ORDU
4
Prezident İlham Əliyev: Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir ....................................................4
XƏBƏR 2021‑ci ildə DSX‑nin 19 yeni hərbi hissəsi və 104 sərhəd-döyüş məntəqəsi fəaliyyətə başlayıb................................................................9 SHXÇDX‑nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib ..................9 Azərbaycan Müdafiə Nazirliyi ASFAT ilə yeni müqavilə bağladı ...........9
MÜSAHİBƏ Nail Kurt: FNSS Azərbaycan ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.......................................................................................10
SƏRHƏDDƏN KƏNAR
10
ASELSAN HHM sistemini sifarişçiyə təhvil verib................................16 Türkiyə Ordusu VURAL əldə edib...........................................................16 Yenilənmiş ILGAR sistemləri sifarişçiyə çatdırılıb..............................16 CATS EO sistemi “Anka‑S” PUA üzərində test edilib .........................17
18
VİSİON Azərbaycan‑Pakistan hərbi sənayesinin perspektiv inkişafına baxış ........................................................................................................18
SİLAHLANMA “Roketsan”ın “Atmaca” raketi silahlanmaya verilib...........................24
34
ANALİZ
40
PASSİV RADAR SİSTEMLƏRİ ..................................................................26
TƏHSİL Almaniyanın Azərbaycandakı səfirinin müavini AzTU‑da olub...........33 TEKNOFEST‑2022 festivalına hazırlıqlar başlayıb.............................33 “Kosmosda gələcək, gələcəkdə kosmos” ...........................................33
MÜSAHİBƏ Mehmet Akif: Azərbaycanın gəmilərində ADVENT SYS istifadə etməsi çox faydalı olacaq .....................................................................34
XƏBƏR Finlandiya Sovet istehsalı snayper tüfənglərini əvəz edir................40 Rusiya Quru Qoşunları yeni zirehli texnikalarla təchiz olunacaq .....40 Filippin İsraildən ATMOS 2000 ÖAQ alıb ..............................................41 Estoniya RS4 “Protector” döyüş modulları alır ..................................41 İran HDQ‑ni helikopter, təyyarə və gəmilərlə təchiz edib ..................41
PULS
41
Türkiyənin milli gücü: Otokar COBRA transportyorları .......................42
TEXNOLOGİYA Döyüş robotları: İnkişaf perspektivləri və problemləri.......................48
XƏBƏR Rusiya HDQ‑nin Xəzər flotiliyası yeni bazaya köçürülüb....................55 TUSAŞ‑ın “Hürkuş” təyyarələri Bakıya gətirilib ...................................55 Yunanıstan ABŞ‑dan “Guardian” zirehli maşınları alıb ......................55 HAVELSAN VTS NATO‑nun təlimində istifadə edilib............................56
42
48
POLİQON (AZERI DEFENCE) jurnalı‑ nın yaradıcısı mərhum
Rəşad SÜLEYMANOV
POLİQON Hərbi‑texnoloji jurnal Dekabr №06 (56) 2021 Tel: (+994 77) 311‐81‐18 E‑mail: poliqonjurnal@gmail.com azeridefence@gmail.com Web: www.poliqon.az www.azeridefence.com Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401
Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence‐tr@etkilesimltd.com
Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb. “POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “ASPOİQRAF LTD” MMC mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır Format 60x901/8 . Sifariş 256.
? Редактордан Dəyərli oxucu! Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi 2021‐ci ildə davam etdirilib. Ordunun keyfiyyətcə yüksək, müasir standartlara çatdırılması tapşırıqları yerinə yeti‐ rilir. Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati‐ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birlik yaradılıb. Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb. Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir. Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri ilə cari il ərzində 900‐dək komanda‐qərargah, taktiki, taktiki‐xüsusi və simulyasiya təlimləri yüksək texnologiyanın tətbiqi ilə həyata keçirilib. Bundan başqa, hərbi qulluqçularımız Rusiya, Qazaxıstan və İranda təşkil edilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və ölkəmizdə keçirilən bir sıra müxtəlif təyinatlı beynəlxalq təlimlərdə iştirak ediblər. Cari il ərzində ölkə daxilində 27, xaricdə isə 178 beynəlxalq kursda şəxsi heyətin iştirakı təmin edilib. İkitərəfli əməkdaşlıq planları və NATO ilə Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində xarici ölkələrdə və Azərbaycanda ümumilikdə 522 beynəlxalq tədbir keçirilib. NATO‐nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” Missiyasında iştirak edən Azərbaycan Ordusunun sülhməramlı kontingentinin iştirakı bu ilin avqust ayında sona çatdırılıb. 2022‐ci ildə də beynəlxalq hərbi əməkdaşlıq sahəsində bir sıra ölkələrlə təlim və treninqlərin keçirilməsi planlaşdırılır. Azərbaycan hərbçilərinin Türkiyə ilə ikitərəfli təlimlərdə, NATO proqramları çərçivəsində, o cümlədən “Beynəlxalq Ordu Oyunları”nda iştirakı da nəzərdə tutulur. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub. Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı 400‐ə yaxın yeni hərbi infrastruktur obyektinin istismara verilib. Bir sıra obyektlərin inşası hazırda davam etdirilir. Vətən müharibəsindən sonra həm müasir tələbələrə cavab verən silah‐sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Azərbaycan Prezidentinin bildirdiyi kimi müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Baş redaktor Zaur Babaşov
Qapaq fotosu: İtaliyanın “Leonardo” şirkətinin “Aermacchi” M‐346 reaktiv təlim təyyarəsi Qiyməti: 6 manat
Prezident İlham Əliyev: Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir Rizvan Fikrətoğlu 2021‑ci il dekabr ayının 24‑də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər. Dövlət başçısı tədbirdə çıxış edib. Qarabağın Xocavənd rayonunda, Hadrutda yeni hərbi hissə açılması münasibətlə hərbçiləri təbrik edən Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salındığını bildirib: “Onların böyük əksəriyyəti yeni inşa edilmiş hərbi hissələrdir. Bir hissəsi isə əsaslı təmir edilmiş hərbi hissələrdir. Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında
4 www.poliqon.az
hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir. Bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə ‐ Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət‐mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi. Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla
dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200‐dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut
olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9‐da bu qəsəbəni işğalçılardan azad etmişdir. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar qur‐ muşdu, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərb‐ çilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı”. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Hadrut əməliyyatı müasir dünya müharibələri tarixində öz layiqli yerini tutacaq: “Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Hətta Hadrut işğalçılardan azad ediləndən bir neçə gün sonra onlar özlərinə xas yalanlar yayaraq Hadrutun sanki onların əlində olması haqqında iftiralar uydururdular. Artıq müzəffər Azərbaycan Ordusu Hadrutda dövlət bayrağımızı qaldırmışdı. Hadrut və bütün ətraf yüksəkliklər bizim əlimizdə idi. Ermənistan öz ordusunun mənəvi‐ psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Onu da bildirməliyəm ki, Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır və onların özlərinin etirafına görə
müharibə zamanı 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmamışdır. Bizim vətənpərvərlik ruhumuz, qəhrəman‐ lığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azər‐ baycan Ordusu, Azərbaycan xalqı haq‐ qında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa‐olsun azad edən xalqıq. Bu gün Hadrut əməliyyatı haqqında və bütövlükdə İkinci Qarabağ mü‐ haribəsi haqqında danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti və milli qürurumuzu bərpa etdik.
Mən işğal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ermənistan rəhbərlərinə dəfələrlə deyirdim ki, hələ gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar, rədd olsunlar. Ancaq əfsuslar olsun ki, onların uzun illər ərzində yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim‐ kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordusu isə müzəffər ordudur! Hadrut əməliyyatından sonra bizim şərəfli missiyamız davam etdi. Hələ müharibənin başa çatmasına bir ay qalmışdı və əlbəttə ki, biz daha böyük inamla, daha böyük iradə ilə öz şərəfli missiyamızı davam etdirdik. Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Biz faktiki olaraq Laçın dəhlizinə çıxmışdıq və Laçın dəhlizini nəzarətdə saxlayırdıq. Artıq Ermənistan başa düşməli idi ki, onlar məğlub olacaqlar, məğlubiyyət qaçılmazdır. Ancaq buna baxmayaraq, öz namərd əməllərindən əl çəkmədilər. Bizim dinc şəhərlərimizi uzaqmənzilli ballistik raketlərlə atəşə tutdular. Bunun nəticəsində 100‐dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak oldular. Azərbaycan Ordusu isə bütün
5
müharibə dövründə müharibə qa ‐ nunlarına əməl edərək müharibəni ləyaqətlə apardı. Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq və bir daha xalqımızın böyüklüyünü göstərdik. Bizim hədəflərimiz ancaq düşmənin hərbi birləşmələri, silahları, texnikaları və silah anbarları idi”. Dövlət başçısı bildirib ki, indi azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin şahidi olur. Bütün şəhərlər, bütün kəndlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Bunu artıq dünya görür. Ancaq baxın Hadrut qəsəbəsinə, bir dənə də dağılmış bina yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bir daha bütün dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərir. “Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi mək ‐ təblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azər ‐ baycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil. 44 günlük İkinci Qarabağ mü ‐ haribəsi Ermənistan ordusunun
6 www.poliqon.az
tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur. Mən dəfələrlə demişəm, bax, burada ‐ keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir rayonu olan Hadrutda, Xocavənd rayonunun qəsəbəsi olan Hadrutda bunu bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi
hədələdilər, təzyiq etdilər, təhdid etdilər, heç kim bizi dayandıra bilmədi. Mən bütün bu 44 gün ərzində deyirdim ki, heç kim bizi dayandıra bilməz, Ermənistan rəhbərliyi bizə tarix versin nə vaxt bizim torpağımızdan rədd olur, ondan sonra biz müharibəni dayan‐ dıracağıq. Elə də etdik, sözümüzə əməl etdik. İndi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər, biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz, heç nəyə baxmadan lazımi addımları atacağıq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir. Bu gün Hadrutda yeni hərbi hissənin açılması bir daha demək istəyirəm ki, çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təh lü ‐ kəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq, ‐ digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayan ‐
dırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdir‐ mişdik. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, – bütün bunlar göz qa‐ bağındadır, ‐ onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, güclü yerlərimiz haradadır və qüsurlarımız haradadır. Müharibə dövründə qü‐ surlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah‐ sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayən dələri,
komando qüvvələri yerləşir. Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando bri qa daları artıq Azər ‐ baycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə bri‐ qadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”, ‐ deyə dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, işğal dövründə ermənilər bizim bütün şəhər və kəndlərimizi dağıdıblar: “Bizim tarixi, dini abidələrimizi dağıdıblar, təhqir ediblər, xalqımız, ordumuz haqqında aşağılayıcı ifadələr işlədiblər. Hətta deyirdilər ki, Ermənistan “yeni torpaqlar uğrunda yeni müharibə”yə
hazırlaşır. Deyirdilər ki, əgər müharibə başlayarsa erməni tankları Bakının küçələrində olacaq. Bütün bu təkəb‐ bürlü ifadələrin hamısı zibil yeşiyinə atıldı. Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik. Azadlıq meydanında hərbi paradda, Qələbə paradında onları nümayiş etdirdik. Bu gün onlar Azərbaycan Ordusunun gücünün və Ermənistan ordusunun məğlubiyyətinin təzahürü kimi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz bundan sonra həmişə müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq”. Sonra Azərbaycan Respublikası Prezidentinin Komando Briqadasına döyüş bayrağının verilməsi haqqında təqdimatı oxunub. Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib. Daha sonra dövlət başçısı, birinci xanım və oğulları təlim mərkəzi ilə tanış oldular və hərbçilərin nümunəvi çıxışlarına, “pusqu”, “basqı”, “sızma” əməliyyatlarına baxıblar. Əsgərlər universal bacarıqlarını nümayiş etdiriblər. PQ
2021‑ci ildə DSX‑nin 19 yeni hərbi hissəsi və 104 sərhəd‑ döyüş məntəqəsi fəaliyyətə başlayıb 2021‐ci il dekabr ayının 14‐də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidmətidöyüş fəaliyyətinə başlayıb. Bununla əlaqədar təşkil olun‐ muş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general‐leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması müna‐ sibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general‐polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Çıxışda Azərbaycanın ərazi bütöv‐ lüyünün bərpa edilməsindən və dövlət sərhədlərinin işğaldan azad olun ‐ masından sonra Azərbaycan Respubli‐ kasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti‐ döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yara‐ dılmasının davam etdirilməsi, 2021‐ci il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd‐döyüş məntəqəsinin fəaliyyətə başlaması qeyd olunub. Prezident İlham Əliyevin cari ilin oktyabr ayında işğaldan azad edilmiş
ərazilərdə Dövlət Sərhəd Xidmətinin 3 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın ifadəsi olduğu və sərhədçiləri yeni xidməti uğurlara ruhlandırdığı vurğulanıb. Çıxışda hər bir Azərbaycan sər‐ hədçisi üçün azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin böyük
SHXÇDX‑nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
şərəf və qürur mənbəyi olması qeyd edilib, şəxsi heyətin gələcək xidməti‐ döyüş fəaliyyətində uğurlar arzulanıb. Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olublar. Tədbirin sonunda xidməti fəaliyyətində fərqlən‐ miş hərbi qulluqçular təltif olunmuşlar.
Azərbaycan Müdafiə Nazirliyi ASFAT ilə yeni müqavilə bağladı Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkəti arasında yeni müqavilə imzalanıb. ASFAT şirkətindən verilən məlumata görə, Azərbaycanın Müdafiə Nazirliyi ilə imzalanan müqa‐ viləyə əsasən ASFAT Naxçıvandakı Hərbi Zavodların təchiz edilməsi və modern‐ ləşdirilməsini öz üzərinə götürüb.
Azərbaycan Respublikasının Prezi‐ denti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid‐ mətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general‑leytenant” ali hərbi rütbəsi general‑mayor Zaur Qasım oğlu Abdullayevə, general‑mayor Mayıl Seminar oğlu Şahver‐ diyevə, general‑mayor Yusif Həsən oğlu Mirzəyevə “general‑mayor” ali hərbi rütbəsi polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova, polkovnik Münasib Balaca oğlu Babayevə.
9
Nail Kurt: FNSS Azərbaycan ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir Mehmet Demirkol Poliqon jurnalının Türkiyə bürosu Öz sahəsində dünya liderləri arasında qəbul edilən Türkiyənin müdafiə sənayesi şirkəti FNSS ehtiyaca görə xüsusi, effektiv, etibarlı və innovativ tırtıllı və təkərli zirehli maşınlar dizayn və istehsal edir. Məhsullarına müxtəlif ölkələrdəki istifadəçilər tərəfindən üstünlük verilən FNSS şirkəti bu günə qədər minlərlə zirehli döyüş maşını istifadəçilərinə çatdırıb. FNSS tərəfindən yaradılmış geniş məhsul ailəsi: 15 tonluq tırtıllı zirehli maşınlardan orta ağır sinifli tanka qədər; 4x4‑dən 8x8‑ə qədər taktiki təkərli zirehli maşınlar; səyyar üzmə hücum körpüsündən zirehli istehkam maşınına, insanlı və insansız döyüş qüllələrinə qədər uzanır. FNSS şirkətinin baş direktoru Nail Kurt ilə müsahibəmizdə şirkətin prioritet layihələri, ixrac potensialı və inkişaf perspektivlərinə dair suallarımıza cavab almağa çalışdıq. Poliqon: Nail bəy, müsahibəmizə FNSS haqqında ümumi məlumat‑ larla başlamaq istərdik. FNSS‑i Azərbaycandan olan oxuculara necə tanıda bilərsiniz? Nail Kurt: Xüsusilə altını cızmaq gərəkirsə, FNSS quru vasitələrində Türkiyə Silahlı Qüvvələrinə (TSK) ən çox çeşiddə və sayda “ön cəbhə xətti” sistem dizayn edən və istehsal edən müdafiə şirkəti olmaq imtiyazına
10 www.poliqon.az
sahibdir, deyə bilərəm. Bu istiqamət‐ də vətənimizi qoruyacaq və or‐ dumuzu daim çəkindirici və müzəffər edəcək quru sistemlərini inventara vermiş olmanın qürurunu yaşayırıq. TSK‐nin inventarında olan 2000‐ dən çox tırtıllı zirehli döyüş maşınları, səyyar üzən hücum körpüsü (SAMUR), zirehli amfibiya mühəndis maşını, tırtıllı və 4x4 təkərli zirehli silah daşıyıcı maşınlar FNSS tərəfin‐
dən istehsal edilən və təhvil verilən maşınlardır. Bunun son nümunəsini Xüsusi Təyinatlı Qüvvələr Komandan‐ lığımız üçün dizayn edib istehsal etdiyimiz PARS IV 6x6 və Quru Qoşunları ilə Jandarmamız üçün hazırladığımız PARS İZCI 8x8 və 6x6 layihələri ilə həyata keçirdik. Təhlükəsizlik qüvvələrimizin bu sinif maşınlardakı üstünlüyü yenə FNSS oldu.
FNSS eyni zamanda Türkiyənin quru döyüş platformalarında son 10 ildir ixracat lideridir. Bu günə qədər 7 ölkəyə nəqliyyat vasitələri, texnolo‐ giya transferi, daha çox ölkəyə də alt sistem, hissə və xidmətlər ixrac etmiş və məhsullarını dünyanın müxtəlif ölkələrinin inventarına verən bir dünya şirkəti olmağı bacardıq. Poliqon: Nail bəy, şirkətinizin önəm verdiyi, prioritet layihələr və istiqamətlər hansılardır? Nail Kurt: FNSS tərəfindən hazır‐ lanmış və hazırlanmaqda olan sistem‐ lər Türkiyə Silahlı Qüvvələrinin döyüş gücünün çox mühüm hissəsini təşkil edir. İnventarda ZMA, STA (təkərli və tırtıllı tank əleyhinə maşınlar), KOR‐ KUT/HİSAR (hava hücumundan müdafiə platforması), SYHK (səyyar üzmə körpüsü) və AZMİM (zirehli amfibiya tikinti texnikası) sistemləri ilə yanaşı, ZAHA (zirehli amfibiya hücum maşını), ÖMTTZA (kəşfiyyat məqsədli PARS 6x6 və 8x8) və Xüsusi Təyinatlı Qüvvələr (mina, ballistik və əldəqayırma partlayıcılara qarşı ən yüksək qoruma təmin edən PARS IV 6x6) maşınları üçün də Türkiyə Silah‐ lı Qüvvələri (TSK) və Müdafiə Səna‐ yesi Başqanlığı (SSB), FNSS məhsul‐ larına üstünlük verdi. FNSS bu perfor‐ mansı ilə TSK‐nin bir nömrəli seçimi olmağa davam edir. Ölkə daxili davam edən layihələri‐ mizdən danışsaq; Silah Daşıyıcı Maşın Layihəsi çərçivəsində bu günə qədər 240 ədəd avtomobilin tədarükünü uğurla həyata keçirdik. Nəqliyyat va‐ sitələrimiz Türkiyə Silahlı Qüvvələri
tərəfindən aktiv olaraq istifadə edil‐ məyə başlandı. Layihənin birinci mər‐ hələsində nümayiş etdirdiyimiz üstün uğur və müştəri məmnuniyyəti sayə‐ sində əlavə avtomobillərin tədarükü ilə bağlı müqaviləmiz imzalandı və bununla da təhvil verəcəyimiz avto‐ mobillərin sayını 344‐ə çatdırıldı. 23‐ü personal daşıyıcı, 2‐si ko‐ manda‐nəzarət maşını və 2‐si xilaset‐ mə maşını olmaqla cəmi 27 ədəd nəq‐ liyyat vasitəsi təhvil verəcəyimiz ZA‐ HA layihəsində Zirehli Amfibiya Hücum Maşını (ZAHA) layihəsində mühəndislik inkişaf etdirmə fəaliy‐ yətlərimizi tamamlayaraq kalifikasi‐ ya mərhələsinə keçdik. Mina testimi‐ zi SSB və Hərbi Dəniz Qüvvələri Ko‐ mandanlığının iştirakı ilə avqust ayında uğurla həyata keçirdik. 5 ədəd prototip avtomobilin istehsalını ta‐ mamladıq və seriyalı istehsal fəaliy‐ yətlərimizi davam etdiririk. 2021‐ci il ərzində kalifikasiya testlərinin ta‐
Yuxarıda: 6×6 “Pars IV” taktiki təkərli zirehli nəqliyyat vasitəsi MRAP layihəsi çərçivəsində hazırlanıb, sinifindəki ən yüksək qorumaya sahibdir. “Pars IV” xüsusi əməliyyatlar üçün nəzərdə tutulub. Aşağıda: ZAHA amfibiya tipli zirehli transportyor.
mamlanması və ilk məhsulu təhvil verməyi planlaşdırdığımız layihənin 2022‐ci ildə tamamlanacağını gözlə‐ yirik. Yeni nəsil nəqliyyat vasitələrinin ilk nümayəndəsi olaraq Xüsusi Təyi‐ natlı Qüvvələrin sərəncamında olacaq PARS IV 6x6 xüsusi əməliyyat maşın‐ larımız indiyə qədər istehsal edilmiş ən yüksək qoruma səviyyəsinə malik təkərli nəqliyyat vasitələri kimi səciy‐ yələnir. Maşınlarımız FNSS‐in öz di‐ zaynı və istehsalı olan SANCAK UKSS inteqrasiya edilmiş halda atış və qüllə sınaqlarını SSB və istifadəçinin iştira‐ kı ilə uğurla tamamladı. Avqust ayın‐ da tamamlanan atış kalifikasiya
testləri nəticəsində SANCAK UKSS beynəlxalq istifadəçilərdən sonra ölkə daxilində də özünü doğrultdu və ilk dəfə Silahlı Qüvvələrimizin inven‐ tarına daxil olmaq hüququ qazandı. SSB ilə imzaladığımız Xüsusi Məq‐ sədli Taktiki Təkərli Zirehli Maşın müqaviləsi ilə Türkiyə Silahlı Qüvvə‐ lərinin inventarına daxil ediləcək ilk 6x6 və 8x8 zirehli maşın ailəsi olan PARS İZCİ istehsal fəaliyyətlərimiz də yüksək yerlilik dərəcəsi ilə layihə hə‐ dəflərinə uyğun olaraq davam edir. Avtomobilin alt sisteminin lokallaşdı‐ rılması üçün xüsusi səy göstərdik. FNSS öz qaynaqları ilə maliyyələşdi‐ rilən Ar‐Ge layihələri ilə avtomobilin yerlilik nisbətini artıracaq məhsullar hazırladıq və hazırlanan alt sistemlər üçün yoxlama testlərimizi də həyata keçirdik. Alt sistemlərin hazırlanma‐ sı işlərini KOBİ və subpodratçılarla ef‐ fektiv əməkdaşlıq içərisində həyata keçiririk, bu kontekstdə PARS İZCİ‐ nin müdafiə sənayesi ekosistemi çər‐ çivəsində əməkdaşlıqda nümunəvi bir layihə olduğunu söyləyə bilərik. PARS İZCİ zirehli transportyoru. 6x6 və 8x8 təkər formuluna malik versiyaları var. Yüksək keçicilik qabiliyyətinə malik PARS İZCİ hər cür yol və ərazi şərtlərində komfortlu, balanslı və təhlükəsiz hərəkət qabiliyyətinə sahibdir.
12 www.poliqon.az
FNSS Malayziya, Oman, İndonezi‐ ya, Filippin və bir çox digər dost və müttəfiq ölkələrə əsas sistem nəqliy‐ yat vasitələrinin ixracı, texnologiya transferi, təsis işlətməsi, logistika və texniki dəstək xidmətləri və moderni‐ zasiya kimi sahələrdə uğurlu layihə‐ lər hazırlamışdır. Türkiyə müdafiə sənayesində quru nəqliyyatı sahəsin‐ də ixracat çempionu olan FNSS Türki‐ yə müdafiə sənayesini xaricdə böyük uğurla, qürurla təmsil etmiş və bun‐ dan sonra da etməyə davam edəcək. Davam edən ixrac layihələrimiz
haqqında qısa məlumat vermək gərə‐ kirsə; 2011‐ci ildə imzaladığımız və hələ də quru sistemlərində inkişafı əhatə edən tək bir maddədə həyata keçirilən ən böyük ixrac layihəsi olan və 8x8 təkərli zirehli maşınların ha‐ zırlanması və istehsalını əhatə edən AV‐8 Gempita layihəsi çərçivəsində tədarük ediləcək 12 fərqli konfiqura‐ siyada 257 avtomobildən 234 ədədi‐ ni təhvil verdik. İndoneziya orta ağır sinifli tankın seriyalı istehsalı layihəmiz çərçivəsin‐ də təhvil veriləcək ilk KAPLAN MT av‐
tomobilimizin ilkin qəbulunu son is‐ tifadəçi və “PT Pindad”ın iştirakı ilə etdik. Proqram çərçivəsində təhvil ve‐ riləcək digər vasitələrin istehsalını davam etdiririk. 2020‐ci ilin sonunda Filippinin Müdafiə Nazirliyi ilə iki fərqli layihə üçün müqavilə imzaladıq və hər iki la‐ yihə qüvvəyə mindi. Layihələrdən birincisi Filippin Ordusunun inventa‐ rında yer alan ZMA sinifli tırtıllı per‐ sonal daşıyıcıları üçün 12,7 mm / 7,62 mm və 40 mm / 7,62 mm konfi‐ qurasiyalarında SABER tək adamlı si‐ lah qülləsi istehsalı və maşınlara inteqrasiyasını əhatə edir. İkinci layi‐ hə isə zirehli istehkam maşını (AZ‐ MİM) istehsalı və çatdırılmasını əhatə edir. Bu layihə ilə daha əvvəl TSK‐ya təhvil verdiyimiz AZMİM avtomobili‐ mizin ilk ixracını həyata keçirmiş ola‐ cağıq. Hər iki layihədə fəaliyyətimizi davam etdiririk. Poliqon: FNSS‑in ənənəvi məh‑ sulları ilə yanaşı xüsusi məhsulla‑ rı da var. Məsələn, SAMUR səyyar üzmə hücum körpüsü (SYHK) on‑ lardan biridir. SAMUR‑un ixrac po‑ tensialı haqqında nə deyə bilərsiniz? Nail Kurt: SAMUR maşını Türkiyə Silahlı Qüvvələrimizin mühüm layihə‐ lərindən biridir. Türkiyədə müqaviləli ilk orijinal dizayn maşınıdır. TSK‐ya 52 ədəd maşın təhvil verdik. İsteh‐ kam qoşunlarımız tərəfindən geniş is‐ tifadə olunur. Niş məhsul olduğu üçün dünyada oxşar sistemlər istehsal edən şirkətlər çox azdır. Əslində, çox önəmli bir qabiliyyəti tək bir sistem‐ də həll edə bilərsiniz. Bu da istifadə‐
çiyə böyük logistik avantaj təmin edir. SAMUR‐un ixrac fəaliyyəti üzərində işləməyə davam edirik. Hazırda bir Afrika və Avropa ölkəsi ilə onların tə‐ ləbləri ilə bağlı danışıqlar aparırıq. Digər ölkələrin də ehtiyaclarını izləyi‐ rik. Qarşıdakı dövrdə yaxşı xəbərlər ala bilərik. Təkcə SAMUR deyil, digər bir is‐ tehkam maşını olan və SAMUR ilə bir‐ likdə işləyən KUNDUZ amfibiya istehkam maşınıda bizim üçün başqa bir niş məhsuldur. Bu məhsul da Türkiyənin istehkam qoşunları tərə‐ findən istifadə edilir. KUNDUZ amfibi‐ ya istehkam maşının Filippinə ixracı həyata keçirilib və hazırda onun kütləvi istehsalı davam edir. Həm SA‐ MUR, həm də KUNDUZ ixrac potensi‐ alı olan məhsullardır. Poliqon: FNSS‑in ixrac coğrafi‑ yası və hədəfləri haqqında nələr söyləyə bilərsiniz?
Yuxarıda: “Samur” səyyar üzən hücum körpüsü. Aşağıda: Tırtıllı “Kaplan‑STA” və 4×4 təkər formuluna malik “Pars‑STA” tanklarla mübarizə maşınları.
Nail Kurt: FNSS Yaxın Şərq və Cə‐ nub‐Şərqi Asiyanın bir çox ölkəsində illərdir biznes inkişaf etdirmə fəaliy‐ yətlərini davam etdirir. Bu regionda‐ kı ölkələr həmişə bizim prioritet bazarlarımız olub və bundan sonra da olacaq. Hazırda daxil olduğumuz ba‐ zarlarda əlavə proqramlar üçün in‐ tensiv işləməyə davam edirik. Bunlarla yanaşı, digər bölgələrdə də varlığımızı artırmaq üçün fəaliyyətlər həyata keçiririk. Artıq Cənubi Ameri‐ ka, Afrika və digər Asiya ölkələrində bir çox layihələri izləyirik. Avropada isə az sayda da olsa, izlədiyimiz layi‐ hələr var. Bundan əlavə, Malayziya və İndoneziyada olduğu kimi, birgə di‐ zayn edilmiş və istehsal olunan məh‐ sullar çıxardaraq ortaqlarımız ilə
13
birlikdə bəzi bazarlarda bərabər hə‐ rəkət etməyimiz vacib strategiya he‐ sab olunur. Sovet İttifaqının dağılması və türkdilli dövlətlər arasında strateji əməkdaşlığın qurulmasının ardından bu ölkələrin müdafiə sənayesində də Türkiyə ilə əməkdaşlıq inkişaf etmə‐ yə başladı. Azərbaycan ordusunun da istifadə etdiyi Türkiyə məhsulları ar‐ tır. Xüsusilə 2‐ci Qarabağ müharibə‐ sində istifadə edilən pilotsuz uçuş aparatları və döyüş sursatları və isti‐ fadə edilən digər raket sistemləri bu əməkdaşlığın gözəl nümunələridir. Poliqon: Yaxın Şərq və Uzaq Asi‑ yada nüfuzlu bir yer qazanmış olan FNSS‑in ümumilikdə region ölkələ‑ ri və xüsusi ilə Azərbaycanla bağlı əməkdaşlıq yanaşmaları və hədəf‑ ləri nədən ibarətdir? Nail Kurt: FNSS olaraq Azərbay‐ can və digər türkdilli dövlətlər ilə əməkdaşlıq imkanlarının inkişafına böyük əhəmiyyət veririk. Bu çərçivə‐ də şirkətimizin və məhsullarımızın tanıtım fəaliyyətlərini davam etdiri‐ rik. Bu ölkələrin inventarlarındakı mövcud nəqliyyat vasitələrini yenilə‐ mə proqramlarını izləyərək, tırtıllı və təkərli zirehli maşınlarımızı, silah sis‐ temlərimizi və istehkam maşınlarımı‐ zı qardaş ölkələrə təqdim etmək istəyirik. Bu kontekstdə son istifadə‐ çilər və müdafiə nazirlikləri ilə birba‐ şa danışıqlarımız davam edir. Region ölkələrindəki brend bilinirliyimizin daha yüksək səviyyəyə qaldırmaq üçün təşəbbüslərimiz də var.
