2
ELŞİR
MƏNƏ DÖZÜM VER, ALLAH!
BAKI – NURLAN – 2010
3
© Akif TƏBİB 4
Xoş söz xoş ovqatdır Ön söz əvəzi Akif həkimlə 1986 – cı ildə Azərbaycan mədəniyyət fondu nəzdində təĢkil elədiyimiz “Ocaq” cəmiyyətində tanıĢ olmuĢam. Tarixi abidələrlə zəngin olan ġəki ərazisini öyrənməyi qarĢısına məqsəd qoyan rayonun tarixi abidələr üzrə mühafizi tarixçi və arxeoloq dostumuz N. Muxtarov “Biz diyarı öyrənirik” qrupu yaratmıĢdı. Bu qrupun əsasında yaranmıĢ “Ocaq” cəmiyyəti isə öz diyarını öyrənməklə həm də bu sahədə mədəni-maarif iĢi aparmağı qarĢısına məqsəd qoydu. Beləliklə, bir ilin içində “Ocaq” Ģölələndi tonqalının alov dilləri ətrafı iĢıqlatdı, diqqəti cəlb eləməyə baĢladı. Sovet zavodunun istehsalı olan basmaqəlib Ģablon “ziyalılar”, əlbəttə, bizə “köhnə bazara təzə nırx” qoyanlar kimi baxırdı. Çünki “Ocaq” yuxarıların təqdiri və yuxarıların tərifi ilə təqdim olunmamıĢdı. Axı xalq 70 ildə ancaq yuxarıdan təyinə öyrənmiĢ zavallı idi. “Ocaq” cəmiyyəti həm də qarnı üçün iĢləyən və “öl” desə ölən, “qal” desə qalan qul psixologiyalı nadanlar cəmiyyətinə etirazımız idi. ġuarlarla, “Slava KPSS”lə muĢqurdulan fəhləkəndlilər, kommunistlər uĢaqlarına adları da az qala
5
partiya komitəsinin tapĢırığı ilə qoyurdular. Çox savadlı, istedadlı mütəxəssisləri elə bil hipnoz eləmiĢdilər. Həqiqəti görə bilmirdilər, görsələr də susurdular. Sanki canlarından, qanlarından qeyrət cövhərini çəkib çıxarmıĢdılar. Belə bir ab-havalı cəmiyyətdə bizim “Ocaq” cəmiyyətimizin sərbəst hərəkəti, müstəqil tədbirləri hamıya qeyri-adi idi. Bu qeyri-adi tədbirlərdən biri də 1986 – cı ildə Sovet ġəkisinin tarixində keçirdiyimiz “Bahar bayramı” tədbirimiz oldu. ġəhərin bütün baĢ təĢkilatlarını dəvət etməklə ġəkinin “Ziyalılar evi”ndə keçirdiyimiz bu tədbir sanki, 70 illik tilsimi qırdı və iki il sonra Respublikada dövlət səviyyəsində bahar bayramı tədbirlərinə icazə verildi və hər yerdə keçirildi. Bu yanğı, əlbəttə “Ocağ”ın öncədən görməsi idi. 1989 – cu ildə isə “Ocağ”ın “Cuma” aĢıqlar dəstəsi vasitəsi ilə keçirdiyi konsertlərdən qəpikqəpik toplanan vəsaitlə və bəzi qeyrətli imkanlıların yardımı ilə 1920 – ci ildə Qızıl Ordu tərəfindən qətlə yetirilmiĢ xalq aĢığı Molla Cumanın qəbrində kompleks iĢlər apardıq və ona mərmərdən abidə qoyduq. Maraqlı burasıdır ki, heykəlin müəllifi heykəltaraĢ Əsgər Kərimov öz zəhməthaqqını almadı və Molla Cumanın ruhuna bağıĢladı. Qarabağ uğrunda müharibə oyunları baĢlanandan sonra daha da fəallaĢan ictimai və təmənnasız yöndə bu cür vətəndaĢlıq iĢləri aparan
6
“Ocaq”ın bir neçə bölməsindən biri də “Təbabət və ayıqlıq” bölməsi idi. “Təbabət və ayıqlıq” bölməsinin üzvü olan Akif həkim “Ocağ”ın ədəbiyyat və musiqi bölməsində öz sərbəst fikirlərini bildirsə də ədəbiyyatla məĢğul olduğunu bildirmirdi. Yəqin ki, hər Ģeyə, hər sahəyə yüksək keyfiyyət prizmasından baxmaq həkimlərə xas xüsusiyyətdir. Çünki, böyük M.Füzulinin pərəstiĢkarı olan və onun əksər qəzəllərini beyt-beyt təhlil qabiliyyətinə malik və özünün də yaradıcılığı olan həkim Ovçu Ərəbov da (Allah ona rəhmət eləsin!) öz Ģairlik qabiliyyətini bu məclisdə bildirmədi. Müdrik bir yumorla bir gün bizə belə bir qoĢma da yazdı: Sanma bu Ģeiri Füzuli yazıb, Oxuyub tənqidçi sayağı, gülmə. Köhlənlər nalbənddə nallanan zaman, Biz də qaldırırıq ayağı, gülmə. ġeir, Ģairlik ruh iĢi, könül iĢidir və birbaĢa ilahi sirlərə - Allaha bağlıdır ki, bu günə qədər ruh da, könül də, qəlb də müəmmalı qalıb (Alın yazısı kimi, qədər kimi). O zaman ki, bu könül iĢi, ruh iĢi həkimliklə birləĢir, o zaman göy qurĢağı gözəlliyinə heyranlığımız baĢlanır. ġəxsi, lirik hisslərdən baĢlamıĢ ictimai ağrılara qədər mövzularda qələmini sınayan Akif həkim sözünü deməyə müvəffəq olsa da ürək ağrıları, narahatlığı dağlar arxasından peyda olan dağları
7
xatırladır. Bu narahatçılığı, narazılığı daĢıyan, xüsusən fiziki, cismani, əqli ağrı-əzabları çəkən insanlar arasında yaĢayan, hər gün onları görən bir həkim ola, insan ola. Nizami Gəncəvi çox gözəl bilirdi ki, hakimiyyət həmiĢə tamah sahiblərinin əlində olub. Mənəviyyat aləmi onlarda 2-ci, ya 3-cü dərəcəli məsələ olub. Ona bir növ əyləncə kimi baxıblar. Bu mənada ġeirdən ucalıq umma dünyada, Çünki Nizamiylə qurtardı o da. - deməklə oğlu Məhəmmədə ancaq həkimliyi tövsiyə edir. Çünki, ağanın da, nökərin də bir Allahdan sonra ancaq həkimə ehtiyacı ola bilər. Mənəvi dəyərlərə qiymət verilməyən bir dövrdə yaĢadığı üçün Ģeirdən bir ağ gün ummamağı tövsiyə edən Nizami ilə həmdərd Füzuli də - “Bir dövrdəyəm ki, nəzm olub xar”- demiĢdir. ġikayətnamələr, gileylər, narazılıqlar “xeyir Ģərin öz yerində olmadığı” bütün dövrlərdə olub. Çünki, hökmdarlar (təkəbbürdən, məğrurluqdan, mənəm-mənəmlikdən) dünyanı Ģairlərin arĢınıyla ölçmürlər ki, Ģairlərin arzuladığı və bəĢəriyyətin həsrətini çəkdiyi ideal quruluĢ da insanlara qismət ola. Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihətindəki yuxarıda göstərdiyimiz misralar heç də qəti qənaəti, ciddi tövsiyəsi deyildi. Bu sadəcə, Vaqif
8
demiĢkən, “Alilər xaki məzəlhətdə, qənilər mötəbər yaĢayan, xeyirlə Ģərin öz yerində olmadığı bir zəmanə”dən incikliyi idi. Yoxsa, bizə məlum bir çox dahilər öz həkimlik peĢələrini atıb Ģairliklə, yazıçılıqla məĢğul və məĢhur olardılarmı? (Məsələn, S.ġirazi, A.P.Çexov, A.Səhhət və s.) Özü haqqında təmtəraqlı ibarələr, təriflər iddiasında və həmçinin Ģairlik iddiasında olmamıĢ Akif Təbib sadəcə öz lirik hisslərini, ictimai ağrılarını nəzmlə, Ģeirin müxtəlif janrları ilə deməklə əsəblərinin sakitliyini nisbətən təmin etdiyini deyir. Gəncliyində gözə görünən, diqqətini cəlb edən sənətkarlara həsəd aparan, qibtə eləyən və özü də onlardan birinin yerində olmaq istəyən Akif həkim, nəhayət, Allahın özünə verdiyi fəzilət payından, qismətindən razı qaldığını bir Ģeirində bu cür ifadə edir: Rəssam olub arzularımı Heç yerə çəkəmmədim, ġair olub ağrılarımı Qələmimdən tökəmmədim. Aktyor tək səhnədə Qəhrəmanlar yaradıb Yadda qala bilmədim. Arzumca, istəyimcə, Mən ucala bilmədim. Heç olmasa həkim olum.
9
Budur indi, ancaq, yolum. ġairlərin, rəssamların KeĢiyində qoy durum mən. Yaradıcılıq sahələrinə meylli, məhəbbəti ilk gəncliyindən qanında, canında olan Akif Təbib öz hisslərini heç cür boğa bilmir, cəmiyyətdən təcrid olunmur, əksinə onun ən fəal üzvü kimi özünü hər Ģeyin cavabdehi, varisi sayır Damladan baĢlanır həyat, Çoxu bunu duymur, heyhat! Vətən üçün, millət üçün, Bircə damla vermiĢiksə, Xalqımızın dərdlərini DuymuĢuqsa, görmüĢüksə, YaĢamağa dəyər demək. Getdiyimiz düz yol olsa, Damlalarımız bol olsa. Çevrilərdik bir dəryaya, YetiĢərdik hər arzuya. CənnətləĢər vətən, torpaq, Damla olmağı bacarsaq. Damla olmağı bacarsaq. Maraqlı burasıdır ki, zəngin mütaliə mədəniyyətinə malik bir çox ziyalılar var ki, nə poeziyanın janrlarını bilir, nə də müxtəlif janrlarda Ģeir yaza bilirlər. Heç vaxt Ģairlik iddiasında olmamıĢ
10
və indi də olmayan Akif Təbibdə isə Ģeir aləminin demək olar bütün sahələrini bilməsi, fərqli tərəflərini görməsi, onun Azərbaycan yazılı və Ģifahi ədəbiyyatına bütün varlığı ilə məhəbbətindən irəli gəlir. Bəlkə də muğam və aĢıq sənətinə bələdliliyi də bu mənbədən, bu bulaqdan su içib. Onun Dədə ġəmĢirin ruhuna, aĢıq Ədalət Dəlidağlıya, xanəndə Könül Xasiyevaya həsr elədiyi Ģeirlər heç də ötəri marağın məhsulu deyil. Ürəyinin ən səmimi hissləridir, milli-mənəvi dəyərlərimizə bağlılıqdan doğan vətəndaĢ mövqeyidir Dəlidağlı, elə çaldın ki, sazı, Möcüzə sazda yox, səndəymiĢ demə. Allahı da yerdən göyə qaldıran, Ona sədaqətli bəndəymiĢ demə. Hər varlığa Allah tərəfindən verilən fəzilət, xüsusiyyət nədirsə, ona qane olmaq lazımdır ki, Allah tərəfindən cəzalanmayasan, qəza oxuna tuĢ gəlməyəsən. Bu mənada Akif Təbibin “Qanadlı camıĢlar” Ģeiri çox ibrətlidir. Öz mövzusunu Ģahidi olduğu həyat hadisələrindən götürmüĢ belə satirik Ģeirlər, “Mənə dözüm ver, Allah!”, “Həyat, sən nə Ģirinsən” adlı ciddi vətəndaĢlıq mövqeyindən yaranmıĢ Ģeirlərdən tutmuĢ, ali məhəbbət hisslərinə qədər duyğulu Ģeirləri olan Akif Təbib oxucunu əyləndirmir, düĢündürür Məmur kimi təqdim etdim,
11
Bir gözələ özümü. Mənə yaman tənə vurdu, Danladı üz-gözümü. Dedi: Kim üçünsə məmur, Kimin üçünsə ulusan. Ancaq heç vaxt unutma ki, Gözəlliyimin qulusan. Ailəsinə, doğmalarına, dostlarına qayğıdan baĢlamıĢ geniĢ ictimai ağrıları əhatə edən Akif Təbib yaradıcılığı ilə ürəyimizdə qayğıkeĢ, vətənpərvər həkim, vətəndaĢ qələm əhli obrazını yaradır. Mənə dözüm ver, Allah! Dözüm adam sayılan ġəxsiyyətsiz birinin Mənə hökm etməsinə. Rəyasətə yiyələnib, Kürsüyə arxalanıb Mənlə dil- dil ötməsinə. Akif Təbib bir psixoloq həkim kimi həyatın, ömrün ucalığına gedən yollarındakı çətinliyinə dözməyi iradə və ləyaqət keyfiyyətləri kimi hamıya tövsiyə edir. Lakin, M.Araz demiĢkən, hansı isə bir ağıllının “ağıl budağından sallanıb yaĢayan” nadanların Ģərəf kürsüsünə pərçimlənib Ģərəf kürsüsünü gözdən salan ab-havaya heç cür dözə bilmir və oxucunu Allaha üsyankar ruhlu bu Ģeiri ilə
12
belə dözüm qeyrətsizliyinə, seyrçilikdən bezməyə çağırır. Əlbəttə, mən bir oxucu kimi Akif Təbibin bütün Ģeirlərini təhlillə təqdim etmək fikrində deyiləm. Onun yaradıcılığı Azərbaycan poeziyasının bayatı, qoĢma, gəraylı, qəzəl, təmsil, gözəlləmə və s. janrları ilə məhdudlaĢmır. Həm də avtobioqrafik məzmunlu publisist mühakimələri ilə dramatik hadisələrdən doğan səhnəciklərlə oxucunu yeknəsəklikdən uzaqlaĢdırır, qane edir. Bu yazılarım, sadəcə bir dost sözləridir və ən yaxĢı sözü, ovqatı isə oxucuda Akif Təbibin yazdıqları deyəcək, yazdıqları yaradacaq. Mən həkim dostuma uğurlar arzulayır, iĢində ona üz tutanlara Ģəfa arzulayır, sayası düĢsün, deyirəm.
Aşıq Sakit Köçəri 2010, Şəki
13
Ana
Istədim vəsf edəm, ana, nəfəsin, Ruhumu oxĢadı səmum küləyi. Doğma balasına qul olan kəsin, Bir dünya qədərdir arzu, diləyi. Anamın laylası bir yaz yağıĢı, Həyata səsləyər bütün cahanı. Cəmi yaralara məlhəm baxıĢı, ġəfada, qüdrətdə ona tay hanı? Uyudum anamın gen qucağında, Arxalı göründüm uca dağ qədər. Analı dünyamın gur ocağında, Nə ehtiyac duydum, nə qəm, nə kədər. Uçmaqçün qanaddı ana alqıĢı, Qurtardı bizləri dardan, qəfəsdən. Bir üzərrik kimi ana qarğıĢı, Qoruyardı bizi ağır nəfəsdən.
14
Nə vaxtsa üz tutub adını ansaq, Dilindən düĢməzdi, “ay can” kəlməsi. Bəlkə də anamın sözündən ancaq, Yaranıbdır “ Azərbaycan” kəlməsi.
A cözu yiyim Şəkililərə zarafatyana Nə vəzifaz, nə dayuz var, Elə hayuz - harayuz var. YaxĢı ki, Xan sarayuz var, Loğalan, a cözu yiyim. Nə qalıtdısa dədədən, Tələs, tez keçir mədədən. Dağa qalxıb abidədən, Dalğalan, a cözu yiyim. Hər günuz keçir qumarnan, Aranız kökdü tumarnan.
15
“Paxlava”, “qırmabadam”nan Boğmalan, a cözu yiyim. ġirniyyətdən yiyif ĢiĢsən, “Soyuqbulaq” suyu iç sən. Gördün kökəlmək üzrəsən, Yırğalan, a cözu yiyim.
Adamlaruz pis-pis söyən, Hammuz özündən diyən. Aduz da “sərçəboyən”, ġirmalan, a cözu yiyim.
