“Azeri Defence” jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanov vəfat edib 2020-ci il dekabr ayının 15-də “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, tanınmış jurnalist Rəşad Süleymanov 38 yaşında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. Rəşad Məhəmməd oğlu Süleymanov 1982-ci il aprel ayının 14-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 2000-ci ildə Böyük Bəhmənlidə kənd orta məktəbini bitirib və həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Qiyabi təhsil alan Rəşad Süleymanov 2000–2002-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa çatdırdıqdan sonra ali məktəbdə təhsilini davam etdirib və 2005ci ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsini bitirib. 2003-cü ildən əmək fəaliyyətinə başlayan Rəşad Süleymanov müxtəlif illərdə müva iq olaraq “Həftə içi”, “Veteran”, “Fədai” və “525-ci” qəzetlərdə, İctimai Televiziyada və “Azəri-Press” İnformasiya Agentliyində (APA) jurnalist işləyib. 2012-ci ilin fevral ayında “Azeri Defence” hərbi xəbər saytını, həmin ilin oktyabr ayında “Azeri Defence” hərbi-texnoloji jurnalını təsis edib. Azərbaycanda yeganə hərbi-texnoloji istiqamətli jurnal
olan “Azeri Defence”nin bu günədək 50 sayı və əlavə 5 beynəlxalq sərgidə Xüsusi Buraxılışı olub. Ümumilikdə 8 il ərzində 55 sayı çapdan çıxıb. “Azeri Defence” jurnalı ADEX, KADEX, IDEF, IDEAS, EDEX, IMDEX, “Silah və Təhlükəsizlik”, “Eurasia Airshow”, “Dubai Airshow”, DEFINDEX kimi beynəlxalq müda iə sərgisinin rəsmi media tərəfdaşıdır. Yeddi beynəlxalq və regional əhəmiyyətli hərbi nəşr və ciddi informasiya resursu ilə əməkdaşlıq razılaşması var. Jurnalın abunəçiləri arasında Azərbaycan silahlı qüvvələri, güc strukturları, müda iə sənayesi müəssisələri və şirkətləri, təhsil müəssisələri, o cümlədən hərbi sahə ilə maraqlanan vətəndaşlar yer alır. Jurnalın “Azeri Defence” adı onun fəaliyyətini Azərbaycanla məhdudlaşdırır, bəzi beynəlxalq platformalarda lokal media kimi qəbul edilməsinə səbəb olurdu. Jurnalın fəaliyyətinin daha da genişləndirilməsi üçün rebrendinq edilməsi vacib sayıldı və “Poliqon” adı seçildi. Rəşad Süleymanovun planları və ideyaları çox idi. Hərbi jurnalistikada kifayət qədər söz sahibi olmuş Rəşad Süleymanovun ideya və prinsipləri hər zaman dövlətimizin və xalqımızın mənafeyinə xidmət edib. Lakin ömür vəfa etmədi. Onun bu ali ideya və planları jurnalımızda həyata keçiriləcək. Rebrendinq edilməsi ilə əlaqədar olaraq “Azeri Defence” jurnalı nəşrini 1 yanvar 2021-ci il tarixindən “Poliqon” adıyla davam etdirəcək. Rəşad Süleymanov hərbi jurnalistikamızda silinməz izlər qoymuş hərb və müda iə sahəsində ixtisaslaşan azsaylı jurnalistlərdən biri idi. Onun yüksək peşəkarlığı və istedadı jurnalistika cameəsində daim yüksək qiymətləndirilirdi. Uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan Rəşad Süleymanov müxtəlif medal və mükafatlarla təltif edilib. O cümlədən, Dövlət Sərhəd Xidmətinin "Azərbaycan Sərhəd Müha izəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubileyi medalı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərə indən “General Səməd Bəy Mehmandarov” yubiley medalı, Hədəf Şirkətlər Qrupu tərə indən Vətən müharibəsinin arxa cəbhə fəallarına verilən “Xarıbülbül” simvolik heykəli və digər mükafatlara layiq görülüb. Dekabrın 15-də son mənzilə yola salınan mərhum həmkarımız Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki qəbiristanlıqda dəfn olunub. Allah rəhmət eləsin.
Redaktordan 3 HƏRB > Vətən Müharibəsi: 44 GÜNƏ QAZANILAN TARİXİ ZƏFƏR 4 PARAD > BAKIDA TARİXİ ZƏFƏR PARADI
10
TANITIM > Savaşın taleyini dəyişən BAYRAKTAR
20
XƏBƏR > ROKETSAN-ın MAM-L ağıllı sursatları rəqiblərini üstələyir
24
4 10
SƏNAYE > ASELSAN-ın yeni sistemlərinin təqdimatı keçirilib 26 REGİON > Cənubi Qafqaz ölkələrinin mühəndis texnikaları parkı: Mövcud durum, perspektiv inkişaf istiqamətləri 30 XƏBƏR > Azərbaycan Türkiyənin MEMATT minatəmizləmə maşınını seçdi > Daxili Qoşunların Naxçıvan briqadasının texniki bazası genişləndirilir > EBK-M44 qumbara qutusu
36 37
SƏNAYE > DÖYÜŞ MODULLARI Azərbaycan, Gürcüstan və Qazaxıstanın istehsal layihələri
38
TEXNOLOGİYA > “METEKSAN SAVUNMA”nın Yerüstü Müşahidə Radarlarının xüsusiyyətləri
44
XƏBƏR > Rusiya yeni RLS-ni xarici bazara təqdim edib > Türkiyə Gürcüstan Ordusuna hərbi-texniki yardım göndərib > “Damen” və “Thales” Almaniya üçün gələcəyin freqatını inşa edəcək > İMBAT havalandırma sistemlərinin istifadəçiləri genişlənir > Ukrayna “Dana” alır > Ukrayna “Camel”ni sınaqdan keçirdi > Litva helikopter parkını yeniləyir ANALİZ > Minaatanlar üçün idarə olunan döyüş sursatları VİSİON > MİKRO ROBOTLAR PULS YENİ NƏSİL PARAŞÜTLƏR SİLAHLANMA K-9 COĞRAFİYASINI GENİŞLƏNDİRİR
36
20
46 46 46 47 47 47 47
24
26
48 52 55 58
36
AZERI DEFENCE Hərbitexnoloji jurnal Noyabr–Dekabr №06(50) 2020 AZERI DEFENCE jurnalının yaradıcısı mərhum
Rəşad SÜLEYMANOV Tel: (+994 77) 311-81-18 Email: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.azeridefence.com Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 1, 25A, AY Plaza 503
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə indən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “AD Jurnalı” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521 Reklam materiallarına görə AZERI DEFENCE jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “ASPOİQRAF LTD” MMC mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 08.01.2021 Format 60x901/8. Sifariş 140.
Qapaq fotosu: “Bayraktar TB2” silahlı PUA və Su-25 döyüş təyyarələri.
Редактордан Dəyərli oxucu! Ermənistan Ordusunun bütün cəbhə boyu törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı “Dəmir Yumruq” əks-hücum əməliyyatı noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı bəyanatla başa çatdı. 44 gün davam etmiş hərbi əməliyyatlar nəticəsində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazilərini azad etdi. Müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi. İkinci Qarabağ Müharibəsi həm də yüksək texnologiyalı silah sistemlərinin tətbiq edildiyi müharibədir. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu sərəncamındakı müasir silah sistemlərindən, o cümlədən idarə olunan raketlər və pilotsuz uçuş aparatlarından uğurla və koordinasiyalı şəkildə istifadə etmişdir. Əməliyyatlarda Azərbaycanın hərbi sənayesinin istehsalı olan bir sıra silah və texnikalar aktiv istifadə olunmuşdur. Kəşfiyyat, kəşfiyyat-zərbə və kamikadze PUA-ların şəbəkə halında tətbiqi, eyni zamanda artilleriya bölmələri ilə əlaqəli istifadəsi qısa zamanda öz effektini vermiş, düşmənin cəbhənin ön xəttində və dərinliyindəki hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri və sursat anbarları məhv edilmişdir. Qalibiyyətimizin rəmzi olaraq 10 dekabr tarixində möhtəşəm Zəfər paradının keçirilməsi isə Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi. Artıq bizim də xalq olaraq təqvimdə öz Zəfər Günümüz var. Bu şanlı zəfər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid oğullarımızın canı və qanı bahasına əldə olunub. Açıqlanan rəsmi məlumatlara görə, rəşadətli Ordumuzun 2823 nəfər hərbi qulluqçusu Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Döyüşlər zamanı, ümumilikdə 30 nəfərdən çox hərbi qulluqçu itkin düşüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin! Dekabrın 15-də redaksiyamıza ağır itki üz verib. Hər zaman dövlətimizin, xalqımızın xidmətində, ordumuzun yanında olan tanınmış jurnalist, “Azeri Defence” jurnalının Baş redaktoru Rəşad Süleymanov vəfat edib. Rəşad Süleymanov Azərbaycanda hərb və müdafiə sahəsində ixtisaslaşan azsaylı jurnalistlərdən biri idi. Onun yüksək peşəkarlığı və istedadı həmişə yüksək qiymətləndirilirdi. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq. “Azeri Defence” jurnalı olaraq Vətənimiz üçün, ordumuz üçün yolumuzu davam etdiririk. Məqsədimiz vətəndaşlarımızı yeni hərbi texnologiyalar və Azərbaycan Ordusunda baş verən inkişaf prosesi barədə məlumatlandırmaqdır. Güclü olmasını istədiyimiz ordumuza da müasir texnologiyaları bilən əsgərlər lazımdır. Bundan əvvəlki nömrələrimizdə də məlumat verdiyimiz kimi, rebrendinq edilməsi ilə əlaqədar olaraq “Azeri Defence” jurnalı nəşrini cari ildən “Poliqon” adıyla davam etdirəcək. Yeni ildən jurnalımızın ad dəyişimi ilə yanaşı, mövzu və tərtibatın da dəyişikliklər olacaq. Texnoloji mövzuların ağırlığı artırılacaq. Perspektiv hədəf jurnalın regional nəşr olaraq tanıdılması və əhatə dairəsinin genişləndirilməsidir.
Baş redaktor Zaur Babaşov Qiyməti: 6 manat
Prezident İlham Əliyev AZCAN AzərbaycanKanada birgə müəssisəsi tərə indən istehsal olunan “Sentry APC” zirehli avtomobilində. Foto: President.az
Vətən Müharibəsi: Zaur Babaşov
44
GÜNƏ QAZANILAN TARİXİ ZƏFƏR
Sentyabrın 27-də Ermənistan Ordusunun bütün cəbhə boyu törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatları noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı bəyanatla başa çatdı. Azərbaycan Ordusunun 44 gün davam etmiş hərbi əməliyyatları nəticəsində Tərtər rayyonunun Talış kəndi və Suqovuşan qəsəbəsi, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonu, Şuşa şəhəri, Ağdam, Kəlbəcər, Laçın rayonları və Xocavənd rayonunun bir hissəsi işğaldan azad edildi. Noyabrın 10-da imzalanmış “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı” ilə döyüş əməliyyatları dayandırıldı və Ermənistan təslim oldu. Prezident: Bu bizim tarixi qələbəmizdir Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, Ermənistanın Baş naziri N.Paşinyanın təslim aktını və bəyanatı imzalamasının səbəbi noyabrın 9-da, bir gün ərzində 72 yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi olub: “Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi
4 www.azeridefence.com
ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq”. Qələbə münasibəti Azərbaycan xalqını təbrik edən Prezident İlhm Əliyev şəhidlərin qisasının artıqlaması ilə alındığını deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə
sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir: əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin
27 sentyabr – 9 noyabr 2020Âci il tarixlÉ™rindÉ™ dĂśyĂźĹ&#x;lÉ™rdÉ™ mÉ™hv edilÉ™n vÉ™ qÉ™nimÉ™t gĂśtĂźrĂźlÉ™n ErmÉ™nistan Ordusuna aid silah vÉ™ hÉ™rbi texnikalar
.ǣ)7 &%ð-ǣ/ ǤEǤE
7 7
%03 %03 %0' %75 %76 07 /% 0 =4 VLODKOĂ•
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
:":-*. "5ÇŁÄœ-Ă° 3&",5Ă°7 4Ă°45&.-ÇŁ3
%0 ³4UDG´ ³6PHUo´ %0 ³8UDTDQ´ 726 :0
6 6 7RU 2VD .XE .UXT
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
ÇŁ.ÇŁ-Ă°::"5 5",5Ă°,Ă° 3",&5 ,0.1-&,4-ÇŁ3Ă° 6FXG % QDPÔĽOXP EDOOLVWLN UDNHW 7RoND 8
ǤEǤE 2ǣ/ð.ǣ5
' ' ' $ 6 6 .6 '
ǤEǤE
ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
1Ă°-0546; 6‡6Äœ "1"3"5* .ÇŁ)7 &%Ă°-ÇŁ/ ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
PP
=DVWDYD 0 ĂšLOND
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
ZÂźL BWUPNPCJMJ
2ÇŁ/Ă°.ÇŁ5
6 UDGLRORNDWRUX 6 DĂşNDUHWPÔĽ VWDQVL\DVĂ• 2ERURQD 5/6 1HER 0 PÂ [WÔĽOLI 5/6 5HSHOOHQW ÔĽGÔĽG 5(0
.DPD] 0$= 8UDO 6DGNR 4$= 8$= =ø/
–;Âœ:&3Ă°:ÇŁ/ "35Ă°--&3Ă°:" "LBTJZB WǤ 2WP[EJLB .ÇŁ)7 &%Ă°-ÇŁ/ ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
.ǣ)7 &%ð-ǣ/ ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
%–:œĜ 5ÇŁ::"3ÇŁ-ÇŁ3Ă°
.ǣ)7 &%ð-ǣ/ ǤEǤE
.ǣ)7 &%ð-ǣ/ ǤEǤE
3-4 SFN
.ǣ)7 &%ð-ǣ/ ǤEǤE
.ǣ)7 &%ð-ǣ/ ǤEǤE
ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
.ǣ)7 &%ð-ǣ/ ǤEǤE
;&/Ă°5 5016
.ÇŁ)7 &%Ă°-ÇŁ/
.JOBBUBO
ǤEǤE
5"/, ÇŁ-&:)Ă°/ÇŁ 7"4Ă°5ÇŁ-ÇŁ3
.ǣ)7 &%ð-ǣ/ ǤEǤE
.ÇŁ)7 &%Ă°-ÇŁ/
;&/ð5 3",&5 LPNQMFLTMǤSð
.ǣ)7 &%ð-ǣ/ ǤEǤE
UPQMBS
1JZBEBMBSĂąO EÂśZÂźÄ? NBÄ?ĂąOĂą
5BOL
.ÇŁ)7 &%Ă°-ÇŁ/
ǤEǤE
6X
ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
9Âœ464Ă° "750.0#Ă°--ÇŁ3 .ÇŁ)7 &%Ă°-ÇŁ/ ǤEǤE
2ÇŁ/Ă°.ÇŁ5
ǤEǤE
Prezident Ä°lham Ć?liyev: ErmÉ™nistan ordusu yoxdur, mÉ™hv etmiĹ&#x;ik. Bu ordu onilliklÉ™r É™rzindÉ™ yaradÄąlÄąrdÄą. Bu orduya silahlar, sursatlar, É™n mĂźasir texnika verilirdi, ĂśzĂź dÉ™ pulsuz, bunu hÉ™r kÉ™s bilir. Ä°ndi mĂźtÉ™xÉ™ssislÉ™r getsinlÉ™r hesablasÄąnlar... Bu texnikanÄąn qiymÉ™ti bÉ™lkÉ™ dÉ™ bir neçə milyarddÄąr. BÉ™zilÉ™ri deyirlÉ™r ki, 3 milyarddan çox, bÉ™zilÉ™ri daha çox. Ä°ndi hesablayarlar... Otuz il É™rzindÉ™ yÄąÄ&#x;dÄąqlarÄą texnikanÄą 44 gĂźn É™rzindÉ™ mÉ™hv etdik. Yoxdur ErmÉ™nistan ordusu, yoxdur. Ä°ndi onlar canlÄą qĂźvvÉ™sinin dÉ™ mÉ™hv edilmÉ™si ilÉ™ baÄ&#x;lÄą saxta rÉ™qÉ™mlÉ™r verirlÉ™r. BizdÉ™ mÉ™lumat var. LazÄąm olanda biz o mÉ™lumatÄą sÉ™slÉ™ndirÉ™cÉ™yik, iĹ&#x;Ä&#x;alçĹ dĂśvlÉ™t nÉ™ qÉ™dÉ™r canlÄą qĂźvvÉ™ itirib. Biz mÉ™hv etmiĹ&#x;ik ErmÉ™nistan ordusunu. MÉ™hz buna gĂśrÉ™ mÉ™cbur olub, diz çÜkĂźb bizim qabaÄ&#x;ÄąmÄązda vÉ™ kapitulyasiya aktÄąna imza atÄąb. HÉ™r kÉ™s ßçßn bu, dÉ™rs olmalÄądÄąr. É™ziyyÉ™ti, 30 ilin Ăźmidsizliyi, 30 ilin É™zablarÄą xalqÄąmÄązÄą sÄąndÄąrmadÄą, iradÉ™mizÉ™ heç bir mÉ™nfi tÉ™sir gĂśstÉ™rmÉ™di. Ć?ksinÉ™, biz daha da bĂźtĂśvlÉ™Ĺ&#x;dik, daha da mÉ™tinlÉ™Ĺ&#x;dik, daha da gĂźclÉ™ndikâ€?. DĂśyĂźĹ&#x;lÉ™rdÉ™ ErmÉ™nistan Ordusunun bĂźtĂźn hÉ™rbi texnikasÄąnÄąn mÉ™hv edildiyini, dĂźĹ&#x;mÉ™nin 30 il É™rzindÉ™ yaratdÄąÄ&#x;Äą istehkamlarÄąn keçildiyini sĂśylÉ™yÉ™n Prezident bildirib ki, dĂśyĂźĹ&#x; meydanÄąnda duruĹ&#x; gÉ™tirÉ™ bilmÉ™yÉ™n dĂźĹ&#x;mÉ™n ballistik raketlÉ™rlÉ™ vÉ™ kasetli mÉ™rmilÉ™rlÉ™ GÉ™ncÉ™ vÉ™ BÉ™rdÉ™ Ĺ&#x;É™hÉ™rlÉ™rini atÉ™Ĺ&#x;É™ tutmaqla hÉ™rbi cinayÉ™tlÉ™r tĂśrÉ™diblÉ™r: “MÉ™n demiĹ&#x;É™m TÉ™rtÉ™r Ĺ&#x;É™hÉ™ri, Ä°kinci DĂźnya mĂźharibÉ™si dĂśvrĂźndÉ™ daÄ&#x;ÄąlmÄąĹ&#x; Stalinqrad Ĺ&#x;É™hÉ™rinÉ™ bÉ™nzÉ™yir. GĂźndÉ™,– ĂśzĂź dÉ™ bĂśyĂźk Ĺ&#x;É™hÉ™r deyil, –yĂźzlÉ™rlÉ™ mÉ™rmi dĂźĹ&#x;ĂźrdĂź, amma bir nÉ™fÉ™r dÉ™ tÉ™rpÉ™nmÉ™di. Amma ermÉ™nilÉ™r qaçĹb getdilÉ™r. On-
larÄąn “yenilmÉ™zâ€? ordusu mÉ™hv oldu, fÉ™rarilik baĹ&#x;ladÄą, xunta baĹ&#x;çĹsÄą DaÄ&#x;lÄąq QarabaÄ&#x;da É™mr verdi ki, kim oradan qaçacaq, o, mÉ™suliyyÉ™tÉ™ cÉ™lb olunacaq. BizdÉ™ bir nÉ™fÉ™r fÉ™rari oldumu? OlmadÄą! Bir nÉ™fÉ™r dÉ™ olmadÄą! Budur AzÉ™rbaycan xalqÄą! MĂźlki vÉ™tÉ™ndaĹ&#x;lar, evi daÄ&#x;ÄąlÄąb, malÄą batÄąb, yaxÄąn insanÄąnÄą itirib, yenÉ™ dÉ™ deyir ki, "VÉ™tÉ™n saÄ&#x; olsun". Ancaq irÉ™li, irÉ™li! MÉ™nÉ™ yazÄąlan mÉ™ktublarda deyilir, Ali BaĹ&#x; Komandan, irÉ™li! DÉ™stÉ™klÉ™yirik sÉ™ni, get irÉ™li, dayanma vÉ™ getmiĹ&#x;É™m, dayanmamÄąĹ&#x;amâ€?. DĂśvlÉ™t baĹ&#x;çĹsÄą bÉ™yanatda É™ksini tapan atÉ™Ĺ&#x;kÉ™sÉ™ nÉ™zarÉ™t ĂźzrÉ™ sĂźlhmÉ™ramlÄą mÉ™rkÉ™zin yaradÄąlmasÄą mÉ™sÉ™lÉ™sinÉ™ dÉ™ aydÄąnlÄąq gÉ™tirib: “Bu mÉ™rkÉ™zdÉ™ Rusiya vÉ™ TĂźrkiyÉ™ hÉ™rbçilÉ™ri fÉ™aliyyÉ™t gĂśstÉ™rÉ™cÉ™k. BelÉ™liklÉ™, TĂźrkiyÉ™ rÉ™smi qaydada bu mĂźnaqiĹ&#x;É™nin gÉ™lÉ™cÉ™k hÉ™lli vÉ™ atÉ™Ĺ&#x;kÉ™sÉ™ nÉ™zarÉ™t etmÉ™k
iĹ&#x;indÉ™ rol oynayacaqdÄąr. DigÉ™r ĂśnÉ™mli mÉ™sÉ™lÉ™, xĂźsusilÉ™ qeyd etmÉ™k istÉ™yirÉ™m ki, NaxçĹvan Muxtar RespublikasÄąnÄąn AzÉ™rbaycanÄąn É™sas hissÉ™si ilÉ™ É™laqÉ™si bu sÉ™nÉ™ddÉ™ tÉ™sbit edilir. HÉ™m bĂźtĂźn kommunikasiyalarÄąn, yollarÄąn açĹlmasÄą, eyni zamanda burada gĂśstÉ™rilir ki, yeni nÉ™qliyyat kommunikasiya infrastrukturu yaradÄąla bilÉ™r vÉ™ yaradÄąlmalÄądÄąr. Biz bunu É™lbÉ™ttÉ™ ki, çox dÉ™stÉ™klÉ™miĹ&#x;ik. DeyÉ™ bilÉ™rÉ™m ki, mÉ™nim tÉ™kidimlÉ™ bu bÉ™nd bu bÉ™yanata salÄąndÄą. Çßnki birbaĹ&#x;a ErmÉ™nistan–AzÉ™rbaycan, DaÄ&#x;lÄąq QarabaÄ&#x; mĂźnaqiĹ&#x;É™si ilÉ™ bu bÉ™ndin É™laqÉ™si yoxdur. Ancaq mÉ™nim tÉ™kidli tÉ™lÉ™blÉ™rim Ĺ&#x;adam ki, qÉ™bul olundu. BelÉ™liklÉ™ NaxçĹvan Muxtar RespublikasÄąnÄą AzÉ™rbaycanla, AzÉ™rbaycanÄąn É™sas hissÉ™si ilÉ™ quru yollarla birlÉ™Ĺ&#x;dirmÉ™ istiqamÉ™tindÉ™ tarixi addÄąm atÄąldÄąâ€?.
5
B Ə YA N AT 1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. 2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. 3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. 4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. 5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. 6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilir. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. 7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır. 8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. 9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcək”.
Prezident İlham Əliyev qeyd edib ki, bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Döyüş əməliyyatları dayandırılandan dərhal sonra – noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, arxa fonda Daxili Qoşunların BTR80 zirehli personal daşıyıcısı. Foto: President.az
Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində, noyabrın 23-də isə Ağdam şəhərində olublar. Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Azərbaycan və İran dövlət sərhədində tarixi Xudafərin körpüsü üzərində,
Füzuli və Cəbrayıl şəhərlərində Azərbaycan bayrağını qaldırıb. Dekabrın 23-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar. Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşüblər. Prezident İlham Əliyev Qubadlıda və Zəngilanda Azərbaycan bayrağını ucaldıb. Yüksək texnologiyalı müharibə Hərbi əməliyyatlarda ordu birləşmələri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Sərhəd Xidmətinin bölmələri və Çevik Hərəkət Dəstələri, DİN Daxili Qoşunların Xüsusi Təyinatlı dəstələri, Hərbi Dəniz Qüvvələrinin Sualtı Hücum və Sualtı Müdafiə taboru, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun bölmələri və polislər, düşmənin mülki əhalinin yaşadığı ərazilərə etdiyi raket hücumlarının nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın şəxsi heyəti yaxından iştirak ediblər. Döyüşlərin gedişatında cəbhəyanı və yaxın rayonların tibb mərkəzləri və xəstəxanaları hərbi rejimdə çalışıb. Müdafiə Nazirliyinin ilkin yaydığı məlumata görə, Vətən müharibəsində Azərbacan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. İtkin düşmüş 100 nəfərdən artıq hərbi qulluqçunun tapılıb ailələrinə məlumat
Azərbaycan Ordusunun bölmələri tərə indən məhv edilən Ermənistan Silahlı Qüvvələrinə məxsus T72 tankı
verilməsi üçün zəruri təbdirlər görülür. 1245 nəfər hərbi qulluqçunun tibb müəssisələrində müalicəsi davam edir. Son olaraq, Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib. Bildirilib ki, itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir.
Prezident İlham Əliyevin sərəncamı ilə döyüşlər də göstərdkləri qəhrəmanlığa görə, Azərbaycan Silahlı Qüvvələrinin 33 hərbi qulluqçusu “Zəfər” ordeni, 204 hərbi qulluqçu “Qarabağ” ordeni ilə, 3 nəfər “Azərbaycanın Milli Qəhrəmanı”, 83 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub. Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularını “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olun-
Azərbaycan Ordusunun “Marauder” minaya qarşı qorunan zirehli nəqliyyat vasitələri. FotoMN
7
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərindən. FotoPresident.az
masına görə”, “Ağdamın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib. Qırx dörd gün davam edən İkinci Qarabağ Müharibəsi həm də yüksək texnologiyalı silah sistemlərinin tətbiq edildiyi müharibədir. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu sərəncamındakı müasir silah sistemlərindən, o cümlədən idarə olunan raketlər və pilotsuz uçuş aparatlarından uğurla və koordinasiyalı şəkildə istifadə etmişdir. Əməliyyatlarda Azərbaycanın hərbi sənayesinin istehsalı olan bir sıra silah və texnikalar aktiv istifadə olunmuşdur. Bu barədə jurnalımızın növbəti saylarında ayrıca məqalələr şəklində bəhs edəcəyik. Kəşfiyyat, kəşfiyyat-zərbə və kamikadze PUA-ların şəbəkə halında tətbiqi, eyni zamanda artilleriya bölmələri ilə əlaqəli istifadəsi qısa zamanda öz effektini vermiş, düşmənin cəbhənin ön xəttində və dərinliyindəki hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri və sursat anbarları məhv edilmişdir. Hərbi əməliyyatlarda kamikadze dronlar və kəşfiyyat-zərbə PUA-larının hücumları tarixdə ikinci Pörl-Harbor hadisəsini yaşatmışdır. Döyüş əməliyyatlarının ilk 48 saatı ərzində PUA-lar vasitəsi ilə düşməni ön xəttə yaxın yerləşdirilmiş azı 24 ədəd “Osa”, “Kub”, “Strela-10”, S-125 zenit-raket kompleksləri, radiolokasiya stansiyaları, sonrakı günlərdə S-300 ZRK-i və onun radiolokasiya stansiyası məhv edilmişdir.
