MÜSAHİBƏ > General-polkovnik Məhərrəm Əliyev: ERMƏNİSTAN BİR DƏ İŞĞALÇILIQ NİYYƏTİNƏ DÜŞƏRSƏ, DÖVLƏTİNİ TAMAMİLƏ İTİRƏ BİLƏR....................4 MESAJ > Türkiyə müdafiə sənayesi şirkətlərinin Azərbaycan Ordusuna təbrik mesajları ..................................................10 ANALİZ > Müharibədən sonra zirehli nəqliyyat vasitələrinin istehsalına baxış...........................................16 ÜZBƏÜZ > General-mayor Məhərrəm Həsənov: Müharibə bitsə də, bizim müharibəmiz həmişə davam edir............22 SƏRHƏD > Ermənistanla sərhəddə 15 yeni hərbi hissə istifadəyə verilib...................................................................30 SƏRGİ > MILEX-2021: Sərgidə diqqət çəkən yeniliklər...................32 XƏBƏR > “Roketsan”ın MAM sursatları yeni uğurlara imza atmağa hazırdır ...........................................42 TANITIM > HAVELSAN-ın Şəhər Ərazisində Hərbi Əməliyyat Təlim Mərkəzi – MOUT-TC ................................44 TƏHSİL > Azərbaycan və Türkiyənin texniki universitetləri arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək ............47 > AzTU-da İnnovativ Texnologiyalar Mərkəzi yaradılacaq...47 > "Şərq" İB-nin müəssisəsində AzTU-nun kafedrasının filialı açılıb .............................................................................47 SİLAHLANMA > MULTİKALİBER YAYLIM ATƏŞLİ REAKTİV SİSTEMLƏR ......48 XƏBƏR > Əlahiddə Ümumqoşun Orduya yeni xidməti avtomobillər verilib...............................................................55 > “Otokar”ın “Tulpar” PDM-i Qazaxıstanda sınaqlardan uğurla keçib ..........................................................................55 TEXNOLOGİYA > MilSOFT Yeni Nəsil Döyüş İdarəetmə Sistemi – Mil-CMS.....56 VİSİON > Haluk Görgün: Azərbaycanda daimi və uzunmüddətli layihələr üzərində işləyirik......................................................59 AVİASİYA > “Bayraktar Akıncı” PUA seriyalı istehsalda .......................62 XƏBƏR > IDEF-2021 sərgisinə 1086 şirkətin qatılacağı gözlənilir ...64 > İsrail “Sea Breaker” raket sistemini təqdim edib ...............64 PULS > “Roketsan” şirkətinin baş direktoru Murat İkinci: IDEF-2021-də ilk dəfə nümayiş etdirəcəyimiz məhsullar diqqət mərkəzində olacaq ..................................65 REGİON > REGİONAL FOKUS: ÖZBƏKİSTANIN MÜDAFİƏ SƏNAYESİ....66
4
16
22
30
32
44
55
62
66
POLİQON (AZERI DEFENCE) jurnalının yaradıcısı mərhum
Rəşad SÜLEYMANOV
? Редактордан
POLİQON Hərbitexnoloji jurnal May–İyun №03(53) 2021 Tel: (+994 77) 311-81-18 Email: poliqonjurnal@gmail.com azeridefence@gmail.com Web: www.poliqon.az www.azeridefence.com Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence-tr@etkilesimltd.com
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 21 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “POLİQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “ASPOİQRAF LTD” MMC mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır Format 60x901/8 . Sifariş 249.
Dəyərli oxucu! Keçdiyimiz ötən müddət, tarixi əhəmiyyətli Şuşa Bəyannaməsinin imzalanması ilə yadda qaldı. Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir, eyni zamanda iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Müdafiə sahəsində, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işbirliyi və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə əksini tapır. Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin reallaşdırılmasına dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.
Baş redaktor Zaur Babaşov
Qapaq fotosu: “Aselsan” şirkətinin TASMUS Taktik Sahə İnteqrə Rabitə Sistemi Qiyməti: 6 manat
Generalpolkovnik Məhərrəm Əliyev:
ERMƏNİSTAN BİR DƏ İŞĞALÇILIQ NİYYƏTİNƏ DÜŞƏRSƏ, DÖVLƏTİNİ TAMAMİLƏ İTİRƏ BİLƏR
fərari olmamışdır. Yaralanmış hərbçilər yenidən döyüşə qayıtmaları üçün müraciət edirdilər. Azərbaycan əsgəri yüksək mənəvi ruh nümayiş etdirmiş və mövqelərimizdən bir addım belə geri çəkilməmişdir. Düşmən ordusunda 10 min fərarinin olması Ermənistan tərəfindən etiraf olunur.
İyun ayının 26da Azərbaycan Ordusunun yaranmasının 103cü ildönümü qeyd olundu. Bu ərəfədə suallarımızı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri generalpolkovnik Məhərrəm Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və müdafiə sənayesinin genişləndiril məsi barədə məlumat verib. – Cənab generalpolkovnik, Və tən müharibəsinə qədər ölkəmizdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı ordu quruculuğu aparıldı. İstərdim ki, bu prosesi qısa da olsa, təhlil edə siniz. – Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar aparan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Cənab Prezidentin vurğuladığı kimi, Silahlı Qüvvələrimiz dünya miqyasında ən güclü ordular sırasında yer alır və 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbə bunun bariz nümunəsidir. İşğal altındakı torpaqlarımızın azadlığı uğrunda Azərbaycan Silahlı Qüvvələri apardığı mükəmməl döyüş əməliyyatları ilə
6 www.poliqon.az
XXI əsrdə müharibə nümunəsini göstərdi. Əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Ordumuzun döyüş taktikası və qalibiyyəti xarici hərbi ekspertlər tərəfindən də yüksək qiymətləndirilir və dünyanın aparıcı ölkələrinin hərbi dairələri tərəfindən öyrənilməkdədir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun olaraq yenidən qurulan və təchiz edilən orduları arasında layiqli yerini tutur. Ordu quruculuğunda mühüm rol oynayan kadr hazırlığı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Silahlı Qüvvələrimizdə xidmət aparan əsgər və zabit heyətinin döyüş ruhunun yüksək səviyyəsi əldə etdiyimiz qələbənin qazanılmasında əsas amillərdən biridir. 44 günlük Vətən müharibəsi göstərdi ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində böyük uğurlar əldə edilib. Bunun nəticəsidir ki, Azərbaycan Ordusunda bir nəfər də
– Vətən müharibəsində parlaq qələbəyə qədər Azərbaycan ordusu bir neçə istiqamətdə uğurlu hərbi əməliyyatlar keçirdi. Sizcə, bu əmə liy yat la rın 44 günlük döyüşlər də Azərbaycanın uğur qazanmasında nə kimi rolu oldu? – Qeyd etmək lazımdır ki, Ali Baş Komandan tərəfindən siyasi sabitlik və vətəndaş həmrəyliyi təmin edildi və ötən illər ərzində sistemli şəkildə reallaşdırılan ordu quruculuğu sayəsində Silahlı Qüvvələrin döyüş qabiliyyəti yüksəldi, eyni zamanda ordumuz müasir silah-sursat və texnika ilə təchiz edildi. Vətən müharibəsindən əvvəlki illərdə qazanılan qələbələrimizdə bu reallıqları ehtiva etməkdədir. Hətta deyərdim ki, bu qələbələr bizi böyük zəfərə doğru aparırdı və bu gün həmin nəticə göz önündədir. 2016-cı ilin aprel döyüşləri zamanı düşmənə dağıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilmiş möhtəşəm Günnüt əməliyyatı, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olmuşdur. Nəhayət, 2020-ci ilin 8 noyabrında qədim mədəniyyət və tarixi incimiz – Şuşamız düşmən tapdağından azad edildi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu tarixi qələbə ilə böyük zəfər salnaməmiz yazıldı. Bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və bir ləş mə lə rin döyüş qa bi liy yə ti nin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-
şəkarlıq, ən çətin mövqe və şəraitlərdə döyüş aparmaq, düşməni müşahidə etmək kimi vacib məsələlərin dərindən işlənilməsi kimi tətbiqlər şanlı qələbəmizin qazanılmasında böyük rol oynadı. Və bu gün də müvafiq təlimlərimiz uğurla davam etdirilir.
məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur. Cənab Ali Baş Komandan İlham Əliyev bu kimi məsələlərə xüsusi diqqət göstərir və əbəs deyil ki, öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini xüsusi ilə vurğulayır. Hesab edirəm ki, Silahlı Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb və bundan sonra da daha yüksək müstəvidə davam etdirilərək Ali Baş Komandanımızın hər bir əmrini icra etmək üçün Azər bay can Or du su nun da i mi döyüş hazırlığı tam təmin olunacaqdır. – Cənab generalpolkovnik, ordu quruculuğu sahəsində atılan addım lar sonda qələbəmizlə nəticələndi. Hansı sahələrə üstünlük verməyimiz sonda qələbəmizi şərtləndirdi? – Qeyd etdiyim kimi, ilk növbədə Vətənə və dövlətə hədsiz sevgi, qələbəyə inam və xalqın vahid şəkildə öz Sərkərdəsinin – cənab İlham Əliyevin ətrafında birləşməsi. Məhz bu amil və eyni zamanda ordumuzun tükənməz döyüş ruhu və düşmənə nifrət hissləri. Mən burada bir məqama da diqqət yönəltmək istərdim. Ümumi olaraq ordumuzun bütün birləşmələri daim hazırlıq səviyyəsində dayanır və döyüş şəraitinə yaxın olan hərbi təlimlərin keçirilməsi planlı şəkildə davam etdirilir. Müxtəlif coğrafi və hava şəraitlərində həyata keçirilən təlimlərin hər biri döyüş qabiliyyətinin mükəmməlləşməsinə doğru atılan addımlardır. İstər Vətən müha-
ribəsindən əvvəl, istərsə də ondan sonra keçirilən təlimlər də buna bariz sübutdur. Bu xüsusda qardaş Türkiyə ilə ardıcıl və planlı qaydada keçirilən təlimlər barədə də danışmaq istərdim. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı döyüş atışlı taktiki və taktikiuçuş təlimləri keçirilir. Deyərdim ki, istər Türkiyədə, istərsə də Azərbaycanda keçirilən bu təlimlər, daha geniş miqyası ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqlənir. Bu baxımdan, təlimlərimiz diqqət mərkəzinə düşür və hər iki qardaş ölkənin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirir. Ümumiyyətlə, pe-
– Vətən müharibəsi dövründə Ali Baş Komandan, sözün əsl mənasın da, yüksək pe şə kar lıq nümu nə si göstərdi. Həm siyasi, həm diploma tik, həm də hərbi sahədə qələbənin memarı sözsüz ki, cənab Prezident dir. Həmin dövrü qısa necə xarakte rizə etmək olar? – Çox gözəl vurğuladınız. Cənab Ali Baş Komandanımız Vətən müharibəsi dövründə mükəmməl diplomatiyası və hərbi strategiyası ilə dünyanı heyran qoydu. O, eyni vaxtda iki cəbhədə mübarizə apardı – həm aparılan döyüş əməliyyatlarına bilavasitə rəhbərlik etdi, həm də diplomatiya cəbhəsində qətiyyətli mövqe sərgilədi. Belə bir çətin dövrdə cənab Prezidentin bu qədər iradə, əzm nümayiş etdirməsi qələbəmizi şərtləndirən əsas amillərdən biridir. Ali Baş Komandanın sarsılmaz qətiyyəti sayəsində bu parlaq qələbə əldə olundu.
Yuxarıda: Azərbaycan Prezidentinin köməkçisi, general‑polkovnik Məhərrəm Əliyev müdafiə naziri, general‑polkovnik Zakir Həsənovla ön xətdə müşahidə məntəqəsində. Aşağıda: General‑polkovnik Məhərrəm Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, generalpol kovnik Elçin Quliyevlə Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfərindən
7
Cənab Prezident 30-dan çox nüfuzlu xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində, həmçinin 4 saatdan çox davam edən mətbuat konfransında Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətini faktlarla sübut etdi və Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Hər bir azərbaycanlının qürur hissi ilə müşahidə etdiyi həmin tarixi anlar Ali Baş Komandan tərəfindən illərdir ardıcıl və sistemli şəkildə həyata keçirilən daxili və xarici siyasət kursunun məntiqi qələbəsi idi. – 44 günlük qələbənin məntiqi nəticəsi olaraq 10 noyabrda üçtərəf li saziş imzalandı. Bu, Ermənistan üçün kapitulyasiya aktı idi. Bu gün nədənsə həmin razılaşmanın bəzi müddəaları yerinə yetirilmir. Bu ra zılaşmanı pozmaqla Ermənistan əs lində nəyi hədəfləyir? – Cənab Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə fikirlərini açıqlayarkən vurğulayır ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı və bizimlə hesablaşmalıdır. Sülh və əmin-amanlığı bərpa etməklə regionun inkişafından Ermənistan da bəhrələnə bilər. Məlumdur ki, bu gün Ermənistan yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içindədir və ölkədə hərc-mərclik davam edir. Eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasıGeneralpolkovnik Məhərrəm Əliyev Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun komandanı, generalpolkovnik Kərəm Mustafayevlə düşmən mövqelərini izləyir.
8 www.poliqon.az
na yönəlmiş addımlardır. Ermənistan Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz. Əgər Ermənistan tərəfi məntiqsiz düşüncələrlə vəziyyəti gərginləşdirmək cəhdlərini davam etdirərsə, unutmamalıdır ki, dəmir yumruq yerindədir və heç bir halda onlara məkrli planlarını həyata keçirməyə imkan verilməyəcək. Onu da qeyd edim ki, artıq dünya birliyi də Azərbaycanın qələbəsini regionda sülhün möhkəmləndirilməsi istiqamətində önəmli töhfə kimi qiymətləndirir. Hesab edirəm ki, Ermənistan bu cəhdlərini nə qədər çox davam etdirərsə, hazırda düşdüyü acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək, hətta dövlətçiliyini itirmək qədər çox ciddi problemlərlə qarşı-qarşıya qalmalı olacaq.
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, generalpolkovnik Məhərrəm Əliyev, müdafiə naziri, generalpolkovnik Zakir Həsənovla ön xətdə
– Son günlər Ermənistanın sər hədlərin delimitasiya və demarkasi yasından imtina etməsi və eyni za manda Azərbaycan sərhədlərində təxribat törətməsi əslində beynəl xalq hüquq normalarının pozulma sıdır. Bu proseslər fonunda beynəl xalq birlikdən adekvat münasibət müşahidə etmirik. Bəzən də əksinə, təcavüzkara deyil, Azərbaycana qar şı bəyanatlar səslənir. – Mən Prezident İlham Əliyev cənablarının daha bir ifadəsini də xatırlatmaq istərdim. O, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyə bəyan etdi, məhz bu fikirlərini önə sürməklə vurğuladı ki, Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. Biz şahidi olduq ki, 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Buradan isə belə bir nəticə hasil etmək olar ki, vaxt, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və qiymətləndirilməsində hakim rolunu oynayır. Təəssüf ki, dünyada ikili standartlar reallığı bu gün də qalmaqdadır. Bir sıra siyasi dairələrin Ermənistanın təx-
ribatçı əməllərinə göz yummaları, hətta ona dəstək vermələri isə onların özlərinin qəbul etdikləri hüquq prinsiplərini pozur. Azərbaycan müstəqil dövlətdir və onun maraqlarına qarşı atılan istənilən adımın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Ermənistanın təxribatlarına haqq qazandıran dairələr isə yaxşı olardı ki, ədalətin yanında yer alsınlar və 30 il boyunca Azərbaycanın üzləşdiyi ağır nəticələri xatırlasınlar. Əgər bunu da edə bilmirlərsə, tövsiyə edərdik ki, öz daxili problemlərini həll etməklə məşğul olsunlar. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü və suverenliyini tələb olunan normalar çərçivəsində təmin edir və Ermənistan tərəfinin təxribatlarına qətiyyətli cavab verməyə daim hazırdır. – Cənab generalpolkovnik, Qar şı tərəfdən yaradılan bütün maneə və təxribatlara baxmayaraq, Azər baycan öz sərhədlərini bərpa etmək dədir. Bu sahədə görülən işlər hansı mərhələdədir? – Sərhədlərimizin möhkəmləndrilməsi və bərpası işləri tam sürətlə davam etdirilməkdədir. Belə ki, ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələ rin Müzəf fər Ali Baş Ko man da nı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılır. 2021-ci ilin 3-4 may
tarixlərində mən və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər etmişik. Bu ərazilərdə artıq bir sıra yeni hərbi hissələrin fəaliyyətə başlaması böyük əhəmiyyət kəsb edir. Onu da bildirim ki, bu səfərlər ardıcıl xarakter daşıyır. Bu işlərin aparılmasında cənab Prezidentin tövsiyələrindən irəli gələn məsələlərin qısa müddətdə həllini tapması da im diq qət də sax la nıl maq da dır. Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri müvafiq qaydada həyata keçirilir. Eyni zamanda sərhəd-döyüş məntəqələrində xidmət aparan hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Ümumiyyətlə, mümkün təxribat cəhdlərinin qarşısının alınması istiqamətində görülən hər bir iş, həyata keçirilən hər bir tədbir bu gün ərazilərimizin mühafizəsində mühüm rol oynayır. Bir daha qeyd etmək istərdim ki, Azərbaycanın qüdrətli ordusu Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır vəziyyətdədir. Sonda onu da qeyd edim ki, 44 günlük vətən müharibəsinin ən parlaq sə-
Prezident İlham Əliyevin hərbi qulluqçularla görüşündən xatirə şəkli
hifələrindən biri Şuşanın düşmən işğalından azad olunması oldu. 2020-ci ilin 8 noyabrında qədim mədəniyyət və tarixi incimiz – Şuşamız düşmən tapdağından azad edildi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu tarixi qələbə ilə böyük zəfər salnaməmiz yazıldı. Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfəri və müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə birgə ordan səsləndirilən bəyanatlar Azərbaycanın mövqelərini daha da möhkələndirmiş oldu. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından müstəsna əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsinin imzalanması müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallşdırılması və müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir. Bu bəyannaməyə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, ərazi bütövlüyünə təhdid yaranarsa, birgə fəaliyyət göstərilməsi razılaşdırıldı. Şuşada imzalanan bu müqavilə ilə Azərbaycan Qarabağın gerçək sahibi olduğunu bir daha dünyaya nümayiş etdirdi. ?Anar Şuşalı
Haluk Görgün
Mehmet Akif Nacar
ASELSAN İdarə Heyətinin sədri
HAVELSAN şirkətinin baş direktoru
Məqsədimiz Azərbaycanda ən qabaqcıl texnologiyaların istifadəsini genişləndirməkdir
Can Azərbaycanımızı hər zaman qardaşımız olaraq görürük
Torpağına, bayrağına vurğun olan Azərbaycanımızın igid ordusunun Silahlı Qüvvələr Gününü ürəkdən təbrik edirəm. Qarabağı 30 illik həsrətin ardından Ana Vətənlə qovuşduran, Xarıbülbül gülünü çiçək açdıran qəhrəman Azərbaycan Ordusunu bir daha təbrik edirəm. 44 günlük mübarizədə şəhid olanlara Allahdan rəhmət, qazilərə acil şəfalar diləyirəm. ASELSAN olaraq, Türkiyə–Azərbaycan münasibətlərinin ən önəmli mövzularından biri olan regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərində hər cür töhfə verərək, bu torpaqların daha da çiçəklənməsi və uşaqlarımıza parlaq bir gələcək təqdim etmək üçün çalışırıq və bir çox sahədə fəaliyyətlərimizi davam etdiririk. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın və Prezident İham Əliyevin bu mövzuda sərgilədikləri güclü duruş bizlərə həvəs və cəsarət verir. Məqsədimiz Azərbaycanda ən qabaqcıl texnologiyaların istifadəsini genişləndirmək, yerli məşğulluq yaratmaq, ən modern müdafiə sistemlərinə sahib daha güclü bir Azərbaycan Silahlı Qüvvələri üçün çalışmaqdır. Bu münasibətlə bir daha Azərbaycan Ordusunun 103-cü ildönümünü təbrik edirəm və sarsılmaz təməllər üzərində qurduğumuz könül bağımızın daim davam etməsini arzulayıram. ASELSAN ailəsi olaraq bizlər, üzərimizə düşən məsuliyyətin fərqindəyik. Bu yolda bütün gücümüzlə, dizayn və istehsal edərək yorulmadan çalışmağa davam edəcəyik.
Azərbaycan və Türkiyə böyük bir ortaq mədəni irsin iki qardaş təmsilçisidir. Dilimiz bir, dinimiz bir, yolumuz bir, izimiz birdir. Çünki tariximiz birdir. Can Azərbaycanımızı hər zaman qardaşımız olaraq görürük. 44 günlük Vətən Müharibəsindəki böyük zəfərə görə də Azərbaycanı təbrik edirik. Şəhid olan hərbçiləri və mülki vətəndaşları rəhmətlə anırıq. Azərbaycan dövlətinin çox yaxşı bir lider tərəfindən idarə olunduğunu, Prezident İlham Əliyevin çox yaxşı hədəflər qoyduğunu və Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə çox yaxşı münasibətləri olduğunu görürük. Bu münasibətlə Azərbaycan Silahlı Qüvvələri Gününü təbrik edirəm və bir millət, iki dövlət anlayışı ilə azərbaycanlı can qardaşlarımıza sevgilərimi, sayğılarımı göndərirəm.
10 www.poliqon.az
Şerafettin Mendi
Engin Aykol
“Mensan Defence” şirkətinin İdarə Heyətinin sədri
“Nurol Makina” şirkətinin baş direktoru
“Mensan” qabaqcıl texnologiya və innovasiya məhsulları ilə hər zaman Azərbaycan Silahlı Qüvvələrinin xidmətində olmaqdan şərəf duyacaqdır Türkiyə ilə Azərbaycan arasındakı bağlılıq “İki dövlət, bir millət” şüarında ifadə olunan taleyin, qardaşlığın birliyidir. 1918-ci ildə Gəncədə 600 nəfərlik korpus əsasında qurulan Azərbaycan Silahlı Qüvvələri bu gün dostlara inam və düşmənə qorxu verən müasir bir orduya çevrilib. Azərbaycan Silahlı Qüvvələrinin nə qədər güclü olduğunu ən son Qarabağın azad edilməsində gördük və qürur duyduq. Azərbaycan Silahlı Qüvvələrinin inkişafında Türkiyə olaraq heç bir dəstəyi əsirgəməmişik və əsirgəməyəcəyik. “Mensan” şirkəti istehsal etdiyi qabaqcıl texnologiya və innovasiya məhsulları ilə hər zaman Azərbaycan Müdafiə Sənayesi və Azərbaycan Silahlı Qüvvələrinin xidmətində olmaqdan şərəf duyacaqdır. Özüm və şirkətim adından qardaş Azərbaycan dövlətinin, Silahlı Qüvvələrinin və hörmətli xalqının Silahlı Qüvvələr Gününü ürəkdən təbrik edirəm.
Azərbaycan Ordusunun qəhrəman əsgərlərinin qələbə qazanacağına həmişə inanırdıq Əvvəla, 30 il əvvəl ermənilər tərəfindən işğal olunmuş qardaş Azərbaycanın torpağı olan Qarabağ, nəhayət, düşmən işğalından azad edilmiş və Azərbaycan Ordusu böyük bir zəfərə imza atmışdır. Müharibədə canları bahasına və cəsarətlə vuruşan qəhrəman Azərbaycan Ordusunun qəhrəman əsgərlərinin qələbə qazanacağına həmişə inanırdıq. Bundan sonra hər 8 Noyabr tarixində qeyd ediləcək Zəfər Günündə, şanlı ay və ulduzlu bayraqlarımız birlikdə dalğalanacaq. "İki millət, bir dövlət" anlayışı ilə qardaş Azərbaycanın qəhrəman ordularının qələbəsini ürəkdən qeyd edirik. şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla anırıq. Qarabağ Azərbaycandır! Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Bu münasibətlə Qəhrəman və Müttəfiq Azərbaycan Ordusunun Silahlı Qüvvələr Günü şərəfinə “Nurol Makina” heyəti adından ən dərin və səmimi duyğularımızı bildirməkdən məmnuniyyət duyuram. Ölkəsinin və bayrağının şərəfi üçün qəhrəmancasına vuruşan Azərbaycan əsgərlərinə bu günün hörmətinə ürəkdən gələn hisslərimizi və sevgimizi çatdırırıq.
11
Sərdar Görgüc
Murat İkinci
Otokar Otomotiv ve Savunma Sanayi A.Ş. baş direktor
“Roketsan” şirkətinin baş direktoru
Otokar” hərbi maşınlarının Azərbaycan Silahlı Qüvvələrində uzun illərdir istifadə olunması qürurumuzdur
Azərbaycan Ordusunun gücünə güc qatmağın qürurunu yaşayırıq
Qardaş ölkə Azərbaycan ilə Türkiyə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ən önəmli yansımalarından biri, heç şübhəsiz ki, müdafiə sənayesi sahəsində həyata keçirilən əməkdaşlıq layihələridir. İki ölkə arasında davam edən möhkəm əlaqələrin təsiri ilə əməkdaşlıq gündən-günə artır. Hərbi mənada irəliləyişlərini müdəmadi olaraq davam etdirən Azərbaycan bu gün modern və güclü ordusu ilə diqqət çəkir. Bu nöqtədə Türkiyə mühəndislərinin orijinal dizaynı və türk işçilərinin əməyi ilə istehsal olunan “Otokar” hərbi nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən uzun illərdir istifadə olunması bizim üçün böyük bir qürur mənbəyidir. Türkiyə ilə Azərbaycan arasındakı dostluğun və davam edən əməkdaşlığın uzun illər davam edəcəyinə inanıram və “Otokar” olaraq hər bir tapşırığı yerinə yetirməyə hazır olduğumuzu bir daha bildirməkdən mutluluq duyuram. Bu münasibətlə öz adımdan və şirkətim adından Azərbaycan Silahlı Qüvvələri Gününü təbrik edirəm.
12 www.poliqon.az
“Roketsan” olaraq, müzəffər Azərbaycan Ordusunun gücünə orijinal və etibarlı həllərimizlə güc qatmağın qürurunu yaşayırıq. Can qardaşımız Azərbaycanımızın işğal altındakı torpaqlarını qurtardığı şanlı Qarabağ Zəfərinin memarı olan Azərbaycan Silahlı Qüvvələri, həm inkişaf etmiş hərbi inventarı, həm də döyüş qabiliyyəti ilə bölgəmizin ən güclü orduları arasında yer alır. Dünən və bu gün olduğu kimi sabah da Azərbaycanımızla əməkdaşlıq və həmrəylik içində olmağa, bir millət, iki dövlət şüarı ilə Azərbaycan Silahlı Qüvvələrimizin ehtiyaclarını ən sürətli və etibarlı şəkildə qarşılamağa davam edəcəyik. Azərbaycan Silahlı Qüvvələri Gününün 103-cü ildönümü olan bu önəmli gündə, “Roketsan” ailəsi adından Azərbaycan Silahlı Qüvvələrimizə səmimi qəlbdən təbriklərimi çatdırıram. Daha çox önəmli günləri zəfər sevinci içində birlik və bərabərlik daxilində qeyd etməyi arzulayıram.
FNSS Azərbaycan xalqını Silahlı Qüvvələrin yaranmasının 103cü ildönümü münasibətilə təbrik edib Azərbaycan Respublikasının müstəqilliyinin və xalqının rifahının və əmin-amanlığının təminatı olan Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümündə, ortaq bir mədəniyyət və mirasa sahib olduğumuz dost və qardaş Azərbaycan xalqını və başda Prezident cənab İlham Əliyev olmaqla bütün Azərbaycan dövlətini FNSS ailəsi olaraq səmimi-qəlbdən gələn arzularımızla təbrik edirik.
Bülent Ünal TÜYAP İdarə Heyətinin sədri
Azərbaycan–Türkiyə münasibətlərinin müdafiə sənayesində də inkişaf etdirilməsi çox önəmlidir Ortaq tarixi olan iki qardaş ölkə Türkiyə və Azərbaycan arasındakı münasibətlər hər zaman “bir millət iki dövlət” şüarı ilə davam etmişdir. İki ölkə bir çox sahələrdə uğurlu əməkdaşlığın nümunəsi olmuşdur. Bu sahələrin ən önəmlilərindən biri də, heç şübhəsiz ki, müdafiə sənayesidir. İki ölkə arasında yaxın münasibətlərin müdafiə sənayesində də inkişaf etdirilməsi bölgədə sabitlik və sülhün təsis edilməsi və qorunması baxımından son dərəcə vacibdir. TÜYAP ailəsi olaraq Azərbaycan Silahlı Qüvvələri Gününü ürəkdən təbrik edirəm.
13
İsmail Başyiğit MilSOFT Yazılım Teknolojileri A.Ş. İdarə Heyəti sədrinin müavini və baş direktor
MilSOFT mövcud imkanlarını Azərbaycan Silahlı Qüvvələrinə təqdim etməyə könüllüdür "Bir millət, iki dövlət" düşüncəsi ilə eyni etnik və mədəni əlaqələrə əsaslanan Azərbaycan–Türkiyə münasibətləri dostluq və qardaşlıq üzərində qurulmuşdur. Tarix boyu iki ölkənin ən çətin dövrlərdə bir-birlərini dəstəkləməsi bu münasibətləri strateji tərəfdaşlığa çevirmişdir. Son vaxtlarda bölgədə yaşanan inkişaflar iki müttəfiq dövlət üçün regional əməkdaşlığın əhəmiyyətini və hər sahədə birgə fəaliyyətə ehtiyac olduğunu bir daha göstərdi. Mövcud konyunkturda Türkiyə və Azərbaycan üçün ən vacib məsələlərdən biri də müdafiə texnologiyaları sahəsində əməkdaşlığın artırılmasının zəruriliyidir. Çünki tarix qardaşın qardaşdan başqa dostu olmadığını göstərən saysız-hesabsız dəlillərlə bəzədilmişdir. Bu məqsədlə iki qardaş ölkənin silahlı qüvvələrinin dövrün tələblərinə uyğun olaraq yenidən qurulması və modernləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin düşmənlərə qarşı ən cəlbedici vasitə olduğuna inanırıq.
MilSOFT Yazılım Teknolojileri A.Ş. sistem inteqrasiyası və proqram təminatı sahələrində fəaliyyət göstərmək üçün qurulmuş və müdafiə sənayesində fəaliyyətlərini davam etdirən 100 % Türkiyə şirkətidir. Ən son texnologiyalara əsaslanan orijinal həllər istehsal etməyi və beynəlxalq rəqabət aparmağı hədəfləyən MilSOFT-un əsas fəaliyyət sahələri: Komanda və İdarəetmə, Şəbəkə Bağlantıları və Mesajlaşma, Kəşfiyyat-Müşahidə və Ayırdetmə (ISR) və Görüntü Qiymətləndirmə Sistemləri ilə Elektron Mübarizədir. MilSOFT mövcud imkanlarını Türkiyə Silahlı Qüvvələrinə olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinə də təqdim etməyə könüllüdü və üzərinə düşən hər cür vəzifəni yerinə yetirməyə hazırdır. Bu münasibətlə şəxsim və şirkətim adından qardaş ölkəmiz Azərbaycan Respublikasının, Azərbaycan Silahlı Qüvvələrinin və azərbaycanlı qardaşlarımızın Silahlı Qüvvələr Gününü ürəkdən təbrik edirəm.
9Ԥ7Ԥ1ø 4 2 5 8 <$ 1 / $ 5 , 1
;ø'0Ԥ7ø1'Ԥ
15th Internatio n onal Defence e Industry Fair a
We kindly innvite you to our stand.
