GƏLƏCƏK ÜÇÜN TƏLİM
Aermacchi M-346 gələcək nəsil pilotların təhsili üçün effektiv və texnoloji cəhətdən inkişaf etmiş bir platformadır. İtaliya, Sinqapur Respublikası, İsrail və Polşanın Hərbi Hava Qüvvələrində xidmətdədir. Leonardo Aircraft hərbi təyyarələrinin dizaynı, istehsalı və texniki dəstəyi sahəsində dünya lideridir. Son 50 ildə Leonardonun 2000 təyyarəsi bütün qitələrdə, 40-dan çox ölkədə 20000-dən çox hərbi və mülki pilot hazırlamışdır. Böyük sənətkar ixtiraçının baxışları, maraq və yaradıcılığından ilhamlanaraq, Leonardo sabahın texnologiyasını hazırlayır.
leonardocompany.com Helicopters | Aeronautics | Electronics, Defence & Security Systems | Space
BU SAYIMIZDA İYULAVQUST № 04(42) 2019
Azərbaycan Sərhəd Mühafizəsində yeni dövr başlayır
4
14
18 Azərbaycanın milli snayper tüfəngləri
34
Cənubi Qafqaz və Mərkəzi Asiya region dövlətlərinin hava hücumundan müdafiə imkanları
44
Postsovet dövlətləri yeni hücum tüfəngləri axtarışında
Təsisçi və baş redaktor Rəşad SÜLEYMANOV
Ekzoskletlər əsgərləri yolda qoymayacaq
50
Xüsusi təyinatlı baqqilər
AZERI DEFENCE Hərbitexnoloji jurnal İYUL–AVQUST №04(42) 2019 Qiyməti: 6 manat
28
ATAK helikopterinin satışına mühərrik əngəli
Tel: (+994 55) 667-50-72 Email: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.azeridefence.com Ünvan: Bakı şəhəri, H.Zərdabi küç., 78B AHB İş Mərkəzi, 208
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com
Редактордан Əziz oxucu! Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsi yaranmasının 100-cü ilini qeyd etdi. 1919-cu ilin avqustunda yaradılan Sərhəd Mühafizəmizin ömrü uzun olmasa da, 1991-ci ilin dekabr ayında bərpa edilən müstəqil Azərbaycanın Sərhəd Mühafizəsi 27 illlik zaman kəsiyində inkişaf edərək, təşkilatlanmış, yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik bir hərbi quruma çevrilib. Azərbaycanın müstəqilliyinin ilk illərindən Sərhəd Mühafizəmizdə baş verən proseslər gözümün önündə olub. Sərhəd Qoşunlarında hərbi xidmətdən sonra jurnalist kimi fəaliyyət göstərdiyim 17 il ərzində Sərhəd Mühafizəmizdə gedən proseslərin gedişini daha yaxından izləiyirəm. “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006–2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın Prezident İlham Əliyev tərəfindən 2005-ci ilin dekabr ayında təsdiqlənməsi Azərbaycanın quru və dəniz sərhədlərinin mühafizəsində yeni mərhələ açdı. Proqramın icrası, əldə olunan nailiyyətlər Dövlət Sərhəd Xidmətinin (DSX) yüksək döyüş qabiliyyətinə və peşəkarlığa malik hərbi quruma çevrilməsində mühüm rol oynayıb. Bu dönəmdə daha çox dağlıq ərazilərdə sərhəd mühafizə sisteminin qurulmasına diqqət yetirildiyi görürük. Xüsusilə də Rusiya və Gürcüstanla sərhəddə infrastrukturun yaradılması, İranla sərhəddə köhnəlmiş sərhəd infrastrukturunun yenilənməsi sahəsində ciddi işlər həyata keçirilib. 2010-cu ildən etibarən DSX tərəfindən yeni silah və hərbi texnikaların alınıb silahlanmaya qəbulu istiqamətində davamlı tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, DSX-nin silahlanma prosesində digər hərbi qurumlardan fərqli olaraq milli müdafiə sənayesinə və Qərb texnologiyalarına ağırlıq verdiyini açıq müşahidə etmək mümkündür. Bu dövrdə Türkiyədən əhəmiyyətli sayda “Cobra”, ZPT tipli zirehli hərbi texnikalar, İsraildən “Harop”, “Hermes-450”, “Hermes-900”, “Skylark”, “SkyStriker” tipli pilotsuz uçuş aparatları, yeni nəsil izləmə, müşahidə və nəzarət sistemləri, müxtəlif ölkələrdən snayper tüfəngləri, atıcı silahlar, tank əleyhinə raketlər əldə etməklə hərbi hissələrin döyüş qabiliyyəti yüksəldilib. Azərbaycanın müdafiə sənayesi tarixində ilk dəfə DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzi istifadəyə verilib və 2014–2018-ci illərdə burada 12 ədəd hərbi gəmi inşa olunub. Sadaladıqlarım DSXnin hələlik bizə görünən imkanlarının bir hissəsidir. Məhz bu yeni silah sistemlərinin tətbiqi ilə 2016-cı ilin aprel döyüşlərində DSX düşmənə sarsıdıcı zərbə endirib, Azərbaycan Ordusunun psixoloji üstünlüyü ələ almasında mühüm rol oynamışdı. Ötən ilin sonlarında DSX Sərhəd Qoşunlarının mühafizəyə götürdüyü AzərbaycanErmənistan dövlət sərhədinin 130 kilometrlik hissəsində də ciddi tədbirlər həyata keçirilir. Əlinizdə tutduğunuz bu sayımızda ilk dəfə sərhəd döyüş mövqelərinə çıxan sərhədçilərimizin qısa zamanda əldə etdiyi uğurları ilə tanış ola bilərsiniz. Sonda Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində şəxsimi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019) yubiley medalı” ilə təltif etdiyi üçün DSX rəisi, general-polkovnik Elçin Quliyevə minnətdarlığımı bildirir, sərhədçilərimizi yubiley münasibəti ilə təbrik edirəm!
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə indən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “AD Jurnalı” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521
Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. «TƏHSİL» MMCnin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 09.09.2019. Format 60x90 1/8. Sifariş 67.
Qapaq fotosu: İST-12.7 “Mübariz” snayper tüfəngi. Foto: MSN
Azərbaycan Sərhəd Mühafizəsində yeni dövr başlayır Rəşad Süleymanov Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100-cü ili tamam oldu. 1919-cu ilin avqust ayında təməli qoyulmuş Azərbaycanın Sərhəd Mühafizəsi də cümhuriyyətin digər təşkilatları kimi 1920-ci ilin aprelində Rus Ordusu Azərbaycanı işğal etdikdən sonra ləğv edilib. 1991-ci il dekabr ayının 9-da “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” Qanunun qəbulu və dekabr ayının 16-da Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsinin (DSMK) yaradılması ilə müstəqil Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi milli sərhəd qoşunlarına tapşırılıb. 1992-ci ilin oktyabr ayının 9-da DSMK ləğv edilərək Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinə çevrilib və 31 iyul 2002-ci ilədək bu ad altında fəaliyyət göstərib. Ümummilli lider Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli fərmanı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması ilə Azərbaycan Sərhəd Mühafizəsinin yeni tarixi başlanıb. Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə çətinliklərə baxmayaraq, Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində mühüm addımlar atılıb. SSRİ dağıldıqdan sonra Azərbaycanı tərk edən sovet hərbçilərinin dağıtdıqları sərhəd infrastruktrunun bərpası, Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi istiqamətində işlər həyata keçirilib. Bu dövrdə iqtisadi çətinliklərə baxmayaraq, Sərhəd Qoşunlarının nəqliyyat vasitələri, eləcə də rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı qismən yaxşılaşdırılıb. Azərbaycan–Rusiya sərhədində Şəki Əlahiddə Sərhəd Komendantlığı, Azərbaycan–Gürcüstan sərhədində Zaqatala və Şəmkir sərhəd dəstələri yaradılıb.
4 www.azeridefence.com
2002-ci ilin iyul ayında DSX-nin yaradılması ilə Sərhəd Mühafizəsinin qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı. Bundan sonra 2002-ci ilin oktyabr ayının 24-də sərhəd aviasiyası, 2004-cü ilin yanvar ayının 14-də Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası, 2005-ci ilin fevral ayının 18-də Sahil Mühafizəsi yaradıldı. Dövlət başçısının 2017-ci ilin iyun ayında imzaladığı fərman və sərəncamlarla DSX-nin ştat-strukturu yenidən təşkil olundu, Xidmətin tabeliyində Sərhəd Qoşunları, Sahil Mühafizəsi, Çevik Qüvvələr və Sərhəd Nəzarəti komandanlıq və baş idarələri formalaşdırıldı. Texniki təkmilləşmə Prezident İlham Əliyev tərəfindən 2005-ci ilin dekabr ayının 27-də təsdiq edilən “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006–2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın reallaşdırılması Sərhəd Mühafizəsində yeni mərhələ açıb. Proqramın həyata keçirildiyi dövrdə DSX-nin idarəetmə sistemi təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib, DSX-nin aparatı ilə sərhəd dəstələri arasında peyk rabitəsi sistemi yaradılıb. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb. Sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə laboratoriyalar qurulub, dövlət sərhədindən
keçən şəxslər və nəqliyyat vasitələrinin yoxlanılması üçün müasir texniki avadanlıqlarla təchiz edilib. Bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub. Bu dövrdə yeni hərbi hissə komplekslərinin, zastavaların inşası ilə yanaşı, sərhəd mühafizəsində müasir elektrooptik müşahidə sistemlərinin, radiolokasiya vasitələrinin, yeni silah və texnikaların tətbiqinə başlanıb. Hərbi hissələr müasirləşdirilmiş BTR-70 tipli zirehli transportyorlar, qar skuterləri, kvadroskillər, nəqliyyat vasitələri ilə təchiz olunub. 2008-ci ilin noyabrında DSX Sahil Mühafizəsinin Türkan qəsəbəsində yerləşən yeni hərbi bazası istifadəyə verilib. Sahil Mühafizəsinin mövcud gəmiləri müasirləşdirilib, Dövlət Neft Şirkətindən alınmış “Neftqaz” tipli yük gəmilərin təyinatı dəyişdirilərək silahlanmaya qəbul edilib. Yeni zirehli texnikaların silahlanmaya qəbulu DSX-nin silah və texnika parkının yenilənməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində, 2007–2012-ci illərdə BTR-70 zirehli transportyorları, Türkiyənin “Otokar” şirkətindən 4x4 təkər formuluna malik zirehli “Cobra”, ZPT, zirehsiz “Engerek” və “Land Rover Defender -110” xüsusi təyinatlı maşınlar, Gəncə Avtomobil Zavodunun istehsalı olan müxtəlif markalı yük və nəqliyyat vasitələri, Rusiyanın “Pelets” şirkətinin istehsalı olan “Transporter 1000” tırtıllı nəqliyyat vasitələri, “Mersedes” G-270 və “Sprinter” bazasında müxtəlif funksiyalı döyüş vasitələr, “Suzuki” markalı kvadroskillər alınaraq qoşunların istifadəsinə verilib. Qeyd edək ki, BMT-nin Adi Silahlar Registrinə təqdim edilmiş məlumatlara görə, Ukrayna 2007–2010-cu illərdə Azərbaycana 170 ədəd, Belarus isə 2011–2012-ci illərdə 60 ədəd BTR-70 zirehli transportyorunun satışını həyata keçirib. Bu zirehli maşınların bir qismi DSX-nin layihəsi əsasında müasirləşdirildikdən sonra BTR-70S indeksi ilə Sərhəd Qoşunlarının silahlanmasına verilmişdir. Sözügedən layihə xarici analoqları ilə müqayisədə özünün geniş imkanları və gələcəkdə təkmilləşdirməyə açıq arxitekturası ilə önə çıxır. Müasirləşdirilmiş BTR-70 trans-
DSX rəisi generalpolkovnik Elçin Quliyev Prezident İlham Əliyevi “Tufan” layihəli gözətçi gəmi ilə tanış edir.
portyorunun iki ədəd ştat ZMZ-4905 benzin mühərriki “İveco” şirkətinin istehsalı olan bir ədəd daha güclü dizel mühərriklə və yeni transmissiya ilə əvəz olunub. Nəticədə əvvəllər sinxron işləyən iki mühərriklə bağlı olan idarəetmə problemi tamamilə aradan qaldırılıb. Zirehli maşının sürəti 80 km/saatdan 120 km/saata yüksəldilib. Bundan başqa maşının daxilində havalandırma sistemi tətbiq edilib, sürücü, komandir və heyətin görmə qabiliyyəti artırılıb. Zirehli transportyorun elektrik sistemi, oturacaqlar, habelə rabitə sistemi yenilənib. Manevr qabiliyyəti yüksəldilmiş maşının yeni üzgəclər hesabına su hövzələrində üzmə imkanları da yaxşılaşdırılıb. Müasirləşdirilmiş BTR-70S maşınlarının ştat silahı olduğu kimi saxlanılıb. 2017-ci ilin avqust ayında Prezident İlham Əliyevin DSX-nin hərbi bazasına səfərində BTR-70S zirehli maşının bir nümunəsi İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik özünü dolduran “Spear Mk 2” minaatan kompleksi ilə silahlı
DSXyə məxusus “Tufan” layihəsi üzrə inşa edilmiş gözətçi gəmilərin birincisi. DSX Sahil Müha izəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” (OPV62 “Saar”) layihəsi üzrə 6 gəmi inşa edilib. Foto: DSX
5
Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Engerek” taktik nəqliyyat vasitəsi DSX Çevik Hərəkət Qüvvələri tərə indən 2012ci ildən aktiv istifadə olunur. Foto: DSX
şəkildə nümayiş etdirilsə də, bu kompleksin BTR-70S üzərində kütləvi tətbiqi barədə hər hansı məlumat mövcud deyil. Müasir rabitə, atış kompüteri və GPS ilə təchiz edilən “Spear Mk 2” minaatanı “Cardom” minaatanının yeni nəsli hesab olunur. Minaatanın “SmarTMR” multimedia sistemi müxtəlif sensorlar, silahlar, digər C4İ (komanda, nəzarət, kommunikasiya, kompüter və kəşfiyyat) sisteməri ilə birləşdirilə bilər. Kompleksin heyəti 3 nəfərdir. “Spear Mk 2” minaatan kompleksi ilə silahlandırılmış BTR-70S 2018-ci ilin sentyabr ayında Bakıda keçirilən ADEX2018 sərgisində nümayiş etdirilib. Son illər DSX-nin qarşısına qoyulan yeni tapşırıqlar qoşunların istifadəsində kütləvi şəkildə yer alan BTR-70S-lərin də silahlanmasında müəyyən dəyişikliklərin edilməsi zərurətini meydana çıxarır. Yüksək manevr qabiliyyətinə malik bu zirehli maşınların döyüş imkanlarının genişləndirilməsinə ehtiyac hiss olunur. Mütəxəssislərin fikrincə, BTR-70S-lərin mövcud universal platforması bu texnikaları üzərinə 30 mm-dək top, tank əleyhinə idarə olunan raketlər, minaatan, yaxud zenit-raket kompleksləri inteqrasiya etməklə piyada döyüş və ya atəş dəstəyi maşınına çevriməyə imkan verir. Bəzi məlumatlara görə, hazırda yerli şirkətlərdən biri ilə döyüş maşınının yeni döyüş modulu ilə silahlandırılması istiqamətində işlər aparılır. 2011-ci ildə Türkiyənin “Otokar” şirkəti ilə imzalanmış müqavilə çərçivəsində DSX tərəfindən Azərbaycan silahlı qüvvələri tarixində ilk dəfə Türkiyə istehsalı olan zirehli döyüş texnikaları – 4x4 “Cobra” və ZPT markalı zirehli nəqliyyat vasitəsi, həmçinin çevik hərəkət bölmələrinin istifadəsi üçün yüksək keçicilik qabiliyyətinə malik “Engerek” və “Land Rover Defender 110” nəqliyyat vasitələri satın alınaraq silahlanmaya qəbul edilib. Türkiyədə antiterror əməliyyatlarında, eləcə də dünyanın müxtəlif bölgələrində hərbi əməliyyatlarda istifadə edilmiş “Cobra” zirehli maşınları 9 nəfər heyəti daşıyır. Monokok V formalı gövdəyə malik olması maşının heyətini mina və əldəqayırma partlayıcılardan, ikiqat zirehi isə zirehdələn güllələrdən mühafizə edir. 190 at gücündə V8 tipli turbodizel mühərrikə sahib zirehli “Cobra”nın ağırlığı 6700 kq, sürəti 100 km/saat, gediş ehtiyatı 600 kilometrdir. Maşın 1000 mm dərinliyində su maneələrini, 400 mm hündürlükdə dik maneələri, 800 mm enində xəndəkləri keçə bilir. “Cobra” runflat təkərlər, təkərlərin mərkəzləşdirilmiş hava tənzimləmə
6 www.azeridefence.com
sistemi, daxili havalandırma, avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri ilə təchiz olunub. DSX-nin “Cobra” zirehli nəqliyyat vasitələri 12.7 mm çaplı DŞKM pulemyotu qurulmuş açıq qüllə və “Skif” tank əleyhinə raket kompleksi (TƏRK) ilə silahlandırılıb. “Skif” TƏRK 130 mm tandem-kumulyativ RK-2S, RK-2M-K və 152 mm qəlpə-fuqas RK-2OF, RK-2M-OF raketləri ilə komplektləşdirilir. Tandemkumulyativ raketlərlə kompleksin atış məsafəsi gündüz 5000, gecə 3000 metr, qəlpə-fuqas raketlərlər gündüz vaxtı 5500, gecə 3000 metr təşkil edir. raketlər hədəfə lazer şüalandırılması vasitəsi ilə yönləndirilir və zirehdəlmə qabiliyəti RK-2S, RK-2M-K raketlərinin 800 mm (dinamik müdafiə), RK-2OF, RK-2M-OF raketlərinin isə 1100 mm-dir. Yüksək manevr qabiliyyətinə malik “Cobra” bu silahlanma sayəsində həm dağlıq, həm də düzənlik ərazilərdə tank və digər zirehli texnikalara qarşı effektiv mübarizə aparmağa imkan verir. Dənizdə silahlanma 2002-ci ildən etibarən dəniz sərhədlərinin, eləcə də dənizdəki neft-qaz infrastukturlarının mühafizəsinin gücləndirilməsi məqsədi ilə DSX-nin tərkibinə yeni gəmilər verilmişdir. Həmin il dövlət başçısının göstərişinə əsasən ARDNŞ-nin “Xəzərdənizneftdonanma” İdarəsinin balansından 2 ədəd “Neftqaz” və 1 ədəd “Vixr” layihəli gəmi DSX-yə verilərək hərbiləşdirilib. Bununla yanaşı, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi proqramı çərçivəsində ABŞ hökuməti tərəfindən DSX-yə 3 ədəd “Safe Boat” və “Silver Ship” layihəli gözətçi kateri bağışlanıb. Sonrakı illərdə “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006– 2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində “Xəzərdənizneftdonanma” İdarəsinin balansından “Neftqaz” layihəli daha bir neçə gəmi DSX Sahil Mühafizəsinə verilib. Sahil Mühafizə qüvvələrinin gücləndirilməsi məqsədi ilə “Turbotsan” şirkətindən HDPE gövdəli katerlər, “Ribcraft”, “Zodiak”, “Ziphius” tipli sürətli katerlər alınıb. DSX-nin yeni hərbi gəmilərlə təchiz edilməsi istiqamətində 2010-cu illərin əvvəllərində Türkiyənin “Yonca Onuk” tərsanəsi ilə danışıqlar aparılsa da, mühərriklərin Almaniyadan tədarükü
ilə əlaqədar bu layihənin reallaşdırılması mümkün olmayıb. Bundan sonra, Bakıda 2014-cü ildə istifadəyə verilmiş DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə İsrailin “İsrael Shipyard” şirkətinin layihəsi əsasında, Azərbaycan DSX-nin tələbləri əsasında konfiqurasiya edilmiş 6 ədəd “Şahdağ” (orijinal adı “Shaldag Mk V”) və 6 ədəd “Tufan” (orijinal adı “Saar OPV-62”) olmaqla 12 sərhəd gözətçi gəmisi inşa edilib. Gövdəsi alüminiumdan hazırlanmış “Şahdağ” layihəli gözətçi gəmisinin uzunluğu 33 metr, eni 6 metrdir. 2 ədəd MTU-16V4000 mühərriki ilə təchiz olunmuş 3-cü dərəcəli gözətçi gəmisinin ekonom rejimdə sürəti 25 düyün, maksimal sürəti 40 düyün təşkil edir və 4-5 bal dalğada üzməyi bacarır. İti sürətli və yüksək manevr qabiliyyətinə malik “Şahdağ” katerləri qaçaqmalçılıq və brokonyerliklə mübarizə, dəniz infrastrukturlarının mühafizəsi, eləcə də digər tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulur. Həm kapitan kabinəsindən, həm də üst bölmədən açıq idarəetmə mövqeyindən idarə oluna bilən katerin üzərində bir ədəd itisürətli RHİB qayıq mövcuddur. “Şahdağ” katerlərinin silahlanmasına 1 ədəd 23 mm-lik 2A14 topu ilə silahlandırılmış “Rafael” şirkətinin istehsalı olan “Typhoon” distans idarəetməli top, yanlarda isə iki ədəd 12.7 mm-lik M2HB pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu və 8 km mənzilə malik “Spike-ER” raketləri daxildir. Silah sistemləri hər cür hava şəraitində hədəfləri aşkarlamağa, təsnifləndirməyə və atəş prosesini yerinə yetirməyə imkan verən “Toplite” elektrooptik modulu ilə inteqrasiya edilib. Uzunluğu 62 metr, eni 7.62 metr, su basımı 470 ton təşkil edən “Tufan” layihəli gözətçi gəmilərin sürəti 32 düyün, ekonom sürəti isə 18 düyün təşkil edir. Altı bal gücündə dalğada hərəkət edə bilən gəmi 25 km atış mənzilinə sahib, idarə olunan “Spike-NLOS” raketləri ilə silahlandırılıb. Gəminin əsas raket silahı olan “Spike-NLOS” izləmə kamerası sayəsində atışdan sonra uçuş trayektoriyası üzrə bütün görüntüləri idarəetmə mərkəzinə ötürür. Bu informasiyalar əsasında, ehtiyac yarandıqda raketin hədəflərini dəyişmək mümkündür. Bundan başqa, gəmidə, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən bir ədəd 23 mm çaplı 2A14 topuyla silahlandırılmış “Typhoon”, iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu və gəminin döyüş idarəetmə sisteminə inteqrasiya edilmiş “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektrooptik sistemi yer alır. Gəminin naviqasiya sisteminə “Elta EL/M-2228X” kombinə olunmuş radar, “Furuno” naviqasiya
DSX aviasiya dəstəsinə məxsus Mi17V1 hərbi nəqliyyat helikopterlərinin silahlanmasına idarə olunmayan 80 mmlik raket buraxıcı qurğu ilə yanaşı İsrailin IAI şirkətinin istehsalı olan yarıaktiv lazer başlıqlı LAHAT tank əleyhinə raketlər də daxildir. Foto: AD
radarı daxildir. Radar sistemi hava hədəflərini 80 km məsafədən təyin etmək imkanına malikdir. “Tufan” layihəli gəmilərin raketlərdən mühafizəsi WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneəqoyma kompleksi hesabına təmin olunur. Bütün gəmilər uzaq məsafədən sualtı təhdidləri aşkarlamaq üçün sonar sistemi ilə təchiz edilib. “Tufan” layihəli gəmilərin göyərtəsinə hər cür hava şəraitində helikopterlərin enib-qalxması mümkündür. Zavod tərəfindən bununla bərabər 72 metrlik birinci dərəcəli gözətçi gəmisinin və “Milli Boat” layihəsi üzrə 35, 28, 17 və 14 metr uzunluğa malik itisürətli katerlərin layihəsi hazırlanıb. Hər il yay aylarında olduğu kimi, bu il də 31 iyul-2 avqust tarixlərində DSX Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələrinin iştirakı ilə iyul ayının 31-dən avqust ayının 2-dək “Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunmasi” mövzusunda taktiki təlimlər keçirilib. Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində Azərbaycan Respublikasının maraqlarının qorunması, neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, dənizdə və sahildə təxribat qruplarının, sualtı hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi, gəmilərlə, helikopterlərlə dənizdə sərhəd DSX Sahil Müha izəsinin istifadəsində yer alan “Şahdağ” (“Shaldag Mk 5”) layihəli üçüncü dərəcəli gözətçi gəmisi. DSX Sahil Müha izəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Şahdağ” layihəsi əsasında 6 gəmi inşa edilib. Foto: DSX
Soldan sağa: DSX tərə indən 2016cı ilin aprel döyüşlərində istifadə edilmiş “Harop” kamikadze PUA (istehsalçı İsrailin IAI şirkəti) və “Elbit Systems” şirkətinin istehsalı olan “Sky Striker” gəzən sursatlar. Foto: DSX
axtarışının və xilasetmə əməliyyatlarının keçirilməsi üzrə xidməti təcrübənin artırılması, məlumat mübadiləsinin təkmilləşdirilməsi olub. Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı DSX-nin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi üzrə bütün təlim tapşırıqları uğurla yerinə yetirilib. DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatı və helikopterlərinin raket komplekslərindən, həmçinin zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə qarşı döyüş atışları həyata keçirilib. Neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub. Küləkli hava və dalğalı dəniz şəraitinə baxmayaraq şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirilib. Təlimlərin yekun mərhələsində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələrin əldə olunması münasibətilə şəxsi
heyəti təbrik edib. Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neftqaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin DSX-nin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib. Aviasiya 2002-ci ilin oktyabr ayında yaradılmış DSX-nin aviasiya dəstəsi Mi-17V1 hərbi nəqliyyat helikopterlərinə və An-2 nəqliyyat təyyarələrinə malikdir. DSX-nin dənizdə və quruda keçirdiyi təlimlərdə mütəmadi olaraq aviasiya vasitələrindən istifadə olunur. Mi-17V1 helikopterlərinin bir qismi lazer idarəetməli LAHAT raketləri ilə silahlandırılıb. Köhnəlmiş An-2 təyyarələrinin bir neçə il əvvəl Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin iştirakı ilə pilotsuz döyüş təyyarəsinə çevrilməsi layihəsi nəzərdən keçirilsə də, sonradan maliyyə problemləri ilə əlaqədar bu layihənin reallaşması baş tutmayıb. Müasir texnologiyaların, xüsusilə də pilotsuz uçuş vasitələrinin sərhəd mühafizəsində tətbiqi istiqamətində də DSX tərəfindən müəyyən işlər həyata keçirilməkdədir. Ötən dövrdə İsrailin “Elbit Systems” şirkətindən “Hermes-450” və “Hermes-900” taktik, “Skylark” tipli mini pilotsuz uçuş aparatları, İsrail Aerokosmik Sənaye (IAI) şirkətindən “Harop” və “Elbit Systems” şirkətindən “SkyStriker” “gəzən sursat”ları satın alınaraq silahlanmaya qəbul edilib. Postsovet məkanında yalnız Azərbaycan DSX-nin istifadəsində olan “Hermes-900” taktiki PUA-nın uzunluğu 8.3 “Hermes900” PUA Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə (26 iyun 2018) Bakı şəhərində keçirilmiş hərbi paradda.
8 www.azeridefence.com
metr, qanad açıqlığı 15 metr, maksimum sürəti 220 km/saat, kreyser sürəti 112 km/saat, praktik tavanı 9100 metrdir. Havada 36 saat fasiləsiz uçuş həyata keçirən “Hermes-900”ün faydalı yükü 350 kq təşkil edir. PUA-nın sahib olduğu geniş sahə müşahidə sistemi eyni anda 40 kv. km ərazidə 100-dən artıq hədəfi izləməyə imkan verir. “Hermes-900” PUA tələb əsasında ELİNT/SİGİNT avadanlıqları ilə təchiz oluna bilir. DSX indiyədək Xəzər dənizində keçirilmiş bir neçə hərbi təlimdə istifadə olunub. 2016-cı ilin aprel döyüşlərində DSX tərəfindən cəbhə xəttində “Harop”ların tətbiqi nəticəsində Ermənistan Silahlı Qüvvələrinə ağır zərbələr endirilib. Uçuş müddəti 6 saat təşkil edən “Harop” 17 və 23 kiloqram ağırlığında fərqli döyüş başlıqlarına malikdir. Azərbaycanın “Harop”ları MAZ avtomobilinin şassisində xüsusi konteynerlərə qablaşdırılıb. “Harop” yüksək ayırdetmə dəqiqliyinə malik gecə/gündüz və infraqırmızı kameraya, 360 dərəcə bucaq altında axtarış apara bilən radara, habelə antiradar sisteminə malik olması ilə fərqlənir. Pnevmatik atışla havalanan “Harop” hədəfi aşkar etdikdən sonra ona yönləndirilir, taran, yaxud hədəfin üzərində bəlli məsafədə partladılmaqla hədəfin məhvini həyata keçirir. Uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə ilə mübarizə üçün nəzərdə tutulan “Harop”un sürəti 185 km/saat, uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr, uçuş məsafəsi 200 km təşkil edir. İlk partiyası DSX-nin silahlanmasına 2018-ci ilin sonlarında daxil olmuş “SkyStriker” “gəzən sursat”ı “Elbit Systems” şirkəti tərəfindən bazara 2017-ci ildə təqdim olunub. Radiomaneələrə qarşı dayanıqlığa malik “SkyStriker” “Harop”dan fərqli olaraq, istifadə edilmədikdə geri qaytarıla bilir. Bu zaman aparan paraşütdən istifadə eləməklə endirilir. Elektrik mühərrikə malik döyüş sursatının çəkisi 35 kq, uçuş məsafəsi 40 km, havada qalma müddəti 2 saata qədər, sürəti 180 km/saat, maksimal uçuş yüksəkliyi 2000 metrdir. Növündən asılı olaraq “SkyStriker” 5 kiloqramdan 10 kiloqramadək döyüş başlığı ilə təchiz oluna bilir. Atıcı silahlar Müasir silah və texnologiyaların öyrənilməsi və sərhəd mühafizəsində tətbiqinə xüsusi diqqət yetirən DSX milli hərbi
DSX rəisi generalpolkovnik Elçin Quliyev Prezident İlham Əliyevə DSX Çevik Hərəkət Qüvvələrinin silahlanmasında mövcud olan snayper tüfənglərini təqdim edərkən.
sənaye kompleksimizin istehsalı olan ST-338 “Yalquzaq” snayper tüfənginin, HP-7.62 hücum pulemyotunun, AGK-30 avtomatik qumbaraatanın, EM-14 avtomatının, təlim simulyatorlarının, optik nişangahların Azərbaycan Silahlı Qüvvələrində ilk istifadəçisi qismində çıxış edir. Bununla yanaşı, DSX qüvvələrinin silahlanmasında İsrail, ABŞ, Avstriya, Türkiyə şirkətlərinin istehsalı olan avtomat, tapança və tapança-pulemyotlar da yer tutur. Snayperlərin hazırlığına xüsusi diqqət yetirən DSX-nin çevik hərəkət bölmələri Azərbaycan istehsalı olan ST-338 “Yalquzaq”, İST-14.5 “İstiqlal”, Xorvatiya istehsalı olan 12.7 mm MACS M4, İngiltərənin “Accuracy International” şirkətinin istehsalı olan AW-50, AX-308, “RPA International” şirkətinin istehsalı olan “RPA Rangemaster – 338LM”, ABŞ-ın “Remington” şirkətinin “Remington 700”, “CheyTac” şirkətinin “CheyTac M300 Intervention Carbon Fiber”, “Defensive EDGE” şirkətinin istehsalı olan EDGE-
hədəfə yönəltməyə, kompleksdə mövcud olan CORAL-LS termal kamerası gecə və gündüz, həmçinin məhdud görmə şəraitində hədəfləri aşkarlamağa imkan verir. DSX rəisi: yeni silahlar alınır
DSX rəisi generalpolkovnik Elçin Quliyev 2018ci ilin noyabr ayında DSX Sərhəd Qoşunları tərə indən müha izəyə götürülən Azərbaycan–Ermənistan dövlət sərhədindəki döyüş mövqelərini incələyərkən. Foto: AD
338 LRKM, Finlandiyanın “Sako” şirkətinin TRG-22, Avstriyanın “Steyr-Mannlicher” şirkətinin istehsalı olan SSG-08, İsveçrənin “Swiss Arms” (keçmiş AMSD) şirkətinin OM-50 “Nemesis”, Türkiyənin MKE təşkilatının istehsalı olan JNG-90 “Bora” snayper tüfəngləri, eləcə də ABŞ, Avropa və İsrailin aparıcı istehsalçılarının optik nişangahları ilə silahlandırılıb. DSX-nin silahlandırılmasında yerli istehsal olan AK-74M, EM-14 tipli avtomatlar və tapançalarla yanaşı ABŞ istehsalı olan M-4 avtomatları, İsrail istehsalı olan TAR-21, X-95, ACE hücum tüfəngləri, “Negev” və “Negev-SF” əl pulemyotları, UZİ tapançapulemyotları, “Jericho” tapançaları, IWI “MegaGun Jericho” silah dəstləri və s. də yer alır. DSX-nin istifadəsində yer alan “Elbit Systems” şirkətinin istehsalı olan PLDR III elektrooptik sistemi idarəolunan lazer başlıqlı raketləri, bombaları və artilleriya sursatlarını birbaşa Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla DSXnin bir qrup hərbi qulluqçusu və mülki işçisi təltif olunub. Dövlət başçısının avqustun 16da imzaladığı Sərəncamla generalmayor Abbas Xəlilov və generalmayor Ehram Hacıyevə general leytenant, polkovnik Ramin Bağırova generalmayor, 1ci dərəcəli kapitan Abbas Qiyasov və Ziyad Ağayevə kontradmiral ali hərbi rütbələri verilib. Prezidentin digər sərəncamına əsasən Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə, DSX rəisi general polkovnik Elçin Quliyev 1ci dərəcəli “Rəşadət” ordeni, general leytenant İlham Mehdiyev, generalmayor Rəsul Tağıyev və polkovnik Aqşin Məhərrəmov 3cü dərəcəli “Rəşadət” ordeni, 4 hərbi qulluqçu 2ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 hərbi qulluqçu 3cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 21 hərbi qulluqçu “Vətən uğrunda” medalı, 6 hərbi qulluqçu “İgidliyə görə” medalı, 7 nəfər “Tərəqqi” medalı, 39 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Xidmətin 7 əməkdaşına isə fəxri adlar verilib.
