Azeri Defence magazine 5 (49) 2020

Page 1




3

Redaktordan HƏRB > Vətən Müharibəsi AZƏRBAYCAN ORDUSU uğurlara imza atır

4

SƏNAYE > Cənubi Qafqaz ölkələrində PUA istehsalı

8

XƏBƏR > “Meteksan Savunma”dan “Anti-Jamming GNSS” cihazı

15

> MSN sərhədçilərə BTR-70M hədiyyə etdi

16

> Tunel kəşfiyyatı və döyüşləri üçün mini robot

16

> ROKETSAN döyüş meydanlarında üstünlük qazandırır

18

> Türkiyənin ilk insansız silahlı kateri

18

TEXNOLOGİYA > “Meteksan Savunma” PUA-lar üçün yüksək texnologiyalı komponentlər təqdim edir

20

XƏBƏR

4

16 18

> “Otokar” Afrikaya “Arma” 8×8 və “Cobra II” ixrac edəcək

22

> AzTU və “İdrak" əməkdaşlıq memorandumu imzalayıb

22

18

SƏRHƏDDƏN KƏNAR > Gürcüstan texnika parkını yeniləyir

24

> Qazaxıstan Türk “Arma”sını sınaqdan çıxardı

25

SƏNAYE > Ordumuzun “Dəmir Mələkləri” MARAUDER və MATADOR

26

ANALİZ > Pandemiya dövründə qlobal piyada döyüş maşınları bazarı

30

> TULPAR-ın atış sınaqları yekunlaşdı

34

40

REGİON > Çin hərbi sənayesi Mərkəzi Asiya regionunda mövqelərini möhkəmlədir

35

PULS > Pakistanın JF-17 Thunder proqramı

40

VİSİON > Avropa orduları robot platformalara keçir

44

44


AZERI DEFENCE Hərbi­texnoloji jurnal Sentyabr–Oktyabr №05(49) 2020 Təsisçi və baş redaktor Rəşad SÜLEYMANOV Tel: (+994 55) 667-50-72 E­mail: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.azeridefence.com Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 1, 25A, AY Plaza 503

Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com

Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “AD Jurnalı” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521 Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. «ASPOİQRAF LTD» MMC mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 10.11.2020 Format 60x901/8 . Sifariş 127

Qapaq fotosu: “Marauder” minaya qarşı qorunan zirehi nəqliyyat vasitəsi və “Orbiter-3” PUA

Qiyməti: 6 manat

Редактордан ? Dəyərli oxucu! Sentyabrın 27-də Ermənistan Ordusunun bütün cəbhə boyu Azərbaycanın yaşayış məntəqələrinin artilleriya atəşinə tutmasına və törətdiyi təxribatlara cavab olaraq Azərbaycan silahlı qüvvələrinin başladığı əks-hücum əməliyyatı davam edir. 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bu gündək keçən 26 il ərzində cəbhədə bu miqyasda döyüş əməliyyatları mövcud olmamışdır. Bu artıq Azərbaycan və Ermənistan arasında yeni bir müharibənin başlanması idi. Hazırda döyüşlər davam etdiyindən və ölkədə hərbi vəziyyətin qüvvədə olduğunu nəzərə alaraq, ordumuzun həyata keçirdiyi döyüş əməliyyatları barədə diqqətçəkən bir neçə məqamı vurğulamaq istərdik. Birincisi, bu, yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilən, “az itki və maksimum nəticə”nin əldə olunduğu bir müharibə olaraq tarixə keçir. İkincisi, Azərbaycan Ordusu silahlanmadakı pilotsuz uçuş aparatları ilə master-klass göstərməyi bacardı. Kəşfiyyat-zərbə və kamikadze PUAların tətbiqi hesabına düşmənin zirehli tank texnikaları, artilleriya sistemləri, zenit-raket kompleksləri, anbarları və canlı qüvvəsi məhv edildi. Ermənistan Ordusunun işğal altındakı Azərbaycan ərazilərində yerləşdirdiyi hava hücumundan müdafiə sisteminin döyüşlərin ilk günlərində tamamilə məhv edilməsi Azərbaycan PUA-larının Qarabağ səmasında üstünlüyü ələ almasında mühüm rol oynadı. Xüsusilə bu sistemlərin hücum və kamikadze dronları vasitəsi ilə həyata keçirilməsi diqqət çəkir. Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlardan sonra Azərbaycan Ordusu da köhnə Sovet və müasir Rusiya istehsalı olan hava hücumundan müdafiə vasitələrinin artıq bir işə yaramadığını isbat etdi. Yeni texnologiyaların tətbiqi hücum PUA-ları və kamikadze dronların gələcəyi üçün nikbin proqnozlar yaradır. Dronlara inteqrasiya olunmuş MAM-L kimi yeni nəsil ağıllı döyüş sursatlarının tətbiqi və effektiv nəticələri bahalı zirehli tank texnikalarının gələcək müharibələrdə istifadəsini yenidən nəzərdən keçirməyə vadar edəcək. Rəşad Süleymanov təsisçi və baş redaktor


Vәtәn Müharibәsi AZƏRBAYCAN ORDUSU

uğurlara imza atır Azərbaycan və Ermənistan arasında sentyabr ayının 27-də başlanmış döyüş əməliyyatlarının bir ayı geridə qaldı. Ermənistan Ordusunun Azərbaycan Ordusunun mövqelərini və dinc əhalinin olduğu yaşayış məntələqələrini atəşə tutmasına cavab olaraq başlayan hərbi əməliyyatlar ilk saatlardan etibarən uğurla davam etdirilib. Nəticədə bir ay ərzində 4 şəhər, 3 qəsəbə, 185 kənd və cəbhənin şimalında strateji əhəmiyyətə sahib Murovdağ yüksəkliyi işğaldan azad olunub. Hazırda uğurlu əks-hücum əməliyyatları davam etdirilir.

Döyüş əməliyyatlarında Ermənistan Ordusuna məxsus çox sayda canlı qüvvə, hərbi texnika, silah, sursat anbarları məhv edilib və ya qənimət götürülüb. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, sentyabr ayının 27-dən oktyabrın 27-dək olan müddətdə Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 milyard ABŞ dollarını ötüb. Mərkəzin İcraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, cəmi bir ay ərzində Ermənistana vurulan hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir: “Ancaq 716 milyon ABŞ dolları civarında hərbi büdcəsi olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla heç bir halda izah oluna bilməz. Belə ki, cəmi 2,6 milyard ABŞ dolları həcmində rezerv


aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək baxımından xeyli məhduddur. Digər tərəfdən biraylıq müharibədə itirdiyi hərbi texnikanın miqdarı Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxarıb”. Mərkəz rəhbərinin sözlərinə görə, fundamental iqtisadi qanunlar və hərbi xərcləmələr üzrə hesablamalar Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsilə itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazım olduğunu göstərir. Dronlar Ermənistan HHM sistemini məhv edir Azərbaycanın apardığı döyüş əməliyyatlarının ən çox diqqət çəkən yeniliyi də məhz dronların və müxtəlif sensorların koordinasiya edilmiş, mütəşəkkil və effektiv tətbiqidir. Yeni nəsil silah sistemlərindən, o cümlədən

Düşmən mövqelərinə atəş açan Azərbaycan Ordusunun topçusu. Foto: MN

kəşfiyyat-nəzarət, kəşfiyyat və hücum və kamikadze pilotsuz uçuş aparatlarının uğurlu və planlı istifadəsi hesabına hərbi əməliyyatlarının ilk mərhələsində düşmənin işğal altındakı Azərbaycan ərazilərinə yerləşdirdiyi hava hücumundan müdafiə sistemi tamamilə sıradan çıxarılıb. Nəticədə hərbi əməliyyatların ilk həftəsində Qarabağ səmasında Azərbaycanın hərbi aviasiyasının üstünlüyü təmin olunub. Azərbaycan Ordusunun məhv etdiyi hədəflər arasında 6 ədəd S-300PS və Ermənistanın 2019-cu ilin sonlarında aldığı “Tor-2MK2” zenit raket kompleksi də olub. Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də məlum olduğu qədər S-300 ZRK-lər “Harop” kamikadze dronlar vasitəsi ilə vurularaq məhv edilib. Bu, öz növbəsində kamikadze dronların S-300 kimi strateji səviyyəli hava hücumundan müdafiə sisteminə qarşı ilk və uğurlu tətbiqi sayıla bilər. Bundan başqa, “Harop” kamikadze PUAların və “Bayraqdar TB2” silahlı PUAların tətbiqi ilə 2 ədəd S-125, 4 ədəd “Tor-M2KM”, 42 ədəd “Osa-AKM”, 4 ədəd


27 sentyabr ­ 30 oktyabr 2020­ci il tarixlÉ™rindÉ™ dĂśyĂźĹ&#x;lÉ™rdÉ™ mÉ™hv edilÉ™n vÉ™ qÉ™nimÉ™t gĂśtĂźrĂźlÉ™n ErmÉ™nistan Ordusuna aid silah vÉ™ hÉ™rbi texnikalar

.ǣ)7 &%ð-ǣ/ ǤEǤE

7 7

2ÇŁ/Ă°.ÇŁ5

ǤEǤE

%03 %03 %0' %75 %76 07 /% 0 =4 VLODKOĂ•

:":-*. "5ÇŁÄœ-Ă° 3&",5Ă°7 4Ă°45&.-ÇŁ3 %0 Âł4UDG´ Âł6PHUo´ %0 Âł8UDTDQ´ 726 :0

2ÇŁ/Ă°.ÇŁ5

ǤEǤE

.ÇŁ)7 &%Ă°-ÇŁ/

ǤEǤE 2ǣ/ð.ǣ5

ǤEǤE

6 7RU 0. 2VD $.0 .XE .UXT 6WUHOD

.ǣ)7 &%ð-ǣ/ ǤEǤE 2ǣ/ð.ǣ5

ǤEǤE

“Kubâ€? vÉ™ 1 É™dÉ™d “Kruqâ€?, “Strela-10â€?, ZRK-lÉ™r, habelÉ™ 4 É™dÉ™d “Repellent 1â€? radioelektron mĂźbarizÉ™ sistemi (20172018-ci illÉ™rdÉ™ alÄąnÄąb), bir neçÉ™ P-18, 36D6, R-330P radiolokasiya stansiyalarÄą nÄąn vurulduÄ&#x;u yayÄąm lanan gĂś rĂźntĂźlÉ™rlÉ™ tÉ™sdiq olunur. OktyabrÄąn 10-da hÉ™mçinin dĂźĹ&#x;mÉ™nin XocalÄą Ĺ&#x;É™hÉ™ri yaxÄąnlÄąÄ&#x;Äąnda yerlÉ™Ĺ&#x;dirilmiĹ&#x; 19J6 (ST-68U) radiolokasiya stansiyasÄą da mÉ™hv edilib. KeçmiĹ&#x; sovet istehsalÄą olan bu RLS ErmÉ™nistanÄąn “PatenĹ&#x;â€? zavodunun Rusiya mßəssisÉ™si ilÉ™ É™mÉ™kdaĹ&#x;lÄąÄ&#x;Äą çÉ™rçivÉ™sindÉ™ tÉ™kmillÉ™Ĺ&#x;dirilib. ErmÉ™nistan mediasÄąnda yer alan mÉ™lumatlara gĂśrÉ™, modernlÉ™Ĺ&#x;dirildikdÉ™n sonra “Qarniâ€? adÄą almÄąĹ&#x; RLS ErmÉ™nistan HHM QoĹ&#x;unlarÄąnÄąn avtomatlaĹ&#x;dÄąrÄąlmÄąĹ&#x; idarÉ™etmÉ™ sistemi ilÉ™ inteqrasiya olunub. Zenit-raket komplekslÉ™ri ilÉ™ yanaĹ&#x;Äą, AzÉ™rbaycan Ordusu tÉ™rÉ™findÉ™n Er mÉ™nistanÄąn 2017–2018-ci ildÉ™ Serbiyadan aldÄąÄ&#x;Äą, MT-LB zirehli nÉ™qliyyat vasitÉ™sinÉ™ quraĹ&#x;dÄąrÄąlmÄąĹ&#x; 2 É™dÉ™d “Zastava M55â€? zenit topu qÉ™nimÉ™t olaraq É™lÉ™ keçirilib. QarabaÄ&#x;da davam edÉ™n hÉ™rbi É™mÉ™liyyatlar TĂźrkiyÉ™ vÉ™ Ä°srail istehsalÄą OktyabrÄąn 30­da “Bayraktar TB2â€? PUA ilÉ™ vurulan ErmÉ™nistan Ordusuna mÉ™xsus 2 É™dÉ™d “Smerçâ€? YARS . Foto: MN

.ǣ)7 &%ð-ǣ/ ǤEǤE 2ǣ/ð.ǣ5

PP

2ÇŁ/Ă°.ÇŁ5

5P§LB 6

2ÇŁ/Ă°.ÇŁ5

.ÇŁ)7 &%Ă°-ÇŁ/ 2ÇŁ/Ă°.ÇŁ5

ǤEǤE

ZÂźL BWUPNPCJMJ

.ÇŁ)7 &%Ă°-ÇŁ/

3 3 - 5HSHOOHQW ' 5 3

olan PUA-larÄąn keçmiĹ&#x; Sovet vÉ™ mĂźasir Rusiya istehsalÄą olan HHM sistemlÉ™ri ilÉ™ mĂźbarizÉ™dÉ™ effektiv bir hÉ™ll olduÄ&#x;unu bir daha sĂźbut etdi. Prezident Ä°lham Ó˜liyev oktyabrÄąn 15-dÉ™ “France 24â€? telekanalÄąna verdiyi mĂźsahibÉ™dÉ™ AzÓ™rbaycanÄąn TĂźrkiyÓ™dÓ™n aldÄąÄ&#x;Äą silahlÄą pilotsuz uçuĹ&#x; aparatlarÄąnÄąn vasitÉ™si ilÉ™ ErmÉ™nistanÄąn bir milyard dollar dÉ™yÉ™rindÉ™ hÉ™rbi texnikasÄąnÄąn mÉ™hv edildiyini bildirib: “Ć?lbÉ™ttÉ™, bildiyiniz kimi, biz baĹ&#x;qa mÉ™nbÉ™lÉ™rdÉ™n olan dronlardan da istifadÉ™ edirik. Biz

2ÇŁ/Ă°.ÇŁ5

ǤEǤE

2ÇŁ/Ă°.ÇŁ5

.ÇŁ)7 &%Ă°-ÇŁ/

ǤEǤE 2ǣ/ð.ǣ5

ǤEǤE

%–:œĜ 5ÇŁ::"3ÇŁ-ÇŁ3Ă°

.ǣ)7 &%ð-ǣ/ ǤEǤE

.DPD] 0$= 8UDO 6DGNR 4$= 8$= =ø/

.ÇŁ)7 &%Ă°-ÇŁ/

ǤEǤE

ǤEǤE

ǤEǤE

ǤEǤE

3"%"3 WǤ SFN

6 36

ǤEǤE

ǤEǤE

4 ;3,

ǤEǤE

.JOBBUBO

ǤEǤE

.ÇŁ)7 &%Ă°-ÇŁ/

4$6% # #B--Ă°45Ă°, 3",&5

6 www.azeridefence.com

' ' ' $ 6 6 .6 '

;&/ð5 3",&5 LPNQMFLTMǤSð

.ÇŁ)7 &%Ă°-ÇŁ/

ǤEǤE

UPQMBS

1JZBEBMBSĂąO EÂśZÂźÄ? NBÄ?ĂąOĂą

5BOL

.ÇŁ)7 &%Ă°-ÇŁ/

ǤEǤE

6X

2ÇŁ/Ă°.ÇŁ5

ǤEǤE

artilleriyadan istifadÉ™ edirik, geniĹ&#x; çeĹ&#x;iddÉ™ hÉ™rbi avadanlÄąqdan istifadÉ™ edirik. Lakin tÉ™kcÉ™ dronlar ErmÉ™nistana 1 milyard dollar ziyan vurub. Bu, onlar ßçßn ciddi ziyandÄąrâ€?. DigÉ™r silah vÉ™ texnikalar DĂśyĂźĹ&#x;lÉ™rin davam etdiyi 27 sentyabr-30 oktyabr tarixlÉ™rindÉ™ ErmÉ™nistan Ordusunun 2 É™dÉ™d “Scud-Bâ€? ballistik raketinin vÉ™ bir É™dÉ™d “Toçka-Uâ€? operativ taktiki raket kompleksinin buraxÄącÄą maĹ&#x;ÄąnÄą da kamikadze PUAlarÄąn vasitÉ™si ilÉ™ mÉ™hv edilib.


Artilleriya vasitələrindən düşmənin 62 minaatanı, 296 ədəd topu (D-30, D-20, D-44, 2A36 “Giatsin-B”, 2S1 “Qvozdika”, 2S3 “Akasiya” və s.), 97 ədəd yaylım atəşli reaktiv sistemi (90 ədəd BM-21 “Qrad”, 5 ədəd “Smerç”, 1 ədəd BM-21 “Uraqan”, 1 ədəd TOS-1) sıradan çıxarılıb. 24 top, 45 minaatan qənimət götürülüb. Artilleriya vasitələri ilə yanaşı, Ermənistan Ordusunun döyüş meydanında 265 tankı və 54 piyada döyüş maşını vurulub. 53 tank və 29 piyada döyüş maşını (PDM) isə qənimət götürülüb. Məhv edilən tankların əsas hissəsini T-72 tanklarının müxtəlif modifikasiyaları təşkil edib. Sentyabrın 27-dən oktyabrın 31dək Ermənistan Ordusunun cəbhə xəttinə canlı qüvvə və sursat daşıyan 259 ədəd müxtəlif markalı (Kamaz, MAZ, Ural, Sadko, QAZ-166, UAZ və s.) nəqliyyat vasitəsi məhv edilib. Əksəriyyəti silah və sursat yüklü olmaqla, 180 maşın qənimət olaraq ələ keçirilib. Döyüşlər zamanı Azərbaycan HHQ Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən Ermənistan Hərbi Hava Qüvvələrinin 5 ədəd Su-25 döyüş təyyarəsi Cəbrayıl və Qubadlı rayonları istiqamətində vurulub. Qeyd edək ki, açıq qaynaqlara görə Ermənistan HHQnin silahlanmasında 2004-cü ildə Slovakiyadan alınmış 10 ədəd Su-25K döyüş təyyarəsi mövcud olub. Ötən dövrdə bu təyyarələrdən ikisi qəzaya uğrayıb. Döyüş əməliyyatlarının başlandığı günlərdə isə Ermənistan ərazisində təlim uçuşu keçirən daha bir təyyarə qəzaya uğrayıb. Cəbhədə vurulan təyyarələr də nəzərə alınarsa, Ermənistan Ordusundan qənimət götürülmüş T­72 tankları. Foto: MN

Ermənistan HHQ-nin silahlanmasında hazırda 2 ədəd Su-25K və 4 ədəd Su30SM döyüş təyyarəsinin qaldığı ehtimal olunur. Cari ilin avqust ayında Moskvada keçirilən “Armiya-2020” Beynəlxalq Hər bi-Texniki Forum çərçivəsində Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası ilə mövcud Su-25 təyyarələrinin Su25SM3 səviyyəsində təkmilləşdirilməsinə dair müqavilə imzalamışdır. Bu müddətə Ermənistan Ordusundan qənimət olaraq ələ keçirilən hərbi texnikalarının arasında Serbiyanın “EdePRO” şirkətinin istehsalı olan GM2000 reaktiv raketlər, Serbiya istehsalı olan M-75 və Rusiya istehsalı olan 2S12 “Sani” minaatanları, 9K111 “Konkurs” tank əleyhinə idarə olunan raket kompleksi və onun üçün 9M113 raketləri, 9K115 “Metis”, 9K135 “Kornet-E” TƏİR

“Harop” kamikadze PUA ilə vurulmuş S­300PS zenit­raket kompleksinin işəsalma qurğusu

qurğusu və 9M133F idarəolunan raketləri, “Orsis T-5000”, OSV-96, SV98, Serbiya istehsalı olan M-93 “Black Arrow” snayper tüfəngləri, Bolqarıstan istehsalı olan RPQ-22 reaktiv qumbaraatanlar və s. yer alır. Yuxarıda adları qeyd olunan qənimət götürülmüş silah və texnikaların böyük hissəsi 2015– 2020-ci illərdə Rusiyadan, Serbiyadan, Bolqarıstandan və digər ölkələrdən satın alınıb. Mülki əhaliyə vurulan zərər Ermənistan silahlı qüvvələri cəbhədəki uğursuzluqlarının əvəzini çıxmaq üçün Azərbaycanın döyüş bölgəsinə yaxın yerləşən, dinc əhalinin yaşadığı yaşayış məntəqələri ilə yanaşı, cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Şəmkir, Bərdə, Beyləqan, Qəbələ şəhərlərinə, Abşeron və Xızı rayonlarının ərazilərinə “Smerç” YARS, “Toçka-U” əməliyyat-taktiki raket kompleksləri və “Scud-B” ballistik raketləri ilə zərbələr endirib. Mülki əhalinin və infrastruktrun hədəfə alındığı bu zərbələr nəticəsində aralarında körpə uşaqlar, qadınlar olmaqla 91 nəfər həlak olub, 404 nəfər yaralanıb. Respublika Baş Prokurorluğunun açıqladığı məlumata görə, raket zərbələri nəticəsində 2465 fərdi ev, 97 çoxmərtəbəli yaşayış binası və 455 mülki obyekt yarasız vəziyyətə düşüb.

