Azeri Defence 3 (41) 2019 issue

Page 1




BU SAYIMIZDA MAY­İYUN № 03(41) 2019

Naxçıvanda “Sarsılmaz Qardaşlıq”

12

16

31

IDEF­2019 ­ Dünya müdafiə sənayesi iki qitənin birləşdiyi məkanda

38

34

Yaman TUNAOĞLU: Azərbaycan Ordusunun bəzi layihələrində iştirak edirik

52 MILEX­2019 sərgisində Azərbaycan silahları

57 Hücum pulemyotları

AZERI DEFENCE Hərbi­texnoloji jurnal MAY–İYUN №03(41) 2019 Qiyməti: 6 manat

Microflown AVISA­nın akustik sensorları Azərbaycanın tələblərini qarşılaya bilər

Təsisçi və baş redaktor Rəşad SÜLEYMANOV

Xəzərə tuşlanan raketlər

Tel: (+994 55) 667-50-72 E­mail: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.azeridefence.com Ünvan: Bakı şəhəri, H.Zərdabi küç., 78B AHB İş Mərkəzi, 208

Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com


Редактордан Dəyərli oxucu! Son sayımızdan bu günə keçən iki ay ərzində Azərbaycan müdafiə sənayesinin dünya çapında 3 böyük nümayişinə şahidlik elədik. 30 aprel–3 may tarixlərində Türkiyədə IDEF-2019, 15–18 may tarixlərində Belarusda MİLEX-2019, nəhayət 25–30 iyun tarixlərində Rusiyada “Army-2019” beynəlxalq müdafiə sənayesi sərgilərində təmsil olunan Müdafiə Sənayesi Nazirliyimiz (MSN) Azərbaycan müəssisələrində istehsal edilmiş silah, sursat və hərbi texnika nümunələrini tanıtdı. Bunu dəfələrlə yazmışıq: müdafiə sərgiləri hərbi parad və təlimlər qədər ölkəmizin müdafiə qabiliyyətinin nümayişində vacib rol oynayır. Digər bir üstünlüyü isə hərbi sənayenin ixrac potensialının formalaşdırılmasıdır. Beynəlxalq sərgilərin keçirildiyi günlərdə kooperasiyaların yaradılması və ixracla bağlı onlarla görüşmələrə və müqavilələrə şahidlik edirik. Artıq bir neçə ildir MSN ixracat sahəsində nailiyyətlərə də imza atır. Hərbi sənayemizin ixrac rəqəmləri heç də özümüzə görə pis sayılmaz. Neft-qaz və kənd təsərrüfatından sonra ilk üçlükdə qərarlaşır. Hərbi sərgilərdə iştirak və təşkilatçılıq məsələlərində MSN son illər kifayət qədər peşəkarlaşıb. Hər il bir neçə beynəlxalq sərgidə iştirak, 2014-cü ildən Bakıda üç ADEX sərgisinin yüksək səviyyədə təşkili bu məsələdə az rol oynamayıb. Sərgilərdə stendin inşasından təqdimat materiallarının hazırlanmasına, qonaqların qarşılanmasından görüşlərin təşkilinədək işlərin yüksək səviyyədə təşkilini görmək olur. Zamanın tələbləri MSN-in sərgilərlərlə bağlı siyasətində yeniliklər etməsinə zərurət yaradır. Artıq təcrübəli MSN-in Qazaxıstan, Ukrayna, Belarus, hətta düşmən Ermənistan kimi ölkələri bənzər qurumları kimi tabeliyində olan dövlət müəssisələri ilə yanaşı, özəl sektor şirkətlərinin də sərgilərdə fəaliyyətini koordinasiya etməsi bir ehtiyaca çevrilib. Sirr deyil ki, özəl sektorda yaranmış bəzi şirkətlərimiz öz məhsullarını dünya bazarlarına çıxara biləcək səviyyəyə yetişmələrinə baxmayaraq, bu məhsulların beynəlxalq marketinqini təşkil etməkdə çətinlik çəkirlər. Ölkədə fəaliyyət göstərən özəl sektor şirkətlərini də beynəlxalq müdafiə sərgilərində öz çətiri altına toplamaqla, MSN Azərbaycanın imkanlarını daha mükəmməl şəkildə tanıda, marketinq dəstəyi ilə yanaşı, onların məhsullarının da MSN üzərindən ixracını həyata keçirə, özəl sektorun və yan sənayenin inkişafına öz töhfəsini verə bilər.

Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə indən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “AD Jurnalı” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521

Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. «TƏHSİL» MMC­nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 22.07.2019. Format 60x90 1/8. Sifariş 54.

Qapaq fotosu: Azərbaycan HHQ-yə məxsus Mi-24G döyüş helikopteri Foto: Vüqar İbadov


General­polkovnik Zakir Həsənov: Ordumuz yeni silahlarla tam şəkildə təchiz edilib Zaur Babaşov İyunun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib. Media nümayəndələrinin də qatıldığı tədbir təlim mərkəzi ilə tanışlıqla başlayıb. Tanışlıq zamanı məlumat verilib ki, burada təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarının tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

4 www.azeridefence.com


Hərbi Hava Qüvvələrinə məxsus S­300PMU­2 “Favorit” ZRK­ləri Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda. ZRK 2011­ci ildə döyüş növbətçiliyinə qəbul edilib. Foto: AR Prezidentinin saytı

M

üdafiə naziri poliqonun ərazisindəki hərbi infrastruktur obyektlərinə baş çəkib, müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərini izləyib. Daha sonra jurnalistlərlə görüşən nazir ge ne ral- pol kov nik Z.Hə sə nov mət bu at nümayəndələrinin suallarını cavablandırıb. Azərbaycan Ordusunun ildönümü ərəfəsində keçirilən görüşün artıq ənənə halını aldığını deyən Müdafiə naziri əvvəlcə 2018-ci ildə görülən işlərlə bağlı hesabatla çıxış edib. Zakir Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə orduda həyata keçirilən islahatlar uğurla davam edir. “2013-cü ildən başlayaraq ordumuzda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əsaslı islahatlar həyata keçirilir. Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir və bununla bağlı sübut-

lar var. Bunu beynəlxalq qurumlar da yüksək qiymətləndirir. Bizim üçün əsas odur ki, xalqımız, Silahlı Qüvvələrin Ali Baş Ko man da nı İl ham Əli yev or du da görülən işlərə yüksək qiymət verir. İslahatların əsas istiqamətləri ordunun yeni müasir silah, texnika, avadanlıqla təmin etmək, infrastrukturu yeniləmək, döyüş qabiliyyətini artırmaq, sosial bazanı gücləndirməkdir. Ötən illər ərzində Azərbaycan Ordusuna müasir silahlar alınıb və bununla bağlı ictimaiyyət daim məlumatlandırılıb”, – deyə Müdafiə naziri vurğulayıb. Z.Həsənov qeyd edib ki, 2018-ci ildə Silahlı Qüvvələrin 100 illik yubileyi və sentyabr ayında Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilən hərbi paradlara cəlb edilmiş silah və texnikanın 90 faizini yeni alınmış silahlar, qalanlarını isə təkmilləşdirilmiş texnikalar təşkil edib. Nazir hərbi paradlarda Azərbaycan Ordusunun sahib olduğu silahların heç də hamısının nümayiş olunmadığını vurğulayıb. Ötən dövrdə Azərbaycan Ordusunun hərbi şəhərciklərinin 85 faizinin yenidən qurulduğunu, 2018-ci ildə 5 yeni böyük hərbi şəhərciyin istifadəyə verildiyini deyən Müdafiə naziri 2019-cu ildə isə 9 hərbi şəhərciyin istifadəyə veriləcəyini bildirib. Son bir ildə ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində böyük işlərin görüldüyünü deyən Z. Həsənovun sözlərinə görə, döyüş hazırlığının əsas hissəsi şəxsi heyətin, hissə və birləşmələrin səhra bacarığının artırılmasına yönəlib: “Biz tez-tez irimiqyaslı təlimlər keçiririk. Müasir texnikalarla, simulyatorlarla təmin olunan təlim mərkəzləri qurmuşuq. Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün fəsillərində keçirilir. Biz gündən-günə daha böyük hissə və birləşmələri bu təlimlərə cəlb edirik. Bir neçə il əvvəl Azərbaycan

Ordusu işğal altındakı ərazilərimizdə yerləşən düşmən ordusunun birləşmələrinə böyük zərbələr vurdu. 2016-cı ildəki əməliyyatların əsas nəticəsi o oldu ki, Azərbaycan Ordusunun kiçik bir hissəsi 3-4 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. İş o yerə çatdı ki, İrəvanda səfərbərlik elan etdilər, qocaları da yığdılar avtobuslara, mahnı oxuya-oxuya Qarabağa göndərdilər. Ancaq onlar da Qarabağa gəlib çatmadılar. Əlacsız qalıb atəşkəs üçün ruslara müraciət elədilər”. Komanda idarəetmə sistemləri, REM və kibertəhlükəsizlik Azərbaycan Ordusunda həyata keçirilən islahatların istiqamətlərindən bəhs edən nazir Z. Həsənov perspektivlər barədə danışıb. Ordunun yeni silahlarla tam şəkildə təmin edildiyini diqqətə çatdıran Müdafiə nazirinin sözlərinə görə, bu ilin sonuna qədər daha bir neçə layihə yekunlaşacaq: “Əsas istiqamətlərdən biri ordunun idarəetməsinin təkmilləşdirilməsidir. Müasir dünyada hissə və birləşmələrin fasiləsiz, məxfi, operativ şəkildə idarə olunmasına xüsusi diqqət yetirilir. Müasir texnologiyalardan istifadə edilməklə, müasir komanda-idarəetmə sistemi qurulur. Biz artıq hərbi hissələrimizi tabor səviyyəsinədək onlayn rejimdə idarə edirik. Aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə edərək bu məsələni əhəmiyyətli səviyyədə təmin etmişik. Digər vacib istiqamətlər kibertəhlükəsizlik və radioelektron mübarizədir. Aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə olunaraq bu məsələ də həllini tapır. 2018-ci ildən başlayan bu məsələlər 2020ci ildə tam həll olunacaq. Bununla Azərbaycan ordusu yaxın 50 il ərzində ən müasir vasitələrlə idarə olunacaq”. Müdafiə naziri Hərbi Hava Qüvvələrinin (HHQ) və Hərbi Dəniz Qüvvələrinin

5


Yuxarıda: Müda iə naziri general­polkovnik Zakir Həsənov təlim mərkəzində keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən. Aşağıda: Hərbi paradda keçid edən Azərbaycan Ordusuna aid T­90S döyüş tankı görünür. Azərbaycan 2013–2015­ci illərdə Rusiyadan 100 ədəd T­90S tankı almaqla or­ dunun zirehli texnika parkını yeniləyib. Foto: AD

(HDQ) texnika parkının yenilənməsi istiqamətində işlərin aparıldığını qeyd edib. Nazirin sözlərinə görə, HHQ-nin təyyarə və helikopterləri modernləşdirilib, uzaq mənzilə və yüksək dəqiqliyə malik silahlarla təchiz olunub. “Azərbaycan Ordusu helikopter parkını da tam yeniləyib. Bizim istifadəmizdə ən müasir Mi-35M, Mi-24 döyüş, Mi-17 hərbi-nəqliyyat helikopterləri mövcuddur. Bu helikopterlər təkmilləşdirilib və yeni silahlarla təchiz olunub. Onlar indi uzaq məsafədən hədəfi dəqiqliklə vura bilir”, – deyə Z. Həsənov bildirib.

Ermənistanın Rusiya ilə Su-30SM təyyarələrinin alınmasına dair imzaladığı müqaviləyə münasibət bildirən Zakir Həsənov qeyd edib ki, ekspertlər bu təyyarələri müsbət qiymətləndirmirlər. Bu təyyarələr bizim müharibə teatrımıza uyğun deyil. Nazir bəyan edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi istiqamətində işlər gedir, danışıqlar aparılır, texniki məsələlər həll olunur: “Bu istiqamətdə bir neçə layihə var. Bu yaxınlarda layihələrə başlanması ilə bağlı məlumat veriləcək. Biz Xəzər dənizinin Azərbaycana aid hissəsinə gecə-gündüz, fasiləsiz tam nəzarət edirik. Xəzər dənizində dost ölkələrlə sərhədik və heç bir təhlükə görmürük”. Müdafiə naziri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, hazırlığının, təcrübəsinin artırılmasında Türkiyə Silahlı Qüvvələrinin də böyük rol oynadığını deyib: “Dilimiz, dinimiz, milliyyətimiz bir

olan Türk Ordusunun təcrübəsindən hər zaman bəhrələnirik. Türkiyə Ordusu Suriyada, İraqda antiterror əməliyyatları keçirərək bir daha öz qabilliyyətini nümayiş etdirir. Biz də bu təcrübəni öyrənib təlimlərimizdə istifadə edirik. 2013-cü ildən Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlərə başlamşıq. Hər il bu təlimlərin sayını artırırıq. Əgər 2018-ci ildə planda 7 təlim var idisə, 2019-cu ildə bu təlimlərin sayını 13-ə çatdırmışıq. Təlimlər Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qaşunları, Xüsusi Təyinatlı Qüvvələri, Hərbi Dəniz Qüvvələri daxil olmaqla bütün qoşun növlərini əhatə edir. Hər iki ölkənin mütəxəssisləri birgə təlimlər keçir, qərargahların fəaliyyəti uzlaşır, komandirlər birgə qarşılıqlı əlaqədə müasir döyüşün təşkilini öyrənirlər. Gələcək fəaliyyətimizdə bunlardan istifadə edəcəyik”. Er mə nis ta nın Azər bay can Si lah lı Qüvvələrinin keçirdiyi təlimlərdən narahatçılıq keçirməsinə münasibət bildirən Z. Həsənov bildirib ki, Azərbaycan Ordusu hərbi təlimləri real döyüş vəziyyətinə uyğun həyata keçirir: “Biz təlim mərkəzlərimizdə düşmənin ön xəttini tam şəkildə maketini yaratmışıq və gecə-gündüz bizim əsgərlər, hissə və birləşmələr o ön xətti necə yaracaqlarını, necə hücuma keçəcəklərini və necə düşməni məhv edəcəklərini məşq edirlər”. Azərbaycan Ordusunun şəxsi heyətinin 80 faizinin peşəkar hərbçilərdən ibarət olduğunu deyən nazirin sözlərinə görə, tankların, zirehli döyüş maşınlarının heyəti, artilleriya vasitələrinin, gəmilərin, hava hücumundan müdafiə texnikalarının heyətləri, sürücülər orduda müqavilə əsasında xidmət edirlər. Müddətli hərbi xidmət keçən əsgərlər isə yalnız atıcı vəzifələrindədir.


$.867Ä€. +Ä‚5%Ä€ 7Ä‚+/h.Ä‚6Ä€=/Ä€. 4$%Ä€/Ä€<<Ä‚7/Ä‚5Ä€0Ä€= ;h686Ä€ 6$+Ä‚ 7Ä‚+/h.Ä‚6Ä€=/Ä€<Ä€ 6Ä‚5+Ä‚' 7Ä‚+/h.Ä‚6Ä€=/Ä€<Ä€ ' $.867Ä€. 6Ä€78$6Ä€<$ 0Ä‚/80$7/ $1',50$6, +(/Ä€.237(5 38$ 7Ä‚<< <$5Ä‚ 08/7Ä€.237(5 534 $9 720$7 7 38/(0<27 9Ä‚ 3$57/ $<,þ/ $5,1 $þ.$5/$10$6,


Yuxarıda: HHQ­yə məxsus müasirləşdirilmiş Su­25 döyüş təyyarələri təlim uçuşları zamanı. Müasirləşdirmə nəticəsində təyyarələrə idarə olunan aviasiya bombalarından istifadə imkanına ma­ likdir. Təyyarələr müasir radioelektron özünü müha izə sistemi ilə təchiz olunub. Aşağıda: Müda iə Nazirliyinin rəhbərliyi və jurnalistlər bir arada. Foto: MN/AD

Ötən ilin sonlarından Ermənistanla dövlət sərhədinin bir hissəsinin Dövlət Sərhəd Xidmətinə verilməsi və həmin ərazidə Azərbaycan sərhədçilərinin Ermənistanla dövlət sərhədində vəzifələrinin öhdəsindən bacarıqla gəldiklərini deyən Z. Həsənov ötən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanla sərhədi Azərbaycan Ordusunun mühafizə etdiyini vurğulayıb: “Sərhəd Qoşunlarımız inkişaf edir, yeni silahlarla təchiz edilir, döyüş hazırlığı ilə məşğul olur. Ali Baş Komandan Ermənistanla sərhədin kiçik bir hissəsinin mühafizəsinin Sərhəd Qoşunlarına təhvil verilməsi barədə göstəriş verdi ki, gələcəkdə bu sahə sərhədçilərə həvalə olunsun. Bu gün sərhədçilər öz işlərinin öhdəsindən

8 www.azeridefence.com

bacarıqla gəlirlər. Gələcəkdə Ermənistanla dövlət sərhədinin digər hissələrinin də mühafizəsinin Sərhəd Qoşunlarına verilməsi barədə Ali Baş Komandanın qərarı olarsa, bu, ordumuzun ehtiyatını daha da artırar. Ermənilər də başa düşürlər ki, ordunun sərhədçilərlə əvəz olunması hesabına ordunun ehtiyatı daha çox olur, ordu daha da güclənir”. Hərbçilərin sosial şəraiti yaxşılaşdırılır Silahlı Qüvvələrin Ali Baş Komandanı tə rə fin dən ötən il lər də ol du ğu ki mi, 2018-ci ildə də hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasına yönəlik fər-

man və sərəncamların imzalandığını deyən Z. Həsənovun sözlərinə görə, bu çərçivədə 20 ildən artıq xidmət göstərən zabitlərə dövlət tərəfindən təmənnasız evlər verilib. Xidməti mənzillər tikilir: “Bir neçə gün bundan öncə Prezident tərəfindən mühüm bir məsələ də həll olundu. Bildiyiniz kimi, Azərbaycan ordusunun 60 fazi səngərdədir. Ümumilikdə ordunun 80 faizi Qarabağ istiqamətindədir. Daim ön xətdə olan zabitlər ailələri ilə yaxın şəhər və kəndlərdə kirayədə qalırlar. Kirayə pulu məsələsi çox önəmli idi. Zabit kirayə qalma problemləri vardı. Prezident bununla bağlı sərəncam imzaladı. Zabit və gizirlərə kirayə haqqını ödəmək üçün verilən pul 2–3 dəfə artırıldı. Orduda bu, çox yüksək qiymətləndirilir”. Müdafiə naziri gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara uymamağa çağırıb: “Vətən, millət, dövlətçilik məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Biz hamımız bir olmalıyıq. Bəzən sosial şəbəkələrdə Azərbaycan adı altında əsassız məlumatlar paylaşılır. Ermənilərin məqsədi dövlətçiliyimizə və ordumuza qarşı saxta məlumatlar yaymaqdır. Sosial şəbəkələrdə belə məlumatları yayanların 90 faizi ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız insanlardır. Vətən, millət, dövlət məsələsində bütün maraqlar kənara qoyulmalıdır. Biz hamımız bir olmalıyıq”. Sonda Müdafiə naziri general-polkovnik Z. Həsənov bir daha bəyan edib ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələrində keçirilən təlimlər də məhz buna hesablanıb. AD


Prezident Müda iə Nazirliyinin hərbi qulluqçularını təltif edib Prezident İlham Əliyev iyunun 24-də Müda iə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Müda iə nazirinin müavini generalmayor Fuad Məmmədov və Raket-Artilleriya Qoşunlarının komandanı general-mayor Zahid Hüseynova general-leytenant, polkovniklər – Qədir Nəsibov, Rasim Babayev, Vüqar Əliverdiyev, Polad Həşimov, İlqar Lətifov və Məhəmməd Həsənova general-mayor ali hərbi rütbəsi verilib. Prezidentin digər sərəncamı ilə Müda iə Nazirliyinin bir qrup hərbi qulluqçusu orden və medallarla təltif olunub.

Yeni təyinatlar Prezident İlham Əliyevin iyunun 20-də imzaladığı sərəncamla Daxili işlər naziri general-polkovnik Ramil Usubov vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. Prezidentin digər sərəncamı ilə Daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov Daxili işlər naziri, general-mayor Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub. Prezident İlham Əliyevin iyunun 27-də imzaladığı sərəncamla Daxili işlər naziri Vilayət Eyvazova general-polkovnik, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə isə general-leytenant ali hərbi rütbələri verilib.

Mədət Quliyev Müdafiə sənayesi naziri təyin edilib Prezident İlham Əliyev iyunun 20-də “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Dövlət başçısının iyunun 20-də imzaladığı sərəncamlarla Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Müda iə sənayesi naziri təyin edilib. Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1980–1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib, 1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət edib. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə vətən, dövlət qarşısında müstəsna xidmətlərə və rəşadətə görə M. Quliyevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Prezident İlham Əliyevin 14 fevral 2011-ci il tarixli 1317 nömrəli Sərəncamı ilə M. Quliyev ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, 20 oktyabr 2015-ci il tarixli 1458 nömrəli Sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. Prezidentin 26 sentyabr 2018-ci il tarixli 509 nömrəli Sərəncamı ilə Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

MSN Fransa şirkətləri ilə əməkdaşlıq edəcək

Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə iyunun 17-dən 23-dək Parisdə keçirilmiş “Paris Air Show-2019” sərgisində iştirak edən Müda iə Sənayesi Nazirliyinin müşaviri Fərrux Vəzirov Fransanın “Nexter”, “Thales”, “CS Communication”,

“Lacroix” və Türkiyənin TUSAŞ şirkətlərinin rəhbərləri ilə görüşüb. “Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müda iə təyinatlı məhsulların, o cümlədən Müda iə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Tərə lər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyənləşdirilib. Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub. “Thales” şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər

müzakirə edilib. Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Səfər çərçivəsində İtaliyanın “Leonardo” şikətinin nümayəndələri ilə də görüş olub. Görüşdə iyunun əvvəlində şirkət rəhbərliyi ilə MSN-də birgə layihələrlə bağlı aparılan danışıqlar davam etdirilib. Bununla yanaşı, Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan “Airbus” ilə də danışıqlar aparılıb və aerokosmik sahədə layihələrin icra edilməsinə, o cümlədən növbəti mərhələlərdə müzakirələrin hər iki tərə in ekspertlərinin iştirakı ilə Azərbaycanda aparılmasına dair razılıq əldə olunub. Sərgi çərçivəsində Fransa Müda iə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə də görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

9


Ermənistanla dövlət sərhədi möhkəmləndirilir Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib. Bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyin və sərhədlərin keşiyində ayıq-sayıq dayandığını, DSX-nin bütün şəxsi heyəti üçün Prezident İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib.

DSX rəisi Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərə indən müha izəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olduğunu, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqların azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olduğunu bildirib. Yeni hərbi hissə kompleksi və döyüş məntəqələrinin tikintisi, yeni yolların salınması işlərinin davam etdiyini deyən general-polkovnik Elçin Quliyev xatırladıb ki, 2019-cu ilin dekabr ayında Prezident İlham Əliyevin qərarına uyğun olaraq Azərbaycan–Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonlarından keçən 130 km ərazidə xidməti vəzifələrin icrasına başlanılıb: “Ötən müddət ərzində bu ərazilərdə yeni hərbi hissə kompleksinin tikintisi, yeni döyüş məntəqələrinin tikintisi, yeni yolların salınması işləri davam etməkdədir. Qısa zaman kəsiyində, 7 ay ərzində möhtəşəm işlər görülüb. Bu işlərin görülməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərhəd Müha izəsinə göstərdiyi diqqət və qayğıdan irəli gəlir”. Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başcısı Rəcəb

10 www.azeridefence.com

Babaşov sərhədçiləri təbrik edərək onlara xidmətdə uğurlar arzulayıb. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub. Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilib. Bildirilib ki, 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min kvadratmetr sahədə inşaat işləri aparılıb, xidməti-

döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidmətidöyüş fəaliyyətini yoxlayıb. Sərhəddə həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, müda iə mövqelərinin möhkəmləndirilməsi, mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqların icra vəziyyəti haqqında məruzələri dinləyib.


Buta Armor Technologies yeni layihələrə başlayır Azәrbaycan Milli Elmlәr Akademiyası Yüksәk Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının iyunun 12­də keçirilmiş iclasında “Buta Armor Technologies” MMC­yə rezident statusunun verilməsi məsələsinə baxılıb.

Q

eyd edək ki, zirehli gödəkcələr, dəbilqələr və aksesuarların istehalı sahəsində ixtisaslaşmış “Buta Armor” adlı şirkət 2017-ci ilin sonlarında AMEA YT Parkının rezidentliyini alıb. Hazırda adıçəkilən müəssisə istehsalla məşğuldur. Müdafiə sənayesi sektorunda fəaliyyət göstərəcək yeni yaradılmış “Buta Armor Technologies” (BAT) şirkəti isə yüksək texnologiyalara əsaslanan məhsulların istehsalına hazırlaşır. “Buta Armor Technologies”in fəaliyyət istiqamətləri və hazırda üzərində işlədiyi layihələr barədə AZERI DEFENCE jurnalına ilk dəfə məlumat verən şirkətin təsisçisi Ramin Əhmədov bildirib ki, şirkət AMEA YT Parkının rezidentliyinə yeni qəbul edilib. “Bundan əvvəl bizim “Buta Armor” adlı zirehli gödəkcə və dəbilqə istehsalı ilə məşğul olacaq şirkətimiz YT Parkın rezidentliyinə qəbul edilmişdi. “Buta Armor”dan fərqli olaraq BAT tamamilə Azərbaycan sərmayəli, kənar payçısı olmayan, yüksək texnologiyalı, innovativ layihələr icra edən şirkətdir. Bildiyiniz kimi, zirehli gödəkcələr xarici tərəfdaşla birgə istehsal olunur. Orada olan məhsullar həlli baxımdan daha sadə texnologiyalı məhsullardır. BAT-ın layihələri isə müasir informasiya texnologiyalarının tətbiqi ilə yaradılan innovativ layihələrdir”, – deyə R. Əhmədov vurğulayıb. Şirkətin bir neçə məhsulunun ilkin sınaqları keçdiyini və tamamlanma ərəfəsində olduğunu deyən şirkət rəhbərinin sözlərinə görə, hazırda 2 əsas məhsul mövcuddur. Onlar növbəti mərhələlərdə yeni məhsulların yaradılması üçün baza rolunu oynayır. Hazırda digər məhsullar üzərində tədqiqatlar aparılır və sınaqlar keçirilir. BAT-ın birinci məhsulu vizualizasiyası gerçəkliyə yaxın artırılmış interaktiv hava hücumundan müdafiə simulyatorudur. Ramin Əhmədovun sözlərinə görə, 9F881 “S-Sfera” adlanan simulyatorda tam döyüş imitasiyası təmin edilib: “Azərbaycan Ordusunun istifadə elədiyi, xaricdən alınmış analoji məhsullar var. Müqayisə üçün deyə bilərəm ki, bizim simulyator vizualizasiyasına, effektlərinə, hava hədəflərinin klassifikasiyasına və digər texnoloji imkanlarına görə onlardan 2,5 dəfədən çox geniş imkanlara malikdir. Bi-

zim təklif etdiyimiz simulyatorda müxtəlif növ təyyarələrə, helikopterlərə, PUAlara, raketlərə qədər hər növ hədəflərə atəş açmaq olar. Qiymətlərə gəlincə, xarici istehsalçının universal məşq qurğusunun birinin qiymətinə biz 6 kompleks veririk. Bundan başqa, 5000 işləmə saatı təklif edirik. Simulyatorun software və hardware hissəsinə verdiyimiz zəmanət 3 dəfə çoxdur. Bizim simulyatorumuzun əsas üstünlüyü isə onu hər bir hərbi hissənin ərazisinə uyğunlaşdıra bilməyimizdir. Burada hər bir əsgər, zabit öz hərbi hissəsinin birəbir bənzərinə uyğun şəkildə təlimlərini keçir”. 9F881 “S-Sfera” simulyatoru barədə Hərbi Hava Qüvvələri Komandanlığına və Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə məlumat verildiyini deyən R.Əhmədov bildirib ki, tələb olarsa, istifadədəki təlim simulyatorunun mövcud avadanlıqlarını saxlamaqla proqram təminatını yeniləyə bilərlər. BAT-ın ikinci mühüm layihəsinin reaktiv mühərrikli PUA olduğunu deyən şirkət rəhbərinin sözlərinə görə, bir ilə yaxındır üzərində iş gedən layihə çərçivəsində 450-500 km/saat maksimal sürət əldə olunub. Müvafiq qurumların nümayəndələrinin iştirakı ilə sınaqları tamamlanmış PUA havada 50 dəqiqə qalır: “Bu PUA-mız hər növ hava hədəfinin döyüş imitasiyasını yaratmağa imkan verir. Üzərində mövcud olan cihazlar sayəsində təlim sonrası bütün məlumatların analizini çıxara bilirik. Bu PUA tək hava hücumundan müdafiə bölmələrinin raket komplekslərinin sınaqlarını keçirmək üçün deyil, həm də radarların yoxlanması üçün nəzərdə tutulub. Hədəf PUA vurulmadıqda paraşütlə endirilərək təkrar istifadə edilə bilər”. Ramin Əhmədovun sözlərinə görə, hazırda interaktiv simulyatorun bazasında digər müxtəlif zenit-raket komplekslərinin simulyatorunun və reaktiv PUAnın bazasında zərbə PUA-nın və antidron sistemin yaradılması üzərində işlər gedir: “Yaxın vaxtlarda idarə olunan sursatlarla sınaqlara hazırlaşırıq. İkinci versiyada PUA-mız havada PUA-ların ələ keçirilməsini həyata keçirəcək”. Ramin Əhmədov onu da bəyan edib ki, özəl şirkət olan “Buta Armor Technologies”in müdafiə sənayesi sektorunda

Ramin Əhmədov başladığı layihələrdə birinci məqsəd Azərbaycan Ordusunun yeni texnologiyalarla təchizatı olsa da, layihələr kommersiya yönümlüdür: “Özəl sektor şirkətləri hər bir layihənin ərəsəyə gəlməsinə böyük həcmdə investisiya yatırır. Təbii ki, gələcəkdə bu sərmayəni çıxarmaq, gəlir əldə etmək üçün. Kim texnoloji üstünlüyə malikdirsə, müharibədə üstünlük də onun tərəfindədir. Bu gün bizim ordumuzun istifadə etdiyi yüksək texnologiyalı məhsulların hamısı xarici istehsaldır. Dünyada ən müasir hərbi təyinatlı məhsulları istehsal edən şirkətlər, dünya markalarının hamısı özəldir. Özəl sektor şirkəti olaraq olaraq biz bu layihələrə ciddi maliyyə yatırırıq. Hər iki layihəmiz Azərbaycan alimlərinin, mühəndislərinin iştirakı ilə həyata keçirilir. Açıq deyirəm, hansısa xarici şirkət bizə məhsul satanda şifrələrini vermirlər. Amma biz bu məhsulları özümüz hazırlayırıq. Bütün kodlar özümüzə məxsusdur. Satışdan sonra texniki dəstək Bakıda tərəfimizdən həyata keçiriləcək. Məhsullarımız qiymət baxımından xarici analoqlarından 5-10 dəfə ucuz, keyfiyyət baxımından 3-4 dəfə yaxşıdır. Sınaqlarda yüksək nəticələr var. Nəyisə düz eləmiriksə, hərbçilərimizin iştirakı ilə daha da təkmilləşdirməyə açığıq. Əgər bizim ordumuzu təchiz eləmək imkanımız olacaqsa, bunu məmnuniyyətlə, sevə-sevə edəcəyik. Əcnəbilərdən fərqli olaraq biz burdayıq. Verəcəyimiz məhsulların da arxasındayıq, cavabdehik. Satış sonrası servisini də həyata keçiririk. Məhsullarımıza maraq olmasına inanırıq və eyni zamanda bu texnologiyaların xarici bazarlarda uğurla tanınmasında əminik. Şübhəsiz ki, bu strategiya “Made in Azerbaijan” brendinin mövqeləşməsinə və ölkəmizin ixrac potensialının yüksəlməsinə xidmət edəcək”.

11


Naxçıvanda “Sarsılmaz Qardaşlıq” Zaur Babaşov Azərbaycan ilə Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyun ayının 7­dən 11­dək Naxçı­ vanda iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq­2019” birgə döyüş atışlı taktiki təlim keçirilib. Əla­ hiddə Ümumqoşun Ordunun və Naxçıvan MR­in güc strukturlarının, eləcə də Türkiyə Silahlı Qüvvələrinin 5 minə yaxın şəx­ si heyəti, 200­dən artıq tank və digər zirehli texnikası, 180­ə yaxın raket və artilleriya qurğusu, 21 təyyarə, helikopter, pi­ lotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunəsinin, 30­dan çox hava hücumundan müdafiə vasitəsi və 300­ə yaxın avtomobil texnikasının cəlb edildiyi təlimin yekun mərhələsini Naxçıvan Mux­ tar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycanın Müdafiə naziri general­polkovnik Zakir Həsənov və Türki­ yənin Milli müdafiə naziri Hülusi Akar izləyiblər.

Ə

vvəlcə rəsmi qonaqlara idarəetmə məntəqəsində əməliyyat taktiki təlimin planı barədə brifinq verilib. Bildirilib ki, təlimin keçirilməsində məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarətdir. Naxçıvan Qarnizonu Qoşunlarının istifadəsində olan silah, texnika və döyüş maşınları ilə tanışlıqdan sonra təlimə start verilib. Təlimin ssenarisinə əsasən, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taborundan ayrılmış taktiki hava desantı müdafiəmizin yaxın dərinliyində yerləşən yüksəklik istiqamətində irəliləyən şərti düşməni məhv etmək üçün vertolyotdan əraziyə endirilib. Qrup tərəfindən düşmənin kəşfiyyat dozoru aşkarlanaraq məhv edilib. Tabora atəş dəstəyi

12 www.azeridefence.com

üçün D-44 topu vertolyotla yüksəkliyə çatdırılıb. Yaranmış şəraitdən məharətlə istifa də edən bölmə lə ri miz yüksək lik də möhkəmlənərək, düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv edib, düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olub. Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı qrupları fəaliyyətə başlayıb. Həmlə qrupu ərazinin relyefindən və məhdudgörmə şəraitindən yararlanaraq düşmənin müdafiə mövqeyinə basqın edib. Əlahiddə Əməliyyat Briqadasının yüksək manevr qabiliyyətinə malik “Cobra” tipli zirehli döyüş maşınları qrupa atəş dəstəyi veriblər. Təlimin gedişində tank, ZMA, “Xrizantema-S”, TOS-1A və ZU-23-2 tərkibində bölük taktiki qrupu mövqelər arasındakı boşluqları tutaraq müdafiəni gücləndiriblər. Əlahiddə Ümumqoşun Ordunun raketartilleriya birləşmə və hissələri müdafiə olunan bölmələrin atəş dəstəyinə başlayıb, ən uzaq hüdudlarda düşmənin irəlilə-

yən motoatıcı və tank bölmələrinə, atəş mövqeyində olan artilleriya və minaatan batareyalarına, hava hücumundan müdafiə vasitələrinə, komanda məntəqələrinə zərbələr endiriblər. Su-25 hücum təyyarələri isə şərti düşmənin irəliləyən bölmələrinin qarşısını aviabombalarla alıb. Düşmənin hücum edən bölmələrinin tankları, zirehli texnikası və canlı qüvvəsi T-90S tanklarının sərrast atəşi ilə zərərsizləşdirilib. TOS-1A yaylım atəşli ağır odsaçan sistemi düşmənin dayaq məntəqələrini tələfata uğradıb. Bu zaman həmləyə keçən düşmən tankları “Xrizantema-S” tank əleyhinə idarə olunan raket kompleksinin atəşi ilə məhv edilib. “Osa-1T”, “İqla-S” və ZU-23-2 hava hücumundan müdafiə vasitələrinin atəşi ilə düşmən aviasiyasının hücumları dəf olunub. Tank, PDM-2, ZMA, minaatan, AQS-30, snayper və digər atıcı silahların atəşi ilə hücum edən düşmənin zirehli texnikası və canlı qüvvəsi məhv edilib, Mi-35 helikopterlərinin atəş zərbələri ilə sıradan çıxarılıb.


