Redaktordan MÜSAHİBƏ > Rektor Vilayət VƏLİYEV: Universitet-sənaye işbirliyini formalaşdırmağa çalışırıq XƏBƏR > DSX-nin hərbi qulluqçuları təltif olundu > Müdafiə Sənayesi nazirinə yeni müavin təyin olunub > Müdafiə sərgilərinin tarixləri dəyişdirilib > Azərbaycan ABŞ-dan MERC katerləri alır > ASELSAN dünyanın ilk 50 müdafiə sənayesi şirkəti sırasında > M-346 döyüş pilotlarının hazırlığı üçün ən mükəmməl təyyarə ANALIZ > SƏRHƏDDƏ DRON MÜHARİBƏSİ TEXNOLOGİYA > ROKETSAN KAPLAN ilə 300 mm-lik raketlərə yüksək dəqiqlik gətirir SƏNAYE > ROKETSAN “Sunqur” ZRK-nin sınağını keçirdi > Retinar FAR-AD dronaşkarlama radarı istifadəyə verilib XƏBƏR > “İldırım RP-10” Azərbaycan-Türkiyə təlimlərində > İnnovasiyalar Agentliyi “Zərbə” aviasiya simulyatoru üçün investisiya raundu elan edir TANITIM > SAMUR səyyar üzən hücum körpüsü > ELEKTROLAND DEFENCE robot istehsalçısının yüksəliş hekayəsi XƏBƏR > M-346FA “Grifo” radarı ilə ilk uçuşunu etdi > “İmbat”dan daşınan havalandırma həlləri SİLAHLANMA > Tanklar üçün atəş yığımları ANALİZ > Əldəqayırma Partlayıcı Qurğularla mübarizə: Ordular yeni texnologiya axtarışında SİLAHLANMA > Termobarik döyüş sursatları TEXNOLOGİYA > Artilleriyada yeni trend: 105 mm-lik yüngül haubitsalar XƏBƏR > ATMACA hədəfi 200 kilometrdə vurdu > EDA “ağıllı parça”ların sınaqlarına başlayıb
3
4 12 12 12 14
4
14 15 16
24
16
26 27 28 28 30
30
32 36 36
26
37
42
27
46 52 56 56
15
AZERI DEFENCE Hərbitexnoloji jurnal İyul–Avqust №04(48) 2020 Təsisçi və baş redaktor Rəşad SÜLEYMANOV Tel: (+994 55) 667-50-72 Email: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.azeridefence.com Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 1, 25A, AY Plaza 503
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə indən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “AD Jurnalı” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521 Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. «ASPOİQRAF LTD» MMC mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 07.09.2020 Format 60x901/8. Sifariş 117.
Qapaq fotosu: TRG-300 (KAPLAN) raket sistemi Foto: ROKETSAN
Qiyməti: 6 manat
Редактордан Dəyərli oxucu! İlin əvvəlində davam edən COVİD-19 pandemiyası digər sahələrlə yanaşı mətbuata da öz təsirini göstrəməkdədir. Məsafədən işləmə onlayn mediadan fərqli olaraq çap mediasının fəaliyyətini xeyli çətinləşdirdi. Bu çətinliklər bir jurnal olaraq bizim də işlərimizə öz zərbəsini vurmuş oldu. Pandemiya səbəbindən AZERI DEFENCE jurnalı olaraq 2020ci ilə planlaşdırdığımız yenilikləri də növbəti ilə ertələməli olduq. Zaman və mövcud şərtlər media olaraq bizdən də dəyişməyi və inkişaf etməyi tələb edir. Bu yeniliklərimizdən biri jurnalımızın rebrendinqi ilə bağlıdır. Karantin dönəmində bəlli mərhələni adladıq və hüquqi məsələlərin həllinə nail olduq. Səkkiz ildir AZERI DEFENCE adıyla fəaliyyətini davam etdirən jurnalımız 1 Yanvar 2021-ci il tarixindən POLİQON adıyla görüşünüzə gələcəkdir. Yeni ildən POLİQON jurnalı olaraq bir sıra yeniliklər də planlaşdırırıq. Dizayn-tərtibat yenilikləri, onlayn funksiyaların artırılması, həftəlik onlayn bülletenlərin (e-bülleten) təqdimatı, videoxəbərlər, təqdimatlar və s. Ad dəyişikliyi Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir və ən başlıcası mövcud jurnalımızın regional səviyyəli bir nəşrə çevrilməsi üçün mühüm əhəmiyyətə malikdir. Ümid edirik ki, Sizlərlə indiyədək AZERI DEFENCE jurnalı olaraq mövcud olan əməkdaşlığımızı yeni ildən POLİQON üzərindən davam etdirəcəyik. Fürsətdən istifadə edərək, bizimlə əməkdaşlıq edən, dəstək olan hər bir kəsə, hər bir müdafiə sənayesi təşkilatına öz dərin təşəkkürümü bildirirəm! Rəşad Süleymanov Təsisçi və Baş redaktor
Rektor Vilayət VƏLİYEV:
Universitet-sənaye işbirliyini formalaşdırmağa çalışırıq Əsas hədəflərimizdən biri MSN müəssisələri ilə birgə tədqiqat və tədris mərkəzlərinin yaradılmasıdır AzTU-nun hazırladığı ixtisaslar müdafiə sənayesinə istiqamətlənib
4 www.azeridefence.com
Rəşad Süleymanov Respublikanın aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Texniki Universiteti (AzTU) uzun illərdir iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, müdafiə sənayesi üçün ixtisaslı kadrlar hazırlamaqla bərabər, elmi tədqiqatlar həyata keçirir. Son illərdə milli müdafiə sənayemizin inkişafına daha çox istiqamətlənən AzTU-nun yaxın perspektiv üçün planlarını universitetin rektoru, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Vilayət Vəliyevdən dinləməyə çalışdıq. Azeri Defence: Cənab rektor, mü sahibəmizə AzTUnun müasir Azərbay can təhsilində yeri və rolu, son illərdə universitetdə tətbiq edilən yeniliklərə dair fikirlərinizlə başlamaq istərdik. Bir vaxtlar tək Azərbaycanın deyil, re gionun nüfuzlu texniki universitetlə rindən olan AzTUnun əvvəlki nüfuzu nun qaytarılması istiqamətində hansı işlər görülür? Vilayət VƏLİYEV: Azərbaycanda texniki peşə məktəblərinin yaradılması XIX əsrin sonlarında sənayeləşmə prosesləri ilə eyni zamana təsadüf edir. 1887-ci ilin noyabr ayında Bakı şəhər Duması tərəfindən Bakıda texniki məktəbin yaradılması ilə peşə təhsilinin əsası qoyulub. 14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı dekretlə tərkibində
neft sənayesi, memarlıq-inşaat və elektromexanika şöbələri olan Bakı Politexnik Məktəbinin bazasında ali texniki mütəxəssislər hazırlayan Bakı Politexnik İnstitutu yaradılıb. Sonrakı dövrdə, ayrı-ayrı illərdə bu ali təhsil müəssisəsinin adı dəyişdirilmiş, 1991-ci ildən Azərbaycan Texniki Universiteti (AzTU) adlandırılmışdır. İlk vaxtlar neft sənayesinə fokuslansa da, 1950-ci illərdən Politexnik İnstitutu sənayenin digər istiqamətləri – maşınqayırma, nəqliyyat, metallurgiya, materialşünaslıq, elektron hesablama maşınları, elektroenergetika və s. baza ixtisasları üzrə də kadrların hazırlanmasını həyata keçirib. Müstəqillik dövrü ərzində AzTU kifayət qədər inkişaf yolu keçib. Hazırda universitetdə maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəq-
liyyat, mühəndis biznesi və digər sahələri ikasiya texnologiyaları, iqtisadiyyat və idarəetmə fakültələri fəaliyyət göstərir. Texniki Universitet digər ali məktəblərdən tamamilə fərqli xüsusiyyətlərə malikdir. Konsepsiyasına fikir versək, görərik ki, bu universitet bilavasitə iqtisadiyyatın baza sektorları üzərində qurulub. AzTU Azərbaycanda iqtisadiyyatın baza sektorları üçün kadrlar hazırlamaqla yanaşı, ciddi elmi-tədqiqat işləri apararaq sənayenin inkişafına çox ciddi töhfələr verib. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, AzTU-nun formalaşmasında Almaniyanın texniki ali təhsil təcrübəsi əsas götürülüb. Universitetin çox sayda məzunu bu gün Almaniyada və dünyanın digər ölkələrində çalışır. Hazırda AzTU-nun tədqiqat istiqamətlərinin nisbətən zəifləməsinə baxma-
5
AzTU və Müda iə Sənayesi Nazirliyinin rəhbərliyi arasında keçirilən görüşdə univer sitetin müda iə sənayesi müəssisələri ilə əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur. Foto: MSN
yaraq, Azərbaycan iqtisadiyyatı üçün ciddi kadr hazırlığı həyata keçirilir. Yeniliklərimiz və yaxın perspektiv üçün inkişaf planlarımız barədə onu deyə bilərəm ki, əsas istiqamətlərimizdən biri universitet-sənaye işbirliyinin formalaşdırılmasıdır. Bu istiqamətdə işlər görülür. Digər əsas istiqamət kimi tədqiqat komponentimizi artırmağı, ciddi innovativ işlərin aparılmasını və innovasiya-sənaye işbirliyini ortaya qoymağı, universitetin işgüzar imkanlarını artırmağı düşünürük. Bir sözlə istəyirik ki, AzTU innovativ sənayenin içərisində olsun. Fikrimcə, bununla bağlı AzTU-nun özünün biznes modeli yaradılmalıdır. Digər bir yeniliyimiz isə AzTU-nun brendləşdirilməsidir. Azərbaycanda UNEC-in mütərəqqi təcrübəsindən də istifadə edib bu istiqamətdə fəaliyyətlər həyata keçiririk. Azeri Defence: Vilayət müəllim, 1970–1980ci illərdə AzTUnun tələbə ləri arasında çox sayda xarici ölkə və təndaşları da olub. Bu gün xarici tələ bələriniz varmı? Xaricdən tələbələrin cəlbi üçün nələri düşünürsünüz? Vilayət VƏLİYEV: 1970-ci illərdə universitetimizdə xarici ölkələrdən, o cümlədən keçmiş Sovetlər İttifaqına üzv ölkələrdən olan tələbələr təhsil alıblar. Eyni zamanda universitetdə həm Azərbaycanın görkəmli alimlərinin, həm də xarici mütəxəssislərin iştirakı ilə ciddi elmi-tədqiqat işləri aparılıb. Texniki Universitet
6 www.azeridefence.com
həmçinin regional layihələrdə də iştirak edib. Bu gün də həmin ənənə davam edir. Hazırda AzTU-da 400-dən çox xarici tələbə və dinləyici təhsil alır. Bunlar 28 müxtəlif ölkəni əhatə etməklə əsasən, Türkiyə, Rusiya, Gürcüstan, Şri-Lanka, Pakistan, Hindistan, Nigeriyadan və digər ölkələrdəndir. Hazırlıq kurslarımızda isə 250-dək xarici tələbə var. Biz AzTU-ya xarici tələbələrin cəlb edilməsi üçün konsepsiyamızı yeniləmək istəyir, yeni proqramlar ortaya qoymağa çalışırıq. Magistr təhsili ilə bağlı ciddi yanaşma ortaya qoymuşuq. Xaricdən magistr təhsili üçün gələnlərin sayını artırmaq niyyətindəyik. Hazırda AzTU-nun magistratura səviyyəsini bitirən iki xarici tələbəni assistent kimi kafedrada işə qəbul etmişik. Azeri Defence: Sovetlər Birliyi dönəmində AzTUnun əsas istiqamət lərindən biri də ordu və müdafiə səna yesi kompleksi üçün kadrların hazır lanması olub. Universiteti bitirən çox sayda mütəxəssis müstəqillik dövrün də Azərbaycan silahlı qüvvələrində və hərbi sənaye kompleksində çalışıb. Bu gün qeyd olunan istiqamətdə AzTU nun davam edən fəaliyyətləri barədə nələri söyləyə bilərsiniz? Vilayət VƏLİYEV: Sualınızın cavabında ilk olaraq iki məqama aydınlıq gətirmək istərdim. Birincisi, Azərbaycan silahlı qüvvələrinin inkişafı ilə bağlı məsələdir. İkincisi isə müdafiə sənayesi ilə bağlıdır. Bunlar bir-birindən tamamilə fərqli istiqamətlər olsalar da, ölkəmiz üçün çox vacibdir.
Azərbaycan silahlı qüvvələrinin inkişafında AzTU-nun müstəsna rolu olub. Müstəqilliyin ilk illərində, AzTU-nun onlarla məzunu ordumuzun yaranmasında və formalaşmasında yaxından iştirak edib. AzTU-nun tələbələrindən və məzunlardan 50-dən çoxu döyüşlərdə şəhid olub. Onlardan 10 nəfəri Milli Qəhrəmandır. Universitet olaraq əsas istiqamətimiz müdafiə sənayesi kompleksi üçün kadr hazırlığı və elmi-tədqiqat işlərinin aparılmasıdır. Tarixən AzTU-da hərbi sənaye kompleksinə hədəflənmiş işlər aparılıb. Hazırlanan çox sayda layihə hərbi sənaye kompleksində tətbiq olunub. Həmin layihələrin əksəriyyəti məxfiləşdirildiyindən geniş danışmaq olmur. AzTU-nun hazırladığı ixtisaslar demək olar ki, müdafiə sənayesinə istiqamətlənib. Universitetdə bilavasitə müdafiə sənayesi üçün nəzərdə tutulan hərbi kompozisiya materialları mühəndisliyi, hərbi rabitə vasitələri mühəndisliyi, optotexnika mühəndisliyi, pirotexnika və partladıcı vasitələr mühəndisliyi, silah və silah sistemləri mühəndisliyi ixtisasları ilə yanaşı, materialşünaslıq mühəndisliyi, maşınqayırma və robototexnika, nəqliyyat vasitələri mühəndisliyi, cihazqayırma mühəndisliyi, mexatronika, informasiya texnologiyaları və proqramlaşdırma, telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi, radiotexnika və s. ixtisaslar üzrə də kadrlar hazırlanır. Son dövrlərdə universitetdə apardığımız islahatlar zamanı Azərbaycan iqtisadiyyatına və hərbi sənaye kompleksinə faydasını nəzərə alaraq fakültələrimizi yenidən təşkil etdik.
Azeri Defence: Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Xüsusi texnika və texnologiya fakültə si yaradılıb. Bu fakültə hansı istiqamət lər üzrə kadrların hazırlanmasını hə yata keçirir? Vilayət VƏLİYEV: Müdafiə Sənayesi Nazirliyi ilə sıx əlaqələrimiz var. Nazirliyin sifarişi ilə AzTU-da Xüsusi texnika və texnologiya fakültəsi yaradılıb. Fakültənin yaradılmasında əsas istiqamət müdafiə sənayesi kompleksinin inkişafına bilavasitə dəstək verməkdir. Fakültəmiz tək kadrlar hazırlamır, eyni zamanda burada elmi-tədqiqat işləri də aparılır. Fakültə Türkiyə, Rusiya və digər xarici dövlətlərin ali məktəblərinin müvafiq fakültə və kafedraları ilə qarşılıqlı əməkdaşlıq edir. Xüsusi texnika və texnologiya fakültəsi Rusiyada hər il keçirilən “Kalaşnikov mühazirələri” telekonfransının tam hüquqlu üzvüdür. Fakültədə 5 ixtisas üzrə kadrlar hazırlanır: - hərbi kompozisiya materialları mühəndisliyi; - hərbi rabitə vasitələri mühəndisliyi; - optotexnika mühəndisliyi; - pirotexnika və partladıcı vasitələr mühəndisliyi; - silah və silah sistemləri mühəndisliyi. Bunlar çox ciddi ixtisaslardır və dövlət sifarişi ilə qəbul həyata keçirilir. Öyrənilən ixtisasların vacibliyini nəzərə
alaraq fakültədə nəzəri və praktiki dərslər universitetlə yanaşı, həftədə bir gün MSN-in zavodları və təlim mərkəzlərində yaradılan geniş auditoriyalarda və istehsalat sahələrində keçirilir. Hər semestrin sonunda şəffaf imtahan sessiyası keçirilir və əlaçı tələbələr ayda 80 – 100 manat təqaüd alırlar. Ən yüksək nəticə göstərmiş 10 əlaçı tələbəyə isə Müdafiə Sənayesi Nazirliyinin təsis etdiyi əlavə 100 manat təqaüd də verilir. Fakültənin III və IV kurs tələbələri artıq MSN və Müdafiə Nazirliyinin müəssisələrində istehsalat təcrübəsinə cəlb edilir, kurs layihələri və buraxılış işlərini işləməklə istehsalatın təkmilləşdirilməsinə
AzTU rektoru Vilayət Vəliyev və Sumqayıt Texnologiyalar Data Mərkəzinin direktoru Elvin Aslanov AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi arasında əməkdaşlıq haqqında müqaviləni imzalayır. Foto: AzTU
öz təkliflərini verirlər. Fakültədə təhsilini müvəffəqiyyətlə başa vuran tələbələr ixtisası üzrə MSN və Müdafiə Nazirliyində işlə təmin olunurlar. Hazırda fakültənin 300-dən çox məzunu MSN-in zavodlarında konstruktor, texnoloq, sahə rəisi kimi aparıcı vəzifələrdə çalışır, zabit rütbəsində Silahlı Qüvvələrdə, Dövlət Təhlükəsizlik Xidmətində xidmət edirlər.
İkinci maraq yaradan məqam isə dövlət sifarişi olduğundan fakültənin məzunlarının MSN zavodlarında və digər müəssisələrdə işə qəbuludur. Yerli və xarici şirkətlər də bu fakültənin kadrlarına maraq göstərir: məsələn, Türkiyənin ASELSAN şirkəti. Hazırda Türkiyədə bizim kadrlarımız var, çalışırlar. Türkiyə hərbi sənaye kompleksində də bizim tələbələrimizə maraq var.
Hazırda fakültənin 30-dan artıq məzunu Çexiya, İtaliya, Norveç, Rusiya və Türkiyə kimi ölkələrdə magistratura səviyyəsində təhsil alır. Xüsusi Texnika və Texnologiya fakültəsinin tərkibində xarici dillər, xüsusi texnologiyalar və avadanlıqlar, mühəndis qrafikası, metrologiya və standartlaşdırma kafedraları fəaliyyət göstərir. Yanvar ayında müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşümüzdə MSN və AzTU arasında əlaqələrin inkişaf perspektivlərini, nazirliyin müəssisələrində xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının nümayəndəliyinin açılması və tələbələrin nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsinə şərait yaradılması məsələlərini müzakirə etdik. Bu gün əsas hədəflərimizdən biri də MSN müəssisələri ilə birgə tədqiqat və tədris mərkəzlərinin yaradılmasıdır. Artıq bəzi zavodlarda tədris otaqlarımız yaradılıb və açılışa hazırdır. Qəbul etdiyimiz qərara əsasən, yaxın gələcəkdə magistr və doktorantura tələbələrimizin dərslərinin böyük əksəriyyəti müdafiə sənayesi müəssisələrində keçiriləcək, buraxılış işlərinin mövzusu MSN müəssisələrindən formalaşacaq və rəhbərlər də bilavasitə həmin müəssisələrdən olacaq. Digər istəyimiz isə magistr və dokturantura tələbələrimizin elmi rəhbərlərinin müdafiə sənayesi müəssisələrinin nümayəndələri olmasıdır. Hazırda bu məsələ ilə bağlı müəyyən problemlər var:
8 www.azeridefence.com
məsələn, müəssisələrdə çalışan mütəxəssislərin elmi dərəcəsinin olmaması. Biz bu məsələnin həlli istiqamətində işləyirik. Təklifimiz ondan ibarətdir ki, müəssisələrin əməkdaşlarını tədiqatlara cəlb edək, onlar elmi dərəcə alsınlar. Bu uzun yoldur və zaman tələb edir. İkinci təklifimiz isə belədir ki, bizim professorlardan biri rəhbər olsun, MSN əməkdaşları ikinci texniki rəhbər kimi iştirak etsinlər. Biz həmçinin belə bir qərar vermişik ki, digər ixtisaslarımız da bilavasitə müdafiə sənayesi kompleksinin tələblərini dəstəkləməlidir. Telekommunikasiya, İKT, robototexnika, rabitə ilə bağlı istiqamətlərimiz bu sahədə aktiv olmalıdır. Azeri Defence: Xüsusi texnika və texnologiya fakültəsi yenidir. Doqquz ildir fəaliyyət göstərən fakültəyə ma raq necədir? Vilayət VƏLİYEV: Fakültəyə qəbul qeyd etdiyim kimi, dövlət sifarişi əsasındadır və tələb çoxdur. Universitetə qəbulda ən yüksək bal toplayan tələbələr bu fakültəyə gəlirlər. Marağın çox olmasının birinci səbəbi ixtisasların cəlbedici olmasıdır. İxtisasların digər ixtisaslarla əlaqələri var. Bakalavriat səviyyəsində boş yer qalmır. Magistr imtahanları ərəfəsində o istiqamətdə çox sıxlıq yaranmışdı. Hətta mənə yer sayını artırmaq üçün müraciət etdilər. Düşünürəm ki, bəzi istiqamətlərdə planları artıra və magistratura səviyyəsində ixtisasları genişləndirə bilərik.
Azeri Defence: Universitetin Me tallurgiya və materialşünaslıq, Maşın qayırma və robototexnika və İnforma siya və telekommunikasiya texnologi yaları fakültələrinin də bir istiqaməti müdafiə sənayesi üçün kadrların ha zırlanmasıdır. Xüsusilə də maşınqayır ma və robototexnika müasir dövrdə hərbi sənayenin ayrılmaz hissəsidir. Bu fakültələrlə də bağlı danışardıq. Vilayət VƏLİYEV: Maşınqayırma və robototexnika fakültəsi 1982-ci ilin noyabr ayında Mexanika fakültəsinin bazasında Maşınqayırma fakültəsi adı ilə yaradılıb. 2019-cu ilin oktyabr ayından fakültə Maşınqayırma və robototexnika adlandırılıb. Hazırda fakültədə bakalavriat səviyyəsində 999 tələbə, magistratura səviyyəsində isə 80 magistrant təhsil alır. Fakültədə 7 ixtisas üzrə bakalavr və magistrant hazırlanır: • maşın mühəndisliyi; • cihazqayırma mühəndisliyi; • texnoloji maşın və avadanlıqlar mühəndisliyi; • mexatronika və robototexnika mühəndisliyi; • mexanika mühəndisliyi; • poliqrafiya mühəndisliyi; • təkrar emal və bərpa texnologiyaları mühəndisliyi. Fakültə kafedralarının Almaniya, Yaponiya, ABŞ, İtaliya, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkiyə və s. ölkələrin qabaqcıl universitetləri ilə sıx elmi-pedaqoji əlaqələri mövcuddur. Fakültənin əməkdaşları və tələbələri Almaniya universitetlərində təcrübə keçirlər. Azeri Defence: Özəl sektorda fəa liyyət göstərən şirkətlərlə münasibət necə qurulur? Tələbələrin təcrübə keç məsi, işə qəbulu ilə bağlı hansı addım lar atılır? Vilayət VƏLİYEV: AzTU bu gün həm müdafiə sənayesi, həm də digər sektorlarda fəaliyyət göstərən dövlət müəssisələri və şirkətlərlə sıx əlaqələrə malikdir. Sualınızın cavabına keçməmişdən əvvəl bir məsələni vurğulamaq istərdim. Bu
gün bizim universitetin iki məhsulu var: birincisi – hazırladığımız kadrlar, ikincisi – yüksək səviyyəli tədqiqatlardır. Birinci məhsulumuz əmək bazarı, digəri xidmətlər bazarı üçündür. Universitetlərin inkişafı tədqiqatların formalaşmasından başlamalıdır. Tədqiqat mövzularını mütləq şəkildə müəssisələrdən, sənayedən götürməliyik. Bunun da yeganə yolu universitet-sənaye işbirliyidir. Bu işbirliyinin yaradılması üçün həm özəl şirkətlərlə, həm də dövlət qurumları ilə aktiv şəkildə görüşür, imkanları müzakirə edirik. Universitetin ənənəvi partnyorları olan “Azərişıq” ASC, “Azərenerji” ASC, nəqliyyat qurumları, “Baku Steel Company”, o cümlədən bir çox özəl şirkətlərlə əlaqələrimiz var. “166 Global Logistics” MMC ilə sıx əməkdaşlığımız və tədqiqat imkanlarımız var. Abşeron Logistika Mərkəzi ilə birgə Logistika, Tədqiqat və Məsləhət Mərkəzi yaratmışıq. “Baku Steel Company”də bizim tədris mərkəzimiz və fakültənin filialı fəaliyyət göstərir. “Azəralüminium”MMC ilə Gəncədə ortaq şəkildə peşə təhsili mərkəzi yaratmağı düşünürük. Bu yaxınlarda tərəfdaşlarımız sırasına proqramlaşdırma və innovativ texnologiyaların istehsalı sahəsində ixtisaslaşmış “İdrak Texnoloji Transfer” şirkəti də qoşuldu. Bu şirkətlə imkanlarımızı birləşdirmək, universitet olaraq layihələrimizi ortaya qoymağı, sənayedə tətbiq üçün onlara təqdim etməyi, habelə birlikdə təhsil layihəsi həyata keçirmək istəyirik. Gələcəyə yönəlik düşüncəmiz, həm dövlət, həm də özəl şirkətlərlə əlaqələrimizi sıxlaşdırmaqdır. Bunun üçün AzTU olaraq böyük potensialımız var. Tələbələrimiz hakaton və startap yarışmalarında çox aktivdirlər. Yarışmalarda universitetin bütün fakültələrindən tələbələr təmsil olunur. Məsələn, cari ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq məqsədilə hakaton yarışması təşkil etmişdi. Bizim tələbələrdən ibarət “Arducoman” komandası ən yüksək bal toplayaraq birinci yerə layiq görüldü. Bundan başqa, bu ilin may ayında Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən “Virtual Hackathon - 2020” müsabiqəsində də tələbələrimiz universitetimizi layiqincə təmsil etdilər. Onların hazırladığı “Kondor” dronu müsabiqədə ikinci yerə layiq görüldü. Azeri Defence: Azərbaycan 2013 cü ildən beynəlxalq kosmik kluba qo
şulub. Bu sahənin gələcəyini nəzərə alaraq, fakültələrin birinin nəzdində ayrıca olaraq kosmik sahə üzrə mühəndislərin, kadrların hazırlanma sı mümkündürmü? Bununla bağlı han sısa təklifləriniz varmı? Vilayət VƏLİYEV: Çox maraqlı sualdır. Əvvəla onu deyim ki, kosmik sənayesinin inkişafı çoxşaxəli və çox ciddi faktorlardan asılıdır. AzTU-nun bütün fakültələri kosmik sənayenin inkişafına yönəlik tədqiqatlar aparır. Qeyd edim ki, hazırda Azərbaycanda aerokosmik mühəndislik ixtisası üzrə kadrların hazırlanması Milli Aviasiya Akademiyasında uğurla aparılır. Düşünürəm ki, gələcəkdə AzTU-da da bu ixtisas üzrə kadrların hazırlanması həyata keçirilə bilər. 2009-cu ilin avqust ayında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib. Bu birinci proqramda telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması, informasiyaların qəbulu və emalı, çoxfunksiyalı super kompüter sistemlərinin yaradılması kimi ciddi məsələlər qarşıya qoyulmuşdu. 2018-ci ilin noyabr ayında isə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. İkinci proqramda “Azərkosmos” ASC-nin peyk vasitəsilə məsafədən müşahidə xidmətlərinin ölkədə inkişaf etdirilməsi, peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin və əlaqəli informasiya məhsullarının dövriyyəsinin artırılması, dövlət idarəetməsi üçün mütərəqqi imkanlardan aktiv istifadənin təşviq edilməsi, peyk təsvirlərindən faydalanmaqla müxtəlif sahələrdə
AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 1015 fevral tarixlərində Türkiyəyə işgüzar səfər çərçivəsində Türkiyə Standartlar İnstitutunda (TSE) görüş keçirib.
yeni gərəkli xidmətlər göstərilməsinə şərait yaradılması kimi məsələlər əks olunub. AzTU-nun kosmik sahədə həm mülki, həm də hərbi məsələlərin araşdırılması, xüsusilə də peyk informasiyalarının işlənilməsi istiqamətində layihələri var. Onu da qeyd etmək istərdim ki, biz AzTU olaraq əsas ağırlığı dar çərçivədə magistr və doktorluq hazırlığına yönəltməyi, kosmik sənaye araşdırmalarını müdafiə sənayesi aspektindən işləməyi düşünürük. Azeri Defence: Silahlı Qüvvələrin Hərbi Akademiyası, hərbi və xüsusi tə yinatlı təhsil müəssisələri ilə birgə fə aliyyətlər varmı? Vilayət VƏLİYEV: Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AzTU arasında 2016-cı ildə elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda müasir tələblərə cavab verən yüksəkixtisaslı elmi, elmi-pedaqoji bilik və təcrübəyə malik hərbi mütəxəssislərin hazırlanması, qabaqcıl elmi üsul və texnologiyaların inkişafı sahəsində yeni elmi materialların öyrənilməsi, informasiya və təcrübə mübadiləsinin keçirilməsi, nəzəri və praktiki elmitədqiqat işlərinin aparılması kimi məsələlər əksini tapır. Bizim Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə də birgə elmi-tədqiqat işlərinin aparılması, müəllim mübadiləsi və s. fəaliyyətlərimiz mövcuddur. AzTU və
9
parkın yaradılmasında Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) təcrübəsini öyrənmişik və Türkiyədən lazımi dəstək alırıq. Texnoparkın yaradılması Sumqayıt Kimya Sənaye Parkının dəstəyi ilə həyata keçirilir. Hazırda özəl müəssisələrin texnoparka cəlb edilməsi üçün danışıqlar aparırıq. Sumqayıt Data Mərkəzi, logistika şirkətləri, eləcə də bir sıra İKT şirkətləri texnoparka maraqlarını ifadə ediblər.