8 www.azeridefence.com
Zərbələrin endirilməsində əsasən “Bayraktar TB2” kəşfiyyat-zərbə PUA və “Harop” kamikadze dronlarından istifadə olunmuşdur. Döyüşlərdə Türkiyə və İsrail istehsalı olan PUA-lar ilk dəfə inteqrasiya edilmiş şəkildə, eyni komanda mərkəzindən idarə olunub. TB2 PUA ilə aşkarlanmış hədəflərə “Harop” və “Zərbə” kamikadze dronların istiqamətləndirilməsi həyata keçirilib. Sonrakı günlərdə dronlar vasitəsi ilə düşmənin 2 ədəd “Scud-B” ballistik raketinin işəsalma qurğusu və bir ədəd “Toçka-U” əməliyyat taktiki raket kompleksi, Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının 7 ədəd S-300PS və silahlanmaya yeni qəbul olunmuş 4 ədəd “Tor-M2MK” zenit-raket kompleksi məhv edilib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-polkov-
nik Movses Akopyan noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alınmış “Pole-21” radioelektron mübarizə (REM) kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da, 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramayıb. PUA-lar əvvəlki qaydada Ermənistan Ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib. “Radioelektron Mübarizə Elmi-Texniki Mərkəzi” Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış kompleks strateji obyektlərin GPS, QLONASS, Galileo və Beidou peyk sistemlərindən istifadə edən qanadlı raketlərdən, idarə olunan bombalardan və PUA-lardan müdafiəsini təmin edir. Başqa sözlə, geniş spektrdə müdafiə üçün işlənib hazırlanıb. Generalın fikirlərindən aydın olduğu qədər, düşmən “Pole-21” REM kompleksindən tək PUA-ların işini Ermənilər tərə indən dağıdılmış yaşayış evləri
iflic etməyə çalışmayıb. Həm də GPS naviqasiyasından istifadə edən yüksək dəqiqlikli raketlərə də maneə qoymağa cəhd edib. Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən “Bayraktar TB2” kəşfiyyat-zərbə, “Aerostar”, “Hermes-450”, “Hermes-900” və “Heron” taktik, “Orbiter-3” mini taktik, “Orbiter-2” mini kəşfiyyat pilotsuz uçuş aparatlarından, “Harop”, “Green Dragon”, “SkyStirker”, “Zərbə” və “Karğu” tipli kamikadze dronlardan geniş istifadə olunmuşdur. TB2 PUA-ları ROKETSAN şirkətinin istehsalı olan 8 km mənzilə sahib MAM-L idarə olunan döyüş sursatları ilə tanklara və digər zirehli hədəflərə qarşı effektivlik nümayiş etdirmişdir. Kəşfiyyat PUA-ları tərəfindən aşkarlanan hədəflərə kamikadze dronların və zərbə PUA-ların istiqamətləndirilməsi, müxtəlif ölkələrdən alınmış sistemlərin bir mərkəzdən inteqrə edilmiş halda istifadəsi Müdafiə Nazirliyinin yayımladığı videolarda da aydın görünür. PUA-larla yanaşı düşmənin HHM sisteminin (S-300, S-125 və Tor-M2MK) aşkarlanmasında Azərbaycan Ordusu hava hədəfinə çevirdiyi köhnəlmiş An-2 təyyarələrindən geniş istifadə edib. An-2-lər həm də düşmən mövqelərinə qarşı kamikadze hücumlarında istifadə olunub. Düşmənin HHM sistemi zərərsizləşdirildikdən sonra pilotsuz kəşfiyyat aparatlarının, hərbi aviasiyanın helikopter və təyyarələri döyüşə daxil edilib. PUA-larla əlaqəli və avtonom şəkildə müxtəlif sensor sistemlərinin tətbiqi düşmənin canlı qüvvəsi və döyüş texnikalarının, xüsusilə artilleriya qurğularının və REM vasitələrinin aşkarlanmasında əhəmiyyətli rol oynayıb.
“Harop” kamikadze PUA. Foto: İnternet
Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən düşmənin 5 ədəd Su-5 tipli döyüş təyyarəsi, 22 PUA-ı, eləcə də Gəncə, Mingəçevir, Kürdəmir və Abşeron rayonu ərazisinə atılan ballistik raketləri vaxtında aşkarlanaraq havada zərərsizləşdirilib. Döyüşlərdə “Spike” tank əleyhinə idarə olunan raketlərin (TƏİR) müxtəlif modifikasiyaları, habelə “Kornet”, “Skif” və “Baryer” tipli TƏİR-lər düşmənin zirehli tank texnikasına və möhkəmləndirilmiş müdafiə mövqelərinə qarşı uğurla tətbiq edilmişdir. İdarə olunan TRG-300, “Polonez” və EXTRA raketlərinin tətbiqi düşmənin cəbhənin dərinliyindəki strateji obyektlərinin, sursat anbarlarının və hərbi bazala-
rının yüksək dəqiqliklə məhv edilməsinə imkan verib. Düşmənin uzun illər ərzində yaratdığı istehkamların və maneələrin keçilməsində, maneələrin dağıdılmasında Mühəndis-İstehkam Qoşunlarının silahlanmasındakı İMR-3M mühəndis maşınları, eləcə də mexanikiləşdirilmiş körpülərdən bu sədlərin dağıdılmasında və keçilməsində effektiv istifadə edilmişdir. Döyüşlər zamanı ordumuzun istifadəsində yer alan müasir zirehli nəqliyyat vasitələrindən yerli istehsal olan “Marauder” və “Matador”, həmçinin Türkiyə istehsalı olan “Cobra”lar heyəti mina partlayışlarından, qəlpələrdən və güllələrdən qoruyaraq yüksək performans nümayiş etdirib.
BAKIDA TARİXİ ZƏFƏR PARADI Rəşad Süleymanov Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müda iə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Üç min nəfərdən artıq hərbi qulluqçunun, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirildiyi paradda, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də sərgilənib. Parad müdafiə naziri generalpolkovnik Zakir Həsənovun Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raportu ilə başlayıb. Daha sonra dövlət başçıları əsgərləri salamlayıb, hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa edib.
10 www.azeridefence.com
İlham Əliyev: Bu 44 günün hər günü şanlı tariximizdir Paradda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından Azərbaycan Türkiyənin dəstəyini hiss edib. Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verib: “Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk”. Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub edib və işğala son qoyub: “Bu 44 günün hər günü
bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may
ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu”. Prezident qeyd edib ki, Azərbaycan bu illər ərzində güc toplayıb. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatını və ordusunu gücləndirib: “Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və görürdük ki, son illərdə
beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi. Bundan əlavə, son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. “Qarabağ Ermənistandır” deməklə Ermənistan rəhbərliyi danışıqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu, faktiki olaraq danışıqlara son qoyurdu, danışıqları mənasız edirdi və biz bunu görürdük, hiss edirdik və öz sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin sentyabr ayında, müharibəyə 3 gün qalmış mən BMT Baş Assambleyasının kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Belə də oldu və bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan–Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaq-
larımızı işğal etmək istədi. Amma biz layiqli cavab verərək onları yerinə oturtduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. O diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət sentyabrın 27-də bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalmışdır, mülki şəxslər, hərbçilər arasında itkilər olmuşdur. Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri, irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəza landırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi. Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, Silahlı Qüvvələrin parad heyətinin təntənəli marşına müda iə nazirinin müavini, “Zəfər” or denli generalleytenant Kərim Vəliyev başçılıq edib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları tribuna önündən keçir. Foto: President.az
11
Yuxarıda: Prezident İlham Əliyev Zəfər paraında çıxışı edir. Aşağıda: Vətən Müharibəsi Qəhrəmanı, generalmayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib. Foto: President.az
əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı”. Prezident İlham Əliyev bildirib ki, Şuşanın azad edilməsi tarixi hadisədir. Azərbaycan
12 www.azeridefence.com
Yuxarıda: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında çıxış edir. Aşağıda: Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən keçir.
Ordusu dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv edib. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edilib və Ermənistan təslim olub. “Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı”, – deyə dövlət başçısı bəyan edib. Presidentin sözlərinə görə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Halbuki bir
13
çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə münaqişənin hərbi həllinin olmadığını ifadə ediblər: “Biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Əkstəqdirdə, bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il davam edə bilərdi. Biz buna nə qədər dözə bilərdik? Biz nə qədər səbir göstərə bilərdik? Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqının səbri tükənib və əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz onları oradan qovacağıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan!” Yeni dövr başlayır Bu zəfəri tarixi hadisə adlandıran Prezident İlham Əliyev Azərbaycan xalqının bu günü 30 ilə yaxın müddət ərzində gözlədiyini vurğulayıb. “Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd
Azərbaycan Respublikası Xarici Kəş iyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlı dəstəsi
14 www.azeridefence.com
edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”. Prezident Azərbaycan üçün yeni – quruculuq dövrünün başladığını deyib: “Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsdə var, videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır”. Azərbaycan vətəndaşı öz torpa ğından bir addım geri atmadı Dövlət başçısı müharibə günlərində Azərbaycan xalqının qəhrəmanlıq nümunəsi göstərdiyini deyib: “Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğ rayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki
vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz tor pağından bir addım geri atmayıb. Deyirdilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var”. Ədroğan: Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edirəm!
Sonra çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günündə Azərbaycan xalqı ilə birlikdə olmaqdan böyük məmnunluq duyduğunu bildirib. Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Uca Allahdan rəhmət diləyən Türkiyə Prezidenti qazilərə tezliklə sağalmalarını arzulayıb. “Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm”, – deyə Ərdoğan bəyan edib. “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək”, – deyə Türkiyə Prezidenti əlavə edib. Türkiyənin Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum
və təşkilatları ilə dəstək verdiyini deyən Prezident Ərdoğan bildirib ki, Azərbaycan ilə münasibətlər hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı rəhbər tutulub: “Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı
Yuxarıda: yüksək manevr qabiliyyətinə malik “Engerek” və ZPT avtomobillərində keçid edən DSX Çevik Hərəkət Qüvvələrinin hərbçiləri. Aşağıda: DSXya aid “Hermes900” taktiki PUA.
zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa
15
Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar “Ural” markalı avtomo bilin qoşqusu üzərində zenit qurğuları, KUB, ortada “Şilka”, aşağıda “Osa1T” zenitraket kompleksləri
əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin təhriki ilə bir yerə çatmağın mümkün olmayacağını görməli, düşmənçilik əvəzinə mehriban qonşuluğa əsaslanan əlaqələr yenidən nəzərdən keçirilməlidir. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs götürərsə, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaqdır”. Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.
çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuzillik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır”.
16 www.azeridefence.com
Türkiyə Prezidenti bəyan edib ki, Dağlıq Qarabağa fəlakət, qətliam və göz yaşından başqa heç nə gətirməyənlər də artıq ağıllarını başlarına toplamalıdırlar: “Ermənistan rəhbərləri xalqın sərvətlərini Azərbaycanın torpaqlarını işğal atında saxlamaq üçün sərf etmişlər. Halbuki bu potensial mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan tutmuş rəhbərlərin ehtiraslarına sərf edilməsəydi, bu gün mənzərə çox fərqli olardı. Erməni siyasətçilərin bunu çox yaxşı təhlil edib, sülh və sabitlik əsasında gələcəyi qurmaq məsələsində cəsarətli addımlar atmalarını arzu edirik. Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə ovunduraraq yoxsulluğa məhkum edən diasporun
Parad nümunəvi keçidlə davam edib Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başlayıb və Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləyib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirilib. Vətən Müharibəsi Qəhrəmanı generalmayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib. Sonra Vətən müharibəsində qəh rəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçiblər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı generalleytenant Hikmət Mirzəyev başçılıq edib. Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçib. Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımlayıblar. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-mayor Rövşən Muxtarov başçılıq edib.
RaketArtilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemləri. Foto: President.az
Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə I Ordu Korpusunun döyüşçüləri, polkovnik Nemət Müseyibovun başçılığı ilə II Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə III Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə IV Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müs lümovun rəhbərliyi ilə VI Ordu Korpusunun, polkovnik İsmixan Məmmədovun rəhbərliyi ilə Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları tribuna önündən keçid edib. Zəfər paradında Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən addımlayıb. Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-mayor Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor İnqilab Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə Azadlıq meydanına daxil olub. Sonra general-mayor Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-mayor Bəkir Orucovun başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi olub. Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edib. Parad heyəti general-mayor Məhəmməd Həsənovun başçılığı ilə tribuna önündən keçib. Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş Zəfər paradını Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu ilə birləşmiş hərbi orkestr müşayiət edib. Daha sonra hərbi texnikaların keçidi başlayıb. Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradına Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri dənizdən dəstək verib. Dənizdə fəxri keçid edən hərbi gəmilər yüksək döyüş hazırlığı nümayiş etdirib. “Dəmir yumruq” əməliyyatının – Vətən müharibəsinin qazilərinin Zəfər paradında tribuna önündən keçidi olub. Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirilib. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə erməni-
lərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olunub. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edilib. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “Şilka”, “Osa-1T”, “Kub” zenitraket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir. Bundan sonra Qarabağ” ordenli general-leytenant Nizam Osmanov başçılıq etdiyi xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu Azadlıq meydanına daxil olub. Azadlıq meydanında keçid edən, üzərində 12,7 millimetrlik NSV pulem-
17
Yuxarıda: Azərbaycan HHQnin Su25 döyüş təyyarələri Azərbaycanın dövlət bayrağının əksini yazarkən. Aşağıda: Mi17 helikopterləri Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Bakı buxtası üzərində uçuş edir. Foto: President.az
yotları, tank əleyhinə idarə olunan “SpikeER”, “Spike NLOS”, “Lahat” raketləri, 120 millimetrlik “Spear” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət maşınları, piyada daşıyan zirehli maşınlar, “Cobra” və BTR82A zirehli transportyorları, PDM-2 və PDM-3 texnikaları, T-72, T-90S tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirib. Quru Qoşunlarının hərbi texnikalarının ardınca Azadlıq meydanında müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun başçılığı altında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonu daxil olub. Tribuna önündən modernləşdirilmiş “Osa-1T”, “S-125TM”, “Buk-MB”, “İldırım” zenit-raket komplekslərinin, S-300 “Favorit”
18 www.azeridefence.com
sistemlərinin keçidi oldu. Ardınca Vətən müharibəsində Qələbənin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar–BP”, “Heron”, “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” pilotsuz uçuş aparatları nümayiş olunub. Ardınca Azadlıq meydanına “Zəfər” ordenli general-mayor Ağamir Sultanov başçılığı altında artilleriya silahları sistemlərinin kolonu daxil olub. Meydanda özüyeriyən haubitsa və artilleriya qurğuları - 152 millimetrlik “Akasiya”, 152 millimetrlik “Msta-S”, 203 millimetrlik 2S7 “Pion”, eləcə də 220 millimetrlik TOS-1A ağır odsaçan, tank əleyhinə “XrizantemaS” kompleksləri, “Dana” özüyeriyən tophaubitsaları, BM-21 “Qrad”, RM-70/85 “Vampir”, “Smerç” yaylım atəşli reaktiv
sistemləri, TR-300 “Qasırğa”, “Ekstra” taktiki, “Polonez” və LORA əməliyyattaktiki raket sistemlərinin keçidi olub. Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu başlayıb. “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mi-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnikleytenant Rəşad Nadirovun başçılığı ilə “Mi-35” hücum helikopterləri qrupunun, polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “Lahat” və “Spike” uzunmənzilli raketləri ilə silahlanmış “Mi-17” helikopterlərinin və “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “Miq-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları olub. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.
Savaşın taleyini dəyişən
BAYRAKTAR Rəşad Süleymanov Sentyabr ayının 27-də başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsində bir neçə silah sisteminin uğurlu tətbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan verdi. Bu yeni silah sistemlərindən ən effektivi Türkiyənin “Baykar Savunma” şirkətinin istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SPUA) oldu. Döyüş əməliyyatlarının gedişatında KİV-ə müsahibəsində Prezident İlham Əliyev Türkiyə istehsalı olan PUA-ların rolunu dəyərləndirərək, bu sistemərin müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növü olduğunu deyib: “Bu Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür. Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda onların texnologiyası mükəmməldir”. Oktyabrın 14-də “France 24” telekanalına müsahibəsində Prezident İlham Əliyev Türkiyədən əldə edilən PUAlar vasitəsilə Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasının məhv edildiyini deyib. Hərbi əməliyyatların sonrakı günlərində də TB2 SPUA-ları
20 www.azeridefence.com
ROKETSAN şirkətinin istehsalı olan MAM-L və MAM-C ağıllı sursatlarla döyüş meydanında aralarında müxtəlif zenitraket kompleksləri də olmaqla, düşmənin 200-dən çox hərbi texnikasını, silah sistemini, çox sayda canlı qüvvəsini məhv edib. Dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat toplantısında Prezident İlham Əliyev “Bayraktar TB2” SPUA-ların döyüşlərdə qələbənin əldə olunmasında mühüm rol oynadığını bildirib: “Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü”. Bayraktar TB2 ABŞ-ın ölkə daxilində və xaricindəki PKK qruplarına qarşı istifadə olunacağını əsas gətirərək, Türkiyəyə silahlı PUA
ixracına qadağa qoyması TB2 PUA-nın yaradılmasında mühüm rol oynayıb. Kəşfiyyat və zərbə missiyaları üçün hazırlanmış “Bayraktar”ın “Blok A” adlandırılmış birinci prototipinin istehsalına 2007-ci ildə başlanıb və PUA ilk uçuşunu 2009-cu ilin iyununda həyata keçirib. “Blok B” (TB2) prototipinin hazırlanması və seriyalı istehsalını əhatə edən ikinci mərhələ 2012-ci ilin yanvarında başlayıb. 2014-cü ilin aprelində ilk uçuşunu tamamlayan PUA-nın qəbul testləri 2014cü ilin noyabrında keçirilib və 6 ədəd PUA Türkiyənin Quru Qoşunlarına təhvil verilib. Havada 24 saat qala bilən PUA-nın uşuş hündürlüyü 7300 metr, sürəti 70 düyün, radiolinklə idarəetmə məsafəsi 150 km təşkil edir. 100 at gücündə “Rotax 912” mühərriki ilə təchiz olunmuş, avtomatlaşdırılmış uçuş idarəetmə və 3 ehtiyat avtopilot sisteminə malik “Bayraktar TB2” GPS-ə bağlı olmadan tapşırıqları yerinə yetirməyə imkan verən yer səthini tanıma proqramına sahibdir. Maksimum çəkisi 630 kq təşkil edən pilotsuz uçuş aparatı Kanada istehsalı olan “Wescam
MX-15D” elektro-optik komplekslə təchiz olunub. Hazırda Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Təşkilatının istifadəsində ümumilikdə 110-dan çox TB2 mövcuddur. “Baykar Savunma” şirkəti tərəfindən hazırlanmış TB2 taktik SPUA sistemi istifadəçiyə bütün həlləri bir arada təqdim edən kompleks şəbəkə əsaslı sistem arxitekturasıdır. Sistem TB-2 SPUA platforması, Yer Nəzarət Stansiyası, Yer Ötürmə Terminalı, Uzaq Görüntü Terminalı, Baza və Yedəklənən Generator modullarından ibarətdir. Orta hündürlük – uzun müddət havada qalan (MALE) PUA sinfinə aid edilən TB2 tamamilə avtonom hərəkət, qalxma və enmə, normal uçuş qabiliyyətinə sahibdir. TB2 Türkiyənin aviasiya tarixində havada qalma (27 saat 3 dəqiqə) və hündürlük (8238 m) rekorduna imza atan ilk PUA hesab olunur. Bayraktar TB2 SPU-nın əsas texniki göstəricilərini aşağıdakı kimi qruplaşdırmaq olar: - 18000 fut (5486 metr) əməliyyat tavanı; - 27000 fut (8229 m) maksimum yüksəklik; - 27 saat maksimum uçuş müddəti; - Tam avtomatlaşdırılmış uçuşa nəza rət və 3 ehtiyatlı avtopilot (Triple Redundant);
Yeni “Bayraktar TB2” Azərbaycan və Türkiyə bayraqlarının fonunda nümayiş etdirilib. “Bayraktar TB2” SPUAnın peyk üzərindən idarə olunan yeni modi ikasiyasının füzelyajında SATCOM antenasının olduğu görünür. Türk mediası yeni PUAnı TB2 S (S Satellite/peyk idarəetməli) adlandırıb. Foto: “Baykar Savunma”
- Yer sistemlərinə bağlı olmadan tam avtomatik enmə və qalxma xüsusiyyəti; - GPS-ə bağlı olmadan daxili sensorlar hesabına hərəkət xüsusiyyəti; - Tam avtomatlaşdırılmış uçuş və hərəkət izləmə; - Daxili sensor dəstəkli həssas avtomatik qalxma və enmə; - Tam avtomatik taksi və park xüsusiyyəti; - Yarıavtonom uçuş rejimləri dəstəyi; - Xəta toleranslı və 3 dəstəkli sensor füzyonu tətbiqi; - Xüsusi dəstəklənən sevro akutator cihazları; - Litium əsaslı xüsusi ehtiyat batareyalar. Qanad açıqlığı 12 metr təşkil edən TB2 150 kq ağırlığında faydalı yükgötürmə qabiliyyətinə sahibdir. TB2-nin faydalı yükünə dəyişdirilə bilən EO/IR/LD kameralar, habelə AESA radar daxil edilə bilər. PUA-nın silahlanmasına ROKETSAN şirkətinin istehsalı olan lazer yönləndirməli 4 ədəd MAM-L (mini ağıllı sursat) və ya MAM-C raketi daxildir. TB2 SPUA üzərindəki lazer hədəf işarələyici ilə hədəfləri dəqiq işarələyə və
sursatlarla zərbə endirə bilir. Bu da TB2lər ilə müxtəlif maneələri arxasında gizlədilmiş hədəfləri seçərək, ətraf mühitə və mülki əhaliyə zərər vermədən seçilmiş hədəfləri məhv etməyə imkan verir. TB2 SPUA-larında tətbiq edilən Canlı Yayım Transfer Sistemi (BGAM) real vaxt rejimində görüntünün köçürülməsinə, arxivləşdirilməsinə, eyni zamanda yüksək keyfiyyətli canlı yayımları çox sayda istifadəçi tərəfindən (komanda məntəqəsi, mərkəzi komanda məntəqəsi, əməliyyat bölgəsindəki komandirin tableti üzərindən) real vaxt rejimində izlənməsini təmin edir. Görüntü Ötürmə Mərkəzi (Görüntü Aktarma Merkezi -GAM) PUA-lardan alınan canlı görüntülərin eyni anda birdən çox istifadəçiyə kəsintisiz şəkildə ötürülməsini həyata keçirir. GAM ilə izlənən bütün canlı yayımlar sistem tərəfindən avtomatik olaraq 30 dəqiqəlik kadrlar şəklində qeydə alınır. İstifadəçilər canlı görüntüləri izləyərkən sistem üzərində qeydlər apara, bu qeydlərə birdən çox etiket əlavə edə bilir. Sonradan bu qeydlər və etiketlər arxiv videolarında axtarışların aparılmasını asanlaşdırır. Canlı və arxiv görüntülərinin təhlükəsizliyi üçün
21
“Bayraktar TB2” PUA idarə olunan MAML və MAMC döyüş sursatları ilə silahlandırılıb.
sistem avtomatik olaraq müvəqqəti şifrələr tətbiq edir. GAM ilə inteqrasiya olunmuş şəkildə çalışan “Quzğun” həlli isə PUA və SPUAlardan gələn görüntüləri ərazidəki hərbi personalın mobil cihazına ötürür. - Yer Nəzarət Stansiyası - NATO Spek ACE-III konteyner xüsusiyyəti - Radiostansiyalar - Daxili danışıq sistemləri - Tənzimlənən qüllə işləmə sürəti - Pilotun iş yeri - Faydalı yük operatorunun iş yeri - Görüntü qiymətləndirmə bölməsi - Rack tipli kabinetlər - Güc sistemləri, filtrlər - Güc qaynaqları - Hərbi tip iki ədəd kondisioner - NBC filtrləmə Mobil Yer Nəzarət Stansiyası (Mobil YNS) TB2 platformasını müvəqqəti bazalardan və təyin olunmuş yerlərdən idarə edilməsini təmin edir. Mobil YNS-in 12 metrədək yüksəldilə bilən hidravlik antenaları, avtomatik yönələn antenna sistemləri, bütün bu sistemlərə hərəkət imkanı qazandıran güclü bir nəqliyyat vasitəsindən ibarətdir. YNS-lər riskli hava əməliyyatlarında maksimum nəzarəti təmin etmək üçün dizayn olunub. Yeni nəsil rəqəmsal kabinə, kəsintisiz rabitə hesabına istifadəçi hər cür tapşırıqlarda PUA-ya və faydalı yük cihazına effektiv şəkildə nəzarət edə bilər. “Baykar”ın Xəritə və Naviqasiya Modulu istifadəçiyə uçuş əməliyyatlarının planlaşdırılması, PUA-nın yer informasiyalarının göstərilməsi, yer üstünün şəkillərini göstərmə, hərbi simvollarla işarələmə və lokasiya informasiyalarını təqdim edən coğrafi informasiya sistemidir. Sistem 3B real dünya modeli və 3B yer səthinin şəkillərini, PUA-nın yer bilgilərini 3B formatında nümayiş etdirir. İstifadəçi PUA-nın uçuş tapşırıqlarının
22 www.azeridefence.com
planlaşdırılmasını, hədəf, bölgələr (dost, düşmən, qadağan olunmuş) hərbi simvollarla işarələnir. Həmçinin görüş xəttinin analizinin və toqquşmaların təsbitinin analizini aparmağa imkan verir. İxracat və döyüş tətbiqi “Baykar Savunma” 2018-ci ilin mart ayında imzalanmış müqavilə çərçivəsində Qətərə 6 ədəd, 2018-ci ilin yanvarında “Ukrspetsproject” müəssisəsi ilə imzalanmış müqavilə (69 milyon ABŞ dolları) çərçivəsində Ukraynaya 12 ədəd PUA və 3 yerüstü nəzarət stansiyası və 2020-ci ildə imzalanmış müqavilə çərçivəsində Azərbaycana açıqlanmayan sayda TB2 ixracını həyata keçirib. Oktyabrın əvvəlində Türkiyəyə rəsmi nümayəndə heyəti tərkibində səfər edən “Ukrspetseksport” şirkətinin baş direktoru Vadim Nojriya mətbuata açıqlamasında TB2-lərin Ukraynada istehsalı ilə maraqlandıqlarını, Ukraynanın 48 ədəd TB2 SPUA almaq niyyətində olduğunu açıqlayıb. Türkiyə Silahlı Qüvvələrinin 2016-cı ildən etibarən ölkənin şərq rayonlarında PKK/PYD terrorçularına, eləcə də Suriyanın şimalında PYD-yə və İŞİD-ə qarşı həyata keçirdiyi “Fərat Qalxanı”, “Zeytun Budağı” əməliyyatlarında TB2 SPUA-lar kəşfiyyat və zərbə missiyalarında istifadə olunub. Terrorçuların yaşayış məntəqələrindəki atəş nöqtələri PUA-lar vasitəsi aşkarlandıqdan sonra idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə vurulmuşdur. 2020-ci il fevralın 27-də İdlib şəhəri yaxınlığında Suriya və Rusiya aviasiyası tərəfindən Türkiyə Silahlı Qüvvələrinə (TSQ) edilən hücumun cavabı olaraq başladılan “Bahar Qalxanı” hərbi əməliyyatının birinci həftəsində (28 fevral-5 mart) TB2 və “Anka-S” SPUA-lar ilə Suriya Ordusuna məxsus 151 tank, 47 helikopter, 3 təyyarə, 8 helikopter, 3 PUA və 8 hava hücumundan müdafiə sistemi məhv edilib.