10 www.azeridefence.com
Yubiley ərəfəsində Azərbaycan Sərhəd Mühafizəsində həyata keçirilən tədbirləri dəyərləndirən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin sözlərinə görə, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində güclü sərhəd mühafizə infrastrukturu yaradılıb. Sərhəd mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurum səviyyəsinə yüksəlib: “Azərbaycanın sərhəd mühafizəsi bu gün şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti-döyüş fəaliyyətinin göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqeyə yüksəlib. Bu gün DSXnin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Sərhəd təhlükəsizliyimizin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bir neçə ildir sərhəd məntəqələrində səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektronoptik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Xəzər dənizinin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir”. General-polkovnik Elçin Quliyev bildirib ki, DSX-nin fəaliyyəti dövründə (2002-2019) Azərbaycan sərhədçiləri tərəfindən 10989 sərhəd pozucusu, 160428 nəfər rejim pozucusu, 37789 nəfər axtarışda olan şəxs saxlanılıb. Külli miqdarda qaçaqmalın, o cümlədən 6372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. DSX rəisi ötən ilin sonlarında DSX tərəfindən mühafizəyə götürülən Qazax–Ağstafa rayonları ərazisində Azərbaycan – Ermənistan dövlət sərhədində 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi və iki hərbi hissə kompleksinin tikilərək istifadəyə verildiyini vurğulayıb. General-polkovnik qeyd edib ki, Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin DSX tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın hərbi qüdrətinin zəfər yürüşünün davamıdır: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yaxın günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsinə məsul “Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması barədə qərarı Azərbaycan sərhədçilərinin bu istiqamətdə xidməti-döyüş fəaliyyətinə Ali Baş Komandan səviyyəsində verilən ən yüksək dəyər, ən ali qiymətdir!”. Elçin Quliyev 2016-cı ilin aprel döyüşlərində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yaxından iştirak etdiyini, ümumi qələbənin əldə olunmasına ciddi töhfə verdiyini də vurğulayıb. AD
Müdafiə sektorunda yeni şirkət fəaliyyətə başlayıb Azərbaycanın müdafiə sektorunda yeni şirkət fəaliyyətə başlayıb. “DNS Export” adlanan şirkət Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “Delta Defence” şirkəti tərəfindən təsis edilib. “DNS Export” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət istiqamətləri barədə AZERI DEFENCE jurnalına məlumat verən şirkətin təsisçisi İhsan Özyurtun sözlərinə görə, əsas istiqamət Azərbaycan Ordusu və digər hərbi qurumların zirehli texnikaların ehtiyat hissələri, eləcə də ehtiyac duyulan müdafiə təyinatlı məmulatlarla təchizatı olacaq. “Bu çərçivədə tanklar və zirehli döyüş maşınları üçün ehtiyat hissələrin, xüsusilə də mühərriklərin, işlək hissələrin tədarükünü planlaşdırırıq. Şirkətimiz Ukrayna, Rusiya, Amerika və s. ölkələrin bir sıra tanınmış hərbi şirkətlərinin Azərbaycan və region üzrə rəsmi nümayəndəsidir”, – deyə Özyurt bildirib.
Artıq Azərbaycanın hərbi qurumları ilə görüşmələrə başladıqlarını deyən İ.Özyurtun sözlərinə görə, “DNS Export” həm də “Delta Defence” şirkətinin Azərbaycan nümayəndəliyi olaraq fəaliyyət göstərəcək. Adıçəkilən şirkətin xarici müştərilərinin sifarişlərinin bir hissəsinin Azərbaycan müəssisələrindən tədarükü nəzərdən keçirilir: “Biz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə bir sıra görüşlər keçirmişik. Azərbaycan istehsalı olan məhsulların ixracı da diqqətimizdədir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin rəqabətə davamlı və dünya bazarında ehtiyac duyulan məhsulları var. Hazırda bəzi məhsulların Azərbaycandan tədarükü ilə bağlı xarici tərəfdaşlarımızla görüşlər keçiririk”.
SETMin hərbi layihələrinin təqdimatı keçirilib Avqustun 27-də AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, SETM müharibə şəraitində olan ölkəmiz üçün böyük əhəmiyyətə malik elmi-tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə də yekun nümunənin aidiyyəti qurumlarla birgə sınaq işlərinin həyata keçirilməsi işlərini uğurla davam etdirir. AMEA prezidenti Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin, eyni zamanda çoxsaylı tədbirlərin davamı olaraq rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-
12 www.azeridefence.com
tədqiqat işləri üzrə layihələrin genişləndirilməsi və inkişaf etdirilməsinin olduqca aktual olduğunu diqqətə çatdırıb. SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev mövcud və perspektiv elmi tədqiqat işləri barədə çıxış edərək bildirib ki, hazırda SETM ilə AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən müvafiq dövlət qurumları ilə birgə layihələr həyata keçirilir. O, həmçinin layihələrin həyata keçirilməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının xüsusi xidmətləri olduğunu vurğulayıb. F. Abdullayev öz çıxışında bildirib ki, SETM-in əsas məqsədi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi zamanı AMEA-nın aidiyyəti elmi müəssisə və təşkilatlarının, xüsusilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin mütəxəssislərinin layihələrə cəlb edilməsi, bu sahədə elmi tədqiqat, texnoloji, layihə-konstruktor, texniki istehsal hazırlığı, sınaq laboratoriyalarını özündə birləşdirən sistemin yaradılması olduqca əhəmiyyətlidir. İlin sonunadək bir neçə layihənin də təqdim olunması nəzərdə tutulur. Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nümayəndəsi, polkovnik Arif Həsənov və SETM rəhbərinin müavini, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təqdim olunan hərbi məmulatın texniki parametrləri və potensial döyüş şəraitində istismarı barədə ətraflı məlumat veriblər. Polkovnik A.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haq-
AMEA YT Parkına yeni direktor təyin edilib
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rəhbərliyində dəyişiklik olub. AMEA YT Parkından AZERI DEFENCE-yə verilən məlumata görə, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov YT Parkının direktoru təyin edilib. Avqust ayının 21-də AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev yeni direktoru kollektivə təqdim edib. Bundan əvvəl YT Parkına Nazim Şükürov rəhbərlik edib. N. Şükürovun başqa vəzifəyə keçməsi ilə əlaqədar olaraq YT Parkından ayrıldığı bildirilir. Qeyd edək ki, AMEA Yüksək Tex nologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. qında Sazişə əsasən, 2019-cu il mayın 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan–Türkiyə birgə döyüş atışlı taktiki təlimlərdə, həmçinin Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərində SETM-in hərbi məmulatlarının nümayiş olunduğunu deyib. O, bildirib ki, maksimal distansiya, mürəkkəb relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələri qarşıya qoyulmuş tələblərə tam cavab verib və onların texniki parametrlərinə görə potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilib. Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM-in layihələrinin son hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunub. Sonda yeni avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.
$.867Ä&#x20AC;. +Ä&#x201A;5%Ä&#x20AC; 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;. 4$%Ä&#x20AC;/Ä&#x20AC;<<Ä&#x201A;7/Ä&#x201A;5Ä&#x20AC;0Ä&#x20AC;= ;h686Ä&#x20AC; 6$+Ä&#x201A; 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;<Ä&#x20AC; 6Ä&#x201A;5+Ä&#x201A;' 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;<Ä&#x20AC; ' $.867Ä&#x20AC;. 6Ä&#x20AC;78$6Ä&#x20AC;<$ 0Ä&#x201A;/80$7/ $1',50$6, +(/Ä&#x20AC;.237(5 38$ 7Ä&#x201A;<< <$5Ä&#x201A; 08/7Ä&#x20AC;.237(5 534 $9 720$7 7 38/(0<27 9Ä&#x201A; 3$57/ $<,þ/ $5,1 $þ.$5/$10$6,
Azərbaycanın milli snayper tüfəngləri Rəşad Süleymanov Müda iə Sənayesi Nazirliyi (MSN) fəaliyyətə başladığı ilk illərdən milli snayper tüfənglərinin nümunələrinin yaradılmasına diqqət göstərilməyə başlanmış və bu çərçivədə 2008-ci ildə yerli mühəndislər tərə indən yaradılmış İST-14.5 “İstiqlal” iriçaplı, antimaterial snayper tüfəngi orduya təqdim olunmuşdur. On ildən artıq bir dövrdə Azərbaycan Ordusu tərə indən cəbhə xəttində aktiv şəkildə istifadə edilən “İstiqlal” ilə ordumuzun snayperləri Ermənistan Silahlı Qüvvələrinin onlarla hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini, canlı qüvvəsini məhv edib. 2009-cu ildən etibarən beynəlxalq müda iə sərgilərində nümayiş etdirilən snayper tüfənginin 2010-cu ildə İordaniya kralına hədiyyə edilmiş bir nümunəsi hazırda İordaniya Kral Xüsusi Əməliyyat Qüvvələrinin istifadəsində yer alır. İST-14.5 “İstiqlal” ilə debüt edən MSN sonrakı illərdə yeni snayper tüfənglərinin yaradılması və mövcud “İstiqlal”ın təkmilləşdirilməsi istiqamətində işləri davam etdirib. Bu çərçivədə 2011-ci ildə iriçaplı snayper tüfənglərin yeni nümunələri – İST-12.7 “Mübariz”, “İstiqlal”ın müasirləşdi-
rilmiş versiyası olan İST-14.5T “İstiqlal-T”, 2016–2018-ci illərdə NST-14.5, xüsusi təyinatlılar üçün nəzərdə tutulan 12.7x108 mm ST-12.7, həmçinin 23x115 mm çaplı İST-23, habelə “Yalquzaq”, “Yırtıcı” və “Vaşaq” snayper tüfəngləri yaradılıb. İriçaplı snayper tüfəngləri İriçaplı snayper tüfənglərinin yaradılması və istehsalı ilə bağlı MSN tərə indən müxtəlif layihələr həyata keçirilməkdədir. Azərbaycan silah sənayesinin debütü sayılan və ordunun silahlanmasında yer alan İST-14.5 “İstiqlal” snayper tüfəngi 14.5x114 mm çaplı patronlardan istifadə edir və özünün imkanlarına görə sin ində ilk yerlərdə qərarlaşır. Yarımavtomat iş prinsipinə malik “İstiqlal” snayper tüfəngi düşmənin canlı qüvvəsinin, hərbi tex-
nikasının, sığınacaqlarının, aerodromlardakı aviasiya texnikalarının, rabitə vasitələrinin antenalarının və s. sıradan çıxarılması üçün təyinatlandırılıb. Silah ilk dəfə 2009-cu ilin aprel ayında İstanbulda keçirilən IDEF-2019 beynəlxalq müda iə sərgisində nümayiş etdirilib. “İstiqlal”ın ordunun silahlanmasına daxil olan ilk modelinin ağırlığı 36 kq, təkmilləşdirilmiş “İstiqlal-T” modelinin çəkisi 28 kiloqramdır. Dizaynda tətbiq edilən yeniliklər və daha yüngül materialların tətbiqi nəticəsində silahın çəkisi 8 kiloqramadək azaldılıb. Kataloq məlumatlarında “İstiqlal-T” snayper tüfəngində güllənin başlanğıc sürəti 945-990 m/saniyə (B-32 APİ), MDZ patronlarla 1015 m/saniyə, nişangah məsafəsi 2000 metr göstərilir. Uzunluğu 2256 mm, lüləsinin uzunluğu 1300 mm təşkil edən, 5 patron tutumlu daraqla dəstləşdirilmiş silah ön və arxa hissədə dayaqlara (bipod və monopod) sahibdir. Snayper tüfəngi iki hissəyə ayrılmaqla daşınır.
MSN mühəndisləri tərə indən yaradılmış İST12.7 “Mübariz” snayper tüfəngi atış sınaqlarında. Foto: MSN
14 www.azeridefence.com
İST14.5 “İstiqlal” snayper tüfəngi
İST12.7 “Mübariz” snayper tüfəngi Sistem
Yarıavtomat
Çapı
12.7x108
Çəkisi /kq
16
Effektiv məsafə /m
2000
Lülənin uzunluğu /mm
1100
Ümumi uzunluq /mm
1800
Daraq tutumu /patron
7
Güllənin başlanğıc sürəti – m/san
845
MSN mühəndisləri tərə indən ilk nümunəsi 2011-ci ildə təqdim edilən 12.7x108 mm İST-12.7 “Mübariz” snayper tüfəngi də sələ i “İstiqlal” kimi -50, +50 dərəcə temperaturlarda, 93-97% rütubətlilik şəraitində istifadə oluna bilir. 7 patron tutumlu daraqla dəstləşdirilən, yarımavtomat iş prinsipinə malik “Mübariz”in çəkisi 16 kq, uzunluğu 1800 mm, lüləsinin uzunluğu isə 1100 mm-dir. Optik nişangahla atış məsafəsi 2000 metr təşkil edən “Mübariz” snayper tüfəngindən B32 APİ patronlardan istifadə etməklə 100 metr məsafədən 20 mm qalınlığında zireh lövhəsini dəlmək mümkündür. Snayper tüfəngi 6-24x56 teleskopik nişangahla, eləcə də müxtəlif termal nişangahlarla dəstləşdirilir. Son 5 ildə “Mübariz” snayper tüfənginin üzərində aparılan dəyişikliklər nəticəsində ilahın dizaynı tam dəyişib, tüfəngin uzunluğu qısalıb. Bundan başqa, “Mübariz” snayper tüfəngində ilk dəfə olaraq silahın qundaq tərəfdən sökülməsi tətbiq olunub, yeni nişangah sistemi tətbiq edilib.
Mütəxəssislərin sözlərinə görə, İST12.7 “Mübariz” snayper tüfənginin sınaqlarının əhəmiyyətli mərhələsinin tamamlanıb və sınaqlar zamanı 2000 metr məsafədə hədə lərə qarşı yaxşı nəticələr əldə olunub. 12.7 mm pulemyotlarda tətbiq olunan patronla snayper tüfəngindən atış zamanı 2000 metr məsafədə 1 metr dağılım alınıb. Silahın hazırda davam edən resurs atışları bitdikdən sonra silahı Müda iə Nazirliyinə təqdim edilməsi planlaşdırılır. İST-12.7 “Mübariz” Rusiya istehsalı olan OSV-96 snayper tüfəngindən çəkidə nisbətən ağır olmasınna baxmayaraq, müxtəlif parametrlər üzrə rəqibini üstələyir. Mütəxəssislərin sözlərinə görə, OSV-96 snayper tüfənginin təsdiq olunmuş atış mənzili 1800 m təşkil etdiyi halda “Mübariz”də bu göstərici 2000 metrdir. “Mübariz”in təpmə qüvvəsi OSV96 ilə müqayisdədə daha az, dəqiqliyi isə yüksəkdir. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin snayperləri tərə in-
dən keçirilən sınaqlar zamanı sübuta yetirilib. “Şərq” İstehsalat Birliyi tərə indən ilk nümunəsi ADEX-2016 sərgisində təqdim edilən 14.5x114 mm çaplı NST-14.5 snayper tüfənginin çəkisi 21 kq, uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm təşkil edir. Tüfəng 4 patron tutumlu darağa və əllə tək-tək doldurulma (bolt action) prinsipinə malikdir. Nişangah mənzili 1600 metr təşkil edən NST-14.5 tüfəngində sola qatlanan və hündürlüyü tənzimlənən qundaq və xüsusi olaraq hazırlanmış ağız əyləci tətbiq edilib. Son olaraq 2018-ci ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2018 sərgisində verilən məlumata görə, hazırda snayper tüfənginin sınaqları davam edir. MSN-in iriçaplı snayper tüfəng ailəsinin yeni nümunəsi olan, hərbçilər tərə indən “snayper top” adlandırılan 23x115 mm çaplı İST-23 snayper tüfəngi özünün ölçüləri və çəkisinə, eləcə də yaradılma zamanı təpmənin azaldılmasını təmin edən yeni yanaşmalara görə böyük kalibrli snayper tüfənglərindən tamamilə fərqlənir. İST-23 tüfəngində silahın geri təpməsi 20 mm və daha yuxarı kalibrli bənzər silahlarla müqayisədə əhəmiyyətli
MSN mütəxəssisləri tərə indən yaradılmış İST23 iriçaplı snayper tüfənginin prototipi. Foto: AD
15
ST12.7 iriçaplı snayper tüfəngi. Foto: AD
şəkildə azaldılıb. Bu da öz növbəsində silahın dəqiqliyinin artmasına təsir göstərib. Sınaqlar zamanı 2000 metr məsafədə hədə lərin vurulması təmin olunub. İST-23 snayper tüfəngi PDM, BTR kimi zirehli vasitələrin və dayanacaqda olan aviasiya vasitələrinə qarşı səmərəli mübarizə apara bilir. Tək-tək doldurulan İST23 snayper tüfənginin uzunluğu 1770 mm, lüləsinin uzunluğu 1000 mm, atəş tezliyi dəqiqədə 6 atış, çəkisi 34 kiloqramdır. Snayper tüfəngi üçün MSN mühəndisləri tərə indən xüsusi alovboğucu dizayn edilib. MSN mütəxəssisləri tərə indən yaradılmış ST-12.7 snayper tüfəngi isə özünün kiçik ölçüsü, yüngül çəkisi və mükəmməl erqonomikasıyla hazırda Azərbaycan Ordusunun istifadəsində olan iriçaplı snayper tüfənglərindən müsbət mənada fərqlənir. Yarımavtomat iş prinsipinə malik snayper tüfəngi 12.7x108 mm-lik patronlardan istifadə edir. İlk təqdimatı 2018-ci ilin sentyabr ayında Bakıda ADEX-2018 sərgisində keçirilmiş snayper tüfənginin lüləsi daxil olmaqla, bütün hissələri Azərbaycanda istehsal edilir. ST-12.7 snayper tüfəngindən 12,7x108 mm-lik çaplı
snayper, zirehdələn-yandırıcı (B-32 və BS), zirehdələn-yandırıcı-izburaxan (BZT44) və adi təsirli yandırıcı (MDZ) patronlarla atəş açmaq mümkündür. Ordu xüsusi təyinatlıları üçün nəzərdə tutulan, yeni yanaşmaların tətbiq edildiyi snayper tüfənginin həm də geniş ixrac perspektivləri mövcuddur. ST-12.7 üçün 1600 metr atış məsafəsi nəzərdə tutulur. Kiçik təpməyə və yüksək dəqiqliyə, rahat erqonomikaya malik silahda təpməni maksimum azaltmağa imkan verən lülə ağız əyləci və “Mübariz” snayper tüfəngindəkinin bənzəri olan optik nişangah sistemi tətbiq edilib. Silah hazırda qiymətləndirmə sınaqlarındadır. Azərbaycanın NATO kalibrində ilk silahı 7.62×51 mm (.308 Win) çaplı ST-308 “Yalquzaq”Azərbaycan MSN-in mühəndisləri tərə indən yaradılmış və tam olaraq NATO standartlarına cavab verən ilk milli silahdır. “Yalquzaq” snayper tüfənginin özəlliklərindən bəhs edilərkən ilk olaraq bu məqamın üzərində dayanılır. Sınaqlar zamanı “Yalquzaq” həm dəqiqlik, həm erqonomika, həm də key iyyət baxımından qarşıya qoyulan tələblər tam cavab verdiyini sübuta yetirib. Tüfəng
2016-cı ildə Dövlət Sərhəd Xidmətinin silahlanmasına qəbul olunub. Qeyri-avtomatik (bolt action) əl ilə doldurulan iş prinsipinə malik “Yalquzaq” snayper tüfəngi müxtəlif istismar şərtlərində havanın 93-97% nisbi rütubətliliyində, 50 dərəcə soyuq və istidə, yağış, toz və qarlı şəraitdə istismar oluna bilir. “Yalquzağ”ın hissələri yüksək möhkəmliyə malik alüminium xəlitədən hazırlanıb. Çəkisi boş halda 7.1 kq təşkil edən “Yalquzaq” snayper tüfəngi 10 patron tutumlu daraqla dəstləşdirilir və döyüş atəş tezliyi dəqiqədə 10-15 atışdır. Testlər zamanı snayper tüfəngi ilə 1000 metr məsafədə hədə lərin yüksək dəqiqliklə vurulması qeydə alınıb. Tüfəngin mexaniki nişangahla atış məsafəsi isə 600 metrdir. Snayper tüfənginin lüləsinin uzunluğu 660 mm, ümumi uzunluğu 1170 mm, qundağı yığılmış vəziyyətdə isə uzunluğu 950 mm təşkil edir. “Yalquzaq” snayper tüfəngində atəş zamanı nişanalma əməliyyatını rahatlaşdırmaq üçün yığılan qundağın konstruksiyasında qalxma hündürlüyü nizamlanan yanaq və yuxarı-aşağı hərəkət edən arxalıq nəzərdə tutulub. Qundaq və yanaqlıq atıcının bədən ölçülərinə uyğun tənzimlənir. Bundan başqa, “Yalquzaq”da qundaq yürüş vəziyyətində sola doğru da qatlana bilər. Hərbçilərin sözlərinə görə, “Yalquzaq” bu və digər xarakteristikalarına görə həm “Bora-12”, həm də CAR-ın “Truvelo” şirkətinin CMS-7.62 snayper tüfənglərini üstələyir. Qundağın qatlanması öz növbəsində həm silahın daşınmasını asanlaşdırır, həm də sola qatlanma qundaq yığılı halda atışlar həyata keçirməyə imkan verir. Bütün bu göstəricilər nəzərə alınmaqla, daşınma rahatlığı və erqonomikası baxımından “Yalquzaq” xüsusi təyinatlılar və hava-desant qoşunları üçün ideal seçim hesab oluna bilər. Azərbaycanın NATO kalibrli ilk snayper tüfəngi olan ST308 “Yalquzaq”. Foto: MSN
“Yalquzaq” snayper tüfəngi
16 www.azeridefence.com
Sistem
Bolt action
Çapı Çəkisi /kq
308 7.62x51 7.01
Effektiv məsafə /m Lülənin uzunluğu /mm
1000 660
Ümumi uzunluq /mm - qundaq yığılı - qundaq açıq Daraq tutumu /patron
906 1139 10
Lülənin resursu/ atış
6000
Silahın ön hissəsində ikiayağı və qundaq altında isə qatlanan dayaq tətbiq edilib ki, bu da atışlar zamanı yüksək dəqiqliyin təmin edilməsində rol oynayır. Atıcı ayaq üstə olduğu zaman ikiayağı yığmaqla atəş aça bilər. Sərt ayaqlar atış zamanı titrəmə yaratmır. Silahın tapança dəstəyi kompozit materialdan hazırlanıb və atıcının əlinə sabit oturması ücün işlənib. Silahda tətbiq olunan yeni texnologiya geriyə təpmənin maksimum azaldılmasına gətirib cıxarıb ki, bu da operativ olaraq ikinci atəşin acılması zamanı atıcıya əlavə şans verir. “Yalquzaq” snayper tüfəngində Azərbaycan hərbi sənayesində ilk dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilib. Bu da tətik mexanizminin sərtliyini, məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan verir. Tüfəngin zərbə-tətik mexanizmi xüsusi dizayn üzrə hazırlanıb (3 elementdən ibarətdir) ki, bu da qısa zaman kəsiyində ona texniki qulluq göstərməyə və dəyişməyə imkan yaradır. Silahın lüləsində əlavə sərtlik, çəkinin yüngülləşdirilməsi və soyumanın yaxşılaşdırılması məqsədi ilə kanallar açılıb. Lülənin qutu ilə birləşdiyi müstəvidə montaj şinası nəzərdə tutulur. Yan hissələrdə olan acıq sahələr atəş zamanı lüləyə əlavə soyudulma funksiyası gətirir ki, öz növbəsində bu da lülənin davamlılığını və xidmət müddətini artırır. Silahın mühüm özəlliklərindən biri də üzərində optika və müxtəlif aksesuarlarla dəstləşdirmək üçün MİL1913 NATO standartına uyğun “Picatinni”tipli tamasaların olmasıdır. Bundan başqa, “Yalquzaq” snayper tüfəngində təkmilləşdirilmiş dəyişən və çoxkameralı lülə ağız əyləcindən istifadə olunur. Yeni modellər sınaqlara hazırlanır Müda iə Sənayesi Nazirliyinin mütəxəssisləri tərə indən yaradılmış yeni növ snayper tüfənglərinin sınaqları davam edir. IDEF-2019 sərgisində AZERI DEFENCE jurnalına danışan Müda iə Sənayesi
“Yırtıcı” snayper tüfəngi. Foto: AD
nazirinin sabiq müşaviri Azad Məmmədovun sözlərinə görə, 7.62x54 mm “Yırtıcı” və 12.7x108 mm İST-12.7 “Mübariz” və 338 “Vaşaq” layihələrində sınaqlar son mərhələdədir. “Yırtıcı” snayper tüfənginin qiymətləndirmə sınaqları keçirilib və növbəti mərhələdə sifarişçinin nümayəndələri ilə birlikdə sınaqların keçirilməsi planlaşdırılır: “Silah qiymətləndirmə mərhələsində bütün sınaqlardan keçib. Yaradılan nümunədə bir çox konstruktiv dəyişikliklər edilib. İndi növbəti sınaqlar üçün yeni nümunələr hazırlanır”. Mütəxəssislər “Yırtıcı”nın öz sin ində Rusiyanın təkmiləşdirilləşdirilmiş SVD-M snayper tüfəngindən fərqli xüsusiyyətlərə malik olduğunu qeyd edirlər. Mütəxəssislərin sözlərinə görə, eyni kalibrli (7.62x54 mm) patronlardan istifadə edən hər iki silahın lüləsinin daxili ölçüləri, ballistik xüsusiyyətləri, konstruktiv xüsusiyyətləri və daraqları eyni olsa da, “Yırtıcı”nın lüləsi SVD-M tüfənginin lüləsindən 70 mm uzun – 620 millimetrdir. “Yırtıcı” aşağıdakı xüsusiyyətlərinə görə SVD-M snayper tüfəngindən fərqlənir: • Silahda orijinal konstruksiyalı qaz tənzimləyicisi tətbiq olunub və tüfəng müasir tələblərə uyğun dizayn edilib. • Lülə qutusunun yuxarı, alt və yan hissələrində quraşdırılmış pikkatini relslər silaha ehtiyac duyulan aksesuarları və müxtəlif konstruksiyalı nişangahları yerləşdirməyə imkan verir. • “Yırtıcı”da ikitərə li qoruyucu, “Yalquzaq” tüfəngində olduğu kimi, sərt və dözümlü bipod tətbiq olunub.
