BU SAYIMIZDA
NOYABR–DEKABR №06(26) 2016
4 MÜDAFİƏ SƏNAYESİ İXRACA YÖNƏLİR
8
20
12 CƏBHƏ XƏTTİNDƏ İRİMİQYASLI TƏLİM
26 ÇOXMƏQSƏDLİ YÜNGÜL TƏYYARƏLƏR
İDEAS-2016
HIGH TECH PORT-2016: YENİ MÜDAFİƏ TEXNOLOGİYALARI ÖNƏ ÇIXARILDI
36
30 ÖZÜYERİYƏN HAUBİTSALAR
KORVETLƏR – ARTAN TƏLƏB VƏ YENİ LAYİHƏLƏR
AZERI DEFENCE Hәrbi-texnoloji jurnal sentyabr-oktyabr № 6 (26) 2016 Baş redaktor Rәşad SÜLEYMANOV Redaktor Ramil Mәmmәdli Tәsisçi Rәşad Süleymanov Tel: (+994 12) 596 47 99 E-mail: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.Azeridefence.com Ünvan: Bakı şәhәri, H.Zәrdabi küç., 78B AHB İş Mәrkәzi, 307 Türkiyә tәmsilçiliyi ETKİLESİM Grafik Tasarım vә Tanıtım Hizmetlәri Ltd.Şti. Hoşdere Cad. Halit Ziya Sk. No: 26/3 Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: +90 312, 441 71 93 Fax: +90 312, 439 71 94 azeridefence-tr@etkilesimltd.com CAR tәmsilçiliyi Willie PIENAAR 426 Neser Str., Garsfontein Pretoria Tel: +27 83 675 0950; Fax: +27 86 751 7770 E-mail: willie@pienaarmail.com Jurnal Ədliyyә Nazirliyindә dövlәt qeydiyyatına alınıb. № 3632 Azәrbaycan Respublikası Vergilәr Nazirliyi tәrәfindәn 21 iyun 2012-ci ildә dövlәt qeydiyyatına alınıb. AZERI DEFENCE MMC Qeydiyyat nömrәsi (VÖEN): 1302929491 Reklam materiallarına görә AZERI DEFENCE jurnalının redaksiyası mәsuliyyәt daşımır. Materiallardan istifadә zamanı istinad zәruridir. «Tәhsil NP» müәssisәsinin mәtbәәsindә çap olunmuşdur. Çapa imzalanmışdır 23.12.2016. Format 60x90 1/8. Sifariş 127.
Qiymәti: 5 manat
Qapaq fotosu «Marauder» zirehli maşını Azәrbaycan Ordusunun tәlimindә Foto MN
Редактордан Dәyәrli oxucu! Radioelektron mübarizә sistemlәri müasir müharibәlәrin getdikcә әn mühüm silahına çevrilir. 1990-cı illәrin әvvәllәrindә Körfәz savaşında, 1999-cu ildә keçmiş Yuqoslaviyada, 2003-cü ildә İraqda, 2008-ci ildә Gürcüstanda, 2011-ci ildә Liviyada aparılan әmәliyyatlarda bu sistemlәrin geniş tәtbiqi öz effektini vermiş vә tәtbiq edәn tәrәfә üstünlüklәr qazandırmışdır. 2014-cü ilin avqust vә 2016-cı ilin aprel ayında Ermәnistan Silahlı Qüvvәlәri tәrәfindәn cәbhәnin müxtәlif istiqamәtlәrindә tәtbiq edilәn radioelektron maneәlәr etiraf etmәliyik ki, hәm ordumuz, hәm dә mülki strukturlar üçün ciddi problemlәr meydana çıxardı. Sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 sәrgisindә Müdafiә Sәnayesi Nazirliyinin Elmi-Tәdqiqat İnstitutu tәrәfindәn hazırlanmış radioelektron mübarizә sistemlәrinin nümayişi nәhayәt bu mәsәlәdә Azәrbaycanda da milli yanaşmanın ortaya qoyulduğu qәnaәtinә gәlmәyimizә imkan verdi. Ümumi texniki-taktiki xarakteristikaları istisna olunmaqla bu sistemlәrin düşmәnin, elәcә dә qonşu ölkәlәrin әlindә olan sistemlәrә qarşı nә dәrәcәdә effektiv mübarizә apara bilәcәyini yalnız mütәxәssislәrimiz deyә bilәrlәr. Amma zәif olsun, güclü olsun, fәrq etmәz. Bütün arxitekturası vә açarların milli olaraq hazırlanması öz növbәsindә bu sistemin әsas avantajıdır. Əsas odur ki, zәruri olan addım atılıb vә qarşıda mәqsәd var. Ətrafımıza panoramik şәkildә nәzәr salsaq hәmsәrhәd olduğumuz ölkәlәrin son 6 ildә öz REM potensiallarını inkişaf etdirdiklәrini görmüş olarıq. Son illәrdә Rusiya Şimali Qafqaz vә Dağıstandakı hәrbi hissәlәrini “Moskva-1”, “Murmansk-BN”, “Jitel”, “Krasuxa”, “Borisoqolebsk-2” REM sistemlәri ilә tәchiz edib. Ermәnistandakı hәrbi bazasını 2018-ci ilә qәdәr müasir REM sistemi ilә silahlandırmağı planlaşdırır. İran isә ölkәnin şimalında müasir REM sistemlәrini tәtbiq etdiyini açıqlayıb. Ehtimallara görә, İran REM sahәsindә daha çox Çin vә Belarusla birgә yaradılmalara diqqәt yetirir. Dәniz qonşumuz Qazaxıstan isә Rusiya, İspaniya vә Fransadan yeni REM sistemlәrinin satınalınmasına dair müqavilәlәr imzalayıb. Artıq “İndra Systems” şirkәtindәn iki REM kompleksinin satın alınması hәyata keçirilib. Türkmәnistanın isә Çinin CETC şirkәtindәn REM sistemlәri almasına dair mәlumatlar mövcuddur. Ermәnistan da bu sahәdә Rusiyadan vә Belarusdan bәzi sistemlәr almasına baxmayaraq, ordunun әlindәki sistemlәrin modernizasiyasını daxili imkanlar hesabına gerçәklәşdirib. Son paradda göründüyü qәdәr Ermәnistan Rusiyadan R-325U REM kompleksi әldә edib. Eyni zamanda Ermәnistan Ordusu yerli istehsal olan “Amprop” vә “Manuşak” adlı radioelektron mübarizә komplekslәri ilә silahlanıb. Sonuncular aprel döyüşlәri zamanı istifadә olunub. ADEX sәrgisindә mәlum olduğu qәdәr Azәrbaycan da özünün REM sistemini yenidәn qurmağı düşünür. Mövcud versiyalara baxsaq, bu mәsәlәdә Çin, Rusiya, İsrail, Belarus, İspaniya vә Fransa şirkәtlәri öz sistemlәrini Azәrbaycana satmaq üçün yarışırlar. Tәkliflәr pis deyil. Amma diqqәt yetirilmәsi gәrәkәn iki sualın cavabını almaq lazımdır ki, sonra ortaya problemlәr çıxarkәn, verilәn milyonlar üçün heyiflәnilmәsin: Çin eyni sistemi Türkmәnistana, Rusiya vә Belarus Ermәnistana, İrana satıb. Bizә tәklif olunan eyni sistemin üstünlüyü nәdir? Hansı ölkә REM sistemini tam millilәşdirmәk üçün kodları verәcәk?
AZERI DEFENCE
MÜDAFİƏ SƏNAYESİ İXRACA YÖNƏLİR Zaur Babaşov Dekabrın 17-dә Müdafiә Sәnayesi Nazirliyinin (MSN) әmәkdaşlarının peşә bayramı qeyd olunub. Bu münasibәtlә MSN rәhbәrliyi başda olmaqla, Nazirliyin әmәkdaşları әvvәlcә Fәxri xiyabanı vә Şәhidlәr xiyabanını ziyarәt ediblәr. Daha sonra “Radioquraşdırma” zavodunun Akt zalında tәdbirin rәsmi hissәsi baş tutub.
Tәdbiri açan nazir Yavәr Camalov ötәn dövrdә müdafiә sәnayesindә görülәn işlәr vә әldә olunan nailiyyәtlәr barәdә hesabat mәruzәsi ilә çıxış edib. Nazir әvvәlcә bildirib ki, MSN işçilәrinin peşә bayramı әrәfәsindә Prezident İlham Əliyev nazirliyin bir qrup әmәkdaşının “Əmәkdar mühәndis” fәxri adına layiq görülmәlәrinә, “Tәrәqqi” vә “Dövlәt qulluğunda fәrqlәnmәyә görә” medalları ilә tәltif olunmalarına dair Sәrәncamlar imzalayıb. Nazir bu münasibәtlә dövlәt başçısına kollektiv adından tәşәkkürünü bildirib. Nazir Y.Camalov qeyd edib ki, Ermәnistanla tәmas xәttindә üstünlüyü әldә edәn vә düşmәnә sarsıdıcı zәrbәlәr vuran Azәrbaycan Ordusunun tәminatını daha da güclәndirmәk mәqsәdilә MSN-in müәssisәlәrindә silah, sursat vә hәrbi vasitәlәrin istehsalının genişlәndirilmәsi vә keyfiyyәtinin daha da yaxşılaşdırılması istiqamәtindә mәqsәdyönlü tәdbirlәr hәyata keçirilir. Aprel döyüşlәri zamanı düşmәnin canlı qüvvәsinin vә döyüş texnikalarının mәhv
edilmәsindә Azәrbaycan istehsalı olan hәrbi tәyinatlı mәhsullar mühüm rol oynayıb. Döyüşlәrdә MSN-in müәssisәlәrindә istehsal olunan silah vә sursatlardan tank әleyhinә qumbaraatanlar, minaatanlar vә onların döyüş sursatları, snayper tüfәngi, universal pulemyotlar, o cümlәdәn AK-74M tipli avtomat silahlar, müxtәlif çaplı patronlar vә digәr döyüş sursatları düşmәnә qarşı tәtbiq olunub. Eyni zamanda düşmәnin hәdәflәrinin dәqiq müәyyәn edilib, mәhv edilmәsi Azәrbaycanda istehsal olunan müasir pilotsuz uçuş aparatları vasitәsilә hәyata keçirilib. “Müdafiә Sәnayesi Nazirliyinin qarşısına mühüm vәzifәlәr qoyulub. Ölkәnin müdafiә qüdrәtinin yüksәldilmәsi mәqsәdilә bir sıra yeni növ müdafiә tәyinatlı mәmulatların yaradılması vә istehsalının mәnimsәnilmәsi istiqamәtindә intensiv işlәr aparılır. Belә ki, ötәn illәrdәn icrasına başlanılmış tikinti işlәri başa çatdırılmış vә istismara verilmәsi nәzәrdә tutulan 7 istehsalat müәssisәsindә kompleks tamamlanma işlәrinin yaxın
zamanlarda başa çatdırılması planlaşdırılır. Qeyd olunan istehsal müәssisәlәri lazım olan müasir texnoloji avadanlıqlarla tәchiz edilmiş vә elәcә dә inkişaf etmiş ölkәlәrin şirkәt vә firmalarından alınmış dәzgah, xüsusi cihaz vә alәtlәrlә komplektlәşdirilib”, – deyә nazir әlavә edib. Y.Camalov qeyd edib ki, Müdafiә Nazirliyi vә digәr güc strukturları tәrәfindәn verilmiş sifarişә uyğun olaraq müdafiә tәyinatlı mәmulatların istehsalı, tәmiri vә utilizasiyası üzrә müqavilәlәr bağlanıb. Cari ilin 11 ayının yekunlarına görә, respublikanın güc strukturlarına ümumilikdә tәhvil verilmiş müdafiә tәyinatlı mәmulatların hәcmindә ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 1,6 dәfә, çeşid sayında isә 1,8 dәfә artım olub. Cari ildә ilk dәfә seriyalı istehsalına başlanılmış mәhsullar sırasında xüsusi tәyinatlı “Yalquzaq” snayper tüfәngi, 40 mm-lik tank әleyhinә әl qumbaraatanı üçün PG-7V tipli qumbara, 6 vә 24 yerli UST-56 tipli çadır, M-6 vә M-12 tipli mina partladıcılar vә s. var: “Bu il ümumi mәhsul istehsalının hәcmindә ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 0,5 faiz artım әldә olunub. İstehsal olunan mәhsulun 85 faizini müdafiә vә xüsusi, 15 faizini isә mülki tәyinatlı mәhsullar tәşkil edir”. Yeni mәhsullar yaradılır “2016-cı ildә müdafiә sifarişindә yaradılma bölmәsi üzrә 115 mövzu üzrә
NOYABR–DEKABR 2016
198 mәrhәlәnin yerinә yetirilmәsi nәzәrdә tutulur vә bu sahәdә işlәr uğurla davam etdirilir”, – deyәn Y.Camalov MSN-in tabeli müәssisәlәri tәrәfindәn 37 mәrhәlәnin yerinә yetirildiyini bildirib. Cari ildә yerli müәssisәdә TA-57 tipli sәhra telefon aparatının yaradılma işlәri tam başa çatdırılaraq silahlanmaya tövsiyә olunub. Digәr mәrhәlәlәrin yerinә yetirilmәsi istiqamәtindә işlәr davam etdirilir. Eyni zamanda xüsusi tәyinatlı “Yalquzaq” snayper tüfәnginin yaradılması işlәri başa çatdırılıb vә istehsal edilәrәk sifarişçilәrә tәhvil verilib. Nazirin sözlәrinә görә, bu il әrzindә xüsusi tәyinatlı hücum pulemyotunun, avtomat qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfәnginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya vә tank topları üçün atәş yığımlarının, tank әleyhinә qumbaraatan üçün müxtәlif növ qumbaralı atәş yığımlarının vә s. mәmulatların müvafiq sınaqlarına başlanılıb vә hәmin mәmulatların istehsalının mәnimsәnilmәsi istiqamәtindә işlәr davam edir. Y.Camalov müdafiә tәyinatlı mәmulatların yaradılması sahәsindә nazirliyin elmi müәssisәlәrinin potensialından istifadә etmәklә bir sıra elmi-tәdqiqat vә tәcrübi-konstruktor işlәrinin uğurla hәyata keçirildiyini qeyd edib. Nazir bildirib ki, MSN Elmi-Tәdqiqat İnstitutunda 2016-cı ildә 30 mövzu üzrә elmi-tәdqiqat vә tәcrübi-konstruktor işlәri davam etdirilib. Əsas mövzulardan müxtәlif növ tәlim vә döyüş aviasiya bombalarının, xüsusi әhәmiyyәtli obyektlәrin mühafizәsi sisteminin, orta vә uzaq mәnzilli raket sistemlәrinin vә s. yaradılmasını qeyd etmәk olar.
4 -5
Milli Aerokosmik Agentliyi tәrәfindәn (MAKA) 2016-cı ildә Silahlı Qüvvәlәrin sifarişlәri әsasında müxtәlif sahәlәri әhatә edәn 33 mövzu üzrә elmi-tәdqiqat işlәri aparılıb. İlk növbәdә, әsas diqqәt müxtәlif növ döyüş modulları ilә tәchiz edilmiş “Tufan” milli zirehli nәqliyyat vasitәsinin yaradılmasına yönәldilib. Eyni zamanda “İldırım” vә “Qasırğa” zirehli maşınlarının ilkin nümunәlәri hazırlanaraq ADEX-2016 Beynәlxalq müdafiә sәrgisindә nümayiş etdirilib. Digәr yeni layihә BRDM-2M zirehli transportyorun üzәrindә orta mәnzilli “Mizrak” tipli tank әleyhinә idarә olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddәt әrzindә Silahlı Qüvvәlәrin ixtiyarına verilәcәk. Hәdәf ixracatı artırmaqdır Ölkә sәnayesinin dayanıqlı inkişafının tәmin edilmәsinin әsas istiqamәtlәrindәn olan ixrac potensialının genişlәndirilmәsi vә idxalın yerli istehsalla әvәzlәnmәsi üzrә nazirlikdә mәqsәdyönlü işlәrә başlanılıb. Artıq MSN-in müәssisәlәri beynәlxalq bazarlara çıxaraq müxtәlif tenderlәrin qalibi olub. Nәticәdә müxtәlif növ müdafiә tәyinatlı mәmulatların ixracı üzrә müqavilәlәr bağlanıb vә onların icrasına başlanılıb. İxrac edilәn mәmulatlar sırasında bütün növ döyüş sursatları, müasir atıcı silahları, pilotsuz uçuş aparatları vә s. yer alır: “Bu gün 10-dan çox ölkәyә Azәrbaycan istehsalı olan müdafiә tәyinatlı mәmulatlar ixrac edilir. Növbәti illәrdә dә ixrac imkanlarını genişlәndirmәk mәqsәdilә yeni bazarlar axtarılması istiqamәtindә tәdbirlәr görülәcәkdir. İxrac sahәsindә әldә
olunan uğurlar Müdafiә Sәnayesi Nazirliyinin mütәmadi olaraq beynәlxalq müdafiә sәrgilәrinә qatılmasının vә aparılan mәqsәdyönlü danışıqların nәticәsidir. Qısa müddәt әrzindә sәrgilәrә qatılan Müdafiә Sәnayesi Nazirliyi tabeli müәssisәlәrindә istehsal olunan müdafiә tәyinatlı mәmulatları beynәlxalq sәrgilәrdә nümayiş etdirmәklә yanaşı, böyük tәcrübә toplayaraq Azәrbaycanda 2014 vә 2016-cı illәrdә ADEX adı altında beynәlxalq müdafiә sәrgilәrinin keçirilmәsinin tәşkilatçısına çevrilib. Azәrbaycan iki dәfә beynәlxalq müdafiә sәrgisinә ev sahibliyi etdi. Keçirilәn sәrgilәrdә Müdafiә Sәnayesi Nazirliyinin müәssisәlәrindә yaradılan vә istehsal olunan müdafiә tәyinatlı mәmulatlar Azәrbaycan brendi kimi nümayiş etdirildi. ADEX-2016 sәrgisindә 260 adda “Made in Azerbaijan” mәmulatı nümayiş etdirildi”.
AZERI DEFENCE
“Zәrbә” seriyalı istehsala hazır Sentyabr ayında tәqdimatı keçirilmiş “Zәrbә” adlı kamikadze PUA barәdә dә danışan nazir Y.Camalov qeyd edib ki, “Zәrbә” vә kәşfiyyat-müşahidә xarakterli pilotsuz uçuş aparatlarının sınaqları uğurla başa çatdırılıb. Azәrbaycan Silahlı Qüvvәlәrini “Zәrbә” pilotsuz uçuş aparatları ilә tәmin etmәk üçün yaxın vaxtlarda bu mәmulatın seriyalı istehsalına başlanılacaqdır. Bununla bağlı Müdafiә Sәnayesi Nazirliyi ilә Müdafiә Nazirliyi arasında anlaşma memorandumu da imzalanıb. Müәssisә rәhbәrlәri hesabat verdilәr Tәdbirdә çıxış edәn MSN “Şәrq” İstehsalat Birliyinin baş direktoru İlqar Nәzәrov rәhbәrlik etdiyi quruma daxil olan müәssisәlәrdә yenidәnqurma işlәrinin aparıldığını, yeni silah vә döyüş sursatlarının istehsalı sahәlәrinin yaradıldığını bildirib. İ.Nәzәrovun sözlәrinә görә, ötәn müddәtdә müdafiә tәyinatlı mәhsulların yaradılması vә istehsalının mәnimsәnilmәsi mәqsәdi ilә aparılan tikinti vә yenidәnqurma işlәri nәticәsindә birliyin müәssisә vә zavodlarında 30-a yaxın istehsal sahәsi yaradılıb. İstehsal sahәlәrindә onlarla müasir texnologiya, 700-dәn artıq müxtәlif proqram tәminatlı avadanlıqlar alınıb. Azәrbaycanın güc strukturlarının müxtәlif növ silah vә döyüş sursatlarına olan tәlәbatının tam ödәnilmәsi imkanına malik istehsal sahәlәri qurularaq istifadәyә verilib. İstifadәyә verilәn istehsal sahәlәrinin әksәriyyәtinin açılışında Prezident İlham Əliyev şәxsәn iştirak edib.
Yeni istehsal sahәlәrindәn biri son illәr әrzindә yaradılmış “Azad Systems” Mәrkәzidir. Burada düşmәnin canlı qüvvәsi vә texnikasını mәhv etmәk imkanına malik iki adda kamikadze vә dörd adda kәşfiyyat-müşahidә xarakterli PUA istehsal edilir: “Mәmulatların istehsalının mәnilsәnilmәsi işlәrinin sürәtlәndirilmәsi mәqsәdi ilә әn müasir avadanlıqlarla tәchiz olunan Tәcrübә-Sınaq Mәrkәzi istifadәyә verilib. Hazırda Mәrkәzdә yeni növ silahların yaradılması ilә yanaşı, “Yalquzaq” snayper tüfәnginin seriyalı istehsalı tәmin edilib”. İ.Nәzәrov qeyd edib ki, son aylarda “İqlim” Elmi-İstehsal Müәssisәsindә istehsalatın proqramlaşdırılması mәrkәzi yaradılıb. Müәssisәdә istehsal prosesinin 40 faizindәn çoxu bu mәrkәzin üzәrinә düşür. Bu, gәlәcәkdә istehsalın daha da sürәtlә inkişafına tәkan verәcәk. “İqlim” müәssisәlәrindә istehsal olunan müdafiә tәyinatlı mәmulatlar Azәrbaycan Silahlı Qüvvәlәrini tәmin etmәklә yanaşı, artıq xarici ölkәlәrә dә ixrac olunur. “Aqreqat” İstehsalat Birliyindә hәyata keçirilәn işlәr barәdә mәruzә ilә çıxış edәn Birliyin baş direktoru Fәrhad Cәfәrquliyev bildirib ki, tabelikdәki müәssisәlәrdә yeni yaradılmış bütün istehsal sahәlәrindә müasir tәlәblәrә cavab verәn üç adda texnologiya, 46 adda rәqәmsal idarә olunan univesal torna, frez dәzgahları, soyuq vә isti ştamplama әmәliyyatlarını yerinә yetirәn 35 әdәd 25 tondan 4000 tona qәdәr hidravlik vә mexaniki preslәr, termiki emal әmәliyyatı yerinә yetirәn avtomatlaşdırılmış termiki sobalar, 8 xәtdәn ibarәt olan fosforlama, sinklәmә, xromlama vә müxtәlif kimyәvi örtüklәrin әmәliyyatlarını yerinә yetirәn avtomatlaşdırılmış qalvanik xәtlәr, gilizlәrin rәnglәnmәsi üçün avadanlıqlar quraşdırılıb. Hazırda “Avia-Aqreqat” zavodunun sexlәrindә son sazlama işlәri yerinә yetirilir. Birliyin “Avia-Aqreqat” zavodunda müxtәlif kalibrli vә müxtәlif tipli mәrmilәrin gövdәsini, gilizini hazırlamaq üçün müasir sexlәr tikilib. Dünya standartlarının tәlәblәrinә cavab verәn müxtәlif avadanlıqlar Almaniya, İsveçrә, Çexiya, İtaliya vә s. 14 ölkәdәn alınıb. Görülәn bu işlәrin nәticәsindә istehsal olunan müdafiә tәyinatlı mәhsulların çeşid sayı artaraq 59-dan 110-a çatıb. F.Cәfәrquliyev qeyd edib ki, yenidәnqurma işlәrindәn sonra birliyin müәssisәlәrinin texnoloji yönümü, demәk olar ki, tam yenilәnib, sifarişçilәrin
tәlәblәrinә uyğun beynәlxalq standartlara cavab verәn müdafiә tәyinatlı mәhsullar istehsal edilmәyә başlanıb: “Birliyin müәssisәlәrindә әsasәn zirehli texnikanın tәkmillәşdirilmәsi vә tәmiri, mühәndis texnikası sursatları, aviasiya tәlim bombaları, tank vә top mәrmilәri vә digәr fәrqli çeşidlәr istehsal etmәklә Azәrbaycanın güc stukturlarının sifarişi yerinә yetirilir. Eyni zamanda güc qurumlarının sifarişi ilә birliyin müәssisәlәrindә müxtәlif yeni müdafiә tәyinatlı mәhsullar mәnimsәnilmәkdәdir. Hazırda isә 30 mm-lik avtomatik qumbaraatan kompleks vә 40 mm-lik RPQ-7V tipli tank әleyhinә әl qumbaraatan silahlarının istehsalını tәmin etmәk üçün sınaq nümunәlәri hazırlanır”. F.Cәfәrquliyev әlavә edib ki, birliyin müәssisәlәrindә qurulmuş istehsal sahәlәri çevik texnologiyaya malik olmaqla, bu gün istәnilәn sifarişi yerinә yetirmәyә imkan verir. Bunun nәticәsindә yeni sifarişlәr hesabına birliyin müәssisәlәrindә mәhsul istehsalının hәcmini ildәn-ilә artırmaq mümkün olub: “Aqreqat” İstehsalat Birliyinin müәssisәlәrindә hәrbi mәhsullarla yanaşı, mülki mәhsullar da istehsal olunur. Azәrbaycan Dövlәt Neft Şirkәti, Bakı Metropoliteni vә Rusiya Federasiyası ilә müqavilәlәr bağlanıb. Birlik üzrә 120 adda mülki mәmulat istehsal olunur. Bunlardan cütlәşmiş fırlanğıc, yüksәk tәzyiqli ventillәr, siyirtmәlәr, boşaldıcı klapanlar, universal şar balonu, Bakı Metropoliteni üçün detallar vә qovşaqlar hazırlanır”. F.Cәfәrquliyev vurğulayıb ki, 2013-cü illә müqayisәdә birlik üzrә istehsal hәcmi 3 dәfә, orta aylıq әmәk mәhsuldarlığı 2 dәfә, orta aylıq әmәkhaqqı 2 dәfә artıb. Müdafiә tәyinatlı mәhsulların ixracına dair bir çox ölkәlәrlә müqavilәlәr bağlanıb. Sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 Beynәlxalq Müdafiә Sәrgisindә “Aqreqat” İstehsalat birliyinin müәssisәlәri 10 adda mәhsulu nümayiş etdirib. Tәdbirin sonunda Prezident İlham Əliyevin müvafiq sәrәncamları ilә fәxri adlara layiq görülәn vә medallarla tәltif olunan nazirliyin әmәkdaşları kollektiv tәrәfindәn tәbrik edilib. Nazirlik tәrәfindәn bir neçә qabaqcıl işçiyә “Qabaqcıl müdafiә sәnayesi işçisi” nişanı, Fәxri Fәrman, pul vә qiymәtli hәdiyyәlәr verilib, Azәrbaycan Hәmkarlar İttifaqları Konfederasiyası tәrәfindәn bir neçә şәxs Fәxri Fәrmanlarla tәltif olunub.
NOYABR–DEKABR 2016
YENİ HƏRBİ HİSSƏ AÇILIŞI Dekabrın 3-dә Tәrtәr rayonuna sәfәri çәrçivәsindә Prezident İlham Əliyev Müdafiә Nazirliyinin hәrbi hissәsinin açılışında iştirak edib. Dövlәt başçısına hәrbi hissә barәdә mәlumat verәn Müdafiә naziri, generalpolkovnik Zakir Hәsәnov bildirib ki, әrazidә qәrargah, iki kazarma, yemәkxana, tibb mәntәqәsi, hamamcamaşırxana yaradılıb, idman şәhәrciyi salınıb. Binada hәrbi qulluqçuların xidmәt vә istirahәti üçün lazım olan bütün şәrait yaradılıb.
