ТОЛЫШОН ÑßÄÎ
Allahım, yaradılışımı gözəl etdiyin kimi əxlaqımı da gözəlləşdir.
Məhəmməd (s) peyğəmbər
XÜSUSİ BURAXILIŞ
¹ 35 (47)
08 dekabr 2012-íÿ ñîð
Ðóæíîìà
ÌÖÑÒßÃÈËß ÐÓÆÍÎÌÀ
pul
áåÿäÿ
ÜÛÉÌßÒÈØ
40 êîï.
áåøåäÿ
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ NAMİNƏ DEMOKRATİK TALIŞ BİRLİYİ TƏSİS EDİLDİ!
T Ə S İ S Ç İ L Ə R İ
Quliyev Eldəniz Cümşüd oğlu
Quliyev Eldəniz Cümşüd oğlu 20 aprel 1952-ci ildə Azərbaycan Respublikası Lənkəran şəhərində anadan olub. 1968-ci ildə Bakı şəhərində 51 saylı orta məktəbi bitirib. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1981-ci ildə
isə Moskva şəhərində Ali Ssenari və Rejissorluq kurslarını bitirmişdir. “Mosfilm”, M. Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. 1981 – 1987-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor, Redaksiya kollegiyasının, bədii şurasının, Dövlət film qəbulu komissiyasının üzvü kimi fəaliyyət göstərib. 1987 – 1992-ci illərdə “Debüt” eksperimental kinostudiyasının baş redaktoru, 1993 – 1996-cı illərdə isə “Azərkinovideo” İstehsalat birliyinin baş redaktoru işləyib. 1999-cu ildə ABA televiziya şirkətinin baş redaktoru vəzifəsində çalışıb. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən “Sülh Səfiri” fəxri adına layiq görülüb. Hal-hazırda Azərbaycan Ziyalı Hərəkatının sədri, Rus və Azərbaycan dillərində nəşr edilən “Ziyalı-İntelligensiya” qəzetinin təsisçisidir. Ailəlidir. İki övladı var.
Səfərov Mehdibəy Mahmudəli oğlu 17 noyabr 1960-cı ildə Azərbaycan Respublikası Lerik rayonun Cənginəvud kəndində anadan olub. 1978-ci ildə Lerik rayonu Vizəzəmin kənd orta məktəbi bitirmişdir 1979-cu ildə Lerik rayonu F. Engels adına sovxozda fəhlə işləmiş, 1979 – 1981-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. 1982 – 1986-cı illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissorluğu şöbəsini bitirib, ali təhsil almışdır. 1986-cı ildə Bakı şəhərində Biləcəri Mədəniyyət evində Xalq teatrının Səfərov Mehdibəy Mahmudəli oğlu quruluş hissə müdiri, 1986 – 1987-ci illərdə “Neft Daşları” Mədəniyyət Hal-hazırda işsizdir. sarayında Bədii rəhbər, 1987 – 2002Azərbaycan, talış və rus dillərini ci illərdə C. Cabbarlı adına “Azərbay- bilir. canfilm” kinostudiyasında bədii Bitərəfdir. filmlərdə baş inzibatçı, direktor Ailəlidir. Bir qızı, iki oğlu və altı müavini vəzifələrində çalışmışdır. nəvəsi var. 2002-ci ildən 20011-ci ilin sonuna kimi azad sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ NAMİNƏ DEMOKRATİK TALIŞ BİRLİYİ Doğm vətənimiz Azərbaycan Respublikasında milli dövlətçiliyin sivil dəyərlər demokratiya, tolerantlıq, vətəndaş cəmiyyəti kimi ənənələr üzərində qurulması məqsədi ilə AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ NAMİNƏ DEMOKRATİK TALIŞ BİRLİYİNİN (ADN DTB ) yaranmasını bəyan edirik. Konstitusiyamızın əsas müddəalarına söykənərək, ölkə vətəndaşlarının ümüd mənbəyi, istinadgahı bildikləri dövlətçiliyin güclü, ədalətli və effektli olması üçün millətindən, dinindən, dilindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız onu göz-bəbəyi kimi qorumalıdır. Azərbaycanda min illər boyu müxtəlif xalqlar, etnoslar və etnik qruplar dostluq, qardaşlıq şəraitində yaşayıb-yaratmış, şad günlərində şərik, çətin günlərdə isə birbirlərinə arxa və dayaq olmuşlar. Bunlar inkarolunmaz tarixi faktlardır. Qürur hissi ilə qeyd etməliyik ki, Talış xalqı da ölkəmizin aborigen etnoslarından biri kimi, tarixin müxtəlif məqamlarında milli Azərbaycan dövlətçiliyinin qurulması uğrunda mübarizə aparmış, bir çox mərhumiyyətlərə dözmüş - nəticədə müasir Azərbaycan Respublikasının müstəqilliyində inkarolunmaz pay qazanmışdır. Bu gün də talışlar dövlətçiliyimizə zərbə vura bilən hər hansı separatçılıq meyillərinə qarşı çıxırlar. ADN DTB yaranmasının məqsədi də
B Ə YA N A T - M Ə R A M N A M Ə Azərbaycan Respublikasında yaşayan insanların həmrəyliyi, o cümlədən ölkənin bərabərhüquqlu vətəndaşlarından olan Talış xalqının həyatında son zamanlar ciddi vüsət almış süni assimlasiya prossesinin və milli özünüdərk harmoniyasının pozulmasının qarşısını almaq, layiqli vətəndaş - şəxsiyyət xarakterinin formalaşması naminə onun dilini, ədəbiyyatını, tarixini, etnoqrafiyasını, folklorunu, adət-ənənələrini və digər maddimədəni dəyərlərini öyrənib tədqiq etmək, eləcə də bu xalqın etnokulturologiya yaddaşını yenidən özünə qaytarmağa nail olmaqdır. Azərbaycan Respublikası qanunları çərçivəsində fəaliyyət göstərərək, dilimizi, ədəbiyyatımızı, dinimizi, mədəniyyət və incəsənət nümunələrimizi, eləcə də milli özünüdərkimizi qorumaq üçün məramımızı aşağıdakı meyarlar əsasında həyata keçirmək fikrindəyik : - Talış xalqının folklorunu, adət-ənənələrini, mahnılarını, nəğmələrini, musiqisini və digər özünəməxsus mədəniyyət nümunələrini qoruyub hifs etmək və onun inkişafına nail olmaq; - məktəblərdə Talış dilinin professional səviyyədə tədris olunması üçün əməli səylər göstərmək; - Talış tarixinin, etnoqrafiyasının,
toponimlərinin, oykonimlərinin, yerüstü, yeraltı abidələri və klassik xalq sənətkarlıq nümunələrinin dərindən araşdırılıb öyrənilməsi üçün AR MEA- na müraciətlər etmək, onların bərpasına, təbliğinə nail olmaq; - Talış milli-mədəni irsinin öyrənilməsi ilə bağlı (xeyriyyəçilərin və mesenatların dəstəyi ilə) elmi-kütləvi, sənədli-xronikal və bədii filmlərin çəkilişlərini təşkil etmək. Dövlətimizin, habelə xalqını sevən iş adamlarının köməyi ilə yerlərdə Talış və Azərbaycan dillərində yayımlanan regional radio və televiziya studiyalarının açılışına nail olmaq; - yaxın keçmişdə qalmış Talış uzunömürlülüyün sirrini arayıb ortaya çıxartmaq, ciddi və elmi şəkildə bu həyat tərzinin təbliği-təşviqi ilə məşğul olmaq; - Talış dili, mədəniyyəti, folkloru, tarixi, ədəbiyyatı və dini inancları ilə məşğul olan alimlərə, azad fikirli ziyalılara dəstək olmaq, onlara qarşı yönələn hər hansı ədalətsizliyə və qeyri-qanuni hərəkətlərə qarşı AR Konstitusiyasında təsbit edilmiş hüquq və qanunlar çərçivəsində təpki göstərmək; - Talış xalqının milli mənliyini diskriminasiya edib, öz milli kimliyindən imtina etməsi istiqamətində hesablanmış riyakar addımlara kəskin etiraz bildirərək, bunun içtimai rəydə qınanmasına nail olmaq; - AR Konstitusiyasını, ərazi bütövlüyünü, dövlətçiliyini, vətəndaş cəmiyyəti qurucu-
luğunu uca tutub dəstəkləyən ictimai-siyasi təşkilatların və mütərəqqi mövqeyli dini qürumların tədbirlərində fəal iştirak etmək; - özünün həftəlik mətbu orqanını Talış və Azərbaycan dillərində təsis və nəşr etmək. Bəyan edirik ki, Talış mənəvi-əxlaqi və dini dəyərləri heç vəchlə deklorativ anlayış çərçivəsinə salınmamalıdır, əksinə, bu dəyərlər sözün əsil mənasında öz taleyini, milli kimliyini, mental xüsusiyyətlərini qoruyub saxlamaq istəyən insanların alın yazısına, yaşam tərzinə çevrilməlidir. Düşünürük ki, məhz belə olan halda vətənimizə layiq yüksək mənəvi-əxlaqi dəyərlərə malik, onun dövlətçiliyi və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır hərtərəfli şəxsiyyətlərin, ləyaqətli vətəndaşların formalaşmasına nail olmaq mümkündür. ADN DTB üzvləri Azərbaycan Respublikasında, əsasən talışların kompakt yaşadığı bölgələrdə mütərəqqi fikirli ziyalılardan, ağsaqqallardan, alimlərdən, din xadimlərindən və digər nüfuz sahiblərindən ibarət olacaqdır. ADN DTB sturukturunu, tərkibini, eləcə də İctimai Birliyin fəaliyyətini tənzimləyəcək Nizamnaməsinin hazırlanması Təşkilat Komitəsinə həvalə edilsin. Təsisçilər: Səfərov Mehdibəy Mahmudəli oğlu Quliyev Eldəniz Cümşüd oğlu 20 noyabr 2012-ci il
2
¹ 35 (47) 08 äåêàáð 2012-íÿ ñîð
Òîëûøîí Ñÿäî
Adamlar, insan olun, bu sizin birinci vəzifənizdir Bayron
Talûø Birliyini papuaslar maliyyÿlÿødirir
Eldəniz Quliyev: “Ağlamaq üçün hərəmiz evdən iki dəsmal gətirmişik” Yeni yaradılmış Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin həmtəsisçisi, Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış ssenarist və kinorejissor Eldəniz Quliyev “Gündəlik Teleqraf”a müsahibə verib. Müsahibəni təqdim edirik. - Eldəniz bəy, bildiyimiz kimi, Siz Lənkəranda doğulsanız da, əslən qarabağlısınız. Başqa sözlə talış deyilsiniz. Belə olan təqdirdə necə oldu ki, Siz talışlarla bağlı yeni təşkilatın həmtəsisçisi oldunuz? - Bəyəm, külək əsəndə, yaxud günəş çıxanda qarabağlıdı, ya lənkəranlıdı deyə insanlar arasında fərq qoyur? Hamıya eyni münasibət bəsləyir, düzdür? Mənə elə gəlir ki, özünü ziyalı, eyni zamanda nəcib insan sayan bir adam mütləq surətdə obyektiv olmalıdır. Yəni, insanların haradan olmasına, dininə, dilinə, siyasi baxışlarına fərq qoymamalıdır. Mən cənub bölgəsində bir neçə film çəkmişəm. İndi də orada “Ruhun şəkli” adlı film çəkirəm. Axşam Lerikdən çıxmışıq, gecəyarı Bakıya çatmışıq. Mən o insanların sadəlövhlüyünün, ürəyitəmizliyinin, qonaqpərvərliyinin dəfələrlə şahidi olmuşam. Eyni zamanda bunlar bəzi problemlərini, məsələn mədəniyyətləri, mədəni irsləri, milli-mənəvi dəyərləri, poeziyaları, folklorları ilə bağlı problemləri ancaq dilə gətirə bilirlər. Onları separatçılıq meylləri, Əlikram Hümbətov və başqaları ilə o qədər qorxudublar ki, bəzi hallarda hətta problemlərini dilə gətirməyə də ehtiyat edirlər. Mən dedim ki, əgər belə problemlər varsa, niyə mütərəqqi fikirli ziyalılarınız, din xadimləri və alimləriniz yığışıb bir talış birliyi yaratmır? Heç olmasa, bəzi problemlərinizi həll edərsiniz. Bəzi şəxslər bu təşkilatın yaradılmasının separatçılığa rəvac verəcəyini bildirirlər. Halbuki, biz məramnaməmizdə çox aydın şəkildə yazmışıq ki, bu təşkilatın ali məqsədlərindən biri separatçılıq meyllərinə qarşı çıxmaqdır. Eyni zamanda qeyd etmişik ki, Azərbaycan dövlətçiliyi
bizim üçün müqəddəsdir. Bu gün mətbuatda bizi Rusiya ilə, bu ölkədə yaradılmış “Milyarderlər klubu” ilə, İranla kifayət qədər bağlayanlar oldu. Hətta Amerika ilə bağlayanlar da tapıldı. Amma bu təşkilatın yaranmasını vicdanla bağlamaq hamının yadından çıxdı. Bunu heç kim fikirləşmədi. Mən həm bir Eldəniz Quliyev kimi, həm Ziyalılar Birliyinin sədri kimi, həm də Ziyalılar Forumunun təsisçilərindən biri kimi vicdanımın səsi ilə bu işə dəstək vermişəm. Mən kimisə yarıyolda qoymağa öyrənməmişəm və axıradək bu işin dalınca gedəcəm. Kim bunu nə cür yozur, yozsun. - Belə fikirlər var ki, talış birliyinin yaradılması digər azsaylı xalqları qıcıqlandıra, onlar da öz təşkilatlarını yarada bilərlər. Sizcə, buna ehtiyac varmı? Ölkə konstitusiyası milliyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirmi? - Mən belə düşünmürəm. Azsaylı xalqların problemlərinin artması daha qorxulu işlərə rəvac verər, nəinki onların təşkilat yaratması. Bizdə bir streotip yaranıb. Hamı fikirləşir ki, əgər bir təşkilat yaranırsa, o, Azərbaycanda sabitliyi pozur. Azərbaycanda sabitlik o təşkilatlar yaranmadığı vaxt pozulur. Əgər biz həqiqətən də demokratik respublikayıqsa, vətəndaş cəmiyyətinin formalaşması, müxtəlif təşkilatların yaranıb öz hüquqları, ictimai, sosial problemlərinin həlli uğrunda mübarizə aparması təəccüb doğurmamalıdır. Bu cür təşkilatların yaranması Azərbaycanın həqiqətən demokratik respublika olduğunun təzahürü ola bilər. Ona görə də mən burada qorxulu bir şey görmürəm.