ST338 “Vaşaq” snayper tüfəngi. Foto: AD
“Yırtıcı” snayper tüfəngi Sistem
Yarı avtomat
Çapı
7.62x54
Güllənin başlanğıc sürəti 830 m/san Effektiv məsafə /m Lülənin uzunluğu /mm
1000 620
Ümumi uzunluq /mm - qundaq yığılı - qundaq açıq
951 1185
Çəki / kq
6
• Silahda yığılan qundaq tətbiq edilib ki, bu da silahın uzunluğunun azaldılmasını və səfər vəziyyətində rahat daşınmasını təmin edir. Qundağın uzunluğu, yanağın hündürlüyü və arxalığı yuxarıaşağı istiqamətdə tənzimlənir. Bu da snayperə imkan verir ki, silahı özünün izionomiyasına uyğun tənzimləsin. İlk nümunəsi ADEX-2018 sərgisində nümayiş etdirilmi 338 Lapua Magnum (8.6x70 mm) kalibrli ST-338 “Vaşaq” snayper tüfəngi layihəsində də önəmli məsafə qət edilib. Yaxın vaxtlarda adıçəkilən silahın qiymətləndirmə sınaqlarının keçirilməsi planlaşdırılır. ST-338 snayper tüfənginin innovasiyalı silah olacağını deyən MSN mütəxəssislərinin sözlərinə görə, NATO tələblərinə uyğun olaraq tüfəngin qoruyucu sistemi dəyişdirilib. Bu silahda tətik sistemi ilə yanaşı vurucu da bağlanır. Eləcə də daraqda müəyyən dəyişikliklər aparmaqla snayper tüfənginin daha yüngül çəkiyə gətirilməsinə nail olunub. Əllə doldurulan, uzun sürüşən çaxmağa malik “Vaşaq” tüfəngi 5 patron tutumlu daraqla dəstləşdirilib. Silahın effektiv atış məsafəsi 1300 metr, güllənin başlanğıc sürəti 890 m/saniyə, 100 metr məsafədə hədəfdən sapma <15 mm təşkil edir. Tüfəngin uzunluğu qundaq açıq halda 1300 mm, qundaq yığılı halda 1100 mm, lüləsinin uzunluğu 660 mm, çəkisi isə 7.8 kiloqramdır. Silah -30 °C-dən + 65 °C-ə qədər temperaturda istifadə oluna bilər. AD
17
Cənubi Qafqaz və Mərkəzi Asiya region dövlətlərinin hava hücumundan müdafiə imkanları
Zaur Babaşov Ötən əsrin 90-cı illərinin sonlarından etibarən silah və hərbi texnika parkını müasirləşdirmə proqramları həyata keçirən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin silahlanma istiqamətində əsas yerlərdən birini hava hücumundan müdafiə sistemləri tutub. İlk illərdə Sovet Ordusundan miras qalan köhnəlmiş hava hücumundan müdafiə (HHM) sistemlərinin təmiri və modernizə edilməsi ilə yanaşı, Rusiya, Ukrayna və Belarus kimi keçmiş müttəfiqlərindən böyük həcmli satınalmalar həyata keçirilib. Davam edən müasirləşdirmə prosesi çərçivəsində son illərdə bu sahədə Fransa, Çin və İsrail kimi yeni istehsalçılara üz tutulması, eləcə də yerli müəssisələrin iştirakı ilə birgə istehsalın həyata keçirilməsinə diqqət yetirilməsi müşahidə olunur. Azərbaycan
R
egional əhəmiyyətli neft-qaz layihələrinin işə düşməsi ilə eyni vaxtda, 2005-ci ildən Azərbaycan hökuməti ölkənin hava hücumundan müdafiə sisteminin müasirləşdirilməsi və gücləndirilməsi proqramlarına diqqət yönəltməyə başlayıb. HHM Qoşunlarının texnika parkının gücləndirilməsi istiqamətində 2000-ci illərin əvvəllərində bir sıra əhəmiyyətli layihələr reallaşdırılıb. Bu çərçivədə reallaşdırılan ilk və mühüm layihələrdən biri yerli “Azairtechservice” şirkətinin Belarusun “Tetraedr” şirkəti ilə birlikdə həyata keçirdiyi S-125M “Peçora” və 9K33 “Osa” sistemlərinin modernləşdirilməsidir. Layihə çərçivəsində HHM qoşunlarının silahlanmasında olan 27 ədəd S-125M kompleksi S-125-2TM səviyyəsinə yüksəldilib. S-125M zenit-raket kompleksini müasirləşdirilməsi ilə yanaşı 5V27 idarə olunan zenit raketlərinin texniki yararlıq müddətinin uzadılması istiqamətində işlər həyata keçirilib. Komplekslərin idarəetmə sistemləri elektronlaşdırılıb, istifadə ömrü daha 15 il uzadılıb. Modernləşmə nəticəsində raketlərin atış uzaqlığı iki dəfə artırılaraq 35 km, hündürlüyü isə 7 km artırılaraq 25 km-ə çatdırılıb. Modernizə edildikdən sonra kompleksin operativliyi yüksəldilib, eyni zamanda izlənən hədəflərin sayı və məhvetmə dəqiqliyi artırılıb. Müasirləşdirilmiş zenit raketlərinə 900 metr/saniyə sürətlə hərəkət edən hədəfləri
18 www.azeridefence.com
vurma qabiliyyəti qazandırılıb. Hansı ki, modernləşmədən əvvəl bu göstərici 560 m/saniyə təşkil edib. 2017-ci ilin may ayında “Tetraedr” şirkəti tərəfindən Azərbaycan Silahlı Qüvvələrində modernizə edilmiş S-125-2TM zenit-raket komplekslərinin sınaqları uğurla başa çatdırılaraq sifarişçiyə təhvil verilib. Qeyd edək ki, S-125-2TM “Peçora” zenit-raket kompleksi ilə 2015– 2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin bir neçə PUA-nı məhv edilib. “Azairtechservice” və “Tetraedr” şirkətləri tərəfindən 2008– 2009-cu illərdə modernləşdirildikdən sonra 9K33-1T “Osa-1T” (SA-8 Gecko) indeksi alımış digər zenit-raket kompleksi MDB Ordularında mövcud olan 9K33M3 “Osa-AKM”dən bir sıra üstünlüklərinə görə fərqlənir. Layihəni icra edən şirkətin açıqlamalarından bəlli olduğu qədər modernləşdirilmiş kompleksin maneələrə qarşı müdafiəsi yüksəldilib, döyüş idarəetməsi avtomatlaşdırılıb. Kompleks 7 km hündürlükdə 12 km-ə qədər uzaqlıqda, 700 metr/saniyə qədər sürətlə hərəkət edən hədəfləri vurmağa imkan verən yeni idarəetmə sistemi ilə təchiz olunub. Kompleksin tərkibinə əlavə olaraq OES-1T elektrooptik sistemi, 8-12 mkm işçi diapazonuna malik istilik pelenqatoru, televiziya kanalı, habelə radiolokasiya sistemləri işləmədikdə hədəflərin uzaqlığını müəyyənləşdirmək məqsədi ilə lazer məsafəölçəni daxil edilib. Hədəfin müşayiəti üçün əlavə edilmiş elektrooptik
sistem rəqibin antiradar raketləri və ya radioelektron mübarizə vasitələrinin tətbiqi şəraitində belə raketlərin istifadəsinə imkan verir. Cihazların 80%-ə qədərinin yenilənməsi hesabına bu kompleksin etibarlılığı yüksəldilib. Testlər zamanı “Osa-1T” kiçik ölçülü hədəfləri, habelə stels texnologiyalar üzrə yaradılmış hədəfləri məhv etmək imkanlarını sübuta yetirib. Qeyd edək ki, “Azairtechservice” şirkəti 2007-ci ildə Ukraynanın “Proyekt Aero” Layihə İstehsal Müəssisəsi ilə imzalanmış müqavilə çərçivəsində HHM Qoşunlarının mərkəzi komanda-nəzarət məntəqəsinin müvafiq qurğu və montaj dəstləri və ehtiyyat hissələrlə təchizatını da həyata keçirib. Azərbaycan–Belarus əməkdaşlığı çərçivəsində 2017-ci ilin mart ayında Bakıda Belarusun NPOO “OKB TSP” şirkətinin iştirakı ilə Azərbaycan Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Silahlarının və Hərbi Texnikalarının (SHT) Servis Xidməti Mərkəzi açılıb. Mərkəz tərəfindən HHM silah nümunələrinin texniki vəziyyətinin təhlil edilməsi və onların etibarlığının artırılması, istismar müddətinin uzadılması, texniki istismar xüsusiyyətlərinin və istismar metodlarının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması kimi geniş spektirdə işlər həyata keçirilir. Servis Mərkəzi HHM qoşunlarının hərbi birləşmə, hərbi hissə və hərbi bölmələrində istismar olunan bütün HHM nomenklaturasının texniki xidməti və təmiri üzrə istənilən növ işlərin icrası sahəsində zəruri hazırlıq və təcrübəyə malik olan mütəxəssislərlə təmin edilib. Ötən 15 il ərzində Azərbaycan HHM sistemlərini əsasən Rusiya, Ukrayna, Belarus və İsraildən əldə edib. 2007-ci ildə Azərbaycan və Rusiya arasında imzalanmış 300 milyon ABŞ dolları dəyərində müqavilə çərçivəsində 2010–2012-ci illərdə Rusiyadan 2 divizion S-300PMU2 “Favorit” ZRK, o cümlədən 200-dən çox 48N6E2 idarə olunan zenit raketi, 2012-ci ildə isə 200 ədəd daşınan “İqla-S” ZRK və 1000 ədəd idarə olunan zenit raketi satın alınıb. Bəzi mənbələrdə 2011–2014-cü illərdə Azərbaycanın Rusiyadan ən azı 12 ədəd “Tor-2ME” ZRK aldığı iddia edilsə də, sonunculara indiyədək nə keçirilən təlimlərdə, nə də hərbi paradlarda rast gəlinməyib. BMT Adi Silahlar Registrində yer alan məlumatlara, habelə istehsalçıların ixrac sənədlərindən və Azərbaycan Müdafiə Nazirliyinin təqdimatlarından bəlli olduğu qədər, 2005–2018-ci illərdə Azərbaycan Rusiya ilə yanaşı Ukraynadan 3 ədəd 36D6-M və açıqlanmayan sayda 80K6M mobil üçkoordinatlı radiolokasiya sistemi, 10 ədəd 9P58M “Strela-3” buraxıcı qurğusu, 18 ədəd
9M36-1 “Strela-3” zenit raketi, İsraildən “Spyder” və “Barak-8” ZRK-lər, EL/M-2080 “Green Pine”, EL/M-2288 AD-STAR və EL/M2106NG radarları, Belarusdan “Buk-MB” və T-38 “Stilet” ZRK kompleksləri, RLS-50 radarı, “Redut” unifikasiya edilmiş komandaqərargah maşınları, İspaniyadan LANZA LTR-25 radarı əldə edib. 2005-ci ildə ABŞ tərəfindən hərbi yardım proqramı çərçivəsində Azəbaycana TRML-3D radarının (Almaniyanın “Hensoldt” şirkətinin istehsalı) bağışlandığı bildirilir. Yeni HHM sistemlərinin silahlanmaya qəbulundan sonra köhnəlmiş, təmir-baxımı böyük maliyyə tələb edən S-75 “Dvina”, 2K11 “Kruq” və S-200VM “Veqa” kimi ZRK-lər silahlanmadan çıxarılıb. 2013-cü ildə Azərbaycan Ordusunun silahlanmasına daxil olan Belarusun NPOO “OKB TSP” şirkəti tərəfindən müasirləşdirilmiş “Buk-MB” (NATO təsnifatında SA-11 Gadfly) ZRK “Buk”un digər versiyalarından özünün daha müasirliyi və maneələrə qarşı qoruma səviyyəsinə görə fərqlənir. Bəzi göstəricilərinə görə, Rusiyanın yeni hazırlaması olan “Buk-M3” ilə eyni səviyyədə qərarlaşır. Azərbaycanın silahlanmasında yer alan “Buk-MB” kompleksi digər ölkələrin silahlanmasındakı “BukM1” və “Buk-M2” sistemlərindən fərqli olaraq 9M38 raketləri ilə Yuxarıda “Azairtechservice” və Belarusun “Tetraedr” şirkəti tərə indən müasirləşdirilmiş Azərbaycan HHQyə məxsus S125 “Peçora2TM”, aşağıda 9K331T “Osa1T” ZRKləri. Foto: MN/AD
19
Gürcüstan HHM Qoşunlarının silahlanmasına daxil olan “Thales” şirkətinin istehsalı olan mobil komanda məntəqəsi, TRS “Ground Master GM403”, TRS “Ground Master GM200” radarları və “Spyder” ZRK döyüş maşını. Foto: Gürcüstan MN
deyil, yeni 9M317 raketləri ilə təchiz edilib. Unifikasiya edilmiş 9M317 raketləri son onillikdə 9M38 raketinin təkmilləşdirilməsi nəticəsində meydana çıxıb. Rusiya istehsalı olan 9M317 raketi taktik ballistik raketləri, strateji qanadlı raketləri, gəmi əleyhinə raketləri, ordu, taktik və strateji aviasiya təyyarələrini, helikopterləri məhv etmək imkanlarına malik olduğunu sübuta yetirib. Çəkisi 715 kq təşkil edən raketini uzunluğu 5.55 m, vurulan hədəflərin maksimal sürəti – 1200 m/saniyə təşkil edir. Sələfi 9M38 raketlərindən qanadlarının daha kiçik olması ilə fərqlənən 9M317 raketinin məhvetmə zonasının maksimal sərhədi 50 kilometrə, məhvetmə yüksəkliyi isə 25 kilometrədək genişləndirilib. Bərk yanacaqlı ikirejimli mühərrikə malik 9M317 raketi yüksək portativliyi, minimal reaksiya müddəti və maksimal tezatma qabiliyyəti ilə sinfində fərqlənir. NPOO “OKB TSP” şirkətinin məlumatına görə, Sovet istehsalı olan 9K37 “Buk” ZRK-nin müasirləşdirilmiş variantlarından biri olan “Buk-MB”nin üzərində aparılmış işlər nəticəsində buraxıcı qurğu, elektronika, döyüş idarəetmə sistemləri və daşıyıcı maşının elementləri 80% müasirləşdirilib, kompleksin maneələrə qarşı müdafiəsi gücləndirilib, komanda məntəqəsi ilə effektiv məlumat ötürülməsi interfeysinin yaradılması ilə sistemin döyüş effektivliyi artırılıb. Bundan başqa, Belarusun mövcud “Buk-M1” kompleksinə daxil olan 9S18M radiolokasiya stansiyası Azərbaycan HHQ-də Belarus– Ukrayna birgə istehsalı olan 80K6M dairəvi icmallı üçkoordinatlı mobil radiolokasiya stansiyası ilə (“Volat” şassisi üzərində yerləşdirilmiş) əvəzlənib. Müasirləşdirilmiş “Buk-MB” sistemi eyni anda 255 hava hədəfini müşayiət etməyi bacarır. Gürcüstan SSRİ dağıldıqdan sonra Sovet Ordusundan az sayda zenit topu, bir neçə raket batareyası və radiolokasiya sistemi təhvil alan Gürcüstan 2005–2009-cu illərdə hava hücumundan müdafiə sistemini əhəmiyyətli şəkildə gücləndirməyə nail olub. 2005-ci ildə ASOC (Air Sovereignty Operations Centers) vahid radar sistemi üzərindən Türkiyə vasitəsilə NATO-nun müvafiq sisteminə (Air Situation Data Exchange) qoşulan Gürcüstanın HHM sisteminin yenidən qurulmasında əsasən Ukrayna, ABŞ və İsrail iştirak edib. Rəsmi məlumatlara görə, 2007–2008-ci illərdə Gürcüstan Ukraynadan 1 divizion 9K37M1 “Buk-M1” ZRK, o cümlədən 48 ədəd “Buk” raketi, 1 divizon “Osa” ZRK buraxıcı qurğu və 48 ədəd 9K33M3 idarə olunan zenit raketi, 4 ədəd “Kolçuqa-M” radiotexniki kəşfiyyat stansiyası, 1 ədəd “Mandat”, 2005-2010-ci illərdə 3 ədəd 36D6-M, 3 ədəd 36D6-1-2 və 3 ədəd P-180U radiolokasiya stansiyası alıb. Bunlardan əlavə olaraq, 2007-ci ildə Ukraynanın “Aerotexnika” şirkəti Gürcüstanın HHM Qoşunlarının köhnəlmiş P-18 RLS-lərinin P18U səviyyəsinə qədər müasirləşdirilməsini həyata keçirib. Bu sistemlərlə yanaşı Ukrayna Gürcüstana 50 ədəd 9K310 “İqla-1”, 40 ədəd “Strela-10”
20 www.azeridefence.com
kompleksinin və 400 ədəd 9M313 zenit raketinin çatdırılmasını həyata keçirib. 2005–2015-ci illərdə Gürcüstan Bolqarıstandan 12 ədəd “İqla-1”, ZU-23-2M, və 500 ədəd 9M313 idarə olunan zenit raketi, Polşadan 30 ədəd “Qrom”daşınan zenit-raket kompleksi və bu sistem üçün 100 ədəd idarə olunan zenit raketi, İsraildən 1 batareya “SpyderSR” ZRK satın alıb. 2008-ci ilin avqust müharibəsi zamanı Rusiya tərəfindən Gürcüstanın HHM sistemini demək olar ki, tamamilə sıradan çıxarılıb. Döyüş əməliyyatları zonasında Rusiya Ordusu tərəfindən Gürcüstana məxsus
5 ədəd “Osa-AKM” ZRK, bir batareya “Buk-M1”, bir neçə ZU-23-2 və ZSU-23-4 “Şilka” zenit artileriyası qənimət olaraq ələ keçirilib. Lakin döyüşlər zamanı Gürcüstan Ordusu İsraildən alınmış “Spyder-SR” ZRK-dən istifadə etməklə Rusiya HHQ-nə məxsus bir ədəd Tu-22MR və bir ədəd Su-25 döyüş təyyarəsini vurmağı bacarıb. Müharibədən sonra HHM sistemini Qərb texnologiyaları əsasında yenidən quran Gürcüstanın 2014-cü ildə İspaniyanın “İndra Sistemas” şirkətindən 6.5 milyon ABŞ dollarına ən azı 3 ədəd LANZA radarı əldə etdiyi bildirilir. Bunun davamı olaraq, 2015-ci ilin iyun ayında Gürcüstan və Fransa arasında HHM sistemlərinin alınmasına dair dəyəri 100 milyon avrodan çox qiymətləndirilən iki müqavilə imzalanıb. 56.1 milyon avro dəyərində birinci müqavilə çərçivəsində Gürcüstan “ThalesRaytheonSystems” şirkətindən “Ground Master GM 200” (GM200) və “Ground Master 403” (GM403) radarları, 50 milyon avro dəyərində ikinci müqavilə üzrə “MBDA Systems” şirkətindən “Acmat VLRA” avtomobilinin şassisində “Mistral ATLAS” və “Mistral ALBİ” zenit-raket kompleksləri əldə edib. 2018-ci il dekabr ayının 8-də Parisdə Gürcüstan və Fransa arasında hava hücumundan müdafiə komanda-nəzarət sistemlərinin alınmasına dair daha bir müqavilə imzalansa da, müqavilənin detalları barədə məlumat verilməyib. Gürcüstanın Müdafiə naziri Levon İzoriya imzalanmış müqaviləni “Gürcüstan və Fransa arasında hava hücumundan müdafiə sahəsində əməkdaşlığın ikinci mərhələsinə keçid” olaraq qiymətləndirib. Ermənistan 1992-ci ildə yaradılmış Ermənistan HHM Qoşunları əsasən keçmiş Sovet Ordusundan qalan zenit-raket kompleksləri və topları ilə silahlanıb. Bundan başqa, Ermənistan ərazisində Rusiya Federasiyasının 102-ci hərbi bazasına aid HHM sistemləri (2013cü ildə silahlanmaya qəbul edilmiş iki batareya S-300V “Antey” və bir divizion “Buk-M1”) və 426 aviasiya qrupu (“Erebuni”
aerodromu) mövcuddur və Ermənistanın HHM Qoşunları və HHQ Rusiyanın hərbi aviasiya bazası ilə birlikdə fəaliyyət göstərir, onların təmir və texniki xidmət imkanlarından istifadə edir. Ermənistanın HHM Qoşunlarının silahlanmasına 8 divizion S-300PT, 2 divizion S-300PS, beş divizion S-125 “Peçora”, habelə 2K11 “Kruq”, 2K12 “Kub”, “Buk-M2”, “Osa-AKM”, 9K35 “Strela-10” zenit-raket kompleksləri, ZSU-23-4 “Şilka”, ZU-23-2 və AZP S-60 zenit topları, “İqla-1”, “Strela-2” və “Verba” daşınan zenit-raket kompleksləri daxildir. Ermənistanın ərazisində hava vəziyyətinin işıqlandırılması üçün beş daimi radiolokasiya postu mövcuddur. Bu bölmələr P-18, P-37, P-40, 5N84A, 22J6M, 36D6 radarlarından, PRV-16 və PRV-17 radio hündürlükölçənlərdən istifadə edir. Rusiyadan alınmı “Nebo-SV” radiolokasiya stansiyası isə Aştarak rayon mərkəzi yaxınlığında yerləşdirilib. Son illərdə Ermənistan Rusiyadan “Nebo-SV” ilə yanaşı 57U6 “Periskop-VM”, “Kasta-2E2” üçkoordinatlı radar stansiyası əldə edib. 2013-cü ilə qədər Göyçə gölünün yaxınlığında yerləşdirilmiş “Kruq-M1” ZRK-lərin son illərdə S-125 kompleksləri ilə əvəz edildiyi görünür. Ermənistan HHM sistemlərinin əsas hissəsini paytaxtın müdafiəsinə cəlb edib. Peyk fotolarından bəlli olduğu qədər İrəvan şəhərinin hava hücumundan müdafiəsinə dörd S-300PT zenit-raket divizionu cəlb olunub. Bu ZRK-lərin atış uzaqlığı 5V55RM raketləri ilə 90 km-ə çatır. İki S-300PS zenitraket divizionu isə Gorus və Kaxnut kəndlərinin yaxınlığında dağlıq ərazidə – Azərbaycanla sərhədin yaxınlığında yerləşdirilib. Rəsmi İrəvan 2013-cü ilin əvvəllərində HHM sistemində əsaslı modernləşmə proqramına başlandığını elan edib və ilkin mərhələdə “Almaz-Antey” Konserni ilə birlikdə S-300PS və S-300PT sistemlərinin modernləşdirildiyi bildirilir. Bundan başqa, Rusiya mütəxəssislərinin və Belarusun “Radioelektron silahın təmiri üzrə 2566 zavod” Açıq Səhmdar Cəmiyyətin iştirakı ilə S-125 ZRK-nin müəyyən hissələrini və radiolokasiya sistemlərinin, 2010-cu ildə isə “Osa-AKM” ZRK-nin qismən müasirləşdirilməsi həyata keçirilib. “Osa-AKM” ZRK-də “Patneş” QSC-nin və “Jamar-D.D” Elmi İstehsalat Birliyinin iştirakı ilə aparılmış müasirləşdirmə nəticəsində bəzi daxili sistemlər yenilənib. Müasirləşdirmə nəticəsində kompleksin radiolokasiya stansiyasında hərəkət edən hədəflərinin seleksiyasını aparan müasirləşdirilmiş
Ermənistan HHM Qoşunlarının silahlanmasına 2016cı ildə daxil edilmiş “Buk M2” ZRK İrəvan şəhərində keçirilən hərbi paradda. Foto: İnternet
rəqəmli sistemin, ŞUVÇ-75 gücləndirilmiş qəbul kanalları qurğusunun və TOV-M müasirləşdirilmiş TV kameranın, siqnalın rəqəmli emal sisteminin qurulduğu bildirilir. Daha əvvəl qurulmuş VPU-44 (55) televiziya indikatorları müasir səkkiz düymlük maye kristal ekranla əvəzlənib. Qeyd edək ki, Ermənistanda HHM sistemlərinin müasirləşdirilməsi ilə üç müəssisə – “Patenş” QSC, “Avtomatika” QSC və “Jamar-DD Elmi-İstehsalat Müəssisəsi” MMC məşğul olur. 2001-ci ildə keçmiş “Razdanmaş” təşkilatının bazasında yaradılmış “Patneş” QSC tərəfindən 2002- 2004-cü illərdə P-14F, P-18, P-14F, 19J6 “Qarni” və 5N84AP (“Oborona”) radarlarının NRZ 1L22, 76E6, sistemlərinin, ZSU 23-4 zenit-top kompleksinin qismən təmiri aparılıb. 2012-ci ilin sonundan müəssisədə Rusiya və Belarus müəssisələrinin iştirakı ilə S-300 ZRK-lərin və digər ZRK-lərin təmiri və müasirləşdirilməsi həyata keçirilib. Ermənistan Müdafiə Nazirliyinin Hərbi Sənaye İdarəsinin açıqladığı məlumata görə, “Patenş” müəssisəsi tərəfindən 2015-ci ildə Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasında yer alan üçkoordinatlı 19J6 (ST-68U) santimetr-desimetr dalğa diapazonunda çalışan radar stansiyasını müasirləşdirilib. Radarın müasirləşdirməsi zamanı analoq bloklar rəqəmsal bloklarla əvəz İrəvan şəhərinin hava hücumundan müda iəsini təşkil edən Ermənistan HHM Qoşunlarına məxsus S300PT ZRK divizionunun peyk fotoçəkilişi
21
edilib. Layihədə əsas diqqət elektron bazanın müasirləşdirilməsinə yönəldilib. Ermənistan Müdafiə Nazirliyinin “Haykakan Banak” jurnalının 2013-cü il №1-2 sayında HHM Qoşunlarında yerli müəssisələrin iştirakı ilə aparılan modernləşdirmə layihələrinə dair dərc olunmuş məqalədə bildirilir ki, hazırda Ermənistan müəssisələrində HHM vasitələrinin tam və ya qismən müasirləşdirməsi, eləcə də P-14, P-15, P-18, P-19 radar stansiyalarının, PRV-13 və PRV-16 radio hündürlükölçənlərin, “Kruq” və “Osa-AK” ZRK-lərin müəyyən hissələrinin, habelə xarici tərəfdaşlarla birlikdə hərəkət edən hədəflərin seleksiyasını təmin edən rəqəmsal sistemlərin istehsalı həyata keçirilir. Belə ki, müasirləşdirmə layihələri çərçivəsində “Kruq”, “Osa-AK” və S-125 ZRK-lər üçün elektro-optik bloklar yaradılıb. “Kruq” ZRK-nin qəbulediciləri müasirləşdirilib, “Osa-AK” və S-125 üçün yarımkeçirici radioelektron element bazaları hazırlanıb. P-18 radarı üçün distans idarəetmə və yeni komanda məntəqəsi istehsal edilib. Yerli müəssisələrin P-18 radarının bazasında P-18M adlanan yeni radar istehsal edilib. Yeni radarda sələfində mövcud olan problemlərin aradan qaldırıldığı, köhnə lampalı impuls ötürücü aparatın yeni qurğuyla əvəzləndiyi, yarımkeçirici element bazasının yeniləndiyi, metrlik diapazonda siqnalın fazamanipulyasiyasının gücləndirilməsi üçün yeni radioqəbuledici, habelə siqnalın rəqəmlənmiş korrelyasiya emalının sistemi, qeyri-sinxron mühərrikin tətbiqiylə antenanın fırladılması üçün yeni idarə sisteminin yaradıldığı bildirilir. Bundan başqa, Ermənistanın Müdafiə Nazirliyi iddia edir ki, yerli müəssisələr tərəfindən HHM Qoşunlarının özüyeriyən zenit-artilleriya bölmələri üçün səs informasiyalarının qeydiyyatını aparan çoxkanallı aparat-proqram qurğusu, HHM sistemində təhdidlərin təsvirini yaradan proqram təminatları, hədəf işarəsinin avtomatlaşdırılmış sistemi hazırlanaraq qoşunların istifadəsinə verilib. Yeri gəlmişkən qeyd edək ki, 2017-ci ilin may ayında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistana məxsus “Osa” ZRK Azərbaycan Ordusu tərəfindən “Spike” TƏRK atəşi ilə məhv edilib. 2019cu ilin iyun ayında cəbhə xəttində Ermənistan Ordusu tərəfindən “Osa” ZRK ilə Azərbaycan Ordusuna məxsus uçuş aparatına qarşı edilən iki atəş isə uğursuz alınıb. Rəsmi hesabatlarla yanaşı, müxtəlif mənbələrdən mediaya sızan məlumatlara görə, Rusiya 2012-ci ilin avqust ayında 102-ci bazanın anbarından Ermənistan Ordusuna təmənnasız olaraq bir divizion “Kub” ZRK, S-300 ZRK-lər üçün 5B55K, 5B55R və 5B55U tipli idarə olunan raketlər bağışlayıb. 2014-cü ilin sentyabr ayında ermənilərin yayımladıqları görüntülərdən göründüyü qədər əldə olunan “Kub” ZRK-nin bir neçəsi işğal olunmuş Azərbaycan ərazilərinə yerləşdirilib. 1967–1983-cü illərdə istehsal olunmuş “Kub” ZRK-nin atış uzaqlığı 24 km, hündürlük üzrə 12 km təşkil edir. BMT Adi Silahlar Registrinə təqdim olunan hesabata görə, Rusiya 2013-cü ildə Ermənistana 50 ədəd “İqla-S” daşınan ZRK və bunun üçün 200 raket, 2016-cı ildə isə 100 ədəd “Verba” daşınan ZRK və
Qazaxıstan HHM Qoşunlarının S300PMU2 ZRK ilə təlim atışı. Foto: Qazaxıstan MN
bunun üçün 200 raket satıb. Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının komandan müavini polkovnik Artur Poqosyan Ermənistan Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Hay Zinvor” qəzetinə müsahibəsində 2016-cı ilin aprel döyüşlərindən sonra HHM sistemində təkmil ləşdirmələr aparıldığını və əsas istiqamət kimi PUA-larla mübarizəyə diqqət yetirildiyini deyib. A. Poqosyan bildirib ki, bu məqsədlə Ermənistan Silahlı Qüvvələrinin istifadəsində olan komplekslər tamamilə yenilənib və etibarlılığı artıraraq müasirləşdirilib. ZU-23-2, S-60, ZU-23-4 “Şılka” komplekslərinə müxtəlif nişangahlar və termal qurğular əlavə edilib. Qazaxıstan SSRİ dağılandan sonra Sovet Ordusundan Qazaxıstana 14 divizion S-200V, 40 divizion S-125, çox sayda S-75M, “Kruq”, “Kub”, “Osa-AK /AKM”, “Strela-1”, “Strela-10” ZRK-lər, P-18, P-19, P-37, 5N59, 5N84, həmçinin 5U75 “Periskop-V”, 35D6 (ST-68UM), 22J6M “Desna-M” radarları, o cümlədən “Sarı Şaqan” poliqonu ərazisində yerləşən 5N16E “Neman-P” radiolokasiya kompleksi miras qalıb. Müstəqilliyin ilk illərində HHM sistemində heç bir müasirləşdirmə aparmayan Qazaxıstan 1990-cı illərin sonlarında Rusiyadan 3 divizion, 2015-ci ildə 5 divizion S-300PS, 2009-cu ildə imzalanmış müqavilə çərçivəsində 2011-2015-ci illər ərzində 10 divizion S-300PMU-1 zenit-raket kompleksi əldə edib. Yeni komplekslərin alınmasından sonra “Kruq” və “Kub” ZRK-lərin bir hissəsi döyüş növbətçiliyindən çıxarılıb. Köhnəlmiş S-300PS ZRK-lər isə 2015-ci ildə yerli “Qranit” müəssisəsi və Ukrayna zavodlarının iştirakı ilə təmir olunub. Ölkə ərazisinin böyük olması və son illərdə üzləşdiyi maliyyə problemləri ilə əlaqədar olaraq, yeni nəsil HHM sistemlərinin satın alınmasını ikinci plana keçirən Qazaxıstanın Müdafiə Nazirliyi bunun qarşılığında silahlanmadakı mövcud ZRK-lərin müasirləşdirilməsinə xüsusi diqqət yetirməyə başlayıb. Qeyd edək ki, hələ 2007–2013-ci illərdə Qazaxıstan “Qranit” Xüsusi Konstruktor Bürosu tərəfindən Sovetlər Birliyi dönəmində silahlanmaya qəbul edilmiş 5N84 və 27 ədəd P-18 radarlarını müasirləşdirilib. Adıçəkilən müəssisə sonrakı dövrdə həmçinin S-300PT/PS/PM zenit-raket komplekslərinin də müasirləşdirilməsini həyata keçirib. Köhnəlmiş HHM sistemlərinin modern ləşdirilməsi proqramları çərçivəsində Qazaxıstan HHM Qoşunlarının silahlanmasında mövcud olan 18 ədəd (bəzi məlumatlara görə 24 ədəd) S-125 ZRK Belarusun “Tetraedr” şirkəti tərəfindən müasirləşdirilərək S-125-2TM “Peçora-2TM” səviyyəsinə çatdırılıb. Açıq qaynaqlarda yer alan informasiyalara görə, müasirləşdirmədən sonra ZRK-nin xidmət müddəti daha 15 il uzadılıb. S-125-2TM zenit divizionu tərkibində yer alan P-18T radarı daha müasir TRS-2D radarları ilə əvəz olunub. Bundan başqa HHM Qoşunlarının arsenalında yer alan S-75 ZRK-i yerli müəssisələrin iştirakı ilə müasirləşdirilərək S-75M3 səviyəsinə çatdırılıb.
