1
2
VAQİF ASLAN
SEÇİLMİŞ ƏSƏRLƏRİ
4 CİLDDƏ 3-CÜ CİLD
TƏRCÜMƏLƏRİ
Bakı-2010
3
Redaktorları:
Nurməmməd Yaşar oğlu Məmmədov. Beynəlxalq Ekoenergetika və Beynəlxalq Kadrlar Akademiyalarının Professoru.
Səxavət Nurəhməd oğlu Mustafayev. Publisist. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidentinin məsləhətçisi.
Rəsul İlməddin oğlu Rəsulov. Publisist.
Çingiz Ənvər oğlu Nağıyev. Jurnalist,qızıl qələm mükafatı laueratı.
Rəyçiləri:
Cavanşir Feyziyev. F.e.n.,fransız dili üzrə böyük mütəxəssis.
Fikrət Ramazan oğlu Xalıqov. F.e.d.,professor.
Mayis İsrayıl oğlu Əmrahov. T.e.d.,professor. Vaqif Piriyev. T.e.d., professor
Füzuli Cahangir oğlu İsmayılov T.e.n.,siyasi icmalçı. .
Rəssamı: Kompyuter tərtibatçısı: İsayeva Xəyalə Akif qızı Nəşrinə məsul: Vaqif Aslan. Seçilmiş əsərləri, III cild,…səhifə. ……nəşriyyatı, Bakı-2010. Bu kitabda şair Vaqif Aslanın fransız və rus dillərindən etdiyi tərcümələr toplanmışdır.Bu tərcümələr həm tarixi,həm də bədii əsərlərdən ibarətdir.Tərcümələrin hər birisi orijinaldandır.Tarixi tərcümələr V.Aslanın izah və şərhləri ilə açıqlanmışdır ki,oxucular və mütəxəssislər XVII əsr fransız səyyahlarının şəxsində Fransanın və ümumiyyətlə Avropanın Şərqə,konkret desək,Azərbaycana baxışlarını olduğu kimi görə bilsinlər.J.B.Şardənin “Səyahətnamə”si V.Aslanın tərcüməsi və şərhində ilk dəfə 1994-cü ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.Həmin nəşrə Şardənin əsərlərinin I və II cildlərindən (Amsterdam – 1711) edilən tərcümələr daxil idi.Bu cildə isə Şardənin “Səyahətnamə”sinin həm dəVI cildi (Paris – 1811) daxil edilmişdir ki,bu,tərcümə tariximizdə ilk dəfədir . Bundan əlavə,burada 1935-ci ildə o zamanki Leninqradda “İran arxeologiyası və mədəniyyəti”üzrə keçirilən, lakin materialları 1939-cu ildə çap edilən III Beynəlxalq Konqresdə çıxış edən Jermen Qiyomun fransızca məruzə etdiyi məqalənin tərcüməsi verilmişdir.Sovet dövründə elmi məqalə və əsərlər rusca yazıldıqda qəbul edildiyi üçün bu məqalə Vagif Aslan tərəfindən 1985-ci ildə rus dilinə tərcümə edilsə də,cap edilməmiş qalırdı.Vagif Aslanın “Seçilmiş Əsərləri”nin capa hazırlanmasında böyuk səy göstərən İsayeva Xəyalə Akif qızı həmin məqaləni rus dilindən Aərbaycan dilinə tərcümə etmişdir. Rus dilindən edilən tərcümələr isə bədii tərcümələrdir. Onlar dünya ədəbiyyatı ilə yaxından tanış olmaq imkanı yaradır.
ISBN----------- 2010
Vaqif Aslan.
4
5
Vaqif Aslan. (Aslanov Vaqif Cumay oğlu) Təvvəllüdü: 05.VII.1950. Şəki–Kiş kəndi. Təhsili: Ali. APXDİ-nin ―Fransız və Azərbaycan dilləri‖fakültəsini(1968-1973) bitrmişdir. Əmək fəaliyyəti: Kiş kənd orta məktəbində müəllim.(1973-1994) Şəki Regional Elmi Mərkəzində ―Folklor və el sənətləri‖ laboratoriyasının rəhbəri.(1994-1997) BDU-nun Şəki filialında müəllim.(1997-2000) Azərbaycan Müəllimlər İnstitutu Şəki filialında müəllim.(2000-ci ildən) AMEA Folklor İnstitutu Şəki sektorunun rəhbəri.(1997-ci ildən) Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri.(1998-ci ildən.İctimai əsaslarla) Kitabları: ‖Aydın‖(Bakı,‖Elm‖1993.) ―Səyahətnamə‖(Bakı,‖Elm‖,1994.XVII əsr fransız səyyahı J.B.Şardənin 1711-ci il Amsterdam nəşrindən tərcümə.) ―Ruhlarla söhbət‖(Bakı,‖Ozan‖,1997.) ―Oğuz elinə salam‖(Bakı,‖Mütərcim‖,2000.) ―Qanımdan rəng alan gül‖(Bakı,‖Ağrıdağ‖,2003.) ―Kiş kəndi və onun məbədi‖(Bakı,‖Çaşıoğlu‖,2003. Azərbaycan və ingilis dillərində.) ―Seçilmiş əsərləri‖, 4 cilddə.ı c.(Bakı,‖Uni Print‖,2009.) ―Seçilmiş əsərləri‖,4 cilddə,ııc.(Bakı,‖Təhsil‖ NPM,2009.)
6
E T İ R A F. İndi 2010-cu ildir... Mən isə bir zamanlar Azərbaycan Elmlər (İndi bu sözün qarşısına ―Milli‖ sözü əlavə edilir.) Akademiyası Tarix İnstitutunun dissertantı oldum. Ona görə ki, 1982-ci ildən,yəni Zori Balayanın ―Ocaq‖ kitabı Moskvada nəşr olunandan sonra narahatlıq keçirirdim... 60 ildən çox xalqlar dostluğundan dəm vuran SSRİ-də mənim yaşımda ilk dəfə idi ki, Azərbaycan türklərinin ermənilərə dost deyil, düşmən olduqları elan edilirdi və hamı susurdu.Danışanları başa salırdılar ki, ―biz qardaşıq‖, səbriniz olsun,bağırıb qlobal səviyyədə özünüzü biabır etməyin.Biz susduqca Zori Balayanın qaladığı ―Ocaq‖ ingilis,fransız,alman,ispan və sair dillərdə alovlanırdı. Bu ərəfədə ―Azıx mağarası‖ kitabının müəllifi görkəmli arxeoloq Məmmədəli Hüseynovun ―Bənövşə‖ kitab mağazasında necə əsəbiləşdiyinin şahidi olmuşdum. Axır ki, gəlib Tarix İnstitutuna çıxdım...Böyük arxeoloq Rəşid Göyüşov (Allah ona rəhmət eləsin) ilə görüşdüm.Bu tarixi görüşün əsil səbəbkarı Şəkidə fəaliyyət göstərən arxeoloq dostum Nəsib Muxtarov olmuşdu. Rəşid Göyüşovla çox söhbət elədik...Nəticə olaraq belə qərara gəldik ki , mən dissertant olum. Bunun üçün mən ixtisasımı dəyişməli idim. Çünki o zamanki Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ―Fransız və Azərbaycan dilləri‖ fakültəsini bitirmişdim. Bu tarixi hadisə 1973-cü ildə baş vermişdi və elə həmin ildən onu ―SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu‖ adlandırmışdılar. Dədəm Qorquda min rəhmət! Adını versələr də ,yaşını verə bilməmişdilər...Azərbaycan müstəqillik əldə edən kimi verilmiş adlar dəyişdirildi... Lakin hələ 1984-cü il idi...Nəhayət , mənə tarix üzrə dissertasiya üzərində işləməyə icazə verdilər...Rəhmətlik Rəşid Göyüşov bu işdə çox can qoydu...AAK Moskvada yerləşirdi ... Nə yaxşı ki , Rəşid Göyüşov ulu öndərimiz Heydər Əliyevlə vaxtaşırı zəngləşirdi... Mənim məqsədim etnotoponimik tədqiqatlarımı üzə çıxarmaq idi. Elə buna görə də Tarix İnstitutunda ―Kiş‖ toponimi və onun etimoloji mənşəyi‖ mövzusunda yazdığım referat ilə məruzə etdim. Toponimiya ilə məşğul olanlardan biri lap özündən çıxdı...İş gəlib o yerə çatdı ki,Tarix İnstitutunun o zamanki direktoru İqrar Əliyev onu Elmi Şuradan çıxarmalı oldu... Axırda mənim kimsəsizliyimi əsas götürərək mənə fransızdilli mənbələr üzərində işləməyi məsləhət bildilər. Elə bu arada o zamanki V.İ.Lenin adına APİ-dən (indiki Tusi adına APU) Xeyransa adlı bir aspirantın məni axtardığını dedilər.Görüşdük...O,təhsilini başa vurmaq üçün Leninqrada (indiki Sankt-Peterburqa) getməli idi.Təcili olaraq referatımın surətini istəyirdi. Onu böyük tarixçi Yusif Yusifov göndərmişdi. Mənə APİyə gəlməyi təklif edirdilər... Uzun sözün qısası,‖XVII əsr fransız səyyahlarının (Jan Batist Şardən,Jan Batist Tavernye,Rafael dü Man) əsərləri Azərbaycan tarixinin mənbəyi kimi‖ mövzusunda dissertasiya işi üzərində işləməli oldum. ―XIII-XVIII əsrlərdə Azərbaycan şəhərləri və şəhər sənətkarlığı‖ sahəsində yeganə mütəxəssis sayılan rəhmətlik Mikayıl Heydərov mənim elmi rəhbərim,adları hamıya məlum olan Mahmud İsmayılov və Rəşid Göyüşov isə mənim opponentlərim oldular. Lakin məsələnin ən ağır yeri mənbələrin harada olmasında idi.Ona görə ki, mən imkansız idim... 7
Məni inandırdılar ki,Bakıdan kənara çıxmağa ehtiyac yoxdur,çünki bu mənbələr Akademiyanın fundamental kitabxanasında vardır. J.B.Şardən 10 cild, J.B.Tavernye 6 cild, Rafael dü Man isə 1 cild olmaqla,cəmi 17 cild mənbə üzərində işləməli,XVII əsrdə Azərbaycanın sosial-iqtisadi tarixini, siyasi vəziyyəti və quruluşunu, mədəniyyət və maarif məsələlərini əhatə etməli idim. Canımın canı çıxsın,neynəyək?.. Fundamental kitabxanadan əli boş qayıtdım. Bircə ona sevinirdim ki, orada tələbə yoldaşım Aliyə Məstəliyevaya rast gəlmişdim. Məni inandıranlara fundamental kitabxanada mənbələrin olmadığını bildirdim. Baxdılar və dərin bir fikrə getdilər... 1984-cü il çevrilib 1985-ci il oldu...‖Verən Allahdır‖,– deyərək Tarix İnstitutunun rəsmi arayışı ilə M.F.Axundov adına Respublika Kitabxanasına üz tutdum. Orada çox böyük səmimiyyətlə qarşılandım. Respublika Kitabxanasının ―Nadir fond‖unda J.B.Şardənin 1711-ci il Amsterdam nəşrinin I və II cildləri var idi. I cild 254, II cild isə 334 səhifə olduğu üçün mənim uzun müddət Bakıda qalmağım lazım gəlirdi. Bu arada arxasına ―ATLAS‖ sözü yazılmış iri bir albom diqqətimi cəlb etdi. ―Nadir fond‖un direktorundan onu göstərməsini xahiş etdim. Fonddakı nəzarətçilərin razılığı ilə ―Atlas‖a baxdıq. Sən demə, bu – Şardənin 1811-ci il Paris nəşrinə əlavə edilən ―Atlas‖ imiş. Özü də qeydə alınmayıbmış...Görkəmli alim Kamil Vəliyevlə (Kamil Vəli Nərimanoğlu ilə) də tanışlığım oradan başlandı.Ona fransızca nəşr edilən « L`Histoire du Monde» (―Dünya tarixi‖)-dan Təbrizə aid bir səhifənin tərcüməsi lazım idi.O buna razılıq aldı,mən də tərcümə etdim. Səhərisi gün fondun direktoru mənə məsləhət bildi ki,daha ora gəlməyim.Sabah yox, birisi gün kitabxananın gündoğan tərəfindən səkiyə yaxın pəncərələrindən birinə yaxınlaşım,pulunu verib hər iki cildin kserosurətini alım.Bakıda yaşayan qardaşım Rasimin (biz ona Rahim deyirik) köməyi ilə ,borc-xərc bu pulu bitirdik...‖Atlas‖ın isə kserosurətini əldə etmək imkanlarımız xaricində oldu. Bundan sonra XVII əsr fransız səyyahlarının Respublika Dövlət Kitabxanasında olmayan nüsxələrinin əldə edilməsinə köməklik göstərilməsi üçün kitabxananın o zamanki direktoru Q.Süleymanzadəyə bir daha ərizə ilə müraciət etdim. O dərhal mənim ərizəmə yuxarıdan belə bir dərkənar qoydu: ―yol. Məmmədova Z. və Qəmbərova Z., MBA xətti ilə SSRİ-nin əlaqədar kitabxanalarına yazılı sifariş göndərin.‖ 25/vıı-85./imza./ SSRİ kitabxanaları isə yazılı sifarişlərə müsbət cavab vermədi. Axırda şəxsən özüm keçmiş SSRİ-nin ən böyük kitabxanasına—V.İ.Lenin adına SSRİ Mərkəzi Dövlət Kitabxanasına məktubla yazılı müraciət etdim. 09.12.86-cı il tarixli cavab çox paradoksal oldu:‖Hər cilddən ancaq 15 səhifə həcmində kserosurət verə bilərik.‖ Bunu çox nəzakətlə verilən rədd cavabı kimi başa düşdüm. Aradan daha iki il keçdi. Bu iki il ərzində Şardənin I və II cildləri üzərində işlədim: oxudum, qeydlər apardım,sonra da yavaş-yavaş Azərbaycana aid olan hissələrini tərcümə etməyə başladım. Tərcümələrim əsasında bir neçə məqalə hazırladım,elmi rəhbərimə təqdim etdim...Tarix İnstitutunun ‖Orta əsrlər Azərbaycan tarixi‖ kafedrasının əməkdaşlarından professor Seyidağa Onullahi və o dövrdə tarix elmləri namizədi (hazırda doktor,professor) Vaqif Piriyev məni çox ruhlandırırdılar... Axir ki, ev,ailə qayğılarımı gözümün altına alaraq ,heç olmasa bir aylığa Moskvaya getməyi qərara aldım. Bu məqsədlə Tarix İnstitutuna müraciət etdim. Mənə iki arayış verdilər. Bunlardan birincisi №35-24-12,6 yanvar 1988-ci il tarixli arayış Lenin ordenli V.İ.Lenin adına SSRİ Dövlət Kitabxanasının,ikincisi №35-24-13,7 yanvar 1988-ci il 8