Döyüşlər zamanı 3 ədəd TB2 SPUA vurulmasına dair görüntülər mediada yer alıb. “Bahar Qalxanı” əməliyyatında TB2lər ilk dəfə sürü halında uçuşlar edərək, hərb tarixində bir ilkə imza atmışdır. Döyüş fəaliyyətləri zamanı PUA-lar vasitəsi ilə məhv edilən Suriya Ordusuna aid hərbi texnikalardan ikisi, bəzi məlumatlara görə, dördü Rusiya istehsalı olan 96K6 “Pantsir-S1” özüyeriyən zenit rakettop kompleksidir (ZRTK). Suriyadakı məğlubiyyət mülki və hərbi obyektlərin, o cümlədən uzaqmənzilli HHM vasitələrinin, pilotsuz uçan aparatlar da daxil olmaqla, bütün müasir və perspektiv hava hücumu vasitələrindən müdafiəsi üçün təyin edilmiş “Pantsir-S1” ZRTK-nin effektivliyini sual altına qoydu. 2019-cu ilin iyun ayında beynəlxalq mediada Liviyada general Xəlifə Həftərin bazalarının vurulmasında TB2-lərdən istifadə edildiyinə dair məlumatlar yer alıb. TB2 ilə vurulan hədəflər arasında general Həftərin qoşunlarının silahlanmasına daxil olan “Pantsir” ZRTK-lər də olub. Sonrakı aylarda Türk Ordusu TB2lərdən terror təşkilatlarına qarşı “Pəncə” və “Kıran” əməliyyatlarında da geniş istifadə etmişdir. Azərbaycan və Ermənistan arasında 27 sentyabr–10 noyabr 2020-ci il tarixlərində gedən İkinci Qarabağ Müharibəsində TB2 SPUA-lar Ermənistan Silahlı Qüvvələrinə qarşı uğurla istifadə edilmişdir. Müdafiə Nazirliyinin yayımladığı görüntülərdən aydın olduğu qədər Azərbaycan TB-2 SPUA-lardan Ermənistan artilleriyasının, mövqelərinin, tanklarının, piyada döyüş maşınlarının, YARS və zenit-raket komplekslərini məhv etmək üçün istifadə edib. Döyüşlərin ilk günlərində Ermənistan Ordusuna aid “Osa-AKM”, “Strela-10”, “Tor-M2MK” və iki ədəd S-300 zenit-raket kompleksi TB2 SPUA ilə məhv edilib. Rəsmi görüntülər əsasında aparılmış dəqiqləşdirmələrə əsasən, 44 günlük döyüş
əməliyyatlarında TB2-lər vasitəsi ilə Ermənistan Ordusuna aid 90 ədəd T-72 tankı, 29 ədəd piyada döyüş maşını, 132 ədəd artilleriya qurğusu, aralarında “Smerç” və WM-80 yaylım atəşli reaktiv sistemlər də olmaqla 61 YARS, 9 radiolokasiya stansiyası və REM sistemi, 143 nəqliyyat vasitəsi, habelə düşmənin çox sayda canlı qüvvəsi məhv edilib. TB2 PUA-lar döyüşlərin gedişatında zərbələrin endirilməsi, düşmənə məxsus hədəflərin axtarışı, təyin edilməsi və koordinatlarının artilleriya batareyalarına ötürülməsi, digər kamikadze PUA-ların (“Harop”, “Zərbə”, “SkyStriker”) hədəflərə istiqamətləndirilməsi, fasiləsiz kəşfiyyatın aparılması və görüntülərin real vaxt rejimində komanda-idarəetmə mərkəzlərinə ötürülməsi də daxil olmaqla müxtəlif tapşırıqların icrasını uğurla yerinə yetirib. Ən müasir REM sistemi də qarşısını ala bilmədi Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi generalpolkovnik Movses Akopyan noyabrın 19da İrəvanda keçirdiyi mətbuat konfransında “Bayraktar TB2” SPUA-ların fəaliyyətinə Rusiya istehsalı olan ən müasir radioelektron mübarizə kompleksi ilə də maneə qoya bilmədiklərini etiraf edib. General bildirib ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alınmış “Pole-21” radioelektron mübarizə (REM) kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da, 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramayıb. PUA-lar əvvəlki qaydada Ermənistan Ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib. İlk prototipi 2013-cü ildə MAKS-2013 sərgisində nümayiş etdirilən və 2016-cı ildə silahlanmaya qəbul olunmuş “Pole-21” hazırda Rusiyanın mühüm hərbi və strateji obyektlərinin mühafizəsində tətbiq edilir. “Radioelektron Mübarizə Elmi-Texniki Mərkəzi” Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış kompleks strateji obyektlərin GPS, QLONASS, “Galileo” və “Beidou” peyk naviqasiyalarından istifadə edən qanadlı raketlərdən, idarə olunan bombalardan və PUA-lardan müdafiəsini təmin edir. Milliləşmə payı artır Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK terrorçularına qarşı, eləcə də Suriya və Liviyada, eləcə də Azərbaycan Ordusu tərəfindən Qarabağda hərbi əməliyyatlarda istifadəsindən sonra Kanada hökuməti tərəfindən TB2-lər üçün “L3 Harris” şirkətinin istehsalı olan MX-15D faydalı
yükün və Bombardier Recreational Products (BPR) şirkəti tərəfindən istehsal edilən “Rotax 912” mühərriklərinin satışına embarqo tətbiq edilib. Ehtimala görə, “Baykar Savunma” yeni seriyada “Rotax 912” mühərrikini TEI şirkəti tərəfindən yaradılmış yerli PD170 mühərriki ilə əvəz edəcək. Yeni faydalı yük və mühərriklə təchiz olunan PUA-nın TB3 adı alacağı qeyd edilir. “Baykar Savunma” şirkətinin direktoru Səlcuq Bayraktar ötən ay özünün sosial media profilində bu barədə məlumat verib. Daha güclü mühərriklə təchiz edilən TB3 versiyasının faydalı yükünün və daşıdığı sursatın artırılacağı, PUA-nın SAR radarıyla komplektləşdiriləcəyi gözlənilir. Noyabrın 6-da Türkiyənin Müdafiə Sənayesi Komitəsi MX-15D faydalı yükünün yerinə TB2 PUA-da ASELSAN şirkətinin istehsalı olan CATS elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemini sınaqdan keçirdiyini açıqlayıb. Sınaqlar zamanı CATS vasitəsi ilə uzaq məsafədən tapılan və lazerlə işarələnən hədəflər MAM-L sursatı ilə vurularaq məhv edilib. Sınaqlar zamanı CATS-in yüksək sürətlə hərəkət edən hədəflərə kilidlənməsi və izləmə xüsusiyyətləri də yoxlanılıb. ASELSAN, “Baykar” və ROKETSAN-ın birgə həyata keçirdiyi inteqrasiyanın qısa zamanda başa çatdırılması nəzərdə tutulur. Noyabrın 12-də ASELSAN-da Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə keçirilən təqdimat mərasimində şirkətin Baş direktoru Haluk Görgün kəşfiyyat və silahlı pilotsuz uçuş aparatları üçün hazırlanan ASELFLIR F500C elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi barədə məlumat verib. Görgün, CATS sisteminin müasir versiyası olan bu
ASELSANnın ASELFLIR F500C elektrooptik kəş iyyat, müşahidə və hədə ləmə sistemi və ROKETSANın MAML mini ağıllı sursatları.
kompleksin “Bayraktar TB2” və “Anka” kimi PUA platformaları üçün nəzərdə tutulduğunu deyib. Yerli mühərrik və faydalı yük TB2 SPUA-ların ixracına olan maneələri aradan qaldıracaq. Eyni zamanda PUA-nın gələcək inkişafını, yeni modifikasiyaların hazırlanmasına imkan verəcəkdir. Milliləşmə çərçivəsində yaxın gələcəkdə TB2 SPUA-nın silahlanmasına yerli istehsal olan daha “Bozok” adlı miniatür döyüş sursatının daxil edilməsi planlaşdırılır. İnersial naviqasiyadan və lazer yönləndirmədən istifadə edən “Bozok” sursatının çəkisi 16 kq, çapı 120 mm, uzunluğu 80 sm təşkil edir. Noyabr ayının 11-də “Baykar Savunma” şirkəti Azərbaycan Ordusunun qələbəsi münasibəti ilə sosial mediada etdiyi paylaşımda TB2 SPUA-nın peyk üzərindən idarə olunan yeni modifikasiyasını nümayiş etdirib. Yeni modifikasiyanın füzelyajında SATCOM antenasının olduğu görünür. Türk mediası yeni PUA-nı TB2 S (S- Satellite/peyk idarəetməli) adlandırıb. Mütəxəssislərin fikrincə, SATCOM sisteminin tətbiqi ilə TB2 SPUA-ların uçuş radiusu və əməliyyat imkanları artırılacaq, radioelektron mübarizə sistemlərinə qarşı qorunması daha da güclənəcək. Bundan başqa, Yer Nəzarət Stansiyasından həyata keçirilən idarəetmədə yaşanan əlaqənin kəsilməsi kimi problemlər aradan qaldırılmış olacaq. AD
23
MAM-L
ROKETSANın MAML ağıllı sursatları rəqiblərini üstələyir Müdafiə sənayesində dünyanın ilk 100 şirkəti arasıda yer alan ROKETSAN müasir dövrün və gələcəyin müharibə tələblərinə istiqamətlənmiş texnologiyaları ilə Türkiyə Silahlı Qüvvələri, dost və müttəfiq ölkələrin ehtiyaclarını qarşılayan məhsulların yaradılması və istehsalını həyata keçirir. ROKETSAN tərəfindən yaradılmış Mini Ağıllı Sursat məhsulları ailəsindən MAM-L müharibə meydanlarında yüksək performans göstərib. MAM-L sursatları 2016-cı ilən Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi tərəfindən “Bayraktar TB2” və “Anka” pilotsuz uçuş aparatlarının silahlanması üçün istifadə olunur. Müharibənin gedişatını dəyişən və vurma üstünlüyü təmin edən MAM-L sursatı sahib olduğu texnologiya ilə yanaşı, müharibə təcrübələri ilə də rəqiblərini üstələyir. Təxminən 22 kiloqram çəkiyə sahib olam MAM-L pilotsuz uçuş aparatları (PUA) ilə yanaşı, yüngül hücum təyyarələrinin də silahlandırılması üçün effektiv həll hesab olunur. İnersial Naviqasiya Sistemi və əlavə GPS naviqasiyasının tətbiqi ilə MAM-L-in uzaqlığı atış şərtlərindən asılı olaraq 14 kilometrədək artırıla bilir.
24 www.azeridefence.com
MAM-L qəlpə fuqas döyüş başlığı ilə tikililərə, zirehsiz nəqliyyat vasitələrinə, radar antenalarına, səngərlər kimi qorunmayan hədəflərə və geniş sahəyə dağılmış canlı qüvvəyə qarşı effektiv sayılır. Bundan başqa, antitank və termobarik döyüş başlıqları ilə sursatın effektiv ola biləcəyi hədəflər genişləndirilir. ROKETSAN Mini Ağıllı Sursat məhsulları ailəsinin hava platformalarına inteqrasiyası sahəsində önəmli təcrübəyə sahibdir.
ROKETSAN Türkiyə Silahlı Qüvvələri başda olmaqla dost və müttəfiq ölkələrin ehtiyaclarını qarşılamaq üçün MAM ailəsini genişlətmək və qabiliyyətlərini artırmaq istiqamətində həm elmi-tədqiqat layihələrini, həm də bərabər hərəkət edən bütün ekosistemdəki şirkətlərlə daha müasir məhsullar ortaya çıxarmaq üçün çalışmalarına davam edr. MAML texniki göstəriciləri
Çap
160 mm
Uzunluq
1m
Ağırlıq
22 kg
Mənzil
14 km (atəş şəraitindən asılı olaraq)
Arayıcı başlıq
Yarıaktiv LAB*
Döyüş başlığının tipi Reaktiv zirehlərə qarşı effektiv tandem Yüksək fuqaslı qəlpəli Termobarik Partladıcı
Təmas Yaxınlaşma
Platformalar
PUA-lar Yüngül hücum təyyarələri
*LAB: Lazer Arayıcı Başlıq
$.867Ä&#x20AC;. +Ä&#x201A;5%Ä&#x20AC; 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;. 4$%Ä&#x20AC;/Ä&#x20AC;<<Ä&#x201A;7/Ä&#x201A;5Ä&#x20AC;0Ä&#x20AC;= ;h686Ä&#x20AC; 6$+Ä&#x201A; 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;<Ä&#x20AC; 6Ä&#x201A;5+Ä&#x201A;' 7Ä&#x201A;+/h.Ä&#x201A;6Ä&#x20AC;=/Ä&#x20AC;<Ä&#x20AC; ' $.867Ä&#x20AC;. 6Ä&#x20AC;78$6Ä&#x20AC;<$ 0Ä&#x201A;/80$7/ $1',50$6, +(/Ä&#x20AC;.237(5 38$ 7Ä&#x201A;<< <$5Ä&#x201A; 08/7Ä&#x20AC;.237(5 534 $9 720$7 7 38/(0<27 9Ä&#x201A; 3$57/ $<,þ/ $5,1 $þ.$5/$10$6,
ASELSANın yeni sistemlərinin təqdimatı keçirilib Noyabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələr rəhbər şəxslərinin iştirakı ilə ASELSAN şirkətinin yeni sistemlərinin təqdimatı, ASELSAN Akyurt İzləmə və İnsansız Sistemlər istehsalı zavodunun, Akyurt məscidinin, İvedik Texnopark Müəssisələri və ASELSANNET şirkətinin yeni binasının açılışı olub. Mərasimdə çıxış edən ASELSAN şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Haluk Görgün dünyadakı inkişaflardan geri qalmayan ASELSANın beynəlxalq miqyaslı şirkətə çevrildiyini vurğulayıb, hazırda şirkətdə 60 faizi mühəndis olmaqla, 8533 nəfərin çalışdığını deyib: “Ötən dövrdə strateji hədəflərimizdən biri olan dünyanın 50 böyük müdafiə sənayesi şirkətindən biri olmağa çalışdıq. 2020-ci ildə “Defence News” 100 böyük müdafiə şirkəti sıralamasında dünyanın 48-ci böyük müdafiə sənayesi şirkəti olduq. Mülki sistemlərdən hərbi həllərə qədər geniş məhsul portfelimiz, 12 xarici iştirak, ofisimiz və 15 yerli iştirakımız ilə qlobal bazarlarda fəaliyyətlərimizə davam edəcəyik. Gələn il dünyanın bir çox ölkəsində ASELSAN-ın yeni əlaqə ofislərini, servis mərkəzlərini, istehsal müəssisələrini, mühəndislik mərkəzlərini və yeni iş ortaqlıqlarını elan edəcəyik”. ASELSAN-ın 2020-ci ildə 6 yeni ölkəyə ixracat həyata keçirərək istifadəçi ölkə sayını 70-ə çatdırdığını qeyd edən Haluk Görgünün sözlərinə görə, cari ilin ötən dövründə imzalanmış ixracat
26 www.azeridefence.com
müqavilələrinin həcmi 336 milyon dollar təşkil edib. İlin sonuna qədər bu həcmin 415 milyon dollar təşkil edəcəyi gözlənilir. Daha sonra ASELSAN-ın üzərində çalışdığı bir sıra yeni layihələr barədə məlumat verən baş direktor Haluk Görgün bildirib ki, kəşfiyyat və silahlı pilotsuz uçuş aparatları üçün hazırlanan ASELFLIR F500C elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi ASELSAN-ın CATS sisteminin müasir versiyasıdır. Bu cihaz “Bayraktar TB2” və “Anka” kimi PUA platformaları üçün yaradılır. Digər məhsul isə miniatür ölçülü, idarə olunan aviasiya bombasıdır. GPS və İNS naviqasiyadan istifadə edən bomba 100 km məsafədə hədəfləri yüksək dəqiqliklə vura bilir. Bomba 1 metr qalınlığında beton hədəflərə qarşı effektivdir. Görgün yeni məhsullar sırasında “Özgün” adlı inersial ölçmə cihazı, COVİD19 daxil olmaqla, bütün viruslara qarşı nəzərdə tutulan virus tanıma sistemi və mobil X-Ray cihazından da bəhs edib. Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir isə çıxışında Türkiyədə
son zamanlar meydana gələn bir sıra hadisələrin müdafiə sənayesinin əhəmiyyətini ortaya qoyduğunu deyib. Komitə sədri ötən dövrdə Türkiyənin hava, dəniz və yer platformalarında bəlli bir mövqeyə yüksəldiyini, bəzilərində isə dünya ilə rəqabət edə bildiyini vurğulayıb: “Müdafiə sənayemiz zirehli vasitələr, döyüş gəmiləri, helikopter layihələri, modern top və silah layihələri, yerli peyk və kosmik fəaliyyətlər, radioelektron mübarizə və radar sistemləri, sursatlar, raketlər, torpedalar, hava hücumundan müdafiə sistemləri, PUAlar kimi bir çox layihəni həyata keçirib, elmi-tədqiqatla gələcəyin sistemlərini də indidən dizayn edir. Sektorumuz lazer və elektromaqnit silahlar, insansız və avtonom sistemlər, kiber təhlükəsizlik, süni intellekt layihələri ilə gələcəyin müharibələrinə hazırlanmaqla yanaşı, mülki sahəyə aid həllər istehsal edir”. Çıxışına 14 noyabr 1975-ci ildə fəaliyyətə başlayan ASELSAN-ın 45-ci ildönümü təbriklə başlayan Prezident Ərdoğan Kipr hərbi əməliyyatından sonra Türkiyənin çox ciddi və haqsız embarqolara məruz qaldığını bildirib.
Bu vəziyyətin müdafiə sənayesində çatışmazlıqları bütün çılpaqlığı ilə ortaya çıxardığını söyləyən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Kipr əməliyyatının ardınca ASELSAN və digər müdafiə sənayesi təşkilatlarının fəaliyyətə başlaması ilə ölkə yeni bir mərhələyə qədəm qoyub. Prezident müdafiə və aviasiya sənayesinin ixracatının 248 milyon dollardan 3 milyard dollara yüksəldiyini, Türkiyənin dünyanın ilk 100 böyük müdafiə sənayesi şirkətləri siyahısında 7 firma ilə təmsil olunduğunu, son 5 ildə bu siyahıya 5 firmanın daxil olduğunu deyib. Türkiyə Prezidenti hakimiyyətə gəldiklərində prioritet olaraq müəyyən etdikləri sahələrdən birinin də müdafiə sənayesi olduğuna diqqət çəkib: “Bu gün Türk müdafiə sənayesi fond şirkətlərindən özəl sektora, alt yüklənicilərdən KOBİ-lərə, universitetlərdən araşdırma mərkəzlərinə, texnoparklardan təşkilatlara qədər geniş bir ekosistemə sahibdir. 2002-ci ildə 62 müdafiə layihəsi həyata keçirildiyi halda bu gün 700-ə yaxın layihənin həyata keçirildiyi bir müdafiə sənayesinə qovuşduq. Ölkəmizin qarşılaşdığı hücumlara qarşı daha effektiv mübarizə üçün sadəcə son 5 ildə 350 civarında yeni layihə başladıq. Müdafiə sənayesi layihələrimizin büdcəsini 5,5
milyard dollardan 60 milyard dollara yüksəltdik. Yenə bu dönəmdə sektorda fəaliyyət göstərən firma sayımız 56-dan 1500-ə çıxdı. Sektorun 1 milyard dollar olan dövriyyəsi 11 milyard dollara çatdı”. Prezident Ərdoğan nəqliyyat vasitələri və dəniz platformalarında Türkiyənin özü ilə yanaşı, dost və müttəfiq dövlətlərin də ehtiyaclarını qarşılayan ölkəyə çevrildiyini bildirib: “Öz döyüş gəmisini yaradan və inşa edən 10 ölkə, pilotsuz uçuş aparatları, silahlı pilotsuz uçuş aparatları istehsalında isə artıq dünyanın ilk 3-4 ölkəsi sırasındayıq”. Embarqoları öz gücümüzə aşırıq Prezident Ərdoğan Azərbaycana göstərilən dəstəyə görə, bəzi xarici istehsalçıların Türkiyəyə tətbiq etdikləri haqsız embarqolara da toxunaraq, Türkiyənin qlobal tədarükçülərin ortaya çıxardığı bütün çətinlikləri, açıq və gizli embarqoları öz gücü ilə aşdığını bəyan edib: “Son dönəmdə azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstək səbəbi ilə pilotsuz uçuş aparatlarımızın bəzilərində istifadə etdiyimiz kameraya Kanada embarqo qoydu. Biz nə etdik? ASELSANda yerlisini istehsal elədik, PUA-larımıza taxdıq, yolumuza davam etdik. Bununla qalmadıq, eyni kameraların daha da yaxşısını hazırlamaq üçün layihə başladıq. İnşallah, hər sahədə bu anlayışla hərəkət
edərək yerli və milli müdafiə sənayemizi ən üst səviyyəyə çıxardacağıq”. ASELSAN-ın bu gün qlobal şirkət olaraq çox geniş bir sahədə fəaliyyətlərini davam etdirdiyini deyən Prezident Ərdoğan təqdimatı keçirilən bəzi məhsullar barədə danışıb. Bu məhsulların müasir müharibələrdə silahlı qüvvələr üçün həyati əhəmiyyət daşıdığını bildirib. Prezident Ərdoğan texnologiyaların yaradılmasına yönələn fəaliyyətlərə daha çox qaynağın ayrılmasının əhəmiyyətinə toxunaraq, bu çərçivədə TÜBİTAK və bənzər qurumlarla həyata keçirilən işlərin daha effektiv dəstəklənməsinin vacibliyini vurğulayıb. Təqdimatı keçirilən yeni sistemlər Müdafiə Sənayesi Komitəsininin (SSB) layihəsi çərçivəsində ASELSAN tərəfindən yaradılan “Karakulak” sistemi HF tezlikdə axtarış, qeydə alınan rabitə yayınlarının isiqamətlərinin təyin edilməsi, yerlərinin müəyyən edilməsi, dinlənməsi, parametrlərinin çıxarılması və qeydə alınması əməliyyatlarını yerinə yetirən radioelektron mübarizə sistemidir. Sistemdə aşkarlanan hədəflərin yerləri rəqəmsal xəritə üzərində qeyd edilir. Bu da sahədə iki və ya daha çox sistemlə seçiləcək uyğun rabitə infrastruktru ilə koordinasiyanı təmin edr, hədəfə aid koordinatlar hesablayır.
27
Yuxarıda: Prezident Rəcəb Tayyib Ərdoğan ASELSAN şirkətinin istehsalı olan yeni sistemlərlə yaxından tanış olur. Aşağıda: ASELSAN şirkəti tərə indən hazırlanmış “Karakulak” pelenqasiya və dinləmə sistemi. Foto: İnternet
“Qorqud” özüyeriyən zenit-top kompleksi ASELSAN şirkəti tərəfindən tamamilə milli imkanlar hesabına yaradılıb. Quru Qoşunlarının silahlanmasında yer alan “Qorqud” sisteminin taqımı bir-birinə radiostansiya ilə əlaqə saxlayan 3 ədəd döyüş maşını və bir ədəd komanda-nəzarət maşınından ibarətdir. “Qorqud” zenit-top kompleksi ASELSAN şirkəti tərəfindən yaradılmış 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımlarından istifadə edir. “Qorqud” aşağı hündürlükdə uçan təyyarə, helikopterlər, “hava-yer” raketləri, qanadlı raketlər və pilotsuz uçuş aparatları daxil olmaqla müxtəlif hava hədəflərinə qarşı mübarizə üçün təyinatlandırılıb. Tədbirdə açıqlanan Yeni Nəsil KORAL (Kara SOJ-2) Radioelektron Mübarizə Sistemi layihəsi SSB-nin rəhbərliyi altında ASELSAN şirkəti tərəfindən həyata keçiriləcək. Layihə çərçivəsində yaradılacaq Yeni Nəsil KORAL REM sistemi mövcud KORAL-la müqayisədə düşmənin texniki vasitələrinin aşkarlanması,
28 www.azeridefence.com
qarışdırılması və söndürülməsi sahəsində daha üstün qabiliyyətlərə sahib olacaq. Eyni zamanda müasir texnologiyalardan istifadə edən düşmənin köhnə və modern radar sistemlərini effektiv şəkildə qarışdıraraq əməliyyat sahəsində ehtiyac duyulan təhlükəsiz hava dəhlizini açmağa imkan verəcək. Qeyd edək ki, tədbirdə açıq havada ASELSAN istehsalı olan “Pulat” aktiv mühafizə sistemi, “Hisar-A” və “Hisar-O” ZRK-lər, müasirləşdirilmiş M60TM tankı,
müasirləşdirilmiş yedəkdə daşınan top, atəş idarəetmə cihazı, “Qalxan II” yeni nəsil radiolokasiya stansiyası, “Sərdar” TƏİR modulu, “Qanqal” jammeri, “Sərhəd” səyyar minaatan aşkarlama radarı, İHTAR antidron kompleksi, “Korhan” 35 mm çaplı insansız silah qülləsi, REDET II radar elektron dəstək/elektron hücum sistemi, Mobil V-UHF radioelektron mübarizə sistemi, silah təsbit radarı, erkən xəbərdarlıq radar sistemi nümayiş etdirilib.