Hәrbi hissәnin texnika parkı ilә tanış olan dövlәt başçısı istifadәyә yeni qәbul edilmiş “SandCat” zirehli avtomobilinin sükanı arxasına keçәrәk maşını idarә edib. Daha sonra әsgәr yemәkxanasına baş çәkәn Prezident İlham Əliyev yaradılmış şәraitlә tanış olub, yemәkxananın xidmәt heyәti ilә söhbәt edib. Prezidentә mәlumat verilib ki, әsgәr vә zabit heyәtinin dolğun vә keyfiyyәtli qidalanması üçün hәrbi hissәnin yemәkxanası da müasir sәviyyәdә qurulub.
6 -7
PREZİDENT MSN VƏ FHN ƏMƏKDAŞLARINI TƏLTİF ETDİ Prezident İlham Əliyev dekabr ayının 13-dә müdafiә sәnayesi işçilәrinin tәltif edilmәsi barәdә sәrәncam imzalayıb. Dövlәt başçısının sәrәncamı ilә Müdafiә Sәnayesi Nazirliyinin (MSN) 2 әmәkdaşı “Əmәkdar mühәndis” fәxri adı, 11 nәfәr әmәkdaşı “Tәrәqqi” medalı, 7 nәfәr әmәkdaşı isә “Dövlәt qulluğunda fәrqlәnmәyә görә” medalı ilә tәltif olunub. Dekabrın 15-dә imzalanmış sәrәncam ilә xidmәti vәzifәlәrini yerinә yetirәrkәn fәrqlәndiklәrinә görә Fövqәladә Hallar Nazirliyinin 1 әmәkdaşı “Hәrbi xidmәtlәrә görә” medalı, 2 әmәkdaşı “Dövlәt qulluğunda fәrqlәnmәyә görә” medalı, 9 әmәkdaşı isә “Fövqәladә hallar orqanlarında xidmәtdә fәrqlәnmәyә görә” 3-cü dәrәcәli medalı ilә tәltif olunub. Nazirliyin iki әmәkdaşına isә “Əmәkdar mühәndis” fәxri adı verilib.
UKRAYNANIN SİLAHLI QÜVVƏLƏRİNİN 25 İLLİYİ QEYD OLUNUB Dekabrın 9-da Bakıda Ukraynanın Silahlı Qüvvәlәrinin yaranmasının 25-ci ildönümünә hәsr olunmuş tәdbir keçirilib. Azәrbaycan Silahlı Qüv vәlәrinin, Müdafiә Sәnayesi Nazirliyinin, ictimai tәşkilatların nümayәndәlәrinin vә Azәrbaycanda akkreditә olunmuş hәrbi attaşelәrin qatıldığı tәdbirdә çıxış edәn Ukraynanın Azәrbaycandakı hәrbi attaşesi, polkovnik Yuriy Oksyonenko ölkәsinin ordu quruculuğu istiqamәtindә apardığı işlәrdәn, әldә olunan nailiyyәtlәrdәn danışıb. Hәrbi attaşe qeyd edib ki, Ukrayna müdafiә qabiliyyәtini artırmaq vә bu sahәdә islahatlar hәyata keçirilmәsi üçün son illәr ciddi addımlar atıb. 2014-cü ildә Donbas vilayәtindә separatçılara qarşı başlanan hәrbi әmәliyyatlar isә bu prosesә ciddi tәkan verib. Ukrayna Ordusunun müasir silahlı qüvvәlәr sırasına daxil olunması üçün NATO vә dünyanın inkişaf etmiş orduları ilә әmәkdaşlıq etdiyini dә
diqqәtә çatdıran Yuriy Oksyonenko Azәrbaycan-Ukrayna hәrbi әlaqәlәrinә dә toxunub. O deyib ki, iki ölkә arasında bütün sahәlәrdә olduğu kimi, hәrbi,
hәrbi-sәnaye sahәsindә әmәkdaşlıq davam etdirilir vә bu işlәrin daha geniş miqyas alması üçün zәruri addımlar da atılır.
AZERI DEFENCE
CƏBHƏ XƏTTİNDƏ İRİMİQYASLI TƏLİM
Zaur Babaşov Prezident İlham Əliyevin tәsdiq etdiyi plana әsasәn noyabr ayının 12-dәn 18-dәk sәhra şәraitindә qoşunların idarәolunması vә silahların döyüş tәtbiqinin yoxlanılması mәqsәdilә Azәrbaycan Silahlı Qüvvәlәrinin irimiqyaslı tәlimlәri keçirilib. 60 minәdәk şәxsi heyәt, 50-dәn çox tәyyarә vә helikopter, 150-dәn artıq tank vә zirehli texnika, elәcә dә raket vә artilleriya qoşunlarının 700-dәk qurğu vә sisteminin cәlb olunduğu manevrlәr zamanı qoşunların döyüşә tam hazırolma vәziyyәtinә gәtirilmәsi vә yenidәn qruplaşması, müdafiәnin aparılması, әkshücum әmәliyyatının hazırlanması vә keçirilmәsi üzrә tapşırıqlar icra olunub. Tәlimlәrdә hava kәşfiyyatının aparılması mәqsәdilә pilotsuz uçuş aparatlarından geniş istifadә olunub. Quru Qoşunları vә Hәrbi Hava Qüvvәlәri ilә yanaşı, tәlimlәr hәm dә Xәzәr dәnizinin Azәrbaycana mәxsus sektorunda Hәrbi Dәniz Qüvvәlәrinin gәmilәrinin vә şәxsi heyәtinin iştirakı ilә davam etdirilib. Silahlı Qüvvәlәrdә keçirilәn irimiqyaslı tәlimlәrin birinci mәrhәlәsindә qoşunların idarәetmә sistemlәrinin döyüş hazırlığının yoxlanılması, qüvvә vә vasitәlәrin tәyin olunan mәntәqәlәrә çıxışı, elәcә dә qoşunların fasilәsiz, operativ vә gizli idarәedilmәsi mәqsәdilә sәhra idarәetmә mәntәqәlәrinin açılması hәyata keçirilib. “Hәyәcan” siqnalı ilә qaldırılan qoşunlar vә komanda idarәetmә mәntәqәlәri әmәliyyat tәyinatı rayonlarına, döyüş aviasiya vasitәlәri ehtiyat aerodromlarına, Raket vә Artilleriya Qoşunlarının birlik vә hissәlәri müvәqqәti atәş vә start mövqelәrinә çıxarılıb. Döyüş texnikası vә şәxsi heyәtin hәrәkәtinin tәnzimlәnmәsi vә tәhlükәsizliyi-
nin tәmin edilmәsi mәqsәdilә yollarda vә marşrutlarda komendant xidmәti tәşkil olunub. Tәlimlәrdә aviasiya vasitәlәrinin, şәxsi heyәtin döyüş hazırlığı vә HHQ-nin müasir avtomatlaşdırılmış idarәetmә sistemlәrinin fәaliyyәtlәri yoxlanılıb. Tam hazır vәziyyәtә gәtirilәn 50-dәn artıq hәrbi tәyyarә vә helikopterlәr ehtiyat aerodromlardan döyüş uçuşları yerinә yetiribdir. Havaya qaldırılmış aviasiya düşmәnin fәaliyyәtinin qarşısının alınması vә qәflәtәn qarşıya çıxan düşmәn hәdәflәrinin atәşlә mәhv edilmәsi üzrә tapşırıqları icra ediblәr. Dәniz epizodunda gәmilәrin vә şәxsi heyәtin ümumi hazırlığı, Xәzәr dәnizinin Azәrbaycana
mәnsub hissәsindә әmәliyyat şәraiti vә HDQ-nin idarә olunması yoxlanılıb. Gәmi vә katerlәrinin cәlb olunması ilә keçirilәn mәrhәlә Xәzәr dәnizinin әmәliyyat zonasında enerji infrastrukturunun mühafizәsi, terror diversiya qrupu tәrәfindәn әlә keçirilmiş gәminin, helikopterdәn endirilmiş xüsusi tәyinatlılar tәrәfindәn azad edilmәsi vә tapşırıqların yerinә yetirilmәsi zamanı digәr qoşun növlәri ilә uzlaşdırılmış birgә fәaliyyәtlәrin icrasından ibarәt olub. “Azeri Defence” jurnalının ekspert qrupunun gәldiyi qәnaәtә görә, irimiqyaslı tәlimlәrindә tәtbiq edilәn yeniliklәri hәm tәlimlәrin ssenarisi, hәm dә yeni texnikaların cәlbi vә avtomatlaşdırılmış idarәetmә sisteminin tәtbiqi ilә bağlıdır.Tәlimlәrin başladığı ilk günlәrdә Müdafiә Nazirliyinin rәhbәrliyi Hәrbi Hava Qüvvәlәrinin mobil komandaqәrargah mәrkәzindә olub. Ordunun istifadәsindә ilk dәfә nümayiş etdirilәn komanda-qәrargah mәrkәzi Belarusun OKB “TSP” şirkәtinin istehsalı olan “Redut” unifikasiya edilmiş komanda-qәrargah maşını olaraq tanınır. Maşın sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 sәrgisindә dә nümayiş olunub. KQM döyüş әmәliyyatlarına hazırlıq mәrhәlәsindә vә әmәliyyatların gedişatında HHM qüvvәlәrinin sәlahiyyәtli zabitlәrinin kollektiv işini avtomatlaşdırmaq
NOYABR–DEKABR 2016
üçün nәzәrdә tutulub. Yüksәk keçicilik qabiliyyәtinә sahib avtomobilin şassi platforması üzәrindә quraşdırılmış kuzov-konteyner formasında istehsal edilәn KQM-dә sәlahiyyәtli zabitlәr üçün avtomatlaşdırılmış iş yerlәri, rabitә vә mәlumat ötürmә aparatları, naviqasiya vasitәlәri vә vaxt göstәricisi, elәcә dә enerji tәchizatı vә xilasetmә sistemlәri yerlәşir. KQM-in intellektual әsasını qәrarların qәbul olunmasına dәstәk üzrә avtomatlaşdırılmış sistem vә döyüş әmәliyyatlarının planlaşdırılması vә tabelikdә olan döyüş bölmәlәrinin hәrәkәtlәrini taktiki idarәetmә üzrә avtomatlaşdırılmış sistem tәşkil edir. KQM onun vәziyyәtinin koordinatını fasilәsiz surәtdә müәyyәnlәşdirәn vә naviqasiya tapşırıqlarının hәllini tәmin edәn kompleks peyk naviqasiya sistemi ilә tәchiz olunub. Aparılmış qiymәtlәndirmәlәr hәrbi qoşunların idarә olunması prosesindә “Redut” KQM-dәn istifadә edilmәsi nәticәsindә tabelikdә olan HHM döyüş bölmәlәrinin döyüş әmәliyyatlarının gözlәnilәn effektliliyini 13-14% artmasını tәmin edir, onların öz döyüş imkanlarını reallaşdırma dәrәcәsi isә 20-25% artır. Yeni artilleriya vә raket sistemlәri tәlimdә Müdafiә Nazirliyinin yayımladığı görüntülәrdә tәlimlәrә ordunun inventarında yer alan bir sıra yeni artilleriya sistemlәrinin geniş çapda cәlb olunduğu әksini tapır. Belә ki, Rusiyadan alınmış vә qoşunların silahlanmasına yeni daxil olan 2S19 “Msta-S” özüyeriyәn haubitsaların bir neçә batareyasının tәlimlәrdә iştirakı diqqәti cәlb edib. Bu günәdәk yalnız Raket-Artilleriya Qoşunlarının tәlimindә istifadә olunmuş “Msta-S” haubitsalarının effektiv atış mәnzili 30 kilometrin üzәrindәdir vә idarә olunan mәrmilәrlә dә atәş aça bilir. Digәr artilleriya vasitәlәrindәn tәlimdә İsrailin “İMİ Systems” şirkәtinin istehsalı olan “LYNX Qrad” reaktiv sistemlәri görünür. Çapı 122 mm, mәnzili 40 km olan bu sistemlәr Azәrbaycan Ordusu tәrәfindәn aprel döyüşlәrindә dә istifadә edilib. Naxçıvan Muxtar Respublikasında keçirilәn tәlimlәrә isә RaketArtilleriya Qoşunlarının silahlanmasına yeni daxil olmuş Türkiyәnin ROKETSAN şirkәtinin istehsalı olan T-122 “Sakarya” reaktiv yaylım atәş sistemlәri cәlb olunmuşdur. Tәlimin video vә fotolarında hәm döyüş, hәm dә nәqliyyat helikopterlәrindәn idarә olunan raketlәrlә şәrti düşmәn hәdәflәrinә atışlar hәyata keçirildiyi mәlum olub. Paralel olaraq Müdafiә
Nazirliyinin әvvәlki tәlimlәrdә olduğu kimi, bu tәlimlәrdә dә pilotsuz ucuş aparatlarından (PUA) hәm artilleriya korrektәsindә, hәm dә döyüş meydanının real vaxt rejimindә izlәnilmәsindә istifadә edib. Azәrbaycan Ordusunun istifadәsinә yeni daxil olmuş texnikalardan tәlimlәrin gedişindә BMP-3 piyada döyüş maşınlarının da geniş istifadә olunduğu bәlli olub. Qeyd edәk ki, Azәrbaycan Ordusunun silahlanmasına yeni qәbul olunan BMP-3 döyüş maşınları aprel döyüşlәrindә bәzi istiqamәtlәrdә istifadә edilib. Mühәndis-istehkam bölmәlәrinә xüsusi diqqәt Əvvәlki tәlimlәrlә müqayisәdә sonuncuda Azәrbaycan Silahlı Qüvvәlәri-
8 -9
nin mühәndis-istehkam bölmәlәrinin işinin tәkmillәşdirilmәsinә xüsusi diqqәtin yönәldiyi hiss olunur. Xüsusilә minalı sahәlәrdәn partlatma üsulu ilә keçidlәrin açılması, İMR-3M mühәndis istehkam maşınlarından istifadә edilmәklә düşmәnin mühәndis istehkam maneәlәrinin dağıdılması hәyata keçirilib. Qeyd edәk ki, Azәrbaycan Silahlı Qüvvәlәrinin inventarına bir neçә il әvvәl daxil olmuş İMR-3M mühәndis istehkam maşınları aprel döyüşlәri zamanı istifadә edilib. Tәlimin digәr maraqlı mövzusu düşmәnin dәrinliyinә hava desantının çıxarılması hesab oluna bilәr. Analizlәr әsasında qüvvәlәrin çıxış rayonlarına dislokasiyası, loqistika, әsgәrlәrin sәhra şәraitindә yaşayışı kimi mәsәlәlәrә xüsusi diqqәt ayrıldığını qeyd etmәk olar.
AZERI DEFENCE
PREZİDENT CƏBHƏ XƏTTİNDƏ Prezident İlham Əliyev noyabr ayının 11-dә Füzuli rayonuna sәfәri çәrçivәsindә ön xәtdә yerlәşәn komanda idarәetmә mәntәqәsindә әmәliyyat şәraiti ilә tanış olub. Komanda idarәetmә mәntәqәsindәn düşmәnin mövqelәrini izlәyәn dövlәt başçısına Müdafiә naziri Zakir Hәsәnov tәrәfindәn cәbhә xәttindә ümumi vәziyyәtlә bağlı mәruzә edilib. Sonra Prezident İlham Əliyev döyüş tapşırığını yerinә yetirәrkәn xüsusi fәrqlәnmiş bir qrup hәrbçiyә qiymәtli hәdiyyәlәr tәqdim edib. Hәrbçilәrlә görüşәn Prezident bildirib ki, bu ilin aprel ayında Ermәnistan növbәti silahlı tәxribat törәtsә dә, Azәrbaycan Ordusunun әsgәr vә zabitlәri bu tәxribata layiqli cavab verib. Uğurlu әks-hücum әmәliyyatı keçirәrәk düşmәnә sarsıdıcı zәrbәlәr vurub vә Azәrbaycanın işğal altında olan torpaqlarının bir hissәsi azad edilib. “Bu gün biz Lәlәtәpә әrazisindәyik. Hәlә bir neçә ay bundan әvvәl bu әrazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cәbrayıl vә Ağdәrә rayonlarının әrazilәrindә işğal altında olan 2000 hektardan çox torpaq uğurlu әkshücum әmәliyyatı nәticәsindә işğalçılardan azad edilib. Minlәrlә hektar torpağa bu gün Azәrbaycan Ordusu tam nәzarәt edir. Onu da qeyd etmәliyәm ki, әks-hücum әmәliyyatımız әlverişsiz mövqelәrdәn başlayıb. Biz yüksәkliklәri, tәpәlәri işğalçılardan azad etmişik vә böyük qәhrәmanlıq göstәrmişik. Aprel döyüşlәri hәrbi dәrsliklәrә salınmalıdır. Azәrbaycan Ordusu bu döyüşlәrdә peşәkarlıq, qәhrәmanlıq, mәharәt göstәrib. Biz şә-
hidlәr verdik, Allah bütün şәhidlәrimizә rәhmәt elәsin. Yaralı әsgәrlәrimiz, zabitlәrimiz olubdur. Mәn Hәrbi Hospitalda yaralı әsgәr vә zabitlәrimizlә görüş zamanı onlarda ruh yüksәkliyi gördüm. Onların bir arzusu var idi – tezliklә sağalmaq vә döyüş bölgәlәrinә qayıtmaq. Bu, bir daha onu göstәrir ki, Azәrbaycan xalqı böyük xalqdır, Azәrbaycan vәtәndaşları vәtәnpәrvәr vәtәndaşlardır. Bizim әsgәrlәrimiz, zabitlәrimiz Vәtәn uğrunda, torpaq uğrunda ölümә getmәyә hazırdırlar. Aprel döyüşlәri bizim şanlı qәlәbәmizdir. Azәrbaycan Ordusu öz gücünü göstәrdi!” – deyә Prezident qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Ermәnistan uzun illәr öz ordusunun yenilmәzliyi haqqında yalanlar, miflәr uydurub. Aprel döyüşlәri isә bunun әksini göstәrib. “İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elә bir hәrbi hәdәf yoxdur ki, bu gün biz onu mәhv edә bilmәyәk. Bu gün Azәrbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azәrbaycan xalqı bilir vә bütün dünya bilir. Güclü orduların reytinqlәrindә Azәrbaycan Ordusunun çox yüksәk yeri vardır. Ordumuzun döyüş qabiliyyәti yüksәk sәviyyәdәdir, günbәgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki tәminatı әn yüksәk sәviyyәdәdir. Biz son illәr әrzindә milyardlarla dollar dәyәrindә әn müasir silah-sursat, hәrbi texnika almışıq. O texnikalar әn son texnologiyaya malikdir. Aprel döyüşlәri bunu bir daha göstәrdi. Aprel döyüşlәrindәn sonra ordumuzun
maddi-texniki tәminatı ilә bağlı әlavә tәdbirlәr görülür, vәsait ayrılıb, әn müasir, yüksәk dağıdıcı qüvvәyә vә dәqiqliyә malik olan silahlar, texnika alınır vә artıq bizim sәrәncamımızdadır”. Dövlәt başçısı qeyd edib ki, Azәrbaycan Ordusunun döyüş qabiliyyәti ilә bәrabәr, vәtәnpәrvәrlik ruhu da yüksәkdir. Azәrbaycan öz torpağında ikinci ermәni dövlәtinin yaranmasına heç vaxt imkan vermәyәcәk. Prezident vurğulayıb ki, 1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu әmәliyyat keçirilib vә 22 kәnd işğaldan azad edilib. Aprel döyüşlәri növbәti tarixi qәlәbә oldu: “Dünya bir daha gördü ki, Azәrbaycan Ermәnistanın işğalçılıq siyasәti ilә heç vaxt barışmayacaq. Biz öz әrazi bütövlüyümüzü bәrpa etmәliyik vә edәcәyik. Bu, bizim әzәli torpağımızdır, tarixi torpağımızdır vә biz bu gün hәlә dә işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq. Lәlәtәpә әmәliyyatı bizim qәhrәmanlıq rәmzimizdir. Lәlәtәpә tarixә düşdü. Əgәr ermәni silahlı qüvvәlәri aprel döyüşlәrindәn düzgün nәticә çıxarmasalar, gәlәcәkdә Lәlәtәpә әmәliyyatı kimi bir çox uğurlu әmәliyyatlar olacaq. Ermәnistanın siyasi rәhbәrliyi, nәhayәt, dәrk etmәlidir ki, işğalçılıq hәrәkәtlәri onları uçuruma aparır. Azәrbaycan gündәngünә güclәnir, möhkәmlәnir. Bizim güclü potensialımız vә güclü Ordumuz var. Biz Ordumuzla, әsgәr vә zabitlәrimizlә, sizinlә – bax, burada düşmәnlә üz-üzә dayanan oğullarımızla fәxr edirik”.
NOYABR–DEKABR 2016
“NİMR”İN YENİ HƏRBİ MAŞINLARI – N35 VƏ “AJBAN” SOV “Nimr Automative” şirkәtinin istehsalı olan N35 minaya qarşı qorumalı nәqliyyat vasitәsi vә 4x4 tәkәr formuluna malik “Ajban” sinifli xüsusi әmәliyyat maşını (SOV) dekabrın 5-dә Birlәşmiş Ərәb Əmirliklәrinin Milli Günü münasibәti ilә keçirilәn paradda ilk dәfә nümayiş olunub. CAR-ın “Denel” şirkәtinin lisenziyası ilә BƏƏ-dә istehsal edilәn N35 minaya qarşı qorumalı nәqliyyat
RYTN Türkiyәnin HAVELSAN vә TÜBİTAK şirkәtlәri ilә memorandum imzalayıb “BakuTel-2016” beynәlxalq informasiya texnologiyaları sәrgisi çәrçivәsindә Azәrbaycanın Rabitә vә Yüksәk Texnologiyalar Nazirliyinin Mәlumat Hesablama Mәrkәzi ilә Türkiyәnin HAVELSAN vә TÜBİTAK BİLGEM şirkәtlәri arasında әmәkdaşlığa dair memorandum imzalanıb. Anlaşmaya әsasәn HAVELSAN vә TÜBİTAK BİLGEM dövlәt şirkәtlәri Rabitә vә Yüksәk Texnologiyalar Nazirliyinin Mәlumat Hesablama Mәrkәzinin Açıq Açar İnfrastrukturunun (PKİ) tәkmillәşdirilmәsindә iştirak edәcәklәr. Bu sahәdә әmәkdaşlıq 3 il davam edәcәk. HAVELSAN şirkәtinin yaydığı mәlumatda qeyd olunub ki, anlaşma çәrçivәsindә tәrәflәr öz fәaliyyәt sahәlәrini әsas götürәrәk imkan vә qabiliyyәtlәrini birlәşdirmәk yolu ilә
vasitәsinin 4x4 vә 6x6 tәkәr formuluna malik konfiqurasiyaları var. V gövdәyә malik, polad zirehli N35 maşınının ballistik müdafiәsi STANAG 4569 Level 4 (200 metr mәsafәdәn 14.5×114 mm AP / B32 güllәlәrinә qarşı), minaya qarşı qoruması isә STANAG 4569 Level 4A/4B (10 kq TNT ekvivalenti) sәviyyәsinә cavab verir. 4x4 konfiqurasiyalı N35 maşının maksimal sürәti 105 km/saat, gediş ehtiyatı 700 kilometrdir. Maşın sürücü vә komandir daxil 9 heyәt götürә bilir. N35 zirehli maşını 6 pillәli avtomat
birgә layihәlәrin hәyata keçirilmәsinә razılıqlarını ifadә ediblәr. TÜBİTAK BİLGEM şirkәtinin biznesin inkişafı üzrә müdir müavini Orxan Muradoğlu jurnalistlәrә açıqlamasında qeyd edib ki, kiber tәhlükәsizlik vә kriptolu rabitә infrastrukturunun son dәrәcә hәssas vә ölkәlәrә özәl olması nәzәrә alınaraq,
10 -11
transmissiyaya, 450 at gücündә mühәrrikә malikdir. Xüsusi tәyinatlı qüvvәlәr üçün nәzәrdә tutulmuş “Ajban” SOV uzun mәnzilli açıq kәşfiyyat maşınıdır. Heyәti sürücü daxil 5 nәfәrdәn ibarәt maşının üzәrinә bir әdәd 7.62 mm vә ya 12.7 mm çaplı pulemyot daxil edilә bilәr. Silahın yerlәşdirilmәsi üçün maşının üst hissәsindә halqa vә kronşteyn mövcuddur. “Ajban” SOV 6 pillәli “Allison 3000SP” avtomat transmissiyaya, “Cummins İSBe 300” 6 silindir, 6.7 litr hәcmә malik dizel mühәrrikinә sahibdir. 110 km/saat maksimal sürәtә, 650 km gediş ehtiyatına malik maşının yanacaq çәni 180 litr tutur. Hәr iki zirehli maşın BƏƏ Ordusunun vә xüsusi tәyinatlılarının istifadәsindә yer alır.
Azәrbaycanın gәnc kadrlarının TÜBİTAK tәrәfindәn hazırlanması vә bu sayәdә Azәrbaycana milli imkanların qazandırılması planlaşdırılır. Önümüzdәki günlәrdә tarixdә ilk dәfә hәr iki elektron imza infrastrukturu sisteminin dә inteqrә edilәrәk sәnәd, mal vә xidmәtlәrin iki ölkә arasında dövriyәsinin asanlaşdırılması nәzәrdә tutulur.
AZERI DEFENCE
HIGH TECH PORT-2016: YENİ MÜDAFİƏ TEXNOLOGİYALARI ÖNƏ ÇIXARILDI Rəşad Süleymanov Noyabr ayının 9-dan 12-dәk İstanbul şәhәrindә MÜSİAD tәşkilatı tәrәfindәn tәşkil olunmuş “High Tech Port-2016” sәrgisindә Türkiyәnin müdafiә sәnaye sektorunda fәaliyyәt göstәrәn aparıcı şirkәtlәr özlәrinin son yeniliklәrini nümayiş etdirdilәr. Müxtәlif ölkәlәrdәn hәrbi qurumların nümayәndәlәrinin dә ziyarәtçi qismindә qatıldığı sәrginin açılışını Türkiyәnin prezidenti Rәcәp Tayyip Ərdoğan edib. “Azeri Defence” jurnalı olaraq sәrgini ziyarәt edәrәk nümayiş etdirilәn bәzi yeniliklәri oxucularımızın diqqәtinә çatdırmağa çalışdıq.
