Azeridefence mart aprel

Page 1




BU SAYIMIZDA

MART–APREL №02(28) 2017

4 Qəzənfər ƏHMƏDOV: ANAMA TEXNİKİ İMKANLARINA GÖRƏ MİNAAXTARAN TƏŞKİLATLARIN HEÇ BİRİNDƏN GERİ QALMIR

10

26

20 YENİ NƏSİL MİNAATANLAR

30 TERMAL NİŞANGAHLARDA YENİ AD - “SHIBLI”

MWARI BU GÜNÜN VƏ GƏLƏCƏYİN TƏYYARƏSİDİR

MSN DÖYÜŞ SURSATLARI İSTEHSALI LAYİHƏLƏRİ

41

33 RADİOELEKTRON MÜHASİRƏ

TÜRKMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ – MODERNLƏŞMƏ PROQRAMLARI


AZERI DEFENCE Hәrbi-texnoloji jurnal mart-aprel № 02 (28) 2017 Baş redaktor Rәşad SÜLEYMANOV Redaktor Ramil Mәmmәdli Tәsisçi Rәşad Süleymanov Tel: (+994 12) 596 47 99 E-mail: azeridefence@gmail.com editor@azeridefence.com Web: www.Azeridefence.com Ünvan: Bakı şәhәri, H.Zәrdabi küç., 78B AHB İş Mәrkәzi, 307 Türkiyә tәmsilçiliyi ETKİLESİM Grafik Tasarım vә Tanıtım Hizmetlәri Ltd.Şti. Hoşdere Cad. Halit Ziya Sk. No: 26/3 Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: +90 312, 441 71 93 Fax: +90 312, 439 71 94 azeridefence-tr@etkilesimltd.com CAR tәmsilçiliyi Willie PIENAAR 426 Neser Str., Garsfontein Pretoria Tel: +27 83 675 0950; Fax: +27 86 751 7770 E-mail: willie@pienaarmail.com Jurnal Ədliyyә Nazirliyindә dövlәt qeydiyyatına alınıb. № 3632 Azәrbaycan Respublikası Vergilәr Nazirliyi tәrәfindәn 21 iyun 2012-ci ildә dövlәt qeydiyyatına alınıb. AZERI DEFENCE MMC Qeydiyyat nömrәsi (VÖEN): 1302929491 Reklam materiallarına görә AZERI DEFENCE jurnalının redaksiyası mәsuliyyәt daşımır. Materiallardan istifadә zamanı istinad zәruridir. «Tәhsil NP» müәssisәsinin mәtbәәsindә çap olunmuşdur. Çapa imzalanmışdır 28.04.2017. Format 60x90 1/8. Sifariş 27.

Qiymәti: 5 manat Qapaq fotosu: “Bozena-5” minatәmizlәyәn maşın ©ANAMA

Редактордан ? Dəyərli oxucular! Humanitar minatəmizləmə sahəsində ANAMA bu gün dünyanın aparıcı sayılıbseçilən milli mərkəzlərindən birinə çevrilmiş və regionda öz imkanlarına görə rəqibsiz bir təşkilat olaraq görülməkdədir. 2000-ci illərin əvvəllərində beynəlxalq təşkilatların dəstəyi ilə formalaşan Agentlik gərgin işi, şəffaf fəaliyyəti və peşəkar kadrları sayəsində beynəlxalq mərkəzə çevrilə bilmişdir. Qeyd etmək lazımdır ki, ANAMA tək minatəmizləmə deyil, partlamamış hərbi sursatların zərərsizləşdirilməsi, eləcə də bu sahədə kadrların hazırlanması, eləcə də mina təhlükəsinə dair maarifləndirmə işlərinin aparılması sahəsində öz işini qurur. Son 10 ildə ölkə ərazisində mina/PHS qurbanlarının sayının minimuma enməsi də prosesə kompleks yanaşmanın nəticəsində baş tutub. NATO-nun dəstəyi ilə gerçəkləşən partlamış “Saloğlu” hərbi bazasının ərazisinin təmizlənməsi layihəsi özünün mürəkkəbliyi ilə Avropada həyata keçirilmiş analoji layihələrdən fərqlənir. Yanıb partlamış 138 sursat anbarının və ətraf ərazilərin sursatlardan təmizlənməsi kimi mürəkkəb və təhlükəli bir problemi uğurla icra edən ANAMA-ya bunun ardınca NATO tərəfindən Gürcüstan minaaxtaranlarının hazırlanmasının həvalə olunması agentliyə olan etimadın nəticəsi idi. “Saloğlu” təcrübəsi və NATO-dan alınan “əla” qiymət ANAMA-nın Türkiyədə biri minatəmizləmə, ikisi poliqon ərazisinin təmizlənməsi olmaqla 3 layihəni həyata keçirməsində də, şübhəsiz, rol oynadı. Humanitar minatəmizləmə hərbi minatəmizləmədən özünün prosesə fərqli yanaşma tərzi ilə seçilir. Burada sürətli əməliyyatların həyata keçirilməsinə deyil, ərazinin tam və sağlam şəkildə təmizlənib istifadəyə verilməsi dayanır. Bu gün Azərbaycan ANAMA-nın timsalında humanitar minatəmizləmədə öz xidmət və məhsullarını ixrac edə biləcək potensiala sahibdir. Bu sahədə ixracat imkanlarını aşağıdakı şəkildə sıralamaq olar: Beynəlxalq tenderlərdə iştirak yolu ilə xarici ölkələrdə minatəmizləmə əməliyyatlarına qatılmaq. Bu sahədə Türkiyə, Küveyt, İraq, BƏƏ, Qazaxıstan, Ukrayna kimi ölkələr potensial olaraq görülür. Xarici ölkələrin minatəmizləyən təşkilatlarının heyətləri üçün təlim xidmətlərinin təşkili. ANAMA-nın Göygöl regional təlim bazasında bunun üçün hər cür imkanlar mövcuddur. Mina təhlükəsinə dair maarifləndirmə layihələrinin ixracı. Azərbaycan hökumətinin Əfqanıstana qeyri-hərbi sahədə yardımları çərçivəsində MTM dərslikləri göndərilmişdir. Azərbaycanda yetişdirilən minaaxtaran itlərin ixracı. Xaricdə fəaliyyət göstərən avadanlıq istehsalçılarına test, tövsiyə və konsaltinq xidmətlərinin göstərilməsi. ANAMA mütəxəssislərinin iştirakı, fikir və təklifləri nəzərə alınmaqla, müdafiə sənayesi müəssisələrində minatəmizləmə avadanlıqlarının yaradılması və istehsalı. Azərbaycanın özünün qarşısında da minalarla bağlı böyük problemin dayandığını nəzərə alsaq, qarşıdakı illərdə, işğal altındakı torpaqlar azad edildikdən sonra böyük layihələrin həyata keçirilməsi ilk prioritetlər arasında olacaqdır. ANAMA və ANAMAnın mütəxəssislərinin özəl sektorda quracaqları şirkətlər mövcud potensialı dünya çapına daşımaqda mühüm rol oynaya bilərlər.


AZERI DEFENCE

Qəzənfər ƏHMƏDOV: ANAMA TEXNİKİ İMKANLARINA GÖRƏ, MİNAAXTARAN TƏŞKİLATLARIN HEÇ BİRİNDƏN GERİ QALMIR Postsovet regionunda və Yaxın Şərqdə humanitar minatəmizləmə üzrə ixtisaslaşmış yeganə təşkilat olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) fəaliyyət göstərdiyi 19 illik zaman kəsiyində öz adını Azərbaycan sərhədlərindən kənarda duyura bilib. Dünyanın aparıcı humanitar minatəmizləmə mərkəzləri sırasında yer alan ANAMAnın fəaliyyəti, həyata keçirdiyi layihələr, gələcək planları barədə agentliyin icraçı direktoru Qəzənfər Əhmədov AZERİ DEFENCE jurnalının suallarını cavablandırıb. Azeri Defence: Qəzənfər müəllim, ANAMA-nın 19 illik fəaliyyətinə nəzər salaraq söhbətimizə başlamaq istərdik. Bir vaxtlar xarici təşkilatların mütəxəssislərinin iştirakı ilə fəaliyyətini quran ANAMA-nın beynəlxalq səviyyədə qəbul edilən minatəmizləmə mərkəzinə çevrilməsi necə baş verdi? Qəzənfər ƏHMƏDOV: Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanla yaşanmış hərbi münaqişə Azərbaycanın qarşısına bir çox ciddi problemlər çıxardı.

Həmin problemlərdən biri də döyüşlər zamanı böyük ərazilərin minalanması və partlamamış hərbi sursatlarla (PHS) çirklənməsidir. Ölkədə aktual olan bu problemlərin aradan qaldırılması üçün 18 iyul 1998-ci il tarixində ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ANAMA yaradıldı. ANAMA-nın əsas fəaliyyəti 2000-ci ildən başlayır və bu günə kimi həyata keçirilən layihələrə nəzər salsaq nə qədər çox işlərin görüldüyünün şahidi olarıq. Qeyd etdiyiniz kimi, artıq 19 ildir ki, biz


MART–APREL 2017

humanitar minatəmizləmə sahəsində çalışırıq və kifayət qədər böyük təcrübəmiz var. Təbii ki, ilk vaxtlar beynəlxalq təşkilatlar tərəfindən bizə çox köməkliklər edilib. 1999-cu ildən fəal şəkildə BMT ilə əməkdaşlıq edirik. Bundan başqa ABŞ Dövlət Departamentinin də bizə çox köməyi olub. ABŞ Ordusunun Avropa Komandanlığının hərbiçiləri ANAMA əməkdaşları üçün müxtəlif təlim kursları, o cümlədən EOD-1, EOD-2 təlimləri keçiblər. Bütün bunlarla yetinməyərək ANAMA özünün peşəkarlardan ibarət potensialını qurub. İndi agentliyimiz təkcə yerli işçilər üçün deyil, digər ölkələrin mütəxəsissləri üçün də təlimlər keçir. BMT, NATO və digər beynəlxalq təşklatlar tərəfindən tanınır. Aze ri De fen ce: Qə zən fər müəllim, hazırda ANAMA tərəfindən hansı ərazilərdə mina və PHS əməliyyatları keçirilir? Qəzənfər ƏHMƏDOV: Hazırda əməliyyatlar Cəbrayıl, Füzuli, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Tovuz, Göygöl, Gəncə, Ağstafa, Bakı, Abşeron və Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində gedir. Qeyd etmək istərdim ki, 2016-cı ilin sentyabr ayında ANAMA ilə Böyük Britaniyanın səfirliyi arasında Anlaş ma Me mo ran du mu imzalanıb. BMT vasitəsi lə Böyük Bri ta ni ya hökumətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən sərhədyanı ra-

yonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi fəaliyyəti yerinə yetirilir. ANAMA-nın regionlarda Xüsusi Mobil Çe vik Əmə liy yat Qrup la rı mövcuddur ki, onlar da vətəndaşlardan, icra hakimiyyətlərindən, digər orqanlardan daxil olan müraciətlər əsasında tək sursat əməliyyatlarını həyata keçirirlər. Azeri Defence: Yanvar ayında ANAMA Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində əməliyyatlara başladı. Bu ərazidə ümumilikdə nə qədər mina, PHS aşkarlanıb və kənddə əməliyyatları nə vaxt başa çatdırmağı planlaşdırırsınız? Qəzənfər ƏHMƏDOV: Bu gün ANAMA-nın prioritet tapşırıqlarından biri Prezident İlham Əliyevin “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamına müvafiq olaraq Cocuq Mərcanlı kəndinin mina və PHSdən təmizlənməsidir. Ermənistan Ordusu tərəfindən işğal zamanı dağıdılmış kəndin bərpası ilə bağlı birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur. Bu təxminən 100 000 kv.m ərazidir. Həmin ərazi yoxlanılaraq təmizlənib. Eyni zamanda kəndə gedən avtomobil yolu da tam təmizlənərək təhvil verilib. Cocuq Mərcanlı kəndində əməliyyatlara ANA MA- nın 91 nə fər əmə liy yat

mütəxəssisi, 14 minaaxtaran it, 3 ədəd mexaniki minatəmizləmə maşını cəlb olunub. Bu günədək həmin ərazidə 22 ədəd PHS, 5 ədəd piyada əleyhinə mina, 33 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Hazırda Cocuq Mərcanlı kəndinin ətrafında minatəmizləmə əməliyyatları gedir. Bu çöllük ərazi konkret olaraq mina xətləridir. Cari ilin avqust ayının sonuna qədər bu ərazilərdə minaaxtarma əməliyyatları davam edəcək. Əməliyyatlardan sonra sakinlər həmin torpaqlardan tam təhlükəsiz şəkildə istifadə edə biləcəklər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, humanitar minatəmizləmədə beynəlxalq standartlar var və ANAMA daxil olmaqla aparıcı təşkilatlar həmin standartlara uyğun çalışırlar. Mina təmizləmə əməliyyatlarında qətiyən tələsmək olmaz. Detektorun verdiyi hər bir siqnala mina kimi yanaşılmalı və yoxlanılmalıdır. Bu da, təbii ki, vaxt aparır. Azeri Defence: 2016-cı ilin aprel hadisələrindən sonra təmas xəttində əməliyyatlar hansı mərhələdədir? Qəzənfər ƏHMƏDOV: Aprel döyüşlərindən sonra cəbhəyanı rayonlarda təmas xətti üzrə 2 740 045 kv.m ərazi yoxlanılıb, 259 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib. 2016-cı il üzrə sursat əməliyyat-axtarışı çərçivəsində 50 000 kv.m ərazi yoxlanaraq 4143 mina və PHS tapılaraq zərərsizləşdirilib. Aprel döyüşlərindən sonra biz Daxili İşlər Nazirliyi və Fövqəladə Hal-

ANAMA-nın istifadәsindә yer alan “Bozena-4” mexaniki minatәmizlәmә maşını әmәliyyatlarda. Foto: ANAMA

4 -5


AZERI DEFENCE lar Nazirliyi ilə çox sıx əməkdaşlıq edirik. Yerli əhali nə isə şübhəli obyekt aşkar olunan zaman Daxili İşlər Nazirliyinin “102” və Fövqəladə Hallar Nazirliyinin “112” xidmətlərinə məlumat verirlər. Onlar da müvafiq olaraq bizi məlumatlandırırlar. Bizim Çevik Əməliyyat Qruplarımız ərazilərə göndərilir və təxirəsalınmaz tədbirlər görülür. Qeyd edim ki, sursat əməliyyatları Çevik Əməliyyat Qrupu tərəfindən həyata keçirilir. Bir məsələni də qeyd etmək is tə yi rəm ki, 10 may 2016-cı il tarixində Tərtər rayonunun Əskipara kəndində ANAMA-nın Xüsusi Mobil Çevik Əməliyyat Qrupları tərəfindən dərinlikdə ermənilər tərəfindən atılmış D-4 ağ fosfor tərkibli 122 mm çaplı sursat aşkar olundu. May ayının 11-də Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycanda akkreditə hərbi attaşelər və bey nəl xalq təş ki lat la rın nümayəndələrinin iştirakı ilə ağ fosforlu mərmi uğurla zərərsizləşdirildi.

Azeri Defence: ANAMAnın kadr potensialı və texniki imkanları barədə nələri söyləyə bilərsiniz? Qə zən fər ƏH MƏ DOV: Agentlikdə hazırda 620 nəfər çalışır. Onlardan 489-u əməliyyat, 131-i inzibati heyətdir. Əməliyyat heyətimiz mütəmadi olaraq ölkədə və xaricdə keçirilən təlim kurslarında iştirak edərək öz bilik və bacarıqlarını təkmilləşdirir. Eyni zamanda Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumumuzda çalışan mütəxəssislərimiz tərəfindən xarici ölkələrdən olan heyətlərə beynəlxalq səviyyəli təlimlər keçirilməkdədir. Füzuli, Göygöl və Ağstafa rayonlarında daimi, Ağdam, Tərtər, Bakı və Abşeronda isə müvəqqəti mobil bazalarımız var. Texniki imkanlara gəlincə, ANAMA humanitar minatəmizləmədə istifadə edilən müasir avadanlıqlara malikdir. Fəxrlə deyə bilərəm ki, bu avadanlıqların bəziləri regionda

yalnız ANAMA-nın istifadəsindədir. Bizdə ərazini 5-6 metr dərinlikdə yoxlayan xüsusi avadanlıqlar, mexaniki minatəmizləmə maşınları var. Hazırda agentliyin istifadəsində Slovakiyanın “Way Industry” şirkətinin istehsalı olan üç ədəd “Bozena-4”, iki ədəd “Bozena5” və Xorvatiyanın “Dok-İng” şirkətinin istehsalı olan bir ədəd MV-4 maşını olmaqla, altı ədəd xüsusi təyinatlı mexaniki minatəmizləmə maşını yer

alır. ANAMA-nın əllə minatəmizləmə əməliyyatlarında Almaniya və Avstraliya istehsalı olan “Vallon” və “Minelab” şirkətinin mina detektorlarından istifadə olunur. Bundan başqa əməliyyatlarda “Schonstedt” və “Ferex” maqnit lokatorları tət biq olu nur. Bütün he yət yüksək qorumaya malik qoruyucu geyimlərlə təchiz edilib. Bu gün texniki imkanlarımıza görə, minaaxtaran təşkilatlardan heç birindən geri qalmırıq, bəlkə də, avadanlıqlarımız və təcrübəli mütəxəssislərimizlə onları qabaqlayırıq. Biz inanırıq ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq və biz orada qısa bir müddətdə əraziləri təmizləyib torpaqlarına geri qayıdan vətəndaşlara təhvil verəcəyik. Aze ri De fen ce: NA TOnun dəstəyi ilə həyata keçirilmiş Saloğlu və Ceyrançöl Layihələrinin icrası ANAMAya hansı imkanları qazandırdı? Qəzənfər ƏHMƏDOV: 20052011-ci illərdə ANAMA ilə NATO/NSPA-nın (NATO-nun Dəstək və Təchizat Agenliyi) birgə layihəsi olan Saloğlu Layihəsi icra olunub və bu, NATO tərəfindən dünyanın ən uğurlu layihələrindən biri kimi tanınıb. Bu layihənin ərazisi 5,6 milyon kv.m sahəni əhatə edirdi. Sözügedən ərazidən 24 min ağ fosfor tərkibli sursatlar ol-

ANAMA-nın minatәmizlәyәnlәri әmәliyyat öncәsi. Foto: ANAMA


MART–APREL 2017

maqla, 640 000 PHS aşkar olunaraq zərərsizləşdirilib. Qeyd edim ki, vaxtilə bu ərazidə Sovet Ordusunun hərbi bazası mövcud olub. Azərbaycanı tərk edən Sovet Ordusu sursat depolarını partlatmışdı. Hadisə baş verən vaxt sursatların 25 faizi partlasa da, yerdə qalan əksəriyyəti 10 kvadrat kilometr əraziyə səpələnib və sonrakı illərdə insanların normal yaşayışına maneçilik törətməyə başladı. Saloğlu Layihəsinə Türkiyə rəhbərlik edib. Bu layihə tərəfimizdən uğurla icra olundu və biz ANAMA olaraq bu layihənin icrasından böyük təcrübə qazandıq. Minatəmizləmə üzrə ixtisaslaşan heyətimiz PHS əməliyyatlarında da öz bacarığını artırdı. Saloğlu layihəsinin davamı olaraq 2016-cı ildə Samux rayonu ərazisində keçmiş hərbi poliqonun ərazisini təmizlədik. Təmizlənmiş 4500 hektar ərazidən 1800 civarında PHS aşkarlanaraq zərərsizləşdirildi. Onların əksəriyyəti də FAB-100, FAB-250, FAB-500 aviabombalar idi. Azər bay can da mi na və PHS-lərin təmizlənməsi üzrə ANAMA-nın NATO/NSPA ilə bərabər həyata keçirdiyi ikinci böyük layihə Ceyrançöl Layihəsidir. Bu layihə 4 oktyabr 2011-ci il tarixində NATO tərəfindən rəsmən təsdiq olunub. Üç mərhələyə bölünən layi hə nin bi rin ci mər hə lə si 2012-ci ilin aprel ayında başlayıb, 2014-cü ilin iyun ayında başa çatıb. 19 000 000 kv.m ərazini əhatə edən Ceyrançöl Layihəsinə ABŞ rəhbərlik edirdi. 2014-cü ildə başlayan ikinci fazanın 2016-cı ilin iyun ayında başa çatdırılması planlaşdırılsa da, işlərin çoxluğu səbəbindən oktyabr-noyabr aylarında təhvil verildi. Hazırda üçüncü mərhələ üçün lazım olan müqavilələr bağlanaraq mina və PHS-lərin təmizlənməsinə başlanılıb. 22 000 000 kv.m ərazini əhatə edən layihənin üçüncü mərhələsi üzrə əməliyyat işləri uğurla davam etdirilir. Qeyd edim ki, 2017-ci ilin sonuna qədər təhvil veriləcəyi planlaşdırılan üçüncü

6 -7

mərhələyə də Türkiyə rəhbərlik edir. Yekunda Saloğlu Layihəsi ANAMA-nın adını dünyada tanıtdırdı. Yenə qeyd edirəm, hər böyük layihə bizim mütəxəssislər üçün təcrübədir. Hər böyük la yi hə dən son ra biz özümüz də vəziyyəti qiymətləndirərək lazım olan iş prinsipi üzrə dəyişiklik edirik. Sa loğ lu əmə liy ya tın dan sonra, ANAMA-nın əldə etdiyi təcrübədən Partlamış hərbi bazaların təmizlənməsi standartlarının təkmilləşdirilməsində istifadə olundu. Bizim rəylərimiz beynəlxalq təcrübəyə uyğun olaraq qəbul olunub və həmin standartlarda öz əksini tapıb. 2009-cu ildə başlanmış partlamış Güzdək sursat anbarlarının təmizlənməsi layihəsi də bu il tamamlanacaq. Güzdəklə paralel olaraq Abşeron rayonunda SSRİ-dən qalan poliqon və hərbi bazaların ərazilərinin təmizlənməsi layihələri də həyata keçirilir. Azeri Defence: Son 7 ildə agentlik xarici təşkilatlar üçün təlimlər keçir. ANAMA-nın təlim imkanları və kursları barədə nələri söyləyə bilərsiniz? Qəzənfər Əhmədov: Yerli və beynəlxalq səviyyəli təlimlərin keçirilməsi ilə ANAMA-nın Göygöl Regional Təlim Bazası (GRTB) məşğul olur. 2001-ci ildən təlim mərkəzində 1731 mütəxəssis hazırlanıb, onlar üçün 166 təlim kursu keçilib. Tələbələrin 305 nəfəri əcnəbi olub. Əcnəbi tələbələr əsasən Türkiyə, Əfqanıstan, Gürcüstan və digər ölkələrdəndir. 2016-cı ildə keçirilmiş 6 təlim kursunda 89 mütəxəssis hazırlanıb. Onu da qeyd edim ki, əməliyyatlarda iştirak edən əməkdaşlarımız bir ildən bir mütləq şəkildə yenidən təlim kurslarına cəlb olunurlar. Türkiyə şirkətlərinin sifarişinə əsasən 2010-2011-ci illərdə 14 təlim kursunda 60 mütəxəssis hazırlanıb. Eləcə də Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarına da təlim kursları keçmişik.

Yuxarıda ANAMA-nın EOD qrupunun әmәkdaşları Sovet Ordusu tәrәfindәn yandırılmış Saloğlu bazasında ağ fosfor tәrkibli sursatları әrazidәn çıxararkәn; aşağıda ANAMA-nın MAİ qrupu itlәrlә mina axtarışı zamanı. Fotolar: ANAMA

NATO-nun proqramı çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin heyəti üçün tərəfimizdən təlimlər keçirilib. Gürcüstan heyəti, demək olar ki, hər ay Azərbaycana gəlir, Saloğlu və Ceyrançöl Layihələrində yaxından iştirak edərək təcr übə lə ri mi zi öyrə nir lər. Gürcüstanda həyata keçirilən mina və PHS əməliyyatlarında ANAMA mütəxəssisləri dəvət edilərək təcrübə və rəyindən is ti fa də olu nur. Ya xın müddətdə daha hansı ölkələrin təşkilatlarının mütəxəssis-

lərinin Azərbaycana gəlib, təlim alacağı bilinəcək. Azeri Defence: Qəzənfər müəllim, bəzi ərazilərdə su altından minalar və sursatlar üzə çıxır. Xəzər dənizində, göllərdə, kanallarda dərinliklərdə sursatların olması ehtimalı mövcuddur. Bu da öz növbəsində ANAMA-nın qarşısına yeni tələblər qoyur. Sualtı minatəmizləmə ilə bağlı agentliyin hansı planları var?