Ordunun raket-artilleriya birləşmə və hissələri bölmələrin əks-atəş hazırlığına başlayıblar. Ordu aviasiyası düşmənin aşkar olunmuş zirehli texnikasına, ehtiyatlarına və komanda məntəqələrinə zərbələr endirib. Atəş basqınından yararlanan tabor taktiki qrupları sürətlə düşmənin ön xəttinə yaxınlaşaraq döyüş düzülüşünə açılıb, ön xətdə və yaxın dərinlikdə yerləşən düşmənin atəş vasitələrini məhv edib. Tank və digər döyüş maşınlarının sərrast atəşi ilə düşmənin zirehli texnikası, sığınacaqlarda olan atəş vasitələri susdurulub. Güclü atəş imkanına malik olan tabor taktiki qrupları düşmənə cinahlardan zərbələr endirib. Hərəkəti təminetmə dəstəsi bir istiqamətdə düşmənin tank əleyhinə xəndəkləri üzərində körpü qurub, digər istiqamətdə isə mina sahəsindən keçidlər açaraq ehtiyatların irəliləməsinə nail olub. Təxliyə qrupları döyüş meydanında vurulmuş texnika və yaralıların təxliyəsini həyata keçiriblər. Hücumun inkişaf etdirilməsi və cinahlara doğru genişləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun ehtiyatları döyüşə salınıb, düşmən ehtiyatlarının irəliləməsinin qarşısının alınması məqsədi ilə taktiki və hava desantları endirilib. Beləliklə də Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə təlimdə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək şərti düşmən üzərində zəfər qazanıblar. Sonda Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları Su-25 hücum təyyarələrinin və helikopterlərin müşayiəti ilə döyüş meydanında nümayiş olunub. Təlimin yekunu barədə məruzə edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bil-

dirib ki, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olunub, hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edilib. Ali Məslis Sədrindən yüksək qiymət Təlimdə iştirak edən şəxsi heyəti salamlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə onları təbrik edib. Vasif Talıbov bildirib ki, Ermənistan ilə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvan Muxtar Respublikasında müdafiə təh-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Sarsılmaz Qardaşlıq” təlimində iştirak edən Azərbaycan və Türkiyə hərbçilərini təltif edir. Foto: MN

lükəsizliyini əsas məsələlər sırasına çıxarıb: “Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş, müasir silah və texnika ilə təminat gücləndirilmiş, bunların nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün muxtar respublikadakı ordu, hissə və birləşmələr güclü maddi-texniki təminata, müasir silahlara və peşəkar şəxsi heyətə malikdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi də qeyd olunmalıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi məmnunluq


Müda iə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general­ley­ tenant Kərəm Mustafayev Türkiyənin Milli müda iə naziri Hülusi Akara xatirə hədiyyəsi təqdim edir. Foto: MN

doğurur. Naxçıvanda Azərbaycan–Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də bu əməkdaşlığın davamı, eyni zamanda ordularımız arasındakı birliyin göstəricisidir”. Hərbi təlimlərin əhəmiyyətindən danışan Ali Məclisin Sədri bildirib ki, təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. “Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, “Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür”. AzərbaycanTürkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır. Ordunun gücünü və döyüş

qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır”, – deyə V. Talıbov vurğulayıb. Silahlı qüvvələrdən birgə fəaliyyət İki qardaş ölkə silahlı qüvvələrinin birgə fəaliyyəti olan “Sarsılmaz Qardaşlıq2019” təlimləri münasibətilə şəxsi heyətləri təbrik edən Türkiyənin Milli müdafiə naziri Hülusi Akar deyib ki, regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolu güclü və mübariz orduya sahib olmaqdan keçir: “Güclü ordu üçünsə müasir silah və texnika, həmçinin peşəkar hərb-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyənin Milli müda iə naziri Hülusi Akar və Azərbaycanın Müda iə naziri general­ polkovnik Zakir Həsənov təlimə cəlb olunmuş hərbi texnikalara baxış keçirir. Foto: MN

14 www.azeridefence.com

çilər lazımdır. Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Təlimlərdə əsgər və zabitlərin ərazi və hava şərtləri ilə tanış olması döyüşə hazırlıq baxımından çox əhəmiyyətlidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Xüsusilə müştərək və birləşmiş təlimlər bir-birimizi tanımamıza, çiyin-çiyinə mübarizə aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində icra etdiyimiz “Sarsılmaz Qardaşlıq-2019” təliminin layiqli şəkildə məqsədinə çatdığını və böyük müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduq. İki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyinə bu təlim bir nümunədir”. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə çıxışında Azərbaycan və Türkiyə arasında hərbi əlaqələrə toxunaraq bildirib ki, qardaş ölkə ilə olan milli bağlar ordu quruculuğu sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən bəhrələnmək mühüm əhəmiyyət daşıyır. “Birgə təlimlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz hər bir vəzifəni birgə icra etməyə hazırdır və qadirdir. Naxçıvanda keçirilən təlimdə Türkiyə Respublikasının Milli Müdafiə nazirinin iştirakı onun əhəmiyyətini daha da artırdı”, – deyə müdafiə naziri Zakir Həsənov bəyan edib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hülusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıblar. AD



IDEF­2019 – Dünya müdafiə sənayesi iki qitənin birləşdiyi məkanda Rəşad Süleymanov, Zaur Babaşov Aprel ayının 30­dan may ayının 3­dək İstanbul şəhərində yerləşən TÜYAP Sərgi və Konqre Mərkəzində keçirilmiş IDEF­2019 XIV beynəlxalq müdafiə sərgi­ sinə 53 ölkədən 1061 şirkət iştirakçı qismində 70 ölkədən və 3 beynəlxalq təşki­ latdan 150 rəsmi nümayəndə heyəti isə ziyarətçi kimi qatılıb. Artıq altıncı dəfə­ dir iştirak etdiyimiz IDEF sərgisi əvvəlki illərdəkindən və regiondakı digər bən­ zər sərgilərdən fərqli olaraq, Türkiyə şirkətlərinin böyük çoxluğu, müttəfiq NATO dövlətlərindən isə iştirakçı sayının minimuma enməsi ilə yadda qaldı.

T

ürkiyə ilə NATO-dakı digər müttəfiqləri – ABŞ, Almaniya və Fransa kimi dövlətlər arasında yaşanan siyasi soyuqluq hərbi əlaqələrə də təsirsiz ötüşməyib. Əvvəlki illərdə TÜYAP-ın salonlarının böyük qismini əhatə edən adıçəkilən dövlətlərin şirkətləri IDEF-2019 sərgisində, demək olar ki, nəzərə çarpmadı. Türkiyə ilə müştərək layihələri olan böyük şirkətlər isə kiçik stendlərlə gözə dəyirdilər. Böyük Britaniya hərbi sənaye kompleksinə daxil olan şirkətlər isə kiçik bir sahədə, kiçik stendlərlə çıxış edərək, daha çox komponentlər halında olan məhsullarını nümayiş etdirirdi. Bir neçə ildir IDEF sərgilərində stend açmayan “FN Herstal”, “Hekler and Koch”, “Sig Sauer”, “Beretta” və s. kimi atıcı silah istehsalçıları açıq və ya dolayısı ilə Türkiyə bazarını öz perspektivlərində görmədiklərini etiraf edirlər. Bu da daha çox Türkiyənin özündə yerli is-

16 www.azeridefence.com

tehsalçıların sayının artması, hətta Türk şirkətlərinin adıçəkilən şirkətlərlə dünya bazarlarında rəqabət aparacaq səviyyəyə yetişməsi ilə bağlanılır. Tapança, avtomat, snayper tüfəngləri, pompalı tüfənglər kimi atıcı silahların çox saylı nümunələrini təqdim etməsinə baxmayaraq, sərginin gedişatından izlədiyimiz qədər Türkiyə hələ də bu silahlar üçün döyüş sursatlarını tam olaraq yerli istehsal hesabına qarşılamaqda çətinlik çəkir. Bu kontekstdə Azərbaycan, Bolqarıstan, Serbiya kimi dövlətlərin şirkətləri üçün Türkiyə hazırkı dövrdə əlverişli bazar hesab oluna bilər. Bolqar və serb şirkətlərinin nümayəndələri son iki ildə anbarlarında yığılmış və istifadə ömrü bitməkdə olan sursatları “Türkiyədə əritdiklərindən” açıq şəkildə danışırlar. Son bir neçə ildə istiləşən əlaqələrə baxmayaraq, Rusiyanın “Rosoboroneksport” şirkətinin sərgidə təmsil olunması

“toyuma gəlib, toyunda iştirak edim” xalq yanaşmasını xatırlatdı. Rusiyanın böyük müdafiə sənayesi müəssisələri sərgidə yalnız ziyarətçi qismində nəzərə çarpırdı. Ruslardan fərqli olaraq Ukraynanın IDEF2019 sərgisində daha aktiv iştirakı diqqəti cəlb etdi. Sərgi müddətində “Ukroboronprom” Dövlət Konserni ilə Türkiyənin bir neçə şirkəti arasında birgə istehsalın yaradılması, texnologiya transferinə dair memorandumlar da imzalandı. Sərgidə iştirak edən Türk şirkətlərinə gəlincə, əvvəlki sərgilərdə də apardığımız müşahidələr əsasında bəzi nüansları qeyd etmək istərdik. Bunlardan birincisi, diqqətimizi çəkəni daha çox müdafiə sənayesinin aparıcı şirkətləri üçün komponentlər və müxtəlif detallar istehsal edən şirkətlərin sərgidə iştirakı idi. Əvvəlki sərgilərdə iştirak edən, stend açan bir çox şirkətlərin fəaliyyətini dayandırması bəlli oldu. IDEF-2017, “High TechPort” kimi sərgilərdə geniş stendlə təmsil olunan “Katmerciler” kimi şirkət sərgi salonunun bir küncündə, diqqət çəkməyən kiçik bir sahədə yerləşmişdi. Sərgidə maket və yaradılma halında olan məhsullar daha çox idi. Söhbət etdiyimiz şirkətlər xarici müştərilərindən yaradılma proqramlarına investisiya cəlb etməyə çalışdıqlarını etiraf edirdilər.


1. ASELSAN şirkətinin nümayəndəsi Özgür Kürüm Müda iə naziri, general­polkovnik Zakir Həsənova yeni texnologiyalar barədə məlumat verərkən. 2. TUSAŞ şirkətinin baş direktoruu Təməl Kotil gen­ eral­polkovnik Zakir Həsənova “Hürjet” reaktiv təlim­döyüş təyyarəsinin maketini təqdim edərkən Foto: AD

Söhbət etdiyimiz Türk şirkətləri devalvasiyadan sonra daxili bazarla bağlı inamsızlıqlarını açıq şəkildə ifadə edərək, hazırkı krizisdən çıxış yolunu xaricə ixracda gördüklərini ifadə etməkdəydilər. Sahənin mütəxəssislərinin sözlərinə görə, regionun əsas silah alıcıları olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirlə münasibətlərin pisləşməsi Türkiyə müdafiə sənayesi şirkətlərinin faktiki olaraq bu bazarı itirmələrinə səbəb olub. Hazırda bu durumun qismən Qətərin hesabına kompensasiya edilməsinə baxmayaraq, son aylarda bu dövlətin bəzi layihələri Qərb şirkətlərinə verməsi Türkiyə müdafiə sənayesində ümidsizlik yaradıb. Azərbaycandan geniş qatılım IDEF-2019 sərgisinə Azərbaycandan rəsmi nümayəndə heyəti olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin, Dövlət Sərhəd Xidmətinin rəisinin birinci müavini, general-leytenant Rəşad Sadıqovun və DİN Daxili Qoşunlar Komandanının müavini, generalmayor Fəxrəddin Səmədovun rəhbərlik etdikləri nümayəndə heyətləri qatılmışdı. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətləri Türkiyə və xarici ölkələrdən qatılan şirkətlərin stendlərinə baş çəkərək nümayiş etdirilən silah və texnikalarla tanış olub, əməkdaşlığın yaradılması istiqamətində müzakirələr aparıblar. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş et-

dirilən məmulatlarla yaxından tanış olublar. IDEF sərgisinə altıncı dəfə qatılan Müdafiə Sənayesi Nazirliyi (MSN) 120 kvadratmetrlik stenddə Azərbaycan müəssisələrində istehsal edilən pilotsuz uçuş aparatları və zirehli maşınların maketləri ilə yanaşı, atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, optik cihazlar, habelə müxtəlif çaplı döyüş sursatları nümayiş etdirib. Sərginin ilk günü bir sıra ölkələrin nümayəndə heyətləri Azərbaycan MSN-in stendinə baş çəkərək sərgilənən məhsullarla maraqlanıb, istehsalçı müəssisələrin rəhbərləri ilə görüşlər keçiriblər. Sərgi müddətində Müdafiə Sənayesi nazi-

rinin müavini Yəhya Musayev Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir, Cibutinin Müdafiə naziri Əli Həsən Bahdon, Pakistanın GIDS şirkətinin İdarə Heyətinin sədri Tariq Cavaid, Ukraynanın “Ukroboronprom” Dövlət Konserninin direktoru Roman Romanov və digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib. AZERI DEFENCE jurnalına danışan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, IDEF Azərbaycanın qatıldığı ilk sərgidir. MSN 2009-cu ildə bu sərgidə kiçik bir stendlə təmsil olunub və 27 adda məhsul nümayiş etdirib: “2009-cu ildən aktiv şəkildə IDEF sərgilərində iştirak edirik. Bizim burada ən vacib məqsədimiz sənayemizi tanıtmaqla yanaşı, ixrac potensialımızı artırmaqdır. IDEF sərgisi çərçivəsində bir sıra razılaşmalarımız da olub və ixraclar həyata keçirmişik”. Azərbaycan və Türkiyənin müdafiə sənayesi sektorunun sıx əməkdaşlıq etdiyini deyən Y. Musayevin sözlərinə görə, MSN yarananda da ilk olaraq Türkiyə təcrübəsi öyrənilib. AYESAŞ/Vestel Savunma şirkətlərinin baş direk­ toru Önər Təkin Müda iə sənayesi nazirinin müavini Yəhya Musayevə “Karayel­SU” PUA­nın maketini təqdim edir. Foto: AD

17


DSX rəisinin birinci müavini, general­leytenant Rəşad Sadıqov çevik hərəkət bölmələrinin də silahlanmasına daxil olan HP­7.62 hücum pulem­ yotunu incələyərkən. Foto: AD

“Bizim Türk şirkətləri ilə birgə layihələrimiz var. Kooperasiyalar yaratmışıq. Eləcə də Müdafiə Sənayesi Komitəsi ilə sıx əməkdaşlıq edirik. Tapançaların, maskalanma torlarının istehsalı və s. misal göstərə bilərik. 2018-ci ildə ADEX sərgisində ASELSAN və bir neçə şirkətlə əməkdaşlıq müqaviləsi imzalamışıq və hazırda o istiqamətdə işlər davam edir”, – deyə Musayev vurğulayıb. IDEF-2019 sərgisinin Azərbaycan üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, sərgidə ən müasir silah və texnikalar nümayiş etdirilir: “Azərbaycan da burada yüksək səviyyədə təqdim olunur. Azərbaycan istehsalı olan məhsullar da maraqla izlənilir. Sərgi çərçivəsində müxtəlif dövlətlərin qurumları ilə görüşlər keçirdik. Müəyyən məhsulların bizim üçün təqdimatları keçirildi. Onu da deyim ki, bizim Türkiyə ilə ortaq layihələrimiz çoxdur”. IDEF­2019 sərgisində nümayiş etdirilən Azərbaycan silahları. Yuxarıdakı fotoda 7.62x54 mm çaplı “Yırtıcı” və ST­308 snayper tüfəngi, aşağıda MSN ETİ və Türkiyənin ASELSAN şirkətinin birgə istehsalı olan lazer yönləndirməli QFAB­250LG aviasiya bombası. Foto: AD

18 www.azeridefence.com

Lazer idarəetməli bomba sınaqlara hazırlanır Müdafiə Sənayesi Nazirliyinin ElmiTədqiqat İnstitutunun (ETİ) Türkiyənin ASELSAN şirkəti ilə birgə yaratdığı lazer yönləndirməli QFAB-250LG aviasiya bombası sınaqlara hazırlanır. IDEF-2019 sərgisində inert nümunəsi nümayiş etdirilən aviasiya bombası barədə məlumat verən ETİ-nin baş direktoru Novruz Abdullayevin sözlərinə görə, 3 ədəd inert nümunə artıq sınaq üçün hazırdır. “Bombanın sınaqları müəyyən edilmiş tarixdə Azərbaycanda keçiriləcək. Da-

ha sonra sifarişdən asılı olaraq yönləndirmə dəstinin 250 kiloqramlıq qəlpəli-fuqas bombalara inteqrasiyası reallaşacaq”, – deyə ETİ rəhbəri vurğulayıb. Uzunluğu 3300 millimetr, diametri 240 millimetr, kütləsi 270 kiloqram olan QFAB-250LG aviasiya bombası 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək. Bomba daxili tələbat və ixrac üçün nəzərdə tutulur. N.Abdullayev bildirib ki, bombanın gövdə hissəsi bir müddət əvvəl ASELSAN tərəfindən yaradılmış Lazer Yönləndirmə Dəsti (LGK- Lazer Güdüm Kiti) ilə uyğunlaşdırılmaq üçün Türkiyəyə göndərilib. LGK üzərində kiçik dəyişikliklər edilməklə Azərbaycan istehsalı olan aviasiya bombasına inteqrasiya olunub.


MSN istehsalı olan döyüş sursatlarının bəzi nümunələri. Sağda nazir mavini Yəhya Musayev Müda iə naziri Zakir Həsənova RBG qumbaraatanı barədə məlumat verərkən. Foto: AD

Qeyd edək ki, ETİ və ASELSAN ilk dəfə olaraq NATO standartlarına uyğun yaradılmış LGK yönləndirmə dəstini sovet standartlarına uyğun aviasiya bombasına inteqrasiya ediblər. ETİ tərəfindən 25, 50, 100 və 250 kqlıq qəlpəli fuqas aviasiya bombaları yaradıldığını və bu məmulatların zavod və poliqon sınaqlarından keçdiyini deyən N.Abdullayevin sözlərinə görə, bununla yanaşı, 100 və 250 kq-lıq sərbəst düşən betondeşən aviasiya bombalarının da eksperimental nümunələri yaradılıb. ETİ direktoru İnstitutun mütəxəssisləri tərəfindən yaradılmış 57 mm AR-57 və 80 mm-lik AR-80 idarə olunmayan aviasiya raketlərinin də artıq mühüm mərhələni geridə qoyduğunu bildirib. N. Abdullayevin sözlərinə görə, Azərbaycan mühəndisləri tərəfindən dizayn edilmiş və bütün komponentləri yerli olaraq hazırlanan AR-57 raketinin uçuş məsafəsi keçmiş sovet standartlı S-5 raketindən ən azı iki dəfə çoxdur. Keçirilən sınaqlar zamanı müsbət nəticələr alınıb: “AR-80 indeksli 80 mm-lik raketin də postsovet məkanında istifadə edilən S-8 raketindən fərqlənmələri var. Yanacağı, uçuş məsafəsi dəyişib, tam yerli istehsaldır. Hər iki raketin böyük ixrac potensialı var”.

“Ordumuz uzun müddətdir milli silahlarımızla təchiz olunur. Hər il bu siyahıya yeniləri əlavə edilir. Ümid edirəm ki bu qumbaraatan da yüksək səviyyədə tələblərimizi qarşılayacaq”, – deyən nazir Zakir Həsənov RBG qumbaraatanının böyük həcmli partiyasının 2020-ci il üçün satınalma proqramına salınacağını bildirib.

40x46 mm qumbaralarla atəş açan 6M11 RBG qumbaraatanının çəkisi 5.9 kq, uzunluğu qundaq açıq halda 800 mm, lüləsinin uzunuluğu 300 mm, atış məsafəsi 400 metr, effektiv atış məsafəsi 375 metr, qumbaranın sürəti 76 m/saniyə təşkil edir.

Azərbaycan Ordusu üçün yerli hədəf cihazları Azərbaycanın “A2Z Advisors” şirkəti Türkiyədən olan tərəfdaşları “Target Atış Eğitim Sistemləri A.Ş” və “Desi Savunma” şirkətləri ilə birlikdə ilk dəfə IDEF-2019 sərgisinə qatılaraq, Azərbaycanda birlikdə istehsalına başlanmış hədəf cihazlarının nümunələrini sərgiləyib. Şirkət nümayəndələrinin sözlərinə görə, Azərbaycanda Türkiyənin adıçəkilən şirkətləri ilə birlikdə, “DESİ Savunma” şirkəti tərəfindən yaradılmış müxtəlif hədəf cihazları istehsal olunması planlaşdırılır: “Bunların arasında tək yatar-qalxar hədəflər deyil, yatar-qalxar-dönər, habelə LOMAH hədəflər də var. Bundan başqa, şirkətlər birlikdə hədəf sistemlərinin proqram təminatının işlənib hazırlanması, yenilənməsi kimi işlər həyata keçirirlər”. Qeyd edək ki, indiyədək “Target Atış Eğitim Sistemləri” şirkəti tərəfindən Azərbaycanda müxtəlif hərbi qurumlar və güc strukturları üçün poliqon hədəf cihazlarının və interaktiv atış sistemlərinin tədarükü, açar-təhvili prinsipi əsasında poliqonların inşası həyata keçirilib. “Target Atış Eğitim Sistemləri” şirkətinin “DESİ Savunma” istehsalı olan hədəf cihazlarının tətbiqi ilə həyata keçirdiyi ən böyük layihə DSX-nin Sitalçay poliqonunun inşasıdır.

MSN orduya RBG­40 qumbaraatanı hədiyyə etdi Müdafiə Sənayesi Nazirliyi IDEF2019 sərgisinin birinci günü Azərbaycan Ordusuna nazirliyin müəssisəsində istehsal edilmiş 50 ədəd 6M11 RBG revolver tipli əl qumbaraatanı hədiyyə etdiyini açıqlayıb. MSN-in hədiyyəsini yüksək qiymətləndirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qumbaraatanın sınaqlarında şəxsən iştirak edəcəyini bildirib.

19


ROKETSAN­dan IDEF sürprizləri Türkiyənin raket və idarə olunan mərmi texnologiyaları mərkəzi sayılan ROKETSAN şirkəti IDEF­2019 sərgisində özünün bir çox yeniliklərini ilk dəfə ictimaiyyətə təqdim etdi. ROKETSAN­ın yenilikləri arasında “Atmaca” gəmi əleyhi­ nə raket, lazer idarəetməli tank mərmisi, yeni, yüngül çəkili idarə olunan raketlər, həmçinin lazer silahı xüsusilə qeyd edilməlidir.

2018-ci ilin oktyabrında Hərbi Dəniz Qüvvələrinə tədarükünə dair Müdafiə Sənayesi Komitəsi ilə ROKETSAN şirkəti arasında müqavilə imzalanan “Atmaca” gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. Raketin bütün sınaqları yekunlaşıb və ilk partiyası sifarişçiyə 2020-ci ilin ortalarında veriləcək. ROKETSAN-ın açıqladığı məlumata görə, “Atmaca” hər cür hava şəraitində, maneələrə qarşı qoruma, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi kimi müasir imkanlarla sabit və hərəkətli hədəflərə qarşı effektiv tətbiq üçün nəzərdə tutulur. Raketdə GPS, inersial naviqasiya, barometrik altimetr, radar altimetr və aktiv radar arayıcıdan mövcuddur. “Atmaca”nın uçuş uzaqlığı 200 kmdən çoxdur. Mütəxəssislərin sözlərinə görə, data link sistemi buraxılışdan sonra raketin gəmidən, yaxud da sahildəki stansiyadan idarəsinə, hədəflərə istiqamətləndirilməsinə imkan verir. Gövdəsinin kompozit texnologiyalardan hazırlanması nəticəsində “Atmaca” raketinin çəkisi xarici analoqları ilə müqayisədə daha yüngüldür. İlk olaraq raketin Türkiyə Dəniz Qüvvələrinin MİLGEM korvetlərinin, daha sonra digər gəmilərin silahlanmasına daxil edilməsi planlaşdırılır. Sərgidə maraq doğuran raket sistemlərindən biri də ilk nümunəsi 2017-ci ilYuxarıda: ROKETSAN tərə indən ilk dəfə sərgilənən “Atmaca” gəmi əleyhinə raket. Aşağıda: “Qara ox” tank əleyhinə raket. Foto: AD

20 www.azeridefence.com

də sərgilənmiş 610 mm-lik “Bora” operativ-taktik raket kompleksi oldu. Qında döyüşə hazır vəziyyətdə saxlanılan “Bora” raketi ROKETSAN-ın istənilən raket buraxıcı nəqliyyat vasitəsinə (TRG-300, TRG-122, TRG-230) inteqrasiya edilə biləcək imkanlara malikdir. Bu modulyar dizayn istifadəçiyə bir raket maşını üzərindən fərqli raketlərin atışlarını aparmağa imkan verir. Raket kompleksi MAN, “Kamaz”, “Volat” və digər şassilərə yüklənə bilər. Mütəxəssislərin sözlərinə görə, “Bora” raketinin yaradılmasında ROKETSAN bu sahədə uzun illərdir qazandığı təcrübədən istifadə olunub. Raketin hədəfə tuşlanması GPS və İNS naviqasiyasından istifadə hesabına təmin olunur. Ümumilikdə “Bora” raketlərinin GPS/INS və yalnız İNS naviqasiyası ilə hədəfə yönələn iki növü var. Uçuşa aerodinamik və elektromexaniki dəqiqləşdirmə vasitəsi ilə nəzarət olunur. Heyəti üç nəfərdən ibarət olan “Bora” operativ-taktik raket kompleksi atış

tapşırığının hazırlıq, planlama, ballistik hesablama, əsas fəaliyyətləri üçün gərəkli olan bütün mexaniki, elektrik və elektronik altsistemlərə, naviqasiya, rabitə və s. sahibdir. Qeyd edək ki, 2018-ci ildən Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daxil olan “Bora” operativ-taktik raket kompleksi sınaqlar zamanı 280 km məsafədən hədəfi yüksək dəqiqliklə vurub. Şirkətin açıqladığı məlumata görə, qatı raket yanacağı ilə işləyən “Bora” raketinin çəkisi 2500 kq, döyüş başlığı 470 kiloqram, ixrac versiyasının atış uzaqlığı 280 kilometr, hədəfdən sapması maksimum məsafədə < 50 metr təşkil edir. Standart versiyada bir buraxıcı maşın üzərində iki “Bora” raketi yer alır. “Bora”nın ixrac versiyası “Xan” adlanır. Son onillikdə innovativ texnologiyalara əsaslanan yüksək dəqiqlikli silahların yaradılmasına xüsusi diqqət yetirən ROKETSAN şirkəti IDEF-2019 sərgisində özünün yeni silah sistemini ilk dəfə nümayiş etdirib. Qeyd etdiyimiz kimi, yaradılma və ilkin sınaq mərhələsində olduğundan bu silahlar barədə ROKETSAN şirkətinin mütəxəssisləri detallı məlumat verməyiblər. Ona görə biz də kataloq məlumatları əsasında bu sistemlər barədə, qısa da olsa, məlumatları çatdırmağa çalışdıq. ROKETSAN-ın sərgilədiyi silahlar arasında ilk dəfə yer alan ALKA lazer topu yaşayış məntəqələrində istifadə olunan bomba tələlərinin, yol kənarlarına yerləşdirilən əldəqayırma partlayıcıların, mini və mikro pilotsuz uçuş aparatlarının bəlli məsafədə yüksək gücə malik lazer şüası ilə zərərsizləşdirilməsi üçün nəzərdə tutulur. 4x4 təkər formuluna malik nəqliyyat vasitəsinin üzərində yerləşdirilmiş ALKA sistemi radarın aşkarladığı hədəflərə avtomatik şəkildə yönəlir. Sistem süni intellekt ilə görüntü üzərindən avtomatik


Yuxarıdan aşağı: “Yatağan” idarəedilən miniatür döyüş sursatı, “Cida” çoxməqsədli raket və “Tanok” adlı lazer yönləndirməli tank mərmisi. Foto: AD

şəkildə hədəf təsbiti və təqibi, radar olmadan təkbaşına istifadə kimi imkanlara malikdir. Elektromaqnit qarışdırma sistemi ilə birlikdə ALKA 4000 metr məsafədə hədəflərə qarşı effektiv tətbiq oluna bilir. Kataloq məlumatında lazerin özünün məhvetmə mənzili 500 m, elektromaqnit silahla birlikdə 1000 metr göstərilib. Kompleks 150 km/saat sürətlə hərəkət edən hədəflərin izlənməsi və məhv edilməsini həyata keçirməyi, 1000 metr məsafədə 8 mm həssaslıqla hədəfi təqib etməyi bacarır. Çox sayda hədəfi eyni zamanda izləmə xüsusiyyətinə sahib olan ALKA gecə və gündüz saatlarında istifadə oluna, çoxsaylı atışlar keçirə bilər. Mütəxəssislərin sözlərinə görə, ALKA yaşayış məntəqələrində həyata keçirilən əməliyyatlarda, hərbi hissələrin, ictimai binaların, hava limanlarının, müəssisələrin qorunmasında istifadə üçün nəzərdə tutulur. Universal dizayna malik kompleks nəqliyyat vasitələri ilə yanaşı, qüllə kabinələrdə yerləşdirilə, komanda mərkəzindən idarə edilə bilər. ROKETSAN-ın lazerlə idarə olunan 120 millimetr “Tanok” mərmisi, tanklar və digər iriçaplı silahların sursatlarına alternativ olaraq yeni bir müasir variant kimi hazırlanıb. Uzunluğu 984 millimetr, çəkisi 11 kiloqram, atəş məsafəsi 1-6 kilometr təşkil edən, mühərrikli “Tanok” mərmisi tanklarlardan və ya digər yerüstü vasitələrdən atıla bilər. Yarıaktiv lazerlə tuşlama xüsusiyyəti ilə yalnız sabit hədəflərə deyil, həm də hərəkətli hədəflərə qarşı effektiv tətbiq oluna bilən “Tanok” mərmisi birbaşa və üstdən zərbə rejimlərinə sahibdir. Tandem tipli zirehdəlici başlığa malik mərmi zirehli təhdidlərə qarşı effektiv həll olaraq qəbul edilir. ROKETSAN-ın yeni silah sistemlərindən olan “Cida” çoxməqsədli raketi qısamənzilli raketlərin müasir və yüksək dəqiqlikli versiyası adlandırılır. Raketin atış məsafəsi 1000 metrədəkdir. Tandem döyüş başlığı ilə təqdim olunan “Cida”nın sonrakı mərhələdə fərqli döyüş başlıqlarına

malik versiyalarının yaradılması planlaşdırılır. Raketin hazırlanmasında “Cirit” lazer yönləndirməli raketin texnologiyasından istifadə olunsa da, burada “Cirit”dən fərqli arayıcı başlığın tətbiq edildiyi bildirilir. ROKETSAN mütəxəssislərinin sözlərinə görə, “Cida”nın atışından öncə, nişan alınan hədəfin rəsmi yaddaşa köçürülür və raket hədəfə tanıma ilə yönəlir. Artıq

“Cida”nın ilk testləri keçirilib. Bu ilin sonuna qədər hərbçilərin iştirakı ilə sınaqların başlanılması nəzərdə tutulur. UMTAS / OMTAS xəttinin davamı olaraq yaradılmış yüngül çəkili “Qaraox” idarə olunan raketi sələflərindən fərqli olaraq data-linkə malik deyil. Raket taxılıbçıxarılan, çoxistifadəli işəsalma mexaniz-

minə sahibdir. Bir əsgər tərəfindən daşınan, hazır qın içində təklif olunan “Qaraox” raketinin uçuş məsafəsi 1 km üzərində, zirehdəlmə qabiliyyəti 700 mm-dir. ROKETSAN nümayəndələrinin sözlərinə görə, qarşıdakı iki ildə “Qaraox” layihəsi üzrə kalifikasiyanın tamamlanması və seriyalı istehsalına başlamaq planlaşdırılır. ROKETSAN-ın ilk dəfə təqdim etdiyi maraqlı məhsullardan biri də “Yatağan” idarə olunan miniatür döyüş sursatıdır. Standart 40 mm çaplı lüləaltı qumbaraatanlardan atılacaq “Yatağan”ın uzunluğu təxminən 40 sm, ağırlığı 1 kq, maksimum atış məsafəsi 1000 metrdir. Lazerarayıcı başlığa malik raketin maksimum məsafədə hədəfdən sapması 1 metr olaraq təyin edilib. Döyüş sursatının PUA-ların da silahlanmasında istifadə olunacağı gözlənilir və bununla bağlı hazırda işlər davam etdirilir. ROKETSAN mütəxəssislərinin

sözlərinə görə, “Yatağan” NATO kodlu və NATO kodu olmayan lazerişarələyicilərlə birlikdə istifadə oluna bilir. Paralel olaraq silah üçün kiçik ölçülərə malik xüsusi lazerişarələyici də hazırlanır.

21


OTOKAR “Ural SOV” və “Əqrəb IIe”ni təqdim etdi IDEF­2019 sərgisinə qatılan Türkiyənin müdafiə sənayesi şirkətləri arasında yenilikləri ilə diqqət çəkənlərdən biri də “Oto­ kar” şirkəti idi. “Otokar” bu dəfə sərgidə BMC şirkətinə verilən “Altay” tankının yerini boş buraxmayaraq özünün yeni zirehli döyüş maşınlarını meydana çıxarmışdı. Şirkətin stendində “Tulpar” yüngül tankı, “Bozok” qüllə sistemilə “Tulpar S” tırtıllı piya­ da döyüş maşını, 30 mm­lik “Mizraq” döyüş modulu ilə silahlandırılmış “Arma 8×8” taktik zirehli maşını, o cümlədən 25 mm­lik “Bozok” döyüş modulu ilə “Arma 6×6” zirehli maşını, minaya qarşı qorumalı “Cobra II” zirehli ambulansı nümayiş etdirilib. Bun­ dan başqa, “Üçok” döyüş modulu ilə 4x4 təkər formuluna malik “Cobra II”, “Kəskin” döyüş modulu ilə silahlandırılan 4x4 “Cobra” zirehli nəqliyyat vasitəsi, “Başok” döyüş modulu ilə 4×4 “Ural” zirehli nəqliyyat vasitəsi, o cümlədən ilk dəfə 4×4 təkər formulu­ na malik “Ural SOV” xüsusi təyinatlı maşını və elektriki mühərrikli “Əqrəb IIe” zirehli maşını sərgilənib. IDEF-2019 sərgisində ilk dəfə sərgilənən “Tulpar” yüngül tankı döyüş meydanında tanklara atəş dəstəyi üçün nəzərdə tutulub. Zirehli maşınların və xüsusilə tankların dizaynı və istehsalı sahəsindəki təcrübələrindən danışan “Otokar” şirkətinin baş direktoru Sərdar Görgücün sözlərinə görə, “Tulpar” yüngül tankının əsas hədəfi ixrac bazarıdır: “Müasir ordularda kəşfiyyat və atəş dəstəyi maşını kimi aktiv fəaliyyət göstərən yüngül tanklar dəyişən müharibə şəraiti və fərqli təhdidləri nəzərə alsaq, sektorda artan bir eh ti yac ola raq önə çıx ma ğa baş la yıb. Dünyanın müxtəlif regionlarındakı müştərilərimizin istəklərini nəzərə alaraq, öz imkanlarımız hesabına, “Tulpar” yüngül tankını yaratdıq. Yaxın zamanlarda yüngül tankların ordu inventarında daha tez-tez görüləcəyinə inanırıq”.

Sərdar Görgüc bildirib ki, “Tulpar” tankı iki ölkədə atış testlərində uğurlu performans göstərib. Hərəkət qabiliyyəti, atəş gücü və davamlılığı ilə diqqət çəkən “Tulpar” tankı “CMI Cockerill 3105” qülləsi ilə silahlandırılıb. Qülləyə daxil olan avtomat doldurma rejiminə malik 105 mmlik topu bütün 105 mm NATO sursatları və eyni kalibrli “Falarick” tankəleyhinə idarə olunan mərmilərlə atış edə bilir. Stabilləşdirilmiş, gecə/gündüz termal kamera sistemləri ilə təchiz edilən atış nəzarət sistemi ilk atışdan hədəfi dəqiq vurmağa imkan verir. Yüksək manevr qabiliyyəti sayəsində “Tulpar” ağır tankların istifadə edilə bilmədikləri ərazilərdə, dar küçələr və yüngül körpülərin yer aldığı şəhərlərdən ağaclıq ərazilərə qədər hər cür döyüş şəraitində istismar oluna bilir.