7


“Azad Systems” şirkətinin istehsalı olan “Orbiter­3” mini taktik PUA Bakı şəhərində keçirilən hərbi paradda. Foto: AD

Cənubi Qafqaz ölkələrində PUA istehsalı ? Rəşad Süleymanov Özünün müdafiə sənayesini yaratmaqda olan Cənubi Qafqaz respublikalarının diqqət yetirdi istiqamətlərdən biri də pilotsuz uçuş aparatlarının yerli istehsalının qurulmasıdır. 2010-cu ildən başlayaraq hər üç region dövlətinin hərbi sənaye kompleksinə daxil olan təşkilatlar tərəfindən müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) yaradılması və istehsalı ilə bağlı işlər həyata keçirilir. Region dövlətlərində PUA-nın istehsalı aşağıdakı iki istiqamətdə aparılır: - xarici partnyorların iştirakı ilə birgə istehsal; - yerli şirkətlərin müstəqil layihələri. İlk illərdə xarici partnyorların iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistanda müəyyən layihələrə start verilsə də, son dövrlərdə yaranan özəl şirkətlər özlərinin hazırladıqları müstəqil layihələrlə önə çıxmağa başlayıblar. Azərbaycan Azərbaycanın ilk PUA istehsalçısı “Azad Systems Co.” şirkəti 2011-ci idə Müdafiə Sənayesi Nazirliyi (MSN) və İsrailin “Aeronautics Defense Systems” şirkətinin birgə müəssisəsi olaraq yaradılıb. Həmin ildən ölkədə “Orbiter-2” tipli mini və “Aerostar” tipli taktik PUA-nın seriyalı istehsalına başlanıb. PUA istehsalı müəssisəsinin açılışını Prezident İlham Əliyev edib və dövlət başçısı sonra-

8 www.azeridefence.com

kı illərdə bir neçə dəfə adıçəkilən müəssisədə olub. Hazırda “Azad Systems” şirkəti “Orbiter-2” tipli mini, “Orbiter-3” tipli mini taktik və “Aerostar” tipli taktik PUA-ların, həmçinin “Zərbə” adlı “gəzən sursat”ın (kamikadze PUA), PUA-ların yer idarəetmə stansiyalarının seriyalı istehsalını həyata keçirir. MSN 2014–2015-ci illərdə NATO üzv dövlətlərdən birinə müəssisədə istehsal olunmuş PUA-ların açıqlanmayan sayda ixracını həyata keçirib. Müəssisədə istehsal edilən “Aerostar” taktik PUA-lar kəşfiyyat, nəzarət və hədəflərin müəyyənləşdirilməsi daxil olmaqla çoxfunksiyalı PUA-lar sinfinə daxildir. “Controp” şirkətinin istehsalı olan T-STAMP faydalı yükü ilə təchiz olunan PUA-da sifarişdən asılı olaraq SAR radarı, siqnal kəşfiyyat (SIGINT) və radioelektron kəşfiyyat (ELINT) sistemləri quraşdırıla bilər.

MSN-nin kataloq məlumatlarına görə, “Aerostar” taktik PUA-larının qanad açıqlığı 8,7 metr, uzunluğu 4,7 metr, çəkisi 230 kq, faydalı yükü 50 kiloqram, döyüş radiusu 250 km, havada qalma müddəti 12 saat, maksimum uçuş tavanı 5486 metr təşkil edir. Bir ədəd 38 at gücündə “Zanzottera 498i” mühərriki ilə təchiz olunmuş PUA-nın kreyser sürəti 110 km/saat, maksimum sürəti 203 km/ saatdır. “Azad Systems” şirkətinin istehsalı olan “Orbiter-2” mini PUA-ların qanad açıqlığı 3 metr, faydalı yükü 1,5 kiloqram, maksimum sürəti 70 mil, əməliyyat radiusu 100 km, uçuş hündürlüyü isə 5500 metr təşkil edir. 2017-ci ildə seriyalı istehsalına başlanan “Orbiter-3” mini taktik PUA kəşfiyyat, nəzarət, hədəf aşkarlama və axtarış (ISTAR) missiyaları üçün nəzərdə tutulub. Qanad açıqlığı 4,40 m, ağırlığı 30 kq, faydalı yükdaşıma qabiliyyəti 5,5


kq təşkil edən “Orbiter-3” mini taktik PUA-nın uçuş müddəti 7 saat, sürəti 130 km/saat, əməliyyat radiusu 150 kilometrdir. Mancanaq vasitəsi ilə havaya atılan PUA enmə zamanı paraşüt və hava yastığından istifadə edir. “Orbiter 3” mini PUA-nın aerodinamik dizaynı əsasında hazırlanmış “Orbiter 4” mini taktik PUA isə 24 saat havada qala bilir. İki faydalı yüklə 50 kq uçuş çəkisinə malik PUA-nın maksimum uçuş tavanı 5400 metrdən çoxdur. “Orbiter 4” PUA-nı “Orbiter” ailəsinin digər nümunələrindən fərqləndirən əsas xüsusiyyətlər müasir görüntü emal imkanları, avtomatik qalxma qabiliyyəti, dözümlü olması, minimal istismar və əməliyyat xərcləri tələb etməsidir. “Orbiter-2”, “Orbiter-3” və “Orbiter4” PUA-ları əməliyyat tapşırıqlarına uyğun olaraq “Controp” şirkətinin T-STAMP, D-STAMP, UZ -STAMP, M-STAMP və HD-Lite faydalı yüklərindən biri ilə təchiz oluna bilər. Azərbaycanda “Azad Systems” şirkəti ilə yanaşı, son illərdə özəl sektorda “Azeltech”, “Elm və Texnologiyalar Parkı”, “İdrak Texnoloji Transfer”, VİTTA, “Azdynamics”, “Buta Armor Technologies” kimi özəl sektor şirkətləri tərəfindən PUA-ların, onların komponetlərinin layihələndirilməsi, yaradılması və istehsalı istiqamətində işlər aparılır. “Azeltech” şirkəti tərəfindən müxtəlif təyinatlı multikopterlər, kəşfiyyat PUA-ları, “gəzən sursat”ların nümunələri

ilə yanaşı uçuş kontollerləri, stablizatorlar, hərbi standartların tələblərinə uyğun şifrələnmiş idarəetmə kanalları və idarəetmə pultu daxil olmaqla PUA-ların mühüm komponentlərin layihələndirilməsi və istehsalı həyata keçirilir. “Hazrda PUA-lar üçün intellektual ida rə et mə sis te mi ni də ha zır la yı rıq. Mövcud idarəetmə sistemi düşmənin radioelektron mübarizə vasitələrindən istifadə etdiyi ərazilərdə PUA-larımızın uçmasına və qarşıya qoyulan tapşırıqları yerinə yetirməsinə imkan verir” – deyə “Azeltech” şirkətinin direktoru Samir Süleymanov bildirib.

Prezident İlham Əliyev “Azad Systems” müəssisəsində “Zərbə” kamikadze PUA­ların istehsalı prosesi ilə tanış olur.

Şirkət rəhbəri eyni anda 5-10 dronun sürü halında uçuşu, uçuş müddətində vəzifələrin öz aralarında avtomatik şəkildə bölüşdürülməsi, zərbələrin həyata keçirilməsi, obyektlərin tanınması və izlənməsi alqoritmlərinin tətbiqi üzərində işlərin aparıldığını qeyd edib. “Biz istehsalçı kimi bazardakı bu inkişafları izləyir, eyni zamanda yeni tətbiqlər üzərində işləyirik. Bununla yanaşı güc strukturlarının istifadəsində olan dronlara servis xidməti göstəririk”, - de-


“Azeltech” şirkətinin “Quzğun” adlı kamikadze pilotsuz uçuş aparatı. Foto: AD

yən şirkət rəhbərinin sözlərinə görə, yaxın perspektivdə yanğınsöndürmə bölmələri üçün hündürmərtəbəli binalarda, dağlıq və meşəlik ərazilərdə yanğınların kəşfiyyatı və söndürülməsi üçün təyinatlandırılmış dronların hazırlanması nəzərdə tutulur. “Azeltech” tərəfindən layihələndirilmiş kamikadze PUA-lardan “Quzğun”un ağırlığı 3.5 kq təşkil edir. Bir kiloqram ağırlığında partlayıcı yük daşıyacaq bu aparat düşmənin zirehsiz texnikası, açıqda və ya mövqelərdə dayanan canlı qüvvəsinə qarşı istifadə üçün nəzərdə tutulur. Çəkisi 5 kiloqram olan digər kamikadze-PUA isə düşmənin canlı qüvvəsi ilə yanaşı, zirehsiz və zirehli texnikalarına, habelə zenit-raket komplekslərinə qarşı tətbiq olunacaq. İnformasiya texnologiyaları sektorun da ix ti sas laş mış “İd rak Tex no lo ji Transfer” şirkəti isə 2019-cu ildən PUAların və robot texnologiyaların yaradılması istiqamətində bir neçə layihəyə başlayıb. Şirkət tərəfindən bir VTOL (Vertical Take-Off and Landing), bir sabit qanad və 3 multikopter tipli PUA layihələndirilib. Hazırda ilk prototiplərin sınaqları davam etdirilir. “İdrak”ın VTOL xüsusiyyətlərə sahib pilotsuz uçuş aparatı SAR radarı, LIDAR, multispektral kamera, gündüz və gecə kamerası, habelə aerofoto çəkiliş üçün kamera ilə təchiz oluna biləcək. PUA-nın fasiləsiz uçuş “İdrak” şirkəti tərəfindən layihələndirilmiş ambulans dron. Foto: İdrak

10 www.azeridefence.com

müddətinin 20 saata qədər olacağı gözlənilir. “İdrak”ın sabit qanadlı digər PUA-sı 4.6 l həcmə malik daxiliyanma mühərriki ilə təchiz edilib. Xəritəçəkmə, axtarışxilasetmə, hərbi sahədə sərhəd nəzarəti, kəşfiyyat və s. istifadəsi üçün nəzərdə tutulan PUA-nın uçuş radiusu telemetriya üzrə 100 kilometr, minimal sürəti 68 km/saat, maksimal sürəti isə 160 km/saatdır. On kq faydalı yükdaşıma qabiliyyətinə malik PUA termal kamera, TV kamera, həmçinin, ehtiyacdan asılı olaraq SAR radarı və LIDAR ilə təchiz oluna bilər. “İdrak”ın perspektiv layihələrindən biri də keçilməz ərazilərdə xəsarət alanların təxliyəsi üçün ambulans dronun yaradılmasıdır. Şirkət mütəxəssislərinin sözlərinə görə, dronun layihələndirilməsi başa çatdırılıb və hazırda prototip is-

tehsal mərhələsindədir. Ambulans dron nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi, çətin keçilən ərazilərdən yaralıların və xəsarət alanların təxliyəsi, habelə mülki və hərbi yüklərin keçilməz ərazilərə nəqli üçün nəzərdə tutulur. 1991-ci ildən informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi texnikanın layihələndirilməsi və istehsalı üzrə fəaliyyət göstərən “VİTTA Elmi-Texniki” şirkəti 2016-cı ildən müxtəlif sənaye sahələri üçün robotlaşdırılmış intellektual sistemlərin və xüsusi təyinatlı PUA-ların yaradılmasına fokuslanıb. Hazırda “VİTTA” tərəfindən iki növ multirotor (“Stellar M4” və “Stellar M8”) və bir VTOL tipli PUA-nın yaradılması işləri həyata keçirilir. Şirkətdən verilən məlumata görə, maksimal uçuş kütləsi 6 kq, maksimal faydalı yük 1 kq təşkil


$.867Ä€. +Ä‚5%Ä€ 7Ä‚+/h.Ä‚6Ä€=/Ä€. 4$%Ä€/Ä€<<Ä‚7/Ä‚5Ä€0Ä€= ;h686Ä€ 6$+Ä‚ 7Ä‚+/h.Ä‚6Ä€=/Ä€<Ä€ 6Ä‚5+Ä‚' 7Ä‚+/h.Ä‚6Ä€=/Ä€<Ä€ ' $.867Ä€. 6Ä€78$6Ä€<$ 0Ä‚/80$7/ $1',50$6, +(/Ä€.237(5 38$ 7Ä‚<< <$5Ä‚ 08/7Ä€.237(5 534 $9 720$7 7 38/(0<27 9Ä‚ 3$57/ $<,þ/ $5,1 $þ.$5/$10$6,


HHM Qoşunlarının real atışlı təlimləri üçün nəzərdə tutulan hədəf dron. Foto: BAT

edən “Stellar V” PUA havada 2 saat 45 dəqiqəyədək qala bilir. PUA-nın sürəti 90 km/saat, maksimal uçuş hündürlüyü 2000 metrdir. PUA-nın uçuş radiusu 550 km, 3G/4G GSM telemetriya idarəetmə sistemi ilə 100-150 km olacaq. “Buta Armor Technologies” (BAT) şir kə ti 2019-cu il də özünün re ak tiv mühərrikli pilotsuz uçuş aparatının ilk prototipini hazırlayıb. Hədəf dron kimi nəzərdə tutulan PUA öz sinfində təsdiq edilmiş ən yüksək sürət göstəricisinə sahibdir. BAT şirkətinin direktoru Ramin Əhmədovun sözlərinə görə, layihə çərçivəsində 450-500 km/saat maksimal sürət əldə edilib. Müvafiq qurumların nümayəndələrinin iştirakı ilə sınaqları tamamlanmış PUA-nın uçuş müddəti 50 olub: “Bu PUA-mız hər növ hava hədəfinin döyüş imitasiyasını yaratmağa imkan verir. Üzərində mövcud olan cihazlar sayəsində operator təlimdən sonra bütün məlumatların analizini çıxara bilir. PUA hava hücumundan müdafiə bölmələrinin silahlanmasındakı zenit-raket komplekslərinin və radarların yoxlanması üçün nəzərdə tutulub. Hədəf PUA vurulmadıqda paraşütlə endirilərək təkrar istifadə edilir”. Ramin Əhmədovun sözlərinə görə, reaktiv PUA-nın bazasında zərbə PUAnın və antidron sistemin yaradılması üzərində işlər gedir: “Yaxın vaxtlarda idarə olunan sursatlarla sınaqlarına hazırlaşırıq. İkinci versiyada PUA-mız havada PUA-ların ələ keçirilməsini həyata keçirəcək”. Gürcüstan Gürcüstanın PUA istehsalına 2012ci ildə başlayıb. “STC Delta” Mərkəzinin Estoniyanın “ELI Military” şirkətinin lisen zi ya sı əsa sın da is teh sal olun muş “Swan II” PUA-nın təqdimatına qatılan dönəmin prezidenti Mixeil Saakaşvili Gürcüstanın PUA sistemlərinin inkişaf etdirilməsi ilə bağlı xüsusi proqram hazırladığını bəyan edib. Hazırda Gürcüstanda yeni PUA-ların yaradılması işləri “STC Delta” təşkilatı tərəfindən davam etdirilir.

12 www.azeridefence.com

Mancanaq vasitəsi ilə işə salınan “Swan II” PUA enmə zamanı isə paraşütdən və hava yastığından istifadə edir. Gövdəsi kompozit materiallardan hazırlanmış “Swan II”nin uçuş müddəti 8 saat 30 dəqiqədir. PUA-nın füzelyajının uzunluğu 1960 mm, çəkisi 12 kq, maksimum sürəti 160 km/saat, döyüş radiusu 150 km, əməliyyat yüksəkliyi 3000 metr təşkil edir. Gürcüstan mediasında yer alan məlumata görə, 2017-ci ildə adıçəkilən PUA bir Asiya ölkəsinə ixrac edilib. “Swan II”nin davamı olaraq, 2015ci ilin iyun ayında “Delta” özünün çoxfunksiyalı pilotsuz helikopterini sərgiləyib. “Rotorway” şirkətinin istehsalı olan EXEC 162F tipli helikopterin bazasında yaradılmış PUA həm quru, həm də dəniz əməliyyatları üçün nəzərdə tutulub. Baza versiyası 2 ədəd M-134 “Minigun” 6 lüləli pulemyot və hər birində 4 ədəd (cəmi 8 raket) idarə olunmayan raket yerləşən 2 raket bloku ilə silahlandırılmış insansız helikopterin füzelyajının burun hissəsində elektro-optik kamera yerləşir. Uzunluğu 6.71 metr, rotorunun diametri 7.62 metr, çəkisi 442 kq təşkil edən helikopter PUA 150 at gücündə bir ədəd Rotorway RI-162F mühərrikinə sahibdir. Maksimum 185 km/saat sürət (əməliyyat sürəti 152 km/saat) yığa bilən PUA 3050 metr yüksəkliyə qalxa və havada 2 saat qala bilir. Ermənistan Ermənistanın ilk PUA-sı 2009-cu ildə silahlanmaya qəbul edilən “Krunk”dur (“Dur na”). Sözüge dən PUA ilk də fə

2011-ci ilin sentyabr ayında İrəvanda keçirilmiş hərbi paradda nümayiş etdirilib. Çəkisi 60 kq təşkil edən “Krunk”un uçuş müddəti 5 saat, maksimum uçuş tavanı 5400 metr, praktiki tavanı 4500 metr təşkil edir. Müşahidə kamerası füzelyajının alt hissəsində yerləşdirilib. “Hay Zinovar” ordu qəzetinin yazıdğına görə, “Krunk” artilleriyanın idarə olunması sisteminə inteqrasiya edilib. Ermənistan müdafiə sənayesi tərəfinfən “Krunk”un iki – “Krunk-25-1”, “Krunk-25-2” (“Azniv”) modifikasiyaları hazırlanıb. “Krunk-25-1” PUA-nın füzelyajının uzunluğu 2,95 m, çəkisi 50-60 kq, faydalı yükü 10-15 kiloqram, uçuş tavanı 500-3000 metr, kreyser sürəti 110 km/saat, uçuş radiusu 150 kilometr, videoötürmə məsafəsi 70 kilometrdir. Çəkisi 40-50 kq təşkil edən “Krunk-25-2” (“Azniv”) modifikasiyasının faydalı yükü 10 kq, uçuş radiusu isə 100 km-ə qədərdir. 2017-ci ilə qədər Ermənistan ordusu cəbhə xəttində “Krunk”lardan aktiv istifadə etsə də, sonrakı dövrdə “Krunk”ların istifadəsi ilə bağlı məlumatlara rast gəlinməyib. Ermənistan Hərbi Aviasiya İnstitutu tərəfindən hazırlanmış “Baze” adlı mini PUA-nın qanad açıqlığı 2800 mm, füzelyajın uzunluğu 1600 mm, çəkisi 5,5 kq, faydalı yükü 1-1,5 kq, uçuş tavanı 100-2000 metr, kreyser sürəti 80 km/saat, maksimal sürəti isə 100 km/saat, uçuş radiusu 30 km göstərilir. 2014-cü ildən Ermənistanda multikopterlərin istehsalı ilə məşğul olan “Arm-



“STC Delta” tərəfindən EXEC­162F helikopterinin əsasında yaradılmış silahlı PUA. Foto: STC Delta

Ermənistanda PUA istehsalı üzrə fəaliyyət göstərən “UAVLab” şirkəti Rusiya müəssisələri ilə əməkdaşlıq çərçivəsində müxtəlif növ pilotsuz uçuş aparatlarının istehsalını həyata keçirir. Foto: İnternet

Robotics”, “Instigate Robotics” və “ArmCopters” kimi özəl şirkətlər meydana çıxıb. “ArmCopters” şirkəti pilotsuz uçuş aparatlarının, onlara detalların və müşayiət qurğuların dünyada tanınmış istehsalçıları olan DJI, “T-Motor”, “Fatshark”, “Dualsky”, “ImmersionRC”, “Futaba” və “Hobbywing” şirkətinin Ermənistandakı rəsmi nümayəndəsidir. Er mə nis tan 2016-cı ilin ap rel döyüşlərindən sonra özəl şirkətlərin fəaliyyətinə diqqət yetirməyə başlayıb. “UAVLab”, KB-X, “ProMAQ” və “Instigate Robotics” şirkətləri ordu üçün PUA-ların yeni növlərinin yaradılması və istehsalına başlayıblar. Ermənistanın adı açıqlanmayan bir şirkəti tərəfindən “Çut” (“Cücə”) adlı kamikadze dron nümunəsi hazırlanaraq 2019-cu ilin birinci rübündə Dağlıq Qarabağdakı separatçıların silahlanmasına verilib. PUA-nın texniki-taktiki göstəriciləri açıqlanmır. Özəl sərmayəli “UAVLab” şirkəti ordu, Fövqəladə Hallar və Ekologiya nazirlikləri üçün Rusiyanın “ZALA Aero” şirkəti ilə ilə birlikdə UL-100 mini (ZALA 421-08M - 2,2 kq çəkidə), UL-300 (“Orbiter-2” klonu; 10,5 kq çəkidə, uçuş uzaqlığı 70 km), UL-350 (12,5 kq çəkidə, uçuş radiusu 70 km) kəşfiyyat PUA-ları, BZEZ adlı multikopter tipli kamikadze dronun istehsalını həyata keçirir.