AZERI DEFENCE Qəzənfər ƏHMƏDOV: Almaniya, İsrail və Serbiyada sualtı minatəmizləmə ilə məşğul olan təşkilatlar var. Biz çalışırıq ki, bu sahədə o təşkilatların təcrübəsini öyrənib öz potensialımızı quraq. Təbii ki, dənizaltı əməliyyatların necə aparılması üçün strateji planlar qururuq. Ola bilsin ki, bu layihə hansısa təhlükəsizlik orqan və ya təşkilatla birgə reallaşsın. Bu gün bizdə Kanada istehsalı olan xüsusi dəstlər var ki, onlar quyuların və kəhrizlərin təmizlənməsinə imkan verir. Açığını deyim ki, bu gün bizim Xəzər dənizinin altında əməliyyat aparmaq imkanımız yoxdur. Xəzər dənizinin şərtləri elədir ki, il ərzində 10-15 gün ancaq imkan verir ki, su altında hər hansı tədqiqat aparılsın. Biz Lənkəran sahillərində tədqiqata başlamışıq. Onu da qeyd edim ki, Lənkəran istiqamətində Sovet Ordusunun hərbi bazası olub. Sovet hərbiçiləri o ərazini tərk eləyəndə külli miqdarda mina və PHSləri Xəzər dənizinə atıblar. Eləcə də anbarlar dənizin altında qalıb. Güclü küləklər olanda ləpələr dənizin dibində olan mina və PHS-ləri sahilə çıxarır. Agentliyə daxil olan məlumata əsasən bizim Çevik Əməliyyat Qrupu ərazidə zəruri olan tədbirləri görür.

ti il Suriya ilə sərhədin minalardan təmizlənməsi üçün açılacaq tenderdə iştirak edək. Azeri Defence: Məlumatlar var ki, ANAMA Küveytdə də minatəmizləmə ilə bağlı elan edilmiş bir tenderə qatılıb… Qəzənfər ƏHMƏDOV: Küveytdə neft mədənlərinin ərazisində mina və PHS təhlükəsi olan yerlər var. Orada keçiriləcək tender başqa ölkələrlə müqayisədə uzun zaman çəkir. Biz o tenderdə də iştirak edəcəyik. Azeri Defence: ANAMAnın xaricdə həyata keçirdiyi əməliyyatlarla bağlı danışaq. Qə zən fər ƏH MƏ DOV: 2010-cu ildə Türkiyənin Qazian təp vi la yə ti nin Kar ka mış kəndində keçirilən əməliyyat zamanı 705 746 kv.m ərazi təmizlənib, 1176 ədəd mina aşkar edilərək zərərsizləşdirilib. Suriya ilə sərhəddə yerləşən Karkamış kəndi ərazisində yerləşən antik şəhər qalıqlarının tarixi eramızdan əvvələ təsadüf edir. Fəxrlə onu deyə bilərəm ki, Karkamış əməliyyatı dünyada tarixi ərazidə aparılan ilk unikal minatəmizləmə əməliyyatı idi. Bu səbəbdən çox dəqiqliklə və yerində partlatma

Partlayışdan sonra Saloğlu bazasından bir görünüş. ANAMA tәrәfindәn 2005-2011-ci illәrdә NATO dәstәyi ilә keçirilәn әmәliyyat nәticәsindә әrazi tәmizlәnmişdir

olmadan, mexaniki minatəmizləmə maşınları tətbiq eləmədən ərazini təmizlədik. ANAMA-nın Türkiyədə həyata keçirdiyi ikinci layihə ROKETSAN şirkətinin Konyadakı poliqonunun təmizlənməsi oldu. Orada 71 916 kv.m ərazi təmizlənib, 407 PHS tapılaraq zərərsizləşdirilib. Türkiyədə üçüncü böyük layihəmiz Diyarbakır şəhərində oldu. Hava limanının genişləndirilməsi üçün nəzərdə tutulan 1100 000 kv.m ərazini təmizlədik və orada 16 912 ədəd PHS aşkarladıq. Dediyim kimi, bizim üçün belə böyük layihələr təcrübə qazancıdır. Bizim planımızda var ki, xarici ölkələrdə, o cümlədən Türkiyədə bu il və növbə-

Aze ri De fen ce: İra qın nümayəndə heyəti də bir müddət əvvəl Azərbaycanda səfərdə olmuşdu. Onlar İraqda minatəmizləmə və təlimlərin keçirilməsi üçün ANAMA-ya müraciət etdiklərini söyləmişdilər. Qəzənfər ƏHMƏDOV: İraq minaaxtaranları da Azərbaycanda təlim kursları almağa, təcrübə toplamağa maraqlıdır. Ötən il və bu il görüşlərimiz olub. Bəlkə də, yaxın bir gələcəkdə bununla bağlı müvafiq qərar verəcəklər. Əlbəttə, bizim üçün sərfəlidir ki, bu təlimlər Azərbaycanda, ANAMAnın bazalarında keçirilsin. Təlim almaq istəyən mütəxəssislərin avadanlıqlarla yerində ta-


MART–APREL 2017

8 -9

nış olub, öyrənmələrində daha çox fayda var. Qeyd edim ki, İraq, Əfqanıstan və başqa hansı ölkələrdə müharibələr, terror aktları mövcuddursa, mina və PHS problemi yaşanırsa, BMT vasitəsi ilə həmin ölkələrlə danışıqlar aparılır. Onlara ehtiyac duyulan təlimlər və yardımlar təklif olunur. Azeri Defence: Əfqanıstana Azərbaycanın qeyri-hərbi sahədə yardımı çərçivəsində ANAMA-nın da dəstəyi oldu. Bu proses davam edirmi? Qəzənfər ƏHMƏDOV: Məlu mat üçün qeyd edim ki, 2010-cu ildə şagirdlər üçün dari dilinə tərcümə olunmuş 10 000 ədəd, müəllimlər üçün 500 ədəd dərslik və dərs vəsaiti çap olunaraq Əfqanıstana göndərilib. Bu dəstəyi davam etdirməyi planlaşdırırıq. Amma maliyyə vəsaiti ilə bağlı proses hələlik dayandırılıb. Təbii ki, gələcəkdə bu proseslərin davam etdirilməsi nəzərdə tutulur. Azeri Defence: ANAMA vaxtı ilə xarici ölkələrdən minaaxtaran itlər alırdı. İndi isə agentlik bu itləri özü yetişdirib çoxaltmağa başlayıb. Minaaxtaran itlərin xaricə ixracına dair planlarınız varmı? Qə zən fər ƏH MƏ DOV: ANAMA-da minaaxtaran itlər bölməsi var. Hazırda bizdə 54 baş minaaxtaran it mövcuddur və onlardan 34 baş it əməliyyatlara cəlb olunur. İtlər indiyədək bizə ABŞ Dövlət Departamenti, BMT və bəzi beynəlxalq təşkilatlar tərəfindən hədiyyə olunurdu. Bu gün biz çalışırıq ki, itləri özümüz çoxaldaq. Bizim bu işləri gözəl bilən xüsusi mütəxəssislərimiz var. Onlar itlərin təlimlərini keçirlər. Onlarında öz iş prinsipləri var. Onlar təlimi, akkreditasiya və imtahan mərhələlərini keçdikdən sonra əməliyyatlara cəlb olunurlar. İtləri çoxaltmaqda məqsədimiz öz tələblərimizə uyğun istifadə etməkdir. Amma prioritetləri-

ANAMA-nın Skaner qrupu Foerster FEREX 4.032 metal detektoru ilә әrazidә tәdqiqat apararkәn. Foto: ANAMA

mizdən biri də budur ki, əgər sifariş olarsa, həmin xüsusi hazırlanmış, təlim verilmiş itləri xarici ölkələrə sata bilərik. Amma hazırkı dövr üçün bu məsələ plan olaraq qalır. Azeri Defence: ANAMAnın texnikaları, xüsusilə də me xa ni ki mi na tə miz lə mə maşınları demək olar ki, 10 ildən artıq bir müddətdir istifadədədir. Texnika parkını yeniləmək planınız varmı? Qəzənfər ƏHMƏDOV: Bizim texnika parkımızda yer alan 4-cü nəsil maşınlardır və artıq onlar çox az istehsal olunur. Əlbəttə ki, inventarımızda olan texnikaların yenilənməsi və sayının çoxaldılması planımız var. Azərbaycanın işğal altında olan torpaqları azad edildikdən sonar, ANAMA-nın texnika parkında olan maşınların yeni nəsil maşınlarla əvəz edilməsi və artırılması ön planda duracaq. Biz çalışırıq ki, hazırda istifadə etdiyimiz maşınların bu günün standartına uyğun olan ən müasir avadanlıqlarla təkmilləşdirilməsini həyata keçirək. Bu gün müxtəlif istehsalçı şirkətlərdən agentliyimizə

mütəxəssis rəyinin alınması üçün çoxlu sorğular gəlir. 20062007-i lər də İs ve çin “An re Nordströms” şirkəti ANAMA mütəxəssislərin rəyləri əsasında D-MİNE təlim simulyatorlarını istehsal edib. Bütün bunlar bizim üçün böyük qazancdır. ABŞ, Almaniya, İraq, Əfqanıstan və digər çoxlu sayda ölkələrə bu avadanlıqların satışını edən şirkət hər yerdə bu məhsulun ANAMA mütəxəssislərinin rəyi əsasında istehsal olunduğunu qeyd edir. Bundan başqa zirehli geyimlər, detektorlar və s. avadanlıqlar test olunması üçün ANAMA-ya göndərilir və biz onları sınaqdan keçirəndən sonra geri qaytararaq öz rəyimizi bildiririk. Azeri Defence: Azərbaycanda mina təhlükəsinə dair maarifləndirmə işləri necə həyata keçirilir? Qəzənfər ƏHMƏDOV: Mina təhlükəsinə dair maarifləndirmə (MTM) işi çox vacibdir. MTM mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina və müharibənin partlamamış qalıqları (MPQ) təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükə-

siz davranış qaydaları və məlumatın yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda mina və MPQ-lərlə çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur. Minatəmizləmə əməliyyatları çərçivəsində mütləq əhali ilə MTM işləri aparılmalıdır. Azərbaycanda mina təhlükəsinə dair maariflən dir mə 26 böl gə də 1200 məktəbdə dərs tədris olunur. Bunun üçün 3635 müəllim cəlb olunub. Hər il ərzində 55 min şagirdə bu məlumatlar çatdırılır. 2004-cü ildən 2016-cı ilə qədər 660 000 nəfər bu mina maarifləndirmə işində iştirak edib. 2004-cü ildən başlayan mina təhlükəsinə dair maarifləndirmə nəticəsində mülki əhali arasında mina və PHS hadisələrin azalma dinamikası müşahidə olunur, demək olar ki, sıfıra enib. Bu da göstərir ki, mina təhlükəsinə dair marifləndirmə çox önəmli məsələdir və bu sərhəd zonalarında bundan sonra da davam etdirilməlidir.


AZERI DEFENCE

YENİ NƏSİL MİNAATANLAR ?Rəşad Süleymanov Dünyanın müxtəlif regionlarında davam edən münaqişələr uzun illərdir orduların əvəzedilməz silahı olan minaatanların modernləşdirilməsini və yeni versiyalarının yaradılmasını şərtləndirir. Hazırda bu proses iki – mobil, avtomatlaşdırılmış minaatan növlərinin yaradılması, habelə klassik minaatanların təkmilləşdirilməsi istiqamətlərində aparılır. Bu proseslərə paralel olaraq yeni – daha uzaq mənzilə malik və idarə olunan döyüş sursatlarının yaradılması ilə müşahidə olunur. Mobil avtomatlaşdırılmış minaatanlar Avtomatik özünüdoldurma mexanizmlərinə malik avtomatik mobil minaatanlar istifadəçinin atışa hazırlıq vaxtını azaltmaqla yanaşı, atış-kontrol sisteminin avtomatlaşdırılması sayəsində ona verilən koordinatları qısa müddətdə hesablamaqla hədəfləri daha dəqiq atəş, az sursat sərfiyyatı ilə məhv etməyə, eyni zamanda yüksək dəqiqlikli, korrektə olu-

nan sursatlardan istifadə etməklə effektivliyə malikdir. Hazırda dünyanın aparıcı müdafiə sənayesi şirkətləri tərəfindən daha çox 120 mm çaplı mobil avtomat minaatanların yaradılmasına diqqət yönəldilməsinə baxmayaraq, təkərli və tır-tırlı platformaların şassisində 81/82 mm çaplı mobil minaatanların hazırlanması layihələrinə rast gəlmək mümkündür. “Elbit Systems” şirkətinin “Cardom”, “Burevestnik” Elmi-Tədqiqat İnstitunun 82 mm

2B24 (RM-500 maşınının şassisində), 2K32 (MT-LB şassisində), “Ostara” şirkətinin 81 mm ATV FAMOS 81 komplekslərində özünüdoldurma deyil, əllə doldurma prosesi tətbiq olunub. “Cardom” istisna olmaqla, bütün parametrləri, idarəetməsi heç bir dəyişikliyə məruz qalmayan bu kompleksləri sadə dillə “maşına yüklənmiş minaatan” adlandırmaq olar, İsveçrənin “RUAG Defence” şirkətinin 2015-ci ildə bazara təqdim etdiyi 120 mm “Cobra” yarıavtomat minaatan kompleksi şirkət mütəxəssislərinin sözlərinə görə, 9 km mənzilə malikdir və standart minalarla yanaşı, son nəsil “ağıllı sursatlar”dan atışlar həyata keçirmək imkanlarına mümkündür. Ehtiyac yarandıqda, müştərinin sifarişi ilə kompleksdəki 120 mm minaatan 81 mm minaatanla əvəzlənə bilər. Atış idarəetmə sistemi tam şə-


MART–APREL 2017

səviyyəsinə qaldıraraq boruya ötürür. Doldurma mexanizminə minaların verməsi isə əllə həyata keçirilir. Belə orijinal və eyni zamanda çətin yolla SRAMS dəqiqədə 10 atəş açmağı bacarır. Minaatanın AFCS avtomatlaşdırılmış idarəetmə sistemi maşının kabinəsində yerləşir. Təpmənin yumşaldılması üçün xüsusi olaraq hazırlanmış ağız əyləci SRAMS sistemini istənilən yüngül nəqliyyat vasitəsinə yerləşdirməyə imkan verir. Standart minalarla 6.5-6.7 km məsafədə hədəfləri vurmağı bacaran SRAMS-ın Amerika HMMWV avtomobilinin bazasında hazırlanmış prototipləri də mövcuddur. “ST Kinetics” və IGG (International Golden Group) şirkəti tərəfindən hazırlanmış SRAMS Mk.2 “Agrab” avtomatlaşdırılmış minaatanı BƏƏ Ordusu üçün RG31 Mk 6 minaya qarşı qorumalı nəqliyyat vasitəsinin şassisi üzərində yerləşdirilib. Yüksəldilmiş manevrliyə və qoruma qabiliyyətinə sahib olan avtomobilin arxa hissəsində – zirehli bölmədə qurulan minaatan modulu xüsusi avadanlığın köməyi ilə döyüş vəziyyətinə gətirilir. Bu modulun daxilində 58 minadan ibarət döyüş komplekti yerləşir. Zərurət yarandıqda mi na a tan dan əl ilə də atış apar maq mümkündür. Standart qəlpəli fuqas mərmilərlə 8,5 km məsafəyə atəş açan “Agrab”dən digər 120 mm kalibrli mərmilərlə, həmçinin gələcəkdə lazer başlıqlı, GPS idarəetməli və reaktiv minalardan döyüş atışlarını yerinə yetirmək mümkün olacaq. CARDOM-un təkmilləşdirilmiş modifikasiyası kimi 2014-cü ildə HMMWV maşının üzərində bazara təqdim olunan SPEAR minaatanı dəqiqədə 15 atəş açmaq imkanına sahibdir. İstehsalçı firmanın açıqladığı məlumata görə, xüsusi texnologiya sayəsində SPEAR-ın təpməsi azaldılıb. Döyüş vəziyyətinə bir dəqiqə ərzində gətirilə bilən SPEAR tamamilə rəqəmsal kompüter nişangah və naviqasiya sis-

Yuxarıda EXPAL EİMOS 82 mm ST Kinetics SRAMS 120 mm

kildə avtomatlaşdırılmış “Cobra”da hesablama prosesləri RUAG-ın MRSİ ballistik kompüteri vasitəsi ilə həyata keçirilir. “Cobra” minaatan modulunun çəkisi yardımçı cihazlar daxil olmaqla 1350 kq təşkil edir. 2016-cı ilin iyun ayında İsveçrə Ordusu RUAG-dan 32 “Cobra” minaatan kompleksinin satın alınması barədə fikirlərini açıqlayıb. Finlandiyanın “Patria” şirkətinin İsveçin “BAE Systems Hagglunds” şirkəti ilə birgə hazırladığı AMOS (Advanced Mortar System – Perspektivli Minaatan Sistemi) bazardakı mövcud sistemlərdən bir qüllə üzərində iki minaatanın yerləşməsi ilə fərqlənir. CV90 tırtıllı zirehli maşının şassisi üzərində Finlandiya və İsveç ordularının silahlanmasına qəbul olunmuş AMOS dörd saniyə ərzində 10 atəş açmaq imkanına sahib olsa da, minaata-

nın praktik tezatma qabiliyyəti dəqiqəyə 26 atəş ilə məhdudlaşdırılıb. AMOS-un fırlanan qülləsi 360 dərəcə üfüqi, - 5 +85 dərəcə şaquli bucaq altında 10 km-dək məsafədə hədəfləri atəş altında saxlamağa imkan verir. Məlumatlara görə, sınaqlar zamanı yeni mərmilərlə 13 km məsafəyədək atışlar gerçəkləşdirilsə də, güclü təpmə maşının aqreqatlarına mənfi təsir göstərdiyindən atış məsafəsinin məhdudlaşdırılması qərara alınıb. AMOS hərəkət halında hədəfləri dəqiq atəşlə vurmağa imkan verən xüsusi hesablayıcı proqrama malikdir. AMOS-un ixrac versiyası olan NEMO (NEw MOrtar – Yeni Minaatan) baza versiyasından yalnız silahın sayı və kompleksin həm yerüstü nəqliyyat vasitələrinə, həm də gəmilərə qurula bilmə imkanına görə fərqlənir. Üzərində bir ədəd TMS minaatanı yerləşən bu model hazırda Səudiyyə Ərəbistanı, BƏƏ və Sloveniyanın silahlanmasına daxildir. Kompleksdə yer alan 120 mm çaplı TMS minaatanı ilə birlikdə NEMO kompleksinin ağırlığı 1700 kq təşkil edir ki, bu da onun istənilən avtomobil platformasına qurulmasına imkan yaradır. Avtomatik doldurma sistemi, həmçinin atışdan öncə minalara lazımi miqdarda barıt əlavə etmə sistemi ilə təchiz olunan NEMO-nun döyüş komplektinə 60 mina daxildir. Qeyd edək ki, BƏƏ Quru Qoşunları ilə yanaşı, 2008-ci ildə BƏƏ HDQ-nin 8 kateri NEMO minaatan kompleksi ilə silahlandırılıb. Cari ilin fevral ayında Əbu Dabi şəhərində keçirilmiş IDEX-2017 sərgisində “Patria” şirkəti NEMO-nun konteyner versiyasını da nümayişə çıxarıb. Yeni kompleksin kater və nəqliyyat vasitəsi üzərində qurulması, yaxud daşınaraq hansısa ərazidə sabit şəkildə istifadə edilməsi mümkündür. “Patria” mütəxəssislərinin sözlərinə görə, 6058x2438x2591 mm ölçülü konteynerin daxilində hava təmizləyici və soyuducu sistem, habelə 100 ədəd sursat yer alır. Yivsiz minaatanın atış uzaqlığı 10000 metrdir. Minaatan qülləsi +85, -3 dərəcə hündürlükdə, 360 dərəcə bucaq altında üfüqi müstəvidə atəş açmağa imkan verir. Ehtiyaca uyğun olaraq konteynerin zireh mühafizəsi artırıla və əlavə olaraq NBC müdafiə ilə təchiz oluna bilər. Hərəkət halında minaatan konteynerin daxilinə yığılır. Minaatanın NEMO-ların maşın versiyasında olduğu kimi müasir atış kontrol və idarəetmə sisteminə sahib olduğu söylənilir. Sinqapurun “ST Kinetics” şirkəti tərəfindən 2011-ci ildə yaradılmış SRAMS minaatanı hazırda Sinqapur daxil olmaqla bir neçə ölkənin, o cümlədən BƏƏ-nin silahlanmasında yer almaqdadır. Orijinal doldurma sistemiylə təchiz edilmiş SRAMSın “qolları” minanı lülənin ağız kəsiyinin

10 -11


AZERI DEFENCE

temi ilə təchiz olunub. SPEAR 2016-cı ildə Bakıda keçirilmiş ADEX-2016 sərgisində “Plasan” şirkətinin “Sand Cat” yüngül zirehli avtomobilinin üzərində nümayiş etdirilib. İspaniyanın “Expal” şirkəti tərəfindən 2013-cü ilin sonlarında bazara təqdim olunan 81 mm çaplı EİMOS (Expal In teg ra ted Mor tar System) mi na a tan kompleksi özünün istifadəsinin rahatlığı, dəqiqliyi və mobilliyi ilə analoqlarından seçilir. “Humvee” sinifli yüngül maşınlara qurula bilən kompleksə “Expal”ın 81 mm uzaqvuran minaatanı, hidravlik qaytarıcı, atış-kontrol sistemi və hədəf koordinatlarını təmin edən “Expal”ın “Shepherd” adlı qartal dizaynlı mini pilotsuz uçuş aparatı daxildir. Minaatanın bütün hesablamaları maşının kabinəsindən “Expal”ın “Techfire” (Technological Firepower) atışkontrol sistemi vasitəsi ilə aparılır. İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, tətbiq edilən hidravlik qaytarıcı sayəsində minaatanın təpməsi 90%-dək azaldılıb. Minaatanın üfüqi və şaquli idarəetməsi iki elektrik mühərriki vasitəsi ilə həyata keçirilir. Tətbiq olunan müasir atış idarəetmə sistemi sayəsində avtomobil dayandıqdan 10 saniyə ərzində birinci atəşi aparmaq mümkündür. Hazırda bazara GPS/INS naviqasiya sistemi ilə təklif olunan EİMOS-un atış mənzili 6.9 km, hədəfi vurma dəqiqliyi iki metrdən azdır. Ehtiyaca uyğun olaraq sistem 3 dəqiqə ərzində 60 mm çaplı minaatanla əvəzlənə bilir. Bu zaman onun atış məsafəsi 4.9 km-ə enir. EİMOS-un konfiqurasiyasından asılı olaraq kütləsi 500 kq-dan azdır. İspan və İtaliya Silahlı Qüvvələri üçün “Vamtac” maşını bazasında istehsal edi-

lən EİMOS-un döyüş komplektinə 52 mina daxildir. İspaniyanın “Everis Group New Technologies Global Systems” şirkəti tərəfindən yaradılmış 120 mm-lik “Alakran” avtomatik minaatan sistemi istənilən (light mortar carrier/LMC) təkərli yüngül platformalara (“Jeep J8”, “Land Rover Defender” və “Agrale Marrua”) inteqrasiya oluna bilir. İş prinsipi alman “Wiesel” minaatanına bənzəyən “Alakran” bazara 120 və 81 mm konfiqurasiyalarda təqdim olunur. 2016-cı ilin dekabr ayında adı açıqlanmayan ölkə ilə imzalanmış müqaviləyə əsasən “Toyota Land Cruiser 70” nəqliyyat vasitəsi üzərində 100 ədəd 120 mm “Alakran” LMC kompleksi ixrac olunmalıdır. İdarəetməsi kabinə (kuzov) daxilindən və məsafədən həyata keçirilə bilən “Alakran” minaatanın atış məsafəsi 7 km təşkil edir. 60/81/82 mm daşınan minaatanlar Əsasən xüsusi əməliyyatlarda istifadə üçün nəzərdə tutulan 60 mm-lik minaatanlarda çəkisinin və ölçülərin azaldılması, atış uzaqlığının artırılması diqqət yetirilən məsələlərdən biri kimi qarşıya qoyulur. 2000-ci illərin ortalarında ortaya çıxan LRM VZ.99 ANTOS yüngül minaatanı hazırda Çexiya, Polşa və İordaniya xüsusi təyinatlılarının silahlanmasında öz yerini tutub. Ultrayüngül minaatanın lüləsinin uzunluğu 650 mm, ümumi uzunluğu 905 mm, çəkisi 5.3 kq, atış mə sa fə si 1200 metr təş kil edir. Mi na atandan atəş həm ənənəvi qaydada – minanın lüləyə salınması, həm də korpusa

STC Delta müәssisәsindә istehsal edilmiş 60 mm-lik “Mukudo” sәssiz minaatan. Foto: AD/STC Delta

RUAG Defence şirkәtinin 120 mm-lik COBRA avtomatlaşdırılmış minaatanı

bağlı tutacaqdakı qoruyucu dəstəyin işə salınması yolu ilə aparılır. VZ.99 minaatanı ilə həm şaquli, həm də üfüqi müstəvidə atəş açmaq mümkündür. Minaatanın dəstəyi üzərində mavi mayeli taraz yerləşdirilib ki, bu da nişanalmanı və silahın tənzimlənməsini asanlaşdırır. Avstriyanın “Hirtenberger Defense” şirkətinin xüsusi təyinatlılar üçün təqdim etdiyi M6C – 640 Mk1 minaatanı 6.4 kq çəkiyə və 840 mm uzunluğa malikdir. Minaatanın gövdəsinə birləşmiş və atış zamanı saxlamaq üçün dəstək mövcuddur. Minaatanın qaz təzyiqi 30Mpa, atış məsafəsi 1384-1921 metr təşkil edir və sinfində ən uzun atış rekordunu özündə saxlayır. Hazırda Böyük Britaniya Ordusunun seçim üçün nəzərdən keçirdiyi “Hirtenberger” M6(H)-640 konfiqurasiyası 550 bar maksimum qaz təzyiqi ilə məhdudlaşdırılıb. Ümumi çəkisi 18.6 kq təşkil edən M6(H)-640 minaatanın uzunluğu 722 mm, atış məsafəsi 1384-2872 metr arasında dəyişir. Son dərəcə çətin ərazilərdə istifadə üçün dizayn edilmiş “Hirtenberg”in 81 mm-lik M8 minaatanının isə çəkisi 40.2 kq, maksimum atış mənzili 6669 metr olaraq göstərilir. Minaatan A06 optik nişangahla dəstləşdirilib. 100 Mpa qaz təzyiqinə sahib M8 minaatanlarının yüngül texnikalar üzərində qurulmuş mobil nümunələri mövcuddur. 2016-cı ildə Litvanın “Ostara” şirkəti M8 minaatanını yüksək ke çi ci lik qa bi liy yə ti nə ma lik “MateQ” ATV nəqliyyat vasitələrinə inteqrasiya edərək FAMOS 81 özüyeriyən minaatan kompleksi olaraq dünya bazarına təklif edib. Gürcüstanın STC “Delta” təşkilatının GNM-60 “Mkudro” adlı 60 mm çaplı səssiz minaatanı hərbçilərə gizli qalmaqla düşmənə atəş açmaq imkanı verir. Uzunluğu 395 mm, çəkisi 3 kq, atış tempi də-


MART–APREL 2017

qiqədə 30 atəş təşkil edən “Mkudro” ilə 85° bucaq altında atəş açmaq mümkündür. Minaatanda tətbiq olunan 2 kq çəkiyə malik minanın atış məsafəsi 450 metr, atış zamanı səs səviyyəsi 69 db təşkil edir. Rusiyanın “Burevestnik” Elmi İstehsalat Müəssisəsinin təqdim etdiyi 2B25 “Qall” minaatanı sovet 82 mm-lik minaatanlarının təkmilləşdirilməsi nəticəsində meydana çıxmış səssiz minaatan hesab olunur. Maksimal atış uzaqlığı 1200 metr təşkil edən “Qall” minaatanının tezatma qabiliyyəti dəqiqədə 15 atış, çəkisi döyüş vəziyyətində, platformasız halda maksimum 13 kiloqramdır. Minaatanda standart MPM-44M nişangahı istifadə olunur. Silahda tətbiq edilmiş porşen atış prosesində barıt qazının təsiri ilə hərəkətə keçir, alovun, tüstünün və səsin yayılmasını məhdudlaşdırır. Minaatanda səssiz atışlar üçün 3VO35 qəlpə yığımlı minalardan istifadə olunur. ABŞ Ordusunun 2014-cü ildə elan etdiyi proqram çərçivəsində silahlanmadakı 81 mm-lik M252, 60 mm-lik M224 minatanlarının çəkisinin aşağı salınmasına nail olunub. Daxili hissələrin ixtisarı və yüngül məmulatlardan istifadə hesabına meydana çıxan M252A1 minaatanın çəkisi sələfi ilə müqayisədə 9.4 kq aşağı salınaraq 31.9 kiloqrama, M224 minaatanının çəkisi 16 kq-a endirilmişdir. 2017-ci ilin sonuna qədər ABŞ Ordusu M252 minaatanlarını tam şəkildə M252A1 ilə əvəz etməyi planlaşdırır. Minaatanlar modernləşmədən sonra yeni soyutma sisteminə və 4x böyütməyə malik nişangaha sahib olub. M252A1 minaatanının təkmilləşdirilməsi nəticəsində lüləsinin ağırlığı 15.6 kq-dan 13.7 kq-a, ayaqlar 12.2 kq-dan 8.2 kq-a, dayaq pilitənin çəkisi 13.2 kq-dan 10 kq-a endirilib. Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunmuş artırılmış mənzilə malik 60 və 82 mm çaplı minaatanlar 2009-cu ildən başlayaraq beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş olunur. Hazırda Azərbaycan Ordusunun silahlanmasında yer alan və seriyalı istehsalı davam edən 82 mm çaplı 20N5 minaatanı kiçik ölçüləri və minanın atəş zamanı yüksək trayektoriyaya malik olması ilə fərqlənir. Minaatanın döyüş vəziyyətində optik nişangahsız çəkisi 47.5 kq, şaquli tuşlama bucağı 45-85 dərəcədir. MSN mütəxəssislərinin sözlərinə görə, klassik 82 mm-lik minaatanlarda atış məsafəsi 2600-2700 metr olduğu halda 20N5 minaatanlarında bu məsafə 1300 metr artırılaraq 4000-4500 metrə çatdırılıb. 20N5 minaatanı Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, digər bir neçə ölkəyə ixrac olunub. 60 mm çaplı 20N6M uzaq mənzilli minaatanın isə çəkisi 18 kq, atəş tezliyi

də qi qə də 20 atış dır. Bu mə mu la tın 20N6MT adlı yüngülləşdirilmiş versiyası (9 kq) xüsusi təyinatlılar üçün nəzərdə tutulur. Uzaq məsafəli variantda atış uzaqlığı 2550 metr, yüngülləşdirilmiş variantda isə 1600 metr, atış tempi dəqiqədə 20 atışdır. İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, 60 mm-lik minaatan iki variantda istehsal olunur. İstər 60, istərsə də 82 mm-lik minaatanlar digər dövlətlərdə istehsal olunan analoqlarından həm səthinin emalı, həm də materialın keyfiyyəti kimi bəzi üstünlüklərinə görə fərqlənir. Döyüş sursatları Minaatan komplekslərinin təkmilləşdirməsi ilə eyni zamanda korrektə edilən, yüksək dəqiqlikli minaların yaradılması istiqamətində işlər davam edir. Təxminən 7.5-17 km-dək mənzilə sahib olan 120 mm-lik bu minaların hədəfə yönləndirilməsi GPS/İNS naviqasiyalı və lazer təhriketmə hesabına həyata keçirilir. “General Dynamics Ordnance and Tac ti cal Systems” (GDOTS) və “BAE Systems” şirkətlərinin birgə yaratdığı və sınaqlarına 2011-ci ildə başlanmış 81 və 120 mm RCGM (Roll Controlled Guided Mortar) idarə olunan minaları GPS və M734A1 çoxrejimli partladıcılar, habelə burun sükanları ilə təchiz olunub. İstehsalçı şirkətin informasiyalarına görə, mərmi maksimum məsafədə 5 metrdən az radiusda sapma ehtimalına malikdir. Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu” tərəfindən yaradılmış KM-8 “Qran” idarəolunan mina kompleksinə döyüş yükü ilə 120 mm-lik idarə olunan mina və portativ “Malaxit” atəş idarəetmə kompleksi daxildir. Özüyeriyən artilleriya qurğularından atış zamanı 1D22 lazer məsafəölçənindən istifadə olunur. “Qran” minaları qabaritlərinə görə, analoqlarından daha böyük olması ilə fərqlənir. Minanın uzunluğu 1200 mm, çəkisi 27 kq, döyüş hissəsi 11.2 kq, partlayıcı içliyi 5.3 kq, atış məsafəsi 1500-9000 metr