“Otokar” sərgidə ilk dəfə təqdim elədiyi “Əqrəb IIe” yeni nəsil zirehli maşın Türkiyənin ilk elektrikli zirehli maşını hesab olunur. “Əqrəb IIe”nin təqdimatı sərgidən əvvəl şirkətin Sakaryadakı fabrikində keçirilib. S. Görgüc bildirib ki, yeni yaradılan “Əqrəb IIe” “Otokar” şirkətinə elektiriklə çalışan hərbi maşınların yaradılması istiqamətində təcrübə qazandırıb. Şirkət rəhbəri hesab edir ki, son 20 ildə dünyada dəyişən təhdidlər səbəbindən patrul və kəşfiyyat maşınlarına olan ehtiyac artıb: “Bütün bunlar nəzərə alınaraq, “Əqrəb II” istifadəçilərimizin hər cür kəşfiyyat və müşahidə əməliyyatları daxil olmaqla, çox sayda silah sisteminin inteqrasiyasına imkan verən, kiçik siluetli, yüksək ballistik qorumalı zirehli maşın ehtiyaclarını qarşılamaq məqsədi ilə ha-


“Otokar” şirkəti tərə indən ilk təqdimatı IDEF­2019 sərgisində keçirilmiş hibrid mühərrikə malik “Əqrəb IIe” zirehli patrul maşını. Foto: Otokar

zırlanıb. Yüksək atış gücü, üstün qoruma və davamlılıq qabiliyyəti, kiçik siluet, yüksək hərəkət və manevr imkanları ilə “Əqrəb IIe”nin xüsusilə ixrac bazarlarında müvəffəqiyyət qazanacağını gözləyirik”. “Müharibə meydanlarının şərtləri və istifadəçilərin tələbləri davamlı olaraq dəyişir. Ordular texnologiyaların avantajları və logistik üstünlüklərdən ən yüksək səviyyədə faydalanmaq istəyirlər. Bu səbəbdən də modern ordularda yeni nəsil

maşınlar və həll gözləntiləri artır. Bütün bu gözləntiləri nəzərə alaraq, “Əqrəb II”ni hər cür müasir və gələcək texnologiyalara inteqrasiya imkanı yaradacaq şəkildə dizayn etdik. Məsələn, uzunmənzilli kəşfiyyat və müşahidə sistemləri ilə təchiz edilən bir “Əqrəb II” yüksək təsbit və tanıma imkanlarından istifadə edərək məlumatları anında rəqəmsal informasiya sistemlərinə göndərə biləcək”. Qeyd edək ki, modulyar platformaya sahib “Əqrəb IIe” kəşfiyyat və müşahidə

sistemləri ilə təchiz edilib. “Əqrəb IIe” üzərindəki müasir aşkarlama və kəşfiyyat sistemləri əldə etdiyi məlumatları eyni vaxtda rəqəmsal məlumat sistemlərinə ötürə bilər. Elektrik mühərriki və modern akkumulyator batareyaları ilə təchiz edilən zirehli maşın yüksək sürət və səsiz hərəkət avantajlarını bir arada təqdim edir. Maşının həm önündə, həm arxasında batareya quraşdırılacaq yerlər var. Müştərinin istəyinə görə, əlavə batareyalarla maşının gediş məsafəsinin artırılması mümkündür. Zirehli maşın kiçik silueti (u zun lu ğu 5500 mm, eni 2500 mm, hündürlüyü 1800 mm, klirensi 400 mm) infraqırmızı görünüşünün məhdudluğu ilə fərqlənir. Sərdar Görgücün sözlərinə görə, “Əqrəb IIe”nin mühafizə səviyəsi “Cobra II” zirehli maşınları ilə eyni olsa da maşın “Cobra II”dən daha yüngüldür. Run-flat təkərlərlə təchiz edilmiş, maksimum sürəti 110 km/saat olan “Əqrəb IIe”nin gediş ehtiyatı 250 km təşkil edir. Çəkisi 13500 kq olan maşının heyəti sürücü, komandir və atıcı olmaqla 3 nəfərdən ibarətdir. Yaxın vaxtlarda “Əqrəb IIe”nin sınaqlarına başlanması və yaxın bir il içində seriyalı istehsala hazırlanması planlaşdırılır. “Otokar”ın ilk dəfə nümayiş etdirdiyi “Cobra II” zirehli nəqliyyat vasitəsinin ambulans konfiqurasiyası özünün yüksək ballistik mühafizəsi və minaya qarşı qoruması ilə fərqlənir. “Cobra II” bu parametrləri ilə yüksək təhlükəli ərazilərdə standart bir ambulans ilə görüləcək bütün müdaxilələri yerinə yetirmək qabiliyyətindədir. Ambulans döyüş sahəsinin içərilərinə qədər girib, təhlükəli bölgədə yaralıların həyatını qurtarmaq və təcili müdaxilə xidmətlərini yerinə yetirə bilmək üçün zəruri avadanlıqlarla təchiz olunub. Ambulans versiyada “Cobra II”nin hündürlüyü və genişliyi artırılıb və böyük bir daxili həcm təmin edilib. Arxa qapı təcili yardım istifadəsi üçün xüsusi bir rampa formasına salınıb. “Cobra II” ambulansın sürücü, komandir, tibb heyətindən başqa 2 oturulu və 1 uzanılmış, yaxud da 2 uzanıqlı yaralı daşıya bilən iki komfiqurasiyası mövcuddur. “Otokar”ın 4×4 təkər formuluna malik çox təyinatlı və modulyar “Ural” maşın ailəsinin yeni – “Ural SOV” xüsusi təyinatlı maşını yüksək manevr qabiliyyətinə malikdir. Yarımgövdə zirehi, maşının dib hissəsinin və divarının zirehli olması istifadəçiyə ballistik, mina və əldəqayırma partlayıcılardan qorunmanı təmin edir. Komandir və sürücü daxil 5 heyəti daşımaq qabiliyyətinə malik “Ural SOV” nəqliyyat 4x4 təkər formuluna malik “Ural SOV” nəqliyyat vasitəsi xüsusi təyinatlıların nəqli üçün nəzərdə tutulub. Foto: AD

23


Cobra II

vasitəsi çətin ərazi və iqlim şərtlərində yüksək manevr performansı göstərir. 168 at gücünddə mühərriklə təchiz edilmiş maşının maksimum sürəti 110 km/saat, gediş ehtiyatı 600 kilometrdir. Maşının üst hissəsində 12.7 mm, ön və arxa tərəfə 7.62 mm çaplı pulemyotların taxılması və sürətli şəkildə çıxarıla bilməsi üçün dayaqlar mövcuddur. Maşının mobilliyi onun helikopterlərlə istənilən əraziyə nəql edilməsinə imkan verir. Maşının uzunluğu 4850 mm, eni 2220 mm, hündürlüyü 2100 mm, çəkisi 6400 kq təşkil edir. Xüsusi təyinatlı nəqliyyat vasitəsi 6 irəli, 1 geri vitesli avtomat transmissiyaya, partlamaya qarşı qorumalı, 106 litrlik yanacaq çəninə sahibdir. Sərgidə “Otokar”ın özünün dizayn etdiyi “Üçok” döyüş modulu ilə silahlandırılmış “Cobra II” zirehli nəqliyyat

vasitəsi hazırda Türkiyə daxil olmaqla, bir neçə ölkənin silahlanmasında yer alır. Mütəxəssislərin sözlərinə görə, “Cobra II” yüksək qoruma səviyyəsi, geniş daxili bölməsi və yüksək manevr qabiliyyəti ilə sələfi “Cobra”dan fərqlənir. Maşının əsas xüsusiyyətlərindən biri də universal platforma olması, başqa sözlə fərqli tapşırıqlar üçün konfiqurasiya edilə bilməsidir. V formalı gövdəyə sahib olması maşının mina, improvizə edilmiş partlayıcılar və ballistik təhdidlərə qarşı qorumasını təmin edir. Döşəmənin dibi heyəti mina partlayışlarından qorumaq məqsədi ilə əlavə kompozit zirehlə gücləndirilib. Maşında mina partlayışının təsirini azaldan oturacaqlar tətbiq olunub. Qeyd edək ki, “Otokar” ixracata “Cobra II”nin amfibiya versiyasını da təklif edir. Texniki göstəricilərinə gəlincə, “Cobra II”nin

“Cobra II” ambulans versiyası və sanitar maşının daxili interyeri. Foto: AD

24 www.azeridefence.com

uzunluğu 5600 mm, eni 2500 mm, hündürlüyü 2200 mm, çəkisi 12000 kq, amfibiya versiyasının isə uzunluğu 6000 mm, eni 2700 mm, hündürlüyü 2300 mm, yerdən hündürlüyü isə 500 mm, sürəti 110 km/saat, gediş ehtiyatı 700 kilometrdir. 6.7 litrlik 6 silindirli, 360 at gücündə dizel mühərrik və 200 litrlik yanacaq çəni ilə təchiz olunmuş “Cobra II” komandir və sürücü daxil 9 personal daşıyır. “Otokar” mütəxəssislərinin verdikləri məlumatlara görə, “Cobra II” platforması üzərində ötən illərdə təqdim olunan zirehli yük maşını eyni manevr imkanlarını və bənzər texniki göstəriciləri özündə saxlamaqla, 2,5 ton yük götürə bilir. Yük daşımadan əlavə olaraq, maşının üzərinə müxtəlif silah sistemlərinin qurulması (hava hücu mundan müdafiə raketləri, minaatanlar, YARS-lar) mümkündür.


MKE “Gatling” pulemyotlarına yönəldi

IDEF-2019 sərgisinə çeşidli yeniliklərlə qatılan Makina və Kimya Sənayesi Təşkilatının (MKE) diqqət çəkən silahları ilk dəfə nümayiş etdirilən 12.7x99 mm və 20 mm “Gatling” pulemyotları və 120 mm avtomatik minaatan olub. Bundan başqa MKE sərgidə ilk dəfə üzərində 5.56 mm və 7.62 mm çaplı pulemyotlarla silahlandırılmış döyüş modullarını, 155 mm-lik idarəedilən mərmi, 5.56x45 mm polimer başlıqlı patron, 12.7x99 mm zirehdələn-yandırıcı snayper patronu, 40 mm yüksək sürətli qumbaraatan sursatı, 40 mm çaplı proqramlaşdırılan qəlpəli mərmi, tank topu üçün 120 mm HEAT kumulyativ zirehdələn sursatını ilk dəfə nümayiş etdirib. Şirkət mütəxəssislərinin sözlərinə görə, 3 lüləli 12.7x99 mm pulemyota malik “Gat-

ling” tipli pulemyot nəqliyyat vasitələri, helikopterlər və döyüş gəmilərində istifadə oluna biləcək. Pulemyotun lüləsinin uzunluğu 900 mm, çəkisi 75 kq, atış tezliyi dəqiqədə 1000 + 200 atəş, effektiv atış mənzili 1700 metr təşkil edir. MKE-nin təqdim elədiyi silah sistemi analoqlarından fərqli olaraq daha incə dizayn olunub və daha az həcmə malikdir. Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə yaradılan 6 lüləli 20 mm-lik “Gatling” tipli digər top sisteminin kalifikasiya testləri yekunlaşmaq üzrədir. Sistemə həmçinin idarə olunan raketin, yaxud “Stinger” zenit raketinin inteqrasiyası nəzərdə tutulur. Məsafədən idarə olunan döyüş modulu gecə/gündüz kamerası, termal kamera, lazer məsafə ölçənlə təchiz olunub. Modul nəqliyyat vasitəsi

hərəkətdə olduğu zaman da atəş aça bilir. Döyüş modulunun atış tezliyi dəqiqədə 45006000 atəş, mərminin lülədən çıxış sürəti 1030 m/s təşkil edir. Çəkisi 112.5 kq olan silahın geri təpməsi 9.4 kN-dır. Top istənilən hava şəraitində ətraf mühitin -46 və +50ºC temperatur diapazonunda istismar oluna bilər. Sərgidə MKE tərəfindən təqdim olunan 120 mm-lik avtomatik minaatan kompleksi özüdolduran iş prinsipinə malikdir. Yeni minaatan kompleksi 9 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verəcək. MKE-nin öz imkanları hesabına yaratdığı 120 mm avtomatik minaatan kompleksinin beş fərqli nümunəsi hazırlanıb. Minaatanın lüləsinin uzunluğu 1900 mm, xəzinəsinin tutumu 30 mərmi, atış tezliyi dəqiqədə 10 atəş təşkil edir. MKE mütəxəssislərinin sözlərinə görə, təşkilata daxil olan müəssisələrin üzərində işlədikləri strateji layihələrdən biri də 120 mm lazer idarəetməli tank mərmisidir. MKE öz imkanları ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün 2018-ci ilin yanvar ayında sözügedən layihənin icrasına başlayıb. 120 mm tank toplarından atılacaq yeni sursat ən az 5 km mənzilə və 750 mm zirehdəlmə qabiliyyətinə sahib olacaq. Bundan başqa, MKE öz imkanları ilə 155 mm çaplı idarə olunan top mərmisinin də üzərində işləyir və layihə çərçivəsində T-155 “Fırtına” özüyeriyən haubitsalardan atılacaq idarə olunan mərminin yerli olaraq istehsalı planlaşdırılır. Qeyd edək ki, Türkiyə bu günədək 155 mm çaplı mərmiləri xaricdən idxal edib. GPS və INS idarəetmə sisteminə sahib olan sursat 60 km mənzildəki zirehli və ya zirehsiz sabit hədəflərə qarşı istifadə oluna biləcək.

“Tekom” Azərbaycanla əməkdaşlığa başlayır Türkiyənin zirehli və zirehsiz hərbi nəqliyyat vasitələri istehsalçılarının 2004-cü ildən elektronika və işıqlandırma sistemləri ilə təchiz edən “Tekom” şirkəti Azərbaycana da öz məhsullarını ixrac etməyə başlayıb. Hazırda Azərbaycan Ordusunda həyata keçiriləcək bir neçə layihədə iştirakla bağlı danışıqlar aparır. “Tekom”un imkan və qabiliyyətləri barədə məlumat verən şirkətin həmtəsisçisi Yusuf Fidanın sözlərinə görə, 2015-ci ildən etibarən “Tekom” müxtəlif məhsullar, o cümlədən maşın içi və xarici işıqlandırma cihazları, limit svitç, DC-DC konverter və sensorlarla beynəlxalq sərgilərdə iştirak etməyə başlayıb. Hazırda “Tekom”un işıqlandırma sistemlərinin Türkiyənin “Otokar”, BMC, “Nurol Makina” şirkətlərinin istehsal etdikləri zirehli maşınlarında istifadə olunduğunu qeyd edən Y. Fidanın sözlərinə görə, şirkət sensor sistemlərini müştərilərin ehtiyaclarına uyğun olaraq istehsal edir. “Şirkətimizin əsas istiqaməti, peşəkarlaşdığı sahə işıqlandırma sistemləridir. Bütün daxili və xarici işıqlandırma sistemlərimiz, sensorlarımız, elektrik avadanlıqlarımız NATO standartlarına uyğun istehsal edilir. TUSAŞ şirkəti ilə birlikdə aviasiyada istifadə olunan işıqlandırma sistemərinin də istehsalına başlamışıq. Artıq tərəfimizdən helikopter və təyyarələr üçün naviqasiya lampaları, quyruq lampaları, axtarış-xilasetmə lampaları və bir çox məhsul yaradılıb”, – deyə şirkət rəhbəri bildirib.

“Tekom” şirkətinin Azərbaycana hərbi texnikalar üçün işıqlandırma sistemlərinin ixracını həyata keçirdiyini deyən şirkət rəhbərinin sözlərinə görə, şirkət Azərbaycan Ordusu ilə bir neçə mühüm layihəni həyata keçirir. Aprel ayının 30-da İstanbul şəhərində keçirilmiş IDEF-2019 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun “Tekom”un stendini ziyarət elədiyini deyən Yusuf Fidan Azərbaycanla iş birliyinin daha da artacağına inandığını bildirib.

25


“Altay” tankında ASELSAN sistemləri Hər il olduğu kimi, bu il də IDEF sərgisində 120­si ilk dəfə olmaqla, 300­dən çox yeni məhsulunu nümayiş etdirən ASELSAN sərginin ən çox diqqət çəkən və yenilikçi iştirakçısı adına layiqdir. ASELSAN məhsullarına şirkətin öz stendindən əlavə, demək olar ki, Türkiyə müdafiə sənayesini təmsil edən bütün aparıcı şirkətlərin sərgilədikləri quru, hava və dəniz platformalarının üzərində rast gəlmək mümkün idi. ASELSAN­ın məhsul portfelinə nəzər yetirsək, rabitə, optika və radioelektron məhsullarla yanaşı, son illər silah sis­ temlərinə də daha çox ağırlıq verildiyini görmüş olarıq. Hazırda ASELSAN silah sistemləri sahəsində 5.56 mm çaplı pu­ lemyotla silahlanmış döyüş modulundan elektromaqnit topa qədər çox geniş çeşiddə məhsullara sahibdir. Şirkət Türkiyə­ nin mühüm hava hücumundan müdafiə sistemləri layihələrində, dəniz layihələrində, həmçinin “Altay” tankı və T­155 “Fır­ tına” özüyeriyən haubitsa proqramlarında yer alır.

S

ərgidə nümayiş etdirilən yeniliklər arasında diqqətimizi çəkənlərdən biri də ASELSAN-ın 120 mm-lik “Alkar” avtomatik minaatanının 81 mm-lik minaatanlara uyğunlaşdırılmış versiyası oldu. Sınaqları 2018-ci ildə tamamlanmış “Alkar”ın 120 mm-lik versiyasından fərqli olaraq, 81 mm-lik versiya daha kiçik qabaritli nəqliyyat vasitələrinə inteqrasiya oluna biləcək. Bəzi məlumatlara görə, Mərkəzi Asiya regionunda artıq Qazaxıstan və Özbəkistan “Alkar”a marağını ifadə edib. Bazardakı “Spear Mk 2” (İsrail), “Scorpion” (BƏƏ-Sinqapur) və EİMOS (İspaniya) minaatanları ilə rəqabət apara biləcək, hətta onlarda olmayan bəzi xüsusiyyətlərə sahib olduğu bildirilən “Alkar” minaatanı üçün böyük ixrac potensialı görünür. ASELSAN yetkililərinin sözlərinə görə, effektiv şok söndürmə sisteminə sahib olan, 81 mm-lik minaatanla silahlandırılmış “Alkar”ın yeni versiyası sözügedən minaatanlarda mövcud olan 30 tona qədər təpmə qüvvəsini 6 tonadək endirməyi bacarır. Bu xüsusiyyəti və kiçik ölçüləri bu kompleksi 4x4 təkər formuluna malik müxtəlif zirehli və zirehsiz, o cümlədən pik-up nəqliyyat vasitələrinə qurmağa imkan verir. 81 mm-lik versiyada minaların silaha daxil edilməsi manuel olaraq, lülənin istiqamətlənməsi,

26 www.azeridefence.com

yüksəlmə və enmə funksiyaları, xəritə üzərində hədəflərin müəyyənləşdirilməsi, koordinatların daxil edilməsi avtomatik şəkildə, kompüter üzərindən həyata keçirilir. ASELSAN-ın ilk dəfə təqdimatı keçirilən yeniliklərindən biri də “Qorqud” zenittop kompleksinin dəniz platformaları üçün “Gökdəniz” zenit­top kompleksi

hazırlanmış “Gökdəniz” adlı versiyası olub. Daha əvvəllər adı “Qorqud-D” olaraq keçən “Gökdəniz” gəmilərin idarə olunan gəmi əleyhinə raketlər, pilotsuz uçuş aparatları, təyyarə və helikopterlərdən müdafiəsi üçün təyinatlandırılıb. Sistem eyni zamanda yaxın məsafədəki suüstü asimetrik təhdidlərə qarşı da effektiv olacaq. “Gökdə-


Yuxarıda: ASELSAN şirkətinin baş direktoru Haluk Görgün Azərbaycanın Müda iə naziri Zakir Həsənova xatirə hədiyyəsi təqdim edərkən. Aşağıda: ASELSAN şirkətinin istehsalı olan müxtəlif döyüş modulları. Foto: AD

niz” ASELSAN tərəfindən yaradılmış 35 mm çaplı proqramlaşdırılmış qəlpələnən mərmilərdən (ATOM) istifadə edir. Hədəflərin aşkarlanmasını, analizini və zərərsizləşdirilməsini tam avtonom şəkildə həyata keçirəcək sistemdə 3 ölçülü axtarış radarı, atəş-nəzarət radarı və elektrooptik sensorlar yer alıb. IDEF-2019 sərgisində “Altay” tanklarında yer alacaq sistemlərin tədarükünə dair BMC və ASELSAN şirkətləri arasında müqavilə imzalanıb. ASELSAN şirkətinin mətbuat mərkəzinin IDEF-2019 sərgisində yayımladığı məlumata görə, “Altay” tankının seriyalı istehsalı layihəsi çərçivəsində ASELSAN-ın aldığı sifarişin ümumi həcmi 840 986 250 avroya çatıb. Layihə çərçivəsində qazanılan təcrübə ilə ASELSAN dünyada əsas döyüş tanklarına aid bütün idarəetmə avadanlıqları və proqramını öz imkanları ilə yerli və milli olaraq yaradan, onları tanklara inteqrasiya edən yeganə şirkət ünvanına sahib olub. Şirkətdən bildirilib ki, keçdiyimiz illər ərzində fərqli tankların müasirləşdirilməsi proqramlarında yer alan ASELSAN tank sahəsində qazandığı önəmli təcrübə ilə “Altay”ın bütün mühüm idarəetmə sistemlərini və proqramlarını hazırlayıb. “Altay”ın prototipləri üzərində ASELSAN sistemlərinin inteqrasiyası və onların uyğunlaşdırılması “Altay” layihəsinin I Fazasında gerçəkləşdirilib. Bu müddətdə hazırlanmış sistemlər “Altay” tankının prototipləri üzərində 2000-dən çox atışla və bir tankın ömrü boyunca məruz qalacağı hər cür çətin şərtlərdə 10 min km-dən çox məsafədə hərəkət testlərindən uğurla sınaqdan keçib.

Qeyd edək ki, “Al tay” tank la rın da ASELSAN şirkəti tərəfindən istehsal olunan tank atiş-kontrol sistemi, tank komanda-nəzarət rabitə və informasiya sistemi, məsafədən idarə olunan döyüş modulu, “Ak kor” ak tiv müha fi zə komp lek si, sürücünün görmə cihazları, lazer xəbərdarlıq sistemi, döyüş sahəsini tanıma-tanıtma və yaxın məsafə nəzarət sistemləri yer alacaq.

Ukrayna Ordusu “ASELSAN” dedi IDEF-2019 sərgisi çərçivəsində ASELSAN və Ukraynanın “SpetsTechnoExport” (STE) şirkəti arasında Ukrayna Ordusuna

rabitə vasitələrinin və tank əleyhinə raket kompleksləri üçün “Dördgöz-S” termal kameraların tədarükünə dair müqavilə imzalanıb. Qeyd edək ki, 2017-ci ildə Ukrayna Silahlı Qüvvələri tərəfindən elan edilən tenderdə ASELSAN Amerikanın “Harris”, İsrailin “Elbit Systems” və Almaniyanın “Rohde and Schwarz” şirkətləri ilə yarışaraq tenderin qalibi olmuş, 2017-ci ilin oktyabr ayında Kiyevdə keçirilən müdafiə sərgisində ASELSAN və STE arasında rabitə vasitələrinin ilk partiyasının çatdırılmasına dair memorandum imzalanmışdı. Sərgi çərçivəsində ASELSAN və Müdafiə Sə na ye si Ka tib li yi ara sın da Aşa ğı Hündürlük Radarı (AİR) layihəsi də imzalanıb. Layihə çərçivəsində Erkən Xəbərdarlıq Radarları tərəfindən görülməyən aşağı hündürlük və orta/uzun mənzilli sahələri əhatə edən radarların istehsalı nəzərdə tutulur. Layihə üzrə ilk radarın Silahlı Qüvvələrə 2022-ci ildə verilməsi və ümumilikdə 5 AİR sisteminin çatdırılması planlaşdırılır. ASELSAN mütəxəssisləri IDEF sərgisində model olaraq sərgilənən, F-16 təyyarələri üçün nəzərdə tutulan AESA radarı barədə də məlumat veriblər. 2022-ci ilədək yaradılması tamamlanacaq AESA radarı bir çox üstünlükləri ilə xarici analoqlarından fərqlənəcək. Bu radarın Amerikanın “Northrop Grunman” şirkətinin istehsal etdiyi APG-83 radarına rəqib olacağı iddia edilir.

27


Türkiyə sərhədlərinə “Atəş” dəstəyi Son IDEF sərgilərində özünün yenilikləri ilə diqqət çəkən “Katmerciler” şirkəti bu il ilk dəfə olaraq hüquq-mühafizə orqanları üçün yaradılmış “Kiraç” adlı yeni nəsil kriminal araşdırma maşınını təqdim edib. Maşının Müdafiə Sənayesi Komitəsi ilə imzalanmış müqavilə çərçivəsində Əmniyyət Baş İdarəsi üçün xüsusi olaraq yaradıldığını deyən şirkət rəsmilərinin sözlərinə görə, “Kiraç” zirehli personal daşıyıcı, komanda-idarəetmə maşını və daxili təhlükəsizlik maşını kimi dəyişdirilə bilən dizayna sahibdir. Artıq şirkət “Kiraç” layihəsi çərçivəsində 4 fərqli konfiqurasiyada istehsal ediləcək maşınların prototiplərini hazırlayıb. Qəbul sınaqları tamamlanan maşının seriyalı istehsalına başlanıb. Dizayndan asılı olaraq sürücü və komandir daxil 29 nəfəri daşıyan maşın müstəqil asqıya, avtomatik ötürmələr qutusuna malikdir. 4x4 təkər formuluna malik maşın müxtəlif səviyyələrdə zirehləndirilə bilir. 20% yana maili hərəkət edə, 30% dik ərzilərə qalxa bilir. Maşının müstəqil asqı sistemləri ona inteqrasiya edilmiş yüksək həssaslığa malik cihazların fəaliyyətinə maneə törətmir. “Kiraç” kriminal araşdırma maşını

28 www.azeridefence.com

Mütəxəssislərin sözlərinə görə, təchiz edildiyi kameralar maşının 360 dərəcə bucaq altında müşahidəsinə imkan verir. Bundan başqa, maşın daxilində interkom sistem və GPS mövcuddur. Gizli zirehlə qorunan maşının ön və yanlarında atış mazğalları var. “Kiraç”ın hər cür iqlim şərtlərində çalışa biləcək şəkildə dizayn edildiyini vurğulayan “Katmerciler” şirkətinin mütəxəssislərinin sözlərinə görə, Kriminal Araşdırma Maşını xüsusi görünüşü ilə yanaşı, diqqət çəkən texniki xüsusiyyətlərə də sahibdir. Maşının daxildən idarə edilən diferensial kilidi, klirensin yüksək olması, qısa dönmə radiusu, xüsusilə şəhər daxilində yüksək menavr qabiliyyəti bunlardan bir neçəsidir. “Kiraç”da şinlərin mərkəzləşdirilmiş doldurulması ilə yanaşı, run-flat təkərlərdə istifadə olunur. Avtomat ötürmələr qu tu su ilə təc hiz edil miş ma şın da mövcud olan ağır və sürətli transfer qutusu ərazidə və düz yolda yüksək performans üçün ən önəmli komponentlərdəndir. “Kiraç”ın daxilində ofis bölməsi, əşya və dəlillərin mühafizə bölməsi, laboratori-

ya kimi bölmələr mövcuddur. Maşının təchizatında kriminal araşdırmalar üçün atəş məsafəsini və istiqamətini təsbit edən cihazlar, barmaq izlərini oxuma, kimyəvi analiz aparatları, internet və peyk rabitəsi və s. mövcuddur. IDEF-2019 sərgisinin başa çatmasından bir neçə həftə sonra – may ayının 16da Ankarada “Katmerciler” və ASELSAN şir kə ti nin bir gə iş ti ra kı ilə ya ra dıl mış “Atəş” zirehli mobil sərhəd nəzarət kompleksinin 20 ədədlik ilk partiyası Daxili İşlər Nazirliyinə təhvil verilib. “Katmerciler” şirkətinin İdarə Heyətinin sədri İsmail Katmerci bildirib ki, layihə çərçivəsində bu il ərzində 57 ədəd “Atəş” mobil sərhəd nəzarət kompleksinin istehsal edilərək sifarişçiyə çatdırılması planlaşdırılır. Qeyd edək ki, ASELSAN tərəfindən yaradılan “Atəş” mobil sərhəd nəzarət kompleksi “Katmerciler” şirkətinin 4x4 “Xızır” zirehli maşınının bazasında yerləşdirilib. Kompleksə ASELSAN şirkətinin istehsalı olan “Acar” nəzarət radarı, “Şahingözü-OD” elektrooptik sensor sistemi, “Səda” (“Yankı”) atəş yeri aşkarlama sistemi daxildir. Mövcud radar və elektrooptik sistem vasitəsi ilə kompleks gecə və gündüz 40 km qədər məsafəyə nəzarət etməyi bacarır. Atəş yeri təsbit sistemi vasitəsi ilə əldə olunan düşmənin koordinatlarının yaxınlıqdakı atəş vahidlərinə ötürülməsi təmin edilir. 4x4 təkər formuluna və 400 at gücündə mühərrikə sahib “Atəş” mina partlayışlarına qarşı qorumanı təmin edən V formalı monokok gövdəyə sahibdir. Altı heyətə malik zirehli maşın mina partlayışının təsirini udan oturacaqlarla komplektləşdirilib. 16 ton ağırlığa malik “Atəş” zirehli nəqliyyat vasitəsinin maksimum sürəti 120 km/saat, gediş ehtiyatı 700 kilometrdir. Maşın 30% yana maili hərəkət edə, 60% hündürlüyə qalxa, 9 metr radiusda dönə, 1 metr dərinliyində su maneələri, 45 sm hündürlüyündə dik maneələri, 1 metr enində xəndəkləri dəf edə bilir.



Orduların və donanmaların seçimi – İŞBİR generatorları Hərbi təyinatlı və gəmi tipli generatorların əsas istehsalçısı, Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fonduna (TSKGV) daxil olan “İŞBİR Elektrik” şirkəti Türkiyədə 10 kVA-dan 2000 kVA-dək gücdə dəyişən cərəyan generatorlarını istehsal edən yeganə şirkətdir. İŞBİR tərəfindən hazırlanan sinxron və gəmi tipli (marin) generatorları hazırda Türkiyə və Azərbaycan daxil olmaqla bir çox ölkələrin orduları, Hərbi Dəniz Qüvvələri (HDQ), eləcə də mülki sektor şirkətləri tərəfindən istifadə edilir.

IDEF-2019 sərgisində müxtəlif dəyişən cərəyan generatorlarını və hərbi standartlara uyğun səssiz generator nümunələrini nümayiş etdirən İŞBİR şirkətinin baş di rek to ru Bürhan Özgür AZE Rİ DEFENCE jurnalının əməkdaşları ilə söhbətində bildirib ki, rəhbərlik etdiyi şirkətin istehsal etdiyi dəniz (marin) tipli alternatorlar Türkiyə HDQ-nin MİLGEM, LST, Yeni Tip Gözətçi Gəmisi (Yeni Tip Karakol Botu –YTKB) kimi milli layihələrdə istifadə edilir. Bundan başqa, 16 ədəd yeni tip gözətçi gəmisinin, Seysmik Araşdırma Gəmisinin, tankdaşıma gəmisinin generatorları İŞBİR tərəfindən istehsal olunaraq HDQ-nə təhvil verilib. HDQ ilə yanaşı, Quru Qoşunlarının ehtiyacları çərçivəsində Taktik Sahə Rabitə Sistemlərində (TASMUS) istifadə olunan 2x15 kVA gücündəki yedəkdə daşınan generatorlar, Avtomat laş dı rıl mış Atəş Dəs tək La yi hə si (ADOP) üçün istehsal edilən 2x15 kVA ge-

neratorlar, Mobil Yüksək Dalğa Kəsmə və Qarışdırma Sistemlərində istifadə olunan 2x13 kVA Dual generatorlar, Modulyar Müvəqqəti Bazalar üçün istehsal edilən fərqli güclərdə sinxron generatorların, sərhəd təhlükəsizliyi layihəsi çərçivəsində istifadə olunan 2x25 kVA Dual generatorlar və Radiostansiya Sistemi Layihəsi çərçivəsində istifadə olunan 2x13 kVA avtomatik yedəkli generatorlar, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Təhlükəsizlik Baş İdarəsi üçün istehsal edilmiş “Anka”, “Bayraqdar”, “Karayel” PUA-nın yerüstü sistemlərində və F-16 simulyasiya mərkəzlərinin generatorları da İŞBİR tərəfindən istehsal olunub: “Türkiyə ilə yanaşı 10 ədəd YTKB sərhəd gözətçi gəmisinin generatorları Türkmənistana ixrac olunub. Bundan başqa, Türkmənistana ixrac edilən 1 ədəd sərnişin gəmisi, 6 ədəd sürətli kater, 2 ədəd LCM (desant gəmisi), 5 ədəd yedək gəmisi, 1 ədəd hidroqrafik gəmidə istifadə edilən generatorlar da İŞBİR tərəfindən istehsal edilib. Ümumilikdə Türkmənistan HDQ və Sərhəd Qoşunlarına məxsus 25 gəmidə 62 ədəd İŞBİR generatoru istifadə olunur”. Bürhan Özgür bildirib ki, ASELSAN tərəfindən Azərbaycanda həyata keçirilən TASMUS layihəsində istifadə edilən generatorlar da İŞBİR tərəfindən istehsal olunur. Bundan başqa, şirkət Azərbaycanın AZENCO şirkətinin üzərindən silahlı qüvvələr üçün 300-ə yaxın generator satışını həyata keçirib: “Biz Azərbaycanda işlərimiz artdıqca, yerli heyətə bu generatorların istifadəsi, təmiri baxımı ilə bağlı təlimlər də keçməyi, onları hazırlamağı düşünürük”.

İŞBİR-in yeni məhsulları arasında 5 kW, 10 kW, 20 kW tək, 2x20 kW Dual, 30 kW tək, 2x30 kW Dual taktik səssiz generatorlar yer alır: “Səssiz çaışması, hərbi standartlara uyğunluğu və davamlılığı bu generatorları fərqləndirir. Bizim dizel yanacaqla çalışan səssiz taktik generatorlarımız -32, +55° temperaturlarda işləyir. Təsəvvür edin, 10 kW generatorun səsi 64 dB-dir. Səhra şəraitində, yaxud dağlıq bir yerdə gurultu olmadan, düşmənin diqqətini cəlb etmədən bu generatorları istifadə eləmək olur. Eləcə də komanda-qərargah, rabitə maşınlarında bu tip generatorlara böyük ehtiyac var”. Qeyd edək ki, xaricdə çalışan Türk mütəxəssislərin təşəbbüsü ilə 1977-ci ildə yaradılmış və adını da məhz bu işçi birliyindən alan İŞBİR A.Ş. 1988-ci ildən etibarən Türk Silahlı Qüvvələrini Gücləndirmə Fonduna (TSKGV) bağlı olaraq fəaliyyət göstərir. Şirkətimiz TSQGV nəzdindəki 6 şirkətdən biridir. İŞBİR Elektrik Sənayesi A.Ş-nin məhsulları 2004 TSE Keyfiyyət (Kalite), 2013 TSE Qızıl Keyfiyyət Mükafatı və ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi, Türk Standartları İnstitutunun Məhsul Uyğunluq sertifikatları ilə təsdiq edilib.