14 www.azeridefence.com

Rusiyanın “Pilotsuz Texnologiyalar” şirkətinin lisenziyası əsasında (“Super cam S350”) yı ğı lan UL-350 pilotsuz uçuş aparatının ilk partiyası 2020-ci ilin iyul-avqust aylarında ilk partiyası sifarişçiyə təhvil verilib. 2016-cı il də baş ver miş ap rel döyüşlərindən sonra yaradılan “ProMAQ” qrupu Rusiyanın “ZALA Aero” və “ADA Aerospace” şirkətləri ilə birlikdə bir neçə layihə üzərində işləyir. 2019-cu ilin aprel ayında “ProMAQ” və Rusiyanın “ADA Aerospace” şirkəti arasında 4,5 milyon dollar dəyərində TRIADA MK II və TRIADA MK III pilotsuz uçuş aparatlarının birgə istehsalına dair müqavilə imzalanıb. Müqavilədə “ProMAQ”ın istehsal xəttinin genişləndirilməsi və Ermənistana texnologiya transferi nəzərdə tutulur. Bu ilin avqust ayında Ermənistan mətbuatı birgə istehsal olunan PUA-ların ilk partiyasının sifarişçiyə (Ermənistan FHN) təhvil verildiyini yazıb. “ProMAQ”ın istehsalı olan S-1 mini kəşfiyyat PUA-sı hazırda ordu və polis bölmələri tərəfindən istifadə olunur. Elekt rik mühər rik lə təc hiz olun muş PUA-nın çəkisi 3,7 kq, uçuş uzaqlığı 25 km, uçuş tavanı 100-1000 metr, uçuş müddəti 90 dəqiqədir. PUA-nın artilleriya atışlarının korrektə edilməsində tətbiqi məqsədi ilə “TargetX” adlı xüsusi proqram hazırlanıb. 2018-ci ildən əsasən “gəzən sursat”ların yaradılması üzrə layihələndirmə

işləri aparan “Pro MAQ”ın 2019-cu ildə silahlanmaya qəbul edilmiş “Drakon” adlı kamikadze PUA-nın çəkisi 15 kq, uçuş uzaqlığı 100 km, maksimal sürəti 180120 km/saat, “Hreeş” (“Qulyabanı”) adlandırılan digər kamikadze PUA-nın isə çəkisi 7 kq, uçuş uzaqlığı 50 kilometr, uçuş tavanı 1000 metrdir. “Hreeş”in 1,6 kq ağırlığında döyüş başlığı daşıyacağı bildirilir. “ProMAQ”ın “Beeb - 1800/3000” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı həm dizayn, həm də texniki-taktiki xüsusiyyətlərinə görə Rusiyanın ENİKS Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan “Eleron” PUA-nın klonudur. “Eleron”dan fərqli olaraq “Beeb”in korpusun daxilində hədəfə atılması üçün qumbaralar yerləşdirilib. 2020-ci ilin ortalarında “Beeb1800” silahlanmaya tövsiyyə edilib. Hazırda “ProMAQ” tərəfindən yaradılmış “Beeb-3000” kəşfiyyat PUA-nın sınaqları davam etdirilir. Dörd saatadək uçuş müddətinə malik PUA-nın maksimum uçuş uzaqlığı 50 km, retranslyatordan istifadə etdikdə 150 km-dək təşkil edəcək. Şirkət perspektiv planda “Beeb3200” indeksli kəşfiyyat-zərbə PUA-nı hazırlamaq niyyətində olduğunu açıqlayıb. Ermənistanın yuxarıda adları çəkilən PUA istehsalçılarından fərqli olaraq “Instigate Robotics” şirkəti daha fərqli istiqamətdə – həm mülki təyinatlı, həm də güc strukturları üçün müxtəlif növ, süni intellektə əsaslanan PUA nümunələrinin yaradılması və istehsalını həyata keçirir. Şirkət indiyədək PUA-ların açıq-


lanmayan sayda nümunələrinin Sinqapur, Danimarka və ABŞ-a ixracını həyata keçirib. “Instigate Robotics” kiçik şirkət olmasına baxmayaraq PUA-ların dizaynı, istehsalı, avtopilot və idarəetmə sistemlərinin hazırlanması, şəbəkə texnologiyaları, audio və videoemal sistemlərinin yaradılması ilə məşğuldur. Ermənistan mediasında yer alan məlumatlara görə, “Instigate Robotics” tərəfindən hazırlanmış PUA-lar üçün hissələr, proqram təminatı digər bir istehsalçı tərəfindən Ermənistan Ordusuna verilən PUA-larda tətbiq olunur. PUA-ların yaradılması sahəsində yeni olan KB-X şirkəti kəşfiyyat PUA-larının silahlandırılması istiqamətinə diqqət yetirir. Şirkətin nümyəndəsi Vardan Aloyan “Lragir” qəzetinə verdiyi müsahibədə KB-X-in bir kəşfiyyat PUA-nın (Pro MAQ”ın BZEZ multirotoru) RPQ-26 qumbaraatanı ilə silahlandıdığını, PUAnın Müdafiə Nazirliyi tərəfindən öyrənildiyini qeyd edib. Gələcək Hərbi və mülki sektorda PUA-ların tətbiqinin genişlənməsi və tələblərin artması regiondakı istehsalçıların fəaliyyətlərini genişləndirməsinə, yeni layihələrin meydana çıxmasına təkan verir. PUA istehsalçıları ilə yanaşı, pilotsuz aviasiya sənayesinin alt sənayesinin də formalaşması müşahidə olunmaqdadır. Yerli PUA istehsalçıları proqram təminatının, müxtəlif alt sistem komponentlərin yerli və milli istehsalına diqqət göstərməyə çalışırlar. Regionda Azərbaycan və Ermənistan arasında sentyabrın sonlarında başlayan hərbi əməliyyatların PUA-ların müxtəlif növlərinin uğurla tətbiqi ilə aparılması, xüsusilə də kamikadze PUA-lardan geniş istifadə növbəti illərdə PUAların kəşfiyyat-zərbə və kamikadze növlərini aktuallaşdırır. Bu sahədə Azərbaycanın yerli istehsalçıları qarşısında yeni imkanlar açır. Hazırda region ölkələrində izlənilən tələb və təklif dinamikası sənayenin bu sektorunun yüksələn dinamika üzrə inkişafını proqnozlaşdırmağa imkan verir.

“Meteksan Savunma”dan “Anti-Jamming GNSS” cihazı Müdafiə sənayesində müxtəlif platformalar üçün müasir texnologiyalı sistemlərin istehsalını həyata keçirən Türkiyənin “Meteksan Savunma” şirkəti hərbi əməliyyat zonalarında ən ciddi təhdidlərdən biri olan Qlobal Peyk Naviqasiya Sistemlərinin (Global Navigation Satellite System-GNSS) siqnallarının qarışdırılmasının önləyən yeni bir məhsulunu istifadəçilərə təqdim edib.

GNSS siqnalları alıcıya çatana qədər uzun bir yol izlədiyindən, siqnalın gücü atmosfer təsirlərinə məruz qalaraq zəifləyir. Bu da öz növbəsində GNSS siqnallarının müxtəlif qarışdırıcılar (jammer) vasitəsi ilə asanlıqla batırılmasına, alıcının siqnalları izləyə bilməməsinə səbəb olur. GNSS siqnallarının düşmən bölmələri tərəfindən qarışdırılması həmin cihazların tətbiq olunduğu platformaların idarəetməsinin sıradan çıxarılması, hətta qəzaya uğraması ilə nəticələnir. Hərbi platformaların gələcəyi baxımdan qarışdırıcıların siqnallarının təmizlənməsi mühüm önəmə sahibdir. Bu çərçivədə “Meteksan Savunma” tərəfindən hazırlanmış “Anti-Jamming GNSS” cihazı GPS, GLONASS, GALILEO, BEIDOU qlobal peyk naviqasiya siqnallarını dəstəkləyir və geniş tezliklərdə işləyir. “Anti-Jamming GNSS” cihazı sayəsində qarışdırma siqnallarının istiqaməti müəyyən edilir və kosmik filtrləmə tətbiq edilərək onlar batırılır. Siqnal emalı alqoritmləri sayəsində ayırd edilən qarışdırıcı siqnalları təmizlənir, standart naviqasiya siqnalları alıcıya verilməsi üçün yenidən formalaşdırılır. “Meteksan Savunma”nın “Anti-Jamming GNSS” cihazı daxili GNSS qəbulu qabiliyyətinə sahib olduğundan, əlavə xarici GNSS qəbuledicisinə ehtiyac duymayan filtirlənmiş GNSS siqnalları ilə yer, sürət və zaman məlumatlarını hesablaya bilir. “Meteksan Savunma” müasir müasir texnologiyalar və CRPA antena dizaynlarını da özü yaradır və platformalara uyğun xüsusi antenalar təqdim edə bilir. Tamamilə yerli və milli imkanlar hesabına hazırlanmış, kiçik qabarit ölçülərinə və yüngül çəkiyə sahib “Anti-Jamming GNSS” idarə olunan raketlər və pilotsuz uçuş aparatları da başda olmaqla hər cür platformalarda istifadə oluna bilər.

“Anti-Jamming GNSS” cihazının “Meteksan Savunma”nın proaktiv məhsullar yaratma istiqamətində mühüm addımlarından biri olduğunu deyən şirkətin baş direktoru Səlcuq Alparslanın sözlərinə görə, helikopter, pilotsuz uçuş aparatları, raket sistemləri kimi bir çox hərbi platformalar üçün yaradılan yüksək texnologiyalı elektronika sistemləri təcrübə, kadr və iş ekosistemi anlamında şirkətdə ciddi baza formalaşdırıb: “Biz də bu təcrübəni ehtiyac duyulan digər sahələrə, bir layihənin olmasını gözləmədən öz qaynaqlarımızdan istifadə etməklə yönəldirik. “Anti-Jamming GNSS” də bu yanaşmamızın bir məhsuludur. Bu yeni sistemin Türkiyə Silahlı Qüvvələrinin platformalarının təhlükəsizliyinə və etibarlılığına önəmli fayda verəcəyindən əminik”. “Anti-Jamming GNSS” cihazının texniki xüsusiyyətləri: • GPS L1, GPS L2 və GLONASS L1 tezlik diapazonlarında çalışa bilmə; • 4 kanallı antenna (CRPA) • Platformaya uyğun antenna dizaynı; • Eyni anda birdən çox qarışdırıcıya qarşı müdafiə; • Yüksək sürət, manevr və yüksəklikdə çalışa bilmə; • Zəif güc sərfi, ağırlıq və kiçik ölçü; • Daxili qəbuledici; • MIL-STD-810G və MIL-STD-461F uyğun.

15


MSN sərhədçilərə BTR-70M hədiyyə etdi Prezident İlham Əliyev oktyabrın 19-da Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib. Bu tarixi hadisənin sevincinə qoşulan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən Dövlət Sərhəd Xidmətinə bir ədəd təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə olunub.

Döyüş maşınının ön hissəsində və sağ tərəfində “İLHAMLA İRƏLİ!”, sol tərəfində isə “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb. Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Hazırda MSN-nin mütəxəssisləri Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Tunel kəşfiyyatı və döyüşləri üçün mini robot Müdafiə sənayesində bir çox layihələrə imza atan “DN Technologies” şirkəti ordu və güc strukturları tərəfindən qapalı və açıq mühitdə, iri diametrli boru kəmərlərinin daxilində, lağımlarda, habelə müxtəlif yeraltı obyektlərdə video və səs kəşfiyyatının aparılması, eyni zamanda hədəflərə kamikadze hücumunun təşkili məqsədi ilə əl qumbaraları ilə uyğunlaşdırılmış məsafədən idarə olunan Taktiki Mini Robot layihələndirib. Bu barədə AZERI DEFENCE jurnalına məlumat verən şirkətin direktoru Ceyhun Nabadovun sözlərinə görə, son bir ayda Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində işğaldan azad edilmiş ərazilərdə düşmənin yeraltı sığınacaq və tunel şəbəkələrindən istifadə etdiyi aşkarlanıb: “Bu tip yeraltı kommunikasiyaların hazırda düşmənin işğalında olan dağlıq-meşəlik massivlərdə və digər yaşayış məntəqələrində də mövcud

16 www.azeridefence.com

olduğunu düşünürük. Dünya praktikasında aparıcı dövlətlər yeraltı obyektlərdə hərbi əməliyyatlar aparmaq məqsədi ilə taktiki mini robotlardan aktiv istifadə edirlər”. Yeraltı obyektlərdə minimum itki ilə döyüş əməliyyatlarını aparılması üçün “DN Technologies” tərəfindən “İntiqam-1” və “İntiqam-2” adlı taktiki mini robotların layihələndirilməsinə və sınaq nümunələrinin hazırlıqlarına başlanıb. Plana əsasən qısa müddətdə 2 ədəd ayrı taktiki xüsusiyyətlərə malik olan robotun ordunun istifadəsinə verilməsi nəzərdə tutulub.

Ceyhun Nabadovun sözlərinə görə, robotlardan biri mini kompakt ölçülərə malik olacaq. İki kiloqramadək çəkidə, əldə rahat gəzdirilə, 5 metr və daha çox məsafəyə atıla bilən robot kəşfiyyat aparmaq üçün video kamera ilə təchiz ediləcək. Bu robotun üzərinə əl qumbarası yerləşdirməklə tunellərdəki düşmən qüvvələrinə qarşı kamikadze hücumlarının həyata keçirilməsi imkanları da öyrənilir. Nisbətən daha ağır – 5 kq çəkili, lakin kompakt ölçülərə sahib digər robot isə video kamera, səs dinləmək üçün mikrofon və gecəgörmə cihazları quraşdırıla bilən modulyar dizayna sahib olacaq. Əməliyyatlardaki tapşırıqlara əsasən üzərində müxtəlif sensor və digər cihazlar quraşdırılması nəzərdə tutulur. Robotların idarəetmə məsafəsi qapalı şəraitdə 50-100 metr, açıq şəraitdə isə 500 metrə qədərdir. Robotlar eyni – universal panel üzərində idarə olunacaq.



ROKETSAN döyüş meydanlarında üstünlük qazandırır

MAM­L

Dünyanın ilk 100 müdafiə sənayesi şirkəti arasında yer alan ROKETSAN şirkəti bu günün və gələcəyin müharibələrinin tələblərini qarşılayan texnologiyaları ilə Türkiyə Silahlı Qüvvələri başda olmaqla, dost və müttəfiq ölkələrə yeni nəsil məhsullarını təqdim edir. Döyüşlərin taleyini dəyişən və qoşunlara məhvetmə üstünlüyü təmin edən MAM-L mini ağıllı sursat başda “Bayraktar

TB2” olmaqla bir çox pilotsuz uçuş aparatlarında (PUA) aktiv şəkildə istifadə olunur. “Hava-yer”, “hava-səth” tipli qanadlı raket ailəsi olaraq yaradılan Stand-off sursatın (SOM) fərqli versiyalarının seriyalı istehsalı və inkişaf etdirilməsi isti qamətində də işlər sürətlə davam etdirilir. Türkiyədə raket və mərmilərin dizaynı, yaradılması və istehsalını həyata keçirmək üçün Müdafiə Sənayesi İcra Komitəsinin

qərarı ilə 1988-ci ildə yaradılan ROKETSAN “dənizlərin altından kosmosa qədər raket və mərmi sistemlərində lider olmaq” devizi ilə hərəkət edir. Şirkətin yaratdığı texnologiyalar bu gün dünya çapında müharibələrin taleyini dəyişdirir. Müasir dövrün və gələcəyin müharibə ehtiyaclarını qarşılamaq üçün ROKETSAN tərəfindən hazırlanmış MAM-L idarə olunan döyüş sursatları dünyanın müxtəlif

Türkiyənin ilk insansız silahlı kateri Antalya şəhərində yerləşən “ARES Tərsanəsi” və Ankarada yerləşən “Meteksan Savunma” şirkətinin birlikdə hazırladığı Türkiyənin ilk insansız dəniz vasitəsinin (kater) təqdimatı keçirilib. Bir neçə ildir davam edən elmi-tədqiqat işləri nəticəsində yaradılmış “Ulaq” adlı insansız silahlı katerin ilk prototipinin istehsalının dekabr ayında başa çatdırılması nəzərdə tutulur.

18 www.azeridefence.com

400 km hərəkət radiusuna, 65 km/saat sürətə, gündüz və gecəgörmə qabiliyyətinə, milli şifrələnmiş rabitə sisteminə sahib insansız silahlı katerin (Silahlı İnsansız Deniz Aracı – SİDA) korpusu tamamilə müasir kompozit materiallardan inşa edilir. SİDA kəşfiyyat, nəzarət, müşahidə, su üstü müharibə, assimetrik müharibə, silahlı patrul və qüvvələrin qorunması, strateji obyektlərin mühafizəsi kimi müxtəlif tapşırıqların icrası üçün qurudan nəqliyyat vasitələri üzərində yaradılan mobil, yaxud komanda-qərargah mərkəzindən, habelə dənizdə təyyarədaşıyanlardan, freqatlardan və digər platformalardan istifadə oluna biləcək. Dizayn işləri avqust ayında başa çatdırılmış və korpusunun istehsalı tamamlanan prototip katerin təchiz edildikdən


regionlarında gedən döyüş əməliyyatlarında yüksək performansını sübuta yetirib. Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsinin silahlanmasındakı “Bayraktar TB2” və “Anka” PUA-larına inteqrasiya edilən MAM-L döyüş sursatı 2016-cı ildən bu günədək əməliyyatlarda uğurla istifadə olunur. Döyüşlərin gedişatını dəyişdirən MAM-L sahib olduğu müasir texno logiyalardan başqa, müharibə təcrübəsi ilə də rəqiblərini geridə qoyur. Təqribən 22 kq çəkiyə sahib MAM-L sursatı PUA-larla yanaşı yüngül hücum təyyarələrində də istifadə edilə bilən effektiv həll sayılır. Əlavə olaraq, İnersial Naviqasiya Sistemi (İNS) və GPS tətbiqi ilə döyüş sursatının effektiv mənzili atış hündürlüyü və şəraitdən asılı olaraq 14 kilometrədək artırıla bilir. Bundan başqa, tank əleyhinə və termobarik döyüş başlığının hesabına sursatın tətbiq oluna biləcəyi hədəflərin çeşidi genişləndirilir. Hazırda ROKETSAN tərəfindən Türkiyə Silahlı Qüvvələri başda olmaqla, dost və müttəfiq ölkələrin ehtiyaclarını qarşılamaq məqsədi ilə MAM ailəsinin genişləndirilməsi və qabiliyyətlərinin artırılması istiqamətində elmi-tədqiqat işləri davam etdirilir. SOM raketləri: yüksək perfor­ mans və müasir texnologiya ROKETSAN şirkəti tərəfindən “havayer” və “hava-səth” qanadlı raket ailəsi olaraq yaradılan SOM-un da hazırda fərqli versiyalarının seriyalı istehsalı və yaradılması işləri sürətlə davam etdirilir.

SOM

SOM qanadlı raket ailəsi yer hədəflərinə qarşı istifadə olunan SOM-A, SOM-B1 və SOM-B2 versiyalarından və dəniz hədəflərinə qarşı SOM-J versiyasından ibarətdir. SOM-A və SOM-B1 yüksək partlayış gücünə malik qəlpəli-fuqas döyüş başlığına, SOM-B2 dəlici, SOM-J-nin zirehdəlici döyüş başlığına sahibdir. Raketin yaradılmasında istifadə olunan müasir texnologiyalar döyüş zamanı hədəfin hansı parametrlərə seçilməsi və vurulmasını təyin etməyə imkan verir. Dünyadakı analoqları ilə müqayisədə daha yüngül çəkisi ilə diqqət çəkən SOM-un uçuş uzaqlığı 250+ km, SOM-J-nin isə 185+ kilometrdir.

Ən müasir texnologiyalardan istifadə olunmaqla yaradılan SOM raketləri aktiv qorunan yer və dəniz hədəflərinə qarşı tətbiq üçün modulyar dizayna sahibdir. ROKETSAN şirkəti SOM raket ailəsini fərqli ehtiyacları qarşılayacaq versiyalarla yeniləyir. Digər tərəfdən, tapşırıqlar fərqli olsa da yüksək performans və üstün texnologiya bu xəttin ortaq xüsusiyyəti olmağa davam edir. ROKETSAN texnologiyanı, performansı və maliyyətini proporsional şəkildə bir araya gətirən SOM-un gələcəkdə dünya bazarlarında daha çox qəbul ediləcəyinə inanır.

sonra, bu ilin dekabr ayında dənizə endirilməsi nəzərdə tutulub. İlk SİDA-nın ROKETSAN şirkətinin istehsalı olan 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketi ilə silahlandırılması və atış sınaqlarının 2021-ci ilin birinci rübündə keçirilməsi planlaşdırılır. SİDA müxtəlif əməliyatlara uyğunlaşdırıla biləcək şəkildə raketlərlə yanaşı radioelektron mübarizə, jamminq (qarışdırma) kimi müxtəlif faydalı yüklər, fərqli rabitə və kəşfiyyat sistemləri ilə təchiz oluna biləcək. Bununla yanaşı, özü ilə bənzər və fərqli arxitekturaya malik digər SİDAlarla əməliyyatlar həyata keçirmə, pilotsuz uçuş aparatları, silahlı pilotsuz uçuş aparatları və insanlı aviasiya vasitələri ilə müştərək fəaliyyət göstərə biləcəkdir. Digər tərəfdən, SİDA sadəcə uzaqdan idarə edilən bir insansız dəniz vasitəsi olmayacaq, süni intellekt və avtonom davranış xüsusiyyətləri ilə üstün və müasir qabiliyyətlərə sahib olacaq.

İnsansız dəniz vasitələri sahəsində “ARES Tərsanəsi” və “Meteksan Savunma” tərəfindən başladılan layihənin ilk mərhələsi olan və istehsal xəttindəki prototip SİDA-nın ardınca kəşfiyyat, minatəmizləmə, sualtı döyüş, yanğınsöndürmə və təxliyə məqsədli insansız dəniz vasitələrinin də istehsala hazır olacağı bildirilir. Oktyabrın 28-də yayımlanan birgə mətbuat açıqlamasında “ARES Tərsanəsi”nin Baş direktoru Utku Alanç bildirib ki, bu, Türkiyənin ilk insansız milli hərbi dəniz vasitəsidir: “Bu uğura tamamilə öz sərmayəmizlə başladıq. “Ulaq” qədim Türk kültüründə Orta Asiyadan etibarən dövləti hər sahədə təmsil edən və sahib olduğu xüsusiyyətlərlə özlərinə heyran qoyan dövlət elçilərinə verilən addır. “Ulaq”lar zəka və təcrübələri ilə yanaşı, döyüşkənlikləri ilə də ön plana çıxıblar”.


“Meteksan Savunma” PUA-lar üçün yüksək texnologiyalı komponentlər təqdim edir Türkiyənin müdafiə sənayesində xüsusi yer tutan “Meteksan Savunma” şirkəti pilotsuz uçuş aparatlarında istifadə edilən bir çox komponentlərin yaradılmasını və istehsalını həyata keçirir. Bu komponentlər pilotsuz uçuş aparatlarının (PUA) effektivliyini artırmaqla bərabər istifadə müddətində çəkilən xərcləri minimallaşdırır, embarqo və məhdudiyyətlərə məruz qalmadan platformaların ixracına imkan qazandırır.

“Meteksan Savunma”nın MİSAR radarı özündə SAR və GMTI funksiyalarını birləşdirməklə yanaşı, kiçik qabarit ölçüləri bu cihazın müxtəlif PUA­lara inteqrasiyasına imkan verir.

