Hidayət Elvüsal “BELƏ-BELƏ ĠġLƏR” ŞƏKİ - 2016
Məzahir SÜLEYMANZADƏ
DÜZ SÖZ ÜZƏ DEYĠLƏN YALANÇI TƏRĠFDƏN DAHA ġĠRĠNDĠR, DAHA QĠYMƏTLĠDĠR! Hidayət Elvüsal sərt adamdır, sözü adamın üzünə deyir. Belə bir adamla çoxları yola getməz, onunla iĢləməz. Çünki üzə deyilən düz sözü eĢitmək istəyən redaktor çox deyil. Mənim üçün isə, istər arxanca deyilsin, istər üzünə deyilsin, fərqi yoxdur, düz söz, elə düz sözdür. Düz söz üzə deyilən yalançı tərifdən daha şirindir, daha qiymətlidir. "Səhər"in oxucuları Hidayətin düz sözünü qəbul eləmişdilər, onların bu düz sözə ehtiyaçı var idi. Hətta sözün nə demək olduğunu hamıdan yaxşı bilən, özü düz sözlə ucalan böyük Bəxtiyar Vahabzadənin də Hidayət Elvüsalın düz sözünə ehtiyacı var idi. Hər gün (hər gün!) mənə zəng vurardı: "Ay Məzahir, mən "Səhər"in ölüsüyəm, o Hidayət Elvüsal kimdi belə, qırdı - çatdı bizi..." Hidayətin yadında olar, onları 1992-ci ildə mən tanış elədim. Özü də harada? "Gülüstan" sarayında! Bəxtiyar Vahabzadənin ilk sözü bu oldu: "A kişi, sən müasir dövrümüzün Mirzə Cəlilisən!". Unudulmaz görüş idi... Bir dəfə yanıma unudulmaz YaĢar Nuri gəldi, dedi ki, səndən bir xahişim var, Hidayətə de, məxsusi mənim üçün bir monolaq yazsın. Qırılıb - batırıq, səhnədə oynamağa bir əsər yoxdur. Dedim, Yaşar, sənin özünün Hidayətlə çox səmimi münasibətin var, niyə özün demirsən? Dedi ki, vallah, yüz dəfə demişəm, hələ üstəlik Afaq BəĢirqızı, Arif Quliyev də xahiş edib, xeyri yoxdur. Dedim ki, Hidayət sifarişlə əsər yazmır, amma cəhd göstərərəm. Hidayətlə bu barədə çox ciddi söhbətimiz oldu, mövzuları müzakirə etdik, bir - neçə səhnə əsəri yazacağına söz verdi, amma yazmadı... Mən qətiyyətlə deyirəm, Hidayət Elvüsal bircə əsər yazsaydı belə, həmin tamaşa teatrlarımızın repertuarında əbədi qalacaqdı...
Bu şəkil 1992 - ci ildə "Gülüstan" sarayında çəkilib. Unudulmaz Bəxtiyar Vahabzadənin Hidayət Elvüsalla ilk görüşü və ona "Sən bizim müasir Mirzə Cəlilimizsən" dediyi an...
Hidayət yaxşı dost, qədirbilən adamdı. Rəhmətlik Osman Mirzəyevlə də səmimi münasibəti var idi. Onun adını həmişə hörmətlə çəkərdi, gənclərə nümunə göstərərdi. Hətta dostunun xatirəsini əbədiləşdirmək üçün Osman Mirzəyev adına beynəlxalq mükafat da təsis eləmişdi. Sizə təqdim elədiyim bu şəkil 1994-cü ildə, Hidayətin təşəbbüsü ilə keçirilmiş Osman Mirzəyevin növbəti anım günündə çəkilib. Azərbaycan mətbuatının görkəmli nümayəndələri Tofiq Rüstəmov və Hacı Hacıyev də buradadırlar, Hidayət də, mən də buradayam və təbii ki, Osman Mirzəyevin ruhu da başımız üstündə dolaşır... ...Evim olmasa da, kitab rəfim var. Bu rəfə əsərlərini sevə-sevə oxuduğum klassiklərimizin, müasir yazıçı dostlarımın kitabları düzülüb. Bu kitablar arasında Hidayət Elvüsalın kitabı yoxdur. Sadəcə, ona görə ki, bu kitab hələ nəşr olunmayıb... Bu gün Ali Media mükafatı laureatı Hidayət Elvüsalın doğum günüdür. Dostumuzu, müasir dövrümüzün Mirzə Cəlilini təbrik edir, çan sağlığı, yaradıcılıq uğurları arzulayırıq!
HĠDAYƏT ELVÜSAL
YA HƏQĠQƏTĠ DEYƏK, YA DA SUSAQ Xalq yazıçısı Anarın “Anlamaq dərdi” məqaləsində belə bir ifadə var: “Mirzə Cəlil (Cəlil Məmmədquluzadə - red.) haqqında ya həqiqəti yazmaq, ya da heç yazmamaq lazımdır”. Bu sözlərin hədəfini bir qədər dəyiĢdirsək, belə deməyə, belə yazmağa haqqımız var: “Bu gün Türkiyə haqqında qarĢılıqlı münasibətlərimizin heç olmazsa bəzi nüansları barədə ya həqiqəti yazmaq, ya da heç yazmamaq lazımdır”. ABŞ-ın sabiq prezidenti Bill Klintonun bir sözünü bu başdan xatırlatmaq, baş verən hadisələrin panoramına az da olsa aydınlıq gətirər: “Biz ötən əsrin (XX əsrin-red.) 20 ilini və bu əsrin (XXI əsr) 20 ilini Türkiyəyə həsr edirik”. Deməli, Türkiyədə baş verən bəzi olaylarda ABŞ-ın birbaşa təsiri var. Bunlar adi gözlə görünə bilən hadisələrdir, Türkiyənin daxili və xarici siyasətində özünü büruzə verir. Bizi ən çox maraqlandıran isə əlbəttə, qardaş ölkənin Azərbaycanla bağlı atdığı addımlarıdır. Türkyə və Azərbaycan bir-birlərinə həmişə dəstək olur, eyni mövqedən çıxış edir. Beynəlxalq təşkilatlarda, tədbirlərdə hər iki
ölkə birgə qətiyyət göstərir. Belə tədbirlərin birində erməni prezident Sərkisyanın Türkiyəyə yönəlik növbəti hücumuna Azərbaycan prezidenti İlham Əliyevin: “Türkiyə burada təmsil olunmur, amma mən buradayam” - deyə təpki göstərməsi böyük rezonans doğurdu. Hətta Türkiyə müxalifətinin, türk ziyalılarının Azərbaycan prezidentinin ünvanına söylədikləri təşəkkürləri dəfələrlə eşitmişik. Bu, qardaşlığın, birliyin, qətiyyətin əməli bir nümunəsidir və diqqət etsək həm siyasətdə, həm də iqtisadi sahələrdə Azərbaycan Türkiyəyə daha isti, daha səmimi münasibət bəsləyir. Niyə “daha” sözünü işlədirik? Bəzi səbəbləri var. Buna görə qeyd etdik ki, bəzi həqiqətləri yazmalıyıq, ya da susmalıyıq. Amma... Elə hadisələr baş verir ki, susmaq olmur. Bu gün Türkiyədə baş verənlərə etinasızcasına baxa bilmərik. Çünki elə hadisələr baş verir ki, birbaşa Azərbaycana dəxli var. Əgər o zaman Türkiyə ilə Ermənistan arasındakı Əlican sərhəd məntəqəsinin açılmasına Azərbaycan xalqının, Azərbaycan prezidenti İlham Əliyevin kəskin etirazı, xəbərdarlığı olmasaydı, Ərdoğan hökuməti bu qapıları açacaqdı. Telekanallarda bəziləri bu qapıların açılmasını Türkiyənin “kendi çıkarılarına” uyğun olmasını gecə-gündüz söyləməkdən doymurdular. Ürəklərindəki erməni məhəbbətini gizlətməyənlər elə primitiv səbəblər gətirirdilər ki, insan bu dayaz düşüncə qarşısında donub qalırdı: “Əgər İqdırda biri xəstələnərsə, onu Ankaraya deyil, İrəvana, daha yaxın yerə aparmaq asan olar”. “...Və bunun üçün “kardeş” dediyiniz Azərbaycana xəyanət etməyə, namərdlik göstərməyə ehtiyac yoxdur...” Bu siyasət dəllallarına deyən yox idi ki, o xəstəni ora-bura sürüməyə dəyməz. Sadəcə olaraq İqdırda bir xəstəxana, bir-iki həkim kifayət edər. Və bunun üçün “kardeş” dediyiniz Azərbaycana xəyanət etməyə, namərdlik göstərməyə ehtiyac yoxdur. Uzun zaman davam edən bəzi qüvvələrin bu “sınaq testi” həm Azərbaycanda, həm də Türkiyədə kəskin etiraza, müqavimətə rast gələndə zirvədəkilər: - Belə bir şey yoxdur! O sərhədlərin hansı şərtlərlə açılacağı hamıya məlumdur. Biz qardaşıq, dostuq və həmişə də belə olacaq, - dedilər. Amma bu qədər uzun bir zamanda - hansı səbəbdən susduqları barədə bir kəlmə də söyləmədilər. ANKARA UNĠVERSĠTETĠNĠN REKTORU ...Və onun kimilər “Qrant Dink” cəmiyyətinin təşkil etdiyi bir toplantı keçirdilər. Məqsəd Ermənistanla Türkiyə arasındakı həmin sərhəd qapısını -
Əlicanı ermənilərin üzünə açmaq idi. Bu qapı Xocalı faciəsindən sonra bağlanıb. Bayaq dedik ki, açılması üçün şərtlər qoyulub. Ankara Universitetinin rektoru erməni ordusunun Xocalıda törətdiyi soyqırımdan xəbərdardırmı? Bilirmi ki, orada körpələr, yaşlı insanlar, qadınlar, silahsız insanlar vəhşicəsinə qətlə yetirilib? O rektor və onun kimi simasızların bu erməni məhəbbəti haradan qaynaqlanır? Əgər o rektor və onun kimiləri ermənilərin Türkiyədə də törətdikləri vəhşilikdən xəbərləri yoxdursa... o nə rektordur? Hansı savada, hansı biliyə, hansı qeyrətə, namusa malikdir? Belə bir adamın hərəkətini ölkə rəhbərliyində bilən yoxdurmu? Axı, onların xəbəri olmadan bu və buna bənzər hər hansı tədbir keçirilə bilməz. Deməli, AKP və onun rəhbərləri yeni bir “sınaq testi”nə start veriblər. Elə isə o rektora və ona qol-qanad verənlərə bir məsləhətimiz var: -Ürəyinizdəki erməni məhəbbətindən Qrant Dinkə də pay düşürsə, bir kişilik edin. Qrant Dinkin Türkiyə TV-lərində bu gün də qorunub saxlanan bir çıxışındakı sözləri belə tədbirlərin keçiriləcəyi yerlərdə ya dilə gətirin, ya da yazın başımızın üstündən asın. “Ağos” qəzetinin bu erməni yazarı belə deyib: “O zaman ermənilər türkləri öldürüb. Türklər də erməniləri. Vəssalam! Soyqırım yalanı ABŞ-ın Qərbin uydurduğu bir yalandır”. Bax, belə, rektor cənabları! Mənbəyi də dedik, Türkiyə TV-lərinin demək olar ki, hamısında Qrantın bu etirafları var. Madam ki, onun adını daşıyan cəmiyyətin təşkil etdiyi xəyanət tədbirində başda oturursan, onun dediklərini də dilə gətir. Cəsarətin çatarmı? Yox! Çatmaz! Namərdlərin cəsarəti olmur, hiyləsi, yalanı olur! Həm də... belə qələtləri böyüklərin tapşırığı ilə eləyirlər. Amma namusla, cəsarətlə, qardaşcasına hərəkət edən türk qardaşlarımıza təşəkkür etməyi də özümüzə borc bilirik. Məhz bu xəyanət zamanı onlar Hollandiyada həqiqəti sübut edən başqa bir tədbir keçirdilər. HollandiyaAzərbaycan-Türkiyə Dostluq Cəmiyyəti Xocalı faciəsini əks etdirən möhtəşəm sərgi təşkil etdi. Bu sərgidə yalnız Rusiya və Avropa jurnalistlərinin lentə aldıqları, erməni faşizmini əks etdirən fotolar, film Ankaradakı rektorun və ona tapşırıq verənlərin simasını ortaya qoydu. Görürsənmi cənab rektor! Hamı sənin və yanındakılar, sənə tapşırıq verənlər kimi namərd, satqın, kollaborasionist deyil. Əsl türkdür! Həqiqəti söyləyən, cəsarətli, namuslu türk! Sənə qol-qanad verən, zirvədəkilərə yaltaqlanmaqla vəzifəni qoruyub saxlayan səbəblər isə... ERMƏNĠLƏR HAKĠMĠYYƏTƏ GƏTĠRĠLĠR Baş nazir Əhməd Davudoğlunun baş müşaviri vəzifəsinə erməni Mahçupyan təyin olunub. Türk millətinə, Azərbaycana açıq düşmənçiliyi ilə tanınan erməni yazar. O erməni ki, uydurma soyqırımın tanınması üçün Türkiyədə və Avropa