tarixli arayış isə Ümumittifaq Dövlət Xarici Ədəbiyyat Kitabxanasının direktorluğuna ünvanlanmışdı. Bunlar da faydasız oldu. Z.Balayanın 1986-cı ildə iftira ilə dolu ―Yol‖ kitabının Moskvada nəşr olunması və qəsdən bir çox xarici dillərə tərcümə edilməsi ,çirkin məqsədlərini həyata keçirmək üçün 1987-ci ilin iyul ayından ulu öndərimiz Heydər Əliyevin keçmiş Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçov tərəfindən istefa adı ilə Siyasi Bürodan uzaqlaşdırılması,o beynizədəli Baş katibin iqtisadi məsələlər üzrə baş məsləhətçisi Aqanbekyanın Parisdəki çıxışı,nəhayət,azərbaycanlıların 1988-ci ildən tarixi torpaqlarından –Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan qovulması ərəfəsində SSRİ kitabxanalarının susması Azərbaycan xalqına qarşı çevrilən siyasi aksiyanın bir tərəfi idi. Üzərində işləyəcəyim mənbələrə görə yenidən Azərb.EA Tarix İnstitutunun direktorluğuna müraciət etdim. Yığışdılar...Məni Paris Milli Kitabxanasına ezam etməyi məsləhət bildilər. Ancaq bir azdan sonra ―Valyuta fondu‖nda pulun olmadığı məlum oldu... Günlərin bir günü prof. S.Onullahi mənə belə bir təklif etdi: ―Gəl,mən fundamental kitabxananın direktoru ilə danışım, sən anbara gir, bəlkə, nəsə tapdın.‖ Belə də etdik...14 min kitabın üst-üstə qalaqlandığı anbara daxil oldum. Azərbaycan, rus, ingilis,fransız və sair dillərdə olan kitablar bir-birinə qarışmışdı. Birdən əlimə bir kitab keçdi: Bu, Şardənin 1811-ci il Paris nəşrinin VI cildi idi. Bundan sonra nə qədər axtardımsa,XVII əsr fransız səyyahlarının heç bir əsərini tapa bilmədim. Unluqdan çıxan dəyirmançı şəklində kitabxanadan çıxdım. Seyidağa müəllim uşaq kimi sevinirdi, çünki Şardənin VI cildini tapmışdım.Eradan (rotaprintdən) VI cildin surətini çıxartdırıb,Şəkiyə–doğma Kişə üz tutdum. 1989-cu ildən 1993-cü ilə qədərki hadisələrin axarından və məzmunundan keçdim... Artıq 20 Yanvarlı 1990-cı ilin ortalarından etibarən Şardənin I və II cildlərindən etdiyim tərcümələr izah və şərhləri ilə bərabər çapa hazır vəziyyətdə idi. Lakin onu çap etdirmək mənim üçün çox çətin oldu. Bu işdə mərhum türkoloq Aydın Məmmədov da mənə kömək edə bilmədi...Tale elə gətirdi, fələk elə yazdı ki, 1991-ci il aprelin 19-da Aydın faciəli surətdə həlak oldu və mənim ona həsr etdiyim ―Aydın‖ poeması 1993-cü il aprelin 8-də ―Elm‖nəşriyyatında çapa imzalanıb,Şəki Ət-Süd kombinatının direktoru Şirinov Nazim Sədi oğlunun sponsorluğu ilə çap edildi. ―Elm‖ nəriyyatının o vaxtki direktoru Fikrət Əhmədov (Fikrət Saraclı) ilə söhbətlərimdə Şardəndən etdiyim tərcümələrdən danışdım, o da bunları tezcə nəşr etməyi məsləhət bildi. Beləliklə, dissertant Vaqif Aslanovun fransızcadan etdiyi tərcümə bütün dəm-dəsgahı ilə 3 yanvar 1994-cü ildə çapa imzalandı və Şəki Aqrar-Sənaye Birliyinin rəisi Mürşüd Fərəcovun sponsorluğu sayəsində «Jan Şardən.‖Səyahətnamə‖» adı altında işıq üzü gördü. Azərb.EA Tarix İnstitutunun orta əsr tariximizlə məşğul olan hər bir əməkdaşına bir kitab hədiyyə etdim. Kitabı oxuduqdan sonra onların nə deyəcəkləri ,izah və şərhlərimə necə yanaşacaqları mənim üçün çox maraqlı idi. Aradan bir ay keçdi...Xatirlərini çox istədiyim, yaradıcılıqlarına hörmət və ehtiramla yanaşdığım alimlərlə görüşdüm.Axırda özümü bir təhər ələ alıb soruşdum: ―Tərcümə etdiyim kitab barədə fikrinizi bilmək istərdim...‖ “Güvəndiyim dağlar‖ belə cavab verdilər:‖Bizə kitab verməmisən.‖Altıncı mərtəbəqarışıq bütün Akademiya başıma fırlandı...Özümə qarşı ikrah hissi keçirdim... Bundan sonra ayda bir dəfə Bakıya yolum düşsə də, daha Tarix İnstitutuna getmədim. Bir qayda olaraq ,Ədəbiyyat İnstitutuna–böyük Yaşar Qarayevin görüşünə 9
getdim: razılaşmışdıq ki, dostluğumuz elmi rütbəyə və sairəyə əsaslanmamış olsun. Amma hər dəfə Akademiyanın həyətində Tarix İnstitutunun elmi katibi Gövhər xanımla rastlaşırdım və hər dəfə salamlaşdıqdan sonra aramızda belə bir söhbət olurdu: –Kitabını oxudum.İzah və şərhlərinlə tanış oldum.Namizədlik işi üçün bu bəs edir.Gəl,qeydiyyatdan keçirək, müdafiə elə. Mən isə bir qayda olaraq həmişə Gövhər xanıma təşəkkür edirdim. İndinin özündə də bu ali qadına, bu böyük şəxsiyyətə olan hörmət və ehtiramlarımı qoruyub saxlayıram. Şardənin ―Səyahətnamə‖sini çap etdirəndən sonra qəribə hadisələrlə qarşılaşdım: ömrü boyu ateizmi təbliğ edən, atasının qəbri üzərində dua oxutduran adamlar barəsində birinci katibə yazılı məlumatlar hazırlayan alimi-biəməllərdən biri ―Quran-i Kərim‖dən bircə ayə bilmədiyi halda həccə getmək həvəsinə düşmüş,çevrilib birdən-birə «təəssübkeş müsəlman» olmuşdu: –Səndən şikayət edəcəyəm.O nə əsərdir ,tərcümə etmisən? Peyğəmbərimizi ―yalançı peyğəmbər‖ adlandıran bir adamın əsərini tərcümə etmək günahdır. Mən: -―İnsanları aldatmaq, düşməni dost kimi təqdim eləmək günahdır.Əgər, doğrudan da, qeyrətli müsəlmansansa,namuslu alimsənsə, bizim peyğəmbərimizi qəbul etməyənlərə həm bir müsəlman, həm də bir alim kimi cavab ver.Qeyrətdən danışmaq – qeyrətli olmaq demək deyildir. Mən orijinalda necə var, eləcə tərcümə etmişəm , yeri gəldikcə izahlar və şərhlər vermişəm.İndi bil ki, Avropa hələ XVII əsrdən necə düşünür‖,– deyə cavab verdim. O söhbətin üstündən bir neçə il keçdi və 2004-2006-cı illərdə Danimarkada, yəni söz, vicdan, etiqad və sair azadlıqlardan dəm vuran Avropanın düz köbəyində Məhəmməd peyğəmbərin (ə.s.) karikaturasını nümayiş etdirdilər.XXI əsrin başlanğıcında Avropa ölkələrində Həzrəti Məhəmməd peyğəmbərin (ə.s.) karikaturasının çəkilməsi, nümayiş etdirilməsi Şardənin dövrü ilə müqayisədə xristian dünyasının yerində saydığını,Allahı və insanı dərk etmək mənasında,ən yumşaq ifadə ilə desək, müsəlman – xüsusilə türkmüsəlman dünyasından 300 il geri qaldığını göstərir. Çox təəssüflər olsun ki, min cür əziyyətlə əldə etdiyim VI cildi axıradək tərcümə edə bilmədim… Ancaq bütün hallarda tərcümə zamanı orijinala sadiq qaldım. Orijinaldakı siyasiləşməni yeri gəldikcə açıqladım. Avropanın dini (əslində qeyri-dini) təəssübkeşliyini olduğu kimi, yəni Şardənin yazdığı kimi tərcümə etdim, kiməsə xoş gəlsin deyə dəyişdirmədim. İnsanları bir daha doğru yola döndərmək üçün göndərilən Allah elçisi Həzrəti Məhəmməd peyğəmbəri XVII əsr Avropa səyyahlarının çoxu, o cümlədən Şardən ,sadəcə olaraq, Məhəmməd və ya ―yalançı peyğəmbər‖ ifadəsi ilə bir neçə yerdə təqdim edir.(bax.Ş.II c.s.280;VI c.s.12,27.) Mən həqiqət bütün açıqlığı ilə görünsün deyə bunları olduğu kimi tərcümə etdim. Şardən ―Səfəvi sarayı‖,‖Səfəvi dövləti‖ əvəzinə ―fars sarayı‖, ―İran dövləti‖ terminlərindən istifadə edir: o bütün müsəlmanları ―fars‖ və ya ―Məhəmmədi‖ sözü ilə ümumiləşdirir. Halbuki Şardən öz ―Səyahətnamə‖sinin II cildinin 72-ci səhifəsində 1672ci il sentyabr ayının 18-də Minqreliya şahzadəsi ilə özü türkcə bildiyi üçün mütərcim vasitəsilə türkcə danışdığını yazır. Elə Şardənin özündən çox-çox əvvəl Səfəvi sarayına göndərilən Pasifik 1628-ci ildə Böyük Sufi qarşısında yaxşıca düşünülmüş sözlərlə türkcə nitq söyləmişdir.(bax.J,Qiyomun bu kitaba daxil edilən məqaləsi.) Şardən ―Osmanlı‖ terminindən qaçır – ―türk‖ deyir.‖Şah Abbas türklərlə müharibə edirdi . Türklərə qarşı xristian şahzadələrini ayağa qaldırmaq üçün Şah Abbas Avropaya missionerlər göndərirdi‖(bax. Ş.ıı c.s.139.) sözləri ilə fikrini ifadə edir.İlk baxışda Şardən 10
özünü Səfəvilərə rəğbət, Osmanlılara nifrət edən kimi göstərir,amma qətiyyən belə deyildir. Mənbəni diqqətlə izlədikdə fransız səyyahın həm ―şah‖, həm də ―sultan‖sözlərinə dərin nifrət bəslədiyinin şahidi olursan. Açıqca görürsən ki,Şardən Səfəvi hökmdarlarının qarşısında ―şah‖, Osmanlı imperatorlarının qarşısında ―sultan‖sözlərini işlətmir.Bir çox məqamlarda onları hörmətsizcəsinə Abbas,Səfi,Sufi,Süleyman,Səlim,Murad(bax.Ş.II c.s.145,147;328-329;331.) deyə təqdim edir. Hətta Araz çayından danışarkən ―Şərqlilər onu ―Aras‖ adlandırırlar‖(bax.Ş.II c.s.307-308.) deyir. Osmanlı türkləri ilə Azəri türklərini biri-birinə yadlaşdırmaq,manqurtlaşdırmaq, sonra da onları qarşı-qarşıya qoymaq siyasətinə xidmət edən Şardən Şah I Abbası ―incə siyasətçi‖ adlandırır: ona görə ki, ―1603-cü ildə Şah I Abbas Təbrizi tutarkən muşketdən atəş açmağı əmr etmişdir‖ və həm də ona görə ki,‖farslar əvvəllər müharibə vaxtı bundan heç vaxt istifadə etməmişdilər.‖(bax.ıı c. s.330.) Səfəvilər tarixində ilk dəfə odlu sılahlarını təbrizlilərin başında sınaqdan keçirən, haradansa gətirtdiyi 30 erməni ailəsini Culfada saxlamaqla,yerli əhalini–Azəri türklərini zorla köçürdüb İsfəhanla üzbəüz Yeni Culfa saldıran ,İrivan və Naxçıvan xətti boyunca yaşayan azərbaycanlıları qaçqın və köçkün halına salan,(görürsünüzmü, qaçqın və köçkünlüyümüzün kökü haralardan gəlir?) guya ki,Osmanlılar qarşısında erməni istehkamı yaradan(Ş.II c. S. 308.),dəyənək görəndə qorxuya düşüb qaçan ermənilərdən və hindlilərdən ibarət ticarət karvanlarına üstünlük verməklə ölkənin ticarətini pis günə qoyan(Ş.II c.s.332-333.) Səfəvi şahlarını Avropalı səyyah ―incə siyasətçi‖ adlandırmasın,kim adlandırsın?Osmanlılarda ən yüksək,Səfəvilərdə isə ən aşağı titulun ―sultan‖ titulu olduğunu əyani şəkildə görüb yaşayan Şardəni Parisdən Tiflisədək erməni Allahverdi(Ş.II c.s.34-35), Tiflisdən İrivanadək fars Emin ağa(Ş.II c.s.194,238,241.), İrivandan Təbrizədək erməni Azəri (Ş.II c. s.294.) müşayiət edirsə, sonralardan Fransaya göndərilən səfirlər şahların özləri də türk olduqları halda türk əmirlərindən xəbərsiz göndərilirsə, (bax.J.Qiyomun məqaləsi.) avrosiyasətçilərin dili ilə desək,XVII əsr Səfəvi şahları ―incə siyasətçilər‖ deyillər, bəs kimdirlər? Səfəvi şahlarının türklərə (yəni, Səfəvi türk əmirlərinə –V,A,) xəbər vermədən Avropa ölkələrinə kimisə səfir göndərmələrini , ermənilərin səfir köməkçisi və ya diplomat kimi fəaliyyət göstərmələrini alqışlayan Şardən bunu «şahın gizlin siyasəti» adlandırır:əslində isə Səfəvi şahlarını özlərinin türk olmadıqlarına inandırmaq istəyir. Burada onu hörümçəkdən məharətli toxucu adlandırmaq olar. Hətta, Novruzda verilən bayram hədiyyələrindən danışarkən: –‖Bu, Şərqdə dəyişməz qanundur. Aşağı vəzifədə olanlar yuxarı vəzifədə olanlara, kasıblar varlılara hədiyyə verirlər. Bir sözlə, bu adət əkinçidən şaha qədər davam edir.‖ –cümlələri ilə (Ş.II c. s.284.) Səfəvi şahlarının rüşvətxorluğuna işarə edir. Şardənin ―Səyahətnamələri‖nin ziddiyyətlərlə dolu olmasına baxmayaraq,orada öz əksini tapan faktlar və həqiqətlər XVII əsr Azərbaycan tarixini daha da dərindən öyrənmək üçün son dərəcə əhəmiyyətlidir. Əsərlərimin III cildinə daxil edilən tərcümələrim sırasında J.Qiyomun məqaləsinin yer tutması Şərq-Qərb diplomatiya tarixinə açıq gözlə baxa bilmək ehtiyacından irəli gəlmişdir. Gələcəyi daha yaxşı görə bilmək üçün hərdənbir keçmişə boylanmaq zəruridir. Bədii tərcümələrə tələbəlik illərimdən meyl göstərmişəm. Pol Verlendən, Erve Bazəndən,Öjen Potyedən etdiyim tərcümələr o illərin məhsullarıdır. Onları məzmun və mündəricə baxımından faydalı hesab etdiyim üçün kitabıma daxil edirəm. Rus dilindən tərcümə etdiyim dram əsərləri isə Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. 11
BAKI-2010 12
Azərbaycan Elmlər Akademiyası
C.-b kovaler Şardənin Səfəvilərə və Şərqin digər yerlərinə səyahətləri
“PARİSDƏN İSFAHANA SƏYAHƏT” Amsterdam 1711 Fransız dilindən tərcümə edəni Azərb. EA Tarix İnstitutunun dissertantı Vaqif Aslanov
Bakı-Elm-1994.
