Redaktordan
6
3
MESAJ > Prof. Dr. İsmail DƏMİR: İsti̇qlal və ̇isti̇qbalımız üçün var gücümüzlə çalışmağa davam edəcəyi̇k
5
SİLAHLANMA > Vətən mühari̇bəsi̇ndə ̇isti̇fadə olunan yerli̇ si̇lahlar PULS > Avi̇asi̇ya bombaları üçün dəqi̇q tuşlama dəstləri̇
6 16
SƏRHƏD > Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis İstehkam Mərkəzi istismara verilib
24
SƏRGİ > IDEX-2021 sərgisi keçirilib
26
> MSN-in məhsulları IDEX-2021 sərgisində
26
XƏBƏR > Azərbaycan Türkiyədən MEMATT mexaniki minatəmizləmə maşınları alıb
5
16
27
TANITIM > “COBRA II”nin MRAP versiyası
28
> Yeni nəsil atış təlimi hədəf sistemləri
31
XƏBƏR > “ƏJDƏR YALÇIN”ın minaatan konfiqurasiyası
32
TEXNOLOGİYA > Təsvi̇r kəşfi̇yyat si̇stemləri̇
34
37
TEST > Qazaxıstan Türk “Arma”sı və “Nəfər”ini sınaqdan keçirib
37
REGION > Regional fokus: Qazaxıstanın dəniz sənayesi
38
VİSİON > ASELSAN-in dövri̇yyəsi̇ 16 mi̇lyardı keçi̇b
44
ANALİZ > Lüləli arti̇lleri̇ya silahları üçün ̇idarə olunan döyüş sursatları
32 44
47
TEXNOLOGİYA > Coğrafi̇ ̇informasi̇ya si̇stemləri̇ texnologi̇yasının hərb sahəsində tətbiq edilməsi
31
53
POLİQON (AZERI DEFENCE) jurnalının yaradıcısı mərhum
Rəşad SÜLEYMANOV
Редактордан
POLİQON Hərbitexnoloji jurnal Yanvar–Fevral №01(51) 2021 Tel: (+994 77) 311-81-18 Email: poliqonjurnal@gmail.com azeridefence@gmail.com Web: www.poliqon.az www.azeridefence.com Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 1, 25A, AY Plaza 503
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə indən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “AD Jurnalı” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702181521 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “ASPOİQRAF LTD” MMC mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 12.03.2021 Format 60x901/8. Sifariş 13.
Qapaq fotosu: “Cobra II” minaya qarşı qorunan zirehli nəqliyyat vasitəsi Qiyməti: 6 manat
Dəyərli oxucu! Vətən müharibəsində Ermənistan ordusu üzərində qazanılan qələbə nəticəsində Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisi işğaldan azad edilib. Bu tarixi zəfərdən sonra Qarabağda başladılan bərpa işləri ilə yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin müasir silah və texnikalarla təchiz edilməsi prioritet məsələlərdəndir. Müharibə dövründə əldə edilən təcrübədən çıxış edərək Azərbaycan ordusunu bundan sonra da gücləndirməyə davam edir. Yeni müqavilələr imzalanıb, müasir silahlar alınır və artıq onlar ölkəmizə gətirilir. Görünən odur ki, Azərbaycan yaxın perspektivdə xüsusilə Türkiyə, Pakistan, İsrail və İtaliya kimi dost ölkələrdən hərbi təyinatlı məhsullar alacaq. Azərbaycan tərəfi artıq dost dövlətlərdən hərbi avadanlıqların alınması prosesini davam etdirmək arzusunda olduğunu bəyan edib. Vətən müharibəsi dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu bizə böyük üstünlük təmin etmişdir. Dövlət başçısının da bildrirdiyi kimi, müharibədən sonra da bu təmaslar davam edir. Türkiyə tərəfi ilə qardaş ölkədə istehsal olunan müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib və yeni sazişlər imzalanıb. Bununla yanaşı, ordumuzun təchizatının gücləndirilməsində yerli müdafiə sənayesi şirkətlərinin də cəlb edilməsi gərəkdir. Rəcəb Tayyib Ərdoğan bu ilin fevral ayında Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiq etdi. Qardaş ölkə şirkətlərinin Azərbaycan Ordusu və müdafiə sənayesi ilə üzərində işlədiyi layihələr var. Yaxın gələcəkdə bu layihələrin inkişaf etdirilməsinin də şahidi olacağıq. Müharibə, eyni zamanda ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbulu hesab olunur. Azərbaycan dünya miqyasında ən güclü ordular sırasında olan Türkiyə Ordusunun kiçik modelini yaratmaq qərarına gəlib. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Vətən müharibəsində Ermənistanın ordusu və onların hərbi texnikaları məhv edildiyi kimi müdafiə sənayesi sektoru da çöküb. Əbu-Dabidə keçirilmiş IDEX sərgisində bunun bir daha şahidi olduq. Sərgidə Azərbaycan stendində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan yüzdən şox adda müdafiə təyinatlı məhsul nümayiş olunduğu halda, Ermənistan boş stendlə təmsil olunub. Bundan əvvəlki nömrələrimizdə də məlumat verdiyimiz kimi, rebrendinq edilməsi ilə əlaqədar olaraq “Azeri Defence” jurnalı nəşrini artıq “Poliqon” adıyla davam etdirir. Jurnalımızın ad dəyişimi ilə yanaşı, mövzu və tərtibatın da dəyişikliklər olub. Texnoloji mövzuların ağırlığı artırılıb. Perspektiv hədəf jurnalın regional nəşr olaraq tanıdılması və əhatə dairəsinin genişləndirilməsidir. Jurnalımızın növbəti nömrəsi Türkiyədə keçiriləcək IDEF-2021 sərgisi üçün xüsusi olaraq hazırlanacaq. Habelə, “Poliqon” Qazaxıstanda keçiriləcək KADEX-2021 sərgisində xüsusi buraxılışla təmsil olunacaq.
Baş redaktor Zaur Babaşov
Prof. Dr. İsmail DƏMİR
Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri
İSTİQLAL VƏ İSTİQBALIMIZ ÜÇÜN VAR GÜCÜMÜZLƏ ÇALIŞMAĞA DAVAM EDƏCƏYİK Komitəmiz təhlükəsizlik qüvvələrimizin modernizasiyası və müda iə sənayemizin inkişafı üçün vəzifələdirilib, hər cür silah, texnika, avadanlıq, sistem və təchizat ehtiyacını qarşılamaq üçün araşdırma, hazırlama, istehsal və tədarük fəaliyyətlərini həyata keçirir. Bu ehtiyacların maksimum dərəcədə yerli imkanlarla və milli layihələrlə qarşılanmasını təmin edirik. Komitəmiz təhlükəsizlik qüvvələrimizlə yanaşı, digər dövlət qurumları və təşkilatlarının mütəxəssislik sahəsinə daxil olan mövzularda, tələb əsasında, yüksək texnoloji tədarük ehtiyaclarının qarşılanması fəaliyyətlərini də icra edir. Komitəmizin yaranmasının ilk illərində yalnız hazır alış modeli və idxal gündəmdə olduğu halda hazırda ehtiyaclarımızın çoxunu milli layihələr hesabına təmin edildiyini deyə bilərik. Bu gün ölkəmizin müda iə və təhlükəsizlik ehtiyaclarının qarşılanması üçün 60 milyard dollar həcmində təxminən 700 layihə üzərində işləyirik. COVID-19 pandemiyasına baxmayaraq, müda iə sənayemiz lazımi tədbirlər görərək fəaliyyətinə davam edib. Bu dövrdə müda iə sənayesi sektorunda yerli və milli olaraq istehsal edilən yüksək texnoloji məhsullar və bu sahədəki qazanılan təcrübənin pandemiya dövründə səhiyyə sektoruna yönləndirilməsi təmin edilərək çox əhəmiyyətli məhsullar hazırlanıb və səhiyyə əməkdaşlarımızın istifadəsinə verilib.
Bütün bu çətin şərtlərə baxmayaraq, müda iə sənayemiz Prezidentimizin rəhbərliyi altında yaradılan "Qlobal Güc Vizyonu" hədəflərinə qərarlı addımlarla irəliləməyə davam edir. Ümüd edirik ki, 2021ci il də keçmişdə başlayan layihələrimizin tamamlandığı, yeni sistemlərimizin təhlükəsizlik qüvvələrimizə çatdırılacağı və ehtiyaclara uyğun olaraq yeni layihələrə başlayacağımız bir il olacaq. Türk müda iə sənayesinin bu gün gəldiyi səviyyə nəticəsində ortaya çıxan yerli və milli məhsul və xidmətlər ilə istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirilən əməliyyatlarda çox önəmli uğurlar əldə edilib. Müda iə sənayesi məhsulları və xidmətlərimiz həm təhlükəsizlik qüvvələrimizə, həm də müxtəlif coğra iyalardakı dost və müttə iq ölkələrin silahlı qüvvələrinə çatdırılmış və sahədəki müvəffəqiyyətlərinə əhəmiyyətli dərəcədə töhfə verilmişdir. Bu gün Türkiyə qlobal tədarükçülərin çıxardığı bütün çətinliklərə və tədbiq etdiyi gizli-açıq embarqolara baxmayaraq, təhlükəsizlik qüvvələrimizin əməliyyatlarını rahat şəkildə həyata keçirməsini, müda iə sənayesindəki bütün maraqlı tərəfləri ilə birlikdə bu dövrdə qazanılan uğurlara borcludur. Müda iə sənayesində yerlilik nisbətimiz artıqca, müstəqilliyimiz və masadakı
müzakirə gücümüz də artır. Türkiyənin regional güc olması həqiqəti daha böyük nisbətdə qəbul edilir. Dost və qardaş ölkə Azərbaycan keçən il çox önəmli bir uğur qazanmış, Qarabağda illərdir davam edən işğala son vermişdir. Bu müddətdə bütün imkanlarımızla Azərbaycanın yanında olduq və bundan sonra da yanında olmağa davam edəcəyik. Türkiyə və Azərbaycan çiyin-çiyinə verdiyi müddətdə çətinlikləri aşmağa, uğurdan-uğura addımlamağa davam edəcəkdir. Azərbaycanla hər sahədə olduğu kimi müda iə sənayesi sahəsində də iş birliyimiz, bilik və təcrübə mübadiləmiz davam edəcəkdir. Jurnalınızda yer alacaq bu mesaj vasitəsilə, keçdiyimiz günlərdə itirdiyimiz, Türkiyə-Azərbaycan müda iə sənayesi əlaqələrinə nəşrləri ilə töhfə verən POLİQON (AZERİ DEFENCE) jurnalının Baş redaktoru Rəşad Süleymanova Allahdan rəhmət, ailəsinə, yaxınlarına və iş yoldaşlarına başsağlığı diləyirəm.
5
Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri MSN istehsalı olan RPQ7V2 qumbaraatanından atış edərkən. Foto: MN
VƏTƏN MÜHARİBƏSİNDƏ İSTİFADƏ OLUNAN YERLİ SİLAHLAR Zaur Babaşov 2020ci il sentyabrın 27də başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsində yüksək texnologiyalı silah sistemlərinin uğurlu tədbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan vermişdir. 44 gün davam edən döyüş əməliyyatlarında Azərbaycan Ordusu sərəncamındakı müasir silah sistemlərindən, o cümlədən idarə olunan raketlər və pilotsuz uçuş aparatlarından uğurla və koordinasiyalı şəkildə istifadə etmişdir. Əməliyyatlarda Azərbaycanın hərbi sənayesinin istehsalı olan bir sıra silah və texnikalar da aktiv istifadə olunmuşdur. Bu yazımızda “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Azərbaycan əsgərinə zəfər qazandıran yerli silahlarımızdan bəhs edəcəyik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 16 dekabr 2005ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi-texniki əmlaklarla təchizatının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki birlik və müəssisələr tərəfindən hazırda 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, Azərbaycan Ordusu həmin məhsullarla təchiz olunur. Müdafiə sənayesi naziri Mədət Quliyev KİV-ə müsahibəsində bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müasir silah və sursatlar, hərbi texnika Qarabağın azadlığı
6 www.poliqon.az
uğrunda apardığımız Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi: “Gərgin döyüşlərin getdiyi dövrdə silahlı qüvvələrimizi zəruri silah-sursat və texnika ilə vaxtında təmin etmək üçün nazirliyin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıb. Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılıb”. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Matador” və “Marauder” zirehli döyüş maşınları, BTR-70 (təkmilləşdirilir) və BRDM-2 (təkmilləşdirilir) transportyorlarını,
“Mübariz”, “İstiqlal”, “Yalquzaq” və sair snayper tüfənglərini, AK-74M, AZ-7,62 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Orbiter-2M”, “Orbiter-2B”, “Orbiter-3B” və mini “Orbiter-4”, “Aerostar-BP” taktiki və “Zərbə” tipli kamikadze pilotsuz uçuş aparatlarını göstərmək olar. Artilleriya silahları Vətən müharibəsindən əvvəl müasirləşdirmə proqramı çərçivəsində Azərbaycanın Raket-Artilleriya Qoşunlarının potensialı artırılıb. Bu proqram çərçivəsində qoşunların yeni silah sistemləri ilə təchiz edilməsi üçün mühüm addımlar atılmış, texnika parkı 80 faizə yaxın yenilənmişdir. Raket-Artilleriya Qoşunlarının modernləşdirliməsi prosesi tək yeni döyüş texnikalarının satın alınması ilə deyil, qoşunların təşkilati-ştat struktrunun təkmilləşdirilməsi, kadr hazırlığı, mövcud silahların müasirləşdirilməsi daxil olmaqla kompleks şəkildə aparılmışdır. Özüyeriyən haubitsa və YARS heyətləri tam şəkildə müqavilə əsasında orduya cəlb olunan peşəkar heyətlərdən formalaşdı-
rılmışdır. Raket-Artilleriya Qoşunlarının silahlanmasında xaricdən alınan silahlarla yanaşı, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssislərində istehsal olunan artilleriya vasitələri və döyüş sursatları yer alır. Gərgin döyüşlər zamanı ordu birləşmələrinin silahlanmasında olan artilleriya sistemləri üçün istehsal olunan ehtiyat hissələri qoşunların təmir bölmələri tərəfindən döyüş fəaliyyətləri zamanı 122 mm-lik D-30 (D-30A) haubitsalarının, 152 mm-lik D-20 top-haubitsalarının, 100 mm-lik MT-12, 130 mm-lik M-46, 152 mm-lik 2A36 və 85 mm-lik D-44 toplarının təmirində istifadə edilmişdir. Minaatanlar MSN tərəfindən istehsal edilmiş müxtəlif çaplı minaatanlar praktiki olaraq döyüşlərdə istifadə edilmiş və özünü sübuta yetirmişdir. Yerli istehsal olan 60 mm-lik 20N6MT “Commando”, ikilitəyinatlı 20N6M “Aşırım-6” və 82 mm 20N5 “Aşırım-5” daşınan, həmçinin 120 mm 2B11 “Sani” yedəyə alınan minaatanları ordu və digər silahlı birləşmələrin silahlanmasına daxil edilmişdir. 60 mm-lik ikilitəyinatlı 20N6M “Aşırım-6” minaatanının standart versiyasının atəş məsafəsi 2500 metr, “Commando” versiyasının 1600 metr; kütləsi: standart versiyanın 18 kq, “Commando” versiyasının isə 9 kiloqramdır. Artırılmış mənzilə malik 82 mm-lik 20N5 “Aşırım-5” minaatanının atəş məsafəsi 5400 metr, minanın başlanğıc sürəti
Minaatan batareyalarının döyüş atışlı təlimləri Foto: MN
saniyədə 220 metr, uzunluğu 1100 mm, kütləsi 47 kq və heyəti 4 nəfərdir. 2B11 “Sani” minaatanların atəş məsafəsi maksimal 7100 metr və minimmal 480 metrdir. Atış sürəti dəqiqədə 15 ədədə qədərdir. Qumbaraatanlar 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu müasir silahların tədbiqilə Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etmişdir. Bu hərbi əməliyyyatlarda müxtəlif növ qumbaraatanlar, o cümlədən Azərbaycanın yerli istehsalı olan və Milli Ordunun silahlanmasında yer alan RBG-40 (indeksi 6M11) revolver tipli əl qumbaraatanı, AQK-30 avtomatik qumbaraatan kompleksi və RPQ-7V2 tank əley-
BG40 revolver tipli əl qumbaraatanından atış edərkən Foto: İnternet
hinə əl qubaraatanları real döyüşlərdə uğurla tətbiq edilmişdir. 40x46 mm çaplı qumbaralarla atəş açan RBG-40 qumbaraatanının çəkisi 5.9 kq, uzunluğu qundaq açıq halda 800 mm, lüləsinin uzunluğu 300 mm, atəş məsafəsi 375 metr, qumbaranın başlanğıc sürəti saniyədə 76 metr təşkil edir. MSN-in “Aqreqat” İstehsalat Birliyinin müəssisəsində istehsal edilən 30 mmlik AQK-30 təkmilləşdirilmiş avtomatik qumbaraatan kompleksi düşmənin 2100 m-ə qədər məsafədə yerləşən canlı qüvvəsini və atəş vasitələrini məhv etmək qabiliyyətinə sahibdir. Dəzgah üzərində quraşdırılan qumbaraatandan xüsusi hazırlanmış səngər, yarımsəngər və ya atəş üçün əlverişli olan digər mövqelərdən atəş açmaq mümkündür. Qumbaraatanın çapı 30 mm, uzunluğu 1173 mm, çəkisi 18,5 kq, lent qutusunun tutumu 29 qumbara, nişangah atəş məsafəsi 2100 m, qumbaranın başlanğıc sürəti saniyədə 185 metrdir. AQS-30 qumbaraatanından gücləndirilmiş təhlükəsizliyinə görə fərqlənən silahın üzərinə optik nişangahların quraşdırılması üçün NATO-nun MİL-STD-1913 standartına uyğun Picatinny rail tipli tamasa əlavə olunmuşdur. Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən real döyüş şəraitində tətbiq edilən 40 mm-lik RPQ-7V2 (TƏQ-7V2) tipli tank əleyhinə əl qumbaraatanının uzunluğu 953,5 mm, kütləsi (ikiayaq, QON-1 optik nişangahı, NQ-7V nişangah qurğusu, daşıma qayışı və qayışlı örtüklər olmadan) 6,160 kq-dır. Nişangah məsafəsi PQ-7B, PQ-7BM, PQ-7BC, PQ-7BC1 tipli atəş yığmaları üçün 500 m, PQ-7BPL tipli atəş yığımı üçün 300 m, PQ-7BP, TBQ-7B tipli atəş yığımları üçün 200 m, NQ-7V nişangah qurğusundan istifadə etməklə TBQ-7B tipli
7
Azərbaycan HDQnin xüsusi təyinatlı snayperi 7.62 mm “Yalquzaq” tüfəngi ilə Foto: İnternet
atəş yığımı üçün 700 metr, atış tezliyi dəqiqədə 4-6 mərmidir. Qeyd edək ki, MSN-in “Cihaz” İstehsalat Birliyi tərəfindən istehsal edilən RPQ-7V2 qumbaraatanları Azərbaycan Ordusu ilə yanaşı, Türkiyə və digər ölkələrə də ixrac olunmuşdur. Atıcı silahlar Qumbaraatanlarla yanaşı, MSN-in müəssisələrində istehsal edilən digər müxtəlif atıcı silahlar, o cümlədən tapança, avtomat, pulemyot və snayper tüfəngləri Azərbaycan Ordusunun silahlanmasında yer almışdır və 44 günlük Vətən müharibəsində geniş istifadə edilmişdir. Bunlardan xüsusilə İST-14.5 “İstiqlal”, İST-12.7 “Mübariz”, NST-14.5 və “Yalquzaq” snayper tüfənglərini, həmçinin “Zəfər”, “Zəfər-K” və “İnam” tapançalarını, AK-74M və AZ-50 avtomatlarını, HP-7.62 hücum pulemyotu və UP-7.62 universal pulemyotunu göstərmək olar. Snayper tüfəngləri Azərbaycan silah sənayesinin debütü sayılan İST-14.5 “İstiqlal” snayper tüfəngi 14.5x114 mm çaplı patronlardan istifadə edir və özünün imkanlarına görə iriçaplı snayper tüfənglər arasında ilk yerlərdə qərarlaşır. Azərbaycan Ordusu tərəfindən döyüşlərdə aktiv istifadə olunan bu silah düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində, sığınacaqlarının dağıdılmasında istifadə olunmuşdur. Yarımavtomatik iş rejiminə malik “İstiqlal”ın təkmilləşdirilmiş “İstiqlal-T” modelinin kütləsi 28 kq, başlanğıc sürəti: B-32 tipli güllənin saniyədə 945-990 metr, MDZ tipli güllənin isə saniyədə 1015 metr, nişangah məsafəsi 2000 metr, uzunluğu 2256 mm, lüləsinin uzunluğu 1300 mmdir. 5 patron tutumlu maqazinlə dəstləşdirilən silah ikiayaq-mahmıza (bipoda) və
8 www.poliqon.az
arxa dayağa (monopoda) sahibdir. Snayper tüfəngi iki hissəyə ayrılmaqla daşınır. MSN mühəndisləri tərəfindən ilk nümunəsi 2011-ci ildə təqdim edilən 12.7x108 mm İST-12.7 “Mübariz” snayper tüfəngi ətraf mühitin ±50°C temperaturlarında, 93-97% nisbi rütubətdə istifadə oluna bilir. 7 patron tutumlu maqazinlə dəstləşdirilən “Mübariz”in çəkisi 16 kq, uzunluğu 1800 mm, lüləsinin uzunluğu isə 1100 mm-dir. Yarıavtomatik iş prinsipinə malik silah ikiayaq-mahmıza (bipoda) və arxa dayağa (monopoda) sahibdir. Optik nişangahla atış məsafəsi 2000 metr təşkil edən snayper tüfəngindən B-32 tipli patronlardan istifadə etməklə 100 metr məsafədən 20 mm qalınlığında zireh lövhəsini dəlmək mümkündür. Snayper tüfəngi 6-24x56 teleskopik nişangahla, eləcə də müxtəlif termal nişangahlarla dəstləşdirilir. Əsasən Xüsusi Təyinatlı Qüvvələrin istifadəsində yer alan 14,5 mm-lik NST14.5 snayper tüfənginin çəkisi 21 kq, uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm təşkil edir. MSN-in müəssisəsində istehsal edilmiş NST-14.5 snayper
tüfəngi 4 patron tutumlu maqazinə və əllə tək-tək doldurulma (bolt action) iş prinsipinə malikdir. Nişangah məsafəsi 1600 metr təşkil edən NST-14.5 tüfəngində sola qatlanan və hündürlüyü tənzimlənən qundaq və xüsusi olaraq hazırlanmış lüləağzı əyləc tətbiq edilmişdir. Snayper tüfəngi yaxşılaşdırılmış erqonomikaya sahibdir. NST-14.5 snayper tüfəngi öz quruluşuna və konstruksiyasına görə MSN-in həm “İstiqlal”, həm də “Yalquzaq” silah xəttindən fərqlənir və konstruktiv cəhətdən olaraq “Truvelo” şirkətinin 14.5 mm çaplı CMS snayper tüfənginə bənzəyir. Azərbaycan Ordusunun silahlanmasında yer alan, Vətən müharibəsində yüksək dəqiqlik göstərən “Yalquzaq” snayper tüfəngi xarici analoqları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. 7.62×51 mm “Yalquzaq” snayper tüfəngi bolt action iş prinsipinə malikdir. “Yalquzaq” snayper tüfəngi müxtəlif hava şəraitində istismar oluna bilir. Daşınma rahatlığı və erqonomikası baxımından “Yalquzaq” snayper tüfəngi xüsusi təyinatlılar və hava-desant qoşunları üçün ideal seçim hesab olunur. Snayper tüfəngində Azərbaycan hərbi sənayesində ilk dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilmişdir ki, nəticədə tətik mexanizminin sərtliyini, gediş məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan əldə olunmuşdur. Snayper tüfəngi 1000 m məsafədə sərrast atışın aparılmasını təmin edir. Pulemyotlar Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən yaradılmış 7,62x54 mm çaplı HP-7.62 hücum pulemyotu qısaməsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. HP-7.62 pulemyotu Azərbaycan Ordusunun xüsuHP7.62 hücum pulemyotu sınaqlar zamanı. Foto: MSN
si təyinatlı bölmələrinin silahlanmasına 2018-ci ildə daxil edilib. İkinci Qarabağ müharibəsində aktiv istifadə edilən HP7.62 hücum pulemyotundan atəş mahmızdan və ya müxtəlif konstruksiyalı üçayaqlı dəzgahlardan və döyüş maşınlarında quraşdırılan turellərdən açıla bilər. Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilikyayıcı sipər, yeni növ mahmız, yanağı və çiyinliyi olan teleskopik qundaq və lülə yatağı tətbiq olunmuşdur. Lülə yatağının alt və yan tərəflərində, eyni zamanda lülə qutusunun qapağı üzərində yerləşən NATO-nun MİLSTD-1913 standartına uyğun Picatinny rail tamasası müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun döyüş imkanlarını artıran taktiki fənərinin, əlavə əl dəstəyinin, lazer hədəfgöstəricinin və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100 və 200 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu lent qutularına yığılır. Pulemyotdan atəş aparmaq üçün 7.62x54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur. HP7.62 hücum pulemyotunun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atəş tezliyi dəqiqədə 650 atəş, döyüş atəş tezliyi dəqiqədə 250 atəş, kütləsi isə 8,6 kiloqramdır. Hücum pulemyotu istənilən hava şəraitində ətraf mühitin ±50ºC temperatur diapazonunda istismar oluna bilər. MSN istehsalı olan 7.62x54 mm çaplı UP-7.62 universal pulemyot ümumqoşun istifadəsi üçün hazırlanıb. 100 və 200 patron tutumlu sandıqçaya malik UP-7.62 “Kalaşnikov” pulemyotunun təkmilləşdirilmiş formasıdır. Optik nişangah sistemləri yerləşdirmək üçün xüsusi relslə təchiz olunub. Dəqiqədə 650 atəş imkanına malik UP-7.62 pulemyotunun kütləsi 7,8
kq-dır. Optik nişangahın köməyi ilə 1500 metr məsafədə hədəfləri məhv etmək mümkündür. Pulemyotdan atəş aparmaqdan ötrü HP-7.62 pulemyotunda tətbiq edilən 7,62x54 mm çaplı patronlardan istifadə olunur. Avtomatlar Region dövlətləri dünyanın aparıcı istehsalçılarından satınalmalarla yanaşı, özlərinin milli istehsallarını da yaratmaq istiqamətində fəal çalışırlar. Bu çərçivədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətləri xüsusi diqqət kəsb edir. 2010-cu ildə Rusiyanın “Kalaşnikov” Konserni ilə 120 min ədəd 5.45x39 mm AK-74M avtomatının 10 il ərzində lisenziya əsasında istehsalına dair müqavilə bağlayan MSN-in “Şərq” İstehsalat Birliyi ötən dövrdə Azərbaycan Ordusu və digər güc strukturları üçün avtomatın seriyalı istehsalını təşkil etmişdir. 2015-ci ildə müəssisənin mütəxəssisləri tərəfindən yaradılmış 5.56x45 mm EM-14 avtomatının sifariş üzrə respublikanın bir neçə güc struktruna tədarükü həyata keçirilmişdir.
Yeni avtomatın yaradılması istiqamətində fəaliyyətləri davam etdirən MSN 2018-ci ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2018 sərgisində 7.62x39 mm çaplı AZ-50 avtomatını ilk dəfə təqdim etmişdir. Boş halda çəkisi 3.6 kq, nişangah məsafəsi isə 1000 metr təşkil edən AZ-50 avtomatı AKM avtomatının konstruksiyası əsasında yaradılsa da, “Kalaşnikov” avtomatından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əsas fərqlərdən biri silahın uzunluğu tənzimlənən 6 pilləli teleskopik qundağa və dünyada ilk dəfə olaraq 50 patron tutumlu maqazinə malik olmasıdır. 50 patron tutumlu maqazin xüsusi daxili konstruksiyaya malikdir ki, bu da atış zamanı maqazində patronun ilişib qalmasının qarşısını alır. Avtomat maqazininin dəyişilməsi ilə əlaqədar avtomatın işçi mexanizmlərində də dəyişiklik edilmiş və silahın dayanıqlılığı artırılmışdır. Silahın lülə qutusunun üzərində döyüş zamanı müxtəlif aksesuarların taxılmasına imkan verən NATO-nun MİL-STD-1913 standartına uyğun Picatinny rail tipli tamasa nəzərdə tutulmuşdur.