Yuxarıda: Malaziya Ordusunun silahlanmasında yer alan FNSS‑in 8x8 təkər formullu AV‑8 zirehli trasportyorları. Aşağıda: “Kaplan MT” orta ağır sinif tankı, xüsusilə cəngəllik şəraitlərinə uyğunlaşdırılıb. “Kaplan MT” öz sinifində ən üst səviyədə mina və ballistik qoruma imkanına sahibdir. Əsas müharibə tankı ilə müqayisədə daha yüngül və daha kiçik ölçülərə malik olan “Kaplan MT” böyük tankların hərəkət edə bilmədiyi ərazidə daha əhəmiyyətlidir.
Müdafiə sənayesi əməkdaşlığında öz ölkənizin məhsulunu istifadə et‐ mək çox əhəmiyyətli bir referansdır. FNSS məhsullarının (ZMA, KAPLAN STA, PARS 4x4 STA, KORKUT, HİSAR, SAMUR, KUNDUZ, PARS 8x8 ÖMTTZA, PARS 6x6 Xüsusi Təyinatlı Qüvvələr) Türkiyə Ordusu tərəfindən seçilməsi və əməliyyatlarda yüksək müvəffə‐ qiyyət nümayiş etdirməsi, qardaş türk dövlətlərinə də yaxşı mesaj ya‐ radır. Türkiyə Ordusunun seçdiyi məh‐ sullar hər zaman dost və müttəfiq ölkələrin diqqətini çəkir. Bu nəqliyyat vasitələrinin təhlükəsizlik qüvvələri‐ miz tərəfindən sərhəd daxili və sər‐ həd xarici əməliyyatlarda aktiv istifadəsi, sahədən alınan rəylərlə av‐ tomobillərimizin dizayn yetkinliyinə
və etibarlılığına əhəmiyyətli dərəcə‐ də töhfə verir. Bu çərçivədə yeni ixrac hədəflərimizi müəyyənləşdiririk və FNSS‐in məhsul və xidmətlərini dost və müttəfiq orduların diqqətinə təq‐ dim edirik. Poliqon: Nail bəy, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı? Nail Kurt: Bizə özümüzü tanıt‐ maq fürsəti verdiyiniz üçün sizə dərin təşəkkürümüzü bildirir, qardaş Azər‐ baycan xalqına könül dolusu sevgi və sayğılarımızı göndəririk! Vaxt ayırıb Poliqon jurnalının suallarını cavablandırdığına görə, cənab Nail Kurta təşəkkürümüzü bildiririk!
ASELSAN HHM sistemini sifarişçiyə təhvil verib
ASELSAN şirkəti tərəfindən istehsal edilən atəş idarəetmə cihazının (AİC) və modernləşdilmiş yedəkdə daşınan zenit‐top komplekslərinin (ZTK) Türkiyə Silahlı Qüvvələrinə tədarükü davam edir. Türkiyənin Quru Qüvvələrinin ehtiyacını qarşılamaq məqsədilə istehsal edilən atəş idarəetmə cihazının və modern‐ ləşdilmiş zenit‐top komplekslərinin növbəti partiyası sifarişçiyə çatdırılıb. AİC və ZTK‐lərin tədarükü, Türki‐ yənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və ASELSAN şirkəti arasında 2017‐ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirilir. 35 mm hava hücumundan müdafiə sistemi modernizasiyası və qəlpəli atəş yığımı layihəsi çərçivəsində ASELSAN şirkə‐ tinin baş podratçılığı ilə istehsal edilən 7 ədəd AİC və 14 ədəd ZTK‐nin qəbul testləri 2021‐ci il ərzində tamamlanıb. SSB və Quru Qüvvələri Komandanlığı tərəfindən yaradılmış qəbul komissiyasının iştirakı ilə keçirilən sınaqlar başa çatdıqdan sonra sistemlər ordu birliklərinə təhvil verilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, qəbul sınaqları zamanı AIC və ZTK‐lər, atəş və atış məsafəsi və zavod qəbul sınaqları ilə öz qabiliyyətlərini bir daha sübut ediblər. Ordu təliminin ən səmərəli şəkildə aparılmasını təmin etmək üçün hazırlanan AİC sisteminin təlim simulyatoru da 2021‐ci il ərzində Quru Qüvvələri Komandanlığına təhvil verilib. Atəş İdarəetmə Cihazı Dəsti mühüm obyektlərin, həmçinin hərbi bazaların aşağı hündürlükdə havadan müdafiəsinin davamlı təmin olunması üçün hazırlanıb. AİC eyni vaxta 3 ədəd zenit top və 1 ədəd “Hisar‐A” zenit raket kompleksinin atış və komanda idarəetməsini həyata
16 www.poliqon.az
keçirə bilir. ASELSAN tərəfindən modern‐ ləşdirilmiş və AİC idarəsi altında çalışan 35 mm‐lik yedəkdə daşınan zenit topları yenə ASELSAN tərəfindən yaradılmış 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımlarından atəş açır. Türkiyə Ordusu VURAL əldə edib ASELSAN şirkəti tərəfindən istehsal edilən REDET‐II layihəli radioelektron mübarizə kompleksinin Türkiyə Silahlı Qüvvələrinə tədarükü davam etdirilir. VURAL (REDET‐II) radar elektron müharibə sisteminin elektron hücum versiyasının ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. SSB başqanı İsmail Dəmir milli proqram təminatı və avadanlıqla təchiz edilən VURAL kompleksinin Türkiyə Ordusunun elektron müharibə gücünə mühüm töhfə verəcəyini deyib. Qeyd edək ki, VURAL radioelektron mübarizə kompleksinin tədarükü Radar Elektron Dəstək / Elektron Hücum (REDET‐II) Layihəsi çərçivəsində həyata keçirirlir.
Yenilənmiş ILGAR sistemləri sifarişçiyə çatdırılıb ASELSAN şirkəti tərəfindən yenilənmiş ILGAR inteqrə elektron döyüş sistemləri Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib ki, yenilənmiş ILGAR inteqrə elektron döyüş sistemləri milli proqram təminatı və avadanlıq infrastrukturuna sahibdir. SSB başqanı qeyd edib ki, yenilənmiş sistemlər taktiki sahədə təhlükəsizlik qüvvələrinə böyük üstünlüklər verəcək. ASELSAN ilk BKİM‐i Quru Qoşunlarına təhvil verib Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə ASELSAN arasında 2017‐ci ildə imzalanmış 35 mm‐lik hava hücumundan müdafiə sisteminin modernləşdiriliməsi və qəlpəli atəş yığımı tədarükü layihəsi çərçivəsində Quru Qoşunları Koman‐ danlığı üçün hazırlanan və kütləvi istehsal edilən Batareya Komanda İdarəetmə Mərkəzinin (BKİM) ilk partiyasının qəbul testləri tamamlanıb. Sınaqları uğurla tamamlanan Batareya Komanda İdarəetmə Mərkəzləri sifarişçiyə təhvil verilib. BKİM ən azı üç Atəş İdarəetmə Cihazı (AİC) dəstini bir mənbədən idarə edə bilir. Habelə, Hava Hücumundan Müdafiə Erkən Xəbərdarlıq və Komanda İdarəetmə Sisteminin (HHMEXKİS) komanda idarəetmə elementləri ilə iki tərəfli məlumat əlaqəsi quraraq orta mənzilli radarlarla məlumat və səs xəbərləşməsini yerinə yetirir. Şirkət mütəxəssislərinin sözlərinə görə, BKİM üst komanda idarəetmə elementləri ilə bağlantısı olmadığı halda,
avtonom işləyərək özünə bağlı silah sistemlərinin HHM əməliyyatlarını idarə edə biləcək. Sistem, AİC qrupları və HHMEXKİS arasında bir təbəqə yarada və avtonom əməliyyat qabiliyyəti ilə Quru Qoşunlarının HHM komanda idarəetmə qabiliyyətinə əlavə töhfə verəcək.
Məlumatda o da qeyd olunub ki, Batmanda keçirilmiş uçuş sınaqlarının tamamlanmasından sonra Türkiyə HHQ‐ nin tələbi ilə “Anka‐S” pilotsuz uçuş aparatında CATS EO sensor sisteminin qəbul testləri həyata keçiriləcək. CATS elektro‐optik sisteminin kütləsi 61 kiloqram təşkil edir. CATS sistemi 360 dərəcə ətrafda kəşfiyyat və müşahidə aparmaq qabiliyyətinə malikdir. CATS sisteminə rəngli gündüz kamerası, üçüncü nəsil İR kamerası və optik sensor daxildir. Eyni zamanda müxtəlif hədəfləri izləmə imkanı olan CATS sistemi 25 000 fut yüksəklikdə, isti tempraturda işləyə bilir. Qeyd edək ki, CATS elektro‐optik kəşfiyyat və hədəfləmə sistemi PUA‐lar ilə yanaşı helikopter və təyyarələrdə istifadə edilə bilir.
tərəfindən həyata keçirilən layihə ilə ASELSAN şirkəti tərəfindən hazırlanan CATS‐ın iki sursat atışı ilə birlikdə sınaq fəaliyyəti tamamlanıb.
CATS EO sistemi “Anka‑S” PUA üzərində test edilib Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının aviasiya parkında yer alan “Anka‐S” pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilmiş, ASELSAN şirkəti tərəfindən istehsal edilən CATS elektro‐optik (EO) sensor sisteminin 11 saatlıq uçuş sınağı icra edilib. Batmanda keçirilən sınaqlar zamanı CATS sistemi standartlara cavab verən elektro‐optik imkanlarını təsdiqləyib. Bununla, Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB)
<(1ø 1Ԥ6ø/ $7,ù 7Ԥ/ø0 +Ԥ'Ԥ) 6ø67(0/Ԥ5ø ù 7Ԥ/ø0 +Ԥ' 3ø<$'$ +Ԥ'Ԥ) 6ø67(0ø
7$1. +Ԥ'Ԥ) 6ø67(0ø
.RPS WHU LGDUιHWPιOL NP VLPVL] UDELWι R[GD KιUιNιW TDELOL\\ιWL /LPLWVL] VVHQDULOιU \ NOιPιN LPNDQÕ 5HOV ]ιULQGι KιUιNιW TDELOL\\ιWL 3RUWDWLY $VDQ TXUDúGÕUPD $WÕúODUÕQ KHVDEDWÕ
.RPS WHU LGDUιHWPιOL =LUHKOL YDVLWι ]ιULQGιQ E|\ N NDOLEUOL VLODKODUOD DWÕú LPNDQÕ NP VLPOL UDELWι R[GD KιUιNιW TDELOL\\ιWL /LPLWVL] VVHQDULOιU \ NOιPιN LPNDQÕ 5HOV ]ιULQGι KιUιNιW TDELOL\\ιWL $WÕúODUÕQ KHVDEDWÕ
^ shED , s />/< d <EK>K:7 7Eb͘^ E͘d7 ͘ b͘
ǁǁǁ͘ŵĞŶƐĂŶƚĞĐŚ͘ĐŽŵ
Ăƨ Ƶů͘ d 7Ɣ DĞƌŬĞnjŝ ' ůŽŬ EŽ͗ϭϱϭ zĞŶŝŵĂŚĂůůĞͬ E< Z ͲdmZ<7z dĞů ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϲϯ ϭϬͲϭϯ &Ădž ͗ нϵϬ;ϯϭϮͿ Ϯϭϵ ϳϵ ϵϲ
Azərbaycan‑Pakistan hərbi sənayesinin perspektiv inkişafına baxış Zaur Babaşov Azərbaycan Respublikasının hərbi əməkdaşlıq sferasında Pakistan İslam Respublikası mühüm rol oynayır. İki ölkə arasında güclü hərbi əlaqələr mövcuddur. Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq iki ölkə arasında strateji çərçivə sazişi imzalandıqdan sonra genişlənməkdədir. Pakistan Azərbaycanın müdafiə sahəsində təlim və potensialının gücləndirilməsi istiqamətində geniş əməkdaşlıq edir, Azərbaycanın silahlı qüvvələrinin müasirləşdirilməsi üzrə planlarını tam dəstəkləyir. Hərbi istehsal və hərbi sənaye sahəsində geniş potensialı olan Pakistan bu sahədə həmişə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Bununla yanaşı Pakistan Azərbaycana özünün hərbi sənaye kompleksinin ən müasir məhsullarını təklif edir. Bu yazımızda Azərbaycan‑Pakistan hərbi sənayesinin perspektiv inkişafına nəzər yetirməyə çalışacağıq. Hərbi müstəvidə Azərbaycanın qurduğu çoxsaylı beynəlxalq əmək‐ daşlıq bu gün Azərbaycana böyük üstünlüklər qazandırmaqda, çoxsaylı müasir silah və hərbi texnikanın idxa‐ lına və ya birgə istehsalına imkan ya‐ ratmaqdadır. Bu xüsusda Azərbayca‐ nın yaxından əməkdaşlıq etdiyi ölkələrdən biri də Paksitandır. Pakis‐ tan Azərbaycanın müstəqilliyini ilk ta‐ nıyan dövlətlərdən biridir. Eyni zaman‐ da, Qarabağ münaqişəsinə görə, Ermənistanı bir dövlət kimi qəbul et‐ məyən və bugünədək tanımayan Pa‐ kistan onunla heç bir sahədə əlaqə qur‐ mur və əməkdaşlıq etmir. Pakistan bütün beynəlxalq tədbirlərdə daim
Azərbaycanın mövqelərini müdafiə edir və Ermənistanın işğalçı siyasəti‐ ni pisləyir. Öz növbəsində Azərbaycan mübahisəli Kəşmir məsələsində hə‐ mişə Pakistanın yanında olub. Azər‐ baycan bütün nüfuzlu beynəlxalq təş‐ kilatlarda və tədbirlərdə Pakistanın mövqelərini müdafiə edib. Bu gün Azərbaycan və Pakistan arasında müxtəlif sahədə, o cümlədən də hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan‑Pakistan hərbi əla‑ qələrinin möhkəmləndirilməsi Azərbaycan və Pakistan arasında hərbi əlaqələr hələ 1992‐ci ildə yara‐ dılıb. Həmin dövrdən Azərbaycan Si‐
lahlı Qüvvələrinin və digər hərbi qu‐ rumların nümayəndələri mütəmadi olaraq Pakistanda keçirilən təlimlər‐ də iştirak edirlər. Xüsusilə də Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayən‐ dələrinin və xüsusi təyinatlıların Pa‐ kistanda təkmilləşdirmə kursları və təlimlərdə iştirakı diqqəti cəlb edir. Son olaraq Bakıda keçirilmiş Azərbay‐ can, Türkiyə və Pakistanın xüsusi tə‐ yinatlı qüvvələrinin “Üç Qardaş ‐ 2021” birgə beynəlxalq təlimi bütün iştirak‐ çıların peşəkarlıq səviyyəsinin artırıl‐ masına öz töhfəsini verib. Bundan baş‐ qa, hər il Silahlı Qüvvələrin müxtəlif strukturlarının nümayəndələrinin də daxil olduğu Azərbaycan‐Pakistan İş‐ çi Qrupunun görüşü keçirilir və növbə‐ ti il üçün iş planları tərtib olunur. Azərbaycan və Pakistan arasında‐ kı əlaqələr 1995‐ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əh‐ məd Xan Leqarinin Azərbaycana rəs‐ mi səfəri çərçivəsində imzalanan Azər‐ baycan Respublikası və Pakistan İslam Respublikası arasında əməkdaşlıq haqqında müqavilədən sonra güclən‐ məyə başlayıb. 2002‐ci ildə Azərbay‐ can Respublikası Hökuməti və Pakis‐ tan İslam Respublikası Hökuməti arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Prezident İlham Əliyev 2009‐cu il ma‐
JF‑17 “Thunder” döyüş təyyarəsi. JF‑17‑lər Pakistan, Çin, Rusiya, eləcə də digər ölkələrin istehsalı olan sərbəst düşən aviasiya bombaları, habelə “hava‑hava”, “hava‑yer” və gəmi ləeyhinə raketlərlə silahlandırıla bilir.
yın 19‐da Pakistan İslam Respublika‐ sının müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyu qəbul edib. Pakistan prezidenti Məmnun Hüseyn 2015‐ci il martın 11‐də, müdafiə sə‐ nayesi naziri Rana Tanvir Hussain 2016‐cı sentyabrın 26‐da, Pakistanın baş naziri Nəvaz Şərif isə 2016‐cı il ok‐ tyabrın 13‐15‐də Azərbaycanda böyük nümayəndə heyəti ilə rəsmi səfərdə olublar. Səfər çərçivəsində Azərbay‐ can və Pakistan hərbi sənaye sahəsin‐ də əməkdaşlığın inkişafı üzrə işçi qru‐ pun yaradılması haqqında razılıq əldə edilib. 2017‐ci ildə Azərbaycan Preziden‐ ti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 13‐cü Sammitində iştirak etdiyi günlərdə Pakistan İslam Res‐ publikasının Baş naziri Məhəmməd Nəvaz Şərif və Prezident Məmnun Hüseynlə görüşlərində müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbay‐ canın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını id‐ xal etməsi ilə bağlı razılaşma əldə edi‐ lib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın məqsədi Pakistanla bir‐ gə layihələr həyata keçirmək üçün iki dövlətin hərbi sənaye kompleksinin əlaqəli fəaliyyətini təmin etməkdir. Ar‐ tıq bu istiqamətdə real işlər aparılır. Qısa müddətdə ən yüksək səviyyədə ard‐arda səfərlər, Azərbaycan Prezi‐ dentinin isə Pakistana son səfəri bir daha göstərir ki, iki ölkə arasında sıx müttəfiqlik münasibətləri qurulub. Pa‐ kistan Azərbaycanın nüvə silahı olan ən yaxın müttəfiqi sayılır. Pakistan müdafiə sənayesi inkişaf etmiş ölkə kimi Azərbaycan üçün vacib bir dövlət‐ dir. Pakistanla hərbi əməkdaşlığın ge‐ nişləndi rilməsi Azərbaycana üs‐ tünlüklər gətirir. Azərbaycan Respublikası Prezi‐ dentinin köməkçisi – Hərbi məsələlər şöbəsinin rəhbəri, general‐polkovnik Məhərrəm Əliyev bildirib ki, Pakistan İslam Respublikası Qarabağ münaqi‐ şəsi başladıqdan sonra Türkiyə ilə ya‐ naşı Azərbaycana ilk dəstək göstərən dövlətlərdəndir: “Azərbaycan Respub‐ likası ilə Pakistan İslam Respublikası arasında 2002‐ci ildə imzalanan müda‐ fiə və hərbi sahədə əməkdaşlıq haq‐ qında sazişdə hər iki ölkənin hərbi‐si‐
yasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavi‐ lə ilə dövlətlərimiz arasında hərbi əla‐ qələr daha da genişlənib. Pakistan Azərbaycana müxtəlif müdafiə səna‐ yesi məhsulları təklif edən qardaş ölkə‐ lərdəndir. Eyni zamanda, 2015‐ci ildə iki ölkə arasında Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanma‐ sı ilə təhlükəsizlik, hərbi, hərbi‐texni‐ ki, hərbi təhsil sahəsində əməkdaşlı‐ ğı yeni mərhələyə doğru yüksəldib. Statistik rəqəmlər də əldə edilən uğur‐ lu hərbi əməkdaşlığı təsdiq edir”. Pakistan Azərbaycana hər cür hər‐ bi dəstək verə biləcəyini açıq şəkildə ifadə edən ölkədir. Hələ müstəqilliyin ilk illərində Azərbaycana ilk hərbi yar‐ dım göstərən ölkələrdən olub. Məhz 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həm dövlət, həm də mil‐ lət səviyyəsində ən güclü dəstəyi də Türkiyə və Pakistandan aldı. Pakistan hərbi sənaye kompleksinə daxil olan dövlət və özəl təşkilatlar Azərbayca‐ nın istədiyi silah, sursat və texniki va‐ sitələri qısa zamanda tədarük edə bil‐ mək imkanına malikdir. Bu, Azərbaycanı bütün platformalarda dəstəkləyən Pakistan tərəfinin 2020‐ ci ildə cəbhədə vəziyyət gərginləşdiyi zaman rəsmi səviyyədə Azərbaycana öz dəstəyini təklifində də bildirilib: “Azərbaycana istənilən silah, döyüş sursatları və texnikanı tədarük edə bi‐ lərik. Bu həm müəssisələrin istehsa‐
Azərbaycanın Müdafiə naziri general‑ polkovnik Zakir Həsənov PAC müəssisəsində JF‑17 “Thunder” döyüş təyyarəsi ilə tanış olub
lından, həm də təcili olan hallarda or‐ dunun ehtiyatından çıxarılaraq təmin edilə bilər. Azərbaycan Ordusunda bu gün Pakistan istehsalı olan bəzi məh‐ sullar istifadə edilir. Biz Bakıdan istək‐ lərini bildirməsini gözləyirik. Pakis‐ tan hərbi sənayesinin məhsullarında xaricə bağımlılıq yoxdur. Bu da istəni‐ lən silah və texnikanı heç bir embar‐ qoya məruz qalmadan, qısa zamanda tədarük etməmizə imkan verir”. Azərbaycan‐Pakistan əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən növbəti addımlardan biri də Azərbaycan‐Pakistan Hökumətlərara‐ sı Birgə Komissiyasının Pakistan İs‐ lam Respublikası tərəfindən həmsəd‐ ri, Pakistanın müdafiə istehsalatı naziri Zobaida Calalın başçılıq etdiyi nüma‐ yəndə heyətinin 2021‐ci il noyabrın 29‐dan dekabrın 3‐dək Azərbaycanda rəsmi səfərdə olması olub. Azərbay‐ can‐Pakistan Birgə Komissiyasının 7‐ ci iclası ilə əlaqədar Azərbaycanda rəs‐ mi səfərdə olan Zobaida Cəlalı Prezident İlham Əliyev ilə görüşüb. Görüşdə hərbi‐texniki sahələr də da‐ xil olmaqla əməkdaşlıq münasibətlə‐ rinin bütün sahələr üzrə genişləndi‐ rilməsinin əhəmiyyəti vurğulanıb.
19
Azərbaycan‐Pakistan‐Türkiyə üçtərəf‐ li əməkdaşlıq formatının müxtəlif is‐ tiqamətlərdə daha da genişləndirilmə‐ si ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan‐Pakistan Hökumətlə‐ rarası Birgə Komissiyasının 7‐ci icla‐ sında Komissiyanın Azərbaycan Res‐ publikası tərəfindən müdafiə sənayesi naziri Mədət Quliyevin və Pakistan İs‐ lam Respublikası tərəfindən Zobaida Calalın həmsədrliyi ilə keçən toplantı çərçivəsində iki ölkə arasında gələcək perspektivlər müzakirə olunub, müda‐ fiə sənayesi və digər sahələr ətrafın‐ da geniş fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri general‐polkovnik Za‐ kir Həsənov ilə Pakistanın müdafiə istehsalatı naziri Zobaida Cəlal arasın‐ da keçirilən görüşdə Azərbaycan‐Pa‐ kistan əlaqələrinin yüksələn xətlə in‐ kişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olu‐ nub. İki ölkə arasında hərbi əməkdaş‐ lığın əsas istiqamətləri müzakirə edi‐ lib. Görüşdə hərbi, hərbi‐texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Pa‐ kistan və Türkiyə ilə birgə ikitərəfli, o cümlədən üçtərəfli əməkdaşlıqların inkişaf perspektivləri və qarşılıqlı ma‐ raq doğran digər məsələlər müzakirə olunub. İki ölkə arasında müdafiə səna‑ yesi sektorunda əməkdaşlıq 2008‐ci ildən Azərbaycan və Pa‐ kistan arasında müdafiə sənayesi sek‐ Yuxarıda: Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Pakistanın müdafiə istehsalatı naziri Zobaida Cəlalı qəbul edib. Aşağıda: Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general‑leytenant Ramiz Tahirov GİDS stendində yönləndirmə dəsti ilə təchiz olunan “Tekbir” aviasiya bombası ilə tanış olarkən.
20 www.poliqon.az
torunda əməkdaşlığa start verilib. Azərbaycan istehsalı olan bir neçə si‐ lah Pakistanda keçirilmiş İDEAS‐2008 müdafiə sənayesi sərgisində ilk dəfə nümayiş olunub. 2016‐cı ildə Azərbay‐ can‐Pakistan hərbi‐texniki əlaqələrin‐ də dinamizm müşahidə olunub. İlin əvvəlində Pakistanın aparıcı müdafiə sənayesi müəssisələrindən olan GİDS‐in nümayəndələri bir neçə dəfə Bakıda olublar. Aprel ayında İslamabadda ke‐ çirilmiş hökumətlərarası komissiya‐ nın iclasında müdafiə sahəsində əmək‐ daşlığa xüsusi diqqət yetirilib. May ayında isə Azərbaycan Müdafiə Səna‐ yesi Nazirliyinin müəssisə rəhbərlə‐ rindən ibarət heyət Pakistana səfər edərək bu ölkənin hərbi sənaye ob‐ yektlərində olub, əməkdaşlıq imkan‐ larını araşdırıb. Pakistanın müdafiə sə‐ nayesi sektorunda fəaliyyət göstərən əsas dövlət müəssisələrindən POF, PAC və GİDS şirkətləri də öz növbəsində 2016 və 2018‐ci illərdə Bakıda keçi‐ rilmiş ADEX sərgisində təmsil olunub.
“JF‑17 Thunder” qırıcılarına və ballistik raket sistemlərinə maraq Hazırda Azərbaycan üçün maraq doğuran əsas məqamlardan biri Pa‐ kistandan “JF‐17 Thunder” qırıcıları‐ nın alınmasıdır. Azərbaycan Pakistan‐ dan “JF‐17 Thunder” qırıcılarını al‐ maq üçün çoxdandır müzakirələr aparır. Pakistan Aeronautical Comp‐ lex (PAC) təşkilatının sədri, Hava Qüvvələri marşalı Ərşad Malik “Poli‐ qon” jurnalına müsahibəsində bildi‐ rib ki, Azərbaycanın JF‐17 “Thunder” təyyarəsinə marağı var. Onun sözləri‐ nə görə, dövlət başçıları arasında bu təyyarənin əldə edilməsinə dair söhbət olub. 2014‐cü ildə Müdafiə Nazirliyinin rəhbərliyi Pakistan səfə‐ ri əsnasında PAC müəssisəsini ziyarət edərək təyyarə ilə yerində tanış olub. PAC rəsmilərinin sözlərinə görə, 2019‐cu ildə Azərbaycan və Pakistan arasında JF‐17 “Thunder” döyüş təy‐ yarələrinin alqı‐satqısına dair müqa‐ vilə bağlanması planlaşdırılırdı. Azər‐ baycanın yaxından maraqlandığı Block III konfiqurasiyası artıq hazır‐ lanıb. Təyyarəyə AESA radarı seçilib və bu radarla sınaqları keçirilib. JF‐17 Block III konfiqurasiyasının seriyalı istehsalı da 2019‐cu ilin sonları, 2020‐ci ilin əvvəllərinə nəzərdə tutulurdu. PAC rəsmilərinin sözlərinə görə, təyyarənin Azərbaycana satışı‐ na mane ola biləcək texniki məsələlər çözülüb. Görülən tədbirlər nəticəsin‐ də yaxın tezlikdə bu qırıcıların Azər‐ baycan Ordusunun ixtiyarında olma‐ sı gözlənir.