13
Vaqif Aslanın Tərcümələri JAN ŞARDƏN
I və II cildlər üzrə olan məlumatlar 1711-ci il Amsterdam , VI cild üzrə olan məlumatlar isə 1811-ci il Paris nəşrlərindən tərcümə edilmişdir.Tərcümələr,izahlar, şərhlər, müqayisələr, mülahizələr və mühakimələr Vaqif Aslana məxsusdur. I və II cidlər üzrə olan məlumatlar 1994-cü ildə işıq üzü görsə də ,VI cild üzrə olan məlumatlar ilk dəfədir ki ,çap edilir.
14
JAN ŞARDƏN VƏ ONUN “SƏYAHƏTNAMƏ”Sİ HAQQINDA
XVII əsr bəşər tarixində Qərb ilə Şərq arasındakı tarazlığın pozulduğu dövr kimi səciyyəvidir.Məhz bu əsrdə İngiltərə kapitalizm mərhələsinə qədəm qoymuş,Şərq ölkələri ilə müqayisədə Qərb daha yüksək inkişaf pilləsinə qalxmışdır.Beləliklə,ictimai inkişafın aşağı pilləsində dayanan xalqları maddi və mənəvi cəhətdən mənimsəmək Qərbin tələbatına çevrilmişdir.Bu da öz növbəsində kəşflərə,yeniliklərə səbəb olmuşdur.Tacir libaslı diplomatiyanı daha səyyah gündəliklərinin səthi məlumatları təmin etməmiş, nəticədə daha əhatəli əsərlərə ehtiyac yaranmışdır. XVII əsr fransız səyyahı J.Şardənin ―Səyahətnamə‖si məhz belə bir tarixi zərurətin ifadəsi kimi maydana gəlmiş,Şərq ölkələri və xalqları haqqında yazan bütün sələflərini kölgədə qoymuşdur. J.Şardən 16 43-cü ildə Parisdə anadan olmuş,Şərqə ilk səyahəti 1664-1670ci illəri,ikinci səyahəti isə 1671-1677-ci illəri əhatə etmişdir.Şardən hər iki səyahəti zamanı Səfəvi imperiyasında daha çox olmuşdur,üstəlik ikinci səyahəti zamanı mərhum Səfəvi hökmdarı II Şah Abbasın şəxsən öz əli ilə ona 1666-cı ildə təqdim etdiyi xüsusi fərmana görə,həm də Səfəvi hökmdarının taciri sifəti ilə çıxış etmişdir. 1671-ci ildə Şardən ―İran şahı III Süleymanın tac qoyması‖ adı altında müxtəlif hadisələrdən bəhs edən bir məcmuə çap etdirmişdir. İkinci səyahəti başa çatdıqdan sonra Şardən protestant olduğu üçün Fransada qala bilmir,1685-ci ildən etibarən İngiltərəyə köçür və ömrünün sonunadək orda yaşayır.Şardən 1713-cü ildə Londonda vəfat etmişdir. İngiltərəyə köçdükdən sonra,1686-cı ildə Londonda onun ―Kovaler Şardənin Səfəvilərə,Şərqi Hind ölkələrinə Qara dəniz və Kolxida vasitəsi ilə səyahətnaməsinin gündəliyi‖ adlı əsəri nəşr edilir.Elə həmin il onun Parisdən İsfahana qədərki səyahətindən bəhs edən ―Əlaqələr‖ adlı əsəri iki müxtəlif nəşriyyatda, 1687-ci ildə isə bəzi dəyişikliklərlə Lionda çap olunmuş və tezliklə ingilis,alman,flaman dillərinə tərcümə edilmişdir. Şardənin ―Səyahətnaməsi‖nin ən mükəmməl nəşri 1711-ci il Amsterdam və 1811-ci il Paris nəşrləridir.1711-ci il Amsterdam nəşrinin redaktoru bilavasitə Şardənin özü olmuş və ona müqəddimə yazmışdır.Hər iki nəşr 10 cilddən ibarətdir. Birinci cild c.-b Kovaler Şardənin Parisdən Minqreliyaya,ikinci cild Minqreliyadan Təbrizə,üçüncü cild Təbrizdən İsfahana qədərki səyahətini təsvir edir. Dördüncü cild Səfəvi imperiyasının dövlət quruluşundan,hərbi qüvvələrdən,qanunlardan,adət və ənənələrdən,beşinci cild incəsənətdən,dəqiq elmlərin səviyyəsindən,sənaye sahələrindən,mexanikadan,altıncı cild siyasi,hərbi və mədəni hakimiyyət-dən,yeddinci cild dini etiqadlardan 15
danışır.Səkkizinci cild bütövlükdə İsfahana həsr edilmişdir. Doqquzuncu cilddə şahın əmri ilə Şardənin Bəndər Abbasa səyahətindən və Persepoldan danışılır. Onuncu cild isə Şardənin ―Hələ heç yerdə danışmadığı Səfəvi sarayı xüsusiyyətlərinə‖ aid materialları əhatə edir. Oxuculara təqdim edilən bu material Şardənin 1711-ci il Amsterdam nəşrindən tərcümə edilmişdir. Tərcümə zamanı orijinaldakı bütün məlumatlar olduğu kimi saxlanılmış və heç bir dəyişiklik edilməmiş,Azərbaycanla bu və ya digər şəkildə bağlı olan materiallar tərcümə edilmişdir. Qeyd edək ki,Şardən dövrünün diplomatiya ilə məşqul olan digər tacir və səyyahlarından fərqli olaraq,geniş dünya görüşə malik olmuş,ümumdünya tarixini yüksək səviyyədə bilmişdir.O,qədim sanskrit,pəhləvi,fars,qədim yunan,qədim yəhudi,latın,türk,erməni,gürcü dillərini bilməklə yanaşı,bu dillərdə mövcud olan tarixi mənbələrlə öz imkanı daxilində tanış olmuşdur,lakin Gürcüstan haqqındakı məlumatlarını orada yaşayan kapusin keşişlərindən,Ermənistan haqqındakı məlumatlarını isə onu Parisdən İrəvanadək müşayiət edən erməni nökəri Allahverdidən,üç kilsədəki erməni ruhanilərindən və ən nəhayət,onu Yerevandan Təbrizə qədər müşayiət edən erməni mehmandarı Azaridən almışdır. Məlumatlarının zənginliyinə,münasibət və ünsiyyətinin genişliyinə,müşahidələrinin dəqiqliyinə baxmayaraq,Şardən irsi ziddiyyətlərdən və dolaşıqlıqlardan xali deyil. Təbriz haqqında danışan Şardən Xacə Əlişah və Əmir Şeyx Həsən məscidinin tarixində səhvə yol verir.Halbuki,Xacə Əli şah məscidinin 13101320-ci illərdə inşa edilib Ərk adlandığı,Əmir Şeyx Həsən Bozorg məscidinin isə 1342-ci ildə tikilməyə başlandığı digər tədqiqat əsərləri ilə (bax:Əbu Bəkr Əl-Qütbi əl-Əhəri.Tarix-e Şeyx Üveys.Tərcümə edənləri:M.D.Kazımov və V.Z.Piriyev. – B.,1984) təsdiq edilir. Qeysəriyyə bazarının Uzun Həsən tərəfindən hicri 850-ci ildə (Miladi tarixlə 1445/1446) tikilməsi də səhvdir.Halbuki,Uzun Həsən 1453-1478-ci illərdə hökmranlıq etmişdir.(Bax:Onullahi.XIII-XVIII əsrlərdə Təbriz şəhərinin tarixi. – B.,1982). Bir qədər də dəqiq desək,Şardən Səfəvi imperiyası ərazisində yaşayan bütün müsəlman xalqlarını fars adlandırır.Məlum məsələdir ki,bu belə deyil. Daha bir ziddiyyət haqqında.Şardən İrivan bəylərbəyini Çuxursəd bəylərbəyliyi adı ilə təqdim edir.Şərur sultanlığının,Naxçıvan xanlığının onun tərkibində olduğunu göstərir.Həm də İrivanda heç bir erməni ailəsinin yaşamadığını bir fakt kimi göstərdiyi halda,bəzən bu ərazini ―Böyük Ermənistan‖ adlandırır.Halbuki, XVII əsr və ―Böyük Ermənistan‖ istilahı birbirindən çox uzaqdır. 16
Şardən novruz bayramının hicri 475-ci ildə (1083) Cəlaləddin tərəfindən hicri-şəmsi təqvimi üzrə rəsmiləşdirdiyini yazır.Bu tarixdə isə Cəlaləddin deyil,Məlik şah Cəlaləddin Səlcuqi (1072-1092) yaşamışdır.Novruz bayramını da Məlik şah rəsmiləşdirmişdir. Haqqında söhbət gedən təqvim ―Cəlali‖təqvimi adlanmışdır. Bütün bu ziddiyyətləri ilə yanaşı,Şardənin ―Səyahətnamə‖si əvəzsiz tarixi mənbədir. Şardən hər şeydən əvvəl,yüksək mühakimə sahibi olmuşdur.O, Azərbaycan dastanları və nağıllarının opera şəklində ifa edildiyini göstərmişdir.Bu,faktların təsdiqindən irəli gəlirdi və onun təsvir etdiyi səhnə,həqiqətən,opera səhnəsi idi.Bu da Azərbaycan milli operasının orta əsrlərdə yaranmasına bir sübutdur. Yaxud daha bir misal.Təbriz bəylərbəyliyinin dörd xanlıqdan (Qars,Urmiya,Marağa,Ərdəbil) və iyirmi sultanlıqdan ibarət olması faktı özü bir yenilikdir.Halbuki,tədqiqat əsərlərində Təbriz bəylərbəyliyinə tabe olan şəhərlər sırasında Ərdəbilin və Qarsın adı çəkilmir.(Bax: A.A.Raxmani. Azerbaydjan v konse XVI i v XVIIv. – B.,1981,str.87). Yaxud Qazax mahalının idarə edilməsində sülalənin saxlanması faktı da buna bənzər digər faktlar kimi yenidir. Bir sözlə,Şardən irsi Azərbaycan tarixinin XVII yüzilliyini daha mükəmməl və tədqiq etmək üçün son dərəcə etibarlı məxəzdir.
V.ASLAN 1994-cü il.