“Meteksan Savunma” son illər hər bir sahədə dünyamiqyaslı iddialı və rəqabətçi bir yerə sahib PUA-ların bort kompüterləri, rabitə və uçuşa dəstək sistemləri daxil olmaqla, mühüm komponentlərini yarada raq hazır məhsul şəklində ortaya qoymuşdur. Bu sistemlərin hamısı Türkiyədə yerli və milli olaraq yaradılmışdır. Qeyd olunan sistemlər aşağıdakılardır: - PUA-ların elektro-optik cihazlarının effektiv olmadığı hava şəraitində yüksəkkeyfiyyətli görüntü əldə etməyə imkan verən MILSAR adlı SAR/GMTI radarı;

20 www.azeridefence.com

- Yüksək məlumat ötürmə sürətli, etibarlı rabitə yaratmağa imkan verən C-Bant radiokanalı; - PUA-ların etibarlı qalxması və enməsi üçün nəzərdə tutulan OKİS sistemi; - Qlobal peyk naviqasiya sistemləri siqnallarının təmizlənməsi və qarışdırılmasına qarşı “Anti-Jamming GNSS”; - Dəqiq yüksəklik məlumatları təmin edən CRA-201 və CRA-501 radar altimetr; - Çətin telemetriya məlumatlarının ötürülməsini təmin edən TMV telemetriya ötürücüsü; - Yüksək təhlükəsizliyə sahib Uçuş Nəzarət Kompüteri.

Yuxarıda qeyd edilən sistemlərin bəziləri hazırda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarında mövcuddur. “Meteksan Savunma” şirkətinin baş direktoru Səlcuq Alparslanın sözlərinə görə, təklif olunan əməliyyat, rabitə, uçuş və dəstək sistemləri fərqli layihələrdə qazanılmış təcrübələrə əsaslanır. Bu sahədə şirkət iki önəmli avantajı ilə önə çıxır: “Bunlardan birincsi qabarit ölçüləri, ağırlıq və güc istehlakı (SWAP) mövzusunda yüksək performanslı və aşağı büdcəli sistemləri dizayn etmə qabiliyyətidir. PUAlara inteqrasiya edilən sistemlərin kiçik qabarit ölçüləri, çəkisinin yüngül olması və güc istehlakının çox az olması lazımdır. “Meteksan Savunma” SWAP sistemlərin yaradılması sahəsində ciddi təcrübəyə sahibdir. Fərqli platformalara inteqrasiya çalışmalarını uğurla yerinə yetirmişik. Sistemlərimizin SWAP özəlliyi PUAlara daha çox faydalı yük daşıma və daha uzunmənzil qazandırır. İkinci mühüm məsələ isə radioelektron mübarizəyə qarşı dayanıqlıqdır.

OKİS sistemi radar texnologiyalarından istifadə etməklə GPS siqnallarının olmadığı mühitdə belə PUA­ların avtomatik qalxma və enməsi üçün nəzərdə tutulur.


TMV telemetriyavericisi

Qarışdırılma və aldatmaya qarşı dayanıqlı GNSS

PUA uçuş­kontrol kompüteri və əlaqə cihazı SATCOM Radom

OKİS PUA­ya qurulan cihazı

C­Band PUA məlumat linki (PUA cihazı)

MİLSAR SAR/GMTİ radar

OKİS yer stansiyası

Günümüzdə yaşanan qarşıdurmalarda GPS siqnallarının qarışdırılması kimi radioelektron təsirlərlə tez-tez rastlaşırıq. Silah platformalarının və komponentlərin ən çətin müharibə və gərgin radioelektron hücumlarda istifadə oluna biləcək şəkildə dizayn edilməsi lazımdır. Şirkətimiz qurulandan bu günədək bənzər layihələrdə PUA­larda və digər uçuş platformalarında istifadə üçün nəzərdə tutulan TMV telemetriya vericisi

Radar altimetr

C­Band PUA məlumat linki (yer cihazı)

çalışdığı üçün yaradılmada bu məsələlər diqqətə alındı. Sözügedən sistemləri hazırlayarkən təcrübə və məlumat sahibi olduq. İndi bu təcrübəni insansız vasitələr üçün yaratdığımız rabitə, əməliyyat, uçuş və dəstək sistemlərində də tətbiq edirik”. S.Alparslan onu da qeyd edib ki, hazırda “Meteksan Savunma” bu iki mühüm məsələdə fərqli həllər ortaya qoyur: “Bu həllərimiz Türkiyənin müdafiə və aviasiya sənayesi olaraq dost və müttəfiq ölkələrin ehtiyaclarının qarşılanması üçün həyata keçirdiyimiz çalışmalarda da kritik önəmə sahibdir. Bir insansız platformadakı altsistemlərin, hər hansı ixracat məhdudiyyətinə sahib olmaması, istifadəçinin tələblərinə asanca uyğunlaşdırıla bilməsi olduqca mühümdür. Biz də plat formalar üçün belə əhəmiyyətli sistemlər təqdim edirik”.

C­Band PUA yer antenası

21


“Otokar” Afrikaya “Arma” 8×8 və “Cobra II” ixrac edəcək Dünyada davam edən COVİD-19 pandemiyasına baxmayaraq, ixracatını artıran Türkiyənin “Otokar” şirkəti adını açıqlamadığı bir Afrika ölkəsi ilə 8x8 təkər formuluna malik “Arma” və 4x4 təkər formuluna sahib “Cobra II” zirehli nəqliyyat vasitələrinin ixracına dair müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 110 milyon ABŞ dolları təşkil edir və bu, Afrika qitəsindən ilk “Arma” 8x8 sifarişidir. Müqavilə üzrə 2021-ci ildə başlanacaq tədarükün 2022-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. “Otokar” şirkətinin Baş direktoru Sərdar Görgüc bildirib ki, bütün haqları və müəllifliyi “Otokar”a aid olan zirehli maşınlar bu gün beynəlxalq arenada seçilir. “Bu sifarişlə birlikdə “Arma” 8x8 maşınımız

ilk dəfə Afrika yolçusu olacaq, Afrika qitəsində istifadə ediləcək. Bu yeni sifarişin daha əvvəl ixracat həyata keçirdiyimiz bir ölkədən olması bizi xüsusilə qürurlandırır. İstifadəçilərimizin inventarında yer verdiyi və məmnun qaldığı maşınlarımız yeni sifariş üçün referans oldu. 4x4 və 8x8 təkər formuluna malik taktik təkərli zirehli maşınlar üçün “Otokar”ı seçdilər”. Qeyd edək ki, “Otokar”ın zirehli maşınları hazırda 35-dən çox ölkədə 50dən çox istifadəçinin istifadəsində yer alır. Öz sinfində dünyanın sayılan maşınları arasında qəbul edilən “Otokar”ın zirehli maşınları manevr qabiliyyəti, qoruma səviyyəsi və yaşama qabiliyyəti ilə dəqqiət çəkir.

AzTU və “İdrak" əməkdaşlıq memorandumu imzalayıb Azərbaycan Texniki Universiteti (AzTU) ilə “İdrak Texnoloji Transfer" şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. AzTU-nun rektoru Vilayət Vəliyev və “İdrak” şirkətinin prezidenti Hikmət Abdullayev tərəfindən imzalanan memorandumda tərəflər “Ağıllı təhsil” proqramının layihələndirilməsi və tətbiqi, AzTU məzunlarının, həmçinin universitetin müxtəlif

fakültələrinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələlərinin şirkətdə işlə təmin edilməsi, birgə elmi-tədqiqat laboratoriyalarının yaradılması ilə bağlı razılığa gəliblər. Qeyd edək ki, AzTU-nun tələbə və məzunlarının startap layihələri “İdrak Texnoloji Transfer" MMC tərəfindən dəstəklənir.


S

AN

M D CO MODIT

Y

E

ION UN

EY

E

RK

TH

1911

NG S OF TU

OF CHA

HA

MB

R

XC

E

www ww ww.tuy y ap.com.tr

M-C TSE - ISO 10002

‹STANBUL

TS EN ISO 9001:2015

TÜY YA AP F FA AIR CONVENTION AND CONGRESS CENTER Büyükçek mece, ‹s tanbul / Tur key


Gürcüstan texnika parkını yeniləyir Gürcüstan Müdafiə Qüvvələri sentyabr və oktyabr ayları ərzində əsasən ABŞ-dan və Avropa dövlərlərindən satın alınmış bir sıra yeni silah sistemləri və hərbi texnikaları silahlanmaya qəbul edib.

Kəşfiyyat bölmələrinin müasir taktiki və operativ pilotsuz kəşfiyyat sistemləri ilə təchiz edilməsi istiqamətində layihə çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyinin İspaniyanın SCR şirkətindən “Atlantic I”, “Alpha Unmanned Systems” şirkətinin istehsalı olan “Alpha-800” (“Sniper”) PUA-ların sentyabrın 28-də Marnueli aviabazasında təqdimatı keçirilib. Füzelyajı tamamilə kompozit materiallardan hazırlanmış “Atlantic I” pilotsuz uçuş aparatı ISTAR missiyaları üçün xüsusi olaraq hazırlanmış orta mənzilli, yüksək performanslı platforma kimi xarakterizə edilir. Çox sayda faydalı yük (EO / IR sensorlar, radio, radar və s.) daşıya bilən PUA-nın qanad açıqlığı 3800 mm, füzelyajın uzunluğu 2800 mm, çəkisi 50 kq təşkil edir. Benzin mühərriklə işləyən “Atlantic I” PUA-nın sürəti 110 km/saat, maksimum sürəti 170 km/saat, uçuş tavanı 3500 metr, havada qalma müddəti 5 saat, uçuş məsafəsi 100 kilometrdir. Müxtəlif missiyaların icrası üçün nəzərdə tutulan helikopter tipli “Alpha 800” tamamilə avtonom və ya manual rejimdə uça bilir. Çəkisi 14 kq təşkil edən PUA-nın uçuş müddəti 2,5 saat, faydalı yüklənmə qabiliyyəti 3 kq, uçuş radiusu 30 kilometrə qədərdir. Təqdimatda çıxış edən Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili silahlı qüvvələrin PUA parkının təkmilləşdirilməsi ilə yanaşı, hava hücumundan müdafiə, zirehli texnika əleyhinə silahların, müasir artilleriya və kəşfiyyat sistemlərinin alınması prosesinin davam etdiyini bildirib.

24 www.azeridefence.com

*** Sentyabr ayında Gürcüstanın Müdafiə Nazirliyi ordunun ABŞ istehsalı olan 5,56 mm çaplı yüngül M249 pulemyotları ilə təchiz edilməsinə başlandığını açıqlayıb. Nazirliyin məlumatına görə, ABŞ-dan tədarük edilən pulemyotların ilk partiyası Vaziani şəhərindəki IV Mexanik Briqada və Hərbi Təhsil və Təlim Komandanlığının hərbi hissələrinə veriləcək. *** Gürcüstan Ordunun avtomobil parkının yenilənməsi proqramı çər çivəsində 160 ədəd “Ford Ranger” tipli pikup nəqliyyat vasitəsini istifadəyə qəbul edib. Müdafiə Nazirliyinin cari ilin əvvəlində

başlatdığı proqram Müdafiə Qüvvələrini xüsusi nəqliyyat vasitələri ilə təchiz edilməsi və imkanların artırılması məqsədi daşıyır. Nazirlik hesab edir ki, yeni nəqliyyat vasitələrinin alınması xərclərin səmərəliliyi üçün vacib bir qərardır. Çünki köhnə texnikanın saxlanılması və təmiri Müdafiə Qüvvələri üçün ildə bir neçə milyon lari əlavə xərcə başa gəlir. Proqrama uyğun olaraq, köhnə sovet istehsalı olan xüsusi nəqliyyat vasitələri Almaniyanın MAN, İtaliyanın “Iveco” və Amerikanın “Ford” şirkətləri tərəfindən istehsal olunan müasir xüsusi avtomobil vasitələri ilə əvəz olunacaq. Ümumilikdə, Müdafiə Nazirliyi 500-dən çox adda xüsusi texnika almağı planlaşdırır. *** Sentyabrın 11-də Gürcüstan Müdafiə Nazirliyi ilə İsrailin “Rafael” şirkəti arasında imzalanmış müqaviləyə əsasən Gürcüstanın hava hücumundan müdafiə sistemləri tamamilə bərpa ediləcək və modernləşdiriləcək. Gürcüstan Müdafiə Nazirliyinin təsdiq etdiyi proqram çərçivəsində JS TAM “Tbilaviamsheni” və “Delta” Dövlət Hərbi Elmi Texniki Mərkəzi ilə əməkdaşlıq çərçivəsində silahlı qüvvələrin aviasiya parkının modernləşdirilməsinə başlanıb. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, sentyabr ayının sonlarında JS TAM “Tbilaviamsheni” zavodunda ilk 5 ədəd Mi-24 helikopterinin və Su-25 təyyarəsinin əsaslı təmirinə başlanıb. Müəssisədə bununla yanaşı, L-39 təlim təyyarələrinin, Mi-8MTV və UH-1 helikopterlərinin də təmiri və modernləşdirilməsi aparılacaq.


Qazaxıstan Türk “Arma”sını sınaqdan çıxardı Qazaxıstan silahlı qüvvələri Türkiyənin “Otokar” şirkətinin istehsalı olan 8×8 təkər formuluna malik “Arma” zirehli döyüş maşınını sınaqdan keçirib. Qazaxıstanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə maşının ilkin sınaqları 2020-ci ilin mart ayında Karaqanda vilayətindəki poliqonlardan birində olub. Sərt şaxtalı havada, 30-60 santimetr dərinliyində qarlı ərazidə hərəkət qabiliyyəti yoxlanan “Arma”dan gecə və gündüz vaxtı praktiki atış sınaqları da həyata keçirilb. “Arma”nın sınaqdan uğurla keçdiyi və tələblərə uyğunluğu Qazaxıstan tərəfində yaradılmış işçi qrupa bildirilib. Sınaqlarda ordunun nümayəndələri ilə yanaşı Qazaxıstanın Sənaye və İnfrastrukturun, İnkişafı Nazirliyinin nümayəndələri də iştirak ediblər. 8×8 “Arma” üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funksiyalı təkərli zirehli nəqliyyat vasitəsidir. Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksək çaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma” ən çətin ərazi və iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir. “Arma” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 25-30 mm ortaçaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inteqrasiyası üçün uyğundur. Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda Fransanın “Nexter” və İtaliyanın “İveco” şirkətlərinin istehsalı olan zirehli döyüş maşınları sınaqlara təqdim olunsa da, sərt qış şərtlərində həmin maşınlar istənilən performansı göstərə bilməyib.

Qazaxıstan “Nur” radarlarının sınaqlarını tamamlayıb Qazaxıstan Hava Hücumundan Müdafiə Qoşunları 4 ədəd yeni “Nur” radiolokasiya stansiyasının sınaqlarını başa çatdırıb. “Kazakhstan Engineering” Milli Şirkətinə daxil olan “Qranit-Thales Electronics” şirkəti tərəfindən istehsal edilən radiolokasiya stansiyasının 4 ədədlik ilk partiyası 2019-cu ildə Qazaxstan Ordusunun silahlanmasına verilib. Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, istismarın nəticələri ilə bağlı Hava Hücumundan Müdafiə Qoşunlarının mütəxəssislərinin müsbət cavabları alınıb. Yaxın vaxtlarda bu radiolokasiya stansiyaları ölkənin müxtəlif regionlarında döyüş növbətçiliyinə başlayacaq. “Nur” radiolokasiya stansiyası “ThalesRaytheon” şirkətinin “Ground Master 400”

NUR radarı

(GM400) radarının Qazaxıstanda lisenziya əsasında buraxılan variantıdır. 2014-cü ilin may ayında imzalanmış müqaviləyə əsasən, 2025-ci ilədək radarların istehsalında Qazaxıstanın payı 50%-ə, sonrakı mərhələdə isə 70%-ə çatdırılacaq. “QranitThales Electronics” rəsmilərinin sözlərinə görə, yaxın perspektivdə GM403 radiolokasiya stansiyalarının istehsalı da nəzərdə tutulur. Qazaxıstan Ordusu 20 ədəd GM400 radiolokasiya stansiyası almağı planlaşdırır. *** Silahlı qüvvələrdə pilotsuz uçuş aparatlarının (PUA) tətbiqinin genişləndirilməsi istiqamətində işlərin aparıldığını açıqlayan Qazaxıstanın Müdafiə Nazirliyi bəyan edib ki, Quru Qoşunlarının motoatıcı bölmələri İsrail istehsalı olan mini qabaritli “SkyLark”, Hərbi Hava Qüvvələri Çin istehsalı olan “Wing Loong” kəşfiyyat-zərbə PUA-ı ilə silahlandırılıb. “Wing Loong” strateji dərinlikdə hava kəşfiyyatının aparılması ilə yanaşı, hədəfləri idarə olunan raketlərin tətbiqi ilə yüksək dəqiqliklə vurmağa imkan verir. Pilotsuz uçuş aparatlarının tətbiqinin genişlənməsi ilə əlaqədar Hava Hücumundan Müdafiə Qüvvələrinin Hərbi İnstitutunda PUA-ların istismarı və xidməti üzrə mütəxəssislərin hazırlanmasına başlanıb. Taraz şəhərində isə PUA-ların Döyüş Tətbiqi Mərkəzi yaradılıb. Nazirlik bildirib ki, koronavirus pandemiyasıyla əlaqədar elan edilən karantin zonalarında patrul nəzarətinə cəlb edilmiş PUA-ların köməyi ilə təxminən 80 qanun pozuntusu aşkarlanıb.

25


Ordumuzun “Dәmir Mәlәklәri” MARAUDER vә MATADOR Son 20 ildə dünyanın müxtəlif regionlarında yaşanan silahlı münaqişələr, artan mina və əldəqayırma partlayıcı (ƏPQ) təhdidləri özü ilə paralel şəkildə minaya qarşı qorumalı, ballistik mühafizəsi gücləndirilmiş nəqliyyat vasitələrinə tələbləri artırıb. 2010­cu ildən başlayaraq bu tip nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması istiqamətində layihəyə başlayan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) “Para­ mount Group” qlobal hərbi sənaye şirkəti tərəfindən yaradılmış “Matador” və “Marauder” minaya qarşı qorumalı zirehli nəqliyyat vasitələrinin birgə istehsalına start verib. Bu günədək ayrı-ayrı ölkələrin orduları tərəfindən istifadə edilərək özünü sübuta yetirmiş “Marauder” və “Matador” zirehli nəqliyyat vasitələri Azərbaycan və Ermənistan arasında 2016-cı ilin aprel ayında baş verən 5 günlük müharibədə, 2017-ci ildə Giləzidə sursat anbarında baş verən partlayışda, eləcə də 2020-ci ilin sentyabr ayının 27-dən başlanmış hərbi əməliyyatlar zamanı istifadə olunaraq yüksək performans nümayiş etdirib.

Keçdiyimiz günlərdə sosial şəbəkələrdə yayımlanan videoda Qubadlı rayonu istiqamətində bir ədəd “Marauder”in tank əleyhinə minaya düşdüyü, maşının təkərlərinin altında iki ədəd minanın partlamasına baxmayaraq, heyətin xəsarət almadan xilas olduğu bildirilir. Görüntülərdən məlum olduğu qədər partlayış zamanı maşının yalnız təkərləri və asqı sistemi sıradan çıxıb. Korpus, motorxana və digər hissələr zərər görməyib.

Cəbhə bölgəsindən çəkilən bu və digər görüntülər “Marauder” və “Matador”un döyüş əməliyyatları zonasında şəxsi heyəti mina partlayışları və düşmənin atıcı silahlarından açılan atəşlə yanaşı, partlayan top və minaatan mərmilərinin qəlpələrindən də yüksək səviyyədə qoruduğunu sübut edir. Hər iki zirehli nəqliyyat vasitəsinin performansı Azərbaycan hərbçiləri tərəfindən yüksək qiymətləndirilir. Mütəxəssislərin fikrincə, döyüşlərdə


istifadə zamanı əldə olunmuş müsbət nəticələr, digər zirehli nəqliyyat vasitələri ilə müqayisədə üstün xarakteriskaları gələcəkdə hər iki maşının seriyalı istehsalının təkmilləşdirmələr aparılmaqla davam etdirilməsinə imkan verəcək. “Marauder” və “Matador” Azərbaycan hərbi sənaye kompleksinin beynəlxalq səviyyədə tanınmış istehsalçı şirkətlə həyata keçirdiyi ilk layihələrdəndir. 2011-ci ildən başlayaraq, Azərbaycanda istehsal edilən hər iki zirehli nəqliyyat vasitəsi baza versiya ilə müqayisədə müəyyən təkmilləşdirmələrə məruz qalıb. Mürəkkəb relyefə və iqlimə sahib Afrikanın müxtəlif regionlarında, Yaxın Şərqin isti və Avrasiyanın sərt şaxtalı ərazilərində sınaqlardan uğurla keçən “Marauder” və “Matador” silahlı qüvvələr üçün bütün iqlim və ərazi şərtlərində sınanmış dünyadakı azsaylı zirehli nəqliyyat vasitələrindəndir. Şirkət rəsmilərinin sözlərinə görə, “Marauder” və “Matador” yaradılarkən müasir döyüş əməliyyatlarının tələbləri nəzərə alınıb, eyni zamanda qorunma, qarşılıqlı əlaqə və iqtisadi səmərəlilik mövzularına diqqət yetirilib. Analoqlarından fərqli olaraq, maşınlar yüksək təhlükəsizlik tələblərinə cavab verir. Atıcı silahlardan, əldəqayırma partlayıcı qurğulardan və tank əleyhinə minalardan ən yaxşı mühafizəni təmin etmək üçün istehsalda bir sıra yeni yanaşmalar tətbiq edilib. “Marauder” və “Matador”da eynu komponentlərdən istifadə hər iki maşının təmir və servisi üçün

Azərbaycan Ordusunun 14.5 mm çaplı KPVT pulemyotu ilə silahlandırılmış “Marauder” zirehli nəqliyyat vasitəsi. Foto: MN

çəkilən xərcləri optimallaşdırmağa, eyni material ehtiyatlarından istifadə etməklə texniki qulluğu təşkil etməyə imkan verir. Zirehli nəqliyyat vasitələri istismarı, texniki xidməti və təmiri asanlaşdırmaq məqsədi ilə müxtəlif konstruksiyası olan modul bloklardan layihələndirilib. Bu da maşınların səhra şəraitində tez təmir edilməsinə və detalların dəyişdirilməsinə imkan yaradır. Həm “Marauder”, həm də “Ma tador”lar C-130, İL-76, ANT-124 “Ruslan”, A-400M “Atlas” hərbi yük təyyarələrində, “Chinok” və Mi-26 helikopterlərinin asmasında, avtomobil təxliyəsində və dəmir yolu vasitəsi ilə daşınması mümkündür.