ölkələrində dəridən-qabıqdan çıxıb. RKK lideri Ocalanı telekanallarda öyməkdən, tərifləməkdən doymayan erməni. Və bu təyinatdan cəmi 2-3 gün sonra Türkiyə mətbuatında işğal altında olan Dağlıq Qarabağdakı ermənilərlə bağlı yazı dərc olundu. Milliyyəti şübhəli olan Türkiyə jurnalisti erməniləri eninə-boyuna əzizləyəndən sonra onlardan birinin alçaq cümlələrini qələmə alıb: - Biz (ermənilər) Qarabağın bir hissəsini (?!!) azad etmişik (?). Amma qalan hissəsi (?!!) hələ də Azərbaycanın nəzarəti altındadır... Əgər biz - Azərbaycan jurnalistləri Türkiyə barədə belə yazı dərc etsəydik, Ərdoğanın AKP-si özünü cırıb dağıdardı. “Bengü türk” TV-də çıxış edən əsl türk qardaşımız isə belə dedi: - Azərbaycan belə bir şərəfsizlik, düşmənçilik müqabilində ən azı nota verə bilərdi. Amma neynəsin? Qardaş qardaşa necə nota versin? Və o, bir proqram boyu AKP-nin bağrına basdığı yazarın əsl simasını açıb tökdü. İndi nə olacaq? Heç bir şey. AKP-nin şablon yalanı özünü çox gözlətməyəcək. Ya Davudoğlu, ya da elə hər hansı bir AKP naziri: - Bunlar Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyən ünsürlərdir... Amma həqiqət belə deyil. Bir də deyirəm: Türkiyə mətbuatını az qala mikroskop altında izləyən hökumət bunu bilir və susur (Son həbslər, hadisələr bariz nümunədir). Yenəmi test eləyir? Bəli! Azərbaycanı bir daha sınayır. Belə sarsaqlamalarla onun səbrini, reaksiyasını yoxlayır. Erməniyə yüksək vəzifə vermək AKP-nin öz işidir, daxili işlərinə qarışmırıq. Amma belə şərəfsiz, namussuz çıxışlara bizim reaksiyamız dəyişməzdir. “Kardeş” dediyin millətə düşmənçilik etmək namərdlikdir. Və belə namərdliklər zaman-zaman müxtəlif cür meydana çıxıb, hər dəfəsində də ən əvvəl türk ziyalıları tərəfindən qınanıb. NURU PAġA VƏ XƏLĠL PAġA ...Türk ordusuna, türk millətinə, ümumilikdə Türkiyəyə xəyanət edib, qulağının birini itirməklə canını qurtarıb aradan çıxan Andronik qisasını Azərbaycandan almağa başladı... Əhalini Naxçıvandan, Vedibasardan, Basarkeçərdən başlayaraq, Qubaya qədər hər yerdə qılıncdan keçirdi. Laçında Soltan bəyin, Kəlbəcərdə Məşədi Cəmilin müqavimətinə rast gəldiyindən oralardan yan keçməyə məcbur olub və qalan yerlərdə qanı su yerinə axıdıb... Yalnız Nuru paşanın komandanlığı ilə Qafqaza gələn türk ordusu işğalçı, vəhşi erməniləri bu torpaqlardan uzaqlaşdırıb. Azərbaycan xalqı Nuru paşanı bu gün də ehtiramla yad edir. Ədəbiyyatda, o dövrü qələmə alan insanların yazılarında xatırlanmasa da, məlumdur ki,
Azərbaycanın zənginləri bunun müqabilində türk ordusuna halallıqla, yardım məqsədi ilə xeyli qızıl da bağışlayıblar. Amma çox keçmədən yenə də Türkiyənin “kendi çıkarıları” üçün ordu geri çəkilib. Daha sonra 11-ci Qırmızı Ordu işğala gəlib. Ordunun qabağına Xəlil paşa düşüb. Rus işğalına müqavimət göstərməyə qalxan Azərbaycan Ordusunu, Milli hökuməti inandırıb ki, 11-ci ordu burada qalmayacaq, keçib gedəcək. Qardaş sözünə inanan milli hökumət bolşeviklərə müqavimət göstərməməyi tapşırıb. Azərbaycana daxil olan qırmızılar... xalqı qan gölündə boğub, dövlətimiz müstəqilliyini itirib. Bunları korşalmış tarixi yaddaşımızı bir daha itiləmək üçün dedik... ATATÜRK Bu böyük dahi, böyük sərkərdə, türk qəhrəmanı böyük hörmətə layiqdir. Onun adını hörmətlə çəkir, xatirəsini əziz tuturuq. Atatürk, yorulmuş, əzilmiş, yaranlanmış türk ordusundan ingilis, fransız, yunan işğalına bəh-bəh deyənlərdən əlini üzüb, kəndbəkənd, oba-oba gəzib dolaşıb, vətənsevər, qeyrətli insanları toplayıb yeni bir ordu yaradıb. Bu ordunun o vaxt qəhrəmanları da oldu, qorxaqları da. Bu gün Atatürkün Türkiyə qarşısındakı xidmətlərini danmaq istəyənlər o qorxaqların, satqınların namərdlərin, xainlərin nəvə-nəticələridir. Türkiyənin taleyini həll edən Çanakkala savaşında Azərbaycan türkləri də qəhrəmancasına vuruşub, canlarını qardaş xalqın, qardaş ölkənin azadlığı uğrunda qurban veriblər. Atatürk məhv olmuş, dağıdılmış, çökmüş, qurumuş Osmanlı imperiyasından bir dövlət - Türkiyə Cümhuriyyətini qurmağı bacardı. Həm də bu Cümhuriyyət elə ilk gündən dünyəvi bir dövlət olaraq meydana çıxdı. Atatürk bu səbəbdən nə qədər unutdurulmağa çalışılsa da, adına-ünvanına böhtanlar yağdırılsa da, ermənilər, AKP, hətta RKK tərəfindən "əyyaş", "faşist" adlandırılsa da dahidir, Cümhuriyyətin qurucusudur, Türkiyənin xilaskarıdır. Bu və başqa səbəblər üzündən hörmətlə yad etdiyimiz Atatürk ilk milli bankı da Nərimanovun göndərdiyi borc deyil, bağışladığı qızıllar hesabına qurub. Bu, tarixi faktdır! Azərbaycana qarşı sonradan məcbur olduğu soyuq münasibətə baxmayaraq o böyük insana hörmət etməmək mümkün deyil. Ümumiyyətlə isə, tarixdən bəllidir ki, Türkiyə Cümhuriyyətinin bəzi rəhbərləri öz ölkələrinin mənafeyi, yəni "kendi çıkarıları" naminə "kardeş" dedikləri, dost bildiklərini həlledici sonda qurban verməyə hazır insanlar olub. Bu da güman ki, Osmanlıdan miras qalan bir adətdir... Zənnimcə, Məmmədəmin Rəsulzadənin Türkiyədən uzaqlaşdırılması da bununla bağlıdır.
ONLARIN HƏR BĠRĠ İsmət İnönü o zaman Stalinin bir ismarıcı ilə zülümdən, işgəncədən qaçıb Türkiyəyə pənah aparan 140-a qədər azərbaycanlını sərhədin bu tərəfinə çıxarıb. O insanlar elə orada güllələnib. Səbəb yenə də Türkiyənin "kendi çıkarıları" olub. Kimi deyim? Tansu Çillər bütün hakimiyyəti boyu erməniləri Türkiyədə qarşılayıb, salamlamaq arzusu ilə yaşadı. "Bircə o günü görsəydim..." deyə ürəyindəkiləri gizlətmədi. Süleyman Dəmirəl Qarabağ müharibəsi zamanı bir qədər də qabağa getdi. Ermənistan ordusu aclıqdan işğal etdikləri Azərbaycan torpaqlarından çəkilmək məcburiyyətinə qalanda məhz o, düşmənlərin dadına yetişdi. O zaman Rusiyanın da vəziyyəti çox ağır idi. Ermənistana ərzaq yardımı göstərə bilmirdi. Amma hayların imdadına Dəmirəl çatdı. Ermənistana 100.000 ton (!) taxıl göndərdi. Bildiyimə görə, Mərhum prezident Heydər Əliyev o vaxt bundan çox təsirlənmişdi, əsəbləşmişdi. Amma neyləmək olardı... Elə burada qeyd edim ki, bir vaxtlar bu rəqəmi 50.000 ton bilirdim və belə də yazmışdım. Amma sonralar AKP rəhbərliyinin müəllimi Nəcməddin Ərbəkanın bir rəsmi çıxışına rast gəldim: Ərbəkan bu rəqəmin məhz 100.000 ton olduğunu qeyd etdi. O KĠ, QALDI ƏRDOĞANA... Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyub Ərdoğan güclü bir şəxsiyyətdir, bacarıqlı, mübariz, meydanşir adamdır. Qəzəblidir, israrçıdır, ünvanına söylənən hər hansı tənqidi qəbul etmir və bəzən az qala söyüşə qədər əsəbiləşir. O, kütləni söylədiyi hər şeyə inandırmaq, yönləndirmək, idarə etmək bacarığına malikdir. Ərdoğan liderdir. Bugünkü Türkiyədə ona qarşı gələ biləcək nə iqtidar, nə də müxalifət rəhbəri var. Ərdoğan və onun rəhbərlik etdiyi (əslində bu gün də hökumət, AKP onun təsiri, rəhbərliyi altındadır) partiya utopik islamçılardan ibarətdir. Yenidən Osmanlı eşqi ilə yaşayan bu insanların hamısı din üzərindən siyasət yürütməklə məşğuldur. Bəzən adi başörtüsü aylarla mübahisə predmetinə, çəkişmələrə səbəb olur, gündəmi dəyişir, siyasi mahiyyət kəsb edir. Ərdoğan məzhəbçidir. O, sünni təriqətinin nümayəndəsi, mühafizəkarı, təbliğatçısıdır. Xristian dininin ən müxtəlif cərəyanlarına isti münasibət göstərsə də, şiə təriqətinə olan nifrətini gizlətmir. "Camiyə ayaqqabı ilə giriblər" - deyə Gəzi Parkı hadisələrində üsyan edən Ərdoğan, İstanbulun göbəyində şiələrin Məhəmmədiyyə məscidinin yandırılmasına, Quranın kül olmasına səssiz qaldı. Suriyadakı savaşdan qaçan sünni ərəbləri, kürdləri hətta erməniləri, bu günün özündə belə Qarabağı işğal edən, ermənilərlə çiyin-çiyinə olan yezidiləri məhəbbətlə qarşıladı. Kərkükdən, Suriyanın ayrı-ayrı bölgələrindən qaçıb Türkiyəyə sığınmaq istəyən türkləri... geri qaytardı, passport (?!) istədi. Səbəb... onların şiə təriqətinə mənsub olmaları...