Birlik üzvləri Lerikdə Əgər avarlar, ləzgilər, udunlər, yaxud digər azsaylı xalqlar öz təşkilatını yaradırsa, dövlət o təşkilata dəstək verməlidir. İkiqat dəstəyi isə dövlətçilik, dövlətin inkişafı naminə yaranan birliklərə göstərməlidir. O cümlədən yeni yaranmış və sədri Azərbaycan vətəndaşı olduğu ilə fəxr duyan, bununla həqiqətən də, sevinən hörmətli ziyalımız Mehdibəy Səfərov olan Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinə də dövlət dəstək verməlidir. - Talış Birliyinin təsis yığıncağının keçirilməsi ilə eyni vaxtda rəsmən Ləzgi Milli Hərəkatı, əslində isə ləzgi xalqının azadlığı adı altında 1990-cı illərdə terrorçu fəaliyyətlə məşğul olan “Sadval” separatçı hərəkatının yenidən təsis konfransının keçirildiyi barədə xəbərlər üst-üstə düşdü. Bunu nə ilə izah etmək mümkündür? Xatırlatmaq istərdik ki, 1990-cı illərdə də həm “Sadval”, həm də qondarma “TalışMuğan Respublikası” para lel fəaliyyət göstərirdi... - Tam səmimi deyirəm ki, bu, tamamilə təsadüfdür. İkincisi də, yeni yaradılan talış birliyi Azərbaycanın hər qarışını özünün ürəyi sanır. Qarabağ müharibəsi zamanı döyüşdə yaralanan bir talış gəncin dediyi axırıncı söz, “kaş Azərbaycan ovcuma yerləşəydi, mən sinəmi yarıb onu ürəyimin yerinə qoyardım”, olub. Gənc bunu deyib və gözlərini əbədi yumub. Bu sözü
deyən talış separatçılığa gedə bilər? Bax bizim təşkilat bu cür adamlardan ibarətdir. Bu təşkilatı “Sadval”la eyniləşdirmək olar? Əksinə, azacıq uzaqgörənlik olsaydı, bizimki kimi təşkilatları göz üstündə qoruyub saxlayardılar. - Talışlarla bağlı məsələni hər zaman İran diqqətdə saxlayıb. Yeni yaranan təşkilatın İranla bağlı olduğunu söyləyənlərin varlığını Siz də əvvəldə xatırlatdınız. Bəs, bu fikirlərdə həqiqət payı heç yoxdur? - Hər bir təşkilatın yaradıcısı olduğu kimi, təbii ki, bizim təşkilatı da yaradan var. Bu yaradıcı da Papua-Yeni Qvineyada yaşayan papuas tayfasının nümayəndəsidir. Təbii ki, bu, bir zarafatdır. Amma Siz səmimi sual verdiniz. Xahiş edirəm mənim səmimi cavabımı da olduğu kimi yazın. Mənim fəaliyyətimdən az-çox xəbərdarsınızsa, bilərsiniz ki, mən heç vaxt heç kimin diqtəsi ilə hərəkət etməmişəm. Hətta, məni yaradan atamın diqtəsinə ilə də iş görməmişəm. Ancaq vicdanımın səsinə qulaq asmışam. Biz nə İrana, nə Turana bağlıyıq, nə də şimal qonşularımızın bu işdə əli ola bilər. Onların əli bu təşkilatda olan gün yəqin ki, biz bu təşkilatda olmayacağıq. Əvvəldə ona görə zarafatyana cavab verdim ki, bizim müxtəlif yerlərə bağlı olduğumuzu iddia edənlər bəlkə buna inandılar. - Təşkilatın təsis yığıncağından 10 gündən artıq vaxt keçir. Bu
müddət ərzində hansı işləri görmüsünüz? - Qeyd etdiyim kimi, birliyin sədri Mehdibəy Səfərovla birgə bugünlərdə cənub bölgəsindəydik. Artıq Lənkəran, Masallı, Lerik və Astara rayonlarında nümayən dəliklərimiz yaradılıb. Yaradılmış nümayəndəliklərin üzvləriylə birliyin yaxın gələcək üçün fəaliyyət prinsiplərini müzakirə etdik. İnanın ki, o insanların hər biri Azərbaycan dövlətçiliyini müqəddəs sayan, Azərbaycan vətəndaşı olmağı ilə qürur duyan insanlardır. Çox güman ki, yaxın günlərdə bəzi siyasi partiyalarla və ictimai təşkilatlarla necə deyərlər, qeyri-separat görüşlər keçirəcəyik. Eyni zamanda böyük bir mətbuat konfransı keçirməyi nəzərdə tutmuşuq. Onu da deyim ki, birliyin İdarə Heyətində təmsil olunmaq üçün kifayət qədər Azərbaycan türkü də müraciət edib. - Adları çəkə bilərsinizmi? - İndidən adları açıqlamaq istəməzdim. Çünki biz hələ bunu müzakirə edirik ki, kimi qəbul edək, kimi etməyək. Amma kifayət qədər nüfuzlu və Azərbaycanı sevən insanlardır. - Yerli nümayəndəlikləri təsis etmək üçün rayonlara gedirsiniz, bunun üçün pul xərcləyirsiniz. Bu xərcləri nə cür qarşılayırsınız? Sirr deyilsə, təşkilat hansı mənbələr hesabına maliyyələşir? - Dedim axı, papuaslar Yeni Qvineyadan pul göndərirlər (gülür). Bizim ofisimizə gəlsəniz görərsiniz ki, Mehdibəy də, mən də ağlamaq üçün hərəmiz evdən iki dəsmal gətirmişik. Üç-dörd gündən sonra ofisin kirayəsini verməliyik, bilmirik onu necə ödəyəcəyik. İşıq pulu çeki gəlib, hələ onu ödəməmişik. Çox çətinliklə, çəkilən filmin maliyyə hesabından belə deyək, montaj edəedə benzinpulu düzəldib getmişdik. Mən bunu tam səmimiyyətlə deyirəm. Amma biz bu cür maddi sıxıntılara öyrəşmiş adamlarıq. Gündəlik Teleqraf
Azÿrbaycan Dþvlÿt÷ilyi Naminÿ Demokratik Talûø Birliyinin Astara Nömayÿndÿliyinin B Ə YANAT I iz, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin Astara Nümayəndəliyinin üzvləri yaranmasından qısa vaxt keçməsinə və yenicə fəaliyyətə başlamağımıza baxmayaraq, Məramnaməmizdən xəbəri olmayan bir qrup insanın kütləvi informasiya vasitələrində barəmizdə yazdıqları ədalətsiz və qərəzli məlumatlara görə təəssüf hissi keçirdirik. Düşünürük ki, işi-peşəsi daim talışların ünvanına hədyanlar deməklə və bununla da siyasi dividentlər qazanmaq istəyən psevdotarixçi Hacıbaba Əzimov, psev-
B
dojurnalist Azər Həsrət kimi bir neçə fərdin dərc etdikləri yazılarında elə məqamlar vardır ki, birbaşa xalqımızın təhqir olunmasına yönəlmişdir. Çox təəssüf olsun ki, ADN DTB-nin məram və niyyətindən xəbəri olmadan yaranmasına “köhnə nostalji” hisslərinə rəğmən mənfi münasibətlərini bildirən MM-in Hadı Rəcəbli, Siyavuş Novruzov və Aydın Mirzəzadə kimi deputatları həll olunmamasında özlərinin də payı olan bu problemlərə səthi yanaşaraq, talışların, nəinki hər hansı etnoloji problemlərin mövcudluğunu tanıyırlar, iş o yerə
çatıb ki, bu insanlar respub likamızda belə bir etnosun artıq çoxdan əriyib yoxa çıxdığına ehyam vururlar. Onların düşünülmüş bu məkrli hərəkətləri respublikamızın talış əsilli vətəndaşları kimi bizi bərk qəzzəbləndirmişdir. Məramı və niyyəti tarixən qardaşlıq şəraitində birgə yaşayan Azərbaycanın aboregen xalqlarından biri olan talış xalqının maddimədəni, mənəvi irsinin qorunmasına və inkişafına yönəlmiş ADN DTB –nin üzvləri kimi bizi doğma vətənimizi sidq ürəkdən sevərək, qəlbimizin dərinliklərində kök
salmış vətənpərvərlik hissləri birləşdirir. Biz, ölkəmizin dövlətçiliyini, onun ərazı bütövlüyünü və rəmzlərini müqəddəs və toxunulmaz sayırıq. Ona görə də, ADN DTB-nin Astara Nümayəndəliyi olaraq, bəyan edirik ki, respublikamızın aboregen etnoslarını təhqir edərək, onların arasında qəsdən destruktivlik yaratmaq istəyən bütün bəd niyyətli qüvvələri pisləyirik. Yetər ki, etnoslarımızı təhqir edərək, onların milli-mənəvi hüquqlarını pozmaqla siyasi kapital qazandınız! Qoy, azad və demokratik vətənimizdə hər bir xalq öz dili,
ədəbiyyatı, tarixi, mədəniyyəti və digər mədəni dəyərləri ilə məşğul olmaq imkanına malik olsun! Bu ən böyük arzumuz və Kon stitusiyada təsbit edilmiş hüququmuzdur. Azərbaycan Dövlətçilyi Naminə Demokratik Talış Birliyinin Astara Nümayəndəliyinin üzvləri: Məmmədova Rəisə Məmmədov Məhərrəməli Cəfərov Faiq Həsənov Fərhad Cəfərov Cəfər və başqaları
Dünyanın mənəviyyat qanunu ƏDALƏTDİR V. Hüqo
Òîëûøîí Ñÿäî
¹ 35 (47) 08 äåêàáð 2012-íÿ ñîð
Orda siz olanda...
Рафиг Жялилов желиловрафиг@маил.ру
Yadıma mərhum USTAD Novruzəli Məmmədovun məhkəməsindəki son sözü düşdü, USTAD məhkəmədə demişdi: - Bilirəm, məni talış olduğuma görə həbs etmisiz, məni talış olduğuma görə də mühakimə edirsiz, talış olmaq cinayətdirsə mənə ən ağır cəzanı verin.....