Marauder Sərt gövdəyə, yüksək mühafizəyə və çevikliyə sahib “Marauder” zirehli nəqliyyat vasitəsi “Paramount Gorup”un daşınan sənaye yanaşmasına uyğun olaraq, CAR, İordaniya, Azərbaycan və Qazaxıstanda yerli tərəfdaşlarla birlikdə istehsal olunur. Azərbaycanda “Marauder”, Qazaxıstanda isə “Arlan” adlanan zirehli nəqliyyat vasitəsi 2500 kiloqramadək faydalı yükün və heyətin daşınması üçün dizayn edilib. Heyətin nəqli ilə yanaşı, maşının müxtəlif növ döyüş modulları ilə silahlandırılması mümkündür. Ən son olaraq Qazaxıstan Ordusu üçün istehsal edilmiş “Arlan” konfiqurasiyası ASELSAN şirkətinin istehsalı olan “Sarp” və “Sarp Dual” döyüş modulları ilə silahlandırılıb.


“Marauder” patrul, komanda-qərargah, rabitə, kəşfiyyat-müşahidə, ambulans, personal daşıyıcı, eləcə də döyüş modullarının tətbiqi ilə təkərli döyüş vasitəsi kimi konfiqurasiya edilə bilər. Heyəti 2 nəfərdən (sürücü və komandir) ibarət olan maşının desant bölməsində isə tam təchiz edilmiş 8 əsgər yerləşir. “Marauder” zirehli nəqliyyat vasitəsinin korpusu mina təsirindən, güllələrdən və qəlpələrdən müdafiə üçün iki tərəfdən ara boşluğu olan zirehli poladdan tam qaynaq edilib. Maşının sürücü və desant bölməsi mina partlayışlarının təsirini azaldan xüsusi oturacaqlarla təchiz olunub. Heyət bölməsinin ballistik mühafizəsi NATO STANAG 4569 standartının 3-cü səviyyəsinə, mühərrik bölməsinin mühafizəsi STANAG 4569 standartının 1-ci səviyyəsinə, maşının mina və ƏPQ partlayışına qarşı mühafizəsi isə STANAG 4569 3a və 3b səviyyəsinə cavab verir. Korpusun ikiqat zirehi heyəti kinetik hücumlardan qoruyur. Mühafizəni əlavə zireh lövhələri hesabına daha da gücləndirmək imkanları vardır. Keçirilən sınaqlarda və yuxarıda qeyd olunduğu kimi, praktiki döyüşlər zamanı “Marauder”in gövdə altında 8 kq TNT qədər, təkərin altında 14 kq

Kazakhstan Paramount Engineering şirkəti tərəfindən “Arlan” adıyla istehsal edilən “Ma­ rauder”. Zirehli nəqliyyat vasitəsi ASELSAN şirkətinin istehsalı olan “Sarp” döyüş modulu ilə silahlandırılıb. Foto: Qazaxıstan MN

TNT qədər mina partlayışından, yol kənarında yerləşdirilmiş 50 kq TNT ekvivalentində ƏPQ partlayışlarına dözümlülüyü sübuta yetirilib. Boş halda çəkisi 13500 kq təşkil edən “Marauder”in monokok korpusu V formasında dizayn olunub. “Marauder” zirehli nəqliyyat vasitəsi “Cummins” şirkətinin istehsalı olan 6 silindirli İSBe 4 300 dizel mühərrik, “Allison” şirkətinin 3000 SP avtomatik 6 irəli və 1 geri ötürücüyə malik sürətlər qutusu, “Axletec” şirkətinin BT600 ötürmələr qutusu, ön və arxa körpüləri ilə təchiz olunub. Maşının maksimal sürəti 110 km/saat, gediş ehtiyatı 700 km, dönmə radiusu isə 16,5 metrdir. Uzunluğu 6600 mm, eni 2600 mm, hündürlüyü 2730 mm, yerdən hündürlüyü 490 mm təşkil edən “Marauder” 1 metr dərinliyində su maneələrini, 850 mm enində xəndəkləri, 500 mm hündürlükdə dik maneələri aşa bilir. Altıpilləli sürət qutusu, həmçinin aşağı və yuxarı diapazonlarda sürəti tənzimləyən paylayıcı qutular, körpüləri idarə edən gücləndirici reduktorlar,

nəqliyyat vasitəsinin təkərlərinin dördünün də eyni zamanda dartma qabiliyyəti 70% istənilən maili yol səthi üzərində idarəetməni təmin edir. “Marauder” ABC əyləc sisteminə, pnevmatik disk əyləclərinə, mərkəzləşdirilmiş təkər təzyiqinə nəzarət sisteminə (CTIS), naviqasiya və döyüş idarəetmə sistemlərinə sahibdir. Ehtiyacdan asılı olaraq maşına nüvə, bakteroloji və kimyəvi (NBC) mühafizə sistemləri də quraşdırılması mümkündür. Matador 4x4 təkər formuluna malik “Matador” zirehli nəqliyyat vasitəsi şəxsi heyətin daşınması, rabitə, komanda, ambulans daxil olmaqla müxtəlif növ döyüş təminatı tap şırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. Silah modullarının dəyişdirilə bilməsi “Matador”un istifadə spektrini daha da artırır. Maşında 14.5 mm KPVT və ya 12.7 mm NSVT pulemyotu ilə silahlandırılmış döyüş modulundan əlavə, desant bölməsində şəxsi heyətin atıcı silahlardan atəş açması üçün 9 mazğal mövcuddur. “Matador” “Cummins” şirkətinin istehsalı olan 6 silindirli İSBe 4 300 dizel mühərrik, “Allison” şirkətinin 3000


MSN­in müəssisəsində istehsal edilmiş “Matador” zirehli nəqliyyat vasitəsi. Foto: AD

SP 3000 SP avtomatik 6 irəli və 1 geri ötürücüyə malik sürətlər qutusu (və ya ZF-12 transmissiyası), “Axletec” şirkətinin BT600 ötürmələr qutusu, ön və arxa körpüləri ilə təchiz olunub. Maksimal sürəti 120 km/saat, dönmə radiusu 18 metr, gediş ehtiyatı isə 700 kilometr təşkil edən “Matador” 1 metr dərinliyində su maneələrini, 850 mm enində xəndəkləri, 500 mm hündürlükdə dik maneələri dəf edir. Altıpilləli sürət qutusu, həmçinin aşağı və yuxarı diapazonlarda sürəti tənzimləyən paylayıcı qutular, körpüləri idarə edən gücləndirici reduktorlar, nəqliyyat vasitəsinin təkərlərinin dördünün də eyni zamanda dartma qabiliyyəti 70% istənilən maili yol səthi üzərində idarəetməni təmin edir. Maşının korpusunun uzunluğu 7279 mm, eni 2480 mm, hündürlüyü 2787 mm, boş çəkisi 13400 kq, faydalı yük götürmə qabiliyyəti 2600 kilo qramdır. Heyəti 2 nəfərdən ibarət olan “Matador”un desant bölməsində tam təchiz edilmiş 12 əsgər yerləşir. “Matador”un 4×4 və 6×6 təkər formuluna malik konfiqurasiyalarının

da təklif olunmasına baxmayaraq, Azərbaycan da daxil olmaqla, istifadəçi ölkələr 4x4 təkər formulunu seçmişdir. Mina təsirinə qarşı dayanıqlı “Matador” zirehli nəqliyyat vasitəsinin korpusu mina təsirindən, güllələrdən və qəlpələrdən müdafiə üçün iki tərəfdən ara boşluğu olan zirehli poladdan tam qaynaq edilib. Zirehli maşının heyət bölməsinin ballistik mühafizəsi NATO-nun STANAG 4569 standartının 3-cü səviyyəsinə, mühərrik bölməsinin ballistik mühafizəsi STANAG 4569 standartının 1-ci səviyyəsinə, partlayışa qarşı qoruması STANAG 4569 standartının 4a və 4b (korpusun altında 14 kq, təkərin altında 21 kq, yol kənarında 50 kq TNT partlayışına) səviyyəsinə uyğundur. Heyətin etibarlı mühafizəsinin təmin edilməsi üçün müdafiə təkmilləşdirmə paketləri mövcuddur. Minaların partlayış təsirini azaltmaq üçün avtomobilin korpusu mövcud digər MRAP-larda olduğu kimi – V formasında dizayn edilib. Partlayışa davamlı oturacaqlar şəxsi heyəti mina, fuqas və digər sursatların təsirindən qoruyur. Partlayışdan qorumaq üçün

mühərrik, transmisiya, yanacaq çəni biri birindən maksimum məsafədə yerləşdirilib və ayrılıqda zirehləndirilib. Ehtiyacdan asılı olaraq maşın nüvə, bakteroloji və kimyəvi (NBC) mühafizə sistemləri də təchiz oluna bilər. Nəticə Həm “Marauder”, həm də “Matador” zirehli nəqliyyat vasitələri Azərbaycan Ordusu tərəfindən döyüş əməliy yatlarında, müxtəlif ərazi şərtlərində istifadə olunmaqla praktiki sınaqdan keçdi və özünün etibarlılığını real döyüşlərdə sübuta yetirdi. Bu, öz növbəsində yüksək texnologiyalı həllər istehsal edən “Paramount Group”un Azərbaycanın etibarlı bir tərəfdaşı olduğunu göstərdi. Real döyüşlərdə əldə olunan nəticələr həm də “Paramount Group”un fəlsəfəsinin başında insan faktorunun qorunmasının dayandığını isbatladı. “Marauder” və “Matador” tək bu günün deyil, gələcəyin də zirehli nəqliyyat vasitəsi olaraq, özünü isbatlamış yüksək qoruma səviyyəsi, manevr imkanı və xərc baxımından qənaətcil bir platforma olaraq önə çıxır. AD

29


Pandemiya dövründә qlobal piyada döyüş maşınları bazarı ? Rəşad Süleymanov Ötən ilin sonlarından davam edən yeni tip koronavirus (COVID-19) pandemiyasının fəsadlarına baxmayaraq, cari ilin on ayı ərzində qlobal piyada döyüş maşınları (PDM) bazarında ciddi sifarişlərin formalaşması baş vermişdir. Bağlanan tədarük və təkmilləşdirmə müqavilələri, elan edilən proqramlar aparıcı istehsalçıların qarşısında ən azı yaxın onillik dövr üçün inkişaf perspektivləri açır. Mövcud vəziyyət – satınalmalar Aprel ayında İndoneziya Ordusu üçün 8×8 təkər formuluna malik “Pandur II” amfibiya tipli piyada döyüş maşınının istehsalına başlayan “Çexoslovak Group” (CSG) müqavilə çərçivəsində 30 mmlik topa sahib “Ares UT30MK2” döyüş modulu ilə silahlandırılmış 23 ədəd piyada döyüş maşınının 2021–2022-ci illər arasında sifarişçiyə çatdırılacağını bəyan edib. Türkiyənin “Otokar” şirkəti aprel ayının 17-də təxminən 40 ədəd 8x8 təkər formuluna malik “Arma” zirehli döyüş maşınını adı açıqlanmayan Yaxın Şərq ölkəsinə ixrac etdiyini duyurub. Şirkət ixrac üçün gömrük prosedurlarını tamamladığını elan etsə də, maşının konfiqurasiyası barədə məlumat verilməyib. Aprel ayının əvvəllərində Uk raynanın “Ukrspetsexport” dövlət şirkəti

Çexiyadan 37 ədəd BVP-1 (keçmiş sovet BMP-1) piyada döyüş maşınını idxal etdiyini açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Xomçakın mətbuata müsahibəsindən məlum olduğu qədər, yerli müəssisədə təkmilləşdiriləcək BMP-1 piyada döyüş maşınlarının silahlandırılması üçün BM-7 “Parus”, KBA-105A “Şkval”, “Stilet” və “Spays” döyüş modulları nəzərdən keçirilir. Adıçəkilən döyüş modullarının əsas silahlı 30 mm ZTM-1/ZTM-2 avtomatik top və 7.62 mm PKT pulemyotudur. Bütün döyüş modulları əlavə olaraq tüstü qumbaraları və 30 mm çaplı avtomatik qumbaraatanla silahlandırılır. Silahlanma proqramlarını davam etdirən Rusiya da aprelin 26-da Quru Qoşunları üçün 60 ədəd BMP-2M “Berejok” PDM-in alınacağını elan edib.

2020-ci il ərzində silahlanmaya qəbul edilən PDM-lərin Cənub Hərbi Dairəsinin qoşunlarına verilməsi planlaşdırılır. İyun ayının 26-da “BAE Systems” şirkəti ilə ABŞ Ordusu arasında təkmilləşdirilmiş “Bradley A4” piyada döyüş maşınlarının tədarükünə dair 267 milyon dollar dəyərində müqavilə imzalanıb. “BAE Systems” şirkətinin yaydığı məlumata görə, müqavilə çərçivəsində 2023-cü ilə qədər sifarişçiyə 159 ədəd “Bradley A4” PDM təhvil veriləcək. “Bradley A4” modifikasiyası 675 at gücündə 8 silindrli “Cummins VTA903ET675 dizel mühərrik və yeni HMPT800-3ECB hidravlik transmissiya, BRAT II (Bradley Reactive Armor Tiles) dinamik mühafizə qurğusu və İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Iron Fist” aktiv müdafiə sistemi ilə təchiz olunub. Heyəti 3 nəfər təşkil edən maşının desant bölməsinə 7 əsgər yerləşir. PDM 25 mm M242 avtomat

ABŞ Ordusuna aid “Bradey A4” piyada döyüş maşını


top, 7,62 mm çaplı M240C pulemyotu və 2 ədəd TOW tank əleyhinə raket kompleksi ilə silahlandırılıb. İyul ayında Hindistanın Müdafiə Nazirliyi yerli “Ordnance Factory Board” (OFB) müəssisəsi ilə təqribi dəyəri 145 milyon dollar təşkil edən 156 ədəd BMP2 və BMP- 2K piyada döyüş maşınının satın alınmasına dair müqavilə imzaladığını açıqlayıb. Bundan əvvəl – 2014cü ildə imzalanmış müqavilə çərçivəsində Hindistan Ordusu 362 ədəd BMP-2 “Sarath” piyada döyüş maşını alıb. 285 at gücündə dizel mühərrik ilə təchiz olunmuş BMP-2 və BMP-2K piyada döyüş maşınlarının gediş ehtiyatı 600 km, sürəti 65 km/saat, sudaüzmə sürəti 7 km/saatdır. Yenilənmə nəticəsində PDM yeni nəsil atəş idarəetmə sistemi, komandir bölməsi yeni termal periskop, iki ədəd tank əleyhinə idarəolunan raket (TƏİR) qurğusu və avtomatik qumbaraatanla təchiz olunub. Qüllənin damında quraşdırılmış 9P135M raket buraxıcı qurğu 9M111 “Konkurs” və 9M113M “Konkurs-M” tank əleyhinə raketlərlə atəş açmağa imkan verir. İyul ayında Tayvanın Müdafiə Nazirliyi Hərbi Polis Komandanlığı üçün 21 ədəd CM-34 “Cloud Leopard” piyada döyüş maşını sifariş yerləşdirdiyini elan edub. Tayvan Müdafiə Nazirliyinin Silahlandırma Bürosunun direktoru

Avqust ayında imzalanmış 2 milyard avro dəyərində müqavilə çərçivəsində Macarıstan Ordusu Almaniyanın “Rheinmetall” şirkətindən 218 ədəd “Lynx” PDM alacaq. “Lynx” PDM iyul ayında Avs­ traliya Ordusunun “Land 400 Phase 3” proqramının finalın mərhələsinə buraxılıb. Foto: Rheinmetall

general-mayor Yu Yu-tanqın sözlərinə görə, 2023-cü ilə qədər Tayvan Ordusu 305 ədəd CM-34 piyada döyüş maşını almağı planlaşdırır. Razılaşdırılmış plana uyğun olaraq 2019-cu ildə 32 maşın orduya təhvil verilib. 2020-ci ildə isə ən azı 54 maşının təhvil verilməsi nəzərdə tutulur. Avqustun 26-da “General Dynamics European Land Systems-Santa Barbara Sistemas” (GDELS-SBS) və digər üç şirkətdən ibarət konsorsium İspaniyanın Müdafiə Nazirliyi ilə 348 ədəd 8×8 təkər düsturlu “Dragon” (“Piranha 5” əsasında yaradılmış) döyüş maşınlarının tə darükünə dair 7 illik müqavilə imzaladığını açıqlayıb. Dəyəri 2.06 milyard ABŞ dolları təşkil edən müqavilədə GDELS-SBS şirkətinin payı 870 milyon ABŞ dolları təşkil edir. Proqramın gələcəkdə təxminən 1000 maşına qədər genişləndirilməsi gözlənilir. 2020-ci ilin ən böyük satınalma layihəsi avqustun sonlarında Macarıstan Müdafiə Nazirliyi ilə Almaniyanın “Rheinmetall” şirkəti arasında imzalanıb. Ümumi həcmi 2 milyard avrodan çox olan müqavilə çərçivəsində Macarıstan Ordusu üçün 218 ədəd “Lynx” piyada

döyüş maşını və 9 ədəd “Buffalo” zirehli təmir-təxliyyə maşını, habelə məhsul və xidmətlər tədarük ediləcək. Macarıstanın “Lynx” PDM-ləri “Rheinmetall” şirkətinin 30 mm-lik topa sahib “Lance” döyüş modulu ilə silahlandırılması nəzərdə tutulur. Müqavilənin ilk mərhələsində – 2023-cü ilin əvvəlinə qədər Macarıstan Almaniyada istehsal edilmiş 46 ədəd PDM alacaq. İkinci mərhələdə isə 172 ədəd “Lynx”in Macarıstanda istehsalı planlaşdırılır. Qeyd edək ki, “American Rheinmetall Vehicles” (ARV) və “Textron Systems” şirkətləri “Lynx KF41” maşınını ABŞ Ordusunun “Optionally Manned Fighting Vehicle” (OMFV) proqramına da təqdim edib. Bununla bağlı yaradılan “Lynx Sənaye Qrupu”na “Raytheon Tech nologies” də daxil olmaqla bir çox aparıcı müdafiə şirkətləri daxil olacaq. “Lynx KF41” ABŞ variantı modulyar açıq sistem arxitekturası, güc, çəki və həcminin əhəmiyyətli dərəcədə böyümə potensialı, habelə müasir döyüşlərin tələblərinə uyğunlaşdırıla bilmə qabiliyyəti ilə ABŞ Ordusunun qarşıdakı bir neçə onlillik ərzində meydana çıxan yeni nəsil döyüş vasitəsi ehtiyacını qarşılayacaq.

31


Redback

Təkmilləşdirmə proqramları Ötən dövrdə yeni piyada döyüş maşınlarının satınalınması ilə yanaşı, silahlanmada mövcud olan maşınların modernləşdirilməsi istqamətində də işlərin aparıldığı müşahidə olunub. FNSS və ASELSAN şirkətləri arasında ilin əvvəlində imzalanmış müqavilə çərçivəsində müasirləşdirilən ZMA-15 zirehli maşınlarında ASELSAN şirkətinin istehsalı olan “Nəfər” döyüş modulu (25 mm çaplı topla silahlandırılmış), lazer xəbərdarlıq sistemi, yaxın məsafəli nəzarət sistemi, sürücü görmə cihazları, istiqamət müəyyənetmə və naviqasiya avadanlıqları qurulub. 1990-cı illərin əvvəllərində istehsalına başlanmış ZMA zirehli maşınları Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Səudiyyə Ərəbistanı, Bəhreyn və Flippinə ixrac olunub. FNSS şirkətinin məlumatında maşınların imkan və qabiliyyətlərinin artırılması, müasir texnologiyalarla təchiz edilməsini əhatə edən həll paketinin istifadəçilərdən alınan istəklərlər əsasında hazırlandığı vurğulanır. Bu həll paketində maşına döyüş bölgəsində maksimum yaşama qabiliyyətinin qazandırılması, istifadə ömrünün uzadılıması, gələcəkdə böyümə potensialının artırılması üçün kritik alt sistemlərin yenilənməsi, yerli alt sistemlərin inteqrasiyası əksini tapır. Yanvarın 20-də Bundesver ilə “Rheinmetall” şirkəti arasında imzalanmış 110 milyon avro dəyərində müqavilə çərçivəsində Alman ordusunun silahlanmasındakı 71 ədəd “Marder”in mövcud 600 at gücündə mühərrikləri