Onu da bildirək ki, “JF‐17 Thun‐ der” yüngül qırıcılardır və xüsusən dağlıq relyefdə döyüş əməliyyatları‐ nın aparılması üçün əlverişlidir. Lakin Azərbaycanı təkcə “JF‐17 Thunder” qı‐ rıcıları maraqlandırmır. Azərbaycan Pakistandan digər hərbi texnologiya, silahlar və müdafiə təyinatlı digər məhsullar idxal etməkdə maraqlıdır. Məlumat üçün bildirək ki, Pakistan Asi‐ ya regionunda güclü hərbi sənaye kompleksinə malik ölkələrdən biridir. Bu hərbi sənaye kompleksi Pakistan ordusunu kiçik atıcı silahlardan tut‐ muş tanklara və artilleriya vasitələri‐ nə, təyyarələrdən tutmuş ballistik ra‐ ketlərə, ən müxtəlif döyüş sursatlarına qədər praktiki olaraq bütün ehtiyac‐ larını ödəyə bilir. Azərbaycan üçün isə Paksitanın uzaqmənzilli raketləri və hərbi təyyarələri daha çox maraq do‐ ğurur. Pakistan istehsalı olan orta mən‐ zilli “Şahin” ballistik raketləri də çox‐ dan Azərbaycanı maraqlandırır. Azərbaycan Pakistandan 750 kilometr mənzilli “Şahin‐1” ballistik raketləri‐ ni almaqda maraqlı tərəf kimi çıxış edir. Son illərdə Azərbaycan və Pakis‐ tan mediası Azərbaycanın Pakistan‐ dan müasir orta və yaxın mənzilli “Şa‐ hin” ballistik raketləri aldığını yazır. Lakin bu barədə nə Pakistan, nə də
Azərbaycan tərəfi heç bir rəsmi açıq‐ lama verməyib. Yüksək dəqiqliyə ma‐ lik “Şahin‐1” raketləri strateji obyekt‐ lərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, “Şahin” raketlərinin bir neçə modifikasiyası mövcuddur. Çin texnologiyasının köməyilə istehsal edilən və Hindistan‐ la qarşıdurmada Pakistanın əsas çə‐ kindirici elementi olan “Şahin” ballis‐ tik raketlərinin radiusu 500‐600 kilometrdən 2300 kilometrə qədər də‐ yişir. Raketlər 700‐1230 kq ağırlığın‐ da müxtəlif modifikasiyalı döyüş baş‐ lıqları daşıya bilir. Düşmənin hava hücumundan müdafiə sistemini dəf et‐ mək üçün raketlərin döyüş başlığı hə‐ dəfə yaxınlaşanda əsas blokdan ayrı‐ lır. Yaxın gələcəkdə həmin raketlərin
müəyyən partiyasının Azərbaycana tə‐ darük edilməsi gözləniləndir. Bu günə qədər Azərbaycan ilə Pa‐ kistan arasında ən böyük satınalma MFİ‐395 “Super Muşşak” təlim təyya‐ rələri olub. 2017‐ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə PAC KAMRA (Pakistan Aeoronautical Complex) arasında imzalanan müqa‐ viləyə əsasən 10 ədəd MFİ‐395 “Su‐ per Muşşak” təlim təyyarəsi əldə edi‐ lib. “Super Muşşak” təyyarəsinin heyəti iki nəfər, uzunluğu 7.15 m, qanad açıq‐ lığı 8.85 m, hündürlüyü 2.60 m, boş çə‐ kisi 760 kq, uçuş ağırlığı 1250 kq, mak‐ simal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO‐540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. “Su‐ per Muşşak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə malikdir. Azərbaycanın hərbi sənayesi‑ nin inkişafında Pakistanın rolu Azərbaycanın hərbi sənayesinin inkişafına da Pakistanın köməyi dəyə bilər. 2016‐cı il oktyabr ayında Azər‐ baycan Prezidenti İlham Əliyev Pakis‐ tanın baş naziri Məhəmməd Nəvaz Şə‐ riflə birgə mətbuat qarşısında çıxışında Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi olduğunu və bu sa‐ hədə əməkdaşlığı çox ətraflı müzaki‐ rə etdiklərini qeyd edib. Azərbayca‐ nın da öz müdafiə sənayesini inkişaf etdirdiyini deyən dövlət başçısı bildi‐
Yuxarıda: Azərbaycan MSN‑in nümayəndə heyəti POF şirkətinin istehsalı olan döyüş sursatları ilə tanış olarkən. Aşağıda: Pakistan istehsalı olan “Shaheen‑1A” (“Şahin‑1A”) ballistik raketi.
21
Yuxarıda: Azərbaycanın sifarişi əsasında PAC şirkəti tərəfindən istehsal edilən MFI‑395 “Super Mushshak” təlim təyyarəsi. Aşağıda: JF‑17 Block III döyüş təyyarəsi.
rib ki, Azərbaycan və Pakistan birgə istehsalatı qurmaq üçün müştərək şə‐ kildə işləyə bilər. Azərbaycan, Türkiyə və Pakistan müdafiə sənayesi sahəsində də birgə müəssisələr yarada bilər. Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında üç tərəfdaş ölkənin müdafiə sənayesi sahəsində birgə müəssisələr yaratması təklifi ilə çıxış edib. Pakistanlı nazirin təklifi Azər‐ baycan və Türkiyədə müsbət qarşıla‐ nıb. Bildiyimiz kimi, Azərbaycan hər iki ölkə ilə ‐ Türkiyə və Pakistanla di‐ gər sahələrdə olduğu kimi hərbi sahə‐ də də sıx əməkdaşlıq edir. Birgə hərbi müəssisənin yaradılması əlaqələri da‐ ha da gücləndirəcək. Artiq yüksək sə‐ viyyədə olan münasibətlər hərbi sə‐
naye kompleksi formalaşdırmaq qə‐ rarı ilə müşayiət olunur. Pakistanın hərbi imkanları kifayət qədər güclüdür. Silahlı qüvvələr hər zaman bu ölkənin həyatında önəmli yer tutub. Yuxarıda da qeyd etdiyimiz kimi Pakistan bu gün modern silahlara malikdir. Bu ba‐ xımdan Pakistan, Türkiyə və Azərbay‐ can birgə müxtəlif xarakterli silahla‐ rın hazırlan masında əhəmiyyətli addımlar ata bilər. Pakistan şirkətlərinin potensi‑ al layihələri Pakistan şirkətləri Azərbaycanın tələblərini qarşılamaq üçün zəruri tex‐ nologiyaları Azərbaycana transfer et‐ məyə maraqlıdırlar. Pakistan tərəfi Azərbaycanla aviasiya, aviasiya silah‐ lanması, eləcə də bir sıra döyüş sur‐ satlarının, artilleriya silahlarının bir‐ gə istehsalına hazır olduğunu bəyan edir. Hələ 2012‐ci ildə Pakistanın GİDS
şirkəti və Azərbaycanın Müdafiə Sə‐ nayesi Nazirliyi (MSN) arasında Bakı‐ da bir yerdə “RPB‐1” tipli aviasiya bom‐ balarının istehsalına dair ilkin anlaşma da əldə olunub. Pakistanın Müdafiə Sənayesi İxra‐ cının Təşviqi Təşkilatından (DEPO) “Poliqon”a verilən açıqlamaya görə, Pakistanın hərbi şirkətlərinin yaxın perspektivdə Azərbaycana məhsul ix‐ racına dair marketinq çalışmaları apa‐ rılır. DEPO‐dan bildirilib ki, hazırda bir neçə Pakistan şirkəti – GİDS, POF və PAC tərəfindən Azərbaycana müəyyən məhsulların ixracatı həyata keçirilir. Ölkələr arasında hərbi əlaqələrin yüksək səviyyədə olmasına baxmaya‐ raq, Azərbaycana hərbi məhsulların satış həcminin az olduğunu vurğula‐ yan təşkilat nümayəndələri bildirib‐ lər ki, sözügedən mövzuda Azərbay‐ can yetkililəri ilə görüş və müzakirələr keçirilib. Hazırda bir neçə Pakistan şir‐ kətinin potensial layihələri var. Eyni zamanda Azərbaycan MSN‐in bir müəssisəsi POF şirkəti ilə tərəfdaş qis‐ mində xaricə satışlar həyata keçirir. Pakistan müdafiə sənayesinin apa‐ rıcı qurumu olan Pakistan Ordnance Factories (POF) direktorlar şurasının sədri general‐leytenant Ömər Mah‐ mud Həyat “Poliqon” jurnalına müsa‐ hibəsində bildirib ki, Azərbaycanla bir neçə layihəni nəzərdən keçirirlər. Ge‐ neralın sözlərinə görə, POF rəhbərli‐ yi Azərbaycanın müdafiə sənayesi müəssisələri, o cümlədən Silahlı
Qüvvələrin ayrı‐ayrı strukturları ara‐ sında görüşlər keçirilərək müzakirə‐ lər aparılıb. POF sədri yaxın perspek‐ tivdə bu layihələrdən bir neçəsinin reallaşacağına ümid etdiyini bildirib. General qeyd edib ki, POF və MSN ara‐ sında əməkdaşlığın yaradılması isti‐ qamətində bir neçə görüşlər keçirilib. Azərbaycan MSN nümayəndələri 2016‐cı ilin may ayında Pakistanda POF şirkətinin artilleriya sursatları za‐ vodunda olublar. “POF Pakistan silah sənayesinin aprıcı dövlət müəssisəsidir. Azərbay‐ canla müzakirələrimiz 2016‐ci ildən başlayıb. Müdafiə Sənayesi Nazirliyi‐ nin heyəti bizim müəssisələrdə olub. Onlarla əməkdaşlığın perspektivləri‐ ni müzakirə etmişik. Düşünürəm ki əməkdaşlığımız iki istiqamətdə – ix‐ racat və birgə istehsal formasında ola bilər. Artıq ortada niyyət var. Eyni za‐ manda ixracatla bağlı görüşmələrimiz davam edir. Biz Azərbaycana fərqli la‐ yihələr üzrə texnologiyaların transfe‐ rini də müzakirə edirik. Düşünürəm ki yaxınlarda uğurlu nəticələrə imza atacağıq”, – deyə general‐leytenant Ömər Mahmud Həyat vurğulayıb. GIDS Azərbaycanla yeni layihə‑ lərə hazırlaşır Pakistan müdafiə sənayesinin apa‐ rıcı təşkilatlarından olan GİDS şirkə‐ tinin biznesin inkişafı üzrə direktoru Əsəd Kamal 2020‐ci ildə “Poliqon” jur‐ nalına müsahibəsində bildirib ki, GİDS Azərbaycanla bir sıra məhsulların bir‐ gə istehsalı və texnologiya transferinə dair müzakirələr aparır. Onun sözlə‐ rinə görə, ötən müddətdə GİDS və Müdafiə Sənayesi Nazirliyi arasında bununla bağlı görüşlər keçirilib: “A‐ zərbaycan tərəfi bizim imkanlarımız‐ la yaxından tanışdır. Bu günədək DİN Daxili Qoşunlarına və bir neçə quru‐ ma kiçik həcmli də olsa məhsullar ixrac etmişik. Müdafiə Sənayesi Nazir‐ liyinə daxil olan müəssisələrlə görüş‐ mələrimiz olub və Azərbaycan tərəfi bəzi məhsulların birgə istehsalına ma‐ raqlı olduğunu deyir. Bu istiqamətdə bir neçə görüşümüz olub”. Əsəd Kamal Azərbaycan müdafiə sənayesi müəssisələrinin GİDS‐lə birgə aviasiya bombaları üçün partla‐ dıcılar, dərinlik bombaları, optik sis‐
temlər, proqram təminatlarının hazır‐ lanması sahəsində əməkdaşlığa ma‐ raqlı olduğunu vurğulayıb. Onun sözlə‐ rinə görə, GİDS Azərbaycanla bütün sahələrdə əməkdaşlığa açığıqdır, Azər‐ baycan Ordusu və müdafiə sənayesi ilə təcrübələrini, texnologiyalarını bölüşə bilərlər. GİDS‐in innovativ məh‐ sullarının Pakistan Silahlı Qüvvələri və bir sıra Yaxın Şərq dövlətlərinin or‐ duları tərəfindən istifadə olunduğunu vurğulayan Əsəd Kamalın sözlərinə görə, bu məhsullar öz texnoloji imkan‐ larına görə, xarici analoqları ilə rəqa‐ bət aparır. “Pakistan dünyanın ən böyük si‐ lahlı qüvvələrindən birinə malikdir. Pakistan ordusu daim döyüş vəziyyə‐ tindədir. Həm terrorçularla, həm də Hindistanla sərhəddə döyüş əməliy‐ yatları aparır. Onu da deyim ki, Pakis‐ tan ordusunun istehsalçılar qarşısın‐ da sərt tələbləri var və bu da daha mükəmməl məhsulların istehsalına gə‐ tirib çıxarır”, – deyə Ə. Kamal bildirib. Şirkət rəsmisi onu da əlavə edib ki, GİDS‐in PAKFİRE Artilleriya Atəş İdarəetmə Sistemi, aviasiya bombala‐ rı, aviasiya vasitələri üçün flare ve chaff sistemləri, zenit topları üçün məsafə‐ dən idarəetmə və komanda sistemi, hərbi batareyaları Azəbaycan hərbçi‐ ləri tərəfindən bəyənilib. Məsələn, GİDS tərəfindən Pakistan Ordusunda mövcud olan 37 mm‐lik iki lüləli zenit topları müasirləşdirilib və bunun üçün xüsusi atəş idarəetmə sistemi yaradı‐ lıb. Bununla topun heyəti azaldılıb və idarə etməsi məsafədən, hətta bir ne‐ çə yüz metr uzaqlıqdan, bağlı sığına‐ caqlardan belə həyata keçirilə bilir.
Azərbaycan Ordusunda 23 mm‐lik top‐ lar var. Bu idarəetmə sistemini həmin toplara tətbiq etməklə, heyətin sayını azaltmaq, idarəetməni məsafədən hə‐ yata keçirmək və asanlaşdırmaq, təhl‐ ükəsizliyi təmin etmək mümkündür. Eləcə də bununla silahın hədəfi yüksək sürətlə izləməsi təmin edilir. Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycan və Pakistan arasında güclü hərbi əlaqələr var. Xüsusən də Qara‐ bağ müharibəsi bitdikdən sonra, əla‐ qələrin gücləndirilməsi hər iki dövlə‐ tin diqqət mərkəzindədir. Bu əməkdaşlığın önümüzdəki aylarda və illərdə daha da güclənəcəyi gözlənilir. Ötən illərdə müdafiə sahəsində əmək‐ daşlığın genişləndirilməsinə dair çox sayda görüşlər olub. Əməkdaşlığın da‐ ha da gücləndirilməsi üçün ikitərəfli əlaqələrin gələcəkdə yeni və yüksək mərhələyə keçəcəyi hədəflənib. Pakis‐ tan və Azərbaycan ölkənin müdafiə qabiliyyətlərini artıracaq müdafiə plat‐ formalarını birlikdə inkişaf etdirmək, birgə istehsalatı qurmaq üçün müştə‐ rək şəkildə işləyə bilər. Məsələn, orta və uzaq mənzilli raketlərin yaradılma‐ sında, tank mərmilərinin, partladıcı döyüş başlıqlarının istehsalında, tank modernizasiyasında Pakistanın im‐ kanlarından yararlanmaq olar. Eyni za‐ manda Pakistan Ordusu dünyanın ən böyük ordularındandır və Azərbaycan özü Pakistandan idxal etdiyi kimi, bə‐ zi məhsulları, xüsusilə də zirehli ma‐ şınların, snayper tüfənglərinin, qum‐ baraatanların, digər atıcı silahların Pakistana ixracını gerçəkləşdirə bi‐ lər. PQ
23
“Roketsan”ın “Atmaca” raketi silahlanmaya verilib
“Roketsan” şirkəti tərəfindən milli imkanlarla istehsal edilən “Atmaca” gəmi əleyhinə idarə olunan raket Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib. “Atmaca” gəmi əleyhinə raketin yaradılmasına Türkiyə Hərbi Dəniz Qüvvələrlərinin tələbləri üzrə 2005‐ci ildə “Roketsan” şirkəti tərəfindən başlanılıb. 2018‐ci ilin oktyabrında Türkiyənin Müdafiə Sə‐ nayesi Başqanlığı (SSB) ilə “Roketsan” arasında “Atmaca” raketlərinin HDQ‐ ə tədarükünə dair müqavilə imzalanıb. “Atmaca”, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth‐səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqlikliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək im ‐ kanına sahibdir. 2016‐cı ildən “Atmaca” raketinin sınaqları başlayıb. Bu çərçivədə, 2020‐ ci ilin iyul ayında keçirilən sınaqlar zamanı “Atmaca” raket 200+ km məsafədəki hədəfi yüksək dəqiqliklə vuraraq funksiyalarını mükəmməl formada yerinə yetirib. 2021‐ci ilin iyununda “Roketsan” şirkəti tərəfindən yaradılan “Atmaca” gəmi əleyhinə idarə olunan raketin Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən son qəbul sınaqları keçirilib. Türkiyə HDQ‐yə məxsus “TCG Kınalıada” korvetindən atılan “Atmaca” raketi ilk dəfə gəmi hədəfini dəqiqliklə vurub və sınaq uğurla nəticələnib.
24 www.poliqon.az
Türkiyənin Vitse‐prezidenti Fuat Oktay 2020‐ci ilin noyabr ayından “Atmaca” gəmi əleyhinə raketin seriyalı istehsala başladığını bildirib. “Atmaca”nın Türkiyə Hərbi Dəniz Qüvvələrinin invertarında yer alan ABŞ‐ın 140 km atış mənzilinə sahib “Harpoon” raketini əvəz edəcəyi planlaşıdırılıb. Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mü‐ hərriklə təchiz edilib. Raketin avto‐ matik tuşlanan başlığını və radio‐ lokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800‐ 5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır. AKYA torpedosu Türkiyə HDQ‑nin inventarına daxil edilib “Roketsan” şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan AKYA ağır torpedosu Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarına daxil
edilib. Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) yaydığı mə ‐ lumatına görə, AKYA təlim torpedoları Türkiyə HDQ‐də istifadəyə verilib. AKYA döyüş torpedolarının isə yaxın vaxtlarda HDQ‐nin inventarına girməsi planlaşdırılıb. AKYA torpedoların ilk tədarükləri keçən ilin dekabr ayında həyata keçirilib. “Roketsan” şirkəti HDQ Komandanlığına torpedolarla yanaşı lazımi istehlak materialları, sınaq avadanlığı və logistika materiallarını çatdırıb. İndiyədək 60‐dan çox AKYA torpedosunun atış sınağını həyata keçirən “Roketsan” MUREN kimi döyüş idarəetmə sistemləri ilə inteqrasiya işlərini həyata keçirəcək. 2009‐cu ildən “Roketsan” tərəfindən hazırlanan AKYA torpedosu sualtı platformalar tə ‐ rəfindən sualtı və ya yerüstü hədəflərin məhv edilməsi üçün istifadə ediləcək. Hazırda Türkiyə HDQ‐də fəal şəkildə Almaniyanın DM2A4 və Ame‐ rikanın Mk46 torpedaları istifadə edilir. “Roketsan” şirkəti yerli istehsalla HDQ‐ nin torpedo ehtiyaclarını qarşılamağı planlaşdırıb. “HİSAR‑O+” ZRK‑nin qəbul sınağı tamamlanıb Türkiyənin “Roketsan” və “Aselsan” şirkətlərinin birgə hazırladığı “Hisar‐ O+” orta mənzilli zenit‐raket komp‐ leksinin (ZRK) sınaqları tamamlanıb. Aksaray test‐atış mərkəzində keçirilən son sınaqlar çərçivəsində “Hisar‐O+” ZRK pilotsuz hədəf təyyarəsini uğurla zərərsizləşdirib. Hazırda “Hisar‐O+” ZRK Türkiyə Silahlı Qüvvələrin inventarına qə‐
buledilmə mərhələsindədir. İstifadəçi sınaqları davam etdiyinə görə, “Hisar‐ O+” kompleksi 2022‐ci ilin əvvəlində Türkiyə Ordusunun inventarına qəbul ediləcək. Qeyd edək ki, “Hisar‐O+” kom‐ pleksi təyyarə, “hava‐yer” tipli raket, qanadlı raket və PUA‐lar kimi təhdidlərin qarşısını almaq imkan‐ larına malikdir. “HİSAR‐O” ZRK‐nin inkişaf etdirilmiş “HİSAR‐O+” ver‐ siyasının uçuş məsafəsi 25 kilometrdir.
DSH sisteminin atış sınaqları keçirilib Türkiyənin “Roketsan” şirkəti tə‐ rəfindən sualtı hədəflərə qarşı hazır‐ lanmış DSH (Denizaltı Savunma Harbi) raketi və atıcı sisteminin tədarük edilən ilk partiyasının qəbul‐atış sınağı ke‐ çirilib. Bildirilib ki, Qara dənizdə keçirilən atış sınaqları uğurla başa çatıb. DSH sistemi suüstü platformanın silah idarəetmə sistemi və sonarları ilə inteqrasiyada işləyə bilən və avtomatik idarə etmə qabiliyyətinə malik bir sistemdir. DSH sistemi 500‐ 2000 metr uzaqlıqda və 15‐300 metr dərinlikdə olan sualtı hədəflərə qarşı istifadə oluna bilər. Sistem hədəflərə tək və ya yayılım atəşi edə bilir. DSH sisteminin kütləsi raket yüklü 1200 kq təşkil edir. 196 mm raketin çəkisi
35,5 kq, uzunluğu 1,3 metr, döyüş başlığı 12 kq‐dır. Stabilləşdirilmiş buraxıcı sistem, sonar məlumatı ilə hədəfə avtomatik yönəlir. 6 ədəd raket tutumlu buraxıcı qurğu, əllə istiqamətləndirmə xüsu‐ siyyətinə də malikdir. Atış nəzarət sistemi yerüstü platformadan seyr və hədəf məlumatlarından istifadə edərək lazımi atəş məsafələrini hesablayır. Atışa nəzarət kompüteri ilə dərinlik avtomatik tənzimlənir. Tənzimlənə bilən xüsusiyyətləri sayəsində raketlər istənilən məsafədə və ya dərinlikdə partladılır. Yüksək partlayıcı döyüş başlıqlı DSH raketi həssas sursat xüsusiyyətinə də malikdir. DSH sistemindən buraxılan raketlər arasında atış intervalı 0.8 saniyə təşkil edir. Raket mühərriki az dumanlı kompozit yanacaqla işləyir.
PASSİV RADAR SİSTEMLƏRİ Əhəd Əzizov Ümumilikdə radiolokasiya dedikdə, radiodalğalardan istifadə etməklə müxtəlif obyektlərin yerinin müəyyən edilməsi (koordinatların aşkarlanması və ölçülməsi) və xassələrinin təyin edilməsi üsul və vasitələrini birləşdirən elm və texnologiya sahəsi başa düşülür. Radiolo‑ kasiyanın əsas texniki qurğusu isə radiolokasiya stansiyasıdır (RLS). RLS və ya radar – hava, dəniz və yerüstü obyektləri aşkar etmək, habelə onların məsafəsini, sürətini və həndəsi parametrlərini təyin etmək üçün nəzərdə tutulmuş radiotexniki sistemdir. Sistem radiodalğaların şüalan‑ masının və onların obyektlərdən əks olunmasının qeydiyyatına əsaslanan radiolokasiya metodundan istifadə edir. Bu yazıda radiolokasiyanın passiv növünə baxılacaq və bəzi passiv radar sistemlərinə diqqət yetiriləcəkdir. Ra‐ dar (ingiliscə radar – “radio detection and ranging” anlayışından götürülüb, radio aşkarlama və məsafəölçmə məna‐ sını verir) terminin ingilis dilindəki variantı 1941‐ci ildə səs abreviaturası (RADAR) kimi meydana çıxmış və sonra müstəqil söz kateqoriyasına keçmişdir. Radiolokasiya özlüyündə aktiv, yarı‐ aktiv, passiv reaksiya ilə aktiv və passiv ra dio loka si yaya bölünür. Ra‐ diolokatorlar istifadə olunan radio‐ dalğaların diapazonuna, səs siqnalının növünə, istifadə olunan kanalların sayına, ölçülmüş koordinatların sayına və növünə, həmçinin RLS yerləşmə yerinə görə fərqlənir. Passiv radar. Adi radar sistemləri, adətən, ötürmə və qəbul üçün ümumi
antenanı paylaşan bir ötürücü və qəbuledicidən ibarətdir. Bir impuls siqnalı ötürülür və onun obyektə qədər getməsi və geriyə qayıtması üçün tələb olunan vaxt obyektin fəaliyyət məsafəsini təyin etməyə imkan verir. Passiv radar sistemində xüsusi ötürücü yoxdur. Bunun əvəzinə qəbuledici ətraf mühitdə üçüncü tərəf ötürücülərindən istifadə edir və birbaşa ötürücüdən gələn siqnal ilə obyektdən əks olunan siqnal arasında çatma vaxtının fərqini ölçür. Bu, obyektin bistatik məsafəsini təyin etməyə imkan verir. Passiv radar radio və televiziya stansiyaları, baza mobil rabitə qüllələri və digər radarlar tərəfindən yaradılan şüalanmanı qəbul edərək işləyir. Müha‐ ribə zamanı bunlar ən sadə birdəfəlik şüalandırıcılardır. Passiv radiolo‐ kasiyada hədəfin özü elektromaqnit
şüalanma mənbəyidir və radar bu mənbəyə istiqaməti müəyyən etmək üçün təyin edilmiş qəbuledici rolunu oynayır. Bistatik diapazona əlavə olaraq, passiv radar adətən əks‐sədanın bistatik Doppler effektini, həmçinin onun gəlmə istiqamətini də ölçür. Onlar obyektin yerini, istiqamətini və sürətini hesablamağa imkan verir. Bəzi hallarda, birdən çox ötürücü və/və ya qəbul‐ edicilər bistatik diapazonun, Doppler istiqamətinin çoxsaylı müstəqil ölçmə‐ lərini yerinə yetirmək üçün istifadə edilə bilir və buna görə də son izləmə dəqiqliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Səpələng radar sistemi passiv hədəflər üzrə radiolokasiyanın bir növüdür. Onun xarakterik xüsusiyyəti: ötürücü və qəbuledici qurğular xeyli məsafə ilə ayrılır. Aktiv radiolokasiya, passivdən fərqli olaraq, yalnız hədəfə istiqaməti deyil, onun bütün koor‐ dinatlarını müəyyən etməyə imkan verir. Passiv sistemin üstünlüyü isə lokasiyanın gizli xarakteridir – RLS‐dən şüalanma yoxdur. Radiolokasiyada hədəfin (obyektin) yerini təyin et‐ məkdən ötrü ən çox obyektin fəzada və ya Yer səthində yerini müəyyən etmək üçün səthlərin və ya mövqe xətlərinin istifadəsinə əsaslanan mövqe meto‐ dundan istifadə edilir. Mövqenin səthi özündə parametrin sabitlik şərtinə (istinad nöqtəsinə (məsafə, bucaq və s.) nisbətən ölçülmüş koordinat) cavab verən məkanda nöqtələrin yerini əks etdirir. Uçan aparatın fəzadakı yeri üç mövqe səthinin kəsişmə nöqtəsi kimi tapılır. İki mövqe səthinin kəsişməsi iki parametrin sabit dəyərli nöqtələrin yeri olan mövqe xəttini verir. Fəzada bir nöqtənin təyin edilməsi üçün üç mövqe səthinin və ya xəttin və mövqe səthinin kəsişməsi tələb olunur. Hədəf və dayaq nöqtələrinin eyni müstəvidə tapılması halında, iki mövqe səthi kifayət edir, yəni hədəfin iki koordinatı iki radiolokasiya qurğusu ilə müəyyən edilir. “Passiv radar” termini bəzən səh‐ vən radiotezlik şüalanmaları (məsələn, radar, rabitə və ya şüalanma transpon‐
derləri) ilə təyyarələri aşkarlayan və izləyən passiv sensorları təsvir etmək üçün də istifadə olunur. Bununla belə, bu sistemlər əks olunan enerjidən istifadə etmir və buna görə də daha dəqiq şəkildə ESM (Electronic Support Measure) sistemləri kimi təsvir edilir. Tanınmış nümunələrə Çexiyanın “Ra‐ mona”, “Tamara” və “Vera‐E”, Ukray‐ nanın “Kolçuqa” sistemlərini göstərmək olar. Passiv radarların tipik işıqlan‑ dırıcıları. Passiv radar sistemləri bir neçə növ işıqlandırma mənbələrindən istifadə edir: analoq televiziya siq‐ nalları; FM‐radio siqnalları; mobil telefon baza stansiyaları; rəqəmsal audio yayımı; rəqəmsal video yayımı; Şimali Amerikada yerüstü yüksək dəqiqlikli televiziya (HDTV – High Definition Television) ötürücüləri; GPS peyklər (GPS‐ reflektometriya). Peyk siqnalları ya gücün çox aşağı olması, ya da peyklərin orbitlərinin işıqlandır‐ masının çox nadir olması səbəbindən passiv radarların istifadəsi üçün adətən qeyri‐adekvatdır. Bunun mümkün istisnası peyk əsaslı radar və peyk əsaslı elektron sistemlərin istifadəsidir. 2011‐ci ildə Embry‐Riddle Aviasiya Universitetinin tədqiqatçıları təyyarə‐ lərin yerini müəyyən etmək üçün ucuz yerüstü stansiyası olan XM Radio‐dan istifadənin uğurunu təsdiqləyən nəti‐ cələri açıqlamışlar. TwInvis sistemi. Almaniyanın “Hensoldt AG” (“Hensoldt”) şirkəti tərəfindən “TwInvis” passiv radar sistemi yaradılıb. “TwInvis”, müşahidə və vəziyyət məlumatlılığı dünyasına yeni ölçü əlavə edən passiv radardır. O, həlledici istismar üstünlükləri təklif edir. Belə ki, ötürülən enerjinin olma‐ ması səbəbindən onun yerləşmə yerini müəyyən etmək mümkün deyil və hədəfləri tapmaq üçün onlardan heç bir şüalanmaya ehtiyac yoxdur. Sistem radio və televiziya yayımı ötürücü‐ lərinin mövcud elektromaqnit enerjisindən istifadə edir və obyekt tərəfindən əks olunarkən onların əks‐ sədasını qiymətləndirir. Hərbi sahədə “Twinvis” bir sıra üstünlükləri özündə birləşdirir. Yüksək hərəkətliliyinə əlavə olaraq, sistemin özü görünməz olaraq qalır və buna görə də istiqamət‐ ləndirilmiş bir fəaliyyətlə bloklana və ya məhv edilə bilmir. Eyni zamanda, o, indiyədək adi radar sistemləri üçün aşağı müşahidə olunma texnologiyasına
malik olmasına görə aşkar edilə bilməyən görünməz (stealth, stels) təyyarələri aşkar etməkdən ötrü də istifadə edilə bilər. “TwInvis” passiv radarının əsas xüsusiyyətlərinə 360° azimut əhatəsi, 3D rejimində 200‐ə qədər təyyarəni izləmə imkanı, 250 km‐ ə qədər FM diapazonu – 300‐500 m dəqiqlik, 100 km‐ə qədər DAB/DVB‐T diapazonu – 50‐100 m dəqiqlik, 16 FM ötürücünün, 5 DAB və 5 DVB‐T şəbəkəsinin real vaxt birləşməsi, <1,5 saniyəlik antena və izləmə arasında gecikmə, <0,5 saniyəyə bərabər izləmənin yeniləmə sürəti və < 5kW həcmində aşağı enerji istehlakı aiddir. Məlumatlar formatı ASTERİX‐dir, rabitə isə Ethernet əsaslıdır, tapşırıq planlaş‐ dırma aləti ilə təchiz edilib. Bunlardan başqa, sistem asan açıla bilir, yüngül çəkiyə malikdir və ona xidmət göstə‐ rilməsi asandır. İstehsalçının sözlərinə görə, satınalma qiyməti aşağıdır, dönmə hissələrinin, ötürücü və COTS kom‐ püterlərinin tələb olunmaması səbə‐ bindən texniki xidmət ucuz başa gəlir. Bu sistem, hava hücumundan müdafiə, böyük hadisələrdən müdafiə və ya hava hərəkətinə nəzarət kimi tətbiqlər üçün tamamilə yeni imkanlar açır. “TwInvis” sistemi eyni vaxtda çoxlu tezlik diapazonunu təhlil edərək hava məkanının dəqiq təsvirini əldə edir. Məsələn, 16‐ya qədər FM ötürücü (analoq radio) üstəgəl bir neçə DAB və DAB+ (rəqəmsal radio) ötürücüləri, həmçinin DVB‐T və DVB‐T2 (rəqəmsal, yerüstü televiziya) tərəfindən istifadə edilən 5 tezlik eyni vaxtda təhlil edilə bilir. Bundan başqa, yeni nəsil “Hensoldt” proqram təminatı diapazon və aşkarlama dəqiqliyi baxımından
görünməmiş istehsalat imkanı təmin edir. Sadə qəbuledicilər kimi fəaliyyət göstərən “TwInvis” passiv radar sis‐ temi, radio və televiziya stansiyaları ki‐ mi mövcud üçüncü tərəf şüalanmaların əks etdirdikləri siqnalları təhlil edərək təyyarələri aşkarlayır. Mülki tətbiqlərdə passiv radar sistemi heç bir əlavə şüalanma olmadan və çatışmayan ötürmə tezliyindən istifadə etmədən hava hərəkətinə iqtisadi səmərəli nəzarət etməyə imkan verir. Hərbi tətbiqlərdə sistem şəbəkəyə qoşulmuş qəbuledicilərdən istifadə edərək geniş ərazilərə nəzarət etməyə imkan verir, eyni zamanda passiv radar sistemlərinin düşmən tərəfindən aşkarlana bilməməsi üstünlüyünü təklif edir. Üstəlik, heç bir dövlət orqanının icazəsi tələb olunmur. Şüalanma olmadığı üçün sistemin tez bir zamanda yerləşdirməyə hazır olması, eləcə də şəhər yerlərində istifadəsi təmin olunur. Bu isə, yeni texnologiyanın daha bir üstünlüyünə gətirib çıxarır: sistem əhatə dairəsinin əvvəllər kifayət qədər olmadığı yerlərdə, xüsusən də, dağlıq ərazilərdə istifadə oluna bilir. Fransanın “uçan passiv radarı”. Bir neçə il öncə bəzi kütləvi informasiya vasitələrinin xəbərlərinə görə Fransa Hərbi Hava Qüvvələri təyyarələrdə quraşdırmaq üçün nəzərdə tutulmuş perspektivli passiv elektron stansiyanı sınaqdan keçirib. Bu layihə Fransa Hərbi Hava Qüvvələri Tədqiqat Mərkəzinin (CReA), ONERA və SONDRA Laboratoriyasının – ONERA, Centrale‐ Supélec Məktəbi, Sinqapur Milli Universiteti və Sinqapur Müdafiə Araşdırma Laboratoriyası (DSO) birgə
Fransanın “uçan passiv radar” sistemi
27
“Cassidian” şirkətinin passiv radar sistemi
əməkdaşlığı sayəsində hasilə gəlib. Yeni radar digər passiv sistemlərdən hava hədəflərini onlardan əks olunan rəqəm‐ sal yerüstü televiziyanın siqnalları ilə aşkar etmək qabiliyyətinə görə fərq‐ lənir. Yeni radiolokasiya stansiya aşağı Finlandiyanın “Patria Group” şirkətinin istehsalı olan MUSCL passiv radar sistemi
28 www.poliqon.az
sürətlə və hündürlükdə olan təyyarələri aşkar etmək üçün təyin edilib. Sınaqlar zamanı radar “ONERA Busard” planerində quraşdırılıb və iki saat havada qalıb. Bu uçuş zamanı radarın birbaşa və əks olunan televiziya siqnallarını qəbul və emal etmək qabiliyyəti yoxlanılıb. Planer layihə üçün, xüsusən də asqı (POD) qurğusuna inteqrasiya etməkdən ötrü xüsusi olaraq hazırlanmış tam qəbuletmə sistemini təchiz edilmişdir. Hədəfləri aşkar etmək üçün radar, təkcə televiziya ötürücülərinin əks olunan siqnallarından deyil, həm də radiostansiyaların və mobil rabitə qüllələrinin yaydığı dalğalar da daxil olmaqla hər hansı digər əks olunan elektromaqnit dalğalarından istifadə edə bilir. Passiv radarın üstünlüyü onun elektromaqnit şüalanma vasitələrinə görünməməsidir. Bu radar yalnız elektromaqnit dalğalarını qəbul etməyə qadirdir, lakin onları özündən yaymır. Sözügedən yeni texnologiya görünməz qalaraq aşağı hündürlükdə və aşağı sürətlə hərəkət edən potensial hava təhlükələrini aşkar etmək imkanı təklif edir. Yeni radar sisteminin əsas xü‐ susiyyəti ondan ibarətdir ki, o, yalnız qəbuledici rolunu oynayır və artıq ətraf mühitdə mövcud olan elektromaqnit şüalarından istifadə edir. Bu isə, hə‐ qiqətən, rəqəmsal yerüstü televiziya (TNT – Télévision Numérique Terrestre) ötürülməsi kimi mülki ötürücülər tərəfindən yaradılan əks‐ sədalardan istifadə etmək məsələsidir.