<(1ø 1Ԥ6ø/ $7 $7,ù 7Ԥ/ø0 +Ԥ'Ԥ) 6ø67(0/Ԥ5ø 3ø<$ <$'$ +Ԥ'Ԥ) 6ø67(0ø
7$1. +Ԥ'Ԥ) 6ø67(0ø 7$
.RPS WHU LGDUUι .R ιHWPιOL N NP P VLPVLL]] UUD DELWι R[GD KιUUι ιNιW TDELLOOL\\\ \ιWL /LPLWVLL]] VVHQDULLOOιU \ N NOOιPιN LPN ND DQÕ 5HOV ]ιUULLQGι KιUUι ιNιW TDELLOOL\ \\\ιWL 3RUUWWDWLY $VDQ TXUUD DúGÕUUP PD $WÕúODUUÕÕQ KHVDEDWÕ
.R . RPS WHU LGDUUι ιHWPιOL =LUUH HKOL Y YD DVLWι ]ιUULLQGιQ E|\ N NDOLEUUOOL VLLOODKODUUOOD DWÕú LP ND PN ND DQÕ N NP P VLPOL UUD DELWι R[GD KιUUι ιNιW TDELLOOL\ \\\ιWL /LPLWVLL] ] VVHQDULLOOιU \ N NOOιPιN LPN ND DQÕ 5HOV ]ιUULLQGι KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL $WÕúODUUÕÕQ KHVDEDWÕ
^ shED , s s s />/< d <EK>K:7 7Eb͘^ E͘d7 ͘ b͘
ǁǁǁ͘ŵĞŶƐĂŶƚĞĐŚ͘ĐŽŵ
Ăƨ Ƶů͘ d d 7Ɣ DĞƌŬĞnjŝ ' ůŽŬ EŽ͗ϭϱϭ zĞŶŝŵĂŚĂůůĞͬ ͬ E< Z ͲdmZ<7z dĞů ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϲϯ ϭϬͲϭϯ dĞ &Ădž ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϳϵ ϵϲ
Tapançalar 9 mm-lik “Zəfər”, “Zəfər-K” və “İnam” tapançaları döymə və tökmə poladı, yüngül metalları, polimer hissə və detalları özündə birləşdirir. MSN müəssisəsində istehsal edilən bu tapançalar Azərbaycan Müdafiə Nazirliyinin heyət (tabel) silahı olaraq seçilib və Vətən müharibəsində yaxınməsafəli döyüşlərdə effektiv tətbiq edilib. Ordu mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. MSN-in istehsal etdiyi bütün seriyalı tapançalar 9x19 mm “Luger/Parabellum” patronlarından istifadə edir. Tapançanın avtomatik yüklənməsi, lülənin qısa geri təpməsinə əsasən qurulub, lülənin kilidlənməsi və açılması isə ənənəvi üsulla yerinə yetirilir. Tətikdən istifadə edərək özünüyükləmə mexanizmindən istifadə edilir. Tapançanın nişangahı açıqtiplidir, o, iki mövqedə tənzimlənən arxa hədəf kəsiyindən və tənzimlənməyən ön arpacıqdan ibarətdir. “Zəfər”, “Zəfər-K” və “İnam” tapançalarının Pikatiny lövhəsindən istifadə edərək, onun üzərinə taktiki fənər və lazer göstəricisi quraşdırmaq mümkündür. “Zəfər”in daraq tutumu 15/20 mərmi, atəş məsafəsi 75 metr, güllənin sürəti isə saniyədə 350 metrdir. Tapançanın boş kütləsi 950 qram, uzunluğu 204.5 mm, lüləsinin uzunluğu 117 mm-dir. “Zəfər K” tapançasının daraq tutumu 15 mərmi, atəş məsafəsi 50 metr, güllənin sürəti isə saniyədə 340 metrdir. Boş kütləsi 940 qram, uzunluğu 190 mm, lüləsinin uzunluğu 105 mm-dir. “İnam”ın daraq tutumu 15,17,20 mərmi (sifarişlə), atəş məsafəsi 50 metr, güllənin sürəti isə saniyədə 340 metrdir. Silahın boş kütləsi 860 qram, Yuxarıda: “Zəfər” tapançasından təlim atışları. Ortada MSNin müəssisələrində istehsal olunan döyüş sursatları. Aşağıda: QFAB250 KAB, BETAB250 və QFAB25 aviasiya bombaları. Foto: İnternet və “Poliqon”
10 www.poliqon.az
uzunluğu 191 mm, lüləsinin uzunluğu 110 mm-dir. Döyüş sursatları Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətə başladığı ilk dövrdən etibarən əsas diqqət yönəltdiyi sahələrdən biri də döyüş sursatlarının istehsalıdır. Si-
lahlı Qüvvələrin və digər güc strukturlarının ehtiyaclarının yerli imkanlar hesabına qarşılanması məqsədi ilə nazirlik tərəfindən müxtəlif layihələr həyata keçirilir. Silahlı Qüvvələrin ehtiyac duyulan kiçik, orta və iriçaplı döyüş sursatları ilə təchizatının tam şəkildə yerli istehsal hesabına qarşılanması MSN-in prioritetlərindəndir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2018-ci ildə POLİQON (AZERI DEFENCE) jurnalına verdiyi müsahibəsində bildirib ki, Müdafiə Sənayesi Nazirliyi Ordunun ehtiyac duyduğu silah və sursatlarla təmin edir: “Yerli istehsal olan silahlardan istifadə edirik. Mərmilər, patronlar, ehtiyat hissələri, avadanlıqların müəyyən hissələri ilə daima qoşunları döyüş vəziyyətində saxlamağa yardımçı olurlar. Ən mühümü, MSN bizi sursatla tam şəkildə təmin edir. Bu çox önəmli məsələdir. Çünki orduda ən çox istehlak edilən də məhz sursatdır”. MSN yarandığı ilk illərdə kiçikçaplı döyüş sursatları və minaatanlar üçün sursatlara diqqəti yönəltdiyi halda hazırda
iriçaplı atıcı silahlar üçün sursatların istehsalı, artilleriya və tank mərmilərinin istehsalı, aviasiya döyüş sursatlarının istehsalı, yaylım atəşli reaktiv və raket sistemlərinin istehsalı istiqamətlərində fəaliyyətlərin yürüdüldüyünü görmək olur. Təqdimatlardan məlum olduğu qədər hazırda MSN-nin müəssisələrində demək olar ki, bütün növ atıcı silahlar üçün döyüş sursatları istehsal olunmaqdadır. Bunlardan Silahlı Qüvvələrin istismarında yer alan 9x18, 9x19 mm tapança, 5.45x39, 7.62x39 mm döyüş, təlim, izburaxan avtomat patronlarının, 7.62x54 mm, 7.62x51 mm pulemyotlar üçün patronların istehsalı davam etdirilir. Bundan başqa, MSN müəssisələrində iriçaplı pulemyotlar üçün 12.7x108 mm BZT-44, B-32, 14.5x114 mm BZT-44, B-32, eləcə də .50 BMG (12.7x99mm) patronlar istehsal olunur. Qumbaraların və pirotexniki vasitələrin istehsalı sahəsində də layihələr reallaşdıran MSN bu istiqamətdə həm də ordunun tələblərini qarşılamağa nail olub. Hazırda MSN müəssisələrində müxtəlif rəngli 26 və 30 mm-lik siqnal patronlarının, UZRQM-2 partladıcısı ilə dəstləşdirilmiş RQO, RQN, RQD-5 hücum və müdafiə əl qumbaralarının, NATO standartlı 40x46 mm M99 qumbaralarının, sovet standartlı QP-25 və QP-30 lüləaltı qumbaraatanlar üçün 40 mm VOQ-25 və VOQ-25P, 40 mm-
QFAB250 qəlpəlifuqas və QFAB100SAB süzən və FAB100 fuqas aviasiya bombaları. Foto: PQ
lik RPQ-7 qumbaraatanları üçün 5 növ (təlim, qəlpələnən, kumulyativ, kumulyativ-tandem və termobarik) döyüş sursatlarının, AQS-17/AQS-30 və “Arcus-17AGL” qumbaraatanları üçün 30x29 mm çaplı VOQ-17M güclü partlayış imkanına malik döyüş, VUS-17 və VOQ-17M İN tipli praktik sursatların, həmçinin zirehli texnikalar üçün maskalanma vasitəsi olan 901 “Tuça” tipli buraxma qurğularının və 81 mm-lik 3D6 tüstü qumbaralarının seriyalı istehsalı həyata keçirilir. Azərbaycan Ordusunun ehtiyaclarını qarşılamaq məqsədilə MSN eyni zamanda minaatanlar üçün artırılmış mənzilə
sahib minaların da istehsalını gerçəkləşdirməkdədir. Azərbaycan müəssisələrində istehsal olunan 60 mm-lik minaların maksimal atəş məsafəsi 3200-4000 metr, 82 mm-lik minaların atəş məsafəsi 4500 metr təşkil edir. Bundan başqa, müəssisələrdə atış məsafəsi 7100 metr təşkil olan 120 mm-lik minalar istehsal olunmaqdadır. Aviasiya bombaları Azərbaycan Ordusu döyüşlərdə MSNin Elmi-Tədqiqat İnstitutunda hazırlanan 25 kq-lıq QFAB-25, 50 kq-lıq QFAB-50, 100 kq-lıq QFAB-100, 250 kq-lıq QFAB-
Müda iə Sənayesi nazirinin müavini Yəhya Musayev Prezident İlham Əliyevə QFAB250 LG aviasiya bombası haqqında məlumat verir. Foto: President.az
250 qəlpəli-fuqas və 250 kq-lıq BETAB250 sərbəstdüşən betondələn aviasiya bombalarından uğurla istifadə etmişdir. QFAB-25 aviasiya bombaları təyyarələrdən, helikopterlərdən və pilotsuz aparatlardan atıla bilir. Tərkibində 7.4 kq partlayıcı maddə yerləşən və 500 metr yüksəklikdən atılan bombadan partlayış zamanı ətrafa 2000 qəlpə səpələnir. QFAB-50 qəlpəli-fuqas aviasiya bombasında isə 23 kq partlayıcı maddə yerləşdirilib. Partlayış zamanı QFAB-50 ətrafa 3500-dən 9000-dək qəlpə yayılır ki, bu qəlpələrin də sürəti saniyədə 1500-2000 metr təşkil edir. Tərkibində 51 kq partlayıcı maddə olan QFAB-100 aviasiya bombasından partlayış zamanı ətrafa 15000-dək, 87 kq partlayıcıya malik QFAB-250 bombasından 20000-dək qəlpə yayılır. Bu göstəricilərinə görə, Azərbaycan istehsalı olan qəlpəli-fuqas aviasiya bombaları xarici analoqlarını üstələyir. Qəlpələr hazır şəkildə bombaların daxilinə yerləşdirilir ki, bu da Azərbaycan istehsalı olan bombalarda tətbiq olunan özəlliklərdəndir. MSN-in Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin ASELSAN şirkətinin birgə hazırladığı layihə əsasında lazer tuşlamalı, 250 kq-lıq QFAB-250 LG qəlpəli-fuqas aviasiya bombası ilk dəfə Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsində, real döyüş şəraitində uğurla tətbiq edilmişdir. Yeni QFAB-250 LG aviasiya bombası NATO standartlarına cavab verməklə düşmənin canlı qüvvəsini və digər hədəflərini anında məhv etmək üçün təyin edil-
12 www.poliqon.az
mişdir. QFAB-250 LG qəlpəli-fuqas aviasiya bombası qırıcı-bombardmançı təyyarələrdən tətbiq edilməkdən ötrü nəzərdə tutulmuşdur və çox yüksək dəqiqliyə malikdir. Bombanın idarəetmə sisteminin iş prinsipi hədəfin güclü lazer işarələyici (hədəfgöstərici) vasitəsilə işıqlandırılmasına əsaslanır. Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf tutulur və məhv edilir. Bombanın döyüş hissəsi qəlpəli-fuqaslıdır və təsir radiusu yüz metrdən çoxdur. Eyni zamanda fəaliyyət məsafəsinin artırılması məqsədi ilə yeni məmulatda əlavə olaraq bərk yanacaqlı reaktiv mühərrik də nəzərdə tutulub. QFAB-250 LG aviasiya bombasının uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kq, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr təşkil edir. Ordunun əsas istehlak etdiyi məhsul olan döyüş sursatlarının yerli müəssisələr hesabına qarşılanması vacib addım olmaqla bərabər, ölkənin xaricdən hərbi asıllığının aradan qaldırılmasında mühüm rol oynayır.
Pilotsuz uçuş aparatları Vətən müharibəsində Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə etmişdir. Kəşfiyyat, kəşfiyyat-zərbə və kamikadze PUA-ların şəbəkə halında tətbiqi, eyni zamanda artilleriya bölmələri ilə qarşılıqlı əlaqəli istifadəsi qısa zamanda öz effektini vermiş, düşmənin cəbhənin ön xəttində və dərinliyindəki hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri və sursat anbarları məhv edilmişdir. Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən yerli istehsal olan “Aerostar” tipli taktiki, “Orbiter-3” tipli mini taktiki, “Orbiter-2” tipli mini kəşfiyyat pilotsuz uçuş aparatlarından, “Zərbə” kamikadze və “İti qovan” dronlarından aktiv istifadə olunmuşdur. Azərbaycan Ordusuna məxsus kamikadze PUA-ları düşmənin hərbi texnikası, canlı qüvvəsi və hərbi obyektlərinin vurulmasında istifadə olunması Azərbaycanın Müdafiə Nazirliyinin yayımladığı videoçarxlarda da aydın şəkildə görünür. Azərbaycan Ordusu döyüşlərin gedişatında müşahidə, nəzarət, artilleriya atəşinin və “gəzən sursat”ların idarə olunmasında əsasən “Orbiter-2” və “Orbiter-3” tipli PUA-lardan istifadə etmişdir. Qeyd olunan PUA-lar 2014-2016-cı illərdə cəbhədə lokal döyüşlərdə, eləcə də sonrakı illərdə geniş istifadə olunmuşdur. Dünyada qəbul edilmiş, müasir PUA sənayesinin nümunələrindən olan “Orbiter-2” və “Orbiter-3” PUA-ları Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə İsrailin “Aeronautics Defense Systems” şirkətinin birgə müəssisəsi tərəfindən istehsal edilir. Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə nümayiş etdirilən görüntülərdən aydın olduğu qədər Azərbaycan Ordusu əsasən yerli istehsal olan “Zərbə” kamikadze PUA-larından döyüşlərdə ilk dəfə geniş istifadə etmişdir. Videoçarxların təhlilləri göstərir ki, Azərbaycan tərəfi Türkiyənin Suriyada “Bahar qalxanı” əməliy-
“Orbiter 4” mini taktik PUA
Yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” PUA. Foto: PQ
yatının təcrübəsindən çıxış edərək kamikadze PUA-larını kəşfiyyat PUA-ları (“Orbiter 2” və “Orbiter 3”) ilə koordinasiyalı şəkildə istifadə etməyə çalışıb. Kəşfiyyat PUA ilə cəbhənin operativ dərinliyindəki düşmən hədəfləri aşkarlandıqdan sonra kamikadze PUA-lar hədəfə yönləndirilmişdir. Hədəflər həm kamikadze, həm də kəşfiyyat PUA vasitəsi ilə son anadək izlənilmiş və vurulma prosesi anbaan qeydə alınmışdır. İsrailin “Aeronautics Defense Systems” şirkətinin “Orbiter 1K” gəzən sursatın əsasında yaradılmış və birgə müəssisədə istehsal edilən “Zərbə” kamikadze PUA 1.5 kiloqramadək döyüş başlığı daşıyır. Canlı qüvvənin və zirehsiz nəqliyyat vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan “Zərbə” ilk dəfə praktik döyüş şəraitində sınaqdan çıxarılmışdır. Uçuş tavanı 5500 metr, döyüş radiusu 50 km təşkil edən “Zərbə”nin maksimal sürəti 140 km/saat, uçuş müddəti 3 saata yaxındır. Hazırda istehsal müəssisəsində “Orbiter-2” tipli mini, “Orbiter-3” tipli mini taktiki və “Aerostar” tipli taktiki PUA-ların, həmçinin “Zərbə” kamikadze PUA-nın, habelə PUA-ların yer idarəetmə stansiyalarının seriyalı istehsalını həyata keçirilir. Azərbaycan Ordusunun inventarında yer alan “Aerostar” taktiki PUA-lar kəşfiyyat, nəzarət və hədəflərin müəyyənləşdirilməsi daxil olmaqla çoxfunksiyalı PUAlar sinfinə daxildir. “Controp” şirkətinin istehsalı olan T-STAMP faydalı yükü ilə təchiz olunan PUA-da sifarişdən asılı olaraq SAR radarı, siqnal kəşfiyyat (SIGINT) və radioelektron kəşfiyyat (ELINT) sistemləri quraşdırıla bilər. MSN-nin kataloq məlumatlarına görə, “Aerostar” taktiki PUA-larının qanad açıqlığı 8,7 metr, uzunluğu 4,7 metr, çəkisi 230 kq, faydalı yükü 50 kiloqram, döyüş radiusu 250 km, ha-
vadaqalma müddəti 12 saat, maksimum uçuş tavanı 5486 metr təşkil edir. Bir ədəd 38 at gücündə “Zanzottera 498i” mühərriki ilə təchiz olunmuş PUA-nın kreyser sürəti saatda 110 km, maksimal sürəti saatda 203 km-dir. “Orbiter-2” mini PUA-ların qanad açıqlığı 3 metr, faydalı yükü 1,5 kiloqram, maksimal sürəti saatda 110 km, əməliyyat radiusu 100 km, uçuş hündürlüyü isə 5500 metr təşkil edir. 2017-ci ildə seriyalı istehsalına başlanan “Orbiter-3” mini taktiki PUA kəşfiyyat, nəzarət, hədəf aşkarlama və axtarış (ISTAR) tapşırıqları üçün nəzərdə tutulub. Qanad açıqlığı 4,40 m, ağırlığı 30 kq, faydalı yükdaşıma qabiliyyəti 5,5 kq təşkil edən “Orbiter-3” mini taktiki PUA-nın uçuş müddəti 7 saat, sürəti saatda 130 km, əməliyyat radiusu 150 km-dir. Mancanaq (katapult) vasitəsi ilə havaya atılan PUA enmə zamanı paraşüt və hava yastığından istifadə edir. “Orbiter 3” mini PUA-nın aerodinamik quruluşu əsasında hazırlanmış “Orbiter 4” mini taktiki PUA isə 24 saat havada qalma imkanına sahibdir. İki faydalı yüklə 50 kq uçuş çəkisinə malik PUA-nın maksimal uçuş tavanı 5400 metrdən çoxdur. “Orbiter 4” PUA-nı “Orbiter” ailəsinin digər nümunələrindən fərqləndirən əsas xüsusiyyətlər müasir görüntü emal imkanları, avtomatik qalxma qabiliyyəti, dözümlü olması, minimal istismar və əməliyyat xərcləri tələb etməsidir. “Orbiter-2”, “Orbiter-3” və “Orbiter4” PUA-ları əməliyyat tapşırıqlarına uyğun olaraq “Controp” şirkətinin istehsalı olan T-STAMP, D-STAMP, UZ-STAMP, MSTAMP və HD-Lite faydalı yüklərindən biri ilə təchiz oluna bilər. Son olaraq, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlanmışdır. Ali Baş
də təmənnasız olaraq Dövlət Sərhəd Xidmətinə təhvil verilmiş və azad olunan ərazilərdə yaradılan sərhəd zastavaların birində döyüş tapşırıqlarının icrasına başlamışdır. Sadalanan məmulatlarla yanaşı, MSN-in tabeli müəssisələrində Mühəndis Qoşunlarının və mühəndis-istehkam bölmələrinin təchizatı üçün aşağıda göstərilən məhsullar da istehsal olunmuş və 44 günlük Vətən müharibəsində geniş şəkildə istifadə edilmişdir:
Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılır. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir. Müdafiə Sənayesi Nazirliyinin məlumatına görə, nazirliyin mütəxəssisləri Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarını real döyüş şəraitində sınaqlarını keçirmişlər. Zirehli texnikalar Qarabağın azad olunması uğrunda 44 günlük Vətən müharibəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş “Matador”, “Marauder” zirehli döyüş maşınları, təkmilləşdirilmiş BTR70 və BRDM-2 zirehli transportyorları geniş tətbiq edilmişdir. Döyüş əməliyyatlarında minalı sahələrə düşən və ya düşmənin müdafiə xəttini yararkən raket-artilleriya atəşlərinə məruz qalan və yararsız hala salınan “Matador” və “Marauder” zirehli Yuxarıda: DSXnin döyüş növbətçiliyinə yeni qəbul edilmiş BTR70 zirehli transportyoru Ortada: Matador” zirehli nəqliyyat vasitəsi Aşağıda: Azərbaycan Ordusunun 14.5 mm çaplı KPVT pulemyotu ilə silahlandırılmış “Marauder” zirehli maşını. Foto: MSN, PQ, MN
14 www.poliqon.az
döyüş maşınlarının təcili təmiri istehsalçı müəssisədə təşkil edilərək qısa zamanda döyüş bölgəsinə qaytarılmışdır. Nazirliyin tabeli müəssisələrində istehsal edilmiş 1 ədəd BTR-70 zirehli transportyoru “İlhamla irəli” şüarı altında cəbhə xəttinə çatdırılaraq 20 oktyabr 2020-ci il tarixin-
Müxtəlif təyinatlı minalar - MD-9 detanatorlu PMN tipli piyada əleyhinə, TM-62P2 və TM-62P3 ipli tank əleyhinə minalar və onların partlayıcıları; - OZM-72 tipli piyada əleyhinə qəlpəli maneə minası; - MS-Ş tipli şup əleyhinə və MS-M minaaxtaran əleyhinə mina–sürpriz; - MON-50, MON-90, MON-100 və MON 200 piyada əleyhinə istiqamətləndirilmiş qəlpəli minalar. Mühəndis vasitələri: - İMA-07 tipli minaaxtaran; - PM-4 partlatma maşını və KPM-3U elektrik partlatma maşını; - Partlayıcı idarəetmə cihazı KRAB-İM; - UR-83 keçid açma qurğusu; - mina xəbəredici üçkünc işarələri və çarxlı ağ-qara lent; - müxtəlif çeşiddə 3x5 m ölçülü maskalanma toru, 6, 12, 18 və 24 yerli UST-56 tipli çadır; - daxili yayı və içliyi olmaqla 4 ölçüdə (60x60x60sm), (60x60x30sm), (60x60x 100sm), (100x100x100sm) metal səbət; - müxtəlif yamsılama vasitələri; Vətən müharibəsində istifadə edilən “Səbət-1” və “Səbət-2” məmulatı MSN-in müəssisələrində 2020-ci ildən seriyalı is-
Yuxarıda: MSNin ElmiTədqiqat İnstitutu tərə indən hazırlanan “QFAB50 İSAB” bombası sabit hədə ləri məhv etmək üçün nəzərdə tutu lub. Özütuşlanan aviasiya bombasının uçuş məsafəsi təyyarənin sürətindən asılı olaraq 10 kmdən 60 kmə qədər dəyişir. 203 mm çaplı “QFAB50 İSAB” bombasının uzunluğu 1600 mm, diametri 230 mm, kütləsi isə 65 kqdır. Aşağıda: ETRM eksperimental taktiki raket. Foto: PQ
tehsal olunur və mühəndis xidməti vasitələrinə aid edilir. Bu məmulatlar təyinatı üzrə şəxsi heyətin güllə və qəlpələrdən qorunması məqsədilə əlavə qoruyucu sədlərin yaradılması üçün nəzərdə tutulmuşdur, səngər və istehkamların quraşdırılmasında geniş istifadə edilmişdir. Məmulat blok-postların, atəş nöqtələrinin və dərin olmayan (0,8-1,5 m-dək) səngərlərin brustverlərinin quraşdırılmasında istifdə edilir. “Səbət-1” və “Səbət-2” məmulatı müvafiq olaraq (60x60x60 sm) və (60x60x100 sm) olmaqla iki hissədən: torvari metal karkasdan və daxilə quraşdırılan yan divarları örtən parça iç örtükdən ibarətdir. Bu məhsulların böyük bir hissəsi məhz müharibənin ilk günlərində orduya çatdırılmışdır. MSN müəssisələri tərəfindən zirehli texnika (BMP, BTR-70, MT-LB), xüsusən də T-72 tankları üçün böyük çeşiddə ehtiyat hissələri, hərbi təyinatlı fərdi mühafizə vasitələri, rabitə vasitələri üçün müxtəlif növ antenalar, o cümlədən NATO standartlarına uyğun antenalar, habelə müxtəlif arxa cəbhə vasitələri və s. məhsullar istehsal edilmişdir. Perspektivlər Regiondakı təhlükəsizlik təhdidləri Azərbaycan Ordusunun daim yeni silah və texnikalarla təchiz edilməsini prioritet olaraq qarşıya qoymuşdur. Prezident İlham Əliyev də öz çıxışlarında bunu dəfələrlə vurğulayaraq, yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik silahların alınmasına öncüllük verildiyini bildirmişdir. Bu kontekstdə, növbəti yaxın perspektivdə Azərbaycan Ordusunun yüksək dəqiqliyə malik raket-artilleriya vasitələri ilə silahlandırılmasının davam edəcəyi gözlənilir. Bu istiqamətdə MSN-in nəzdində artilleriya mərmilərinin istehsalını həyata keçirəcək istehsal sahəsinin işə salınması planlaşdırılır. Müəssisədə 122 mm-lik artilleriya və 125 mm-lik tank topları üçün 20-yə yaxın müxtəlif çeşiddə (qəlpəli-fuqaslı, kumulyativ, zirehdələn-çapaltı və s.)