Hall: 7
Stand No: 710
TFTRSÉ É ÉřRS@MATK É3Ĕ8 /
Müharibədən sonra zirehli nəqliyyat vasitələrinin istehsalına baxış ?Əhəd Əzizov Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsindən sonra bir çox xarici mütəxəssislər nəinki inkişaf etməkdə olan, həm də ən güclü ölkələrin ordularının taktikasını, əməliyyat sənətini və hətta strategiyasını dəyişdirmək üzrə olan hərbi işlərdə inqilabın baş verməsi barədə danışmağa başlamışlar. Hər şeydən əvvəl, söhbət döyüş əməliy yatlarında qardaş Türkiyənin texniki və strateji inkişafına əsaslanan Azərbaycan Ordusu tərəfindən pilotsuz uçuş aparatlarının (PUA) kütləvi istifadəsindən gedir. Eyni zamanda dronların müharibə sənətini kökündən dəyişdirəcəyi nəzəriyyəsinin əleyhdarları var. Onların nöqteyinəzərindən Qarabağdakı dronlar yeni bir şey göstərməyib, sadəcə olaraq Türkiyə və Azərbaycan hərbçiləri Ermənistanın hava hücumundan müdafiə (HHM) sisteminin zəifliyindən istifadə edərək dünyaya zəifləri məğlub etməyin inandırıcı
mənzərəsini göstərib. Şübhə edənlərin sözlərinə görə, PUA-ların kütləvi istifadəsi güclü düşmənə qarşı nəticə verməyəcək. Bu materialda gələcəkdə baş verə biləcək “dron müharibələri”ndən qorxmağın və orduları zirehli nəqliyyat vasitələri ilə təchiz etməyin məqsədəuyğunluğuna bir baxış açıqlanmışdır. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində yeni yüksək texnoloji hərbi PUAların tətbiqi, tanklar, eləcə də piyadaların döyüş maşınları, zirehli transportyorlar, zirehli avtomobillər kimi yerüstü zirehli texnikaları çox
həssas vəziyyətə gətirmiş və onların quru hərbi əməliyyatlarda istifadəsinin effektivliyini şübhə altına almışdır. Azərbaycanın erməni işğalçılarına qarşı apardığı müharibəni təhlil edən bir çox hərbi analitiklər klassik zirehli texnikaların və artilleriya sistemlərinin yeni yüksək texnoloji PUA-lar sayəsində sıxışdırılması məsələsini gündəmə gətirmişlər. Dronların yerüstü texnikaları cərrahi dəqiqliklə vurma qabiliyyəti, onların hərbi əməliyyatlarda istifadəsinin adekvatlığına dair müvafiq düşüncələrə səbəb olmuşdur. Bəzi hərbi analitiklərin fikirlərinə görə, tezliklə bütün ölkələr döyüş PUAlarına sahib olacaq. Artıq dronlar o qədər ucuzlaşmış və istifadəsi o qədər asanlaşmışdır ki, yoxsul ölkələr belə bu cür silahlara sahib ola bilirlər. Bu yerdə qeyd etmək lazımdır ki, belə demək olarsa, “tankların lazımsızlığı” haqqında danışıqlar artıq on illərdir davam edir. Bununla birlikdə,
zirehli texnika yaşamağa, inkişaf etməyə və planetin bütün əsas ordularının quru qoşunlarının təməli olaraq qalmağa davam edir. Şübhəsiz ki, zərbə PUA-larının meydana çıxması döyüş sahəsindəki zirehli texnikalar üçün təhdidlər siyahısına ciddi əlavədir. Qeyd etmək olar ki, təhdidlər siyahısı onsuz da çox təsiredicidir. Bu siyahıda düşmən tanklarının müxtəlif növ mərmiləri, həm düşmən piyadaları tərəfindən daşınan, həm də digər zirehli texnikalar və aviasiya vasitələrində quraşdırılmış tank əleyhinə idarə olunan raketlər, artilleriya sistemlərindən tətbiq olunan adi və idarə olunan döyüş sursatları, adi və idarə olunan aviasiya bombaları, yaylım atəşli reaktiv sistemlərin raketlərinin xüsusi kaset döyüş başlıqları və müxtəlif növ tank əleyhinə minalar əhəmiyyətli yer tutur. Zirehli texnikalar üçün mövcud olan təhdidlər siyahısını uzatmaq olar, lakin sadalananlara nəzər salmaqla
kifayətlənmək olar. Bu təhdidlərə PUAları əlavə etdikdə isə zirehli texnikalara qarşı mübarizənin daha da güclənməsini sezmək olur. Təhdidlər siyahısını baxdıqda havadan müdafiə olunmayan zirehli texnikaların qısa müddətdə sadəcə məhv olduğunu görmək mümkündür. Ancaq hər hansı bir döyüş qarşı tərəflər üçün mövcud güc və vasitələrin kompleks istifadəsini nəzərdə tutur. Bu səbəbdən, yuxarıdakıların hamısının “tənha tank”a qarşı tətbiq ediləcəyi vəziyyət ya ekzotikadır, ya da tank heyətinin və ona əmr verənlərin aşağı taktiki hazırlığının nəticəsidir. Normal şərtlərdə tank öz piyada bölmələri və digər zirehli texnikalar tərəfindən himayə ediləcək, özlərinin artilleriyası düşmənə qarşı işləyəcək və havadan isə zirehli texnikaları qoşun sistemləşdirilmiş HHM vasitələri örtəcək. Üstəlik, getdikcə inkişaf etdirilən müasir HHM sistemləri və dron əleyhinə
Azərbaycan Ordusunun silahlanmasında yer alan BMP2 piyadanın döyüş maşını.
sistemlər üçün zərbə PUA-ları olduqca asan bir hədəfə çevrilməkdədir. Bununla belə, zirehli texnikaları ucuz dronların hücumlarından qorumaq getdikcə çətinləşir. Bir çox ekspertlərin fikrincə, dronla zirehli texnika arasında toqquşma baş verdikdə radar və aviasiya sistemləri söndürülsə, yuxarıdan gələn zərbələrdən müdafiə nəzərdə tutulmadığından sonuncu asanlıqla məhv edilə bilər. Belə
BTR80 Zirehli Personal Daşıyıcı
18 www.poliqon.az
halda dron sürüləri xüsusilə təhlükəlidir. Bu səbəbdən ekspertlər zirehli texnikalardan yeni istifadə üsullarının öyrənilməsinin və müxtəlif müdafiə vasitələri, o cümlədən aktiv qoruma kompleksləri və avtomatlaşdırılmış radioelektron mübarizə sistemləri tətbiq edilməklə hava hücumlarından daha yaxşı qorunmasının zəruri olduğunu hesab edirlər.
PUA-ların döyüşün qaydalarını dəyişdirməsi heç kim tərəfindən mübahisələndirilmir. Ancaq zirehli texnikalardan danışarkən, yenə də həqiqət meyarının praktika olduğuna dair qayda rəhbər tutulmalıdır. Təcrübəyə diqqət yetirək. Pilotsuz aviasiya istehsalı sahəsində lider ölkələrin PUA-ların imkanlarını və perspektivlərini ən yaxşı bildiyini düşünmək məntiqlidir. Bu günə qədər lider ölkələrə yalnız istehsal meyarı deyil, həm də döyüş şəraitində əldə edilmiş istifadə təcrübəsi olan ABŞ-ı, İsraili və Türkiyəni aid etmək olar. ABŞ zirehli texnikaları öz arse nalından çıxarmamaqla yanaşı, həm də mövcud parkı təkmilləşdirmək və ekspedisiya əməliyyatları zamanı hərəkətliliyi təmin etmək üçün yeni avianəql edilə bilən yüngül tanklar yaratmaq məqsədilə bahalı tədqiqat işləri aparır. İsrail mütəxəssislərinin fikrinə görə isə tankların gələcəyi onların mürəkkəbləşməsində və avtomatlaşdırılmasındadır. Yaradılması nəzərdə tutulan yeni nəsil tankların heyəti iki nəfərdən ibarət olacaq. Maşının avadanlıqlarına aktiv qoruma kompleksləri, avto -
matlaşdırılmış radioelektron mübarizə və döyüş meydanı kəşfiyyat sistemləri daxil olacaqdır. Maşın qabarit ölçülərinə görə daha yığcam və kütləsinə görə daha yüngül olmalıdır. Əsas diqqət zireh qorunmasına deyil, ilk olaraq düşməni aşkarlama və məhvetmə qabiliyyətinə yetirilir. Döyüş PUA-ları sahəsində lider mövqe tutan Türkiyə, həm mövcud tank parkının təkmilləşdirilməsinə, həm də özünün “Altay” milli tankının ya radılmasına dair geniş bir proqramı həyata keçirir. Tank və PUA arasındakı mübahisəni həll edərkən təcrübəsinə diqqət yetirməli olan digər qrup ölkələr isə əsl müharibə təhlükəsi ilə üzləşən dövlətlərdir. Bu ölkələrə Pakistan və Hindistan, Hindistan və Çin, Şimali və Cənubi Koreya, Rusiya və Ukrayna aiddir ki, bu halların heç birində PUA lehinə tanklardan imtina edilməsi müşahidə edilmir. Bu ölkələr ya yeni tankların seriyalı istehsalını həyata keçirir, ya da müxtəlif dərəcələrdə müvəffəqiyyətə sahib yeni nəsil tanklar inkişaf etdirirlər. Diqqəti çəkən ölkələrin üçüncü qrupu həm tank, həm də PUA-lar yarada bilən texnologiya liderləridir. Bu vəziyyətdə ilk növbədə yeni nəsil MGCS (Main Ground Combat System) tankının ortaq layihəsi üzərində işləyən Fransa və Almaniyanı göstərmək olar. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, istehsalçılar bu tankı kiçik kəşfiyyat dronu ilə təchiz etməyi də planlaşdırırlar. Aparılmış təhlillər nəticəsində belə söyləmək olar ki, zirehli texnikaların, artilleriya və raket sistemlərinin, habelə HHM vasitələrinin yenilikləri və təkmilləşdirmələri taktiki dərinliyə də təsir edəcək, onların tətbiq prinsiplərində və taktikalarında ciddi dəyişikliklər olacaqdır. Tank və mexanikləşdirilmiş birləşmələrin istifadəsində heç bir halda azalma olmayacaq, lakin onları döyüş meydanında qorumaq üçün HHM vasitələrinin texniki və taktiki effektivliyi artırılacaq, yeni antidron vasitələri tətbiq ediləcəkdir. Artıq dünyanın bir neçə müasir ordusunda bunun üçün müvafiq həllər tapılıb. Dünyanın istənilən yerində baş verəcək sonrakı müharibələrdə PUAlar artıq bu cür səmərəliliyə sahib olmayacaqdır. Çünki dronların aşkarlanması, onlara qarşı klassik və xüsusi olaraq yaradılmış yeni silah və avadanlıqların köməyi ilə təsir edilməsi sahəsində yeni həllər mövcuddur.
Xarici təcrübəyə əsaslanaraq söyləmək olar ki, tank və PUA arasında seçim etməkdən deyil, müxtəliftəyinatlı dronlar və top silahlanmasına sahib ağır zirehli maşınları özündə birləşdirəcək yeni inteqrasiya sistemi yaratmaqdan danışmaq daha düzgün olar. Texnologiyaların miniatürləşdirilməsi isə dronların özlərinin tankın bir hissəsinə çevrilməsinə səbəb olacaq. Əlbəttə ki, bütün bunlar daha bir texniki mürəkkəbləşməyə səbəb olacaq və zirehli texnikaların bahalaşması ilə nəticələnəcək. Müqayisə üçün qeyd etmək olar ki, dünya silah bazarında yeni quruluşa sahib müasir bir tankın qiyməti artıq bir reaktiv təyyarənin qiymətinə yaxınlaşıb. Hazırda Almaniyanın üç ədəd “Leopard” tankı və ya Yaponiyanın “Type-10” tankının qiymətinə hücum təyyarəsi rolunu oynaya bilən iki ədəd Rusiya istehsalı Yak-130 və ya Çin istehsalı “Hongdu” L-15 təlimdöyüş təyyarəsi almaq mümkündür. Zirehli texnikaların döyüşdə rolu və yeri nəzərdən keçirilərkən, tankların quru qoşunlarının zərbə qüvvəsi olması və qalmaqda davam etməsi, ərazilərin ələ keçirilməsinin heç bir zaman aviasiya və raket kompleksləri tərəfindən deyil, zirehli texnikalar, əsasən də tanklar tərəfindən dəstəklənən və ordunun digər qolları ilə qarşılıqlı əlaqədə olan quru qoşunları tərəfindən həyata keçirildiyi nəzərə alınmalıdır. Zirehli texnikalar genişmiqyaslı (qlobal), regional və yerli qarşıdurmalarda istifadə edilə bilər. Hər birində zirehli texnikalara olan tələblər və onların rolu bir-birindən tamamilə
Azərbaycan Ordusunun BMP3 piyada döyüş maşını
fərqlidir. Qlobal bir qarşıdurmada, yüksək texnoloji silahlara malik düşmənlərin toqquşması zamanı yüksək hərəkətlilik xüsusiyyətlərinə, uzun məsafələrə effektiv atəş etmək bacarığına, müxtəlif məhvetmə vasitələrindən yaxşı qorunma və vahid idarəetmə sisteminə inteqrasiya edilmə imkanlarına sahib zirehli texnikaların kütləvi istifadəsi tələb olunur. Hazırda dünyanın aparıcı ordularının zirehli texnika parkında çoxsaylı və müxtəlif təyinatlı müasir, eyni zamanda təkmilləşdirilmiş nümunələr mövcuddur. Onların da sırasında ən geniş yayılmışları müxtəlif modifikasiyalı növbəti müasir əsas döyüş tanklarıdır: T-72 və T-90 (SSRİ/Rusiya), “Leopard” (Almaniya), M1 “Abrams” (ABŞ), K2 “Black Panther” (Cənubi Koreya), “Challenger 2” (Böyük Britaniya), AMX-56 “Leclerc” (Fransa), Type 99A2 (Çin), “Ajax” (Böyük Britaniya) və “Arjun Mk.II” (Hindistan). Digər zirehli döyüş maşınları sırasında isə BMP-1/BMP-2/BMP-3 (Rusiya), M2A2/M2A4/M3A3 “Bradley” (ABŞ), “ASCOD” (İspaniya/Avstriya), “Stridsfordon 90” (İsveç), VBCI (Fransa), “Schützenpanzer Puma”/“Marder 1A3”/“Lynx KF41” (Almaniya), “Rosomak” (Polşa) və başqa piyadaların döyüş maşınları özünəməxsus yerini tutur. Zirehli transportyorlardan BTR70/BTR-80/BTR-82A/BTR-90 (Rusiya),
19
“Patria AMV” (Finlandiya), “KTO Rosomak” (Polşa), “SKOV Svarun” (Sloveniya), “Badger” (CAR), “Pansarterrängbil 360” (İsveç), TPz 1 Fuchs/SpPz 2 Luchs (Almaniya), “Boxer” (Almaniya/Niderland), VAB (Fransa), “Azharit” (İsrail), AT105 “Saxon” (Böyük Britaniya) M113/Stryker/EFV (ABŞ) və digər zirehli transportyorlar bir çox ordularda geniş istifadə edilir. Bütün söylənənlərdən irəli gələrək hazırda dünyanın bir çox aparıcı ölkələrində yeni tırtıllı və təkərli zirehli Azərbaycan Ordusunun silahlanmasında yer alan T72 və T90 döyüş tankları
20 www.poliqon.az
texnika nümunələrinin yaradılması, eləcə də bir çox orduların silahlanmasında yer tutan mövcud zirehli texnikaların döyüş imkanlarının və yeni təhdidlərə qarşı dayanıqlığının yüksəldilməsindən ötrü təkmilləşdirilməsi işləri yerinə yetirilir. Dünyada baş vermiş, o cümlədən 44 günlük Vətən müharibəsindəki son qarşıdurmalarda tanklardan istifadə təcrübəsi göstərir ki, münaqişələrin heç biri tankların ciddi istifadəsi olmadan tamamlanmır. Müasir döyüşlərdə tanklara ehtiyac var və ya yoxdur? Bu sual mütəxəssislər tərəfindən birmənalı şəkildə cavablandırılır: ehtiyac var. Hansı tanklara ehtiyac var? Bu məsələ isə
potensial düşmənin təhdidlərinin, texniki təchizatının və müvafiq texniki xü susiyyətlərə malik lazımi sayda tankla ona qarşı durma qabiliyyətinin təhlilini tələb edir. Ümumiyyətlə isə, Qərb analitiklərinə görə, irimiqyaslı tank döyüşləri artıq keçmişdə qalmışdır və indi diqqət yüksək texnoloji müharibələr üçün hazırlanmış daha yüngül zirehli texnika növlərinin inkişafına yönəldilməlidir. Eyni zamanda unudulmamalıdır ki, pilotsuz uçuş aparatları müasir orduların arsenalında qalacaq, lakin onlar müharibələrdə o qədər də əhəmiyyətli bir rol oyna mayacaqlar. Çünki günü-gündən onları təsirsiz hala gətiriləcək yeni vasitələr və avadanlıqlar inkişaf etdirilir. Artıq dronlar zirehli texnikaları, nəqliyyat vasitələrini, artilleriya və raket sistemlərini asanlıqla sıradan çıxara bilməyəcək, lakin bu, müasir döyüşlərdə PUA-ların istifadəsinin azalacağını, həmçinin zirehli texnikaların silahlanmadan çıxarılacağı anlamına gəlməyəcək. Eləcə də müxtəlif ölkələrin aparıcı mütəxəssisləri döyüş meydanında, təkmilləşdirilmiş modellərdən istifadə edərək, müasir çağırışların diktə etdiyi yeni, əvvəllər xarakterik olmayan hərəkət metodlarına yiyə lənməyə davam etməyi planlaşdırırlar. Artıq bir çox ordularda zirehli texnikaların heyətləri blok-postlarda aktiv işləməyi, basqın əməliyyatlarında iştirak etməyi, təxribat qrupları və terrorçularla mübarizə aparmağı öyrənirlər. PQ
ADVENT CMS ÔĎœij΄kĥƊijʼn΄$ŦƼƣƏ΄UĈåƂĥĎƖőĥ΄ ÔĎ ¢ijƊƖĎőij ¯åőåőijʼnĥ΄ijœƖĎƁƂåƊijƼå΄ŜʼnƞœőƞƏ΄ĄŜƻƊåƼʼnĴ΄ IJĥĀĥņĥ΄ijʼnĥ΄ijƏʼnĥőĥ΄ƁåĀijʼnijƼƼĥƖij åƂƏĴʼnĴƁʼnĴ΄ĦĦĥ ĥåʼnijƼƼĥƖijœ΄åƂƖĴƂĴʼnőåƊĴͤ
$ŦƼƣƏ΄ƊijƊƖĎőʼnĥƂijœĥ΄œĥdžåƂĥƖ Ƶĥ΄ijĈåƂĥĎƖőĥͤ iŦƵāƣĈ΄ƵĥdžijƼƼĥƖ΄ƣdžƂĥ΄őĥʼnƞőåƖʼnĴʼnĴĨĴœ ƼƣņƊĥʼnĈijʼnőĥƊijͤ ¢ijʼnåĮ΄Ƶĥ΄ƊĎœƊŜƂ΄ƊijƊƖĎőʼnĥƂijœijœ΄ŜſƖijőåʼn΄Ƶĥ΄ ĎǖĎņƖijƵ΄ijƊƖijĦåĈĥƊijͤ
ʼnåœʼnåƏĈĴƂőå͚΄ijāƂå΄Ƶĥ΄ƁĥƂåƂƵĎƂőĥ΄ ĈĥƊƖĥƼij΄ƖĥőijœĎƖőĥͤ UƊƖĥœijʼnĥœ΄ſʼnåƖĦŜƂőåƼå΄ƞƼĨƞœʼnåƏĈĴƂĴʼnå΄ Āijʼnĥœ΄őijƁƼåƊʼnĴ΄Ƶĥ΄őŜĈƞʼn΄ƊijƊƖĎőij
HA AV VELSAN N MOUT §ĥĮĥƂ΄őƣĮijƖijœĈĥ΄ĮĥƂĀij΄ĥőĥʼnijƼƼåƖ $ĎƖåʼnʼnĴ΄ƏĥņijʼnĈĥ΄ĈijdžåƼœ΄ŜʼnƞœƞĀ΄Ƶĥ΄ƏĥĮĥƂ΄ ĥƖƂåĦĴœĴœ΄őƣƂĥņņĥĀ΄Ƶĥ΄ħŦdžʼnĥœijʼnőĥdž΄őƣĮijƖijœij΄ ƖĥƁĈijő΄ĎĈijƂ͟΄ ƞ͚΄ņŜőåœĈijƂijœ΄Ƶĥ΄ĥƊħĥƂijœ΄ ĀåāåƂĴƁʼnåƂĴœĴ΄åƂƖĴƂĴƂ΄Ƶĥ΄ĥƖƂåĦ΄őƣĮijƖĈĥ΄ĄĥƖijœ΄ ƏĥĮĥƂ΄ĈŦƼƣƏʼnĥƂMRĈĥ΄ƂĎĦʼnĎņƊʼnĥƂij΄ ƖĥņőijʼnʼnĥƏĈijƂőĥƼĥ΄ijőņåœ΄ƼåƂåĈĴƂ͟
HA AV VEL LSAN DOOB B ijƂħĥ΄_ŜőåœĈåœʼnĴƁ΄Ƶĥ΄ UĈåƂĥĎƖőĥ΄UœĦĦŜ ŜƂőåƊijƼå ¢ijƊƖĎőij ¢ƖƂåƖĎ ĎŃŃij͚΄tſĎƂåƖijƵ΄Ƶĥ΄ ¯å ¯ åņƖijņij΄ijĈåƂĥĎƖőĥ ƊĥƵijƼƼĥʼnĥƂij΄ƣĄƣœ ̈΄ƻƣƊƞƊij΄Įĥʼnʼn
havelsan_resmi
DOOB-HEADQUARTER
DOOB B-T TA ACTICAL
DO OOB-MOBILE
¢ƖƂåƖĎ ĎŃŃij͚΄tſĎƂåƖijƵ΄ƊĥƵijƼƼĥƊij͙ ƼƣņƊĥņ΄ƞƼĨƞœʼnƞƁ΄ ƁåĀijʼnijƼƼĥƖijœĥ΄ƊåĮijĀ΄k ¯ ¯t΄ ƊƖåœĈåƂƖʼnåƂĴœå΄āåƵåĀ΄ƵĎƂĥœ΄ ƂijƁåĈå΄Ƶĥ΄ƼƞƻåƂĴ΄ƊĥƵijƼƼĥʼnij΄ ijƂħĥ΄_ŜőåœĈåœʼnĴƁ Ƶĥ΄UĈåƂĥĎƖőĥ΄¢ijƊƖĎőij͟
¯åņƖijņij΄ƊĥƵijƼƼĥƊij͙ ¯å ħĎœijƏʼnĥœĥœ΄ſƂŜƁƂåő΄ åƂƻijƖĎņƖƞƂåƊĴ΄ƣdžĥƂijœĈĥ΄ ƁƞƂƞʼnƞƂ΄Ƶĥ΄džijƂĎĮʼnij åƵƖŜőŜĀijʼnʼnĥƂĈĥņij΄ ƊijƊƖĎőʼnĥƂʼnĥ΄åƊåœʼnĴƁʼnå΄ ijœƖĎƁƂåƊijƼå΄Ŝʼnƞœå΄ĀijʼnĥƂ͟
¯åņƖijņij΄ƊĥƵijƼƼĥƊij͙΄ ¯å ¢ĥĮƂå΄ƏĥƂåijƖʼnĥƂĈĥ΄ſijƼåĈå΄ ĥƊħĥƂʼnĥƂ΄ƣĄƣœ΄ĮådžĴƂʼnåœőĴƏ΄ ņƂijƖijņ΄ijĈåƂĥĎƖőĥ΄Ƶĥ΄ƂåĀijƖĥ΄ őŜĀijʼn΄ƖĥƖĀijƁij͟
HA AV VELSANResmi
Havelsan
Havelsan
www.havelsan.com
Generalmayor Məhərrəm Həsənov:
Müharibə bitsə də, bizim müharibəmiz həmişə davam edir ?Zaur Babaşov, Rizvan Fikrətoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) fövqəladə hallara çevik reaksiya verilməsini, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəzaxilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların müşayiət və mühafizə olunmasını təşkil edir, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçir. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1ci müavini – qərargah rəisi, generalmayor Məhərrəm Həsənovla müsahibəmizdə XRXXnin fəaliyyəti barədə məlumat almağa çalışdıq. POLİQON: Cənab generalmayor, əvvəlcə Xüsusi Riskli Xilasetmə Xid mətinin strukturu və fəaliyyət isti qamətləri haqqında məlumat ver məyinizi istərdik. General Məhərrəm Həsənov: Qloballaşmış və müasir dünyada texnogen qəzaların artaması, təbii fəlakətlərin baş verməsi və bütün bunların hamısının bir arada idarə olunması üçün Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılması zərurətini ortaya çıxardı. Azər-
22 www.poliqon.az
baycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərmanı ilə 2005ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyi yaradılmışdı. FHN yaradıldıqdan sonra onun tərkibində üç qurumu – Təcili Xilasetmə Xidməti, Hərbiləşdirilmiş Xüsusi Mühafızə Xidməti və Kinoloji Xidməti fəaliyyətə başlamışdı. 2008-ci il fevralın 5-də Prezident İlham Əliyevin fərmanı ilə bu üç qurum ləğv olunaraq onların bazasında geniş xilasetmə sahələrini əhatə edən Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmışdır. FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında və
həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir. Daha sonra XRXX-nin tərkibində Çevik Xilasetmə İdarəsi və onun da tərkibində Əlahiddə Kinoloji Tabor yaradıldı. Sahələr üzrə Əlahiddə Paraşüt-Desant Taboru, Əlahiddə Sularda Xilasetmə Taboru olmaqla eyni şəkildə yaradılan iki alayımızdan biri Gəncə şəhəri, digəri isə Bakı şəhəri istiqamətində fəaliyyət göstərir. Bunlar eyni vəzifələri yerinə yetirirlər. Alayların tərkibində həm Xilasetmə Taborları, həm də Mühafizə Taborları olur. POLİQON: Çevik xilasetmə qrup larının qarşısında duran tapşırıqlar nələrdir. Bu tapşırıqların vaxtında, çevik şəkildə icrası üçün hansı addımlar atılır?
General Məhərrəm Həsənov: Xidmətin əsas vəzifələrindən biri fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir. Hadisə yerinə tez çatmaq müasir dövrümüzdə yüksək sürət tələb edir. Bunun üçün də nazirlik tərəfindən ilk növbədə Xidmətin Çevik Xilasetmə İdarəsinin yaradılması haqda qərar qəbul edilmişdir. Bu qruplar “Mercedes Sprinter”, “Nissan Patrol” və “BMW” markalı motosikletlərin bazasında yığılmış, müasirtipli, xüsusi təyinatlı xilasetmə alətavadanlıqları ilə təchiz edilmiş fövqəladə hal (hadisə) baş vermiş əraziyə ilk çatan çevik qrupdur. Motosikletlərin keysləri xüsusi müasir xilasetmə alət və avadanlıqlarla komplektləşdirilmişdir. Hazırda Bakı şəhərində Çevik Xilasetmə İdarəsinin 11-ə yaxın postu vardır. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” xidmətindən və digər mənbələrdən Xidmətin növbətçi hissəsinə məlumat daxil olduqda Çevik Xilasetmə İdarəsinin xilasediciləri məsafədən asılı olaraq 6-8 dəqiqə ərzində hadisə yerinə çatırlar. “112 zəng xidməti”nin operatorları 24 saat ərzində məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edirlər. Kinoloji Taborumuzun bazasında 3 ay müddətində xilasedicilərin və mühafizəçilərimizin ilkin hazırlıq proqramı keçirilir. 3 aylıq müddət bitdikdən sonra xilasedicilər və mühafizəçilər öz sahələri üzrə dünyanın başqa-başqa ölkələrində ixtisasları üzrə kurs
keçirlər. Xarici ölkələrdən ən çox önəm verdiyimiz qardaş Türkiyə Respublikasıdır. 2015-ci ildən bəri Türkiyədə partlayıcıların axtarışı və zərərsizləşdirilməsi, dağ axtarış-xilasetmə işləri, paraşüt-desant sahəsi, sularda xilasetmə işlərinin həyata keçirilməsi kimi sahələr üzrə zabit və gizirlərimiz oxuyaraq ixtisaslaşmış mütəxəssis kimi yetişibdir. Habelə, Türkiyədə KBRN kursları vardır. Bizim zabit və gizirlərimiz bu kursları keçiblər. Daha sonra madditexniki təminat sahəsi üzrə gizir və zabitlərimiz ixtisasları üzrə kurslar keçiblər. Bu gün də həmin kurslar davam edir. Bu, iki dövlət arasında olan münasibətin, qardaşlığın nəticəsidir.
POLİQON: Minatəmizləmə qru punun hansı təchizat imkanları var. Partlayıcı vasitələrin zərərsizləş dirilməsi necə həyata keçirilir. Vətən müharibəsi zamanı və sonra Mina təmizləmə qrupu hansı işləri görüb? General Məhərrəm Həsənov: 44 günlük Vətən mühribəsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında böyük bir zəfər qazanmışdır. Bu zəfərin nəticəsində Azərbaycanın əraziləri düşmən tapdağından təmizlənmiş və azad olunmuş ərazilərimizdə minalardan təmizlənmə prosesləri başlanılmışdı. Hər güc strukturuna tapşırıqlar verildiyi kimi, bizə də tapşırıqlar verilmişdi. Vətən müharibəsindən sonra XRXX-nin hərbi hissələrinin İstehkam və Pirotexnik taqımlarının şəxsi heyətindən ibarət Minalardantəmizləmə Qrupları formalaşdırılmışdır. 2021-ci il yanvar ayından etibarən Minalardantəmizləmə Qrupu Ağdam və Füzuli rayonlarında ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını icra edir. Minalardantəmizləmə qrupu aidiyyatı qurumlarla razılaşdırılmış ərazilərdə minalardan təmizləmə prosesini davam etdirir və partlyış təhlükəli əşyalar zərərsizləşdirir. Yuxarıda: XRXXnin minatəmizləmə üzrə çevik qrupu və təchizatında olan texniki vasitələr. Aşağıda: XRXXnin çevik xilasetmə qrupunun avtoqəza nəticəsində maşında sıxışıb qalan sərnişinin çıxarılması əməliyyatı
23
alət və avadanlıqlarla təchiz edilmişdir. Ərazidə aşkar edilmiş partlayış təhlükəli əşyaların təhlükəsiz daşınması və təxliyə edilməsi üçün xüsusi 10 kq ekvivalentinə qədər partlayışın təsirinə tab gətirə bilən xüsusi konteyner ilə təchiz edilmişir. Qrup fasiləsiz olaraq 24 saatlıq iş rejimində xidmət aparır.
Çevik minatəmizləmə qrupu. Qrup partlayıcı vasitələrin təhlükəsiz şəkildə götürülməsi daşınması və zərərsizləşdirilməsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi fəaliyyətlərini yerinə yetirir.
Qrup xüsusi metal detektorlarla o cümlədən alət və avadanlıqlarla təchiz edilmişdir. Minalardantəmizləmə qrupu fərdi axtarış vasitəsilə, əl üsülu ilə ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını icra etməkdədir. Minatəmizlənmə prosesi bu günə qədər davam etdirilir. Fəaliyyətimizi həyata keçirərkən istifadə etdiyimiz alət və avadanlıqlar müasir texnologiyaya uyğundur: minaaxtaran detektorlar, xüsusi geyimlər və s. Bu da qarşımıza qoyulan tapşırıqların yerinə yetirilməsində texnika baxımdan heç bir maneəçilik törətmir. POLİQON: Cənab generalmayor, qeyd etdiniz ki, İstehkam və Piro texnik taqımlarının şəxsi heyətindən ibarət Minalardan Təmizləmə Qrup FHN XRXXnin KBRN qrupu təlim prosesində
24 www.poliqon.az
ları formalaşdırılmışdır. XRXXnin Pirotexnik Qrupunun gördüyü işlər barədə məlumat verə bilərsinizmi? Qrup hansı texnika və avadanlıqlarla təchiz edilib? General Məhərrəm Həsənov: XRXX-nin hərbi hissələrinin İstehkam və Pirotexnik taqımlarının şəxsi heyətindən formalaşdırılmış Pirotexnik Qrupu əsasən Bakı şəhəri olmaq üzrə ərazi və obyektlərdə partlayış təhlükəli əşyaların zərərsizləşdirilməsi, məhv edilməsi o cümlədən ərazidən götürülməsi tapşırıqlarını icra etməkdədir. Qrup aşkar edilmiş partlayış təhlükəli əşyaların məhv edilməsi üçün partlayış materialları ilə, ərazidə kəşfiyyat aparılması üçün o cümlədən aşkar olunmuş partlayış təhlükəli əşyaların təxliyə edilməsi üçün xüsusi
POLİQON: XRXXnin fəaliyyət istiqamətlərindən biri də kimyəvi, bioloji, radioaktiv və nüvə hadisələri (KBRN) zamanı xilasetmə əməliy yatlarının icrasıdır. Kimyəvi qəzalar zamanı işləyən qrupların, KBRN əməliyyatları necə təşkil olunur? General Məhərrəm Həsənov: Kimyəvi qəzalar zamanı daxil olan ilkin məlumata əsasən, Xidmətin Radiasiya və Kimyadan Mühafizə bölmələri hadisə yerinə cəlb olunurlar. Hadisə yerinə cəlb olunan şəxsi heyət kəşfiyyatçılardan, lokallaşdırma, xilasetmə (təxliyə) və mütəxəssis-deqazatorçulardan ibarət 4 qrupa bölünür. Radiasiya və kimyadan mühafizə bölmə komandiri tərəfindən qəbul edilən qərara əsasən, kəşfiyyat qrupu ətrafa yayılmış kimyəvi maddənin müəyyən edilməsinə uyğun olaraq fərdi mühafizə vasitələri və səyyar kəşfiyyat cihazları ilə təmin edilir. Kəşfiyyat qrupunun əsas fəaliyyət istiqaməti bütün kəşfiyyat məlumatlarının qərargaha ötürülməsi, çirklənmə zonasında ətrafa dağılmış kimyəvi (radioloji, bioloji) maddənin mənbəyinin, adının, miqdarının, qatılığının, ərazinin miqyasının və hadisə yerində zərərçəkmişlərin sayının dəqiqləşdirilməsindən ibarətdir.
Əməliyyat qərargahına ötürülən məlumatlara əsasən, lokallaşdırma və xilasetmə qrupları hazırlıq vəziyyətinə gətirilir. Kəşfiyyat qrupu məlumatları ötürdükdən sonra zərərçəkmişlərin qaynar zonadan isti zonaya təxliyəsinə başlayır. Lokallaşdırma qrupu qaynar zonaya çatdıqda isə aşkar edilmiş maddənin mənbəyinə müdaxilə edərək zərərsizləşdirmə işlərini təşkil edirlər. Eyni zamanda xilasetmə qrupu zərərçəkmişlərin sayına uyğun olaraq isti zonaya doğru hərəkət edərək çeşidlənmə işlərinə başlayır və təxliyə prosesini isti zonadan soyuq zonaya tərəf yəni zərərsizləşdirmə meydançasının qurulduğu əraziyə gətirir. Kəşfiyyat qrupu eyni zamanda lokallaşdırma qrupuna kömək edir və işlərini yekunlaşdıraraq zərərsizləşdirmə meydançasına gəlir. Zərərsizləşdirmə meydançasında mütəxəssis-deqazatorçular və mütəxəssis-dezinfektorçular tərəfindən aidiyyəti üzrə maddənin neytrallaşdırması üçün lazımı məhlullardan istifadə olunaraq istər zərərçəkmişlərin, istərsə də hadisə yerinə cəlb olunmuş qrupların deqazasiya prosesi heyata keçirilir. Bölmə komandirinin əməliyyat qərargahına məruzəsi və əməliyyatın prosesinin təhlili ilə əməliyyat yekunlaşır.