Qazaxıstanın “GranitThales Electronics” şirkəti tərə indən istehsal edilən “Nur” (GM400) radiolokasiya stansiyası. 2017ci ildə stansiya S300 ZRK divizionlarının tərkibinə daxil edilib. Foto: AD
“Kazakhstan Engineering” Milli Şirkətinin tərkibinə daxil olan “Petropavlovsk Ağır Maşınqayırma Zavodu” SC tərəfindən Quru Qoşunlarının HHM bölmələrinin silahlanmasında mövcud olan “Strela-10” özüyeriyən ZRK-nin və ZU-23 zenit toplarının müasirləşdirilməsi həyata keçirilib. Müasirləşdirmə nəticəsində “Strela-10” kompleksinin elektrooptik bloku, idarəetmə avadanlıqları yeniləri ilə əvəz olunub. Yenilənmədən sonra ZRKdən yeni “İqla-S” raketləri ilə atəş açmaq imkanı qazandırılıb. ZU-23 zenit topları isə əlavə olaraq iki ədəd “İqla” daşınan zenit raketləri ilə təchiz edilib ki, bu da qurğuya 2000 metrdən 6000 metrədək uzaqlıqda hava hədəfləri ilə mübarizə aparmaq imkanı verir. Qazaxıstanın müdafiə sənayesi müəssisələri HHM sisteminə daxil olan radiotexniki qurğuların müasirləşdirilməsi və yeni radarların istehsalı sahəsində 2012-ci ildən başlayaraq bir sıra nailiyyətlər əldə ediblər. Bu istiqamətdə yerli müəssisələr xarici istehsalçılarla ortaqlıqlar formatında fəaliyyət göstərir. “Qranit” Konstruktor Bürosunun İspaniyanın “Indra Sistemas” şirkəti ilə birgə təsis etdiyi “Indra Kazakhstan Engineering” şirkəti radarların, radiokəşfiyyat və radioelektron mübarizə vasitələrinin istehsalı, quraşdırılması və təmiri ilə məşğuldur. Şirkət hazırda “Cicada-R” radioelektron kəşfiyyat sisteminin, “Lanza-MMR” mobil üçölçülü radarların istehsalı, habelə Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə Xəzər dənizinin Qazaxıstan sektorunda dəniz
müşahidə və rabitə kompleksinin yaradılması kimi 3 mühüm layihə üzərində işləyir. “Qranit”in fransız “Thales Group” şirkəti ilə birgə müəssisəsi olan “Granit-Thales Electronics” Qazaxıstanın Müdafiə Nazirliyi ilə “Thales Raytheon Systems” şirkəti arasında 2014-cü ilin may ayında imzalanmış 20 ədəd “Ground Master 400” (GM400) radarının alınmasına dair razılaşmanın icrası istiqamətində fəaliyyət göstərir. Müəssisədə “Nur” indeksi ilə istehsal edilən GM-400 radarının ilk təcrübi nümunəsi 2014-cü ildə qoşunların sınağına tədim edilib. Müəssisə rəsmilərin sözlərinə görə, layihə çərçivəsində GM403 radarlarının da istehsalı planlaşdırılır. Qeyd edək ki, “Nur” (GM-400) üçölçülü radar 470 km radiusda, 30.5 km hündürlüyə qədər yüksək manevrli təyyarələri, həmçinin aşağı hündürlükdə uçan PUA və qanadlı raketləri aşkarlamaq qabiliyyətinə malikdir. 2017-də Qazaxıstan Məclisində (parlament) çıxış edən sabiq müdafiə naziri, general-polkovnik Saken Jasuzakov bildirib ki, Rusiyadan satın alınmış beş S-300 ZRK divizionuna “Nur” radarlarının inteqrasiyasına başlanılıb. Bu radarlar HHM tərkibində 2017-ci ildən Nursultan və Karaqandada döyüş növbətçiliyinə daxil edilib. Türkmənistan SSRİ-nin süqutundan sonra Sovet Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının 17-ci diviziyasının 2 zenitraket, 1 radiotexnika briqadası və bir radiotexnika alayı Türkmənistanın yuridiksiyasına keçib. Bu hərbi hissələrin silahlanmasında S-75М, S-125М, S-200VМ, “Kub” zenit-raket kompleksləri, o cümlədən P-15, P-14, P-18, P-19, P-35, P-37, P-40, P-80 radarları mövcud olub. Türkmənistanın silahlanmasındakı S-125 ZRK-nin bir qismi 2009-cu ildə Belarusun “Alevkurp” müəssisəsi tərəfindən modernləşdirilərək “Peçora-2M” səviyyəsinə çatdırılıb. S-125 zenit-raket komplekslərinin bir hissəsi isə yenə 2014– 2016-cı illərdə “Alevkurp” şirkəti tərəfindən S-125-2BM “Aleberda” (“Peçora-2BM”) səviyyəsində müasirləşdirilib və ilk “Aleberda”lar 2017-ci ilin oktyabr ayının 27-də Aşqabadda dövlət müstəqilliyinin 26-cı ildönümü münasibəti ilə keçirilən hərbi paradda nümayiş etdirilib. “Peçora-2M” müasirləşdirməsinin sonrakı inkişafı sayılan “Aleberda”nın ilk xarici sifarişçisinin Türkmənistandır. Layihədə “Alevkurp” ilə yanaşı Belarusun “Volat Avto” ASC və “Radioelektron silahların təmiri üzrə 2566-cı zavod” ASC də iştirak edirlər. Müəssisənin açıqladığı informasiyalara görə, “Aleberda” kompleksi tamamilə yenilənmiş element bazasından istifadə edir. Eləcə də kompleksin daşıyıcı platforması, antenalar və radiolokasiya sistemi yenilənib. 2000-ci illərin əvvəllərində Ukrayna ilə imzalanmış ümumi dəyəri 200 milyon ABŞ dolları təşkil edən müqavilə çərçivəsində Türkmənistan Ukraynadan ən azı 4 ədəd 36D6M radarı və 3 Qazaxıstan HHM Qoşunlarının silahlanmasında aktiv saxlanılan S200 “Veqa” ZRK. Foto: Qriqori Bedenko
24 www.azeridefence.com
ədəd “Kolçuqa-M” radiotexniki kəşfiyyat stansiyasılarının alışı reallaşdırılıb. 2014-cü ildə Türkmənistanın Müdafiə Nazirliyi “Ukroboronservis” şirkəti üzərindən Ukraynadan açıqlanmayan sayda 80K6 və müasirləşdiriliş P-18 radarları əldə edib. Türkmənistanın son illərdə həyata keçirdiyi satınalmalarda Çin və Fransa xüsusi yer tutur. 2015–2017-ci illərdə rəsmi Aşqabad Çindən HQ-9 ZRK (ixrac versiyası FD-2000 adlanır), çox funksiyalı HT-233 radarı, aşağı məsafədən uçan hədəfləri müəyyən etmək üçün Тype-120 radarı, habelə FM-90, KS-1A zenit-raket kompleksləri, DWL002, YLC-2V və YLC-18 üçkoordinatlı radar stansiyaları, həmçinin QW-2 daşınan ZRK-lər əldə edib. Üçüncü nəsil ZRK sinfinə daxil edilən HQ-9 ZRK “yer-yer” tipli taktik ballistik raketlərin aşkar olunması və məhv edilməsi imkanına malikdir. Ekspertlər Türkmənistanın silahlnmasındakı HQ-9 ZRKnin HQ-9-un modernləşdirilmiş variantı (DM-14SD) olduğunu iddia edirlər. Rusiyanın S-300 ZRK-sinin rəqibi hesab olunan HQ-9 zenit-raket kompleksləri 6-200 km uzaqlıqda, 500-30000 metr hündürlükdə hədəfləri vurmağı bacarır. ZRK 8х8 təkər formullu “Taian” TA-5380 şassisi üzərində qurulub. Türkmənistan Fransanıın “MBDA Systems” şirkətindən isə ötən 5 ildə açıqlanmayan sayda “Sımbad-RC” və “Mistral” zenitraket kompleksləri əldə edib. Bu komplekslər Hərbi Dəniz Qüvvələrinin və Quru Qoşunlarının HHM bölmələrinin silahlanmasına daxildir. Özbəkistan Sovet Ordusundan S-75M, S-125, S-200, BRDM-2 bazasında “Strela-1” ZRK-ləri, eləcə də çox sayda ZSU-23-4 “Şilka” və ZU-23 zenit topları, P-18 və P-37 radarlarını miras qəbul edən Özbəkistan qonşusu Qazaxıstan və Türkmənistandan fərqli olaraq ötən illərdə HHM sisteminə ciddi diqqət yetirmək imkanına sahib olmayıb. 2000-ci illərin əvvəllərində Ukrayna və Belarus şirkətlərinin iştirakı ilə S-125 ZRK-lərinin bir hissəsi müasirləşdirilərək “Peçora-2M” səviyyəsinə yüksəldilib. Köhnəlmiş S-75M zenit-raket komplekslərinin müasirləşdirilmə imkanlarının məhdudluğu nəzərə alınaraq onların 2007-ci ildə silahlanmadan çıxarıldığı bildirilir. Özbəkistanın HHM sisteminin müasirləşdirilməsi istiqamətində fəaliyyətlərə 2013-cü ildən ağırlıq verməyə başlayıb.
Türkmənistan HHM Qoşunlarının silahlanmasına yeni daxil olmuş FM90 qısamənzilli ZRK. Foto: www.turkmenistan.gov.tm
2013-cü ildə Özbəkistan və Çin arasında imzalanmış müqavilə ilə FD-2000 zenit-raket kompleksinin tədarükü həyata keçirilib. Tacikistan 1993-cü ildə yaradılmış Tacikistan Hava Hücumundan Müdafiə Qüvvələri SSRİ-nin dağılmasından sonra respublika ərazisindəki hərbi hissələrdən Tacikistan hökumətinə miras qalan məhdud sayda (təxminən 30-a yaxın), bir çoxu işlək vəziyyətdə olmayan S-75 və S-125, “Strela-10” ZRK-lər, ZSU-23-4 “Şilka” və S-60-22 zenit topları ilə silahlandırılıb. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və MDB Hava Hücumundan Müdafiə Sisteminin üzvü olan Tacikistanın hava məkanının qorunmasında bu təşkilatlar və Rusiyanın respublika ərazisində yerləşən 201-ci hərbi bazası əsas rol oynayır. Başqa sözlə ifadə etsək, Tacikistan HHM sahəsində hazırda tam olaraq Rusiyadan asılı vəziyyətdədir. Rusiya 1996cı ildən Tacikistanda hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi və təmiri üçün bu ölkəyə maliyyə yardımları edir. Bu çərçivədə 2006–2008-ci illərdə Tacikistan Rusiyadan təmənnasız şəkildə S-125 “Peçora-M2” ZRK-ləri, P-19, P-37, 5N84A radarları, HHM avtomatlaşdırılmış komanda-nəzarət sistemləri, alıb. Bundan sonra qoşunların silahlanmasında mövcud olan, istismar müddətini başa vurmuş S-75M3 RK-lər silahlanmadan çıxarılaraq onların yerinə Düşənbə şəhərinin şərq və qərbində döyüş mövqelərinin hər birində 2 ədəd S-125 “Peçora2M” ZRK yerləşdirilib. 2010-cu ildə Rusiya Tacikistanın radar stansiyalarının yenilənməsini də hərbi yardım proqramı çərçivəsində həyata keçirib. Qeyd edək ki, 201-ci baza Rusiyanın ölkə sərhədləri xaricində ən böyük hərbi bazası hesab olunur. Düşənbə şəhərində yerləşən hərbi bazanın HHM bölmələri “Osa-AKM” (12 ədəd), “Strela-10” ZRK (6 ədəd), ZSU-23-4 “Şilka”, ZU-23-2 zenit topları və “İqla” daşınan ZRK-ləri ilə silahlandırılıb. 2015-ci ildə Rusiya Federasiyasının Müdafiə Nazirliyi 201-ci bazanın HHM bölmələrinin silahlanmasına “Tor-M2” ZRK-lərin daxil edildiyini bəyan edib. Yeni sistemin silahlanmaya qəbulu ilə əlaqədar köhnəlmiş “Osa” və “Strela-10” ZRK-lər tədricən silahlanmadan çıxarılır.
25
2012-ci ilin sonunda Tacikistanla imzalanmış növbəti müqavilə çərçivəsində Rusiya müəssisələri tərəfindən SSRİ-dən qalan HHM sistemlərinin modernləşdirilməsi və təmiri həyata keçirilib. 2019-cu ilin əvvələrində isə Rusiya Tacikistana ümumi dəyəri 9 milyon ABŞ dolları təşkil edən hava hücumundan müdafiə vasitələri, o cümlədən radiolokasiya stansiyaları tədarük etdiyini açıqlayıb. Qırğızıstan Qırğızıstanın hava hücumundan müdafiəsi köhnəlmiş “Kruq”, S-75 və S-125, “Strela-2M” ZRK, 57 mm çaplı S-60, ZU-23-2, 23 mm-lik ZSU-23-4 “Şilka” zenit topları ZRK-lər hesabına təmin edilib. Açıq qaynaqlarda yer alan informasiyalara əsasən hazırda Qırğızıstanın HHM Qoşunlarının silahlanmasına 4 divizion S-75 və iki divizion S-125, 12 ədəd “Kruq” ZRK, təxminən 250 ədəd “Strela-2” ZRK, 24 ədəd ZSU-23-4 “Şilka” və 24 ədəd S-60 zenit topu, habelə açıqlanmayan sayda P-18 və P-37 radiolokasiya stansiyaları daxildir. Rusiyanın Qırğızıstanda yerləşən Kant aviabazasında isə 36D6 radarı yerləşdirilib. 2006-cı ildən HHM Qoşunlarının inkişafı ilə bağlı proqramlar həyata keçirməyə başlayan Qırğızıstanın Müdafiə Nazirliyi bu çərçivədə mövcud sistemlərin modernləşdirilməsi, yeni, effektiv yaxın və orta mənzilli HHM sistemlərinin, radarların əldə edilməsi istiqamətində işlər həyata keçirməkdədir. Sözügedən proqram çərçivəsində Rusiya müəssisələrinin iştirakı ilə S-75M3 və S-125M ZRK-ləri müasirləşdirilib və yararlıq müddətinin uzadılması istiqamətində işlər həyata keçirilib. Modernləşmə nəticəsində komplekslərin idarəetmə sistemləri elektronlaşdırılıb, atış uzaqlığı, hədəfi məhv etmə dəqiqliyi artırılıb. 2000-ci illərin əvvəllərindən Rusiya davamlı olaraq Qırğızıstana hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi və təmiri üçün yardımlar edir. 2010-cu ildə Qırğızıstan HHM Qoşunlarının radar stansiyalarını yeniləyən Rusiya bu ölkəyə əlavə olaraq ehtiyat hissələr və komponentlər tədarük edib. Hərbi yardım çərçivəsində Qırğızıstanın sahib olduğu S-125 ZRKlər S-125 “Peçora 2M” səviyyəsində modernizə olunub.
KAE şirkəti tərə indən MTLB yüngül yedək maşını üzərində KADEX2019 sərgisində təqdim edilən “İqla1” ZRK atıcı sistemi. Foto: AD
26 www.azeridefence.com
Nəzarətsiz bölgələr Cənubi Qafqaz regionunda Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərə bu və digər formalarda bəzi dövlətlər tərəfindən hədiyyə olunan HHM sistemləri bölgədə hərbi gərginliyi artırmaqla yanaşı mülki aviasiya üçün də ciddi təhdid olaraq qalır. Regionda ən ciddi təhdidlərdən biri Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağdır. Dağlıq Qarabağdakı separatçı rejimin əlində hazırda müxtəlif növ HHM vasitələrinin mövcud olmasına dair məlumatlar mövcuddur. Separatçı silahlı birləşmə 1992–1994-cü illərdə əllərində mövcud olmuş HHM vasitələri ilə Azərbaycana məxsus mülki təyinatlı aviasiya texnikalarını, həmçinin İrana məxsus təyyarəni vurub. Hərbi forumlarda yer alan fotolardan bəlli olduğu qədər hazırda Qarabağ separatçılarının silahlanmasında “Strela-10”, 2K11 “Kruq-M1”, 2K12 “Kub”, “Osa-AK” ZRK-ləri, “İqla-1” və “İqla-2” tipli daşınan ZRK-lər, AZP S-60, ZSU- 23-4 “Şılka” və ZU-23-2 zenit artilleriyası yer alır. Xankəndidə keçirilmiş “hərbi parada” ermənilər tərəfindən 6 maşın 9K33M2 “Osa-AK”, 6 maşın S-125 “Neva” və 3 maşın 2K11 “Kruq-M1” ZRK nümayiş etdirilib. “Google Earth” peyk şəkillərinə əsasən S-125M1 və “Kruq-M1” ZRK-lərin Xankəndi şəhərinin cənub-qərb və şərq istiqamətlərində yerləşdiyini demək olar. İlk dəfə 2014-cü ildə Qarabağdakı erməni separatçı birləşmələrin silahlanmasında görüntülənən “Strela-10” ZRKlər rəsmi məlumatda S-10MA olaraq qeyd edilir. Ehtimal edilir ki, bu ZRK Ermənistanın hərbi müəssisələrində müasirləşdirildikdən sonra S-10MA adlandırılıb. Dağlıq Qarabağın hava məkanına nəzarət P-18, P-19 radarları və ən azı bir ədəd 3D6 radarı ilə həyata keçirilir. Hava hədəfləri haqqında məlumatlar HHM bölmələrinin radioşəbəkəsi və telefon xətləri üzərindən həyata keçirilir. Abxaziya ərazisində Rusiyanın mövcud HHM sistemi ilə yanaşı separatçı rejimin də əlində xeyli sayda ZRK yer alır. Bunların bir qismi 2008-ci ilin avqust ayında Gürcüstanla müharibədə qənimət olaraq ələ keçirilmiş HHM sistemləridir. Məlumatlara görə, hazırda Abxaziyanın silahlanmasında 1 batareyadan az “Buk-M1”, açıqlanmayan sayda “Strela-10” ZRK, 12-15 ədəd ZU-23-2, 5 ədəd ZSU-23-4 “Şilka”, açıqlanmayan sayda 57 mm çaplı S-60 zenit artilleriyası, 250-dək “İqla” və “Strela” tipli daşınan zenit-raket kompleksləri mövcuddur. Rəsmi Tiflisin nəzarətindən kənarda qalmış Cənubi Osetiya bölgəsində isə separatçı rejimin əlində 3 ədəd 9K33 “Osa”, 6
Azərbaycan HHQnin 2017ci ildə silahlanmaya qəbul etdiyi “İldırım” (“Barak”) ZRK Bakıda keçirilən hərbi paradda
ədəd “Strela-10” ZRK, 3 ədəd 2K22 “Tunquska” zenit raket-top kompleksi, 6 ədəd ZU-23-2 zenit artilleriyası, təxminən 20-yə yaxın “İqla” daşınan zenit-raket kompleksi cəmləşib. Cənubi Osetiya və Abxaziyanın Rusiya ilə imzaladıqları hava hücumundan müdafiə sahəsində əməkdaşlığa dair protokola əsasən hər iki ərazinin hava hücumundan müdafiəsi Rusiyaya həvalə olunub Perspektivlər Araşdırmalar göstərir ki, Orta Asiya regionunda hava hücumundan müdafiə sistemləri artıq fiziki cəhətdən köhnəlib. Bu sistemlərin mövcud müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə kommutasiyasında problemlər var. Rusiya və Ermənistan, Rusiya və Mərkəzi Asiya ölkələrinin hava müdafiə sistemlərinin birləşdirilməsi üçün layihələr mövcud olsa da, bu sistemin Qazaxıstan və Özbəkistanın istifadəsindəki Qərb və Çin texnologiyaları ilə inteqrasiyasında problemlərin yaşandığı da etiraf edilir. Ermənistan hərbi sənayesi son illər SSRİ dönəmindən qalan bazanın əsasında radiolokasiya sistemlərinin təmiri, müasirləşdirilməsi və yeni sistemlərin layihələndirilməsi istiqamətində aktiv fəaliyyətlər yürüdür. İrəvan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutu (YerNİİSS) 2019-cu ildə iştirak etdiyi beynəlxalq sərgilərdə yeni MŞR-200, MES-3 və MES-5 adlandırılan radar stansiyaların təqdimatlarını keçirib. Erməni mütəxəssislərinin iddialarına görə, institut tərəfindən hazırlanmış MŞR-200 radarı təşkilatın xarici partnyorları Litvanın “Litak-Tak” və beynəlxalq bazara “Amber-1800” adı ilə təklif olunur. Region dövlətlərindən Özbəkistan və Türkmənistanın hava hücumundan müdafiə sahəsində Çin texnologiyaları ciddi şəkildə yer tutmağa başlayıb. Qazaxıstan, Türkmənistan, Gürcüstan və Azərbaycan eyni zamanda Qərb və İsrail texnologiyalarını da mənimsəməkdədir. Azərbaycan və Gürcüstan postsovet məkanında HHM sistemlərinin müasirləşdirilməsi sahəsində geniş təcrübəyə malik Belarusun şirkətləri ilə də əməkdaşlığı uğurla davam etdirir. 2018-ci il noyabrın 19-da Azərbaycanın Müdafiə Nazirliyi və Belarusun Dövlət Hərbi-Sənaye Komitəsi arasında “Hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”u imzalanıb. Davam edən layihələr və təqdimatlardan göründüyü qədər Belarusun “Alevkurp”, “Tetraedr”, Radioelektron silahların təmiri üzrə 2566-cı zavod, KB “Radar” kimi şirkətləri region dövlətlərinin Sovetlər Birliyindən qalma ZRK və radar sistemlərinin müasirləşdirilməsi
proqramlarında aktiv rol oynayır və bu sahədə potensial müştərilərlə uzunmüddətli layihələr üzərində işləyirlər. Rusiya tərəfindən Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan kimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə daxili qiymətlərlə HHM silah və texnikalarının satışı və yardımlar göstərilir. 2018-ci ildə imzalanmış hərbi kredit müqaviləsi çərçivəsində Rusiya Ermənistana 2020-ci ilədək 9M338K idarəolunan raketləri ilə komplektləşdirilmiş 9K331M “Tor-M2” ZRK-nin, Qazaxıstana isə bir divizion “Buk-M2E” ZRK-nin tədarükünü həyata keçirəcək. Qazaxıstan Rusiyadan həmçinin “Tor-M2E”, “Pantsir-S1” və uzun məsafəli S-400 “Triumf” ZRK-lərin alınmasına marağını ifadə edib. Qazaxıstan 2020-ci ildən silahlanmadakı köhnəlmiş “Strela10” özüyeriyən ZRK-lərini daha müasir, yerli “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti tərəfindən yaradılmış, “İqla-1” ZRK buraxıcı sistemi ilə əvəzləməyi planlaşdırır. “İqla-1” ZRK döyüş modulunun yaradılmasına 2014-cü ildə başlanıb. Hər cür nəqliyyat platformasına (Land Rover Defender, “Marauder”, BRDM-2, BTR-70, MTLB) inteqrasiya oluna bilən buraxıcı sistem 2017-ci ilin oktyabr ayında Otar poliqonunda keçirilmiş testlərdən sonra silahlanmaya qəbulu tövsiyə olunub. 2018-ci ilin may ayında adıçəkilən ZRK Astana (indiki Nursultan) şəhərində keçirilmiş KADEX-2018 sərgisində MTLB yüngül zirehli maşının üzərində təqdim olunub. KAE mütəxəssislərinin sözlərinə görə, “İqla-1” raketburaxıcı sistemin gecə və pis hava şəraitlərində hədəflərin aşkarlanması, izlənilməsi və analizinə imkan verən kompüterləşdirilmiş atış-nəzarət funksiyasına sahibdir. Adıçəkilən kompleksin üzərində atışa hazır 4 ədəd “İqla-1” raketi və 12.7 mm çaplı pulemyot yer alır. Sistem maşınlar hərəkət halında olduqda belə atəş aça, eləcə də ASELSAN şirkətinin istehsalı olan “Qalxan” radarı ilə inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərə bilər. Rusiyanın 2018-ci ilin əvvəlindən Özbəkistana geniş spektrdə HHM vasitələrinin satışına “yaşıl işıq” yandırması və uyğun qiymətlərlə satış təklifi ekspertlərin fikrincə, Daşkəndin hərbitexniki sferada Çinlə yaxınlaşmasına və Çinin bölgə bazarında dominant mövqeyinin qarşısını almağa hesablanıb. Qeyd edək ki, 2018-ci ildə Öbəkistan Müdafiə Nazirliyi ilə Rusiyanın “AlmazAntey” Konserni arasında 4 ədəd P-37 radarının müasirləşdirilməsi barədə müqavilə imzalanıb. 2018-ci ilin may ayında tərəflər arasında imzalanmış digər müqavilələrə əsasən Rusiya Özbəkistana 9 ədəd 12A6 “Sopka-2”, açıqlanmayan sayda “Protivnik-QE” və “Qamma-DE” radarları, S-125 “Peçora-2M” ZRK-lərə və radarlara texniki xidmət emalatxanası, ehtiyat hissələr tədarük edəcək. Bütün bunlar yaxın üç il ərzində Rusiyanın dövlət kreditləri hesabına reallaşdırılacaq. AD
27
Ekzoskletlər əsgərləri yolda qoymayacaq E
kzosklet – başqa sözlə xarici skletlər insan ilə təmas halında çalışan və insan anatomiyasına uyğun arxitekturaya malik robotlardır. Xarici skletlər əsasən insanın həyata keçirdiyi yerimə, qaçma, oturma, durma, ağır yük daşıma kimi işlərə dəstək olmaq üçündür. Eyni zamanda bir sıra ölkələrdə yaradılan daha həssas nümunələr tibdə reablitasiya və müalicə məqsədi ilə istifadə olunur. Hazırda dünyada hərbi məqsədlərlə yaradılan ekzoskletlərin hamısı ağır yükü daşıyan əsgərlərin işini asanlaşdırmaq və onlara dəstək olmaq məqsədi daşıyır. Hərbi ekzosklet anlayışı 1959-cu ildə Pentaqonda “geyinilən robot” ideyası olaraq gündəmə gətirilmiş və bir il sonra – 1960cı ildə “Ceneral Elektrik” şirkətinin iştirakı ilə ABŞ Ordusunun laboratoriyasında “Hardiman” adı ilə yaradılmışdır. Layihənin məqsədi əsgərlərə yüksək sürət qazandıran, eyni zamanda bakteriya və kimyəvi silahlara qarşı qoruma təmin edən bir zirehin yaradılması idi. Layihə çərçivəsində hazırlanan ilk xarici sklet əsgərə 150 kiloqram ağırlığında yük daşımağa imkan verirdi. Lakin həmin dövrdə mövcud olan idarəetmə sistemlərinin sürətinin zəifliyi, güc qaynağı və digər problemlərlə əlaqədar “Hardiman” prototip səviyyəsindən o tərəfə keçmədi.
28 www.azeridefence.com
Həşim Səhrablı Uzun illərdir ABŞ xüsusi xidmət orqanları insanın gücündən daha üstün xüsusiyyətlərə malik üst geyimlərin istehsalı üçün çalışır. İlk vaxtlar xülya kimi görünən bu ideya artıq hərbi sənaye tərəfindən reallığa çevrilib. Ortada nəticələr mövcuddur. DARPA-nın öncüllüyündə, hərbi sənaye korporasiyaları tərəfindən yaradılan, səhra şəraitində sınaqdan keçirilən ekzoskletlərin yaxın illərdə ABŞ Ordusunun istifadəsinə verilməsi gözlənilir. Aradan 40 ildən artıq müddət keçəndən sonra, 2000-ci illərin əvvəllərində ABŞ Ordusu ekzosklet mövzusunu yenidən gündəmə daşıyaraq, bu istiqamətdə tədqiqatlara 75 milyon dollarlıq büdcə ayırdı. 2011-ci ilin sentyabr ayında DARPA ekzosklet nümunələrinin yaradılmasını nəzərdə tutan “Warrior Web” proqramı çərçivəsində “yumşaq ekzosuit” də daxil olmaqla, bir neçə prototipin yaradılmasını maliyyələşdirərək bu istiqamətdə layihələrə ilk rəsmi dəstəyini verdi. Bu işlərin davamı olaraq 2019-cu ildə ABŞ Ordusunun TALOS ekzoskelet layihəsi qəbul olundu. ABŞ Xüsusi Əməliyyat Komandanlığı (USSOCOM) rəsmisi Cim Smit (Jim Smith) 2018-ci ilin may ayında verdiyi açıqlamada bu ideyanın həyata keçirilməsinin çətin prosedur olduğunu, lakin bu çətinliklərin bir çoxunun reallığa çevrildiyini bildirmişdir: “Biz ideyanı düşünmüşük. Onu reallığa çevirmək çox ağır bir yoldur. Bunu
bilirdik. Ancaq bu çətinliklərin bir çoxunu reallığa çeviririk. Ola bilər ki, qarşıdakı illərdə ekzoskletin ordu arsenalına salınması üçün Pentaqona rəsmi müraciət edəcəyik”. Bəs hərbi sənaye üçün yenilik olan ekzosklet nədir? Hansı üstünlükləri var? Müdafiə sənayesində nə kimi müsbət nəticələr doğura bilər? Bu kimi suallara ca vab tapmağa və mövcud layihələri oxucularımıza tanıtmağa çalışacağıq. USSOCOM-un rəsmən elan etdiyi kimi, ekzosklet dəsti film və cizgilərdən gördüyümüz əfsanəvi “İron Man” (“dəmir adam”) xüsusiyyətlərini reallaşdırmağa hesablanıb. İlk vaxtlar ekzoskletin hədəflənən kriteriyaları özündə cəmləşdirməsi qeyri-mümkün hesab olunurdu. Ancaq gün keçdikcə layihələr uğurla təkminləşdirilir və geyim qarışıq mexanizmi ilə hədəfə doğru irəliləyir. DARPA, USSOCOM, ABŞ Ordusunun Tədqiqatlar, İnkişaf və Mühəndis Koman-
danlığı, Ordu Araşdırma Laboratoriyası, universitetlər və şirkətlərin iştirakı ilə yaradılan TALOS (Tactical Assault Light Operator Suit) ekzoskleti balistik mühafizəsi, silah dəsti, güc və qavrama imkanına malik olması ilə analoqlarından əhəmiyyətli dərəcədə fərqlənir. “Ağıllı” materiallardan və sensor qatından ibarət olan geyim dəstinin layihə sonunda 12 saat fasiləsiz işləmə və 272-320 kq aralığında yükləri qaldırıb daşıma imkanına sahib olacağı bildirilir. TALOS ekzosklet sisteminin 5 il ərzində hazırlanması nəzərdə tutulsa da, sonradan dizayn və detallarda əsaslı dəyişikliklər edilməsi məhsulun tamamlanması müddətini uzatdı. Çünki 272-320 kq yükün rahat daşınmasını təmin edəcək texnologiyanın hazırlanması uzun müddət tələb edirdi. TALOS ekzoskleti robot texnologiyasına əsaslansa da, döyüşçüyə xüsusi və ağır tapşırıqlar zamanı rahat hərəkət etməyə, ağır yükləri rahatlıqla daşımağa, ehtiyac duyulduqda sürünməyə imkan verir. Əvvəlki versiyada istifadə edilən karbon-fiber material, yenidən istifadə üçün yararlı olsa da, effektivlik baxımından müəyyən problemlər yaradacağı düşünülür. Ona görə də istehsalçılar, yaradılma və sınaqlar başa çatandan sonra onu titan tərkibli etibarlı və daha bahalı materiallarla hazırlamağı düşünürlər TALOS ekzosklet dəsti termal vəziyyəti tənzimləməyə, müxtəlif bioloji və fizioloji informasiyaları oxumağa, habelə uzaq məsafədən səsləri dinləməyə imkan verən sensorlara malikdir. Bu keyfiyyətlər isə yalnız hərbi sahədə deyil, digər məqsədlər üçün də istifadəyə yarayır. ABŞ-da ekzoskletlərin yaradılması sahəsində önəmli layihələrdən ikisi
“Lockheed Martin” şirkəti tərəfindən həyata keçirilir. Şirkətin “Onyx” ekzoskleti insanın hərəkətliliyini artırmaq və istifadəçilərinin yorğunluğunu azaltmaq baxımından daha üstün keyfiyyətlərə malikdir. Şirkətin rəsmi saytında paylaşdığı məlumata görə, “Onyx” gəzinti və yüksəkliklərə qalxma zamanı canlı qüvvənin işini asanlaşdırmaqla bərabər, xüsusi tapşırıqlar zamanı personala əlavə yol qət etmək üçün güc və dayanıqlılıq təmin edir. “Onyx” sistemi mexaniki diz aktuatorlarını sensorlar və süni zəka proqramları ilə birləşdirir. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda ABŞ əsgərinin yük çantasının normal çəkisi 23 kiloqram təşkil edir, döyüşlərdə fövqəladə vəziyyətlər zamanı zireh, gecəgörmə eynəkləri, radiostansiyalar və s. də daxil edildikdə əsgərin yükü 64 kiloqrama qədər arta bilər. Buna görə də, ekzoskeletin əsgər üçün təmin edə biləcəyi əlavə fiziki güc və dayanıqlılıq əməliyyatların daha uğurlu olması baxımından effektiv olacaq. Bu kontekstdə “Onyx” ekzoskleti • uzaq məsafələrə yüklərin daşınması üçün güc və dayanıqlığ artırır; • ağır silahların daha yaxşı idarə edilməsinə imkan verir; • xüsusi yüklə pilləkənləri, yoxuşları qalxmağa, çətin ərazilərdə hərəkət etməyə imkan verir; • ayaq əzələlərində toplanmış yorğunluq və stresi azaldır; • ortopedik bərabərlik yaradır. Yəni insan çəkisini əzələlər və bütün bədən
üzrə bərabər paylayır. Bu isə, həddindən artıq stres və yorğunluq zamanı insanın fiziki cəhətdən özünü rahat hiss etməsinə səbəb olur. “Lockheed Martin” şirkətinin sınaqlarını tamamladığı HULC (Human Universal Load Carrier - İnsan üçün Universal Yük Daşıyıcısı) ekzoskleti 90 kq ağırlığında yükləri əlavə gərginlik olmadan daşımağa imkan verir. HULC geyinmiş əsgərlər tam təchizatlı halda saatda təxminən 11-16 km hərəkət edə bilərlər. HULC-un istifadə müddətini artırmaq məqsədi ilə “Lockheed Martin” şirkəti bu yaxınlarda fuelcell yanacağından istifadə imkanlarını araşdırdığını bəyan edib. HULC dəstini əvəzsiz edən digər xüsusiyyət isə, onun rahat yığılma texnologiyasıdır. Bu geyimləri 30 saniyədən az müddətdə soyunmaq və qablaşdırmaq mümkündür. HULC dəstini geyinmək üçün əsgərin ayaq altındakı əyləcləri taxması, bel, kürək və sinədən keçən kəmərləri bağlaması lazımdır. Ayaq altındakı sensorlar istifadəçinin hərəkət qabiliyyətinin yüksəldilməsi və dəstəklənməsi üçün hidravlik sistemin hərəkətini təmin edən mikrokompüterə siqnal göndərir. Sistemin elastikliyi əsgərlərin qaçması, yeriməsi, diz üstə çökməsini, hətta sürünə bilməsinə imkan yaradır. Titandan hazırlanan gövdə və hidravlik qurğu əsgərlərin gücünü artırır. HULC zireh, istilik və soyutma sistemləri, sensorlar kimi əlavələr funksiyalara da malikdir. Robot texnologiyalarının yaradılması və istehsalı sahəsində ixtisaslaşmış “Sarcos
Lockheed Martin şirkətinin hazırladığı HULC ekzoskleti. Foto: Lockheed Martin
29
Robotics” (ABŞ) şirkəti cari ilin mart ayında USSOCOM-la “Guardian XO” adlı tam bədənli ekzoskletin tədarükünə aidr müqavilə bağladığını açıqlayıb. Mart ayının əvvəlində şirkət ABŞ dəniz donanması ilə də ekzoskletlərin yaradılması və çatdırılmasına dair razılaşma əldə edib. 17 il ərzində ekzoskletin yaradılması və təkmilləşdirilməsi sahəsində tədqiqatlara 175 milyon dollardan artıq investisiya yatırdığını bəyan edən “Sarcos Robotics” şirkətinin açıqladığı məlumata görə, “Guardian XO” ekzoskletini tək hərbi sahədə deyil, sənaye, tikinti, tibb və digər sahələrdə də istifadə etmək mümkündür. Ekzoskletin batareyaları tam şarj edildikdə 8 saat ərzində işləmək, saatda 3 mil yerimək və 200 kq yük daşımağa imkan verir. Batareyanın yenidən yüklənə bilməsi sistemin müsbət göstəricilərindəndir. Şirkət batareyanın davamlılığını artırmaq üzərində araşdırmalara davam edir. “Sarcos” və “Raytheon” şirkətlərinin birgə əməkdaşlıq çərçivəsində təqdim etdikləri XOS2 ekzosklet modeli isti fadəçinin çəkisinin 17 mislinə qədər yük qaldırmasına imkan verir. Digərlərindən daha çevik oln bu ekzoskletlə rahat qaçmaq, dırmanmaq və hətta futbol oynamaq olar. XOS2 ekzoskletinin digər əsas özəlliyi isə istifadəçinin beynindən aldığı siqnallar əsasında hərəkət etməsidir. ABŞ Ordusunun ekzosklet proq ramında iştirak edən “Dephy” şirkəti “Exo-
RaytheonSarcos XOS2
boot” layihəsində ayaq və baldırlar üçün lokal dəstək ideyasını inkişaf etdirir. Şirkətin ABŞ Ordusu ilə əməkdaşlıq çərçivəsində Massachusetts Texnologiya İnstitutunda hazırladıqları baldır ekzoskletinin 2019-cu ilin ikinci yarısında sınaqdan keçirilməsi nəzərdə tutulur. Bəzi iddialara görə, ABŞ Ordusu artıq məhsula ilkin baxış keçirib. Hesab edilir ki, “Exoboot” sınaqlarda özünü doğruldacağı halda digər modellərdən fərqlənəcək. “Exo-boot” FlexSEA texnologiyası əsasında işləyir. Bu metod robotik geyimlərin elektron tezliyini sürətləndirir və sadə iş mexanizminə əsaslanır. Sistem hərəkət məlumatlarının əldə edilməsi və ekzosklet üçün şəbəkə infrastrukturunu
təmin edir. Şirkət rəsmilərinin sözlərinə görə, onlar yenilikləri sürətli və ən az xərc tələb edən metodlarla tamamlamağa səy göstərirlər. DARPA-nın maliyyə dəstəyi ilə “Warrior Web” proqramı çərçivəsində Wyss İnstitutu tərəfindən hazırlanmış “Wyss Exosuit” bel, ayaq və baldırlarda əlavə güc formalaşdıraraq istifadəçiyə daha rahat hərəkət etməyə fürsət verir. Yüngül dizaynlı ekzosklet istifadəçini əlavə yüklənmələrdən azad etməklə yanaşı ağıllı sistemlər vasitəsilə əlavə güc və enerji ilə təchiz edir. Digər ölkələrin nümunələri ABŞ-ın aparıcı sənaye korporasiyaları ekzosklet nümunələri sahəsində tədqiqat və yaradılma işlərinə davam edərkən, Kanadanın “Mawashi” şirkəti SOFİC-2018 sərgisində xüsusi təyinatlılar üçün hazırladığı “Uprise” adlı passiv taktik ekzosklet nü munəsi ilə diqqəti özünə yönəltdi. Amerikada və digər xarici ölkələrdə yaradılmış analoqlarından daha kiçik olması və taktik istifadə imkanları ilə fərqlənən “Uprıse”nin artıq istifadəyə hazır olduğu bildirilib. Qeyd edək ki, 2005-ci ildən yüklərin daşınması sahəsində tədqiqatlara başlayan “Mawashi” şirkəti ağırlığın insan bədəni üzərində necə paylaşılmasını sumo güləşçilərinin üzərində araşdıraraq özünün “Uprise” texnologiyasını yaradıb. Şirkət mütəxəssislərinin sözlərinə görə, sistemə nə bağlı olursa olsun, ekzoskletin bütün ağırlığı ayaqqabının dabanına daxili daban kimi yerləşdirilən cihaz vasitəsi ilə daşınır. Başqa sözlə, yükün ağırlığının təxminən 80%-i əsgərin bədəninə deyil, bu şəkildə torpağa ötürülür. Bu da nəticədə əsgərin ağır yüklə rahat hərəkət etməsinə imkan Solda Lockheed Martin şirkətinin “Onyx” və Rusiyanın “SNİİ ToçMaş” müəssisəsi tərə indən yaradılmış “Ratnik” passiv ekzosklet. Foto: Lock heed Martin / AD
30 www.azeridefence.com
Kanadanın “Mawashi” şirkəti tərə indən xüsusi təyinatlılar üçün yaradılmış “Uprise” ekzoskleti. Foto: Mawashi
yaradır. Amerika analoqlarından fərqli olaraq “Uprise” ekzoskleti əsgərə sürətlə qaçmaq kimi əlavə imkan qazandırmasa da, əzələlərin ağır yükdən zədə almasını önləyir və yorulmanın qarşısını alır. Xüsusi təyinatlılar üçün nəzərdə tutulan “Uprise” ekzoskleti geyinmiş əsgər 55 kiloqramadək yükü rahat şəkildə daşıya bilər. Avstraliya Müdafiə Elm və Texnologiya Təşkilatı tərəfindən yaradılmaqda olan Əməliyyat Ekzoskleti (Operational Exoskeleton -OX) əsgərin üzərindəki gərginliyi azaltmağa hesablanıb. Mediada yer alan məlumatlara görə, OX ekzoskleti 85 kq ağırlıqda yüklərin daşınmasına imkan verəcək. ABŞ Ordusunun HULC və XOS2 modellərindən müəyyən qədər az yükdaşıma qabiliyyətinə malik olmasına baxmayaraq, OX təchizatı özünün sərt konstruksiyası ilə ayaq əzələlərinə əlavə güc təmin edir.