12 -13

təşkil edir. Mina 9E430 avtomatik tuşlanan lazer başlıqla təchiz olunub. İsrailin IAI (İsrael Aerospace İndustries) şirkətinin istehsalı olan “Fireball” yüksək dəqiqlikli minalar adi halda başqa minaatan mərmilərindən seçilməsə də, uçuş halında qanad və stabilləşdiriciləri açılaraq onu idarə olunan sursatlarla bir sıraya qoyur. Minanın korpusunda lazer və GPS qəbuledici quraşdırılmışdır. Döyüş elementləri isə minanın arxa hissəsinə yerləşdirilib. Çəkisi 14.7 kq, atış mənzili 12-15 km təşkil edən “Fireball” mərmisi ilə həm hamar, həm də yivli 120/121 mmlik minaatanlardan atəş açmaq mümkündür. Bu minalar əsasən İsrail Silahlı Qüvvələrində SOLTAM K6 minaatanlarının müxtəlif stansionar və mobil versiyaları tərəfindən istifadə olunur. Baza versiyada qəlpələnən–fuqas tipli olan “Fireball” sifarişci ölkələr üçün kumulyativ içliklə də təklif olunur. IAI şirkətinin mütəxəssislərinin sözlərinə görə, “Fireball” hədəfdən 0.8-1 metr sapa bilər. IAI mütəYuxarıda xüsusi tәyinatlılar üçün 60 mm-lik VZ 99 ANTOS ultrayüngül minaatan, aşağıda ABŞ Ordusunun istifadәsindә yer alan 81 mm-lik M252A1 minaatanından atış zamanı. Foto: AD/Piccatiny Arsenal


AZERI DEFENCE xəsissləri hətta bu sursatların dəqiq idarə olun ma sı nı mi sal gə ti rə rək, şə hər döyüşlərində şəhər infrastrukturuna ciddi ziyan vurmadan hədəflərin məhv edilməsində əvəzsiz rolunu da qeyd edirlər. 2011-ci ildə Amerika Ordusunun APMİ (Accelerated Precision Mortar Initiative) proqramı çərçivəsində “Orbital ATK” şirkəti tərəfindən M9933/34 minasının bazasında yaradılmış XM395 korrektə edilən minalar EPIAFS (Enhanced Portable Inductive Artillery Fuze Setter) partladıcıları, ön hissədə hədəfə yönəlməyə imkan verən sükan, GPS naviqasiya və M47 döyüş yükünə malikdir. Minaların hədəfə yönləndirilməsi PGK (Precision Guidance Kit) dəsti vasitəsi ilə həyata keçirilir. Hədəfin koordinatları isə minaya Precision Lightweight Universal Mortar Setter sistemi vasitəsilə yüklənir. XM395 minalarının atış uzaqlığı 7 km, maksimal uzaqlıqda dəqiqliyi 10 metrədəkdir. ABŞ Dəniz Piyada Qoşunlarının 120 mm PERM (Precision Extended Range Munition) artırılmış mənzilli və dəqiqlikli döyüş sursatının yaradılması və istehsalı proq ra mı üzrə ha zır lan mış mi na lar mövcud susratlardan 8.1 km artıq – yəni 17 km uzaqlığa və 80% artıq dağıdıcı gücə malikdir. Gələcəkdə bu minaların mənzilinin 20 km-ə çıxarılması planlaşdırılır. Hazırda sözügedən proqram üzrə 2 korporasiya – “General Dynamics Ordnance and Tactical Systems” və ATK, həmçinin “Israel Military Industries” və fransız TDA firması ilə əməkdaşlıq çərçivəsində “Raytheon” şirkəti çalışır. 2013-cü

IAI “Fireball”

GDOTS RCGM

ildə sınaqların birinci iki mərhələsini uğurla tamamlayan “Raytheon” şirkətinin yaydığı məlumata görə, hazırlanmış sursat 16 km uzaqlıqda hədəfi maksimal 5 metr fərqlə vura bilir. 2014-cü ilin fevralında İsrail ordusunda silahlanmaya qəəbul edilmiş, “Israel Military Industries” şirkətinin istehsalı olan GPS və lazer idarəetməli GMM120 minasının atış məsafəsi 7.2-9 km, dəqiqliyi minaatandan asılı olaraq 9 km məsafədə 0-10 metr, lazer idarəetməli modifikasiyada isə 1,5 metrdir. Hədəflərə yönləndirmə minanın korpusunda quraşdırılmış burun qanadları və GPS/IMU/FCC Pure Heart idarəetmə naviqasiya bloku vasitəsi ilə müəyyən edilir. ABŞ Ordusunun 2015-ci ildə elan etdiyi yüksək dəqiqliyə malik minaatan mərmisinin (HEGM) yaradılması proqramının məqsədi GPS/SAL ikili təyin etmə sistemi ilə atışın dəqiqliyini artırmaq, sapmanı 1 metrə endirmək, yerini dəyişən (hərəkətli) hədəfləri GPS siqnalının zəif olduğu yerlərdə vurmaqdır. Seriyalı istehsalına 2021-ci ildə başlanılması gözlənilən HEGM minalarından ilk mərhələdə ABŞ Ordusu 14000 ədəd almağı planlaşdırır. ABŞ Ordusunun logistik təchizatı ilə məşğul olan “Piccatini Arsenal” şirkətinin start verdiyi 120 mm-lik konteyner minaatan mərmilərinin yaradılması proqramı minaatanların müasir döyüş əməliyyatlarında artan rolunu göstərir. Layihə düşmənin dərinliyində qalmış qüvvələrə sursatların minaatandan atılan konteyner mərmi ilə göndərilməsini özündə əks etdirir. Bu da qüvvələrin logistik təchizatını sorğu alınandan sonra cəmi bir neçə dəqiqəyə qarşılamağa imkan verəcək. ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Indirect Fire Munition (IDFM) Non-Lethal Cargo Carrier Mortar adlanan yeni mina xüsusi yük konteynerin-

dən ibarətdir. Mərmi atıldıqdan sonra stabilizator, naviqasiya və kiçik paraplan işə düşərək müvafiq əraziyə sursatın çatdırılmasını həyata keçirir. Minanın hədəfdən sapması maksimum 10 metrdir. Belə ki, mina atışdan sonra öz trayektoriyasının ən yüksək nöqtəsində konteyner paraplanı əvvəlcədən verilmiş hədəfə buraxır. Hədəfə yaxınlaşma GPS naviqasiyası vasitəsi ilə həyata keçirilir. Ümumilikdə bu sistem 8 km-dək məsafədə yükü hədəfə atmağa imkan verəcək. İsveçin “Saab Bofors Dynamics” şirkətinin seriyalı istehsalına 2007-ci ildə start vermiş olduğu MAPAM (Mortar Anti Personnel Anti Material) minaları sinfində ən effektiv məhvetmə qabiliyyətinə malik sursatlardan hesab olunur. Minanın gövdəsi daxilində 2500 ədəd polad kürəcik, partlayış zamanı onların eyni sürətlə ətrafa dağılmasını təmin edən polimer əlaqələndirici yerləşdirilib. Partlayış zamanı minanın xarici gövdəsi əlavə olaraq 1000 qəlpə yayır. Uzunluğu 304 mm, partladıcısız halda çəkisi 1545 qram təşkil edən 60 mm MAPAM minası 254 qram “Composite B” və ya PBXN-110 az həssas partlayıcı maddə ilə təchiz olunub. Minanın məhvetmə radiusu 20 metr, təhlükəli radiusu 100 metr, atış məsafəsi 100-3500 metr təşkil edir. “Saab” tərəfindən hazırlanmış artırılmış mənzilə sahib MAPAM 60 minası qabaritlərinə görə, sadə versiyadan bir qədər fərqlənir. Uzunluğu 328.5 mm, çəkisi partlayıcısız 1566 qram təşkil edən bu minaların atış məsafəsi 4500 metr olaraq göstərilir. Mina 254 qram ağırlığında PBXN-110, Comp B, FPX R1 M, FPX V40 partlayıcı atımlarla dəstləşdirilir. Son 7 ildə İsveçlə yanaşı, Malayziya, Danimarka, Belçika və İspaniya MAPAM 60 minalarının satın alınmasını həyata keçirib. MAPAM minalarının 81 mm-lik nümunələri isə 5500 metr atış məsafəsinə malikdir.



AZERI DEFENCE

PREZİDENT HƏRBÇİLƏRLƏ GÖRÜŞDÜ

Mart ayının 31-də Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşüb. Görüşdə çıxış edən dövlət başçısı qeyd edib ki, 2016-cı ilin aprel ayının 2-də cəbhədə ermənilərin təxribatına cavab olaraq, Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilib. Hazırda Azərbaycan tərəfi on minlərlə hektar torpaq sahəsinə nəzarət edir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, döv lətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər,

mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüşləri, – mən bunu əvvəllər də qeyd etmişdim, – hərbi dərsliklərə salınmalıdır”. Prezident qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi, Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr Azərbaycanın daxili işidir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz. “Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etmişdir. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da

deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir. Aprel döyüşləri, demək olar ki, onların ideoloji əsaslarını dağıtdı”, – deyə Prezident İlham Əliyev bəyan edib. Prezident qeyd edib ki, Azərbaycan Ordusunun əlində olan müasir silahlar düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırdır: “Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, – mən onu bir daha qeyd etmək istəyirəm, – dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik… Bizim uzaqmənzilli raketlərimiz, pilotsuz döyüş aparatlarımız var. Biz onlardan, demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”. Prezident onu da vurğulayıb ki, aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilib. Onların bir hissəsi Azərbaycana gətirilib. Daha sonra Müdafiə naziri, generalpolkovnik Zakir Həsənov çıxış edərək bildirib ki, Silahlı Qüvvələr Ali Baş Komandanın əmr və göstərişlərini hər an yerinə yetirməyə hazırdır və qadirdir.


MART–APREL 2017

16 -17

ASELSAN AVTOMATLAŞDIRILMIŞ MİNAATAN KOMPLEKSİ Müxtəlif dəniz, yerüstü və hava hücumundan müdafiə silah sistemlərinin yaradılması və inteqrasiyası sahəsində ix ti saslaşmış Türkiyənin ASELSAN şirkəti bu siyahıya yeni 120 mmlik avtomatlaşdırılmış minaatan modulunu da daxil edib. Şirkətin mütəxəssisləri tərəfindən hazırlanan minaatan kompleksi avtomatik lülə yönləndirən sistemə, sursatı av tomatik doldurma mexanizminə, geri təpmə mexanizminə və atış nəzarət sisteminə malikdir. Minaatan kompleksi müxtəlif təkərli və tırtıllı nəqliyyat platformalarına, habelə sabit obyektlərə inteqrasiya edilə biləcək şəkildə dizayn edilib. Şirkətin məlumatında qeyd olunur ki, avtomatlaşdırılmış minaatan komplekslərinə tələblərin artdığı hazırkı dövrdə ASELSANın 120 mm-lik minaatanlarının da şirkətin istehsalı olan digər silah sistemləri kimi daxili və xarici bazarda önəmli yer tutacağı gözlənilir. Modulyar arxitekturası kompleksə eyni zamanda yivli

və yivsiz hər cür minaatanın inteqrə edilməsinə imkan verəcək. Yeni kompleksin üstünlüklərini dəyərləndirən ASELSAN mütəxəssislərinin fikrincə, 120 mm-lik minaatan sistemi istifadəçiyə strateji, taktiki və əməliyyatlarda elastiklik təmin edir. ASELSAN mühəndisləri tərəfindən özəl olaraq yaradılmış Geri Təpmə Mexanizmi sayəsində atış zamanı platformaya düşən təzyiq minimuma endirilir. Bu isə öz növbəsində kompleksin inteqrasiya edilə biləcəyi maşınların çeşidini artırır. Kompleks üçün yenə özəl olaraq hazırlanmış Avtomatik Sursat Yükləmə Sistemi isə həssas, sürətli və təhlükəsiz şəkildə sursat yükləmə qabiliyyətinə malikdir. Maşın hərəkətdə olduğu zaman kompleksdə yer alan İnersial Naviqasiya Sisteminin təmin etdiyi yer və istiqamət informasiyaları Sürücü və Atıcının kompüterində görün tülənərək, sürücünün planlanan

hərəkət marşrutunu izləməsinə dəstək olur. İnersial Naviqasiya Sisteminin təmin etdiyi dəqiq yer və istiqamət məlumatları sayəsində sistem çox qısa vaxt ərzində mövqe seçərək atışa hazır vəziyyətə gətirilir. Müasir atış nəzarət sistemi, avtomatlaşdırılmış lülə istiqamətləndirmə, sursat doldurma və ilk sürəti idarəetmə xü susiyyətləri atış tapşırıqlarını ən qısa müddətdə icra etməyə, az sayda sursatla hədəfi vurmağa və atışdan sonra sürətli şəkildə mövqeyi dəyişməyə imkan yaradır. Bundan başqa, istifadəçi idarə olunan menyu, rəngli qra-

fikli interfeyslə rəqəmsal xəritə üzərində döyüş sahəsindəki digər bölmələrə aid informasiyaları da görüntüləyə bilir.

ASELSAN Mİ-17 HELİKOPTERLƏRİNİ “KATMERCİLƏR”DƏN ZİREHLİ AMBULANS MODERNİZƏ EDƏCƏK ASELSAN şirkəti Mi-17 helikopterləri üçün yeni modernləşmə layihəsi hazırlayıb. Şirkətin yaydığı məlumata görə, bu layihə üzrə bir ədəd Mi-17 helikopteri ASELSAN tərəfindən xüsusi olaraq hazırlanmış sistemlərin tətbiqi ilə modernizə edilərək istifadəçiyə təhvil verilib. Müştərinin ehtiyaclarına uyğun olaraq gerçəkləşdirilən modernləşmə çərçivəsində ASELSAN tərəfindən yaradılmış Çox Funksiyalı Displeylər, Klaviatura Paneli, İnersial Naviqasiya Sistemi, Uçuş İdarəetmə Kompüteri, rəqəmsal xəritə, daxili rabitə sistemi, V/UHF və HF radiostansiyalar inteqrasiya edilməklə helikopterin imkanları önəmli şəkildə yüksəldilib. Nümayiş məqsədi ilə gerçəkləşdirilən modernləşmədən sonra müvafiq ölkənin inventarındakı digər “Mi” seriyalı helikopterlərinin də modernləşdirilməsinə baxılacaq. Qeyd edək ki, ASELSAN bu günədək Türkiyə Silahlı Qüvvələrinin inventarındakı təxminən 500 ədəd hava platformasının modernləşdirilməsində iştirak edib.

Türkiyənin “Katmerciler” şirkəti zirehli ambulans maşınının təqdimatını keçirib. Silahlı Qüvvələr və hüquq-mühafizə orqanlarının tələbatını ödəmək məqsədi ilə istehsal edilən zirehli ambulans 4×4 təkər formuluna malikdir. “Ford F550” şassisi üzərində yaradılan zirehli ambulansın daxilinin genişliyi xəstələr üzərində ayaq üstə əməliyyat aparmaq imkanı verir.

Zirehli ambulans maşını sürücü, 2 tibb heyəti və 5 xəstə daxil olmaqla 8 nəfəri daşımaq qabiliyyətinə sahibdir. 300 at gücünə malik mühərriklə təchiz edilmiş maşın hər cür yolsuzluq və hava şəraitində istifadəyə uyğun hazırlanıb. Zirehli ambulansın istənilən konfiqurasiya və fərqli ballistik qoruma səviyyələrinə uyğun dizayn edilməsi mümkündür.


AZERI DEFENCE

GİDS AZƏRBAYCANLA YENİ LAYİHƏLƏRƏ HAZIRLAŞIR Pakistan müdafiə sənayesinin aparıcı şirkətlərindən olan GİDS Azərbaycan da daxil olmaqla keçmiş sovet respublikaları ilə əlaqələri genişləndirmək istiqamətində fəaliyyətlər göstərir. Artıq Azərbaycanın bir neçə hərbi strukturundan sifarişlər alan şirkət müdafiə sənayesi sektorunda da işbirliyi imkanlarını nəzərdən keçirməkdədir.

GİDS şirkətinin İdarə Heyətinin sədri, ehtiyatda olan general-mayor Tariq Cavaid AZERİ DEFENCE jurnalına müsahibəsində şirkətin Azərbaycanla bağlı planları və perspektiv layihələrindən danışıb. T.Cavaid qeyd edib ki, şirkət Azərbaycanın Hərbi Dəniz Qüvvələri, ordu və Daxili Qoşunlarına bəzi təkliflərini verib: “Daxili Qoşunlara gəlincə, biz artıq onları gözyaşardıcı qaz və dəbilqələrlə təchiz edirik. Hərbi dəniz və digər layihələrlə əlaqədar bizim müqavilələrimiz var. Onlar imzalanıb və hökumət tərəfindən təs di qi ni gözlə yir. Dü şünürəm ki, bununla biz yeni layihələrin icrasına başlayacaq və irəli gedəcəyik”. T.Cavaid Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə bir-

gə istehsal layihələrini müzakirə etdiklərini qeyd edib. Bu sırada müxtəlif qumbaraatanların, reaktiv mərmilərin istehsalı ilə bağlı texnologiya transferi sahəsində müəyyən razılaşmaların olduğunu qeyd edib. Şirkət rəhbəri Azərbaycan HDQ-nə dənizlə bağlı bir neçə sistemi, Raket-Artilleriya Qoşunlarına isə “PakFire” atış nəzarət sistemini sınaqlardan keçirilməsi üçün göndərdiklərini qeyd edib: “Bizim Azərbaycanla uzun sürən və strateji tərəfdaşlığımız mövcuddur. Azərbaycan regionda olan ən yaxşı dostumuz və etibar etdiyimiz ölkədir. Bizim nəyimiz varsa Azərbaycanı təchiz edə, inkişaf etdirmək istədiyiniz hər sahədə biz birlikdə işləyə bilərik. İnşallah, tezliklə, bu baş verər”. GİDS-in yerli şirkət qurmaq və ya tərəfdaş şirkət tapmaqla Azərbaycan və Mərkəzi Asiya regionunda öz fəaliyyətini geniş lən dir mə yi düşün düyünü qeyd edən T.Cavaid yaxın perspektivdə buna baxılacağını qeyd edib: “Bu gün biz Yaxın Şərqdə və Mərkəzi Asiya regionunda öz iştirakımızı təmin etməyi planlaşdırırıq. Sözsüz, biz Azərbaycanda ofis açmaq istəyirik”. Şirkət rəhbərinin sözlərinə görə, GİDS-in yeni məhsullarından olan “PakFire” artille-

riya-atış nəzarət sistemi nəqliyyat vasitələri daxilində yerləşdirilə və ya komandir tərəfindən sığınacaq daxilində stasionar istifadə oluna bilər. “PakFire” komandir və batareya top komandirlərinin istifadə etdiyi vahidlərdən ibarətdir. Avtomatlaşdırılmış funksiyaya malik sistem hədəfi dəqiq və sürətli şəkildə müəyyənləşdirib onun koordinatlarını artilleriya vasitələrinə (top və minaatanlara) ötürür. Bütün koordinat informasiyaları və ballistik hesablamalar sistemin əsasında yer alan notebook və əl kompüter terminallarında vektorial və 3D xəritə üzərində göstərilir. Batareya, divizion və alay səviyyəsində tətbiq oluna bilən sistem bütün növ vəziyyətlərdə döyüşün idarə olunması və ssenarinin tərtib edilməsini reallaşdırmaq, bütün növ vasitələrlə (aviasiya informasiyaları, yerüstü kəşfiyyat, PUA) eyni zamanda fəaliyyət göstərmək imkanına malikdir. Hədəfin koordinatlarının müəy yən ləş di ril mə si za ma nı yüksək dəqiqlikli nəticələri verən “PakFire” vasitəsi ilə atəş qurğularına əmr 2 dəqiqə ərzində daxil olur. Aviasiya bombalarının idarə edilməsi üçün GİDS tərəfindən yaradılmış REK (Range Extension Kit) yönləndirmə dəsti

REK yönlәndirmә dәsti

barədə məlumat verən şirkət rəhbəri qeyd edib ki, REK Mk.80, Mk.81 və Mk.82 ümumi məqsədli aviasiya bombalarına inteqrasiya olunur. Yönləndirmə dəsti İNS və GPS naviqasiyasına malikdir və 9 min metrdən buraxıldıqda bombaları 50-60 km məsafəyə götürə bilir. Dəstin sürəti 0.5-0.6 max, dəqiqliyi GPS ilə 20 metrə yaxındır. Şirkətimiz tərəfindən həm keçmiş sovet/rus, həm də NATO standartlı aviasiya bombaları üçün müxtəlif funksiyalı partladıcılar istehsal edilir. Azərbaycan tərəfi də bununla yaxından maraqlanır. GİDS olaraq bizim optik və elektrooptik cihazlarımızın da bir çoxunun Azərbaycan Ordusunun tələblərinə cavab verə biləcəyini düşünürük. “Nigehbaan” adlı gecə və gündüz müşahidə sistemimiz ön xətlərdə, o cümlədən sərhəd monitorinqində istifadə olunur. Bu cihazlar uzaq məsafədən idarə edilmə xüsusiyyətinə malikdir. NOD adlı gecə görmə və müşahidə cihazımız sərhəd patrul, perimetr mühafizəsi üçün nəzərdə tutulmuş uzun mənzilli multisensor sistemidir. Dayaq üzərində tətbiq edilən NOD özündə rəqəmsal displey, maqnit kompas və GPS-i birləşdirir. İki lüləli zenit qurğuları üçün avtomatik atış-nəzarət sistemimiz isə atəşin dəqiqliyini və etibarlılığını artırmağa xidmət edir. Müasir texnologiyaları özündə birləşdirən kompüter dəstəkli bu sistem yüksək sürətlə uçan hədəfləri günün istə ni lən saatlarında və hava şərtlərində izləməyə, məsafəni müəyyənləşdirməyə və dəqiq atəşlə məhv etməyə imkan verir.

GIDS şirkәtinin “PakFire” artilleriya atış-nәzarәt sisteminin elementlәri. Foto: AD


MART–APREL 2017

18 -19

AZƏRBAYCAN “DƏNİZ KUBOKU–2017” YARIŞINA EV SAHİBLİYİ EDƏCƏK Mart ayının 17-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku–2017” beynəlxalq yarışının planlaşdırılması üzrə konfrans keçirilib. Azərbaycan, Rusiya, Qazaxıstan və İranın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku–2017” beynəlxalq yarışının Azərbaycanda keçirilməsinin əlamətdar hadisə olduğu vurğulanıb, hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Bildirilib ki, “Dəniz Kuboku–2017” artilleriya atışı, gəminin davamlılığı uğrunda mübarizə, dəniz və xilasetmə hazırlığı üzrə yarışlardan ibarət olmaqla üç mərhələdə keçiriləcəkdir. “Dəniz Kuboku–2017”də iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək “ArMİ-2017” hərbi oyunları çərçivəsində 28 beynəlxalq müsabiqə, o cümlədən 5 yeni yarış keçiriləcək. Müsabiqələr 5 ölkə ərazisində – Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çində baş tutacaq. Azərbaycan “ArMİ” hərbi oyunları çərçivəsində ilk dəfə olaraq Xəzərdəki milli ərazi sularında “Dəniz kuboku– 2017” yarışlarına ev sahibliyi edəcək. Açılış mərasimi Azərbaycan HDQ-nin

Puta qəsəbəsində yerləşən bazasında reallaşacaq. Yarışların keçirilməsi dənizçilər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, dostluq münasibətlərinin genişlənməsi, döyüş hazırlığı və hərbi dənizçilik sahəsində təcrübənin artması məqsədi daşıyır. Azərbaycan tərəfindən “Dəniz kuboku–2017” yarışlarının keçirilməsi üzrə işçi qrupun rəhbəri Azərbaycanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovdur. Konfransın sonunda Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndə he-

yətlərinin rəhbərlərinin iştirakı ilə cari ilin avqustunda ölkəmizin ərazi sularında keçirilməsi planlaşdırılan “Dəniz kuboku–2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün yekununa dair birgə protokol imzalanıb. Sənəddə yarışlarda iştirak edəcək ölkələrin suüstü gəmilərinin heyətləri arasında dəniz vərdişləri üzrə müsabiqənin keyfiyyətli təşkili və keçirilməsi məsələləri əks olunub. Protokolda müsabiqənin təşkil olunacağı yerə baxışın keçirilməsi, madditədris bazasının hazırlanması, işti rakçıların, o cümlədən müxtəlif nümayəndələrin qarşılanması, yerləşdirilməsi, təminatı və yola salınması, həmçinin bir sıra digər məsələlər nəzərdə tutulur.

AZƏRBAYCAN “DRONE KILLER”in İLK İSTİFADƏÇİSİ OLDU Türkiyənin “Harp Arge” şirkəti Azərbaycana kiçik ölçülü dronlarla mübarizə aparmaq üçün “Drone Savar” (“Drone Killer”) adlı silah sisteminin satışını həyata keçirib. “Harp Arge” şirkətinin yaydığı məlumata görə, “Drone Savar” elektromaqnit silah sistemi multikopter tipli pilotsuz uçuş aparatları ilə mübarizə məqsədi ilə hazırlanıb. Normal tüfəng dizaynına malik silah elektromaqnit şüalanma yaradan antendən və silahın üstünə qurulmuş nişangahdan ibarətdir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən test edilmiş və bütün sınaqlardan uğurla keçən antidron silah Azərbaycanda istifadəyə qəbul edilib. Şirkətin məlumatında qeyd olunur ki, “Drone Savar” silahı 2.4-5.8 GHz tezliklərdə və GPS tezliklərində eyni anda yüksək gücdə radioelektron maneələri tətbiq etməyə imkan verir. Gücləndirilmiş qarışdırma siqnalları istiqamətlənmiş antenlər vasitəsi ilə hədəfə yönləndirilir və bunun sayəsində 2 km məsafədə multikopter tipli PUA-ları bloklaya bilir. Silah dəstinə həmçinin 16x55 nişangah, aktiv soyutma sistemi daxildir.


AZERI DEFENCE

MWARI BU GÜNÜN VƏ GƏLƏCƏYİN TƏYYARƏSİDİR Ayvor İÇİKOVİTZ: Azərbayan Silahlı Qüvvələri üçün az xərc tələb edən, müasir həlləri təklif edirik

Baş ofisi Cənubi Afrika Respublikasında yerləşən “Paramount Group” şirkəti son 7 ildə keçmiş sovet respublikalarında bir sıra layihələrə imza ataraq öz adını duyurmuşdur. Postsovet coğrafiyasında ilk birgə istehsal fəaliyyətini Azərbaycanla gerçəkləşdirən “Paramount Group” bu gün Qazaxıstan və Ukrayna ilə də sıx münasibətlərə, Qazaxıstanda birgə müəssisəyə sahibdir. “Paramount Group”un fəaliyyəti tək zirehli maşınların istehsalı ilə məhdudlaşmır. Eyni zamanda döyüş və nəqliyyat helikopterlərinin modernləşdirilməsini əhatə edir. Şirkətin icraçı sədri Ayvor İçikovitz ilə müsahibəmizdə “Paramount Group”un hərbi sənayenin fərqli sahələrinə baxışı, Azərbaycan və regiona yönəlmiş planlarını öyrənməyə çalışdıq.

Azeri Defence: Cənab İçikovitz, hər il biz “Paramount Group”un qlobal səviyyədə fəaliyyətlərinin genişlənməsini müşahidə edirik. Xüsusilə 2010-cu ildən bu yana fəaliyyətinizdə genişlənmə və dinamizm müşahidə olunur. Söhbətimizə də buradan sizin fikirlərinizlə başlamaq istərdik. A.İçikovitz: Qeyd etdiyiniz kimi, son beş ilin “Paramount Group” üçün önəmli və inkişafla müşahidə olunan bir dövr olduğunu deyə bilərəm. Çünki bu dövr ərzində biz müdafiə sənayesinin müxtəlif sektorlarında və dünyada ciddi şəkildə inkişaf etdik. Beləliklə, biz ancaq məhsula fokuslanmış şirkət deyil, həmçinin müştəriyə yönəlmiş bir şirkətə də çevrildik. Müştərilərin xüsusi tələblərini qarşıladığımız zaman biz, həmçinin bizi bir neçə sahələrdə dünya lideri edən yeni texnologiyaları inkişaf etdirdik.


