılarının quraşdırılması həyata keçirilib və poliqonlarımızdan birində 3 istiqamətli atıcı silahlardan atış sahəsi yaradılıb. Bundan əlavə, bir neçə təlim obyekti (snayper şəhərciyi, taktiki təlim şəhərciyi və tank biatlonu şəhərciyi) yenidən inşa edilib və yeni hədəfqaldırıcıları və avadanlıqlarla təchiz olunub. Təlim mərkəzlərindən birində isə tank və PDM direktrisasının, Ümumqoşun atış sahəsinin yenidən qurulması məqsədilə Türkiyə Respublikasının müvafiq şirkəti ilə müqavilə bağlanılıb. Burada müasir avadanlıqla təchiz edilən atış sahələrinin poliqon sahələrinin yaradılması planlaşdırılır. Bu sahədəki mühüm layihələrdən biri də mobil poliqonların alınması və tətbiqidir. Mobil poliqon dedikdə daşınan
Heydər Əliyev adına AAHM-in kursantlarının Qaraheybət Təlim Mərkəzində təlim prosesindən. Foto: MN
AZERI DEFENCE
Yuxarıda soldan sağa Müda iə Nazirliyinin təlim mərkəzlərindən biri, sağda Qaraheybət poliqonunda “Koza” şirkəti tərə indən qurulan “Polytronic” tank hədə i. Aşağıda: Xüsusi Təyinatlı Qüvvələrin heyəti təlimdə. Foto: AD/ Polytronic/MN
hədəfqaldırıcı qurğular və onların idarəedilməsi sistemi nəzərdə tutulur. Məsələn, elə yerlər var ki, orada hədəfləri daimi qoymaq mümkün deyil. Hava şərtləri və s. səbəblərdən sıradan çıxa bilər. Belə yerlərdə hərbi hissələr daşınan hədəfqaldırıcıları təlim müddətində poliqona götürüb qısa müddətdə qurur, çalışmaları yerinə yetirdikdən sonra təkrar özləri ilə geri götürürlər. Onu da qeyd edim ki, son illərdə poliqonlarımızda qurulan bütün hədəflər elektron qeydəalma funksiyasına malikdir. Orada aparılan bütün atışların nəticələri operatorun kompüterində qeydə alınır. Hərbi Dəniz Qüvvələrinin bazasında gəmilərin təhlükəsiz dayanması üçün yeni körpü tikilib, gəmi ekipajlarının keyfiyyətli hazırlıqlarının təmin edilməsi məqsədilə müasir tələblərə cavab verən yeni təlim-məşq kompleksi istifadəyə verilib, idman şəhərciyi və mini futbol meydançası yaradılıb. Ötən il keçirilən “Dəniz Kuboku” beynəlxalq yarışları zamanı HDQ-nin yerli mütəxəssislərin layihəsi əsasında hazırlanmış təlim mərkəzindən də geniş istifadə olundu. AD: Yeri gəlmişkən, mövzunu Qaraheybət poliqonunun yenidən qurulması layihəsi ilə davam etdirmək istərdik. Bu layihənin nümayiş etdirilən maketinə görə inşaat bitəndən sonra poliqon Avropada təchizatına görə yeganə bu tip təlim mərkəzi olacaq. O poliqon nə zamana hazır olacaq? Nizam OSMANOV: Bəli, həqiqətən də, Qaraheybət Təlim Mərkəzində yeni
tikilməkdə olan müasir poliqon sahələri təchizatına görə regionda ən yaxşı təlim mərkəzlərindən biri olacaq. İnşanın cari ildə başa çatdırılması nəzərdə tutulur. Bu poliqon “Koza” şirkəti tərəfindən dünyada hədəf cihazlarının istehsalı üzrə tanınmış “Polytronik”in hədəfqaldırıcıları ilə təchiz edilir. Öz texnoloji imkanlarına görə düşünürəm ki, Qaraheybət poliqonu regionda bir nümunə olacaq. Burada şəxsi heyətlə yanaşı, tankların da atış təlimləri keçiriləcək. Bu poliqonun digər bir mühüm özəlliyi isə postsovet regionu və Şərqi Avropa məkanında ilk dəfə olaraq tam şəkildə LOMAH hədəflərin tətbiqidir. AD: Yaşayış məskənlərində döyüş əməliyyatlarını imitasiya etmək üçün xüsusi hazırlanan təlim şəhərcikləri mövcuddur. 2013-2014-cü illərdə gəzən söhbətlərə görə, Müdafiə Na-
zirliyi də poliqonların birində böyük miqyaslı bənzər təlim şəhərciyinin inşasını düşünürdü. Bu layihənin sonrakı taleyi necə oldu? Nizam OSMANOV: Yaşayış məskənlərində döyüş əməliyyatlarını imitasiya etmək üçün Qaraheybət Təlim Mər kəzində xüsusi qurulan kiçik şəhərcikdən istifadə edilməklə Əməliyyat İmkanları Konsepsiyası taborunun iştirakı ilə müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə gələcəkdə bölmələrin yaşayış məskənlərində döyüş əməliyyatlarını icra etmək bacarıqlarının daha da güc ləndirilməsi üçün müasir tələblərə cavab verəcək xüsusi hazırlanan təlim şəhərciyinin inşası planlaşdırılır. AD: Cənab general, müsahibəmizin sonunda əlavə etmək istədiyiniz fikirlər varmı? Nizam OSMANOV: Təşəkkür edirəm.
Vaxt ayırıb AZERİ DEFENCE jurnalının suallarını cavablandırdığına görə general-leytenant Nizam Osmanova təşəkkürümüzü bildiririk.
YANVAR–FEVRAL 2018
“Buta Armor” zirehli gödəkçə istehsal edəcək
Fevralın 12-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) zirehli gödəkçə və akkumulyator, yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğaclarının və istixanalar istehsal edən mexaniki zavodun təməli qoyulub. Bu münasibətlə YT Parkında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, hazırda YT Parkında 6 rezident fəaliyyət göstərir. Sonra çıxış edən AMEA İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev bildirib ki, YT Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Parkın yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi təd qiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. F.Abdullayevin sözlərinə görə, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr
və digər istiqamətlərdə bir sıra mühüm layihələr həyata keçirilib. Yaxın vaxtlarda isə bir sıra məhsulların bazara çıxarılması nəzərdə tutulur. Tədbirdə çıxış edən Bolqarıstanın Azərbaycandakı səfirinin vəzifəsini icra edən Yanko Yanakiev iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu vurğulayaraq, bütün istiqamətlərdə birgə fəaliyyətin səmərəli olacağına əminliyini ifadə edib. “EPC Group” MMC-nin prezidenti Reza Vəziri elm və istehsalatın birgə tətbiqinin elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu deyib, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərə nailiyyətlər arzulayıb. Bolqarıstanın MONBAT şirkətinin baş icraçı direktoru Atanas Bobokov, Bol qarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov və “İFS Group” həmtəsisçisi Ramin Əhmədov, Türkiyənin “Euromet” şirkətinin rəhbəri Recai Coşkun çıxış edərək birgə fəaliyyətin hər iki ölkənin elm və iqtisadiyyatı üçün uğurlu olacağını bildiriblər.
14-15
Sonra Yüksək Texnologiyalar Parkında yeni rezidentlik statusu alan hüquqi layihələrə şəhadətnamələr təqdim edilib. Akademik Akif Əlizadə rezidentliyə qəbul edilən 4 layihə rəhbərini təbrik edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirin sonunda yeni istehsal komplekslərinin təməlqoyma mərasimi keçirilib. AMEA YT Parkının yeni rezidenti “Buta Armor” şirkəti zirehli gödəkçə və dəbilqələrin istehsalını həyata keçirəcək. “Buta Armor”un AMEA YT Parkının ərazisində inşa edilən müəssisəsi istehsal sahəsi, məhsulların testini aparmaq üçün müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və ballistik sınaqların keçirilməsi üçün qapalı atış tirindən ibarət olacaq. Şirkətdən verilən məlumata görə, ilk olaraq əsas diqqət Level III+ qoruma səviyyəsini təmin edən hərbi və taktik modellərə (Model 56, 57, 58, dəniz və sahil mühafizəsi, Model 75 ultra yüngül, Model 76, Model 78 və s.) veriləcəkdir. Bu modellərlə yanaşı, şirkət sifariş əsasında Azərbaycanda ilk dəfə olaraq zirehli gödəkçələrlə yanaşı, minatəmizləmə və bombazərərsizləşdirmə mütəxəssisləri üçün yüngül və orta çəkili zirehli kostyumların, qoruyucu baş geyimlərinin, habelə VİP qoruma üçün zirehlərin və qoruma sipər lərinin də istehsalını da həyata keçirməyi planlaşdırır. Şirkət həmçinin BK-3 və PASGT tipli dəbilqələrin də Azərbaycanda istehsalını reallaşdıracaq. Qeyd edək ki, AMEA YT Parkının yeni rezidenti olan akkumulyator batareyalarının istehsalı üzrə ixtisaslaşmış Bolqarıstanın MONBAT şirkətinin məhsul portfelində hərbi texnika üçün akkumulyatorlar da xüsusi yer tutur. AMEA prezidenti akademik Akif Əlizadə YT Parkının yeni rezidentlərinə (soldan sağa: “Buta Armor” şirkətinin təsisçisi Ramin Əhmədov və MONBAT şirkətinin baş icraçı direktoru Atanas Bobokov) serti ikatları təqdim edərkən.
AZERI DEFENCE
SHXÇDX hesabat verdi Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 6-cı ildönümü qeyd olunub. Xidmətin Aparatının inzibati binasında kkeçirilən tədbirdə SHXÇDX əməkdaşları ilə yanaşı, respublikada fəaliyyət göstərən veteran təşkilatları, hərbi-vətənpərvərlik təmayüllü QHT-lər və media nümayəndələri də iştirak ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edərək bildirib ki, rəhbərlik etdiyi qurum ötən müddət ərzində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib: “Dövlət başçısının müəyyən etdiyi siyasətin tələb olunan səviyədə icrasını təmin etmək məqsədilə 6 il ərzində Xidmət tərəfindən müvafiq tədbirlər görülüb. Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağrılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı, savadlı kadrlarla komplektləşdirilməsi, maddi texniki bazanın gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də digər sahələrdə əhəmiyyətli nəticələr əldə edilib”. A.Rəhimov bildirib ki, Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir. Bu vəzifələrin icrası ilə əlaqədar, səfərbərliyin idarə olunması, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələriylə komplekt-
ləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsinin yoxlanılması məqsədilə mütəmadi olaraq praktiki məşğələlər keçirilib. Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi qaydaları işlənilib. A.Rəhimov qeyd edib ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilmiş ehtiyatda olan zabit və gizir hazırlığı, həmçinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunun dəyişən heyətlə komplektləşdirilməsi üçün namizədlərin göndərilməsi təmin olunub. Bununla yanaşı, Xidmətin aparatının nəzarət qrupları və yerli idarə-şöbə bölmələrin nəzarət qrupları ilə, eləcə də zonalar üzrə səfərbərlik şöbə və bölmələrinin şəxsi heyətləri ilə səfərbərlik hazırlığı üzrə məşğələlər keçirilib, Silahlı Qüvvələrə təyin edilmiş hərbi nəqliyyat vasitələrinin texniki vəziyyəti və toplanmasının praktiki təşkili yoxlanılıb. A.Rəhimov qeyd edib ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, müddətli həqiqi xidmətə çağırılması işinin təşkili isti qa mə tin də də iş lər görülüb. Si lah lı Qüvvələrin ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi üçün 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması təşkil olunub. SHXÇDX nəzdində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında müvafiq ixtisaslar üzrə maddi texniki bazanın yara-
dılması təmin olunub və vətəndaşların sürücü, snayper, paraşütçü, rabitəçi və aşpaz kursları yaradılaraq ixtisaslar üzrə hazırlanması işi təşkil olunub. Xidmət rəisi bildirib ki, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsi və şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılması hazırda zəruri məsələlərdəndir: “Bu məqsədlə ötən müddət ərzində tərəfimizdən bi sıra tədbirlər həyata keçirilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş SHXÇDX hərbi qulluqçuların hərbi geyim forması və ləvazimatlarla təmin edilməsi normalarında dəyişikliklər olub. Xidmətin aparatının və bir sıra struktur bölmələrinin yeni inzibati binasının inşası davam etdirilib, bağlanmış müqavilələr əsasında alınmış xidməti minik avtomobilləri müvafiq sənədləşmə əsasında cavabdeh şəxslərə təhkim olunub”. Qeyd edək ki, toplantıda SHXÇDX rəisinə yeni təyin edilmiş müavinlər polkovnik Şahvələd Əliyev və polkovnik Yusif Mirzəyev şəxsi heyətə təqdim olunub. Qeyd edək ki, fevralın 12-də SHXÇDXnin yaranmasının altıncı ildönümü münasibətilə Prezident İlham Əliyev Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə SHXÇDX-nin iki hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 8 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Digər sərəncamla SHXÇDX-nin rəis müavini Mayıl Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilib. AD
YANVAR–FEVRAL 2018
16-17
DSX rəisi AMEA YT Parkının fəaliyyəti ilə tanış olub
Fevralın 20-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub. Öncə YT Parkın rezidentləri – TəcrübəSənaye Zavodunun və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib, pilotsuz uçuş aparatların
istehsal sahələri, YT Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası və Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olunub. Sonra DSX rəhbərliyi üçün YT Parkın fəaliyyət istiqamətləri, gələcək inkişaf planları, ayrı-ayrı rezidentləri haqqında təqdimat təşkil olunub. Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik Akif Əlizadə Azərbaycanda
TƏQ-7 üçün yeni atış simulyatoru
Azərbaycanıın “DN Technologies” şirkəti tank əleyhinə əl qumbaraatanı (TƏQ7/RPQ-7) üçün yeni atış simulyatoru hazırlayıb. Simulyator gənc əsgər və zabitlərin atış sərrastlığının artırılması, döyüş qabiliyyətinin yüksəldilməsi üçün nəzərdə tutulur. TƏQ-7 nişangah qurğusu “DN Technologies” MMC-nin istehsalı olan xüsusi proqram təminatı ilə inteqrasiya edilmiş Virtual Reallıq Nişangah Qurğusu ilə əvəz edilib. Bu cihaz vasitəsi ilə heç bir proyektor, monitor kimi əlavə texnologiyalardan istifadə etmədən, istənilən tank əleyhinə əl qumbaraatanını təlim silahına çevirmək
mümkündür. Virtual Reallıq Nişangah Qurğusu ilə nişan aldıqda ərazini yox, məhz sistemə öncədən yüklənilmiş müxtəlif poliqonlarda döyüş şəraitinin 3D səhnələri görünür. Simulyatorun proqram təminatında hər növ döyüş tapşırıqlarının imitasiyası nəzərə alınıb. Sistemə həmçinin Müda iə Nazirliyinin təsdiq etdiyi son Atış Kursunda əl qumbaraatanı Təlim Atış Çalışmaları da yüklənib. Qeyd edək ki, “DN Technologies” şirkəti AMEA Yüksək Texnologiyalar Parkında yerləşir. Şirkət proqramlaşdırma və atış simulyatorlarının yaradılması üzrə ixtisaslaşıb.
yüksək texnologiyalar sahəsinin inkişafına dövlət qayğısından danışıb, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqinin vacibliyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən Yüksək Texnologiyalar Parkının yaradılması bunun bariz nü munəsidir. Akademik iki dövlət qurumu arasında əməkdaşlığın gələcək perspektivlər üçün önəm daşıdığını vurğulayıb. Sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA YT Park ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək gələcəkdə bu istiqamətdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib. AMEA YT Parkının direktoru Vüqar Babayev iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın zəruriliyini qeyd edib. Daha sonra “Elm və Texnologiya Parkı” MMC-nin nümayəndəsi Ayaz Məmmədli, “Azeltech” MMC-nin direktoru Samir Süleymanov və “DN Technologies” MMC-nin nümayəndəsi Ceyhun Nabadov təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatla çıxış ediblər.
ANAMA Xızıda əməliyyatları başa çatdırıb Müda iə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları başa çatıb. Ümumilikdə 133 gün davam etmiş əməliyyatlar zamanı 25 846 ədəd partlamamış hərbi sursat (PHS), 20 298 ədəd partlamış-yanmış sursat qalıqları və 105 297 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 101 517 849 kv.m (10 152 ha) ərazi yoxlanılıb. Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maari ləndirmə təbliğatı aparılıb.
AZERI DEFENCE “Target”dən yeni LOMAH Azərbaycan Respublikası ərazisində poliqonların inşası və təchizatı ilə məşğul olan “Target” şirkəti hədəflərin vurulmasını və atışın dəqiqliyini təyin etməyi bacaran yeni “Vuruş və Yayınmanı Aşkarlama Sistemi”ni (LOMAH) təqdim edib. Poliqonlarda və açıq arazidə istifadə olunan bu qurğu bütün hədəf sistemlərinə əlavə edilə və ya tək istifadə oluna bilər. Səsdən daha sürətli güllələrin və mərmilərin ballistik trayektoriyasını izləyərək atış yerlərini müəyyən edən bu sistemin hər növ tank və atıcı silahların atış sahəsində tətbiq edilməsi mümkündür. “Vuruş və Yayınmanı Aşkarlama Sistemi” üç və ya dörd qəbuledici, bir “delta” qurğudan ibarətdir. Delta qəbuledici hər növ hədəfin önünə yaxın bir məsafədə və yaxud tək yerləşdirilir. Bu delta qəbuledicilər ən az 1,3 (V2 / 430 m/san) sürət ilə keçən mərmilərin yaratdığı hipersonik şok dalğaları vasitəsi ilə atılan sursatın hədə-
fin hansı məsafəsindən keçdiyini müəyyən edir. Bu müəyyənetmə müddəti mikro saniyə səviyyəsindədir. Sistem hədəfə dəyən və hədəfdən yayınan atışları və atış yerini müəyyən etmək üçün istifadə olunur. Atışın və yayınmanın yerini həm vizual, həm də x-y koordinatları olaraq verir. Nəzarət kompüteri və atıcı monitorlarında atış nəticələri qeyd olunur. Batareya və şəbəkə enerjisi ilə çalışan sistemin quraşdırma və montajı asanlıqla həyata keçirilir. Hər cür ərazi şərtlərində istifadəyə uyğundur. Sistemin əsas özəlliklərindən biri də istifadə olunan hədəf siluetinə görə güllənin atış yerini, yayılmasını və mərminin hədəfdəki sürətini göstərməsidir. Sistem təsbit cihazı, uzaqdan idarə və nəzarət aparatı, idarə nəzarət mərkəzi və atıcı monitorlarından ibarətdir. “Target” mütəxəssislərinin sözlərinə görə, sistemin yaddaşına dairə, baş, sinə,
BTR-82A yeni partiyaları silahlanmada Azərbaycanın Rusiyaya sifariş verdiyi BTR-82A zirehli transportyorların növbəti partiyası yanvar ayının 19-da Bakıya gətirilərək hərbi hissələrin sərəncamına verilib. Müda iə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq olunmuşdur. BTR-82A zirehli transportyorlarının növbəti partiyasını silahlahmaya qəbul edən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu poliqonlarda gecə və gündüz şəraitində hərbi texnikanın sınaqlarnı keçirib. Qeyd edək ki, Rusiyanın “Hərbi Sənaye Kompleksi” müəssisəsi tərə in-
dən istehsal olunan BTR-82A zirehli transportyoru öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq BTR-82A daha güclü mühərriklə təmin olunub, zirehi gücləndirilib, kondisioner,
diz və boy hədəf siluetləri əlavə oluna bilər. İstifadə zamanı atış nəticələri atıcıların yanındakı monitorlarda göstərilir, istəyə bağlı olaraq nəticələrin sürəti çap olunur. İstifadə edilən hədəf siluetlərinə görə atış və yayınma nöqtələri ekranda həm vizual, həm də koordinat olaraq görünür. Burada xüsusi bir hədəf mexanizminə ehtiyac yoxdur. Hərəkətli hədəflər ilə də istifadə olunur. Sistemin istifadə edilməsi zamanı sistemin bütün parçalarının birbaşa güllə zərbəsinə qarşı qorunduğundan əmin olunmalı, bununla əlaqədar sistem yetərli dərinlikdə bir sədd arxasına yerləşdirilməlidir. Silahların sıfırlanması, nişan alma və ya snayper təlimləri üçün faydalı hesab olunan sistem 50-2000 metr məsafədə, ərazidə radio antenalarının bir-birini görməsi şərtilə istifadə oluna bilər. Hal-hazırda Türkiyədə Türk Silahlı Qüvvələri birliklərində, həmçinin MKEK silah fabrikində MPT-76 tüfənglərinin test atışları üçün istifadə olunmaqdadır.
beşinci nəsil müasir rabitə vasitələri ilə təchiz edilib. Zirehli transportyorun məsafədən idarə olunan döyüş moduluna əsas silah kimi 30 mm-lik 2A72 avtomat top və ikinci silah kimi 7.62 mm-lik PKTM pulemyotu daxildir. Maşının heyəti 3 nəfər, desant tutumu 7 nəfər, döyüş ağırlığı 16 tondur. Zirehli transportyor 300 at gücünə malik mühərriklə təchiz edilib.
YANVAR–FEVRAL 2018
18-19
Orduların və donanmaların seçimi — İŞBİR generatorları İŞBİR Elektrik Sənayesi A.Ş. Türkiyədə 40 illik tarixə malik, sektorda yerini almış ilk generator zavodu olaraq ən yüksək gücdə dəyişən cərəyan generatorlarının (alternator) istehsalçısıdır. Türkiyədə bu sahədə bir məktəb olduğumuzu və sektordakı bir çox firmanın təcrübəli işçilərinin bizim məktəbin yetirmələri olduğunu da nəzərə çatdırmaq istərdik. Xaricdə çalışan türk mütəxəssislərin təşəbbüsü ilə 1977-ci ildə yaradılmış və adını da məhz bu işçi birliyindən alan İŞBİR A.Ş. 1988-ci ildən etibarən Türk Silahlı Qüvvələrini Gücləndirmə Fonduna (TSKGV) bağlı olaraq fəaliyyət göstərir. Şirkətimiz TSQGV nəzdindəki 6 şirkətdən biridir. 2017-ci ilin sonudan etibarən işçi sayı 126 olan İŞBİR Elektrik Sənayesi A.Ş Balıkəsirdə təxminən 30 min kvadratmetrlik bir ərazidə, 10 min kvadratmetri qapalı, 20 min kvadratmetri açıq sahəyə malik müəssisələrdə dizayn, araşdırma və inkişaf, istehsal, test, montaj, satış, sertifikasiya, ixtisas və maddi-texniki dəstək fəaliyyətləri göstərir. 2017-ci ildə dövriyyəmiz 55 milyon Türk Lirəsi (14.7 milyon USD – red.) təşkil edib. Cari ildə satış rəqəmlərimizi 65 milyon Türk Lirəsinədək və ya 15% artırmağı düşünürük. İŞBİR Elektrik Sənayesi A.Ş. hazırda Türkiyədə müvafiq gücdə, xüsusiyyətlərdə və layihə əsasında 2000 kVA qədər gücdə dəyişən cərəyan generatorlarını istehsal edən ilk və yeganə şirkətdir. 10 kVA ilə 2000 kVA arası gücdə və öz dizaynı olan dəyişən cərəyan generatorlarını istehsal edən İŞBİR “yerli iştirak pa-
yı” ən yüksək firmalardan hesab olunur. Dəyişən cərəyan generatorları istehsalı sahəsində öndə gedən şirkət olmaqla biz ən yaxşı iş və ən yaxşı məhsulu təmin edirik. İŞBİR-in əsas fəaliyyət istiqamətləri generator, dəyişən cərəyan generatoru, konvertor, sinxron və asinxron elektrogenerator qrupları, habelə elektrik panellərinin istehsalıdır. İŞBİR tərəfindən hazırlanan sinxron və gəmi tipli (marin) dəyişən cərəyan generatorları, mobil sistemlər və bunlarla bağlı texnologiya və infrastruktur digər şirkətlərə örnək göstərilir. Şirkət bu sahədə Türkiyədə bir məktəb hesab edilir. İŞBİR Elektrik Sənayesi A.Ş. yenilikçi baxışı və əlavə dəyəri yüksək məhsullarla Türkiyədə 2020-ci ilə qədər bazar payını 6%-in üzərinə çıxarmağı, sektordakı ilk dörd firma arasında yer almağı planlaşdırır. Eyni dönəmdə toplam gəlirləri içərisində ixracat payını minimum 15% yüksəltməyi hədəfləyir. Bu günə qazanılmış təcrübələrdən çıxış edərək, istehsal edilmiş hərbi gəmi generatorları ilə yanaşı, həm yerli, həm də xarici şirkətlərə aid mülki gəmilərin də generatorlarının İŞBİR-də istehsalı nəzərdə tutulur. Türkiyənin yer aldığı coğrafiyada enerji sistemlərinin istehsalına və yaradılmasına öncüllük edərək, sahib olduğu texnik kadrlar və təcrübə ilə milli müda fi ə yə, o cümlə dən ölkə iqtisadiyyatına bilavasitə töhfə verməyi öz hədəfi elan
etmiş İŞBİR Elektrik Sənayesi A.Ş. yüksək keyfiyyətli məhsulları 2004 TSE Keyfiyyət (Kalite), 2013 TSE Qızıl Keyfiyyət Mükafatı və ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi, Türk Standartları İnstitutunun Məhsul Uyğunluq sertifikatları ilə təsdiq edilib. Şirkət yüksək keyfiyyətdə istehsal, effektiv də davamlı satış, satış sonrası sürətli xidmət dəstəyi ilə Türkiyədə və xaricdə davamlı enerjinin qarantı kimi tanınıb. Sənaye tipli alternator istehsalı ilə yanaşı, İŞBİR tərəfindən istehsal edilmiş marin tipli alternatorlar Hərbi Dəniz Qüvvələri üçün həyata keçirilən MİLGEM 1-2 (Heybeliada/ Büyükada), LST, Yeni Tip Gözətçi Gəmisi (Yeni Tip Karakol Botu –YTKB) kimi milli layihələrdə istifadə edilir. Bundan başqa, MİLGEM layihəsi üzrə inşa edilən üçüncü və dördüncü gəmilər (Burgazada / Kınalıada) üçün generatorların istehsalı tamamlanaraq gə-
AZERI DEFENCE miləri inşa edən tərsanələrə təhvil verilib. “Burgazada” korvetində generatorların montajı və liman testləri 2017-ci ilin oktyabr ayında tamamlanmışdır. Hərbi limanların qarşısında kəşfiyyat və gözətçi, habelə dənizaltılarla mübarizə məqsədilə inşa edilmiş 16 ədəd yeni tip gözətçi gəmisinin generatorları da İŞBİR tərəfindən istehsal olunaraq HDQ-yə təhvil verilib. Qeyd edək ki, Türkiyə ilə yanaşı, 10 ədəd YTKB Sərhəd Gözətçi Gəmisi adı altında Türkmənistana ixrac olunub. Türkiyənin Osmanlı dönəmindən bu yana ixrac etdiyi ilk döyüş gəmisi hesab edilən bu gəmilərdə İŞBİR markası generatorların istifadəsi İŞBİR-in müdafiə sənayesi sektorundakı uğurlarının sübutudur. Bundan başqa, Türkmənistana ixrac edilən 1 ədəd sərnişin gəmisi, 6 ədəd sürətli kater, 2 ədəd LCM (desant gəmisi), 5 ədəd yedək gəmisi, 1 ədəd hidroqrafik gəmidə istifadə edilən generatorlar da İŞBİR tərəfindən istehsal edilib. Ümumilikdə Türkmənistan HDQ və Sərhəd Qoşunlarına məxsus 25 gəmidə 62 ədəd İŞBİR generatoru istifadə olunur. Yenə Türkiyə HDQ-də istifadə ediləcək 2 ədəd tank çıxarma gəmisindən birinci – “TCG Bayraktar”ın generatoru da İŞBİR tərəfindən tədarük olunub. Gəminin hərəkət testləri tamamlanıb və HDQyə təhvil verilib. İkinci gəmi “TCG Sancaktar”a aid generatorların isə montajı tamamlanıb və hərəkət testləri davam edir. İstanbul Tərsanəsi tərəfindən istehsal edilən Seysmik Araşdırma Gəmisinin generatorları da İŞBİR tərəfindən tədarük olunub. Qeyd olunan gəmilərlə yanaşı, Test və Təlim Gəmisində (TVEG lai hə si) is ti fa də olu na caq 4x750 kVA gücündəki generatorların istehsalına başlanıb və onlar 2018-ci ilin sonlarında tərsanəyə təhvil veriləcək.
HDQ-nin ehtiyacları üçün inşa ediləcək, Mərmərə dənizində və sahil sularında baş verə bilən qəzalarda xilasetmə, dalğıclıq və təcili müdaxilə məqsədilə istifadə olunması planlaşdırılan iki ədəd Təcili Müdaxilə və Dalğıc Təlimi Kateri layihəsi üzrə DESAN tərsanəsi və İŞBİR arasında yanvar ayının 5-də dizel generatorların tədarükünə dair müqavilə imzalanıb və nəzərdə tutulan generatorların 2019-cu ilin mart ayında DESAN tərsanəsinə təhvil verilməsi planlaşdırılır. Türkiyənin dost və qardaş ölkələri ilə imzalayacağı müqavilələr çərçivəsində ixrac edə biləcəyi dəniz platformalarında yer almaq İŞBİR-in ən böyük hədəfidir. HDQ ilə yanaşı, Quru Qoşunlarının ehtiyacları çərçivəsində Taktik Sahə Rabitə Sistemlərində (TASMUS) istifadə olunan 2x15 kVA gücündəki yedəkdə daşınan generatorlar, Avtomatlaşdırılmış Atəş Dəstək Layihəsi (ADOP) üçün istehsal edilən 2x15 kVA generatorlar, Mobil Yüksək Dalğa Kəsmə və Qarışdırma Sistemlərində istifadə olunan 2x13 kVA Dual generatorlar, Modulyar Müvəqqəti Bazalar üçün istehsal edilən fərqli güclərdə sinxron generatorların, sərhəd təhlükəsizliyi layihəsi çərçivəsində istifadə olunacaq 2x25 kVA Dual generatorlar və Radiostansiya Sistemi Layihəsi çərçivəsində istifadə olunan 2x13 kVA avtomatik yedəkli generatorlarımızın istehsalı davam etməkdədir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Təhlükəsizlik Baş İdarəsi üçün istehsal edilmiş “Anka”, “Bayraqdar”, “Karayel” PUA-nın yerüstü sistemlərində və F-16 simulyasiya mərkəzlərində də İŞBİR generatorları istifadə edilir. Ekoloji təmiz, səssiz və yüngül generator tələblərindən yola çıxan İŞBİR daha bir ilki bacararaq 5, 10, 20 və 30 kW gücündə taktik səssiz generatorların yaradılmasına nail olub. Hazırda müdafiə sənayesi layihələri çərçivəsində 5 kW,
20 kW tək, 2x20 kW Dual, 30 kW tək, 2x30 kW Dual taktik səssiz generatorların istehsalı davam etdirilməkdədir. Hərbi qurumlarla yanaşı, Türkiyədə Dövlət Hava Meydanları, Dövlət Dəmir Yolları, habelə xəstəxanalar, stadionlar, mədənlər və müxtəlif fabriklərdə İŞBİR generatorlarından istifadə olunur. İstehsal fəaliyyətlərinin gedərək artması, mövcud istehsal xəttinin yetərsizliyi və istehsal xəttinin modernləşdirilməsi çərçivəsində 15 avqust 2017-ci il tarixində İŞBİR Balıkəsir Orqanizə Sənaye Bölgəsində 31500 kvadratmetrlik əlavə sahə almışdır. Yeni qurulacaq fabrik üçün yeni avadanlıq və təchizat alımları həyata keçirilir. Türkiyənin 462-ci Araşdırma və İnkişaf Mərkəzi olan İŞBİR Ar-Ge Mərkəzi 9 may 2017-ci il tarixində Elm, Sənaye və Texnologiyalar Nazirliyində qeydə alınıb. İŞBİR Elektrik Sənayesi A.Ş yaradılan özünəməxsus məhsullar və davam etdirilən modernləşdirmə layihələri ilə yanaşı, Ar-Ge mərkəzi nəzdində təcrübəli mütəxəssisləri ilə hazırda məhsulların yaradılması, araşdırma və texnologiyaların inkişafı kimi geniş çeşiddə layihələrə davam edir. Bu layihələr tamamlandıqda İŞBİR bir çox ilkə imza atmış olacaq. Hal-hazırda yürütməkdə olduğumuz layihələrlə yanaşı, həm hərbi, həm sənaye, həm də dəniz tipli generator layihələri üçün ixracat həyata keçirdiyi ölkələrdən əlavə fərqli beynəlxalq bazarlara girməyi və İŞBİR məhsullarını ən yaxşı şəkildə tanıtmağı planlaşdırırıq. Yuxarıda açıqlanan bütün fəaliyyətləri “Hər şey Türkiyə üçün!” devizi ilə davam etdirən İŞBİR ailəsi olaraq AZERİ DEFENCE jurnalının oxucularını sevgi və hörmətlə salamlayırıq! İŞBİR Elektrik Sənayesi A.Ş
AZERI DEFENCE ASELSAN “mərmi ovçusu”nun seriyalı istehsalına başladı Qazaxıstan Özbəkistana Qeyd edək ki, “Qorqud” zenit-top Fevralın 15-də Türkiyənin ASELSAN gecəgörmə cihazları kompleksinin hazırlanmasına 2010-cu ildə şirkəti ilə Müdafiə Sənayesi Katibliyi (SSM) başlanılıb, 2015-ci il dekabrın 1-də zenitarasında “35 mm-lik hava hücumundan ixrac edib top kompleksindən qəlpələnən sursatlarla müdafiə sisteminin modernləşməsi və qəlpələnən sursat istehsalı" layihəsinin icrasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən "mərmi ovçusu" adlanan “Qorqud” zenit-top kompleksinin seriyalı istehsalına başlanacaq. Müqavilədə həmçinin “35 mm-lik hava hücumundan müdafiə sisteminin modernləşməsi və qəlpələnən sursat istehsalı” layihəsi çərçivəsində ASELSAN tərəfindən yaradılmış və ilk nümunələri 2016-cı ildə Türkiyənin Quru Qoşunlarına təhvil verilən 35 mm-lik yedəkdə daşınan hava hücumundan müdafiə kompleksinin və ATOM adlı 35 mm-lik qəlpələnən sursatların istehsalı planlaşdırılır. Bununla yanaşı, sözügüdən sistemlərin Quru Qoşunları üçün batareya komanda-nəzarət mərkəzi və Hərbi Hava Qüvvələri üçün batareya əməliyyat koman da-nəzarət mərkəzi də istehsal olunmalıdır.