atəş yığımları istehsal olunacaq. MSN-dən verilən məlumata görə, hazırda adı çəkilən atəş yığımlarının tərkib hissəsi olan gilizlərin və altlıqların istehsal prosesi tam mənimsənilmişdir. Atəş yığımlarının tam dəstləşdirilməsi üçün nəzərdə tutulmuş müxtəlif növ partaldıcıların istehsal sahəsinin yaradılması üzrə aparılan işlər də sürətlə davam etdirilir. Müəssisə işə salındıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin bu sursatlara olan tələbatı tam ödəniləcəkdir. Sadalanan atəş yığımları ilə
bərabər 107, 122 və daha böyük kalibrli reaktiv raketlərin istehsalının mənimsənilməsi istiqamətində də çalışmalar davam edir. Müdafiə Sənayesi Nazirliyinin ElmiTədqiqat İnstitutu (ETİ) tərəfindən 2018ci ilin sentyabr ayında nümayiş etdirilmiş eksperimental taktiki raketin (ETR-M) döyüş hissəsi 50 kq, çapı 203 mm, çəkisi 250 kq, uzunluğu 2400 mm təşkil edir. Hazırda yaradılma mərhələsində olan, GPS və İNS naviqasiya sisteminə malik raketin uçuş məsafəsi 60 km-dək olacaq. Azərbaycan Ordusunun digər sursat növlərinə olan ehtiyacını qarşılamaq məqsədilə MSN tərəfindən 20 mm və daha böyük döyüş sursatlarının istehsalı sahəsində də bəzi layhələr üzərində işlənilir. MSN rəsmilərinin sözlərinə görə, yaxın perspektivdə Sovet/Rusiya istehsalı olan 23 mm-lik ZU-23-2 və ZSU-23-4 “Şilka” zenit qurğularının 2A14, 2A14M, 2A7 və 2A7M avtomatlarında istifadə üçün nəzərdə tutulmuş 23x152 mm çaplı APİ-T və AP-T, HEİ, HEİ-T, 30x165 mm çaplı 2A24, 2A38, 2A42 və 2A72 markalı avtomatik toplar üçün HE-T, HEİ, AP-T tipli sursatların istehsalı planlaşdırılır. Hazırda MSN-in müəssisəsində yaradılma mərhələsində olan 100 kq-lıq qanadlı QFAB-100SAB və 250 kq-lıq QFAB250SAB süzən aviasiya bombaları GPS və İNS naviqasiya idarəetməsinə malikdir. Bundan başqa, MSN müəssisələri tərəfindən RPQ-26 “Aqlen” tipli tank əleyhinə reaktiv qumbaraatan, 23x115 mm çaplı İST-23 snayper tüfəngi, 7.62x54 mm çaplı yarımavtomat “Yırtıcı” snayper tüfəngi yaradılmışdır və hazırda sınaqları yerinə yetirilir. Hazırda sınaqları davam etdirilən AT-30 tipli avtomatik topun hazırlanmasında MSN-in mütəxəssisləri və hərbçilərin iştirakı ilə sovet istehsalı olan 30 millimetrlik 2A42 topunun problemləri öyrənilib və AT-30-da həmin problemlər aradan qaldırılıb. AT-30 topu lüləsi də daxil olmaqla tam şəkildə MSN-in müəssisəsində hazırlanıb. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan AT-30 avtomatik topu yaxın gələcəkdə ordunun silahlanmasına verilə bilər. PQ
15
AVİASİYA BOMBALARI ÜÇÜN DƏQİQ TUŞLAMA DƏSTLƏRİ
Azərbaycan və Türkiyənin birgə istehsalı olan QFAB250 LG aviasiya bombası
Əhəd Əzizov Müxtəlif mənzilli və təyinatlı müasir hipersəsli və qanadlı raketlər hərbi aviasiya vasitələrinin əsas perspektiv silahı hesab olunur. Lakin özünün idarəetmə sistemlərinə görə heç də raketlərdən geri qalmayan və artıq uzun müddətdir “ağıllandırılmış” idarə (korrektə) olunan müxtəlif təyinatlı bombalar aviasiyanın arsenalında nəinki qalmaqdadır, hətta daima təkmilləşdirilir. Korrektə olunan aviasiya bombalarının (KAB) tətbiqi hava zərbələrinin effektivliyini əhəmiyyətli dərəcədə artıraraq təsadüfi itkilərin sayını minimuma endirir. Eləcə də dəqiq tuşlama dəstlərinin tətbiqi sayəsində bomba “süzmə” funksiyası əldə edir ki, bu da idarəetməni asanlaşdıran faktorlardan əsasıdır. Yüksək dəqiqlikli idarə olunan aviasiya bombalarının yaradılması, köhnə bombaların idarə edilməyən bomba və ya “küt bomba” olaraq retroaktiv ad dəyişdirilməsinə səbəb olmuşdur. Müəyyən çapa sahib olan aviasiya bombası, idarə olunmayan bombaya nisbətən idarəetmə mexanizmlərinin yerləşdirilməsi səbəbindən daha az partlayıcı maddə daşıyır. Süzən bomba, eyni zamanda korrektə olunan aviasiya bombası, müvafiq olaraq müəyyən əlavə avadanlıq və qurğuların quraşdırılması hesabına süzmə və idarəolunma xüsusiyyəti əldə etmiş bombadır. Süzmə xüsusiyyəti, daşıyıcı təyyarənin düşmənin hava hücumundan müdafiə vasitələrinin yaratdığı təhlükəli zonaya daxil olmadan bombanı atma imkanı əldə etməsinə və atıldıqdan sonra bombanın fəaliyyət radiusunun artırılmasına xidmət edir. Korrektə olunan aviasiya bom bası özündə idarəetmə və tuşlama sistemi ilə təchiz edilmiş aviasiya bombasını tərənnüm edən idarə olunan aviasiya məhvetmə vasitələrindən biridir. Bəzi korrektə olunan aviasiya bombaları uçuş mənzilini artırmaq və uçuşun idarə olunmasını yaxşılaşdırmaq üçün kiçik reaktiv mühərriklərlə təchiz edilirlər. KAB tuşlama sisteminə görə bir neçə növə bölünür:
16 www.poliqon.az
inersial (ətalət) tuşlamalı – aviasiya bombası daşıyıcıdan ayrıldıqdan sonra üzərinə tətbiq edilən təcilə görə öz yerini hesablamaq üçün həssas ölçü cihazlarından istifadə edir. Bu gün idarə olunan aviasiya bombaları, müasir qanadlı raketlərdə olduğu kimi son dərəcə yüksək dəqiqlik əldə etmək üçün INS, GPS və radiolokasiya ərazi xəritələməsinin birləşməsindən istifadə edə bilir, dairəvi sapma ehtimalı bir neçə on metrdir; radiokomanda tuşlamalı – bombaya şifrələnmiş idarəetmə komandaları radiokanal vasitəsilə ötürülür, bu zaman daşıyıcı hədəfin və bombanın radiolokasiya müşayiətini yerinə yetirir. Bombanın trayektoriyadan sapmalarının korrektə olunması müvafiq idarəetmə komandalarının verilməsi ilə həyata keçirilir. Belə aviasiya bombasının dairəvi sapma ehtimalı on metrə qədər təşkil edir; televizion tuşlamalı – bomba ötürücü televiziya kamerası ilə təchiz edilir və pilot təyyarənin kabinəsindəki teleekranda hədəfi görərək bombanı idarə edir. Televizion aviasiya bombasının dairəvi sapma ehtimalı on metrə qədər təşkil edir; infraqırmızı özütuşlamalı – bomba infraqırmızı özütuşlama başlığı ilə təchiz edilir. Bu zaman başlıq hədəfin
yaydığı infraqırmızı diapazonlu dalğaların tutulması prinsipi ilə işləyir. İnfraqırmızı özütuşlamalı aviasiya bombasının dairəvi sapma ehtimalı bir neçə on metr təşkil edir; lazer tuşlamalı – bombanın idarə olunması hədəfi xüsusi təyyarədən və ya yerdən lazer şüası ilə işıqlandırmaqla yerinə yetirilir. Bomba hədəfdən əks olunmuş şüaya tuşlanır. Bir qayda olaraq, lazer tuşlamalı bombaların mühərrikləri yoxdur və süzmə xüsusiyyətlərini yaxşılaşdırmaq üçün yalnız sükanlarla təchiz olunub. Bombanın dairəvi sapma ehtimalı on metrdən azdır; yüksəldilmiş dəqiqlikli GPS qə buledicili tuşlamalı – bomba, naviqasiya sistemlərinin peykləri tərəfindən yayımlanan radiosiqnallarının gəlməsinin vaxt gecikməsinə dair məlumatlara əsaslanaraq, qəbuledici antenanın mövcud yerləşməsinin coğrafi koordinatlarını təyin etmək üçün radioqəbuledici qurğu ilə təchiz edilir. Bombanın dairəvi sapma ehtimalı on metrə qədərdir. süzmə elementli tuşlamalı – sərbəst düşən aviasiya bombasının süzməsi üçün üzərinə çıxarıla bilən qısqaclar və boltlardan istifadə edərək bir neçə süzmə elementi əlavə edilməklə idarəetmə əldə edilir. İdarə olunan aviasiya bombalarının həm say nomenklaturasına, həm də istehsal həcmlərinə görə dünyada ABŞ, İsrail və Rusiya aparıcı yerləri tutur. Bunlarla yanaşı, son dövrlərdə bir çox ölkələrdə, o cümlədən Türkiyə, İran və Azərbaycan Respublikasının müdafiə sənayesi müəssisələri tərəfindən də “ağıllı” aviasiya bombalarının yaradılması istiqamətində intensiv işlər yerinə yetirilir. ABŞ-ın “ağıllı”, yəni idarə olunan aviasiya bombaları sırasına çoxsaylı
məmulatlar daxildir. Bunlardan bir neçəsinə nəzər yetirək: GBU39 SDB kiçikdiametrli bomba – ABŞ-ın “Boeing” şirkəti yüksəkdəqiqlikli, kiçikkütləli aviasiya bombasının yaradılması istiqamətində layihələndirmə işləri yerinə yetirərək hazırlayıb. Bombanın quruluşunda havada açılan qanadların tətbiq edilməsi, onun fəaliyyət məsafəsinin əhəmiyyətli dərəcədə artırılmasına təsir etmişdir. Bombanın idarəetmə sistemi partlayışı həm zərbə (kontakt) təsiri ilə, həm havada, həm də zərbədən sonra ləngiməklə yerinə yetirməyə imkan verir. Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra xüsusi mexanizm vasitəsilə qanadlar açılır, arxa hissədə yerləşən sükanlar düzəlir və bomba verilmiş hədəfə çıxır. Bomba süzən bombadır, hədəfə süzərək yaxınlaşır və hədəfə hücum zamanı şığıdıqda qanadlar yığılır. Bombanın kütləsi 130 kq, partlayıcı maddənin kütləsi 93 kq, uzunluğu 1800 mm, diametri 190 mm, fəaliyyət məsafəsi 110 km, dəldiyi betonun qalınlığı 900 mm, dairəvi sapma ehtimalı isə 5-8 metrdir. GBU53/B “StormBreaker” – ABŞ Hərbi Hava Qüvvələrinin 2019-cu ildə qəbul edilmiş “Golden Horde” (“Qızıl Orda”) proqramı çərçivəsində “Raytheon” şirkəti tərəfindən yaradılmış və “Small Diameter Bomb II” adlandırılan “ağıllı” aviasiya bombasıdır. Sensorlar və ağıllı alqoritmlərin birləşməsi “StormBreaker” bombasına hədəfləri təhlil etməyə və təsnifləndirməyə, eyni zamanda ən yüksək prioritetli olanları seçməyə kömək edir. Bomba hətta pis hava şəraitində, tüstüdə və ya tam qaranlıqda hərəkətdə olan hədəfləri verilmiş GPS koordinatlar və ya lazer işıqlandırılması sayəsində məhv etmək imkanına malikdir. Bombanın kütləsi 113 kq-dır. Bomba daşıyıcı-təyyarə ilə əlaqə saxlamaq imkanına sahib olmaqla trayektoriyada uçuş müddətində bir hədəfdən digərinə
GBU39 SDB yönəldilə bilir. Bombanın döyüş hissəsi özündə fuqas, qəlpəli və zirehdəlmə effektlərini birləşdirir. Bu da tankların, binaların və insanların məhv edilməsini təmin edir. JSOW (Joint StandOff Weapon) standartlaşdırılmış, yüksək dəqiqlikli, ortamənzilli idarəolunan silah olmaqla, xüsusən müdafiə olunan hədəfləri standart hava hücumundan müdafiə sisteminin əhatə dairəsindən kənarda məhv etmək üçün yaradılan və bununla da daşıyıcı-təyyarənin yaşam qabiliyyətini artıran, GPS-İNS naviqasiya sistemi və termal infraqırmızı özütuşlama başlığı istifadə edən, “hava-yer” tipli idarə olunan süzən aviasiya bombasıdır. Müxtəlif yerüstü hədəflərə qarşı istifadə edilə bilir və düşmən HHM sistemlərinin əhatə dairəsindən kənarda fəaliyyət göstərir. JDAM (Joint Direct Attack Munition) – GPS texnologiyalarına əsaslanan avadanlıq dəsti olmaqla sərbəst düşən “küt” aviasiya bombasını (ing. “dumb bombs”) istənilən hava şəraitində tətbiq edilə bilən korrektə olunan “ağıllı” bombaya çevirmək üçün istifadə olunur. ABŞ-ın “Boeing” şirkəti tərəfindən işlənib hazırlanıb.
JDAM özündə bombanın mərkəz hissəsində bərkidilən qanadları və pərli quyruq blokunu cəmləşdirir. İnteqrə edilmiş INS və yüksəkdəqiqlikli GPS qəbuledicili naviqasiya avadanlıqlı kompüter də quyruq blokunda yerləşir. JDAM ilə təchiz edilərək təkmilləşdirilən bombaların çapı 227 kq-la (GBU-38) 907 kq (GBU-31) arasında dəyişir. Dəst bombaya atılma nöqtəsindən 28 km fəaliyyət məsafəsini təmin edir. Səsdən iti sürətlərlə böyük hündürlüklərdən atıldıqda fəaliyyət məsafəsi artır. Dairəvi sapma ehtimalı 11 metr təşkil edir. JDAM iş prinsipi, yerin səthinə yaxın olan əlverişsiz şərtlərin (məsələn, toz fırtınası səbəbindən atmosferin qeyrişəffaflığı) maneə ola biləcəyi lazer tuşlamalı və infraqırmızı tuşlamalı bombaların iş prinsipindən fərqlidir. Son zamanlar JDAM dəsti ilə dəstləşdirilmiş aviasiya bombaları, əlavə olaraq uc hissəyə quraşdırılmış lazer tuşlama başlıqları ilə təchiz edilir ki, bunun da sayəsində köhnə döyüş sursatları, aktiv şəkildə manevr edənlər də daxil olmaqla bütün hədəfləri yüksək dəqiqliklə məhv edə bilən müasir kombinələşmiş bir silaha çevrilir.
17
“Diamond Back”
Mövcud texnologiyalar sayəsində adi aviasiya bombasını idarə olunan və ya süzən bombaya çevrilmək kifayət qədər sadədir. Bunun üçün standart sərbəst düşmə aviasiya bombası götürülür və süzmə üçün çıxarıla bilən qısqaclar və boltlardan istifadə edərək ona bir neçə süzmə elementi əlavə edilir. İdarəetmə səthləri uc hissəyə “burun sükanı” üslubunda və ya daha ənənəvi olaraq quyruq hissəyə quraşdırılır. Sükanların quyruq hissədə yerləşdirilməsi prinsipi əsasən böyük aviasiya bombalarında tətbiq edilir. Bu zaman uc hissədə yerləşən sensorlar blokundan bombanın gövdəsinin səthi boyu quyruq hissədə yerləşən sükan səthlərinə gedən məlumatları ötürmə kanallarının mühafizə olunması tələb olunur. Bombanın üzərinə süzmə dəstinin quraşdırılması istiqamətində ilk işlər ABŞ-ın “Texas Instruments Inc” şirkəti tərəfindən yerinə yetirilmiş və "Paveway” (qoşun indeksi GBU-1) lazer tuşlamalı idarə olunan aviasiya bombası təkmilləşdirilmişdir. Sonrakı işlərin yerinə yetirilməsi “Texas Instruments” şirkətindən götürülərək “Raytheon” və “Lockheed Martin” (qismən) həvalə edildikdən sonra nominal kütləsi 907 kq olan Mark 84 (Mk84) və nominal kütləsi 227 kq olan Mark 82 (Mk-82) bombalarının bazasında çoxsaylı növlər və modifikasiyalar istehsal edilmişdir. Avropada da sadə aviasiya bombalarının süzən bombaya çevrilməsi üçün bir çox konstruktor işləri yerinə yetirilmişdir. Bu işlər nəticəsində yaradılmış bombalar PGM (Precision-Guided Munition) olaraq işarələnmişdir. İlk nümunələr sırasına İtaliyanın “GEC Marconi” şirkətinin PGM dəsti ilə təchiz edilmiş 227 kq-lıq və 907 kq-lıq aviasiya bombaları daxildir. Sonradan daha uzunmənzilli və daha yüksəkdəqiqlikli sistemlər yaradılmışdır. Bu zaman əlavə qaldırma qüvvəsi əldə etmək məqsədilə qanadlar təqribən göv-
18 www.poliqon.az
dənin ağırlıq mərkəzinin üzərində yerləşdirilmişdir. Yekun nəticə isə, bombanın üzərində yığılan qanadların quraşdırılması olmuşdur. Daşıyıcı-təyyarədən atıldıqdan və bomba təhlükəsiz məsafəyə aralandıqdan sonra qanadlar açılaraq uçuş konfiqurasiyasına keçir. Burada MBDA şirkətinin istehsalı olan və quraşdırılmış tuşlama sistemli mövcud “Paveway” tipli aviasiya bombalarına qısqaclar vasitəsilə bərkidilən “Diamond Back” (“Kürəkdə almaz”) dəstini xatırlamaq yerinə düşür. Qanadlar açıldıqdan sonra bomba tərsinə çevrilir və qanadlar üstdə olur. “Diamond Back” dəsti aviasiya bombasının fəaliyyət radiusunu 20 dəfə artırmağa imkan verən qaldırma qüvvəsini təmin edir. MBDA şirkəti idarə olunan aviasiya bombalarının daha bir nümayəndəsini, “SmartGlider” nəslini yaratmışdır. Yeni nəsil sursatın 2025-ci ildə silahlanmaya daxil ediləcəyi planlaşdırılır. “SmartGlider” nəslinə yığılan qanadlı universal planerlər daxildir. Yeni bombanın uzunluğu 2000 mm, kütləsi 120 kq və fəaliyyət məsafəsi 100 km-dən artıq olacaq. Şirkətin digər məhsulu isə “SmartGlider Heavy” məmulatıdır. Bom-
banın kütləsi 1300 kq, döyüş hissəsinin kütləsi 1000 kq və fəaliyyət məsafəsi 100 km-dən artıq olacaq. Hələ qısqacla bərkidilən dəstlərin yaradılmasına qədər Cənubi Afrikanın “Denel” şirkətinin bir bölməsi olan “Kentron” firması “Raptor-I” sistemini işləyib hazırlamışdır. “Diamond Back” dəstindən fərqli olaraq, “Raptor-I” dəstində açılan qanadlar aviasiya bombasının alt hissəsinə bərkidilirdi. Sonradan sistem təkmilləşdirilərək “Raptor-II” dəsti yaradılmışdır. Bu dəstdə qanadlar blokunun altında yerləşdirilmiş iki paralel reaktiv mühərrikin quraşdırılması nəzərdə tutulmuşdu. Lakin texniki səbəblərdən layihə başa çatdırılmamışdır. “Raptor” seriyasına (“Raptor-I”, “Raptor-II”, “Raptor-IID”, “Raptor-III”) aid dəstlər üzərində yerinə yetirilən işlər dayandırıldıqdan sonra “Denel” şirkəti Birləşmiş Ərəb Əmirliyində yerli “Tawazun Holding” şirkəti ilə birgə yaratdığı “Tawazun Dynamics” firması tərəfindən “Umbani” aviasiya bombasının modul idarəetmə dəstini işləyib hazırlayıb. Modul idarəetmə dəsti bombanın daha yaxşı fəaliyyət radiusunu təmin edir. Dəst nominal kütləsi 119 kq olan Mark 81 (Mk-81), 227 kq olan Mk-82 və 453 kq olan Mk-83 aviasiya bombalarına quraşdırılmaq üçün təyin edilib. Dəst ərəbcə “Əl Tariq” (“Dan ulduzu”) adlandırılır. Bombanın fəaliyyət məsafəsi 100 km, “Extended Range” (ER) modulu ilə fəaliyyət məsafəsi 200 km, dairəvi sapma ehtimalı 3 metr, proqramlaşdırılan zərbə bucağı 0...90O təşkil edir. Aviasiya bombasının təsir radiusunun artırılması məqsədilə İsrailin “Rafael Advanced Defense Systems Ltd ” şirkəti SPICE seriyasından olan SPICE1000 (453 kq), SPICE-2000 (907 kq),
SPICE-250 (119 kq), “Spice Smart” bombalarına füzelajın altında bərkidilən qanadlar dəsti hazırlayıb. Super ağıllı naviqasiyanı, idarəetməni, tuşlamanı, hədəfgöstərməni və özütuşlamanı təmin edən SPICE tuşlama dəstləri müasir döyüş təyyarələrinin qarşılaşdığı problemlərə ideal cavabdır. Ümumi təyinatlı döyüş başlıqlarını, eləcə də 453 və ya 907 kq çaplı nüfuzedici başlıqları 60-100 km məsafədə yüksəkdəqiqlikli, uzunmənzilli zərbə silahlarına çevirmək eyni anda yüksək dəqiqlikli çoxsaylı zərbələri təmin edir. SPICE-250 təkmilləşdirilmiş məlumat ötürücülü kanallı və 100 km-lik fəaliyyət məsafəsinə malik yeni nəsil yüksək dəqiqliklə idarə olunan döyüş sursatıdır. Quruda və dənizdə stasionar, yeri dəyişdirilən və hərəkət edən hədəfləri məhv etmək qabiliyyətinə malik olan SPICE-250, süni intelektə malik olmaqla, təyyarənin ümumi interfeysindən və “Smart Quad Rack” (SQR) mürəkkəb dayaq sistemindən istifadə edir. Dəstlərin fəaliyyət məsafəsi müvafiq olaraq SPICE-1000-in 60 km, SPICE-2000-in 125 km, SPICE-250-nin 100 km-dir. Dairəvi sapma ehtimalı bütün versiyalarda 3 metr təşkil edir. Hədəfi avtomatik aşkaretmədə 3 metr, hərəkətli hədəfi aşkaretmədə 1 metrdir. Türkiyənin TÜBİTAK-SAGE mərkəzi və ASELSAN şirkəti tərəfindən 227 kq, 453 kq və 907 kq çaplı aviasiya bombalarına HGK həssas tuşlama dəsti (Hassas Güdüm Kiti) hazırlanıb. Dəstlər müvafiq olaraq HGK-82, HGK-83 və HGK-84 kimi işarələnib. HGK82 (Hassas Güdüm Kiti – 82), mövcud 227 kq-lıq Mk-82 ümumi təyinatlı bombanı GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir. HGK83 mövcud 453 kq-lıq Mk-83 ümumi təyinatlı bombanı GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-
20 www.poliqon.az
STD 1760 hərbi standartının tələblərinə cavab verir. Hər iki dəst BRU-57 xüsusi altlığı ilə çoxatışlıq imkanı; trayektoriyada uçuş zamanı yenidən hədəflənmə; maneələrə davamlılıq; istənilən hava şəraitində gecəgündüz işləmək bacarığı; tapşırığın icrasına daha az bomba, çeşidin və personalın cəlb edilməsi; maliyyə effektivliyi; inteqrasiya edilmiş GPS/İNS ilə dəqiq vurma qabiliyyəti; GPS/İNS ilə dairəvi sapma ehtimalı 10 metrdən, yalnız İNS ilə isə 25 metrdən az olması kimi bir çox xüsusiyyətlərə sahibdir. HGK84 mövcud 907 kq-lıq Mk-84 ümumi təyinatlı və nüfuzedici bombaları GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir. Lazer axtarma başlığı (LAB) ilə tətbiq edilən HGK-84 həssas tuşlama dəsti LHGK84, mövcud 907 kq çaplı Mk-84 ümumi təyinatlı və nüfuzedici bombaları GPS / İNS və lazer tuşlama sistemi ilə havadan yerə atılan ağıllı bir silaha çevirən, həm sabit, həm də hərəkət edən hədəflərə qarşı istifadə edilə bilən tuşlama dəstidir. Hər iki dəst trayektoriyada uçuş zamanı yenidən hədəflənmə; maneələrə davamlılıq; istənilən hava şəraitində gecəgündüz işləmək bacarığı; tapşırığın icrasına daha az bomba, çeşidin və personalın cəlb edilməsi; aşağı logistik ehtiyac; aşağı kənar ziyan; maliyyə effektivliyi; orta hündürlükdən buraxıldıqda 22 km və yuxarı hündürlükdən buraxıldıqda 28 km fəaliyyət məsafəsi kimi xüsusiyyətlərə sahibdir. TÜBİTAK-SAGE və “Kale Grubu” şirkəti tərəfindən 227 kq Mk-82 və 453 kq Mk-83 ümumi təyinatlı aviasiya bombalarına KGK qanadlı tuşlama dəsti (Kanatlı Güdüm Kiti) hazırlanıb. Dəstlər müvafiq olaraq KGK82 və KGK-83 kimi işarələnib. Mk-82 və Mk83 kimi fərqli bombalar üçün bir növ dəst BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstində istifadə olunur. İstənilən hava şəraitində gecə-gündüz işləmək bacarığı və inteqrasiya edilmiş İNS / GPS sayəsində
yüksək dəqiqlik qabiliyyəti döyüş tapşırıqlarını uğurla icra etməyə imkan verir. Beləliklə, mövcud aviasiya bombaları istənilən hava şəraitində 100 km-dən çox məsafədən atıldıqda belə dəqiq zərbə qabiliyyəti qazanıb. Bu, daşıyıcı-təyyarənin təhlükəli bölgələrə yaxınlaşmadan tapşırıqlarını təhlükəsiz şəkildə yerinə yetirməyə imkan verir. Dəstlər açılan qanad dəsti ilə uzun fəaliyyət məsafəsi əldə edib və MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir. Seçilə bilən vuruş bucağının mövcudluğu, qəfil çıxan hədəflərə hücum və uçuş trayektoriyasını izləmə əlavə sursat sərfinin qarşısını alır. Qanadlı tuşlama dəsti ilə təchiz edilmiş bomba yüksək hündürlükdən (9 km) atıldıqda maksimum 110 km və aşağı hündürlükdən (3 km) atıldıqda 37 km fəaliyyət məsafəsi əldə edir. Hədəfi məhvetmə dəqiqliyi yüksəkdir və İNS/GPS ilə dairəvi sapma ehtimalı 10 metrdən azdır. Mk82 / Mk83 qabarit və kütlə xassələri: uzunluğu 2500/3200 mm, qanad açıqlığı 2600/2600 mm, çapı 275/355 mm, kütləsi 300/600 kq. Türkiyənin digər məşhur şirkəti, ROKETSAN tərəfindən Mk-81 və Mk-82 ümumi təyinatlı aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə “Təbər” LGK lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) işlənib hazırlanıb. “Təbər”, sadə ümumi təyinatlı aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə idarə olunan“ağıllı” sursat halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən “Təbər”, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir. “Təbər81”/”Təbər82” əsas xas sələri: aviasiya bombasının uzunluğu 2100/2600 mm, kütləsi 155/270 kq. Fəaliyyət məsafəsi 2-28 km, tuşlama növü adi INS, INS+GPS, INS+GPS+LTB, INS+LTB, yaxınlaşma sensoru 2-15 metr təşkil edir. Bombanın dairəvi sapma ehtimalı <3
metr – INS ilə 10 metr, INS/GPS ilə 6 metr, INS/GPS/LTB ilə 3 metrdir. Manevr qabiliyyəti ± 3g, hərəkət edən hədəfin sürəti <40 km/s, atılma hündürlüyü 200012000 metr, nəqletmə hündürlüyü 0-12000 metr təşkil edir. Türkiyənin “ASELSAN A.Ş.” şirkəti 227 kq çaplı Mk-82 və 907 kq çaplı Mk-84 idarə olunmayan aviasiya bombaları üçün LGK lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) işləyib hazırlayıb. Yeni dəstlər bombaları sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən bir avadanlıqdır. Lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanlarını təmin edir. Dəst, yarıaktiv lazer özütuşlama başlığı, tuşlama bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan ibarətdir. Sursat hədəfdən əks olunan lazer şüası ilə idarə olunur: lazer özütuşlama başlığı hədəfdən əks olunan lazer şüasını qəbul edir, sükanlar isə bombanı lazerlə işarələnmiş hədəfə yönəldir. Fəaliyyət məsafəsi 12 km, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, zərbə bucağı 15O təşkil edir. Böyük Britaniyanın “Raytheon UK” şirkətinin “Raytheon Missiles & Defense” bölməsi “Paveway” tipli idarə olunan dəstin növbəti IV modelini, “Paveway IV” dəstini yaradıb. Hazırda möhkəmləndirilmiş hədəflərin (müdafiə olunan anqarlar, stasionar idarəetmə məntəqələri, qərargahlar və s.) məhv edilməsi üçün təyin edilmiş təkmilləşdirilmiş 227 kq-lıq Mk-82 bombasına quraşdırılan dəstdə həm lazer özütuşlama başlığı, həm də GPS və INS sistemləri nəzərdə tutulmuşdur ki, bu da pilotlara buludlar arasında, toz fırtınasında və lazer tuşlamanın mümkün olmadığı digər şərtlərdə təhlükəsiz yüksəklikdən bomba atmağa imkan verir. Bundan başqa, dəstə qəlpə təsiri effektini artırmaqdan ötrü yerüstü part-
layış funksiyası əlavə edilib, həmçinin “Paveway IV” dəstinin dərinləşdirilmiş beton hədəfləri məhv etmək üçün 907 kqlıq nüfuzedici döyüş hissəli və asan ayrılan pərli bombaya quraşdırılacaq variantı da işlənib hazırlanıb. Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra “Paveway IV” quyruq idarəetmə sükanları sayəsində süzərək düşür. Yüksək dəqiqlik hesabına bombanın döyüş hissəsi əvvəlki “Paveway” variantlarına nisbətən daha kiçikdir. Daha yüngül “Paveway IV” bombası daha çox funksional elastikliyə imkan verir və beləliklə təyyarə daha çox silah götürə və tək bir keçiddə bir neçə hədəfi bombalaya bilir. Əvvəlki modellərlə müqayisədə digər üstünlükləri sırasına az aerodinamik müqaviməti, böyük dəqiqliyi, GPS sisteminin susdurulmaya daha davamlı olması, texniki xidmət olunmaya ehtiyac olmaması, aşağı qiyməti və davranışda daha təhlükəsiz olması aiddir. “Paveway IV” dəstinin digər əsas xüsusiyyəti isə, tapşırıqların yerinə yetirilməsi zamanı pilotun kabinasından quraşdırıla bilən partladıcının proqramlaşdırılan hücum rejimləridir. Bu rejimlərə havada partlayış rejimi, zərbə (kontakt) təsiri rejimi və ləngidilmiş partlayış rejimi aiddir. Rusiya Federasiyası “Region” Dövlət elmi-tədqiqat müəssisəsi” Səhmdar Cəmiyyəti tərəfindən bir neçə növdə idarə olunan aviasiya bombası hazırlanıb. Bunların sırasına “Zaqon-1”, “KAB-250LQ-E”, KAB-500Kr, KAB-500-OD, KAB-1500Kr, KAB-500S-E, KAB–1500LQ-F-E, KAB1500LQ-OD-E və KAB–1500LQ-Pr-E aviasiya bombaları daxildir. “Zagon-1” (indeksi S3E) sualtı qayıq əleyhinə idarə olunan aviasiya bombası, sualtı qayıqları su səthində, periskop altında və 600 m-ə qədər dərinliklərdə sualtı mövqelərində məhv etmək üçün nəzərdə tutulub. Bomba, Dünya Okea-
nının istənilən bölgəsində məhdudiyyət olmadan 6 bala qədər dəniz dalğaları ilə ən azı 150 metr dərinliklərdə sualtı hədəfə qarşı effektiv şəkildə istifadə edilə bilər. Bombanın şaquli vəziyyətdə suya dalma sürəti 16,2 metr/saniyə, maksimal süzmə bucağı 60O, hədəfitutma radiusu 120 metr, kütləsi 94 kq, partlayıcı maddənin kütləsi 19 kq, uzunluğu 1300 mm, diametri 211 mm-dir. Lazer özütuşlama başlıqlı və yüksək qəlpəli-fuqas döyüş hissəli KAB-250LQ-E (indeksi K047E) sahib idarə olunan aviasiya bombası lazer hədəfgöstərmə sistemləri ilə təchiz edilmiş cəbhə aviasiyasından və eyni zamanda xarici hədəf işıqlandırmasından istifadə etməklə tək və yaylımla tətbiq edilir. Yüngül texnikaları, dəmiryolu qovşaqlarını, sursat anbarlarını və s. məhv etmək üçün təyin edilib. Tuşlama sistemi lazer özütuşlama başlığıdır, döyüş hissəsi qəlpəli-fuqasdır və partladıcı üç növ ləngidilməli kontaktlardır. Bombanın uzunluğu 3200 mm, diametri 255 mm, kütləsi 256 kq, atılma hündürlüyü 1000-10000 metr, dairəvi sapma ehtimalı 5 metrə qədərdir. KAB-500Kr betondələn (nüfuzedici fuqas) döyüş başlıqlı korrektə olunan aviasiya bombası stasionar yerüstü və suüstü kiçikölçülü möhkəm hədəflərin (dəmir-beton sığınacaqların, uçma-enmə zolaqlarının, dəmiryolu və şose körpülərinin, hərbi-sənaye obyektlərinin, gəmilərin və s.) məhv edilməsi üçün təyin edilib. Bombanın ümumi kütləsi 520 kq, uzunluğu 3050 mm, diametri 350 mm, atılma hündürlüyü 500-5000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir. KAB-500-OD fuqas (həcmli-detonasiyalı) döyüş başlıqlı korrektə olunan aviasiya bombası dağlıq ərazinin qırışlarında gizlənmiş atəş nöqtələri kimi yerüstü hədəflərin və canlı qüvvənin məhv edilməsi üçün təyin edilib. Kütləsi 370
“KAB-500Kr”
21
kq, uzunluğu 3050 mm, diametri 350 mm, atılma hündürlüyü 500-5000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir. KAB-1500Kr fuqas döyüş hissəli korrektə olunan aviasiya bombası stasionar yerüstü və suüstü hədəflərin məhv edilməsi üçün təyin edilib. Bombanın kütləsi 1525 kq, uzunluğu 4630 mm, diametri 580 mm atılma hündürlüyü 1000-8000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir. Hər üç bomba televizion-korrelsiya özütuşlama başlıqları ilə təchiz edilib. Hədəf haqqında məlumatların işlənməsi üçün korrelyasiya alqoritminə sahib televizion özütuşlama başlıqları, hədəfin yerini yaddaşda saxlayır və hədəfə çatmadan əvvəl bombanın uçuşunu tənzimləyə bilir ki, bu da “atdın-unutdun” prinsipinin həyata keçirilməsini təmin edir. Bu cür özütuşlama başlığı, yerdəki oriyentirlərin və həmən oriyentirlərə nisbətən hədəf koordinatlarının istifadəsi ilə aşağı kontrastlı və maskalanmış hədəfləri vura bilir. KAB-500S-E fuqas döyüş hissəli peyk tuşlamalı korrektə olunan aviasiya bombası “atdın-unutdun” prinsipi ilə işləyərək anbarlar, hərbi-sənaye obyektləri, dayanacaqdakı gəmilər kimi stasionar yerüstü və suüstü hədəflərin sutkanın istənilən vaxtı və istənilən hava şəraitində məhv edilməsi üçün təyin edilib. Bomba əvvəlcədən məlum olan və ya daşıyıcı-təyyarənin bortunda atılmaya hazırlıq zamanı daxil edilən koordinatlar əsasında hədəflərin məhv edilməsini təmin edir. Uzunluğu 3000 mm, diametri 400 mm, kütləsi 560 kq, atılma hündürlüyü 500-5000 metr, dairəvi sapma ehtimalı 7-12 metrdir. KAB–1500LQ-Pr-E korrektə olunan aviasiya bombaları lazerli giro-sabitləşdirilmiş özütuşlama başlıqları ilə təchiz olunun və döyüş başlığının növündən asılı olaraq təyin olunublar. KAB–1500LQ-F-E fuqas döyüş hissəli, KAB–1500LQ-OD-E
həcmli-detonasiyalı döyüş hissəli və KAB1500LQ-Pr-E nüfuzedici döyüş hissəli üç versiyası var. Kütləsi 1500 kq, uzunluğu 4242 mm, diametri 580 mm, atılma hündürlüyü 1000-10000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir. İran İslam Respublikasının Müdafiə Sənayesi Təşkilatı tərəfindən “Sadid” qəlpəli döyüş hissəli (hazır öldürücü elementli) idarə olunan aviasiya bombasını yaradılıb. Bomba xüsusilə “Shahed129” tipli zərbə pilotsuz uçuş aparatlarında istifadə olunmaq üçün nəzərdə tutulub, düşmənin həm hərəkətdə olan və dayanan, həm açıq meydançalarda, həm də anqarlarda yerləşən təyyarələrin, həmçinin zirehli texnikalarının və avtomobillərinin məhv edilməsi üçün təyin edilib. Bomba optik və ya lazer özütuşlama başlığı ilə təchiz edilir. Trayektoriyanı korrektə etmək üçün dörd quyruq aerodinamik sükandan istifadə olunur və daşıma xüsusiyyətlərini artırmaq üçün bombanın gövdəsinə çarpaz şəkildə sabitlənmiş dörd sabit qanad bərkidilib. Bombanın kütləsi 34 kq, uzunluğu 1630 mm, diametri 152 mm, məhvetmə radiusu 30 metrdir. İranın digər məhsulu isə ABŞ-ın süzən GBU-15 idarə olunan aviasiya bombasının təkmilləşdirilmiş variantı olan GBU-78/A “Ghased” bombasıdır. Cəbhə aviasiyası təyyarələrindən tətbiq etmək üçün nəzərdə tutulub. Elektrooptik başlıq sayəsində bomba operatorun iştirakı olmadan avtomatik olaraq hədəfə yönəldilir və 900 metr radiusda üç metrlik vuruş dəqiqliyi əldə edilir. Kütləsi 1100 kq, uzunluğu 4070 mm, diametri 400 mm, məhvetmə radiusu 900 metr təşil edir.