Sәrginin әsas yeniliklәrindәn biri TÜBİTAK Mәrkәzi tәrәfindәn yaradılmış SAPAN adlı elektromaqnit topun ilk nümayişi oldu. Sәrgidәn bir hәftә әvvәl Türkiyәnin elm, sәnaye vә texnologiyalar naziri Faruk Özlünün öz “Twitter” sәhifәsindә fotolarını tәqdim etdiyi topun eksperimental nümunәsi vә onun üçün hazırlanmış döyüş sursatı ictimaiyyәtә nümayiş etdirilib. Topun atışında elektromaqnit texnologiyasından istifadә olunduğunu deyәn TÜBİTAK mütәxәssislәri mәrminin supersonik sürәtә yetişdiyini bildiriblәr. “Sapan” üçün 20 mm çaplı titan qarışıqlı xüsusi döyüş sursatı da yaradılıb. Döyüş sursatının arxasındakı qanadcıqlar uçuş zamanı sursata әlavә sürәt yığmaq imkanı yaradır. TÜBİTAK nümayәndәsinin sözlәrinә görә, “Sapan”ın testlәrinә 2014-cü
“Altay” tankının istehsala hazır nümunәsi testlәrdә. Foto: OTOKAR
ildәn başlanıb. Hazırda testlәrdәn әldә olunan nәticәlәrә әsasәn silahın tәkmillәşdirilmәsi istiqamәtindә işlәr aparılır. “Vestel Savunma” silahlı PUA-nı sәrgilәdi “Zorlu Qrup”una daxil olan AYESAŞ şirkәti sәrgidә müxtәlif elektron idarәetmә sistemlәrini, müxtәlif sahәlәr üzrә hәllәrini, “Vestel Savunma” şirkәti isә “Karayel” pilotsuz uçuş aparatının (PUA) silahlandırılmış konfiqurasiyasını sәrgilәyib. ROKETSAN istehsalı olan MAM-L idarә olunan yüksәk dәqiqlikli raketlәrlә silahlandırılmış “Karayel” yay aylarında Türkiyә Silahlı Qüvvәlәrinin nümayәndәlәrinin iştirakı ilә keçirilmiş testlәrdә uğurlu nәticәlәr göstәrәrәk hәdәflәri yüksәk dәqiqliklә vurmağı bacarıb. Test-
lәr zamanı “Karayel”dәn atışlarla yanaşı PUA-nın işarәlәdiyi hәdәf dә F-16 döyüş tәyyarәsindәn atılan sursatla vurulub. Qeyd edәk ki, “Karayel”dә istifadә olunan MAM-L lazer başlıqlı raketin mәnzili 8 km-dәn çoxdur. PUA-nın hәr qanadının altında bir әdәd MAM-L (cәmi 2 raket) raketi yer alır. “Vestel Savunma” yetkililәrinin sözlәrinә görә, şirkәt silahlı konfiqurasiyanın yaradılmasını qarşıya qoyulan plan üzrә vaxtında reallaşdırıb. Şirkәt nümayәndәlәri bildiriblәr ki, “Karayel” Türkiyәnin NATO-nun STANAG-4671 Mülki Hava Sahәsindә Uçuşa Əlverişlilik Standartı üzrә dizayn vә istehsal edilmiş yeganә PUA-dır. Gövdәsi kompozit materialdan hazırlanmış “Karayel” tam avtonom qalxma, uçuş vә enmә qabiliyәtinә sahibdir. PUA 70 kq faydalı yük daşıyır vә bu qәdәr yüklә 20 saat havada qalmağı bacarır. “Karayel”in LOS xәtti 150 km, fәaliyyәt yüksәkliyi 22500 fut (6800 metrdәn yüksәk) tәşkil edir. PUA-da istifadә olunan L3-Wescam MX15Di elektrooptik / infraqırmızı kamera kәşfiyyat-müşahidә missiyalarında “Karayel”ә geniş imkanlar qazandırır. “Vestel Savunma” yetkililәrinin sözlәrinә görә, bir ildir Türkiyә Silahlı Qüvvәlәrinin istifadәsindә 24 saat fasilәsiz uçuşlar hәyata keçirәn “Karayel” qarşıya qoyulan tapşırıqların vә vәzifәlәrin
NOYABR–DEKABR 2016
12 -13
öhdәsindәn layiqincә gәlir. Hazırda “Karayel”ә böyük beynәlxalq maraq müşahidә olunur. “Karayel” texnologiyasında әldә edilmiş tәcrübәdәn istifadә edәn “Vestel Savunma” Qәrbi Avropa ölkәlәrindәn biri ilә pilotlu tәyyarәlәrin pilotsuz tәyyarәyә çevrilmәsinә yönәlmiş çalışmalara başlanıb. “Altay” seriyalı istehsala hazır “High Tech Port-2016” sәrgisinә geniş bir sahәdә vә özünün fәrqli zirehli texnikaları ilә qatılan Türkiyәnin әn böyük özәl sәrmayәli şirkәti olan “Otokar”ın nümayiş etdirdiyi “Altay” tankının seriyalı istehsala hazır olan modeli sәrgi günlәrindә ziyarәtçilәrin böyük marağı ilә qarşılanıb. Sәrgidә “Otokar” “Altay” tankı ilә yanaşı, döyüş meydanında tanklara atәş dәstәyi üçün nәzәrdә tutulan “Tulpar” piyada döyüş maşınını şirkәtin öz istehsalı olan 25 mm çaplı topla silahlandırılmış “Bozok” qüllәsi ilә birgә tәqdim edib. Şirkәt eyni zamanda 12.7 mm çaplı pulemyotlu “Bozok” qüllәsi ilә komplektlәşdirilmiş “Arma” 6×6 vә “Arma” 8×8 tәkәr formuluna malik zirehli maşınlarını, “Cobra” vә “Üçok” qüllәsi ilә silahlandırılmış “Cobra II” zirehli maşınlarını sәrgilәyib. Sәrgi müddәtindә ziyarәtçilәr xüsusi gözlük vasitәsi ilә tankın içini dә izlәmәk imkanı qazanıblar. Sәrginin açılış günü Türkiyә prezidenti Rәcәp Tayyip Ərdoğan, “Koç Holding” İdarә Heyәtinin sәdrinin müavini Əli Koç vә digәr şәxslәr “Otokar”ın stendini ziyarәt edәrәk nümayiş etdirilәn texnikalar barәdә mәlumat alıblar.
Şirkәt nümayәndәlәrinin verdiklәri mәlumata görә, Şereflikoçhisar bölgәsindә hәrәkәt vә atış testlәri davam edәn vә sәrgi üçün İstanbula gәtirilәn “Altay”ın seriyalı istehsalı vә logistik dәstәk paketini (250 tank) әhatә edәn tәklif avqust ayında hökumәtә tәqdim olunub. Bildirilib ki, 7 ildәn çoxdur davam edәn “Altay” tankının yaradılması layihәsindә “Otokar” Türkiyә müdafiә sәnayesinin öndә gәlәn 100-dәn artıq şirkәti ilә birlikdә çalışır. Avqust ayında verilәn tәkliflә birlikdә әn son texnologiyalara sahib “Altay” tankının vaxt itirilmәdәn seriyalı istehsalına başlanılması vә modern әsas döyüş tanklarının qısa müddәtdә Türkiyә Silahlı Qüvvәlәrinin inventarına verilmәsi nәzәrdә tutulur.
Sәrgidә mәlumat verilib ki, hәr il mәnfәәtinin ortalama 4%-ni araşdırma vә yeni mәhsulların yaradılmasına yönәldәn “Otokar” hazırda dünyanın önәmli hәrbi texnika istehsalçılarındandır. Şirkәtin bu günә qәdәr istehsal etdiyi 30 minә yaxın zirehli texnikası Türkiyә ilә yanaşı, 5 qitәdә 30-dan artıq ölkәnin silahlı qüvvәlәri vә tәhlükәsizlik qurumlarında istifadә olunur. “Altay” tankının prototipinin istehsalına tәxminәn 1 milyard ABŞ dolları
Yuxarıda “Vestel Savunma” şirkәtinin istehsalı olan “Karayel” taktik PUA MAM-L raketi ilә silahlanmış halda; aşağıda 30 mm “Mizraq” qüllәsinә sahib 8x8 konfiqurasiyalı “Arma”. Foto: AD/OTOKAR
AZERI DEFENCE
vәsait xәrclәndiyini ifadә edәn Əli Koç hökumәtdәn “Altay”la bağlı cavabın yaxın vaxtlarda alınacağını gözlәdiklәrini bildirib. Qәrar qәbul edilәrsә, “Otokar” seriyalı istehsal çәrçivәsindә 5 il içindә 250 tankı istehsal edәrәk Silahlı Qüvvәlәrә tәhvil vermәyi hәdәflәyir. “Otokar” şirkәtinin baş direktoru Sәrdar Görgüc “Azeri Defence” jurnalına müsahibәsindә bildirib ki, NATO standartlarına uyğun yaradılmış “Altay” tankı 1500 at gücündә dizel mühәrrikә, 7 vәrdәnәyә sahibdir. Vәrdәnәlәrin asqı sistemi geniş sahәyә tәsir göstәrir ki, bu da dәrin qarda vә qumlu әrazidә tankın hәrәkәtinә imkan verir. Tankın ekipajı 4 nәfәrdәn ibarәtdir. Sürücünün yeri tankın orta qismindә yerlәşir. Tankın hәr bir heyәti termal kamera ilә tәchiz olunub. Komandir bölmәsi panoramik müşahidә aparmağa imkan verәn pereskop, kompüterlәşdirilmiş atış sisteminә sahibdir. S.Görgüc tankın lazer xәbәrdarlıq, “dost-düşmәn tanıma” sistemlәri ilә tәchiz olunduğunu da qeyd edib. “Altay” tankının әsas silahı 120 mm yiv-
siz top, ikinci silahı isә qüllәnin daxilindәn idarә olunan ASELSAN istehsalı olan “Sarp” döyüş moduludur. Modulyar zirehә malik “Altay”ın qoruma sәviyyәsi yüksәkdir. Gәlәcәkdә tankın aktiv müdafiә sistemi ilә tәchiz edilmәsi nәzәrdә tutulur. Hazırda ASELSAN şirkәti tәrәfindәn Türkiyәdә tank vә zirehli texnikalarda tәtbiq edilmәsi üçün AKKOR adlı aktiv müdafiә sisteminin yaradılması üzәrindә işlәr aparılır. S.Görgüc tankın testlәrinin noyabr ayının sonunadәk bitәcәyini qeyd edib. “Tulpar” üzrә işlәr davam edir “Otokar”ın 25 mm çaplı topa sahib “Bozok” adlı qüllә ilә silahlandırdığı “Tulpar” 32-42 ton arası çәkidә fәrqli güc qrupu vә ötürmә sistemlәrinә, gәlәcәk üçün genişlәnmәyә açıq elastik elektron quruluşa sahibdir. Döyüş sahәsindә, әn sәrt iqlim vә ağır әrazi şәrtlәrindә tankla bәrabәr yer alacaq şәkildә dizayn olunmuş maşın tәhdidlәrә görә müәyyәnlәşdirilәn zireh texnologiyası vә sin-
findә әn üstün ballistik vә minaya qarşı mühafizәsi ilә seçilir. Bir piyada manqasını daşıma imkanına sahib “Tulpar”a aktiv müdafiә sistemlәri dә qurula bilәcәk. Bütün asqı vә alt sistemlәri “Otokar” tәrәfindәn dizayn edilmiş maşın istifadә müddәtindә minimum xәrc tәlәb edәrәk әlavә imkanlar qazandırır. “Tulpar” piyada döyüş maşını, personal daşıyıcı, silah daşıyıcı, kәşfiyyat, ambulans kimi fәrqli tapşırıqlar üçün uyğunlaşdırıla bilir. “Arma” – yeni nәsil modulyar zirehli maşın Yüksәk taktiki vә texniki xarakteristikalara malik yeni nәsil çox tәkәrli modulyar zirehli maşın olan “Arma” üstün manevr qabiliyyәti, minaya qarşı yüksәk qoruması, güclü ballistik müdafiә qabiliyyәti ilә sinfindәki digәr bәnzәr texnikalardan fәrqlәnir. Bu maşınlar orta vә böyük kalibrli silahların inteqrasiyası üçün dә uyğundur. Ən çәtin әrazi vә iqlim şәrtlәrindә әmәliyyatlarda istifadә oluna bilәn “Arma”nın istәyә bağlı amfibiya qabiliyyәti dә mövcuddur. “Arma”nın 6x6 vә 8x8 tәkәr formuluna malik hәr iki konfiqurasiyası döyüş ağırlığı vә geniş daxili hәcmi ilә diqqәt çәkir. “Otokar” mütәxәssislәrinin sözlәrinә görә, “Arma” ehtiyaclara uyğun olaraq fәrqli silah vә qüllә sistemlәri ilә tәchiz oluna bilir. Bu maşınlar zirehli personal daşıyıcı, zirehli döyüş maşını, komandanәzarәt, KBRN kәşfiyyat maşını olaraq fәrqli tapşırıqlar üçün istifadә oluna bilәr.
Yuxarıda “Sapan” elektromaqnit silah sistemi vә onun sursatları, aşağıda ROKETSAN stendindәn görüntü. Foto: AD
NOYABR–DEKABR 2016
“Cobra II”yә böyük maraq Üstün texniki-taktiki xarakteristikaları vә modulyar platform olması ilә seçilәn “Cobra II” zirehli maşını 9 personalı daşıyır. Yüksәk manevrliyә malik maşında heyәtin mühafizәsinә xüsusi diqqәt yetirilib. “Cobra II” müxtәlif silah qüllәlәri ilә silahlandırıla bilir. “Otokar” nümayәndәlәrinin sözlәrinә görә, “Cobra II” zirehli maşını Türkiyә Silahlı Qüvvәlәri vә tәhlükәsizlik qurumları ilә yanaşı, dost vә müttәfiq ölkәlәrdә dә istifadә olunmağa başlayıb. “Cobra II”nin mina, improvizә edilmiş partlayıcılar vә ballistik tәhdidlәrә qarşı üstün qorumanı tәmin etdiyini deyәn “Otokar” mütәxәssislәrinin sözlәrinә görә, “Cobra II” sәlәfindәn daha yüksәk qoruması vә daha ağır silahların inteqrasiya oluna bilmәsi imkanları ilә seçilir. “Katmercilәr”dәn yeni maşın – XIZIR “High Tech Port-2016” sәrgisindә yeni mәhsulları ilә diqqәt çәkәn digәr müdafiә sәnayesi şirkәti “Katmercilәr” olub. Sәrginin açılış günü prezident Rәcәp Tayyip Ərdoğanın da iştirakı ilә “Katmercilәr”in yeni zirehli maşını olan “Xızır”ın tәqdimatı keçirilib. NATO standartlarına uyğun şәkildә dizayn vә istehsal edilmiş “Xızır”ın mina vә ballistik müdafiәsinin yüksәk sәviyyәdә olduğunu bildirәn istehsalçı şirkәtin nümayәndәlәrinin sözlәrinә görә, maşın ölkәnin şәrqindә antiterror әmәliyyatları aparan tәhlükәsizlik qüvvәlәrinә tәqdim olunacaq. Maşın “Katmercilәr”in öz mühәndislәri tәrәfindәn hazırlanıb. Mütәxәssislәrin sözlәrinә görә, “Xızır” mina vә әldәqayırma partlayıcılara qarşı yüksәk qoruma sәviyyәsini tәmin edir. 4×4 tәkәr formulu üzәrindә yaradılan 8,9 litr 6 silindir 298 kW gücündә dizel mühәrriklә tәchiz olunmuş maşının gediş ehtiyatı 700 km, maksimum sürәti 110 km/saatdır. Maşının ümumi uzunluğu 5570 mm, eni 2490 mm, hündürlüyü 2610 mm tәşkil edir. Tam V dizaynlı gövdәyә malik “Xızır”ın yanlarda 2, arxada bir qapısı var. Maşından atışların hәyata keçirilmәsi üçün hәr iki yanda 4, arxada isә bir mazğal mövcuddur. Zirehli maşın sürücü vә komandir daxil olmaqla 9 heyәti daşıma qabiliyyәtinә sahibdir. Mәrkәzlәşdirilmiş tәkәr doldurma, yedәk, KBRN hava filtrlәmә ilә yanaşı, “Xızır” avtomatik yanğınsöndürmә sistemi ilә komplektlәşdirilib. Maşının silahlanmasında ASELSAN şirkәtinin istehsalı olan SARP döyüş modulu yer alır.
Sәrgidә “Katmercilәr” TOMA maşınını vә “Khan.D” zirehli personal daşıyıcısını, habelә ilk dәfә “Jeep”maşını üzәrindә tәtbiq edilmiş “Nәfәr” zirehini dә tanıdıb. 4x4 tәkәr formuluna malik zirehli patrul maşının üzәrinә qurulmuş “Nәfәr” zirehi “Katmercilәr”in sektora tәqdim etdiyi yeniliklәrdәndir. Şirkәt mütәxәssislәrinin sözlәrinә görә, bu zirehlәr 4x4 offroad xüsusiyyәtinә sahib maşınlar üzәrinә hәm açıq, hәm dә şәhәrdaxili istifadә üçün optimallaşdırılıb. Zireh son kompozit vә keramik texnologiyaları özündә birlәşdirir vә yüksәk qorumanı tәçmin edir. Zirehin әsas üstünlüyü onun maşını ağırlaşdırmamasıdır ki, bu da manevr qabiliyyәtinin olduğu kimi saxlanılmasında mühüm rol oynayır. “Azeri Defence” jurnalına danışan “Katmercilәr” şirkәtinin İdarә Heyәti sәdrinin müavini Furkan Katmerci bildirib ki, tәmsil etdiyi şirkәt fәaliyyәtinә 1985-ci ildә İzmirdә başlayıb vә maşın-
14 -15
üstü avadanlıqların hazırlanması vә inteqrasiyası sahәsindә ixtisaslaşıb. Bu gün “Katmercilәr” dünyanın 5 ölkәsinә ixracat hәyata keçirir vә gәlirlәrinin 65%-i ixracdan daxil olur. Şirkәt 30 fәrqli mәhsul istehsal edir vә bunların arasında yanğınsöndürәnlәr üçün maşınlar yer alıb. Son 6 ildә müdafiә sәnayesinә yönәlәn şirkәt mәhsullarının sırasında TOMA-ların istehsalına start verib. Hazırda Türkiyәdәki TOMA-ların 75%-i “Katmercilәr” tәrәfindәn istehsal edilib: “Biz eyni zamanda bu maşınların vә yanğınsöndürmәdә istifadә olunan maşınların xaricә, türkdilli ölkәlәrә vә Azәrbaycana ixracını da hәyata keçirdik. Azәrbaycana hәm dә qoruma qalxanının satışını reallaşdırdıq. Son 5-6 ildә Azәrbaycanla әlaqәlәrimiz yüksәlәn xәtt üzrә inkişaf edir. Gәlәcәkdә digәr mәhsullarımızın da ixracını hәyata keçirәcәyimizә inanıram”. F.Katmerci bildirib ki, yaxın zamanlarda Ankarada müdafiә sәnayesi mәhsullarının istehsalını hәyata keçirәcәk yeni müәssisәnin istifadәyә verilmәsi planlaşdırılır. Sәrgidә “Jeep Rubicon” markalı maşın üzәrindә tәtbiq edilmiş “Nәfәr” zirehi barәdә mәlumat verәn F.Katmerci qeyd edib ki, burada keramik materialdan istifadә olunub. Normal zirehlә müqayisәdә daha güclü qorumanı tәmin edәn bu zireh çәki baxımından normal zirehin 40%-ә qәdәrini tәşkil edir. Qarşıdakı dönәmdә bu sistemin Türkiyәdә müxtәlif maşınların üzәrinә tәtbiqi nәzәrdә tutulur. Yuxarıda “Katmercilәr” şirkәtinin İH sәdr müavini Furkan Katmerci, aşağıda “Katmercilәr”in HTP-2016 sәrgisindә ilk dәfә nümayiş etdirdiyi “Xızır” zirehli avtomobil. Foto: AD
AZERI DEFENCE
Katmerci yeni tәqdim olunan “Xızır” barәdә mәlumat verәrәk bildirib ki, bu maşın öz sinfindә әn güclü hesab oluna bilәr. Maşında 400 at gücündә mühәrrik vә müstәqil asma sistemi tәtbiq edilib. Monokok gövdәyә, tam V dizayna malik maşın güclü zirehә sahibdir. Gәlәcәkdә maşının qoruma sәviyyәsinin keramikkompozit zirehlә daha da yüksәldilmәsi, elәcә dә maşının 6x6 vә 8x8 tәkәr formullu nümunәlәrinin hazırlanması planlaşdırılır. F.Katmerci bildirib ki, tәmsil etdiyi şirkәt Azәrbaycan Silahlı Qüvvәlәrinә zirehli buldozer vә ekskavatorların, xüsusәn dә uzaqdan – 1 km-dәk mәsafәdәn komanda ilә çalışan ekskavatorların tәqdimatını keçirib. Qarşıdakı dönәmdә bu mәhsulların ixracına nail olacaqlarına ümid edir. MKE şirkәti MPT silah ailәsini genişlәndirir MKE şirkәtinin mütәxәssislәrinin sözlәrinә görә, tamamilә türk mühәndislәri tәrәfindәn dizayn edilmiş vә istehsal olunan MPT-76 milli piyada tüfәngi öz sinfindә әn geniş imkanlara malik silahlardandır. Silahın prototiplәri 42 testdәn keçirilib vә seriyalı istehsala hazırdır. Hazırda MKE ildә 30 min әdәd MPT-76 tüfәngini buraxmaq gücünә sahibdir. 7.62 mm çaplı MPT-76 Türkiyә vә bölgә ölkәlәrinin әksәriyyәtindә istifadә edilәn HK G-3 tüfәngindәn iş prinsipinә görә fәrqlәnir. Belә ki, MPT-76-nın effektiv atış mәsafәsi 600 metr tәşkil edir vә bu HK G-3-ün atış mәnzilindәn 200 metr çoxdur. Bundan başqa MTP-76 modulyar dizayna malikdir. Silahın qundağı istifadәçinin bәdәn anatomiyasına uyğun şәkildә tәnzimlәnir. Üzәrindә, yan vә alt qisimdәki 4 әdәd pikkatini tamasaları silaha әlavә dәstәk vә aksesuarlar qurmağa imkan verir. MPT-76 tüfәngindә geri tәpmә G-3 vә AK-74 ilә müqayisәdә әhәmiyyәtli şәkildә azaldılıb. Bunun sәbәbi silahın adıçәkilәnlә müqayisәdә Yuxarıda JMK Bora-12 snayper tüfәnginin sәssiz konfiqurasiyası, aşağıda Türk Xüsusi Tәyinatlısı MPT-76 ilә. Foto: AD/MKE
nisbәtәn ağır olması, qundaq bölmәsindә amortizatorun, habelә MPT-76-da qaz pistonu sisteminin tәtbiq edilmәsidir. Qundaq dabanında tәtbiq edilәn amortizator geri tәpmәni tәxminәn 15% azaldır. MPT-76 tüfәnginin lülәsinin atış ömrü 15 min atış müәyyәnlәşdirilib. MKE mütәxәssislәrinin sözlәrinә görә, testlәrdә bundan daha çox, 25 minә qәdәr atış yerinә yetirilib vә silah öz davamlılığını qoruyub saxlayıbdır. MKE yetkililәrinin sözlәrinә görә, MPT-76 ilә bәrabәr Türkiyә Silahlı Qüvvәlәrinin sifarişi әsasında bu ailәdәn 5.56x45 mm çaplı MPT-55 tüfәnginin prototiplәri yaradılıb vә bu silah seriyalı istehsala hazırdır. MPT-55 öz çәkisinә görә, MPT-76-dan nisbәtәn yüngüldür. MPT-55-in 2.9 kq vә 3.2 kq çәkidә iki fәrqli modeli yaradılıb vә bu silahların effektiv atış mәsafәsi 400 metr tәşkil edir. MPT-76 әsasında MKE şirkәti manqa sәviyyәsindә istifadә üçün KNT-76 adlı yarıavtomat snayper tüfәngini dә hazırlayıb. 7.62x51 mm çaplı KNT-76 snayper tüfәnginin boş halda çәkisi 4.6 kiloqram, lülәsinin uzunluğu 50.8 sm (MPT-76-da 41 sm), effektiv atış mәsafәsi 800 metrdir. KNT-76 dizayn olaraq MPT-76-nın bәnzәri olsa da, silahda fәrqli qundaq tәtbiq edilib. Yarımavtomat iş prinsipi silahın yaşayış mәskәnlәri daxilindә gedәn
döyüşlәrdә istifadәsi baxımından uyğun görülüb. Hәr üç silah IDEF-2017 sәrgisindә nümayiş etdirilәcәk. MKE nümayәndәlәri MPT-76 tüfәnginin test üçün Türkiyә xaricindә yalnız Azәrbaycana göndәrildiyini, testlәrin nәticәsi olaraq Azәrbaycan hәrbçilәrinin fikirlәrinin dә seriyalı istehsala hazırlıq dönәmindә nәzәrә alındığını bildiriblәr. MKE stendindә son illәrdә ön plana çıxarılan “JMK Bora-12” snayper tüfәngi barәdә mәlumat verәn şirkәt yetkililәrinin sözlәrinә görә, adıçәkilәn snayper tüfәngi hazırda Türkiyә vә Azәrbaycan Silahlı Qüvvәlәrinin әsas snayper tüfәngidir. “Bora-12”nin digәr ölkәlәrә ixracı hәyata keçirilmәsә dә, snayper tüfәngi Pakistanda keçirilәn vә hazırda davam edәn tenderә tәklif olunub. Mövcud tüfәnglә bәrabәr MKE “Bora-12”nin sәssiz konfiqurasiyasını da hazırlayıb. Lülәsi tamamilә sәsboğuculu olan snayper tüfәnginin sәsi 90 Db, effektiv atış mәnzili 300 metr tәşkil edir. Bu silahdan atışların hәyata keçirilmәsi üçün nәzәrdә tutulan subsonik sursatlar Türkiyәdә istehsal edilmir, yalnız Avropa Birliyinә üzv bir neçә ölkәdәn vә Amerikadan idxal olunur. T-155 “Fırtına” özüyeriyәn haubitsaların üzәrindә aparılan modernlәşmә barәdә mәlumat verәn MKE yetkililәrinin sözlәrinә görә, maşının elektron sistemlәrindә yenilәnmә aparılıb. Haubitsa İLS sistemi, habelә GPS naviqasiyası, NBC sistemi әlavә olunub. Maşının üzәrindә yaxın döyüş vә özünü qoruma üçün nәzәrdә tutulan pulemyot ASELSAN şirkәtinin istehsalı olan, kabinә daxilindәn idarә edilәn “Sarp” döyüş modulu ilә әvәzlәnib. Yenilәnmәlәr haubitsanın döyüş qabiliyyәtini daha da artırıb. Yaxın perspektivdә “Fırtına”dan idarә olunan mәrmilәrlә atışların hәyata keçirilmәsi mәsәlәsinә baxılması nәzәrdә tutulur.