“hava-yer” tipli raketlərə qarşı sınaq atışları keçirilib. Sürətli hədəf təyyarələrindən istifadə edilərək keçirilən testlər uğurlu alınıb. 2016-cı ilin iyun ayında Türkiyə Quru Qoşunlarının silahlanmasına daxil edilən sistemlər 2017-ci il oktyabrın 20də keçirilən "Atəş Sərbəst-2017" təlimində hədəf təyyarələri dəqiqliklə vurub. ASELSAN şirkətinin yaratdığı zenittop komplekslərinin aktual hava təhdidlərinə qarşı hazırladığı effektiv həllərdən biri də 35 mm-lik proqramlaşdırılan qəlpəli sursatlar hesab olunur. 2010-cu ildə SSM ilə imzalanan müqavilə çərçivəsində yaradılmasına başlanan 35 mm-lik qəlpəli “ağıllı sursat”ları ASELSAN-ın MKE təşkilatı və TÜBİTAK SAGE mərkəzi ilə əməkdaşlığı çərçivəsində hazırlanıb. İmzalanan sazişə əsasən Türkiyədə ilk dəfə olaraq lüləli silahlarda istifadə edilən “ağıllı sursat”lar seriyalı istehsal olunacaqdır. Şirkətin məlumatına görə, ASELSANın hazırladığı, 2016-cı ildən Türkiyə Quru Qoşunlarının silahlanmasında yer alan “Qorqud” aşağı hündürlüklü zenit-top kompleksinin də seriyalı istehsal işləri uğurla davam etdirilir. Tırtıllı nəqliyyat vasitəsi üzərində yüksək manevr qabiliyyətinə sahib olan “Qorqud” sistemi hərbi birləşmələrin və kritik obyektlərin hava hücumundan müdafiəsini sabit və hərəkətli olaraq təmin edə bilir. “Qorqud” zenit-top kompleksi ATOM adlı 35 mm-lik mərmilərlə dəstləşdirilir.
“Anka-S” PUA-nın qəbul testləri tamamlanıb Türkiyənin TUSAŞ şirkəti tərə indən istehsal edilmiş və peyk üzərindən idarə olunacaq “Anka-S” pilotsuz uçuş aparatının (PUA) qəbul testləri tamamlanıb. Şirkətin mətbuata göndərdiyi məlumata görə, görmə xəttindən uzaqda, hər cür hava şəraitində avtonom uçuş imkanına malik ilk iki ədəd “Anka-S” PUA silahlı qüvvələrə təhvil verilib. PUA yeni nəsil faydalı yüklərlə, milli uçuş idarəetmə kompüteri, idarəetmə sistemi, milli İFF cihazları ilə təchiz olunub. Şirkətin məlumatında bildirilib ki, eyni anda 6 ədəd “Anka-S” PUA peyk üzərindən idarə oluna biləcək. Bütün rabitə sistemində kriptolanmış məlumat mübadiləsi həyata keçirilir. Eləcə də İFF sistemi kriptolanıb. PUA avtomatik qalxma və enmə sisteminə sahibdir. Radiolink itdikdə aparatın yaddaşına daxil edilmiş aerodromlara tam avtonom şəkildə enmə yerinə yetirilir. PUA yeni nəsil EO/İR kamera ilə aşkarlama, tanıma, izləmə və işarələmə tapşırıqlarını yerinə yetirməklə yanaşı, rabitə relsi ilə “hava-yer”, “yer-hava-yer” rabitə bağlantısını təmin edir. Türkiyə Silahlı Qüvvələrinə ilk partiyada 6 ədəd “Anka-S” PUA verilməsi nəzərdə tutulur.
Qazaxıstanın “Kazakhstan Aselsan Engineering” (KAE) şirkəti 2017-ci ilin dekabr ayında Özbəkistan Silahlı Qüvvələrinə A-230 gecəgörmə cihazlarının ilk sınaq partiyasını verib. Şirkətin məlumatında qeyd olunur ki, KAE 2017-ci ilin sentyabr ayında Daşkənddə keçirilən “Özbəkistan-Qazaxıstan: əməkdaşlığın yeni mərhələsi” sənaye sərgisində öz elektrooptik məhsullarını nümayiş etdirib. Bundan sonra Özbəkistan tərə i bu məhsullara maraq göstərib, nəticədə isə ölkələr arasında ikitərəfəli saziş imzalanıb. Qazaxıstanın gecəgörmə cihazları müva iq testləri uğurla başa çatdırıb. Hazırda Özbəkistan tərə i ixrac məhsullarının çeşidini genişləndirməyə maraq göstərir.
Ukraynadan qanadlı raket sınağı Ukraynanın “Luç” Dövlət Konstruktor Bürosu tərə indən hazırlanan “Neptun” adlı yeni “yer-yer” tipli qanadlı raketin atış testi keçirilib. “Ukroboronprom” Dövlət Konserninin yaydığı məlumata görə, yerüstü və dəniz hədə lərinin məhv edilməsi üçün nəzərdə tutulan raketin sınaqları uğurla tamamlanıb. Raketin xarakteristikaları haqqında hələ ki məlumat verilmir. “Bizim qanadlı raketlərimiz və onların döyüş təchizatları, Ukraynanın bu tip silah növü beynəlxalq müqavilələrə zidd deyil”, – deyə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oleksandr Turçinov qeyd edib. O bildirib ki, milli raket proqramı əlaqələndiricisi olan Milli Təhlükəsizlik və Müda iə Şurası ölkənin müda iə sənayesi müəssisələrinə yalnız yerüstü deyil, dəniz və hava sahələrində də qanadlı raket komplekslərinin inkişaf etdirilməsini tapşırıb.
YANVAR–FEVRAL 2018
Türkmənistandan “Polaris” seçimi Türkmənistanın Xüsusi Təyinatlı Qüvvələri ABŞ-ın “Polaris” şirkəti ilə müxtəlif model yüngül taktik nəqliyyat vasitələrinin satın alınmasına dair müqavilə imzalayıb. “Polaris” şirkətinin yaydığı məlumatda müqavilənin ümumi dəyəri açıqlanmasa da, bunun bir neçə milyon dollar olduğu qeyd
edilir. Şirkətin beynəlxalq biznesin inkişafı üzrə direktoru Doug Malikowski bildirib ki, “Polaris”in təmin etdiyi vasitələr yüksək manevr qabiliyyətinə və yolsuzluq şəraitində istifadəyə uyğundur. Bu texnikalar Xüsusi Təyinatlı Qüvvələrə məhdud və mürəkkəb mühitlərdə hərəkət etməyə imkan verir.
Türkiyənin TEI şirkəti EASA tərəfindən sertifikatlandırılıb Türkiyənin TEI şirkəti Aviasiya Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) tərəfindən texniki xidmət agentliyi sertifikatı alıb. “Part-145” texniki baxış işlərinə razılıq sertifikatı Avropa Birliyinə üzv olan ölkələrdə qeydiyyata alınan mülki hava vasitələrinə və ya komponentlərinə texniki baxış keçirməyə icazə verir.
TEI-nin İspaniyanın ITP şirkəti ilə dizayn və istehsal etdiyi TP400-D6 mühərriki mülki aviasiya qaydalarına əsasən EASA tərəfindən sertifikatlandırılmış ilk hərbi mühərrikdir. Belə ki, TEI layihənin dizayn və istehsalına cavabdeh olduğu TP400-D6 mühərrikinə “Front Bearing Structure”nin baza səviyyəsində texniki baxış həyata keçirmək üçün EASA-ya müraciət edib. 2017-ci ilin son rübündə EASA tərəfindən aparılan yoxlama uğurla başa çatdırıldıqdan sonra TEI şirkəti “Part-145” texniki baxış işlərinə razılıq sertifikatına sahib olub.
22-23
Türkmənistana göndərilmiş texni kaların ilk partiyası oktyabr ayında Aşqabadda keçirilən hərbi paradda nümayiş olunub. Şirkət Türkmənistanla yanaşı, Orta Asiyada Əfqanıstan, Tacikistan, Cənub Şərqi Asiyada isə Filippin və Malayziyaya da hərbi maşınlar satışını həyata keçirdiyini açıqlayıb. Türkmənistanın əldə etdiyi taktik maşınlar arasında yer alan “Dagor” havadan C-130 təyyarəsi, habelə CH-47 və Mi-26 helikopterinin daxilində və yedəyində nəql oluna bilir. Yüksək sürətə malik maşın dözümlülüyü və manevr qabiliyyəti ilə seçilir. “Polaris”in MRZR platforması heyətin sürətli şəkildə daşınması, yüklərin və yaralıların təxliyyəsi üçün nəzərdə tutulur. Hazırda bu texnika ABŞ və müttəfiq ölkələr tərəfindən Əfqanıstan daxil olmaqla bir çox yerlərdə istifadə edilir. Türkmənistan bu texnikalarla yanaşı, “Polaris”dən MV850 kvadrosikli də əldə edib. Bu arada “Polaris” şirkəti Latviya Silahlı Qüvvələri ilə ABŞ hökumətinin xarici hərbi satış proqramı xətti ilə taktik nəqliyyat vasitələrinin alqı-satqısına dair müqavilə imzalandığını duyurub. Ümumi dəyəri təxminən 500 min ABŞ dolları təşkil edən müqavilə çərçivəsində Latviya Ordusu üçün açıqlanmayan sayda “Polaris MRZR® 2”, SPORTSMAN® 6×6 və MV850™ nəqliyyat vasitəsi tədarük ediləcək.
ROKETSAN SOM-B1-in ilk partiyasını tədarük etdi Yanvarın 4-də Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) SOM-B1 “hava-yer” raketlərinin 7 ədədlik ilk partiyasının sifarişçiyə təhvil verildiyini açıqlayıb. F-4 və F-16 döyüş təyyarələrindən atış üçün TÜBİTAK SAGE mərkəzində hazırlanan SOM raketi ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raketinin atış mənzili 250 kilometrdən çoxdur. SOM raketi təxminən 230 kq ağırlığında və fərqli növlərdə döyüş başlıqları daşıya bilir. Raket müxtəlif yönləndirmə sistemləri ilə dəstləşdirilir. Çoxməqsədli döyüş başlığına malik B1 variantının INS/GPS/TRN/IBN yönləndirmə sistemləri ilə təchiz edilməsi mümkündür. 600 kq ağırlığında olan raketin ümumi uzunluğu təxminən 4 metrdir. Şəbəkə mərkəzli hərəkət konsepsiyasına uyğun şəkildə hazırlanan SOM hədəfinə doğru atəşləndikdən sonrakı uçuş mərhələsində ortaya çıxan hədəflərə də yönləndirilə bilər. Raketin B1 variantında daha həssas tuşlanan infraqırmızı başlıq tətbiq edilib. SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur.
AZERI DEFENCE
Səfir: Hərbi təyyarələrin Azərbaycana ixracında heç bir problem görmürük
arasındakı münasibətlər, həmçinin Pakistan və Azərbaycan parlamentlərarası dostluq qrupunun əlaqələri yüksək səviyyədədir. Son illərdə pakistanlıların Azərbaycana səfəri 4 dəfədən çox artıb. Biz iki ölkə arasında olan münasibətləri daha da inkişaf etdirmək istəyirik. Hazırda Azərbaycan və Pakistan arasında imzalanmış 32 memorandum sazişinin həyata keçirilməsi üçün danışıqlar aparılır. İki ölkə arasında bir çox perspektivlər görürəm. Bunlara ticarət, enerji, təhsil, hərbi sahə və s. əlavə eləmək və gücləndirmək olar. AD: Hərbi kadrların hazırlanması və birgə hərbi təlimlər, xüsusilə də Azərbaycan, Türkiyə və Pakistan formatında təlimlərin keçirilməsi gündəmdə idi. Bu sahədə hansı yeniliklər gözlənilir?
Zaur Babaşov Azərbaycan və Pakistan İslam Respublikası arasında bir çox sahələrdə, o cümlədən müda iə və müda iə sənayesi sahələrində son illərdə əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılır. Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli sə iri cənab Səid Xan Mohmandla müsahibəmizdə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına nəzər salmağa çalışdıq. AD: Cənab səfir, Azərbaycan və Pakistan arasındakı münasibətlər bu gün hansı mərhələdədir? Bu əlaqələrin perspektiv inkişafını hansı sahələr üzrə görürsünüz? Səid Xan Mohmand: İlk olaraq bildirmək istəyirəm ki, 2017-ci ildə biz Azərbaycan-Pakistan diplomatik münasibətlərin 25 illiyini qeyd etdik. Ölkələrimiz arasında uzun illərə dayanan tarixi bağlar mövcuddur. Millətlərimiz bir-birinə çox yaxındır. Din və mədəniyyət olaraq insanlarımızın bir-birlərinə bağlılığı var. Azərbaycan müstəqillik qazanandan sonra, son 25 ildə bu münasibətlər daha da möhkəmlənərək strateji partnyorluq sahəsinə qədər gəlib çıxıb. Azərbaycan Pakistan olaraq bizim üçün dostluq və
qardaşlıqdan əlavə çox əhəmiyyətli dövlətdir. Region baxımından mühüm strateji yerdə yerləşən Azərbaycan Respublikası həm də Asiya və Avropanı birləşdirən körpü dövlətdir. Tarixə ekskursiya edərək bildirmək istərdim ki, ötən 25 il müddətində həm siyasi, həm də liderlər səviyyəsində Azərbaycan-Pakistan münasibətləri yüksələn dinamika üzrə inkişaf edib. Ötən müddət ərzində Pakistandan 4 prezident və 2 baş nazirin Azərbaycana səfərini qeyd eləmək olar. Həmçinin mərhum Prezident Heydər Əliyev və Prezident cənab İlham Əliyev də öz növbəsində Pakistana rəsmi səfərlər etmişdir. Son olaraq keçən il fevral ayının 28-də Prezident İlham Əliyev Pakistanda səfərdə olmuşdur. İki ölkə vətəndaşları
Səid Xan Mohmand: Azərbaycan və Pakistan arasındakı hərbi-texniki əməkdaşlığa gəldikdə, siz bilirsiniz ki, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Silahlı Qüvvələrin digər bölmələrinin zabitləri qarşılıqlı olaraq Azərbaycandan Pakistana, Pakistandan isə Azərbaycana treninqlərə göndərilir. Üç tərəfli münasibətlərə gəldikdə isə onu qeyd edə bilərəm ki, ötən il Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin görüşü oldu. Bu bir başlanğıc idi. Sözügedən üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşü bu il İslamabadda olacaq. Təbii ki, bu çərçivədə hərbi əməkdaşlığın və təlimlərin olmasını da istərdik. Onu da əlavə eləmək istəyirəm ki, biz Azərbaycana hərbi sahə ilə yanaşı, diplomatların hazırlanması sahəsində də təlim və treninqlər keçirik. Bundan başqa İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Millətlər Təşkilatında (BMT) bir-birimizə dəstək veririk. Hesab edirəm ki, bir-birinə dost, qardaş olan Azərbaycan-Pakistan-Türkiyənin gələcəkdə birgə hərbi təlimlərinin keçirilməsi nəzərdən keçiriləcəkdir. AD: Hərbi sahədə əməkdaşlıq mövzusu iki ölkə arasında diplomatik münasibətlər qurulan gündən hər zaman prioritet olub. Bu sahədə hazırkı vəziyyət və münasibətlərin irəli götürülməsinə dair fikirləriniz maraqlı olardı? Səid Xan Mohmand: Təbii ki, bu sahədə də hərbi sahədə əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Buna misal olaraq da, ötən il Hərbi Hava Qüvvələri
YANVAR–FEVRAL 2018
24-25
komandanının və digər hərbi nümayəndələrin Azərbaycana səfərini göstərmək olar. Bu səfərlər, yəqin ki, bundan sonra da davam edəcək və biz bu münasibətləri daha da inkişaf etdirəcəyik. AD: Hərbi-texniki əlaqələr hərbi münasibətlərin içində özünəməxsus yer tutur. Pakistan hərbi sənayesi inkişaf etmiş ölkədir. Bu sahədə mövcud əlaqələr və gələcək planlar barədə nələri söyləyə bilərsiniz? Səid Xan Mohmand: Çox doğru qeyd elədiniz, Pakistan hərbi sənayesi inkişaf edib. Biz bu və digər sahələrdə Azərbaycana həmişə dəstək vermək istəmişik. Hazırda iki ölkə arasında hərbi və hərbi-texniki mövzularda bəzi müzakirələr gedir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycanın hərbitexniki sahədə daha da irəli getməyinin tərəfdarıyıq və bunun üçün nə lazımdırsa, əlimizdən gələni edəcəyik. Qeyd etdiyim kimi, Pakistan Ordusu dünyanın ən güclü ordularındandır. Ölkəmiz terrorla mübarizədə də çox təcrübələr qazanıb. İstər terrorizmlə mübarizə, istərsə də fövqəladə hallarla bağlı Azərbaycana istənilən köməkliyi göstərməyə hazırıq. AD: Müdafiə sənayesində birgə istehsal güclərinin yaradılmasını necə görürsünüz? Səid Xan Mohmand: Hərbi sənayeni inkişaf etdirmək üçün birinci növbədə infrastruktur qurulmalıdır. Hələ ki ortada belə bir layihə yoxdur. Lakin gələcəkdə birgə müəssisələrin yaradılması mümkündür. PAC şirkətinin istehsalı olan “Super Mushshak” təlim təyyarəsi. Foto: PAC
Bir faktı qeyd etmək istəyirəm. Bu gün Pakistan özündən 6 dəfə böyük ölkə ilə düşmən mövqeyindədir. Hələ Böyük Britaniya zamanında hərbi sənaye müəssisələri Böyük Britaniya Hindistanında yerləşdirilmişdi. Müstəqillik qazanandan sonra bütün bunları özümüz sıfırdan yaratmağa başladıq. Milli hərbi sənayemizi qurduğumuz müddətdə isə bizə çoxlu sanksiyalar tətbiq olunmağa başladı. Amma bu bizi daha da güclü edirdi. Hərbi sənayemizi öz istədiyimiz kimi qurmaq və güclü olmaq məcburiyyətindəydik. Qeyd etdiyim kimi, bu gün Pakistan müdafiə sənayesi kifayət qədər inkişaf edib. Biz embarqolar şəraitində özümüzün milli sənayemizi qurmuşuq. Bu gün müəssisələrimiz dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edirlər. Azərbaycanın isə bizim üçün ayrı və xüsusi yeri vardır. AD: 2017-ci ildə “Super Muşşak” təyyarələrinin satın alınmasına dair Azərbaycan və Pakistan arasında müqavilə bağlandı. Təyyarələrin Azərbaycana çatdırılması nə zaman tamamlanacaq? Necə hesab edirsiniz, bunun davamı olaraq JF-17 döyüş təyyarələrinin ixrac potensialı varmı?
Pakistan Ordusunun əsgəri “Shibli” şirkətinin istehsalı olan “Tarsier” termal nişangahından istifadə edərkən. Foto: Shibli
Səid Xan Mohmand: Keçən il 10 ədəd “Super Muşşak” hərbi-təlim təyyarəsinin alınmasına dair müqavilə bağlanılıb. Bundan başqa, optik cihazların Azərbaycana ixracına dair bəzi fəaliyyətlər var. Yəqin ki, alınan təyyarələri idarə edəcək pilotlar treninq üçün Pakistana gediblər. Müqavilə ilə bağlı demək olar ki, bütün detallar tamamdır. Yerdə qalan hərbi-təlim təyyarələrinin Azərbaycana çatdırılmasıdır ki, bu da həyata keçiriləcək. Pakistan istehsalı olan JF17 “Thunder” döyüş təyyarələri ilə bağlı onu deyə bilərəm ki, Pakistan və Çin Silahlı Qüvvələri daxil olmaqla dünyanın 7-8 ölkəsində bu döyüş təyyarələrindən istifadə olunur. Təyyarənin Azərbaycana ixracı istiqamətində heç bir problem görmürük. AD: Pakistan hərbi şirkətləri Azərbaycana digər ölkələrin şirkətləri ilə müqayisədə çox az diqqət ayırır. Gediş-gəliş, görüşlər azdır. Bu sahədə dinamikanın yüksəlməsi, Bakıda
AZERI DEFENCE Pakistan müdafiə sənayesinin piarını, tanıtımını edən bir ofisin açılması imkanlarına baxılırmı? Səid Xan Mohmand: Bu fikirlərə qatılmıram. Pakistanın ən yüksək rütbəli üç zabitinin Azərbaycana səfəri iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığın yüksələn xətt üzrə inkişafının göstəricisidir. Pakistanda bütün hərbi sənaye sektoru dövlətin nəzarətindədir. Azərbaycan nümayəndə heyətləri Pakistanda keçirilən hərbi sərgilərə qatılır, müəssisələrimizdə olur. Eləcə də 2016-cı ildə Pakistan şirkətləri Bakıda keçirilmiş hərbi sərgidə iştirak ediblər. Bundan başqa, Pakistan Silahlı Qüvvələrinin Bakıda hərbi attaşesi fəaliyyət göstərir və hərbi attaşe ofisi hərbi sənaye ilə bağlı işlərin də aparılmasına yardımçı olur. AD: Yeri gəlmişkən, bu ilin sentyabr ayında Bakıda keçiriləcək ADEX2018 sərgisində Pakistandan qatılım gözlənilirmi? Səid Xan Mohmand: Təbii ki, Pakistandan yüksək səviyyədə iştirak olacaq. Eyni zamanda noyabr ayında Kəraçidə də hərbi sərgi keçiriləcək. Düşünürəm ki, Azərbaycandan da o sərgidə iştirak olacaqdır. AD: Cənab səfir, sonda əlavə etmək istədiyiniz fikirlər varmı? Səid Xan Mohmand: Pakistan və Azərbaycan arasında münasibətlər hər
keçən gün möhkəmlənir. Ölkələrimiz arasında münasibətlər dünyada nümunə olacaq səviyyədədir. Pakistan olaraq biz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmasını tələb edirik. Məhz bu işğalçılıq siyasətinə görə bu günədək Pakistan Ermənistanı bir dövlət kimi tanımayıb. Pakistan Senatında 2012 və 2017-ci illərdə Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul olunub. Azərbaycana da haqq işində lazım olan bütün dəstəyi verməyə hazırıq. Azərbaycan da Kəşmir mövzusunda hər zaman bizim yanımızda olub.
Ən yüksək tribunalardan mövqeyini dəfələrlə bəyan edib. Pakistan həmişə dünyada mübarizə aparan xalqların yanında olub, onların səsinə səs verib. O xalqlar ki, həmişə əziyyət çəkiblər, onların torpaqları işğal olunub. Biz bu xalqların acısını daha çox anlayırıq, o cümlədən Qarabağ məsələsini. Çünki bizim də Kəşmirimiz var. Kəşmirdə biz onu yaşamışıq, görmüşük. Xüsusilə onu da vurğulamaq istəyirəm ki, Azərbaycanın rəhbəri səriştəli dövlət başçısıdır. Azərbaycan xalqı da mərd, işlək, vətənini sevən xalqdır. Bunun nəticəsində də Azərbaycan daha da irəliyə addımlayacaq, daha da inkişaf edəcək. Azərbaycan islam dünyasında bir inkişaf etmə modeli olaraq görsənir. Azərbaycan sabit ölkədir və burada gedən inkişafı müşahidə edirik. Ümid edirəm ki, Azərbaycanın bu inkişaf dinamikası davam edəcək, daha da güclənəcəkdir. Əlavə etmək istəyirəm ki, mən Azərbaycan və Pakistan arasında həm dövlət başçıları, həm rəsmi, həm də insanlararası münasibətlər səviyyəsində böyük potensial görürəm. Düşünürəm ki, əlaqələrimizi daha da inkişaf etdirməliyik. Vaxt ayırıb AZERİ DEFENCE jurnalının suallarını cavablandırdığına görə, səfir cənab Səid Xan Mohmanda öz təşəkkürümüzü bildiririk.
Azərbaycanın Müda iə naziri Zakir Həsəov PAC şirkətinin zavodunda JF-17 “Thunder” təyyarəsi ilə tanış olarkən. Foto: PAC
AZERI DEFENCE
Müharibələrin yeni oyunçuları —
GƏZƏN SURSATLAR Rəşad Süleymanov Pilotsuz texnologiyaların inkişafı bu tip kəş iyyat və zərbə aparatları ilə yanaşı, yeni – gəzən sursatların meydana çıxmasına şərait yaratdı. Onilliklər ərzində orduların istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA) texnologiyalarının döyüş sursatları ilə inteqrasiyası nəticəsində meydana gələn, həm PUA, həm də mərmi funksiyalarını həyata keçirən gəzən sursatlar müxtəlif regionlarda gedən hərbi əməliyyatlarda özünü doğruldub. Dünya bazarında getdikcə artan tələblər ayrı-ayrı ölkələrin müda iə sənayesində fəaliyyət göstərən şirkətlərin bu istiqamətdə yeni tədqiqatları və məhsulları üzə çıxarması ilə müşahidə olunur. Xüsusən də son illərdə şəhər müharibələri və antiterror əməliyyatları kiçik ölçülü gəzən döyüş sursatlarına ehtiyacı daha da artırıb.
YANVAR–FEVRAL 2018
IAI “Harop”
Rəsmi olaraq doğrulanmayan məlumatlara görə, “gəzən sursat”ların hərbi əməliyyatlarda yer alması 2016-cı ildən başlayır. Həmin dövrdə İsrail Ordusu Livan və Suriyadakı bir neçə hədəfə “gəzən sursat”lardan (“Harpy”) istifadə etməklə zərbələr endirib. Bu hədəflər sırasında Suriya Hava Hücumundan Müdafiə Qoşunlarına aid radiolokasiya stansiyaları yer alıb. Məhz bu referans sonrakı illərdə həmin sursatın Türkiyə, Cənubi Koreya, Hindistan və digər dövlətlərə ixracında mühüm rol oynayıb. 2011-ci ilin avqust ayında ABŞ Ordusu rəsmən “AeroVironment” şirkətinin istehsal etdiyi “Switchblade” “gəzən sursat”ın Əfqanıstanda istifadəsinə başladığını bəyan edib. 2015-ci ildə Suriyadakı hərbi əməliyyatların gedişində “Switchblade”nin tətbiqinə dair infor-
masiyalar və görüntülər mediada yer alıb. ABŞ-ın hərbi nəşrlərində yer alan məlumatlara görə, Əfqanıstan əməliyyatlarında ABŞ Ordusu tərəfindən 4000-dən çox, İŞİD-ə qarşı Suriyadakı əməliyyatlarda isə 2017-ci ilin ortalarınadək 350-dək “Switchblade” istifadə olunub. ABŞ Ordusu “Switchblade” ilə yanaşı, 2014-2015-ci illərdə “Textron Systems” şirkətinin “BattleHawk” döyüş sursatını da Əfqanıstanda sınaqlardan keçirdiyini açıqlayıb. “Gəzən sursat”ların praktiki döyüş tətbiqi və onlara xüsusi diqqətin ayrılması 2016-2017-ci illərdə daha çox müşahidə olunub. Dünyanın müxtəlif regionlarında baş verən hərbi əməliyyatlardan əldə olunan nəticələr yaxın illərdə bu sahədə ciddi yeniliklərin olacağını proqnozlaşdırmağa əsas verir. Belə ki, Azərbaycan
28-29
Ordusu tərəfindən 2016-cı ilin aprel döyüşləri zamanı Qarabağda “Harop” “gəzən sursat”larından geniş istifadə edilməsi taktik sinfə daxil olan bu sistemlərin dünyada bilinən ilk geniş çaplı döyüş tətbiqidir. Aprel döyüşlərinin ilk günündə Azərbaycan Silahlı Qüvvələrinin “Harop” atışı ilə Ermənistandan Qarabağa köməyə gələn birinci Qarabağ müharibəsi iştirakçılarını daşıyan avtobus, habelə Madagiz kəndində yerləşən komanda-idarəetmə məntəqəsi vurulmuş, Ermənistan Ordusu çox sayda canlı qüvvə itirmişdi. Sonrakı günlərdə “Harop” atışları ilə Xocalı aeroportunun uçuş zolağı, anqarı, habelə cəbhənin dərinliyində bir neçə hərbi hissə vurulmuşdur. Bunun ardınca, 2017-ci ilin yay aylarında Azərbaycan Ordusu yerli istehsal olan “Zərbə” kamikadze PUA-nın cəbhədə ilk tətbiqini gerçəkləşdirib. 2017-ci ildə Ukrayna Silahlı Qüvvələri də Donbasda “gəzən sursat”lardan istifadə edib. Ukrayna hərbçilərinin müsahibələrindən aydın olduğu qədər, Donbasda Polşa-Ukrayna birgə istehsalı olan “Sokol”un ilk praktiki sınaqları gerçəkləşdirilib və uğurlu alınıb. 2017-ci ilin dekabr ayında Polşanın Müdafiə Nazirliyi də “WB Group” şirkətinə “Warmate”nin 1000 ədədlik ilk partiyasını sifariş verib. “Gəzən sursat”lara tələbin artması Türkiyə şirkətlərini də bu istiqamətdə fəaliyyətə keçirib. STM şirkəti tərəfindən 2017-ci ilin may ayında “Alpaqu” və “Karğu” adlı iki fərqli “gəzən sursat” modeli ictimaiyyətə təqdim olunub. Noyabr ayında hər iki məmulatın ordunun silahlanmasına qəbul edildiyi açıqlanıb. 2017-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən yerli istehsal olan “gəzən sursat”ların antiterror əməliyyatlarında istifadəsinə dair məlumatlar mövcuddur. Türkiyə Silahlı Qüvvələri rəsmi olaraq faktı təsdiqləməsə də, mediada yer alan məlumatlara görə, STM şirkəti tərəfindən hazırlanmış “Alpaqu” və “Karğu” “gəzən sursat”ların sınaq nümunələri antiterror əməliy yatlarında və Suriyada istifadə edilib. 2016-cı ilin sonlarında İran hərbi sənayesi “Məhəmməd Rəsulallah” hərbi təlimində “Rad-85” adı verilmiş “gəzən sursat”ını nümayiş etdirib. Hava hücumundan müdafiə sistemlərinin atış təlimlərində istifadə edilən hədəf dronların əsasında hazırlanmış “Rad-85” açıqlanan məlumata görə,100 km mənzilə sahibdir. “Rad-85”in ilk nümunələri Suriya və İraqda İŞİD-ə qarşı döyüş əməliyyatlarında istifadə edilib. Son iki ildə İŞİD və “Əl Qaidə” terror təşkilatları tərəfindən Suriya və İraqda multikopter və deltaqanad dronlardan hücum aparatı kimi istifadə olunmasına dair informasiyalar, foto və video sübutlara
AZERI DEFENCE Sinifləndirmə Switchblade
rast gəlinir. Mosul şəhəri uğrunda gedən döyüşlər zamanı İŞİD qrupları tərəfindən hökumət qüvvələrinə qarşı özlərinəməxsus şəkildə konfiqurasiya edilmiş “kamikadze” dronlardan daha geniş şəkildə istifadə faktları qeydə alınıb. İŞİD və “Əl Qaidə” terrorçuları kamikadze dron olaraq daha çox “ARDrone”, “DJİ İnspire 2” və “Phantom” PUA-lardan, o cümlədən özlərinin hazırladıqları fərqli modellərdən istifadə ediblər. Adıçəkilən cihazların seçim səbəbi qiymətinin ucuz olması, asan əldə edilməsi (böyük marketlərdə və internet mağazalarda satılır), istifadəsinin asanlığıdır. Kamikadzelərin üzərinə mobil telefonun siqnal qəbuledicisi ilə birlikdə partlayıcı maddə, yaxud xüsusi hazırlanan ciblikdə qumbara və işəsalma qurğusu yerləşdirilir və dron hədəf sahəyə çatdıqda sistem terrorçular tərəfindən işlək vəziyyətə gətirilir. Geniş istifadə olunan bu dronlar adətən 500-1000 qram partlayıcı maddə daşımağı bacarır. Belə olan halda PUA-nın uçuş radiusu 300500 metrdədək təşkil edir. Multikopter tipli PUA-ların ölçülərinin kiçik olması, vertikal enib-qalxması və istehsal zamanı nano texnologiyalardan, qeyri-metal materiallardan istifadə bu sistemlərin uçuş zamanı təsbitini və zərər siz ləşdirilməsini çətinləşdirir. 2018-ci ilin ilk günlərində terrorçular Suriya HHQnin bazalarından birində yerləşən Rusiya qüvvələrinə “kamikadze” dron vasitəsi ilə rəsmi qaynaqlarda “itkisiz olduğu” bildirilən hücum gerçəkləşdirmişdilər.