Demokratik Talış Birliyi.... Demokratik Talış Birliyi yarananda bu birliyin elə də uğur qazanmayacağını düşünürdüm, heç bu birliyin yaranmasını təqdir də etmirdim, çünki Respublika Talış Mədəniyyət Mərkəzi ola-ola hansısa yeni birliyin yaranmasını məqbul saymırdım. Fikirləşirdim ki, bu birliyin yaradılmasına sərf edilən gücü və vaxtı elə Mədəniyyət Mərkəzinin inkişafına sərf etmək daha yaxşı olardı. Amma bu fikirlərimi özümdə saxladım, çünki məndən “ayın neçəsidir”i soruşan da olmamışdı. Nə isə, birliyin elan edilməsini mənə “Turan”-dan Tofiq bəy bildirdi, təsisçilərin nömrəsini istədi, mən də təbii ki, nömrələri verdim və ..... başladı, nə başladı! İlk olaraq atəşi “şanlı deputatxanada daimi qeydiyyata düşmüş” Hadı məllim açdı. Sanki bu birliyin elan olunmasını gözləyirmiş. Artıq konspekti də hazır imiş. Talışların heç bir probleminin olmadığını öz üzərində göstərməklə yeni yaranan birliyi nəyi var tənqid etdi (görəsən bir tikə çörək pulu üçün Rusiyanın buzlaqlarında can verən, illərlə evlərinə gələ bilməyən talışların da Hadı məllim kimi hektarlarla həyəti olan villaları var?). Sonra estafeti Əli Əhmədov qəbul etdi. Talışların heç bir probleminin olmamasından “dissertasiya işi” yazan Əli məllim “bu birlik qeydiyyata alınmayacaq” mesajını da verdi. Şəxsən Əli məllimi görsəydim niyəsini soruşardım. Hələm ona, adı Əliyə and verdirib əlavə bir-iki sual da verərdim: Qardaş, sərbəst toplaşmağı qadağan edirsiz, indi də bir təşkilat ətrafında birləşməyə qadağa qoy-
maq fikrindəsiz? Sizə kim bu səlahiyəti verib? Ədliyyə Nazirliyi sizə tabedirmi? Sonra fikirləşirəm ki, suallarımı onsuz da cavablandırmayacaq, özümü niyə yorum? Sonra estafeti “deputat Jalə” aldı, bir-iki anlaqsız cümlə işlədən “deputat Jalə”yə fikir verən olmadığı üçün onun üstündə çox dayanmaq istəmirəm, beqəfil kimin səsi çıxsa yaxşıdır? Hörmətli Paşazadənin! Yox, söhbət şeyxdən getmir, söhbət şeyxin qardaşı Cavanşir Paşazadədən gedir. (sonra deyirlər ki, “öndə gedən” talışları tənqid etməyin, necə tənqid etməyək ki, bu “öndə gedənlər” “öndə qalmaq üçün” millətləri ilə dava açırlar) Milli Məclisdə bir dəfə də səsi çıxmayan, hətta seçki öncəsi İTVdəki pulsuz danışıq vaxtından imtina edən Paşazadə nədənsə “danışmaq” qərarına gəldi. Xub, danışsın da, nə ziyanı? Ancaq o da talışların heç bir probleminin olmamasından danışdı. Sonra meydana Canəli Əkbərov “atıldı”. Ömründə bir dəfə də talış dilində oxumaq nədir, züm-zümə etməkdən çəkinən (oxu: qorxan!) “xalq artistimiz” də talışların heç bir probleminin olmamasından danışdı. İndi mən durub bu ziyalılara bir-bir sual versəm ki, “problem yoxdursa nədən narahatsız? Niyə göynəyirsiz?” necə olar? Bunlar hələm harasıdır? Bir “dövlətçiliyin keşiyində duran” alimimiz də varmış, 1993-cü ildə Lənkəran hadisələrinə birbaşa “rəhbərlik” edirmiş, bunu o özü yazıb, onun yazısından (oxu: əfsanəsindən) sitat: “Mən həmin vaxt hərbi hissənin əsgər, zabit heyətinə yazılı müraciət ünvanladım. Müraciətdə onları hasarı aşmağa və Əlikramı həbs etməyə çağırdım. Hərbi hissənin şəxsi heyəti mənim çağırışıma müsbət cavab vermişdi və Əlikramı həbs etmək üçün hazırlıqlara başlamışdı”. İndi bu adama deyən yoxdurmu ki, sən kim idin ki, hələm sənin müraciətivin də qiyməti olsun? Bəlkə sən hərbi hissənin komandanı idin? Ya prezident idin? Bəlkə Müdafiə naziri olmusan, xəbərimiz yox. Nə isə, yəqin ki, diqqətli oxucu söhbətin Hacıbaba Əzimovdan getdiyini tutdu. Hacıbaba Əzimov talış birliyi haqqında, onun təsisçiləri haqqında geninəboluna “donos” verəndən sonra Lənkəranın talışlara aidiyyatınının olmamasını yazır. Sən demə Lənkəran “əsrlər boyu türk qalası” olubmuş. Bunu deməknən Hacıbaba Əzimov tarixi bilmədiyini sübut etdi, çünki Lənkəranın elə də çox yaşı yoxdur, bu şəhəri
Talış Xanı saldırıb və sovet talışşünas-alimi Millerin yazdığına inansaq (niyə də inanmayaq?) 1928-ci ildə Lənkəran (söhbət şəhərdən gedir) əhalisinin hamısı talış dilində danışırmış, türk dilini isə barmaqla sayıla biləcək ziyalılar bilirdilər. Görəsən LDU-nin rektoru, nə bilim nəyi olmuş Hacıbaba Əzimovun bunlardan xəbəri yoxmudur? Təbii ki, var, sadəcə bu gün o kimlərə isə xoş gəlmək üçün gözünü yumub, ağzını açıb, nə gəldi danışıb, bu qədər. Onun “Yeni Müsavat” qəzetindəki həmin “kəşfinin” internet versiyasına çoxlu rəylər yazılıb, hamısı ilə işim yox, hətta bir rəydə “dövlətin cənub (?) zonası üçün inkişaf konsepsiyası” da öz əksini tapıb, ancaq bir rəy çox qısa və konkret idi, rəyi olduğu kimi verirəm: “Ambur 2012-12-02 04:15:59 Hacıbaba Əzimovun disertasiyasının movzusu Şaumyanın şanlı tarixi və ermənilərin Azərbaycanda şanlı azadlıq mübarizəsindən bəhs edir. ......... (burda təhqirli söz olduğu üçün vermirik. red.) bu insan əslən İrandan gəlmə erməni kökənli birisidir. Bu haqda çox az sayda adamlar məlumatlıdır. Onun bu səviyyədə haray-həşirliyinin sətiraltı mənası da erməni şüvənliyi ilə bağlıdır. Heydər Əliyev onu yaxşı tanıdığından (KQB aqenti olduğunu, nə mənsəbin yiyəsi olduğunu bilirdi) “Hacıbaba bir yerdə oturmusan, üç vəzifə kreslosu tutmusan, adamın siması, vahid bir mövqeyi olar, mənim düşmənim olsa da (Əlikrama eyham vurur) bir mövqeyi olan insana həmişə hörmətlə yanaşmışam” deyə Hacıbabanı elə yerində otuzdurdu ki, onun sağlığında qorxusundan bir daha səsini çıxarmadı ki, dosyesini açdırıb qoyar ortalığa, qoca vaxtında qaçmağa yeri də olmaz!” Amburun kim olduğunu bilməsəm də, şərhi məndə maraq doğurdu, doğurdanmı bu “türk oğlu türk” (sitat özünündür) ermənilərin milli azadlıq hərakatının təəsübkeşliyini çəkib? Bir-iki qısa araşdırma və məlum oldu ki, bu həqiqətdir! Demək “türk oğlu türk” ermənilərin milli azadlıqları yolunda “canından da keçməyə hazırmiş”, ancaq hansısa təşkilatda “talış” sözünün olmasını həzm etmirmiş! Sonra görün bu psevdoqəhraman nə yazır: “...Çox hörmət etdiyim bir adama - özü də həmin adam müxalifət partiyasında təmsil olunur - İran biznes şəraiti yaradıb, indi o da talış birliyini və separatçıları dəstəkləməyə başlayıb. Nədi-nədi dolanışığı həmin
biznesdən çıxır. Biabırçılıqdır... - Həmin adamın kim olduğunu açıqlamaq mümkün deyil? - Demək istəmirəm. Çünki məni müdafiə etmirsiniz”.... Burdan nə anlamaq olar? Bir şey, hörmətli “patriot” həm yalançı, həm də iftiraçı imiş! Bu qədər bəsit! Əgər belə bir adam olsaydı onun da “donos”unu verərdi, yoxdur, sadəcə xal qazanmaq istəyir, nə isə, keçid alım o biri “petriotlar”a... Bir “deputat”ımız var, zəmanəmizin Siyavuşu! Sən demə bu zəmanəmizin Siyavuşu Eldəniz müəllimi heç ziyalı saymırmış. Bir balaca araşdırma apardım, görün Eldəniz müəllimin əsl ziyalı olduğunu kimlər qiymətləndirib: Eldar Namazov, Ayaz Mütəllibov, Əli Məsimov, Rahim Hüseynov, Lalə Şövkət, Yaqub Məmmədov, Vahid Əhmədov, Araz Əlizadə, Etibar Məmmədov, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev, İlyas İsmayılov, Tacəddin Mehdiyev, İsgəndər Həmidov, Zərdüşt Əlizadə, Akif Nağı, Mürşüd Məmmədli, Midət Abbasov, Eldar Salayev, Xoşqədəm Cabrayıloğlu, Bəxtiyar Vahabzadə, Fazil İskəndər, Ramiz Rövşən, Mövlud Süleymanlı, Hacı Əlikram, Aqil Abbas, Lütfiyar İmanov, Yaşar Nuri, Rasim Ocaqov, Rasim Balayev, Flora Kərimova, Ayaz Salayev, Əlibala Hacızadə, Hacıağa Nuriyev, Rüstəm İbrahimbəyov, Rüstəm Hacıyev, Cavanşir Məmmədov, Valentin Yejov, Rafiq Hüseynli, Fəxrəddin Manafov, Vaqif Səmədoğlu, Musa Yaqub (bax: “Yeni Siyasət” qəzetinin 2005-ci il xüsusi buraxılışı) Ancaq zəmanəmizin Siyavuşu haqqında bu cür bir kəlmə də xoş söz tapa bilmədim, gör indi hansı zamanadır ki, kim kimə “ziyalı deyil” deyir. Əgər bu gün iqtidar üçün “ziyalı” sözü profilini dəyişibsə, yəni yaltaqlara, üzəduranlara, işverənlərə “ziyalı” deyilirsə, onda heç mən də Eldəniz müəllimi ziyalı saymıram... Bir Azər var, özünə qəşəng ayama da götürüb, nəyəsəhəsrət! Bu nəyəsəhəsrət, onu tanıyan adamların dediyinə inansaq heç türk də deyilmiş, tat imiş, hətta dağ yəhudiləri ilə bağlılığının da olduğu vurğulanır, bunu mənə yox, “Xural” qəzetinə nəyəsəhəsrət özü demişdi, sən demə yaxınları ona şər atırmış, nə isə, onun milli kimliyi (əgər varsa) mənimçün önəmli olmadığı üçün keçid alım şərhinə. Bu axmax adam hələm də bilmir ki, Azərbaycanın indi “cənub” adlandırılan (haşiyə: əgər Talış zonası “cənub”dursa, Qusar
3
da şimaldırsa, bu məmləkətin şərqi haradır? Türkmənistan?) Talış zonası varmış, bu adam bilmir ki, orda Talışlar yaşayır. Niyə də bilsin axı? Ona lazım olan şeyləri, məsələn bu deşikdən çıxıb, o deşiyə girməyi yaxşı bilir, kifayətdir. Hörmətli Ulduz Həşimov bu nəyəsəhəsrətin cavabını, məni qane etməsə də, verdiyi üçün nəyəsəhəsrətin də üstündə çox durmaq istəmirəm, bircə onu bilirəm ki, şərlatanlar ordusu azalmır ki, azalmır...
Çıxış yolları... Hər bir problemin çıxış yolları olur, əminəm ki, hər iki təsisçi bu yolları bilirlər və bizim məsləhətimizə ehtiyacları da yoxdur, ancaq bir tövsiyyəm var: ən birinci çıxış yolu dirəniş göstərməkdir, ümüdvaram ki, yeni birlik, onun təsisçiləri bu boyda sıxıntıya, bu boyda basqıya sinə gələcəklər, çünki onların işi haqq işidir, haqq işini isə Xıdo diqqətindən kənarda saxlamır, çünki haqq Xıdonun adlarından biridir... İnanıram ki, hər iki təsisçi bu işdə sonunacan gedəcəklər və bir “ilk”ə imza ata biləcəklər
Məhkəmələr.... D-r Hilal Məmmədovun istintaqı yekunlaşıb, “üzəduranlar” da tapılıb, d-r Hilal Məmmədovun işi yəqin ki, bu yaxınlarda məhkəməyə çıxarılacaq, şəxsən onun nə suç yiyəsi olduğunu bilmirəm, ancaq onu bilirəm ki, bu cür həbslər bu iqtidarın “şanlı gedişini” tezləşdirir, şər maşını dayanmır ki, dayanmır. Əvəz Zeynallıdan şikayətçi olan “xanım deputat”ın pərdəarxası oyunları üzə çıxır, danışan yox, o iqtidar sözçüsünü-Əli Əhmədovu açıqaşkar hədələyirsə ki, “mənim aldıqlarım (söhbət rüşvətdən gedir. red.) hara gedib, bilinir, sən aldıqlarını neyləmisən, bir mən bilirəm, ağzımı açma” və Əli Əhmədov “mat” vəziyyətinə düşürsə, demək işlər o söz, yəni ki, tezliklə bu məhkəmələr elə bunların özlərinə qismət olacaq. Ancaq hələlik ki, məhkəmələrdə hərc-mərclikdir, bir nəfər maşını ilə bilərəkdən bir ailəni basıb öldürür, “gözün üstə qaşın var” deyən yox, nə var-nə var “onun” adamıdır, ancaq Nigar Yaqublu ehtiyatsızlıqdan qəza edir, dərhal həbs olunur, bu nə yanaşmadır? Qanunlar ancaq müxalif fikirli insanlar üçün işlək olan məmləkətin sonucu yaxşı bir şey vəd eləmir, nə qədər gec deyil bu səhfləri aradan qaldırmaq lazımdır, günahsız həbs etdiyiniz insanları buraxın, buraxın ki, “orda”, yəni müttəhim kürsüsündə siz olanda bunlar nəzərə alınsın....
4
¹ 35 (47) 08 äåêàáð 2012-íÿ ñîð
Aləm dəyib biri-birinə, nə var-nə var Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyi adlı qurum özünün fəaliyyətə başlamasını bəyan edib, iqtidara xoş görsənmək istəyən “vətənşüvənlər” olaydan dərhal, deyərdim ki, dəqiqələr sonra doluşdular mediaya ki, “ay haray, qoymayın, üstümüzə talış separatçıları gəlir”. Mövzunun aktuallığını nəzərə alıb “talış birliyinin” təsisçilərindən biri olan Mehdibəy Səfərovla əlaqə saxladıq, ona bizi düşündürən bəzi suallarımızı verdik. Bu günkü müsahibimiz yeni yaradılmış Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərovdur. Mehdibəy müəllim, xoş gördük. Çox sağ olun. Mən də öz növbəmdə qəzetin oxucularını salamlayıram Mehdibəy müəllim, Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyinin yaradılması zərurətini nədə gördünüz? Bu zərurət çoxdan yaranmışdı. Rəhmətlik Novruzəlidən (“Tolışi Sədo” qəzetinin mərhum baş redaktoru ustad Novruzəli Məmmədov nəzərdə tutulur. red) sonra respublikamızın talış mənşəli ziyalılarını psixoloji bir xof aurası əhatə etdi. Xalq öz milli identifikasiyası haqqında düşünməyə risq etmirdi. Niyə? Ona görə ki, 93-cü ilin siyasi bataliyaları xalqımızı çaşdırmışdı. Uzun illər talışlar aldıqları psixoloji travmalardan ayıla bilmədilər. Təzə-təzə xalq özünə gəlməyə başlamışdı ki, Talış Mədəniyyət Mərkəzinin sədri, professor Novruzəli Məmmədov müəmmalı iddialarla həbs olundu. Onun həbsinin həqiqi motivləri xalqdan gizlədildi. O, həbsxanada müəmmalı şəkildə tələf oldu. Gözləmək olardı ki, onun ölümündə günahkar olmuş məsul şəxslər cəzalanacaqlar. Amma bu baş vermədi. Sonra isə Novruzəli müəllimin hüquqlarını müdafiə edən başqa bir vətənpərvər alimimiz, talış folklorşünası, hüquq müdafiəçisi Hilal Məmmədov inanılmaz ittihamlarla həbs olunur. Belə bir dərin psixoloji böhranla üzləşən talışlar öz milli varlıqlarının itirilməsi ilə üz-üzə qalmışlar. Tale məni, uzun illərin ayrılığından sonra Hilal Məmmədovun Müdafiə Komitəsində yenidən sözün həqiqi mənasında müqtədir ziyalı, prinsipial şəxsiyyət, istedadlı kinodramaturq və ən əsası isə xətrini çox istədiyim böyük bir azərbaycanlı ilə görüşdürür. Niyə siz və Eldəniz Quliyev? Axı talışlar arasında da kifayət qədər tanınmış ziyalılar var, niyə onlarla yox, məhz Eldəniz müəllimlə bu birliyi yaratmaq qərarına gəldiniz? Hilal müəllimin həbsindən sonra 6 ay mütəmadi olaraq Eldəniz müəllimlə görüşüb, Azərbaycan xalqının tərkib hissəsi olan, mənsub olduğum talış etnosunun milli varlığının sual altına düşməsi haqqında muzakirələr və söhbətlər edirdik. O mənə “nəyə görə sən öz xalqının milli-mədəni və
Òîëûøîí Ñÿäî
Dil millətin ruhudur. L. Tolstoy
ELDƏNİZ BƏYLƏ DOSTLUQDAN QÜRUR DUYURAM mənəvi irsi ilə məşğul olmursan” sualını verəndən sonra dərhal bildirdi ki, əgər mənim də köməyimə ehtiyac olsa, mən hazır! Mən bir daha Eldəniz kimi bir Azəri Türkü ilə dostluq etdiyim üçün qürur duydum. Sözün düzü Eldəniz müəllimin bu təklifindən sonra biz, qəti qərara gəldik ki, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini təsis edək.