32 www.azeridefence.com
Qərb ölkələri ilə ayaqlaşmağa çalışan Rusiya hərbi sənayesi də son illər bir neçə ekzosklet nümunələri hazırlayıb. İlk nümunəsi 2018-ci ildə nümayiş etdirilən “Ratnik-3” passiv ekzoskleti Qərb analoqlarından dayanıqlılıq, yükdaşıma qabiliyyəti, hissiyat və digər göstəricilərinə görə geri qalır. İstehsalçı “SNİİ ToçMaş” müəssisəsinin baş konstruktoru Oleq Faustovun sözlərinə görə, ekzoskletin təcrübi nümunələri döyüş əməliyyatları şəraitində aprobasiyanı keçib və effektivliyi təsdiq olunub. Ekzosklet qurğusu döyüşçünün fiziki imkanlarını əhəmiyyətli dərəcədə artırır, onurğa və oynaqların müdafiəsini təmin edir, sürətli hərəkət etməsinə imkan yaradır. Keçirilən sınaqlarda ilk prototiplər 50 kq çəkiyə qədər yükü rahat daşıyıb, hərəkətedici və dayaq aparatları uzunmüddətli marşlar zamanı sıradan çıxmayıb. Bundan əlavə, ekzosklet geyimli əsgər pulemyotdan istifadə edərək ilk atışda hədəfləri vurmağı bacarıb. Aktiv ekzoskletlərdən fərqli qida mənbələrinə, servomühərrik və elektronikaya malik olmayan passiv ekzosklet dəstinin çəkisi komplektasiyadan asılı
olaraq 4 kq-dan 8 kq-dəkdir. Aktiv ekzoskletin yaradılması istiqamətində görülən işlər barədə danışan Oleq Faustovun sözlərinə görə, Rusiyada tələb olunan akkumulyatorların olmaması elektrik mühərriklərinə sahib ekzoskeletin yaradılmasını yubandırır. Buna baxmayaraq, istehsalçılar tədqiqatları davam etdirirlər və aktiv ekzoskletin “Ratnik-3” təchizatının tərkibində 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Təchizat istehsalçılarını narahat edən əsas qüsur isə ekzoskletin uzunmüddətli bateriya saxlama qabiliyyətinə malik olmaması və bunun əməliyyatlar zamanı, xüsusən əməliyyat tapşırığının uzanması halında əlavə problemlər yaradacağıdır. Dizayner 2025-ci ilə qədər dizaynı daha da təkmilləşdirməyə ümid edir. O vaxta qədər isə hazırkı nümunələrdən daha çevik və sürətli ekzosklet yaratmaq qarşıya məqsəd qoyulub. Asiya regionunda ekzoskletlərin yaradılması istiqamətində Yaponiya, Çin və Cənubi Koreyanın hərbi tədqiqat mərkəzləri tərəfindən layihələr həyata keçirilir. 2015-ci ildə Yaponiya müdafiə araşdırmaları təşkilatı ekzosklet araşdırmaları üçün büdcədən 7.5 milyon dollar ayırıb. Başqa bir ekzosklet nümunəsi də Türkiyənin ASELSAN şirkətinin tədqiqat mərhələsində olan ASYA (Askeri Yürüyüş Asistanı) layihəsidir. İlk nümunəsi IDEF-2017 sərgisində nümayiş etdirilmiş ekzoskletin hazırlanması Türkiyənin digər müdafiə sənaye şirkətləri və universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Cəngər” gələcəyin döyüşçü təchizatı ilə inteqrə şəkildə istifadə olunacaq ASYA Xüsusi Təyinatlı Qüvvələrin və ordunun ehtiyacları nəzərə alınaraq yaradılıb. ASELSAN rəsmilərinin sözlərinə görə, ASYA yerimə, qaçış, dırmanma və sıçrama kimi hərəkətlərə dəstək olmaqla heyətin daha yaxşı performans göstərməsini təmin edəcək. Ekzoskletlərin “İron Man” texno logiyasına əsaslanan dizaynının hərbi sənayeyə gətirilməsi hərbi sənaye tarixində yeni bir sahə açmış oldu. Bu elə bir texnologiyadır ki, insan gücünü sahib olduğu normadan daha yüksək həddə çatdırır və ona normalda sahib olduğundan daha çox dözüm və davamlılıq verir. Öz növbəsində bu da canlı qüvvənin ən çətin situasiya və tapşırıqlar zamanı həyat riskini azalması, əməliyyatın uğurla sonlandırılması üçün əlavə dəstəkdir. İddia edilən xüsusiyyətlər özünü doğruldacağı təqdirdə dünyanın aparıcı hərbi gücləri ekzoskletləri, şübhəsiz ki, öz ordularında görmək istəyəcəklər. AD
Postsovet dövlətləri yeni hücum tüfəngləri axtarışında Rəşad Süleymanov Postsovet məkanında 2000-ci illərin əvvəllərində elan edilən silahlı qüvvələrin modernləşdirilməsi proqramlarının ana xəttini silah və texnika parkının müasirləşdirilməsi təşkil etmişdir. Sovet Ordusunun anbarlarından götürülmüş köhnə silah və texnikaların bir qismi ordunun perspektiv tələblərinə cavab vermədiyindən, eləcə də bəzi dövlətlər NATO-ya inteqrasiya ilə əlaqədar arsenalın kompleks yenilənməsi planlarını reallaşdırmağa başladılar.
B
altik dövlətləri NATO-ya üzv olduqdan sonra Almaniya, İngiltərə və ABŞ kimi dövlətlərin də yardımı ilə kompleks şəkildə NATO dövlətlərinin istehsalı olan silah və hərbi texnikalara keçid ediblər. Adıçəkilən dövlətlərin silahlanmadan çıxardığı Sovet Ordusundan miras qalan arsenalın bir hissəsi ya konservasiya edilib və ya dəyər-dəyməzinə ixrac olunub. Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Tacikistan kimi dövlətlər isə bu prosesi qismən, ayrı-ayrı layihələr formasında bu gün də davam etdirirlər. Başqa sözlə ifadə etsək, birinci
34 www.azeridefence.com
qrup Qərb silahlarına keçidi sürətli şəkildə tamamlasa da, ikinci qrup bu prosesi tərəddüdlə, tələsmədən və hissə-hissə həyata keçirməkdədir. Avroatlantik inteqrasiya proseslərini gücləndirən Gürcüstan və Ukraynanın da son illərdə NATO dövlətlərindən ciddi şəkildə silah idxalı müşahidə olunur. Ordunun silahlanmasındakı AK-47/AK-74 avtomatlarını Amerika istehsalı olan “Bushmaster AR15”, M-4/M-16 hücum tüfəngləri ilə 80 faizə qədər əvəz edən Gürcüstan 2025-ci ilədək köhnə sovet atıcı silahlarından tam şəkildə azad olmağı
planlaşdırır. Ukraynada isə mütəxəssislərin dəyərləndirmələrinə görə, indiki yanaşma dəyişməzsə, bu prosesin ən yaxşı halda yaxın 15-20 il ərzində yekunlaşdırılması mümkündür. Bu yazımızda region dövlətlərinin son illərdə seçim etdikləri hücum tüfənglərindən bəhs etməyə çalışacağıq. İtaliya ordusunun 2008-ci ildə elan etdiyi “Gələcəyin Əsgəri” layihəsi çərçivəsində “Beretta Defense Technology” şirkəti tərəfindən istehsal olunan ARX160 avtomatınn gövdəsi polimerdən, üst hissəsi alüminiumdan hazırlanıb. Avtomat
üç – tək, yarımavtomat və avtomat atış rejimlərinə malikdir. ARX-160 avtomatı yalnız bu silah üçün yaradılmış 40 mmlik GLX-160 lüləaltı qumbaraatanla komplektləşdirilir. 5.56x45 mm NATO kalibrinə uyğun dizayn edilmiş olsa da, sonrakı illərdə sifarişçilərin tələblərinə uyğun olaraq ARX160 avtomatının 5.45x39 mm sovet, 6.8x43 mm “Remington SPC” və 7.62x39 mm çaplı NATO və sovet patronlarına uyğun modifikasiyaları istehsal edilib. 2015-ci ildə “Beretta” ARX-160 xəttinin davamı olaraq, 7.62x51 mm kalibrli ARX-200 modelini bazara təqim edib. ARX-200-ün tətik hissəsi köhnə AR-15 silahının əksinə tətik qoruyucusunun altında, daraq kilidi isə AR-15 hücum tüfəngindəki kimi tətik qoruyucusunun yuxarısında yerləşdirilib. ARX-160 avtomatının 406 mm uzun və 302 mm qısalüləli versiyaları mövcuddur. 302 mm qısalüləli avtomatın uzunluğu 680 mm, qundaq açıldıqda 755 mm, 406 mm uzunlüləli avtomatın isə uzunluğu 820 mm, qundaq açıldıqda isə 920 mm təşkil edir. ARX-160 avtomatından hər iki əldə rahat şəkildə istifadə etmək mümkündür. Ən əsası isə sol əl ilə istifadə zamanı avtomat heç bir problem yaratmır. Silahın lüləsi əlavə alət tələb olunmadan qısa müddətdə dəyişdirilə bilir. Piston lüləyə bağlı olduğundan onunla birlikdə çıxır. HK G-36 avtomatından fərqli olaraq, ARX160 avtomatında lüləyə bağlı pistonda yay
yoxdur və geri dönüş çaxmaq çərçivəsinin dövrəsinin tamamlamasıyla yerinə yetirilir. Dəqiqədə 700 atəş açan avtomatın 7.62x39 mm sovet kalibrli versiyası eyni kalibrli standart AK-47/AKM daraqları istifadə edir. Son illər Qazaxıstan və Türkmənistan kimi postsovet ölkələri ilə yanaşı, keçmiş sosialist blokuna üzv olmuş, hazırda NATOda təmsil olunan bir sıra dövlətlər də ARX160 avtomatının böyükhəcmli satın almalarını həyata keçiriblər. 2013-cü ildə Qazaxıstan İtaliyadan 300-dən çox 7.62×39 mm çaplı ARX-160 avtomatı və GLX-160 lüləaltı qumbaraatanı əldə edərək Xüsusi Təyinatlı Qüvvələrin və güc strukturlarının xüsusi bölmələrinin istifadəsinə verib. Türkmənistan isə 2011-ci ildə “Beretta” şirkəti ilə imzalanmış, dəyəri 3.87 milyon avro təşkil edən müqavilə çərçivəsində 3470 ədəd ARX-160, 470 ədəd GLX-160 lüləaltı qumbaraatan, 2017-ci ildə isə 528 milyon avroluq yeni müqavilə ilə 300 ədəd ARX-160A3 avtomatı alıb. ARX-160 avtomatları hazırda Türkmənistan Xüsusi Təyinatlı Qüvvələrinin silahlanmasına daxildir. Türkmənistanın 2018-ci ildə əlavə olaraq ARX-160A3 modifikasiyası da əldə etdiyi bildirilir. Regionda Azərbaycan, Ukrayna, Gürcüstan və Türkmənistanın ordu və güc strukturlarının silahlanmasında yer alan TAR-21 “Tavor” hücum tüfəngi İsrail Ordusunun istifadəsində olan M16, M4 və “IWI Galil” avtomatlarının yerini almaq
məqsədilə hazırlanıb. İsrail Silah Sənayesi (IWI) şirkəti tərəfindən TAR-21 (Tavor Assault Rifle) dizaynına 1991-ci ildə başlanılıb. İlk prototipi 1998-ci ildə hazır olan TAR-21 hücum tüfəngi 2002-ci ilə qədər test edilmək üçün orduya verilib. Sınaqların nəticələri israil Ordusu tərəfindən yüksək qiymətləndirilib. TAR-21 hücum tüfənginin yaradılması zamanı ilk diqqət erqonomikaya yönəlib. IWI mütəxəssislərinin sözlərinə görə, bullpap dizayna malik silahın mexanizmində dəyişiklik etməklə, həm sağ, həm də sol əl ilə istifadə etmək olar. 5.56x45 mm çaplı TAR-21 hücum tüfəngiı 30 patron tutumlu daraqla dəstləşdirilir (eyni zamanda M4 avtomatının standart darağından istifadə olunur). Hissələri polimerdən hazırlanan silahın üzərinə klassik nişangah yerinə lazer nöqtələyici quraşdırılıb. TAR-21 istifadəçilərə MARS, yaxud MEPRO nişangahları və M203 lüləaltı qumbaraatanla komplektləşdirilmiş şəkildə təklif olunur. TAR-21 hücum tüfənginin standart konfiqurasiyadan əlavə, CTAR-21, GTAR-21, STAR-21, X-95 (MTAR-21) və “Tavor-7AR” adlı 6 fərqli modeli mövcuddur. CTAR-21 və X-95 isə lüləsi qısaldılmış kompakt modeldir. 2017-ci ildə IWI şirkəti tərəfindən təqdim olunan 7.62x51 mm çaplı “Tavor-7AR” avtomatının çəkisi isə 4.1 kq, atış uzaqlığı 600 metr təşkil edir. Bu model sifarişdən asılı olaraq 432 mm və 508 mm uzunluğunda lülələrlə təklif olunur.
35
Postsovet məkanında TAR-21 av tomatının ilk istifadəçisi Gürcüstandır. 2000-ci illərin əvvəllərində Gürcüstan Daxili İşlər Nazirliyinin bölmələrinin silahlanması üçün açıqlanmayan sayda TAR-21 alıb. Sonrakı illərdə silahın növbəti partiyalarının əldə edilməsi planlaşdırılsa da, maliyyə çətinliklərinə görə satınalma baş tutmayıb. 2008-ci ildə Bakı şəhərində keçirilmiş hərbi paradda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri TAR-21 hücum tüfənglərini ilk dəfə nümayiş etdirib. Sonrakı dövrlətdə keçirilən hərbi paradlarda, təlimlərdə və təqdimatlarda ordu ilə yanaşı ayrı-ayrı güc strukturlarının da TAR-21 avtomatlarını silahlanmaya qəbul etdiyi üzə çıxıb. 2018-ci ildə keçirilən hərbi paradda isə Xüsusi Təyinatlı Qüvvələrin silahlanmasında ilk dəfə X-95 modeli görüntülənib. 2008-ci ildə Ukraynanın “RPC Fort” və İsrailin IWI şirkəti arasında imzalanmış müqavilə çərçivəsində Ukraynada DİN və təhlükəsizlik qüvvələri üçün “Tavor”un 5.45x39 mm sovet kalibrli patronlara uyğunlaşdırılmış “Fort -221” (CTAR-21) və “Fort-222” (STAR-21) modellərinin istehsalına başlanıb. “Milkor” şirkətinin istehsalı olan 40 mm UBGL lüləaltı qumbaraatanlarla dəstləşdirilən “Fort221” hücum tüfənginin ilk məhdud saylı çatdırılma müqaviləsi 2009-cu ilin dekabrında Ukrayna kəşfiyyat və sərhəd mühafizə orqanları ilə imzalanıb. 2014cü ilin payızında isə “RPC Fort” şirkəti Ukrayna DİN ilə “Azov” alayının, habelə nazirliyin 1-ci operativ briqadasının “Fort221” və “Fort-222”, Müdafiə Nazirliyi ilə Ukrayna Ordusunun hava-desant his sələrinin “Fort-221” və “Fort-224” (5.56x45 mm) hücum tüfəngləri ilə tədarükünə dair böyük həcmli müqavilələr imzalayıb. Hazırda şirkət özünün rəsmi kataloqunda “Tavor”un yuxarıda adı çəkilən modelləri ilə yanaşı, 9x19 mm Luger patronlardan
36 www.azeridefence.com
istifadə edən “Fort-224” subkompakt modelinin də olduğunu göstərir. 2004-cü ildən ABŞ-ın dəstəyi ilə silah və texnika parkını yeniləyən Gürcüstan ilk illərdə Türkiyədən 1500 ədəd HK G-3 piyada tüfəngi, 2007-2016-cı illərdə ABŞın “Bushmaster” və “Colt” şirkətindən ümumilikdə 20 mindən çox M4A1, M4A1 SOPMOD, M4A2 və M4A3 hücum tüfəngləri əldə edib. Hazırda M16 hücum tüfəngi lisenziya əsasında G13 indeksi altında Gürcüstanın “STC Delta” Mərkəzi tərəfindən istehsal olunur. Gürcüstan ordusu M4/M16 tüfənglərinin ilk partiyasını 2008-ci ilin yanvar ayında qəbul edib. 2008-ci ilin avqust ayında baş verən müharibədə Gürcüstanın Qori və Senaki hərbi bazalarından bir neçə min ədəd M4 hücum tüfəngi Rusiya silahlı qüvvələri tərəfindən qənimət olaraq ələ keçirilib. AR-15/M4 hücum tüfəngləri son illər Azərbaycanın Dövlət Sərhəd Xidməti və digər güc strukturlarının da silahlanmasında nümayiş olunub. 2018-ci ildə Müdafiə Nazirliyi Belarus müəssisəsi tərəfindən AR-15 dizaynı əsasında istehsal edilmiş 7.62x39 mm çaplı “Aztex” avtomatını silahlanmaya qəbul edib. NATO üzvü olan Baltik respublikalarının ordu və güc strukturlarının silahlanmasında Almaniyanın “Heckler&Koch” şirkəti ilə HK G-36 avtomatları əsas yer tutur. 5.56x45 mm çaplı G-36 avtomatının həm sağ, həm də sol əldə istifadəsi mümkündür. Avtomatda standart 30 patron tutumlu daraqla yanaşı, 100 patronlu baraban tipli daraq istifadə olunur. 2016-cı ilin avqust ayında Litvanın Müdafiə Nazirliyi “Heckler & Koch” şirkəti ilə G-36KA4M1 avtomatlarının və bu silah üçün 40 mm-lik HK-269 lüləaltı qumbaraatanın tədarükünə dair 12.5 milyon avro dəyərində müqavilə bağlayıb. Sözügedən müqavilənin davamı olaraq, 2018-ci ilin oktyabr ayında tərəflər
arasında 11 milyon avro dəyərində növbəti müqavilə imzalanıb. Litva Müdafiə Nazirliyinin rəsmi internet saytında yayımlanan informasiyada hazırda ordunun G-36 avtomatının G-36KA4, G-36KV1, G36C və G-36KA4M1 modellərinə sahib olduğunu bildirilir. 2006-cı ildən G-36 avtomatları həm də Latviyanın Quru Qoşunlarının silahlanmasına daxildir. 2018-ci ilin yanvar ayında Latviya Müdafiə Nazirliyi ilə “Heckler & Koch” şirkəti arasında G-36 avtomatlarının tədarükünə dair 13 milyon avro dəyərində 7 illik müqavilə imzalanıb. Müqavilə çərçivəsində Latviya Milli Qvardiyası və Dövlət Sərhəd Xidmətinin hərbi hissələri G-36 avtomatları ilə təchiz ediləcək. Qeyd edək ki, hazırda Latviyanın adıçəkilən strukturlarının silahlanmasına sovet istehsalı olan AKM və İsveç istehsalı olan AK-4 avtomatları daxildir. Müqavilənin icrası nəticəsində G-36 avtomatının Latviya silahlı qüvvələri və güc strukturlarının vahid avtomatı olacağı gözlənilir. Digər Baltik dövləti Estoniya Müdafiə Nazrliyinin “Heckler & Koch” şirkətindən aldığı G-36K avtomatlarının ilk partiyası 2000-ci illərin əvvəllərində Xüsusi Təyinatlı Qüvvələrin silahlanmasına daxil edilib. Sonrakı dövrdə imzalanmış əlavə müqavilələr hesabına tədarük edilən G-36 avtomatları Estoniya Silahlı Qüvvələrinin vahid avtomat silahı olaraq qəbul olunub. Cari ilin iyul ayında Estoniya Ordusunun vahid atıcı silahının seçilməsi üçün elan edilmiş tender yekunlaşıb. Atıcı silahların istehsalı sahəsində ixtisaslaşmış 12 şirkətin iştirak etdiyi tenderin qalib elan edilmiş ABŞ-ın “LMT Defence” şirkəti ilə Esto-
niyanın “Milrem LCM” şirkəti arasında sifariş verilən silahların birgə istehsalı və təmirinə dair müqavilə imzalanıb. Dəyəri 75 milyon avro təşkil edən müqavilə çərçivəsində Estoniya Müdafiə Qüvvələri üçün ilk mərhələdə 16000 ədəd LMT MARS avtomatının (arasında AR-15 və AR-10 modelləri olmaqla) istehsalı nəzərdə tutulur. Tüfəng və aksesuarların tədarükü 2019-cu ildə başlayacaq və 2021-ci ilədək davam edəcək. BMT Adi Silahlar Registrində 2006-cı ildən 2018-ci ilədək Latviyanın Almaniyadan 9700 ədəd, Litvanın 8920, Estoniyanın 200-dən çox G-36 avtomatı aldığı qeyd olunur. Bundan başqa, Almaniya hökumətinin Gürcüstana yardımları çərçivəsində, Gürcüstan Daxili İşlər Nazirliyinə 230 ədəd G-36 avtomatı bağışlanıb. Litva və Gürcüstanın xüsusi təyinatlı qüvvələri G-36 ilə yanaşı, HK-416 avtomatına da sahibdir. Litva Silahlı Qüvvələri ilə
Belçikanın “FN Herstal” şirkəti arasında 2013-cü ilin dekabr ayında imzalanmış 2.78 milyon avro dəyərində müqavilə çərçivəsində SCAR-HPR hücum tüfəngləri əldə edilib. Son bir neçə ildə Türkiyənin MKE Təşkilatı tərəfindən Türk Silahlı Qüvvələri üçün istehsal edilən MPT-76 piyada tüfənginin də region bazarında aktiv şəkildə marketinqi aparılır. İstehsalçı müəssisənin məlumatına görə, MPT-76 tüfəngi NATO tərəfindən tədbiq olunan 42 fərqli testi uğurla tamamlayıb. 7.62×51 mm çaplı MPT-76 -nın çəkisi 4.18 kq, uzunluğu 920 mm, lüləsinin uzunluğu isə 406.4 mm təşkil edir. Avtomatın atış tempi dəqiqədə 650 atəş, effektiv atəş məsafəsi 600 metr, güllənin başlanğız sürəti isə saniyədə 800 metrdir. Silahın yığılıb açılan ayağı həm də ikinci əl dəstəyi funksiyasını icra edir. Türkiyə tərəfindən MPT-76 tüfənginin bəlli partiyası sınaq üçün Azərbaycan
Ordusunun bölmələrinə də verilib. MKE rəsmilərinin sözlərinə görə, yaxın perspektivdə silahın sovet kalibrli patronları (7.62x39 mm və 5.45x39 mm) istifadə edən versiyalarının hazırlanması barədə düşünülür. Bu ideyanın reallaşması adıçəkilən silahları sovet kalibrli silahlardan istifadə edən region ordularına ixrac imkanı verəcək. Şirkət mütəxəssislərin sözlərinə görə, bu gün region dövlətlərinin ordu və təhlükəsizlik qüvvələrindən daha çox 5.56x45 mm MPT-55 tüfənginə maraq ifadə olunur. MKE-nin 5.56x45 mm çaplı MPT-55 tüfənginin uzunlüləli (MPT-55) və qısa lüləli (MPT-55K) növü mövcuddur. MTP-55K tüfəngin lüləsinin uzunluğu 279,4 mm, ümumi çəkisi isə 3 kq təşkil edir. MTP-55-in isə lüləsinin uzunluğu 368,5 mm, çəkisi 3,3 kq-dır. Dəqiqədə 850-yə qədər atəş aça bilən MTP-55 tüfəngi həm avtomatik, həm də tək atış rejiminə malikdir. Tüfəng 30 patron tutumlu şəffaf daraqla dəstləşdirilir. Darağının çıxarılması üçün hər iki tərəfdə (sağ və solda) düymə yerləşdirilib. Bu da tüfəngin istifadəsini daha da asanlaşdırır. MPT-55 silahında dünyada geniş yayılmış M-16 piyada tüfənginin darağı da istifadə oluna bilər. Yaradılmasına 2010-cu ildə başlanılmış və 2018-ci ildə silahlanmaya qəbul edilmiş AK-12 avtomatı Rusiya ilə yanaşı məhdud sayda da olsa Belarus, Ermənistan və Qazaxıstanın xüsusi təyinatlı bölmələrinin silahlanmasında yer alır. Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin açıqlamalarına görə, Rusiya tərəfi ilə 2018-ci ildə AK-12 avtomatının böyükhəcmli partiyasının alınmasına dair razılaşma
37
MSN müəssisələrində yaradılmış 7.62x39 mm çaplı AZ7.62 və 5.56x45 mm çaplı EM14 avtomatları. Foto: AD
əldə olunub. Qeyd edək ki, Ermənistan 2016–2018-ci illərdə Rusiyadan bir neçə min ədəd AK-103 və AK-105 avtomatı satın alıb. 5.45x39 mm çaplı patronlardan istifadə edən AK-12 avtomatında əsas dəyişiklərdən biri gövdənin yeni dizaynıdır. Silahda selektor sistemi daha da kiçildilərək modernizə edilib. Avtomat fərqli ölçülü istifadəçilər üçün uzunluğu tənzimlənən və qatlanan qundaqla komplektləşdirilib. Silahın daha erqonomik olması üçün tapança dəstəyi və tutacaq hissələri polimerdən hazırlanıb. Dizayn dəyişiklikləri edilmiş avtomatın iş prinsipi sələfi AK-74M avtomatında olduğu kimi saxlanıb. AK-12 avtomatı AK-74 avtomatlarında mövcud olan 30 patron tutumlu daraqla, RPK-74 əl pulemyotunun 45 patronlu standart və 100 patron tutan baraban tipli darağından istifadə edə bilir. Qeyd edək ki, bundan əvvəl yeni silahın AK-74 avtomatı üçün əvvəllər dizayn edilmiş 60 patron tutan baraban tipli daraqlardan da istifadə edəcəyi bildirilirdi. AK-12 avtomatının boş halda çəkisi 3.3 kq, uzunluğu 945 mm, qundaq büküldükdə 725 mm, o cümlədən, lüləsinin uzunluğu 415 mm təşkil edir. Silahın atış tempi dəqiqədə 650 atış, effektiv atəş məsafəsi isə 800 metr təşkil edir.