17
BİRİNCİ KİTAB
Səh. – 252. Bu ölkələrdə (Quriya,İmereti və Minqreliya nəzərdə tutulur) çaxırdan və donuzdan ayrı bir şey yoxdur.Məhəmmədi qanunu da onları haram buyurur... Səh. – 253. Buna görə onlar (türklər – V.A.) bu ölkələri qul tingliyinə çevirməklə razılaşırlar.Hər il onlar ordan yeddi-səkkiz min qul əldə edirlər... Yaddan çıxarmayın ki,həmin ölkələr bu gün ancaq Türkə xərac verirlər.Hərdənbir fars (Səfəvi – V.A.) monarxları ordu göndərməklə onları qorxudur və bu cür xərac alırlar.Böyük Abbas1 (I Şah Abbas – V.A.) isə bütün hakimiyyəti boyunca zəhmətsiz və daha dəqiqi 1627-ci ilə qədər onlardan xərac almışdır.Bu xərac isə əvvəlindən Kolxidanın Səfəvilərə ödədiyi miqdarda idi. İKİNCİ KİTAB
Səh. 27. 18. IX 1672. Minqreliya şahzadəsi missionerlərin yanına gəldi.O,qadın idi... Ona mənim farsca və türkcə bildiyimi dedilər.O,türkcə yaxşı bilən bir nökər (tərcüməçi – V.A.) gətirtdi... min cür sual verdirdi... Səh. 72. 28.X 1672. Qara dənizin ilk adı ―Aşkenas‖ olmuşdur.Qorxulu və bədbəxt hadisələrə səbəb olan coşğunluğuna görə yunanlar bu adı dəyişib 18
Pont-Evksin qoymuşlar.Bu da ―yola getməz‖,‖tərs‖,‖inadcıl‖ deməkdir.Eyni səbəbə görə türklər də onu ―Qara Denqis‖ adlandırmışlar.‖Qara‖ sözü türk dilində ―qorxulu‖,‖təhlükəli‖,‖qəzəbli‖ mənalarında işlənir.‖Qara‖ sözü epitet kimi sıx meşələrə,iti axan çaylara,uca və sıldırım dağlara da aid edilir. Səh. 131. Böyüklərin oturduğu binalar bütün ictimai binalar kimi Səfəvi binaları üslubunda tikilmişdir. Səh. 134. Böyük İsmayıl2 (bizim tarixçilər onu Sofi adlandırırlar).Xəzər dənizinin qərb sahillərindəki Midiyanı və Ermənistanın* bir hissəsini fəth etdikdən və türkləri (Osmanlı türklərini – V.A.) bütün o yerlərdən qovduqdan sonra (baxmayaraq ki,hakimiyyətinin başlanğıcında gürcülərdən kömək almışdı) gürcülərə qarşı müharibə etdi.O,müvəffəqiyyətlə müharibə aparıb,ölkəni xərac və girov verməyə məcbur etdi.Gürcüstan Kaxetiya və Kartvelidən başqa Eristavi adlanan daha kiçik krallıqlara malik idi.(buna ―Födater‖ deyirlər) və onlar bir-biri ilə müharibə edirlər.Bunun sayəsində gürcülər get-gedə zəiflədilər.Onlar bu xəracı İsmayılın bütün hakimiyyəti dövrü,onun varisi olan böyük ürək və müharibədə xoşbəxt tale sahibi Təhmasibin dövründə də ödədilər. * Səh.– 135. Lüarzab Şərqdən Səfəvilərlə həmsərhəd olub Şərqi Gürcüstan adlanan Kartvelidə hökmran idi.Öz sağlığında bu krallığı iki oğlu arasında bölmüşdü.Böyüyünün adı Simon,o birinin adı David idi.Hər ikisi bölgüdən narazı qalıb,müharibə etdilər,hər ikisi də Təhmasibdən kömək istədilər.Kiçik qardaş birinci xahiş etdiyi üçün Təhmasib cavab verdi ki,o,Məhəmmədiliyi qəbul etsə,atasının bütün torpağına sahib olacaqdır.David təklifi qəbul etdi.O,Məhəmməd dinini qəbul edib,ölkəyə otuz min atlı ilə daxil olan Səfəvi qoşununu qarşılamağa getdi.Onu Qəzvində olan Təhmasibin yanına göndərdilər.Gürcü şahzadəsini ələ keçirən kimi onun qardaşına da dinini dəyişməklə ata-babasının mirasına sahib olacağını vəd edən məktub yazdılar.Simon öz inamından geri çəkilmək istəməsə də,Səfəvi ordusundan qorxub Qəzvinə gəldi.Şahzadələri əldə edən kimi Təhmasib böyüyünü Xəzər yaxınlığındakı Gəncə qalasında həbs etdirdi,o birini isə Gürcüstanın hakimi təyin etdi.O da adını dəyişib Davud xan qoydu ki,bu da onun Məhəmmədi olduğuna nişan verirdi.Sonra o,gürcü böyüklərini sədaqət andı içməyə məcbur etdi,özünün və onların uşaqlarını girov göndərdi.Gürcülər Səfəvilərin əsarətindən Səh. – 136. Təhmasibin ölümündən sonra azad oldular.İki il hakimiyyət başında olan ikinci İsmayılın4 dövründə də bir çox Səfəvi əyalətləri kimi,Gürcüstan da azad oldu.Xudabəndə ləqəbli Məhəmmədin5 hakimiyyətinin ilk dörd ili ərzində də belə davam etdi.O,(Məhəmməd Xudabəndə – V.A.) Gürcüstana onları itaətə gətirmək üçün ordu göndərdi.Davud xan ordunun yaxınlaşmasını eşidib qaçdı.Dediyim kimi,Xəzər yaxınlığında həbsdə olan 19
qardaşı Simon var-dövlət əldə etmək üçün şərait yarandığından Məhəmməd dinini qəbul etdi,Simon xan adı ilə Tiflisin xanı elan edildi. Kaxetiya kralı Aleksandr Məhəmməd Xudabəndənin dövründə vəfat etdi6.Onun üç oğlu,iki qızı qaldı.Böyüyünün adı David idi.Cəsarəti və bədbəxtlikləri ilə bütün dünyada məşhur olan bu şahzadə Səfəvilərin ona verdiyi Teymuraz xan adı ilə tanındı.Atası vəfat edən dövrdə o,fars sarayında girov idi.Deyildiyi kimi onu saraya Təhmasib apartdırmışdı.Təxminən eyni yaşda olduqları üçün I Şah Abbasla birlikdə hədsiz dəbdəbə və qayğı içərisində böyümüşdü.Onu həqiqətən gürcü adətlərindən daha gözəl olan Səfəvi ənənələri ilə qidalandırmışdılar.Atası ölən kimi dul qalmış anası ağıllı və gözəl şahzadə Ketavan – ona Səfəvi tarixçiləri Marian deyirdilər(Məryəm) – Xudabəndəyə yazmışdı: ‖Əlahəzrət,ərim ölmüşdür,onun yerində hökmranlıq etmək üçün oğlum Teymurazı yanıma göndərməyinizi Sizdən təvəqqe edir və yalvarıram.Girov üçün onun yerinə qardaşını Sizə göndərirəm.‖ Tabeliyini və vassallığını təsdiq edən fakt hazırlandıqdan sonra Teymuraz göndərildi. Səh. – 137. Haqqında danışdığımız Kartveli kralı Simon I Şah Abbasın hakimiyyətinin başlanğıcında vəfat etdi.Ölərkən öz taxt-tacını hələ gənc olan və baş nazir titulu daşıyan böyük oğlu Lüarzaba vəsiyyət etdi.Gürcülərin Mehru,müsəlmanların Murad7 dedikləri,lakin aşağı təbəqədən olan,hörmətli və krallıqda mütləq nüfuza malik bir şəxs vardı. Mehrunun çox gözəl bir qızı vardı.Lüarzab onun ehtiraslı aşiqinə çevrilib,özünü qıza sevdirdi.Ata isə bu aşiq-məşuqun görüşünə mane olmaq üçün yol tapa bilmirdi.Bir gün onların əxlaqsızlıq etdiklərini görüb təəccübləndi və şahzadəyə dedi: ―Əlahəzrət,nə mənim qızımı,nə də mənim evimi ləyaqətsiz etməyin.Əgər o,Siz əlahəzrətə xoş gəlirsə,evlənin.Əgər onu almaq istəmirsinizsə,daha onunla təklikdə olmayın‖.Lüarzab and içir ki,bu qızdan başqa heç kimə evlənməyəcəkdir.Onun andına inanıb Mehru onların ərarvad kimi yaşamalarına mane olmur.Bununla belə kraliça və saray xanımları aşağı təbəqədən (mənbədə ―təbəqə‖ sözü ―mənşə‖ sözü ilə verilir – V.A.) olan bir qızla şahzadənin evlənməsinə etiraz edirlər.Əmələ gələn şəraitdən xoşhal olan Lüarzab Mehruya daha onun qızı ilə evlənə bilməyəcəyini deyir.Gürcülər son dərəcə intiqampərəstdirlər.Mən bunu müşahidə etmişəm.Krala məsləhət görürlər ki,onun intiqamına mane olmaq üçün Mehruya xəbərdarlıq etsin və onu öldürtsün.Kral buna razı olur.Onu əlahəzrətin ilk ziyafətində içirib sərxoş etmək və öldürmək qərarına gəlirlər.Mehru edam olunacağı anda sui-qəsddən xəbərdar olur.O,yarımsərxoş idi. Səh. – 138. Onun vasitəsilə kral yanında pajlığa keçmiş şəxslərdən biri ona qədəh təqdim edərkən hörmət əlaməti olaraq özünü ona baş əyən kimi göstərib deyir: ―Əlahəzrət,sizi öldürəcəklər‖.O,heç bir şey büruzə vermir.Su götürməyə gedən adamlar kimi ayağa qalxıb qədəhi qaytarır.Bu ölkədə ziyafətlər yarım gün davam etdiyindən belə şeylərə fikir vermirlər.O,birbaşa atı saxlanan 20
tövləyə qaçır,orda əlinə keçən papağı və uzun qollu yapıncını götürüb,adamların gözünə görünmədən ən yaxşı atın başına qantarğa salıb,üstünə atılır və qaçır.Xoşbəxtlikdən onun qaçdığını heç kim duymur.Gürcüstan və Xəzərlə qonşu olan Şirvan və Şamaxı ölkələrindən qələbə ilə İsfahana qayıdan Şah Abbasın ayaqlarına yıxılır.Şaha Lüarzaba və onun rəhmətlik atasına necə xidmət etdiyini,Lüarzabın onu necə mükafatlandırdığını danışır.Evlənmək adı ilə qızının namusuna sataşdıqdan sonra,özünü də aradan götürmək istədiyini bildirir.Şah həqiqətən Gürcüstanın da hakimi olduğu üçün Mehru ondan əlindən çıxan var-dövətinin qaytarılmasını və ədalət istəyir. Mehru Lüarzabdan intiqam almaq üçün fikrində daha etibarlı plan cızmışdı.Bu,şahzadənin bacısına qarşı Şah Abbasda məhəbbət duyğuları oyatmaqdan ibarət idi.Şahzadənin bacısı Gürcüstanın ən gözəl qızlarından biri idi,onun gözəlliyini bütün Səfəvi şairləri tərənnüm etmişdilər.Bu gün də Səfəvilərdə onun gözəlliyini tərənnüm edən mahnılar oxunur.Bu mahnılar o vaxtın (I Şah Abbas dövrünün – V.A.) mahnılarıdır.Bu mahnılar onun və Şah Abbasın haqqında gözəl bir romana (dastana – V.A.) çevrilmişdir.Onun xaç adı (xristianların ona verdiyi ad – V.A.) Darecan idi.Müsəlman fiksiyasında (uydurmalarında –dastan nəzərdə tutulur – V.A.) ona Pəri adı vermişlər. Səh. – 139. Mehru Abbasda məhəbbət duyğularını alovlandırmaq üçün bacardığı qədər ustalıqla elə hey ondan danışırdı.Abbas onu səfirlə,daha sonra başqa bir səfirlə bacısını istəmək üçün Lüarzabın yanına göndərdi.Birinci səfiri (burada elçini – V.A.) gözəl bir vədlə yola saldılar.İkinci elçiyə isə dedilər ki,şahzadə dul qalmış Kaxetiya çarı Teymuraza nişanlanmışdır.Pərt olduğu üçün qızışan Abbas Lüarzaba üçüncü elçini göndərir.Elçiyə tapşırır ki,Lüarzabdan bacısını hər cür vəd və hər cür hədə-qorxu ilə istəsin.Üstəlik Teymuraza məktub da yazır ki,qəti olaraq Lüarzabın bacısına evlənməsin və onun yanına gəlsin.Bu qəti və yüksək tələbdən incimiş Lüarzab hər bir cavabında elçini təhqir edir,bacısını oraya göndərməyəcəyini bildirir.Təxminən 1610-cu il idi8.Abbas Gürcüstana qarşı öz planlarını həyata keçirmək vəziyyətində deyildi.O,türklərlə (Osmanlı imperiyası – V.A.) müharibə edirdi.O,türklərə qarşı xristian şahzadələrini müharibəyə qaldırmaq üçün Avropaya göndərdiyi bir missioneri gizlincə yanına çağırıb tapşırır ki,Gürcüstandan keçsin,Teymurazı türklərlə birləşməkdən,səfəvilərə qarşı çıxıb onların xeyrinə hərəkət etməkdən qəti olaraq çəkindirsin.Teymuraz hədsiz sadəlövh və qorxaq olduğu üçün tələb olunanları edir.Tezliklə bundan peşiman olur.1613-cu ildə Gürcüstana qarşı müharibə etmək məqsədilə Abbas İsfahandan yola düşür.Böyük və qeyri-adi hiyləgərlik əlamətlərinə malik olan bu mürəkkəb şəxsiyyət (Şah Abbas – V.A.) bu müharibəyə məhəbbət intriqası kimi qiymət verirdi.O deyirdi ki,Lüarzabın bacısı onu istəyir,o da Lüarzabın 21
bacısını.Deyirdi ki,Lüarzabın bacısı ona inanılmış adamı ilə məktublar göndərmişdir. Səh. – 140. O, Lüarzabın bacısının vəd verdiyini,lakin Lüarzabın alçaqlıq və ədalətsizlik etdiyini deyirdi.O,bununla öz rəqibini məhv etməyə hazırlıq görürdü.Hamı yaxşı başa düşürdü ki,bu şahzadə (Şah I Abbas – V.A.) gürcüləri öz arzularına qurban edir.Onun ordu dəstələrində çoxlu gürcü vardı.O,böyük nüfuza malik gürcü zadəganlarına pensiya (burada xələt – V.A.) verirdi.Ona könüllü xidmət etdiyi üçün Mehru hər gün xələt alırdı.Teymurazın iki oğlu,Lüarzabın bir bacısı və bir qardaşı onun yanında girov idilər.Nəhayət,böyük vəzifələr və hakimiyyəti tapşırmaq üçün bir neçə əslən gürcü qanından olan şahzadəni Məhəmməd dinini qəbul etməyə məcbur etdi.O,gürcülərin arasına ayrılıq salmaqla,onların axırına çıxacağına inam bəsləyirdi.Bir-birinə düşmən münasibəti bəsləyən xalqları əzmək üçün bu fikir ağlabatan idi.O,Teymuraza yazırdı ki, Lüarzab yaramaz,üsyankar, ağılsız, hökmranlıq etməyə layiq olmayan bir adamdır.Onu taxt-tacdan məhrum etməyi qərara almışdır.Əgər onu tutmağı və ya öldürməyi boynuna götürsə,krallığı ona verər.O,(Şah Abbas – V.A.) Teymurazı aradan götürmək barədə bir məktub da Lüarzaba yazmışdı.Eyni zamanda Midiya tərəflərdə olan ordu generalı Lələ bəyə əmr etmişdi ki,otuz min atlı ilə Gürcüstana daxil olub,oranı başdan-başa qana boyayıb,od-alova bürüsün. Lüarzab və Teymuraz birləşmək qərarına gəldilər.Onlar görüşüb Abbasın məktublarını bir-birinə verdilər.Hər ikisinin Abbas tərəfindən mütləq öldürüləcəklərini yəqin edib,ya birlikdə məhv olmağa,ya da birlikdə azad olmağa and içdilər.Daha sıx ittifaqda olmaq və daha da möhkəmlənmək üçün Lüarzab,dediyim kimi,bacısı füsunkar Darecanı dul qalmış Teymuraza verdi. Səh. – 141. Bu xəbəri eşidəndə Abbas özündən çıxdı.O,yanında girov saxladığı Teymurazın iki oğlunu və digər gürcüləri şəxsən öz əliylə boğub öldürmək istəyirdi.Nəhayət,o,dönük çıxmış çarları cəzalandırmaq üçün tələsik hərəkətə başlamağı qərara aldı. Teymuraz Səfəvi ordusunun yaxınlaşdığını hiss edib,müdafiəyə hazırlaşmaq istədi,lakin krallığındakı zadəganların bir hissəsinin tabe olmağa meyl göstərdiyini başa düşdü.O,anasını Abbasın yanına göndərdi.Bu şahzadə qadın dul qaldıqdan sonra özünü ruhani həyata həsr etmişdi.Mən minqrellərin dini əlaqəsindən danışarkən qeyd etmişdim ki,gürcülər də onlar kimi təkcə dindar paltarı geyməklə özlərini dindar həyata həsr etmiş olduqlarını düşünür,yaşayış yerlərini dəyişmir,istədiklərini edirlər. Marian və ya Ketavan (onu hər iki adla çağırırdılar) ruhani paltarını geyərək guşənişinlik və allaha dua etməklə keçinirdi.O,böyük bir kəcavə və qiymətli hədiyyələrlə yola düşdü.O hələ İsfahanda olan Abbası tapan kimi onun ayaqlarına yıxılıb,oğlunun bağışlanması üçün hədsiz xahişlər etdi.Şahı sakitləşdirmək üçün əlindən gələn hər şeyi etdi.Bu şahzadə qadın kifayət qədər 22