GBU78/A “Ghased”
22 www.poliqon.az
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin ASELSAN şirkətinin birgə hazırladığı layihə əsasında lazer tuşlamalı, 250 kq-lıq QFAB-250 LG qəlpəli-fuqas döyüş hissəli aviasiya bombası yaradılıb. Yeni QFAB-250 LG aviasiya bombası qırıcı-bombardmançı təyyarələrdən tətbiq edilməkdən ötrü nəzərdə tutulub, çox yüksək dəqiqliyə malikdir, NATO standartlarına cavab verməklə düşmənin canlı qüvvəsini və digər hədəflərini məhv etmək üçün təyin edilib. Bombanın idarəetmə sisteminin iş prinsipi hədəfin güclü lazer işarələyici (hədəfgöstərici) vasitəsilə işıqlandırılmasına əsaslanır. Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf tutulur və məhv edilir. Bombanını fəaliyyət məsafəsinin artırılması məqsədi ilə məmulatda əlavə olaraq bərk yanacaqlı reaktiv mühərrik də nəzərdə tutulub. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kq, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, təsir radiusu 100 metrdir. Nəticə olaraq, yüksək dəqiqlikli aviasiya silahlarının müstəqil bir növü olaraq ortaya çıxan və döyüş əməliyyatlarının aparılmasında müəyyən yeri olan müasir idarə olunan aviasiya bombalarının müxtəlif döyüş qarşıdurmalarında istifadəsinin nəticələrinin təhlili göstərir ki, hazırda düşmənin cəbhə bölgəsindəki hədəflərinin hamısına zərbə endirməyə qadir olan universal “hava-yer” aviasiya silahı yoxdur. Lazer, televiziya və infraqırmızı tuşlama sistemi ilə, həmçinin İNS və GPS ilə idarə olunan aviasiya bombaları inkişaf etmiş ölkələrlə HHQ silahlanmasındadır və xüsusilə əhəmiyyətli hədəflərə, kiçik və davamlı hədəflərə seçici zərbələr endirmək üçün prioritet bir silah növü olaraq qalır. Lakin müasir layihələrin mahiyyətinin təhlili göstərir ki, idarə olunan aviasiya bombalarının iki istiqamətdə inkişafında sabit tendensiya mövcuddur. Bunlardan biri sadə və ucuz kütləvi istifadə nümunələrinin (JDAM layihəsi üzrə KAB), digəri isə – mühüm döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün mürəkkəb və bahalı nümunələrin (JSOW layihəsi üzrə) yaradılmasıdır. PQ
S
AN
M D CO MODIT
Y
E
ION
UN
EY
E
RK
TH
1911
NGES OF TU
OF CHA
HA
MB
R
XC
E
www.tuyap.com.tr
M-C TSE - ISO 10002
‹ S TA N B U L
TS EN ISO 9001:2015
TÜYAP FAIR CONVENTION AND CONGRESS CENTER Büyükçekmece, ‹stanbul / Turkey
Qubadlıda DSXnin Hərbi Xəstəxanası və Mühəndisİstehkam Mərkəzi istismara verilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə dövlət başçısının tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidmət, sosial-məişət şəraitinin, o cümlədən tibbi təminatının yaxşılaşdırılması üzrə ardıcıl və kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. Mart ayının 5-də Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlamışdır. Bu tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vaksinasiyasına start verilmiş, ilk gündə 100 sərhədçinin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları təşkil edilmişdir. COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Strategiyasına əsasən, bu günədək Dövlət Sərhəd Xidmətinin
24 www.poliqon.az
2000-dən artıq hərbi qulluqçusunun vaksinasiya olunduğu qeyd edilmiş, Azərbaycan sərhədçisinə göstərilən bu dövləti qayğıya görə minnətdarlıq hissi ifadə olunmuşdur.
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi generalleytenant Rəşad Sadiqov açılış mərasimində çıxış edərək Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin
hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olmasını xüsusi qeyd etmiş, hazırda AzərbaycanErmənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövləti maraqlarının ən yüksək səviyyədə qorunmasını vurğulamışdır. Azərbaycan sərhədçilərinin həyat və sağlamlıqlarını qorunmaq, şəxsi heyətin xidməti ərazidə təhlükəsiz hərəkətlərinə şərait yaratmaq üçün təyinatlı olan yeni sərhəd mühafizə orqanlarının fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır. Tədbir çərçivəsində Mühəndisİstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilərdən sərhədçi-istehkamçıların hal-hazıradək 340 ədəd tank əleyhinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunmuşdur. Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanmışdır. Yeni istifadəyə verilmiş dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksəkixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilmişdir. Hərbi Xəstəxanada əməliyyat, ultra-səs müayinəsi və exokardioqrafiya, stomatoloji, manipulyasiya otaqları, somatik və infeksion palataları vardır. Bununla yanaşı, inzibati otaqlar, əczaxana, depo, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları mövcuddur. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilmiş, zəruri avadanlıq və cihazlarla təchiz olunmuşlar. Hərbi tibb müəssisəsi mərkəzi istilik sistemi ilə təmin edilmişdir. Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilmiş, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilmişdir. PQ
25
IDEX2021 sərgisi keçirilib Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində 21-25 fevral tarixlərində on beşinci IDEX-2021 beynəlxalq müdafiə sərgisi və altıncı NAVDEX-2021 dəniz sərgisi keçirilib. IDEX və NAVDEX sərgiləri BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın hamiliyi altında Müdafiə Nazirliyi və BƏƏ Silahlı Qüvvələrinin Baş Komandanlığının təşkilatçılığı ilə ADNEC mərkəzində keçirilmişdir. Sərgidə dünyanın 59 ölkəsindən 900 ixtisaslaşmış şirkət öz məhsul və xidmətlərini təqdim edib. BƏƏ-nin yerli şirkətləri iştirakçı şirkətlərin 16 faizini təşkil edib ki, bu da dünyanın 900 şirkəti arasından 144 milli şirkətdir. IDEX və NAVDEX-də Çin, Cənubi Koreya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, İsveçrə, Belarus, Türkiyə kimi dövlətlərin müdafiə sənayesi böyük miqyasda təmsil olunmuşdu. Builki sərgiyə ilk dəfə olaraq İsrail, Şimali Makedoniya, Lüksemburq, Portuqaliya kimi ölkələr də qatılıb. Postsovet respublikalarından daimi iştirakçılar olan Rusiya, Ukrayna və Belarusla yanaşı, bu il Azərbaycan və Ermənistan şirkətləri də sərgidə stendlə təmsil olunublar. Sərgidə Azərbaycan stendində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunduğu halda Ermənistan boş stendlə
təmsil olunub. Sərgidə qlobal müdafiə sektorundakı ən yeni texnologiyalar və yeniliklər nümayiş etdirilib. Nüfuzlu IDEX və NAVDEX sərgilərində 62 000-dən çox ziyarətçisi iştirak edib. Beş gün davam edən IDEX və NAVDEX pandemiyadan sonra keçirilən ilk beynalxalq sərgi kimi səciyyələndirilib. Sərgi çərçivəsində BƏƏ Silahlı Qüvvələri tərəfindən 20.957 milyard AED (5.7 milyard ABŞ dolları) dəyərində müqavilələr imzalanmışdır. Sərgilərin son günü 904.2
milyon AED (246,2 milyon ABŞ dolları) dəyərində beynəlxalq şirkətlərlə 5, yerli şirkətlərlə 15 müqavilə imzalanmışdır. IDEX-2021 və NAVDEX-2021 sərgilərində bir çox yeniliklərlə müşahidə olundu. POLİQON jurnalı olaraq ənənəvi olaraq bu il də IDEX və NAVDEX sərgilərindən Azərbaycan oxucusuna və hərbi ictimaiyyətinə maraqlı olacaq bəzi yenilikləri növbəti nömrəmizdə geniş işıqlandırmağa çalışacağıq.
MSNin məhsulları IDEX2021 sərgisində Azərbaycan Müda iə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti fevralın 21dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş IDEX-2021 beynəlxalq müda iə sərgisində iştirak etmişdir. Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatıldığı IDEX2021 sərgisində MSN-in müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, minaatanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müda iə təyinatlı məmulat nümayiş olunub. Sərgi zamanı Azərbaycanın müda iə sənayesi naziri Mədət Quliyev BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirmişdir. Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğu-
26 www.poliqon.az
ran digər məsələlərə dair geniş ikir mübadiləsi aparılıb. Sərginin ikinci günündə müda iə sənayesi naziri Mədət Quliyev Serbiyanın müda iə naziri Nebojsa Stefanovicin başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycan Türkiyədən MEMATT mexaniki minatəmizləmə maşınları alıb Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının madditexniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətlər davam edir. Bu fəaliyyətlər çərçivəsində Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkəti tərəfindən istehsal edilən müasir tələblərə cavab verən MEMATT mexaniki minatəmizləmə maşınlarının ilk partiyası fevral ayının 4-də Bakıya çatdırılıb. Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin ASFAT şirkəti arasında MEMATT mexaniki minatəmizləmə maşınlarının tədarükünə dair imzalanmış müqavilə çərçivəsində Azərbaycana qısa müddətdə 20 ədəd MEMATT mexaniki minatəmizləmə maşınının ixracı planlaşdırılıb. Fevral ayının 10-da MEMATT minatəmizləmə maşınları Azərbaycanda test edilib. İlk ixracı Azərbaycana edilən MEMATT-ların sınaqlarını Azərbaycan Silahlı Qüvvələrinin Mühəndis-İstehkam Qoşunlarının rəisi general-mayor Anar Kərimov və ASFAT rəsmiləri izləyib. Bakı yaxınlığındakı poliqonda keçirlən sınaqlar zamanı MEMATT ərazidə döşənən bütün minaları məhv edib və sınaqları uğurla tamamlayıb. Testlərdən sonra mexaniki mina təmizləmə maşınlarını idarə etmək üçün beynəlxalq kursu müvəffəqiyyətlə bitirən hərbi qulluçlulara sertifikatlar təqdim edilib. General-mayor Anar Kərimov MEMATTların tezliklə erməni işğalından azad edilmiş
ərazilərdə minaların təmizlənməsi işlərində istifadə ediləcəyini söyləyib. ASFAT şirkətinin mütəxəssislərinin sözlərinə görə, yaradılması 14 ay ərzində milli imkanlar hesabına həyata keçirilmiş MEMATT-ın bütün sınaq və sertifikasiya prosesləri tamamlanıb. Xarici analoqları ilə müqayisədə daha keyfiyyətli və maliyyəti uyğun olan MEMATT-ın Türkiyə Silahlı Qüvvələrindən sonra ilk istifadəçisi Azərbaycan Ordusudur. Müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi MEMATT modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur. 4 km/saat sürətlə hərəkət
edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür. Qeyd edək ki, Türkiyədən alınan müasir tələblərə cavab verən texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcək.
27
“COBRAII”nin MRAP versiyası Elşən Abdulkərimov Türkiyənin “Otokar” şirkəti “CobraII” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) versiyasını hazırlayıb. “CobraII” MRAP ilk dəfə 2125 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı ƏbuDabi şəhərində keçirilmiş IDEX2021 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, “CobraII” MRAPın hazırlanmasında “Otokar” nəqliyyat vasitələri sahəsindəki 35 ilə yaxın təcrübə və informasiya bazasınından istifadə edib. Yeni nəsil “CobraII” MRAP yüksək ballistik müdafiə ilə yanaşı, heyəti mina partlayışlarından qoruması ilə önə çıxır. Şirkət bu nəqliyyat vasitəsinin digər MRAPlardan fərqli olaraq daha yüksək manevr qabiliyyətinə malik olduğunu bildirib. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilib.
“Cobra-II” MRAP riskli ərazilərdə heyətin etibarlı mühafizəsini təmin edir. Zirehli maşın heyəti ballistik təhdidlərdən, o cümlədən mina, əldəqayırma partlayıcı qurğu (ƏPQ) təhlükələrindən qoruyur. Habelə bunu edərkən “Cobra-II” zirehli maşını ilə oxşar manevr və komfort parametrlərini özündə saxlayır. Nəqliyyat vasitəsinin alt hissəsi mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunub. Bunun sayəsində MRAP istifadəçiyə modulyar qurluşu və istismar qabiliyyətini itirmədən mina partlayışından üstün mühafizə təmin edir. “Cobra-II” MRAP-ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi də yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra-II” MRAP-ı analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri
də nisbətən daha kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır. “Cobra-II” MRAP “Otokar”ın digər zirehli nəqliyyat vasitələri kimi modulyar quruluşa sahibdir. Bunun sayəsində MRAP müxtəlif tapşırıqlara uyğun platforma kimi istifadə oluna bilir və istifadəçiyə döyüş bölgəsində logistik üstünlük verir. MRAP-
ın xüsusi dizaynı, yüksək etibarlılıq, texniki xidmət asanlığı və güc paketi onun sahə şəraitində belə sürətli sökülüb-yığılmasına imkanı verir. Modulyar dizayndan əlavə, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra-II” MRAP-a fərqli silah sistemlərinin və xidmət avadanlıqlarının inteqrasiyasına şərait yaradır. Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, 3 və 5 qapılı olaraq konfiqurasiya edilə bilər. “Cobra II” MRAP-ın döyüş ağırlığı 18 ton, korpusunun uzunluğu 6350 mm, eni 2750 mm, hündürlüyü 2650 mm, klirensi 450 mm-dir. Avtomatik sürət qutusuna sahib zirehli texnika 360/375/400 at gücündə turbodizel mühərriklə təchiz edilir. NATO standartlarına uyğun 24 ekektron volt sistemi və partlamış halda hərəkət imkanı verən 14.00 R20 xü susiyyətli təkərlə dəstləşdirilib. Diferensial kilid və müstəqil asqı sistemi çətin keçilən ərazilərdə “Cobra II” MRAP-a asanlıqla hərəkət etməyə şərait yaradır. Soldan idarəetməli hidrovlik dəstəkli, tənzimlənə bilən sükanla təchiz edilən zirehli nəqliyyat
29
vasitəsini sağdan idarəetməli olaraq sifariş vermək mümkündür. Maksimal sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edən “Cobra II” MRAP 1 metr dərinlikdə su maneələrini, 1 metr enində xəndəkləri, 0.6 metr hündürlüyündə dik maneələrini dəf edə bilir. Habelə 30% yana maili və 60% yüksək maili hərəkət qabiliyyətinə sahibdir. Zirehli nəqliyyat vasitəsi sifariş zamanı standart və istəyə uyğun seçim imkanı verir. “Cobra II” MRAP-ın standart baza versiyası mərkəzi təkər şişirtmə sistemi (CTİS), partlamış vəziyyətdə hərəkət etməyə imkan verən radyal təkərlər, ABS əyləc sistemi, sürücü və komandir üçün tənzimlənə bilən oturacaqlar, o cümlədən havalandırma sistemi və 5 nöqtəli
tənzimlənən təhlükəsizlik kəməri ilə təchiz edilib. Arxa qapı təcili çıxış istifadəsi üçün xüsusi bir rampa formasına salınıb. Zirehli nəqliyyat vasitəsi atış mazğalları və müşahidə pəncərələri, sürücü görmə sistemi və sürücü ekran paneli, habelə avtomobil elektron sistemi (ARMATRONİCS), NATO tipli qaraltma sistemi, diaqnostika bacarığı, duman faraları, pəncərə və faralarda qoruma qəfəsi, rabitə interfeysi ilə komplektləşdirilib. “Cobra II” MRAP sifarişçinin istəyinə görə, özünü xilasetmə vinçi, ehtiyat təkər, mina dəsti, RPG qoruma dəsti, o cümlədən KBRN filtr sistemi, avtomatik yanğınsöndürmə və partlayışla mübarizə sistemi (AFES) ilə təchiz edilə bilir. Bundan başqa soyuq iqlim dəsti, rabitə/daxili danşıq
sistemi, duman minaatanı, köməkçi güc qrupu, məlumat qeyd sistemi (video və maşın məlumatı), 360 dərəcə ətrafı müşahidə sistemi, habelə komandir üçün ekran paneli və GPS/İNS ilə dəstləşdirilə bilər. Qeyd edək ki, Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Cobra” zirehli nəqliyyat vasitələri Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüş əməliyyatlarında, müxtəlif ərazi şərtlərində istifadə olunmaqla praktiki sınaqdan keçib və özünün etibarlılığını real döyüşlərdə sübuta yetirib. Silahlı Qüvvələrin istifadəsində yer alan “Cobra”lar heyəti mina partlayışlarından, qəlpələrdən və güllələrdən qoruyaraq yüksək performans nümayiş etdirib. PQ
Yeni nəsil atış təlimi hədəf sistemləri Türkiyənin HİTİT AKROBAT – atış təlimi hədəf sistemləri, təhlükəsizlik qüvvələrinin atış-əməliyyat təlimlərində və taktiki imkanlarının artırılmasında istifadə olunması üçün hazırlanmışdır. HİTİT AKROBAT – Piyada Hədəf Sistemi, üfüqi oxda enməqalxma, şaquli oxda isə 90° və 180° dərəcə dönəbilən dostdüşmən və neytral olmaq üzrə ümimilikdə 5 oxda hərəkət qabiliyyəti təklif edir. HİTİT AKROBAT – Piyada Hədəf Sistemi, xüsusi proqram təminatı sayəsində, məhdudiyyətsiz ssenari hazırlayıb tətbiq edə bilir. Qapalı və açıq ərazilərdə də istifadə oluna bilən Piyada Hədəf Sistemi, IP65 standartlarında yağış, toz və soyuq hava şərtlərinə qarşı davamlıdır. Sabit istifadə ilə yanaşı, istəyə görə relslər vasitəsilə də hərəkət etmək imkanı təmin edilə bilər. HİTİT AKROBAT – Piyada Hədəf Sistemi, güclü texnoloji infrastruktur, asan daşınması, qapalı və açıq ərazilərə sürətli quraşdırılması sayəsində atış təlimində müxtəlif versiyaların tətbiq edilməsini təmin edir. Piyada Hədəf Sistemi əsas kompüterdən maksimum 1000 metr simsiz əlaqə əməliyyatı ilə eyni vaxtda 30 HITIT ACROBAT-a ssenari göndərə bilən və hər HITIT ACROBATdan ayrı təlim hesabatları alan kompüterləşdirilmiş idarəetmə sisteminə sahibdir. HITIT ACROBAT –Piyada Hədəf Sistemi, xarici analoqlarına nisbətən daha əlverişli qiymətə üstün performans təqdim edir.
HİTİT AKROBAT – Tank Hədəf Sistemi, zirehli avtomobildən böyükçaplı silahlarla atəş etmək imkanı verən təlim sistemidir. Açıq ərazilərdə istifadə olunan sistem güclü texnoloji infrastuktur ilə atış təliminin asan tətbiq edilməsinə imkan verir. Əlavə olaraq hərəkətli sistem infrastrukturu mövcuddur. Tank Hədəf Sistemi əsas kompüterdən 1000 metr məsafədəki HİTİT AKROBAT-a simli rabitə vasitəsilə ssenarilər göndərə bilən və ondan atışlar barədə təlim hesabatları alan kompüterləşdirilmiş idarəetmə sisteminə sahibdir. HİTİT AKROBAT Tank Hədəf Sistemi xarici analoqlarına nisbətən daha əlverişli qiymətlə üstün performans təqdim edir.