Son 3 ildə təkmilləşdirmələrə məruz qalan “gəzən sursat”ların yeni nümunələri meydana çıxmışdır. Deltaqanad PUA, multikopter və raket dizaynına əsaslanan “gəzən sursat”ları tətbiq arealına görə aşağıdakı kimi sinifləndirilir: • Canlı qüvvəyə qarşı; • Zirehli texnikalara qarşı; • Möhkəmləndirilmiş mövqelərə qarşı; • Antiradar xüsusiyyətli. Qabaritinə və xüsusiyyətlərinə görəsə “gəzən sursat”lar kiçik (partlayıcı yükü 400 qram-1.2 kq), orta (1.3 -10 kq) və böyük (10 kq və daha çox) kateqoriyalara ayrılır. Bəzən “kamikadze PUA” kimi də xarakterizə olunan “gəzən sursat”lar elektrooptik kameralar vasitəsi ilə kəşfiyyat görüntülərini real vaxt rejimində operatora ötürmə kimi PUA-larla eyni funksiyalara malik olsa da, birdəfəlik istifadəsi və korpusunun içində özünü məhv edən partlayıcı yük daşımasına görə PUA-dan fərqlənir. Nəqliyyat vasitəsi üzərindəki qurğudan və ya daşınan ayrıca qından buraxılan “gəzən sursat”lar tapşırığa uyğun olaraq hədəfləri tapır, izləyir və dəqiq zərbəylə taran edərək özünü və hədəfi də məhv edir. Yeni nəsil bəzi “gəzən sursat”lar, o cümlədən multikopter dizaynlı sursatlar komanda əsasında əməliyyatdan ayrıla və PUA kimi təkrar bazaya qayıda bilir. Kiçik sursatlar Kiçik qabaritli “gəzən sursat”ların ən geniş yayılanı “AeroVironment” şirkətinin istehsal etdiyi “Switchblade”dir. Uçuş uzaqlığı 5 km-ə qədər, uçuş müddəti 15 dəqiqə təşkil edən sursat 130 metr yüksəkliyə qalxır və hədəfə yönəlmə zamanı 180 km/saat sürət yığmağı bacarır. Çəkisi 4.5 kq olan sursat 40 mlik modulyar döyüş başlıqları ilə təchiz olunur. Yüngül minaatan dizaynına əsaslanan sursat istənilən şəraitdə müşahidə aparmaq üçün gündüz və gecə kameraları ilə təchiz edilib. Düz görünüşdən kənar hədəfləri məhv etmək üçün nəzərdə tutulan “Switchblade” minaatan və digər silahlardan fərqli olaraq daha yüksək dəqiqliyə və məhvetmə gücünə malikdir. “Switchblade”nin digər xüsusiyyəti isə operatorun döyüş sursatını istənilən zaman və istənilən nöqtədə partlada bilmə, yaxud partlayışdan imtina imkanıdır. ABŞ Ordusunun informasiyalarına görə, Əfqanıstanda 10-dan çox hadisədə döyüş sursatı təh lükəsiz vəziy yətə gətirilməklə dinc əhaliyə zərər dəyməsinin qarşısı alınmışdır.
“AeroVironment” şirkəti tərəfindən “Switchblade”nin inkişafı istiqamətində davamlı fəaliyyətlər həyata keçirilir. Son olaraq 2015-ci ildə təqdim olunan Blok 10C versiyasının rəqəmsal data link sayəsində düşmənin radiotexniki mübarizə vasitələri tətbiqi fonunda fəaliyyətinin etibarlılığı təmin olunub. Antidron sistemlərin tətbiqi halında belə “Switchblade” fəaliyyət göstərə bilir. Şirkət ötən il yaydığı açıqlamada 20 ədəd “Switchblade”ni eyni anda ata bilən bir buraxıcı qurğu hazırladığını elan edib. Bu qurğu ABŞ Donanmasının katerlərində və Dəniz Piyada Korpusunun nəqliyyat vasitələri üzərində yerləşdiriləcək. AUSA simpoziumunda çıxış edən “AeroVironment” yetkililərinin sözlərinə görə, ABŞ Ordusunun Mərmi və Raket Araşdırmaları və Mühəndislik Komandanlığı tərəfindən “gəzən sursat”ların inkişafı məqsədilə döyüş başlığı və görüntü stabilləşdirmə daxil olmaqla 6 fərqli sahədə işlər həyata keçirilir. Bu işlər sayəsində “Switchblade”nin batareyaları təkmilləşdirilərək havada qalma müddəti 30 dəqiqəyə çatdırılıb. Hazırda “Switchblade” üçün yeni daha təsirli döyüş başlığının yaradılması layihəsi üzərində işlər aparılır. “Textron Systems” şirkəti tərəfindən hazırlanmış, səhra və şəhər şəraitində döyüşlər üçün nəzərdə tutulan “Battlehawk” İsrailin “Harop”unda olduğu kimi, özündə qabaqcıl müşahidə-kəşfiyyat texnologiyalarını birləşdirir. Sistemdə iki rejimdə partlayış yaratmaq imkanı mövcuddur. Kiçik dizaynı bu sursatın çantada daşınmasını və sadə bir qurğudan buraxılmasını təmin edir. Bir əsgər tərəfindən android bazalı mini əl kompüteri üzərindən idarə olunan “Battlehawk”ın sürəti saatda 100 mil, uçuş hündürlüyü 500 metr, havada qalma müddəti 30 dəqiqədir. “Switchblade” ilə müqayisədə “BattleHawk” daha uzun uçuş müddətinə və daha az partlayıcı yükə malikdir. “Gəzən sursat”ların istehsalı üzrə ixtisaslaşmış İsrailin “UVision” şirkətinin 0.5 kq yüksək effektli partlayıcı daşıyan, elektrik mühərrikə sahib “Hero-30” sursatı 30 dəqiqə ərində uçuş edərək kəşfiyyat və zərbə tapşırıqlarını yerinə yetirməyi bacarır. İstehsalçı şirkətin məlumatında “Hero-30”un 5, 10, 40 km mənzilli versiyalarının mövcud olduğu
Dragon ly
YANVAR–FEVRAL 2018
30-31
Multirotor sinif gΩzΩn sursatlar
Rotem-L
østehsalçı Çԥkisi/kq Döyüú baúlı÷ı/kq øAø 4.5 1
Uçuú müddԥti/saat 0.75
Uçuú radiusu/km 10
Kar÷u
STM
6.3
0.10
5
Dragonfly
WZL-2
5
0.25
10
Adı
500
vurğulanır. Xüsusi qabda yerləşən sursat pnevmatik üsulla atışdan sonra mühərrikin işə düşməsi nəticəsində uçuşunu davam etdirir. İnfraqırmızı elektrooptik sensorla təchiz olunmuş “Hero-30” təxminən 300-600 metr yüksəkliyə qalxaraq hədəf axtarışını aparır, bu zaman görüntünü DataLink sistemi ilə operatorun monitoruna ötürür. Yeddi kiloqram çəkiyə malik “Hero-70” modeli isə 40 km mənzilə malikdir. 1.2 kq ağırlığında çoxməqsədli döyüş başlıqları ilə (1.2 kq) təchiz olunan “Hero-70” isə havada 45 dəqiqə qalır. 2016-cı ilin sentyabr ayında “Raytheon” və “Uvision” şirkəti ABŞ ordusunun miniatür raket sistemləri (LMAMS) proqramına təqdim ediləcək “Hero-30”un yeni xəttinin dizaynını hazırladıqlarını açıqlayıblar. Bu proqram üzrə qalib seçiləcək şirkət 15 il ərzində 25 min ədəd “gəzən sursat”ı orduya təhvil verməlidir. Açıqlanan məlumata görə, “Hero 30”un xüsusi törəməsi daha yüngül olacaq və daha kiçik döyüş başlığı daşıyacaq. Hazırda Polşa, Ukrayna, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin silahlanmasında yer alan Polşanın “WB Electronics” şirkətinin “Warmate” adlı “gəzən sursat”ının çəkisi 4 kiloqramdır. Bu kiçik ölçülü “gəzən sursat” havada 40 dəqiqə qalmağı bacarır. Şirkət rəsmilərinin sözlərinə görə, “Warmate” iki varinatda hazırlanıb. Gündüz kamerası və 700 qram döyüş başlığına malik sadə versiya
Tԥtbiq dairԥsi Canlı qüvvԥ Canlı qüvvԥ
birdəfəlik normal şərtlərdə döyüş aparmaq üçün nəzərdə tutlub. Gündüz və ya infraqırmızı optik sistem, lazer nöqtələyici ilə təchiz olunmuş, hazırda üzərində təkmilləşdirmə işləri davam edən digər versiya 200 qram döyüş başlığı daşıyacaq. Kompozit gövdə və elektrik mühərrikə malik “Warmate”nin maksimum sürəti 80 km/saat, havada qalma müddəti 30 dəqiqədir. Sursat 4 fərqli növdə – 1350 qram yüksək partlayış gücünə malik HEW (təsir sahəsi 50 kv.m), 530 qram BFW (təsir sahəsi 70 kv.m), 1100 qramlıq kumulyativ (CW – 100120 mm homogeny zirehi dəlir), 530 qramlıq termobarik ІW (70 kv.metr sahədə 2000 dərəcə temperatur yaradır) döyüş başlığı ilə təchiz oluna bilər. Türkiyənin STM şirkəti tərəfindən hazırlanmış xarici görünüş və iş prinsipinə görə “Switchblade”yə bənzəyən “Alpaqu” 45 saniyə ərzində döyüşə hazır vəziyyətə gətirilir. Birdəfəlik istifadə üçün dizayn edilmiş və zavod şəraitində yerləşdirildiyi qından buraxılan “Alpaqu” həm kəşfiyyat, həm də zərbə məqsədilə istifadə oluna bilər. Uçuş məsafəsi 5 km, uçuş müddəti 10 dəqiqə təşkil edən “Alpaqu” maksimum 400 metr yüksəkliyə qalxır və 80 km/saat sürətlə hərəkət edir. Ümumi çəkisi 3700 qram olan sursatın partlayıcı yükü 400 qramdır. STM-in həm gecə, həm də gündüz əməliyyatlarında istifadə edilə bilən
Soldan sağa: Polşanın “WB Electronics” şirkətinin “Warmate” sursatı, sağda Türkiyənin STM şirkətinin istehsal etdiyi multirotorlu “Karğu” və “Alpaqu” sursatları. Foto: WB Electronics/STM
“Karğu” adlı digər “gəzən sursat”ı multirotor dizaynına sahibdir. “Alpaqu” ilə eyni idarəetmə funksiyalarına malik “Karğu”nun digər özəlliyi döyüş başlığının asanlıqla dəyişdirilə bilməsidir. Çəkisi 6285 qram, sürəti 72 km/saat, uçuş məsafəsi 5 km olan “Karğu” havada 10 dəqiqə qala, maksimum 1000 metr yüksəkliyə qalxa bilir. Türkiyənin “Qartal Savunma Teknolojileri” şirkətinin Hacettəpə Universiteti ilə birlikdə hazırladığı “XO-06 Fi” sursatı isə 500 qram plastik partlayıcı daşıyır və maksimum 12 km uçuş məsafəsinə sahibdir. Partlayıcı və müşahidə kamerası daxil sursatın çəkisi 3500 qram təşkil edir. “Link” əlaqə vasitəsi ilə bu gəzən sursat üzərindən uçduğu ərazinin görüntü lərini operatora ötürür. Amerikan “Switchblade” dizaynı əsasında hazırlanmış “XO-06 Fi” bir əsgər tərəfindən daşınır. PUA-nın toplam faydalı yükü 750 qram (500 qram partlayıcı və 250 qram kamera), sürəti 75-125 km/saat, uçuş yüksəkliyi 4600 metr, havada qalma müddəti 15 dəqiqə, qanad açıqlığı 150 sm-dir. Orta ölçülü “gəzən sursat”lar Orta sinif kateqoriyasına partlayıcı döyüş başlığı 1.3 kiloqramdan 10
AZERI DEFENCE Adı
østehsalçı úirkԥt
Çԥkisi /kq
Döyüú baúlı÷ı/kq
Harop
øAø
135
23
Harpy ASN-301 Fire Shadow
øAø CATIC MBDA
135 135 200
Green Dragon
øAø
Harpy NG WS-43 Hero 120 Hero 400
Havada qalma müddԥti/saat 6
Uçuú radiusu /km 1000
32
2 5 6
500 288 100
16
2.5
1.15
40
øAø CASC UVision UVision
160 220 125 40
15 20 30 8/10
9 0.3-0.4 1 2
60 200 150
Hero 900
UVision
97
20
7
250
Devil Killer Dominator Hero 250 SkyStriker
KAø Boeing UVision Elbit Systems
25 27 25
2 5 5-10
3
150 2
ETP Grand
ETP MMC
15
5
3
20
Nemesis
Lockheed Martin UVision
14
81 mm
12.5
3.5
1
40
12.5 9.1 7 6.8
3.5 2.7 1.2 1.4
1 2 0.75 1
40 15 40 56
6.5 6.5 5.9 5 4
2 2 0.9 1.2 0,3
3 3 1 0.3 0,5
50 100
0.4 0.75
0.1 0.2
5 12
Piyada Texnika Canlı qüvvԥ Canlı qüvvԥ Canlı qüvvԥ/texnika Canlı qüvvԥ Canlı qüvvԥ
0.75 40 mm
0.25 0.3
5-7 5
Canlı qüvvԥ Canlı qüvvԥ
Hero 120 Hero 30 CH-901 Hero 70 Cutlass Zԥrbԥ Zԥrbԥ-KH Coyote ETP Warmate Alpaqu XQ-06Fi ETP Mini Switchblade
UVision CASC Uvision L3 Technologies MSN MSN Raytheon ETP MMC WB Electronics
STM 3.7 Kartal 3.5 Savunma ETP MMC 3.5 AeroVironment 2.5
kiloqramadək olan “gəzən sursat”lar daxil edilir. Hazırda dünyada məhz bu kateqoriyadan olan “gəzən sursat”ların daha geniş yayılması müşahidə olunur. 20-50 km döyüş radiusuna malik olan bu sursatların böyük əksəriyyəti taktik sinfə aid edilir. Orta sinif “gəzən sursat”lar aerodinamik quruluşuna görə PUA və raket (mərmi) dizaynına əsaslanır.
40
12
10 3
Tԥyinatı
Canlı qüvvԥ vԥ obyektlԥr antiradar antiradar Canlı qüvvԥ, obyekt, texnika Canlı qüvvԥ vԥ sı÷ınacaqlar Antiradar Canlı qüvvԥ Canlı qüvvԥ Canlı qüvvԥ/texnika Canlı qüvvԥ, texnika, Canlı qüvvԥ Canlı qüvvԥ Canlı qüvvԥ Canlı qüvvԥ/texnika Canlı qüvvԥ/texnika Canlı qüvvԥ Piyada vԥ zirehli texnika Canlı qüvvԥ Canlı qüvvԥ Canlı qüvvԥ Canlı qüvvԥ
Israel Aerospace Industry (IAI) şirkətinin özündə elektrooptik və infraqırmızı kameraları birləşdirən “Green Dragon” sistemi kompaktlığı baxımından sələfi “Harop”dan fərqlənir. Bununla atışdan sonra hədəfi yüksək keyfiyyətlə izləmək və mobil hədəfləri məhv etmək mümkündür. İstehsalçının təqdim etdiyi məlumatlara görə, “Green Dragon”la Fire Shadow
atışdan sonra 40 km radiusda hədəfləri müşahidə etmək və onlara 1 metr dəqiqliklə zərbə endirmək mümkündür. Cəmi 15 kq çəkiyə malik sursatın döyüş başlığı 3 kq, havada qalma müddəti 75 dəqiqə təşkil edir və sursat 1.7 metr uzunluğunda qında yerləşdirilib. Atışdan sonra onun fəaliyyətinə tablet üzərindən nəzarət edilir və görüntülər DataLink üzərindən nəzarət panelinə ötürülür. Tank, zirehli texnikaya qarşı və digər strateji məqsədlər üçün nəzərdə tutulan 3.5 kq partlayıcı döyüş başlığı daşıyan “Uvision” şirkətinin “Hero-120” “gəzən sursat”ı 60 dəqiqədən artıq havada qala bilir. Hədəflərin izlənməsindən məhvinə qədər bütün prosesləri dəqiqliklə həyata keçirən bu sursatın ümumi çəkisi 12.5 kq, mənzili 40 km-dən çoxdur. Benzin mühərrikə sahib 25 kq çəkili “Hero-250” sursatı isə 3 saat uçuş imkanına və 150 km mənzilə sahibdir. “Hero-250”nin faydalı yükünə gündüz kamerası, infraqırmızı kamera və 5 kq ağırlığında yüksək effektli partlayıcı maddə daxildir. “Uvision”un “Hero” xəttinin davamı olan “Hero-400” (“Blade Arrow”) 150 km mənzilə sahibdir. 40 kq çəkisi olan “Hero-400” 8 kq döyüş başlığı daşıyır və asimmetrik münaqişələr üçün əhəmiyyətli həllərdən hesab olunur. Dekabr ayında xarici müştəriləri üçün sınaq nümayişi keçirilən “Hero400EC” “gəzən sursat”ı dəqiq hücum və ISR (kəşfiyyat, müşahidə, nəzarət) imkanlarının yüksək səviyyəsini əhatə edir. Yüksək sürətə, zəif akustik və termal iz yaradan elektrik mühərrikinə malik “Hero-400EC” şəhər mühitində statik və hərəkətli hədəflərə qarşı yüksək dəqiqliklə tətbiq oluna bilir. “Hero-400EC”nin fırlana bilən qanadları hədəfi istənilən bucaq altında, nöqtə atışı ilə vurmağa imkan yaradır. Sursat 10 kiloqram ağırlığında çoxməqsədli döyüş başlığına sahibdir ki, bu da tanklar və möhkəmləndirilmiş mövqelər daxil olmaqla geniş spektrdə hədəfləri vurmağa imkan yaradır. “Hero400 EC”nin uzunluğu 2.1 metr, qanad açıqlığı 2.4 metr, maksimum çəkisi 40 kq, havada qalma müddəti 2 saat, uçuş məsafəsi 40-150 kilometr aralığındadır. Sursat döyüş başlığı ilə yanaşı, stabilləşdirilmiş elektrooptik / infraqırmızı müşahidə kameralarına malikdir. Əməliyyat hər hansı bir səbəbdən təxirə salındıqda “Hero-400EC” geri qaytarıla və paraşütlə təhlükəsiz şəkildə endirilə bilər. Daha az akustik və termal imzaya sahib olan Hero400EC modelində Hero-400 modelində mövcud olan ənənəvi pistonlu benzin mühərrik yüksək sürətə keçə və aşağı sürətlə havada hərəkət etməyə imkan verən elektrik mühərriklə əvəz olunub.
YANVAR–FEVRAL 2018
Yeni model zirehli maşınlar daxil olmaqla geniş çeşiddə hədəfləri məhv etməyə imkan verən 10 kq ağırlığında tandem döyüş başlığı ilə təchiz olunub. Hazırda “Mistral” şirkəti tərəfindən “UVision”un “gəzən sursat”larının GPS siqnallarının olmadığı və ya əngəlləndiyi ərazilərdə də istifadə edilə bilməsi üçün xüsusi layihə işlənir. “UVision”un 20 kq döyüş başlığı ilə təchiz olunmuş “Hero 900” gəzən sursatı isə 7 saat havada qala bilməsi ilə sinfində ən yüksək göstəriciyə imza atır. Toplam ağırlığı 97 kq təşkil edən “Hero-900”ün mənzili 250 km-dir. Polşanın WZL-2 zavodunda hazırlanmış multikopter dizaynlı “Dragonfly” “gəzən sursat”ı 5 kq çəkiyə malikdir. Əsasən yaşayış məntəqələrində dö yüşlərin aparılması üçün nəzərdə tutulmuş “Dragonfly”in uçuş məsafəsi 10 km, sürəti 80 km/saat, havada qalma müddəti 25 dəqiqə təşkil edir. Əsgərin yük çantasında daşına bilən sistem xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alacaq. “Elbit Systems” şirkəti tərəfindən hazırlanmış “SkyStriker” “gəzən sursat”ı 5 və 10 kiloqramlıq döyüş başlığı ilə silahlandırıla bilər. “Elbit” şirkətinin mütəxəssislərinin sözlərinə görə, silah elektrik mühərriklə uçur və aşağı hündürlükdə gizli əməliyyatlara imkan verir. “SkyStriker”in maksimal sürəti 185 km/saatdır. Operatorlar buraxılışdan sonra hücumu ləğv edə və ya digər hədəfləri seçə bilər. Sursat istifadə edilmədikdə paraşütdən və hava yastığından istifadə etməklə təhlükəsiz şəkildə endirilə bilmə imkanına sahibdir. Böyük sursatlar On kiloqramdan çox partlayıcı yükə sahib olan böyük “gəzən sursatlar”a hazırda qlobal səviyyədə bir neçə şirkət sahibdir. Dünya hərbi sənayesini kopyalamaqda davam edən Çinin 2014-cü ildə keçirilmiş aviaşouda sərgilədiyi WS-43 adlı “gəzən sursat”ın 20 kq ağırlığında döyüş başlığına malik olacağı bildirilir. Havada 30 dəqiqə qala biləcək WS-43 60 km məsafədə hədəflərə dəqiq zərbələr endirməyə imkan verəcək. Böyük Britaniya Silahlı Qüvvələrinin istifadəsində yer alan “MBDA Missile Systems” şirkətinin istehsalı olan “Fire Shadow” gəzən sursatı 100 km məsafə qət edə bilir. Yaradılmasına 2005-ci ildə start verilmiş bu layihədə İsrailin “Harpy” və “Harop” sistemlərindən qazanılmış təcrübədən istifadə olunub. Qanadlı raket dizaynına sahib “Fire Shadow”un uzunluğu 4 metr, ümumi çəkisi 200 kq, sürəti 250-300 km/saat, uçuş müddəti 6 saatdır. Testlər zamanı 4500 metr yüksəklikdə
hədəfin axtarışını aparan “Fire Shadow” 100 km uzaqlıqda yerləşən stasionar, hərəkətli və dəniz hədəflərini dəqiqliklə vurmağı bacarıb. Bu sursat praktik olaraq Liviyada gedən əməliyyatlarda da tətbiq olunub. İstehsalçı şirkətin mütəxəs sislərinin sözlərinə görə, “Fire Shadow” əməliyyat tapşırığına uyğun olaraq gündüz və ya gecə sensorları ilə komplektləşdirilə bilər. “Rheinmetall Detec AG” şirkəti tərəfindən Almaniya Silahlı Qüvvələri üçün “Taifun” pilotsuz uçuş aparatının əsasında hazırlanmış TARES gəzən sursatı avtomatik şəkildə hədəflərin axtarışını, təsnifatını və məhv edilməsini həyata keçirir. 200 km mənzilə sahib olan TARES havada 4 saat qalır. İstehsalçı firmanın təqdim etdiyi informasiyaya görə, TARES rəqibin tank və artilleriya sistemləri, mobil və ya sabit radarları və komanda idarəetmə vasitələrinə və digər yerüstü hədəflərinə qarşı istifadə edilə bilər. TARES kompleksi modul yer idarə stansiyası, nəqliyyat vasitəsi və hər birində 4 gəzən sursat yerləşən 4 buraxıcı qurğudan (ümumilikdə 16 uçuş vasitəsindən) ibarətdir. PUA və raketlərin aerodinamik xüsusiyyətlərini özündə birləşdirən TARES-in uzunluğu 2.3 metr, qanad açıqlığı 2.6 metr, hündürlüyü 1.1 metr, sürəti 180 km/saatdır. Gəzən sursatın gövdəsi multispektral gizləməni təmin edən materiallardan hazırlanıb. TARES həmçinin verilən koordinatları kəşfiyyat etmək üçün avtopilot proqramına, GPS/İNS naviqasiya sisteminə, yüksək dəqiqliyə malik infraqırmızı başlığa və SAR radarına sahibdir. Kerosin mühərriklə işləyən TARES 20 kq həcmində yüksək partlayıcı başlıq daşıyır. 2000-ci illərin əvvəllərində IAI şirkəti tərəfindən hazırlanmış “Harop” kamikadze PUA 2009-cu ildə Hindistanda keçirilən hərbi sərgidə beynəlxalq bazara təklif olundu. IAI “Harpy” aparatlarının təcrübəsi nəzərə alınaraq yaradılan
32-33
Prezident İlham Əliyev “Azad Systems Co” müəssisəsində “Zərbə” kamikadze PUA-nın istehsalı prosesi ilə tanış olarkən.
“Harop” sələfindən yüksək ayırdetmə dəqiqliyinə malik gecə/gündüz və infraqırmızı kameraya, 360 dərəcə bucaq altında axtarış apara bilən radara, habelə antiradar sisteminə mailk olması ilə fərqlənir. PUA olaraq atışla havalanan “Harop” hədəfi aşkar etdikdən sonra avto matik şəkildə hədəfə tuşlanan mərmiyə çevrilir. Hədəfin məhv edilməsi əmri ləğv olunduqdan sonra aparat patrul funksiyasını davam etdirə və bazasına qayıda bilir. Əslində uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə mübarizə üçün nəzərdə tutulan “Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. Uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr təşkil edən “Harop”un çəkisi 135 kq, partlayıcı yükü 13/23 kiloqram təşkil edir. “Harop”un dəniz əməliyyatları üçün konfiqurasiya edilmiş “Maritime Harop” versiyası dənizdəki patrul gəmilər və freqatlardan buraxıla bilmə xüsusiyyətə və müxtəlif növ suüstü gəmilərə, habelə sahil hədəflərinə qarşı tətbiq edilə bilmə qabiliyyətinə malikdir. IAI-nin icraçı vitse-prezidenti Boaz Levinin sözlərinə görə, dəniz “Harop”u “Hero-400EC” atış sınağında. Foto: UVision
AZERI DEFENCE
Azərbaycanın ETP MMC şirkətində hazırlanan iki növ “gəzən sursat”. Foto: ETP MMC
dəniz platformalarında istifadə edildikdə, “səth-səth” raketlərinə ən yaxşı alternativ hesab oluna biləcək. 2017-ci ilin iyul ayında Rusiyanın “VAİS Texnika” və “Aviaavtomatika” eksperimental dizayn bürosu birlikdə 50 kiloqramadək döyüş başlığı daşıya bilən “gəzən sursat”ın (kamikadze PUA) ilk nümunəsini hazırladığını bəyan edib. MAKS-2017 sərgisində açıqlanan məlumata görə, hazırda yaradılması üzərində işlər gedən 15, 25, 50 və 100 kiloqram çəkidə “gəzən sursat”ların döyüş radiusu 20 km-dən 100 km-dək olacaq. Uçuşu zamanı inersial və peyk naviqasiyasından istifadə edəcək sursatların hədəfə yönəlməsi lazer nöqtələmə, həmçinin videomodulyasiya vasitəsi ilə həyata keçirilir. Antiradar sursatlar IAI şirkəti tərəfindən hazırlanmış “Harpy NG” rəqibin hava hücumundan müdafiə əməliyyat sistemini, o cümlədən radarlarını sıradan çıxarmaq üçün nəzərdə tutulur. “Harpy NG” “Harpy”də olduğu kimi 15 kq yüksək detonasiyalı döyüş başlığına sahibdir və havada 6 saat qalır. Sələfindən fərqi isə həm geniş, həm də aşağı tezlik diapazonlarında çalışan hədəfləri təyin edə bilən radiotezlik axtarıcısına sahib olmasıdır.