NOYABR–DEKABR 2016
ASELSAN dron tәhdidlәrinә qarşı sistemlәr hazırlayıb Geniş çeşiddә mәhsullarının sırasına hәr il yenilәrini daxil edәn ASELSAN bu il yeniliklәrindәn multikopterlәrә qarşı mübarizә aparmaq üçün nәzәrdә tutulan İHTAR vә İHASAVAR antidron sistemlәrini ilk dәfә ictimaiyyәtә tәqdim edib. Buna qәdәr yalnız şirkәtin tәqdim etdiyi informasiyalarda adı keçәn İHTAR sәrgidә teleskopik dirәk üzәrindә nümayiş etdirilib. İHTAR sisteminә ATS-60 elektrooptik sistemi, “Acar” müşahidә radarı, “Buqәlәmun” adlı aldatma sistemi vә istiqamәtlәnmiş antena üzәrindәn dalğaları qarışdırıb söndürәn “Gәrgәdan” jammeri daxildir. Radarın uzaq mәsafәdәn aşkarladığı dron vә ya dronlar toplusu daha sonra bәlli mәsafәdә elektrooptik sistem vasitәsi ilә nәzarәtә götürülür. IHTAR kompleksinә daxil olan radar multikopterlәri 2 km mәsafәdәn tәsbit edir. Radar 60-a qәdәr hәdәfi müәyyәnlәşdirib vә izlәmәyә imkan verәn, elәcә dә avtomatik axtarış vә tәqib özәlliyinә sahib proqram tәminatına malikdir. ATS-60 elektrooptik sistem vasitәsi ilә 1800 metr mәsafәdәn hәdәflәrin ayırdetmәsi aparıldıqdan sonra onun endirilmәsi “Gәrgәdan” jammeri vasitәsi ilә hәyata keçirilir. İHTAR hazırda bazara tәqdim olunan әn mükәmmәl antidron sistemlәrindәn biri olaraq xarakterizә olunmaqdadır. Kompleks stasionar şәkildә hansısa obyektlәrdә, o cümlәdәn nәqliyyat vasitәsi üzәrindә mobil şәkildә tәtbiq oluna bilәcәk dizayna sahibdir. İHTAR hәyati vacib obyektlәrin (elektrik stansiyaları, hava limanları, sәrhәd bölgәlәri, komanda vә qәrargah binaları vә s.) vә digәr
yerlәrin qorunmasında istifadә üçün nәzәrdә tutulur. Kompleksin tәrkibindә yer alan “Gәrgәdan” jammeri vasitәsi ilә radiosiqnal vә ya GPS ilә idarә olunan dronların uzaqdan komandası, onların GPS kanallarının qarışdırılması vә kor edilmәsi hәyata keçirilir. Sözügedәn sistem ilә dronlarda istifadә edilәn, bizә bәlli olan bütün uzaqdan komanda tezliklәrini, dalğaları, data-link, GPS vә digәr radiodalğa qәbuledicilәrini qarışdıraraq kor elәmәk, bunun sayәsindә dronların uçuş idarәetmәsini sıradan çıxarmaq mümkündür. “Buqәlәmun” sistemi isә uzaqdan komanda ilә idarә olunan, elәcә dә GPS idarәetmә funksiyasına malik kiçik PUA-ların kontrollu şәkildә yönlәndirilmәsindә istifadә olunur. Sistemin hәr cür rabitә vә rәqәmsal komandanı imitasiya etmәk imkanı var. İHTAR sisteminin işi komandanәzarәt mәrkәzi ilә tәnzimlәnir. Kompleksә daxil olan bütün radar vә önlәmә sistemlәri bu mәrkәzә inteqrasiya edilib. Hazırlanmış proqram vasitәsilә tәhdidin avtomatik tәqibi vә araşdırılması hәyata keçirilir. Bundan sonra әldә olunan informasiyanın uyğun önlәmә sisteminә göndәrilmәsi tәmin olunur. ASELSAN “High Tech Port” sәrgisindә multikopterlәrlә mübarizә mәqsәdi ilә hazırladığı İHASAVAR adlı daşınan mübarizә sistemini ilk dәfә nümayiş etdirib. Kürәkdә daşına bilәn jammerә bağlı üzәrindә anten yerlәşdirilmiş avtomat bәnzәri silahdan ibarәt olan İHASAVAR işә salınarkәn multikopterә tuşlanır vә jammer istiqamәtlәnmiş antena vasitәsi ilә siqnallar qarışdırılmaqla dron yerә endirilir. ASELSAN mütәxәssislәrinin sözlәrinә görә, İHASAVAR “DJİ
16 -17
Phantom” tipli multikopterlәrә qarşı test edilib vә müsbәt nәticәlәr әldә olunub. Əldә daşınan sistem uzaq mәsafәdәn “DJİ Phantom”, “DJİ İnspire-2” vә digәr PUA-ları endirmәyә imkan verir. ASELSAN vә BİTES YAMGÖZ layihәsini reallaşdırır Türkiyәnin ASELSAN vә BİTES şirkәtlәri birlikdә YAMGÖZ adlı 360 dәrәcә panoramik yaxın mәsafә nәzarәt-müşahidә sisteminin yaradılması üzәrindә işlәyir. Yaxın bir ay içindә sistemin proqramının hazır olması vә testlәrinә start verilmәsi nәzәrdә tutulur. Sistemin kamera, proqramlaşdırma vә görüntü emalı hissәsi ASELSAN, artırılmış reallıq vә istifadәçi interfeysi isә BİTES şirkәti tәrәfindәn işlәnilir. ASELSAN şirkәtinin “High Tech Port-2016” sәrgisindә tәqdim etdiyi mәlumata görә, YAMGÖZ sistemi özündә aşağıdakı imkanları cәmlәşdirir: - Yeni nәsil soyutmasız LWIR dalğada termal görüntü; - Yüksәk keyfiyyәtli gündüz kamera görüntüsü; - Termal vә gündüz görüntülәrini birlәşdirәn füzyon texnologiyası ilә geniş dalğalarda eyni zamanda nәzarәt; - Hәrәkәtә uyğunlaşdırılmış hәdәf tәsbiti; - Sıfır gecikmә ilә real vaxt rejimindә müşahidә; - Maşının xaricini baş hәrәkәti ilә göstәrәn gözlük (displey); - Görüntünün avtomatik şәkildә işlәnilmәsi vә yaxşılaşdırılması; - Lazer xәbәrdarlıq sistemi ilә hәssas tәhdid nöqtәsinin göstәrilmәsi;
İHASAVAR
İHTAR
AZERI DEFENCE “Əjdәr Yalçın” asimmetrik savaşda özünü doğruldur
- Bütün uzaqdan komandalı silah sistemlәri ilә uyğunluq. Sistemә 8-12 mikron dalğalarda çalışan vә 25 Hz yenilәnmә imkanına malik 12 әdәd rәqәmsal infraqırmızı, CCD/CMOS tipli yenilәnmә sürәti 2550 Hz olan 12 әdәd rәqәmsal gündüz kamerası daxildir. Panoramik kamera sistemi kompakt dizayna malikdir vә istәnilәn zirehli döyüş maşınına inteqrasiya oluna bilir. Kameralar 360 dәrәcә üfüqi, 30 dәrәcә şaquli bucaq altında görmәni tәmin edir. Komandirә verilәn 3B eynәkdәn әlavә maşının daxilindә әtrafdakı görüntünü izlәmәk üçün 2 әdәd full HD ekran da yer alacaq. BİTES şirkәtinin baş direktoru Uğur Coşkunun sözlәrinә görә, YAMGÖZ sistemi ekipaja maşından vә ya tankdan çıxmadan әtrafı müşahidә etmәyә, hәdәflәri avtomatik rejimdә müәyyәnlәşdirmәyә vә tәdbir görmәsinә imkan verәcәk. YAMGÖZ sisteminin imkanları barәdә danışan U.Coşkun bildirib ki, bu, әsgәrin mәlumatlılığını artırmağa yönәlib. Belә ki, tankın vә ya zirehli maşının әtrafında yerlәşdirilmiş kameralardan alınan görüntülәr birlәşdirilәrәk
dәbilqәyә bağlı ekran üzәrindәn istifadәçiyә ötürülür. Bu da öz növbәsindә әtrafı müşahidә üçün maşından çıxarkәn düşmәn snayperinin qurbanı olmaq riskini minimuma endirmiş olur. Buna әlavә olaraq, yeni nәsil görüntü emalı kompüteri üzәrindә görünәn işıq vә infraqırmızı dalğalardakı görüntülәrin bir arada tәqdim edildiyi füzyon görüntüsü dә yaradılaraq әtrafdakı vәziyyәt barәdә hәr cür hava şәraitindә çox yüksәk bir mәlumatlılıq tәmin edilir. YAMGÖZ-ün iş prinsipi barәdә danışan şirkәt rәhbәrinin sözlәrinә görә, istifadәçi maşının daxilindә başını çevirdiyi hissәdәn (sağ, sol, arxa, ön, yuxarı) kamera vasitәsi ilә bayırı görә bilәcәk. Maşının dayandığı yerdә әtrafdakı hәrәkәtli obyektlәrin tәsbit edilәrәk görüntü üzәrindәn xәbәrdarlıq nöqtәlәrinin yaradılması ilә bәrabәr gözlә görünmәyәn tәhdidlәrin dә aşkarlanıb zәrәrsizlәşdirilmәsinә imkan yaradılacaq. Tankın vә zirehli maşınların üzәrindәki silahların helikopterlәrdә olduğu kimi istifadәçinin baxdığı istiqamәtә avtomatik şәkildә yönlәndirilmәsi dә YAMGÖZ vә atış-nәzarәt sistemi üzәrindәn tәmin olunacaq.
“Nurol Makina” şirkәti tәrәfindәn dizayn edilmiş vә istehsalı hәyata keçirilәn 4x4 tәkәr formuluna malik “Əjdәr Yalçın” zirehli maşını Türkiyә müdafiә sәnayesinin son onillikdә ortaya qoyduğu әn mükәmmәl nәqliyyat vasitәlәrindәn hesab olunur. Son illәrdә tәhlükәsizlik qüvvәlәri tәrәfindәn Türkiyәnin cәnubşәrqindә hәyata keçirilәn әmәliyyatlarda geniş istifadә edilәn “Əjdәr Yalçın” maşınları fәrqli mühitlәrdә vә asimmetrik müharibә şәraitindә özünü doğruldub. “Nurol Makina” mütәxәssislәrinin sözlәrinә görә, antiterror әmәliyyatları zamanı terrorçuların minaları vә xüsusilә dә әldәqayırma partlayıcıları işә salması nәticәsindә baş vermiş hadisәlәrdә maşın zәrәr görsә dә, heyәt xәsarәt almadan xilas olub. Bu da “Əjdәr Yalçın”a olan marağı vә güvәni daha da artırır. Bu il layihә üzrә maşının yenilәnmiş vә daha da inkişaf etmiş versiyası olan “Əjdәr Yalçın III” modelinin istehsalına vә tәhlükәsizlik qüvvәlәrinә tәhvil verilmәsinә başlanıb. “High Tech Port” sәrgisi çәrçivәsindә “Əjdәr Yalçın III” versiyasının tәqdimatında çıxış edәn “Nurol Makina” şirkәtinin baş direktorunun müavini Anil Karel sifarişlәrin icrası başa çatdıqdan sonra yeni versiyaların da istehsalına başlanacağını qeyd edib. Mina vә әldәqayırma partlayıcılara (ƏQP) qarşı üstün qoruma tәmin edәn, monokok V gövdәyә vә run-flat tәkәrlәrә sahib “Əjdәr Yalçın”da partlayışın tәsirini udan ortopedik oturacaqlar qurulub. Maşının qapılarında mina vә ƏQP partlayışlarına qarşı xüsusi qıfıl, barıt qazlarının tәmizlәnmәsi üçün havatәmizlәyici dә qurulub. Ehtiyaca uyğun olaraq maşına RPQ-lәrә qarşı qoruma sistemlәri, әlavә zireh, NBC qoruma, mәrkәzlәşdirilmiş tәkәr doldurma, kameralar, tüstü qumbaraları, soyuq iqlimlәr üçün ön isitmә sistemi, GPS naviqasiyası, daxildә vә mo tor bölmәsindә yanğınsöndürmә sistemlәrinin qurulması mümkündür. Türkiyәdә “Yeriyәn qala” olaraq tanınan “Əjdәr Yalçın”ın uzunluğu 5625 mm, genişliyi 2500 mm, hündürlüyü 2300 mm, yerdәn hündürlüyü isә 450 mm-dir. Maşının döyüş ağırlığı 14 ton, әlavә yükdaşıma hәcmi 4 ton tәşkil edir. 375 at gücündә mühәrriklә tәchiz olunmuş “Əjdәr Yalçın”ın sürәti 120 km/saat, gediş ehtiyatı 700 km, dönmә radiusu 7.75 metrdir. Maşın 11 nәfәri daşıma imkanına sahibdir.
NOYABR–DEKABR 2016
18 -19
İDARƏ OLUNAN İLK “QASIRĞA”LAR TÜRK ORDUSUNA VERİLDİ ROKETSAN şirkәti idarәolunan 302 mm çaplı “yer-yer” raketlәrinin vә atıcı sistemin ilk partiyasını Türkiyә Silahlı Qüvvәlәrinә çatdırıb. ROKETSAN-ın müәssisәsindә Müdafiә naziri Fikri İşığın da iştirakı ilә keçirlәn mәrasimdә “Qasırğa”nın buraxıcı maşını, daşıma-yüklәmә maşını, komanda maşını vә 302 mm çaplı raketlәr artilleriya briqadasına tәhvil verilib. Mәrasimdә çıxış edәn F.İşıq bildirib ki, tamamilә ROKETSAN tәrәfindәn yaradılmış “Qasırğa” 120 km mәsafәyә qәdәr yüksәk dәqiqliklә atәş açmağa imkan verәn sistemdir. Türkiyә hәm öz ehtiyaclarını yerli vә milli imkanlar hesabına qarşılamaqla yanaşı, bu texnologiyaları dost vә qardaş ölkәlәrә tәqdim edәn bir ölkәyә çevrilib. ROKETSAN şirkәti tәrәfindәn yaradılmış TRG-300 idarә olunan raketlәr mövcud 300 mm çaplı raketlәrlә müqayisәdә daha uzaq mәnzildә hәdәflәri mәhv etmәyә imkan verir. Yeni raket ROKETSAN-ın öz imkanları hesabına TÜRKMƏNİSTAN ÇİN SİLAHLARINI SEÇİR Oktyabrın 27-dә Aşqabadda keçirilmiş hәrbi paradda Türkmәnistan Silahlı Qüvvәlәrinin son illәrdә xarici ölkәlәrdәn satın aldığı yeni silahların bir qismi nümayiş etdirilib. Paraddakı nümayişlәrdәn göründüyü qәdәr son illәrdә rәsmi Aşqabad silahlanma xә indә daha çox Çinlә әmәkdaşlığa üstünlük verib. Çindәn son 5 ildә hava hücumundan müdafiә vasitәlәri, silahlı vә kәşfiyyat konfiqurasiyalı pilotsuz uçuş aparatları, radarlar, radioelektron mübarizә vasitәlәri, yüngül zirehli texnikalar satın alınıb. Paradda 2014-2016-cı illәrdә Çinin “China Aerospace Science and Technology Corporation” (CASC) şirkәtindәn satın alınmış silahlı CH-3A vә WJ-600 A/D
hazırlanıb. ROKETSAN eyni zamanda 122 mm çaplı raketlәrin idarә olunan versiyasını hazırlayıb. TRG-300 idarә olunan raketlәrin mәnzili 120 km-dir. GPS vә İNS naviqasiyasına malik TRG300 raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqramdır. Türkiyәnin Müdafiә Nazirliyi noyabrın 25-dә ROKETSAN şirkәti tәrәfindәn hazırlanmış TRG-122 idarә olunan çoxmәqsәdli PUA-larla yanaşı, İtaliya istehsalı olan “Falco” taktik PUA-ları vә köhnә LA-17 PUA-ları da nümayiş etdirilib. Çinin CPMIEC şirkәti son 5 ildә Türkmәnistana HQ-9 (FD-2000), HQ-12 (KS-1A) vә FM-90 zenit-raket komplekslәrinin, CETC şirkәti TS-504 troposfer rabitә vasitәlәrinin, YLC-2V vә YLC-18 radarlarının, habelә radioelektron mübarizә sistemlәrinin, “DongFeng” şirkәti eyni adlı nәqliyyat vasitәlәrinin bazasında sәhra mәtbәxlәrinin, zirehli personal daşıyıcıların vә hәrbi sanitar maşınların satışını gerçәklәşdirib. Türkmәnistanın bununla yanaşı NORİNCO korporasiyasından müxtәlif çaplı snayper tüfәnglәrinin, optik sistemlәrin, kәşfiyyat vasitәlәrinin satınalmasını hәyata keçirmәsinә dair mәlumatlar mövcuddur.
122 mm çaplı raketlәrin 2017-ci ildә Türkiyә Silahlı Qüvvәlәrinin inventarına daxil olacağını duyurub. Qeyd edәk ki, T-122 “Sakarya” sistemindәn atış üçün hazırlanmış TRG-122 idarә olunan raketlәri GPS vә İNS naviqasiyasına malikdir. Bu raketlәrlә 35-40 km mәsafәdә hәdәflәri 10 metr dәqiqliklә mәhv etmәk mümkün olacaq.
TÜRK ORDUSU KORAL-I SİLAHLANMAYA ALDI ASELSAN şirkәti tәrәfindәn yaradılmış KORAL Mobil Radioelektron Mübarizә Sistemi dekabrın 8-dә Türkiyә Silahlı Qüvvәlәrinin inventarına daxil edilib. KORAL Mobil Radioelektron Mübarizә Sistemi hәrbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonlarında çalışan Elektron Dәstәk Sistemi (KORAL ED) vә Elektron Hücum Sistemindәn (KORAL ET) ibarәtdir. Hәrbi qüvvәlәrin imkanlarını әhәmiyyәtli dәrәcәdә artıracaq bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamәtini tәyin edir. Bununla yanaşı, hәdәf radarları qarışdırıb aldadaraq onların funksiyalarını yerinә yetirmәlәrinә maneçilik yaradır. Bu imkanlarına görә KORAL sistemi hәdәf ölkәlәrin hava hücumundan müdafiә sistemlәrinә önәmli zәrbә vuracaq qabiliyyәtә malikdir.
İDEAS-2016 Mövlud Xan Noyabr ayının 22-dә Karaçi şәhәrindә start götürәn İDEAS-2016 doqquzuncu beynәlxalq müdafiә sәrgisi vә seminarı 3 gün әrzindә Pakistan vә digәr ölkәlәri tәmsil edәn şirkәtlәrin öz imkan vә potensiallarını tanıtmasında mühüm rol oynayıb. Pakistanın Müdafiә İxracatı vә Tәşviqi Tәşkilatının (DEPO) tәşkilatçılığı ilә keçirilәn sәrgi vә seminarda Pakistanın dövlәt vә özәl hәrbi sәnaye sektoru ilә yanaşı, Türkiyә, Çin, ABŞ, Fransa, İtaliya, Serbiya, Çexiya, Ukrayna, CAR, Belarus kimi ölkәlәrlә yanaşı, bu ölkә ilә son illәrdә әlaqәlәri intensivlәşdirәn Rusiya da geniş qatılımla iştirak edib.
Sәrgidә әvvәlki illәrlә müqayisәdә özәl sektora aid şirkәtlәrin sayının artması, yerli müәssisәlәrdә istehsal edilәn yeni texnologiyaların nümayişi diqqәt cәlb edib. Özәl sektor şirkәtlәri optik sistemlәr, pilotsuz uçuş aparatları, tәlim texnologiyaları, nәqliyyat vasitәlәri daxil olmaqla geniş çeşiddә mәhsulların tәqdimatını keçirib. Başqa sözlә, İDEAS-2016 sәrgisinin yeniliklәrinin önәmli hissәsi dә mәhz özәl sektor şirkәtlәri ilә bağlı olub. Sәrgiyә Azәrbaycandan Baş nazirin birinci müavini Yaqub Eyyubov, Müdafiә Sәnayesi naziri – Azәrbaycan-Pakistan Hökumәtlәrarası Əmәkdaşlıq Komissiyasının sәdri Yavәr Camalov, Azәrbaycanın Pakistandakı sәfiri Əli Əlizadә, hәrbi attaşe polkovnik Mehman Novruzov ziyarәtçi qismindә qatılıblar. Sәrgi çәrçivәsindә Y.Eyyubov vә Müdafiә Sәnayesi Nazirliyinin nümayәndәlәri Pakistan vә digәr ölkәlәri tәmsil edәn şirkәtlәrlә görüşlәr keçiriblәr. Y.Eyyubov Pakistan müdafiә sәnayesinin
POF, GİDS, HİT TAXİLA vә aparıcı dövlәt müdafiә sәnayesi şirkәtlәrinin stendlәrinә baş çәkәrәk sәrgilәnәn mәhsullarla tanış olub. Keçirilәn görüşlәrdә iki ölkә arasında hәrbi sәnaye sahәsindә әmәkdaşlıq imkanları müzakirә edilib. Sәfәr çәrçivәsindә Y.Eyyubov Pakistan İslam Respublikasının prezidenti Mәmnun Hüseyn tәrәfindәn dә qәbul edilib. Müdafiә Sәnayesi naziri Yavәr Camalov vә sәfir Əli Əlizadәnin dә iştirak etdiyi görüşdә Y.Eyyubov Azәrbaycan Prezidentinin Pakistanla әlaqәlәrә xüsusi önәm verdiyini, Pakistanın Azәrbaycan üçün dost vә qardaş ölkә olduğunu diqqәtә çatdırıb. Beynәlxalq mәsәlәlәrdә hәr iki ölkәnin bir-birini daim dәstәklәdiyini vurğulayan Y.Eyyubov Pakistanın hәr zaman Dağlıq Qarabağ mәsәlәsindә Azәrbaycanın yanında olmasının, Azәrbaycan torpaqlarını işğal etdiyi üçün Ermәnistanı bir dövlәt kimi tanımamasının Azәrbaycan dövlәti vә xalqı tәrәfindәn daim yüksәk qiymәtlәn-
dirildiyini qeyd edib. Baş nazirin birinci müavini Azәrbaycanın da hәr zaman Pakistanın yanında olduğunu, Kәşmir mәsәlәsinin BMT-nin Tәhlükәsizlik Şurasının qәbul edilmiş qәtnamәlәri әsasında tezliklә hәll olunmasının tәrәfdarı olduğunu diqqәtә çatdırıb. Azәrbaycanın Pakistanla daha da istilәşәn münasibәtlәrindәn söhbәt açan Baş nazirin birinci müavini Pakistanla iqtisadi әlaqәlәrin daha da artırılması istiqamәtindә aparılan işlәrdәn, sәrgidә iştirakı, әldә olunan razılıqlar haqqında mәlumat verib, digәr sahәlәrdә olduğu kimi Azәrbaycanın Pakistanla müdafiә sәnayesi, hәrbi-texniki sahәdә dә әmәkdaşlığının bundan sonra da davam edәcәyini bildirib. Y.Eyyubov Azәrbaycan Prezidentinin Pakistan prezidentinә ünvanladığı mәktubu M.Hüseynә tәqdim edib. M.Hüseyn isә öz növbәsindә Pakistanın hәr zaman Dağlıq Qarabağ mәsәlәsindә Azәrbaycanın yanında olduğunu, Azәrbaycan torpaqlarını işğal etdiyi üçün Ermәnistanı bir dövlәt kimi tanımadığını vә bu dәstәyin daim davam edәcәyini qeyd edib. Pakistan prezidenti Azәrbaycan-Pakistan sәmimi dövlәtlәrarası әlaqәlәrin, iki xalq arasında mövcud olan qardaşlıq münasibәtlәrinin әn yüksәk sәviyyәdә olduğunu qeyd edәrәk, möhkәm siyasi münasibәtlәrlә yanaşı, iqtisadi, ticarәt vә digәr әlaqәlәrin inkişafında Pakistanın da maraqlı olduğunu bildirib. Pakistanın iqtisadi potensialı, idxal vә ixrac imkanları haqqında söhbәt açan prezident ölkәsinin Azәrbaycan Ordusunu tam tәchiz etmәyә hazır olduğunu diqqәtә çatdırıb.
NOYABR–DEKABR 2016
Müdafiә Sәnayesi naziri Yavәr Camalov vә Pakistanın Müdafiә Sәnayesi naziri Rana Tanvir Hüseynin (Rana Tanveer Hussain) sәrgi çәrçivәsindә keçirilmiş görüşündә iki ölkә arasında müdafiә sәnayesi sektorunda qarşılıqlı maraq doğuran mәsәlәlәr müzakirә edilib. R.T.Hüseyn Pakistanın Baş nazirinin verdiyi tapşırığa әsasәn Azәrbaycanla müdafiә sәnayesi sahәsindә әlaqәlәrin genişlәndirilmәsi istiqamәtindә çalışıldığını qeyd edib. Görüşdә Pakistan vә Azәrbaycan arasında müdafiә sәnayesindә әmәkdaşlığa dair anlaşma memorandumunun imzalanması barәdә fikir mübadilәsi aparılıb. Hәr iki tәrәf әmәkdaşlığın daha geniş sahәlәri әhatә etmәsi üçün texniki sәfәrlәrә vә tәcrübә mübadilәsinә ehtiyac olduğunu vurğulayıb. Sәrgi günlәrindә Pakistan mediası Azәrbaycanın JF-17 “Thunder” tәyyarәlәrinә tәkrar marağını ifadә etdiyini, hәm bu, hәm dә “Super Mushshak” tәlim tәyyarәlәrinin alqı-satqısı istiqamәtindә görüşmәlәrin davam etdiyini duyurub. Türkiyә Pakistan tәyyarәlәrini seçdi İDEAS-2016 sәrgisi çәrçivәsindә Pakistan Aeronautical Complex (PAC) vә Türkiyәnin Müdafiә Nazirliyi arasında “Super Mushshak” tәlim tәyyarәlәrinin alqı-satqısına dair anlaşma memorandumu imzalanıb. PAC sәdri Ərşad Malik vә Türkiyәnin Müdafiә nazirinin müavini Mustafa Şәkәrin imzaladığı sәnәdә әsasәn Pakistan Türkiyәyә 52 әdәd “Super Mushshak” tәlim tәyyarәsini Yuxarıda Pakistanın Baş naziri Nәvaz Şәrif Belarus istehsalı olan BUK-MB ZRK barәdә mәlumat alır, sağda Azәrbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Pakistanın Azәrbaycandakı hәrbi a aşesi İmran Əli vә Azәrbaycanın Pakistandakı sәfiri Əli Əlizadә sәrgidә. Aşağıda Pakistanın HİT vә Ukraynanın UKROBORONPROM tәşkilatları arasında tank modernlәşdirilmәsinә dair müqavilәnin imza mәrasimi. Fotolar: İnternet/AD
ixrac edәcәk. Qeyd edәk ki, hazırda “Super Mushshak” tәyyarәlәri Pakistanla yanaşı, Sәudiyyә Ərәbistanı, Oman, İran vә CAR-da istifadә olunur. Yüksәk tәhlükәsizlik standartlarına cavab verәn tәyyarә 300 kiloqram ağırlığında bomba vә raketlәrlә yüklәnә bilәr. Sәrgidә mәlumat verilib ki, Pakistan da paralel olaraq Türkiyә istehsalı olan T-129 ATAK zәrbә-kәşfiyyat helikopteri ilә yaxından maraqlanır. Bu il ATAK helikopterinin Pakistanda testlәri keçirilib. Sınaqlar zamanı helikopter çәtin şәraitdә yüksәk performans nümayiş etdirib vә hazırda tәrәflәr arasında helikopterlәrin alqı-satqısına dair danışıqlar davam edir. Pakistan Silahlı Qüvvәlәri eyni zamanda MKE tәşkilatı ilә JMK-90 “Bora-12” snayper tüfәnginin satınalınmasına dair danışıqları davam etdirir. Adıçәkilәn snayper tüfәngi Pakistanda testlәrdәn keçirilir. Pakistanın Karaçi Tәrsanәsindә Türkiyәnin STM şirkәtinin layihәsi vә texnologiya transferi әsasında inşa olunmuş Hәrbi Tәchizat Gәmisinin ardınca STM şirkәti Pakistan Dәniz Qüvvәlәrinin “Agosta-90B” sinif dәnizaltılarının modernlәşdirilmәsinә dair tenderin qalibi olub. Pakistan tәrәfi hazırda Türkiyә
20 -21
Hökumәti ilә “Ada” sinif korvetlәrin (MİLGEM) satın alınması istiqamәtindә görüşmәlәri davam etdirir. Pakistan Dәniz Qüvvәlәri ilә MİLGEM korvetinin satışına dair görüşmәlәrin müsbәt mәcrada davam etdiyini açıqlayan STM görüşmәlәrin 2017-ci il içindә realizә edilmәsi üçün sürәtlәndirildiyini bәyan edib. STM Türkiyә Dәniz Qüvvәlәri üçün dizayn edilmiş FAC-55 sürәtli hücum katerini Qәtәr vә Azәrbaycandan sonra Pakistan üçün İDEAS sәrgisindә tanıdıb. Qeyd olunub ki, FAC-55 kateri 55 mil üzәrindә yüksәk sürәtlә hәrәkәt etmәk qabiliyyәtinә malik olacaq. 535 ton su basımına malik katerin 2017-ci ildә Türkiyә Dәniz Qüvvәlәrinin hücum kateri layihәsi üzrә tәqdim edilmәsi planlaşdırılır. Sәrgidә mәlumat verilib ki, cari ilin iyun ayında ASELSAN şirkәti Pakistanla 16 әdәd ASELPOD sisteminin ixracına dair 25 milyon ABŞ dolları dәyәrindә müqavilә imzalayıb. Müqavilә üzrә tәdarük edilәn ASELPOD sistemlәri JF17 “Thunder” döyüş tәyyarәlәrinә inteqrasiya olunacaq. Sәrgidә iştirak edәn Türkiyәnin ROKETSAN şirkәti isә “Cirit” lazer idarәetmәli raketlәrini, orta vә uzun mәnzilli tank әleyhinә raket komplekslәrini tanıdıb.