AzTU və Türkiyənin OSTİM Texniki Univer siteti arasında əməkdaşlıq müqaviləsini AzTU rektoru Vilayət Vəliyev və OSTİM Texniki Uni versitetinin rektoru Murat Yülek imzalayıb.
Polis Akademiyası arasında imzalanmış memoranduma əsasən informasiya təhlükəsizliyi və İKT sahəsində tədqiqatlar aparacağıq. Bənzər fəaliyyətləri DSX Akademiyası, FHN Akademiyası və digər hərbi təhsil müəssisələri ilə də həyata keçirməyi düşünürük. Güc strukturlarının tabeliyində olan təhsil müəssisələri ilə yaxın istiqamətlər üzrə birgə tədqiqatlar aparmalıyıq. Bunun üçün potensial mövcuddur. Ola bilsin ki, bizim bu təhsil müəssisələri ilə iki və çoxtərəfli müqavilələrimiz olsun. Azeri Defence: Bir müddət əvvəl mətbuata açıqlamanızda müdafiə təyi natlı layihələrin hazrlanması üçün uni versitetin nəzdində laboratoriyanın yaradılacağını bildirmişdiniz. Bu barə də bir qədər geniş məlumat verməyi nizi xahiş edirik. Vilayət VƏLİYEV: Biz ötən dövrdə Türkiyədə səfərdə olarkən müdafiə sənayesinə dəstək verən universitetlərdə olduq, onların təcrübələrini öyrəndik. Öncə qeyd etdiyim kimi, AzTU-nun milli hərbi sənayemizə töhfəsinin artırılması ilə bağlı işləri aktivləşdirmişik. Çox ciddi layihələrimiz var. Bu işləri aktivləşdirmək üçün universitetin nəzdində laboratoriyaların yaradılmasına ehtiyac var. Laboratoriyalardan biri Xüsusi texnika və texnologiya fakültəsinə, digəri kimya mühəndisliyinə aid olacaq və texnoparkımızda yerləşəcək. Bu laboratoriyalar imkan verəcək ki, universitet özünün la-
10 www.azeridefence.com
yihələrini sərbəst şəkildə hazırlasın. MSN-in “İqlim” Elmi-Tədqiqat Müəssisəsi ilə də danışmışıq və laboratoriyaların yaradılmasında müəssisə bizə müəyyən köməklikləri göstərəcək. Hazırda MSN ilə metalların fiziki və kimyəvi xüsusiyyətlərinin, möhkəmliyinin öyrənilməsi, İKT imkanlarının artırılması, metal örtüklərin çəkilməsi və qalvanizlə bağlı kommersiyalaşmış bir sıra layihələrimiz var. Böyük həcmli layihələr olmasa da, praktiki tətbiqlərdir. Hazırda üzərində işlər davam edən süni intellekt, nanomaterialların hazırlanması kimi seçilmiş mövzularımız da var. Azeri Defence: Türkiyə təcrübəsin də əksər universitetlərin texnoparkla rının olduğunu görürük. Bu texnopark larda özəl firmalar da yerləşir və əməkdaşlığın qurulmasında, sənaye nin inkişafında texnoparkların müs təsna rolu vardır. AzTU texnoparkının yaradılması istiqamətində hansı işlər aparılır? Vilayət VƏLİYEV: Təcrübə göstərir ki texnoparksız və sənaye parkları olmadan sənayenin inkişafı mümkün deyil. Azərbaycanda da texnoparkların yaradılması üçün müxtəlif qabaqcıl ölkələrin təcrübəsi öyrənilib, sənaye parkları və texnoparklar yaradılıb. Hesab edirik ki, bu gün universitetlərin özlərinin texnoparklarını yaratmaları vacibdir. AzTU-da texnopark ideyası var və bunun əsasında texnopark formalaşmağa başlayıb. Universitetin bir korpusunu – 1500 kv.metr sahəsi olan 5 mərtəbəli binanı bunun üçün ayırmış, “HUB 1887: innovasiya mərkəzi”ni qurmuşuq. Konsepsiya hazırlanıb, startap və inkubasiya mərkəzi yaradılıb. Texno-
Azeri Defence: Cənab rektor, AzTU nun perspektiv planları barədə nələri söyləyə bilərsiniz? Vilayət VƏLİYEV: Universitetin inkişafı ilə bağlı planlarımız var. İlk növbədə universitetdə mənəvi sağlamlaşdırma işləri aparırıq ki, reformalarımızın bazisini hazırlayaq. Elə bir reformalar aparmaq istəyirik ki uğur versin. Qeyd etdiyim kimi, tələbə-müəllim münasibətlərinin inkişafı, tədqiqatlarla bağlı xeyli işlər görmüşük. AzTU-nun 2030-cu ilə qədərki dövrü əhatə edən İnkişaf Konsepsiyasını hazırlamışıq. Konsepsiyada elmi-tədiqatların genişləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın yaxşılaşdırılması kimi məsələlər öz əksini tapır. Çalışacağıq ki, tələbələrimizin işləri biznesə lazım olsun. Gələcəkdə magistr buraxılış işləri ilə bağlı yarmarkalar keçiriləcək. Bundan başqa, düşünürük ki, bütün təhsil səviyyə və pillələrində – orta məktəb, peşə, bakalavr, magistr və doktorantura təhsilində harmoniyanı təmin edək. İnternet lisey yaradaq və gələcəyin texnoloqlarını, kadrlarını oradan seçək. Bundan sonra çox tələbə hazırlamağa deyil, yaxşı tələbə hazırlamağa yönəlməliyik. Kadrların seçimi məsələsinə də baxırıq. Bu il ilk dəfə magistr tələbələrini tədris proseslərinə cəlb etdik. İmtahanları assistent olaraq onlar götürdülər və işlərimiz yüngülləşdi. Planımızda var ki, bu il 70-ə yaxın magistr tələbəmizi universitetdə işə götürək. Öz kadr təminatımızı öz tələbələrimiz hesabına həyata keçirməyi qarşıya məqsəd qoymuşuq. Azeri Defence: Vilayət müəllim, əlavə etmək istədiyiniz başqa fikirlər varmı? Vilayət VƏLİYEV: Universitetimizdə görülən işlərə göstərdiyiniz diqqətə görə təşəkkür edir, sizə uğurlar arzulayıram. Təşəkkür edirəm! Dəyərli vaxtını ayırıb suallarımızı cavablandıran AzTUnun rektoru, pro fessor Vilayət Vəliyevə təşəkkürümüzü bildiririk!
GƏLƏCƏK ÜÇÜN TƏLİM
Aermacchi M-346 gələcək nəsil pilotların təhsili üçün effektiv və texnoloji cəhətdən inkişaf etmiş bir platformadır. İtaliya, Sinqapur Respublikası, İsrail və Polşanın Hərbi Hava Qüvvələrində xidmətdədir. Leonardo Aircraft hərbi təyyarələrinin dizaynı, istehsalı və texniki dəstəyi sahəsində dünya lideridir. Son 50 ildə Leonardonun 2000 təyyarəsi bütün qitələrdə, 40-dan çox ölkədə 20000-dən çox hərbi və mülki pilot hazırlamışdır. Böyük sənətkar ixtiraçının baxışları, maraq və yaradıcılığından ilhamlanaraq, Leonardo sabahın texnologiyasını hazırlayır.
leonardocompany.com Helicopters | Aeronautics | Electronics, Defence & Security Systems | Space
DSXnin hərbi qulluqçuları təltif olundu Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 101 illiyi ərəfəsində – avqust ayının 17-də Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qul luqçularının təltif olunması barədə bir neçə sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı ilə general-mayor Araz Məmməd oğlu Məmmədova, general-mayor Firuz Böyükağa oğlu Şirinzadəyə və general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə generalleytenant, polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova və polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə general-mayor ali hərbi rütbəsi verilib. Prezidentin digər sərəncamı ilə tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə DSX-nin bir hərbi qulluqçusuna “Əməkdar həkim”, bir hərbi qulluqçusuna “Əməkdar tibb işçisi” fəxri adı verilib, Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir hərbi qulluqçu 2-ci dərəcəli “Vətənə xidmətə görə”, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 10 nəfər “Vətən uğrunda”, 8 nəfər “İgidliyə görə”, 23 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin olunub Prezident İlham Əliyevin iyul ayının 7-də imzaladığı sərəncamla Mehman Abbas oğlu Baxışov Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavini vəzifəsinə təyin edilib. 2019-cu ilin noyabr ayından Müdafiə Sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri vəzifəsində çalışan Mehman Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altıağac kəndində anadan olub. 1974-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 1976-ci ildə həmin liseyi bitirib. 1976–1981-ci illərdə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinin hərbi mühəndistexnoloq fakültəsində oxuyub. 1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayınadək keçmiş SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi, 1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis, 1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində xidmət edib. 1990–1991ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyanın “SSRİ Müdafiə Nazirliyinin hərbi nümayəndələr” ixtisası üzrə rəhbər mühəndislər heyəti fa kültəsində təhsil alan M. Baxışov 1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini,
1992-ci ilin may ayından 1994-cü ilin yanvar ayınadək Müdafiə Sənayesi İdarəsində Baş hərbi nümayəndəliklər şöbəsinin rəisi, 1994-cü ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi olub. 1992–1993-cü illərdə Qarabağda gedən döyüşlərin iştirakçısı, Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-ci Sərəncamı ilə Mehman Baxışova general-mayor hərbi rütbəsi verilib.
Müdafiə sərgilərinin tarixləri dəyişdirilib Dünyada davam edən yeni tip koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq cari ilin ikinci yarısında keçirilməsi planlaşdırılan beynəlxalq müda iə və təhlükəsizlik sərgilərinin vaxtı dəyişdirilib. Bəzi sərgilər isə virtual olaraq keçiriləcək. Pandemiya ilə əlaqədar olaraq, 8–10 sentyabr 2020-ci il tarixlərində Bakıda keçirilməsi planlaşdırılan ADEX-2020 dördüncü beynəlxalq müda iə sərgisi 5–7 oktyabr 2021-ci il tarixinə keçirilib. COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Cənubi Afrika Respublikasının Keyptaun şəhərində 16–20 sentyabr 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılan “Africa Aerospace and Defence” (AAD-2020) sərgisinin vaxtı 21–25 sentyabr 2022-ci ilə, 24–27 noyabr 2020-ci il tarixlərində Pakistanın Karaçi şəhərində keçirilməsi planlaşdırılan IDEAS-2020 sərgisi 2021-ci ilə, 6–9 ok-
12 www.azeridefence.com
tyabr 2020-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçirilməsi planlaşdırılan DEFINDEX sərgisi 5–8 oktyabr 2021-ci il tarixinə dəyişdirilib. COVİD-19 pandemiyası ilə əlaqədar olaraq mart ayından dünyanın müxtəlif ölkələrində planlaşdırılan müda iə sərgiləri təxirə salınıb. Türkiyənin Antalya şəhərində 2–6 dekabr 2020-ci il tarixlərində planlaşdırılan “Eurasia Airshow-2020” beynəlxalq aviasiya sərgisi və aviaşousu isə koronavirus pandemiyası ilə əlaqədar olaraq virtual keçiriləcək. Sərginin təşkilat komitəsinin sədri Hakan Kurt keçirdiyi mətbuat konfransında bildirib ki, sərgi günləri uçuş şouları real olacaq və canlı yaymlanacaq. İştirakçı ölkələr və şirkətlər isə real uçuş performanslarını özlərinə uyğun bir yerdə nümayiş etdirəcəklər. Hakan Kurt bildirib ki, sərgidə 500 şirkətin, 5 min ticarət toplantısı, 5 milyon
ictimaiyyət görüntülənməsi, 100-dən çox aviasiya vasitəsinin təqdimatı, 200 rəsmi nümayəndənin iştirakı gözlənilir. Qeyd edək ki, “Eurasia Air Show2020” aviaşosu 22–26 aprel tarixlərinə planlaşdırılsa da, dünyada və Türkiyədə yayılan COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu tarix iyun ayına keçirilmişdi.
Azərbaycan ABŞ-dan MERC katerləri alır “United States Marine Inc.” (USMI) şirkəti Azərbaycana 15 ədəd 9 metrlik EOD katerinin tədarükünə dair 7 572 364 ABŞ dolları dəyərində müqavilə ilə təltif olunub. ABŞ Müda iə Departamentinin avqustun 4-də açıqladığı məlumata görə, tədarük Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində həyata keçiriləcək. Müqavilə ABŞ-ın Dəniz Sistemləri Komandanlığı (NAVSEA) ilə imzalanıb. Doqquz metrlik
çoxfunksiyalı MERC (Multi-Use EOD Response Craft) adlı katerlər Missisipi ştatının Gulfport bölgəsində inşa ediləcək. MERC katerləri üç versiyada – OCC (“Open Center Console”), “Cabin” və NOMWC inşa ediləcək. Kompozit materiallardan hazırlanan 9M MERC katerlərinin 2022-ci ilin aprelinə qədər Azərbaycana çatdırılması planlaşdırılır. Bu günə qədər USMI şirkəti MERC katerlərinin OCC və “Cabin” adlı iki
versiyasını təqdim edib. Uzunluğu 9 metr təşkil edən MERC kateri hər biri 250 at gücündə olan 2 ədəd “Mercury Verado” benzin mühərriki ilə təchiz edilir. Maksimum sürəti 39+ uzl, kreyser sürəti 30+uzl təşkil edən kater .50 kalibrli (12.7 mm-lik) pulemyotla silahlandırılır. MERC katerləri patrul, nəqliyyat, təxliyə, o cümlədən dalğıc əməliyyatları kimi müxtəlif missiyalarda istifadə edilə bilər.
ASELSAN dünyanın ilk 50 müdafiə sənayesi şirkəti sırasında Türkiyənin ASELSAN şirkəti ABŞ-da yerləşən “Defense News” jurnalı tərə indən hazırlanan, dünyanın 100 böyük müda iə sənayesi şirkətinin sıralamasında 2.2 milyard dollar dövriyyəsi ilə 4 pillə irəliləyərək 48-ci yerdə qərarlaşıb. Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Fondunun (TSKGV) bir təşkilatı olan ASELSAN Dünyanın ilk 100 müda iə sənayesi şirkəti (Defense News Top 100) siyahısına ilk dəfə 2008-ci ildə daxil olub və 97-ci yerdə qərarlaşıb. Siyahıda yer aldığı ilk ildən etibarən ilk 50 şirkət arasında qərar tutmağı hədəf seçən ASELSAN ötən il 52-ci, bu il isə 48-ci yerə yüksəlib. ASELSAN şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru professor doktor Haluk Görgün siyahıda üst sıralarda yer almaqdan məmnun qaldıqlarını, ancaq hədə lərinin daha da yüksəlmək olduğunu vurğulayıb. “ASELSAN məhsulları dünyanın 65 ölkəsində xidmət edir. Təhlükəsizlik qüvvələrimizin, dost və müttə iq ölkələrin silahlı qüvvələrinin ehtiyaclarını sürətli və etibarlı şəkildə qarşılamaq üçün gecəgündüz çalışmağa davam edəcəyik. Bunun
14 www.azeridefence.com
qarşılığında növbəti illərdə bu siyahının daha da yuxarı mövqelərində yer alacağımıza inanıram”, – deyə H. Görgün vurğulayıb. Qeyd edək ki, “Defense News” jurnalı tərə indən hər il əvvəlki ilin satışları əsas
götürülərək hazırlanan “Defense News Top 100” cədvəli dünyanın ən prestijli müda i sənayesi sıralaması olaraq qəbul edilir.
M-346 döyüş pilotlarının hazırlığı üçün ən mükəmməl təyyarə İtaliyanın “Leonardo” Korporasiyası tərə indən M-346 Müasir Təlim Təyyarəsi (Advanced / Lead-In Fighter Trainer -LIFT) müasir və gələcək nəsil döyüş platformalarını idarə edəcək pilotların hazırlanması və tədrisin effektivliyinin maksimal dərəcədə yüksəldilməsi üçün hazırlanıb. Ənənəvi iki yerli təyyarələrdə keçirilən daha bahalı təlimlərdən fərqli olaraq, uçuş saatlarının əhəmiyyətli artımına diqqət yönəldilib ki, bu da donanmaların döyüş təyyarələrinin resurslarının istismarını optimallaşdırmalarına və xərclərə qənaət etmələrinə imkanlar yaradır. Öz növbəsində, bu, döyüş əməliyyatları üçün mümkün olduğu qədər çox sayda təyyarənin hazır saxlanması deməkdir. Bu yanaşma tələbə pilotlara ən mürəkkəb əməliyyat ssenarilərini idarə etmək bacarıqları qazandırmaqla yanaşı, təlimin key iyyətini də yüksəltməyə hesablanıb. M-346 bu gün bazardakı ən modern LIFT təyyarə sayılır. İki ədəd “Honeywell” F124-GA-20 turboreaktiv mühərrik sayəsində 590 KTAS-a çatan sürətlə yüksək manevrlilik təmin edən təyyarənin pilotu kiçik şığımada 1,2 Mach uçuş sürəti yığa bilir. Təyyarənin praktiki uçuş tavanı 45000 fut, yüklənmənin maksimal həddi isə +8 /-3g-yə bərabərdir. Bütün bu göstəricilər M-346 təyyarəsini həm də döyüş təyyarələrinə yaxınlaşdırır və effektiv “hücumçu” kimi təqdim etməyə imkan yaradır. Əlavə olaraq, Quraşdırılmış Taktiki Təlim Simulyasiyası (Embedded Tactical Training Simulation -ETTS) M-346 təyyarələrinin gövdəsinə yerləşdirilmiş sensorları və çox sayda silahı, son nəsil insan-maşın interfeysi, uçuş zamanı yanacaqdoldurma zondunu, beş nöqtədə “hava-yer” və “hava-hava” sinifli xarici yüklənmə üçün asqıların imitasiyasını yaradır. Bu da pilotların tam olaraq bir döyüş təyyarəsinə bənzəyən təlim təyyarəsində uçuşlar həyata keçirməsinə imkan yaradır. M-346 simulyator, nəzəriyyə, missiyaların planlaşdırılması və kompüterləşdirilmiş təhsil idarəetmə sistemindən ibarət Yer Bazalı Təhsil Sistemini özündə birləşdirən İnteqrə Təhsil Sisteminə sahibdir. Uçuş zamanı təyyarənin Yerüstü Missiya Simulyatoru, Kompüterdə Yaradılan Güclərlə (Computer Generated Forces -CGF) inteqrasiyası pilotun real vaxt rejimində virtual tak-
tiki ssenari ilə işləməsini təmin edir. “Canlı virtual konstruktiv imkanlar” tədrisin effektivliyini artıraraq, ən çətin iş ssenarilərini canlandırır. M-346 təyyarələri və onun tədris sistemi hazırda İtaliya, Sinqapur, İsrail və Polşa hərbi hava qüvvələrinin istifadəsində yer alır. Daha 4 ədəd M-346 İtaliyanın cənubunda yerləşən Leççe-Qalatina aviasiya bazasında, IFTS, İtaliya Hərbi Hava Qüvvələri və “Leonardo” Korporasiyasının əməkdaşlığı çərçivəsində yaradılan Beynəlxalq Uçuş Məktəbində İtaliya vvə müttə iq ölkələrin döyüş pilotlarının hazırlığı üçün istifadə olunur. M-346 təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin hazırlığı üçün də ən qabaqcıl vasitədir. Təyyarə quruda və havada ilkin qiymətləndirmədən keçdikdən sonra Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfərində iki ölkə arasında müzakirə olunan saziş gündəliyə daxil edilib və ikitərəfli danışıqların mövzusuna çevrilib. Saziş M-346 təyyarələrinin tədarükü məqsədi ilə sənaye əməkdaşlığı ilə bağlı rəsmi müzakirələrin başladılmasını özündə əks etdirir.
15
Rəşad Süleymanov İyul ayının 12-də Azərbaycan–Ermənistan dövlət sərhədində – Tovuz rayonunun Ağdam kəndi yaxınlığında Ermənistan Ordusunun təxribatları ilə başlayan döyüş əməliyyatı Azərbaycan tərəfdən 12 hərbi qulluqçu və bir mülki sakinin həlak olması, 4 hərbi qulluqçunun yaralanması ilə nəticələndi. Azərbaycan Ordu su tərəfindən düşmənin təxribat cəhdləri və sərhəddə yeni mövqelər ələ keçirmək məqsədi ilə irəliləməsinin qarşısını alındı. Qısamüddətli döyüşlərdə Ermənistan Ordusunun 100-dən çox hərbi qulluqçusu və 10-dan çox hərbi texnikası məhv edildi.
SƏRHƏDDƏ DRON MÜHARİBƏSİ
16 www.azeridefence.com
Aşağıda: Azərbaycan Ordusuna məxsus “Sky Striker” kamikadze PUA və yuxarıda: PUAnın hədə i vurmasının ekran görüntüsü. Foto: MN
2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusu tərəfindən geniş miqyasda pilotsuz uçuş aparatlarının (PUA) tətbiq edildiyi halda, Tovuz döyüşlərinin gedişatında qarşı tərəfin də PUA-ların müxtəlif növlərindən və PUA-lara qarşı mübarizə sistemlərindən maksimum şəkildə istifadəsi müşahidə olundu. Bu yazımızda Tovuz döyüşlərində tərəflərin PUA-lardan istifadəsi, əldə olunan nəticələr və qarşıya çıxan problemlərə nəzər salmağa çalışacağıq. Tovuz döyüşlərinin aktiv fazasında və sonrakı günlərdə cəbhənin həm Tovuz rayonu, həm də digər istiqamətində tərəflər PUA-lardan geniş istifadə etmiş və bu zaman hər iki tərəfə məxsus PUA-ların vurulması və ya texniki vasitələrlə ələ keçirilməsi halları baş vermişdir. Öncə qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi döyüşlər başlar-baş-
lamaz Tovuz istiqamətində aralarında “Hermes-900” tipli strateji PUA da olmaqla, Azərbaycan Ordusuna məxsus 13 ədəd müxtəlif tipli PUA-nın vurulduğunu bəyan etmiş, öz növbəsində Azərbaycanın Müdafiə Nazirliyi bu iddiaları qəbul etməyərək cəfəngiyyat adlandırmışdı. Sonrakı günlərdə Ermənistan
Müdafiə Nazirliyinin keçirdiyi təqdimat və yayımladığı görüntülərin analizləri onların “zərərsizləşdirilmiş” adıyla təqdim etdikləri qalıqların kamikadze PUA-lara aid hissələr olduğunu deməyə əsas verir. Azərbaycanın Müdafiə Nazirliyinin yayımladığı videolarda da aydın şəkildə görünür ki, həmin kamikadze PUA-lardan düşmənin hərbi texnikası, canlı qüvvəsi və hərbi obyektlərinin vurulmasında istifadə olunub. Ermənistan Ordusunun iyulun 14də “Hermes-900” tipli strateji PUA-nın vurulması iddiası isə nə PUA qalıqları, nə də digər vizual görüntülərlə təsdiqini tapır. Ermənistan Müdafiə Nazirliyinin yayımladığı, mobil telefonla çəkilən həvəskar videoda sağdan sola doğru uçan sabit qanadlı və təyyarəyə bənzəyən bir hədəfin zenit-raket kompleksi ilə vurulduğu göstərilir. Videonun arxa planında raket buraxılışı kimi bir səs eşidilir, bir neçə saniyə sonra partlayış effektinin görüntüsünə bənzər dairəvi effekt yaranır və ətrafdakı insanların “biz onu vurduq” səsi eşidilir. Görüntünü analiz edən xarici ekspertlərin də fikrincə, vurulan PUA deyil. Uçuş aparatının siluetinə əsaslanan ekspertlər onun ikimühərrikli sərnişin təyyarəsinə bənzədiyini, “Hermes-900”ün füzelyajının görüntüdəki siluetlə müqayisədə nazik olduğunu və xarici dizaynın tamamilə fərqləndiyini iddia edirlər. Videodakı partlayışın sadə vizual effektlə hazırlanması, bəzi ehtimallara görə, portativ ZRK-lərin simulyatorundakı səhnələrdən birinin kəsilib əlavə edilməsi şübhələri artırır.
17
Ermənistan Silahlı Qüvvələrinə məxsus, Rusiya istehsalı olan X55M taktik PUA və Azərbaycan Ordusu tərə indən vurulmuş X55M pilotsuz uçuş aparatının qalıqları. Foto: İnternet/ Azərbaycan MN
ərazilərə düşən bəzilərinin qalıqları Müdafiə Nazirliyinin rəsmi internet saytında nümayiş etdirilib.
Ermənistan Müdafiə Nazirliyi tərəfindən marşal Armenak Haferyants adına Hərbi Aviasiya İnstitutunda keçirilmiş təqdimatda Tovuz döyüşlərində istifadə edilməyən, eləcə də Azərbaycan Ordusuna məxsusluğu faktiki olaraq inkar edilən bəzi PUA nümunələri sərgilənib. Nümayiş etdirilənlərin arasında 2009–2010-cu illərdə, 2016-cı ilin aprelində və sonrakı illərdə “vurulduğu” iddia edilən, lakin Azərbaycan Ordusunun istifadəsində mövcud olmayan “Hermes 180”, “Thunder B” kimi PUAlar da yer alsa da, 2018-ci ildə Ermənistan Müdafiə Nazirliyinin Naxçıvanla sərhəddə “vurulduğunu” iddia edərək, “Searcher” adıyla fotosunu yerli mediada tirajlatdırdığı taktik PUA-nın qalıqlarına təsadüf edilməyib. Qeyd edək ki,
18 www.azeridefence.com
həmin vaxt “Azeri Defence” saytı araşdırma apararaq ermənilərin yayımladıqları fotolardakı qalıqların Rusiya Silahlı Qüvvələrinin Gümrü şəhərindəki 102-ci hərbi bazasına məxsus “Forpost” (İsraillə birgə istehsal edilən “Searcher”in rus variantı) PUA-na aid olduğunu üzə çıxarmışdı. İki il əvvəl hadisə yerindən yayımlanan fotolardan nisbətən salamat vəziyyətdə olduğu görünən sözügedən PUA-nın hər hansı bir hissəsinə “sərgidə” rast gəlinməməsi saytımızın iki il əvvəlki araşdırmasının doğruluğunu bir daha sübut etmiş oldu. Azərbaycan tərəfi isə iyulun 12-dən 31-dək cəbhə xəttində Ermənistan ordusuna aid ən azı 5 ədəd X-55 tipli taktik PUA-nı vurduğunu açıqlayıb və bunlardan ordumuzun nəzarəti altındakı
Azərbaycan Ordusunun PUAları Azərbaycan Ordusu döyüşlərin gedişatında müşahidə, nəzarət, artilleriya atəşinin və “gəzən sursat”ların (kamikadze PUA – red.) idarə olunmasında əsasən yerli istehsal olan “Orbiter-2” və “Orbiter-3” tipli PUA-lardan istifadə edib. Qeyd olunan PUA-lar 2014–2016cı illərdə cəbhədə lokal döyüşlərdə, eləcə də sonrakı illərdə geniş istifadə olunmuşdur. Düyada qəbul edilmiş, müasir PUA sənayesinin nümunələrindən olan “Orbiter-2” və “Orbiter-3” PUA-ları Müdafiə Sənayesi Nazirliyinin İsrailin “Aeronautics Defense Systems” şirkəti ilə müştərək yaratdığı “Azad Systems” şirkəti tərəfindən istehsal edilir. Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində “Skylark” mini, “Orbiter 4”, “Aerostar” və “Hermes 450” taktik, “Heron” və “Hermes 900” kimi strateji təyinatlı PUA-lar mövcud olsa da, döyüşlərin kiçik bir ərazidə getməsi ilə əlaqədar adıçəkilən PUA-lardan istifadə olunmayıb. Bölgədə çəkiliş edən jurnalistlər və hərbçilər də yuxarıda adları çəkilən PUA-lardan istifadə edilmədiyini bildirirlər. Tovuz döyüşlərində Azərbycan Ordusu kamikadze PUA-lardan geniş istifadə etmiş və bu atışların böyük qismi, kamikadze PUA-larla düşmənə endirilən zərbələrin videoları yuxarıda qeyd etdiyimiz kimi, Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə nümayiş etdirilib. Görüntülərdən aydın olduğu qədər Azərbaycan Ordusu əsasən yerli istehsal olan “Zərbə” və İsrail istehsalı olan “SkyStriker” kamikadze PUA-larından döyüşlərdə ilk dəfə geniş istifadə edib. Bununla yanaşı, qarşı tərəfin yayımladığı görüntülərdən aydın olduğu qədər iyulun 16-da Azərbaycan tərəfindən Ermənistan Ordusunun mövqelərinə bir neçə “Harop” atışı gerçəkləşdirilib. Atışların nəticələri barədə mediada hər hansı məlumat yer almayıb. Videoların təhlilləri göstərir ki, Azərbaycan tərəfi Türkiyənin Suriyada
“Bahar qalxanı” əməliyyatının təcrübəsindən çıxış edərək kamikadze PUA-ları kəşfiyyat PUA-ları (“Orbiter 2” və “Orbiter 3”) ilə koordinasiyalı şəkildə istifadə etməyə çalışıb. Kəşfiyyat PUA-larıyla cəbhənin operativ dərinliyindəki düşmən hədəfləri aşkarlandıqdan sonra kamikadze PUA-lar hədəfə yönləndirilib. Hədəflər həm kamikadze, həm də kəşfiyyat PUA vasitəsi ilə son anadək izlənib və vurulma prosesi anbaan qeydə alınıb. İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Sky Striker” kamikadze PUA-sı Azərbaycan Ordusunun silahlanmasına 2019-cu ildə, Dövlət Sərhəd Xidmətinin silahlanmasına isə 2018-ci ilin əvvəlində daxil olub. Elektrik mühərriklə təchiz olunmuş PUA-nın çəkisi 35 kq, uçuş məsafəsi 40 km, havadaqalma müddəti iki saata qədər, sürəti 180 km/saat, maksimal uçuş yüksəkliyi isə 2000 metr təşkil edir. 5 kiloqramdan 10 kiloqramadək partlayıcı yük daşıya bilən “Sky Striker”in ilk və yeganə istifadəçisi Azərbaycandır. Tovuz döyüşləri “SkyStriker”lərin real döyüş şəraitində ilk tətbiqi sayıla bilər. İsrailin “Aeronautics Defense Systems” şirkətinin “Orbiter 1K” gəzən sursatın əsasında yaradılmış və birgə müəssisədə istehsal edilən “Zərbə” kamikadze PUA 1.5 kiloqramadək döyüş başlığı daşıyır. Canlı qüvvənin və zirehsiz nəqliyyat vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan “Zərbə” ilk dəfə praktik döyü şəraitində sınaqdan çıxarılıb. Uçuş tavanı 5500 metr, döyüş radiusu 50 km təşkil edən “Zərbə”nin
“Azeltech” şirkətinin hazırladığı “Quzğun” adlı “gəzən sursat”. Hazırda sınaqları davam edən sistemin obyektlərin avtomatik identi ikasiyası proqram təminatı işlənilir. Foto: AD
maksimal sürəti 140 km/saat, uçuş müddəti 3 saata yaxındır. Daha böyük uçuş uzaqlığına (200 km) və döyü başlığına (15-23 kq) sahib “Harop” zərbə PUA-larının isə ilk döyüş tətbiqi 4 aprel 2016-cı il tarixində olub. həmin dövrdə DSX bölmələrinin “Harop” atışları ilə düşmənin hərbçilərini daşıyan avtobus, komanda-idarəetmə məntəqəsi, Xocalı aeroportunun uçuş eniş zolaqları, artilleriya divizionu, çox sayda canlı qüvvəsi vurularaq məhv edilib. Ermənistan ordusunun PUAları Hərbi əməliyyat zonasında Ermənistan Ordusu yaxın məsafədə kəşfiyyatın aparılmasında multikopterlərdən, operativ dərinlikdə isə X-55 tipli Rusiya istehsalı olan taktik PUA-lardan istifadə edib. Həm Tovuz döyüşündə, həm də son illər cəbhədə zərərsizləşdirilən PUA-ların qalıqları düşmənin son illər X-55-lərə daha çox üstünlük verdiyini göstərir.