Çinin AVİC korporasiyası tərəfindən 2017-ci ilin fevral ayında Əbu Dabidə keçirilən sərgidə ilk dəfə nümayiş etdirilmiş ASN-301 sursatı İsrailin “Harpy” antiradiasiya “gəzən sursat”ın bazasında hazırlanıb və bir növ “Harpy”nin klonu sayılır. ASN-301 sistemi də İsrail versiyası kimi xüsusi daşınan konteynerdə buraxılır. Sərgilənən model orta qabaritli yük maşınına yüklənmiş 6 konteynerdən ibarətdir. Şirkət ASN-301 sistemini uzun mənzilli hücum və müharibədə düşmən radar sistemlərini məhv etməkdən ibarət olduğunu açıqlayıb. Sistemlərin teniki göstəriciləri demək olar ki, eynidir. “Harpy”lə eyni 135 kq ağırlığa malik ASN-301-uzunluğu 2.5 metr olmaqla İsrail versiyasından (2.7 m) bir qədər qısa olsa da 4 saat havada qala bilir. Sürət baxımından 288 km/saat (“Harpy” üçün 180 km / saat) olmaqla İsrail versiyasından önə çıxsa da, 288 km uçuş mənzilinə görə “Harpy”dən (500 km) geri qalır. ASN-301 sistemi 2-16 GHz aralığında radar tezliklərində radarları 25 km məsafədən aşkarlamağı bacarır. Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının ehtiyac duyduğu “Harpy I” kamikadze PUA-ların yerini almaq üçün start verilən layihədə TAİ istehsalı olan “Durna” və “Şimşək” platformalarının istifadəsi nəzərdə tutulur. Yeni mühərriklə təchiz olunmuş bu sursatların “Harpy” ilə müqayisədə iki dəfə uzaq mənzilə sahib olacağı gözlənilir. Azərbaycan nümunələri Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2016-cı ilin aprel döyüşlərində İsrail istehsalı olan “Harop” “gəzən sursat”ın və sonrakı dövrdə MSN müəssisələrində istehsal edilmiş “Zərbə” kamikadze PUA-dan istifadə bu sursatların döyüşdə effektivliyini ortaya qoydu. “Aeronautics Defense” şirkətinin “Orbiter-1K” “gəzən sursatı”nın əsasında hazırlanmış “Zərbə” kamikadze PUA gündüz və gecə optik sensorları ilə yanaşı, gövdə daxilində 2 kiloqramadək partlayıcı maddə daşıyır. Üç saata yaxın uçuş müddətinə kanalına malik bu “kamikadze” əməliyyat icra olunmadıqda paraşütdən və təhlükəsizlik yastığından
istifadə etməklə bazasına eniş etməyi bacarır. 2017-ci ilin dekabr ayında jurnalistlərə müsahibəsində Müdafiə Sənayesi naziri Yavər Camalov “Zərbə” kamikadze PUA-nın kumulyativ döyüş başlığı ilə dəstləşdirilmiş “Zərbə-KH” konfiqu rasiyasının testlərinin başladığını bildirib. Nazir qeyd edib ki, kumulyativ başlıqlı PUA uzaq məsafədən düşmənin zirehli texnikalarının aşkarlanması və məhv edilməsi üçün nəzərdə tutulub. PUA-nın kumulyativ döyüş başlığı MSN-in Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb. Güclü zirehdəlmə qabiliyyətinə malik bu döyüş başlığı tanklara qarşı da tətbiq oluna biləcək. Kumulyativ başlığa malik “Zərbə-KH”nin döyüş radiusu 100 km olacaqdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologyalar Parkında yerləşən “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən üç fərqli növdə “gəzən sursat”ın nümunəsinin yaradılmasına başlanıb. Bu sursatlar müəssisənin kataloqlarında “İdarə oluna bilən uçan mərmi” kimi təqdim edilib. Hazırda test mərhələsində olan bu məmulatlardan “Mini” adlandırılan sursatın kütləsi 3.5 kiloqram, uçuş müddəti isə 30 dəqiqəyə yaxındır. 0.5-0.7 kq ağırlığında döyüş başlığına sahib olan bu sursatın əsas hissələri karbon materialından hazırlanıb. Konteynerdə bir nəfər tərəfindən daşınan sursatın uçuş radiusu 5-7 km olaraq göstərilir. Düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulan digər nümunələr katapult vasitəsi ilə xüsusi mancanaq üzərindən atılır. Orta ölçülü – çəkisi 5 kiloqram təşkil edən ikinci sursat 1.2 kq ağırlığında döyüş başlığına malikdir və uçuş müddəti 30 dəqiqə təşkil edir. Xarici görünüşdə mini “Harop”u xatırladan bu sursat elektrik mühərrikin köməyi ilə uçur və döyüş radiusunun 10 kilometrin üzərində olduğu bildirilir. “Grand” adı verilmiş üçüncü “gəzən sursat”ın isə kütləsi 12-15 kq, döyüş başlığı 5 kq, uçuş müddəti 3 saata yaxındır. Daxili yanma mühərrikinə sahib bu sursat 20 km radiusda hədəflərin axtarışı və zərbə endirilməsi üçün istifadə edilə bilər. AD
YANVAR–FEVRAL 2018
34-35
Azər Hüseynov Əsgərlərin müasirləşən təchizatı əməliyyat tapşırıqlarının icrasını hər nə qədər asanlaşdırsa belə, proseslərin gedişatı ortaya bu sistemlərin dayanıqlı enerji təchizatının təmin edilməsi kimi yeni problem çıxarır. Yeni nəsil əsgər təchizatlarında yer alan gecəgörmə cihazları, optik nişangahlar, rabitə və naviqasiya cihazları, tablet və digər qurğular həyati əhəmiyyət daşıdıqlarından onların kəsintisiz enerji təminatı istehsalçıları bu sahədə yeni araşdırmalara vadar edir. NATO təchizat qurumları və ABŞ Ordusu hazırladıqları standartlarda Əfqanıstan təcrübəsindən çıxış edərək perspektiv əsgər təchizatlarının ən azı 72 saatlıq bir müddətə fasiləsiz işləməsini qarşıya qoyur. Hansı ki mövcud elektrik batareyaları ilə qeyd olunan müddətdə tələblərin qarşılanması mümkünsüzdür. Aparılan hesablamalara görə, 2000-ci illərin ortalarında Əfqanıstan şəraitində bir ABŞ əsgəri 72 saatlıq missiya üçün özü ilə müxtəlif ölçüdə 70 fərdi batareya daşımağa məcbur idi. 150 əsgərdən ibarət bölüyə isə 72 saatlıq əməliyyat üçün 6600 elektrik batareyası tələb olunurdu ki, bunun da ümumi çəkisi 1650 kiloqramdan çoxdur. Bütün bunlar nəticədə əsgərin əlavə yüklənməsinə və tez zamanda yorulmasına gətirib çıxarır.
Ordu üçün yeni nəsil enerji sistemləri Hazırkı dövrdə başda ABŞ olmaqla, bir çox ölkələrin ordularının istehsalçılar qarşısına qoyduqları əsas tapşırıqlardan birincisi yeni nəsil enerji sistemlərinin yaradılmasıdır. Daha yığcam dizayna və çəkiyə malik bu sistemlər əsgərə yüzlərlə elektrik batareyasının verəcəyi enerjini təmin etməlidir. Eyni zamanda yaxın perspektivdə orduların istifadəsində yer alacaq ekzosklet sistemlərinin də fasiləsiz enerji təminatında yer alması nəzərdə tutulur. Yaxın perspektiv üçün ordunun istifadəsinə daxil olacaq HULC (ABŞ) və “Hercule” (Fransa) ekzoskletlərinin enerji təchizatı üçün “BAE Systems” şirkəti tərəfindən struktur akkumulyatorların hazırlanması istiqamətində işlər aparılır. Bu yeni nəsil akkumulyatorın dizayn və texniki parametrləri hələ ki açıqlanmasa da, onların ekzosklet qurğularının gövdəsinə daxil ediləcəyi bilinir. ABŞ Ordusunun “Land Warrior” təchizatı üçün “Ultralife Batteries” şirkəti tərəfindən 2006-cı ildən seriyalı istehsal olunan UBBL08 “Land Warrior Smart” hazırda öz sinfində ən uzun ömürlü və davamlı təkrar doldurulan batareyalar hesab olunur. Məlumat üçün bildirək ki, hərbi standartlar üzrə istehsal olunan, 16,8 volt gərginlik verən yüngül, möhkəm, yüksək enerjili, 9,4 Ah litium-ion “Land Warrior Smart” batareyalarının yaradılmasına 2004-cü ildə başlanıb. Şirkət 2017-ci ilin oktyabr ayında ABŞ-ın Müdafiə Logistika Agentliyi ilə yeni CFx daşınan
fərdi batareyaların hazırlanması və çatdırılmasına dair 49.8 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Müqavilə çərçivəsində şirkət 2019-cu ildən ABŞ Ordusunu qeyri-hibrid litium manqan dioksid / karbon monoflorid (CFx) tərkibli, doldurulmayan BA-5790 və BA-5795 batareyaları ilə təchiz edəcəkdir. Yeni texnologiya sayılan CFx batareyaları mövcud güc mənbələri ilə eyni ölçü və çəkidə olmasına baxmayaraq, 1,5 dəfə çox enerjiyə sahibdir. Bu da uzunmüddətli missiyalar üçün nəzərdə tutulur. -40 dərəcədən +55 dərəcəyədək temperaturlarda istifadə oluna bilən bu batareyalar əl radiostansiyaları ilə yanaşı, 50-dən çox qurğuda istifadəyə uyğun olacaq. Bu seriyadan UBI-5390XC iki ədəd müstəqil batareya bölməsinə malikdir. İstifadəçi cihazları bu bölmələrə fərdi və ya paralel olaraq bağlaya bilər. 24V rejimində batareyanın voltajı 20.0Vdan 33.0V-dək dəyişir və gərginlik 16.0 Ah həcmindədir. 12V paralel rejimində
AZERI DEFENCE
ABŞ ordusunun “NATICK” mərkəzi tərə indən hazırlanmış kürək çantası üzərinə yerləşdirilmiş yüksək istehsal gücünə malik günəş paneli. Foto: NATİCK
batareya voltajı 10.0V-dan 16.5V-dək dəyişir və gərginlik 32.0Ah-ə bərabərdir. Batareyanın üzərindəki displeydə qalan enerji tutumu göstərilir və bu da əməliyyat prosesinə nəzarət etməyə imkan yaradır. Günəş enerjisi Hərbi bazalarının əsas obyektləri – hava hücumundan müdafiə komanda mərkəzləri, qərargahlar, rabitə bölmələri, perimetr təhlükəsizlik sistemləri və s. qəza halında dizel generatorlarının enerjisi ilə təmin olunur. Ekspertlərin fikrincə, generatorlar etibarlı qida mənbəyi olsa da, onların davamlılığı yanacağın çatdırılmasından asılıdır. Başqa sözlə, logistik problem yaranarsa, generator ümidinə qalan bazalar da enerjisiz qala bilər. Məhz bunu əsas götürən Pentaqon 2025-ci ilədək enerji istehlakının 25%-ni yaşıl enerjiyə köçürməyi qarşıya məqsəd qoyublar. Hazırda dünya ordularında əsas diqqət yetirilən enerji mənbələri arasında ilk yerdə batareyalarla yanaşı, günəş enerji sistemləri yer alır. ABŞ Ordusu istər körfəz əməliyyatlarında, istərsə də Əfqanıstanda günəş enerjisini elektrik enerjisinə çevirən qurğuların geniş istifadəsinə nail olmuşdur. Stasionar obyektlər üçün istifadə olunan
panellərlə yanaşı, günəş enerjisini elektrik enerjisinə çevirən çadırlar, tək əsgər üçün sığınaq, əsgərin yük çantasında və cibində daşına bilən qatlanan panellər, çanta üzəri enerji çeviriciləri bu qəbildən son illərdə ortaya çıxan hərbi təyinatlı günəş enerji mənbələrindən hesab olunur. “Redstone” şirkətinin ABŞ Ordusu üçün hazırladığı fotovoltaik günəş paneli son illərdə bazara təqdim olunan analoji həllərə nisbətən daha kiçik, daha etibarlı və eyni zamanda daha ucuz olması ilə diqqət çəkir. Yeni yaradılmış və özündə ultrayüngül metal təbəqələri daxil edən panel daha geniş bir şüalanma spektrini qəbul edir, günəş şüasının düşmə bucağından və şüalanma gücündən asılı olmayaraq eyni enerji miqdarını yarada bilir. Fuel cell – yeni dönəm Aparıcı ölkələrin ordularının yeni tapşırıqları əsasında meydana çıxan fuel cell (yanacaq hüceyrələri) texnologiyası hazırda ABŞ, Almaniya, Koreya kimi fərqli ölkələrdə başda silahlı qüvvələr olmaqla, müxtəlif sferalarda geniş tətbiqini tapmaqdadır. Batareyalara bənzəsə də, prinsipcə generator kimi çalışan fuel cell yanacaq verildiyi müddətdə elektrik və istilik enerjisi istehsal edir. İki elektroddan meydana gələn cihazda oksigen bir elektroddan, hidrogen isə digər elektrod üzərindən keçərkən elektrik, su və istilik yaranır. Başqa sözlə, tərs elektroliz bənzəri bir proseslə oksigen və hidrogenin reak-
siyasından elektrik enerjisi meydana gəlir. Fuel cell konvensional enerji mənbələri ilə müqayisədə çəki və həcm baxımından daha çox qənaət edir. Mövcud litium ion batareyalarla müqayisədə daha uzun müddət fəaliyyət göstərir. Hazırda ABŞ Ordusu üçün həyata keçirilən bir sıra araşdırma proqramlarında bu mövzu işlənilir. ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin tələblərindən biri də PRC117 səhra radiostansiyalarında bu texnologiyadan istifadə olunmasıdır. Yeni enerji texnologiyasının tətbiqi nəticəsində əsgərin üzərindəki yük 5.9 kq yaxın azalmış olacaq. Bununla bərabər, enerji təminatına xərclənən vəsaitə də azı 50% qənaət ediləcəkdir. Pentaqonun hazırladığı yeni proqramda qeyd olunur ki, ordu “Land Warrior” təchizatının gələcək versiyalarına daxil edilməsi üçün 300 Wt və daha yüksək enerjiyə malik xüsusi batareyalara diqqət yetirməli, hərbi istifadə üçün uyğunlaşdırılan birdəfəlik və təkrar doldurulan batareyaların yaradılması ilə bağlı innovativ yanaşmaları dəstəkləməlidir. Bu çərçivədə həm ABŞ, həm də digər aparıcı NATO ölkələrinin üzərində daha çox dayandığı enerji texnologiyası da məhz fuel celldən istifadədir. Fuel cell ilə yanaşı, yaxın perspektivdə ABŞ, Böyük Britaniya və Almaniya Silahlı Qüvvələrində dəyişən proton membran (PEM) və qatı oksidli yanacaqdan istifadə edən kiçik, portativ yanacaq prosessorlarının tətbiqini qiymətləndirməsi tapşırıq olaraq qarşıya qoyulmuşdur. SFC Energy AG şirkətinin JENNY-600 fuel cell enerji generatoru. Foto: SFC
YANVAR–FEVRAL 2018
Fuel cell enerji təchizat sistemlərinin aparıcı istehsalçısı olan “SFC Energy AG” şirkəti 2010-cu ildən Alman Ordusunun, eləcə də NATO-ya üzv bir sıra ölkələrin hərbi qüvvələrinin təchizatında yer almaqdadır. Son olaraq, 2017-ci ilin dekabr ayında Almaniya Ordusu ilə imzalanmış 3.6 milyon avro dəyərində müqavilə çərçivəsində Bundesvehrə JENNY 1200 və JENNY 600S portativ enerji sisteminin, SFC Power Manager, xüsusi hibrid batareya, günəş paneli və müxtəlif aksessuarların çatdırılması planlaşdırılır. Şirkətin açıqladığı məlumata görə, bu sistemlər digər elektrik təchizatları ilə mü qayisədə çəkidə 80%-dək qənaət etməyə imkan yaradır. SFC Power Manager adı verilən ağıllı gərginlik tənzimləyicisi demək olar ki, istənilən mövcud mənbədən enerjiyə qoşulmanı tənzimləməyi bacarır və müxtəlif batareya növlərinin yüklənməsinə imkan verir. JENNY SFC Power Manager üstünlüyü eyni zamanda bir neçə akkumulyator və güc qurğusunu yenidən enerji ilə yükləməyə imkan verməsidir. JENNY 600S sisteminin nominal gücü 25W, çıxış gərginliyi 10 - 30 V, ağırlığı boş halda 1,7 kq, istifadə zamanı yaratdığı səs <37 dB təşkil edir. -32° C-dən +55° C-ədək temperaturlarda çalışan cihaz 371 qramlıq metanol
Yuxarıda “SAFCell” və “UltraCell” şirkətlərinin birgə hazırladığı PP-50-FLEX fuel cell generatoru, aşağıda SFC Energy AG şirkətinin istehsalı olan maşın içi EMİLY3000 fuel cell generatoru. Foto: SAFCell/SFC
kartriclə 16 saatadək, 2200 qramlıq kartriclə 100 sata qədər elektrik enerjisi istehsal edir. Nominal gücü 50 W, çıxış gərginliyi 10 - 30 VDC təşkil edən JENNY 1200 cihazının isə boş halda ağırlığı 3.3 kq-dır. İstehsalçı şirkətin açıqladığı məlumata görə, -20° C-dən + 49° C-dək temperaturlarda çalışan cihazın səsi 20 metrdən hiss olunmur. JENNY 1200 cihazında 100% metanol tərkibli 2.2 və 4.3 kiloqramlıq yanacaq kartriclərindən istifadə olunur. 2.2 kiloqramlıq kartriclə 50 saat, 4.3 kiloqramlıq yanacaq kartrici ilə 100 saata qədər elektrik enerjisi və istilik istehsal edə bilir. “SFC Energy” şirkətinin nəqliyyat vasitələri və piyadalar üçün nəzərdə tutulan EMILY 2200 enerji mənbəyi səssiz, etibarlı işləyir və uzun müddət iş rejiminə malik cihaza istifadəçi müdaxiləsinə ehtiyac yoxdur. Generator kimi işləyən qurğu havadan və iqlimdən asılı olmayaraq rabitə vasitələri, naviqasiya sistemləri və gecəgörmə cihazlarını enerjiylə təchiz edir. Hərbi proqramlar üçün xüsusi olaraq hazırlanmış 12 vatt və 6 KVT nominal çıxış gücünə malik EMILY 3000 qurğusu bir neçə akkumulyatoru yenidən doldura və ya səhra generatorunun funksiyalarını yerinə yetirə bilər. “MTİ Micro” şirkəti tərəfindən yaradılmış Direct Methanol Micro Fuel Cell (DMFC) sistemi bir kubsantimetr yanacaq, 0,9 watt enerji istehsalı edərək litium ion batareyalarından üç dəfədən çox enerji təmin edir. Son məlumatlara görə, şirkət “Harris”in “Falcon II” portativ hərbi radiosunda standart batareyaları əvəzləyəcək fuell cell prototipini hazırlamaq üçün “Harris”
36-37
şirkəti ilə birlikdə çalışmalara başlayıb. Hazırlanmış MTI Micro-Harris prototipi 25W güc və 5 saatdan artıq elektrik enerjisi verir və standart BA-5590 batareyasının ölçü və formasına uyğundur. Digər bir enerji cihazlarının istehsalçısı olan “Radian Inc” şirkəti tərəfindən hazırlanmış fuel cell qurğusunun ABŞ Ordusunun nəqliyyat vasitələrinə yerləşdirilməsi planlaşdırılır. Bu şirkətin üzərində çalışdığı sistemdə istifadə olunan yanacaq “Hydrogenics Corp.” tərəfindən hazırlanmış Proton Exchange Membrane (PEM) texnologiyasına əsaslanır. Mütəxəssislərin sözlərinə görə, bu enerji texnologiyası zirehli maşınlar stasionar vəziyyətlərdə olduqda belə elektronikanın və rəqəmsal avadanlıqların enerji ilə təmin olunmasını həyata keçirəcək. Perspektivdə hərbi hissələrdə istifadə edilən batareya sistemləri və dizel generatorları üçün alternativ olacaqdır. “SAFCell” və “UltraCell” şirkətlərinin birgə hazırladığı PP-50-FLEX adlı portativ enerji istehsalı qurğusu Solid Acid Fuel Cell texnologiyasından istifadə edir. Bu yanacağa qənaət edən mini generator çəki və yanacaq istehlakı problemlərinin həllinə hesablanıb. Kiçik ölçüsü və faktiki olaraq səssiz işləməsi PP-50-FLEX qurğusunun uzaq və ya gizli müşahidə proqramlarında tətbiqinə imkan verir. 50 W gücə malik sistem istənilən batareyaları yükləməyə imkan yaradır. Qeyd edək ki, ümumi ağırlığı 6 kiloqram təşil edən kompleksə SAFC generator, yükləmə cihazı, 1 yanacaq qabı, konnektor və kabellər daxildir. AD
AZERI DEFENCE
Azərbaycan Hərbi Hava Qüvvələri – inkişaf perspektivləri Orxan Aslanlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsas qoşun növlərindən olan Hərbi Hava Qüvvələri (HHQ) 1992-ci ildən, yarandığı ilk dövrdən bilavasitə döyüş əməliyyatlarına cəlb olunmuş və formalaşma prosesi müharibədə keçmişdir. 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında cəbhə xəttində atəşkəsin əldə edilməsinə dair razılaşma əldə olunandan sonra ölkədə ordunun yenidən formalaşması mərhələsi başladı. Birinci Qarabağ müharibəsində hərbi aviasiyanın rolunu diqqətə alan rəsmi Bakının əsas diqqət yetirdiyi məsələlərdən biri də Hərbi Hava Qüvvələrinin gücləndirilməsi, hərbi aviasiya parkının yenilənməsi və imkanlarının artırılması olmuşdur. Bu çərçivədə Azərbaycan 1998-ci ildə Qazaxıstandan 8 ədəd MiQ-25 tipli döyüş təyyarəsi satın alaraq müharibədə itirilmiş aviasiya gücünün bəlli qismini bərpa etmiş oldu.
YANVARâ&#x20AC;&#x201C;FEVRAL 2018
38-39
AZERI DEFENCE
Azərbaycan HHQ-nin modernləşdirilmiş Mi-24G “Gecə” və Mi-24R zərbə helikopterləri. Foto: AD
2000-ci illərin əvvəllərindən etibarən Azərbaycan hərbi aviaparkın gücləndirilməsi sahəsində mühüm addımlar atmağa başladı. Bu çərçivədə həm NATOnun dəstəyi ilə hərbi aerodromlardan birinin modernləşirilməsi həyata keçirildi, həm də xarici ölkələrdən yeni təyyarələrin satınalınması gerçəkləşdirildi. Ötən 17 il ərzində HHQ və digər qoşunların aviasiya parkı Ukrayna, Rusiya, Belarus, Gürcüstan kimi ölkələrdən əldə olunan təyyarə və helikopterlər hesabına gücləndirilmiş, mövcud texnikaların bir qismi modernləşdirilmişdir. BMT Adi Silahlar Registrinə alıcı və satıcı ölkələrin təqdim etdiyi hesabatlara görə, 2001-ci ildən etibarən hərbi aviasiyanın inkişafı proqramları çərçivəsində Azərbaycan tərəfindən müxtəlif ölkələrdən 53 döyüş təyyarəsi və 109 helikopter alıb. Məlumatların təhlili zamanı bəlli olub ki, bu dövrdə Azərbaycan hərbi təyyarələri 4 ölkədən – Ukrayna, Rusiya, Belarus və Gürcüstandan, helikopterləri Rusiya və Ukraynadan əldə edib. Göstə ri lən il lər ər zin də Azər bay can Gürcüstandan 13 ədəd Su-25 (12 ədəd Su-25 və 1 ədəd Su-25UB), Ukraynadan 12 ədəd L-39 təlim, 16 ədəd MiG-29 (2 ədəd MiG-29UB, 14 ədəd MiG-29), Belarusdan 12 ədəd Su-25 tipli döyüş təyyarəsi alıb. He li kop ter lə rə gə lin cə, he sa bat dövründə Ukraynadan 12 ədəd Mi-24 (1 ədəd Mi-24R), Rusiyadan 24 ədəd Mi-35M, 71 ədəd Mi-8/Mi-17V1/Mi-171, 4 ədəd Ka-32 tipli helikopter satın alınıb. Bu helikopterlədən 4 ədəd Ka-32 və 6 ədəd Mi-17 Fövqəladə Hallar Nazirliyi üçün konfiqurasiya olunub. Azərbaycanda HHQ-dən sonra ən böyük hərbi aviasiyaya malik qurum Dövlət Sərhəd Xidməti (DSX) hesab olu-
nur. 2002-ci il oktyabr ayının 24-də yaradılmış sərhəd aviasiyası dövlət sərhədinin havadan mühafizəsinin təşkili, baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılmasında geniş tətbiq olunur. Ötən dövrdə DSX aviasiyanın kadrlarla komplektləşdirilməsi, mövcud heyətin peşəkarlığının artırılması sahəsində də bir sıra nailiyyətlər əldə edilib. Quru ərazilər üzərində uçuşlardan əlavə olaraq, sərhəd helikopetrlər pilotları hazırda dəniz üzərində uçuşlarna görə, bölgədə ən yüksək səviyyədə ixtisaslaşmış kadrlar hesab edilməkdədir. Müxtəlif dövrlərdə Xəzər dənizinin Azərbaycan bölməsində keçirilən hərbi təlimlərdə də bu sübuta yetirilib. Quru sərhədlərinin mühafizəsi zamanı, eləcə də müxtəlif təlimlərdə sərhəd aviasiyasının An-2 təyyarələri və Mi8 tipli helikopterlərinin iştirakı pilot və kabin heyətinin peşəkarlığının artırılmasında mühüm rol oynayır. Hazırda DSX aviasiyasına AN-2 tipli yüngül təyyarələr, Mi-8, Mi-17V1 tipli helikopterlər daxildir. Sərhəd Qoşunları ilə yanaşı, Daxili Qoşunların aviasiya eskadrilyasının yaradılmasına başlanıb və bu qurum üçün Mi-17V1 tipli helikopterlər alınıb. Fövqəladə Hallar Nazirliyinin aviasiyasına isə müxtəlif xilasetmə işlərində istifadə oluna bilən Mi-17, Ka-32 tipli helikopterlər və Be-200ÇS tipli amfibiya təyyarəsi daxildir. Təmir-modernizə imkanları 2004-cü ildən başlayaraq hərbi aviasiya parkına daxil olan təyyarə və helikopterlərin moderləşdirilməsi istiqamə-
tində bir sıra proqramlar həyata keçirilməyə başlayıb. Hansı ki, hərbi aviasiya imkanlarından bəhs edilərkən, bu layihələrin özəllikləri xüsusilə vurğulanmalıdır. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Azərbaycan və NATO arasında razılaşdırılmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə müasir xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binaları inşa olunub. Azərbaycan HHQ-nin balansında hazırda 3 təmir zavodu fəaliyyət göstərir. Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən bu təmir müəssisələrində yerli ehtiyaclar qarşılanmaqla yanaşı, xarici ölkələrin də sifarişləri yerinə yetirilir. Mi-8 helikopterlərinin mühərriklərinin və füzelyajının təmiri üzrə ixtisaslaşmış Gəncə Aviasiya Təmir Zavodu Azərbaycanla yanaşı, Kuba, Peru, Kolumbiya, Əfqanıstan, Polşa, Rusiya, Baltik ölkələrindən sifarişlər yerinə yetirir. MDB Dövlətlərarası Aviasiya Komitəsinin Aviasiya Registri tərəfindən sertifikatlaşdırılmış zavod 2016-ci ilin fevral ayında Ukraynanın “Aviakon” Dövlət Müəssisəsi ilə təmir xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb. Ukrayna helikopterlərinin Gəncədə təmirini ehtiva edən müqavilənin dəyəri 4.3 milyon ABŞ dolları təşkil edib. Azərbaycan tərəfi müqavilə çərçivəsində uçuş aparatlarının təmiri üzrə 20 xidmət həyata keçirib. Qeyd edək ki, Azərbaycan HHQ-nin komandanı, general-leytenat Ramiz Tahirov jurnalımıza müsahibəsində HHQnin ölkə ərazisində fəaliyyət göstərən təmir zavodlarından söz açarkən bildirib ki, Gəncə və Sumqayıt şəhərlərində yerləşən Aviasiya Təmiri Zavodları, Bakı şəhərində yerləşən Hava Hücumundan Müdafiə silah və texnikası təmiri zavodu 2014-cü ildən Hərbi Hava Qüvvələrinin tərkibində birbaşa təyinatı üzrə fəaliyyətini davam edirlər. Komandan qeyd edib ki, zavodlar hərbi aviasiyanın müxtəlif növ helikopter və təyyarələrin mühərriklərini, reduktorlarını, sistemlərini, gövdələrini və HHM silahlanmasında olan yüksək səviyyədə təmir, o cümlədən texniki xidmət işlərini etməyə qadirdir. R.Tahirov vurğulayıb ki, hazırda bu zavodlarda bir neçə Avropa, Orta Asiya və ərəb dövlətləri üçün təmir işləri aparılır. General-leytenantın sözlərinə görə, Gəncə şəhərində yerləşən Aviasiya Təmiri Zavodu Beynəlxalq Aviasiya Komitəsinin (MAK) sertifikatını əldə edərək bu günə qədər yüksək
YANVAR–FEVRAL 2018
keyfiyyətli təmir və istehsalat səviyyəsinin olmasını təsdiqləyir. Sumqayıt şəhərində yerləşən Azərbaycan Aviasiya Təmiri Zavodu indiyədək MiQ-25 təyyarələrinin modernləşdirilməsi istiqamətində bir sıra layihələr reallaşdırıb. Müəssisə MiQ tipli, həm də xüsusi növ təyyarələrin təmir işləri ilə məşğuldur. Zavodda Azərbaycan təyyarələri ilə yanaşı, Şimali Afrika ölkələrinin təyyarələrinin təmiri və modernləşdirilməsi işlərini həyata keçirirlər. Müəssisədə Gürcüstanın Tiflis Aviasiya Zavodu ilə birgə Su-25 təyyarələrinin təmiri və modernləşdirilməsi, eləcə də CAR “Paramount Group” şirkəti ilə Mi-24 və Mi-17 helikopterlərinin modernləşdirilməsi həyata keçirilir. Mi-24 Super Hind Mk.4 səviyyəsində aparılan modernizə nəticəsində Mi-24 helikopterlərinin imkanları əhəmiyyətli səviyyədə yüksəldilərək helikopterə gecə döyüşlərinin aparılması imkanı qazandırılıb. Modernizədən sonra helikopter Mi-24G “Gecə” indeksi alıb. 2017-ci ildə Türkiyənin ASELSAN şirkəti tərəfindən də Azərbaycan HHQyə bir neçə modernizə proqramı təklif olunub. Şirkət tərəfindən 2 ədəd Mi-17 helikopteri 2017-ci ildə modernizə edilmiş və hazırda sınaq mərhələsindədir. ASELSAN eyni zamanda HHQ-nin Su-25 təyyarələrinin modernləşdirilməsi proqramına da öz təklifini verib. Pilotsuz aviasiya Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan PUA-lar ilk dəfə ictimaiyyətə 2008-ci ildə Bakı şəhərində keçirilən hərbi paradda təqdim olunub. 20082011-ci illərin hərbi paradlarında əsasən “Orbiter-2M” və “Aerostar” tipli PUA-lar nümayiş etdirilsə də, sonrakı dövrlərdə
beynəlxalq mərkəzlərin, o cümlədən SİPRİ-nin hesabatlarında yer alan məlumatlara görə, Azərbaycan İsraildən əlavə olaraq “Hermes-450”, “Hermes-900” və “Heron-TP” tipli PUA satın alıb. 2011-ci ilin mart ayında Bakıda PUA istehsalı ilə məşğul olan birgə müəssisənin istifadəyə verilməsi ilə Azərbaycan hərbi aviasiya sənayesində mühüm mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Azad Ssystem Co.” müəssisəsində “Aeronautics” şirkəti ilə birgə “Orbiter-2”, “Orboter-3”, “Orbiter4” və “Aerostar” PUA-ların istehsalı həyata keçirilir. Müəssisə 2016-cı ildən “Orbiter-1” bazasında hazırlanmış “Zərbə” “kamikadze” pilotsuz uçuş aparatının da seriyalı istehsalına başlayıb. Döyüş qabiliyyəti yeni sursatlarla güclənir Ötən dövrdə BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatlara görə, Azərbaycan Ukraynadan 64 ədəd R-27 “hava-hava” raketi, Rusiyadan müxtəlif çaplı və təyinatlı aviasiya bombaları satın alıb. Türkiyənin ROKETSAN şirkətinin nümayəndəsinin sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanın təyyarələrində SOM qanadlı raketin xarici bort apa-