belələri iqtidarda da var. Mən ad çəkib onları yenidən gündəmə gətirmək istəmirəm. Onsuz da onlar son zamanlar barəmizdə kifayət qədər səviyyələrinə uyğun fikirlər səsləndirmişlər. Hesab edirəm ki, Azərbaycanın demokratiya istiqamətində bu gün ən məkrli əngəllikləri məhz o adamlar yaradırlar. Aldığımız məlumatlara görə hər ikinizə, həm sizə, həm də Eldəniz müəllimə bu və ya
Birlik üzvləri Lənkaranda Sizi müxtəlif şəxslərlə əlaqələndirirlər, bəziləri sizi İran ilə, bəziləri Rusiya ilə, bəziləri Əlikram Hümmətovla, bəziləri isə hətta sizi “milyarderlər ittifaqı” ilə də əlaqələndirir, bəs həqiqətdə necədir? Birliyinizin arxasında kim və ya kimlər dayanır? Adam özünü tərifləməz, çünki bu ayıbdır, amma məni və Eldəniz müəllimi yaxından tanıyan insanlar yaxşı bilirlər ki, hər ikimiz necə azərbaycanlılarıq! Ona görə də bizi İrana, Turana və ya Rusiyaya bağlayan adamları dərindən öyrənmək lazımdır ki, görək onlar hansı əqidə sahibləridirlər? Əlikram Hümmətovla heç bir əlaqəmiz yoxdur. O ki, qaldı “Milyarderlər ittifaqı”nın üzvləri.... Şifahi hamısını tanıyıram, amma rəsmi heş bir tanışlığımız yoxdur və düşünürəm ki, onlar çox zəhmətkeş azərbaycanlılardır! Məramnamənizdə “separatçılığın əleyhinə” bənd də var, buna hansı zərurətdən getdiniz? Çox yaxşı ki, o bəndi ora salmışıq. Ona görə ki, bu gün Azərbaycanda suyu bulandırıb, orda balıq tutmaq istəyənlər çoxdur. Belə ki, ölkəmizın aboregen etnosların milli mənliyini təhqir edərək, bu yolla özlərinə siyasi dividentlər qazanmaq istəyən insanlar hələ də mövcuddur. Mən bu adamları ölkə daxilində əsl separatçılar sayıram. Onlar əsasən özlərini siyasi partiya rəhbərləri və jurnalist adlandıran bəzi maskalanmış ünsürlərdir, çox təəsüf ki,
digər formada təzyiqlər edilir, bu barədə açıqlama verə bilərsinizmi? Mənə hələlik elə bir təzyiq olunmayıb, sadəcə Lerik RPİ və MTN Lerik şöbəsi tərəfindən bütün nəslimin siyahısı tutulub. Kənd İcra Nümayəndəsi bu barədə dəfələrlə valideynlərimi və başqa qohumlarımı narahat etmişdir. Eldəniz müəllimin isə maşınını arxadan vurmuşdular. Bunu sıradan bir olay sayan Eldəniz müəllimə ertəsi gün gizli nömrə ilə zəng edib, “bu sizə balaca bir xəbərdarlıqdır” deyiblər. Ən əsası isə barəmizdə birtərəfli qaydada özlərini neytral sayan mətbuatda olmazın nalayiq fikirlər yazırlar. Bizim mövqeyimizi isə dərc etməkdən imtina edirlər. Bu dirijor çubuğu haradan idarə olunur, hələ ki, bilinmir. Bu cür təzyiqlər ən ağır formalı təzyiqlərdən biri sayılır, siz sonunacan getməkdə israrlısınız? ADN DTB-ni yaratmaqda məramımızın və niyyətimizin saf olduğuna inandığımız üçün edilə biləcək hər hansı təzyiq bizi yolumuzdan döndərə bilməz. Düz dayandığımız üçün kölgəmizin əyriliyindən qorxmuruq. Dörd rayonda özəyiniz var, bu rayonların siyahısını artırmaq fikriniz varmı? Artıq dörd yox, altı rayonda nümayəndəliyimiz fəaliyyət göstərir. Fikrimiz var ki, gələcəkdə bu nümayəndəliklərin sayını artıraq. Düzdür, bu işləri görmək üçün çoxlu maneələrlə üzləşirik, ancaq Azərbaycanın sabahını
düşünən dəyərli insanların köməkliyi ilə bütün bu maneələri aşmaq əzmindəyik və buna nail də olacağıq. Bütün bunlara rəğmən bildirmək istəyirəm ki, məramnaməmizdə qeyd etdiyimiz, görülməli olan bütün bu işləri əslində Azərbaycan dövləti görməli, buna şərait yaratmalıdir, çünki bu talışların, eləcə də hər bir vətəndaşın Konstitusiyada təsbit edilmiş hüquqlarıdır. Əgər hər hansı vicdanlı vətəndaş cavabdeh məmurlarımızın, yumşaq desək. səhlənkarlıqları ucbatından etnoslarımızın milli-mədəni və mənəvi irslərinin inkişafında maneələri aradan götürməyə səy göstərirsə, bunun nəyi pisdir? Əksinə, belə qeyrətli ziyalıları alqışlamaq lazımdır. Bu günkü reallıqlarımızda biz çox neqativ bir mənzərənin şahidi oluruq. Təəssüf! Ünvanımıza istər bir qrup iqtidaryönümlü deputatların, istərsə də başqa neqativ fikirli insanların söylədikləri ədalətsiz, qeyriobyektiv fikirlərdən qətiyyən ruhdan düşmürük. Çalışırıq ki, bu cür düşüncələrə fəlsəfi və demokratik dəyərlərlə yanaşaq. Düşünürük ki, qarşı tərəfin fikirləri onların şəxsı fikirləridir. Bizi təhqir edərək, xarici ölkələrlə bağlayanlara isə “öz vicdanınıza rəğmən bizi ölçməyin” deyirik. Biz qəti surətdə əminik ki, gec-tez doğma vətənimiz Azərbaycan insan azadlığı ilə bağlı bütün dəyərlərə sahib olacaqdır. Bütün enerjimizi və təcrübəmizi demokratik Azərbaycanın inkişafına həsr edəcəyik. Ədliyyə Nazirliyindən qeydiyyatla bağlı sorğunuza hansı cavabı almısız? Qeydiyyat üçün ayrılan 30 iş gününü hələ başa çatmayıb. Müdafiənizə bir sıra tanınmış, xalq arasında sevilən simalar qalxıb, sizi tənqid edənlər isə xalq arasında elə də sevilməyən şəxslərdir, bu sizin təşkilatın tanınması üçün piar rolunu oynamır ki? Çox sevinirəm ki, ADN DTB-nin Məramnaməsi ilə tanış olan siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün mütərəqqi fikirli qüvvələri bizi dəstəklədi. Bu bir daha göstərdi ki, cəmiyyətimizin demokratikləşməsi istiqamətində düz yoldayıq. Bizi dəstəkləməyənlər isə ölkəmizdə heç bir siyasi-içtimai nüfuzu olmayan, demokratiya yönümündə vətənimizə başlıca əngəllər yaradan bir neçə köhnə stereotiplərdir. Onlar da öz səhvlərini gec-tez başa düşərlər. Qaldı ki, onların Birliyimizi tənqid atəşinə tutmalarına? Vallah, onların bizi tənqid etməsi bir daha göstərir ki, düz yoldayıq.
Azÿrbaycan Dþvlÿt÷ilyi Naminÿ Demokratik Talûø Birliyinin Masallû Nömayÿndÿliyinin B Ə YANAT I Biz, bir qrup Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin Masallı Nümayəndəliyinin üzvləri amallarını ölkəmizin sayca ikinci böyük etnosu olan Talış xalqının maddi-mənəvi və mədəni irsinin öyrənilməsinə həsr etməyi qarşısına məqsəd qoyan Birliyimizin yaranmasını Respublikamızın içtimai həyatında mütərəqqi bir hadisə hesab edirik. Bir daha bəyan edirik ki, Birliyimizin Məramnaməsinə qeyd olunduğu kimi Azərbaycan dövlətçiliyini müqəddəs sayır və onun ərazi bütövlüyünə qarşı yönələ bilən istənilən təcavüzə qarşı sinəmizlə sipər çəkməyə hazırıq. Niyyətimizin saflığına və yaranmasından qısa vaxt keçməsinə baxmayaraq, respublikamızın paytaxtında
özlərinə rahat həyat qurmuş, mövcud problemlərimizdən qətiyyən xəbərləri olmayan bir neçə nəfər bəd niyyətli insan Birliyimizə və onun təşkilatçılarına qarşı olmazan böhtanlarla hücum etmişlər. Çıxışlarında Talış zonasına öz amansız nifrətləri çoxdan bəlli olan Hacıbaba Əzimov və Azər Həsrət adında iki məkrli adam saf niyyətli, fədakar ziyalılarımıza qarşı hər cür böhtanlar yağdırmaqdan belə çəkinmirlər. Təəssüflər olsun ki, özləri ciddi bölücülüklə məşğul olan bu iki nəfərə üç nəfər MM deputatı da qoşulmuşdur. Təəcüblüsü odur ki, həmin üç deputatdan ikisi biləvasitə, uzun illər ərzində yaranan problemlərimizin qalaqlanmasına səbəbkar olanlardır. Onlar yerlərdə biz seçicilərlə mütəmadi
görüşlər keçirdib, problemlərimizi öyrənib həll etməkdənsə, gedib qoşulublar sözün həqiqi mənasında separatçılıqla məşğul olan hacıbabakimi azərhəsrətlərə! Biz, Masallı Nümayəndələri yenicə yaranmış ADN DTB-nə qarşı yönələn ədalətsiz və böhtan xarakterli hücumlardan hiddətlənərək, bunu qətiyyətlə pisləyirik. Birliyimizin rəhbərləri Azərbaycanı ürəkdən sevən, respublikamızın nüfuzlu ziyalısı Eldəniz Quliyevə və Mehdibəy Səfərova qarşı yönəlmiş qara piar kompaniyasına son qoyulmasını tələb edirik. ADN DTB-nin Masallı Nümayəndəliyinin üzvləri adından Əlipaşa Qənbərov
Azad ölüm qul kimi yaşamaqdan yaxşıdır
Òîëûøîí Ñÿäî
Ezop
¹ 35 (47) 08 äåêàáð 2012-íÿ ñîð
5
Separatçının separatçı düşüncələrinə cavab
Hüseynqulu Məmmədli Lənkəran şəhəri
örmətli Hadı müəllim, “Mən də talışam, parlamentdə talışları təmsil edirəm” adlı müsahibəndə “Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” adlı təşkilatın yaradılmasına kəskin əks reaksiya verməyinlə qətiyyən razı deyiləm. Müsahibəndən anlaşılır ki, sən ya talış deyilsən, ya da milli mövqeyini şəxsi maraqların qarşısına sərib tapdalamaqla məşğulsan. O dəqiqə “Sapı özümüzdən olan baltalar” atalar məsəli yadıma düşdü. Bilməmiş deyilsən ki, Azərbaycan çoxmillətli ölkədir və bu ölkənin qüdrəti, şanışöhrəti burada yaşayan millətlərin birgəyaşayış qaydalarında tarazlığın təmin edilməsindən keçir. Tarazlığın təmin edilməsi isə hər bir millətin milli birliyinin, dilinin, dininin, mədəniyyətinin, adət-ənənələrinin sərbəst şəkildə ifadə edilməsindən keçir. Milli azlıqlar, mədəniyyətinin, dilinin, adət-ənənələrinin dövlət tərəfindən ədalətlə, çoxluqda olan millətlə bərabər əsaslarla qorunduğunu hiss edib görmürsə, millət olaraq vətəni özününkü saymayacaq, nə onun sərhədlərini qoruyacaq, nə düşmənini düşməni sayacaq, nə də ən yumşaq formada rəmzlərinə hörmət edəcəklər. Bəlkə də bilməmiş deyilsən, talışlar bu ölkənin türklərdən sonra ikinci böyük millətidir. Qeyri rəsmi də olsa (rəsmi məlumat hələ də bəlli deyil) sayları 500 minlə 1 milyon arasındadır. Lakin, öz dillərində nə məktəbləri, nə radio-televiziyaları, nə ictimai birlikləri, nə etnik-mədəni təşkilatları var. Bunlara hətta, Lənkərandan efirə yayımlanan "Cənub TV” televiziya kanalında dillərində danışmaq imkanı belə verilmir. Təkcə, həftədə bir dəfə çap olunan “Tolışon sədo” adlı qəzet buraxırlar ki, onun işıq üzü görməsini əngəlləyən kifayət qədər məmurlar ordusu çalışır və qəzet dövlət dəstəyindən məhrumdur. Respublika “Talış Mədəniyyət Mərkəzi” Sovetlərin hakimiyyəti dövründə fəaliyyət göstərsə də, indiki “müstəqillik”
H
zamanımızda fəaliyyəti iflic edilib. Əvəzində bunları tələb edənlər Rusiya, İran, Avropa ölkələrində yaşamağa məcbur edilərək separatçılıq meyllərinə yuvarlandırılır. Bəlkə də bilməmiş deyilsən: Rusiyada fəaliyyət göstərən Talış diaspora mərkəzi Asərbaycan hökumətinin əlaqədar qurumlarından tutmuş Prezidentinə qədər, hamıya müraciət etdi ki, Bakıda Talış mədəniyyəti ilə bağlı konfrans keçirsinlər. Lakin, onlara heç bir halda icazə verilmədi və nəticədə ümumi düşmənimiz Ermənistan bundan yararlanmağa çalışaraq, konfransın Yerevanda keçirilməsinə qucaq açıb, hətta, yol-maliyyə xərclərini ödəyəcəyini də öz üzərinə götürdü. Lakin, təşkilatçılar haqlı olaraq Ermənistanın bu təklifindən imtina etdilər. İndi Hadi müəllim, özün de, burada sənin də təmsil olunduğun Azərbaycan hökuməti əcaib avtoritar münasibəti ilə əsl SEPARATÇİ kimi çıxış etmədimi? Ölkənin bu köklü aborogen xalqı olan, Qarabağ döyüşlərində başqa regionlarımıza nisbətən daha çox şəhidlər vermiş talışlara qarşı belə əcaib mövqe nədən qaynaqlanır, bu ayrıseçkiliyin arxasında kimlər dayanır və belə münasibət nədən səni qane edir? “Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” təşkilatı yaradanlar öz məram və məqsədlərini də aydın ifadə ediblər. Xatırladıram: “…məqsəd Azərbaycan Respublikasında yaşayan insanların həmrəyliyi, o cümlədən ölkənin bərabər hüquqlu vətəndaşlarından olan talış xalqının həyatında son zamanlar ciddi vüsət almış süni assimilyasiya prosesinin və milli özünüdərk harmoniyasının pozulmasının qarşısını almaq, layiqli vətəndaş - şəxsiyyət xarakterinin formalaşması naminə onun dilini, ədəbiyyatını, tarixini, etnoqrafiyasını, folklorunu, adət-ənənələrini və digər maddimədəni dəyərlərini öyrənib tədqiq etmək, eləcə də bu xalqın etnokulturologiya yaddaşını yenidən özünə qaytarmaq”dır. Hadı müəllim, özünü talış adlandıran səni, bu məramın hansı hissəsi qane etmir ki, onun yaranmasını “… səhv, yanlış addım, bunu edənlərin isə düz mövqedə olmadığını” iddia edirsən? “1990-cı ilin əvvəllərində cənub bölgəsində baş qaldıran, Ələkrəm Hümbətovun rəhbərlik etdiyi separatçılığın talış camaatına heç bir aidiyyəti olmayıb: Guya bunu talış camaatı yaratmışdı. Amma bunu edənlər separatçı qruplar, onlara dəstək verənlər idi. Bunların hamısı dövlətçiliyə ziyan vuran, Azərbaycançılıq əleyhinə olan addımlardır və məqsədli formada qızışdırılır.