yaşlı idi;bununla belə hələ gözəl idi.Abbas görən kimi ona aşiq oldu.O,ona Məhəmmədi olarsa,evlənəcəyini deyir.Bu şahzadə əxlaqlı və dindar olduğundan,həm də Səfəvi şahzadə qadınlarının aqibətinə nifrət etdiyindən şahın təklifini ikrahla və qətiyyətlə rədd etdi. Səh. – 142. Bu gürcü qadınına xas olan ciddilik idi.Abbas rədd cavabından pərt olaraq və ya onu əldə bəhanə edərək (belə bir fikri iddia edirlər ki,o,Ketavanla evlənmək istəmirdi,bu onun Teymurazdan intiqam almaq planı idi) şahzadəni kənar bir evdə dustaq etdirir,dediyim kimi,Teymurazın ona girov üçün verilmiş oğlanlarını hərəmağasına çevirib Məhəmmədi etdirir.Bundan sonra Gürcüstana yola düşür.Ketavan bir çox illər həbsdə qalır.Abbas bütün Gürcüstanı fəth etdikdən az sonra 1624-cü ildə Şiraza aparılır,orada dəhşətli əzablar çəkir.O,(Şah Abbas – V.A.) bu şəhərin (Şirazın – V.A.) hakimi İman Qulu xana məktub yazır ki,Ketavanı Məhəmmədi etsin.Hədiyyələr,ən dəhşətli əzablar,vədlər,hədələr, zərbələr heç bir nəticə vermir.İman Qulu xan əmri şahzadə qadına göstərir,bunun da bir xeyri olmur.Bu müqəddəs və qəhrəman qəlb sahibinə əzablar təsir etmir.Dəyənəklə,dəmirlə,odla cəzalandırılan bu qadın közərmiş kömür üstündə əzab verilərkən ölür.Bir-birindən dəhşətli,hər gün təzələnən və səkkiz il çəkən cəzalara İsa kimi dözmüşdü.Onun meyidi zibilxanaya atılmışdı.O zaman Şirazda olan avqustinlər gecə vaxtı onu götürüb ətirlə yudular,tabuta qoyub müşayiətçilərdən biri ilə gizlincə Teymuraza göndərdilər. Səh. – 143. Gürcüstana yenidən müharibə etmək üçün Abbas Mehrunun bələdçiliyi ilə bu ölkəyə qoşunla daxil olur9.Abbasın ordusu bir-birinə qarşı intiqam və qorxu hissi keçirən,vədlərə və ümidlərə uyan gürcülər hesabına böyüyürdü.Lüarzab döyüşməyi qət etdi.O,meşələrdə gizlənməyə və onları məğlub etməyə ümid edirdi.Abbasın ordusu bu ölkəyə 25 lyö girdikdən sonra özünü satılmış və məğlub hesab etdi.Lüarzab dəstələrini iki hissəyə ayırmışdı.Keçidi qalaq-qalaq yığılmış ağac kötükləri ilə bağlamışdılar.Elə etmişdilər ki,Səfəvi ordusu nə irəli,nə də geriyə hərəkət edə bilsin.Abbas məğlub edilmişə bənzəyirdi.Mehru satqın kimi boynu vurulacağından qorxub,ona deyir: ―Əlahəzrət,mən sizi buradan üç günə kimi başımın üstündə çıxaracağam‖.O,sözünə əməl etdi və piyada qoşunun keçməsi üçün meşədən yol açdırdı.Gürcülər tərəfindən mühasirə edilmiş düşərgəni buraxıb,süvari ordunu özü ilə götürdü.Meşədən keçən kimi,süvari orduya Abbas özü başçılıq etdi,Kaxet krallığı üzərinə yeridi,hətta tut ağaclarını belə yerlə-yeksan etdi.Əhali ev-eşiyindən didərgin düşüb dağılışdı.Lüarzab bu xəbəri eşidib, özünü məğlub olmuş bildi.O,Minqreliyaya qaçdı.Gürcü kralları əlinə keçmədiyi üçün Abbas qələbəni təmin olunmuş hesab etmədi.Lüarzaba bu məzmunda məktub yazdı: ―Nə üçün qaçırsınız?Mənim haqq-hesabım yaramaz,alçaq,üsyankar Teymuraz ilədir.Gəlin mənə təslim olun.Gürcüstan krallığına sizi təsdiq edəcəyəm. 23
Səh. – 144. Əgər gəlməsəniz,onu başdan-başa dağıdacaq,səhraya çevirəcəyəm‖.Öz xalqına hörmət və məhəbbət bəsləyən Lüarzab gəlib özünü Abbasa təslim etdi.Şah onu dostcasına qəbul etdi,xoş rəftar elədi,təntənə və cah-cəlalla taxta əyləşdirdi.Bu,qılınc işlətmədən gürcüləri yola gətirmək üçün ən yaxşı vasitə idi.Ona gözəl hədiyyələr verdi.Hədiyyələrin arasında daş-qaşla bəzədilmiş cıqqa var idi.Şah həmişə,xüsusilə onun görüşünə gələndə bu cıqqanı taxmağı əmr etdi,dedi: ―Bu,şahlıq rəmzidir,istəyirəm ki,o həmişə sizin başınızda olsun,görənlər sizin şah olduğunuzu bilsinlər‖.Tiflisdən yola düşəcəyi gün o,Lüarzaba dedi: ―Mən burdan səkkiz lyö o yanda dayanacağam,ordunu qabağa buraxacağam.Məni ora qədər ötürmək istəmirsinizmi?!‖ Bu,yazıq gürcü kralını öz paytaxtından çıxarmaq tələsi idi.O,heç bir narazılıq etmədən onunla getdi.Abbas mühafizə dəstəsindəki dünyada yeganə olan məşhur və peşəkar bir oğruya Lüarzabın cıqqasını oğurlamağı əmr etdi.Əmr yerinə yetirildi.Lüarzab şahı görməyə gələndə əlahəzrət ona dedi: ―Lüarzab,sizin cıqqanız hanı? Sizə həmişə bu şah nişanını gəzdirməyi əmr etməmişdimmi?‖ – Əlahəzrət, – deyə Lüarzab cavab verdi, – onu məndən oğurlayıblar,tapmaq ümidimi itirmişəm. Dünəndən bəri bütün adamlarıma axtartdırıram,tapa bilmirik. – Necə? – deyə şah qəzəbləndi, – mənim düşərgəmdə gürcü kralını oğurlayırlar? Baş hakimi,gözətçi dəstəsini,qazını (ədalət şurasının sədri) yanıma gətirsinlər... Bu da onun Lüarzabı qan tökmədən ələ keçirmək üçün qurduğu ikinci tələ idi. Səh. – 145. Onu tutdular.Gürcüstanda yenidən qiyam qalxacağından qorxduğu üçün Abbas onu öldürtməyə cəsarət etmirdi.Onu Mazandarana (Hirkanda yerləşir) göndərdi.Ümid edirdi ki,ölkənin pis havası onu öldürər.Onun burada davam gətirdiyini və ölmədiyini görüb Şiraza gətirtdirir.Nəhayət,onu nə münasibətlə öldürdüyünü sizə deyəcəyəm. Lüarzabın tərəfdarları olan gürcü şahzadələri Moskva böyük hersoqunu (knyazı – V.A) Şah Abbasın yanına xahişə getməyə təhrik etdilər.O da ancaq bu iş üçün nüfuzlu bir səfir göndərdi.Səfəvi şahı ağlasığmaz dərəcədə ağıllı və fərasətli idi.Xəzər sahilində yerləşən Şamaxı hakiminə əmr etdi ki,(Moskva səfirləri Səfəvi dövlətinə oradan keçib gəlirdilər) səfirin Lüarzaba görə gəlişini dəqiqləşdirsin.Ona səfirin ancaq bunun üçün gəldiyini,nüfuzlu zadəgan olub,təsirli tədbirlər tökdüyünü xəbər verdilər.Gürcü şahzadəsinə azadlıq vermək və Moskva Böyük knyazına yox demək istəməyən Abbas Şiraz hakiminə məktub yazır ki,onun ölümü təsadüfi hadisənin nəticəsi kimi görünsün.Əmr yerinə yetirildi.Moskva səfiri gəlib çıxandan iki gün əvvəl Abbasa bu barədə xəbər vermişdilər.Şah qasidi camaat içində danışdırdı,çox təəccüblənib acıqlandı: – Aman allah, – dedi – qəribədir,o,necə olub ölmüşdür? 24
Səh. – 146. – Əlahəzrət, – deyə qasid cavab verir, – o,ova getmişdi,tor atarkən gölə düşüb böğulmuşdur. – İstəyirəm ki,şah dedi – daha qayğısına qalacaqları adam olmadığı üçün onun bütün mühafizləri öldürülsün. Moskva səfiri10 qəbul edildi.Ziyafətdən sonra (onu çox içməyə məcbur etmişdilər) şah onu yanına çağırtdırıb dedi: ―Yaxşı,c.-b səfir,mənim qardaşım,rusların kralı nə arzu edir?‖ Səfir gəlişinin səbəbini izah etdi.Lüarzabın adını çəkəndə şah cavab verdi: ―Bu yazıq şahzadənin başına gələn bədbəxtliyi bildiyinizə inanıram.Buna çox təəssüf edirəm.Onun sağ qalması allaha da xoş gələrdi.Sahibinizin arzusunu məmnuniyyətlə yerinə yetirəcəyəm‖. Lüarzabın yerinə qardaşı Gürcüstan hakimi oldu.Onu farslar gürcülərə uyğun olaraq Baqrat Mirzə adlandırırdılar.Teymurazın qarşısını almaq üçün Abbas ordunun bir hissəsini Gürcüstanda saxladı.Bu şahzadə (Teymuraz – V.A.) düşdüyü vəziyyətdən asılı olaraq,türklərdən və Qara dəniz sahillərindəki qonşu xristian şahzadələrindən aldığı kömək hesabına geri çəkildiyi yerlərdə müharibə apardı.Bundan bir şey çıxmadığını görüb Konstantinopola getdi,böyük kömək əldə etdi.Gürcüstana böyük bir türk ordusu göndərildi.Teymuraz bu ordunun vasitəsilə bir neçə dəfə Səfəvi dəstələrini geri oturdub,Kaxetiya krallığını ələ keçirdi.O,burda çox qalmadı.Türklər çəkilib gedən kimi,Abbas Gürcüstana qayıtdı.Oranın xarici görünüşünü dəyişdi. Səh. – 147. Orada qalalar tikib Səfəviləri yerləşdirdi.Gürcüstandan səksən mindən çox ailəni köçürüb Hirkanın Mazandaran (Kaspi sahilində yerləşir) şəhərində,İrivanda,Midiyada,Fars əyalətində yerləşdirdi. Onların yerinə müsəlmanları və erməniləri köçürdü.Bu xalqı itaətdə saxlamaq xatirinə ciddiyyətinə mülayimlik qatdı.Gürcüstanın və qalib tərəfin razılığını ifadə edən müqavilə bağlandı.Onların (gürcülərin) ölkəsi vergidən azad edilsin,dinləri dəyişməz qalsın,kilsələr uçurulmasın, məscidlər tikilməsin,Məhəmmədi olmasına baxmayaraq,vitse-kral özlərinin şah nəslindən olan təmiz qanlı gürcü olsun:Onun oğullarından biri dinini dəyişmək istəyirsə,hökmdar və İsfahanın baş hakimi tərəfindən verilən vəzifəni atasını əvəz edincəyədək icra etməlidir. Abbas 1628-ci ildə vəfat etdi11.Teymuraz bunu eşidib Gürcüstana qayıtdı,gürcüləri üsyana qaldırıb vitse-kralı və onlara müqavimət göstərən bütün müsəlmanları qırdı.Tiflis müstəsna olmaqla,digər qalaları ələ keçirdisə də,onları əlində saxlaya bilmədi.Babası Abbasın varisi Səfi 1631-ci ildə ona qarşı böyük bir ordu göndərdi.Bu ordunun başında gürcülərin üsyan edib qovduqları vitse-kral,Simon xanın oğlu gürcü Rüstəm xan dururdu.Abbas vəfat edən vaxt o,İsfahanın baş hakimi idi,ona Xosrov Mirzə deyirdilər.Şah Səfi onun çox qoçaq və gürcülərdən çox incik olduğunu bildiyi üçün onu ordusunun sərkərdəsi,atasının yerinə Gürcüstana vitse-kral təyin etmişdi. 25
Səh. – 148. Bir çox döyüşlərdə gürcüləri darmadağın edərək,bütünlüklə Kartvelini,Kaxet krallığının bir hissəsini fəth edib,Qafqaz dağındakı qalalarda yerləşmiş Teymurazı tutmağı əmr etdi.Qoçaq və bədbəxt yaranmış bu şahzadə bu dağlarda həm öz həyatını qoruyan qaçaq kimi,həm də taxt-tacını müdafiə edən kral kimi bir neçə il möhkəm dayandı.Lakin nə türklərdən,nə də xristianlardan heç bir kömək ala bilmədiyi üçün Moskvadan kömək almaq istədi.Buna da müvəffəq olmayıb İmeretiyaya çəkildi.Bacısı orada kraliça idi.Əcdadlarının mülkünə qayıtmaq üçün çıxış yolu görmədiyindən,bacısını aradan götürmək fikrində idi.O,kiçik İmeretiya krallığını fəth edən zaman Şahnavaz xan tərəfindən əsir alındı.Dediyim kimi Şahnavaz xan oğlunu İmeretiyaya kral təyin etdi.Öz vətənində dəfn olunmaq arzusu onun asanlıqla Türkiyəyə doğru geri çəkilməsinə mane oldu.Həm də fikirləşirdi ki,çox qoca olduğundan Türklər ona səfəvilərdən də az nəvaziş göstərəcəklər.Şahnavaz xan onu Tiflisə gətirərək,şaha Teymuraz xanın artıq əlində olduğu haqqında məktub yazdı.Şah ona cavab verdi ki,Teymurazı saraya göndərsinlər. O,çox yaşlı idi,yorğunluqdan və düşmənləri arasında olduğundan xəstələndi.Şah onu dəbdəbəli saraylardan birində yerləşdirdi,həkimlər ona qarşı rəftarlarında çox qayğıkeşlik göstərirdilər.O,1659-cu ildə vəfat etdi.Onun meyidi Gürcüstana gətirilib,dəbdəbə ilə dəfn edildi. Səh. – 149. Deyildiyi kimi,Rüstəm xan Gürcüstanı fəth edib,Qori qalasını tikdirdi.O,hər yerdə qanun-qayda və əmin-amanlıq yaratdı,xeyli böyük ədalət və nəvazişlə ölkəni idarə etdi.Xristian olmasına,ərdə olmasına (onun əri Quriya şahzadəsi idi) baxmayaraq,Minqreliya şahzadəsi Levan Dadyanın bacısı ilə evləndi.Bunu özünə qarşı sui-qəsd kimi qiymətləndirən Levan acıqlanaraq onu (Quriya şahzadəsini) knyazlıqdan saldı,gözlərini çıxartdı,onun Rüstəm xana verdiyi qadını özünə arvad etdi.Əgər belə danışmağa cəsarətim çatsa,bu müdhiş əlaqəyə gürcü və minqrel ruhanilərinin mane olmaq cəhdi heç bir nəticə vermədi.Həmin şahzadə qızın adı Mari idi.O,hazırda Gürcüstan hakimi Şahnavaz xanın arvadıdır. Rüstəm xan 1640-cı ildə öldü.Onun cəsədi Quma gətirilib,dəfn edildi.O zaman Teymurazın qohumu Şahnavaz xan İsfahanın baş hakimi idi.Rüstəm xan sonsuz olduğu üçün onu oğulluqa götürmüş,şaha ona öz doğma oğlu kimi baxması üçün yalvarmışdı.Əlahəzrətin də uşaqdan xoşu gəlmiş,onu sünnət elətdirmiş və şəhərin hakimliyini ona vermişdi.Gürcüstanın hazırki vitse-kralı odur,səksəndən çox yaşı var,hələ də çox gümrahdır. Rüstəm xan ölən kimi,onun arvadı Mari öz gözəlliyi haqqında Səfəvi şahının eşitdiyini,onu gətirmək (səfəvilərə gətirmək – V.A.) üçün əmr verdiyini eşitdi.Ona Minqreliyaya qaçmağı və gizlənməyi məsləhət bildilər. Səh. – 150. Haqqında şahın məlumatı olduğu üçün Səfəvi imperiyasında ona yer olmadığına əmin olduğu üçün,başqa bir yol tutub,Tiflis qalasına gəlib,orada üç gün gizləndi.Bu zaman o,Tiflis qalasının komendantının 26