General Məhərrəm Həsənov: Kinoloji Taborumuz Kinoloji Mərkəzdə yerləşdirilmişdir. Kinoloji Tabor itlərin təlimi və tətbiqini əsas dörd istiqamətdə həyata keçirir. Canlı insanların axtarışı: bura əsasən tektonik və təbii fəlakətlər nəticəsində ucqun və dağıntıların altında qalmış yaralı və zərərçəkmiş insanların xüsusi təlim keçmiş itlər vasitəsilə xilas edilməsi, habelə dağ və meşə şəraitində itkin düşmüş insanların axtarışı daxildir. Partlayıcı maddələrin axtarışı: əsasən əllə kustar üsulla hazırlanmış partlayıcı tərkibli əl bombaları və təhlükəli silahsursatların xüsusi təlim keçmiş itlər
vasitəsilə axtarışı. Cəsədlərin axtarışı: bu zaman itlər vasitəsilə uçqun və dağıntı altında qalmış cəsədlərin axtarışı təbii fəlakətlər (qar, torpaq altında qalmış) nəticəsində həyatını itirmiş insanların axtarışı həyata keçirilir. Və nəhayət qoruyucu itlərin hazırlanması: bu itlərdən əsasən su hövzələrinin qorunmasında mühafizə itləri kimi istifadə olunur. Son zamanlarda Xidmətimiz qarşısında yeni bir sahə – ərazilərin minalardan təmizlənməsi sahəsi meydana çıxıb. Burada da minaların axtarışı sahəsi üzrə itlərin yetişdirilməsi artıq başlanmışdır. Biz, həmçinin o sahələr üzrə də kurs keçmək üçün 10 nəfər kinoloqu Türkiyəyə göndərmişik. Hazırda kurs keçmək üçün bizim 2 itimiz və 3 kinoloqumuz Türkiyədədir. Onlar orada 5 aylıq kurs keçib beynəlxalq sertifikatla təmin olunduqdan sonra öz fəaliyyətlərini davam etdirmək üçün ölkəyə qayıdacaqlar. Bu gün də işlərimizin çoxunu bu sahədə aparırıq. Ümumilikdə hər 4 sahədə gündəlik təlimlər keçirilir. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Türkiyə tərəfi bizə 10 ədəd minaaxtaran it hədiyyə etmişdir. POLİQON: Müsahibənin gedişin də su hövzələrinə toxundunuz, istər dim ki, bu mövzunu bir qədər geniş ləndirək. Su Hövzələrinin Xüsusi Riskli Xilasetmə Taborunun şəxsi
POLİQON: Cənab general, Kino loji Taborun xidmətinə də toxun dunuz, növbəti sualımız bundan ibarətdir ki, Kinoloji Taborun xidmət hazırlığı necə təşkil olunur və hansı imkanlara malikdir?
25
Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində dağıntılara məruz qalmış ərazilərində axtarış və xilasetmə işləri həyata keçirilir.
heyətinin döyüş hazırlığı və istifa dəsində olan avdanlıqlar barədə məlumat verməyinizi istərdik. General Məhərrəm Həsənov: XRXX-nin strukturuna daxil olan hərbi hissələrdən biri də Su Hövzələrinin Xüsusi Riskli Xilasetmə Taborudur. Taborun dalğıc vəzifəsində xidmət edən hərbi qulluqçular yuxarıda qeyd etdiyim kimi, ölkədaxili və beynəlxalq kurslarda, xüsusilə Türkiyə Respublikasında təlim-tədris proseslərində iştirak etmiş, müvafiq sertifikatlara yiyələnmişlər. Xüsusi su hövzələrindəki mühafizə və xilasetmə işlərini həyata keçirən Əlahiddə Taborumuzda şəxsi heyətlə hovuz məşqləri keçirilir. Ən son müasir dalğıc geyimləri və balonları ilə təchiz olunmuş 7-yə yaxın xüsusi xilasetmə qayığımız vardır. Dalğıclarımız iki hissəyə ayrılır: 20 metrə qədər enən dalğıclarımız, bir də 20 metrdən 60 metrə qədər enən dalğıclarımız. 60 metrə qədər enən dalğıclarımız xüsusi hazırlıq keçdikdən sonra buraxılışı olur. Həftədə 2 dəfədən az olmayaraq barokamera istifadə edir, təzyiq altında məşqlər keçir, hovuzda enmə məşqləri edirlər. Eyni şəkildə Xəzər dənizində xüsusi təyin olunmuş nöqtələrimiz vardır ki, o nöqtələrdə də enmələrimizi həyata keçiririk. POLİQON: XRXX strateji əhəmiy yətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir. O cümlədən Xidmətin Mühafizə Tabo ru respublika ərazisindəki Ceyran batan, Mingəçevr, Şəmkir, Yenikənd, Varvara su anbarlarının mühafi
26 www.poliqon.az
zəsini həyata keçirir. Mümkünsə bu haqda danışardınız. General Məhərrəm Həsənov: FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əsasnaməsi ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərinin biri də, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və bu sahədə digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən, Su Elektrik Stansiyaları və onların suqəbuledici qurğuları istisna olmaqla, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Xanabad su anbarlarının hidrotexniki qurğularının və eləcə də sutənzimləyici qurğularının mühafizəsi; həmçinin Ceyranbatan su anbarlarının bütövlükdə mühafizəsi Fövqəladə Hallar Nazirliyinin balansına verilmişdir. Sərəncam Prezident İlham Əliyevin tapşırığına əsasən qəbul edilib və məqsəd ölkə ərazisində dövlət əhəmiyyətli su anbarlarının etibarlı müha-
fizəsinin təmin edilməsi və texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, həmçinin onların səmərəli istismar edilməsi və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsidir. Fövqəladə Hallar Nazirliyinin strateji əhəmiyyətli “İzotop” xüsusi kombinatı vardır ki, onun da mühafizəsini bizim N saylı hərbi hissəmizin mühafizəçiləri həyata keçirir. Eyni qaydada Ceyranbatan, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Xanabad su anbarlarının mühafizəsini Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həyata keçirir. Hazırda işğaldan azad olunmuş Suqovuşan su anbarı da bizim mühafizəmizdədir. POLİQON: XRXX bu günə qədər çox sayda və önəmli xilasetmə əmə liyyatlarında iştirak etmişdir. O cümlədən Azərbaycanın Tovuz, Gən cə, Bərdə, Tərtər, Mingəçevir şəhər lərini Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində dağın tılara məruz qalmış ərazilərdə axtarış və xilasetmə işlərini həyata keçirmişdir. General Məhərrəm Həsənov: Onu qeyd edim ki, 44 günlük Vətən müharibəsində Gəncə şəhəri ən çox zərərçəkən şəhərlərin içərisində idi. 2020-ci il oktyabr ayının 11-də və 17də Gəncə şəhərində erməni silahlı qüvvəri tərəfindən atılan raketlər nəticəsində dağıntılar altında qalan vətəndaşaların xilas edilməsi və cəsədlərin çıxarılması əməliyyatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyətinə rəhbərliyi Xidmətin rəisi, general-mayor Şahmar Paşayev icra edirdi. FHN-in Dövlət Yanğından
Su Hövzələrin Xüsusi Riskli Xilasetmə Taborunun müasir dalğıc geyimləri və balonları ilə təchiz olunmuş xüsusi xilasetmə qayığı
Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri ilə birlikdə XRXX-nin 110 nəfər şəxsi heyəti və 3 ədəd texnikası da bura cəlb olunmuşdur. Ümumilikdə adıçəkilən ərazilərdə baş vermiş partlayış nəticəsində Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 12 nəfər yaralı (4 kişi, 5 qadın və 3 uşaq) və 22 nəfər sakinin cəsədinin (10 kişi və 12 qadın) uçqunlar altından çıxarılaraq aidiyyəti üzrə verilməsi təmin edilmişdir. POLİQON: Cənab generalmayor, XRXXnin iştirak etdiyi beynəlxalq xilasetmə əməliyyatları barədə də oxucularımıza məlumat verməyinizi xahiş edirik. General Məhərrəm Həsənov: Bir çox Beynəlxalq xilasetmə əməliyyatlarında uğurla iştirak etmişik. Misal olaraq, 2011-ci il 24 oktyabrdan 31 oktyabr tarixinədək, hardasa, 120 nəfərlik heyətlə Türkiyə Respublikasının Van vilayətinin Erciş şəhəri ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatlarında iştirak etmişik. Düz 104 saat sonra Kinoloji Taborumuzun yetişdirdiyi it canlı insanı axtarıb tapmışdı. Ondan 4 saat, yəni zəlzələnin baş verməsindən 108 saat sonra bizim xilasedicilərimizin professionallığı nəticəsinda başqa bir insan tapıb çıxarılmışdı. Bütün bunlar xilasedicilərimizin şücaəti sayəsində idi. Fövqəladə Hallar Nazirliyinin 56 ədəd humanitar yardım maşını Azərbaycan tərəfindən İran üzəri ilə Türkiyə Respublikasına, zəlzələ olan nöqtəyə aparılmışdı. Həmin humanitar yardıma şəxsən özüm rəhbərlik etmişdim. 56 ədəd maşın kalonunun uzunluğu 5 kilometrə yaxın idi. İkinci dəfə isə 30-a yaxın humanitar yardım maşını göndərildi. Biz humanitar yardımımızı 3 gün ərzində Türkiyəyə çatdırdıq. Stresli hallar yaşadıq, çox çətin idi. Həyatımda qarşıma qoyulan tapşırıqlardan ən məsuliyyətlisi idi. Oradakı xilasedicilərimizin, sürücülərimizin də üzərində böyük məsuliyyət var idi. Hər iki humanitar yardımın aparılmasında, müşahidəsində, mühafizəsində bizim xidmətimiz böyük rol oynamışdı.
Xilasetmə Xidmətinin şəxsi heyəti yaxından iştirak etmişdi... General Məhərrəm Həsənov: Bəli, Gürcüstandakı qoruq yanğını idi. Gürcüstsan Respublikası hökümətinin 22 avqust 2017-ci il tarixli müraciətinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Gürcüstanın Boryomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində kömək məqsədi ilə FHN-nin xilasetmə qrupunun tərkibində XRXX-nin 26 nəfərdən ibarət şəxsi heyəti komplektləşdirilmiş xüsusi xilasetmə alət və avadanlıqları, yanğınsöndürmə vasitələri ilə təbii fəlakət zonasına ezam olunmuşdur. Orada xilasedicilərimiz yanğının söndürülməsində böyük köməklik göstərmişdi. Hətta bir xilasedicimiz orada ağır zədə almışdı və həmin zədə səbəbilə sıralarımızdan tərxis olunmuşdu. POLİQON: Cənab generalmayor, “Günəşli” neft yatağındakı yanğın zamanı zərərçəkmişlərin xilasetmə əməliyyatına da siz rəhbərlik et misiniz. General Məhərrəm Həsənov: 2015-ci ilin dekabr ayının əvvəlində “Günəşli” neft yatağında baş vermiş partlayış nəticəsində eyni qayıqda olan 30 nəfər suya düşmüşdü. Onlardan 27 nəfəri qayığın içərisində sıxışaraq platformanın altında qalmışdı. Həmin şəxslərin xilas olunması üçün bizə göstəriş gəldi. Mənim qarşıma tapşırıqlar qoyuldu. 12 xilasedicini seçib xüsusi hazırlanmış helikopter ilə partlayış olan yerə endik, qayığın platforma altında sıxışıb qaldığını görüb məruzə etdim. Qayıq laxlayırdı. Ani bir hərəkət
lazım idi ki, qayıq aşağı düşsün. 8-10 metr dalğanın hündürlüyü idi. Platformanın üstündə 4-5 ədəd maye qazla dolu çən də var idi və yanğın o çənləri isidirdi. Orda genişləmə olub partlaya da bilərdi. Bir çən partlasaydı, kimsənin sağ qalmaq ehtimalı yox idi. Biz qərar qəbul elədik ki, qayığın üstündə yuxarıdan deşiklər açaq – böyük kvadrat deşiklər açdıq. Düşdük qayığın üstündəki lüka, lükun qapağını açmaq lazım idi. Xilasedicimiz yuxarıdan 1, 2 və 3-cü mərtəbəni keçərək ora endi, enəndən sonra da qayığa toxunmadan yavaş-yavaş əyildi, qapağını açdı, açandan sonra da qayığa toxunmadan qayığın içərisinə girərərək 27 nəfəri xilas etdik. 3 nəfər də platformanın üstündə idi, cəmi 30 nəfər. Onları götürüb gəmiyə minəndən sonra mənəvi rahatlıq tapdım. Ordan hər bir nəfəri çıxardanda belə deyirdik: “xoş gəlmisən”, yəni ki, o biri dünyadan bu dünyaya xoş gəlmisən məsələsi. POLİQON: Bir insanı xilas etmək bəşəriyyəti xilas etmək hesab olu nur... General Məhərrəm Həsənov: Həqiqətən də elədir. Sizə bir xilasetmə əməliyyatını da danışım. 2006-cı ildə Zığda baş vermiş torpaq sürüşməsi nəticəsində 2 nəfər torpağın altında qalmışdı. Birini xilaedicilərimiz tez çıxara bilidilər. İkincisi görünmürdü, amma torpağın altından səsi gəlirdi. Biz qorpağı qazıb onu çıxarmalıyıdıq. Xilasedici ora düşəndə torpaq sürüşdü və xilasedici də sinəsinə qədər qaldı
XRXXnin xilasetmə qrupunun dağıntılar altında qalanları xilasetmə anı
POLİQON: Gürcüstanda baş ver miş yanğında da Xüsusi Riskli
27
torpağın altında. Mən gəldim çatdım hadisə yerinə və başladıq xilasedicimizi çıxarmağa. Uzun bir müddətdən sonra xilasedicimizi çıxara bilsək də, digər şəxs torpağın altında qalmışdı. Ora düşüb işləmək olmurdu, sağdan və ya soldan torpaqda bir balaca iş görən kimi sürüşürdü. Əməliyyat 4 saat çəkdi. Vəziyyət o qədər mürəkkəb idi ki, göydən xilasedicimizi başıüstə sallamışdıq aşağı. O, heç yana toxunmadan, xüsusi
alət-avadanlıqların köməyi ilə torpağı təmizlədi. Nəticədə uçqun altında qalmış ikinci şəxsi sağ-salamat çıxara bildik. Asan iş deyil bu işlər, çətin işdir, həm də çox şərəfli işdir. POLİQON: Cənab generalmayor, dəyərli vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz fikirlər varmı?
General Məhərrəm Həsənov: 44 günlük Vətən müharibəsində şəhidlər vermişik, onların qarşısında vicdanımız təmiz olsun deyə, işimizi layiqincə yerinə yetirməliyik. Şəhidlərimizə rəhmət diləyir, onların ruhları qarşısında baş əyirəm. Ali Baş Komandanın atdığı cəsarətli addımların, rəşadətli Silahli Qüvvələrimizin uğurlu əməliyyatlarının nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu. Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanın sayəsində həqiqətən də millətimiz, xalqımız artıq başı dik gəzir. Bir şeyi istəyirəm biləsiniz, müharibə bitib, amma bizim müharibəmiz həmişə, hər saat, hər dəqiqə davam edir. Bunun yanğını, sürüşməsi, uçqunu, yol qəzaları və digər hadisələri var. Bu bizim gündəlik müharibəmizdir, biz bununla mübarizə aparırıq. Azərbaycan xalqı bilsin ki, nə qədər Fövqəladə Hallar Nazirliyi var, Xüsusi Riskli Xilasetmə Xidməti var, onlar rahat yata bilərlər. Hər zaman, hər saat, hər dəqiqə harda olursa olsun, biz onların yardımına gedib xilas edəcəyik. Bizimlə həyat təhlükəsizdir. Təşəkkür edirik. - Sağ olun.
Ermənistanla sərhəddə 15 yeni hərbi hissə istifadəyə verilib
Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan xalqının ədalət savaşı tarixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.
30 www.poliqon.az
Azərbaycan Dövlət Sərhəd Xid mətinin (DSX) may ayında Zəngilan rayonu ərazisində iki, iyunun ayınında Qubadlı rayonu ərazisində bir yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilmişdi. İyul ayının əvvəlində isə Qubadlı və Laçın rayonları ərazisində Dövlət Sərhəd Xidmətinin 2 yeni hərbi
hissəsi xidməti istifadəyə verilmişdir. Qeyd edək ki, bununla DSX-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində istifadəyə verilmiş hərbi hissələrinin sayı 15-ə çatdırılmışdır. Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissə komplekslərinin xidmətidöyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik etmişdir. Çıxışda ölkənin ərazi bütövlüyünün bərpa olunmasından və Azərbaycanın dövlət sərhədlərinin işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunmuş, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilmişdir. Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə
cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilmiş, Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkənin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanmışdır. Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Prezident İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunmuşdur. Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunmuş, o cümlədən döyüş texnikasına, silah və texniki vasitələrə baxış keçirilmişdir. Sonra “Qubadlı” əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilmiş, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında vəzifəli şəxslərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymət ləndirilmişdir.
Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinə baxış keçirilmişdir.
31
MILEX-2021:
Sərgidə diqqət çəkən yeniliklər ?Zaur Babaşov, Rizvan Fikrətoğlu Silah və hərbi texnika istehsalı iqtisadiyyatın ən yüksək texnoloji sahələrindən biridir, eyni zamanda dövlətlərarası münasibətlərin və milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan müasir dünyada diqqət çəkməyi bacaran müdafiə sənayesi sərgiləri yalnız texnoloji çəkiyə malik deyil, həm də dövlətlərarası münasibətlərin qurulmasında böyük əhəmiyyət daşıyır. 23-26 iyun 2021-ci il tarixlərində Belarus Respublikasının Minsk şəhərində keçirilmiş “MILEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi bir çox yeniliklərlə müşahidə olundu. Bu, Belarusda koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərin tətbiqindən sonra ölkədə keçirilən ilk böyük beynəlxalq tədbir oldu. POLİQON jurnalı “MILEX-2021” sərgisini dərindən izləmiş və bu barədə yenilikləri Azərbaycan ictimaiyyətinə təqdim edir. Ümumiyyətlə, MILEX sərgisi həmişə yüksəksəviyyəli təşkilatçılığı, uğuru və xarici tərəfdaş ölkələrin ona olan
32 www.poliqon.az
marağı ilə seçilmişdi. Şərqi Avropa bölgəsindəki ən böyük ixtisaslaşdırılmış müdafiə sənayesi sərgisi hesab olunan MILEX-də başda Belarus olmaqla müxtəlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləmişdir. Sərgidə əsas ağırlıq Belarusun müdafiə sənayesi şirkətlərinin payına düşmüşdür. MSN rəhbərliyi MILEX sərgisinə qatılıb. Ümumilikdə Belarus, Rusiya, Çin, Türkiyə və Özbəkistandan 150 müdafiə sənayesi şirkəti öz ekspozisiyalarını “Minsk
Arena” Kompleksində nümayiş etdirmişdir. Sərgidə Belarus 119 şirkət, Rusiya 27 şirkət, Çin 2 şirkət, Türkiyə 1 şirkət, Özbəkistan Müdafiə Sənayesi üzrə Dövlət Komitəsi ilə təmsil olunmuşdur. Müasir silah və hərbi texnika modellərinin nümayiş olunduğu sərgidə Azərbaycan da daxil olmaqla 21 ölkədən 31 rəsmi nümayəndə heyəti iştirak etmişdir. Azərbaycanı müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Görüşlər zamanı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf
etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılmışdır. Sərginin məqsədi Sərginin əsas məqsədi dünya ictimaiyyətinə Belarus müdafiə sənayesinin məhsullarının daha geniş şəkildə nümayiş etdirmək, Belarus müdafiə sənayesinin son nailiyyətləri ilə tanış etmək, müxtəlif ölkələrdən sərgiyə gələnlərə texnologiya sahəsindəki son inkişafları əyani göstərmək, hərbi modernləşdirmə ilə məşğul olan müəssisələrin imkanlarını sərgiləməkdən ibarət idi. Sərgidə ənənəvi olaraq hökumət nümayəndə heyətləri, Belarus hərbi texnika və silah ixracatçıları və idxalçıları olan ölkələrin hərbi və müdafiə sənayesi idarələrinin rəhbərləri, ekspert və işgüzar dairələrin nümayəndələri iştirak etmişdilər. Ölkənin ən böyük sərgi kompleksi olan “Minsk-Arena” silah sistemlərinin bir sıra inkişaf sahələrində xarici həmkarları ilə rəqabət apara bilən Belarus silah mütəxəssislərinin modern inkişafları da daxil olmaqla geniş eksponatlar nümayiş etdirə bilmişdi. Burada təqdim olunan bir çox silah və hərbi texnika nümunələrinə yüksək keyfiyyəti, etibarlılığı və texniki xüsusiyyətləri sayəsində dünya bazarında tələbat olduğu və bunların Belarus müdafiə sənayesinin ixrac potensialının artırılmasına kömək etdiyi bildirilmişdir. PUA-lara maraq böyükdür Sərgidə Belarus müdafiə sənayesi müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlardan silah və hərbi
texnika modelləri, yeni nəsil hərbi texnika prototipləri, müasir hərbi coğrafi informasiya sistemləri, quru qoşunlarının xüsusi əməliyyatları üçün hərbi sistemlər, həssas silahlara qarşı müdafiə sistemləri, pilotsuz uçuş aparatları (PUA), raket və top sistemləri, kiçikölçülü silahlar, o cümlədən aşağı və ortamənzilli hava hücumundan müdafiə sistemləri, yüksək texnoloji avadanlıq və sistemlər, müxtəlif kalibrli sursat və xüsusi kimyəvi maddələr, habelə elektro-optik avadanlıq və sistemlər, kimyəvi və bioloji qorunma üçün avadanlıq və alətlər, qoşunlar üçün texniki vasitələr və dəstək sistemləri, informasiya sistemləri və məlumatların qorunması sistemləri, aviasiya və kosmik sistemlər, aviasiya texnologiyaları, naviqasiya sistemləri və avtomatik idarəetmə
sistemləri, ikili istifadə avadanlıqları və texnologiyaları və s. nümayiş etdirilmişdir. 140 milyon dollarlıq 12 ixrac müqaviləsi Belarus Respublikası Dövlət Hərbi Sənayesi Komitəsinə daxil olan şirkətlər tərəfindən sərgidə ümumilikdə 334 adda silah və hərbi texnika nümunəsi nümayiş etdirilmişdir ki, onlarında 177 ədədi yeni məhsullardır. Sərgidə ilk dəfə nümayiş etdirilən məhsulların əksəriyyəti artıq Belarus Silahlı Qüvvələrində xidmətdədir, bir neçəsi sınaqdan keçirilmişdir. Belarus rəsmiləri qonaqların yeni məhsullarla maraqlandıqlarını qeyd ediblər. Onlar xüsusilə PUA-lara və zirehli personal daşıyıcılarına maraq göstəriblər. Ümumilikdə Belarusun Hərbi Sənaye Komitəsi tərəfindən idarə olunan müəssisələr 140 milyon ABŞ dolları dəyərində 12 ixrac müqaviləsi imzalamışdır. “Hunter” pilotsuz helikopteri Sərgidə maraqla qarşılanan yeni məhsullar arasında Belarusun “Beltexeksport” şirkətinin hazırladığı helikopter tipli “Hunter” pilotsuz uçuş aparatı daha çox diqqət çəkmişdi. Kəşfiyyat-müşahidə və zərbə xarakterli “Hunter” PUA uzaqdan idarə olunan döyüş modulu ilə silahlandırılmışdır. Döyüş moduluna “Kalaşnikov” PKMT pulemyotu inteqrasiya edilmişdir. Döyüş modulunun sursat deposu 550 patron tutumuna malikdir. Bundan başqa “Hunter” PUA iki raket buraxıcı qurğuda səkkiz idarəolunmaz raket ilə komplektləşdirilmişdir. İnfraqırmızı kameraya sahib pilotsuz helikopterə sabitləşdirilmiş elektro-optik sistemi quraşdırılmışdır. Kütləsi 700 kq, faydalı yükünün kütləsi 200 kq, yanacaq təchizatı 180 litr, rotorun diametri 7 metr, uçuş müddəti 5 saata qədərdir.
“Hunter” pilotsuz helilkopteri
33
“KirasaM” kiçikbazalı diferensial məsafəölçmə kompleksi
UBAK PUA-ları Bundan başqa, “MILEX-2021” sərgisində Belarusun “558-ci Aviasiya Təmiri Zavodu” ASC tərəfindən iki yeni pilotsuz uçuş aparatı (PUA) nümayiş etdirilmişdir. Təqdim olunan PUA-lardan biri ümumi çəkisi 12 kiloqram olan UBAK-25 “Çekan” adlanır. 25 kilometr uçuş məsafəsinə malik PUA 2-3 kiloqram ağırlığında döyüş başlığı ilə təchiz edilmişdi. PUA-nın kamikadze tipli olduğu bildirilmişdir. “558-ci Aviasiya Təmiri Zavodu” tərəfindən sərgilənən ikinci PUA 70 kilomter uçuş məsafəsinə malik UBAK-70 “Lovçiy” adlı piloptsuz uçuş aparatıdır. UBAK-70 “Lovçiy” PUA-nın maksimum döyüş yükü 20 kiloqramdır. Yeni “Berkut”un imkanları artırılıb Belarus sərgidə “Berkut” uçan hədəf sisteminin yeni modifikasiyasını da təqdim etmişdir. Belarusun “Beltexeksport” şirkəti tərəfindən hazırlanan “Berkut” reaktiv mühərrikli uçan hədəf sisteminin yeni modifikasıyasının sələfi ilə müqayisədə uçuş sürəti artırılaraq 600 km/saata çatdırılmışdır. Yeni “Berkut”un çəkisi 40 kiloqramdır və bir saata qədər havada qala bilir. “Beltexeksport” mütəxəssislərinin sözlərinə görə, məhsulun yaradılmasında qabaqcıl texnologiyalardan istifadə edilmişdir. Yeni “Berkut” yüksək aero-
34 www.poliqon.az
dinamik xüsusiyyətlərə malikdir. Hədəfin enişi daxili paraşüt sistemindən istifadə etməklə həyata keçirilir. Qeyd edək ki, bundan əvvəlki “Berkut-VM” uçan hədəf sisteminin çəkisi 35 kq, sürəti 450 km/ saat, uçuş müddəti 30 dəqiqədir. PUA əleyhinə “Qroza-Z1” mobil sistemi Minskdə keçirilmiş “MILEX-2021” beynəlxalq sərgisində ilk dəfə Belarus Respublikasının Hərbi Sənaye Komitəsinə daxil olan “KB Radar” şirkəti tərəfindən obyektlərin pilotsuz uçuş aparatlarından (PUA) qorunması üçün təyin edilmiş “Qroza-Z1” mobil sistemi nümayiş etdirilmişdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, “QrozaZ1” mobil sistemin hazırlanması və istehsal prosesi başa çatdırılmışdır.
Sistem mobilliyi artırmaq və istifadə nöqtəsinə sürətli çatdırılmaqdan ötrü istənilən avtomobil şassisinə quraşdırıla bilər. PUA-lara qarşı iş həm dayanacaqda, həm də hərəkətdə olan zaman həyata keçirilə bilir ki, bu da yalnız stasionar obyektlərin qorunmasını deyil, həm də nəqliyyat karvanlarının təhlükəsizliyini təmin etməyə imkan verir. “KB Radar”dan daha bir yenilik “MILEX-2021” sərgisi zamanı “KB Radar” şirkəti tərəfindən təqdim olunan daha bir yeni məhsul pilotsuz uçuş aparatlarının 3D-mövqelənməsi və tanınması üçün təyin edilmiş “Kirasa-M” kiçikbazalı diferensial məsafəölçmə kompleksi olmuşdur. Qeyd edildiyi kimi, kompleks, PUA-nın məlumatötürmə siqnallarına əsaslanaraq aşkarlanması, identifikasiyası, tanınması və 3D-mövqeləndirilməsi üçün nəzərdə tutulmuşdur.
“Berkut” uçan hәdәf sistemi
Sistem ən çox yayılmış PUA-ların işlədiyi tezliklərə avtomatik olaraq nəzarət edir. PUA-lar görünəndə sistem onların siqnallarını tanıyır və idarəetmə kanallarını, məlumat ötürülməsini və naviqasiyanı avtomatik olaraq susdurur. Göstərilən təsir nəticəsində PUA ya düşür, ya təcili eniş edir, ya da “evə” qayıdır. Bundan başqa, sistemin əhəmiyyətli üstünlüyü onun PUA üçün uçuşa qadağan zonası yaratmaqdan ötrü yanıltıcı naviqasiya müdaxiləsini qurmaq qabiliyyətidir. Sistemin PUA aşkaretmə məsafəsi 2 kilometrə qədərdir. İdarəetmə və məlumat ötürmə kanallarının susdurulma məsafəsi 500 metrdən az deyil, naviqasiyasöndürmə məsafəsi 2 km-dən az deyil, yanıltıcı naviqasiyayaratma məsafəsi 10 km-ə qədərdir.
Kompleks, diferensial məsafəölçmə metoduna əsaslanan passiv rejimdə PUAları aşkarlayır. Passiv iş rejimi sayəsində kompleks hissedilməz şəkildə işləyir, ətrafdakı infrastruktura maneə yaratmır, hətta hava limanlarının ərazisində də səmərəli və təhlükəsiz istifadə edilə bilər. “Kirasa-M” PUA-lara qarşı elektron mübarizə vasitələri ilə yanaşı, hava hədəflərini radiolokasiya və optik aşkaretmə vasitələrinə də qoşula bilir. Kompleks 400-6000 MHs tezlik diapazonunda işləyən PUA-ları aşkar edə bilir. PUA-nı aşkaretmə məsafəsi 3 km-dir, PUA-nın uçuş hündürlüyünün təyin edilməsi isə onun kompleksə 1,5 km məsafəyədək yaxınlaşdıqda mümkündür.
PUA əleyhinə “QrozaZ1” mobil sistemi
Şirkət mütəxəssislərinin sözlərinə görə, “Kirasa-M” kompleksi hazırda işlərini tamamlayaraq sınaqlara başlamışdır. Yeni BTR-V2 maraqla qarşılanıb Belarusun “Minsk təkərli dartıcılar zavodu” (MZKT) 23-26 iyun tarixlərində Minskdə keçirilmiş MILEX-2021 beynəlxalq sərgisində yeni hazırladığı 8×8 təkər formullu BTR-V2 zirehli transportyorunu nümayiş etdirmişdir. Yeni maşın Belarus Müdafiə Nazirliyinin maraqları çərçivəsində hazırlanmışdır və gələcəkdə ordunun silahlanmasında olan BMP-1, BMP-2, BTR-70, habelə BTR-80 kimi döyüş maşınlarını əvəz edə bilər. BTR-V2 zirehli transportyoru üçün prototip qismində Rusiya istehsalı BTR82A-dan istifadə edilmişdi. Yeni döyüş maşını müasir zirehli nəqliyyat vasitələri üçün tələblər nəzərə alınaraq və Belarus komponentlərindən maksimum istifadə olunmaqla yaradılmışdır.
Ümumi kütləsi 19.900 kiloqram olan döyüş maşını 550 at gücünə malik 6 silindirli “Weichai Power” WP13.480А0 dizel mühərriki və 6 pilləli hidromexaniki sürətlər qutusu ilə təchiz edilmişdir. Asfaltbeton örtüklü şosedəki maksimal hərəkət sürəti saatda 110 km-ə, suda maksimal üzmə sürəti isə saatda 10 km-ə bərabərdir. Heyəti üç nəfər, desant 8 nəfərdir. Atıcı silahlardan və kütləvi qırğın silahlarından qorunmaya malikdir. Məmulat istənilən məqsədlər üçün zirehli transportyor yaratmaqdan ötrü istifadə edilə biləcək universal platformadır. Döyüş tapşırıqlarını həll etmək üçün zirehli transportyor kifayət qədər təsirli standart atəş vasitələrinə malikdir. Zirehli transportyorun baza variantında 30 mm-lik 2A42 avtomatik toplu, qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotlu və TƏİR kompleksi olan döyüş mod-
ulu quraşdırılmışdı. Bununla belə, silahlanma sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə, uzaqdan idarə olunan döyüş modulunun və ya digər silahların quraşdırılaması təmin edilə bilər. “Ximera” kəşfiyyat maşını Bearusun “Aqat” elektromexanika zavodu tərəfindən hazırlanmış “Ximera” adlı yeni radiasiya, kimyəvi və bioloji kəşfiyyat maşınının prototipi ilk dəfə “MILEX-2021” beynəlxalq silah və hərbi texnika sərgisində təqdim edilmişdir. “Aqat” mütəxəssislərinin sözlərinə görə, Belarus Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji təhdidlərə qarşı ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan “Ximera” maşını taktiki-texniki xüsusiyyətlərinə görə, analoqlarından xeyli üstün olacaq. Yeni maşın qamma radiasiya mənbələrinin istiqamətini axtara və təyin edə, zəhərli kimyəvi maddələri və bioloji patogen məhsulları aşkarlaya biləcək. “Ximera” kəşfiyyat maşını “Kayman” zirehli transportyorunun şassisi üzərində quraşdırılmışdır. ADUNOK BM-30 döyüş modulu Belarusun “Displey” Konstruktor Bürosu “MILEX-2021” sərgisində özünün yeni ADUNOK BM-30 döyüş modulunu nümayiş etdirmişdir. 30 mm-lik topa sahib yeni döyüş modulu “Displey” tədqiqat və istehsalat müəssisəsinin perspektivli layihələrindəndir. Zirehli transportyorları və piyadaların döyüş maşınlarını təchiz etmək üçün nəzərdə tutulub. Modul, motoatıcı, habelə piyada bölmələrinin atəş gücünü artırmaqdan ötrü perspektivli və təkmilləşdirilmiş zirehli döyüş maşınlarına da quraşdırıla bilər.