“Cassidian” şirkətinin passiv radarı. EADS Avropa müdafiə şir‐ kətinin “Cassidian” bölməsi stels‐ təyyarələr kimi çətin görünən hədəfləri belə aşkar etməyə qadir olan passiv radar (Cassidian Passive Radar) işləyib hazırlayıb. Yeni stansiyanın özünün işini aşkar etmək mümkün deyil. Radar ən son rəqəmsal qəbuledici imkanlarını və təkmil siqnal emalı texnologiyalarını birləşdirir ki, bu da müxtəlif hədəflərin aşkarlanması məsafəsini və dəqiqliyini əhəmiyyətli dərəcədə artırıb. Passiv radar texnologiyasındakı irəliləyişlər sayəsində “Cassidian” şirkəti, şüalanan radarların istifadə edilə bilməyəcəyi və ya məhdud dərəcədə istifadə olunduğu hərbi və mülki hava məkanına nəzarət sistemlərini inkişaf etdirmək niyyətin‐ dədir. Hərbi məqsədlər üçün belə radarlar şəbəkə qəbuledicilərinin məlu‐ matlarından istifadə edə, həmçinin düşmən üzərində həlledici əməliyyat üstünlüyü təmin edə bilər. Şüalanan radarlardan müxtəlif növ radio‐ siqnalların qəbulu stels‐təyyarələri və stels‐gəmiləri aşkar etməyə imkan verəcək. Yeni texnologiyanın digər üstünlüyü onun “radiolokasiya kölgəsi” adlanan zonalarda, o cümlədən dağlıq ərazilərdə hədəfləri aşkaretmə qabiliy‐ yətinin artırılması, həmçinin son dərəcə aşağı sürətlə və yüksəklikdə uçan hədəfləri aşkar etmək imkanıdır. Passiv radar yüksək aşkaretmə‐yenilənmə sürətinə malikdir (hər 0,5 saniyədən bir); 360 dərəcə müstəvini əhatə edir; təxminən 40.000 fut (təqribən 12,2 km)
hündürlüyə qədər 3D imkanına malik‐ dir. Sistem maksimum 200 kilometr (125 mil) məsafədə yerləşmə yerinin dəqiqliyini 500 metr (1650 fut) təmin etmək üçün eyni vaxtda səkkiz FM ötürücüdən istifadə edə bilir. Eyni anda yalnız bir DAB tezliyi və bir DVB‐T tezliyindən istifadə edilə bilir, lakin daha qısa maksimal 50 kilometr (30 mil) məsafədə 10 metr (33 fut) dəqiq‐ liyə nail olmaq mümkündür. İstehsalçı‐ nın qeyd etdiyi kimi, “Cassidian” passiv radar sistemi hər üç diapazondan məlumatları birləşdirə bilər. MUSCL passiv radarı. Finlan‐ diyanın “Patria Group” şirkətinin istehsalı olan MUSCL passiv radarı bir çox MUSCL (Monotonic Upstream‐ centered Scheme for Conservation Laws) stansiyalarından istifadə etməklə həm avtonom, həm də şəbəkəyə qoşulmuş etibarlı, gizli və asanlıqla yerləşdirilə bilən hava məkanına nəzarəti təmin edən passiv radar sistemidir. Sistem imkan mənbələri kimi xarici yayım siqnallarından istifadə edir. O, heç bir siqnal izi qoymur, onu düşmənin kəşfiyyat vasitələri və radiasiya əleyhinə raketləri üçün faktiki olaraq görünməz edir, həmçinin şəhər ərazilərində təhlükəsiz yerləşdirmə və istifadə təmin olunur. Multistatik əməliyyat həndəsəsi və adi hava məkanı müşahidə radarlarına nisbətən daha aşağı iş tezlikləri ilə MUSCL erkən xəbərdarlıq imkanlarını təmin edərək az gözəçarpan və kiçik hədəfləri aşkar edə bilir. Yayım siqnal‐ larının sıx şəbəkəsindən istifadə aşağı hündürlükdə hədəfləri aşkar etməyə imkan verir. Əsas xüsusiyyətlərinə hərbi hava müşahidəsi zamanı yüksək döyüş qabiliyyəti, yüzlərlə kilometrə qədər müşahidə məsafələri üçün 360O əhatə dairəsi, 100‐dən çox hədəf üçün hava vəziyyətinin təsvirinin yenilənmə‐ sinin yüksək sürəti, PUA, dron, sursat və görünməz hədəflərin aşkarlanması, eləcə də hədəflərin təsnifat və tanın‐ ması məqsədləri üçün hava hədəfinin konkret tipli haqqında məlumatın verilməsi aiddir. “Vera‑NG” passiv radar sistemi. Çexiyanın “Omnipol Group” korpo‐ rasiyasının tərkibinə daxil olan “ERA” şirkətinin istehsalı “ESM Tracker (PET) VERA‐NG” passiv radarı, diferensial gəliş zamanının çoxaldılmasından (TDOA – Time Difference Of Arrival) istifadə edən ən qabaqcıl passiv mü‐
şahidə sistemidir. Unikal sistem hava, quru və dəniz hədəflərinin aşkar‐ lanması, lokallaşdırılması, izlənilməsi və identifikasiyası, həmçinin impulslu və davamlı dalğa siqnallarının müs‐ təsna təhlili üçün təyin edilib. “VERA‐NG” qonşu ölkələrə xəbərdarlıq etmədən transsərhəd, uzunmüddətli və uzun məsafəli mü‐ şahidələri dəstəkləyir. Sistem sıfır elektromaqnit enerjisi yayır ki, bu da onu “görünməz” edir, yəni “görür”, amma “özü görünmür”. O, həmçinin isti‐ nad bazası üçün ESM məlumatlarının toplanması, işlənməsi və qiymətlən‐ dirilməsindən ötrü strateji ELINT (Electronic Intelligence) məlumatını təqdim edir. “VERA‐NG” passiv radar sistemi müasir təhdidlərə uyğun‐ laşdırılmış passiv radar innovasiyasıdır. Əsas xüsusiyyətləri multistatik passiv nəzarət sistemindən, TDOA prinsipinə əsaslanan yüksək dəqiqlikli hədəf loka‐ lizasiyasının (2D, 3D) pelenqatorları üstələməsindən, hədəfləri, o cümlədən PUA‐ları real vaxt rejimində izlə‐ məsindən, siqnal parametrlərinin dəqiq ölçülməsindən, impuls və davamlı dalğaların (CW – Continuous Wave) emalından, ELINT analizindən (daxili və impulslararası), uyğun olmayan hədəf‐ lərin avtomatik identifikasiyasından (NCTI – Non‐Cooperative Target Identification), AirC2 hava koman‐ danlığı və nəzarəti (Air Command and Control) və EWC2 (EDIUS WaveForm Cache) uyğunluğundan, mobil/sta‐ sionar olmasından və məsafədən idarə edilməsindən ibarətdir. Radar 400 km‐ ə qədər məsafədə 2D/3D rejimlərdə və 360O əhatə dairəsində hədəfləri izləyə bilir. Azimutal dəqiqliyi 0,01O təşkil edir. Real vaxtda 500 izləmə yerinə yetirir. “Tropa” passiv radarı. Rusiyanın “OKB‐Planeta” müəssisəsi tərəfindən havadan aşkar edilə bilməyən passiv radar yaradılıb. Radar təyyarələr və kəşfiyyat PUA‐ları üçün görünməzdir. “Tropa” artıq sınaqlardan keçirilib və stansiya təyyarənin şəhərdəki rabitə qüllələrindən əks olunan siqnalını tutub. Bu radarda da sadə ideya tətbiq olunub – sistem televiziya yayımı və mobil rabitə qüllələrindən əksi istifadə edir, yəni radar yalnız qəbul üçün işləyir və özü heç nə şüalandırmır. Beləliklə düşmənin radiotexniki kəşfiyyat avadanlığı tərəfindən “görünmür və eşidilmir”. Bir çox hərbi ekspertlərin fikrinə görə, bu texnologiyanın aşkar‐
lama diapazonu yüzlərlə kilometrə bərabərdir. Təkcə, təyyarəni aşkar etmək deyil, həm də onun yaydığı siqnallar külliyatı ilə onun tipini və üzərində quraşdırılmış avadanlığı təyin etmək mümkündür. Onlar hesab edirlər ki, radar həm hərbi, həm də mülki sahədə öz tətbiqini tapacaq. Hərbçilər üçün bu texnologiya həm də görün‐ məzliyi ilə maraqlıdır. Belə ki, şüalanma antenası yoxdur və müvafiq olaraq, onu aşkar etmək və şüalanan radara yönəl‐ miş antiradar raketini tuşlamaq faktiki olaraq mümkün deyil. Radar mülki sahədə, hava məkanına nəzarət üçün də tətbiq oluna bilir. Onu da qeyd etmək lazımdır ki, bu texnologiya böyük təkmilləşmə potensialına malikdir, çün‐ ki onun əsas hissəsi kompüter proqram təminatıdır. Rusiya KİV‐nin bildirmə‐ sinə görə, artıq potensial müştərilər, o cümlədən güc strukturları və toxunul‐ mazlığı təmin etmək və özlərini casus dronlardan qorumaq istəyən fərdi müştərilər “Tropa” ilə maraqlanır. Türkiyə şirkətlərinin inkişafları. Türkiyədə passiv radar sahəsində əhə‐ miyyətli işlər “Tübitak Bilgem”, “Aselsan”, “Havelsan” və “Havelsan Çexiyanın “ERA” şirkətinin istehsalı “VERA‑NG” passiv radar sistemi
29
Türkiyənin PARS layihəli passiv radar sistemi EHSİM” şirkətləri tərəfindən aparılır. Passiv yayım aşkaretmə sistemi “Tübitak” tərəfindən başladılıb. Layihə ilə qarşıya qəbuledici sistemlərlə təyya‐ rədə müxtəlif yayımları təsbit edə bilən, əldə edilən məlumatları rəqəmsal emal edən, heç bir yayım etmədən mənbələri aşkar edib izləyə bilən bir sistemin yaradılması məqsəd qoyulmuşdu. Bundan başqa, “Tübitak” layihəsi ilə “Havelsan EHSİM” şirkətində yerüstü TV/radio ötürücülərindən istifadə edərək aviasiya vasitələrini aşkarlaya və izləyə bilən Passiv Birləşmələri Aşkaretmə Sistemi (PBAS – Pasif Bileşik Algılama Sistemi / Passive Compound Detection System) tətbiq olunub. “Aselsan” şirkətinin Radar, Radio‐ elektron Mübarizə və Kəşfiyyat Sis‐ temləri (Radar, Elektronik Harp ve İstihbarat Sistemleri – REHİS) Sekto‐ runun Radar Sistemləri Mühəndisliyi bölməsi passiv radar araşdırmalarını belə izah edib: “Türkiyədə bu mövzuda araşdırmalar aparılıb. Söhbət iki növ passiv radar qeyd olunur. Bunlardan biri aviasiya vasitələrində naviqasiya üçün istifadə edilən avionik cihazlardan yayılan yayımları dinləməklə daha çox radioelektron mübarizə sistemi kimi işləyən PYAS (Pasif Yayın Algılama Sistemi – passiv yayım aşkarlama sistemi) yayımlardır. PYAS müxtəlif yerlərdə yerləşən qəbuledicilərlə hava hədəflərində müxtəlif aşağı və yuxarı tezlik diapazonlu elektromaqnit enerji mənbələrinin yayımlarını/siqnallarını
30 www.poliqon.az
tutur və üçölçülü (3D) məkanda hədəfin mövqelənməsini həyata keçirir. Hava hədəflərindən yayımlanan aşağı tezlik diapazonunda siqnallar Mod 1, 2, 3AC, Mod‐S, TDL (Link 16) və TACAN‐ dır. Üst tezlik diapazonunda isə siqnallar Radar və RF müdaxilələrindən qaynaqlanır. Digəri isə PBAS‐dır, əsasən radio və ya televiziya stansiyalarının verilişlərinin hədəfə dəyib bizim qəbul‐ edici antenalarımıza gəlməsi nəti‐ cəsində və ya yayımımız olmadığı halda, onlar mobil ötürücü mənbələrlə yaradılır. Bu mənada sistem bir az multistatikə bənzəyir. Bu məsələ ilə bağlı işlər də davam etdirilir. Bir sıra prototiplər də hazırlanmışdır. Bunlar araşdırmalı olduğumuz məsələlərdir. Burada şəbəkələşmiş işdə yaradılmış məlumatların vahid mərkəzdə birləş‐ dirilməsi və oradan izlərin silinməsi kimi yüksək məlumatların vahid mərkəzə ötürülməsində rabitə prob‐ lemlərini həll etmək lazımdır.” Şirkət tərəfindən paylaşılan təqdi‐ matda fərqli passiv radar sistemləri ilə ortaq mənzərə yaratmaq konsepsiyası yer alır. Konsepsiyada Türkiyə Silahlı Qüvvələrinin (TSK) kommunikasiya infrastrukturu olan TSK NET açıq şəkildə görünərkən, SSB tərəfindən Məlumat Sorğu Sənədi paylaşılan PARS ilə eyni adlı bir terminal adlandırılması görünür. Bundan başqa, təqdimatda tam vəzifəsi açıqlanmayan PEAS (ehtimal olunur ki, Performance Environment Actuators Sensors ‐
Performans Ortamı Aktüatörleri Sensörler bildirir) adlı başqa bir sistem də var. Bu baxımdan Türkiyənin havada aşkarlama və izləmə işləri üçün passiv radar sahəsində ciddi araşdırmaların olduğu qiymətləndirilir. Ayrıca, passiv radar tədqiqatlarında verilənlərin birləşdirilməsi və şəbəkə tərəfindən dəstəklənən struktur təsviri gələcək nəsil aşkarlama və diaqnostika sistemləri üçün vacibdir. PARS layihəsi üçün passiv radar sistemi həllində 16 maşından və PARS uzaqdan radar kontrol terminalından (PURKT) ibarət olan sistemə əlavə maşın kimi daxil edilən ayrıca 2 mobil məlumat mənbəyi maşını və rele maşını bu vasitələrə TSK‐NET vasitəsilə qoşulur. Ərazidəki passiv radarlar arasında olan və 3 aşkaretmə maşını və 1 ədəd məlumat inteqrasiyası və kontrolu maşını və PEAS sistemi barədə məlumatlar şirkət tərəfindən açıqlanmır. Bəzi məlumatlara görə, PEAS PARS layihəsinin optik sensorlarla təchiz edilmiş alt sistemidir. “Tübitak Bilgem” İnformasiya Texnologiyaları İnstitutu (BTE) Radar Sistemləri şöbəsi, İstanbul Medipol Universiteti və Gebze Universiteti ilə birgə həyata keçirilən PYAS layihəsi çərçivəsində milli resurslara əsas‐ lanaraq Hərbi Hava Qüvvələri üçün unikal passiv radar sistemi hazırlayıb. Hazırda sınaqları davam etdirilir. “Havelsan EHSİM” şirkətinin qalibi olduğu tender Türkiyə Hərbi Hava
Qüvvələri Komandanlığının ehtiyacları üçün PBAS inkişafı “Tübitak Savtag” tərəfindən maliyyələşdirilən Ar‐Ge layihəsi olaraq başladılıb. Layihənin məqsədi analoq FM radio, rəqəmsal radio (yerüstü) və rəqəmsal TV yayımlarından istifadə edən PBAS inkişaf etdirməkdir. Layihə çərçivəsində ilk olaraq passiv radar siqnallarının alınması və qeydiyyatı sistemi (STKS) istehsal edilmiş və bu sistemlə toplanan məlu‐ matların sistem alqoritmləri hazır‐ lanmışdır. STKS kommersiya avto‐ mobilinə inteqrasiya edilmiş, FM və DAB diapazonları üçün antenalar isteh‐ sal edilmiş, antena şüalarını forma‐ laşdıran qurğular və qəbuledicilər hazırlanmış, daha sonra qəbuledici və antenalar STKS avtomobilinə yerləş‐ dirilmişdir. SKTS vasitəsi ilə siqnalları və məlumatları toplamaq üçün sahə sınaqları aparılmışdır. Toplanmış və qeydə alınmış siqnalların laboratoriya mühitində tədqiqi ilə hədəf aşkarlama və izləmə alqoritmləri hazırlanmışdır. “Havelsan EHSİM” şirkətinin 4 nəqliyyat vasitəsindən ibarət PBAS/STKS məhsulu “Tübitak Bilgem” tərəfindən hazırlanmış və 4 ayrı konteynerdən ibarət PYAS ilə inteqra‐ siya və ya qarşılıqlı əlaqədə fəaliyyət göstərə bilər. PBAS/STKS və PYAS sistemləri aşağı radiolokasiya görün‐ məsi sayəsində HİSAR‐O/RF üçün hazırlanmış Land Rover Defender TTA şassisi üzərində qurulmuş elektro‐optik sistem maşını tərəfindən dəstəklənir. “Havelsan” şirkəti ilə Ukraynanın “Ukroboronprom” dövlət müdafiə sənayesi müəssisəsi arasında PASİS birgə istehsalına dair 2016‐cı ildə Anlaşma Memorandumu imzalanıb. Bundan sonra, Kiyevdə keçirilən “Silah və Təhlükəsizlik‐2016” sərgisi zamanı “Havelsan” şirkəti bu dəfə “Ukroboron‐ prom”un nəzdində olan “Ukrinmaş”
dövlət şirkəti ilə passiv radar istehsalı üçün əməkdaşlıq müqaviləsi imzalayıb. Layihə ilə qarşıya Türkiyə və Ukray‐ nanın uzaqdan zondlama qabiliyyətini 600 km məsafəyə qədər artırmaq məqsədi qoyulub. Razılaşmaya əsasən, yeni passiv radar sisteminin yara‐ dılması işləri Türkiyə tərəfindən maliy‐ yələşdiriləcək və əldə edilən məhsul dünya bazarında tanınmış “Kolçuqa” passiv radarından fərqli olacaq (ESM/EDT sistemi 800 km məsafəni aşkar edə bilir). Yeni deyil, bəs fərqi nədir? Uzaq ötürücüdən əks olunan ətraf radio‐ siqnallardan istifadə edərək passiv radar aşkarlama konsepsiyası yeni deyil. Yaxın tarixə qısa nəzər saldıqda və keçmiş zamanların radiotexniki kəşfiyyat stansiyalarını (RTK) araş‐ dırdıqda ortaya bir neçə sual çıxır: Müasir dövrdə inkişaf etdirilmiş passiv radar sistemləri ilə mövcud RTK stan‐ siyaları arasında fərq nədən ibarətdir? Çexiyanın “Ramona”, “Tamara” və “Vera‐E”, Ukraynanın “Kolçuqa” RTK sistemləri passiv radar sistemlərindən nə ilə fərqlənir? Fərq ondadır ki, bu sadalanan RTK stansiyaları təyyarənin elektron avadanlığından şüalanmanı aşkarlayır. Əgər təyyarə radiosusma rejimində uçarsa və ya dar istiqamətli
“Havelsan EHSİM” şirkətinin PBAS/STKS məhsulu “Tübitak Bilgem” tərəfindən hazırlanmış PYAS ilə inteqrasiya və ya qarşılıqlı əlaqədə fəaliyyət göstərə bilər.
şüalanmadan istifadə edərsə, o zaman RTK heç nə aşkar edə bilmir. Qeyd etmək lazımdır ki, ABŞ‐ı “dağıdan” yeni alman “TwInvis” texnologiyası eyni vaxtda ilkin siqnalı, məsələn, işlədiyi yer məlum olan kənar televiziya ötürücüsü ilə eyni, lakin təyyarədən əks olunan siqnalı və məsafəni alaraq, təyyarəyə qədər olan məsafəni bu siqnallar arasındakı vaxt fərqi ilə müəyyən edir. Cari tədqiqatlar. Passiv radar sistemləri ilə bağlı tədqiqatlar bütün dünyada artan maraq doğurur. Müxtəlif açıq mənbə nəşrləri fəal tədqiqat və inkişafları göstərir. Bunlara misal olaraq: ABŞ‐da Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyalarını, “Lock‐ heed‐Martin Missiya Systems” və “Raytheon” şirkətlərini, Vaşinqton Universitetini, Georgia Tech / Georgia Tech Araşdırma İnstitutunu və İllinoys Universitetini; Böyük Britaniyada “Roke Manor Research” mərkəzini, “QinetiQ” və “BAE Systems” şirkətlərini, Bir‐ mingham Universitetini, London Universitet Kollecini; Fransada ONERA hökumət laboratoriyaları daxil olmaqla bir neçə şirkəti; Almaniyada Fraun‐ hofer‐FHR‐dəki laboratoriyalar daxil olmaqla bir neçə şirkəti; Polşada Varşava Texnologiya Universiteti daxil
olmaqla bir neçə şirkəti; NATO‐da Niderlanddakı C3 Agentliyini göstər‐ mək olar. Həmçinin Çin, İran, Avstraliya, İtaliya və Cənubi Afrikada da bir neçə dövlət və ya universitet laboratori‐ yalarında bu texnologiya üzərində fəal tədqiqatlar aparılır. Sistemin aşağı qiyməti bu texnologiyanı universitet laboratoriyaları və büdcəsi məhdud olan digər agentliklər üçün xüsusilə cəlbedici edir, çünki əsas tələblər daha az texniki təchizat və daha çox alqoritmik mürəkkəblik və hesablama gücüdür. Hazırda bir çox cari tədqiqatlar müasir rəqəmsal yayım siqnallarının istifadəsinə yönəlib. ABŞ HDTV standartı passiv radarlar üçün xüsusilə yaxşıdır, çünki o, əla qeyri‐müəyyənlik funksiyasına və çox güclü ötürücülərə malikdir. Dünyanın əksər yerlərində istifadə olunan DVB‐T rəqəmsal televiziya standartı və onunla əlaqəli DAB rəqəmsal audio standartı daha mürəkkəbdir, ötürücü gücü daha aşağıdır və bir çox şəbəkələr bütün ötürücülərin işlədiyi zaman və tezlik üzrə sinxronlaşdırılmış “vahid tezlikli şəbəkə” rejimində konfiqurasiya edil‐ mişdir. Diqqətli emal olmadan, passiv radar üçün xalis nəticə müxtəlif sus‐ durucu retranslyatorlara bənzəyir. Passiv radar aşkarlama sistem‑ lərinin perspektivləri. Hədəfin koor‐ dinatlarını müəyyən etmək üçün ən azı iki, ən yaxşısı isə üç və ya daha çox qəbuledici antena olmalıdır. Buna uyğun olaraq sistem bistatik və ya mul‐ tistatik radiolokasiya adlanır. Bu arada qeyd etmək yerinə düşər ki, artıq Rusiyada və bir çox xarici ölkələrdə, sıx
32 www.poliqon.az
mobil rabitə ilə əhatə olunmuş böyük şəhərlərdə və şəhərətrafı ərazilərdə 9 baza mobil rabitə qülləsi üçün bir qəbuledicili multistatik passiv radarlar yerləşdirilmişdir. Gələcəkdə az enerji sərfiyyatı tələb edən multistatik qəbul‐ edicilərin pilotsuz uçuş aparatlarında (PUA) quraşdırılması və dar isti‐ qamətləndirilmiş radiokanallardan istifadə edərək yüksək istehsalat imkanlı kompüterlərlə təchiz edilmiş yerüstü stansiya ilə vahid sistemə qoşulması nəzərdə tutulur. Bistatika əks olunan şüalanma əsasında işləyir, lakin burada söhbət şüalanmanın qüllələrə qaldırılmış (eləcə də perspektivdə PUA‐ larda) həm ötürücülü, həm də qəbuledicili multistatik radiolokasiya‐ sından gedir. Müsbət və mənfi cəhətləri. Xatırladaq ki, hazırda passiv radar sistemlərinin həm tərəfdarları, həm də əleyhdarları mövcuddur. Və bu tərəflər arasında uzun müddətdir mübahisələr davam edir. Texnologiyanın tərəfdarları aşağıdakı üstünlükləri qeyd edirlər: alış xərclərinin daha aşağı olmasını; ötürücünün və hərəkət edən hissələrin olmaması səbəbindən aşağı istismar və texniki xidmət xərclərinə malik olmasını; gizli əməliyyatların yerinə yetirilməsi imkanını, o cümlədən tezliklərin bölüşdürülməsinə ehtiyacın olmamasını; fiziki (qabarit ölçüləri) cəhətdən kiçik və buna görə də adi radarların açıla bilmədiyi yerlərdə asanlıqla yerləşdirilə bilməsini; adətən saniyədə bir dəfəyə bərabər tez yeniləmələrin mövcudluğunu; maneə‐ lərin yaradılması mürəkkəbliyini; radiasiya əleyhinə raketlərə qarşı müqavimətin mövcudluğunu.