31
“Əjdər Yalçın”ın minaatan konfiqurasiyası Ölkə daxili və ölkə xarici istifadəçilərə fərqli konfiqurasiyalarda çox sayıda “Əjdər Yalçın” tədarük edən Türkiyənin “Nurol Makina” şirkəti “Əjdər Yalçın” zirehli maşının minaatan konfiqurasiyasını hazırlayıb. “Nurol Makina” mütəxəs sislərinin sözlərinə görə, üzərinə 120 mm minaatan sistemi inteqrasiya olunan “Əjdər Yalçın” Türkiyə Silahlı Qüvvələri, Jandarma Qüvvələri, o cümlədən xarici istifadəçilərin önəmli əməliyyat ehtiyaclarını qarşılayacaq. “Əjdər Yalçın” zirehli maşın ailəsinin yeni konfiqurasiyasına ASELSAN şirkətinin
32 www.poliqon.az
“Alkar” 120 mm minaatan sistemi quraşdırılıb. “Nurol Makina” mütəxəssislərinin sözlərinə görə, yüksək qoruma, üstün hərəkət və faydalı yükdaşıma həcmi qabiliyyəti sayəsində sinfinin ən yaxşı nəqliyyat vasitəsi hesab olunan “Əjdər Yalçın” özüyeriyən minaatan maşını kalifikasiya sınaqlarını uğurla tamamlayıb. Minaatan kompleksi konvensional və asimmetrik savaş mühitində piyada birliklərini görmədən atəş dəstəyi ehtiyacını qarşılaya bilir. “Əjdər Yalçın” minaatan kompleksinə 120 mm minaatan, yarı-
avtomatik sursat yükləmə sistemi, sursatsaxlama sistemi və atış kontrol sistemi daxildir. Maşının yüksək stabilliyi, minaatandan atışların dəqiqliklə yerinə yetirilməsinə imkan yaradır. “Nurol Makina” mütə xəssislərinin sözlərinə görə, özüyeriyən minaatan kompleksi hər cür ərazi şərtlərində sahib olduğu yüksək hərəkət qabiliyyəti sayəsində, atış sonrasında sürətlə və təhlükəsiz formada yerini dəyişdirə bilir. Beləliklə, kompleksin yerinin düşmən tərəfindən müəyyən edilməsi
çətinləşir. “Əjdər Yalçın” özüyeriyən minaatanı, kəşfiyyat-nəzarət konfiqurasiyası ilə koordinasiyalı formada xidmət göstərmək imkanına malikdir. “Əjdər Yalçın” kəşfiyyat-nəzarət konfiqurasiyası tərəfindən yüksək həssaslıqla təyin edilən hədəflər, minaatan kompleksi ilə təsirli formada atəş altına alına bilir. Döyüş meydanında özünü təsdiqləmiş “Əjdər Yalçın” hava hücumundan müdafiə; komanda-nəzarət; zirehli döyüş; zirehli personal daşıyıcı; mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi; ambulans; KBRN; radar; jammer (siqnal kəsici); tank əleyhinə idarə olunan raket; o cümlədən kəşfiyyat-nəzarət; sərhəd nəzarət və təhlükəsizlik kimi fərqli konfiqurasiyalarda istehsal olunur. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Nurol Makina”, beynəlxalq istifadəçilər ilə imzaladığı müqavilələr əsasında, əlavə ehtiyacları qarşılamaq məqsədilə həm istifadəçi rəyi, həm də konsepsiyalardakı texnoloji yeniliklərə cavab verəcək şəkildə müxtəlif faydalı yüklərin inteqrasiya edildiyi konfiqurasiyalar ilə bağlı çalışmalarını intensiv şəkildə davam etdirir. Müdafiə sənayesi sektorunda 40 ildən çox təcrübəsi, inkişaf etmiş bazası və yüksəkixtisaslı mütəxəssis heyəti ilə “Nurol
Makina” 4x4 seqmentində yer alan zirehli maşınların, özünəməxsus dizaynını və istehsalını gerçəkləşdirir. “Nurol Ma kina”nın məhsul ailəsi, hər biri öz sinfində lider mövqedə yer alan “Əjdər TOMA”, “Əjdər Yalçın”, “Əjdər Kunter”, “İlgaz” və “Yoruk” maşınlarından təşkil olunub. Şirkətin açıqlamalarına görə, “Nurol Makina” istifadəçiyə maliyyə səmərəliyi nəzərə alınmaqla maşının xidmət avadanlıqları da daxil olmaqla sistem həlləri təklif edir: “Şirkət məhsullarının istifadəçilərinə davamlı təlim keçir, dünyanın bir çox yerində qurduğu servis mərkəzlərində nəqliyyat vasitələrinin baxımına ehtiyac olduğu hallarda qısa müddətdə müdaxilə edə bilir. Bu, “Nurol Makina”nın uğurunun göstəricisidir. Nəqliyyat vasitələrinin performansından və satış sonrası xidmət dəstəyindən məmnun qalan istifadəçilər əvvəlki müqavilənin seçimlərindən asılı olmayaraq yeni sifariş verməyə davam edir. “Nurol Makina”, mövcud və yeni məhsulları ilə müdafiə və təhlükəsizlik sahələrində Türk Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsinin ehtiyaclarının qarşılanması ilə yanaşı, xaricdəki fəaliyyətlərini artan sürətlə davam etdirir”.
Türkiyə ilk insansız silahlı katerin sınaqlarına başlayıb Türkiyənin “ARES Tərsanəsi” və “Meteksan Savunma” şirkətlərinin birgə hazırladığı insansız silahlı kater suya endirilib və dəniz sınaqları başlayıb.
“Ulaq” adlanan Türkiyənin ilk insansız silahlı kateri (Silahlı İnsansız Deniz Aracı – SİDA) 400 kilometr üzmə uzaqlığına, 65 km/saat maksimum sürətə, gündüz və gecəgörmə qabiliyyətinə, milli şifrələnmiş rabitəyə sahibdir. Müasir kompozit materiallardan inşa edilən “Ulaq” kateri maşınlar üzərində yerləşdirilmiş komanda-nəzarət mərkəzindən, qərargahlardan və ya gəmilərdən idarə oluna biləcək. “Ulaq” ROKETSAN şirkətinin istehsalı olan 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketi ilə silahlandırılıb. Katerin silahlardan atış sınaqlarının 2021-ci ilin birinci rübündə keçiriləcək. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Ulaq” seriyası üzrə müxtəlif təyinatlı katerlərin yaradılması planlaşdırılır.
Qazaxıstan “BukM2E” ZRKləri əldə edib Qazaxıstan Silahlı Qüvvələri 9K317E “Buk-M2E” zenit-raket komplekslərinin ilk partiyasını əldə edib. Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya və Qazaxıstan arasında imzalanan müqavilə çərçivəsində “Almaz-Antey” konserni tərəfindən istehsal edilən 9K317E “BukM2E” zenit-raket kompleksi Nur-Sultana çatdırılıb. Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasına qəbul edilən “Buk-M2E” ZRK-nin ordu sınaqları keçirilib. Sınaqlar zamanı “Buk-M2E” zenitraket kompleksi şərti hava hədəfini vurub.
33
TƏSVİR KƏŞFİYYAT SİSTEMLƏRİ Nazim Hacıyev Kəşfiyyat sistemləri, kəşfiyyat tələblərinin ötürüldüyü, məlumatların toplandığı, toplanmış məlumatların emal edildiyi və paylandığı prosesləri modelləşdirən inteqrasiya olunmuş proqram sistemləridir. Təsvir kəşfiyyat sistemləri isə kəşfiyyat çarxının “toplama” və “emaletmə” mərhələlərini təsvir sensorları üzərinə cəmlən diyi sistemlər olaraq qəbul edilir. Bu gün dünyada pilotsuz uçuş aparatları (PUA) və peyk sistemləri kəşf, müşahidə və kəşfiyyat prosesləri üçün aktiv olaraq istifadə olunur. Bu sistemlərdə yer alan sensorlar vasitəsilə məsafədən təsvir əldəetmə üsulları ilə əldə edilən informasiyalar “fasiləsiz nəzarət” və “dəqiq aşkarlama” məqsədi ilə istifadə olunur və təsvir kəşfiyyat sistemlərinin əsas məlumat mənbəyi hesab olunur. Müasir texnologiyaları qiymətləndirildikdə, əməliyyat mühitində yer alan kəşf və müşahidə platformaları və onlara qoşulmuş sensor sistemləri aşağıdakı kimi təsnif edilir: Hava platformaları • Pilotlu/pilotsuz uçuş aparatları - Elektro optik (EO) və infraqırmızı (IR) video sensorları - Multispektral və hiperspektral sabit (hərəkətsiz) təsvir sensorları - SAR sensorları - Geniş ərazi müşahidə sensorları
• Peyklər - Multispektral və hiperspektral sabit (hərəkətsiz) təsvir sensorları - SAR sensorları - Geniş ərazi müşahidə sensorları • Yer platformaları *Quru nəqliyyat vasitələri - Elektro optik və infraqırmızı video sensorları *Qüllələr və təsvir əldetmə stansiyaları - Elektro optik və infraqırmızı video sensorları - Multispektral və hiperspektral sabit (hərəkətsiz) təsvir sensorları *İnsan resursları - Mobil təsvir əldəetmə və video sensorları (mobil telefon, planşet, kamera) Təsvir kəşfiyyat sistemləri, yuxarıda sadalanan sensorlardan əldə edilən təsvir məlumatlarının kəşfiyyat məqsədilə emal edildiyi, saxlanıldığı və paylanıldığı sistemlər olaraq, bu sensorlardan gələn
təsvir məlumatlarından başqa əlavə metaməlumatları da əhatə edir. Təsvir kəşfiyyat sistemləri, bu metaməlumatı emal edərək kəşfiyyat məqsədləri üçün lazım olan kritik məlumatları öz yaddaşında saxlayır. Bu kritik məlumatları əsasən aşağıdakı kimi təsvir edə bilərik: • Sensor məlumatının real məkan üzərindəki proyeksiyası (coğrafi informasiya sistemi): Sensor məlumatlarının hədəf aşkaretmə məqsədli emal edildiyi vəziyyətdə yaranan hədəf məlumatlarının dünyada hansı mövqedə olduğu informasiyasının aşkar edilməsi lazımdır. Bu səbəbdən, çəkilən sensor məlumatının əhatə etdiyi coğrafi ərazinin də sensor məlumatı ilə birlikdə istifadə olunması çox önəmlidir. • Sensor məlumatının çəkiliş zamanı: Kəşfiyyat prosesi zamandan asılı olaraq yerinə yetirilən bir iş olduğuna görə, təsvirdən yaranan kəşfiyyat məlumatının da zamanla bağlı məlumata sahib olması lazımdır. Bu məlumat emal olunmuş sensor məlumatından əldə edilməlidir. • Sensor vəzifə məlumatları: Platformanın vəzifə məlumatı və sensor çəkiliş parametrləri daxil olmaqla sensor vəzifə məlumatları, təsvirdən əldə edilən Videonun CİS (Coğra i İnformasiya Sistem) üzərinə proyeksiyası. Foto: MilSOFT
34 www.poliqon.az
kəşfiyyat məlumatının digər sensor və kəşfiyyat məlumatları ilə birləşməsini təmin etmək və həssaslığının qarşılıqlı yoxlanılması məqsədi ilə istifadə olunur. Təsvir kəşfiyyat sistemləri, təsvir və metaməlumatları topladıqdan sonra onları emal edərək qiymətləndirilmiş və paylaya biləcək kəşfiyyat əsas məlumat strukturlarına çevirməkdədir. Bu emaledilmə prosesi çərçivəsində sistemlər müxtəlif səviyyələrdə imkanlar təklif edir. Təsvir emaletmə imkanları aşağıdakı kimi təsnif edilə bilər: • Təsvir əldəedicilər Sabit təsvir təsviretmə - Video təsvirəldəetmə - SAR təsvirəldəetmə - Xəritə (CİS) təsvirəldəetmə • Vasitələr - Təsvirin böyüdülməsi və kiçildilməsi - Təsvir filtrləmə - Sürətli oxutmaq - Histoqram bərabərliyi - Hədəf işarələmə və koordinat hesablanması • Alqoritmlər - Təsvirin yaxşılaşdırılması, mozaikası
- Hədəfin aşkarlanması və izlənməsi - Dəyişiklik analizi - Stereo təsvirəldəetmə və yüksəkliyin hesablanması Bu qabiliyyətlər, operatorun şəkillərdən əldə edilən məlumatlardan istifadə edərək effektiv və dəqiq bir şəkildə kəşfiyyat məlumatı yaratmağı dəstəkləyən proqram komponentləri kimi qəbul edilə bilər. Operatorların təsdiqi ilə lazımi icazə və təhlükəsizlik tədbirləri çərçivəsində komponetlərin nəticələri müvafiq bölmələrə göndərilir və kəşfiyyat aparılan müddətdə tamamlanması təmin olunur. MilSOFT və təsvir kəşfiyyatı imkanları Türkiyənin MilSOFT şirkəti 10 ildən artıq müddətdir ki, təsvir qiymətləndirmə və kəşfiyyat sistemləri üzərində işləyir, bu çərçivədə məhsullar istehsal edir və hazırladığı həlləri müdafiə sənayesinin xidmətinə təklif edir. Bu çərçivədə, İsraildən alınan HERON pilotsuz uçuş aparatlarından əldə edilən aerofotoşəkillərin emal edilməsi və kəşfiyyat məlumatı hazırlanmasını təmin edən Türk Pilotsuz
“MiL Intelligence” imkanları. Foto: MilSOFT
Uçuş Aparatı (TPUA) Daşınabilən Təsvir Qiymətləndirmə Sistemi (TTQS) Məsafədən Təsvir Terminalı (MTT) layihəsində iştirak etmişdir. Daha sonra milli pilotsuz uçuş aparatı olan ANKA təyyarələrinin hazırlanması çərçivəsində Xüsusi TPUA İnkişaf Proqramı Yer Nəzarət Stansiyası Vəzifə Sistemləri (VƏZSİS) Layihəsində yer almışdır. Şirkət mütəxəssislərinin sözlərinə görə, MilSOFT, müdafiə sənayesinə yenilikçi həllər təklif etmək və təsvir qiymətləndirmə sahəsində bacarıqlarını artırmaq üçün TÜBİTAK-ın dəstəyi ilə müxtəlif araşdırma və hazırlama fəaliyyətləri ilə öz imkanlarını inkişaf etdirmişdir. Bu imkanlar bir məhsul ətrafında birləşdirilərək “Mil-Intelligence” məhsulu yaradılıb. “Mil-Intelligence” məhsulu hazırda Hərbi Hava Qüvvələri və Jandarma qurumlarında mər kəz ləşdirilmiş formada əməliyyatlarda istifadə olunur.
35
“MilIntelligence” kəş iyyat şəkli istifadəçi interfeysi. Foto: MilSOFT
“Mil-Intelligence” məhsulu, kəşfiyyat məlumatlarını (IMINT, HUMINT) toplayan inteqrasiya olunmuş bir kəşfiyyat sistemi infrastrukturu yaratmağı hədəfləyir. Bu infrastrukturun miqyaslı olması, yeni sistemlərə uyğunlaşdırılması və mühitdə mövcud olan şəbəkə sistemlərinə uyğun olaraq konfiqurasiya edilməsi vacib hesab edilir. Bu səbəbdən “Mil-Intelligence” məhsulu özəlləşdirilə və genişləndirilə bilən servislər və komponentlərlə kəşfiyyat ehtiyaclarını qarşılamağı hədəfləyir. Bu çərçivədə aşağıdakı imkanlara malikdir: Hava platformalarından gələn EO/IR video və sabit təsvir məlumatları ilə SAR və telemetriya məlumatlarının toplanması, emalı, qeyd edilməsi və paylanması - Hərəkətli hədəfin aşkarlanması və izlənməsi - İnsan və maşının aşkarlanması - Yüksək ayırdetmə qabiliyyəti CİS əsaslı Kəşfiyyat Şəkili - Telemetriya məlumatlarından istifadə edərək xəritədə PUA platformalarının təsvirlərinin göstərilməsi - Müfəssəl xəritə layının idarə edilməsi və fərqli xəritə görünüşlərinin sinxronizasiyası - Xəritəçəkmə və analiz imkanları (baxış sahəsi analizi, ən qısa yol, məsafə ölçmə) Sabit (Hərəkətsiz) təsvir vasitəsi - Mozaikalamaq
36 www.poliqon.az
- Stereo təsvirlərdən yüksəklik məlumatlarının əldə edilməsi - Dəqiq coğrafi koordinat hesablanması - Təsvirin filtrlənməsi və histoqram bərabərliyi • Çevik və özəlləşdirilən kəşfiyyat məlumatı strukturu əsasında axtarış və filtrləmə - Sənəd içərisində indeksləşdirmə və axtarış - Kəşfiyyat məlumat sahələrində indeksləşdirmə və axtarış - Coğrafi əsaslı axtarış - Koordinat analizi - Məlumatın daxilə və xaricə köçürülməsi Təsvir əsaslı kəşfiyyat sistemlərinin perspektivi Texnologiyadakı inkişafa paralel olaraq hava platformalarının yük həcmləri artmaqla bərabər, faydalı sensorların da ölçüləri azalmaqdadır. İstehsal xərclərinin azalması ilə bir çox yeni növ sensorun hava platformalarına inteqrasiya edilə biləcəyi görülür. Pilotsuz uçan aparatlarda hiperspektral və LiDAR sensorlarının istifadəsinin geniş yayıldığı və bunun nəticəsində gələcəkdə kəşfiyyat sistemlərində daha geniş qiymətləndiriləcəyi müzakirə olunur. Hiperspektral və LiDAR sensorlarının nəticələrinin müşahidə nöqtəsində mülki və hərbi sahələrdə zəngin tətbiq sahələrinə sahib olduğunu nəzərə alaraq, bu sensorların mövcud
kəşfiyyat sistemlərinin istifadə sahələrini genişləndirəcəyini düşünə bilərik. Platformaların və sensorların sayının artması ilə bərabər, məlumatların canlı və yaddaşa köçürülmüş sensor məlumatlarının həcmsəl böyüklüyünün ölçüsü ilə əldə edilən hədlər, bu məlumatların qiymətləndirilməsi nöq təsində tələb olunan birləşmə və emaletmə mərhələlərinin avtomatik həyata keçirilməsini zəruri edir. Bu çərçivədə operatorun səmərəliliyini artıran və “vəzifə kritik” sistemlərindəki qərarını dəstəkləyən alqoritmik metodların üzərinə götürdüyü məsuliyyət getdikcə artır. Bu kontekstdə birləşmə və emaletmə alqoritmlərində, maşın öyrənmə (machine learning) və süni intellektə əsaslanan yeni metodların klassik metodları əvəz edəcəyi ehtimal edilir. Mülki sistemlərdə daha sürətli baş verən bu transformasiya müddətinin, son qərarın kritik nəticələrə səbəb olduğu milli təhlükəsizlik sahəsindəki sistemlərdə də sürətlənəcəyi təxmin edilir. Bir çox fərqli sensor növünün ərazidə səmərəli istifadəsi ərazidə istifadə edilən sensor birləşdirmə sistemlərinin istifadəsini də artırır. Əvvəllər tək bir sensor sistemində işləyən və məhdud bir performans təqdim edən aşkarlama və diaqnoz prosesləri, bir çox sensor sistemləri ilə dəstəklənərək kritik qərarların qəbul edilməsinə imkan verən etibarlılıq səviyyəsinə çatır.
Qazaxıstan Türk “Arma”sı və “Nəfər”ini sınaqdan keçirib Qazaxıstan ordusu Türkiyənin “Otokar” şirkətinin “Arma” 8×8 zirehli nəqliyyat vasitəsini və ASELSAN şirkətinin istehsalı olan “Nəfər” döyüş modulunu test edib. Qazaxıstanın Müda iə Nazirliyinin yaydığı məlumata görə, nazirlik təkərli zirehli nəqliyyat vasitələri bazarının araşdırılması məqsədilə “Arma”nı test edib. “Arma” 8×8 zirehli maşının və “Nəfər” döyüş modulunun sınaqları Karaqanda vilayətindəki poliqonlardan birində olub. Sərt şaxtalı havada, qarlı ərazidə “Arma” zirehli maşının hərəkət qabiliyyəti yoxlanıb, gecə və gündüz vaxtı “Nəfər” döyüş modulundan praktiki atış sınaqları keçirilib. “Arma”nın sınaqdan uğurla keçdiyi və tələblərə uyğunluğu Qazaxıstan tərə ində yaradılmış işçi qrupa bildirilib. “Arma” 8x8 üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funksiyalı təkərli zirehli nəqliyyat vasitəsidir. Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksəkçaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma” ən çətin ərazi və iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir. “Arma” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 2530 mm ortaçaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inteqrasiyası üçün uyğundur. 336 at gücündəki 6 silindrli, su soyutmalı turbo dizel mühərriklə təchiz edilən zirehli nəqliyyat vasitəsinin döyüş ağırlığı 24 tondur.
Maşının yanacaq deposu 400 litr, maksimum sürəti 105 km/saat, suda sürəti 8 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. “Arma” 8×8 transportyoru komandir və sürücü daxil olmaqla 12 personal daşımaq imkanına sahibdir. Personalın oturacaqları yaralanmaya qarşı xüsusi olaraq hazırlanıb. Verilən məlumata görə, 7.62 mm-lik pulemyot və 30 mm-lik 2A42 avtomatik top ilə komplektləşdirilən “Nəfər” döyüş modulu Qazaxıstan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün xüsusi olaraq hazırlanıb. Məsafədən idarə olunan “Nəfər” döyüş modulu zirehli nəqliyyat vasitələrinə inteqrasiya edilərək düşmənin yüngülzirehli texnikalarını və canlı
qüvvələrini məhv etmək üçün nəzərdə tutulub. 6x6, 8x8 tırtıllı və ya təkərli nəqliyyat vasitələrinə quraşdılıra bilən “Nəfər” həm NATO, həm də Rusiya mənşəli silahların istifadəsinə imkan verən dizayna malikdir. Qeyd edək ki, Qazaxıtan silahlı qüvvələri ötən il də Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin nümayəndələrinin iştirakı ilə “Arma” 8×8 zirehli maşını test edilib. Bundan əvvəl Qazaxıstanda Fransanın “Nexter” və İtaliyanın “İveco” şirkətlərinin istehsalı olan zirehli döyüş maşınları sınaqlara təqdim olunsa da, sərt qış şərtlərində həmin maşınlar istənilən performansı göstərə bilməyib. PQ
37
Regional fokus: QAZAXISTANIN DƏNİZ SƏNAYESİ Zaur Babaşov Son illər özünün milli müdafiə sənayesinin yaradılması istiqamətində önəmli addımlar atan Qazaxıstan Respublikası qısa müddət ərzində xarici ölkə tərəfdaşları ilə birlikdə bir sıra layihələrin icrasına başlamışdır. Daha çox Qərb şirkətləri ilə əməkdaşlığa meyillənən Qazaxıstan öz hərbi sənaye kompleksini formalaşdıraraq özünəməxsus model yaradıb. Birgə müəssisələrin fəaliyyəti sayəsində qısa müddətdə xarici ölkələrdən modern texnologiyalar ölkəyə gətirilib. Xəzərdə hərbi potensialını sürətələ gücləndirən Qazaxıstan, son illərdə yeni hərbi bazaların inşası, gəmilərin və gəmi əleyhinə raket sistemlərinin alınması istiqamətində addımlar atmağa nail olmuşdur. Məqalədə Qazaxıstanın dəniz hərbi sənayesininin inkişaf mərhələlərindən bəhs edilir.
38 www.poliqon.az
Sahil Müha izəsinin “Sarbaz” sərhəd gözətçi gəmisi. Foto: İnternet
Məlumdur ki, 2006-cı ildən dənizdə öz hərbi qüvvə və vasitələrini gücləndirməyə çalışan Qazaxıstan ötən dövr ərzində Hərbi Dəniz Qüvvələri (HDQ) və Sərhəd Xidmətinin Sahil Mühafizə bölmələrinə məxsus olan texnikaları mütəmadi olaraq modernləşdirərək, gəmi parkına müasir gəmilər daxil etmişdir. Nəticədə HDQnin yenidən formalaşma prosesi daha da intensivləşmiş, yeni gəmilər alınmış və ya daxili imkanlar hesabına onların tikintisi həyata keçirilib. Beynəlxalq qurumların hesabatlarında da bildirilib ki, bu illər ərzində Qazaxıstan dəniz donanmasının gücləndirilməsi istiqamətində xaricdən müxtəlif gəmilər, raket sistemləri və ya digər müdafiə təyinatlı hərbi məhsullar alıb.
Qazaxıstan öz donanmasını yeni gəmilərlə gücləndirir Xəzərdə ən müasir avadanlıqlarla təchiz olunmuş Hərbi Dəniz Qüvvələri yaratmağı hədəf olaraq qarşıya qoymuş Qazaxıstan dövləti 2008-2012-ci illərdə Rusiyadan 4 ədəd MTU-4000 dizel mühərriklə təchiz edilmiş 20970 layihəli “Katran” tipli kiçik artilleriya-raket kateri, 1 ədəd 01340 layihəli “Jayık” hidroqrafiya gəmisi əldə edib. Bu katerlərin müasir silahlarla təchiz edilməsi üçün Rusiyanın “Taktik Raket Silahları Korporasiyası”na X-35 “Uran-E” gəmi əleyhinə raketlərin ilk sifarişlərini vermişdir. Şirkətin açıqladığı məlumata görə, həmin il Qazaxıstanın “Kazspetsexport” şirkəti ilə 30 milyon ABŞ dolları dəyərində müqavilə
imzalanmışdır. Korporasiyanın 2010-cu il üçün hesabatında yer alan məlumatlara görə, Qazaxıstanın sifarişi üzrə çatdırılmalar 2013-cü ildə tamamlanmalı idi. Atış uzaqlığı 5 km-dən 130 km-dək təşkil edən raketlər suüstü hədəflərə 3S25E radarı vasitəsi ilə aktiv və passiv rejimlərdə istiqamətləndirilmişdir. İstehsalçı müəssisənin kataloq məlumatlarına əsasən, “Uran-E” raketləri dalğanın 5-6 ballıq dəniz şəraitində tətbiq oluna bilər. 3M24 “Uran” (digər adı X-35) gəmi əleyhinə raket kompleksi, gəmilərə bazalaşdırılan qanadlı raket yerləşdirilmiş konteyner, işəsalma qurğusu, avtomatlaşdırılmış idarəetmə sistemi və yerüstü raket yoxlama-diaqnostika avadanlıqlarından ibarətdir. Yığcam ölçülərə malik “Uran-E” raket kompleksini orta və kiçik qabaritli gəmilərdə asanlıqla istifadə etmək mümkündür. “Uran-E” kompleksi X-35 tipli raketlərlə 5000 tona qədər su basımına malik gəmilərin məhv edilməsi üçün nəzərdə tutulmuşdur. Dünya okeanlarında, sərt iqlim şəraitində müvəffəqiyyətlə sınaqdan çıxmış “Uran-E” gəmi əleyhinə raket kompleksi eyni vaxtda altı sayda suüstü hədəfə qarşı tətbiq oluna bilər. 20970 layihəli “Katran” tipli kiçik artilleriya-raket kateri “Uran-E” raketləri ilə yanaşı, “Pozitiv M-31.2” radiolokasiya stansiyası, MP-123-02 “Bagira” artilleriya qurğusuna malikdir. Rusiya ilə əməkdaşlıq çərçivəsində Qazaxıstan Hərbi Dəniz Qüvvələri 2015ci ildə Rusiyanın “Nevski gəmiqayırma zavodu”nda inşa olunmuş 10750E layihəli “Alatau” adlı mina-tral gəmisinin alınması üçün müqavilə bağlayıb və gəmi 2017-ci ildə Qazaxıstan HDQ-nə təhvil verilmişdir. Gövdəsi plastik-şüşə lifli materiallardan hazırlanmış “Alatau” gəmisinin su basımı 165 tondur. Gəmi məsafədən idarə edilən sualtı aparatlarla, habelə AK-306 artilleriya qurğusu, 12.7 mm çaplı “Kord” pulemyotu, həmçinin “İqla” daşınan zenit-raket kompleksləri ilə təchiz edilib. Tral gəmisinin uzunluğu 32 metr, eni 7 metr, maksimal surəti 12 düyüm, üzmə uzaqlığı 650 mil, ekipaj 14 nəfər və muxtariyyəti 5 gündür. Müasir mina əleyhinə vasitələrlə təchiz edilmiş gəmi ən yeni hidroakustik stansiyalara malikdir. Qazaxıstanın “Zenit” gəmiqayırma zavodundunun tərsanələrində 2012-2017ci illərdə inşa edilmiş 0250 “Bars-MO” layihəli 4 ədəd raket-artilleriya gəmisi donanmanın silahlanmasına daxil edilib. Bu gəmilərdən “Qazaxıstan” 2012-ci ildə, “Oral” 2013-cü ildə, “Sariarka” 2014-cü ildə, "Mangistau" raket-artilleriya gəmisi
39
isə 2017-ci ildə donanmanın döyüş sıralarına daxil edilmişdir. Su basımı 240 ton, uzunluğu 46 metr təşkil edən 0250 “Bars-MO” layihəli gəmilər hər birinin gücü 2240 kVt olan 2 ədəd TBD620V16 “Deutz” mühərriki ilə təchiz olunmuşdur. Gəminin sürəti 30 düyüm, fasiləsiz üzmə uzaqlığı 1200 mil, ekipaj heyəti 23 nəfərdir. Bu gəmilər 6 ballıq dəniz şiddəti gücündə dalğalara hesablanmışdır. “Bars-MO” layihəli “Qazaxıstan” gəmisinin arsenalında 1 ədəd 25 mm çaplı 2M-3M artilleriya qurğusu, 1 ədəd 23 mm-lik ZU-232 topu, 40 lüləli 122 mm-lik BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, qeyd olunan layihə üzrə ikinci “Oral” gəmisində isə 30 mm çaplı AK-306 artilleriya qurğusu, “İqla” daşınan zenit raketləri və “Baryer-VK” raketləri ilə silahlandırılmış “Arbalet-K” zenit-raket sistemi yer alır. “Oral” gəmisinin silah arsenalında hava hücumundan müdafiə sistemi, döyüşün idarə edilməsi imkanları avadanlıqları isə Ukraynanın İPÇK, “Kvant”, “KvantRadiolakasiya”, “Ostop” və “TranzasUkraina” dövlət şirkətləri tərəfindən yaradılmışdır. “Arbalet-K” sistemi reaktiv, Yuxarıda: Qazaxıstan HDQnin 0250 “BarsMO” layihəli “Oral” raketartilleriya gəmisi. Aşağıda: HDQnin “Manqistau” raketartilleriya gəmisi “Dəniz Kuboku2019” müsabiqəsində iştirak etmək üçün 2019cu il iyulun 30də Bakıya gəlib. Foto: İnternet. Azərbaycan MN
40 www.poliqon.az
turbovintli və pərli təyyarələrin, həmçinin vizual görünüş şəraitində helikopterlərin məhv edilməsi üçün nəzərdə tutulub. Sistemdə “İqla” tipli idarə olunan zenit raketləri istifadə olunur. Hədəfi məhvetmə uzaqlığı 5000 metrə qədər, məhvetmənin minimal hündürlüyü 10 m, hədəfi aşkaretmə uzaqlığı gündüz 12, gecə vaxtı isə 7 kilometrdir. “Baryer-VK” kompleksi sahildəki hərəkətli və hərəkətsiz zirehli hədəfləri, həmçinin RK-2V raketlərindən istifadə etməklə helikopterlər və möhkəmləndirilmiş atəş nöqtələrini məhv etmək üçündür. Maksimal atış uzaqlığı 7500 metr, maksimal uzaqlığa uçuş vaxtı 30 saniyədir.