Yaman TUNAOĞLU: KAREL olaraq Azərbaycan Ordusunun bəzi layihələrində iştirak edirik

Rəşad Süleymanov Türkiyənin İKT sektorunun aparıcı şirkətlərindən olan KAREL Elektronik Azərbaycanda telefon stansiyaları ilə tanınsa da, son illərdə ordumzda həyata keçirilən TASMUS və AZRA proqramlarında KAREL özünün hərbi təyinatlı telefon stansiyaları, şəbəkə keçidləri və digər məhsulları ilə yer almağa başlayıb. Şirkət 2018­ci ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX­2018 beynəlxalq müdafiə sənayesi sərgisinə də qatılaraq, özünün səhra telefon stansiyalarını, alarm­anons sistemlərini və nəqliyyat vasitələri üçün interkom sistemlərini Azərbaycanın hərbi və güc strukturlarına nümayiş etdirmişdir. Şirkətin direktoru Yaman TUNAOĞLU ilə söhbətimizdə KAREL­in müdafiə sənayesindəki layihələri, təqdim etdiyi məhsullar barədə məlumat almağa çalışdıq. Azeri Defence: Yaman bəy, əvvəlcə KAREL­in fəaliyyət istiqamətləri barə­ də oxucularımıza məlumat verməyi­ nizi xahiş edirik. Yaman Tunaoğlu: KAREL şirkəti 1986-cı ildə telefon cihazlarının və stansiyaların istehsalı ilə sektorda fəaliyyətə başladı və qısa müddətdə Türkiyədə bazarın lideri oldu. 1993-cü ildə Ankarada Orqanizə Sənaye Bölgəsində fabrikimizi quraraq ora daşındıq. KAREL bu gün Türkiyənin 30-dan çox ölkəyə məhsul və texnologiya ixrac edən lider markasına çevrilib. Dünyanın bilinən və güvənilən qurumlarından olan “Brand-Finance”nin hazırladığı “Türkiyənin ən dəyərli 100 markası” siyahısında yer alan şirkətimiz Yaxın Şərq və Afrika bölgəsində lider olmaqla yanaşı, Avropanın ən böyük 3, dünyanın ən böyük 15 PBX istehsalçısından biridir. İKT sistemləri ilə yanaşı,

təhlükəsizlik sistemləri, domofonlar, alarm sistemləri, kartlı keçid sistemləri, IP DECT rabitə cihazlarının istehsalı sahəsində də KAREL böyük təcrübəyə və nailiyyətlərə sahibdir. Şirkətimiz tək telefon stansiyalarının və cihazların istehsalı ilə məşğul olmur. Zamanında “Arçelik” şirkəti üçün elektronik kartların istehsalını reallaşdırdıq. Hazırda ildə 8 milyon ədəd elektronik kart istehsal edirik. Bundan sonra, müdafiə sənayesi sektorunda ASELSAN kimi şirkətlə çalışmağa, ASELSAN üçün müəyyən məhsulların istehsalını həyata keçirməyə başladıq və beləliklə müdafiə sənayesi sektoruna daxil olduq. Hərbi təyinatlı telefon cihazları, telefon stansiyaları istehsal etdik. Bu gün bizim telefon stansiyalarımız Azərbaycan Ordusunun TASMUS proqramında və AZRA layihəsində qüllə komanda-nəzarət mərkəzində istifadə olunur. Bizim ASELSAN ilə bir çox

layihələrimiz var. Birbaşa satışa gəlincə, bu il Banqladeşdə bir tenderdə qalib olduq və müqavilə imzalamaq üzrəyik. Həmin müqaviləyə əsasən, Banqladeşə 50 ədəd telefon stansiyası göndərəcəyik. Bu yaxınlarda İraqdan da səhra telefon stansiyaları ilə bağlı bir təklif almışıq. Şirkətimiz tərəfindən istehsal edilən DS200T səhra telefon stansiyası bu gün Türkiyə, Azərbaycan və Banqladeş orduları tərəfindən istifadə olunur. Bu stansiya dünyanın hər bir yerində naqilli bağlantılarla danışmağa imkan verir. Başqa sözlə, müasir İP texnologiyalarını da özündə birləşdirən, hibrid stansiya sayılan DS200T hərbi İP radiolink avadanlıqları ilə bağlantı yaradaraq, sürətli, daşına bilən, kiçik və aşağı qiymətli bir rabitə imkanı qazandırır. Müdafiə sənayesində yaradılma və inkişaf proqramlarımız davam edir. Şirkətimizin nəzdində MIL-STD-810 standartlarına uyğun test laboratoriyası və MILSTD-461 uyumlu EMC test laborotoriyası fəaliyyət göstərir. KAREL-in həmçinin sistem inteqrasiyası ilə məşğul olan heyəti var. Biz Türkiyədəki mobil operatorlarla da çalışırıq. Türkiyənin bir neçə şəhərində MOBESE sistemləri qurmuşuq. Başqa sözlə, müxtəlif sahələrə yönəlik layihələrimiz mövcuddur. Azeri Defence: Müdafiə sənayesi sektorundakı layihələriniz barədə bir qədər geniş danışaq. Bu sektorda tele­ kom istiqamətindən başqa, perspek­ tivli hansı sahələri nəzərdən keçirir­ siniz? Yaman TUNAOĞLU: Biz müdafiə sənayesində də telekom məhsullarına ağırlıq verən bir şirkətik. Burada söhbət tək telefon stansiyalarından getmir. Gəmilər, sürətli katerlər, nəqliyyat vasitələri üçün daxili rabitə (interkom) cihazları, alarm-anons sistemləri, İP gateway istehsal edirik. Bu gün istehsal etdiyimiz adıçəkilən cihazlar hərbi və mülki gəmilərdə, “Nurol”, BMC, “Otokar” kimi şirkətlərin istehsal etdikləri zirehli hərbi texnikalarda istifadə olunur. MİLGEM korvetlərimizin telefon stansiyaları və alarm-anons sistemləri KAREL tərəfindən istehsal olunub.

31


Xüsusilə vurğulamaq istərdim ki, KAREL şirkəti olaraq, müdafiə sənayesinin telekom seqmentində hər zaman dünyada baş verən yenilikləri təqdib etməyə, bu kontekstdə yeni məhsullar yaratmağa, yeniliklərlə ayaqlaşmağa çalışırıq. Digər tərəfdən, TASMUS proqramı çərçivəsində ASELSAN-ın bəzi yeni ehtiyacları meydana çıxır və onları qarşılamalı oluruq. Hazırda şirkətimiz müxtəlif layihələr üzərində işləyir. Bunlardan biri “Hürkuş” təyyarəsinin BFI idarəetmə panelinin yaradılmasıdır. TAİ ilə ortaq layihə çərçivəsində cihazın ilk prototipini hazırladıq. Bu panel təyyarənin bütün elektronik cihazları sıradan çıxdığında belə pilotu uçuş informasiyaları ilə təmin edir. Başqa bir məhsulumuz “Anka” pilotsuz uçuş aparatlarının mühərrikinə nəzarət sisteminin istehsalıdır. Hazırda sistem yeni, yerli mühərriklə birlikdə sınaqdan keçirilir. Bu bizim üçün də yeni bir sahədir. Düşünürəm ki, bu sistemi gələcəkdə helikopter və təyyarə mühərriklərində də istifadə edə biləcəyik. Yaxın perspektiv üçün müdafiə sənayesində əsas önəm verəcəyimiz seqmentlər bunlar olacaq. “Hürkuş” ilə yanaşı, “Hürjet” layihəsində yer alacağıq. Biz paralel olaraq bulud həllər, süni intellektə yönəlik məhsullara diqqət yetirməkdəyik. Bundan başqa, hərbi və mülki maşınlar üçün elektron aynanın yaradılması istiqamətində çalışmalarımız var. Son illər bazara təklif etdiyimiz məhsullar arasında maşınlar və sürətli katerlərdə istifadə edilən interkom sistemlərinə böyük tələblər mövcuddur. Əvvəllər Türkiyənin nəqliyyat vasitələri istehsalçıları xarici bir firmadan tədarük edirdilər. Müdafiə Sənayesi Komitəmizin dəstəyi ilə biz bu layihəni reallaşdırdıq. Hansı ki, buna qədər dəniz platformaları üçün bənzər sistemlər istehsal etmişdik. Bu il BMC şirkətinə “Vuran” maşınlarında qurulmaq üçün 700-ə yaxın interkom sistemi verəcəyik. Ümumilikdə, indiyədək 2000-dən artıq maşın üçün interkom sis-

temi istehsal etmişik. Onu da deyim ki, bizim məhsullar həm keyfiyyət baxımdan, həm də qiymətinin əlverişli olması baxımından xarici analoqlarından üstündür. Biz bu məhsullarımızı eyni zamanda qardaş Azərbaycana da təqdim etmək istərdik. Qeyd edim ki, tərəfimizdən dəniz və quru nəqliyyat vasitələri, döyüş maşınları üçün istehsal edilən, intercom dediyimiz daxili rabitə sistemləri titrəyişlər, şok, isti kimi təsirlər altında belə işləyir. Su keçirmir, yüksək davamlılığa, elastik dizayna malikdir. Fərqli sayda istifadəçi qoşula bilir. Öncə qeyd etdiyim kimi, interkom sistemlərimizin maşın istehsalçıları arasında son zamanlar daha da populyarlaşdığını görürük. Bu sistemlər iki fərqli radiostansiya ilə bağlantı yaratmağa, maşın komandiri və heyət arasında əlaqəni təmin etməyə imkan verir. Onu da deyim ki, KAREL olaraq bu cihazları istifadəçinin tələblərinə uyğun olaraq fərqli dizayn və formalarda təqdim edirik. Müdafiə qurumlarına təklif etdiyimiz və hazırda istifadədə olan bəzi məhsullarımız barədə məlumat vermək istərdim: DS200D/T seriyalı rabitə sistemlərimiz quru və dəniz sektorunda istifadə üçün iki versiyada təqdim olunur. Çətin səhra şəraitində istifadə üçün nəzərdə tutulan DS200T cihazı təsirlərə qarşı yüksək dayanıqlığa malikdir. Cihazda xarici rəqiblərindən fərqli olaraq asan istifadə üçün arxadan aydınlatmalı geniş ekranı və düymələr, kabinalara taxılan asqı, qulaqcıq dəsti və PC bazalı sistem idarəetmə interfeysi tətbiq olunub. Bu cihaz analoq/IP/ISDN terminalları, telesekretar, faks, modem, GSM şəbəkə keçidi və digər naqilli rabitə cihazları ilə bağlantı yaratmağa imkan verir. Bu gün Türkiyə Hərbi Dəniz Qüvvələri daxil olmaqla, bir çox qurumlarda istifadə olunan məhsullarımızdan biri də Kiçik ölçülü katerlər üçün AD102 markalı xəbərdarlıq­anons cihazı və TAG102 IP şəbəkə keçidi Foto: Karel

32 www.azeridefence.com

DST­200T səhra IP telefonu

AD101 Hərbi Gəmi Alarm və Anons Sistemimizdir. AD101-dən istifadə etməklə, alarm və ünvan sistemi ilə bölgədə xəbərdarlıq siqnalları verilə, həmçinin radio-CD vasitəsi ilə mahnı yayımlamaq olar. AD101 sistemi Rabitə Açarlama Sistemi (MAS) və hərbi gəmi telefon stansiyaları ilə inteqrasiya edilmiş şəkildə çalışır. Sistem həmçinin həm MAS üzərindən təyin edilmiş istifadəçi stansiyalarına, həm də telefon stansiyası üzərindən mikrofon dəsti ilə alarm və anons vermək üçün xarici interfeysə malikdir. MIL-STD-461E və MIL-STD-810F hərbi standartlara uyğun olaraq hazırlanan hərbi konnektorlar, korroziya, titrəyiş və digər problemlərin qarşısını alır. Azeri Defence: Məhsullarınızdan bəhs edərkən şəbəkə keçidindən – IP­gatewaylardan bəhs etdiniz. Onu həm də ilk dəfə IDEF­2019 sərgisində nümayiş etdirdiniz. Bu cihaz barədə detallı məlumat verməyinizi istərdik. Yaman TUNAOĞLU: IP gateway analoq və IP sistemlərin bir-birinə keçidini təmin etmək üçün nəzərdə tutulur. Bu şəbəkə keçidi həllərini şirkətimizin daxili imkanları hesabına həyata keçirdiyimiz proqram çərçivəsində hazırlamışıq.


kriptolu səs rabitəsini həyata keçirə bilən MILSEC-1A cihazıyla uyumlu şəkildə çalışır. Bizim sərgidə nümayiş etdirdiyimiz digər yeni məhsulumuz isə MAS-200 interkom sistemidir. MAS200 cihazı 30 istifadəçi stansiyasını dəstəkləyir və 4 ayrı radiostansiyaya bağlanır. Cihaz HDQ-nin SAT katerlərinin daxili rabitə ehtiyacları üçün yerli həll olaraq təqdim edilir. Azeri Defence: Azərbaycan və Mər­ kəzi Asiya regionundakı fəaliyyətlə­ riniz barədə nələri söyləyə bilərsiniz? Gələcək planlarınız nədir?

Hərbi gəmilər üçün AD­101 xəbərdarlıq və anons cihazı

Hürkuş” təyyarəsi üçün BFI idarəetmə paneli

Hərbi gəmilərdəki peyk rabitə sistemlərində istifadə oluna bilən 7 analoq və E1 xəttini IP teleporta daşıyan şəbəkə keçidimiz artıq istifadəyə qəbul olunub. Bundan başqa, qarşıdakı aylarda Quru Qoşunlarımızda 14 analoq+E1 IP çeviricili AG102 model şəbəkə keçidimiz istifadə olunmağa başlayacaq.İstehsal etdiyimiz Radiostansiya Şəbəkə Keçidi (RoIP) məhsullarımızdan TAG101 4 radiostansiya və 14 analoq portu IP-yə çevirmə tutumuna malikdir. AG101, AG102 və TAG102 hərbi təyinatlı şəbəkə keçid cihazlarımız FXS moduluna bağlanacaq analoq telefon interfeyslərindən alınan informasiyanı və RoIP moduluna bağlanan radiostansiya interfeyslərindən alınan informasiyanı ethernet/IP informasiyası halına gətirib, birləşdirərək tək bir portdan ötürmək və

əks istiqamətdə tək bir portdan daxil olan informasiyanı FXS və RoIP interfeysinə paylaşdırmaq məqsədi ilə istifadə olunur. Gateway cihazımızın bütün parametrləri SNMP üzərindən kontrol edilə və izlənilə, web interfeysi üzərində idarə edilə bilir. Cihazın üzərində 14 ədəd FXS və 4 ədəd RoIP interfeysi var. Ethernet daşıyıcı interfeysi 10/100 Mbit və AutoMDIX dəstəkləyir. Cihazın DNS və NAT/STUN dəstəyi vardır və DHCP protokolu ilə avtomatik IP alır, DTMF istifadə edilərək IP şəbəkəsi üzərindən PTT siqnalı daşına bilir. Səs interfeysləri isə G.711, G.723.1 və G.729 səs kodlarını dəstəkləyərək digər şəbəkə keçidli cihazlarla uyumlu şəkildə çalışır. Cihazın analoq səs interfeysləri

Yaman TUNAOĞLU:Azərbaycanda yerli şirkətimiz fəaliyyət göstərir. Ötən il Bakıda ADEX-2018 sərgisinə qatıldıq. ASELSAN-la birlikdə bir sıra layihələrdə iştirak edirik. Bununla yanaşı, Azərbaycana birbaşa təqdim edə biləcəyimiz məhsullar da var. Məsələn, IP telefoniya sistemlərini, maşıniçi interkom sistemlər, habelə gəmi xəbərdarlıq və anons sistemlərini göstərə bilərəm. Hesab edirəm ki, qardaş Azərbaycanla bir çox sahələrdə çalışa bilmək üçün imkanlar və potensiallar mövcuddur. Azərbaycandakı fəaliyyətimizi artırmaq istəyirik. Mərkəzi Asiyada isə Qazaxıstanla potensial əlaqələrin ola biləcəyini düşünürük.

Karel İKT­101 və zirehli maşınlarda istifadə edilən İKT­102 interkom sistemi

33


Rəşad Süleymanov

Microflown AVISA­nın akustik sensorları Azərbaycanın tələblərini qarşılaya bilər AZERI DEFENCE jurnalına danışan “Microflown AVISA” mütəxəssislərinin sözlərinə görə, NATO-ya üzv bəzi dövlətlərin hərbi hissələri tərəfindən Əfqanıstanda və digər münaqişəli zonalarda praktiki olaraq döyüş şəraitində istifadə edilərək özünü doğruldub. “Microflown AVISA”nın təklif etdiyi çoxfunksiyalı akustik sistemlər kiçikçaplı silahlardan artilleriya sistemlərinə qədər müxtəlif kalibrli silahların atəş nöqtələrini aşkarlamağa, həmçinin akustik kəşfiyyat aparmağa imkan verir. Akustik atəş təsbit sistemlərinin üstünlükləri 2014-cü ildən Donbas regionunda davam edən əməliyyatlar zamanı separatçı birləşmələr tərəfindən Ukraynanın silahlanmasında yer alan artilleriya təsbit radarının yeri siqnal emalı əsasında təyin edilmiş və işə salındıqdan 90 saniyə sonra artilleriya atəşi ilə sıradan çıxarılmışdır. Bundan başqa,

34 www.azeridefence.com

həm Donbasda, həm də postsovet coğrafiyasındakı digər münaqişə bölgələrində Rusiya tərəfindən dəstəklənən qüvvələrin istifadəsində mövcud olan radioelektron mübarizə sistemləri (R-330 REM stansiyaları) münaqişə tərəflərinin silahlanmasında yer alan radarlara maneələr qoyabilmə imkanlarına sahibdir. “Yerüstü silah təsbit radarlarının zəif tərəflərini üzə çıxaran Ukraynadakı hadisələr alternativ olaraq passiv rejimdə fəaliyyət göstərən təsbit sistemlərinə tələb formalaşdırdı. Məhz bundan sonra bəzi NATO dövlətlərində radarlarla yanaşı, passiv sensorlara xüsusi diqqətin yetirilməsi müşahidə olunur. Sadə bir məntiqlə yanaşaq: bir antibatareya radarı döyüşə açılır. Radar obyektlərin yerini şüalandırma vasitəsi ilə təyin edir. Bu zaman düşmənin radiotexniki kəşfiyyat vasitələri də həmin siqnallar əsasında radarın koordinatlarını asanlıqla müəyyənləşdirir. Belə olan halda radarın məhvedilmə təhlükəsi yaranır. Ən yaxşı hal-

Akustik atəş təsbit sistemləri sahəsində dünyanın aparıcı istehsalçılarından olan Niderlandın “Microflown AVISA” şirkəti Azərbaycan Ordusu və güc strukturlarına özünün yeni məhsullarını təqdim etməyə hazırlaşır. May ayında Türkiyənin İstanbul şəhərində keçirilmiş IDEF-2019 beynəlxalq müdafiə sərgisində şirkət Azərbaycanın güc strukturlarının nümayəndələri ilə görüşlər keçirərək, hazırda NATO ordularında istifadə edilən akustik sensorların yeni nümunələrinin təqdimatlarını keçirib.

da isə düşmən özündə olan radioelektron mübarizə sistemləri vasitəsi ilə maneələr qoyaraq, antibatareya radarının fəaliyyətini iflic edir. Radarlardan fərqli olaraq, akustik sensorlar passiv iş rejiminə malik olduqlarından onların aşkarlanması mümkün deyildir”, – deyə şirkət mütəxəssisləri qeyd ediblər. Rəqibin artilleriya vasitələrinin və atıcı silahlarının yerini şok dalğalarının emalı hesabına müəyyənləşdirən “Microflown AVISA”nın akustik sensorları hazırda Niderland, Kanada, Avstraliya, Danimarka, Almaniya kimi dövlətlərin orduları tərəfindən istifadə edilməkdədir. İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, bu sensorlar xarici analoqlarından özünün - daha müasir olması; - təkmilləşdirilmiş proqram təminatı; - dəqiqliyi və etibarlılığı; - çoxfunksiyalılığı (müxtəlif əməliyyatlarda istifadə imkanları); - aşkarlama məsafəsinin böyük olması; - aşağı çəkisi və enerji sərfiyatı; - müxtəlif hərəkətli və sabit platformalara inteqrasiya edilə bilməsi; - digər C2 və radiolokasiya sistemləri ilə birgə çalışa bilməsi kimi imkanlarına görə fərqlənir. Başqa sözlə, bir sensorla həm düşmənin kiçikçaplı atıcı silahlarının, həm minaatanların, həm raket və top batare-


yalarının koordinatlarını müəyyən etmək, həm də dron üzərində, yaxud maskalanmış şəkildə bəlli ərazidə yerləşdirməklə ərazidə akustik kəşfiyyat (HUMİNT və SIGINT) aparmaq mümkündür. Kiçik ölçülü sensorlar mülki və hərbi nəqliyyat vasitələrinə, döyüş maşınlarına, sabit qanad və multikopter tipli dronlara asanlıqla taxıla və çıxarıla bilir. Bu da öz növbəsində “Microflown AVISA” sensorlarının geni formatdaa mobil tətbiqlərinə imkan yaradır. Universal akustik sensor - AMMS “Microflown AVISA”nın AMMS (Acoustic Multi-Mission Sensor) sistemi stasionar obyektlərdə, nəqliyyat vasitələri (V-AMMS) və pilotsuz uçuş aparatları daxil olmaqla, fərqli platformalar üzərində istifadə oluna biləcək xüsusiyyətlərə malikdir. Düşmənin atəş nöqtələrini mərminin yaratdığı şok dalğalarının hesabına təyin edən AMMS sensoru kiçik və ortaçaplı silahların atəş nöqtələrini mərmilər 200 metr yandan keç-

diyi halda aşkarlayaraq, yerlərini operatorun ekranında göstərir. AMMS həmçinin minaatanların, top və yaylım atəşli reaktiv sistemlərin mövqelərini, aşağıdan uçan helikopterləri və onların uçduğu istiqaməti aşkarlayaraq, elektron xəritə üzərində qeydə alır və izlənməsini təmin edir. “Microflown AVISA” mütəxəssislərinin sözlərinə görə, nəqliyyat vasitəsi üzərində iki AMMS sensorunun inteqrə edilməsi (CAMEL) hesabına maşının üzərinə edilən atəşlərlə maşından və öz mövqelərindən açılan atəşləri ayırmaq mümkündür. AMMSin bir neçə döyüş maşınına inteqrə edilmiş çoxluğu CARAVAN adlanır. Bu halda sistem geniş bir ərazidə kiçikçaplı atıcı silahlardan raket və top atışlarınadək çox

sayda silahın atəş yerini aşkarlaya, habelə dronları təsbit edib izləməyi bacarır. Sistemin digər üstünlüyü isə davamlı şəkildə mövqelərini yeniləyə bilməsidir. 2011-ci ildə AMMS sensorlarının ilk istifadəçisi olan Hollandiya Ordusunun ardınca bir sıra dövlətlər bu sistemlə maraqlanıb və əldə edib. Sonrakı dövrlərdə Almaniyada keçirilən NATO-nun hərbi təlimlərində istifadə olunan AMMS artilleriya vasitələrinin atış koordinatlarını dəqiqliklə qeydə aldığını sübuta yetirib. 14.0 x 31.5 sm ölçülərə və 4.1 kq ağırlığa malik olan Vehicle Mounted Mobile Sound Ranging Array (MSRA )sensoru 1 Watt güclə çalışır. AMMS cihazları -20°Cdən +70°C-dək temperaturlarda və 6 bal küləkli havada istifadə oluna bilən AMMS kiçikçaplı atıcı silahları və snayperlərin atəş nöqtəsini 1500 metr məsafədən ≤ 2° ilə, minaatanların yerini 8 km-ə, topların və raketlərin yerini 20 km-ə qədər məsafədən 10 metr sapma ilə təsbit edir. Sifarişçinin istəyindən asılı olaraq AMMS sensorunun GPS və GPS siqnal qarışdırıcılarına qarşı qoruma sistemi, elektrooptik müşahidə, döyüş idarətmə və kəşfiyyat sistemləri, həmçinin məsafədən idarə olunan silah sistemləri ilə inteqrasiyası mümkündür. AMMS “Microflown AVISA”nın özünməxsus texnologiyası olmaqla bərabər, hazırda dünyada yeganə akustik sensordur (digər şitkətlərin təklif etdiyi sistemlərdə mikrofondan istifadə edilir). Yüksək həssaslığa malik sensordan, səsin təzyiqini və istiqamətini ölçən sistemdən, proqram təminatından ibarət AMMS-in güclü siqnal prosessoru akustik imzaları analiz etməyə qadirdir. Sistem bir tablet və ya notebook üzərindən idarə olunur. Şirkətin ACLOGUS (ACoustic LOcalization of GUnshotS) proqram təminatı AMMS-in qeydə aldığı supersonik atışların V şəkilli şok dalğalarının emalı hesabına istiqaməti minimum 200 metrdən maksimum 1500 metrədək məsafədə ± 2° fərqlə təyin etmyi və atılan güllə və mərmiləri sinifləndirməyi bacarır. Qeyd etdiyimiz kimi, passiv iş rejiminə malik olması bu sensorların mürəkkəb radiomühitdə, düşmənin radioelektron sistemləri tərəfindən aşkarlamadan fəaliyyət göstərməsinə imkan verir. Digər üstünlüklərinə gəlincə, çəpər yaratmaq üçün nəzərdə tutulan 5 AMMS sensorunun ümumi çəkisi 30 kq-dan, bir sensorun enerji istehlakı isə 2 Vattdan azdır. Bir sensorun qurulması 5 dəqiqədən az vaxt tələb edir. Duman,

35


Azərbaycana uyğun həllər

yağmur, dolu, gecə və gündüz hər cür hava şəraitlərində aşkarlama qabiliyyətinə malik olan AMMS sensoru 2590 tipli hərbi batareya ilə 5 günə qədər fasiləsiz çalışa bilər. ATİLS “Microflown AVISA”nın ATİLS (Acoustic Target İmpact Localization System) sensoru təlimlər zamanı minaatan və top atışlarının yüksək dəqiqliklə müəyyən edilməsi üçün nəzərdə tutulur. Sistem ≤ 10 m sapma ilə atəş nöqtələrini və hədəfin yerini müəyyənləşdirməyə imkan verir. AMSS sensorunda olduğu kimi, ATİLS də atıcı silahların yerini təyin etmək qabiliyyətinə sahibdir. ATILS batareya, radiostansiyalar, metoroloji stansiyalar və GNSS daxil olmaqla, 15-dək şəbəkəyə bağlı sensordan əldə edilən informasiyaları işləyərək operatora zəruri informasiyanı çıxarır. Sistemin ekranında istifadəçiyə həm atəş açılan nöqtənin, həm də mərminin düşdüyü yerin koordinatları göstərilir. 2011-ci ildə Hollandiya Quru Qoşunları tərəfinən sahədə sınaqdan çıxarılan ATLİS 2012-ci ildən NATO təlimlərində istifadə olunur. 2018-ci ildə isə Danimarka Ordusu “Microflown AVISA”dan ATİLS sistemi əldə edib. Danimarkada keçirilən qəbul testlərində sistem 32 partlayışdan 30-nu düzgün lokallaşdırıb. Hər cür hava şəraitində işləyən ATLİS poliqonlarda artilleriya ön müşahidəçilərinin verdiyi informasiyaların müstəqil şəkildə analizlərini aparmağa, atəş vahidlərinin performansını təyin etmək üçün istifadə olunur. Sistemdə tətbiq olunan ACOMPRİS (Acoustic COMpound Protectİon System) adlı proqram təminatlı qəbuledici ən azı 6 sensor nöqtəsini bir komanda nöqtəsi ilə bağlamağa imkan verir.

36 www.azeridefence.com

PUA-lar üçün akustik sensor “Microflown AVISA”nın son məhsullarından biri də müxtəlif ölçülü PUA-lara taxıla bilən akustik sensordur. AMMS bazasında yaradılmış və daha kiçik ölçülərə sahib olan bu sensor sabit qanadlı mini PUA-ların qanadına taxılır və aparatın uçuş performansına təsir göstərmir. Multikopter sinifli PUA-larda isə gövdənin orta qisminə bərkidilir. Akustik sensor PUA-nın uçuş zamanı çıxardığı səsi basdırmaqla, bütün istiqamətlərdən gələn səsləri real vaxt rejimində təyin edir. Bu sistem tək silah və artilleriya vasitələrinin atış yerlərini deyil, eyni zamanda hava platformalarının və nəqliyyat vasitələrinin, səsə malik digər avadanlıqların yerini təyin etmək üçün təyinatlandırılıb. Sistem özündə 3D akustik vektor sensoru, öndən əsən küləyi yara bilmək üçün bıçaq şəklində başlıq, GPS sensoru, kiçildilmiş elektronika, informasiya ötürmə avadanlığı və anteni birləşdirir.

“Microflown AVISA”nın təklif etdiyi sistemlərin üstünlüklərinə toxunan şirkət mütəxəssislərinin sözlərinə görə, Azərbaycan Ordusu bunlardan müxtəlif formalarda yararlana bilər. Xüsusilə də son zamanlar cəbhədə aktivləşən Ermənistan Ordusunun snayperlərinin yerinin aşkarlanması və antisnayper tədbirlərinin həyata keçirilməsi üçün bu tip sensorlara ehtiyaclar vardır. Yer üstünə, stasionar obyektlərə bağlı halda ön xətdə antisnayper və minaatan təsbit sistemi kimi istifadə olunmaqla yanaşı, UAZ, “Niva”, “Marauder”, “SandCat”, “Cobra” kimi zirehsiz və zirehli maşınların üzərində mobil artilleriya təsbit sistemi kimi istifadəsi də mümkündür. Bu halda sensorlar düşmənin artilleriya vasitələrinin yerini yüksək dəqiqliklə aşkarlayaraq, cavab tədbirlərinin həyata keçirilməsi üçün onların yer koordinatlarını qısa zaman kəsiyində, düşmənin radiotexniki kəşfiyyat sistemlərinə aşkarlanmadan artilleriya batareyalarına verilməsində əvəzsiz rola malikdir. Bundan başqa, AMMS sensorları ön xətdə stasionar şəkildə, yaxud dron üzərində düşmənin ərazisinə endirilməklə siqnal kəşfiyyatının aparılmasında, elektrooptik müşahidə və nəzarət kompleksləri, PUA və məsafədən idarə edilən döyüş modulları ilə inteqrasiya edilərək sərhədin təhlükəli ərazilərinin mühafizəsində, həmçinin kritik infrastrukturların dronlardan mühafizəsi daxil olmaqla geniş spektrdə tətbiq oluna bilər. “Microflown AVISA” mütəxəssislərinin sözlərinə görə, radarlar çox yüksək xərc tələb edir və illik təmir-baxım olduqca bahadır. Akustik sistemlərin maliyyə xərcləri radarlarla müqayisədə daha ucuz və daha effektivdir. AD


ROKETSAN­ın Mini Ağıllı Sursatları sahədə performansını göstərir ROKETSAN şirkətinin bu günün və gələcəyin müharibələrinin doğurduğu ehtiyacları nəzərə alaraq yaratdığı MAM-L və MAM-C adlı Mini Ağıllı Sursatları döyüş əməliyyatlarında vəd etdiyi performansı göstərir. Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsinin istifadəsində yer alan “Bayraqdar TB2” taktik pilotsuz uçuş aparatlarına (PUA) inteqrasiya edilmiş Mini Ağıllı Sursatlar (MAM) 2016-cı ildən bu günədək əməliyyatlarda uğurla istifadə edilməkdədir.

Başda PUA-lar olmaqla, kiçik faydalı yükdaşıma qabiliyyətinə malik platformaların effektivliyini artıran Mini Ağıllı Sursatlar bu il bir neçə dost və müttəfiq ölkənin inventarına daxil olacaq. MAM-L və MAM-C sahib olduqları texnologiyalardan əlavə müharibə təcrübəsi ilə də rəqiblərini üstələyir. Təqribən 22 kiloqram çəkiyə sahib olan MAM-L və 6.5 kq ağırlığa sahib olan MAM-C sursatları PUA-larla yanaşı, yüngül hücum təyyarələri üçün də maliyyə baxımından uyğun bir həll olaraq önə çıxır. MAM-C

MAM­L texniki parametrləri Çap

160 mm

Uzunluq

1m

Ağırlıq

22 kq

Məsafə

8 km (İNS/GPS ilə 4 km)

Arayıcı Başlıq

Yarı aktiv lazer

Döyüş başlığı

Partladıcı başlıq

Reaktiv zirehlərə qarşı tandem Yüksək fuqas təsirinə malik qəlpəli Termobarik Təmaslı Yaxınlaşma ilə PUA-lar Yüngül hücum təyyarələri

Platformalar

MAM­C texniki parametrlər Çap

70 mm

Uzunluq

970 mm

Ağırlıq

6,5 kq

Maksimum məsafə

8 km

Arayıcı başlıq

Yarıaktiv lazer

Döyüş başlığı

Çox məqsədli (qəlpəli, kumulyativ və termobarik) Yüksək fuqaslı qəlpəli PUA-lar Yüngül hücum təyyarələri

atış hündürlüyündən asılı olaraq 8 kilometrədək məsafədə, MAM-L isə inersial naviqasiya sistemi (İNS) və əlavə olaraq GPS tətbiqi ilə 14 kilo-

Ağıllı Sursatların hava platformalarına inteqrasiya edilməsi sahəsində də önəmli təcrübəyə sahibdir. Hava platformasında gərəkli sistemlər mövcud olduğu halda bütün inteqrasiya fəaliyyətləri bir neçə ay içində tamamlanaraq sursat istifadəyə hazır şəklə gətirilir. Əks

metrədək məsafədə yerləşən hədəflərə qarşı effektiv tətbiq oluna bilər. Güclü fuqas və qəlpəli döyüş başlığa sahib olan MAM-L tikintilərə, zirehsiz nəqliyyat vasitələrinə, radar antenalarına, açıq atəş mövqelərinə və digər qorunmayan hədəflərə, həmçinin geniş sahəyə yayılmış canlı qüvvəyə qarşı effektivdir. Bundan başqa, antitank və termobarik döyüş başlıqları hesabına MAM-L sursatının tətbiq dairəsi daha da genişlənir. MAM-C sursatı isə canlı qüvvə, zirehsiz və yüngül zirehli nəqliyyat vasitələrinə, radar antenalarına, açıq silah mövqeləri kimi qorunmayan hədəflərə qarşı təyinatlandırılıb. ROKETSAN şirkəti Mini

halda ROKETSAN müştərilərə inteqrasiya üçün həllər, logistik və təlim dəstəyi də təmin edir. ROKETSAN-ın Mini Ağıllı Sursatlarının bir çox ölkə tərəfindən seçimi gözlənilir. MAM-L və MAM-C dizayn xüsusiyyətləri və istifadə konsepsiyası sayəsində, xüsusilə də kəşfiyyat və nəzarət missiyaları zamanı anidən ortaya çıxan hədəfləri effektiv şəkildə zərərsizləşdirmə imkanı qazandırır. Hər iki sursat həssas yönləndirmə sistemlərinə və kiçik ölçülərə sahibdir. Mini Ağıllı Sursat və taktik PUA-nın inteqrsiyası silahlı qüvvələr üçün maliyyə baxımından daha effektiv bir həll təqdim edir. Bu da digər ölkələrin bu sursatlara maraq göstərməsinə səbəb olur.

Platformalar

37


MILEX­2019 sərgisində Azərbaycan silahları Rəşad Süleymanov May ayının 15-dən 17-dək Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş MILEX-2019 IX beynəlxalq silah və texnika sərgisində 100-ü Belarusdan olmaqla, 170 yerli və xarici müda iə sənayesi müəssisəsi öz məhsullarını nümayiş etdirdi. Rusiyadan 40, Qazaxıstandan 7, Çindən 3 şirkətin təmsil olunduğu sərgidə ilk dəfə olaraq Azərbaycan, CAR və Serbiyanın müa iə sənayesi şirkətləri də stendlə təmsil olunmuşdur. Belarus Dövlət Müda iə Sənayesi Komitəsinin yaydığı hesabatda bildirilir ki, MILEX-2019 sərgisində ziyarətçilərə 4000-dən çox eksponat nümayiş etdirilib. Sərgini 35 ölkədən 59 rəsmi nümayəndə heyəti izləyib. Sərgi müddətində rəsmi nümayəndə heyətləri ilə 41, ümumilikdə müəssisələr arasında 336 görüş keçirilib.