Əsas silah olan 30 mm-lik 2A42 və ya 2A72 avtomatik topu ilə bir dəst 7,62 mm-lik PKT tank pulemyotu qoşalaşdırılmışdır. ADUNOK BM-30 döyüş modulu, hava hədəflərinə atəşetmə imkanı sayəsində zirehli döyüş maşınlarının tətbiq dairəsini genişləndirməyə imkan verir. 75 dərəcəyə qədər şaquli qalxma bucağı, 360 dərəcə dönmə bucağı və dəqiqədə maksimal 550 atəş tempi sayəsində döyüş modulu kiçik pilotsuz uçuş aparatlarını (PUA), aşağı hündürlükdə uçan təyyarələri və helikopterləri, eyni zamanda yüngül zirehli texnikalarla səhra istehkamlarını məhv etməyə qadirdir. ADUNOK BM-30 döyüş modulunun atəş məsafəsinin ölçülməsi 6500 m-ə qədər, hədəfləri məhvetmə məsafəsi 4000 m-ə qədərdir. Döyüş dəstinə 30 mm-lik 2A42/2A72 avtomatik topu – 300 atəş yığımı, 7,62 mm-lik PKT pulemyotu – 2000 patron daxildir. ADUNOK BM-30 ADUNOK BM30 döyüş modulu
döyüş modulunun kütləsi silahsız 1120 kq, silahla 1380 kq-dır. RPQ “Sapfir” çoxfunksiyalı qumbaraatan “MILEX-2021” sərgisində “Belspetsvneshtekhnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsinin (DXTUM) stendində RPQ “Sapfir” çoxfunksiyalı qumbaraatan kompleksi təqdim olunmuşdu. Kompleks, atəş dəqiqliyini əhəmiyyətli dərəcədə artıra və sursatların qiymətini azalda bilən çoxməqsədli döyüş başlığı (DB) və rəqəmsal atəşi idarəetmə cihazı (AİC) ilə təchiz olunmuş, idarə olunmayan qumbaralı yüngül qumbaraatandır. Müasir düşmən əsas döyüş tankları, zirehli, yüngül zirehli və zirehsiz hədəflərlə mübarizə aparmaq, bunkerlərdə, uzunmüddətli atəş nöqtələrində, yüngül
36 www.poliqon.az
“Ximera” kәşfiyyat maşını
səhra tipli sığınacaqlarda, şəhər və kənd tipli tikililərdə yerləşən, həmçinin fərdi müdafiə vasitələri (zirehli jiletdə) olan canlı qüvvəni məhv etmək üçün təyin edilmişdir.
Kompleksin ölçüləri və çəkisi əsgərin əlaqə yolları boyunca asanlıqla hərəkət etməsini və istənilən hərbi nəqliyyat vasitəsinə yüklənməsini təmin edir. Qumbaraatanın fərqli bir xüsusiyyəti, kiçikçaplı və reaktiv qumbaranın hamar bir şəkildə hərəkətə başlaması (startı) sayəsində kiçikölçülü qapalı məkanlardan atəş açmaq imkanıdır. Nəticədə 60 mm çapda yaradılmış kompleks nəinki effektivliyinə görə 90-105 mm-lik qumbaralardan geri qalır, hətta nişangah məsafəsində onları keyfiyyətcə üstələyir. 60 mm çapı qumbaranın nəqletməburaxma konteyneri (NBK) ilə birlikdə kütləsi 4 kq, NBK uzunluğu 750 mm-dir. “Sapfir” çoxfunksiyalı qumbaraatanın düzünə atış məsafəsi 150 m, maksimal nişangah atış məsafəsi 400 m, maksimal atəş məsafəsi 1000 metr təşkil edir. Hazırda kompleks 2021-ci ilin iyul ayında tamamlanması planlaşdırılan atəş sınaqlarından keçir.
“Sapfir” çoxfunksiyalı qumbaraatan
“Trio” ZRK
“Trio” yaxın mənzilli ZRK Belarusun “BSVT – Yeni Texnologiyala” şirkəti sərgidə yeni “Trio” yaxınmənzilli zenit raket kompleksini (ZRK) nümayiş etdirmişdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, BSVT təşəbbüs qaydasında yüksəkdəqiqlikli silahlara və pilotsuz uçuş aparatlarına təsirli şəkildə müqavimət göstərə bilən universal hava hücumundan müdafiə sistemlərinin yaradılması üçün müasir konsepsiyaları nəzərə alaraq, “ASILAK” yüngülzirehli avtomobil bazasında “Trio” yaxınmənzilli zenit raket kompleksini yaratmışdır. Bildirilib ki, layihələndirmə işlərinin gedişatında yalnız iki növ sursatla – təkmilləşdirilmiş R-60-NT qısamənzilli aviasiya idarəolunan raketi və 9M37M zenit idarəolunan raketin ilə atəş edə bilən universal döyüş modulu deyil, həm də akustik və optik kəşfiyyat sistemləri yaradılır. R-60-NT raketi təkmilləşdirilmiş və yeni idarəetmə sistemi tətbiq edilmişdir. Raket infraqırmızı, lazer və teplovizual tipli özütuşlanma başlıqları ilə təchiz edilə bilir. Yeni zenit-raket kompleksi bort naviqasiya və səmtləşmə kompleksi, məlumatların qəbulu və ötürülməsi avadanlığı, həmçinin “Alyans” avtomatlaşdırılmış idarəetmə sisteminə (AİS) inteqrasiya olunmuş rabitə və idarəetmə sistemləri ilə təchiz edilmişdir. Dəstəklənən radiotexniki bölmələrdən və yuxarı komanda məntəqəsindən aşkarlanan və alınan hədəflər haqqında məlumatlar real vaxtda işlənir və “Trio” ZRK atəş vasitələrinə hədəfgöstərmə məlumatı kimi verilir. Bundan başqa, ZRK fəza yarımkürəsinin müəyyən hissəsini avtomatik olaraq müşahidə edən, televiziya modullarından alınan məlumatları işləyən, aşkar
edilmiş obyektləri tanıyan və identifikasiya edən “Sokol” 360 dərəcəlik dairəvi optik müşahidə və lokasiya sisteminə malikdir, hava vəziyyətini hesablayır və qurur və sonradan onu tabeli döyüş maşınlarına və mərkəzi idarəetmə məntəqəsinə ötürür. Kompleksin tərkibinə kəşfiyyat vasitələri ilə təchiz edilmiş səyyar idarəetmə məntəqəsi, 4 ədəd döyüş maşını, nəqletməburaxma konteynerində R-60-NT və ya 9M37M zenit idarə olunan raketi (4 ədəd 1 döyüş maşınında) daxildir. Komleksin hədəfi aşkaretmə məsafəsi passiv optik radarla 2,3×2,3 m ölçülü hədəfi 20 km, 0,3×0,3 m ölçülü hədəfi 2 km, “Strij-M” optik-elektron sistemi ilə 15 km, akustik stansiya ilə 3 km təşkil edir. “Trio” ZRKnin hədəfi məhetmə məsafəsi 8 km, hədəfi məhvetmə yüksəkliyi isə 5 km-dir. “Vistl” robotlaşdırılmış YARS “MILEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi zamanı Belarus müdafiə sənayesi şirkətlərinin isteh-
salı olan müxtəlif versiyada yaylım atəşli reaktiv sistemi (YARS) sərgilənmişdir. Belarusun “Belspetsvneştexnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsi tərəfindən hazırlanan “Vistl” robotlaşdırılmış YARS kompleksi ilk dəfə “MILEX-2021”də nümayiş etdirilmişdi. “Vistl” YARS qısamənzilli silahdır və dönər platforma ilə təchiz edilmiş pilotsuz yerüstü az gözəçarpan döyüş maşınıdır. Kompleks 57 mm-lik S-5 raketlərinin atılması üçün 18 istiqamətləndirici borular paketi ilə təchiz olunmuşdu. Döyüş maşını yerindən 4000 m-ə qədər məsafədə yerləşən düşmənin canlı qüvvəsinə, zirehli və zirehsiz hədəflərə qarşı effektiv atəş aparmaq üçün təyin edilmişdir. Döyüş robotunun idarə olunması radioelektron mübarizəyə qarşı patentləşdirilmiş texnologiyaya əsaslanan etibarlı radiokanal vasitəsi ilə uzaqdan həyata keçirilir. Döyüş modulunda yerləşən əvvəlki “Qraç” optik-elektron sistemini (OES) əvəz edən daha mükəmməl “Çij-D” OES, fərqli görmə sahələrinə sahib termal və televiziya kameraları ilə, həmçinin lazer məsafəölçmə cihazı ilə təchiz edilmişdir. Bu sistem və cihaz sayəsində robotlaşdırılmış “Vistl” YARS kompleksi 3300 m-dən çox məsafədə yerləşən böyük zirehli hədəfləri aşkar edə bilir. Kompleks “Alyans” vahid avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrasiya olunmuşdur ki, bu da “Vistl” robotlaşdırılmış YARS-ı digər robot platformaları ilə birlikdə eyni stasionar obyektdə yerləşən idarəetmə mərkəzindən bir kompleksdə istifadəsinə imkan verir. “Vistl” YARS universal nəqliyyat platforması “Berserk” robot atəş kompleksinin şassisi ilə eynidir və döyüş mod-
“Vistl” robotlaşdırılmış YARS
37
122 mmlik “Şkval” YARS
ulu avtonom atəş nöqtəsi kimi tırtıllı platformadan ayrı istifadə edilə bilər. “Vistl” kompleksi öz mövqeyini, istiqamətini (kursunu) və yan əyilməsini təyin edə bilir, həmçinin tuşlama bucağını və atışın istiqamətini hesablayan intellektual sistemlə təchiz edilmişdir. Kompleksin iki idarəetmə rejimi var – koordinatlar üzrə (bağlı atəş mövqelərindən atış üçün istifadə olunur) atəş və müşahidə olunan hədəflərə atəş. “Vistl” robotlaşdırılmış YARS kompleksi “Çij-D” optiko-elektron stansiya, C-5 idarə olunmayan raketi ilə dəstləşdirilmişdir. Kütləsi 2200 kq təşkil edən YARS kompleksinin batareyasının işləmə müddəti 24 saatdır. Hibrid güc qurğusu ilə təchiz edilən “Vistl”in maksimal hərəkət sürəti 5 km/saat, yanacaq üzrə gediş ehtiyatı 30 km təşkil edir. Kompleksin LOS idarəetmə məsafəsi, şəhər şəraitində 2000 metr, açıq ərazilərdə 5000 metrdir. “Şkval” YARS “MILEX-2021” sərgisi çərçivəsində Belarusun “Volatavto” şirkəti yeni məhsul nümunələrini sərgiləmişdir. Bu məhsullar sırasına 122 mm-lik “Şkval” yaylım atəşli reaktiv sistemi (YARS) də daxildir. Yeni “Şkval” YARS Ural-432007 avtomobilinin şassisinə yerləşdirilmişdir, döyüş maşınında Belarus istehsalı olan istiqamətləndirici borular, həmçinin müasir rabitə və məlumatötürmə sistemi quraşdırılmışdı ki, bu da sistemin atəş mövqeyində qalma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və müasir döyüşdə sağqalma qabiliyyətini artırmağa imkan verir. İstehsalçının sözlərinə görə, 122 mm-lik “Şkval” YARS yalnız BM-21 “Qrad” YARS-ın müxtəlif modifikasiyalarında istifadə olunan döyüş
38 www.poliqon.az
sursatlarından deyil, eyni zamanda Belarusun “Dəqiq elektromexanika zavodu” tərəfindən təkmilləşdirilmiş 122 mm-lik reaktiv mərmilərdən də istifadə edə biləcək. BM-21B “BelQrad-2” YARS Sərgidə ilk dəfə olaraq Belarusun “Radioelektron silahların təmiri üzrə 2566-cı zavod”u tərəfindən yaradılan BM-21B “BelQrad-2” yaylım atəşli reaktiv sistemi (YARS) nümayiş etdirilmişdir. BM-21B “BelQrad-2” YARS, 6×6 təkər formullu MAZ-6317 şassisində yerləşdirilmişdir. Qeyd edək ki, sərgidən əvvəl BM-21B “BelQrad-2” yaylım atəşli reaktiv sistemin sınaq nümunəsinin dövlət sınaqları keçirilmişdir. Çin PUA-ları MILEX-də Çinin müdafiə sənayesi şirkətlərinin “MILEX-2021” sərgisində nümayiş etdirdiyi məhsullar arasında əsas üstünlüyü müxtəliftipli pilotsuz uçuş aparatları tutmuşdur. Dünya hərbi sənayesini kopya-
lamaqda davam edən Çin sərgidə yerli institutlardan birində yaradılmış WS-43 adlı süzən sursatını sərgiləmişdir. Çinin “Aerospace Long-March International Trade Co Ltd” (ALIT) dövlət şirkətinin stendində nümayiş etdirilən WS-43 süzən sursatı 20 kq döyüş başlığına malikdir. Havada 30 dəqiqə qala biləcən WS-43 60 km məsafədə hədəflərə dəqiq zərbələr endirməyə imkan verir. Əsasən CH PUA ailəsinin məhsullarını tanıdan ALIT şirkəti sərgini ziyarət edənlərə CH-3, CH-4, CH-91, CH-901 PUA versiyalarının təqdimatını keçirmişdir. Nümayiş etdirilən CH-4 döyüş pilotsuz uçuş aparatının təkmilləşdirilmiş yeni versiyası öz sələfindən daşıdığı silah və sursatların daha çox çeşidi və yükqaldırma qabiliyyəti ilə fərqlənir. Bundan başqa, PUA lazer və infraqırmızı (IR) terminal vasitəsi ilə yönləndirilən bombaların tətbiqi ilə əlaqədar yeni elektro-optik komplekslə təchiz edilmişdir. CH-4 PUA-nın təkmilləşdirilmiş versiyasının silahlanmasına 2 ədəd 50 kqlıq LGB (lazer yönləndirməli bomba), 2 ədəd 100 kq-lıq LGB, 100 kq-lıq GPS idarəli bomba, 100 kq-lıq GPS idarəli süzən bomba, 50 kq-lıq GPS idarəetməli bomba, 50 kq-lıq kaset bomba və 50 kqlıq IR/ MMW terminallı sursat daxildir. CH-4 Çinin “Rainbow” PUA ailəsinin ən böyük sabit qanadı platformasıdır. PUA-nın iki versiyası CH-4A (uçuş məsafəsi 3500-5000 km olan kəşfiyyat) və CH-4B döyüş konfiqurasiyası mövcuddur. Bundan başqa, Çin stendində nümayiş etdirilən məhsullar arasında M-20 “yer-yer” tipli raket kompleksi, HQ-16 zenit-raket kompleksi, TS-01 daşınan tank əleyhinə raket kompleksi, yeni nəsil
Çinin ALIT dövlət şirkətinin stendi
FN-16 daşınan zenit-raket kompleksi, FT-9 raketi və s. yer almışdır. ALIT dövlət şirkəti tərəfindən hazırlanmış HQ-16 (LY-80E) zenit-raket kompleksi 15 metrdən 18 km qədər yüksəklikdə və 40 km uzaqda olan hədəfləri vurmaq qabiliyyətindədir. Qanadlı raketlərin vurma diapazonu 3.5 km-dən 18 km qədərdir. Raketlərin uçuş hündürlüyü 50 m, hədəf sürəti isə saniyədə 300 metrdir. Təyyarələri vurma ehtimalı 85%, raketləri vurma ehtimalı isə 60% təşkil edir. Bundan başqa, kompleks 3 koordinatlı radiolokasiya sistemi ilə təchiz edilmişdi. Sistemin hava hədəflərini aşkar etmə məsafəsi 140 km-dir. Hədəflər 20 km yüksəkliyə kimi tapılır. Radar sistemi eyni anda 144 hədəfi tapa bilir. Kompleksə daxil olan raketin çəkisi 615 kq, uzunluğu 5.01 m, korpusun diametri 0.34 m, sürəti 750 metr/saniyədir. Rusiyadan geniş qatılım “MILEX-2021”də Rusiya müdafiə sənayesi şirkətləri əsasən bundan əvvəl keçirilmiş beynəlxalq sərgilərdə nümayiş etdirdiyi məhsullarla iştirak etmişdir. Rusiya stendlərində maket formasında nümunə olaraq “Аntey-4000” zenit-raket kompleksi, “Buk-M2E” zenit-raket kompleksi, TOR-M2K, TOR-M2KM, TOR-M2E zenit-raket kompleksləri, “Pantsir-S1M” zenit raket-top kompleksi, o cümlədən “Kornet-E” tank əleyhinə idarə olunan raket kompleksinin, həmçinin zirehli transportyor üzərində “Kornet-EM” özüyeriyən TƏİRK-in nümayişinə diqqət yönəldilmişdir.
Bundan başqa, Rusiya stendlərində müxtəlif zirehli maşınların maketləri, o cümlədən T-90SM tankı, “Tayfun” K-63968 və “Tayfun” K-53949 zirehli maşınları, zirehli sanitar maşını nümayiş etdirilmişdir. Sərgidə nümayiş etdirilən “KornetEM” haqqında məlumat verilərək bildirilib ki, nəqliyyat vasitəsi üzərinə inteqrasiya olunmuş kompleks yerüstü zirehli vasitələrlə yanaşı hava hədəflərinə, o cümlədən helikopter və pilotsuz uçuş aparatlarına da atəş aça bilir. “Kornet-EM” TƏİR kompleksin çoxfunksiyalılığı iki tip raketin tətbiqi ilə təmin olunur. Bunlardan biri yerüstü hədəflərin, digəri isə hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulmuşdur. Yerüstü hədəflər üzrə atəş uzaqlığı 8 kilometr, hava hədəfləri üzrə isə 10 kilometr təşkil edir. “Kornet-EM”lər eyni vaxtda iki hədəfə iki raket atəşi aça bilər. Raketlər “at-unut” prinsipi ilə çalışır. Bundan başqa,
hava hədəfləri üçün nəzərdə tutulmuş raket yerüstü hədəflərin məhvi üçün də tətbiq edilə bilər. “Аntey-4000” yeni nəsil zenit-raket kompleksi (ZRK) Rusiyanın S-300V4 zenit raket kompleksinin modernizə edilmiş vairantıdır. Sistem Rusiya ordusuna 2014-cü ildən daxil olmuşdu. Sələfindən fərqli olaraq yeni maşının – S-300V kompleksinin element bazası demək olar ki, tamamilə yenilənmişdir. “Аntey-4000” ZRK-yə yeni proqram təminatı, güclü kompüterlər quraşdırılmışdır. Digər yenilik isə kompleksin radar sistemi daha həssas və səssiz olması ilə bağlıdır. Yeni sistem üçün unikal uzaq məsafəni vurma qabiliyyətli raketlər yaradılmışdı. Onlar 400 kilometrə qədər uzaqlıqda hədəfləri vurma gücünə malikdir. “Tor-M2KM” kiçikmənzilli qoşun zenit-raket kompleksidir. ZRK-nin məhvetmə məsafəsi 15 km-ə qədərdir ki, bu da taktiki səviyyədə hərbi və digər obyekt-
<(1ø 1Ԥ6ø/ $7 $7,ù 7Ԥ/ø0 +Ԥ'Ԥ) 6ø67(0/Ԥ5ø 3ø<$ <$'$ +Ԥ'Ԥ) 6ø67(0ø
7$1. +Ԥ'Ԥ) 6ø67(0ø 7$
.RPS WHU LGDUUι .R ιHWPιOL N NP P VLPVLL]] UUD DELWι R[GD KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL /LPLWVLL]] VVHQDULLOOιU \ N NOOιPιN LPN ND DQÕ 5HOV ]ιUULLQGι KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL 3RUUWWDWLY $VDQ TXUUD DúGÕUUP PD $WÕúODUUÕÕQ KHVDEDWÕ
.R . RPS WHU LGDUUι ιHWPιOL =LUUH HKOL YYD DVLWι ]ιUULLQGιQ E|\ N NDOLEUUOOL VLLOODKODUUOOD DWÕú LP ND PNND DQÕ NNP P VLPOL UUD DELWι R[GD KιUUι ιNιW TDELLOOL\\\\ιWL /LPLWVLL]] VVHQDULLOOιU \ NNOOιPιN LPN ND DQÕ 5HOV ]ιUULLQGι KιUUι ιNιW TDELLOOL\ \\ \ιWL $WÕúODUUÕÕQ KHVDEDWÕ
^ shED , s s s />/< d <EK>K:7 7Eb͘^ E͘d7 ͘ b͘
ǁǁǁ͘ŵĞŶƐĂŶƚĞĐŚ͘ĐŽŵ
Ăƨ Ƶů͘ d d 7Ɣ DĞƌŬĞnjŝ ' ůŽŬ EŽ͗ϭϱϭ zĞŶŝŵĂŚĂůůĞͬ ͬ E< Z ͲdmZ<7z dĞů ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϲϯ ϭϬͲϭϯ dĞ &Ădž ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϳϵ ϵϲ
lərin hava zərbələrindən müdafiəsi üçün hazırlanmışdır. ZRK düşmənin pilotsuz uçuş aparatları, aviasiya bombaları, təyyarə və helikopterlərinə qarşı effektiv mübarizə apara bilər. “Tula Cihazqayırma Konstruktor Bürosu”nun (KBP) stendində nümayiş etdirilən “Pantsir-S1” zenit-raket top kompleksi (ZRTK) barədə məlumat verən şirkət mütəxəssislərinin sözlərinə görə, modernləşdirilmiş “Pantsir-S1M” ZRTKnin ixrac versiyası pilotsuz təyyarələrin bütün növlərini effektiv şəkildə aşkar etmək və maksimal şəkildə aradan qaldırmaq qabiliyyətini əldə etmişdir. “Pantsir-S1M” hədəfləri 75 kilometrə qədər məsafədə aşkar edir, yeni raketlər isə 40 kilometrə qədər vurma radiusunu vəd edir. ZRTK-nin hava hücumundan müdafiə qübbəsinin hündürlüyü 15 kilometrdir. “Pantsir-S1M”in atəşə nəzarət sistemi fazalı anten barmaqlığı ilə inteqrasiya olunmuşdur, hava hədəflərini və öz raketlərini müşayiət edir, uçuş aparatlarının hətta xırda detallarını fərqləndirə bilir. Üç radarın – optik, hədəfi uzaqdan aşkar edən (50 kilometrə qədər) və hədəfi müşayiət edən – kor zonası yoxdur. “Pantsir-S1M” ZRTK qüllə hissəsində artilleriya və raket silahlarını, inteqrasiya olunmuş radiolokasiya-optik idarəetmə sistemini özündə birləşdirir. Kompleks ən azı 20 kilometr radiusda hərbi və mülki obyektləri müasir qanadlı və səsdən sürətli raketlərdən, aviabombalardan və pilotsuz təyyarələrdən qoruyur.
Özbәkistan Dövlәt Müdafiә Sәnayesi Komitәsinin stendi
40 www.poliqon.az
TORM2K, TORM2KM, TORM2E ZRKlər
Şirkət mütəxəssislərinin sözlərinə görə, “Pantsir-S1M” bərkyanacaqlı mühərriki və qəlpələnən əsas döyüş hissəsi olan dörd ədəd idarəolunan raketlərlə silahlanıb və saniyədə 1000 metrə qədər sürətlə uçan bir neçə hədəfi eyni zamanda vurmağa qadirdir. Qeyd edək ki, 2020-ci ilin əvvəllərində Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib vilayətində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı zamanı Suriya Ordusunun bir neçə “Pantsir-S1M” zenit rakettop kompleksi Türkiyənin “Bayraktar TB-2” silahlı pilotsuz uçuş aparatı ilə məhv edilmişdir. Sərgidə nümayiş etdirilən “Tayfun” minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) sinfində ən ağır çəkiyə malik avtomobillərdən hesab olunur. Çəkisi təxminən 24 ton təşkil edən avtomobilin zirehli müdafiəsində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edildiyi iddia olunur. On iki nəfər heyətin daşınması
üçün nəzərdə tutulmuş avtomobil V formalı korpusa malik olmaqla yanaşı, dib hissədə çoxqatlı mina əleyhinə altlıq tətbiq edilib. Maşın 450 at gücünə malik dizel mühərriki ilə 105 km/saata qədər sürət yığmağı bacarır. Avtomobilin gediş ehtiyatı 1800 kilometrə qədərdir. Özbəkistan məhsul və imkanlarını tanıtdı “MILEX-2021” sərgisində Özbəkistan Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinin stendində əsasən zirehli dəbilqələr, silahlı qüvvələr, hüquq-mühafizə və təhlükəsizlik strukturları üçün forma, xüsusi ayaqqabı və avadanlıqlar nümayiş etdirilmişdir. Komitə mütəxəssislərinin sözlərinə görə, II sinif qoruyucu zirehli dəbilqə başı parçalanmalardan, ağır əşyalardan gələn zərbələrdən qorumaq və yıxılma nəticəsində yaralanmanın qarşısını almaq üçün hazırlanmışdır. Dəbilqələr xüsusi olaraq gecəgörmə cihazları, göz və qulaq qoruması, dəbilqə kameraları və fənərlər ilə təchiz edilmişdir. Geyimlərin tikiləcəyi xüsusi parçalar yerli “Apitekst” MMC tərəfindən istehsal edilmişdi. Nümunələr “Smart-Tex”, “İdeal” və “Narimteks” şirkətləri tərəfindən hazırlanmışdır. Bildirilmişdir ki, MS TURON müdafiə tekstilləri şirkəti tərəfindən hazırlanan məhsullar beynəlxalq standartlara uyğun dizayn edilir, əsas diqqət tikiş istehsalı standartlarına cavab verən texnoloji avadanlıqlara və parçalar üçün kompüter dəstəkli dizayn sistemlərinə yönəldilir. Hər bir hazırlanmış element üçün Özbəkistan Respublikasının patenti alınmışdır. PQ
E
AN
M D CO MODIT
Y
E
ION UN
EY
E
K
TH
191
NGES OF TU R
OF CHA
HA
MB
S
XC
R
M-C TSE - ISO 10002
‹STANBUL
TS EN ISO 9001:2015
TÜY YA AP F FA AIR CONVENTION AND CONGRESS CENTER Büyükçek mece, ‹s tanbul / Tur key
“Roketsan”ın MAM sursatları yeni uğurlara imza atmağa hazırdır Qabiliyyət və performansını döyüş meydanında dəfələrlə sübut etmiş “Roketsan” şirkətinin MAM (Mini Ağıllı Sursat) ailəsi, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri başda olmaqla bir çox ordunun inventarının zərbə gücü olmaqda davam edir.
MAM ailəsi
“Roketsan” mütəxəssislərinin sözlərinə görə, MAM ailəsinin yeni üzvü MAM-T ağıllı sursatı yaxın zamanlarda Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək. MAM-L və MAM-C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə inkişaf etdirilən MAM-T-nin bir çox ölkə ordularının arsenalına girməsi gözlənilir. MAM-L və MAM-C saursatları rəqibləri ilə müqayisədə daha uzun mənzilə sahib olmaları və pilotsuz uçuş aparatından (PUA) hədəf aşkarlandığı halda “angaje” ola bilmələri ilə diqqət çəkir. Türkiyə Silahlı Qüvvələri başda olmaqla, Jandarma Baş Komandanlığı və Əmniyyət
42 www.poliqon.az
Baş İdarəsinin inventarında yer alan PUA-lara inteqrasiya edilən MAM-L 2016cı ildən, MAM-C isə 2018-ci ildən indiyə qədər əməliyyatlarda uğurla istifadə olunur. Sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş dəqiqlikliyinə sahib MAM-L və MAM-C sursatları, istənilən hava şəraitində effektivlik göstərə bilir. MAM-C sursatı 8 kilometrə, MAM-L isə 14 kilometrə qədər mənzil aralığına sahib olmasıyla hədəflərin vurulmasında istifadə edildiyi platformanın aşkarlanma və zərərsizləşdirilmə riskini azaldır. Azərbaycanın zəfərində kritik rol oynadılar. Şirkətin açıqlamasına görə, başda PUA-lar olmaqla yüngül, faydalı yük-
daşıma tutumu olan hava plat formalarının effektivliyini artıran “Mini Ağıllı Sursat” məhsul ailəsi, Afrika, Asiya və Avropada dost və müttəfiq ölkələrin inventarında uğurla istifadə edilir. Arsenalında “Roketsan”ın bir çox həlli olan Azərbaycanın zəfərində kritik rol oynayan “Mini Ağıllı Sursatlar”, Avropa və NATO üzvü ölkələrin də diqqətini çəkərək, prioritet seçimləri arasında yerini alır. MAMT PUAlara yeni nəfəs gətirir “Roketsan” mütəxəssisləri tərəfindən orjinal olaraq inkişaf etdirilən MAM-T sursatının ilk atış testi cari ilin aprel ayının 22-də “Baykar” şirkətinin “Bayraktar Akıncı” taktiki pilotsuz uçuş
hazırlanan ailənin yeni üzvü MAM-T; PUA-larda 30 kilometr, yüngül hücum təyyarələrində 60 kilometr və döyüş təyyarələrində 80 kilometrdən uzun mənzil qabiliyyətinə malikdir. “Roketsan” şirkəti MAM-T sursatının sınaq fəaliyyətlərinin qısa zaman ərzində tamamlanmasının ardından, bu ilin ikinci yarısında Türkiyə Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırır. Habelə, MAM-T-nin ailənin digər üzvlərində də olduğu kimi əhəmiyyətli ixracat uğurları əldə etməsi hədəflənir. MAMC
aparatı tərəfindən icra olunmuşdu. “Bayraktar Akıncı” PUA-dan atılan MAM-C, MAM-L və ilk dəfə istifadə edilən MAM-T hədəfləri uğurla vurmuşdu. Yerli və milli olaraq hazırlanan və ağırlıq/effektivlik optimallaşdırılması edilmiş olan MAM-T, zirehli və zirehsiz maşınlar, binalar və suüstü hədəflərinə qarşı istifadə edilə bilər. MAM-T aviasiya sursatı GPS (“Global Positioning System”) və INS (“Inertial Navigation System”) sistemləri ilə dəstəklənə biləcək dəqiq tuşlama qabiliyyətinə sahibdir. “Blok-1” konfiqurasiyasında hərəkətli və sabit hədəflərə qarşı yüksək dəqiqlik təmin edən sursat, yarıaktiv lazer arayıcı başlıqla təchiz edilmişdir. Fərqli platformalara uyğun formada
MAMT
HAVELSANın Şəhər Ərazisində Hərbi Əməliyyat Təlim Mərkəzi – MOUTTC ?Həşim Səhrablı Asimmetrik hala gələn və gözlənilməz təhdidlərlə dolu olan bugünkü dünyada silahlı qarşıdurmaların dəyişkən xarakteri, hərbi personalın bu təhdidlərə qarşı məlumat bazasının artırılmasını, texniki və taktiki əməliyyatların praktiki qaydada aparılmasını zəruri edir. Əməliyyat mühitinin çoxşaxəli olması səbəbindən yaşayış yerlərində döyüş əməliyyatı icra etmək şərti döyüşdən fərqli taktika, texnika və planlama tətbiq edilməsini tələb edir. Qısa atış məsafələri, yaxın döyüş texnikaları, rabitə çətinliyi, yüksək intensiv ərazilərdə düşməni tapmaq və ayırd etmək çətinlikləri, o cümlədən kritik məqamlarda düşünmə və sürətli qərar qəbuletmə, əldəqayırma partlayıcı qurğularla (ƏPQ) mübarizə, habelə snayper təhdidləri və qarışıq kəşfiyyat mühiti şəhər ərazilərindəki
44 www.poliqon.az
hərbi əməliyyatları öz sinfinin fenomeninə çevirən səbəblərdən sadəcə bir neçəsidir. Silahlı qüvvələrin yaşayış yerlərində terrorla mübarizə qabiliyyətlərinin effektivliyini artırmaq, müvafiq doktrina inkişaf etdirmək və ya inkişaf etdirilmiş doktrinaları real döyüş şəraitində sınamaq məqsədilə ordu
birləşmələrinin simulyasiya sistemləri ilə dəstəklənən təlim həllərinə ehtiyacları artmışdır. Bu baxımdan Türkiyənin HAVELSAN şirkəti müştərilərinin artmaqda olan tələblərini təmin etmək üçün dərin bilik və dünyasəviyyəli, sənayedə qabaqcıl simulyasiya texnologiyası gücünü istifadə edərək, məhsul portfelinə Yaşayış Məntəqələrində Hərbi Əməliyyatlar üçün Təlim, Simulyasiya və Test Mərkəzini (ing. Training, Simulation and Test Center for Combat in Residential Areas) əlavə edib. İnteqrasiya olunmuş MOUT Təlim Mərkəzi aşağıdakı nümunələr vasitəsilə həqiqi və simulyasiya edilmiş yaşayış yerlərində, virtual simulyatorlarda və
ya komanda idarəetmə otağından uzaqdan işə salına bilər. Cihazları maskalanmış (sürpriz) tələ kimi istifadə etmək mümkündür. Bunun üçün həmin cihazlar “Tripwire”, təzyiq paspasları, lazer/infraqırmızı sensor, yayla sərbəst buraxma, itələmə, çəkmə açarları ilə təmin edilməlidir. Hər cihazda bu cür minaları birləşdirmək üçün bir təhcizat olmalıdır. Hərəkət edən hədəf Hərəkət edən hədəflər dost və düşməni simulyasiya etmək üçün istifadə olunur. Atışlar hədəf tipinə görə ölçülür və məlumat verilir, hərəkət sona çatdıqdan sonra kursantlara hərəkət barədə məlumat bildirilir. Bütün hədəf sistemləri uzaqdan idarə oluna və eyni zamanda müxtəlif növ maskalanmış
MOUT təlim saytı silahlı münaqişə simulyasiyalarında təlimlərin keçirilməsinə imkan verir: • Situasiya Şüurlu Təlim; • Yaxın ərazidə döyüş mövqeləri və təhlükəsizliyi; • Mina/İED və maskalanmış tələlər; • Küçələrdə irəliləyiş; • Binalara giriş texnikası və binaların/otaqların təmizlənməsi; • Ev qapısı və darvaza qapısını açma üsulları; • Yaralı personalın təxliyəsi; • Yaşayış məntəqələrində çeviklik; • Snayperlərin tətbiqi və əks-snayper fəaliyyətləri; • Əl bombasından istifadə texnikaları; • Zirehli nəqliyyat vasitələrinin istifadəsi və zirehli nəqliyyat vasitəsləri ilə piyadaların birgə təlimi. MOUT-TC (Military Operation in Urban Terrain Training Center) bəzi texniki və proqram komponentlərinə malikdir. Mərkəzi sistemlərdən bəziləri bunlardır: Real şəhər mühiti Təlim hansısa kəndin ərazisində baş tutur. Kənd ən azı 9 birmərtəbəli və 2 ikimərtəbəli binadan ibarətdir. Binalar münaqişə zonasının memarlıq quruluşunu əks etdirən torpaq və kərpic tikililər formasında hazırlanıb. Birmərtəbəli binaların üstü açıqdır və məşq zamanı praktikantları birmərtəbəli binaların üzərində müşahidə etmək üçün gəzinti platforması mövcuddur. Binalarda effekt generatorlarını, hədəfləri və sürpriz tələlərini gizlətmək üçün şkaf, xalça, divan kimi
Partlayış effekti generatoru ev əşyaları var. Təlim sahəsinin işıqlandırma sistemi uzaqdan idarə oluna bilər. Effekt generatorları Bir neçə növ effekt generatorları sistemi duman, flaş və IED partlayış effekti ilə təmin edir. Bu təsirlər təlimi real döyüş şəraitinə daha da yaxınlaşdırır və bu praktikantlara stresli münaqişə ocaqlarında ağır əməliyyatlara hazırlaşmaq üçün kömək edir. Cihazlar xarici mühit şəraitinə davamlıdır. Effekt generatorları mobildir və ərazidə istənilən yerdə yerləşmək imkanı yaradır. Cihazların şəbəkə bağlantısı var və təlimatçı vasitəsi ilə mobil idarəetmə və
tələlərdə istifadə edilə bilər. Bu funksionallıq təlimin sürpriz amilini yaxşılaşdırır. Hədəflər dəqiq sursatların istifadəsinə uyğunlaşdırılır. Simulyasiya Edilmiş Silahlar Simulyasiya Edilmiş Silahlar MOUT-TC-nin başqa bir vacib hissəsidir. Təlim davam etdiyi müddətdə əl bombaları ilə birlikdə bir neçə növ hava yastığı və tüfəng verilir. Bir təlim əl bombası xüsusi sursatla yenidən yüklənə və bir neçə dəfə istifadə edilə bilər. Təzyiqlə Tənzimlənən Güclən dirilmiş Qapı Təlimi daha məhsuldar etmək üçün məşq sahəsinə təzyiqlə tənzimlənən gücləndirilmiş bir qapı
45
Hərəkətli hədəf quraşdırılır. Qapı təzyiqi üç fərqli səviyyədə tənzimlənə bilər, kilidləmə və intensivlik uzaqdan idarə olunur. Səs Sistemi Həmçinin ərazidə IP əsaslı, xarici mühitə davamlı səs sistemi quraşdırılır. Hər bir səsucaldıcı şəbəkə şəklindədir, effektlər və səs həcmi üçün ayrı-ayrılıqda konfiqurasiya olunur. Səs sistemi ərazini pıçıltı, danışma, ağlama, radio söhbətləri və fərqli atəş səsləri ilə təmin edir. Komanda və Kontrol Məntəqəsi Komanda və Kontrol (Command and Control - CC) Məntəqəsində təlim sahəsini izləmək və idarə etmək üçün lazımi proqram təminatı və avadanlıq
mövcuddur. CC Proqramı işıqlandırma, effekt generatorları və hərəkət edən hədəfləri idarə edə bilər. Təlimatçı sahədəki hər bir cihazı aktivləşdirə, söndürə və ya təlimatlandıra bilər. Təlimatçı ayrıca gücləndirilmiş qapının təzyiqlə tənzimlənməsi, hərəkət edən hədəflərin vaxtının təmzinlənməsi kimi
CC Məntəqəsi CCTV sistemini izləmək üçün monitorlarlarla təchiz edilib. CC Məntəqəsi həmçinin, “pantilt” kameraların istiqamətini dəyişdirmək üçün PTZ nəzarət cihazına malikdir. Bundan başqa, CC Məntəqəsi təlimçilər, dost və düşmən qüvvələrlə ayrı-ayrı kanallarda əlaqə qurmaq üçün fərqli masaüstü radiolarla təhciz edilib. HAVELSAN mütəxəssislərinin sözlərinə görə, şirkət yaşayış yerlərində ətraf mühitin real təqdimatını, ən müasir simulyasiya sistemləri ilə təlimin idarə olunması, icrası və qiymətləndirilməsini təmin edir. Silahlı qüvvələr yaşayış ərazisinə soxulmuş düşmən qüvvələrinə qarşı mübarizədə necə davranmaq vərdişlərinə sahiblənmək üçün təşkil edəcəyi təlimlər çərçivəsində bu bilik və sistemlərdən faydalana biləcəkdir. On illərdir ki, HAVELSAN dost və müttəfiq xalqların hərbçilərinə kritik texnologiyalar və açar təslim həll yolları təqdim edir. İnkişaf etmiş texnologiyaları sayəsində dünyanı daha
Komanda və kontrol otağı
Təlim əl bombası
46 www.poliqon.az
təlim cihazlarının bir neçə parametrlərini göstərə və ya dəyişdirə bilər. CC proqram təminatı, praktikantların aktiv tələləri aşma, hərəkət edən hədəfləri vurma və s. kimi xüsusiyyətlərini əsas götürərək qiymətləndirmə aparmaq qabiliyyətinə malikdir.