AZERI DEFENCE Ukrayna ilә tank modernlәşmәsi İDEAS-2016 beynәlxalq müdafiә sәrgisi çәrçivәsindә Ukrayna vә Pakistan arasında tankların modernlәşdirilmәsinә dair müqavilә imzalanıb. “Ukrspetseksport” Dövlәt Şirkәtinin baş direktoru Pavel Bukin vә HIT TAXILA müәssisәsinin sәdri general-leytenant Vacit Sәid Hüseynin imzaladığı müqavilә çәrçivәsindә Pakistan Ordusunun silahlanmasında yer alan 220dәk “Əl Xalid” (T-80UD) tankının modernlәşdirilmәsi nәzәrdә tutulur. “Ukroboronprom” yetkililәrinin sözlәrinә görә, müqavilәnin realizasiyası zamanı Ukrayna müәssisәlәri Pakistandan 600 milyon dollardan çox sifariş alacaq. Pakistan Ordusu G3-lәri dәyişmәyә hazırlaşır Bu ilin mart ayında Pakistan Silahlı Qüvvәlәrinin әsas silahı olan G3-lәrin yeni avtomatla әvәz edilmәsi üçün elan etdiyi proqramda son mәrhәlәyә gәlinib. Sәrgidә mәlum olub ki, adıçәkilәn proqramda Rusiya istehsalı olan AK-103, Çexiya istehsalı olan CZ-806 BREN-2, İtaliya istehsalı olan “Beretta ARX”, Belçika istehsalı olan FN SCAR-H vә Serbiyanın “Zastava M21” avtomatları qiymәtlәndirmәyә tәqdim olunub. Pakistan yerli mediasının İDEAS-2016 sәrgisi günlәrindә elan etdiyi xәbәrә görә, seçimin son mәrhәlәsinә “Beretta-ARX” vә FN SCAR-H avtomatları keçib. Rәsmi tәsdiqini tapmayan xәbәrlәrin fonunda sәrgi çәrçivәsindә Pakistanın POF vә Çexiyanın “Çeska Zbrojovka” şirkәtlәri arasında CZ-806 BREN-2 avtomatının, “CZ Scorpion” tapança-pulemyotunun vә CZ-75 tapançalarının lisenziya әsasında POF şirkәtindә istehsalına dair niyyәt protokolu imzalanıb.
“Denel” vә “Yugimport” yarışır Pakistan Ordusunun 155 mm çaplı özüyeriyәn tәkәrli haubitsa seçiminә qatılan CAR-ın “Denel Land Systems” vә Serbiyanın “Yugoimport-SDPR” şirkәti İDEAS-2016 sәrgisindә öz haubitsalarını ön plana çıxarıblar. Sәrgidә “Denel Land Systems”şirkәti 8x8 tәkәr formuluna malik “Tatra T815-7” maşınının şassisindә 155 mm/52 kalibr T5-52, “Yugimport-SDPR” isә 8x8 tәkәr formuluna malik “KamAZ” maşınının şassisindә NORA B-52 özüyeriyәn haubitsasını nümayiş etdirib. T5-52 haubitsasının atış mәnzili 55 km, maşının sürәti 85 km/saat, hәrәkәt uzaqlığı 600 km, NORA B-52 haubitsasının atış mәnzili 41 km, maşının sürәti 90 km/saat, hәrәkәt radiusu 1000 km tәşkil edir. Pakistandan yeniliklәr Pakistanın Heavy Industries Taxila dövlәt şirkәti sәrgidә özünün “Toyota Land Cruiser” şassisi әsasında hazırladığı 4x4 “Protector” maşınını ilk dәfә tәqdim edib. “Land Rover” şassinә әsaslanan “Mohafiz” maşınının tәkamülü sayılan “Protector” 7.62x51 mm çaplı güllәlәrә qarşı qorumanı tәmin edәn yüngül kompozit zirehә sahibdir. Sәkkiz heyәt daşıma imkanına sahib “Protector”un güllәkeçirmәyәn şüşәlәrlә bağlı pәncәrәlәri hәm dә dәmir barmaqlıqlarla örtülüb ki, bu da pәncәrәlәrin gövdә ilә eyni sәviyyәdә qorunması üçün edilib. Maşın 8 silindrli 200 at gücünә malik dizel mühәrrikә vә 6 pillәli mexaniki ötürmәlәr qutusuna sahibdir. Zirehli maşın damda 7.62 mm pulemyota sahib, 360 dәrәcә bucaq altında hәdәflәrә atәş açmağa imkan verәn qüllә ilә silahlandırılıb.
HİT sәrgidә hәmçinin Belçika şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә istehsal etdiyi 4x4 tәkәr formuluna malik “Dragoon” zirehli avtomobilini dә sәrgilәyib. Şirkәt yetkililәrinin sözlәrinә görә, “Dragoon” vә “Dragoon-2” modifikasiyaları 90 mmә qәdәr çapda silah sistemlәri ilә tәchiz edilә bilәn, yüksәk qorumaya vә atәş gücünә malik çoxmәqsәdli döyüş maşınıdır.”Dragoon-2” әlavә olaraq amfibiya xüsusiyyәtinә malikdir. “Dragoon 2” maşını 7.62×51mm zirehdәlәn güllәlәrә qarşı ballistik qorumanı tәmin edәn STANAG 4569 Level 3 sәviyyәsindә zirehlә tәchiz olunub. Maşın alt hissәdә 6 kq TNT partlayışına qarşı dözümlüdür. Bu ilin iyul ayında HİT Pakistanın Aeroport Tәhlükәsizlik Xidmәti ilә 5 әdәd “Dragoon-2” tipli zirehli personal daşıyıcıların çatdırılmasına dair müqavilә imzalayıb. Silah vә sursat istehsalı üzrә ixtisaslaşmış Pakistan Ordnance Factory (POF) isә özünün insansız idarә olunan robotunu (ROWS) nümayiş etdirib. 78 kq çәkiyә malik robot 1 km mәsafәdә döyüş tapşırıqlarını yerinә yetirmәk üçün 7.62 mm avtomatla silahlandırıla bilir. İki әdәd kamera ilә tәchiz olunmuş ROWS video görüntülәri real vaxt rejimindә operatorun laptopuna ötürür vә 2.4 GHz WiFi ötürmәsi vasitәsi ilә idarә olunur. Maksimum 8 km/saat sürәtlә hәrәkәt edәn platforma 45° bucaq altında pillәkәnlәrә dırmanmağı bacarır. POF sәrgidә hәmçinin HMG PK-16 ağır pulemyotunu da ilk dәfә ictimaiyyәtә tәqdim edib. Piyada qoşunları üçün nәzәrdә tutulan 12.7x108 mm çaplı bu pulemyot hava soyutma sisteminә sahibdir. Silahın boş çәkisi 30 kq tәşkil edir. Silahın üçayağı + 73°, -26° bucaq altında 360°-dә hәdәflәri atәş altında saxlamağa imkan verir. PK-16 pulemyotunun atış tempi dәqiqәdә 540-600 patron, güllәsinin başlanğıc sürәti 810 metr/saniyә, effektiv atış mәnzili 1600 metrәdәkdir. Pulemyotun lülәsinin atış ömrü 3500 güllәdir. Pakistan müdafiә sәnayesinin aparıcı müәssisәlәrindәn olan GİDS (Global Industrial & Defence Solutions) İDEAS-2016 sәrgisindә Pakistan Ordusu tәrәfindәn aktiv şәkildә istifadә olunan “Shahpar” vә “Uqab” PUA-ları ilә yanaşı, “Anza Mk. II” daşınan zenit-raket kompleksini, “Baktar Shikan” tank әleyhinә raket kompleksini, REK yönlәndirmә dәstini, hәrbi hava qüvvәlәri vә hava hücumundan müdafiә C4 sistemlәrini, optik cihazları, aviasiya döyüş bombaları vә onlar üçün hazırlanmış partladıcı baş-
HMG PK-16 pulemyotu
NOYABR–DEKABR 2016
lıq ları, simulyator, lazer hәdәflәmә cihazları, NBC vasitәlәrini sәrgidә nümayiş etdirib. Azәrbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov vә Müdafiә Sәnayesi naziri Yavәr Camalovun başçılıq etdiyi nümayәndә heyәtlәri GİDS stendini ziyarәt edәrәk sәrgilәnәn mәhsullarla tanış olub, әmәkdaşlıq imkanlarını müzakirә ediblәr. Şirkәtdәn bildirilib ki, hazırda GİDS Cәnub-Şәrqi vә Orta Asiya, habelә Yaxın Şәrq, Afrika vә Cәnubi Amerika bazarlarına çıxış istiqamәtindә fәal işlәr aparır. Pakistanın dövlәt sektorunda PUA istehsalı ilә mәşğul olan yeganә müәssisәsi olan GİDS taktik vә mini PUA-lar ailәsinә VTOL xüsusiyyәtinә malik pilotsuz uçuş aparatını da әlavә edib. Şirkәtin MALE sinfinә aid “Shahpar” adlı PUA-sı 7 saat havada qalmağı, müxtәlif hava şәraitlәrindә kәşfiyyat-müşahidә tapşırıqlarını yerinә yetirmәyi bacarır. Hazırda “Shahpar” Pakistan Silahlı Qüvvәlәri tәrәfindәn aktiv istifadә olunur. GİDS-in betondәlәn aviasiya bombaları üçün hazırladığı REK (Range Extension Kit) yönlәndirmә dәsti (digәr adı “Tәkbir”) Mk.80, Mk.81 vә Mk.82 bombalarına inteqrasiya olunur. Yönlәndirmә dәsti İNS vә GPS naviqasiyasına malikdir vә 9 min metrdәn buraxıldıqda bombaları 50-60 km mәsafәyә götürә bilir. Dәstin sürәti 0.5-0.6 max, dәqiqliyi GPS ilә 20 metrә yaxındır. GIDS sәrgidә “Baktar Shikan” tank әleyhinә idarә olunan raketin maşın üzәrindә tәtbiq üçün nәzәrdә tutulan buraxıcı qurğusunu ilk dәfә nümayiş etdirib. Atışa hazır 4 raketin yer aldığı sistemin bütün atış vә izlәmә әmәliyyatları monitorlu nәzarәt qutusundan hәyata keçirilir. 1990-cı ildәn Çinin HJ8 TƏİR-in әsasında Pakistanda istehsal edilәn “Baktar Shikan”ın ixrac versiyası istehsalçı müәssisәnin mәlumatına görә, 3 km mәsafәdә hәdәfi 90% dәqiqliklә mәhv etmәyә qadirdir. Pakistan “Baktar Shikan”ın Malayziya vә Banqladeşә ixracını hәyata keçirib. TƏİR-in iki növ – standart vә tandem döyüş başlıqlı versiyaları var. Pakistanın “Blitzkrieg Defense Solutions” şirkәti isә sәrgidә özünün “Hamza” adlı 8x8 tәkәr formuluna malik MRAP maşınını ilk dәfә nümayiş etdirib. On dörd silahlı hәrbçini daşıma imkanına malik “Hamza” hazırda dünyada 8x8 şassisi әsasında tәklif olunan ilk MRAPdır. Maşın 30 mm top vә 7ş62 mm pulemyota sahib döyüş qüllәsi ilә silahlandırılmış formada nümayiş etdirilib. Şirkәt rәsmilәrinin sözlәrinә görә, maşın Pakistan Ordusunun yeni ehtiyac-
22 -23
larına cavab verәcәk şәkildә hazırlanıb. Yaxın aylarda testlәrinә başlanacaq maşının gövdәsi 14.5 mm zirehdәlәn güllәlәrә, altda isә 10 kq TNT partlayışına qarşı qorumanı tәmin edir vә STANAG 4569 Level 4 mühafizә sәviyyәsinә cavab verir. İstәyә uyğun olaraq bu göstәricini әlavә zireh paketi hesabına STANAG 4569 Level 5 sәviyyәsinә yüksәltmәk mümkündür. On beş ton yükdaşıma hәcminә malik “Hamza” 600 at gücündә mühәrrik vә tam müstәqil asqıya sahibdir. “Blitzkried” şirkәtinin müdafiә proqramları direktoru Seyid Mәhәmmәd Haru-
nun sözlәrinә görә, “Hamza” müxtәlif silahlarla, o cümlәdәn minaatanlar, 90 vә 105 mm topla da silahlandırıla bilәr. Özәl sektorda fәaliyyәt göstәrәn vә әsasәn optik cihazların istehsalı üzrә ixtisaslaşmış “Şibli” şirkәti isә sәrgidә özünün gündüz vә gecә әmәliyyatlarında istifadә üçün nәzәrdә tutulan “Tarsier” adlı termal nişangahını ilk dәfә tәqdim edib. 17 μm 640x480 IR görüntü qabiliyyәtinә malik optik nişangah nәqliyyat vasitәlәrini 4.4 km, insanları isә 2.5 km mәsafәdәn aşkarlamağa imkan verir. Cәmi 1.7 kq çәkiyә malik nişangah 4 әdәd AA batareya ilә 8 saatdan artıq istifadә oluna bilәr. Nişangah özündә elektron atış hesablama kalkulyatorunu da birlәşdirir. Çin hәrbi sәnayesindәn Pakistan hәmlәsi Pakistanın әsas hәrbi-texniki tәrәfdaşı olan Çinin hәrbi sәnaye sektorunda fәaliyyәt göstәrәn şirkәtlәr İDEAS-2016 sәrgisindә geniş şәkildә tәmsil olunmaqla bәrabәr özlәrinin yeni texnologiyalarını nümayiş etdiriblәr. Çin şirkәtlәrinin sәrgilәdiklәri mәhsullar sırasında müxtәlif artilleriya vә raket sistemlәri, minaatanlar, tank әleyhinә raketlәr, gәmi vә katerlәr, lazer sistemlәri, hava hücumundan müdafiә sistemlәri, pilotsuz uçuş aparatları diqqәti cәlb edib. Çinin “Poly Technology” şirkәti İDEAS sәrgisindә GAM-100 qısa vә GAM-102 orta mәnzilli tank әleyhinә idarә olunan raketlәrini ilk dәfә nümayiş etdirib. İsrailin “Spike” tank әleyhinә raketlәrinin birәbir bәnzәri olan hәr iki raket zirehli texnikalara vә istehkamlara qarşı nәzәrdә tutulur. Sәrgidә verilәn
Ortada “Shibli Tarsier” optik nişangahı, sağda GİDS şirkәtinin “Bakhtan Shikar” TƏİR kompleksi. Foto: AD
mәlumata görә, GAM-100 raketinin mәnzili 2500 metr, GAM-102 raketinki isә 4000 metrdir. Hәr iki raket infraqırmızı idarәetmәyә malikdir. Qısa mәnzilli GAM-100 raketinin çәkisi 13 kq, uzunluğu 1200 mm, sürәti 170 metr/saniyәdir. İstehsalçının açıqladığı mәlumata görә, bu raket 800 mm qalınlığında zirehi dәlmәyә imkan verir. Yüngül zirehli texnikanın üzәrinә quraşdırılan GAM-102 raketi isә 1000 mm qalınlığında zirehi vә betonu dәlmә qabiliyyәtinә sabibdir. “Poly Technology” şirkәti sәrgidә aşağı hündürlükdәn uçan kiçik PUA vә aerostatların zәrәrsizlәşdirilmәsi üçün hazırlanmış “Silent Hunter” lazer müdafiә sistemini dә nümayiş etdirib. Yüksәk enerjili lazer şüalarından istifadә edәn “Silent Hunter” strateji obyektlәri qorumaq üçün nәzәrdә tutulur. Kompleks özündә komanda vә nәzarәt, radar, elektrooptik xәbәrdarlıq vә lazer mәhvetmә funksiyalarını birlәşdirir. Nәqliyyat vasitәlәrinin şassisi üzәrinә inteqrasiya olunan kompleks hәr birinin çәkisi 200 kq olan iki bölmәdәn ibarәtdir. “Silent Hunter”in enerji tәsiri 5kW- 30kW arasında (200-4000 metr) arasında dәyişir. Sistem 60 metr/saniyә maksimum sürәtlә uçan 2 metr ölçülü hәdәfi 4 km mәsafәdәn mәhv etmәyә imkan verir. Şirkәt hәmçinin UZ-5E adı verilmiş yeni helikopter PUA-nı da Pakistan hәrbçilәrinә nümayiş etdirib. Sәrgidә NORİNCO şirkәti 122 mm çaplı SR4 reaktiv yaylım atış sistemini, 37 mm zenit topunu, CASTC şirkәti CH-5 silahlı PUA-nı vә digәr mәhsullarını geniş miqyasda sәrgilәyib.
AZERI DEFENCE ATAK-ın MİLDAR-ı hazır Türkiyәnin “Meteksan Savunma” şirkәti noyabrın 27-dә milli olaraq hazırlanan MİLDAR atış-kontrol radarının T-129 ATAK helikopterinә inteqrasiyasına yönәlik çalışmalarda sona gәlindiyini elan edib. Şirkәt sosial media hesabından radarın qurulacağı yerlә bağlı bütün alternativlәrin nәzәrdәn keçirildiyini vә hәlә ki bunun tam dәqiqlәşmәdiyini açıqlayıb. Millimetrik dalğa diapazonunda çalışan, helikopterә atış-kontrol vә uçuş dәstәyi tәmin edәn MİLDAR hәr cür hava şәraitindә hәdәflәrin tәsbitini vә
Çinin yeni silahlı PUA-sı Çinin “Aviation Industry Corporation of China (AVIC)” şirkәti “Cloud Shadow” adlı yeni pilotsuz uçuş aparatını (PUA) nümayiş etdirib. Silahlı müşahidә vә kәşfiyyat, nәzarәt vә müşahidә olmaq üzrә iki fәrqli konfiqurasiyası olan yeni PUA-nın uzunluğu 9 m, hündürlüyü isә 3,66 m-dir. Platforma Çin istehsalı olan WP11C turboreaktiv mühәrriki ilә tәchiz olunub. Qanadının altında altı әdәd asqı nöqtәsinә sahib silahlı konfiqurasiya CASIC
izlәnmәsini, o cümlәdәn helikopterin önündәki әngәllәr barәdә informasiyanın әldә olunmasını hәyata keçirir. Düşmәnin qarşı tәdbir sistemlәri tәrәfindәn yaxalanma imkanı az olan radar kiçik qabaritә vә yüngül çәkiyә malikdir. Sürәtli şәkildә, 360 dәrәcә әtrafda hәdәflәrin tәsbitini hәyata keçirәn radarın әldә etdiyi hәdәf informasiyaları ekran üzәrindәn pilota bildirir. Eyni anda birdәn çox hәdәfә anqajman imkanı verәrәk helikopterin döyüş qabiliyyәtini artırır. MİLDAR eyni zamanda ekran üzәrindә uçuşun hәyata keçi rildiyi әra zinin profilini yaradır.
şirkәtinin istehsalı olan AG-300 / M “hava – sәth” tipli raket, FT-7 idarә olunan yüksәk dәqiqlikli raket vә NORINCO şirkәtinin istehsalı olan “Blue Arrow-21” “hava – sәth” tipli raketlәrlә silahlandırılıb. Platformanın kәşfiyyat, nәzarәt vә müşahidә konfiqurasiyası isә gövdәnin altına yerlәşdirilmiş elektrooptik vә infraqırmızı kameraları birlәşdirәn kompleksdәn ibarәtdir. Daha kompakt olan bu sistem vasitәsi ilә atışdan sonra hәdәfi yüksәk keyfiyyәtlә izlәmәk vә mobil hәdәflәri mәhv etmәk mümkündür. Hәr iki variantda SAR radarı mövcuddur.
“DragonFly” kamikadze kvadrokopter
Polşanın “WB Electronics S.A.” şirkәti “DragonFly” adlı kamikadze kvadrokopterinin ilk nümunәsini nümayiş etdirib. Yüngül zirehli maşınları, avtomobillәri, idarәetmә mәntәqәlәrini, düşmәnin canlı qüvvәsini vә digәr mәntәqәlәrini mәhv etmәk üçün nәzәrdә tutulan “DragonFly” “hәdәfi aşkarla vә mәhv et” prinsipi ilә fәaliyyәt göstәrir. Bir dәfә istifadә üçün yaradılan “DragonFly” hәdәfi müәyyәnlәşdirәn kimi onu mәhv etmәyә istiqamәtlәnir. PUA kumulyativ, yandırıcı, fuqas vә qәlpәlifuqas döyüş başlığına sahib olacaq. Kamikadze kvadrokopter 10 km uzaqlıqda, 3,5-200 metr hündürlükdә fәaliyyәt göstәrә bilir. Ümumi çәkisi 5 kq tәşkil edәn PUA-nın havada qalma müddәti 20 dәqiqәdir.
İlk partiya MPT-76 istehsalı tamamlandı MPT-76 milli piyada tüfәnginin 500 әdәdlik ilk partiyasının istehsalı yekunlaşıb vә silahlar sifarişçiyә çatdırılıb. Türkiyәnin Milli Müdafiә Nazirliyi sifariş verilmiş 19500 әdәd MPT-76-nın 2017-ci ilin sentyabr ayınadәk silahlı qüvvәlәrә tәhvil verilmәsinin nәzәrdә tutulduğunu açıqlayıb.
Dronlara yeni kәşfiyyat texnologiyası İsrailin “Laser Detect System” şirkәti pilotsuz uçuş aparatı (PUA) üzәrindә partlayıcı aşkarlayan lazer sistem hazırlayıb. Noyabrın 15-16-da İsrailin TelAviv şәhәrindә keçirilәn “HLS & Cyber Expo” sәrgisindә nümayiş etdirilmiş “SpectroDrone” adlı sistem çox funksiyalı “Airobotics Optimus” multikopteri üzәrindә sәrgilәnib. Texnologiya әl qumbaralarını, qazı, maye, toz vә ya yığın halında olan kimyәvi birlәşmәlәri uzaq mәsafәdәn tәyin edir. Sistemin effektiv mәnzili 3000 metrdir.
AZERI DEFENCE
ÇOXMƏQSƏDLİ YÜNGÜL TƏYYARƏLƏR A.Hüseynli Başlanğıcda inkişaf edәn aviasiya sәnayesindә yer ala bilәcәyinә dair çoxsaylı suallar meydana çıxaran yüngül tәyyarәlәr son 20 ildә düşünülәnlәrin әksinә helikopter vә reaktiv tәyyarәlәr arasında keçid mәhsul olaraq әhәmiyyәtini sübuta yetirmәyә başladı. Son illәrdә dünya bazarında bu tip tәyyarәlәrә artan tәlәb özü dә bunu göstәrir.