Əndam görən tək yanırsuz, Ġnsanlığuzu danırsuz. Nə him-cim, nə dil qanursuz. Qurdalan, a cözu yiyim. 29 oktyabr, 2005.
16
Apar Əzizim Xatirəyə Bu gün ər evinə köçürsən, qızım! Özünlə bir dolu səadət apar. Ərinə sədaqət, məhəbbət, dözüm, Ayağı sayalı bərəkət apar. YaĢa fərəh ilə ömür payını, Ġtirmə heç kəsin haqqı-sayını. Unutma xeyirxah Qurban dayını, Ona layiq olan səxavət apar. Gözəl yaranmıĢdı məsum ġirəli. Ünsiyyəti Ģirin, sözü məzəli. Kasıb qonĢuların üstəydi əli, O cür mehribanlıq, ünsiyyət apar. Çox yaralar almıĢdı baban Ənvər, Ürəyi yumĢaqdı, hövsələsi dar. ġakəriydi dostluq, düzgünlük, ilqar, Öz babana bənzər mətanət apar.
17
Eyni talehliydi ananla nənən, Oğul itirdilər vaxtsız, çox erkən. Namusla, qeyrətlə ömür - gün çəkən, Səfurə, Elmira tək ismət apar. Vaqif dayın həm qardaĢdı, həm ata, Qürbət eldə məskəniydi Almata. Hörmət, izzət sahibiydi orda da, Hamıya onun tək bir diqqət apar. Sevinməsinlər qoy nə yağı, nə yad, YaĢa, qarı dərddən uzaq ömrü Ģad. Milli qəhrəmandı qardaĢın ElĢad, Sən də bir igid ol, rəĢadət apar. Bir Leyli qaməti vardır boyunda, Səninlə fəxr edir Akif dayın da. Mahnı da yarandı sənin toyunda, Getdiyin ocağa hərarət apar. Dekabr, 1999
18
Ay Dədə Şəmşir Yağılar nə bilər, hardan qanalar, Nə çəkir yurd qoyub gedən analar. Sallanıb dağlardan enən sonalar, Yolub saçlarını, üz didə ġəmĢir. Gorun çatlamırmı, ay Dədə ġəmĢir?! Yenə könülləri inlədən sazmı? Görən Kəlbəcərdə payızmı, yazmı? Ġgid oğulların dirənib əzmi, AtəĢkəs ünvanlı bir səddə ġəmĢir. Gorun çatlamırmı, ay Dədə ġəmĢir?! Ələsgər taxtının söz Ģahzadəsi, Orda ağı deyir hər yarpaq səsi. Yüyənlər boĢ qalıb, yoxdur yiyəsi, Qeyrət məqamıdır bu vədə, ġəmĢir. Gorun çatlamırmı, ay Dədə ġəmĢir?! Sovrulub göylərə külü çöllərin, Solubdu çiçəyi, gülü çöllərin. EĢidilmir cəh-cəhi bülbüllərin,
19
GuĢə yox quĢları söylədə ġəmĢir. Gorun çatlamırmı, ay Dədə ġəmĢir?! Dəliliyin yerə qoyub Dəlidağ, Saza qəribsəyib hər dərə, hər dağ. Bilinmir qibləsi soldu, yoxsa sağ. Yurdunda dolaĢır çox gədə, ġəmĢir Gorun çatlamırmı, ay Dədə ġəmĢir?! Çox sazçılar güc aldı ocağından, Qalanda ayaqlar altda Ağdaban. “Misri” havasıyla sazlar ucadan, Dindimi qəlbləri göynədə ġəmĢir. Gorun çatlamırmı, ay Dədə ġəmĢir?! ElĢirin nifrəti sərtlikdə qaya, Qəzəbi sığıĢmır nə il, nə aya. Kimsəsiz üĢüyən o el – obaya, Güllü bahar gələ, qıĢ gedə, ġəmĢir. Gorun çatlamırmı, ay Dədə ġəmĢir?! 26 may, 2009
20
Ay Hacı! Dostum Niyazi Idrısoya Biz ki, birgə gülmüĢdük dünya qeylü-qalına, Xalqımıza xor baxanın demiĢdik vay halına, Çoxlu nəğmələr qoĢardıq gözəllərin xalına. Dəstə vurub oxuyardıq: “Budur gəlir cüt bacı”, Gözün aydın, ziyarətin qəbul olsun, ay Hacı! Sən namaz qıl, mən mey içim, biri düĢsün azara, Sən dağa qaç, mən arana, o birisi məzara. Hərə bir cür hava çalsın, millətsə düĢsün dara, Bu mənasız, yolsuz dünya bir ziyalı möhtacı. Gözün aydın, ziyarətin qəbul olsun, ay Hacı! HəĢtad ildə duyduq xalxa əyilməyin dadını, Əziz saxla millətinin yaxınını, yadını, Atan duyub məramını, Niyaz qoydu adını. Çoxdan idin halallıq, yox müqəddəsliyin acı. Gözün aydın, ziyarətin qəbul olsun, ay Hacı! Dostlar üçün bir nəğməydi o sarı sarmaĢığın.
21
Dillər əzbəriydi sənin “taxta”, “saxta” qaĢığın, Çoxunu heyran qoyurdu qamətin, yaraĢığın. HəmiĢə sən sayılardın baməzə dostlar tacı. Ğözün aydın, ziyarətin qəbul olsun, ay Hacı! Ğördün kimsə səni söyür, onu Allaha tapĢır, Ğördün kimsə səni döyür, onu Allaha tapĢır. Ğördün kimsə səni əyir, yenə Allaha tapĢır, Doğrudanmı ibadətmiĢ bu iĢlərin əlacı. Ğözün aydın, ziyarətin qəbul olsun, ay Hacı!
Aşıq Sakit “Nasaz dünyamızın sazı məndədi”, Güldü dünyaya ki, gör nə gündədi? Zəlaləti hər küncdə, hər tindədi, Utanıb yerinə allandı Sakit. “Nəsil əsil olsa ucalar baĢın”, Çəkdi qayğısını qohum, qardaĢın. Dərdlərilə yaĢadı hər yurddaĢın, Ağsaqqal biçimdə çallandı Sakit.
22
“NaĢı yetmiĢ iki hava çalınca”, Qaçdı bir duyğusal avaz dalınca. Dostlarından istədiyin alınca, Fərəhdən, sevincdən, hallandı Sakit. “Gözüm yox dünyanın var-dövlətində”, Tapdı səadətin Ģəxsiyyətində. Təmiz bir ad qoyub söz sənətində, Qayğısız dünyaya yollandı Sakit. 7 iyun, 2010
Az olur Gedib ellərimiz taxt-taca qurban, Keçirilib baĢa iküzlü nadan. Səfimiz pozulub baĢdan-binadan, QıĢımız ötməmiĢ hələ yaz olur. Az olur, ay qardaĢ, bizə az olur. Çəpiklər çalmıĢıq saxta uğura, Məhəl qoymamıĢıq kasıb, fağıra. ġuar dedik hey bağıra-bağıra,
23
Çünki rəhbərlərin kefi saz olur. Az olur, ay qardaĢ, bizə az olur. Ġstərsən qəbul et, istər soraqla, ĠĢlərimiz gedib daim buyruqla. VuruĢduq, baĢla yox, yalnız quyruqla, Özünü bilməyən yada qaz olur. Az olur, ay qardaĢ, bizə az olur. Ġmkanımız azca artsa daĢırıq, Vəzifədə həddimizi aĢırıq. Rəyasətə yiyələnsək çaĢırıq, Kim olsaq da əqlimiz dayaz olur. Az olur, ay qardaĢ, bizə az olur. QıĢ yuxusu hələ gözümüzdədir, Cəsarət, kiĢilik sözümüzdədir. Günahın çoxu da özümüzdədir, Cəzamız günahla lap taraz olur. Az olur, ay qardaĢ, bizə az olur.
***** 24
Baxıram surətinə ruhum gülür bu sənmisən, Yanağına Ģeh düĢən bəyaz rəngli süsənmisən. Sənə kim layiq olar bu cürə gözəllikdə, Bəxtindən üz çevirib taleyindən küsənmisən. Qəlbimi cana gətirdi üzünün xoĢ ziyası, Ölüyə can bəxĢ edən o müqəddəs su sənmisən. Sevgisinə güvənib ElĢir uzatdı əlini, Bu təmənnadan bezib haqq-sayı kəsənmisən. 10 fevral, 2006
Bayatı Özünü duyan balam, Qəflətdən oyan, balam. Vətənin keĢiyində, Mərd, cəsur dayan, balam.
25
Boyayıb əlin gəlir, Bəzəyib telin gəlir. Sayalı gəlin olsun, Evimə gəlin gəlir. Oğul evin tacıdı, Ona yanan bacıdı. Boy-buxunu pis deyil, Bir ağıl möhtacıdı. YaĢınız ötsün yüzdən, Uzaq söhbətdən, sözdən. Allah sizi qorusun, Pis nəfəsdən, pis gözdən.
Mən aĢıq qıĢa sarı, Ġl gedir qıĢa sarı. Təzə bəy, sevgilinlə, XoĢbəxt ol, qoĢa qarı.
26
Bilmədim Ġndi bu halından partla, ürəyim, Sevilib kamıma çata bilmədim. Gözlərimdə qaldı arzu, diləyim, Gecələr qüssədən yata bilmədim. Bir ürkək maralı gördüm çəməndə, GünəĢ tək parladı dumanda, çəndə. Boynun qucaqlayıb əzizləsəm də, Əllərim titrədi tuta bilmədim. Ağladım, sısqadım çox dönə-dönə, Taqətim qalmadı, dağlandı sinə. Nə qədər çalıĢdım, əlləĢdim yenə, Qəlbimdən çıxarıb ata bilmədim. 1973
Bir ümid yaşatmısan Gedirsən, baxıĢın min bir suallı, Gedirsən, nigaran sözlü, qınaqlı. Gedirsən, bədgüman, bədbin əhvallı,
27
Gedirsən, gediĢin sirli - soraqlı. Bir fürsət. bir məqam sorağındayıq, Bir aman səndədi, bir aman məndə. Yatırıq hələ fil qulağındayıq, Bir güman səndədi, bir güman məndə. Həsrətlə yoğrulmuĢ hicranla dolu, Bir sevgi yaĢadır ürəklərimiz. Qadağan niĢanlı çətin bir yolu, Keçmək istər arzu - diləklərimiz. MüdhiĢ qadağalar nə vaxta kimi, Boğacaq bələkdə qəlbin səsini. Qadağanlar olub qəlbin hakimi, Hökm eləyir bizə əxlaq dərsini. Sənsiz ötmür bu dünyada bir dəqiqəm, bir anım da, Cavanlığın ehtirası coĢub daĢır qanımda. Dincliyimi əldən alıb yuxularım qatmısan, Bir sevgiyə ömür verib bir ümid yaĢatmısan. 10 iyun, 2007
28
Boğan boğanındı Nə gözəl ölkədir, bu, bərəkallah! Əxlaqı saflara çəkdirir min ah. Qarəti sərhədsiz görünmür günah Tıxan-tıxanındı. Bircə özün yaĢa vecinə alma, Heç vaxt öz iĢini çətinə salma. Kimsəyə yol verib kənarda qalma, Sıxan-sıxanındı. Acizin bas ayağınla baĢından, Həya etmə mövqeyindən, yaĢından. Ġrəli cum, lap doğma qardaĢından, Yıxan-yıxanındı. Düyünü açılmaz, sözü mındilli, Nə bir cavabı, var nə də ki, həlli. Tutduğun buraxma, yapıĢ ikəlli, Boğan-boğanındı.
29
Bu gün Hicranın güc eyləyib əhvalımı pozdu bu gün, Məhv edib ümidimi qəbrini də qazdı bu gün. Məhəbbət, sevgi idi qəlbimin atəĢi, odu, Qədirbilməz naĢılar baĢqa cürə yozdu bu gün. Çatdı öz əhdinə əğyar görüb əhvalımızı, Qurdurubdur toy, büsat keyfi tamam sazdı bugün. Kim çəkər bu dərdləri dözüm qalmayıb məndə, Belimi qırdı fələk, bəxtim qara yazdı bu gün. Öz əlinlə uçurtdun, ElĢir, öz qibləgahını, Axıtma göz yaĢını sənə bu da azdı bu gün.
15 oktyabr, 2006
30
.
31
Buyur Dönüb sadəlövh uĢağa, Necə dözək dərdə, dağa. XoĢbəxt olub yaĢamağa, Bu dunyaya gələn, buyur. Tər əvəzi yağı daman, Seçə bilməz yaxĢı, yaman. Hər Ģeydən təmənna uman, Aç əlini, dilən, buyur. Harın hara, insaf hara, Yetməz kimsə düĢsə dara. Özündən imkansızlara, Qəh-qəh çəkib ğülən, buyur. Ağlasa da xısın-xısın, Fərqin bilməz toyun, yasın. Minib yaltaqlıq yabısın, Göz yaĢını silən, buyur.
32
ElĢir həyatdan bezməyib, Əlini haqdan üzməyib. Haqsızlıqlara dözməyib, Bezib vaxtsız ölən, buyur.
Dalasan belə dünyaya? Ağrı, müĢgüllərimiz qalaq-qalaq, Hansı harayına kəsilək qulaq. Gərək özgələĢib baĢqa bir sayaq, Olasan belə dünyaya. Toyunda ağlayıb, vayında gül, sən, Yükünü çək, inlə, həddini bil, sən. Düzə düz söyləyib əyriyə gülsən, Bəlasan belə dünyaya. Niyyəti bədxahlıq, qəzəbli, kinli, Yalançı vədləri çox səsli ünlü. YaĢamaq istəsən gərək kəbinli, Qalasan belə dünyaya.
33
Bu dünyanın hər bir iĢi oyundu, Iküzlülük, yaltaqlıq qol-boyundu. Taleyimiz tapĢırılan qoyundu, Dalasan belə dünyaya? 1990
Dağıl dünya Beləydimi cəfəng, dünya, əzəl gündən yaranıĢın, Fənd bilənə aqil dedin, təmiz pak insana dəli. Kim ki, abır, həya güddü, ölçüb-biçdi davranıĢın, Fərəhdən üzü gülmədi, üzüldü hər Ģeydən əli. Hardan tapdın tüfəngi ki, koroğluluq ağlar qaldı. Qalmadı nə igidliyin, nə ərliyin niĢanəsi. Niyə ulvi məhəbbəti Məcnunu səhraya saldı, Niyə güclü hökm eləyə, gücsüzün ağlar anası. Niyə verdin zalıma tac, niyə qoydun məzlumu ac, Niyə böldün insanları böyük, kiçik arasında. Niyə balta sapı olur içindən yeyilir ağac, Niyə nizamın pozulub ölüm, doğum sırasında. Xalq nə qədər çəkməlidir rəhbərlərin cəzasını,
34
Vədlərin boĢ, gediĢin səhv, gələcəyin nağıl, dünya. Allah da əksik eləmir öz zülmünü qəzasını, Yönlü məcraya düĢməkçün dağıl dünya, dağıl dünya.
.
Damladan başlanır həyat “Yağış” lazım ki, o güllər cana gəlsin “yağış”la Bir damlayam mən nə edim, ana vətən, bağışla. Siyafər Əziz dostum, gileylənmə, bircə damla olmaqdan,. Damla qurtarar bir ömrü, tez saralıb, solmaqdan. Hərə bir damla olsaydı, yaranardı geniĢ ümman. ġölə saçar, alıĢardı, sönük güman. Dolar bütün boĢ quyular, Birimiz milyon sayılar, Millət qəflətdən ayılar. Bürünər hər tərəf
35
Ģənliyə, toya, VətənləĢər bütün dünya. Səmalarda dalğalanar min-min bayraq, Damla olmağı bacarsaq. Damla idi, Mirzə Ələkbər Sabirin, məĢhur «Hophopnamə»si. Damla idi, Nəiminin, Nəsiminin, “Ənəlhəqq” söyləyən səsi. Damla idi, Xan əminin, zil pərdəli zənguləsi. Suya dönüb selləĢərdik, QurĢaq tutub belləĢərdik, Qüdrətlənib elləĢərdik. DüĢmən üstə yeriyərdik, Babək kimi əldə yaraq, Damla olmağı bacarsaq.