S
AN
M D CO MODIT
Y
E
ION UN
EY
E
RK
TH
1911
NG S OF TU
OF CHA
HA
MB
R
XC
E
www ww ww.tuy y ap.com.tr
M-C TSE - ISO 10002
‹STANBUL
TS EN ISO 9001:2015
TÜY YA AP F FA AIR CONVENTION AND CONGRESS CENTER Büyükçek mece, ‹s tanbul / Tur key
Cənubi Qafqaz ölkələrinin mühəndis texnikaları parkı: Mövcud durum, perspektiv inkişaf istiqamətləri Azər Hüseynov Cənubi Qafqaz dövlətlərinin 2000-ci illərin əvvəllərində silahlı qüvvələrdə həyata keçirdikləri kompleks inkişaf proqramları çərçivəsində keçmiş sovet ordusundan miras qalan mühəndis döyüş texnikalarının müasir hərbi texnikalarla əvəz edilməsi prosesinə başanılmışdır.
Regionda baş verən silahlı münaqişələr texnika parkının müasirləşdirilməsinə yeni baxışlar ortaya çıxarmış və perspektiv istiqamətləri müəyyən etmişdir. Son olaraq, Azərbaycan və Ermənistan arasında 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində baş verən 44 günlük hərbi əməliyyat ənənəvi mühəndisdöyüş texnikalarının müasir müharibələrdə istənilən effektivliyi vermədiyini, qarşıya qoyulan tapşırıqların icrasını çətinliklə yerinə yetirdiyini, mühəndis bölmələrində insan itkilərinə və izafi xərclərə səbəb olduğunu göstərdi.
Döyüş meydanında düşmənin mühəndis maneələrini dağıdıb, hücum edən qüvvələrə keçid açmaq üçün təyinatlandırılmış ağır hərbi texnikaların özlərinin keçidlərdə ilişib qalması, texnikalar və heyət arasında itkilərin çox olması qoşunların yeni nəsil mühəndis texnikaları ilə təchiz edilməsinin vacibliyinə işarə edir.
Region ölkələrinin texnika parkı Hər üç Cənubi Qafqaz respublikasının silahlı qüvvələrinin mühəndis bölmələrinin silahlanmasında keçmiş Sovet istehsalı olan “Bat-M”, “Bat- 2”, MDK-3 mühəndis maşınları, QMZ-3 minadüzənləri, UR-77 reaktiv mina təmizləmə qurğuları, TMM-2, TMM-3 mexaniki körpülər, MTU-20 və MT-55 tank körpüsalanları, PZM-2 və PZM-2M yerqazanları, müxtəlif markalı zirehləndirilmiş buldozer və ekskavator texnikaları yer alır.
Azərbaycan Ordusunun inventarında yer alan Rusiya istehsalı olan İMR3M mühəndisistehkam maşınları. Foto: MN
Yeni hərbi texnikaların əldə edilməsində büdcə sıxıntıları yaşayan Gürcüstan və Ermənistan 2010–2015-ci illərdə bu texnikaların bir qisminin əsaslı təmiri və təkmilləşdirilməsini həyata keçirib. Bu dövrdə Ermənistan Rusiyadan 6 ədəd İMR-2M mühəndis texnikası, TMM-3M mexaniki körpülər və 6 ədəd MTU-72 tank körpüsalanları, Gürcüstan isə Ukraynadan açıqlanmayan sayda İMR-2 və BAT-2 mühəndis texnikaları, 12 ədəd PZM-2M yerqazanı, İsveçrənin “Minewolf A.G” şirkətindən bir neçə ədəd məsafədən idarə olunan MW240 “Mini Minewolf” robot minatəmizləmə maşınıı alıb. 2005–2012-ci illərdə alınmış bu maşınlar hazırda humanitar mi-
T90 tankının şassisi üzərində yerləşdirilmiş MTU90M tank körpüsalanları. Foto: MN
natəmizləmə əməliyyatlarında istifadə olunur. 2008-ci il avqust müharibəsində Rusiya qüvvələri tərəfindən Gürcüstan Ordusuna məxsus bir ədəd MW240 mexaniki minatəmizləmə maşını qənimət götürülüb. 2015-ci ildə Gürcüstan Ordusunun mühəndis briqadası yerli STC “Delta” Mərkəzi tərəfindən minatəmizləmə əməliyyatları üçün xüsusi hazırlanmış 5 ədəd zirehli ekskavatorla təchiz edilib. Azərbaycan isə bu dövrdə Ukraynadan KrAZ-5233 şassisində PZM-3 yerqazanları, Rusiyadan İMR-3M mühəndis-istehkam maşınları, EOV-3523 hərbi ekskvatorlar, KS-45719-7M hərbi təyinatlı kranlar, PP-91 ponton körpü keçidləri, KaMAZ və MZKT-7930 şassilərində TMM-6 mexanikiləşdirilmiş körpülər, MTU-90M tank körpüsalanları satın alıb. Belarus istehsalı olan 8x8 təkər formuluna malik MZKT-7930 şassisində qurulmuş yeni TMM-6 körpüləri Azərbaycan Ordusunun silahlanmasına 2020-ci ilin əvvəllərində qəbul edilib. Körpü keçidinin uzunluğu 17 m, yükqaldırma qabiliyyəti 60 tondur. Maneə üzərində körpünün salınmasına maksimum 50 dəqiqə vaxt tələb olunur. Azərbaycanın 2013–2016-cı illərdə Rusiyanın “Ural Vaqon Zavod” Korporasiyasından satın aldığı İMR-3M mühəndis maşınları İMR mühəndis maşınlarının ailəsinin son nəsli sayılır. İMR-3M maşınları müstəqil şəkildə tank əleyhinə minalı sahələrin öhdəsindən gəlməyə və keçidlər açmağa imkan verir. T-90 tankının şassisində (İMR modifikasiyası T-55, İMR-2/2M maşınları
T-72 tankının şassisindədir) yaradılmış İMR-3-ün çəkisi 50,8 ton, maksimal sürəti şose yolda 60 km/saat, gediş ehtiyatı 500 kilometrdir. Maşın 840 at gücündə V-84MS dizel mühərriki ilə təchiz olunub. Maşın zirehli kabinədən idarə olunan 8 metr uzunluğa və 2 ton yükqaldırma qabiliyyətinə sahib elektrohidravlik manipulyatora, universal buldozer bıçaqlarına sahibdir. Maşın KMT-R3 elektromaqnit mina tral ilə təchiz edilə bilər. İMR-3M mühəndis maşınları tüstü qumbaraları və 12,7 mm çaplı NSVT pulemyotu ilə silahlandırılıb. Kabinəsi tamamilə germetikləşdirilmiş İMR-3M maşınları radioaktiv şüalanma olan ərazilərdə də işləməyə bacarıqlıdır. Maşın meşəlik ərazilərdə, minalı sahələrdə və daş uçqunları olan yerlərdə saatda orta hesabla 300−400 metrlik keçid açmağa, 250 kub metrədək torpaq qazmağa imkan verir. Xarkov Maşınqayırma Konstruktor Bürosu tərəfindən MT-T ağır yedəkçinin bazasında hazırlanmış BAT-2 çoxməqsədli buldozeri 1988-ci ildə sovet ordusunun mühəndis qoşunlarının və mülki müdafiə qoşunlarının silahlanmasına daxil edilib. Bütöv lehimlənmiş qutu formalı korpus malik BAT-2-nin damında və dibdə texniki xidmət vaxtı maşının aqreqatlarına giriş üçün lyuklar var. Maşının iki heyət və əlavə 6 əsgər yerləşən kabinəsi tamamilə germetikdir. Maşın buldozer tiyəsi, toxa, bucurğad və 2 tonadək yükqaldırma qabiliyyətinə malik kranla təchiz olunub. BAT-2 yükləri 3,5 metrə qədər dərinlikdə çuxurlara endirə və ya 7,5 metrə qədər hündürlüyə qal-
31
Rusiyanın “OmskTransMaş” müəssisəsi tərə indən istehsal edilən TMM6 ağır mexanikiləşdirilmiş körpü Belarus istehsalı olan 8×8 təkər formuluna malik MZKT7930 şassisində qurulub.
dıra bilər. Maşının ön hissəsində yerləşdirilmiş bucurğad 25 ton qədər yükü çəkməyi bacarır. Ağır çəkiyə malik BAT-2-lərin əsas çatışmazlığı yumşaq ərazilərdə tez-tez batması, manevr qabiliyyətinin aşağı olmasıdır. Minalama və minatəmizləmə texnikaları Hər üç region ölkəsinin mühəndis xidməti, eləcə də regionda separatçıların nəzarəti altında olan Cənubi Osetiya və Abxaziyada qeyri-qanuni silahlı birləşmələri minalama əməliyyatlarının həyata keçirilməsində 1984-cü ildə keçmiş sovet ordusunun mühəndis qoşunlarının silahlanmasına daxil olmuş QMZ-3 mexaniki minalama maşınlarından istifadə edir. QMZ-3 maşınları minaların qoyulmasını maskalanmasız və ya maskalanmayla həyata keçirir. Üç maşından ibarət olan mina mühəndis taqımı 30 dəqiqə ərzində zirehli tank texnikası üçün praktik olaraq keçilməz 2,5-3 km minalı sahə yaradır. QMZ-3-də mövcud olan naviqasiya avadanlıqları yalnız kursun təyin edilməsini deyil, həm də qurulmuş minaların rəqəmli indeksləşdirməsi, topoqrafiya xəritəsində minalı sahənin qeydlərinin aparılmasına imkan verir. Minalı sahələrdən keçid açmaq üçün nəzərdə tutulan UR-77 “Meteorit” özüyeriyən reaktiv minatəmizləmə qurğusu 2S1 özüyeriyən haubitsanın bazasında yaradılıb. Keçmiş sovet ordusunda 1978-ci ildə silahlanmaya qəbul edilib. UR-77 partlatma üsulu ilə tank əleyhinə minalı sahələrdə 6 metr enində və 90 metrədək uzunluqda keçid açmağa
32 www.azeridefence.com
imkan verir. Sistem M14 piyada əleyhinə minalar basdırılmış ərazilərdə isə 14 metr enində keçid aça və sahələri təmizləyə bilir. Minalardan təmizləmə yükün partlayışından zərbə dalğasının yaranması yolu ilə həyata keçirilir. Qurğu minatəmizləmə zamanı UZ-67, UZP-77 və ZRŞ markalı yüklərdən istifadə edə bilər. Keçid açma müddəti 3-5 dəqiqə təşkil edə bilər. Körpülər Azərbaycan, Gürcüstan və Ermənistanın mühəndis qoşunlarının parkında əsas yeri keçmiş sovet ordusundan qalma MTU-55 və MTU-22 tank körpüsalanları, ТММ-3 mexanikiləşdirilmiş ağır körpülər, PP-91 panton körpü keçidləri tutur. Ötən dövrdə mexaniki körpü parkını yeniləyən Azərbaycan Rusiyadan T-90 tanklarının şassisində yaradılmış MTU-90M tank körpüsalanları, MZKT7930 şassisində qurulmuş yeni TMM-6 körpüləri və KAMAZ daşıyıcılarda PP-91
panton körpü keçidləri, Ermənistan isə KAMAZ-53501 markalı nəqliyyat vasitələri şassisində qurulmuş açıqlanmayan sayda TMM-3M2 mexaniki körpü alıb. TMM-3M-körpülərindən fərqli olaraq, TMM-3M2 körpülərində quraşdırılma müddəti 45 dəqiqəyə endirilib, körpünün ötürmə qabiliyyəti 60 tonadək artırılıb. Azərbaycanın aldığı PP-91M panton körpü keçidləri 60 ton yükötürmə qabiliyyətinə sahibdir. KAMAZ-63501 şassisində qurulmuş dəstə panton körpülərlə yanaşı sahil bəndləri, MZ-330 yedəkləyici, BMK-225 katerləri daxildir. Perspektivlər Bir sıra istehsalçılar tərəfindən region ölkələri üçün müxtəlif mühəndis texnikalarının təqqdimatları keçirilib. 2015–2016-cı illərdə Fransanın CNIM şirkəti tərəfindən Azərbaycan və Gürcüstana PFM (Motorized Floating Bridge) üzən körpülərin təqdimatı keçirilmiş, qiymət təklifi verilmişdir. Qiymət və satış sonrası servis xərclərinin bahalığı əsas gətirilərək, Azərbaycan tərəfi bu texnikaların alınmasından imtina edib. Bəzi məlumatlara görə, Fransadakı erməni lobbisinin təsiri altında olan dairələrin satışa qarşı çıxması da bu layihənin baş tutmamasında rol oynayıb. Son illər Ukraynanın “Avto KRAZ” şirkəti layihələndirdiyi yeni mühəndis texnikalarının Azərbaycan və Gürcüstana satışı istiqamətində fəal iş aparan müəssisələrdəndir. Şirkət son olaraq Gürcüstana zirehləndirilmiş KrAZ-5233 PZM2M yerqazanı. Foto: İnternet
ANAMAnın inventarında yer alan Slovakiyanın “Way Industry” şirkətinin istehsalı olan “Bozena5”. Foto: AD
şassisində PZM-3 yerqazanlarını ixrac etməyə nail olub. “Silah və Təhlükəsizlik-2019” sərgisində AZERI DEFENCE jurnalına danışan müəssisə rəsmiləri Azərbaycan və Gürcüstanla silahlı qüvvələrin istifadəsindəki keçmiş sovet ordusundan qalma mühəndis texnikalarının təkmilləşdirilməsi istiqamətində danışıqlar aparıldığını qeyd ediblər: “Azərbaycan və Gürcüstan orduları uzun illərdir “KrAZ” şassisində avtoekskavatorlar, habelə müxtəlif körpülər istifadə edirlər. Biz bu texnikaların təkmilləşdirilməsi üçün layihələrimizi adıçəkilən ölkələrin hərbi qurumlarına təklif etmişik”. Şirkət mütəxəssislərinin fikrincə, silahlanmadakı, resursu bitmiş şassilərin yeni, manevrli və daha güclü, zirehləndirilmiş kabinəyə sahib şassilərə keçirilməsi, faydalı iş əmsalının artırılması, eləcə də yeni texnologiyaların tətbiqi ilə bəzi avtomatlaşdırılması imkanları mövcuddur. Gürcüstan Müdafiə Naziriyinin hazırladığı proqramda mühəndis texnikası parkının müasirləşdirilməsinin prioritet istiqamətləri müəyyən olunub. Avropa və ABŞ istehsalı olan texnikalara keçid prosesi çərçivəsində bu işlərin 2030-cu ilədək həyata keçirilməsi planlaşdırılır. Gürcüsta mediasında yer alan məlumatlara görə, ordunun mühəndis bölmələri Almaniyanın MAN, Çexiyanın “Tatra” və ABŞ-ın “Pearson Engieering” şirkətinin istehsalı olan mühəndis texnikalarını nəzərdən keçirir. Azərbaycanın ordu yetkililəri isə daha çox Türkiyə istehsalı olan mühəndis
texnikalarının maraq dairəsində olduğunu deyirlər. Hərbi rəsmilərin sözlərinə görə, Türkiyənin FNSS şirkəti tərəfindən istehsal edilən Səyyar Üzən Hücum Körpüsü, üzən buldozer, eləcə də Suriyada hərbi əməliyyatlarda uğurla istifadə edilmiş “Best Qrup” və “Katmercilər” şirkətlərinin istehsalı olan məsafədən idarə olunan zirehli mühəndis texnikalarının Azərbaycan Ordusunda da silahlanmaya qəbulu perspektivləri vardır. Ermənistan Ordusunun işğalından azad edilmiş ərazilərdə 2021-ci ildə başlanacaq və ən azı 2035-ci ilədək davam edəcəyyi planlaşdırılan böyükmiqyaslı minatəmizləmə əməliyyatları zirehləndirilmiş və məsafədən idarə olunan minatəmizləmə və mühəndis texnikalarına (ekskavatorlar, buldozerlər, robotlar) tələb yaradacaq. Qarşıdakı dönəmdə Mühəndis Qoşunları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin və Ərazilərin Minalardan
Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) texnika parkının müasirləşdirilməsi gözlənilir. Bir neçə il əvvəl mediada yer alan məlumatlara görə, Azərbaycan Xorvatiyanın “Dok-İng” şirkətinin MV-10 və Rusiyanın “Uran-6” mexaniki minatəmizləmə maşınları ilə yaxından maraqlanmağa başlayıb. Lakin dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar yaranan maliyyə problemləri səbəbindən görüşmələr dayandırılıb. Altı ton ağırlığa sahib “Uran-6” minatəmizləmə maşınının uzunluğu 4,45 metr, eni 2,01 metrdir. Maşının üzərində 360° ətrafı müşahidə etməyə imkan verən 4 kamera mövcuddur və açıq ərazidə 1 km məsafədən idarə etmək mümkündür. Maşın eyni zamanda bir neçə minanı zərərsizləşdirməyə imkan verir. Maşına əməliyyat tapşırığına uyğun olaraq manipulyator, toxmaq və buldozer bıçağı taxmaq mümkündür.
FNSS şirkətinin “Qunduz” am ibiya tipli zirehli istehkam maşını. Foto: FNSS
33
Türkiyənin “Best Qrup” şirkətinin istehsalı olan “Tosun” uzaqdan idarə olunan zirehli yükləyici. Foto: “Best Qrup”
Türkiyə şirkətləri hansı texnika ları təmin edə bilər Dekabr ayının 9-da Türkiyənin ASFAT şirkəti Azərbaycanla mexaniki minatəmizləmə maşınlarının ixracına dair müqavilə imzaladığını açıqlayıb. Müqavilə çərçivəsində şirkət 2021-ci ilin iyul ayıdadək Azərbaycana 20 ədəd MEMATT adlı mexaniki minatəmizləmə maşını ixrac edəcək. “FNSS Savunma Sistemleri A.Ş” şirkəti tərəfindən istehsalı həyata keçirilən “Samur” səyyar üzən hücum körpüsü (Seyyar Yüzücü Hücum Köprüsü – SYHK/ Armored Amphibious Assault Bridge- AAAB) həm bərə, həm də körpü kimi çayların və digər su hövzələrinin keçilməsində tanklar başda olmaqla, bütün növ hərbi texnika və yüklərin qarşı sahilə nəqli üçün nəzərdə tutulur. SYHK eyni zamanda sel daşqınları kimi təbii fəlakət zonalarında da istifadə oluna bilir. “Samur” SYHK hazırda Türkiyənin Quru Qoşunlarının silahlanmasına daxildir. Körpü sisteminin suda hərəkəti iki ədəd pompa reaktiv vasitəsi ilə təmin olunur. Bu sistem maşının pivot dönmələr hesabına yan və önə doğru 360° manevr etməsinə imkan verir. Bərə konfiqurasiyasında tək bir “Samur” sistemi MLC21 (hərbi yük sinfində 21 ton tırtırlı) nəqliyyat vasitəsinin, iki “Samur” sistemi bir birinə bağlanmaqla MLC70 T (70 ton tırtırlı) nəqliyyat vasitəsini, üç sistem bir-birinə bağlanmaqla MLC100 W (100 ton təkərli) nəqliyyat vasitəsinin su hövzələrinin üzərindən keçidini həyata keçirə bilər. Türkiyənin “Katmerciler” şirkətinin uzaqdan idarə olunan zirehli ekskavatoru. Foto: “Katmerciler”
34 www.azeridefence.com
Bərə konfiqurasiyası ilə yanaşı, 8 ədəd “Samur” SYHK-ni MLC70 T və MLC100 W maşınlarını daşıya bilən 100 metr uzunluğunda bir körpünün qurulması üçün birləşdirmək mümkündür. Daha geniş məsafələrin keçilməsi məqsədi ilə çox sayda “Samur” SYHK bir birinə bağlana bilər. FNSS şirkətinin “Qunduz” adlı amfibiya tipli zirehli istehkam maşını Türkiyə Quru Qoşunlarının sifarişi əsasında yaradılıb. Tırtırlı istehkam maşını desantın çıxarılması və hərbi kalonların keçidi üçün su hövzələrinin sahilində mühəndis işlərinin aparılması üçün nəzərdə tutulur. Heyəti 2 nəfərdən ibarət olan zirehli istehkam maşını kürümə, yer səthinin hamarlanması, daşıma və qazma işləri həyata keçirməyə imkan verir. Hazırda daha çox diqqət çəkən Türkiyənin “Best Qrup”un və “Katmer-
ciler” şirkətləri tərəfindən istehsal olunan zirehləndirilmiş məsafədən idarə olunan mühəndis texnikalarıdır. Türkiyə təhlükəsizlik qüvvələri və ordu bölmələri tərəfindən ölkə daxilində, eləcə də Afrin əməliyyatları zamanı geniş istifadə edilmiş “Tosun” uzaqdan idarə olunan zirehli yükləyici həm zirehləndirilmiş kabinə daxilindən, həm də məsafədən radioidarəetmə ilə istifadə olunur. “Çukurova Makina” şirkətinin istehsalı olan təkərli ekskavatorun zirehləndirilməsi və məsafədən idarəetmə sisteminin tətbiqi nəticəsində meydana çıxmış “Tosun”un 100-dən çox nümunəsi hazırda Türkiyə Silahlı Qüvvələri tərəfindən ölkə daxilində və xaricində həyata keçirilən əməliyyatlarda istifadə olunur. Maşının kabinəsi, motorxanası, təkərləri və yanacaq çəni güllələrdən, qumbara atəşindən və əldəqayırma partlayıcılardan qorunması üçün BR-6 və BR-7 səviyyəsində zirehləndirilib. Zirehli ekskavator polikarbon qata malik gülləkeçirməz şüşələrə, run-flat tipli təkərlərə, kabinə, motorxana və təkərlər üzərində yanğınsöndürmə sistemlərinə malikdir. Bəzi məlumatlara görə, maşının orduya təklif olunan partiyaları “Nero İndustries” şirkətinin “Ares” avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub. Ekskavatora qurulan radiokanallı idarəetmə sistemi maşını yaşayış məntəqələri daxilində, maneələr arxasında 1 km, açıq sahədə 5 km məsafədən idarə etməyə imkan verir. “Best Grup” mütəxəssislərinin sözlərinə görə, “Tosun” tələbdən asılı olaraq 7.62 mm çaplı pulemyot və ya avto-
matik qumbaraatan yerləşdirilmiş “Koralp” döyüş modulu ilə də silahlandırıla bilər. Türkiyə Təhlükəsizlik Baş İdarəsi üçün 50 ədəd istehsal edilmiş Uzaqdan İdarə olunan Zirehli Ekskavator 11000 kq ağırlığa sahibdir. 100 at gücündə mühərrikə və 60 km/saat sürətə malik ekskavator dar ərazilərdə fəaliyyət və sürətli əməliyyatlar üçün dizayn edilib. Ekskavator görüş məsafəsində 5000 metr, görüş məsafəsindən kənarda 1000 metr uzaqlıqdan idarə olunur. “Katmerciler” şirkəti tərəfindən ordu və təhlükəsizlik qüvvələri üçün uzaqdan idarə olunan ekskavator və buldozerlər istehsal edilir. 2018-ci ilin iyun ayında “Katmerciler” şirkəti Türkiyənin Milli Müdafiə Nazirliyi ilə Quru Qoşunlarının ehtiyacını qarşılamaq üçün 5,67 milyon lirə dəyərində zirehli ekskavatorların tədarükünə dair müqavilə imzaladığını açıqlayıb. “Isuzu-AH-6HK1X” markalı ekskavatorun bazasında yaradılmış uzaqdan idarə olunan zirehli ekskavatorun korpusu və kabinəsi zirehləndirilərək güllələrə və partlayışlara qarşı mühafizəsi təmin olunub. Ekskavatorun kabinəsi, yanacaq çəni, akkumulyator qutusunun alt və yan hissələrində, motorxana və radiator bölməsi 7.62x51 mm polad başlıqlı güllələrdən qoruyan polad zirehlə mühafizə edilir. Ekskavatorun qolundakı hidravlik
borular da maşının gövdəsi ilə standart şəkildə 7.62x51 mm polad ucluqlu, 830±10 m/saniyə sürətə malik güllələrə qarşı qorunur. Maşının motorxanası və kabinəsi avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub. Şirkətin kataloq məlumatlarında kabinədaxili yanğınsöndürmə sisteminin 3 millisaniyə ərzində yanğını hiss etdiyi, 10 milli saniyə içində müdaxilə etdiyi və 250 millisaniyə ərzində yanğını söndürdüyü qeyd olunub. “Katmerciler”in tırtıllı “Komatsu 5AA6D140E-5” buldozerinin bazasında Türkiyə Quru Qoşunları üçün hazırladığı məsafədən idarə edilən buldozeri NATO STANAG 4569 Level 4B səviyyəsində mühafizəyə sahibdir. Şirkətin digər mühəndis texnikalarında olduğu ki-
“Katmerciler” şirkətinin “Dozer2” məsafədən idarə edilən buldozeri. Foto: “Katmerciler”
mi, buldozerin həyati əhəmiyyətli bölmələri zirehlə və yanğınsöndürmə sistemi, kameralar, əlavə olaraq bir ədəd optik (UV-İR) tip alov və istilik aşkarlayıcı sensorla təchiz edilib. Bütün funksiyaları uzaqdan kontrol edilən zirehli buldozer 10 saat fasiləsiz şəkildə məsafədən idarə olunur. Buldozerlər 2 km uzaqdan komanda və özünün güc qaynağı hesabına 6 saat fasiləsiz çalışa bilir. Türkiyə mediasında yer alan məlumata görə, zirehli buldozerlər Suriyanın şimalında başlayan “Barış Pınarı” əməliyyatında iştirak edən qüvvələr tərəfindən istifadə olunub.
Azərbaycan Türkiyənin MEMATT minatəmizləmə maşınını seçdi
Azərbaycanın Müda iə Nazirliyi ilə Türkiyənin ASFAT şirkəti arasında MEMATT mexaniki minatəmizləmə maşınlarının tədarükünə dair müqavilə imzalanıb. ASFAT şirkətinin yaydığı məlumata görə, müqaviləyə uyğun olaraq, Azərbaycana qısa müddətdə 20 ədəd MEMATT mexaniki minatəmizləmə maşınının ixracı planlaşdırılır. Yaradılması 14 ay ərzində milli imkanlar hesabına həyata keçirilmiş MEMATT-ın bütün sınaq və serti ikasiya prosesləri tamamlanıb. “Xarici analoqları ilə müqayisədə daha key iyyətli və maliyyəti uyğun olan MEMATT Türkiyə Silahlı Qüvvələri ilə bərabər Azərbaycanın da silahlanmasına daxil olur. Bu layihədə digər önəmli bir nöqtə də sektorumuzun serti ikasiya qabiliyyətinin tamamilə milli imkanlar ilə həyata keçirilməsidir”, – deyə şirkət qeyd edib.