MART–APREL 2017

“Paramount Group” olaraq fəaliyyətimiz bu gün zirehli maşınlar, dəniz və aviasiya sektorunu əhatə edir. Bu sahələrdə kifayət qədər təcrübəmiz mövcuddur və dünyanın aparıcı şirkətləri ilə də əməkdaşlıq edirik. Dəniz Qüvvələrindən başlayaq. Biz ötən dövrdə müxtəlif gəmiqayırma zavodları almışıq. Dəniz seqmentində 8 metrdən başlayaraq 90 metrədək uzunluğa malik müxtəlif təyinatlı gəmi və katerləri istehsal edə bilirik. Biz bu sahədə dünyada ən sürətli gəmiləri istehsal edə biləcək texnologiyalara sahibik. Quru Qoşunları sahəsində “Paramount Group” olaraq zəngin təcrübəyə malikik. Bizim istehsal etdiyimiz maşınlar Azərbaycan da daxil olmaqla dünyanın çox ölkəsinin ordularında istifadə olunur. Bu gün müxtəlif şirkətlərin zirehli maşınlar istehsal etdiklərini görürük. Lakin mü-

təxəssis gözü ilə baxdığımızda onlar “Paramount Group”un 20 il bundan əvvəl istifadə etdiyi texnologiyadan istifadə edirlər. Biz ənənəvi V dizaynı ilə deyil, düz döşəməli minaya qarşı qorumalı maşınların yaradılması və istehsalında pioner sayılırıq. Bu sahədə çox ciddi şəkildə testlər həyata keçirirdik və yeni nəsil texnologiyaları qazandıq. “Marauder” və “Matador” kimi ən yüksək səviyyədə minaya qarşı qorumanı təmin edən nəqliyyat vasitələrimizlə yanaşı, 8x8 təkər formuluna malik “Mbombe 8” maşınını istehsal etməyə başladıq ki, bu da dünyada ən müasir zirehli maşınlardan biridir.

20 -21


AZERI DEFENCE Aviasiya seqmentində AHRLAC (Advanced High Performance Reconnaissance Light Aircraft) proqramını başladıq və bu proqram çərçivəsində yaradılmış “Mwari” adlı yüngül çoxməqsədli təyyarəni istehsal etməyi planlaşdırırıq. Azeri Defence: Postsovet coğrafiyasından danışarkən, son 2 ildə sizin Qazaxıstandakı fəaliyyətiniz daha çox diqqəti cəlb edir. A.İçikovitz: Bu, bizim yeganə uğurlu layihəmiz deyildir. Bir neçəsi də var. Lakin bir çox müştərilərimiz bizim bu barədə danışmağımızı istəmirlər. Bu kontekstdə, Qazaxıstan bizim iştirak etdiyimiz digər layihələrlə müqayisədə ən çox görünəndir. Biz Qazaxıstandakı işlərimizdən qürur duyuruq, çünki bu, bizim nəyə qadir olduğumuzu göstərdi. Biz, həmçinin bir neçə il ərzində Sinqapur hökuməti ilə iri layihə üzərində çalışdıq. Yaxın Şərq və Cənubi Amerika da bizim üçün böyüyən bazara çevrilir. Bütün bu ərazilərdə istehsalat gücləri quraşdırmaq planlarımız var. Azeri Defence: Qazaxıstan 2016-cı ildə yerli müəssisədə istehsal edilmiş “Mbombe 8” zirehli döyüş maşınını nümayiş etdirdi. Bu maşının testləri yekunlaşdımı? “Mbombe” üçün xa ricdən sifarişləriniz varmı? A.İçikovitz: “Mbombe 8” Qazaxıstanda ciddi testlərdən keçirildi. Testlər yayın istisində və qışın soyuğunda, sərt ərazilərdə baş tutdu. İndi isə testlərin son mərhələsindəyik. Bunu bir neçə həftə ərzində tamamlayacağıq və maşın tam hazır vəziyyətdə olacaq. “Mbombe” Paramont Groupun ən uğurlu məhsullarındandır və bu gün dünyada piyada qoşunları üçün ən yaxşı maşınlardan biri sayılır. Maşın Yaxın Şərqdə,

Qazaxıstanda yayda +50 dərəcə istidə və qışda -50 dərəcə şaxtada sınaqdan keçib. Maşına Sovet və Qərb texnologiyalarının məhsullarını inteqrasiya etmək mümkündür. Sifarişlərə gəlincə, buna cavab vermək çətindir. Haqqında danışa bildiyimiz ölkələri siz özünüz də bilirsiz. Azeri Defence: Aviasiya sahəsində 5-6 il əvvəl “Paramount Group” məşhur ATE və “Aerosud” şirkətlərini aldı. Bu gün isə biz “Paramount Group”un helikopter və təyyarələrin modernizasiyası fəaliyyəti ilə yanaşı, öz məhsulu olan “Mwari” çox funksiyalı təyyarəsini görürük. Bu təyyarənin üstünlükləri, taktiki-texniki xüsusiyyətləri barədə məlumat verə bilərsinizmi?

A.İçikovitz: Bu təyyarə dünyada mövcud olan bənzər platformalar arasında, həqiqətən də, çox valehedici platform olaraq dəyərləndirilir. Başqa sözlə ifadə etsək, “Mwari” “ağıllı platform”dur. Yəni, bu, o deməkdir ki, təyyarə uzunmüddətli uçuşlar, fərqli missiyalarda tətbiq və ucuz texniki qulluq üçün hazırlanıb. “Mwari” sərhəd qoşunları, dəniz patrulu. Fövqəladə hallarda axtarış, hava kəşfiyyatı, qoşunlara havadan atəş dəstəyi üçün çox münasibdir. Biz bu təyyarəni Azərbaycan, Qazaxıstan, Yaxın Şərq, Afrika kimi ölkələr üçün hazırladıq. Bir çox ölkələr bu məhsula maraq göstərirlər. Hesab edirəm ki, “Mwari” öz imkanlarına görə sinfinin ən müasir və ən çox tələb görən təyyarəsi olacaq. Bu gün “smart təyyarə” adlandırdığımız “Mwari”nin üzərindəki sensorlar 30000 fut (9144 metr) yüksəklikdən yüksək dəqiqliklə kəşfiyyat və axtarış aparmağa imkan verir. Özündə helikopter və kəşfiyyat təyyarəsinin texnologiyalarını birləşdirən “Mwari” böyük və bahalı təyyarələrlə eyni nəzarət, kəşfiyyat, hədəfləmə, müdafiə və hücum imkanlarına sahibdir. Müasir çoxfunksiyalı displey, elektrooptik sistemlər və digər sensorlarla təchiz olunmuş təyyarənin açıq arxitekturası istənilən elektrooptik və radioelektron kompleksin inteqrasiya edilməsinə imkan verir. “Mwari”nin imkanlarını aşağıdakı kimi qruplaşdırmaq olar: • Elektrooptik sensorlar və elektron kəşfiyyat məlumatı yığan avadanlıqların quraşdırılması;


MART–APREL 2017

• Real vaxt rejimində məlumatların ötürülməsi, kəşfiyyat məlumatının kabinədə analizi və bu məlumatlardan ən vacibinin çıxarılması; • Seçilmiş məlumatların onlayn rejimdə komanda-nəzarət mərkəzləri və havada olan digər platformalar ilə koordinasiyası; • Kəşfiyyat məlumatı toplayan qurğuların sürətli inteqrasiyası üçün yerlərin nəzərdə tutulması; • Yüksək dəqiqliklə atəş açma qabiliyyəti. Sursat itkisinin minimuma endirilməsi; • Qanad altında elektron nişanlama qurğusu, özünü qoruma və döyüş yükü üçün 6 asma. • Qeyri-adi və hazırlıqsız enməqalxma zolaqlarından istifadə. Gecə və gündüz əməliyyatlar; • Gecə müşahidəsi; • Uzadılmış əməliyyat sahəsi və uzun müddətdə hava qalma qabiliyyəti, daha az əməliyyat xərcləri. Təyyarənin qısa məsafədən (600 metr) havaya qalxa və enə bilməsi də bu imkanları genişləndirir. Füzelyajın arxa hissəsində – ekipajın kabinəsinin arxasında 950 at gücündə “Pratt and Whitney Canada” şirkətinin istehsalı olan PT6A66B turbovintli mühərrik yerləşdirilib. Hər iki ekipaj çoxfunksiyalı displey və digər avadanlıqlarla, avtomatik uçuş nəzarət sistemi ilə təchiz olunub. Təyyarə “Martin Baker” şirkətinin Mk 16 və Mk 17 katapult oturacaqları ilə komplektləşdirilir. Havada 8 saat qala bilən “Mwari”nin çəkisi 4400 kq, sürəti saatda 70 mil, kreyser sürəti 272 mil, maksimal uçuş məsafəsi əlavə yanacaq çənlərinin qoşulması hesabına 2000 dəniz milidir.

Azeri Defence: “Mwari”nin silahlanmasına hansı silahlar daxil edilə bilər? A.İçikovitz: Təyyarənin silahlanmasına 20 mm-lik top, 70 mm-lik idarə olunan raket, Mk81 “ağıllı” bombaları, habelə tank əleyhinə idarə olunan raketlər daxil olmaqla ümumilikdə 800 kiloqramadək silah yükləmək mümkündür. Bura verilən tapşırığa uyğun olaraq müxtəlif idarə olunan və idarə olunmayan silahlar daxil etmək olar. Silahlanma istifadəçinin istəyinə bağlıdır. “Mwari” axtarış, kəşfiyyat, ofşor, patrul və piyada qoşunlara hava dəstəyi üçün konfiqurasiya oluna bilir. Təyyarə axtarışkəşfiyyat funksiyalarında 30000 fut yüksəklikdən dəqiq kəşfiyyat aparmağa imkan verən elektrooptik komplekslə təchiz edilir. Azeri Defence: “Mwari”ni helikopter və təyyarənin hibridi adlandıra bilərikmi? A.İçikovitz: Bəli, çünki “Mwari” hücum helikopteri kimi silahlar daşıya və yüngül təyyarənin funksiyalarını yerinə yetirə bilər. Amma bu, heç də balaca təyyarə deyil. Lakin “Hawk” hücum təyyarəsi ilə də eyni kateqoriyada deyil. Füzelyaj helikopterdə olduğu kimidir. Sürücü pilot öndə, atıcı isə arxa hissədə əyləşir. Füzelyajın burun hissəsinin aşağısında müqavimət sipəri və elektrooptik kompleks yerləşir. Pilot kabinəsi zərbə helikopterlərində olduğu kimidir. Təyyarəni idarə edən pilot öndə, atışları həyata keçirən pilot isə arxada əyləşir.

22 -23

Azeri Defence: Təyyarənin sınaqlarının nə zamana yekunlaşdırılması və seriyalı istehsalına başlanılması nəzərdə tutulur? A.İçikovitz: İlk prototipin sınaqlarına 2014-cü ildə başlanıb. “Mwari”artıq seriyalı istehsala hazırdır və bir sıra ölkələrdən maraqlar var. Mübaliğəsiz deyə bilərəm ki, universal imkanları hesabına “Mwari” qısa zamanda bazarda öz yerini tutacaq. Bu təyyarə özündə kəşfiyyat və hücum təyyarəsinin imkanlarını birləşdirir və aviaparkını yeniləyən ölkələr üçün ideal seçim ola bilər. Onu da qeyd etmək istəyirəm ki, “Mwari” qiymət baxımından da uyğundur. Bir zərbə helikopterinin qiymətinə 3-4 “Mwari” əldə etmək olar. Təyyarənin təmirbaxım xərcləri də o qədər baha olmayacaq. “Mwari”nin havada helikopter və sinfindəki digər təyyarələrlə müqayisədə daha çox qalması və uçuş radiusunun böyük olması ona əlavə üstünlüklər qazandırır. Təyyarənin digər üstünlüyü isə radara hiss olunmasının minimumluğudur. Hətta radar görüntüsü Mi-24 helikopterindən zəifdir. Seriyalı istehsala bu ilin iyul ayında başlamağı planlaşdırırıq. Artıq təyyarənin istehsal olunacağı zavodun tikintisi yekunlaşmaq üzrədir. Azeri Defence: “Boeing” şirkətinin bu layihədə rolu nədən ibarət olacaq? A.İçikovitz: 2014-cü ilin sentyabrında “Boeing” şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində layihənin inkişafı və NATO ölkələrinə satışı üçün müasir bort avadanlıqları ilə təmin olunmasında əməkdaşlıq edirik.


AZERI DEFENCE Azeri Defence: Xəzərsahili ölkələrlə, xüsusilə də Azərbaycan və Qazaxıstanla dəniz sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirirsinizmi? A.İçikovitz: Bizim dəniz qüvvələri üçün təqdim etdiyimiz yüksək texnologiyalı məhsullar Xəzər dənizi üçün çox uyğundur. Xəzəryanı ölkələrlə hələlik bu istiqamətdə əlaqələrimiz olmayıb, amma biz bunu böyük imkan kimi qiymətləndiririk. Azeri Defence: Neft ölkələri dünyanın ən böyük silah alıcılarıdır. Son dövrdə neftin qiymətinin ucuzlaşması səbəbindən onlar ciddi maliyyə çətinlikləri ilə üzləşiblər. “Paramount Group” bu bazarları qorumaq üçün nə təklif edir? A.İçikovitz: Qeyd etdiyiniz bu mövzuda “Paramount Group”, həqiqətən də, çox diqqətli yanaşma tətbiq etməyə çalışır. Bir çox illər ərzində biz maddi imkanı yaxşı olmayan ölkələrlə işləmişik. Bizim ən böyük bacarığımız həmin ölkələrə pul qazanmağa ən maksimal imkanı yaratmaqdır. Bugün də biz bu bacarığımızı dünyanın digər yerlərində bölüşməyə hazırıq. Düzdür, son iki ildə sənaye zərbə altında olub. Amma biz müştəriləmizi qorumağa bacardıq. Biz bunu dəyərləndiririk və çətin vaxtlarda onlara əlimizdən gələ köməyi etməyə hazırıq. Biz, həmçinin zəif büdcəyə malik, amma böyük ehtiyacları olan ölkələrlə çoxlu işlər görürük. Başqa sözlə ifadə etsək, biz çətinlikləri sevirik.

Azeri Defence: Siz Azərbaycanda 2010-cu ildən biznesə maliksiniz. Bu əməkdaşlıq barədə fikrinizi öyrənmək istəyərdik. Əməkdaşlığın geniş lən dirilməsi üçün nələri düşünürsünüz?

və Hərbi Hava Qüvvələri ilə müza kirələrimiz davam edir və layihənin maliyyələşdirilməsini gözləyirik. Aerokosmik sahədə də gələcəkdə çoxlu imkanların olduğunu düşünürəm.

A.İçikovitz: Mənim Azərbaycanla bağlı həmişə müsbət fikirlərim var. Azərbaycan xalqını sevirəm. Mən Azərbaycan Prezidentinin müdafiə sənayesinin qurulması ilə bağlı baxışını bölüşürəm. Biz ötən dövrdə Azərbaycanın müdafiə sənayesini qurmaq üçün ciddi dəstək verdik. Bəzi üzüntülərimiz olub, amma ölkə barədə çox şeyi öyrəndik. İndi biz Azərbaycanla işimizi genişləndirmək, birbaşa Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və polislə sıx işləmək niyyətindəyik. Müdafiə Sənayesi Nazirliyi ilə bəzi işlərimiz olsa da, düşünürəm ki, biz Azərbaycandakı digər müştərilərimizlə edə biləcəyimizin heç bir hissəsini etmədik. Beləliklə, biz Azərbaycanla işbirliyimizin yenə mərhələsini açırıq və düşünürəm ki, gələcəkdə çoxlu xəbərlər alacaqsınız.

Azeri Defence: Satdığınız və ya modernizə etdiyiniz məhsullarla bağlı Azərbaycandan hansı qiymətləndirməni aldınız?

Azeri Defence: 2014-cü ildə “Paramount Azerbaijan Aerospace” şirkətini təsis etdiniz. Bu şirkətin fəaliyyəti maraqlıdır. A.İçikovitz: Düşünürəm ki, şirkət mümkün olan sifarişlərin azalmasının qurbanı oldu. Biz helikopterlərin modernləşdirilməsi proqramını uğurla tamamladıq. Azərbaycana helikopter modernizasiyanın yeni səviyyəsini təklif etmişik

A.İçikovitz: Müsbət fikirlər var. Bilirik ki, Azərbaycan Ordusu “Marauder” maşınlarını bəyənir və bu kontekstdə biz ordunu daha çox maşınla təchiz etməyə şad olardıq. Helikopter modernizasiyası da qeyd etdiyim kimi, uğurlu oldu və onlar döyüşlərdə uğurla istifadə edildi. Azeri Defence: Azərbaycana mesajınız varmı? A.İçikovitz: Biz “Paramount Group” olaraq Azərbaycana sadiqiq. Bizim bəzi maraqlı texnologiyalarımız var ki, Azərbaycanın üstünlüyünü təmin edəcək. Bu gün Azərbaycanla əməkdaşlığın yeni mərhələsinin başlamasını gözləyirəm. Daha vacib odur ki, biz ölkənin maliyyə çətinliklərini anlayırıq və Azərbayan Silahlı Qüvvələri üçün az xərc tələb edən, müasir həlləri təklif edirik. Biz hələ də Azərbaycanı regionlar üçün çıxış nöqtəsi kimi görmək istəyirik. Qazaxıstanda zavodumuzun olmasına baxmayaraq, Azərbaycanda sənaye müəssisələrimizi açmaq niyyətindəyik.


MART–APREL 2017

24 -25

BTR-82A TRANSPORTYORLARININ YENİ PARTİYASI BAKIYA GƏTİRİLDİ Azәrbaycan Respublikası ilә Rusiya Federasiyası arasında imzalanmış hәrbi-texniki әmәkdaşlıq müqavilәsinә әsasәn Rusiyadan Azәrbaycana silah-sursat vә müxtәlif tәyinatlı müasir hәrbi texnikanın aprelin 26-da Bakıya növbәti partiyası gәtirilib. Müdafiә Nazirliyinin yaydığı mәlumata görә, gәmilәr vasitәsilә Bakıya çatdırılan hәrbi tәyinatlı yeni mәhsullar ekspertlәrin iştirakı ilә tәhvil alınaraq, aidiyyәti hәrbi hissәlәrә verilәcәk. Müdafiә Nazirliyi bәyan edib ki, silah-sursat vә hәrbi texnikanın әn qısa zamanda Silahlı Qüvvәlәrin bölmәlәrinin silahlanmasına daxil edilmәsi vә döyüş tәtbiqinә tam hazır vәziyyәtә gәtirilmәsi tәmin edilәcәk. Qeyd edәk ki, növbә ti par ti ya sı Ba kı ya gә ti ril miş BTR-82A zirehli transportyorları 2013-cü ildәn Azәrbaycan Ordusunun silahlanmasına

daxildir. Bu zirehli maşınlar ayrı-ayrı vaxtlarda keçirilәn tәlimlәrdә, o cümlәdәn 2016cı ilin aprel ayında cәbhәdә baş vermiş döyüşlәrdә istifadә olunub. BTR-82A zirehli transportyorlarında әvvәlki partiyalarını istifadә edәn Azәrbaycan hәrbçilәrinin tәlәbi vә tәklifi ilә maşınlarda istehsalçı müәssisә tәrәfindәn bәzi tәkmillәşdirmәlәr aparılıb. Nәticәdә zirehli transportyorun döyüş imkanları yüksәldilib. Rusiyanın “Hәrbi Sәnaye Kompleksi” (VPK) müәssisә tә rә fin dәn is teh sal olu nan BTR-82A zirehli transportyoru 1986-cı ildәn silahlanmada yer alan BTR-80 vә BTR-80A tipli zirehli transportyorların dәrin müasirlәşdirilmiş versiyasıdır. Lakin BTR-82A öz sәlәflәrini döyüş vә texniki xüsusiyyәtlәrinә görә praktik olaraq iki dәfәdәn çox üstәlәyir. BTR-82A-nı özündәn әvvәlki zirehli transportyorlar-

dan fәrqlәndirәn cәhәtlәrdәn әn әsası isә onun daha güclü mühәrriklә tәmin olunması vә zirehin güclәndirilmәsidir. Maşının qәlpәlәrә qarşı müdafiәsi korpusun daxili sәthlәrinә әlavә edilmiş müasir sintetik materiallar vasitәsi ilә yüksәldilib. Zirehli transportyorun mәsafәdәn idarә olunan döyüş modulunda әsas silah kimi 30 mm-lik 2A72 avtomat top (istifadәçinin istәyindәn asılı olaraq 14.5 mmlik KPVT-dә olur) vә ikinci silah kimi 7.62 mm-lik PKTM pulemyotu daxildir. 2A72 avto mat to pu BMP-2 pi ya da döyüş maşınının әsas silahı olaraq indiyәdәk dünyanın

“BALKAN”ın SINAQLARI TAMAMLANIR

Rusiya Silahlı Qüvvәlәri bu il 6S19 “Balkan” dәzgahlı avtomatik qumbaraatanı silahlanmaya qәbul edәcәk. “Texmaş” şirkәtinin baş konstruktoru Oleq Çijevskinin sözlәrinә görә, hazırda qumbaraatan vә döyüş sursatları qoşun sınağındadır. 40 mm çaplı qumbaralarla atәş açan “Balkan” 2012-ci ildә yaradılıb. “Cihaz” Qeyri Dövlәt Tәşkilatı tәrәfindәn qumbaraatan üçün yeni – gilizsiz 40 mm-lik 7P39 indeksi verilmiş qәlpәli-qumbaralar hazırlanıb. “Balkan” qumbaraatanı

AQS-17 vә AQS-30 ilә müqayisәdә 25% atış uzaqlığına vә 1.5 dәfә çox qәlpәlәnmәyә sahibdir. “Balkan”ın dizaynına 1990-cı illәrin әvvәllәrindә başlanıb. Mütәxәssislәrin sözlәrinә görә, “Balkan” hәdәflәri mәhvetmә göstәricilәrinә görә sәlәfi AQS-30 qumbaraatanını әhәmiyyәtli dәrәcәdә üstәlәyir. Qumbaraatanın çәkisi dәzgah vә nişangahla birlikdә 32 kiloqram, tezatma qabiliyyәti dәqiqәdә 400 atış, mәrminin başlanğıc sürәti 225 m/saniyә, atış uzaqlığı 2500 metrdәn çoxdur. “Balkan”qumbaraatanı Rusiya Silahlı Qüvvәlәrinin arsenalındakı AQS-17 vә AQS-30 qum ba ra atanlarını әvәz edәcәk.

müxtәlif regionlarında gedәn müharibәlәrdә geniş istifadә olunmaqla özünü doğruldub. 2A72 topunun atış tempi dәqiqәdә әn azı 330 mәrmi, mәrminin başlanğıc sürәti tipindәn asılı olaraq 960-1120 m/saniyә, atış uzaqlığı 4000 metrdәn çoxdur. Heyәti 3 nәfәr, desant tutumu 7 nәfәr, döyüş ağırlığı 15.4 ton tәşkil edәn zirehli transportyor 300 at gücündә КАМАЗ-740.14 mühәrriki ilә tәchiz olunub. BTR-82A zirehli transportyoru Azәrbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan vә Suriyanın hәrbi texnika parkında yer alır.


AZERI DEFENCE

MSN DÖYÜŞ SURSATLARI İSTEHSALI LAYİHƏLƏRİ ?Rəşad Süleymanov Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) fəaliyyətə başladığı ilk dövrdən etibarən əsas diqqət yönəltdiyi sahələrdən biri də döyüş sursatlarının istehsalıdır. Silahlı Qüvvələrin və digər güc strukturlarının ehtiyaclarının yerli imkanlar hesabına qarşılanması məqsədi ilə Nazirlik tərəfindən müxtəlif layihələr həyata keçirilir və yaxın perspektivdə bu işlərin miqyasının daha da genişləndirilməsi nəzərdə tutulur. Silahlı Qüvvələrin ehtiyac duyulan kiçik, orta və iri çaplı döyüş sursatları ilə təchizatının tam şəkildə yerli istehsal hesabına qarşılanması və bu sahədə ixrac potensialının artırılması MSN-in prioritetlərindəndir. Müdafiə Sənayesi naziri Yavər Camalov 2016-cı ilin dekabr ayında mətbuata müsahibəsində qeyd etmişdir ki, hazırda üzərində işlər davam edən layihələr MSN-ə Azərbaycan Silahlı Qüvvələrini ehtiyac duyduğu tank və artilleriya üçün döyüş sursatlarını öz daxili imkanları hesabına qarşılamağa və paralel olaraq ixracat həcmini artırmağa imkan verəcək. Nazirlik yarandığı ilk illərdə kiçik çaplı döyüş sursatları və minaatanlar üçün sursatlara

diqqəti yönəltdiyi halda hazırda aşağıdakı istiqamətlərdə fəaliyyətlərin yürüdüldüyünü görmək olur: - İriçaplı atıcı silahlar üçün sursatların istehsalı; - Artilleriya və tank mərmilərinin istehsalı; - Aviasiya döyüş sursatlarının istehsalı; - Reaktiv yaylım və raket sistemlərinin istehsalı. Sonuncu layihə MSN-in perspektiv proqramlarından hesab olunur. Nazirin verdiyi açıqlamalardan bəlli olduğu

qədər bu istiqamətdə bir neçə xarici şirkətlə texnologiya transferi və birgə istehsal məsələləri müzakirə olunmaqdadır. Atıcı silahlar üçün sursatlar Təqdimatlardan məlum olduğu qədər hazırda MSN-in müəssisələrində, demək olar ki, bütün növ atıcı silahlar üçün döyüş sursatları istehsal olunmaqdadır. Bunlardan hazırda 9x18, 9x19 mm tapança, 5.45x39, 7.62x39 mm döyüş, təlim, izburaxan avtomat pat-

ronlarının, 7.62x54 mm, 7.62x51 mm pulemyot və snayper tüfəngləri üçün patronların istehsalı və xaricə ixracatı həyata keçirilir. Bundan başqa, MSN müəssisələrində ov tüfəngləri üçün “Qartal” markası ilə 12 və 16 kalibrli patronlar, hüquq mühafizə orqanları üçün 37/38 mm çaplı qumbaralar, qaz kartricləri, snayper tüfəngləri və iriçaplı pulemyotlar üçün 12.7x108 mm BZT-44, B-32, MDZ, 14.5x114 mm BZT, B-32, MDZ, .50 BMG (12.7x99mm) patronlar istehsal olunur. 2015-ci ildə Türkiyədə keçirilmiş beynəlxalq sərgidə MSN yerli müəssisələrdə yaradılmaqda olan 9x39 mm çaplı patronların nümunələrini sərgiləyib. Nazirlik rəsmiləri növbəti mərhələdə digər çaplı snayper patronlarının da istehsalının nəzərdə tutulduğunu bəyan ediblər.


MART–APREL 2017

26 -27

qəlpələnən, kumulyativ, tank əleyhinə və termobarik) döyüş sursatlarının, AQS-17/AQS-30 və “Arcus-17AGL” qum bara atanları üçün 30x29 mm çaplı VOQ-17 inert, VUS-17M tüstü və VOQ-17M tipli güclü partlayış imkanına malik sur satların seriyalı istehsalı həyata keçirilir. Nazirlik rəsmilərinin sözlərinə görə, istehsal edilən qumbaraların döyüş effektivliyinin artırılması üzrə təcrübi-kon s truktor işləri davam etdirilir. Eyni zamanda zirehli texnikalar üçün maskalanma vasitəsi olan 3D9 “Tuça” tipli tüstü pərdələrinin yaradılması və 81 mmlik tüstü qumbaralarının istehsalının təşkili üzrə hazırlıq işləri gedir. Sözügedən məhsulun istehsalına 2017-ci il içində başlanması nəzərdə tutulur. Artilleriya

20 mm və onun üzərində döyüş sursatlarının istehsalı sahəsində də MSN tərəfindən bəzi layihələr üzərində işlənilir. MSN rəsmilərinin sözlərinə görə, yaxın perspektivdə Sovet/Rusiya istehsalı olan 2A14, 2A14M, 2A7 və 2A7M top larında istifadə üçün 23x152 mm çaplı APİ-T və AP-T, HEİ, HEİ-T, 30x165 mm çaplı 2A24, 2A38, 2A72 topları üçün HE-T, HEİ, AP-T tipli sursatların istehsalı planlaşdırılır. Qumbaraların istehsalı sahəsində də layihələr reallaşdıran MSN bu istiqamətdə həm ordunun tələblərini qarşılamağa, həm də xaricə ixracına nail olub. Hazırda MSN müəssisələrində RGD-5 əl qum baralarının, NATO kalibrində 40x46 mm M99 qum ba ra larının, GP-25 və GP-30 lüləaltı qumbaraatanlar üçün VOQ-25 və VOQ-25P, RPQ-7 qumbaraatanları üçün 5 növ (təlim,

MSN eyni zamanda minaatanlar üçün artırılmış mənzilə sahib minaların da istehsalını gerçəkləşdirməkdədir. Azərbaycan müəssisələrində istehsal olunan 60 mm-lik minaların maksimum atış məsafəsi 32004000 metr, 82 mm-lik minaların atış mənzili 4500 metr təşkil edir. Bundan başqa müəssisələrdə atış məsafəsi 7100 metr təşkil olan 120 mm-lik minalar istehsal olunmaqdadır. Müdafiə Sənayesi naziri Yavər Camalov mətbuata açıqlamasında qeyd edib ki, 2017-ci ilin sonuna qədər MSN-in nəzdində artilleriya mərmilərinin istehsalını həyata keçi rəcək istehsal sahəsinin işə salınması planlaşdırılır. Müəssisədə 20-ə yaxın 85, 100, 122, 130, 152, 155 mm-lik artilleriya və 125 mm-lik tank topları üçün müxtəlif çeşiddə (qəlpəlifuqaslı, kumulyativ, zirehdələnçapaltı və s.) atəş yığımları istehsal olunacaq. Hal-hazırda adı çəkilə atəş yığım larının tərkib hissəsi olan gilizlərin və altlıqların istehsal prosesi tam mənimsənilib. Nazirin sözlərinə görə, 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı üzrə son tamamlama

Yuxarıda MSN müәssisәlәrindә yaradılmış müxtәlif tәyinatlı aviasiya bombalarının nümunәlәri. Prezident İlham Əliyev ADEX-2016 sәrgisindә MSN-dә yaradılmış korrektә edilәn qanadlı aviasiya bombası barәdә mәlumat alarkәn. Aşağıda, MSN müәssisәlәrindә istehsal edilәn VOQ-25, VUS-17M, VUS-17 inert vә 40x46 mm çaplı qumbaralar. Foto: AD

işlərinin başa çat dırılması nəzərdə tutulur. Eyni zamanda döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr– piroksilin, ballistit barıtlar, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri davam etdiriləcək. Müəssisə işə salındıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin bu mərmilərə olan tələbatı tam ödəniləcək. İstehsal xətti Serbiya şirkətinin iştirakı ilə qurulur.