Qazaxıstan HDQ-nin 250 “Bars-MO” layihəli gəmilərinin ilk ikisi Ukrayna istehsalı olan “Delta-250” radarı ilə komplektləşdirilib. Adıçəkilən radar suüstü və hava hədəflərini aşkaretmə imkanı verir. İnformasiyaların emalı zamanı naviqasiya məlumatları, meteo məlumatlar nəzərə alınır. İkiölçülü dairəvi icmal radarı hədəflərin koordinatlarının təyini ilə yanaşı, naviqasiya səmtləşməsinin məsələlərinin həlli, yüksəldilmiş naviqasiya təhlükəsizliyi kimi məsələlərə baxılır. 150 MHz tezlikdə, santimetrlik dalğa diapazonunda işləyən radarın aşkarlanma məsafəsi 96 km təşkil edir. Kiçik ölçülü (2,3 m2) hava hədəflərini
isə 8 km-dən 30 km-dək məsafədə aşkarlama qabiliyyətinə malikdir. Dəniz hədəflərinin aşkar olunma uzaqlığı yalnız düzxətli görünüş məsafəsi ilə məhdudlaşdırılıb. Radar eyni zamanda 50 hədəfi müşayiət etməyə imkan verir. Stansiya inteqrasiya edilmiş öz-özünə nəzarət sisteminə malikdir ki, bu zaman operatorun hərəkətlərinin və hədəflər haqqında məlumatların avtomatik qeydiyyatı nəzərdə tutulur. Yerli katerlər Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında “Zenit” Ural Zavodu tərəfindən 2015-2019-cu illərdə xarici mütəxəssislərin iştirakı ilə dizayn edilmiş bir neçə sürətli müdaxilə katerləri (SMK) inşa edilərək dəniz xüsusi təyinatlılarının istifadəsinə verilmişdir. 2016-cı ilin iyul ayında istifadəyə verilmiş xüsusi təyinatlı katerin uzunluğu 13 m, eni 3.5 metr, su basımı isə 12 ton təşkil edir. Dənizdə iki günlük muxtariyyətə malik olan katerin sürəti 30 düyüm, üzmə uzaqlığı 350 dəniz milidir. Heyəti cəmi 2 nəfər təşkil edən kater 8 nəfər xüsusi təyinatlı götürür. Sözügedən katerin “Pella” Sankt-Peterburq Gəmiqayırma Zavodu ASC-nin mütəxəssisləri ilə birlikdə CB-90 və onun klonu sayılan 03160 “Raptor” layihəsi üzərində yaradıldığı bildirilir. Bundan başqa 2016cı ildə “Zenit” gəmiqayırma zavodunda “Laşın” adlı sürətli müdaxilə kateri inşa edilmişdir. “Laşın” kateri əsasən diversiya qruplarına qarşı mübarizə, habelə limanları, estakadaları və neft platformalarını qorumaq üçün nəzərdə tutulmuşdur. “Zenit” zavodunun layihələndirdiyi diversiya əleyhinə katerin su basımı 70 ton, dənizdəqalma müddəti 7 gün, üzmə uzaqlığı 600 mildir. Tam təchizatlı 15 nəfər xüsusi təyinatlını götürə bilən katerin digər texniki parametrləri açıqlanmır.
Kater 2017-ci ilin avqust ayında HDQnin inventarına qəbul edilmişdir. Sahil Mühafizəsinin imkanları Qazaxıstan Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sifarişi ilə “Zenit” zavodunda Rusiya ilə birgə, 2006-2012-ci illərdə 4 ədəd 22180 layihəli - 201 “Sərdar”, 202 “Sakşı”, 203 “Jenis” və 204 “Semser” sərhəd gözətçi gəmisi inşa edilib və istismara buraxılmışdır. 230 ton su Yuxarıda: “Laşın” antidiversiya müdaxilə kateri. Ortada: 0210 layihəli “Karaqanda” kateri. Aşağıda: FC19 tipli sürətli kater. Foto: “Kazakhstan Engineering”
basımına malik 7 bal dəniz şiddətli dalğalara davamlı gəmilərin uzunluğu 42.3 metr, sürəti 25-30 düyüm, dənizdə qalma müddəti 10 gün və heyəti 25 nəfərdir. Qeyd olunan layihə üzrə gəmilərdən “Sərdar” 30 mm-lik 2A-42 topu ilə silahlanmış BMP-2 qülləsi, “Jenis” isə 1 ədəd 2 lüləli 25 mm-lik 2M-3M artilleriya qurğusu ilə təchiz edilmişdir. Bundan başqa Sahil Mühafizəsinin ehtiyaclarını qarşılamaq məqsədilə, 2016cı ildə “Zenit” gəmiqayırma zavodunda 22180 layihəli gəmilərin bazasında 0300 layihəli “Sarbaz”, 2019-cu ildə “Nur-Sultan” adlı sərhəd gözətçi gəmisi tikilib. “Sarbaz” və “Nur-Sultan” gəmiləri idarə olunan silah kompleksi ilə təchiz edilmişdir. Uzunluğu 42 metr, eni 7,8 metr, su basımı 240 ton olan “Nur-Sultan" gəmisinin sürəti 30 düyüm, üzmə uzaqlığı 1200 km, heyəti 27 nəfərdir. 2019-cu il ərzində gəmi yoxlama və sınaqlardan keçirilərək Xəzər dənizində istismara verilib. Yerli müəssisələrin (“Zenit” zavodu və “Nİİ Hidropribor”) hesabına bu dönəmdə Qazaxıstan Sahil Mühafizəsi üçün 1 ədəd 190 “Saqım” layihəli sərhəd, 1 ədəd KS-701 “Karlıqaş”, 1 ədəd 102 “Şaqala” layihəli kiçik sərhədçi, 18 ədəd 110 “Sapsan-M” və “Sapsan-2M” layihəli, o cümlədən 7 ədəd “Burkit” (1400 M “Qrif”) layihəli və “Berkit-M” layihəli, 5 ədəd FC-19 tipli sürətli kater tikilib.
41
“Exocet MM40 Block 3” gəmi əleyhinə mobil sahil raket batareyası
FC-19 tipli katerlərin su basımı 26 ton, sürəti 55 düyünə yaxın, ekipajı 8 nəfərdir. Dənizdə 3 günədək qala bilən katerin silahlanmasına iriçaplı pulemyot və snayper tüfəngi daxildir. Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın “Xəzər mühafizləri” proqramı çərçivəsində 2001-2009-cu illərdə Xəzər dənizində Qazaxıstana yardımları olub. Adıçəkilən proqram üzrə Qazaxıstan ABŞ-dan 15 ədəd “Aerobot”, 4 ədəd “Archangel” tipli patrul kateri, Cənubi Koreyadan 3 ədəd “Sea Dolphin” layihəli kiçik gözətçi gəmisi, Ukraynadan 4 ədəd “Kalkan” və 4 ədəd “Qrif ” tipli kater satın alıb. Hazırda sonunculardan 3 ədədi Qazaxıstan Sahil Mühafizəsinin sərəncamındadır. Gəmi əleyhinə raket sistemlərinin alınması Qazaxıstan HDQ Fransanın “MBDA Systems” şirkəti ilə 2014-cü ilin may ayında imzaladığı müqavilə ilə “Exocet MM40 Block 3” gəmi əleyhinə mobil sahil raket batareyasını sifariş verən ilk dövlət olmuşdur. Müqavilə çərçivəsində Qazaxıstan HDQ-nin döyüş qabiliyyətinin artırılması və sahil obyektlərinin müdafiəsi məqsədilə iki “Exocet MM40 Block 3” batareyası almağı planlaşdırıb. Mobil sahil mühafizə kompleksi 1 mobil sensor, 1 taktik-idarəetmə mərkəzi və hər birində 4 raket yerləşən 2 ədəd mobil atəş qurğusundan ibarətdir. “Exocet MM40 Block 3” raketinin atış məsafəsi 200 km, döyüş başlığı 155 kq təşkil edir. Kompleks İspaniyanın “İndra Sistemas” şirkətinin istehsalı olan radiolokasiya sistemi ilə
42 www.poliqon.az
komplektləşdirilib. Hazırda Qazaxıstanda “Kazakhstan Engineering” və “İndra Sistemas” şirkətinin birgə müəssisəsi radiolokasiya sistemlərinin istehsalı və servis xidmətlərinin təşkili ilə məşğuldur. TRI-40 turboreaktiv mühərrikə malik “MM40 Block 3” raketinin uçuş uzaqlığı 97 dəniz mili (180 km-dən çox) təşkil edir. Raket hədəfə müxtəlif bucaq altında zərbə endirməyə imkan verir. Qazaxıstanın “Ziksto” Səhmdar Cəmiyyəti 2016-cı ildə dəniz minalarının, “Kazakhstan Engineering” şirkətinə daxil olan S.M.Kirov adına Maşınqayırma zavodu isə torpeda istehsalına başladığını açıqlayıb. Müəssisələrdə Qazaxıstan Müdafiə Nazirliyinin sifarişi əsasında Hərbi Dəniz Qüvvələrinin ehtiyacının qarşılanması məqsədilə dəniz minaları və torpedalar istehsal olunur. 2018-ci ildə Qazaxıstan HHQ-nin silahlanmasında X-31A gəmi əleyhinə qanadlı raketin yer aldığına dair in formasiyalar meydana çıxmışdır. Özütuşlanan aktiv radiolokasiya başlığına malik X-31A raketi 95 kq döyüş başlığına və 70 km atış uzaqlığına malikdir. Modernləşdirmə və yeni layihələr Ötən müddət ərzində donanmanın modernləşdirilməsi istiqamətində çalışmaları davam etdirən Qazaxıstan Müdafiə Nazirliyi Cənubi Koreyanın “STX Offshore & Shipbuilding Co.”, Türkiyənin STM şirkəti ilə müqavilələr imzalamışdı. KADEX-2016 sərgisində isə Qazaxıstanın Müdafiə Nazirliyi Almaniyanın “Abeking&Rasmussen”, Türkiyənin DEARSAN şirkətləri arasında yeni
gəmilərin inşasına dair memorandumlar imzalanıb. DEARSAN-ın Qazaxıstan HDQnə təklif etdiyi 65 metrlik gəminin sürəti 30 dəniz mili olacaq. Qazaxıstan donanmasında “Nur” layihəsi olaraq adlanan gəminin silah, sensor və radioelektron sistemlərinin bir qismi ASELSAN şirkəti tərəfindən istehsal ediləcək. Ötən dövrdə Avropa ölkələri ilə hərbi dənizçilik sahəsində əməkdaşlığı genişləndirən Qazaxıstan 2015-ci ildən Fransanın “ECA Group” şirkətindən sualtı nəzarət-kəşfiyyat aparatlarını (AUV və ROV) alaraq donanmanın istifadəsinə daxil etmişdir. “ECA Group” şirkətinin açıqladığı məlumata görə, imzalanmış müqavilə çərçivəsində Qazaxıstan HDQnə 2 ədəd A9M avtonom sualtı nəqliyyat vasitəsi, 2 ədəd K-STER I yoxlama vasitəsi və bir neçə K-STER C mina zərər sizləşdirmə sisteminin çatdırılması təmin olunub. Müqavilə üzrə “ECA Group” tərəfindən Qazaxıstan HDQ-nin heyətinə yeni avadanlıqların istifadəsi üzrə iki həftəlik təlim keçirilib. 2015-ci ilin əvvəllərində İngiltərənin “Griffon Homework Hovercraft” şirkəti Qazaxıstanla GRIFFON 8100TD hava yastıqlı, ikimotorlu katerinin alqı-satqısına dair danışıqlar apardığını da açıqlayıb. Dəniz səthində yüksək sürətlə hərəkət edən GRIFFON 8100TD kateri logistik və amfibiya əməliyyatlarına dəstək, habelə bərə xidmətində istifadə olunur. Uzunluğu 22.5, eni isə 11 metr təşkil edən kater 12 ton yük və ya 70 sərnişin daşımağı bacarır. Alüminium gövdəli kater iki ədəd
susoyudan 630kW (840 at gücündə) “Iveco” dizel mühərrikləri ilə təchiz olunub. Sürətli müdaxilə katerləri axtarışında Son illər dənizdə imkanlarını genişləndirən Qazaxıstanın Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi böyük gözətçi gəmiləri ilə yanaşı, dəniz xüsusi təyinatlı bölmələrin tələblərinə uyğun konfiqurasiya edilmiş sürətli müdaxilə katerləri (SMK) nəzərdə tutulmuşdur. “Poliqon” jurnalının müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara görə, ötən illərdə Qazaxıstanın Hərbi Dəniz Qüvvələri tərəfindən xüsusi əməliyyat qüvvələri üçün bir neçə şirkətin fərqli modellərini nəzərdən keçirir. Bu platformalar arasında daha çox üzərində dayanılanı İsveçin “Dockstavarvet” şirkətinin CB-90 SMKləridir. Ötən müddətdə Qazaxıstan bu katerlərlə yaxından maraqlandığı, hətta lisenziyalı istehsalı ilə məşğul olan bir neçə istehsalçı ilə görüşdüyü məlumdur. ABŞ da daxil olmaqla, dünyanın müxtəlif regionlarında dəniz xüsusi təyinatlıları və sahil mühafizə qüvvələrinin istifadəsində yer alan İsveçin “Dockstavarvet” şirkətinin CB-90 SMK-ləri analoqlarından kiçik qabaritləri və zəif radar izinə görə fərqlənir. Uzunluğu 14.90 m, eni 3.85 m, çəkisi 18 ton təşkil edən bu katerlərin nəqliyyyat vasitələrinin üzərində, ro-ro tipli gəmilər də və təyyarələr də nəql edilə bilməsi CB-90 üçün əlavə avantajlar yaradır. Hər biri 625 at gücündə iki “Scania
DSİ 14 V8” dizel mühərrik və 2 ədəd “Kamewa FF waterjet”ə malik katerin sürəti 45 düyüm (1 düyüm = 1852 metr/saat), üzmə uzaqlığı 240 dəniz mili təşkil edir. Türkiyə layihələri Türkiyə hərbi sənayesinin regionda getdikcə mövqelərini möhkəmləndirməsi digər sahələrdə olduğu kimi, hərbi dənizçilik sektorunda da özünü göstərməyə başlayıb. Hərbi Dəniz Qüvvələrini yeni-yeni qurmağa başlayan Qazaxıstan hazırda Türkiyə tərsanələri ilə bəzi layihələr üzərində müzakirlər aparır. Türkiyədə fəaliyyət göstərən tərsanələrdən hazırda ikisi – “YoncaOnuk” və “Ares Tərsanəsi” sırf ixtisaslaşdırılmış SMK-lərin istehsalı sahəsində böyük təcrübəyə malikdir. “Dearsan” və TAİS şirkətlərinin bənzər layihələrinin olduğu bildirilsə də, ekspertlər həmin layihələrin sadəcə sürətli sahil mühafizə kateri səviyyəsində olduğunu, dəniz xüsusi təyinatlılarının tələblərini tam qar şılamadığını düşünürlər. Kompozit və alümin gövdəli, yüksək sürətli patrul katerlərinin və açıq dəniz gözətçi gəmilərinin (OPV) inşası sahəsində ixtisaslaşan “Yonca Onuk” və “Ares Tərsanəsi” Türkiyənin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi ilə yanaşı 2000-ci illərin əvvəllərindən bir sıra xarici ölkələr (Pakistan, Misir, Qətər, Bəhreyn, Malayziya, Gürcüstan, Nigeriya və s.) üçün müxtəlif ölçülü və təyinatlı dəniz platformalarının istehsalını həyata keçirir.
2018-ci ildə Qazaxıstanda keçirilmiş müdafiə sərgilərində TAİS şirkəti Türkiyədə 5 tərsanənin ortağı olan NSAB (Naval Special Forces Attack Boat) layihəsini HDQ-nin nümayəndələrinə təqdim edib. NSAB layihəli katerin uzunluğu 25.75 m, eni 5.78 metr, heyəti 5 nəfərdir. Kater tam təchizatlı 16 nəfər götürə bilir. 2 ədəd 2600 at gücündə mühərrik və 2 ədəd waterjetlə təchiz edilən katerin sürətinin 50 düyüm üzərində olduğu, üzmə uzaqlığının 500 dəniz mili təşkil edildiyi bildirilir. NSAB layihə halındadır və bu günədək istehsal edilmiş nümunəsi mövcud deyil. Perspektivlər Qazaxıstan dəniz infrastruktrunun mühafizəsi məqsədi ilə Serbiya ilə birlikdə 50 km atış uzaqlığına malik ALAS-C sahil mühafizə raket sisteminin istehsalını planlaşdırır. Araşdırmalar göstərir ki, Qazaxıstan öz arsenalını daha müasir raket sistemləri ilə gücləndirməyə davam edəcək. Qazaxıstan HDQ-nin inşası planlaşdırılan 75 metrlik “Nur” sinfinə aid gözətçi gəmilərini “Exocet MM40 Block 3” gəmi əleyhinə raketlərlə təchiz edilməsinə dair “MBDA Systems” şirkəti ilə ilkin anlaşma əldə etmişdir. Qazaxıstanın yaxın gələcəkdə satınalma sifarişlərində gəmi əleyhinə raketlərin, sahil mühafizə raket sistemlərinin xüsusi yer tutduğunu görmək olar. PQ
ARES55 SAT yüksək sürətli patrul katerləri. Foto: “ARES Tərsanəsi”
43
ASELSANın DÖVRİYYƏSİ 16 MİLYARDI KEÇİB Türkiyənin ASELSAN şirkətinin dövriyyəsi 2020-ci ildə əvvəlki ilə nisbətən 24% artaraq 16 milyard Türk lirəsini (TL) keçib. ASELSAN-ın məlumatına görə, şirkətin xalis mənfəəti keçən illə müqayisədə 33% artaraq 4,5 milyard TL-yə çatıb.
2020-ci ili rekord nəticələrlə ta mamlayan ASELSAN 3 qitədə 12 ölkəyə yayılan satış və istehsal şəbəkəsi ilə dünyanın ən böyük 48-ci müdafiə sənayesi şirkətidir. Şirkətin faiz, amortizasiya və vergidən öncəki qazancı (FAVÖK) 38% artaraq 4 milyard Türk lirəsi olub. 2020-ci ildə pandemiya səbəbiylə ölkələr arasında gediş-gəliş tamamilə dayandığı zamanda belə ASELSAN ixracat sahəsindəki fəaliyyətini davam etdirib. Şirkət 2020-ci ildə 6 yeni ölkə ilə ümumilikdə 446 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb. Xaricdən alınan yeni sifarişlərin qatqısı ilə xarici sifarişlər balansı 1 milyard ABŞ dollarını ötüb. Cəmi sifarişlər balansı isə 9,5 milyard ABŞ dolları təşkil edib. ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün bildirib ki, 2020-ci ildə ASELSAN, 3.3 milyard TL-lik araşdırma-inkişaf (Ar-Ge) xərcləri çəkib və texnologiya ilə Ar-Ge sahəsində fəaliyyətini artırıb: “Pan demiyanın mənfi təsirlərinin hər sahədə hiss olunduğu 2020-ci ildə ölkəmizə görə üzərimizə düşən məsuliyyətin fərqində olaraq "ASELSAN dayanmaz, dayana bilməz!" dedik və bir gün belə fəaliyyətimizi durdurmadıq. Epidemiyanın ilk təsirləri görünməyə başladığından bəri ASELSAN daxilində çox effektiv qərar vermə mexanizmi tətbiq etdik. Bir tərəfdən dövlətimizin ehtiyac və gözləntilərini müşahidə edərkən, işçilərimizin sağlamlığı üçün də hər cür tədbir görməyə çalışdıq. 2020-ci ildə ASELSAN, 3.3 milyard TL-lik “Ar-Ge” xərcləri çəkdi və texnologiya ilə “Ar-Ge” sahəsində fəaliyyətini artırdı. ASELSAN-a məhsul və xidmət verən 4000-
44 www.poliqon.az
ASELSAN Şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Haluk GÖRGÜN dən çox tədarükçünün pandemiyadan mənfi təsirlənməməsi üçün bütün maliyyə və əməliyyat mənbələrimizi səfərbər etdik. 2020-ci ilin sonunda əldə etdiyimiz yüksək dövriyyə və gəlir rəqəmlərimiz bir ailə olma düşüncəsi ilə həyata keçirdiyimiz bu idarəetmə strategiyalarının nəticəsidir”.
Haluk Görgün qeyd edib ki, 2020-ci il ən çox ixracatın edildiyi, ixracat sifarişinin alındığı və ixracatçı ölkələrin sayının 70-ə çatdırıldığı məhsuldar il olub: “Keçən il xarici müştərilərimizlə proseslərimizi vaxtında və təsirli şəkildə həll etmək strategiyamız çərçivəsində 3 ölkədə şirkət
qurduq, ofis və filial açdıq. Bu irəliləyişlərlə ölkə daxilində və xaricdəki ümumi iştirak və filial sayımız 28-ə çatdı”. Haluk Görgün 2020-ci ildə yalnız ASELSAN və onun törəmə şirkətlərinin deyil, 4 mindən çox tədarükçünün də maddi ehtiyaclarını üstün tutan anlayışla işlədiklərini ifadə edib. Həmçinin keçən il iş əməkdaşlarına 12 milyard TL-dən çox pul ödəyərək ekosistemdəki pandemiyanın yaratdığı likvidlik təzyiqini də azaltdıqlarını söyləyib. Bildirilib ki, ASELSAN-ın ümumi alışlarında Türkiyənin yerli şirkətlərinin payı 2020-ci ildə 73% -ə yüksəlib və verilən hər 10 sifarişdən 9-u kiçik və orta biznes şirkətlərinə yönəldilib. ASELSAN ili rekord səviyyədə mənfəət ilə başa vurub və il sonu nağd gəliri 4 milyard TL olaraq reallaşıb. Haluk Görgün açıqlamalarını əməkdaşları olan konsorsium üzvləri ilə birlikdə 20 mindən çox respirator (tənəffüs aparatı) istehsal etdiklərini bildirməsi ilə yekunlaşdırıb: “Müdafiə elektronikasından səhiyyəyə, rabitə sistemlərindən maliyyə texnologiyalarına, enerji və nəqliyyat sistemlərindən kosmik texnologiyalara qədər fəaliyyət göstərdiyimiz hər sahədə məhsullarımızın və xidmətlərimizin millətimizə faydalarını qürurla müşahidə edirik. Pandemiya vəziyyətinin pisləşdiyi
dövrdə millətimizin xidmətinə təqdim etdiyimiz tənəffüs cihazımız bu məhsullardan biri oldu. ASELSAN əməkdaşlıq etdiyi konsorsium üzvləri ilə birlikdə qısa müddətdə 20 mindən çox respirator istehsal etdi və COVİD-19 ilə mübarizədə səhiyyəmizə çox əhəmiyyətli dəstək verdi. Tənəffüs cihazlarımız dövlətimizin koordinasiyası ilə dost və qardaş ölkələrə təqdim edildi. ASELSAN olaraq hədəfimiz, fəaliyyət göstərdiyimiz bütün sahələrdə yüksək standartlı texnoloji məhsullar və xidmətlər istehsal edərək ölkəmizin xarici asılılığını azaltmaqdır. 45 ildən çox təcrübəsi, yüksək mühəndislik bacarığı və maliyyə gücü ilə ASELSAN bu hədəfləri reallaşdırmağa qadirdir. Türk millətinin göz bəbəyi olan və bizə əmanət edilən ASELSAN-ı bu uğurlu nəticələrin daha çox yüksəlişinə daşımaq üçün dayanmadan və yorulmadan çalışmağa davam edəcəyik. Bütün tərəf daşlarımıza, xüsusən də işçilərimizə bizə etimad göstərdikləri, hər zaman yanımızda olduqları üçün təşəkkür edirəm və uğurlarımızın daha da artacağını ümid edirəm”. ASELSAN rekord sayda elektrooptik sistem tədarük edib Türkiyənin ASELSAN şirkəti tərəfində istehsal edilən 1000 ədəd “Doruk” elektrooptik sensor sistemi və 960 ədəd “Timsah”
termal silah durbini təhlükəsizlik qüvvələrinə çatdırılıb. ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün iştirakı ilə keçirilən mərasimdə elektro-optik sahədə rekord sayda cihaz təhlükəsizlik qüvvələrinə təhvil verilib. Bildirilib ki, Türkiyə Silahlıı Qüvvələri başda olmaqla ölkə daxilində və xaricdə fərqli istifadəçilər tərəfindən istifadə edilən “Doruk” elektro-optik sensor sistemində təhvil verilən toplam miqdar 2020-ci ilə qədər 1000 ədədə çatıb. “Doruk” elektro-optik sensor sistemi təhlükəsizlik qüvvələrinin ehtiyaclarının qarşılanması məqsədilə əldə, üçayaqlı dayaq üstündə və uzaqdan idarəolunan konfiqurasiyalarda hazırlanıb. “Doruk” elektro-optik sensor sistemi hüquqmühafizə və sərhəd mühafizəsi fəaliyyətlərində, o cümlədən xüsusi təyinatlı qüvvələrdə, sərhədyanı əməliyyatlarda, artilleriya bölmələrinin yönləndirilməsində, koordinatın hesablanmasında, habelə düşmənin təsbit edilməsində kəşfiyyat və müşahidə məqsədi ilə istifadə oluna bilər. “Timsah” termal silah durbini soyutmasız mikrobolometr detektora sahib infraqırmızı görüntü cihazıdır. “Timsah” durbini bölmələrin istifadə məqsədinə uyğun olaraq, fərqli tüfəng və mənzil uzaqlığına görə, müxtəlif konfiqurasiyalarda tədarük edilir. Tüfəngin üzərinə
45
quraşdırılan termal silah durbini əsasən xüsusi təyinatlı qüvvələr tərəfindən sərhədyanı əməliyyatlar üçün istifadə edilən elektro-optik cihazlardan biridir. ASELSAN şirkətinin, gündüz dur binlərin ön hissəsinə əlavə xüsusiyyəti ilə sıfırlama tələb etmədən plaqin (ing. plugin) və nişangah olaraq istifadə olunan iki fərqli termal silah durbin ailəsi var. Jandarma Baş Komandanlığın tələbinə uyğun olaraq, ikili istifadə termal silah durbini hazırlanaraq tək bir cihazda həm plaqin, həm də nişangah xüsusiyyətləri ilə sifarişçinin istifadəsinə verilib. Yeni konfiqurasiyanın ilk partiyası 2020-ci ilin dekabr ayında Jandarma Baş Komandanlığna çatdırılıb. Şirkət rəhbərliyinin açıqlamasına görə, bütün müştərilər tərəfindən ən yüksək
46 www.poliqon.az
səviyyədə izlənilən və istifadəçilər tərəfindən bəyənilən yeni nəsil “Doruk” elektrooptik sensor sistemi və “Timsah” termal silah durbini üçün sifarişlər artmaqda davam edir. ASELSANın 100 000ci ATOM elektronikası Türkiyənin ASELSAN şirkəti Müdafiə Sənayesi Komitəsinin (SSB) rəhbərliyi altında həyata keçirilən 35 mm hava hücumundan müdafiə sisteminin modernləşdiriliməsi (HSSM) və proqramlaşdırılan qəlpəli atəş yığımı tədarükü (PMT) müqaviləsi çərçivəsində ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı istehsal edir. 2017-ci il dekabr ayının 29-da imzalanan müqavilə çərçivsində bu günə qədər ASELSAN
müəssisələrində 100 000 atəş yığımı elektronikası istehsal edilib. ATOM 35 mm proqramlaşdırılan qəlpəli atəş yığımı həssas zaman sayma və ölçülən sursat çıxış sürətinə görə düzəldilən zaman proqramlama bacarıqları sayəsində yüksək məhvetmə dəqiqliyinə çatır. Beləliklə, lüləli sistemlərin təsirli hava hücumundan müdafiə silahları olaraq istifadə edilmələrinə imkan yaranır. Modernləşdirilmiş yedəkdə daşınan top və “Qorqud” zenit-top kompleksində istifadə olunan ATOM 35 mm proqramlaşdırılan qəlpəli atəş yığımı döyüş təyyarəsi, helikopter kimi ənənəvi aviasiya hədəfləri, habelə “hava-yer” tipli raketlər, qanadlı raketlər, pilotsuz uçuş aparatları kimi modern hava təhdidlərinə qarşı effektiv olur. ATOM 35 mm proqramlaşdırılan qəlpəli atəş yığımı ASELSAN şirkətinin baş podratçılığıyla MKEK və TÜBİTAK SAGE ilə birlikdə hazırlanıb. 100 000 ədəd sursat elektronikasının istehsalı ASELSANda qurulan avtomatlaşdırılmış sursat elektronikası istehsal xəttində tamamlanıb. Bu münasibətilə istehsal xəttində COVİD19 tədbirləri diqqətə alınaraq məhdud çərçivədə mərasim təşkil olunub. ASELSAN mütəxəssislərinin sözlərinə görə, layihə çərçivəsində qazanılan təcrübə və məlumat bazası ilə çoxçeşidli kalibr və tipdə ağıllı sursatların qısa müddətdə hazırlanması mümkündür. PQ
“TopGun” partladıcılı 155 mmlik atəş yığımları (ön planda). Foto: İnternet
LÜLƏLİ ARTİLLERİYA SİLAHLARI ÜÇÜN İDARƏ OLUNAN DÖYÜŞ SURSATLARI Əhəd Əzizov Bir qədər yerüstü artilleriya sistemləri üçün idarə olunan döyüş sursatları mövzusuna toxunaraq bir daha qeyd etmək olar ki, ənənəvi olaraq, artilleriya ümumqoşun əməliyyatlarında atəş dəstəyinin ən vacib komponenti hesab olunur. Lüləli artilleriyanın qarşıya qoyulan tapşırıqları yerinə yetirmək bacarığı daima təmin edilməli, ənənəvi iriçaplı sursatların istehsalı ilə yanaşı, hədəflərə təsirini yüksəltmək üçün yüksək dəqiqlikli sursat nümunələri inkişaf etdirilməlidir. ABŞ-ın “Martin Orlando” (mərmi), “Naval Weapons Laboratory Dahlgren” (özütuşlanan başlıq) və “Hughes” (xüsusi işıqlandırıcı hədəfgöstərici) şirkətləri tərəfindən hazırlanmış 155 mm “COPPERHEAD” (qoşun indeksi M712) atəş yığımı lazerlə idarə olunan döyüş sursatlarının ilk nümunəsi olsa da, bu tip sursat özünün geniş təşəkkülünü tapmamışdır. Özütuşlama üsulu ilə idarə olunan mərmilərin perspektivi və yüksək döyüş qabiliyyətləri alay və briqada səviyyəsindəki, eləcə də diviziya-korpus-ordu səviyyəsindəki 122, 130, 152 və 155 mm çaplı artilleriya sistemləri üçün belə mərmilər yaratmaq vəzifəsi qoymuşdur. Dəqiqliyi artırmaq üçün həll yollarından olan özütuşlama üsulu iki istiqamətə
ayrılır: bir istiqamət lazerlə idarə olunan mərmilərin istifadəsi, digər istiqamət isə peyk naviqasiyasının istifadəsidir. Hazırda bu tapşırıq uğurla icra olunaraq müxtəlif çaplı artilleriya sistemləri üçün idarə olunan mərmilər yaradılıb. XX əsrin 80-ci illərindən etibarən, keçmiş SSRİ-də, sonradan isə Rusiyada lazerlə idarəetmə texnologiyasından istifadə edilərək müxtəlif çaplı artilleriya sursatları yaradılıb. Bu sıraya əsasən lüləli artilleriya sistemləri üçün 122 mm-lik və 152 mm-lik “Kitolov” və “Santimetr” atəş yığımları daxildir. “Kitolov” idarə olunan artilleriya kompleksi Rusiya Federasiyasının “Tula Cihazqayırma Konstruktor Bürosu” tərəfindən yaradılıb. Özündə lazer məsafəölçəninin işıqlandırmasından əks olunan yarıaktiv lazer özütuşlama başlıqlı korrektə olunan qəlpəli-fuqas mərmini birləşdirir. Zirehli hədəflərin və mühəndis qurğularının məhv edilməsi üçün təyin edilib. Özütuşlama başlığı “Leninqrad Optika-Mexanika Birliyi” tərəfindən yaradılıb.