Ekspertlәrin fikrincә, reaktiv döyüş tәyyarәlәrinin yeni nәslinin yarandığı dövrdә aparıcı ölkәlәrin yüngül hücum tәyyarәlәrinә dönüşü bir sıra amillәrlә bağlıdır. Bu tәyyarәlәr daha çox antiterror, partizan bölmәlәrinә qarşı әmәliyyatlarda, elәcә dә yaxın döyüş meydanında helikopterlәri әvәz edәrәk hava dәstәyinin tәmin olunmasında mühüm әhәmiyyәtә malikdir. Üstәlik qiymәtinin helikopter vә digәr tәyyarәlәrlә müqayisәdә aşağı olması, әvvәlcәdәn aerodrome olaraq hazırlanmamış әrazilәrә enib qalxa bilmәsi dә üstünlüklәr sırasına daxildir. Bu sinif tәyyarәlәrin maksimal sürәtinin әn çox 700 km/saat, işçi sürәtinin 300-400 km/saat olması pilota tuşlama üçün kifayәt qәdәr vaxt qazandırır. Bu da helikopterlәrdәki aşağı, reaktiv tәyyarәlәrdәki yüksәk sürәtin arasında manevrlәr etmәk imkanı yaradır. Qoyulmuş mәsәlәdәn asılı olaraq tәyyarә idarә olunan vә idarә olunmayan silahın geniş spektrini tәtbiq etmәk, gecә vә gündüz
hәrәkәt etmәk imkanına malik olur. Bunun üçün tәyyarә xarici asmada elektrooptik qurğularla tәchiz olunur. Eyni zamanda 1000-1500 kq döyüş yükü götürür ki, bu da “antipartizan” әmәliyyatları üçün mәqbul hesab olunur. Bu yazımızda dünyada populyar olan bәzi yüngül tәyyarәlәrin tanıtımına çalışacağıq. EMB-314 “Super Tucano” Braziliyanın “Embraer” şirkәtinin mәşhur “Tucano” tәyyarәsinin bazasında hazırladığı EMB-314 “Super Tucano” tәyyarәsi әn populyar çoxmәqsәdli yüngül tәyyarәlәrdәndir. 1600 at gücündә PT6A-68C mühәrriyinә sahib tәyyarәnin boş çәkisi 2420 kq, maksimal sürәti 590 km/saat, döyüş radiusu 550 km, uçuş uzaqlığı 1330 km-dir. Yüksәk temperatur vә rütubәt şәraitindә işlәmәk üçün nәzәrdә tutulan mükәmmәl uçuş-enmә xarakteristikalarına malik “Super Tuca-
no” qrunt әrazilәrә enә vә qalxa bilir. Sәkkiz saat 24 dәqiqә uçuş imkanına sahib “Super Tucano”nun praktik tavanı 10668 metrәdәk göstәrilir. Kabinәsi 300 metr mәsafәdәn zirehdәlәn güllәlәrә qarşı qorumanı tәmin edәn kevlar zirehlә örtülmüş “Super Tucano”nun silahlanmasına 7.62 mmdәn 20 mm-dәk çaplı pulemyot vә toplar daxildir. Qanadların altındakı 5 asma idarә olunan vә olunmayan raketlәr yerlәşdirilmәsinә imkan verir. Tәyyarә döyüş meydanına nәzarәt üçün xarici asmada daşınan fәrqli konteynerlәrlә dә tәchiz olunur. Toplam olaraq Braziliyanın HHQ 66-sı ikiyerli olmaqla 96 “Super Tucano” sifariş verib. “Super Tucano” hazırda Braziliya vә ABŞ ilә yanaşı, Anqola (6 әdәd), Çili (12 әdәd), Kolumbiya (25 әdәd), Dominikan (8 әdәd), Ekvador (18 әdәd), Qana (5 әdәd), Honduras (2 әdәd), İndoneziya (16 әdәd), Mali (6 әdәd), Mavritaniya (4 әdәd) vә Seneqalın (3 әdәd) istifadәsinә daxildir. Bunlarla yanaşı, Əfqanıstan 18, Livan isә 6 әdәd “Super Tucano” sifariş verib vә adıçәkilәn sifarişlәrin 2018-ci ildә tamamlanması planlaşdırılır. T-6A “Texan II” Amerikanın “Beechcraft Corporation” şirkәtinin “Pilatus” RS-9 tәyyarә-
NOYABR–DEKABR 2016
sinin bazasında istehsal etdiyi T-6A “Texan II” baza versiyasından cüzi dәyişikliklә fәrqlәnir. T-6A әsasında bir neçә döyüş variantı istehsal edilir ki, bunlardan T-6A “Texan II NTA” idarә olunmayan silahların tәtbiqi üçün nәzәrdә tutulub. Müasirlәşdirilmiş T-6B “Texan II” tәyyarәlәrindә ekranlı şüşә kabinә tәtbiq olunub. T-6C “Texan II”dә isә qanad altında idarә olunan vә olunmayan silahların yerlәşdirilmәsi üçün әlavә asmalar yerlәşdirilib. T-6B vә T-6C әsasında ABŞ HHQ üçün T-6D “Texan II” modifikasiyası hazırlanıb. Zәrbә funksiyalarının icra edilmәsi üçün nәzәrdә tutulan AT-6B “Wolverine” tәyyarәsi bölmәlәrә aviasiya dәstәyi, idarә olunan sursatlara koordinatların verilmәsi, müşahidә vә kәşfiyyat çәkilişlәri vә ötürülmәsi üçün cihazlarla tәchiz edilib. Tәyyarәnin planeri güclәndirilib vә raket hücumu barәdә xәbәrdarlıq sistemi ilә komplektlәşdirilib. Bir pilotlu tәyyarәnin uzunluğu 10.16 metr, qanad açıqlığı 10.19 metr, boş çәkisi 2135 kq, döyüş yükü 60 kqdan çoxdur. “Pratt & Whitney” şirkәtinin 1100 at gücündә PT6A-68 mühәrriki ilә tәchiz edilmiş tәyyarәnin sürәti 515 km/saat, uçuş uzaqlığı 1667 km, praktiki tavanı 9449 metr tәşkil edir. AT-6 tәyyarәlәri hazırda ABŞ, Kanada, Yunanıstan (25 әdәd), İraq (39 әdәd), İsrail (25 әdәd), Meksika (9 әdәd), Mәrakeş (24 әdәd), Yeni Zelandiya (11 әdәd), Böyük Britaniya silahlı qüvvәlәrinin istifadәsinә daxildir. “Pilatus” PC-21 İsveçrәnin “Pilatus” şirkәti PC-21 tәyyarәsinin yaradıldığını 2008-ci ildә açıqlayıb. PC ailәsindә әldә olunmuş tәcrübә әsasında hazırlanmış PC-21 tәyyarәlәrindәn o dövrdәn bu günәdәk 130
EMB-314 “Super Tucano”
26 -27
DA42М-NG “Guardian”
әdәd ixrac edilib. “Pratt & Whitney” şirkәtinin 1600 at gücündә PT6A-68B mühәrriki ilә tәchiz olunmuş tәyyarә müasir bort radioelektron sistemlәrinә malikdir. Adıçәkilәn tәyyarә hazırda İsveçrәdәn başqa Avstraliya, Qәtәr, Sәudiyyә Ərәbistanı, Sinqapur vә Birlәşmiş Ərәb Əmirliklәri HHQ-nin inventarına daxildir. Ümumi yükqaldırma qabiliyyәti 1150 kq olsa da, PC-21 hücumçu olaraq öz sinfindә “Super Tucano” vә AT-6-ya uduzur. DA42М-NG “Guardian” “Diamond Aircraft” şirkәti tәrәfindәn hazırlanmış vә ilk uçuşunu 2002-ci ildә etmiş DA42М-NG “Guardian” tәyyarәsi hazırda lisenziya әsasında bir neçә ölkәdә istehsal edilmәkdәdir. Tәyyarәlәr çoxfunksiyalı elektrooptik sistem, rәqәmsal idarәetmә kompleksi, bort radarı, genişzolaqlı peyk rabitәsi ilә tәchiz olunub. Tәchiz edildiyi avadanlıqlar tәyyarә vasitәsi ilә hәr cür hava şәraitindә yüksәk ayırdetmә dәqiqliyi ilә yerüstü vә hava obyektlәrinin monitorinqini hәyata keçirmәyә icazә verir. Rәsmi mәlumatlara görә, iki il әvvәl Rusiyanın Federal Tәhlükәsizlik Xidmәti qәrb istehsalı avadanlıqlarla tәchiz edilmiş
DA42M-NG “Guardian” tәyyarәsinin kәşfiyyat konfiqurasiyalarını әldә edib. “Diamond Aircraft” şirkәtinin mәlumatına görә, 2014-cü ilin әvvәlindә dünyanın 27 ölkәsindәn hüquq mühafizә orqanları vә silahlı qüvvәlәrdә 130 әdәd DA42 tәyyarәsi istifadә olunub. Postsovet ölkәlәrindәn Ukraynanın istifadәsindә 2, Rusiyanın istifadәsindә 2, Türkmәnistanın 1, Ermәnistanın istifadәsindә 1 әdәd xüsusi missiyalar üçün hazırlanmış DA42 tәyyarәsi yer alır. Havada 12 saata qәdәr uçuş yerinә yetirә bilәn DA42M-NG tәyyarәlәrinin uzunluğu 8.70 metr, hündürlüyü 2.49 metr, qanad açıqlığı 13.42 metr, praktik tavanı 5486 metrdir. Maksimal qalxma çәkisi 1365 kq tәşkil edәn tәyyarәnin yanacaq çәni 288 litr tutur. AT-802U Amerikan “Air Tractor” şirkәtinin AT-802U turbovintli hücum tәyyarәsinin ilk sifarişçisi 2009-cu ildә BƏƏ olub vә BƏƏ Hәrbi Hava Qüvvәlәri 10 әdәd AT-802U tәyyarәsini satın alıb. 2011-ci ilin iyununda Le Burje aviasalonda “Air Tractor” şirkәti AT-802U tәyyarәlәrinә daha bir sifarişin alınması haqqında bildirsә dә, hәmin sifarişçinin adını açıqla-
AZERI DEFENCE
T-6A “Texan II”
maqdan imtina edib. Sonrakı dönәmdә bu tәyyarәnin Kolumbiya HHQ-nin silahlanmasına daxil olduğu üzә çıxıb. Qoşunlara aviasiya dәstәyi vә kәşfiyyat üçün nәzәrdә tutulmuş AT802U tәyyarәsinin kabinәsi vә mühәrrik bölmәsi zirehlәndirilib. Tәyyarәnin silahlanmasında "Gatling" firmasının 12.7 mm çaplı ikilülәli GAU-19/A pulemyotu, xarici asmada 70 mm raketlәr vә Mk.82 bombaları, hәmçinin AGM-114M “Hellfire II” vә DAGR (Direct Attack Guided Rocket) tipli raketlәr mövcuddur. BƏƏ-nin tәyyarәlәrin silahlanmasına isә Türkiyәnin ROKETSAN şirkәtinin istehsalı olan “Cirit” lazer başlıqlı raketlәr daxil edilib. Sistem ekipaja eyni anda 20 km mәsafәdәn 15 hәdәfi izlәmәk imkanı verir. Bundan başqa, tәyyarә infraqırmız tәlәlәrin atılması sisteminә vә AAR-47 radioelektron mübarizә kompleksinә malikdir. Kәşfiyyatın aparılması üçün tәyyarәdә L3 Wescam MX-15Di videokamerası qurulub. Qanad açıqlığı 18.06 metr, uzunluğu 10.87 metr tәşkil edәn AT-802U tәyyarәsinin boş halda çәkisi 2903 kiloqramdır. “Pratt & Whitney” şirkәtinin istehsalı olan 1600 at gücündә PT6A-67F mühәrrikinә sahib tәyyarә 370 km/saat maksimal sürәti, 7602 metr praktik tavanı vә 2963 km uçuş uzaqlığı ilә yüngül tәyyarәlәr arasında liderdir.
SB7L-360 “Seeker 2” İordaniyanın “Seabird Aviation Jordan” şirkәtinin Avstraliyanın “Seabird Aviation” şirkәtinin lisenziyası әsasında istehsalını hәyata keçirdiyi “Seeker” (SB7L-360 Seeker 2) tәyyarәsi axtarışxilasetmә vә patrul missiyaları üçün nәzәrdә tutulur. 160 at gücündә “Lycoming O-360” mühәrrikinә malik tәyyarә 2004-cü ildә İraq Hava Qüvvәlәrinin istifadәsinә girib. Hazırda adıçәkilәn tәyyarә Avstraliyada bir enerji şirkәtinin, Qana polisinin (4 әdәd), CAR Milli Parkının, ABŞ-da Yeni Meksika ştat polisinin istifadәsinә daxildir. Bundan başqa, İraq Hәrbi Hava Qüvvәlәri (3 әdәd), İordaniya (6 әdәd), Tanzaniya (4 әdәd) vә Yәmәn sәrhәd xidmәti (12 әdәd) “Seeker” tәyyarәlәrinin operatorlarıdır. Heyәti 2 nәfәrdәn ibarәt olan tәyyarәnin uzunluğu 7.01 metr, qanad açıqlığı 11.07 metr, boş çәkisi 590 kq, sürәti 207 km/saat, uçuş mәsafәsi 832 km, uçuş müddәti 6 saatdır. Tәyyarәnin qanadları altında iki asma yerlәşir vә bu da raket qınlarının yerlәşdirilmәsinә imkan verir. Mwari CAR “Paramount Group” şirkәtinin hazırda üzәrindә işlәri davam etdirdiyi AHRLAC (Advanced High Performance SB7L-360 “Seeker 2”
Reconaissance Light Aircraft) layihәsi üzrә hazırlanmış “Mwari” yüngül döyüş tәyyarәsi birinci uçuşu 2014-cü ilin avqust ayında baş tutub. Yaradıcıların sözlәrinә görә tәyyarә yüngül hücum helikopterlәrini әvәz edә bilәcәk. Bundan başqa AHRLAC iri qabaritli nәqliyyat tәyyarәlәrinin hava müşayiәt etmәsi üçün istifadә oluna bilәr. Kiçik ölçülәr platformaya sürәt vә manevr qabiliyyәti baxımından bir sıra üstünlük verir. İki yerli “Mwari”nin uzunluğu 10.5, qanad açıqlığı 12 metrdir. “Pratt & Whitney” şirkәtinin istehsalı olan 950 at gücündә PT6A-66 turbovintli mühәrriklә tәchiz olunmuş tәyyarәnin maksimal uçuş çәkisi 3 800 kq tәşkil edir, bu halda o 800 kq müxtәlif döyüş yüklü daşımaq imkanına qadirdir. Tәyyarәnin silahlandırılması üçün qanad altında 6 asma nöqtәsi yerlәşir ki, ondan idarә olunan vә olunmayan raketlәri tәtbiq etmәk mümkündür. “Paramount Group” şirkәtinin mütәxәssislәrinin sözlәrinә görә, tәyyarә 20 mm avtomatik topla silahlandırıla bilәcәk. Tam yüklü halda AHRLAC-ın uzuş mәnzili 550 km, maksimal sürәti tәxminәn 500 km/saat, praktik tavanı 9 500 metr, uçuş uzaqlığı 2100 kilometr tәşkil edir. Bundan başqa, tәyyarә “Martin Baker Mk 17” katapult olunan oturacaqlarla tәchiz edilib. 2016-cı ilin mart ayında “Paramount Group” “Boeing” şirkәti ilә AHRLAC layihәsinin inkişaf etdirilmәsindә әmәkdaşlığa dair müqavilә imzalanıb. Anlaşma çәrçivәsindә iki yerli tәyyarәyә müasir kәşfiyyat, müşahidә vә nәzarәt (ISR) imkanları ilә yanaşı, silah sistemlәrinin daxil edilmәsi nәzәrdә tutulur. Layihә çәrçivәsindә “Boeing” AHRLAC-ın tәhlükәsizlik vә hәrbi variantları üçün ISR vә vahid missiya sistemini hazırlayacaq.
AZERI DEFENCE
ÖZÜYERİYƏN HAUBİTSALAR Rusiyanın nüfuzlu Dünya Silah Ticarәti Analizi Mәrkәzinin (SAMTO) hesabatına görә, dünya üzrә 2009-2016-cı illәrdә 2.7 milyard ABŞ dolları dәyәrindә 473 әdәd özüyeriyәn haubitsanın satışı üçün sifarişlәr alınıb. Özüyeriyәn topların tәchizatçılarının reytinqindә birinci yerdә 188 әdәd sifarişlә Cәnubi Koreya istehsalı olan 155 mm çaplı K-9 “Thunder”, sonrakı yerlәri Fransa istehsalı olan 155 mm çaplı “Caesar” (172 әdәd), Rusiya istehsalı olan 152 mm çaplı 2S19 “MstaS” (84 әdәd), Almaniya istehsalı olan 155 mm çaplı PzH-2000 (64 әdәd), Çin istehsalı olan 155 mm çaplı PLZ-45 vә SH1 (51 әdәd), Türkiyә istehsalı olan 155 mm çaplı T-155 “Fırtına”, Serbiya istehsalı olan 155 mm çaplı NORA B-52 (30 әdәd) haubitsaları qәrarlaşıb. Asiya Çinin NORINCO şirkәtinin bazara tәqdim etdiyi 155 mm/45 kalibr PLZ-45 (Type 88) haubitsası 2015-ci ildәn Sәudiyyә Ərәbistanı Ordusu tәrәfindәn Yәmәndә gedәn döyüşlәrdә istifadә olunur. Hazırda Sәudiyyә Ərәbistanının arsenalında 54, Küveytin 51, Əlcәzairin isә 50 әdәd PLZ-45 haubitsasının olmasına dair açıq mәnbәlәrdә informasiyalar mövcuddur. Sonuncu istifadәçi olan Əlcәzair qeyd olunan haubitsaları 2013-2014-cü illәrdә әldә edib. Çәkisi 33 ton tәşkil edәn PLZ-45 haubitsasının heyәti 5 nәfәrdәn ibarәtdir. 40 km-dәk mәsafәyә atәş açmaq imkanı-
R.Məmmədli Müasir müharibә meydanlarında öz liderliyini qoruyub saxlayan özüyeriyәn artilleriya sistemlәrinin qarşıya çıxan yeni ehtiyaclara sürәtlә uyğunlaşdırılması, bu çәrçivәdә yeni özüyeriyәn haubitsaların yaradılması prosesi gedir. Yedәkdә daşınan haubitsalardan fәrqli olaraq yüksәk manevrliyi, hәrәkәt halında atәş aça bilmә özәlliyi, qısa müddәtdә döyüşә hazır vәziyyәtә gәtirilmәsi, atışdan sonra qısa müddәtdә yerdәyişmә edә bilmәsi vә digәr xüsusiyyәtlәr baxımından özüyeriyәn artilleriya sistemlәrinә böyük tәlәblәr müşahidә olunmaqdadır. Xüsusilә dә son illәrdә daha mükәmmәl atış kontrol sisteminә vә idarәolunan mәrmilәrlә atәş açan özüyeriyәn artilleriya sistemlәri üçün tәlәblәr müşahidә olunur.
na malik haubitsanın atış tempi dәqiqәyә maksimum 5 atış tәşkil edir. Haubitsadan Çin hәrbi sәnayesinin Rusiyanın “Krasnopol” lazer idarәetmәli mәrmilәrinin әsasında hazırladığı vә istehsal etdiyi dәqiq mәrmilәrlә keçirilәn atışlar uğurlu alınıb vә qeyd olunan 155 mm-lik mәrmilәr haubitsanın әsas döyüş sursatları sırasına daxil edilib. Maşında kömәkçi silah olaraq 12.7 mm çaplı pulemyot vә 4 lülәli qumbaraatan yer alır. 525 at (386 kW) gücündә “Deutz” dizel mühәrrikinә sahib haubitsanın sürәti 55 km/saat, әmәliyyat radiusu 550 km-dir. NORİNCO tәrәfindәn PLZ 45-ә dәstәk mәqsәdilә isә sursat daşıma funksiyasını yerinә yetirәn kömәkçi PCZ-45 maşını yaradılıb. NORİNCO-nun amfibiya imkanlarına malik 122 mm-lik SH-3 özüyeriyәn haubitsası sovet 2S1 “Qvozdika” haubitsasının әsasında yaradılıb. Sistem 122 mm-lik mәrmilәrlә 15,3, reaktiv mәrmilәrlә 27 km-dәk hәdәfә atәş aça bilir.
Haubitsa Çin sursatları ilә yanaşı, sovet D-30 toplarında istifadә edilәn sursatlardan istifadә edir. NORİNCO mütәxәssislәrinin sözlәrinә görә, Çin Ordusunun silahlanmasına daxil olan SH-3 haubitsaları yüksәk manevrliyi, tәkmillәşdirilmiş atәş-nәzarәt sistemi ilә sәlәflәrindәn fәrqlәnir. “Type 97” piyada döyüş maşının şassisi üzәrindә yaradılmış haubitsa 590 at gücündә BF8M1015CP turbo dizel mühәrriki ilә tәchiz olunub. NORİNCO-nun tәkәrli şassi üzәrindә hazırladığı SH-1 haubitsalarının son illәr dünyanın müxtәlif regionlarında keçirilәn hәrbi sәrgilәrdә fәal marketinqi aparılmaqdadır. 6х6 tәkәr formuluna malik nәqliyyat vasitәsinin üzәrindә yerlәşәn SH-1 zirehli kabinә vә 155 mm/52 kalibr topla tәchiz edilib. Maşının heyәti 5 nәfәr, çәkisi 22 ton, sürәti isә 90 km/saatdır. Maşında müasir atış kontrol sistemi vә naviqasiya cihazları qurulub. SH-1-in döyüş komplekti 25 mәrmidәn ibarәtdir.
NOYABR–DEKABR 2016
Haubitsa 53 km-dәk mәsafәdә hәdәflәrә zәrbә endirmәk iqtidarındadır. Hazırda bu sistem Çinlә yanaşı, Pakistan (90 әdәd) vә Myanmanın silahlanmasına daxildir. Haubitsa NORİNCO tәrәfindәn istehsal edilmiş bütün standart 155 mm NATO sursatlarından istifadә edir. Sovet 122 mm D-30 toplarının NORİNCO tәrәfindәn 6x6 formullu tәkәrli şassi üzәrinә yerlәşdirilmәsi nәticәsindә meydana gәlәn SH-2 özüyeriyәn artilleriya sistemi maksimum 24 km mәsafәdәki hәdәflәrә zәrbә endirmәyә imkan verir. Döyüş komplekti 24 mәrmidәn ibarәt olan SH-2-dә atәşin idarә edilmәsi mәqsәdilә kompüterlәşdirilmiş sistem qurulub. NORINCO 2015-ci ildә SH-2-nin davamı olan SH-5 haubitsasının yaradılması istiqamәtindә işlәr aparıldığını açıqlayıb. Dörd nәfәr tәrәfindәn idarә olunacaq SH-5-in atış mәsafәsi 18 km olacaq. 105 mm/37 kalibr çaplı topa malik bu haubitsa sәlәflәrindәn öz qabaritlәrinә görә әhәmiyyәtli şәkildә fәrqlәnir. Yeni haubitsa manevrli birliklәrin artilleriya dәstәyi üçün nәzәrdә tutulub. Cәnubi Koreyanın “Samsung Techwin” şirkәtinin 155 mm/52 kalibr K9 “Thunder” özüyeriyәn haubitsası 735 kVt (1000 at) gücündә MTU 881 dizel mühәrriki vә “Alisson” şirkәtinin istehsalı olan XI 100-4АЗ avtomat transmissiya ilә tәchiz olunub. Döyüş maşının sürәti 67 km/saat, gediş ehtiyatı 400 km-dir. K-9 “Thunder” hidropnevmatik asmaya vә yüksәk keçid imkanlarına malikdir. Haubitsa hәr cür mürәkkәb vә keçilmәz әrazilәrdә hәrәkәt edә bilir. Topun lülәsindә mәrminin ilkin sürәtini göstәrәn cihaz quraşdırılıb.