Texnologiyanın əleyhdarları aşağı‐ dakı çatışmazlıqları səsləndirirlər: yetişməmişliyi; üçüncü tərəf işıqlandırıcılarına etibar olunmasını; ərazidə yerləşdirmə mürəkkəbliyini; 1D/2D rejimlərində işləmə, lakin 3D rejimi üçün 2 fərqli sistemdən (hündürlük + məsafə) istifadə etmək mümkünlüyünü. Mütəxəssis rəyi. Bəzi hərbi mü‐ təxəssislər bildirilər ki, passiv sistem yuxarı yarımkürədə onların əksini axtarmaq üçün mülki televiziya və radio ötürücülərinin siqnallarından istifadə edir. Bu cür ötürücülərin gücünü nəzərə alsaq, bu, çox real bir işdir. Bu sistemin ikinci üstünlüyü isə məkan olaraq ayrılmış ötürücü və qəbuledici üçün təyyarənin güzgü əksindən istifadə edilməsidir. Almaniyanın “TwInvis” passiv radar sistemi Polşada yerləşən güclü ultraqısa dalğalı (UQD, VHF – very high frequency) metrlik diapazonlu yayım ötürücüləri ilə birlikdə bistatik rejimdə işləyir. Bu radiodalğalar dia‐ pazonunda stels texnologiya yalnız silahlanmadan çıxarılan yeganə F‐117 təyyarəsinin malik olduğu tinli planer tərəfindən təmin edilə bilir. Nəticə. Qeyd edildiyi kimi sistemin həm tərəfdarları, həm də əleyhdarları mövcuddur. Və bu tərəflər sistemin ətrafında uzun müddətdir ki, mübahisə edirlər. Tərəfdarların fikrincə unutmaq lazım deyil ki, “stealth” görünməzlik demək deyil, əleyhdar olan ABŞ mütəxəssisləri isə bunu əsla eşitmək istəmir. Əslində, “stealth” termini “az nəzərə çarpan” mənasını verir. Yəni, əgər adi bir təyyarəni, məsələn, 500 km məsafədən “sezmək” olarsa, o zaman “stealth” təyyarəni 150‑200 km məsafədən “sezmək” mümkündür. Qeyd edək ki, “stealth texnologiya”nın boş şey və effektiv səpələnmə sahəsinin (ESS) effektivliyinin çox şübhəli olduğu qə‑ naətinin tərəfdarları getdikcə daha da artır. Bununla belə, illər keçdikcə passiv radar hələ də stels‑texnologiyanı ya‑ rarsız hala salacaq həddi aşa bilməyib. Niyə? Bu səbəblərin tam siyahısı isə çox böyükdür. Ümumilikdə isə demək olar ki, indiyədək iki informasiya qrupu özünü biruzə verib: onlardan biri “stealth eranın sonu”nu bəyan edir, digəri “stealth” texnologiyaya qarşı dünyada “üsul” olmadığını bütün gücü ilə bəyan etməyə çalışır. PQ
“Kosmosda gələcək, gələcəkdə kosmos” Dekabrın 18‐də Azərbaycan Tex‐ niki Universitetində (AzTU) Müs‐ təqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbir keçirilib. Təd‐ birdə AzTU‐nun müəllim və tələ‐ bələri ilə yanaşı digər universi‐ tetlərin tələbələri, həmçinin Türki‐ yədən qonaqlar iştirak edib. İştirakçıları salamlayan AzTU‐nun rektoru Vilayət Vəliyev tədbirin əhəmiyyətindən danışıb.
Almaniyanın Azərbaycandakı səfirinin müavini AzTU‑da olub Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Heiko Schwarzın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Univer sitetində (AzTU) işgüzar görüşdə olub. Görüşdə AzTU‐nun rektoru Vilayət Vəliyev, prorektorlar, kafedra müdirləri, həmçinin Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev, Frayberq Dağ‐ Mədən və Metallurgiya Akademiyasının dosenti Rezo Əliyev iştirak edib. Rektor Vilayət Vəliyev AzTU‐nun Almaniya universitetləri ilə uzun ‐ müddətli səmərəli əməkdaşlığından danışıb. Həmçinin Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) Azər ‐
baycanda fəaliyyətinin AzTU‐nun inkişafındakı rolu və perspektiv imkanlar barədə fikirlərini bildirib. Səfirin müavini Heiko Schwarz mühəndis hazırlığı sahə‐ sində Almaniya tərəfinin AzTU ilə əmək‐ daşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə bir sıra əməkdaşlıq məsə‐ lələri, o cümlədən DAAD ofisinin AzTU‐ da fəaliyyətinin bərpa olunması, Bran‐ derburq Texniki Universiteti ilə uğurlu əməkdaşlığı nəzərə alaraq magistr hazır‐ lığı istiqamətində ikili diplom proqramı haqqında müqavilənin imzalanması, birgə təd qiqatların aparıması və layihələrin yerinə yetirilməsi məsələləri də müzakirə olunub.
Daha sonra AzTU‐nun elm və in‐ novasiya üzrə prorektoru Çetin Elmas “Kosmik era – süni intellekt” mövzusunda çıxış edib. Türkiyənin Azərbaycandakı sə‐ firinin təhsil müşaviri Nihat Büyük‐ baş və Türkiyə Respublikası Kosmik Agentliyinin Prezidenti Serdar Yıldı‐ rımın çıxışında qardaş ölkənin kos‐ mik təqdiqatlarda əldə etdiyi nailiyyətlərdən söhbət açılıb. Sonda tədbir iştirakçlarının sual‐ ları cavablandırılıb.
TEKNOFEST‑2022 festivalına hazırlıqlar başlayıb 2022‐ci ildə Türkiyədə və Azərbaycanda keçiriləcək TEK‐ NOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalına hazır‐ lıqlar başlayıb. TEKNOFEST‐2022 festivalı Türkiyənin Samsun şəhərində və ilk dəfə Azərbaycanda Bakı şəhərində keçiriləcək. Türkiyədə 2018‐ci ildən etibarən təşkil olunan TEKNO‐ FEST Aviasiya, Kosmos və Texnologiya Festivalı hərbi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətini cəlb etmək və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir. Qeyd edək ki, son olaraq 2021‐ci ilin 21‐26 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Atatürk Hava Li‐ manında keçirilən TEKNOFEST‐2021 sayca dördüncü festival olub. Festivalda Azərbaycandan geniş tərkibdə nümayəndə
heyəti ziyarətçi qismində iştirak edib. Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ‐29 döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.
33
Mehmet Akif: Azərbaycanın gəmilərində ADVENT SYS istifadə etməsi çox faydalı olacaq
Mehmet Demirkol POLİQON jurnalının Türkiyə bürosu Türkiyənin ən böyük texnologiya şirkətlərindən sayılan HAVELSAN öz təcrübəsi, mütəxəssis işçiləri, yüksək texnologiyaya əsaslanan proqram təminatı tələb edən orijinal həllər və məhsulları ilə beynəlxalq bazarda lider brendə çevrilib. HAVELSAN şirkəti, öz bünyəsində hazırlanan yüksək texnologiya və proqram təminatı ilə yanaşı müdafiə, təhlükəsizlik və informasiya sektorlarında texnologiya istehsal edən və biznes ekosistemində yer alan şirkətlərin həll və məhsullarını bir araya gətirərək müştərilərinə açar təhfil həllər təklif edən bir şirkətdir. HAVELSAN‑ın baş direktoru Mehmet Akif Nacar Poliqon jurnalına müsahibəsində rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və perspektiv planlarından danışıb. Poliqon: Mehmet Akif bəy, ilk öncə HAVELSAN şirkətinin fəaliy‑ yəti və məhsul qrupları haqqında məlumat verməyinizi istərdik. Mehmet Akif: HAVELSAN, öz təc‐ rübəsindən güc alan; öz sahəsində ən yaxşı mütəxəssisləri ilə təhlükə‐ siz gələcək üçün vahid müdafiə sis‐ temləri hazırlayan transformasiya şir‐ kətidir. Türkiyə müdafiə sənayesinin ən əhəmiyyətli oyunçularından biri olaraq orijinal həllər hazırlayır və məhsul/həll müxtəlifliyimizlə fərqi‐ mizi ortaya qoyuruq. Simulyasiya, av‐ tonom və platforma idarəetmə tex‐ no lo gi ya la rı, ko man da nə za rət və müdafiə texnologiyaları, informasiya və kommunikasiya texnologiyaları,
34 www.poliqon.az
ölkə təhlükəsizliyi və kibertəhlükə‐ sizlik sahələrində həllər təklif edi‐ rik. Qeyd etdiyim fəaliyyət sahələ‐ rində orijinal məhsul və sistemlər‐ dən ibarət həllərimizi beynəlxalq dost və müttəfiq ölkələrin silahlı qüvvə‐ lərinin, dövlət qurum və təşkilatları‐ nın və özəl sektorun xidmətinə tək‐ lif edirik. Texnologiyada keyfiyyəti‐ mizi, dünyanın müxtəlif coğrafiyala‐ rında istifadə olunan məhsul və həl‐ lərimizlə təsdiq edirik. Komanda Nə‐ zarət və Müdafiə Texnologiyalarımız (KNMT‐KKST) haqqında məlumat ver‐ məyə bu bölümümüzün tez‐tez isti‐ fadə etdiyi bir şüarla başlamaq is‐ tərdim. "Biz platformalara ağıl əlavə edirik”.
Ko man da Nə za rət Sis tem lə ri, bütün silahların və ya sensorların mərkəzində, həm onların bir‐biri ilə inteqrasiya edilməsini, həm də hamı‐ sını birlikdə bir döyüş sistemi olaraq davranmasını təmin edən ağıldır. Türki‐ yənin ən böyük proqram təminatı mərkəzi olaraq bu ağılı, hazırladığı‐ mız proqram təminatı və bu proqram təminatının üzərində işlədiyi niş apa‐ ratlar ilə təmin edirik. Türkiyə Silahlı Qüvvələrinin tərkibindəki 50‐yə ya‐ xın suüstü və sualtı platformada, Ba‐ rış Qartalı, Dəniz Kəşfiyyat Patrul / Müşahidə kimi bir çox hava element‐ lərində, komanda nəzarət iyerarxiya‐ sının bütün səviyyələrində ehtiyacla‐ ra cavab verən və qüvvələri rəqəm‐
sallaşdıran quru, dəniz və hava ko‐ manda nəzarət və informasiya sis‐ temlərində, bir çox hava, quru və su‐ altı simulyatorlarda HAVELSAN‐ın barmaq izlərini görə bilərsiniz. Simulyasiya, Avtonom və Platfor‐ ma Texnologiyaları (SAPT‐SOPT) sa‐ həsində isə, HAVELSAN olaraq 30 il‐ dən çox təcrübəmiz ilə; başda Türki‐ yə Silahlı Qüvvələri olmaqla dünya miqyasında istifadəçilərin hərbi və mülki sahədə ehtiyaclarını ödəmək üçün hava, quru, sualtı və suüstü plat‐ formaları üçün yüksək texnologiyaya əsaslanan çeşidli təlim həllərimiz, si‐ mulyator texnologiyaları, avtonom və platforma idarəetmə sistemləri təklif edirik. Habelə, Milli Döyüş Təyyarəsi (MMU) Layihəsinə də öz töhfəmizi veririk. Bununla bərabər HAVELSAN uzun illərdir ki, “Robotexnika və Avtonom Texnologiyalar” sahəsində dərin Ar‐ Ge (Araşdırma‐İnkişaf) fəaliyyətləri həyata keçirir. Müvafiq tədqiqatlar nə‐ ticəsində əldə edilən məlumat bazası sayəsində hazırlanan sistemlər tək‐ başına avtonom işləyə bilər, eyni za‐ manda sürü halında xidmət göstərə‐
rək HAVELSAN tərəfindən inkişaf et‐ dirilən "Rəqəmsal Birlik" konsepsiya‐ sının əsasını təşkil edir. Bu çərçivədə HAVELSAN müxtəlif xüsusiyyətləri ilə rəqiblərindən fərqlənən B30 və M6 pilotsuz uçuş aparatı və BARKAN in‐ sansız quru vasitəsini hazırlayıb. İn‐ formasiya və Kommunikasiya Texno‐ logiyaları (İKT‐BİT) sahəsində qurum‐ ların elektron transformasiya proses‐ lərində etibarlı və lider şirkət olaraq; informasiya texnologiyaları sistemlə‐ ri, müştəri ehtiyaclarına uyğun xüsu‐ si tətbiqlər, proseslərin sürətləndiril‐ məsi, funksionallığın, səmərəliliyin və etibarlılığın artırılması, sistemlərara‐ sı inteqrasiya və birlikdə fəaliyyət gös‐ tərməyi təmin edən açar təslim həl‐ lər istehsal edirik. Kibertəhlükəsizlik, Kritik Təsis / Sərhəd Təhlükəsizliyi Həlləri, Görüntü / Video Emalı və Elekt‐ ron Hökumət Həlləri HAVELSAN‐ın BİT sahəsində təcrübəsini təsdiq etdi‐ yi mövzulardan yalnız bir neçəsidir. HAVELSAN‑ın tamamlanmış, da‑ vam edən və yeni layihələri haq‑ qında məlumat verə bilərsinizmi? Mehmet Akif: Qlobal pandemi‐ yanın gətirdiyi çətinliklərə baxmaya‐
raq, HAVELSAN olaraq bir çox mühüm layihələri qrafikə uyğun şəkildə ta‐ mamlaya bildik. Hərbi Dəniz Qüvvə‐ ləri Araşdırma Mərkəzi Komandanlı‐ ğı (ARMERKOM) ilə HAVELSAN‐ın bir‐ gə hazırladığı yeni nəsil şəbəkə dəs‐ təkli döyüşün Komanda Nəzarət Sis‐ teminin əsas çatısını təşkil edən AD‐ VENT Komanda Nəzarət / Döyüş İda‐ rəetmə Sisteminin (DİS‐SYS) (ADVENT KALYON), suüstü gəmilər üçün pat‐ rul gəmilərindən (OPV) korvetə, fre‐ qatlardan tutmuş helikopter gəmilə‐ rinə (LHD) qədər bir çox müxtəlif ölçülü platformalara verilməsi üçün müqavilələr imzalanmış və bəziləri Türkiyə Hərbi Dəniz Qüvvələri Ko‐ mandanlığının xidmətinə verilmişdir. Yeni Tip Sualtı Layihəsi (YTDP) müqaviləsinə əsasən REIS sinifli su‐ altı qayıqlarımız (6 ədəd) üçün HA‐ VELSAN tərəfindən hazırlanan oriji‐ nal və bütün Sualtı Məlumat Paylama Sistemimiz (SMPS‐DBDS) üçün hazır‐ lanmış orijinal SYS proqramı daxil ol‐ Azərbaycanın Müdafiə naziri general‑ polkovnik Zakir Həsənov IDEF‑2021 sərgisində HAVELSAN stendini ziyarət edərkən.
35
maqla, sualtı komanda nəzarət siste‐ minin 5‐cisinin və sualtı qayığın mə‐ lumat paylama sistemi olan sualtı mə‐ lumat paylama sistemi məhsulumu‐ zun hamısının (6+1 ədəd) zavod qə‐ bul sınaqları uğurla tamamlanmışdır. “Preveze” sinif sualtı qayıqların modernləşdirilməsi çərçivəsində; İlk sualtı qayığın (DBDS) və ADVENT SYS‐ in sualtı platformalarda ilk tətbiqi olan və Taktiki Data Linklər (TDL) baş‐ da olmaq üzərə akustik olmayan sis‐ tem inteqrasiyasının təmin edildiyi AKOS layihəsində ilk proqram və ya aparat tədarükləri tamamlanmışdır. Müşahidə və əməliyyat səmərəli‐ liyini artıracaq Sahil Müşahidə Radar Sistemi (SGRS) Layihəsi çərçivəsində situasiya haqqında məlumatlandırma imkanlarını təmin edəcək proqram təminatı Türkiyə Sahil Mühafizəsi Ko‐ mandanlığının istifadəsinə təqdim edilmişdir. Türkiyə Boğazlarında Gə‐ mi Trafik Xidmətləri (TBGTH) Layi‐ həsi çərçivəsində HAVELSAN tərəfin‐ dən hazırlanan Gəmi Trafik Xidmət‐ ləri (VTS) proqramı Sahil Təhlükəsiz‐ liyi Baş İdarəsinin istifadəsinə təq‐ dim edilib. HAVELSAN VTS, HAVEL‐ SAN ‐ın gə lə cə yə ba xı şı olan e‐ Dənizçilik sahəsində təklif etdiyi, Bo‐ ğazlardan keçidi daha da təhlükəsiz edəcək veb əsaslı əsas sistemdir. DOOB (Defence‐Out‐Of‐Box) Ko‐ manda Nəzarət Sistemi 8 ildir ki, NA‐
TO‐nun CWIX təlimlərində istifadə olunur və bütün sınaqlardan uğurla keçmişdir. Bu sistem hələ də Oman Müdafiə Nazirliyi tərəfindən Birgə Ko‐ manda Nəzarət Sistemi kimi fəal şə‐ kildə istifadə olunur. İnteqrasiya edil‐ miş KBRN (Kimyəvi, Bioloji, Radiolo‐ ji, Nüvə) Müdafiə Komanda Nəzarət Sistemi olan və əlaqədar bütün pro‐ sesləri avtomatlaşdıracaq CBRN MEN‐ TOR sistemi istifadəyə hazır vəziyyə‐ tə gətirilmişdi. HAVELSAN tərəfindən hazırlanan və 2009‐cu ildən etibarən Türkiyə Hərbi Hava Qüvvələri Komandanlı‐ ğında istifadə edilən Hərbi Hava Qüvvə‐ ləri Məlumat İdarəetmə Sisteminin (HVBS) texniki xidməti və texniki xid‐ mət göstərilməsi, cari ehtiyaclara uy‐ ğun proqram təminatının yenilənmə‐ si və modernləşdirilməsi istiqamətin‐ də işlərimizi davam etdiririk. ADVENT infrastrukturundan istifadə edərək, Dəniz Patrul və Müşahidə təyyarələri başda olmaqla oxşar platformalarda xidmət göstərəcək ADVENT MARTI Təyyarə Missiya Sistemi (Hava Ko‐ manda Nəzarət Sistemi – HKNS‐HKKS) hazırlanmış və sistem Hərbi Dəniz Qüvvələri Komandanlığının bir təy‐ yarəsinə inteqrasiya edilərək istifa‐ dəyə verilmişdir. SOPT sahəsində isə simulyasiya və təlim texnologiyalarında davam edən mövcud layihələrimizə əlavə
HAVELSAN DOOB Birgə Komandanlıq və İdarəetmə İnformasiya Sisteminin DOOB‑HEADQUARTER həlli. Strateji, operativ səviyyəsi; yüksək uyğunluq qabiliyyətinə sahib NATO standartlarına cavab verən Briqada və yuxarı səviyyəli Birgə Komandanlıq və İdarəetmə Sistemi.
36 www.poliqon.az
olaraq, robototexnika və avtonom sis‐ temlər, real vaxt əlaqə sistemi və plat‐ forma idarəetmə sistemləri kimi ye‐ ni fə a liy yət sa hə lə ri də qar şı da kı dövrdə layihələrimizi formalaşdıra‐ caq. Bu sahələrə qoyduğumuz inves‐ tisiyalarla məhsul portfelimizi geniş‐ ləndirməyi hədəfləyirik. Avtonom sis‐ temlərdə və pilotsuz quru və hava nəqliyyatında etdiyimiz təşəbbüsün bir hissəsi olaraq, 2021‐ci ildə kon‐ sepsiya və dizayn araşdırmalarımızı tamamlayaraq, fərdi və sürü/koman‐ da halında xidmət edən “İnsansız Sis‐ temlər” hazırladıq. 2022‐ci ildə yeni texnologiyalar hazırlamaq və mövcud layihələrimizə yeni imkanlar qazan‐ dırmaq üçün işlərimizi davam etdi‐ rəcəyik. Təhlükəsizlik Sistemləri həlləri çərçivəsində HAVELSAN tərəfindən hazırlanan Barmaq İzi Tanıma Siste‐ mi ilə Türkiyə öz imkanları ilə bio‐ metrik məlumat sistemini hazırlayan dünyada 7‐ci ölkə olma uğurunu əldə etmişdi. IoT (Internet of Things ‐ əş‐ ya la rın in ter ne ti) plat for ma sı və görüntü idarəetmə sistemləri üçün proqram təminatının hazırlanması ilə Kritik Obyektlərin Təhlükəsizliyi, Sər‐ həd Təhlükəsizliyi və Şəhər Təhlükə‐ sizliyi sahələrində mərkəzləşdirilmiş, asanlıqla izlənilən və idarə olunan həllər tətbiq edilmişdir. Rəqəmsal Transformasiya Həllə‐ ri çərçivəsində informasiya cəmiyyə‐ tinə çevrilmə məqsədinə nail olmaq üçün iri “Elektron Hökumət” layihə‐
HAVELSAN tərəfindən yeni tip sualtı qayıqlar üçün hazırlanan döyüş idarəetmə və məlumat paylama sistemləri
ləri həyata keçirilib, hazırlanmış sis‐ temlər uğurla tətbiq edilərək ölkə əra‐ zisində geniş yayılmışdı. İnfrastruk‐ tur sistem həlləri çərçivəsində kor‐ porativ prosesləri daha effektiv, key‐ fiyyətli, izlənilə bilən, fasiləsiz və təh‐ lükəsiz şəkildə idarə etmək üçün yer‐ li və milli həllər tətbiq edilmişdir. Poliqon: GENESIS ilə başlayan və ADVENT ilə davam edən Döyüş İdarəetmə Sistemi (SYS) məhsul ai‑ lənizin son vəziyyəti haqqında mə‑ lumat verə bilərsinizmi? İxrac fəa‑ liyyətləri çərçivəsində yeni irəlilə‑ yişlər varmı? Mehmet Akif: GENESIS ilə baş‐ layan SYS hazırlama və inteqrasiya fəaliyyətləri ADVENT SYS‐i gəmilərə quraşdıraraq artan intensivliklə da‐ vam edir. Bir tərəfdən GENESIS SYS‐li gəmilərə texniki xidmət müqavilələ‐ rimiz çərçivəsində dəstək veririk, di‐ gər tərəfdən də bu platformaların bə‐ zilərini gücləndirmələr tətbiq edərək ADVENT SYS‐yə çevirmək üçün işlər davam edir. Qardaş ölkə Pakistan Hər‐ bi Dəniz Qüvvələrinə təhvil veriləcək MİLGEM sinifli gəmilər, Ukrayna Hər‐ bi Dəniz Qüvvələri üçün imzalanan
ADVENT aktiv şəbəkə qabiliyyətli yeni nəsil döyüş idarəetmə sistemi
MİLGEM layihəsi və İndoneziya Hər‐ bi Dəniz Qüvvələri üçün İndoneziya tərsanələrində inşa ediləcək müxtəlif suüstü platformalarına quraşdırıla‐ caq ADVENT SYS və Döyüş Sistemi İnteqrator müqavilələrinə yönəlik fə‐ aliyyətlər həyata keçirilir. Bu dost və müttəfiq ölkələrlə pay‐ laşdığımız Şəbəkə Dəstəkləmə qabi‐ liyyətinə malik ADVENT SYS sayəsin‐ də dəniz qüvvələrinin ortaq bir in‐ frastruktur üzərində bir‐biri ilə tam koordinasiyada işləməsi mümkün ol‐ muşdur. Azərbaycanlı qardaşlarımı‐ zın da gəmilərində ADVENT SYS isti‐ fadə etməsinin həm Türkiyə Hərbi Dəniz Qüvvələrinin sahədə istifadə etdiyi bir SYS ilə işləmək baxımından, həm də “Bir millət, iki dövlət” şüarı ilə gətirilmiş tam koordinasiyada iş‐
ləmək üçün infrastruktur imkanı ba‐ xımından çox faydalı olacağı düşünülür. Poliqon: HAVELSAN kibermüda‑ fiə və kibertəhlükəsizlik sahəsin‑ də geniş spektrli fəaliyyətlər həya‑ ta keçirir. Kiber visionunuzla bağlı əsas mə qam la rı oxu cu la rı mız la bölüşə bilərsinizmi? Mehmet Akif: HAVELSAN olaraq kibertəhlükəsizlik sahəsində diqqət mərkəzində saxladığımız məsələləri texnologiyanın istiqamətləndirildiyi sahələrdən müstəqil saxlamadan ida‐ rə edirik. Bu kontekstdə bütün dünya‐ nın diqqət mərkəzində olan kiber‐fi‐ ziki sistemlər, kvant hesablama və kriptoqrafiya, kritik infrastrukturla‐ rın təhlükəsizliyi, süni intellekt, ma‐ kina öyrənməsi, Əşyaların İnterneti,
37
HAVELSAN mühəndisləri tərəfindən istehsal edilən uçuş təlim cihazları
Ağıllı Şəhərlər, Bulud Hesablamaları (Cloud Computing) kimi inkişafları yaxından izləyirik. Yuxarıda qeyd olunan texnologi‐ ya sahələrində yaranan mülki və hər‐ bi platforma sistemlərinin kiberh‐ ücumlar nəticəsində yaranan əməliy‐ yat fasilələrindən təsirlənməməsi üçün hər səviyyədə təhlükəsizlik həlləri təqdim edirik. Bu sistemlərin dizayn fəlsəfəsinin mərkəzinə aşkarlamaq‐ dan da ha çox qar şı sı nın alın ma sı nöqteyi‐nəzərindən yerləşdiririk. Sı‐ fır inam (Zero‐trust) prinsipini həm HAVELSAN daxilində, həm də pay‐ daşlarımıza təklif etdiyimiz həllərdə qəbul edirik. Türkiyə silahlı qüvvələ‐ rinin kiber ehtiyacları üçün həyata keçirdiyimiz Kiber Müdafiə Mərkəzi – SİSAMER layihəmiz zamanı ekosis‐
BARKAN çoxməqsədli pilotsuz yerüstü vasitə
38 www.poliqon.az
tem şirkətlərimizin və HAVELSAN BA‐ RİER məhsulumuzun təqdim edəcəyi dərinləməsinə təhlükəsizlik ilə 5 əsas fəaliyyət sahəsində dünya standart‐ larında rəqabət apara biləcək məh‐ sullar hazırlamaq üçün istiqamət ver‐ mək missiyamızı yerinə yetiririk. Onu da vurğulamaq istərdim ki, bu layi‐ hənin nəticələrinin təkcə ölkə daxili kritik qurumlarımızın deyil, həm də dost ölkələrin ehtiyaclarını birbaşa və ən yüksək səviyyədə ödəyəcəkdir. Poliqon: HAVELSAN‑ın mövcud durumu haqqında qiymətləndirmə‑ lərinizi bilmək istərdik. 2021‑ci il HAVELSAN üçün necə bir il oldu? 2022‑ci il üçün hədəfləriniz, planları‑ nız və gözləntiləriniz nədən ibarətdir? Mehmet Akif: Covid‐19 pande‐ miyasının davam edən bütün mənfi təsirlərinə baxmayaraq, HAVELSAN‐ ın 2021‐ci ildə xaricdə uğurlu və is‐
tiqrarlı bir performans nümayiş et‐ dirdiyini düşünürük. HAVELSAN üçün 2021‐ci il xaricdə, xüsusilə Azərbay‐ can, Qətər və İndoneziya ilə müdafiə layihələrində çox mühüm və uzunm‐ üddətli əməkdaşlığa səbəb olacaq ye‐ ni müqavilələrin həyata keçirildiyi bir il oldu. Hazırda bu müqavilələr çərçi‐ vəsində istehsalı davam edən layihə‐ lərimizin ixracını qarşıdakı illərdə ger‐ çəkləşdirəcəyik. Başqa sözlə, deyə bi‐ lərəm ki, qarşıdakı illərdə komanda nəzarət texnologiyalarına aid məhsul və həllərimiz ilə təlim və simulyasiya sistemləri sahəsindəki informasiya və kommunikasiya sistemləri proqram təminatının satışları birdən çox ölkə‐ yə həyata keçiriləcək. Bu günə qədər Qətər, Oman, Küveyt, Malayziya və Pa‐ kistandakı ofislərimiz; İndoneziya və Banqladeşdə yerli işçilərimiz var. Bu ölkələrlə yanaşı, 2021‐ci ildə xarici mövcudluğumuzu qurduğumuz ölkə Azərbaycan olub. Ölkə menecerimiz Bakıda məskunlaşıb və 2022‐ci il ər‐ zində Azərbaycan ofisimiz fəaliyyətə başlayacaq. Əvvəlki illərdə olduğu kimi, 2022‐ ci ili də mövcud və yeni bazarlarımız‐ da yeni əməkdaşlıqlar, bazarın inki‐ şafı və biznesin inkişafı fəaliyyətləri‐ nə diqqət yetirəcəyimiz bir il olacaq. Bu mənada digər mühüm bazarlarda, xüsusən də Azərbaycanda mövcudlu‐ ğumuzu genişləndirməyə və şaxələn‐ dirməyə davam edəcəyik. Bu məna‐
da deyə bilərəm ki, 2022‐ci ildə bi‐ zim xarici bazar və biznesin inkişafı fəaliyyətimiz xeyli dərəcədə Azərbay‐ canda cəmləşəcək. Ar‐Ge fəaliyyətlərimizə baxıldı‐ ğında, 434 milyon TL‐lik Ar‐Ge xərc‐ ləri ilə HAVELSAN güclü bir perfor‐ mans göstərdi. 2021‐ci ildə 4 Ar‐Ge Mərkəzimizdə həyata keçirilən 80‐ dən çox layihə çərçivəsində 440 mil‐ yon TL‐dən çox sərmayə qoyulmuş‐ dur və şirkət tarixinin ən böyük Ar‐ Ge xərclərinə çatmaq yolundadır. Ar‐ Ge xərclərimizin təxminən üçdə biri‐ ni səhmdarlığın AR‐GE xərcləri təşkil edir; bu, son illərdə dövriyyəmizin 7%‐nə uyğundur. Cari Ar‐Ge perso‐ nalımızın sayı da 1400‐ü keçib. Şirkətimizin texnologiya yönümlü strategiyalarına uyğun olaraq; xüsu‐ silə, Süni İntellekt, Avtonom Platfor‐ malar, Bulud Hesablamaları, Əşyala‐ rın İnterneti, Görüntü Emalı, Artırıl‐ mış Reallıq, Rəqəmsal Əkizlər, Blok Zəncir, Platforma Təhlükəsizliyi, Yeni Nəsil Rabitə, Ağıllı Qərar Dəstəkləri Texnologiyalarına investisiyalarımız artaraq davam edəcək. Poliqon: Mehmet Akif bəy, Azər‑ baycanla bağlı planlarınız və tək‑ lifləriniz barədə məlumat verə bi‑ lərsinizmi? Azərbaycanda həyata keçirdiyiniz layihələr haqqında nə‑ ləri deyə bilərsiniz? Mehmet Akif: HAVELSAN Azər‐ baycan Quru Qoşunları üçün Artille‐
riya Mütərəqqi Müşahidə Təlim Si‐ mulyatorunu istehsal edib və təhvil verib. Hazırda sistem Təlim Tədris Mərkəzində fəal şəkildə istifadə olu‐ nur. HAVELSAN tərəfindən hazırlan‐ mış və 2009‐cu ildən Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığında is‐ tifadə edilən Hərbi Hava Qüvvələri Məlumat İdarəetmə Sisteminin əmə‐ liyyat və kəşfiyyat hissələri də daxil olmaqla bir çox modulların Azərbay‐ can Hərbi Hava Qüvvələrinə çatdırıl‐ ması üçün müqavilə imzalanıb. Türki‐ yənin silahlı qüvvələrinə qazandırdı‐ ğımız yaşayış massivində terrorçular ilə mübarizə təlim mərkəzi kimi tə‐ lim texnologiyaları ilə Azərbaycan Si‐ lahlı Qüvvələrini də təmin etmək üçün səylərimizi davam etdiririk. Silahlı qüvvələrimizə illərdir təqdim etdiyi‐ miz yüksək texnologiyalı məhsul və
DOOB‑MOBİL həlli. Taktiki səviyyəsi; səhra şəraitlərində piyada əsgərlər üçün hazırlanmış kritik idarəetmə və rabitə mobil tətbiqi
həllərimizi dost və qardaş ölkə Azər‐ baycanın müvafiq qurumlarının da xidmətinə təqdim etmək istəyirik. Bu kontekstdə modulyar, müasir texnologiyadan istifadə edərək yüksək standartlara uyğun hazırlanmış sis‐ temlərimizi təqdim edərkən dövlət‐ lərarası razılaşmalara və icazələrə uy‐ ğun olaraq texnologiyamızı da Azər‐ baycanla paylaşacağıq. Çünki Azər‐ baycanın dövlətimiz və şirkətimiz nəz‐ dində çox xüsusi yeri var. Poliqon: Dəyərli vaxtınızı ayır‑ dığınız üçün təşəkkür edirik. T3 Vəqfinin Mütəvəlli Heyəti başqanı Səlçuq Bayraktar HAVELSAN‑ın M60 Tank Simulya‑ torunu təcrübədən keçirib
39
Finlandiya Sovet istehsalı snayper tüfənglərini əvəz edir
Finlandiya Müdafiə Nazirliyi Sovet istehsalı olan snayper tüfənglərini əvəz etmək üçün yerli “Sako Oy” şirkətinin yeni “Sako” M23 snayper sistemini alır. Finlandiyanın müdafiə naziri Antti Kaikonen Müdafiə Qüvvələrinin Maddi‐Texniki Təminat Departamentinə Finlandiyanın “Sako Oy” şirkətindən yeni M23 tüfəng sisteminin alınması ilə bağlı müqavilə bağlamaq səlahiyyəti verib. Müqavilə snayperlərin istifadəsi üçün yarıavtomatik 7.62 TKIV 23 snayper tüfənginin və piyada birləşmələrini dəstək silahı kimi atıcıların (marsmanların) istifadəsi üçün 7.62 KIV 23 tüfəngin alınmasını nəzərdə tutur. Bundan başqa, müqavilə istehsalçı tərəfindən təqdim olunan avadanlığı, ehtiyat hissələrini, texniki xidmət üçün alətləri və təlimi əhatə edir. Müqavilənin dəyəri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 10 milyon avrodan çoxdur və ƏDV‐siz olmaqla 525 milyon avro dəyərində əhəmiyyətli seçim imkanı var.