etibarlı bir məkana çevirməyə çalışan bir şirkət olaraq HAVELSAN, real təhlükəsizlik ehtiyaclarını və gələcək təhlükəsizlik gözləntilərini qarşılamaq üçün öz həllərini təklif etməyə davam edir.
Azərbaycan və Türkiyənin texniki universitetləri arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək May ayının 20-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçı ilə görüşüb. Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən görüşdə rektor Vilayət Vəliyev universitetdə müasir innovasiyalara uyğun həyata keçirilən islahatlar barədə məlumat verib. Rektor 2020-ci ildə Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinə etdiyi səfər, orada təşkil olunan görüşlər və həyata keçirilən birgə layihələri səfirin diqqətinə çatdırıb. Qeyd olunub ki, hazırda AzTU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə olunur. Səfir Cahit Bağçı iki ölkənin texniki universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
AzTUda İnnovativ Texnologiyalar Mərkəzi yaradılacaq İyun ayının 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda rektor Vilayət Vəliyev ötən həftə Türkiyənin Qazi Universiteti ilə imzalanan ikili diplom proqramı haqqında müqavilənin detalları barədə şura üzvlərinə məlumat verib. Rektor may ayında Ukraynaya etdiyi işgüzar səfər və bu ölkənin aparıcı ali təhsil müəssisələri ilə imzalanan müqavilələr haqqında məlumatı da iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, imzalanan əməkdaşlıq və ikili diplom proqramı haqqında müqavilələrə əsasən, AzTU-da Qazi Universitetinin və Ukrayna ali təhsil müəssisələrinin təcrübələrindən istifadə olunacaq. İclasın gündəliyinə uyğun olaraq 2020–2021-ci il yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məlumat, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyəti
haqqında hesabat dinlənilib. Bundan başqa, Vətən müharibəsində iştirak edən tələbələrə yekun dövlət attestasiyasında güzəşt edilməsi ilə bağlı qərar da yekdilliklə qəbul edilib. İclasda AzTU-nun da tərəfdaş olduğu Erasmus+KA2 proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində universitetdə İnnovativ Texnologiyalar Mərkəzi adlı bilik mərkəzinin yaradılması qərara alınıb. Qeyd olunub ki, UniClaD layihəsi 2020–2023-cü illəri əhatə edir. Məqsəd 9 ölkənin partnyor universitetlərinin Avropanın klaster təcrübəsini öyrənməsi, eyni zamanda universitet-sənaye işbirliyinin gücləndirilməsidir.
"Şərq" İBnin müəssisəsində AzTUnun kafedrasının filialı açılıb May ayının 20-də Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı açılıb. Məqsəd bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsini təmin etməkdən ibarətdir. Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov və hər iki tərəfdən nümayəndələr iştirak edib. Qeyd edək ki, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı 4 otaqdan ibarətdir. Tələbələr kafedranın filialında ixtisasa uyğun tədris edilən fənnin nəzəri hissəsini mənimsədikdən sonra müəssisədə təcrübə keçəcək. Filialın gələcəkdə elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərəcəyi nəzərdə tutulub.
47
MULTİKALİBER YAYLIM ATƏŞLİ REAKTİV SİSTEMLƏR ?Əhəd Əzizov İkinci Dünya müharibəsindən bu günə qədər aparılmış müharibələrdə və lokalsilahlı münaqişələrdə klassik artiilleriya sistemləri və yüksəkdəqiqlikli silah nümunələri ilə yanaşı, yaylım atəşli reaktiv sistemlər (YARS) də geniş tətbiq edilmişdir. YARS reaktiv artilleriyanın silah kompleksi olmaqla, özündə buraxma qurğusunu və müxtəlif təyinatlı reaktiv mərmiləri, eləcə də köməkçi vasitələri (nəqliyyat və nəqliyyat-doldurma maşınları, idarəetmə maşınları) və digər avadanlığı birləşdirir. Ümumqoşun döyüşünün aparılması şərtləri tətbiq olunan istənilən silah nümunəsinə qarşı dəqiqlik, atəş topluluğu, etibarlıq, erqonomika və modulluq və ya multikaliberlik kimi ciddi tələblər qoyur. Qoşunlarda multikaliber silahların istifadəsi ideyası belə demək mümkünsə, bir o qədər də yeni deyil. Yüksək texnoloji imkanlara sahib ölkələr artıq çoxdan praktikada ordu bölmələrinin döyüş imkanlarını genişləndirməkdən ötrü müxtəlif növ multikaliber silahlardan istifadə edir. Bu tendensiya müasir
“Morava” YARS
48 www.poliqon.az
dövrdə YARS komplekslərindən də yan keçməmişdir. Hal-hazırda bir çox ölkələrdə multikaliberliyə əsaslanan YARS döyüş maşınlarının yaradılması və tətbiqi geniş vüsət almışdır. Universal multikaliber YARS quraşdırmağın müasir konsepsiyasına uyğun olaraq, çıxarıla bilən modulların istifadəsi sursatla doldurma müddətinin azaldılması, atəşlə məhvetmə vasitələrinin döyüş tətbiqinin təşkilində rahatlıq, idarəetmənin asanlaşdırılması, madditexniki təminatın sadələşdirilməsi kimi üstünlükləri təmin edir. Serbiya Respublikası 128/122/107 mm çaplı multi kaliber YARS “Morava” Serbiyanın Hərbi Texniki İnstitutun mütəxəssisləri tərəfindən çoxlüləli modul
raket buraxma qurğusu LRSVM “Morava” işlənib hazırlanmışdır. Qurğu, modul platformaya sahib olmaqla yanaşı, multikaliber, müxtəliftəyinatlı reaktiv mərmilərlə atəş aparma imkanlı və özüyeriyəndir. Modul platformaya sahib olması isə onun müxtəliftəkərli və tırtıllı daşıyıcılarda quraşdırılmasını, tətbiq edilən müxtəlifçaplı və təyinatlı idarə olunmayan reaktiv mərmilərlə 8 – 40 km diapazonundakı məsafəyə atəş aparmasını təmin edir. Şassi olaraq “Fabrika automobila Priboya – FAP” avtomobil zavodunun istehsalı olan, yaxşı taktiki mobilliyə malik 4x4 təkər formullu FAP-1118 BS/36 yük avtomobilinin (yerli istifadəçi üçün) və FAP 1318 BDS-AV yük avtomobilinin (ixrac üçün) şassisindən istifadə edilib. Döyüş maşınının artilleriya
“Tamnava” YARS
hissəsində çapdan asılı olaraq 12 və ya 16 istiqamətləndirici borulu buraxma qurğusu yerləşdirilmişdir. İstiqamətləndirici borular mövcud olan qəlpəlifuqas, yandırıcı, termobarik, piyada və tank əleyhinə minalı kaset mərmilər daxil olmaqla bütün növ 128 mm-lik M63 “Plamen” və M77 “Oganj”, eləcə də 122 mm-lik BM-21 “Qrad” YARS reaktiv mərmiləri ilə atəş apara bilir. Qurğuda “Plamen A” və “Qrad” iki müxtəlif çaplı istiqamətləndirici borularından ibarət konteynerləri birləşdirərək, eyni zamanda modul şəklində tətbiq etmək mümkündür. Bu da döyüş maşınına həm yaxın hədəflərə, həm də uzaq hədəflərə zərbə endirməyə imkan verir. Məsafəyə və istiqamətə düzəliş sistemi yüksək dəqiqliyi təmin edir. Döyüş maşınından tək-tək, yarımyaylım və tam yaylım atəşi aparmaq mümkündür. YARS tuşlamanı tam avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Bundan başqa, INS və GPS naviqasiya sistemləri, öz yerini təyinetmə sistemi və ballistik hesablayıcı ilə təchiz edilib. Ballistik hesablayıcı atış üçün zəruri olan məlumatların daxil edilməsini və hesablanmasını həm avtomatik, həm də əllə yerinə yetirməyə imkan verir. Atış həm birbaşa kabinədən, həm də çıxarılma pultun köməyi ilə məsafədən aparılır. Döyüş maşını hərəkətdə olan zaman maskalanmanı təmin etmək üçün hidravlik ötürücülü brezent örtük nəzərdə tutulmuşdur. Örtük eyni zamanda pis hava şəraitində buraxma qurğusunu yağıntılardan qoruyur. Örtük bağlandıqdan sonra döyüş maşını adi yük avtomobilindən seçilmir.
Hazırda qurğuda istifadə etməkdən ötrü uçuş məsafəsi 50 km olan yeni reaktiv mərminin yaradılması üzərində işlər yerinə yetirilir. 262/122 mm çaplı multikaliber YARS “Tamnava” Serbiyanın digər şirkəti, “Yugoimport” - SDPR tərəfindən artilleriya hissəsində həm 262 mm-lik, həm də 122 mm-lik istiqamətləndirici boruların paket şəklində yerləşdirilməsini təmin edən modul platformalı “Tamnava” YARS yaradılmışdır. Döyüş maşını hər iki çapda olan bütün növ reaktiv mərmilərdən istifadə edir. Döyüş maşını INS və GPS idarəetmə sistemləri ilə təchiz edilmiş, qoyulmuş tapşırıqları tam avtonom şəkildə icra etmək imkanına sahib avtomatlaşdırılmış silahdır. Baza variantında 262 mm-lik birdəfəlik buraxma qurğularından istifadə olunur. Əlavə olaraq 122 mm-lik buraxma qurğularının da yerləşdirilməsi mümkündür. Reaktiv mərmilər sistemin çoxistifadəli istiqamətləndirici borularına platformada quraşdırılmış xüsusi
qaldırıcı qurğu vasitəsilə doldurulur və boşaldırılır. Digər variant isə birdəfəlik buraxma borularının istifadəsidir. Paketin üfüqi və şaquli müstəvilərdə tuşlanması avtomatik, yarımavtomatik və əllə yerinə yetirilir. Atəş həm kabinədən, həm də 25 metrlik naqillə təchiz edilmiş çıxarılma pult tətbiq edilərək məsafədən yerinə yetirilir. Döyüş maşınında 48 ədəd reaktiv mərmidən ibarət əlavə döyüş dəstinin daşınması üçün iki əlavə modul yerləşdirilmişdir. Döyüş yığımına yığılmış reaktiv mərmilər kran-manipulyator vasitəslilə yüklənir. 262/400 mmlik multikaliber YARS “Şumadija SVMLO” Hazırda Serbiyanın “Yugoimport” Hərbi Texniki İnstitutunun, “EdePro” (Engine Development and Production) və “Kruşik Holding Corporation” şirkətlərinin birgə hazırladığı 262/400 mm-lik “Şumadija SVMLO” YARS/raket kompleksi üzərində tamamlama işləri yerinə yetirilir. Sistem, 38 ton yükqaldırma və yüksək keçidlik qabiliyyətli 8x8 təkər formullu KamAZ-6560 yük avtomobilinin şassisində quraşdırılmışdır. Bu da şinlərdə və təkərlərdə “RUN FLAT” tipli təzyiqi idarəetmə sistemini tətbiq edərək yolsuzluq şəraitində hərəkət etməyə imkan verir. Şassi 600 km-dən artıq məsafəyə hərəkətin avtonomluğunu və saatda maksimum 100 km sürətlə çox yüksək əməliyyat və taktiki hərəkətliliyi təmin edir. Buraxma qurğusu döndərmə və qaldırma platformalarından ibarətdir ki, bu da müvafiq sürət qutuları olan elektrik mühərriki ilə istiqamətləndiricilər paketinin istiqamət və
“Şumadija SVMLO” YARS
49
“SR5” YARS
hündürlük üzrə hərəkətini təmin edir. Rəqəmsal istiqamət və hündürlük sensorları, qaldırma platformasına qoşulmuş inersial naviqasiya sistemi (INS) ilə təchiz edilmiş və iki GPS qəbuledicisi olan GPS əsaslı səmtləşmə və naviqasiya cihazı isə kabinada yerləşdirilmişdir. Buraxma qurğusu avtomobil şassisinə bərkidilmiş bir çərçivəyə quraşdırılmışdır. Elektrik mühərrikləri olan (və ya hidravlik olaraq idarə olunan) dörd ayağı əhatə edən asma sistemi çərçivəyə əlavə olunmuşdur. Raketlər maksimal 48O qalxma bucağında atılır. Kompozit materialdan hazırlanan, polad armaturla möhkəmləndirilmiş və mühafizə örtüyü ilə təchiz edilmiş hər konteyner modulunda raketli iki boru var. Qapaqlar raketin ətraf mühitin təsirlərindən təcrid olunmasını təmin edir. Fəaliyyətə hazırlaşarkən konteyner, nəqliyyat vasitəsinin kranından istifadə edərək buraxma qurğusunun plat formasına yerləşdirilir və onun üzərinə kilidlə bağlanır. Taktiki vəziyyətdən və ya iş şəraitindən asılı olaraq, buraxma qurğusu dörd və ya səkkiz raket daşıya və ata bilər. Raket konteynerdən atıldıqdan və boş konteyner olan döyüş maşını atəş mövqeyindən çıxdıqdan sonra kranlı yük maşınındakı dolu konteynerlə əvəzlənir. Buraxma platforması fırlanandı və sistemə kabina istiqamətində ±30O azimut bucaq altında atəş aparmağa imkan verir. “Sumadija” YARS/raket kompleksi, “Jerina-1” və “Jerina-2” raketlərindən istifadə edərək polad konteyner modullarında yerləşdirilən iki növ müxtəlifçaplı raket daşımaq qabiliyyətinə malikdir.
50 www.poliqon.az
“Jerina-1, maksimum 285 km məsafəyə, dəqiqlik və ya hədəfdən ehtimal edilən maksimum sapması INS idarəetmə sistemi ilə 150 metr və INS/GPS idarəetmə sistemi ilə 50 metrdən az olan 400 mm çaplı bir raketdir. “Jerina-1” – trayektoriyaya düzəliş vermək mümkün olan raket olmaqla, döyüş başlığının kütləsi təxminən 200 kq təşkil edir. Döyüş başlığı qəlpəlidir, təkmilləşdirmə nəticəsində termobarik döyüş başlıqlarının yaradılması imkanı əldə edilmişdir. Yığılmış raketin kütləsi təxminən 1550 kq-dır. İki “Jerina-1” raketi olan modul təxminən 4200 kq ağırlığındadır, uzunluğu isə 8,25 metrdir. Raket müasir kompozit raket mühərrikindən istifadə edir. “Jerina 2”, maksimal 75 km mənzilli olmaqla, 262 mm çaplı bir raketdir. Bu raket, M-87 “Orkan” YARS-da istifadə olunan raketin birbaşa və dərindən təkmilləşdirilmiş variantıdır. Döyüş başlığı qəlpəlidir, ancaq digər döyüş başlıqlı növləri də mövcuddur.
YARS/raket kompleksindən tək-tək və yaylım atəşi aparmaq mümkündür. Çin Xalq Respublikası 122/220 mm çaplı multikaliber YARS “SR5” NORINCO şirkəti tərəfindən ixrac üçün nəzərdə tutulmuş 122/220 mm çaplı SR-5 multikaliber YARS işlənib hazırlamışdır. Döyüş maşını teleskopik çərçivə-buraxma qurğusu vasitəsilə paket şəkilndə doldurulması üçün layihələndirilmişdir. Zərurət olduqda, taktiki raketlərin buraxma qurğusu kimi də istifadə edilə bilir. Döyüş maşınından BM-21 “Qrad” YARS üçün nəzərdə tutulmuş 122 mmlik “Dragon BRE7” idarə olunmayan reaktiv mərmilərlə, eləcə də 220 mmlik idarə olunan və idarə olunmayan reaktiv mərmilərlə atəş apara bilir. Sistem INS/GPS inersial-peyk tuşlamalı, 220 mm-lik “Shenlong 60” və “King Dragon 60 GR1” idarə olunan raketlərin, yaxud da trayektoriyanın son mərhələsində yarıaktiv lazer tuşlama sistemli idarə olunan raketlərin istifadəsini təmin edir. Xarici görünüşdən ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan M142 HIMARS (High Mobility Artillery Rocket System) yüksək mobillikli reaktiv artilleriya sistemini xatırladır. Fərqli cəhəti ondadır ki, SR-5 YARS iki növ reaktiv mərmi və əməliyyat-taktiki raket ilə atəş apara bilir. İki növ reaktiv mərmi və əməliyyat-taktiki raketlə atəşaparma imkanı onu istismar edən orduya görünməmiş bir rahatlıq, texniki xidmət və unifikasiya asanlığı verir. Sursatların mexanikləşdirilmiş paket yüklənməsi, BM-21 “Qrad” YARS-dan fərqli olaraq yenidən doldurmanın müddətini sürət-
“AR3” YARS
ləndirir və raketlərin saxlanmasını asanlaşdırır. 122 mm-lik konteynerdə 20 istiqamətlənidirci boru, 220 mm-lik konteynerdə isə 6 istiqamətləndirici boru nəzərdə tutulmuşdur. Paketlərin avtomatlaşdırılmış doldurulması 5 dəqiqə vaxt tələb edir. YARS-dan tək-tək və yaylım atəşi aparmaq mümkündür. Döyüş vəziyyətində atış aparan zaman dayanıqlığı təmin etməkdən ötrü iki sabitləşdirici domkrat torpağa dayanır. 300/370 mm çaplı multikaliber YARS “AR3” “NORINCO” şirkətinin işləyib hazırladığı digər multikaliber YARS döyüş maşını isə 300/370 mm-lik AR-3 sistemidir. Bu sistemdə də tez çıxarıla bilən nəqletmə-buraxma konteynerləri tətbiq edilmişdir. Konteynerlər döyüş maşınının döyüş dəstinə daxil olan 300 mm-lik idarə olunmayan reaktiv mərmilərin və 370 mm-lik idarə olunan raketlərin buraxılmasını təmin edir. Sistem uzunmənzilli olması ilə yanaşı, həm də geniş diapazona malik müxtəliftəyinatlı sursat nomen kla turasına malikdir. Bu da sonda sistemdən yerinə yetirilən tapşırıqların çoxsaylı olması, atış məsafəsinin dəyişdirilməsi, yüksək dəqiqlik və effektivliklə nəticələnir. AR-3 YARS döyüş maşını yüksək keçidlik qabiliyyətinə malik 8x8 təkər formullu "Wanshan” yük avtomobilinin şassisində yerləşdirilmişdir. Artilleriya hissəsində 2 ədəd tez çıxarılan nəqletməburaxma konteynerində 4 ədəd 370 mm-lik və ya 5 ədəd 300 mm-lik birdəfəlik istiqamətləndirici boru qu raşdırılmışdır. Yalnız zavod şəraitində doldurulmuş və hermetikləşdirilmiş nəqletmə-buraxma konteynerləri reaktiv mərmilərin saxlanılması, nəql edilməsi və buraxılması üçün təyin edilib. 370 mm-lik nəqletmə-buraxma konteynerləri BRE6 idarə olunan raketlərinin buraxılması üçün təyin edilib. Açıq mənbələrdə BRE6 raketində tətbiq edilmiş idarəetmə sistemi haqqında məlumat olmasa da, istehsalçının iddiasına görə bu raketin imkanları yaxın fəaliyyət radiuslu ballistik raketlərə yaxındır. 300 mm-lik idarə olunan və idarə olunmayan reaktiv mərmilər qəlpəlifuqas, yandırıcı, həcmli-detonasiya təsirli, həmçinin piyada və tank əleyhinə
“LYNX” YARS
minalarla, özütuşlanan döyüş elementləri ilə təchiz edilmiş kasettipli müxtəlif növ döyüş başlıqları ilə dəstləşdirilə bilir. Döyüş başlığının növündən asılı olaraq reaktiv mərminin uçuş məsafəsi 70 kmdən 130 km-ə qədər dəyişir. Ehtimal olunur ki, AR-3 YARS-da tətbiq edilən reaktiv mərmilər 300 mm-lik AR-1A YARS-da tətbiq edilən sursatlarla unifikasiya edilmişdir. Lakin NORINCO şirkətinin mütəxəssislərinin bildirməsinə görə, baxmayaraq ki, reaktiv mərmilər 9K58 “Smerch” YARS reaktiv mər milərinin struktur elementlərinin birbaşa çıxarılmış surətidir, AR-3 sisteminin 300 mm çaplı raketləri orijinal bir layihədir və rus analoqları ilə uyğun gəlmir. İsrail Dövləti 122/160/306 mm çaplı multi kaliber YARS “LYNX” “Israel Military Industries – IMI” şirkəti tərəfindən unifikasiya edilmiş şassi üzərində multikaliber “Lynx” YARS hazırlanmışdır. Modul sistemi sayəsində döyüş maşınından 160 mm-lik “LAR-160” və “Accular” reaktiv mərmilərlə yanaşı, keçmiş SSRİ istehsalı olan 122 mm-lik BM-21 “Qrad” YARS üçün nəzərdə tutulmuş, həmçinin yerli istehsalları olan 306 mm-lik “Extra” reaktiv mərmilər də tətbiq edilə bilir. Unifikasiya edilmiş “Lynx” döyüş maşınının şassisi eyni anda müxtəlif reaktiv mərmisi olan istiqamətləndirici paketlərin yerləşdirilməsini təmin edir. “Lynx” YARS döyüş maşınının modul konstruksiyası buraxma paketini müxtəlif tırtıllı və təkərli şassilərə, o cümlədən M-548 tırtıllı transportyorun (ABŞ), 6x6 təkər formullu “Mercedes 3341 Actros” (Almaniya), 8x8 təkər formullu KamAZ-
6350 (Rusiya) yük avtomobillərinin şassisinə quraşdırılmasını təmin edir. Artilleriya hissəsində 26 ədəd (2x13) 160 mm-lik LAR, 40 ədəd (2x20) 122 mm 9M22U və ya 8 ədəd (2x4) 306 mm-lik “Extra” reaktiv mərmiləri üçün nəzərdə tutulmuş istiqamətləndirici borular paketi (konteyneri) yerləşdirilir. Braziliya Federativ Respublikası “ASTROS II Mk 6” YARS Braziliya Quru Qoşunlarının yeni YARS ilə təchizatının həyata keçirilməsi üçün qəbul edilmiş “ASTROS-2020” proqramı çərçivəsində “Avibras Industria Aeroespacial” şirkəti tərəfindən “ASTROS II Mk 6” multikaliber YARS işlənib hazırlanmışdır. Proqramın əsas məqsədi mövcud silah nümunələrinin xassələrinin yüksəldilməsindən və bir neçə növ döyüş sursatından istifadə imkanlarının əldə edilməsindən ötrü dərin tək milləş dirilməsidir. “ASTROS-2020” proqramının eyni dərəcədə vacib bir hissəsi, YARS döyüş maşınından atılmaq üçün uyğunlaşdırılmış yeni taktiki qanadlı raketin yaradılmasıdır. Ümumilikdə, yeni “ASTROS II Mk 6” YARS, “ASTROS II” ailəsinə daxil olan silah nümunəsinin daha da inkişaf etdirilməsidir. Son otuz ildə bu ailə üzvü olan YARS-lar Braziliya Quru Qoşunlarının reaktiv artilleriyasının əsasını təşkil edir. YARS yüksək keçidlik qabiliyyətinə malik 6x6 təkər formullu Tectran VBT2028 və Tatra T815-790PR39 avtomobillərinin şassisində layihələndirilmişdir. Avtomobillər Almaniyada istehsal olunan, 280 at gücünə malik 8 silindrli Mercedes OM422 dizel mühərriki ilə təchiz olunmuşdur. Vahid şassinin istifadəsi kompleksin bütün maşınlarının
51
“ASTROS II Mk 6” YARS
təxminən bərabər xüsusiyyətlərini təmin etməyə imkan verir. Avtomobillərin şosedə maksimal hərəkət sürəti saatda 90 km-ə çatır, yanacaq üzrə gediş ehtiyatı isə 480 kilometrdir. “ASTROS II Mk 6” YARS divizionunun tərkibinə bir neçə fərqli element daxildir: - universal buraxma qurğulu döyüş maşını AV-LMU – 3 x 6 ədəd; - banında səkkiz nəqletmə-buraxma konteynerində döyüş sursatlarının daşınması və buraxma qurğusunun doldurulması üçün qurğularla təchiz edilmiş nəqliyyat-doldurma maşının AV-RMD – 3 x 6 ədəd; - rabitə və idarəetmə avadanlıqlı komanda maşını AV-VCC – 3 x 1 ədəd; - sonradan atəşə düzəliş vermək üçün özünün və hədəfin yerləşmə yeri haqqında məlumat hazırlayan artilleriya kəşfiyyatı radiolokasiya stansiyalı (RLS) idarəetmə maşını AV-UCF – 3 x 1 ədəd; - batareyanın atəşini idarəetmə maşını AV-PCC – 3 x 1 ədəd; - divizionun atəşini idarəetmə maşını AV-MCC – 1 ədəd; - meteorologiya stansiyası AV-MET – 3 x 1 ədəd; - mobil təmir emalatxanası AV-OFVE – 2 ədəd; - bir neçə növ reaktiv mərmilər və qanadlı raket. Döyüş maşınının artilleriya hissəsi şassinin arxa oxlarının üzərində yerləşdirilib. Buraxma qurğusunun konstruksiyası istiqamətləndiricilər paketlərini üfüqi və şaquli müstəvilərə tuşlamağa imkan verir. Bir çox digər
52 www.poliqon.az
YARS-dan fərqli olaraq, “ASTROS II Mk 6” YARS döyüş maşınının raket atmaq üçün öz istiqamətləndiricilər paketi yoxdur və reaktiv mərmilər istehsalçı zavodda doldurulmuş hazır modullarda saxlanılır. Döyüş maşının heyəti 4 nəfərdən ibarətdir. Yüksək atış məsafəsi raketlərin konstruksiyasına təsir etmişdir. Uzun məsafələrdə məqbul atəş dəqiqliyini qorumaqdan ötrü yeni raketlər üçün orijinal idarəetmə sistemi hazırlanmışdır. Bort avtomatikası raketin vəziyyətini izləyir və lazım olduqda qaz-dinamik sükanlarına komandalar verir. Bortdakı qaz generatorundan işləyən qaz-dinamik sükanlar, tanqaj və bucaq nəzarətini təmin edir. Belə idarəetmə sistemi sayəsində yüksək atış məsafəsi göstəricilərini və eyni zamanda kifayət qədər dəqiqliyi təmin etmək mümkün olmuşdur. Türkiyə Respublikası 230/260 mm çaplı multikaliber YARS “TOROS” 1995-ci ildən 2000-ci ilə qədər MKEK Mexanika və Kimya Sənayesi Korporasiyası, “TÜBİTAK-SAGE” Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İnstitutu tərəfindən “TOROS” adlı multikaliber 230/260 mm çaplı YARS yaradılaraq sınaqlardan keçirilmişdir. Lakin həmin dövrdə 300 mm-lik “Qasırğa” reaktiv mərmilərinin yaradılması səbəbindən yeni YARS seriyalı istehsala yönəl dilməmişdir. 2013-cü ildə yenidən MKEK və TÜBİTAK SAGE arasında əməkdaşlıq və
strateji tərəfdaşlığın qurulması üçün protokol bağlanmış və protokolda “DEMET”, “NEB”, 81 mm-lik kürəvari minaatan sursatı və 35 mm-lik Parm qəlpəli sursat kimi bir çox uğurlu layihələrlə birlikdə “TOROS” layihəsinin də inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. 2016-cı ildə YARS sınaqları uğurla başa çatdırılmış və sistem Türk Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilmişdir. Yaradıcı heyətin niyyətinə görə, yeni sistem atəş imkanlarına görə dünyanın aparıcı ölkələrinin müasir YARS döyüş maşınları ilə rəqabət apara biləcək. Silahlanmada duran və maksimal atəş məsafəsi 40 km olan 122 mm-lik T-122 “Sakarya” YARS-dan fərqli olaraq, yeni sistem bu göstəricini keçir, eyni zamanda multikaliber olmaqla 230 və 260 mm idarə olunmayan reaktiv mərmilərin/raketlərin istifadəsi üçün konstruksiya edilmişdir. Bundan başqa, YARS-da rəqəmsal idarəetmə sistemi, müasir rabitə və həyatı dəstəkləmə vasitələri ilə təchiz edilmiş modul bir sxem tətbiq olunmuşdur. Buraxma qurğusu Almaniya istehsalı, heyəti atıcı silahların atəşindən və artilleriya mərmilərinin qəlpələrindən qoruyan zirehli kabinəli, 6x6 təkər formullu MAN yüksəkkeçidli avtomobilin şassisinə quraşdırılmışdır. Düşmənin canlı qüvvəsini və alçaqdan uçan hədəflərini məhv etməkdən ötrü əlavə silah olaraq, 7,62x51 mm-lik və ya 12,7x99 mm-lik pulemyot nəzərdə tutulmuşdur. Döyüş maşınından atışların aparılması üçün 230 mm-lik “TOROS-230A” idarə olunmayan reaktiv mərmi və 260 mm-lik “TOROS-260A” raketi yaradılmışdır: “TOROS-230A” 100 km, “TOROS-260A” isə 160 km məsafəyə uçmaq imkanına malikdir. Sursatlar qəlpəli-fuqas, kaset və ya qəlpəlikumulyativ öldürücü elementli, radioelektron mübarizə və betondələn döyüş başlıqları ilə təchiz oluna bilir. Yeni sistem dörd növ avto mo bilindən ibarətdir: buraxma qurğusu (MAN 6x6), nəqliyyat maşını (MAN 6x6), texniki xidmət maşını (MAN 6x6) və atəşi idarəetmə maşını (MAN 4x4). Bu sistem YARS Türkiyənin Bosniya və Hersoqovinanın “BNT Bratstvo Novi Travnik” şirkətindən aldığı Serbiyanın 262 mm-lik M-87 “Orkan” buraxma qurğusunun və onun 262 mm-lik