İstehsalçı “AFM Servers” şirkətinin mütəxəssisləri orijinal adı “Ptero 5E” olan X-55-in yeni variantlarının hərbi standartlara tam uyğunlaşdırıldığını, daha müasir elektro-optik kameralarla təchiz olunduğunu, habelə maneələrə qarşı dayanıqlığının artırıldığını bildirirlər. “AFM Servers”in mütəxəssislərinin sözlərinə görə, Ermənistana 2017-ci ildən başlanmış təkmilləşdirmə layihəsi çərçivəsində əvvəlki illərdə tədarük olunmuş PUA-ların uçuş-idarəetmə proqramı, faydalı yükü yenilənib, GPS və QLONNAS olmayan mühitlərdə uçuşu təmin edilib. Təkmilləşdirilmiş PUA X-55M vəya “Armii 55M” indeksi alıb. Kiçik qabaritli X-55M taktik PUA-nın uçuş müddəti 4 saat, kreyser sürəti 130 km/saat, uçuş tavanı 2 km, maksimal əlaqə məsafəsi 100 kilometrdir. Hərbi mediada yer alan məlumata görə, X-55 PUA maneələrə qarşı qorunan radio əlaqədən, GPS və inersial naviqasiya sistemlərindən istifadə edir.
Ermənistanın “Davaro” şirkəti tərə indən hazırlanmış “Drakon” adlı kamikadze PUA. Ermənistan mediasında PUAnın 1216 iyul tarixlərində Tovuz döyüşlərində istifadə olunduğu bildirilir. Foto: İnternet
Ermənistanda PUA istehsalı sahəsində çalışan mütəxəssislərin son iki ildə yerli mətbuatda izlənilən çıxışlarından məlum olduğu qədər ordu ilə əməkdaşlıq çərçivəsində PUA-larda intellektual idarəetmə sisteminin (Systems of Systems – SoS) işlənilməsi və tətbiqi istiqamətində ciddi işlər aparılır. SoS intellektual idarəetmə kompleksi PUA-lar uçuşa başladıqdan sonra idarəetmə mərkəzi ilə radioəlaqəni kəsərək verilən tapşırıqları avtomatik rejimdə yerinə yetirir. Bu da PUA-nın düşmən tərəfindən ələ keçirilməsinin qarşısını alır. Ermənistanın Müdafiə Nazirliyi Tovuz döyüşlərində kəşfiyyat PUA-ları ilə yanaşı, kamikadze PUA-lardan da istifadə etdiklərinə dair bəzi açıqlamalar verib və görüntülər paylaşıb. Ordudakı mənbələrə əsasən, Ermənistan mediası döyüşlərdə “Davaro” şirkəti tərəfindən hazırlanmış kamikadzelərin ilk dəfə istifadə olunduğu yazıb. Əvvəlki aylarda ordu sınaqlarının tamamlandığını və müəssisənin may ayında foto paylaşaraq “ilk partiyası təhvil verilməyə hazırdır” elanını nəzərə alsaq, düşmənin Tovuz döyüşlərində “Drakon” adlandırılan kamikadzelərdən istifadə etdiyi ehtimalı yaranır. İstehsalçı şirkətin açıqlamalarına görə, “Drakon”un uçuş uzaqlığı 100 km, çəkisi 15 kq, maksimal sürəti 180 km/saat təşkil edir. Ermənistan mediası 2020-ci ilin əvvəlində həmçinin “Pro MAQ” şirkətinin istehsalı olan BEEB-1800 adlı “gəzən sursat”ın sınaqlarının tamamlandığını və silahlanmaya qəbuluna qərar verildiyini də yazıb. Erməni mediasında yer alan məlumatlara görə, “Davaro” şirkətin “Dra-
20 www.azeridefence.com
kon” kamikadze PUA-nın bir ədədinin qiyməti 30-40 min ABŞ dolları arasında dəyişir. “Pro MAQ” isə Ermənistan Ordusuna daha ucuz qiymətə, qısa uçuş məsafəsinə və daha az faydalı yükə sahib kamikadze PUA-lar tədarük edib. Antidron sistemlər Ermənistan Müdafiə Nazirliyinin sərgilədiyi PUA və PUA qalıqları arasında “Orbiter 3” tipli mini taktik PUA və 062 bort nömrəli “SkyStriker” tipli kamikadze PUA-nın bir nümunəsi də mövcuddur. Həm “Orbiter-3”-ün, həm də “SkyStriker” kamikadze PUA-nın partlamaması və paraşütün açılması onun Ermənistan ordusunun silahlanmasında mövcud olan “Avtobaza-M” və ya “Repellent-1” tipli radioelektron mübarizə vasitəsi ilə endirildiyini düşünməyə əsas verir. “Repellent-1” stansiyası kiçikölçülü PUA-ların radiorabitə kanallarına maneələrin qoyulması, idarəetmənin ələ keçirilməsi yolu ilə PUA-ların zərərsizləşdirilməsi üçün nəzərdə tutulur. Ermənistanın Müdafiə Nazirliyi “Repellent-1” stansiyalarını 2017-ci ildə sifariş verib və onlar silahlanmaya 2019-cu ildə qəbul edilib. Bundan başqa, Ermənistanın Belarusdan “Qroza” radioelektron mübarizə kompleksi əldə etməsi, eləcə də mövcud REM vasitələrini Rusiya və Belarus şirkətlərinin iştirakı ilə təkmilləşdirməsinə dair məlumatlar mövcuddur. Əvvəlki illərdə Ermənistan ordusu həm “Avtobaza-M”, həm də “Repellent-1” REM vasitələri ilə cəbhə xəttində Azərbaycanın PUA-lardan istifadəsinə müəyyən maneələr yaratmağa nail olmuşdur.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi jurnalı olan “Haykakan Banak” yazır ki, “Azərbaycan Ordusunun 2014– 2016-cı illərdə PUA-lardan aktiv istifadə etməsi Ermənistanın yeni REM vasitələri satın almasına və silahlanmadakı mövcud texnikaları təkmilləşdirməsinə təsir göstərib”. Bu çərçivədə 2018–2019-cu illərdə Ermənistan Rusiyadan “Repellent-1” stansiyaları ilə yanaşı, ən azı 3 ədəd RB341V “Leer 3” radioelektron mübarizə və radiotexniki kəşfiyyat stansiyası da alıb. Sosial şəbəkələrdə yer alan görüntülərdən aydın olduğu qədər Tovuz istiqamətində döyüş əməliyyatları zamanı Ermənistan Ordusu bir ədəd “Leer-3” kompleksindən istifadə edib. Ehtimal edilir ki, Azərbaycan ordusunun məhv etdiyi düşmənin radioelektron mübarizə kompleksi də məhz bu “Leer3” olub. Ermənistanın “LT-Pyrkal” Qapalı Səhmdar Cəmiyyətinin İrəvan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutu ilə birlikdə hazırladığı antidron sistemi isə özündə jamming və lazerlə məhvetmə imkanlarını cəmləşdirir. Texniki-taktiki xüsusiyyətləri barədə çox az məlumat olan bu sistemin sınaqlarının işğal altındakı Azərbaycan ərazilərində keçirildiyi bildirilir. Bu ilin aprel ayından Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində təkmilləşdirilmiş “Osa-AK” zenit-raket kompleksləri ilə PUA-larla mübarizə mövzusunda təlimlərə başlayıblar. Ermənilərin yayımladığı fotolarda diqqət çəkən məqam müasirləşdirilmiş “Osa-AK” ZRK-lərin yeni elektro-optik komplekslərlə təchiz edilməsi olub. Radiosükut rejimində hədəflərin aşkarlanması və izlənməsinə imkan verən elektro-optik kompleks özündə TV kamera, termal kamera və lazer məsafəölçəni birləşdirir. Kamera görüntüsü operatorun monitoruna (ABŞ-ın “Lilliput Electronics” şirkətinin istehsalı) ötürülür. Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında yer alan “Osa-AK” ZRK-lər yerli “Patenş” QSC və “Jamar-D.D” ASC-nin iştirakı ilə müasirəşdirilib. Həmin dövrdə Ermənistan mediası müəssisə rəsmilərinə istinadən “Osa-AK” ZRK-də müasirləşdirilmiş “TOV-M” elektro-optik kompleksin qurulduğunu yazıb. 2019-cu ilin dekabr ayında müasirləşdirildiyi bildirilən ona
yaxın “Osa-AK” ZRK Ermənistan Ordusuna təhvil verilib. Nələrə diqqət yetirilməlidir? PUA-ların döyüş əməliyyatlarında artan rolu öz növbəsində antidron sistemlərin gələcək əməliyyatlarda istifadəsinə ilə bağlı məsələləri də bir daha aktuallaşdırır. Ekspertlərin fikrincə, antidron sistemlərinin seçilməsində bir neçə vacib faktora diqqət yetirilməlidir. Hazırkı şəraitdə dövlət sərhədində və cəbhə xəttində radiolokasiya sistemlərinin tətbiqində yaşanan problemlər, düşmənin silahlanmasında müxtəlif növ REM vasitələrinin mövcudluğu Azərbaycan Ordusunun daha mükəmməl, maneələrə və aldatılmaya davamlı antidron sistemləri seçimini şərtləndirir. Baş verənlər göstərir ki, diqqət daha çox passiv iş rejiminə malik PUA kəşfiyyatı sistemlərinin əldə edilməsinə yetirilməlidir. Burada xüsusi təyinatlı bölmələr və komandir heyəti üçün “Drone Shield” şirkətinin portativ “RF Patrol” aşkarlaycıları, geniş sahə üçünsə “Microflown Avisa” şirkətinin çoxfunksiyalı akustik sensorları ideal həllərdən sayılır. Ermənistan Ordusu müxtəlif PUAlardan istifadə etdiyindən aşkarlanan hədəflərin zərərsizləşdirilməsi üçün həm kəsici-qarışdırıcı cihazlardan, həm də fiziki məhvetmə sistemləri (ASELSAN şirkətinin istehsalı olan qarışdırma və siqnalkəsmə sistemləri, yaxud İtaliya, Avstraliya, İsveç kimi ölkələrdən istehsalçı şirkətlərin yoxlanılmış və praktik sahədə özünü doğrultmuş cihazlar) istifadə oluna bilər. PUA-lar ilə mübarizə aparmaq üçün müxtəlif istehsalçı şirkətlər tərəfindən fərqli həllər təklif olunur. Mütəxəssislərin sözlərinə görə, PUA təhdidləri ilə mübarizənin ana xəttini onların vaxtında aşkarlanması təşkil edir. Bəzən vaxtında aşkarlanmayan PUA-lar (dronlar) ilə endirilən ani zərbələr daha böyük fəsadlara yol açır. Ona görə də həm hərəkət halında olan qüvvələrin, həm də stasionar obyektlərin mühafizəsi zamanı diqqət yetirilməsi gərəkən məqamlardan birincisi dronların vaxtında aşkarlanmasıdır. Hazırda bu məqsədlə istifadə edilən radiolokasiya sistemlərinin aşkarlama effektivliyi 60%-i keçmir. Kiçikölçülü, aşağı hündürlükdə uçan PUA-ların radarlarla aşkarlanmasındakı problemlər tam həllini tapmayıb. Hərbi əməliyyat zonalarında isə radarların
Dron və atəş yerlərinin kəş iyyatı üçün istifadə olu nan AMMS çoxfunksiyalı akustik sensor. Foto: Micro lown AVISA
düşmənin radiotexniki kəşfiyyat vasitələri ilə aşkarlanması və onlara müdaxilə ehtimallarının mövcudluğu digər problemdir. Çoxfunksiyalı akustik sensorların yaradılması və istehsalı sahəsində tanınmış Niderlandın “Microflown AVISA” şirkətinin AMMS (Acoustic Multi-Mission Sensors – Akustik Çoxməqsədli Sensor) texnologiyasına əsaslanan “Sky Sentry” adlı antidron kəşfiyyatı sistemi günün 24 saatı, hər cür hava şəraitində sabit qanad PUA-lar, multirotorlar və helikopterlərin aşkarlanması üçün nəzərdə tutulub. “Sky Sentry” sistemi dronlarla yanaşı, düşmənin artilleriya vasitələrinin və iriçaplı silahların yerinin aşkarlanması üçün də istifadə oluna bilir ki, bu da öz növbəsində bir sistemlə daha çox və fərqli tapşırıqları yerinə yetirməyə imkan verir. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Sky Sentry”in jamming edilməsi, yaxud düşmənin radiotexniki kəşfiyyat sistemləri tərəfindən təsbit olunması mümkünsüzdür. NATO-nun müvafiq qurumlarının iştirakı ilə keçirilmiş sınaqlar zamanı yüksək dəqiqliklə aşkarlama qabiliyyətini sübuta yetirən sistem analoqları arasında ən kiçik xəta payına sahibdir. Sistem sabit qanad PUA-ları (2 kq çəkidə) 2000 metr, rotorlu PUAları 1500 metr, multikopterləri 7001000 metr, helikopterləri isə 10 km uzaqlıqdan təsbit edir. Bunun üçün AMMS sensorlarının təyin edilən obyektin perimetri boyunca bəlli məsafədə yerləşdirilməsi lazımdır. Dronların akustik imzasını şəhər mühitində müşahidə olunan bütün digər səs mənbələrindən ayırmaq üçün “Sky Sentry” sis-
temi xüsusi alqoritmlərdən istifadə edir. “SkySentry” komanda postu qəbul edilən bir informasiyanı digər sensor qovşaqları ilə tutuşduraraq analiz edir. Bunun nəticəsində vaxtı, GPS vasitəsi ilə koordinatları, yüksəkliyi, obyektin sürətini, trayektoriyasını müəyyənləşdirir. Sistem vasitəsi ilə birdən çox istifadəçiyə eyni zamanda informasiyalar göndərilməsi mümkündür. Mütəxəssislərin sözlərinə görə, döyüş zonalarında, yaxud hansısa mühüm tədbirlərin təşkil olunduğu ərazilərdə AMMS sensorlarını nəqliyyat vasitələrinin damında yerləşdirilməklə mobil aşkarlayıcı kimi istifadə etmək olar. Dronların kəşfiyyatı üçün nəzərdə tutulan portativ cihazlardan biri də antidron sistemlərin və həllərin yaradılması üzrə ixtisaslaşmış Avstraliyanın “DroneShield” şirkətinin əsgərlərin üzərində daşına bilən “RF Patrol” detektorudur. Bir əsgərin üzərində – maqazin cibində daşına bilən cihaz tamamilə passivdir və düşmənin radioelektron kəşfiyyat sistemləri tərəfindən aşkarlanmır. “RF Patrol” komandirlərin, eləcə də xüsusi təyinatlı bölmələrin şəxsi heyəti üçün nəzərdə tutulub. “DroneShield” şirkətinin baş direktoru Oleq Vornikin sözlərinə görə, əsgərin üzərində daşınan “RF Patrol” istiqamətləndirilmiş antenadan istifadə edərək şəhərlərdə, radiodalğaların yüksək olduğu şəraitdə dronları 1 km-ə, radiodalğaların zəif olduğu yerlərdə isə 4 km-ə qədər məsafədən aşkarlamağı bacarır. Cihazın çəkisi 800 qramdır. Sistemin Azərbaycana ixracıyla bağlı hər hansı problem yoxdur.
21
sisteminə çevirməyə imkan verir. Hazırda bununla bağlı qiymətləndirmələr aparırıq. Onu deyə bilərəm ki, mövcud texnologiyalardan istifadə etməklə bazara təklif olunan antidron sistemləri ilə müqayisədə daha mükəmməl, çoxfunksiyalı və gələcəkdə təkmilləşdirmələrə açıq olan bir sistem həllini layihələndirə və hazırlaya bilərik. Bu sistem tək PUA-lara qarşı deyil, eyni zamanda müəyyən mövqelərdə yerləşdirilməklə yerüstü təhdidlərə qarşı da istifadə edilə bilər”.
RfPatrol portative dronaşkarlama qurğusu. Foto: Drone Shield
Məhvetmə sistemləri Müasir hərbi təyinatlı PUA-ların proqram təminatı onların radiotexniki mübarizə vasitələri ilə sıradan çıxarılmasını çətinləşdirir. Əldə olunmuş məlumatlara görə, 2015–2018-ci illərdə Ermənistan Ordusunun cəbhə xəttindəki bölükləri tam şəkildə yerli və xarici şirkətlərin istehsalı olan multirotor tipli PUA-larla təchiz edilib və bunun hesabına bölüklərin müşahidə və kəşfiyyat imkanları əhəmiyyətli dərəcədə artırılıb. Azərbaycan Ordusu tərəfindən cəbhə xəttində zərərsizləşdirilən multirotorların qalıqları onların sadə protokollara, hazır alınan uçuş kontrollerinə və geni yayılmış idarəetmə alqoritmlərinə əsaslandığını göstərir. Bu tip PUA-lara qarşı ordumuzun silahlanmasında yer alan portativ antidron sistemləri ilə effektiv mübarizə aparmaq mümkündür. Multirotor tipli PUA-lardan fərqli olaraq, taktik PUA-ların zərərsizləşdirilməsi hazırda orduların gündəmini zəbt edən aktual məsələlərdəndir. Xüsusi işlənilmiş idarəetmə proqramları, geniş zolaqlı idarəetmə kanalları, antijamming xüsusiyyətlərə malik GPS naviqasiyası və digər hərbi standartlara uyğun hazırlamış komponentlərin tətbiqi bu PUA-lara silahlanmadakı radioelektron mübarizə vasitələri ilə müdaxilə imkanlarını azaldır. “Avtobaza-M”, “Qroza-S” və s. bu kimi daha güclü və bahalı REM sistemləri tələb olunur. Antidron sistemlərin yaradılması və layihəndirilməsi istiqamətində tədqiqatlar aparan Azərbaycanın “Azeltech” şirkətinin baş direktoru Samir Süleymanovun sözlərinə görə, hazırda taktik
22 www.azeridefence.com
PUA-ların zərərsizləşdirilməsində daha çox aşağıdakıı fiziki məhvetmə metodlarından istifadə edilir: – “İqla”, “Stinger” və s. ZRK-lərdən; – lazer silahlarından; – proqramlaşdırılan sursatlardan istifadə etməklə zenit top kompleksləridən; – təkmilləşdirilmiş, müasir sensorlarla inteqrasiya olunmuş zenit toplarından; – sürətli reaktiv PUA-lara quraşdırılan məhvetmə vasitələrindən. Samir Süleymanovun fikrincə, Azərbaycan Ordusunun silahlanmasında yer alan ZU-23-2 zenit toplarını və ZSU-23-4 “Şilka” özüyeriyən zenit toplarını dron aşkarlama radarları, RF detektoru, akustik və elektro-optik sensorlarla inteqrasiya etməklə stasionar və daşınan antidron sistemlərinə çevirmək mümkündür. Sistemin etibarlılığını artırmaq üçün Pakistan və Polşa nümunələrində olduğu kimi ZU-23-2 zenit topları məsafədən idarə edilən atış-idarəetmə sistemləri və əlavə portativ zenit-raket kompleksləri ilə də dəstləşdirilə bilər. Adıçəkilən zenit topları 450 metr/saniyə sürətlə uçan hədəfləri 1500 metr yüksəklikdə və 2000 metr uzaqlıqda məhv etməyə imkan verir. Müasir elektro-optik kameralar, RF qəbuledicilər, akustik sensorlar, dronları aşkarlamaq üçün nəzərdə tutulan radiolokasiya sistemləri və daşınan ZRK-lərin inteqrasiyası hesabına bu məsafəni iki dəfədən çox uzatmaq mümkündür. “Tərəfimizdən düşünülən layihə ordumuzun silahlanmasında yer alan zenit toplarını effektiv antidron mübarizə
Nəticə Tovuz döyüşlərinin gedişatında göründüyü qədər hər iki tərəf PUA-ların həm kəşfiyyat, həm də kamikadze tiplərindən geniş istifadə edib. Təbii ki, bu döyüş tərəflərin öz PUA parklarını təkmilləşdirməsinə də təsirsiz ötüşməyəcək. Mövcud sistemlərin döyüş tətbiqi zamanı ortaya çıxan çatışmazlıqlar daha mükəmməl və uyğun kamikadze PUA-ların axtarışı və əldə edilməsinə yol açır. Avqustun 4-də Ermənistanın Yüksək Texnologiyalı Sənaye Nazirliyinin Hərbi Sənaye Komitəsinin sədri Artak Davtyanın PUA istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri ilə görüşündə yerli istehsal olan PUA-ların təkmilləşdirilməsi məsələlərinin müzakirə edildiyi bildirilib. Rəsmi məlumatda tanışlıq və fikir mübadiləsinin aparıldığı bildirilsə də, KİV-də görüşün detalları barədə geniş məlumatlar mövcud deyil. “Davaro” şirkətinin rəhbəri David Qaloyan “görüşdə döyüşlərdəki tətbiqlər əsasında məhsulların təkmilləşdirilməsinə dair tövsiyələr aldıqlarını” qeyd edib. Azərbaycan üçün də bu istiqamətdə daha uyğun görünən ordunun yerli həllərlə kütləvi şəkildə təmin edilməsidir. “Azeltech”, “İdrak Texnoloji Transfer” və “Buta Armor Technologies” şirkətləri tərəfindən yaradılmış, sürü halında uçuş və tapşırıqların icrası, üz və obyekttanıma alqoritmlərinə sahib kəşfiyyat, kamikadze və hədəf dronların nümunələri sınaq mərhələsindədir. Yerli layihələrin ordu tərəfindən dəstəklənməsi bu məsələdə daha avantajlıdır. Xaricdən satın almalarla müqayisədə bir neçə dəfə ucuz başa gələn yerli kamikadze PUAların ordunun istəyinə uyğun konfiqurasiya edilə bilər. AD
$.867Ä&#x20AC;. +Ä&#x201A;5%Ä&#x20AC; 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;. 4$%Ä&#x20AC;/Ä&#x20AC;<<Ä&#x201A;7/Ä&#x201A;5Ä&#x20AC;0Ä&#x20AC;= ;h686Ä&#x20AC; 6$+Ä&#x201A; 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;<Ä&#x20AC; 6Ä&#x201A;5+Ä&#x201A;' 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;<Ä&#x20AC; ' $.867Ä&#x20AC;. 6Ä&#x20AC;78$6Ä&#x20AC;<$ 0Ä&#x201A;/80$7/ $1',50$6, +(/Ä&#x20AC;.237(5 38$ 7Ä&#x201A;<< <$5Ä&#x201A; 08/7Ä&#x20AC;.237(5 534 $9 720$7 7 38/(0<27 9Ä&#x201A; 3$57/ $<,þ/ $5,1 $þ.$5/$10$6,
ROKETSAN KAPLAN ilÉ&#x2122; 300 mm-lik raketlÉ&#x2122;rÉ&#x2122; yĂźksÉ&#x2122;k dÉ&#x2122;qiqlik gÉ&#x2122;tirir TĂźrkiyÉ&#x2122;nin ROKETSAN Ĺ&#x;irkÉ&#x2122;ti tÉ&#x2122;rÉ&#x2122;findÉ&#x2122;n yaradÄąlmÄąĹ&#x; vÉ&#x2122; hazÄąrda istehsalÄą davam etdirilÉ&#x2122;n idarÉ&#x2122; olunan TRGÂ300 (KAPLAN) raketlÉ&#x2122;ri yĂźksÉ&#x2122;k dÉ&#x2122;qiqlik gĂśstÉ&#x2122;ricilÉ&#x2122;rinÉ&#x2122; vÉ&#x2122; mÉ&#x2122;hvetmÉ&#x2122; qabiliyyÉ&#x2122;tinÉ&#x2122; sahib 300 mmÂlik silah sistemidir. KAPLAN raketi manevr edÉ&#x2122;n qĂźvvÉ&#x2122;lÉ&#x2122;rÉ&#x2122; effektiv atÉ&#x2122;Ĺ&#x; dÉ&#x2122;stÉ&#x2122;yinin verilmÉ&#x2122;si, 20 kilometrdÉ&#x2122;n 120 kilometrÉ&#x2122;dÉ&#x2122;k mÉ&#x2122;safÉ&#x2122;dÉ&#x2122; yerlÉ&#x2122;Ĺ&#x;É&#x2122;n, seçilmiĹ&#x; hÉ&#x2122;dÉ&#x2122;flÉ&#x2122;rin dÉ&#x2122;qiq atÄąĹ&#x;la vurulmasÄą ßçßn nÉ&#x2122;zÉ&#x2122;rdÉ&#x2122; tutulub.
K
APLAN raketlÉ&#x2122;rinin hÉ&#x2122;dÉ&#x2122;flÉ&#x2122;rini dÉ&#x2122;qiq vura bilmÉ&#x2122;sinin tÉ&#x2122;mÉ&#x2122;lindÉ&#x2122; GPS dÉ&#x2122;stÉ&#x2122;kli inersial naviqasiya sistemi dayanÄąr. HazÄąr konteynerlÉ&#x2122;rÉ&#x2122; yerlÉ&#x2122;Ĺ&#x;dirilmiĹ&#x; raketlÉ&#x2122;r bu Ĺ&#x;É&#x2122;kildÉ&#x2122; depolanÄąr, daĹ&#x;ÄąnÄąr vÉ&#x2122; atÄąĹ&#x;larÄą hÉ&#x2122;yata keçirilir. KAPLAN raketlÉ&#x2122;ri ROKETSAN Ĺ&#x;irkÉ&#x2122;tinin istehsalÄą olan K+ silah sistemindÉ&#x2122;n vÉ&#x2122; Ă&#x2021;ox FunksiyalÄą YaylÄąm AtÉ&#x2122;Ĺ&#x;li Reaktiv Sistemi ilÉ&#x2122; bÉ&#x2122;nzÉ&#x2122;r interfeysÉ&#x2122; sahib olan digÉ&#x2122;r platformalardan atÄąla bilir. QoĹ&#x;unlara gecÉ&#x2122; vÉ&#x2122; gĂźndĂźz hÉ&#x2122;r cĂźr hava vÉ&#x2122; É&#x2122;razi Ĺ&#x;É&#x2122;rtlÉ&#x2122;rindÉ&#x2122; effektiv atÉ&#x2122;Ĺ&#x; dÉ&#x2122;stÉ&#x2122;yi tÉ&#x2122;min edÉ&#x2122;n KAPLAN raketi Silah Sistemi isÉ&#x2122; 6x6 tÉ&#x2122;kÉ&#x2122;r formuluna malik taktik nÉ&#x2122;qliyyat vasitÉ&#x2122;sinin Ĺ&#x;assisindÉ&#x2122; yaradÄąlÄąb. Bu, KAPLAN-a sadÉ&#x2122;cÉ&#x2122; yollarda deyil, çÜllĂźk É&#x2122;razilÉ&#x2122;rdÉ&#x2122; dÉ&#x2122; yĂźksÉ&#x2122;k manevr qabiliyyÉ&#x2122;ti qazandÄąrÄąr, sistemin etibarlÄąlÄąÄ&#x;ÄąnÄą artÄąrÄąr vÉ&#x2122; imkanlarÄąnÄą geniĹ&#x;lÉ&#x2122;ndirir. AtÉ&#x2122;Ĺ&#x; mÉ&#x2122;safÉ&#x2122;sinin uzaqlÄąÄ&#x;Äą vÉ&#x2122; dÉ&#x2122;qiq vurma qabiliyyÉ&#x2122;ti sayÉ&#x2122;sindÉ&#x2122; KAPLAN eynilÉ&#x2122; BORA Silah SistemindÉ&#x2122; olduÄ&#x;u kimi, manevr edÉ&#x2122;n qĂźvvÉ&#x2122;lÉ&#x2122;rin dÉ&#x2122;stÉ&#x2122;klÉ&#x2122;nmÉ&#x2122;si zamanÄą standart taktiki tapĹ&#x;ÄąrÄąqlarla yanaĹ&#x;Äą, fÉ&#x2122;rqli É&#x2122;mÉ&#x2122;liyyatlarda da istifadÉ&#x2122; oluna bilÉ&#x2122;r. KAPLAN hÉ&#x2122;mçinin silah idarÉ&#x2122;etmÉ&#x2122; sisteminÉ&#x2122; inteqrasiya olunmuĹ&#x; yĂźksÉ&#x2122;k texnologiyalÄą naviqasiya vÉ&#x2122; avtomatik istiqa mÉ&#x2122;t mĂźÉ&#x2122;yyÉ&#x2122;netmÉ&#x2122; sistemlÉ&#x2122;ri hesabÄąna â&#x20AC;&#x153;at vÉ&#x2122; qaçâ&#x20AC;? taktikasÄąnÄąn uÄ&#x;urla tÉ&#x2122;tbiq edildiyi bir artilleriya vasitÉ&#x2122;sidir. AvtomatlaĹ&#x;dÄąrÄąlmÄąĹ&#x; sistem komandir, doldurucu vÉ&#x2122; sĂźrĂźcĂź olmaqla 3 nÉ&#x2122;fÉ&#x2122;r heyÉ&#x2122;t ĂźzvĂź ilÉ&#x2122; atÄąĹ&#x;larÄą hÉ&#x2122;yata keçirmÉ&#x2122;yÉ&#x2122; imkan verir.