36
Damladan baĢlanır həyat (çoxu duymur bunu heyhat). Vətən üçün, millət üçün, bir damlanı vermiĢiksə, Xalqımızın dərdlərini DuymuĢuqsa, görmüĢüksə, YaĢamağa dəyər demək. (Allah özü insanlara olsun kömək!) ġax qüvvətli bir qol olsa, Getdiyimiz düz yol olsa. Damlalarımız bol olsa. QovuĢardıq bir dəryaya, YetiĢərdik hər arzuya. CənnətləĢər vətən, torpaq, Damla olmağı bacarsaq. Damla olmağı bacarsaq.
25 oktyabr, 2005
37
De da bə Naxçıvanlı dostlara Gözəl diyardı Naxçıvan, Siyafər dəyərli insan. Saz, sözünün bizi heyran, Qoymağından de da bə. Gözəldi fəsilin yazı, Bu da təbiətin nazı. Ələ götürəndə sazı, Uymağandan de da bə. Xəlq eləyib biz milləti, Ġlahinin bu qüdrəti. Hüseynin vətən həsrəti, Duymağından de da bə. YaratmıĢdıq dostluq mifin, Ġçindəydik pasın, kifin. ġumal boylu kor Lətifin, Qaymağından de da bə.
38
Rəcəbin yox verən əli, Metrə yarım çıxır dili. Bizi ac qoyub, Cəmili Soymağından de da bə. Sınıq nəlbəkini əyib, ġirin-Ģirin sağlıq deyib. Ġtburnu qabığı yeyib, Doymağından de da bə. Əhməd həkim tək dost hanı?! ġirin gülüĢ ərməğanı. Bizi o günə qoyanı, Danlağından de da bə. ElĢir sevdi bu adəti, Boynunda dostluq minnəti. Aldığı o cür ləzzəti, Yaymağından de da bə. 28 oktyabr, 2005
39
Demə Aşıq Ədalət Dəlidağlıya Dəlidağlı, elə çaldın ki, sazı, Möcüzə sazda yox, səndəymiĢ demə. Allahı da yerdən göyə qaldıran, Ona sədaqətli bəndəymiĢ, demə. Dosta Ģəfa verər duzun, çörəyin, Namus, qeyrət, Ģərəf, Ģandı gərəyin. Vətən sevgisilə dolan ürəyin, Həsrətdən yoğrulmuĢ kündəymiĢ, demə. Bizdən uzaq düĢüb xoĢ əhval, xoĢ gün, BaxıĢlar gileyli, baxıĢlar küsgün. ElĢir, qurtuluĢdur hər toy, hər düyün, Nicatımız yaxın tindəymiĢ, demə. 29 sentyabr, 2008
40
Deyiləm GülüĢü ömür sədası, Canımı alır ədası. Naz eləmə çox, qadası, Minnətə gələn deyiləm. Sənə səndən gileyim də, Sənə arzu, diləyim də. Gizlənibdir ürəyimdə, Heç kimlə bölən deyiləm. Bir an gözümdən itsən də, Üzün döndərib getsən də. Nə qədər zülüm etsən də, Küsmək də bilən deyiləm. Bilmək istəsən düzünü, EĢitməsəm xoĢ sözünü. Görməsəm o gül üzünü, DanıĢıb - gülən deyiləm.
41
GörüĢlərimiz anası, Gözəl sonalar sonası. Sənsən ömrümün mənası, Qəlbimdən silən deyiləm. Qəm-qüssəni atmayınca, Gözü gözə qatmayınca. Vüsalına çatmayınca, Onsuz da ölən deyiləm.
DEYİŞMƏ Elşir Giley-güzarını eĢitdim, qardaĢ, Dondu gözlərimdə yaĢ gilə-gilə. Duydum ki, yadlaĢır dost, tanıĢ, sirdaĢ, Uyub aldanmıĢıq hər yağlı dılə. Bəlkə də düzəldi bu dünya hələ.
42
Aşıq Sakit Axıtma gözünün yaĢını nahaq, Bu dünya düzəlsə, atama lənət. Çünki aramıza salınan nifaq, Verilən əzablar dəhĢətdi, dəhĢət, Bu dünya düzəlsə atama lənət. Elşir Bir tərəf zülmətdi, bir tərəf zillət, Adi iĢığa da qalmıĢıq həsrət. Bir qarın çörəyə möhtacdı millət, Insanlar məhv olur danıĢa-gülə, Bəlkə də düzəldi bu dünya hələ. Aşıq Sakit Yoxsulluq baĢ alıb, hər yan dilənçi, Gülərüz sifətlər solğun, yalançı. Məmurları nadan, cibgir, talançı, Ölümü qismətdi, həyatı minnət. Bu dünya düzəlsə, atama lənət.
43
Elşir DaĢdan çıxarılır gündəlik təam, Qanuni haqq olub yeyilən haram. Güzəran pisləĢib, çoxalıb vərəm. Sağalan dərd deyil, min loğman gələ. Bəlkə də düzəldi bu dünya hələ. Aşıq Sakit Vətəndi, torpaqdı hər dərdə çara Bir üzümüz ağdı, birisi qara. Qəlbimizdə gəzir sağalmaz yara, Həkimlik acizdir, ölüdür sənət. Bu dünya düzəlsə atama lənət. Elşir Susmaq qeyrətidir bu dərdə dəva, AtəĢkəs qurmuĢuq qurtarıb dava. Niyə naĢükürsən müftədi hava, Çox da qarıĢqanı döndərmə filə. Bəlkə də düzəldi bu dünya hələ.
44
Aşıq Sakit Asan yolumuzu müĢkülə saldıq, Müftə azadlığı çox baha aldıq. Oğullar itirdik pis günə qaldıq, Susmaq bir qeyrətdi, dözmək bir qeyrət. Bu dünya düzəlsə atama lənət. Elşir Torpaqlar əvəzi zərli tac aldıq, Qeyrət sahibindən dürlü bac aldıq. Cavandı yaĢımız, amma qocaldıq, ElĢir, hünərin var, döz bundan belə. Bəlkə də düzəldi bu dünya hələ. Aşıq Sakit Etibarsız olduq ucalanda da, Ġnsafı unutduq bac alanda da. Ġmansız oluruq qocalanda da, Sakit, arzulama rahatlıq, cənnət. Bu dünya düzəlsə atama lənət.
45
****** Dərdimizi yozan olsun, Dərdə dərman yazan olsun. Yarəbb, bir möcüzə göstər, MüĢgülümüz asan olsun. Mən aĢıq qara gəlin, Geyməsin qara gəlin. Ömrü bahara dönsün, DüĢməsin qara gəlin. Kefimiz nə yüz, nə min, Bu məclis sizə zamin. Bəy, gəlin, xoĢbəxt olsun! Hamınız deyin, amin! Daim diri, oyaq nənəm, Nəslimizə dayaq nənəm. Qəlbi ipək kimi incə, Özü kiĢi sayaq nənəm.
46
Saralıb solan balam, Taqətsiz qalan balam. Qanının bahasına, Bəraət alan balam.
***** Doğrusu sarsıldım, biləndə ki, sən Ölçüsüz, qiymətsiz məhəbbət üçün əvəz istəyirsən. Təmtəraqlı bir ev, gözəl güzəran Səni isidərmi, de, mənim qədər. Hansı sevən qəlbi sarsıda bilmiĢ, ehtiyac, yoxsulluq, qəm, qüssə, kədər. Sənin cılızlığın bir təhqir idi,
47
sevən könüllərin hərarətinə. Sən layiq olmadın, tarixə düĢən əslilər, leylilər cəsarətinə. Allah vergisidir sevgi, məhəbbət, dəyəri bilinməz, özü görünməz. Bir böyük varlıqdır, bir böyük dövlət, Xırda niyyətlərə uymaz, bölünməz. 1 oktyabr, 2001
Dolana – dolana Bir sevdaya aparan yol. Getdi dolana-dolana. Qəmli könlüm arzu-kama, Yetdi dolana-dolana. Çox eĢitdim sədasını,
48
EĢq, məhəbbət nidasını. Ömür xeyir-duasını, Etdi dolana-dolana. BaĢ qaldırdı qalmaqallar, DəyiĢdi köhnə əhvallar. Birgə getdiyimiz yollar, Ġtdi dolana-dolana. Bal duyğular endi heçə, Gündüzlərim oldu gecə. ElĢir, məhəbbət beləcə, Bitdi dolana-dolana. 31 may, 2007
Dostum Siyafərə Siyafər, ömürdür, yaşa yaş gəlir, Doluya dolusu, boşa boş gəlir. Bu günkü güzəran qızıldan teĢtdi, Ġküzlü yaltağın əhvalı ĢeĢdi. “Rokenrol” qıy vurur, ağlayır “DəĢti”,
49
Ayılmır xülyadan baĢımız, qardaĢ. Ayağı baĢ. baĢı ayaq ediblər, Qeysi “Məcnun” bax bu sayaq ediblər. Təhsili də daĢa qalaq ediblər, “Doqquz”a çevrilib “beĢ”imiz, qardaĢ. Harda sənin sözün iĢə keçib ki, Harda sənin düzün iĢə keçib ki. Harda sənin “yüz”ün iĢə keçib ki, Soğan dadı verir aĢımız, qardaĢ. Kimsə varmı bizi döndərə, əyə, Bu dünyada uymasaq da heç nəyə. TuĢ olmuĢuq hər addımda tənəyə, Yamanca ağırdı daĢımız, qardaĢ. Demə ElĢir gileylənir, qəsdi var, Təsəlliyçün Siyafər tək dostu var. Əlli qıĢ yaĢadıq, əlli də bahar, YaĢ üstünə gəlir yaĢımız, qardaĢ.
50
***** Dönmədim öz əqidəmdən bir quru ad - sana görə, Qeyrət gedər, el məhv olar, bir dönük insana görə. Sevgilisi Həvva ilə xoĢbəxt idi Adəm ata, Cənnət bağın tərk eylədi bir iblis Ģeytana görə. Məcnun bir ömür yaĢadı, əbədi tarixə düĢdü, Leylisilə bağladığı bir əhdə, peymana görə. Bir vaxt mən də fəxr edərdim tükənməyən sevgim ilə, Məhəbbətim oda yandı qanmaza, nadana görə.
Zülmümüz günbəgün artir, çoxalır bədxahlarımız, DüĢmənin də günahından keçdik, and -amana görə. Dolğun mənalı yaĢayıb ElĢir öz ömür payını. Əyilməyib zəmanəyə ucuz Ģöhrət, Ģana görə. Əhvalım sormamıĢ ötdün, canıma vəlvələ düĢdü, Niyyət etdiyim ağ günün rəngi endi telə düĢdü.
51
Qırdın ümidlərimi bir etinasızlığın ilə, Dözə bilmədim hicrana, ahu-naləm zilə düĢdü. Sərgərdan dolanıram bil yanıb atəĢlərə hər gün, Məcnun təki artıb Ģöhrətim, sorağım elə düĢdü. ElĢirəm, hey dolaĢdım eĢqin ilə eli,obanı, Çox ünləndi eĢq, sevgi macəram dildən-dilə düĢdü.
Eyləmə BaxıĢınla mələksən, Sevgində də zirəksən. Sən mənə çox gərəksən, Gəl məni xar eyləmə. Sinə qabarır önə, Vəcdə gəlirəm yenə. Gülmək yaraĢır sənə, Çox ahu-zar eyləmə.
52
Nur tökülür üzündən, Bal süzülür sözündən. Gileylənib özündən, Dünyamı dar eyləmə. 14 fevral, 2007
Əhvalımı soruşanlara Bu nə haldır, ələnibdir baĢımıza min dərd, ələm, Təbəssümlər qeyb olubdur matəmdədir bütün aləm. Belə bivec zəmanədə rəvadır danıĢam, güləm? Sünbül əkib sarı qamıĢ bitirənin nə əhvalı? DüĢündükcə olanları ürəyim göynəyər, sızlar, Xiffət çəkən aciz olar, qəribsəyər həm yalqızlar. Girov gedib bir kürsüyə qeyrətli oğullar, qızlar, Namusunu, qeyrətini itirənin nə əhvalı?
53
Ürəyimdə yox hərarət, eĢqim, məhəbbətim solub, Vətənimin, millətimin bağrı yaralarla dolub. GəliĢim də bu dünyaya tərsmi, köndələnmi olub, Bu dünyaya özünü tərs yetirənin nə əhvalı?
Çatışmadı dəlimiz O qədər bel bağladıq, Əyri bitdi belimiz. Ġmansıza ağladıq, Ağı dedi dilimiz. Ötənə qardaĢ dedik, Yetənə sirdaĢ dedik. BoĢ qafaya baĢ dedik, Çöldə qaldı əlimiz. Rəhbər dedik qoyuna, Getdik hər bir oyuna. Yetəmmədik hayına, Erkən soldu gülümüz. Böhtan oldu hər kəlmə,
54
Hallandı yerli, gəlmə, Süngü olmağa zülmə ÇatıĢmadı dəlimiz.
Gecələr Xatırlayır, anır hər gün məni yarım gecələr, Bir onun xəyalıdır dövləti – varım gecələr. Gözüm önündə bitir təbəssümlü baxıĢları, Yeganə həmdəmimdi nazlı nigarım gecələr. ġirindi həsrəti də, ağrısı da, acısı da, Oyadar yatmıĢları naleyi-zarım gecələr. Ötən görüĢlərimiz canlı, Ģirin xatirədir, Vəslinə yetmək olur hər dəm Ģüarım gecələr. Nə qədər ağır imiĢ bir gecəlik həsrət yükü, ElĢir, xəzana dönər güllü baharim gecələr.
yanvar, 2008
55
Gedirsən Dünya, sənlə savaĢımın sonu yox, Özündən güclüyə axıb gedirsən. Varsa da bir damla xeyirxahlığın, Məzlumun baĢına qaxıb, gedirsən. Əlin böyüklərin ətəyindədir, Gücün kamillik yox, kötəyindədir. Yüyənin zalımın yedəyindədir, Zəli, qaniçənə baxıb, gedirsən. Bəsdi tökdüklərin nahaq qan, yetər, Saxta üzürlərin günahdan betər. Yalanlar gözünün içinə qədər, Qananı yandırıb, yaxıb, gedirsən. Yaramırsan bir kimsənin iĢinə, Güc verirsən vəhĢilərin diĢinə. Özünə gen gələn sısqa döĢünə, “ġərəfsiz” ordeni taxıb, gedirsən.
56
ElĢir çox oynayıb havacatına, Mindiribsən onu lap cin atına. VAllah, söyər sənin qırıq zatına, BaĢımızı yerə soxub, gedirsən.
Getdi BaxıĢilə yar könlümü odlara saldı, getdi, Rəhim qılmadı insafsız, canımı aldı, getdi. Yenilməzlik ibarəsi dolaĢırdı baĢımda, Əyib əyilməz qəddimi qələbə çaldı, getdi. Əl uzatdım, təmənnayla aman istədim ondan, Cəmi arzu, niyyətlərim gözümdə qaldı, getdi. Hazır oldum qulluğunda bir xoĢ söz sorağıyla, Çevirib məndən üzün, elə bil ki, laldı, getdi. Xatırladıb keçmiĢləri bir nəvaziĢ istədim, Həsrətdə qoyub ElĢiri xəyallara daldı, getdi. 29 yanvar, 2007
57
Gəlmə, qonaq Ġmkansızlıq eyləyir vadar bizi, gülmə, qonaq! Sən o dədəyin goru, bir də qonaq gəlmə, qonaq. Ezamiyyətə gəlsəniz, ya da ki, keyfə, rayona, Düzəlir yan-yörəniz sayınız dirənir ona. Hesab qalxır kəllə-çarxa məclis yetdikdə sona, ÖdəniĢ bizimkidir, gedir borcu silmə, qonaq. Sən o dədəyin goru, bir də qonaq gəlmə, qonaq. Sizləri görən kimi taqətsiz dizimiz əsir, Uçunur bədənimiz, diĢimiz dodağı kəsir. Lütlənib qalmıĢıq daha “həsirlə-məmmədnəsir”, Keçib xirtdəyimizə “qonaq” adlı ilmə, qonaq. Sən o dədəyin goru, bir də qonaq gəlmə, qonaq. Fərqi yox onlar üçün özün ya ac, ya da toxsan, YaĢın da fərq eləmir, ya altmıĢdı, ya da doxsan. Sənə çaldığı pazı götürüb özünə soxsan, Çətin ki, tab gətirib dözə belə zülmə, qonaq, Sən o dədəyin goru, bir də qonaq gəlmə, qonaq.