Buradan qeydә alınan informasiya bortkompüterә verilir. Mövcud avtomatik atәş sistemi 15 saniyәyә 3 mәrminin atışını tәmin edir. Haubitsa adi halda isә 1 dәqiqәdә 6 mәrmidәn atәş aça bilir. Özüyeriyәnin döyüş komplekti 48 mәrmidәn ibarәtdir. ERFB-HE (aktiv-reaktiv fuqas mәrmi) ilә maksimum atәş mәsafәsi 50 km-ә çatır. K-9 haubitsalarının sursatla yüklәnmәsi eyni maşın şassisindә hazırlanmış K-10 sursat transfer sistemi vasitәsi ilә hәyata keçirilir. 104 mәrmi daşıma imkanına malik K-10 körpü-elevator vasitәsi ilә dәqiqәdә 12 mәrminin haubitsaya ötürülmәsini tәmin edir. K-9 “Thunder”in ilk xarici istifadәçisi olan Türkiyә 2004-cü ildә bu artilleriya sistemini silahlanmaya qәbul etmәklә yanaşı, onun T-155 “Fırtına” adı ilә istehsalına dair lisenziya alıb. Türkiyәnin Cә-
30 -31
nubi Koreya ilә K-9 özüyeriyәn haubitsalarının alınmasına dair sazişinin ümumi dәyәri 1 milyard ABŞ dollarından çox olub. Hazırda Türkiyә Silahlı Qüvvәlәrinin inventarında 265 әdәd T-155 “Fırtına” mövcuddur. Yaxın perspektivdә bu sayın 350 әdәdә çatdırılması nәzәrdә tutulur. Cәnubi Koreyanın silahlanmasında isә 300-ә yaxın K-9 mövcuddur. 2016-cı ildә qәbul olunan qәrara görә, K-9-un sayı yaxın 10 il әrzindә 1136-ya çatdırılmalıdır. 2014-cü ilin sonlarında Polşa Silahlı Qüvvәlәri ilә “Samsung Techwin” şirkәti arasında imzalanmış 300 milyon ABŞ dolları dәyәrindә müqavilә çәrçivәsindә 120 әdәd K-9 haubitsasının çatdırılması nәzәrdә tutulur. 2018-ci ilә qәdәr Cәnubi Koreya şirkәti Polşaya 24 әdәd özüyeriyәn haubitsanın tәdarükünü başa çatdırmalıdır. Qalan 96 haubitsa isә lisenziya ilә Polşanın HSW şirkәtindә istehsal olunacaq. Cari ilin әvvәllәrindә Hindistan Ordusunun elan etdiyi tenderin yekununda seçilәn K-9 haubitsası “K-9 Vajra-T” adıyla “Larsen & Toubro” şirkәti tәrәfindәn “Samsung Techwin” şirkәti ilә birlikdә istehsal edilәcәk. Dәyәri 750 milyon ABŞ dolları tәşkil edәn müqavilә üzrә Hindistan Ordusu üçün 100 әdәd özüyeriyәn haubitsanın istehsalı planlaşdırılır. Layihә üzrә Hindistan şirkәti haubitsaların avtomatik şәkildә sursatla yüklәyәn K-10 sursat transferi maşınlarının da istehsalını hәyata keçirәcәk. Türkiyәnin MKE tәşkilatının lisenziya әsasında istehsalını hәyata keçirdiyi T-155 “Fırtına” özüyeriyәn haubitsa istifadә edilәn yeni texnologiyalara görә sәlәfi K-9-dan müsbәt mәnada üstünlüklәrә sahibdir. Maşında sәlәfindә olduğu kimi dizayn vә güc qrupu dәyişmәz saxlanılıb. Lakin “Fırtına”nı K-9-dan fәrqlәndirәn әsas üstünlüklәr onun sahib olduğu atış kontrol sistemidir. Özüyeriyәn haubitsa ASELSAN şirkәti tәrәfinNORİNCO SH-5
AZERI DEFENCE Denel G6 “Rhino”
dәn hazırlanmış ADOP-2000 komandanәzarәt sistemi ilә tәchiz edilib. ADOP2000 döyüş sahәsindә hәdәflәrin tәsbiti, atәş dәstәyinin komanda, nәzarәt vә texnik atәş idarә funksiyalarının avtomatlaşdırılması, atәş dәstәyinin digәr döyüş aparma vasitәlәri ilә uyğunlaşdırılmasını tәmin edir. Haubitsada qurulmuş rabitә sistemlәri “Fırtına”nın atış-kontrol sisteminin hesabladığı atış informasiyalarını qәbul etmә vә göndәrmә qabiliyyәtinә sahibdir. Açıq informasiyalara görә, “Fırtına” hәrәkәt halında 30 saniyә içindә atәşә hazır vәziyyәtә gәtirilә bilir vә bir dәqiqәdә 8 atış hәyata keçirmәyi bacarır. Atışdan sonra 30 saniyә içindә mövqeyini tәrk edir. Haubitsada ASELSAN istehsalı olan İnersial Naviqasiya Sistemi, atış nәzarәt kompüter, lülәni avtomatik yönlәndirmә sistemi vә ilk sürәti ölçәn radar yer alır. “Fırtına”nın әn önәmli özәlliyi isә 8-25 km arası mәsafәlәrә açılan atәşlәrdә fәrqli lülә bucaqlarından ard-arda atılan 3 mәrminin hәdәfә eyni anda çatmasıdır. Öz növbәsindә bu da 3 haubitsanın atış gücünü tәk başına qarşılamağa imkan verir. “Fırtına”lar üçün nәzәrdә tutulan sursat nәqli maşınlarında hәyata keçirilmiş tәkmillәşdirmә nәticәsindә maşının Sursat Transfer Sistemi ASELSAN tәrәfindәn müasir komanda-nәzarәt vә rabitә cihazları ilә komplektlәşdirilib. Tәtbiq edilәn yeni sistem sursat yüklәmә nöqtәlәrini, dost vә düşmәn birliklәri, komanda mәntәqәlәrinә aid informasiyaları rәqәmsal xәritәlәr üzәrindә görüntülәmәyә imkan verir. Maşın bağlı olduğu komanda nöqtәsindәn sәsli vә ya rәqәmsal şәkildә aldığı әmrlәr üzrә çalışır vә üzәrindәki naviqasiya sistemi sayәsindә göstәrilәn nöqtәyә qısa müddәtdә hәrәkәt edir. Yeni sistem 155 mm çaplı hәr
növ sursatın vә barıtın avtomatik şәkildә yüklәnilmәsini vә boşaldılmasını, fәrqli tip vә miqdarda sursatın inventar qeydlәrinin aparılmasını vә bütün informasiyaların onlayn şәkildә depoya ötürülmәsini hәyata keçirir. İsrailin “Soltam Systems” (Elbit Systems şirkәtinә daxildir) şirkәti tәrәfindәn tırtıllı vә tәkәrli şassilәrdә yaradılmış 155 mm/ 39/45/52 kalibr ATMOS-2000 (Autonomous Truck Mounted Howitzer System) özüyeriyәn haubitsasının maksimum atış mәsafәsi 41 km-dir. Sistemin ilk xarici alıcısı Uqanda olub. Şirkәtin Rumıniyanın “Aerostar” firması ilә birgә modernlәşdirdiyi ATMOS isә ATROM adı ilә bazara tәqdim edilib. Haubitsanın bu versiyası Rumıniyada istehsal edilmiş 6x6 şassi formullu ROMAN maşını üzәrindә qurulub. Açıqlanmış mәlumatlara görә, hazırda ATMOS haubitsaları Azәrbaycan (5 әdәd), Kamerun (18 әdәd), Tayland (18 әdәd), Rumıniya (3 әdәd ATROM) vә Uqanda (6 әdәd) ordularının silahlanmasına daxildir. Avropa “Krauss Maffei Wegmann” (KMW) şirkәti tәrәfindәn 1996-cı ildәn Almaniya Silahlı Qüvvәlәri üçün istehsalına başlanılmış 155 mm çaplı PzH-2000 haubitsası “Rheinmetall” şirkәtinin 155 mm L52 topu ilә silahlandırılıb. Maşının döyüş ehtiyatı 60 mәrmi, atış mәsafәsi 30 km, reaktiv mәrmilәrlә 50 km-dir. Hazırda Alman Ordusunun silahlanmasında 149, Yunanıstanın silahlanmasında 24, İtaliyanın 68, Hollandiyanın 18, Xorvatiyanın 15 әdәd PzH-2000 haubitsası yer alır. Haubitsanın sifarişçilәri arasında Litva vә Qәtәr dә var. Qәtәrin sifariş verdiyi 24 haubitsadan ilk üçü 2015-ci ildә tәhvil verilib. Litvanın
sifariş verdiyi 21 haubitsanın çatdırılması 2019-cu ilәdәk yekunlaşmalıdır. KMW şirkәtinin müxtәlif növ tәkәrli vә tırtıllı maşınlar üçün hazırladığı 155 mm/52 kalibr Artillery Gun Module (AGM) adlı döyüş modulu isә faktik olaraq son on ildә yeni haubitsaların yaradılmasında istifadә edilir. İlk AGM M-270 tırtıllı maşının şassisi üzәrindә hazırlanıb. Hazırda AGM modulunun digәr tәkәrli texnikalara inteqrasiyası istiqamәtindә pilot layihәlәr işlәnilir. Bu modulu әslindә PhZ-2000-nin analoqu da adlandırmaq olar. KMW şirkәtinin İspaniyanın “General Dynamics Santa Barbara Sistemas” (GDSBS) şirkәti ilә birgә hazırladığı 155 mm/52 kalibr DONAR özüyeriyәn haubitsası ilk dәfә 2008-ci ildә üzә çıxarılsa da, bu günә qәdәr artilleriya sisteminin testlәri yekunlaşmayıb. Özündә AGM-in son imkanlarını cәmlәşdirәn DONAR “Pizarro-2” zirehli maşının şassisi üzәrindә yerlәşdirilib. Fransanın “Nexter Systems” şirkәtinin “Caesar” adlanan 155 mm-lik 52 kalibrli özüyeriyәn artilleriya sistemi dә bu sahәdә öz funksionallığı ilә müsbәt xarakterizә olunur. “Renault Trucks Defense” şirkәtinin 6х6 tәkәr formullu “Sherpa” şassisinin üzәrindә yaradılmış haubitsanın kabinası tam olaraq zirehlә müdafiә olunub. 155 mm-lik 52 kalibrli top kompüterlәşdirilmiş atәşin idarәedilmәsi sistemi ilә tәchiz edilib. Döyüş komplekti 18 mәrmidәn ibarәt olan haubitsanın atış mәsafәsi 42 km-dir. “Caesar” Fransa, Tayland (6 әdәd), Sәudiyyә Ərәbistanı (100 әdәd), Livan (28 әdәd) vә İndoneziyanın (37 әdәd) silahlanmasında yer alır. İxrac olunan haubitsalardan 100-ü 6х6 formullu “MercedesBenz” yük maşınının, qalanı 6x6 tәkәr formullu “Sherpa” avtomobilinin üzәrindә bazalaşdırılıb. Serbiyanın 155 mm/ 52 kalibr NORA B-52 haubitsası 8х8 tәkәr formullu “KamAz 63510” şassisi üzәrindә yaradılıb. Haubitsanın topu hәrәkәtli platforma üzәrindә şassinin arxa hissәsindә qurulub. NORA B-52-nin döyüş komplekti 36 mәrmidәn ibarәtdir. Mәrminin uçuş mәsafәsi isә 44 km tәşkil edir. Haubitsa Rusiya istehsalı olan “Krasnopol” lazer yönlәndirmәli mәrmilәrlә dә atәş açmaq imkanına sahibdir. Ha zırda Myanma Ordusunun silahlanmasında 36, Banqladeşin 18, Keniyanın silahlanmasında isә 6 әdәd B-52 haubitsası yer alır. Keniya müqavilә üzrә daha 24 әdәd B-52 haubitsası almalıdır. Serbiya Ordusu isә 2016-cı ildә 18 әdәd “Nora” sifariş verib. Banqladeşin B-52 haubitsaları “Sagem” şirkәtinin “Sigma 30” inersial naviqasiya platforması vә işarәlәmә
NOYABR–DEKABR 2016
32 -33
FH77BW L52 Archer
ShKH M2000 Zuzana
sistemi ilә tәchiz olunub. Banqladeş daha 12 әdәd haubitsanı 2017-ci ilәdәk tәhvil almağı planlaşdırır. 1970-ci illәrdә Çexoslovakiya Sosialist Respublikasında 8х8 tәkәr formullu “Tatra” yük maşınının üzәrindә istehsal edilmiş 152 mm-lik “SpGH Dana” haubitsası bu günәdәk dünya bazarında sifariş sayı ilә diqqәt çәkir. İndiyәdәk 800-ә yaxın “Dana” istehsal edilәrәk Çexiya, Slovakiya, Gürcüstan vә ya xarici ölkәlәrin silahlanmasına verilib. “SpGH Dana” әsasında son 10 ildә Çexiya vә Slovakiya şirkәtlәri tәrәfindәn bir neçә modernlәşdirilmiş haubitsa hazırlanıb. Slovak şirkәti tәrәfindәn yaradılmış 152 mm “ShKH Modan” artırılmış dәqiqliyi vә atәş gücü ilә fәrqlәnir. Haubitsanın heyәti 5 nәfәrdәn 4 nәfәrә endirilib. Maşında yeni nәzarәt-idarәetmә sistemi qurulub. Çexiyanın “Excalibur Army” şirkәti tәrәfindәn 2011-ci ildә ilk nümunәsi tәqdim edilmiş 152 mm “ShKH DANA-M1 CZ” haubitsası yeni atәş-nәzarәt vә naviqasiya sistemlәri ilә tәchiz olunub. Maşının manevr imkanları T3-930 mühәrriki ilә daha da güclәndirilib. “Konstrukta Defence” şirkәti tәrәfindәn “Dana”nın bazasında hazırlanmış 155 mm/45 kalibr “ShKH M2000 Zuzana” 1998-ci ildә Slovakiya Ordusunun silahlanmasına (16 әdәd) daxil olub. “Tatra 815” şassisi üzәrindә yerlәşәn “Zuzana”nın 12 maşından ibarәt partiyası Kiprә ixrac olunub. Şirkәt 2009-cu ildә 8x8 “Tatra” şassisindә “Zuzana”nın tәkmillәşdirilmiş modifikasiyası olan 155 mm/52 kalibr “ShKH Zuzana 2” özüyeriyәn haubitsasını bazara tәqdim edib. Heyәti 4 nәfәrdәn ibarәt olan haubitsanın atış mәnzili reaktiv mәrmilәrlә 41 km, atış tempi avtomat rejimdә dәqiqәdә 6 mәrmidir. Döyüş çәkisi 32 ton tәşkil edәn haubitsanın sürәti 80 km/saat tәşkil edir. Kompleks inersial naviqasiya avadanlığı, lülәnin ağızında sürәt hesablayıcı, termal
nişangah, rәqәmsal xәritә ilә tәchiz olunub. “ShKH Zuzana”nın yeni modifikasiyası olan 155 mm “ShKH A40 Himalaya” özüyeriyәn haubitsası isә T-72 şassisi üzәrindә tәklif olunur. “Konstrukta Defence” şirkәtinin Polşanın “Bumar Labedy” şirkәti ilә birgә 155 mm/52 kalibr “Diana” özüyeriyәn haubitsasının atış mәsafәsi 41 km tәşkil edir. “Diana”nın döyüş komplekti 80 mәrmidәn (40 hazır vә 40 ehtiyat) ibarәtdir. Polşanın UPG-NG şassisi üzәrindә (T-72 şassisinin Polşa versiyası) hazırlanmış “Diana” Hindistan Ordusunun elan etdiyi tenderdә iştirak üçün yaradılıb. Sursatların avtomatik ötürülmәsi sisteminә sahib haubitsanın atış uzaqlığı reaktiv mәrmilәrlә 40 km, atış tempi birinci ilk dәqiqәdә 5 mәrmi, döyüş ehtiyatı isә 40 mәrmidir. Haubitsa maşını 850 at gücündә S12U dizel mühәrriki ilә tәchiz olunub. Polşalı mütәxәssislәrin 2000-ci ilin әvvәllәrindә keçmiş Sovet istehsalı olan özüyeriyәn haubitsaları әvәz etmәk üçün hazırladıqları 155 mm/52 kalibr “AHS Krab” haubitsalarının seriyalı istehsalı “Huta Stalowa Wola” (HSW) şirkәti tәrәfindәn hәyata keçirilir. Tırtıllı şassi üzәrindә qurulan haubitsa Böyük Britaniyanın “BAE Systems” şirkәti tәrәfindәn yaradılmış AS-90 modulu ilә komplektlәşdirilib. Ötәn әsrin 90-cı illәrinin ortalarında “BAE Systems” şirkәti tәrәfindәn 6x6 tәkәr formullu nәqliyyat vasitәsi üzәrindә yaradılmış FH-77 BW L52 “Archer”in İsveçә ixrac edilәn partiyası 6х6 tәkәr formullu “Volvo” şassisinә inteqrasiya edilib. Texnika bütünlüklә zireh qatı ilә örtülüb. Topun döyüş komplekti 34 mәrmidәn ibarәtdir. Mәrminin uçuş mәsafәsi 40-60 km arasında dәyişә bilir. Maşın topla yanaşı “Kongsberg” şirkәtinin “Protector” idarә oluna silah qüllәsi ilә komplektlәşdirilib. Son mәlumatlara görә, Norveç Ordusu 24 әdәd “Archer”
haubitsasına sahibdir. İsveç Ordusu isә 48 әdәd “Archer” haubitsası sifariş verib. Afrika “Denel Land Systems” şirkәti tәrәfindәn CAR Ordusunun sifarişi üzrә hazırlanmış G-6 haubitsası 6x6 tәkәr formullu nәqliyyat vasitәsinin bazasında yerlәşdirilib. Haubitsanın döyüş çәkisi 47 ton, heyәti 6 nәfәr, döyüş komplekti 45 mәrmidir. G-6 haubitsasının sursatları “Rheinmetall Denel Munitions” şirkәti tәrәfindәn yaradılıb. Mәrmisinin uçuş mәsafәsi 40-50 km arasında dәyişir. VLAP xüsusi mәrmilәrlә haubitsanın atış mәsafәsi 67 km-ә çatdırılıb. 6x6 tәkәr formuluna malik OMC zirehli maşının şassisindә yerlәşdirilmiş haubitsa öz imkan larına görә xarici analoqlarını qabaqlayır. “Denel Land Systems” şirkәtinin son illәrdә silahlanmadakı G-6 haubitsaları üzәrindә apardığı әsaslı tәkmillәşdirmә işlәri nәticәsindә meydana çıxan G6-52 özüyeriyәn artilleriya sistemi modernlәşdirilmiş şassi, yeni modul, avtomatik mәrmi doldurma qurğusu ilә tәchiz olunub. Bu yeniliklәrdәn sonra haubitsa 155 mm-lik mәrmidәn dәqiqәdә 8 atәş aça bilir. 2012-ci ildә G6-52 haubitsalarından M982 “Excalibur” idarәolunan mәrmilәrә aparılmış test atışlarında 38 km mәsafәdәn hәdәflәr 5 metr dәqiqliklә vurulub. Hal-hazırda CAR Ordusunun silahlanmasında 43 әdәd (GV6 Rhino), BƏƏ-nin 78 әdәd (G6 M1A3) vә Omanın silahlanmasında 24 әdәd G-6 haubitsası mövcuddur. “Denel Land Systems” şirkәti tәrәfindәn ixrac üçün hazırlanmış Т5-52 “Condor” adlı 155 mm-lik haubitsanın ilk nümunәsi “TatraT815 WN” şassisi üzәrindә qurulub. Kompleks başqa şassiyә dә inteqrasiya oluna bilir. 155 mm-lik topun atış mәsafәsinin 55 km-ә çatdığı bildirilir.
AZERI DEFENCE Yuxarıda ABŞ Ordusunda testlәri davam edәn M109A7 “Paladin”, aşağıda Rusiya Silahlı Qüvvәlәrindә test mәrhәlәsindә olan 2S35 “Koalitsiya-SV” özüyeriyәn haubitsaları. Foto: İnternet
ABŞ M109A6 “Paladin” haubitsalarının sәlәfi ilә müqayisәdә daha böyük qüllә, 155 mm çaplı M-284 topu, hәmçinin yarı avtomat sursat ötürmә sistemi ilә tәchiz olunub. Topun atış uzaqlığı 24 km, reaktiv mәrmilәrә 30 km, atış tempi dәqiqәdә 4 mәrmi tәşkil edir. M982 “Excalibur” idarәolunan mәrmilәrlә topun atış mәnzili 40 km-dәk artırılıb. M109A6 avtomatik atış nәzarәt vә inersial naviqasiya sistemi ilә komplektlәşdirilib. Hazırda üzәrindә son tәkmillәşdirmәlәrin aparıldığı M109A7 modifikasiyasının (vaxtı ilә M109A6 PIM (Paladin Integrated Management) kimi tanınıb) seriyalı istehsalına 2017-ci ildә başlanacaq. Yeni modifikasya “Bradley” döyüş maşınının şassisi üzәrindә yerlәşdirilib. M109A7 haubitsasında enerji nәzarәt, NLOS mәrmilәrlә atış, tәkmillәşdirilmiş hidravlik sistem, әlavә zireh ilә tәchiz olunub. İlkin proqnozlara görә, ABŞ Dәniz Donanması 580 әdәd M109A7 vә
M992A3 sursat tәchizat maşını satın almağı planlaşdırır. 2013-cü ildә ABŞ büd cә planlaşdırılması zamanı bir M109A7 haubitsasının qiymәti 14.4 milyon dollar olaraq müәyyәn edilib. Rusiya “Koalitsiya” ilә yenilik gәtirmәk niyyәtindәdir SSRİ Silahlı Qüvvәlәrinin varisi olan Rusiya Ordusu çoxlu sayda müxtәlif adda vә modifikasiyada haubitsalarla zәngindir. Belә ki, hazırda bu ordunun artilleriya birlәşmәlәrindә 203 mm-lik 2С7, 152 mm-lik 2С5, 152 mm-lik 2С3 vә 122 mm-lik 2С1 haubitsaları istifadә olunur. Daha tanınmış 152 mm-lik özüyeriyәn artilleriya qurğusu 2С19 МSTА-S 1989-cu ildә silahlanmaya qәbul olunub. Bu müddәt әrzindә MSTA-S üzәrindә davamlı modernlәşmә işlәri aparılıb. Əsasәn bu işlәr atәşin idarә olunması sistemi üzәrindә görülüb. Ruslar 155 mm-lik 52 kalibrli 2С9M1 haubitsasının xaricә satışını reallaşdırmaq istәyirlәr.
Bir neçә il әvvәl isә rusiyalı silah mütәxәssislәri 152 mm-lik “KoalitsiyaSV” özüyeriyәn artilleriya sisteminin yaradılmasını yekunlaşdırıblar. Rusiyanın “Ural Vaqon Zavod” konserninә daxil olan “Burevestnik” Mәrkәzi Elmi-Tәdqiqat İnstitutu tәrәfindәn yaradılan 2S35 “Koalitsiya-SV”nin ilk tәqdimatı 2015-ci ilin 9 may Qәlәbә paradı zamanı reallaşıb. Haubitsa modifikasiyasına görә tırtıllı vә tәkәrli versiyalara bölünür. Sistemin tırtıllı variantı 2S35, tәkәrli versiyası isә 2S35-1 “Koalitsiya-SV-KŞ” adlanır. Tırtıllı modifikasiyasından fәrqli olaraq haubitsanın tәkәrli variantı KamAz-6560 avtomobilinin şassisi üzәrindә yaradılıb. Hәr iki versiyada döyüş bölmәsi zirehli kabinada formalaşdırılıb. Sistemin artilleriya bölmәsi yeni tәlәblәrә uyğun yaradılıb. Belә ki, bu prinsiplәrә görә, mәrminin atәş mәsafәsi 1,5 dәfә artırıla bilir. “Burevestnik” Mәrkәzi Elmi-Tәdqiqat İnstitutu gәlәcәkdә “Koalitsiya-SV”nin Hәrbi Dәniz Qüvvәlәrinin sahil qoşunları üçün modifikasiyasının yaradılacağını açıqlayıb. 2S35 sisteminin әsas silahı 152 mmlik 2A88 haubitsasıdır. Mәrminin doldurulması prosesi pnevmatik mexanizm sayәsindә hәyata keçirilir. Mexanizmin konstruksiyası elә şәkildә qurulub ki, lülәnin istәnilәn vәziyyәtindә mәrminin geriyә qayıtma halı baş verә bilmәz. Atәş mikrodalğalı sistem şәklindә hәyata keçirilir. Haubitsa 1 dәqiqә әrzindә 10 mәrmi atışını reallaşdıra bilir. 2S35-in әsas döyüş komplekti qәlpәli-yandırıcı, o cümlәdәn idarәolunan “Krasnopol” mәrmilәrindәn tәşkil olunur. Döyüş komplekti 70 mәrmidәn ibarәt olan sistemin daha çox mәrmi ilә tәmin olunmasını reallaşdırmaq üçün isә KamAz6560-ın bazasında yaradılmış 2F66-1 universal nәqliyyat-yüklәmә maşınından istifadә edilir. Bu maşın 155 mm-lik 92 әdәd mәrmi daşıya bilir. Haubitsanın damında kabinәdәn idarә olunan 12,7 mm-lik “Kord” pulemyotu ilә silahlandırılmış döyüş modulu qurulub. “Koalitsiya-SV” әlavә olaraq silahın avtomatlaşdırılmış idarәetmә sistemi, hәdәfi aşkarlama cihazları, naviqasiyasistemi ilә tәchiz edilib. Tuşlayıcı vә komandirin bölmәsi kompüterlә tәchiz olunub.
NOYABR–DEKABR 2016
34 -35
ASELSAN ŞƏHƏR TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİ Türkiyә hәrbi sәnayesinin lokomotivi olan ASELSAN şirkәti müdafiә sәnayesi ilә yanaşı, illәrdir ictimai tәhlükәsizlik sahәsindә dә öz fәaliyyәtini davam etdirir. Tәhlükәsiz şәhәrlәr, ictimai yerlәr, aksiyalar, terrorla mübarizә, aviasiya tәhlükәsizliyi, tәbii vә süni fәlakәtlәr, yerüstü nәqliyyatın tәhlükәsizliyi, mühüm infrastrukturların mühafizәsi kimi sahәlәrdә dә ASELSAN tәrәfindәn davamlı araşdırmalar aparılaraq uyğun hәllәr ortaya çıxarmaqdadır. ASELSAN-ın 2000-ci illәrin әvvәllәrindәn tәcrübәsi әlә alınaraq, çәtin şәraitlәrdә 7/24 çalışma prinsipinә uyğun dizayn olunmuş AViYS (ASELSAN Video İdarә (Yönetim) Sistemi –Görüntülәmә Elementlәri / NVR / SM / Recaster) sistemi genişlәnmәyә açıq arxitekturası sayәsindә tәhlükәsizlik layihәlәrindә cavabdeh qurumlara ehtiyac duyulan infrastrukturu tәklif edir. Xüsusilә mövcud şәraitdә hadisә baş verdikdәn sonra istifadә edilәn (reaktiv) Şәhәr Tәhlükәsizlik İdarәetmә Sisteminin hadisә baş vermәdәn dә avtomatik xәbәrdarlıq siqnalları emal edә bimәsinә (proaktiv) yönәlmiş ASELSAN VeGA (Video Görüntü Analiz) video analiz mәhsulları mövcuddur. Bu çәrçivәdә hәdәf tәsbiti vә tәqibi ilә başlayan proses daha sonra ayırdetmә, dәyişiklik tәsbiti, 3B şәraitin hazırlanması, super ayırdetmә kimi qabiliyyәtlәr ilә davam etdirilir. Dәyişәn vә inkişaf edәn tәhlükәsizlik ehtiyaclarına uyğun olaraq ASELSAN-ın Video Analiz Mәhsulları ailәsi bu qabiliyyәtlәrin üzәrinә inşa olunmuş bütün yüksәk sәviyyәli analiz alqoritm çalışmalarını bir çәtir altında toplayıb. Bu imkanlar Şәhәr Tәhlükәsizlik İdarәetmә Sistemlәrindә tәtbiqә çevrilmişdir. Bu
tәtbiqdә Şәhәr Tәhlükәsizlik İdarәetmә Sistemi kamera larından (ASELSAN EKİNOKS görüntülәmә cihazları) әldә edilәn video görüntülәr üzәrindә analizlәr aparılaraq operatora daha aydın, anlamlı görüntü ya da xәbәrdarlıq siqnalları verilir. ASELSAN tәrәfindәn yaradılmış sistemlәr sayәsindә әmәliyyat fәaliyyәtlәri sürәtlәndirilmәklә bәrabәr daha mükәmmәl nәticәlәr әldә etmәk vә insanların xәta faizini minimallaşdırmaq mümkündür. ASELSAN Video Analiz Mәhsullarına aşağıdakılar daxildir: - ASELSAN “Çöhrә” üçölçülü üz tanıma sistemi; - Fәrd analiz sistemi; - Hәrәkәt analiz sistemi; - Obyekt analiz sistemi; - Sıxlıq analiz sistemi; - Anormal vәziyyәtlәrin analizi sistemi; - Semantik data analiz sistemi; Əldә etdiyi bütün bu tәcrübәlәr ilә Türkiyәnin son dönәmlәrdә artan tәhlükәsizlik ehtiyacları ilә әlaqәdar başladılan mühüm layihәlәrin әsas iştirakçılarından birinә çevrilәn ASELSAN son olaraq bütün Türkiyәni әhatә edәcәk inteqrә olunmuş “Şәhәr Tәhlükәsizlik İdarәetmә Sistemi vә Nömrә Tanıma Sistemi” layihәsinin baş podratçısı seçilib. Sözügedәn layihә çәrçivәsindә 80 vilayәtdә vә 900 rayonda Əmniyyәt Baş İdarәsi tәrәfindәn müәyyәn olunmuş 12000 nöqtәyә görüntü izlәmә vә maşın nömrәlәrini tanıma sistemlәri qurulacaq. Vilayәt mәrkәzlәrindәki Şәhәr Tәhlükә-
sizlik İdarәetmә Mәrkәzlәrindә gәrәkli infrastruktur yaradılaraq әn üst sәviyyәdә izlәmә vә idarәetmәni hәyata keçirәn Mәrkәzlә inteqrasiyası tәmin edilәcәk. Sözügedәn layihә şәhәrlәrdә meydana gәlәn hadisәlәrin aydınlaşdırılması, cinayәt vә cinayәtkarlarla daha tәsirli mübarizәnin tәşkili, nәqliyyatın hәrәkәtinin tәnzimlәnmәsindә görüntü, sәs vә yer mәlumatlarının işlәnilmәsi, istifadәçilәrin avtomatik şәkildә mәlumatlandırılmasını tәmin edәcәk. Yuxarıda qeyd edildiyi kimi, layihә sayәsindә Türkiyә çapında vilayәt vә rayonlarda qurulmuş mövcud tәhlükәsizlik sistemlәrinin yenilәnmәsi vә inteqrasiyası hәyata keçirilәcәkdir. Layihә ilә birlikdә ASELSAN tәrәfindәn istehsal edilәn vә daha öncә qurulmuş olan “ASELSAN Nömrә Tanıma Sistemlәri” dә sistemә inteqrasiya olunmaqla daha geniş bir sahәdә nәzarәt imkanları qazandırılmış olacaq.
AZERI DEFENCE
KORVETLƏR – ARTAN TƏLƏB VƏ YENİ LAYİHƏLƏR R.Məmmədli Son 20 dünyada orta ölçüdә, silah yükü freqatlarınkı qәdәr, lakin manevr imkanları böyük, mühafizә, müşahidә vә hücum daxil çox saylı missiyaları icra edә bilәn korvetlәrә daha çox ehtiyac yaranmaqdadır. Ötәn әsrin 90-cı illәrinin sonlarından dünya bazarında korvetlәrә böyük tәlәbatın yarandığı, dәniz sektorunda әn çox sifarişlәrin dә mәhz bu sinifdәn hәrbi gәmilәrә olduğu görünür. Cәnub-Şәrqi Asiya, Türkiyә daxil olmaqla Yaxın Şәrq ölkәlәri vә Rusiya yeni korvet sifarişlәri ve reallaşdırdıqları fәrqli layihәlәrlә son on ildә diqqәt mәrkәzindә dayanıblar. Azәrbaycanın da mәhz bu tip gәmilәrlә maraqlandığını nәzәrә alaraq regionda hәyata keçirilәn bәzi korvet layihәlәri barәdә bu yazımızda bәhs etmәyә çalışacağıq.
MİLGEM – sәs-küylü türk layihәsi Türkiyә Hәrbi Dәniz Qüvvәlәrinin (HDQ) milli döyüş gәmisi ilә tәchiz edilmәsi fikri 1996-cı ildә ortaya atılmış vә 2000-ci ilin fevral ayında Müdafiә Sәnayesi İcra Komitәsinin qәrarı ilә korvet sinifli 12 gәminin inşası üçün dizayn fәaliyyәtlәrinә start verilmişdir. MİLGEM adı alan bu layihә üzrә dizayn işlәri 2004-cü ilin noyabr ayında tamamlanıb vә 26 iyul 2005-ci ildә İstanbul Tәrsanәsi Komandanlığında ilk gәminin inşasına bşlanılıb vә ilk gәmi 2008-ci ilin 27 sentyabr tarixindә dәnizә endirilib. MİLGEM proqramı çәrçivәsindә bu günә qәdәr 4 gәmi inşa olunaraq Dәniz Qüvvәlәrinә çatdırılması hәyata keçirilib. MİLGEM
MİLGEM korveti. Foto: STM
layihәsindәn әldә edilmiş tәcrübә әsasında gәlәcәkdә “İstif” sinifli yeni nәsil freqatların inşası nәzәrdә tutulur. Uzunluğu 99,5 metr, eni 14.40 metr, su basımı 2400 ton tәşkil edәn MİLGEM korvetlәri 2 әdәd MTU 16V595TE90 dizel mühәrriki vә 1 әdәd LM2500 qaz turbine (CoDAG) ilә tәchiz olunub. Gәminin sürәti 29 mil, üzmә uzaqlığı 3500 mil olaraq göstәrilir. Türkiyә HDQ-nin istifadәsindә yer alan “Ada” sinifli iki korvet HAVELSAN şirkәtinin GENESİS döyüş idarәetmә sisteminә sahibdir. Gәmilәrdә “Thales” şirkәtinin istehsalı olan “Smart-S Mk.2” üç ölçülü axtarış radarı vә ”Sting EO MK.2” atış kontrol radarı, ASELSAN
şirkәtinin “AselFLİR-300D” elektrooptik sensoru, “Northop Grumman” şirkәtinin “Vision Master FT” LPİ naviqasiya radarı qurulub. Mәlumatlara görә, növbәti korvetlәr üçün ASELSAN tәrәfindәn “Xәzәr” adı verilmiş, S vә X dalğa diapazonlarında çalışan 3 ölçülü axtarış radarı vә TAKS adı verilmiş atış-kontrol radarı hazırlanıb. Gәminin radioelektron mühafizәsi vә elektronik döyüş sistemlәri ASELSAN şirkәti tәrәfindәn hazırlanıb. Gәmidә ASELSAN-ın ARES-2N elektronik hәrb kompleksi, lazer aşkarlama vә zәrәrsizlәşdirmә sistemi, “Ultra Elektronics” şirkәtinin “Sea Sentor” torpedo qarışdırma vә aldatma sistemi yer alır. Yeni gәmilәrdә “Ultra”nın sistemlәrinin ASELSAN şirkәti tәrәfindәn yaradılmış daha mükәmmәl “Xızır” sistemi ilә әvәz edilәcәyi gözlәnilir. MİLGEM korvetlәrinin silahlanmasına bir әdәd 76 mm “Super Rapid” (Oto Melara) avtomat topu, 2 әdәd 12.7 mm çaplı STAMP (ASELSAN) döyüş modulu, gәmilәrә qarşı 8 әdәd “Harpoon” raketi, hava hücumundan müdafiә üçün 21 әdәd raketә malik RAM (PDMS) raket kompleksi, 324 mm Mk.32 vә ya Mk.46 torpedalarını buraxmaq üçün iki qurğu daxildir.