Layihə çərçivəsində Türkiyənin Milli Mina Əməliyyatları Mərkəzi (MAFAM) tərə indən MEMATT serti ikasiyadan keçirilib. Bununla da MAFAM layihə sayəsində beynəlxalq serti ikasiya qabiliyyətinə sahib bir təşkilata çevrilib. Müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi MEMATT modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur. 4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.
Daxili Qoşunların Naxçıvan briqadasının texniki bazası genişləndirilir Noyabrın 17-də Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboruna yeni xidməti avtomobillər təqdim olunub. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, generalleytenant Fazil Ələkbərov bildirib ki, Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Əlahiddə Əməliyyat Briqadasının da xidmətidöyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılır. Oktyabrın 16-da Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün istifadəyə verilən əsgəri-məişət kompleksi də bu diqqət və qayğının bariz numunəsidir. Nazir bildirib ki, bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2 ədəd “Mitsubishi L-200”, 1 ədəd “Ural”, 1 ədəd Zil-131 markalı avtomobil Şərur Əməliyyat Taboruna təqdim edilib.
36 www.azeridefence.com
EBKM44 qumbara qutusu Türkiyənin STM şirkəti xüsusi əməliyyatlarda iştirak edən hərbçilər üçün iki yeni sistem hazırlayıb. Jandarmanın tələbi əsasında hazırlanmış EBK-M44 qumbara qutusu yaşayış məntəqələrində və xüsusi əməliyyatlarda əsgərin 2 saniyə ərzində, əlindəki silahı kənara qoymadan, tək əllə və heç bir əlavə gücə ehtiyac olmadan əl qumbarasından istifadəsinə imkan verir. Qurğu tamamilə yerli və milli imkanlarla istehsal edilib. EBK-M44 qutusunun hər iki tərəfində yerləşdirilmiş düymə basıldıqda qapağı açılır və əsgər qumbaranı istifadəyə hazır vəziyyətdə götürür. Qumbaranın qoruyucu halqası möhkəm paraşüt ipi ilə sistemə bağlı olduğundan EBK-M44-ün üzərində qalır, əsgər yalnız qumbaranı atır. İstifadəçi halqanı çəkdikdən sonra atışdan imtina edərsə, qumbaranı təkrar qutuya qoya bilər. EBK-M44 qoruyucu halqası çəkilmiş vəziyyətdə də təhlükəsiz daşıma və istifadə imkanları təqdim edir. Türkiyə Silahlı Qüvvələrinin standart MOD44 və MOD45 əl qumbaralarına uyğun istehsal edilmiş EBK-M44 erqonomik struktura, zərbələrə qarşı davamlılığa və iki təhlükəsizlik sisteminə sahibdir. Əməliyyatlar zamanı geyinilən jiletlərin üzərinə asanlıqla taxılan qutu həm sağ, həm də sol əllə istifadəyə uyğundur. MIL-STD 810G hərbi standartlarınn tələblərinə cavab verən, sertifikatlaşdırılmış EBK-M44 kompozit materiallardan istehsal edilib. Keçirilən bütün sınaqları tamamlayıb. Qumbara qabının ümumi ağırlığ 155 qramdır.
STM şirkəti tərəfindən Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış DM-5 / DM-7 adlı Daşınan Sursat Sistemləri əsgərlərin ehtiyac duyduğu qədər sursatı “xüsusi kürək çantasında” daşımasına, döyüşlərdə ən sürətli və sıx atəş gücü ilə qarşılıq verməsinə imkan yaradır. Sistem əsgərə ayaqüstə, çömbələrək və ya oturaq atəş açmağa imkan verir. Məmulatın hazırda dünyanın ən modern 3 ordusu üçün istehsal edilən rəqib sistemlərdən fərqi və üstünlüyü yaradılmış sursat elevatoru və plastik kompozit materialdan hazırlanmasıdır. Kompozitdən hazırlanması onun xarici analoqlarından daha yüngül olması ilə nəticələnib. Modulyar arxitekturası sayəsində hissələrdən biri qırıldıqda, həmin qırıq parça çıxarılır, sağlam hissələr heç bir əlavə avadanlığa ehtiyac olmadan elə döyüş prosesində əsgər tərəfindən sadəcə əllə birləşdirilə bilir. Bu zaman ötürmə xəttində heç bir problem yaşanmır. Texniki-taktiki xüsusiyyətləri - İstifadəçinin istəyinə uyğun yenilənə bilən dizayn; - MIL-STD-810G hərbi standartının tələblərinə uyğun; - 5.56x54 və 7.62x51 mm çaplı patronlara uyğunlaşdırılıb; - Xüsusi dizayn edilmiş, plastik kompozit materiallardan istehsal edilən elastik elevator; - Erqonomika və antropomertik ölçülərə uyğun dizaynı; - Əməliyyat zamanı asan yükləmə və boşaltma imkanı;
- İstənilən silaha uyğunlaşdırılmaq üçün adapterlər; - Üç ölçüdə 360° burula bilən elastik elevator. Xarici analoqlarının boş halda ağırlığı 9,5-12,5 kq arasında dəyişdiyi halda DM5 / DM-7 sistemlərinin çəkisi plastik kompozit materialların hesabına 3,3 kiloqram təşkil edir. Bu yüngül çəki əməliyyat zamanı istifadəçiyə ekstra hərəkət qabiliyyəti təmin edir. Elevatorun modulyar dizaynı sistemi istifadə edəcək əsgərin boyuna və bədən quruluşuna görə elevator əlavələrin edilməsini və ya azaldılmasıa imkan verir. Rəqib məmulatlarda hissələrdən biri sıradan çıxdığı halda sistemin işi dayanır. DM-5/DM-7 sistemində isə həmin hissə əllə çıxarılır. Daha sonra sağlam hissələr əllə birləşdirilir və atış bərpa olunur. Texniki xüsusiyyətləri: - Döyüş ehtiyatı – 500-800-1000 patron - Sursatsız, boş çəkisi – 3,3 kq - İşçi temperaturu – 35°C /+65°C - Hərbi standartlara uyğunluğu – MILSTD 810G
37
DÖYÜŞ MODULLARI Azərbaycan, Gürcüstan və Qazaxıstanın istehsal layihələri Zaur Babaşov 2010-cu ildən başlayaraq Azərbaycan, Qazaxıstan və Gürcüstanın müda iə sənayesi müəssisələri tərə indən nəqliyyat vasitələri və dəniz platformaları üşün döyüş maşınlarının silahlandırılması məqsədi ilə müxtəlif çaplı pulemyotlar və toplarla silahlandırılmış döyüş modullarının yaradılması istiqamətində işlər aparılır. Yerli istehsalçıların ciddi çalışmalarına baxmayaraq, uzun müddətdi region dövlətləri ilə sıx işləyən xarici istehsalçıların bazarı öz təsirində saxlama çalışmaları, müdafiə nazirlikləri və digər qurumların “xarici məhsul sevgisi” yerli sənayeni bir çox çətinliklərlə üz-üzə qoyur. Nəticədə yerli istehsalçıların məhsulları ya yaradılma layihəsi kimi qalır, ya da yerli istifadəçilərin “diqqətsizliyi”nə görə, xarici bazara çıxarılır.
38 www.azeridefence.com
Bu yazımızda regionun sözügedən üç dövlətinin müdafiə sənayesi şirkətləri tərəfindən yaradılan layihələrdən bəhs etməyə çalışacağıq. Ötən 10 ildə Azərbaycan xaricdən 200-dən çox distans idarəetməli döyüş modulu idxal edib ki, bunun da 80 faizə qədəri İsrailin “Rafael” şirkətinin istehsalı olan “Samson” döyüş modulunun müxtəlif modifikasiyalarıdır. 12,7 mm NSVT, 14,5 mm çaplı KPVT pulemyotları və “Spike”
tank əleyhinə idarə olunan raketlərlə silahlandırılan “Samson”ların ilk partiyası 2010-2015-ci illərdə Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Marauder” və “Matador” minaya qarşı qorumalı nəqliyyat vasitələrinin silahlanmasına daxil edilib. Sonrakı illərdə İsrailin “Plasan” şirkətindən alınmış “Sand Cat” zirehli maşınlarının da bir qismi “Samson”un müxtəlif modifikasiyaları ilə silahlandırılıb. Azərbaycan ən son olaraq 2018–2019-cu illərdə
Azərbaycan MSNin “Cihaz” İstehsalat Birliyinin “Sherg Engineering” şirkəti ilə birlikdə hazırladığı “Şimşək” qülləsi. Foto: MSN
“Rafael” şirkətindən “Samson”un 12,7 mm çaplı NSVT pulemyotu və iki ədəd “Spike” TƏİR ilə silahlandırılmış “Samson MLS” variantını və bir ədəd 12,7 mm NSVT və bir ədəd 7,62 mm PKT pulemyotu ilə silahlandırılmış “Samson Dual” variantlarını əldə edib. “Rafael” şirkətinin mütəxəssislərinin sözlərinə görə, “Samson MLS” silah stansiyası 12,7 mm çaplı NSVT və ya 14,5 mm çaplı KPVT pulemyotları ilə silahlana bilər. Qazaxıstan isə 2015–2020-ci illərdə “Arlan” zirehli maşınlarının silahlandırılması məqsədi ilə Türkiyədən açıqlanmayan sayda 12,7 mm çaplı NSVT pulemyotu ilə silahlandırılmış “Sarp” döyüş modulu satın almışdır. Hazırda Qazaxıstan və Gürcüstan hərbi texnikaların silahlandırılmasında yerli istehsal olan döyüş modullarından istifadə edir. Qeyd edilən dövrdə hər üç ölkədə İsrail, Rusiya, Belarus, Türkiyə və Serbiyanın istehsalı olan müxtəlif döyüş modullarının sınaqları keçirilib.
Gürcüstan 2012-ci ildən etibarən Gürcüstanın “STC Delta” Mərkəzi tərəfindən döyüş modullarının layihələndirilməsi və istehsalı istiqamətində işlər həyata keçirilir. “STC Delta”nın DRWS-1 və DRWS-2 indeksi verilmiş döyüş modulları yerli istehsal olan “Lazika” piyada döyüş maşınlarının, “Didqori” zirehli avtomobillərinin, habelə təkmilləşdirilmiş BTR70 və BRDM-2 zirehli transportyorların silahlanmasına daxil edilib. DRWS-1 döyüş modulu 12,7 mm-lik NSVT və 7,62 mm-lik PKT pulemyotu ilə silahlandırılıb. “STC Delta” mütəxəssislərinin sözlərinə görə, proqram təminatını dəyişmək və korpusun üzərində kiçik dəyişiklik aparmaqla, modula Qərb istehsalı olan silahları və seçilən optik nişangah komplekslərini daxil etmək olar. Üfüqi dönmə bucağı 360°, şaquli dönmə bucağı -10, +65° təşkil edən DRWS-1 döyüş modulu 36 qat böyütmə qabiliyətinə malik gündüz/gecə kamerası ilə təchiz olunub. “STC Delta”nın 23 mm-lik 2A14 topu və 7,62 mm-lik PKT pulemyotu ilə silahlandırılmış DRWS-2 döyüş modulu hədəflərə üfüqi müstəvidə 360°, şaquli müstəvidə -10° , +40° bucaq altında atəş açmağa imkan verir. DRWS-2 döyüş moduluna gündüz/gecə kamerası (Cənubi Koreya istehsalı olan ticari EB-363P kamera) və Çin istehsalı olan 2 və 4 qat böyütmə qabiliyyətinə sahib GuidiR IR 22107 termal kamera daxildir. Modulun döyüş ehtiyatı 23 mm-lik top üçün 80 mərmi, PKT pulemyotu üçün 500 patrondur. DRWS-2 döyüş modulu tələbdən asılı olaraq tank əleyhinə idarə olunan raket,
daşınan zenit-raketi və qumbaraatanla da silahlandırıla bilir. DRWS-2 döyüş modulu “STC Delta”nın istehsalı olan “Lazika” piyada döyüş maşınlarının (8 maşın) silahlanmasına daxil edilib. Açıq qaynaqların məlumatlarına görə, 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərinə (11 milyon dollar dəyərində) ixrac olunub. “STC Delta”nın stasionar məntəqələrin və maşınların silahlandırılması üçün nəzərdə tutulan UMD-1 döyüş modulu 4 ədəd 7,62 mm-lik PKT pulemyotu, yaxud 2 ədəd 12,7 mm-lik NSVT və 2 ədəd PKT pulemyotu ilə silahlandırılır. Dəqiqədə 700-800 atəş açan döyüş modulunun ehtiyatı hər bir PKT pulemyotu üçün 250 patrondur. UMD-1 modulunun şaquli müstəvidə atış bucağı -10°,+85° təşkil edir. UMD-2 universal döyüş moduluna isə 1 ədəd NSVT pulemyotu və 6 lüləli 107 mm-lik raket bloku daxildir. Pulemyotun döyüş ehtiyatı 80 patrondur. Baş ofisi Batumi şəhərində yerləşən “Georgian Technology Ltd” şirkəti 2019cu ildə “Regnant” adlı döyüş modulunu Gürcüstan bazarına təqdim etdiyini açıqlayıb. Şirkətin kataloqunda adıçəkilən döyüş modulunun 12,7 mm çaplı pulemyot və TƏİR, 5,56, 7,62 və ya 12,7 mm çaplı pulemyot, 20 və 30 mm toplarla silahlandırılan 4 fərqli variantı barədə qısa məlumat əksini tapıb. Şirkətin rəsmi məlumatında döyüş modullarının məsafədən idarəetmə, avtomatik hədəfaşkarlama və izləmə texnologiyasına sahib olduğu bildirilir. “Regnant” döyüş modulu Gürcüstan Müdafiə Qüvvələrinin silahlanmasına daxil edilməyib. Şirkət döyüş modulunun
Gürcüstanın “Didqori” zirehli avtomobili DRWS2 döyüş modulu ilə silahlandırılıb. Foto: İnternet
39
MSNin Milli Aerokosmik Agentliyi tərə indən layihələndirilmiş döyüş modulunun prototipi. Döyüş modulu 12.7×108 mm çaplı NSVT pulemyotu və tüstü qumbaraları ilə silahlandırılıb.
sınaqlarının keçirilib-keçirilmədiyi barədə məlumatları qapalı saxlayır. AZERI DEFENCE jurnalına danışan mənbənin sözlərinə görə, “Georgian Technology Ltd” şirkəti Türkiyənin bir sıra müdafiə şirkətlərinin partnyorudur. Adıçəkilən şirkət Türkiyənin ASELSAN və “Best Group” şirkətlərinin istehsalı olan döyüş modullarını “Regnant” brendi ilə Gürcüstan bazarına təqdim edir. Azərbaycan Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələri tərəfindən 2009–2020-ci illərdə bir neçə döyüş modulu layihələndirilsə də, onlardan yalnız biri – “Cihaz” İstehsalat Birliyinin “Sherg Engineering” şirkəti ilə birlikdə hazırladığı “Şimşək”in bütün sınaqları tamamlanıb. “Şimşək” qülləsinin silahlanmasına 14,5 mm KPVT pulemyotu və koaksial
yerləşdirilmiş 7,62 mm çaplı PKT pulemyotu daxildir. Üfüqi müstəvidə 360° fırlanan qüllə 90° bucaq altında hava hədəflərinə atəş açmağa imkan verir. Qüllənin ballistik mühafizəsi STANAG 4569 standartının 2-ci səviyyəsinə uyğundur. “Şimşək” istənilən hava şəraitində hədəfləri aşkarlamağa və dəqiq atəş açmağa imkan verən optik kamera blokuna sahibdir. Sistem modulyar konstruksiyaya sahibdir. Müəssisə rəsmilərinin sözlərinə görə, atış proqramlarını dəyişməklə “Şimşək” qülləsinin üzərində mövcud 14,5 mm KPVT pulemyotunun 12,7 mm çaplı NSVT pulemyotu və 20 mm çaplı topla əvəz etmək mümkündür. MSN-nin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən layihələndirilmiş döyüş modulunun birinci prototipi 2017-ci ilin yanvar ayında “Tufan” adlı minaya qarşı qorumalı nəqliyyat vasitəsinin üzərində, daha sonra IDEF-2017,
“Eurosatory-2018” və ADEX-2018 sərgilərində nümayiş etdirilib. Sonrakı dövrdə layihə inkişaf etdirilməyib və sərgilərdə nümayiş etdirilən bir prototip səviyyəsində qalıb. MAKA tərəfindən layihələndirilmiş döyüş modulunun prototip nümunəsi 300 patronluq sursat ehtiyatına malik 12,7×108 mm çaplı NSVT pulemyotu ilə silahlandırılıb. İki müstəvili, elektromexaniki stabilizasiya sisteminə sahib modulun üfüqi dönmə bucağı 360 dərəcə, şaquli dönmə bucağı +60, -10 dərəcə təşkil edir. Döyüş modulu gündüz və gecə kamerası, həmçinin lazer məsafəölçəni özündə birləşdirən optika bloku ilə təchiz olunub. Zavod mütəxəssislərinin sözlərinə görə, bu kameralar gündüz vaxtı 5000 metr, gecə vaxtı 800 metr məsafədə hədəfləri izləməyə, 2000 metr məsafədə hədəflərə atəş açmağa imkan verir. MSN-in Elmi-Tədqiqat İnstitutu tərəfindən 2014-cü ildə zirehli kəşfiyyatdöyüş maşınlarının silahlandırılması üçün QŞ-23 topu, 7,62 mm PKT pulemyotu, 30 mm çaplı avtomatik qumbaraatan və 80 mm idarə olunmayan S-8 raket bloku yerləşdirilmiş universal döyüş modulunun prototipi hazırlanaraq təqdim olunub. Lakin sonrakı illərdə qoşunlardan tələb olmadığından layihə dayandırılıb. “DN Technologies” şirkəti tərəfindən layihələndirilmiş başqa bir döyüş modulunun baza versiyası 12,7 mm-lik NSVT tipli pulemyotla silahlandırılıb. Sifarişdən asılı olaraq döyüş modulunun əsas silahı (NSVT) 7,62 mm-lik PKT pulemyotu ilə də əvəz edilə bilər. Şirkətin rəhbəri Ceyhun Nabadovun sözlərinə görə, döyüş modulunun optika blokunda gündüz kamerası, termal kamera və lazer məsafə ölçən yer alır. Optika bloku modulyar olduğundan sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə bilir: “Döyüş modulumuzun üstünlüyü ondan ibarətdir ki, proqram təminatında funksionallıq çox sadədir, idarəetmə paneli daşınan keys formasındadır. Artırılmış simulasiya və analizlər onu göstərir ki, mexaniki həllərimiz, eləcə də konstruksiya hərəkətdə və atəş anında çox dayanıqlıdır. Ümumiyyətlə bu döyüş modulunda bir sıra yeni mexaniki həllər tətbiq etmişik. Döyüş modulunun şaquli müstəvidə sürətli hərəkəti zamanı lülədə
Qazaxıstanın “Weapon System Engineering” şirkəti tərə indən dizayn edilmiş “Ansar” döyüş modulunun əsas silahı 30 mm 2A72 avtomat top və 7,62 mm çaplı PKT pulemyotudur. Foto: İnformburo.kz
40 www.azeridefence.com
mövcud olan lift aradan qaldırılıb. Üzərində quraşdırılacaq sovet silahının geri təpmə qüvvəsini bilirik. Geritəpmə qüvvəsini bilərək xüsusi yay-amortizator sistemi düzəltmişik. Qüvvənin 85-90 faizi yuxarda udulur, gövdəyə ötürülmür. Bu imkan verir ki, yuxarıda silah çox rahat formada işləsin. Bu da xüsusi həldir. Həm mexaniki, həm də proqram təminatlı həllərimizi döyüş modulunda tədbiq etmişik. Bunun nəticəsində silahın maksimum atış məsafəsində dəqiqliyi təmin edilir”. “DN Technologies”ın hazırladığı döyüş modulunun atəş idarəetmə proqramının Azərbaycan Ordusu və digər hərbi qurumların istifadəsində yer alan döyüş modulları ilə də inteqrasiya oluna biləcəyini deyən Ceyhun Nabadovun sözlərinə görə, respublikada buna böyük tələb var. Bu, ilk növbədə ordunun xaricdən aldığı döyüş modullarının proqram təminatının dəstəklənməsi üçün çəkdiyi xərclərin dəfələrlə azalmasına gətirib çıxara bilər: “Daxili bazarı araşdıranda görürük ki, istismar müddətini bitirən döyüş modullarının əksəriyyətinin proqram təminatınının yenilənməsinə ehtiyac var. Daxili bazarda istismar müddətini bitirən məmulatlarda bu tərz problemlərlə rastlaşırıq. Biz hazırladığımız döyüş modulunun atış-idarəetmə proqramını, ordu və güc strukturlarımızın silahlanmasında olan, proqram təminatında nasazlıq yaranmış istənilən döyüş moduluna yaza və onları yeniləyə bilirik”. Qazaxıstan Qazaxıstan Müdafiə Nazirliyinin 2015-ci ilin avqust ayında “Kazakhstan Engineering” şirkəti ilə imzaladığı müqaviləyə əsasən yerli hərbi sənayenin imkanlarından istifadə edilməklə “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkətində SARP uzaqdan idarə olunan
silah sisteminin birgə istehsalı həyata keçirilir. 2016-cı ilin noyabr ayında Qazaxıstan Ordusu Türkiyənin ASELSAN şirkətindən “Sarp” (Qazaxıstan Ordusunda “Sunkar” adlanır) döyüş modullarının alınmasına dair 3 milyon 570 milyon dollar dəyərində birinci müqaviləni imzalayıb. Tədarükü 2017-ci ildə gerçəkləşdirilmiş döyüş modulları yerli istehsal olan “Arlan” minaya qarşı qorumalı nəqliyyat vasitələrinin silahlanmasına daxil edilib. Cari ilin aprel ayında Qazaxıstan Müdafiə Nazirliyi “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti ilə “Sarp Dual” döyüş modullarının tədarükünə dair ikinci müqaviləni bağladığını elan edib. “Sarp Dual” döyüş modulu 2017-ci ilin əvvəlində ASELSAN tərəfindən tamamilə yerli imkanlar hesabına tank, zirehli döyüş maşını və digər yerüstü platformalarda, sabit qurğularda hava və
Qazaxıstan ZKMKnin İtaliyanın “Elsel” şirkəti ilə birlikdə hazırladığı döyüş modulu iki ədəd 12,7 mm NSVT pulemyotu ilə silahlandırılıb. Döyüş modulunun hər iki silahı bir atış kompü teri üzərindən idarə olunur.
quru hədəflərinə, xüsusilə asimmetrik təhdidlərə qarşı qorumanı təmin etmək məqsədiylə hazırlanıb. Qazaxıstan Ordusu üçün istehsal edilən “Sarp Dual” döyüş modulunda əsas silah 12,7×108 mm NSVT, ikinci silah isə 7,62×54 mm PKT pulemyotu təyin edilib. Açıqlanmayan az sayda isə ikinci silah olaraq 30 mm çaplı avtomatik qumbaraatanın olacağı söylənilir. “Sarp Dual” döyüş modulunun ballistik müdafiəsi STANAG 4569 Level 4 səviyyəsinə cavab verir. Sistem böyük miqdarda sursat saxlama xüsusiyyətinə malikdir (400 ədəd 12,7 mm, 1000 ədəd 7,62 mm). Növbəti illərdə “Semey Engineering” şirkəti tərəfindən modernizə ediləcək T-72 tanklarının da “Sarp” döyüş modulu ilə silahlandırılması gözlənilir. 2018-ci ildə 8x8 “Barıs” piyada döyüş maşınlarında sınaqları tamamlanmış “Nəfər” döyüş moduluna 30 mm çaplı 2A42 topu və 7,62 mm PKT pulemyotu daxil edilib. Qazaxıstanın sərt iqlim şəraitində yay və qış sınaqlarından uğurla keçən döyüş modulunun 2020-ci ildən “Barıs” piyada döyüş maşınlarının üzərində Qazaxıstan Ordusunun silahlanmasına qəbulu planlaşdırılır.
KAE şirkəti tərə indən hazırlanmış “İqla1” ZRK atıcı qurğusu MTLB tipli zirehli maşının şassisində yerləşdirilib.
41
KAE şirkəti tərəfindən hazırlanmış “İqla-1” zenit raketlərinin atıcı qurğusunun sınaqları 2017-ci ilin ortalarında tamamlanıb. Hərəkət halında olan qoşun hissələrinin, hərbi bazaların və digər obyektlərin hava hücumundan müdafiəsi üçün nəzərdə tutulan zenit-raket kompleksi MT-LB tipli zirehli maşının şassisində yerləşdirilib. Modulyar dizayna malik sistem gecə və pis hava şəraitlərində hədəflərin aşkarlanması, izlənilməsi və analizinə imkan verən kompüterləşdirilmiş atışnəzarət funksiyasına sahibdir. Kompleksin üzərində atışa hazır 4 ədəd “İqla” raketi yerləşdirilib. Hazırda adıçəkilən sistemin Qazaxıstan Ordusundan əlavə region ölkələrinə ixracı istiqamətində aktiv işlər aparılır. Qərbi Qazaxıstan Maşınqayırma Konserninin (ZKMK) İtaliyanin “Elsel” şirkəti ilə birlikdə ilk nümunələrini KADEX-2018 sərgisində təqdim etdiyi döyüş modulu iki ədəd 12,7 mm NSVT pulemyotu ilə silahlandırılıb. 2019-cu ildə qoşun sınaqlarına başlanmış döyüş modulunun hər iki silahı bir atış kompüteri üzərindən idarə olunur. Pulemyotun hər birinin döyüş ehtiyatı 100 patron göstərilsə də, istehsalçı müəssisə sursatın həcminin artırılmasının mümkün olduğunu deyir. Döyüş modulu özündə bir ədəd TV, 2 ədəd termal kamera və lazer məsafəölçəni birləşdirən elektro-optik komplekslə təchiz edilib. Silahlar həm birlikdə eyni hədəfə, həm də şaquli bucaq altında ayrıayrı hədəflərə yönləndirilə bilir. KADEX-2018 sərgisində ZKMK, “Kazakhstan Paramount Engineering” (KPE) və Rusiyanın “Burevestnik” Mərkəzi Elmi Tədqiqat İnstitutu arasında imalanmış üçtərəfli memoranduma əsasən ZKMK tərəfindən 30 mm çaplı topla silahlandırılmış döyüş modulunun (BTR82A zirehli transportyorlarında mövcud olan) istehsalı və KPE tərəfindən ixrac
“Sarp” döyüş modulu ilə silahlandırılan “Arlan” MRAP.
ediləcək 6x6 “Barıs” döyüş maşınlarının bu qüllə ilə silahlandırılması nəzərdə tutulur. Qazaxıstanın “Weapon System Engineering” şirkəti tərəfindən dizayn edilmiş, hazırda qış sınaqları davam edən “Ansar” adlı digər döyüş modulunun əsas silahı 30 mm 2A72 avtomat top və 7,62 mm çaplı PKT pulemyotudur. Döyüş modulu hədəf axtarış radarı, TV kamera, termal kamera və lazer məsafəölçəni birləşdirən optik modul qurğusu, 3D6 tüstü qumbaraları, 2 ədəd tank əleyhinə idarə olunan raket və ya “Şmel” odaatanı ilə silahlandırılacaq. Üfüqi müstəvidə 360°, şaquli müstəvidə –10°/+75° bucaq altında atəş aça bilən döyüş modulunun damında hədəf axtarış radarı və optik kompleks yerləşdirilib. Döyüş modulunun ümumi hündürlüyü 1477 mm təşkil edir. “Kazakhstan Paramount Engineering” şirkətinin açıqlamasına görə, yaxın 2 il ərzində ən azı 10 ədəd “Barys 8x8” döyüş maşınının “Nəfər” və ya “Ansar” döyüş modulları ilə qoşunlara verilməsi nəzərdə tutulur.