müəssisənin mütəxəssisləri tərəfindən yaradılmış 5.56x45 mm EM-14 avtomatı respublikanın bir neçə güc struktrunun silahlanmasına verilib. Yeni avtomat tüfəngin yaradılması istiqamətində fəaliyyətləri davam etdirən MSN 2018-ci ilin sentyabr ayında 7.62x39 mm çaplı AZ-50 avtomatını təqdim edib. Boş halda çəkisi 3.6 kq, atış məsafəsi isə 1000 metr təşkil edən AZ-50 avtomatı AK-47 dizaynı əsasında yaradılsa da, “Kalaşnikov” avtomatından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əsas fərqlərdən biri silahın uzunluğu tənzimlənən teleskopik qundağa malik olmasıdır. Avtomat 6 pilləli teskopik qundaqla və dünyada ilk dəfə olaraq 50 patron tutumlu daraqla dəstləşdirilib. Darağın dəyişilməsi ilə əlaqədar avtomatın işçi mexanizmlərində də dəyişiklik edilib, silahın dayanıqlılığı artırılıb. Silahın lülə qutusunun üzəri döyüş zamanı müxtəlif aksesuarların taxılmasına imkan verən piccatini tamasaları ilə bağlanıb. 50 patron tutumlu daraq xüsusi daxili konstruksiyaya malikdir ki, bu da atış zamanı daraqda patronun ilişib qalmasının qarşısını alır. Yerli istehsalla yanaşı, “Palladium Defence and Security Solutions” şirkəti tərəfindən Azərbaycanın güc strukturlarına “Grey Wolf” markası ilə 5.56x45, 7.62x39
və .308 kalibrli AR-15 dizaynına malik hücum tüfəngləri, həmçinin Braziliyanın “Taurus” şirkətinin istehsalı olan T4 karabinləri və SMT9 tapança-pulemyotları təqdim olunur. Yerli dizayn və xarici şirkətlərlə müştərək atıcı silahların istehsalına diqqət ayıran Ermənistan 1999-cu ildə 5.45x39 mm çaplı K-3 adlı bullpap sxemə əsaslanan avtomatın seriyalı istehsalına başlayıb. İnternet mediada yer alan informasiyalara görə, K-3 avtomatı məhdud sayda buraxılıb və yerli güc strukturlarının silahlanmasına verilib. Ermənistan son illər Ermənistan K-3 avtomatını beynəlxalq bazarda təqdim etməyə çalışır. Kataloq məlumatlarına görə, çəkisi 3.4 kq təşkil edən avtomatın uzunluğu 700 mm, lüləsinin uzunluğu 415 mm, atış tempi dəqiqədə 600 atəş, nişangah məsafəsi 400 metrdir. K-3 avtomatı K-74 avtomatının standart darağından istifadə edir. Ordunun yerli istehsal hücum tüfəngləri ilə təchiz edilməsi istiqamətində Ukraynanın hərbi sənaye müəssisələri tərəfindən bəzi layihələr həyata keçirilir. Bunlardan biri “Ukroboronservis” Dövlət Müəssisəsi ilə ABŞ-ın “Aeroscraft” şirkətinin birgə istehsalı olan M4-WAC-47 hücum tüfənginin istehsalıdır. Hücum tüfənginin ilk partiyası 2018-ci ildə sülhməramlı qüvvələrin və Ukraynanın Sərhəd Mühafizə bölmələrinin silahlanmasına verilib. Modulyar dizayna malik M4 – WAC-47 avtomatı 7.62x39 və 5.56x45 mm olmaqla iki fərqli kalibrdə buraxılır. Silahın lüləsini və darağını dəyişməklə asanlıqla fərqli kalibrlərdə patronlardan atəş açmaq mümkündür. Avtomat tüfəng fərqli uzunluqda (10.5" 11.5", 14.5", 18", 24") lülələrlə istehsal olunur. Lüləni dəyişməklə silahı snayper tüfənginə çevirmək, avtomatın üzərinə qurulmuş pikkatini tamasalar vasitəsi ilə silaha optik nişangah, taktik fənər, lazer, qumbaraatan inteqrasiya etmək mümkündür. AD
Digər variantlar Region dövlətləri dünyanın aparıcı istehsalçılarından satınalmalarla yanaşı, özlərinin milli istehsallarını da yaratmaq istiqamətində fəal çalışırlar. Bu çərçivədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) fəaliyyəti xüsusi diqqət kəsb edir. 2010-cu ildə Rusiyanın “Kalaşnikov” Konserni ilə 120 min ədəd 5.45x39 mm AK-74M avtomatının 10 il ərzində lisenziya əsasında istehsalına dair müqavilə bağlayan MSN-nin “Şərq” İstehsalat Birliyi ordu və digər güc strukturları üçün avtomatın seriyalı istehsalını təşkil edib. 2015-ci ildə
38 www.azeridefence.com
Ukrayna istehsalı olan M4-WAC47 karabininin sınaq prosesi. Foto: Ukroboronprom
Silahlı dron “Sonqar” sınaqları tamamlandı “Asis Guard” şirkəti tərəfindən yaradılmış “Sonqar” adlı silahlı dronun sınaqları tamamlanıb və yaxın zamanlarda dronun Türkiyə Silahlı Qüvvələrinə çatdırılmasına başlanacaq. İlk modeli 5.56x45 mm çaplı pulemyotla silahlandırılmış dronun hazırda 40 mm çaplı avtomatik qumbaraatanla da sınaqları keçirilir. Şirkətdən “AzeriDefence” jurnalına verilən məlumata görə, “Sonqar” pulemyotla yanaşı, lazer məsafəölçən, ballistik hesablayıcı və nişangahla təchiz olunub. Növbəti
mərhələdə drona mövcud təhdidlərə qarşı səsli xəbərdarlıq sistemi də əlavə olunacaq. 10 km uçuş radiusuna malik “Sonqar” üçün “Asis Guard” şirkəti tərəfindən patentləşdirilmiş xüsusi silah stabilləşdirici yaradılıb. Döyüş ehtiyatı 200 patrondan ibarət olan “Sonqar”ın çəkisi tam təchizatlı halda 25 kiloqramdır. Bu yüklə uçuş aparatı 2800 metr yüksəkliyə qalxa bilir. IP 67 standardına uyğun dizayn edilmiş dronun digər bir özəlliyi isə atışın nəticələrini qeydə almasıdır.
“Rheinmetall” yeni minaatanını təqdim edib Almaniyanın “Rheinmetall Defence” şirkəti piyada bölmələri və xüsusi təyinatlılar üçün dizayn edilmiş yeni 60 mm-lik RSG60 minaatanını təqdim edib. Sadə və asan atış sisteminə, yüngül çəkiyə, sürətli tətbiq imkanına və rahat erqonomikaya sahib RSG60 minaatanının baza variantı təxminən 2000 metr, lüləsi nisbətən (30 sm) uzun digər versiyası isə 3200 metr atış uzaqlığına malikdir. Təxminən 70 santimetr uzunluğunda olan lülə üzəri karbon lifi ilə örtülmüş poladdan, altlıq isə karbon lifli kompozit materialda hazırlanıb. Ümumi çəkisi 15.8 kq təşkil edən minaatanı 30 saniyə ərzində altlıqdan ayıraraq “Komando” versiyasına çevirmək mümkündür. Bu halda çəkisi 6,8 kq təşkil edir. Minaatanların perspektiv inkişafı planlarına uyğun olaraq RSG60-ın yaradılmasına 2017-ci ilin oktyabrında başlanılıb. Yaradılma zamanı çəkinin azaldılması, erqonomika və sürətli tətbiq imkanlarının yüksəldilməsinə diqqət yetirilib.
Son testlərdə pulemyot və qum ba raatanla silahlandırılmış “Sonqar” dronu yenə “Asis Guard” şirkətinin istehsal etdiyi “Salqur” adlı mikrodron sürüsü ilə (6 drondan ibarət) birlikdə sınaqdan keçirilib. Ssenariyə əsasən sürü halında uçan 6 ədəd “Salqur” mikrodronun aşkarladığı hədəflər “Sonqar” tərəfindən pulemyot və qumbaraatanla vurulub. Qeyd edək ki, “Salqur” mikrodronu isə gizli əməliyyatlarda istifadə üçün dizayn edilib. Tək və yaxud 6 drondan ibarət sürü halında da istifadə oluna bilir. Üz, yazı, maşın və səstanıma qabiliyyətlərinə sahib olan “Salqur”ları əllə, yaxud təyyarələrdən atmaq mümkündür. Mikrodronun qanadları arasındakı məsafə 10 sm təşkil edir. Havada 25 dəqiqə qala bilən “Salqur”ları tək və ya sürü halında 2 km məsafədən idarə etmək mümkündür. “Salqur” 4 fərqli rejimdə istifadə oluna bilər: Kəşfiyyat: “Salqur” avtonom şəkildı müəttən edilmiş ərazidə uçaraq hədəfləri axtara bilir. Nəzarət: Bu rejimdə hədəf bölgəyə daxil olaraq görüntüləri göndərir. Dinləmə: Nəzarət rejiminə bənzər şəkildə ərazidə qeydə aldığı səsləri göndərir. Hücum: Təyin edilmiş hədəfə hücum edir. Qeyd edək ki, “Salqur” səssiz uçur və uçuş rejimində çıxardığı səs 25 dB-yə yaxındır. Xüsusi dizayn edilmiş idarəetmə cihazı eyni zamanda daşıma çantası funksiyasına malikdir və içinə 6 ədəd dron yerləşir. Çanta daxilində 6 dronu eyni zamanda enerji ilə yükləmək üçün naqilsiz enerji yükləmə sistemi mövcuddur.
39
Türkmənistan xüsusi təyinatlılarının istifadəsində yer alan “Ajban LRSOV” taktik nəqliyyat vasitəsi
Türkmənistan hərbi texnika parkını yeniləyir Zaur Babaşov Son onillikdə silahlı qüvvələrin hərbi texnika parkının müasirləşdirilməsi istiqamətində layihələr reallaşdıran Türkmənistan keçmiş Sovet Ordusundan miras qalan təkərli zirehli maşınların əhəmiyyətli hissəsinin yeni nəsil, Qərb və Çin istehsalı olan zirehli maşınlarla əvəz etməyə çalışmaqdadır. 2008ci ildən etibarən Türkmənistanın həyata keçirdiyi sürətli silahlanma proqramlarında quru qoşunlarının hissə və bölmələrinin yeni növ döyüş texnikaları ilə təchiz edilməsinə xüsusi diqqət yetirildiyi müşahidə olunur. Müstəqilliyin ilk illərində vəziyyət SSRİ dağılandan sonra Sovet Or dusunun Türküstan hərbi dairəsinin silah arsenalının böyük qismi Türkmənistan və Özbəkistan arasında bölüş dürülmüş, nəticədə SSRİ-dən Türkmənistana çox sayda döyüş texnikası miras qalmışdır. Müstəqillik dövründə Əfqanıstan sərhədində təhdidlərin varlığı, Özbəkistanla və dənizdə Azərbaycanla yaşanan problemlər Türkmənistanı ordunun silah və texnika parkını yeniləməyə və bu gün də prioritetlərdən biri kimi ön planda saxlamağa vadar edir. Ölkənin milli hərbi sənaye kompleksinin mövcud olmaması ordunun ehtiyac duyduğu silah və texnikaların xaricdən idxal edilməsinə səbəb olur. Zirehli texnikaların müasirləşdirilməsi
40 www.azeridefence.com
yerli müəssisələrin imkanları xaricində olduğundan, eləcə də kadr çatışmazlığı səbəbindən xarici şirkətlərin (Ukrayna və Belarus) iştirakı ilə həmin ölkələrdə həyata keçirilir. Açıq qaynaqlarda yer alan məlumata görə, Türkmənistan Silahlı Qüvvələrinə keçmiş Sovet Ordusundan böyük qismi istifadəyə yaramayan 640 ədəd T-72, 55 ədəd T-80BV, 30-dək T-64 və 7 ədəd T-62 tankı, 51 ədəd BRM-1K, 100 ədəd BRDM1, 70 ədəd BRDM-2, 525 ədəd BMP-1, 400-dən çox BMP-2, 384 ədəd BTR-60, 350 ədəd BTR-70 miras qalıb. 1996-cı ildə rəsmi Aşqabad Rusiyadan 543 ədəd BTR-60, BTR70 və BTR-80 zirehli transportyor aldığını BMT Adi Silahlar Registrinə elan edib. Sonrakı dövrlərdə Türkmənistanın Müdafiə Nazirliyinin sifarişi ilə Ukrayna
müəssisələri (Malışev adına zavod) tərəfindən silahlanmadakı 30 ədəd T-64 tankı T-64BM, T-72A tankları T-72UMG (Kiyev Zirehli Tank Zavodu tərəfindən), BTR-80 zirehli transportyorları isə BTR80M səviyyəsində müasirləşdirilib. Türkmənistan Silahlı Qüvvələrinin silahlandırılmasında əsas yeri tutan müasirləşdirilmiş BTR-80M zirehli transportyoru Ukrayna istehsalı olan “Qrom” döyüş modulu ilə silahlandırılıb. “Qrom” döyüş modulunun əsas silahı keçmiş sovet 30 mm-lik 2A42 avtomat topun Ukrayna versiyası olan ZTM-2 topu və yedək silahı 7.62 mm PKT və ya KT-7.62 pulemyotudur. Döyüş modulunun silahlanmasına həmçinin AQ-17 avtomat qumbaraatan və “Konkurs” tank əleyhinə idarə olunan raket daxildir. Modulun döyüş
dəstində top üçün 180 mərmi, pulemyot üçün 1200 patron, qumbaraatan üçün 150 mərmi yer alır. Müasirləşdirilmiş BTR80M zirehli transportyorları 8 ədəd 81 mm-lik tüstü qumbarası ilə təchiz olunub. 2000-ci illərin əvvəllərində Türkmənistan Rusiyadan 10 ədəd T-90S tankı, ən azı 6 ədəd BMP-3 piyada döyüş maşını, Ukraynadan 10-a qədər BTR-4 zirehli transportyoru əldə edərək, ordunun hərbi texnika parkının müasirləşdirilməsi istiqamətində planlarına start verib. Son illərdə Türkmənistan Quru Qoşunlarının hərbi satınalmalarında Çin, Türkiyə və Avropa ölkələrinin şirkətlərinə daha çox diqqət yetirildiyini müşahidə etmək olar. MRAP seçimi Türkmənistan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə 2015-ci ildə Müdafiə Nazirliyi tərəfindən minaya qarşı qorumalı nəqliyyat vasitələrinin (MRAP) satın alınması layihəsi elan edilib və Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret” şirkəti ilə 4x4 “Kirpi” MRAP-ların alqı-satqısına dair müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində Türkmənistan 2016-cı ildə Türkiyədən 28 ədəd 4x4 təkər formuluna malik “Kirpi” MRAP-ın standart konfiqurasiyasını əldə etmişdir. Bəzi məlumatlara görə, zirehli maşının bir neçəsi ambulans və komanda-qərargah maşını kimi konfiqurasiya edilib. 13 əsgəri daşıma imkanına malik “Kirpi” mina partlayışlarına və ballistik təhdidlərə qarşı yüksək qoruma təmin
edir. 4×4 təkər formuluna malik “Kirpi”nin 2,5, 5 və 10 ton çəkili modelləri istehsal edilir. Maşın CTIS mərkəzi təkər şişirtmə sistemi (partlamış təkərlə 40 km gedə bilir), run /flat təkərlər, avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub. Birbaşa 800 km məsafə qət edə bilən “Kirpi”nin üzərinə müxtəlif silah sistemlərini qurmaq mümkündür. Türkmənistan Ordusunun istifadəsində yer alan “Kirpi”lər standar konfiqurasiyadır və döyüş modullarına malik deyil. Silahlanmada “Kirpi”lərin mövcud olmasına baxmayaraq, Türkmənistan Silahlı Qüvvələri yeni MRAP arayışındadır. AZERI DEFENCE-nin özəl mənbələrdən əldə etdiyi məlumata görə, buna səbəb “Kirpi”lərin Türkmənistan şərtlərinə uyğun olmamasıdır. Hazırda ordu aktiv istifadə üçün Qazaxıstanın “Kazakhstan Paramount
Belarus istehsalı olan “Bars” yüngül zirehli nəqliyyat vasitəsi
Engineering” şirkəti ilə 4x4 “Arlan”, Özbəkistanın “Uzauto” şirkəti ilə “Ejder Yalçın” TTZA-nın alınmasına dair görüşləri davam etdirir. KPE şirkətinin direktoru Yerbol Səlimov AZERI DEFENCE jurnalına müsahibəsində 2018-ci ilin sonlarına doğru bir ədəd “Arlan”ı və müəssisədə istehsal edilən 4x4 “Alan” (“SandCat Stormer”) zirehli nəqliyyat vasitəsini Türkmənistanın sifarişi üzrə sınaqlara göndərəcəklərni bildirmişdi. Məlumatlara görə, Çinin NORINCO şirkətinin istehsalı olan VP-11 MRAP-ın nümunəsinin də Türkmənistan ordusuna təqdimatı keçirilib. Hazırda regionda Tacikistanın istifadəsində mövcud olan bu texnikaları Türkmənistana güzəştli qiy-
Türkmənistan ordusunun silahlanmasında mövcud olan “Kirpi” MRAPlar təlimdə. BMT məlumatlarına görə, Türkiyə 2016cı ildə Türkmənistana 28 ədəd “Kirpi” MRAP satıb. Foto: Türkmənistan MN
41
mətlərlə təklif edən Çin şirkəti satışdan sonra Türkmənistanda regional servis mərkəzinin yaradılmasına razılığını ifadə edib. Zirehli nəqliyyat vasitələri Türkmənistanın son illərdə təkərli zirehli hərbi texnika satınalmalarında Türkiyə şirkətləri mühüm yer tutub. BMC şirkətindən “Kirpi” MRAP-la yanaşı, 2016– 2017-ci illərdə Türkmənistan Türkiyənin “Otokar” şirkətindən 111 ədəd zirehli nəqliyyat vasitəsi (“Cobra” və “Ural”) əldə edib. Türkmənistan Gürcüstan, Azərbaycan və Qazaxıstandan sonra postsovet regionunda “Otokar” şirkətinin dördüncü, Mərkəzi Asiya regionunda isə ən böyük müştərisi olub. 2017-ci ildə Aşqabadda keçirilən hərbi paradda Türkmənistan Sərhəd Qoşunlarının silahlanmasında yer alan “Cobra” və “Ural” zirehli nəqliyyat vasitələri də nümayiş etdirilib. Təhlükəsizlik qüvvələri üçün xüsusi olaraq hazırlanan “Ural” zirehli transportyoru üstün hərəkət qabiliyyəti və yüksək qoruma səviyyəsinə malikdir. 4×4 təkər formulu üzərində yaradılan “Ural”ın müxtəlif versiyaları var. Maşın müxtəlif şirkətlərin istehsalı olan döyüş modulları ilə silahlandırıla bilər. “Ural”ın 3 qapılı konfiqurasiyası 10 nəfərlik, 5 qapılı konfiqurasiyası isə 9 nəfərlik oturacaqla təchiz olunub. Maşının monoblok gövdəsi və divarları minaya və güllələrə qarşı qoruma təmin edir. Türkmənistan ordusunun silahlanmasında mövcud olan İsrail istehsalı “CombatGuard” zirehli avtomobili hərbi paradda. Foto: İnternet
42 www.azeridefence.com
Bununla yanaşı, son illər Çin istehsalı olan hərbi texnikaların da Tükrmənistan ordusunda aktiv şəkildə sınaqdan keçirilməsi və silahlanmaya qəbulu baş verir. 2017-ci ildə ilk dəfə olaraq Türkmənis tanın Quru Qoşunları Çinin “Dongfeng” şirkətinin istehsalı olan “Mengshi EQ2020” yüngül zirehli avtomobilləri silahlanmada nümayiş etdirib. “Mengshi EQ2050” zirehli nəqliyyat vasitələri Amerikanın “AM General” şirkətinin məşhur HMMWV avtomobilinin klonu sayılır. 150 at gücündə “Cummins EQ150-20” dizel mühərrikə, 5 pilləli sürət qutusuna sahib 4x4 təkər formullu “Mengshi”nin çəkisi 2300 kq, yükgötürmə qabiliyyəti 1200 kq təşkil edir. Yüngül zirehlə mühafizə olunan maşının uzunluğu 4.7 metr, eni 2.1 metr, hündürlüyü 1.75 metr, maksimum sürəti 120 km/saat, gediş uzaqlığı 500 km-dir. Əsasən personal və yüngül yük daşınması üçün nəzərdə tutulmuş maşın qoşqu və ya yüngül artilleriya qurğularını da çəkə bilər. Nəqliyyat vasitəsi 12.7 mm çaplı pulemyot, 35 mm-lik avtomatik qumbaraatan və ya tank əleyhinə raketlər və ya hava hücumundan müdafiə raketləri kimi müxtəlif silahlarla təchiz edilir. Yerləşdiyi regiondakı digər türkdilli dövlətlər kimi İsraillə əlaqələri inkişaf etdirməyə çalışan Türkmənistan 2015-ci ildə bu ölkədən atıcı silahlar, pilotsuz uçuş aparatları, elektrooptik cihazlarla yanaşı, 2015-ci ildə İsraildən 4x4 “CombatGuard” zirehli nəqliyyat vasitələri satın alıb. Adıçəkilən maşınlar ilk dəfə Türkmənistan Silahlı Qüvvələrinin “Vətən-2016” taktiki təlimlərində nümayiş olunub. Türkmə-
nistan Silahlı Qüvvələri “Combat Guard” maşınının ilk istifadəçisidir. Israel Military Industries (IMI) şirkəti tərəfindən istehsal edilən “CombatGuard” maşınının çəkisi 8 tondur. Nəqliyyat vasitəsi “General Motors” şirkətinin 300 at gücündə “Cobra” dizel mühərriki ilə təchiz olunub və sürəti 150 km/saat təşkil edir. Məsafədən idarə edilən döyüş modulu ilə silahlandırılmış “CombatGuard” maşını yüksək qorumaya malikdir və zirehi ehtiyaca uyğun olaraq gücləndirilə bilər. Türkmənistan 2015–2016-cı illərdə Avstriyanın “Achleitner” şirkətindəm açıqlanmayan sayda “PMV Survivor II” zirehli nəqliyyat vasitələri və zirehsiz 4x4 “Mantra” nəqliyyat vasitələrini əldə edib. Ehtimal olunur ki, hazırda Türkmənistanın Quru Qoşunlarının silahlanmasında 10 ədəd “PMV Survivor II” zirehli nəqliyyat vasitəsi mövcuddur və bu maşınlar komanda-qərargah vasitəsi kimi xidmətdədir. Monokok gövdə dizaynına sahib “PMV Survivor II” zirehli maşınları minaya (8 kq TNT), əldəqayırma partlayıcılara və kiçikçaplı güllələrə qarşı qorumanı təmin edir. Zirehli maşının ballistik mühafizəsi NATO-nun STANAG 4569 standartının 3-cü səviyyəsinin, minaya qarşı qoruması isə STANAG 4569 Level 4 səviyyəsinə uyğundur. 4x4 təkər formuluna malik, sürücü və komandir daxil 12 nəfəri daşıya bilən zirehli maşının döyüş çəkisi 17 ton təşkil edir. Maşın 280 at gücündə dizel mühərriklə təchiz olunub və sürəti 100 km/saatdır. Rəsmi Aşqabad son illərdə Belarusdan, məhdud sayda olsa da, “Karakal” (tank əleyhinə idarə olunan raket kompleksi ilə
silahlandırılmış) və “Bars” zirehli maşınları satın alıb. “Bars” zirehli avtomobilləri Türkmənistanın güc strukturlarının silahlanmasında ilk dəfə 2011-ci ildə qeydə alınıb. Üzərindəki fərqlənmə nişanlarından aydın olduğu qədər “Bars” Türkmənistan Daxili İşlər Nazirliyinin istifadəsindədir. Türkmən çöllərində ərəb maşınları Maraqlıdır ki, son illərdə Türkmənistan Ordusunu silahlanmasında BƏƏ və Səudiyyə Ərəbistanının istehsalı olan zirehli və xüsusi təyinatlı nəqliyyat vasitələrinin nümunələri də yer tutmağa başlayıb. Belə ki, Türkmənistan 2016-cı ildə BƏƏ-nin “Nimir Automotive” (Emirates Defence İndustry Company şirkətlər qrupuna daxildir) şirkətindən “Ajban-440” zirehli avtomobilləri almaqla bu maşınların ilk xarici istifadəçisi olub. “Ajban 440” komanda və nəzarət maşınları Türkmənistan Xüsusi Təyinatlı Qüvvələrin silahlanmasına qəbul edilib. Stokholm Beynəlxalq Problemlərin Araşdırma İnistutunun (SİPRİ) məlumatına görə, “Nimr Automotive” şirkəti 2016-cı ildə Türkmənistana 10 ədəd “Ajban 440” zirehli nəqliyyat vasitəsini ixrac edib. “Ajban 440” pik-up dizayna sahibdir. 2018-ci ilin sonlarında zirehli maşının üzərinə Rusiya istehsalı olan “Kornet” tank əleyhinə raket kompleksi quraşdırılıb. Ballistik və mina təhdidlərinə qarşı qorumaya sahib maşın 4 heyət götürür. 296 at gücünə malik dizel mühərrikə malik maşın avtomatik ötürmə qutusu ilə təchiz olunub. Maşının maksimum sürəti 110 km/saat, gediş uzaqlığı 700 km təşkil edir. Modulyar dizayna sahib nəqliyyat vasitəsi sifarişçinin istəyinə uyğun olaraq kəşfiyyat-müşahidə, patrul, döyüş, CBRN müdafiə, komandanəzarət və personal daşıyıcı kimi müxtəlif taktiki missiyalar üçün konfiqurasiya edilə bilər. Maşının çəkisi 10750 kq, uzunluğu 5.6 m, hündürlüyü və eni 2.35 m, yükgötürmə qabiliyyəti 1200 kq təşkil edir. Avtomobilin standart konfiqurasiyası təkər təzyiqinin tənzimlənməsi sisteminə, özünü qaldıran vinçlərə və bucurğada malikdir. “Ajban-440” zirehli nəqliyyat vasitəsi çöl və səhra şəraitində istifadə üçün təyinatlandırılıb. 2017-ci ilin payızında Türkmənistan Ordusunun silahlanmasına qəbul edilmiş “Ajban LRSOV” (AJBAN Long-Range Special Operations Vehicle) xüsusi təyinatlı nəqliyyat vasitəsi “Nimr” şirkəti tərəfindən Xüsusi Təyinatlı Qüvvələr üçün xüsusi olaraq hazırlanıb. Heyəti sürücü daxil 5 nəfər təşkil edən maşında silahın yerləşdirilməsi üçün üst hissədə 360 dərəcə bucaq altında fırlana bilən stansiya mövcuddur. Bir çox hallarda damda 12.7
mm pulemyot qurulsa da, ehtiyaca bağlı olaraq pulemyotun bir ədəd 30 mm-lik avtomatik qumbaraatanla da əvəz edilməsi mümkündür. Sifarişçinin ehtiyacından asılı olaraq maşının ballistik mühafizəsini gücləndirmək, habelə yanlarda partlayışa qarşı qorumanı təmin etmək imkanları var. Altı pilləli “Allison 3000SP” avtomat transmissiyaya, 296 at gücünə 6 silindir “Cummins İSBe 300” dizel mühərrikinə sahib maşının uzunluğu 5680 mm, eni 2130 mm hündürlüyü 1970 mm, boş halda çəkisi 5000 kq, yüklü halda isə 8000 kq təşkil edir. 110 km/saat sürətə malik nəqliyyyat vasitəsinin gediş ehtiyatı 700 km-dir. 2017–2018-ci illərdə Türkmənistan Səudiyyə Ərəbistanının “Armored Vehicles & Heavy Equipment Factory” (AVF) şirkətindən “Al Shibl-2” zirehli maşınları da əldə edib. İstehsalçı və alıcının satın alınmış maşınların sayı və müqavilə barədə heç bir məlumat açıqlamamasına baxmayaraq, 27 sentyabr 2018-ci il tarixində Aşqabad şəhərində Türkmənistanın dövlət müstəqilliyinin ildönümünə həsr olunmuş hərbi paradda açıq qülləyə sahib 8 ədəd “Al Shibl-2” zirehli maşını ilk dəfə nümayiş etdirilib. “Toyota Land Cruiser” şassisinə əsaslanan “Al Shibl 2” sürücü və komandir daxil 8 nəfər daşıyır. Zirehli maşının uzunluğu 5.01 m, eni 1.76 m, çəkisi 3600 kq, döyüş çəkisi 4600 kq-dır. 4×4 təkər formuluna malik maşın 228 at gücündə benzin mühərrik və mexaniki ötürmələr qutusu ilə təchiz edilib və sürəti 120 km/saat təşkil edir. Adıçəkilən nəqliyyat vasitələri ilə yanaşı, Türkmənistanın güc strukturları tərəfindən BƏƏ-nin MPV və “Streit Group” şirkətləridən zirehləndirilmiş “Toyota Tundra Crew Max”, “Toyota HiLux”, Ford550, “Chevrolet Captiva”, “GMC Sierra 1500 CCSLE” maşınları da idxal edilib. MPV şirkətinin rəsmiləri Türkmənistanla daha bir neçə layihənin müzakirə mərhələsində olduğunu açıqlayıblar.
Türkmənistanın ABŞın “Polaris Defense” şirkətindən satın aldığı “Dagor” xüsusi təyinatlı nəqliyyat vasitələri. Türkmənistan 2017–2018ci illərdə “Polaris Defense” şirkətindən “Dagor”la yanaşı, MRZR və “Sportsman MV850” taktik nəqliyyat vasitələri tədarük edib. Foto: Polaris
Türkmənistanın Müdafiə Nazirliyi 2017–2018-ci illərdə ABŞ-ın “Polaris Defense” şirkətinin istehsalı olan “Dagor”, MRZR və “Sportsman MV850” taktik nəqliyyat vasitələri də tədarük etmişdir. Hazırda adıçəkilən nəqliyyat vasitələri Quru Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin aktiv istifadəsindədir. Nəticə Son illər Türkmənistanın silahlanmaya qəbul elədiyi nəqliyyat vasitələrinə nəzər yetirdikdə, hərbi paradlardan və təlimlərdən göründüyü qədər Türkmənistan Silahlı Qüvvələri getdikcə öz arsenalını yeniləməyə və modern texno logiyalara xüsusi yer ayırmağa başlayıb. Silah və hərbi texnika seçimində rəsmi Aşqabad maksimum səviyyədə Çin və Türkiyəyə istiqamətlənməyə önəm verir. Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına görə, son beş ildə Türkmənistan Türkiyə istehsalı olan hərbi texnikaların (nəqliyyat vasitələri və gəmilərin) ən böyük idxalçılarından olub. Bununla yanaşı son illərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə də hərbi-texniki əlaqələri inkişaf etdirən Türkmənistan bu ölkənin şirkətlərinə kifayət qədər böyük həcmli sifarişlər yerləşdirib. İŞİD-in Əfqanıstanın şimalına yerləşməsi, cənub və şərq sərhədlərindəki qeyri-müəyyən vəziyyət, regionda artan digər təhlükəsizlik təhdidləri Türkmənistanın yaxın illərdə də silahlanma tendensiyasını davam etdirəcəyini deməyə əsas verir.
43
Xüsusi təyinatlı baqqilər Həşim Səhrablı 1987ci ildə Liviya və Çad arasında baş vermiş və “Toyota müharibəsi” adıyla tarixə düşən müharibə yeni bir texnoloji mərhələnin əsasını qoydu. Yüngül “Toyota Land Cruiser40” pikupları ilə silahlanmış Çad qüvvələri ilə döyüşdə Liviya Ordusu 2000 canlı qüvvə, 200 tank, 200dək piyada döyüş maşını, iki zenit batereyası və 11 təyyarəsini itirərək məğlub çıxdı. Müharibənin nəticələri pik up tipli nəqliyyat vasitələrinin hərbi tətbiqində başlanğıc oldu və sonrakı inkişafında mühüm rol oynadı. Münaqişə zonalarında requlyar orduların və silahlı dəstələrin vazkeçilməz texnikasına çevrilən pikuplar aradan keçən 30 ildə öz populyarlığını qorumağı bacardı.