KAPLAN Silah Sistemi atÉ&#x2122;Ĺ&#x; ßçßn ehtiyac duyulan hazÄąrlÄąq, planlaĹ&#x;dÄąrma, ballistik hesablama vÉ&#x2122; istiqamÉ&#x2122;t tÉ&#x2122;yinetmÉ&#x2122; kimi tapĹ&#x;ÄąrÄąqlarÄą yerinÉ&#x2122; yetirmÉ&#x2122;k ßçßn lazÄąm olan mexaniki, elektrik vÉ&#x2122; elektronik altsistemlÉ&#x2122;rÉ&#x2122; sahibdir. FÉ&#x2122;rqli marka vÉ&#x2122; modellÉ&#x2122;rdÉ&#x2122; nÉ&#x2122;qliyyat vasitÉ&#x2122;si, radiostansiya, gĂźc sistemlÉ&#x2122;ri vÉ&#x2122; naviqasiya cihazlarÄąnÄą ĂśzĂźndÉ&#x2122; birlÉ&#x2122;Ĺ&#x;dirÉ&#x2122;n sistem istifadÉ&#x2122;çinin logistik infrastrukturuna vÉ&#x2122; ehtiyaclarÄąna gĂśrÉ&#x2122; fÉ&#x2122;rqli versiyalarda da istehsal olunur. ROKETSAN Ĺ&#x;irkÉ&#x2122;ti KAPLAN raketi vÉ&#x2122; KAPLAN raketi Silah Sisteminin yenilikçi yanaĹ&#x;manÄąn nĂźmunÉ&#x2122;si olduÄ&#x;unu vurÄ&#x;ulayÄąb: â&#x20AC;&#x153;BaĹ&#x;lanÄ&#x;Äącda idarÉ&#x2122; olunmayan bir raket kimi dizayn edib yaratdÄąÄ&#x;ÄąmÄąz KAPLAN raketi vÉ&#x2122; KAPLAN raketi Silah Sistemini mĂźasir texnoloji infrastruktrumuzdan istifadÉ&#x2122; etmÉ&#x2122;klÉ&#x2122;, modern mĂźharibÉ&#x2122;lÉ&#x2122;rin ehtiyaclarÄąna cavab verÉ&#x2122;n bir sistemÉ&#x2122; çevirdik. Bu É&#x2122;n gĂśzÉ&#x2122;l ĂśrnÉ&#x2122;klÉ&#x2122;rimizdÉ&#x2122;n biridir. LayihÉ&#x2122;dÉ&#x2122; ROKETSAN sadÉ&#x2122;cÉ&#x2122; raketÉ&#x2122; yĂźksÉ&#x2122;k dÉ&#x2122;qiqlik qazandÄąran idarÉ&#x2122;etmÉ&#x2122; sistemini inteqrasiya etmÉ&#x2122;klÉ&#x2122; mÉ&#x2122;hdudlaĹ&#x;madÄą. Onu istifadÉ&#x2122;çilÉ&#x2122;rin bĂźtĂźn ehtiyaclarÄąnÄą qarĹ&#x;Äąlayan bir silah sisteminÉ&#x2122; çevirdi. Ä°stifadÉ&#x2122;çilÉ&#x2122;rimiz raketimizdÉ&#x2122;n vÉ&#x2122; silah sistemimizidÉ&#x2122;n son dÉ&#x2122;rÉ&#x2122;cÉ&#x2122;dÉ&#x2122; mÉ&#x2122;mnundurâ&#x20AC;?.
TRGÂ300 KAPLAN raketinin texniki gĂśstÉ&#x2122;ricilÉ&#x2122;ri (BLOKÂI) 75* .$3/$1 UDNHWLQLQ WH[QLNL J|VWÔĽULFLOÔĽUL %/2. ,
dDS PP $áĂ&#x2022;UOĂ&#x2022;T NT 0ÔĽVDIÔĽ NP øGDUÔĽHWPÔĽ *36 4/21$66 GÔĽVWÔĽNOL ,16 (OHNWURPH[DQLNL \|QÔĽOWPÔĽ VLVWHPOL 1ÔĽ]DUÔĽW DHURGLQDPLN QÔĽ]DUÔĽW <DQDFDT 4DWĂ&#x2022; NRPSR]LW '|\ ú EDĂşOĂ&#x2022;áĂ&#x2022; )XTDV TÔĽOSÔĽOL '|\ ú EDĂşOĂ&#x2022;áĂ&#x2022;QĂ&#x2022;Q oÔĽNLVL NT
TRGÂ300 KAPLAN BLOKÂII* 75* .$3/$1 %/2. ,, dDS PP $áĂ&#x2022;UOĂ&#x2022;T NT 0ÔĽVDIÔĽ NP øGDUÔĽHWPÔĽ *36 4/21$66 GÔĽVWÔĽNOL ø16 (OHNWURPH[DQLNL \|QÔĽOWPÔĽ VLVWHPOL 1ÔĽ]DUÔĽW DHURGLQDPLN QÔĽ]DUÔĽW <DQDFDT 4DWĂ&#x2022; NRPSR]LW '|\ ú EDĂşOĂ&#x2022;áĂ&#x2022;QĂ&#x2022;Q WLSL )XTDV TÔĽOSÔĽOL '|\ ú EDĂşOĂ&#x2022;áĂ&#x2022;QĂ&#x2022;Q oÔĽNLVL NT
0ÔĽKYHWPÔĽ UDGLXVX
Â&#x2022; P
0ÔĽKYHWPÔĽ UDGLXVX
Â&#x2022; P
3DUWODGĂ&#x2022;FĂ&#x2022; EDĂşOĂ&#x2022;T WLSL 'ÔĽTLTOLN &(3
.RQWDNW YÔĽ \D[Ă&#x2022;QODĂşPDOĂ&#x2022; d P
3DUWODGĂ&#x2022;FĂ&#x2022; WLSL 'ÔĽTLTOLN &(3
.RQWDNWOĂ&#x2022; YÔĽ \D[Ă&#x2022;QODĂşPD d P
*BLOKÂII dĂśyĂźĹ&#x; baĹ&#x;lÄąÄ&#x;Äą gĂźclÉ&#x2122;ndirilmiĹ&#x; TRGÂ300 raketidir.
24 www.azeridefence.com
ROKETSAN “Sunqur” ZRK-nin sınağını keçirdi ROKETSAN şirkəti tərəfindən hazırlanmış “Sunqur” adlı portativ zenit-raket kompleksinin atış sınaqları keçirilib. Atəş məsafəsi 8 km təşkil edəcək “Sunqur” ZRK-nin qoşunlara planlaşdırılan vaxtdan öncə çatdırılması üçün seriyalı istehsal xətti yaradılır. ZRK-nin ilk nümunələrinin 2020-ci ildə orduya verilməsi planlaşdırılıb. Tamamilə yerli və milli imkanlarla yaradılan, pilləli hava hücumundan müdafiə sisteminin ilk mərhələsi olan “Sunqur” ZRK hərəkətli və sabit bölmələrin və obyektlərin hava hücumundan müdafiəsinin təmin edəcək ən müasir portativ ZRK-lərdən olacaq. Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir özünün sosial media hesabında “Komitəmizin rəhbərliyi altında, ROKETSAN-ın yerli
26 www.azeridefence.com
müdafiə sənayesi tərəfdaşları ilə birlikdə hazırladığı, “Sunqur” uğurlu atış sınaqlarından sonra inventara daxil olmağa hazırdır!”, – yazıb. Komitə sədri bildirib ki, yüksək effektivliyə və manevr qabiliyyətinə, yüksək dəqiqliyə və maneələrə qarşı qoruma xüsusiyyətlərinə sahib raket titan döyüş başlığına, hədəfin uzaq məsafədən görünməsini təmin edən nişangahla dəstləşdirilib. Portativ xüsusiyyətləri “Sunqur”un yer, hava və dəniz platformalarına inteqrasiya edilməsinə imkan verəcək. Nəqliyyat vasitəsinin üzərinə quraşdırılmış “Sunqur” gecə və gündüz saatlarında hədəflərin aşkarlanması, ayırd edilməsi, izlənməsi və 360 dərəcə üfüqi müstəvidə atış qabiliyyətinə sahibdir.
Sabit və çoxrotorlu mini və mikro pilotsuz uçuş aparatlarının (PUA) və ya digər adıyla dronların son illərdə xüsusilə terror təşkilatları tərəfindən asan tədarük edilə bilməsi və istifadəsi təhlükəsizlik qüvvələri üçün əsas təhdidlərdən birinə çevrilib. Dron təhdidlərinə qarşı müxtəlif qarışdırıcı (jamming) sistemlərinin mövcud olmasına baxmayaraq, dronların zərərsizləşdirilməsi üçün ilk növbədə onların aşkarlanması lazımdır. Dronların adi insan gözü ilə vizual aşkarlanması təhdidin ölçülərinin çox kiçik olması və hava şəraitindən asılı olaraq dəyişir. Ən əsası isə dronların vizual görmə məsafəsinin çox qısa olması təhlükələrin qarşısının alınmasında gecikməyə səbəb olur. Buna görə də mini və mikro PUAların uzaq məsafələrdən aşkarlanması üçün radarlar ən mühüm sistem olaraq ön plana çıxmaqdadır.
Retinar FAR-AD dronaşkarlama radarı istifadəyə verilib Bu çərçivədə Türkiyə Müdafiə Sənaye Komitəsi (SSB) ilə 2019-cu ildə imzalanmış “Mini/mikro PUA təsbit radar sistemi” müqaviləsi çərçivəsində “Meteksan Savunma” şirkəti 8 aylıq bir zaman kəsiyində “Retinar FAR-AD” dron aşkarlama radarının yaradılmasını həyata keçirib. Dronların quşlardan ayrd edilməsi, “DJI Phantom”, TALON kimi fərqli dronların aşkarlanması və izlənilməsi kimi bir-birindən fərqli bir çox sınaqları uğurla tamamlayan “Retinar FAR-AD” radarının tədarükü reallaşıb. “Retinar FAR-AD” dron aşkarlama radarı mini və mikro PUA-ları və yer üstü ilə gələcək təhdidlərə qarşı tamamilə yerli və milli olaraq yaradılmış radar sistemidir. “Retinar FAR-AD” geniş sahələri avtomatik olaraq deteksiya edib, dronları aşkarlayaraq təhlükəsizlik qüvvələrini vaxtında tədbirlər görməsi üçün məlumatlandırır. “Ku” dalğa diapazonunda zəif RF çıxış gücüylə çalışan sistem müasir texnologiyalı hal radiodalğa dizaynına və rəqəmsal texnologiyaya əsaslanan
Aşkarlama məsafəsi - Dron (RKA 0.02 m2) - İnsan (RKA 1 m2) - Digər sistemlərlə birlikdə
1,5-2.3 km 3,6-7 km 0,1 – 18 km
İzlənən hədə in ən yüksək sürəti
>50km
İşçi tezliyi
Ku
Sistem arxitekturası
Dopler impulslu
Dost bölgə/xəbərdarlıq bölgə sayı
ən az 8
İşləmə temperaturu
-32°C /+50°C
Elektromaqnetik uyğunluq
MIL-STD-4611
radar arxitekturasına sahibdir. Xüsusi dopler impulslu dalğa formasından istifadə edən sistem rəqəmsal radar arxitekturası sayəsində fərqli dalğa forması və fərqli bucaqlarda dönmə sürəti ilə seçilə bilən effektiv istifadə rejimləri təqdim edir. “Retinar FAR-AD” 30 rpm dönmə sürəti sayəsində yüksək manevrli təhdidləri aşkarlamağa və izləməyə imkan verir. “Retinar FAR-AD” 40° yüksəliş bucağı ilə eyni anda yer üstündəki təhdidləri 7 km, havadakı təhdidləri isə
3 km-dək məsafəyə qədər aşkarlayır və izləməyə götürür. Radar “İstifadəçi İnterfeysi Proqramı” ilə izlənən hədəflərin istiqaməti, 9 km-dək məsafə, sürət və trayektoriyası barədə məlumatları operatora təqdim edir. İzləmə rejimində qeydə alınan məlumatlar əsasında avtomatik şəkildə hədəfin sinifləndirilməsini həyata keçirən sistem qarşıya çıxan problemləri aradan qaldırmaq və sinifləndirmənin etibarlılığını yüksəltmək üçün Hədəf Analizi Rejimində daha mükəmməl və müasir alqoritmlərdən istifadə olunur.
“İldırım RP-10” Azərbaycan-Türkiyə təlimlərində “Azeltech” şirkətinin istehsalı olan “İldırım RP-10” məsafədən partlatma sistemi Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasında keçirilmiş “Sarsılmaz Qardaşlıq” adlı birgə təlimlərində istifadə olunub. Şirkətdən verilən məlumata görə, mühəndis xidməti tərəfindən “Azeltech”in əməkdaşlarının da iştirakı ilə məsafədən partlayışların həyata keçirilməsi üçün istifadə olunan sistemin imkanları Azərbaycan və Türkiyə silahlı qüvvələrinin mütəxəssisləri tərəfindn yüksək qiymətləndirilib. “İldırım RP-10” məsafədən partlatma sistemi bundan əvvəl Azərbaycan Ordusunun müxtəlif təlimlərində istifadə edilib. “Azeltech” şirkətinin direktoru Samir Süleymanov bildirib ki, “İldırım RP-10” məsafədən partlatma sisteminin döyüş radiusu sınaqlar zamanı 3-8 kilometr arası təsdiqlənib. ““İldırım RP-10” minaların tə miz lənməsi, minalı sahələrdən cığırların açılması, xüsusi təyinatlıların kəşfiyyatdiversiya əməliyyatlarında istifadə üçün nəzərdə tutulur. Cihazdan istifadə etməklə eyni vaxtda ərazidə aşkarlanmış bütün minaları partladıb zərərsizləşdirmək mümkündür”, - deyə şirkət rəhbəri vurğulayıb.
İnnovasiyalar Agentliyi “Zərbə” aviasiya simulyatoru üçün investisiya raundu elan edir Azərbaycan İnnovasiyalar Agentliyi “Zərbə” hərbi-taktiki aviasiya simulyatorunun araşdırma və inkişaf işlərini sürətləndirmək üçün növbəti investisiya raundunu elan edəcək. Agentliyin yaydığı məlumata görə, “Zərbə” təyin olunmuş tammiqyaslı ərazidə çoxvariantlı döyüş taktikalarını yerinə yetirmək, öyrənilmiş təcrübələrin nəticələrini qiymət ləndirmək və onları hava qüvvələrinin strategiyalarına və metodlarına tətbiq etmək üçün yaradılmış taktiki hava döyüşü simulyatorudur. VR texnologiyasına əsaslanan bu təlim-məşq kompleksinin köməyi ilə uçuş heyətinin ilkin uçuş təlimlərinin, qrup şəklində uçuşların, taktiki hazırlıqların həyata keçirilməsi mümkündür. VR texnologiyası sayəsində Qarabağ və Azərbaycan xəritəsinə əsaslanan, hazırda Azərbaycan Hava Qüvvələrində istifadə olunan təyyarə
28 www.azeridefence.com
tipləri, hərbi texnika və hədəflər real mövqelərinə uyğun VR xəritədə yerləşdirilərək virtual obraz yaradılır və pilotlar tərəfindən döyüş təlimi üçün istifadə olunur. Layihə həmçinin Hərbi Hava Qüvvələrinin döyüş bacarıqlarının tək və qrup şəklində məşq edilməsi, hava hücumundan müdafiə məşqləri və
əraziyə uyğun digər hazırlıqların keçirilməsi imkanlarını da təmin edir. Virtual hərbi təlim-məşq kompleksinin tərkibində yer alan 360 dərəcə dönən platforma, yerli relyefi nəzərə alan, hava və yer hərbi texnikasını simulyasiya edən VR proqram təminatı, mikrofonlu kommunikasiya sistemi, VR eynəkli dəbilqə və bir çox digər komponentlər reallığı daha da artırır. Uzaqdan idarəetmə və qeydaparma sisteminin köməyi ilə isə ekipajın həm tək, həm qrup halında hərəkətinin videoqeydiyyatını aparmaq və təkrar izləmək mümkündür. Kompleksin əsas üstünlükləri sürətli şəkildə işə düşməsi, kiçik sahələrdə yerləşdirilə bilməsi, adi elektrik şəbəkəsinə qoşulması, az miqdarda enerji istifadə etməsi və eyni anda 60 iştirakçının simulyasiyaya qoşula bilməsidir.
S
AN
M D CO MODIT
Y
E
ION UN
EY
E
RK
TH
1911
NG S OF TU
OF CHA
HA
MB
R
XC
E
www ww ww.tuy y ap.com.tr
M-C TSE - ISO 10002
‹STANBUL
TS EN ISO 9001:2015
TÜY YA AP F FA AIR CONVENTION AND CONGRESS CENTER Büyükçek mece, ‹s tanbul / Tur key
SAMUR səyyar üzən hücum körpüsü “FNSS Savunma Sistemleri A.Ş” şirkəti tərəfindən istehsalı həyata keçirilən “Samur” səyyar üzən hücum körpüsü (Seyyar Yüzücü Hücum Köprüsü – SYHK/ Armored Amphibious Assault Bridge- AAAB) manevr edən bölmələrin və hərbi texnikaların döyüş zonasındakı su hövzələrindən sürətlə və təhlükəsiz şəkildə keçidini təmin edən nəqliyyat və körpü sistemidir. Türkiyənin Quru Qoşunları Komandanlığının ehtiyaclarının qarşılanması üçün 30 yanvar 2007-ci il tarixində Müdafiə Sənayesi Katibliyi ilə FNSS şirkəti arasında imzalanan müqavilə əsasında SYHK sisteminin layihələndirilməsinə başlanıb, dizayn, yaradılma və istehsal yerli imkanlar hesabına həyata keçirilib. Layihə üzrə SYHK-nin ilk prototiplərinin istehsal 14 iyun 2010-cu ildə tamamlanıb. 13 iyun 2012-ci il tarixində açıqlanan, fərqli sektorlardan 192 müraciətin edildiyi Texnologiya Mükafatlarında
“texnologiya yaradan və sistem inteqratoru rolu ilə texnologiyanın inkişafına verdiyi töhfəsinə görə” FNSS şirkəti SYHK layihəsi ilə Jüri Xüsusi Mükafatına layiq görülüb. Həm FNSS şirkəti, həm də Türkiyə müdafiə sənayesi üçün bir çox ilkləri özündə cəmləşdirən SYHK layihəsi Türkiyənin hərbi nəqliyyat vasitələri sektorunda yerli olaraq dizayn edilmiş və müqaviləsi imzalanan ilk layihədir. FNSS şirkətinin 8x8 PARS zirehli transportyorları ilə bənzər konsept və
eyni komponentlərə sahib olan “Samur” səyyar üzən hücum körpüsü həm bərə, həm də körpü kimi çayların və digər su hövzələrinin keçilməsində tanklar başda olmaqla, bütün növ hərbi texnika və yüklərin qarşı sahilə nəqli üçün nəzərdə tutulur. SYHK eyni zamanda sel daşqınları kimi təbii fəlakət zonalarında da istifadə oluna bilir. “Samur” SYHK hazırda dünyada öz sinfində 8x8 təkər formuluna sahib olan yeganə nəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi mərkəzləşdirilmiş təkərlərin
təzyiqinə nəzarət sisteminə və maşının hündürlüyünü tənzimləmə sisteminə sahibdir. Bütün oxlar üçün kontrol edilən güc bölüşdürücü qurğu xüsusilə yumşaq, palçıqlı və maneəli ərazilərdə yüksək hərəkət performansı və sürət təmin edir. Hər bir oxa düşən maksimum yük 9 tondur. “Samur” SYHK-nin yumşaq və palçıqlı ərazilərdə hərəkət edə bilməsi imkan verir ki, çay kənarlarında suya giriş və çıxış üçün daha az hazırlıq işləri aparılsın. Bütün oxlardan dönmə qabiliyyəti maşının dönməsi üçün tələb olunan məsafəni minimuma endirir. Oxlar arasındakı qısa məsafə dik maneələrin (0.50 m) və xəndəklərin (2 metr enində) keçilməsində maşına əlavə üstünlük qazandırır. “Samur” 60%-ə qədər yüksək və 30% yana maili hərəkət qabiliyyətinə sahibdir. “Samur” SYHK-nin suda hərəkəti iki ədəd pompa reaktiv vasitəsi ilə təmin olunur. Bu sistem maşının pivot dönmələr hesabına yan və önə doğru 360° manevr
etməsinə imkan verir. Suyun müqavimətini azaltmaq üçün oxlar geriyə – maşının korpusunun daxilinə çəkilir. Bərə konfiqurasiyasında tək bir “Samur” sistemi MLC21 (hərbi yük sinfində 21 ton tırtırlı) nəqliyyat vasitəsinin, iki “Samur” sistemi bir-birinə bağlanmaqla MLC70 T (70 ton tırtırlı) nəqliyyat vasitəsini, üç sistem bir-birinə bağlanmaqla MLC100 W (100 ton təkərli) nəqliyyat vasitəsinin su hövzələrinin üzərindən keçidini həyata keçirə bilər. Bərə konfiqurasiyası ilə yanaşı, 8 ədəd “Samur” SYHK-ni MLC70 T və MLC100 W maşınlarını daşıya bilən 100 metr uzunluğunda bir körpünün qurulması üçün birləşdirmək mümkündür. Daha geniş məsafələrin keçilməsi məqsədilə çox sayda “Samur” SYHK bir birinə bağlana bilər. “Samur” əlavə yedək maşınlarına ehtiyac duymadan, bir sistem üzərində 4 rampa daşıyır. Nəqliyyat vasitəsi yumşaq ərazilərdə özünü və ya digər
sistemləri qoşub çəkməyə imkan verən bucurğad ilə təchiz olunub. Ən yeni texnologiyaların və altsistemlərin tətbiq olunduğu “Samur” SYHK-nin təmir və servisinin, ehtiyat hissə təminatının əlçatan və asan olması əsas avantajlarındandır. Ötən dövrdə FNSS və Türkiyə Quru Qoşunları arasında imzalanmış Təmir-Servis Yoxlama (MRO) müqavilələri ilə xərclərin effektivliyinə, eyni zamanda maşınların yüksək döyüş hazırlığı vəziyyətində saxlanılmasına nail olunub. 2019-cu ildə tərəflər arasında ikinci MRO müqaviləsinin imzalanıb. Hazırda dünyada bənzər sistem yalnız Avropada bir şirkət tərəfindən istehsal olunur. Türkiyə belə bir sistemi milli imkanlar hesabına yaradan və istehsal edən ikinci ölkədir. Dünyadakı bənzər sistemlərdən daha üstün imkanları ilə fərqlənən “Samur” səyyar üzən hücum körpüsü Türkiyə Silahlı Qüvvələri tərəfindən uğurla istifadə olunur.
Teoman Korkmaz Türkiyənin bomba zərərsizləşdirmə robotlarının xaricdən idxal edildiyi bir zamanda Ankara şəhərində qurulan “ElektroLand Defence” adlı şirkət tərəfindən müxtəlif elektronik kartların təmiri həyata keçirilirdi. Firmanın müştəriləri arasında Türkiyənin təhlükəsizlik qüvvələri də vardı.
ELEKTROLAND DEFENCE
Robot istehsalçısının yüksəliş hekayəsi Həmin dövrdə xaricdən idxal edilən robotlarda hər hansı bir problem yarandıqda istifadəçi təşkilatlar cihazları təmir üçün xaricə göndərmək məcburiyyətində qalırdılar. Təbii ki, bu təmir işləri də aylarla davam edirdi. Zaman-zaman müxtəlif təmir və servis işləri üçün “ElektroLand Defence” şirkətinə üz tutan təhlükəsizlik orqanlarının əməkdaşları günlərin birində əllərində bir bombazərərsizləşdirmə robotu ilə şirkətə gəlir. Şirkət rəhbərliyi ilə görüşdə problemli robotun təmir üçün xaricə göndərilməsinin robotun özünün qiymətinə başa gəldiyi, təmir prosesinin uzun sürdüyü ifadə olunur. Robotun sökülüb yoxlanılması təklif edilir. “Təbii ki, söküb yoxlaya bilərik”, – deyir şirkət yetkililəri. Amma digər tərəfdən əndişə də var. Çünki içində necə bir texnologiyanın olduğunu bilmirdilər. Açılıb baxıldıqda məlum olur ki, robotun mexaniki hissələri və elektronikası bu sahədə çalışan şirkət üçün uşaq oyuncağından fərqlənmir. Sıradan çıxmış robotu qısa müddətdə və çox ucuz qiymətə təmir edən “ElektroLand” bununla da Türkiyədə bombazərərsizləşdirmə robotlarının təmiri mərkəzinə çevrilir. Bombazərərsizləşdirmə robotları təhlükəsizlik qüvvələrinin həyatını xilas edir. Buna görə də çox ehtiyac duyulan bir sistemdir. Ancaq həmin dövrdə xaricdən satın alındı-
ğından həm olduqca baha başa gəlir, həm də istənilən sayda alına bilmirdi. Şirkət “biz bu robotların daha yaxşısını istehsal edə bilərik”, – deyir və işə başlayır. Demək olar ki, tam şəkildə Türkiyədən təmin edilən hissələrlə ilk bombazərərsizləşdirmə robotu istehsal edilir və sınaqlarının keçirilməsi üçün təhlükəsizlik qüvvələrinə göndərilir. Sınaqlar uğurla tamamlanır. İstifadəçilər də nəticələrdən məmnundur və sifarişlər verilir. “ElektroLand Defence”nin bombazərərsizləşdirmə robotunun istehsalı macərası da beləcə başlayır… Həm təhlükəsizlik təşkilatı, həm də ordu istifadə edir “ElektroLand Defence” şirkətinin istehsal etdiyi bombazərərsizləşdirmə robotları hazırda Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Baş İdarəsinin müxtəlif bölmələrinin istifadəsində yer alır. Cari ilin əvvəlində şirkət 5 ədəd bombazərərsizləşdirmə robotunun satışını həyata keçirdiyi Banqladeş Ordusundan daha 6 ədəd robotun da sifarişini alıb. “ElektroLand Defence”nin robotlarına “dünyada özünü ən çox isbat etmiş” sistemlər demək mümkündür. Çünki terrorla mübarizə edən Türkiyənin təhlükəsizlik qüvvələri illərdir bu sistemləri effektiv şəkildə istifadə edir.