32 www.azeridefence.com

750 at gücündə, daha güclü mühərriklə əvəz ediləcək. Yeni güc paketinin tətbiqi nəticəsində maşınların manevr qabiliyyəti əhəmiyyətli dərəcədə artırılacaq dır. Oktyabrın 20-də isə “Rheinmetall” şirkəti Bundesvehr ilə “Marder”lərin gecəgörmə qabiliyyətinin artırılmasına təxminən 24 milyon avro dəyərində müqavilə imzaladığını elan edib. Əvvəlki illərdə elan edilən tək milləşdirmə proqramlarından biri də ingilis ordusunun MCV-80 “Warrior” PDM-nin döyüş qabiliyyətinin yaxşılaşdırmasını nəzərdə tutan “Warrior Capability Sustainment Program”dır (WCSP). “Lockheed Martin UK” şirkəti tərəfindən iyul ayında başa çatdırılan birinci test mərhələsində 11 ədəd MCV-80 “Warrior” piyada döyüş maşını təkmilləşdirilib. Testlərin birinci mərhələsində 59 tapşırıq üzrə sınaqdan keçən zirehli maşın 29 min kilometrdən artıq məsafə qət edib və müxtəlif şəraitlərdə atış sınaqları keçirilib. 1988-ci ildə ingilis ordusunun silahlanmasına qəbul edilən MCV-80 “Warrior” döyüş maşınının heyəti sürücü, komandir və atıcı daxil olmaqla üç nəfərdir. Maşının desant bölməsinə 7 əsgər yerləşir. Modernləşdirmə nəticəsində döyüş maşınında mövcud olan 30 mm L21 “Rarden” topu 40 mm-lik CTA topu ilə əvəz edilib. Maşın həmçinin müasir termal nişangah, 360˚ müstəvidə müşahidəyə imkan verən kameralar, modulyar zireh və müasir enerji sistemləri ilə təchiz olunub. Təkmil-

ləşdirmədən sonra MCV-80 “Warrior” döyüş maşınlarının daha 20 il xidmətdə saxlanması planlaşdırır. Oktyabr ayının əvvəlində Niderland Kral Ordusu silahlanmasındakı 144 ədəd CV90 piyada döyüş maşınının tək milləşdirilməsi üçün “BAE Systems” şirkəti ilə 500 milyon avro məbləğində müqavilə imzaladığını açıqlayıb. Təkmilləşdirmə proqramında PDM-lərdə rezin hərəkət hissəsinin (tırtır) tətbiqi, eləcə də heyətin mühafizəsinin gücləndirilməsi, maşının çəkisinin azaldılması nəzərdə tutulur. İsveçin “BAE Systems Hägglunds” və Kanadanın “Soucy International” şirkəti tərəfindən birgə hazırlanmış rezin tırtırlarla təchiz edilmiş CV90-lar hazırda Norveç qüvvələri tərəfindən istifadə olunur və Əfqanıstanın şimalında sınaqdan keçirilib. Yeni hərəkət sisteminin tətbiqi maşının çəkisini 1 tona yaxın, daxilində səs-küy səviyyəsini 10 dB və vibrasiya səviyyələrini 65% azaldır. Bundan başqa, maşınlara “Elbit Systems” şirkətinin “Iron Fist” aktiv mühafizə sistemi də quraşdırılacaq. Silah sistemlərinin təkmilləşdirilməsi Piyada döyüş maşınlarının mödernləşdirmə layihələrində əsas diqqət yetirilən istiqamətlərdən biri silah sistemlərinin təkmilləşdirilməsidir. Bu təkmilləşdirmənin özü də bir neçə istiqamətdə həyata keçirilir. Bura daxildir: - Maşınların yeni döyüş modulları ilə silahlandırılması; - Mövcud döyüş modullarındakı topların yenisi ilə əvəz edilməsi və nişangah sistemlərinin yenilənməsi; - Maşına əlavə silahların qu raşdırılması. May ayında Pentaqon MCT-30 “Protector” döyüş modulunun ABŞ Dəniz Piyadaları Korpusunun yeni ACV-30 amfibiya piyada döyüş maşınlarının silahlanmasına qəbul edib. Norveçin “Kongsberg” şirkətinin hazırladığı MCT-30 döyüş modulunun əsas silahı ATK şirkətinin istehsalı olan 30 mm Mk44 “Bushmaster” topudur. Türkiyənin FNSS və ASELSAN şirkətləri arasında imzalanmış müqavilə çərçivəsində modernləşdirilən ZMA-15 piyada döyüş maşınlarının ASELSAN-ın uzaqdan idarə olunan silah sistemləri ailəsinin son nümunələrindən olan


“Borsuk” PDM /Polşa

“Nəfər” döyüş modulu ilə silahlan dırılması nəzərdə tutulur. 25 mm M242 və ya KBA avtomat top və 7,62 mm çaplı FN MAG 58 pulemyotu ilə silahlandırılan döyüş modulu gecə və gündüz dəqiq atəşaçma, avtomatik hədəf izləmə, ballistik hesablama, lazer vasitəsilə məsafəni təyinetmə, kompüterləşdirilmiş atəş-nəzarət, atəşsayma, sursat bitdikdə xəbərdarlıq kimi funksiyalara sahibdir. “Nəfər”in əsas xüsusiyyətlərindən biri də digər xarici sensorlarla inteqrasiya oluna bilməsidir. Hazırda aktuallığını qoruyan məsələlərdən biri də PDM-lərə əlavə silahların quraşdırılmasıdır. Bu kontekstdə daha çox uzaq məsafədəki zirehli hədəflərlə mübarizə aparmaq imkanı verən tank əleyhinə idarə olunan raketlərlə silahlandırmaya diqqət yetirilir. CV-90 piyada döyüş maşınlarının döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə aparılan tədqiqatlar çərçivəsində “BAE Systems” şirkəti maşına “Spike-LR” tank əleyhinə idarəolunan raketlərin inteqrasiyasını uğurla tamamladığını açıqlayıb. Şirkətin yanvar ayının 7-də mətbuata yaydığı açıq lamasında CV-90 piyada döyüş maşınlarına quraşdırılmış “Spike-LR” raketi (istehsalçı “Rafael Advanced Defence

“Borsuk” PDM/Polşa Systems” şirkəti) ilə atış sınaqlarının keçirildiyini və sınaqlar zamanı hədəfin 2000 metr məsafədən vurulduğunu bəyan edib. “BAE Systems Hägglunds”un CV-90 platforma direktoru Dan Lindellin sözlərinə görə, “tank əleyhinə raketin inteqrasiyası, CV-90 çox missiyalı zirehli döyüş maşınları ailəsinin genişlənməyə açıq olmasının mühüm göstəricisidir. Bu yeni qabiliyyət döyüş sahəsindəki dinamikanı dəyişdirə bilər”. Perspektiv proqramlar Avstraliya Ordusunun ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edən “Land 400 Phase 3” proqramı çərçivəsində 400 piyada döyüş maşınının satın

alınması planlaşdırılır. 2022-ci ilin sonunda başa çatacaq müsabiqədə seçilən maşınların Avstraliya Ordusunda ən azı 40 il istifadəsi nəzərdə tutulur. Proqrama “Ajax” (istehsalçı GDLS), CV-90 (“BAE Systems”), “Redback” (“Hanwha Defence”) və “Lynx” (“Rheinmetall”) piyada döyüş maşınları təqdim edilib. Gərgin seçim prosesinin sonunda ikinci mərhələyə “Redback” və “Lynx” buraxılıb. “Hanwha Defence Co.” şirkəti avqust ayında yaydığı açıqlamada bildirib ki, ilin sonuna qədər “Redback”ın üç prototipi 10 aylıq sınaqlar üçün Avstraliyaya göndəriləcək. Cənubi Koreya Ordusunun istifadəsində olan K21 zirehli nəqliyyat vasitəsinin yeni variantı olaraq


TULPAR-ın atış sınaqları yekunlaşdı Türkiyənin “Otokar” şirkətinin “Tulpar” piyada döyüş maşınının atış sınaqlarının tamamlandığını elan edib. Şərəflikoçhisar poliqonunda keçirilən atış testlərinə aid videogörüntüdə yüksək sürətlə hərəkət edən “Tulpar” piyada döyüş maşınının 25 mm avtomat topdan hədəflərə atəş açdığı görünür. “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, “Tulpar”ın sınaqları ən sərt iqlim və ərazi şərtlərində tamamlanıb: “Seriyalı istehsala hazır olan

“Tulpar” piyada döyüş maşınının atış sınaqları avqust ayında uğurla başa çatıb. “Tulpar” Türkiyə Silahlı Qüvvələrinə yeni nəsil bənzər maşınlardakı qoruma, manevr qabiliyyəti və atəş gücü təmin edəcək. Maşının önə çıxan digər xüsusiyyəti isə Türkiyədə bu sinifdə yerli və milli olaraq yaradılması, test və kalifikasiya edilmiş fərqli ilk tırtırlı zirehli döyüş maşını olmasıdır”.

Mina, əldəqayırma partlayıcılar, kimyəvi və kinetik enerjili sursatlara qarşı müdafiə qabiliyyətinə sahib “Tulpar”ın mina partlayışlarına qarşı qoruması NATO STANAG 4569 səviyyəsinə uyğundur. Maşının ağırlığı 32 ton, yedən hündürlüyü 450 mm, heyəti 3 nəfərdir. “Tulpar”ın desant bölməsində 9 nəfər yerləşir. 720 at (530 kW) gücündə MTU 8V199 turbodizel mühərriklə təchiz olunmuş zirehli maşının maksimum sürəti 70 km/saat, geri hərəkətdə 40 km/saat, gediş ehtiyatı 600 kilometrdir.

meydana çıxan “Redback” piyada döyüş maşınları İsrailin “Elbit Systems” şirkətinin 30 mm-lik topla silahlandırılımış MT-30 döyüş modulu və “IronVision” 360 dərəcə panoramik situasiya məlumatlandırma sistemi ilə təchiz olunub. Gələcəkdə maşınların bir qisminin “EOS Defence Systems” şirkətinin istehsalı olan döyüş modulu ilə silahlandırılmasına da baxılacaq. Avstraliya Müdafiə Nazirliyinin son mərhələyə keçən şirkətlərlə imzaladığı müqaviləyə əsasən, hər bir namizəd qiymətləndirmə sınaqları üçün 3 ədəd döyüş maşını verməlidir. Polşanın “Polska Grupa Zbroje niowa” (PGZ) şirkəti sentyabr ayında “Borsuk” zirehli amfibiya PDM-nin iki il davam edən sınaqlarını tamamladığını elan edib. Sınaqların son mərhələsində poliqonda maşının manevr imkanları və 30 mm çaplı topla silahlandırılmış yeni döyüş modulundan atışlar həyata keçirilib. Müəssisə rəsmilərinin sözlərinə görə, “Borsuk” Polşa Müdafiə Nazirliyinin köhnəlmiş BWP-1 piyada döyüş

maşınlarını əvəz etmək üçün elan etdiyi NPBWP (Nowy Pływający Bojowy Wóz Piechoty – Yeni Amfibi Piyada Döyüş Vasitəsi) prqoramına təklif edilməsi üçün hazırlanıb və ilk prototipi MSPO2017 sərgisində təqdim edilib. Maşın Polşanın “WB Electronics” və HSW şirkətlərinin birgə hazırladığı ZSSW-30 döyüş modulu ilə təchiz edilib. Döyüş modulunun əsas silahı 30 mm çaplı Mk44 “Bushmaster II” avtomatik top və 7.62 mm UKM-2000 pulemyotudur. Qüllənin üzərində əsas silahdan əlavə olaraq iki ədəd “Spike-LR” tank əleyhinə raket buraxıcı yerləşdirilib. Maşının korpusu və qülləsi həm ballistik təhdidlərə, həm də əldəqayırma partlayıcılara qarşı qorumanı təmin edir. Zirehli maşının korpusunun hazır lanmasında kompozit materialların tətbiqi hesabına çəki əhəmiyyətli dərəcədə azaldılıb.

Artan tələblər həm təkərli, həm də tırtırlı PDM-lərin yeni nümunələrinin meydana çıxması və mövcud maşın parkında əsaslı modernləşmənin aparılmasını sürətləndirir. Mövcud tendensiyanın qarşıdakı illərdə yüksələn dinamika üzrə davam edəcəyi, bazarın əsas oyunçuları arasında gedən rəqabətin daha da qızışacağı gözlənilir. Qarşıdakı illərdə qlobal bazarda bahalı və satış kaprizləri olan Qərb maşınlarının orta qiymətli, keyfiyyət baxımından Qərb texno logiyalarından geri qalmayan Türkiyə, Cənub Şərqi Asiya və Afrika regionlarında isə ucuz Çin texnikaları ilə rəqabətdə uduzacağı, son onillikdə Suriya, Ukrayna, Liviya, Azərbaycan–Ermənistan münaqişələrində yeni nəsil döyüş vasitələri ilə mübarizə apara bilməyən köhnə sovet – müasir Rusiya istehsalı olan PDM-lərə marağın ciddi şəkildə azalacağı proqnozlaşdırılır. Bütün bu proseslər isə öz növbəsində bazardakı yeni istehsalçılar arasında gərgin rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaqdır. AD

34 www.azeridefence.com

Gələcəyə baxış Son illər bazarın analizi tanklara tələbin azalması fonunda PDM-lərə olan tələblərin artması müşahidə olunur.


Çin hərbi sənayesi Mərkəzi Asiya regionunda mövqelərini möhkəmlədir SR Consulting və Media MMC Uzun illər Rusiya, Belarus və Ukrayna müdafiə sənayesinin asılılığında olan Mərkəzi Asiya respublikalarıının 2010-cu ildən başlayaraq silahlı qüvvələrin modernləşdirilməsi istiqamətində həyata keçirdikləri proqramlarda Çin hərbi sənaye kompleksinə də yer verilməsi müşahidə olunur. İlk dövrdə hərbi-texniki yardımlar çərçivəsində öz məhsullarını bu ölkələrə “yeridən” Çin sənayesi sonrakı illərdə “səssiz gedişlə” Mərkəzi Asiya regionun silah bazarında önəmli mövqeləri əldə etməyi bacarıb. Hazırda Çin hərbi sənaye kompleksi Türkmənistan, Özbəkistan və Tacikistan kimi Mərkəzi Asiya respublikalarının silah və texnika tədarükündə əhəmiyyətli yerə sahibdir. Rəsmi Pekin həm ikitərəfli əlaqələr, həm də Şanxay Əməkdaşlığı Təşkilatı çərçivəsində region ölkələri ilə hərbitexniki əməkdaşlığı inkişaf etdirir. Regionun silah bazarı ilə bağlı təhlillər göstərir ki, Türkmənistan, Özbəkistan və Tacikistanda bir zamanlar dominant rola sahib Rusiya müdafiə sənayesi zirehli nəqliyyat vasitələri, hava hücumundan müdafiə, rabitə, pilotsuz aviasiya və fərdi mühafizə vasitələri seqmentlərində Çin sənayesinə güzəştə getmək məcburiyyətində qalır.

Bu proseslərdə Çinin hərbi-texniki yardımları, Çin məhsullarının qiymət baxımdan ucuz olması və sərfəli satış mexanizmlərinin təklifi, sürətli və problemsiz servis xidmətinin təşkili, müştərək istehsala açıq olmaları, ödəmələrin Türkmənistan timsalında tələb olunan məhsullarla natural şəkildə qarşılanması, embarqo siyasətinin olmaması kimi müxtəlif faktorlar öz təsirini göstərir. Hazırda Mərkəzi Asiya regionunda Çin hərbi sənaye kompleksinin əsas rəqibi Türkiyə və Rusiyadır. Türkiyə son 5 ildə region bazarında öz mövqelərini gücləndirməyi bacarsa da, Rusiya barəsində bunu demək mümkün deyil. Regionda hərbi satınalma proqram-

larının miqyasına görə ilk yerdə dayanan Türkmənistanın silah idxalında Çin Türkiyədən sonra 27% payla ikinci yerdə dayanır. İlk üçlükdə sonuncu yeri isə Rusiya tutur. Çin və Türkmənistan arasında silah və hərbi texnikanın alqı-satqısında ödəmələrin natural qaydada – təbii qaz və neft məhsulları ilə ödənilməsi də öz təsirini göstərir. Hərbi yardımlar Çin 2000-ci illərin əvvəllərindən etibarən Mərkəzi Asiya ölkələrinə hərbitexniki yardım siyasətini həyata keçirir. Bu yardımlar çərçivəsində müvafiq ölkəyə hərbi və hüquq-mühafizə qurumları ilə birgə tərtib edilmiş siya-

35


hılara uyğun olaraq ehtiyac duyulan avadanlıqlar, texnikalar bağışlanır. Yardım edilən texnikalar və avadanlıqlar tamamilə Çin sənayesinin istehsalıdır. 1994–2015-ci illərdə Tacikistana 490 milyon yuan (75 milyon dollar) həcmində hərbi-texniki yardımlar etmiş Çin Xalq Respublikası 2015-ci ildən etibarən yardımlarını əhəmiyyətli dərəcədə artırmağa başlayıb. Təkcə 2015-ci ildə Çin Xalq Respublikasının Tacikistan silahlı qüvvələrinə bağışladığı hərbi əmlakın ümumi dəyəri 400 milyon yuan (61 milyon dollar) olub. Bundan başqa, rəsmi Pekin Tacikistanda Böhran Vəziyyətlərini İdarəetmə Mərkəzinin yaradılmasına maddi-texniki dəstək göstərilib. Çin Xalq Respublikası şimal qonşusu Qırğızıstana da hərbi-texniki yardımlar edir. 1999–2012-ci illərdə Çin hökuməti tərəfindən Qırğızıstana 11 milyon dollarlıq hərbi-texniki əmlak hədiyyə edildiyi halda, 2013-cü ildə bu həcm artırılaraq bir ildə 17.5 milyon dollar təşkil edib. Yardımlar əsasən Qırğızıstanın Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələrinə, Sərhəd Qoşunlarına və Daxili İşlər Nazirliyinə göstərilib. Aviasiya vasitələri Çinin Mərkəzi Asiya bazarına ixracatında əsas yeri hava hücumundan

Qazaxıstan HHQ­nin 2018­ci ildə Çindən satın aldığı Y­8F­200WA hərbi nəqliyyat təyyarəsi. Foto: Qreqori Bedenko

36 www.azeridefence.com

müdafiə (HHM) sistemləri, pilotsuz uçuş aparatları, zirehli və zirehsiz nəqliyyat vasitələri tutur. Bununla bərabər, Çin şirkətləri tərəfindən regionun müxtəlif ölkələrinə antidron sistemləri, snayper tüfəngləri, döyüş sursatları, fərdi mühafizə vasitələri və digər məmulatların ixracı ilə bağlı kiçikhəcmli layihələr həyata keçirilib. Region ölkələrinə PUA və HHM sistemlərinin ixracına 2010-cu ildən başlayan Çin şirkətləri tərəfindən Mərkəzi Asiyada Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistana PUAların müxtəlif modeləri tədarük olunub. Qeyd olunan dövrdə Çinin AVIC korporasiyası tərəfindən Qazaxıstan 4 ədəd, Özbəkistan 6 ədəd, Türkmənistana isə açıqlanmayan sayda “Wing Loong” (“Pterodactyl”/“Əjdaha qanadı” PUA ixrac olunub. AVIC aviasiya koprorasiyasına daxil olan CADI Aviasiya Elmi Tədqiqat İnstitutunda yaradılmış PUA NORİNCO şirkətinin istehsalı olan “Sky Saker” miniatür sintetik aperture radarı və faydalı yüklə təchiz olunub, peyk üzərindən idarəetməyə sahibdir. Hər üç Mərkəzi Asiya ölkəsinin aldığı PUA-lar “Pterodactyl”ın GJ-1 adlanan hücum versiyasıdır. Füzelyajının uzunluğu 9,05 metr, hündürlüyü 2,77 m, qanad açıqlığı 14 m, maksimum ağırlığı 1100 kq təşkil

edən PUA-nın uçuş müddəti 20 saat, sürəti 280 km/saat, praktiki uçuş hündürlüyü 5000 metrdir. “Wing Loong” PUA-nın silahlanlanmasına Çin istehsalı olan müxtəlif təyinatlı idarə olunan və olunmayan döyüş sursatları (BA-7, YZ-212, LS-6, FT-10 döyüş sursatları, habelə HJ-10 tank əleyhinə raket) daşıya bilir. Silahların yerləşdirilməsi üçün PUA-nın qanadı altında 4 asqısı mövcuddur. Qazaxıstan və Özbəkistandan fərqli olaraq, Türkmənistan 2015–2020-ci illərdə Çindən “Wing Loong” ilə yanaşı, CH-3A və iki ədəd WJ-600 A/D PUA-ları və sonuncuların silahlandırılması üçün 20 ədəd CM-502KG idarə olunan raketlər alıb. Bu PUA-lar ilk dəfə 2016-cı ilin oktyabr ayında Türkmənistanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə Aşqabadda keçirilən hərbi paradda nümayiş etdirilib. “China Aerospace Science and Technology Corporation” (CASC) şirkəti tərəfindən istehsal edilmiş “Rainbow” CH-3A (Cai Hong) PUA maksimum 180 kq faydalı yükgötürmə qabiliyyətinə sahibdir. PUA-nın uçuş müddəti 6 saat, uçuş tavanı isə 4000 metrdir. PUA Çin istehsalı olan AR-1 tipli lazer yönləndirməli raketlə silahlandırılıb. CASC şirkətinin istehsalı olan WJ-600 A/D pilotsuz uçuş aparatları isə