Mərminin trayektoriyada idarə olunması aerodinamik sükanlar vasitəsilə yerinə yetirilir. Atəş yığımının 122 mm-lik D-30 haubitsasından və 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusundan istifadə üçün KM-3 “Kitolov-2M” ayrı giliz doldurumlu KB122 növü mövcuddur. Mərminin döyüş hissəsi qəlpəli-fuqas tiplidir və hədəfi üstdən, uçma-şığıma trayektoriyası üzrə məhv edir. Yedəyə alınan artilleriya bölmələri üçün nəzərdə tutulmuş kompleksin tərkibinə 122 mm-lik idarə olunan mərmi, dəyişən tullayıcı atım və “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi daxildir. Özüyeriyən artilleriya qurğularında isə “Malaxit” kompleksi tətbiq edilmədən 1D20, 1D22, 1D22M, 1D26 və 1D26M lazer hədəfləyici-məsafəölçənindən istifadə olunur. 152 mm-lik “Santimetr” idarə olunan artilleriya atəş yığımı Rusiyanın “Ametex” Elmi-Texniki Kompleksi QSC tərəfindən yaradılıb. 2K24 idarə olunan artilleriya silahı kompleksinin tərkibinə daxildir.
47
KM-3 “Kitolov-2M” atəş yığımının əsas taktiki-texniki xassələri:
122 mmlik K122 idarə olunan mərmi (solda) və “Malaxit” atəşi avtomatik idarəetmə kom pleksi (sağda)
Mərminin trayektoriyada idarə olunması (korrektə) reaktiv impuls mühərriklərinin vasitəsilə yerinə yetirilir. “Santimetr-M” və “Santimetr-M1” kimi modifikasiyaları mövcuddur. Atəş yığımı 152 mm-lik D-20 “Xitin”, ML-20, 2A65 “MstaB” yedəyə alınan toplardan, eləcə də 2S3M “Akatsiya”, 2S19 “Msta-S” və NATO standartlı 2С19М1-155 özüyeriyən artilleriya qurğularından atəş aparmaq üçün istifadə edilir. Bunlardan başqa, Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu” tərəfindən korrektə olunan 152 və ya 155 mm çaplı “Krasnopol” atəş yığımı yaradılmışdır. Mərminin özütuşlama başlığı
Əsas taktiki-texniki xassələri:
48 www.poliqon.az
“Leninqrad Optika-Mexanika Birliyi” tərəfindən, atəş yığımının özü ümumilikdə isə “İjmaş” ASC tərəfindən istehsal edilir. Zirehli hədəfləri və hərbi hədəfləri ilk atışdan məhv etmək üçün nəzərdə tutulub. Düzəlişlər son uçuş sahəsində, hədəfdəki lazer işarəsinə görə aerodinamik sükanlarla həyata keçirilir. Atış məsafəsini artırmaq üçün mərminin reaktiv mühərriki və ya dib qaz generatoru var. İnkişaf etmiş aerodinamik səthlər hədəfə süzməni təmin edir, məsafəni artırır və bulud hündürlüyü məhdudiyyətlərini azaldır. 9E421 yarıaktiv lazer özü tuşlanan başlıqlı 152 mm-lik 3OF39 “Krasnopol” korrektə olunan qəlpəli-fuqas mərmi (3VOF64 və 3VOF93 atəş yığımlarının tərkibində istifadə olunur) 1D15 (1D20, 1D22) tipli lazer məsafəölçəni ilə işıqlandırılan hədəfdən əks olunmuş siqnalı qəbul edərək idarə olunur. İdarə olunan kompleksin tərkibinə atışı sinxronlaşdırma dəsti 1A35 və R-159M radiostansiyası daxildir. İdarə olunan atəş yığımı ilə 152 mm-lik D20 “Xitin”, 2S3M
“Akatsiya”, 2S19 “Msta-S”, 2A65 “Msta-B” aartilleriya sistemlərindən atış aparmaq mümkündür. “Krasnopol” idarə olunan artilleriya sursatının bir neçə modifikasiyası mövcuddur: - 155 mm-lik K155 və ya KM-1 “Krasnopol” (bəzi mənbələrdə “Krasnopol-155” kimi göstərilir) atəş yığımları М109А2/А6 (ABŞ), G5 və G6 “Rhino” (CAR), FH77B (İsveç), TRF1 (Fransa) və
Əsas taktikitexniki xassələri:
155 mmlik KM155M2 idarə olunan mərmi (solda) və “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi (sağda). Foto: internet
digər silah sistemlərindən atış aparmaq üçün təyin edilib. Atəş yığımının tərkibinə K155 mərmisi və VK155 atımı daxildir. - 152 mm-lik 3OF39M “Krasnopol-M” – 3OF39 “Krasnopol” atəş yığımının monoblok modifikasiyasıdır. Sursat adi idarə olunmayan qəlpəli-fuqas atəş yığımının çəki-qabarit xassələrinə uyğun hazırlandığı üçün özüyeriyən artilleriya qurğularının ştat döyüş yığımında rahat yerləşir. Stabilizatorların sayı 4-dən 6-ya qaldırılıb. 3OF39 “Krasnopol” mərmisinə nisbətən daha düz trayektoriya ilə atış aparma imkanı səbəbindən “Krasnopol-M” mərmisi üçün bulud sərhəddinin minimum hündürlüyünə olan tələblər az olduğu üçün hərbi əməliyyat müddətindən asılı olaraq əlverişli tətbiqetmə vaxt 1030% artıb. Hədəfi vurma ehtimalı daha yüksəkdir – 0,8-0,9 (3OF39 “Krasnopol” üçün 0,7-0,8). - 155 mm-lik K155M və ya KM-2 “Krasnopol-M2” – “Krasnopol-M” idarə olunan artilleriya mərmisinin NATO standartlarına uyğun hazırlanmış 155 mm-lik daha bir versiyasıdır. Atəş yığımının tərkibinə lazerlə işıqlandırılan hədəfə yarıaktiv özütuşlamalı 155 mm çaplı K155M korrektə olunan yüksək qəlpəli-fuqas mərmisi daxildir. İlk atışdan 25 km-ə qədər məsafədə dayanan və hərəkətli zirehli və zirehsiz hədəfləri və mühəndis qurğularını məhv etmək üçün təyin edilib. Qalxma-dalma trayektoriyası boyunca yuxarıdan məhvetmə üsuluna əsaslanır. Bu atəş yığımının tərkibinə
daxil olan mərminin idarə edilməsi üçün Qərb istehsalı olan, məsələn, Fransanın CILAS şirkəti tərəfindən istehsal edilən DHY307 lazer hədəfgöstəricisi də istifadə edilə bilər. - 152 mm-lik “Krasnopol-D” atəş yığımı “Krasnopol” atəş yığımının artırılmış atış məsafəli və peyk naviqasiya idarəetmə sistemli modifikasiyasıdır. Hazırda üzərində konstruktor-tamamlama işləri yerinə yetirlir. Müstəqillik əldə etdikdən sonra, Ukraynanın“Proqress” Elmi-İstehsalat Kompleksi və “Toçnost” Mərkəzi Konstruktor Bürosu tərəfindən 152 mm “Kvitnik” atəş yığımı yaradılıb. Atəş yığımının tərkibinə 9E431 yarıaktiv lazerlə özütuşlama başlıqlı 152 mm çaplı korrektə olunan qəlpəli-fuqas mərmisi və atım daxildir. 152 mm-lik “Msta-S”, 2S3M “Akatsiya” kimi özüyeriyən artilleriya qurğularından istifadə və zirehli hədəflərin, komanda məntəqələrinin və mühəndis qurğularının ilk atışdan məhv edilməsi üçün təyin edilib. Saniyədə 10 metrə qədər sürətlə hərəkət edən hədəfləri 0.9 ehtimalı ilə vurmağa qadirdir. 152 mm “Kvitnik” atəş yığımının artilleriya silahlarından tətbiq olunması üçün 3 modifikasiyası mövcuddur: 122 mm-lik “Karasuk”, 152 mm-lik “Kvitnik” və 155 mm-lik “Kvitnik-155”. Peyk naviqasiyasının dəqiqliyi mövcud peyklərin sayından və siqnal keyfiyyətindən asılıdır. Müasir qlobal mövqeləmə sistemləri GPS yalnız Amerika peyklərinə güvənir. Bu tip sursatların gələcək əhəmiyyətinin açıq əlaməti bir
152 mmlik “Kvitnik” mərmisi
neçə Avropa ölkəsinin Amerika NAVSTAR GPS-dən uzaqlaşmaq və ABŞ-dan müstəqillik zəmanəti yaratmaq məqsədi ilə öz peyk sistemlərini “Galileo” GNSS yaratmaq qərarıdır. Rusiya QLONASS və Çin “Beidou” GNSS də daim avtonom peyk naviqasiya sistemlərinin tətbiqi üzərində işləyirlər. Ümumi terminologiyanı sadələşdirmək üçün bu məqalədə bütün qlobal mövqeləmə sistemləri GPS termini ilə adlandırılmışdır. GPS üzrə idarə olunan döyüş sursatının ilk funksional hissəsi hədəfin aşkarlanmasıdır. Bunun üçün ön müşahidəçilər, hədəf aşkaretmə radarları və ya hava və peyk kəşfiyyat vasitələri də daxil olmaqla artilleriyanın bütün adi və yoxlanılmış kəşfiyyat vasitələrindən istifadə edilə bilər. Hədəfin koordinatları təyin olunan kimi məlumat müasir döyüş idarəetmə sistemlərinə ötürülür. Bu sistemlər tapşırığın planlaşdırılmasını təmin edir və aşkar edilmiş hədəfin hansı şəkildə atəşə tutulacağına qərar verir. Bir hədəfə atəş əmri verilərkən, atəş
49
qruplarının atış üçün uyğun bir vəziyyətdə olub-olmadığı, yoxsa hələ də bu mövqeləri almaları lazım olduğu yoxlanılır. Bu vaxt seçilmiş atəş heyətlərinin idarəetmə komponentləri istənilən uçuş trayektoriyasını hesablayır və silahı atəş üçün məlumatlarla təmin edir. Müasir artilleriya topu avtomatik olaraq əvvəlcədən təyin olunmuş parametrlərə uyğun olaraq tuşlanır: üfüqi və şaquli nişanalma bucaqları, uyğun nəticəyə nail olmaq üçün tələb olunan mərmi və atımın növü seçilir. Doldurmadan əvvəl və ya doldurma zamanı və ya atəş açılan zaman, elektronikaya elektrik gərginliyi verilir və hədəf haqqında məlumatlar ötürülür. Atəş açılır, mərmi lülədən çıxır və özünün ballistik trayektoriyası boyunca hədəfə doğru uçur. Müəyyən bir anda mərminin avionikası idarəetməni öz üzərinə götürür. Peyk məlumatlarına əsasən, elektronika daim mərminin mövqeyini təyin edir və əldə edilmiş hədəf xüsusiyyətləri ilə müqayisə edir. Sapmalara idarəetmə mexanizmlərinə göndərilən idarəetmə siqnalları vasitəsi ilə düzəliş edilir. Hədəfə yaxınlaşmanın son mərhələsində getdikcə daha qısa aralıqlarla düzəlişedici tədbirlər həyata keçirilir və gələn sükana nəzarət siqnallarının sayı artır. Bu alqoritm hazırda ən yüksək dəqiqliyi təmin edir. Bu növ sursatın ən tanınmış nümayəndəsi ABŞ-ın “Raytheon Missile Systems” və İsveçin “BAE Systems Bofors” şirkətlərinin birgə yaratdığı 155 mm “Excalibur” (qoşun indeksi M982) mərmisidir. Mərmi həm GPS peyk, həm də İNS inersial idarəetmə sisteminə sahibdir. Atəş yığımı ilə atış məsafəsi lüləsinin uzunluğu 39 çap olan toplardan 40 km, 52 çap olan toplardan isə 50 km təşkil edir. Mərminin uzaq atış məsafəsi quyruq qanadlarının və dib qaz generatorunun sayəsində əldə edilir. Bu atəş yığımları ABŞ qoşunları tərəfindən ilk dəfə 2007-ci ildə İraqda uğurla istifadə edilmişdir: 70 ədəd atılmış mərmidən 64 ədədi hədəfdən 4 metrdən az sapma vermişdir. Onun dəqiqliyi, bir tərəfdən qoşunlara sıx məskunlaşmış rayonlarda tək hədəfləri vurmaq imkanı, digər tərəfdən isə öz bölmələrinə yaxın ola biləcək atəş dəstəyini verir. “Excalibur Ib” (qoşun indeksi M982E1) konstruksiyası özünü təsdiq etmiş “Excalibur Ia” konstruksiyasına əsaslanır, lakin daha az detallara sahibdir və istehsalı daha asandır. Bu dəyişikliklər isə döyüş sursatlarının qiymətini aşağı salmış və etibarlılığını artırmışdır. “Excalibur Block II” atəş yığımının iki növ döyüş başlığı olan variantı da hazırlanıb: 64 ədəd M85 DPICM ikili
50 www.poliqon.az
məqsədli təkmilləşdirilmiş adi sursat qəlpəli-kumulyativ döyüş elementli döyüş başlığı və ya partladıqda “zərbə nüvəsi” yaradan SADARM tipli iki özütuşlanan döyüş başlığı. “Excalibur” mərmisi sınaq atışı aparmadan hədəfləri vura və eyni zamanda silahı tuşlama bucaqlarını dəyişdirmədən belə atəşi yeni hədəfə sürətlə keçirə bilir. Uçuş tapşırığının mərmiyə daxil edilməsi mərminin uc hissəsinə bir neçə saniyəlik keçirilən partladıcını induksiya qurucusu vasitəsilə həyata keçirilir. Bu zaman atəş mövqeyi və hədəfin GPS koordinatları, döyüş başlığının partladılması rejimi və s. təyin olunur. Traektoriyanın əsas hissəsi süzmə rejimində keçir. Hədəfə yaxınlaşdıqda, mərmi demək olar ki, şaquli bir trayektoriyaya keçir və bu da sıx şəhər yerlərində, çətin şəhər mühitində yerləşən hədəfləri vurmağa imkan verir. Atəş yığımının ən sonuncu modifikasiyalarından biri, GPS/INS tuşlamalı ən yüksək dəqiqlikli “Excalibur Block 1b” modifikasiyasıdır. Mərminin dairəvi sapma ehtimalı (DSE) 2 metrdir. 2013-cü ilin ortalarından etibarən ABŞ-ın “Raytheon Missile Systems” şirkəti yarıaktiv lazer özütuşlama başlığı ilə “Excalibur 1b” atəş yığımına əsaslanan “Excalibur S” mərmisi üzərində işləyir. Lazer özütuşlama başlığının olması, hədəfin koordinatlarını təyin edərkən yol səhvlərini aradan qaldırır və hərəkət edən
obyektlərə hücum etməyə imkan verir. Hədəfin işıqlandırması ön kəşfiyyat qrupundan və ya pilotsuz uçuş aparatından (PUA) istifadə edərək həyata keçirilir. “Excalibur Block 1b” atəş yığımının əsas xassələri: İdarə olunan artilleriya sursatlarının böyük əksəriyyətində lazımi elektronika və mexanika, “Excalibur” sursatında olduğu kimi mərminin gövdəsinə yerləşdirilir. Lakin bu, nisbətən bahalı variantdır. Ənənəvi sursatların istifadəsinə imkan verən mövcud tendensiya bizə daha üstün həll yolu göstərir. Bunu əldə etməkdən ötrü mərminin yerini və sapmasını hesablamaq üçün partladıcının içərisinə yerləşdirilmiş elektronikaya ehtiyac var. Bu yanaşmanın bir nümunəsi olaraq ABŞ-ın “Alliant Techsystems (ATK)” tərəfindən istehsal olunan 155 mm-lik artilleriya sursatı üçün XM1156 PGK dəqiq tuşlama dəstini göstərmək olar. Qeyd olunan tendensiyaya əsaslanaraq, İsrailin “İsrail Aerospace Industries” (IAI) şirkəti “TopGun” partladıcısını (artilleriya mərmisini idarəetmə modulunu) yaradıb. Bu, bütün 155 mmlik adi mərmilərə quraşdırılan naviqasiyalı və idarə olunan bir partladıcıdır. “TopGun” partladıcısı ilə təchiz edilmiş mərminin 40 km məsafədə maksimal dairəvi sapma ehtimalı (DSE) cəmi 20 metr təşkil edir. İtaliyanın “OTO Melara” şirkəti yerüstü artilleriya sistemləri üçün 155
155 mmlik M982 EXCALIBUR mərmisi
XM1156 PGK dəqiq tuşlama dəsti. Foto: internet
mm “Vulcano” çapaltı idarəolunan atəş yığımlarını yaradıb. 155 mm-lik “Vulcano” sursatı, raket mühərriki olmayan, təxminən 1000 mm uzunluğunda və 90 mm diametrində çapaltı pərli mərmini özündə ehtiva edən, 1554 mm uzunluğunda unitar atəş yığımıdır. Mərmilər “Vulcano” GLR GPS/INS tuşlama ilə və “Vulcano” GLR/SAL yarıaktiv lazer özütuşlanan başlıqlı idarəetmə sistemləri ilə təchiz edilə bilir. Komanda qurğusu daşınan və ya artilleriya sisteminə quraşdırılan ola bilir. Atəş yığımının inersial/GPS tuşlamalı GLR variantı ilə uzunluğu 52 çap olan artilleriya silahından 80 km məsafəyədək, uzunluğu 39 çap olan artilleriya silahından isə 55 km məsafəyədək atəş aparmaq mümkündür. Zərbə təsirli partladıcılı özütuşlama başlığının aerodinamik formasından asılı olaraq, yarıaktiv lazer/GPS/ inersial tuşlamalı variantla daha az məsafəyə atəş aparılır. Atəş yığımı 155mm/52 çap lüləli və 155mm/39 çap lüləli artilleriya sistemlərindən atəş aparmaq üçün nəzərdə tutulub. Hazırda Fransanın “Nexter Munitions” şirkəti tərəfindən 155 mm-lik MRM idarə olunan atəş yığımları yaradılır. MRM atəş yığımının dairəvi sapma ehtimalının 1 metrdən az olması planlaşdırılır. Atəş yığımı platformasız yarıaktiv lazer özütuşlama başlığı ilə, ön hissədə yerləşən sükanlarla və trayektoriyanın orta hissəsində naviqasiya üçün opsional sistemlə təchiz ediləcək. Opsional naviqasiya sistemi olmadan uçuş məsafəsi 28 Özütuşlama başlıqlı 155 mm “Vulcano” mərmisi. Foto: internet
hazırlanmış kumulyativ qıfdan istifadə olunur. “Poongsan” şirkətinin digər məhsulu isə 100 km atəş məsafəli 155 mm-lik GGAM 100K idarə olunan süzən artilleriya atəş yığımı və 127 mm-lik GGRM-5 raket mühərrikli atəş yığımıdır. Mərmilər təyyarə sxemi üzrə layihələndirilib və yığılan böyük qanadlara sahibdir. İdarəetmə, mərminin quyruq hissəsində yerləşən dörd sükan vasitəsilə yerinə yetirilir. Hədəfi üstdən məhv etməkdən ötrü mərminin döyüş hissəsində SMArt 155 özütuşlanan alt sursat yerləşdirilmişdir.
Atəş yığımlarının əsas xassələri: km, onunla birlikdə 40 km təşkil Çin Xalq Respublikasının Xalq Azadlıq edəcəkdir. Ordusu uzun illər ərzində keçmiş SSRİ/Rusiya Atəş yığımı 155 mm/52 çap lüləli və istehsalı olan silah və hərbi texnikalardan 155 mm/39 çap lüləli artilleriya sistem- istifadə etdiyi üçün idarə olunan artilleriya sursatlarının ilk nümunələri də həmin MRM atəş yığımının əsas xassələri: 155 mmlik MRM mərmisi
lərindən atəş aparmaq üçün nəzərdə tutulub. Cənubi Koreyanın “Poongsan” şirkəti tərəfindən yeni 155 mm-lik K9 “Thunder” özüyeriyən haubitsası üçün GPS/INS idarəetmə sistemli K310 tank əleyhinə atəş yığımı yaradılıb. Atəş yığımının mərmisinin dib hissəsində qaz generatoru nəzərdə tutulub. Kombinələşdirilmiş döyüş hissəsi SMArt 155 özütuşlanan alt sursatdan və 49 ədəd K221 DPICM (Dual-Purpose Improved Conventional Munition – ikili məqsədli təkmilləşdirilmiş konvensiya sursatı) qəlpəlikumulyativ döyüş elementindən ibarətdir. Atış məsafəsi 36 km təşkil edir. K221 qəlpəli-kumulyativ döyüş elementinin konstruksiyasında, ADD şirkəti tərəfindən hazırlanmış mis-volfram ərintisindən (ənənəvi olaraq xarici sursatlarda istifadə olunan mis qıf əvəzinə)
standartlar əsasında hazırlanıb. NORİNCO şirkəti Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu”ndan aldığı texnoloji sənədlər, həmçinin Rusiyadan alınan özütuşlama başlıqları və digər dəstləşdirici elementlərin bir hissəsi əsasında 152 mmlik “Krasnopol” idarə olunan atəş yığımlarının istehsalını həyata keçirib. Müəyyən müddətdən sonra optoelektron avadanlığın istehsalı ilə məşğul olan “SİCONG” Sənaye Qrupu özütuşlama başlıqlarının istehsalını mənimsəyib və sonradan “Krasnopol” atəş yığımının Çin analoqunun istehsalı davam etdirilib. Sonradan Çində 155 mm-lik GP155 markalı və onun modifikasiyası olan GP155A markalı idarə olunan atəş yığımlarının istehsalına başlanılıb. Hər iki variant lazer özütuşlama başlığı ilə təchiz edilib. GP155 atəş yığımının atış məsafəsi 3 – 20 km, GP155A atəş yığımının atış məsafəsi isə 6 – 25 km təşkil edir. Atəş yığımının digər modifikasiyası olan GP155B isə peyk tuşlama sistemli özütuşlama başlığı ilə dəstləşdirilir. Bu sursat həm ABŞ-ın NAVSTAR GPS, həm də Çinin Beidou GNSS naviqasiya sistemləri ilə işləyə bilir.