T
əbii ki, dünya silah sənayesi inkişaf etdikcə mövcud hərbi texnikalar təkmilləşdirilir və ya onların bazasında yeniləri meydana çıxır. 2000-ci illərin əvvəllərində Əfqanıstan, İraq, son onillikdə Liviya, Suriya, Yəmən, eləcə də digər coğrafiyalarda baş vermiş silahlı münaqişələr iştirakçı ölkələrin ordularının və hərbi sənayesinin qarşısına yeni tələblər qoymuş, yeni texnologiyaların yaradılmasında mühüm rol oynamışdır. Ağır zirehli hərbi texnikaların effektivliyinin azalması, manevr imkanlarının
məhdudluğu səbəbindən düşmənin tank əleyhinə vasitələri qarşısında aciz qalması silah istehsalçılarını yeni nəsil – ultrayüngül, çevik, sürətli, davamlı, istənilən əraziyə rahat şəkildə nəql edilə bilən maşınlar yaratmağa sövq edir. Müasir müharibələrdə xüsusi təyinatlı qüvvələrin artan rolu da bu sahədə tədqiqatları sürətləndirir. Yeni texnologiyaların yaradılmasında bilavasitə xüsusi təyinatlı bölmələrin tezisləri, təklifləri, onların istək və maraqları mütləq mənada nəzərə alınır.
Rusiyanın İNTRALL şirkətinin istehsalı olan “Eskadron” baqqisi sınaqlar zamanı. Hazırda baqqinin müxtəlif silahlarla təchiz edilməsi imkanları öyrənilir. Foto: İNTRALL
44 www.azeridefence.com
1990-cı illərin əvvəllərindən başlayaraq xüsusi təyinatlıların və orduların kəşfiyyat-hücum əməliyyatlarını dəs təkləmək məqsədi ilə yeni hücum maşınlarının yaradılması əsasən iki istiqamətdə aparılmaqdadır. Bunlardan birincisi, pikup tipli nəqliyyat vasitələrinin hərbiləşdirilməsidir. “Mitsubishi”, “Toyota”, “Ford”, “Chevrolet”, “Volkswagen”, “Nissan”, GMC və digər istehsalçıların təqdim etdiyi nəqliyyat vasitələrinin, eləcə də müxtəlif şassilər üzərində zirehlə gücləndirilmiş, silahlandırılmış döyüş maşınlarının yaradılmasıdır. Açıq arxitekturası bu maşınların üzərində dəyişikliklər etməyə, fərqli kalibrli atıcı silahlarla, o cümlədən qumbaraatan, yaylım atəşli reaktiv sistemlər, minaatanlar və s. ilə silahlandırmağa imkan verir. Digər tərəfdən, alınmasında hansısa embarqolar mövcud olmadığından, maşınların və ehtiyat hissələrinin bazardan tədarük edilməsi, təmir işinin adi emalatxanada aparıla bilməsi pik-upların geniş yayılmasında mühüm rol oynayır. Bununla paralel olaraq, aparıcı hərbi maşın istehsalçıları tərəfindən sırf hərbi standartlara uyğun zirehləndirilmiş pikuplar yaradılaraq bazara təqdim olunub. İkinci istiqamət isə sürətli, yüksək manevrli ultrayüngül taktik maşınların – baqqilərin yaradılmasıdır.
ABŞ Ordusu tərə indən 1982ci ildən aktiv şəkildə istifadə edilən ABŞ DPV baqqisi. Foto: İnternet
Ötən əsrin ortalarında idman yarışları üçün yaradılmış baqqilər 1980-cı illərin əvvəllərində müəyyən təkmilləşdirmələr aparılmaqla ABŞ Ordusunun istifadəsinə daxil olmuşdur. Baqqi termini məşhur avtomobil istehsalçısı “Volkswagen” şirkətinin 1950-ci illərdə təqdim etdiyi “Volkswagen Bug” adlı kiçik qabaritli maşından qaynaqlanır. Belə ki, adıçəkilən nəqliyyat vasitəsinin kuzovu, qapıları ləğv edilmiş, yüngülləşdirmiş dayaqlar tətbiq olunmuşdu. Yüksək sürət və manevr imkanlarına malik, nəqliyyat helikopterlərinin daxilində və xarici asmasında istəinilən əraziyə asanlıqla nəql oluna bilən baqqilər 1990-cı illərin əvvəllərindən başlayaraq Küveyt, İraq, Əfqanıstan, Suriya, Liviya, Ukrayna və digər regionlardakı münaqişələrdə praktik istifadə edilərək sınaqdan çıxarıldı. Sırf xüsusi təyinatlı bölmələr üçün nəzərdə tutulan baqqilər konstruksiyasında və güc bölməsində heç bir dəyişiklik edilmədən dağlıq, meşəlik, bataqlıq, qumluq ərazilərdə, hətta şəhər şəraitində istifadə oluna bilər. Nəqliyyat vasitələrinin yeganə problemi çaylardan və su maneələrindən keçə bilməməsidir. Lakin texnika istehsalçıları sözügedən problemin havadan daşınma yolu ilə mümkün olduğunu qeyd edirlər. Maşının yüngül çəkisi və davamlı konstruksiyası qısa müddətdə – cəmi bir neçə dəqiqəyə helikopter yedəyinə alınmasına imkan verir. Baqqilər özləri də zirehsiz və yüngül zirehli olmaqla iki sinfə ayrılır. Bazara son bir neçə ildə təklif olunan zirehli baqqilərdən fərqli olaraq zirehsiz nümunələr daha çox populyarlıq qazanıb. Mütəxəssislərin fikrincə, xüsusi təyinatlı qüvvələr daha çox zirehsiz baqqilərə üstünlük verirlər. Zirehləndirilmiş maşınlar isə daha çox şəhər şəraitində əməliyyatlar aparan ordu və təhlükəsizlik qüvvələri üçün məqsədəuyğun sayılır.
Zirehsiz baqqilər ABŞ-ın “Chenowth Racing Products Inc.” şirkəti tərəfindən istehsal edilən ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Edvard C. Meyerin layihəsi əsasında istehsal edilən DPV (Desert Patrol Vehicle) adlı ilk hərbi təyinatlı baqqilər 150 kWluq mühərriki ilə 4 saniyə ərzində 50 km/saata yaxın sürət yığa bilirdi. 130 km/saat maksimum sürətə malik olan bu nəqliyyat vasitələrinin gediş ehtiyatı 338 km idi. DPV-nin 120 ədədlik ilk partiyası 1982-ci ildə ABŞ Ordusunun silahlanmasına qəbul edildi. DPV baqqiləri ABŞ Ordusu tərəfindən ilk dəfə 1991-ci ildə Körfəz savaşında istifadə edilib və bundan sonra adıçəkilən nəqliyyat vasitəsi xarici hərbçilərin diqqətini çəkməyə başlayıb. Zaman-zaman yenilənmələrə məruz qalmış DPV günümüzdə baqqilərin ilki olmaqla yanaşı, ən mükəmməl xüsusi təyinatlı taktik nəqliyyyat vasitəsi hesab olunur. “Chenowth” şirkəti sonrakı illərdə DPV təcrübəsindən çıxış edərək bu gün ABŞ daxil olmaqla 10-dan artıq ölkənin silahlanmasında yer alan LSV və ALSV baqqilərini yaradıb. ABŞ Ordusu və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının (USSOCOM) istifadə etdiyi LSV (Light Strike Vehicle) mövcud DPV baqqilərinin təkmilləşdirilmiş versiyası hesab olunur. Yüngül çəkiyə, yüksək sürətə və manevr imkanlarına malik LSV kəşfiyyat missiyaları üçün nəzərdə tutulub. Sürücü, atıcı və iki sərnişindən ibarət LSV-də atıcılardan biri öndə – sürücünün yanında, digər isə arxada tərəfdə əyləşir. Maşın 7.62 mm çaplı pulemyotla silahlandırılsa da, ehtiyaca uyğun olaraq bu pulemyotun 12.7 mm çaplı ağır pulemyot, 40 mm-lik avtomat qumbaraatan, 1 ədəd TOW-2 və ya 2 ədəd AT-4 tank əleyhinə raketlərlə əvəz edilməsi
45
Yuxarıda: Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri tərə indən istifadə edilən “Polaris” şirkətinin MRZR4, aşağıda “Çeçen Avto” şirkətinin istehsalı olan “Çaborz M3” baqqisi. Foto: MN/ AD
mümkündür. 125 at gücündə dizel mühərriklə təchiz olunmuş baqqinin uzunluğu 4.08 m, eni 2.11 m, çəkisi 960 kiloqram, gediş ehtiyatı 500 kilometr, sürəti yoluzluq şəraitində 110 km/saatdır. LSV yük helikopterlərinin daxilində və xarici asmasında daşına bilir. “Chenowth” şirkətinin 1996-cı ilin sonlarında təqdim etdiyi ALSV (Advanced Light Strike Vehicle) baqqisi LSV və DPVnin varisi və yeni nəsli hesab olunur. Hazırda ALSV baqqiləri ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları, həmçinin
46 www.azeridefence.com
BƏƏ, İordaniya, Böyük Britaniya və bir neçə NATO ölkəsinin silahlanmasında mövcuddur. LSV-dən fərqli olaraq ALSV iki, üç və ya dörd əsgər götürə bilir. Çəkisi 1600 kq təşkil edən baqqi “Porsche” şirkətinin istehsal etdiyi 160 at gücündə dizel mühərriklə təchiz olunub. Maşın 4 saniyə ərzində 48 km/saat sürət yığmağı, 75% dik, 50% yana maili yamaclarda hərəkət etməyi bacarır. CH-47 “Chinook” və ya CH-53 “Sea Stallion” nəqliyyat helikopterində nəql edilə bilən ALSV-nin heyət bölməsi ehtiyac yarandığı təqdirdə zirehləndirilə bilər. Nəqliyyat vasitəsinin arxasına yerləşdirilən əsas silah stansiyası 360 dərəcə bucaq altında atəş açmağa imkan verir. Silah stansiyasına iriçaplı pulemyot
(M2 Browning), yaxud 40 mm avtomatik qumbaraatan yerləşdirmək mümkündür. ABŞ-da fəaliyyət göstərən “Polaris Defense” şirkəti də baqqi tipli nəqliyyat vasitələrinin aparıcı istehsalçılarından sayılır. Şirkətin hərbi məqsədlər üçün nəzərdə tutulmuş baqqiləri aşağıdakılardır: - MRZR D4. Bu ultra yüngül baqqi taktiki off-road xüsusiyyətlərinə malikdir. Müxtəlif ölkələrin ordu və xüsusi təyinatlı qüvvələrində özünü təsdiqləmiş nəqliyyat vasitəsidir. 4 nəfərlik heyətə malik baqqi açıq dizayna malikdir. - MRZR D2. Bu, MRZR D4 modelindən fərqli olaraq daha kiçik ölçülü təkərlərə sahibdir. D4 modelindən fərqli olaraq D2 modeli iki döyüşçü üçün nəzərdə tutulur. D2 daha sürətli və etibarlı model kimi dəyərləndirilir. “Polaris Defense”nin istehsal etdiyi baqqilər hazırda ABŞ Ordusu və USSOCOM ilə yanaşı, Azərbaycan da daxil olmaqla, 20-dən artıq dövlətin istifadəsində mövcuddur. 2015-ci ilin avqust ayında USSOCOM ilə “Polaris Defense” şirkəti arasında MRZR-2 və MRZR-4 nəqliyyat vasitələrinin tədarükünə dair 83 milyon dollar dəyərində 5 illik müqavilə imzalanıb. Bunun davamı olaraq, MRZR-lərə artan tələblər fonunda ABŞ Dəniz Piyadaları Korpusu 2016-cı ilin noyabr ayında 144 ədəd dizel mühərrikli MRZR D4 sifariş verib. ABŞ hökumətinin xarici hərbi satış proqramı (FMS) xətti ilə 2018-ci ilin əvvəlində Latviya Müdafiə Nazirliyinə 44 ədəd MRZR-2, “Sportsman Big Boss” və MV850 nəqliyyat vasitəsi tədarük edilib. Əməkdaşlığın davamı olaraq, Latviya Silahlı Qüvvələri 2020-ci ildə “Polaris Defense”
şirkətindən daha 130 ədəd MRZR-2, MRZR-4, MV850 və “Sportsman 6×6” nəqliyyat vasitəsi almağı planlaşdırır. Qeyd edək ki, ABŞ Ordusunun perspektiv planlarında baqqilərin geniş spektrdə istifadəsi ilə bağlı baxışlar mövcuddur. Hazırda istehsalçılar ABŞ Ordusu və USSOCOM-un iştirakı ilə baqqilərin silahlandırılmasından insansız modellərinin yaradılmasınadək çox sayda layihələr üzərində işlər davam etdirirlər. “Çeçen Avto” zavodunun istehsal etdiyi “Çaborz-M3” və “Çaborz-M6” baqqiləri Rusiya Ordusu və xüsusi təyinatlı bölmələri tərəfindən Suriyada gedən hərbi əməliyyatlarda sınaqdan çıxarılıb. Mütəxəssislərin sözlərinə görə, nəqliyyat vasitəsi hazırlanarkən tək Suriyada deyil, Əfqanıstan, Gürcüstan və digər zonalarda gedən müharibələrdə qazanılan təcrübələr nəzərə alınıb. AZERI DEFENCE jurnalına danışan zavod rəsmilərinin sözlərinə görə, “ÇaborzM6” heyətin və yüklərin daşınması, habelə sanitar, zərbə və ya kəşfiyyat-müşahidə əməliyyatları üçün təyinatlandırılıb. Maşının silahlanmasına 3 ədəd 7.62 mm PKM və ya “Peçeneq”, 1 ədəd 12.7 mm “Kord” və ya “Utyos” pulemyotu daxildir. Böyük kalibrli pulemyot maşının damında yerləşdirilir. Maşının arxa hissəsində isə yüklərin bərkidilməsi üçün xüsusi modulyar sistem tətbiq olunub. “Çaborz-M6” universal dizayna malikdir və bu, maşınının 150 at gücündən 300 at gücünədək dizel, yaxud da benzin mühərriklərlə, həmçinin səssiz hərkət üçün hibrid dizel-elektrik güc qurğusuyla
təchiz edilməsinə imkan verir. Yükgötürmə qabiliyyəti 800 kq təşkil edən maşının uzunluğu 4300 mm, eni 1900 mm, hündürlüyü 1800 mm, gediş ehtiyatı isə 800 kilometrə yaxındır. Dağlıq və meşəlik ərazilərdə, eləcə də Yaxın Şərq səhralarında fəaliyyət göstərmək üçün hazırlanmış “Çaborz-M3” baqqisi “Lada Priora” mühərriki və ilə təhciz olunub. “Çaborz-M3” həm normal, həm də yolsuz ərazilərdə 130 km/saat sürətlə hərəkət edə bilir. İstehsalçı müəssisənin nümayəndələrinin sözlərinə görə, “Çaborz-M3”
Yuxarıda Qazaxıstanın “Kaztechinnovations” şirkətinin KADEX2018 sərgisində nümayiş et dirdiyi 2E1 “Razvedmobil”, aşağıda Fransanıın BOOXT şirkətinin havasız təkərlə təchiz edilmiş BOOXT hücum baqqisi. Foto: KTİ/ BOOXT
baqqilərinin “Arktika” və ya “Şimal variantı” adlandırılan modellərinin qoşun sınaqları Rusiyanın şimal bölgələrində, sərt iqlim şərtlərində davam etdirilir. İlk nümunələri 2018-ci ilin mart ayında Frans İosif arxipelaq adalarında keçirilmiş təlimdə istifadədə edilən “Çaborz-M3 Arktik” baqqilərinin Şimal qütbündəki buzlaq
47
ərazilərdə yerləşən hərbi hissələrin silahlanmasına veriləcəyi gözlənilir. Serbiya, Belarus və Qazaxıstan xüsusi təyinatlı qüvvələrinə ixrac edilmiş “ÇaborzM3” baqqiləri ilə son zamanlar Çin, Yunanıstan, Hindistan və Azərbaycanın da hərbi qurumları yaxından maraqlanırlar. İdman baqqilərinin istehsalı sahəsində ixtisaslaşmış fransız BOOXT şirkətinin 2018-ci ildə “Eurosatory” sərgisində təqdim etdiyi Hücum Baqqisi (BOOXT Assault Buggy) 1000 kq çəkiyə və 700 kq faydalı yükdaşıma qabiliyyətinə sahibdir. Açıq dizayna malik maşın 180 at gücündə (400Nm) dizel mühərrik və 6 pilləli mexaniki ötürmələr qutusu ilə təchiz olunub. 160 km/saat sürətə malik baqqinin gediş ehtiyatı 800 km təşkil edir. Müxtəlif növ silah və kəşfiyyat avadanlıqları ilə təchiz oluna biləcək baqqi “Eurosatory2018” sərgisində “Michelin” şirkətinin istehsalı olan havasız şinlə nümayiş etdirilib. Ukraynanın “Teximpeks” şirkətinin 2017-ci ildə Sərhəd Xidməti üçün hazırladığı LTA (Легкий Тактический Автомобил) baqqisinin ağırlığı 1270 kq təşkil edir. 240 at gücündə turbodizel mühərriklə təchiz edilmiş LTA-nın maksimal sürəti 130 km/saat, gediş ehtiyatı isə 570 kilometrdir. “Texximppeks” mütəxəssislərinin sözlərinə görə, maşının silahlanmasına 7.62 və ya 12.7 mm çaplı
istənilən növ pulemyot, AQS-30 avtomatik qumbaraatan daxil edilə bilər. Postsovet məkanında son illərdə təqdim edilən hərbi baqqilərin maraqlı nümunələrindən biri də Qazaxıstanın “Kaztechinnovations” (KTİ) şirkətinin 2E1 “Razvedmobil” adı verilmiş elektrik mühərriki ilə çalışan kəşfiyyat nəqliyyat vasitəsidir. İlk dəfə KADEX-2018 sərgisində nümayiş etdirilmiş 2E1 ultrayüngül baqqi 4x2 təkər formuluna malikdir. Maşının uzunluğu 3200 mm, eni 1660 mm, çəkisi 120 kq təşkil edir. Nəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəti 700 kiloqram, sürəti 50 km/saat təşkil edir. LiFePo batareyalarla demək olar ki səssiz işləyən baqqi bir dəfə enerji doldurmaqla 70 km məsafə qət etməyi bacarır. Elektrik mühərriklə çalışması və səssiz işləməsi 2E1 baqqisini fərqləndirən əsas xüsusiyyətlərdəndir. Şirkət rəsmilərinin sözlərinə görə, baqqinin prototipinin sınaqları keçirilir və sınaqların yekun nəticələri əsasında nəqliyyat vasitəsinin təkmilləşdiriləcəyi istisna deyil. Zirehli baqqilər Rusiyanın İNTRALL şirkəti tərəfindən yaradılmış “Eskadron” adlı baqqi hazırda ordu və xüsusi təyinatlı qüvvələr tərəfindən poliqon şəraitində sınaqlardan keçirilir.
İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, maşın 150 km/saatdan yuxarı sürət yığa, yolsuzluq şəraitində 130 km/saat sürətlə hərəkət edə bilir. Çəkisi 1.5 ton təşkil edən maşın 4 heyət götürür. Sürücü və komandir zirehli bölmədə, digər iki əsgər və yüklər isə açıq kuzovda yerləşir. Texnika müxtəlif növ silahlarla silahlandırıla bilir. Maşın xüsusi təyinatlı dəstələrin kiçik qruplarının nəqli, yaralıların təxliyəsi və s. üçün nəzərdə tutulur. Səudiyyə Ərəbistanının off-road nəqliyyat vasitələrinin dizayn və istehsalı üzrə ixtisaslaşmış “Bandria Auto” şirkəti cari ilin fevral ayında BƏƏ-nin paytaxtı Abu Dabidə keçirilmiş İDEX-2019 beynəlxalq müdafiə sərgisində özünün zirehli və zirehsiz versiyada R2F baqqilərini tanıdıb. R2F baqqisinin zirehli versiyası barədə məlumat verən mütəxəssislərin sözlərinə görə, 400 at gücündə V8 LS mühərriklə təchiz olunmuş nəqliyyat vasitəsi 240 km/saata yaxın sürət yığmağı bacarır və yanacaq çəninin həcmi 180 litrdir. R2F-nin zirehsiz versiyasının ağırlığı 2.3 ton təşkil edir. BR6 səviyyəsində qoruma təmin edən kompozit zireh hesabına bu versiyanın ağırlığını 2.8 tona, yaxud polad zirehlə 3.1 tona qədər artırmaq olar. Zirehli versiya sürətli hücum, patrul və ya ambulans variantında konfiqurasiya edilə bilər.
BƏƏnin “Siham Alkhaleej” şirkətinin istehsalı olan “Saluki” baqqisi İDEX2019 sərgisində MMP tank əleyhinə raketlə silahlandırılmış halda nümayiş etdirilib. Foto: AD
48 www.azeridefence.com
İsrailin “Carmor” şirkəti tərə indən dizayn edilmiş “Mantis” zirehli hərbi baqqi. Foto: Carmor
BƏƏ-nin “Siham Alkhaleej” şirkətinin hazırladığı “Saluki” adlı yüngül baqqi uzun məsafəli səhra əməliyyatları və döyüşlə kəşfiyyat, axtarış və xilasetmə missiyaları kimi geniş ssenarilər üçün nəzərdə tutulur. İlk nümunəsi İDEX-2019 sərgisində Fransanın MBDA şirkətinin istehsalı olan MMP tank əleyhinə raketlə silahlandırılmış “Saluki” 6.2 l “Chevrolet LS3 V8” mühərriklə təchiz edilib. Şirkət əməkdaşlarının sözlərinə görə, baqqini 4x4 və 4x2 təkər formuluna çevirmək mümkündür. İsrail hərbi sənaye şirkətləri tərəfindən bir neçə fərqli, zirehli və zirehsiz baqqilərin nümunələri hazırlanaraq beynəlxalq müdafiə sərgilərində təqdim edilib. “Carmor Integrated Vehicle Solutions” şirkətinin “Mantis” baqqisi bu sahədə yeni yanaşmalardan hesab olunur. Yüngül zirehə sahib “Mantis” məsafədən idarə olunan, səfər zamanı nəqliyyat vasitəsinin arxa bölməsində çəkilib gizlədilə bilən döyüş moduluna sahibdir. Hücum və kəşfiyyat missiyaları üçün nəzərdə tutulan “Mantis”in 4 və 3 yerli zirehli kabinə və 8 yerli açıq versiyaları mövcuddur. Mühərrik maşının arxa hissəsində yerləşdirilib və infraqırmızı görüntülənməni minimallaşdırmaq üçün istilik yayması azaldılıb. 4x4 formuluna malik nəqliyyat vasitəsinin çəkisi 3 ton təşkil edir. Baqqinin zirehli korpusu heyəti güllələrdən və partlayışlardan müdafiə edir. İstehsalçı şirkətin nümayəndələrinin
sözlərinə görə, “Mantis”ə “Elbit Systems” şirkətinin istehsalı olan “Spear Mk 2” minaatanın və PUA-ların inteqrasiyası imkanları araşdırılır. İsrailin “Plasan” şirkətinin 2018-ci ilin ortalarında təqdim etdiyi “Yagu” adlı baqqi daxildən idarə edilən döyüş modulu, maşının üzərinə yerləşdirilmiş və naqillə idarə edilən multikopterlə silahlandırılıb. 1350 kiloqram çəkiyə malik “Yagu”nun ballistik mühafizəsi B6+ səviyyəsinə (STANAG 4569 II səviyyəsinə oxşar) uyğun gəlir və 5.56x45, 7.62x39 və 7.62x51 çaplı silahların atəşindən qorumanı təmin edir. “Arctic Cat Wildcat 4 1000” platformasına əsaslanan “Yagu” 95 at gücündə, 1 litrlik mühərrik və avtomat ötürmələr qutusu ilə təchiz edilib. Maşının eninin 162 sm olması şəhər və məskunlaşmış məhəllələrdə, səki və pilləkənlərlə hərəkət etməsinə imkan yaradır. Maşın 3 nəfər, yaxud 350 kiloqram yük daşıma qabiliyyətinə sahibdir. “Yagu”nun ilk prototipi müştərilərə “General Robotics” şirkətinin “Pitbull” döyüş modulu ilə komplektləşdirilmiş şəkildə təklif olunub. “Pitbul” modulu atəş nöqtələrini və dronları avtomatik qeydə alaraq ona yönəlmə xüsusiyyətinə malikdir.
getdikcə artan tələblər əsasən aşağıdakı faktorlarla bağlıdır: - maşınların çevikliyi və yüksək manevr imkanları; - müxtəlif növ silahlarla təchiz edilə bilməsi; - yolsuzluq şəraitində və yaşayış məntəqələrində istifadə oluna bilməsi; - nəql imkanları; - multifunksionallığı. Son bir neçə ildə bazara baqqilərin müxtəlif əməliyyatlar üçün konfiqurasiya edilmiş versiyaları təklif olunur. Yüngül silahlarla təchiz edilmiş baqqilərlə yanaşı kəşfiyyat və müşahidə sistemləri, minaatanlar, qumbaraatanlar, tank əleyhinə idarə olunan raket kompleksləri ilə təchiz edilmiş zirehsiz və zirehli baqqilərin nümunələri yaradılaraq qoşunların silahlanmasına verilib. Hazırda ABŞ Ordusunun sifarişi əsasında baqqilər üzərinə “Raytheon” şirkəti tərəfindən antidron əməliyyatları üçün təyin edilmiş, lazer silah kompleksinin inteqrasiyası həyata keçirilir. Ümumilikdə bu gedişlə yaxın illərdə müharibə teatrlarında nəhəng texnikalarla savaşan cırtdan baqqiləri də görməyə başlayacağıq. AD
Nəhəng oyunçulara qarşı cırtdanlar Ekspertlərin proqnozlarına görə, baqqi texnologiyalarına hərbi sənaye bazarında
49
ATAK helikopterinin satışına mühərrik əngəli Türkiyə Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilmiş T129 ATAK zərbə heli kopterini Pakistan və Filippinin ardınca Azərbaycan da gündəmə gətirib. Hələ yaradılma mər hələsindən ATAKa marağını ifadə edən Azərbaycan Hərbi Hava Qüvvələri 2013cü ildə Türki yənin Milli Müdafiə Nazirliyi vasitəsi ilə qiymət təklifini alsa da, helikopterin təkmilləşdirilmə si işləri və sonrakı illərdə meydana çıxan maliyyə problemlərinə görə satınalma üçün görüşmə ləri dayandırmışdı.
B
u günlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “Turaz Qartalı-2019” təliminə ilk dəfə cəlb olunan T-129 ATAK helikopterləri üçün bu təlim həm də Azərbaycan coğrafiyasında ilk sınaq və təqdimatdır. Təlimin gedişatında Azərbaycan pilotları da bu helikopterlə uçaraq, müxtəlif şərtlərdə və ssenarilərdə onun imkanları ilə tanış olublar. T-129 ATAK zərbə helikopteri Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilir. Seriyalı istehsala başlandığı 2013cü ildən 1 sentyabr 2019-cu il tarixinədək 51 helikopterin istehsalı tamamlanaraq Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. Son illərdə beynəlxalq bazarda geniş təqdimatları keçirilən bu helikopterə müxtəlif ölkələrdən maraqların ifadə olunduğu bildirilir. TUSAŞ 2013-cü ildə Cənubi Koreyada girdiyi tenderi uduzmasına baxmayaraq, 2018-ci ildə Pakistan Ordu Aviasiysı ilə 30 ədəd T-129 ATAK helikopterinin alqı-satqısına dair 1.5 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. TUSAŞ yetkililəri Pakistanla yanaşı, Filippin HHQ ilə də anlaşma memorandumu imzaladıqlarını açıqlayıblar. Pakistanla alqı-satqı müqaviləsinin imzalanmasına baxmayaraq, helikopterin mühərrikinin ABŞ-dan tədürük edilməsi ATAK-ın bu ölkəyə ixracında problem ya-
50 www.azeridefence.com
radıb. Qeyd edək ki, T-129 ATAK helikopteri “Rolls-Royce” və “Honeywell” şirkətlərinin birgə istehsalı olan 2 ədəd LHTECCTS800-4A turboşaft mühərriklə təchiz olunur. Adıçəkilən mühərrik 2000-ci illərin əvvəllərində ABŞ-ın perspektiv RAH-66 “Comanche” proqramı üçün yaradılıb. Lakin sonradan həmin proqram dayandırıldığından mühərrikin müxtəlif konfiqurasiyaları digər istehsalçılara ixrac edilib. “Honeywell” şirkətindən bildirilib ki, LHTECCTS800·4A hərbi təyinatlı helikopterlər üçün nəzərdə tutulduğundan, şirkətlər arası görüşmələrə baxmayaraq, satış üçün Birləşmiş Ştatların hökuməti və konqresdən xüsusi icazənin alınması lazımdır. 2018-ci ilin noyabr ayında, Karaçidə keçirilmiş IDEAS-2018 beynəlxalq müdafiə sərgisində jurnalımıza danışan TUSAŞ yetkililəri ABŞ-la görüşmələrin sürətli şəkildə davam etdiyini və mühərrik probleminin qısa zamanda həllini tapacağını bildirsələr də, üzərindən bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, problemin həllində hansı mərhələyə gəlinməsinə dair heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, ABŞ-la mühərrik problemini çözə bilməyən TUSAŞ alternativ variant olaraq Avropa və Çin mühərriklərini təklif etsə də, Pakistan tərəfi bununla razılaşmayıb. Son aylar Pakistana T-129 ATAK helikopterlərinin ixracında yaranan problem
tez-tez medianın gündəminə gəlsə də, iştirak etdiyimiz son sərgi və aviaşoularda söhbət etdiyimiz TUSAŞ rəsmiləri bu mövzuda danışmamağa çalışdıqlarını müşahidə etdik. “Artıq bir ilə yaxındır Pakistana ixracı reallaşdırıla bilməyən T-129 ATAK helikopterlərinin mühərrik problemi nin həl li is ti qa mə tin də han sı iş lər görülür?” – sualımıza isə TUSAŞ şirkətinin mətbuat xidmətindən layihəyə Müdafiə Sənayesi Komitəsinin (SSB) cavabdehlik daşıdığı bildirilərək heç bir açıqlama verilməyib. Məsələ ilə bağlı müraciət etdiyimiz SSB-dən də jurnalımız çapa gedənə qədər hər hansı cavab ala bilmədik. Növbəti saylarımızda mövzu ilə bağlı verilən məlumatları oxucularımızla paylaşacağıq. Proseslər göstərir ki, hərbi helikopterlərin Pakistana satışında üzləşilən eyni problemin Filippin və Azərbaycanla da yaşanacağı qaçılmazdır. “Azadlığı Müdafiə Aktına 907-ci düzəliş”lə əlaqədar olaraq ABŞ Azərbaycana hərbi təyinatlı məmulatların satışına embarqo tətbiq edib və bu embarqo həm də lisenziya ilə ixrac edilən mühərriklərə də şamil olunur. Başqa sözlə desək, mövcud halda T-129 ATAK helikopterinin ixracında meydana çıxan mühərrik problemi gələcəkdə “Hürkuş” təyyarəsinin də Azərbaycana satışında yaşana bilər. Azərbaycan HHQ rəsmilərinin sözlərinə görə, bütün görüşmələrdə bu məsələnin öncədən həllinin çözülməsi istənilir. Türkiyə Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilmiş T-129 ATAK zərbə helikopterini Pakistan və Filippinin ardınca Azərbaycan da gündəmə gətirib. Hələ yaradılma mərhələsindən ATAK-a marağını ifadə edən Azərbaycan Hərbi Hava Qüvvələri 2013-cü ildə Türkiyənin Milli Müdafiə Nazirliyi vasitəsi ilə qiymət təklifini alsa da, helikopterin təkmilləşdirilməsi işləri və sonrakı illərdə meydana çıxan maliyyə problemlərinə görə satınalma üçün görüşmələri dayandırmışdı. AD
Yeni raket hücumundan xəbərdarlıq sistemi “Leonardo” şirkəti 17-23 iyun 2019-cu il tarixlərində keçirilmiş “Paris Airshow2019” sərgisində təyyarələr üçün nəzərdə tutulan yeni Multiple Aperture Infra-Red (MAIR) raket hücumundan xəbərdarlıq sistemini nümayiş etdirib. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, MAIR dizaynı “Leonardo”nun “Gripen E” və “Euro ighter Typhoon” kimi döyüş təyyarələrində istifadə edilən infraqırmızı axtarış və izləmə (İRST) texnologiyasının çoxillik təcrübəsinə əsaslanır. Raket xəbərdarlığı ilə yanaşı MAIR gündüz və gecə görüntülmə, habelə IRST funksionallığını təmin edir. MAIR-in əsas funksiyası raketləri aşkarlamaq və bu barədə heyəti xəbərdar etməkdir. MAIR təyyarəyə atılan raketi aşkarlyaraq izləyir, təsnif edir və xəbərdarlıq etməklə heyətin müda iə qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bundan sonra çevik şəkildə əks-tədbirlər sistemi işə salınır, təhdid izlənir və məhv edilir. MAIRin yüksək həssas IR texnologiyası xarici analoqları ilə müqayisədə təhlükəni daha tez aşkarlamağa imkan verir. MAIR təyyarənin ətrafında quraşdırılmış, görüntüləri toplayan infraqırmızı ka-
meralar və lokal infraqırmızı şəkilləri məlumata çevirmək üçün şirkətin xüsusi emal alqoritmlərini tətbiq edən bir prosessordan ibarətdir. Təhlükəni əlavə səs-küy şəraitində aydın şəkildə ayırd etmək qabiliyyəti “Leonardo” şirkətinin illərdir təkminləşdirdiyi IRST alqoritmlərinin unikal gücünə əsaslanır. Şirkətin “Skyward-G” IRST
funksiyası ilk dəfə 2013-cü ildə uğurla sınaqdan keçirilib. Bundan sonra da uğurlu iş prinsipinə sadiq qalan şirkət bir neçə il ərzində hədə lərin müəyyənləşdirilməsi və izləmə performansını daha da yaxşılaşdırıb. 2018-ci ildə keçirilmiş sınaqlarda özünü doğrultmuş MAIR sistemi 2020-ci ildə seriyalı istehsal üçün hazır olacaq.