raketinin “geriyə mühəndislik üsulu ilə yaradılmış surətidir. Raketin konstruksiyası cüzi dəyişdirlərək başqa növ yanacaq və balonlar tətbiq edilmişdir. “TOROS-260A” raketi dörd ədəd birdəfəlik nəqletmə-buraxma konteynerlərində olmaqla paketdə yerləşdirilib. 230 mm-lik reaktiv mərmi isə ABŞ istehsalı olan 227 mm-lik M270 MLRS istifadə üçün nəzərdə tutulmuş reaktiv mərminin “TÜBİTAK-SAGE” tərəfindən yaradılmış SAGE 227 variantı əsasında konstruksiya edilmişdir. “TOROS-230A” reaktiv mərmiləri altı ədəd birdəfəlik nəqletmə-buraxma konteynerlərində olmaqla paketdə yerləşdirilib. Döyüş maşınının artilleriya hissəsində eyni zamanda 2 ədəd “TOROS230A” və ya 2 ədəd “TOROS-260A” nəqletmə-buraxma konteynerinin paketini yerləşdirmək mümkündür. 107/122 mm çaplı çoxməqsədli multikaliber YARS “T107/122” “Roketsan” şirkətinin mütəxəssisləri bir çox aparıcı ölkələrdə inkişaf etdirilən modultipli YARS sistemlərindən bəhrələnərək, 107 mm-lik T-107, 122 mm-lik T-122 “Sakarya” və 300 mm-lik T-300 “Kasırğa” YARS davamı olaraq, yeni 107/122 mm çaplı multikaliber T107/122 YARS yaratmışlar. Yeni YARS bütün hava və ərazi şəraitində gecəgündüz yüksək prioritetli hədəflərə qarşı manevr birliklərinə intensiv və təsirli atəş dəstəyi verən bir silah sistemidir. Yüksək hərəkətliliyi olan yeni T-107/122 YARS-dan atəş aparmaqdan ötrü 107 mm-lik TR-107 və TRB-107, 122 mmlik TR-122, TRB-122 və TRG-122 reaktiv mərmilərindən istifadə olunur. Standart T-107/122 YARS batareyasına 6 ədəd T-107/122 döyüş maşını, 1 ədəd C-107/122 komanda-idarəetmə maşını, 6 ədəd L-107/122 sursat təchizatı maşını, 1 ədəd M-107/122 meteoroloji maşın, 1 ədəd R-107/122 texniki xidmət maşını və digər köməkçi vasitələr daxildir. Avtomobillər 4x4 və ya 6x6 təkər formuluna sahib olduğuna görə, yolsuzluq şəraitində və pis ərazilərdə hərəkətetmə qabiliyyətinə malikdir. Batareya avtonom şəkildə döyüş tapşırıqlarını yerinə yetirə bilir və tərkibi sifarişçinin istəyindən asılı olaraq dəyişdirilir. Sistem xüsusiyyətlərinə bortda sursat yükləyən kranın, avtomatik istiqamətlənmənin, simli / simsiz-səsli / data məlumat rabitə sisteminin,
hidravlik stabilizasiya sisteminin, inteqrasiya olunmuş yerüstü mövqelənmə cihazının, kabin təzyiq sisteminin, enerji təchizatı və paylama sisteminin, kabin içərisində və ya məsafədən atəşetmə imkanının, 5 dəqiqədən az müddətdə mövqelənmə bacarığının, zirehləndirməsinin, mənfi yüksəkliklərə atəşaparma bacarığının olması daxildir. Batareyanın komanda idarəetmə sistemi və silah idarəetmə sistemi, müasir atəş dəstəyi avtomatlaşdırması ilə döyüş sahəsindəki komanda idarəetmə və tuşlama sistemləri ilə uzlaşdırıla bilir. Sistem hədəfaşkarlama radarı və ya pilotsuz uçuş aparatları kimi hədəfaşkarlama cihazlarından hədəf haqqında məlumat ala bilir. T-107/122 döyüş maşını, INS və GPS mövqeləmə əsaslı naviqasiya və avtomatik istiqamətləndirmə sistemləri sayəsində “at-qaç” taktikasını uğurla həyata keçirir: mövqeləndikdən sonra maksimum 5 dəqiqə ərzində atəşə hazır vəziyyətə gəlir; atışdan sonra 5 dəqiqə ərzində öz mövqeyini dəyişdirir və çoxsaylı atəş tapşırıqlarını qısa müddət ərzində yerinə yetirir. TR-107 raketləri döyüş maşınının kabinəsindən atəş aparmaq qabiliyyətinə sahib olan atəşi idarəetmə sistemindən istifadə edərək atılır. TR-107 raketləri ilə atışı döyüş maşınının hidravlik dayaqları yürüş vəziyyətində olduqda belə aparmaq mümkündür. Dayanıqlı quruluşu sayəsində buraxma plat formasının etibarlı olması təmin edilir. T-107/122 YARS, təkcə bölgə hədəflərinə qarşı deyil, həm də güclü atəş effekti ilə nöqtə hədəflərinə qarşı böyük effektivliklə istifadə olunur. Yaşayış
məntəqələrində və yaxın döyüş tapşırıqlarında atəş etmək qabiliyyəti yüksəkdir. T-107/122, mənfi yüksəklikdə də 107 mm raket atmağa qadirdir. Bu bacarığı ilə, xüsusilə də dağlıq bölgələrdə əməliyyatlarda, olduğu hündürlükdən daha aşağı hündürlükdəki hədəflərə atəş aça bilir. T-107/122 YARS, avtomatik naviqasiya və tuşlama sistemləri sayəsində, döyüş maşınının komandiri və sürücüsü də daxil olmaqla ikinəfərlik heyətlə atış tapşırıqlarını yerinə yetirə bilər. Rusiya Federasiyası 122/300 mm çaplı multikaliber YARS “Tornado” Modul platformalı YARS yaradılması istiqamətində “A.N.Qaniçev adına “Splav” Elmi-İstehsalat Birliyi” Səhmdar Cəmiyyəti və “Motovilixi zavodları” Publik Səhmdar Cəmiyyəti tərəfindən konstruktor-layihələndirmə işləri yerinə yetirilərək BM-21 “Qrad” (9K51) və BM-30 “Smerç” (9K58) YARS döyüş maşınlarının əvəz edilməsi üçün “Tornado” layihəsi çərçivəsində 122 mm-lik “Tornado-Q” (9K51M) və 300 mm-lik “Tornado-S” (9K515) sistemləri yaradılmışdır. Yeni YARS yalnız blok şəklində olan istiqamətləndirici boruların çapına görə fərlənirlər və bloklar qarşılıqlı dəyişdirilə bilir. Yəni eyni döyüş maşınını bloku dəyişdirməklə həm “Tornado-Q”, həm də “Tornado-S” YARS kimi tətbiq etmək olar. “Tornado-Q” döyüş maşınının şassisi 6x6 təkər formullu “Ural-43206” avtomobili və “Tornado-S” döyüş maşınının şassisi 8x8 təkər formullu BAZ-6950 avtomobilidir. Yeni YARS tərkibinə təkmilləşdirilmiş döyüş
53
maşınları, tuşlamanı və atəşi avtomatik idarəetmə sistemi, ballistik göstəriciləri hesablama kompüteri, həmçinin yeni 40 və 120 km uçuş məsafəli reaktiv mərmilər daxildir. “Tornado-S” YARS üçün uçuş məsafəsi 120 km olan ayrılan qəlpəli-fuqas və ya kaset başlıq hissəli yeni 9M542 reaktiv mərmiləri də yaradılmışdır. “Tornado” YARS üçün nəzərdə tutulmuş reaktiv mərmilərin uçuş məsafəsinin “Tornado-Q” üçün 100 km-ə və “Tornado-S” üçün 200 km-ə qədər artırılması, eyni zamanda “Tornado-S” döyüş maşınlarından buraxılması üçün nəzərdə tutulmuş qanadlı və ballistik raketlərin yaradılması üzərində layihələndirmə işləri yerinə yetirilir. Bunlardan başqa, “Tornado” ailəsinə daxil olan YARS döyüş maşınları həm mövcud olan reaktiv mərmilərlə, həm də atış məsafəsi 2,5 dəfə artırılmış yeni reaktiv mərmilərlə atış apara bilir. Yeni reaktiv mərmilər sırasına kəşfiyyat (kəşfiyyat kapsullu), hədəfgöstərici, radiosusdurucu və s. xüsusi təyinatlı döyüş hissəli, həmçinin idarə edilən reaktiv mərmilər daxildir. 9K51M “Tornado-Q” YARS tərkibinə təkmilləşdirilmiş BM-21 döyüş maşını, 1В126 “Kapustnik-BM” avtomat laş dırılmış atəşə nəzarət vasitələri kompleksi və reaktiv mərmilər daxildir. 9K515 “Tornado-S” YARS tərkibinə 9A54 döyüş maşını, 9T255 nəqliyyatdoldurma maşını, “Uspex-R” atəşi avtomatik idarəetmə sistemi, təlim-məşq kompleksi, topobəndetmə maşını, meteorologiya maşını və reaktiv mərmilər daxildir. 220/300 mm çaplı çoxməqsədli multikaliber YARS 9K512 “Uraqan1M” Yaradılan modul platformalı YARS digər nümunəsi “Motovilixi zavodları” Publik Səhmdar Cəmiyyəti tərəfindən yaradılan və BM-22 “Uraqan” (9K57) YARS döyüş maşınlarının əvəz edilməsi üçün 220/300 mm çaplı 9K512 “Uraqan1M” sistemi yaradılmışdır. Döyüş maşını 8x8 təkər formullu MZKT-7930 “Astroloq” avtomobilinin şassisində yerləşdirilmişdir. Multikaliber döyüş maşınından həm 220 mm-lik 9K57 “Uraqan” YARS, həm də 300 mm-lik 9K58 “Smerç” YARS reaktiv mərmiləri ilə atəşaparmanı təmin edir. Əvvəlki döyüş maşınından fərqli olaraq, döyüş maşınının sursatla doldurulması bir-bir istiqamətləndirici
54 www.poliqon.az
borulara deyil, birbaşa paketin dəyişdirilməsi ilə yerinə yetirilir. “Uraqan-1M” iki ədəd 6 lüləli blokla təchiz edilir. 9K512 “Uraqan-1M” YARS tərkibinə 9A53 döyüş maşını, 9T249 nəqliyyatdoldurma maşını və nəqletmə-buraxma konteynerlərində olan reaktiv mərmilər daxildir. Cənubi Koreya Respublikası 130/227/230 mm çaplı multi kaliber YARS “Hanwha ChunMu” “Hanwha” korporasiyası Cənubi Koreya Müdafiə Nazirliyinin sifarişi əsasında silahlanmada olan 130 mmlik “Doosan K136 Kooryong” YARS əvəz edilməsi üçün dərindən təkmilləşdirməklə yeni “Hanwha Chun-Mu” YARS işləyib hazırlamışdır. Yeni YARS əsas xüsusiyyəti onun eyni buraxma qurğusundan həm yerli istehsal olan 130 mm-lik və 230 mmlik idarə olunmayan reaktiv mərmilərlə, həm də ABŞ istehsalı olan 227 mm-lik MLRS M270 üçün nəzərdə tutulmuş idarə olunmayan reaktiv mərmilərlə atəşaparma imkanıdır. YARS artilleriya hissəsində daimi istiqamətləndiricilər paketi yoxdur. Platforma üzərində müxtəlifçaplı və təyinatlı reaktiv mərmilərlə doldurulmuş nəqletmə-buraxma konteynerləri quraşdırılır. Reaktiv mərmilərin uçuş məsafəsi belədir: 130 mm-lik və 227 mm-lik reaktiv mərmilərlə – 80 km-ə qədər, 230 mm-lik reaktiv mərmilərlə isə – 160 km-ə qədər. YARS müasir kompüterləşdirilmiş avtomatik atəşi idarəetmə sistemi ilə təchiz edilib. Avtomatik atəşi idarəetmə sistemi pilotsuz uçuş aparatları da daxil olmaqla müxtəlif sistemlərdən alınan “Hanwha ChunMu” YARS
məlumatlar əsasında real zaman ərzində atışa düzəlişlərin edilməsini təmin edir. 230 mm-lik reaktiv mərmilərin nümunələri INS/GPS tuşlama sistemləri ilə təchiz edilir. YARS 8x8 təkər formullu tək milləşdirilmiş “Doosan DST” avtomobilinin şassisində yerləşdirilib. Bu tip şassi sistemin qiymətinin aşağı salınması, onun istismar və texniki xidmət dəyərinin azaldılması məqsədi ilə seçilib. Atış həm döyüş maşının kabinəsindən, həm də çıxarılma pult vasitəsilə məsafədən yerinə yetirilə bilir. Heyət üzvlərini atıcı silahların güllələrindən və artilleriya mərmilərinin qəlpələrindən müdafiə etməkdən ötrü döyüş maşınının kabinası zirehləndirilib. Kabinənin damında atıcı silahdan atış aparmanı təmin edən lyuk nəzərdə tutulmuşdur. YARS tərkibinə döyüş maşını və eyni zamanda dörd nəqletmə-buraxma konteyneri daşıyan nəqliyyat-doldurma maşını daxildir. Bortdoldurma sistemi vasitəsilə nəqletmə-doldurma konteynerləri 10 dəqiqə ərzində döyüş maşınına yüklənir. Ümumi nəticə çıxararaq əminliklə söyləmək olar ki, yaxın gələcəkdə dünya orduları geniş şəkildə çevik və universal reaktiv vasitələrlə – yeni multikaliber yaylım atəşli reaktiv sistemlərlə təchiz ediləcəkdir. Bununla da döyüşən reaktiv artilleriya birləşmələrinin komandirləri bir neçə dəqiqə ərzində və çox dəqiq şəkildə düşmənə eyni anda müxtəlifçaplı və təyinatlı reaktiv mərmilərlə atəş açmaq imkanı əldə edəcək.
Əlahiddə Ümumqoşun Orduya yeni xidməti avtomobillər verilib
Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi tədbirləri sırasında xidməti avtomobillərə olan tələbatın ödənilməsi mühüm yer tutur. İyun ayının 25-də Əlahiddə Ümumqoşun Orduya 22 ədəd “Mitsubishi L200”
markalı xidməti avtomobil təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avtomobillərə baxıb, təyinata uyğun istifadə olunması barədə tapşırıq verib.
Sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Texnika parkına, silah və optik cihazlar anbarına baxıb. Baxış zamanı bildirilib ki, parkın dam örtüyü yenilənib, fasad hissəsi üzlənib, beton örtüyü döşənib. Silah və sursatların saxlanılması üçün lazımi şərait yaradılıb. Ali Məclisin Sədri muxtar respublikada ordu quruculuğu işlərinin kompleks şəkildə aparıldığını və əhalinin təhlükəsizliyinin təmin olunduğunu bildirib, “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”, müdrik fikri xatırladaraq bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb, Türkiyə Silahlı Qüvvələrinin ordu quruculuğu tədbirlərindəki fəaliyyətindən bəhs edib. Güclü dövlətimizin güclü lideri və ordusu sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirən Ali Məclisin Sədri Silahlı Qüvvələr Gününün böyük Qələbə ilə qeyd olunduğunu diqqətə çatdırıb.
“Otokar”ın “Tulpar” PDMi Qazaxıstanda sınaqlardan uğurla keçib Türkiyənin “Otokar” şirkətinin istehsalı olan tırtıllı “Tulpar” piyadanın döyüş maşını (PDM) Qazaxıstan Silahlı Qüvvələrinin təşkil etdiyi sınaqlardan uğurla keçib. “Tulpar” PDM sınaqlarda palçıqlı ərazi, gölməçə, çəmənlik, xəndək və maili yol kimi müxtəlif şərtlərdə özünün mobilliyini nümayiş etdirib. Mobilliklə yanaşı qüllənin və silahların da əks-təsir imkanları nümayiş olunub. Qeyd etmək lazımdır ki, “Otokar” şirkəti tərəfindən hazırlanmış “Mızrak-30” döyüş qülləsinin yeni məsafədən idarə olunan versiyası ilə təchiz edilmiş “Tulpar” PDMin nişanalma və atıcılıq qabiliyyətləri həm sabit dayanmış vəziyyətdə, həm də hərəkətdə olduğu zaman sınanmışdır. Standart qüllədə 30 mm-lik av tomatik top, topla qoşalaşdırılmış 7,62 mm-lik pulemyot, lazer tuşlamalı L-UMTAS tank əleyhinə idarə olunan raket kompleksi, tüstü qumbaraatanı, elektro-optik sistem və kiçik dirək (maçta) quraşdırılıb. Qazaxıstanın, əsasən, sovet standartlı sursatlardan istifadə etdiyini nəzərə alsaq, qüllənin Qərb standartlı 30x165mm əvəzinə rus
30×173 sursatından istifadə edən topla təchiz edildiyini ehtimal etmək olar. Əsas kompozit zireh 14,5 mm-lik gülləyə, ön proyeksiyada isə 25 mm-lik zirehdələn mərmiyə qarşı qorunmanı təmin edir. Modul zireh qurmaq imkanı nəzərə alınıb. Əsas xassələri: – döyüş maşınının maksimal kütləsi (komplektləşmədən asılı olaraq) – 28.000 kq – 45.000 kq; – maksimal heyət sayı – 12 nəfər: sürücümexanik, maşın komandiri, tuşlayıcı və manqanın 9 nəfərlik heyəti; – uzunluğu – 7200 mm;
– eni – 3450 mm; – hündürlüyü (gövdənin damı üzrə) – 2100 mm; – klirens – 450 mm; – mühərrik – 700-1000 at gücünə malik turbodizel mühərrik; – sürətlər qutusu – avtomatik; – maksimal hərəkət sürəti – 70 km/s; – yanacaq üzrə gediş ehtiyatı – 500 km. Dəf etdiyi maneələr: – su maneəsi – 1500 mm; – yan əyilmə – 40%; – dik yamac – 60%; – şaquli maneə – 1000 mm; – xəndək – 2600 mm.
55
MilSOFT Yeni Nəsil Döyüş İdarəetmə Sistemi – MilCMS ?Həşim Səhrablı Türkiyənin MilSOFT şirkəti tərəfindən hazırlanan MilCMS Yeni Nəsil Döyüş İdarəetmə Sistemi Proqram Təminatı gəmilərdəki missiya ilə əlaqədar qərarların sürətli və təsirli qəbulu üçün sen sorlar və silah sistemlərini birləşdirən, operatorlara dəstək funksiyaları ilə yanaşı, birləşdirilmiş taktiki rəsm təqdim edən, funksionallığı genişlənən və müasir komanda idarəetmə sistemidir. Mil-CMS, fərqli platformalar üçün ortaq Döyüş İdarəetmə Sistemi (DİS) infrastrukturu təqdim edən Yeni Nəsil Milli Döyüş İdarəetmə Sistemidir. Suüstü, sualtı, hava platformalarında, quruda yerləşən stasionar/mobil komanda mərkəzlərində istifadə edilə bilər. MilCMS, kiçik qayıqdan təyyarəyə qədər genişlənə bilən modulyar bir DİS infrastrukturuna malikdir. Şəbəkə dəstək qabiliyyətli infrastrukturu dəstəkləyir. Mil-CMS, yeni nəsil DİS-in sahib olduğu aşağıdakı beynəlxalq standartlara və müasir texnologiyalara cavab verən açıq və orijinal memarlığa malikdir. MilSOFT tərəfindən Mil-CMS-nin təməli 2000-ci ildə qoyulmuşdur. TÜBİTAK-TEYDEB-in dəstəyi ilə başlayan C4IS (Komanda, İdarəetmə, Rabitə, Kompüter və Kəşfiyyat Simulyasiya Sistemi) Layihəsinin nəticəsidir. Paylanmış və modul arxitekturası ilə
56 www.poliqon.az
orta proqram təminatı və tətbiq modulları ilə müasir Komanda İdarəetmə Sistemləri komponentlərini inkişaf etdirmək məqsədi daşıyır. C4IS Layihəsinin sistem/proqram təminatı inkişaf fəaliyyətləri TÜBİTAK-TEYDEBin dəstəyi və nəzarəti ilə üç il davam etmişdir. Bu layihə çərçivəsində
hazırlanmış məhsullar və formalaşmış məlumat toplanması bir çox yerli və beynəlxalq layihələrdə tətbiq edilmişdir. C4IS kimi layihələrin/proyektlərin davamında, suüstü platformalar üçün müasir, tamamilə milli və orijinal dizaynları özündə birləşdirən Döyüş İdarəetmə Sistemi (Combat Management System-CMS) proqram təminatının yaradılması üçün araşdırmalar aparılması hədəflənmiş və bu məqsədlə 2004cü ildə GEMKOMSİS Layihəsi başladılmışdır. Bu layihə də 2006-cı ilin sonuna qədər TUBİTAK-TEYDEB tərəfindən dəstəklənmişdir. GEMKOMSİS və MilSOFT, 2007-ci ildə TÜBİTAK Texnologiya Müvəffəqiyyət Mükafatı almışdır. GEMKOMSİS daha sonra “MilSOFT Yeni Nəsil Döyüş İdarəetmə Sistemi Proqram Təminatı (Mil-CMS)” olaraq adlandırılmışdır. Mil-CMS proqram təminatı ən sadə konfiqurasiyadan fereqatlar və sualtı qayıqlar kimi ən mürəkkəb konfiqurasiyalara qədər müxtəlif dəniz, quru və hava plat formalarının ehtiyaclarına uyğun olaraq asanlıqla genişlənə və adaptasiya oluna bilən xüsusiyyətdə bir infrastruktur təklif edir. Bu xüsusiyyətlərə görə Mil-CMS proqram təminatı, 2008-ci ildə Sahil Mühafizəsi Axtarış Xilasetmə Gəmisi Layihəsi kimi kritik bir tətbiqdə ən qabaqcıl və təcrübəli Qərb şirkətləri arasında “Milli Komanda İdarəetmə Sistemi Proqram Təminatı” olaraq seçilmişdir. Yuxarıda qeyd olunan TÜBİTAK Layihələrinə əlavə olaraq TEYDEB-in dəstəyi ilə AR-GE fəaliyyətlərinə başlanılan və 2017-ci ildə tamamlanan Koordinasiya edilmiş Dəniz Əməliyyatları üçün Komanda İdarəetmə Qabiliyyəti və Mobil Xüsusi Şəbəkə əsaslı Taktik
Məlumat Linki Layihələri Mil-CMS məhsulunun hazırkı vəziyyətə gəlməsində böyük rol oynamışdır. Bu Ar-Ge layihələrindən birincisində MilCMS Quruda Yerləşən Komanda Mərkəzləri ilə əlaqələndirilmiş şəkildə komanda idarəetmə qabiliyyəti, ikincisində isə, kiçik katerləri infrastruktur (IP) əsaslı rabitə şəbəkəsi vasitəsi ilə gəmi üzərindən idarə etmək imkanıları qazandırılmışdır. Beləliklə, Mil-CMS geniş bir məlumat şəbəkəsi üzərində bir-birinə inteqrasiyalı şəkildə ümumi taktiki rəsm yaratmağı təmin edən, real vaxta uyğun məlumat paylama və tapşırıq təyinetmə qabiliyyətinə sahib olan texnologiya məhsulu olaraq inkişaf etdirilmiş Koordinasiyalı Dəniz Əməliyyatlarında istifadə edilmək üzrə və Komanda İdarəetmə Qabiliyyəti çərçivəsində müxtəlif platformalar üzərində yerini almışdır.
MilSOFT Yeni Nəsil Savaş Sisteminin ən əsas xüsusiyyəti olaraq fərqli
sistemlərə fərqli səviyyələrdə inteqrasiya olunmaq qabiliyyətini göstərə bilərik. Bir tərəfdən gəmidə radar və silah sistemləri ilə, qərargahda gəmilər və digər platformalarla (hava platformaları, komanda mərkəzləri və s.) inteqrasiya edir, digər tərəfdən bütün strateji məlumatlar Taktik Şəbəkə Bağlantıları vasitəsi ilə digər bölmələrlə paylaşılır, JRE (Joint Range Extention) Əməliyyat və Strateji birliklərlə inteqrasiya təmin edərkən, özəl və ya Link 16 / Link 22 kimi əlaqə şəbəkələri vasitəsi ilə insansız nəqliyyat vasitələrinə nəzarət əlavə olunur. Görüntünün emal edilməsi və qiymətləndirilməsi ilə bu vasitələrin təqdim etdiyi görüntülər Ortaq Taktik Rəsmə əlavə edilir. Mil-CMS, Taktik Məlumat Bağlantıları, AdatP-3 kimi formatlaşdırılmış mesajlar, (W)AIS (OTS) kimi rabitə sistemləri, WEB xidmətləri, JRE kimi interfeyslər vasitəsilə fərqli
sistemlərə fərqli səviyyələrdə inteqrasiya edə bilir, qabiliyyət və bacarıqları hədəf platformaya görə genişlənə bilməkdədir. Bütün bunlara əlavə olaraq, bu gün NATO səviyyəsində və milli olaraq həyata keçiriləcək Müştərək Şəbəkə Dəstəkli tətbiqat və əməliyyatların müvəffəqiyyəti iştirakçı birliklərin koordinasiyası ilə mümkündür ki, bu istiqamətdəki ən uyğun vasitə olaraq Taktik Məlumat Bağlantıları ortaya çıxır. MilSOFT şirkətinin mütəxəs sis lərinin sözlərinə görə, Mil-CMS inkişafına başladığı andan etibarən təbəqəli və paylanmış bir memarlığı (Open Architecture Computing Environment (OACE)), baxım asanlığını (texnoloji və
57
xərc) və beynəlxalq standartlara uyğunluğu hədəfləyən bir sistemdir: “Bu sahədə aparıcı beynəlxalq təşkilatlar (Object Management Group – OMG C4I Grup kimi) tərəfindən təyin olunan yanaşma və standartlar hazırladıqları tamamlanmamış mərhələləri əsas götürür. Yəni onların çalışmaları hələlik qaralama üzərində qalır. MilSOFT isə bu standartları təkmilləşdirən və tətbiq edən dünya təşkilatları arasında yer alır”. Nəticə olaraq MilSOFT milli qaynaqlar və beynəlxalq standartlara əsaslanaraq inkişaf etdirdiyi Mil-CMS ilə modern, miqyaslanan və genişlənə bilən, şəbəkə mərkəzli, modul bir həll təklif edir. 2000-ci ildən bəri TÜBİTAK-ın dəstəyi ilə milli qaynaqlardan istifadə edərək istehsalına başlanılan Mil-CMS məhsulu öz uğurlarını Sahil Mühafizəsi A/K Gəmisi Döyüş İdarəetmə Sistemi, GENESIS - Orta Proqram Təminatı Layihəsi, Mil-DDS-MilSOFT Orta Proqram Təminatı Layihəsi və xaricə ixrac edilən
58 www.poliqon.az
NIXS (“Naval Information Exchange System) Layihələri ilə nümayiş etdirmişdir. Bunlara əlavə olaraq MilSOFT, inkişaf etdirdiyi WACCS (Wide Area CMS Capability) ilə geniş ərazidə komando
idarəetmə qabiliyyəti təmin edir və digər platformalar, sistemlər və qərargahlar
arasında Ortaq Əməliyyat Rəsim paylaşılmasına imkan təmin edir. Şirkət mütəxəssislərinin sözlərinə görə, MilSOFT yarandığı gündən bəri Mil-CMS də daxil olmaqla milli qaynaqlardan istifadə edərək və türk mühəndisləri tərəfindən inkişaf etdirilmiş həll yollarını ölkənin müdafiə və təhlükəsizliyinin təşkil edilməsi üçün təqdim etməyə davam edir. MilSOFT mövcud imkanlarını həm yerli, həm də beynəlxalq bazarlarda nümayiş etdirir. Bu çərçivədə MilSOFT 17-20 Avqust, 2021 tarixləri arasında TÜYAP Konqres Mərkəzində keçiriləcək "IDEF 2021" Sərgisində, 14 nömrəli salonda yer alacaqdır. "IDEF 2021" sərgisi müddətində MilSOFT məhsullarını və imkanlarını bütün iştirakçılara izah etməyə və nümayiş etdirməyə hazırdır. Qeyd edək ki, milli və orijinal həllər istehsal etməyi, beynəlxalq rəqabət
qabiliyyəti hədəfləyən proqram təminatı şirkəti olan “MilSOFT Yazılım Teknolojileri A.Ş.”, ABŞ-da ortaya çıxan və bütün ölkələr tərəfindən qəbul edilən SEI CMMI proqram təminatı şirkətlərinin qiymətləndirmə metodologiyasının ən yüksək səviyyəsi olan CMMI-5 səviyyəsinə malikdir. MilSOFT bu səviyyəyə 14 fevral 2005-ci ildə çatıb və Avropada bu uğuru əldə edən ilk şirkətdir. 2005-ci ildən bəri CMMI-5 səviyyəsini qorumaqla bərabər, ISO 9001, ISO 27001 və NATO AQAP kimi bir çox digər idarəetmə sistemi sertifikatına sahiblənən MilSOFT, mütəxəsis sahələri arasında olan komanda idarəetmə sistemləri üzrə beynəlxalq standartlara uyğun texnologiya, infrastruktur və sistemlər hazırlamaqdadır.