Ərdoğan ötən il ermənilərin uydurma genosid günü təəssüfünü bildirdi. Əslində bu təəssüf Ərdoğanın üzürü kimi qəbul edildi və ermənilərə qol-qanad verdi: -Görürsünüzmü? Biz deyirdik axı! Türklər ermənilərə qarşı soyqırım törədiblər, Azərbaycanlılar indi də əziyyət verirlər. Bunu Ərdoğan da etiraf edir. Və Ərdoğanın bu hərəkəti əslində Azərbaycana da bir zərbə idi. Ermənilər onun dilindən "əzabkeş", "soyqırıma uğrayan" millət "statusunu" möhkəmlətdi və Azərbaycan Qarabağda torpaqlarının azadlığı mübarizəsinə qalxarsa bu, türklərin yeni bir həmləsi kimi qarşılanar - deyə dil boğaza qoymurlar. Əlbəttə, onlar bu fikirdədir, Ərdoğanın təqdim etdiyi siyasi "kozır" onları belə düşünməyə, belə danışmağa ürəkləndirir. Qarşıdan 2015-ci il gəlir. Uydurma soyqırımın 100 illiyi. Ermənilər bu saxta tarixə ciddi hazırlaşırlar. Hökumət də az iş görməyib. O hadisələr zamanı türk qızlarını, türk qadınlarını əsir alıb, başlarına müsibətlər açan ermənilərin xatirinə Aktamar kilsəsinə 5 milyon xərc çəkərək təmir-bərpa işləri gördürüb. "Ermənilər də vergi ödəyir" deyə özünə haqq qazandıran Hökumət ya o tarixi bilmir, ya da elə çox gözəl bilir... Yoxsa ermənilərin ödədiyi vergilər müqabilində başqa işlər də görünə bilərdi. Məsələn, İstanbul fahişəxanalarının sahibi, gorbagor Manukyanın dövlətə ödədiyi vergilər hesabına bu işi görmək mümkün idi.
*** ...Bütün bunlara baxmayaraq, Azərbaycanın ən yaxın dostu, qardaşı, tərəfdaşı Türkiyədir. Ərdoğan olsa da, olmasa da Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Kimin baş nazir, kimin cümhur başqanı olması vacib deyil. Vacibi iki dövlətə malik olan türk milləti qardaşlığı həmişə qoruyub, saxlayıb. Liderlər gəlibgedəndir, qalan Vətəndir, Millətdir. Eyni qapı, eyni dili, eyni dini, eyni taleyi yaşayan Millət - Türk Milləti! Bu ifadə, yəni Türk Milləti, AKP-də xoş qarşılanmasa da, bu torpaqların əsl sahibləri Türk Millətidir. "AZƏRBAYCAN!" DEYƏNDƏ... Türk tarixində sünni-şiə qarşıdurmasının banisi Osmanlı soltanlarından biri Yavuz Sultan Səlim olub. Səfəvilər dövlətinə, şiə təriqətinə olan düşmənçiliyi səbəbindən Şah İsmayıl Xətaiyə qarşı müharibəyə başlayıb. Ələviləri, şiələri hər yerdə qılıncdan keçirib. On minlərlə türk Yavuz Sultan Səlimin qurbanı olub. Və... İstanbulda, hətta inşası mübahisəli olan 3-cü körpüyə Ərdoğan... Yavuz Sultan Səlim adını verdi. Ələvilər, cəfərilər - şiələr üsyan səslərini ucaltdı. Amma sözündən dönmədi. Uydurma, saxta "ergenekon" düzməcəsində tutulan bir general da vardı Əngin Alan. Ötən əsrin 90-cı illərində Azərbaycana gəlmişdi. Hələ formalaşmamış, dağınıq, zəif Azərbaycan Ordusunun güclənməsi üçün əlindən gələni etdi. "Ergenokon" çökdükdən sonra hamı azad edildi. Əngin paşa çox-çox
sonralar zindandan çıxdı. Həm də millət vəkili ola-ola. Niyə? Əngim Alan bir türk əsgəri, türk generalı, sərkərdədir. Öcalanın, yəni bu gün AKP-nin hesablaşdığı, bəzən isə açıq-açığına yalvardığı bu qatilin qollarına qandal vuran türk oğludur! "Star" TV-nin aparıcısı, Türkiyənin ən tanınmış simalarından olan Uğur Dındar Azərbaycanın millət vəkili, o zaman Əlican sərhəd qapısının açılmasına qarşı fəal mübarizə aparan Qənirə Paşayevanı elə canlı yayımda qarşıladı. Qənirə xanımın təqdim etdiyi Azərbaycan Bayrağını öpdü və bununla da AKP-yə bütün dünyaya mesaj verdi. Çox keçmədi onu "Star"dan çıxardılar. Xocalı faciəsinin ildönümündə yüz minlərin qarşısında Azərbaycan xalqı ilə həmrəyliyini bildirən, o zamanın daxili işlər naziri İdris Naim Şahin yəqin ki, yadınızdadır. ABŞ-dakı erməni sürüsü səs-səsə verdi. O, ölkənin Türkiyədəki səfirinə xəbər göndərdi - İdris Nail Şahin cəzalanmalıdır. ABŞ deyə, AKP də yerinə yetirməyə?! İdris bəy vəzifəsindən qəflətən uzaqlaşdırıldı. Mehmet Pərincək Türkiyədəki, Moskvadakı arxivlərdə çalışıb erməni yalanlarını təsbit etdi. Bütün bunları bir kitab halına gətirdi. Bu kitab Azərbaycanda nəşr olunandan sonra gənc tədqiqatçı yazarı Türkiyədə həbs etdilər. Səbəb... çox gülüncdür - xalqlar arasında narazılıq "yaradırmış". Görəsən hansı erməni yazarı, yaxud türk satqını "sülh" nəğməsi oxuyurmuş? Belə misallar çoxdur. Mən ən gülməli bir-iki misal da gətirməklə sizi yormaq istəmirəm. Əməliyyat yolu ilə özünü qadına çevirən keçmiş kişi, bugünkü arvad Bülənd Ersoy "Azərbaycan dövləti nə deməkdir?" - deyə böyük bir qələt elədi. Bu... Elend Bersoy (!) şəxsiyyətinə, fiziki, psixoloji durumuna uyğun olaraq belə söylədi və... sonra üzr istədi. "Yaxşı Cazibə" telefilmi yadınızdamı? Əlbəttə, hamı baxırdı. Bir azərbaycanlı qızın İstanbul macərasından bəhs edirdi. Daha ağıllı, əxlaqlı, əsl azərbaycanlı qızının belə təqdim olunması bilirsinizmi kimi narahat edib? İnanmazsınız! AKP rəhbərlərindən birinin arvadını… Məhz onun tapşırığı ilə rejissora, ssenaristə hədə-qorxu gəlib: -Sən Azəri qızını Türk qızından (nə fərqi varmış?) üstün tuta bilməzsən. Bizim də qızlarımız var… Mən dəqiq faktı deyirəm… Çox keçmədi nəticəsini gördük - filmin sonunda Cazibə gəzəyən, fırıldaqçı… bir qız kimi təqdim olundu. Əlbəttə, bunun bir düzməcə, sarsaqlıq olduğunu hamı bildi. Rejissor da üzr istədi. Ümumiyyətlə isə Türkiyədəki bəzi qüvvələrin düşmənləri Şah İsmayıl Xətai, Atatürk, Nazim Hikmət, Əziz Nesin (Allah rəhmət eləsin. Bunların simasını o zamandan açıb göstərib) və… ələvilər-şiələr… Və bu gün Türkiyədə iqtidara yaxın mediada Azərbaycana, Azərbaycanın önəmli insanlarına, ölkə rəhbərliyinə qarşı dərc olunan yazılar, TV proqramlarında deyilənlər təsadüfi hadisələr deyil. Bütün bunlar AKP-nin bəzi rəhbər kadrları tərəfindən, onların razılığı, tapşırığı əsasında baş verir. Bu sahədə ən aktiv rolu Baş nazirlikdə oturanlardan biri, o eynəkli "media güdükçüsü" oynayır. İndi Mahçupyan da bu işin başındadır.
Bu həmlələr ABŞ-ın “gözvurması” ilə Türkiyənin Azərbaycanı təhdid altında saxlamaq, küncə sıxışdırmaq məqsədi güdür. Amma bilmirlər ki, bu mümkün deyil. Biz hər şeyi, hər kəsi görürük. Sadəcə olaraq səbrimiz böyükdür və... ən əsası- siyasi manevrlər imkanımız onların anlaya bilməyəcəkləri qədər genişdir, həm də çox genişdir. Azərbaycan prezidenti İlham Əliyevin məqamında atdığı addımları göz önünə gətirmək yetər! Kimin kimi və nələri itirəcəyini dilə gətirməyə isə ehtiyac yoxdur, hər şey göz qabağındadır. “Yunanlarla növbəti döyüşdən, qələbədən sonra savaş meydanını gəzən Atatürkün gözü düşmən bayrağına sataşır. Yerə atılmış, toz-torpağa bulaşmış düşmən bayrağına” Sadəcə olaraq bəzilərinə görə Türkiyədən, əsl türk qardaşlarımızdan umu-küsü edə bilmərik. Heç türk milləti də bunu istəmir. Böyük Türk Milləti yenilməzdir, ayrılmazdır, birdir, qardaşdır. Bu qardaşlığı nə ABŞ, nə PKK, Öcalan, nə AKP, nə Mahqunyan, nə də Fətullah Gülən poza bilər. BAYRAQ! Bursada keçirilən bir futbol matçı yadınızdadırmı? Ermənilərlə türklər 1 saat 30 dəqiqə top oynadılar. Prezidentlər - Sərkisyan və Abdullah Gül də orada idi. Polis stadiona gətirilən Azərbaycan bayraqlarını... Bu yerdə yenə Atatürkü xatırladım. Yunanlarla növbəti döyüşdən, qələbədən sonra savaş meydanını gəzən paşanın gözü düşmən bayrağına sataşır. Yerə atılmış, toz-torpağa bulaşmış düşmən bayrağına. - Bu nədir?! - deyə qəzəblə əsgərlərin üstünə gəlir. - Düşmən bayrağıdır, paşam, yunan bayrağıdır. Atatürk əsgərlərin üzünə baxır: - Mən də görürəm ki, düşmən bayrağıdır. Amma o bayraq bir millətin, bir dövlətin qürurudur. Qaldırın onu yerdən! Əsgərlər düşmən bayrağını qaldırırlar. AKP isə “kardaş” dediyi Azərbaycanın bayrağını Bursada, ermənilərlə top oynacaqlar deyə, Sərkisyanın xətrinə dəyər deyə ayaqlar altından qaldırtmadı... Və bu gün həmin AKP Hakkaridə, Diyarbəkirdə, Şanlı Urfada, Mərsində... daha haralarda öz bayrağına, Türk Bayrağına da sahib çıxa bilmir, ya da bunu istəmir. “İstiqlal” marşından da imtina etmək ərəfəsindədirlər. Əgər sabah, ya o biri gün “Türkiyə Federativ Cümhuriyyəti”, yaxud “Anadolu İslam Cümhuriyyəti” kimi ifadələr eşidib, görsəniz, təəccüblənməyin. ABŞ-, Fətullah Gülən və AKP Türkiyəni oraya aparır...