Qeyd etmək lazımdır ki, Finlandiya Ordusunda yeni “Sako” M23 snayper sistemləri Sovet istehsalı 7,62x54R mm çaplı SVD snayper tüfəngini və yerli müdafiə sənayesi müəssisəsində yenidən işlənmiş 7,62x54R mm çaplı “Mosin” snayper tüfənginin 7.62 TKIV 85 variantını əvəz edəcək. 7.62 TKIV 23 (“Sako” M23) snayper tüfəngi yüksək keyfiyyətli “Steiner” M7Xi 2.9–20×50 optik nişangahı ilə təchiz edilib ki, bu da effektiv snayper patronu ilə birlikdə snayperlərə 800 metrədək məsafədə müxtəlif hədəfləri nişan almağa imkan verir. Daha sadə quruluşa sahib olan 7.62 KIV 23 (“Sako” M23) snayper tüfəngi isə, öz dəstliyinə görə piyada qruplarında dəstəkləyici atıcıların (marksman) istifadəsi üçün nəzərdə tutulub. Silah “Trijicon” VCOG 1–6×24 optik nişangahı ilə 600 metrə qədər dəqiq atışı təmin edir. “Sako” M23 sistemi 7,62×51 mm NATO çaplı AR10/15 tüfənginə əsaslanır. Yeni silah sisteminin üstünlüklərinə artan atəş gücü və dəqiqlik, yüngüllük və erqonomika, eləcə də geniş çeşidli aksesuarları birləşdirmək imkanı daxildir. Tüfənglərin patronla qidalan‐ ması tutumu 20 patron olan qutuvari maqazindən yerinə yetirilir. Xatırladaq ki, alınmadan əvvəl 2020‐2021‐ci illərdə “Sako Oy” şirkəti və Finlandiya Müdafiə Qüvvələri arasında silah sisteminin birgə inkişafı həyata keçirilib. Yeni “Sako” M23 snayper tüfənglərinin Finlandiya Ordusuna ilk tədarükünün 2022‐ci ilin sonuna kimi həyata keçirilməsi və snayperlərin yeni sistem üzrə təliminə 2023‐cü ildə başlanılması planlaşdırılır.
Rusiya Quru Qoşunları yeni zirehli texnikalarla təchiz olunacaq 2022‐ci ildə Rusiya Quru Qoşunlarına yeni zirehli texnikalar daxil olacaq. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, 2022‐ci ildə qoşunlar müxtəlif iqlim zonalarında özünü doğrultmuş 400‐dən çox zirehli texnika alacaq. Məlumatda söhbət T‐72B3M, T‐80BVM və T‐90M “Prorıv” tanklarından, BMP‐3 piyadanın döyüş maşınlarından (PDM), həmçinin “Berejok” döyüş modulu ilə təkmilləşdirilmiş BMP‐2 PDM‐lərdən, eləcə də BTR‐82A zirehli transport‐ yorlarından gedir. Qeyd edək ki, ardıcıl ikinci ildir ki, məlumatda “Armata”, “Bumeranq” və “Kurqanets” platformalarında zirehli texnikanın tədarükü ilə bağlı məlumat yer almır, baxmayaraq ki, əvvəllər seriyalı istehsalın 2022‐ci ildə başlanacağı bildirilirdi. Çox güman ki, yeni zirehli texnikanın tədarükü daha sonra açıq‐ lanacaq. Məlumatda çatdırılması planlaşdırılan zirehli texnikanın sayı barədə də bilgi verilmir. Lakin Rusiyanın yüksək rütbəli hərbçilərinin daha əvvəllər verdikləri açıqlamalara əsasən, tankların illik tədarükü 200 ədədə qədər olmalıdır, lakin modellər üzrə bölgü yoxdur. Ancaq xəbərdə T‐90 tanklarının əsasən Cənub və Qərb hərbi dairələrinə, T‐80BVM tanklarının Şimal donanmasına və Şərq hərbi dairəsinə göndəriləcəyi, tək milləşdirilmiş T‐72B3 tanklarının isə Mərkəz hərbi
40 www.poliqon.az
dairəsinin zirehli texnika parkının əsasını təşkil edəcəyi barədə məlumatlar yer alıb. Xatırladaq ki, 2021‐ci il ərzində Rusiya Müdafiə Nazirliyi ümümilikdə təxminən 200 ədəd, o cümlədən 90 ədəd T‐ 72B3 və T‐72B3M tanklarının, 80 ədəd T‐80BVM tanklarının və miqdarı göstərilməyən T‐90 tanklarının üstünlük təşkil etdiyi 800 ədədə yaxın zirehli texnikanın tədarükünü elan edib. Bundan başqa, hissə və birləşmələrə 120 ədəddən çox BMP‐3 PDM, 280 ədəddən çox “Berejok” döyüş modullu BMP‐ 2 PDM, həmçinin 300 ədədə yaxın BTR‐82A və BTR‐82AM zirehli transportyorları çatdırılıb.
Filippin İsraildən ATMOS 2000 ÖAQ alıb Filippin Silahlı Qüvvələri İsrail istehsalı olan ATMOS 2000 özüyeriyən artilleriya qurğularının (ÖAQ) partiyasını alıb. Yeni artilleriya qurğularının alınması Filippin Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının ikinci mərhələsi çərçivəsində həyata keçirilib. 6×6 təkər formullu MAN şassisindəki ilk 155 mm/ 52 çap ATMOS ÖAQ 29 dekabr 2021‐ci il tarixində təhvil verilib.
Xatırladaq ki, 2020‐ci ilin aprelində Filippinin müdafiə naziri ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün ATMOS 2000 özüyeriyən təkərli artilleriya sisteminin alınmasına 47 milyon ABŞ dolları xərcləyəcəyini açıqlayıb. Müqaviləyə əsasən, İsrailin “Elbit Systems” şirkəti Filippin Artilleriya Alayına sursat və ehtiyat hissələri ilə birlikdə 12 ədəd ÖAQ‐dan ibarət iki ATMOS 2000 batareyası təchiz edəcək. Lakin sursatın dəyərinin müqa‐ viləyə daxil edilib‐edilmədiyi və ya onun ayrıca ödəniləcəyi məlum deyil. Əvvəllər bildirilib ki, plana əsasən, müqavilə 2022‐ci ilin aprelindən həyata keçiriləcək. Lakin gördüyümüz kimi, artilleriya sistemlərinin ötürülməsinə daha əvvəl başlanılıb. ATMOS 2000 İsrailin “Elbit Systems” şirkətinin bir hissəsi olan “Soltam Systems” tərəfindən yaradılmış və istehsal edilmiş 155 mm‐lik özüyeriyən haubitsadır. ATMOS 2000 ailənin ən son nəsil artilleriya sistemidir. Haubitsa 6×6 və ya 8×8 təkər formullu yük avtomobilinin şassisinə quraşdırıla bilər. ÖAQ‐da 39, 45 və 52 çap uzunluğunda lülələrdən istifadə olunur. ATMOS 2000 155 mm‐lik NATO atəş yığımlarının tam diapazonundan istifadə edə bilir. Maksimal atəş məsafəsi adi döyüş sursatları ilə 30 km, aktiv reaktiv (ERFB/BB) döyüş sursatları ilə 41 km‐dir. Maksimal atəş tezliyi dəqiqədə 4 – 9 atış təşkil edir. Xatırladaq ki, bundan əlavə, Filippin tender nəticəsində İsrailin “Elbit Systems” şirkətindən yüngül zirehli maşınlar alacaq. Müqavilənin ümumi dəyəri 196 milyon ABŞ dollarıdır (9,484,332,000 Filippin pesosu). Təkərli və tırtıllı versiyalarda olan döyüş maşınları 12 atəş yığımı avtomatik doldurmalı 105 mm‐lik və 120 mm‐lik yivli aşağı impulslu topla silahlanacaq.
Estoniya RS4 “Protector” döyüş modulları alır Estoniya Silahlı Qüvvələri Norveçin “Kongsberg” şirkətinin istehsalı olan məsafədən idarə olunan RS4 “Protector” döyüş modullarını sifariş edib. “Kongsberg” şirkəti Estoniya Silahlı Qüvvələri Komandanlığı ilə RS4 uzaqdan idarə olunan modulların “Protector” ailəsini təchiz etmək üçün müqavilə imzaladığını açıqlayıb. Bu modullar CV90 piyadanın döyüş ma‐ şınlarını (PDM) təkmilləşdirmək üçün alınır. Qeyd edək ki, CV90 PDM Estoniya Silahlı Qüvvələrinin imkanlarını artırmaq üçün 2016‐cı ildə Niderlanddan alınıb. 2021‐ci ilin əvvəlində iki illik təkmiləşdirmə və yeniləmə proqramı üçün müqavilə imzalanıb. Gələcək tapşırıqların icrası üçün yenilənmiş CV90 PDM RS4 “Protector” döyüş modulu ilə təchiz olunacaq. RS4 “Protector” məsafədən idarə olunan döyüş modulu (RWS) qo‐ şalaşmış silahlar və tank əleyhinə idarə olunan raketlər də daxil olmaqla kiçik və orta çaplı silahlar üçün nəzərdə tutulmuş yüksək çevik sistemdir. Tam stabilləşdirilmiş 2+2 ox sistemi tuşlayıcıya istifadə edilən silah və sursatdan asılı olmayaraq nişangahı hədəfin üzərində saxlamağa imkan verir. RS4 “Protector” döyüş bölgələrində milyonlarla saatlıq təcrübəyə və bütün dünyada müdafiə qüvvələri ilə sıx əməkdaşlığa əsaslanan yet‐ kin və sübut edilmiş məmulatdır. Estoniyanın əldə etdiyi varianta tank əleyhinə idarə olunan “Jave‐ lin” raketlərindən istifadə imkan‐ ları daxildir. Xatırladaq ki, 2020‐ci ilin iyul ayında müdafiə qabiliyyətini artır‐ maq məqsədilə ABŞ‐ın Müdafiə Qüvvələrinə təhvil verdiyi 92 ədəd “Javelin” tank əleyhinə idarə olu‐ nan raketlər Estoniyaya gəlib.
İran HDQ‑ni helikopter, təyyarə və gəmilərlə təchiz edib İran Hərbi Dəniz Qüvvələri (HDQ) yeni və əsaslı təmir edilmiş helikopter, təyyarə və gəmilərlə təchiz edi‐ lib. İranın cənubundakı Bəndər‐Abbas liman şəhərində keçirilən mərasimdə 2 ədəd SH3D‐316 helikopteri və 2 ədəd F‐27 “Friendship” və “Hovercraft” təyyarəsi Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. İran Hərbi Dəniz Donanmasının istismarına verilən yenilənmiş və əsaslı təmir olunmuş “Əlvənd” esminesi suüstü və sualtı müdafiə sistemləri ilə təchiz edilib. Bun‐ dan başqa, Hərbi Dəniz Qüvvələrinin sualtı donanma‐ sına 4 ədəd yeni sualtı qayıq qoşulub. Mərasimdə çıxış edən İran Hərbi Dəniz Qüvvələri‐ nin komandanı admiral Şəhram İrani bildirib ki, yaxın vaxtlarda “Besat” ağır sualtı qayığının tikinti işlərinə başlanılacaq. Admiral Şəhram İrani raket buraxıcı qur‐ ğular ilə təchiz edilmiş “Gorz” və “Xəncər” adlı iki yeni freqatın da HDQ‐nin silahlanmasına verildiyini açıqlayıb.
41
Türkiyənin milli gücü: Otokar COBRA transportyorları Zaur Babaşov Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkəti olan “Otokar” zirehli hərbi texnikaların istehsalı və ixracı sahəsində liderlik edir. Hazırda şirkətin 30 minə yaxın zirehli texnikası Türkiyə ilə yanaşı, 35‑dən artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur. Öz sinfində dünyanın qabaqcıl maşınları arasında yer alan “Otokar” zirehli maşınları hərəkət imkanları, qoruma səviyyəsi və sağ qalma qabiliyyəti ilə diqqət çəkir. “Otokar” şirkətinin, bu yazıda bəhs edəcəyimiz 4x4 təkər formullu “Cobra” zirehli nəqliyyat vasitəsi kifayət qədər populyarlıq qazanıb və müdafiə sənayesinin brendinə çevrilə bilib. Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik strukturları tərəfindən istifadə olunaraq, istifadəçilərin rəyi əsasında zaman‐zaman təkmilləşdirilən 4x4 “Cobra” zirehli maşınları müasir‐ ləşdirməyə açıq arxitekturaya malikdir. Bu da maşını müxtəlif tapşırıqlara uyğun konfiqurasiya etməyə, zirehini gücləndirməyə, müxtəlif silahlarla təchiz etməyə imkan verir. Türkiyə Ordusu və təhlükəsizlik qüvvələri tərəfindən 1997‐ci ildən bu yana həyata keçirilən döyüş və antiterror əmə‐ liyyatları “Cobra”ların təkamülündə əhəmiyyətli rol oynayıb. Bu əməliy‐ yatların nəticələrinin təhlilləri əsasında zirehli maşının çatışmazlıqları öy‐ rənilərək aradan qaldırılması, xüsusilə
“Cobra II” zirehli döyüş maşını
də mühafizə səviyyəsinin yüksəl‐ dilməsi, partlayışlarda zirehli maşının aşmasının aradan qaldırılması kimi yeniliklər tətbiq olunub. “Otokar” rəsmilərinin sözlərinə görə, şirkətin araşdırma və inkişafa (Ar‐ Ge) məsul qurumunun mütəxəssisləri hərbçilərlə birlikdə əməliyyatların nəticələrini təhlil edir və “Cobra” da daxil olmaqla, istifadədə olan zirehli maşınların texniki‐taktiki göstəricilə‐ rinin yaxşılaşdırılması ilə bağlı ad‐ dımlar atır. “Cobra”lar yüksək qoruma təmin edir “Cobra”nın kiçik ölçülü akustik və termal izi onun düşmən tərəfindən
təsbit edilməsini çətinləşdirir. Zirehli maşının monoblok gövdəsi və ikiqat korpusu minaya, əldəqayırma partla‐ yıcılara və güllələrə qarşı qoruma təmin edir. Şirkət mütəxəssislərinin sözlərinə görə, dizayn prosesində zirehli maşının gövdə altında minalara və yanlarda əldəqayırma partlayıcılara qarşı mü‐ dafiəsi diqqətə alınıb. Maşının döşə‐ məsi heyəti piyada və tank əleyhinə minaların partlayışından mühafizə edir. Heyətin partlayış təsirindən xəsarət almasını minimallaşdırmaq məqsədi ilə “Cobra”larda partlayışın şokunu udan oturacaqlar tətbiq olunub. Maşının polad zirehindən əlavə olaraq, heyət bölməsinin döşəməsi minanın təsirini udan kompozit materiallardan ibarət
ikinci zireh qatı ilə gücləndirilib. Testlər, eləcə də real döyüş zamanı dəfələrlə sınanan “Cobra”nın gövdə dizaynı və yan divarın bucaqları balistik qorumanı daha da yüksəldərək, zirehdələn güllələrə qarşı davamlılıq yaradır. Bu, həm də daha böyük çaplı güllələri yayındıraraq maşının daxilinə sirayət etməsinin qarşısını alır. Texniki xüsusiyyətləri “Cobra” 4x4 taktik təkərli maşının uzunluğu 5480 mm, eni 2240, hün‐ dürlüyü 2100 (qülləsiz), klirensi (yer səthindən hündürlüyü) 400 mm, kütləsi 6700 kiloqram təşkil edir. Maşın 190 at gücündə V8 tipli su soyutmalı turbo‐ dizel mühərrik və 4 pilləli avtomatik sürət qutusu ilə təchiz olunub. Yanacaq çəninin tutumu 155 litr, sürəti 100 km/saat, gediş ehtiyatı isə 600 kilo‐ metrdir. Zirehli vasitə 13 saniyədə sıfırdan 96 km/saata qədər sürətlənə bilir. “Cobra”nın fərqləndirən əsas xüsusiyyətlərdən biri də kiçik bir ərazidə ‐ 7.86 metr radiusda dönə bilməsidir. Bu da zirehli maşına dağlıq ərazilərdə, həmçinin yaşayış məntə‐ qələrinin ensiz küçə və yollarında manevr etmək imkanı qazandırır. Zirehli maşın run‐flaat 37x12,50 R 16,5 lt təkərlər, helezon yaylı, hidravlik amortizatorlu asqı, 24 V elektrik siste‐ mi, 12 V 120 Ah açılmayan akkumul‐ yator, 28 V alternator ilə təchiz edilib.
“Cobra” zirehli transportyoru
Hər cür coğrafi şərtlərdə istifadəyə uyğun şəkildə dizayn edilmiş “Cobra” su hövzələrində 8 km/saat sürətlə üzməyi bacarır. Xüsusi dizaynı sayəsində NATO‐ nun müəyyən etdiyi “Dəniz durumu‐2” şəraitində hərəkət etməyi bacaran “Cobra”nın amfibiya versiyası coystik nəzarəti ilə suda dayandığı yerdə dönə bilir. Maşında tətbiq edilmiş hibrid soyutma sistemi amfibiya əməliyyat‐ larında etibarlılığını daha da artırır. “Otokar” yetkililərinin sözlərinə görə, “Cobra” ən çətin ərazi şərtlərində, ən təhlükəli tapşırıqlarda heç bir maşının təmin etmədiyi keçicilik qa‐ biliyyətinə malikdir. Maşında müstəqil asqılar, avtomatik kilidlənən ön və arxa diferensiallar, təkərlərin təzyiqinin mərkəzləşmiş tənzimləmə sistemi tətbiq olunub. Bu da nəqliyyat vasitəsini istənilən ərazi şərtlərinə və yola daha yaxşı uyğunlaşdırmağa imkan verir. “Cobra”ların geniş, tam açılan qapıları və tavandakı lyuklar heyətin maşına sürətli şəkildə minməsini və maşını tərk etməsini asanlaşdırır. “Cobra”nın maksimum sürət 100 km/saat, üzmə sürəti 8 km/saat təşkil edir. Zirehli maşın 1000 mm su maneə‐ lərini, 40% yan əyilmə, 60% dik yamac, 400 mm dik əngəl keçmə, 800 mm xən‐ dəkləri keçmək qabiliyyətinə malikdir. Zirehli maşının bir neçə modifikasiyası mövcuddur “Cobra”nın zirehli avtomobil, zi‐ rehli personal daşıyııcı, zirehli am‐ bullans, zirehli kəşfiyyat maşını, zirehli komanda‐nəzarət maşını, zirehli döyüş maşını, zirehli ön müşahidə maşını,
zirehli silah platforması, zirehli KBRN maşını və MRAP versiyaları var. “Cobra”lar 7.62 mm çaplı pule‐ myotlardan 20 mm çaplı toplaradək silahlandırılmış döyüş modulları, həm‐ çinin avtomatik qumbaraatan, tank əleyhinə idarə olunan raket kompleks‐ ləri, hava hücumundan müdafiə sistem‐ ləri ilə silahlandırıla bilər. “Cobra”lar bir çox müştərilərə “Otokar” şirkətinin “Kəskin”, “Baş ok” və “Üç ok” döyüş modulları, habelə ASELSAN şirkətinin “Sarp” döyüş modulları ilə təklif olunub. Distans idarə edilən döyüş modulları ilə silahlandırılmış versiya gecə və gündüz şərtlərində sərhəd patrulu, yolların və vacib obyektlərin qorunması, döyüş meydanında bölmələrə atəş dəstəyinin təmin olunması kimi bir çox məsələlər üçün nəzərdə tutulur. Azərbaycan və Qazaxıstanın istifadəsində yer alan açıq qülləli “Cobra”lar isə 7.62 mm çaplı PKT, 12.7 mm çaplı DŞK və ya NSVP iriçaplı pulemyotlarla, bəzilər isə “Skif” tank əleyhinə idarə olunan raket kompleksi ilə silahlandırılıb. Kəşfiyyat və ön müşahidə versiya‐ larında isə zirehli maşın sifarişçinin istəyinə bağlı olaraq, müxtəlif şir‐ kətlərin istehsalı olan elektro‐optik müşahidə sistemləri və radarlarla təchiz edilir. “Cobra”nın kəşfiyyat‐nəza‐ rət maşınları döyüş bölgəsində, yaxud sərhəd ərazilərdə hədəflərin aşkar‐ lanması, toplanan informasiyaların ko‐ manda‐kontrol bölmələrinə ötürülməsi üçün zəruri olan bütün avadanlıqlara sahibdir. Türkiyə Silahlı Qüvvələrində bu konfiqurasiyalı “Cobra”lar daha çox ASELSAN şirkətinin istehsalı olan,
43
teleskopik dirək üzərində yerləşdiril‐ miş elektro‐optik müşahidə nəzarət sistemləri, həmçinin “Acar” radarı ilə təchiz edilib. ASELSAN şirkəti tə‐ rəfindən istehsal edilən “Sərhəd” (“Serhat”) minaatan təsbit radarları Türkiyə Silahlı Qüvvələrinə “Cobra” və daha güclü şassiyə malik “Cobra II” bazasında təklif olunur. Ambulans versiya isə yaralıların nəqli üçün gərəkli olan bütün tibbi avadanlıqlarla, hazırda Sloveniya Ordu‐ sunun silahlanmasına daxil olan “Cobra”nın CBRN versiyası isə 5 km məsafədən radioloji, kimyəvi və bioloji çirklənməni aşkarlamağa, analiz üçün nümunələr götürməyə imkan verən müasir CBRN avadanlıqları ilə təchiz edilib. Dünyanın müxtəlif qitələrində, bir çoxu NATO dövləti olmaqla onlarla dövlətin ordu və güc strukturlarının silahlanmasına daxil olan “Cobra”lar ‐ 40° C temperaturda Qazaxıstan çöllə‐ rindən tropik Afrika regionlarına, +50° C və yuxarı isti ərəb yarımadasına qədər fərqli, çətin iqlim və relyef şərtlərində aktiv istifadə olunmaqdadır. “Cobra”lar döyüş əməliyyatlarında İlk başda Türkiyənin güc struk‐ turları tərəfindən dağlıq şərq rayon‐ larında antiterror əməliyyatlarında geniş istifadə edilərək praktik döyüş sınaqlarından çıxarılmış “Cobra”lar sonrakı illərdə Əfqanıstan və Kosovada sühyaratma, Nigeriya və Burkina‐ Fasoda antiterror əməliyyatlarında, 2008‐ci ildə ilk dəfə Rusiya‐Gürcüstan müharibəsində açıq döyüşlərdə, 2017‐
2019‐cu illərdə Türkiyə Silahlı Qüvvə‐ lərinin Suriyanın şimalında real‐ laşdırdığı “Fərat Qalxanı” və “Zeytun Budağı” (Zeytin Dalı) əməliyyatlarında, son olaraq 2020‐ci ildə Azərbaycan‐ Ermənistan müharibəsində istifadə olunub. Təbii ki, bu əməliyyatlarda itkilərin də yaşanmasına baxmayaraq, “Cobra” zirehli maşınları heyətin mühafizəsi, yüksək manevr qabiliyyəti və digər performanslarına görə özünü müsbət mənada doğruldub. “Cobra” ixracı genişlənir 2005‐ci ildən “Cobra” istifadəçiləri sırasına postsovet dövlətləri də qo‐ şulmağa başlayıb və regionda bu zirehli maşınların ilk istifadəçisi Gürcüstan olub. 2008‐ci ilin avqust ayında Rusiya ilə yaşanmış müharibədə Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyi‐ natlılarının silahlanmasında yer alan “Cobra”lardan istifadə etdiyinə dair
məlumatlar mövcuddur. Rusiya Müdafiə Nazirliyinin Zirehli Texnikaların Elmi‐Təqdiqi və Sınaq Mərkəzində sax‐ lanılan, 2008‐ci ilin avqust müha‐ ribəsində sıradan çıxarılmış Gürcüstan Daxili İşlər Nazirliyinə məxsus 307 nömrəli “Cobra”nın fotolarından göründüyü qədər maşın korpusun yan hissələrində 7.62 mm çaplı zirehdələn güllələrə qarşı qorumanı təmin edə bilib. Lakin 12.7 mm çaplı (hansı məsafədən və hansı növ silahdan atıldığı açıqlanmayan‐red) zirehdələn güllələrdən biri maşının korpusunu dəlməyi bacarıb. Rusiyalı ekspertlərin mediada yer alan açıqlamalarından məlum olduğu qədər “Cobra”nın kor‐ pusuna 35‐dən artıq güllə dəyməsinə baxmayaraq mühərrik bölməsi zərər görməyib. Maşının xarici zirehini dələn 7.62 mm çaplı zirehdələn güllələr ikinci qatda ilişərək nə mühərrik bölməsinə, nə də salona keçməmişdir. 2011‐ci ildə “Cobra”nın istifa‐ dəçiləri sırasına Azərbaycan, sonrakı illərdə isə Qazaxıstan və Türkmənistan qoşulub. Hazırda Azərbaycan Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Fövqəladə Hallar Nazirliyi, Qazaxıstanın və Türkmə‐ nistanın xüsusi təyinatlı qüvvələri, Milli Qvardiyası bu zirehli maşınların operatorlarıdır. “Cobra” zirehli trans‐ portyorları 44 günlük Vətən mühari‐ bəsində döyüş əməliyyatlarında, Yuxarıda: ASELSAN şirkətinin “Sərhəd” minaatan aşkarlama radarı ilə təchiz edilmiş “Cobra” zirehli maşınlar. Aşa‑ ğıda: Silah platformalı “Cobra II” zirehli maşını.
44 www.poliqon.az
müxtəlif ərazi şərtlərində istifadə olunmaqla praktiki sınaqdan keçib və özünün etibarlığını real döyüşlərdə sübuta yetirib. Vətən müharibəsində “Cobra”lar heyəti mina partlayışla‐ rından, qəlpələrdən qoruyaraq yüksək performans nümayiş etdirib. “Cobra II” transportyoru “Otokar”ın mövcud 4x4 “Cobra” zirehli maşınlarının bazasında hazır‐ ladığı və ilk nümunəsi 2013‐cü ildə təqdim olunan “Cobra II” daha üstün texniki‐taktiki xüsusiyyətləri, güclən‐ dirilmiş mina partlayışına qarşı mühafizəsi, balistik mühafizəsi və geniş daxili həcmi ilə sələfindən fərqlənir. Sürücü və komandir daxil 10 heyət daşıyan, yüksək keçicilik və mühafizə qabiliyyətinə malik “Cobra II” çətin ərazi və iqlim şərtlərində üstün per‐ formans təmin edir. Türkiyə Silahlı Qüvvələrinin və müttəfiq ölkələrin tələbləri əsasında, gələcək ehtiyacların qarşılanması məqsədi ilə yaradılan “Cobra II” müasir texnoloji və taktik xüsusiyyətlərə malik modulyar platformadır. Geniş çeşiddə silah inteqrasiyası və təchiz olunduğu sistemlər sayəsində “Cobra II” sərhəd mühafizəsi, daxili təhlükəsizlik əməliy‐ yatlarından sülhyaratma missiyaları‐ nadək çox sayda tapşırıqlarda yer ala bilir. “Otokar” şirkəti “Cobra II” zirehli nəqliyyat vasitəsini personal daşıyıcı, silah platforması, CBRN, sərhəd təhlükəsizlik maşını, daxili təhlükəsizlik maşını, ambulans, komanda‐nəzarət və s. konfiqurasiyalarda təklif edir. İstifadəçinin seçimindən asılı olaraq zirehli maşının amfibiya versiyası da təqdim olunur. 2015‐ci ildə körfəz ölkələrindən birində isti iqlim və amfibiya testlərinə cəlb olunan maşın minlərlə kilometr yol qət edərək, açıq dənizdə üzmə testlərini uğurla tamamlayıb.