Perspektivlər Dəyişən və ortaya çıxan yeni təhdidlər döyüş modullarının da təkmilləşdirilməsi, yeni funksiyaların əlavə edilməsi ehtiyaclarını meydana çıxarır. Bu tələbləri aşağıdakı kimi qruplaşdırmaq olar: – Bir modul üzərində iki fərqli çaplı silahın yerləşdirilməsi; – Dəyişdirilə bilən, daha güclü elektro-optik blokların tətbiqi; – Maşının salonundan sursatın yüklənə bilməsi; – Maşının daxilindən və xaricindən idarə edilə biməsi; – Tank və zirehli texnikalarla mübarizə imkanları; – Atəş yeri aşkarlama sensorları ilə inteqrasiyası; – Dronlarla mübarizə imkanlarının qazandırılması. Mövcud sifarişlər və perspektiv layihələr üzrə Azərbaycan və Qazaxıstanın yaxın 10 il üçün döyüş moduluna olan daxili ehtiyacı 500-dən çox proqnozlaşdırılır. Böyük həcmli ehtiyacların yerli istehsal hesabına qarşılanması hər iki ölkədə xərclər baxımdan səmərəli və satış sonrası texniki xidmətlərin göstərilməsi baxımdan effektiv hesab olunur. Azərbaycan timsalında xaricdən satın alınan sistemlərin bir müddət sonra servis təminatında yaşanan problemlər, xərclərin baha başa gəlməsi yerli istehsala marağı artıran əsas faktorlardandır. AD
“Barys 8x8” döyüş maşınına quraşdırılan “Nəfər” döyüş modulunun əsas silahı 30 mm 2A72 avtomat top və 7,62 mm çaplı PKT pulemyotudur.
42 www.azeridefence.com
“METEKSAN SAVUNMA”nın Yerüstü Müşahidə Radarlarının xüsusiyyətləri Müda iə sənayesində müxtəlif platformalar üçün müasir texnologiyalı sistemlərin istehsalını həyata keçirən Türkiyənin “Meteksan Savunma” şirkətinin hazırladığı Yerüstü Müşahidə Radarları (Ground Surveillance Radars – GSR/ YMR) hava limanları, hərbi obyektlər, sərhədlər, neftayırma zavodları və digər kritik infrastruktur sahələrini müha izə edən yüksək texnologiyalı sensor sistemlərdir. YMR radarları, yeriyən və sürünən şəxslərin və ya müxtəlif ölçülü nəqliyyat vasitələrinin hərəkətini aşkar etmək qabiliyyəti ilə xarakterizə olunur. YMR təhlükəsizlik əməliyyatları üçün əsas sensor rolunu oynayır. Müşahidə radarları kamera sistemləri və digər sensorlarla inteqrasiya edildiyindən təhlükəsizlik əməkdaşlarının kamera və ya durbin istifadə edərək davamlı tarama ehtiyacını aradan qaldırır. Sərhəd bölgələrində və ya kritik obyektlərdə istifadəsi vacib hesab edilən YMR dumanlı və buludlu hava şəraitində belə çox effektli olur. Şirkət mütə xəssislərinin sözlərinə görə, termal kamera sistemləri bu cür pis hava şəraitində müşahidə imkanlarını itirir, lakin “Meteksan Savunma”nın YMR sistemləri digər hava şərtlərində olduğu kimi təsirli olur. YMR istehsalçıları, hərbi qulluqçuların və təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılaya biləcək radar sisteminin bir neçə parametrini açıqlayıb. Mütəxəssislərin sözlərinə görə, müxtəlif yerüstü müşahidə radarları arasında müqayisə apararkən, onun ən vacib xüsusiyyətləri və parametrlərini bilmək vacibdir. YMRin hədəfiaşkarlama məsafəsi Radarın uzaqlıq diapazonu, onun müəyyən bir hədəfi aşkar edə biləcəyi maksimum görünən məsafəsidir. Bir radarın müşahidə məsafəsi radarın diapazon bərabərliyi formulundan (REF) asılıdır. Bu səbəbdən mənzil yalnız hədəfin radardan uzaqlığından deyil, həm də bu formulun parametrlərindən asılıdır. REF-də: - ötürülən siqnal gücü, - ötürücü anten səmərəsi, - hədəfin radar kəsiyi (RCS), - qəbuledici antenin effektiv aperturası, - hədəfin radar antenalarından məsafəsi hədəfin maksimum görünən aralığını təyin edən parametrlərdir. Buna görə də radar aşkarlama diapazonu radarın RCS kimi təsvir olunan hədəf ölçüsündən də asılıdır.
YMR hava limanları, hərbi obyektlər, sərhədlər, neftayırma zavodları və digər kritik infrastruktur sahələrini müha izə məqsədilə hazırlanıb. Məsafə, hədəf və radar arasındakı görüş xəttinə (LOS) görə çox vacib bir amildir. Radar ilə hədəf arasında vizual LOS yoxdursa, radar hədəfi aşkar edə bilməz. Radar ilə əməliyyat zonası üçün mövcud LOS-a görə, tətbiq olunan LOS-a uyğun olaraq kiçik, orta və ya uzaqmənzilli radarlar seçilməlidir. Kiçik və ya orta LOS ilə bir əməliyyat zonası üçün uzaqmənzilli radar sərfəli deyildir.
Ötürülən siqnal Transmitted Signal Qəbul edilən Received Signal siqnal Radar ilə Hədəf arasındakı Distance between Radar andməsafə Target
dar Rad Radar
YMR xüsusi hədə in aşkarlanması. Figure 2, radar ,llllustratitiilə on of , , R məsafədən target detection from the fr specific distance
44 www.azeridefence.com
Hədəf Targget
Radarın çəki və ölçüsü Radarın tətbiqi əsasən mobil əməliyyatlardırsa, radarın çəkisi və ölçüsü çox vacibdir. Müxtəlif çəki və ölçülü bir çox YMR növü olmasına baxmayaraq, portativ növləri azdır. Radar əməliyyatları üçün hərəkətlilik və sürətli yerləşdirmə və yenidən yerləşdirmə tələb olunursa, yüngül və kiçikölçülü olmas vacibdir. “Meteksan Savunma” mütəxəssislərinin sözlərinə görə, radarın asanlıqla daşına bilməsi və hərəkətliliyi xüsusilə hərbi tətbiqetmələr üçün çox önəmlidir. ABŞ Ordusunun OFW döyüşçü proqramı əsgərlər üçün ortalama 22 kq maksimum yük təyin edib. Beləliklə, portativ bir radar yükü, əsgərin digər vacib yüklərini nəzərə alsaq, bir əsgərin maksimum yüklə təchiz olunması üçün 20 kq bel çantası məh dudiyyətlərini keçməməlidir. Buna görə də hərəkətlilik YMR tətbiqetməsinə baxılırsa, hərbçilər yüngül və kiçikölçülü radarlarla təmin olunmalıdır.
LOS LOS
Görmə xətti
Yuxarıda fərqli antenalar arasında vizual görmə xətti. Figure 3, Demonstration of th the vi visuall L, , bet, een t, o diff ffere rent antennas
Daşıyıcı siqnal tezliyi Radar sistemi hədəfi aşkarlamaq və bu hədəf haqqında məlumatları müəyyənləşdirmək üçün radiotezlikli (RF siqnalı) elektromaqnit siqnalından istifadə edir. YMR-in əsas vacib xüsusiyyətlərindən biri də bu RF siqnalının radarın yayılma tezliyi zolağıdır. Yeni nəsil YMR sisteminin xüsusilə yüksəkdalğalı radar hissələri, sərfəli qiymət və kiçikölçülü üstünlüklərinə malikdir. YMR millimetr dalğa kimi yüksəktezlikli zolaqları daşıyıcı tezlik kimi seçir. “Meteksan Savunma” mütəxəssislərinin sözlərinə görə, daha yüksəkfrekanslı daşıyıcı siqnallarının modulyasiyası daha azdaşıyıcı tezliyi ilə edilə bilər. Bu səbəbdən yüksək daşıyıcı tezliyi varsa, yüksək bant genişliyinə sahib olmaq mümkündür. Yüksək bant genişliyi xüsusilə YMR üçün effektiv hesab edilir. Radar radiasiyasının təsirləri də daşıyıcının tezliyindən asılıdır. Cild dərinliyi effekti (SDE) Yerüstü Müşahidə Radarından alınan radiasiya ilə bağlı ən vacib meyarlardan biridir. Cild dərinliyinin azaldığı və insan üçün fərqli daxili toxumalara görə tezlik dəyərinin artdığı sübut edilmişdir. Bu səbəbdən yüksək frekanslı radarlar aşağı SDE fayda təmin edir.
Aşağı daşıyıcı tezliyinin də üstünlükləri var. Məsələn, bir radar operatorunun daha yüksək diapazonları müşahidə etməsi lazımdırsa, daha aşağı tezliklərdən istifadə etməsi faydalıdır, çünki aralığın REF-si radarın keçirmə tezliyinə əsaslanır. Ağaclar, meşələr, binalar kimi heç bir maneə olmadan kifayət qədər LOS-a sahib olduqda aşağı daşıyıcı tezlikli radar seçmək daha yaxşıdır. Ancaq yaxşı görüntü imkanı, hərəkətlilik üçün yüksək bant genişliyinə və YMR üçün daha az SDE-yə ehtiyac varsa, daşıyıcı tezliyin müəyyənləşdirilməsi ilə bağlı bir mübahisə varsa, yüksək daşıma tezliyinə sahib bir radar seçmək lazımdır. Bu tələblər, ümumiyyətlə, mobil əməliyyat lar və sıx mühit olan kritik infra strukturlar üçün tətbiq olunur. Diapazon genişliyi Diapazon genişliyi YMR sistemlərinin əsas xüsusiyyətlərindən biridir. Uzaq mənzilə sahib olan YMR yüngül atıcı silah və artilleriya sistemləri üçün az miqdarda yanlışlıq dərəcəsi ilə daha ətraflı sərhəd təhlükəsizliyi təmin edə bilir. YMR-in hədəfi aşkaretmə uzaqlığı radarın bant genişliyindən asılıdır. Radar yüksək bant genişliyinə sahibdirsə, genişdiapazonlu bir radar hesab olunur. Yuxarıda tezlik mövzusunda qeyd edildiyi kimi, bir radar yüksək daşıyıcı tezliyə sahibdirsə, yüksək bant genişliyinə sahib ola bilər, bu da uzaq mənzilə sahib olması deməkdir. Bu səbəbdən, ədədi cəhətdən yaxındiapazonlu YMR yaxınlaşan hədəflərin daha dəqiq sayını göstərir. Hədəf təsnifatı Bundan əvvəl, köhnə YMR-lər hədəfləri aşkarlaya və izləyə bilirdilər. Yeni YMR-lər isə müasir radar texnologiyasının inkişafı sayəsində hədəfi sinifləndirə də bilir. Hərbi bazanın mühafizəsi, hava limanına nəzarət və elektrik stansiyaları kimi perimetr nəzarət əməliyyatları üçün aşkar edilmiş radar hədəflərini bir-birindən ayırmaq Yüngül və kiçikölçülü portativ YMR radarları hərbçilərin bel çantasında rahatlıqla daşına bilir.
vacib hesab edilir. Xüsusilə insan, heyvan və nəqliyyat vasitələrinin təsnifatı, təhlükəli hədəflər olmadığı təqdirdə arzuolunmaz təhlükəsizlik mənbəyindən və xərc bölgüsündən qaçınmaq üçün əsas şərtdir. Radar hədəfləri üçün mikrodoppler təsnifatı, yüksək aşkarlama diapazonu profil (HRRP) təsnifatı, RCS təsnifatı və s. kimi radar hədəfləri üçün müxtəlif təsnifat metodları mövcuddur. Təsnifat metodlarını təyin edərkən vacib olan şeylər hansı növ radar tipinin olması və hansı hədəfləri ayırması istəyinə bağlıdır. Çox yüksək bant genişliyi olan SAR kimi bir radar ilə təsnifatı istifadə edərək HRRP istifadəsi lazımdır. HRRP köməyi ilə fərqli davranışlarla eyni olan hədəfləri təsnif etmək mümkündür. Bununla birlikdə, YMR-lər, ümumiyyətlə, orta bant genişliyinə sahibdirlər, çünki SAR kimi ətraflı təsnifat tələb etmirlər və insan, heyvan və nəqliyyat vasitəsi arasın dakı təsnifat adekvatdır. Beləliklə, hədəfləri YMR ilə ayırmaq üçün, ətraf mühitin qorunması üçün mikrodoppler təsnifatından istifadə etmək daha məqsədəuyğun hesab olunur. Hədəflərin yuxarıda göstərilən mikrodoppler imzalarını müşahidə edərək, insan və ya nəqliyyat vasitəsi və ya heyvan olduğu təqdirdə hədəfləri ayırmaq tətbiq olunur. Lakin təsnifat üçün hədəflərin RCSdən istifadə edildiyi təqdirdə mikrodoppler analizi kimi asan deyil. Məsələn, bir radar hava hədəflərini müşahidə edərsə, hədəfin bir dron və ya quş olmasını anlamaq, oxşar RCS-ləri olduğu üçün çaşdırıcı ola bilər. Əlavə olaraq, dəqiq və sürətli təsnifat üçün radarın bant genişliyi çox yüksək olduqda, HRRP bir seçim ola bilər. Bu izahın nəticəsi olaraq, hansı növ təsnifat metodunun ən yaxşı olduğunu müəyyənləşdirmək radar xüsusiyyətlərinə aiddir. Nəticə Fərqli YMR-ləri müqayisə edərkən yuxarıda göstərilən xüsusiyyətlərin sıra, çəki və ölçü, daşıma tezliyi, aşkarlama diapazonu və hədəf təsnifatını anlamalı və ehtiyaclara uyğun olanı seçilməlidir. Əvəzolunmaz əməliyyat ehtiyaclarına gəldikdə, uyğun xüsusiyyətlər seçilməlidir. Doğru radar sistemi əldə etmək üçün ən yaxşı birləşməni təmin edəcək xüsu siyyətlərin üstünlüklərini və mənfi cəhətlərini bilmək lazımdır. “Meteksan Savunma” şirkəti sərhədin və kritik infrastruktur təhlükəsizliyi üçün ortaölçülü, kiçikölçülü, yüngül, o cümlədən az enerji istehlakı, hərəkətlilik və sürətli yerləşdirmə qabiliyyəti ilə yüksəksəviyyəli aşkarlama və təsnifetmə qabiliyyətinə sahib “Retinar” perimetr müşahidə radar ailəsini təklif edir.
45
Rusiya yeni RLSni xarici bazara təqdim edib
“Rosoboroneksport” Səhmdar Cəmiyyəti P-18-2 “Prima” radiolokasiya stansiyasını xarici bazara təqdim edib. NİTEL və “Almaz” Qeyri Dövlət Təşkilatlarının hazırladığı radiolokasiya stansiyası müasir və perspektivli görünməyən hədə ləri, o cümlədən stels təyyarələri aşkarlamağa imkan verən texnologiyaların tətbiqi ilə hazırlanıb. “Prima” radiolokasiya stansiyası müasir element bazasına əsaslanır və siqnalların rəqəmsal emalı texnologiyasına malikdir. Tamamilə sərtgövdəli, maneələrə qarşı müda iəsi yüksəldilmiş stansiya, aktiv və passiv maneələrin
tətbiqi şəraitində hədə lərin aşkarlanması, müşayiəti, ölçüsünün və koordinatlarının hesablanması, hava hədə lərinin sini ləndrilməsi üçün nəzərdə tutulur. Beş dəqiqə ərzində döyüşə açılan P-18-2 radiolokasiya stansiyası bir nəqliyyat vasitəsinin şassisində yerləşdirilib. Stansiyanın döyüş heyəti iki nəfərdir. Metrlik dalğa diapazonunda işləyən stansiya 320 km uzaqlıqda, eyni zamanda 45 hava hədə ini izləməyə imkan verir. Radiolokasiya stansiyası QLONASS/GPS siqnalları ilə işləyən müasir peyk naviqasiya avadanlığı ilə təchiz edilib.
Türkiyə Gürcüstan Ordusuna hərbitexniki yardım göndərib
Türkiyə hərbi-texniki yardım proqramı çərçivəsində Gürcüstan Müdafiə Qüvvələrinə hərbi-mühəndislik və logistika istiqamətlərini inkişaf etdirmək üçün 12 ədəd çoxfunksiyalı zirehli ekskavator və 35 ədəd “BMC Neocity” markalı avtobus bağışlayıb.
46 www.azeridefence.com
Texnikalar “Gürcüstan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Hərbi Maliyyə Əməkdaşlığı Müqaviləsi” çərçivəsində Türkiyə Respublikası tərəfindən ayrılan vəsait hesabına Türkiyənin “Hidromek” və BMC şirkətlərindən alınıb.
“Damen” və “Thales” Almaniya üçün gələcəyin freqatını inşa edəcək “Damen Schelde Naval Shipbuilding” (Hərbi Gəmiqayırma) və “Thales” şirkətləri noyabrın 17-də Almaniya HərbiDəniz Qüvvələrinin dörd ədəd MKS180 sinif freqatları üçün “Thales” şirkətinin hərbi əməliyyat və döyüş idarəetmə sisteminin təchizatının tam inteqrasiyasına dair müqavilə imzalayıb. Gəmilər “Damen” şirkəti tərə indən dizayn ediləcək və “Damen”in layihə rəhbərliyi altında tamamilə Almaniyanın gəmiqayırma zavodları tərə indən inşa olunacaq. 1,5 milyard avro dəyərində olan müqavilə “Thales”in Hengelo (Niderland), Kiel və Wilhelmshaven (Almaniya) şəhərlərindəki Hərbi Dənizçilik Təlim və Təkmilləşdirmə Mərkəzləri tərə indən xeyli sayda Almaniya subpodratçısı ilə birlikdə icra ediləcəkdir.
“Thales” Qrupunun hərbi əməliyyat və döyüş sisteminə müasir TACTICOS Döyüş İdarəetmə Sistemi və AWWS dəniz döyüş sisteminin atəşin idarə olunması klasteri daxildir. Müqavilədə dörd gəmi sistemi, loqistika xidmətləri və quruda çoxsaylı sınaq və təlim sahələri, həmçinin bir və ya iki əlavə gəmi üçün seçim yer alır. AWWS taktiki mühitin davamlı olaraq təhlili və optimallaşdırması və resursların işə salınması ilə gəmi heyətinin kompleks doyma hücumlarına qarşı durması və onları təsirsiz hala gətirməsini təmin edən qabaqcıl döyüş idarəetmə dəstidir. AWWS “Thales”in sübut edilmiş çoxfunksiyalı AESA radarının inkişaf etmiş versiyası olan APAR Bl2 ilə birləşdiriləcək. 2019-cu ildə “Thales” Belçika və Niderland Hərbi Dəniz Qüvvələrinin yeni M-freqatları üçün AWWS yaradılmasına dair müqavilə imzalayıb. MKS180 sin inin ilk gəmisi 2028-ci ildə istismara veriləcək. Proqramın tam müddəti on ildən çoxdur.
İMBAT havalandırma sistemlərinin istifadəçiləri genişlənir Türkiyənin Malatya şəhərində yerləşən və 1996-cı ildən tekstil sektoruna xidmət göstərən “Günöz Tekstil” şirkəti labo ratoriyaların havalandırılması üçün “İmbat” markalı havalandırma sistemlərini seçib. 33000 m² qapalı istehsal sahəsinə malik “Günöz Tekstil” fabrikinin laboratoriyalarında Eco-Design kriteriyalarına uyğun olaraq 100 faiz yerli dizaynla istehsal olunmuş yüksək həcmli “İmbat” həssas nəzarət olunan havalandırma sistemləri istifadə olunur. “İmbat” havalandırma sistemləri istənilən termal mühitdə, +/-%1 C°-ə qədər tolerans ilə, rütubət səviyyəsini isə istənilən səviyyədə +/-2% RH-ə qədər toleransla təmin edir.
EC və ya AC plug fanlı modellər dəyişkən hava axını və az enerji sərfiyyatı təmin edən cihazlar, günlük və həftəlik proqramlama, habelə avtomatik işləmə imkanı verən müasir elektron nəzarət paneli və uzaqdan komanda ilə bina idarəetmə sisteminə bağlana bilir. 2001-ci ildən indiydək 50-dən çox ölkəyə ixrac edilən “İmbat”ın havalandırma sistemləri tekstil sektoru ilə yanaşı laboratoriyalar, məlumat mərkəzləri, kompüter və telekommunikasiya sistemləri, pano otaqları, elektrik-elektromexaniki avadanlıq otaqları, muzeylər, eləcə də hərbi anbarlar və bazalarda istifadə olunur.
Ukrayna “Dana” alır
Litva helikopter parkını yeniləyir
Ukrayna Silahlı Qüvvələri Çexiyanın “Excalibur Army” şirkəti ilə 26 ədəd özüyeriyən haubitsanın tədarükünə dair müqavilə imzalayıb.
Litva ABŞ-dan 4 ədəd helikopteri almağı planlaşdırır. Litva Milli Müda iə Nazirliyinin yaydığı məlumata görə, satınalma paketinə əlavə avadanlıqlar, ehtiyat hissələr, təlim, təmir və maddi-texniki dəstək daxildir. Satınalma layihəsinin büdcəsi 213 milyon dollardır. ABŞ Hökuməti isə layihəyə əlavə olaraq 25 milyon dollar dəyərində dəstək verir. “Black Hawk” helikopterlərinin ilk tədarükü 2024-cü ildə gerçəkləşdiriləcək. Yeni helikopterlər hazırda Litva Silahlı Qüvvələrinin istifadə etdiyi Mi-8T helikopterlərini əvəz edəcək. Litvanın keçmiş sovet istehsalı olan helikopter donanması otuz yaşındadır və uçuşa yararlılığı son tarixə çatıb.
Dəyəri 40 milyon ABŞ dollarından çox olan müqavilə çərçivəsində Ukrayna Çexiya Ordusunun silahlanmasından çıxarıldıqdan sonra təkmilləşdirilmiş “Dana M2” haubitsaları alacaq.
Ukrayna “Camel”ni sınaqdan keçirdi Ukrayna Silahlı Qüvvələrinin Silah və Hərbi Texnikaların Serti ikatlaşdırılması Elmi-Tədqiqat İnstitutu “Camel” (“Dəvə”) adlı çoxfunksiyalı yerüstü robot-texnika kompleksinin prototipinin sınaqlarını keçirib. İnsansız döyüş kompleksi kəş iyyat əməliyyatlarında iştirak, canlı qüvvənin aşkarlanması, məhv edilməsi və rəqibin yüngülzirehli hədə ləri ilə mübarizə, habelə döyüş zonasına yüklərin daşınması və yaralıların təxliyəsi üçün nəzərdə tutulur. 4×4 təkər formuluna və hibrid mühərrikə sahib “Camel” robotu 400 kq ağırlığında yük daşıya, 1000 kq ağırlıqda yükü yedəyə ala bilir. Yarım tonluq robot hibrid güclə 11 saata qədər fasiləsiz işləyir və sürəti 20 km/saatdır. Platforma 12.7 mm pulemyota sahib döyüş modulu ilə silahlandırılıb. Gündüz və gecə vaxtı müşahidə aparmağa və dəqiq atəş açmağa imkan verən elektro-optik komplekslə dəstləşdirilmiş döyüş modulunun sursat ehtiyatı 400 patrondur.