ĠQTĠDAR ...AKP öz hakimiyyətini möhkəmlədir. Ordunun gücü “məlum razılaşmaya” (Bu barədə danışmağı hələlik lazım bilmədik) əsasən azaldılır. Türk generalları, türk əsgərləri həbsxanaya atıldılar. Ordunun bu hala düşməsi ABŞ-AKP “projesinə” tamamilə uyğundur. İndi jandarm da Türk Silahlı Qüvvələrindən ayrılıb... polisə təhvil verilir. Ordu get-gedə zəiflədilir, alternativ əsgərlik uyğulanır, polis gücləndirilir - onun öhdəsinə ordudan alınan ağır texnika, silah, jandarm və sahil güvənliyi qüvvələri verilir. Niyə? Ölkə daxilində niyə güclü polis rejimi yaradılır? Hökumət əsgərlə dil tapa bilmir və yenidən onun üstünə gedir. Tabeliyində olan media vasitəsilə yenidən Türk əsgərini qaralamağa çalışır. Və bütün bunların bizə dəxli var. Biz də qardaş Türk milləti kimi güclü, dünyəvi Türkiyə arzulayırıq. İmam-Xətib məktəbləri, 7-8 yaşında hicablı qızlar, qız-oğlan, sünni-şiə, qadınkişi... ayrımçılığı, daha nələr, nələr... ölkəni gözdən, gücdən salır. Belə işləmələrlə “Yeni Türkiyə” ola bilməz. Cümhuriyyətdən, Bayraqdan, “İstiqlal” marşından dünyəvi təhsildən imtina etmək, olsa-olsa Əski Türkiyə yarada bilər. Bütün bunlar Türkiyənin daxili işləridir - deyə bilərsiniz. Amma bizə də dəxli var. Baş verənlərə bir qədər də diqqətlə baxsaq, görərik ki, dəxli var. Həm də birbaşa dəxli var. Deməyə, yazmağa çox şeylər, çox məsələlər, mətləblər olsa da hələlik bu qədərini oxucuların nəzərinə çatdırırıq. Həm də elə “bu qədəri” də az deyil... LĠDERLƏR Qeyd etdik - Ərdoğan güclü şəxsiyyətdir. O, Türkiyəni bəzən xoşhaxoşluqla, bəzən isə zorla idarə edir. Sosial dayaqları möhkəmdir. Gündəmi istədiyi anda dəyişmək bacarığı var. Əsəbidir, narahatdır. Qəzəblə danışır, əksər vaxtlarda səsini yüksəldir, qışqırır, təhdid edir, ona mane olanları sındıra biləcəyini sərgiləyir. Osmanlı arzusu ilə yaşayır, özünü get-gedə sultanlar kimi aparır, tarixdə qalmaq üçün hər cür cəhdləri göstərir. Türkiyəni itaətə, məzhəbçiliyə, dini siyasətə, diktatorluğa alışdırır. Cümhuriyyət Xalq Partiyası Dəniz Baykala qurulan tuzaqdan sonra zəifləyib. Kamal Kılıçdaroğlu diktatorluğa meyllidir, xəyalpərəstdir, “AKP-nin etdiklərini mən də edə bilərəm” düşüncəsi ilə ABŞ-a Fətullahçılara, PKK-ya yarınmaq istəyir. Partiya daxilində ən kritik, mühüm qərarlar alarkən heç kəslə məsləhətləşmir. Prezident seçkiləri zamanı islamçı Ekmeletdin İhsanoğlunu namizəd göstərməklə və Milli Hərəkat Partiyasının lideri Dövlət Bahçəlini də bu işə qoşmaqla müxalifətin məğlubiyyətini gerçəkləşdirdi. Kılıçdaroğlu özünü Atatürk kimi göstərməyə çalışsa da, zamanı “Mən Dersimli Kamalım!” - deməklə ürəyindəkiləri bildirdi. Dersim (indiki Tunceli) polkovnik Seyid Riyanın və onun adamlarının Qərb ölkələri ilə əlbir olub. Cümhuriyyəti bölməyə qalxan bir bölgədir. O üsyanda kürdlər və ermənilər ön sırada olublar. Üsyan yatızdırılıb, Seyid Riza edam edilib. Kılıçdaroğlunun “Dersimli Kamal” olması indi Türkiyənin gündəmini dəyişən bir gedişdir və AKP bu fürsətdən yetərincə yararlanır.
Dövlət Bahçəli təmiz, düzgün türkçülüyün keşiyində duran bir insandır. Dövləti idarəetmə təcrübəsinə malikdir. Ağıllıdır, cəsarətlidir, türk təəssübkeşidir. Amma yaşlanıb. Bilmirik, MHP-yə yeni bir lider hazırlayıbmı, ya yox. Amma Türk dövlətini, türk millətini, türkçülüyün, Cümhuriyyətin qorunmasında MHP yenə çox mühüm rol oynaya bilər. İşçi Partiyası daha fəal, dönməz, əyilməz bir təşkilatdır. Onun lideri Doğu Pərincək üsyankardır, açıq sözlüdür, imperializmə qarşı həyatını, ailəsini sipər etmiş bir insandır. Türkiyəni ilgiləndirən bir çox qaranlıq məqamların, məqsədlərin üstünü məhz o açıb, cəsarətlə söyləyib. Həbsxanaya atılıb, yenə sözündən, mübarizəsindən dönməyib. Səmimi, təmiz, düzgün insandır. Rəhbərlik etdiyi partiya da, onun gənclik qolu da mübarizdir, vətənpərvərdir. Atatürkün, Cümhuriyyətin kurallarına sadiqdir. Qondarma “erməni soyqırımı” haqda məhkəmə işi açan, qələbə qazanan Pərincək bu qələbəni zindanda bayram edib. Fətullah Gülən Türkiyəni illər boyu AKP ilə birgə idarə edib. Hər yerə, hər təşkilata öz adamlarını yerləşdirib. Ərdoğan dəfələrlə, dönə-dönə onun adını hörmətlə çəkib. ABŞ-dan geri dönməsini istəyib. Siyasi dinçilik, islami dövlət, orta çağlara dönüb, bunu yenilik kimi qələmə vermək hər ikisinin arzusu, ideyasıdır. Türk generallarının, komandirlərin, ziyalıların həbsi Fətullahçı güruhun əli ilə həyata keçirilib. Bu güruhun əlində geniş maliyyə imkanları, təşkilatlanmış canlı qüvvə, silahlı, fanatik insanlar var. Dörd nazirin, onların oğlanlarının rüşvətə bulaşması üzə çıxarılandan sonra Ərdoğanla Fətullah Gülənin arası pozuldu. Bundan istifadə edən Kılıçdaroğlu Fətullahçılara tərəf əyildi, onlarla ünsiyyət qurdu. Və bu, AKP-nin deyil, CHP-nin Fətullah camaatı ilə birgə hərəkət etdiyini demək üçün Ərdoğana imkan verdi. Camiyyənin məktəbləri yenə də fəaliyyət göstərir, adamları məclisdən tutmuş hər yerdə var. Bu qarşıdurma uzun sürəcək kimi görünür. Çünki uzun müddət birgə olublar, bir olublar, ölkəni Ərdoğan demişkən, paralel idarə ediblər.
*** ...1915-ci, Türkiyə üçün ən kritik, həlledici illərdən birinə qədəm qoyuruq. Bu ildə çox hadisələrə şahid olacağıq. Heç gözləmədiyimiz olayların baş verəcəyi indidən görünür. 7 qoldan, 24 boydan gələn Böyük Türk Milləti növbəti sınaq, imtahan qarşısındadır. Bir-birimizin əllərindən daha bərk yapışmaq vaxtıdır. Türkiyənin varlığı, bütünlüyü, yenə də güclü, qüdrətli olması Azərbaycan üçün də vacibdir, həm də çox vacibdir! P.S. Yazı çapa hazırlanarkən Türkiyədə Fətullahçıların həbsinə start verildi... Türk əsgərini, türk ziyalılarını həbsə atan bu güruh nəhayət ki, ədalət qarşısındadır... Mənbə: Tezadlar.az 18, 21 dekabr 2014
Fotoda: Soldan sağa - Məzahir Süleymanzadə, Ġmamverdi Ġsmayılov, Oqtay Məmmədov, Mehdi Alıyev, ġakir Yaqubov, Hidayət Elvüsal. 1992-ci il. H.Elvüsala Mətbuat Fondunun mükafatı təqdim olunur.
ATA MĠLLƏT, ANA MĠLLƏT, AĞLAMA
Dərd içində qovrulan Məmməd Araz titrəyən əlləri ilə Qarabağdan perik düĢmüĢ balaları qucaqlayanda, Rauf bu təkrarsız anı lentə aldı. Məmməd Araz sanki balaları qucaqlamadı, Azərbaycan boyda dərdi sinəsinə basdı: Pəncərəni külək döyüb ağlasa, Eyvanına quşlar qonub ağlasa, Ürəyini nalən yonub ağlasa, Içində yan, ağı deyib ağlama, Ağlamağın yeri deyil, ağlama! Ata nəvazişinə, ana sığalına həsrət körpələr Məmməd əmiyə sığındılar. Isti od-ocaqlarından uzaq düşəndən bəri bəlkə də ilk dəfə bu an, məhz bu an köyrəkliyə bələnmiş bir xoşbəxtlik duydular: bizim atamız var, arxamız, torpağımız, xalqımız var: Bu döyüşdü - əzilən var, əzən var, Ölüm hökmü qoltuğunda gəzən var. Burda “Bizik” – nə “mən” vardı, nə “sən” var.
Yox, ağlama, ana millət, ağlama, Qorxuram ki, sına millət, ağlama. O körpənin məhzun baxışında Məmməd Araz ürəyi çırpındı, Məmməd Araz qələmi yazdı. Yuvası dağıdılan bu körpələr şair ürəyində, ata istisində ovunası bir söz, bir misra axtardılar. Axtardılar və tapdılar: Əyilməkdir ağlamağın tərs üzü, Dərdi dartıb üzməyəni dərd üzür, Ağlayanı tez də tapır dərd-hüzür... Bəlkə belə tanrı yazıb, ağlama, Səsini boğ, millət qızı, ağlama. Bir döyüş havası qalxdı, Xətai qılıncı sıyrıldı şair misralarından. “Ağlamağın yeri deyil” dedi şair. Baxışlarını körpələrdən çəkib, üzünü bütün Azərbaycana tutdu: Bu torpağın son qurbanı mən olsam, Öz odumda yanıb külə tən olsam, Eldən ötən güllələrə dən olsam! Ata millət, “öldü” deyib, ağlama, Ağlamağın yeri deyil, ağlama. Sən də ağlama, Məmməd əmi. Sən Allah ağlama. Sinənə sığınmış körpələri şerinlə, sözünlə ovundur... Mənbə: Memmedaraz.az , 1992
ERMƏNĠLƏR QISIR QALIB? Düz 20 il bundan əvvəl Azərbaycanda 30.000 erməni olduğunu hamı deyirdi, hamı bilirdi. 20 il bundan əvvəl! Bəs indi? Sizcə bu gün Azərbaycanda nə qədər erməni var? Yenə 30.000? Bəs bu 30.000 erməninin heç doğub, törəyəni yoxdur? Əlbəttə, var! O da məlumdur ki, burada qalanların çoxu erməni qadınıdır. Yəni erməni kişilərdən fərqli olaraq, erməni qadınların doğması daha yüksəkdir. Nəyə gülürsüz? “...Erməni kişilərdən fərqli olaraq...” ifadəsinə? Amma ABŞda və Qərbdə deyilənlərə diqqət etsək, görərik ki, onlar erməni kişilərini də doğuzdura bilirlər. Yoxsa 1915-ci ildə- türklər erməni vandalizminə müqavimət göstərəndə “ölən ermənilərin sayı ilbəil artıb, o zaman Anadoludakı ümumi sayından 3 dəfə çox olmazdı. Hə! Bu Avropa elə bir siyasi mamaçadır ki, mərc gəlsə, o sayı milyarda qədər çəkib, uzadar. Yəni o zamankı erməniləri arvadlı, kişili “Paris” doğum evinə doldurar və hərəsinin qucağına 8 dığa, 7 axçı verər. Çox uzağa getdik. Paris hara, Bakı hara? Yəni deyirəm kişiləri cəhənnəmə, bu erməni arvadları necə, qısır qalıblar? Ola bilməz! Şəxsən mən erməni arvadlarının da doğduğunu bax bu qulaqlarımla eşitmişəm. Deməli... İndi bizim çörəyimizi 30.000 yox, ən azı 50.000-60.000 erməni yeyir. Çörəyimizin duzunu da ki, bilirsiniz... Mənbə: Tezadlar.az
Fotoda: Soldan sağa - Məzahir Süleymanzadə, Ġranlı Ģair Əlirza Miyanalı, Əzizə Cəfərzadə, Hidayət Elvüsal. Bu şəkil 1991-ci ildə "Səhər" qəzetinin redaksiyasında çəkilib.