58
Öz puluyla yediyi ya bozbaĢ, ya da küftədi, Gör nələr zakaz verir, axı bilir ki, müftədi. Elə içkilər içir daddığı ilkin, süftədi, Od qoyur dədəmizə, gəl partlayıb ölmə, qonaq, Sən o dədəyin goru, bir də qonaq gəlmə, qonaq. Siz rayondan gedəli telefonumuz qıy vurur, Dəstəyi götürəntək qalmır canımızda qürur. Söyləyirlər qabağında nə qədər məbləğ durur, Hünərin var dillənib söylə bircə kəlmə, qonaq Sən o dədəyin goru, bir də qonaq gəlmə, qonaq.
59
Gəlmədi Həsrəti nə yamanmıĢ istəkli yarım gəlmədi, Səbrim də tükənibdi, çəkilib tarım gəlmədi. Həyası nümunədir bütün incə məxluqlara, Ġsmətlim, xoĢ sifətlim, namusum, arım gəlmədi. Çəkilib artıq canımdan eĢqin odu, atəĢi, ġaxtalı qıĢa döndü, güllü baharım gəlmədi. Danılmaz zalımlığı aĢiqə zülm eyləməkdə, Etmədi zərrəcə təsir ahu-zarım gəlmədi. ElĢir, sevgisiz keçən ömür nə gərəkdi mənə, Dözümüm yox, qətidir ölmək qərarım, gəlmədi. 20 may, 2010
60
***** Gəzirəm bir gözəlin eĢqilə lovlu, havalı, Qəlbi incə, özü göyçək, ürkək dağlar maralı. Yetə bilməyib hələ kimsə onun vüsalına, Sima mələk, rəftarı xoĢ, dili xeyir - dualı. Yönəltsə hər kimsəyə ehtiraslı baxıĢların, Qalmaz sevgidən baĢqa özgə bir dərdi, məlalı. Söyləyir Ģax duruĢu, varmı ona layiq olan, Kimə ünvanlanıb böylə görəsən bu sualı? Tapıb ElĢir, nəhayət, arzuladığı gözəli, Məhəbbətli, sədaqətli, həm ismətli, həyalı. 10 mart, 2007
61
***** Görsə gül cəmalını aĢiq yerlə yeksan olar. Unudub xislətini iblis dönüb insan olar. Bir incə saf gülüĢün əqlimi baĢımdan alar, Məcnuna oxĢarlığım dillərdə bir dastan olar. Qazansa kimsə sənin eĢqini, məhəbbətini, O qədər zənginləĢər ki, hökmüdar, sultan olar. Sübhü tezdən çıxma gəl çölün, çəmənin seyrinə, GünəĢ ilə tək qalsan qısqanıb bağrım qan olar. Sənin təki gözəlin hər ədası xoĢdu mənə, Nazın çəkmək ElĢirin dərdlərinə dərman olar. 1 oktyabr, 2006
62
Gözəlliyimin qulusan
Məmur kimi təqdim etdim, Bir gözələ özümü. Mənə yaman tənə vurdu, Danladı üz-gözümü. Dedi: kim üçünsə məmur, Kimin üçünsə ulusan. Ancaq heç vaxt unutma, Gözəlliyimin qulusan. 17 avqust, 2005
63
Güvənmə KeĢməkeĢli bir yolun yolçusuyuq, Təpəni aĢmamıĢ düzə güvənmə. Qəddini əyibsə bu acı dövran, Təsəlliyə uyub sözə güvənmə. Çoxu üzdə mələk, altda məkrli, Hər an bəd niyyətli, xəbis fikirli. Qəlbində asidir, üzdə Ģükürlü, Astarı görməmiĢ üzə güvənmə. Mənzili qısadır yüngül adətin, Dünyanı dərk etmək çətindən çətin. ElĢir, yaĢamaqçün qüdrətli, mətin, Min də azlıq edir, yüzə güvənmə. 2003
64
Guya ədəbaz olmuşam Komsorq seçilən gündən xeyli keyfi saz olmuĢam, YoldaĢlarım deyir ki, guya ədəbaz olmuĢam. Əvvəl büro üzvüydüm, sonra da komsorq seçdilər. Bir ilin içindəcə məni yaman böyütdülər. Yerimi tutmaq üçün çoxları hey döyükdülər, Bəzi həriflər üçün tamam əlçatmaz olmuĢam. YoldaĢlarım deyir ki, guya ədabaz olmuĢam. Komsomol komitəsin cilovun almıĢam ələ, Bir-ikinci kursları yaman salmıĢam əngələ. Ġcazəsiz yanıma buraxmaram dədəm gələ, AĢağı kurslara mən yağlı bir qapaz olmuĢam. YoldaĢlarım deyir ki, guya ədabaz olmuĢam. Əgər bir əmr gəlsə dekanatdan, rektoratdan, Yerinə yetirməkçün gedirəm əldən, ayaqdan. Ġnstitutun fikrin çəkib yolunda can qoymaqdan, BaĢımda tük qalmayıb tamamilə daz olmuĢam. YoldaĢlarım deyir ki, guya ədabaz olmuĢam.
65
Bu komsomolun iĢləri baĢımı yaman qatdı, Günü-gündən iĢlərim artıb lap xirtdəyə çatdı. Soyuqluğuma dözmədi sevgilim də məni atdı, Vəzifəm xatirinə eĢqimdə nasaz olmuĢam. YoldaĢlarım deyir ki, guya ədabaz olmuĢam. 1973
“Həyat, sən nə şirinsən” deyənlərə Sənə Ģirin söylədi, bir ovuc mədəsini doldurmaqçün, ən müqəddəs, ən ali məqsədləri satanlar. Sənə Ģirin söylədi, rəzil, satqın, iblis tək Ģərəfsiz nadanların kölgəsində yatanlar.
66
Sənə Ģirin söylədi, dindən, məzhəbdən uzaq baĢını girləyənlər. Sənə Ģirin söylədi, xalqının, millətinin, yükünü bir ordenə, medallara çevirib döĢündə hərləyənlər. Sənə Ģirin söylədi, ad üçün, təltif üçün, heç nəyə ar etmədən dərisindən, qabığından çıxanlar. Sənə Ģirin söylədi, kürsüyə çatmaq üçün təmiz, pak insanların evlərini yıxanlar.
67
Sənə Ģirin söylədi, bir anlıq Ģəhvət üçün neçə-neçə həyatı korlayanlar, pozanlar. Sənə Ģirin söylədi, üzdə mələk görünüb altda quyu qazanlar. Ancaq, acı dərd oldun qəlbində bir dünyalıq məhəbbəti gəzdirən o zavallı Məcnuna ġirin yaĢamaq eĢqi necə qıyıb döndərdi o bədbəxti Cununa. Azad həyat istəyən Babəki Ģaqqalayıb yurdun viran qoydular. Həyatda haqq, ədalət, düzlük görmək istəyən
68
Nəsimini soydular. “Həyat, sən nə Ģirinsən!” Nə qədər cazibəli Ürəyə yatımlı söz. Axı həyat Ģirindi, Hər bir zillətinə döz. Ey həyat, sən kiminsən, kimlərinsən, de görək. Bu cürə Ģirin həyat Axı nəyimə gərək, Axı nəyimə gərək. 18 iyul, 2000
*****
69
Hər saniyəm saat olar, günüm dönər aya sənsiz, DolaĢaram bənd-bərəni cismim dönər suya sənsiz. Günüm keçər ahu-vayla, gecələĢər gündüzüm də, Meyl etməz qərib könlüm Ģənliyə, nə toya sənsiz. Saralıbdır həsrətindən qan ağlayır məsum sevgim, Mərəzə düĢmüĢ qəlbimə kim yetiĢər haya sənsiz. EĢqim düĢüb sorağına dolaĢır lovlu, havalı, Ağlayır, Ģivən qoparır, gəlməz haqqa saya sənsiz. Gül yanağın bir bəzəkdir ənliyinə, kirĢanına, Ġtirər təravətini yüz çəkilən boya sənsiz. Duymasam gər gül ətrini yenilməz səbri-qərarım, Qaçar sorağınla gümanım o tay bu taya sənsiz. YetiĢməsə vüsalına itirər son ümidini, Elə zənn eyləmə, ElĢir bir rahatlıq duya sənsiz.
\
70
İlahi! Ləyaqət möhürlü düzgün haqq sözün, Dəyərin nadana bildir, Ġlahi! Haqlının haqqını yeyən haqsızın, Zülmünü ərĢlərə qaldır, Ġlahi! Vermə alçaqlara fürsət, nə aman, Etibarı yalan, inamı yalan. Əqidəsi yaltaq, məramı talan. Acgöz quduzları öldür, Ġlahi! Iyrənc əməllərin gümanı fürsət, Yeyir beyinləri saxta siyasət. Məzlumları əzir mənfur rəyasət, Insan tarixindən sildir, Ġlahi! Çoxdu söykənənlər saxta ad – sana, ElĢir, namus, qeyrət çəkilib qına. Qoyma ədaləti əyilə, sına Incə könülləri güldür, Ġlahi!
71
***** Ġlk görüĢ məkanımız o Ģəhərə bir də gəl, QovuĢduran bizi aydın səhərə bir də gəl. Busə, sevgi, məhəbbət, gülüĢ ərməğanımız, Bu bolluğa, bu bara, bu bəhərə bir də gəl. Yenə qan ağlayır həsrətindən yetim qəlbim, Ġnsaf eylə bu hönkürtü qəhərə bir də gəl. Sərgərdan gəzirəm sənsiz halı pəriĢan, Qıyma belə əhvalı birtəhərə bir də gəl. BaxıĢın, bal gülüĢündü ElĢiri yaĢadan, Dönməsin aldığı ləzzət zəhərə bir də gəl. 9 oktyabr, 2006
72
Sevgilim bir seyrə çıx əğyarın bağrın qan elə, Rövnəqləndir dünyamı ətrafım al-əlvan elə. RəvanbəxĢ soraqlı raciləm, qalmayıb taqətim, Yetir məni vüsala, kefimi sərgiran elə. Ruhum da ayrılıb təndən, daha ölmüĢ kimiyəm, Qüdsiyyət göstər əzizim, bir busə ehsan elə. Səndən ayrı düĢəli bil düzəxi-məkanam, Qoyma odlara qalanım, hicranın bir an elə. Səhər doğan münəvvər günəĢə bənzər cəmalın, Qaralama gündüzümü niqabın aç yan elə. Bir müsəlladı, mənə doğru gələn qədəmlərin, KəfĢinin izi ilə yolumu kəhkəĢan elə. Daha sənsiz ElĢirin həyatının nizamı yox, ġövqə gətir könlümü, gəl səliqə-səhman elə. 9 fevral, 2006
73
Kəlbəcər
Gözlərim var deyərəmmi, Kəlbəcəri görməmiĢəm. Düzlərində at səyirdib, Qönçə gülün dərməmiĢəm. Qurban olum bu adətə, Haqq yolunda ibadətə. ġərik olub Sücaətə, Dərdə sinə gərməmiĢəm. Bəhmən gözəllik naĢiri, Vətəndi haray-həĢiri. Dinləyib Dədə ġəmĢiri, Qəmim fövtə verməmiĢəm. Belə gözəl yurd dağılıb, Xalqın haqq səsi boğulub. Heyif o yerdə doğulub, Orda ömür sürməmiĢəm.
74
Hamı razı ellərindən, Dürr tökülür dillərindən. Buz bulaqlı çöllərindən, Əlvan çələng hörməmiĢəm. ElĢir ağlar ağı deyib, Nankor qonĢuları söyüb. QardaĢlıq qayğısı duyub, Ömrü baĢa vurmamıĢam.
Kobudluq Sənə min niyyətim, min arzum vardı, Onlara sədd çəkdin kobudluğundan. Qəlbimi yeganə bir arzu sardı, Kobud yaranmaya dünyada insan. Ömür karvanımın bələdçisiydin, Gedərdim açdığın cığırlar ilə. Bu incə qəlbimdə doğulmuĢ idin, Sənə kobudluğu kim verdi belə.
75
Səndin bu könlümün arzusu, kamı, Tək sənin eĢqinlə döyünür ürək. NəvaziĢ, qayğıdır eĢqin təamı, Onun öz qidasın verəydin gərək. Kobud olma, gülüm, kobudluq zəhər, Sarsıdar poladdan bərk əsəbləri. Kobud söz atılmıĢ gülləyə bənzər, Hədəfini deĢər qayıtmaz geri. 3 mart, 1975
Könül oxuyurdu Könül Xasiyevaya Avazı qıy vururdu zirvələrdə qartal kimi, Ləhcəsi də Ģirin idi, Ģəkər kimi, bal kimi. Kükrəyirdi, çarpıĢırdı dağ çayında sal kimi, Hamı dalıb xəyallara xoĢhallanır, uyurdu. Çünki Könül oxuyurdu.
76
Zənguləsi haraylayır ərənləri meydana, Körpəsinə lay-lay çalır, sanki, kövrək bir ana. Qız həyalı kəpənəklər bürünüb bəyaz dona, Öz ətrini gizlədən çiçəkləri qoxuyurdu. Çünki Könül oxuyurdu. Heyran qalıb dayanırdı ötən durna dəstəsi, ġəfa tapıb dirçəlirdi ümidsizi, xəstəsi. Yeni nəfəs, yeni səsli “Qarabağ Ģikəstəsi”, Xan əminin ruhunu da mat-məəttəl qoyurdu. Çünki Könül oxuyurdu. Hansı dəli Ģəlalədən mayalanmıĢdı bu səs, Yağılara zərbə üçün qayalanmıĢdı bu səs. Saf, təmiz bətindən doğub sayalanmıĢdı bu səs, Bülbül susub cəh-cəh vurmur zəifliyin duyurdu. Çünki Könül oxuyurdu. Nə minnətə ehtiyacı, nə Ģana, nə Ģöhrətə, Ya rəbb, sən salma onu heç bir dərdə möhnətə. Vurğun olub ElĢir də bu cür müqəddəs sənətə, “Heyratı”nı dinləyir nə yorulur, nə doyurdu. Çünki Könül oxuyurdu.
77
***** Mən aĢıq qıĢa sarı, Ġl gedir qıĢa sarı. Təzə bəy sevgilinlə, XoĢbəxt ol qoĢa qarı. *** YaĢınız ötsün yüzdən, Uzaq söhbətdən sözdən. Allah sizi qorusun, Pis nəfəsdən, pis gözdən. *** Əziziyəm bu yolun, Sonu nurlu bu yolun. Bəxtiniz üzdə olsun, Oğul, uĢaqlı olun.
78
Mən belə dünyada qala bilmirəm Götürülüb təmiz ağ üzdən qara, Qurban gedir hər Ģey dövlətə, vara. Məhəl qoyulmayır əhdə, ilqara, UyğunlaĢıb özümü ələ ala bilmirəm. Mən belə dünyada qala bilmirəm. Kimi dingildəyir kimi lal axır, Xain paxıllıqdan hey qara yaxır. Ədası çoxalır haqqa xor baxır, MəyuslaĢıb danıĢmıram gülmürəm. Mən belə dünyada qala bilmirəm. Düzün dili gödək, baĢ yarır əyri, Məğrurluğun dəymir kimsəyə xeyri. Heç kim insan tapmır özündən qeyri, Hardan gəldi bizə bəla bilmirəm. Mən belə dünyada qala bilmirəm. Birisi yaltaqdır, birisi sarsaq, Birisi ustadır, birisi axmaq. Birisi namussuz, birisi qorxaq, Hansını gətirim yola bilmirəm. Mən belə dünyada qala bilmirəm.
79
****** Mən ki, səni sevirdim, dünyalar qədər. Sənsiz boĢ görünərdi, mənə bu yerlər. Yox! Ġndi də sevirəm, Səni ürəkdən. Sevgimin varlığına olmasın Ģübhən. Yenə Ģölə saçırsan qəlbimin tacı kimi. Ancaq indi sevirəm yalnız bir bacı kimi.
17 dekabr, 1974
80
Mənə dözüm ver, Allah! Mənə dözüm ver, Allah! dözüm Ģəxsiyyətsiz adam, insan sayılanın mənə höküm etməsinə. Mənə dözüm ver, Allah! dözüm qarğa xislətli birinin rəyasətə yiyələnib mənlə dil-dil ötməsinə. Qoy dözüm ayaqlar altda əzilən, səsi heç kimə yetməyən haqqa. Qoy dözüm min təmtəraqla tac kimi baĢa qoyulan nahaqqa.