38 www.azeridefence.com


mində Müdafiə Nazirliyindən Raket-Artilleriya Qoşunlarının Komandanı, general-leytenant Zahid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin “Azairtechservice” şirkətinin nümayəndələri iştirak ediblər. Sərgi çərçivəsində Müda iə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi sənaye kompleksinə daxil olan müəssisələrlə görüşlər keçirib. Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə daxil olan müəssisələrin stendlərini ziyarət edib, eləcədə NPOO “OKB TSP”, “Midivisa-

na”, “KB Radar”, Rusiya, Çin və Serbiyanın şirkətləri ilə görüşlər keçiriblər. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinə Belarus istehsalı olan müxtəlif yeni silahlar, hərbi texnikalar və döyüş sursatları, eləcə də radiotexniki vasitələr nümayiş etdirilib. Yuxarıdan aşağıya doğru MİLEX­2019 sərgisində nümayiş etdirilən Azərbaycan istehsalı olan “İnam”, “Zəfər”, “Zəfər­K” və “Zəfər­P” tapançaları, HP­7.62 hücum pulemyotu, aşağıda MSN­nin stendi. Foto: AD

B

uilki sərgidə xarici qonaqların daha çox marağı fərqli xüsusiyyətlərə malik informasiya texnologiyaları və proqram təminatlarına əsaslanan məhsullara olub. Bunların arasında hava və yerüstü robot texnikalar, radioelektron mübarizə sistemləri, aviasiya modernləşdirilməsi layihələri yer alıb. Sərgi müddətində Belarus müda iə sənayesi şirkətləri 200 milyon ABŞ dolları dəyərində 30 xarici ixrac müqaviləsi imzalayıblar. Bundan başqa, müxtəlif ölkələrin müda iə sənayesi təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsinə dair 23 müqavilə və memorandum imzalanıb. Müda iə Sənayesi Nazirliyinin (MSN) stendlə təmsil olunduğu MILEX-2019 sərgisində Azərbaycandan ziyarətçi qis-

39


Yuxarıda: Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko Azərbaycanın Müda iə sənayesi nazirinin müavini Yəhya Musayevi yubiley medalı ilə təltif edir. Aşağıda: Raket­Artilleriya Qoşunlarının komandanı Zahid Hüseynov “Polonez” operativ­taktiki raket kompleksinin yeni raketi ilə tanışlıq zamanı. Foto: AD

verilməsi ən yaxşı halda 2021-ci ildən tez olmayaraq nəzərdə tutulur. Azərbaycan silahlarına böyük maraq

Nümayəndə heyətinə həmçinin Dəqiq Elektromexanika Zavodu tərə indən “Polonez” operativ-taktiki raket kompleksi üçün yeni uzun mənzilli raketin də təqdimatı keçirilib. Zavod rəsmilərinin sözlərinə görə, müasirləşdirmə zamanı “Polonez”in yaradılması, sınaq və istismar prosesində qazanılan təcrübə nəzərə alınıb. Müasir avadanlıqlar, rabitə vasitələri və məlumat ötürmə, proqram təminatı, şassidən istifadə edilib. Müəssisədən bildirilib ki, aparılan müasirləşdirmə proqramı çərçivəsində 2018-ci ildə 300 km-ə qədər uzaqlığa malik raketlərin tətbiqi üçün kompleksin döyüş vasitələrinin dizaynı və eksperimen tal nümu nə nin ya ra dıl ma sı ba şa çatdırılıb. Yeni nümunə B-300RK “Polonez-M” indeksi ilə silahlanmaya tövsiyə olunub.

40 www.azeridefence.com

“Raket kompleksinin ilk sifarişçisi Azərbaycan oldu və kommersiyalaşması gözləntilərimizi qabaqladı. Bu gün artıq bir neçə dövlətdən tələbat var”, – deyə müəssisədən bildirilib. Qeyd edək ki, В‑300РК “Polonez-M” YARS Belarus istehsalı olan МАЗ‑631705 şassisi üzərində qurulub. Kompleks tərkibində sistemin işlək vəziyyətdə olmasını, döyüş hazırılığını, işəsalma qurğusunun reqlament və plandan kənar yoxlamalarını həyata keçirmək üçün avadanlıqda da yer alır. Ümumilikdə döyüş hesablamaları avtomatlaşdırılmış şəkildə həll olunur. YARS 50 km-dən 200 km-dək və 120 kmdən 300 km-dək atış uzaqlığına malik iki növ raketdən istifadə edir. Müəssisədən o da bildirilib ki, “Polonez” üçün A300 indeksli raketin müasirləşdirilmiş versiyasının silahlı qüvvələrə

MILEX sərgisinə ilk dəfə iştirakçı qismində qatılmasına baxmayaraq, MSN-in stendi və sərgilədiyi məhsullar böyük maraqla qarşılanıb. Sərginin davam etdiyi günlərdə Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko, Serbiya müda iə nazirinin maddi ehtiyatlar üzrə köməkçisi Nenad Miliradovic, Belarusun ordu və güc strukturlarının nümayəndələri, eləcə də digər ölkələrin nümayəndə heyətləri MSN stendinə baş çəkib, nümayiş etdirilən silah və sursatlar barədə məlumat alıb, ikitərəfli görüşlər keçiriblər. Sərgidə Azərbaycan silahları ilə maraqlanan xarici ölkələrin nümayəndələri ilə birgə əməkdaşlıq imkanları müzakirə edilib və razılaşmalar əldə olunub. Qeyd edək ki, sərginin aktiv iştirakçıları MILEX təşkilat komitəsi tərə indən təltifləndirilib. İlk dəfə sərgiyə qatılan MSN “Aktiv iştirakçı” diplomu ilə təltif olunub. Sər gi nin açı lış günü – may ayı nın 15-də müda iə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Belarus müəssisələrində istehsal edilən müda iə təyinatlı avadanlıqlar, silah və texnikaların nümunələri ilə tanış olub. Tanışlıqdan sonra Yəhya Musayevin rəhbərlik etdiyi MSN və Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin arasında görüş keçirilib. İki ölkə arasında müda iə sənayesi sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə tərəflər birgə fəaliyyətin konturlarını müəyyənləşdiriblər. Belarus və Azərbaycanın müda iə sahəsində yaxşı əlaqələrə sahib olduğunu, Belarus müəssisələrinin Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatında yaxından iştirak etdiyini deyən Roman Qolovçenko bu iştirakın növbəti illərdə də yeni layihələr əsasında davam edəcəyini vurğulayıb. Roman Qolovçenko ilk dəfə MILEX sərgisinə qatıldığına görə, Müda iə Sənayesi Nazirliyinə təşəkkürünü bildirib. Öz növbəsində Yəhya Musayev də iki


ölkə arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edib. Nazir müavini bildirib ki, Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko dəfələrlə beynəlxalq səviyyəli tədbirlərdə dövətlərin bir-birinə dəstəyini ifadə ediblər. Yəhya Musayev müda iə sənayesi sahəsində əlaqələrin inkişafına Azərbaycanın maraqlı olduğunu bəyan edibdir. Y. Musayev də öz növbəsində Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədrinə indiyə qədər Bakıda keçirilmiş üç ADEX sərgisində Belarusun yaxından və geniş tərkibdə iştirakına görə təşəkkürünü ifadə edib. Görüşün sonunda Yəhya Musayev Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin 15 illik yubileyi medalı ilə təltif olunub. Azərbaycan–Belarus arasında hərbitexniki əlaqələri və əməkdaşlığın perspektivləri barədə ikirlərini AZERİ DEFENCE jurnalı ilə bölüşən Müda iə sənayesi nazirinin müavini Yəhya MUSAYEV bildirib ki, iki ölkə uzun illərdir həm etibarlı partnyor, həm də strateji tərəfdaşdır. Ölkələr arasında digər sahələrdə olduğu kimi, müda iə sahəsində də sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın Belarus istehsalı olan müda iə təyinatlı məhsulların ən böyük alıcılarından olduğunu deyən Y. Musayev son illərdə qeyd olunan sahədə ciddi addımların atıldığını vurğulayıb: “Müda iə Sənayesi Nazirliyi olaraq, yarandıqdan sonra ilk səfərimizi Belarusa etmişik və bu ölkənin müda iə sənayesindəki təcrübəsini öyrənmişik. Bizim Belarusla hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığa dair sazişimiz var. Düzdür, bu gün nazirlik olaraq bizim Belarus müəssisələri ilə birgə istehsal layihələrimiz mövcud deyil. Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolevçenko ilə görüşümüzdə belə qərara gəldik ki, müda iə sənayesində əməkdaşlığı canlandıraq. Həm opti-

Yuxarıda: OKB TSP şirkəti tərə indən yaradılmış 4x4 təkər formullu universal döyüş platformasının eksperi­ mental nümunəsi. Aşağıda: “Buk­MB3K” zenit­raket kompleksi. Foto: AD

ka, həm də digər sahələrdə birgə istehsal, servis xidmətinin təşkili məsələləri qaldırdıq. İşçi qrupunun yaradılmasını, İşçi qrupunun yaxın bir ay, ay yarım ərzində təkliflər hazırlamasını razılaşdırdıq”. Əməkdaşlığın konkret istiqamətlərinə gəlincə, Y. Musayev bildirib ki, Belarusun da Azərbaycandan əldə edə biləcəyi təcrübə, ala biləcəyi texnologiyalar var: “MSN olaraq Belarus tərə inə atıcı silahların istehsalı sahəsində öz təcrübəmizi təklif etmişik. Biz qeyd etdiyim sahədə kifayət qədər inkişaf etmişik, təcrübəmiz var. Bu gün bütün növ atıcı silahların lülələrini istehsal edir, eləcə də dünyanın müxtəlif dövlətlərinə atıcı silahların ixracını həyata keçiririk. Belarus tərə i də optika sahəsində bizə əməkdaşlıq təklif edir. Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələrinin Belarus müəssisələri ilə böyük həcmli müqavilələri var. Həmin məhsullar təqdim edildikdən sonra onla ra ser vis xidmətinin göstərilməsi, texniki dəstək və s. məsələlər var. Hesab edirəm

ki, qeyd etdiyim məsələyə də xüsusi diqqət yetirilməli, bu mərhələdə bizim müdafiə sənayesinin imkanlarından istifadə olunmalıdır”. 250 milyon dollarlıq ixracat MSN-in ixracat potensialı barədə məlumat verən Yəhya Musayev bildirib ki, 2015-ci ildən bu günədək nazirliyin tabeliyində olan müəssisələr tərə indən kooperasiyalar nəzərə alınmaqla, 250 milyon ABŞ dollarından artıq məhsul ixrac edilib. İxracatda əsas yeri atıcı silahlar, minaatanlar, qumbaratanlar və döyüş sursatları tutub: “Bu gün də bir sıra ölkələrin şirkətləri ilə icra olunan müqavilələrimiz var. Eyni zamanda bir neçə NATO ölkəsinə də ixracatlarımız olub”. Nazir müavini Türkiyənin ASELSAN şirkəti ilə rabitə vasitələrinin istehsalına dair cari ilin yanvar ayında imzalanmış müqavilənin icrası istiqamətində də işlərin aparıldığını, may ayının əvvəlində İstanbulda keçirilmiş IDEF-2019 sərgisində ASELSAN tərə i ilə müəyyən məsələlərin razılaşdırıldığını qeyd edib. “Rabitə vasitələrinin istehsalına dair memorandum 2018-ci ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2019 sərgisi zamanı imzalanmışdı. Yanvar ayında nazirliyin nümayəndə heyəti Türkiyədə


səfərdə oldu. ASELSAN ilə müqavilə imzalandı. Yaxın vaxtlarda bu sahədə müəyyən addımlar atılacaq”, – deyə Musayev vurğulayıb. Nazir müavini bu il bir sıra yeni məhsulların seriyalı istehsalına başlanacağını desə də, onların barəsində əlavə məlumat verməyib: “Ötən illərdən qalan yaradılma proqramlarını başa çatdırmalıyıq. Bizim əsas məqsədimiz yaradılma proqramını icra etmək və onları tamamlamaq, yeni proqramları hazırlamaqdır”. OKB TSP­dən yeniliklər Özünün bir sıra yeni məhsullarını ilk dəfə MILEX-2019 sərgisində nümayiş etdirən NPOO “OKB TSP” şirkəti sərginin novatorlarından idi. Şirkətin ilk dəfə təqdim etdiyi məhsullardan biri 4x4 təkər formuluna malik universal döyüş platformasının eksperimental nümunəsi idi. Döyüş şəraitində müxtəlif funksional təyinatlı modulların daşınması və tətbiqi üçün nəzərdə tutulan yeni döyüş platforması xüsusi şassiyə əsaslanır. Şirkət rəsmilərinin sözlərinə görə, yeni maşın unikal imkanlara sahibdir. Nəqliyyat vasitəsi atəş dəstəyi məqsədi ilə silah sistemləri, habelə nəqliyyat, komanda-qərargah, sanitar modulu ilə təchiz edilə bilər. Bunun üçün nəqliyyat vasitəsinin yük bölməsi V formasında dizayn edilib. Qurulub sökülə bilən kuzov salonla təchiz olunmuş maşın heyəti güllə, qəlpə və mina partlayışlarından qoruma qabiliyyətinə malikdir. Maşının sürücü bölməsi olduğu yeri və hərəkət marşrutunu göstərən ekranla təchiz olunub. 350 at gücündə mühərrikə sahib maşının sürəti 110 km/saat, yanacaq ehtiyatı 370 l, klirensi 431/33 mm, uzunluğu 6153 mm, eni 2535 mm, hündürlüyü 2658 mm, tam ağırlığı isə 17 ton təşkil edir. NPOO “OKB TSP” şirkəti sərgidə həmçinin orta uzaqlığa malik yeni “BukMB3K” zenit-raket kompleksinin (ZRK) təqdimatını da keçirib. Şirkət mütəxəssislərinin sözlərinə görə, yüksək etibarlılıq və yaxşılaşdırılmış istismar xarakteristikaları yeni ZRK-ni “Buk” əvvəlki nəsil buraxılışlarından önə çıxarır. “Buk-MB3K” qanadlı raketlərdən pilotsuz uçuş aparatlarına qədər yüksək manevrli bütün növ aerodinamik hədəfləri aşkarlamaq və məhv etmək imkanına malikdir. Müəssisənin açıqladığı məlumata görə, bu halda ZRK rəqibin maneə tətbiqi şəraitində vəzifəsinin öhdəsindən gəlməyi bacarır. NPOO “OKB TSP”nin təcrübəli mütəxəssisləri tərə indən “BukMB3K” kompleksində orta uzaqlığa malik hava hücumundan müda iə vasitələrinin inkişaf tendensiyalarına cavab verən bir

42 www.azeridefence.com

çox yeniliklər tətbiq olunub. Belə ki ZRK üçün özüyeriyən şassi üzərində S diapazonda çalışan, AESA texnologiyalı, 130 km hədəf aşkaretmə uzaqlığına malik yeni radar hazırlanıb. Yeni radar atış vaxtı kanalların miqdarını artırmağa, həmçinin intensiv radioelektron əks təsir şəraitində hədəflərin müşayiətini təmin etməyə imkan verir. Hədəflərin avtomatik müşayiəti həm radiolokasiya üsulu, həm də tətbiq edilən, özündə TV kamera, termal kamera və lazer məsafəölçəni birləşdirən yeni elektrooptik avadanlığın köməyi ilə həyata keçirilə bilər. Xüsusi metodların və siqnalların işlənməsinin alqoritmlərinin tətbiqi nəticəsində hədəflərin koordinatlarının təyini və akustik portret üzrə onların təsnifləndirilməsi 1,5-2 dəfə yaxılaşdırılıb. Hazırlanmış lokal nəzarət şəbəkəsi bütün sistemlərin etibarlı işini təmin etmklə yanaşı, cihaz və avadanlıqların avtomatik diaqnostikasını həyata keçirir. Bütün döyüş vasitələri üçün yeni maye kristal monitorlar və rəqəmsal tabloların tətbiq edildiyi avtomatlaşdırılmış iş yerləri yaradılıb. ZRK-nin avadanlıqlarının tərkibinə avtomatlaşdırılmış döyüş idarəetmə sistemləri və radara qoşulmasını təmin edən rəqəmsal əlaqə sistemləri daxil edilib. “Buk-MB3K” ZRK 8×8 təkər formuluna malik MZKT-69225 şassisi üzərində təqdim edilir. 500 t gücündə mühərriklə təchiz edilmiş nəqliyyat vasitəsinin yükqaldırma qabiliyyəti 17300 kq, sürəti 60 km/saatdır. Maşında NPOO “OKB TSP” tərə ində yaradılmış bort informasiyaidarəetmə sistemi istifadə olunur. Bort informasiya-idarəetmə sisteminin ekranında şassinin və aqreqatların cari vəziyyəti, elektron xəritə üzərində nəqliyyat vasitəsinin yerləşdiyi koordinatlar, hərəkət marşrutu və digər informasiyalar əks olunur.

“Berserk” robotlaşdırılmış atəş kompleksi. Foto: AD

Müəssisə rəsmilərinin sözlərinə görə, ZRK üçün yeni raketin yaradılması üzərində işlər aparılır. Yaradılmış raketin yaxın vaxtlarda müəssisənin konstruktor bürosunda sınaqları keçiriləcək. Şirkətin rəsmisi Valeri Kolodyajnı “Buk-MB3K” zenit-raket kompleksinin Rusiya müəssisələrinin iştirakı olmadan yaradıldığını vurğulayıb: “KİV-də informasiyalar çıxıb ki, bu kompleksi biz Rusiya Federasiyası ilə birgə yaradırıq. Bildirmək istəyirəm ki, bu, tamamilə bizim özümüzün yaratdığımız məhsuldur. Müəssisəmizdə istehsalın lokallaşdırması 100 faizə çatır. Bütün dəstləşdiriciləri və tərkib elementləri özümüz hazırlayırıq”. Sərgidə OKB TSP tərə indən yaradılmış ikili təyinatlı peyk naviqasiya sistemləri (GPS məlumatları əsasında və inersial rejimdə işləyir), peyk naviqasiyası antenaları, təkərli və tırtıllı texnikalar üçün bort informasiya-idarəetmə sistemi, “Meçta” adlı bort kompüteri və digər məhsullar nümayiş etdirilib. “Buk-MB3K” ZRK-nin quraşdırıldığı MZKT istehsalı olan nəqliyyat vasitələrində tətbiq olunan bort informasiya-idarəetmə sistemi maşının texniki vəziyyətinin avtomatik rejimdə diaqnostikasını həyata keçirərək ekranda qra ik rejimdə informasiyaları təqdim edir. Dronlara qarşı daha kiçik “Qroza­R2” Radiolokasiya sistemlərinin və radioelektron mübarizə vasitələrinin yaradılması və istehsalı üzrə ixtisaslaşmış Belarusun “KB Radar” Açıq Səhmdar Cəmiyyəti MILEX-2019 sərgisində “Qroza-R2” yeni daşınan antidron silahını nümayiş etdirib. Müəssisənin açıqladığı informasiyaya görə, “Qroza-R2” antidron sistemi sələ i “Qroza-R”dən daha yüngül, qabarit ba-


xımından yığcam və müqayisədə daha güclüdür. Çəkisi 7 kiloqrama qədər azaldılmış silahın effektiv təsir sahəsi 500 metrdən çoxdur. Mütəxəssislərinin sözlərinə görə, silahda şüalanma azaldılıb, qida mənbəyi monoblokda quraşdırılıb. “Obyektlərin multikopterlərdən qorunması üçün nəzərdə tutulan “Qroza-R2” sistemi multikopterin idarəetmə kanallarını qarışdırmaqla onların endirilməsini təmin edir. Hansılar ki, məlumatların ötürülməsi üçün 2.4 və 5.8 GHz olan iki mülki tezlikdən, həmçinin GPS-ın və GLONASS peyk naviqasiya sistemlərindən istifadə edirlər. Silahın əsas üstünlüklərindən biri də odur ki, onu hədə in üzərinə tuşlamağa ehtiyac yoxdur. Şüanın istiqamətinin eni təxminən 30 dərəcə təşkil edir. Silah fasizləsiz olaraq 30 dəqiqə çalışır”, – deyə “KB Radar” nümayəndələri bildiriblər. 2018-ci ilin oktyabr ayında hərbi poliqonda keçirilən mərasimdə “Qroza-R2” sisteminin Belarus prezidenti Aleksandr Lukaşenkoya təqdimatı keçirilib. “KB Radar” rəsmilərinin sözlərinə görə, nəqliyyat vasitələri üzərinə bazalaşdırılmış “Qroza” antidron sistemlərinin nümunələri 2018-ci ildən Azərbaycan Ordusunun da silahlanmasına daxil olub. Belarus “Berserk”i döyüş meydanlarına hazırlayır Belarusun “BSVT –yeni texnologiyalar” şirkəti ötən ilin iyul ayında eksperimental nümunəsini təqdim etdiyi “Berserk” robotlaşdırılmış atəş kompleksinin (RAK) imkanlarını genişləndirir. Hazırda hədəfləri avtomatik aşkarlanması, tutulması və onların tanınması üçün kompleksin proqram təminatının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. “Berserk”i silahlı robot texnologiyalar sahəsində yeni yanaşma adlandıran istehsalçı müəssisənin mütəxəssislərinin

sözlərinə görə, kompleksdə tətbiq olunan ən müasir elektrooptik sistemlər hesabına aşkarlama dəqiqliyi və hədəftanıma qabiliyyəti yüksəldilib. Yüksək manevr və keçicilik qabiliyyəti sayəsində platforma istənilən hava və ərazi şərtlərinə döyüş tapşırıqlarını icra etməyi bacarır. “Berserk”in yüngül zirehli yerüstü texnikalar, canlı qüvvə və hava hədəflərinə qarşı istifadə edilə biləcəyini vurğulayan şirkət mütəxəssislərinin sözlərinə görə, 400 metr məsafədən edilən atış sınaqları zamanı 100 güllənin hamısı 50 sm diametri olan dairəyə dəyib. Qeyd edək ki, “Berserk” RAK dəqiqədə 6000 atəşə qədər tezatma qabiliyyətinə malik 7.62x54 mm çaplı, birləşdirilmiş 4 lüləli QŞQ aviasiya pulemyotu (Gatling tipli) ilə silahlandırılıb. Bu pulemyot 300 km/saata qədər sürətlə hərəkət edən yerüstü və hava hədəflərinə qarşı 1000 metr məsafədən effektiv tətbiq oluna bilər. Təchiz edildiyi, özündə termal kameranı da birləşdirən elektrooptik modul “Berserk”ə 3 km uzaqlıqdan PUA-ları, 10 km-ə qədər uzaqlıqdan isə helikopterləri aşkarlamağa qabildir.

SNİP QSC tərə indən “Volat” zirehli maşının bazasında yaradılmış “Şerşen­M” TƏİR kompleksi. Foto: AD

Bundan başqa, RAK həm telemetriya siqnallarını, həm də viideosiqnalları ötürən güclü radioötürücüyə malikdir. Radiomaneələrə qarşı davamlı olan idarəetmə sistemi vasitəsi ilə “Berserk” şəhər şəraitində 2 km, açıq ərazidə isə 5 km məsafədən idarə olunur. Zərurət yarandıqda döyüş idarə etməsinin radiusunu kvadrokopterdə qurulmuş retranslyatorun köməyi ilə artırmaq olar. Kompleksin idarə edilməsi operatorun universal pultunun köməyi ilə həyata keçirir. Elektrik mühərriklə təchiz edilmiş “Berserk”səssiz hərəkət edir. Müxtəlif (bataqlıq, qum-çınqıllı, şumlanmış) ərazi və relyeflərdə keçirilmiş sınaqlar zamanı RAK tapşırıqları problemsiz yerinə yetirib. Mütəxəssislərin sözlərinə görə, “Berserk” kompleksi müasirləşdirmə üçün açıq arxitekturaya sahibdir. Universal tırtıllı platformanın bazasında gələcəkdə fərqli modi ikasiyaların yardılması da mümkündür. SNİP­dən tank əleyhinə raket modulları

Qroza-R2

Belarusun özəl sektorda fəaliyyət göstərən müda iə sənayesi şirkətlərindən olan SNİP Qapalı Səhmdar Cəmiyyəti MILEX-2019 sərgisində yerüstü tətbiq və nəqliyyat vasitələrinin silahlandırılması üçün nəzərdə tutulan “Şerşen” tank əleyhinə idarə olunan raket (TƏİR) modullarını nümayiş etdirib. Yüngül zirehli MZKT490100/V-1 (Volat) nəqliyyat vasitəsinin üzərinə qurulmuş “Şerşen-M” adlı TƏİR modulu təkcə zirehli texnikaların deyil, düşmənin bunkerlərinin, möhkəmləndirilmiş atəş nöqtələrinin, aşağı hündürlükdə uçan helikopter və PUA-larının məhv edilməsi üçün nəzərdə tutulur. Ma-

43


7A0917 “Lektor” portativ artilleriya atəşini idarəetmə kompleksinə daxil olan “Kaponir” da­ şınan elektrooptik modul, radiostansiya və tabletlər. “Lektor” sistemi 2019­cu ildə Azərbaycan Ordusu tərə indən istifadəyə qəbul edilib. Foto: AD

şının üzərində döyüş modulu ilə yanaşı, uzaq məsafədə müşahidə aparmağa və raketin hədəfə yönəldilməsini həyata keçirməyə imkan verən, teleskopik dirək üzərində qurulmuş stabilləşdirilmiş elektrooptik kompleks (atəş idarəetmə sistemi) yerləşdirilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Şerşen”in yerüstü və nəqliyyat vasitələri üçün tək, iki və dörd raket yerləşdirilmiş versiyaları var. Yerüstü versiya sökülüb yığıla bilən, mühərrik vasitəsi ilə dönən üçayaq, idarəetmə pultu, enerji bloku, kabel və elektrooptik blokdan ibarətdir. Kompleks digər avtomatlaşdırılmış döyüş idarəetmə sistemlərinə də inteqrasiya edilə bilir. SNİP QSC-nin baş direktoru İqor Semerikovun “Azeri Defence”yə verdiyi məlumata görə, “Şerşen” döyüş modullarının unikallığı distans idarəetmə prinsipinə sahib olmalarıdır. Bu gün dünyada “Şerşen” qədər uzaq məsafədən idarə olunan TƏİR döyüş modulu mövcud deyil. “Məsafədən idarəetmə konsepsiyasının reallaşdırılması ilə operatorun həyatının müda iəsinə nail oluruq. Bu ən əhəmiyyətli məsələlərdəndir. “Şerşen”in yerüstü versiyasının operatoru 50 metrdən 100 metrədək məsafədə, kabel və portativ pultun köməyi ilə kompleksi idarə edir. Kabelli idarəetmə simsiz idarəetməylə müqayisədə daha ucuz və maneələrə qarşı daha etibarlıdır”, – deyə şirkət rəhbəri vurğulayıb. Şirkət rəhbəri onu da qeyd edib ki, “Şerşen” kompleksində istifadə olunan TƏİR-lər lazer şüası ilə hədəfə yönəlir. Eyni döyüş modulu üzərində müxtəlif uzaqlığa malik, müxtəlif kalibrli raketlər yerləşdirmək mümkündür. Məsələn, “Şerşen-M”

44 www.azeridefence.com

moduluna eyni zamanda 4-107 mm RK-3, 130 mm RK-2, 152 mm RK-2M və 130 mm yeni RK-2V TƏİR-ləri yerləşdirilə bilər. RK-3 raketinin maksimal atış uzaqlığı 2500 m (550 mm qalınlığında diamik zirehi dəlməyi bacarır), RK-2 raketinin atış uzaqlığı 5500 m (850 mm qalınlığında zirehi dəlir), qəlpəli-fuqas döyüş başlığına malik RK-2M raketinin atış uzaqlığı 5500 m (1100 mm qalınlığında zirehi dəlir), RK-2V raketinin maksimal atış uzaqlığı isə 8000 metrdir (850 mm qalınlığında zireh dəlir). Sonuncu TƏİR-lər kompleksin həm də sahildən suüstü hədəflərə qarşı tətbiqinə imkan yaradır. Çoxfunksiyalı kəş iyyat kompleksi Belarus müda iə sənayesinin aparıcı qurumlarından olan “Aqat -İdarəetmə Sistemləri” şirkəti BRDM-4B indeksli çoxfunksiyalı kəş iyyat kompleksini təqdim edib. Minsk Təkərli Dartıcı Zavodunun (MZKT) istehsalı olan MZKT-490100/V1 zirehli nəqliyyat vasitəsinin əsasında hazırlanmış BRDM-4B kompleksi döyüş zamanı, o cümlədən, günün müxtəlif vaxtlarında, istənilən hava şəraitində və məhdud görmə şəraitində birbaşa kəş iyyat aparmaq üçün nəzərdə tutulub. Şirkət mütəxəssislərinin sözlərinə görə, kompleks 300 km məsafədə fəaliyyət göstərə və müxtəlif kəş iyyat sistemlərinə inteqrasiya oluna bilər. Eyni zamanda kompleks ərazi rəqəmsal xəritəsində aşkar edilmiş hədəflərin (15 metr dəqiqliklə) koordinatının avtomatlaşdırılmış rejimdə müəyyən etməyə imkan verir. BRDM-4B kompleksi hərəkətdə olarkən 30 kilometrə qədər, sabit halda 300

kilometrə qədər uzaqlıqda məlumatların (qra ik və mətn sənədləri şəklində) avtomatlaşdırılmış rejimdə qəbulu və ötürülməsi həyata keçirilir. Bundan əlavə, BRDM-4B kompleksinin silahlanmasına radioidarəetmə ilə işə salınan partlayıcı qurğulara maneələrin qoyulması, aerozol və tüstü qumbaraları daxil edilib. Zirehli kəş iyat kompleksi radiasiya və kimyəvi çirklənməyə məruz qalan ərazidə döyüş tapşırıqları yerinə yetirə bilir. MZKT490100/V1 maşının şosedə maksimum sürəti 120 km/saat, maneəli ərazilərdə 60 km/saat, gediş ehtiyatı isə 1000 km təşkil edir. “Aqat-İdarəetmə Sistemləri” sərgidə həmçinin 7A0917 “Lektor” daşınan artilleriya atəşini idarəetmə kompleksini də nümayiş etdirib. Qeyd edək ki, kompleksin ilk istifadəçisi Azərbaycan Ordusudur. Şirkət rəsmilərinin sözlərinə görə, cari ilin əvvəlində Azərbaycan Belarusdan bir neçə “Lektor” kompleksi alıb və qoşun təlimlərinin gedişatında kompleks sınaqdan çıxarılıb. Belarusun özündə isə məmulat ilkin sınaqları keçib və dövlət sınaqlarına hazırlanır. “Lektor” kompleksi 3 idarəetmə səviyyəsinə malikdir – batareya komandiri, batareyanın baş zabiti və silah komandiri. Baza versiyada batareya komandirinin texniki vasitələrinin tərkibinə R-181-5NU radiostansiyası və “Kaponir”daşınan kəş iyyat cihazı, VM2307 tableti daxildir. Batareyanın baş zabitinin texniki vasitələrinin dəstinə R-181-5NU radiostansiyası, GMX500 avtomatmeteostansiyası və VM2307 tableti, silah komandirinin texniki dəstinə isə VM2306 fərdi əl kompüteri və R-180 radiostansiyası daxil edilib. Texniki vasitələr artilleriya batareyasının atışının hazırlığı üzrə bütün məsələlərin (məlumatın toplanması, emalı, informasiyanın saxlanılması, idarə edilməsi, qərarın qəbulu, komandaların verilməsi və s.) kompleks həllinə imkan verir. AD


“Best Grup”dan məsafədən idarə olunan mühəndis texnikaları Nəqliyyat vasitələrinin zirehləndirilməsi sahəsində ixtisaslaşmış “Best Grup” şirkəti son illər Türkiyənin ordu və təhlükəsizlik qüvvələrinin istifadəsinə müxtəlif təyinatlı, uzaq məsafədən idarə olunan zirehli maşınların bir neçə nümunəsini təklif edib. Türkiyənin şərq rayonlarında və Suriya ərazisində ordunun mühəndis bölmələri tərəfindən geniş istifadə olunan “BG Tosun” adlı zirehli istehkam maşını antiterror əməliyyatlarında əldəqayırma partlayıcılar, həmçinin möhkəmləndirilmiş sığınacaqların, barrikada və xəndəklərin dağıdılması üçün dizayn edilib. Həm kabinədən sürücü ilə, həm də uzaq məsafədən idarə edilə bilən “BG Tosun” güclü qorumaya sahibdir.

Üzərində atış mazğallarının da yer aldığı “BG Tosun” 225 at gücündə mühəriklə təchiz olunub. 23240 kq çəkiyə malik maşının sürəti 40 km/saat, çalovunun tutumu 3.5 kubmetrdir. İstehkam maşını istifadəçinin istəyindən asılı olaraq tüstü qumbaraları, silahlar, motorxana və kabinədə yanğınsöndürmə sistemi, runflat təkərlər, siqnalizasiya avadanlıqları, projektorlar ilə təchiz olunur. Şirkət maşını eyni zamanda potensial müştərilərə özünün dizayn etdiyi 7.62 və ya 12.7 mm pulemyota sahib “Koralp” döyüş modulu ilə də təklif edir. Maşına inteqrasiya edilmiş idarəetmə sistemi şəhər daxilindəə, görüş məsafəsindən kənarda 1000 m, görüş məsafəsində

isə 5000 metr məsafədən sürücü olmadan idarə etməyə imkan verir. Ətrafı 360° bucaq altında müşahidə etmək üçün maşının üzərində 8 ədəd kamera yerləşir. “Best Grup” mütəxəssislərinin sözlərinə görə, maşının bütün funksiyalarını maksimum 250 millisaniyə gecikmə ilə uzaqdan idarə etmək olur. Şirkət “BG Tosun”un zirehli ekskavatorunu da hazırlayaraq Türkiyə təhlükəsizlik qüvvələrinin sərəncamına verib. Uzaqdan ida rə olu nan zi reh li ek skava tor 100 at gücündə mühərrikə və 60 km/saat sürətə və 11 ton çəkiyə sahibdir. Ekskavatorla yanaşı, “Best Grup”un uzaqdan idarə olunan zirehli mini istehkam maşını da mövcuddur. 66 at gücündə mühərrikə və kiçik qabaritlərə malik maşının sürəti 12 km/saat, ağırlığı 3600 kiloqramdır. Tırtıllı istehkam maşını xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulur. Əməliyyat tapşırıqlarından asılı olaraq maşın çalov, yükləyici, buldozer tiyəsi, həmçinin 12.7 mm çaplı güllələrə qarşı qalxanla təchiz oluna bilər. Zirehləndirmə və istehkam maşınları ilə yanaşı, silahlı robotların yaradılması üzərində də çalışıldığını vurğulayan şirkət rəsmilərinin sözlərinə görə, layihə üzrə yaradılmış tırtıllı robot platforma 7.62 mm pulemyota sahib “Koralp” döyüş modulu ilə silahlandırılmış şəkildə təhlükəsizlik qüvvələrinə təklif olunur. 400 kiloqram çəkiyə malik robot 250 mm hündürlükdə maneələri, 500 mm enində xəndəkləri dəf etməyi, 10 km/saat sürətlə hərəkət etməyi bacarır. Robot görüş məsafəsində 1000 m, görüş dairəsindən kənarda 300 metr məsafədən idarə edilir.

FNSS “tank ovçuları”nı xidmətə hazırlayır Türkiyə Silahlı Qüvvvələrinin özüyeriyən tank əleyhinə mübarizə maşını proqramı (Silah Taşıyıcı Arac – STA adlanır – red.) çərçivəsində FNSS şirkəti tərəfindən yaradılmış tırtıllı “Kaplan-STA” və təkərli “ParsSTA” maşınlarının sınaqları yekunlaşmaq üzrədir. 2016-ci il iyun ayının 27-də Türkiyə Müdafiə Sənayesi Komitəsi (SSB) və FNSS şirkəti arasında imzalanan STA layihəsi çərçivəsində yaradılmış hər iki maşının prototipləri IDEF-2019 sərgisində ilk dəfə nümayiş etdirilib. Sözügedən müqaviləyə uyğun olaraq, 2021-ci ilədək Türkiyə Silahlı Qüvvələrinə 184 ədəd tırtıllı, 76 ədəd təkərli olmaqla, ümumilikdə 260 ədəd tank əleyhinə mübarizə maşınının çatdırılması nəzərdə tutulur. “Kaplan-STA” maşınının birinci prototipinin istehsalı 2018-ci ilin yanvar ayında yekunlaşıb və maşının üzərinə tank əleyhinə idarə olunan raketlərin atılması üçün FNSS tərəfindən hazırlanmış məsafədən idarə olunan döyüş modulu inteqrasiya olunub. Həm “Kaplan-STA”, həm də “Pars-STA” maşınlarından döyüş modulu ilə “Kornet” və OMTAS tank əleyhinə idarəolunan raket-

lərlə atışlar həyata keçirilib. Döyüş modulunun silahlanmasına 2 ədəd tank əleyhinə idarə olunan raketlərlə yanaşı döyüş ehtiyatı 500 patron olan 1 ədəd 7.62 mm çaplı pulemyot, termal kamera, gündüz kamerası və 10 km məsafəyə malik lazer məsafəölçən daxildir. FNSS mütəxəssislərinin sözlərinə görə, “Kaplan-STA” balistik mühafizəyə, mina partlayışlarına qarşı qorumaya və amfibiya xüsusiyyətlərinə sahibdir. Zirehli maşının arxa hissəsində iki ədəd suötürücü mövcud dur. Gövdədəki su keçirməz təchizatlar sayəsində istifadəçi hazırlıqsız şəkildə qarşısına çıxan su hövzəsinə daxil olaraq hərəkətini dava etdirə bilir. “Kaplan-STA” maşınının sürücü bölməsi ön tərəfdə, tuşlayıcı və komandir bölməsi orta hissədə yerləşir. Maşının arxa hissəsin-

də isə tuşlayıcı köməkçisi və əlavə personal bölməsi yaradılıb. 4x4 təkər formuluna, kiçik siluetə və amfibiya qabiliyyətinə malik “Pars-STA” maşını 70% bucaq altında yüksəkliyə qalxa, 40 sm-lik dik maneələri dəf edə bilir. Asfallt yolda 110 km/saat sürətlə hərəkət edən döyüş maşınının gediş ehtiyatı 700 kilometrdir. Güllə keçirməyən pəncərələri sürücü və zirehli maşının daxilindəki heyətə geniş bir görüş bucağı təmin edir.