Hazırda dünyada konflikt yaratmaq üçün bir qayda olaraq milli azlıqlardan, dini və təriqət ayrılıqlarından istifadə edilir. Lənkəran və Astara bir bölgədədir. Biri deyir sünniyəm, digəri deyir şiəyəm. Bunlar hamısı gülünc və qarışıqlıq salmaq üçün istifadə edilən vasitələrdir”. Bu sətirlər də sənin müsahibəndən götürülüb. 1993-cü il Lənkəran hadisələrinə separatismin hakim olduğunu mən inkar etmirəm. Lakin, bu hadisələr daha böyük və təhlükəli separatism olan Naxçıvan Ali Məclisinin sədrinin Ermənistan rəhbərliyi ilə ATƏŞKƏS müqaviləsi imzalamasından qaynaqlanırdı. Naxçıvan rəhbərliyinin müstəqil xarici siyasət aparmaq hüququ yox idi, elə indi də yoxdur. Ölkənin Ermənistanla qanlı müharibə apardığı dövrdə isə bu milli xəyanət və qatı separatism idi ki, bədəlini günahkarları yox, xalq qanını tökməklə, ölkə isə Kəlbəcəri itirməklə ödədi. Təəssüf edirəm ki, siyasətçi kimi separatizmin yaranma səbəblərindən xəbərsizsən. Yəqin ki, başın saxta məclisdə “Sərbəst toplaşma azadlığı haqqında” qanunu eybəcərləşdirməyə və “Palıdlı sahildə” milyonlar qazanmağa o qədər qarışıb ki, beynəlxalq normaları öyrənməyə vaxtın qalmır. Bu normalar təsdiq və sübut edir ki, milli zəmində münaqişələrin kökünü kəsmək üçün ən güclü vasitə millətlərə özünü sərbəst ifadə imkanının verilməsidir. Milli azlıqlar nə qədər çox təzyiqlərə məruz qalırlarsa, onların milli mənlikləri nə qədər çox aşağılanırsa və bunun olmadığına nə qədər artıq iddialar edilirsə münaqişələr də o qədər tez yaranır və amansız olur. İslam Peyğəmbərinin də, hazırda Avropa ölkələri və ABŞ-ın da milli məsələyə münasidətləri bu istiqamətlərə söykənib. Məhz bu xüsusdandır ki, Avropa və ABŞ-da milli zəmində münaqişələr minimum həddə enib. Sənsə milli məsələnin Stalin metodları ilə həllini o qədər dərindən mənimsəmisən ki, heç Yuqoslaviyada baş verənlər də, Özbəkistanda tökülən qanlar da, Qarabağ hadisələri də vecinə deyil. Sənin münasibətin belədir ki, talışlar da nə qədər çox təzyiq altında saxlanılsalar, nə qədər çox deyilsə ki, onların mənafeləri ideal qorunur, bir o qədər uğur qazanılar. Heç vecinə də deyil ki, bu təzyiq bir balaca azalan kimi millətlər birbirlərinin qanlarını su yerinə axıdacaqlar. Ancaq unutma, belə münaqişə yaransa “Palıdlı sahil”in də darmadağın edilə bilər. Açıq deyirəm verdiyin bu müsahibələrə cənub bölgəsində o dərəcədə aqressiv münasibət var ki, onun altından çıxmaqda ağır bədəl ödəmələrin olacaq. Bu gün Lənkəranda açıq
və geniş şəkildə soruşmaqdadırlar: “Bu necə talışdır ki, Lənkəran televiziyasında heç olmasa gündə bir dəfə talış dilində 2-3 saatlıq veriliş yayımlanmasının əleyhinədir, bu necə talışdır ki, talış folklorunun toplanmasını istəmir, bu necə talışdır ki, talış mədəniyyəti deyəndə qan təzyiqı kəllə çarxa qalxır, bu necə talışdır ki, talış dilində qəzet, jurnal, kitab çap edilməsini, talış mədəmiyyətinin, tarixinin öyrənilməsini SEPARATİZM adlandırır”, və c. və i.a. “Talışlara heç bir təzyiq yoxdur. Mən buna bariz nümunəyəm”, - deyə utanc gətirəcək ifadə işlətməkdən də çəkinməmisən. Dediyindən belə çıxır ki, sənə təzyiq yoxdursa, elə bu bəsimizdir. Sən ki, hakimiyyətə xidmət edən, onun saxta mandatını gəzdirən, sözçüsünə çevrilən, avtoritarizmə sədaqət göstərən, əvəzində ondan yararlanan birisisən. Beləsinə təzyiqmi edərlər? Azərbaycanda yüz minlərlə talış var ki, onların heç on mində biri sənin kimi yaşamır. Bazarlar ali təhsilli alverçilərlə, küçələrimiz işsizlikdən narkomana çevrilmiş gənclərlə, ailə ocaqlarımız pulsuzluqdan ailəsi yanında xəcalət tərində boğulan valideynlərlə doludur. Bütün bunları görmək üçün gərəkdir ki, xalq arasına çıxasan, vətəndaşlarla, vətənin daşları ilə təmasda olasan. Sən ki, bütün bunlardan məhrumsan. Ayaqların üç məkandan başqa heç yeri tanımır: Milli deyilən Məclis, "Palıdlı sahil” və yaşayış mənzilin. Müsahibəni oxuyan hər hansı ağlı başında olan adam yalnız bu nəticəni çıxara bilər: Hadı müəllim ya talış adı ilə manipulyasiya edir, ya da ölkəmizdə milli zəmində yeni qanlı münaqişələrin yaranması arzusundadır. Mən bir siyasətçi olaraq hesab edirəm ki, “Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” kimi təşkilatların yaranması təqdirəlayiq hadisədir, onu yaradanlar şərəfə layiqdirlər və belə təşkilatlar dövlət tərəfindən dəstəklənməlidir. Yaddan çıxartmayaq ki, “Azəri türk qadınlar birliyi” deyilən bir təşkilat var və bu təşkilat Qarabağ münaqişəsinin həllinə müəyyən töhfələr də verir. Belə töhfələri daha da artırmaq üçün nədən kimlərsə qabağa düşüb, kimlərsə cəsarət göstərib “Azəri talış qadınlar birliyi” yaratmasın? Bəlkə də belə bir təşkilat çoxdan yaradılardı, özümüzdən olan baltaların zərbəsindən qorxmasaydılar. Son olaraq Eldəniz Quliyevə və Mehdibəy Səfərova öz adımdan və tanıdığım bütün talışlar adından təşəkkürümüzü bildirir və avtoritar rejim sözçülərinin saxta münasibətindən inciyib ruhdan düşməməyi arzulayıram. Allah köməyiniz olsun!
Azÿrbaycan Dþvlÿt÷ilyi Naminÿ Demokratik Talûø Birliyinin Lÿnkaran Nömayÿndÿliyinin B Ə YANAT I Biz, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin Lənkəran Nümayəndəliyinin üzvləri bir neçə Milli Məclis deputatının, eləcə də mətbuat tərəfindən birtərəfli qaydada tribuna yaradılan və daim antitalış çıxışları ilə gündəmdə qalmaq istəyən 2-3 nəfər məddahın Birliyimizin fəaliyyətinə qarşı yönəlmiş qərəzli və əsassız ittihamlarına qəti etirazımızı bildiririk. ADN DTB-nin Lənkəran Nümayəndəliyi olaraq bəyan edirik ki, Birliyimizin məramı talışların maddi-
mədəni, mənəvi irsinin öyrənilməsi və inkişafını, eləcə də onların süni surətdə assimliyasiya edən səbəblərin araşdırılmasını, onların qarşısının alınmasını prioritet hesab edirik. Bildirmək istəyirik ki, milli varlığımızı və mənliyimizi təhqir etməklə, Azərbaycanın dövlətçiliyinə xələl gətirən bütün separatçı qüvvələrə qarşı qəti etiraz səsimizi qaldırırıq. Eləcə də, talışların içindən dövlətçiliyimizi təhdid edə bilən separatçı meyilli qüvvələrə qarşı mübariz olacağıq. Biz, Azərbaycan dövlətçiliyini və ərazi bütövlüyünü
müqəddəs sayırıq, dövlətimizdən də Talış etnosunun milli maraqlarına, problemlərinə adekvat münasibət gözləyirik. ADN DTB-nin Lənkəran Nümayəndəliyinin üzvləri: Rzayev Əli Məmmədli Hüseynqulu Qasımov Barat Abbasova Rəqsanə Əliyev Ənvər Nəsirov Mirtağı və başqaları
6
¹ 35 (47) 08 äåêàáð 2012-íÿ ñîð
Òîëûøîí Ñÿäî
Susmaqla çox şey qazanmaq olar, Lal olmaqla isə hər şeyi itirmək olar. Eldəniz Quliyev
Hakimiyyət bizə çatan inqilab küləyini hiss etmir Bu günlərdə yeni təşkilat, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi təsis edilib. Artıq hakimiyyətə yaxınlığı ilə seçilən mətbu orqanlarda bu qurumun separatçı meyilli olması ilə bağlı iddialar irəli sürülür. Təşkilatın yaranması səbəbləri və gündəmin başqa aktual mövzuları ilə bağlı qurumun təsisçisi, Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist və kinorejissor Eldəniz Quliyevlə söhbət etdik. - Təsisçisi olduğunuz təşkilat hansı zərurətdən yaranıb? - Azərbaycanda kifayət qədər problemlər var. Desək ki, Azərbaycan problemlər ölkəsidir, yanılmarıq. Üstəlik, milli-mənəvi dəyərlər aşınmaya uğrayır. Bu mənada mən bir çox insanların hüquqlarının müdafiəsinə qoşulmuşam. Son zamanlar film çəkilişlərində bir neçə dəfə cənub bölgəsində oldum. Orda həm dostlarımın vasitəsilə, həm də özüm çoxlu problemlərin olduğunu gördüm. Talışlar bir etnos kimi xırda-xırda təşkilatlara bölünüb. Onlara təklif etdim ki, gəlin bir təşkilat yaradın, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi. O bölgədən olan ziyalılar, alimlər, din xadimləri ilə görüşlər keçirdik və belə bir təşkilatın yaranmasının zərurətini ortaya qoyduq. Çünki onların öz hüquqları müdafiə etmək üçün təşkilatlanma olsa, daha yaxşıdır. Söylədiyi sözə görə, bəlkə də talış olduğuna görə Hilal Məmmədov həbs olunub. Ondan əvvəl Talış Mədəniyyət Mərkəzinin sədri Novruzəli Məmmədov əsassız ittihamlarla tutuldu və həbsxanada öldürüldü desəm, yanılmaram. O bölgənin bir çox problemləri var. Lənkəranda regional televiziya fəaliyyət göstərir və 10-15 dəqiqə də olsun talış dilində veriliş vermir. Eləcə də onların milli irsinin öyrənilməsi, mədəni dəyərlərinin qorunması zərurətindən təşkilatın yaradılmasına dəstək verməyə çalışdım. - Tələblərinizdə israrlı olsanız, Sizə separatçı damğası vurula bilər və artıq bunun konturları da görünür. Üstəlik, nəzərə almaq lazımdır ki, bu təşkilat “Sadval”la eyni vaxtda yaranıb. Bu mənada təzyiqlərlə üzləşəcəyinizdən ehtiyat etmirsiniz? - Bu təşkilatın yaranmasında bəlkə də ali məqsədim separatçılıq meyillərinin qarşısını almaqdır. Tələblər bütün Azərbaycana aiddir. Biz istəyirik ki, demokratik məmləkət qurulsun, hər bir insana millətindən, dinindən asılı olmayaraq bərabərhüquqlu yanaşsınlar. Sözünə görə insanlar həbs olunmasıdır. Bu tələblər separatçılığa meyillərdən xəbər vermir. Kim bunu o cür yozursa, özünün qüsuru var. Pifaqor öz teoremini kəşf edəndən allahlara yüzlərlə öküz kəsib. O vaxtdan bəri hər yeni kəşfdə öküzləri qorxudan titrəmə tutur.