47
Minaatanlar üçün idarə olunan döyüş sursatları Əhəd Əzizov Adətən düşmən yaxın məsafələrdə hazırlanmış mövqelərdə fəaliyyət göstərəndə öz qoşunlarımız bir çox hallarda himayəsiz qalır və təsirli artilleriya komponenti ilə dəstəklənən üstün atəş gücü olmadan irəliləyə bilmir. Bundan əlavə, mülki şəxslərin və humanitar təşkilatların üzvlərinin döyüş bölgələrində olması döyüş tapşırıqlarının itkisiz yerinə yetirilməsinə maneə olur. Bununla da belə nəticəyə gəlmək olur ki, ümumiyyətlə, adi artilleriya sursatlarının antiterror və sülhməramlı əməliyyatlarda, eləcə də yaxın məsafəli döyüşlərdə istifadəsi yanlışdır, bu zaman yeni, xüsusi yaradılmış, yüksəkdəqiqli sursatlarla minimuma endirilə bilən dolayı itkilər riski yüksəkdir. Tək atış, tək vuruş Ənənəvi olaraq, artilleriya ümumqoşun əməliyyatlarında atəş dəstəyinin ən vacib komponenti hesab olunur. Artilleriya düşmən qüvvələrini dağıtma, düşməni məhv etmək və ya lazım olduqda öz qoşunlarını himayə kimi klassik tapşırıqları yerinə yetirir və gecə müəyyən bir ərazini işıqlandıraraq döyüş meydanındakı döyüş bölmələrini dəstəkləyir. Bununla belə, artilleriyanın bu tapşırıqları yerinə yetirmək bacarığı gələcəkdə də təmin edilməlidir. Nəticədə,
48 www.azeridefence.com
lüləli artilleriya silahları üçün ənənəvi iri-çaplı sursatların istehsalı davam edəcək, artilleriya sursatlarının nomenklatura növlərini artırmaq və hədəflərə təsirini yüksəltmək üçün daha da inkişaf etdiriləcəkdir. Yaxın tarixdə – 2001–2014-cü illərdə Əfqanıstanda aparılmış “Dayanıqlı Azadlıq Əməliyyatı” (“Operation Enduring Freedom – OEF”) və 2003–2011-ci illərdə İraqda aparılmış “İraqa Azadlıq Əməliyyatı” (“Operation Iraqi Freedom – OİF”) zamanı, artilleriyanın daima dəyişən və
yeni ssenarilərdə tətbiqi barədə suallar qaldırılmışdır. Belə ki, bu əməliyyatlar göstərmişdir ki, ən böyük çətinlik açıq ərazilərdə deyil, şəhərlərdə və dağlıq ərazilərdə aparılan fəaliyyətlərdədir. Mülki əhalinin və ya öz qoşunlarının bilavasitə yaxınlığındakı hədəflərə, eləcə də mağaralarda və sığınacaqlarda gizlənmiş hədəflərə dəqiq zərbələr endirməyə ehtiyac var. Bu səbəbdən də həmin əməliyyatlar ərzində istifadə edilmiş artilleriya sursatlarının 65-70%-ini GPS, inersial, lazer işıqlandırılmalı və digər bu
tip avtomatlaşdırılmış tuşlama sistemləri olan idarə olunan sursatlar təşkil edib. Bu isə öz növbəsində ondan irəli gəlmişdir ki, bir çox hallarda ənənəvi döyüş meydanı öz yerini asimmetrik müharibəyə (və ya asimmetrik mübarizəyə – asymmetric warfare or asymmetric engagement) verib. Bu təcrübələrdən irəli gələrək, son zamanlar bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında döyüş fəaliyyətlərinin aparılması konsepsiyası köklü dəyişikliklərə məruz qalmışdır. Hazırda “təmassız müharibə” (“contactless war”) anlayışının dünya orduları tərəfindən geniş tətbiq edilməsi üsulları öyrənilir. “Təmassız müharibə” anlayışı dedikdə yüksək dəqiqlikli silah nümunələri istifadə etməklə pilotlu və pilotsuz aviasiya vasitələrinin, idarə olunan reaktiv mərmilərin (raketlərin) və yüksəkdəqiqlikli uzaqmənzilli artilleriyanın tətbiqi başa düşülür. Bu zaman əsas diqqət sahələrə kütləvi atəş zərbəsinin endirilməsinə deyil, konkret hədəflərin nöqtə zərbələri endirməklə məhv edilməsinə yönəldilir. Yeni nəsil müharibələrin əsas məqsədi – düşmənin iqtisadi potensialının dağıdılması, ordusunun demoralizə olunması və siyasi rejiminin dəyişdirilməsidir. Bu konsepsiya, Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək apardığı 44 günlük Vətən müharibəsində öz təsdiqini daha geniş tapıb. Hazırda Azərbaycanın bu təcrübəsi bir çox aparıcı dövlətlərin ordularının Baş Qərargahları tərəfindən hərtərəfli öyrənilir. Ordumuz apardığı döyüş fəaliyyətləri ilə bir daha təsdiq etdi ki, müasir müharibələrdə həlledici rol çoxsaylı quru qoşunlarına və nüvə silahına deyil, yüksəkdəqiqlikli adi zərbə və müdafiə silahlarına, eləcə də yeni fiziki prinsiplər əsasında yaradılan silahlara verilir. Bu zaman güclü informasiya zərbələrinin və müxtəlif bazalı insansız (pilotsuz) yüksəkdəqiqlikli silahların kütləvi zərbələrinin endirilməsi üstünlük təşkil edir. Lüləli artilleriya silahları hərbi cəhətdən inkişaf etmiş ölkələrin ordularının silahlanma sistemində lider yerlərdən birini tutur. Bununla birlikdə, artilleriyanın aşkar bir şəkildə inkişafına baxmayaraq, əsas döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilən silahların sayı, mərmi sərfiyyatı və lazım olan vaxt hələ də əhəmiyyətlidir. Mərmi sərfiyyatının və tapşırıqların yerinə yetirilməsi üçün vaxtın azaldılması yalnız yüksəkdəqiqlikli atışda
əldə edilə bilər. Atış dəqiqliyinin artırmağın, eyni vaxtda döyüş qabiliyyətlərinin genişləndirilməsinin əsas istiqamətlərindən biri idarə olunan artilleriya silah sistemlərinin istifadəsidir. Müasir döyüş fəaliyyətlərinin təhlili zərbə və “gəzən sursat” tipli pilotsuz uçuş aparatları ilə yanaşı, artilleriya silahları üçün də bir sıra yeni tələblər ortaya çıxarıb. Bu tələblər sırasında düşmənlə bilavasitə təmas zonasındakı qoşunlara atəş dəstəyinin verilməsi zərurəti əsas yer tutur. Bu tələbin yerinə yetirilməsi yeni yüksəkdəqiqlikli artilleriya sursatlarının yaradılması ilə əhəmiyyətli dərəcədə sadələşib. Belə sursatların uzaq məsafəyə atışı və yüksəkdəqiqliyi yalnız düşmən üzərində taktiki üstünlük əldə etməyə deyil, eləcə də mülki əhali arasında itkiləri azaltmağa imkan verir. Hazırda bir çox ölkələr idarə olunan yüksəkdəqiqlikli artilleriya sursatlarının, həmçinin əvvəllər yaradılmış döyüş sursatlarının idarə olunması və ya korreksiya sistemlərinin yaradılmasına külli miqdarda maliyyə vəsaiti ayırır. Belə döyüş sursatlarının əsas üstünlüyü onların dəqiqliyində və döyüş dəstinin az sərfiyyatındadır. Qoşunlara belə “intelektual” sursatların daxil olması yedəyə alınan və özüyeriyən artilleriya silahları kimi yerüstü zərbə platformalarının məhvetmə gücünü əhə miyyətli dərəcədə artırır. İlk atışdan hədəfivurma ehtimalı yüksək olan seçilmiş tək hədəflərin zərərsizləşdirilməsi əvvəlcə lüləli artilleriya silahlarının əməliyyat funksiyasının bir hissəsi deyildir. Sahə hədəflərinə atəş açmaq üçün ənənəvi silah olduğundan artilleriya mərmisinin dəqiqliyi ikinci dərəcəli bir meyar hesab edilirdi. Mərmilər müəyyən bir sapma ilə hədəf sahəsinin təxmini mərkəzini vurmalı idi. Lakin dairəvi sapma ehtimalı (DSE) riyazi proqressiyada məsafənin artması ilə böyüyür. Beləliklə, hədəfə olan məsafə
artdıqca sapma həm uzunluq, həm də en üzrə artır. Bu təsiri kompensasiya etməkdən ötrü hədəfi effektiv şəkildə vurmaq üçün daha çox döyüş sursatına ehtiyac yaranır. Bütün bunlara kritik nöqteyi nəzərdən baxmaq lazım olduğundan, dəqiqliyi artırmaq üçün həll yolları yalnız maddi-texniki təminat baxımından deyil, həm də yuxarıda göstərilən dəyişmiş tələblər əsasında araşdırılmalı və həyata keçirilməlidir. Yeni yaradılmış mərmilərin artan dəqiqliyi qoşunlara hədəfi daha az döyüş sursatı istifadə etmək imkanı verir. Artan dəqiqlik nəticəsində daha az sursat istifadəsi nəzərə alınaraq, döyüşlərdə iştirak etməyən mülki şəxslərə qarşı təhdidlər azalır. Döyüş tapşırıqlarını yerinə yetirərkən idarə olunan artilleriya silahları kompleksləri cəlb edilən silahların sayını – 2-3 dəfə, mərmi sərfiyyatını – ən azı 50 dəfə, döyüş tapşırığını yerinə yetirməyin qiymətini isə 5-10 dəfə azaltmağa imkan verir. Artilleriya sistemlərinin müasir tipli idarə olunan mərmilərlə təchiz edilməsi, artilleriya bölmələrinin ştat strukturunun dəyişdirilməsini tələb etmir. Sadalanan tələbləri nəzərə alaraq, müxtəlif ölkələrin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri həm artilleriya, həm də minaatan sistemləri üçün idarə olunan sursatlar yaradıblar. Rusiya və Ukraynadan idarə olu nan minalar Keçmiş SSRİ, sonradan isə Rusiya bu texnologiyanı 1980-ci illərin əvvəllərindən bəri istifadə edib və lazerlə idarə olunan müxtəlif çaplı minaatan sursatları yaradılıb. Buraya yedəyə alınan və özü120 mmlik “Kruça” qəlpəli fuqas atəş yığımının kütləsi 28 kq, maksimal atış məsafəsi 1000012000 metrdir.
49
IMI və “Raytheon Missile Systems” şirkətlərinin birlikdə yaratdığı 120 mmlik idarə olunan PERM minası.
yeriyən minaatanlardan atış aparmaq üçün 120 mm-lik KM-8 “Qran” və “Kitolov-2”, həmçinin 240 mm-lik “Smelçak” atəş yığımları daxildir. 120 mm-lik 2S9 “Nona”, 2S23 “NonaSVK” və 2S31 “Vena” özüyeriyən artilleriya silahlarından istifadə üçün təyin edilmiş “Kitolov-2” ayrı kartuz doldurumlu atəş yığımının nişangah məsafəsi 2000-12000 metr təşkil edir. Yarıaktiv lazer özütuşlama başlığına sahib atəş yığımının döyüş hissəsi qəlpəli-fuqas tiplidir. Atəş yığımının uzunluğu 1190 mm, kütləsi 28 kq və partlayıcı maddənin kütləsi 5,5 kq təşkil edir. Minanın idarə olunması prinsipi yarıaktiv lazer özütuşlamaya əsaslanır. “Kitolov” idarə olunan artilleriya kompleksinin hamar və yivli lüləli 120 mm-lik minaatanlar üçün nəzərdə tutulmuş variantı KM-8 “Qran” atəş yığımıdır. Bu atəş yığımı da Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu” tərəfindən yaradılıb. Kompleksin tərkibinə 120 mm-lik idarə olunan mina və tullayıcı atım, “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi (yedəyə alınan minaatan bölmələri üçün) daxildir. Özüyeriyən artilleriya qurğularında isə “Malaxit” kompleksi tətbiq edilmədən 1D22 məsafəölçənindən istifadə olunur. Minanın idarə olunması prinsipi yarıaktiv lazer özütuşlamaya əsaslanır. Kompleksin əsas tərkib hissəsi olan qəlpəli-fuqas minanın uzunluğu 1200 mm, kütləsi 27 kq, döyüş hissəsinin kütləsi 11,2 kq və partlayıcı maddənin kütləsi 5,3 kq təşkil edir. Minada 9E430 tipli özütuşlama başlığı tətbiq edilib.
50 www.azeridefence.com
Atəş yığımı ilə nişangah atış məsafəsi 1500–9000 metr təşkil edir. 240 mm-lik 1K113 “Smelçak” idarə olunan silah kompleksi yedəyə alınan M-240 minaatanı və 2S4 “Tülpan” özüyeriyən minaatanı üçün nəzərdə tutulub. “Ametex” Elmi-Texniki Kompleksi QSCnin “Divkon” Sınaq-Konstruktor Bürosu tərəfindən yaradılmış kompleksin tərkibinə 240 mm-lik korrektə olunan 3F5 qəlpəli-fuqas minalı 3VF4 atəş yığımı, 1D15 lazer hədəfgöstərici-məsafəölçəni, sinxronlaşdırma vasitələri 1A35K və 1A35İ daxildir. Trayektoriyada idarə olunması reaktiv impuls mühərriklərinin vasitəsilə yerinə yetirilir. Ukraynanın “Proqress” Elmi-İstehsalat Kompleksi və “Toçnost” Mərkəzi Konstruktor Bürosu tərəfindən hazırlanmış 120 mm-lik “Kruça” qəlpəli-fuqas atəş yığımının kütləsi 28 kq, maksimal atış məsafəsi 10000-12000 metrdir. Atəş yığımı 2S9 “Nona” və 2S23 “Nona-SVK” artilleriya sistemlərində tətbiq üçün nəzərdə tutulur. İsrail nümunələri İsrailin “Israel Military Industries” (IMI) şirkəti tərəfindən 81 mm-lik minaatanlar üçün yaradılmış GPS idarəetməli GM81 minasının dairəvi sapma ehtimalı (DSE) 10 metrdən azdır. IMI və “Rafael Advanced Defense Systems LTD” şirkətlərinin ABŞ-ın “Raytheon Missile Systems” şirkəti ilə birlikdə yaratdığı 120 mm-lik idarə olunan “Pure Heart” (Pure Digital Real Time) yüksək dəqiqlikli minaatan sursatı GPS idarəetməsi ilə yanaşı, lazer idarəetməsi texnologiyası ilə də təchiz edilib. Minanın məlum olan faktiki uçuş məsafəsi 13 km-dir. Bildirilir ki, mina yalnız GPS idarəetməsi rejimində işləyərkən maksimal dairəvi sapma ehtimalı 10 metrdən azdır. Lazer idarəetməsinin
əlavə edilməsi ilə dəqiqlik artırılaraq DSE 1,5 metrdən az məsafəyə endirilir. IMI və “Raytheon Missile Systems” şirkətlərinin birlikdə yaratdığı 120 mmlik idarə olunan mina isə yüksək dəqiqlikli PERM (Precision Extended Range Mortar) sursatı komandirə daha az sursatdan istifadə edərək düşmən hədəflərini daha uzun məsafələrdə məhv etmək imkanı verir. Adi minaatan minası təxminən 7-8 kilometr məsafəni qət etdiyi halda PERM minaları 16 kilometrə qədər məsafəyə çata bilir. GPS ilə idarə olunan minanın dairəvi sapma ehtimalı 2 metrdir. Gələcəkdə PERM minalarında yarıaktiv lazerli idarəetmənin əlavə edilməsi planlaşdırır. 2015-ci ilin dekabr ayında “Raytheon Missile Systems” şirkəti Pentaqonla ABŞ Dəniz Piyadaları Korpusuna PERM sursatının çatdırılmasına dair ümumi dəyəri 98 milyon dollar, müddəti 60 ay təşkil edən ilk müqaviləni imzalayıb. İsrailin “Elbit Systems” şirkəti də idarə olunan 120 mm-lik minaatan atəş yığımları mövzusunda bir neçə layihə həyata keçirib. Bunların sırasına “Stylet GMM” (Guided Mortar Munition – idarə olunan minaatan sursatı), “Rapier LRGMM” (Long-Range Guided Mortar Munition – uzunmənzilli idarə olunan minaatan sursatı) və “Iron Sting LGGMM” (Laser and GPS-Guided Mortar Munition – lazer və GPS idarəetməli minaatan sursatı) atəş yığımları daxildir. “Stylet GMM” atəş yığımı taktiki döyüş, xüsusi təyinatli və digər bölmələr üçün nəzərdə tutulmuş idarə olunan minaatan sursatıdır. Çoxrejimli partladıcı “Point Detonation” – PD (zərbə detonasiyası), “Point Detonation Delay” – PDD (ləngidilmiş zərbə detonasiyalı) və “Proximity Sensor” – PRX (yaxınlaşma sensoru rejimi) rejimlərində işləyir. “Rapier LRGMM” atəş yığımı hətta ağır hava şəraitində belə 16 km-ə qədər uzun mənzilə atəş aparmanı təmin edir. Atəş yığımı, hədəfləri təyin etmək ehtiyacını aradan qaldıraraq atəş dəstəyi imkanlarını genişləndirir və üstün hədəf dəqiqliyini təmin edir. İdarəetmə GPS və INS sistemlər vasitəsilə yerinə yetirilir. Çoxrejimli partladıcı, PD, PDD və PRX rejimlərində işləyir. Tuşlanma tapşırıqlarının yüklənməsi zamanı meteoroloji məlumatlar tələb olunmur. “Iron Sting LGGMM” idarə olunan minaatan sursatının uçuş məsafəsi, tətbiq olunduğu minaatandan asılı olaraq, 1-10 km təşkil edir. Üç idarəetmə rejimi var: GPS/IMU, SAL + GPS/IMU və SAL + IMU.
Döyüş başlığı, ikiqat gücləndirilmiş betona partlama və parçalanma təsiri ilə nüfuz edə bilir. Çoxrejimli partladıcı PD, PDD və PRX rejimlərində işləyir. Bu atəş yığımında da tuşlanma tapşırıqlarının yüklənməsi zamanı meteoroloji məlumatlar tələb olunmur. Hər üç atəş yığımı 120 mm-lik “Cardom” və “Spear” avtomatik minaatan sistemlərindən, eləcə də müvafiq idarəetmə avadanlığı ilə təchiz edilmiş digər 120 mm-lik minaatanlardan atış aparmanı təmin edir. 2019-cu ilin aprel ayında “Elbit Systems” şirkəti adını açıqlamadığı AsiyaSakit Okean regionunun bir dövlətinin silahlı qüvvələri ilə “Stylet GMM” idarə olunan minaatan atəş yığımlarının tədarükünə dair 30 milyon dollar dəyərində ixracat müqavilə imzaladığını açıqlayıb. İspaniyanın “EXPAL Systems, S.A.” şirkəti isə biraz fərqli bir yanaşma tətbiq edib. Şirkət 120 mm-lik GMG-120 minası istehsal edir və burada minanı idarə etmək üçün lazım olan komponentlər partladıcı ilə minanın gövdəsi arasında quraşdırılır. Fransanın “Nexter Munitions” şirkəti tərəfindən yaradılan 120 mm-lik idarə olunan minanın da dairəvi sapma ehtimalının 1 metrdən az olması planlaşdırılır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Ordusunun 120 mm-lik minaatan bölmələrinin atəş məsafəsinin və dəqiqliyinin artırılması məqsədi ilə KM-8 “Qran”, “Kitolov-2”, “Kruça”, “Stylet”, “Rapier” və “Iron Sting” atəş yığımlarının alınaraq silahlanmaya daxil edilməsi məqsədəuyğun hesab edilir. Yekun olaraq qeyd etmək lazımdır ki, müasir və qabaqcıl artilleriya sursatlarının dəqiqliyinin həqiqətən lazer tuşlama və GPS sistemləri sayəsində artırılacağını iddia etmək olar. Perspektiv layihələr bu texnologiyanı davamlı olaraq təkmilləşdirəcək və daha sərfəli edəcəkdir. Bu cür yüksək dəqiqlikli döyüş sursatları artilleriya silahlarına mürəkkəb tapşırıqları yerinə yetirməyə və müasir asimmetrik döyüş meydanında qalmağa imkan verəcəkdir.
Atəş yığımlarının əsas taktikitexniki xassələri: Parametrlər Xassələr
“Stylet GMM”
“Rapier LRGMM”
“Iron Sting LGGMM”
Kütləsi, kq
14
16,7
Atış məsafəsi, km
1 – 8,5
1 – 16 km (minaatan sistemindən asılı olaraq)
1 – 10
İdarəetməsi
GPS/INS
GPS/INS
GPS/IMU+SAL
Partlayıcı maddənin çəkisi, kq
2,2
2,2
Dəqiqlik
DSE 50% <10 m
DSE 50% <10 m
DSE 50% : GPS<10m; SAL<1m
Uzunluğu, mm
907
980
950
Döyüş başlığı
Fuqas və qəlpəli
Fuqas və qəlpəli
10.8 kq (qəlpəli/nüfuzedici)
Tullayıcı atım (C19)
5 atıma qədər
6 atıma qədər
Tapşırığı yükləmə müddəti, saniyə
~15
~15
~15
Axtarıcı / Sensor
–
–
Sərt boyunlu CMOS ikili rejim
Vurma bucağı, dərəcə –
–
50-75
a)
b)
a) Taktiki döyüş, xüsusi təyinatli və digər bölmələr üçün nəzərdə tutulmuş “Stylet GMM” idarə olunan minaatan sursatı. b) İsrailin “Elbit Systems” şirkətinin 120 mmlik “Rapier” uzun mənzilli idarə olunan minaatan sursatı. c) “Elbit Systems” şirkətinin idarə olunan 120 mmlik “Iron Sting” lazer və GPS idarəetməli minaatan sursatı.
c)
51
Türkiyənin “ElektroLand Defence” şirkətinin ACROB atıla bilən mini kəş iyyat və nəzarət robotu.
MİKRO ROBOTLAR Zaur Babaşov
Tunellərdə, mağaralarda, eləcə də qapalı obyektlərdə kəşiyyatın aparılması, dağıntılar zamanı çıxılmaz vəziyyətdə qalmış insanların axtarışı, antiterror əməliyyatlarında təyin edilən ərazilərin kəşfiyyatı və terrorçuların məhv edilməsi üçün qabaqcıl həll olaraq mini və mikroölçülü yerüstü robotlar aktuallaşmağa başlayıb. Yerüstü mini robotlar (və ya insansız yerüstü vasitələr) kəşfiyyatla yanaşı, hərbi əməliyyat zonalarında sığınacaqlarda, mağaralarda və tunellərdə gizlənmiş düşmən qüvvələrinin məhv edilməsində kamikadze olaraq istifadə edilə bilər. “Endeavour Robotics” şirkəti (keçmiş “iRobot” şirkəti) 2019cu ilin yanvar ayında ABŞ dəniz korpusu ilə tunel və xüsusi ərazilərdə əməliyyatlarda istifadə üçün “FirstLook” robotunun çatdırılmsına dair müqavilə imzaladığını açıqlayıb. 6,6 kiloqram ağırlığı olan “FirstLook” 17.8 sm hündürlükdə maneələrə dırmaşa, yerini dəyişə, aşdığı zaman özünü tənzimləyə bilir. İşıqlar, səs dinləməyə imkan verən mikrofon və rəngli kamera ilə təchiz olunmuş robota ehtiyacdan asılı olaraq KBRN və partlayıcı aşkarlama sensorlarının inteqrasiyası mümkündür.
52 www.azeridefence.com
Qeyd edək ki, 2017-ci ildən Pentaqon “FirstLook” robotunun tunel və mağaralarda kəşfiyyat məqsədi ilə istifadə imkanları araşdırır. DARPA “Yeraltı Çağırış” (SubT Challenge) proqramının Faza-1 mərhələsini qazanan “Endeavour Robotics” şirkətinə “FirstLook” robotunun yeraltı mühitlərdə tətbiqi imkanlarının genişləndirilməsi məqsədi ilə 1,5 milyon dollar vəsait ayırıb. İsrailin “RoboTeam” şirkətinin istehsalı olan mini robotlar 2014-cü ildə Qəzza müharibəsindən başlayaraq tunellərdə bomba və tələlərin aşkarlanması məqsədi ilə istifadə edilir. “Robo-
Team”un ABŞ Ordusuna ixrac etdiyi IRIS (Individual Robotic Intelligence System / Fərdi Robotik Kəşfiyyat Sistemi) minatür robotunun uzunluğu 20 sm, hündürlüyü 23, eni 11 sm, çəkisi 1,85 kiloqram, sürəti 5 km/saat, əməliyyat radiusu görüş məsafəsində 200 m, fasiləsiz iş müddəti isə 2 saatdır. İP65 standartlarına uyğun istehsal edilmiş robot maksimum 1 kq faydalı yük daşımaq qabiliyyətinə sahibdir. IRIS üzərinə yüklənən partlayıcı yük, yaxud tüstü qumbaraları ilə tunellərdə gizlənən terrorçulara qarşı istifadə oluna bilər. Gündüz və gecəgörmə kameraları, lazer və audiokəşfiyyat qurğusu ilə
təchiz edilmiş robotun idarəetməsi 2,3 kq ağırlığında “Windows 7” bazalı ROCU®-7 idarəetmə pultu vasitəsi ilə həyata keçirilir. ROCU®-7 ilə eyni zamanda bir neçə insansız sistemi (quru, hava və ya dəniz) idarə etmək mümkündür. Robot texnologiyaların istehsalı üzrə ixtisaslaşmış “Recon Robotics” şirkətinin “Throwbot 2” (TB2) mikrorobotu hazırda ABŞ və Kanada daxil olmaqla 33 ölkənin ordu və güc strukturları tərəfindən qapalı və açıq mühitdə, iridiametrli boru kəmərlərinin daxilində, lağımlarda, habelə müxtəlif yeraltı obyektlərdə video və səs kəşfiyyatı üçün istifadə olunmaqdadır. Əllə atılan mikro robot betonun üzərinə 9 metr hündürlükdən düşdükdə qırılmır. Hərəkət halında qarşıya çıxan 10 sm hündürlükdə maneələri dəf etməyi bacarır. Üzərindəki aksesuarlar vasitəsi ilə robotu 1,8 kq əlavə yüklə təchiz etmək mümkündür. Görüş məsafəsində 140 m, görüş məsafəsindən kənarda 45 metr məsafədən idarə edilə bilən TB2-nin sürəti 0,6 m/saniyə, fasiləsiz iş müddəti 110 dəqiqə, robotun gövdəsinin uzunluğu 21,1 sm, eni 20,1 sm, hündürlüyü 11,4 sm təşkil edir. Fransa, Almaniya və Kanada Silahlı Qüvvələri tunellərin və keçidlərin kəşfiyyatının aparılmasında fransız “ECA Robotics” şirkətinin istehsalı olan robotlarından istifadə edir. Adıçəkilən robot platformalar ehtiyaca uyğun olaraq müxtəlif sensorlarla təchiz edilir. “ECA Robotics” şirkəti 2018-ci ildə Tailand Silahlı Qüvvələrindən “Cobra Mk 2E”, 2019-cu ilin may ayında Kanada Xüsusi Təyinatlı Qüvvələrindən açıqlanmayan sayda “Cobra Mk I” robotu sifariş aldığını elan edib. “Nexter Systems” şirkətinin qapalı ərazilərdə əməliyyatlar üçün nəzərdə tutulan “Nerva” yüksək davamlılığı ilə də önə çıxır. Standart notebook, tablet və ya smartfon üzərindən asanlıqla idarə olunan “Nerva” geniş potensial yüklərlə inteqrasiya edilə bilir. “Nerva” ailəsinin kiçikqabaritli (ikitəkərli) versiyası olan “Nerva-S” keyfiyyətli müşahidə kamerası, termal
kamera və mikrofonla təchiz olunub. Platforma KBRN və əldəqayırma partlayıcı vasitələrin kəşfiyyatı üçün təklif edilir. Robotun ön hissəsində 1280x720 piksel HD kamera və operatora qaranlıq mühitdə görmə imkanı verən termal kamera yerləşdirilib. Standart versiyada 9 sm hündürlüyündə maneələri aşa bilən robotun uzunluğu 31,5 sm, eni 24,5 sm, ağırlığı 3 kiloqram, sürəti maneəli ərazidə 4 km/saat, düz ərazidə 10 km/saatdır. Robot statik halda 5 saatdan artıq, faasiləsiz iş rejimində 1 saat çalışır. Görüş məsafəsində 200 metrdən çox, tunellərdə və bina daxilində 50 metr məsafədən idarə
olunan robotun termal kamerası insanı 80 metrdən təsbit etməyə imkan verir. Bundan başqa, robotun üzərində səs mikrofonu, habelə videogörüntünü qeydə alan kart yerləşir. Müxtəlif təyinatlı robot texnologiyalarının istehsalı üzrə ixtisaslaşmış Polşanın PIAP şirkətinin TRM (Tactical Throwable Robot) robotu ordu və təhlükəsizlik qüvələri tərəfindən istifadə olunur. Əllə 9 metrədək uzağa atıla bilən TRM-in ikinci nəsli səssiz hərəkət və təkmilləşdirilmiş yeni idarəetmə panelinə malikdir. Kamera və kəşfiyyat sensorları ilə təchiz olunan TRM işıq, qaz, tüstü qumbaraları daşıya və işə sala bilir. Eyni zamanda hə-
Yuxarıda: “Recon Robotics” şirkətinin “Throwbot 2” (TB2) mikro robotu, Aşağıda: “Nexter Systems” şirkətinin “Nerva” ailəsinin kiçik qabaritli “NervaS” robotu.