45


Cənubi Qafqaz – hava gücü Zaur Babaşov Cənubi Qafqaz respublikalarının 1990­cı illərin sonlarına doğru silahlı qüvvələrdə başlatdığı müasirləşdirmə proqramlarında əsas diqqət yetirilən istiqamətlərdən biri də köhnə sovet texnikasına malik, önəmli qismi 1990­cı illərin əvvəllərində regiondakı silahlı konflitklərdə sıradan çıxmış Hərbi Hava Qüvvələrinin texnika parkının yenilənməsi oldu. Bu çərçivədə, aviasiya parkının köhnəlmiş texnikalarının təmiri və müasirləşdirilməsi ilə yanaşı, digər postsovet respublikalarından təmir olunmuş təyyarə və helikopterlərin alınması həyata keçirildi.

Mövcud vəziyyət – Azərbaycan SSRİ dağıldıqdan sonra sovet ordusunun respublika ərazisindəki bazalarında qalan, əksəriyyəti yararsız aviasiya vasitələri Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) əsasını təşkil etmişdi. 1992-1994-cü illərdə qısa zamanda təmir edilərək Qarabağda hərbi əməliyyatlara cəlb olunan aviasiya vasitələrindən 12 təyyarə və 8 helikopter Ermənistan silahlı qüvvələri tərəfindən vurulmuş, 5 təyyarə (onlardan biri qeyri-azərbaycanlı pilot tərəfindən Ermənistana endirilib) isə qeyri-döyüş şəraitində itirilmişdi. 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında cəbhədə atəşkəs razılığı əldə ediləndən sonra ordu quru-

46 www.azeridefence.com

culuğuna start verən rəsmi Bakı I Qarabağ müharibəsində aviasiyanın oynadığı mühüm rolu nəzərə alaraq, hərbi aviaparkını gücləndirməyə diqqət yetirməyə başladı. Yeni təyyarə və helikopterlərin alınması ilə yanaşı, mövcud aviaparkın modernizə edilməsi istiqamətində layihələr hazırlandı. Bu çərçivədə Azərbaycan 1998-ci ildə Qazaxıstandan 8 ədəd MiQ-25 tipli döyüş təyyarəsi satın alaraq müharibədə itirilmiş aviasiya gücünü qismən də olsa bərpa etməyi bacardı. Azərbaycan HHQ-nin müasirləşdirilməsinin əsas mərhələsi 2003-cü ildən başlayır. 2005-2018-ci illərdə Azərbaycan HHQ-nin müasirləşdirilməsi istiqamətində bir neçə proqrama start verilmiş, bu çərçivədə NATO-nun dəstəyi ilə hərbi

aerodromlardan birinin modernləşdirilməsi, həmçinin Gürcüstan, Ukrayna və Belarusdan yeni döyüş, təlim və hərbi nəqliyyat təyyarələrinin, Ukrayna və Rusiyadan döyüş və hərbi nəqliyyat helikopterlərinin satın alınması gerçəkləşdirilmişdir. BMT Adi Silahlar Registrinin hesabatlarından, eləcə də alıcı və satıcı dövlətlərin açıqladıqları informasiyalara görə, 2003-2018-ci illərdə Azərbaycan Ukrayna, Rusiya, Belarus, Gürcüstan və Pakistandan ümumilikdə 63 döyüş və təlim təyyarəsi, Rusiya və Ukraynadan isə 84 döyüş və hərbi nəqliyyat helikopteri alıb. Göstərilən illərdə Azərbaycan Gürcüstandan 13 ədəd Su-25 (12 ədəd Su25 və 1 ədəd Su-25UB), Ukraynadan 12 ədəd L-39 təlim, 16 ədəd MiQ-29,


Belarusdan 12 ədəd Su-25 tipli döyüş, Pakistandan 10 ədəd MFİ-395 “Super Mushshak” təlim təyyarəsi, Ukraynadan 12 ədəd Mi-24 (1 ədəd Mi-24R), Rusiyadan 24 ədəd Mi-35M döyüş helikopteri, 40 ədəd Mi-8/Mi-17V1/Mi171, habelə 4 ədəd Ka-32 tipli helikopter, adı açıqlanmayan ölkədən 4 ədəd “Bell 412” tipli yüngül nəqliyyat helikopteri əldə olunub. Bu helikopterlərdən 4 ədəd Ka-32 və 6 ədəd Mi-17 Fövqəladə Hallar Nazirliyi üçün konfiqurasiya edilib. Qalan helikopterlər isə müvafiq olaraq HHQ, DSX və DİN Daxili Qoşunlarının aviasiya dəstələrinin xidmətinə verilib. Qeyd edək ki, DSX-nin aviasiya dəstəsi hazırda uçuş vasitələrinin sayına görə, HHQ-dən sonra ikinci yerdə dayanır. DSX-nin silahlanmasına müasirləşdirilmiş, idarə olunan raketlərlə atəş açmaq imkanına malik Mi-17 hərbi nəqliyyat helikopterləri, hava desantının daşınması, təxliyyə və s. əməliyyatlar üçün An-2 təyyarələri və MALE sinfinə aid “Hermes450”, “Hermes-900” kimi pilotsuz uçuş aparatları daxildir. Yeni aviasiya vasitələrinin satın alınması ilə birlikdə 2013-cü ildən etibarən HHQ-nin silahlanmasındakı MiQ-21, MiQ-25, Su-24 tipli təyyarələr konservasiya edilib.

2010-cu ildə “Rosoboronexport” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, 24 ədəd Mi-35M tipli helikopterinin satın alınması hesabına döyüş aviasiyasının imkanları daha da genişlənib. Mi-24V və Mi-24VP helikopterlərinin bazasında yaradılmış Mi-35M helikopteri gecəgörmə cihazı və hər cür hava şəraitində 4 kmdən artıq məsafədə hədəfləri tanımağa imkan verən IRTV-445MGH termal sistemi ilə təchiz olunub. Uçuş aparatının üzərinə digər ölkələrin istehsalı olan radiostansiyaların, bort radioelektron sistemlərinin də qurulması mümkündür. Mi-35M bir sıra texniki-taktiki göstəricilərinə, manevr imkanlarına görə də sələfindən fərqlənir. Belə ki, Mi-35M helikopterinin kreyser sürəti 280 km/saat, maksimal sürəti 340 km/saat, Mi-24 helikopterinin 270 km/saat, maksimul sürəti 320 km/saat, uçuş yüksəkliyi isə müvafiq olaraq 1750 metr və 1400 metrdir. Helikopterin əsas silahı 470 mərmi ehtiyatına malik QŞ-2-30 topudur. Bundan başqa, Uçuş aparatının üzərində 6 asma nöqtəsi mövcuddur ki, bura 8 ədəd 9M114 və 9M120F “Ataka”, 9M120

“Şturm-V” tipli idarə olunan raketlər, 80 ədəd S-8 tipli 80 kalibrli, 20 ədəd S-113 tipli idarə olunmayan raket yerləşdirilir. Helikopter tam təchizatlı 8 desantı, asmasında isə 1500 kq yükü daşıya bilir. 2017-ci ilin iyul ayında Azərbaycan HHQ ilə Pakistan Aeronavtika Kompleksi (PAC) arasında Pakistandan 10 ədəd “Super Muşşak” (MFİ-395 “Super Mushshak”) təlim təyyarəsinin satın alınmasına dair müqavilə imzalanıb. “Super Muşşak” təyyarəsinin heyəti 2 nəfər, uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. “Super Muşşak” xarici asmada 300 kq yükgötürmə qabiliyyətinə sahibdir.

Azərbaycan HHQ­yə məxsus MiQ­29 döyüş təyyarəsi. BMT Adi Silahlar Registrində yer alan məlumatlara görə, Azərbaycan Ukraynadan 16 ədəd MiQ­29 təyyarəsi əldə edib. Foto: MN

47


Soldan saga: Gürcüstan HHQ­nə aid UH­1H “Huey” helikopteri və Su­25 döyüş təyyarəsi. Hazırda Gürcüstan Ordusu tərəfindən 12 ədəd UH­1H “Huey” helikopteri aktiv istifadə edilməkdədir. Foto: Gürcüstan MN

Gürcüstan Müstəqilliyin ilk illərində əsas diqqəti Quru Qoşunlarına yönəldən Gürcüstanda HHQ-nin inkişafı 1997-ci ildən başlayır. 1997-ci ildə Ukraynadan 10 ədəd L-29 təlim təyyarəsi alan Gürcüstan HHQ 19992001-ci illərdə 2 ədəd Mi-14, 3 ədəd Mi-24 və 2 ədəd Mi-2 helikopterini Ukraynada əsaslı təmir etdirib. 1999-2003-cü illərdə ABŞ tərəfindən hərbi yardım şəklində Gürcüstana 10 ədəd UH-1H “Huey” helikopteri bağışlayıb. BMT Adi Silahlar Registrində yer alan informasiyalara görə, Gürcüstan Ukraynadan 2005-ci ildə 2 ədəd Mi-8 MTV, 8 ədəd Mi-8MT nəqliyyat helikopteri, 2007-ci ildə 8 ədəd L-39C təyyarəsi alıb. Gürcüstan Hərbi Hava Qüvvələri üçün ən ağır dönəm 2008-ci ilin avqust ayında Rusiya–Gürcüstan müharibəsi olub. Hərbi əməliyyatların gedişatında Rusiya HHQ-nin Gürcüstanın aerodromlarını bombalaması nəticəsində ən azı 3 ədəd Su-25 və 2 ədəd L-39 təyyarəsinin məhv edildiyi bildirilir. 2010-cu ildə Gürcüstan Silahlı Qüvvələrinin təşkilat struktrunda edilmiş dəyişikliklər nəticəsində HHQ ləğv olunuraraq, hava və hava hücumundan müdafiə briqadaları şəklində Quru Qoşunlarının tərkibinə verilib, 2016-cı ildə HHQ yenidən silahlı qüvvələrin müstəqil qoşun növü kimi bərpa olunub. Müharibədən ağır itkilərlə çıxan Gürcüstan 2010-cu ildə Ukrayna və ABŞın dəstəyi ilə silahlanmada mövcud olan “Mi” seriyalı helikopterlərin müasirləşdirilməsini həyata keçirib. 2010-cu il iyun ayında Gürcüstanın Müdafiə Nazirliyi ilə Fransanın “Eurocopter” (indiki “Airbus Helicopter”) şirkəti arasında bağlanmış müqavilə çərçivəsində 2 ədəd AS-332 “Super Puma” helikopteri (çatdırılma 2012-ci ildə baş tutub) alınıb. Bundan başqa, 2011-ci ildə Türkiyə hərbi yardım proqramı çərçivəsində Gürcüstana 2 ədəd ikinci əl UH-1H helikopteri bağışlayıb.

48 www.azeridefence.com

Hazırda Gürcüstan Hərbi Hava Qüvvələrinin aviasiya parkına 2 ədəd AS-332 “Super Puma”, 12 ədəd UH-1H “Huey”, 17 ədəd Mi-8T hərbi nəqliyyat, 18 ədəd Mi-14 axtarış-xilasetmə və 6 ədəd Mi-24B döyüş helikopteri (bəzi məlumatlara görə 4 ədəd), 6 ədədi Su-25KM “Scorpion” olmaqla, 11 Su-25 və 2 ədəd MiQ-21UM döyüş, bir neçə ədəd L-29 və 16 ədəd L-39 təlim təyyarəsi daxildir. 2008-ci il avqust müharibəsindən sonra lazımi səviyyədə texniki dəstək təmin olunmadığından Gürcüstan HHQ silahlanmada mövcud olan Su-25 döyüş təyyarələrinin konservasiya edildiyini açıqlayıb. Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Vladimir Çaçibaya 2017-ci ilin mart ayında jurnalistlərə müsahibəsində bildirib ki, Su-25 təyyarələrinin ehtiyat hissələri Rusiyada istehsal edildiyindən onların tədarükü dayandırılıb. Problemi aradan qaldırmaq üçün Gürcüstan insansız kəşfiyyat və döyüş platformalarına və helikopterlərə üstünlük verməyə çalışır. Ermənistan 1992-ci ildə Sovet Ordusundan 13 ədəd helikopter miras alan Ermənistan HHQ-nin döyüş helikopterləri qrupu 1991-ci ildə keçmiş 7 nömrəli qvardiya helikopter alayının 382 saylı əlahiddə helikopter eskadrilyasının əsasında

Ermənistan HHQ­yə məxsus Mi­24 zərbə helikopteri. Foto: İnternet

formalaşdırılıb. Bundan sonra Rusiya tərəfindən Ermənistana 1994-cü ilə qədər 2 ədəd Mi-2, 7 ədəd Mi-8/Mi-17, 15 ədəd Mi-24 helikopteri verilib. Sonrakı illərdə Rusiya və Ermənistan Gümrü və İrəvan şəhərlərində (Erebuni hərbi aerodromu) Rusiyaya məxsus hərbi bazaların yaradılması barədə razılıq əldə ediblər. Rusiyanın Müdafə Nazirliyinin yaydığı məlumata görə, Erebuni hərbi aerodromuna 2015-ci ildə 14 ədəd Mi-24P və 2 ədəd Mi-8MT helikopteri, 2016-cı ildə isə 4 ədəd MiQ-29 döyüş təyyarəsi və bir neçə Mi-8MT nəqliyyat helikopteri yerləşdirilib. Buna qədər Erebuni aviabazasında 9 ədəd MiQ-29 təyyarəsi mövcud olub. Hazırda hərbi bazada Rusiyaya məxsus 18 ədəd MiQ-29 təyyarəsi mövcuddur. 2000-ci illərin ortalarında HHQ parkının yenilənməsi istiqamətində çalışmalara başlayan Ermənistan Slovakiyadan 10 ədəd Su-25 (2004-cü ildə) döyüş, 2004-2010-cu illərdə Ukraynadan 4 ədəd L-39 təlim, 2 ədəd İl-76M hərbi nəqliyyat təyyarəsi, Rusiyadan 2001-ci ildə 1 ədəd Mi-24P döyüş, 2003-cü ildə 7 ədəd Mi-8 hərbi nəqliyyat, 2011-ci ildə isə 2 ədəd Mi-24 döyüş helikopteri, 2017-2018-ci illərdə 3 ədəd İl-76 hərbi nəqliyyat təyyarəsi əldə edib. Açıq qaynaqlarda yer alan məlumatlara görə, hazırda Ermənistan HHQnin xidmətində 6 ədəd Mi-2, 11 ədəd çoxfunksiyalı Mi-8T/MT/17, 2 ədədi Mi-9, 15 ədəd Mi-24 helikopteri, 10 ədəd Su-25, 6 ədəd L-39 təlim təyyarəsi və


5 ədəd İl-76 nəqliyyat təyyarəsi mövcuddur. Bundan başqa, 2013-2015-ci illərdə Ermənistan ordu və təhlükəsizlik strukturları üçün Avstriyanın “Diamond Aircraft Industries” şirkətinin istehsalı olan bir neçə ədəd yüngül, ikimühərrikli “Diamond DA42 Twin Star” təyyarəsi əldə edib.

Təmir və müasirləşdirmə imkanları Regionun ən böyük aviasiya donanmasına malik Azərbaycan HHQ 2003-cü ildən etibarən köhnəlmiş texnikalarının yeniləri ilə əvəz olunması istiqamətində mühüm proqramlar həyata keçirib. Bu kontekstdə işlər iki istiqamətdə – yeni texnikaların satın alınması və mövcud aviasiya texnikalarının Qərb sistemlərinin tətbiqi ilə müasirləşdirilməsi üzrə aparılır. 2003-cü ildən başlayaraq xarici satınalmalarla bərabər, təmir və modernləşdirmə layihələri həyata keçirmək üçün müəssisələr yenidən qurulub, kadr potensialı formalaşdırılıb. Hərbi Hava Qüvvələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən təmir müəssisələrində yerli ehtiyaclar qarşılanmaqla yanaşı, xarici ölkələrin də sifarişləri yerinə yetirilir. MDB Dövlətlərarası Aviasiya Komitəsinin Aviasiya Registri tərəfindən sertifikatlaşdırılmış Gəncə Aviasiya Təmir Zavodu Azərbaycanla yanaşı, Kuba, Peru, Kolumbiya, Əfqanıstan, Polşa, Rusiya, Baltik ölkələrindən sifarişlər alır. HHQ-nin Azərbaycan Aviasiya Təmiri Zavodu isə “Su” və “MiQ” seriyalı hərbi, həmçinin digər təyyarələrin təmiri və modernləşdirilməsi üzrə ixtisaslaşıb. Müəssisədə yerli “Azairtechservice” ASC və Gürcüstanın Tiflis Aviasiya Zavodu ilə birgə Su25 təyyarələrinin əsaslı təmiri və müasirləşdirilməsi, eləcə də Mi-24 və Mi-17 helikopterlərinin modernləşdirilməsi layihələri həyata keçirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sözlərinə görə, müasirləşdirilmiş helikopterlər NLOS raketlərlə silahlandırılıb ki, bu da helikopterlərin düşmənin HHM vasitələrinin təsir zonasına daxil olmadan, hədəflərə qarşı 45-50 km məsafədən dəqiq atışlar etməsinə imkan verir. Müəssisədə “Azairtechservice” ASC-nin və xarici tərəfdaşların iştirakı ilə həyata keçirilmiş mühüm layihələrdən biri də Mi-24 döyüş helikopterlərinin Mi-24 “Super Hind Mk.4” səviyyəsində müasirləşdirilməsidir. Modernləşmədən sonra Mi-24G (“Gecə”) indeksi almış helikopterlərin döyüş imkanları əhəmiyyətli səviyyədə yüksəldilib, helikopterlərə gecə

və pis hava şərtlərində döyüş aparmaq qabiliyyəti qazandırılıb. Mi-24 helikopterlərinin mövcud ən mükəmməl müasirləşdirməsi sayılan Mi-24G versiyasında heyət bölməsi və yanacaq çəninin mühafizəsi gücləndirilib, manevr imkanları artırılıb, yeni özünü mühafizə sistemi və 20 mm (Denel “Vector”) avtomat topla silahlandırılıb. Helikopterin topu və elektro-optik kompleksi pilotun sensor eynəkli dəbilqəsi ilə inteqrasiya olunub. Bu da silahın və elektrooptik kompleksin avtomatik şəkildə pilotun baxdığı yönə çevrilməsinə imkan verir. Müasirləşdirmə nəticəsində Mi-24G helikopteri, həmçinin lazer və infraqırmızı başlıqlı, idarə olunan silahlardan istifadə imkanına sahib olub. Helikoterin idarəetmə bölməsi yenilənib. Rəngli HUD, elektron xəritə, yeni naviqasiya avadanlıqları, taktik rabitə vasitələri, zenit-raket komplekslərinə qarşı müasir özünü qoruma və xəbərdarlıq sistemi tətbiq edilib. Mütəxəssislərin sözlərinə görə, hazırda HHQ-nin silahlanmasında mövcud olan, müasirləşdirilmiş aviasiya texnikalarını qərb analoqlarından yalnız

STC “Delta” tərə indən EXEC 162F tipli he­ likopterin bazasında yaradılmış silahlı PUA. Foto: STC Delta

füzelyajı və mühərriki fərqləndirir. Bəzi texnikaların kabinə daxilindəki avadanlıqlarının 70%-ə qədəri yenilənib. Bu yenilənmə “TurAz Qartalı” təlimlərində də göründüyü qədər, F-16 döyüş təyyarələrinin pilotlarının qısa təlimdən sonra Su-25 və ya MiQ-29 təyyarəsində, yaxud əksinə uçmasına imkan verir. Bir neçə ildir Türkiyənin ASELSAN şirkətinin iştirakıya HHQ-nin təyyarələrinin, döyüş və hərbi nəqliyyat helikopterlərinin, eləcə də idarəetmə məntəqələrinin müasirləşdirilməsi istiqamətində layihələr davam etdirilir. ASELSAN-ın 2018-ci ildə fəaliyyətinə dair hesabatında Azərbaycan HHQ-nin Su-25 təyyarələrinə Lazer Yönləndirmə Dəstinin (LGK – Lazer Güdüm Kiti) inteqrasiyasının həyata keçirildiyi, LGK satışına dair müqavilənin imzalanması üçün görüşmələrə başlandığı, bundan başqa ASELSAN tərəfindən Ti lis Aviasiya Təmiri Zavodunda Su­25 təyyarələrinin təmir­modernləşdirmə prosesi. Foto: TAM

49


Azərbaycan HHQ­nin modernizə edilmiş Mi­24G döyüş helikopteri. Yaxın planda helikopterdə tətbiq edilən elek­ tro­optik müşahidə kompleksini və 20 mm­lik top görünür. Foto: Vüqar İbadov

ANS-600 inersial naviqasiya cihazının Su25 təyyarələrinə inteqrasiyası və uçuş testlərinin uğurla tamamlandığı qeyd olunub. 2016-cı ilin sentyabr ayında “Rusiya Vertolyotları” və Azərbaycanın “Silk Way Helicopter Services” şirkəti arasında Bakıda Mi-8 və Mi-17 helikopterlərinə xidmət mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb. Sözügedən mərkəzdə mülki helikopterlərlə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və DİN Daxili Qoşunlarının balansında olan hərbi helikopterlərə texniki xidmətin göstərilməsi nəzərdə tutulur. SSRİ-dən Gürcüstana Su-25 təyyarələrinin istehsalı ilə məşğul olan ittifaqın ən böyük müəssisələrindən biri – Tbilisi Aviasiya Zavodu (Tbilaviamşeni – TAM) miras qalıb. 2000-ci illərin əvvələrində Rusiyanın “Suxoy” şirkəti ilə aralarında yaranan anlaşılmazlıqdan sonra TAM İsrailin “Elbit Systems” və ELGAD şirkətləri ilə birlikdə Su-25 təyyarələrinin müasirləşdirilməsi layihəsinə başlayıb. Qeyd edək ki, TAM Su-25 döyüş təyyarələrinin istehsalı ilə yanaşı, Mi-8 helikopterlərinin təmiri və müasirləşdirilməsi ilə məşğul olub. Müəssisə rəhbərliyi iddia

50 www.azeridefence.com

edir ki, TAM bu gün Su-25 təyyarələrinin texniki sənədlərinin və planlarının müstəsna sahibidir və müştərilərə Su-25 təyyarələrini əsaslı təmir və modernizə edə biləcək yeganə şirkətdir. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən sonra zavod Su-25 təyyarələri və Mi-8 helikopterləri üçün dəstləşdiricilərlə təchizat məsələsində problemlərlə üzləşib. Rusiya müəssisələrinin Gürcüstana ehtiyat hissələr satmaması zavodun istehsal qabiliyyətinin itirilməsi ilə nəticələnib. Rəsmi məlumatlara görə, TAM tərəfindən 1978-ci 1996-cı ilədək təxminən 900 ədəd Su-25 döyüş təyyarəsi, 19871996-cı illərdə isə müəssisədə Su-25T, Su25BM və bir neçə ədəd Su-25U modifikasiyası, 2000-ci illərin əvvəllərində isə az sayda müasirləşdirilmiş Su-25KM “Scorpion” modeli, habelə 1990-cı illərin əvvəllərinədək təxminən 30000 ədəd R-60 və 6000 ədəd R-73 raketi istehsal olunub. TAM 2002-ci ildə Azərbaycana 6, 2006-cı ildə 7 ədəd Su-25 (cəmi 13 ədəd), Türkmənistana isə 16 ədəd Su-25 təyyarəsinin satışını reallaşdırıb. Bundan başqa, Türkmənistan HHQ-nin silahlanmasında yer alan 45 ədəd Su-25 təyyarəsinin, habelə 6 ədəd Mi-8 və Mi-24 helikopterinin Gürcüstanda əsaslı təmiri həyata keçirilib. Hazırda zavodda aviasiya uçuş texnikalarından bir neçə model pilotsuz uçuş aparatı istehsal edilir. Bundan başqa, mülki təyyarələrin bir neçə eksperimental nümunəsi xarici tərəfdaşla yığılsa da, müştəri olmadığından seriyalı istehsala verilməyib. Perspektivlər Regionda gərgin olaraq qalan hərbi vəziyyət, silahlı münaqişələrin hər an

yenidən başlanma ehtimalı, tərəflərin birbirinə qarşı ciddi şəkildə silahlanmağa davam etdirilməsi, xüsusilə də son 20 ildə gerçəkləşdirilmiş satınalma layihələrində hava hücumundan müdafiə sistemlərinin (HHM) ağırlıq təşkil etməsi və mövcud aviaparkın müasir HHM sistemlərinə adekvat olmaması hər üç dövləti aviasiya parkını daha müasir texnikalarla gücləndirməyə vadar edir. Digər tərəfdən, Gürcüstan timsalında demək olar ki, köhnəlmiş, ömrünü başa vurmaqda olan Sovet texnikalarının müasirləşdirilməsində “astar üzdən baha başa gəlir”. Məhz yuxarıda sadalanan faktorlar region dövlətlərinin yeni nəsil aviasiya texnikalarına tələblərini formalaşdırır. Azərbaycan HHQ-nin yaxın gələcəyi ilə bağlı yanaşmalarda Qərb istiqamətinə maraq daha aydın hiss olunur. Son illərdə Rusiya Su-30SM, MiQ-35 kimi döyüş təyyarələrini, Ka-52 “Alliqator” zərbə helikopterini təklif etsə də, Azərbaycan tərəfi bu texnikaların HHQ-nin qarşısına qoyulan tələblərə cavab vermədiyini əsas gətirərək satın almaqdan vaz keçmişdir. Rəsmi və qeyri-rəsmi məlumatlardan aydın olduğu qədər, Azərbaycana təklif olunan alternativlər sırasında İsveçin SAAB şirkəti JAS-39 “Gripen”, “Eurofighter” konsorsiumunun “Typhoon”, Pakistan Aeronavtika Kompleksinin JF-17 “Thunder” döyüş, İtaliyanın “Leonardo” korporasiyasının M-346 təlim-döyüş təyyarələri, CAR-ın “Paramount Group” şirkətinin “Mwari” yüngül çoxməqsədli patrul təyyarəsi, Türkiyənin TUSAŞ şirkətinin “Hürkuş” təlim təyyarəsi və T129 ATAK zərbə helikopteri kimi müasir, yeni nəsil aviasiya texnikaları yer alır. Mediada yer alan məlumatlara görə, 2017-ci ildə Azərbaycan HHQ ilə “Leonardo” korporasiyası arasında 10


ədəd M-346 reaktiv təlim-döyüş təyyarəsinin alqı-satqısına dair razılıq əldə olunub və 2017-ci ilin may ayında HHQnin bazasında M-346 təyyarəsinin təqdimatı keçirilib. Uzunluğu 11.49 metr, qanad açıqlığı 9.72 metr, boş halda çəkisi 4610 kiloqram, normal uçuş kütləsi 6700 kq, heyəti iki nəfərdən ibarət olan təyyarə “Honeywell” şirkətinin istehsalı olan 2 ədəd F-124 - GA-200 mühərriki ilə təchiz edilib. M-346 təyyarəsinin maksimal sürəti 1093 km/saat, praktiki uçuş uzaqlığı 2000 kilometr, praktik tavanı 13715 metr, maksimal istismar yüklənməsi – 3/+8 g təşkil edir. Təyyarədə silahların yerləşdirilməsi üçün 9 asma nöqtəsi mövcuddur. İndiyədək bir neçə dəfə Azərbaycanın hərbi nümayəndə heyəti şirkətin test mərkəzində və İtaliya Hərbi Hava Qüvvələrində bu təyyarənin sınaqlarında iştirak edib. M-346 təyyarəsinin performansı yüksək qiymətləndirilib. Mütəxəssislərin sözlərinə görə, Azərbaycan HHQ-nin tələblərinə cavab verən M-346 gələcəkdə pilotların Qərb ölkələrinin istehsalı olan döyüş təyyarələrinin istismarının mənimsəmələrində körpü rolu oynayacaqdır. Bununla yanaşı, Azərbaycan Pakistanın JF-17 “Thunder” təyyarəsinin Blok II və hazırlanmaqda olan Blok III modifikasiyasına marağını ifadə edib. HHQnin pilotları JF-17 “Thunder” kurslarının iştirakçısı olublar. Mütəxəssislər Azərbaycanın turbovintli kiçik patrul təyyarələrinə də ehtiyacının olduğunu düşünürlər. Bu kontekstdə Braziliyanın “Embraer” şirkətinin “Super Tucano”, Türkiyənin TUSAŞ şirkətinin “Hürkuş-C” və CAR-ın “Paramount Group” şirkətinin “Mwari” yüngül təyyarələri potensial görülür. TUSAŞ rəsmiləri mətbuata açıqlamalarında 2018-ci ildə Azərbaycan HHQ-nin “Hürkuş” üçün Türkiyə tərəfindən qiymət istədiyini açıqlayıblar. Yuxarıda qeyd olunduğu kimi, ehtiyat hissələr tədarükünə görə Su-25 təyyarələrini konservasiya edən Gürcüstan eyni problemləri keçmiş sovet istehsalı olan helikopterlələ də yaşayır. Buna görə də

Gürcüstan qərb istehsalı olan helikopterlərin və silahlı PUA-ların perspektivini elan edib. Çexiya KİV-lərinin məlumatına görə, Gürcüstan HHQ Aero L-159 “Alca” təyyarəsinin alınmasına maraq ifadə etsə də, maliyyə problemləri ilə əlaqədar bu layihədə irəliləyiş olmamışdır. Yeri gəlmişkən, adıçəkilən təyyarənin Azərbaycan üçün də təqdimatları keçirilib. Qarşılaşdığı problemlərə baxmayaraq, Gürcüstan son illərdə hərbi və mülki aviasiya sənayesinin yaradılması istiqamətində də ciddi işlər həyata keçirir. 2018-ci ilin ortalarında Tbilisidə İsrailin “Elbit Systems” şirkətinin və Gürcüstanın Dövlət Sərmayə Fondunun birgə müəssisəsi olan “Aero-Stucture Technologies” (Cyclone) şirkətinin təyyarələr üçün metal və kompozit komponentlərin istehsalını həyata keçirəcək zavodu fəaliyyətə başlayıb. Hazırda beynəlxalq bazara çıxmaq üçün şirkət ISO və NADCAF sertifikatlarının alınması, eləcə də “Bombardier”, “Boeing” və “Airbus” kimi dünyanın tanınmış aviatikinti şirkətlərinin sifarişlərin yerləşdirilməsi istiqamətində işlər aparır. Qeyd edək ki, “ASTCyclone” şirkətində “Elbit Systems” şirkəti 33.3% paya malikdir. Müəssisənin “Boeing“ və digər şirkətlər tərəfindən sertifikatlaşdırılmasına çalışılır. 2015-ci ildə Su-25 bazasında yeni – Ge-31 “Bora” adlı döyüş təyyarəsinin layihəsini təqdim edən TAM zavodu hazırda bu layihənin reallaşdırılması üçün HHQ və xarici müştərilərlə danışıqlar aparır. Su-25K və Su-25T təyyarələrinin planerinə malik olacaq Ge-31 təyyarəsində Qərb ölkələrində hazırlanmış avionikanın, özünü müdafiə kompleksinin, radioelektronikanın, mühərrik və katapult sistemlərinin qurulması nəzərdə tutulur. Gürcüstan HHQ 2020-ci ildən “STC Delta” tərəfindən EXEC 162F tipli helikopterin bazasında yaradılmış döyüş PUA-nı silahlanmaya qəbul etməyi

planlaşdırır. 2 ədəd M-134 “Minigun” 6 lüləli pulemyotla və hər birində 4 ədəd idarə olunmayan raket yerləşən 2 raket bloku ilə silahlandırılmış insansız helikopter burun hissədə elekto-optik yükə malikdir. Uzunluğu 6.71 metr, rotorunun diametri 7.62 metr, çəkisi 442 kq təşkil edən helikopter PUA 150 at gücündə bir ədəd “Rotorway RI-162F” mühərrikinə sahibdir. Maksimum 185 km/saat sürət (əməliyyat sürəti 152 km/saat) yığa bilən PUA 3050 metr yüksəkliyə qalxa və havada 2 saat qala bilir. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Rusiyadan hərbi-texniki asılılığı davam edən Ermənistanla Rusiya arasında 2018-ci ildə Su-30SM döyüş təyyarələrinin alqı-satqısına dair razılaşma əldə olunub. Müqaviləyə əsasən Ermənistan 2019-cu ilin sonu – 2020-ci ilin əvvəllərində Rusiyadan 4 ədəd Su-30SM qırıcı təyyarəsi almağı planlaşdırır. Ermənistanın müdafiə naziri David Tonoyanın sözlərinə görə, 2025-ci ilə qədər ümumilikdə 12 ədəd Su-30SM təyyarəsinin alınması nəzərdə tutulur. Erməni mediasında yer alan, lakin rəsmi mənbələrdə təsdiqlənməyən məlumatlara görə, Rusiya ilə Su-30SM təyyarələri ilə yanaşı, açıqlanmayan sayda Mi-35M döyüş helikopterlərinin də alınması tərəflər arasında razılaşdırılıb. Alınacaq helikopterlər Ermənistanın müəssisələrində istehsal edilmiş elektrooptik müşahidə kompleksləri ilə komplektləşdiriləcək. Eyni zamanda 2020-ci ildə Ermənistan ərazisində “Rusiya Vertolyotları” şirkəti ilə bərabər, servis mərkəzinin yaradılması planları mövcuddur. AD

M­346 reaktiv təlim döyüş təyyarəsinin 2017­ci ilin may ayında HHQ­nin bazasında təqdimat zamanı çəkilmiş fotosu. Məlumatlara görə, Azərbaycan ilk mərhələdə 10 ədəd M­346 təyyarəsi alacaq. Foto: MN


Rəşad Süleymanov

Hücum pulemyotları D

ünyanın aparıcı silah istehsalçıları tərəfindən yaradılmış hücum pulemyotları baza olaraq götürüldükləri standart pulemyotlardan qabaritlərinin yığcamlığı, çəkinin azaldılması, çox funksiyalılığı, erqonomikası və istifadəsinin rahatlığı kimi göstəriclərinə görə önə çıxır. ABŞ Ordusunun və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının (US SOCOM) təşəbbüsü ilə reallaşdırılan layihələrdə isə qeyd edilənlərdən əlavə, silahın solaxaylar tərəfindən istifadəsinin nəzərə alınması, gilizsiz sursatlardan istifadə, sursatla qidalandırma sisteminin təkmilləşdirilməsi, o cümlədən lentlə yanaşı, standart avtomat daraqlarından istifadə, asan sökülüb yığılma, ayaq üstündə atış, lülənin qısa müddətdə dəyişdirilə bilməsi və s. kimi əlavə tələblər qoyulmuşdur. Təbii ki, bu tələblər öz növbəsində uzunluğu və yanaqlığı tənzimlənən və tənzimlənməyən qun daqların, parça patron qutusunun, elastik sursat xəttinin, qeyri-metal lentlərin, universal ikiayaq kimi hissə və mexanizmlərin yaradılmasına gətirib çıxarmışdır.