40-41
Yuxarıda Azərbaycanda istehsal edilmiş “Aerostar” Taktik PUA, aşağıda MiQ-29 döyüş təyyarəsi. Foto: AD /MN
ratı ilə atışı sınaqdan keçirilib və uğurlu alınıb. Müdafiə Sənayesi Nazirliyi tərəfindən aviasiya silahlarının və döyüş sursatlarının yaradılması istiqamətində də bir sıra layihələr həyata keçirilməkdədir. MSN müəssisələrində hazırda istehsalı davam edən və Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən TAB-7, TAB-50 və TAB-100 təlim aviasiya bombaları çoxistifadəli olması və təhlükəsizliyinə görə fərqlənir. 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində müxtəlif ölçülü və təyinatlı aviasiya bombaları və idarə olunmayan raketlər nümayiş etdirən MSN bu sahədə də hədəflərini açıqlamış oldu. MSNin Elmi Tədqiqat İnstitutunda hazırlanmış 25 kiloqram çəkili QFAB-25, 50 kq çəkili QFAB-50, 100 kq çəkili QFAB-100, 250 kq çəkili QFAB-250, 500 kq çəkili QFAB-500 qəlpəli-fuqas, FAB-100 fuqas, QFAB-100SAB, QFAB-250SAB idarəolunan (“ağıllı”) versiyaları, QFAB-250KAB korreksiya olunan, “Konteyner-250/10” birdəfəlik aviasiya konteyneri, 100 və
AZERI DEFENCE
250 kq çəkili BETAB-100 və BETAB-250 sərbəstdüşən betondağıdan, 7 kq çəkili TAB-7, 50 kq çəkili TAB-50, 100 kq çəkili TAB-100 təlim aviasiya bombaları, 57 mm çaplı AR-57KQ qəlpəli-kumulyativ, AR-57QF qəlpəli-fuqas, AR-80KQ qəlpəli-kumulyativ və AR-80QF qəlpəli-fuqas aviasiya raketləri yaradılıb. Perspektiv təyyarələr Yeni aerodromların inşası, mövcud aerodramların modernizasiyası, eləcə də Hərbi Hava Qüvvələrinin mərkəzləşdirilmiş, avtomatlaşdırılmış komanda mərkəzinin yaradılması qarşı illərdə reallaşmaqda davam edəcəkdir. Hərbi Hava Qüvvələrinin yeni döyüş təyyarələri ilə təchiz edilməsində gəzən məlumatlar Yuxarıda Müda iə naziri Zakir Həsənov HHQnin təlim mərkəzində qurulmuş Mi-35M simulyatoru barədə məlumat alarkən, aşağıda 2017-ci ilin may ayında HHQ-də təqdimatı keçirilən “Leonardo” şirkətinin istehsalı olan M-346 təlim-döyüş təyyarəsi. Foto: MN
arasında Azərbaycan artıq bir neçə versiyanı nəzərdən keçirir. Bu sırada JAS39 “Gripen”, “Eurofighter Typhoon”, JF17 “Thunder” və Rusiya istehsalı olan Su-30SM təyyarələrinin adı daha çox hallanır. Ekspertlərin fikrincə, hazırkı şəraitdə Azərbaycanın tələblərini qarşılaya biləcək təyyarə kimi JF-17 daha uyğun görülür. Həm qiymət baxımından, həm də texniki göstəricilərinə görə, bu təyyarə seçim zamanı rəqiblərindən önə çıxır. 2017-ci ilin may ayında Hərbi Hava Qüvvələri üçün İtaliyanın “Leonardo” şirkətinin istehsal etdiyi M-346 reaktiv təlim-döyüş təyyarəsinin təqdimatı keçirilib. Ekspertlərin ehtimalına görə, yaxın perspektivdə bu təyyarə Azərbaycan HHQ-nin texnika parkında yer alacaq. M346 təyyarəsi ilə Azərbaycanın 2013-cü ildən maraqlandığına toxunan ekspertlərin fikrincə, M-346-ya sahib olmaqla, Azərbaycan HHQ-nin aviasiya parkını Qərb istehsalı olan təyyarələrlə əvəzləməyi düşünür. Dünyada öz sinfində ən mükəmməl təlim-döyüş təyyarəsi hesab olunan M-346 ilk uçuşunu 2004-cü ildə
edib. Hazırda təyyarə İtaliya, Sinqapur, İsrail və Polşanın istifadəsində yer alır. M-346-nın uzunluğu 11,5 m, qanad açıqlığı 9,7 m, çəkisi 4,6 ton, sürəti 1060 km/saat, uçuş hündürlüyü 13,7 km-dir. ADEX-2016 sərgisində Rusiya tərəfinin səsləndirdiyi fikirlərə görə, “Rosoboroneksport” Azərbaycana Su-30SM döyüş təyyarəsini də təklif edib. Azərbaycan tərəfi təyyarənin ümumi imkanlarını müsbət dəyərləndirməsinə baxmayaraq, radioelektron müdafiə və atışnəzarət radarı ilə bağlı bəzi sualları mövcuddur. 2017-ci ilin iyul ayında isə Azərbaycan HHQ ilə Pakistanın PAC (Pakistan Aeronautical Complex) müəssisəsi arasında “Super Muşşak” (Super Mushshak) təlim təyyarəsinin alqı-satqısına dair müqavilə bağlanıb. PAC-ın məlumatında qeyd olunur ki, müqavilə üzrə Azərbaycana 10 ədəd “Super Muşşak” təyyarəsi tədarük olunacaq. Təyyarələrin çatdırılması 2018-ci ildə yekunlaşmalıdır. Heyəti 2 nəfər olan “Super Muşşak” təyyarəsinin uzunluğu 7.15 m, qanad açıqlığı – 8.85 m, hündürülüyü 2.60 m təşkil edir. Boş çəkisi 760 kq olan təyyarənin uçuş ağırlığı 1250 kq-dır. 260 at gücünə malik Textron Lycoming IO-540 V4A5 (6 silindr) mühərriklə təchiz olunan təyyarənin maksimum sürəti 268 km /saatdır. Kuriz sürəti 240 km/saat olan “Super Muşşak”ın birbaşa uçuş uzaqlığı 814 km-dir. Havada 4 saat 15 dəqiqə qala bilən təyyarənin uçuş hündürlüyü 6705 m, xarici asmada yükgötürmə qabiliyyəti 300 kq-dır. Müasir və təhlükəsiz olan təyyarə ibtidai təlim tədris proqramının tələblərinə tam uyğundur. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. Qeyd olunan üstünlüklərinə görə, təyyarədən patrul missiyalarında istifadə edilməsi mümkündür. Bundan başqa, təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanları mövcud olduğu bildirilir. Azər bay can HHQ-nin pers pek tiv planları sırasında Türkiyə istehsalı olan T-129 ATAK zərbə helikopteri də yer alır. Prezident İlham Əliyev və Müdafiə naziri Zakir Həsənov Ankarada TUSAŞ şirkətinə səfərləri və EFES təlimi zamanı bu hərbi helikopterin imkanları ilə yaxından maraqlanıb, Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq görüşlərində helikopterlərin gələcəkdə Azərbaycana satış imkanları müzakirə olunub. Azərbaycan HHQ-nin komandanı general-leytenant Ramiz Tahirov 2016-cı ildə AZERİ DEFEN CE jur na lı na müsa hi bə sin də bu mövzuya toxunaraq bildirib ki, Azərbay-
HELD UNDER THE PATRONAGE OF O HIS EXCELLENCY Y,, PRESIDENT ABDEL FATT TA AH EL-SIS SI THE PRESIDENT OF THE ARAB REPUBLIC OF EG GYPT, THE SUPREME COMMANDER OF THE EGYPTIAN ARMED A FORCES
BOOK YOUR STA ST TAND TODAY
3-5 DECEMB BER 2018 EGYPT INTERNATIONAL EXHIBITION E CENTRE
JOIN EGYPTâ&#x20AC;&#x2122;S FIRST TRI-SERVIC CE DEFENCE EXHIBITIO ON IN 2018 EGYPT INTERNATIONAL EXHIBITION CENTRE 3-5 DECEMBER 2018 300+
10,000 0+
EXHIBITOR RS
VISITORS S
s a l e s @ e g y ptd ef e n c e exp o . co m
Supported by
w w w. e g y ptd ef e n c e exp o . c o m
Supported by
Silver Sponsor
FULLY LY Y--H HOSTED VIP
DELEGATION ON PROGRAMME /e g y ptd ef e n c e exp o
@ e g y ptd ef e n c e exp o
Media Partner
@ vis ite d ex
Organised by
AZERI DEFENCE
Yuxarıda soldan sağa – DSX aviasiya dəstəsinin Mi-17 helikopteri və “Dubai Airshow-2013” sərgisində nümayiş etdirilən Pakistan PAC şirkətinin istehsalı olan JF-17 “Thunder” döyüş təyyarəsi və döyüş komplekti. Foto: AD
can tərəfi ATAK helikopterində aparılan bəzi yenilənmələri diqqətdə saxlayır və bu, Azərbaycan HHQ üçün prioritet məsələlərdən biridir. “Helikopterlərdəki proqram təminatının türk dilində olması və onun bütün ehtiyat hissələrinin qardaş dövlət tərəfindən istehsal edilməsi bizim üçün daha əlverişlidir”, – deyə general bildirmişdi. TUSAŞ yetkililəri isə ATAK-ın Azərbaycana ixracına bəzi maneələrin olduğunu deyirlər. İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, helikopterin mühərriki xaricdən idxal edilir. Eləcə də üzərində ABŞ istehsalı olan bəzi elektron sistemlər mövcuddur ki, bu da ixrac zamanı “son istifadəçi” sertifikatı tələb edir. Bu da Qərb ölkələrinin haqsız embarqo tətbiq etdikləri ölkələrə həmin məhsulların satışında problem çıxarır. Həmin sistemlərin Türkiyə şirkətləri tərəfindən milliləşdirilməsindən sonra ixraca mane olan amillər aradan qalxacaqdır. Azərbaycanın yaxından maraqlandığı və alqı-satqısına dair danışıqların aparıldığı bilinən JF -17 “Thunder” təyyarəsi Pakistan-Çin birgə istehsalıdır. PAC təşkilatının nümayəndələrinin sözlərinə görə, Azərbaycan təyyarənin Blok II və hazırlanmaqda olan Blok III modifikasiyasına daha çox maraq göstərir. Pakistanın dövlət rəhbərliyi səviyyəsində səsləndirilən bəyanatlardan göründüyü qədər yaxın perspektivdə bu təyyarənin Azərbaycana ixracı gerçəkləşəcək. İstehsalçıların sözlərinə görə, Pakistan 2014-cü ilin sonlarında Rusiya ilə təyyarənin mühərriklə təchiz edilməsi məsələsini müqavilə imzalayaraq çözüb. Buna qədər Pa-
kistan özü üçün istehsal etdiyi təyyarələrin mühərrikini Çin vasitəsi ilə Rusiyadan alıb. PAC nümayəndələri təyyarənin Azərbaycana satışında qarşıya çıxan radar və radioelektron mübarizə sistemləri ilə bağlı problemin də çözüldüyünü qeyd ediblər. Qeyd edək ki, mövcud JF17 təyyarələrində Fransanın THALES şirkə ti nin is teh sa lı olan ra dar və ra di o elektron mübarizə sistemləri yer alır. Təyyarənin AESA radarı ilə bağlı iki seçim üzərində dayanıldığı da ötən il keçirilmiş Dubay Aviasiya sərgisində bildirilib. PAC rəsmilərinin sözlərinə görə, nəzərdən keçirilən variantlarda Çinin CETC şirkətinin istehsalı olan KLJ-7A və İtaliyanın “Leonardo” şirkətinin “Grifo” radarları yer alır. Konkret seçim sifarişçinin istəyinə bağlı olacaq. İlk nümunəsi 2016-cı ildə təqdim edilən KLJ-7A radarının JF-17 təyyarəsinə 170 kilometrə qədər məsafədə eyni anda 15 hədəfi aşkarlamağa və onlardan 4-ü ilə mübarizə aparmağa imkan verəcəyi iddia olunur. Mütəxəssislərin sözlərinə görə, bu, JF17 təyyarəsinə F-16 C/D və F-15 C/D təyyarələrinin AESA radarları ilə təchiz edilməmiş baza versiyaları üzərində döyüş üstünlüyü qazandıracaq. Qeyd edək ki, bir heyətə malik JF-17 təyyarəsi 1 ədəd RD-93 Klimov mühərriki ilə təchiz edilib. Təyyarənin döyüş radiusu 1,352 km, silah götürmə qabiliyyəti 3 tondan çoxdur. Pakistan hərbçilərinin sözlərinə görə, JF-17 “Thunder” "hava-hava", "hava-yer" raketləri döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırkı Rusiya istehsalı olan təyyarələrlə müqayisədə üstünlüyə malikdir. “JF -17 Thunder”in avionikası, optimal alt sistemləri, avtomatlaşdırılmış uçuş
nəzarəti və son model silahlarla təchiz edilməsi bu döyüş təyyarəsinə eyni sinifdən olan rəqiblər üzərində həlledici üstünlük verir. Çeviklik və döyüş qabiliyyəti bu təyyarənin gücünü ortaya çıxarır. Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa mənzilli raketlər, "hava-səth" tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil edilə bilir. İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO, Sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir. Təyyarənin mövcud radarı hədəfləri 360 dərəcədə və üç ölçüdə, raket xəbərdarlıq sistemi həm infrared, həm də ultraviolet olmaqla iki fərqli tezlikdə təsbit edir. Eqzoz qazlarına qarşı son dərəcə həssas olan sistem təyyarəyə atılan raketlər barədə pilotu 60 km məsafədən xəbərdar edir. Təyyarələrin idarəetməsində Dəbilqəyə Bağlı Görüş Sistemindən (HMS) istifadə olunur. JF-17-lərin 4.5-ci nəsil EFIS kokpit sistemi “Rockwell Collins” və “Honeywell” şirkəti tərəfindən istehsal olunur. Pilot ehtiyac duyduğu bütün məlumatları təyyarənin idarəetmə panelində yerləşən 20.3 x 20.3 sm ölçülü üç ədəd rəngli ekranda görür. Təyyarənin HUD sistemi Pakistan firmaları tərəfindən yaradılıb və hər cür şəraitdə pilotu yenilən informasiyalarla tanış edir. Həm HUD, həm də ekranlar dünyanın müxtəlif ölkələrində istehsal olunan hədəfləmə podları ilə inteqrasiya olunma qabiliyyətinə sahibdir. AD
YANVAR–FEVRAL 2018
ADNSU hərbi sənaye üçün kadrlar hazırlayacaq
Fevralın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında görüş keçirilib. ADNSU-da aparılan tədris prosesi, ixtisaslar və universitet haqqında HHQ-nin nümayəndələrinə məlumat verən M.Babanlı hazırda universitetin neft sektoru ilə yanaşı, sənaye yönümlü kadr hazırlığına kökləndiyini, müda iə sənayesinə xidmət edə biləcək mütəxəssislərin hazırlığının universitetin diqqət mərkəzində olduğunu deyib. Ölkənin ən vacib sahələrindən biri kimi müda iə sənayesinə dəstək verilməsi üçün birgə əməkdaşlıq əlaqələrinin genişlədirilməsinə toxunan rektor mövcud texnologiyaların tətbiqi və həmçinin startap layihələri ilə yeni qurğuların təkmilləşdirilməsinin və tətbiqinin vacib olduğunu bildirib.
Görüşdə əlaqələrin gücləndirilməsi üçün nəzəriyyə və təcrübənin birlikdə tətbiq edilməsi, əməkdaşlıq oluna biləcək ixtisaslara yiyələnən tələbələrin bilavasitə istehsalata cəlb olunması ətrafında müzakirələr aparılıb. HHQ-nin nümayəndələri bu sahədə ixtisaslı kadrlara ciddi tələbatın olduğunu söyləyiblər. Müda iə sənayesi üçün yeni texnologiyaların və qurğuların istifadəsində və tətbiqində mütəxəssis hazırlığının prioritet olduğunu qeyd edən nazirlik rəsmiləri bu istiqamətdə tədris kontentinin birgə həyata keçirilməsinin vacibliyinə toxunulub, əməkdaşlıq ediləcək istiqamətlər və birgə görüləcək işlərin planlaşdırılması ətrafında müzakirə aparılıb. Görüşün sonunda tərəflər arasında “Tələbələrin təcrübələrinin təşkili və əməkdaşlq aparılması üzrə Əməkdaşlıq müqaviləsi” imzalanıb. Qonaqlar görüşdən sonra universitetin Lazer Mərkəzində olublar.
44-45
IMI-dən “super güllə” Israel Military Industries (IMI) şirkəti özündə 5.56 mm və 7.62 mm patronların üstünlüklərini cəmləşdirən və hələlik “super güllə” adı verilmiş yeni döyüş sursatının yaradıldığını elan edib. Hazırda İsrail Müda iə Qüvvələri tərə indən qiymətləndirmə mərhələsində olan yeni döyüş sursatı testlərdə özünün üstünlüklərini sübuta yetirib. Şirkətin yaydığı məlumatda qeyd olunub ki, 5.56 mm APM patronu FMJ-BT Hard Core APHC növündədir. Sınaqlar zamanı 550-800 metr məsafədə 7.62 mm-lik M80 zirehdələn patronlarla müqayisədə 30%-dən çox dəqiqlik və effektivlik nümayiş etdirmiş yeni sursat 800 metr məsafədə 3.4 mm qalınlığında polad lövhəni dəlməyi bacarıb. IMI bəyan edib ki, bu nəticəyə yeni güllə dizaynı, barıt növü və yeni növ kapsulun tətbiqi hesabına nail olunub.
“AZERSPACE-2” PEYKİ APRELDƏ ORBİTƏ BURAXILACAQ Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin 2018-ci ilin aprel ayında Fransanın Ariane-5 raketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılması nəzərdə tutulur. “Azərkosmos” ASC-nin yaydığı məlumata görə, “Azerspace2” peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Hazırda yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun modernizasiyası həyata keçirilməkdədir. Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək “Azerspace-2” peyki regionda artmaqda olan tələbatı qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Bu peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı olmaqla, müştərilərə daha etibarlı xidmət göstərmək və şirkətin göstərdiyi peyk xidmətlərinin hazırkı əhatə zonasını genişləndirmək imkanı verəcəkdir. Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına dair iclasında çıxış edən “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev Azərbaycanın ikinci peyki olan “Azersky” məsafədən zondlama peykindən 2015-ci
ildən müdafiə və təhlükəsizlik məqsədləri üçün davamlı istifadə edildiyini bildirib. Peykin imkanlarından istifadə edilməklə Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Rəşad Nəbiyevin sözlərinə görə, “Azersky” peyki üzrə əldə edilən gəlirlərin 98 faizi xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının Azərbaycanda daha geniş tətbiq olunması
məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Dövlət qurumlarında bu xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi həmin proqramın hazırlanmasını zəruri edib.
AZERI DEFENCE
Cənubi Qafqaz və Mərkəzi Asiya — T-72 tank modernizə proqramları Ramiz Məmmədov Ehtiyatda olan polkovnik 2005-ci ildən etibarən Cənubi Qafqaz və Mərkəzi Asiya respublikaları öz tank parklarını yeniləmək istiqamətində müxtəlif ölkələrdən satınalma və xarici şirkətlərin iştirakı ilə modernləşdirmə layihələri həyata keçirməkdədirlər. Bu dövrdə istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya respublikalarında satınalmaları əsasən keçmiş sovet və Rusiya istehsalı olan T-72 və T-90 tankları olub. Lakin satınalmalarla yanaşı, İsrail, Rusiya, Türkiyə və qismən də Çin şirkətlərinin iştirakı ilə regionun bəzi ölkələri öz tank parklarında müəyyən modernləşmə aparmış, yaxud da aparmağı planlaşdırırlar. Tank parkının yenilənməsi istiqamətində Azərbaycan, Gürcüstan və son illərdə Qazaxıstanda mühüm addımlar atılmaqdadır. BMT Adi Silahlar Registrində yer alan, ixracatçı və idxalçı dövlətlərin təqdim etdiyi statistik məlumatlara görə, 2000-2015-ci illərdə region ölkələrindən tank idxalını yalnız Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Türkmənistan həyata keçirib. Hesabat dövründə Azərbaycan 364, Gürcüstan 176, Qazaxıstan 53, Ermənistan 35, Türkmənistan isə 4 ədəd alıb. Regiona tankların satışını Rusiya, Belarus, Ukrayna, Çexiya, Bolqarıstan və Slovakiya həyata keçirib. Regiona satılmış 632 ədəd tankın 104-ü T-90, 10-u T-55, qalan 518-i isə T-72 və onun müxəlif modifikasiyaları olub.
T-72 TANKININ YARADILMASI T-72 tankları və onların modelləri Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrin ordularında ən çox istifadə olunan tanklardır. Hazırda 40-dan çox ölkədə bu tanklar istismar olunur və lokal müharibələrdə aktiv şəkildə istifadə edilir. Lisenziya ilə istehsal edilən və ixrac üçün nəzərdə tutulan modelləri Polşa və Çexoslovakiya, Yuqoslaviya, Varşava Müqaviləsi Təşkilatına daxil olan ölkələrin orduları və SSRİ-yə yaxın olan ölkələrin orduları üçün istehsal olunub. Varşava Müqaviləsi Təşkilatı xaricindəki SSRİ-yə yaxın və dost olan ölkələr üçün buraxılmış T-72 modelləri Yaxın Şərq və Afrika ölkələrinə ixrac edilib. Ərəb ölkələrindən
İraqda bu tank 1980-ci illərdən başlayaraq 1991-ci ilə qədər istehsal olunub. Əsas silahının çapının daha böyük olmasına, qərbli rəqiblərindən daha üstünlüyünə baxmayaraq, Qərb rəqibləri ilə döyüşlərdə bu tank istənilən nəticəni əldə edə bilməmişdir. Körfəz savaşında İraq ordusunun 300-ə qədər T-72 tankı məhv edilib və sonrakı istehsalı Sovetlər Birliyinin dağılması ilə əlaqədar dayandırılıb. 1967-ci ildə Sovet tank sənayesinin qarşısında mövcud T-64A tankın döyüş xarakteristikasının gücləndirilməsi konsepsiyasına əsaslanaraq yeni manevrli mühərrik, mühərrikin soyutması, topdan mərminin atış sayının artırılması sistemlərin yaradılması məqsədi qoyulmuşdu. 1967-1968-ci illərdə T-64A tankının nümunəvi bazası üzərinə (Nijniy Taqil Konstruktor Bürosu tərəfindən işlənən) 780 at gücündə V-45 tipli mühərrik, mühərrikin soyutmasını keyfiyyətli təmin edən pər, 22 atımlı avtomat doldurma sistemlərinin təcrübi nümunəsi yaradıldı. 1969-cu ildə T-64A tankın (Xarkov Konstruktor Bürosu tərəfindən işlənən) SSRİ Silahlı Qüvvələrinin təminatında əsas orta döyüş tankı, həmin tipli tankın nümunəvi bazası üzərinə quraşdırılan (Nijniy Taqil Konstruktor Bürosu tərəfindən işlənən) qurğu və mexanizmlərin müqayisəli təcrübi sınaqları keçirildi. Sınaqların nəticəsinə görə Nijniy Taqil Konstruktor Bürosu tərəfindən işlənən təcrübi nümunə yüksək qiymətləndirildi. 1969-cu ildən həmin maşınlara 780 at gücündə V-46 tipli mühərrik, mühərrikin soyutmasını Azərbaycan Ordusuna məxsus T-72 “Aslan” tankları təlim çıxışında. Foto: MN
YANVAR–FEVRAL 2018
keyfiyyətli təmin edən pər, 22 atımlı avtomat doldurma sistemləri, yeni konstruksiyalı asqı və hərəkət hissəsi quraşdırılmağa başlandı. İstehsal olunan nümunəyə göstərilən dəyişikliklərlə “Obyekt 172 M” indeksi verildi və bu, 1973-cü ildə SSRİ Silahlı Qüvvələrinin təminatına “Obyekt 172 M” tankı kimi qəbul olundu. Bundan sonra, 1974-1992-ci illərdə SSRİ və Rusiyada T-72 tankları “Uralvaqonzavod” və “Celyabinsk Traktor Zavodu”nda istehsal olunub. Bu dönəmdə “Uralvaqonzavod”da 20544 ədəd müxtəlif modifikasiyalı T-72 tankının istehsalı gerçəkləşdirilib. Ümumilikdə isə 30000 ədəd T-72 tankı istehsal olunub. T-72 tankı 40 ildən artıqdır dünyanın onlarla ölkəsinin silahlanmasında istismar edilir. Dərin təkmilləşdirilmiş Т-72B, Т72B3, Т-72B3M versiyası müasir müharibənin tələblərinə uyğundur.
46-47
T-72 tankının muzeydə saxlanan ilk prototipi – T-27 Ural. Foto: İnternet
T-72 TANKININ MODELLƏRİNİN İNKİŞAF MƏRHƏLƏSİ 1) T-72 tankının ilk eksperimental nümunəsi T-72 URAL (1969-cu il T-64 bazasında) Xarkov Konstruktor Bürosu və Nijniy Taqil Konstruktor Bürosu tərəfindən müştərək işlənib. • Mühərik- V-45 tipli 750 at.q (T-62 -də tətbiq olunub) • Mühərikin pərlə soyutma sistemi • Avtomat doldurma sistemi - 22 atımlı • Yeni konstruksiyalı asqı (fərdi torsion) • Yeni konstruksiyalı hərəkət hissəsi 2) T-72M (1969-1979-cu illər) Nijniy Taqil Konstruktor Bürosu tərəfindən istehsal olunub • Mühərik V-46 tipli 780 at q. İstehsalçı Celyabinsk Traktor Zavodu • Silahın iki müstəvili stabilizator sistemi – 2E28 • Gecə görmə optik nişangah TPN1-49-23 cihazı • Gündüz görmə uzaq ölçən optik nişangah TPD -2-49-23 cihazı • İşıqlandırıcı (İQ) –L-2AQ “Luna” • Komandirin - TKN-3 müşahidə cihazı • NSVT pulemyotu K-10-T nişangahı ilə təchiz olunub • Rabitə vasitəsi - R-123M 3) T-72A (1979-1980-ci illər) • Mühərik V-46-6 tipli, 780 at q. İstehsalçı Celyabinsk Traktor Zavodu • 125 mm-lik yivsiz (2А26M2 əvəzinə) 2A46 tipli tank artilleriya topu • Gündüz görmə, uzaqlıq ölçən lazer nişangah - TPD-K1 cihazı • Tüstü qumbaralarının buraxıcı sistemi - 902B qurğusu
• Sürücü mexanikin gecə görmə TVNNE-4B cihazı • Yol siqnalizasiya sistemi • Vərdənələrin dinamik gedişatının artırılması • Kumulyativ mərmilərinə qarşı bütöv yan bort ekranları • Kütləvi qırğın silahına qarşı müdafiə sistemi 4) T-72A (1982-ci il) • Gövdənin ön alın hissəsi kumulyativ mərmilərə qarşı 16 mm çox qatlı zirehdən hazırlanmışdır. • Qüllənin kumulyativ mərmilərə qarşı narın kvars qum qutularıyla kombinə olunması 5) T-72A (1984-cü il) • Gövdənin ön alın hissəsinin 360 mm ekvivalent kumulyativ mərmilərin təsirinə qarşı homogen zirehdən hazırlanması • Qüllənun ön alın hissəsinin 410 mm ekvivalent kumulyativ mərmilərin təsirinə qarşı homogen zirehdən hazırlanması • Mühərik V-84 tipli, 840 at.q İstehsalçı Celyabinsk Traktor Zavodu • Gündüz görmə, uzaqlıq ölçən lazer nişangah - 1A40 kompleksi • İşıqlandırıcı (İK) –L-4 “Luna-4” 6) T-72B (1985-ci il) • Gövdənin ön alın hissəsi kumulyativ mərmilərə qarşı homogen zirehdən
hazırlanıb və 500 mm ekvivalent təsirinə malikdir • Qüllənin alın hissəsi kumulyativ mərmilərə qarşı homogen zirehdən hazırlanıb və 800 mm ekvivalent təsirinə malikdir • Mühərik V-84 tipli, 840 at q. İstehsalçı Celyabinsk Traktor Zavodu • Gündüz görmə, uzaqlıq ölçən lazer nişangah - 1A40 kompleksi • İşıqlandırıcı (İK) –L-4 “Luna-4” • 125 mm-lik yivsiz (2A46 əvəzinə) 2A46M tipli dayanaqlığı və dəqiqliyi yüksəldilmiş tank artilleriya topu təkmilləşdirilib • İdarə olunan– 9K120 “Svir” raket kompleksi • Rabitə vasitəsi -R-173A • Asılan dinamik mühafizə sistemi “Kontakt-1” 7) T-72B və onun modifikasiyaları (1985-1992-ci illər) • Quraşdırılmış dinamik mühafizə sistemi - “Kontakt-5” • Gündüz görmə, uzaqlıq ölçən lazer nişangah - 1A40-1 (sonradan 1A40-1M, 2005-ci ildən 1А40-М2 ) kompleksi • Silahın iki müstəvili stabilizatoru2E42-4 “Jasmin” tipli sistem • Sürücü mexanik tərəfindən gövdənin alt hissəsinin mina təsirinə qarşı əlavə zirehli lövhə ilə gücləndirilməsi • Yeni konstruksiyalı hərəkət hissəsi • Mühərik - V-84VC tipli, 840 at q. (sonrakı illərdə V-92 tipli mühərrik 1100
AZERI DEFENCE at q.) İstehsalçı Celyabinsk Traktor Zavodu. T-72 TANKININ TƏKMİLƏŞDİRMƏ İSTİQAMƏTLƏRİ Mütəxəssislər tərəfindən T-72 tankının müharibələrdə zədələnmə nəticələri təhlil edilərək ballistik məlumatların göstəricilərinə əsaslanmaqla, gövdədə, qüllədə zirehli təbəqənin düz bucaq altında olması mərminin zirehdəlmə potensialının istifadə olunmasına daha da geniş imkanların olması müəyyən olunmuşdur. Т-72М/М1 və təkmilləşdirilmiş Т72А tanklarının zirehlənmə göstəriciləri yeni nəsil tank kumulyativ mərmilərinə qarşı dözümlüyünün artırılması ekvivalentinə əsaslanaraq, qüllənin ön alın, gövdənin ön alın hissələri, idarə olunan raket, reaktiv qumbaralara qarşı müdafiəsinin yüksəlməsi əsas tapşırıq olaraq qarşıya qoyulmuş, yeni nəsil kumulyativ mərmilərin təsirinə davamlılıq konsepsiyasına əsaslanaraq, homogen zirehdən hazırlanmasına və aşağıda göstərilən və başqa texniki xüsusiyyətlərin yüksəldilməsinə qərar verilmişdir. • Döyüşün idarə etmə sistemi • Atəşlə idarə etmə sistemi • Mühafizə sistemi Əldə olunan göstəricilər son nəticədə T-90 tankının yaranmasına gətirib çıxarmışdır (T-72A tankının modellərinin inkişaf mərhələsi). Lakin yeni nəsil kumulyativ mərmilər 800 mm, üstəlik dinamik
mühafizə (“Kontakt-5”), homogen zirehi dəlmə qabiliyyətinə malikdir. Qeyd edək ki, son illərdə ABŞ zirehli tank qoşunlarında М829А3, М829А4 kumulyativ mərmiləri daha geniş vüsət alıb. Daskənd müqaviləsinə əsasən, 15 may 1992-ci ildə Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqaviləyə əsasən, keçmiş sovet dövlətlərində yerləşən hərbi hissələrin hərbi texnikaları və silahları qəbul olunan kvotaya əsasən bölüşdürülmüşdür. Hal-hazırda bütün postsovet dövlətlərində əksəriyyəti 1985-ci ilə qədər istehsal olunmuş T-72 tankları istismar olunur. Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarında sovet istehsalı olan T-72 tanklarının modernləşdirilməsi proqramlarında texnikaların aşağıda göstərilən parametrlərinin gücləndirilməsi və hissələrin yenilənməsinə yönəlik təkmilləşdirmə işləri aparılır. Döyüşün idarə etmə sistemi Mövcud stasionar TNA-2,3,4 naviqasiya vasitələri (döyüş meydanında mexaniki üsulla koordinatlar əsasında mərhələlərlə tapşırıqlar yerinə yetirilməsini qismən təmin edir) kom pü terləşdirilmiş azimut comet və GPS/ QLONASS naviqasiya sistemi ilə əvəzlənib. Kompüterləşdirilmiş azimut comet və GPS/ QLONASS naviqasiya sistemi döyüş meydanında hədəf barədə informasiyanın emalının avtomatlaşdırılması və tank komandirlərinə birbaşa kodlaşdırılmış tapşırığın yönəlməsini təmin edir.