Indi o titrəyən öküzlər çox olacaq. Gərək buna əhəmiyyət verməyək. Azərbaycan avtoritar idarəçilikdən demokratik idarəçiliyə keçməlidir. Ancaq indi avtoritar idarəçilikdən diktaturaya keçid mərhələsini yaşayır. “Sərbəst toplaşmaq haqqında” qanuna edilən dəyişiklik birbaşa ondan xəbər verir. Bu da təkcə talışların yox, bütün Azərbaycanın mütərəqqi fikirli insanlarının probleminə çevrilə bilər. Çünki demokratiyanın təməl sütunlarından biri söz azadlığıdır. Bunu da boğmaq istəyirlər. Azərbaycanda çoxlu problemlər var və onu köklü həll etmək üçün insanlar təşkilatlanmalıdır. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyində təmsil olunanlar bəlkə də Azərbaycanı, dövlətçiliyi hər şeydən uca tutan, sevən adamlardır. Biz o fikri əsas götürürük ki, düz dayanmısansa, kölgənin əyri düşməsindən qorxma. Qoy kim nə deyir, desin. - Bir aydan artıqdır Gülər Əhmədova olayı ölkədə gündəmi zəbt edib. Daşdan keçən arqumentlər olsa da, fakta görə cəzalanan yoxdur. YAP isə məsələnin onun üçün bitdiyini deyir. Şikayət olmadığı halda avtoqəzaya görə gənc qızı həbs edən hakimiyyət niyə günahkarların cəzalandırılmasında maraqlı deyil? - Bu məsələyə mövqeyim birmənalıdır. Həmişə deyirdik ki, Azərbaycanda ədalətli, şəffaf, demokratik seçki keçirilmir. Gülər məsələsi faktı ortaya qoydu ki, biz düz deyirdik. Bununla sübut olundu ki, hakimiyyətin əsas qollarından biri olan qanunverici orqan saxtakarlıqla, rüşvətlə, korrupsiya ilə formalaşıb. Daha sonra bu videolar göstərdi ki, hakimiyyətin əsas qollarından biri olan məhkəmə sistemi də tamamilə sifarişlidir və korrupsiya üzərində qurulub. Məhkəmələr nəinki rüşvətlə, eyni zamanda sifarişlə işləyir. Icraedici orqan “dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə fəaliyyət göstərir. Heç bir demokratik dəyərlərə fikir vermir. Hətta arasıra bizə çatan Yaxın Şərqin güləyini də hiss etmir. Bu da bizi narahat edir. Demokratik qüvvələr başda olmaqla heç kim istəmir ki, Azərbaycanda qanla müşayiət olunan vətəndaş qarşıdurması baş versin. Bunları anlatmağa çalışırıq ki, getdiyiniz bu yolun sonu yoxdur.
Birlik üzvləri Masallıda Əvvəli olmayan yolun sonu da olmur. Heç olmasa indi ayılın. Konstitusiyada təsbit olunmuş hüquqlarını tələb etdiyinə görə insanları həbs edirlər. Eyni zamanda əllərində gül Şəhidlər Xiyabanına gedən insanları tutub həbs edirlər. Bu hakimiyyət faciəyə gedir. Bu heç də yaxşı işlərdən xəbər vermir. - Gülər Əhmədova olayı baş verəndə YAP-dan ona qarşı hücumlar başladı. Lakin “mənim ağzımı açdırmayın” mesajından sonra onu söymək üçün növbəyə dayananların səsi çıxmadı. Bu şəxslərin narahatçılığı nədən idi? - Rüşvətin, korrupsiyanın həssas harmoniyası var. Rüşvətin harmoniyası pozula bilərdi. Gülər ağzını açsaydı, bir çox ağızlar bağlanacaqdı. Aydın məsələdir ki, o aldığı pulu özü xərcləməyib, harasa verib. Bu da gəlib çatacaqdı piramidanın üst mərtəbəsinə. Bunun üçün xəbər yolladı ki, ağzınızı bağlayın. - Milli Məclis kütləvi aksiyalara çıxan şəxslərə qarşı cərimələri xeyli artırdı. Bu yolla hakimiyyət istədiyinə nail olacaqmı? - Qətiyyən. Biz müstəqil olsaq da, azad deyilik. Mənim azadlığıma heç kim təcavüz edə bilməz. Bu cür cərimələrin artması göstərir ki, hakimiyyət zəifləyib. Özünü güclü göstərməyə çalışır, amma anlamır ki, bizə güclü deyil, effektli hakimiyyət lazımdır. Effektli hakimiyyət də özündə demokratik dəyərləri ehtiva etməlidir. Konstitusiyamızda demokratik ölkə yazılmaqla deyil. Bu işlərin axırı yaxşı olmayacaq. Gülər məsələsi ortaya çıxan kimi gərək Milli Məclis “optovoy” şəkildə istefa verəydi. Hakimin rüşvəti ilə bağlı video ortaya çıxanda ölkənin rəhbər şəxsləri xalqdan üzr istəməli idi ki, bizim sistemimiz nə gündədir. Çox təəssüf ki, bizim başqa ölkəmiz yoxdur. Biz bu ölkəni sevirik. Çox istərdik ki, ölkəni idarə edənlər bu
ölkəyə nifrət etməsin. - Elşad Abdullayevin açıqladığı videolarda parlamentin rüşvətlə formalaşdığı, məhkəmə sisteminin bərbad olduğu və iş adamlarının onlardan pul alınması məqsədi ilə həbs edildiyi ortaya çıxdı. Ancaq hakimiyyət bu faktların üstündən sükutla keçir. Bunu necə dəyərləndirirsiniz? - Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsi bu gün özü mütəşəkkil cinayətkarlıqla məşğul olur. Azərbaycanda legitim olan mütəşəkkil cinayətlə məşğul olan qurumlar, idarələr var. Məsələn, cərimələr artdıqca yollarda qəzaların sayı artır. Əgər texniki baxışı pulla, rüşvətlə edirsənsə, demək, mütəşəkkil cinayətkarlıqla məşğulsan. Bir çox idarələrdə legitim mütəşəkkil cinayətkarlıq baş verir. Bu da təəssüf ki, avtoritar rejimin təzahürlərindəndir. - Moskvada “Milyarderlər ittifaqı” kimi tanınan təşkilatın yaradılması hakimiyyətdə narahatçılıq yaradıb. Təşkitlat üzvlərinə qarşı kampaniya başlayıb və əsas hədəf də Rüstəm Ibrahimbəyovdu. Belə kampaniyanı necə qiymətləndirirsiniz? - Itlərin çoxu qorxudan hürür. Moskvada bu ittifaq yarananda çoxları qorxdular. Biri dedi Kreml yaradıb, biri dedi Amerika yaradıb. Amma bunun yaranma səbəbi çox sadə idi. Moskvada yaşayan yüz minlərlə azərbaycanlıya köməklik göstərmək lazımdır. Bu adamlar Azərbaycan hakimiyyətinin onlara münasibətini görüb bu hakimiyyətə qarşı çevriləcəklər. Onlar Azərbaycanı doğrudan da xoşbəxt görmək istəyirlərsə, onda ölkədə baş verən haqsızlıqları da görürlər. “Azadlıq” qəzeti 23 noyabr 2012-ci il
EVİMİZİ YAXŞI QORUSAQ, QONŞUNU OĞRU TUTMARIQ
“Cənub” Ziyalılar Birliyinin sədri: İltifat Rauf Rəhimzadə
“Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış birliyi”nin yaradılması ölkənin ictimaisiyasi həyatında son zamanların ən çox müzakirə olunan mövzularından birinə çevrilmişdir. Birliyin yaradılmasının cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olmasını təbii
qarşılamaqla yanaşı, narahatçılıq döğuran müəyyən məqamlara münasibət bildirməyi lazım bildim. Sanki belə bir təşkilatın yaranmasını gözləyirmişlər kimi, müəyyən şəxslər talışlar haqqında, onların tarixi, dili və mədəniyyəti haqqında, Azərbaycan dövlətinə az qala düşmən mövqeyində durmaları ilə bağlı fikirlər səsləndirməyə başladılar. Bu fikirlər içərisində talış separatizmi, “Birliyin” dövlətimizin əsaslarına xələl gətirə biləcəyi, onun qonşu ölkələr tərəfindən, məkrli niyyətlərlə yaradıldığı kimi isterikalar qırmızı xətlə keçir. Hardan qaynaqlanır bu
mərəkkə? Talışlar bütün tarix boyu Azərbaycanda yaşamış, Azərbaycanın dostunu dostları, düşmənini düşmənləri biliblər. Başqa cür ola da bilməzdi. Çünkü tarixi vətənimiz olan Azərbaycan adlı dövlətin yaradılmasında, müstəqillik qazanmasında talışlar digər etnoslarla çiyin-çiyinə durmuş, ölkəmizin ağır günlərində sinəsini qabağa vermişdir. Tez-tez 1993-cü il xatırlanır. Bir daha mən də xatırladım ki, TMR əslində Milli hakimiyyəti devirmək, hakimiyyəti ələ keçirmək planının tərkib hissəsi idi və bu planın konturları sonradan hakimiyyəti ələ keçirmiş
şəxslər tərəfindən bir yerdə cızılmışdı. Bu da Milli hakimiyyətin guya milli münasibətlər sahəsindəki siyasətinin düzgün olmadığı mənzərəsini ictimaiyyətə sırımaq məqsədinə xidmət edirdi. Tarixdə heç nə gizli qalmır. Bir gün olacaq ki, bütün məkrli sirrlərin üstü açılacaq, o zaman həqiqətin insanların salamına gələcəyi mütləqdir. Ona görə də gəlin tələsməyək. “Talış birliyi dövlətimiz üçün təhlükəli və çox qorxuludur!” Bu sözlərin müəllifi olan Aydın Mirzəzadəyə dəyərli dostum və tanınmış ziyalımız E.Quliyev mükəmməl cavab vermişdir. Mən də
əlavə olaraq deputatdan soruşmaq istəyirəm: - Aydın müəllim, hardandır bu təhlükə? Xalqdan daha çox məlumatlısınızsa konkret faktlarla açın sandığı, tökün pambığı. Bu, Sizin borcunuzdur. Axı Siz Millət vəkilisiniz. Milləti ayıldın və millət də həqiqəti dərk etsin. O zaman bu birliyi mən və mənim kimi çoxları ittiham edib, ifşa edəcəkdir. Yoxdursa, onda oxu atıb, yayı gizlətmək statusunuzla bir araya sığmır. Qaranlıqdan qorxursunuzsa, onda şam yandırın. Talış birliyindən uydurma xortdan obrazı yaradıb insanları qorxutmaq, əfkariümumiyyənin fikrini çaşdırmaqla yanaşı, eyni zamanda sizə sərf etməyən digər söhbətləri ikinci plana çəkmək də bir niyyətdir. (ardı səh. 8-də)
Òîëûøîí Ñÿäî
Millət öz başını itirən günü, Qazanır Yurdunun ölüm hökmünü Əli Nasir
Ey günəşi söndürməkçün ovuc-ovuc qar atanlar, Ey iblisə biət edən, imansızlar, şarlatanlar. Çox görmüşük necə olub tiranların aqibəti, Həqiqətin güzgüsünü qıranların aqibəti, Qan üstündə sarayların quranların aqibəti, Bayquş olur sizdən sonra viranların aqibəti. Mən Talışam, qoca Talış, tarixlərin yorğunuyam, Mən Zərdüştün yadigarı, Avestamın sorğunuyam, Öz yurdumun, öz xalqımın, öz dilimin vurğunuyam. Bu haqsızlıq dünyasının mən hələlik durğunuyam. Ey özünü diri sanan zavallılar, ölü canlar, Kürsüləri zəbt eləyən iqtidarlar, hökmüranlar, Qəlbi qara, gözləri kor, beyni qanlar, Külliyatın, kainatın Tanrısını unudanlar. Məni Talış O yaratmış, mən özümü yaratmadım, Əzəl gündən heç kimsənin çırağını qaraltmadım, Soxularaq heç kimsənin vətənini daraltmadım, Yurdunu iki bölərək bağçasını saraltmadım.