52 www.azeridefence.com

ABŞ Ordusunun LSAT (Lightweight Small Arms Technologies) proqramı çərçivəsində 2004-cü ildə Ordu Elmi-Texniki Mühəndislik Mərkəzinin və “Piccatiny Arsenal” şirkətinin rəhbərliyi altında yaradılmış perspektiv yüngül hücum pulemyotunun 600 patronla tam çəkisi 8165 qramdan 10705 qrama, boş halda isə 5170 qram təşkil edir. LSAT proqramında həmçinin “AAI Corporation” (Textron Systems), “Ares Inc.”, “Omega Training Group”, “St. Marks Powder”, “General Dynamics Armament and Technical Products”, “General Dynamics Ordnance and Tactical Systems”, “Kinghts Armament Company” (KAC), ATK, “Frontier”, “Knox”, “Veritay” və “FN Herstal” şirkətləri də fərdi və ya birgə layihələrlə iştirak ediblər. ABŞ Ordusu tərəfindən qəbul edilmiş “Textron Systems” şirkətinin 5.56x45 mm LSAT pulemyotunun çəkisi ABŞ Ordusunun mövcud M249 pulemyotu ilə müqayisədə 35% azaldılaraq 4.8 kiloqrama, 7.62x51 mm çaplı versiyasının çəkisi 6.8 kq-a endirilib. Tətbiq edilən döyüş sursatlarının,

Son 70 ildə dünyanın müxtəlif coğrafiyalarında gedən hərbi əmə­ liyyatlar piyadaların əsas silahlarından olan pulemyotların təkmilləşdirilmə­ sində mühüm rol oynayıb. Nəticədə aparıcı dövlətlərin ordularının tələbləri əsasında pulemyotların yeni nəsli – hücum pulemyotları meydana çıxmışdır. Hücum pulemyotlarının meydana çıx­ masında əsas faktorlardan birincisi xüsusi təyinatlı qüvvələrin inkişafı olmuşdur. Döyüşlərdə pulemyot piyada bölmələrin əsas silahlarından biri kimi mühüm rol oynasa da çəkisinin ağırlığı, qabaritlərinin böyük olması və digər amillər bu silahın daşınmasını, xüsusilə də dağlıq zonalarda, hava­desant, yaşayış məntəqələri daxilində həyata keçirilən əməliyyatlarda tətbiqini məh­ dudlaşdırır. Əsasən də xüsusi təyinatlı bölmələrin mütəmadi üzləşdikləri bu sadalanan və sadalanmayan faktorlar hücum pulemyotlarının yaradılmasını şərtləndirmişdir. sürsat təchizatı sisteminin elementlərinin və materiallarının yenilənməsi, elastik pulemyot lentinin tətbiqi hesabına silahın döyüş komplektinin də çəkisi 40%-ə yaxın azalıb. Pulemyotçunun hazırlığı və silahın istismarı, texniki xidmət prosesi sadələşdirilib. “Textron Systems”in LSAT pulemyotunun uzunluğu yığılmış qundaqla 917 mm, lüləsinin uzunluğu standart versiyada 419, qısaldılmış versiyada 320 mm təşkil edir. Pulemyotun atış tempi 650 atış/dəqiqə, effektiv atəş məsafəsi 1000 metr, güllənin başlanğıc sürəti 920 m/saniyədir. LSAT proqramı üzrə Almaniyanın “Heckler & Koch” və “Dynamit Nobel” şirkətləri tərəfindən ABŞ Ordusu üçün 5.56x45 mm çaplı yüngülləşdirilmiş gilizsiz patronlar və plastik gilizli patronlar yaradılıb. 2011-ci ildə ABŞ Ordusunda keçirilən ilkin sınaqlarda 8 ədəd LSAT


pulemyotu və 100 000 patron istifadə olunub. İstehsalçıların açıqladığı məlumata görə, gilizsiz patronun çəkisi 6.3 qram, plastik gilizli patronun çəkisi 8.3 qram (5.56x45 mm M855 patronu 12.2 qramdır) təşkil edir. Gilizsiz patronlar daha bahalı olduğundan ABŞ ordusu hələlik onların kütləvi istehsalını proqrama daxil etməyib. LSAT pulemyotlarında istifadə üçün istehsalçı tərəfindən yüngül, plastik bağlara malik açılan lentlər hazırlanıb. Pulemyotun parçadan hazırlanmış patron qutusu 100 ədəd gilizli və 150 ədəd gilizsiz patron tutur. 2018-ci ilin sonlarına doğru “Textron Systems” şirkəti tərəfindən 5.56x45 mm LSAT pulemyotunun İsveç Silahlı Qüvvələri üçün də nümayişi keçirilib. Sınaqlar zamanı silahın dəqiqliyi, iş prinsipləri və davamlılığı qiymətləndirilib. 2018-ci ilin mart ayında “Precision Intermediate Calibre” layihəsinin tamamlanmasıyla USSOCOM tərəfindən 6.5 mm “Creedmoore” (CM) patronlar silahlanmaya rəsmən qəbul edilib. Yüngül 5.56x45 mm patronların daha təsirli 6.5 və ya 6.8 mm CM patronlarla əvəz edilməsinə rəsmən 2022-ci ildə start verilməsi nəzərdə tutulur. Bu kalibr patronlar mövcud bədən zirehini dəlmək üçün bir kvadrat inç sahədə 60 və ya 80 KSİ (kilo funt) enerjiyə sahibdir. SOFİC2018 sərgisində açıqlanan informasiyalara görə, USSOCOM-un istehsalçılar qarşısında qoyduğu yeni tələblərdən biri də atıcı silahların sözügedən kalibrli versiyalarının yaradılmasıdır. Ehtimal edilir ki, qarşıdakı 4-5 il ərzində LSAT proqramı çərçivəsində “Creedmore” kalibrli patronlara uyğunlaşdırılmış pulemyotların nümunələri sınaqlara təklif olunacaq. “Kinghts Armament Company” (KAC) şirkəti tərəfindən LSAT proqramı üçün hazırlanmış, lakin proqramın yekununda qəbul edilmədiyi üçün beynəlxalq bazara təklif edilən 5.56x45 mm LAMG ölçü və çəkisinə görə ABŞ Ordusunun mövcud standart hücum pulemyotlarından əhəmiyyətli dərəcədə fərqlənir. Şirkətin kataloq informasiyalarına görə, LAMG-nin atəş tempi dəqiqədə 575-625 atəş arasındadır. Pulemyotun lülə qutusunun və qundağının üzərində nişangahların və digər ksesuarların quraşdırılması üçün pikkatini relsləri mövcuddur. Silahda qısa müddətdə dəyişdirilə bilən lülə və qundaq tətbiq edilib. Pulemyot istifadəçilərə M4 avtomatlarında mövcud olan qundaq və ya istəyə bağlı olaraq uzunluğu tənzimlənən qundaqla təklif olunur. Pulemyotun qısa versiyasının çəkisi 3.9 - 4 kq təşkil edir. Modulyar dizayna malik LAMG-nin lülə qutusunun üst hissəsində lüləni bağlayıb açmağa imkan verən mexanizm yerləşir. Pulemyot üçün xüsusi dizayna malik, 200

patron tutumuna malik qutu dizayn edilib. Silahda eyni zamanda 100 patron tutumlu dəyirmi daraqdan da istifadə etmək mümkündür. Pulemyotun qoruyucu mexanizmi eynilə tapançalarda olduğu kimidir-qoruyucu düymə sıxıldıqdan sonra tətik mexanizmi işə salınır. Uzunluğu 890 mm təşkil edən LAMG standart 381 mm uzunluğunda, xromla üzlənmiş lülə, həmçinin qısaldılmış yüngül lülə və alovboğucu ilə də təklif olunur. Sonuncu versiya ikiayaq olmadan da istifadə edilə bilər. KAC şirkətinin 6.31 kq çəkiyə 10851168 mm uzunluğa malik LW-AMG (Lightweight Assault Machine Gun) adlı digər pulemyotu 7.62x51 mm çaplı patronlardan istifadə edir. Bazardakı analoqlarından aşağı çəkisi və modulyar dizaynı ilə fərqlənən pulemyotda nişangah və digər aksesuarlarla dəstləşdirməyə imkan verən MIL-STD-1913 standart pikkatini relsləri tətbiq olunub. Silahın ikiayağının atıcıya qədər olan məsafəsi tənzimlənə bilir. İstiifadəçinin istəyinə uyğun olaraq pulemyotun üzərinə əlavə pikkatini relsləri də taxıla bilər. LAMG pulemyotunun 6.5 mm CM kimi alternativ kalibri də yaradılıb. İlk nümunəsi 2018-ci ilin oktyabr ayında təqdim edilən bu versiya dəqiqədə 550 atış edə bilir. KAC pulemyotlarında tətbiq edilən hündürlüyü tənzimlənən ikiayağı həm də tutacaq rolunu yerinə yetirir. ABŞ ordusunun CSASS proqramı çərçivəsində hazırlanmış “KAC Precision Bipod”un açılma bucağı 90°-dən 270°-dəkdir. FN Minimi “FN Herstal” şirkətinin 2013-cü ilin noyabr ayında bazara təqdim etdiyi 5.56x45 və 7.62x51 mm “FN Minimi Mk3” pulemyotları əvvəlki nəsil “Minimi” və M-249 pulemyotundan təkmilləşdirilmiş erqonomikasına, modulyarlığına və daşınma rahatlığına görə fərqlənir. Pulemyot uzunluğu və yanaqlığı tənzimlənən qundağa

malikdir. Parçadan hazırlanmış patron qutusunun tətbiqi sayəsində silahın çəkisi azalıb. Silahın sursatla təchizat sistemi yenilənib. “Minimi Mk3” pulemyotunda həm lentdən, həm də standart avtomat daraqlarından istifadə etmək mümkündür. Daraqdan istifadə zamanı xüsusi mexanizmlə keçid etməyə ehtiyac yaranır. “Minimi Mk 3” pulemyotunda səfər vəziyyətində və ayaqüstü atış zamanı geriyə yığılıb gövdəyə kilidlənən sərt ikiayaq tətbiq olunub. Silahın qundağı 5 mövqedə, yanaqlıq isə iki mövqedə tənzimlənir. Qundağın tənzimlənməsi zirehli gödəkcə və tam təchizatlı halda belə istifadəsinə narahatlıq yaratmır. Xüsusi dizayna malik qundağın arxa hissəsi təpmənin təsirini azaldan, amortizasiya olunan materialdan hazırlanıb. Silahın lülə qutusu qapağının üst hissəsi, öndə və yanlarda optik nişangahlar, digər aksesuarlar habelə ayrıca dəstək quraşdırmağa imkan verən pikkatini relslərinə sahibdir. Lülə qutusu qapağının açdıqdan sonra tutucu mexanizmi boşaltmaqla bir neçə saniyə ərzində lüləni dəyişmək mümkündür. Şirkət mütəxəssislərinin mətbuata açıqlamalarından məlum olduğu kimi, “FN Minimi Mk3” pulemyotunda sursatın ötürülməsi sistemi və çaxmaq tutacağı müasirləşdirilib ki, bu da tək əllə patron lentini yerləşdirmək prosesini asanlaşdırıb. Şirkət rəsmilərinin sözlərinə görə, “Minimi Mk3” versiyasının hazırlanmasında son 1015 il ərzində ABŞ, Belçika, Böyük Britaniya və digər dövlətlərdə hərbçilərin təklifləri öyrənilib. Hərbçilərin istəyi əsasında silahda tətbiq edilən həm lent, həm də avtomat darağından istifadə mexanizmi döyüş zamanı lentin yüklənməsinə vaxt ayırmadan standart 5.56 və ya 7.62 mm avtomat daraqlarını pulemyota taxmaqla fasiləsiz atış həyata keçirməyə imkan yaradır. “Minimi Mk3” pulemyotu son illərdə bir sıra Avropa orduları tərəfindən seçilib. Portuqaliya 2019-cu ilin fevral ayında NATOnun Logistika və Satınalmalar Agentliyi (NSPA) ilə imzaladığı uzunmüddətli

KAC LAMG pulemyotu

53


müqavilə çərçivəsində 2019-2022-ci illərdə “FN Herstal”dan müxtəlif atıcı silahlarla birlikdə 850 ədəd 5.56 mm “Minimi Mk3” və 320 ədəd 7.62 mm “Minimi Mk3” pulemyotları əldə edəcək. Çexiya Müdafiə Nazirliyi isə “FN Herstal” şirkətindən 2019-cu ildə 110 ədəd 7.62x51 mm “Minimi Mk3” pulemyotu əldə edib. Qeyd edək ki, bundan əvvəl, 2015-ci ildə Çexiya Xüsusi Təyinatlı Qüvvələri “FN Herstal” şirkətindən 35 ədəd Mk 48 pulemyotu satın alıb. Sözügedən Mk48 pulemyotu 2000-ci ilin əvvəlində USSOCOM tələbi əsasında “FN Herstal” şirkəti tərəfindən Dəniz Xüsusi Təyinatlılarının silahlanmasındakı “M60E4 /Mk 43 Mod 0” pulemyotlarını əvəz etmək üçün yaradılmışdır. Bu silah LWMG proqramı üzrə “Mk 46 Mod 0”dan sonra USSOCOM tərəfindən istifadə edilən M249 yüngül pulemyotun yeni nümunəsi hesab olunur. “Mk 48 Mod 0” pulemyotu pikkatini rels (qutunun üzərində, ön tərəfdə üst və alt hissədə) və inteqral qatlanan ikiayağa sahibdir. Silah M249 pulemyotu ilə eyni polimer lentlərdən istifadə edir. Pulemyot özündən əvvəlki nümunələrdən də bəzi hissələri götürüb. Belə ki, Mk 46 pulemyotunda mövcud olan çıxarılan daşıma dəstəyi Mk 48-də yenidən istifadəyə verilib. Bu da qızan lüləni dəstəkdən istifadə eləməklə dəyişdirməyə imkan verir. Mk 48 də sələfində olduğu kimi müxtəlif lent qutularından istifadə edə bilər. 7.62x51 mm çaplı sursatdan istifadə etməsinə və lüləsinin uzunluğuna baxmayaraq, “Mk 48 Mod 0” modeli 5.56 mm çaplı M249 pulemyotlarından 17% yüngüldür. Hazırda “Mk 48 Mod 0” pulemyotları ABŞ Dəniz Qüvvələri və Ordunun 75-ci reyncer alayı və USSOCOM-un müəyyən hissələrinin də istifadəsində yer alır. Yeri gəlmişkən, 2018-ci ilin mart ayında Londonda keçirilmiş “Gələcəyin Əsgəri Texnologiyaları” konfransında Böyük Britaniya Silahlı Qüvvələri 2004-cü ildən ordunun silahlanmasında mövcud olan L110A2/A3 (FN “Minimi”) pulemyotlarının yenisi ilə əvəz etək planlarını açıqlayıb. Britaniya Ordu Araşdırma Mərkəzinin nümayəndəsinin çıxışından məlum olduğu qədər, 5.56x45 mm kalibrinin saxlanacağı yeni silahda çəkinin yüngülləşdirilməsi və atəş tezliyinin artırılması, habelə multikalibr yanaşmalara üstünlük veriləcək. Negev Comando 1990-cı ildə İsrail Müdafiə Ordusu tərəfindən silahlanmaya qəbul edilmiş “Negev” əl pulemyotu bu gün Azərbaycan da daxil olmaqla, 10-dan çox dövlətin ordu və hüquq-mühafizə orqanları tərəfindən istifadə olunur. “Qalil” avtomatının bazasında yaradılmış, Standart uzun və

54 www.azeridefence.com

LSAT

Negev-SF qısaldılmış lülələrlə buraxılan pulemyotun qazötürmə mexanizmi gövdənin altında yerləşdirilib. Pulemyot tək, növbəli atış və avtomat atış rejimlərinə malikdir. Atəş rejimlərinin üçmövqeli qoruyucu-keçiricisi tapança dəstəyinin yuxarısında yerləşir. Pulemyot lentlərdən və avtomat daraqlarından istifadə edir. Lentin ötürülməsi soldan sağadır. Daraq qəbuledicisi aşağıda yerləşdirilib və atıcı “Galil” avtomatları üçün nəzərdə tutulan 35 patron tutumlu daraqlardan istifadə edə bilər. Xüsusi adapterin quraşdırılaraq M16 avtomatlarının darağından da istifadə etmək mümkündür. Pulemyot 100 və 200 patron tutumu olan lent qutusu ilə təklif olunur. Silahın “FAB Defense” şirkəti tərəfindən hazırlanmış ikiayağı və daşıma dəstəyi rahatlıqla çıxarıla, məsafəsi tənzimlənə bilir. Silahın bütün modellərində “FAB Defense” şirkətinin istehsalı olan qundaq, tapança dəstəyi, pikkatini relslər tətbiq olunub. Pulemyotun “Negev SF” (“Commando”) versiyası yenə “FAB Defense” şirkətinin istehsalı olan, ikiayağa çevrilən, yığılıb-açılan tapança dəstəyinə sahibdir. Şirkət mütəxəssisləri silahın dizaynı zamanı xüsusi təyinatlıların təkliflərinin reallaşdırıldığını, bu təkliflərdən biri kimi ayaqüstü atəşin həyata keçirilməsi imkanlarını nəzərə aldıqlarını deyirlər. 5.56x45 mm “Negev SF” versiyasında detalların müəyyən kiçik dəyişikliklərə

məruz qaldığı bildirilir. Qeyd edək ki, 5.56x45 mm çaplı “Negev SF” modelində lülənin uzunluğu 330 mm, silahın ümumi uzunluğu 890 mm, qundaq yığılı halda 680 mm, çəkisi 7.65 kq, atış tempi dəqiqədə 850 atış təşkil edir. 7.62x51 mm “Negev SF” versiyası isə bir qədər böyük qabaritlərə sahibdir. Dördpilləli tənzimlənən qundağa malik silahın uzunluğu 1012 mm, qundaq yığılı halda 942 mm, lülənin uzunluğu 420 millimetrdir. Ağırlığı 7.8 kq təşkil edən pulemyotun atış tempi dəqiqədə 600-dən 750-dək iddia olunur. “Peçeneq­SP” Rusiyanın “Toçmaş” Elmi-İstehsalat Müəssisəsi tərəfindən xüsusi təyinatlı qüvvələrin nümayəndələrinin iştirakı ilə yaradılmış 7.62x54 mm çaplı 6P69 “Peçeneq-SP” pulemyotu “Ratnik” təchizatı üçün nəzərdə tutulub. İlk nümunəsi 2014cü ildə nümayiş etdirilmiş pulemyot səsboğucuya, qısa lüləyə, uzunluğu tənzimlənən qundağa, optik nişangahların bərkidilməsi üçün lülə qutusunun üst hissəsində pikkatini relslərinə, ön hissədə açılıb bərkidilən tutacağa malikdir. Pulemyotun lüləsi 15000 atış üçün hesablanıb, mexaniki nişangahı 800 metrədək atəş üçün tənzimlənə bilir. Pulemyotun ən maraqlı yeniliyi isə zərbə-


tətik mexanizminin bullpap silahlarla bənzər olmasıdır. Silahın uzunluğunun qısalmasının əsas səbəbi də məhz bu tətbiqlə əlaqədardır. İstehsalçı tərəfindən pulemyotun üstün xüsusiyyətlərindən daha çox bəhs edilsə də, silah mütəxəssislərin fikrincə, “PeçeneqSP”də bir sıra çatışmazlıqlar mövcuddur. Belə ki, silahın qoruyucusu PKM pulemyotunda olduğu kimi saxlaınıb və rahat deyil. Bundan başqa, optik nişangahın sürətli şəkildə dəyişdirilməsi problemi mövcuddur. Lazer nöqtələyici və fənərin quraşdırılması silaha kobudluq qazandırmaqla yanaşı, lülənin dəyişdirilməsi zamanı narahatlıqlar yaradır. Patron qutusunun dizaynı atış zamanı lentin əyilməsinə səbəb olur və döyüş sursatının ötürülməsində çətinlik yaradır. Bundan başqa, əlavə tutacaq qaz borusunun yerinə taxılmasını çətinləşdirir və xidmət zamanı onu sökməyə ehtiyac yaranır. HP­7.62 – Azərbaycan nümuəsi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) mühəndisləri tərəfindən yaradılmış 7,62x54 mm çaplı HP-7.62 hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. Uzun müddətli sınaqlardan sonra, 2018-ci ildə HP-7.62 pulemyotu Azərbaycan Ordusunun xüsusi təyinatlı bölmələri tərəfindən silahlanmaya qəbul edilib. HP7.62 hücum pulemyotundan atəş ikiayaqdan və ya müxtəlif konstruksiyalı üçayaqlı və döyüş maşınlarında quraşdırılan dəzgahlardan aparıla bilər. Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilikyayıcı sipər, yeni növ ikiayaq, yanağı və çiyinliyi olan teleskopik qundaq və əl qundağı tətbiq olunub. Əl qundağının aşağı və yan tərəflərində, eyni zamanda lülə qutusunun qapağı üzərində yerləşən pikatini relslər (NATO-nun MİL-STD-1913 standartına uyğun) müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun taktiki imkanlarını artıran döyüş fənəri, əlavə dəstək, lazer hədəfgöstəricisi və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu patron qutulara yığılır. Pulemyotdan atəş aparmaq üçün 7.62x54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələnyandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur. HP-7.62 hücum pulemyotunun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atış tezliyi dəqiqədə 650750 atəş, döyüş atış tezliyi dəqiqədə 250 atəş, çəkisi isə 8.6 kiloqramdır. Hücum pulemyotu istənilən hava şəraitində ətraf

mühitin ±50ºC temperatur diapazonunda istismar oluna bilər. Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun sözlərinə görə, HP7.62 bu gün dünyada PKM pulemyotunun təkmilləşdirilməsi və döyüş imkanlarının artırılması ilə bağlı ən uğurlu nümunədir: “Biz bunu yaradarkən “FN Minimi”yə rəqib bir silah hazırlamağı qarşımıza məqsəd qoymuşduq. “Minimi”nin 7.62 mm-lik variantının lüləsinin uzunluğu 420 mm, çəkisi 8.8 kiloqram, HP-7.62 də isə lülənin uzunluğu 517 mm, çəkisi 8.8 kiloqramdır. Silahın lüləsi uzun, patronu daha güclü olsa da, biz “Minimi” ilə eyni çəkiyə nail olmuşuq. Pulemyot bir çox imkanlara malikdir. Yeni ikiayaq, yeni pikatini relsi, yeni qundaq tətbiq edilib. Patron qutusu ayaqüstə atış zamanı atıcıya maneə olmaması üçün xüsusi dizayn edilib. Hazırda pulemyot üçün parçadan patron qutusu yaradılır. Bu silahın döyüş vəziyyətində çəkisinin 200 qramdan çox azaldılmasına imkan verəcək”. Azad Məmmədovun sözlərinə görə, yaxın gələcəkdə HP-7.62 pulemyotunda 10-10 patron tutumlu lentlərin tətbiqi də nəzərdə tutulur. Atış zamanı silahdan sallanan klassik lentlərin atıcıya mane

Azərbaycan MSN istehsalı olan HP­7.62 hücum pulemyotu sınaq atışları zamanı. Foto: MSN

olduğunu deyən mütəxəssisin sözlərinə görə, qısa lentlər bu halı aradan qaldıracaq. Mütəxəssis bildirib ki, HP-7.62 hücum pulemyotunda tətbiq edilmiş mexanizm sayəsində lülənin dəyişdirilməsini qısa müddətdə həyata keçirmək mümkündür: “Digər üstünlük ondan ibarətdir ki, HP-7.62-nin qısa lüləsini çıxararaq onun yerinə PKM lüləsini tətbiq etmək olar. Silahda tətbiq elədiyimiz başqa bir yenilik çaxmaq dəstəyi ilə bağlıdır. Biz HP-7.62də yeni dizaynlı dəstək tətbiq etmişik. Kale KMG556 Türkiyə Silahlı Qüvvələrinin tələbləri əsasında “Kale” şirkəti tərəfindən yaradılmış 5.56x45 mm çaplı KMG556 hücum pulemyotunun ilk nümunəsi hərbi ictimaiyyətə cari ilin 30 mart–3 aprel tarixlərində İstanbul şəhərində keçirilən IDEF-2019 sərgisində parça lent qutusu ilə təqdim olunub. Nümunədən göründüyü qədər silahın çəkisinin azaldılması üçün pikatini relsləri bütöv halda deyil, kiçik

Kale KMG556. Foto: AD

55


hissələrdə quraşdırılıb. Atəş zamanı qızan lülənin üzəri atıcının əlini yandırmaması üçün çərçivə qatı ilə qorunur. Pulemyot uzunluğu 5 mövqedə, yanaqlığı 3 mövqedə tənzimlənən qundağa, uzunluğu 3 mövqedə tənzimlənən ikiayağa sahibdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, qundağın xüsusi dizaynı zirehli gödəkcədə və tam təchizatlı halda əsgərə maneə yaratmır. 7.5 kiloqram ağırlığa sahib olan pulemyot hava-desant qüvvələrinin tələbləri əsasında dizayn edilib. Silahın həm sağ, həm də solaxaylar tərəfindən istifadəsinin nəzərə alındığını qeyd edən “Kale” mütəxəssislərinin sözlərinə görə, mühüm xüsusiyyətlərdən biri də baxımla ehtiyac duymadan 10 mindən artıq atəş açmağa imkan verən qaz ötürücü sistemin tətbiqidir. Silahın soyuq döymə üsulu ilə hazırlanmış və xromlanmış lüləsinin resursu 20000 atəş müəyyən edilib. Lülənin üst hissəsində yerləşən tutacaq onu rahatlıqla dəyişməyə imkan verir. KMG556 pulemyotunun uzunluğu tam açılmış qundaqla 1000 mm, yığılmış qundaqla 900 mm, lüləsinin uzunluğu 406 mm təşkil edir. Pulemyot 50, 100 və 200 patron tutumlu lent qabına, dəqiqədə 900dək atəş imkanına sahibdir. “Kale” nümayəndələri pulemyotun effektiv atış məsafəsinin 500-700 metr aralığında olduğunu söyləyirlər. Təhizat dəstləri Hücum pulemyotlarının yeni versiyaları ilə paralel şəkildə silahın döyüş qabiliyyətinin artırılması üçün yeni sursat qutularının və təchizat sistemlərinin yaradılması prosesi də gedir. Bu çərçivədə parça və ya elastik materiallardan patron qutuları, birdəfəlik lentlər, elastik ötürmə lentlərinə malik kürəkdə daşınan 500-700 və daha böyük tutumlu sursat təchizat sistemləri yaradılmışdır. ABŞ Ordusunun Ordu Tədqiqat və İnkişaf Komandanlığı tərəfindən pulemyotçular üçün yaradılmış “İron Man” sistemi kürəkdə daşınan 500 patron tutumlu qutudan və elastik sursatötürmə sistemindən ibarət ilk innovativ nümunədir. Sistemin konsepsiyası 2011-ci ildə Əfqanıstanda xidmət edən Ayova Milli Qvardiyasının serjantı Vinsent Vinkovski (Vincent Winkowski) tərəfindən yaradılıb. 2013-cü ildə Ordu Tədqiqat və İnkişaf Komandanlığı Vinkovskinin yaratdığı DIY sisteminin bazasında “IronMan” sistemini hazırlayaraq sınaq-

ların keçirilməsi üçün orduya təqdim edib. “İronMan” sisteminin 2019-cu ilin ortalarında US SOCOM üçün nəzərdə tutulan TALOS dəstinə inteqrasiyası nəzərdə tutulur. ABŞ-ın “TYR Tactical” şirkəti tərəfindən yaradılmış “Huron MİCO” (HRN-MICO) pulemyot təchizat sisteminin qutusu 500 patron, elastik ötürmə kanalı isə əlavə olaraq 75 patron tutur. Hazırda Mk 46, Mk 48, M240, M249 pulemyotları üçün təklif olan təchizat dəsti tənzimlənən bel kəməri və çiyin qayışları ilə təchiz edilib. Sistem MİCO çərivəsi vasitəsilə silaha bərkidilir. Dəstin ümumi ağırlığı 500 patronla birlikdə 7.2 kq təşkil edir. Şirkət mütəxəssislərinin sözlərinə görə, universal dizayna malik HRN-MİCO təchizatında eyni qutuya 7.62 və ya 5.56 mm çaplı patronların yığıldığı lentlərin yerləşdirilməsi mümkündür. Müxtəlif çaplı patronların istifadə zamanı yalnız adapterin və elastik ötürmə sisteminin dəyiş dirilməsinə ehtiyac yaranır. Rusiya xüsusi təyinatlıları üçün “Front Tactical Systems” şirkəti tərəfindən hazırlanmış “Scorpion” sursat çantası da “İronMan”ın konsepsiyasına əsaslanır. PKM və “Peçeneq” pulemyotları üçün nəzərdə tutulan “Scorpon” sursat çantası 500 patron tutumuna sahibdir. Lakin internet re surslarında yer alan informasiyalara görə, “Scorpion”un dizaynı zamanı yol verilmiş bəzi nöqsanlar sursatın ötürülməsində problemlər yaradır. Belə ki, Amerika nümunəsində atış zamanı lentin kiçik hissələrlə qırılması ağırlıq balansını azaldır və atıcının hərəkətinə mane olmur. Lakin rus sistemində boşalmış lentin kənara sallanması balansın pozulmasına gətirib çıxarır. Ukraynanın RAROG şirkəti tərəfindən ilk nümunəsi 2017-ci ildə təqdim edilən “Yırtıcı” (“Xişnik”) piyada taktik kompleksinin “Yırtıcı 4.0” versiyası 7.62x54 mm çaplı pulemyotlar üçün nəzərdə tutulur. Dəst 425 ədəd patron tutumuna malik standart, 650 patron tutumlu böyük versiyada təklif olunur. RAROG şirkətinin mütəxəssislərinin sözlərinə görə, çantanın elastik lent ötürmə kanalı HRN-MICO-da olduğu kimi əlavə 75 patron tutur. Xarici dizayn və ötürmə sisteminin dizaynı

baxımından HRN-MİCO sisteminin bənzəri olan “Yırtıcı” kompleksində dəyişdirilə bilən “Assault Tactical Belt-4” çiyin və boyun qayışları tətbiq edilib. Dəyişdirilə bilən konstruksiya atıcıya zirehli gödəkcədə olduğu halda belə rahat istifadə imkanı verir. Platforma PALLS stroplarını özündə saxlayır. Kompleksin Rusiya istehsalı olan “Scorpion”dan əsas fərqi həm də burazı qopduğu zaman işləyə bilməsidir. Bu zaman platformadan döyüş komplekti yüklənmiş çanta ayrılır. Atıcı qayışı açmaqla, yük bölməsini bir neçə saniyə ərzində ataraq ondan azad ola bilir. “Yırtıcı”nın 5.5645 mm FN Minimi pulmeyotu üçün nəzərdə tutulan ver siyasının parça qutulu nümunəsi 650 patron, standart qutusu isə 425 patron və lentdə əlavə 75 patron tutur. Kompleksin elastik lentötürmə sistemi üzlüklə qorunur. Bənzər sistemin nümunələri Türkiyənin STM və Anova şirkətləri tərəfindən də hazırlanıb. Mütəxəssislərin fikrincə, döyüş ehtiyatının artırılması pulemyotçuların əsas tələblərindən biridir. Lakin mövcud təchizat dəstlərinin ötürməsində meydana çıxan ilişmə və qırılma, elastik qolun burulması kimi problemlər əməliyyatlar zamanı atıcını çətin vəziyyətdə qoya bilər. Bu sistemlərin tətbiqi atıcı üzərində yükün düzgün paylaşdırılmasına yenidən baxma tələbi də meydana çıxarır. Bundan başqa, pulemyotçunun nəqliyyat vasitələrinə minib düşməsi, hava-desant əməliyyatlarında meydana çıxan problemlər yaradılmış təchizat dəstlərində öz həllini gözləyir. AD

Huron MİCO təchizat dəsti

56 www.azeridefence.com

Ukrayna istehsalı olan “Yırtıcı” təchizat dəsti. Foto: RAROG


Xəzərə tuşlanan raketlər Azər Hüseynov Xəzərdə hərbi potensialını sürtələ gücləndirən sahilyanı dövlətlər son illərdə yeni hərbi bazaların inşası, gəmilərin və gəmi əleyhinə raket sistemlərinin alınması istiqamətində addımlar atmaqdadırlar. Xəzər dənizinin hüquqi statusunun müzakirəsi ilə paralel olaraq həyata keçirilən silahlanma hövzənin gələcək taleyi barədə suallar meydana çıxarır. Təbii ki, regionda dominantlıq istiqamətində atılan istənilən addım digər qonşular tərəfindən heç də “təbii qarşılanmır”. Digər sahilyanı dövlətlər də öz potensiallarını maksimum səviyyədə gücləndirmək və qoruyub saxlamaq məcburiyyətində qalır.

Q

azaxıstan, Azərbaycan və Türkmənistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yenilənməsi və dəniz təhlükəsizliyinin gücləndirilməsi proqramları çərçivəsində 2008-ci ildə yeni inşa olunan gəmilərin silahlandırılması üçün Rusiyanın “Taktik Raket Silahları Korporasiyası”na X-35 “Uran-E” gəmi əleyhinə raketlərin ilk sifarişlərini yerləşdirmişdir. Şirkətin açıqladığı məlumata görə, həmin il Qazaxıstanın “Kazspetsexport” şirkəti ilə 30 milyon ABŞ dolları, Türkmənistan Hərbi Dəniz Qüvvələri Rusiyanın “Taktik Raket Silahları Korporasiyası”na 84 milyon ABŞ dolları, Azərbaycanla 75 milyon ABŞ dolları dəyərində 3 müqavilə imzalanıb. BMT Adi Silahlar Registrindəki məlumatlardan bəlli olduğu qədər Rusiya Türkmənistana 2012ci ildə 32 ədəd, 2013-cü ildə isə 8 ədəd 3M24E “Uran-E” gəmi əleyhinə raket tədarük edib. Adıçəkilən raketlər 3M24E “Uran­E” raketi ilə silahlanmış Türkmənistana aid12418“Molniya” layihəli gözətçi gəmilər. Foto: İnternet

Türkmənistanın Rusiyadan aldığı 12418 “Molniya” layihəli raketdaşıyıcı gəmilərin (“Edermen” və “Gayratly”) silahlanmasına daxildir. Hər gəminin üzərində hər birində 4 raket yerləşdirilmiş 4 “Uran-E” buraxıcı kompleksi (sağ və sol yanlarda 4x4), döyüş ehtiyatında 16 ədəd 3M24E raketi mövcuddur. Qazaxıstanın sonrakı illərdə sifariş üzrə tədarük həyata keçirib keçirmədiyi açıqlanmasa da, Azərbaycanın açıqlanmayan səbəblərə görə müqavilədən imtina etdiyi bildirilir. Korporasiyanın 2010-cu il üçün hesabatında yer alan infor masiyalara görə, Qazaxıstanın sifarişi üzrə çatdırılmalar 2013-cü ildə, Azərbaycanın sifarişi isə 2014-cü ildə tamamlanmalı idi. Atış uzaqlığı 5 km-dən 130 km-dək təşkil edən raketlər suüstü hədəflərə 3S25E radarı vasitəsi ilə aktiv və passiv rejimlərdə istiqamətləndirilir. İstehsalçı müəssisənin kataloq məlumatlarına görə, “Uran-E”

raketləri 5-6 ballıq dəniz şərtlərində belə tətbiq oluna bilir Yaradılmasına 1984-cü ildə başlanmış 3M24 “Uran” (digər adı X-35) gəmi əleyhinə raket kompleksi gəmilərə bazalaşdırılan qanadlı raket yerləşdirilmiş konteyner, işəsalma qurğusu, avtomatlaşdırılmış idarəetmə sistemi və yerüstü raket yoxlama-diaqnostika avadanlıqlarından ibarətdir. Yığcam ölçülər “Uran-E” raket kompleksini orta və kiçik qabaritli gəmilərə asanlıqla inteqrasiya edilməsinə imkan verir. “Uran-E” kompleksi X-35 tipli raketlərlə 5000 tona qədər su basımına malik gəmilərin məhv edilməsi üçün nəzərdə tutulur. Dünya okeanlarında, sərt iqlim şəraitlərində sınaqdan çıxarılmış “Uran-E” gəmi əleyhinə raket kompleksi eyni zamanda 6 suüstü hədəfə qarşı tətbiq oluna bilər.