arvadları ilə görüşür.Həmin qadınlar onu görəndən sonra şaha məktub yazıb onun bir o qədər də gözəl olmadığını,yaşlı olduğunu bildirdilər.Son günlərini öz ölkəsində yaşamasına icazə almaq üçün o,şaha yalvarır.Eyni zamanda şaha çoxlu qızıl-gümüşdən ibarət hədiyyə,qeyri-adi gözəlliyə malik olan dörd cavan,bakirə qız göndərir... Üç aydan sonra şahdan əmr gəlir ki,Şahnavaz xan onunla evlənmək istəyir. Səh. – 151. Gürcü əyanlarının çox böyük əksəriyyəti zahirən Məhəmmədi idilər.Bəziləri bunu sarayda qulluq əldə etmək,bəziləri dövlətdən müavinət almaq üçün etmişdilər.Bəziləri də şah ilə öz qızlarını evləndirmək şərəfinə nail olmaq və ya onları saray xanımlarının xidmətinə keçirmək üçün belə etmişdilər.Belə bir çirkin nəciblik onların ən gözəl qızlarının şaha təqdim olunmasına səbəb olmuşdu.Onların mükafatı isə müavinət və ya qulluq idi.Məhəmməd dinini isə qabaqcadan qəbul etmək lazım idi.Müavinət isə rütbəyə görə idi: adətən iki min eküdən çox olmurdu... Səh. – 153. Kaxet krallığı hal-hazırda Səfəvi şahına tabedir.(bunu demişik).Oranı Şahnavaz xan fəth edib.Onun oğlu orda vitse-kral olmaq üçün Məhəmmədi olmuşdur... Səh. – 155. Kür mənbəyini Gürcüstan dağlarından alır.Şamaxıdan bir lyö kənarda Paynar (Qaynar – V.A.) deyilən yerdə Arazla birləşir,dənizə tökülür.Adətə görə,Gürcü şahzadəsi şahın hədiyyələrini və məktublarını qapıdan çöldə almalıdır,çünki onlar Səfəvilərdən Tiflisə gəlir... Səh. – 156. İmperiyanın başqa əyalət hakimləri də bu cür şahın onlara göndərdiyi hər hansı bir şeyi şəhərdən kənarda qəbul etməlidir.Bu,şahın adamları tərəfindən risksiz və zəhmətsiz,asanlıqla onları tutmaq vasitəsidir... Səh. – 158. ...Məhəmmədi imperiyasına aid olsa da,Tiflisdə heç bir məscid yoxdur.Səfəvilər orda məscid tikmək üçün əllərindən gələni etmişlər,lakin məqsədlərinə nail ola bilməmişlər.Əhali əldə silah üsyan etmiş,fəhlələrlə pis rəftar etmişdir. Səh. – 159. Onlar bir neçə il ərzində Tiflis qalasında kiçik bir məscid tikə bilmişlər. Yaxşı qorunduğu üçün əldə silah qalaya daxil olub,məscidin tikintisinə mane olmağa gürcülər cəsarət etməmişlər. Səh. – 163. ...Gürcülər heç vaxt onu Tiflis adlandırmırlar.Qala deyirlər. Səh. – 164. Tiflis axırıncı əsrlərdə iki dəfə türklərin əlində olmuşdur.Birinci səfəvi şahı II İsmayılın dövründə və ondan sonrakının dövründə də,Süleyman hakim olan kimi,eyni vaxtda Təbrizi də tutmuşdur. Səh. – 173. Farsda hökmdarları böyük və kiçikliyinə görə fərqləndirirlər.Məsələn: Midiya və Gürcüstan böyük canişinlikdir.Qaraman və Jedroziya kiçik canişinliklərdir.Bəylərbəyi əyanlar əyanı deməkdir. Bundan bir az kiçiyi xan adlanır.Belə hökmdaları ümumi bir adla ―arkondolet‖ (imperiya əyanı) adlandırırlar.‖Arkondolet‖ yəhudi mənşəli ―arki‖ sözündən olub 27
―şahzadə‖ deməkdir,yunanlar ―arxont‖ biz avropalılar (V.A.) – ―arşi‖ sözünü onlardan götürmüşük: ―arximandrit‖ baş monax,‖arxidyakon‖ baş keşiş deməkdir. * * * * * * Səh. – 178. Məndə şah fərmanı vardır.Tərcüməsi belədir: – Qala komendantlarının ticarət xidmətçiləri,krallıqların icarədarları,şəhər məmurları,yollardakı,körpü-lərdəki gömrükçülər və böyük ticarət yollarının rəisləri çox yüksək və ali saraya daş-qaşla bəzənmiş nadir əşyalar gətirən,ticarətin gülü,fransız tacirləri,c.-b Şardən və c.-b Rezəni tanımaq şərəfinə nail olmalıdırlar.Onlar Şahın qullarının karxanasını (bütün rütbəli şəxslər şahın qulu sayılırdı – V.A.) ağzına qədər doldurub artıq qalana kimi bu kimi şeylərlə təmin etməyə qabildirlər.Onlar bu mübarək nişanlı fərmanla şərəfləndirilmişlər və bu məqsədlə də səyahət edirlər.Hara gəlib çatsalar, orada onlara mütləq hər cür hörmət göstərilməli,lazım olan hər cür vacib kömək edilməlidir. Həm də mütləq surətdə onları əziyyətə salmamalı,hər hansı bir tərzdə olursa-olsun,qanunlardan irəli gələn tələblər onlardan israrla tələb edilməməlidir.Əgər şahın insan cinsindən olan və tacirlərə qarşı iddia edən qulları haqqında bu barədə qulağa səda gələrsə,bu münasibət pis nəticə verəcəkdir. Səh. – 179. Şəvval, h. 1076. Səh. – 203. Tiflisdən iki lyö cənubda,kiçik bir dağı keçdikdən sonra Kür üstündə Soğanlı (q) adlı nəhəng bir qəsəbə var.Bir az aralıda Səfiabad deyilən şah evi var.Səfinin yaşadığı yer mənasındadır.O,Səfəvi şahıdır,1627-ci ildən hökmranlığa başlayıb... Səh. – 212. Dilican şəhəri,onu altı lyölük məsafədən əhatə edən bütün ərazi (şimaldan,cənubdan Dilicanı əhatə edən və şərqdən,qərbdən çox irəli çıxan ölkə) Qamçı xana aid olub,Qazax ölkəsi adlanır.O da Gürcüstan kimi Səfəvilərdən asılıdır,ona tabedir.Gürcüstanda olduğu kimi,burada da hakimiyyət yerli şahzadələr tərəfindən irsi olaraq,atadan oğula keçmək şərtilə idarə olunur.Birinci Şah Abbas bütün bu ölkəni Gürcüstanla eyni vaxtda fəth etmişdir12.Qazağın əhalisi məğrur və sərt təbiətli dağlılardan ibarətdir.Mənşə etibarı ilə onlar Xəzər dənizinin şimal-şərqindəki dağlarda yaşayan kazak tayfalarından törəmişlər... Səh. – 215. ―Ermənistan‖ sözünü yəhudi mənşəli ―Aram‖ sözü ilə izah etmək istəyənlər daha çox haqlıdırlar.Bu söz ―uca‖,‖hündür‖ mənasını verir.Mən belə bir etimoloji izahla razıyam. Səh. – 216. Mən buna Ermənistan tarixi ilə bağlı bir hadisə də əlavə etmək istərdim.Bilmək gərəkdir ki,Fələstinin fəthi zamanı Salamansar (III Salamansar, e.ə. 860–825,assur çarı – V.A.) yəhudilərin çoxunu bu əyalətdə yerləşdirmişdi. 28
Səh. – 218. (7 mart) ...Çoxlu şəhər və qəsəbələrdən keçib,Şər qovuşanda İrivana çatdıq... Tiflisdən İrivana 48 lyödür.İrivan böyük şəhərdir,lakin eybəcər və çirkin şəhərdir; onun çox böyük hissəsi bağlardan və üzümlüklərdən Səh. – 219. ibarətdir.Heç bir gözəl binası yoxdur.O,hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir.Şimal-qərb tərəfindən Zəngi13(Zengui au Nordouest), cənub-qərb tərəfindən isə Qırxbulaq14 (Queurk-doulak au Sud-ouest) çayları axır.Deyirlər ki,bu çaya ona tökülən bulaqların sayına görə ad vermişlər. ...Qala ( İrivan qalası – V.A.) kiçik bir şəhərdən böyükdür.O,oval formadadır,dairəsi dörd min addım olub,təxminən səkkiz yüz evdən ibarətdir.Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar...Qalanın müdafiəsi üçün iki min əsgər ayrılmışdır.Hakimin sarayı Səh. – 220. qalanın içərisindədir... Qalanın şimal tərəfində yerləşən təpədə kiçik bir qala da vardır.Aralarındakı məsafə min addım olar.O,ikiqat divarla və artilleriya ilə möhkəmləndirilmişdir.Orada iki yüz adam yerləşə bilər.Onun adı keçi qaladır. Şəhər qaladan bir top gülləsi məsafəsi qədər uzaqdır... Şəhərdə ―İrkuyerize,yəni iki üz (iki sifət) və ―Katovike‖O adlı iki kilsə vardır.Hər iki kilsə əsas kilsə olmaq etibarilə son erməni çarları dövründən qalmadır. ...Kilsələrin yaxınlığında qədim bir qüllə də vardır... Mən heç kəsdən onun nə vaxt tikildiyini öyrənə bilmədim...Onun çöl üzündə erməni yazılarına bənzər yazılar olsa da,ermənilər onu heç vaxt oxuya bilməmişdirlər.
29
Səh. – 221. Qarşıda bazar yerləşir: onun lap yaxınlığında kərpicdən tikilmiş və hal-hazırda uçub-dağılmış qədim bir məscid vardır.Bu məscid onun əsasını qoyan şəxsin şərəfinə Div Sultan məscidi adlanır.Oradan üç yüz addım kənarda böyük bir meydan vardır... Şəhərdə və qalada çoxlu hamam və karvansara vardır... Səh. – 222. İrivan gölü şəhərin şimal-qərbində,üç günlük məsafədə yerləşir.Müsəlmanlar ona ―Dərya-Şirin‖,ermənilər isə ―Kyaqar-kuni-su‖ deyirlər.Hər iki söz eyni mənada işlənir15... Zəngi çayı mənbəyini bu göldən alır (səh.223),Araz çayı ilə Xəzər yaxınlığında qovuşur. Səh. – 224. 1582-ci ildə türklər İrivana sahib oldular.Orda qala tikdilər.Qala indi də durur.1604-cü ildə Səfəvilər oranı aldılar,orda top saxlamaqla daha da möhkəmləndilər.1615-ci ildə 4 ay mühasirə oldu.Türklər qalanı ala bilməyib geri çəkildilər.I Abbasın ölümündən sonra qayıtdılar,qalanı tutdular,lakin çox qoruya bilmədilər.1635-ci ildə Səfi onu yenidən tutdu,bundan sonra qala mühasirədə olmayıb... Səh. –226. Birinci Şah Abbas (bu məlumatı ona Eçmədzin monastırının keşişləri veriblər – V.A.) Eçmədzindəki xəzinədən həqiqi nizə və tikişsiz xirqəni (qədimdə keşiş paltarı – V.A.) aparıb İsfahandakı xəzinəni 30
zənginləşdirmişdir.Kilsənin ortasında dördkünc,üç pye diametrində,beş pye qalınlığında olan daş var. * * * * Səh. – 227. Ermənilər inam nöqtəsi kimi ona istinad edirlər,müqəddəs Qrequar (Qriqor) İsanı məhz burada görmüşdür. İsa işıq şüası kimi müqəddəs Qrequarın ətrafına dolanmış,burda kilsə tikməyi əmr etmişdir.Bu vaxt yer açılmış,şeytanları... peyğəmbər ora atmışdır.Bu quyunun ağzını Qrequar mərmərlə örtmüşdü.Əlavə etdilər (Eçmədzin keşişləri – V.A.) ki,həmin mərməri I Şah Abbas xəzinəyə aparmışdır... Səh. – 240. Bu hakim bəylərbəyi (söhbət İrivan hakimindən gedir – V.A.) adlanır: ...Ona hələ də sərdar deyirlər... Onun adı Səfi Qulu xandır. Səh. – 241. Ən varlı və ən çox gəliri olan əyalətdir.Onun ildə otuz iki min tümən (500 min ekü) gəliri olur.Alçaltma,hədiyyə,qadağan olunmuş yollarla varlanmaq məqsədilə istifadə edib bu gəliri iki yüz min tümənə çatdırırlar. ...Bu hakimi şah sevir,sarayda hörmət edirlər,hər iki oğlu şahın himayəsindədir... O,incəsənəti və elmi sevir. 11 mart 1673.Qulam şah İsfahandan Yerevana on üç günə gəlmişdi... Qulam şah ―şahın qulu‖ səh. – 242. deməkdir.Bu adı götürmək ondan irəli gəlmir ki,onlar başqaları kimi azad yaşayırlar.Bu adı ona görə götürürlər ki,hökmdara həqiqətən sadiq olduqlarını nümayiş etdirsinlər.Onlar kiçik yaşlarından şahın sarayında yaşayırlar.Bu cür şah qullarının hamısı Səfəvi sarayında,demək olar ki,Fransada olduğu kimi əyan vəzifəsini icra edirlər.Bunların hamısı çox kiçik yaşlarından qulluğa verilən qabiliyyətli uşaqlardır.Gah onlara verilən məvacib xatirinə,gah da onları kiçik yaşlarından saraya daxil etmək xatirinə belə edirlər.Elə əyanlar var ki,ora öz oğlanlarını beş yaşından qoyurlar.Şah onlara ya ailəsinin vəziyyətinə görə,ya da göstərdikləri xidmətə görə məvacib verir;valideynlərinə də hədiyyə nəzərdə tutulur.Adətən onların məvacibi yeməklə bərabər ildə 20 tüməndir.İyirmi tümən 900 frank edir.Qulam şahın illik yeməyi gümüş pulla 500 franka qədər edir.Adətən onlar böyüdükcə və yaxşı qulluq etdikcə,ya da şahın iltifatı sayəsində məvacibləri artırılır.Onlar daim sarayda olurlar,ən vacib qərarları yerinə yetirmək üçün onlardan istifadə edirlər.Onları şahın hədiyyələrini hakimlərə təqdim etmək üçün göndərirlər,ya da tapşırıqlar verirlər. Tələsik xəbərlər poçt vasitəsilə çatdırılır.Qasidləri (xəbər və ya məktub aparanları – V.A.) çapar adlandırırlar.Bu söz feli sifət olub türk dilindən gəlir,çapan deməkdir.Bu sözdən də ―çapqan‖ əmələ gəlir ki,türk dilində ―qasid‖ (poçtalyon) mənasındadır.Lazım olub at tapılmayanda çaparlar zirəklik göstərirlər. Şərqin heç yerində əsaslı poçt yoxdur.Səfəvilərdə şah və hakimlərin çaparları harda əllərinə 31