NOYABR–DEKABR 2016
Rusiya yeni korvetlәrdә qәrarsız görünür Sovetlәr Birliyi dağıldıqdan sonra bir müddәt durğunluq yaşayan Rusiya gәmiqayırma sәnayesi 1990-cı illәrin sonlarına doğru keçmiş sovet layihә sәnәdlәrinin әsasında yeni gözәtçi gәmilәrin (korvet) inşasına başladı. Rusiyanın “Zelenodolsk” müәssisәsindә hazırlanmış 21630 “Buyan” layihәli korvetlәr 500 ton su basımı ilә sinfinin әn kiçik gәmilәrindәn hesab olunur vә adıçәkilәn layihә üzrә Rusiya Xәzәr Flotiliyası üçün 3 korvet inşa edilib. Layihә üzrә 2004-cü ildә inşasına başlanılmış birinci gәmi “Hәştәrxan” adlanır. Aparılmış tәkmillәşdirmәlәr nәticәsindә 21631 “BuyanM” layihәsi üzrә 2010-cu ildә 949 ton su basımına malik daha üç gәmi inşa olunub. Bu gәmilәr “Kalibr” qanadlı raketlәri vә daha mükәmmәl silahlarla silahlandırılıb. “Buyan” layihәsinin ixrac versiyası 21632 “Tornado” adlanır vә korvetlәr sifarişçinin istәyinә uyğun şәkildә silahlandırılır. 2008-ci ildә keçirilmiş “Euronaval” sәrgisindә Qazaxıstanın Rusiyaya 6 әdәd “Tornado” korveti sifariş verdiyi açıqlanıb. Türkmәnistan da Rusiyadan “Tornado” layihәli iki korvet satın alıb. 21630 layihәli korvetlәrin uzunluğu 62 metr, 21631 layihәli korvetlәrin uzunluğu 74.1 metrdir. “Buyan” korvetlәrinin sürәti 28 mil, “Buyan-M” layihәli korvetlәrinki 26 mil, üzmә uzaqlığı 1500 mil tәşkil edir. Gәmilәrdә Rusiya istehsalı olan bir әdәd “Pozitiv” radarı, MR-123 “Vımpel” atış-kontrol radarı, hәr biri 10 buraxıcılı 2 әdәd PK-10 “Smel” aldadıcılar yerlәşdirilib. “Buyan” layihәli gәmilәrin silahlanmasına 1 әdәd 100 mm A-190 “Universal” avtomat topu, 1 әdәd 40 lülәli 122 mm A-215 “Qrad-M” reaktiv yaylım atәş sistemi, 2 әdәd 30 mm AK-306 zenit topu, “Buyan-M” gәmilәrinә isә 1 әdәd 100 mm A-190 “Universal” avtomat topu, 2 әdәd 30 mm AK-630-M2 “Duet” zenit topu, 8 raket yerlәşәn bir әdәd “Kalibr” vә ya
“Oniks” raket qurğusu, ixrac versiyada isә hәr birindә 4 әdәd “Uran-E” raketi olan 2 buraxıcı qurğu daxildir. 2001-ci ildә tikintisinә başlanmış 20380 “Korvet-1” layihәsi üzrә Rusiya HDQ 4 gәmi alıb. HDQ Komandanlığının açıqlamalarına görә, daha 8 korvetin inşası istiqamәtindә işlәr görülür. 20380 layihәli korvetinin yaradılmasında Rusiyanın 70-dәn çox elmi-tәdqiqat vә sәnaye müәssisәsi iştirak edib. Layihә üzrә inşa edilmiş baş gәmi “Sterequşi” adlansa da, ixraca “Tiqr” adı ilә tәklif olunur. 2011-ci ilin mart ayında “Severni Verfi” tәrsanәsi Rusiya Müdafiә Nazirliyi ilә 20380 layihәli korvetlәrin tәkmillәşdirilmiş vә gәmi әleyhinә silahlarla silahlandırılmış 20385 layihәli 11 gәminin inşasına vә 2020-ci ilәdәk donanmaya çatdırılmasına dair müqavilә bağlayıb. 30 iyun 2013-cü ildә Sankt-Peterburqda keçirilmiş İMDS-2013 beynәlxalq dәniz sәrgisindә Əlcәzairlә 20382 “Tiqr” layihәli 3 korvetin inşasına dair danışıqların aparıldığı açıqlanıb vә 2015-ci ildә “Severni Verfi” tәrsanәsindә Əlcәzair HDQ üçün ilk 2 gәminin inşasına start verilib. Bәzi mәlumatlar görә, Əlcәzair “Tiqr” layihәli 6 korvet almağı planlaşdırır. Korpusu polad materialdan hazırlanmış 20380 layihәli korvetlәrin sualtı hissәsinin yeni dövrәlәmәlәri tәxminәn 30 mil sürәtlә hәrәkәt zamanı suyun müqavimәtini 25 % azaltmağa imkan verir. Gәminin üst hissәsi isә çoxqatlı kompozit materiallardan (karbonlu lif әsasında çәtin yanan çoxqatlı şüşә liflәr vә konstruktiv materiallar) hazırlanıb ki, bu da radiolokasiya hiss olunmasını minimallaşdırır. 20380 layihәli korvetin silahlanmasında “Uran-U” gәmi әleyhinә raket kompleksi yer alır ki, bu kompleks X-35 raketlәri ilә 260 km atış mәnzilinә malikdir. Gәminin hava hücumuna qarşı müdafiәsi “Kortik-M” zenit-raket artilleriya kompleksi vasitәsi ilә hәyata keçirilir. Korvetin artilleriya silahlanmasına 21 km mәnzilә vә dәqiqәdә 80 atış imkanına sahib 100 mm A-190 avtomat topu daxildir. Gәmi artilleriyasının atışları 5P-10-02 “Puma” atәş idarәetmә kompleksi üzәrindәn hәyata keçirilir. Bundan başqa gәmidә 330 mm “PaketNK” torpedaları, torpedalara qarşı mübarizә sistemi istifadә olunur. Gәminin radiotexniki silahlanmasına “Siqma” RLS-dәn başqa “Furke-2” radarı, habelә iki naviqasiya RLS-i, “Zarya-2” hidroakustik kompleks, "Minotavr-M" hidroakustik stansiyası, 62-2000 MHs tezliklәrdә çalışan TK-25 maneә stansiyası daxildir.
36 -37
Rusiya HDQ-nin sifarişi üzrә tikintisinә 28 oktyabr 2016-cı il tarixindә “Severni Verfi” tәrsanәsindә başlanılmış 20386 layihәli “Derzki” korvetinin isә donanmanın sıralarına 2021-ci ildә qәbulu planlaşdırılır. Ən son texnologiyaların tәtbiq edildiyi döyüş gәmisi olacaq “Derzki” korvetinin layihәsinin hazırlanması “Almaz” konstruktor bürosunda 2015-ci ildә tamamlanıb. HDQ komandanının sözlәrinә görә, 20386 layihәli korvet 20385 layihәli gәmilәrinin tәkmillәşdirilmiş versiyası sayılır vә Rusiya donanması ümumilikdә 2050-ci ilәdәk 10 әdәd 20386 layihәli korvet almağı planlaşdırır. Uzunluğu 109 metr, sürәti 30 mil, su basımı 3400 ton, üzmә uzaqlığı 5000 mil olacaq gәmidә 80 nәfәrin xidmәt edәcәyi gözlәnilir. İstehsalçı müәssisәnin mühәndislәrinin sözlәrinә görә, “Derzki” korveti öz silah yükünә görә sinfindәki xarici analoqlarından daha geniş imkanlara malik olacaq. Korvetin silahlanmasında 1 әdәd A-190 artilleriya qurğusu, 2 әdәd 6 lülәli AK-630M zenit topu, 2 әdәd hәr birindә 4 buraxıcı qurğu olan “Uran” gәmi әleyhinә raket kompleksi, “Redut” ZRK, hәr birindә 4 buraxıcı qurğu olan 2 әdәd “Paket-NK” torpeda aparatının yerlәşdirilmәsi nәzәrdә tutulur. Gәminin modulyar dizaynı ona müxtәlif silahları inteqrasiya etmәyә imkan verәcәk. Mütәxәssislәrin sözlәrinә görә, gәminin üst hissәsi kompozit materiallardan inşa olunacaq, elәcә dә stels olması üçün dizayn xüsusi hazırlanıb. İsveçin “görünmәz” gәmisi İsveç HDQ-nin ilki 2000-ci ildә dәnizә endirilmiş YS2000 “Visbyu” layihәli korveti stels texnologiyalar üzrә inşa edilmiş әn mәşhur korvetlәrdәndir. Gәmi tral ilә mina maneәlәrin aşkarlanması, sualtı gәmilәrin mәhv edilmәsi, dәniz vә sahil hәdәflәrinә qarşı döyüş, kәşfiyyat vә patrul әmәliyyatlarının hәyata keçirilmәsi üçün nәzәrdә tutulub. Sözügedәn layihә üzrә bu günәdәk İsveç HDQ üçün 5 korvet inşa edilib. Korvetin korpusu polivinilxlorid vә kömür kütlәsindәn ibarәt hibrid kompozisiya materialından (sandwich construction) yerinә yetirilib. Gәminin rәqibin radiolokasiya vasitәlәri ilә aşkar edilmә mәsafәsi maneәlәrdәn istifadә olunmadıqda, sakit hava şәraitindә 13 km, radioelektron maneәlәr qoyulduqda 8-11 km tәşkil edir. “Visbyu” korvetlәri 2600 kVt gücә malik iki әdәd MTU 16V 2000 N90 mühәrriki vә 4 әdәd TF 50A qaz turbini vә iki әdәd “KaMeWa 125 SII” su reaktivi
AZERI DEFENCE
21631 “Buyan-M” layihәli korvet
ilә tәchiz edilib. Gәminin silahlanmasında “Ericsson” şirkәtinin istehsalı ola 4-6 GHz tezlikli, 60-80 km aşkaretmә mәnzilinә malik “Sea Griaffe” AMB üçölçülü radar, (“Sea Giraffe 50”, “Sea Giraffe 150” modifikasiyaları), SAAB şirkәtinin istehsalı olan naviqasiya radarı, müasir radioelektron mübarizә sistemlәri yer alır. Gәmi 9LV Mk.3E döyüş idarәetmә kompleksi ilә tәchiz olunub. Atışların idarә edilmәsi CEROS 2000 (“Sea Viking”) radarı vasitәsi ilә hәyata keçirilir. Gәmilәrin silahlanmasına bir әdәd 57 mm “Bofors SAK 57 L/70 Mk.3” topu ilә silahlandırılmış qüllә (atış tempi dәqiqәdә 240 mәrmi, atış mәnzili 17000, adi mәrmilәrlә 11000 metr), 4 әdәd universal, kiçik ölçülü TP43 vә TP45 torpedası (çәkisi 420 kq, mәnzili 20 km), iki әdәd 127 mm “Alecto” reaktiv bombaatan, RBS 15M Mk.2 vә Mk.3 gәmi әleyhinә raketlәri, hava hücumundan müdafiә kompleksinә isә RBS 23 BAMSE kompleksi daxildir. Korvetlәrә Kanadanın “Computing Devices Canada” şirkәtinin istehsalı olan “Hydra” hidroakustik kompleks, habelә passiv hidroakustik stansiya, mәsafәdәn idarә olunan “Double Eagle” Mk.8 sualtı axtarış aparatı vә “Seafox” minazәrәrsizlәşdirmә aparatı yerlәşdirilib. Avropa layihәlәri Son beş ildә iki ölkәdәn 10 әdәd GOWIND-2500 korvetinin çatdırılmasına dair sifarişlәr alan Fransanın DCNS şirkәti cari ilin sentyabr ayında Misir HDQ üçün ilk korvetin inşasına başlayıb.
İlk gәminin 2017-ci ildә dәnizә endirilmәsi planlaşdırılır. Qeyd edәk ki, Misir 2014-cü ildә DCNS şirkәtinә 1 milyard avro dәyәrindә 4, Malayziya HDQ isә 6 korvet sifariş verib. Şirkәt Azәrbaycana da bu korvetlәri tәklif edib vә ADEX2016 sәrgisindә Azәrbaycan HDQ komandanlığı ilә GOWIND-2500 gәmilәrinin satışına dair görüşmәlәrin aparıldığını açıqlayıb. GOWIND-2500 korveti çoxmissiyalı döyüş gәmilәrindәn hesab olunur. DCNS şirkәtinin mütәxәssislәrinin sözlәrinә görә, gәmi FREMM freqatında tәtbiq edilәn SETIS döyüş idaretmә sisteminә sahibdir. Uzunluğu 102 metr, eni 16 metr, çәkisi 2600 ton, sürәti 25 mil tәşkil edәn gәmidә 65 nәfәr heyәt xidmәt edәcәk. Korvetin silahlanmasına 8 әdәd “Exocet MM40 Block 3” gәmi әleyhinә
YS2000 “Visbyu”
raket, 16 әdәd VL MICA zenit raketi, torpedalar, 76 mm “Oto Melara” topu, 2 әdәd 20 mm “Nexter Narwhal”silah qüllәsi, “Lacroix” şirkәtinin istehsalı olan “Sylena Mk 2” aldadıcıları daxildir. Gәmidә “Thales” şirkәtinin istehsalı olan üç ölçülü “Smart-S Mk2” radarı, “Kingklip” çәkili sonar, “Captas 2” sonarı, “Vigile 200 R-ESM” vә “Altesse CESM” radioelektron döyüş sistemlәri yer alır. Almaniya Hәrbi Dәniz Qüvvәlәrinin sifarişi üzrә hazırlanmış K-130 “Braunschweig” tipli korvetlәrdәn 2001-2014-cü illәrdә 5 әdәd inşa olunub. Bu arada mediada yer alan mәlumata görә, Almaniya HDQ 2019-2023-cü illәr arasında “Braunschweig” tipli daha 5 korvet almağı planlaşdırır. Beş yeni gәminin inşası üçün 1.5 milyard avro vәsait ayrılacaq. “Lürssen Werft” vә “ThyssenKrupp Marine Systems” konsorsiumu tәrәfindәn inşa edilәn “Braunschweig” tipli korvetlәrin uzunluğu 89.12 metr, eni 13.28 metr, su basımı 1840 ton tәşkil edir. Gәmi gücü 14.8 MVt tәşkil edәn 2 әdәd MTU 20V 1163 TB 93 mühәrriki ilә tәchiz olunub. “Braunschweig” tipli korvetlәrin sürәti 26 mil, birbaşa üzgüçülük uzaqlığı 2500 mildir. Gәmi “Pathfinder ST Mk2” naviqasiya radarı, hava vә dәniz hәdәflәrini müәyyәnlәşdirilmәsi üçün TRS-3D radarı, SPSN 5000, EADS SPN / KJS 5000 radioelektron mübarizә sistemi vә MIRADOR elektrooptik kompleks ilә tәchiz edilib. Gәmilәrin silahlanmasında hәr birindә 2 әdәd buraxıcı olan RBS-15 Mk.3 gәmi әleyhinә raket, 1 әdәd 76 mm “Oto Melara”, 2 әdәd 27 mm MLG 27 zenit topu, hәr birindә 21 buraxıcı qurğu olan 2 kompleks Mk 49 RAM raket sistemi, hәr birindә 3 әdәd 324 mm MU-90 torpedası yerlәşәn 2 torpeda qurğusu yerlәşir.
NOYABR–DEKABR 2016
Asiya ölkәlәrindәn yeni sifarişlәr Tayvanın Hәrbi Dәniz Qüvvәlәrinin sifarişi üzrә 2012-ci ildә “LUNG TEH Shipbuilding” tәrsanәsindә inşa olunan “Tuo Chiang” korvetinin ilki 2014-cü ildә sifarişçiyә tәhvil verilib. Yerli mediada “Gәmi qatili” olaraq tanıdılan korvetin uzunluğu 60.4 metr, eni 14 metr, su basımı 567 ton, sürәti 38 dәniz mili, üzmә uzaqlığı 2300 dәniz milidir. Tayvan donanmasının 853.4 milyon ABŞ dolları dәyәrindә sifariş paketinә 12 gәmi daxildir. Gәminin silahlanmasında 8 әdәd “Hsiung Feng II” subsonik vә 8 әdәd“Hsiung Feng III” hipersonik raketlәr, CS / SPG-6N (S) axtarış radarı vә CS / SPG-6N (T) atış nәzarәt radarı, dәyişәn dәrinlik sonarı, müasir radioelektron döyüş sistemlәri, 12 әdәd aldadıcı yerlәşir. Korvetin silahlanmasına әlavә olaraq, raketlәrlә yanaşı 1 әdәd 76 mm çaplı “Otobreda” topu, 1 әdәd “Phalanx” pulemyotu, 2 әdәd 12.7mm “Browning M2HB”, 2 әdәd “Mark 32” torpeda aparatı daxildir. İngiltәrәnin “BAE Systems Maritime” şirkәti tәrәfindәn Oman Sultanlığının HDQ üçün inşa edilmiş “Xaref” (“Khareef”) sinifli korvetlәrdәn bu günәdәk sifarişçiyә 3 gәmi tәhvil verilib. 2660 ton su basımına malik korvetin uzunluğu 99 metr, genişliyi 14.6 metrdir. İki әdәd MTU dizel mühәrriyi ilә tәchiz olunmuş gәmilәrin sürәti 25 mil, birbaşa üzmә uzaqlığı 4500 dәniz mili, dәnizdә avtonom yaşama müddәti 21 gündür. Gәmi “Thales” şirkәtinin istehsalı olan SMART-S Mk2 üçölçülü radar, TACTICOS döyüş idarәetmә sistemi, “Thales Vigile 400 ESM” radioelektron mübarizә sistemi vә “Rheinmetall MASS”aldadıcıları ilә komplektlәşdirilib. Korvetlәrin silahlanmasına 1 әdәd 76 mm “Oto Melara” to-
38 -39
Tayvana mәxsus “Tuo Chiang” korveti
pu, 2 әdәd 30mm MSI DS30M topu, 8 әdәd MM-40 Block III “Exocet”, 12 әdәd MBDA “VL Mica” hava hücumundan müdafiә raketi daxildir. “İsrail Shipyards” şirkәti tәrәfindәn eksperimental dizaynı 2013-cü ildә Sinqapurda İMDEX sәrgisindә tәqdim olunan “Saar-72” korvetinin ilki İsrail Dәniz Qüvvәlәrinin inventarına 2015-ci ildә daxil olub. Hәcmi 800 ton tәşkil edәn “Saar-72” korvetinin uzunluğu 72 metr,
GOWIND-2500
eni 10,25 metr tәşkil edir. 7939 at gücündә iki әdәd MTU 16V1163M94 V16 dizel mühәrriyi ilә tәchiz olunmuş korvetin sürәti 28 mil, üzmә uzaqlığı 3000 dәniz mili, muxtar fәaliyyәti 21 gün tәşkil edir. Gәmidә “İAİ Elta” şirkәtinin özündә radar vә elektrooptik sensorları birlәşdirәn EL / M-2258 multimissiya dәniz radarı (ALPHA) istifadә olunub. Korvetin silahlanmasına 8 әdәd RGM-84 “Harpoon” vә ya “Qabriel” gәmi әleyhinә raketlәr, 16 әdәd “Barak-8” ZRK, bir әdәd 76 mm “Oto Melara” avtomat topu, iki әdәd 30 mm çaplı top, 6 әdәd “Mark 46” torpedası daxildir. Modulyar dizaynı korveti yerüstü vә hava müdafiә üçün istәnilәn növ silah sistemlәri inteqrasiya olunması mümkündür. “Saar 72” korvetinin potensial müştәrilәri arasında Azәrbaycan vә bir Cәnub-Şәrqi Asiya ölkәsinin adı hallansa da, xarici mediada yer alan mәlumata görә, Azәrbaycan maliyyә problemlәri ilә әlaqәdar bu gәminin inşasını qeyri-müәyyәn dövrәdәk tәxirә salıb. AD
AZERI DEFENCE Ukraynadan yeni döyüş modulu
Ukraynanın “Ukroboronprom” Dövlәt Konserninә daxil olan “Kiyev Zirehli Zavodu” “Vij” adlı döyüş modulunun testlәrinә başlayıb. Testlәri “Dozor-B” zirehli avtomobilinin üzәrindә keçirilәn “Vij” fәrqli yüngül zirehli nәqliyyat vasitәlәrinә qurula bilәcәk. “Vij” modulu 1000 metr hündürlükdә vә 2 kilometr mәsafәdә hava vә yerüstü hәdәflәrә atәş açmaq imkanına malikdir. Döyüş modulunda müasir elektron sistemlәrdәn istifadә olunub, hәmçinin termal kamera tәtbiq edilib. Döyüş modulunun silahlanmasına 23 mm çaplı QŞ-23 pulemyotu daxildir. Pulemyotun atәş tempi dәqiqәdә 3000 atış, saniyәdә 50 atış tәşkil edir.
“Hisar-O” zenit-raket kompleksinin atış testi keçirilib ROKETSAN şirkәti tәrәfindәn istehsal edilәn, orta yüksәklikdә hava hücumundan müdafiә üçün nәzәrdә tutulan “Hisar-O” zenit-raket kompleksinin atış testlәri uğurla reallaşdırılıb. Türkiyәnin Müdafiә Nazirliyinin yaydığı mәlumatda milli imkanlar hesabına yaradılan “Hisar” zenit-raket kompleksinin test atışlarında 100 faiz uğurlu nәticә göstәrdiyi qeyd olunub. Testlәrdә Türkiyәnin Müdafiә naziri Fikri İşıq, müdafiә sәnayesi katibi İsmail Dәmir, Silahlı Qüvvә lәrin, ASELSAN vә ROKETSAN şirkәtlәrinin rәhbәrliyi iştirak edib.
Qeyd edәk ki, “Hisar-O” kompleksinin komanda-kontrol, radar, arayıcı başlıqlar vә atәş kontrol sistemlәri ASELSAN, raket vә buraxıcı ROKETSAN, raketlәrin döyüş başlığı vә batareyası TÜBİTAK SAGE, informasiya әlaqәsi “Meteksan Savunma” vә ASELSAN HBT qrupu, Link-16 proqram yazılımı isә MİLSOFT şirkәti tәrәfindәn hazırlanıb. “Hisar-O” kompleksindә ASELSAN-ın “Qalxan” radarının tәtbiqi nәzәrdә tutulur. “Hisar-O” raketinin mәnzili 25 kmdir. “Hisar” sistemindә 3 fәrqli çalışma rejimi mövcuddur. Birinci, maşın avtonom rejimdә bütün funksiyaları yerinә yetirir. Digәr rejimdә 3 maşın qrup halında çalışır. Üçüncü rejimdә isә erkәn xәbәrdarlıq sistemi ilә birlikdә fәaliyyәt göstәrir.
IAI tәyyarәlәrin çarpışmasını önlәyәcәk Israel Aerospace Industries (IAI) şirkәti hәrbi, nәqliyyat vә pilotsuz tәyyarәlәrin bir-biri ilә çarpışmasını önlәmәk üçün tәhlükәli yaxınlaşma barәdә xәbәrdarlıq sistemi yaradıb. CWS (Collision Warning System – mümkün toqquşma haqqında xәbәrdarlıq) sistemi döyüş tәyyarәlәrinin pilotlarını yaxınlıqdakı mülki tәyyarәlәr vә digәr uçuş platformaları barәdә mәlumatlandıracaq. Sistemә tәyyarәlәrdәn eynilәşdirmә siqnallarını qәbul edib ötürәn “dost-düşmәn tanıma” (IFF) sistemi, әldә olunan informasiyaların avtomatik göndәrilmәsi vә müşahidәsi (Automatic Dependent Surveillance – Broadcast (ADS-B)) avadanlığı daxildir. ADS-B hava hәrәkәtinin peyk müşahidәsini tәmin edir vә ona tәyyarәnin yerini vә onun uçuş parametrlәrini müәyyәn edәn GPS qәbuledici vә qәbuledici-ötürücü aparat daxildir. Tәyyarә barәdә qәbul edilәn informasiya real vaxt rejimindә yerüstü stansiyalar şәbәkәsinә translyasiya edilir vә buradan dispetçer xidmәtlәrinә paylaşdırılır. İstehsalçının mәlumatına görә, istәnilәn tәyyarә bu sistemlә tәchiz oluna bilәr. Yeni sistem tәrәfindәn istәnilәn hәrbi tәyyarәlәr tәchiz edilmiş ola bilәrlәr. CWS tәyyarәlәrә elektron blok vә ya asma konteyner şәklindә inteqrasiya edilir.
KAE rabitә cihazlarının istehsalına başlayır Qazaxıstanın “Kazakhstan ASELSAN Engineering” şirkәti vә Türkiyәnin ASELSAN şirkәti arasında radiorabitә texnologiyalarının istehsalına dair müqavilә imzalanıb. “Kazakhstan ASELSAN Engineering” şirkәtinin yaydığı mәlumata görә, birgә fәaliyyәtә dair razılaşma sәnәdini KAE-nin baş direktoru Tarık Ziya Kabuloğlu vә ASELSAN-ın vitseprezidenti Bayız Yavuz imzalayıblar. Razılaşmaya әsasәn 4700 (daşınan, avtomobil üçün, stasionar vә peyk, yaxud da tәrәflәr arasında rabitә yaradan xüsusi qurğu – Wi-Fi) vә 4900 (ATLAS) (avtomobil üçün vә peyk, yaxud da tәrәflәr arasında rabitә yaradan xüsusi qurğu – Wi-Fi) ailәsinә daxil olan radiostansiyalar istehsal olunacaq. Adıçәkilәn radiostansiyalar hüquq-mühafizә orqanlarının, o cümlәdәn yanğınsöndürmә, tәcili-
tibbi yardım briqadalarının vә axtarışxilasetmә qruplarının effektiv rabitә qurmasına imkan yaradacaq. Radiostansiyaların birinci partiyası 2017-ci ilin ilk aylarında istehsal olunaraq Qazaxıstanın dövlәt qurumlarına tәqdim edilәcәk.