“ElektroLand Defence” şirkətinin istehsalı olan TMR II “Kutlu” robotu. Foto: ElektroLand
Yuxarıda: “ElektroLand” şirkətinin istehsalı olan müxtəlif robotlar Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı Bomba Zərərsizləşdirmə Qrupunun silahlanmasında yer alır. Aşağıda: TMR I “Xan” robotu su topu ilə şübhəli əşyanı məhv edir. Foto: Türkiyə MN, ElektroLand
İstehsalçı şirkət təhlükəsizlik qüvvələrinin əməliyyatlar zamanı qarşıya çıxan ehtiyacları, onların tələb və tövsiyələri əsasında məhsullarını davamlı şəkildə yeniləyir. Bu yaxınlarda Türkiyə Milli Müdafiə Nazirliyinin Liviyada həyata keçirilən əməliyyatlarla bağlı yayımladığı fotolarda əsgərlərin “ElektroLand Defence”nin istehsalı olan bomba zərərsizləşdirmə robotlarından istifadə etdiyi əksini tapmışdır. Türkiyə Silahlı Qüvvələri TMR-II “Kutlu”, TMR-II “Çətin” və TMR-I “Dinçer”dən Liviyanın sərt iqlim şəraitində istifadə etməklə yanaşı, Liviya Ordusunun EOD bölmələrinə təlimlər keçir. Təqdim edilən robotların avantajlarından bəhs edən “ElektroLand Defence” şirkətinin təsisçisi və Baş direktoru Ferhat Uğur məhsulların yerli və milli olmasının böyük əhəmiyyət daşıdığına diqqət çəkib: “Əsgərlərimizin istifadə etdikləri bu məhsulları bizim tamamilə yerli imkanlarla istehsal etməyimiz təmir və servisin təşkilini problemsiz yerinə yetirməyimizə imkan verir. Misal üçün, Liviyada robotlardan birində problem çıxdı. Döyüş bölgəsi olduğundan mümkün olursa, biz Liviyaya gedir, o robotun təmirini həyata keçiririk. Getməsək belə həmən yenisini göndəririk. Çünki stoklu çalışırıq. Əlimizdə robotlar var. Əvvəllər xaricdən təmin edilən məhsulları ya satmaq istəmirdilər, ya da ehtiyat hissələri göndərməyi çox gecikdirirdilər”. Şirkət rəhbəri bildirib ki, Liviyada istifadə edilən TMR-II “Çətin”in servisə ehtiyacı yarandığı üçün Silahlı Qüvvələr robotu şirkətin Ankaradakı müəssisəsinə göndərib. Şirkət isə dərhal stokda hazır olan bir ədəd TMR-II “Kutlu” və bir ədəd
TMR-I “Dinçer” bombazərərsizləşdirmə robotunu ordunun istifadəsi üçün Liviyaya yola salıb. “Əgər bu robotlar idxal olsaydı, təmir və servis üçün aylarla gözləniləcək, ciddi vəsait ödəniləcək və ya siyasi vəziyyətə görə bəlkə də istehsalçı tərəfindən xidmət göstərilməyəcəkdi”, – deyə şirkət rəhbəri vurğulayıb. Fərqli platformalar “ElektroLand Defence” şirkəti hazırda bombazərərsizləşdirmə robotlarından məsafədən idarə olunan çoxfunksiyalı platformalara, antiterror əməliyyatlarında istifadə edilən atıla bilən robotlara qədər fərqli ehtiyaclara cavab verə biləcək sistemlərin istehsalını həyata keçirir. Şirkətin son olaraq təqdim etdiyi məhsullardan biri də 6x6 təkər formuluna malik çox funksiyalı silahlı/silahsız insansız nəqliyyat vasitəsi olan “Boğac”dır. Platforma həm uzaqdan verilən komanda ilə, həm də avtonom idarə olunur. “Boğac”ı fərqli tapşırıqlarda istifadə etmək mümkündür və şirkət bu missiyalara uyğun hər cür təchizatı, proqramı müştərinin tələblərinə görə hazırlayır. İlk görüntüləri “Azeri Defence” jurnalında yayımlanan “Boğac”ın “Sədyə” adılı modifikasiyası sanitar-təxliyə əməliyyatları üçün nəzərdə tutulur. “Sədyə” döyüş bölgəsindən yaralıların təxliyəsi üçün təhlükəsizlik qüvvələrinin tələb və
33
Hərəkətin məhdud olduğu ərazilərə, o cümlədən tunel və sığınacaqlara atılan ACROB robotu kəş iyyat aparmaqla yanaşı, tunel əməliyyatlarında tüstü və termobarik qumbaralarla silahlandırılmaqla kamikadze funksiyasını yerinə yetirə bilir. Foto: ElektroLand
təklifləri əsasında yaradılıb. Hazırda platforma üzərində Türkiyə Silahlı Qüvvələrinin istəklərinə uyğun olaraq gərəkli yenilənmələr aparılır. Ehtiyacdan asılı olaraq “Boğac”a döyüş modulunun inteqrasiyası da mümkündür. Bu şəkildə platforma snayperlərin atəş yerini aşkarlayaraq, həmin nöqtəni atəş altında saxlaya bilir. 1.5 ton ağırlığında yükü daşıya bilən robot platforma çətin relyefə malik ərazilərdə hərəkət edən qüvvələrin yüklərinin daşınması üçün də istifadə oluna biləcək. Avtonom xüsusiyyətləri sayəsində “Boğac” 1.5 ton ağırlığında sursatı koordinatları yüklənən bölmələrə müstəqil əkildə nəql edib və eyni nöqtəyə təkrar geri dönə bilir. “Boğacın” analoqu ola biləcək robot platforma dünyada sadəcə ABŞ-da mövcuddur və Birləşmiş Ştatlar hazırda bu platformanı heç bir ölkəyə satmır. Akrobat “Əqrəb”: ACROB “ElektroLand Defence”nin maraq doğuran məhsullarından biri də atıla bilən mini kəşfiyyat və nəzarət robotu olan ACROB-dur. Mağaralar, tunellər və terrorçuların gizləndiyi bu kimi obyektlərdə, partlayıcı tələlər qurulan qapalı məkanlarda
kəşfiyyatın aparılması üçün nəzərdə tutulan ACROB altı metr yüksəklikdən düşdükdə qırılmır və hərbi standartların tələblərinə cavab verir. Robot hər cür hava və iqlim şəraitində istifadə oluna biləcək şəkildə istehsal edilib. ACROB-un üzərində – ön və arxada yerləşdirilən kameralar ± 90°, ümumilikdə 180° hərəkət qabiliyyətinə sahibdir. Robotun üzərindəki starlight – gecəgörmə kameraları qaranlıq şəraitdə, real vaxt rejimində HD keyfiyyəti ilə foto, video və səsi operatora ötürür. Naqilsiz 600 metr, naqilli 100 metr (artırıla da bilir) məsafədən idarə olunan ACROBun hündürlüyü 14 sm, uzunluğu 65 sm, genişliyi 31 sm, çəkisi isə yüksüz halda 5 kiloqramdır. On santimetr dərinliyində sudan keçə bilən ACROB 25 sm qədər dik maneələri aşa, 20 sm qədər maili pilləkənləri dırmana bilir. Robot üç fərqli rejimdə saatda 0-5 km sürət yığmağı bacarır. Çoxfunksiyalı mini robot axtarış-xilasetmə əməliyyatlarında da istifadə edilə bilər. ACROB-u müxtəlif tapşırıqlarda istifadə etmək mümkündür ki, bu, bir az da istifadəçinin öz yaradıcılığından asılıdır. Ehtiyac duyulduqda ACROB-un kamikadze robot kimi də istifadə edilməsi mümkündür. Məsələn, ACROB üzərinə yerləşdirilən partlayıcılarla birbaşa hədəf bölgəyə yönləndirilə və uzaqdan partladıla bilər. Eyni yanaşma ACROB-un düşmənin əlinə keçməsi ehtimalına qarşı da istifadə olunur. Dost və müttəfiq ölkələrin xidmətində “ElektroLand Defence”nin diqqət çəkən özəlliyi istifadəçinin tələblərinə uyğun həllər istehsal edə bilməsidir. Türkiyə müdafiə sənayesinin son illərdə bəlkə də ən çox diqqət çəkən şirkətlərindən biri olan “ElektroLand Defence” bir müddət əvvəl “Milli Gizli” və “NATO Gizli” müəssisə sertifikatı alıb. Bu da şirkətin həm Türkiyə Müdafiə Sənayesi Katibliyinin, həm də NATO və Alyansa üzv ölkələrin elan etdikləri tenderlərə qatılmasına imkanlar açır. Eyni zamanda “ASELSAN təsdiq olunmuş Yan Sənaye Firması” sertifikatına sahib olan “ElektroLand Defence” həm Türkiyənin, həm də qardaş və dost ölkələrin insansız yerüstü vasitələrə olan ehtiyaclarının qarşılanması istiqamətində ən güclü həll mərkəzinə çevrilmə yolunda irəliləyir. Yeni həllərin yaradılması istiqamətində fəaliyyətlərini davam etdirən şirkət oktyabr ayında Ankaranın Gölbaşı rayonunda inşa edilən yeni zavodunu istifadəyə verəcək. 6x6 təkər formuluna sahib “Boğac” robot platformasının sanitartəxliyə üçün nəzərdə tutulan “Sədyə” adı verilən modi ikasiyası. “Sədyə” təhlükəli ərazilərdən yaralıların çıxarılması üçün xərəklə və manipulya torla təchiz olunub. Foto: ElektroLand
M346FA “Grifo” radarı ilə ilk uçuşunu etdi “Leonardo” şirkətinin “Grifo” radarının optimallaşdırılmış variantı ilə təchiz edilmiş M-346 FA (Fighter Attack) təyyarəsi iyulun 13-də ilk uçuşunu uğurla tamamlayıb. M-346 yüngül döyüş təyyarəsinin yeni hücum variantı olan M-346FA bir platformada həm təlim, həm də döyüş imkanlarını təqdim edir. “Leonardo Aircraft” şirkətinin icraçı direktoru Lucio Valerio Cioffi bildirib ki, M-346 FA təyyarəsi M-346-nın bütün müasir təlim imkanlarını təklif edir: “Eyni zamanda effektiv bir yüngül hücum təyyarəsi kimi fəaliyyət göstərməyə imkan verən ən yeni nəsil sensorlar və avadanlıqları özündə cəmləşdirir. 2021-
ci ildə ilk təyyarəni beynəlxalq müştəriyə çatdırmağa hazırlaşırıq”. M-346 FA təyyarəsinin əsas sensoru “Leonardo” şirkəti tərəfindən hazırlanmış, M-346 təyyarələri üşün xüsusi opti mallaşdırılmış, mexaniki skanetməli, çoxrejimli, yüksək dəqiqlik təmin edən “GrifoM-346” radarıdır. M-346 FA həm də Təhlükəsiz Rabitə Sistemi və Taktik Məlumat Bağlantısını özündə cəmləşdirən yüksəksəviyyəli, şəbəkə mərkəzli rabitə dəsti ilə qarşılıqlı əlaqə təmin edir. Platforma həmçinin NATO qüvvələri ilə qarşılıqlı əlaqə yaratmaq üçün LINK-16-dan istifadə edə bilər.
“İmbat”dan daşınan havalandırma həlləri Türkiyənin “İmbat İklimlendirme ve Soğutma Sistemleri” başda Avropa olmaqla müxtəlif ölkələrə daşınan havalandırma cihazları təqdim edir. Bu cihazlar kəsintisiz havalandırma tələb olunan məkanlarda istifadə üçün nəzərdə tutulub. Daşınan havalandırma cihazları müxtəlif mülki və hərbi obyektlərdə tətbiq üçündür. Hərbi obyektlər, xəstəxanalar, sənaye binaları və ya məlumat-data mərkəzlərinin soyutma sistemlərində meydana çıxan gözlənilməz hadisələr zamanı bu cihazlar yaranan riskləri azaldır. Xüsusilə mövcud soyutma sistemləri tələb olunan həcmi qarşılaya bilmədikdə, əlavə soyutmaya tələb yarandıqda daşınan havalandırma cihazları sürətli həll kimi istifadə oluna bilir. İki ilə yaxındır Avropa bazar larına ixrac edilən “İmbat” daşınan paket havalandırma cihazları bütün layihələrdə istifadə oluna biləcək şəkildə dizayn edilib. Cihaz tutumu 35°C xarici hava üçün 38 kW soyutma və 34 kW heat pump isitmə həcminə, 8000 m3/h hava həcminə, G4 filtr və 300 pa
xarici təzyiqə sahibdir. Cihazlar 10% təzə hava və -10°C-yə qədər xarici havada “Heat Pump” olaraq, yaxud da əlavə elektrikli qızıdırıcı ilə çalışır. “İmbat” şirkəti daxili və xarici şərait üçün dizayn edilmiş iki fərqli daşınan asma havalandırma cihazını təqdim edir. Şirkətin TSE-121 modelin kondisionerində aksial tipli səssiz və yüksək məhsuldarlığa malik fanlar, əlavə olaraq sürətə nəzarət olunan və EC fanlar istifadə olunur. Daxildə yerləşdirilən T-RT-121 model daşınan havalandırma cihazının isə kondisionerində radial AC plug tipli, səssiz və yüksək tutumlu fanlarla yanaşı, əlavə olaraq sürətinə nəzarət olunan fanlar və EC fanları mövcuddur. “Eurovent” sertifikatına malik dünyada yeddinci və Türkiyədə ilk havalandırma cihazlarının istehsalçısı olan “İmbat İklimlendirme ve Soğutma Sistemleri”nin istehsalı olan havalandırma sistem ləri Almaniya, Avstri ya, Portuqaliya, Serbiya və Rusiya daxil olmaqla 50-dən çox ölkəyə ixrac olunur.
Əhəd Əzizov Günümüzdə silahlanmada olan tank sursatlarının nümunələri müasir döyüşün artan ehtiyaclarını tam şəkildə ödəyə bilmir və zirehli hədəfləri 2000 metrdən artıq məsafədə vurma ehtimalı 30–50 faiz təşkil edir. Atış məsafəsinin və dəqiqliyinin daha da artırılması, hədəflərə vurma ehtimalının yüksəldilməsi döyüş sursatının konstruksiyasının yaxşılaşdırılması, habelə yeni növlərinin yaradılması ilə mümkündür.
Tanklar üçün atəş yığımları H
ələ 1982–1984-cü illərdə ABŞ Müdafiə Nazirliyinin tədqiqat mərkəzləri tərəfindən “atdın-unutdun” prinsipi ilə işləyən “ağıllı, hədəfdə aktivləşən” tank döyüş sursatının yaradılması perspektiv istiqamət olaraq seçilmişdi. Bununla əlaqədar olaraq “Alliant Techsystems” (ATK), “Raytheon”, “General Dynamics Ordnance and Tactical Systems” (GD-OTS) və bir çox digər şirkətlər 120 mm çaplı tank topu üçün “ağıllı özünişangahlanan və ya özütuşlanan” atəş yığımının yaradılması işlərinə başlamışlar. Müsabiqədə iştirak edən hər bir şirkət qəbul edilmiş “Mid Range Munition MRM” (orta mənzilli döyüş sursatı) proqramı əsasında gələcəkdə ordunun təchiz edilməsi üçün seçiləcək tank özütuşlanan yüksəkdəqiqlikli atəş yığımının öz versiyasını layihələndirmişdir. Bu atəş yığımları ABŞ Ordusuna düşmən üzərində əhəmiyyətli üstünlük verə və tank döyüşü anlayışını kökündən dəyişdirə bilir. Özütuşlanan MRM yüksəkdəqiqlikli döyüş sursatlarında “atdın-unutdun” prinsipi tətbiq edilmişdir. Bu sursatlar həm düzünə görünüş hədlərində, həm də onun hüdüdlarından kənarda – 12 km-ə qədər zonada yerləşən tanklarla mübarizə aparmaq üçün təyin edilib. ATK şirkətinin yaratdığı 120 mm-lik tank atəş yığımı özünişangahlayan sinfinə aid edilməklə “Smart Target Activated Fire and Forget” (STAFF) adı və XM943 indeksi verilmişdir. Mərmi hədəfin üzərindən uçaraq keçən zaman hədəfi “zərbə nüvəsi” hesabına məhv etməli idi. Bununla da əlaqədar olaraq, “zərbə nüvəsi”ni formalaşdıran döyüş hissəsi mərminin oxuna perpendikulyar yerləşdirilmişdi. Hədəfin axtarışı millimetrlik radar vasitəsilə yerinə yetirilirdi. “Ağıllı” mərmi sığınacaqlarda gizlənənlər daxil olmaqla bütün növ zirehli texnikalardan başqa, alçaqdan uçan helikopterlərin də üzərindən uçaraq məhv edilməsi üçün nəzərdə tutulmuşdu. Atəş məsafəsi 4 km təşkil edirdi. ATK şirkəti STAFF proqramı ilə yanaşı, 120 mm-lik idarə olunan X-Rod kinetik mərmili atəş yığımının yaradılması işlərini də həyata keçirirdi. X-Rod (Rod – mil, çubuq) proqramına keçən əs-
rin 80-ci illərinin ortalarında DARPA (Defense Advanced Research Projects Agency) agentliyi tərəfindən başlanılıb. STAFF və X-Rod atəş yığımları ABŞ Ordusu tərəfindən artıq yeni TERM (Tank Extended Range Munition) proqramı çərçivəsində gələcək uzun mənzilli tank mərmisinin yaradılması üçün namizəd hesab edilirdi. Keçirilmiş müqayisəli sınaqlar nəticəsində 1998-ci ildə STAFF atəş yığımı üzərində işlərin dayandırılması, TERM proqramı çərçivəsində X-Rod kinetik döyüş sursatının layihələndirilməsi işlərinə davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Proqram TERM-KE (Tank Extended Range Munition-Kinetic Energy) uzunmənzilli tank kinetik döyüş sursatı olaraq adlandırılmışdır. STAFF proqramı 2000-ci maliyyə ilində tam olaraq bağlanmışdır. ABŞ Ordusunun ehtiyaclarını qarşılamaq məqsədi ilə 2002ci ildə tank atəş yığımlarının yaradılması üzrə ATK, “Raytheon” və GD-OTS şirkətlərinin iştirakı ilə yeni “Mid Range Munition” (MRM) proqramının icrasına başlanıb. Hər iki çalışmada şirkətlər hədəfi məhvetmə prinsipinə görə fərqlənən mərmi və özütuşlanan başlıq (ÖTB) elementlərinin layihələndirilməsi işlərini yerinə yetirirdi. ATK şirkəti “Mid Range Munition – Kinetic Energy” (MRM-KE) adlı atəş yığımını, “Raytheon” və GD-OTS şirkətləri isə “Mid Range Munition – Chemical Energy” (MRM-CE) atəş yığımını layihələndiriblər. Tüstüdə, dumanda, buludda, yağışda “görməyə imkan verən” ÖTB-da millimetrlik radar istifadə tətbiq edilmiş MRM-KE atəş yığımı adi çapaltı mərmiyə uyğun olaraq uzadılmış milin kinetik enerjisi hesabına, 7,62 sm-lik infraqırmızı kameranın köməyi ilə tuşlanan MRM-CE atəş yığımı isə tandem kumulyativ döyüş hissəsi hesabına hədəfi məhv edir. Hər iki atəş yığımı lazer hədəfgöstəricinin köməyi ilə də tuşlana bilir. MRM-KE 984 mm-lik uzunluğa sahib unitar atəş yığımı olaraq, ilk növbədə perspektiv döyüş maşını olan MCS FCS (Mounted Combat System – Quraşdırılmış döyüş sistemləri / Future Combat Systems – Gələcəyin döyüş sistemləri) tankı üçün layi-
hələndirilsə də, atəş yığımı silah sistemində heç bir konstruktiv dəyişiklik edilmədən “Abrams” M1A1 və “Abrams” M1A2 tanklarında da tətbiq edilə bilər. Atəş yığımı reaktiv mərmidən və qismən yanan gilizdən, 1,45 q/sm3 sıxlıqla doldurulmuş barıt atımından ibarətdir. Mərminin kombinələşdirilmiş tuşlama sistemi “atdın-unutdun” konsepsiyasını həyata keçirməyə imkan verir, millimetrik radarı və yarımaktiv lazer ÖTB-nı işə salır. Passiv lazer tuşlamanın tətbiqi MCS döyüş maşınlarının birgə işləyəcəyi “I T-Hawk” və ya “IV Fire Scout” sinif pilotsuz uçuş aparatlarından kənar hədəfgöstərmənin yerinə yetirilməsini, bu isə öz növbəsində maneəyə davamlığı və atəşin dəqiqliyini təmin edir. Düzünə görünüş zonasında hədəfgöstərmə bilavasitə tankın bortundan lazer hədəfgöstərici–nişangah vasitəsilə yerinə yetirilir. Reaktiv mərmidə əsas yeri bərk yanacaqlı raket mühərriki (BYRM) tutur. Hədəfə qədər olan məsafədən asılı olaraq BYRMin bir neçə işəsalma rejimi mövcuddur. Mühərrik ya mərmi lülədən çıxandan dərhal sonra, ya trayektoriyanın zirvəsində, ya da trayektoriyanın son hissəsində işə düşür. Maksimal uçuş məsafəsi 12 km-dir. Trayektoriyanın orta hissəsində idarəetmə GPS və avtopilot vasitəsilə yerinə yetirilir. MRM-KE proqramının qapadılmasına baxmayaraq, hazırda zirehli hədəfləri kinetik enerji hesabına məhv etmək prinsipi daha geniş vüsət almaqdadır. İsrailin “Trophy” (“ASPRO-A – Armoured Shield Protection-Active”) və “İron Fist” (“Hetz Dorban”), ABŞ-ın “Quick Kill” və MAPS (Modular Active Protection System), Rusiyanın “Afqanit” və “Arena” kimi yeni yaradılan aktiv müdafiə sistemləri demək olar ki, böyük sürət və kütlə səbəbindən kinetik döyüş sursatına qarşı effektsizdir. Buradan da belə qənaətə gəlmək olar ki, nisbətən asta uçan döyüş sursatlarına qarşı mübarizə apara bilən aktiv müdafiə sistemlərinin yayılması və təkmilləşdirilməsi ilə yanaşı, özütuşlanan kinetik döyüş sursatının yaradılması davam etdiriləcəkdir. 120 mm-lik MRM-CE atəş yığımı ağır zirehli hədəflərdən başlamış bunker və sığınacaqlara qədər müxtəlif növ müasir müdafiə qurğularının və hədəflərinin məhv edilməsi üçün təyin edilib. Mərmi öndə yerləşdirilmiş üç sükana və quyruq hissədə yerləşdirilmiş pərlərə, tandem kumulyativ döyüş hissəsinə və uc hissədə yerləşdirilmiş iki rejimli (7,62 sm-lik soyudulmayan infraqırmızı kamera + rəqəmsal yarımaktiv lazer) kombinələşdirilmiş ÖTB-na sahibdir. İşləmə zamanı infraqırmızı kamera görmə sahəsindəki əşyaların görünüşünü elektron yaddaşında olan görüntülərlə müqayisə edərək seçim aparır. Bu texnologiya NLOS-LS (Non Line Of Sight Launch System – hərfi mənada “düzünə görünüş hüdudlarından kənardan atəş aparan buraxma
38 www.azeridefence.com
qurğusu”) raket qurğusunun PAM ( Precision Attack Munition – dəqiq hücum sursatı) raketində və “Javelin” TƏİR-də tətbiq edilmiş texnologiyaya çox yaxındır. İki rejimli ÖTB avtomatik olaraq bir hədəfi izləmədən digər hədəfi izləməyə avtomatik keçmək kimi unikal bir xüsusiyyətə sahibdir. Mərminin raket mühərriki yoxdur. ABŞ-da 2011-ci ildən başlayaraq 120 mm-lik M829 tipli tank döyüş sursatlarının beşinci nəsil çapaltı mərmili atəş yığımlarının yaradılması və istehsalı “Orbital ATK Defense Systems Group” (sonradan “Orbital ATK Inc.”, 2018-ci ildən etibarən “Northrop Grumman” korporasiyasının “Northrop Grumman Innovation Systems” bölməsi) şirkəti tərəfindən həyata keçirilir. Yeni atəş yığımlarına əvvəlcə M829E4 (Advanced Kinetic Energy), sonradan ümumi sistemə uyğun olaraq M829A4 markası verilib. Atəş yığımları M1A2 SEP (System Enhancement Package – sistem gücləndirmə paketi) “Abrams” M1A1 və “Abrams” M1A2 əsas döyüş tanklarında tətbiq olunmaq üçün nəzərdə tutulur. Yeni yaradılmış atəş yığımı hazırda istifadə olunan M829A3 atəş yığımlarının əvəz edilməsi məqsədini daşıyır. 2015-ci ilin iyul ayında ATK şirkəti ABŞ Ordusu ilə M829E4 mərmilərinin tədarükünə dair 80 milyon dollarlıq birinci müqaviləni imzalayıb. M829A4 atəş yığımı özündə uzadılmış özəkli çapaltı izburaxan pərli mərmili məmulatı tərənnüm edir. Mərmi kompozit materialdan hazırlanmış altlıqda yerləşdirilib. Yeni altlıq lülə kanalında hərəkətdə olan mərmiyə barıt qazlarının enerjisini effektiv şəkildə ötürməyə imkan verir. Mərmi özü yüksək sıxlığı olan bir metaldan – tükənmiş urandan hazırlanıb. Mərminin çapı 120 mm, atəş yığımının ümumi kütləsi 33,9 kq, mərminin kütləsi 7,2 kq, mərminin uzunluğu 615 mm və başlanğıc sürəti saniyədə 1675 metr təşkil edir. Türkiyə Türkiyənin raket və reaktiv mərmi sahəsindəki lider şirkəti olan ROKETSAN tərəfindən də 120 mm-lik tank topu üçün lazer tuşlamalı TANOK atəş yığımının yaradılması üzərində işləmlər həyata keçirir. Bu sursat mövcud tanklarda və ya digər lüləli artilleriya silahlarında istifadə olunan ənənəvi artilleriya döyüş sursatlarına alternativ hazırlanaraq, döyüş meydanında yüksək məhsuldarlıq, dəqiqlik və ucuz qiymətli bir həll təmin etmək üçün hazırlanıb. TANOK lazerlə idarə olunan tank əleyhinə artilleriya döyüş sursatına qoyulan tələblərə cavab verməklə yanaşı, az kütləyə və buraxma qurğulularından atıla bilmə inkanına sahibdir. Atəş yığımının çapı 120 mm, ümumi uzunluğu 984 mm və ümumi kütləsi 11 kq təşkil edir. Minimal atəş məsafəsi 1 km, mak-
simal atəş məsafəsi isə 6 km-dir. Mərmi tandem kumulyativ döyüş başlığına sahib olmaqla ağır və yüngül zirehli döyüş texnikalarının məhv edilməsi üçün təyin edilib. Yarımaktiv lazer tuşlama xüsusiyyəti sayəsində təkcə dayanan hədəflərə qarşı deyil, həm də hərəkət edən hədəflərə qarşı yüksək dəymə imkanları göstərən mərmi düzünə və asma atəşlə müxtəlif məsafələrdəki hədəflərə qarşı təsirli ola bilir. Rusiya layihələri Rusiya Federasiyasında keçmiş SSRİ dövründə yaradılmış və hazırda da istehsal edilən 125 mm-lik 3BM42 “Manqo” zirehdələn atəş yığımının əvəz edilməsi üçün V.V.Baxirev adına Elmi-Tədqiqat Maşınqayırma İnstitutu tərəfindən layihələndirilib və istehsal edilən 125 mm-lik 3BM44 “Lekalo” zirehdələn çapaltı atəş yığımı 2020-ci ildə silahlanmaya qəbul edilib. 3BM42 “Manqo” atəş yığımından fərqli olaraq, 3BM44 “Lekalo” atəş yığımında volfram ərintisindən yüksək möhkəmliyə sahib özək və daha güclü 4J63 markalı barıt atımı tətbiq edilib. Yeni atəş yığımının mərmisi 2 km məsafədən 650 mm qalınlığında bütöv zirehi dəlmək imkanına malikdir ki, bu da əvvəlki 3BM42 mərmisindən 130 mm artıqdır. Bir çox xarici hərbi ekspertlərin fikrinə görə, 3BM44 “Lekalo” atəş yığımının mərmisi ABŞ-ın müasir modifikasiyalı “Abrams” M1A2 tankının 663 mmlik (62 mm ön polad lövhə + 500 mm kombinələşdirilmiş zireh + 101 mm arxa polad lövhə) zirehini dəlmək imkanına malikdir. T72, T-80 və T-90 tanklarında quraşdırılmış 125 mm-lik D-81 (2A26/2A46) tank topu ailəsində istifadə üçün təyin edilmiş mərmi 3-5 km məsafədən zirehli hədəfi məhv edə bilir. Cari ilin yanvar ayında verilmiş sifarişə uyğun olaraq Rusiyanın Müdafiə Nazirliyi üçün ilin sonuna qədər 2000 ədəd 3BM44 “Lekalo” mərmisi tədarükü nəzərdə tutulur. Rusiyanın “Texmaş” Konserni tərəfindən T-72 və T-90 tanklarının hamarlüləli D-81 (2A26/2A46M) toplarında tətbiq edilməsi üçün hazırlanmış 125 mm-lik 3VBM20-2 “Svinets-2” və 3VBM-17M “Manqo-M” atəş yığımları tank, piyadanın döyüş maşını və zirehli transportyor kimi zirehli hədəflərə, özüyeriyən artilleriya qurğularına, hərbi texnikalarına, tikili və qurğularına, uzunmüddətli atəş nöqtələrinə və mazğallara qarşı atəş açmaq üçün təyin edilib. Maksimal atış məsafəsi 2 km-dir. İstehsalçının verdiyi məlumata əsasən, mərminin dinamik müdafiə arxasında zirehdəlməsi “Manqo-M” atəş yığımında 280 mm, “Svinets-2” atəş yığımında isə 300 mm təşkil edir. İsrail İsrailin “Israel Military Industries” (IMI) şirkəti ilk dəfə 2011-ci ildə 120 mm-lik APAM-MP-T (Anti-Personnel Anti-Material Multi-Purpose Tank /M329) çoxməqsədli tank atəş yığımını nümayiş etdirib. Amma atəş yığımının real döyüş şəraitində yoxlanılması 2014-cü ilin yayında HƏMAS ilə 50 günlük müharibənin “Sarsılmaz qaya” əməliyyatında həyata keçirilib. Yeni 120 mm-lik M329 atəş yığımı müvafiq olaraq “Merkava” Mk.3 və “Merkava” Mk.4 tanklarında quraşdırılmış 120 mm-lik MG251 və MG253 tank toplarında tətbiq olunmaq üçün nəzərdə tutulub. Atəş yığımında havada və ya hərəkət edən hədəfin (məsələn, havadakı helikopterin) yanında detonasiyanı təmin edən proqramlaşdırılan partladıcı quraşdırılıb. Binalara, qurğulara və bunkerlərə qarşı tətbiq edildikdə atəş yığımının mərmisi adi qəlpəli-fuqas mərmi kimi fəaliyyət göstərir. Tank tuşlayıcısı hədəfdən asılı olaraq atışdan əvvəl partladıcını elə proqramlaşdıra bilər ki, mərmi binanın içərisinə daxil olduqdan sonra partlasın və ya səngərdə gizlənən piyadanın başı üzərində havada detonasiya etsin. Partladıcının bu xüsusiyyəti mərmini binaların və ya düşmən piyadasının məhv edilməsi, yaxud sıradan çıxarılması
125 mm 3VBM23 “Svinets2” atəş yığımı
işini çox rahat edir. Atəş yığımından çox dəqiqliklə 5 km məsafədə yerləşən hədəfə atış aparmaq mümkündür. “Israel Aerospace Industries” (IAI) şirkətinin raket bölməsi tərəfindən yaradılmış LAHAT yarımaktiv tuşlanan lazer başlıqlı tank əleyhinə idarə olunan reaktiv mərminin istifadəsi lazer şüasının atəş açan tankdan digər tanka, helikopterə və ya ön müşahidə məntəqəsinə tuşlanması metodikasına əsaslanır. Tank komandiri hədəfi aşkar etdikdən sonra nişanalma xəttini reaktiv mərminin bütün uçuş müddəti ərzində hədəfin üzərində saxlamalıdır. Bu zaman yalnız komandirin nişangahından istifadə olunur ki, bununla da minimal vaxt itkisinə yol verməklə açıq ərazidə hədəfi aşkar etmək mümkün olur. Reaktiv mərminin uçuş trayektoriyası hədəfdən asılı olaraq dəyişir. Mərmidə dinamik müdafiəni keçərək müasir zirehi dələ bilən tandem kumulyativ döyüş başlığı tətbiq edilib. LAHAT mərmilərinin mövcud tanklarda tətbiq olunması minimal təkmilləşdirmə işləri yerinə yetirilməklə mümkündür. Təkmilləşdirmə zamanı tankın nişangahına lazer hədəfgöstərici və atəşi idarəetmə sisteminə müvafiq proqram təminatını əlavə edilir. LAHAT mərmisi döyüş rəfinə (yığımına) digər atəş yığımları kimi yığılır və əsas növ döyüş sursatları kimi idarə olunur. LAHAT reaktiv mərmisi əsas döyüş tanklarının 105 mm, 120 mm və 125 mm-lik toplarından atəş aparmaq üçün nəzərdə tutulub. Buna baxmayaraq, ixrac üçün 105 mm-lik çaplı varianta üstünlük verilir. Praktiki sınaq atışları M-60A3 və “Merkava” Mk.2 tanklarının 105 mm-lik M-68 topundan və “Merkava” Mk.3 tankının 120 mm-lik MG251 topundan aparılıb. 105 mm-lik atəş yığımının kütləsi 19 kq, mərminin kütləsi 13 kq, uzunluğu 984 mm təşkil edir. Atəş məsafəsi yerüstü hədəflərə 9 km, hava hədəflərinə 13 km-dir.