Mərmilərlə bərabər 107, 122 və daha böyük kalibrli reaktiv raketlərin istehsalı istiqamətində də çalışmalar davam edir. Mediada yer alan məlumata görə, bu sahədə MSN Türkiyə, Serbiya, Pakistan və Ukraynanın müvafiq şirkətləri ilə müzakirələr aparır. Müdafiə Sənayesi naziri Yavər Camalovun sözlərinə görə, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr – piroksilin, ballistit barıtlar, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt


AZERI DEFENCE

Yuxarıda Azәrbaycan müәssisәlәrindә istehsal edilmiş 7.62x39 VƏ 7.62x54 mm, aşağıda 12.7x108 mm çaplı döyüş sursatları. Foto: AD

atımlarının istehsalı sahələrinin yaradılması işləri davam etdirilir.

taktik, “hava-hava” və “havayer” raketlərinin birgə is tehsalını nəzərdə tutan memorandum imzalanıb.

Aviasiya bombaları 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində müxtəlif ölçülü və təyinatlı aviasiya bombaları və idarə olunmayan raketlər nümayiş etdirən MSN bu sahədə də hədəflərini açıqlamış oldu. Eyni zamanda sərgidə MSN-in “Şərq” İstehsalat Birliyi ilə Rusiyanın Taktik Raket Silahları Korporasiyası arasında yeni nəsil

Qeyd edək ki, sərgidə MSN-in Elmi Tədqiqat İnstitutunda hazırlanmış 25 kiloqram çəkili QFAB-25, 50 kq çəkili QFAB-50, 100 kq çəkili QFAB-100, 250 kq çəkili QFAB250, 500 kq çəkili QFAB-500 qəlpəli-fuqas, FAB-100 fuqas, QFAB-100SAB,QFAB-250SAB idarəolunan (“ağıllı”) versiyaları, QFAB-250KAB korreksiya olunan, “Konteyner-250/10” birdəfəlik aviasiya konteyneri, 100

və 250 kq çəkili BETAB-100 və BETAB-250 sərbəstdüşən betondağıdan, 7 kq çəkili TAB-7, 50 kq çəkili TAB-50, 100 kq çəkili TAB-100 təlim aviasiya bombaları, 57 mm çaplı AR57KQ qəlpəli-kumulyativ, AR57QF qəlpəli-fuqas, AR-80KQ qəlpəli-kumulyativ və AR-80QF qəlpəli-fuqas aviasiya raketləri nü mayiş olunub. Məlumat verilib ki, bombalar öz imkanlarına – xüsusilə də məhvetmə imkanlarına görə keçmiş sosialist bloku ölkələrində istehsal olunan analoqlarından fərqlənir. 25 kiloqramlıq QFAB-25 aviasiya bombaları təyyarə-

lərdən, helikopterlərdən və pilotsuz aparatlardan atıla bilir. Tərkibində 7.4 kq partlayıcı maddə yerləşən və 500 metr yüksəklikdən atılan bomba partlayışı zamanı ətrafa 2000 qəlpə səpələnir. 50 kq QFAB50 qəlpəli-fuqas aviasiya bombasında isə 23 kq partlayıcı maddə yerləşdirilib. Partlayış zamanı QFAB-50 ətrafa 3500dən 9000-dək qəlpə yayır ki, bu qəlpələrin sürəti 1500-2000 metr/saniyə təşkil edir. Tərkibində 51 kq partlayıcı maddə olan QFAB-100 aviasiya bomba sından partlayış zamanı ətrafa 15000-dək, 87 kq partlayıcıya malik QFAB-250 bombasından 20000-dək, 175 kq partlayıcıya malik QFAB-500 bombasından isə 24000-dək qəlpə yayılır. Bugöstəricilərinə görə, Azərbaycan istehsalı olan qəlpəli-fuqas aviasiya bombaları xarici analoqlarını üstələyir. Nazirliyin aviasiya bombaları sahəsində digər yeniliyi olan QFAB-250KAB korreksiya olunan aviasiya bombalarının diametri 325 mm, uzunluğu 1500 mm-dir. 500 metrdən 2000 metrədək hündürlükdən atılması tövsiyə edilən bombaların uçuş məsafəsi 9 km-dən çoxdur. Partlayış zamanı bomba hər birinin kütləsi 10 qram olan 6075 qəlpə verir. Qeyd edək ki, qəlpələr hazır şəkildə bombaların daxilinə yerləşdirilir ki, bu da Azərbaycan istehsalı olan bombalarda tətbiq olunan özəlliklərdəndir. Ümumi kütləsi 197 kiloqram olan “Konteyner-250/10” birdəfəlik aviasiya konteynerində isə AP-2 döyüş başlığına malik 10 ədəd hazır döyüş elementi yerləşir. Rəqibin dəmir-beton sığınacaqlarını məhv etmək üçün nəzərdə tutulan BETAB-100 və BETAB-250 sərbəstdüşən betondağıdan aviasiya bombaları sərginin yenilikləri sırasında yer alıb. Nazirlik mütəxəssislərinin verdikləri məlumata görə, BETAB-100 bombası 0.2-0.7, BETAB-250 bombası isə 0.8-1.1 metr dərinliyində dəmir-betonu dəlmə qabiliyyətinə malikdir. MSN-in əsas yeniliklərindən biri də sərgidə nümayiş olunan 100 kq-lıq QFAB100SAB və 250 kq-lıq QFAB-


MART–APREL 2017

250SAB süzən aviasiya bombaları olub. Bildirilib ki, hər iki qanadlı aviasiya bombası GPS və İNS naviqasiya idarəetməsinə malikdir. 200-10000 metr hündürlükdən atıla bilən QFAB100SAB bom basının uçuş məsafəsi aşağı hündürlükdən atıldıqda ən azı 20, yuxarı hündürlükdən atıldıqda 50, mühərriklə atıldıqda isə 90 km təşkil edir. Partlayış zamanı bu bomba 5000-dən 15000-dək qəlpə yaymaqla ətraf ərazidə güclü dağıntı yaratmağa qadirdir. QFAB-250SAB bombası isə imkanlarına görə, 100 kiloqramlıq bombadan fərqlənir. Belə ki, QFAB-250SAB bombalarının uçuş məsafəsi aşağı hündürlükdən atıldıqda ən azı 25 km, yüksək hündürlükdən atıldıqda 60 km, mühərriklə atıldıqda 100 km-ə çatır. Bu bombaların partlayışı zamanı ətrafa hər birinin çəkisi 10 qram olan 20000-dək qəlpə yayılır. MSN müəssisələrində hazırda istehsalı davam edən və Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən TAB-7, TAB-50 və TAB-100 təlim aviasiya bombaları çoxistifadəli olması və təhlükəsizliyinə görə fərqlənir. Azərbaycan müəs sisə lərində yaradılmış 57 mm çaplı AR-57KQ qəlpəli-kumulyativ, AR-57QF qəlpəli-fuqas, AR80KQ qəlpəli-kumulyativ və AR80QF qəlpəli-fuqas aviasiya raketləri öz imkanlarına görə Rusiya və Ukrayna istehsalı olan bənzər raketlərdən fərqlənir. MSN-in ADEX-2016 sərgisində təqdim etdiyi məlumatlara görə, AR-57KQ raketinin sürəti 600 m/saniyə, hazır qəlpələrinin sayı 220 ədəd, zireh dəlmə qalınlığı 260 mm, AR-80KQ raketinin sürəti 670 m/saniyə,

28 -29

MSN müәssisәlәrindә istehsal edilmiş minaatan mәrmilәrinin nümunәlәri. Foto: AD

tərkibindəki hazır qəlpələrin sayı 500 ədəddir. Sonuncu 350 mm qalınlığında zirehi dəlməyi bacarır. AR-57QF raketində 360 ədəd, AR-80QF raketində isə 700 hazır qəlpə mövcuddur. İxracat imkanları İlk vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatlarına olan tələbatını qarşılamağa yönələn MSN 2012-ci ildən etibarən xarici ölkələrdən silah və döyüş sursatlarının çatdırılmasına dair sifarişlər almağa başlamışdır. Hazırda MSN-in xarici və daxili sifarişlərində əsas yeri müxtəlif çaplı sursatlar tutur. Nazirlik rəsmilərinin sözlərinə görə, hazırda müəssisələr 5.45 mmdən 30 mm-dək çapda patronların və müxtəlif növ qumbaralar üzrə ordunun və güc strukturlarının tələbatını tam ödəyir. Bununla paralel olaraq, istehsal həcminin genişləndirilməsi üzrə

böyük işlər görülür və nailiyyətlər əldə olunub. Ordunun əsas istehlak etdiyi məhsul olan döyüş sursatlarının yerli müəssisələr hesabına qarşılanması vacib addım olmaqla bərabər, ölkənin xaricdən hərbi asılılığının aradan qaldırılmasında mühüm rol oynayır. Birinci Qarabağ müharibəsi və sonrakı dönəmdə xaricdən əldə edilən döyüş sursatlarının keyfiyyətsizliyi və bununla bağlı meydana çıxan problemlər kifayət qədər olmuşdur. Azərbaycanın döyüş sursatlarının ixracı imkanları böyükdür. Xüsusilə də Yaxın Şərq, Afrika və Cənub Şərqi Asiya regionları perspektiv bazar olaraq görülür. Bazar araşdırmaları göstərir ki, Sovet/rus silahlarının geniş istifadə edildiyi bu regionlarda əsas tələb 12.7 mm-dən 30 mm-dək çapda sursatlara, o cümlədən RPQ-7 qumbaraatanları üçün döyüş sursatlarınadır. Hazırda bu isti-

qamətdə Azərbaycan hərbi sənayesinin əsas rəqibi olaraq Çin, Bolqarıstan, Serbiya və Çexiya şirkətləri görünür. MSN-in artilleriya sursatları istehsal sahələrinin istifadəyə verilməsindən və məhsul istehsalına başlanılmasından sonra, tank və top mərmilərinin də ixracı üçün geniş imkanlar açılacağı gözlənilir. Bu da yaxın perspektivdə bey nəlxalq bazara təklif olunan məhsulların çeşidinin artmasına və mövqelərin möhkəmləndirilməsinə gətirib çıxa racaqdır. Sovet tanklarının (T64, T-72, T-80, T-90 və bu tanklar əsasında yaradılan digər tankların) hələ də geniş coğrafiyada istifadəsi, lakin bu tanklar üçün sursatların az sayda istehsalçısı olması nəzərə alınarsa, sözügedən layihənin Azərbaycan MSN üçün böyük imkanlar yaradacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.

MSN müәssisәlәrindә yaradılmış 9x39 mm çaplı patronlar vә istehsalı davam edәn müxtәlif çaplı minalar. Foto: AD


AZERI DEFENCE

TERMAL NİŞANGAHLARDA YENİ AD - “SHIBLI” Seyid Məhəmməd Şibli: Azərbaycan Silahlı Qüvvələrinin tələblərini qarşılamağa hazırıq Pakistan İslam Respublikasının müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “Shibli Electronics” şirkəti son bir neçə ildə dünyanın müxtəlif ölkələrində keçirilən hərbi sərgilərdə iştirak edərək öz adını duyurmağa başlayıb. Optik cihazların – termal nişangah və durbinlərin istehsalı sahəsində ixtisaslaşmış “Shibli” şirkəti qısa müddətdə Pakistanla yanaşı, bir sıra Yaxın Şərq ölkələrinin Silahlı Qüvvələrindən də sifarişlər alıb. Şirkətin İdarə Heyətinin sədri Seyid Məhəmməd Şibli AZERİ DEFENCE jurnalının oxucularına “Shibli”nin imkan və qabiliyyətlərini tanıdıb. Azeri Defence: Cənab Şibli, söhbətimizə şirkətiniz, onun Pakistan bazarında mövqeyi və xarici bazarlarda iştirakı barədə fikirlərinizlə başlamaq istərdik. Bu barədə Azərbaycan oxucularına nələri söyləyə bilərsiniz? S.M.ŞİBLİ: Bizim şirkət Pakistanın müdafiə sənayesi sektorunda qurulmuş ilk özəl şirkətdir. Müdafiə sənayesi sektorunda işə 20 il əvvəl başlamışıq və ilk istehsalatımız 2000-ci ildə həyata keçirilib. Baş ofisimiz və müəssisəmiz İslamabadda yerləşir. Eyni zamanda Birləşmiş Ərəb

Əmirliklərinin Dubay şəhərində törəmə şirkətimiz var. Şirkətimizin tarixi barədə onu demək istəyirəm ki, ilk olaraq tank əleyhinə idarə olunan raket kompleksləri üçün 2500 ədəd soyutmalı termal kameralar istehsal etdik. 2006-cı ildən isə tank və zirehli maşınlar üçün kameraların üzərində çalışmağa başladıq. Onu da bildirmək istəyirəm ki, şirkətimizin bu sistemlərin tanklara inteqrasiyası sahəsində də böyük təcrübəsi vardır. Qeyd edim ki, 2006-cı ildən biz bu sahədə çalışırıq. Pakistan Silahlı Qüvvələrinin tanklarının təxminən 95%-nə bizim sistem-

lər inteqrasiya olunub. Bunların arasında "Əl Xalid", T-80 və digər tanklar vardır. Bu layihələri reallaşdırdıqdan sonra biz öz məhsullarımızı hazırlamaq üçün araşdırma və inkişaf mərkəzini təsis etməyə qərar verdik. Şirkətimizin mütəxəssisləri tərəfindən milli olaraq yaradılmış ilk məhsullarımız – “Tarsier” termal silah nişangahı və “Skua” adlı termal əl durbini 2016-cı ildə Fransada keçirilmiş “Eurosatory-2016” sərgisində uğurla nümayiş olundu. Hər iki cihaz Pakistan Ordusu tərəfindən çətin

şəraitlərdə, ordumuzun terrorizmlə mübarizə apardığı ərazilərdə sınaqdan keçirilib və performansı yüksək qiymətləndirilib. Cihazlarımız bu ya xın lar da baş ve rən dö yüşlərdə vacib rol oynayıblar. ABŞ, Fransa, Yunanıstan, Belarus, Türkiyə və digər ölkələrdən tanınmış şirkətlərin də analoji cihazlarının iştirakı ilə aparılan sınaqlar zamanı bizim məhsullar həm keyfiyyət, həm performans, həm


MART–APREL 2017

də qiymətinə görə önə çıxıb. Bundan sonra onlar Pakistan Ordusunun silahlanmasına tövsiyə olunublar. Pakistan Ordusu ilə yanaşı bir neçə, Yaxın Şərq dövlətinin Silahlı Qüvvələri ilə termal nişangahların alqı-satqısına dair görüşmələrimiz davam edir. Burada söhbət böyük həcmdə termal nişangahın və durbinin çatdırılmasından gedir. Biz ötən ilin (2016-cı ilin – red.) noyabr ayından Azərbaycanla da görüşmələrə başlamışıq. Müdafiə Sənayesi Nazirliyi Azərbaycanda termal cihazların birgə istehsalını təklif edib. Biz Azərbaycanla təkcə bu cihazların Bakıda yığımını deyil, eyni zamanda tam texnologiya mübadiləsini aparmağı planlaşdırırıq. Mən gələn il birgə istehsal olunmuş məhsulları Azərbaycanda keçiriləcək hərbi sərgidə görmək istəyərdim.

də keçirilən İDEAS-2016 beynəlxalq müdafiə sərgisində Azərbaycanın Müdafiə Sənayesi naziri Pakistanın Müdafiə Sənayesi naziri Rana Tanvir Hüseynlə birlikdə bizim stenddə oldular. Məhsullarımızla maraqlandılar, nümunələr istədilər. Azeri Defence: Siz Azərbaycana məhsulların nümunələrini göndərmisiniz? S.M.ŞİBLİ: Bəli. “Skua” və “Tarsier” test üçün Azərbaycana göndərilib. Testlərdən sonra biz kommersiya danışıqlarına başlayacağıq. Azeri Defence: “Tarsier” termal silah nişangahı barədə danışaq. Görürürk

Azeri Defence: Azərbaycandan hansı məhsula – “Skua”, yoxsa “Tarsier”ə maraq ifadə olunub? S.M.ŞİBLİ: Hər iki məhsulumuza maraq ifadə olunub. Azərbaycanla əməkdaşlığımızı genişləndirmək istəyirik və qardaş ölkə üçün açığıq. Baş nazirimiz Nəvvaz Şərifdən Azərbaycanla istənilən səviyyədə çalışmaq təlimatını almışıq. Noyabr ayında Karaçi-

FOV

ki, bu məhsulunuz böyük marağa səbəb olub. “Tarsier”i öz sinfindəki xarici analoqlarından fərqləndirən xüsusiyyətlər nələrdir? S.M.ŞİBLİ: Böyük fərqi var. “Tarsier” termal silah durbini 640x480 yüksək keyfiyyətli görüntü, 4 qat elektronik böyütmə qabiliyyətinə sahib olmaqla yanaşı, öz imkanları, istifadəsinin asanlığı və qiyməti baxımından bazardakı analoqları ilə rəqabət aparacaq cihazlardandır. Üstünlüyü odur ki, bu termal nişangah ən son texnologiyalar əsasında hazırlanıb və böyük şəkil ölçüsünə malikdir. Batareyanın istifadə ömrü də uzunluğuna görə analoqların-

30 -31

dan çoxdur. MİL STD 810-G və F səviyyəsinin tələblərinə uyğun “Tarsier” və “Skua” 4 ədəd standart AA batareya ilə 10 saatdan çox istifadə oluna bilər. Asan istifadəçi interfeysinə malik, çəkisi 1.8 kq təşkil edən optik nişangah video və USB bağlantısına malikdir. Eyni zamanda “Tarsier” və “Skua” asan logistikaya malikdir. Çünki onların bir-biri ilə dəyişilə bilən hissələri var. Hər iki termal cihazımız soyutmasız texnologiyaya əsaslanır və mexaniki hissələrə malik deyil. Buna görə də təmirə ehtiyacı yoxdur. Cihazın digər üstünlüyü qısa müddətdə işlək vəziyyətə gətirilə bilməsidir. Bunun üçün cəmi iki üç saniyə vaxt lazımdır. Ci-


AZERI DEFENCE hazlarımızın dayanıqlılığına gəlincə, onu 3 metr yüksəklikdən ata bilərsiz. Yaxud suya sala bilərsiz. Yenə də işləyəcək. Azeri Defence: “Tarsier” hansı silahlara inteqrasiya oluna bilər? S.M. ŞİBLİ: “Tarsier” termal nişangahımız pikkatini tamasaları vasitəsi ilə AK-47 daxil olmaqla yüngül atıcı silahlara, habelə 12.7 mm çaplı pulemyotlara, snayper tüfənglərinə inteqrasiya oluna bilər. Nişangah vasitəsi ilə maşın hədəflərini 4 km məsafədən aşkarlamaq, 2 km məsafədən aydınlaşdırmaq, insan hədəflərini isə 2.5 km məsafədə aşkarlamaq və 1.2 km məsafədə aydınlaşdırmaq mümkündür. Termal nişangahımızın -35, +55 dərəcə temperaturlarda çalışması testlərdə sübuta yetirilib. Onu da qeyd edim ki, Pakistan Orudusundan 25 min ədəd “Tarsier” sifarişi almışıq. Azeri Defence: “Skua”nın texniki-taktiki xüsusiyyətləri, tətbiq imkanları barədə nələri söyləyə bilərsiniz? S.M.ŞİBLİ: Uzaq məsafədən kəşfiyyat və müşahidə aparmaq üçün nəzərdə tutulan, yüngül çəkili “Skua” termal durbinimiz müasir döyüş əməliyyatları zonasında, sər-

FOV

həd mühafizəsində, limanların təhlükəsizliyində, dəniz platformalarında və gəmilərdə müşahidənin aparılması üçün nəzərdə tutulur. Bu cihazımız gündüz və gecə, hər cür hava şəraitində istifadəyə uyğundur. “Skua”nın “Skua-LR” adını verdiyimiz uzun, “Skua-SR” adını verdiyimiz qısa mənzilli versiyaları mövcuddur. 17μm 640x480 görüntü və 4 qat böyütmə imkanına, OLED rəngli mikro displeyə malik “Skua-LR” termal durbinimiz nəqliyyat vasitələrini 4 km, insanı 2.5 km məsafədən aşkarlamaq qabiliy yə ti nə sa hib dir. Dur bini həm əldə, həm də tripod üzərində istifadə etmək mümkündür. Cihazın enerji qidalanması 4 ədəd AA tipli batareya (fasiləsiz 10 saat) və ya-

xud kənar enerji mənbəyindən həyata keçirilə bilər. Durbinin çəkisi 1.6 kiloqramdır. Digər imkanlarına gəlincə, tripod üzərində qüllədə, yaxud müşahidə postunda qurulan “Skua”nı komandirin kompüterinə qoşa bilərsiniz. Başqa sözlə, “Sku a” is tə ni lən müşahidə və nəzarət sisteminə asanlıqla inteqrasiya olunur. “Skua-SR” versiyasının qabaritləri nisbətən yığcamdır və cəmi 1.2 kiloqram çəkiyə malikdir. Bu termal durbin insanı 1.3, nəqliyyat vasitələrini isə 2.4 km məsafədən deteksiya etməyə imkan verir. Digər texniki göstəriciləri isə “Skua-LR” ilə demək olar ki, eynidir. Azeri Defence: Özəl hərbi şirkətlər həmişə ax-

tarışda olur və inkişafa can atırlar. Silahlı qüvvələr də daim şirkətlər qarşısında yeni tələblərlə çıxış edir. Bu kontekstdə, sizin yaxın perspektiv üçün planlarınız nələrdir? S.M.ŞİBLİ: Biz də daim bu yanaşma ilə hərəkət edirik. Hər iki ildən bir biz 2-3 yeni məhsul təqdim edirik. Əsasən də, sifarişçinin tələblərinə uyğun məhsullar üzərində işləyirik. Azeri Defence: Azərbaycana ismarıcınız varmı? S.M.ŞİBLİ: Pakistanın müdafiə sənayesində fəaliyyət göstərən özəl bir şirkət olaraq, biz Azərbaycanla əməkdaşlığımızı genişləndirməyə və üçüncü ölkələrə məhsullar satmaq üçün lisenziya verməyə maraqlıyıq. Bizim tərəfimizdən heç bir embarqo yoxdur. Biz hər zaman qardaş Azərbaycanın yanındayıq və Azərbaycan Silahlı Qüvvələrinin istənilən tələblərini imkanlarımız daxilində qarşılamağa hazırıq. AD


MART–APREL 2017

32 -33

RADİOELEKTRON MÜHASİRƏ İnformasiya müharibəsinin bir hissəsi olan radioelektron mübarizə (REM) qoşun bölmələri tərəfindən istifadədəki vasitələrin tətbiqi ilə həyata keçirilir. Rəqibin rabitəsinin, radar sistemlərinin, elektrooptik sistemlərinin hərbi informasiya şəbəkəsinin radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılması bu əməliyyatların başlıca məqsədidir. Radioelektron mübarizənin yaranma tarixi 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı Port-Arturun müdafiəsində yaponların radio vasitələrinə yaradılmış radio maneələrin ötürülməsi ilə başlanır. Bu gün REM deyiləndə döyüş əməliyyatları zonasında düşmənin radiotexniki cihazlarının yatırılması, rabitə, GPS, QLONNAS rabitəsinə maneələrin qoyulması, optik-elektron və radar sistemlərinin fəaliyyətinin iflic edilməsi, informasiya infrastruktrunun, strateji obyektlərin fəaliyyətinin müvəqqəti olaraq sıradan çıxarılması, düşmənin komandanəzarət imkanlarının məhdudlaşdırılması və bununla üstünlüyün əldə edilməsi nəzərdə tutulur. Yaxın tariximizdə REM 1990 və 2003-cü illərdə ABŞ-İraq, 1999-cu ildə Yuqoslaviya, 2008-ci ildə Rusiya-Gürcüstan, 2010-cu ildə NATO-nun Liviyaya müdaxiləsində, Suriyada (Rusiya və Türkiyə tərəfindən), eləcə də hazırda Ukraynanın Donbas regionunda davam edən müharibədə geniş istifadə olunub və olunmaqdadır. Bu müharibələr özlüyün-

R-338 “Krasuxa”

də REM və REM-ə qarşı sistemlərin yaranmasını da sürətləndirməkdədir. Ölkəmizin sərhəd olduğu dövlətlər REM potensialını son illərdə güc lən dirməyə davam edirlər. Xüsusilə də müharibə vəziyyətində olduğumuz Ermənistan bu sahədə ciddi addımlar atır. Öz növbəsində şimal qonşumuz Rusiya Qafqazdakı qoşun birləşmələrini yeni REM sistemləri ilə təchiz edir ki, bu sistemlər böyük bir radiusda təsir imkanlarına malikdir. Rusiya son 5 ildə Şimali və Cənubi Qafqazda yeni REM sistemlərinin yerləşdirilməsinə xüsusi diqqət ayırıb. Rusiya Rusiya cənub sərhədlərindəki hərbi birləşmələrinin yeni radioelektron mübarizə vasitələri ilə gücləndirilməsi işlərinə 2013-2015-ci illərdə xüsusi diqqət yetirməyə başlayıb. 2008-ci ildə Gürcüstanla müharibədən sonra bölgəyə ABŞ və NATO hərbçilərinin yerləşməsi, Cənubi Qafqaz hava məkanından Əfqanıstan əməliyyatları üçün istifadə olunması, Türkiyənin bölgədə hərbi təsirinin artması, eləcə də Azərbaycan və Gürcüstanın ordu quruculuğuna geniş diqqət ayıraraq qərb texnologiyalarını (taktik PUAlar, müasir kəşfiyyat vasitələri əldə etmələri), Azərbaycan və Ermənistan arasında yenidən müharibənin alovlanması və

münaqişədə Moskvanın rolunu itirməmək, bölgədə öz hərbi təsirini saxlamaq məqsədi ilə Rusiya kontaktsız müharibənin əsas mexanizmi olan REM sistemlərini regiona yerləşdirməyə başladı. Rusiyanın Cənub Hərbi Dairəsinin REM bölmələri 2008-ci ildə Gürcüstanla müharibədə REM imkanlarından geniş şəkildə istifadə edib. Faktiki olaraq döyüşlərin ikinci günü Gürcüstanın peyk naviqasiyası, hərbi və mobil rabitə sistemi iflic vəziyyətə salınıb. Cənub Hərbi Dairəsinin RostovDondakı 1270 nömrəli radioelektron mübarizə mərkəzinin bazasında formalaşdırılmış manevr qruplarının Donbasda və Suriyada gedən əməliyyatlarda iştirak edərək təcrübə qazandığı bildirilir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlardan aydın olduğu qədər, qeyd olunan dönəmdə əsas hissəsi Şimali Qafqaz və Cənubi Qafqazdakı birləşmələrə verilməklə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin istifadəsinə 30 müasir REM kompleksi daxil edilib. Ümumilikdə, hazırda Cənub Hərbi Dairəsinin inventarında “İnfauna”, “Leyer-2”, R-330 “Mandat”, R-378, “Krasuxa”, “Borisoqlebsk-2”, “Dzyudoist”, R-330 BMV, “Lava-RP”, “Jitel” və digər texniki vasitələr yer alır və dairənin hərbi hissələrinin istifadəsindəki sistemlər demək olar ki son 10 ildə istehsal edilmiş texnikalardır. Məlumatların təhlili göstərir ki, 2013-2016-cı illərdə Rusiya Silahlı Qüvvələrinin CHD birləşmələrinə verilən REM texnikaları arasında əsas yeri çoxfunksiyalı “İnfauna”, avtomatlaşdırılmış mobil “Leyer-2” və “Borisoqlebsk-2” sistemləri tutub. Silahlanmaya daxil edilmiş bu yeni sistemlərlə 2015-2016-cı illərdə Cənub Hərbi Dairəsinin REM bölmə-