81
Mənə dözüm ver, Allah! dözüm özümdən çox güvəndiyim dostların xəyanətinə. Dözüm haqq-sayımı danan gədələrin minnətinə. Mənə dözüm ver, Allah! dözüm fitnə, fəsad, Ģər yuvası kainata. Mənə dözüm ver, Allah! dözüm bu cür acı bir həyata.
*****
82
Məni aĢiq eyləyən sevgili canandı, gəlir, Mat qalıb gözəlliyə el, hamı heyrandı, gəlir. Belə niĢangah edib hansı naĢı ovçu onu, Yayınıb hədəfindən ürkək bir ceyrandı, gəlir. Bir mələkdir, məskəni göylər olubdur əzəldən, Vüsal eĢqi endirib yerlərə insandı, gəlir. Ədəb-ərkan yiyəsi, gizlidir hər bir niyyəti, Görünməz hər yetənə, ismi də pünhandı, gəlir. QaĢının çatılması zülmət edər dünyanı, GülüĢü məlhəm olub sevgimə Ģayandı, gəlir. Yaddı ləl-cəvahirat ülvü, təmiz xislətinə, Bir Leyli sevgisilə ElĢirə uyandı, gəlir. 14 fevral, 2006
*****
83
Məni məftun eyləyən gülüzlü canandı, nədi? Göz süzüb qaçır məndən, ürkək bir ceyrandı, nədi? Göstərir camalını yeni doğan günəĢ kimi, Bu məqam sevgi üçün fürsətdi, amandı, nədi? Öz qəlbində yaĢadır dağlar boyda məhəbbəti, Bu qədər qüdrət ona hardandı, ümmandı, nədi? Dözüb hər acılara həyatda məni yaĢadan, Bilmirəm yetməyə vüsalına gümandı, nədi? Tutulur nitqim görən tək çaĢıram sözlərimi, Kəsibdi amanımı sahibi-dövrandı, nədi? Tənhalıq yaddı ElĢirə səni tapdığı gündən, Ən əziz sirdaĢ olub ömrümə hayandı, nədi? 30 dekabr, 2005
*****
84
Məni məndən eyləyən ol qaragöz ceyrandı, O qədər Ģivəli ki, hamı ona heyrandı. YaĢadar bu günümün nəĢəsi məni əbədi, Çünki, bir günlük mənə nazlı yarım mehmandı. Heç nə əvəz eyləməz onun bircə baxıĢını, Qiymətli bir Ģeyim yox, canım ona qurbandı. Azıram yolumu da onsuz olduğum anlar. Yoluma döndərən məni ağıllı sarvandı. Qeyb olur acılarım bircə dəfə baxmaq ilə, Xırda bir təbəssümü dərdlərimə dərmandı. ElĢirin həyatının mənasıdır əzəldən, Ona biganə qalanlar naĢıdı, nadandı. 1oktyabr, 2006
*****
85
Məni tək qoymayın Siz, ey insanlar! Tənhalıq əqlimi alır əlimdən. Xəyallar gah geri, gah önə qaçır, Əzabdan söz açır, gah da ölümdən. Keçdiyim acılı, ağrılı günlər, BüzüĢüb alnımda qırıĢa dönür. Gələcəyə gedən cığırlar, yollar, Dikəlib keçilməz yoxuĢa dönür. Əzablı günlərdən gümansız yola, Ümidsiz, atımı minib çapıram.
86
Nə keçmiĢə baxıb sevinc, təsəlli, Nə gələcəyə baxıb aman tapıram. KeçmiĢim anılmaz, gələcəyim qaranlıq, YığıĢın baĢıma mehriban olaq, YaĢadın qayğıyla məni bir anlıq. 6 noyabr, 2006
Məndən şeir uman ğözəl Göy üzündə duman gözəl, Göz süzdüyün o an gözəl. Məndən Ģeir uman gözəl, ġeir sənin gözündədi. Möhkəm saxla sağlam canı, Nə kədər, nə qüssə tanı. Həyatın ləzzətli anı,
87
Doxsanında, yüzündədi. Gözəllərə göz yumuram, Görcək arxanca cumuram. Bir sığal payı umuram, Sığal sənin üzündədi. Çəkinmirəm qınağından, Bir töhfə ver söz bağından. Bal süzülür dodağından, ġeir sənin sözündədi.
ElĢirin bu ahıl vaxtı, Yamanca gətirib baxtı. Qamətin yandırıb-yaxdı, ġeir sənin özündədi. 28 sentyabr, 2009
*****
88
Milçək yığdı baĢına, Qohum - qardaĢlarını. TanıĢ sirdaĢlarını Dedi: QardaĢımızı Öldürüb vəhĢi insan. Artıq qeyrət vaxtıdır, Durmaq olmaz. Qana-qan. Bu gündən iĢimizi Yenidən qurmalıyıq, Biz bütün insanların Qanını sormalıyıq. 6 iyul, 2006
89
Mübarək! YığıĢıb məclisə qədirbilənlər, Yeyib, içib Ģənlənibən gülənlər. Sevincini sənlə daim bölənlər, Deyir, bu ömür - gün payın mübarək! Təzə bəy, ay gəlin, toyun mübarək! Sevincə bürünüb hər tərəf, hər yan, Sayəndə Ģənlənir qoca, həm cavan. BütövləĢir sevgisi ilə insan, Səni tamamlayan tayın mübarək! Təzə bəy, ay gəlin, toyun mübarək! Öz hökmü var hər məqamın, hər anın, Nə gözəl günləri varmıĢ dünyanın. Fəxri, fərəhisən ata-ananın. O sərvi qamətli boyun mübarək! Təzə bəy, ay gəlin, toyun mübarək! Təzə bəylik biçilibdi boyuna, Bir hava çalınsın girin oyuna. Qurban da deyilib sənin toyuna,
90
Qurbanlıq kəsilən qoyun mübarək! Təzə bəy, ay gəlin, toyun mübarək! Ataya, anaya cüt qanadsınız, Hər ikiniz halal bir övladsınız. Artıq bir ünvanlı yeni zatsınız, Yeni kökün, yeni soyun mübarək! Təzə bəy, ay gəlin, toyun mübarək! Atan qürrələnir bu gün bu yerdə, Sədaqət, etibar sınanır bir də. Oğul idin, bu gündən oldun ər də, Əhdi-peymanın, haqq-sayın mübarək! Təzə bəy, ay gəlin, toyun mübarək! 3 oktyabr, 2005
*****
91
Nə sevgili, nə məhəbbət girməz idi baĢıma. Allahım yetirdi səni bu yaĢımda qarĢıma. Sevincimdən üzüm gülür, gözüm gülür. min əhsən, Sən oyatdın bu hissləri, bir hurisən, mələksən. Havalanır sən çıxanda yer də, göy də, aləm də, Tez çəkilir səni görüb dərd də, qəm də, ələm də. GünəĢ çıxır çox həvəslə gözəlliyin eĢqinə. Sənsiz qalan dunyanın da həvəsi nə, eĢqi nə. Uca boyun əzəmətin yaraĢıqdı, yaraĢıq, Ağ bənizin, mərmər sinən həyat verən bir iĢıq. Vüsalına yetən aĢiq səmalara ucalır, Qarlı dağlar yetə bilmir sənə, baxıb qocalır. Ruhu uçur nakam qalır çox arzular, diləklər, BaxıĢından alovlanır milyon sevən ürəklər. Allahın çox möcüzəsi, sirri gizlənib səndə, Görüb sənin gözəlliyin gözəlləĢirəm mən də. 9 iyul, 2005
92
Nərmin Həssas bir qızdı Nərmin. Bildirməz dərdin, qəmin. Kim dara düĢsə, həmin, Mətləbləri duyandı. Gözəldi gülüĢüylə, Ismətli yeriĢiylə. Səliqəli iĢiylə, Hamını mat qoyandı. Çox nəcib ürəyi var, Məkri, nə kələyi var, Hər iĢə gərəyi var, QonĢulara hayandı. Mehribanlıq qayəsidir, “Səma”sının dayəsidir, Ədəb, ərkan yiyəsidir, Böyük, kiçik sayandı. Qətiyyən sevmir cəbri, Əzbər bilir çox Ģeiri. Danılmaz bircə sirri, Çox yeməyə uyandı.
93
Necədi? Sayəsində yurdun irilərinin,. Akif doxtur qovübmu dərd-sərini. Azalıbmı sayı dəlilərinin, Güləyəni ağlayanı necədi? Aşıq Sakit Öz elində qərib kimi gəzən, dost, Dəmir qapı Dərbənd, Samur necədi? Güzəranlıq çirkabında üzən dost, Qohum, qardaĢ, sirdaĢ, sair necədi? YığıĢmıĢdıq bir *Ocağ*ın qoruna. AnlamıĢdıq dil birliyin zoru nə. Yiyələndik azadlığın sirrinə, Gəl söz qoĢaq buna dair, necədi? Gəldilər hazıra nazir olanlar. BaĢlandı qarətlər, sonsuz talanlar. Meydan aldı Ģit təriflər, yalanlar, Azad fikir qan ağlayır, necədi? Olurlar müntəzir əmrə can kimi,
94
Sifətləri qıp-qırmızı qan kimi. Müftəxorlar dolanırlar xan kimi, ZəhmətkeĢlər qəpik sayır, necədi? Zəngulənin zili enib bəm çəkir. Taqəti yox dizlərimiz nəm çəkir. Saz həsrətli qalalardı qəm çəkir, Qəribsəyib çəmən, çayır, necədi? Allahdımı yazan belə yazını, Cənabların gördük min əndazını. ġükur eylə inlət telli sazını, Dostlara da bir vaxt ayır, necədi? Sən də dəliliyə vur izi azdır, Bu yolla yaĢasan qıĢın da yazdır. Ağlamaq, sısqamaq göynəmək azdır, Koroğlu nərəsi gətir, necədi? Dözmək çətin, bükülübdü belimiz, Pay umuruq açılıbdı əlimiz. ManqurdlaĢıb ağıllımız, dəlimiz, Qeyrət gedir, namus itir, necədi?
95
Lənətləmə bu dünyanı günahdı, Hər gün dərdiyimiz nalədi, ahdı. Pənahımız o bir olan Allahdı, Niyyətimiz puça gedir, necədi? QıĢ ötüĢür ümidimiz yaz olur, Gələn qıĢa ümidimiz az olur. Ġrilərin əkdikləri qoz olur, Kasıbın baĢında bitir, necədi? Qorxu bizə gətiribdi sarılıq, Cənub, Ģimal qismətimiz yarılıq. Sakit qardaĢ, dost həsrəti, ayrılıq, ElĢiri də etdi Ģair, necədi?
96
Niyə təslim olur yaxşı yamanə? Ha baxıram bir aydınlıq görünmür, Beynim tuĢ gəlibdi qatı dumanə. Dərk edə bilmirəm çox mətləbləri, Mənmi zay olmuĢam, yoxsa zəmanə? Bir vaxtlar alırdım, indi satıram, Bir vaxtlar tuturdum, indi atıram. Bir vaxtlar oyaqdım, indi yatıram, Ümidim tor atır sönük gümanə. ElĢir, bu dünyanın yoxmu yiyəsi, ƏrĢə qalxır zülmün gur zənguləsi. Hər yerdə boğulur haqqın haqq səsi, Niyə təslim olur yaxĢı yamanə? 15 may, 2010
97
Nolar Gözündən gözümə nur verən gözəl, Endirmə kipriyin aĢağı, nolar. Canıma can verir isti baxıĢın, Qov çöhrəndən qıĢı, sazağı, nolar. Seçməyə haqqın var ağı qaradan, Nə verməyib axı sənə yaradan?! Qoy götürüb çıxım səni aradan, Yurd eyləyək kənar, uzağı, nolar. Dünya gözəlləri gəlməz eynimə, Isti nəfəsinlə sığın qoynuma. Gəl tutaq əl-ələ sarıl boynuma, Kök eyləyək keyfi, damağı, nolar. ElĢir üçün sənsiz bu dünya məzar, Fəryadım zillənər aləmi tutar. Sənə qurban olum, bəs eylə, qurtar, Göz yaĢınla yanaq yumağı, nolar. 31iyul, 2009
98
O günləri istəyirəm
Bir köynək tapmıĢdım uĢaq çağımda, NaxıĢı mazutdan, rəngi saralmıĢ. Dəcəl uĢaqlardı solum, sağımda, Üstləri cır-cındır, rəngi qaralmıĢ. O köynəyi bir təzə kimi yuyub, geyinərdim. Məhəllə uĢaqlarına əda satıb öyünərdim. Yaman döyüĢkən idik, yaman söyüĢkən idik. Üz-gözümüz qançırlaĢar, Yaralanardı, Gözlərimiz yumrulanar, faralanardı. Ġndi isə əynimdə
99
köynəyim təzə, tər, Qiyməti bahalı bilsən nə qədər. Daha sillə, yumruq dəymir üzümə, Daha ĢiĢlər, göyərmələr gəlmir gözümə. Ancaq yenə darıxıram o köynək üçün, o” eynək” üçün. Səhər tezdən yığıĢardıq, Bir daĢqaya sığıĢardıq. Çıxardıq çöllərə. mürəkkəb yığmaq üçün. Sonra meydan qurardıq bir-birimizi yıxmaq üçün. Ġstidən biĢərdik, Hal-amandan düĢərdik. Həsrət qalardıq bir udum gölməçədə saralmıĢ, isinmiĢ suya.
100
Suyu içib yanğımızı söndürərdik guya. Hay-küyə basardıq bir səliqə-sahman görsək, Hay-küyə basardıq zövqlə geyinən, mədəni bir insan görsək. O cür suyu istəyirəm, o hay-küyü istəyirəm. Bir-birimizə quyular da qazardıq, Bəraət almaq üçün baĢqa cürə yozardıq. Quyuya lilli su töküb, üstünü isə bəzərdik. Gülmək, ləzzət almaq üçün bir kənarda gəzərdik. Bir ayağı düĢən olsa gülüb özümüzdən gedərdik Əhvalımız yüksələrdi, arzumuza yetərdik. Biz quyular qazardıq yüngül məzə, meyllə
101
Ġndi quyu qazırlar min fitnə, min fellə. BaĢqasına quyu qazıb yalnız gülüĢ qazanardıq, Bu iĢdə ləl - cavahirat, nə də gümüĢ qazanardıq. Yaman qeybətçi idik, Yaman söhbətçi idik. Qeybətin edərdik, bizə kimsə məftil arabasın sürməyə verməyibsə. Söhbətin edərdik kimsə əda ilə, lovğalıqla ötüb bizi görməyibsə. Bir gecəlik küsüĢərdik, Səhər yenə salamlaĢıb öpüĢərdik. Nə kinimiz var idi, nə də küdurətimiz. Elə bundaydı bizim gücümüz, qüdrətimiz.
102
Xatirələrim uyuyur hər tində, hər bucaqda, Xəyallarım hey dolaĢır hər kolda, hər ağacda. O günlərin həsrətiylə qovruluram, yanıram, O məkrsiz həyatımı çox Ģərəflə anıram. Əziz xatirəylə dolu o düzləri, o çölləri istəyirəm. Vicdanı pak, təmiz olan o elləri istəyirəm. UĢaqlığımı yaĢadan o yolları, o tinləri istəyirəm. Uzun sözümün qısası, o günləri istəyirəm. o günləri istəyirəm. 11 avqust , 2005.