39
İsrailin “Elbit Systems” şirkəti tərəfindən NATO L44 və L55 çap uzunluqlu lüləli toplarla təchiz edilmiş “Leopard 2A4”, “Leopard 2A5”, “Leoprad 2A6” (Almaniya), С1 “Ariete” (İtaliya), K1A1/K1A2/K2 “Black Panther” (Cənubi Koreya), “Abrams” M1A1, “Abrams” M1A2, M60A3 (ABŞ) və “Merkava” Mk.3, “Merkava” Mk.4 (İsrail) əsas döyüş tanklarının atəş gücünü yüksəltmək və müxtəlif hədəfləri məhv etmək imkanlarını artırmaq üçün 120 mm-lik HE-MP-T (High Explosive Multi-Purpose Tracer) M339 “Hatzav” çoxməqsədli tank atəş yığımı yaradılıb. Mərminin döyüş hissəsi tandem kumulyativdir. M339 “Hatzav” atəş yığımının mərmisi bütün döyüş məsafələrində aşağı yan təsirlər olmaqla yüksək dəymə ehtimalını və ölümcüllüyü təmin edir. Atəş yığımı bunkerləri, səhra istehkamlarını və şəhər qurğularını, orta qoruyucu zirehli texnikaları məhv edir və piyada döyüşçülərə qarşı çox ölümcüldür. M339 mərmisi 200 mm-lik ikiqat dəmir-beton divarı dələ və döyüş başlığını ləngidərək işləyə bilir. Proqramlaşdırıla bilən çoxfunksiyalı elektron partladıcı üç iş rejiminə sahibdir: nöqtədə detonasiyanı ləngitmə (Point Detonating Delay – PDD), nöqtədə detonasiya (Point Detonating – PD) və havada partlayış (Air Barrier – AB). Atəş yığımının ümumi kütləsi 27 kq, mərminin kütləsi 17 kq, mərminin başlanğıc sürəti 900 metr/saniyə və ümumi uzunluğu 984 mm təşkil edir. Atış məsafəsi 5 km-ə yaxındır. Cari ilin yanvar ayında “Elbit Systems” şirkəti Finlandiya Silahlı Qüvvələri ilə M339 atəş yığımının tədarükünə dəyəri açıqlanmayan müqavilə imzaladığını açıqlayıb. Ukrayna Ukraynada da tank topları üçün nəzərdə tutulmuş idarə olunan reaktiv mərmilərin yaradılması işləri həyata keçirilir. Bu işlərin sırasında “Luç” Kiyev Dövlət Konstruktor Bürosu tərəfindən yaradılmış və “Artyom” Dövlət Səhmdar Holdinq şirkəti tərəfindən istehsal edilən “Kombat” idarə olunan atəş yığımını göstərmək olar. “Kombat” atəş yığımı Т-64BM “Bulat”, Т-72AQ/B/S, Т-80UD, Т-90, “Oplot-M” tanklarında, həmçinin 2A45M “Sprut-B” və 2S25 “Sprut-SD” tank əleyhinə artilleriya sistemlərində quraşdırılmış 125 mm-lik hamar lüləli toplarda tətbiq edilmək üçün nəzərdə tutulur. “Kombat” atəş yığımının idarə olunması yarımavtomatik rejimdə lazer şüası ilə həyata keçirilir. Mərminin döyüş hissəsi tan-
dem-kumulyativdir. “Kombat” atəş yığımı iki hissədən: başlıq və quyruq ibarətdir, hissələr bilavasitə atışdan əvvəl birləşdirilir. Atəş yığımının başlıq hissəsinin uzunluğu 675 mm, quyruq hissəsinin uzunluğu isə 408 mm təşkil edir. Atəş yığımı ilə atışın aparılması daşıyıcının saatda 30 km hərəkət sürətində, hədəfin isə saatda 70 km hərəkət sürətində mümkündür. Atəş yığımının kütləsi 30,45 kq, atış məsafəsi 5 km, maksimal məsafəyə uçuş müddəti 16,3 saniyə, dinamik müdafiə arxasında zirehdəlməsi 750 mm təşkil edir. Digər ölkələr Cənubi Koreyada “Koreya ağıllı üstdən zərbə döyüş sursatı” (Korean Smart Top-Attack Munition) layihəsi əsasında yaradılmış KSTAM-I və KSTAM-II idarə olunan atəş atəş yığımları K2 “Black Panther” tankının 120 mm-lik K2 topundan atəş aparmaq üçün nəzərdə tutulub və “atdın-unutdun” prinsipi ilə işləyir. Atəş yığımlarının mərmilərində raket mühərriki yoxdur. KSTAM-I atəş yığımı mərmisi İsrailin IMI şirkətinin 105 mmlik “Excalibur” atəş yığımının (ABŞ-ın “Raytheon Missile Systems” və İsveçin “BAE Systems Bofors” şirkətlərinin birgə istehsalı olan 155 mm-lik M982 “Excalibur” atəş yığımı ilə səhv salınmamalıdır) nümunəsində layihələndirilib və 2-5 km məsafədə yerləşən hədəfləri məhv edə bilir, ÖTB-na və tandem kumulyativ döyüş hissəsinə malikdir. Maksimal məsafəyə atəş aparan zaman mərmi demək olar ki, 350 metr maksimal hündürlüyə çatan ballistik trayektoriya ilə uçur. ÖTB hədəfi aşkar etdikdən sonra ona çatmağa 1 km qalmış mərmi sükanların böyük sahəsi hesabına zirvəyə qalxır və hədəfə 55-80O maksimal böyük bucaqda hücum edir. KSTAM-II atəş yığımı isə Almaniyanın “Diehl” korporasiyası ilə birlikdə işlənib hazırlanıb. “Diehl” və “Rheinmetall” şirkətlərinin birgə istehsalı olan eyni adlı 155 mm-lik kaset atəş yığımında yerləşən SMArt-155 (Suchzunder-Munition fur die Artillerie155) özütuşlanan döyüş elementi isə mərminin yaradılması üçün əsas olaraq götürülüb. Atəş yığımı düzünə görünüş həddindən uzaqda yerləşən stasionar və hərəkət edən hədəfləri “atdın-unutdun” prinsipi ilə məhv etmək üçün təyin edilib. Mərmidə millimetrlik diapazona malik radilokatorlu, infraqırmızı hədəf sensorlu ÖTB və döyüş hissəsi mövcuddur. Ehtimal olunan hədəfin yerləşmə rayonuna atılır və həmin yerə çatanda paraşüt açılaraq mərmi enməyə başlayır. Mərmi saniyədə 13 metr sürətlə və sa-
Rusiyanın “Texmaş” Konserni tərə indən Bakıda keçirilmiş ADEX2018 sərgisində nümayiş etdirilən tank topları üçün 125 mm çaplı atəş yığımları. Öndə 3BM42 “Manqo”. Foto: AD
40 www.azeridefence.com
niyədə 3 dövr fırlanmaqla enir. 150 metr yüksəkliyə çatdıqdan sonra radiolokatorun və infraqırmızı hədəf sensorunun köməyi ilə ≈35000 m2 sahənin skanlaşdırılması həyata keçirilir. Hədəf infraqırmızı sensorun görmə sahəsinə düşən kimi döyüş hissəsinin partlaması baş verir və “zərbə nüvəsi” yaranır. Atəş məsafəsi minimal 2 km, maksimal 8 km, ehtimal olunan dairəvi yayınma 1 metr təşkil edir. Fransanın “Nexter” (əvvəlki “Giat İndustries”) şirkəti 2002-ci ilin əvvəllərinə Müdafiə Nazirliyinin Silahlanma üzrə Baş İdarəsi (Defence Procurements Agency – DGA) ilə bağladığı müqavilə əsasında “Leclerc” əsas döyüş tanklarının 120 mm-lik topları üçün “Polynege” idarə olunan atəş yığımını hazırlayıb. “Leclerc” tankının düzünə görünüş hüdudlarından kənara atəş üzrə döyüş xassələrinin yaxşılaşdırılması məqsədi ilə yaradılmış “Polynege” atəş yığımı ilə atış aparmaq üçün hədəf ya tankın heyəti tərəfindən müəyyən edilir, ya kəşfiyyat maşınlarından, ya pilotsuz uçuş aparatlarından, helikopterlərdən, təyyarələrdən ötürülür. Zirehli hədəfə hücum iki rejimdə yerinə yetirilir: düzünə hücum rejimi və düzünə görünüş hüdudlarından kənarda yerləşən hədəfə hücum rejimi. Düzünə hücum rejimi açıq görünən hədəflərə qarşı tətbiq edilir və bu zaman mərmi düzünə trayektoriya ilə uçur. Tuşlanma isə ya infraqırmızı ÖTB-nın köməyi ilə, ya da yarıaktiv lazer ÖTB-nin köməyi ilə əks olunmuş lazer şüası üzrə yerinə yetirilir. Trayektoriyaya nəzarət GPS və ya inersial tuşlama sistemləri ilə həyata keçirilir. Mərminin uçuş trayektoriyasının son hissəsində isə tuşlama ya infraqırmızı ÖTB-nin köməyi ilə, ya da yarımaktiv lazer ÖTB-nin köməyi ilə əks olunmuş lazer şüası üzrə yerinə yetirilir. Atəş yığımının ümumi uzunluğu 984 mm, kütləsi 28 kq, mərminin kütləsi 20 kq təşkil edir. Dib hissəsi və alışdırıcısı istisna olmaqla qalan hissələri yanan gilizdə yerləşdirilmiş mərmi saniyədə 600-800 metr təşkil edən kifayət qədər yüksək başlanğıc sürətə malikdir ki, bu da onun minimal 2 km və maksimal 8 km məsafəyə uçmasını təmin edir. DGA əlavə maliyyələşməni həyata keçirərək, layihələndirmə və sınaq tədbirlərinin davamı olaraq, “Polynege” atəş yığımına yeni taktiki-texniki tələblər qoymaqla “Nexter Munitions” şirkətinə minaatan minaları, partladıcılar və digər döyüş sursatlarının istehsalı ilə məşğul olan “TDA Armaments SAS” şirkəti ilə birlikdə növbəti sınaqların keçirilməsi üçün tapşırıqlar vermişdir.
Türkiyənin ROKETSAN şirkəti tərə indən yaradılma mərhələsində olan 120 mm çaplı, lazer özütuşlanan başlıqlı TANOK mərmisi. Foto: AD
Bu sınaqların məqsədi döyüş sursatının lazer tuşlama konsepsiyasını yoxlamaq və nəticələrin qiymətləndirilməsi idi ki, bu nəticələr əsasında hazırlanmış texnologiyaların yeni proqrama daxil edilməsi imkanları dəqiqləşdirilirdi. Beləliklə, “Polynege” layihəsi çərçivəsində əldə edilmiş texnologiyalar “Nexter Munitions” və “TDA Armaments SAS” şirkətləri tərəfindən birlikdə icra olunan daha yeni və daha geniş “Metric-Precesion Munition – MPM” (döyüş sursatının metrik dəqiqliyi) proqramına daxil edilmişdir. MPM proqramı çərçivəsində yarıaktiv lazer modul ÖTB ilə təchiz edilmiş idarə olunan artilleriya döyüş sursatlarının yaradılması nəzərdə tutulur. İtaliyanın “Oto Melara” şirkəti bir dəfə istifadə üçün nəzərdə tutulmuş və C1 “Ariete” əsas döyüş tankının və “Centauro-2” təkərli zirehli döyüş maşınının 120 mm-lik hamar lüləli toplarından atılan miniatür “Horus” pilotsuz uçuş aparatını hazırlayıb. Baxmayaraq ki, PUA bilavasitə hədəflərin məhv edilməsi üçün təyin edilməyib, lakin o tank idarə olunan döyüş sursatlarına aid olaraq onun istifadəsi sayəsində tank heyətlərinə sərbəst şəkildə hədəflərin aşkar edilməsi və bağlı mövqelərə atəş aparılması üçün zəruri olan kəşfiyyat məlumatlarını toplamağa imkan verir. PUA elektrik mühərriki ilə işləyən dartıcı hava vinti ilə təchiz edilib. Uzunluğu 980 mm, hündürlüyü 346 mm-dir. Aparatın gövdəsi karbon şüşə liflərindən hazırlanıb və maksimal uçuş kütləsi 1,3 kq-dır. PUA 30 dəqiqə müddətində havada qalmaqla saatda 21,6 (kreyser) – 108 (maksimal) km sürətlə uçuşlar yerinə yetirə bilir. Faydalı yük qismində aparat döyüş meydanındakı şərait haqqında videoməlumatları fasiləsiz ötürən elektrooptik kamera ilə təchiz edilib. Burada qeyd etmək lazımdır ki, “Horus” PUA imkanları yalnız vizual kəşfiyyatla məhdudlaşır. Lazer hədəfgöstəricinin olmaması yarımaktiv lazer ÖTB ilə təchiz edilmiş idarə olunan döyüş sursatlarının tətbiqini imkansız edir. Buna baxmayaraq, “Horus” PUA Cənubi Koreya istehsalı olan KSTAM-II özütuşlanan döyüş elementli idarə olunan atəş yığımının tətbiqini dəstəkləyir. AD
41
Əldəqayırma Partlayıcı Qurğularla mübarizə: Ordular yeni texnologiya axtarışında Rəşad Süleymanov İraq və Əfqanıstanda NATO və müttəfiq qoşunlarını mütəmadi olaraq qarşılaşdığı əldəqayırma partlayıcı qurğular (ƏPQ) bu gün lokal miqyasdan çıxaraq, qlobal səviyyədə həm ordu, həm də təhlükəsizlik qüvvələri üçün bir nömrəli problemə çevrilib. 2005-ci ildən ƏPQ hücumlarının artan dinamikası və vurduğu zərərlər münaqişə zonalarında bu təhdidlərlə mübarizəni aktuallaşdırıb. Bu da öz növbəsində müdafiə sənayesində yeni mübarizə metodologiyalarının, avadanlıqların və sistem həllərinin yaradılmasına təkan verir. Artan ƏPQ təhdidləri ilə mübarizənin sistemli aparılması və yeni texnologiyaların tətbiqi məqsədi ilə Pentaqon 2006-cı ildə Birgə ƏPQ Zərərsizləşdirmə Təşkilatını (Joint IED Defeat Organization -JIEDDO) yaradıb. Lakin 2006–2011-ci illərdə 18 milyard dollardan çox maliyyənin ayrılmasına baxmayaraq, JIEDDO nə Əfqanıstan, nə İraq, nə də digər münaqişə zonalarında effektiv ola bilməmiş, əksinə atılan addımlar terror və partizan qruplarının öz ƏPQ texnologiyalarını təkmilləşdirmələrinə səbəb olmuşdur. Əfqanıstan və İraq əməliyyatlarının birinci onilliyində ABŞ Hökuməti JIEDDO-dan əlavə, ordu və təhlükəsizlik qurumlarına minaya qarşı qorumalı nəqliyyat vasitələrinin satın alınması və digər ƏPQ ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün 40 milyard dollar vəsait ayırmışdır.
Mövcud vəziyyət Müasir ƏPQ ilə mübarizə texnologiyalarına ƏPQ və ya ƏPQ qurğuların komponentlərini (partlayıcı maddəni, işəsalma qurğusunu, naqili və ya enerji mənbəyini) müəyyən məsafədən aşkarlayan sensorlar, ƏPQ-lərin işə salınmasının qarşısını alan və neytrallaşdıran avadanlıqlar (siqnal kəsici-qarışdırıcılar (jammerlər), məsafədən söndürmə cihazları, ƏPQ-nin partlayış və parçalanma təsirini azaldan avadanlıqlar, kəşfiyyat avadanlıqları, təlim texnologiyaları və s. daxilir. ABŞ Ordusunun münaqişə zonalarındakı qüvvələri ƏPQ ilə mübarizədə SRC Inc. şir kə ti nin is teh sa lı olan AN / VLQ-12 “CREW Duke” siqnal kəsici-qarışdırıcılardan istifadə edir. ABŞ Ordusunun 2005–2009-cu illərdə ən yaxşı 10 ixtirasından biri sayılan “CREW Duke” sisteminin satın alınmasına Pentaqon 2009–2014-cü illərdə 700 milyon dollar, 2016–2019-cu illərdə isə 154 milyon dollar vəsait xərcləyib. ABŞ Ordusu və müttəfiqləri üçün tədarük olunmuş 60 mindən çox “CREW Duke” İraq,
SRC Inc. şirkətinin istehsalı olan AN / VLQ12 “CREW Duke” siqnal kəsiciqarışdırıcı ilə təchiz olunmuş zirehli nəqliyyat vasitələri. ABŞ Ordusunun 2005–2009cu illərdə ən yaxşı 10 ixtirasından biri sayılan “CREW Duke” sisteminin satın alınmasına Pentaqon 2009– 2014cü illərdə 700 milyon dollar, 2016–2019cu illərdə isə 154 milyon dollar vəsait xərcləyib. Foto: DoD
Əfqanıstan və digər regionlarda hərbi əməliyyatlarda istifadə edilib. Münaqişə zonalarında xidmət edən hərbçilərin ƏPQ hücumlarına qarşı müdafiəsinin gücləndirilməsi böyük həcmdə vəsait yönəldən Avstraliya Hökuməti qarşıdakı 10 il ərzində ƏPQ ilə mübarizə layihələrinə bir milyard dollar vəsait ayıracağını açıqlayıb. 2019-cu ilin no yabr ayın da ABŞ Dövlət Departamenti Avstraliyaya “Northrop Grumman” şirkətinin istehsalı olan 850 ədəd JCREW I1B1 sisteminin (Joint Counter Radio - Controlled Improvised Explosive Device Electronic Warfare Increment 1 Block 1 - JCREW I1B1) satışına icazə verib. Sözügedən satınalmanın ümumi dəyəri 360 milyon dollar təşkil edir. Avstraliyanın Müdafiə naziri Linda Reynoldsun sözlərinə görə, Avstraliya Hökuməti bununla yanaşı, 2022–2023cü illərdə ABŞ-dan 88 milyon dollar dəyərində daha 195 ədəd neytrallaşdırma sistemlərini satın almaq niyyətindədir. Cari ilin mart ayının 31-də isə Avstraliya Müdafiə Nazirliyi “L3 Harris” şir-
kəti ilə “Redwing” proqramı çərçivəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinə 15 min ədəd “Silver Shield” ƏPQ əleyhinə müdafiə sisteminin çatdırılmasına dair müqavilə imzalayıb. Sifariş verilmiş cihazlar Avstraliyada “L3 Micreo” şirkətinin müəssisəsində istehsal ediləcək. Radiosiqnallarla idarə edilən ƏPQ qurğuları ilə mübarizə üçün nəzərdə tutulmuş “Silver Shield” sistemi nəqliyyat vasitələrinə quraşdırılmış siqnal kəsici-qarışdırıcı sistemlərin ən son nəsli hesab olunur. Avtomatik özünü tənzimləmə xüsusiyyətlərinə sahib və mürəkkəb texniki xidmət tələb etməyən bu sistemin prototipləri 2017-ci ildə sınaqdan keçirilib. “Redwing” proqramı çərçivəsində Əfqanıstan təhlükəsizlik qüvvələri 2018ci ildə 13000, 2019-cu ildə isə 14000 ədəd “Silver Shield” əldə etmişdir. İtaliya və Böyük Britaniya ordu və təhlükəsizlik qüvvələri tərəfindən geniş istifadə olunan “Guardian H3” radioelektron mübarizə sistemi portativ, nəqliyyat vasitəsinə inteqrasiya edilən və sabit quraşdırılmaqla 3 konfiqurasiyada istehsal olunur. 2013-2015-ci illərdə İtaliya Müdafiə Nazirliyi “Leonardo” Korporasiyasından (keçmiş Finnmechanica) 500 ədəd “Guardian H3” kəsici-qarışdırıcı sistem əldə etmişdir. 2019-cu ilin sentyabr ayında Londonda keçirilmiş DSEI-2019 sərgisində “Leonardo” “Guardian”ın iki yeni modifikasiyasını “Guardian HR” və “Guardian HFE”ni təqdim edib. Şirkətin məlumatına görə, yeni modifikasiyalar terrorçu
“Netline” şirkətinin CGuard” reaktiv kəsiciqarışdırıcı sistemi
qruplaşmalar tərəfindən istifadə edilən, daha inkişaf etmiş texnologiyalarla mübarizə üçün nəzərdə tutulur. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Guardian HFE” sistemi bəzi mobil telefon cihazları tərəfindən istifadə edilən yüksək tezlikli siqnalları bloklamağa imkan verir. 2019-cu ilin iyun ayında İtaliya Ordusunun sınaqlarından uğurla keçən hər iki variant 2020-ci ilin əvvəllərində satışa təqdim olunub. İsrailin “Netline Communications Technologies” şirkəti “C-Guard” reaktiv
kəsici-qarışdırıcı sistemi son illərdə İsrail, Nigeriya və Tailand ordularında silahlanmaya qəbul edilib. “Netline” şirkəti son olaraq 2019-cu ilin dekabr ayında İs pa ni ya Müda fiə Na zir li yi ilə “C-Guard”ın tədarükünə dair 65 milyon avro dəyərində müqavilə imzaladığını açıqlayıb. Bir əsgər tərəfindən yük çantasında daşınan, 2.5 GHz, 3 GHz və 6 GHz tezlik di a pa zon lar da ma ne ə lər qo ya bi lən “C-Guard” proqramlaşdırılan radiostansiyaların (SDR) platformasına əsaslanır.
CSES şirkətinin HMDS sistemi “Husky” nəqliyyat vasitəsi və ona inteqrasiya olunmiş 4 ədəd “Visor 2500” GPR radarından ibdarətdir.
43
İsrailin IAI şirkəti tərə indən hazırlanmış ELI3375 CIMS sistemi. Foto: IAI
Sistem eyni zamanda çox sayda təhdidə cavab verir. Şirkətin rəsmi açıqlamasına görə, “C-Guard” daşınan reaktiv kəsici-qarışdırıcı sistem ƏPQ-lərin həm aktivləşdiril mə cəhd lə ri ni aş kar la yır, həm də ƏPQ-ni partlatmağa çalışan radio siqnallarına təcili reaksiya verərək onun qarşısını alır. Sürətli reaksiya qabiliyyəti, aktiv maneə qoyma imkanları, geniş əhatə dairəsi, sadə əməliyyat texnologiyası, heç bir əlavə avadanlıq tələb etmədən əməliyyata hazır vəziyyətə gətirilməsi imkanları ilə fərqlənir. İnteqrasiya olunmuş aşkarlama sistemləri Bu ilin may ayın da “Chem ring Sensors and Electronic Systems” (CSES) şirkəti ilə yola HMDS (Husky Mounted Detection Systems) sisteminin alınmasına dair 200 milyon dollar dəyərində müqavilə imzalayan ABŞ Ordusu bununla HMDS-in basdırılmış və gizlədilmiş ƏPQ-lərin aşkarlanmasında əvəzsiz texnologiya olduğunu bir daha təsdiqlədi. HMDS sistemi “Husky” nəqliyyat vasitəsi və ona inteqrasiya olunmiş hər biri 80 sm genişliyə malik 4 ədəd “Visor 2500” GPR radarlarından ibarət kompleksdir. HMDS orduya yolları tank əleyhinə minalar və yol kənarlarında gizlədilən ƏPQ-lərdən tez bir zamanda tə-
44 www.azeridefence.com
mizləməyə kömək edir. “Visor 2500” GPR radarın müasir avtomatik hədəf tanıma alqoritmləri real vaxt rejimində metal və qeyri-metal tərkibli təhdidləri aşkarlamağa imkan verir. Radarların aşkarlama dərinliyi 1.8 metrdir. Aşkarlanan mina və ƏPQ qurğularının koordinatları mina zərərsizləşdirmə qruplarına ötürülür. Ehtiyac duyulduğu ərazilərdə maşına taxılan teleskopik qol vasitəsilə partlayıcı maddə götürülə və yaxud yerində zərərsizləşdirilə bilər. Qeyd edək ki, 2012-ci ildə Türkiyə də ABŞ-dan 115 milyon dollar dəyərində 50 ədəd HMDS sistemi satın alıb. İsrailin IAI şirkəti tərəfindən hazırlanmış ELI-3375 CIMS (Counter-IED & Counter Mine Suite) uzun illər ərzində bazarda şəriksiz liderlik edən HMDS-in alternativi kimi meydana çıxıb. CIMS eyni konsepsiyaya əsaslansa da, HMDSdən daha mükəmməl hesab olunur və özündə müxtəlif sensorlarını birləşdirir. Sistemə müasir SAR radarı, elektro-optik kamera, yeraltı mina və ƏPQ aşkarlama detektoru və neytrallaşdırma sistemi daxildir. Xarici hərbi mediada yer alan məlumatlara görə, CIMS-in adı açıqlanmayan bir neçə ölkəyə ixracı barədə razılaşmalar əldə olunub. Sistemin ilk xarici müştərisinin isə Hindistan olduğu ehtimal edilir.
Detektorlar Yolların kənarı və müxtəlif obyektlərdə gizlədilən ƏPQ-lərin aşkarlanması üçün “Vallon”, “L-3 Harris”, “Schiebel” kimi istehsalçılar tərəfindən mövcud detektorların funksiyalarının təkmilləşdirilməsi və müasir yerə nüfuz edən radar (GPR) texnologiyasının tətbiqi istiqamətində işlər davam etdirilir. “Vallon” şirkəti tərəfindən hazırlanmış metal detektorlar Əfqanıstanda gedən hərbi əməliyyatlarda ABŞ və müttəfiqləri tərəfindən geniş istifadə olunmuşdur. “Vallon”un VR1 “Wirehound” detektoru ƏPQ-lərin və onların komponentlərinin aşkarlanması üçün nəzərdə tutulur. Əfqanıstanda praktiki olaraq istifadə edilmiş detektor uzunluğu 10 sm və daha çox olan naqilləri aşkarlaya biləcək həssaslığa sahibdir. Yüksək həssaslığa sahib GPR radarı plastik, ağac və metaldan hazırlanan hədəflərə də reaksiya verir. ABŞ Ordusu 2010-cu ildən müdafiə sənayesi şirkətlərinin iştirakı ilə uzun illər münaqişə zonalarında istifadə edilən AN-PSS-14 metal detektorlarının təkmilləşdirilməsi, detektora minalarla yanaşı, ƏPQ qurğularını da aşkarlama imkanlarının qazandırılması istiqamətində tədqiqat işlərinə başlamışdır. Bu proqram çərçivəsində 2017-ci ilin oktyabr
ayında “L-3 Harris” şirkəti ilə 1800 ədəd AN-PSS-14A və AN / PSS-14B detektorunun təkmilləşdirilməsinə dair birinci müqavilə imzalanıb. Ordunun hərbi nəşrlərində yer alan məlumatlara görə, təkmilləşdirildikdən sonra AN-PSS-14C adlanan detektorlar həm yer səthində, həm də torpağın dərin qatlarında gizlədilən qeyri-metal partlayıcıları və naqilləri aşkarlamağa imkan verir. AN / PSS-14C mina aşkaretmə sistemi özündə yerə nüfuz edən radar, həssas metal detektorunu birləşdirir və inkişaf etmiş məlumat emalı alqoritmlərinə sahibdir. Sistemin genişzolaqlı GPR radarının axtarış başlığı bir ötürücü və iki qəbuledici antenadan ibarətdir. 2018-ci ilin mart ayında İspaniyanın Müdafiə Nazirliyi “Chemring Technology Solutions” şirkəti ilə “GroundHunter AWD” detektorlarının satın alınmasına dair müqavilə imzaladığını açıqlayıb. “GroundHunter AWD” dünyanın ən dəqiq ƏPQ naqil aşkarlama detektorudur və İspaniya Müdafiə Nazirliyi tərəfindən keçirilən geniş qiymətləndirmə proqramından sonra seçilib. Nazirliyin yaydığı məlumatda “qiymətləndirdiyimiz bütün avadanlıqlardan “GroundHunter AWD” tələblərimizə cavab verən yeganə detektor oldu və digər sistemlərin performansını üstələdi”, – deyə qeyd olunub.