Özbəkistan Hava Hücumundan Müdafiə Qoşunlarına aid FD­2000 ZRK. Foto: Özbəkistan MN

həm kəşfiyyat, həm də yerüstü hədəflərə hücum üçün nəzərdə tutulur. PUA-nın uçuş müddəti 5 saat, çəkisi 1 ton, uçuş tavanı 10 min metr, faydalı yükgötürmə qabiliyyəti 130 kiloqram, uçuş radiusu 350 kilometrdir. Taktik və zərbə PUA-ları ilə yanaşı, Çin şirkətləri Özbəkistan, Qırğızıstan və Tacikistanın ordu bölmələri, sərhəd mühafizə və polis qüvvələrinə mini PUAlar və multkopterlər də ixrac edib. Qazaxıstan Müdafiə Nazirliyi PUAlarla yanaşı, Çinin AVİC korporasiyasından 3 ədəd Y-8F-200WA hərbi-nəqliyyat təyyarəsi satın almağı planlaşdırır. Tərəflər arasında imzalanmış müqavilə çərçivəsində ilk təyyarə 2018-ci ildə sifarişçiyə təhvil verilib. Rəsmi açıqlamalara görə, Qazaxıstan və Türkmənistan Çin-Pakistan birgə istehsalı olan FC-1 (JF-17) döyüş təyyarəsi ilə də yaxından maraqlanır. 2018-ci ilin noyabr ayında Karaçi şəhərində keçirilmiş IDEAS-2018 sərgisində iştirak edən Qazaxıstan nümayəndə heyətinin üzvü AZERI DEFENCE jurnalına JF-17 təyyarəsinin Qazaxıstan HHQ-nin maraq dairəsində olduğunu, sərgi çərçivəsində bununla bağlı texniki və ticari məsələlərin həm Çin, həm də Pakistan tərəfi ilə müzakirə edildiyini

açıqlayıb. Qazaxıstan və Türkmənistan pilotlarının ötən dövrdə Çində və Pakistanda bu təyyarələrlə tanış olduğu və təlim kurslarında iştirak etdiyi bildirilir. Mediada yer alan məlumatlarda 2019-cu ildə Özbəkistanın Çin istehsalı olan Z-10 zərbə helikopterlərinin ölkə ərazisində sınaqlarını keçirdiyi, lakin ötən ilin sonlarından Çində başlayan və dünyaya yayılan COVID-19 pandemiyası ilə əlaqədar görüşmələri dayandırdığı bildirilir. Hava hücumundan müdafiə sistemləri 2013-cü ildə Özbəkistan və Çin arasında FD-2000 (HQ-9) zenit-raket kompleksinin (ZRK) tədarükünə dair müqavilə imzalanıb və satın alınan ilk FD-2000 zenit-raket kompleksi 2018-ci ilin oktyabr ayında Daşkənd yaxınlğında Yanqiyul şəhərində genişmiqiyaslı hərbi təlimlərin gedişatında nümayiş etdirilib. 2015–2017-ci illərdə Çin FD-2000 ZRK-lərin Türkmənistana (75 raket və açıqlanmayan sayda işəsalma qurğusu) da ixrac edib. Türkmənistan bununla yanaşı, Çindən HT-233 radarı, aşağı məsafədən uçan hədəfləri müəyyən etmək üçün Тype-120 radarı, habelə FM-90 (1 ZRK və 40 raket) və KS-1A (1 ZRK və 50 raket) zenit-raket kompleksləri, DWL002, YLC-2V və bir ədəd YLC-18 üçko-

ordinatlı radiolokasiya stansiyaları və TS-504 radiorabitə sistemləri əldə edib. Rusiya mənbələrinin məlumatına görə, Türkmənistan rəhbərliyi Çin sistemlərini seçməklə Rusiyanın təklif etdiyi S-300PMU-2 ZRK-lərdən imtina edib. Çin həm də Türkmənistan (50 ədəd), Tacikistan və Qırğızıstana açıqlanmayan sayda QW-2, Özbəkistana QW-18 daşınan ZRK-lərin ixracını həyata keçirib. 1990-cı illərdən istehsal olunan QW-2 (Syanvey-2) daşınan ZRK-nin hədəfi məhvetmə ehtimalı 75% göstərilir. ZRKnin uzaqlıq üzrə məhvetmə zonası 5006000 metr, hündürlük üzrə 10-3500 metr, sürəti 600 m/saniyədir. CPMIEC (China National Precision Machinery Import & Export Corporation) şirkətinin istehsalı olan QW-18 daşınan ZRK-lərin atış məsafəsi 5000 metr, hündürlük üzrə 4000 metr təşkil edir. Zenit raketinin yaxşılaşdırılmış ikidiapazonlu infra-qırmızı özütuşlanan başlığı təyyarədən ixrac edilən qazların istiliyi hesabına deyil, eləcə də hədəfin və ətraf mühitin temperaturlarının fərqləri hesabına hədəfi izləməyə imkan verir. Qırğızıstan silahlı qüvvələri isə sentyabr ayında İssık-Kul ərazisində keçirilən təlimlərdə Çindən yeni alınmış “Flying Leopard 6C” mobil zenit-raket kompleksini sınaqdan çıxarıb. Kompleksin tərkibinə “Naveco” şirkətinin

37


Qazaxıstan HHQ­nin silahlanmasına daxil olan “Wing Loong” (“Əjdaha Qanadı”) kəşfiyyat­zərbə pilotsuz uçuş aparatı. Foto: Qazaxıstan MN

“Iveco VM90” nəqliyyat vasitəsinin şassisində hazırladığı radiolokasiya stansiyası və QW-2 portativ ZRK daxildir. Nəqliyyat vasitələri Çin şirkətləri 2015-ci ildən başlayaraq region ölkələrinin ordu və təhlükəsizlik strukturlarına zirehli nəqliyyat vasitələrinin ixracını həyata keçirir. Tacikistan 2015–2019-cu illərdə Çindən hərbi-maliyyə yardımları və satınalma layihələri çərçivəsində Türkmənistanın Çindən satın aldığı FM­90 zenit­raket kompleksi

38 www.azeridefence.com

NORİNCO şirkətindən VP-11 minaya qarşı qorunan nəqliyyat vasitələri (MRAP), “Shaanxi Baoji Special Vehicles Company” şirkətindən “Tiger” zirehli avtomobillər, 82 mm çaplı “Dongfeng” CS/SS4 özüyeriyən minaatanlar, EQ2050 “Mengshi”, CS/VN3 “Dajiang” zirehli avtomobillər, habelə müxtəlif iriçaplı snayper tüfəngləri və qumbaraatanlar alıb. Tacikistan Sərhəd Qoşunları tərəfindən Əfqanıstanla sərhəddə istifadə olunan VP-11 MRAP-ın ballistik mühafizəsi STANAG 4569 standartının 1 və 2-ci səviyyəsinə cavab verir. Maşın

təkərlərin altında 10 kq TNT ekvivalentində partlayışa dözür. NORİNCO və “Poly Technologies” şirkətlərinin birgə istehsalı olan CS/VN3 “Dajiang” zirehli avtomobili sürücü, komandir və atıcı daxil olmaqla 10 nəfər daşıyır. Maşının sürəti 100 km/saat, gediş ehtiyatı 600 kilometrdir. Məlumatlara görə, VP-11 MRAP-ın Türkmənistan Ordusu üçün də təqdimatı keçirilib. Bu texnikaları Türkmənistana güzəştli qiymətlərlə təklif edən NORINCO satışdan sonra Türkmənistanda regional servis mərkəzinin yaradılması təklifini də açıqlayıb.


Tacikistan Sərhəd Qoşunlarına məxsus “Tiger” zirehli nəqliyyat vasitələri Düşənbə şəhərində keçirilən hərbi paradda keçid edərkən

“Cummins ISDE200-30” dizel mühərriklə təchiz olunmuş maşının sürəti 110 km/saat, gediş ehtiyatı isə 600 kilometrdir.

“Dongfeng” şirkətinin istehsalı olan “Mengshi EQ2020” yüngülzirehli nəqliyyat vasitələri Amerikanın “AM General” şirkətinin məşhur HMMWV avtomobilinin klonu sayılır. 150 at gücündə “Cummins EQ150-20” dizel mühərrikə sahib 4x4 təkər formullu “Mengshi”nin çəkisi 2300 kq, yük götürmə qabiliyyəti 1200 kq təşkil edir. Heyətin və yüklərin daşınması üçün nəzərdə tutulmuş maşın 12.7 mm çaplı pulemyot, 35 mm-lik avtomatik qumbaraatan və ya tank əleyhinə raketlər və ya ZRK-lərlə silahlandırıla bilir. 2019-cu ildə Çin hərbi-texniki yardım proqramı çərçivəsində Qırğızıstan DİN-nin “Şumkar” xüsusi təyinatlı taboruna 30 milyon yuan dəyərində “Tiger” zirehli avtomobilləri və minik avtomaşınları bağışlayıb. 4x4 təkər formuluna sahib “Tiger” zirehli personal daşıyıcının heyəti sürücü və komandir olmaqla 2 nəfərdir. Maşının desatnt bölməsində tam təchizatlı 9 hərbçi yerləşir. 200 at gücündə

Digər silahlar və sistemlər və birgə istehsal Çin hərbi sənayesinin digər seqmentində yer alan şirkətlər də Mərkəzi Asiya region bazarında öz aktivliklərini artırmaqdadır. Belə ki, 2014-cü ildə Çin “Wing Loong” PUA-ların silahlandırılması üçün Özbəkistana açıqlanmayan sayda HJ-10 raketi, 200 ədəd Type-87 minaatanı, Türkmənistana, Tacikistana və Qazaxıstana açıqlanmayan sayda NSG-127 snayper tüfəngləri satıb. Hərbi yardım və satış proqramları çərçivəsində Özbəkistan, Tacikistan və Qırğızıstanın ordu və güc strukturları üçün zirehli gödəkcələrin və dəbilqələrin, antidron sistemlərin, habelə əl radiolarının ixracı həyata keçirilib. Müdafiə və iki təyinatlı məhsulların birgə istehsalının qurulması istiqamətində region ölkələri Çin hərbi sənaye kompleksinin müəssisələri ilə sıx əməkdaşlıq edir.

2018-ci ildən Özbəkistanda “Ozelektroapparat-Electroshield” səhmdar cəmiyyəti “Hytera” şirkəti ilə birlikdə ordu və yerli güc strukturları üçün DMR (Digital Mobile Radio) və TETRA standartlarında radiostansiyaların istehsalını həyata keçirir. 2016-cı ilin iyun ayında Nur-Sultan şəhərində keçirilən KADEX-2016 sərgisi çərçivəsində “Kaztexnologiya” və Çinin NORİNCO şirkəti arasında iriçaplı döyüş sursatlarının istehsalı üçün Qazaxıstana texnologiyanın ötürülməsinə dair memorandum imzalanıb. 2018-ci ildə keçirilən KADEX sərgisində bu memorandumun icrası istiqamətində işlərin davam etdiyi qeyd olunmuşdur. Qazaxıstan müəssisələri təkmilləşdirilən BTR-80 zirehli transportyorlarının və BMP-1 piyada döyüş maşınlarının Çin istehsalı olan ZPT99 döyüş modulları ilə silahlandırılması imkanlarını nəzərdən keçirirlər. Qazaxıstanın hərbi sənaye komleksinə daxil olan müəssisələr dəstləşdiricilərin tədarükü istiqamətində Çin şirkətləri ilə sıx əməkdaşlıq edir. AD

39


Pakistanın JF-17 Thunder proqramı ? Rəşad Süleymanov İlk uçuşu 2019-cu ilin dekabr ayında həyata keçirilən JF-17 Block III təyyarələrinin gələn ildən Pakistan Hərbi Hava Qüvvələri üçün tədarükünə başlanacaq. Pakistan Hərbi Hava Qüvvələri ilk mərhələdə 50 ədəd JF-17 Blok 3 təyyarəsini almaq niyyətində olduğunu açıqlayıb. 27 fevral 2019-cu il tarixində Kəşmir səmasında baş verən hava döyüşündə Pakistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus JF-17 təyyarəsi ilə qarşılaşmada Hindistan HHQ-nin bir ədəd MiQ-21 və bir ədəd Su-30MKI təyyarəsinin vurulması birincilər üçün iştirak etdiyi ilk döyüşdə uğurlu referans oldu. Pakistan və Çin rəsmilərinin bu hadisədən sonra bir neçə ölkənin JF-17 təyyarələri ilə yaxından maraqlandığını və mütəxəssislərin iştirakı ilə incələmələrə başladıqlarını açıqlayıblar. Fərqli variantlar, genişləndirilən imkanlar Pakistan Hərbi Hava Qüvvələrində A5C, F-7P / PG, “Mirage III” və “Mirage V” döyüş təyyarələrini əvəz etmək üçün dizayn edilmiş JF-17 “Thunder” qırıcıtutucu, yer hədəflərinə hücum, gəmi əleyhinə və hava kəşfiyyatı daxil olmaqla, müxtəlif missiyalarda istifadə oluna bilir. Təyyarəyə Pakistan tərəfindən verilən JF-17 indeksi “Joint Fighter” ifadəsinin abreviaturasıdır. Çin variantı isə FC-1

40 www.azeridefence.com

“Xiaolong” (FC-“Fighter China”, “Xiaolong” isə “Əjdaha”) adlanır. Seriyalı istehsalına Çində 2006-cı, Pakistanda 2007-ci ildə başlanan tək yerli JF-17A Blok I variantı Çin istehsalı olan PL-5E II AAM, SD-10 AAM və C-802A gəmi əleyhinə raketlərlə silahlandırılıb. Hazırda PAC Kamra müəssisəsində seriyalı istehsalı davam edən JF-17-lərin istehsalında Pakistan tərəfinin yerlilik payı 58% təşkil edir. Müəssisədə həmçinin təyyarələrin təkmilləşdirilməsi, o cümlədən Pakistan HHQ-nin silahlanmasına verilmiş JF-17 Block I təyyarələrinə havada yanacaq doldurmağa imkan verən IFR zondlarının tətbiqi istiqamətində işlər aparılır. PAC Kamra tərəfindən istehsalına 2013-cü ilin dekabr ayında başlanmış JF-17A Block II variantı sələfindən fərqli olaraq, havada yanacaq doldurmağa imkan verən IFR zondlarına, daha müasir avionikaya, artırılmış və təkmilləşdirilmiş yük daşıma qabiliyyətinə, rabitə kanalına və radioelektron döyüş qabiliyyətinə sahibdir. Block II konfiqurasiyasında

təyyarənin ağırlığını azaltmaq məqsədi ilə füzelyajda kompozit materialların tətbiqi artırılıb. Sınaq uçuşunu 2017-ci ilin aprel ayında edən iki yerli JF-17B Block II variantı isə təlim və çoxməqsədli təyyarə olaraq nəzərdə tutulur. Pakistan HHQ PAC Kamra ilə imzalanmış müqavilə çərçivəsində 2019–2021-ci illərdə 26 ədəd JF-17B Block II təyyarəsi alacaq. 2019-cu ilin dekabr ayında ilk 8 təyyarəni təhvil verən PAC Kamra COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ilin sonunadək 14 təyyarəni, 2021-ci ildə isə qalan 4 təyyarəni plan üzrə sifarişçiyə verəcəyini açıqlayıb. Pakistan HHQ qərargahının rəisi, aviasiya marşalı Mücahid Ənvər Xan 2019-cu ilin may ayında mətbuata verdiyi müsahibədə “JF-17B modelinin yaradılmasında əsas məqsədin yeni pilotları indiki kimi əvvəlcə F-16, “Mirage” və ya F-7P / PG-dən keçirmədən JF-17 üçün yetişdirmək” olduğunu bildirib. Hərbi aviasiya mütəxəssisləri


Pakistan HHQ-nin gələcək konsep siyasında JF-17B-nin xüsusi radioelektron döyüş (EW) təyyarəsi kimi istifadəsi də nəzərdə tutulduğunu deyirlər. Qeyd edək ki, iki yerli JF-17B variantının dizaynında JF-17A ilə müqayisədə bir sıra dəyişikliklər var. JF-17B tək yerli variantla (uzunluq 8,5 m) müqayisədə bir az daha uzun -9,5 metrlik füzelyaja və qanad açıqlığına, arxa tərəfdən şaquli stabilizatora, yeni bir üç oxlu uçuşa nəzarət sisteminə sahibdir. Təyyarə tələbdən asılı olaraq AESA radarıyla təchiz oluna bilər. Yaradılmasına 2016-cı ilin sentyabr ayında başlanmış JF-17A Block III variantı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin Hərbi Hava Qüvvələri tərəfindən öyrənilmə mərhələsindədir. İlk uçuşunu 2019-cu ilin dekabr ayında etmiş Block III variantı daha mükəmməl avionikaya, yeni nəsil kabinəyə, dəbilqəyə quraşdırılmış ekran və görmə sisteminə (HMD / S), yeni bir panelli çoxfunksiyalı ekrana (MFD), infraqırmızı axtarış və izləmə sisteminə (IRIS), Çin istehsalı olan KLJ-7A AESA radarı, Raket Xəbərdarlıq Sistemi (MAWS) və Radar Xəbərdarlıq Sisteminə (RWS) sahibdir.

Silahlanma JF-17 təyyarələri füzelyajın və qanadların altındakı 7 asmada 4325 kq (9,535 lb) qədər “hava-hava” və “havayer” tipli silahlar daşıya, habelə ASELPOD hədəfləmə konteyneri ilə təchiz oluna bilir. Asqıların hamısı MIL-STD-1760 məlumat ötürmə arxitekturası vasitəsi ilə təyyarənin Döyüş İdarəetmə Sisteminə inteqrasiya olunub. Təyyarə yaxın döyüş və özünü müdafiə üçün keçmiş sovet istehsalı

olan 23 mm QŞ-23-2 topu ilə silahlandırılıb. İstehsalçı müəssisə bu topu 30 mm QŞ-30-2 topu ilə də əvəz edə bilir. JF-17 təyyarələrinin bütün mövcud variantları Çin Xalq Respublikasının istehsalı olan PL-12 / SD “hava-hava” raketləri ilə silahlandırılıb. PAC Kamra sifarişçinin istəyindən asılı olaraq bu raketlərin digərlər ölkələrin istehsalı olan analoji raketlərlə əvəzlənməsini mümkün sayır. Mediada yer alan

JF­17 döyüş təyyarələri Pakistan, Çin, Rusiya, eləcə də digər ölkələrin istehsalı olan sərbəst düşən aviasiya bombaları, habelə “hava­hava”, “hava­yer” və gəmi əleyhinə raketlərlə silahlandırıla bilir. Fotoda JF­17­nin silahlanmasına daxil edilmiş bəzi döyüş sursatları və hədəf işarələmə konteyneri görünür. Foto: İnternet

41


JF­17 Block III

məlumatlara görə, Pakistan HHQ özünün JF-17 təyyarələrini PL10E IRIS-T və ya “A-Darter” kimi beşinci nəsil raketlərlə silahlandırmağı düşünür. 2018–2019-cu illərdə Pakistan HHQ Çin istehsalı olan CM-400AKG gəmi əleyhinə raketləri inteqrasiya etməklə JF-17 təyyarələrinə dəniz hədəflərinə qarşı mübarizə qabiliyyəti qazandırdığını bəyan edib. Pakistanın Müdafiə İstehsalat Nazirliyinin (MODP) illik hesabatında 2017-2018-ci illərdə Çindən 100 milyon ABŞ dollarına 60 ədəd CM-400AKG raketləri satın alındığı qeyd olunub. 2019-cu ildə GIDS şirkəti tərəfindən hazırlanmış, Mk 80 sərbəst düşən aviasiya bombalarına taxılan REK (Range Extension Kit) dəstinin də JF-17-lərə inteqrasiyasının başa çatdırıldığı açıqlanıb. Qeyd edək ki, REK dəsti GPS və inersial naviqasiyadan istifadə Mk 80 seriyalı ümumi təyinatlı aviasiya bombalarını idarə olunan aviasiya bombalarına çevirir. Taxıldığı aviasiya bombalarını 50-60 km məsafəyə apara bilən REK-in dəqiqliyi 20 metrdən azdır. PAC Kamra rəsmiləri iki il öncə Karaçi şəhərində IDEAS-2018 sərgisində iştirak edən AZERI DEFENCE jurnalının əməkdaşı ilə söhbət zamanı 2020–2021ci illərdə “Mectron” MAR-1 radiasiya əleyhinə raketin, H-2 və H-4 süzən bombaların (“Denel Dynamics”in Raptor-

42 www.azeridefence.com

I / II) və “Raad” qanadlı raketlərin JF-17 döyüş təyyarəsinin müxtəlif variantlarının silahlanmasına daxil edilməsinin planlaşdırıldığını bildiriblər. Sensorlar və AESA radarı JF-17 təyyarələrinin AESA radarı ilə təchiz edilməsi əsas perspektivlərdən biri kimi diqqətdə saxlanılıb. Ötən dövrdə İtaliyanın “Leonardo” şirkətinin “Grifo S7”, Çinin Nanjing Tədqiqat Elektron Texnologiyalar İnstitutu (NRIET) tərəfindən hazırlanmış NRIET KLJ-7A, Fransız “Thales” şirkətinin RC400 və İngiltərənin “SELEX Galileo” şirkətinin “Vixen 500E” AESA radarları sınaqdan keçirilib. Son məlumatlara görə, JF-17 Block III variantı üçün KLJ-7A AESA radarı (hava ilə soyudulan versiyası) seçilib. Pakistan HHQ rəsmilərinin sözlərinə görə, ilk 42 ədəd JF-17 Block III təyyarəsinin KLJ-7A radarıyla təchiz edilməsi planlaşdırılır. Növbəti mərhələdə isə Pakistan hərbi sənaye kompleksi tərəfindən yaradılacaq AESA radarının təyyarələrə inteqrasiyası nəzərdə tutulur. KLJ-7A sintetik diaframlı radar (SAR) da daxil olmaqla əməliyyat üçün 11-dən çox rejimə malikdir. Radar izləmə rejimində 15-ə qədər hədəfi izləyir və 4-nə anqajman olur, axtarış rejimində

5 m2 ölçülü hədəfləri ≥ 170 km məsafədən aşkarlayır. KLJ-7A radarının infraqırmızı axtarış və izləmə sistemi (IRST) üçün FLIR qurğusu ilə inteqrasiyası da mümkündür. 2016-cı ildən başlayaraq JF-17 təyyarələrində hədəf işarələmə xarici bort qurğularının tətbiqi istiqamətində işlər aparan Pakistan HHQ Fransanın “Thales” şirkətinin “Damocles” və Türkiyənin ASELSAN şirkətinin ASELPOD hədəf işarələmə konteynerini sınaqdan keçirib. 2017-ci ildə ASELPOD sisteminin təyyarələrə inteqrasiyasına qərar verilib və tərəflər arasında məhsulun tədarükünə dair birinci müqavilə imzalanıb. Pakistan HHQ rəsmilərinin sözlərinə görə, ASELPOD inteqrasiyası JF-17 platformasının dəqiq zərbələr endirmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Qarşıdakı illərdə Block III ver siyasının Block I-də olduğu kimi, “Falcon 20” əsaslı radioelektron müharibə (EW) və elektron qarşı tədbir (ECM) sistemi ilə təcihz edilməsi planlaşdırılır. Pakistan HHQ mü təxəs sislərinin sözlərindən məlum olduğu qədər cari ilin fevral və mart aylarında LoC zonasında mövcud sistemlərlə silahlandırılmış JF-17 təyyarələri Hindistan Hava Qüvvələrinin uçuş vasitələri arasında rabitəyə maneələr qoymağı bacarıb.