AZERI DEFENCE lərinin Şimali Osetiya, Dağıstan və Ermənistanda təlimləri keçirilib. Müdafiə Nazirliyinin saytında yer alan xəbərlərə görə, “bu təlimlərdə bir neçə yüz kilometr məsafədə rəqibin hərbi və GSM rabitəsinin, GPS naviqasiyasının və elektron texnikalarının güclü radiomaneələrlə sıradan çıxarmaq imkanına malik hərbi texnikanın ən yeni nümunələri sınaqdan keçirilmişdir. Bu zaman hərbi qulluqçular radio elektron mübarizənin genişləndirilməsi, radioelektron şüa mənbələrinin pelenqlənməsi və maneələrin yaradılması üzrə xüsusi tapşırıqları yerinə yetiriblər”. Qeyd olunan dövrdə Rusiyanın cənubdakı hərbi birləşmələrinin silahlanmasına daxil etdiyi yeni sistemlərdən biri də KRET konsernində hazırlanmış “Krasuxa” REM kompleksidir. Cənub Hərbi Dairəsi bu sistemin ilk istifadəçilərindəndir və 2013-2014-cü illərdə dairənin birləşmələri bu sistemdən 4 ədəd (“Krasuxa-2” və “Krasuxa-4”) əldə edib. Rəqibin radiolokasiya vasitələrinin, hərbi hissələrin elektron sistemlərinin, Hava Hücumundan Müdafiə vasitələrinin, radiolokasiya sistemlərinin yatırılması üçün nəzərdə tutulan “Krasuxa” istehsalçı müəssisənin iddialarına görə, AWACS təyyarələrinə qarşı istifadə oluna bilər. Stansiya yüksək keçicilik qabiliyyətinə malik KaMAZ “Mustanq” maşınının şassisi üzərində yerləşir və təsir məsafəsi 150-300 kilometrdir. Rusiya hərbi sənayesinin son nümunələrindən sayılan “Leyer” REM sistemi döyüş əməliyyatları zonasında GSM rabitəsinə (GSM-900 və GSM-1800) nəzarət etmək, susdurmaq, GSM şəbəkələrində telefon aparatlarının şüa nöqtələrinin təyini yolu ilə kəşfiyyatın aparılması, abunə nöqtələrinin (mobil telefonlar, planşetlər və əlaqənin başqa kompleksləri) aşkar

edilməsi, onların yerinin rəqəmsal xəritə üzərində göstərilməsi, abunə nöqtələrinin yeri haqqında məlumatların artilleriya bölmələrinə ötürülməsi üçün nəzərdə tutulur. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, “Leyer”in işçi tezlikləri 935-960, 1805-1880, 890-915 və 17101785 MHz təşkil edir. Bir maşın 6 km radiusda mobil rabitəni bloklaya bilir. Bir kompleks eyni anda 3 mobil operatorun 2000 abunəçisini bloklamağa və onlara nəzarət etməyə imkan verir. 2015-ci ilin sonunda Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazası da 4 kompleks RB-531BE “İnfauna” sisteminə sahib olub. BTR-80 zirehli transportyorun bazasında yerləşdirilmiş “İnfauna” geniş diapazonlu, yüksək sürətli radio kəşfiyyatının aparılması üçün nəzərdə tutulur. Sistem həmçinin şəxsi heyətin və obyektlərin radiosiqnallarla idarə olunan mina-partlayıcı qurğulardan mühafizəsi, rəqibin optik və radiotexniki kəşfiyyat vasitələri ilə mübarizə aparmaq imkanına malikdir. “İnfauna” yüksək sürətli geniş diapazonlu radiokəşfiyyat apa ratlarına və radiosiqnallarla idarə olunan partlayıcıları bloklaşdıra bilən jammerə malikdir. Kompleks radiokəşfiyyat aparmaqla yanaşı, maneələrin yaradılmasını da həyata keçirir. “İnfauna” kompleksinin taktiki-texniki xüsusiyyətləri barədə geniş məlumatlar təqdim edilmir. 2010-2016-cı illərdə Rusiyanın Abxaziyadakı hərbi hissələrinin istifadəsinə RB-341V “Leyer-3”, “Jitel”, “Borisoqlebsk1”, “Lava-RP”, “İnfauna” REM sistemləri daxil edilib. Rusiya 2020-ci ilə qədər CHD-nin Şimali və Cənubi Qafqazdakı hərbi hissələrinin silahlanmasına 30-a qədər yeni REM sistemləri daxil etməyi planlaşdırır.

Ermənistan Ermənistan SSRİ dağılandan sonra ölkə ərazisində sovet ordusundan qalmış REM sistemlərini tam şəkildə təhvil alaraq ötən dövrdə onların modernləşdirilməsini yerli müəssisələrin və xarici şirkətlərin (Rusiya və Belarus) iştirakı ilə həyata keçirmiş və yeni REM kompleksləri almaqla imkanlarını daha da genişləndirmişdir. Müxtəlif mənbələrdə yer alan məlumatlara görə, 2013-2015-ci illərdə Rusiyadan “Avtobaza”, “İnfauna” və R-325U, Belarusdan “Qroza” kompleksləri əldə edib. Adıçəkilən komplekslər 2014-cü ilin avqust, 2016-cı ilin aprel və may aylarında Qarabağda istifadə edilib. Hazırda Ermənistan Silahlı Qüvvələrində ixtisaslaşmış üç REM taboru (dislokasiya məntəqələri İrəvan, Gümrü və Aştarak) mövcuddur. Bənzər sistem Dağlıq Qarabağdakı separatçı hərbi birləşmənin tərkibində də formalaşdırılıb. İrəvanda yerləşən 23-cü və Gümrüdə yerləşən 25-ci əlahiddə radioelektron mübarizə taborlarının silahlanmasında R330 “Mandat”, R-330U “Ukol”, R-330K, R378B, R-934U “Udar”, SPR-2, Aştarakda yerləşən 26-cı əlahiddə “S” təyinatlı radioelektron mübarizə taborunun silahlanmasında isə SPN-30, SPB-7, SPO-8, POST-3M və digər radioelektron mübarizə vasitələri mövcuddur. Erməni hərbi mediasında və Müdafiə Nazirliyinin rəsmi “Hay Zinvor” qəzetində yer alan məlumatlara görə, Ermənistanda modernizə edildikdən sonra R-330 “Mandat” REM kompleksi “Manuşak” adı alıb. Eyni zamanda R-330 stansiyasının əsasında Ermənistan mühəndisləri tərəfindən “Amprop” adı digər bir REM sistemi də hazırlanıb. 2016-cı ilin oktyabr ayında İrəvanda keçirilmiş “ArmHiTec2016” hərbi sərgisində nümayiş olunmuş hər iki stansiya barədə informasiya yayan “Razm.info” saytının xəbərinə görə, “Manuşak” və “Amprop” rəqibin radio rabitəsinin yatırılması üçün nəzərdə tutulub. 20-520 MHs tezliklərdə işləyir və eyni zamanda 10 tezliyi boğa bilər. MT-LB şassisində yığılmış stansiya taktik səviyyədə işləyir, 40 kilometrə qədər zolaqda informasiyanı yığır və 20 km məsafədə rabitəni boğmağı bacarır. Yeri gəlmişkən, adıçəkilən hərbi sərgidə İrəvan Riyazi Maşınqayırma Elmi Tədqiqat İnstitutu (YerNİİMM) UAZ maşınının bazasında radiorabitənin yatırılması və şəbəkəyə nəzarət üçün hazırlanmış “Mortir” adlı digər REM stansiyasını da təqdim edib. Ermənistan Ordusu tərəfindən 2016-cı ilin aprel döyüşləri Ermәnistan Ordusunun istifadәsinә verilmiş RB-531BE “İnfauna” REM komplekslәri İrәvanda keçirilәn hәrbi paradda.


MART–APREL 2017

zamanı tətbiq edildiyi bildirilən stansiya 25-2600 MHs tezlik diapazonunda maneələrin yayılması üçün nəzərdə tutulur. Əldə olunan məlumatlara görə, “Manuşak” R-330 “Mandat” REM stansiyasının dərin müasirləşdirilmiş versiyasıdır. YerNİİMM tərəfindən aparılmış modernləşdirmə nəticəsində kompleksin bütün daxili blokları yenilənib və Avropa ölkələrindən alınmış bloklarla təchiz olunub. Nəticədə kompleksin funksiyaları və imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. YerNİİMM baş direktorunun birinci müavini Qaqik Ovanisyanın sözlərinə görə, kompleks radio kanalların kəşfiyyatını və müxtəlif tezlik diapazonlarında istiqamətlərin aşkarlanması, hesablamaların avtomatik şəkildə analizini və yatırılmanı həyata keçirməyə imkan verir. Qeyd edək ki, YerNİİMM tərəfindən UKV diapazonlarında avtomatlaşdırılmış radiomaneə stansiyası, “Mşuş” adlı peyk rabitəsinə mobil maneəyaratma stansiyası, GPS və QLONASS naviqasiyasına qarşı “Şqarş” adlı maneəyaratma stansiyasının, habelə radar siqnallarını qarışdırmaq üçün “Antiradar” adlı kompleksin hazırlandığına dair məlumatlar mövcuddur. İlk nümunəsi 2012-ci ilin oktyabr ayında təqdim olunmuş UKV diapazonda radiomaneə yaratma kompleksi əsasən ultraqısa dalğalarda çalışan radiorabitə vasitələrinə qarşı işlənib hazırlanıb. Müəssisənin 2011-ci ildən üzərində işlədiyi “Antiradar” kompleksi isə radiolokasiya sistemlərinə qarşı maneələrin yaradılmasını həyata keçirməlidir. “Haykakan Banak” jurnalının məlumatına görə, sistem rəqibin radarlarının siqnalının tanınmasını, şüa istiqamətinin təyini və maneələrin yaradılmasını həyata keçirən funksional qurğulardan ibarətdir.

“Antiradar” sadə iş prinsipinə malikdir– siqnalı aşkarlayıb, bu istiqamətdə aldadıcı siqnallar göndərir və radarın ekranında bir neçə yanlış hədəf yaradaraq, bununla rəqibin Hava Hücumundan Müdafiəsinin effektiv fəaliyyətinə maneə, törədir. Bir kompleks bir neçə işləyən radarına qarşı istifadə edilir. Kompleks həm hava platformalarının, həm də ZRK-lərin radarlarına qarşı nəzərdə tutulub. Ermənistanın 2014-cü ildə Rusiyadan satın aldığı R-335U avtomatlaşdırılmış radiomaneə stansiyası qısa dalğa diapazonunda işləyən operativ-taktik və operativ radiorabitə əlaqəsinin, qısa telekodlu mesaj ötürülməsinin yatırılması üçün nəzərdə tutulur. Stansiya radioşüalanma mənbələrin avtomatik şəkildə axtarışını, pelenqlənməsini, mənbələrin koordinatlarının təyini, tezliklərin öyrənilməsi və optimal maneənin avtomatik şəkildə seçilməsini həyata keçirir. 1,5-30 MHz işçi diapazonlarda çalışan sistemin digər üstünlüyü boğulan radio xətlərin işinə nəzarət etməyin mümkünlüyüdür. İran 2003-cü ildə ABŞ-ın İraqa müdaxilə zamanı tətbiq etdiyi radioelektron hərb texnologiyalarını təhlil edən İran həmin vaxtdan yubanmadan Silahlı Qüvvələrdə bu sahəyə diqqət ayırmağa başladı. Ötən 14 il ərzində rəsmi Tehran ordunun qeyd olunan sahədə imkanlarının əhəmiyyətli şəkildə yüksəldilməsinə nail olub. Rusiya, Belarus və Çindən müxtəlif növ radioelektron mübarizə sistemlərini əldə etməklə yanaşı özünün də bu sahədə milli sistemlərini hazırlamağa nail olub. İranda radioelektron mübarizə sistemlərinin yaradılması və istehsalı üzrə ixtisaslaşmış

34 -35

Shiraz Electronics Industries (SEI) müəssisəsi mövcuddur. Ayrı-ayrı təlimlərdə İranın milli REM sistemlərinin istifadəsindən bəhs edilsə də, onların barəsində geniş məlumatlar mövcud deyil. SEİ şirkətinin kataloqlarında yer alan məlumatlardan bəlli olduğu qədər müəssisə müxtəlif tezliklərdə 10 km-dən 200 km-dək təsir radiusuna malik GSM monitorinq və maneəqoyma stansiyaları (GPSJ-10, GPSJ-40, GPSJ-25, ), TRM-8C 3000 taktik radiomonitorinq sistemi, GRJ-87X radar qarışdırma, VUJ-500L və VUJ-1000L V/UHF, S2VUJ-200M V/UHF, SSHJ-1000M, SSHJ-10000H, FFHJ-1000M markalı HF monitorinq və maneəyaratma sistemlərinin istehsalını həyata keçirir. Bu sistemlər, əsasən, taktik sahədə istifadə üçün nəzərdə tutulur. İran 2011-2013-cü illərdə əlindəki radiotexniki mübarizə sistemlərindən istifadə etməklə ölkənin hava sahəsinə daxil olmuş ABŞ-a məxsus 10-a yaxın PUA-nın endirilməsini həyata keçirib. Beynəlxalq nəşrlərdə yer alan məlumata görə, ABŞ ordusuna məxsus RQ-170 PUAnın endirilməsi 2011-ci ildə Rusiyadan satın alınmış 1L222 “Avtobaza” radiotexniki kəşfiyyat sisteminin tətbiqi sayəsində mümkün olub. Bu kompleks “hava-yer” idarə olunan bombaların atışında istifadə olunan bort radarlarının siqnallarını qarışdırmağa, habelə aşağı hündürlükdən uçan hava platformalarının, çoxfunksiyalı bort radarlarının qarışdırılması və yanlış siqnallar yolu ilə idarəetmənin sıradan çıxarılmasını həyata keçirir. Nəticədə düşmən təyyarələrinin radarlarının ekranlarında yaradılan maneə idarəolunan bombaların tətbiqi imkanını məhdudlaşdırır. Kompleksin tərkibinə daxil olan “Avtobaza” radiotexniki kəşfiyyatı stansiyası 150 kilometrə qədər uzaqlıqda təyyarələrin istənilən radarının siqnallarını analiz etməyə imkan verir. Stansiya 800017544 MHz dalğa diapazonlarında çalışır. “Avtobaza” əsasında İran özünün “Alim” adlı radiotexniki kəşfiyyat stansiyasını yaratdığını açıqlayıb. Hərbi paradda nümayiş etdirilən bu stansiyanın öz imkanlarına görə sələfindən üstün olduğu bəyan edilsə də, taktiki-texniki göstəriciləri barədə heç bir məlumat mövcud deyil. Türkmənistan Türkmənistan da son onillikdə REM sistemlərinin silahlanmaya qəbuluna və tətbiqinə böyük diqqət yetirir. Rəsmi Aşqabad sözügedən prosesə əslində 2000-ci illərin əvvəllərində start verib.


AZERI DEFENCE Qazaxıstan 1L222 “Avtobaza”

2003-cü ildə rəsmi Aşqabad Ukraynadan 2, sonrakı dövrdə isə daha bir kompleks “Kolçuqa” radiotexniki kəşfiyyat sistemi əldə edib. Sovetlər birliyində layihələşdirilmiş passiv radiotexniki kəşfiyyat stansiyası olan “Kolçuqa” KrAZ şassisi üzərində yerləşdirilib. Stansiya 300-400 km dərinlikdə radioelektron mühitin monitorinqini tam şəkildə təmin etmək imkanı verir və öz imkanlarına görə sovetlər birliyi dönəmində yaradılmış ən mükəmməl stansiyalardan hesab olunur. Ukrayna tərəfinin açıqladığı məlumatlara görə, Türk mə nistana ixrac edilənlər stan siyanın “Kolçuqa-M” adlı təkmilləşdirilmiş modifikasiyasıdır. Bu modifikasiya silahlanmaya 2001-ci ildə qəbul edilib. Stansiya “Repellent-1” REM kompleksi

troposfer yayılması prinsipi ilə işləyərək tək hava mənbələrini deyil, eyni zamanda yerüstü hədəfləri də müəyyənləşdirməyə imkan verir. Sistem passiv re jimdə işlədiyindən və şüalandırma olmadığından onun yerini aşkar eləmək çətindir. “Kolçuqa-M” 135-170, 230-470 və 75018000 MHz tezliklərdə fasiləsiz nəzarət imkanına sahibdir. Sistem paralel işləyən 36 kanal qəbuledicisi və elektronika ilə təchiz olunub və eyni zamanda 200-dən çox siqnalı müşayiət etməyə imkan verir. Türkmənistan Silahlı Qüvvələri həmçinin Çinin CETC şirkətindən bir neçə fərqli REM kompleksi əldə edib. 2015-ci ildə adıçəkilən şirkətdən “O-shield” adlı yeni döyüş nəzarət və elektrooptik müdafiə kompleksi (4 kompleks) satın alıb. Tərəflər arasında “O-shield” sistemlərinin satın alınmasına dair müqavilə 2014-cü ildə Çində keçirilən sərgidə imzalanıb. “O-shield” kompleksi yeni nəsil radioelektron mübarizə sistemlərindən sayılır. Özündə millimetrlik diapazonda çalışan radarı, elektrooptik sistemi və əks tədbir sistemini birləşdirir. Mobil kompleks tək REM sistemlərinə qarşı deyil, eyni zamanda elektrooptik və lazerə (NIR, MIR LIR) qarşı mübarizə, habelə raketlərə qarşı müdafiəni təmin edir. Bundan başqa, 2015-ci ildə Türkmənistanın Müdafiə Nazirliyinin Belarusa adı açıqlanmayan 2 REM kompleksi sifariş verməsinə, eyni zamanda İspaniyanın “İndra Sistemas” şirkəti ilə də REM sistemlərinin alqısatqısına dair görüşmələrin davam etdiyinə dair informasiyalar mövcuddur.

Son illərdə özünün radioelektron mübarizə potensialını gücləndirməkdə olan Qazaxıstan bu sahədə Rusiya, Belarus, İspaniya və Türkiyə ilə sıx əməkdaşlıq edir. 2014-2015-ci illərdə Qazaxıstan HHQnin Su-27 döyüş təyyarələrinin radioelektron mühafizəsi məqsədi ilə Belarusun “Defense İnsitativ” şirkətindən 24 kompleks konteyner tipli “Talisman” bort radioelektron mübarizə sistemi satın alıb. 2008-ci ildə Qazaxıstanın Müdafiə Nazirliyi ilə İspaniyanın “İndra Sistemas” şirkəti arasında “Skiada-R” radioelektron mübarizə sistemlərinin çatdırılmasına dair müqavilə imzalanıb və sifariş verilmiş komplekslər 2010-cu ildə Qazaxıstan Ordusuna təhvil verilib. Qazaxıstan Müdafiə Nazirliyinin mütəxəssislərinin sözlərinə görə, adıçəkilən stansiyalar perspektivlidir və silahlı qüvvələrin ehtiyaclarını tam təmin edir. “Kazakhstan Engineering” şirkəti və “İndra Sistemas”ın birgə təsis etdiyi şirkət hazırda həmin stansiyaların təkmilləşdirilməsi və Qazaxıstanda istehsalı üzərində işlər apardığını açıqlayıb. 2016-cı ilin iyun ayında KADEX-2016 beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində “Kazakhstan Engineering” şirkəti ilə Rusiyanın “Müdafiə Sistemləri” SC arasında Silahlı Qüvvələr üçün “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat stansiyasının, “İnfauna” REM kompleksinin və “Repellent” radioelektron mübarizə PUA kompleksinin satın alınmasına dair müqavilə imzalanıb. Müqavilə üzrə məhsulların çatdırılmasına 2017-ci ildən başlanacaq. Anlaşma çərçivəsində çatdırılacaq komplekslərin sayı açıqlanmayıb. Qeyd edək ki, Rusiya hərbi sənayesinin yeni məhsullarından olan "Repellent" radiotexniki kəşfiyyat PUA-sı həssas stansiyasının sayəsində 35 km-dən artıq məsafədə siqnallar əsasında ən kiçik hədəfləri belə aşkarlamağı bacarır. Müqavilənin icrası ilə Qazaxıstan bu sistemin Rusiyadan sonra ikinci istifadəçisi olacaq. Yüngül nəqliyyat vasitəsinin üzərində qurulan kompleksin idarəetmə kompüterində operator ərazidəki radioelektron vəziyyəti görür, buradan müvafiq maneələrin tətbiqini həyata keçirir. Aparat 200-6000 MHz tezliklərdə panoramik aşkarlama, pelenqləmə və 10 km radiusda maneələrin qoyulmasını həyata keçirə bilir. İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu sistem daha çox döyüş əməliyyatları zonasında düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə məqsədi ilə nəzərdə tutulur. Belə ki, kompleks havadaykən kiçik ölçülü PUA-ları siqnallar vasitəsi ilə 30 km radiusda aşkarlamağı bacarır.


MART–APREL 2017

36 -37

ASELSAN RADİOELEKTRON MÜBARİZƏ SİSTEMLƏRİ Otuz ildən çoxdur radioelektron mübarizə sistemlərinin yaradılması və istehsalı sahəsində təcrübəsi olan Türkiyənin ASELSAN şirkəti bu sektorda dünyanın aparıcı istehsalçıları arasında qərarlaşır. Xüsusilə də son illərdə Türkiyə Silahlı Qüvvələrinin ehtiyac duyduğu radioelektron mübarizə vasitələrinin əsas təminatçısına çevrilən ASELSAN-ın istehsal etdiyi məhsullar bir çox müttəfiq ölkələrə də ixrac olunmuş, ASELSAN-ın Radar, Elektron Hərb və Kəşfiyyat Sistemləri (REHİS) sektoru dünya çapındakı müştərilərinə açar təhvili prinsipi ilə radioelektron mübarizə həlləri təqdim edən müasir texnologiyalar mərkəzinə çevrilmişdir. Radioelektron mübarizə sistemləri sahəsində ixtisaslaşan ASELSAN REHİS qrupunun 2015-ci ildə Ankarada inşa edilən Gölbaşı müəssisəsində istifadəçilərin əməliyyat ehtiyaclarına uyğun radioelektron mübarizə (REM) sistemləri dizayn və istehsal olunur. ASELSAN-ın yer, dəniz və hava plat formaları üçün hazırladığı və əməliyyatlarda özünü doğrultmuş REM kompleksləri aşağıdakı kateqoriyalara görə dizayn edilir: - Radarlara elektron dəstək (ED); - Radioelektron kəşfiyyat (ELINT); - Rabitə vasitələrinə radioelektron dəstək (ED); - Rabitə kəşfiyyatı (COMINT); - Radarlara qarşı elektron hücum (ET); - Rabitə vasitələrinə qarşı elektron hücum (ET); - Radioelektron özünü qoruma; - Əldəqayırma partlayıcılarla mübarizə; - RF və EO/IR iz idarəetməsi. Qeyd edək ki, radioelektron mübarizə sistemlərində yer alan mikrodalğalı modul və

birləşənlərin (tranzistorların) istehsalı ASELSAN-ın bu məqsədlə qurulmuş xüsusi istehsalat sahələrində həyata keçirilməkdədir. Bu məqsədlə radar, REM və peyk sistemlərində istifadə üçün yüksək performanslı Göndərmə və Göndər mə/Alma Modulları, Ön Hissə Modulları, Tezlik Çeviricilər, Güc Yüksəltmə Modulları, Rəqəmsal Dalğa Ayırıcılar (DFD), Logaritmik Video Gücləndiricilər (DLVA), Filtrlər, Monolit Mikrodalğa inteqrasiya cihazları (MMIC) və s. cihaz və elementlərin dizaynı və istehsalı tamamilə yerli olaraq həyata keçirilir. Mikrodalğa modul istehsalında incə film və çox qatlı mikrodalğa paketləmə texno lo giyalarından istifadə olunur. Hazırda ASELSAN şirkəti tərəfindən REM sistemləri daşına bilən (Man-Pack / Portable), yer, dəniz və hava platformalarında mobil və sabit sistemlər olaraq istifadəçilərə təqdim edilir. Radar ELINT / Radioelektron hücum sistemləri Radar ELINT sistemi təhdid radarlarının təsbit və ayırd edilməsi, habelə radioelektron hücumların tətbiqi üçün rəqibin radarları haqqında gərəkli informasiyaları öyrənərək Elektron Müharibə Sahəsini yaradır. Radar Eelektron Dəstək/ELINT sistemi təsbit

prose s i

çərçivəsində radara aid əsas (tezlik, impuls genişliyi, tipi) və detal (antenanın skan etməsi, impulsun modulyasiyası və s.) parametrləri avtomatik şəkildə ölçür. Bundan sonra GVD və ya Təhdid Məlumat Bazasından avtomatik şəkildə təsbit edilən radarların kimlikləndirmə prosesi gerçəkləşdirilir. Sistemdə hadisələri və maraq dairəsində olan radarlarla bağlı taktiki qeydlər aparılır. Radar ED/ELINT sistemleri yüksək qəbul etməli antenaya, geniş və sıx qəbul xətlərinə, yüksək etibarlılığa malik parametr çıxarma qabiliyyətinə və geniş tutumlu analiz infrastrukturuna malikdir. Radar ET sistemi isə təsbit edilmiş hədəf radarların əhatə etdiyi sahələri azaltmaq və ya bəlli müddətdə onların fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə aldatma və ya qarışdırma formasında maneələr yaradır. Belə ki, hədəf radarlar aş kar lan dıqdan sonra onlara qarşı uyğun və uyğun olmayan qarışdırma və aldatma texnikaları tətbiq olunur. Sistem


AZERI DEFENCE birdən çox düşmən radarına eyni zamanda hücum etmək qabiliyyətinə sahibdir. Rabitə ED və Rabitə ET sistemləri Rabitə ED sistemlərinin sabit, daşınan və mobil olmaqla fərqli platformalara inteqrasiyası mümkündür. Bu çərçivədə yaradılan V/UHF pelenqatoru 30-3000 MHz tezlikdə, HF pelenqatoru 2-30 MHz tezlikdə olan təhdid doğuran yayımları aşkarlaya, pelenqasiya edə, siqnalları sinifləndirə, dinləyə, qeyd edə bilir. Birdən çox pelenqatorun bir şəbəkə halında çalışması ilə hədəf yayımların yerləri təsbit edilə bilir. Digər tərəfdən, Rabitə ED sistemləri olaraq V/UHF və HF pelenqator və qarışdırma sistemləri ilə davamlı, fasilələrlə, ayrı-ayrı hədəflərə yönəlmiş, sıralı, çox sayda, baraj, reaktiv qarışdırma rejimlərindən istifadə etməklə təhdid olan HF və V/UHF dalğalardakı rabitəyə maneələrin qoyulması və yatırılması təmin olunur. Sistemdə operator əməliyyatı Tapşırıq Planlaşdırma proq ra mından istifadə etməklə aparır. Proqram operatora bölgədəki dost və düşmən ünsürlərin yerlərini xəritə üzərində işarələməyə və digər dost bölmələri məlumatlandırmağa imkan verir.

ASELSAN-ın HF/V/UHF rabitə ED və Rabitə ET sistemləri özlərinin bir sıra imkanları sayəsində digər sistemlərlə müqayisədə ön plana çıxır. Bunların arasında dəqiq istiqamət müəyyənləşdirmə, çox yüksək atlama sürətinə sahib tezlik atlamalı yayınlar üçün təsbit və istiqamət müəyyənləşdirmə, yeni nəsil geniş dalğa qəbul bankı, rəqəmsal dinləmə kanalları, geniş dalğa İF qeyd seçənəyi, tezlik atlamalı və sabit tezlikli siqnalların geniş dalğa İF

qeydi içərisində təsbiti üçün siqnal analizi, analoq və rəqəmsal modulyasiyalı dar dalğada rabitə yayınları üçün siqnal analizi qabiliyyəti (sinif lən dir mə, parametr çıxarma, modulyasiya analizi, protokol analizi), demodulyasiya olunmuş analoq modulyasiyalı siqnallar üçün səs qeydi, geri qaytarma və səs sanalizi, tezlik atlamalı siqnallar üçün reaktiv qarışdırma, çoxsaylı hədəflərə qarışı qarışdırma kimi üs tünlükləri qeyd etmək olar.