3M24 raketləri həmçinin “Bal” sahil mühafizə raket kompleksində də istifadə olunur. 90 saniyə ərzində döyüş vəziyyətinə gətirilə bilən kompleks 2-3 saniyə intervalla eyni vaxtda 6-dək hədəfə yaylım atəşi açmaq imkanına malikdir. Hazırda X-35 “Uran-E” gəmi əleyhinə raketlər Xəzər dənizində Türkmənistanın 12418 “Molniya” layihəli iki hərbi gəmisində, 260 km atış uzaqlığına malik X-35U Rusiya HDQ Xəzər Flotiliyasının 11661 “Gepard” layihəli gəmilərinin silahlanmasına daxildir. “Gepard” layihəli “Tatarıstan” gəmisinin üzərində hər birində 4 ədəd X-35U gəmi əleyhinə raketi yerləşən 2 buraxıcı qurğu yer alır. Qazaxıstan HDQ Fransanın “MBDA Systems” şirkəti ilə 2014-cü ilin may ayında imzaladığı müqavilə ilə “Exocet MM40 Block 3” gəmi əleyhinə mobil sahil raket batareyasını sifariş verən ilk dövlət olmuşdur. Müqavilə çərçivəsində Qazaxıstan HDQ-nin döyüş qabiliyyətinin artırılması və sahil obyektlərinin müdafiəsi məqsədi ilə iki “Exocet MM40 Block 3” batareyası almağı planlaşdırır. Mobil sahil mühafizə kompleksi 1 mobil sensor, 1 taktik-idarəetmə mərkəzi və hər birində 4 raket yerləşən 2 ədəd mobil atəş qurğusundan ibarətdir. Komplek İspaniyanın “İndra Sistemas” şirkətinin istehsalı olan radiolokasiya sistemi ilə dəstləşdirilib. Qeyd edək ki, hazırda Qazaxıstanda “Kazakhstan Engineering” və “İndra Sistemas” şirkətinin birgə müəssisəsi radiolokasiya sistemlərinin istehsalı və servis xidmətlərinin təşkili ilə məşğuldur. TRI-40 turboreaktiv mühərrikə sahib “MM40 Block 3” raketinin uçuş uzaqlığı 97 dəniz mili (180 km-dən çox) təşkil edir. Raket hədəfə müxtəlif bucaqlar altında zərbə endirməyə imkan verir. Yeni döyüş gəmilərinin və sahil mühafizə batareyalarının silahlandırılması

Adı XͲ35 UranͲE XͲ35U Exocet MM40 Block 3

Silahlanmada

Rusiya, Türkm࠯nistan, Qazaxıstan Qazaxıstan

DöyüƔ baƔlıŒı /kq

130 260

145

G࠯mi

200

155

Sahil mühafiz࠯

BazalaƔma

Gabriel Mk 5

Az࠯rbaycan

200

150

G࠯mi

Marte Mk 2

Türkm࠯nistan

30

50

G࠯mi

Otomat Mk 4

Türkm࠯nistan

180

210

G࠯mi/Sahil mühafiz࠯

PͲ15M Termit

Rusiya

80

513

G࠯mi

KalibrͲNK

Rusiya

300

200Ͳ400

G࠯mi

Nur

7ran

150

165

G࠯mi/sahil mühafiz࠯

260

145

Sahil mühafiz࠯

70

95

Aviasiya SuͲ34, MiQͲ29, SuͲ30

Bal / XͲ35U XͲ31A

Rusiya Rusiya, Qazaxıstan

məqsədi ilə Türkmənistan HDQ “Tetris” layihəsi çərçivəsində 2015-ci ildə “MBDA İtaly” şirkətindən “Otomat Mk 2” (ehtimalla “Block 4” modifikasiyası), “Marte Mk 2/N” gəmi əleyhinə və “Simbad-RC” zenit-raket kompleksləri də əldə edib. Bəzi məlumatlara görə, Türkmənistan HDQ-nin YTKB layihəli gəmilərinin hər birinin silahlanmasında 4 konteyner “Otomat Mk 2” və ya 8 konteyner “Marte Mk 2/N” gəmi əleyhinə raket olmalıdır. Təkmilləşdirilmiş “Marte Mk 2/N” raketinin çəkisi 310 kq, uzunluğu 3.85 m, diametri 0.316 m, mənzili 30 km-dən çoxdur. Aktiv radiolokasiya başlığına və inersial naviqasiyaya malik bu raketlər “Exocet MM40 Block 3” uzun məsafəli gəmi Otomat Mk.2. Foto: MBDA

58 www.azeridefence.com

AtıƔ m࠯saf࠯si /km

əleyhinə raketlərlə eyni sensorlara malikdir. Raketin kiçik qabaritləri onu 25 metrdən 50 metrədək ölçülərdə gəmiləri silahlandırmasına imkan verir. Türkmənistan adıçəkilən raketləri 33 metrlik sürətli hücum katerlərinin də silahlanmasına daxil edib. Bəzi məlumatlara görə, Türkmənistanın sifarişinə əlavə olaraq “Marte 2”nin bir sahil mühafizə batareyası da daxildir. Hazırda Xəzər hövzəsində yalnız Türkmənistanın sahib olduğu “Otomat Mk 2” görüş dairəsindən kənarda suüstü və sahil hədəflərinin vurulması üçün təyinatlandırılmış ən müasir raketlərdən hesab olunur. 180 km atış uzaqlığına malik raket 3D trayektoriya planlama, hədəfə müxtəlif istiqamətlərdən hücum kimi müasir xüsusiyyətlərə sahibdir. Radioelektron maneələrə və aldadıcılara qarşı manevrliyi, İNS və GPS naviqasiyadan istifadə hesabına raketin hədəfivurma ehtimalını yüksəldib. Avtomatik tuşlanan aktiv radiolokasiya başlığına malik “Otomat Mk 2” raketinin ilk nümunəsi silahlanmaya 1973-cü ildə qəbul edilib. Sonrakı illərdə təkmilləşdirmələrə məruz qalan raketin idarəetmə və tuşlama sistemi yenilənib. Dəniz səthindən 15-20 metr hündürlükdə hərəkət edən raket hədəfə 12 km qalmış aktiv radiolokasiya başlığı işə salınır və məlumatların emalına başlayır. Aktiv radiolokasiya başlığı raketi bu halda 1,8 m horizontal dəqiqliklə hədəfə yönəltməyi bacarır. “Otomat Mk 4” versiyası 300 saniyədə 80 km məsafəni qət edir.


SİPRİ-nin hesabatlarında Azərbaycanın ötən dövrdə İsraildən “Gabriel Mk 5” gəmi əleyhinə raketlər aldığı bildirilir. Açıq mənbələrdə yer alan informasiyalar görə, “Exocet” raketləri ilə eyni ölçülərə malik olmasına baxmayaraq, “Gabriel Mk 5” daha yüksək göstəricilərə sahibdir. Maneələrə qarşı qorumaya, yüksək manevr qabiliyyətinə sahib raketin atış uzaqlığı 200 kilometrdən çoxdur. Xəzər dənizindəki “Camaran” korvetini, “Sina” layihəli raket-artilleriya gəmilərini və itisürətli katerlərini aktiv radiolokasiya başlıqlı, 120-150 km atış uzaqlığına malik “Nur” (“Nour”) raketləri ilə silahlandıran İran sahil obyektlərində bu raketin yerüstü bazalaşdırılmış mobil komplekslərinin tətbiqinə hazırlaşdığını bəyan edib. Bundan başqa, KİV-də İranın “Peykap” layihəli itisürətli katerlərinin hər birini 2 ədəd “Nasr-1” gəmi əleyhinə raketlərlə silahlandırdığına dair məlumatlar mövcuddur. Çinin C-704 gəmi əleyhinə raketinin əsasında yaradılmış “Nasr-1” raketinin atış uzaqlığı 30 km təşkil edir. Bu raketlərin SEPAH-ın Xəzərdəki bölmələrinin silahlanmasıda yer aldığı ehtimal olunur. Çinin C-801 raketinin əsasında yaradılmış “Nur” gəmi əleyhinə raketi TRD mühərrikə sahibdir. Adıçəkilən raketin 2006-cı ildə Hizbullah tərəfindən İsrailə məxsus hərbi gəmiyə, Aralıq dənizində bir mülki gəmiyə, 2016-cı ildə Yəməndə “Ənsar Allah” hərəkatı tərəfindən BƏƏyə məxsus gəmiyə qarşı tətbiq edildiyi və bütün hallarda hədəflərin vurulduğu məlumdur. Çəkisi 715 kq, uzunluğu 6.4 metr təşkil edən raket 155 kiloqram ağırlığında döyüş başlığına, 0,8-0.9 Max sürətə malikdir. “Nur” raketləri dəniz səthindən 20-30 metr hündürlükdə hərəkət edir. Rusiya Xəzər flotiliyasının gəmilərini və sahil mühafizə bölmələrini 2010-cu

Marte Mk2N

ildən etibarən “Uran-E”, “Kalibr-NK” və “Bal-E” gəmi əleyhinə raket kompleksləri ilə təchiz etməkdədir. 2013-cü ildə flotiliyanın “Qrad Sviyajsk” korvetində, ardınca “Uqliç”, “Veliky Ustyuq” və “Dağıstan” gəmilərinin silahlanmasına “Kalibr-NK” qanadlı raketləri daxil edilib. 2015-ci ilin sonlarında Xəzər flotiliyasının gəmiləri Suriyadakı hərbi əməliyyatlara cəlb olunub. Flotiliyanın dörd raket gəmisi 7 və 20 noyabr 2015-ci il tarixlərində Xəzər dənizindən Suriyanın Rakka, İdlib və Hələb əyalətlərində yeddi hədəfə 44 (noyabrın 7-də 26, noyabrın 20-də isə 18) qanadlı raket buraxmışdır. Müdafiə naziri Serqey Şoyqunun məruzəsinə əsasən, bütün hədəflər vurulub. Lakin bəzi mənbələrdə yer alan məlumatlara görə, burxaılmış “Kalibr-NK” raketlərinin bir qismi İran ərazisinə düşərək hədəflərə çatmayıb. Hazırda Xəzər flotiliyasının sıralarında xidmət edən 3 ədəd 21631 “Buyan-M” layihəli korvetin hər birinin silahlanmasında 8 ədəd “Kalibr-NK” raketi mövcuddur. 11661K layihəli “Dağıstan” gəmisində isə əvvəlcədən planlaşdırılan “Uran-E” kompleksi “Kalibr-NK” universal Exocet MM-40 gəmi əleyhinə raketin atış anı. Foto: MBDA

raket kompleksi ilə əvəzlənib. Gəminin üzərində 1 ədəd 8 raketli “Kalibr-NK” buraxıcı qurğusu yerləşdirilib. “Kalibr” ailəsinə daxil olan raketlərinin dəqiq taktik-texniki xüsusiyyətləri barədə məlumatlar mövcud deyil. Raketin uçuş uzaqlığı barədə Rusiyanın hərbi rəsmiləri ziddiyyətli açıqlamalar verməkdədir. 2012ci ildə mediada yer alan xəbərlərdə raketin dəniz hədəflərinə atış uzaqlığı 375 km, 2015-ci ildə açıqlanan məlumatlarda isə yerüstü hədəflərə 2400 km olaraq göstərilib. 2016-cı ilin mart ayında Rusiya HDQ Qara dəniz Flotiliyasının komandanı “Kalibr-NK”nın dəniz hədəflərinə atış uzaqlığını 500 km, 2017-ci ilin oktyabr ayının 19-da “Valday” klubunda müzakirələrdə çıxış edən Rusiya prezidenti Vladimir Putin isə 1400 km olaraq qeyd etmişdi. Rusiya Xəzər dənizindəki gəmiləri ilə yanaşı, sahil mühafizə bazalarını da “BalE” gəmi əleyhinə raket kompleksi ilə gücləndirməyə davam edir. 2019-cu ilin mart ayında Rusiyanın Müdafiə Nazirliyi Həştərxandakı “Bal-E” gəmi əleyhinə raketlərlə silahlandırılmış sahil mühafizə divizionunun Dağıstandakı Mahaçqala limanına dislokasiyasını tamamladığını elan edib. Bununla da Rusiya “Bal” komplekslərini cənub sərhədlərinə yerləşdirməklə geniş bir ərazidə vəziyyəti nəzarət altına alıb. Rusiyanın Müdafiə Nazirliyi “Stena” layihəsi çərçivəsində 2017-ci ildə sahil mühafizə bölmələrinin 500 km məsafədə nəzarətinə imkan verən “Podsolnıx-E” radiolokasiya sistemi və “Buk-M3” zenitraket kompleksləri ilə də təchiz edildiyini açıqlayıb. Qeyd edək ki, 2008-ci ildə silahlanmaya qəbul edilmiş “Bal” sahil raket kompleksi yüksək keçicilik qabiliyyətinə malik MZKT-7930 şassisində yerləşir. Kompleksin tərkibinə özüyeriyən komanda-idarəetmə və rabitə məntəqəsi, gəmilər

59


əleyhinə raketlər daşıyan özüyeriyən buraxılış qurğusu, nəqliyyat-doldurucu maşınlar daxildir. Kompleks 260 kilometrə qədər uçuş uzaqlığına malik X-35U “Uran” raketlərindən istifadə edir. Bu raketlər uçuşun böyük hissəsini dənizin üzərində 1-2 metr hündürlükdə həyata keçirdiyindən raketin ələ keçirilməsi və aşkarlanması çətinləşir. Rusiya mediasında yer alan məlumatlara görə, Azərbaycan “Uran-E” raketləri ilə silahlandırılmış “Bal-E” (“Bal” kompleksinin ixrac versiyası) sahil mühafizə raket kompleksi əldə etmək niyyətində olub. Lakin Rusiyanın Xəzər donanmasının gəmiləri üçün təhdid yaradacağı, eləcə də bu raketlərin Qarabağda istifadə oluna biləcəyi əsas gətirilərək onun Azərbaycana satışı məqsədəuyğun sayılmayıb. Qeyd edək ki, ixrac üçün təklif olunan “Bal-E” kompleksi Rusiyanın özünün silah lanmasında mövcud olan sistemdən 140 km qısa – 120 km atış məsafəsinə malikdir. Perspektivlər Xəzər flotiliyasının inkişaf planlarına uyğun olaraq 2020-ci ildən sonra 1241 layihəli raket katerinin silahlanmasında mövcud olan köhnəlmiş P-15M “Termit” gəmi əleyhinə raket kompleksinin X-35U kompleksi ilə əvəzlənməsi nəzərdə tutulur. Sözügedən katerin silahlanmasına 4 ədəd P-15M “Termit” raketi mövcuddur. 2018-ci ilin iyul ayında Rusiyanın Xəzər dənizində keçirdiyi təlimdə ilk dəfə olaraq Su-34 təyyarəsindən X-31A gəmi əleyhinə qanadlı raketin atışı həyata keçirilib. Özütuşlanan aktiv radiolokasiya başlığına malik X-31A raketi 95 kq döyüş başlığına və 70 km atış uzaqlığına malikdir. Rəsmi məlumatlarda Cənub Hərbi Dairəsinin aviasiya birləşmələrinin ötən bir neçə ildə X-31A raketləri ilə silahlandırıldığı diqqət çəkir. Son illərə adıçəkilən raketlərlə Xəzər və Qara dənizdə

İran HDQ-nin sahil müha izə batareyasından “Qadir” gəmi əleyhinə raketin buraxılışı. Foto: İrna

bir neçə atışlı təlim keçirilib. Təlimlərin ardınca eyni raketin Qazaxıstan HHQ-nin də silahlanmasında yer aldığına dair informaiyalar meydana çıxmışdır. İran da öz növbəsində sahil bazalarını “Nur” və ya bu raketin təkmilləşdirilmiş versiyası olan “Qadir” (300 km məsafəyə malik) mobil sahil gəmi əleyhinə raket kompleksləri ilə təchiz etmək niyyətində olduğunu açıqlayıb. Cənub qonşumuzun prosesə ən tez halda 2022-ci ildə başlayacağı ehtimal edilir. MBDA rəsmiləri Türkmənistanla “Exocet MM40 Mk 3” raketlərinin, Azərbaycanla yeni hərbi gəmilərin silahlandırılması üçün bənzər sistemlərin tədarükünə dair görüşmələrin davam etdiyini açıqlayıblar. Azərbaycanın yaxından maraqlandığı sistemlər sırasında ROKETSAN şirkətinin istehsalı olan “Atmaca” gəmi əleyhinə raketlər də xüsusi yer tutur. 2018-ci ildə sınaqları tamamlanan “Atmaca”nın seriyalı istehsalına başlanıb. Qazaxıstan isə dəniz infrastruktrunun mühafizəsi məqsədi ilə Serbiya ilə birlikdə 50 km atış uzaqlığına malik ALAS-C sahil

mühafizə raket sisteminin istehsalını planlaşdırır. Ümumilikdə baş verən proseslərin təhlillərindən bu nəticəyə gəlmək olar ki, Rusiya Xəzər dənizində Türkmənistan istisna olunmaqla digər dövlətlərin dəniz sektorunda müdafiə qabiliyyətinin gücləndirilməsinə hər bir vəchlə mane olmaqdadır və bu prosesin növbəti illərdə də davam edəcəyi gözlənilir. Bu arada Rusiyanın “Bal-E” sahil mühafizə raket kompleksini Qazaxıstan üçün də satmaması bu ehtimalları yüksəldir. Bunun qarşılığında həm Qazaxıstan, həm Azərbaycan, həm də Türkmənistan öz arsenalını daha müasir Fransa-İtaliya, Türkiyə və İsrail istehsalı olan raket sistemləri ilə gücləndirməyə davam edəcək. Fransanın “Naval Group” və Türkiyənin “Dearsan” tərsanələri Azərbaycan HDQ üçün təklif olunan gözətçi gəmilərini “MBDA Systems” şirkətinin, Niderlandın “Damen” tərsanəsi isə layihəsini İAİ şirkətinin “Gabriel Mk. 5” gəmi əleyhinə raketləri ilə silahlandırmaq niyyətindədir. Qazaxıstan HDQ-nin inşası planlaşdırılan 75 metrlik “Nur” sinif gözətçi gəmilərini “Exocet MM40 Block 3” gəmi əleyhinə raketlərlə təchiz edilməsinə dair “MBDA Systems” şirkəti ilə ilkin anlaşma əldə olunub. Adıçəkilənlərlə yanaşı perspektivdə Türkiyə, Çin və Hindistan alternativlərinin də ortaya çıxacağı istisna deyil. Sahilyanı dövlətlərin yaxın 10 il üçün satınalma sifarişlərində gəmi əleyhinə raketlərin, sahil mühafizə raket sistemlərinin xüsusi yer tutduğunu görmək olur. Bu da növbəti illərdə sahilyanı dövlətlərin fəallığının davam edəcəyini deməyə əsas verir.

MBDA şirkəti tərə indən Qazaxıstan və Türkmənistana təklif olunan MM­40 sahil müha izə raket kompleksi

60 www.azeridefence.com


MSN “Army­2019” Forumunda Rəşad Süleymanov İyunun 25­dən 30­dək Moskva vilayətində yerləşən “Patriot­Ekspo” Konqres­Sərgi Mərkəzində keçirilmiş “Army­2019“ V Beynəlxalq Hərbi­Texniki Foruma qatılan Müdafiə Sənayesi Nazirliyi (MSN) Azərbaycanın müəssisələrində istehsal edilmiş müdafiə təyinatlı məhsulları uğurla nümayiş etdirib. MSN­in 120 kvadratmetrdən artıq bir sahəni əhatə edən stendində Azərbaycanda istehsal edilmiş snayper tüfəngləri, avtomatlar, tapançalar, hücum pulemyotları, qumbaraatanlar, pilotsuz uçuş aparatları, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, 30 millimetrlik AT­30 avtomat top, lazer yönləndirməli aviasiya bombası və digər məhsullar sərgilənib. Sərgidə iştirak edən müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın dövlət və hökumət nümayəndələri, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşlər keçirib. Forumda Azərbaycandan həmçinin Müdafiə nazirinin müavini, general-leytenant Fuad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti də ziyarətçi qismində iştirak edib. Sərgi zamanı tədbir iştirakçılarına və ziyarətçilərə gələn il Bakıda keçiriləcək ADEX-2020 IV beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb. İyunun 25-də Forumun açılış mərasiminə qatılan Rusiyanın Müdafiə naziri,

ordu generalı Sergey Şoyqu da MSN stendini ziyarət edərək, nazir müavini Yəhya Musayevdən sərgilənən silah və döyüş sursatları barədə məlumat alıb. MSN-in “Army-2019” Forumuna ilk dəfə qatıldığını S. Şoyqunun diqqətinə çatdıran Yəhya Musayev göstərilən diqqətə görə təşəkkür edib. Yəhya Musayev bildirib ki, Rusiya və Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur. İki ölkə arasında hərbi sənaye kompleksi özünəməxsus tarixə malikdir və bu, iki ölkə arasındakı münasibətlərdə böyük əhəmiyyət daşıyır. Rusiyadan və digər iştirakçı dövlətlərdən qatılan mütəxəssislərin də böyük marağına səbəb olan Azərbaycan stendi sərgidə ən çox ziyarət edilən stendlərdən olub. Forumun birinci günü MSN stendinə

gələn “Rosboroneksport” Səhmdar Cəmiyyətinin Baş direktoru Aleksandr Mixeyev burada Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və Müdafiə nazirirnin müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf pers pek tivlərinin və mövcud layihələrin müzakirə olunduğu görüşdə br sıra yeni layihələr barədə də fikir mübadilələri aparılıb. Həmin gün nazir müavini Yəhya Musayev və “Şərq” İstehsalat Birliyinin Baş direktoru İlqar Nəzərov Rusiyanın Taktik Raket Silahları Korporasiyasının Baş direktoru Boris Obnosov ilə görüşüb. Görüşdə Taktik Raket Silahları Kor -

61


Yuxarıda: Müda iə sənayesi nazirinin müavini Yəhya Musayev və Rusiyanın Sənaye və ticarət nazirinin müavini Oleq Ryazansev MSN və Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında hərbi sənaye sahəsində əməkdaşlığa dair memoran­ dum imzalayır. Aşağıda: Müda iə sənayesi nazirinin müavini Yəhya Musayev MSN stendini ziyarət edən Rusiyanın Müda iə naziri ordu generalı Sergey Şoyqunu qarşılayarkən. Foto: AD

porasiyası ilə Azərbaycan MSN-in müəssisələri arasındakı mövcud əməkdaşlığın inkişaf perispektivləri və istiqamətləri müzakirə olunub. Forumun açılış günü həmçinin MSN stendində Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Nikolayeviç Ryazansevlə görüş keçirilib. Görüşün yekununda Azərbaycan MSN ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında hərbi sənaye sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sərginin ikinci günü nazir müavini Yəhya Musayevin baçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Andrey Boytsov ilə görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasında hərbi sənaye sahəsində əməkdaşlığın

62 www.azeridefence.com

mövcud vəziyyəti dəyərəndirilib və perspektiv planlar nəzərdən keçirilib. Nazir müavini bildirib ki, iki ölkə arasında müdafiə sənayesidə də əməkdaşlığın inkişafı üçün geniş imkanlar var və bu tərəflər arasında yüksək dəyərləndirilir. Görüşdə tərəflər gələcəkdə müxtəlif sferalarda əməkdaşlıq məsələlərini, xüsusilə də birgə istehsal, servis xidmətlərinin təşkili ilə bağlı məsələləri müzakirə ediblər. “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumunda Azərbaycan MSN-in iştirakının əhəmiyyətini AZERI DEFENCE jurnalı üçün şərh edən nazir müavini Yəhya Musayev bildirib ki, Nazirlik sərgiyə keyfiyyətli və ixrac yönümlü müdafiə təyinatlı məmulatlarla qatılıb: “İlk dəfədir 30

millimetrlik AT-30 tipli avtomatik topu xarici sərgidə nümayiş etdiririk. AT-30 avtomatik topu çox mürəkkəb və ciddi bir silahdır. Nadir ölkələrdə bunun istehsalı mümkündür. Azərbaycanda bunu mənimsəyərək istehsal hazırlığına başlamışıq. Bundan başqa sərgidə təkmilləşdirilmiş 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi nümayiş etdirilir. Eləcə də döyüş sursatlarımızın nümunələri sərgilənir. Nümayiş olunan məhsullarımıza maraq böyükdür”. Yəhya Musayevin sözlərinə görə, son illər müdafiə təyinatlı məmulatların ixracına daha çox diqqət yetirməyə başlayan MSN beynəlxalq müdafiə sərgilərində aktiv iştirak edir. Cari ildə Nazirlik “Army2019” forumundan əlavə Türkiyədə keçirilmiş IDEF-2019, Belarusda keçirilmiş MILEX-2019 sərgilərinə qatılaraq Azərbaycan hərbi sənaye kompleksinin imkan və potensialını nümayiş etdirib. Hər üç sərgidə ixracat və birgə istehsala dair sənədlər imzalanıb. Nazir müavininin sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə


Yuxarıda: Müda iə sənayesi nazirinin müavini Yəhya Musayev Rusiyanın Taktik Raket Silahları Korpo­ rasiyasının baş direktoru Boris Obnosovla görüşərkən. Görüşdə Azərbaycan MSN­in “Şərq” İs­ tehsalat Birliyinin baş direktoru İlqar Nəzərov da iştirak edir. Aşağıda: MSN tərə indən “Army­2019” Forumunda nümayiş etdirilən snayper tüfəngləri. Foto: AD

Rusiyanın “Rosoboronekport” Səhmdar Cəmiyyəti arasında çərçivə sazişinin imzalanması planlaşdırılır. “Deyə bilərəm ki, biz “Rosoboroneksport”la əməkdaşlığımızı daha da genişləndirməyi müzakirə etdik. Qərara gəldik ki, “Rosoboroneksport”la çərçivə sazişi imzalayaq. Bu saziş yeni birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Müdafiə Sənayesi Nazirliyi “Rosoboroneksport”la 2010-cu ildən əməkdaşlıq edir. Nazirlik tərəfindən bütün müqavilələr vaxtında icra olunub. Hər iki tərəf əməkdaşlıqdan razıdır”, – deyə Y. Musayev qeyd edib. AT­30 topunun sınaqları başlayır Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Şərq” İstehsalat Birliyinin istehsalı olan AT-30 tipli avtomatik topun yaxın zamanlarda sınaqlarına başlanılması nəzərdə tutulur. Bu barədə AZERI DEFENCE jurnalına məlumat verən “Şərq” İstehsalat Birliyinin Baş direktoru İlqar Nəzərovun sözlərinə görə, zavod şəraitində topun ayrı-ayrı hissələrinin sınaqları keçirilib. Yaxın aylarda hərbçilərin də iştirakı ilə topun poliqonda sınaqlarının keçirilməsi planlaşdırılır. İlqar Nəzərovun sözlərinə örə, Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri və hərbçilərin iştirakı ilə sovet istehsalı olan 30 millimetrlik 2A42 topunun problemləri öyrənilib və AT-30-da həmin problemlərin aradan qaldırılmasına çalışılıb. “AT-30 topunda 2A42 topunda olan problemlər aradann qaldırılıb və yaxşı nəticələr mövcuddur”, – deyə Nəzərov qeyd edib. Qeyd edək ki, AT-30 topu lüləsi də daxil olmaqla tam şəkildə MSN-in “Şərq” İstehsalat Birliyində hazırlanıb. 30×165 mm çaplı topun atəş tezliyi böyük tezlikdə dəqiqədə 500, kiçik tezliklə 300 atış, mərminin başlanğıc sürəti 960 m/saniyə, topun uzunluğu 3027 mm, çəkisi isə 115 kiloqramdır.

“Yırtıcı”da yüksək nəticə “Army-2019” sərgisində MSN tərəfindən nümayiş etdirilən “Yalquzaq” və “Yırtıcı” snayper tüfəngləri ziyarətçilərin daha çox marağına səbəb olub. MSN-in mühəndisləri tərəfindən yaradılmış 7.62x54 mm “Yırtıcı” və ST-338 snayper tüfənglərinin sınaqlarının davam etdiyini, “Yırtıcı” layihəsində son mərhələyə gəlindiyini deyən müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun sözlərinə görə, “Yırtıcı” snayper tüfənginin qiymətləndirmə sınaqları keçirilib və növbəti mərhələdə sifarişçinin nümayəndələri ilə birlikdə ilkin sınaqların keçirilməsi planlaşdırılır: “Silah qiymətləndirmə mərhələsində bütün sınaqlardan keçib. Yaradılan nümunədə bir çox konstruktiv dəyişikliklər edilib. İndi ilkin sınaqlar üçün yeni nümunələr hazırlanır”. Nazir müşaviri “Yırtıcı”nın öz sinfində Rusiyanın təkmiləşdirilləşdirilmiş SVD-M snayper tüfəngindən fərqli xüsusiyyətlərə malik olduğunu qeyd edib. A. Məmmədovun sözlərinə görə, eyni kalibrli (7.62x54 mm) patronlardan istifadə edən hər iki silahın lüləsinin daxili ölçüləri, ballistik xüsusiyyətləri, konstruktiv xüsusiyyətləri

və daraqları eyni olsa da, “Yırtıcı”nın lüləsi SVD-M tüfənginin lüləsindən 70 mm uzundur. “Yırtıcı”da SVD-M-dən fərqli olaraq orijinal konstruksiyalı qaz tənzimləyicisi tətbiq olunub və tüfəng müasir tələblərə uyğun dizayn edilib. Lülə qutusunun yuxarı, alt və yan hissələrində quraşdırılmış pikkatini relslər silaha ehtiyac duyulan aksesuarları və müxtəlif konstruksiyalı nişangahları yerləşdirməyə imkan verir. Silahın uzunluğunu azaldan və səfər vəziyyətində rahat daşınmasını təmin edən yığılan qundaq tətbiq olunub. Qundağın uzunluğu, yanağın hündürlüyü və arxalığı yuxarı-aşağı istiqamətdə tən zimlənir. Snayper tüfəngində həmçinin ikitərəfli qoruyucu, “Yalquzaq” tüfəngində olduğu kimi, sərt və dözümlü bipod tətbiq olunub”. İlk nümunəsi ADEX-2018 sərgisində nümayiş etdirilmi .338 kalibr ST-338 “Vaşaq” snayper tüfəngi layihəsi barədə də məlumat verən Azad Məmmədov bildirib ki, qısa müddətdə adıçəkilən siilahın qiymətləndirmə sınaqlarının keçirilməsi planlaşdırılır: “ST-338 in novasiyalı silah olacaq. NATO tələblərinə uyğun olaraq qoruyucu sistemini dəyişmişik. Bu silahda tətik sistemi ilə yanaşı vurucu da bağlanır. Eləcə də daraqda müəyyən dəyişikliklər aparmaqla snayper tüfənginin daha yüngül çəkiyə gətirilməsinə nail olmuşuq. Silahın atış məsafəsi 1300 mm nəzərdə tutulur”. AD

63


GIDS Azərbaycanla yeni layihələri görüşür Pakistan müdafiə sənayesinin aparıcı təşkilatlarından olan GIDS Azərbaycanla bir sıra məhsulların birgə istehsalı və texnologiya transferinə dair müzakirələr aparır. Bu barədə AZERI DEFENCE jurnalına danışan şirkətin biznesin inkişafı üzrə direktoru Əsəd Kamalın sözlərinə görə, ötən müddətdə GIDS və Müdafiə Sənayesi Nazirliyi arasında bununla bağlı görüşlər keçirilib: “Azərbaycan tərəfi bizim imkanlarımızla yaxından tanışdır. Bu günədək DİN Daxili Qoşunlarına və bir neçə quruma kiçik həcmli də olsa məhsullar ixrac etmişik. Müdafiə Sənayesi Nazirliyinə daxil olan müəssisələrlə görüşmələrimiz olub və Azərbaycan tərəfi bəzi məhsulların birgə istehsalına maraqlı olduğunu deyir. Bu istiqamətdə bir neçə görüşümüz oldu. Son olaraq IDEF-2019 sərgisində də MSN rəhbərliyi ilə keçirilən görüşdə perspektiv layihələr bir daha müzakirə edildi”. Əsəd Kamal Azərbaycan müdafiə sənayesi müəssisələrinin GIDS-lə birgə aviasiya bombaları üçün partladıcılar, dərinlik bombaları, optik sistemlər, proqram təminatlarının hazırlanması sahəsində əməkdaşlığa maraqlı olduğunu vurğulayıb. “Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığa açığıq. Azərbaycan Ordusu və müdafiə sənayesi ilə təcrübəmizi, texnologiyamızı bölüşə bilərik”. GIDS-in innovativ məhsullarının Pakistan Silahlı Qüvvələri və bir sıra Yaxın Şərq dövlətlərinin orduları tərəfindən istifadə olunduğunu vurğulayan Əsəd Kamalın sözlərinə görə, bu məhsullar öz texnoloji imkanlarına görə, xarici analoqları ilə rəqabət aparır. “Pakistan dünyanın ən böyük silahlı qüvvələrindən birinə malikdir. Pakistan ordusu daim döyüş vəziyyətindədir. Həm ter-

64 www.azeridefence.com

rorçularla, həm də Hindistanla sərhəddə döyüş əməliyyatları aparır. Onu da qeyd edim ki, Pakistan ordusunun istehsalçılar qarşısında sərt tələbləri var və bu da daha mükəmməl məhsulların istehsalına gətirib çıxarır”, - deyən Ə. Kamal bildirib ki, son olaraq mart ayında Pakistan Hərbi Hava Qüvvələri GIDS şirkəti tərəfindən yaradılmış “Təkbir” yönləndirmə dəsti ilə təchiz edilmiş aviasiya bombası ilə hədəflərə yüksək dəqiqliklə atışlar həyata keçirib. Sınaqlar zamanı “Təkbir” bazarda mövcud olan “Spice” və digər analoqlarından daha yüksək dəqiqlikli nəticələr göstərib. 250 kiloqramlıq aviasiya bombalarına taxılan “Tək bir” yönlən dir mə dəs ti atıl dı ğı hündürlükdən asılı olaraq bombanı 100 kilometrədək aparır. Şirkət rəsmisi onu da əlavə edib ki, GIDS-in PAKFIRE Artilleriya Atəş İdarəetmə Sistemi, aviasiya bombaları, aviasiya

vasitələri üçün infraqırmızı “flare”, zenit topları üçün məsafədən idarəetmə və komanda sistemi, hərbi batareyaları Azəbaycan hərbçiləri tərəfindən bəyənilib. “Məsələn, tərəfimizdən Pakistan Ordusunda mövcud olan 37 mm-lik ikilüləli zenit topları müasiləşdirilib və bunun üçün xüsusi atəş idarəetmə sistemi yaradılıb. Bununla topun heyəti azaldılıb və idarəetməsi məsafədən, hətta bir neçə yüz metr uzaqlıqdan, bağlı sığınacaqlardan belə həyata keçirilə bilir. Azərbaycan Ordusunda 23 mm-lik toplar var. Bu idarəetmə sistemini həmin toplara tətbiq etməklə, heyətin sayını azaltmaq, idarəetməni məsafədən həyata keçirmək və asanlaşdırmaq, təhlükəsizliyi təmin etmək mümkündür. Eləcə də bununla silahın hədəfi yüksək sürətlə izləməsi təmin edilir”. Əsəd Kamal GIDS-in Pakistan Silahlı Qüvvələrinin icazəsi ilə 2018-ci ilin sonlarından “Burraq” pilotsuz uçuş aparatının beynəlxalq bazarda marketinqinə başladığını da qeyd edib. “Burraq”ın mühərrik istisna olunmaqla tam şəkildə Pakistan istehsalı olduğunu söyləyən GIDS rəsmisinin sözlərinə görə, avtopilot, naviqasiya, kommunikasiya və kamera sistemi daxil olmaqla, bütün hissələr yerli olaraq hazırlanıb. Pakistan Silahlı Qüvvələri tərəfindən 3 ildir istifadə edilən “Burraq”ın xaricə satışına icazə verilib. “Burraq”ın uçuş mənzili 1000 km, data-link mənzili isə 225 kilometr, füzelyajın uzunluğu 5.4 metr, qanad açıqlığı 8 metrdir. Havada 12 saatdan çox qala bilən PUA 50 kq faydalı yük daşıya bilər. 220 km/saat sürətə malik “Burraq” 4870 metr əməliyyat hündürlüyünə malikdir. PUA-nın faydalı yükünə infraqırmızı kamera, gücləndirilmiş TV kamera, GPS, lazer nöqtələyici və lazer məsafəölçən daxildir.




Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.