NR900EK3M “Korşun” portativ mina detektoru
Yüksək in tu i tiv bir sis tem olan “GroundHunter AWD” minimal təlim tələb edir və on saniyə ərzində avtomatik kalibrlənir. Torpağın tərkibi dəyişdikdə belə əlavə kalibrləmə tələb etmir. Cihazın maneələrə qarşı dayanıqlığı, digər avadanlıqlarla müqayisədə aşağı saxta həyəcan siqnalları və EMC uyğunluğu
kənardan müdaxiləni minimuma endirir. Rusiyanın “Qruppa Zaşitı-YuTTA” səhmdar cəmiyyəti tərəfindən hazırlanmış NR900EK3M “Korşun” portativ mina detektoru 2014-cü ildən Rusiya silahlı qüvvələrinin mühəndis-istehkamçıları tərəfindən Çeçenistan, Abxaziya, Cənubi Osetiya və Suriyada istifadə olunur. İstehsalçı müəssisənin məlumatına görə, NR900EK3M “Korşun” 30 metr məsafədən həm aktiv, həm də söndürülü vəziyyətdə olan istənilən yarımkeçirici qurğuları qeydə alır. Cihaz həmçinin torpağa basdırılmış və ya gizlədilmiş minaları, radioqəbulediciləri və radio siqnallar emal edən qurğuları, müxtəlif partlayış təhlükəsi olan predmetlərin idarəetmə pultlarını, elektron və elektromexaniki taymerləri, ƏPQ-lərdə qurulan akustik, maqnit və elektro-optik sensorları, ƏPQ ilə birgə istifadə olunan gizli konstruksiyalar və qurğuları aşkarlamağa imkan verir. 848 MHs tezlikdə işləyən detektorun çıxış impulsu 30 Vattdan 200 Vattadək, həssaslığı isə 150 dB/Vattdır. Ən son olaraq Rusiya mühəndis-istehkam bölmələrinin Suriyanın Hələb və Palmira şəhərlərində apardıqları əməliyyatlarda görüntülənmiş “Korşun” detektorları Ermənistana və Qazaxıstana ixrac olunub. AD
45
Termobarik döyüş sursatları Əhəd Əzizov Od, qədim zamanlardan bəri əsgərlərin bacarıqlı əllərində uzun müddət dəhşətli bir silah olmuşdur. “Yunan odu” və ya “maye od”/ “yanan qarışıq” ilk dəfə dəniz döyüşündə bizanslılara qalib gəlməyə kömək etmiş və tullayıcı maşınlardan (katapultlardan) buraxılan od kürələri bütün şəhərləri yandırmışdır. “Yunan odu”nun atılması üçün gəmilərdə mis borulardan, əl sifonlarından, “alovlu buynuzlar”dan istifadə olunurdu. “Yunan odu” həmçinin çəlləklərə və gil qablara yerləşdirilir, sonra isə qalaların mühasirəsi zamanı katapultlardan atılırdı. Xüsusi tərkibə malik “yunan odu”nun alovunu su ilə söndürmək mümkün deyildi. Barıtın ixtirası hərbi birinciliyin palmasını inamla odun əlindən almış olsa da, hərbçilər odun təhlükəli xüsusiyyətlərini heç vaxt unutmamış və bütün sonrakı müharibələrdə məhvetmə vasitəsi olaraq oddan çox geniş istifadə etmişdilər. Müəyyən müddət sonra yandırıcı atəş yığımları, daha sonra isə odsaçanlar yaradılmış və nəhayət, müxtəlif zirehli maşınların bazasında hazırlananlar da daxil olmaqla ordu birləşmələrinin silahlanmasına bütöv odsaçan sistemlər qəbul edilmişdir. Son iyirmi il ərzində dünyanın bir çox ölkələrində adi döyüş sursatlarının layihələndirilməsində onların qəlpə effektinin gücləndirilməsinə və dəlmə imkanlarının artırılmasına xüsusi diqqət
yetirilir. Bu dövr ərzində yeni nəsil yandırıcı və fuqas təsirli döyüş sursatları yaradılıb, termobarik döyüş başlıqlı döyüş sursatları (qısaca termobarik döyüş sursatı) hazırlanıb. Termobarik döyüş sursatı nədir? Termobarik döyüş sursatı konstruktiv olaraq yüksək detonasiya sürətinə malik partladıcı maddədən hazırlanmış mərkəzi dağıdıcı atımdan (MDA) və ətrafında yüksək miqdarda metal yanacağı olan qatılaşdırılmış partlayıcılı termobarik qarışıqdan ibarətdir. Hazırki mərhələdə ikinci nəsil həcmli partlayış döyüş sursatlarının (HPDS; Fuel-air explosives – FAE) təsirinə uyğun gələn termobarik qarışıqlar
geniş populyarlıq qazanıblar. Belə döyüş sursatları fuqas-yandırıcı kimi təsnifləndirilsə də, lakin son dövrlərdə yeni başqa adla – termobarik döyüş sursatı adı ilə daha geniş tanınır. Qısa arayış: Fuqas döyüş sursatları dağıdıcı atımın qazlarının dağıdıcı gücü və qismən zərbəsi ilə maneəyə məhvedici təsir göstərir. Yandırıcı döyüş sursatları tez alışan və yanğın törədən qarışıqdan ibarət olaraq hədə in (obyektin) yandırılması üçün təyin edilib. Fuqas-yandırıcı döyüş sursatları yanğın və fuqas təsiri ilə müxtəlif hərbi və mülki təyinatlı qurğuların (binaların, tikililərin, yanacaq və döyüş sursatı an-
Azərbaycan RaketArtilleriya Qoşunlarının silahlanmasında yer alan TOS1A “Solntsepyok” ağır odsaçanı. Foto: AD
barlarının, neft saxlanclarının, texnikaların və s.) məhv edilməsi üçün təyin edilib. Termobarik döyüş sursatının yaradılma tarixi Qeyd edildiyi kimi termobarik döyüş sursatı yanacaq-hava tərkibli partlayıcı qarışığa (fuel-air explosives) əsaslanan partlayıcı maddədir. Bu sursatın əsas zədə faktorlarına yaranan güclü zərbə dalğasını və böyük yanma zonasını aid etmək olar. Termobarik döyüş sursatının yaradılması istiqamətində ilk cəhdlər əvvəllər İkinci Dünya Müharibəsi əsnasında Almaniya Hərbi Hava Qüvvələri (Luftwaffe) və Quru Qoşunları (Wehrmacht) tərə indən edilib. Onların ixtiraçısı isə Avstriyalı izik Mario Zippermayr idi. İlkin yaradılmış silah “Taifun” (“Tayfun”) adlanır, kömür tozuna və konsentrat oksigenə əsaslanırdı. Bu silah ilk dəfə Sevastapolda SSRİ qoşunlarının bunkerlərinə qarşı istifadə edilmişdi. Onun növbəti modo ikasiyası “Taifun B” isə kerosin, kömür tozu və alüminium tozundan ibarət aerozol qarışığı idi. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra termobarik silahlar möv-
zusuna qayıdılaraq SSRİ və ABŞ-da 1960-cı illərdə hazırlanıb. Lakin ABŞ-da uzun müddət bu işlər laboratoriya sınaqları və ayrı-ayrı sınaq partlayışları çərçivəsindən kənara çıxmayıb. SSRİ-də isə işlər davam etdirilib və sonradan 1984-cü ildə Silahlı Qüvvələrin silahlanmasına qəbul edilmiş RPO-A “Şmel” kimi termobarik döyüş sursatından geniş istifadə olunub. Bu tip döyüş sursatı, əsasən aviasiya bombaları, əvvəlcə SSRİ qoşunları tərə indən Əfqanıstanda, daha sonra isə Rusiya qoşunları tərə indən Çeçenistanda geniş istifadə edilmişdi. NATO üzvü olan digər dövlətlər isə termobarik döyüş sursatlarının yaradılmasına nisbətən gec başlayıblar. Əvvəllər onlar insan hüquqları, bu növ silahların istifadəsi və daha da yayılması barədə "narahatlıqlarını" bildirirdilər. Lakin SSRİ/Rusiya tərə indən Əfqanıstanda və Çeçenistanda qəlpəli-fuqas tipli döyüş sursatı ilə müqayisədə termobarik döyüş sursatlarının döyüşçülərin gizləndikləri bunkerlərə, binalara və tunellərə qarşı istifadə edildiyi zaman yüksək səmərəliliyinin şahidi olduqdan sonra həmin dövlətlər də uyğun döyüş sursatlarının yaradılmasını sürətləndiriblər.
Hərbi paradda keçid edən Rusiya Ordusunun bölmələrinin heyəti RPOA reaktiv piyada əl odsaçanı ilə
ABŞ-ın arsenalında termobarik silahların mövcudluğunun yeni bir istiqamət olmasına baxmayaraq, onun yaradılması üzərində işlərə yenidən 1996-cı ildən, ABŞ kəş iyyatının potensial rəqibin canlı qüvvəsini, hərbi texnikalarını və texniki vasitələrini torpaqda dərinləşdirmək, tunellərdə və ya mağaralarda gizlətmək meylinin artırdığını müəyyən etdiyi vaxtdan başlanıb. Həmin dövrdə ABŞ kəş iyyatı tərə indən termobarik döyüş sursatlarının “dost olmayan ölkələr arasında geniş yayıldığı” təsbit olunub. Keçirilən təlimlər zamanı ABŞ Dəniz Piyadaları Komandanlığı termobarik döyüş sursatlarından istifadə konsepsiyasını araşdırıb və bu sursatların adi qəlpəli-fuqas döyüş sursatları ilə müqayisədə tunellərin, bunkerlərin, mağaraların və kanalizasiya sistemlərinin “təmizləməsində” daha təsirli olduğu qənaətinə gəlinib. Bu cür döyüş sursatlarının olması zərurəti ABŞ-ın Əfqanıstanda keçirdiyi "Sonsuz Azadlıq” (“Enduring Freedom”) əməliyyatı zamanı birinci plana çəkilib.
47
“ŞmelM” reaktiv piyada əl odsaçanı və termobarik sursatı
ABŞ hərbi ekspertlərinin rəyinə görə, məhdud bir məkanda düşmənin şəxsi heyətinə və hərbi texnikasına əhəmiyyətli dərəcədə ziyan vura biləcək silahlar, ABŞ Silahlı Qüvvələrinin hər hansı bir hərbi münaqişədə, o cümlədən terrorizmlə mübarizədə hərbi əməliyyatlar zamanı düşmənə fəal müqavimət göstərmək imkanları arasındakı boşluğu doldurmağa kömək edəcəkdir. Termobarik partlayışın mərhələləri Termobarik döyüş sursatının partlaması ayrı, lakin bir-biri ilə sıx əlaqəli üç mərhələdən ibarətdir: İlkin detonasiya dalğasını verən MDA-ın bir neçə mikrosaniyə ərzində partlaması (ətrafdakı hava ilə qarşılıqlı əlaqə olmadan baş verir). MDA-dan çıxan detonasiya dalğası bir neçə yüz mikrosaniyə ərzində daha aşağı sürətlə detonasiya edən termobarik qarışığın detonasiyasına başlayır (anaerob mərhələ - havanın atmosfer oksigeni daxil olmadan və ya yüksək temperaturda oksidləşməmiş yanan qarışığın havada qarışdırılması ilə baş verən natamam yanma prosesi). Zərbə dalğasının arxa hissəsindəki havadakı oksigen hesabına partlayış məhsullarının bir neçə milli saniyə və daha çox müddətdə genişlənməsi və yanması baş verir. Bu vəziyyətdə zərbə dalğası ətraf mühit vasitəsilə detonasiya məhsullarının qarışmasına və yanmasına kömək edir (aerob mərhələ). Termobarik qarışığın partlaması, xırda dispersiyalı monoton raket yanacağı və metal yanacaq qarışığının hava
48 www.azeridefence.com
oksigeninin iştirakı ilə eyni vaxtda dağılmasından və partlayışından ibarətdir. Bu zaman partlayış yüksək temperaturla, həmçinin nisbətən uzunmüddətli təzyiq artan və azalan hava zərbə dalğası ilə müşayiət olunur. Termobarik qarışığın partlaması zamanı yaranan zərbə dalğası atmosfer oksigeninin ardıcıl iştirakla detonasiya çevrilməsində adi partlayıcı maddələrə nisbətən müddət üzrə daha böyük uzunluğa malikdir. Bu xüsusiyyət onun atəş məsafəsini artırır, maneələri aşaraq xəndəklərə, mazğallara sızaraq oradakı canlı qüvvəni, o cümlədən fərdi zirehli müha izə vasitələri ilə qorunanları da məhv etməyə imkan verir. Termobarik partlayışın əsas xüsusiyyətləri termobarik qarışığın tərkibi ilə müəyyən edilir. Adətən belə qarışıq 200-400 mikron aralığında hissəcik ölçülü 46% polidispers maqnezium tozundan və 54% izopropil nitratdan ibarət olur. Qarışıq xüsusi kapsulada yerləşdirilir. Yanan qarışıq mən i oksigen balansına malikdir. Buna görə detonasiyadan sonra maqnezium tozunun yalnız 65%-i reaksiya göstərir. Bundan əlavə, detonasiya zamanı bütün polidispers maqnezium hissəcikləri yüksək 20003500 °C temperatura qədər qızır. Partlayışın episentrindən sabit bir məsafədə partlayış məhsullarının yüksək təzyiq səviyyəsi termobarik qarışığın kütləsindən asılıdır. Bu zaman, yüksək təzyiqin miqdarı partlayışın açıq ərazidə və ya qapalı məkanda olubolmamasından asılıdır: Məslən, RPO-A “Şmel” tipli əl reaktiv odsaçanının həcmi 90 m3 olan qapalı otaqda partlaması
zamanı, yüksək təzyiq 4-7 kq/sm2 təşkil edir ki, bu da həm otaqdakı canlı qüvvəni məhv etmək, həm də tavanın və divarların dağılması üçün kifayətdir. Buna görə də bir çox hallarda 93 mm-lik RPO-A “Şmel” reaktiv əl odsaçanının qumbarasının partlayışı 105 mmlik haubitsanın, 40 mm-lik TBQ-7V atəş yığımının qumbarasının partlayışı isə 122 mm-lik haubitsanın qəlpəli-fuqas mərmisinin partlayışından geri qalmır. Termobarik döyüş sursatının HPDS fərqi, birincinin effektiv kütləsinin 2030 kq-la məhdudlaşmamasıdır. Belə ki, HPDS-nın effektiv işləməsi üçün onun çəkisi 20-30 kq-dan yuxarı olmalıdır. Termobarik döyüş sursatının bu üstünlüyü onun köməyi ilə kiçik bölmələrin, o cümlədən ayrı-ayrı döyüşçülərin silahlandırılmasına imkan verir. HPDS ilə müqayisədə termobarik döyüş sursatı atmosfer təsirlərinə (məsələn, küləyin təsiri, yağışın təsiri) həssas deyildir, partlayış üçün bulud yaranmasına vaxt tələb edilmir. Bundan başqa, termobarik sursatın partlayışından yaranan zərbə dalğası sığınacaqlara axaraq (sızaraq) zədə yetirə bilir. Bununla belə, termobarik sursatın açıq ərazilərdə effektivliyi nisbətən aşağıdır, yalnız qapalı və yarıaçıq otaqlarda (sığınacaqlarda) əks olunan zərbə dalğalarında metal hissəciklərin intensiv yanması səbəbindən yüksək effektivlik göstərir. Termobarik sursatın fəaliyyət prinsipi Fuqas atımın partlamasından, mənşəyindən və quruluşundan asılı olmayaraq, enerjinin sürətli lokal azad olunması hadisəsi baş verir. Partlayış dalğasının meydana gəlməsi, istilik radiasiyası, gövdənin dağılması, fraqmentlərə sürətlənmə təcilinin verilməsi – bütün bu proseslər enerjinin udulması hesabına yaranır. Qəlpəli-fuqas döyüş başlıqlarının enerjisinin böyük bir hissəsi gövdəni dağıtmağa və açıq məkanda işçi qüvvəsini məhv etməyin ən təsirli vasitəsi olan qəlpələrə sürətlənmə təcilini verməyə sərf olunur. Digər tərəfdən, müxtəlif qurğulara qarşı istifadə üçün nəzərdə tutulmuş döyüş başlıqları və ya fuqas atımları çox nazik bir gövdəyə malikdir və ya gövdəsi ümumiyyətlə yox-
dur. Zərbə dalğası onların əsas məhvetmə amilidir. Termobarik döyüş başlığı da çox nazik gövdəyə malikdir və partladığı zaman zərbə dalğası və yanma zonası yaranır. Enerjinin azad olunması prosesinə partlayıcı maddənin zərbə dalğasının sürəti öz təsirin göstərir. Termobarik döyüş sursatlarında istifadə olunan partladıcılar minalarda istifadə olunan partladıcılarla eyni zərbə dalğası sürətinə (3-4 km/s) malikdir, lakin fuqas minadan (adətən 8 km/s) xeyli aşağıdır. Adətən termobarik döyüş sursatlarında istifadə olunan partladıcılara “mən i oksigen balanslı partladıcılar” deyilir. Bu o deməkdir ki, atımın tam yanması üçün ətrafdakı havadan oksigen lazımdır. Beləliklə, termobarik partlayıcı maddələrin tərkibini hibrid adlandırmaq olar, çünki onlar yanacaq-hava partlayıcı qarışığı əsaslı və fuqas əsaslı partlayıcı maddələrin xüsusiyyətlərini özündə birləşdirir. Daha doğrusu, bunlar hava çatışmazlığı zamanı meydana gələn və detonasiya prosesinin üçüncü mərhələsində havadan oksigenin udulması ilə yanaraq güclü təsirə sahiblənən fuqas təsirli partlayıcı atımdır. Sadalanan səbəblərə görə, detonasiyanın ilkin mərhələsində enerjinin yalnız bir hissəsi azad edilir ki, bu da hava çatışmazlığı ilə yanmağa başlayan, sonra isə sona qədər yanan, zərbə dalğasından qızdırılan hava ilə qarışan məhsulların ayrılmasına kömək edir. "Sonradan sona qədər yanan" və oksidləşmə zamanı yaranan enerji partlayış dalğasından yaranan həddindən artıq təzyiq müddətini artırır və alovlanma zonasını genişləndirir. Müasir trotil əsaslı qəlpəli-fuqas döyüş sursatlarında sona qədər yanma kifayət qədər baş vermir, çünki qəlpələr detonasiya zamanı ayrılan qazların hava ilə qarışmasını yavaşıdır və partlayışın sürətli yayılması atmosfer oksigeni ilə qarışma anına qədər baş verən soyutma effekti ilə əlaqəlidir. Termobarik partlayışın səmərəliliyinin artması əsasən tərkibinə alüminium, bor, silikon, titan, maqnezium və sirkonyum kimi əlavə yüksəkenerjili metalların daxil edilməsi ilə baş verir. Bu partlayıcı maddələr ya maye, ya da bərk ola bilər.
Əvvəlcə SSRİ/Rusiyada termobarik döyüş sursatlarının partlayıcı maddəsi qismində heksagen, alüminium və ya maqnezium tozundan və izopil nitratdan ibarət maye və pastaşəkilli qarışıqlardan istifadə olunurdu. Hazırda müasir termobarik partlayıcı maddələr strukturlaşdırılmış qarışığa malikdir. Bütün partlayıcı maddələr səs sürətindən daha sürətli partlayış dalğası əmələ gətirir. Zərbə cəbhəsi, detonasiya məhsulları ilə ətraf mühitin kəsişməsinin sərhədində meydana gəlir. Zərbə dalğasının bütün cəbhəsi boyu məhvetmə təsirinə malik təzyiqin kəskin artımı baş verir. Adi fuqas partlayıcı maddənin partlatma zamanı maksimum artan təzyiqi termobarik partlayıcı maddənin partlamasından daha yüksəkdir. Ancaq birinci halda təzyiq daha sürətli düşür. Təzyiq atmosfer təzyiqindən aşağı düşdükdə sıxılma mərhələsindən sonra boşalma mərhələsi gəlir. Bu vəziyyətdə binaların dağıdılması baş verir və insanların cəsədləri bayıra atıla bilər. Termobarik partlayıcı maddənin boşalma mərhələsi fuqas partlayıcı maddənin boşalma mərhələsinə nisbətən daha uzun sürür. Kiçik maksimal partlayış dalğası təzyiqinin olmasına baxmayaraq, termobarik partlayıcı maddənin ümumi partlayış impulsu fuqas partlayıcı maddədən daha yüksəkdir. Hədə i məhvetmə effektivliyi maksimum təzyiqdən və partlayış impulsunun müddətindən asılıdır. Müxtəlif cisimlərə zərərvermə təsiri zərbə dalğası impulsunun pik göstəricisindən asılı olsa da, insana təsir göstərən amillərin araşdırmaları zərbə dalğasının cəbhəsindəki yüksək təzyiq dözümlülüyünün artan impuls müddətində azaldığını ortaya qoydu. Məhvetmə faktorları Hədə in termik zədələnməsi adətən partlayışın episentri yaxınlığında baş verir. Ölümcül termik zədələnmənin radiusu yanma zonasının ölçüsü ilə müəyyən edilir. Zərbə dalğasının məhvetmə effekti zonası termal zədələnmə zonası ilə üst-üstə düşür və onu üstələyir. Ancaq məsafə artdıqca təzyiq və zərbə dalğasının məhvetmə təsiri azalır. Qəlpə yaraları və küt xəsarətalma radiusu zərbə dalğasının ölümcül zərər-
Ukrayna istehsalı olan RPV16 reaktiv piyada əl odsaçanı və termobarik sursatı
vermə təsirinin hüdudlarından kənara çıxır. Adi qəlpəli-fuqas döyüş sursatının qəlpələrə parçalanmasını başlanğıc sürəti adətən 1500 km/saata bərabərdir və onların uçuş diapazonu çox vaxt kilometrlərlə ölçülür. Açıq məkanda istifadə edildikdə termobarik döyüş sursatları məhdud məhvetmə radiusuna malik olurlar. Ancaq praktikada, bəzi hallarda, məsələn, mülki şəxslər və öz qoşunlarımız düşmənin yerləşdiyi yerə yaxın olduqda belə xüsusiyyət üstünlük ola bilər. Termobarik döyüş sursatları hədə i qapalı məkanda məhv edilməsi zamanı adi kumuyativ və qəlpəli-fuqas mərmilərin çatışmazlıqlarından məhrumdur. Məsələn, müasir kumulativ döyüş başlıqları zirehli texnikanın məhv edilməsində təsirlidir. Kumulativ şırnaq böyük düzxətli sürətə malikdir və çox kiçik bir diametrdə cəmlənir ki, bu da binaların, səhra istehkamlarının, pulemyot nöqtələrinin və s. məhv edilməsini təmin etmir. Tunellərdə və mağaralarda hədəfləri məhv edərkən qəlpəli-fuqas mərmi, o cümlədən nüfuzedicilər də çatışmazlıqlara sahibdir. Divarlar qəlpələrin yayılmasının qarşısını aldığına görə tunellərin bütün sistemini vurmaq
49
mümkün deyil. Obyekt və insanları uçan qəlpələrdən qorumaq üçün qum kisələrindən və fərdi qoruyucu vasitələrdən istifadə olunur. Müxtəlif maneələrin üzərindən yayılan zərbə dalğasının təsirindən və termik effektlərdən müda iəni təmin etmək çox çətindir. Bundan əlavə, aparılan tədqiqatlar müasir güllə keçirməyən jiletlərin daha da ciddi xəsarət almasına səbəb ola biləcəyini göstərdi. Belə ki, hədə in səth bölgəsindəki sahənin artması zərbə dalğasının təsirini artırır və sinə qəfəsinə olan effektiv yükləmə artır. Bu problemin həlli məqsədi ilə təsir göstərən yüklənmənin dağıdılmasından ötrü zərbə dalğasının təsirini yumşaldan və jilet divarları vasitəsi ilə ötürülən enerjinin miqdarını azaldan, müxtəlif sıxlıqlara malik bir neçə qat materialdan zirehli jiletlərdən istifadə olunmağa başlanıb. Termik zədələnmədən müda iə məqsədilə odadavamlı materialdan hazırlanmış geyimlər istifadə edilə bilər. Bununla birlikdə, termobarik partlayış zamanı onun istifadəsi insanı zərbə dalğasının zədələrindən xilas etmir. Zərbə dalğasının radiusu termik təsirin radiusundan qat-qat böyük olduğundan bu amil ölüm üçün həlledici olur. Bundan başqa, zərbə dalğasının düzxətli hərəkət etmədiyini və qum kisələri və güllə keçirməyən jiletlər kimi Ukrayna istehsalı olan RPV16 reaktiv piyada əl odsaçanı və termobarik sursatı
əks tədbirlərin insanlar və obyektlər üçün lazımi müda iəni təmin etməməsini qeyd etmək lazımdır. Müxtəlif ölkələrdə termobarik döyüş sursatlarının yaradılması Bu günədək ilk və bəlkə də ən çox tanınan termobarik silah, RPO-A “Şmel” reaktiv piyada əl odsaçanıdır. O, keçmiş SSRİ Silahlı Qüvvələrinin silahlanmasına 1984-cü (bəzi mənbələrə görə 1988ci ildə) ildə qəbul edilib. Onun çapı 93 mm, ümumi kütləsi 11 kq, termobarik döyüş başlığının kütləsi 2,1 kq və ümumi uzunluğu 920 mm-dir. Termobarik döyüş başlığı olan kapsulun başlanğıc sürəti 125 m/s, maksimal atəş məsafəsi 1000 m, nişangah məsafəsi 600 m və minimal atəş məsafəsi 25 m təşkil edir. Termobarik döyüş başlığının trotilə ekvivalenti 2,5 kq-dır. Bir neçə modi ikasiyası mövcuddur: – 93 mm-lik RPO-A (termobarik), RPO-Z (yandırıcı) və RPO-D (tüstüləyici); – 72,5 mm-lik MRO-A (termobarik), MRO-Z (yandırıcı), MRO-D (tüstüləyici); – 90 mm-lik dərindən təkmilləşdirilmiş “Şmel-M” (termobarik); – 93 mm-lik RPV-16 (termibarik), Ukraynada istehsal edilir;
– 93 mm-lik PF-97 (termobarik), Çində istehsal edilir. Termobarik döyüş başlıqları yalnız xüsusi hazırlanmış piyada silahlarına quraşdırılmır. Belə ki, məsələn, RPQ-7V tank əleyhinə əl qumbaraatanında TBQ-7V atəş yığımı və RŞQ-1 reaktiv həmlə qumbarasında termobarik atımdan istifadə olunur. Bundan başqa, termobarik döyüş başlığı 9K135 “Kornet-E” və 9K115-1 “Metis-M” tank əleyhinə idarə olunan raket komplekslərində, artilleriya və minaatan atəş yığımlarında, reaktiv mərmilərdə və əl qumbaralarında, aviasiya bombalarında mövcuddur. RPO-A “Şmel” odsaçanı ilə yanaşı 1971–1979-cu illərdə keçmiş SSRİ-da texnika üzərində yerləşdirilmiş sistemlərin yaradılması istiqamətində də işlər həyata keçirilib. Belə işlərin nəticəsi olaraq T-72 tankının bazasında TOS-1 “Buratino” ağır odsaçan sistemi hazırlanıb və 1980-ci ildə SSRİ Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib. İstiqamətləndiricilər paketi çapı 220 mm olan 30 istiqamətləndirici borudan ibarətdir. Döyüş vəziyyətində kütləsi 46 ton, minimal atəş məsafəsi 600 m, maksimal atəş məsafəsi MO.1.01.04 reaktiv
mərmi ilə 3,5 km (yeni MO.1.01.04M reaktiv mərmi ilə 6 km), məhvetmə sahəsi isə 40000 m2 təşkil edir. Heyəti 3 nəfərdir. Ağır odsaçan sistem bir BM-1 döyüş maşınından və iki TZM-T (ilk variantlarda KrAZ yük avtomobilinin şassisində) ağır nəqletmə-doldurma maşınından ibarətdir. Döyüş maşınının ilk döyüş tətbiqi 1988–1989-cu illərdə Əfqanıstanda, ikinci dəfə isə Rusiya Silahlı Qüvvələri tərə indən1994–1996-cı illərdə birinci çeçen-rus kampaniyasında tətbiq edilmişdir. TOS-1 “Buratino” ağır odsaçan sistemin növbəti modi ikasiyası 2001-ci ildə təkmilləşdirmə yolu ilə T-72 tankının bazasında yaradılmış TOS-1A “Solnsepyok” ağır odsaçan sistemidir. Döyüş maşınında istiqamətləndirici boruların sayı 30-dan 24-ə endirilib, atəş məsafəsi MO.1.01.04M reaktiv mərminin tətbiqi ilə 6 km-ə çatdırılıb. TZM-T ağır nəqletmə-doldurma maşınında daşınan döyüş dəstinin miqdarı da 30-dan 24-ə endirilib. Sistemin minimal atəş məsafəsi 600 metrdir. 24 ədəd reaktiv mərminin tam yaylım müddəti 6 saniyə, heyəti isə 3 nəfərdir. Sistemin istehsalçısı olan Rusiya Federasiyasının “Omsktransmaş” Səhmdar Cəmiyyətinin baş konstruktoru Boris Yeryomenkonun sözlərinə görə, əgər 3 ədəd TOS-1A “Solnsepyok” ağır odsaçan sistemin işini 18 ədəd 122 mm-lik haubitsadan ibarət artilleriya divizionunun işi ilə müqayisə etsək, belə nəticə əldə edərik: • döyüş fəaliyyətlərinin aparılmasına hazırlıq müddəti 20 dəfə azalır; • döyüş tapşırığının yerinə yetirilməsinə tələb olunan müddət 50 dəfə azalır; • döyüş texnikasının istifadəsi 6 dəfə azalır; • şəxsi heyətin istifadəsi 20 dəfə azalır; • döyüş dəstinin istifadəsi 15 dəfə azalır. 220 mm-lik TOS-1A “Solnsepyok” ağır odsaçan sistemin növbəti modi ikasiyası yeni nəsil TOS-2 “Tosoçka” ağır odsaçan sistemidir. Sistemin həm döyüş maşını, həm də nəqletmə-doldurma maşını Ural-63706 yük avtomobilinin şassisində yerləşdirilib. Rusiya Federasiyası “Texmaş” Elmiİstehsalat Korporasiyasının direktoru
Aleksandr Koçkinin sözlərinə görə, hazırda mövcud reaktiv mərmilərlə yanaşı, TOS-2 “Tosoçka” ağır odsaçan sistemində tətbiq olunması üçün yeni reaktiv mərmilər üzərində işlər yerinə yetirilir. Yeni reaktiv mərminin atəş məsafəsi mövcud olanlarla müqayisədə daha yüksək olacaqdır. Çin Xalq Respublikası Bu yaxınlarda, Çinin NORINCO şirkəti, silah bazarına piyadalar üçün bir sıra termobarik döyüş başlıqlı döyüş sursatları təqdim edib. Bunlardan biri 80 mm-lik PF89 tank əleyhinə reaktiv əl qumbaraatanı üçün yaradılmış Type 69 atəş yığımıdır ki, nəticədə termobarik qumbaralı WPF-89 reaktiv əl qumbaraatanı hazırlanıb. Digər hazırlanmış nümunə isə HJ-8E “Hongjian-8” (“Red Arrow 8”) TƏİRK üçün bunker əleyhinə döyüş başlığıdır. 40 mm Type 69 qumbaraatanında (RPQ-7 qumbaraatanının modi ikasiyası) yeni, çapı 105 mm və kütləsi 4,2 kq olan termobarik döyüş başlıqlı çapüstü qumbara istifadə olunur. Atəş yığımının ümumi uzunluğu 884 mm-dir. Maksimum atəş məsafəsi 1000 metr təşkil edir. Amerika Birləşmiş Ştatları Yüksək fuqas effektli materialların hazırlanması proqramında Dəniz Piyadaları Komandanlığı ilə birlikdə “Talley Defense Systems” şirkəti də işləyib. “İndian Head” Hərbi-dəniz mərkəzi, “Talley Defense Systems” ilə birlikdə, “Carl Gustav M3” qumbaraatanından atəş açmaq üçün 84 mm-lik termobarik döyüş başlıqlı prototip istehsal edib. 2001-ci ildə “Talley Defense Systems”, ABŞ Dəniz Piyadaları Komandanlığının sifarişi ilə SMAW qumbaraatanı üçün termobarik döyüş başlıqı atəş yığımının sınaq nümunəsini, 2002-ci ildə SMAW qumbaraatanı üçün ikiqat məqsədli termobarik döyüş başlıqlı, həmçinin birdəfəlik konteyner olan SMAW-D qumbaraatan üçün unitar termobarik başlıqlı atəş yığımı hazırlayıb. Atəş yığımları 2002-ci ilin sonlarında ABŞ Dəniz Piyadaları Komandanlığı tərə indən silahlanmaya qəbul olunub. Əfqanıstandakı mövcud münaqişə, ABŞ-da yerüstü hədəflərə helikopterdən atılan AGM-114 “Hell ire” TƏİR və
mağara və tunel komplekslərini məhv etmək üçün 2002-ci ildə ilk dəfə istifadə edilən 8772 kq ağırlığında olan BLU118/B termobarik bombası kimi termobarik döyüş sursatlarının inkişafına səbəb olmuşdur. Termobarik döyüş başlığı ilə təchiz olunmuş tank əleyhinə idarə olunan AGM-114N “Hell ire” raketi 2003-cü ildə İraq müharibəsi zamanı əsasən bunkerlərə qarşı istifadə edilib. 2002-ci ildə, ABŞ-da, İraq və Əfqanıstanda istifadə edilən MK-19 qumbaraatanı üçün termobarik döyüş başlıqlı 40 mm-lik atəş yığımı hazırlanıb. Bundan başqa, perspektiv 25 mmlik HM-25 əl qumbaraatanını və XM-307 avtomatik qumbaraatanı adi döyüş sursatından əlavə, termobarik döyüş başlıqları olan sursatlarla təchiz etmək təklif olunur. Yekun olaraq burada belə bir sual ortaya çıxa bilər ki, niyə ordunun təchizatında adi partlayıcı maddədən, bütün növ adi mərmilərdən, aviasiya bombalarından, raketlərdən imtina olunaraq zərbə dalğasına görə 5-8 dəfə, termik təsirinə görə isə yüzlərlə dəfə üstün olan termobarik döyüş sursatlarına keçilmir? İzahı belədir ki, termobarik döyüş sursatları yalnız iki məhvetmə faktoruna malikdir: zərbə dalğası və termik təsir. Onlar hədəfə qəlpə və ya kumulyativ təsir göstərə bilmirlər və bu səbəbdən də zəruri hallarda onların qəlpə və ya kumulyativ effektlərindən istifadə etmək mümkün deyil. Bundan da belə nəticə əldə edilir ki, termobarik döyüş sursatları universal məhvetmə vasitəsi deyildir, onların tətbiq dərəcəsi isə hər bir konkret hal üçün hansı növ sursatın və silahın seçilməsindən birbaşa asılıdır, onların istifadəsi yalnız mağaraların, tunellərin, bunkerlərin, qapalı məkanların (uzunmüddətli atəş nöqtələrinin, otaqların, tikililərin) dağıdılması və orada olan canlı qüvvənin məhv edilməsi üçün daha məqsədə uyğundur. Bu effektlərinə görə termobarik döyüş sursatlarının yaradılması və istehsalı müasir dövrün tələblərinə cavab verən bir addımdır, son dövrlərdə bir çox ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında belə sursatların yaradılması və istehsalı istiqamətində müəyyən işlər həyata keçirilir. AD
51
Artilleriyada yeni trend: 105 mm-lik yüngül haubitsalar Fatih İzzət Dağlıq ərazilərdə döyüş aparan bölmələrin, hava-desant və xüsusi təyinatlı qüvvələrə atəş dəstəyi üçün nəzərdə tutulan 105 mm-lik haubitsalar Vyetnam müharibəsindən sonra ikinci plana keçsə də, son 20 ildə yenidən aktuallıq qazanıb. Yüngül çəkisi, kiçikqabaritli nəqliyyat vasitələrinin şassisində yerləşdirilə bilməsi, İl-76 və C-130 tipli hərbi nəqliyyat təyyarələrində, helikopterlərin yedəyində daşına, paraşütlə atıla bilməsi, texniki qulluğun asan və az xərc tələb etməsi bu artilleriya qurğularının əsas cəlbedici xüsusiyyətlərindəndir. 105 mm çaplı haubitsaların yenidən po pul yar laş ma sı na Əf qa nıs tan da 2001-ci ildə başlanan hərbi əməliyyatlar səbəb olmuşdur. Ötən 20 ildə artan ehtiyacların qarşılanması məqsədi ilə ABŞ, Böyük Britaniya, Avstraliya, Belçika, Fransa, Kanada Səudiyyə Ərəbistanı, Polşa, Türkiyə, Çin, Cənubi Koreya, Malayziya yeni 105 mm çaplı haubitsaların satın alınması və təkmilləşdirilməsi proqramlarını elan etmişlər. 2011–2020-ci illərdə yerləşdirilmiş sifarişlər üzrə 105 mm çaplı haubitsaların sayı 2500-dən çox olub ki, bunun da 60%-dən çoxu Cənubi Koreya, ABŞ, Çin və Türkiyənin pa-
yına düşüb. Verilən sifarişlərin 32%-i Cənubi Koreya istehsalı olan EVO-105, 27%-i M119A2, qalanı isə digər haubitsalarla bağlı olub. ABŞ, İngiltərə və Kanadanın müasirləşdirmə proqramları Əfqanıstanda hərbi əməliyyatların gedişində ABŞ Ordusu və Xüsusi Əməliyyat Qüvvələri (USSOCOM) tərəfindən 105 mm çaplı M-119A1 topları uğurla istifadə edilmişdir. 2009-cu ilin aprel ayında “Picatinny Arsenal” şirkəti tərəfindən təkmilləşdirildikdən sonra M-119A2 indeksi alan
haubitsanın iki nümunəsinin ABŞ Ordusu tərəfindən Əfqanıstanın Qəndahar vilayətində qoşun sınaqlarına başlanıb. İl yarım davam edən sınaqlardan sonra M-119A2 haubitsaları silahlanmaya qəbul olunub. Şirkətin açıqladığı məlumata görə, təkmilləşdirmə nəticəsində haubitsanın çəkisi azaldılıb, proqram təminatı və avadanlıqları yenilənib, rəqəmsal atəş idarəetmə sistemi, rəqəmsal rabitə sistemi və GPS naviqasiya cihazı ilə təchiz olunub. Rəqəmsallaşma ilə yanaşı, əvvəlki nəsil M-119 haubitsalarda mövcud olan əllə tənzimləmə imkanları da saxlanılıb.