Tankın rabitə sistemi yenilənib, 123 tipli radiostansiya iki bloklu Tadiran CNR900, VİS-500, yaxud Harris “Falcon” rəqəmsal radiostansiyalarla əvəzlənib. Bu radiostansiyalar vasitəsi ilə 40 km məsafədə maneəsiz rabitə əlaqəsi təmin olunub. Atəş idarə etmə sistemi Tankın üzərində olan, gecə 10001100 m ayırdetmə imkanına və 5.5 dəfə yaxınlaşdırma funksiyasına sahib TPN1-49-23 nişangah cihazı gecə və gündüz 5000 metrə qədər avtomatik fokuslamayla 8-16 dəfə artma imkanı olan TİSAS istilik müşahidə kompleksi ilə əvəz edilib. Bundan başqa, atəş zamanı meteoloji sensorların köməyi ilə avtomatik nişangah üç bucaqda düzəliş olunmasını təmin edir. Hazırkı dövrdə postsovet məkanında Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Ukrayna, Belarus, Ermənistan və Gürcüstanda, keçmiş Varşava Müqaviləsi Təşkilatına üzv dövlətlərdən isə Çexiya və Polşada sovet T-72 tanklarının modernləşdirilməsi istiqamətində proqramlar həyata keçirilir. Bu proqramlarda da təkmilləşdirmə işləri yalnız yuxarıda göstərilən mövzuları əhatə edir. Lakin tankın üzərində dərin təkmilləşdirmə işlərini isə yalnız ağır maşınqayırma texnologiyasına malik Rusiya və Ukrayna kimi dövlətlər həyata keçirməyi bacarır. Belə ki, zirehin homogen zirehlə gücləndirilməsi tankın dözümlüyünün
Rusiyada keçirilən “Tank Biatlonu” beynəlxalq yarışı üçün hazırlanmış T-72B3 modi ikasiyası. Foto: RF Müda iə Nazirliyi
YANVAR–FEVRAL 2018
48-49
və kütləsinin dəyişməz saxlanılmasının əsas faktoru hesab olunur. Ağır maşınqayırma texnologiyasına malik olmayan dövlətlər isə yalnız təkmilləşdirmə işlərini DİS və DAİ sistemləri ətrafında və əlavə qurğuların quraşdırılmasıyla kifayətlənirlər. Hazırda İsrailin “Elbit Systems” şirkəti Azərbaycanda “Aslan”, Gürcüstanda Sim1, Qazaxıstanda “Şıqıs” indeksi altında tankların təkmilləşdirilməsini həyata keçirir. GÜRCÜSTAN Gürcüstan 2000-ci illərin əvvəl lərindən başlayaraq ordunun yeni silah və hərbi texnikalarla təchiz edilməsi proqramlarını reallaşdırmağa başlamış və bu çərçivədə Ukrayna, Çexiya və Bolqarıstandan keçmiş sovet istehsalı olan T-55 vəT-72 tankları əldə etmişdir. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2000-2015-ci illərdə Tiflis Ukraynadan 91, Çexiyadan 80, Bolqarıstandan isə 5 ədəd almaqla cəmi 176 tank satın alıb. Bunlardan 10 ədədi T-55 (Çexiyadan), qalanı isə T-72A modelidir. 2005-ci ildən etibarən Gürcüstan Ordusu Tiflis Tank Təmiri Zavodunda İsrailin “Elbit Systems” şirkətinin iştirakı ilə T-72 tanklarının modernləşdirilməsi layihəsinə başlayıb. Modernizə edildikdən sonra T-72Sim1 indeksi verilmiş bu tanklar ilk dəfə 2008-ci ilin avqust ayında Rusiya ilə müharibədə istifadə olunub. Müasirləşdirilmiş T-72Sim1 tanklarda “dost-düşmən tanıma” (İFF) sistemi, kompüterləşdirilmiş GPS/QLONASS naviqasiya sistemi yaradılıb. Tankın gövdəsi və qülləsi yeni asma dinamik müdafiə elementləri ilə qorunur. Modernizə nəticəsində tankda K-5 passiv və K1 reaktiv zireh tətbiq olunub. Döyüşlər zamanı tank komandiri və ekipajın döyüş meydanı haqqında məlumatlılığını yüksəltmək üçün tank kompüterləşdirilmiş idarə və komanda-kontrol sistemi (tankların bəzilərində Polşa istehsalı olan SKO-1T DRAWA-T sistemi qurulub) ilə təchiz edilib. Belə ki, bu sistemdə ekipajlara qısa xəbərləşmə (SMS) xidmətinin köməyi ilə döyüş meydanı haqqında informasiyalar verilir. Bundan başqa, modernizə edilmiş tankların rabitə sistemi də yenilənib və köhnə R-173 radiostansiyaları Amerikanın “Harris” şirkətinin istehsalı olan rəqəmsal “Falcon” radioları ilə əvəzlənib. Bu radiostansiyalar dəyişən tezlikdə çalışır və danışıqların şirfələnməsini təmin edir. Radiostansiya 40 km-ə qədər radiusda ünsiyyət saxlamaq imkanına malikdir və super yüksək tezliklə işləyir.
2008-ci ilin avqust ayında baş verən müharibədə Rusiya Silahlı Qüvvələri tərəfindən Gürcüstan Ordusuna məxsus 65 ədəd T-72 tankı qənimət olaraq ələ keçirilib. Rusiya tərəfinin açıqladığı məlumata görə, bunlardan 15 tank modernizə edilmiş T-72Sim1 modi fikasiyası olub. Mediada yer alan məlumatlara görə, Gürcüstan maliyyə çətinlikləri ilə əlaqədar olaraq 2011-ci ildə tank modernizasiyası proqramını dayandırıb. Yerli müəssisədə yalnız tankların təmir işləri yerinə yetirilir. AZƏRBAYCAN Azərbaycanın Quru Qoşunlarının əsas zərbə qüvvəsini modernləşdirilmiş T-72 və 2013-2016-cı illərdə Rusiyadan alınmış T-90S tankları təşkil edir. Rusiyadan T-90S tanklarının alınması ilə bağlı müqavilə 2011-ci ildə imzalanıb. 2013-cü ildən isə tankların Azərbaycana göndərilməsinə başlanıb. İlk tanklar həmin il hərbi paradda nümayiş olunub. BMT Adi Silahlar Registrinin məlumatlarına görə, Azərbaycan 2000-2016-cı illərdə Rusiya (162 ədəd), Belarus (153 ədəd), Ukrayna (48 ədəd) və Slovakiyadan (1 ədəd) cəmi 364 ədəd tank satın alıb. Bu tanklardan 100 ədədi T-90S, qalan 264 ədədi isə T-72 tanklarının müxtəlif modifikasiyaları olub. Azərbaycan T-72 tanklarının modernizə edilməsi proqramına 2008-ci ildə İsrailin “Elbit Systems” şirkəti ilə birgə başlayıb. Modernizə edilmiş T-72M1, T-72A tankları “Aslan” indeksi alıb. “Aslan”ın standart T-72A və T-72M1dən əsas fərqi nişangah komplekslərinin təkmilləşdirilməsidir. T-72 tanklarının mövcud atəşin idarə olunma sistemi
Belarusda modernizə edilmiş T-72BME tankı. Foto: BTE
təkmilləşdirilərək TPN1-49-23 gecəgörmə nişangah cihazının əvəzinə gündüz və gecə rejimlərində işləyən TISAS istilik müşahidə kompleksi quraşdırılmışdır. Hədəfə yönəltmə, mərmi növünün seçilməsi və atəşin idarə olunması TPD-K1 nişangahının vasitəsi ilə emal edilərək, TISAS istilik müşahidə kompleksinə ötürülməsi təmin edilib. “Elbit Systems”in təqdimatlarından göründüyü qədər, TİSAS sayəsində tankın ekipajı gecə şəraitində effektiv döyüş hərəkətlərini həyata keçirmək imkanı əldə edir. Müasirləşdirmə nəticəsində tanklarda “dost-düşmən tanıma” (İFF) sistemi, meteoloji sensor, mühərrik söndürüldükdən sonra tankın cihazlarını elektrik enerjisi ilə təchiz edən əlavə dizel generator, kompüterləşmiş GPS/ QLONASS naviqasiya sistemi qurulub. Kompüterləşmiş GPS/QLONASS naviqasiya sistemi döyüş meydanında olan vəziyyət barədə avtomatlaşdırılmış emal əməliyyatının yerinə yetirilməsini təmin edir, tank komandirinin döyüşün idarə edilməsinin qiymətləndirilməsinə qərar qəbul edilməsi üçün köməkçi vasitə olur. Bundan başqa, tankın sürücü-mexaniki gecə və pis görmə şəraitində idarəetmə üçün termal cihazlarla təchiz olunub. Tankın baza radiostansiyaları Tadiran CNR-9000 radiostansiyaları ilə əvəzlənib. ADEX-2016 sərgisində İsrailin “Elbit Systems” şirkəti ilə birgə Müdafiə Nazirliyinin Tank Təmiri Zavodunda modernizə edilmiş T-72 tankının daha yeni bir versiyası nümayiş etdirilib. Mütəxəssislərin verdikləri məlumata görə, T-72
AZERI DEFENCE ASLAN tankına aktiv müdafiə sistemi qurulmaqla əlavə güc və davamlılıq qazandırılıb. Tanka qurulmuş sistem tanka atılan idarə olunan raketləri 600 metr məsafədən aşkarlayaraq 100 metr məsafədə məhv edir. ERMƏNİSTAN Siahlanmasında əsasən T-55 və T72 tanklarının yer aldığı Ermənistana Rusiya tərəfindən 2000-ci illərin ortalarında Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından çıxarılmış açıqlanmayan sayda T-72 tankı “yardım” şəklində verilib. Hazırda Ermənistan Ordusunun silahlanmasında işğal altında saxlanılan Azərbaycan ərazilərində yerləşdirilənlər daxil olmaqla 590-600 tankın olduğu bilinir. 2013-cü ildə isə Rusiya Ermənistana 35 ədəd T-72 tankının satışını gerçəkləşdirdiyini bəyan edib. 2015-ci ildə Rusiya ilə Ermənistan arasında hərbi təyinatlı məhsulların satışına dair imzalanmış kredit sazişi çərçivəsində Rusiyadan açıqlanmayan sayda T-73B3 tankının modernizə olunmuş yeni nümunələrinin satın alınması da nəzərdə tutulub. Ermənistan Ordunun silahlanmasındakı tankların modernləşdirilməsi istiqamətində işlərə başlayacağını 20122013-cü illərdə açıqlayıb. İlk dönəmlərdə bu istiqamətdə tankların cari təmirini həyata keçirən Çarençavan Dəzgahqayırma Zavodu Polşanın “Bumar Labedy S.A” şirkəti ilə birgə layihə həyata keçirəcəyini bəyan etmişdi. Rusiyada yerləşən Dünya Silah Ticarəti Analiz Mərkəzi isə 2013-cü ilin sonlarında dərc etdiyi araşdırmada “Bumar Labedy” şirkəti tərəfindən
Ermənistan Ordusunun 84 ədəd T-72 tankının modernizə ediləcəyini (o zaman layihə üzərində müzakirələr gedirdi – red.) açıqlamışdı. Mərkəzin məlumatına görə, layihənin ümumi dəyəri 100 milyon ABŞ dolları təşkil etməlidir. Modernizədən sonra erməni tankları Polşanın PT-72U tanklarına uyğunlaşdırılmalı və ilk partiya 2015-ci ilin sonlarında istifadəyə verilməli idi. Sonradan mediada yer alan məlumatlara görə, bu layihə üzrə bir neçə prototip modernizə edilib. Sonradan Ermənistanın hərbi rəhbərliyi qərar dəyişərək “Uralvaqonzavod” şirkəti ilə tankların T-72B3 və B4 səviyyəsində modernləşdirilməsinə dair müqavilə imzalayıb. Bu proqram Rusiyanın ayırdığı kredit hesa bına maliyyələşdirilir. Qeyd edək ki, PT-72 səviyyəsinə çatdırılmış tanklarda yeni mühərrik (1000 at gücündə) və yeni dinamik zireh, gövdənin əsas hissəsi və qüllə üzərində qəfəs şəklində ekran qurulub, tankın rabitə sistemi, habelə müşahidə qurğuları yenilənib. Məlumat üçün bildirək ki, Polşanın PT-72U tankında gövdə və qüllə yalnız kumulyativ mərmilərə qarşı təkmilləşdirilmiş dinamik mühafizə sistemi, o cümlədən əlavə sipərin quraşdırılması ilə gücləndirilib. Mina təsirinə qarşı mühafizə məqsədilə sürücü mexanik bölməsinin alt hissəsinin gücləndirilməsi və partlayış enerjisinin təsirinin azaldılması məqsədilə gövdənin damına bağlanmış oturacaq konstruksiyası tətbiq edilib. T-72 tanklarında olan 12.7 mm NSVT pulemyotundan atəşin məsafədən idarə olunmaması əsas nöqsanlardan olduğu üçün modernizə olunan tankda məsafədən idarə olunan ZSMU-12.7 KOBUZ döyüş modulu (istehsalçı “ZM
Tarnow” şirkəti) quraşdırılıb. Modul başqa silahdan asılı olmayaraq avtonom, müstəqil idarə olunur, xüsusi müşahidə və nişangah kompleksi ilə təchiz olunub. Döyüş modulunun konstruksiyası üfüqi 360°, şaquli müstəvidə -5° + 55° dərəcə bucaq altında iri çaplı silahlarla paralel atəşin aparılmasını təmin edir. PT-72U tankına əlavə dairəvi müşahidə kamerası, monitor və müşahidə sistemi bloku quraşdırılıb, 26 dəfə yüksəltməyə malik blok -10°+70° bucaq altında şaquli müstəvidə müşahidə aparılmasına malikdir. PT-72U tankına əlava 17 KV- luq dizel güc və kondisioner qurğusu quraşdırılıb. Kondisioner qurğusunun həcminin qabaritli olması səbəbindən gövdənin daxilindəki cəmi 39 ədəd mərmidən 17 ədədi mexanizə olmayan sahədən azaldılaraq, yalnız mexanizə olan hissədə 22 ədəd döyüş mərmisi saxlanılıb. Nəticə baxımından PT-72U tankının mərmi sayının azaldılması ilə döyüşdə dözümlüyünün aşağı səviyyəyə düşdüyü qənaətinə gəlmək mümkündur. Ermənistan Silahlı Qüvvələrinin zirehli tank xidmətinin rəisi polkovnik Zorayr Qabrielyan yerli mətbuata açıqlamasında bildirib ki, 2017-ci ildə hazırlanmış layihədə ermənilər 2016-cı ilin aprel döyüşlərinin nəticələrini nəzərə alıblar. Qeyd edək ki, aprel döyüşlərində Ermənistan Ordusu 20-yə yaxın tank və çox sayda zirehli döyüş maşını itirib. 2017-ci ildə Ermənistanın Müdafiə Nazirliyi tank modernizasiyasına 15 milyon dollar vəsait ayırıb ki, bu vəsait hesabına 30 ədəd T-72 tankının 2019-cu ilədək B4 səviyyəsində modernləşdirilməsi həyata keçirilməlidir. T-72B4 tankları Rusiya Silahlı Qüvvələri üçün 2012-ci ildə başlamış T-72B3 tankının yeni modifikasiyasıdır. Bu tank ən yeni rabitə vasitələri və atəşin idarə olunması sistemi, daha güclü mühərrik, yeni asqı, həmçinin "Kontakt-5" dinamik müdafiə sistemi ilə təchiz edilib. Yeniləşdirilən Ermənistan tankları polkovnik Qabrielyanın sözlərinə görə, daha mükəmməl "Relikt" sistemi ilə təchiz edilə bilər. Hansı variantın seçiləcəyi hələ məlum deyil. T-72B4 modifikasiyası da T-72B3də tətbiq edilən “Sosna-U” çoxkanallı nişangaha malikdir. Gecə döyüşləri üçün uyğunlaşdırılmış tank T-90SM-lərdə olduğu kimi “Kalina” atış-kontrol sistemi mövcuddur. QAZAXISTAN Silahlanmasında 1000-ə yaxın tankın olduğu açıq qaynaqlarda bildirilən Polşa modernizasiyası olan PT-72U. Foto: İnternet
YANVAR–FEVRAL 2018
Qazaxıstan ərazisində bununla yanaşı, Almaniyadan və Şərqi Avropa öl kə lərindəki sovet hərbi bazalarından çıxarılaraq konversiya edilmiş çox sayda tank, PDM və zirehli maşınlar mövcuddur. Hazırda Qazaxıstan Ordusunun zərbə qüvvəsini T-62 və T-72 tankları təşkil edir. Qazaxıstanda sovet istehsalı olan T-72 tanklarının modernləşdirilməsi proqramlarına 2010-cu ildən başlanıb. Modernləşmə layihələri “Semey Engineering” şirkəti tərəfindən həyata keçirilir. 2012-ci ildə Astanada keçirilmiş KADEX sərgisində “Semey Engineering” şirkəti tərəfindən T-72B tankının modernizə edilmiş T-72KZ “Şıqıs” indeksli nümunəsi nümayiş etdirilib. Hazırda Qazaxıstan Ordusunda nə qədər tankın bu səviyyədə modernizə edildiyi bəlli deyil. Modernizə zamanı tankın 840 at gücündə V-84 mühərriki saxlanılıb, lakin tankın çəkisi 42 tona endirilib. Atış-idarəetmə sistemi demək olar ki, tam yenilənmiş “Şıqıs”da İsrailin “Elbit Systems” şirkətinin FCS atəş idarəetmə sistemi və TISAS istilik müşahidə sistemi qurulub. 2016-cı ildə KADZEX sərgisində nümayiş etdirilən dərin modernləşdirilmiş modeldə əvvəlki varian-
tında tətbiq edilmiş qüllənin arxa hissəsindəki GPS qəbuledici antena (“Azimuth Comet” şirkətinin istehsalıdır və Gürcüstanın T-72SİM1 tanklarında da tətbiq edilib) saxlanılıb. Bundan başqa, maşına QLONASS qəbuledicisi əlavə edilib. Tankın rabitə sistemi də yenilənib və “Elbit”in CNR-9000 rəqəmsal radiostansiyası və VIC-500 daxili interkom sistemi daxil edilib. Tankın arxa hissəsində İsrailin “Kinetics” şirkətinin istehsalı olan yardımçı güc qurğusu quraşdırılıb. “Şıqıs”ın mühafizəsi də gücləndirilib. Qazaxıstanlı mütəxəssislərin sözlərinə görə, ön hissədə və qüllədə yeni nəsil asma dinamik zireh bloklarının və dairəvi sipərin qurulması nəzərdə tutulur. Tankın yeni mühafizə sistemi Ukrayna müəssisəsi tərəfindən hazırlanıb və Qazaxıstanda sınaqdan keçirilib. “Şıqıs”da SİM1-də, Aslanda olduğu kimi yeni nəsil döyüş idarəetmə sistemi, naviqasiya ilə yanaşı, sürücü bölməsinə termal və gecəgörmə kamerası qurulub. “Semey Engineering”in “Elbit Systems” ilə birlikdə hazırladığı T-72A modernizə layihəsində tankın ümumi ağırlığının 41 ton təşkil etdiyi bildirilir. 780 at gücündə V-46-6 mühərrikinə sahib olan döyüş maşınının maksimal sürəti 60 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. Tankda 125 mm-lik 2A46M topu saxlanılıb. Döyüş maşını “Şıqıs”da olduğu kimi yeni naviqasiya qurğuları, kompüterləşdirilmiş
50-51
atış-kontrol sistemi və TİSAS ilə təchiz edilib. Qazaxıstan Ordusunun 2018-ci ildən etibarən başlanması nəzərdə tutulan tank parkının modernləşdirilməsi proqramına “Semey Engineering”in Rusiyanın “Uralvaqonzavod” Konserni və “Kazakhstan ASELSAN Engineering” ilə birgə hazırladığı digər layihə T-72B tanklarının T-72B3 səviyyəsinə yüksəldilməsini nəzərdə tutur. “Semey Engineering”in KADEX-2016 sərgisində açıqladığı məlumata görə, V-84 ştat mühərriki saxlanılmış tankın döyüş çəkisi 45 ton təşkil edir. Tank 2А46М-5 topu, qüllənin daxilindən idarə edilən pulemyot ilə silahlandırılıb və “Relikt” modulyar dinamik müdafiə sisteminə (qəfəs şəklində ekranlar formasında) sahib olub. Bundan başqa, müasirləşdirmə zamanı maqnit partladıcılı tank əleyhinə minalardan müdafiə üçün tankda belə minaların vaxtından əvvəl partlatmasını təmin edən elektromaqnit müdafiə sistemi qurulub. Müasirləşdirmə nəticəsində tankın atəş gücü, dəqiqliyi və atış uzaqlığı, habelə təhlükəsizliyi, çevikliyi və komanda idarəsi yüksəldilib. Bundan başqa, əhəmiyyətli dərəcədə müasirləşdirilmiş maşının istismar xarakteristikaları yaxşılaşdırılıb. 2A46M topuyla müqayisədə 2A46M-5 topundan atışın dəqiqliyi 15-20% yüksəlib, ümumi sapma 1,7 dəfə azalıb. Müasirləşdirilmiş T-72 tankında çoxkanallı (optik, termal, lazer məsafəölçən və raket
Qazaxıstanın KAE şirkəti tərə indən modernizə edilmiş və “Sarp” döyüş modulu qurulmuş T-72 “Şıqıs” tankı. Foto: AD
AZERI DEFENCE TÜRKMƏNİSTAN SSRİ dağılandan sonra respublika ərazisindəki sovet ordusu hissələrinin texnikalarının bir hissəsinə sahib olan Türkmənistan 1996-cı ildə Rusiyadan 530 ədəd T-72 tankı almış və hazırda bu ölkənin istifadəsində 600-dən çox T-72 və T-55 tankının, habelə 2000-ci illərin əvvəllərində Rusiyadan satın alınmış 10 ədəd T-90SA tankı yer alır. Türkmənistan hökuməti 2010-cu ildən başlayaraq ordunun silahlanmasına daxil olan bəzi köhnə texnikaların modernləşdirilməsi proqramlarını reallaşdırmağa başlayıb. Məlumatlara görə bu çərçivədə Ukrayna və Çin şirkətlərinin iştirakı ilə T72 tanklarının bir qisminin modernləşdirilməsi həyata keçirilib. Son olaraq 2016 və 2017-ci illərdə keçirilmiş hərbi paradlarda Türkmənistan Ordusu T-72A tanklarının Ukrayna modernizasiyası olan T-72UMQ versiyasını nümayiş etdirib. Kiyev Zirehli Tank Zavodu tərəfindən modernləşdirilmiş bu tankların sayı barədə hər hansı informasiya mövcud deyil. Qazaxıstanın “Semey Engineering” şirkətinin İsrailin “Elbit” şirkəti ilə modernizə etdiyi T-72 tankı. Foto: AD
idarəetmə kanalı) "Sosna-U" sistemi qurulub. Bu sistem gecə və gündüz, pis hava şəraitində 5000 metrəyədək uzaqlıqda hədəflərin effektiv məhvini təmin edir. Habelə gecə şəraitində idarə olunan raketlə atəş imkanı qazandırılıb. Müəssisə rəsmilərinin sözlərinə görə, Qazaxıstan tərəfinin təklifi ilə bu versiyada “Sosna-U” idarəetmə kompleksinə ASELSAN istehsalı olan “Pəri Gözü-MW” termal kamerası inteqrə olunub. Tankda atışların yüksək effektivliyini təmin etmək məqsədilə 2E28 silah stabilizatoru, lazer başlıqlı raketlərdən mühafizə və xəbərdarlıq məqsədilə “Ştora-1” kompleksi qurulub. Sistem tank əleyhinə kompleksləri və başqa yüksək dəqiqlikli silahları “kor edən”, tankı gizlədən multispektral aerozol pərdələrinin yaradılmasını həyata keçirir. Rabitə sistemləri də yenilənən tankda R-168-25UE-2 radiostansiyası, habelə GPS/QLONASS naviqasiya sistemi quraşdırılıb. “Semey Engineerin”in “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti ilə birgə hazırladığı və ilk nümunəsi KADEX2016 sərgisində təqdim olunan T-72A tankının modernizə edilmiş nümunəsində ASELSAN şirkətinin Türkiyədə “Leopard2” tanklarında və “Altay” tankında istifadə etdiyi atış-nəzarət sisteminə bənzər sistem qurulub. Burada ilk dəfə olaraq tankda yaxın müdafiə üçün nəzərdə tutulan 12.7 mm-
lik pulemyotunun qüllə daxilindən idarə edilən “Sarp” döyüş modulu ilə əvəz edilməsi həyata keçirilib. Bununla da tank heyəti yerini tərk etmədən hədəfləri pulemyotla atəş altında saxlaya bilir. Modernizə nəticəsində T-72A tankında rabitə sistemi də yenilənib. KAE şirkətinin direktoru Tarık Ziya Kaboğlunun sözlərinə görə, ASELSAN istehsalı olan tank periskoplarında termal görüntüləmə, gündüz görmə və lazer hədəf işarələməsi var. Bu da tankdan və helikopterdən atılan lazer başlıqlı idarəolunan mərmilərin işarələnməsi və idarəolunması üçün vacibdir. Bu kompleks həm T-72A, həm də T-72B versiyalarında olacaq. Bu tankın iyun ayında testlərinə başlanılması planlaşdırılır. Qazaxıstanın nəzərdən keçirdiyi digər variant isə Ukrayna tərəfindən 2012-ci ildə təklif olunan T-72UA4 müasirləşdirməsidir. Hərbi sənaye kompleksindəki mənbələrin məlumatına görə, modernləşdirmə işlərində milli imkanlara geniş yer ayrılması ilə əlaqədar olaraq Qazaxıstan 2016-cı ildə Ukraynanın təklifini kənara qoyub. Məlumat üçün bildirək ki, “Ukroboronprom”un təklif etdiyi T-72UA4 modernləşdirilməsində tank qüllədən idarə olunan pulemyot və komandir bölməsində müasirləşdirilmiş nişangah kompleksi, habelə “Varta” elektrooptik əsk təsir kompleksi və DЗ “Noj” dinamik müdafiə sistemi ilə təchiz edilib. Tankın köhnə mühərriki soyutma sistemi saxlanılmaqla 1050 at gücündə yeni mühərriklə əvəzlənib. Maşın avtonom fəaliyyət göstərən 10 kVt-lıq EA-10-2 güc qurğusuna sahib olub.
ÖZBƏKİSTAN Silahlanmasında əsas yeri T-62 və T-72 tankları tutan Özbəkistan Ordusu 2017-ci ildə tank parkının modernləşdirilməsi istiqamətində planlarını açıqlayıb. 2017-ci ilin may ayında Minskdə keçirilən MİLEX-2017 sərgisində iştirak edən Özbəkistan heyəti Belarus şirkətlərinin iştirakı ilə tankların T-72BME səviyyəsində modernləşdirilməsi istiqamətində danışıqların aparıldığını açıqlayıb. İlk etapda Özbəkistan Ordusunun istifadəsinə daxil olan 70 ədəd T-72 tankının modernləşdirilməsi, daha sonra Belarusdan modernizə edilmiş T-72 tanklarının satın alınmasının müzakirə olunduğu bildirilir. Qeyd edək ki, ilk nümunəsi 2022 may 2017-ci il tarixlərində MILEX-2017 sərgisində nümayiş etdirilmiş T-72BME tankı "Beltexeksport" şirkəti, "140-cı təmir zavodu" ASC və "Pelenq" ASC tərəfindən aparılan dərin müasirləşdirmə nəticəsində meydana çıxmış Belarus T-72 tank modernizasiyasıdır. Sərgidə təqdim olunan məlumata görə, T-72BME tankının texniki göstəriciləri T-90 tanklarının səviyyəsinə uyğunlaşdırılıb. Müasirləşdirmə zamanı tankda yeni termal nişangah, monolit və kombinələşdirilmiş əlavə dinamik zireh quraşdırılıb. Daha güclü mühərrik hesabına hərəkət qabiliyyəti yüksəldilib. Görmə cihazlarının müdafiəsi təkmilləşdirilib, müdafiə və pusqu zamanı avtomatik olaraq xüsusi qurğuya qoşulmaqla yanacaq ehtiyatına qənaət edilməsi üçün yeni texnologiyalar tətbiq edilib.
YANVAR–FEVRAL 2018
Modernizə nəticəsində tankda ESSA72U idarəetmə sistemi qurulub. Bura çoxkanallı termal nişangah, ballistik hesablayıcısı, televiziya indikatorları və tank komandirinin köməkçi nişangahı daxildir. Hansı ki kompleks günün istənilən vaxtı maksimal uzaqlıqda rəqibin obyektlərinin effektiv şəkildə məhv edilməsini təmin edir. Bundan başqa, tank küləyin, topun, atmosfer təzyiqinin tənzimçiləri dəstini alıb. Bu da döyüş zamanı atışa hazırlıq vaxtının minimum endirilməsində, bir yerdə və ya hərəkətdə olarkən dəqiq atış həyata keçirməyə imkan yaradır. İdarə olunan mərmilər də daxil olmaqla, 125 mm çaplı sursatların bütün növlərindən atəş açılması təmin olunub. Tankda “Kontakt-1” tipli dinamik müdafiə dəsti, 8 ədəd 902B “Tuça” tüstü qumbarası qurulub və maşın 840 at gücündə yeni V-84MS mühərriki ilə təchiz olunub. Modernizə nəticəsində tankda ultra qısa dalğalı BARRETT-2082+ yeni nəsil rəqəmli radiostansiya və sürücü mexanik bölməsində infra-qırmızı kamera quraşdırılıb. Tank hərəkətdə olmadıqda ehtiyac duyulan elektrik enerjisinin əldə edilməsi üçün avtonom rejimdə çalışan dizel generatora sahibdir. Özbəkistan və Belarus arasında tank modernləşdirilməsi sahəsində müzakirələrin sonrakı taleyi barədə məlumatlar yox dərəcəsindədir. Mövcud məlumatlara görə, Belarusun “140-cı təmir zavodu” ASC Özbəkistanın “Uzmaxsusimpeks” Dövlət Müəssisəsinə ölkə ərazisində T-72 tanklarının modernləşdirilməsi, eləcə də T-72 şassisi üzərində QPM-72 yanğınsöndürən maşının və təkərli “Kayman” zirehli avtomobillərinin istehsalını həyata keçirəcək birgə müəssisənin yaradılması təklifi ilə çıxış edib. Belarusla bərabər, 2017-ci ilin sentyabr ayında Özbəkistan-Rusiya təhlükəsizlik şuralarının rəhbərlərinin görüşündə Daşkənddə tank təmiri müəssisəsinin yaradılması və Rusiyanın iştirakı ilə Özbəkistan Ordusunun silahlanmasındakı T62 və T-72 tanklarının T-62M və T-72B3 səviyyəsində modernləşdirilməsinə dair müzakirələrin aparıldığı bildirilir.
ÜSTÜNLÜKLƏR VƏ ÇATIŞMAZLIQLAR T-72 tanklarının regionda həyata keçirilən T-72Sim1, T-72-Aslan “PT-72U və T-72 “Şıqıs” layihələrinin üstünlüklərini və çatışmazlıqlarını və perspektivlərini aşağıdakı kimi qruplaşdırmaq olar.
Hərəkət hissəsi Ümumi nöqteyi-nəzərdən T-72 tankının üstünlüyü hərəkət hissəsinin sadə, etibarlı və maşının müxtəlif döyüş şəraitində asanlıqla idarə olunması sayılır. Maşının konstruksiyası, davamlılığı döyüş əməliyyatlarında təsdiq olunub.
Güc qurğusu Mühərrikin aşağı gücdə olması tankın hərəkətliyini yaxşı təmin edir. Soyutma və yağlama sistemi etibarlıdır. Nöqsanlarına gəlincə, səhra şəraitində qurğu və mexanizmlərin dəyişdirilməsi uzun və mürəkkəbdir. Bu proses 3-9 insan/ saat qüvvəsi təşkil edir.