103
Ola DəyiĢə dünyanın axar-baxarı, Hamıda ar, namus və qeyrət ola. Süzməyək heç kəsi altdan yuxarı, Ġnsanlara qayğı bir adət ola. Nə slavyan, gürcü, alman, nə müsəlman, Yer üzündə bir titul ola: “Ġnsan”. YaxĢısını doğma bilək binadan, Nə intizar, nə də ki, qürbət ola. GünəĢdən od alaq, torpaqdan qüvvət, Nə dövlət tanına, nə də ki, millət. Hamıda gülərüz, eĢqi-məhəbbət, YaĢamaqçün nə xırda niyyət ola. Nə tülkü qarğanın pendirin qapa, Nə yalana yer qalmaya nə gopa. Hamı səadətin düzlükdə tapa, Nə dalda danıĢmaq, nə qeybət ola. Yarınmaya xeyri üçün nadanlar,
104
Kəsilməyə Ģöhrət üçün qurbanlar. Haldan-hala cildlənməyə insanlar, Bir xislət, bir məslək, bir sifət ola. Qüvvətli qüvvəsin haqda sınaya, Hər addımda zalımları qınaya. Həqiqətdən yer qalmaya “hənaya”, Ġmkanlıda bir insaf, mürvət ola. ElĢır, keçsin fərəhlə hər günümüz, QovuĢsun xoĢ əməllərə yönümüz. Əqidəmiz, amalımız, dinimiz Ġnsanlara sonsuz məhəbbət ola.
Oldum heyran Məni dərdə salan gözəl, Məni məndən alan gözəl. Daim gözəl qalan gözəl, Camalına oldum heyran. Müqəddəsdi mənə əhdin,
105
Ömrümə gül-çiçək əkdin. Övladını önə çəkdin, Amalına oldum heyran. Bütün yollarını kəsdim, Tez ağuĢuna tələsdim. Dedin ki, verdiyim bəsdi, Kamalına oldum heyran. 14 dekabr, 2005
Qalmalısan Şair dostum Siyafərə Öz ağlını düĢüncəni ələ ala bilmirsən, Bu Ģövqüsüz zəmanənin sazın çala bilmirsən. Deyirsən ki, bu dünyada artıq qala bilmirsən, Qalmalısan dərd-qəmini çəksən də sinə-sinə.
106
Dünya özü əldən verib öz gediĢin, sükanın, Bilinmir ölçüsü də itirib ədəb-ərkanın. Möhtacıdır bu gün dünya bir ağılın, zəkanın, Qalmalısan asi olub, haray çəkib dönə-dönə. Qəlbini ovutmayıb xırda hisslər, duyğular, ġux qamətin, qəddin əyib hər addımda qayğılar. Təbiətinə yad olub saxta hörmət, sayqılar, Qalmalısan qəmə batıb həyat eĢqin sönə-sönə. Qazancın məğrurluqdu, qismətin pis güzəran, Düzəlməz acı dərdləri nəzmə çəkib alıĢ, yan. Nə qədər nalə də çəksən, qaldırsan da ah, fəğan, Qalmalısan həyatından gileylənib dinə-dinə. Qəm, kədər niĢanəsi baĢında çox ağ tükün var, Kürəyində daĢıyası valideynlik yükün var. Atalıqdan babalığa sərt yoxuĢun, dikin var, Qalmalısan əzab çəkib qəm atını minə-minə. 21yanvar, 2006
107
Qanadlı camışlar CamıĢ çox yalvardı bir ğün Allaha, Mənə də qanad ver ulu yaradan. Yerdə hərlənməkdən bezmiĢəm daha, Bəxtim gətirməyib uçmaq sarıdan. Allah məhəl qoyub bu yalvarıĢa, CamıĢa bir qoĢa qanad göndərdi. Yolunu azmıĢ bu harınlamıĢa, Hündürə qalxmaqçün sənəd göndərdi. Bir özünə baxdı, bir qanadına, Fərəhdən ürəyi qaynayıb coĢdu. Göylərə ucalmaq düĢdü yadına , Qalxaraq göylərə hey uçdu, uçdu. Qonaraq bir neçə evin damına, Uçurtdu yurdunu bir çoxlarının. Axır ki, çatmıĢdı arzu - kamına, Çıxdı axırına var-yoxlarının. Yerdə gəzənləri görmürdü gözü,
108
Fəqir-füqəranı çox ayaqladı. Bütün davranıĢı itmiĢdi düzü, Haqq-nahaqq danıĢıb çox sayaqladı. Nə qoca bilirdi, nə də ki, uĢaq, Nə tövbə bilirdi nə də ki, günah. Nə töhmət qanırdı nə də ki, qınaq. Axı qanadları vermiĢdi Allah. Hətta Allaha da getdi Ģikayət: Müqəddəs adına and verdik səni. Yetər arxa durmaq, yetər himayət, Qanadlı camıĢlar yıxdı ölkəni. Bır gün uçan vaxtı qövr etdi sinə, Dedi: niyə axı mən yatmalıyam. Bu cürə qanadlar verilib mənə, Uçub Allaha da tez çatmalıyam. Allaha da çatmaq fikrindəydi ki, Qanadlar qırılıb töküldü yana. Bədbəxt camıĢ yerə elə dəydi ki, Ondan nə iz qaldı, nə bir niĢana.
109
Qardaşlaşanda Aləm cənnət olar nura boyanar, QardaĢlar bir olub qardaĢlaĢanda. Üzü gülər təbiətin, oyanar, QardaĢlar bir olub qardaĢlaĢanda. Gülə laləzara bürünər dünya, Bülbül nəfəsinə isinər dünya. Ağılla. kamalla düĢünər dünya, QardaĢlar bir olub qardaĢlaĢanda. Zülmət gecələri sübhü dan eylər, DüĢmənə, yağıya haqq divan eylər. Tanrı da xoĢbəxtlik ərməğan eylər, QardaĢlar bir olub qardaĢlaĢanda. QardaĢ yanğısıdır köksümdə bitən, Bizə qırmaq atmaz hər yoldan ötən. Cənuba, Ģimala bölünməz vətən, QardaĢlar bir olub qardaĢlaĢanda.
110
Zəfər qürrələnər döĢünə döyər, Hicran xəcalətdən baĢını əyər. Hamı bir səs ilə Azərbaycan deyər, QardaĢlar bir olub qardaĢlaĢanda. 29 oktyabr, 2005
Qızım Nərminə Ey məni məcbur edib, oxu deyən müəllim. Savadsız olduğumdan dərd-qəm yeyən, müəllim, Atam deyir, insan üçün Orta ömür min yaĢdı. Oxumağa, öyrənməyə, Belə hara tələsirik, Axı, nə qaça-qaçdı. 10 aprel, 2006
111
. Siyafərlə Aşıq Sakit Millət yükü bellərində, Vətən, torpaq dillərində. Tavar sazı əllərində, Siyafərlə AĢıq Sakit. Həvəsləri köhlən yorur, Qazancları mərdlik,qürur. Bala-bala yüz-yüz vurur, Siyafərlə AĢıq Sakit. Bəxtlərini yatırıblar, Batman gəlib oturublar. Səslərin də batırıblar, Siyafərlə AĢıq Sakit. Ələ düĢən girəvədir, Görən övliyadır nədir. Bir əl çatmayan zirvədir, Siyafərlə AĢıq Sakit. Sağdan, soldan heylədilər, Bağrım baĢın teylədilər. Məni Ģair eylədilər, Siyafərlə AĢıq Sakit.
112
Sonun görməsəm Həsrətiyəm düz ilqarın, dəyanətin, Dostlarımın vəfasının, mətanətin. Satqınlığın, dönüklüyün, xəyanətin, Getmərəm dünyadan sonun görməsəm. Ömürü uzadan kefdi, damaqdı, YaĢamaq gözəldi, ölümsə haqdı. Alçalıb yaĢamaq ömrə yamaqdı, Getmərəm dünyadan sonun görməsəm. BaĢdadır həmiĢə yeri yaltağın, Dünya nə vecinə huĢsuz sarsağın. Acizin, ikiüzlünün, qorxağın, Getmərəm dünyadan sonun görməsəm. 20 iyul, 2005
*****
113
TuĢ oldum dərdə, qəmə, bir gözəlin eĢqinə, Nə gərək dünya malı düĢmədim ləlin eĢqinə. Bir gözündən gülməsi dirildib yaĢadar məni, DüĢmərəm onsuz ötən ayın, nə ilin eĢqinə. Bir həzin mahnı yaĢar Ģirin təbəssümlərində, Bülbül də nəğmə qoĢar sevdiyi gülün eĢqinə. Ahu-naləm yayılar tutar bütün bənd - bərəni, Qəlbimin fəryadı da köklənər zilin eĢqinə. ElĢir, uyub məhəbbətə qəsd elədin öz canina, Pozdun rahat həyatını bir Ģirin dilin eĢqinə. 26 may, 2007
114
Ümidsiz sevgi Qolumu boynuna salmaq istədim, Ah, fəğan qopardın narazı kimi. Ömürlük qəlbində qalmaq istədim, Alnına yazılan bir yazı kimi. Birdəncə sərt oldun daĢdan, qayadan, Bu eĢqdə günahkar o, gözlərindi. Sönən ümidimi bir də oyadan, Dodağından qopan bal sözlərindi. Üzr istəyimmi, yox ola bilməz, Qınayar eĢq məni, məhəbbət məni. Sevdisə bir ürək tək qala bicməz, Bir gün yandıracaq bu sevgim səni. ElĢirin sevgisi itdi söylədin, Cəhd də eyləmədin axtarmaq üçün. Sağ ol ki, mənə çox kömək eylədin, Ümidsiz sevgidən qurtarmaq üçün. 3 aprel, 2010
***** 115
Üzün görüb gözəlliyə vuruldum, Dodağından qopan gülüĢ baldımı?! Boyaq alıb yanağının rəngindən, Sübh tezdən doğan günəĢ aldımı?! Yeriyəndə Ģax qamətin düz olur, Gen sinənə həsrət qalan üz olur. Hər baxanda sənə keyfim yüz olur, Səni duymayanlar əhli haldımı?! Bir ümmandı gözlərinin alması, Canlar alır kipriyinin çalması. Üzür məni dil dodaqda qalması, Bu cür gözəlliyin dili laldımı?! Qara zülfün baĢın üstə çətirdi, Arzum min-min niyyətim isə birdi. Yar yanında ElĢir pələngdi, Ģirdi, Görən deyir bu Rüstəmi Zaldımı?! 10 sentyabr, 2003.
116
Var Ruhuma hakim olan bir incə xidmətkarım var, Çox Ģükürlər ki, belə məhəbbətli ruzgarım var. Dolana baĢıma pərvanə tək bütün gözəllər, Ola bilməz sənə tay öz əhdimə ilqarım var. Niyə gec qovuĢdurdu bu amansız tale bizi, Uğursuz taleyimdən çox gileyim, güzarım var. Ġtirib dəyərini gözlərimdə dünya malı, Zənginəm sevgim ilə çün əhdə vəfadarım var. Sevib-sevilmək olub ElĢirin eĢqi, amalı, Söz qanıb, mətləb anlayan usta xiridarım var. 18 mart, 2006
117
Xoş getdin Yan keçib asta-asta süzən canan, xoĢ getdin, Varmı həsrətin çəkib mən tək yanan, xoĢ getdin. EĢq dolu qəlb idi sənə böyük əmanətim, Itirib etibarı, haqqı danan, xoĢ getdin. Zənginlik, eyĢ-iĢrət tutdu daim gözlərini, Həyatda xoĢbəxtliyi bu cür qanan, xoĢ getdin. Saf təmiz məhəbbətim mayak idi yolunda, Getdiyin əyri yolu düzgün sanan, xoĢ getdin. Görmədi ElĢir səndə nə sədaqət, nə ilqar, QuĢ kimi budaqdan-budağa qonan, xoĢ getdin. 18 mart, 2008
118
Yaxşı ki, varıq Ətəyində namaz qıldıqlarımız Küfrdən,qüsurdan xali deyilmiş. Aşıq Sakit Nə gözəl nidadır söylədiklərin, Ətəklər nələrə çəkmədi bizi. SirdaĢ bilib dua eylədiklərin, Bilməzdik bizlərə xor baxa düzü. Yeni yollar açıb yaĢa dolmuĢuq, Təmiz, saf bətindən doğulan üçün. Saman çöpü kimi gərək olmuĢuq, ġöhrət dənizində boğulan üçün. Danıldı haqqımız, sayımız bizim, Ört-basdıra qaldı hər əməl, hər iĢ. Danıldı haqq üçün hayımız bizim, “Tək mənəm” söyləmək nə iyrənc vərdiĢ. Çöp sındırıb *Ocaq* üstə atardıq, Göstərməkçün birliyin qüvvəsini.
119
ġirinliyi ünsiyyətdə tapardıq, Ġtirdik dost eĢqi, dost həvəsini. PeĢmanlıq gətirməz paklıq insana, Təmiz ünsiyyətli pak insanlarıq. Çətin ki, *Alilər* qavraya, qana, YaxĢı ki, sən varsan, yaxĢı ki,varıq.
*****
Yarımı bu gün əcəb halı pəriĢan gördüm, Olubdu eĢqə düçar coĢub, alıĢan gördüm. Bərq vuran surətini görüb bir aya bənzədib, QarıĢıb ulduzları göydə sayrıĢan gördüm. Bir layiq varmı ki, ovlaya bu cür Ģikarı, Güvənib çox ovçular almıĢdı niĢan gördüm. BoĢ qaldı niyyətləri, pərt olub çoxlarını, Uğursuz taleyilə dözüb barıĢan gördüm.
120
Biganə qalmadı ElĢir də bu gözəlliyə, Sınayıb öz bəxtini hər dəm yarıĢan gördüm.
30 iyun, 2007
Yoxdu Dağılası bir dünyadı, XoĢ sədası, ünü yoxdu. Bəd gətirir hər bir anı, Ürək açan günü yoxdu. Bilinməyir kökü, zatı, Hey fırladır eyni notu. “Çevir tatı, vur tatı”, Köhnəlikdi yeni yoxdu. Fərqi yox doğma, yaddımı, Faciədir hər addımı. ElĢir, əyibdi qəddimi, Ġmanı yox, dini yoxdu.
121
Nəmrudların faciəsi Ey böyük Allah! Sənə müraciət edən daima sənin varlığından təsəlli tapan, sənə arxalanan, çox vaxt səni özünə yeganə həmdərd seçən yarım aciz bir bəndəndir. Nə qədər ki, uĢaq idim, dövrün, zəmanənin qeylü-qalını, bizi əsarətdə saxlayan köləlik adlı məngənəsini dərk etməkdən uzaq idim. Ailəmizin güzəranı gah yaxĢı gah da pis olurdu. O vaxtlar yalnız vaxtaĢırı güzəranımızı pisləĢdirir, sanki, mənə xəbərdarlıq edirdin ki, həddimi aĢmayım. Orta məktəbi qurtarandan sonra sənədlərimi ali məktəbə vermək üçün tək-tənha Bakıya yollandım. Qəribə də olsa Bakıda hansı ünvana gedəcəyimi də bilmirdim. Təsadüfən vaqonda rastlaĢdığım qonĢumuzla görüĢdüm və onların yaĢadığı fəhlə yataqxanasına getdim. Kasıblığımızı, imkansızlığımızı o dərəcəyə çatdırmıĢdın ki, hətta valideynlərim də mənim taleyimlə maraqlana bilmirdi. Qəbul imtahanlarını verdim, ancaq qəbul sevincini mənə qıymadın. Qəbul olunanların hamısı sevinclə evlərinə gedib Ģadyanalıq elədilər,
122
mən isə institutla qaldığım yataqxana arasındakı məsafəni hər gün gedir, müsbət nə isə gözləyirdim. Bəli, möcüzə baĢ verdi. Qəbul olunan tələbələrin ümumi siyahısında 10 il mənimlə birlikdə oxumuĢ bir qohumumu axtararkən təsadüfən öz adıma rast gəldim. Sonsuz sevinclə tələbə biletini almaq üçün binanın beĢinci mərtəbəsinə qalxırdım, daha doğrusu. uçurdum. Üçüncü mərtəbəyə çatanda yenidən beynimə dəhĢətli bir fikir saldın. Yəqin o mən deyiləm, mənim ad-familiyamda olan baĢqa adamdır. Ümidimi, əl-qolumu yenidən qırdın. Bu dəfə siyahı asılan lövhəyə ağır-ağır, ümidsiz, həyəcanla getməli oldum. Yalnız ad - familiyamla atamın adını da oxuduqdan sonra rahatlıq tapdım. DəhĢətli orası idi ki, əlimdə tələbə bileti ola-ola instituta daxil olmağıma inanmırdım. Hətta dostlarıma tələbə biletini göstərsəm də onlardan xahiĢ etdim ki, mənə anlatsınlar, bəlkə də bu bir yuxudur. Yenə də bir az sevinclə, ancaq ürkək bir əhval-ruhiyyə ilə evimizə qayıtdım. Əzizlərim üçün burnumun ucu göynəyirdi. Təzəcə onlara qovuĢmuĢdum ki, Bakıda yaĢayan qohumlarımdan birinə zəng vurdurub, evdəkilərə dedirtdin ki, guya
123
məni institutdan axtarırlar, mən təcili Bakıya qayıtmalıyam. Ancaq mən qəti qərarımı verdim. Hətta məni institutdan çıxarsalar belə öz doğmalarımla görüĢməmiĢ Bakıya qayıtmayacağam. Sonradan həmin qohumum elə bir söz dediyini boynuna almamıĢdı. YaĢadığım tələbəlik illərində çox az hallarda üzüm gülürdü. Hətta kirayəniĢini olduğum evlərin qapılarını da tez-tez üzümə bağlatdırırdın. Otaq yoldaĢlarım əksərən alkoqoliklər, vicdansızlar, satqınlar, Ģərçilər olurdu. Onların əli ilə məni teztez yaĢayıĢ yerlərimi dəyiĢməyə məcbur edirdin. Ġnstitutda məni sarı plaĢlı oğlan kimi niĢan verirdilər. Çünki, oxuduğum müddəti demək olar ki, bir sarı plaĢın içində keçirmiĢəm. Yoxsulluq, güzəranla məni o həddə gətirdin ki, bir dəfə vaqonda gedərkən intihara da sürüklədin. Ancaq o vaxt o fikirlərin qabağını valideynlərimə olan məhəbbətim və bu hərəkətimlə onlara vura biləcəyim dəhĢətli ruhi sarsıntı aldı. Sən, hətta qəlbimdə gəzdirdiyim, varlığıma hakim olan, bəlkə də, bütün dünyanın yaradıcısı olan məhəbbəti də mənim üçün iztiraba çevirdin.