MART–APREL 2017

ASELSAN YENİ TEXNOLOGİYALARINI IDEF-də SƏRGİLƏYƏCƏK Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti olan ASELSAN may ayında 13-cüsü düzənlənəcək IDEF-2017 beynəlxalq müdafiə sərgisində 4901 kv. metr sahədə olmaqla dəniz, hava, hava hücumundan müdafiə, sərhəd-sahil mühafizə, rabitə, radioelektron mübarizə, elektrooptik və silah sistemləri seqmentləri üzrə özünün 300-ə yaxın hərbi təyinatlı məhsulunu nümayiş etdirəcək. Ballistik raketlərə və bənzər təhdidlərə qarşı “Qorqud” zenit-top kompleksi, “Hisar” ZRK, son illərdə artan dron təhdidlərinə qarşı hazırlanmış İHTAR anti-dron kompleksi, terror hadisələrinə qarşı təhlükəsizlik məqsədləri üçün nəzərdə tutulan İctimai Təhlükəsizlik İdarəetmə Sistemi ASELSAN-ın IDEF-2017 sərgisində diqqətçəkən məhsulları arasında yer alır. Yerüstü sistemlərdən tank atış-kontrol sistemi, döyüş modulları, modern döyüşçü sistemləri, geyiləbilən texnologiyalar, insansız maşınlar, elektrooptik cihazlar, avionik sistemlərdən hədəfləmə podu, çox funksiyalı monitor, inersial naviqasiya sistemləri, helikopter və təyyarə kabinələri, lazer yönləndirmə dəstləri, dəniz sistemlərindən VATOZ sensor idarəetmə sistemi, torpedalara qarşı qarışdırma və aldatma, dənizaltılar üçün radioelektron mübarizə kompleksi, radar sistemləri daxil olmaqla çox sayda məhsullar ziyarətçilərin diqqətinə təqdim olunacaq.

38 -39

SARP Dual

Yeni elektrooptik cihazlar Elektrooptik sistemlərin yaradılması və istehsalı üzrə ixtisaslaşmış ASELSAN şirkətinin sərgidə ilk dəfə təqdim edəcəyi GÖZ-SW qısa dalğalı infraqırmızı (SWIR) termal kamera duman, yağmur və digər pis hava şəraitlərində keyfiyyətli görüntü təmin edərək müşahidə-nəzarət imkanlarını yüksəldir. Şir kət dən bil di ri lib ki, önümüzdəki dönəmdə GÖZ-SW kamerasının hava platformalarında da tətbiqi nəzərdə tutulur. Bu kamera sayəsində zəif və ya pis görmə şərtlərində aşağı hündürlükdən uşuşlarda, habelə enib-qalxma zamanı pilotlar əlavə görüntü imkanı qazanacaqlar. Sərgidə ASELSAN tərəfindən hazırlanmış GÖZ-Q soyutmalı termal kamera da ilk dəfə ictimaiyyətə tədim olunacaqdır. Bu termal kamerada ASELSAN müəssisələrində seriyalı istehsalına başlanan quantum əsaslı soyutmalı infraqırmızı detektorlardan (QWIP) istifadə olunur. Sərhəd təhlükəsizliyi, sahil mühafizəsi və digər məqsədlər üçün ehtiyac duyulan uzun mənzilli və yüksək performanslı termal görüntüləmə qabiliyyətinə malik olan GÖZ-Q elektromaqnit spektrumun uzun infraqırmızı dalğa diapazonunda (LWIR) çalışır. Termal kamera və gecəgörməni bir korpusda birləşdirən “Van Kedisi” (“Van Pişiyi”) silah nişangahı və əl durbini mövcud termal və gecəgörmə durbinlərin görüntülərini tək kanaldan təmin edir. Əl durbini “Van Kedisi-D”, silah nişangahı isə “Van Kedisi-N” adlanır.

Van Kedisi

GOZ-SW

Təhdidlərin təsbiti, diaqnozu və tanınması məqsə di lə is ti fa də edilən cihaz, gecə və gündüz, hər cür hava şəraitində yüksək performans nümayiş etdirib. “Van Kedisi” istifadəçisi istəyinə görə termal, gecəgörmə və ya termalgecəgörmə rejimlərindən birini seçə bilir. ASELSAN silah sistemləri ailəsi genişlənir “Sarp” döyüş modulunun sərgidə ilk dəfə nümayiş etdiriləcək “Sarp Dual” adlı yeni versiyası 2017-ci ilin əvvəlində ASELSAN tərəfindən tamamilə yerli imkanlar hesabına tank, zirehli döyüş maşını və digər yerüstü platformalarda, sabit qurğularda hava və quru hədəflərinə, xüsusilə asimmetrik təhdidlərə qarşı qorumanı təmin etmək məqsədiylə hazırlanıb. Sistem əsas silah olaraq 7.62 mm-lik və 12.7 pulemyotlar və ya 40 mm-lik qumbaraatan, köməkçi silah olaraq isə 7.62 mm-lik pulemyotla təchiz edilib. “Sarp Dual” döyüş modulunun ballistik müdafiəsi STANAG 4569 Level 4 səviyyəsinə cavab verir. Döyüş modulu böyük sursat ehtiyatına malikdir (400 ədəd 12.7×99 mm, 1000 ədəd 7.62×51 mm, 80 ədəd 40×53 mm, 400 ədəd köməkçi silah üçün 7,62×51 mm). Sərgidə STAMP məsafədən idarə olunan silah sisteminin yenilənmiş STAMP-2 adlı ver-

siyasının da ilk dəfə nümayişi planlaşdırılıb. STAMP-2 modulunu sələfindən fərqləndirən başlıca xüsusiyyət kompakt və kiçik dizaynın üstün texniki xüsusiyyətlərinin bir arada təqdim olunmasıdır. Bundan başqa, topun qalxma bucağında hərəkət limitləri də artırılıb. Müasir interfeys silah sisteminin istifadəçi tərəfindən qavranmasını da asanlaşdırır. Sistem üçün hazırlanan istifadəçi interfeysində 19 düym ekrandan istifadə olunub. Ekran üzərində gündüz və termal kamera görüntüləri eyni anda görünür. Göyərtənin altından sursat transferi sayəsində sursat azaldıqda gəminin heyəti düşmən atəşinə məruz qalmadan sursatıın yüklənməsini həyata keçirə bilir. STAMP-2 sistemi Həssas Yönləndirici hesabına nəzarət rejimində (silah hədəfə yönləndirilmədən) istifadə oluna bilir. 7.62 mm, 12.7 mm pulemyotlar və 40 mm-lik qumbaraatanın taxıldığı sistemə Rusiya istehsalı olan 12.7 mm-lik NSV pulemyotunu da inteqrasiya etmək mümkündür. Bu da döyüş modulunun gələcəkdə Rusiya istehsalı silahları istifadə edən ölkələrə ixracına imkan verəcək. İDEF sərgisində ASELSAN tərəfindən hazırlanmış elektromaqnit silah sistemi də ilk dəfə nümayiş etdiriləcək texnologiyalar arasında yer alır. Yaradılmasına 2015-cü ildə başlanılan elektromaqnit topun (ing. Railgun) ilk testləri 2016-cı ilin dekabr ayında keçirilib və uğurlu nəticələr əldə edilib. Elektromaqnit Topun (EMT) sur sa tın yüksək ener ji si və 2000-2500 m/saniyə çıxış sürəti sayəsində 300 km-dən uzaq məsafədə effektiv təsirə sahib


AZERI DEFENCE yektlərin, bazaların mühafizəsi sərhədlərdən kənar əməliyyatlar üçün 3B hava hərəkətinə nəzarət, hava boşluqlarını bağlamaq və s. məqsədlərlə istifadəsi nəzərdə tutulur. Yeni radiostansiyalar

olacağı proqnozlaşdırılır. Sistemin mühüm xüsusiyyətlərindən biri də raket mühərrikli sistemlərə görə daha ucuz başa gəlməsi, atış dəstək, hava hücumundan müdafiə və kosmosa atış kimi çox istifadəliliyi, sursatda kimyəvi tərkibli partlayıcı olmadığından sistemin inteqrasiya olunduğu platformanın təhlükəsizliyinin yüksək səviyyədə olmasıdır. Əsgərlər robotlaşır Sərgidə nümayiş etdiriləcək yeni texnologiyalar arasında ASYA (Askeri Yürüyüş Asistanı) adı verilmiş ekzosklet sistemi də diqqət çəkir. ASELSANın “Cəngər” gələcəyin döyüşçü təchizatı ilə inteqrə şəkildə istifadə olunacaq ASYA Xüsusi Təyinatlı Qüvvələrin və ordunun ehtiyacları nəzərə alınaraq yaradılıb. ASYA yerimə, qaçış, dırmanma və sıçrama kimi hərəkətlərə dəstək olmaqla heyətin daha yaxşı performans göstərməsini təmin edir.

Hədəf təsbit radarı ASELSAN üzərində işlərə başladığı artilleriya vasitələrinin ye ri ni uzaq mə sa fə dən yüksək dəqiqliklə təsbit edəcək yeni radar sistemini də maket şəklində sərgidə təqdim etməyə hazırlaşır. “Sərhəd” minaatan təsbit radarının bazasında yaradılan yeni radar daha uzaq məsafədən düşmənin artilleriya vasitələrinin yerini aşkarlamağı bacaracaq. Kompleks AESA aktiv elektron radar və DBF (Digital Beam Forming) sistemi ilə təchiz olunacaq. Radarın üstün xüsusiyyətlərindən biri də atılan mərminin düşəcəyi yerdə mövqe tutan bölmələri mərmi düşmədən xəbərdar etməsidir. Radar eyni zamanda öz qüvvələri tərəfindən həyata keçirilən atışların izlənilməsini, mərmilərin düşmə nöqtələrinin hesablanmasını da həyata keçirəcək. IDEF sərgisində həmçinin ASELSAN-ın Mobil Axtarış Radarının (MAR) yeni hazırlanmış MAR-V konfiqurasiyası “Otokar” şirkətinin istehsalı olan “Cobra II” zirehli maşınının üzərində sərgilənəcək. Hava hücumundan müdafiə sistemlərində və strateji obyektlərin hava hücumundan müdafiəsində yer alan MAR-da AESA və DBF texnologiyası tətbiq olunub. Hazırda MAR “Qorqud” zenit-top kompleksində və “Hisar-A” ZRKdə əsas sensor olaraq yer alır. MAR-ın təyyarə, helikopter və PUA kimi hədəflərlə yanaşı, “hava-yer” raketləri və mərmilərin aşkarlanması, onların izlənilməsi qabiliyyəti real şəraitdə özünü doğruldub. MAR-V konfiqurasiyasının strateji ob-

ASELSAN tərəfindən yaradılmasına 2013-cü ildə başlanılmış radioelektron mübarizə vasitələrinə qarşı qorumalı yeni nəsil PRC-5333 SAHARA əl radioları özünün bir çox xüsusiyyətləri ilə önə çıxır. Radionun ən diqqət çəkən xüsusiyyəti isə dünyadakı mövcud əl radioları arasında iki barmaqla görüntünü böyüdüb-kiçilt-

mə funksiyasına sahib ilk radio olmasıdır. Yüngül çəki və istifadəsinin rahatlığı ilə yanaşı, 4 düym ölçülü sensorlu ekran sayəsində hərbi əl radiostansiyası mobil telefon kimi istifadə oluna biləcək. Su damlası ilə toxunma arasındakı fərqi təyin edə bilən, əlcəklə də istifadəsi mümkün olan sensorlu ekran texnologiyası, asan interfeys radioya əlavə imkanlar qazandırır.

30-512 MHz ara lı ğın da bütün tezliklərdə çalışa bilən, proqramlaşdırılan arxitekturaya malik radiostansiyaya gələcəkdə fərqli dalğalar yüklənə bi lə cək. SA HA RA, həm çi nin proqram kontrollu ağıllı enerji sərfi texnologiyası ilə yüksək batareya ömrünə sahib olacaq. Hərbi birliklərin yer və mövqe məlumatlılığını artırmaq üçün SAHARA-da həssas daxili GPS qəbuledici yer alır. SAHARAnın üzərində ən azı 5 Megapiksel kamera və 64 GB daxili yaddaşa sahibdir. Bununla da rəqəmsal xəritələr əl radiolarına yüklənə biləcəkdir. Bu da daxili GPS ilə birlikdə əsgərlərin yer və durumla bağlı məlumatlılığını təmin edəcək. SAHARA-nın yaradılmasının 2018-ci ildə tamamlanması və istifadəyə verilməsi planlaşdırılır. Ra bi tə sa hə sin də ki ber təhlükəsizlik üçün önəmli olan Milli Yönləndiricinin də dizayn və yaradılması işlərinə başlayan ASELSAN bu il adıçəkilən sistemin istehsalına başlamağı planlaşdırır. Milli Yönləndirici ilə taktik sahədəki rabitə sistemləri İP bazalı bir əsasa sahib olacaq. Məhsul ilk olaraq yeni nəsil TASMUS-da tətbiq ediləcək və sistemin əsas açarlama və idarəetmə elementini təşkil edəcək. Milli Yönləndirici 48 GBitps-ə qədər çıxan açarlama sürəti ilə həm IPv4, həm də IPv6 uyumlu paketleri Statik Yönləndirmə, OSPF, EIGRP (UCMR) və BGP protokolları ilə yönləndirir. ECMR qabiliyyətinə də sahib olan Milli Yönləndirici IGMP, PIM, DHCP, DNS, IPsec və IKE kimi bir çox tamamlayıcı protokolları da dəstəkləyir.


MART–APREL 2017

40 -41

TÜRKMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ – MODERNLƏŞMƏ PROQRAMLARI ?Ramil Məmmədli Müstəqilliyini qazandığı ilk gündən neytral hərbi-siyasi mövqe nümayiş etdirməsinə baxmayaraq, Türkmənistan son 10 ildə aktiv silahlanma proqramı yürütməkdədir. Yerləşdiyi regionun qeyri-stabil olması, Əfqanıstanla sərhəd, Xəzər dənizinin hüquqi statusunun indiyədək müəyyənləşdirilməməsi kimi faktorlar Türkmənistanın müəyyən silahlanma proqramlarında açıq-aşkar müşahidə olunur. SSRİ-nin süqutundan sonra sovet hərbi arsenalından Türkmənistana az miras qalmayıb. Məsələn, 1992-ci ildə SSRİ Silahlı Qüvvələri Türküstan Hərbi Dairəsinin maddi-texniki əmlakının bir hissəsi adıçəkilən respublika ərazisində qalmalı oldu və yeni qurulan ölkənin istismarına verildi. Sovetlər Birliyindən Türkmənistana 700 tank, yüzlərlə zirehli transportyor, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları və digər hərbitexniki məhsullar miras qaldı. 2000-ci illərin əvvəllərindən Türkmənistan hökuməti ordunun silahlanmasına daxil olan bəzi köhnə texnikaların modernləşdirilməsi proqramlarını reallaşdırmağa başladı. Bununla yanaşı, xarici ölkələrdən bir sıra satınalmalar da həyata keçirildi və bu proses indi də davam edir. Müstə qil lik qa zan dıq dan son ra Türkmənistan Rusiya, Çin, Belarus, Ukrayna, Serbiya, Türkiyə, İtaliya, Fransa, BƏƏ və digər ölkələrlə silah-sursat satına lın ma la rı, o cümlə dən bir gə şə kil də mövcud texnikaların modernləşməsi proqramlarını həyata keçirir. Əsas silah satınalmaları istiqamətində ağırlıq isə Çin, Türkiyə və Avropa, konkret olaraq İtaliya və Fransanın üzərinə düşür. Quru Qoşunları Türkmənistan Quru Qoşunlarının arsenalında 2010-cu ilədək əsas yeri Sovet Ordusundan qalan və müstəqillik dövründə Rusiyadan satın alınmış Т-90S, Т-72,

T-55 tankları, BRDM-1 və BRDM-2 zirehli transportyorları, BMP-1, BMP-2, BMP-3 piyada döyüş maşını, BTR-60, BTR-70 və BTR-80 zirehli transportyorlar, 122 mmlik 2S1 “Qvozdika”, 2S3 “Akatsiya”, 2S9 “Nona-S” özüyeriyən artilleriya sistemləri, 122 mm-lik D-30 haubitsası, 152 mmlik D-1 və 152 mm-lik D-20 haubitsalar, BM-21 “Qrad” reaktiv yaylım atəş sistemi, 9P138 “Qrad- 1”, 9P140 “U ra qan”, BM9A52 “Smerç” reaktiv yaylım atəş sistemi, 9K33 “Osa”, 9K35 “Strela-10” zenitraket, 9K72 “Elbrus” operativ taktik raket kompleksləri, ZSU-23-4 “Şilka” və 57 mm-lik S-60 zenit topları yer alıb. Türkmənistan Quru Qoşunları arsenalını müstəqilliyin ilk illərində və sonrakı dövrlərdə də Rusiya müdafiə sənayesi məhsulları hesabına xeyli gücləndirib. 2009-cu ildə “Rosoboroneksport”la bağlanılan müqaviləyə əsasən bu ölkədən 4 ədəd T-90S tankı, 8 ədəd BMP-3 piyada döyüş maşınları və hərbi-nəqliyyat vasitəsi olaraq xüsusi hazırlanmış minə yaxın “KamAz” maşını, habelə 10 ədəd“ Smerç” reaktiv yaylım atəş sistemi satın alınıb. Bundan başqa Türkmənistan Belarusun “Beltexeksport” şirkətinin istehsalı olan, “Baryer” raketləri ilə (raket Ukrayna istehsalıdır – red.) təchiz edilmiş “Karakal” özüyeriyən tank əleyhinə raket kompleksinin ilk alıcısı olub. Son illərdə rəsmi Aşqabad İsrail hərbi sənaye kompleksi ilə də əlaqələri inkişaf etdirməyə çalışır. Ötən il İsraildən “CombatGuard” zirehli avtomobillərinin

satın alınması bu sahədə bir ilk sayıla bilər. Adıçəkilən maşınlar ilk dəfə Türkmənistan Silahlı Qüvvələrinin “Vətən-2016” taktiki təlimlərində nümayiş olunub. Qeyd edək ki, “CombatGuard” 4×4 təkər formuluna sahibdir və 2014-cü ildən istehsal edilir. Çəkisi 8 ton təşkil edən maşın “General Motors” şirkətinin 300 at gücündə “Cobra” dizel mühərriki ilə təchiz olunub və sürəti 150 km/saat təşkil edir. “CombatGuard” maşını distans döyüş modulu ilə silahlandırılıb. 2016-cı ilin oktyabr ayında keçirilmiş hərbi paraddan məlum olduğu qədər son 5 ildə rəsmi Aşqabad Çindən “Dongfeng Mengshi” zirehli avtomobilləri, TS504 troposfer rabitə stansiyası, Ukraynadan “Qrom” döyüş modulu ilə silahlandırılmış BTR-80, Belarusdan 122 mm çaplı BM-21A “BelQrad”, Çexiyadan RM-70 reaktiv yaylım atəş sistemləri, Avstriyadan “PMV Survivor II” zirehli maşınları, Türkiyədən “Kirpi” MRAP-ları, BƏƏ-dən “Nimr Ajban-440A” zirehli avtomobili, Almaniyanın “Rohde & Schwarz” şirkətindən müxtəlif rabitə vasitələri, Belarusdan “Şerşen” TƏİR satın alıb. BMT-nin Adi Silahlar Regstində yer a lan he sa bat la ra görə, Türkmə nis tan 2012-ci ildə Ukraynadan 6 ədəd 152 mmlik 2A36 “Giatsin-B” haubitsası, Rusiyadan 15 ədəd “İqla-S” daşınan ZRK və 60 ədəd “İqla-S” raketi, 2008-ci ildə İngiltərədən 9 , 2012-ci ildə Fransadan 5 ədəd snayper tüfəngi, Ukrayna, İsveçrə, Avstriya və Türkiyədən tapança, avtomat və pulemyot, 2012-2013-cü illərdə Serbiyadan 72 ədəd lüləaltı qumbaraatan, İtaliyadan "Beretta ARX", Çexiyadan CZ "Bren 1" avtomatları əldə edib. Snayper tüfəngləri və sonuncu silahlar Türkmənistan Xüsusi Təyinatlı Qüvvələrinin arsenalında yer alır.


AZERI DEFENCE

Hərbi Hava Qüvvələri Türkmənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrində kadr potensialının o qədər də qənaətbəxş olmadığı bildirilsə də, son illərdə bu sahədə də silah və texnika parkının gücləndirilməsi müşahidə olunur. Türkmənistan Hərbi Hava Qüvvələrinin balansında əsasən MiQ-29AS, MiQ-29UB, Su-25 döyüş, Aero L-39 “Albatros” döyüş-təlim, An-26, An-24 hərbi-nəqliyyat təyyarələri, Mi-24 döyüş və Mi-8 döyüş-nəqliyyat helikopterləri mövcuddur. 2006-cı ildən sovet dövründən qalmış döyüş təyyarələri parkını modernləşdirməyə başlayan Türkmənistan HHQ-nin MiQ-29 döyüş təyyarələri Uk ray na da, Su-25 təy ya rə lə ri isə Gürcüstanın Tiflis Aviasiya Zavodunda əsas lı tə mir olu nub. Bun dan baş qa Türkmənistan Gürcüstandan Tiflis Aviasiya Zavodunda İsrail mütəxəssisləri tərəfindən modernləşdirilən 1 ədəd Su-25MK və 6 ədəd Su-25UB döyüş təyyarələri satın alıb. Qeyd olunan dövrdə Rusiyadan 2 ədəd Mi-17-1B hərbi nəqliyyat helikopterlərinin satın alınması reallaşdırılıb. 2009-2015-ci illərdə Türkmənistanın aviasiya vasitələrinin satın alınmasında Qərbə üz tutması müşahidə olunmağa başlayıb. Bu dönəmdə İtaliyadan AW-101, AW-139, Fransadan “Eurocopter -145” və “Eurocopter-365”, ABŞ-dan S-76 (bunlar ordu və dövlət rəsmilərinin istifadəsi, axtarış xilasetmə əməliyyatları üçün istifadə olunur. HHQ və Sərhəd Qoşunlarının istifadəsindədir), Ukraynadan 2 ədəd AN-74 nəqliyyat, Avstriyadan “Diamond-42” təyyarəsinin satın alınması gerçəkləşdirilib. Türkmənistan pilotsuz uçuş aparatları (PUA) parkını da gücləndirməyə yönələn bir sıra satınalmalar həyata keçirib. Yuxarıda Türkmәnistan Ordusunun silahlanmasında yer alan “PMV Survivor II” maşını, aşağıda İMİ TAR-21 “Tavor” avtomatı ilә silahlanmış Türkmәnistan Xüsusi Tәyinatlıları. Foto: Gündoğar İA

Türkmənistanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə 2016-cı ilin oktyabr ayında Aşqabadda keçirilən hərbi paradda ilk dəfə bu ölkənin Çindən və İtaliyadan aldığı taktik və silahlı PUAlar nümayiş olunub. Paradda göründüyü qədər Türkmənistan son bir ildə Çinin “China Aerospace Science and Technology Corporation” (CASC) şirkətindən silahlı CH-3A və WJ-600 A/D, İtaliyanın “Selex-ES” şirkətindən 3 ədəd “Falco” taktik PUA-ları satın alıb. Paradda Türkmənistanın əlində olan köhnə LA-17 PUAları da nümayiş etdirilib. Bunlardan əlavə, Türkmənistan İsraildən açıqlanmayan sayda “Orbiter-2”, Belarusdan isə “Busel” tipli PUA-lar əldə edib. Belarusun “Pilotsuz Uçuş Aparatları Kompleki Çoxfunksiyalı Elmi-İstehsalat Mərkəzi 2016-cı ildə rəs mi Aş qa ba dın adı çə ki lən PU A- nın Türkmənistan ərazisində istehsalına başlanılmasına dair də danışıqlar apardığını, Türkmənistanın aidiyyatı qurumlarının həmin Mərkəzin istehsalı olan 290 km radiusda uça bilən aerostat və digər aviasiya kompleksləri ilə yaxından maraqlandığını açıqlayıb. Hava Hücumundan Müdafiə Qüvvələri SSRİ-nin süqutundan sonra Sovet Ordu su nun ha va hücu mun dan müda fiə qüvvələrinin 17-ci diviziyası 2 zenit-raket, 1 radiotexnika briqadası və bir radiotexnika alayı ilə birgə Türkmənistanın yuridiksiyasına keçib. Hazırda Türkmənis tan Or du su nun ha va hücu mun dan müdafiə qüvvələrinin arsenalında Sovetlər birliyindən qalma S-75МZ, S-125М, S-200VМ, “Kub” zenit-raket kompleksləri, o cümlədən P-15, P-14, P-18, P-19, P35, P-37, P-40, P-80 radiolokasiya sistemləri yer alır. Türkmənistan mövcud komplekslərin modernləşdirilməsini də həyata keçirir. Belarusun “Oboronitelniye sistemi” müəssisəsi 2009-cu ildə Türkmə-

nistanın silahlanmasındakı S-125 ZRK-ni modernləşdirərək onları “Peçora-2M” səviyyəsinə çatdırıb. Ukraynadan isə 36D6 RLS-ləri və “Kolçuqa-M” radiotexniki kəşfiyyat stansiyalarının alışı reallaşdırılıb. Türkmənistanın bu sahədə son illərdə həyata keçirdiyi satınalmalarda Çinə xüsusi yer verməsi son nümayişlərdə bir daha üzə çıxmış oldu. 2016-cı ildə keçirilmiş hərbi təlim və paradlar rəsmi Aşqabadın son iki ildə Çindən HQ-9 (ixrac versiyası FD 2000 adlanır) hava hücümundan müdafiə kompleksləri aldığını doğruladı. Üçüncü nəsil ZRK sinfinə daxil edilən HQ-9 ZRK “yer-yer” tipli taktik ballistik raketlərin aşkar olunması və məhv edilməsi imkanına malikdir. HQ-9 “China Academy of Defence Technology” akademiyasında yaradılıb. ZRK-nın ilk nümunə si Çin Or du su nun si lah lan ma sı na 1990-cı illərin sonlarında verilib. Türkmənistana satılan HQ-9 kompleksinin modernləşdirilmiş variantı (DM-14SD) olduğu bildirilir. Rusiyanın S-300 ZRK-sinin rəqibi hesab olunan HQ-9 ZRK 6-200 km uzaqlıqda, 500-30000 metr hündürlükdə hədəfləri vurmağı bacarır. Kompleksə idarə olunan zenit raketi, çox funksiyalı HT-233 radarı, aşağı məsafədən uçan hədəfləri müəyyən etmək üçün Тype120 radarı, nəqliyyat-enerji maşını daxildir. Kompleks eyni vaxtda 50 hədəfi aşkarlayıb, izləyə bilir. ZRK “Taian” TA-5380 8х8 şassi formullu maşın üzərində qurulub. Türkmənistan bununla yanaşı, Çindən FM-90, KS-1A zenit-raket kompleksləri, YLC-2V və YLC-18 üçkoordinatlı radar stansiyaları da əldə edib. Hərbi Dəniz Qüvvələri Türkmənistanın Hərbi Dəniz Qüvvələri (HDQ) demək olar ki, sıfırdan yaradılıb. 2000-ci illərin əvvəllərində Rusiya və