JF­17 təyyarəsində istifadə olunan Türkiyənin ASELSAN şirkətinin istehsalı olan ASELPOD hədəfləmə konteyneri və Çinin NRIET İnstitutu tərəfindən hazırlanmış KLJ­7A AESA radarı

Mühərrik Hazırda RD-93 mühərrikləri ilə təchiz edilən JF-17 üçün Çinin “Guizhou Aero Engine Group” müəssisəsi tərəfindən WS-13 “Taishan” turbofan mühərrikin yaradılması işləri davam etdirlir. Keçmiş sovet RD-33 mühərriklərinin əsasında, yeni texnologiyaların tətbiqi ilə yaradılan WS-13 mühərriyi 80-86,36 kN (17,980 - 19,410 lbf ) arasında itələmə qüvvəsi və 2200 saat istismar ömürünə sahib olacaq. Müəssisə tərəfindən WS-13-ün 100 kN (22,000 lbf) gücə sahib yeni və təkmilləşdirilmiş versiyasının hazırlandığı da bildirililir. Qeyd edək ki, istehsalçılar 2015-ci ildə keçirilən Paris Aviasiya Sərgisi zamanı WS-13 mühərriki ilə təchiz olunmuş JF-17 təyyarəsinin uçuş sınaqlarının başladığı elan etmişdir. Yeni mühərrikin sınaqlarına davam etdiyi həmin dövrdə PAC Kamra Pakistan Hərbi Hava Qüvvələrinin RD-93 mühərriklərinni dəyişmək niyyətində olmadığını açıqlayıb və bir il sonra – 2016-cı ildə Rusiya və Pakistan arasında JF-17 təyyarələri üçün RD-93 mühərriklərinin Pakistana birbaşa satışı razılaşdırılıb. Rusiya özü də RD-93 mühərrikinin yaxın gələcəkdə təkmilləşdirilməsi istiqamətində işlər aparır. Cari ilin iyul ayının 8-də Rusiyanın Birləşmiş Mühərrik Korporasiyası (UEC) şirkətlərindən biri olan “Klimov” yeni RD-93MA turbofan mühərrikin sınaqlarına başladığını elan edib. RD-93 mühərriyinin təkmilləşdirilmiş variant olan RD-93MA artırılmış termodinamik parametrləri, inkişaf etmiş fan dizaynı və güc qurğusunun avtomatlaşdırılmış

idarəetmə sisteminə və yüksəldilmiş etibarlılığa sahibdir. Qeyd edək ki, UEC hələ 2012-ci ildə bir xarici müştərinin sifarişi əsasında RD-93 mühərriklərinin inkişafı istiqamətində işlərə başladığını açıqlayıb. Qeyri-rəsmi səviyyədə RD-93MA-nın hədəf müştərisinin Pakistan olduğu söylənilir. İxracat 2015-ci ildə Myanma HHQ Pakistana 16 ədəd JF-17 sifariş verməklə bu təyyarələrin ilk xarici sifarişçisi ünvanını qazanıb. Sifariş üzrə ilk təyyarənin çatdırılması 2018-ci ildə həyata keçirilib. 2016-cı ildə Nigeriya HHQ PAC Kamra ilə 3 ədəd JF-17 və 10 ədəd

“Super Muşşak” təyyarəsinin alqı-satqısına dair müqavilə imzalayıb. 2019-cu ilin mart ayında Pakistanın İqtisadi Koordinasiya Komitəsi (ECC) 184 milyon ABŞ dollar dəyərində daha üç ədəd JF-17 təyyarəsinin Nigeriyaya satışına icazə verib və bununla Nigeriyya ixrac edilən təyyarə sayı altı olub. Hazırda PAC Kamra Azərbaycan, İndoneziya, Misir və digər bir neçə ölkənin HHQ ilə JF-17 təyyarələrinin ixracına dair görüşmələri davam etdirir. Mərkəzi Asiya respublikalarından Qazaxıstan və Türkmənistanın da JF-17 təyyarələri ilə yaxından maraqlanan dövlətlər sırasındadırlar.

43


Avropa orduları robot platformalara keçir ? Aydın Həsənov Böyük Britaniyanın Müdafiə Nazirliyi 2020-ci ilin əvvəlində “General Dynamics Land Systems–UK” şirkətindən 2 ədəd MUTT (Multi-Utility Tactical Transport - MUTT), Almaniyanın “Rheinmetall Defence” şirkətindən isə 4 ədəd “Mission Master-Cargo” çoxfunksiyalı insansız yerüstü vasitələr (İYV) əldə etdi. Hazırda Böyük Britaniya Ordusunun Müdafiə Elmi və Texnologiyaları Laboratoriyası (DSTL) yuxarıda adı çəkilən şirkətlərlə yanaşı, “Horiba Mira”, “Qinetiq” və “Marlborough Communications” şirkətlərinin təqdim etdiyi İYV-lərin müxtəlif ərazi şəraitlərində və missiyalarda desant və mühəndis-istehkam bölmələrinin döyüş effektivliyini və qabiliyyətlərini nə dərəcədə artıracağını araşdırır.

44 www.azeridefence.com

İngilis ordusu tərəfindən seçilən MUTT “General Dynamics Land Systems– UK” İYV elektrik mühərriklə çalışır. Tırtırlı, 6×6 və 8×8 təkər formullarında olmaqla üç variantda istehsal edilir. Platformanın 8x8 variantı 550 kiloqrama yaxın yükgötürmə qabiliyyətinə sahibdir. Verilmiş koordinatlar əsasında, nəzarətçi olmadan müstəqil hərəkət edən MUTT Quru Qoşunlarında yüklərin daşınması üçün nəzərdə tutulub. Əməliyyat tapşırıqlarından asılı olaraq İYV Kəşfiyyat, Müşahidə, Hədəfləmə və Araşdırma (ISTAR) faydalı yükləri, yaxud


Malidə “Barxan” əməliyyatında Estoniya Müdafiə Qüvvələri tərəfindən istifadə edilən THeMIS insansız yerüstü vasitə. Foto: Milrem

silah sistemləri ilə təchiz olunmaqla döyüş platforması kimi istifadə oluna bilər. “Rheinmetall Defence” şirkətinin süni intellekt alqoritmlərinə sahib “Mission Master-Cargo” İYV isə yarım tonadək yükün nəqli imkanına sahibdir. Platformanın modulyar dizaynı onun müxtəlif missiyalara asanlıqla uyğunlaşdırılmasına, ISTAR faydalı yükləri, KBRN kəşfiyyatı avadanlarıları ilə təchiz olunmasına imkan verir. Estoniyanın çoxfunksiyalı THeMIS platforması Estoniyanın “Milrem Robotics” şirkətinin modulyar dizaynı və funksionallığı ilə fərqlənən THeMIS insansız yerüstü nəqliyyat vasitəsi hazırda 7 NATO ölkəsinin silahlanmasında yer alır. Estoniya sülhməramlı qüvvələri tərəfindən Malidə “Barxan” əməliyyatına (Operation Barkhane) cəlb edilən THeMIS real əməliyyatlarda istifadə

edilən ilk İYV olmuşdur. Cari ilin sentyabr ayında Niderland Ordusu daha 4 ədəd (2019-cu ildə 2 ədəd almışdır), Estoniya Müdafiə Qüvvələri isə 3 ədəd THeMIS alıb. Tırtıllı THeMİS platformasının uzunluğu 240 sm, genişliyi 200 sm, çəkisi 1630 kq, maksimum yükdaşıma qabiliyyəti 750 kq, sürəti 20 km/saat təşkil edir. İnsansız nəqliyyat vasitəsi elektrik və dizel mühərriklə təqdim olunur. THeMIS müxtəlif silah modulları, elektro-optik müşahidə qurğuları ilə təchiz oluna, yaxud yüklərin və yaralıların nəqli üçün istifadə edilə bilir. Robot platformanın qiyməti Avropa məkanında mövcud olan digər platformalarla müqayisədə ucuzdur. Oktyabrın sonlarında “Milrem Robotics”in Ağıllı Funksiyalar İnteqrasiya Dəsti (MIFIK) ilə gücləndirilmiş THeMIS “Ağıllı sistemlərin orduda tətbiqinin qiymətləndirilməsi və təhlili proqramı”

çərçivəsində İtaliya Ordusu üçün təqdimatı keçirilib. THeMIS-də təqdim olunan MIFIK eyni imkanları təmin edən digər insansız nəqliyyat vasitələrinə də inteqrasiya edilə bilər. THeMIS-in döyüş variantı Norveçin “Kongsberg” şirkətinin “Protector”, Türkiyənin ASELSAN şirkətinin “Sarp”, Fransanın “MBDA Systems” şirkətinin IMPACT (Integrated MMP Precision Attack Combat Taret), “Nexter Systems” şirkətinin “Optio-X20”, Belçikanın “FN Herstal” şirkətinin “deFNder”, Sinqapurun “ST Kinetics” şirkətinin ADDER döyüş modulllarından biri ilə silahlandırılmış şəkildə təklif olunur. “MBDA Systems” şirkəti “Milrem Robotics”lə əməkdaşlıq çərçivəsində 2019-cu ildə THeMIS platformasının yeni “Brimstone” raketlərinin buraxıcı qurğusu ilə silahlandırılmış prototipini təqdim edib. Cari ilin sentyabr ayında Polşada keçirilmiş MSPO-2020 sərgisində isə İsrailin “UVision Air” şirkəti “Milrem Robotics” ilə THeMIS-in “Hero-120” və “Hero-400EC” “gəzən sursat”ların çoxatıcı sistemi ilə silahlandırılması barədə razılaşma əldə etdiyini açıqlayıb. “UVision Air” şirkətinin mətbuata açıqlamasında bildirilib ki, “Milrem Robotics” şirkəti ilə birlikdə hazırlanan yeni əməliyyat konsepsiyası çətin mühit şəraitində, o cümlədən GPS olmayan mühitlərdə müstəqil olaraq ağır zirehli hədəfləri böyük məsafələrdən tapmaq, izləmək və dəqiq şəkildə məhv etmək qabiliyyətə sahib sistemin yaradılmasını nəzərdə tutur. Serbiya xüsusi təyinatlıları üçün yerli həll İnsansız yerüstü vasitələrin yaradılması istiqamətində yerli müəssisələrin iştirakı ilə tədqiqatlar aparan Serbiyanın Müdafiə Nazirliyi cari ilin mart ayında Hərbi Texniki İnstitut (MTI) və “PPT Namenska” şirkətinin birgə istehsalı olan “Miloş” adlı İYNVnin atış sınaqlarının keçirildiyini açıqlayıb. Serbiya Xüsusi Təyinatlı Qüvvələrinin tələbləri əsasında hazırlanmış “Miloş” İYV-ın mövcud prototipi görüş şəraitində təxminən 2 km-dək məsafədən idarə olunsa da, MTI mütəxəssisləri bu məsafənin 5 kilometrədək artırıla biləcəyini bildiriblər. Silahlı halda çəkisi 680 kq təşkil edən platforma üzərində 7.62 mm çaplı M86 pulemyotu

45


Fransanın “MBDA Systems” şirkətinin IMPACT döyüş modulu ilə silahlandırılmış THeMIS­in variantlarından biri. MMP tank əleyhinə idarə olunan raketlərlə silahlandırılmış İYV 2019­cu ilin fevral ayında Abu­Dabi şəhərində keçirilmiş IDEX­2019 sərgisində nümayiş etdirilib. Foto: MBDA

və 40 mm çaplı M16 qubaraatan yerləşdirilmiş döyüş modulu ilə silahlandırılıb. Döyüş modulunun termal kamerası 450 metrədək məsafədə insanı təyin etməyə, eləcə də gecə vaxtı hərəkət və müşahidəyə imkan verir. Ukrayna layihələri Son illərdə Ukraynanın dövlət və özəl sektor müdafiə sənayesi şirkətləri tərəfindən yüklərin nəqli və döyüş təyinatlı müxtəlif İYV-lərin nümunələri yaradılıb. “Roboneers” şirkəti tərəfindən logistik əməliyyatlar üçün hazırlanmış 4×4 təkər formuluna və hibrid mühərrikə sahib “Camel” İYV 400 kq ağırlığında yük daşıya, 1000 kq ağırlıqda yükü yedəyə ala bilir. Yarım tonluq İYV hibrid güclə 11 saata qədər fasiləsiz işləyir və sürəti 20 km/saatdır. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Camel” döyüş zonasında madditexniki təminat və təxliyə işləri üçün

46 www.azeridefence.com

təyinatlandırılıb. Platforma videokamera və digər sensorlarla təchiz edilərək müşahidə və nəzarət missiyalarında da istifadə edilə bilir. “Camel”in bazasında yaradılmış “Ironclad” adlı insansız döyüş platforması isə 1500 kq ağırlığa və zirehə sahibdir. Platforma 12.7 mm pulemyota sahib döyüş modulu ilə silahlandırılıb. Gündüz və gecə vaxtı müşahidə aparmağa və dəqiq atəş açmağa imkan verən elektrooptik komplekslə dəstləşdirilmiş döyüş modulunun sursat ehtiyatı 400 patrondur. Şirkət rəsmilərinin sözlərinə görə, “Ironclad”ın yaradılması zamanı Şərqi Ukraynada hərbi əməliyyatlarda iştirak edən hərbçilərin fikir və təklifləri nəzərə alınıb. Ukraynanın “İnfocom” şirkətinin “Scorpion” İYV isə üzərində 1 ədəd 7.62 mm çaplı “Kalaşnikov” pulemyotu və 2 ədəd RPQ-26 reaktiv əl qumbaraatanı yerləşdirilmiş döyüş modulu ilə silahlandırılıb. Döyüş modulunun sursat

ehtiyatı 250 patron təşkil edir. “Scorpion”un 1000 metrədək məsafədə döyüş tapşırıqlarını icra edə bildiyini deyən şirkət mütəxəssislərinin sözlərinə görə, perspektivdə bu məsafə 8 km-dək artırılacaq. “Scorpion”un silah və döyüş komplekti olmadan ağırlığı 370 kiloqram təşkil edir. İlk nümunəsi bir neçə il əvvəl təqdim edilən 6×6 təkər formuluna malik “Fantom” İYV-in çəkisi 1 ton, faydalı yükü 350 kq, döyüş radiusu 10 km təşkil edir. Platforma gündüz və gecə şəraitində döyüşlərin aparılması üçün müasir elektro-optik cihazlarla təchiz olunub. Platforma üzərinə qurulmuş kameralar gündüz vaxtı 2000 metr, gecə vaxtı 1000 metr uzaqlıqdan hədəfləri təyin etməyə imkan verir. “Fantom” üzərində 12.7 mm çaplı pulemyot, “Baryer” tank əleyhinə idarə olunan raket və 5 ədəd tüstü qumbarası yerləşdirilmiş məsafədən idarə edilən döyüş modulu ilə silahlandırılıb. 30 kVtlik hibrid mühərriklə təchiz edilmiş İYVin sürəti 38 km/saat təşkil edir. Platforma radiokanal vasitəsi ilə 10 km, fiberoptik kabel vasitəsi ilə 5 km məsafədən idarə oluna bilir. Şəhər mühitində müxtəlif mürəkkəb vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan robotun döyüş, kəşfiyyat, əməliyyat bazalarına silahsursat daşınması və yaralı əsgərlərin döyüş bölgəsindən təxliyəsi (2 yaralı əsgəri götürə bilir) daxil olmaqla bir çox tapşırıqların icrasında istifadə edilməsi mümkündür. “Fantom” İYV-in 8×8 təkər for muluna sahib “Fantom-2” versiyası 2017ci ildə hibrid müharibə təcrübəsindən istifadə edilərək “Ukroboronprom” mühəndisləri tərəfindən kəşfiyyat və nəzarət və döyüş missiyaları üçün hazırlanıb. 2600 kiloqram çəkiyə malik platforma üzərinə müxtəlif növ silahların quraşdırılması üçün imkanlar mövcuddur. Beynəlxalq sərgilərdə nümayiş etdirilən platformanın silahlanmasına məsafədən idarə edilən 23 mm-lik topa sahib döyüş modulu və hərbi


Mission Master­Cargo

helikopterlərdə istifadə edilən 80 mm raket buraxıcı qurğu daxil edilib. “Fantom-2”də “Fantom” kimi radiokanal vasitəsi ilə 10 km, və ya fiberoptik kabel vasitəsi ilə 5 km məsafədən idarə olunur. Belarus robotexnikada geri qalmaq istəmir Belarusun “BSVT –yeni texnologiyalar” şirkətinin ilk prototipini 2018-ci ilin iyul ayında təqdim etdiyi “Berserk” İYV (istehsalçı şirkət robotlaşdırılmış atəş kompleksi (RAK) adlandırır) yüngül zirehli yerüstü texnikalar, canlı qüvvə və hava hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulur. “Berserk” dəqiqədə 6000 atəşə qədər tezatma qabiliyyətinə malik 7.62x54 mm çaplı, birləşdirilmiş 4 lüləli QŞQ aviasiya pulemyotu (Gatling tipli) ilə silahlandırılıb. Təchiz edildiyi, özündə termal kameranı da birləşdirən elektro-optik modul “Berserk”ə 3 km uzaqlıqdan PUA-ları, 10 km-ə qədər uzaqlıqdan isə helikopterləri aşkarlamağa imkan verir. “Berserk”i silahlı robot texno logiyalar sahəsində yeni yanaşma adlan-

dıran istehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, kompleksdə tətbiq olunan müasir elektro-optik sistemlər hesabına aşkarlama dəqiqliyi və hədəf tanıma qabiliyyəti yüksəldilib. Hazırda hədəfləri avtomatik aşkar lanması, tutulması və onların tanınması üçün kompleksin proqram təminatının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Yüksək manevr və keçicilik

qabiliyyəti sayəsində platforma istənilən hava və ərazi şərtlərinə döyüş tapşırıqlarını icra etməyi bacarır. Radiomaneələrə qarşı davamlı olan idarəetmə sistemi vasitəsi ilə “Berserk” şəhər şəraitində 2 km, açıq ərazidə isə 5 km məsafədən idarə olunur. Zərurət yarandıqda döyüş idarə etməsinin radiusunu kvadrokopterdə qurulmuş retranslyatorun köməyi ilə artırmaq

Cari ilin aprel ayında Serbiya Xüsusi Təyinatlı Qüvvələrinin silahlanmasına daxil edilmiş “Miloş” döyüş İYV. Foto: Serbiya MN

47


“Vistl” İYV­nin 57 mm çaplı S­5 idarə olun­ mayan aviasiya raketləri ilə atış sınaqları tamamlanıb.

olar. Kompleksi idarə edilməsi operatorun universal pultunun köməyi ilə həyata keçirir. Elektrik mühərriklə təchiz edilmiş “Berserk” müxtəlif (bataqlıq, qum-çınqıllı, şumlanmış) ərazi və relyeflərdə keçirilmiş sınaqlar zamanı RAK tapşırıqları problemsiz yerinə yetirib. BSVT şirkəti 14-15 oktyabr 2020ci il tarixlərində Belarus ərazisindəki hərbi poliqonlarından birində yeni yaradılmış “Vistl” insansız yerüstü döyüş vasitəsinin ilk sınaqlarını keçirdiyini elan edib. Birinci prototipi may ayında Minsk şəhərində keçirilən hərbi paradda nümayiş olunan “Vistl”ın ordu və Dövlət Müdafiə Sənaye Komitəsinin mütə xəssislərinin iştirakı ilə keçirilmiş poliqon sınaqlarında robot platformanın atəş idarə sistemi və digər döyüş imkanları yoxlanılıb. “Vistl” İYV 57 mm çaplı S-5 idarə olunmayan aviasiya raketlərinin atıcı qurğusu ilə silahlandırılıb. Atıcı qurğuda 18 raket yerləşir. Bundan başqa, platforma 3500 metrədək uzaqlıqda hədəfləri aşkarlamağa imkan verən “Qraç” elektro-optik kompleks və süni

48 www.azeridefence.com

intellektin tətbiqi ilə məlumatların işlənməsi sistemi ilə təchiz edilib. Avtomatlaşdırılmış sistem qurğunun yüksəliş bucağını və atəşin digər parametlərini müstəqil hesablayır. Döyüş robotunu idarəetməsi radioelektron mübarizə sistemlərinin təsirlərinə qarşı qorunan radiokanal üzərindən həyata keçirilir. Belarusun “Boqomol” insansız yerüstü nəqliyyat vasitəsi tank əleyhinə raket komplekslərindən istifadə etməklə möhkəmləndirilmiş yerüstü hədəflərin, tankların, zirehli avtomobillərin və aşağıdan uçan hava hədəflərinin məhv edilməsi və avtomatlaşdırılmış rejimində optik kəşfiyyatının aparılması üçün nəzərdə tutulub. Robot platform idarəetmə mərkəzindən görüntü məsafəsində 5000 metrədək uzaqlıqda, şəhər yerlərində isə 1000 metr məsafədə idarə olunur. Kompleksin istənilən növ tank əleyhinə idarə olunan raketlərlə silahlandırılması mümkündür. Robot marş rejimində dizel generatordan, döyüş rejimində isə akkumulyator batareyasından istifadə edir ki, bu da onun həm infraqırmızı diapazonda görünməsini minimallaşdırır, həm də səssiz fəaliyyətinə imkan yaradır. Dizel generatorundan istifadə heabına platformanın gediş ehtiyatı 80 kilometrdir.

Gələcəyi ümidli robotlar İnsansız yerüstü vasitələrin ilk nümunələri 75 il öncə yaranmasına baxmayaraq, pilotsuz uçuş aparat larından fərqli olaraq İYV-lər bir hərbi texnologiya olaraq son onilliyədək özünü doğrultmamışdır. 2000-ci illərin əvvəllərindən etibarən Əfqanıstan və İraqda gedən müharibələr fərqli təyinatlı və funksiyalara malik (tunellərin kəşfiyyatı, antiterror əməliyyatları, PHS/ mina zərərsizləşdirən və s.) İYV-lərin meydana çıxmasına səbəb oldu və bu texno logiyalara diqqət yönəlməyə başladı. Rusiya Silahlı Qüvvələri tərəfindən 2016–2017-ci illərdə Suriyada gedən hərbi əməliyyatlarda ilk dəfə geniş istifadə edilən İYV-lər yenidən ak tuallaşıb. Hazırda istehsalçılar qarşısında duran əsas məsələlər süni intellektə əsaslanan idarəetmə alqoritmlərinin tətbiqi, peyk idarəetməsi, PUA-larla inteqrasiya edilmiş şəkildə döyüş aparma, radioelektron maneələr şəraitində avtonom fəaliyyətin davam etdirilməsi qabiliyyətlərinin qazan dırılmasıdır. Bütün bunlar İYV-lərin gələcək hərbi əməliyyatların ayrılmaz hissəsinə çevriləcəyini proqnoz laşdırmağa əsas verir. AD




Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.