124
Özümü dərk edəndən iki dəfə mənə məhəbbət bəxĢ elədin. Hər iki halda mən o məhəbbətdən imtina eləməli oldum. Birincisində demək olar ki, hər Ģey vardı: sevgi, məhəbbət, rahatlıq, mədəniyyət, sədaqət, qabiliyyət, səviyyə, bir sözlə, hər Ģey. Ancaq sən onun aldanmağına boy vermiĢdin. Ġkincisində də hər Ģey vardı: gözəllik, təmizlik, namus, qeyrət, insani sevgi. Onu isə mənim qarĢıma elə bir vəziyyətimdə çıxarmıĢdın ki, mən onu qəbul edə biməzdim. Bəli, nə qədər ki, öz mövqeyimi tam müəyyənləĢdirməmiĢdim, sən məni yalnız güzəran, kasıbçılıq qayğısı ilə imtahana çəkirdin. Elə ki, özümü dərk etdim, haqqımı duydum o vaxtdan sənin nifrətini qazandım, faciələrə düçar oldum . Müraciətimin səbəbi nisgilli yaĢadığımız bir zamanda acizlik, yazıqlıq pərdəsini yırtmaq istəyən bir kökün, nəslin cücərtdiyi pöhrələri məhv edib, onların ümidini qırmağındır. Sonsuz rəzalət və yoxsulluq halında yaĢayan bir ailədə elə bir oğul əmələ gəldi ki, bu ailəni cəsarətləndirə bilərdi. Ailəmizin sıçrayıĢı səni qorxutdu. Mən öz köhnə
125
stereotipimdən, acizliyimdən ayrılmayım deyə böyük qardaĢım Vaqifi əlimdən aldın. Axı sən hiss eləyirdin ki, mən elə bir hərəkata qoĢulmaq üzrəydim ki, qol-qanad açıb böyük iĢlər görə bilərdim. Mənə bir daha xatırlatdın ki, sən keçmiĢindən ayrıla bilməzsən, sən həmiĢə aciz olmalısan. Nə vaxtlarsa mən sənin varlığına Ģübhə etmiĢdim. Ġndi isə sənin mövcudluğuna heç bir Ģübhəm yoxdur. Ancaq nəyə xidmət etdiyin müəmmalıdır. Həm də, artıq sənin niyyətlərin haqda məndə geniĢ təəssürat var. Mənə elə gəlir ki, sən hər hansı bir tərəqqidən dəhĢətlənir, ağıllı baĢların Allah məqamına çatmağından ehtiyat edirsən. Bir ağıllı baĢı məhv etmək üçün nə qədər dəhĢətlər törədirsən. ġərq mifologiyasında deyildiyi kimi, hərəsi iki adamdan ibarət olan insanların səndən də güclü çıxdığını görüb, yenidən onları iki yerə bölüb hərəsini də bir diyara tulladın. Deməli, sən də o prinsipi əsas götürürsən ki, özün nəhəng görünmək üçün ətrafına cılızları yığasan. Tək-tək düĢünən beyinləri də ona görə bu günə kimi sağ saxlamısan ki,
126
hələlik onları izolyasiyada saxlaya bilmisən. Əminsən ki, onların arxasınca çox az adamlar gedir. Ġstedadlı, ağıllı, tədbirli, cəsarətli, sadəlövh, Allah məqamına çatmağa yaxın olan Ülvi Bünyadzadəni məhv etmək üçün 20 yanvar qırğınını hazırladın. Hətta onun qəbrindən də, ölüsündən də qorxdun. Onu Xiyabanda da nəzərdən yayındırmaq üçün cavan gəlinə də rəhmin gəlmədi. Yenicə ailə həyatına atılan, ana olmağa layiq, ismətli bir gözəli də öz cavan əri Ġlhamın arxasınca göndərdin və onların qəbrini Xiyabanda ən baĢa keçirtdin ki, xiyabana gələnlər ən böyük dəhĢət və təəssüfünü onlara yönəltsinlər, qoy Ülvinün Allahlığı, ülviliyi kölgədə qalsın. Ġndi mənə aydın olur ki, niyə sən son vaxtlar islam dininə geniĢ meydan vermisən. Əvvəllər ehtiyac olmayıb, ona görə ki, o vaxtlar Allah məqamına çatmağa yaxın olan adamları elə aradan götürürdün ki, özün heç vaxt günahkar olmurdun. Ġndi isə ehtiyat edirsən. Yəqin ona görə ki, indi belə adamlar daha tez-tez əmələ gəlir və bu da səni ehtiyatlı olmağa məcbur edir. Məcbur olursan ki, tez-tez insanların yaddaĢına “La ilahə illəllah”
127
sözlərini çatdırasan, yəni səndən baĢqa heç kim Allah məqamına çata bilməz. Sənin ehtiyatlılığın, cəsarətsizliyin o dərəcəyə çatdı ki, mənim 2 ilahimi bir yerdə aradan götürdün. Onların böyüyü ElĢad yazıqlığa, qorxaqlığa, rəzilliyə üsyan elan eləmiĢdi, ailəsinin yeganə ümidi idi. Ata- anasını, qardaĢ və bacılarını ağrı və üzüntülərdən yalnız o qurtara bilərdi. ĠlahiləĢməkdə olan bu uĢağı ailəsinin əlindən alıb onların faciəsinə qəh-qəhə çəkdin. Onun xəstə atasına dediyi: - “Ata, bir az da döz, bu yaxınlarda səni iĢdən çıxardıb müalicənlə məĢğul olacağam” təsəllisi də sənin qəzəbini soyutmadı. Ğörünür öz xeyirxahlığı və düĢüncəsi ilə Allahlığa yaxın olduğu üçün onu aradan ğötürdün və səsini bir az da ucaltdın *La ilahə illəllah*. Sənin ehtiyatlılığına daha etibarlı sübut: Ömrünün vur-tut 13 ilini yaĢamıĢ ġirəlinin həyatına qəsd etməyin oldu. Sən bu uĢağın yalnız 13 il yaĢamağına dözə bildin. Bəlkə də sən o uĢağı ona görə apardın ki, nə vaxtsa insanlara ğörünmək məcburiyyətində qalarsansa ġirəlinin ğözəlliyi ilə görünəsən. Sən yol vermədin ki, onun atası
128
insanlara bir Ģeyi sübut etsin* Bütün pis əməllərin, adətlərin əhatəsində yaĢayıb, həmin adət və əməllərin heç birinə yiyələnməmək mümkündür*. Bəli atası ġirəlini pis əməllərin əhatəsində uzun müddət dolandırmıĢ və ona heç bir qadağan qoymamıĢdı. 13 yaĢlı uĢaq o əməllərin heç birinə yiyələnməmiĢdi. Əslində sən onu aradan götürmək üçün bir neçə dəfə cəhd ğöstərmiĢdin, ancaq nail ola bilməmiĢdin. Sənin əməllərindən o uĢaqda xəstəliyin yüngülvari izi qalmıĢdı. Bir az qabaq sevincək halda mənə dedi ki, *Dayı, daha soyuqlamam keçib gedib*. ġirəli səninlə mübarizədə qalib çıxmıĢdı. Yazıq bircə anlığa öz həyatını atasına, dayısına, əmilərinə etibar etmiĢdi. Sən həmin fürsətdən böyük ustalıqla istifadə edərək həm ġirəlimizi əlimizdən aldın, həm də səndən də güclü hesab elədiyi atasının zəif və acizliyini ona göstərdin. Sənin qərəzkarlığının miqyası nə qədər geniĢ imiĢ. Sən necə də ehtiyatlısanmıĢ. Deməli ağıllı insanların varlığı səni dəhĢətləndirir. Bütün ümidlə yaĢayan insanların yeganə pənahı olan, Allah, əgər sən kiminsə sənə çatacağından qorxub belə insanları
129
məhv edirsənsə, deməli, sənin xeyixahlığın Ģübhəlidir. Sən elə Allahlıq iddiasında olan Nəmrudu da məhv etmək üçün mələklərdən birini milçəyə döndərib onun qulağına saldırdın. Əslinə qalanda sənin bütün bu qəsdlərin mənə qarĢı yönəlib. Ğörünür məndə o qədər də qorxulu əlamətlər ğörmədiyin üçün öldürmək fikrindən daĢınmısan. Məni məhv etmək üçün doğmalarımı əlimdən almağı üstün tutmusan. *La ilahə illəllah* kəlamını tez-tez xatırlatsan da, artıq sən özünü inkar etmisən. Məhvə doğru getməyin səni o qədər dəhĢətləndirdi ki, *La ilahə illəllah* nidalarını daha da yüksəltmək üçün ġərq dünyasının atası hesab edilən Turqut Ozalı da öldürdün və televiziya ilə bütün müsəlmanlara iki gün fasiləsiz olaraq” La ilahə illəllah” dedirtdin. Ġndi mənim qeyb olan 3 Allahım var. Onlar artıq sənə məlumdur. Mən yalnız onlara ibadət edir, onların ruhu qarĢısında təmizlənməyə çalıĢıram. Məni aciz, yazıq vəziyyətində saxlamağına gəldikdə isə o məsələdə də uduzmusan. Artıq sənin
130
əməllərin haqda məndə kifayət qədər məlumat var. Ona görə də sənin mənə göndərdiyin ölümü zərərsizləĢdirmək üçün ölümün üzərinə Ģığıyacağam. Sən hər dəfə “La ilahə illəllah” sözünü dalğalandırmaq istəyəndə mənim ilahilərim sənin qarĢına çıxıb, sənə qəh-qəhə çəkəcəklər. Son
131
Həkim məsləhəti Əziz və hörmətli həmkarlarım, sız artıq and içərək insanların sağlamlığı keĢiyində durmaq kimi nəcib bir sənətə niyyətlənmisiniz. Təhsil aldığınız tələbəlik illərində nələrə yiyələnmisinizsə onlar da yeri gələndə sizə lazım olacaq, ancaq sizin yaĢlı nəslin nümayəndələrinə, xüsusilə də stajlı həkimlərin məsləhətinə həmiĢə, hər daim ehtiyacınız olacaq. Ona görə də mən sizə öz baĢıma gələnləri danıĢmaqla çox böyük və əvəz olunmaz bir xidmət göstərmək istəyirəm. Tibb institutunu bitirib təyinat üzrə kəndimizə qayıdan kimi özümü verdim rayon mərkəzinə. Orada bir qohumum həkim iĢləyirdi. Onun məsləhəti ilə bir çanta düzəltdirdim, ayri-ayrı dərmanları ayırıb üzərinə adlarını yazdırdım. Məsələn: isitmə dərmanları, ürək dərmanları, iĢlətmə dərmanları ... Kənd camaatı mənim gəliĢimə çox sevindi, Ģadyanalıq etdilər ki, daha həkim üçün qonĢu kəndlərə, rayon mərkəzinə getməyəcəklər. Bir neçə
132
gün hətta ayrı – ayrı adamlar mənim Ģərəfimə ziyafətlər təĢkil edib Ģənimə çoxlu təmtəraqli sağlıqlar dedilər, mənimlə fəxr etdiklərini söylədilər. Elə mənim Ģərəfimə təĢkil edilmiĢ məclislərin dadı, ləzzəti hələ damağımdan getməmiĢ məni qonĢudakı bir xəstəyə baxmaq üçün çağırdılar, xəstə qızdırma içində od tutub yanırdı, evdə çoxlu adam yığıĢmıĢdı. Xəstəyə isitmə dərmanından verib nəticəsini gözlədim. Bir az keçmiĢdi ki, xəstə yoldaĢını çağırıb qulağına nəsə pıçıldadı. Tələsik otaqdakıları, o cümlədən, məni də bayıra çıxartdılar. Sən demə, xəstəyə isitmə dərmanı əvəzinə iĢlətmə dərmanı vermiĢəmmiĢ. Nə olar, belə xətalara elmi dildə mexaniki səhv deyirlər. Xətadir də. Gör-götür dünyasıdır. Gərək səhvlərdən nəticə çixarib öyrənəsən. Bir müddət kənddə yorulmadan fəaliyyət göstərdim. Düzü çox vaxt bəxtim gətirmirdi. Elə bilməyin ki, baxdığım xəstələrin hamısı ölürdü, yox. onların içində sağ qalanlar da olurdu. Məsələn. qulağı xəstə olanı müalicəyə baĢlayırdım tezliklə kar olurdu,ancaq yaĢayırdı. Mədəsindən xəstə olanı müalicə eləyirdim qanaxma baĢlayırdı,
133
ciyərlərində soyuqlama olanları müalicə eləyirdim vərəmə çevrilirdi, qan təzyiqi olanları isə paralic vururdu. Ancaq ğündən-günə təcrübəm artırdı, nə qədər çox səhv eləsəm o qədər də öyrənirdim. Axı gör-götür dünyasıdır. Görürsünüz də, iĢlərim əsasən pis getmirdi. Ancaq bir hadisə kefimi yaman pozdu. Kənddə cavan bir oğlan xəstələnmiĢdi, məni çağırdılar ki, ona yardım əlimi uzadım. Çatan kimi oğlanın ürəyinə qulaq asdım, ilahi ürəyi necə vururdu, az qala yerindən çıxıb qaçacaqdı. Tez o həkim qohumumun məsləhət bildiyi ürək dərmanlarından birini xəstənin dilinin altına qoydum. Bir neçə dəqiqə keçməmiĢdi ki, xəstədə güclü qusmalar baĢladı. Onun vəziyyəti məni dəhĢətə gətirdi, soyuq tər basdı, özümü itirdim. Handanhana özümə gələndə mənə ürək-dirək verdilər ki, a bala, özünü ələ al, narahat olma. Bu yazıq bir neçə gündən qalmıĢ dovğa yeyib zəhərlənib, indi daha rahatlandı. IĢimin yaxĢı nəticələnməsinə baxmayaraq bütün vücudum titrəyirdi, ürəyim o xəstənin ürəyindən də tez vururdu. YaxĢıca sağ-salamat qurtarıb getmək istəyirdim ki, ......Allah o Külbudaq .... eey ...