MART–APREL 2017

Ukraynadan kiçik su basımına malik katerlərin satın alınması gerçəkləşdirilsə də, 2010-cu ildən HDQ-nin yeni və daha böyük gəmilərlə təchiz edilməsi prosesinə start verildi. Türkmənistanın HDQ-nin əsas bazası liman şəhəri olan Türkmənbaşı liman şəhərində yerləşir. Ölkənin dəniz təhlükəsizliyini və sahil mühafizəsini təmin edən bu qoşun növündə 2 mindən artıq hərbçi xidmət edir. Qeyd edək ki, Türkmənistanın Sərhəd Qoşunları Sahil Mühafizəsinin texniki imkanları da 2000-ci illərin əvvəlindən inkişaf etməyə başlayıb. 2002-ci ildə Türkmənistan Sahil Mühafizəsinin tərkibinə Ukraynada istehsal olunan sahil mühafizə təyinatlı ondan artıq “KalkanM” və “Qrif-T” patrul katerləri daxil edilib. 2003-cü ildə isə İran Türkmənistana uzunmüddətli icarə şərtləri ilə 7 ədəd sahil mühafizə kateri və 1 ədəd sürət kateri verib. Bundan başqa ABŞ Müdafiə Nazirliyi ilə həyata keçirilən proqram çərçivəsində Türkmənistan Amerika istehsalı olan “Point Jackson” tipli patrul kateri ilə təmin olunub. 2009-cu ilin dekabr ayında isə Türkmənistanın Sahil Mühafizəsi Rusiyadan 2 ədəd 12418 “Molniya” layihəli kater və “Uran-E” gəmi əleyhinə raketlər alıb. 2009-cu ilin avqustunda Türkmənistanın Türkmənbaşı şəhərində yaranmaqda olan Hərbi Dəniz Qüvvələri üçün bazanın bünövrəsi qoyulub. Hazırda Türkmənistan bu bazadakı texniki imkanlardan istifadə edərək, Xəzərin özünə aid olan hissəsində optik və radiolokasiya müşahidəsi aparır. Türkmənistan HDQ 2011-ci ildə Rusiya istehsalı olan 2 ədəd 12418 “Molniya” layihəli raket katerini donanmaya daxil edib. Sonrakı illərdə hər iki kater MBDA (İtaliya) şirkətinin istehsalı olan “Otomat Mk 2” gəmi əleyhinə raketlər, o cümlədən “Marte Mk 2/N” yüngül gəmi əleyhinə raket sistemi və “SIMBAD-RC” zenitraket kompleksi ilə silahlandırılıb. Hazırda bu gəmilər “Edermen” və “Gayratly” adları ilə Xəzər dənizində üzürlər. 2011-ci ildən Türkmənbaşıda yerləşən tərsanədə Türkiyənin DEARSAN şirkəti tərəfindən Türkmənistan HDQ və Sahil Mühafizəsi üçün müxtəlif ölçülü hərbi gəmilərinn inşasına başlanılıb və proses

hazırda davam etdirilir. Qeyd edək ki, Türkmənistan HDQ və Sahil Mühafizəsi son 7 ildə HDQ DEARSAN şirkəti tərəfindən inşa edilmiş 10 ədəd Yeni Tip Gözətçi Gəmisi, 20 ədəd müxtəlif ölçülü (o cümlədən LSM-1 layihəli 4 ədəd desant) katerə sahib olub. “Tuzla” sinifli Yeni Tip Gözətçi Gəmisinin uzunluğu 55,75 metr, su basımı 400 ton, heyəti 34 nəfərdir. Gəmilərin silahlanmasına 40 mm-lik “Oto Melara Twin Compact” avtomat top, ROKETSAN şirkətinin istehsalı olan ASW raket buraxılış qurğusu, ASELSAN şirkətinin istehsalı olan 2 ədəd 25 mm-lik STOP sistemi daxildir. Bundan başqa, gəmilər sualtı bombalarla və sualtı qayıqlara qarşı raket buraxılış qurğusu, HAVELSAN döyüş idarəetmə sistemləri, Yaltes/Imtech Built Integrated Platform Management Systems (IPMS), operator konsolları, taktiki ekran bölmələri və EO/Sonar Konsol otağı (EO/Sonar Console Suits), ASELSAN şirkətinin istehsalı olan “AselFLİR-200D” müşahidə qurğusu ilə təchiz ediliblər. Gəmilər “Thales” şirkətinin istehsalı olan, X və C diapazonlarda çalışan VARIANT 2D hava/yer müşahidə radarına malikdir. DEARSAN 2014-cü ildə Türkmənistan Sahil Mühafizəsindən 6 ədəd 33 metr-

42 -43

lik itisürətli katerin çatdırılmasına dair sifariş aldığını açıqlayıb. Layihə üzrə ilk katerlərin inşasına 2015-ci ildə başlaınıb və çatdırılmalar 2017-ci ildə tamamlanmalıdır. İki ədəd MTU dizel mühərriyi ilə təchiz edilmiş 33 metrlik katerlərin maksimum sürəti 43+mil, hərəkət radiusu 350 dəniz mili təşkil edir. Katerlərin silahlanmasında MBDA Marte Mk 2/N gəmi əleyhinə raket kompleksinin iki işəsalma qurğusu, ASELSAN şirkətinin istehsalı olan 1 ədəd 25 mm çaplı top və ASELFLİR elektrooptik sistemi ilə komplektləşdirilmiş STOP silah sistemi yer alır. Onu da qeyd et mək la zım dır ki, Türkmənistan gəmilərin silah arsenalının təchizatı ilə bağlı Avropa şirkətləri ilə sıx əməkdaşlıq edir. 2013-2016-cı illərdə İtaliyada fəaliyyət göstərən “Rheinmetall Italia” şirkəti Türkmənistana 2.4 milyon avro dəyərində 25 mm-lik KBA topu, “OTO Melara” şirkəti 28 milyon avro dəyərində 40/70 mm kalibrli gəmi topu, 10 min ədəd sursat, MBDA şirkəti isə 162 milyon avro dəyərində 25 ədəd “Marte” gəmi əleyhinə raketin satışını reallaşdırıb. Ümumilikdə Türkmənistan son 10 ildə dənizdə silahlanmaya 1.5 milyard dollardan artıq vəsait xərcləyib. Bu göstəriciyə görə, rəsmi Aşqabad Xəzər hövzəsində lider mövqedə qərarlaşır. Mövcud proqramların reallaşdırılması hesabına 2020-ci ilədək Türkmən donanmasının 5-dək yeni raket-artilleriya və tral gəmilərinə sahib olacağı gözlənilir. AD Yuxarıda Türkmәnistan SQ-nin silahlanmasında yer alan İtaliyanın Selex-ES şirkәtinin “Falco” vә Çinin CASİC şirkәtinin istehsalı olan WJ-600A/D PUA-ları, aşağıda DEARSAN tәrәfindәn Türkmәnistan HDQ üçün inşa edilәn 33 metrlik sürәtli kater. Foto: İnternet/DEARSAN


AZERI DEFENCE

MSN YENİ SİLAHLAR ÜZƏRİNDƏ İŞLƏYİR 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu istehsal olunub. İxrac hədəfi

Müdafiə Sənayesi Nazirliyi (MSN) yeni silah sistemlərinin yaradılması layihələri üzərində işləyir. Bu barədə 2014-cü ilin birinci rübünün yekunlarına dair Nazirlər Kabinetinin iclasında məlumat verən Müdafiə Sənayesi naziri Yavər Camalov silah istehsalı və yaradılması istiqamətində görülən işlər və əldə olunmuş nəticələrdən danışaraq bildirib ki, “Zərbə” pilotsuz uçuş aparatının (PUA) “Zərbə KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) versiyasının sınaqları uğurla başa çatdırılıb. Seriyalı istehsalına başlanan PUA sifarişçilərə təhvil verilib. Y.Camalov qeyd edib ki, hazırda PUA-nın kumulyativ başlıqlı versiyasının yaradılması istiqamətində intensiv işlər aparılır. “Zərbə KH” adlanan yeni versiya düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə müəyyənləşdirib məhv etmək imkanına sahib olacaq. Yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi (radioelektron mübarizə vasitəsinin yaradılması) işlərinə başlanıldığını deyən Y.Camalov qeyd edib ki, bu layihə iki istiqamətdə – zirehli texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq. Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Nazirin sözlərinə görə, 2017-ci ildə istismara buraxılacaq 3 istehsalat müəssisəsində 100, 122, 130, 152 millimetrlik, eləcə də NATO standartlarına uyğun 155 millimetrlik artilleriya və 125 millimetrlik tank topları üçün mərmilərin və onların gilizlərinin, 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının, RPQ-7V2 tipli tank əleyhinə

əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı üzrə son tamamlama işləri başa çatdırılacaq. Eyni zamanda döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr–piroksilin, ballistit barıtlar, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri davam etdiriləcək. “Tufan” hazırdır Ötən ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmiş “Tufan” milli zirehli maşınının yaradılması üzrə işlər başa çatdırılıb. Cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə maşının təqdimatı keçirilib. Sınaqlar zamanı zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. MSN müəssisələrində zirehli maşının üzərində quraşdırılmış 12,7, 14,5,

MSN müəssisələrində 2017-ci ilin istehsal proqramına əsasən, Müdafiə Nazirliyi və digər güc qurumları tərəfindən verilmiş sifarişə uyğun olaraq 123,7 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulur. Bununla yanaşı 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracının həyata keçirildiyini deyən Y.Camalov bildirib ki, bağlanmış müqavilələrin dəyəri 101 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək. IDEF-də imzalar atılacaq Cari il mayın 9-12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək 13-cü IDEF2017 beynəlxalq müdafiə sərgisində MSN tərəfindən 260 adda məmulatın nümayiş etdiriləcəyini deyən nazir Y.Camalovun sözlərinə görə, sərgidə ilk dəfə olaraq nazirliyin müəssisələrində istehsal olunan 8,6x70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25 lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahla təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu ilk dəfə təqdim ediləcək. MSN “Tufan” zirehli maşınını da IDEF2017 sərgisində nümayiş etdirməyi planlaşdırır. Sərgi çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.



AZERI DEFENCE

GƏLƏCƏK GƏLDİ... DÖYÜŞÇÜ ROBOTLAR ?Ramil Məmmədli Son 100 ildə dünyada yaşanan müharibələr yeni nəsil hərbi texnologiyaların yaradılmasına təkan verdi. Soyuq müharibə dövründən meydana çıxmağa başlayan robot platformalar bu gün mina və bombaların zərərsizləşdirilməsi, rabitə, müşahidə-nəzarət, təchizat və döyüşçü rolunda çıxış etməkdədirlər. Sonuncu – döyüşçü robotların yaradılmasında məqsəd hərbi əməliyyatlarda insan resursunu qorumaq, şəxsi heyət arasında itkiləri minimuma endirməkdir. Artıq son onillikdə döyüşçü robotlar bəzi ölkələrin silahlı qüvvələrində öz yerlərini alıb və istifadə olunmaqdadır. Dünyanın inkişaf etmiş ölkələrinin hərbi sənaye qurumları döyüşçü robotların yaradılması istiqamətində elmi araşdırmaları 20-ci əsrin ortalarından genişləndirməyə başlayıblar. 1931-cı ildə keçmiş SSRİ-də ölkə başçısı İosif Stalinin əmri ilə T-26 tankının bazasında TT adlı məsafədən idarə olunan tank yaradılır. Radio rabitə sayəsində idarə olunan tankın istehsalı 1940-cı ilə qədər davam edir və bu müddət ərzində Sovet Ordusu üçün 61 ədəd TT tankı istehsal olunur. Finlandiya-SSRİ müharibəsində sınaqdan çıxarılan tankların istehsalı proqramında fasilə yaranır və İkinci Dünya müharibəsinin başlanması ilə SSRİ-də teletankların yaradılması prosesi dayandırılır. Almaniya isə İkinci Dünya müharibəsi illərində “Qoliaf” adlandırılan özüyeriyən minaların yaradılmasına start verir. Lakin sonradan özüyeriyən minanın sürətinin az olması, keçid qabiliyyətinin zəifliyi, maya dəyərin baha olması və digər amillər bu məhsulun istehsalının dayandırılmasına gətirib çıxarır. Müharibədən sonra – 20-ci əsrin ikinci yarısında da robot texnikaların yaradılması istiqamətdə bir sıra işlər görülür. Lakin yaradılan məhsulların böyük hissəsi kəşfiyyat və minatəmizləmə funksiyasını yerinə yetirə bilir. XXI əsrin əvvəllərindən döyüçü robotların yaradılması üzrə araşdırmalara daha çox diqqət ayırılması müşahidə olundu. İraq, Əfqanıstan, Yəmən, Ukrayna və Suriyada gedən lokal münaqişələrdə bu robotlar praktiki olaraq istifadə edilib, bir növ döyüş sınaqları keçirilib. ABŞ Təkcə 2007-2013-cü illərdə ABŞ Müdafiə Nazirliyi bu layihələrə 4 milyard dollar vəsait yönəldib. “Foster-Mille” şirkəti 2007-ci ildə iriçaplı pulemyotla təchiz olunmuş TALON SWORDS (Special Weapons Observation Reconnaissance Detection Systems) adlı döyüşçü robotun ilk nümunəsini testlər üçün ABŞ Ordusuna təqdim edib. TALON SWORDS İraqdakı hərbi əməliyyatlarda uğurla sınaqdan çıxarıldıqdan sonra ABŞ Silahlı Qüvvələri döyüş robotlarından ibarət bölmənin yaradılmasına başlanıldığı bəyan etdi. Şəhər şəraitində istifadə üçün nəzərdə tutulan TALON robotları qumlu,

sulu və qarlı vəziyyətdə, o cümlədən pilləkənləri qalxıb-düşmək kimi hərəkətlər etmək qabiliyyətinə malikdir. Maşının akkumulyatoru 8,5 saat fasiləsiz işləməyə, gözləmə vəziyyətində isə 7 sutka qalmasına imkan verir. TALON üzərindəki optik cihazlarla 1 km məsafədə ərazini müşahidə etməyi bacarır. Çəkisi 45 kq təşkil edən SWORDS M16 yarımavtomat tüfəng, 5,56 mm-lik SAW M249, 7,62 mm-lik M240 pulemyotu, “Barrett” M82 snayper tüfəngi və qumbaraatanlarla silahlandırıla bilər. ABŞ-da ilk uğurlu döyüş robotu sayılan “Gladiator”un yaradılması 1993-cü ildən TUGV (Tactical Unmanned Ground Vehicle) proqramı çərçivəsində “Lockheed Martin” və KarnegiMellon Universitetinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Piyada qüvvələrə döyüş əməliyyatında dəstək vermək üçün təyinat landırılmış “Gladiator”un silahlanmasına 12,7 mm-lik pulemyot, optik müşahidə sistemi və tüstü qumbaraatanı daxil edilib.

DARPA-nın (Defense Advanced Research Projects Agency – Müasir və perspektiv texnologiyaların dəstəklənməsi agentliyi) dəstəklədiyi layihə çərçivəsində yaradılmış “Crusher”in uzunluğu isə 5, hündürlüyü 1,5 metr, çəkisi isə tam komplektləşmədə 6 tondur. Maşının 6 təkəri var və onların hər biri ayrıayrılıqa asma və 250 at gücünə malik elektro mühərriklə təchiz edilib. “Crusher” iri çaplı pulemyot və kəşfiyyat kompleksi ilə təchiz edilib. ABŞ-da yaradılan çoxfunksiyalı APD (Autonomous Platform Demonstrator) robotu isə faktiki olaraq “Crusher”in davamı hesab olunur. Bu robot oxşarından keçid imkanına və mühərrikin gücünə görə fərqlənir. APD-nin sürəti 80 km/saatdır. FCS (Future Combat System) proqramı çərçivəsində yaradılan APDnin yaxın illərdə ABŞ Silahlı Qüvvələrinin əsas döyüş robotu olacağı nəzərdə tutulur. Robotun silah arsenalına hansı kalibrli atəş vasitələrinin daxil olacağına isə hələ aydınlıq gətirilməyib. Qeyd olunan platformanın modernləşməsi prosesi hələ də davam etdirilir. İstehsalçı mütəxəssislərin sözlərinə görə, adıçəkilən robotun silahlı qüvvələrə verilməsi prosesinə 2020-ci ildən başlanılacaq.


MART–APREL 2017

Estoniya Estoniya Silahlı Qüvvələrinin sifarişi ilə “Milrem” şirkəti tərəfindən yaradılmış THeMIS döyüşçü robotu müxtəlif şirkətlərin (ST Kinetics ADDER, ASELSAN “Sarp”) istehsalı olan silah qüllələri ilə silahlandırılır. Elektrik mühərrik ilə robot 10 saat hərəkət edə bilir. ADDER döyüş modulunun üzərinə CIS 50MG iri çaplı pulemyot, Birləşmiş Ərəb Əmirlikləri üçün hazırlanmış versiyaya isə ASELSAN şirkətinin SARP döyüş modulu (12.7 mm çaplı pulemyot) inteqrasiya edilib. 750-1000 kq yük daşıya bilən robotun sürəti 24-35 km/saatdır. Qurğunun döyüş modulu 360 dərəcədə müşahidə apararaq 1,8 km-də hədəfi vura bilir. Böyük Britaniya Böyük Britaniyanın “BAE Systems” şirkəti tərəfindən ilk nümunəsi 2007-ci ildə təqdim olunmuş “Black Knight” (“Qara Cəngavər”) döyüş robotunun üzərində ötən 10 il ərzində bir sıra təkmilləşdirmələr həyata keçirilib. Döyüş robotunun yaradılmasında M2 “Bradley” piyadanın döyüş maşınının (PDM) bir sıra komponentlərindən istifadə olunub. “Black Knight”i ilk baxışdan tanka bənzətsələr də, fəaliyyəti PDM-ə uyğundur. Robotun uzunluğu 5 m, eni 2,44 m, hündürlüyü 2 metr, çəkisi 9,5 tona qədərdir. “Black Knight” “Caterpillar” şirkətinin 300 at gücü olan mühərriki ilə təchiz edilib. Tırtıl maşının korpusuna 5 vərdənə ilə birləşib. Döyüş robotu şosedə 77 km/saatla hərəkət edə bilir. “Black Knight”in silahlanmasında M2 “Bradley” PDM-nin M242 topu və 7,62 mm-lik M240 pulemyotu saxlanılıb. Maşının üst hissəsinə 360 dərəcə ətrafı müşahidə etmək üçün kameralar, ön hissəsinə 4 ədəd stereopik kamera və radar yerləşdirilib. Qüllənin ən yuxarı hissəsinə isə quraşdırılan kamera hədəfi görüb, nişan almaq üçündür. Həmin bölmədə GPS antena da yer alır. Maşındakı bütün qurğulardan alınan informasiyalar ROCS (Robotic Operator Control Station – Robotun idarə edilməsi stansiyası) sisteminə toplanır. Bu isə operatorun prosesə nəzarət etməsinə yardım edir. Hazırda “Black Knight” test mərhələsinə daxil olub. İsrail Pilotsuz və insansız texnologiyalar sahəsində dünyanın aparıcı ölkələri sırasında qərarlaşan İsrail robotexnik məhsulların silahlı qüvvələrdə tətbiqinə dair bir sıra proqramlar həyata keçirməkdə davam edir. İsrailin “Elbit Systems” şirkətinin “Viper” robotu şassisinin konstruksiyasına görə, yüksək sürətlə hərəkət edə, həmçinin hündürlüyə, pilləkənə və səkiyə qalxa bilir. “Viper” iki – transformalı və üçbucaq tırtıldan ibarətdir. Bu da hərəkət zamanı müvazinətin qorunmasına və manevrli olmağa imkan verir. Məsafədən idarə olunan robota foto və səs kamerası, o cümlədən yüksək hissiyyatlı mikrofon yerləşdirilib. “Viper” əməliyyatdan sonra dislokasiya yerinə operatorun köməkliyi ilə deyil, özü qayıda bilir. Universal “Viper” təkcə kəşfiyyat və döyüş aparmaq məqsədi ilə deyil, həmçinin insan üçün çətin olan yerlərdə mina təmizləmə əməliyyatlarında da istifadə edilir. “Viper”in çəkisi, ölçüsü və digər bu kimi amillər robota şəhər şəraitində hərəkət etmək, kəşfiyyat üçün geniş imkanlar yaradır. İstehsalçı şirkət hazırda

“Viper”in səssiz hərəkət etməsi üçün üzərində müəyyən modernləşmə işləri aparıldığını açıqlayıb. Modernləşmədən sonra silah arsenalı gücləndiriləcək və robot daha uzaq hədəfləri məhv edə biləcək. Hazırda silahlanmada mövcud olan “Viper”in çəkisi 11,4 kq, uzunluğu 46 sm, eni 46 sm, hündürlüyü isə 23 sm-dir. Robot 9 mm-lik lazer nişangahlı avtomatik tapança ilə silahlandırılıb. Rusiya 2007-ci ildən döyüşçü robot sistemlərinin yaradılması istiqamətində işlərə başlayan Rusiya hərbi sənayesi bəzi nailiyyətlərə imza atmağa nail olub. Rusiya istehsalı olan bu robotlar Çeçenistanda və Suriyada hərbi əməliyyatlarda praktiki olaraq istifadə edilib. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, 2017-ci ildən başlayaraq silahlanmaya verilən döyüş robotları 10 ildən sonra bütün qoşun növlərini əhatə edəcək.

46 -47

“Uran-9” isə bu prosesin başlanğıcıdır. 2016-cı ildə “Rosoboroneksport” Dövlət Şirkəti çoxfunksiyalı “Uran-9” robot kompleksinin də təqdimatını keçirib. Elə həmin il bu döyüş robotunun müharibə şəraitində sınaqları da reallaşıb. “Uralvaqonzavod” Elmi-İstehsalat Şirkətinin hazırladığı “Uran-9” robotunun ağırlığı 10 ton təşkil edir. Döyüş robotu 30 mm-lik top, iri çaplı pulemyot, tank əleyhinə mərmilər və “İqla” raket əleyhinə komplekslə təchiz olunub. “Uran-9”un əsas vəzifəsi distans kəşfiyyat aparmaq və döyüş zamanı hərbi bölmələrə dəstəkdir. Robot xüsusi mobil idarəetmə məntəqəsindən idarə olunur. Döyüş robotu T-14 “Armata” tankının şassisi üzərində yaradılıb. Maşın 260 at gücünə malik dizel KaMAZ mühərriki ilə təchiz edilib. Mü təxəssislərin fikrincə, “Uran-9” modernləşmədən sonra 8 km məsafədə hədəfi məhv etmək imkanına malik olacaq. Bundan başqa Rusiya


AZERI DEFENCE

Silahlı Qüvvələrində robotlaşdırılmış daha bir neçə kompleks də mövcuddur. Hal-hazırda Rusiya Ordusu üçün “Uran9”la bərabər müxtəlif qabarit və silah yüklərinə malik robotların yaradılması və sınaqları davam edir. Bu robotlardan “Platforma-M” döyüş əməliyyatları ərazisində düşmənlə kontakda olmadan ərazidə patrul xidmətini aparmaq, vacib obyektlərin mühafizəsini həyata keçirmək, o cümlədən kəşfiyyat aparmaq üzrə təyinatlıdır. Qurğunun üzərinə inteqrasiya olunmuş qumbaraatan və pulemyot avtomatik rejimdə fəaliyyət göstərir. “Proqress” istehsalat müəssisəsi tərəfindən yaradılan “PlatformaM” tırtıl üzərində platformaya malik universal döyüş robotu hesab olunur. Robotun silah və digər vacib avadanlıqlarla birgə ümumi çəkisi 800 kq təşkil edir. Uzunluğu 1,6 m, eni 1,2 m, hündürlüyü isə 1,2 m təşkil edən “PlatformaM” robotunun “görmə” qabiliyyəti 1500 metr, sürəti 12 km/saatdır. Avtonom 10 saat hərəkət və döyüş aparma imkanına malik “PlatformaM”in pilotsuz uçuş aparatı (PUA) daşıma funksiyası da mövcuddur. “Platforma-M” 7.62 və ya 12.7 mm pulemyot, AQS-30, “Kornet” tank əleyhinə raket kompleksi, termal kamera, lazer məsafəölçən, videokamera və digər kəşfiyyat təyinatlı qurğularla təchiz olunub. Maşına minatəmizləmə, təşviqat məqsədli qurğular da inteqrasiya edilə bilir. Rusiya müdafiə sənayesi kompleksinin daha bir döyüş robotu “Volk-2” zəngin silah arsenalına malikdir. Bir ton çəkisi olan bu döyüşçü robot “Kalaşnikov”, “Kord” və “Utyos” pulemyotları, lazer məsafəölçən, hiroskopik stabilizatorla təchiz edilib. “Volk-2”nin sürəti 45 km/saatdır. Robot istənilən havada öz sürətini saxlamaqla döyüş aparmaq imkanına malikdir. Maşının idarəetmə məsafəsi 10 km, iş prosesi 10 saatdır. Bu ölkənin hərbi sənayesinin məhsulu olan “Strelets” döyüş robotu isə kompakt və yüngül olması ilə digərlərindən fərqlənir. Bu döyüşən robot da tırtıl üzərində yaradılıb. Yüngül pulemyotla silahlandırılmış “Strelets” şəhər şəraitində əməliyyatlarda istifadə olunur. Bu robotun üstünlüklərindən biri də pilləkənləri çıxmaq qabiliyyətinə malik olmasıdır. Bu isə

şəhər şəraitində döyüş aparılması üçün mühüm amillərdən biridir. МРК-27BT döyüş robotu isə 2009-cu ildə ictimaiyyətə təqdim olunub. Bu robot döyüş ərazisində hərbçi tələfatının çox olacağı ehtimal olunan ərazilərdə istifadə edilməsi üçün yaradılıb. Döyüş robotu eyni vaxtda 3 növ silahdan atəş açmaq və hücum etmək imkanına malikdir. Robot “Şmel” reaktiv atəş sistemi, 2 ədəd RŞQ-2 qumbaraatanı, “Peçeneq” pulemyotu, 6 ədəd kassetli tüstü qumbarası ilə silahlandırılır. МРК-27BT rabitə teli vasitəsilə 200 metrdən, radiovasitə ilə isə 500 metrdən idarə edilə, fasiləsiz 4 saata qədər çalışa bilir. Bundan başqa döyüş robotu mərkəzi operatorun prosesi izləməsi üçün videokamera ilə də təchiz olunub. Rusiyanın “Kalaşnikov” Dövlət Şirkətində tırtıllı platforma üzərində yaradılan “Soratnik” adlı robot kəşfiyyat, patrul, ərazinin mühafizəsi, minatəmizləmə və digər hərbi təyinatlı məqsədlər üçün istifadə olunur. Kompleks hərbi əməliyyatlarda atəş dəstəyi, döyüş meydanına sursat daşınması və təxliyyə məqsədli də istifadə edilir. “Soratnik” müdafiə vasitələri və rabitə sistemləri ilə təchiz olunub. Bu qurğular passiv vəziyyətdə 10 sutka çalışır və 2,5 km məsafədə hədəfi müəyyənləşdirir. Distans istifadədə maşın 10 km məsafədə idarə olunur.

Belarus Belarus müdafiə sənayesi kompleksi döyüşən robotların yaradılması işlərinə son illərdə başlayıb. Bu sahədə geniş təcrübəyə malik olmasa da, Belarus döyüşən robotların yaradılması sahəsində perspektivli ölkələrdən sayılır. Belarus hərbi sənayesində hələ ki, yeganə məhsul olan “Adunok-M” (müşahidə-atəş kompleksi) döyüş robotu müdafiə, düşmən qüvvələrini bloklama üzrə proqramlaşdırılıb. Kompleksi həmçinin strateji obyektlərin mühafizəsi üçün də istifadə etmək mümkündür. “Adunok-M” üzərində döyüş modulu yer ləşdirilmiş təkərli şassidən ibarətdir. “AdunokM” fiberoptik, tel və radioəlaqə vasitəsilə rabitə qura bilir. Robot maşının döyüş modulunu idarə edən blok optik-elektron və elektrohesablayıcı sistemdən ibarətdir. Bu modul vasitəsilə “Adunok-M” hədəfi istənilən hava şəraitində tapır, izləyir və məhv edə bilir. Robot 2 km məsafədə mövcud olan 10 hədəfi yadda saxlayaraq, məhv etmək imkanına malikdir. “Adunok-M” baxış və məhv etmə sektoru horizontal 360 dərəcə, vertikal -20 və ya +60 təşkil edir. “Adunok-M”in silah arsenalına 7.62 mm çaplı PKT pulemyotu, 12.7 mm-lik “Krod” və ya “Utes” pulemyotu, 30 mm-lik AQ-17A və AQ-30 avtomatik qumbaraatan daxildir. Kompleks günəş batareyası ilə təchiz edilib ki, bu da robotun fasiləsiz elektriklə təminatına imkan yaradır. Ukrayna Son illərdə Ukrayna da robot tex no logiyaların yaradılması istiqamətində ilk addımlarını atır. Donbasda gedən hərbi əməliyyatlar döyüşən robotların yaradılması prosesini bir az da sürətləndirib. “Spetstexnoeksport” şirkətinin yaratdığı “Fantom” döyüş robotu 400 kq faydalı yükdaşıma qabiliyyətinə malikdir. “Fantom” 12,7 mm-lik pulemyot, o cümlədən 5 km məsafədə hədəflərə atəş açmağa imkan verən 4 ədəd tank əleyhinə raket kompleksi, həmçinin infraqırmızı optik sistemlə və bundan başqa 10 km məsafədə yerinin təsbit olunması üçün GPS avadanlıqla təchiz olunub. İstehsalçı şirkətin açıqlamalarına görə, “Fantom” artıq sınaq mərhələlərini arxada qoyub və test prosesi müsbət xarakterizə edilib. Maşının nə zamandan seriyalı istehsalına başlanılacağı isə hələ məlum deyil.




Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.