4 GÜN VƏ SONRA Azərbaycan Ordusunun aprelin ilk 4 günündə yazdığı tarix yeni, daha yeni bir dövrün baĢlanğıcı oldu. Rus ordusunun gücü ilə iĢğal etdiyi torpaqlarda meydan sulayan ermənilər həqiqətlə, reallıqla üz-üzə gəldilər. Məğlub oldular və ordumuzun qarĢısında nə qədər zəif, cılız olduqlarını anladılar. Azərbaycan xalqının qələbə əzmi bütün dünyanı silkələdi. Bütün bunlar öz yerində. Hamı hər şeyi gördü, bildi, şahid oldu. Məqsədimiz bəzi xırda görünən məsələlərə sadəcə olaraq boylanmaqdır. Elə həmin günlərdə TV-lərin birində gənc bir həmkarımız bəstəkarları, şairləri "yıxıb-sürüdü”. Məhz həmin gün yeni, patriotik mahnılar, şeirlər, az qala simfonik əsərlər, süitalar istədi. Belə nümunələr yoxmuş kimi efirdən hər kəsi danladıqca, danladı. Qardaşım, 4 gündən əvvəl kifayət qədər musiqi nümunələri, şeirlər yazılıb. Xəbərin yoxdu? Mütləq həmin günlər simfonik əsərlər tələb edirsənsə, səbrli ol. Həmin günlərin simfoniyasını Azərbaycan əsgəri, Azərbaycan xalqı coşqu ilə, ilhamla yazdı. Eşitmədin?! O ki qaldı yeni əsərlərə, burada haqlısan. Mütləq yazılacaq. O qələbə günlərinin təəssüratı öz işini görüb. Yeni musiqilər, şeirlər eşidib, oxuyacağıq. Amma səviyyəsiz, şou qınamalarında haqlı deyilsən. Elə sənin o odlu-alovlu çıxışından az sonra həmin TV-də səviyyəsiz proqramlar ardarda düzüldü. Şoular baş alıb getdi. Yəni, qardaşım, SÖZ xatirinə söz deməyək. Nöqtəni, ya nida işarəsini qoyursunuz, çox keçmədən məlum olur ki, sual altındasınız, boğazdan yuxarı danışmaq, vətənpərvərlik deyil. Başqa bir TV-də xanım əfəndi xəbər oxuyur: "Əsgərlərimiz Lələdağ” deyilən təpəni və Talış kəndi yaxınlığındakı yüksəkliyi ƏLƏ KEÇİRİBLƏR (?). Yox! Bizim əsgərlərimiz o yüksəklikləri ƏLƏ KEÇİRMƏYİBLƏR, ay xanım, AZAD EDİBLƏR!!! "Ələ keçirmək” işğal ifadəsidir. Ermənilər bizim torpaqları ƏLƏ KEÇİRİBLƏR, biz isə o torpaqları AZAD ETMİŞİK!
Fotolarda: Aqil Abbas cəbhə bölgəsində
Bir-iki kəlmə də Aqil Abbas haqqında demək istəyirik. Son vaxtlar ona qarşı haqlı və haqsız hücumların sayı artıb. Aqillə barışdığımız və barışladığımız onlarla, yüzlərlə məsələ var. Bəzən az qala qırğına çıxırıq. Amma onun bir çıxışının mətnindən pamidoru, sobanı çıxarıb hallandırmaq ədalətli deyil - bu mənim fikrimdir və hər kəsin mövqeyinə də hörmətlə yanaşıram. Aqil Abbas ideal bir insan deyil, tənqid olunası cəhətləri də mövcuddur. Amma… Amma Aqil Abbasın Vətən, torpaq sevgisini şübhə altına almaq riyakarlıqdır. Tanıyanlar, ən çox da döyüşən oğullar Aqili həmişə öz yanlarında görüblər, gedin soruşun. Bu adam az qala 25 ildir ki, canını, həyatını bu yolda qurban verib. Səngərdə yatıb, güllə yağışına düşüb, ailəsinin-uşağının boğazından kəsib, əsgərlərimizə yardım edib, bunu heç kəs dana bilməz. O ki qaldı kimlərsə aprel 4 günlüyündə guya Aqilin qorqub gizlənməsini, döyüş zonasına sonradan getdiyini iddia etməsinə, uydurmadır, yalan danışırlar. Həmin günlər döyüşə gedəsi tankı öpən Aqili görüblərmi? Yox! Onlar orada deyildilər. Bəs, Aqilin həmin o tankçılara verdiyi mükafatdan necə, xəbərləri varmı? Əlbəttə, yox! Aqil Abbas anasından qalan müqəddəs bir yadigarı o əsgərlərə mükafat olaraq verdi. Solmaz xanımın (məzarı nurla dolsun) üzüyünü deyirəm. Bəlkə də yeri deyil, amma deməsəm olmur, o üzük çox qiymətli, çox müqəddəs olduğu qədər də…
Yox, deməyim, indi də bunu yüz yerə yozacaqlar. Üzüyün məhz kimə çatacağı isə həmin tankın şəxsi heyətinin öhdəsində idi. Öz aralarında kimi layiq bilsələr, üzük ona çatacaqdı və çatdı! Möhtəşəm qələbələr fonunda sözümüzü, özümüzü itirməməliyik. İrəlidə bizi daha böyük uğurlar gözləyir. Xırdalıqları, dedi-qoduları bir tərəfə tullamalıyıq. Hamımız öz işimizdə əsgər olmalıyıq. Qələbəni ƏSGƏR olan XALQ qazanır! P.S. Məhz həmin ərəfədə Aqil Abbasın ad günü idi. Onu həm doğum günü, həm də QƏLƏBƏ münasibəti ilə bir daha təbrik edirik. Mənbə: Adalet.az
Fotoda: Soldan sağa - Zöhrab Əmirxanlı, Vahid Əzizov, Zülfüqar Rüfətoğlu, Hidayət Elvüsal, Məzahir Süleymanzadə, Mehdi Alıyev, Araz Qurbanov, Dilman Musayev. 1991-ci il, Yanvarın 20-də ġəhidləri ziyarət edirlər.
QARA ULDUZLAR Məhəmmədəli dünyasını dəyiĢdi. Amma bu dünya heç dəyiĢmədi. Sadəcə olaraq Məhəmmədəlinin dəyiĢdirdiyi dünya dəyiĢdi. Bu yaraşıqlı, güclü, ürəyi sevgi dolu insan, ömrü boyu insanlıq uğrunda çarpışdı. Qalib gəldi. Və günlərin birində «demokratiyanın beşiyi» deyilən ABŞ-da onunla bir avtobusda getmək istəməyən «ağlar» son dayanacaqda onun ayağına döşəndilər. Başlarını qaldıranda göydə qara, parlaq bir ulduz şölə saçırdı – Məhəmmədəli! Bu yaraşıqlı, qara oğlan boksçu idi. Onu və onun kimiləri aşağılayanları nakauta saldı. Bir zamanlar ona yuxarıdan aşağı baxanlar, sonda ona aşağıdan yuxarı baxdılar. Çünki, o, ulduz idi. Yalnız ABŞ-da deyil, bütün dünyada parlayan ulduz. Məhəmmədəli bir həqiqət, ədalət mübarizi idi. Vyetnam müharibəsini protest etdi. Günahsız insanları öldürməyə getmədi. Çünki bu, ədalətsiz müharibə idi və Məhəmmədəli bir müsəlman kimi üzərinə düşəni yerinə yetirdi. Söhbət yalnız Məhəmmədəlidən getmir. Göy üzünün «qara ulduzları»ndan danışmaq istərdim. Azadlıq uğrunda bir savaşa çevrilmiş Mandelanı deyirəm. Ulduz idi. «Ağlar»ın nifrət etdiyi bir dünya Anjela Devizi, Partisi Lnunba… Çox adlar çəkə bilərəm. İnanıram ki, nə demək istədiyimi anladınız. Bilirsiniz, dünya bir həqiqəti inkar etməməlidir – caz, pop, rok, rok-en-roll, rep… qaraların dünyaya bəxş etdiyi mədəniyyət nümunələridir. Və «ağlar dünyası» bu həqiqəti qəbul etməmək üçün dəridən-qabıqdan çıxdı. Mümkün olmadı – Armstronq, Tom Cons, Hyuston, Maykl Cekson… peyda oldu. Ağlar dünyası şoka düşdü. Həm bu dünya qaraların yaratdıqları ilə pul qazanmağa başladılar. Qazandılar da! Eynən qaraların təbii sərvətlərini sümürdükləri kimi! İdmanda Məhəmmədəli gəldi. Tək deyildi. «Dəmir Maykl» da onunla idi. Kubada Stivenson bir ermənini biabırcasına yerə sərdi. İdman azarkeşlərinin yadında olar. Həmin erməni rinqə titrəyə-titrəyə çıxdı. Stivenson onu elə vurdu ki, erməni kənar-müdafiə iplərinə yapışdı. Titrəyə-titrəyə gəldi, titrəyə-tirəyə də əsl erməni obrazı yaratdı.