ßËÈ ÍÀÑÈÐ Allahu Əkbər! Lailahəilləllah! Ana dili hər şəxsə Allah əmanətidir, öz ana dilinin yaşaması uğrunda mübarizə aparan hər bir şəxs bu yolda öldürülərsə o şəhiddir! Alimi haqq işi üstündə öldürən qurum ya güruh Allahın düşmənidir! Alim cəmiyyətin çırağıdır, çırağını şər qüvvələrin atdığı daşlardan qoruya bilməyən cəmiyyət əlbəttə zülmətdə yaşamağa layiqdir.. Aliminini müdafiə edə bilməyən cəmiyyət (millət) məhvə məhkumdur! Alim öldürmə aləmi öldürərsən. Alim öldü aləm öldü deyirlər. Məsum bir alimi zalımcasına qətlə yetirənlər bunu yəqin bilməlidirlər ki, onlar günahsız bir alimi öldürməklə kainatın Xaliqinə zülm etdilər. Ey dad, nə yazıqlar belələrinin aqibətinə. La hövlə və la qüvvətən illah və billahil əliyyül əzim! Əla lənətullah qövm əz zalimin!
Mən özümü yaratmadım....! (Millətimin böyük oğlu mərhum şəhid Novruzəli Məmmədovun əziz xatirəsinə.) Ey xalqımın taleyini nərdə qoyub zər atanlar, Alimimə, şairimə casus deyib qara yaxan, şəratanlar, Birliyin elektron poçtumuza göndərdiyi məktubu qarşı tərəfin cavab haqqını tanıyaraq tam şəkildə çap edirik: - Hörmətli Azər Həsrət, "Bakı-Xəbər" qəzetinin 30 noyabr 2012-ci il tarixli sayında yazdığınız "Azərbaycan birdir, bərabərdir" məqaləsi başdan-başa qərəzli ittihamlardan ibarət olduğu üçün sizə cavab vermək məcburiyyətində qaldım. Siz əgər hər hansı bir məsələyə münasibət bildirirsinizsə, yaxşı olardı ki, əvvəl sahəni öyrənib, məqsəd və məramları ilə tanış olub, sonra fikir söyləyəsiniz. Əgər özünüzü ziyalı sayırsınızsa, əsl ziyalı kimi. Siz ya özünüzü görməməzliyə vurursunuz, ya da bilmədən savadsızlığınızı nümayiş etdirirsiniz. Birinci bilin ki, çox böyük xofla qarşıladığınız, məqsədləri haqqında heç bir məlumatınızın olmadığı Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini təhqir edir, onun siyasi təşkilat deyil, sırf elmi məqsədlər daşıyan ictimai təşkilat olduğunu görməməzliyə vurursunuz. Hörmətli Azər bəy, bu təşkilat “Azərbaycan Dövlətçiliyi Naminə” yaradılıb, Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə işləməyi əsas prinsiplərindən hesab edir. Bəli, bu təşkilatın məqsədlərindən biri də sizin kimi separatçı meyliləri gündəmdən düşməyə qoymayanları susdurmaqdır. Eyni zamanda öz milli kökənliyini unudan Hadı Rəcəbli kimi
Dəhşətli bir cəhənnəmlik gor qazırsız özünüzə, Əməliniz köz-köz olub batacaqdır gözünüzə, Bu gününüz kabus kimi düşəcəkdir izinizə, Çırpacaqsız başınıza, döyəcəksiz dizinizə.
Demək cinayətkaram?! Söy-kökünü dananlara yadamsa, Alçaqlara enənlərə yadamsa, Əzəl gündən yanan alov, odamsa, Səngiməklə yox aram, Demək cinayətkaram?! Lap Adəmdən, Nuhdan belə qalmışamsa, Öz dərsimi Avestadan almışamsa, Daş dövründən Talış oğlu Talışamsa, Xoşa gəlməyir haram? Demək cinayətkaram?! Ey xisləti canavarlar, Qulağı kar, gözü darlar, Mən pələngəm, nəriltim var. Ulamaqla yox aram, Demək cinayətkaram?! Kainat yaxılsa da, Göy tağı yıxılsa da, Bu dünya dağılsa da, Talış kimi mən varam!
¹ 35 (47) 08 äåêàáð 2012-íÿ ñîð Öz kökümü danmaram! Talış olmaq cinayətsə, Demək cinayətkaram!
7
Ha Tolışa, çiç hıste, çiç ni? Səlom, ha Tolışa, çiç hıste, çiç ni? Çiç bə, Əleyk vote halətı hiç ni. Im Tolışə kolo səkəm, sənıkəm? Azan ıştə sədo bekəm, benıkəm? Bekəm - kali cohil bebəka ğəmə, Benıkəm – ov bedəş tı bənə dumə. Əsas səloməte astəye, puste, İqlə - həzo bıkə Xıdomon hıste. Vey vaxte ruşin bə cı hamsuyon kə, Azən cəmə lampə pekəm, penıkəm. Pekəm – tarsedəm ki vey kəs bıbu ku, Penıkəm – bedəmon rısvo, mələnqu. Mandəmon mınnəti siyo soğnədə, Dastımon hamsuyon təylə dovnədə. Ə minnəti soğnə xo kəm, xo nıkəm? Dasti çə dovnonku co kəm, co nıkəm? Co kəm – holyət bəka bo şoy-şoy həmə, Co nıkəm – ğır-ğəzo kardedən dəmə. Madəm ki, Tolış bə çı kandulə şon, Madəm kitob hıste, nomış – "Tolışon” – Okəm ə kitobi, çəy qardi pukəm, Çı cur məsləhəte, okəm, onıkəm? Okəm – nu əbıni kanə hənqomə? Onıkəm – milləton bəsıren bəmə. İyən dınyo dardon eməyn çımısə, Hamsuyon bə daven çəmə qəmisə, Beşdəni sa sore Tolışon sədo Çiç bıkəm, çiç nıkəm, çiç bıkəm Xıdo? Votdən dəparçınım, çı yodo bekəm, Az ıştə kitobi çı cur to bıkəm? To kəm - rınə bedə milləti kumə, To nıkəm – votedən əy maqiş umə!... Isət az votdənim, bıvotən şımə Jin ovi çiç şedə, zındəni sımə. Ğəribon ğəribim azən bıvrədə, Boən bıbəməmon ısət ivrədə.
DEMOKRATİK TALIŞ BİRLİYİ AZƏR HƏSRƏTƏ CAVAB YAZDI şəxslərə xatırlatmaqdır ki, siz Azərbaycan vətəndaşısınız, heç kim bunu danmır, amma ağzınızda gəzdirdiyiniz dildə danışan ananız bu dildə sizə lay-lay çalıb, həm də siz talışsınız. Xalqın süni assimilyasiya prosesinin və milli özünüdərk harmoniyasının qarşısını almaq, layiqli vətəndaş yetişdirmək, tarixini, folklorunu, adət-ənənələrini öyrənməkdir məqsədimiz. Həm də bu, milli azlıqların konstitusion hüququdur. Bəli, talış xalqının bir çox problemləri var. 9 milyonluq xalqın 1 milyonunu talışlar təşkil edir. Ən böyük etnos olan bu xalqın öz dilində bir mətbu orqanı yoxdur. İctimai televiziyada heç 15 dəqiqəlik öz dilində bir verilişi də yoxdur. Bölgənin mərkəzində özəl və yerli kanallar yaradılır, amma talış dilində 5 dəqiqəlik veriliş belə yoxdur. Baxmayaraq ki, dövlətin qərarı ilə cənub bölgəsində talış dili tədris olunmalıdır, amma tədrisin vəziyyəti heç gözə çarpmır, demək olar ki, tədris heç yoxdur. Azər bəy, iddia edirsiniz ki, bu günə qədər milli kökünü və fəaliyyətini bilmədiyiniz Eldəniz Quliyev Talış Demokratik Birliyində bölücülüklə məşğuldur. Bilin ki, Eldəniz Quliyev sizin kimi “ziyalı”lardan fərqli olaraq əsl ziyalıdır. O, Azərbaycan Ziyalılar Birliyinin sədridir,
Ziyalılar Forumunun təsisçilərindən biridir, həm də Böyük Türkün oğludur, əsl demokratdır. Azərbaycanda və onun sərhədlərindən kənarda da çox yaxşı tanınan kinodramaturq, ictimai xadimdir. Çəkdiyi bir filmi xalq üçün bəlkə də sizin kimi yüzünün həyatında gördüyü işlərdən çox dəyərlidir. Onun sədrlik etdiyi Ziyalılar Birliyində Azərbaycanın ən ünlü ziyalıları təmsil olunur, sizin kimi "ziyalıcıqlar" yox. Nədən belə təəccüblənirsiniz Azərbaycanda talış xalqı var, ya yox? Axı siz hələ bilmirsiniz və ya bilmək istəmirsiniz ki, ölkəmizin cənub bölgəsində kompakt şəkildə aborigen talış xalqı yaşayır və onların sayı yüz minlərlədir. Dünyada Amerika xalqı, Fransa xalqı, Polşa xalqı olduğu kimi, amerikalı, fransalı, polşalı milliyyəti yoxdur, amma "azərbaycanlı" milliyyəti var. Sizin kimilər bir də mətbuatda, sosial şəbəkələrdə belə separatçı, bölücülük ittihamları ilə çıxış etsəniz, rəsmi şəkildə məhkəməyə müraciət edəcəyəm. Yəqin bilməmiş deyilsiniz, Azərbaycan Milli Təhlükəsizlik orqanları dünyanın ən güclü təşkilatlarından biridir, kimin kim olduğunu öyrənmək onların işidir, siz narahat olmayın. İranın, Rusiyanın, Ermənistanın məqsədləri hətta bələkdə olan
uşağa da bəllidir, elə fikirlər yalnız sizin kimilərin ürəyindən keçə bilər, amma biz talış xalqı özümüzü Azərbaycanın bir parçası sayırıq. Talış adı ilə yaranan (yaradıcıları türk olan) bir təşkilatın olması nədən sizi bu qədər qorxudur? Axı konstitusiyamızda milli azlıqların hüquqları haqqında maddə var. Siz niyə narahatsınız? Əgər Azərbaycan Milli Elmlər Akademiyasının milli azlıqların dili, mədəniyyəti, tarixi və etnoqrafiyasını öyrənən şöbəsi varsa, yaranmış bir təşkilatın ziyalıları onunla əməkdaşlıq etmək istəyirsə, bunun nəyi pisdir? İctimai televiziya varsa, ölkənin ən çoxsaylı etnosu burada yarım saatlıq veriliş istəyirsə bunun nəyi təhlükəlidir? Sizin kimi çoxları yatmır, yatanda da yuxusuna xortdanlar girir və daim səksəkədədirlər. Əmin olun, biz talış olmaqla yanaşı, bir o qədər də türkük, çünki mədəniyyətlərimiz, adətlərimiz, folklorumuz, mental şüurumuz və s. bir-birinə qarışıb, min illərdir ki, bir süfrədə çörək yeyirik. Türkün Eldəniz kimi böyük oğulları varsa, sizin kimilərin vızıltısına türkün ehtiyacı yoxdur! Ulduz Həşimov Tarixçi-müəllim "Bakı-Xəbər" qəzeti
¹ 35 (47) 08 dekàáð 2012-íÿ ñîð
EVİMİZİ YAXŞI QORUSAQ, QONŞUNU OĞRU TUTMARIQ (əvvəli səh.6-da) Doğpudanmı Talış birliyi dövlətimizin əsaslarını təhdid edən rüşvət və korrupsiyadan, məmur özbaşınalığından, insan hüquqlarının məhdudlaşdırılmasından, həqiqətin ağzına daş basmasından, insanları müstəqilliyimizdən iyrəndirilməsindən də qorxuludur? “Talış Birliyini Rusiya yaratmışdır.” Bu fikrin müəlliflərinin əksəriyyəti dövlət rəsmiləridir. (Təəssüf ki, bu fikrin müəllifləri içərisində böyük ziyalımız H.Əzimov da vardır.) Onda yenə də sual olunur. Bir hakimiyyət olaraq bu iqtidar talışların milli-mədəni hüquqlarının təminatı üçün nə işlər görülmüşdür? Talışların milli-mədəni hüquqlarının , hüquq və azadlıqlarının qorunması, onların dil, din, mədəniyyəti, folklorunun inkişafı haqqında Azərbaycan prezidenti Elçibəyin 23 sentyabr 1993-cü il sərəncamı hələlik ki, dövlət səviyyəsində verilmiş ilk və sonuncu sənəddir. Öz vətəndaşlarının başqa bir dövlətin təsiri və himayəsi altında olmasını
iddia etmək zəiflik əlaməti və idarəetmədəki qüsurların etirafı deyilmi? İnternet, sosial şəbəkələr və mətbuatı izləyin. Ölkədə millətlərarası münaqişə yaratmaq, onlar arasında ədavət yaratmaq məqsədilə ayrı-ayrı şəxslər talışın və digər etnosların hisslərinə toxunmaqla açıq təhqirlərə yol verir. Yəqin ki, söz və ifadə azadlığını yadımıza salarzınız. Axı Konstitutsiyamızda, CM-də bu kimi hərəkətlər cinayət hesab olunur. Həmin adamlar haqqında niyə tədbir görülmür? Ümumiyyətlə KİV-lərdən, TV-lərdən istifadə etməklə ölkədə etnoslar arasında birgəyaşayış etikası haqqında hər hansı bir maarifləndirici tədbirin adını çəkə bilərsinizmi? Millətlərarası münasibətlərlə məşğul olmalı qurumlar ləğv olunmayıb ki? Ölkə daxilində millətlərarası münasibətlər normal, demokratik ölkələrin dövlət təhlükəsizliyi konsepsiyaların əsasını təşkil edir. Cənablar, evimizi yaxşı qoruyaq ki, qonşunu oğruluqda ittiham etməyək. “Cənub” Ziyalılar Birliyinin sədri: İltifat Rauf Rəhimzadə
Цфцг-С ММЖ (ВЮЕН 1800107871) Азярбайжанда бир чох дилляря йазылы, шифащи бизнес, Нотариал тяржцмяляр вя мятнлярин йыьылмасы хидмятини тягдим едир. Биз Азярбайжан, Рус, Инэилис, Талыш, Фарс вя с. дилляря йазылы тяржцмяляр едирик. Ятрафлы мялумат алмаг вя йа хидмятляримиздян бящрялянмяк цчцн (012) 564-68-91 нюмрясиня зянэ едя вя йа жоммержиал_манаэер@уфуг.аз електрон цнванымыза йазараг ялагя сахлайа билярсиниз.