Gövdə Üstünlük: zirehli təbəqələrdən qaynaq edilib. Sərt qutu təsəvvürü yaradır. Heyəti, silah kompleksini, mərmiləri, tankın qurğu və mexanizmlərini düşmən atəşindən mühafizə edir. Nöqsanı: alın hissəsinin zirehlənməsi. Zirehli təbəqənin yeni nəsil kumulyativ tank mərmilərinə və idarə olunan tank əleyhinə raket silahlarının ekvivalent təsirinə qarşı dözümlük potensialı yoxdur. Qüllə Üstünlük: zirehli təbəqələrdən fason tökmə görüntüsünü təsvir edir. Heyəti, silah kompleksini, cihaz və mexanizmləri düşmən atəşindən mühafizə edir. Nöqsanı: alın hissəsinin zirehlənməsi. Zirehli təbəqənin yeni nəsil kumulyativ tank mərmilərinə və idarə olunan tank əleyhinə raket silahlarının ekvivalent təsirinə qarşı dözümlük potensialı yoxdur . Döyüşün idarəetmə sistemi Kompüterləşdirilmiş Azimut Comet və GPS/QLONASS naviqasiya sistemi vasitəsi ilə döyüş meydanında hədəfin avtomatlaşdırılmış emal olunması və tank komandirlərinə birbaşa kodlaşdırılmış tapşırığın yönəlməsini təmin edir. İki bloklu Tadiran CNR-900, VİS-500 rəqəmsal, yaxud “Harris Corporation” istehsalı olan “Falcon” rabitə sistemi kodlaşdırmanı açma imkanını aşağı salır, danışıq və şifrlənməni təmin edir. Nöqsanı: Peyk sistemindən asılılığı. Atəşin idarəetmə sistemi Üstünlük: TİSAS istilik müşahidə kompleksi gecə və gündüz aktiv və passiv rejimlərdə avtomatik fokuslama ilə 8-16 dəfə artaraq müşahidə rejimlərində istifadə olunur. Atəş zamanı sensorlarının köməyi ilə avtomatik, nişangah üç bucağında düzəliş olunması nəzərə alınır.
52-53
Nöqsan: TİSAS kompleksi müstəqil 1А40 (TPD –K1) atəş idarəetmə kompleksi qoşulmadan məsafənin müəyyən edilməsi, hədəfə yönəltmə, mərmi növünün seçilməsi və atəşin idarə olunması ücün avtomatlaşdırılmış rejimdə əməliyyatı yerinə yetirilmək imkanını xaricindədir.
T-72 TANKININ PERSPEKTİVLƏRİ VƏ NƏTİCƏ T-72 tanklarının təkmilləşdirilmə potensialı geniş olsa da, onlar SSRİ zamanında istehsal edilib və artıq 40 ilə yaxındır istismar olunur. Mövcud təkmilləşdirmələrə baxmayaraq, yeni yaradılmış kumulyativ mərmilərə qarşı onların təsir əmsalı yox səviyyəsindədir. T-72 tanklarında dərinləşdirilmiş təkmilləşdirmə işləri aparmaq imkanına isə yalnız ağır maşınqayırma texnologiyası mövcud olan dövlətlər malikdirlər. T-72 tanklarında aşağıda göstərilənlərə əsasən istismar ehtiyatının məhdud olduğu nəzərə alınsa, yeni müasir tanklarla tank parkının komplektləşdirilməsi məqsədə uyğun olardı. Keçmiş SSRİ dövlətində hərbi əmlakın silinməsi qaydaları haqqında müvafiq normativ sənədlərə əsasən, hərbi əmlakn silinməsinin yekun müddəti aşağıda göstərilənlərə uyğun müəyyən edilib: - Gövdə və tank qülləsi, artilleriya (tank topu) - 40 il; - Elektrooptik və kvant hədəfləmə cihazları, müşahidə və atəş idarəetmə, elektrik mühərrikləri, qüllənin dönməsini şaquli və ufüqi müstəvidə təmin edən elektrohidravlik nasoslar - 25-30 il. Bu sənəd əsasında T-72M/M1 indeksli tankların gövdə və qülləsi, topu, cihaz və qurğuları 5 kateqoriya keçirilərək utilizasiya olunmalı idi. Qeyd olunan kontekstdə gəlinən nəticə budur ki, T-72 tanklarında döyüşün idarə olunma, döyüşün atəşlə idarə olunma sistemlərinin, əlavə qurğu və avadanlıqların dəyişdirilməsinə baxmayaraq, zirehin müasir kumulyativ mərmilərə qarşı təsir əmsalı tankın həmlə əməliyyatlarında perspektivini aşağı salır. Mühafizənin gücləndirilməsi üçün asılan əlavə dinamik zireh, sipər qurğuları tankın əlavə yüklənməsinə təsir edir, yenə də müasir kumulyativ mərmilərə qarşı mühafizəni təmin etmək imkanı xaricində olur. Ümumilikdə, T-72 tanklarının gövdə və tank qülləsi, tank topunun istismar müddətini 40 il, nişangah, elektrik və hidronasosların, həmçinin digər qurğuların istismar müddəti 2530 il nəzərə almaqla perspektivsiz hesab etmək olar. AD
AZERI DEFENCE
Göy üzündəki oxlar
Hava-hava raketləri
Azər Hüseynov İkinci Dünya Müharibəsi illərində alman mühəndisləri tərəfindən hava döyüşlərində böyük bombardman təyyarələrinin məhv edilməsi məqsədilə yaradılmış “Ruhrstal X-4” raketi “havahava” sinifli raketlərin təməlini qoymuş oldu. 1944-cü ilin ortalarında başlanmış testlərdən dərhal sonra – 1945-ci ilin əvvəlində raket Luftwaffenin istifadəsinə verildi. Hava döyüşlərində məhdud sayda istifadə edilmiş X-4 raketi hədəfə pilot tərəfindən naqillə istiqamətləndirilirdi. Müharibənin sonunda X-4 layihəsi də faşistlərin bir çox hərbi proqramları ilə bərabər müttəfiqlərin əlinə keçdi. “Hava-hava” raketlərinin inkişafı “soyuq müharibə” dövrü ilə bağlıdır. 19601990-cı illərdə həm NATO, həm də Sovet blokunda bu tip raketlərin yaradılması və inkişaf etdirilməsi prosesləri dinamik şəkildə davam etdirilmişdir. Qərbdə bu istiqamətdə əsas proqramlar ABŞ, Fransa və Böyük Britaniya, Varşava Blokunda isə SSRİ-də aparılırdı. Əslində “hava-hava” raketinin birinci ətraflı işlənmiş layihəsi 1943-cü ildə Böyük Britaniyada yaradılmışdı. “Artemis” adı verilmiş bu raket yarıaktiv avtomatik tuşlanan başlığa və radiolokasiya yönləndirməyə sahib idi. İqtisadi səbəblərdən bu layihə reallaşdırılmamışdı. Müharibə illərində alman təyyarələri ilə mübarizə məqsədilə ABŞ-da “Hughes JB-3 Tiamat” və “Martin Gorgon” adı verilmiş iki fərqli “hava-hava” tipli raketin
yaradılmasına başlansa da, müharibədən sonra hər iki layihə köhnəlmiş hesab olunduğundan silahlanmaya qəbul edilmədi. Müharibədən dərhal sonra, 1946cı ildə ABŞ Hərbi Hava Qüvvələri üçün yeni raketin yaradılmasına başlandı və 1947-ci ildə AAM-1 “Firebird” ilk sınaqlarını keçdi. Sinifləndirmə “Hava-hava” raketləri atış uzaqlıqlarına görə aşağıdakı qruplara ayrılırlar: Kiçik uzaqlığa malik raketlər: Atış uzaqlığı 30 km-dən az olanlar qısa mənzilli (SRAAM) raketlər kimi tanınır. Böyük əksəriyyəti infraqırmızı tuşlanan başlıqla təchiz edilib. Orta uzaqlığa malik raketlər: 100 km-ə qədər uzaqlığa malik raketlər hesab
olunur (MRAAM adlanır). Bu raketlər adətən radiolokasiya ilə tuşlanan başlığa sahibdir. Böyük uzaqlığa malik raketlər: 100 km-dən böyük uzaqlığa malik, inersialı, korrektə edilən, aktiv və yarıaktiv yönləndirməyə malik raketlərdir (ingiliscə LRAAM). Qeyd edək ki, kiçik uzaqlığa malik raketlər hərbi ədəbiyyatda adətən WVRAAM (within visual range – görüş dairəsində hava-hava raketləri), yaxud “dogfight” raketlər adlanır. Orta və böyük uzaqlığa malik raketlər ingilisdilli ədəbiyyatda BVRAAM (beyond visual range – görüş dairəsindən kənar hava-hava raketləri) olaraq qeyd edilir “Hava-hava” sinif raketlərin arayıcı başlıqlarında aşağıdakı yönləndirmə sistemlərindən istifadə olunur:
YANVAR–FEVRAL 2018
F-35 təyyarəsindən AİM-120 AMRAAM raketinin atışı
- İnfraqırmızı (istilik) yönləndirmə (IR). Adətən qısa mənzilli raketlərdə bu yönləndirmə başlığından istifadə edilir. Bu başlıqlar aktiv (A-IR) və ya passiv infraqırmızı (P-IR) və elektrooptik görüntüləyici infraqırmızı (IIR) olaraq ayrılır. - Yarıaktiv radiolokasiya yönləndirmə (SAR). Əsasən orta mənzilli raketlərdə istifadə olunmaqla yanaşı, uzun mənzilli raketlərdə ikinci sistem olaraq yer alır. - Aktiv radiolokasiya yönləndirməsi (AR). Orta və uzun mənzilli raketlərdə istifadə olunur. Bu üç yönləndirmə sistemi ilə yanaşı, bəzən bunların hər ikisini bir yerdə istifadə edən, əlavə olaraq inersial naviqasiyadan (İNS) istifadə edən raketlər vardır. AR və SAR yönləndirməli Rusiya (keçmiş sovet) raketlərinin böyük əksəriyyətində köməkçi sistem olaraq data link də istifadə olunur. Bundan başqa, passiv radiolokasiya arayıcı (PRF) tətbiq olunan antiradar raketlər əsasən X dalğa diapazonunda çalışır və AWACS təyyarələrini vurmaq üçün nəzərdə tutulan raketlərdə yer alır. Bu arayıcı başlıq normal döyüş təyyarələrinin radar dalğalarını da təyin edə bildiyi üçün R-77 raketinin bəzi yeni versiyalarında da tətbiq olunur. Yeni nəsil raketlərdə tətbiq olunan multispektral dalğada çalışan başlıq isə
təyyarənin atdığı aldadıcıları ayırd edərək onlara yönəlmir. Başqa sözlə, arayıcı başlıq hədəfin infraqırmızı şəklini formalaşdıraraq onu raketin idarə mexanizminə ötürür. Qaydaya görə belə özüidarəolunan başlıq raketin elektron məlumatları təhlil etmə sistemi ilə birləşərək, hədəfin dəqiq vurulmasını, hədəfdən yayındırma sistemlərindən müdafiəsini və uzaq məsafədə olan hədəflərin dəqiq tanınmasını təmin edir. Bu kimi keyfiyyətlər hədəfə raketdən qaçmağa heç bir şans qoymur. Özütuşlanan infraqırmızı başlığa malik raketlər, məsələn, ASRAAM hədəfin infraqırmızı təsvirini formalaşdıran və uçuş aparatını istilik şarlarından ayırmağa imkan verən infraqırmızı matrisə malikdirlər. Bundan başqa, müasir IR arayıcı başlıqlar geniş baxış bucağına malikdir ki, bu da raketi işə salmaq üçün təyyarəni hədəfə yönəltməyi tələb etmir. Yəni pilot dəbilqəyə bağlı ekranla hədəfə baxaraq onu işarələyə və raketləri yönləndirə bilər. “Hava-hava” raketlərinin “nəsillənməsi” ilə bağlı hazırda ciddi diskussiyalar davam etməkdədir. Rusiya, Çin və bəzi Avropa hərbi qaynaqlarında yeni nəsil “hava-hava” raketləri “beşinci nəsil” olaraq qeyd edilsə də, müstəqil ekspertlər bununla razılaşmırlar. Etirazçıların fikrincə, beşinci nəsil döyüş təyyarələrinin hələ silahlanmaya qəbul edilmədiyi nəzərə alınarsa, raketlərin təyyarələrin inkişafını qabaqlaması məntiqi doğru deyildir. Bu fikirdə həqiqət olsa da, reallıqda döyüş sursatlarının daşıyıcı (buraxıcı) platformalara nisbətdə bir neçə nəsil irəli çıxması dünya təcrübəsində mövcuddur. Məhz bu kontekstdən çıxış edərək, yeni nəsil “havahava” raketləri “beşinci nəsil” olaraq adlandırmaq olar. Hazırda dünyada beşinci nəsil “hava-hava” raketlərinə silahlanmada yer alan və yaradılma mərhələsində olan AIM-132 ASRAAM, IRIS-T, “Python 5”, R-73M, R-77M, R-37, AIM-9R “Sidewinder”, AIM-9X “Sidewinder”, MICA IR, A-Darter, PL-12, PL-10, AAM-5, AIM-120 AMRAAM və MBDA “Meteor”, “Astra” kimi fərqli atış uzaqlığına və yönləndirmə xüsusiyyətlərinə malik nümunələr aiddir. ABŞ “Sidewinder” nəslini inkişaf etdirir Bu günədək 110 min ədəddən artıq istehsal edilmiş, istiliyə yönələn AIM-9 “Sidewinder” raketi təsirli döyüş başlığına və infraqırmızı arayıcıya sahibdir və indiyədək bu raketlərin tətbiqi ilə 300-dən çox təyyarə vurulub. Ağırlığı 88 kiloqram təşkil edən raketin burun hissəsində raketin beyni hesab olunan WGU-4A/b yönləndirmə nəzarət bölməsi (GCS/Guidance Control Section) yerləşir. Burada infra-
54-55
qırmızı enerji yayan mənbələri aşkarlayan detektor yerləşir. Sistemin ən effektiv tərəfi iki fərqli dalğa diapazonunda işləyə bilməsidir. Başqa, sözlə bu bölmə həm qısa, həm də orta dalğada infraqırmızı şüalanmanı aşkarlayır. Mühərrikin ön hissəsində isə 12 kiloqramlıq WDU-17 döyüş başlığı yerləşir. Raketin DSU-15/B aktiv optik hədəf detektoru lazer deteksiya sayəsində hədəf qaçırıldığı zaman özünü məhvetmə funksiyasını işə salır. AIM-9X “Sidewinder” raketi beşinci nəsil hesab olunur. 2004-cü ildə seriyalı istehsalına başlanılmış “X” modeli F/A18C/D, F-15C, F/A-18E/F, F-15E, F-16 və F-22 döyüş təyyarələrinin silah lanmasında yer alır. Raket LAU-7 və LAU12X lançerlərindən atılır. AIM-9X “Sidewinder” raketinin gələcək nəsil təyyarələrin gövdə daxili silah stansiyalarına yerləşməməsi, eləcə də atış məsafəsinin qısa olması ABŞ Hərbi Hava Qüvvələrinin yeni – uzun mənzilli “hava-hava” raketi ehtiyaclarını ortaya çıxarmışdır. ABŞ HHQ komandan müavini general Cerri Harris konqresdə çıxışında yeni nəsil hava-hava raketləri ilə bağlı çalışmalara başlanmasının önəmini vurğulayaraq, orta mənzilli AİM-120 raketinin əks tədbirlərə qarşı gedərək müdafiəsiz qalmasının beşinci nəsil təyyarələrin döyüş qabiliyyətinə təsir göstərdiyini qeyd edib. General AİM-120-nin rəqibin yeni, uzun mənzilli raketləri ilə qarşılaşdırıldığında yetərsiz məsafəsinin olduğuna da diqqət çəkib. Bu kontekstdə, ABŞ 2018-ci maliyyə ilində büdcə sənədlərində daha əvvəl Long-Range Engagement Weapon (LREW) adlı məxfi proqramı reallaşdırmağı düşünür. Sözügedən proqram çərçivəsində havada üstünlüyün saxlanılması məqsədilə həyata keçirilən və böyük uzaqlığa malik yeni raketin yaradılması nəzərdə tutulur. Mediada yer alan bilgilərə görə, 2017-ci maliyyə ilində proqram üzrə "layihə, mühəndislik və döyüş tələblərinin analizi" başa çatıb. Maket olaraq ilk dəfə 2013-cü ildə “Lockheed Martin” şirkəti tərəfindən təqdim olunmuş CUDA perspektiv layihəsi isə altıncı nəsil “hava-hava” raketlərin öncüllərindən olacaq. Xarici ölçülərinə görə AIM-120 AMRAAM raketinin yarısı uzunluqdadır. AMRAAM və digər “havahava” raketlərindəki döyüş başlıqları CUDA-da olmayacaq. Belə ki, döyüş başlığı yerinə raketdə yanacaq artırılıb. Bu raket hədəflə toqquşaraq onu məhv etməlidir. ABŞ HHQ-nin inventarına 2030-cu ildə daxil olması gözlənilən CUDA ilə ekspertlərin fikrincə, F-22 təyyarəsinin döyüş imkanları iki qat, F-35 təyyarəsi isə üç qat artırılmış olacaqdır. Hələ ki texniki detalları açıqlanmayan CUDA-nın uzunluğu 183 sm, ağırlığı 71 kq, diametri
AZERI DEFENCE
15-18 sm təşkil edir. Raketin mənzilinin 180 km olduğu iddia edilir. Aviasiya və hava hücumundan müdafiə silahları üzrə araşdırmaçı Hakan Kılıç qeyd edib ki, CUDA-nın burun bölməsinin ətrafında terminal mərhələsində edilən manevrlər və bucaqları stabilləşdirmək məqsədilə Patriot PAC-3 MSE raketindəkinə bənzər sistem tətbiq olunur. Arayıcı başlığa gəlincə, CUDA-da Rusiyanın R-77 raketlərindəki kimi çoxrejimli arayıcı başlıqdan istifadə ediləcəyi gözlənilir. “Sidewinder”in Avropalı rəqibləri AIM-9 “Sidewinder” raketlərinin yerini almaq məqsədilə Böyük Britaniya, Almaniya, Norveç və Kanadanın yaradılmasına birgə başladığı AIM - 132 ASRAAM (Advanced Short Range Air to Air Missile) yaxın hava döyüşləri üçün nəzərdə tutulur və avtomatik tuşlanan infraqırmızı başlığa, lazer partladıcılı qəlpə-fuqas döyüş başlığına malikdir. Bu raket “Sidewinder” və AMRAAM atışına uyğunlaşdırılmış bütün təyyarələrdən buraxıla bilir. Yaranmış fikir ayrılıqlarına görə 1989-cu ildə Almaniya, 1990-cı ildə Norveç və Kanada proqramı tərk etsələr də, sınaqları 1994-cü ildə keçirilən raket 1998-ci ilin fevral ayında Böyük Britaniya Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olub. Sonrakı illərdə istismarın nəticələrinə görə raket bir sıra ciddi təkmilləşdirmələrə məruz qalıb. Hazırda MBDA şirkəti tərəfindən istehsalı davam etdirilən raket Böyük Britaniya HHQ-nin “Tornado”, “Harrier” və “Typhoon”, həmçinin Avstraliya HHQ-nin F /A18 təyyarələrinin silahlanmasında yer alır. Raketin atış uzaqlığı 18 kilometr, start çəkisi 88 kq, uzunluğu 2900 mm, Yuxarıda – Almaniya istehsalı olan İRİS-T “hava-hava” raketi, aşağıda soldan sağa – ABŞ-ın perspektiv “hava-hava” raketi CUDA və AIM-9 “Sidewinder”. Foto: İnternet
diametri 166 mm, sürəti 3.5 Max, döyüş başlığı 10 kq təşkil edir. Qanadsız aerodinamik sxem üzrə yaradılmış ASRAAM raketi “Royal Ordnance” şirkəti tərəfindən istehsal edilmiş, qatı yanacaqla işləyən ikirejimli mühərriklə təchiz olunub. 2016-cı ildə Böyük Britaniya HHQ ilə MBDA şirkəti arasında ASRAAM, 2017-ci ilin aprel ayında isə “Meteor” raketinin F-35 təyyarələrinə inteqrasiyasına dair müqavilələr imzalanıb. Qısa məsafəli “hava-hava” raketi olan IRIS-T (Infra Red Imaging System Tail/Thrust Vector-Controlled) Avropanın AIM-9 “Sidewinder” raketinə alternativi hesab olunur. IRIS-T 90 dərəcə bucaq altında görüş xəttindən uzaq hədəfləri təqib eləmə, IHMDS ilə anqajman qabiliyyətinə, yüksək manevrə və IIR FPA texnologiyasına sahibdir. AIM-9 “Sidewinder” atış qabiliyyətinə malik təyyarələr IRIS-T daşıya bilir. Qeyd edək ki, 1995-ci ildə Almaniya (46%), İtaliya (19%), İsveç (18%), Yunanıstan (13%) Norveç və Kanadanın iştirakı ilə başladılmış IRIS-T proqramına 2003-cü ildə İspaniya da qatılıb. Hazırda IRIS-T “Typhoon”, “Gripen”, F-18 və F-16 təyyarələrində istifadə olunur. Uzunluğu 2936 mm, diametri 127 mm təşkil edən raketin ümumi ağırlığı 87.4 kq, döyüş başlığı 11.4 kiloqramdır. Müasir İİR, yüksək keyfiyyətli (128 x 128 pixel) və hədəfə yaxınlaşdıqda radar vasitəsi ilə tuşlanan sensora sahib raketin sürəti 3 Max, uçuş məsafəsi 25 km təşkil edir. Raket “Diehl” şirkəti tərəfindən hazırlanmış 3-5 mkm işçi diapazonunda çalışan TELL termal özütuşlanan başlıq və 128x128 piksel optik görüntüləyiciyə sahibdir. Başlıq ±90° bucaq altında hədəflərə tuşlamanı təmin edir. Avtomatik tuşlama başlığının belə konstruksiyası və rəqəmsal məlumat işləmə sistemi maneələrdən yüksək səviyyədə müdafiəni və intensiv manevr etmə şəraitində hədəfin etibarlı şəkildə tutulmasında
mühüm rola malikdir. Açıq sahədə raket hədəfi 20 km məsafədən tutmağı bacarır. Məlumatların işlənməsi sistemi ilə raketin yaxınlaşdığı müddətdə onun yaddaşında qeydə alınan təsvir (hər hədəf üçün 8 rakurs) hədəfin obrazları ilə müqayisə olunur. Avtomatik şəkildə özütuşlanan başlıq alqoritmi raketin hədəfin ən zəif sahələrinə yönəlməsinə imkan verir. MBDA Systems şirkəti tərəfindən istehsal edilən MİCA (Missile d' Interception et de Combat Aerien) hava-hava sinif aviasiya raketi 50 km mənzilə sahibdir. Mürəkkəb radioelektron mühitdə tətbiq oluna bilən raket variantından asılı olaraq aktiv impuls-dopler (MICA-EM) və ya termal (MICA-IR) özütuşlanan başlıqla təchiz edilir. Kiçik və orta uzaqlıqlı versiyaları mövcud olan MİCA hazırda öz imkanlarına görə Rusiyanın RVV-AE və müasirləşdirilmiş R-73 raketləri ilə real rəqabət aparır. MİCA BVR rejimində (Beyond Visual Range) vizual görmə xaricindəki uzaq hava döyüşünün aparılması üçün öz sinfinin ən mükəmməl silahlarından hesab olunur. MİCA 12-18 QHs tezlikli AD4A aktiv impulslu-dopler başlıq istənilən rakursda, hava şəraitində və hərəkət tra yek toriyasında hədəfi müstəqil tutmağı bacarır. AD4A şəffaf keramikadan ibarət müqavimət sipərinin altında raketin burun bölməsində yerləşir. AD4A-ın dəyişilmiş variantı həmçinin SAMP-T və PAAMS komplekslərində "Aster" zenit raketinin tərkibində istifadə olunur. MICA-IR raketinin 3-5 və 8-12 mkm işçi diapazonda işləyən bispektral özütuşlanan termal başlığı "Sagem Defense Segurite" firması tərəfindən hazırlanıb. Yüksək həll qabiliyyəti və kompleks alqoritmlər termal özütuşlanan başlığa böyük distansiyalarda hədəfləri müşayiət etməyə və istilik tələlərini ayırmağa imkan verir. Başlıq rəqəmsal element bazasına əsaslanır və yenidən proqramlaşdırmağa, ± 60° bucaq altında hədəfləri aşkarlama və tuşlanmaya imkan verir. “Meteor” Qərbin uzun mənzilli raketi Beşinci nəsil, AAR yönləndirməli MBDA “Meteor” raketi bərk yanacaqla
YANVAR–FEVRAL 2018
56-57
işləyən ramjet mühərrik sayəsində Qərbdə istehsal edilmiş ən uzun mənzilli raket hesab olunur. Mənzili 100 km-dək təşkil edən “Meteor” raketi ikiyönlü məlumat ötürmə kanalına və qəlpəli döyüş başlığına sahibdir. “Aster” və MİCA raketlərində tətbiq edilən texnologiya əsasında hazırlanmış aktiv radiolokasiya özütuşlanan başlıqla təchiz edilmiş “Meteor” raketinin hazırda “Rafale” və “Typhoon” təyyarələrinə inteqrasiyası tamamlanma mərhələsindədir. Uzunluğu 3650 mm, diametri 178 mm, kütləsi 165 kq, döyüş başlığı 25 kq (qəlpəli fuqas) təşkil edən raketin sürəti 4.5 Maxdır. 2017-ci ilin aprel ayında Böyük Britaniya Müdafiə Nazirliyi MBDA şirkəti ilə F-35 təyyarələrinə “Meteor” raketlərinin inteqrasiyasına dair müqavilə imzalayıb. Plana əsasən bu raketin F-35 “Lightning II” təyyarəsinə inteqrasiyası çalışmaları 2020-ci ilədək həyata keçirilməllidir. İsrail nümunəsi “Pyton” İsrailin “Rafael” şirkətinin “Pyton 5” raketi sələfi “Pyton 4” raketindən yeni element bazasının tətbiqi, aerodinamika, mühərrik, döyüş hissəsi və alqoritmlər hesabına əhəmiyyətli şəkildə fərqlənir. F-15, F-16, F/A-18, F-5, “Kfir” kimi təyyarələrin silahlanmasında yer alan raketin çəkisi 103 kq, döyüş başlığının çəkisi 11 kq-dır. Raketin uzunluğu 3.1 metr, diametri 160 mm, qanad açıqlığı 640 mm, sürəti 4 Max, uçuş uzaqlığı 20 km, hündürlük üzrə 1 km-dən 20 kilometrədək təşkil edir. “Pyton” raketi dəbilqəyə bağlı displey sayəsində hədəfə tuşlanan və dünyada geriyə buraxıla bilən ilk raket hesab olunur. Başqa sözlə, pilotun 180 dərəcə bucaq altında önləmə və 360 dərəcə atış bucağı olan “Pyton-5” raketini atmaq üçün düşmən təyyarəsinin arxasına keçməsinə ehtiyac yoxdur. Hədəf təyyarə raket ona kilidlənənə qədər raketi görə bilmir və aldadıcı atışları və digər cəhdləri tətbiq etməkdə yubanır. “Pyton-5” raketinin İR rəqəmsal görüntü işləmə detektoru yanıldıcı hədəflərə reaksiya verməyərək təyyarənin pilot kabinəsinə yönəlir. Pilot həmçinin raketi LOBL/LOAL rejiminə gətirə bilir. Türk araşdırmaçı Hakan Kılıç “Pyton-5”in özəlliklərindən bəhs edərək yazır ki, 3 saniyə içərisində 60G sürət yığan raket 180 dərəcə bucaq altında döndükdən sonra 80 saniyə aşağı sürətlə uçaraq hədəf ötdükdən sonra təkrar dönərək ona hücum edir. Bu, “Pyton” raketinin əsas özəlliklərindəndir. Digər fərq isə lazer proksimit sensorlarla təchiz edilmiş “Pyton-5” raketinin bu yaxınlaşma sensorları ilə təyyarənin
önünü və kabinəsini ayırd edə bilməsi və beləcə pilot kabinəsini dəqiqliklə vurması, yaxud yaxınlıqda işə düşərək pilotu öldürməsidir. “Rafael” şirkətinin “Pyton-6” proqramı çərçivəsində hazırladığı və 2015-ci ildə Paris Aviaşousunda “I-Derby-ER” adıyla nümayiş etdirdiyi raketin atış uzaqlığı 54 dəniz mili (100 km) təşkil edir. İki pilləli mühərrikə sahib olan raket BVR missiyaları üçün nəzərdə tutulub və aktiv radar arayıcı başlığına malikdir. Rusiya liderliyini qoruyur SSRİ-nin son illərində “Vımpel” Konstruktor Bürosu tərəfindən dizayn edilən R-77 raketi Qərb analoqları ilə müqayisədə geniş imkanlara sahibdir. Hazırda dünyada buna bənzər – arayıcı başlıq olaraq həm radar, həm infraqırmızı başlıq istifadə edən, eləcə də iki fərqli tipdə mühərrikə malik raket yoxdur. R-77 raketi atıldığı təyyarənin hədəfi yeniləmə məlumatını alaraq öz İMU yönləndirmə sistemi sayəsində hədəfə 15 km yaxınlaşır və bu mərhələdən sonra aktiv İR yönləndirməni işə salır. Raketin R-77M modeli isə uzun mənzilli hədəflər üçün nəzərdə tutulur və raket hədəfə 20 km məsafəyə yetişdikdə radarını işə salaraq AR yönləndirməyə keçir. R-77 raketinin bununla yanaşı, SAR və AR yönləndirməli versiyaları da mövcuddur. Rusiyanın perspektiv silahları sırasında yer alacaq KS-172 raketi “Novator” QDT tərəfindən hazırlanır və iddialara görə 300 km uzaqlığa malik olacaq. Güman edilir ki, bu raket strateji bom-
Yuxarıdan aşağı – MBDA “Meteor” və R-77 raketləri . Foto: MBDA/ AD
bardmançı təyyarələrlə, habelə AWACS təyyarələrlə mübarizə aparmağa icazə verəcək. Mediada yer alan məlumatlara görə, artıq Hindistan bu raketlərin alınmasına öz marağını ifadə edib. Lakin maliyyə problemləri ilə əlaqədar olaraq layihənin 10 ilə yaxındır yubandığı barədə informasiyalar dolaşır. KS-172 raketi bikalibr dizayna malikdir. Birinci pillədə qatı yanacaq, ikinci pillənin burun hissəsində avtomatik tuşlanan aktiv radar başlıq, inersial yönləndirmə sistemi və avtopilot yerləşdirilib. Qəlpəli fuqas döyüş hissəsi isə blokun arxasında yer alır. Raket mühərriki və sükanlar isə quyruq hissədə yerləşdirilib. Raketdə 80-100 km məsafədə tuşlama 9B-1103M avtomatik tuşlama başlığının aktiv radiolokasiya vasitəsi ilə baş tutur. Raketin maksimal uzaqlığa uçuş vaxtı 5 dəqiqədir. İnersiyalı təhrik etmə üzrə uçuşun 4 dəqiqəsi ərzində hədəfin məkan vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər, buna görə bəzi ekspertlər güman edirlər ki, maksimal uzaqlıqda hədəfin düzgün seleksiyası üçün mürəkkəb hava vəziyyəti vaxtı raketə xarici hədəf işarəsi lazım gəlir. Raketin döyüş hissəsinin partlatması kontaktsız radiolokasiya partladıcısıyla təmin olunur. Rusiyanın “Taktik Raket Silahları” Korporasiyası tərəfindən hazırlanmış RVV-BD və RVV-MD “hava-hava” sinif raketlərinin yaxın bir neçə il ərzində Rusiyanın Hava Kosmik Qüvvələrinin
AZERI DEFENCE
“Pyton-5” raketi təyyarəyə yüklənmiş halda. Foto: İnternet
silahlanmasına daxil olması gözlənilir. Böyük uzaqlığa malik RVV-BD raketi müasir və perspektiv döyüş təyyarələrinin silahlandırılması üçün nəzərdə tutulur. İstehsalçının məlumatına görə, uçuş uzaqlığı 200 km təşkil edən raket istənilən hava şəraitində hədəfləri aşkarlamağı və radioelektron mübarizə vasitələrinin tətbiqi şəraitində işləməyi bacarır. “Vımpel” Dövlət Konstruktor Bürosunda hazırlanmış RVV-BD raketi K-37 (R-37) ailəsinin yeni nümunəsidir və onda yeni texnologiyalar tətbiq olunub. Lakin RVV-BD raketi sələfindən daha uzun (4.06 metr) korpusa malikdir. Raket normal aerodinamik dizayn əsasında X formalı qanad və sükanlar sxeminə malikdir. Korpusun quyruq hissəsində oxşəkilli sükanlar yerləşir. Raketin asmasının üstündəki sükanlar bükülən konstruksiyaya malikdir və start veriləndən sonra sükanlar öz funksiyalarını yerinə yetirmək üçün açılır. Start çəkisi 510 kiloqramadək olan raket İNS və "Aqat" müəssisəsində yaradılmış 9B-1103M-350 tipli özütuşlanan başlıqla təchiz edilib. Bu başlıq 120° sektorda hədəfləri qeydə almağı bacarır. Uçuşun trayektoriyasının böyük hissəsində təhrik etmə sistemlərinin iş rejimindən asılı olaraq, yönləndirmə inersial sistemin və radiokorreksiyanın hesabına həyata keçirilir. Son sahədə aktiv özütuşlanan başlıq hədəfin axtarışını yerinə yetirir və yönəlməni təmin edir. Korpusun orta hissəsində 60 kiloqramlıq qəlpə-fuqas döyüş hissəsi yerləşir. Hədəfin aktiv radiolokasiya tənzimçisi vasitəsi ilə raketin hədəfə minimal məsafədə partlaması təmin edilir. İstehsalçının məlumatına görə, yeni RVV-BD 304 kilometr uzaqlığa malikdir. Yeni raketin potensial daşıyıcıları haqqında dəqiq məlumatlar hələ ki yoxdur. Güman edilir ki, RVV-BD MiQ-31BM təyyarələrində köhnəlmiş K-33 raketlərini
əvəz edəcək. Bu raketin PAK FA T-50 beşinci nəsil təyyarələrdə tətbiqi hələ ki mübahisələrin predmetidir. Öz böyük qabaritlərinə görə bu məmulat T-50 təyyarəsinin daxili yük bölməsinə yerləşmir. Digər ölkələr CAR-ın “Denel” şirkəti tərəfindən hazırda yaradılmanın son mərhələsində olan V3E A-DARTER aviasiya raketi yaxın hərəkət radiusunda hava döyüşünün aparılması üçün nəzərdə tutulur. Yaradılmasına 1995-ci ildə başlanılmış A-DARTER maliyyə çətinlikləri ilə əlaqədar uzun müddət yubanmışdır. 2006-cı ildə CAR və Braziliya arasında Braziliyanın bu layihədə iştirakı ilə bağlı razılaşma imzalanıb. Hazırda Braziliya tərəfindən layihədə “Mectron”, “Avibras” və “Atech” şirkətləri iştirak edir. 2016-cı ildə “EngineeringNews” internet resursunun bildirdiyinə görə, Braziliya tərəfi müdafiə xərclərinin ixtisarı ilə əlaqədar layihədən çıxıb. Normal aerodinamik sxemə əsaslanan A-DARTER raketi 180 dərəcə bucaq altında dönməni 2 saniyədən az müddətə həyata keçirir. Raket 17 kiloqram ağırlığında qəlpəli-fuqas döyüş hissəsi və lazer partladıcı ilə təchiz olunub. Partlayıcı yük alüminium əlavəli trotil-heksogen qarışığından hazırlanıb. Bundan başqa, raket ikikanallı termal özütuşlanan görüntüləyici başlığa sahibdir. Başlığın çəkisi 10,5 kq, görüş dairəsi isə ±90° göstərilir. Raketin inersiyalı idarə sistemi MEMS texnologiya (Silicon Sensing firmasının hazırladığı) üzrə yaradılmış SiIMU02-in ölçü modulunun əsasında yaradılıb. Raketin tuşlanması həm də dəbilqəyə bağlı displey üzərindən həyata keçirilə bilir. A-DARTER üçün “NSS Guardian” adı verilmiş hədəf işarələmə sistemi “Pilkington Optronics” şirkəti tərəfindən yaradılıb. “NSS Guardian”la dəbilqənin çəkisi 1,6 kq təşkil edir. Maksimal uzaqlığı 10, bəzi məlumatlara görə 15 km təşkil edən A-DARTER raketinin uzunluğu 2980
mm, diametri 166 mm, start çəkisi isə 89 kiloqramdır. Hindistanın DDRO təşkilatı tərəfindən hazırlanan “Astra” (MKI) raketi BVRAAM sinfinə aiddir. 2015-ci ildə testlərin son mərhələsinə daxil olan “Astra” Su-30MKİ raketlərinə inteqrasiya olunub. Uzunluğu 3,5 metr, çəkisi 154 kq, döyüş başlığının kütləsi 15 kq təşkil edən AR yönləndirməli raketin 20 km mənzilə sahib qısa məsafəli və 80 km məsafəli uzaq mənzilli iki nümunəsi var. Raket özündə “Aqni” raketində tətbiq edilmiş texnologiyanı cəmləşdirir. DDRO-nun açıqlamalarına görə, “Astra”nın perspektivdə hazırlanacaq yeni versiyasının atış mənzili 150 km-ə çatdırılmalıdır. Raketdə tüstüsüz mühərrik texnologiyası tətbiq olunub. “Astra”nın digər mühüm xüsusiyyəti ECCM cihazı vasitəsi ilə rəqibin radar siqnallarını qarışdıra bilməsidir. Çinin CASC şirkəti tərəfindən istehsal edilən AR yönləndirməli PL-21 raketi öz imkanlarına görə ABŞ-ın AIM-120 AMRAAM, Avropanın MBDA “Meteor” və Rusiyanın R-77 raketi ilə müqayisə edilir. Seriyalı istehsalına 2012-ci ildə başlanılmış raket hazırda Çin Hərbi Hava Qüvvələrinin istifadəsində yer alır. Ramjet mühərriklə təchiz olunmuş PL-21 raketinin çəkisi 270 kq, uzunluğu 5.5 metr, sürəti 5 Max təşkil edir və raket hazırda “Chengdu J-20”, “Shenyang J-31” və “Shenyang J-16” təyyarələrinin silahlanmasına daxildir. Son illər Türkiyə də milli “hava-hava” sinifli raketlərinin yaradılması istiqamətində proqramların icrasına başlayıb. 2017-ci ilin may ayında İstanbulda keçirilmiş İDEF-2017 sərgisində TÜBİTAK SAGE tərəfindən yaradılmaqda olan “Gökdoğan” və “Bozdoğan” raketinin ilk nümunəsi nümayiş etdirilib. TÜBİTAK yetkililərinin sözlərinə görə, raketin “Bozdoğan” adlanan versiyası orta və uzun, “Gökdoğan” isə qısa və orta mənzilə sahib olacaq. “Gökdoğan” modeli Türkiyə HHQ-də istifadə olunan AIM-9X “Sidewinder” raketlərinin yerini almalıdır. Bu raket xarici dizayn olaraq Amerikan AIM-120 AMRAAM raketinə bənzəyir. Aktiv radar yönləndirməli raket qatı yanacaqla çalışacaq “Göktuğ” raketinin mənzilinin 25 km olacağı gözlənilir. 90 dərəcə bucaq altında hədəfləri görmə qabiliyyətinə malik raket JHMCS (Joint Helmet Mounted Cueing System-Müşterek Kaska Monteli Nişangah) sistemi ilə istifadə oluna biləcəkdir. Hər iki raketin yaradılma işlərinin 2019-cu ildə tamamlanması nəzərdə tutulur. AD
AZERI DEFENCE
Z.Babaşov
Müasir dəniz sursatlarının yaradılmasında düşmən hədə lərini yüksək dəqiqliklə məhv etmək, döyüşdə hərəkətdə olan dəniz qüvvələrini müda iə etmək və am ibiya əməliyyatlarını dəstəkləmək kimi xüsusiyyətlərə diqqət yetirilir. Quru Qoşunlarının istifadəsində yer alan sursatlardan fərqli olaraq, yeni nəsil dəniz sursatları universallığı ilə fərqlənir. Tək suüstü gəmilərə qarşı deyil, sualtı hədə lər, minalar, həmçinin hava hücumundan müda iədə tətbiq olunur.