Dünya ABŞ-a getdi. Məhəmmədəli üçün getdi. Qaraları qəbul etməyən ağlar o qara ulduz önündə diz çökdü. Göy üzünə baxdılar. Göy üzündə o qədər qara və parlaq ulduzlar var ki… Məhəmmədəli, Mandela, Anjela Devis, Dəmir Mayk, Hyuston, Obama… Və daha kimlər, kimlər… Bu dünya başını qaldırıb, göy üzündəki ən parlaq ulduzları gördükcə yer üzü daha işıqlı, daha nurlu olur. Modern.az, 13.06.2016
TƏQAÜD Yəni pensiya – təqaüd deyəndə hamının gözü önünə tələbə gəlir. Və o ingilis idi, nə idi, bəlkə də rus idi, anlamadım, basıb-bağlayırdı. Guya o, bizim pensiyadan dəhşətə gəlmişdi. Deyirdi ki, sizin aldığınız pulu işığa, suya, qaza, zibilə… verirsən qurtarır. Amma o, aldığı pensiya ilə ildə ən azı bir dəfə dünya səyahətinə çıxır. İndi də bizim ölkəmizdədir. Buralardan da Avstraliyaya kenquru minməyə gedəcək. Daha ağlı kəsmir ki, bizim ölkə nə qədər varlı, əzəmətli və qürdrətlidir! Varımız-sərvətimiz başımızdan aşır. Pulumuzu sayıb-qurtaran anasından olmayıb. Bakını, varlı-dövlətli ölkənin paytaxtını gəzəndə gözü çıxmışdı kəlləsinə. Öz ölkəsində görmədiyi avtomobillərə (buna da «maşın» deyək) baxdıqca başı gicəllənirdi. MİS (buna da JEK) rəisinin oğlu «Porşe»ni sfetaforda (əşi, bu elə-belə qalsın) nə təhər anqırtdısa, yetim turist dik atıldı. Görməyib axı. Bilmir ki, mənim bu varlı ölkəmdə vergi müfəttişi «Xammer»də gəzir. Paxıllığından başını bulaya-bulaya qalmışdı. Tez-tez də mənim nə qədər pensiya aldığımı soruşurdu. Mən də cəsus (şipion) deyiləm ki, ölkəmin maliyyə sirrini ona-buna verim. Sadəcə olaraq: - Səncə belə varlı-dövlətli bir ölkədə müəllimin, həkimin, jurnalistin, fəhlənin, kolxozçünün (hə də onlar da alır) pensiyası nə qədər olar? O da yandığından yarma çəkirdi. Görürdü ki, biz onun kimi dünyada orabura sürünmürük. Göylərdə gəzirik, göylərdə. Məsələn, şəxsən mən özüm hər dəfə pensiyamı alıb, işıqpulunu-zadı ödəyəndən sonra əllərimi həmin o göylərə açıb dua edirəm: - Şükür sənə, xudaya! Sən mənim bu varlı-dövlətli ölkəmi pis gözlərdən qoru! Sən bizim maliyyə nazirimizi, deputatlarımızı min budaq elə. Onlar bu ölkə üçün çalışıb-vuruşduğumuz hər ilə 1 manat bir neçə qəpik verirlər, Allah razı olsun! Əgər bizə də o ingilislər, ispanlar, italyanlar… ac yalavac bolqarlar, yunanlar… kimi pensiya versəydilər, gedib Misirdə dəvə, Avstraliyada kenquru, Tanzaniyada dəvəquşu minərdik.
Əşi, bu əcnəbilər öz yerində. Özümüzünkülərin də nankorları, qədirbilməzləri, ağzıgöyçəkləri var. O gün qonşu deyir ki, filan hakimə niyə bu qədər pensiya verirlər?Dedim: - Niyə verməsinlər? Ən yüksək pensiya onların halal haqlarıdır. Qonşu hirsləndi: - Hamısına halaldı, həə? Bəs, balaca oğlum Quba yolunda bir hinduşqanı maşınla vuranda, məndən «Mersedes»in dəyərində aldığı rüşvət necə? O da halaldı? Ya da Kürdəmirdəki toyda tamadaya tək bircə kəllə vuran qaynımdan aldıqları «CİP» pulu da halaldı? Gördüm kişi qatıqlayır, uzatmadım. Dünya görmüş adamam axı. Bilirəm ki, varlı-dövlətli ölkəmi öz içimizdəki bəzi-bəzi nankorlar, naşükürlər bəyənmirlər. Maliyyə nazirimizin yerinə olsam, belələrinin pensiyasından gəlir vergisi çıxaram. Şəxsən mən pensiyada olan, ya da elə günün bu günü vəzifə başındakı məmurların villalarına, cah-cəlallarına, «obyektlərinə» baxanda fərəhlənirəm. Varlı-dövlətli ölkəmə bəzək vururlar, bəzək. Özləri ayrı, arvadları ayrı, oğulları, qızları, gəlinləri, kürəkənləri, yeznələri, kirvələri, kərtənkələləri… ayrı-ayrı, həm də bahalı maşınlarda gəzirlər. Mənim ölkəm varlıdır, zəngindir, pulludur. Əgər belə olmasaydı məsələn MTN deyilən o qurumdakı generallar on minlərlə, yüz minlərlə, hələ milyonlarla rüşvəti haradan, kimdən ala bilərdilər? Əlillik dərəcəsi verən həkim komissiyaları, bəzi icra (çoxu işdən çıxarılıb haa) başçıları, bələdiyyə sədrləri… Onların pulunu kim saya bilər? Bacarmazsınız! Çünki siz işlədiyiniz hər ilə verilən 1 manat bir neçə qəpiyi saya bilmirsiniz. Onu xərcləməyi isə heç bilmirsiniz. Elə buna görə də adınız dükanlardakı nisyə dəftərindən əskik olmur. Bəs onların adlarını nisyə dəftərində görmüsünüzmü? Görməzsiniz! Çünki varlı-dövlətli ölkəmin o s…s…s… ə, yox, «seçilmişləri» bizi kimi ilə 1 manat bir neçə qəpik yox, günə on min, yüz min… Turisti deyirdim axı. Ordan bura gəlib, pensiyamı soruşur. Dedim, ə, uç burdan! Oturdu taksiyə. Otursun, mən də pensiyanı alanda avtobusa otururam. Dalınca ayıb olmasın söydüm də: - Di get! Bunun pensiyasına-zadına bax! Burdan da Avstraliyaya gedəcək. Görməmiş oğlu, görməmiş. Guya biz, varlı-dövlətli ölkəmin pensiyaçıları pul görməmişik… Bu hisslər sinəmi qabartdı. Evə dönəndə dükana baş çəkib, şəstlə dedim: - Əbdürrəhim, 30 qəpiklik çörək var?
Başını buladı: - Yox, ay müəllim, qalmayıb. Bunlar 40 qəpiklikdi. Bayaqdan bəri cibimdə oynatdığım qəpiklərə baxdım. 30 idi. - Əbdürrəhim: - Ay müəllim, ac qalmayacaqsan ki, 30 qəpiyi indi ver, 10 qəpiyi də pensiyanı alanda… Mənbə: Modern.az
ĠCRA BAġÇISI GƏLĠR Hə, doğrudan da kəndə xəbər yayıldı ki, başçı gəlir. Kəndin icra nümayəndəsi iki «volokordin»i birdən udub inildədi: - Bu nəyə gəlir, ə? O gün yanındaydım, dediyini vermişəm. Bələdiyyə sədri xəbər göndərdi ki, ev tikən kim varsa, kənddən əkilsin. Hasar 2 min, ev tikmək 5 min olandan bəri vəziyyət onsuz da ağırlaşıbdı. «Uçaskovı» nəşəsatan Nərimanı bu dəfə tutub, damladı. Nəriman da qaldı məəttəl ki, bu necə işdi, haqqını-hesabını vaxtlı-vaxtında vermişəm. Bədəl kişi bildi ki, onu çağıracaqlar. Arvadı səslədi ki, o təzə «qastumu» gətirsin. Üç il qabaq kəndin icra nümayəndəsi almışdı və döş cibinə bir konspekt də qoymuşdu ki, nazir müavini gələndə üzündən oxusun. Hərçənd sonra iki-üç dəfə adam göndərmişdi ki, «qastum»un pulunu versin, paltar Bədəl kişiyə çox yaraşırdı. Medallarını-zadı da düzürdü yaxasına, uzaqdan baxanda «yaranal»a oxşayırdı, yəni ki, generala. Bir dəfə arvadına verilən «çoxuşaqlı ana» medalını da səhvən taxmışdı yaxasına. Amma nazir müavini fərqinə varmamışdı. Çünki indiyə qədər belə bir medal görməmişdi, cavan idi, Elə bilmişdi ki, bu medalı da Kursk döyüşlərində-zadda iştirak edənlərə veriblər. … Günortaya yaxın kənddə arvad-uşaq yolları süpürüb təmizlədi. Hələ feldşer-mama məntəqəsinə əhəng də çəkdilər. Zəhra arvada da ağ xalat geyindirib otuzdurdular orda ki, başçı xəbər alsa, denən genekoloqam. Amma başqa suallara cavab vermə, bir də ki, doğum zamanı baş verənlərdən söz açıb, çərənləmə. Və hamı da bilirdi ki, bu feldşer-mama məntəqəsində oturacaq adam polis rəisinin baldızı idi, amma kənddə iki dəfə görünmüşdü. Bakıda yaşayırdı. Gözəllik salonu açmışdı və yaxşı da qazanırdı. Tapşırmışdılar ki, hamı təzə paltarını geyinsin. Şagirdlər ədəbiyyat müəllimi Mürsəl Atəşin yazdığı «Sən ey başımızın tacı başçımız» şeirini əzbərləmişdilər. Yəni hərə bir bəndi hazırlamışdı ki, başçı gələndə həyəcanla oxusunlar:
Sən gələndən bu yatmış kənd oyandı, Bağ-bağçamız ağ şəfəqə boyandı. Dedik cənnət bu deyincə ha yandı Şəkər olub bizə acı, başçımız, Sən ey başımızın tacı başçımız… Kənd camaatı boy sırasına düzüldü. Bədəl kişi arabir sinəsində cingildəyən medallara baxıb, dəsmalı ilə tozunu silirdi ki, yaxşı parıldasın. Zəhra arvad məntəqədən boylanıb, xalatın cibinə soxduğu pendir dürməyindən arabir dişləyib, az qala diri-diri udurdu. Tez-tez yeməli idi, şəkəri vardı. … Xeyli gözlədilər. Yaşlılar ürəklərində başçını söyə-söyə dizlərini ovuşdurur, arvadlar əyri-əyri bir-birlərinin geyim-keçiminə baxırdılar. Şagirdlərin qarınları yavaş-yavaş quruldayırdı. Axşam üstü xəbər gəldi ki, başçı gəlməyəcək… gedəcək. Yəni onu işdən çıxarıblar. Özü belə xəbər yayıb ki, gedəcəyini bilən olmasın. O arada yenə üçdördünün «qulağını kəsib». Kənd camaatı yavaş-yavaş dağılışdı. Hamının qanı qara idi. Amma kənd doğrudan da oyanmışdı, təmizlənib, bəzənmişdi. Gələn olsa bəlkə də tanımazdı. Bələdiyyə sədri evdən gətirdiyi süpürgələri maşina doldurdu. Kənd icra nümayəndəsi döşəyin altından götürdüyü bükülünü arvada verdi ki, o biri evdə gizlətsin. Bədəl kişi güzgünün qabağında dayanıb, xeyli özünə baxdı. Medalları sığallayıb, pencəyini ehtiyatla soyunub asdı. Zəhra arvad məntəqədən çıxdı. Kəndə baxıb dərindən nəfəs aldı. Təmizlənmiş bir nesə saatın içində gözəlləşmiş kəndə. Birdən qulağına çağa səsi gəldi. Qeyri-ixtiyari o səsə tərəf getdi. Başçı gəlmədi, amma o kəndə yeni nəfəs, yeni insan gəldi. onun-bunun qarşısında əyilməyən, sınmayan, qürurlu, məğrur İNSAN! Mənbə: Modern.az
Fotoda: Soldan sağa - Məzahir Süleymanzadə, Hidayət Elvüsal, Allahverdi Əsədov.