53
İsrailin “RoboTeam” şirkətinin IRIS robotu üzərinə yüklənən partlayıcı yük, yaxud tüstü qumbaraları ilə tunellərdə gizlənən terrorçulara qarşı istifadə oluna bilər.
dəflərə kamikadze hücumunun təşkili məqsədi ilə əl qumbaraları ilə uyğunlaşdırılır. TRM-in bir idarəetmə panelindən üçədək cihazı idarə etmək mümkündür. Çəkisi 1,5 kq təşkil edən TRM robotunun maksimum sürəti 3,3 km/saat təşkil edir. Qapalı ərazilərdə 30-100 metr, açıq ərazilərdə 100-350 metr döyüş radiusuna malik robotu 1 saatadək fasiləsiz çalışdırmaq olar. Polşa və Cənubi Koreya təhlükəsizlik qüvvələriPolşanın PIAP şirkətinin TRM (Tactical Throwable Robot) robotu.
54 www.azeridefence.com
nin əməkdaşları TRM robotundan istifadə edir. 2019-cu ilin oktyabr ayında Polşa Sərhəd Mühafizəsi PİAP şirkəti ilə TRM robotunun alınmasına dair müqavilə bağladığını açıqlayıb. Türkiyənin “ElektroLand Defence”nin maraq doğuran məhsullarından biri də atıla bilən mini kəşfiyyat və nəzarət robotu olan ACROB-dur. Mağaralar, tunellər və terrorçuların gizləndiyi bu kimi obyektlərdə, partlayıcı tələlər qurulan qapalı məkanlarda kəfiyyatın aparılması üçün nəzərdə tutulan ACROB altı metr yüksəklikdən düşdükdə qırılmır və hərbi standartların tələblərinə cavab verir. Robot hər cür hava və iqlim şəraitində istifadə
oluna biləcək şəkildə istehsal edilib. ACROB-un üzərində – ön və arxada yerləşdirilən kameralar ± 90°, ümumilikdə 180° hərəkət qabiliyyətinə sahibdir. Robotun üzərindəki starlight gecəgörmə kameraları qaranlıq şəraitdə, real vaxt rejimində HD keyfiyyəti ilə foto, video və səsi operatora ötürür. Naqilsiz 600 metr, naqilli 100 metr (artırıla da bilir) məsafədən idarə olunan ACROB-un hündürlüyü 14 sm, uzunluğu 65 sm, genişliyi 31 sm, çəkisi isə yüksüz halda 5 kiloqramdır. On santimetr dərinliyində sudan keçə bilən ACROB 25 sm qədər dik maneələri aşa, 20 sm qədər maili pilləkənləri dırmana bilir. Robot üç fərqli rejimdə saatda 0-5 km sürət yığmağı bacarır. Çoxfunksiyalı mini robot axtarışxilasetmə əməliyyatlarında da istifadə edilə bilər. ACROB-u müxtəlif tapşırıqlarda istifadə etmək mümkündür ki, bu bir az da istifadəçinin öz yaradıcılığından asılıdır. Ehtiyac duyulduqda ACROB-un kamikadze robot kimi də istifadə edilməsi mümkündür. Məsələn, ACROB üzərinə yerləşdirilən partlayıcılarla birbaşa hədəf bölgəyə yönləndirilə və uzaqdan partladıla bilər. Eyni yanaşma ACROB-un düşmənin əlinə keçməsi ehtimalına qarşı da istifadə olunur.
YENİ NƏSİL PARAŞÜTLƏR Ruslan Səfərov Yanvar ayında ABŞ Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (US SOCOM) 25 min fut (7620 metr) hündürlükdən tullanmağa imkan verən yeni paraşütün yaradılmasına dair təkliflər sorğusunu elan edib. Yeni paraşüt 2000-ci illərin ikinci yarısında USSOCOM-un istifadəsinə daxil olmuş “Airborne Systems” şirkətinin RA-1 (Ram Air Tactical Parachute Systems) paraşüt sistemini əvəz etməlidir. ABŞ Ordusu tələblərinə əsasən, yeni paraşüt sistemi 35 min funta (10,7 km) qədər hündürlükdən tullanmağa imkan verməli, ən azı 159 kiloqrama qədər yükü aparmağa imkan verməlidir. Qeyd edək ki, paraplanla təchiz edilmiş RA-1 paraşüt sistemi planlaşdırmadan asılı olaraq 204 kiloqramadək yükü 50 kilometrədək apara bilir. Sistem oksigen maskasıyla da təchiz olunub. US SOCOM Taktiki Hücum Paraşüt Sistemi Proqramın (SOFTAPS) çərçivəsində 10 ildən çoxdur həm də “Airborne Systems”
şirkətinin MC-6 idarəolunan paraşütləri istifadə olunur. MC-6 üç alt sistemdən – SF-10A əsas örtük, T-11R ehtiyat örtük və T-11 qoşqudan ibarətdir. SF-10A örtüyünün günbəzinin diametri 9,8 metr, uzunluğu 6,5 metrdir. Örtüyün sürətlə dönməsini təmin edən unikal idarəetmə sistemi var. Bu örtük və yumşaq enmə dərəcəsi heyətin hər cür əraziyə təhlükəsiz enməsinə imkan verir. Paraşütün qübbəsi zəif havakeçirmə qabiliyyətinə malik PIA -C-44378 T4 neylon materialdan hazırlanıb. Paraşütçü 360°-ni
5 saniyəyə dönə bilir. Maksimum yükgötürmə qabiliyyəti 181 kq təşkil edən MC-6 paraşütü minimum 500 ft (152 metr) hündürlükdən tullanmağa imkan verir. Yeni paraşütlərin yaradılması is tiqamətində işlər aparan Rusiyanın “İvanovski” paraşüt zavodu 2016-cı ildə “Dalnolet” paraşüt sisteminin yaradılmasını elan edib. Bu sistemin təchiz edildiyi oksigen balonu və konteynerlə birlikdə çəkisi 50 kq təşkil edir. İstehsalçının məlumatına görə, “Dalnolet” 12 km hündürlüyə qədər hündürlükdən desantlaşmaya imkan verir. Rusiyanın Hava-Desant Qoşunları tərəfindən 2012-ci ilin yanvar ayında sınaqlar keçirilmiş D-12 “Listik” paraşüt sistemi xüsusi təyinatlı qüvvələrin təlim və döyüş tullanmaları üçün nəzərdə tutulur. D-12 paraşütləri 2025-ci ilədək Hava-
Desant Qoşunlarının silahlanmasındakı D-6 və D-10 paraşütlərini əvəz edəcək. “Listik” özündən əvvəlki paraşütlərdən həm yaxşılaşdırılmış texniki-taktiki imkanlarına, həm də yığılmasına görə fərqlənir. Paraşüt sisteminin tərkibinə bir çantaya yığılan əsas və ehtiyat paraşütlər, həmçinin desantın silah və təchizatının yığıldığı ayırılan yük konteyneri daxildir. “Listik”in yüngül və möhkəm materiallardan hazırlanması desantın daha çox faydalı yük götürməsinə icazə verir. Rusiyanın “Şelest” eksperimental dizayn bürosu tərəfindən 2018-ci ildə Hava-Desant Qüvvələri üçün D-14 indeksi verilmiş yeni idarə olunan paraşütün yaradılmasına başladığını açıqlayıb. HavaDesant Qüvvələrinin komandan müavini general-mayor Vladimir Koçetkovun sözlərinə görə, “Ratnik” döyüşçü dəsti üçün nəzərdə tutulan D-14 paraşütü tullanmalarının təhlükəsizliyini yüksəldəcək, asma sistemi daha rahat olacaq və dinamik yüklənmələri bərabər bölüşdürməyə imkan verəcək. General həmçinin bildirib ki, xüsusi təyinatlı qüvvələr üçün paraşüt sistemləri yaradılır. Yeni paraşütlər 1200 metrdən 8000 metrədək hündürlükdə, 350 km/saata qədər sürətlə hərəkət edən təyyarələrdən
56 www.azeridefence.com
tullanmaq üçün nəzərdə tutulur. Bu paraşütlərin uçuş çəkisi 190 kq, hündürlükdən asılı olaraq uçuş uzaqlığı 8-30 km təşkil edə bilər. Paraşütün asma sistemində 50 kiloqramlıq yük konteynerinin bərkidilməsi nəzərdə tutulur. Paraşüt günbəzin minimal sahəsinə malikdir – 87 kvadratmetr. Bu da hiss olunmanı minimallaşdırır və döyüşçülərin təhlükəsizliyini yüksəldir. Paraşüt İstehsalı Elmi-Tədqiqat İnstitutunun baş konstruktoru Vladimir Kaçalovun sözlərinə görə, Rusiya hərbçiləri tezliklə “gələcəyin əsgəri” təchizatına daxil olan D-14 paraşütünə keçəcəklər. Kaçalovun sözlərinə görə, D-14 fərqli konstruksiyaya malikdir. Əsas və ehtiyat paraşütlər qolun altında, yük konteyneri isə ön hissədə yerləşir. Konteynerdən suyaenmə vaxtı sal kimi istifadə etmək olar. Bu konstruksiyanın sayəsində, desant havada olduğu halda belə döyüşə daxil ola bilər. Rusiya Hava-Desant Qüvvələri üçün “Texnodinamika” Konserni tərəfindən 2018-ci ildə hazırlanmış yeni paraşütlərdən biri də “Şturm”dur. Bu paraşütdə çanta mövcud deyil. Paraşütün günbəzi təyyarə salonunda xüsusi kisədə yığılı vəziyyətdə olur. Desanta o sadə asma sisteminin
köməyi ilə birləşdirilir. “Şturm” 180 km/saata qədər uçuş sürətində 150 kqdək yüklə tullanmaq üçün nəzərdə tutulur. Paraşütün sınaqları Mi-8 tipli helikopterdən 70-100 metr hündürlükdə. 80-120 km/saat sürətlə uçuş zamanı yerinə yetirilib. “Ştrum” paraşüt sistemi məhdud ərazilərdə döyüş zamanı hücum qruplarının desantlaşdırılması üçün layihələndirilib. “Texnodinamika” Konserni hazırda yeni paraşüt materiallarının yaradılması üzrə elmi-tədqiqat işləri aparır. Konsernin mütəxəssislərinin sözlərinə görə, müasir paraşüt parçalarına qoyulan tələblərdən biri havakeçirmə qabiliyyətinin az olmasıdır. Hava keçirmə qabiliyyətinin azalması paraşüt günbəzinin ölçüsünün daha da azlaması ilə nəticələnir. Buna paralel olaraq parçanın dözümlülüyü və bununla bərabər çəkisinin azaldılması vacibdir. “Polet” Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış idarə olunan “Kadet-100D” paraşütünün yükqaldırma qabiliyyəti 160 kq təşkil edir və mövcud D-10 paraşütlərindən 20 kq (D-10-da 140 kq) çoxdur. Bu desanta özü ilə əlavə silahlar götürməyə imkan verir. Müəssisə rəsmilərinin sözlərinə görə, Hava-Desant Qüvvələri gələcəkdə
istifadəsindəki D-10 və D-6 seriyalı paraşütləri “Kadet-100D” paraşütləri ilə əvəz etməyi düşünür. “Texnodinamika” konserni tərəfindən ilk nümunəsi “Armiya-2020” forumunda nümayiş etdirilən “Stayer” paraşütünün Hava-Desant Qüvvələrinə çatdırılmasına isə noyabr ayında başlanıb. “Stayer” 400 metrdən 8 min metrədək hündürlükdə 255-350 km/saat sürətlə uçan aviasiya vasitələrindən tullanmaq üçün nəzərdə tutulur. Sistem ön hissədə yük konteynerinin, silah və avadanlıqların bərkidilməsi imkanına, 180 kq yükqaldırma qabiliyyətinə malikdir. Analoji nümunələrlə müqayisədə kiçik – 17,5 kiloqram çəkiyə sahib paraşüt maksimum hüdürlükdən tullandıqda 50 kilometrə qədər uçmağa imkan verir. Yardımçı texnologiyalar Hazırda dünya üzrə 20-dən çox operator tərəfindən istifadə olunan Kanadanın Mist Mobility Integrated Systems Technology Inc. (MMIST) şirkəti tərəfindən hazırlanmış GPS idarəetməli “Sherpa” PAD parofoil sistemi müxtəlif təyyarələrdən və helikopterlərdən yüklərin təhlükəsiz, dəqiq və effektiv şəkildə çatdırılmasına imkan verir. “Sherpa” sistemi xüsusilə dağlıq ərazilərdə daşınan zenitraket kompleksləri və zenit toplarının atəşinə məruz qalmadan yüklərin çatdırılması üçün istifadə edilir. Bütün “Sherpa” variantları tam avtonomdur və GPS ilə idarə olunur. Qurğuda uçuş zamanı hədəf nöqtəsini yenidən proqramlaşdırma qabiliyyətinə malik uzaqdan idarəetmə
imkanı da mövcuddur. Bütün variantlar, güclü küləklərdə belə yuvarlaq paraşütlərlə yumşaq eniş etməyə, bütün uçuş boyu yükə nəzarəti təmin edən, tam idarə olunan hava parafoillərinə malikdir. MMIST şirkətinin “SkyLink” sistemi GPS-dən və mobil xəritədən istifadə etməklə, mövqe, sürət və hündürlüyü, yol marşrutunun naviqasiyasını təmin edir. Sistemdə “Envitia” şirkətinin hazıladığı “MapLink Pro Mobile” xəritə-məlumatlandırma sistemi istifadə olunur. “MapLink Pro Mobile” mobil cihazlarda yüksək performanslı coğrafi informasiyaların vizual, səmərəli və sürətli yerləşdirilməsinə imkan verir. 2016-cı ilin sentyabr ayında Fransa Ordusu “SkyLink” və “Sherpa” PAD sis-
temlərini yeni nəsil Paraşütçü Naviqasiya və Situasiya Şüuru Sistemi və Həssas Yük Hava Təchizatı Sistemi (SMTC-OPS) proqramı üçün seçdiyini açıqlayıb. “Airborne Systems” şirkətinin “JTrax Navaid” paraşütçü naviqasiya sistemi GPSdən istifadə etməklə əvvəlcədən koordinatları təyin edilmiş ərazilərə dəqiq enmə üçün nəzərdə tutulur. Hazırda sistem ABŞ və Böyük Britaniya və Yaxın Şərqdə bir neçə ölkənin xüsusi təyinatlıları tərəfindən istifadə olunur. “JTrax” sistemi sinəyə və ya biləyə bağlanan ekrandan və ehtiyat kompasdan ibarətdir. Atlayışdan sonra ekranda paraşütçünün olduğu yer və ərazinin xəritəsi göstərilir. Navaid ən vacib missiyalarda dəqiq naviqasiya təmin edərək təhlükəsizliyi və hərbi tullanmaların effektivliyini artırır. “Jtrax Navaid” paraşüt naviqasiya sistemində bir əsas hədəf və iki alternativ eniş hədəfini qeyd etmək mümkündür. Naviqasiya cihazının xüsusi düymə ilə aktivləşdirilir. Sistem şirkətin “JTrax® Mission Planner” proqramı ilə tam inteqrasiya olunub. Proqram istifadəçiyə faydalı yükün çəkisi, örtük, təyyarə tipi, sərbəst buraxılma hündürlüyü, sürət və paraşütçünün yeri kimi missiya parametrlərini seçməyə imkan verir. Missiya Planlayıcısı avtomatik olaraq külək məlumatlarını yükləyir və optimal buraxılış nöqtəsi üçün missiyanı planlaşdırır. “JTrax Navaid” qurğusunun çəkisi 750 qramdır. Cihazın 25000 fut hündürlükdə işləmə qabiliyyəti sübuta yetirilib.
57
K9 COĞRAFİYASINI GENİŞLƏNDİRİR Azər Hüseynov Cənubi Koreyanın K-9 “Thunder” – özüyeriyən haubitsası son illər Avropa, Asiya və Avstraliya qitəsində elan edilmiş tenderlərdə seçilərək qlobal özüyeriyən artilleriya sistemləri bazarında mövqelərini möhkəmləndirir. K-9 haubitsasının ilk və ən böyük xarici sifarişçisi Türkiyədir. Cənubi Koreya 2000-ci illərin əvvəllərində imzalanmış müqaviləyə əsasən Türkiyəyə yerli istehsalın yaradılması üçün texnologiya transferi edib. Sözügedən müqavilə çərçivəsində 350 və sonrakı mərhələdə sifarişlərdən asılı olaraq özüyeriyən haubitsaların Türkiyədə təkmilləşdirmə və hissələrin yerli ləşdirilməsi yolu ilə istehsalı həyata keçirilib. Ötən dönəmdə K-9 özüyeriyən haubitsaları Hindistan, Polşa, Norveç, Finlandiya və Estoniyanın tenderlərində Almaniya, Fransa və Rusiyanın analoji sistemləri ilə rəqabət apararaq seçilmişdir. 2014–2020-ci illərdə Cənubi Koreya və Türkiyə istisna olunmaqla,
58 www.azeridefence.com
yeni müştərilər tərəfindən verilmiş K-9 sifarişlərin sayı 370 ədəd təşkil edib. Sentyabr ayının 3-də Avstraliya Müdafiə Nazirliyi özüyeriyən artilleriya sistemlərinin satın alınmasını nəzərdə tutan “Land 8116 Protected Mobile Fires” proqramında 155 mm/52 kalibr K-9 “Thunder” özüyeriyən haubitsaların seçildiyini elan edib. “Hanwha Defence Australia” (Cənubi Koreyanın “Hanwha Techwin” şirkətinin Avstraliya bölməsi) şirkəti ilə imzalanmış 950 milyon ABŞ dolları dəyərində müqavilə çərçivəsində 30 ədəd K-9 (Huntsman AS9 adlanacaq) özüyeriyən haubitsa və 15 ədəd K-10 (Huntsman AS10 adlanacaq) nəqliyyatyükləyici maşını alınacaq. Özüyeriyən artilleriya qurğularının C4 sistemləri isə “Kongsberg Defence Australia” şirkəti
tərəfindən istehsal və inteqrasiya ediləcək. Gərgin rəqabət mühitində “Land 8116 Protected Mobile Fires” proqramında K-9-un özüyeriyən haubitsanın rəqibi Almaniyanın KMW və “Rheinmetall” şirkətlərinin birgə istehsalı olan 155-mm/52 kalibr PzH-2000 özüyeriyən haubitsa olub. Çəkisi 47 ton təşkil edən K-9 özüyeriyən haubitsanın uzunluğu 12 metr, eni 3,4 metr, heyəti 5 (sürücü, komandir, silah operatoru və 2 doldurucu) nəfərdir. “Hyundai” şirkətinin istehsalı olan 155 mm 52 kalibr WIA CN98 topu ilə silahlandırılmış haubitsanın atəş uzaqlığı 52 kilometrədəkdir. Döyüş maşınının damında 1 ədəd 12,7 mm çaplı K6 pulemyotu quraşdırılıb.
Özüyeriyən haubitsa Almaniyanın MTU şirkətinin istehsalı olan 1000 at gücündə səkkiz silindirli MT 881 Ka500 dizel mühərrik və Cənubi Koreyanın “S&T Dynamics” şirkətinin istehsalı olan X1100-5A3 transmissiyası ilə təchiz olunub. Hindistan “Hanwha Techwin” yerli tərəfdaşı “Larsen & Toubro Limited” şirkəti ilə birlikdə 2015-ci ildə Hindistan Ordusunun 100 ədəd özüyeriyən haubitsanın yerli istehsalının təşkil edilməsi yolu ilə satın alınmasına dair beynəlxalq tenderə qatılmış, final mərhələyə keçən K-9 Rusiya istehsalı olan 2S19 “Msta-S” özüyeriyən haubitsa ilə rəqabət apararaq müsabiqənin qalibi seçilmişdir. Hindistan Ordusu ilə imzalanmış müqavilənin dəyəri 800 milyon ABŞ dolları təşkil edir. Hindistan Ordusunda K-9 “Vajra” indeksi ilə silahlanmaya qəbul edilib. İstehsalçıların açıqlamasına görə, 2020-ci ilin yanvarına qədər sifariş verilmiş özüyeriyən haubitsaların yarıdan çoxu istehsal edilərək, vaxtından
əvvəl orduya təhvil verilib. “Hanwha Techwin” digər ölkələrlə müqavilədə olduğu kimi Hindistanda da işlərin sürətli şəkildə icrasını həyata keçirir. K9 Avropa bazarında K-9 özüyeriyən haubitsalarının dünya çapında tanınan və tarixə sahib artilleriya istehsalçılarının hökm sürdüyü Avropa bazarına girişi 2014-cü ildə Polşaya ixracatla başlayıb. 2014-cü ilin dekabr ayında Polşa və Cənubi Koreya arasında 320 milyon ABŞ dolları dəyərində 120 ədəd K-9 özüyeriyən haubitsanın satın alınmasına dair müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində K-9-lar Polşanın “Huta Stalowa Wola” şirkəti ilə birlikdə AHS “Krab” indeksiylə istehsal edilir. Bundan sonra, 2017-ci ilin dekabr ayında Norveç Müdafiə Materialları Agentliyi ilə imzalanan 383 milyon dollar dəyərində müqavilə çərçivəsində Norveç Ordusu 24 ədəd K-9 özüyeriyən haubitsa və 6 ədəd K-10 nəqliyyat-yükləmə maşını alıb. K-9-un Norveç variantı K9 VIDAR (Versatile InDirect Artillery) adlandırılır.
K9 VIDAR haubitsası Norveç Ordusunun ODIN döyüş idarəetmə və rabitə sistemi dəstləşdirilib. Hərbi mediada yer alan məlumatlara görə, Norveçin elan etdiyi tenderdə K-9-un rəqibləri İsveçrənin RUAG şirkətinin M109 “Kawest”, KMW və “Rheinmetall” şirkətlərinin birgə istehsalı olan PzH-2000 (Panzerhaubitze 2000) və “Nexter” şirkətinin istehsalı olan “Caesar” özüyeriyən haubitsaları olub. 2017-ci ilin fevral ayında Finlandiya Müdafiə Nazirliyi 2018–2025-ci illərdə Cənubi Koreyadan 155 milyon dollar dəyərində 48 ədəd ikinci əl K9 özüyeriyən haubitsanın satın alacağını açıqlayıb. Finlandiya Silahlı Qüvvələri strateji inkişaf proqramına uyğun olaraq, keçmiş Sovet istehsalı olan özüyeriyən haubitsalarını gələcəkdə mərhələlərlə K-9 ilə əvəz etməyi planlaşdırılır. Finlandiya ilə yanaşı, 2018-ci ilin iyun ayında Estoniya da Cənubi Koreyadan 12 ədəd ikinci əl K-9 alınması planını elan edib. 46 milyon avro təşkil edən sifariş üzrə çatdırılmalar 2021-ci ildə yekunlaşacaq.
59
Yeni istifadəçilər və perspektivlər Özüyeriyən haubitsanın potensial müştərilərindən biri Misirdir. Tərəflər arasında danışıqlara 2010-cu ildə başlansa da, siyasi səbəblərdən dolayı indiyədək proses baş tutmayıb. 2010-2013-cü illərdə K-9-un Türkiyə versiyası olan T-155 “Fırtına”nın (36 ədəd) alqı-satqısına dair Azərbaycanla Türkiyə arasında müqavilə imzalansa da, Almaniyanın MTU şirkətinin mühərriklərin tədarükünə embarqo qoyması müqavilənin pozulmasına səbəb olub. Nəticədə Azərbaycan K-9/T-155 özüyeriyən artilleriya sistemlərini ala bilməyib. Sonrakı dövrdə Türkiyə MKEK təşkiları T-155 “Fırtına”ların ixracatına maneə yaradan mühərrik probleminin həlli istiqamətində bir neçə mühərrik istehsalçısı ilə görüşüldüyünü bəyan edib.
“Hanwha Defence” şirkəti noyabrın 13-də yaydığı açıqlamada Cənubi Koreya Ordusuna K9 “Thunder” özüyeriyən haubitsaların tədarükünü tamamilə başa çatdırdığını bəyan edib. Açıq qaynaqların məlumatına görə, Cənubi Koreya Ordusu 1999-cu ildən bu günədək 1300-ə yaxın K-9 alıb. Ümumilikdə dünya üzrə 1700dən çox K-9 xidmətdədir. Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı İdarəsinin (Defense Acquisition Program Administration – DAPA) rəsmisi “Yonhap” agentliyinə açıqlamasında özüyeriyən haubitsanın naviqasiya avadanlığı və əməliyyat sistemi də daxil olmaqla tam şəkildə milli imkanlar hesabına inkişaf etdirilməsinin və uzaqdan idarəetmə funksiyalarının əlavə edilməsinin planlaşdırıldığını qeyd edib.
Qeyd edək ki, 2018-ci ildən “Hanwha Defence” sifarişçilərə K-9 haubitsasının təkmilləşdirilmiş variantı olan K-9A1 haubitsalarını təqdim edir. Tək mil ləşdirilmiş K-9A1 haubitsası avtomatik atəş idarəetmə sistemi, GPS və inersial naviqasiya cihazları, sürücü üçün əlavə termal periskop və arxa hissədə görmə kamerası, yeni köməkçi güc qurğusu ilə təchiz olunub. K-9A2 adlandırılan yeni variant isə tamamilə avtomatik sursat yükləmə və idarəetmə sisteminə malik insansız qüllə ilə təchiz ediləcək. K-9A2 haubitsasının Böyük Britaniya Ordusunun Mobil Atəş Proqramına (British Army's Mobile Fires Program) da təklif edilməsi gözlənilir. AD
K9un Türkiyə versiyası olan T155 “Fırtına” və “Poyraz” yükləyici maşını
ݻ
G ʹͲͳʹǦ ݳ ݳ ݳÚ ݳ ݳ Ç ݳ ݳ ͳ ʹͲʹͳǦ ݳ G Ç Ç Ç Ú òçò ݳ ݳ ݳ ݳǤ
ݳ ݳǨ ݳÚ ç ݳ ݳ ݳ ݳ ݳç ݳ ݳç ݳ ݳ ݳǤ o ǡ ݳ ݳò ݳ ݳ ݳº ǡ ʹͲʹͳǦ ݳ G Ç ݳ ݳç ÇºÇ Ç Ç ݳ ݳǤ ݳ ݳǨ ݳ ݳ ݳÇ Ǩ
Ȁ G Ç Ç Ç o ǣ Ç ç ݳǤǡ Մ ݳ ݳ ݳǦͳ òǤǡ ʹͷ Ǧ ǣ ̷ Ǥ ǣ ȋΪͻͻͶ Ȍ ͵ͳͳǦͺͳǦͳͺ