Səh. – 243. at keçsə,onu da minirlər,onlara ixtiyar verilir ki,uzun yola çıxanları da atdan saldırıb özləri minsinlər.Keçdikləri yerlərin hakimləri onların atlarını nallatmağa borcludur.Bu,çox pis qanundur.Müqavimət göstərməyə gücü və cəsarəti çatmayan,kiçik adamlar məcbur olurlar ki,ya onlara pul,ya da atlarından düşüb,atlarını versinlər,sonra da dallarınca qaçsınlar.Onlar (qasidlər – V.A.) saraya gələn xaricilərin,şah qulluğunda olan zabitlərin,hörmətli adamların atlarını almağa cürət etmirlər.Mühafizləri olmadığından belə işlərin pis nəticə verəcəyindən qorxurlar.Adətən keçdikləri kəndlərdən at götürürlər.Hər üç kənddən birində at götürə bilirlər.Atı gətirmək üçün nökərlərini göndərirlər. Dəstədəki çapar nəzər-diqqəti tez cəlb edir.Arxadan bağlanmış paltoları (yapıncı – V.A.),yəhərin qaşına keçirilmiş kiçik çantaları olur: çanta yəhərin qaltaqlarına bağlanır.Onların xəncəri,qılıncı, böyürlərində ox qabı,əllərində dəyənək olur.Yayı isə sinələrinə keçirirlər.Uzun şarflarını boyunlarına iki dəfə doladıqdan sonra kürəklərində və göbəkləri üstündə xaç şəklində kəmərlərinə bağlayırlar.Onları uzaqdan görəndə atdan düşəcəklərini hiss edənlər qaçıb gizlənir,ya əvvəlcədən pul hazırlayırlar,ya da pul hazırlaya bilməyəndə atlarını onlara verirlər.Çaparlar,adətən iki-iki gedirlər,o qədər qabiliyyətli adamlardırlar ki,əllərindən qaçmaq olmur: onlara təslim olmaq lazım gəlir. Səh. – 244. Onlar,müqavimət göstərənləri dəyənəklə,qılıncla vururlar.Bəzi çaparlar istədiklərinin yerinə yetiriləcəyini fikirləşib zor işlətmirlər. Böyük adamlar o zaman qeyri-adi məbləğdə ağır xərc çəkməyə məcbur olurlar ki,şah Qulam şah və ya başqa bir hörmətli adam vasitəsilə onlara sərəncam,yaxud hədiyyə göndərmiş olsun.Belə olduqda gəlib çatan kimi geyindirmək,gedərkən nüfuzlarına və göstərdikləri qulluğa uyğun hədiyyə vermək,qaldıqları müddətdə qonaq etmək,əyləndirmək lazım gəlir.Öyrəndim ki,Qulam şahın gəlişi (ondan danışmışam) İrivan hakiminə yatmaq və yemək xərci hesaba alınmadan 400 tümənə (18 min livr) başa gəlmişdir.Əksər hallarda göndərdiyi adama hansı hədiyyənin veriləcəyini şah özü müəyyənləşdirir.Onda hədiyyələri ikiqat artırmağa məcbur olurlar.Göndərilmiş adamların hansı ailəyə mənsub olmaları,xidmətləri və saraydakı nüfuzlarına uyğun hərəkət edirlər.Hər şeyə fikir verirlər.Göndərilmiş adam (Qulam şah – V.A.) və ya onun valideynləri şaha yaxındırlarsa,yaxın əlaqə yarada bilsinlər deyə,onlarla daha nəcib rəftar edirlər.Yeri gəlmişkən,xatırladım ki,şah 1669-cu ildə baş nazirin oğlunu müşketyorlar polkunun komandirliyi vəzifəsinə çəkmişdi.Əlahəzrətin əmri ilə qızıl və gümüş əşyalar hazırlayan ustalar (burada saray zərgərləri – V.A.) ona daş-qaş və şahanə paltar gətirirlər. Səh. – 245. Şah öz zövqünə uyğun hazırlanmış bir neçə daş-qaşın əvəzi olaraq,polk komandirinin 300 tümənlik hədiyyə verməli olduğunu müəyyənləşdirmişdi.Saray zərgərlərindən dörd nəfər ən nüfuzlu şəxs bu 32
əşyaları və paltarları gətirdilər,300 tümən əvəzinə 400 tümən aldılar; (18 min livr edir) əlavə olaraq,onlara dəbdəbəli ziyafət verildi. Üç saat toyda oturub,nahardan sonra evə qayıtdım.Orda çalmalarında daşqaşla bəzənmiş cıqqa olan bəydən və onun kirvəsindən (son Parrain – zamin olan şəxs? Bəlkə sağdış) başqa doqquz adam qalmışdı.Ev sahibi,onun qardaşları,oğlanları hakimin vəzifəli şəxsləri ilə salonun aşağısında ayaq üstə durmuşdular. İçəri girən qonağın qabağına... kiçik çini boşqabda mürəbbə qoyurdular.Mürəbbə böyük bir taza tökülmüşdü.Tazlar ağacdan qayrılıb rəsmlərlə bəzənmiş və qızıl suyuna çəkilmişdi,tərtəmiz idi.Məclis yerdən hündürlüyü iki pye (fut) olub,belə bir şənlik üçün darlıq edən alçaq bir salonda keçirilirdi.Salon məhəccərlənmiş çadırla örtülmüş həyətə baxırdı.Ora daxil olanda məclisi əyləndirən güləşçilər və qladiatorlar gördüm.Əyinlərində qabaq və arxa tərəflərini tutmaq üçün lazımi qədər enli,dəridən hazırlanmış qısa tuman olan güləşçilər (pəhləvanlar – V.A.) çılpaq idilər.Ayıb yerləri görünməsin deyə,qısa tumanı bud hissədən bərk-bərk sıxırlar.Onların qısa tumanı var,bədənlərinə başdan-başa xına (happa) tozu ilə qarışdırılmış bitki yağı çəkilmişdir.Onlar narıncı rəngə boyanmış kimi görünürlər ki,hər deyəndə uduzmasınlar.Güləşçilər Şərqin hər yerində belədir,lap dünya bina olandan belədir. Səh. – 246. Böyük mükafatlar uğrundakı yumruq döyüşləri və güləş yarışlarında hamısı bu cür geyinir.Rəqibini bədəninin gücü ilə yıxıb saxlaya bilmək qələbə sayılır.Rəqib məğlub olduğunu etiraf edənə qədər döyüş davam edir.Adətən məğlubu çiyinlərinə götürüb atırlar.Qonaqlardan biri çox məşhur bir pəhləvandan (məşqçi mənasında – V.A.) danışdı.Dedi ki,365 günün 365-ni də məşqçiliklə keçirir,şəyirdlərini öyrədirdi,lakin fəndlərdən birini heç kimə öyrətməyib özü üçün saxlamışdı.Buna gizlədilmiş fənd deyirlər.Farsların günəş təqvimində (burada hicri-şəmsi – V.A.) ayların hər birində 30 gün var.Farslar təqvimlərindəki əlavə beş günə işarə ilə ―gizlində qalan günlər‖ ifadəsinin işlədirlər.Vaxtilə onun yanında köməkçi olmuş şəyirdlərindən biri ustadının daha çox məşhur olmasına dözməyib,öz gücünə və zorbalığına güvənərək əyalət hakiminin qarşısında onu meydana çağırır.Məşqçi yaramaz şəyirdinin bu sahədəki üstünlüyünü açıqca hiss etsə də,gizli saxladığı fəndə arxayın olub,onun çağırışını qəbul edir.Vitse-kral bu dueldə (burda güc sınamaq,güləşmək – V.A.) iştirak etmək istəyib,bu yarış üçün gün və yer təyin etdi.Adi yarışlarda olduğu kimi məşqçi yığışanları heyran qoydu.Məşqçi birdən rəqibinin ortasından yapışıb,kəllə-mayallaq vururmuş kimi başı üstündən atdı.Ora çoxlu tamaşaçı yığışmışdı.Onlar sırtıq şəyirdin məğlub olmasını arzulayırdıılar və bunu görüb ucadan alqışladılar.Məğlub olan isə,adətə görə,gedib vitse-kralın ayaqlarına düşdü,qışrıra-qışqıra dedi ki,düşməni (məşqçisi – V.A.) ona bu fəndi öyrətməyib.Bəli, doğrudur, – deyə məşqçi cavab verdi – mən o fəndi bu gün üçün,öz ustadını mey 33
Səh. – 247. dana çağıran və özünə güvənən bir şəyird üçün saxlayırdım.Müdriklər deyir ki,heç vaxt dostuna hər sirri vermə,bir gün düşmənə çevrilib,sənə üstünlük edə bilməsin. Güləş əyləncəsi bir saat davam etdi,aktyorlara (güləş göstərən oyunçulara – V.A.) çıxıb getmək əmri verildi.Həyəti çadırla örtdülər,yuxarı başa gözəl xalçalar saldılar.Böyük bir dəstə musiqiçilər və rəqqaslar gətirdilər.Onlar iki saatdan çox heç kimi darıxdırmadan səhnədə oldular.Hakim (Yerevan bəylərbəyi – V.A.) bu müddət ərzində onlara (musiqiçilərə və rəqqaslara – V.A.) baxdı,şah elçisi ilə (Qulam şahla – V.A.), məclisdəkilərlə söhbət etdi,məni Avropa barədə danışmağa vadar etdi.Şah sarayındakı xidmət sisteminə uyğun olaraq,əyalət hakimləri də eyni cür mürəkkəb qulluqçu sisteminə malik idilər.Musiqiçi-lər və rəqqaslar da bu cür qulluqçu sisteminə daxildir.Şərqdə əylənmək və ya bir-biri ilə xoş rəftar eləmək xatirinə rəqs etmək adətləri yoxdur.Onlarda rəqs bir incəsənət və ya sənət kimi mövcud olub,Avropadakı teatr sənətinə oxşardır,camaatı əyləndirmək məqsədi güdür.Bu fərqə (Avropa rəqsi ilə Şərq rəqsinin fərqinə – V.A.) baxmayaraq,rəqs Şərqdə təkcə ədəbsiz məşğuliyyət deyil,həm də rəqqasələr həqiqətən ictimai qadınlar olduqları üçün xüsusilə adi qadınların nəzərində alçaq məşğuliyyət sahibləridir. Səfəvilərdə rəqs ancaq qadınlar tərəfindən ifa edildiyi kimi,musiqi alətlərində də ancaq kişilər çalırlar.Oxumağa gəldikdə isə ən yaxşı müğənnilər adi adamlar içərisindən çıxır. Səh. – 248.Onların səsi güclü olub,sanki içlərinin dərinliyindən dartılıb çıxır.Onlar mahnını bütün gücü ilə oxuyur və çoxlu zəngulə vururlar.Rəqqaslar da mahnı oxuyurlar.Onların mahnısı kişilərinki kimi yaxşı və hətta xoşagələndir.Rəqqasların onlardan üstünlüyü bədən hərəkətlərinin müqayisəolunmaz dərəcədə cəldliyindədir.Onlar fırlanaraq,yüngülcə atılıbdüşür,bəzən elə hərəkət edirlər ki,gözlə görmək olmur,bu zaman ən yaxşı akrobatları və kəndirbazları kölgədə qoyurlar.Mən rəqqasələrin bədənlərini bir çox pozalarda açdıqlarını görmüşəm.Belə hərəkətləri,rəssamların dediyi kimi ―ağacdan hazırlanmış adamlar‖ – manikenlər edə bilərlər.Onların arasında eleləri var ki,başı dabanlarına dəyincə qatlanır və bu pozada əllərinin köməyi olmadan yeriyir.Onlar bir əli üstündə və bir dizi üstündə ritmik rəqslər edir,təəccüb doğuran cəldliklə yüz dəfələrlə fırlanmaqla rəqsi zənginləşdirir.Şərq qadınları kişilər kimi darbalaq geyirlər,darbalaq bədənlərini topuğadək örtər.Buna görə də onlar fırlananda və bədən hərəkətləri edəndə sifətləri,əlləri,ayaqları görünür,sifətləri və ayaqları əlləri kimi təmiz olur.Sifətləri və ayaqları əlləri kimi üzüklərlə bəzədilir16. Musiqiçilər və rəqqaslar Şərqin mimləri (mimik hərəkətlərlə tamaşa göstərən aktyor – V.A.) və ya məzhəkəçiləridirlər; daha dəqiq desək, bu, onların operasıdır.Ancaq onlar burda şeirləri mahnı kimi oxusalar da,nəsr qətiyyən onların mahnısına daxil olmur.Səfəvilərdə və Hindistanda onları 34
bütün bayramlara dəvət edirlər.Rəqqaslar bütün böyük ziyafətlərə çağrılırlar.Şərqdə yığıncaq və ziyafətlər ―məclis‖ adlanır.Səfirlərin qəbulu zamanı da onları dəvət edirlər. Səh. – 249. Musiqiçi və rəqqas truppası bütövlükdə gəlmədikdə,heç olmasa,üçdən iki hissəsi gəlir.Bəzi hallarda rəqqasələr yorğun olduqlarını bəhanə edərək çətin hərəkətləri etmirlər. Onların təqdim etdikləri pyeslər (tamaşa – V.A.) həmişə məhəbbət mövzusunda olur. Səhnəni ən təzə aktrisalar açırlar.Səhnə məhəbbətin təsviri ilə başlanır.Təzə aktrisalar əzilib büzülməklə tamaşaçıları razı salır və onları məmnun edirlər.Sonrakı epizodlarda ehtiraslar və qəzəb təlqin olunur.Bu epizodlar təsvir olunması mümkün olan qədər canlı və təsirli olub,gözəl oğlanlar və gözəl qızlardan ibarətdir.Bu, adətən, tamaşanın birinci aktıdır(hissəsidir – V.A.).İkinci aktda truppa iki dəstəyə ayrılıb xor oxuyur.Birinci dəstə təsirlənmiş aşiqin keçirdiyi hissləri ifadə edir.İkinci dəstə məğrur bir məşuqun birbaşa verdiyi rədd cavablarını təqdim edir.Üçüncü akt sevgililərin razılığa gəlməsindən ibarətdir.Burda daha hərəkət etməkdən və oxumaqdan yorulub əldən düşürlər.Müğənnilər və çalğıçılar tamaşanın həyəcanlı yerlərində ayağa qalxır və ya müəyyən mənada,bəzən də həyəcanlanmış və özünü unutmuş aktrisaları canlandırmaq üçün qulaqlarının dibində çalırlar.Bu sonuncu aktların ədəbsiz hərəkətlərindən utancaqlıq onları kənara çıkilməyə məcbur edəndə çalğıçılar onların qabağında və ya qulaqlarının dibində çalırlar.Bu,müsəlman əxlaqına ləkə gətirmir.Nəfsini yandırmaq çatışmazlıq,hətta günah sayılır.Onların dini təlim edir ki,evlənməyə qabil olan bütün kişilər məcburi nikahda olmalıdırlar.Buna baxmayaraq, Səh. – 250. aktrisaların və musiqiçilərin içərisində elələri vardır ki,hamını tanıyırlar.Belə aktrisalar onları gətirdən və xərclərini çəkən adamların zövqünə uyğun pyeslər hazırlayırlar.Amma bu barədə lap çox danışdıq. Müşahidə etdiyim kimi,rəqqasələr truppa ilə gedirlər.Məsələn,şahın sarayındakı truppada ölkənin ən məşhur iyirmi dörd kurtizankası (―çəngi‖ mənasında – V.A.) vardır.Onların bir başçısı olur.Adətən başqa truppanın yaşlı üzvlərindən seçilir.Onlar bir yerdə yaşamırlar.Əksinə,hərəsinin bir yerdə evi olur.Başçının vəzifəsi onları bir yerə toplamaq,truppanı çağırılan yerə aparmaq,onların arasındakı qısqanclıq və ya çəkişmələrin doğurduğu münaqişələr barəsində əvvəlcədən məlumat vermək,yaxud dava-dalaşı söndürmək,təhqiredici vəziyyətdə onları müdafiə etmək,hərəkətlərinə göz qoymaq,əgər onlar truppanın iqtisadiyyatına aid qaydaları gözləməsələr,cəzalandırmaq (cəza qamçı ilə həyata keçirilir) belə hallar təkrar baş verərsə,döymək və ya truppadan xaric etməkdir.Nəhayət,bundan başqa onların girov şeylərini gətirmək qayğısına qalmalı,geyimlərinin zəngin olmasına,mebellərin təmizliyinə,yaşayış tərzinə fikir verməlidir(Bunlar rəqqasların göstərdikləri xidmətə uyğun olmalıdır).Rəqqasın məiyyəti* iki 35