NĠYƏ AġĠQ OLUBLAR? Bilmirəm, sizin də başınıza gəlib, ya yox, cavanlar qız üstündə dalaşmağı çox sevirlər. Biri telini darayıb, toqqasını bağlayır və ədəbaz-ədəbaz özünü qıza göstərir. O biri də anasından aldığı dondurma pulu ilə siqaret alıb, qızın gözü qarşısında tüstülədir ki, guya böyüyüb, kişi olub. Hərə özünü bir cürə uydurur. İndi bu Ermənistan deyilən ölkə də səydəş Haykanuş kimi gündə birinə göz eləyir. Bir vaxtlar Fransaya deyirdi ki, səninəm, müsyo, İngiltərəyə göz eləyirdi ki, ser, yalan deyirəm, səndən yaxşısını tapacam? Avstraliya-zadda gördü ki, erməni ayağısürüşkən şeydi, bir az dalınca gəzdi, amma Rusiya yenə özünü yetirdi və erməniləri qapazladı. Ona Ermənistan adlı ev tikdi, cehiz verdi və gəlin gətirdi. 70 il saxladı. Əvvəl-əvvəl keşiş nigahı kəsdirdi, sonra “sən mənim yarımsan, sən mənim qazımsan, sən mənim tazımsan, sən mənim...” deyib gecə-gündüz bu “ölkə” deyilən forpostu ilə mazaqlaşdı. Fransa qısqandı: - Bonjur, bonjur, mən ermənini o vaxtdan tanıyıram. Aramızda eşqməhəbbət yaşanıb. Rusiya mənim sevgilimi əlimdən alıb. İngiltərə də dözmədi: - Ayam sori, mənim nəyim sizdən əskikdi? Sonra Almaniya, Avstraliya və hətta... Avropa Birliyi toplum halda Ermənistana və ermənilərə aşiq oldu. Və indi nə baş verir, bilirsinizmi? Bu üzü yumuşaq, ayağı sürüşkən, hər kəsə yar olan, kim nə desə “baş üstə” deyib, q.... eləyən Ermənistanı Rusiyanın əlindən almaq istəyən Avropa Birliyi cayılları: - O vaxt türklər səni genosid-genosid eləyib. Gəl qucuma, yaranı sağaldım, deyib, ona pay-püşk göndərirlər. Ermənilərin də bir adəti var, gələnə “ağam”, gedənə “paşam” deməsə bağrı
çatlayar, xasiyyətinə, tərbiyəsinə uyğun sayılmaz. Və buna görə də Rusiyanın qucağında oturub, Avropaya, Amerikaya sədaqətindən danışır. Bir sözlə - əli aşda, gözü oynaşda. Amma müsəlmanlara da göz-qaş eləyir haa. İrana deyir ağa, məndən üz döndərsən, and olsun xaça elə bir “Rəftəm ki, rəftəm” oxuyaram ki, gözünün yaşı selə dönər. Neynəsin? Əgər özbaşına qalsa acından ölər. Ordan-burdan qazandığı uşaqlarının da çoxu evdən küsüb gediblər. Neçəsi Rusiyada, neçəsi Fransada, Amerikada, Türkiyədə... ağlaya-ağlaya, “genosid” deyə-deyə dilənir. Hərçənd ki, bu ermənilərin diasporunda ermənicə bilən yoxdur, amma ermənilik var. Dilənməyi, aldatmağı bacarırlar. Onların bir seks-bomabaları var - Kim Kardaşyan. Əsl mamasının axçisidi. Anası gəzən ağacı balası budaq-budaq, ölkə-ölkə gəzib dolaşır. Əmisi oğlu Kiro Mamoyan da Avropaya deyir ki, bizi türklərə qarşı “kullanın”. Bu da mamasının dığasıdı. Və... İndi bu Ermənistan kimin olacaq? Rusiya ona bu qədər maya qoyub. Avropa, xristian dünyası belə bir vasitəni, bəhanəni, canlı silahı əldən buraxmaq istəmir. ABŞ təmkinli tərpənib, özünü ağır aparır. Bilir ki, əlini nə vaxt atsa, nə zaman istəsə, Ermənistanı dizinin üstündə otuzdura bilər. Tələsmir. Məqam gözləyir. Amma ermənilərə aşiq olduğunu da gizlətmir. O boyda ölkə, özünü demokratiyanın beşiyi adlandıran ABŞ, ermənilərə hər il külli miqdarda pul göndərir. O da yaman... ermənibazdanimiş haa... Burada Amerikanın seks-simvolu sayılan erməni Kim Kardaşyanın “gərgin əməyini” də unutmaq olmaz... Mənbə: "Təzadlar"
Fotoda: Soldan sağa - Mahir Süleymanov, ġamil Sabiroğlu, Hidayət Elvüsal. 1992
PAPANIN CANNA (Parodiya) - Xoş gördük, xanım, siz yenə də gözəlsiniz. Kökəlmisiniz həm də… - Həm də intellektual səviyyəm artıb, pappamın canna! - Əlbəttə, alimsiniz, çalışdığınız şirkətdə hörmətiniz var. Bazarın ruhunu tuta bilirsiniz və… müsahibəyə başlayaq. - Davay! - Nədən elmi nailiyyətlərinizdən çox şeyinizi … yəni məsələn geyimkeçiminizi, fiquranızı, maşınınızı nümayiş etdirirsiniz? - Əzizim, bu gün kimin elmi nailiyyəti var? Hamı olanları, yazılanları təkrar edir. - Bax, burada haqlısınız! - Papamın canna! Baxın ekrana. Professorlar, hətta akademiklər şeir yazıb, oxuyurlar. Nədən? Çünki heç biri bir kəşfi ilə, yeniliyi ilə tanınmır. Nə etsin? Şeir yazsın, tanınsın. Desinlər ki, bu şair həmin o professordur, akademikdir. Mən də elə. Papamın canna! - Halal olsun! Etiraf özü də… - Za to, gündə bir şəkil çəkdirib qoyuram internetə. Deyirlər oyy daad… - O gün maşınla… - Maşın xəstə yerimdi. Əvvəllər özgələrinin maşınında gəzirdim. İndi özümünküdü. Ora gedirəm, bura gedirəm evdə tapılmıram ki, çəpər sərçəsinə dönmüşəm. - Yəni quşa? - Hə də! Xarici ölkələrdə də oluram. - Yəni elmi konfranslarda-zadda. - Elə bir şey. Gəzirəm, alış-veriş eləyirəm. Məhəbbət macəralarım olur. - Yox, əşi! - Papamın canna! Buralarda da girişən olur, amma xaricdə özgə aləm var. Səni tanıyan yoxdu. - Yəni… - Yox! Xaricilərlə yox, papamın canna. İndi öz qruplarımızda da olur da valiklər. - Nə? - Valik! Yəni gəzəyən kişilər. Nə isə! Bir dəfə biri girişdi mənə. Böyrüməbaşıma çox keçdi. Axır ki, dilə gəldi. Dedi qərib yerdəyik. Bəlkə bu gecəni birlikdə
keçirək. Dedim vo pervıx mən elə qadın deyiləm. Titulum, vəzifəm, maşınım… Vo vtarıx belə şeylərdən başım gicəlir. Vo tretix, bundan mənim qazancım nə olacaq? -… - Arxasın danışım? - Yox! Aydındır! Görünür sizin çox nazik, çox kövrək ürəyiniz var! - Bilirsiniz, bu ürək məsələsi çox qəlizdir. - Həm qəlizdir, həm də vacib – Allah rəhmət eləsin! - Amin! Ürək… qabırğa kimi bir şeydir. - M…m… bağışlayın, yəni. - Qabırğa! Papamın canna! Ürəklə qabırğanın fərqi yoxdur. İkisinin ağrısı eyni olur. - Başa düşmədim. - Başa salaram. Fikir vermisənsə ağrıyan adam sinəsini, qabırğasını tutur. Niyə? Çünki ürəyini tuta bilməz axı. Amma qabırğa əlinin altındadır, ürək də onun altında. - Yox e… - Fikir verin. Qabırğanız sınanda nə baş verir? Nəfəs aldıqca ağrıyır. Ürək də elə! Papamın canna! Nə isə! Ürəkaçan şeylərdən danışaq. - O gün internetdə şəklinizi gördüm. Maşınla… - Həə! Birdən oturub gedirəm və şəkil çəkdirib qoyuram internetə – mən Masazırdayam! Birdən bir dəli damarım tutur, basıb gedirəm o tərəfə və «Mən Mərəzədəyəm!» yazıb şəkilləri paylaşıram. Papamın canna! - Hmm. Mən deyirdim elmdən, sənətdən danışacağıq. - Əzizim, mənim elmim bu! Sənətim bu, həyat tərzim bu! Bir zaman özümə söz vermişdim ki, həyatımı dəyişəcəm. Dəyişdim də! Hələ desən ərimi də. Onun acığına dəyişdiklərimi də dəyişdim. Mənim həyat fəlsəfəm budur. - Yox! İntellektual səviyyəniz çox yüksəkdir. Maşallah! Adınız gələndə deyirlər tarix üzrə fəlsəfə doktoru. Xarici ölkələrdəki simpoziumların birində səsküy yaradan elmi çıxışınız olub. Rəhmətə getmiş dünya şöhrətli bir qadın haqqında. - Hə, hə, yadımdadır. Yolu keçəndə maşın vurmuşdu. Dəfnində də iştirak elədik. Simozium başlayanda bir qadın olaraq mənə söz verdilər. Tribunaya çıxdım. Fikirləşdim ki, elə bir söz deməliyəm ki, elm aləmində fırtına qoparsın. - Nə dediniz, xanım? - Dedim mərhumə eşşəklik eləyib yolun qadağan olunmuş hissəsindən keçib. - Maşallah xanım, siz doğurdan alimsiniz. - Doğrudan? - Papanın canna! - Qabırğamı köyrəltdin. Mənim telefon nömrəmi yaz. Sənnən də xoşum gəldi. - Xanım, vo pervıx, mən elə deyiləm. Vo vtarıx belə şeylərdən başım ağrayır. Vo tretix mən səni nə hansısa vəzifəyə itələyib soxa bilərəm, nə də pul verə bilərəm. - Yaxşı daa! - Papanın canna!!!
Fotoda: Hidayət Elvüsal və Mahir Süleymanov. 1992. Türkiyə, Ankara.