“Xızır” Afrika yolunda
ASELSAN böyüməyə davam edir
Türkiyənin “Katmerciler” şirkəti adı açıqlanmayan bir Afrika dövləti ilə “Xızır” zirehli nəqliyyat vasitəsinin ixracına dair müqavilə imzalayıb. Dəyəri 20.7 milyon ABŞ dolları təşkil edən müqavilə üzrə sifariş verilən maşınların çatdırılması 2019–2020ci illərdə həyata keçiriləcək. Mina və əldəqayırma partlaycı vasitələrə qarşı yüksək qoruma təmin edən, yüksək manevr və çeviklik xüsusiyyətlərinə malik, 4x4 konfiqurasiyalı “Xızır” zirehli maşını komanda nəzarət, KBRN, silah daşıyıcı, ambulans, sərhəd təhlükəsizliyi və kəşfiyyat məqsədi ilə konfiqurasiya edilə bilər. 6 silindir 298 kW gücündə dizel mühərriklə təchiz olunmuş maşının gediş ehtiyatı 700 km, maksımum sürəti 110 km/saatdır. Maşının uzunluğu 5570 mm, eni 2490 mm, hündürlüyü 2610 mm təşkil edir. V dizaynlı gövdəyə malik “Xızır”ın yanlarda 2, arxada bir qapısı, hər iki yanda 4, arxada isə bir mazğal mövcuddur. “Katmerciler” şirkətinin İdarə Heyətinin sədr müavini Furkan Katmercinin sözlərinə görə, “Xızır”ın başqa ölkələrə ixracı istiqamətində də işlər aparılır.
Türkiyənin ASELSAN şirkətinin büdcə gəlirləri 10.2 milyard ABŞ dollarını keçərək şirkətin fəaliyyəti müddətində ən yüksək zirvəyə yüksəlib. ASELSAN-ın açıqladığı məlumata görə, şirkət 2018-ci ildə büdcə gəlirlərini 9.1 milyard ABŞ dolları ilə bağlayıb. 2019-cu ilin ilk altı ayında həyata keçirdiyi tədarüklərdən əlavə, 1.8 milyard dollar dəyərində yeni müqavilələr bağlanıb. Bu müqavilələr arasında 841 milyon avro dəyərində “Altay” milli tankın seriyalı istehsalı, 241 milyon ABŞ dolları dəyərində Pakistan Ordusuna T-129 ATAK helikopterinin tədarükü və 113 milyon ABŞ dolları dəyərində modulyar müvəqqəti baza bölgəsinin qurulması kimi böyük layihələr yer alır. 2019-cu ilin əvvəlində Beynəlxalq marketinq struktrunu yenidən quran ASELSAN Türkiyə başda olmaq-
la Asiya və Afrika ölkələrində öz fəaliyyətini genişləndirmək istiqamətində işlər aparır. Bu istiqamətdə son olaraq Qambiyaya ixracla ASELSAN məhsul ixrac etdiyi ölkələrin sayını 64-ə çatdırıb. Qeyd edək ki, 2018-ci ilin nəticələrinə görə, ASELSAN ən böyük 100 müda iə sənaye şirkəti (Defense News Top-100) siyahısında 3 pillə yüksələrək 52-ci sırada qərarlaşıb. ASELSAN-ın İdarə Heyətinin sədri-baş direktor Haluk Görgün bildirib ki, rəhbəri olduğu şirkət yarandığı 1975-ci ildən bəri Türkiyə ordusunun elektron cihaz və sistem sahəsində ən önəmli mərkəzi olub: “Bu gün ASELSAN şirkəti Türkiyə ordusu ilə yanaşı, dünyanın 64 ölkəsinə ixracat həyata keçirir. Dünyanın ilk 50 müda iə sənayesi şirkətlərindən biri olma hədə imizi gerçəkləşdirməyə çox az qaldı”.
51
ROKETSAN böyük müdafiə şirkətləri sırasında irəliləyib Türkiyənin ROKETSAN şirkəti dünyanın ilk 100 müdafiə sənayesi şirkəti (Defense News Top-100) siyahısında 7 pillə yüksələrək 89-cu sırada qərarlaşıb. Hər il yayımlanan “Defense News Top-100” siyahısında ROKETSAN öncəki ildə qərarlaşdığı 96-cı sıradan bu il 89-cu sıraya yüksəlib. Şirkətin baş direktoru Səlcuq Yaşarın sözlərinə görə, ROKETSAN üçün bu il dünyanın 100 müdafiə
Ukrayna 90K6E radarını xarici diplomatlara nümayiş etdirdi Ukraynanın “SpetsTechnoEksport” şirkəti xarici diplomatik korpusların nümayəndələri üçün “İskra” zavodunda (“Ukroboronprom” Dövlət Müəssisəsinə daxildir) istehsal edilmiş yeni 90K6E radarının nümayiş etdirib. Təqdimatda müxtəlif dövlətləri təmsil edən diplomatlarla yanaşı, Azərbaycanın Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev də təmsil olunub. 2018-ci ilin əvvəlində təqdim edilmiş 80K6T radarının ixracat versiyası olan 90K6E bir tranzistor ötürücüsünə sahib mobil 3D radardır. İki
model arasındakı əsas fərq proqram təminatı ilə bağlıdır. Yeni radar 500 km-ə qədər məsafədə və 40 km hündürlükdə eyni anda 300-dən çox hava hədə ini aşkarlaya və mövqeyini dəqiqləşdirə bilir. Hər 5 saniyədən bir yenilənmiş məlumatları çıxaran radiolokasiya sisteminin 70 dərəcəyə qədər olan geniş baxış bucağı taktiki və əməliyyat taktiki raketləri aşkarlamağa imkan verir. Xüsusi siqnal emal alqoritmləri sayəsində 90K6E radarı relye in enməsi ilə aşağı hündürlükdə uçan kiçik ölçülü hədə ləri və qanadlı raketləri aşkarlamağı bacarır.
sənayesi şirkəti sıralamasında yer alan 5 Türkiyə şirkətindən biri olmaq böyük qürurvericidir: “2700-dən çox ixtisaslı işçi heyəti, innovativ yanaşma, Ar-Ge və kosmosa müstəqil giriş üçün görülən işlər ilə milli və beynəlxalq səviyyədə mövqelərimizi möhkəmləndiririk. Gələcək illərdə inkişaf etdirdiyimiz yüksək texnoloji milli məhsullar sayəsində müdafiə sənayesinə daha çox töhfə verəcəyik”. Qeyd edək ki, dünyanın aparıcı raket sistemləri istehsalçılarından olan Türkiyənin ROKETSAN şirkəti 1988-ci ildə yaradılıb. Hazırda şirkətin məhsul portfelinə yer-yer, hava-yer tipli raketlər, dərinlik raketləri, idarə olunan və olunmayan raketlər, zireh sistemləri, partladıcı başlıqlar, zenit-raket kom plekslərinin geniş çeşidi daxildir.
Qazaxıstan və İsrail birgə PUA istehsal edəcək Qazaxıstanın “Kazakhstan Aviation İndustry” (KAI) şirkəti ilə İsrailin “Elbit Systems” şirkəti arasında pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair uzunmüddətli müqavilə və xüsusi istifadə hüquqlarının ötürülməsinə dair lisenziya müqaviləsi imzalanıb. “Kazakhstan Engineering” Milli Şirkətinin açıqladığı məlumata görə, müqaviləyə uyğun olaraq KAI şirkətində PUA-ların birgə istehsalı, həmçinin onlara texniki xidmət həyata keçiriləcək. “Bu layihə bizə PUA istehsalını reallaşdırmağa, həmçinin PUA-ların təmiri və texniki xidmət məsələləri üzrə başqa ölkələrdən asılılığı azaltmağa icazə verəcək”, – deyə “Kazakhstan Engineering” Milli Şirkətinin İdarə Heyətinin sədri Kuanış Bişimov bildirib. Qeyd edək ki, KAI 2015-ci ildən başlayaraq birgə PUA istehsalına dair Türkiyənin TUSAŞ, Çinin AVIC və İsrailin “Elbit Systems” şirkətləri ilə danışıqlar aparılıb. Son mərhələdə “Elbit Systems” və TUSAŞ şirkətləri üzərində dayanılıb. İyun ayında Rusiyanın paytaxtı Moskva
52 www.azeridefence.com
şəhərində keçirilmiş “Army-2019” forumunda “AzeriDefence” jurnalının əməkdaşı ilə söhbətində “Kazakhstan Engineering” şirkətinin nümayəndəsi TUSAŞ-la görüşmələrdə texnologiya transferi və qiymətlərlə bağlı fikir ayrılıqlarının yaşandığını
bildirib. Ehtimalla yeni müqaviləyə əsasən Qazaxıstan “Elbit Systems” şirkəti ilə “Hermes-450” tipli MALE və “Skylark” tipli mini PUA-ların istehsalını həyata keçirəcək.
HGK82 yönləndirmə dəstinin sınaqları tamamlandı
Türkiyənin TÜBİTAK SAGE institutu tərə indən yaradılmış və ilk partiyasının istehsalı tamamlanan HGK-82 həssas yönləndirmə dəsti Hərbi Hava Qüvvələri tərə indən çətin şərtlərdə sınaqlardan çıxarılıb. TÜBİTAK SAGE-nin yaydığı məlumatda Hərbi Hava Qüvvələri tərə indən çətin şərtlərdə 4 əməliyyat-test atışının keçirildiyi, bununla da HGK-82 dəstinin istifadəyə hazır olduğu qeyd edilir. HGK82 silahlanmada mövcud olan 500 lb Mk-82 sərbəst düşən aviasiya bombalarına taxılır. GPS və İNS naviqasiyası ilə bombaya yüksək dəqiqlik qazandırır. Dəst BRU adapteri ilə çoxsaylı atış qabiliyyətti, uçuş zamanı hədə lərin müəyyən edilməsi, maneələrə və qarışdırmalara qarşı dayanıqlığa malikdir. HGK-82 dəsti qurulan aviasiya bombaları GPS və İNS naviqasiyası ilə hədə i maksimum mənzildə 10 metr, yalnız İNS (inersial) naviqasiya ilə 25 metr sapma ilə vurmağa imkan verir. TÜBİTAK SAGE təşkilatı tərə indən HGK-82 ilə yanaşı, həssas yönləndirmə dəstlərinin Mk-84 bombaları üçün HGK-84, həmçinin lazer arayıcı başlıqlı LHGK-84, Mk-83 bombaları üçünsə HGK-83 versiyaları hazırlanıb.
Litvaya JLTV satışına icazə verildi ABŞ Dövlət Departamenti Litvaya 170.8 milyon dollar dəyərində 500 ədəd JLTV (Joint Light Tactical Vehicle) zirehli maşının satışına icazə verib və satışın sertifikatlaşdırılması üçün layihə avqustun 27də Konqresə təqdim olunub. ABŞ Litva Ordusuna JLTV zirehli avtomobillərlə yanaşı inteqrasiya dəstləri, zireh, ehtiyat hissələri, o cümlədən atış yerini aşkarlayan “Bumeranq III” sistemi, GPS dəstləri, 8 portlu rabitə dəstləri, M153 CROWS döyüş modulları, habelə kadr hazırlığı və təlim avadanlıqları, mühəndis-texniki və logistik xidmətlər təmin edəcək. Litva Müdafiə nazirinin müavini Giedrimas Jeglinskas isə bildirib ki, Litva 2020–2024-cü illərdə ABŞ-dan 200 ədəd JLTV almağı düşünür. Bu satınalmanın həcmi 142 milyon dollardır. Litva Müdafiə Nazirliyi ilə istehsalçı “Oshkosh Defense” şirkəti arasında müqavilənin cari ilin sonuna qədər imzalanması planlaşdırılır. Nazir müavini bildirib ki, 2019-cu ilin fevral ayının əvvəlində Litva hökuməti 200 ədəd JLTV alınması üçün ABŞ hökumətinə müraciət edib. JLTV maşınları “Vilkas” (“Boxer”) piyada döyüş maşınlarının alınmasını da əhatə edən Litva Silahlı Qüvvələrinin mexanikləşdirmə proqramının əhəmiyyətli hissəsidir. Hazırda Litva Silahlı Qüvvələrinin istifadəsində 200-dən çox HMMWV və “Toyota Land Cruiser” ziehli avtomobil yer alır.
SPICE250yə ATR imkanları əlavə olunub İsrailin “Rafael Advanced Defense Systems” SPICE-250 yönləndirmə dəstində yeni nəsil ATR (Automatic Target Recognition -Avtomatik Hədəf Müəyyənləşdirmə) imkanlarına malik süni zəka texnologiyalarını təqdim edib. SPICE (250, 1000, 2000) yönləndirmə dəsti GPS istifadəsi mümkün olmayan ərazilərdə GPS naviqasiyasına əsaslanmadan hədəfləri dəqiqliklə vurmağa imkan verən, avtonom “hava-yer” silah sistemləri ailəsidir.
SPICE-250 yönləndirmə dəsti 100 kilometr məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub və 75 kiloqram ağırlığında döyüş hissəsinə malikdir. Yeni və bənzərsiz ATR funksiyaları SPICE-250-nin hədəfi avtomatik təyin edən, hərəkət edən hədəfləri ayırdetmə keyfiyyətlərini özündə birləşdirən alqoritmlərə sahibdir. Uçuş zamanı pilot hücum ediləcək hədəfləri müəyyən edərək bombanı buraxır. Döyüş sursatı hədəf bölgəyə yaxınlaşanda, hədəflərin aşkarlanması və tanınması üçün ATR rejimi dövriyyəyə girir. ATR alqoritminin köməyi ilə hər bir raket əvvəlcədən müəyyən edilmiş hədəfə yönələrək onu məhv edir. SPICE-250 unikal taktiki manevr qabiliyyəti ilə hədəfin yüksək dəqiliklə vurulmasını təmin edir. Hədəfdən yayınmaq riski demək olar ki, sıfıra enir. SPICE-250 ümumi təyyarə interfeysi və inkişaf etmiş Smart Quad Rack (SQR) istifadə edir. Hər bir SQR-də dörd SPICE-250 yerləşə bilər. SPICE-250 kiçik ölçü və yüngül çəkisi sayəsində, yüngül hücum təyyarələrinə də quraşdırıla bilər. “SPICE” sistemlərində hədəflərin 3 metrdən daha yaxşı dairəvi mümkün xəta (CEP) ilə dəqiq və effektli şəkildə məhv edilməsinə nail olmaq üçün ən müasir naviqasiya, yönləndirmə və özünü idarəetmə metodları tətbiq edilir.
53
Sərhəd–döyüş mövqelərində bir gün Rəşad Süleymanov 2018-ci ilin sonlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini təşkil edən DSX Sərhəd Qoşunları son aylarda Ermənistan Ordusunun təxribat fəaliyyətlərinin qarşısı uğurla alaraq, Babakər dağında döyüş mövqeləri əhəmiyyətli məsafədə irəli çəkməyə nail olub.
D
üşmənin Babakər dağı istiqamətində mövqelərini önəçəkmə cəhdlərinə qarşı DSX tərəfindən həyata keçirilmiş önləyici tədbirlər nəticəsində sərhədçilərimiz tərəfindən tutulmuş yeni mövqelərdən düşmənin Ermənistan Respublikası ərazisindəki döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı qazanılıb. Eləcə də düşmən tərəfindən əvvəllər atəş altında tutulan yaşayış məntəqələrinə olan təhlükə aradan qaldırılıb. Hazırda DSX Sərhəd Qoşunları Qazax rayonu istiqamətində, Ermənistanla dövlət sərhədində götürdüyü yeni mövqelərdən Ermənistan Ordusunun mövqelərinə, mövqelər arasındakı yollara, həmçinin Gürcüstan–Ermənistan qaz boru kəməri üzərində yerləşən qazpaylayıcı stansiyaya nəzarət edir. Avqustun 13-də AZERI DEFENCE jurnalı olaraq ilk dəfə yeni mövqelərimizə qalxaraq sərhədçilərimizin əldə etdiyi uğurları ictimaiyyətlə paylaşmaq şərəfinə nail olduq. Avqustun 22-də isə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi çərçivəsində AZERI DEFENCE jurnalının təşkilatçılığı ilə bir qrup ehtiyatda olan zabit, hərbi ekspert və bloqqer ön mövqelərimizə səfəri və əsgərlərimizlə görüşü baş tutdu. Döyüşlə irəli çəkilən mövqelərdə İlk olaraq DSX Sərhəd Qoşunlarının Azərbaycan–Gürcüstan–Ermənistan dövlət sərhədinin birləşdiyi nöqtədə – Babakər dağındakı mövqelərinə qalxan hərbi ekspert-
54 www.azeridefence.com
lər burada sərhədçilərin xidməti üçün yaradılan şəraitlə tanış olub, döyüş mövqelərinə baş çəkdilər. Məlumat verildi ki, DSX tə rə fin dən dövlət sər hə di müha fi zə yə götürüldükdən sonra ərazidə əlavə mühəndis işləri aparılıb. Şəxsi heyətin təhlükəsiz şəraitdə xidmət etməsi üçün zəruri olan bütün şərait yaradılıb. Babakər dağının ətəyində yerləşən yeni yaradılmış döyüş mövqelərinə yol alır, ərazidə sərhərçilərimizin önə çəkdikləri mövqe lər dən düşmə nin üzbəüz döyüş mövqelərini və kommunikasiyalarını müşahidə edirik. Burada məlumat verilir ki, DSX tərəfindən Ermənistan Ordusunun mövqelərini önə çıxarmaq cəhdləri vaxtında aş-
karlanıb. Düşmən qarşıdakı ərazilərə daxil ol maq və ora da kı yüksək lik lər də ye ni mövqelər yaratmağı planlaşdırıbmış. Lakin DSX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində düşmənin cəhdləri iflasa uğradılıb. Döyüş mövqelərimiz hər iki istiqamətdə irəli çəkilib. Bütün bu yerdəyişmələr düşmənin ciddi atəşi altında aparılıb. Yeni mövqelərdən Ermənistan Ordusunun üzbəüz postları və bu mövqeləri bölüklə birləşdirən yol, həmçinin yaxınlıqdakı qaz paylayıcı stansiya nəzarət altında saxlanılır. Yeni mövqelərin yaradılması nəticəsində vaxtı ilə düşmənin atəşinə məruz qalan, istifadə edilməyən minlərlə hektar əkinə yararlı ərazinin istifadəsi təmin edilib.
Hərbçilərlə söhbət zamanı hərbi ekspert, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Tərlan Eyvazov sərhədçilərin qayaları, sal daşları çaparaq açdıqları yeni səngərləri və yolları göstərərək “bu yolları açmaq, bu şəraitdə bir neçə min metr səngər qazmaq əsl igidlikdir” deyir: “Mən Əfqanıstanda və Qarabağda döyüşmüşəm. Dağlarda müdafiə mövqeləri qurmağın nə demək olduğunu bilirəm. Burada süxurların necə bərk olduğunu da gördüm. Bütün bu səngərlər külünglə qazılıb. Hətta öyrəndik ki, burada işləri qısa vaxt ərzində başa çatdırmaq üçün düşmənin atəşi altında əsgərlərimiz gecə-gündüz işləyiblər. Buradakı işləri sözlə təsvir eləmək çətindir. Görməyincə adamın inanmağı gəlmir”. Tanışlıqan sonra elə yeni mövqelərimizdə sərhəddəki vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Xətai Baxışov deyir ki, sərhədçilərimizin ərazidə tutduğu yeni mövqelər geniş spektrdə müşahidəyə imkan verir. Həyata keçirilən mühəndis işləri nəticəsində həm şəxsi heyətin, həm də yaxınlıqda yerləşən II Şıxlı kəndinin təhlükəsizliyinin tam təmin olunub: “Gördüyümüz qədər düşmən sərhədçilərimizin təcrübəsiz olduğunu düşünüb, irəliləmək istəsə də, elə öz ərazisində ilişib qalıb. Gəldiyim qənaət ondan ibarətdir ki, bəhs edilən istiqamət lər də düşmən irə li lə yib plan la dı ğı mövqelərə çıxsaydı, 700 metr yüksəkliyə malik Babakər dağındakı mövqeyimiz əhəmiyyətini itirəcək, həmin mövqe ilə bütün kommunikasiya kəsiləcəkdi. Eyni zamanda düşmən Qırmızı Körpüyə və II Şıxlı kəndinə nəzarət üstünlüyünü əldə edəcəkdi.
Sərhədçilərimiz düşməni lokallaşdırmaqla yanaşı, üstünlüyü də ələ alıblar”. Polkovnik deyir ki, yaradılan yeni döyüş mövqeləri artıq ərazidəki bütün “kor sahələri” bağlayıb. Bununla da düşmənin ərazidə demək olar ki, əl-qolu bağlanıb. “Əsgərlərimizdə, zabitlərimizdə olan ruh yüksəkdir. Sərhəd Qoşunlarımız döyüş mövqelərində yeni olsalar da, artıq ortaya kifayət qədər ciddi işlər qoya biliblər. Bu da bir zabit kimi məni fərəhləndirir və ümidləndirir. İnşallah, Ali Baş Komandanımızın əmri ilə ordumuz, sərhədçilərimiz, digər qoşun növlərimizin şəxsi heyəti çiyin-çiyinə, birlikdə hərəkətə keçib torpaqlarımızı azad edəcək, Murovdağdan Araz çayınadək dövlət sərhədlərimizə çıxacağıq”, – deyə X. Baxışov bildirib.
“Qazax” əlahiddə sərhəd diviziyasının Müdafiə Nazirliyinin hissələri ilə birgə qarşılıqlı ciddi əməkdaşlığın və fəaliyyət planlarının olduğu, bəzi məsələlərdə Müdafiə Nazirliyinin dəstəyindən də istifadə edildiyi bildirilib. “Bu əməkdaşlıq düşmənin istənilən böyük miqyaslı təxribatının qarşısını almağa imkan verir”. X.Baxışov deyir ki, son günlərdə DSXnin sərhəddə yeni mövqelər tutması və üstünlüklər əldə etməsi artıq Ermənistanda narahatlıqlar doğurub: “Bunu kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə görürük. Ermənistan Müdafiə Nazirliyi Gürcüstan–Ermənistan qaz kəməri üzərində yerləşən qazpaylayıcı stansiyanın Sərhəd Qoşunlarımızın yeni mövqelərindən aydın görüntüsü. Foto: AD
55
ört-basdır etməyə, uğursuzluğunu gizlətməyə çalışır, digər yandan da təxribatlara özü yol verdiyi halda KTMT-ni Ermənistanı müdafiə eləməyə çağırır”. Ön xətdə xidmət edən sərhədçilərə tövsiyələrini verən polkovnik Xətai Baxışov I Qarabağ müharibəsi veteranlarının, ehtiyatda olan zabitlərin hər zaman ordumuzun yanında olduğunu deyib: “Sabah Ali Baş Komandanımız müharibə əmri versin. Əmin olun ki, bizlər həmin andan sizlərin yanınızdayıq. Bizim düşməndən qisasımız hələ qalır”. Polkovnik deyib ki, ordumuzun uğurlarına sevinməyən bəzi qüvvələr var. Onlar miqyasından asılı olmayaraq hər bir uğura kölgə salmağa çalışırlar: “Belələrinin arasında hər təbəqədən olanlar var. İndi bəziləri çıxıb danışırlar ki, “sərhədçilər nə ediblər? 5-10 metr səngər qazıblar”. Məqsədləri bu dedi-qodularla əsgərlərimizi və ictimaiyyəti ruhdan salmaqdır. Həmin adamların əlinə bel versən, yumşaq torpaqda yarım metrlik yer qaza bilməzlər”. Sər həd də həm müda fi ə, həm də mühafizə təşkil olunub Babakər dağından yeni salınmış yolla digər döyüş məntəqələrinə də baş çəkirik. Döyüş məntəqələrinin bir neçə ay əvvəl istifadəyə verilmiş yeni daşdan tikilmiş kazarma komplekslərində yaşayış və xidmət üçün hər cür şərait yaradılıb. Əraziyə su, elektrik xətti çəkilib. Məntəqələr öz şəraitinə görə Sərhəd Qoşunlarının döyüş bölgəsindən uzaqda, digər rayonlarda yerləşən sərhəd zastavalarından heç də geri qalmır. Sərhəd məntəqələrinin birində xidmət edən əsgərlərimizlə nahar edib, söhbətləşirik. Şəxsi heyət qarşısında çıxış edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov səfərimizə şərait yaratdığı üçün DSX rəhbərliyinə təşəkkür edir. Qısa müddətdə Ermənistanla dövlət sərhə-
56 www.azeridefence.com
dinin müdafiə və mühafizəsini üzərinə götürən DSX-nin həyata keçirdiyi işlərin həc mi nin ağ la gəl məz ol du ğu nu de yən Ü.Cəfərov əldə olunan uğurların davamlı olacağına ümidvar olduğunu bildirib: “Bu gün sərhədçilərimiz Babakər dağı istiqamətində mövqelərmizi irəli çəkərək böyük bir ərazini nəzarət altına götürüblər. Bu irəliləmə hansı şəraitdə, necə gedib, bir zabit olaraq, bir müharibə iştirakçısı olaraq bizlər yaxşı bilirik. Dağda süxurları qırıb, əllə min metrlərlə səngər qazmaq, yol açmaq sizə elə-belə gəlməsin. Vətənin hər qarış torpağı bizə əzizdir. Bu gün sərhədçilərimizin gördüyü işlərlə tanış oldum, qürur duydum. Ortaya qoyulmuş iradəni bilavasitə yerində gördüm. Xidmət üçün yaradılan şəraiti də. Kənardan kimlərsə, bəlkə də Qazaxın harada yerləşdiyini, Babakər dağının harada olduğunu bilmir, amma görürsən ağlına gələni yazır. Amma reallıq fərqlidir. Bunu gözlə görməyincə fikirləşmək çətindir”. Sərhəd döyüş məntəqəsinə müqəddəs “Qurani Kərim” kitabını bağışlayan ehtiyatda olan polkovnik-leytenant Mürsəl Qurbanov şəxsi heyətə xidmətdə uğurlar arzulayıb: “Burada gördüklərimiz və eşitdiklərimizdən bir daha aydın oldu ki, DSX düşmənin təxribatlarının qarşısını alaraq irəliyib və yeni mövqelərdə möhkəmlənib. Ermənilər öz postlarını önə çəkmək istəyiblər. Sərhədçilərimiz bu təxribatı vaxtında aşkarlayaraq qarşı tərəfin qazıntı işləri aparmasına mane olub və ermənilərin bu mənfur təxribatının qarşısını alıb. Çətin və deyərdim ki, ağır relyefi olan bir ərazidə əsgərlərimiz mətinliklə mühəndis işlərini gecə-gündüz uğurla həyata keçiriblər”. İndiyədək DSX-nin fəaliyyətini kənardan müşahdə etdiyini deyən Qarabağ qazisi Rey Kərimoğlu da səfərin onun üçün çox əhəmiyyətli olduğunu bildirib: “Qazax istiqamətində DSX-nin mövqelərini irəli çəkməsi son günlər cəmiyyətin diqqətində idi. Hərə bir söz deyirdi. Nə baş verib? Necə
baş verib? kimi suallar vardı. Mən də bu səfərdə iştirak edib, gedib orada baş verənləri, DSX-nin nəzarətinə götürdüyü postları gördüm. Oradakı şəraiti, ab havanı gördüm. Nizam-intizamı, səliqə sahmanı, ruh yüksəkliyini çox bəyəndim. Mübaliğəsiz deyirəm ki, çox ruhlandım. Əsgərindən generalına qədər sərhədçilərimizin əzmkarlığı, peşəkarlığı, vətənə, millətə, dövlətə sevgisi məndə çox gözəl təəssürat yaratdı. Bu səfər məndə Qarabağın yaxın zamanlarda işğaldan azad ediləcəyinə olan inamı artırdı. Bu bir daha sübut elədi ki, xalqımız, dövlətimiz, ordumuz torpaqlarımızı azad etməyə hazırdır. DSX düşmənin təxribatlarının qarşısını ala və ona təsirli preventiv zərbələr endirməyə hazır bir qurumdur. Babakər dağında düşmənin təxribatının qarşısını alan, düşmənin atəşi altında mövqelərimzi irəli çəkən əsgər və zabitlərimizin əməyini yüksək qiymətləndirirəm”. Görüşün sonunda tanınmış hərbi mahnılar ifaçısı Şəmistan Əlizamanlı şəxsi heyət qarşısında çıxış etdi. Ön xətdə, düşmənlə bir neçə yüz metr məsafədə əsgərlərlə görüşün ən maraqlı məqamlarından biri də bu oldu. Sonra əsgərlərimizlə xatirə fotosu çəkdirib ayrılırıq. Yeri gəlmişkən, səfər gününün sonunda, ön mövqelərlə tanışlıqan sonra digər bölmələrə da baş çəkmək imkanı qazanırıq. Yeni istifadəyə verilmiş hərbi hissələrdə zabitlərin, gizirlərin və onların ailələrinin yaşaması üçün binalar da inşa edilib. Bu da həyəcan komandası verildikdə komandir heyətini qısa zamanda toplamağa imkan verir. Burada onu da öyrənirik ki, “Qazax” əlahiddə sərhəd diviziyası ilə yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları arasında ilk gündən sıx əməkdaşlıq qurulub. Qazax rayonunun İcra Hakimiyyətinin başçısı da mütəmadi olaraq mövqelərdə olur, şəxsi heyətlə görüşür, ehtiyac duyulan məsələlərdə kömək göstərir. Azərbaycan–Ermənistan dövlət sərhədinə – DSX Sərhəd Qoşunlarının döyüş mövqelərinə səfərdən xoş təəssüratlarla ayrılırıq. Gördüklərimiz bizdə bir daha inam yaratdı ki, dövlət sərhədlərimiz etibarlı şəkildə qorunur. Ön xətdə xidmət edən əsgərlərimiz hər zaman komandanlığın diqqət və qayğısı altındadır. DSX rəhbərliyi tez-tez ön mövqelərə səfər edərək əsgərlərlə görüşür, onların qayğıları ilə maraqlanır. Sonda müraciətimizə müsbət yana şıb, “Qazax” əlahiddə sərhəd diviziyası nın sərhəd döyüş məntəqələrinə səfəri mizə icazə verdiyinə görə DSX rəisi, ge neralpolkovnik Elçin Quliyevə təşək kürümüzü bildiririk!