134
Ğülbudaq nənəyə lənət, eeyy... rəhmət eləsin, saldı məni bəlaya. Dedi, ay oğul, Ģükür Allaha ki, hər Ģey yaxĢı qurtardı, gəlmiĢkən mənim təzyiqimi də ölç. Hələ də özümə gələ bilməmiĢdim, ürəyim Ģiddətlə döyünürdü. Təzyiq ölçən aparatı çıxarıb Gülbudaq nənənin təzyiqini ölçdüm, təzyiqi aĢağı idi. Təzyiqini qaldırmaq üçün ona iynə vurdum. Həmin günün axĢamı Bakıya getməli oldum. Bir həftə ərzində iĢlərimi qurtarıb kəndimizə qayıtdım. Səhər tezdən qapımız döyüldü.... Məni Gülbudaq nənənin yeddisinə çağırırdılar. Sən demə, mən həmin gün Gülbudaq nənənin təzyiqini ölçəndə, heç o nə deyirlər eyy adına, qulağa taxıb qulaq asırlar eyy, hə, onu heç qulağıma taxmamıĢammıĢ. EĢitdiyim isə o rəhmətliyin yox elə özümün ürək döyüntülərim imiĢ. Neçə illərdir ki, qan təzyiqinin yüksək olmasından əziyyət çəkən o rəhmətliyin təzyiqini bir az da qaldırıb bədbəxt eləmiĢəmmiĢ. Kor-peĢman hüzr yerinə yollandım. Yas yerində hamı mənə nifrətlə baxır, bir-birinə nəsə pıçıldayırdı. Yalnız 2 nəfər mənə böyük ümid və rəğbətlə baxırdılar. Biri kəndin mollası idi o biri qəbirqazanı. Kənddə hətta, mənə ləqəb də qoymuĢ-
135
dülar: “Əlhökmülillah” doxtur. Ğuya mən hansı xəstəyə baxıb dərman verirəmsə molla mütləq ona Əlhökmilillah oxuyur. Buyurun, bu da kənd camaatının öz ziyalısına olan hörməti. Hətta öz dostlarim da məni lağa qoyurdu. Bir dəfə dostlarımdan biri yuxusuzluqdan əzıyyət çəkirdi. Ona bir dərman verdim. Bir azdan gördüm ki, bədbəxt sual iĢarəsi kimi əyılib. Mənə qayıtdı ki, ay Əlhökmülillah, bu nə zəhrimardı mənə vermısən. Geroyun eĢĢəyi kimi bir addım qabağa gedirəm iki addım dala. Bir dəfə də bir dostumla qonĢu kənddə bir ruhi xəstəyə baxmağa getdim. MaĢını kənarda saxlayıb qapıya doğru getdim. Bu vaxt həmin xəstə maĢına yaxınlaĢıb soruĢur ki, əmi oğlu sizə nə lazımdır. Dostum deyir ki, vallah o evdə bir xəstə var, onun üçün həkim gətirmiĢəm. Xəstə ona tərstərs baxıb ayrılır. Xəstəyə dərmanlar verib getdım. Bir neçə gündən sonra yenidən xəstəyə baĢ çəkməyə gəldim.Yenə də həmin xəstə uzaqdan gəlirdi ancaq əlləri ayaqları yığılmıĢ halda. Dostumdan soruĢdum ki, hə necədi, müalicəm xoĢuna gəlirmi? Dedi ki, çox əla müalicə eləmisən,
136
bayaq onun xəstəliyi qəti hiss olunmurdu, indi isə 1 kilometrdən hiss olunur ki, xəstədir. Hə, görürsünüz də. Bu camaat heç cürə baĢa düĢmür ki, gör-götür dünyasıdır, təcrübə iĢdə yaranır. Hələ bu azmıĢ kimi bir gün kəndin ağsaqqallarından biri məni saxlayıb dedı: “Bala görürəm sən çox əziyyət çəkirsən, gəl mən sənə bir dərman deyim müraciət edənlərin hamısına onu təyin elə. Dedim çox sağ ol. Dedi ki, sənə kim müraciət eləsə ona 3 metr kəndir, bir dənə də sabun ver. Sevincək halda ağsaqqaldan ayrıldım ki, gedib həmin Ģeyləri alım. Birdən yadıma düĢdü ki, axı mən bu dərmanların iĢlənmə qaydasını öyrənmədim. Təzədən onun yanına qayıdanda nə desə yaxĢıdır? Dedi ki, ay Əlhökmülillah doxtur, sənə kim müraciət eləsə sabunla kəndiri onlara ver de ki, gedib özlərini assınlar. Heç olmasa sən də əziyyət çəkməzsən, o yazıqlar da rahat ölərlər, həm də ölümlərinin səbəbkarı özləri olarlar. Buyurun, bu da ağsaqqal. Axı bu adamlar niyə baĢa düĢmürlər ki, heç kim anasının qarnından həkim doğulmur. Gör-götür dünyasıdır. Gərək həm görəsən, həm də götürəsən. Gərək çalıĢıb səhv
137
eləməyəsən, eləyəndə də canın sağ olsun. EĢitdiyimə görə lap mələklərin özü də çalıĢırlar ki, səhv eləməsinlər amma bacarmırlar. Tutasan o ağsaqqalın yaxasından soruĢasan ki, a kiĢi, sən anadan olanda sənin saqqalın belə ağ idi. Sən anadan olanda heç saqqalın da yox idi. Biz də yerimizdə saymırıq ki, inkiĢaf eləyirik də. Məsələn, mən artıq bu iyirmi illik təcrübəmdə yəqin eləmiĢdim ki, Aspirin tərlətmə dərmanıdır. Bir dəfə xəstə üstünə çağırmıĢdılar, ona aspirin verdim. Düzdü səhərisi gün Allah ölənlərinizə rəhmət eləsin, həmin xəstə ölmüĢdü. Ancaq soruĢub öyrəndim ki, o xəstə ölməmiĢdən qabaq həqiqətən də tərləyibmiĢ.
138
Atmacalar
Xəstəxananın qapısından keçdikdə xahiĢ olunur ki, ciblərinizi əməlli-baĢlı yoxlayasınız, çünki, itən Ģeylərə qapıçı cavabdeh deyil ha.
Müdir idarə üçün verilmiĢ soyuducunu elə məharətlə udmuĢdu ki, onu, hətta ən müasir rentgen aparatı da göstərə bilmədi.
Restoran xidmətçiləri qulaq kəsməkdə qulaq həkimlərinə də qalib gəldilər.
ĠĢıq, qaz gözləməkdən gözlərinin kökü saralan vətəndaĢlar xahiĢ olunur ki, göz həkiminə müraciət etsinlər.
Atalardan bir misal var: Verirlər al, vururlar qaç*. Polislər isə deyirər: Verirlər al, vururlar yenə al.
Sahə həkimlərini ən çox hövsələdən çıxardan qripli xəstələrdir. Çünki həkimin qəbulunda
139
olarkən tez-tez əllərini ciblərinə salırlar və hər dəfə də burunlarını silmək üçün yaylıq çıxarırlar.
XahiĢ olunur ki, xəstələrinizdən əlinizi üzsəniz də həkimlərindən üzməyin.
Vergi verən mərd olar, Verməyən namərd olar. Vergini düzgün vermək, Vergi yığana dərd olar.
140
Muştuluq (Səhnəcik) Həkim tibb bacısıyla kabinetdə oturub gileylənirlər. Həkim: - Bu gün səhər qabağıma elə bir adam çıxıb ki, çətin ki, bu gün əlimiz gətirə. Tibb bacısı: - Heç demə, o qonĢumuzda bir Afət qarı var. Bu gün səhər qabağıma boĢ vedrə ilə çıxıb. Neçə dəfə sınamıĢam, çətin ki, bu gün bizə bir salam verən tapılsın. Aha, odur ey deyəsən kimsə cəlir. Çox Ģükür(bir hamilə qadın içəri girib salam verir.) Hamilə qadın: - BağıĢlayın, mən istəyirəm ki, yoxladım görüm oğlum olacaq, yoxsa qızım? Deyirlər ki, sizdə yaxĢı bir aparat var. Tibb bacısı: - Hə, düz eləmisiniz. Ġnsan gərək əvvəldən bilə ki, nə istehsal eləyəcək. Həkim:
141
- Bilirsiz, bu aparatı biz Germaniyadan gətirtmiĢik, çox bahalı aparatdır. Onun üçün bir də ora getməyəcəksiniz ki? Heç olmasa, buarda təkcə aparata pulunuz çıxacaq, yol pulunuz isə özünüzə qalar. Buyurun aparat otağına (həkimlə hamilə qadın aparat yerləĢən otağa girirlər). Tibb bacısı: - ƏĢi, bu aparat da ki, demək olar ki, bizi çörəkdən salıb. Heyf deyildi o əvvəlki çağlar. Hamilə qadınlar doğuĢa qədər bilmirdilər ki, oğlu olacaq, yoxsa qızı. Həvəslə olan pullarını xərcləyirdilər. Ġndi isə bilən kimi ki, qızları olacaq sifətlərindən zəhrimar yağır, həkimə hörmət etməkdənsə zəhərlərini üstümüzə tökürlər. Elə bil ki, o uĢağı biz əkmiĢik. Bilirsiz, nə qədər tərifləsələr də etiraf etməliyik ki, heç də yeni ixtiraların, aparatların hamısı bizim iqtisadiyyatımızı qaldırmır. Həkim içəri girir: - Yenə bəxtimiz gətirmədi. Tibb bacısı: - Hə, nooldu, qız çıxdı. Həkim:
142
- Hə, yenə qızdı. Tıbb bacısı: - Mən elə o qıçı sınmıĢ boĢ vedrə ilə qabağıma çıxanda bilmiĢdim ki, belə olacaq. Bir sən də o yağlı dilini iĢə sal görək neyləyə bilirik (qadın içəri girir). Tibb bacısı: - Sizi təbrik edirəm, siz ana olmağa hazırlaĢırsınız. Hamiləlik hər bir qadın üçün vardır, dövlətdir ( barmaqları ilə pula iĢarə edir). Biz isə var-dövləti olan insanlara xidmət göstərəndə özumuz də varlanırıq (barmaq iĢarəsi).Təbrik eləyirəm sizi təbrik, təbrik, təbrik (barmaqla yenə iĢarə verir). Həkim də ona qoĢulur. Həkim: - Hə, təbrik, təbrik. Hamilə qadın: - Mənə göstərdiyniz bu cür diqqət və qayğıya görə təĢəkkür eləyirəm. Ancaq mən tez bilmək istəyirdim ki, qızım olacaq, yoxsa oğlum. Həkim: Mən bayaqdan sizə baxıram siz çox mömin, Allaha ibadət edən insaflı adama oxĢayırsınız.
143
Hamilə qadın: - Siz düz tapmısınız, mən namaz qılıb ibadət eləyən adamam. Həkim: - Hə görürsünüz, mən insanları nə yaxĢı tanıyıram. O dəqiqə bilmiĢəm ki, siz səxavətli, əliaçıq adamsınız. Əgər siz Allaha ibadət eləyən adamsınızsa, sözsüz ki, ulu peyğəmbərimizin bir kəlamını da xatırlayırsınız: “Cənnət anaların ayaqları altındadır”. Düz dedim? (Qadın baĢı ilə təsdiq edir). Görürsən mən haraları bilirəm. Analar müqəddəsdir. Ancaq analar kimlərdən olur, sözsuz ki, qızlardan, hə, qızlardan düzdü (qadın baĢı ilə təsdiq edir). Ona görə də ana olmaq böyük xoĢbəxtlikdi. Siz bilirsiniz də ulu peyğəmbərimizin mövlud mərasimində muĢtuluq paylayırlar, muĢtuluq, bildin də, muĢtuluq (barmağını göstərir). Bu muĢtuluq ata-babalarımızdan qalma adətdir və sizin kimi ağıllı insanlar sağ olsunlar ki, o adəti bu gün də yaĢadırlar, muĢtuluq (barmaqlar). Hamilə qadın: - Siz necə də gözəl sözlər danıĢırsınız, mən sizə minnətdaram (əlini cibinə atır. Həkimlə tibb
144
bacısı ona cumurlar. Xəstə cibindən yaylıq çıxarır burnunu silir). Hamilə qadın: - Üzr istəyirəm, bir az özumü soyuğa vermiĢəm. Tibb bacısı (həkimə üz tutaraq): - ƏĢi, bu nə qanmaz adamdır, bundan heç ana olar. Hamilə qadın: - Nə buyurdunuz? Tıbb bacısı: - Heç demək istəyirəm, maĢallah, tfu, tfu o qədər gəncsiniz, gözəlsiniz heç inanmaq olmur ki, sizdən ana olar. Hamilə qadın: - Çox sağ olun, bu komplimentə görə (yaylığı cibinə qoyur, yenə də hər ikisi cumurlar). Bayaqdan yaylığı əlimdə saxlamıĢam. Həkim: - Bilirsiz, mən uĢaqlıqdan geoloq olmaq istəyirdim. FikirləĢirdim ki, dağlarda, daĢlarda qazıntı aparıb qızıl, daĢ-qaĢ tapıb varlanaram. Allah ölənlərinizə rəhmət eləsin, bir qoca nənəm
145
var idi. Məni baĢdan çıxarıb dedi ki, ay qız, sən var dövlətdən ötrü özünü niyə dağa, daĢa vurursan. Get qadın həkimi ol. Axı bütün qadınlar ana olmaq arzusundadır, elə muĢtuluq yığsan bəsindi, muĢtuluq, muĢtuluq (barmaq). Elə mən də fikirləĢdim ki, axı niyə dağa, daĢa düĢürəm, Allah sizin kimi səxavətli qadınların canını sağ eləsin. Elə muĢtuluq da bəsimdir. Hamilə qadın: - Allah nənənizə rəhmət eləsin, elə doğrudan da həkimlik gözəl sənətdi, nənəniz sizə qızıl bilərzik bəxĢ eləyib. (Tibb bacısı ilə həkim qollarını çırmalayırlar) Hər ikisi: - Hanı bəs. ……yox, yox, bilərzik çox olar, sizə güc eləyər. Elə ikimizə biri də bəsdi. Hamilə qadın: - Mən xahiĢ eləyirəm, məni tez yola salın. Bir az özumu narahat hiss eliyirəm. Həkim: - Bilirsiz, o aparatın əsas hissəsini təzəcə dəyiĢmiĢik. O hissəni Almaniyadan gətirtmiĢik. Allah köməkləri olsun, aparatı verirlər, daha
146
fikirləĢmirlər ki, onun sıradan çıxmağı var, xarab olmağı var. Bilirsən nə qədər bahalıdır. Ġndi gəl də, sizin verəcəyiniz 20-30 manat pulla onun pulunu bitir. Hamilə qadın: - Həkim, xahiĢ eləyirəm mənim cavabımı tez deyəydiniz, yaman narahatam. Tibb bacısı: - Bizim xalqımızın çoxlu gözəl adətləri var. Onlardan biri də odur ki, təzə ev tikəndə ev görməsi eləyirlər, uĢaq olanda uĢaq görməsi eləyirlər, nəyisə arzu eləyəndə nəzir çıxırlar, fitrə verirlər, gözəl adətlərdi, yox…. Nəzir çıxırlar, ey nəzir. Siz də ilk dəfə ana olursunuz. Belə, dalı bol olsun. Hamilə qadın: - BağıĢlayın, deməyi unutmuĢdum, mən artıq üçüncü dəfədir ki, ana olmağa hazırlaĢıram. Siz Allah məni tez yola salın, artıq dayana bilmirəm. Tibb bacısı həkimə: Ay qız, bu lap Hacı Qaranın nəvəsi imiĢ ki? (Sonra qadına baxaraq). Bura bax, bayaqdan mən sənə fikir verirəm, səndə ki, bu qədər xəsislik var
147
elə sənin qızın olmalı idi. Oğlanın yiyəsi ölməyib ey, onu havayı verələr. Elə yaxĢı olub, qızın olacaq. Hamilə qadın (cəld ayağa qalxaraq): Ay həkim, sənə qurban olum, səni xeyir xəbər olasan, iki oğlum var idi, Ģükür ki, qızım olacaq. Alın, bu da sizin muĢtuluğunuz. Həkim və tibb bacısı heyrət və təəccüblə bir- birlərinə baxırlar. Son 20 mart , 2007
148
Elşir (Akif TƏBİB). Mənə dözüm ver, Allah! (ön söz A.S.Köçərinindir) // Bakı – Nurlan – 2010. 166 səh.
BuraxılıĢa məsul: Teymur Nəbioğlu Texniki redaktoru və dizayner: Turan Seyidov Korrektoru: İrana Babayeva Formatı: 70x100 1/32
Kitab “Nurlan” nəşriyyat-poliqrafiya müəssi-səsində hazır diapozitivlərdən çap edilmişdir. Nəşriyyatın direktoru: prof. N.B.Məmmədli Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8/4
149
150