Haluk Görgün: Azərbaycanda daimi və uzunmüddətli layihələr üzərində işləyirik ? Mehmet Demirkol POLİQON jurnalının Türkiyə bürosu Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti sırasında yer alan Türkiyənin ASELSAN şirkəti hər il mövqelərini möhkəmlədərək daha da irəliyə doğru ad dımlayır. ASELSAN tərəfindən istehsal edilən məhsullar Türkiyə ilə yanaşı, xarici ölkələrin Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatlarda uğurla istifadə edilərək özünü doğrultmuşdur. ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün ilə müsahibəmizdə ASELSAN-ın mövcud və perspektiv layihələri, Azərbaycanla bağlı perspektiv planlarına dair suallarımıza cavab almağa çalışdıq. – Cənab direktor, müsahibəmizə ASELSANın mövcud layihələri ilə bağlı başlamaq istərdik. ASELSANın milli və beynəlxalq müdafiə səna yesindəki yeri və rolu barədə məlu mat verməyinizi xahiş edirik. – Texnologiya və müdafiə sektorunun qabaqcıl şirkətlərindən biri olaraq, hərbi və mülki sahədə istehsal etdiyimiz genişçeşidli məhsullarımızla artıq yalnız öz ölkəmizin vətəndaşlarının deyil, eyni zamanda dünyanın müxtəlif yerlərində yaşayan insanların təhlükəsizliyinə, həyat keyfiyyətinə və rifahına töhfə verən qlobal bir təşkilati quruluşla fəaliyyətimizi davam etdiririk. Fərqli fəaliyyət sahələrində qazandığımız 46 illik təcrübəmizi əməkdaşlıq etdiyimiz paydaşlarımıza da ötürərək uzunmüddətli böyümə strategiyamızla qlobal izimizi artırırıq. Müştərək müəssisələrimiz, yerli istehsal müəssisələrimiz, filial və ofis-
lərimizlə texnologiya transferi proqramlarını inkişaf etdirməyə, maliyyə sürətimizi artırmağa və ASELSAN-ı bütün dünyada güclü bir marka kimi göstərməyə davam edirik. – ASELSANın 2020ci ildə fəa liyyəti, əldə etdiyi nəticələr və 2021 ci il üçün planları nələrdir? Cari ildə şirkətin qlobal səviyyədə geniş lənməsi baxımından planı nədir? – Dünyada müxtəlif sahələrdə inkişaf etmiş texnologiyanın yaratdığı güc çarpanı daha yaxşı başa düşüldükcə, müdafiə sənayesi şirkətlərinin innovativ həll yollarına xərclədikləri enerji də artır. Kritik mülki texnologiyaların və hərbi texnologiyaların iç-içə olduğu bu dövrdə, qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətləri də günün zərurəti olaraq mülki sahələrdə fəaliyyət göstərirlər. 2020-ci ilin əvvəlində qarşılaşdığımız və bu gün də təsirini göstərən pandemiya şəraitində “ASELSAN dayana bilməz, dayanmaz!” dedik və fəaliyyətimizə bir gün olsun ara vermədik. Həm hərbi, həm də mülki sahələrdə həyata keçirdiyimiz layihələrimizlə bu kritik dövrü çox yaxşı idarə etdiyimizə inanıram. Epidemiyanın ilk təsirlərinin
görünməyə başladığı andan etibarən ASELSAN daxilində çox təsirli bir qərarvermə mexanizmi tətbiq etdik. Bir tərəfdən dövlətimizin ehtiyac və gözləntilərini müşahidə edərkən, işçilərimizin sağlamlığı üçün hər cür tədbir görməyə çalışdıq. Ticarət dövriyyəmiz 2020-ci ildə bir əvvəlki ilə nisbətən 24 % böyüyərək 16 milyard TL-ni keçdi. Xarici satışlarımızı əvvəlki ilə nisbətən 44 % artıraraq 446 milyon ABŞ dolları dəyərində yeni ixrac müqaviləsi imzaladıq. İl ərzində reallaşdırılan satışlara əlavə olaraq 362 milyon ABŞ dolları həcmində rekord xarici valyuta axını əldə etdik. ASELSAN tarixində ilk dəfə 2020ci il ərzində 1 milyard ABŞ dollarından çox xarici satış “backlog”u rəqəminə çatdıq. ASELSAN məhsullarını bu günə qədər satış həyata keçirilmədiyi altı yeni ölkəyə satdıq. Bu sahədə istifadəçilərimiz olan ölkə sayı ümumilikdə 70-ə yüksəldi. Rəqəmsal iş axını platforması və etibarlı rabitə infrastrukturu ilə fəaliyyətimizi dünyanın hər yerində fasiləsiz həyata keçirdik. Pandemiyanın hər sahədəki mənfi təsirlərinə baxmayaraq, 3.3 milyard TL səviyyəsində Ar-Ge (araşdırma-inkişaf)
59
xərcləri çəkərək texnologiya və Ar-Ge sahəsindəki fəaliyyətlərimizi də artıraraq davam etdirdik. Yeni şərtlər bütün dünyada illərdir vərdiş edilmiş və möhkəmlənmiş iş aparmaq formatlarını tamamilə dəyişdirmişdir. Bu dəyişikliyin vərdiş olunmamış bir sürətlə baş verməsi, infrastruktur və insan resursları baxımından da hazır olmayan şirkətlərə mənfi təsir etdi. ASELSAN, uzun illərdən bəri dəyişikliyə rəhbərlik edən və bu istiqamətdə ən dəyərli sərvəti olaraq gördüyü ixtisaslı insan resurslarına investisiya yatıran bir texnoloji bazadır. Bu uzaqgörənliklə ASELSAN ailəmizə 2020-ci ildə qoşulan təxminən 1500 yeni işçi ilə ili bütün zamanların ən yüksək məşğulluq dərəcəsini tamamladıq. Müdafiə elektronikasından sağlamlığa, rabitə sistemlərindən maliyyə texnologiyalarına; enerji və nəqliyyat sistemlərindən kosmik texnologiyalara qədər fəaliyyət göstərdiyimiz hər sahədə məhsul və xidmətlərimizin millətimizə verdiyi faydaları qürurla müşahidə edirik. Pandemiya vəziyyətinin pisləşdiyi bir dövrdə millətimizin xidmətinə təqdim etdiyimiz respirator (tənəffüs aparatı) bu məhsullardan biri oldu. ASELSAN olaraq əməkdaşlıq etdiyimiz konsorsium üzvləri ilə birlikdə qısa müddətdə 20 mindən çox tənəffüs cihazı istehsal edərək COVID-19 ilə mübarizədə səhiyyə sektoruna çox əhəmiyyətli bir dəstək verdik. Tənəffüs
60 www.poliqon.az
aparatlarımız dövlətimizin koordinasiyası ilə bir çox ölkədə istifadəyə verilmişdir. 2021-ci ildə əldə etdiyimiz bu uğurlu nəticələri daha da davam etdirmək üçün durmadan, yorulmadan çalışmağa davam edəcəyik. Dünyanın bir çox ölkəsində yeni əlaqə ofislərini, texniki-təmir-istehsal-mühəndislik mərkəzlərini və yeni iş ortaqlıqlarını elan etməyə davam edəcəyik. Bütün çətin şərtlərə baxmayaraq, araşdıraraq, təcrübələrdən imtina etmədən və dəyişən şərtlərə sürətlə uyğunlaşaraq böyük həvəslə bu dinamizmi davam etdirəcəyik.
– Bu il ASELSAN şirkəti IDEFdə istifadəçilərinə hansı yeni məh sulları təqdim etməyi planlaşdırır? – Bildiyiniz kimi, IDEF sərgisi; müdafiə, təhlükəsizlik, dənizçilik, aviasiya və kosmik sənayesi sahələrində beynəlxalq bir tanıtım, marketinq və əməkdaşlıq platforması olaraq dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biridir. Ən başda ölkəmizi ən yaxşı şəkildə təmsil etmək və qlobal arenada texnoloji baza olaraq innovativ məhsullarımızı tanıtmaq məqsədilə bu il də ümumi sahəsi 6 min kvadratmetrdən çox sərgiləmə sahəmiz ilə IDEF-in ən çox diqqət çəkən stendi olaraq ziyarətçilərə ev sahibliyi edəcəyik. Genişçeşidli məhsullarımıza daxil olan yeni məhsullarımızı ilk dəfə stendimizdə sərgiləməyimizdən məmnunuq. Bu sürprizi 17-20 avqust tarixləri arasında İstanbulda bizi ziyarətə gələn dostlarımızla bölüşmək istəyirik. – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında “Azər baycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahə sində əməkdaşlıq haqqında” Sazişi təsdiq etdi. ASELSAN olaraq Azər baycan Ordusu və müdafiə sənayesi ilə üzərində işlədiyiniz layihələr var. Mümkünsə, Azərbaycanla bağlı plan larınızı açıqlaya bilərsinizmi? – Əvvəlcə bildirmək istərdim ki, iki qardaş ölkə olaraq çətin bir coğrafiyada
yer alırıq. Regional təhlükəsizliyimizi təmin etmək üçün dövlətlərimizin və Silahlı Qüvvələrimizin nə qədər üstün səy göstərdiklərinə yaxından şahid oluruq. Türkiyə–Azərbaycan qardaşlığını ən üst zirvəyə daşıyan Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və hörmətli Prezident İham Əliyevin bu mövzuda nümayiş etdirdikləri güclü duruş da bizə həvəs və cəsarət verir. Biz də ASELSAN olaraq, TürkiyəAzərbaycan münasibətlərinin ən vacib mövzulardan olan, regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərində dövlətlərimizə əlimizdən gələn hər cür imkanları təmin etməyə çalışırıq. Bu torpaqları daha da firavan etmək və övladlarımıza parlaq bir gələcək təqdim etmək məqsədi ilə 90-cı illərin əvvəllərindən başlayaraq Qarabağ cəbhəsində Azərbaycan Ordusunu ASELSAN rabitə vasitələri ilə təmin etməklə başlayan sarsılmaz təməllər üzərində qurduğumuz münasibətlərimiz bu gün də bir çox sahədə davam edir. Azərbaycandakı fəaliyyət sahələrimizin və yerli xidmətlərimizdə artım sayəsində bir çox birgə layihələr həyata keçiririk. İşğal altında saxlanılan Qarabağ torpaqlarına nəzərdə tutulmuş Vətən müharibəsində Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın millətimizin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu ifadə etməsindən əldə etdiyimiz güclə, ASELSAN olaraq bütün
imkan və qabiliyyətlərimizi Azərbaycanın ədalətli mübarizəsi üçün təqdim etdik və bu istiqamətdə çalışmalarımızı davam etdiririk. Əlbəttə ki, bizim Azərbaycandakı varlığımız sadəcə müharibədən doğan təcili ehtiyacları ödəməklə məhdudlaşmır. 20 ildən çoxdur ki, Bakıda yerləşən “ASELSAN Bakı” törəmə şirkətimizin koordinasiyası ilə həyata keçirdiyimiz fəaliyyətlərlə Azərbaycanda daimi və uzunmüddətli layihələr üzərində də işləyirik. Burada prioritet olaraq kritik məsələlər, Türkiyədə olduğu kimi, Azərbaycanda da mümkün məhdudiy-
yətlərdən təsirlənməyəcəyi şəkildə xarici ölkələrə olan asılılığını azaltmaq, texnologiya transferi kimi layihələrlə kritik texnologiyaya çıxış təmin etmək, yerli məşğulluq yaradaraq sənayeni gücləndirmək və Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələrini tam anlamıyla birgə əməliyyat həyata keçirə biləcək formada təchiz etməkdir. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələrini qısa, orta və uzun müddətdə gücləndirəcəyini gözlədiyimiz müxtəlif ölçü və dərinliklərdə bir çox layihələrdə iştirak edirik. Azərbaycanda yalnız Müdafiə Nazirliyi ilə deyil, təhlükəsizlik qüvvələri daxil olan digər qurumlarla və mülki strukturlarla da işləyirik. Həm də bildirmək istərdim ki, hazırda Azərbaycanda ASELSAN-ın hər bir sistem həlli üçün ən azı bir fəaliyyət maddəmiz var. ASELSAN ailəsi olaraq bizlər, üzərimizə düşən məsuliyyətimizin fərqində olaraq; qardaş ölkəmiz üçün dizayn, istehsal sahəsində, yorulmadan və var gücümüzlə çalışmağa davam edəcəyik. Bu zamana qədər olduğu kimi, bundan sonra da üzərimizə götürdüyümüz vəzifələri çiyin-çiyinə verərək uğurla yerinə yetirəcəyik. – Sonda əlavə etmək istədiyiniz nələrsə varmı? – Təşəkkür edirəm!
61
“BAYRAKTAR AKINCI” PUA seriyalı istehsalda ? Zaur Akifoğlu
Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanmış “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsal mərhələsinə başlanmışdır. Seriyalı istehsal olunan “Bayraktar Akıncı” PUAlarının sifarişçiyə ilk çatdırılmasının 2021ci il ərzində həyata keçirilməsi planlaşdırılır. Artıq seriyalı istehsal modelinin ilk PUA-ları olan “Bayraktar Akıncı S-1” və “Bayraktar Akıncı S-2” Türkiyənin Çorlu Hava Meydan Komandanlığında yer alan Akıncı Uçuş Təlim ve Test Mərkəzinə çatdırılmışdı. Hazırda sözügedən PUA-ların sınaqları keçirilir. Digər seriyalı istehsal modellərinin inteqrasiya işləri isə Baykar Milli S/PUA Ar-Ge və İstehsal Mərkəzində davam etdirilir. “Baykar” mütəxəssislərinin sözlərinə görə, şirkət tərəfindən milli və orijinal dizayn, proqram təminatı, avionika və mexanika ilə hazırlanan “Bayraktar Akıncı” pilotsuz uçuş aparatının idarəetmə stansiyasında təxminən 100-ə yaxın kompüter sistemi fəaliyyət göstərir. Havayaqalxma çəkisi 6 tondan çox olan (6,049 kq) “Bayraktar Akıncı” 400 kq daxili və 950 kq xarici olmaqla ümumi 1350 kiloqram faydalı yüşkdaşıma qabiliyyətinə malikdir.
62 www.poliqon.az
Bükülü qanad quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan aviasiya platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edilir. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatları icra edə biləcək “Bayraktar Akıncı” qanadlı raketlər atmaq qabiliyyətinə də malikdir. “Baykar” şirkətinin mütəxəssislərinin sözlərinə görə, “Bayraktar Akıncı” hücum PUA-sı TÜBİTAK SAGE və “Roketsan” tərəfindən istehsal olunan milli sursatlardan MAM-T, MAM-L və MAM-C idarə olunan sursatlar, “Cirit”, L-UMTAS, “Bozok”, SOM, “Gökdoğan” və “Bozdoğan” raketlərindən, MK81, MK-82, MK-83, KGK qanadlı tuşlama dəstli ilə təchiz edilmiş MK-82 və NEB aviasiya bombalarından istifadə edə biləcək. Bundan başqa, F-16 döyüş təyyarələrinin icra etdiyi bəzi tapşırıqları da
yerinə yetirəcək “Bayraktar Akıncı” burun hissəsində yerləşən ASLESAN şirkəti tərəfindən milli olaraq istehsal edilən AESA radarı sayəsində yüksəksezmə bacarığına sahib olacaqdır. ASELSAN-ın AESA radarı, EO / IR kamera, “Beyond Line Sight” peyk əlaqəsi və elektron dəstək sistemləri kimi kritik yükləri daşıyacaq “Bayraktar Akıncı” inkişaf etmiş süni zəka xüsusiyyətlərinə də sahib olacaq. Bundan əlavə, “Bayraktar Akıncı” süni intellekt kompüterləri vasitəsi ilə sensor və üzərindəki kameralardan aldığı məlumatları qeyd edərək, informasiya toplaya biləcək. İnkişaf etmiş süni zəka sistemi topladığı məlumatları emal edərək qərar vermək qabiliyyətinə sahib olacaq. İnsan gözü ilə aşkarlanmayan yer hədəflərini tapa bilən süni zəka sistemi “Bayraktar Akıncı” PUA-nın daha təsirli şəkildə istifadə edilməsini təmin edəcək. Habelə, AESA radarından istifadə edən
“Bayraktar Akıncı” SAR (Sentetik Açıklıklı Radar) vasitəsi ilə pis hava şəraitində belə şəkillər çəkərək istifadəçiyə ötürə biləcək. İlk atış sınaqları İlk uçuşunu 2019-cu il dekabr ayının 6-da edən “Bayraktar Akıncı” PUA-nın Çorlu Hava Meydan Komandanlığının tərkibində yer alan Akıncı Uçuş Təlim və Test Mərkəzində həyata keçirilən sınaq fəaliyyətləri 3 ədəd prototip ilə davam etdirilir. 2021-ci il aprel ayının 22-də “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatının ilk atış sınaqları keçirilmişdir. “Bayraktar Akıncı” Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan MAM-C, MAM-L və ilk dəfə istifadə edilən MAM-T ağıllı sursatları ilə hədəfləri uğurla vurmuşdur. Atış testi üçün havaya qalxmadan öncə apronda gözləyən “Bayraktar Akıncı” PT3 prototipinin qanadı altında yerləşən və ilk dəfə atılacaq MAM-T sursatı Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir, “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar, “Roketsan” şirkətinin İdarə Heyətinin sədri Faruk Yiğit, “Roketsan”ın baş direktoru Murat İkinci, o cümlədən layihədə iştirak edən “Baykar” və “Roketsan” işçi komandaları tərəfindən imzalanmışdır. MAM-T ilk dəfə nümayiş etdirildi “Bayraktar Akıncı” PUA-nın ilk atış testi inkişaf etdirilən sursat sahəsində bir ilkə şahid olmuşdu. “Roketsan” şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan MAM (Mini Ağıllı Sursat) ailəsinin yeni üzvü MAM-T ilk dəfə nümayiş etdirilmişdi. Sınaqlar zamanı MAM-T hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vurmuşdu. Daha yüksək döyüş başlığı effektivliyi və uzun mənzil ehtiyacını ödəmək məqsədi ilə hazırlanan MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilər. Yüksək dəqiqlik sərgiləyən yeni ağıllı sursat yarıaktiv lazerarayıcı başlıq ilə təchiz edilmişdi. Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T, 30 kmdən artıq mənzilə sahibdir. Müxtəlif PUAlardan atıla bilən MAM-T sursatı sayəsində suüstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür. Türkiyə aviasiya tarixində yüksəklik rekordunu qırdı İyul ayının 8-də “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatı Türkiyə aviasiya tarixində yüksəklik rekordu qırmışdı. Dizayn doğrulama fəaliyyətləri çərçivəsində Müdafiə Sənayesi Başqanlığı (SSB) və istifadəçi qüvvələrin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən yüksək hündürlük və uzaq məsafə
performans testində “Bayraktar Akıncı” PUA 11594 metr (38.039 fut) hündürlüyə yüksəlib və 25 saat 46 dəqiqə havada qalmışdı. Akıncı Uçuş Təlim ve Test Mərkəzindən idarə olunan PUA uzun uçuş fəaliyyəti çərçivəsində 7507 kilometr məsafəni qət etmişdi. Beləliklə, ilk dəfə milli olaraq hazırlanan aviasiya vasitəsi ilə göyüzündə bu yüksəkliyə qalxılmışdı. 1360 kq faydalı yük ilə 13 saat 26 dəqiqə uçuş etdi İyul ayının 9-da keçirilmiş növbəti sınaqlar çərçivəsində “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatının gövdəsi al-
tına TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanmış dəmir-beton sığınacaqları məhv etmək üçün nəzərdə tutulan nüfuz edici bomba (NEB) inteqrasiya edilmişdir. Kütləsi 1360 (3000 lb) kiloqram olan NEB faydalı yük ilə uçuş edən “Bayraktar Akıncı” 13 saat 24 dəqiqə müddətində havada qalmışdı. “Bayraktar Akıncı” PUA sınaqlar zamanı güclü performans göstərərək 9.144 metr (30.000 fut) yüksəkliyə qalxmışdı. “Baykar” şirkətinin açıqlamasına görə, “Bayraktar Akıncı” bu günə qədər test və təlim uçuşlarında 874 uçuş həyata keçirmişdir.
63
IDEF2021 sərgisinə 1086 şirkətin qatılacağı gözlənilir
Avqust ayının 17-dən 20-dək Türkiyənin İstanbul şəhərində İDEF-2021 XV beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək. IDEF-2021 sərgisi Türkiyə Prezidentinin hamiliyi, Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun (TSKGV) idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil olunacaq. Türkiyənin və dünyanın müdafiə sənayesi nəhənglərinin ən vacib görüş platforması olan IDEF-2021 sərgisinə Türkiyədən və xaricdən 1086 şirkətin qatılacağı gözlənilir. Sərginin təşkilat komitəsinin açıqlamasına görə, IDEF-2021də stend açmaq istəyən şirkətlərin iştirak istəkləri gəlməyə davam edir. Hər il olduğu kimi, bu il də dünya ölkələrinin müdafiə satınalmalarından məsul qurumlarının qatılacağı sərgiyə 447 nümayəndə heyəti üçün dəvətnamə göndərilib. Sərgidə iştirak edəcəklərini bildirən yüksəksəviyyəli nümayəndə heyəti səlahiyyətliləri arasında 25 nazir var. Dəvətlərə cavablar gəlməyə davam edir.
IDEF-2021 beynəlxalq müdafiə sənayesi sərgisinə 25 nazir ilə yanaşı, nazir müavini, Baş Qərargah rəisi, Baş qərargah rəisinin müavini, Hərbi Hava Qüvvələri Komandanı, Quru Qoşunları Komandanı, Hərbi Dəniz Qüvvələri Komandanı, Sahil Təhlükəsizliyi Komandanı və digər yüksəkvəzifəli şəxslər də qatılacaq. Bu il müdafiə tədarükünə cavabdeh olan yüksəkvəzifəli məmurların sərgiyə olan marağının artması IDEF-2021 sərgisinin çox məhsuldar olacağını göstərir. Bildirilib ki, xarici nümayəndə heyətlərinə dəvətlər, əvvəlki sərgilərdə olduğu kimi, qarşılıqlı əlaqələr əsasında Türkiyə Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və onlara bağlı qurumlar, Müdafiə Sənayesi Başqanlığı tərəfindən edilib. Bu il xarici nümayəndə heyətlərinin hər iki ildən bir keçirilən IDEF-ə marağı daha yüksəkdir. IDEF-2021 üçün hazırlıqlar davam edərkən, dəvət olunan nümayəndə heyətlərinin sayı 447-ə yüksəlib. Artıq 116 nümayəndə heyəti sərgidə iştirak edəcəklərini bildirib.
Bu sayın yarmarkanın açılışına qədər artacağı vurğulanır. Sərgidə əsas ağırlıq Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşəcək. IDEF2021 sərgisində önəmli yeni müqavilələrə imza atılacaq. Bu il 100-dən artıq imza mərasimi, toplantı və təqdimat gözlənilir. Sərginin təşkilat komitəsinin məlumatına görə, IDEF-2021 iştirakçılarına rəqəmsal tətbiqlərdən səmərəli istifadə olunduğu "yeni nəsil hibrid sərgi" təcrübəsini təqdim edəcəkdir. TÜYAP tərəfindən ağıllı uyğunlaşdırma sistemi və xüsusi alqoritmlər istifadə edərək hazırlanmış rəqəmsal platformalar müdafiə sənayesi mütəxəssislərinə yeni iş birliklərinin qurulmasında kömək edəcək. Hər iki ildən bir keçirilən IDEF-də bu il də səmərəli və təhlükəsiz sərgi mühiti üçün hər cür tədbir alınacaq, COVID-19 tədbirləri diqqətlə həyata keçiriləcəkdir. IDEF-2021-in keçiriləcəyi TÜYAP İstanbul Sərgi və Konqres Mərkəzinin Türk Standartları İnstitutu tərəfindən COVID19 Təhlükəsiz Xidmət Sertifikatına sahib olan ilk sərgi mərkəzi olduğu vurğulanıb. Qeyd edək ki, dörd gün davam edəcək sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 133 adda məmulat nümayiş etdiriləcək. Sərgidə ziyarətçi qismində Azərbaycan Silahlı Qüvvələrinin və digər güc strukturlarının yüksəksəviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir. Azərbaycandan IDEF-2021 sərgisində media tərəfdaş qismində “Poliqon” jurnalı təmsil olunacaq.
İsrail “Sea Breaker” raket sistemini təqdim edib İyun ayının sonunda İsrailin “Rafael” (“Rafael Advanced Defence Systems”) müdafiə konserni, beşinci nəsil uzunmənzilli, yüksəkdəqiqlikli avtonom “Sea Breaker” gəmi əleyhinə raket sistemini təqdim edib. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Sea Breaker” sistemi 300 km-ə qədər məsafədə yerləşən dəniz və quru hədəflərinin effektiv məhv edilməsini təmin etməlidir. Yeni kompleks daşıyıcı olaraq gəmilərdən, korvetlərdən və ya freqatlardan, eləcə də sahil yüksəkhərəkətli “SPYDER” buraxma qurğularından istifadə edə bilər. “Sea Breaker” sistemində GNSS peyk naviqasiya sistemi olmadığı təqdirdə,
64 www.poliqon.az
günün istənilən vaxtında, istənilən hava şəraitində bütün funksiyaların yerinə yetirilməsini təmin etməkdən ötrü “Rafael” şirkətinin elektro-optik, kompütergörmə, süni zəka və qərarqəbuletmə alqoritmləri kimi innovativ texnoloji yeniliklər tətbiq edilmişdir. “Sea Breaker” raket sistemi qabaqcıl IIR (Imaging Infra-Red) avadanlıqları ilə də təchiz edilmişdir. Süni zəkadan istifadə edərək “Sea Breaker” sistemi avtomatik hədəfaşkarlamanı (ATA – Automatic Target Acquisition) və avtomatik hədəftanımanı (ATR – Automatic Target Recognition) təmin edir.
“Roketsan” şirkətinin baş direktoru Murat İkinci:
IDEF2021də ilk dəfə nümayiş etdirəcəyimiz məhsullar diqqət mərkəzində olacaq
Əvvəla, “Poliqon” jurnalı vasitəsilə qardaş Azərbaycanımızı Dağlıq Qarabağda qazandığı böyük qələbəyə görə bir daha təbrik edirəm. Bu zəfər “iki dövlət, bir millət” şüarını gücləndirdi və bizə böyük qürur verdi. Dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti arasında yer alan “Roketsan” bugünün və gələcəyin döyüş ehtiyaclarına uyğun inkişaf etdirdiyi texno logiyalarla, Türkiyə Silahlı Qüvvələri başda olmaqla dost və müttəfiq ölkələrin ehtiyaclarını qarşılayan məhsullarla bu sahədə olmağa davam edir. IDEF-2019-da sərgilədiyimiz 30-a yaxın məhsuldan 7-sini ilk dəfə ziyarətçilərimizlə bir araya gətirmək, stendimizdə 31 ölkənin nümayəndə heyətini qəbul etmək və məhsullarımızı dünyaya tanıtmaq fürsəti tapdıq. Bu il ilk dəfə nümayiş etdirəcəyimiz məhsulların,
sərginin və ziyarətçilərin diqqət mərkəzində olacağını düşünürük. IDEF-2021 çərçivəsində hal-hazırda apardığımız əlaqə fəaliyyətlərinin də istiqrarlı böyümə qrafikimizi qorumağımıza və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın visionları ilə təyin olunan və Müdafiə Sənayesi Başqanlığımızın rəhbərliyi altında həyata keçirilən 2023 ixracat hədəflərimizə də töhfə verəcəyinə inanırıq. “Roketsan” olaraq yalnız müdafiə sənayesində deyil, həm də kosmik sahədə əhəmiyyətli irəliləyişlər əldə etdik. Prezidentimizin açıqladığı Milli Kosmik Proqramının visionunda üzərimizə düşəcək hər hansı bir missiyanı səbirsizliklə gözləyirik. IDEF-2021-də bu sahədəki işimizi tanıtmaq üçün əhəmiyyətli bir fürsət olacaqdır. IDEF-2021-də sübut olunmuş döyüş qabiliyyəti və qarışdırmağa qarşı müqa-
viməti ilə seçilən BORA raketi; Mavi Vətəni qorumaq üçün hazırlanmış və Türkiyə Hərbi Dəniz Qüvvələrinə uzun məsafədə dəqiq zərbə qabiliyyəti qazandıran ATMACA “səth-səth” tipli idarəolunan sursatı; rəqibləriylə müqayisədə daha uzun mənzilə sahib olmaları və hədəfə anında yönələbilmə qabiliyyətinə sahib olan Mini Ağıllı Sursatlarımız MAM-L və MAM-C, o cümlədən ailənin yeni üzvü MAM-T yerli və beynəlxalq sərgi iştirakçılarına təqdim edəcəyimiz məhsullardan bəziləridir. Əvvəlki IDEF təşkilatçılıqlarında olduğu kimi, ən son texnoloji məhsul və imkanlarımızla bu sərgidə də iştirak etmək üçün həyəcanlıyıq. IDEF-2021-də ilk dəfə sərgiləyəcəyimiz “Roketsan” məhsullarını ziyarətçilərimizə təqdim edəcəyimizi müjdələməkdən məmnunluq duyuruq.
65
REGİONAL FOKUS: ÖZBƏKİSTANIN MÜDAFİƏ SƏNAYESİ ? Zaur Babaşov
Özbəkistan Respublikası müstəqillik qazandıqdan sonra uzun illər Silahlı Qüvvələrinin hərbi və ikili təyinatlı məhsullarla təchiz edilməsini idxal yolu ilə aparmışdır. Bu da ordunun hərbi və xüsusi texnika, silah və digər zəruri avadanlıqlarla vaxtında təchiz edilməsini təmin etməmiş və xarici təchizatdan asılılıq təhlükəsi yaratmışdır. Eyni zamanda ölkənin ixtisaslaşmış müəssisələrinin iflasa uğraması yerli müdafiə sənayesinə ağır zərbə vurmuşdur. Bu yazımızda Özbəkistan müdafiə sənayesi kompleksinin mövcud durumu və bu ölkədə müdafiə sənayesinin inkişafı istiqamətində atılan addımlara nəzər salmağa çalışacağıq. Yerli müdafiə sənayesi sektorunun inkaşafı və xarici asılılığı azaltmaq üçün 2017-ci il noyabr ayında Özbəkistan Prezidenti Şövkət Mirzoyevin təşəbbüsü ilə Dövlət Müdafiə Sənayesi Komitəsi (DMSK) təsis edilmişdi. DMSK-nın yaradılması bu istiqamətdə atılan ən vacib addımlardan biri oldu. Daha sonra hökumət tərəfindən 2018ci ildə özəl hərbi sənaye şirkətlərinə lisenziya verilməsi haqqında qərarın qəbulu, habelə 2020–2025-ci illər üçün hərbi-sənaye kompleksinin inkişafına dair Təcrübə Tədbirləri Planı (“Yol Xəritəsi”) hazırlanması digər mühüm amillərdir. Dövlət Müdafiə Sənayesi Komitəsinin məlumatına görə, “Yol Xəri-
təsi”ndə Özbəkistan Silahlı Qüvvələrinin müasir silah, hərbi və xüsusi texnika və digər əmlakla tam təmin olunmasına, yerli müəssisələrin istehsal bazasının inkişaf etdirilməsinə yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Bundan əlavə, yerli müdafiə sənayesinin inkişafının təmin edilməsi və Özbəkistan Ordusunun ehtiyaclarının qarşılanması məqsədilə xarici şirkətlərlə bərabər ortaq müəssisələrin təşkili də bu yolda atılan vacib addımlardandır. Özəl müdafiə sənayesi şirkətlə rinə lisenziya Yuxarıda qeyd etdiyimiz kimi, Özbəkistanın Nazirlər Kabineti 2018-ci
ildə özəl sektor müdafiə sənayesi şirkətlərinə lisenziyanın verilməsi qaydalarını təsdiq etmişdi. Özbəkistan Müdafiə Nazirliyinin açıqlamasına görə, qərara əsasən silah və sursat, onların ehtiyat hissələri, mühafizə vasitələri, hərbi texnikalar, onların ehtiyat hissələri, hərbi təyinatlı cihazlar, həmçinin onların istehsalı üçün xüsusi materialların və avadanlıqların istehsalı, təmiri və satışı, silahlanmadan çıxarılan hərbi texnikanın utilizasiyası ilə məşğul olan hüquqi şəxslər lisenziya almalıdır. Bu cür fəaliyyətlər yalnız Özbəkistanda qeydə alınmış hüquqi şəxslər tərəfindən həyata keçirilir. Prezidentin sərəncamı ilə yaradılan dövlət sənaye müəssisələri və təşkilatları lisenziya almadan bu sahədə fəaliyyət göstərə bilərlər. Nazirlər Kabinetinin qərarı ilə sektorun lisenziyalaşdırılması funksiyaları Dövlət Müdafiə Sənayesi Komitəsinə verilmişdi. Lisenziya 5 il müddətinə verilir və vaxtı başa çatandan sonra təkrar müraciət əsasında artılılır. Lisenziya verilən müəssisələr məxfi kargüzarlığın aparılması və obyekt daxili rejimə riayət etməli, obyektlərin fiziki və texniki müdafiəsi üzrə tədbirlər görməli, dövlət sirri təşkil edən məlumatları qorumalıdır.
Məlumat üçün bildirək ki, Dövlət Müdafiə Sənayesi Komitəsi müdafiə sifarişləri və müdafiə istehsalının təşkili işində səlahiyyətli orqan sayılır. Komitə dövlət müdafiə sifarişlərinin formalaşdırılması və icrası, dövlət və iqtisadi idarəetmə orqanlarının, yerli icra hakimiyyəti orqanlarının müdafiə sənayesində fəaliyyətinin əlaqələndirilməsi, silahların, hərbi və xüsusi texnikanın və digər əmlakın yaradılması, istehsalı, təmiri, modernləşdirilməsi, xarici tərəfdaşlarla texniki əməkdaşlıq və s. həyata keçirir. DMSK tərəfindən açıqlanan məlumatlara görə, son illər 20-dən artıq ölkə ilə hərbi-texniki əməkdaşlıq qurulub, xarici tərəfdaşlarla hərbi-texniki sahədə əməkdaşlıq haqqında ondan çox saziş və memorandum imzalanmışdır. Sistemli olaraq, Özbəkistan Silahlı Qüvvələrinin ehtiyacları qarşılamaq üçün müasir silah və hərbi texnikaların əldə edilməsi ilə bağlı işlər aparılır. Bundan başqa, Özbəkistan Silahlı Qüvvələrinin 2018–2019 illəri ərzində hərbi və ikili təyinatlı məhsullarla təchiz edilməsi məqsədi ilə, yerli müəssisələrdə xüsusi nəqliyyat vasitələrinin, hərbi radiostansiyaların, fərdi tənəffüs qoruyucu vasitələrin, hərbçilər üçün fərdi qida rasionlarının və digər məhsulların yaradılması və istehsalı üçün layihələr həyata keçirilmişdir. Qeyd edək ki, 2020-ci ilin iyun ayında Özbəkistanın Dövlət Müdafiə Sənayesi Komitəsi Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu açıqlamışdır. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciətində bildirmişdir. AZPROMO-nın məlumatına görə, Özbəkistan DMSK Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Komitə bu ölkədə istehsal edilən bədən hərarətinin ölçülməsi və dezinfeksiya üzrə daşına bilən intellektual sistemin satışı ilə əlaqədar əməkdaşlıq təklif etmişdir. Hərbisənaye kompleksləri Hazırda hərbi-sənaye kompleksinin əsasını ölkə iqtisadiyyatının müxtəlif sahələri, müxtəlif təşkilati-hüquqi formalı və özəl sektorun müxtəlif fəaliyyət növləri olan 200-ə yaxın müəssisə və təşkilat, habelə nazirlik və idarələr təşkil edir.