51
Çində yaradılmış digər idarə olunan artilleriya sursatı isə iki variantda hazırlanmış 155 mm-lik WS-35B və WS-35R atəş yığımlarıdır. Hər iki variant atəş yığımı Çin istehsalı olan, lüləsinin uzunluğu 52 çap PLZ-05 və onun modifikasiyası, lüləsinin uzunluğu 54 çap PLZ-04 özüyeriyən artilleriya qurğularından atəş aparmaq üçün nəzərdə tutulub. Mərmilərin idarə olunması inersial/GPS sistemi ilə yerinə yetirilir. WS-35B atəş yığımı öz görünüşünə görə ABŞ-ın “Excalibur” atəş yığımına bənzəyir. WS-35R atəş yığımı isə bir az uzundur (1620 mm), mərminin kütləsi 18 kq-dır, quyruq bloku başqa konstruksiyaya sahibdir və açıq mənbələrdə olan
Atəş yığımlarının əsas xassələri:
155 mmlik GP155 mərmisi məlumatlara əsasən, raket mühərriki ilə dəstləşdirilib. Elan olunmuş atış məsafəsi 100 km, maksimal məsafədə dairəvi sapma ehtimalı 40 metrdir. Almaniyada “Diehl Defense GmbH& Co. KG Diehl Defense” və “Rheinmetall AG” şirkətlərinin daxil olduğu “GIWS” konsorsiumu tərəfindən 155 mm-lik “SMArt-155” 155 mm-lik kasset mərmili və eyniadlı özütuşlanan döyüş elementli atəş yığımı hazırlanmışdır. SMArt-155 mərmisi üç hədəf göstərici sensora malikdir (həm passiv, həm də aktiv yer prinsipləri ilə işləyən miniatür radar, həmçinin infraqırmızı detektor). Sensorlar eyni vaxtda işləyir və ölçmə sisteminin çıxışında ümumiləşdirilmiş hədəf görüntüsü əmələ gətirir. Etibarlılığı təmin etmək üçün sensorlardan alınan siqnallar, özütuşlanan döyüş elementinin yalan hədəflərə reaksiya verməməsindən ötrü iki xüsusi tarama alqoritmindən istifadə edən prosessor tərəfindən işlənir. Hədəfin əsas (termal) görüntüsü infraqırmızı sensor siqnalları əsasında sintez olunur.
52 www.poliqon.az
Aktiv və passiv millimetr dalğalı radar sensorları, hədəfin metal üzlüklərinə, habelə mühəndis konstruksiyalarının dəmir-beton örtüklərinə həssas
Hər mərminin daxilində sensor partladıcılı və “atdın-unutdun” funksiyasına sahib iki avtonom altsursat var. Hər bir altsursat, əsas döyüş tankları kimi ağırzirehli döyüş maşınlarına qarşı da istifadə üçün yüksək dərəcədə nüfuz edən bir partlayıcı zərbəli-nüfuzedici sensor (explosively formed penetrator – EFP) döyüş başlığı yerləşir. Altsursat mərmidən buraxıldıqdan sonra paraşüt açılır. Yavaş enişdə, altsursat infraqırmızı sensor və millimetr dalğa radarından istifadə edərək aşağıdakı ərazini tarayır. SMArt-155 mərmisinin bir neçə növ sensorlara əsaslanan sensor sistemi, onu hava şəraitindən asılı olmayaraq istənilən ərazidə istifadə etməyə imkan verir. Yekun olaraq qeyd etmək lazımdır ki, artilleriyanın dəqiqlik ehtiyacları artdığından ənənəvi döyüş sursatları bu ehtiyacları tam yerinə yetirə bilmir və ya
155 mmlik SMArt155 mərmisi
olan alternativ özü tuşlanan kanal yaradır. Yeni atəş yığımı 155 mm çaplı “Panzerhaubitze 2000” (Almaniya) və “Paladin” variantı daxil olmaqla M109 (ABŞ) özüyeriyən artilleriya qurğularından istifadə üçün nəzərədə tutulub. Lüləsinin uzunluğu 52 çap olan sistemdən atış məsafəsi 27,5 km təşkil edir. Atəş yığımının mərmisinin kütləsi 47 kq-dır.
yalnız məhdud bir şəkildə təmin edir. Bununla əlaqədar olaraq yeni növ yüksək dəqiqlikli artilleriya sursatları yaradılıb, artilleriya silahlarının uzaq məsafə və hədəfə təsiri kimi effektivlik göstəriciləri artan dəqiqliklə tamamlanıb. Və bu gün yaradılan yeni sursat növləri artıq gələcəyin tələblərinə cavab verməyə başlayıb. PQ
COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİ TEXNOLOGİYASININ HƏRB SAHƏSİNDƏ TƏTBİQ EDİLMƏSİ Yaşar Nəsibov İnkişaf etməkdə olan kompüter texnologiyası bir çox sahələrdə olduğu kimi, müda iə sənayesində də özünü hiss etdirmişdir. Bunun nəticəsində idarəetmə, rabitə, kəş iyyat, müşahidəetmə, hədəfgöstərmə, silah sistemləri, təlim animatsiyaları və s. kimi sahələrdə Coğra i İnformasiya Sistemləri texnologiyasından istifadə edilməsi artıq bir məcburiyyət halına gəlmişdir.
Rəqəmsal xəritənin hərbi təyinatlı planşetdə istifadə edilməsi
Vəzifə və xidmətləri doğru, sürətli və iqtisadi cəhətdən səmərəli bir şəkildə yerinə yetirmək hər bir peşə sahəsində olduğu kimi, hərbi sahədə də başlıca hədəflərdən biridir. Bu əsas hədəfə çatmanın yolu isə inkişaf etmiş texnologiyaları öz işində tətbiq etməkdən keçməkdədir. Bu texnologiyanın başında Coğrafi İnformasiya Sistemləri texnologiyası gəlir. Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyası hərbi əməliyyatlarda əsas rol oynayır və komandirlər üçün əla bir vasitədir. Hərbi bölmələrdə CİS tətbiqetmələrinin istifadəsi bölmələrin fəaliyyət və işləmə üslublarında bir inqilab yaratmışdır. Hərbi bölmələr CİS-dən kartoqrafiya, kəşfiyyat, döyüş sahələrinin idarəedilməsi, ərazi analizi, məsafədən zondlama və mümkün terror fəaliyyətinin monitorinqi daxil
olmaqla quruda və dənizdə aparılan hərbi əməliyyatlarda istifadə edirlər. İnkişaf edən texnologiyalar içərisində kompüter texnologiyasını da qeyd etmək lazımdır. Artıq Silahlı Qüvvələrin hər bir sahəsində kompüter texnologiyasından çox geniş istifadə edilir. Əvvəllər əlilə görülən işlər kompüterlərin inkişaf etməsi ilə kompüterlərdə görülməyə başlandı. İlk başlarda kompüterlər sadəcə hərbi əməliyyat meydanında hərbi hədəflərə aid məkansal və atributiv məlumatların toplandığı bir saxlanc idi. Proqram təminatlarının inkişaf etməsi ilə kompüter yaddaşlarında – saxlanclarda toplanmış əməliyyat meydanına və hərbi hədəflərə aid coğrafi məlumatların analizini aparmaq mümkün oldu. Hərbi əməliyyat meydanında ərazinin topoqrafik elementləri, məsələn, relyef, torpaq
və qrunt haqqında məlumatların toplanması əməliyyatlara hazırlıq mərhələsində ən vacib tapşırıqlardan biridir. Çünki bu topoqrafik elementlərin bir-biri ilə kombinasiyası iqlimlə birlikdə müxtəlif ərazi tipləri əmələ gətirir ki, onların da hər birinin özünəməxsus xüsusiyyətləri vаrdır. Bu хüsusiyyətlər döyüş əməliyyatlarının təşkilinə və döyüşün aparılmasına, hücumda və müdafiədə qoşunların tərtiblənməsinə, döyüş texnikasının tətbiq edilməsinə, hücumun sürətinə, ordunun kütləvi qırğın silahlarından müdafiəsinə, yürüşün sürətinə və s. öz təsirini göstərir. Buna görə də ərazi, döyüş şəraitinin əsas və daimi ünsürlərindən biri olmaqla qoşunların döyüş fəaliyyətinin bütün tərəflərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Dünyada baş verən müharibələrin, həmçinin 1-ci və
53
2-ci Qarabağ müharibəsinin təcrübəsi əyani şəkildə onu göstərdi ki, ərazi faktorundan bacarıqla istifadə edərək silah və texnikanı daha səmərəli tətbiq edən tərəfin uğur qazanmaq şansı daha çoxdur. Döyüşün təşkil edilməsi prosesində ərazinin öyrənilməsi və qiymətləndirilməsi onun taktiki xüsusiyyətlərinin aşkara çıxarılmasından və bu xüsusiyyətlərin bölmələrin fəaliyyətinə təsirinin aydınlaşdırılmasından ibarətdir. Bu zaman ərazidə baş verən mümkün dəyişikliklər, meteoroloji şərait, ilin və sutkanın vaxtı nəzərə alınmalıdır. Bütün bunların əsasında ərazinin əlverişli xassələrindən səmərəli istifadə olunması və mənfi təsirinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilməsi üçün zəruri olan nəticələr çıxarılır. Ərazinin öyrənilməsi və qiymətləndirilməsi prosesi yaradıcı xarakter daşıyır. O, döyüş şəraitinə təsir edən müxtəlif amillərin təhlili və döyüş tapşırığının daha səmərəli həll yollarının axtarışı ilə müşayiət olunur. Döyüş tapşırığının dərinliyinə qədər ərazinin hərtərəfli öyrənilməsi və düzgün qiymətləndirilməsi bölmə komandirinə düşmənin ən ehtimal olunan hərəkətlərini qabaqcadan görməyə imkan verir. Coğrafi İnformasiya Sistemləri texnologiyalarından istifadə edərək, döyüş əməliyyatlarına hazırlıq mərhələsində ərazinin taktiki xüsusiyyətləri haqqında geniş məlumat toplaya bilərik. Ərazinin taktiki xüsusiyyətləri – döyüş əməliyyatlarının təşkilinə və aparılmasına, silah və döyüş texnikasının tətbiqinə ərazi xüsusiyyətlərinin göstərdiyi təsirlərdir. Bunlar: • Ərazinin keçilmə imkanı; • Ərazinin qoruyucu xüsusiyyətlər; • Ərazinin səmtlənmə şəraiti; • Ərazinin müşahidə şəraiti; • Ərazinin maskalayıcı xüsusiyyətlər; • Ərazinin atəşaçma şəraiti; • Ərazinin mühəndis təchizatı şəraiti. Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edərək birlik və birləşmələrin mühəndis xidmətləri “Əra zinin keçilmə imkanı” haqqında məlumat toplaya bilərlər. “Ərazinin keçilmə imkanı” qoşunların, əsasən döyüş texnikası və nəqliyyat vasitələrinin ərazidə hərəkətini asanlaşdıran və ya məhdudlaşdıran, həmçinin onların manevrinə və sürətinə təsir edən xüsüsiyyətlərdir. Keçilmə imkanı, ilk növbədə sərt örtüklü yolların olmasından, yol şəbəkəsinin inkişaf dərəcəsindən, yolun və yol qurğularının vəziyyətindən, həmçinin təkərli və tırtıllı texnikanın yoldan kənar hərəkət
54 www.poliqon.az
imkanından asılıdır. Döyüş zamanı qoşunların hərəkət istiqaməti taktiki şəraitə və ərazinin vəziyyətinə uyğun olaraq seçilir. Ona görə də tankların, özüyeriyən topların, zirehli transportyorların və digər hərbi texnikanın yolsuz ərazidə hərəkət etmək imkanı böyük əhəmiyyət kəsb edir. Yolsuz ərazidə keçilmə imkanına relyefin, bitki örtüyünün, torpaq və qruntun xarakteri, təbii və süni maneələrin (çay, göl, bataqlıq və s.) mövcudluğu böyük təsir göstərir. “Ərazinin keçilmə imkanı”nı qiymətləndirərkən döyüş və digər hərbi texnikanın taktikitexniki göstəriciləri, ilin fəsli və hava şəraiti həmişə nəzərə alınmalıdır. Birlik və birləşmələrin kimya xidmətləri Coğrafi İnformasiya Sistemləri texnologiyalarından istifadə edərək rəqəmsal mühitdə “Ərazinin qoruyucu xüsusiyyətləri” haqqında ətraflı məlumat toplaya bilərlər. “Ərazinin qoruyucu xüsusiyyətləri” adi və kütləvi qirğın silahlarının öldürücü amillərinin təsirini zəiflədən, qoşunların müdafiəsinin təşkilini аsаnlаşdırаn ərazi xüsusiyyətləridir. Bu xüsusiyyətlər relyefin və bitki örtüyünün xarakteri ilə, eləcə də ərazidə müxtəlif təbii və süni sığınacaqların mövcudluğu ilə müəyyən edilir. “Ərazinin qoruyucu xüsusiyyətləri” digər tədbirlərlə – qoşunların ərazidə səpələnməsi, maskalanma və ərazinin mühəndis təchizatı ilə kompleks şəkildə istifadə olunduqda özünü daha tam büruzə verir. “Ərazinin qoruyucu xüsusiyyətləri”ndən bacarıqla istifadə edilməsi, müasir döyüşün təşkilinə qоyulаn əsas tələblərdən biridir. “Ərazinin səmtlənmə şəraiti” üfüqin cəhətlərinə, ətrafdakı yerli obyektlərə, həmçinin öz qoşunlarımıza və düşmən qoşunlarına nəzərən dayanma yerinin və lazımi hərəkət istiqamətinin təyin edilməsinə yardım edən ərazi xüsusiyyətləridir. Səmtlənmə şəraiti xarici görünüşünə və ya yerinə görə digər obyektlərdən
seçilən və oriyentir məqsədilə istifadəsi asan olan yerli оbyекtlərin və xarakterik relyef elementlərinin mövcudluğu ilə səciyyələndirilir. Hər bir komandirin ərаzidə tez və səhvsiz səmtlənmə bacarığı bölmələrə və atəş vasitələrinə döyüş tapşırıqlarının düzgün verilməsində, hədəfin yerinin dəqiq göstərilməsində və döyüş zamanı bölmələrin inamla idarə edilməsində əsas vasitə rolunu oynayır. Hərbi təyinatlı planşetlərə və ya hərbi vasitələrə yüklənmiş rəqəmsal xəritələrdən istifadə edilməsi komandirlərə bu işin öhdəsindən gəlməyi asanlaşdırmışdır. “Ərazinin müşahidə şəraiti” düşmənin mövqеyi, onun qüvvə və vasitələri haqqında məlumatların əldə еdilməsinə yardım edən ərazi xüsusiyyətləridir. Bu хüsusiyyət ərazinin görünmə dərəcəsi və baxış məsafəsi ilə müəyyən edilir və relyefin, bitki örtüyünün, yaşayış məntəqələrinin və görünüşə maneçilik törədən başqa obyektlərin xarakterindən, еləcə də meteoroloji şəraitdən asılıdır. Ərazidə yarğanlar, dərələr, yüksəkliklər, ağac və kol bitkiləri, müxtəlif tikililər nə qədər çox olarsa, müşahidə şəraiti bir o qədər əlverişsiz olar. Müşahidənin düzgün təşkili və ondan alınmış nəticələr komandirə şəraiti hərtərəfli qiymətləndirmək və əsaslandırılmış qərar qəbul etmək imkanı verir. Müasir proqram təminatları müşahidəni bir xətt boyunca və ya 0-360° arasında aparmaq imkanı verir. Şəkildəki qırmızı rəngli ərazi – müşahidə məntəqəsindən (Keçəlqaya) görünməyən (ölü bölgələr) ərazilərdir. Yaşıl rəngli ərazi isə - müşahidə məntəqəsindən (Keçəlqaya) görünən ərazilərdir. “Ərazinin maskalayıcı xüsusiyyət ləri” şəxsi heyətin və döyüş texnikasının mövqеyini və yerdəyişməsini düşməndən gizli saxlamağa imkan verən ərazi xüsusiyyətləridir. Ərаzinin mаsкаlаyıcı хüsusiyyətləri relyef formalarının əmələ gətirdiyi təbii daldalanacaqların, bitki örtüyünün, yaşayış məntəqələrinin və Ərazinin 3 (üç) ölçülü modeli
(a)
(b)
Ərazinin müşahidə şəraitinin öyrənilməsi: a) 2 ölçülü; b) 3 ölçülü
yerli obyektlərin mövcudluğu ilə, həmçinin ərazinin ümumi xarakteri, rəngi və “ləkəli” olması müəyyən edilir (rəng spektri nə qədər müxtəlif olarsa, maskalanma şəraiti bir o qədər əlverişli olar). Sıx bitki örtüyü və yaşayış məntəqələri olan dərəlitəpəli ərazi yaxşı maskalayıcı xüsusiyyətə malikdir. Dərələr, yarğanlar və qobular qoşunların cəmləşdiyi rayonda daldalanmaq üçün əlverişli şərait yаrаtmаqlа yаnаşı, həm də onların gizli hərəkət etməsinə və arxa cəbhə ilə əlaqə saxlamasına imкаn yаrаdırlаr. Ərazinin maskalayıcı хüsusiyyətləri ilin fəslindən, sutkanın vaxtından və hava şəraitindən asılıdır. Belə ki, enliyarpaqlı meşə yay vaxtı həm havadan, həm də yerüstü müşahidədən maskalanmanı təmin edir. Qışda isə bu meşədə döyüş texnikası qar örtüyü fonunda asanlıqla seçilir. Ərazinin maskalayıcı хüsusiyyətləri obyektləri düşmənin həm vizual, həm də müxtəlif texniki kəşfiyyat vasitələrinin köməyi ilə müşahidəsindən gizlətməyə imkan verir, qoşunların gizli yerləşdirilməsini, düşmənə qəfil zərbə endirilməsini təmin edir. Birlik və birləşmələrin kəşfiyyat bölmələri Coğrafi İnformasiya Sistemləri texnologiyasının proqram təminatlarından istifadə edərək rəqəmsal xəritələr üzərində maskalamada istifadə ediləcək ərazi obyektlərini müəyyənləşdirə və əhəmiyyət dərəcəsinə görə onları təsnifatlaşdıra bilərlər. Rəqəmsal xəritələrdən istifadə edilməsi həmin ərazi obyektlərinin coğrafi və düzbucaqlı koordinatlarını təyin etməyə və istənilən nöqtədən həmin ərazi obyektlərinə olan məsafəni və bucağı hesablamağa imkan verir. “Ərazinin atəşaçma şəraiti” atəş vasitələrinin düşməndən gizli olaraq yerləşdirilməsini, toplardan və atıcı silahlardan mümkün qədər uzaq məsafələrin atəşə tutulmasını, həmçinin atışlara düzəliş edilməsini təmin edən ərazi xüsusiyyətləridir. Ərazinin bu хüsusiyyəti əsasən relyefin xarakterindən və bitki örtüyündən asılıdır. Ərazinin 3 ölçülü və
kölgə modelindən istifadə edərək bu ərazi xüsusiyyətlərini real döyüşdə tətbiq etmək mümkündür. “Ərazinin mühəndis təchizatı şə raiti” torpağın tipindən, qrunt sularının səviyyəsindən, tikinti materiallarının mövcudluğundan, həmçinin təbii və süni daldalanacaqların və maneələrin xarakterindən asılıdır. Bir çox hallarda kolon yollarının hazırlanması, səngər və xəndəklərin qazılması, şəxsi heyət və hərbi texnika üçün sığınacaqların tikilməsi zаmаnı görüləcəк işlərin həcmi əsаsən, torpağın tipi və оnun vəziyyəti ilə müəyyən edilir. 2-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun mühəndis bölmələri kolon yollarının hazırlanması, xüsusilə Şuşa əməliyyatı üçün lazım olan yolların seçilməsi tapşırığını CİS texnologiyasına aid olan ArcGIS, Global Map per və Google Earth kimi proqram təminatlarından istifadə edərək yerinə yetirmişlər. Ümumiyyətlə, hərbi əməliyyat meydanında coğrafi təhlillərin aparılması üçün əsas mənbə müasir və etibarlı coğrafi məlumatların olmasıdır. Məsələn, mövcud müşahidə sistemlərini dağlıq ərazidə həssaslıqla yerləşdirmək istəyiriksə, əlimizdə həmin əraziyə aid Rəqəmsal Yüksəklik Məlumatları olmalıdır. Dağlıq ərazidə müşahidə sisteminin qurulması zamanı bizə Rəqəmsal Yüksəklik Modeli ilə yanaşı, ərazinin peyk təsvirləri, aerofotoşəkilləri, Pilotsuz Uçan Aparatlar (PUA) görüntüləri və müşahidə şarından alınmış məlumatlar lazım gələcəkdir. Buna görə, biz süni peyklər, PUA və müşahidə şarları haqqında məlumat sahibi olmalıyıq. Saydığımız bu cihazlardan əldə olunan ərazi təsvirlərinin (şəkillərinin) bizim üçün əhəmiyyət kəsb edən bir neçə xüsusiyyəti var ki, bunlardan birincisi təsvirin güncəl olmasıdır. İkinci xüsusiyyət isə şəklin ayırdetmə dərəcəsinin yüksək olmasıdır. Dağlıq ərazidə adətən ayırdetmə dərəcəsi 0,5-1,5m olan təsvirlərə (şəkillərə)
üstünlük verilir. Kağız xəritələrin güncəl olmaması bizi güncəl peyk təsvirlərindən və aerofotoşəkillərdən istifadə etməyə məcbur edir. Bu gün Coğrafi İnformasiya Sistemləri texnologiyasına aid olan proqram təminalarından istifadə etməklə, əməliyyat meydanın ərazi profilini, görüş diaqramlarını, üç ölçülü modellərini, kölgə və meyillik xəritələrini hazırlamağımız mümkündür. Hərbi əməliyyatlar zamanı və sonrasında ətraf mühitə dəymiş ziyanı hesablamağımız mümkün olmuşdur. Hücum əməliyyatı icra olunacaq yaşayış obyketlərində atılan raketlərdən sonra neçə mülki əhalinin həlak olacağının hesablanması da mümkün olmuşdur. Coğrafi təhlil funksiyalarından “Bufer analizi” funksiyasından istifadə eməklə atılan raketlərin zərər vuracağı sahənin müəyyənləşdirilməsi və əvvəlcədən nüfuz haqqında əldə edilən məlumatlardan istifadə etməklə bu zərərin hesablanması mümkündür. PUA-ların çəkdikləri görüntülərin də bu hesablamaların aparılmasında xidmətləri əvəzsizdir. Dünya ölkələri beynəlxalq qınağın qarşısını almaqdan ötrü icra etdikləri əməliyyatlarda mülki əhalinin həlak olmasını ən minumum həddə saxlamağa çalışırlar. Hərbi əməliyyatların planlaşdırılması və icrası mərhələlərində coğrafi məlumatların toplanması, emalı, yuxarı komandanlığa və qoşunlara vaxtında çatdırılması vacib məsələlərdən biridir. Bu işlərin icrası zamanı ayrı-ayrı təyinatlı proqram təminatlarından istifadə edilməsi vaxt itkisinə, məlumatın dəqiqliyinin azalmasına və s. gətirib çıxarır. Bundan dolayı, Coğrafi İnformasiya Sistemləri texnologiyası əsasında hazırlanmış vahid proqram platformalarından istifadə edilməsi labüdləşir. Bu tip proqram platformalarından istifadə edilməsi mövcud resurslardan qənaətlə istifadəsinə, coğrafi məlumatların mübadiləsinin sürətlənməsinə və məlumatların xəta paylarının azalmasına gətirib çıxaracaqdır. Bu tip proqram
55
platformalarından istifadə edilməsi, komandir heyətinə ərazini daha təfərrüatlı və kompleks bir şəkildə öyrənməyə imkan verəcəkdir. Coğrafi İnformasiya Sistemləri texnologiyasının hərb sahəsində tətbiq edilməsini aşağıdakı kimi təsnifatlaşdıra bilərik a) Naviqasiya və İstiqamətləndirmə: • Gəmi, təyyarə, tank, PUA, dron və s. hərbi texnika vasitələrinin rəqəmsal koordinatlardan istifadə edərək kompüterin köməyi ilə naviqasiyası; • Ballistik raketlərin rəqəmsal koordinatlardan istifadə edərək hədəfə istiqamətləndirilməsi; • Raketlərin rəqəmsal yüksəklik məlumatlarından istifadə edərək hədəfə istiqamətləndirilməsi; • Ərazinin xususiyyətləri nəzərə alınaraq hərbi əməliyyatların planlaşdırılması. b) Müşahidəetmə, Hədəf Göstərmə və Silah Sistemləri:
Ərazinin pro ilinin çıxarılması
ləndirilməsi; • Siqnal ötürücü rabitə stansiyaların yerlərinin təyin edilməsində ərazinin rəqəmsal qiymətləndirilməsi; • Radar əhatə dairəsinin hazırlanması; • Rabitə xətlərinin çəkilməsi; • Hərb oyunlarında rəqəmsal coğrafi məlumatlardan istifadə edilməsi; • Görünən və ölü bölgələrin təyin edilməsi; • Ərazinin meyillilik modelinin hazırlanması və təsnifatlaşdırılması.
Ərazinin horizontallarla təsvir edilməsi
• Müxtəlif silah sistemlərinin müşahidə edə bildikləri və atəşə tutabiləcəkləri yerlərin müəyyənləşdirilməsi; • Rəqəmsal yüksəklik məlumatlarından istifadə etməklə xəritə, peyk təsviri və aerofotoşəkillərin 3 ölçülü modellərinin hazırlanması və istifadəsi; • Dayandığı yerin koordinatı məlum olan müşahidəçinin görəbiləcəyi yerlərin müəyyənləşdirilməsi; • Dayandığı yerin koordinatı və əhatə məsafəsi məlum olan radarın müxtəlif uçuş hündürlüklərinə görə əhatə diaqramlarının hazırlanması; • Rəqəmsal yüksəklik məlumatlarından istifadə etməklə düşmənin artilleriya atışlarının radarda izlənməsi və düşmən batareyalarının dəqiq yerlərinin müəyyən edilməsi. c) Taktik Qərargah, Rabitə və Kəşfiyyat: • Qərargah serverlərində mövcud olan raster və vektor xəritələrin bölgələr üzrə istənilən miqyasa gətirilməsi və monitorlarda göstərilməsi; • Kəşfiyyat raportlarının rəqəmsal xəritələr üzərinə qeyd olunması və dəyər-
56 www.poliqon.az
d) Təlim simulyatorları: • Artilleriya atışının canlandırılması; • Uçuşun canlandırılması; • Mina axtarış işlərinin canlandırılması; • Kütləvi qırğın (nüvə, biolojik və kimyəvi) silahlarının təsir sahələrinin canlandırılması; • Radar və silahların ərazidə yerləşdirilməsinin canlandırılması; • Hərbi Hava Qüvvələri vasitələrinin uçuşlarının canlandırılması; • Müşahidə cihazlarının ərazidə yerləşdirilməsinin canlandırılması. Təhlil XXI əsr informasiya əsri olaraq adlandırılmışdır. Bu dövrdə informasiya sistemlərini yaradan və onu istifadə edənlər cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvə olmuşdur və olmaqda da davam edir. Xüsusilə Coğrafi İnformasiya Sistemləri texnologiyası ilə emal olunan, analiz edilən və nümayiş
olunan coğrafi məlumatlar hərb elm sahəsində öz təsirini göstərmişdir. İnkişaf etmiş ölkələrdə Coğrafi İnformasiya Sistemləri texnologiyasının öyrənilməsi XX əsrin sonlarından etibarən dəyişən, inkişaf edən kompüter texnologiyası ilə uzlaşmış və hərb elmində nəzəri məlumatların praktikaya keçməsinə böyük təkan vermişdir. Coğrafi İnformasiya Sistemləri texnologiyasından hərbi sahədə istifadə edilməsi komandir heyətinə qısa bir zamanda qərarvermə imkanı qazandırır, əməliyyat planlarını sadələşdirir və vizuallaşdırır, ərazinin taktik və topoqrafik qiymətləndirilməsi imkanı verir, kağız xəritələrin istifadəsi zamanı ortaya çıxan problemləri ortadan qaldırır və şəxsi heyətə verilən tapşırıqları asanlıqla və sürətlə yerinə yetirmə imkanı qazandırır. Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edilməsi Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasında əvəzsiz yer tutur. Müasir muharibələrin əsas məlumat qaynağının rəqəmli coğrafi məhsulların təşkil etdiyini nəzərə alaraq, Silahlı Qüvvələrdə Coğrafi İnformasiya Sistemləri texnologiyasının tətbiq sahələrinin genişləndirilməsinə ehtiyac vardır. Bu sistemdən mümkün olan faydanı götürmək üçün onun öyrənilməsi və tədris olunması vacibdir. Bunun üçün onun xüsusi təyinatlı təhsil müəssisələrimizdə bir fənn olaraq tədris edilməsi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, aparılan hərbi elmi-tədqiqat işlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə aidiyyətli qurumlarda Coğrafi İnformasiya Sistemləri laboratoriyası yaradılmalı, bilikli və təcrübəli mütəxəssislər bu işlərə cəlb edilməlidir. Zabit və mütəxəssis heyətinin bu sahədə maarifləndirilməsi məqsədilə Coğrafi İnformasiya Sistemləri üzrə elmi seminar və konfranslar keçirilməlidir. Yerli və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə mütəxəssis heyətinin ölkə daxilində və xarici ölkələrdə təşkil olunan Coğrafi İnformasiya Sistemləri kurslarında iştirakı təmin edilməlidir. PQ