Son illərdə həm ABŞ şirkətləri, həm də Avropanın aparıcı silah istehsalçıları tərəfindən donanmaların sifarişləri əsasında yeni növ sursatların yaradılması istiqamətində layihələr həyata keçirilməkdədir. Müşahidələr göstərir ki, bu layihələrdə əsas diqqət daha çox çoxməqsədli korrektə olunan mərmilərin yaradılmasına yetirilir. ABŞ-da korektə edilən mərmilərin yaradılması Hazırda ABŞ-ın elmi və sənaye təşkilatları bir neçə perspektivli döyüş sursatlarının müxtəlif növlərinin üzərində işlər aparırlar. Lazer sistemlərinin köməkliyi ilə təcrübəli nümunələr tədqiq olunur və sınaqdan keçirilir. Bu kontekstdə xüsusi olaraq “Hyper Velocity Projectile” (HVP) layihəsinin son nailiyyətlərindən olan unifikasiya edilmiş artilleriya döyüş sursatının yaradılmasını qeyd etmək olar. 2017-ci il mart ayının 17-də HVP layihəsi ABŞ Konqresi yanında Tədqiqat Xidmətinin hesabatına daxil edilib. HVP layihəsi əsasında əvvəlcə ABŞ Hərbi Dəniz Qüvvələrinin məqsədi gəmi artilleriyasında perspektivli sursat yaratmağa dayanırdı. Mərminin atılmasının yeni prinsiplərindən istifadə edən belə artilleriya sistemi aydın səbəblərdən standart döyüş sursatlarından istifadə edə bilmir. Nəticədə HVP indeksi almış yeni mərminin hazırlaması haqqında qərar qəbul edildi. ABŞ Müdafiə Nazirliyi ilə “BAE Systems” şirkəti arasında imzalanan müqaviləyə əsasən Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin silahlanmasında yer alan
artilleriya sistemləri üçün HVP indeksli yüksək sürətli mərminin hazırlanma proseslərinə 2012-ci ildə başlanılıb. HVP Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadalarının “5-inch” tipli bir sıra silah sistemləri üçün bir çox missiya icra edə bilən yeni nəsil, aşağı dəyərli idarəolunan mərmidir. Bu mərmi indiki və gələcək silah sistemlərinin məhv etmə qabiliyyətini artıracaq və fəaliyyətinin təkmilləşdirilməsini təmin edəcək. Yeni 155 mm-lik mərminin suüstü hədəflərə, qanadlı və ballistik raketlərə qarşı istifadəsi nəzərdə tutulub. Yeni 155 mm-lik mərminin həm də yerüstü top komleksləri üçün uyğunlaşdırılması da planlaşdırılır. HVP-ın aşağı müqavimətli aerodinamik dizaynı yüksək sürətə, manevr qabiliyyətinə və qısa müddətə hədəfi məhv etməsinə imkan verir. Dəqiq göstərici elektronikası ilə birləşdirilmiş bu xüsusiyyətlər cari təhdidlərə və gələcəkdə hava və səth təhlükələrinə uyğunlaşa bilmə qabiliyyətinə qarşı aşağı xərclərlə tapşırığın effektivliyini təmin edir. Yüksək həcmli kompakt dizayn, sursatın mühərrikinin silah diapazonunu genişləndirmək üçün ehtiyacını azaldır. Daha az mərmi sərfiyatı, daha dəqiq atış və daha dərin müdafiə təkmilləşdirilmiş gəmi təh lükəsizliyini təmin edir. Gələcəkdə HVP mərmilərin ABŞ Donanmasının ən güclü gəmi artilleriya sistemi hesab olunan “Arleigh Burke” tipli esmineslərə inteqrasiya olunacaq MK45 top kompeksi və DDG 1000 “Zumwalt” tipli esmineslərin AGS (Advanced Gun System) perspektivli gəmi artilleriya sistemlərində istifadəsi nəzərdə tutulub.
AZERI DEFENCE
ABŞ-ın “Orbital ATK” şirkətinin yaratdığı 30 və 40 mm kalibrli korrektə olunan artilleriya mərmilərinin yeni versiyası “Mark 44” topları üçün nəzərdə tutulub (MK44, Mk. 44 Bushmaster II). “Orbital ATK” şirkətinin məlumatında qeyd edilir ki, PABM indeksi almış yeni kiçik kalibrli artilleriya mərmisi “snayper dəqiqliyinə” malikdir. Yeni mərmilər əsasən kater və gəmilərin silahlandırılması, həmçinin zirehli texnika və hava platformalarında tətbiq ediləcək. “Orbital ATK” şirkətinin mütəxəssislərinin sözlərinə görə, PABM mərmiləri bir atəşlə hədəflərin məhv edilməsi üçün universal vasitə hesab olunur. Sursat hədəfə yarıaktiv özütuşlanan lazer başlıq vasitəsilə yönəlir. Bundan başqa korrektə olunan mərmilərin daha yüksək dəyəri onların kiçik maliyyə xərcləri hesabına başa gəlməsidir. EXACTO (Extreme Accuracy Tasked Ordnance) proqramı çərçivəsində hazırlanan PABM mərmisində istifadə olunan trayektoriyanın düzəlişi prinsipi, həmçinin əks əlaqə texnologiyası
partlayıcını kontaktsız aktivləşdirməyə imkan verir. “Raytheon” şirkəti “Excalibur” texnologiyası əsasında gəmi topları üçün hazırladığı 127 mm-lik “Excalibur N5” korrektə edilən döyüş sursatlarının hazırlanmasında 70 faiz “Excalibur 1B” 155 mm-lik idarə olunan aktiv-reaktiv artilleriya mərmisinin texnologiyasından və onun naviqasiya və təhriketmə sistemlərindən tam şəkildə istifadə olunub. “Excalibur N5” mərmilərinin yaradılmasında əsas məqsəd hərbi gəmilərin quru qoşunlarına sahildən dəstək verməsi və təhdidlərə qarşı uzaq məsafədən müdafiə olunmasıdır. “Raytheon”un məlumatına görə, yeni “Excalibur N5” mərmisi Mk45 gəmi toplarının uzaqvurma qabiliyyətini 3 dəfədən çox artıracaq. “Excalibur N5” idarə olunan mərmiləri INS/GPS naviqasiyasından istifadə edərək hədəfə yönəlir. 2015-ci ilin sentyabr ayında “Raytheon” şirkəti aktiv-reaktiv mərminin sınaqlarını keçirib. Arizona ştatının "Yuma" poliqonunda ABŞ Hərbi
Dəniz Qüvvələrləri üçün test edilən 127 millimetr kalibrli “Excalibur N5” mərmilərinin sınaqlarının müvəffəqiyyətlə tamamlandığı və silahlanmaya tamamilə hazır olduğu bildirilib. Yeni döyüş sursatı döyüş gəmilərinə daha yüksək dəqiqliklə, daha uzaq məsafəyə atəş açmağa imkan verəcək. “5 inch” 127 mm-lik mərmi kiçik qanadlı raketləri 17-23 dəniz mili radiusda 28-37 km məsafədə məhv edə bilər. Digər suüstü hədəflərə qarşı atış effektivliyi isə 23-30 dəniz mili radiusda 37- 48 km təşkil edir. “Excalibur N5”in atış dəqiqliyi maksimum məsafədə 2 metrdən az sapma ilə müşahidə edilir. Mərmiyə manevrli hədəfləri vurmaq üçün lazer başlıq və radar əlavə olunacaq. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Excalibur N5” sursatının artırılmış diapazonu, sahilə yaxınlaşarkən atış dəstəyinə ehtiyacı olan Dəniz Piyadaları qüvvələri üçün daha effektlidir. Hazırda “Excalibur N5”dən dəniz sahillərindəki əməliyyatları dəstəkləmək üçün istifadə edilə bilər. “Lockheed Martin”şirkətinin “5-inch Navy Guided Projectile” (NGP) layihəsi çərçivəsində gəmi topları üçün LRLAP texnologiyası əsasında hazırladığı 54/62 –mm-lik döyüş sursatları ABŞ Hərbi Dəniz Qüvvələrinin DDG-51 “Arleigh Burke” esmines və CG 47 “Ticonderoga” kreyserlərində “5 inch” 54/62 çaplı dəniz artilleriya sistemlərindən pilotsuz uçuş aparatlarına, sürətli hücum katerləri və döyüş gəmilərinə qarşı, həmçinin sahil təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunması nəzərdə tutulub. NGP gündüz, gecə və bütün hava şərtlərində əməliyyatlar zamanı 65 dəniz milindən (120 km) daha çox məsafədə dəqiq atış diapazonuna malik, raket dəstəyi olmayan, “at-unut” texnologiyalı, qatlanan qanadlı mərmi olacaq. NGP mərmisində stasionar və ya yüksək sürətli və yüksək manevrli hədəfləri aşkarlamaq və ona yönəlmək üçün GPS sistemi ilə yanaşı, çox rejimli sensorlar tətbiq olunub. “Lockheed Martin” və “BAE Systems” şirkətlərinin əməkdaşlığı ilə “5-inch NGP” layihəsi çərçivəsində hazırlanan 155 mm çaplı yeni nəsil LRLAP (Long-Range LandAttack Project) mərmiləri sürətli hücum katerləri, döyüş gəmilərinə qarşı və sahil təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub. ABŞ Hərbi Dəniz Qüvvələri 2012-ci il avqustun 3-də LRLAP uzun mənzilli idarə olunan artilleriya mərmilərinin sınaqlarını müvəffəqiyyətlə başa çatdırıb. Sınaqlarda ilk dəfə Yuxarıda Hyper Velocity Projectile proqramı üzrə BAE Systems şirkəti tərə indən hazırlanmış mərmilərin 3D formatda nümunəsi, aşağıda 57 mm-lik ORKA mərmisi Foto: BAE Systems
YANVAR–FEVRAL 2018
naviqasiya sistemi, idarə etmə və proqramlaşdırılan partlayıcılı döyüş başlığı ilə təchiz edilmiş LRLAP atışı yerinə yetirilib. 155 mm kalibrli LRLAP mərmiləri DDG 1000 “Zumwalt” tipli esmineslərin əsas silahı olan AGS (Advanced Gun System) perspektivli gəmi artilleriya sistemlərində istifadə üçün nəzərdə tutulur. Qeyd edək ki, “Zumwalt” gəmilərinin hər birində dəqiqəyə 10 atəş aça bilən 2 ədəd AGS topu (döyüş ehtiyatı 600 mərmi) yer almalıdır. LRLAP reaktiv mərmisi INS/GPS naviqasiyasından istifadə edərək hədəfə yönəlir. İstehsalçı şirkətin məlumatına görə, ixtisaslaşdırma prosesində olan LRLAP mərmilərinin təkmilləşdirilməsi davam edir. AGS tələblərinə əsasən bir hədəfə MRSI (Multiple Round Simultaneous Impact) rejimində 2 saniyə ərzində 6 mərmi atmaq mümkündür. “Lockheed Martin” şirkətinin məlumatına görə, LRLAP ABŞ dəniz donanması tarixində ən dəqiq və ən uzun mənzilli 63 dəniz mili radiusda idarə olunan mərmilərdir. “BAE Systems” şirkəti ABŞ donanması üçün LRLAP sursatları ilə yanaşı, “United Technologies Corporation” şirkəti ilə birlikdə MS-SGP (Multi-Service Standard Guided Projectile) unifikasiya edilmiş idarə olunan mərmilərin də yaradılmasını tamamlayıb. 2013-cü ildə sınaqları keçirilmiş MS-SGP mərmilərinin atışları 127 mm çaplı 62 kalibr Mk45 Mod 4 topundan həyata keçirilib. Bu mərmi stasionar və ya hərəkət edən hədəflərin məhv edilməsi üçün nəzərdə tutulur. MSSGP mərmisinin maksimal atış uzaqlığı 100 kilometr, dəqiqlik 5 metr təşkil edir. Yeni mərminin potensial alıcıları ABŞ Ordusu və Dəniz Piyada Qoşunlarıdır. Uzunluğu 1.5 metr, çəkisi 50 kq, döyüş başlığı isə 16.3 kq təşkil edən MS-SGP mərmisinin hazırlanmasında 155 mmlik idarə olunan aktiv-reaktiv LRLAP mərmisinin texnologiyasından və GPS/INS naviqasiya və təhriketmə sistemlərindən istifadə olunub. MS-SGP aktiv-reaktiv döyüş sursatı raket mühərrikiylə təchiz edilib. Mk45 artilleriya sistemindən sınaq atışı zamanı MS-SGP mərmisinin 36 kilometr məsafədən 86 dərəcə bucaq
62-63
Yuxarıda soldan-sağa Excalibur N5 və LRLAP mərmiləri. Foto: İnternet
altında 1.5 metr sapma ilə hədəfi məhv etməsi qeydə alınmışdır. Bu xüsusiyyətlər daha çox şəhərdaxili hədəflərin məhv edilməsinə zəmanət verir. Ənənəvi artilleriya mərmiləriylə müqayisədə, düşmənin maksimal bucağı 60 dərəcədən bir az çox təşkil edir. Bu günə qədər belə hədəflər gəmi silahlanmasının bahalı sistemləri ilə atəşə tutulurdu. MS-SGP mərmisinin digər xüsusiyyəti isə uçuş zamanı məlumatların ötürülməsi sistemi ilə təchiz edilməsidir. Mərminin 70 kilometr məsafəyə uçuş vaxtı təxminən 3 dəqiqə 15 saniyədir. Maksimum atış məsafəsi 62 kalibr 127 millimetr Mk45 Mod 2 topu ilə 80 kilometr, 54 kalibr Mod 4-dən 100 kilometr təşkil edir. “BAE Systems” şirkətinin məlumatına görə, yeni mərminin effektivliyi kifayət qədər yüksəkdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda mərmiyə özütuşlanan optik başlığın əlavə edilməsi imkanları nəzərdən keçirilir. Bu tətbiq nəticəsində mərmi lazerlə işıqlandırılmış hərəkət edən hədəfləri vura biləcək. “BAE Systems” şirkəti tərəfindən ilk nümunəsi 2015-ci ildə “Sea-Air-Space 2015” sərgisində təqdim olunmuş 57 mm-lik ORKA (Ordnance for Rapid Kill of Attack Craft) idarə olunan mərmiləri dəniz sursatlarının ən son nümunələrindəndir. Mk295 Mod 1 indeksi almış ORKA Mk 110 (BAE Systems Bofors Mk 3) universal avtomatik artilleriya sistemindən atış üçün nəzərdə tutulur. İlk olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin “Multi-Mission Surface Combatant” (MMSC) və “Littoral Combat Ship” (LCS) döyüş gəmilərininin silahlanmasına daxil olacaq ORKA mərmisinin seriyalı istehsalına hazırlanma mərhələsindədir. Mərmi kiçik ölçülü suüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulur. Mərmi iki kanallı, yarıaktiv lazer başlığa və hədəfin görüntüsünün yadda saxlanmasından istifadə edən elektrooptik və ya infraqırmızı başlığa malik olacaq. Sursatda proqramlaşdırılan partladıcılardan istifadə
olunur. Uçuş çəkisi 3.9 kq təşkil edən ORKA-nın maksimum effektiv atış məsafəsi 10 km olacaq. “L3 Mustang Technology” şirkətinin ABŞ Donanmasının MK332 Mod 0 indeksli artilleriya sistemindən atış üçün AlaMO layihəsi çərçivəsində hazırladığı 57 mmlik “4-Bolt Guided” (HE-4G) mərmisi 2017-ci ilin avqust ayında “Critical Design Review” (CDR) keyfiyyət testi mərhələsini tamamlayıb. Hazırda mərmi sertifikatlaşdırma və seriyalı istehsala hazırlıq prosesindədir. ABŞ Sahil Mühafizəsinin döyüş gəmiləri və yeni freqatları üçün nəzərdə tutulmuş HE-4G “ağıllı sursat”lar sinfinə aiddir. Qeyd edək ki, AlaMO layihəsi “BAE Systems” şirkətinin Mk110 indeksli artilleriya sistemi ilə təchiz edilmiş gəmilərin səth, kiçik gəmilər və insansız hava vasitələri kimi asimmetrik təhlükələrə qarşı müdafiəni təmin etməsi üçün nəzərdə tutulub. “L3 Mustang Technology” sınaqlar zamanı bu potensialı müvəffəqiyyətlə nümayiş etdirib. Şirkət mütəxəs sislərinin sözlərinə görə, bu tək milləşdirilmiş dəqiqlik xərclərin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verir və hədəfə daha az atış etməklə gəminin döyüş imkanlarını artırır. “Nammo” şirkəti tərəfindən 30x173 mm-lik dəniz topları üçün hazırlanmış yeni qəlpəli fuqas və universal betondələn fuqas döyüş başlığına sahib döyüş sursatları son illərdə bu kalibrdə yaradılmış ən effektiv döyüş sursatlarından hesab olunur. MK258 Mod 1 "Swimmer" zirehdələn mərmi ABŞ Hərbi Dəniz Qüv vələrinin LPD-17 “San Antonio” desant gəmisinə və ABŞ Donanmasının sahil mühafizəsinin yeni gəmisinə qurulan MK46-nın (distans idarə olunan 30 mmlik MK44 topu) top kompleksi üçün qəbul edilib. Bu mərminin ənənəvi MK258 Mod
AZERI DEFENCE
0 mərmisindən fərqi ondan ibarətdir ki, suya atış zamanı mərminin ətrafında köpük yaradır ki, bu da hidrodinamik müqaviməti əhəmiyyətli dərəcədə aşağı salır. “Nammo” şirkəti bunu "hidro ballistik" müharibə adlandırır. Top mərmiləri, bir qayda olaraq, suya daxil olduqda dəqiqliyi tez itirir və demək olar ki, hərəkəti dərhal dayanır. Lakin “Swimmer” mərmisi suda da hərəkətini davam etdirir və dəqiqliklə hədəfə yönələrək onu məhv edir. “Swimmer” mərmisinin çəkisi 230 qram, lülədən çıxış sürəti 1430 m/saniyə, suya 25 metr keçdikdən sonra sürəti 1030 m/san-yə, atış uzaqlığı 4000 metr təşkil edir. “Swimmer” mərmisi, əvvəlcə helikopterlə havadan dəniz minalarını təmizləyən RAMICS sisteminə quraşdırılan MK44 topu ilə 60 metrə qədər dərinliklərdə dəniz minalarının partladılması əməliyyatlarında istifadə olunub. Bundan başqa, yeni mərmi ilə su altındakı müxtəlif hədəfləri vurmaq və ya dalğaların arasından kiçik həcmli gəmiləri atəşə tutmaq mümkündür. Avropa və Rusiya layihələri İtaliyanın “Ota Melara” və Almaniyanın “Diehl Defence” şirkətlərinin birlikdə hazırladığı “Vulcano” döyüş sursatının 127 mm-lik dəniz və 155 mm-lik yerüstü artilleriya üçün idarə olunan modifikasiyaları INS/GPS naviqasiyasından istifadə edərək hədəfə yönəlir. Paralel olaraq bu sursatın gəmi artilleriyası üçün yarıaktiv lazer başlıqlı versiyası hazırlanıb. INS/GPS naviqasiyalı 127 mm-lik sursat dörd rejimə malikdir: zərbə, distans, müvəqqəti və havada partlama. 155 mm-lik döyüş sursatında isə distans partladıcı nəzərdə tutulmayıb. Havada partlatma rejimində mikrodalğalı sensor hündürlüyü ölçərək proqramlaşdırılmış sursatı partladır. Partladıcı induksiya metodu vasitəsi ilə proqramlaşdırılır, əgər top inteqrasiya edilmiş proqamlaşdıran sistemlə təchiz edilməyibsə, portativ proqramlaşdıran qurğudan istifadə etmək olar. Proqramlaşdırma həmçinin zərbə və müvəqqəti
rejimlərdə istifadə edilir. İkinci rejimə gəlincə, burada trayektoriyanın son sahəsində mərminin təsirinin optimallaşdırılması məqsədilə ləngimə qurulmuş ola bilər. Yarıaktiv lazer/infraqırmızı özütuşlanan başlığa malik “Vulcano” mərmiləri isə yalnız zərbə partladıcısıyla təchiz olunub. Volfram qəlpəli döyüş başlığına malik olan mərminin iki kalibrli variantı mövcuddur. 155-millimetr 52 kalibr “Vulcano” mərmisinin atış uzaqlığı 70 kilometr, 39 kalibr sursatla atış məsafəsi 55 kilometr təşkil edir. 127 mm-lik mərminin standart atış uzaqlığı 80 kilometrdən yuxarıdır. “Diehl Defence” şirkətinin hazırladığı sensor vasitəsi ilə hədəf aşkar olunur və artırılmış aerodinamik müqavimət sensora mərminin uçuş uzaqlığını artırmağa imkan verir. 2016-cı ilin yazında Cənubi Afrikada keçirilən təcrübə nümunələrinin sınaqları mərminin hər iki variantı atış uzaqlığını və partladıcıların imkanını nümayiş etdirib. Müxtəlif konfiqurasiyalarda lazer təhrik etmə sistemi sayəsində mərmilər tələb edilən dəqiqliklə hədəfləri vurub. 127 mm çaplı mərmi həmçinin infraqırmızı özütuşlanan başlıqla sınaqdan keçirilib, başlıq mərmini qüsursuz olaraq isti hədəfə yönəldib. Döyüş sursatlarının hazırlama prosesi başa çatıb və şir kətdaxili ixtisas sınaqlarına başlanılıb. 2018-ci ilin əvvəllərində ixtisaslaşdırmanın başa çatacağı planlaşdırılır. Bununla yanaşı, “Ota Melara” və “Diehl Defence” şirkətlərinin Almaniya və İtaliya Silahlı Qüvvələri ilə idarə olunan və idarə olunmayan dəniz və yerüstü döyüş sursatlarının istehsalına dair müqavilələr bağlaması gözlənilir. Bundan başqa, ABŞ və digər ölkələrdən də “Vulcano” döyüş sursatlarına maraq göstərilir. “Ota Melara” şirkətinin 76 mm kalibrli DART mərmiləri isə “Strales” (Davide) perspektivli gəmi artilleriya sistem lərindən gəmi əleyhinə raketlərə və yerüstü obyektlərə atəş açılması üçün nəzərdə tutulub. 2016-cı ildə müasirləşdirilmiş 76 mm/62 “Super Rapid” dəniz artilleriya sisteminə də uyğunlaşdırılan DART mərmisinin ilk atış testləri 2013-cü ilin iyununda Siciliya sahilindəki
Vulcano idarə olunan mərmi. Foto: Oto Melara
poliqonda keçirilib. Ptaktiki atışların birinci mərhələsində DART mərmiləri ilə 5 km məsafədən sahildə qurulmuş 1,5 diametrli hədəfə 10 atəş açılıb. Mərmilərdən 8-i hədəfi dəqiqliklə vurub. Atışların ikinci mərhələsində 76 mm-lik DART sursatları ilə 3-5 km məsafədən gəmi əleyhinə raketə qarşı atışlar keçirilib. Şərti hədəfi dəqiqliklə məhv edən sursatın sınaqları müvəffəqiyyətlə tamamlanıb. “Oto Melara”nın məlumatlarına əsasən, “Strales” kom pleksinin tətbiqi üçün dəyişilmiş 10 yeni 76-mm/62 “Super Rapid” sisteminin altı dəsti istehsal edilərək gəmilərə quraşdırılıb. Bundan başqa sistemlərin təxminən eyni miqdarı sifariş edilib və hazırda istehsalın müxtəlif mərhələsindədir. Mütəxəssislər təsdiq edirlər ki, “Oto Melara” gəmi artilleriyasında idarə olunan sursatların dünyada ilk seriya kompleksini yaradıb və dəniz silahının inkişafında yeni səhifə açıb. “Oto Melara” lazer/infraqırmızı özütuşlanan başlığa malik DART mərmiləri “3A Plus” proqramlaşdırılan partladıcıyla təchiz edilir. Sursat həmçinin radiokorrektə sisteminə sahibdir. Bundan başqa DART mərmiləri “Thales” şirkətinin istehsalı olan “Pharos” hədəf izləmə radarı ilə inteqrasiya olunacaq. Rusiya hərbi sənaye müəssisələri də son illərdə keçirilən hərbi sərgilərdə yeni hazırlamalarını nümayiş etdirir. Sovet istehsalı olan A-220 indeksli toplara uyğunlaşdırılan 57 mm-lik idarə olunan mərmilərin bir neçə il əvvəl seriyalı istehsalına başlanılacağı ifadə edilsə də, mediada yer alan məlumatlara görə, gərəkli texnologiyanın tətbiqi ilə bağlı çətinliklər bu prosesi ləngidir. 2017-ci ildə keçirilən sərgidə Rusiyanın "Pribor" Qeyri-Dövlət Təşkilatı Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin hava hücumundan müdafiə sistemləri üçün yeni hazırlaması olan 30 mm çaplı zirehdələn sursatı nümayiş etdirib. İstehsalçının “yeni nəsil” adlandırdığı bu sursatın texniki xarakteristikası barədə heç bir məlumat verilmir. AD