İxtisaslaşmış müəssisələrdən Çirçik Aviasiya Təmiri Zavodu (ÇARZ) sovet dönəmində 1944-cü ilin mayında əsasən aviasiya təmiri sexlərinin bazasında qurulmuşdur. Keçmişdə zavodun əsas fəaliyyəti təyyarələrin əsaslı təmiri və texniki xidməti olmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində müəssisədə 2400-dən çox müxtəlif növ və modifikasiyalı aviasiya vasitəsi təmir edilmişdir. Özbəkistan müstəqillik qazandıqdan sonra, 2010-2012-ci illərdə ÇARZ müəssisəsində Yak-52 və An-2 təyyarələri əsaslı təmir edilmişdir. Bu təyyarələrin təmir prosesi müvafiq olaraq Ukraynanın “Antonov” dövlət müəssisəsi və Rusiyanın “Yakovleva” dizayn bürosu ilə birlikdə həyata keçirilmişdir. Hazırda Dövlət Müdafiə Sənayesi Komitəsinin tərkibində fəaliyyət göstərən ÇARZ müəssisəsinin statusu və istehsal imkanları tamamilə yenilənmiş, müəssisə müasir texnoloji avadanlıqlarla təchiz olunmuşdur. ÇARZ mütəxəssislərinin sözlərinə görə, müəssisə təyyarə istehsalında dünya liderlərinin müasir tələblərinə uyğun olmuş və lazımi yüksək texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Bu gün zavodun əsas fəaliyyəti Mi-8 / Mi-17, Mi-24 helikopterlərinin və onların modifikasiyalarının, Su-25, Yak-52 və An-2 təyyarələrinin əsaslı təmiri və modernləşdirilməsidir. 2019-cu ilin ikinci yarısından bəri zavod Su-25 təyyarələrinin və Mi-171 helikopterlərinin əsaslı təmirini və modernləşdirilməsini yerinə yetirir. 2020-ci ilin ikinci rübündə Mi-171 helikopterlərinin əsaslı təmir işləri başa çatdırılmış və 2 ədəd helikopter Silahlı Qüvvələrin istifadəsinə verilmişdir. Hazırda müəssisədə 2 ədəd Mi-171E
helikopteri əsaslı təmir olunur. Bu helikopterin əsas üstünlüklərindən biri də çoxməqsədli olmasıdır. Hərbi nəqliyyat helikopteri qısa müddətdə patrul xidməti, axtarış-xilasetmə, yanğınsöndürmə, təcili yardım konfiqurasiyasına çevrilə bilər. Kiçikçaplı atıcı silahlar üçün patron istehsalı “Vostok” Dövlət Müəssisəsi 1978-ci ildə “Uzqlavmexanizasiya” Elmi İstehsalat Birliyinin əsasında yaradılmışdı. Müəssisədə əsasən çap olunmuş lövhələrin yığılması və vakuum çöküntüsü üçün avadanlıq; nəzarət və ölçü avadanlığı; texnoloji lazerlər və teleskoplar üçün quraşdırılmış soyutma sistemi olan silikon güzgülərin hazırlanması həyata keçirilmişdir. 1998-ci ildə Nazirlər Kabinetinin “Özbəkistan Respublikasında atıcı silah sursatlarının istehsalının təşkili haqqında” qərarı ilə müəssisəyə ildə 70 milyon müxtəlif dizaynda patronların istehsalı həvalə olunmuşdu. 2003-cü ilin sentyabr ayında “Vostok” Dövlət Müəssisəsi yenidən təchiz edilmiş və modernləşdirilmişdir. “Vostok” müəssisəsinin döyüş sursatlarının istehsalı Fransanın “CNPE Ingineering Defans” şirkəti tərəfindən tədarük olunan texnoloji proses və avadanlıqlara əsaslanır. Özbəkistan Respublikası Prezidentinin 20 Noyabr 2017-ci il tarixli Fərmanına əsasən, “Vostok” müəssisəsi Dövlət Müdafiə Sənayesi Komitəsinin nəzdində fəaliyyət göstərir. Şirkət beynəlxalq ISO 9001: 2015 (QMS-44802019 nömrəli) beynəlxalq standart tələblərinə uyğun istehsalını həyata keçirir. Hazırda “Vostok” Elmi İstehsalat Birliyi müəssisəsində əsasən,
67
tapança, yüngül və hücum avtomatlarının patronları istehsal edilir. Bunlara 9x18 mm, 9x19 mm, 5.45x39 mm, 7.62x39 mm, 7.62x54 mm-lik və s. patronlar aiddir. Əlavə olaraq müəssisə patronların istehsalı üçün lazımi alət və texnoloji aksesuarların həm istehsal, həm də ixracını həyata keçirir. Özbəkistan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə kiçikçaplı atıcı silahlar üçün patronların istehsalının davam etdirildiyi “Vostok” Elmi İstehsalat Birliyində 2020-ci ildə yeni bir kalibrdə patron istehsalı xətti istifadəyə verilmişdir. “Ms Turon” müdafiə tekstilləri müəssisəsi Özbəkistan Respublikasının “Ms Turon” müdafiə tekstilləri müəssisəsində silahlı qüvvələrin, o cümlədən hüquq-mühafizə və təhlükəsizlik strukturları üçün forma, xüsusi ayaqqabı və avadanlıqların istehsalı həyata kerilir. Şirkət mütəxəssislərinin sözlərinə görə, məhsulları beynəlxalq standartlara uyğun dizayn edərkən əsas diqqət tikiş istehsalı standartlarına cavab verən texnoloji avadanlıqlara və parçalar üçün kompüter dəstəkli dizayn sistemlərinə yönəldilir. Yeni forma nümunələrinin kolleksiyaları, xidmət və döyüş fəaliyyətinin xüsusiyyətləri, respublikanın iqlim-coğrafi mövqeyi elmi əsaslarla və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla, müvafiq şöbələrlə razılaşdırılmış layihəyə uyğun olaraq hazırlanır. Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları üçün, habelə Hərbi Prokurorluğun səlahiyyətliləri və əməkdaşları üçün geyimlər müasir texnologiyalardan istifadə etməklə istehsal olunur. Hər bir hazırlanmış element üçün Özbəkistan Respublikasının patenti alınmışdır. Silahlı Qüvvələr yeni geyimə keçir 2018-ci ildə Özbəkistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin yeni mərasim və səhra geyimlərinə keçməyə hazırlaşdıqlarını açıqlamışdı. Nazirliyin yaydığı məlumata görə, yeni formaların seçimi və hazırlanmasında Almaniya, Pakistan, Rusiya, İtaliya, Azərbaycan və Türkiyənin hərbi geyimləri öyrənilmişdir. Maraqlı məqam ondan ibarətdir ki, Müdafiə Nazirliyinin nümayiş etdirdiyi fotolardan göründüyü qədər Quru
68 www.poliqon.az
Qoşunlarına səhra geyimi kimi təklif olunan nümunələrdən biri də Azərbaycan və Türkiyə ordularında mövcud olan vahid rəqəmsal kamuflyajın rəngi bir qədər tündləşdirilmiş versiyasıdır. Geyimlərin tikiləcəyi xüsusi parçalar yerli “Apitekst” MMC tərəfindən istehsal edilmişdir. Nümunələr “Smart-Tex”, “İdeal” və “Narimteks” şirkətləri tərəfindən hazırlanmışdır. Dövlət Hərbi Sənaye Komitəsindən bildirilib ki, hərbi geyimlərin istehsalı üçün Özbəkistan– Türkiyə birgə müəssisəsi yaradılmışdır. Şirkətin 2020-ci ilin ikinci rübündən etibarən tam gücü ilə işə başladığı bildirilmişdir. İnnovativ Texnologiyalar Mərkəzi Özbəkistan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Dövlət Müdafiə Sənayesi Komitəsinin nəzdində İnnovativ Texnologiyalar Mərkəzi yaradılmışdır. İnnovativ Texnologiyalar Mərkəzi yeni istehlak xüsusiyyətlərinə malik məhsulların yaradılmasını sürətləndirmək üçün hərbi sənaye kompleksi müəssisələrinin texniki təchizatı daxil olmaqla texnoloji modernləşmənin tədqiqi və həyata keçirilməsi; istehsalın gəlirliliyini artırmaq üçün ikili istifadə texnologiyalarının tətbiqinin genişləndirilməsi; müdafiə sənayesi sahəsində akademik, universitet və
sənaye elmi ilə birgə elmi tədqiqatların aparılması; elm tələb edən məhsullar və rəqabətədavamlı yerli müasir texnologiyaların inkişafı üçün elm və təhsilin istehsalata inteqrasiyasını təmin edən əməkdaşları cəlb etmək üçün lazımi şəraitin yaradılması; hərbi-texniki sahədə beynəlxalq elmi və texniki əməkdaşlığın inkişafında iştirak, xarici tərəfdaşlarla birlikdə elmi, texniki və innovativ layihələrin həyata keçirilməsi, o cümlədən beynəlxalq proqramlar və fondlardan qrantlar cəlb etməklə; hərbi-sənaye kompleksinin müəssisələrinə elmi və metodiki yardımın göstərilməsi; hərbi müdafiə sənayesi kompleksi və dövlət müdafiə sifarişinin icrasında iştirak edən digər sənaye müəssisələrinin ixtisas yoxlamasında və tədqiqində iştirak etmək; hərbisənaye kompleksi müəssisələrinin işçilərinin hazırlanması və ixtisasartırma proqramlarının həyata keçirilməsini təşkil edir. İnnovativ Texnologiyalar Mərkəzi zirehli texnikalar üçün uzaqdan idarə olunan döyüş modulu; ağır avtomatlar üçün platformalar və qüllələr; patron kəmərləri; kiçik silahlar üçün patron qutuları; tüstü bombaları və müxtəlif növ qumbaralar; hərbi təlim avadanlığı; zərbəyə davamlı qalxan; VPU qaz maskaları və qoruyucu kostyumların
istehsalı (L-1, OZK); pulemyot patronlarının fasiləsiz təchizatı üçün sistemin istehsalını həyata keçirir. Zirehli dəbilqə və zirehli gödək çələr Bundan başqa Özbəkistan müdafiə sənayesi müəssisələrində II sinif qoruyucu zirehli dəbilqə istehsalı həyata keçirilir. Silahlı Qüvvələrin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan dəbilqələr başı qəlpələrdən, ağır əşyalardan gələn zərbələrdən qorumaq və yıxılma nəticəsində yaralanmanın qarşısını almaq üçün hazırlanmışdır. Dəbilqə xüsusi əlavələr (gecəgörmə cihazları, göz və qulaq qoruması, dəbilqə kameraları və fənərlər) ilə təchiz edilmişdir. Özbəkistan müdafiə sənayesi müəssisələri tərərfindən III-IV sinif gülləkeçirməyən yerli zirehli gödəkçələrin istehsalı həyata keçirirlir. Gülləkeçirməyən zirehli gödəkçələr bədəni tapança, avtomat və pulemyotlardan gələn güllələrdən, həmçinin qumbara qəlpələrindən qoruya bilir. Zirehli maşin istehsalı 2017-ci ildə Türkiyənin “Nurol Makina” şirkəti ilə Özbəkistanın “Uz Auto” şirkəti arasında əməkdaşlıq memorandumu bağlanmışdır. Memorandum Özbəkistan Prezidenti Şövkət Mirzəyevin Türkiyə səfəri çərçivəsində imzalanmışdır. Sazişə əsasən, Özbəkistan ilk olaraq “Nurol Makina” şirkətindən 24 ədəd MRAP sinfinə aid edilməyən, lakin mina və ƏQP partlayışlarına qarşı qoruma təmin edən “Əjdər Yalçın” zirehli maşınları almışdır. Anlaşma çərçivəsində növbəti mərhələdə Özbəkistanın “Uz Auto” zavodunda 1000 ədəd “Əjdər Yalçın”ın birgə istehsalı nəzərdə tutulurdu. “Nurol Makina”nın “Əjdər Yalçın” zirehli maşını Özbəkistanda Rusiya və Çin şirkəti ilə mübarizə apararaq sınaqları uğurla keçdiyi bildirilmişdir. Eyni zamanda qiymətlər hər iki ölkənin təkliflərindən səmərəli olmuşdur. Müqaviləyə əsasən, “Nurol Makina” şirkəti Özbəkistan Ordusuna “Ejder Yalçın” zirehli nəqliyyat vasitəsinin 4 ədədini 2018-ci ildə, qalan 20 ədədini 2019-cu ildə təhvil vermişdir. “Ejder Yalçın”ın özbək klonu – “Tarlon” 2019-cu ilin iyul ayında Özbəkistan, “Ejder Yalçın”la oxşarlığı ilə diqqət
çəkən “Tarlon” adlı zirehli maşınını təqdim etmişdir. “Ejder Yalçın”a oxşarlığı səbəbindən “Nurol Makina”nın Özbəkistanda nəqliyyat vasitələri istehsalına başladığı düşünülürdü, lakin şirkət rəsmiləri POLİQON jurnalına açıqlamasında sözügedən vasitəni ilk dəfə mətbuatdan gördüklərini, “Ejder Yalçın” ilə təəccüblü şəkildə oxşar olduğunu gördüklərini, amma “Nurol Makina”nın bu istehsal üçün razılaşması olmadığını bildirmişdilər. “Nurol Makina” mütəxəssislərinin açıqlmasna görə, “Tarlon”un “Ejder Yalçından” kopyalanan hissələri sırasına arxa və yan pilləkənlər, yanacaq çəni, ox dizaynı, xilasetmə vinçi, atəş bölmələri, gövdə quruluşu, oturma sistemi və oturacaqlar daxildir. Dünyanın nüfuzlu media orqanlarında da yer alan məlumatlarda, “Tarlon” zirehli nəqliyyat vasitəsinin yeni yaradılan hər iki versiyasının, Türkiyənin “Nurol Makina” şirkəti tərəfindən istehsal edilən “Ejder Yalçın” zirehli transpartyorundan kopyalandığı dərc edilmişdir. Özbəkistan Dövlət Müdafiə Sənayesi Komitəsinin tabeliyində fəaliyyət göstərən “Kran və Maxsus Texnikalar” (Kran və Xüsusi Texnikalar) müəssisəsi tərəfindən hərbi-sənaye kompleksinin inkişafına dair Tədbirlər Planı çərçivəsində hazırlandığı bildirilən “Tarlon” yüngülzirehli nəqliyyat vasitəsi 4×4 tə-
kər formuluna malikdir. Şəxsi heyətin daşınması, təhlükəli ərazilərdə əməliyyatların icrası, mobil qrupların və blokpostların atəş dəstəyi üçün nəzərdə tutulan “Tarlon” heyəti güllələrdən və partlayışların təsirindən müdafiə edir. Sürücü, komandir və 9 desant daşıya bilən zirehli maşının mühafizə səviyyəsi NATO STANAG 4569 Level 3+ (QOST 34282-2017 (BR 4)) standartlarına cavab verir. 285 at gücündə dizel mühərriklə təchiz olunmuş zirehli maşının gediş ehtiyatı 785 km təşkil edir. “Tarlon” maşının komanda-nəzarət, təcili yardım, mühəndislik, radiasiya, kimyəvi və bioloji kəşfiyyat, atəş dəstəyi təmin edən konfiqurasiyalarda hazırlana bilir. 2021-ci ilin may ayında Özbəkistanda “Tarlon” yüngülzirehli maşınlarının sınaqları başlamışdır. Özbəkistan Respublikası Silahlı Qüvvələrinin sifarişi əsasında dizayn və istehsal olunduğu bildirilən “Tarlon” yüngülzirehli nəqliyyat vasitəsinin sınaqları Müdafiə Nazirliyinin bir qrup mütəxəssisin iştirakı ilə keçirilir. Sınaqların ilkin mərhələsində “Tarlon”un ballistik müdafiəsi müəyyən olunmuş standartlara uyğunluğu yoxlanılacaq və ölkənin dağlıq və yolsuzluq ərazilərində hərəkət etmək və müxtəlif maneələri aşma qabiliyyəti yoxlanacaq. Sınaq prosesləri davam edir.
69
Yeni baqqi və “Qalqon” zirehli maşını 2021-ci ilin yanvar ayının 12-də Özbəkistan Prezidenti Şövkət Mirzəyevin Özbəkistan Silahlı Qüvvələri Akademiyasına yaradılmasının 29-cu ildönümü ilə bağlı səfəri zamanı GAZ-3308 “Sadko” avtomobilinin şassisinə əsaslandığı bildirilən xüsusi təyinatlı taktik nəqliyyat vasitələri (baqqi) də daxil olmaqla yerli müdafiə sənayesi məhsulları nümayiş etdirilmişdir. “Krantas Group” tərəfindən yaradılan və “İsuzu 4×4” şassisinə əsaslanaraq hazırlandığı düşünülən “Qalqon” zirehli maşınının bir nümunəsi Prezident Şövkət Mirzəyev üçün sərgilənən avtomobillər arasında idi. Səkkiz nəfərin yerləşə biləcəyi yüngülzirehli “Qalqon” avtomobili çox məqsədlidir. Həm heyətin daşınması, həm yaralıların təxliyəsi, həm də təchizatın çatdırılması, o cümlədən kəşfiyyat əməliyyatları, yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün, xüsusi əməliyyatlar aparmaq üçün istifadə edilə bilər. Özbəkistan KİV-lərinin verdiyi məlumata görə, Özbəkistanın “Krantas Group” və “Tuytepinsk” şirkətləri Nurafşen şəhərində yüngülzirehli texnika və xüsusi texnikalar istehsal edən bir müəssisə qurmağa hazırlaşır. Layihənin 55 milyon ABŞ dolları dəyərində olduğu təxmin edilir. Layihənin həyata keçiriləcəyi təqdirdə ilk mərhələdə 100 ədəd yüngülzirehli “Tarlon” və “Qalqon” nəqliyyat vasitələrinin istehsal ediləcəyi bildirilmişdir. Radiostansiya Özbəkistan müdafiə və ikitəyinatlı məhsulların birgə istehsalının qurulması istiqamətində Çin hərbi sənaye kom-
70 www.poliqon.az
pleksinin müəssisələri ilə sıx əməkdaşlıq edir. 2018-ci ildən Özbəkistanda “Ozelek-troapparat-Electroshield” Səhmdar Cəmiyyəti “Hytera” şirkəti ilə birlikdə ordu və yerli güc strukturları üçün DMR (Digital Mobile Radio) və TETRA standartlarında radiostansiyaların istehsalını həyata keçirir. Özbəkistanın PUA istehsalı Özbəkistanın Dövlət Geoinnovasiya Mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına başlamışdır. Bununla əlaqədar 2020-ci ildə Özbəkistan hökuməti tərəfindən pilotsuz uçuş aparatlarının istehsalına dair qərar layihəsi hazırlanmışdır. Hökumətin qərarına əsasən, Mərkəz birbaşa tender keçirmədən istehsalçıdan ən yaxşı təkliflərin seçilməsi yolu ilə dəstləşdiricilər və ehtiyat hissələr ala biləcək, idxal və ixrac edilən komponentlər gömrük rüsumlarından (dövlət rüsumlarından başqa) azad ediləcək. Mərkəzə səlahiyyətli dövlət orqanlarının sifarişləri əsasında məhsulu satmaq və onu ixrac etmək hüququ veriləcək. 2022-ci ilə qədər PUA-ların və onların komponentlərinin (elektron, naviqasiya və optik qurğulardan başqa) istehsalının tamamilə lokallaşdırılması planlaşdırılır. Özbəkistan mediasında yer alan məlumata görə,
PUA-ların istehsalı Özbəkistanın Dövlət Geoinnovasiya Mərkəzi və Çinin “Shenzhen BShark Technologi Limited” şirkətinin təsis etdiyi “BSharkuz” birgə müəssisəsində həyata keçiriləcəkdir. Mobil komanda idarəetmə mən təqəsi Özbəkistan müdafiə sənayesi kompleksi tərəfindən avtomatlaşdırılmış yerləşdirmə metodu ilə dəyişkən həcmli konteynerə əsaslanan mobil komanda idarəetmə məntəqəsi hazırlanmışdır. Mobil komanda idarəetmə məntəqəsi nəzarəti təşkil etmək, operativ qərar vermək, müxtəlif mənbələrdən məlumat toplamaq və işləmək, müəssisədəki və ya xüsusi ərazidəki mövcud vəziyyəti hərtərəfli qiymətləndirmək üçün komandanlıq və heyətin işini dəstəkləmək üçün xüsusi avadanlıqlarla təchiz edilmişdir. Avtomatlaşdırılmış yerləşdirmə metodu ilə dəyişkən həcmli konteynerə komanda məntəqəsi, müasir informasiya və kommunikasiya texnologiyaları, videokonfrans şəbəkəsi, habelə enerji təchizatı və dəstək sistemi ilə təchiz olunmuşdur. Mobil komanda idarəetmə məntəqəsinin dizayn xüsusiyyəti, komanda postunda yerləşən bütün avadanlıqların qatlana bilməsi və kontey-
ner yuvarlandıqda içəridə yığılmış qalmasıdır. Avtomatik yerləşdirmə və qatlama sisteminin elektrik mühərriklərinə və mexanizmlərinə xidmətin asanlığı üçün konteynerin alt hissəsindəki sistemlərə giriş lyukları təmin edilir. Müştərinin istəyinə uyğun olaraq mobil komanda idarəetmə məntəqəsi məlumatların göstərilməsi və işlənməsi üçün interaktiv vasitələr, o cümlədəm rəqəmsal videoproyektor, 65 düymlük sensor ekran, hər iş yerində kompüter, telefon rabitəsi vasitəsi ilə təchiz edilə bilər. Mobil komanda idarəetmə məntəqəsində İT texnologiyalarından istifadə edərək məlumatların toplanması, işlənməsi, vizuallaşdırılması və ötürülməsi, o cümlədən məlumatların fərdi və kollektiv işlənməsi və idarəetmə qərarlarının formalaşdırılması, habelə məlumat, analitik tapşırıqların xüsusi proqram təminatından istifadə edərək həlli mümkündür. Mobil tibb məntəqəsi Özbəkistan müdafiə sənayesi kompleksi tərəfindən avtomatlaşdırılmış yerləşdirmə üsulu ilə dəyişkən həcmli konteynerə əsaslanan mobil tibb məntəqəsi də hazırlanmışdır. Səyyar tibb mərkəzi hər hansı ərazi və iqlim şəraitində hərbi əməliyyatlar və fövqəladə hallar zamanı yaralılara və xəstələrə ixtisaslı tibbi (cərrahi, anestezik, reanimasiya, diaqnostik) yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Səyyar tibb mərkəzi, müasir informasiya və kommunikasiya texnologiyaları, videokonfrans şəbəkəsi, habelə enerji təchizatı və həyati dəstək sistemi ilə təchiz olunmuşdur. Mobil tibb məntəqəsinin quraşdırılması və sökülməsi avtomatik olaraq tibb mərkəzinin yerləşdiyi nəqliyyat vasitəsinin bort şəbəkəsindən uzaqdan idarəetmə vasitəsi ilə həyata keçirilir. Dizayn xüsusiyyəti tibb məntəqəsində yerləşən bütün avadanlıqların
portativ olması və konteyner yuvarlandıqda içərisində yığılmış qalmasıdır. Tibb məntəqəsinin avtomatik quraşdırılması və sökülməsi sisteminin elektrik mühərriklərinə və mexanizmlərinə xidmətin asanlığı üçün konteynerin alt hissəsindəki sistemlərə giriş lyukları təmin edilir. Tibb məntəqəsi yüksək sürət və manevr imkanları olan “KamAZ” avtomobilinin şassisinə quraşdırılmışdır. Döyüş modulu Özbəkistan müdafiə sənayesi müəssisəsində döyüş maşınları üçün aktiv döyüş modulu hazırlanmışdır. Döyüş modulu zirehli döyüş maşınlarına qarşı tətbiq edilə bilir. Əl rejimində və ya avtomatlaşdırılmış rejimdə çalışır. Çoxməqsədli döyüş modulu müxtəlif nəqliyyat vasitələrinə quraşdırıla bilir və ya stasionar formada istifadə edilir. Döyüş modolu 12,7 mm NSVT pulemyotu ilə təchiz edilmişdir. Döyüş modolunda əlavə silahlar inteqrasiya etmək, silah dəstini yeniləmək və dəyişdirmək mümkündür. Döyüş modolunun ballistik qoruma səviyyəsi 4-cü sinif standartlarına cavab verir. 360 ° fırlanan döyüş modolundan hava hədəflərinə atəş etmək mümkündür. -5 ° - +75 ° altında şaqili hərəkət imkanı var. -20 °
C-dən +50 ° C-yə qədər temperaturda işləmə qabiliyyətinə malikdir. Modernizasiya proqramları Özbəkistan Dövlət Müdafiə Sənaye Komitəsinin müəssisələri tərəfindən Müdafiə Nazirliyinin sifarişi üzrə 20182019-cu illərdə Silahlı Qüvvələrin arsenalında yer alan köhnəlmiş silahların, hərbi texnikaların, o cümlədən artilleriya sistemlərinin modernizasiyası həyata keçirilmişdi. 2020-ci ilin iyun ayında Özbəkistan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin Kattakurqan poliqonunda modernləşdirilmiş 120 mm “Nona” minaatanı və 122 mm-lik GM-21MK (BM-21 “Qrad”) yaylım atəşli reaktiv sistemlərinin (bir nümunə “Ural” digəri “KamAZ2 şassisində) sınaqları keçirilmişdi. Fotolardan göründüyü kimi, 120 mm çaplı “Nona” minaatan kompleksi baza versiyasından fərqli olaraq BTR-60 zirehli transportyorun şassisi üzərinə quraşdırılmışdır. Müdafiə Nazirliyinin açıqlamasına görə, modernizasiya nəticəsində “Nona” özüyeriyən minaatan kompleksinin maşınının hərəkət sürəti 80 km/saatadək artırılıb. Həmçinin hərəkətdə olduğu zamanı hədəflərin məhv edilməsinin dəqiqliyi yüksəldilib. Modernləşdirilmiş YARS-da isə şassi dəyişdirilməklə yanaşı, GM-21MK müasir atəş-idarəetmə sistemi və naviqasiya cihazları, həmçinin məsafədən idarəetmə sistemi ilə təchiz olunub. Modernləşdirilmiş GM21MK YARS-ın atəş uzaqlığı xaricdən alınan yeni reaktiv raketlərlə 40 km-ə çatdırılıb. “KamAZ-43118” şassisində quraşdırılmış yaylım atəşli reaktiv sistemə GM-21MK “Boran” indeksi verilmişdi.
71
Tank modernizasiyası Silahlanmasında əsas yeri T-62 və T-72 tankları tutan Özbəkistan Ordusu 2017-ci ildə tank parkının modernləşdirilməsi istiqamətində planlarını açıqlamışdır. Belarus şirkətlərinin iştirakı ilə modernləşdiriləcək T-72 tanklarının T-72BME səviyyəsinə yüksəldiləcəyi nəzərdə tutulurdu. İlk etapda Özbəkistan Ordusunun istifadəsinə daxil olan 70 ədəd T-72 tankının modernləşdirilməsi, daha sonra Belarusdan modernizə edilmiş T-72 tanklarının satın alınmasının planlaşdırılırdı. Qeyd edək ki, ilk nümunəsi 20-22 may 2017-ci il tarixlərində MILEX-2017 sərgisində nümayiş etdirilmiş T-72BME tankı “Beltexeksport” şirkəti, “140-cı təmir zavodu” ASC və “Pelenq” ASC tərəfindən aparılan dərin müasirləşdirmə nətəcəsində meydana çıxmış Belarus T-72 tank modernizasiyasıdır. Sərgidə təqdim olunan məlumata görə, T-72BME tankının texniki göstəriciləri T-90 tanklarının səviyyəsinə uyğunlaşdırılmışdır. Müasirləşdirmə zamanı tankda yeni termal nişangah, monolit və kombinələşdirilmiş əlavə dinamik zireh quraşdırılmışdır. Daha güclü mühərrik hesabına hərəkət qabiliyyəti yüksəldilmişdir. Görmə cihazlarının müdafiəsi təkmilləşdirilmiş, müdafiə və pusqu zamanı avtomatik olaraq xüsusi qurğuya qoşulmaqla yanacaq ehtiyatına qənaət edilməsi üçün yeni texnologiyalar tətbiq edilmişdir. Modernizə nəticəsində tankda ESSA-72U idarəetmə sistemi qurulmuşdu. Bura çoxkanallı termal nişangah, ballistik hesablayıcısı, televiziya indikatorları və tank komandirinin köməkçi nişangahı daxildir. Bu da kompleksin günün istənilən vaxtı maksimal uzaqlıqda rəqibin obyektlərinin effektiv şəkildə məhv edilməsini təmin edir. Bundan başqa, tank küləyin, topun, atmosfer təzyiqinin tənzimçiləri dəstini almışdır. Bu da döyüş zamanı atışa hazırlıq vaxtının minimum endirilməsində, bir yerdə və ya hərəkətdə olarkən dəqiq atış həyata keçirməyə imkan yaradır. İdarə olunan mərmilər də daxil olmaqla, 125 mm çaplı sursatların bütün növlərindən atəş açılması təmin olunmuşdur. Tankda “Kontakt-1” tipli dinamik müdafiə dəsti, 8 ədəd 902B “Tuça” tüstü qumbarası qurulmuş və maşın 840 at gücündə yeni V-84MS mühərriki ilə təchiz olunmuşdur. Mo-
72 www.poliqon.az
dernizə nəticəsində tankda ultra qısa dalğalı BARRETT-2082+ yeni nəsil rəqəmli radiostansiya və sürücü mexanik bölməsində infra-qırmızı kamera quraşdırılmışdır. Tank hərəkətdə olmadıqda ehtiyac duyulan elektrik enerjisinin əldə edilməsi üçün avtonom rejimdə çalışan dizel generator sahibdir. Özbəkistan və Belarus arasında tank modernləşdirilməsi sahəsində müzakirələrin sonrakı taleyi barədə məlumatlar yox dərəcəsindədir. Mövcud məlumatlara görə, Belarusun “140-cı təmir zavodu” ASC Özbəkistanın “Uzmaxsusimpeks” Dövlət Müəssisəsinə ölkə ərazisində T-72 tanklarının modernləşdirilməsi, eləcə də T-72 şassisi üzərində QPM-72 yanğınsöndürən maşının və təkərli “Kayman” zirehli avtomobillərinin istehsalını həyata keçirəcək birgə müəssisənin yaradılması təklifi ilə çıxış etmişdi. Belarusla bərabər, 2017-ci ilin sentyabr ayında Özbəkistan–Rusiya təhlükəsizlik şuralarının rəhbərlərinin görüşündə Daşkənddə tank təmiri müəssisəsinin yaradılması və Rusiyanın iştirakı ilə Özbəkistan Ordusunun silahlanmasındakı T-62 və T-72 tanklarının T-62M və T-72B3 səviyyəsində modernləşdirilməsinə dair müzakirələrin aparıldığı bildirilir. Modernləşdirilmiş T64MV tankı Özbəkistanın Müdafiə Nazirliyinin zirehli tank təmiri zavodunun istehsal bazasında T-64 tanklarının əsaslı təmiri və müasirləşdirilməsi həyata keçirilmişdi. Özbəkistanın Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinin 2020-ci ilin iyul ayında açıqladığı məlumata görə, müasirləşdirmə zamanı T-64 tankında mövcud V-84 mühərriki daha müasir və 5TDF mühərriki ilə əvəz edilmişdir. Yeni mühərrikin gücü əvvəlki ilə müqa-
yisədə 140 at gücündən çoxdur. Bundan başqa, ekipajın mühafizəsi üçün tankın korpusu əlavə zirehlə gücləndirilmiş, qoruyucu barmaqlıq və dinamik qoruyucu lövhələr quraşdırılmışdır. Rabitə vasitələri yenilənmiş tank Özbəkistanda istehsal edilən “Hytera” markalı rəqəmsal rabitə vasitələri ilə təchiz olunmuşdur. Sınaqlardan uğurla keçən müasirləşdirilmiş T-64MV tankının texniki xüsusiyyətləri T-72 tankına yaxınlaşdırılmışdır. Özbəkistan Ordusunun silahlanmasında yer alan bütün T-64 tanklarının hamısının T-64MV səviyyəsində müasirləşdirilməsi nəzərdə tutulur. Modernizasiya proqramı çərçivəsində BTR-70 zirehli transportyoru üzərində aparılan təkmilləşdirmələr nəticəsində əlavə zirehlə gücləndirilib. Yeni dizel mühərriki və transmissiya quraşdırmaqla BTR-70 zirehli maşınının döyüş və manevr qabiliyyəti də yaxşılaşdırılıb. Bundan başqa, Özbəkistan Ordusunun istifadəsində yer alan QAZ-66 avtomobilləri yeni mühərriklər və “Isuzu” ötürücü qutusu ilə təchiz olunub ki, bu da avtomobillərin keçicilik qabiliyyətini və səmərəliliyini artırıb. Nəticə olaraq, demək olar ki, Orta Asiya respublikaları arasında, eləcə də regionda döyüş qabiliyyətinə görə əhəmiyyətli ölkələrdən biri hesab olunan Özbəkistanda son illərdə müdafiə sənayesi inkişaf etdirilir, silah və hərbi texnikanın modernləşdirilməsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə idarəetmə sisteminin təkmilləşdirilməsi həyata keçirilir. Hərbi-sənaye kompleksinin formalaşması və inkişafı, sahənin yüksək elmi-texniki və hərbi-texniki potensialına nail olmaq prioritet hərbi-iqtisadi vəzifələr hesab olunur. PQ