“Cobra II” ixracı Hazırda müxtəlif dövlətlərə ixracı istiqamətində işlər aparılan “Cobra II” Türkiyənin ordu və təhlükəsizlik qüvvələri ilə yanaşı bir sıra ölkələrin orduları tərəfindən istifadə edilmək‐ dədir. Qərbi Afrika ölkəsi olan Qana, Silahlı Qüvvələrin modernləşdirilməsi çərçivəsində Türkiyənin “Otokar” şir‐ kətindən satın aldığı 40 ədəd “Cobra II” təkərli taktik zirehli avtomobilləri ictimaiyyətə nümayiş etdirib. Qana Silahlı Qüvvələrinin və Qana Müdafiə Nazirliyinin Baş Qərargahında (Burma Düşərgəsi) 31 mart 2021‐ci il tarixində düzənlənən təqdimat mərasimində Qana Prezidenti Nana Addo Dankva Akufo‐Addo da iştirak edib. Məra‐ simdəki çıxışı zamanı dövlət başçısı qeyd edib ki, “Cobra II” zirehli avto‐ mobilləri hərbi standartlara görə çox güclü və çox məqsədli zirehli nəqliyyat vasitələridir: “Bu, hazırda ortaya çıxan təhlükəsizlik təhdidlərini daha yaxşı idarə etməyimizə kömək edəcək. Həm qərb, həm də şərq sərhədlərimizi qorumağımıza imkan verəcək”. “Coba II” zirehli maşının uzunluğu 6400 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, klirensi 400 mm, çəkisi 13500 kiloqram, sürəti 110 km/saat,
BMT‑nin sülhyaratma missiyalarında istifadə edilən açıq qülləyə malik “Cobra II” zirehli maşını. “Cobra II” zirehli maşınlarının yüksək mühafizəsi və manevr imkanları ilə yanaşı, qeyri‑aqressiv dizaynı onun sülhyaratma missiyaları üçün ideal seçim edir.
gediş ehtiyatı 700 km təşkil edir. Maşının amfibiya versiyası isə uzunluğu 6000 mm, eni 2700 mm, hündürlüyü 2300 mm, klirensi 500 millimetrdir. Altı silindirli, 360 at gücündə “Cummins” dizel mühərriklə təchiz olunmuş ma‐ şının yanacaq çəni 200 litr tutur. Maşın təkərlərin təzyiqinin avtomatik tən‐ zimlənməsi sistemi, run‐flat təkərlər, avtomatik yanğınsöndürmə, ABS əyləc, mina partlayışının təsirini azaldan oturacaqlarla təchiz edilir. Kataloq məlumatlarında “Cobra II”nin 400 mm hündürlüyündə dik maneələri, 900 mm enində xəndəkləri və yarğanları dəf etdiyi, 30 dərəcə bucaq altında yana maili, 60 dərəcə bucaq altında yüksəkliyə qalxa bildiyi qeyd olunub. “Coba II” zirehli maşının üzmə sürəti 8 km/saat təşkil edir. “Cobra II” fərqli konfiqurasiyalarda “Otokar” şirkəti tərəfindən son illərdə “Cobra II” zirehli maşının bir
“Cobra II” zirehli maşının ambulans versiyası. İlk dəfə IDEF‑2019 sərgisində nümayiş etdirilib.
neçə fərqli konfiqurasiyası təqdim edilib. İlk nümunəsi 2018‐ci ilin may ayında “Efes‐2018” sərgisində təqdim edilmiş “Cobra II” zirehli yük maşını “Cobra II” ilə eyni manevr imkanına sahib olsa da, 2500 kq yükdaşıma qabiliyyətinə sahibdir. Bu maşın yük daşınmasından başqa fərqli tapşırıqları da yerinə yetirir. Maşının üzərinə müstəlif çaplı atıcı silahların, minaatanların, habelə kiçik çaplı zenit toplarının qurulması mümkündür. “Cobra II” zirehli yük maşının heyəti sürücü daxil 2 nəfər, maksimum sürəti 110 km/saat, gediş ehtiyatı isə 700 kilometrdir. Cari ilin may ayında İstanbulda keçirilmiş İDEF‐2019 beynəlxalq müdafiə sərgisində isə “Otokar” ilk dəfə “Cobra II” zirehli nəqliyyat vasitəsinin ambulans konfiqurasiyasını təqdim edib. Özünün yüksək balistik mühafizəsi və minaya qarşı qoruması ilə fərqlənən zirehli maşın yüksək təhlükəli ərazilərdə, cəbhənin dərinliyində yaralılara gərəkli olan bütün müdaxilələri yerinə yetirmək qabiliyyətindədir. Bunun “Cobra II” bütün zəruri avadanlıqlarla təchiz olunub. Qeyd edək ki, ambulans
46 www.poliqon.az
versiyada “Cobra II”nin hündürlüyü və genişliyi artırılaraq daxili həcmi bö‐ yüdülüb. Arxa qapı təcili yardım istifadəsi üçün xüsusi rampa formasına salınıb. “Cobra II” ambulansın sürücü, komandir, tibb heyətindən başqa 2 oturulu və 1 uzanılmış, yaxud da 2 uza‐ nıqlı yaralı daşıya bilən iki konfiqu‐ rasiyası mövcuddur. Yüksək qoruma səviyyəsi, manevr imkanları, modulyarlığı, bir platfor‐ manın müxtəlif tapşırıqlara uyğun konfiqurasiya olunması “Cobra II” üçün geniş imkanlar açır. Mütəxəssislərin fikrincə, məhz bu sadalanan qabiliy‐ yətləri ilə orduların diqqətini çəkən “Cobra II” növbəti bir neçə onillikdə öz populyarlığını qoruyub saxlayacaq. “Cobra‑II” MRAP Zirehli maşınların yeni növlərinin yaradılması istiqamətində aktiv iş
aparan “Otokar” şirkəti “Cobra‐II” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) versiyasını hazırlayaraq bazara təqdim edib. “Cobra‐II” MRAP ilk dəfə 2021‐ci il 21‐25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu‐Dabi şəhərində keçirilmiş İDEX‐2021 bey‐ nəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Şirkət mütəxəssislərinin söz‐ lərinə görə, “Cobra‐II” MRAP‐ın hazır‐ lanmasında “Otokar” nəqliyyat vasi‐ tələri sahəsindəki 35 ilə yaxın təcrübə və məlumat bazasından istifadə edib. Yeni nəsil “Cobra‐II” MRAP yüksək ballistik müdafiə ilə yanaşı heyəti mina partlayışlarından qoruması ilə önə çıxır. Şirkət bu nəqliyyat vasitəsinin digər MRAP‐lardan fərqli olaraq daha yüksək manevr qabiliyyətinə malik olduğunu bildirib. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilib.
“Cobra‐II” MRAP riskli ərazilərdə heyətin etibarlı mühafizəsini təmin edir. Zirehli maşın heyəti ballistik təh‐ didlərdən, o cümlədən mina, əldəqa‐ yırma partlayıcı qurğu (ƏPQ) təhlü‐ kələrindən qoruyur. Habelə bunu edərkən “Cobra‐II” zirehli maşını ilə oxşar manevr və komfort para‐ metrlərini özündə saxlayır. Nəqliyyat vasitəsinin alt hissəsi mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunub. Bunun sayəsində MRAP isti‐ fadəçiyə modulyar qurluşu və istismar qabiliyyətini itirmədən mina part‐ layışından üstün mühafizə təmin edir. “Cobra‐II” MRAP‐ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi də yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra‐II” MRAP‐ ı analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri də nisbətən daha kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır. “Cobra‐II” MRAP “Otokar”ın digər zirehli nəqliyyat vasi‐ tələri kimi modulyar quruluşa sahibdir. Bunun sayəsində MRAP müxtəlif tap‐ şırıqlara uyğun platforma kimi istifadə oluna bilir və istifadəçiyə döyüş bölgə‐ sində logistik üstünlük verir. MRAP‐ın xüsusi dizaynı, yüksək etibarlıq, texniki xidmət asanlığı və güc paketi onun sahə şəraitində belə sürətli sökülmə‐ sinə/yığılmasına imkanı verir. Modulyar dizayndan əlavə, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra‐II” MRAP‐a fərqli silah sistemlərinin və xidmət avadanlıq‐ larının inteqrasiyasına şərait yaradır. “Cobra II” MRAP
Kəşfiyyat və müşahidə sistemləri ilə təchiz edilmiş “Cobra II” zirehli maşını
Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, 3 və 5 qapılı olaraq konfiqurasiya edilə bilər. “Cobra II” MRAP‐ın döyüş ağırlığı 18 ton, korpusunun uzunluğu 6350 mm, eni 2750 mm, hündürlüyü 2650 mm, klirensi 450 mm‐dir. Avtomatik sürət qutusuna sahib zirehli texnika 360/375/400 at gücündə turbodizel mühərriklə təchiz edilir. NATO standartlarına uyğun 24 ekektron volt sistemi və partlamış halda hərəkət imkanı verən 14.00 R20 xüsusiyyətli təkərlə dəstləşdirilib. Diferensial kilid və müstəqil asqı sistemi çətin keçilən ərazilərdə “Cobra II” MRAP‐a asanlıqla hərəkət etməyə şərait yaradır. Soldan idarəetməli hidrovlik dəstəkli, tənzim‐ lənə bilən sükanla təchiz edilən zirehli nəqliyyat vasitəsini sağdan idarəetməli olaraq sifariş vermək mümkündür. Maksimal sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edən
“Cobra II” MRAP 1 metr dərinlikdə su maneələrini, 1 metr enində xəndəkləri, 0.6 metr hündürlüyündə dik maneə‐ lərini dəf edə bilir. Habelə 30% yana maili və 60% yüksək maili hərəkət qabiliyyətinə sahibdir. Zirehli nəqliyyat vasitəsi sifariş zamanı standart və istəyə uyğun seçim imkanı verir. “Cobra II” MRAP‐ın standart baza versiyası mərkəzi təkər şişirtmə sistemi (CTİS), partlamış vəziyyətdə hərəkət etməyə imkan verən radyal təkərlər, ABS əyləc sistemi, sürücü və komandir üçün tənzimlənə bilən oturacaqlar, o cümlədən havalandırma sistemi və 5 nöqtəli tənzimlənən təhlükəsizlik kəməri ilə təchiz edilib. Arxa qapı təcili çıxış istifadəsi üçün xüsusi bir rampa formasına salınıb. Zirehli nəqliyyat vasitəsi atış mazğalları və müşahidə pəncərələri, sürücü görmə sistemi və sürücü ekran paneli, habelə avtomobil elektron sistemi (ARMATRONİCS), NATO tipli qaraltma sistemi, diaqnos‐ tika bacarığı, duman faraları, pəncərə və faralarda qoruma qəfəsi, rabitə interfeysi ilə komplektləşdirilib. “Cobra II” MRAP sifarişçinin istə‐ yinə görə, özünü xilasetmə vinçi, ehtiyat təkər, mina dəsti, RPG qoruma dəsti, o cümlədən KBRN filtr sistemi, avtomatik yanğın söndürmə və partlayışla mübarizə sistemi (AFES) ilə təchiz edilə bilir. Bundan başqa soyuq iqlim dəsti, rabitə/daxili danşıq sistemi, duman minaatanı, köməkçi güc qrupu, məlumat qeyd sistemi (video və maşın məlumatı), 360 dərəcə ətrafı müşahidə sistemi, habelə komandir üçün ekran paneli və GPS/İNS ilə dəstləşdirilə bilər. PQ
47
DÖYÜŞ ROBOTLARI: İNKİŞAF PERSPEKTİVLƏRİ VƏ PROBLEMLƏRİ Əhəd Əziziov Heç kimə sirr deyil ki, bu gün robotlar yeni sənaye inqilabının tərkib hissəsinə çevrilib. Artıq belə intelektual maşınlar insanlarla eyni səviyyəyə gəlir və hətta bir çox imkanlara görə onları üstələyir. Məsələn, robotlar insana xas olan yorğunluq və ya aclıq hissiyatını, istirahət və ya məzuniyyət ehti‑ yacını və digər insan istəklərini tanımırlar. Bu baxımdan, döyüş robotlarının tezliklə bir çox xidmət istiqamətlərindəki insanları əvəz edə biləcəyinin sürətli inkişafı ehtimal olunandır. Bu gün robot tex‑ nikasının inkişafı o qədər yüksək səviyyəyə çatmışdır ki, bu geniş diapazonlu müxtəlif hərbi tapşırıq‑ ların yerinə yetirilməsinə imkan verir. Robot, adının kökünü çex dilindəki “robota” (“məcburi əmək”) ifadəsindən götürən və əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq işləyən müxtəlif növ mexaniki əməliyyatlar aparmaq üçün təyin edilmiş avtomatik qurğu deməkdir. Robot müstəqil olaraq insan əməyini qismən və ya tamamilə əvəz edərək istehsalat və digər əməliyyatları həyata keçirə bilir. “General Dynamics” şirkətinin MUTT çoxfunksiyalı taktiki nəqliyyat vasitəsi
48 www.poliqon.az
Döyüş robotu (hərbi robot) – döyüş şəraitində insan həyatını xilas etmək və ya insan imkanlarına uyğun olmayan şəraitdə işləməkdən ötrü kəşfiyyat, döyüş fəaliyyətləri, minatəmizləmə və s. kimi hərbi məqsədlər üçün insanı əvəz edən avtomatlaşdırmış qurğudur. Döyüş robotları, yalnız insanı qismən və ya tamamilə əvəz edən deyil, həm də havada və suda işləyən antropomorfik hərəkətə malik avtomatik qurğulardır. Hal‐hazırda, döyüş robotlarının çoxu
tele‐mövcudluq cihazlarıdır və çox az sayda model, operatorun müdaxiləsi olmadan bəzi vəzifələri avtonom şəkildə yerinə yetirmək qabiliyyətinə malikdir. XXI əsrin əvvəllərindən başlayaraq bir çox ölkələr robototexnika sahəsində yeni texnologiyaların inkişafına qoyulan sərmayəni artırıb. Uzun illərdir bu sahədə tanınmış liderlər olan ABŞ və İsrail, son zamanlarda avtonom hərbi sistemlər inkişaf etdirməyə başlayan və
texnologiya yarışına girən ölkələrin artan rəqabətini yaşayırlar. Bu ölkələrə Rusiya, Çin, İran, Türkiyə və bir sıra kiçik dövlətlər daxildir. Onların hamısı yüksək texnologiyalar, informatika, proqram təminatı, optika və digər sahələrdə hərbi istifadə problemlərinin həllinə əsaslanan fəal tədqiqatlar apa‐ rırlar. Bu ölkələrin liderləri ölkələrinin silahlı qüvvələri üçün robototexnika sahəsində öz təsirli inkişaflarına ehtiyac olduğunu qeyd edərək döyüş robot‐ larının əhəmiyyətini qəbul edirlər. Yeni texnologiyaların ortaya çıxması, möv‐ cud normaları və hərbi taktikaları əlaqəsiz edir, yaxın gələcəkdə hərbi sahədə rəqabətin necə inkişaf edəcəyi ilə bağlı bir çox suallar doğurur. Hazırda döyüş robotları olaraq adlandırılan avtonom robot sistemləri dünyanın müxtəlif ölkələrində getdikcə istifadəyə verilir və döyüş meydan‐ larında tətbiq olunur. Avtonom sistemlərin yaradılması, sınanması və tətbiqi ilə bağlı işlər yalnız aparıcı güclər və onların rəqibləri tərəfindən deyil, həm də qeyri‐dövlət aktorları tərəfindən aparılır. Bu tip texnologi‐ yaların ortaya çıxması hərbi əməliy‐ yatlara yanaşmanı dəyişdirir və bu da silahlı qüvvələrin şəxsi heyəti, eləcə də dövlətlərin hərbi taktika sahəsi və siyasəti üçün ciddi nəticələrə səbəb olacaqdır. Robototexnikanın vacib problem‐ lərindən biri, verilən tapşırıqların istənilən mühitdə ‐ yer üzərində və altında, su üzərində və altında, havada və ya kosmosda öhdəsindən gəlmə qabiliyyətinin yaradılmasıdır. Bu yazıda hərbi təyinatlı yerüstü robot kom‐ plekslərindən bəhs edəcəyik. ABŞ istehsalı döyüş robotları. Uzun illər ərzində ABŞ müdafiə sənayesi şirkətləri tərəfindən müxtəlif təyinatlı çoxsaylı döyüş robotları inkişaf etdirilib. Bu robotların sırasına həm XX əsrin 80‐ci illərindən başlayaraq yaradılanlar, həm də son illərdə inkişaf etdirilənlər daxildir. “Ford” şirkəti robotlaşdırılmış “Ford SIAM” zenit raket kompleksinin sınaqlarına 1980‐ci illərin əvvələrində başlayıb. Kompleks, məsuliyyət zonasında uçan istənilən uçuş aparatına qarşı aviasiya əleyhinə raketlər buraxmaq imkanına malikdir. “General Dynamics” şirkəti MUTT çoxfunksiyalı taktiki nəqliyyat vasitəsini (Multi‐Utility Tactical Transports) yaradıb. Nəqliyyat vasitəsi hərbi təyinatlıdır və teleidarə olunandır.
“QinetiQ” şirkətinin MAARS robot sistemi
Vasitə 4x4, 6x6 və 8x8 təkər formullu variantda hazırlanıb, lakin zərurət olduqda təkərləri tırtılla əvəz etmək mümkündür. Robot 450 kq‐a qədər ağırlığındakı yükü 72 saat ərzində daşıya bilir. Robot sərbəst şəkildə əsgərlərin ardınca gedə bilir, eyni zamanda onu pultla da idarə etmək mümkündür. MUTT üzərində “Brow‐ ning M2” və “FN Hershel 240B” pulemyotlarını, “Squad Automatic Weapon M249” sistemini, 60 mm‐lik minaatanı və ya kəşfiyyat PUA‐sını buraxma sistemini quraşdırmaq müm‐ kündür. Nəqliyyat vasitəsi ABŞ Dəniz Piyadaları Korpusunda istifadə olunur. “HDT Global” şirkəti isə “Hunter WOLF” döyüş robotunu hazırlayıb. Robot bortunda 450 kq yük və 7,62 mm və ya 12,7 mm çaplı pulemyotla silahlandırılmış məsafədən idarə olunan döyüş modulu daşıya bilir. Hərəkət sürəti saatda 32 km, hərəkət məsafəsi isə 100 km təşkil edir. Ehtiyac olduqda, robota əlavə zireh quraşdırılır ki, bu da onun 12,7 mm‐lik güllələr daxil olmaqla bütün atıcı silahların güllələrindən, mərmi və mina qəlpə‐ lərindən qorumağa imkan verir. “iRobot” şirkəti özünün 2,3 kq ağırlığındakı “iRobot 110 FirstLook” tırtıllı döyüş robotunu mobil əmə‐ liyyatlarda istifadə etmək üçün yaradıb. Şirkətin “iRobot 510 PackBot” tırtıllı robotu isə manipulyasiya, aşkaretmə və tədqiqat üçün təyin edilib. Robot ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən döyüş əməliyyatlarında tətbiq edilir. O, analoqları ilə müqayisədə kiçik ölçüləri ilə fərqlənir ki, bu da ona mürəkkəb döyüş şəraitində istifadəyə imkan verir.
Həm də digərlərinə nisbətdə daha sürətlidir və döyüşçülərin tələb etdiyi müxtəlif əməliyyatları yerinə yetirməyə imkan verir. Fəaliyyət məsafəsi 100 m‐ ə qədərdir. Bir neçə kamera hərtərəfli görünüşü təmin edir, manipulyatorda da bir kamera var, buna görə də robotun nə çəkdiyini görmək müm‐ kündür. Məsafədən idarəetmə pultun joystiki vasitəsilə yerinə yetirilir. Şirkətin hərbi təyinatlı robotlar ailəsinin daha bir nümayəndəsi isə "iRobot 710 Kobra” robotudur. Robot tırtıllıdır, hündürlüyü 3,5 m‐ə qədər və kütləsi 150 kq‐a qədərdir. Növbəti robot “QinetiQ” (Foster‐ Miller/TALON) şirkətinin MAARS (Modular Advanced Armed Robotic System) robot sistemidir. Robot tırtıllıdır, modul tiplidir və M240B pulemyotu ilə silahlandırılıb. Zərurət olduqda tırtılları təkərlərlə əvəz etmək mümkündür. Robot təkmilləşdirilmiş idarəetmə, görüntü və xəbərdarlıq sistemi ilə təchiz edilib. Hərəkət sürəti saatda 12 km‐dir. İdarəetmə operator tərəfindən teleidarəetmə vasitəsilə yerinə yetirilir. GPS və ABŞ‐ın standart idarəetmə və komandanlıq sistemi ilə dəstəklənir. Kütləsi 150 kq, faydalı yükünün kütləsi isə 45 kq‐dır. Pu‐ lemyotu manipulyatora əvəz etməklə robotu minatəmizləmə sistemi kimi istifadə etmək mümkündür. Şirkətin digər robotu isə “Talon V” adlanır. Bu robot minatəmizləmə işləri üçün təyin edilib və manipulyatoru tapşırıqlara uyğun olaraq dəyişdirilə bilir. “QinetiQ” və “Pratt & Miller” şirkətlərinin birgə layihəsi olan tırtıllı avtonom platformalı “EMAV” robotu
49
“HDT Global” şirkətinin “Hunter WOLF” döyüş robotu
12,7 mm‐lik pulemyotla silahlan‐ dırılmış döyüş modulunu daşıyır. Robotun səsi çox azdır, kütləsi 3 tondur və əlavə olaraq 3,2 ton ağırlığında faydalı yük daşıya bilir. Hərəkət sürəti saatda 72 km‐dir. “Northrop Grumman” konserninin törəmə “Remotec Inc.” şirkətinin istehsalı olan “Andros F6A”, “Andros FX” və “Andros HD1” robotları teleidarə olunandır, ilkin baxış və minatəmizləmə üçün təyin ediliblər. “Andros” ailəsinin davamı olan “mini ANDROS II” robotu isə məsafədən idarə olunan mühəndis təyinatlı hərbi robotdur. Şirkətin tırtıllı “Mk VA1/RONS” robotu 340 kq ağırlığa malikdir. “Wolverine” robotu isə 367‐ 386 kq ağırlığındadır. Bu da məsafədən idarə olunan hərbi robotdur. Robotlar ilk növbədə döyüş sursatlarının zərər‐ sizləşdirilməsi üçün təyin edilib. Ehtiyac olduqda bütün bu robotların üzərinə silah yerləşdirmək mümkündür. “Resquared” şirkətinin HDMS 551s1 tırtıllı robotu digər robotlardan iki teleidarə olunan manipulyatorunun olması ilə fərqlənir. “Textron” və “Howe&Howe” şirkət‐ ləri birlikdə 10 tonluq RCV “Ripsaw M5” yaradıblar. Robot 2,7 tona qədər ağırlığında silah və kəşfiyyat sistemləri daşımağa qadirdir, saatda 105 km‐ə qədər sürət yığa bilir. Avtomatik rejimdə hədəfləri təsbit və təsnif edə, habelə operatorun komandası ilə onlara atəş aça bilir. Silahlanmasına 12,7 mm çaplı M2, 7,62 mm çaplı M240B və M249 “Squard” pulemyotları, 40 mm çaplı Mk19 avtomatik qumbaraatanı kimi silahlar daxil ola bilir. Robot, platformanın “sürücü‐operatoru” olan idarəetmə məntəqəsindən 1 km‐ə qədər məsafədə radiokanal vasitəsilə idarə olunur. Operator silahları məsa‐
50 www.poliqon.az
fədən yenidən doldura və düyməni basmaqla silahı dəyişdirə bilir. Robotun “Ripsaw EV2” versiyası da artıq yaradılıb. Yuxarıda qeyd olunan robotlarla yanaşı, ABŞ Ordusunda dörd təkərli platformalı və nəzarət olunan ərazinin telemonitorinqi üçün təyin edilmiş MDARS (Mobile Detection Assessment and Response System), minatəmizləmə üçün təyin edilmiş “Mark II Talon”, müşahidə və kəşfiyyat üçün təyin edilmiş “TALON SWORDS” (Special Weapons Observation Reconnaissance Detection Systems) kimi müxtəlif təyinatlı onlarla hərbi təyinatlı robotlar istifadə edilməkdədir. Rusiya istehsalı döyüş robotları. Rusiyada da döyüş robotlarının inkişafı geniş vüsət alıb. Bu robotlar müxtəlif təyinatlı olmaqla yanaşı, həm də müxtəlif konstruksiyaya, qabarit‐kütlə göstəricilərinə malikdirlər. Hazırda ordu birləşmələrinin silahlanmasında bir neçə növ döyüş robotu istifadə olunur və ya sınaq istismarındadır.
“Uran‑9” döyüş robotu
“V.A.Deqtyaryov adına zavod” ASC‐ nin istehsalı “Nerexta” robotlaşdırılmış kompleksi universal tırtıllı platformada qurulub. Robot Rusiya Müdafiə Nazir‐ liyinin Perspektiv Tədqiqatlar Fondu tərəfindən yeni texnologiyaların öyrənilməsi məqsədi ilə sınaqlardan keçirilir. Kompleks digər robotlarla birlikdə xüsusi təyinatlı kimi döyüşmək üçün təyin edilib. Bu məqsədlə o, süni zəka, yeni rabitə və idarəetmə sis‐ temləri ilə təchiz olunub. Layihəyə əsasən robot əvvəlcə artilleriya atəşinə düzəliş vermək üçün nəzərdə tutul‐ muşdu. Lakin, sonradan aparılan işlər nəticəsində kompleks 12,7 mm‐lik və ya 7,62 mm‐lik PKTM pulemyotu ilə silahladırılaraq “döyüşçü” halına gətirilib. Kompleks məsafədən idarə olunma rejimində dəqiqədə 600‐750 atəş açmaq imkanına malikdir. Pule‐ myotçudan başqa “Nerexta”nın plat‐ formasında kəşfiyyatçı və ya trans‐ portyor yaradılması da planlaşdırılır. Robot komanda maşınından pult vasitəsilə idarə olunur. Hərəkət sürəti saatda 30 km‐dir. Kütləsi müxtəlif mənbələrin məlumatına əsasən 1 – 2,5 tondur. Optik‐elektronik sistem, termal cihaz, lazer məsafəölçən və ballistik kompüter kompleksin gecə və gündüz işləməsini təmin edir. Kompleksin növbəti təkmilləşdirilməsi “Nerexta‐2” adlandırılıb və hazırda üzərində işlər yerinə yetirilir. İstehsalçının bildir‐ məsinə görə, perspektiv robotu səs və jestlərlə idarə etmək mümkün olacaq. Əlavə olaraq “Nerexta‐2” kompleksinin silahlarını əsgərlərin silahları ilə sinxronizasiya edilməsi də ehtimal olunur. Məsələn, xüsusi təyinatlı əsgər nişangahda bir silahlını tutduqda və robot dərhal onun kimi hərəkət edəcək.
Rusiyanın “Vixr” kəşfiyyat‐zərbə yerüstü kompleksi BMP‐3 piyadanın döyüş maşının (PDM) bazasında hazırlanıb. Maşın təxminən 15 ton ağırlığındadır. Silahlanmasına 30 mm‐ lik 2A72 avtomatik topu, onunla qoşalaşdırılmış 7,62 mm‐lik PKTM pulemyotu və “Kornet‐M” tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK) daxildir. Kompleksin konstruksiyasını BMP‐3 PDM‐in robotlaşdırılmış baza şassisi, ABM‐BSM‐30 döyüş modulu, mobil robotlaşdırılmış MRP‐100 plat‐ forması, rabitə və idarəetmə sistemi təşkil edir. Kompleksin tərkibində 4 ədəd “Çasovoy” PUA‐sı da var. Kompleks məsafədən komandir və operator tərəfindən radiokanal vasi‐ təsilə idarə olunur. Zərurət olduqda sürücü‐mexanik yerinə otura və PDM‐i adi qaydada idarə edə bilər. “766‐cı istehsalat texnoloji dəst‐ ləşdirmə idarəsi” Səhmdar Cəmiy‐ yətinin (“766 UPTK” SC) 12 tonluq radioidarə olunan “Uran‐9” döyüş robotu kəşfiyyat, öz qoşunlarının atəşlə himayəsi, şəhərdə döyüş fəaliyyətləri kimi tapşırıqların yerinə yetirilməsni təmin edir. O, şəxsi heyəti qorumaq və düşmən atəşi altından çıxarmaq üçün təyin edilib. Silahlanmasına 7,62 mm‐ lik PKTM pulemyotu, 30 mm‐lik 2A72 avtomatik topu, RPO‐M/PDM‐A “Şmel‐ M” odsaçanı aiddir. Tanklarla 5 km‐ə qədər məsafədə mübarizə aparmaqdan ötrü kompleksin üzərinə “Ataka” TƏİRK quraşdırmaq mümkündür. Kompleksin gövdəsində müxtəlif aparatlar, nişangah kompleksləri, məsafəölçənlər, axtarış və rabitə sistemləri, atəşi və hərəkəti idarəetmə sistemləri yerləşdirilib. Konstruktorların düşüncəsinə görə, “Uran‐9” kompleksləri kəşfiyyat robotu və atəş dəstəyi robotu tərkibində cüt‐ cüt işləməlidir. Bütün bu təsərrüfatın işi bort kompüteri tərəfindən idarə olunur. Zərbə versiyasından başqa, oxşar bazada “Uran‐6” robot‐istehkamçı və “Uran‐14” robot‐yanğınsöndürən ya‐ radılıb. İstehkam işləri üçün təyin edilmiş “Uran‐6” robotu ərazinin fasiləsiz təmizlənməsi üçün təyin edilib və 4 kq trotil ekvivalentinə qədər olan partlayışlara tab gətirə bilir. “Uran‐14” robotunda avtomatik özünüsoyutma sisteminin olması yüksək temperatur zonasında yanğını söndürməyə, eləcə də zirehli gövdə məsafədən idarə olunan maşının komponentlərini və qurğularını qorumağa imkan verir.