12-ci SƏHĠFƏ Və qayınata evdəki atəşkəsi əməlli-başlı pozdu. Məhlədə domino oynayırdılar. Kimsə bir moda jurnalı tapıb gətirmişdi. Canıyanmışlardan hansınınsa şəkilləri, üst və alt geyimləri hər səhifədə qoyulmuşdu. Həm özü, həm də bu geyimlər reklam olunurdu. Üz qabığında qızın portret-foto şəkli verilmişdi. Allahçünə gözəl idi - iri gözləri, ətli, qıpqırmızı pomadalı dodaqları və dodaqlarının arasından görünən ağappaq dişləri, ağzının içində ilan kimi qıvrılmış və bu dişlərin arasından azca ucu görünən dili, boyun-boğazı… Gəlin elə üz qabığını görəndə cin atına minmişdi. Qızın qıpqırmızı pomadalı dodaqları canavar ağzına dönüb onu boğurdu. Məsələ bunda idi ki, günlərin birində əri evə gələndə ağappaq köynəyində pomadalı dodaq izləri vardı. Hələ bir az da boğazının altına bulaşmışdı. Yəni əfəllik eləyib, özünü səhmana salmamışdı. Çünki sərxoş idi və işdən sonra mühasib qadını qucaqlayanda… Və gəlin elə həmin axşam acıq eləyib, getmişdi atası evinə. Kim qalardı ki?! Qayınatagil aylarla minnətçi düşdülər, yalvardılar-yaxardılar, üzr istədilər, gücbəla ilə gəlinin ailəsini yola gətirdilər. And-aman elədilər ki, məsələ heç də gəlinin düşündüyü kimi olmayıb. İş yerində bir qadının ürəyi gedibmiş. Kişi də insanlıq naminə onu aparıb divana uzadıb. Bu zaman qadının pomadası ora-burasına sürtülüb. Axır ki, ailəsi gəlini yola gətirib. O da məhkəməyə verdiyi ərizəni geri götürüb, ər evinə qayıdıb, amma ürəyindəki ürəyində idi. İndi də jurnaldakı qızın şəklini görüb, yenidən qısqanclıq krizinə girmişdi. Bədəni od tutub yanırdı. Ora-bura keçib, qayınatanın əlindəki jurnala baxırdı. Baxdıqca da ürəyindəki yatmış vulkan yavaş-yavaş püskürürdü. 3-cü və 4-cü səhifələrdə o qızın gödək yubkası reklam olunurdu. Amma ətli, ağappaq baldırları yubkaya baxmağa aman vermirdi. Qız gah divanda oturmuşdu, gah da ayığını ayağının üstünə aşırmışdı. Yəni tam bir fəlakət. Elə bu üzdən də qayınata inildədi. - Ay gəlin, ordan mənə bir volokardin gətir. Gəlin dərman gətirdi və ürəyində deyindi: «Sənin kimi atadan da elə şorgöz oğul olar də…» Elə bu vaxt kişi gəldi. Mərəkə qopdu. Gəlin onu yan otağa çağırdı:
- Hansı cəhənnəmdəydin? - İşdən gəlirəm. - Sən Allah! - Atamın canı üçün. - Atanın canı hazırda and içməli vəziyyətdə deyil. - Nə olub? - Nə olacaq? O jurnaldakı lotubeçənin çılpaq şəkillərinə baxır. Neynəsin? Sənin kimi cavan deyil də. Ətindən yeyə bilmir, deyir barı suyundan içim. Kişi geri qayıtdı. Gözü jurnala sataşanda məsələni anladı. Onu tər basdı. Bildi ki, gəlinin indi-indi qaysaq bağlayan yaraları qan fışqırır. Və gəlin ona tərəf əyildi: - Al bax, sən də bax! Bu zaman qayınata 5-ci və 6-cı səhifələri açdı. Oyy daad! Qızın sinəsi və sinəsindəki dolu… nəinki ora taxdığını, adamın gözünü də deşirdi. Gah yuxarıdan, gah aşağıdan, gah yandan, gah… çəkilmiş şəkillər qayıntanın nəfəsini kəsdi. Töyşüyə-töyşüyə 7 və 8-ci səhifələri açdı. Pahooo… Qeyri-ixtiyarı: - Ay gəlin! - deyə çığırdı. Gəlin iki əlini belinə qoydu: - Dərman gətirim? Kişi özünə gəldi: - Yox, ay qızım, o uşaq işdən gəlib, acdır, yemək ver. Gəlini od götürdü. Ərinə tərəf əyildi: - Acsan? - Hə! - Sən Allah! - Vallah! - Sən o lotuşqaların canı? -… - Bilirsən nə bişirmişəm sənin üçün? - Nə bişirmisən? - Zəqqutun! Sarımsaqqatıqnan. Gətirim? - Yox! - Deməli ac deyilsən. Yenə hansısa lotubeçənin azğının pomadasını yalayıb doymusan. Və gözü həmin səhifələrə sataşdı. Qızın arxa tərəfi müxtəlif pozalarda çəkilmişdi. Qayınata inildədi: - Bu nədi, ə? Elə bu an qayınananın qulağı işə düşdü: - Nədi, ə, o? - Aaz, ayrı şeydi. Qayınana eynəyini götürdü: - Ver o ayrı şeyə mən də baxım. Gəlin də aranı qızışdırdı: - Ver əmi, ver xalam da baxsın. Bəlkə o plyaj paltarlardan birini bəyəndi. Qayınatanı, qayınananı belə çağırırdı. Jurnalı çəkib, qayınatanın əlindən aldı və elə həmin səhifəni qayınanaya uzatdı:
- Al bax, xala! Gör hansı xoşuna gəlir. Əmim alsın səninçün. Qayınana qızın arxasını görəndə diksindi: - Uy bissimillah! Dədənə dəysin! Ə, bu lütdü ki! Kişi özünü saxlaya bilmədi: - Lüt deyil, ay ana, əynində lap belə… nazik, kalqotkafason şey var. Gəlin hövlləndi. Gözləri o qədər bərəldi ki, az qala hədəqəsindən çıxacaqdı: - Bax, belə şeyləri bu mütəxəssisdən soruşun də… - dedi və yenə kişiyə tərəf əyildi, - O nazik kalqotkafason şey var ha… - Hə! - Bax, həmin o kalqotkafason nazik şey sənin gözünə girsin! Yaxşımı! Mən belə nazik şey geyinməmişəm, sən harda görmüsən? -… Qayınata jurnalı dartıb qayınananın əlindən aldı. Arvad dilləndi: - Buna bax, buna bax, qoca vaxtında. Ə, tulla o matışqanı zibil yeşiyinə! Yönlü şey tapıb gətirməzsən evə. Ətin tökülsün sənin. Qayınata öz aləmində idi. 9 və 10-cu səhifə… Qızın göbəyinə baxdı. Baxdı… baxdı… və yenə inildədi: - Ay qızım, ordan bir volokardin də gətir. Gəlin dərman gətirdi və kişiyə tərəf əyildi: - Skoruya zəng edim! - Hara? - Təcili yardıma! - Niyə, nə olub ki? - Bir azdan olacaq, - deyə gəlin jurnala baxdı. Anladı ki, 11-ci və 12-ci səhifələrdə çimərlik paltarları, ya da bikinilər olacaq. Elə bu vaxt uşaq oynamaqdan qayıtdı. Jurnalı görüb sevindi: - Baba, ver o jurnala mən də baxım. Gəlin oğlunun qulağından tutub öz otağına apardı: - Otur, oturduğun yerdə! Bu da baxacaq. Oxşamısna oxşamışlarına! Basıb, gözünün ikisini də bir deşikdən çıxararam! Birdən yan otaqdan səs-küy qopdu. Aləm dəydi bir-birinə. Qayınana «skorı!» deyib, dizlərinə döyə-döyə qışqırırdı. Uşaq qorxdu: - Ana, nə oldu? Gəlin ağır-ağır dilləndi: - Baban… - Nə oldu babama?! - On ikinci səhifəyə baxdı… Mənbə: Modern.az
PADġAH OLMAQ ĠSTƏMƏDĠM O gün bildin də, gəlib məni apardılar o biri planetə. Çatan kimi gördüm ki, vay dədə… inoplanetianlar o qədər gözləyiblər ki, gözlərinin altı sapsarıdı. Uçan boşqabdan düşəndə çığırışdılar: «Yaşasın padşahımız!» Geri qanrılıb bulvarda tanış olduğum Ulduzxandan soruşdum: - Mister Ulduzxan, bunlar nə istəyirlər? - Əzizim, bunlar istəyirlər ki, sən bizim planetin padşahı olasan. Bütün Yer kürəsi xalqlarının nağıllarını oxuduq, kinofilmlərinə baxdıq və anladıq ki, sizin padşahlar ya zalım olublar, ya adil. Amma elələri var ki, onların liboy padşahı duraçok olub. Biz də dostluğumuzu nəzərə alıb sənin namizədliyini irəli sürmüşük. - Ə, Ulduzxan, əmioğlu, mən hara, padşahlıq hara? Mən mirzə adamam. Heç şöbədə iki müxbirin öhdəsindən gələ bilmirəm. Bu boyda planetdə padşahlıq eləmək mənim işim deyil. - Yox, yox, bizim planetin qanunları, qərarları sizinkilər kimi deyil, gündə bir cür düzəldəsən. Biz dediyimizin üstündə duran canlılarıq. Öz adamlarımızı əzizləyib, o biriləri gözümçıxdıya salmırıq. Hər şey yerindədir. Bircə padşah stajı boşdur, o da sənin. Ürəyim yumşaldı. Amma təzəcə üz-gözümə zəhmli ifadə verib camaata yaxınlaşırdım ki, xalam çıxdı qarşıma: - Uuuyy, xalan sənə qurban, bacıoğlu! Başın haqqı padşahlıq sənin boyuna biçilib. - Xalaa? Sən nəynən gəlmisən? - Fışfışaynan, qadan alım. Uşaqları da gətirmişəm. Heçcə nə istəmirəm. Hərəsini bir irayona icra başçısı qoy, bəsimizdi. - Bu planetdə icra başçısı, filan yoxdu. - Yoxdu, düzəlt! Bə nəyə gəlmisən? Başçısız, prokurorsuz, rəissiz ölkə olar? Kimsə əlini atıb, boynumu qucaqladı. Qanrılanda gördüm bibimdi: - Yenə ana tərəfə əyilmisən? Sənin əmin, bibin yoxdu? Cavab vermək istəyirdim ki, dost-tanış üstümə atıldı: - Can, qardaş, allahın bu gününə şükür! Fani dünyada bir iş görə bilmədin, bu əbədi dünyada padşah oldun. Hərif olma, yan-yörənə öz adamlarını yığ. Biz ölməmişik ha. - Ulduzxan, bunlar nəynən gəliblər? - Baqajda idilər. Dedilər razı olmasan, səni yola gətirəcəklər.
- Adə, ay Ulduzxan, özünüzə yazığınız gəlmir? Öz bəndənizi padşah eləyin. Vallahi məni taxta çıxardan kimi özüm də, qohum-əqrəbam da sizə qan udduracağıq. Ciyərinizi çıxardacağıq. Sizi yerə uzadıb, qarnınızın üstünə çıxacağıq. Xalam, bibim, əmim, dayım, kirvəm, qonşum, dostum, tanışım, yerlilərim sizi soyub talayacaq. Ə, siz nə təhər canlılarsız? Ə, bu uçan boşqabı-zadı bu ağılnan duzəltmisiz? İnoplanetianlar yenə çığırışdılar: - Yaşasın padşahımız! Bibim gücü gəldikcə: - Qohumlar arasında ayrıseçkiliyə son qoyulsun! Əmim dedi: - Oğul sir-sifətdən, xasiyyətdən dayısına oxşasa da əmisinin ona kəsdiyi quzu ayrı şeydi! Nəfəsim darıxdı. İnoplanetianlara yazığım gəldi: - Ulduzxan, gəl qayıdaq Yerə. Yaşayış yerindən arayış almaq yadımdan çıxıb. - Gətirmişəm! – deyə xalam arayışı göstərdi. – Ailə tərkibi haqda da var. Bu da sağlamlıq haqqında arayış. Hərəsinə əlli manat vermişəm. - Ulduzxan, əmioğlu, niyə özün padşah olub, bu binəva canlılarınıza yiyə durmursan? Dinmədi. Bir də soruşdum. Yenə dinmədi. Bir də… - Əzizim, bilirsiniz, bizim planetin başbilənləri eksperiment keçirirlər. Deyirlər görəsən Yerdə yaşayanlar bu planetdə padşah olsalar… - Ə, a bədbəxt, - deyə qışqırdım. – Ə, yüz illərdi ki, Yerdə eksperiment keçiririk, dilənçi kökünə düşmüşük. Qırılanımız qırılıb, sağ qalanlarımız xəstədi. Ə, top kimi canlılarsız, Yer padşahını neynirsiz? Gündə bir qan salıb, iclas çağırıb zəhlənizi tökəcək. Ulduzxan, məni Yerə apar.. Vallah, padşah olsam boynunu vurduracam! Söz ağzımdan qurtaran kimi xalamnan, bibim saçyolmasına qalxdılar. Əmim kəllə vurub dayımın dişini saldı. Dostlarım bıçaq çıxardıb bir-birini qana boyadılar. O dedi sən qoymadın, bu dedi sən. İnoplanetianlar vahimə içində qaçıb dağılışır, bir-birini ayaqlayıb keçirdilər. Planetdə bir vaynövsə var idi ki, adamın başının tükü biz-biz dururdu. Qayıtdıq, yenə Yer kürəsi, ana Vətən, qüdrətli ölkəmizə. Qohum-qardaş da qayıtdılar evlərinə. Dostlar salam-kəlamı kəsdilər, məni rahat buraxdılar. Heyif deyil mirzəlik? İndi yenə oturub özümçün, bala-bala «Belə-belə işlər» yazıram. Özümüzdən çox başqa planetdə yaşayanlara yazığım gəlir. Hamısı gicdi… Mənbə: Modern.az