Bu da rəqəmsal texnologiyada problem yarandıqda heyətə asanlıqla analoq iş rejiminə qayıtmaq və atəşi davam etdirmək imkanı verir. Yeni sistemin tətbiqi hesabına topun hazırlanması və ilk atəşi açmaq üçün tələb olunan vaxt 9 dəqiqədən 2 dəqiqəyə endirilib. “Picatinny Arsenal” şirkətinin məlumatına görə, M-119A2 haubitsaların proqram təminatı ABŞ Ordusunun silahlanmasında olan M-777A2 haubitsaların proqram təminatı ilə 90 faiz eynidir. 2011-ci ilin sentyabr ayında təsdiq edilmiş Xarici Satınalma Proqramı çərçivəsində ABŞ Səudiyyə Ərəbistanına 54 ədəd, 2017-ci ildə isə İraqa 36 ədəd M-119A2 haubitsanın ixracını həyata keçirib. 2018-ci ilin dekabr ayında Braziliyanın Müdafiə Nazirliyi qoşunların silahlanmasındakı köhnəlmiş 105 mm çaplı M-101, M-56 və L-118 haubitsaların “BAE Systems” şirkətinin istehsalı olan yeni M-119A2 haubitsalarla əvəz etmək niyyətində olduğunu açıqlayıb. Açıq qaynaqlarda yer alan məlumata görə, satınalma 2020–2031-ci iləri əhatə edən ordunun artilleriya parkının modernləşdirilməsi proqramı çərçivəsində həyata keçiriləcək.
“Humvee” zirehli nəqliyyat vasitəsinin şassisində yaradılmış 105 mm “Hawkeye” özüyeriyən haubitsa. Foto: AM General
M119 A2
105 mm çaplı haubitsaların təkmilləşdirilməsi istiqamətində Böyük Britaniya və Kanada Silahlı Qüvvələrində də bir sıra proqramlar həyata keçirilib. 2002-ci ildə Böyük Britaniya Silahlı Qüvvələrinin Əfqanıstandakı qoşunlarının silahlanmasında yer alan 105 mmlik L118 haubitsanın təkmilləşdirilməsinə başlanıb. İlk layihə çərçivəsində 80dən çox haubitsa LINAPS lazer hədəf işarələmə sistemi ilə təchiz olunub. Haubitsanın çəkisinin azaldılması və bəzi komponentlərin yaxşılaşdırılması məqsədi ilə 2007-ci ildə yeni bir proqram həyata keçirilib. 2011-ci ildə reallaşdırılan digər proqram çərçibəsində L118 haubitsaları yeni atəş idarəetmə kompüteri, mərminin başlanğıc sürətini ölçən radar və FIN 3110L GPS/ İNS naviqasi-
ya bloku ilə təchiz olunub. Aparılan təkmilləşdirmə nəticəsində topun dəqiqliyi artırılıb və ehtimal edilən sapma 10 metrə endirilib. Kanada isə 2014-cü ildə ordunun silahlanmasındakı 105 mm çaplı C3 haubitsaların (M2A1) təkmilləşdirilməsi proqramını elan edib. 1950-ci illərdə istehsal edilmiş 100-ə yaxın haubitsanın təkmilləşdirilməsi ABŞ-ın “Picatinny Arsenal” şirkəti tərəfindən həyata keçirilir. Kanada Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, C3 haubitsalarının daha 20 il ordunun silahlanmasında saxlanacağı planlaşdırılır. Qeyd edək ki, 2014-cü ilədək Kanada Ordusu C3 haubitsalarını təlim məqsədi ilə istifadə edib. Təkmilləşdirmədən sonra artilleriya qurğularının bir qismi xüsusi əməliyyat
53
qüvvə lə rin si lah lan ma sı na ve ril mə si gözlənilir. Polşa LG1 haubitsalarını nəzərdən keçirir Son illərdə 105 mm çaplı yüngül haubitsaların silahlanmaya qəbulu istiqamətində iş aparan ölkələrdən biri də Polşadır. 2019-u ilin may ayında Polşa Silahlı Qüvvələrinin 21-ci dağ atıcı briqadası, 6-cı hava hücum briqadası və Xüsusi Təyinatlı Qüvvələri tərəfindən Hərbi Hava Qüvvələrinin Uska şəhərində yerləşən mərkəzi poliqonunda Fransanın “Nexter” şirkətinin istehsalı olan LG1 Mk.III haubitsasının sınaqlarını keçirib. Polşa Ordusunun podpolkovniki Marek Fordon bildirib ki, 105 mm çaplı toplar Polşa Ordusunun silahlanmasından 7 il əvvəl çıxarılsa da, son illər bu tip artilleriya qurğularına yenidən ehtiyac yaranıb. Polşa Ordusunun tələblərinə cavab verən LG1 Mk.III haubitsalarının satın alınmasına dair müqavilənin 2020-ci ilin sonlarına doğru bağlanacağı gözlənilir. Silahlanmaya 1996-cı ildə qəbul edilmiş LG1 haubitsası 1520 kq çəkisi ilə sinfində ən yüngül top hesab olunur. To-
pun uzunluğu 3,15 m, atəş tempi dəqiqədə 12 mərmi, atəş məsafəsi standart sursatlarla 11 km, maksimum atəş məsafəsi isə ERG3 və M913 sursatları ilə 17 kilometrdir. “Nexter” şirkətinin kataloqlarında LG1 Mk. III haubitsalarına 20 il istifadə və ya lüləsinə 7000 atış zəmanətinin verildiyi qeyd olunsa da, praktiki atışlar zamanı lülənin 1500 atəşə davam gətirdiyi bildirilir. LG1 haubitsasının Mark III variantı kompüterləşdirilmiş atəş-idarəetmə sistemi, INS / GPS naviqasiya sistemi ilə təchiz edilib. Polşanın əldə edəcəyi artilleriya qurğularının Polşa Ordusunun artilleriya bölmələrinin vahid “Topaz” atəş-idarəetmə sistemi ilə təchiz olunması nəzərdə tutulur. Heyəti 5 nəfərdən ibarət olan LG1 toplarının döyüşə hazır vəziyyətə gətirilməsi üçün 30 saniyə tələb edir. 2018-ci ilin aprel ayında Kuala-Lumpurda keçirilən DSA-2018 sərgisi çərçivəsində Malayziyanın Müdafiə Nazirliyi 18 ədəd 105 mm Mk III topunun satın alınmasına dair müqavilə imzalandığını açıqlayıb. Paketə silahla yanaşı, uzunmənzilli ERG3 döyüş sursatı və “Bacara” Fransanın “Nexter” şirkətinin istehsalı olan LG1 Mk.III haubitsası
54 www.azeridefence.com
ballistik kompüterləri də daxildir. Sifariş üzrə silahların çatdırılması 2020-ci ilin mart ayında yekunlaşıb. Qeyd edək ki, hazırda LG1 haubitsaları Fransa ilə yanaşı, Belçika (14 ədəd), Kanada (28 ədəd), Kolumbiya (20 ədəd), İndoneziya (20 ədəd), Malayziya (18 ədəd) və Tailand (24 ədəd) ordularının hava desant bölmələri və dağ atıcı briqadaları tərəfindən istifadə edilir. Türk Ordusu “Boran”la vuracaq Silahlanmasında yaşı 70-ə çatan 500ə yaxın 105 mm M101 və 175 ədəd 75 mm M116 haubitsası mövcud olan Türkiyə Silahlı Qüvvələri 2020–2025-ci illərdə bu artilleriya qurğularını yerli istehsal olan 105 mm çaplı, havadan daşına bilən “Boran” haubitsaları ilə əvəz etməyi planlaşdırır. İlk müqavilə çərçivəsində Türk Ordusu 106 ədəd “Boran” alacaq və növbəti sifarişin həcmi ordunun ehtiyacları əsasında müəyyənləşdiriləcək. 105 mm-lik “Boran” haubitsasının yaradılmasına 2009-cu ilin noyabr ayında Müdafiə Sənayesi Katibliyi və MKE Qurumu arasında imzalanan müqavilə ilə başlanıb. Layihədə MKE ilə yanaşı, ASELSAN şirkəti də iştirak edir. Proqram üzrə topun seriyalı istehsalı 2018ci ilə planlaşdırılsa da, MKE yetkililərinin açıqlamalarına görə Silahlı Qüvvələrin tələbi ilə prototiplər üzərində aparılan dəyişikliklərlə əlaqədar proqramda gecikmələr yaşanır. Haubitsanın ilk partiyası bu il xüsusi təyinatlı bölmələrə təhvil veriləcək. Helikopterin yedəyində daşına bilən haubitsanın çəkisi 1700 kq, atəş uzaqlığı 17 km təşkil edir. Heyəti 5 nəfər olan “Boran”ın döyüşə hazır vəziyyətə gətirilməsi üçün 1 dəqiqədən az bir müddət tələb olunur. Klassik sursatlarla yanaşı, müasir sursatlardan da istifadə edə bilən “Boran” dəqiqədə 6 atəş açır. Haubitsa ASELSAN şirkətinin hazırladığı müasir atəş-idarəetmə sistemi və mərminin başlanğıc sürətini ölçən radar ilə dəstləşdirilib. 105 mm çaplı yüngül haubitsaların yeni nəsli sayılan “Boran” rəqəmsal atəş-idarəetmə sistemi, İNS naviqasiya hesabına yer koordinatlarının təyini, “NATO Armament Ballistic Kernel (NABK)” Ədədi Atış Cədvəlləri və ya Xüsusi Ballistik Proqramdan istifadə edərək dəqiq və sürətli ballistik hesablamala rın apa rıl ma sı, baş lan ğıc sürə tin ölçülməsi, lülənin yönəlmə informasiyalarının qrafik şəklində görüntülənməsi, lazer məsafəölçən və termal görmə sis-
temləri ilə görərək atəşetmə xüsusiyyətlərinə sahibdir. -3°-dən +70°-dək yüksəlmə bucağına sahib topla dəqiqədə 6 atəş aç maq mümkündür. “Boran” S-70 “Sikorsky”, CH-47F “Chinook”, AS-532 “Cougar”, Mi-17 və digər helikopterlərin yedəyində daşına bilir. MKE yetkililərinin sözlərinə görə, yaxın perspektivdə “Boran”ın nəqliyyat vasitələrinin şassisində tətbiqi məsələsi nəzərdən keçirilir. Ordunun təklifi əsasında ilk prototipin “Unimog” üzərində hazırlanması planlaşdırılsa da, hazırda yaradılma mərhələsində olan “Boran” özüyeriyən artilleriya qurğusunun texniki parametrləri barədə detallı məlumat mövcud de yil. Eh ti mal et mək mümkündür ki, özüyeriyən “Boran” MKEnin 155 mm-lik “Yavuz” özüyeriyən artilleriya qurğusunun konsepsiyasına əsaslanacaq. Mobilləşdirmə çalışmaları Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramları İdarəsinin (DAPA) sifarişi əsasında yaradılmasına “Samsung Tech win” şir kə ti tə rə fin dən 2009-cu ildə başlanmış 105 mm çaplı EVO-105 özüyeriyən artilleriya qurğusu mühərrik və ekipaj bölməsi zirehləndirilmiş M101 və Kia KM500 maşınlarında yerləşdirilib. 2013-cü ilin oktyabr ayında “Samsung Techwin” şirkəti mediaya Cənubi Koreya ordusunun 800 ədəd EVO-105 özüyeriyən artilleriya qurğusunun alınmasının planlaşdırıldığını təsdiqləyib. EVO-2015 özüyeriyən artilleriya qurğusunun sınaqları 2017-ci ildə tamamlanıb və seriyalı istehsalına 2018-ci ilin sonlarında başlanıb. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, EVO-105 “Samsung Techwin” şirkətinin istehsalı olan avtomatlaşdırılmış atəş idarəetmə sistemi, GPS və İNS bloku ilə təchiz olunub. Avtomatlaşdırma sayəsində heyətin sayı isə 9dan 5-ə endirilib. EVO-105-in döyüş vəziyyətinə gətirilməsi üçün 1 dəqiqədən az vaxt tələb olunur. Maşın yaxın qoruma üçün 1 ədəd 12.7 mm çaplı pulemyotla silahlandırılıb. ABŞ Ordusunun və Dəniz Piyadaları Korpusunun texniki tapşırıqları və Əfqanıstan təcrübəsi əsasında “Mandis Group” şirkəti tərəfindən 2015-ci ildə 4x4 təkər formuluna malik “Humvee” zirehli nəqliyyat vasitələrinin şassisində 105 mm çaplı mobil artilleriya qurğusunun yaradılması istiqamətində işlərə başlanıb. “Hawkeye” adlanan 105 mm çaplı mobil artilleriya qurğu-
Türkiyənin MKE təşkilatının istehsalı olan “Boran” haubitsası. Foto: AD
sunda təpməni azaltmaq üçün xüsusi layihələndirilmiş hidravlik sistem tətbiq olunub. Dəqiqədə 3 atəş aça bilən qurğunun heyəti 4 nəfərdir. Mobil artilleriya qurğusu 60 saniyə ərzində atəşə hazır vəziyyətə gətirilə, atəşdən sonra 60 saniyə ərzində mövqeyini dəyişə bilir. “Hawkeye” LN-270 inersial naviqasiya sistemi, mərminin sürətini ölçən MVR700C radarı, DFS-02 birbaşa atəş kamerası, S67-1575-76 GPS antenası və DK10 kompüterini özündə birləşdirən atəşidarəetmə sisteminə sahibdir. Sınaqların nəticələri əsasında 2018ci ildə aparılan işlər zamanı “Hawkeye” özüyeriyən artilleriya qurğusunun geri təpməsi yüklər və sabitləşdirici qurğular hesabına 50 faizədək azaldılıb. Çinin NORİNCO şirkəti tərəfindən hazırlanmış 105 mm çaplı SH-5 özüyeriyən artilleriya qurğusunun ilk sınaqları 2011-ci ildə Daxili Monqolustan ərazisindəki dağ poliqonunda keçirilib. Çin Xalq Ordusunun dağlıq ərazilərdə xidmət edən bölmələri və ixrac üçün nəzərdə tutulan SH-5 özüyeriyən artilleriya qurğusu 6x6 təkər formuluna malik nəqliyyat vasitəsində yerləşdirilib. SH-5 özüyeriyən artilleriya qurğularının ilk xarici istifadəçisinin Pakistan olduğu bildirilir. Kataloq məlumatlarına görə, 105 mm / 37 kalibrli SH-5 özüyeriyən artilleriya qurğusunun maksimal atəş məsafəsi 18 kilometrdir. Topun yüksəlmə bucağı 0-70°, üfüqi müstəvidə isə sağa və sola 30° təşkil edir. Maşının arxa hissəsindəki sursat bölməsində 40 mərmi yüklənir. Mühərrik və heyət bölməsi zirehləndirilmiş maşının sürəti 100 km/saat, gediş ehtiyatı 800 km-dən çoxdur.
SH-5 özüyeriyən top qurğusu GPS və İNS bloku, rəqəmsal nişanalma cihazları, rabitə sistemləri daxil olmaqla, kompüterləşdirilmiş atəş-idarəetmə sistemi ilə təchiz olunub. “Poly Technology” şirkəti tərəfindən hazırlanmış 105 mm çaplı Type 15P özüyeriyən artilleriya qurğusu Çin Xalq Ordusunun hava-desant qoşunları, eləcə də Tibetdə və digər dağlıq ərazilərdə xidmət edən birləşmələri üçün nəzərdə tutulub. 4x4 təkər formuluna malik üzəri açıq, zirehsiz SX2110C nəqliyyat vasitəsinin üzərində hazırlanmış özüyeriyən artilleriya qurğusu damda 12.7 mm çaplı pulemyot və maşının ön hissəsində quraşdırılmış 4 ədəd tüstü qumbarasıyla təchiz olunub. Topun atəş məsafəsi 10,8 km təşkil edir və 8 növ sursatdan istifadə edir. Type 15P də tank əleyhinə silah olaraq istifadə edilə bilər. 15 ton ümumi ağırlığa malik olan özüyeriyən artilleriya qurğusunun heyəti sürücü, komandir və topçu daxil olmaqla 8 nəfərdir. Maksimum 100 km / saat sürətlə hərəkət edə bilən maşın, 60% maili yüksəkliyə qalxa və hazırlıq olmadan 1,1 metr dərinlikdə xəndəyi keçə bilir. Nəticə Sifarişlər və ayrı-ayrı istehsalçılar tərəfindən təqdim edilən layihələr, eləcə də 105 mm çaplı toplarla silahlandırılan yüngül tanklara və piyada döyüş maşınlarına artan tələb yaxın perspektivdə 105 mm çaplı haubitsaların və özüyeriyən artilleriya qurğularının öz populyarlığını qoruyub saxlayacağını proqnozlaşdırmağa əsas verir.
55
ATMACA hədəfi 200 kilometrdə vurdu Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Atmaca” gəmi əleyhinə raketin sonuncu idarə olunan uçuş sınağı uğurla tamamlanıb. İyulun 1-də Sinop Test Mərkəzində keçirilmiş sınaq zamanı atılan raket dənizin səthi ilə uçuş edərək 200 km-dən uzaq bir məsafədəki hədəfi vurub. “Atmaca” gəmi əleyhinə raket hücum katerləri, freqatlar və korvetlərin silahlandırılması üçün nəzərdə tutulmuş yüksək dəqiqliyə malik raketdir. Sistemin əsas xüsusiyyətləri aşağıdakılardır: – Avtonom; – Zəif radar izi; – Yüksək dəqiqlik; – İstənilən hava şəraitində tətbiq oluna bilir; – Qarşı tədbirlərə dayanıqlıdır; – Radiokanalla hədəfləri yeniləmə, yenidən hücum, tapşırığın ləğv edilmə qabiliyyəti;
– Üç ölçülü tapşırıq planlama; – Suüstü və sualtı platformalardan yer və suüstü hədəflərə qarşı tətbiq oluna bilmə; – Suüstü platformalardan suüstü hədəflərə qarşı tətbiq edilmə; – Hədəf seçimi; – Uzun mənzil. Uzunluğu 4800-5200 mm, ağırlığı 800 kq, uçuş məsafəsi 200 kilometrdən çoxdur. Yüksək partlayış gücünə malik 250 kq ağırlığında döyüş başlığı daşıyan “Atmaca” raketi GPS, inersial naviqasiya, barometrik altimetr və radar altimetrdən ibarət idarəetmə sistemlərinə və radiokanalla idarə olunan özütuşlanan başlığa sahibdir.
EDA “ağıllı parça”ların sınaqlarına başlayıb Avropa Müdafiə Agentliyi (European Defense Agency - EDA) STILE adı verilmiş “ağıllı tekstil”in prototipinin hərbi tələblərə uyğunluğunu yoxlayır. İyun ayında başlamış və 2021-ci ilin may ayınadək davam edəcək sınaqlar yekunlaşdıqdan sonra EDA “CapTechs” qrupu tərəfindən STILE-nin quruma üzv olan ölkələrin Müdafiə nazirlikləri üçün təqdimatının keçirilməsi planlaşdırılır. STILE (“Smart TextILEs in defence: looking at the soldiers of the future”) layihəsi 2019-cu ilin yanvar ayında İspaniya və Por tuqaliyanın iştirakı başlanıb. Layihənin icrası İspaniyanın AITEX tədqiqat institutu ilə Por tu qaliyanın CITEVE və INEGI təşkilatlarından ibarət konsorsiuma həvalə edilib. Layihə çərçivəsində toxuculuq sənayesində müasir dizayn və inkişaf metodologiyasından istifadə etməklə, gələcək müdafiə tətbiqləri üçün yenilikçi ağıllı parçaların hazırlanması üçün tələb olunan tədbirlərin yol xəritəsi, habelə STILE parçasının iki simulyasiya modeli hazırlanıb.
56 www.azeridefence.com
EDA-nın açıqladığı məlumata görə, STILE parçası aşağıdakı imkanlara sahibdir: • İmza idarəetməsi: parçanın həm statik, həm də hərəkətli mövqelərdə multispektral kamuflyajı verdır; • KBR (kimya, bakterioloji və radioaktiv) təhdidlərin monitorinqi: ağıllı parça təhlükəli maddələrin
(məsələn, H2S, NO2, Cl2) mövcudluğunu aşkarlayaraq əsgəri xəbərdar edir; • Fizioloji monitorinq: ağıllı parça ürək döyüntülərini ölçür və əsgərə məlumat verir; • Temperaturun tənzimlənməsi: ağıllı parça ətraf mühitin temperaturuna uyğun olaraq bədən istiliyinə nəzarət edə bilir; • Rabitə: ağıllı parça sistemə daxil olan tətbiq vasitəsilə əsgərə ürək döyüntüsü və digər fizioloji parametrləri barədə məlumatları təmin edir. Bundan əlavə, lazım olduqda məlumatlar əməliyyat mərkəzinə ötürülə bilir; • Müxtəlif tekstil strukturlarında, həmçinin bədən quruluşlarında tikişsiz istifadə və mobilliyə imkan verir; • Alovu gecikdirir, əsgəri islanmaqdan və çirklənmədən, habelə həşəratlardan qoruyur.