“Kalaşnikov” un “Soratnik” avtomatlaşdırılmış döyüş sistemi
“Kalaşnikov” konserninin istehsalı olan “Soratnik” avtomatlaşdırılmış döyüş sistemi müxtəlif videokame‐ ralarla və məsafədən idarə olunan silahlı döyüş modulu ilə təchiz olunub. Silahlanmasına həm 7,62 mm‐lik PKTM və 12,7 mm‐lik “KORD” pulemyotları, həm 30 mm‐lik AQ‐17A avtomatik qumbaratanı və ya 8 ədəd raketli “Kornet‐M” TƏİRK daxil edilə bilər. Kütləsi 7 tondur və hərəkət sürəti saatda 40 km‐dir. Düzünə görünüş vəziyyətində fəaliyyət radiusu 19 km‐ə bərabərdir. Kompleks PUA‐larla qar‐ şılıqlı əlaqədə işləmək üçün xüsusi sistemlə təchiz edilib. Konsernin digər məhsulu isə “Naxlebnik” robotlaşdırıl‐ mış kompleksidir. Kompleks Qatlinq sistemli 4 lüləli 7,62 mm‐lik QŞQ‐7,62 aviasiya pulemyotu ilə, həmçinin aşkar‐ etmə və müşahidə vasitələri ilə təchiz edilib. Pulemyotun atəş tezliyi dəqiqədə 6000 atəş təşkil edir. Robot 1 lüləli pu‐ lemyotla da silahlandırıla bilir. “Sorat‐ nik” kompleksinin “ortağı” olmaqla yanaşı silahlanmasına, atəş gücünə və kütləsinə görə ondan geri qaldığı üçün ehtimal olunur ki, “Naxlebnik” döyüşdə köməkçi rolunu oynayacaq. “Proqres” Elmi‐Tədqiqat Texnoloji İnstitutu tərəfindən yaradılmış “Plat‐ forma‐M” robotlaşdırılmış döyüş ma‐ şını 4 ədəd 30 mm‐lik AQS‐30 avtomatik qumbaraatanı və 1 ədəd 7,62 mm‐lik PKTM pulemyotu ilə silah‐ landırılıb. Pulemyotun döyüş dəsti 400 ədəd patron təşkil edir. Elektrik hərəkət hissəsinə sahib maşının hərəkət sürəti saatda 12 km‐dir. Batareyaların bir dəfə doldurulması ilə robot 6 saat ərzində dayanmadan hərəkət edə bilir. Elektrik mühərrikinin tətbiqi sayəsində maşın səssiz işləyir. Robot 300 kq‐a qədər faydalı yük daşımaq imkanına malikdir.
Rusiyanın “Kunqas” robot kom‐ pleksi özündə bir neçə maşını birləşdirir. Bu maşınların sırasına 17 tonluq BTR‐MDM “Rakuşka” zirehli transportyorunun robotlaşdırılmış versiyası, 8 (12) tonluq “Nosimıy” robotu, 200 kq‐lıq “Lyoqkiy” robotu, 2 tonluq “Vozimıy” robotu və yuxarıda barəsində danışılan “Nerexta” döyüş robotu daxildir. Kiçik ölçülü “Nosimıy” robotu kəşfiyyat üçün, daha ağır “Lyoqkiy” və “Vozimıy” isə istehkam işləri üçün təyin ediliblər. Amma onlar, döyüş silahı ilə təchiz edilə və üzərinə TƏİRK, pulemyotlar və başqa silahlar yerləşdirilə bilər. BTR‐MDM “Rakuşka” isə Hava‐Desant Qüvvələrində istifadə olunan eyni adlı zirehli transportyorun robotlaşdırılmış versiyasıdır. “Kovrov elektromexaniki zavo‐ du”nun 40 kq‐a qədər ağırlığındakı “Vedexod TM3” çoxməqsədli mobil robot kompleksi insanlar üçün əlçatmaz və təhlükəli ərazilərdə məsa‐ fədən vizual kəşfiyyat, binalarda və ərazidə yerləşən, habelə televiziya kompleksindən istifadə edərək nəqliy‐ yat vasitələrində partlayıcı qurğuya şübhəli əşyaların axtarışı və ilkin diaqnostikası, “Vırub‐V” və “Vırub‐KM” partlayıcı qurğu məhvedənlərinin daşınması, quraşdırılması və məsafə‐ dən aktivləşdirilməsi üçün təyin edilib. Hərəkət sürəti saniyədə 0,9 metrdir. Avtonom vəziyyətdə 1,5 saata qədər müddətdə işləməyə qadirdir və radiokanal və ya naqillərlə məsafədən idarə olunur. Müəssisənin digər “Metallist” robotu isə VSK‐94 snayper tüfəngi və “Yarıgin” tapançası ilə silahlanıb, həmçinin RQR, RDR‐M və RG‐60TB də daxil olmaqla beş müxtəlif növ qumbara ata bilir. Sadalanan döyüş robotları ilə yanaşı, Rusiya müdafiə sənayesi müəs‐
51
sisələri tərəfindən çoxsaylı robotlar, o cümlədən “Arbalet‐DM”, “Akatsiya‐E”, “Bumeranq”, Varan”, Volk‐2”, Qorets (M3204)”, Kobra‐1600”, “MARS A‐800”, “MRK‐002‐BQ‐57”, “MRK‐27”, “MRK‐ 46”, “MRK‐RX”, “Plastunski”, “Proxod”, “RURS”, “RD‐RXR”, “Rıs”, “Skarabey”, “Strelok”, “Sfera”, “Tornado”, “Udar” və “RS1A3 Mini Rex” kimi müxtəlif tə‐ yinatlı və ölçülü robotlar da inkişaf etdirilib, bəziləri artıq silahlanmaya qəbul olunub, bəzilərinin isə üzərində yekun tamamlama işləri yerinə yetiril‐ məkdədir. Çin istehsalı döyüş robotları. Çin Xalq Azadlıq Ordusu son illərdə keçir‐ diyi hərbi təlimlərdə müxtəlif növ döyüş robotlarını tətbiq edərək praktiki sınaqdan keçirib. Bu robotlar sırasında minaaxtaran, yüksək keçidlikli pilotsuz döyüş maşını platforması, infraqırmızı diapazon daxil olmaqla, süni görmə sistemli, böyük çaplı pulemyot və qum‐ baraatanla silahlanmış şəhər döyüşü üçün təyin edilmiş robot avtomobil yer alıb. Bunlarla yanaşı “HIT Robot Group” şirkəti kəşfiyyatçı, istehkamçı və atıcıdan ibarət robot üçlüyü yaradıb. Xarici mətbuatın yazdığına görə, hər üç robot bir‐biri ilə hərəkətləri koor‐ dinasiya edərək tamamilə müstəqil şəkildə və ya qrupun tərkib hissəsi olaraq hərəkət edə bilir. 12 kq ağırlı‐ ğındakı kəşfiyyatçı robot kəşfiyyat və müşahidə əməliyyatları üçün təyin edilib, kameralara və partlayıcı maddələri aşkar edə bilən sensorlar dəstinə malikdir. Əgər kəşfiyyatçı robot fuqas və ya şübhəli əşya taparsa, bir zaman istehkamçı robot işə başlayır. Operator məsafədən idarəetmə
NORİNCO şirkətinin SHARP CLAW1 döyüş robotu
52 www.poliqon.az
“Amstaf” döyüş robotu
sistemindən istifadə edərək şübhəli əşyanı zərərsizləşdirir və ya mexaniki manipulyator‐qol vasitəsilə təhlükəsiz yerə aparır. Robotun kütləsi 12 kq‐dır. Atıcı robot isə, üzərində avtomatik tüfəng (avtomat) və kiçik çaplı qumbaraatan olan platforma daşıyır. Optik nişangah, elektrik buraxma mexanizmi və məsafədən idarəetmə sistemi bu robotun operatoruna hədəfə təhlükəsiz yerdəki sığınacaqdan nişan‐ gah atəşi açmasına imkan verir. NORİNCO şirkətinin SHARP CLAW 1 döyüş robotu kəşfiyyat tapşırıqlarını yerinə yetirmək, düşmənin canlı qüv‐ vəsini və müdafiəsiz texnikasını məhv etmək üçün təyin edilib. Məsafədən idarə olunan robot anti‐terror, piyada əleyhinə, patrul tapşırıqları və şəhər döyüşləri üçün nəzərdə tutulub. Kütləsi 120 kq, hərəkət sürəti saatda 9 km‐dir. Yanacaq üzrə gediş ehtiyatı 6 km təşkil edir. Robot 7,62 mm‐lik pulemyotla
silahlandırılıb və maksimal atəş məsafəsi 500 m təşkil edir. Fasiləsiz iş müddəti 2 saatdır. “Sany Heavy Industry” şirkətinin istehsalı olan “Giant Tiger” döyüş robotu uzunluğu 4,2 m, eni 2 m və hündürlüyü 1,4 m‐dir. Ümumi kütləsi 2,1 tondur və 800 kq faydalı yük daşıya bilir. Robot 12,7 mm‐lik pulemyotla silahlandırılıb, həmçinin mürəkkəb sensorlar sistemi və mövqeləmə sistemi ilə təchiz edilib. Bütün bunlar birlikdə, müəyyən bir ərazidə avtonom şəkildə patrulluq etməyə, potensial düşməni tez bir zamanda aşkar və məhv etməyə imkan verir. Hazırda Çin müdafiə müəssisələri tərəfindən bir çox müxtəlif təyinatlı döyüş robotlarının, o cümlədən insanabənzər və itəbənzər robotların inkişafı istiqamətində konstruktor‐ mühəndis işləri yerinə yetirilir. İsrail istehsalı döyüş robotları. Ordunun ehtiyacları üçün G‐NIUS şir‐ kəti tərəfindən yaradılmış “Guardium Mk3” döyüş robotu‐avtomobil inkişaf etmiş gecə‐gündüz optik‐elektron müşahidə (həm optik, həm də infra‐ qırmızı diapazonda, həm də radarlarda işləyə bilən videokameralar) və tuşlama kompleksi, həmçinin məsafədən idarə olunan 12,7 mm‐lik pulemyot və ya 40 mm‐lik avtomatik qumbaraatan və digər silah növləri, məsələn, hücum edənlərə qarşı gözyaşardıcı qaz qumbaraları ata bilən silah sistemi ilə təchiz olunub. Faydalı yükdaşıma qabiliyyəti 300 kq‐dır və saatda 80 km sürətlə hərəkət edir. Şirkətin digər məhsulu isə “Avantguard UGCV” döyüş
elektrik ötürücülü təkərləri olan 6x6 təkər formullu yüksək keçidlik qabiliyyətli şassi üzərində qurulub. İsrail Ordusu və xüsusi xidmət orqanları sadalanan robotlardan başqa “Bionic hornet”, “Snake robot”, “Eye‐ drive”, “Pincher”, DOGO, “RoBattle” və MGTR kimi döyüş robotlarından, eləcə də 5,56 mm‐lik və 7,62 mm‐lik pulemyotlarla silahlandırılmış “Sentry Tech” pulemyot qüllə robotlarından geniş istifadə edir.
İsrailin “Taasiya Avirit” şirkətinin “Rex” döyüş robotu
robotudur. Robot, manevr edilə bilən döyüş əməliyyatları zamanı yerüstü tapşırıqları yerinə yetirmək üçün təyin edilib. Real zaman müddətində maneələrin aşkarlanması və aradan qaldırılması ilə bağlı müstəqil qərarlar verir. Yolsuzluq şəraitində yüksək manevr qabiliyyətinə malikdir. Kütləsi 1746 kq, yükqaldırma qabiliyyəti 1088 kq, sürəti isə saatda 20 km‐dir. Robot pulemyotla silahlandırılıb. “Automotive Robotic Industry Ltd.” və “Rafael” şirkətləri birlikdə “Amstaf” döyüş robotunu yaradıblar. Robotun üzərində 7,62 mm‐lik pulemyot qu‐ raşdırılıb. Robotun kütləsi 900 kq, daşıdığı faydalı yükün kütləsi 850 kq və yedəyə aldığı yükün kütləsi 1 tondur. Quruda saaatda 35 km, suda isə saatda 5 km sürətlə hərəkət edir. “Israel Aerospace Industries” (IAI) kon‐ serninin tərkibinə daxil olan “Taasiya Avirit” şirkətinin “Rex” döyüş robotu 180 kq ağırlığında faydalı yükü daşımaq imkanına malikdir. 6 və 2 təkərli variantlarda istehsal edilib. 72 saat ərzində əlavə yanacaq doldurulmadan işləyə bilir. “Elbit Systems” konserninin tərkibinə daxil olan “Elbit Maarahot” şirkəti isə “Galileo” firması ilə birlikdə “VİPeR” adlı robot yaradıb. Robotun kütləsi 12 kq‐dır. O avtomat atəşi aparmaq və qumbara atmaq imkanı ilə təmin edilib. Üzərində robot üçün xüsusi layihələndirilmiş 9 mm‐lik UZİ tapança‐pulemyotunun mini variantı və lazer məsafəölçən quraşdırılıb. Müxtəlif maneələri dəf edə və pilləkənlərlə qalxa bilir. Bütün bunlardan başqa, “VIPeR” robotunda partlayıcı maddələrin aşkar‐ lanması üçün qurğu, həmçinin ge‐
cəgörmə daxil olmaqla videokameralar və dinləmək üçün mikrofonlar nəzərdə tutulub. IAI və “Elbit Systems” konsern‐ lərinin birgə istehsalı olan “Nahshon” robotu 2 ton faydalı yük daşıya bilən və döyüş bölgəsində məsafədən idarəetmə vasitəsi ilə və ya avtonom olaraq işləyə bilən pilotsuz yük maşınıdır. O, terror hücumlarının qarşısının alınması, döyüş logistikası və marşrut yoxlama tapşırıqlarını həyata keçirmək üçün təyin edilib. IAI konserninin “Jaguar” robotu 7,62 mm‐lik FN MAG pulemyotu, yüksək ayırdetmə qabiliyyətli kame‐ ralar, güclü işıqlandırma və məsafədən idarə olunan güclü səsucaldan sistemlə təchiz olunub. Robot sərhədyanı bölgələrdə patrulluq etmək üçün təyin edilib. Bundan başqa, robot düşmənin əlinə keçdikdə özünü məhvetmə sistemi ilə təchiz edilib. “Jaguar” robotu
Türkiyə istehsalı döyüş robot‑ ları. Son illərdə Türkiyə Silahlı Qüvvələrinin təchizatı üçün “Aselsan” və “Katmerçiler” şirkətləri birlikdə ikinci səviyyəli “mini‐tank” döyüş robotu hazırlayıblar. Layihədə “Aselsan” döyüş modulunun, “Katmerçilər” isə şassinin yaradılmasından məsuldur. “Mini‐tank” 7,62 mm‐lik pulemyotla təchiz edilib, lakin 5,56 mm‐lik pulemyotun da quraşdırılması imkanı nəzərdə tutulub. Yeni “mini‐tank” müxtəlif növ şassilərə əsaslanacaq, yüngül və ağır silahlı döyüş modullarını daşıya biləcək. Döyüş maşınları şassidən asılı olaraq fərqli ölçülərə malik olacaq, məsafədən idarə oluna və ya avtonom rejimdə işləyə biləcək. Layihənin digər detalları, müddətlər və miqdarı hələlik açıqlanmır. “Havelsan” şirkəti isə özünün “Barkan” adlı döyüş robotunu yaradıb. Robot döyüşlə kəşfiyyat və müşahidə üçün təyin edilib. “Barkan” birinci səviyyə və orta sinif döyüş robotlarına aiddir. Pulemyotla silahlanmış kompakt döyüş robotu, yeni “Baha” PUA da daxil olmaqla digər pilotsuz platformalarla
Türkiyənin “mini‑tank” döyüş robotu
53
“Havelsan”ın “Barkan” döyüş robotu
qarşılıqlı əlaqə qura bilir. Hazırda sınaqların keçirilməsi məqsədil ilə üç prototip yaradılıb. Beləliklə, silahlı robotun kütləsi təxminən 500 kq‐dır. O, dörd dayaq vərdənəli tırtıllı şassi və SARP‐L məsafədən idarə olunan sabitləşdirilmiş silah sistemi ilə təchiz edilib. Robot 5,56 və 7,62 mm kalibrli pulemyotlarla silahlandırıla bilir və atəşə nəzarət sistemində ballistik kompyüter və termal kamerası olan elektro‐optik stansiya var. “Barkan”dan başqa, şirkət ortaq platformaya malik daha iki döyüş robotu variantı buraxıb. Birinci variant elektrik ötürücülü kompakt robotdur. Bunun kütləsi 350 kq‐dır və hərəkət sürəti saatda 7 km‐ dir. Kəşfiyyat və logistikada istifadə edilə bilər. İkinci variant isə, qaldırma kronşteyninə quraşdırılmış müxtəlif müşahidə cihazları sayəsində geniş kəşfiyyat imkanlarına malik robotdur. Qeyd olunanlardan başqa Türkiyə Silahlı Qüvvələrinin birləşmələri “Alkar R4”, “Altınay”, “Ertuğrul”, “Kaplan”, M2, M4 mini, “TMR‐Çetin”, “TMR‐I‐Zafer”, “TMR‐II‐Dinçer”, “TMR‐II‐Kutlu”, UKAP, EYP təsbit robotu, məsafədən idarə olunan bomba məhvetmə robotu və silahlı əməliyyat robotu kimi müxtəlif təyinatlı döyüş robotları ilə silahlan‐ dırılıblar. Ordunun yeni yerli döyüş robotları ilə təchiz edilməsi istiqamə‐ tində layihə‐inkişaf tədbirləri keçiril‐ məkdə davam edir. Döyüş robotlarının və ya robot‐ laşdırılmış komplekslərin yaradılması, istehsalı və silahlanmaya qəbulu presesləri digər ölkələrdə də həyata
54 www.poliqon.az
keçirilir. Məsələn, Almaniyada “Mission Masters”, “RoboScout”, “Cobham TeleMAX EOD”, “Cobham TeleMAX İEDD” və “Cobham tEODor”; Kanadada “ARGO”, “Digital Vanguard ROV” və “Digital Vanguard MED‐İNG”; Xorvatiyada “MV4 DOK‐İN”; Ukraynada “A.Drones”, “BARS‐8”, “M2 Mislivets”, “Piranya”, “Fantom”, “Fantom‐2”, “İronclad” və “Laska”; Belarusda “Adunok”, “Berserk”, “Boqomol” və “Vistl”; İsveçrədə “Raider II”, “R‐Gator A3”, “Skyguard və “Skyguard‐Srarrow”; Estoniyada “THeMIS” və “Type‐X” döyüş robotları artıq qoşun birləşmələrinin istifadəsinə verilib. Qeyri‑müəyyən gələcək Bir sıra əsas konsepsiyalar daha mürəkkəb və texniki cəhətdən inkişaf etmiş avtonom texnologiyalar yaratmaq istəyən aparıcı güclərin diqqət mər‐ kəzindədir. Bunlara “sürü” halında tətbiq, yəni düşmənin müdafiəsini aşmaq və maksimal itki vermək üçün birdən çox avtonom aparatların eyni vaxtda koordinasiyalı istifadəsi imkan‐ ları aiddir. Bu konsepsiya çərçivəsində ABŞ‐da, İsraildə, Çində, Türkiyədə təcrübələr aparılır və Rusiya yaxın gələcəkdə bu cür texnologiyaları inkişaf etdirməyə başlamağı planlaşdırır. Əgər avtonom “sürü” süni zəka və ya maşın təlim sistemlərindən istifadə edərək “düşünməyi” öyrənərsə, bu cür silah‐ ların istifadə perspektivləri silahlı qüvvələr və bütövlükdə dünya icti‐ maiyyəti üçün gözlənilməz nəticələrlə
bütün dünyada zəncirvari reaksiyaya səbəb ola bilər. Döyüş robotlarının ciddi bey‐ nəlxalq tənzimlənməsinin əsas əleyhdarları böyük hərbi gücləri, ilk növbədə ABŞ‐ı və Rusiyanı əhatə edir. İndiki ABŞ rəhbərliyi avtonom və məsafədən idarə olunan sistemlərin inkişafına diqqət yetirir. Rusiyada isə “müstəqil mübarizə apara bilən” döyüş robotlarının seriyalı istehsalına baş‐ lanılıb. Çin döyüş robotlarının istifa‐ dəsinin qadağan edilməsinin tərəfda‐ rıdır, lakin bu cür silahların hazır‐ lanmasını və istehsalını icazəli hesab edir. Amma, şirkətləri avtonom funk‐ siyalı silahlar üzərində işləyən ölkələrin dairəsi daha genişdir. Əgər hərbiçilər avtonomluğun onlara üstünlük verə‐ cəyinə inanırsa, bu zaman inkişafı dayandırmaq çox çətin məsələdir. Daha az sərt tənzimləmə yolu, dövlətlər tərəfindən süni zəka istifadəsi barədə etik qaydalar kimi birtərəfli öh‐ dəliklərin götürülməsidir. Birtərəfli tədbirlər bəzi riskləri aradan qal‐ dırmağa kömək edir, amma onları istisna etmir. Buna görə də bütün bu məsələlər dövlətlərarası səviyyədə həll edilməlidir. Nəticə Artıq aydındır ki, avtonom hərbi texnologiyalar döyüş fəaliyyətlərini aparma qaydalarını dəyişdirəcək və nəticələrini hazırda proqnozlaşdırmaq çətin olan yeni bir münaqişə növü yarada bilər. Beynəlxalq birlik bu gün görünməmiş dəyişikliklərin şahidi olur. Getdikcə daha çox ölkə avtonom sistemlərin inkişafı və yerləşdirilməsi ilə ABŞ‑ın hərbi üstünlüyünə meydan oxumağa çalışır. Hal‑hazırda ABŞ həm maliyyə baxımından, həm də texnoloji inkişaf səviyyəsini nəzərə alaraq bu sahədə lider mövqe tutur, lakin onun rəqibləri öz siyasi‑hərbi yanaşmalarını inkişaf etdirərək boşluğu tədricən aradan qaldırırlar. Yeni texnologiyaların ortaya çıxması ilə aparıcı güclərin müharibə aparmaq üçün yeni qaydalar, mümkün məhdudiyyətlər və münaqişə vəziyyətlərindən çıxma vasitələri barədə razılığa gəlməsinə ehtiyac var. Yaxın 10‑15 il ərzində hərbi sahədə hansı də‑ yişikliklərin baş verəcəyi hələ məlum deyil. Ancaq bir şey məlumdur ki, texnoloji paradiqmada bu qaçılmaz dəyişikliyə dünyanın bütün ölkələrinin hərbi idarələrinin hazırlaşmağa başla‑ masının vaxtıdır. PQ
Rusiya HDQ‑nin Xəzər flotiliyası yeni bazaya köçürülüb
Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər flotiliyasının əsas qüv‐ vələrinin yenidən bazalanması çərçi‐ vəsində 20‐dən çox gəmi Dağıstanın Kaspiysk şəhərindəki daimi dislokasiya məntəqəsinə gəlib. Rusiya Müdafiə Na‐ zirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, kiçik raket və artilleriya gəmiləri, həmçinin Xəzər flotiliyasının silahlanmasında olan baza tral (minaax‐ taran) gəmiləri Mahaçqaladan Kas‐
piyskdəki yeni limana gəlib. Liman, Xəzər flotiliyasının bazasının infras‐ trukturunu yeniləmək planının bir hissəsi kimi flotiliyanın qüvvə və vasitələrini yerləşdirmək üçün tikilib. Briqadaların mühəndis‐texniki heyəti, həmçinin gəmilərə xidmət göstərmək və onları dənizə çıxmağa hazırlamaq üçün nəzərdə tutulmuş gəmi texnikaları da daimi dislokasiya məntəqəsinə çat‐ dırılıb.
Məlumatda bildirilir ki, hazırda hərbi qulluqçular texnika və silahların planlı texniki xidməti, həmçinin gə‐ milərin dənizə çıxmasına hazırlıq işlərinə başlayıblar. Bundan başqa, Yeni il bayramları ərəfəsində döyüş hazırlı‐ ğının yüksəldilməsi məqsədilə təlim‐ məşq toplanışı, eləcə də təlim‐maddi texniki bazaya baxış keçiriləcək. Xatırladaq ki, Xəzər flotiliyasının əsas bazası 2020‐ci ildən Kaspiysk şəhərində yerləşir. Flotiliya Xəzər dənizi regionu üçün məsuliyyət zonasına ma‐ likdir. Bu, Xəzər regionunda ən güclü dəniz birləşməsidir. Donanmaya bir neçə gəmi briqada və divizionları, avia‐ siya, sahil qoşunları daxildir. Hava yas‐ tıqlı artilleriya qayıqları briqadasının Həştərxan və Mahaçqalada bazaları var. Donanmanın flaqmanı 11661K layihəli “Tatarstan” raket gəmisidir (idarə olu‐ nan raket silahlı korvet). 2021‐ci ilin mart ayından etibarən Xəzər flotiliyası‐ nın komandanı kontr‐admiral Alek‐ sandr İqoreviç Peşkovdur.
Yunanıstan ABŞ‑dan “Guardian” zirehli maşınları alıb
TUSAŞ‑ın “Hürkuş” təyyarələri Bakıya gətirilib Türkiyənin TUSAŞ şirkətinin is‐ tehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Dekabrın 3‐də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində ke‐ çirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə “Hürkuş” hərbi təyyarə‐ lərinin nümayiş uçuşları icra olunub. Tədbirdə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general‐leytenant Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit
Bağcı, hərbi attaşe general‐mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər. “Hürkuş” təlim təyyarəsinin taktiki‐texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olu‐ nub. Sonra hər iki ölkənin hərbi pilot‐ larının Azərbaycanın hava məkanında birgə nümayiş uçuşları icra edilib. General‐leytenant R.Tahirov pi‐ lotların hazırlığını yüksək qiymət‐ ləndirib, onlara gələcək xid‐ mətlərində uğurlar arzulayıb.
Yunanıstan Ordusu ABŞ‐da işlənmiş zirehli maşınlarla silahlanmağa başlayıb. Sifariş olun‐ muş 1200 ədəd zirehli transportyorların ilk par‐ tiyası ABŞ‐dan Yunanıstana gətirilib. 2019‐cu ildə ABŞ və Yunanıstan işlənmiş 1200 ədəd 4×4 təkər formullu M1117 ASV “Guardian” zirehli maşının ABŞ Ordusunun ehtiyatlarından yunan ordusuna ötürülməsi ilə bağlı razılığa gəliblər. Zi‐ rehli maşınlar pulsuz verilir, lakin bu cür prose‐ durlarda adət olduğu kimi, qəbul edən tərəf konservasiyadan çıxarılma, texniki qulluq, da‐ şınma və personal hazırlığı üçün ödəniş edir. Beləliklə, Yunanıstana M1117 ASV “Guar‐ dian” zirehli maşınları silahlar nəzərə alınma‐ dan, bir vahid üçün 70.000 avroya başa gəlib. Bu maşınları ABŞ Ordusu vahid başına 800.000 ABŞ dollarına aldığından Yunanıstan Ordusu üçün qənaət əhəmiyyətli hesab edilir. М1117 ASV “Guardian” zirehli maşınları “Textron Marine & Land Systems” şirkəti tərəfindən bir neçə modifikasiyada istehsal edi‐ lib. Zirehli transportyor versiyasında avtomobil heyət daxil olmaqla 10 nəfəri yerləşdirə bilir. Onun boş çəkisi 14,4 tondur və 8,6 litrlik mühərrik onu 100 km/saata qədər sürətləndirir. M1117 standart olaraq dairəvi görmə sistemi və kondisionerlə təchiz olunur.
55
HAVELSAN VTS NATO‑nun təlimində istifadə edilib Türkiyənin HAVELSAN şirkəti tərə‐ findən yerli imkanlar hesabına hazırlanan gəmi hərəkəti xidmətləri (VTS) proqram təminatından ilk dəfə NATO‐nun dəniz təhlükəsizliyi təlimində istifadə edilib. HAVELSAN VTS proqram təminatı sayə‐ sində bütün gəmi hərəkətlərini izləmək, təşkil etmək və idarə etmək kimi missiya‐ lar yerinə yetirilir. NATO Dəniz Təh‐ lükəsizliyi Mükəmməllik Mərkəzi təlim tarixində ilk dəfə olaraq özəl kosmos əsaslı yer müşahidə şirkətləri tərəfindən əldə edilən peyk görüntülərinin HAVEL‐
SAN VTS‐ə ötürüldüyünü və sistemdə nü‐ mayiş etdirildiyini açıqlayıb. Təlimdə iştirak edən bir şirkət tərəfindən əldə edilən canlı AIS (avtomatik identifikasiya
sistemi) izləri də HAVELSAN VTS‐ə inteq‐ rasiya edilərək nümayiş etdirilib. NATO dəniz təhlükəsizliyi təliminin ilk iki günündə “HAVELSAN Diyalog”
video konfrans sistemi vasitəsilə Türkiyə xaricində iştirakçılara akademik təqdi‐ matlar nümayiş etdirilib. Şirkət mütə‐ xəssislərinin sözlərinə görə, “HAVELSAN Diyalog” istifadəçi məlumatlarının təh‐ lükəsiz saxlanıldığı yerli və milli mənbəli video konfrans sisteminə olan ehtiyacı qarşılamaq üçün hazırlanıb. HAVELSAN VTS isə veb‐əsaslı texno‐ logiyalar vasitəsilə istənilən yerdən fasiləsiz əməliyyat idarə etməyə imkan verir və qabaqcıl texnologiyalarla hazırla‐ nıb. HAVELSAN VTS 90%‐i dəniz marşrut‐ ları ilə həyata keçirilən qlobal ticarət şəbəkəsində naviqasiya təhlükəsizliyi və logistika əməliyyatının effektiv idarə olunması üçün bütün zəruri funksiyalarla təchiz edilib.