ÖLKƏNİN GƏLƏCƏYİ ÜÇÜN PARTLAMAMIŞ BOMBALAR Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov cənablarına xatırlatmalar Hörmətli professor! Bir- birimizi yaxşı tanıyırıq və siyasi proseslərdə də müəyyən məqamları birlikdə keçmişik. Şəxsiyyətinə də hörmətim var. Sizi XX əsr Lənkəran ziyalılarının öncüllərindən sayıram. “Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” (DTB) təşkilatının yaranmasına münasibətinin bu dərəcədə aqressiv olmasını anlaya bilmədim və doğrusu Sizdən bu aqressivliyi gözləmirdim. Mənə əsas verirsiniz ki, soruşum: “Hacıbaba müəllim, milli məsələləri, milli münaqişələrin yaranma səbəblərini yaxşı bildiyiniz halda milli birliyə çalışanları belə ağır ittihamlarda suçlamağınızın səbəbi nədir?” Sovet rejimi dağılan kimi təkcə bizlərdə yox, sosializm məkanının bütün ölkələrində milli zəmində qanlı-qansız münaqişələr baş verdi və günahsız insanlar məhrumiyyətlərə düçar oldu. Özbəkistanda, Çeçenistanda, Moldovada, Yuqoslaviyada, Bolqarıstanda və nəhayət Azərbaycan və Ermənistanda milli zəmində yaranan müharibələrdə milyonlarla insan qətlə yetirildi, kəndlər, şəhərlər xarabaliqlara çevrildi, milyonlarla qaçqınlar yurdyuvalarından ayrı düşdülər. Dünyada 8 mindən artıq millət yaşasa da, 200-ə qədər dövlət var. Hər dövlətin də bir aparıcı xalqı, bir dövlət dili, bir hakim milləti var. Azlıqda qalan, dövləti olmayan millətlərsə həmişə dövlətlərini yaratmaq mücadiləsi aparıblar. Əksər hallarda belə mənasız mücadilələr müsbət sonluqlarla nəticələnməyib, əvəzində günahsız insanların qanı su yerinə axıdılıb. Bu, min illərin günümüzə gəlib çıxan acı nəticələridir. Lakin, dünya sivilizasiya mərhələsini yüksəltdikcə milli zəmində Òÿñèñ÷è : Ðàôèã Úÿëèëîâ Òåë.:+99470 909-85-90 Å-ìàèë: celilovrafiq@mail.ru Ãÿçåòèí åëåêòðîí âàðèàíòûíû
tàlèsh.îðý
ñàéòûíäà îõóéà áèëÿðñèíèç
yaranan müharibələrə də çarə tapmaqdadır. Hazırkı dünymızda iki üsuldan istifadə edilir: 1.Milli azlıqlar təzyiq altında saxlanılır, milli zəmində hər hansı bir cəhd amanzızliqla yatırılır. 2. Milli azlıqlara ozünü ifadə imkanları verilir, siyasimilli muxtariyyət istisna olmaqla bütün istəkləri dövlət dəstəyinə götürülür. Rus-Sovet imperiyası birinci üsuldan amansızlıqla istifadə etdiyindən SSRİ-nin 70 illik dönəmində milli zəmində münaqişələr baş vermirdi və hətta yox kimi görünürdü. SSRİ dağılan kimi milli məsələlər gec partlayan bomba kimi partladı və sosializm məkanının bütün ölkələrini bürüdü. ABŞ və Avropanın inkişaf etmiş ölkələri ikinci yolu tutmaqla milli zəmində münaqişələri həll etmiş oldular. Bu ölkələrdə millətlərə özünü ifadə imkanları verildi, hər birinə dilini, dinini, mədəniyyətlərini sərbəst ifadə və inkişaf etdirmək mühiti yaradıldı, hətta dövlət yardımları da edildi. Hələlik bu ən məqbul yol sayılır. Çoxmillətli ölkəmizdə bu imkanlardan talışlar, kürdlər, tatlar, ruslar, avarlar nədən yararlanmasın? Bu prinsiplərə Eldəniz Quliyev, Mehdibəy Səfərov və digərləri tərəfindən təşəbbüslər edilərək “Demokratik Talış Birliyi” adlı bir təşkilatın bünövrəsi qoyulub. Onun əleyhinə çıxmağın, yaradıcılarını xarici kəşfiyyat orqanlarının agentləri adlandırmağın, şəxsən mənim üçün anlaşılmazdır. Bilmədiyini demək, və dediklərini mətbuata çıxarmaq, nə yaşına, nə də başına yaraşır. Mənə elə gəlirdi ki, 1993-cü il Lənkəran separatizminin iç üzünü görmüş, ağrısını çəkmiş bir adam belə məsələlərə həm yardımçı olmalı, həm də ideyanı ilk dəstəkləyənlərdən biri kimi mövqe sərgiləməlidir. Sən də, mən də yaxşı bilirik ki, Lənkəran separatizminin kökündə milli məsələlərin Stalin metodları ilə “həlli” edilmiş görün-
Ðåäàêñèéàíûí öíâàíûíà ýþíäÿðèëÿí ÿëéàçìàëàð ìöÿëëèôëÿðÿ ãàéòàðûëìûð âÿ ìÿòíëÿðÿ ðÿé âåðèëìèð. Ôàêòëàðà ýþðÿ éàëíûç ìöÿëëèôëÿð ìÿñóëèééÿò äàøûéûðëàð. Ìöÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí ìþâýåéè óéüóí ýÿëìÿéÿ áèëÿð.
tüsü dururdu. Milli azlıqların hüquq və azadlıqları o qədər təzyiq altında saxlanılmışdı ki, ölkə dağılan kimi “Milli oyanış” başladı və bu oyanış separatçı ünsürlərin nəzarətinə keçdiyindən bölgədə “TMR” adında dövlət yaradılmasına təşəbbüslər edildi. Nəticədə sənin və mənim kimi minlərlə həmyerlilərimizin qurduqları azad, müstəqil dövlətimiz soyğunçu ünsürlərin (separatçıların yox) əlinə keçdi və yaşamını itirdi. Yaşının 70-i küçməsinə baxmayaraq bu ünsürlərə qarşı mübarizədə öndə gedənlərdən birisən. Hakimiyyətin tayfa-klan metodları ilə idarə edilməsi, yeraltı və yerüstü sərvətlərinin hərraca qoyulduğu, əhalisinin az qala yarısı xaici ölkələrdə çörəkpulu qazanmağa məhkum edildiyi bir şəraitdə, milli azlıqların hüquqlarından danışmaq, insan haqlarını önə çəkmək çox çətin və bir az da gülmıli görünür. Lakin, ona da sevinmək gərəkdir ki, elələri də var ki, onlar hakimiyyətin dəmir dabanına nizə batırmağa təşəbbüslər edirlər. Mən səni də mövcud hakimiyyətinin dabanı altında əzilənlərdən biri sayıram. Min bir əziyyətlə yaradıcısı olduğun Lənkəran Dövlət Universitetindən əsassız ittihamlarla uzaqlaşdırıldın, Parlament seçkilərində topladığın səslər başqasının adına hesablandı, yaşadığın ev başına uçuruldu, hətta sənin təqaüdünü belə əlindən almadılarmı? İndi sənin kimi, bəlkə səndən də artıq bu hakimiyyətin ağrılarından, repressiyalarından, təzyiqlərindən əziyyət çəkənləri Moskvanın, Tehranın agentləri adlandırırsan? Başa düşə bilmirəm, talışların daha artıq “kalpak” altında sıxıldığı indiki şəraitdə kimlərsə təşəbbüs göstərib “Demokratik Talış Birliyi” adlı bir təşkilat yaradaraq məram və məqsədini də elan edirlər və sən də ağına-bozuna baxmadan onları xarici kəşfiyyata işləyən agentlər adlandırmaqla nə demək istəyirsən?
Ãÿçåò ßäëèééÿ Íàçèðëèéèíäÿ ãåéäÿ àëûíìûøäûð. Ãåéäèééàò íþìðÿñè:3462 Òèðàæ: 1000
Sən talışların millət kimi indiki acınacaqlı durumu ilə razılaşırsanmı? Səni qane edirmi ki, bu millətin mədəniyyəti tapdaqlar altında qalsın, dilində televiziya verilişləri yayımlanmasın, qəzet, jurnal, kitab çapına icazə verilməsin, onların siyasi proseslərdə iştirakı yasaqlansın, işsizlikdən gəncləri küçələrdə avarasərgərdar gəzsinlər? Rusiya bazarlarında alverçiliklə çörək qazanıb separatçı ünsürlərə qoşulsunlar? Müsahibəndə “Qeyd edirlər ki, Azərbaycanın cənubunda 1,5 milyon talış yaşayır. Yalan deyirlər” ifadəsini işlətmisən. Qeyd edim ki, bu ölkədə nə talışların, nə türklərin, nə ləzgilərin, nə də digər millətlərin sayları dəqiq bəlli deyil. Çünki bu işi görməli olan dövlət qurumları bütün siyahıyaalmalarda millətlərin saylarını məqsədli şəkildə dəqiqləşdirmir və ya olduqlarından yüz dəfələrlə az göstərir. Əgər 1,5 milyon rəqəmi yalandırsa, düzünü bilirsənmi, bəlkə sənin xüsusi siyahıyaalma sistemin var, bizim xəbərimiz yoxmuş. Onda açıqla qoy hamı, ən əsası da talışlar bilsinlər ki, onların nə qədəri bu ölkədə yaşayır. Yox, bilmirsən, bilə də bilməzsən. Hakimiyyətdəkilərimiz baş tutmayan “Vahid sovet xalqı” ideyasını “müstəqillik” dövründə “Vahid azərbaycan xalqı” adı ilə reallaşdırmağa girişiblər. Yəqin ki, “deputatımız” Hadı Rəcəblinin müsahibəsində də bu istiqaməti sezməmiş deyilsən. Ölkəmizdə millətlərin sayı haqqında bütün məlumatlar nisbi xarakter daşıyır. Bu nisbilikdə sanki hər şey asan başa gəlir, hakimiyyətdəkilər üçün “təhlükələr” minimuma enir, despotizn çiçəklənir. Məmur ordusu dərk edə bilmir ki, gələcək nəsillərə ağır bir miras qoyurlar, gec partlayan bombalar istehsal edirlər. Bu vətən bizimdir, min illər əvvəl də bizim olub, qiyamətə qədər də bizim olacaq. Hakimiyyətsə gəldi-gedərdi, onu bizlər millətlərimizin
Щесаб нюмрряси: АЗН цчцн: "Банк оф Баку" АСЖ Йасамал филиалы Жялилов Рафиг Шащрза оьлу щесаб нюмряси 3801000000159315 ВЮЕН 1700038881 код 506322 мцхбир щесаб 0137010007944 С.W.Ы.Ф.Т ЪББКАЗ22
istəyinə uyğun formalaşdıra bilmədiyimizdən ağrılarını çəkirik, haqlarımızı tapdamasına, hüquqlarımızı pozmasına qarşı mübarizələr aparmaqda çətinliklər çəkirik. Bu minvalla da gələcək nəsillərimizə ağır və bağışlanmayacaq bir miras qoyuruq. Bu gün Azərbaycan müstəqil dövlətdir. Elə bir müstəqil dövlət ki, vətəndaşlarının 80-90%-i bu müstəqillikdən beziblər. Sovet dönəminə nostalji hissləri ilə yaşayanların sayı il-bə-il yox, ay-ba-ay, gün-bəgün artır. Neçə illər idi ki, hamı “X” gününü gözləməkdəydi, indi də “Ərəb baharı” küləklərinin həsrətindədirlər. Sən də yəqin ki, bu insanlar sırasındasan. Təəssüf ki, millətlərimizə layiq müstəqillik qazana bilmədik. İndi də mücadilədəyik. Bu yolda atılan hər bir addım təqdirə və alqışa layiqdir. Talışı olsun, türkü olsun, ləzgisi, yaxud, avarı olsun, fərq etməz. Təki demokratik dövlət uğrunda, insani və milli haqlar uğrunda mübarizə olsun. Təki layiq olduğumuz hakimiyyəti formalaşdıra bilək. Təki ağzımızdan güllələyən, qapımız ağzında öldürən, cibimizə, həyətimizə, evimizə narkotik atmaqla bizləri türmələrdə çürüdən irticaçıların zülm və əsarətindən qurtulaq. Hər bir millət, milli azlıq bu ölkənin milli sərvətidir. Gəlin bu sərvəti qoruyaq və ondan yararlanaq. Mən şəxsən tərəfdarıyam ki, saylarının nə qədər olmasından asılı olmayaraq talışlar, eyni zamanda digər azlıqlar da özünüifadə imkanlarına sahib olsunlar, ölkənin gələcəyi üçün partlamamış bombalar hazırlanmasın. Elə hesab edirəm ki, bu yolda “Demokratik Talış Birliyi” adlı təşkilatın yaranması da təqdirəlayiq hadisədir və belə təşkilatların sayı nə qədər çox olsa, milli zəmində baş verə biləcək münaqişələrin qarşısı birdəfəlik alına bilər. Hörmətlə: Hüseynqulu Məmmədli Lənkəran şəhəri УС Долларс: Ъалылов Рафиэ Сщащрза оэщлу АЖЖ Н 3811001000159315 ИНТЕРМЕДИАРЙ БАНК Стандард Жщартеред Банк, Неw Йорк ЖОРР. АЖЖ. 3582023389001 СWЫФТ: СЖБЛУС33 БЕНЕФЫЖЫАРЙ БАНК: "Банк оф Баку" ОЪС С.W.Ы.Ф.Т. ЪББКАЗ22 Баку, Азербаиъан