qızdan,bir nökərdən,bir aşpazdan,bir mehtərdən,iki və ya üç atdan ibarət olur.Onlar sarayda çıxış etmək üçün gələndə əşyalarını yükləmək üçün dörd və ya daha çox at lazım olur.Belə ki,Şərqdə orduda olduğu kimi,hər şeyi özünlə bərabər götürməli olursan.Atlardan birinə iki böyük sandıq,digəri səh. – 251. nə iki böyük çamadan,üçüncüsünə mətbəx əşyaları,dördüncüsünə ərzaq şeyləri və atlar üçün arpa-saman yükləyirlər.Onların ekipajında çadırlar olmur.Çünki yol boyunca ya onlara mənzil verirlər,ya da çadır qururlar.Onların illik qazancı 1800 frank olur.Buna əlavə olaraq,geyim üçün xeyli parça,onlara və onların məiyyətinə yemək-içmək payı verilir.Onların arasında elələri olur ki,şəxsiyyətini xoşladığı üçün şah maaşını artırdığından,ildə doqquz yüz ekü alır: lakin bütün bunlar onların məvacibinin kiçik bir hissəsini təşkil edir.Bəzən elələri də olur ki, Səfəvilərdə israfçılıq qadağan edilsə də,var-dövlət içinə düşür,iyirmi dörd saat ərzində olduğu yerdən əlli pistol alıb qayıdır.Şah onlara cazibədarlığına,səmimiyyətinə, rəqslərinə görə qiymətli hədiyyələr bağışlayır.Əyalət hakimləri də belə edirlər.1665-ci ildə Hirkana ikinci Abbası görmək üçün getdiyimi xatırlayıram.Bir axşam sarayda bu rəqqaslardan ikisini gördüm.Hər birinin üstündə qiyməti on min eküdən də çox olan daş-qaş vardı.Onların şahanə bəzəklərinə heyran qaldım.Onlar məni qaldıqları yerə baxmağa dəvət etdilər.Onda hələ farsca danışa bilmədiyim üçün tərcüməçimlə ertəsi gün orda oldum.Bizimlə bir fransız cərrahı da vardı.Onların mənzili çox zəngin və dəbdəbəli idi.İsti ölkələrdə ətriyyat güclü şəhvətə səbəb olur.Bütün kurtizankaların mənzili belə dəbdəbəli və ətirli idi.Onları ümumiləşdirən bir şey vardısa,o da onların eyni adla çağırılması idi. Səh. – 252. Görüş üçün onların təyin etdikləri qiymət onların ümumi adı olmuşdur: on tümən,beş tümən,iki tümən.Bir tümən bizim pulla on beş eküyə bərabərdir.Bir tüməndən az pula görüş vermirlər.Əgər beləsi olsa,truppadan kənar edirlər.Bununla belə,bu alçaq sənətdən varlanıb əl çəkən yoxdur.Çünki onlar özlərini satıb zövq alırlar,buna görə də kasıblaşırlar.Ancaq alçaq yolla əldə edilmiş gəlir və var-dövlətin onlara bəxş etdiyi tövbə hissi qalır.Bu da həmin gəliri israfçılıqla dağıtmaqdan təəssüf hissi keçirməyə imkan vermir.Əyalət truppalarında rəqqasələrin sayı yeddi və ya səkkiz qızdan ibarət olur.Səfəvilərdə ictimai qadınlar başqaları kimi geyinmələrinə və çarşaba bürünmələrinə baxmayaraq,daha tez tanınırlar.Onların çarşabı daha qısa və az haşiyələnmiş olur,hərəkət tərzləri və xarici görünüşləri ilk baxışdan onları tanımağa imkan verir.Əyalətlərdə onların sayı o qədər də çox deyil,ancaq İsfahanda – paytaxtda lap çoxdurlar.1666-cı ildə mən orada olanda bu cür qadınlardan on dörd min nəfərinin siyahıda olduğunu mənə dedilər.Təbəqə təşkil etdikləri,öz başçıları və qulluqçuları olduğundan onlar vergi verir,siyahıya alınırlar.Onlardan alınan vergi iki yüz min eküyə çatır.Məni inandırdılar ki,vergiləri çox olduğu üçün onlardan bəziləri tanınmasınlar deyə 36
siyahıya düşmək istəmirlər.Qulluqçuları da vergi verməmək üçün siyahıya düşməməyə çalışırlar. Səh. – 253. Bununla belə inanmıram ki,bu iyrənc sənətin burada olduğu kimi geniş yayıldığı və qadınların özünü çox baha satdığı başqa bir ölkə də olmuş olsun.Bu qadınların əxlaqsızlığının ilk illərində onlardan azı on beş-iyirmi pistol miqdarında vergi alırlar.Onların qadına münasibəti ağılasığmaz şəkildədir.Bir tərəfdən farslarda din hər kəsə icazə verir ki,qul qızlar (burda kəniz – V.A.) və istədikləri qədər nikahsız qadın-konkübinat saxlasınlar (konkübinat – siğə edilmiş qadın – V.A.).Bu da ictimai qadınların qiymətini azaltmalıdır.Bir tərəfdən də cavanların pulu azdır,həm də çox erkən evlənirlər.İsti ölkələrdə şəhvətpərəstliyin səbəbini qızğınlığın çoxluğunda axtarmaq lazımdır.Onların sənətinə gəldikdə isə,bu da cazibədarlığın bir növüdür.Onları hərbçilərdən və saray xanımlarından daha çox mükafatlandırırlar. Ölkədə hamı bir ağızdan deyir ki,kim kurtizankanın aşiqi olsa,qovulmayınca ondan ayrıla bilməz.Bu da o vaxt olur ki,aşiqin cibində sonuncu ekü qalır.Təmiz və ağıllı adamlar görmüşəm ki,onlar da bu bədbəxt əlaqəyə girmiş,üzülüşməyi isə qeyri-mümkün hesab edirlər.Onlar özlərinə haqq qazandırmaq üçün heyran olduqlarını,ovsunlandıqlarını deyirlər və inanırlar ki,zəncirlərini qırmaq istəsələr də,mümkün olmur.Məhəbbət qullarını bədənlərindəki və xüsusilə qollarındakı yanıq yerindən tanıyırlar.Onlar qızmış dəmiri ətlərinə elə güclü basırlar ki,otuz solluq (sol və su beş santimetr və ya frankın yüzdə biri dəyərində gümüş pul – V.A.) pul qalınlığında yanıq yeri qalır17.Onlar ehtiraslarının ən coşğun çağında özlə səh. – 254. rinə damğa basırlar ki,məhəbbət yanğısından başqa ayrı yanğı hiss etmədiklərini məşuqlarına sübut etsinlər.Sonra bu nişanların sayı artır,aşiqlik xatirinə hər şeydən keçirlər.Elə adamlar var ki,bədəninin hər yerində, xüsusilə ombasında belə yanıq yerləri var. Bu cür qadınları çağırmağa adam göndərənlə pul göndərmək də adətdir.Bu,təkcə onları rəqs etdirmək üçündür.Bu məqsədlə,adətən,onların başçısına iki pistol göndərib hər biri üçün istədikləri qədər ödəyirlər; altı,yeddi və ya səkkiz pistol.Əgər onlar yaxşı rəqs etsələr,əlavə hədiyyə də verirlər.Əgər onlardan biri əxlaqsızlıq xatirinə çağırılırsa,onda dəqiq müəyyənləşdirilimiş qiymət ödənilir.Rəqqasə atda,bir və ya iki xidmətçisi ,bir nökəri ilə gəlir.Özü ilə gətirilməsi mümkün olan hər şeyi gətirir.Xatırlayıram.Hirkanda olanda (bu barədə demişəm) ora sərhəd rayonundan olan bir sultan (bizdə buna əyalət kralının – hakiminin – V.A. leytenantı deyirlər) gəlmişdi.O,kurtizankadan razılıq alandan sonra ertəsi gün iki at,beş ekü göndərərək,yataq otağına gəlməsini xahiş etmişdi.Sultana göndərdiyi hədiyyə böyük görünürdü,lakin qız cavabında onu tanımadığını,ən azı otuz ekü göndərməmiş evdən çıxmayacağını bildirmişdi.Sultan on ekü göndərdi ,yenə də rədd edildi.On beş,iyirmi ekü də qızın inadını qırmadı.Bu pərtlik onu bir az da 37
qızışdırdı.O,dostlarına bu varlığın əzilib-büzülməyi yaxşı bacardığını deyirdi.Onu gətirmək ehtimalı olmasa da,özümüzü buna məcbur etdik. Səh. – 255. Bununla belə nəzakətli olmaq lazım gəlirdi.Buna görə sultan ona on pistol göndərdi.O gəlib içəri girəndə sultan ondan on pistolu alıb-almadığını soruşdu.O isə həmin pulları qulluqçu qızlara verdiyini dedi.Əlavə etdi ki,o,belə xırda pul üçün özünü təslim etməz,sultana hörmət bəslədiyi üçün gəlmişdir.Sultan bildirdi ki,onun ancaq dostlarının qarşısında oxumasını və rəqs etməsini istəyir.Böyük bir süfrə açmasına baxmayaraq,yemək-içmək vermədən düz gecənin yarısınadək onu oxumağa və oynamağa məcbur etdi.Sonra otağa apararaq,gün çıxanadək özü və yoldaşları növbə ilə onunla əyləndilər.Səhər açılanda rəqqasə öz vəzifəsini yerinə yetirdiyini düşünürdü.Lakin sultan səhər mehmanxana sahibindən mehtərə qədər – hamını salona topladı.Qızı ora gətirtdirib dedi: – Mənim gözəlim,mən kasıb və kiçik hakiməm.Bir gecə üçün on pistol vermək imkanım yoxdur.Mənim adamlarım çəkdiyim xərcə ortaq olacaqlar,lakin lazımdır ki,mənim aldığım zövqə də ortaq olsunlar.Qızı həmin gün və növbəti axşam da öz yanlarında saxladılar.Sultana pislik etmək üçün qız özü bu rəftarı səsə saldı.Sultan bunu özünə qarşı yönəlmiş görüb,hadisəni coşğun bir tərzdə şaha danışdı.Şah ondan kurtizankanı bir axşam yerinə iki axşam saxladığı üçün zorla əlavə on pistol da aldı. Vergi verən fahişələr karvansaralarda saxlanılırdılar və cazibədar olurdular.Karvansarada deyil,şəxsi evlərində yaşayanlar vergi vermirdilər; belə ki, onların ev payı olmadıqda kasıb bəzədilmiş otaqlarda kirayənişin olurdular.İsfahanda bir məhəllə var,orda ancaq belələri yaşayırlar.Bura ―üzüaçıqlar‖ və ―üzü açılmışlar‖ məhəlləsi deyirlər.Bu paytaxt şəhərində belə bir adət vardı ki,axşam düşən kimi fahişələr qarğa sürüsü kimi şəhərə daraşar,xüsusilə karvansaralara ünsiyyət axtarmağa gedərdilər.Ən pisi bu idi ki,subay kişiləri xüsusi yerlərə apararaq,onların mənəviyyatını pozurdular.I1 Abbasın hakimiyyətinin başlanğıcında baş vəzir Sarutaki (Sarı Tağı – cəsarətli və sağlam fikirli hərəmağası idi) təbiətinə yad olan əxlaqsızlığı ciddi qanunlarla qadağan etmişdi.Sonra onu nazirlikdə (vəzirlikdə) irsən onu əvəz edən və bu sahədə onun rəqibinə (ardıcılına) çevrilən Xəlifə Sultan fahişələr haqqında başqa qərarlar verdi; onların camaat arasına çıxmalarını və deyilməmiş hər hansı bir yerə getmələrini qadağan etdi.Nəfs yandırma iyrəncliyinə ciddi cəzalar təyin etməklə çaxır satmağı qadağan etdi,subay kişiləri pozanları payaya keçirmək,öz doğma qızlarını pis yola dəvət edən qadınları qüllədən atmaq və itlərə yedirtməklə bu qanunlar yerinə yetirilirdi.Bu cəzalarla ölkəni qaydaya salmaq ümidində idi.Məlum oldu ki, bu ciddi cəzalar ictimai həyəcanı yatırtmaqdan başqa bir şeyə xidmət etmir,ən iyrənc cinayətlər baş alıb gedir. 38
Səh. – 257. Bütün bu dediklərimdən sonra,qeyd etməliyəm ki,fahişələrə təsir eməyə xidmət edən qanunlar,bu millətin qaydalarına görə,onların ərə getməsinə əngəl törətmir. Əvvəlcədən deyim ki,Məhəmməd şəriəti (qanunu) evlənmək işini (burada nikah – V.A.) hər bir sədaqətli müsəlman üçün zərurət kimi buyurur və əmr edir.Məhəmməd şəriəti ömürlük subaylıq və bakirəliyə mövcudatın fikir və məqsədinə doğru yönələn cinayət və günah kimi baxır.Bu barədə müsəlmanlar belə deyirlər ki,(bu,lap doğrudur) İsa peyğəmbərə,Məhəmməd peyğəmbərə görə də ömürlük subaylıq azad,tərifə layiq və allaha xoş gələn bir iş olmamışdır.Çünki həmin dövrün peyğəmbəri (İsa peyğəmbər nəzərdə tutulur – V.A.) subay yaşayan Bakirə bir qızdan doğulmuşdur.Yeni bir dində yeni bir qanun verən bərqərar olandan sonra allah bakirəliyə görə yad olunmaq (orijinalda qulluq edilmək – V.A.) istəmir.Əksinə,istəyir ki,hər bir adam evlənmək vəzifəsini yerinə yetirsin.Belə ki,axır zamanda İsa peyğəmbər Məhəmməd peyğəmbərin varisi olan on ikinci imam Məhəmməd Mehdi ilə birlikdə yer üzünə qayıdacaq ki,dinsizləri (xristianlara qarşı olanlar terminindən istifadə etsə də,Şardən ―dinsizlər‖ sözünü nəzərdə tutur – V.A.) məhv etsin.Deyirəm ki,onda İsa evlənəcək və çoxlu arvadları olacaq.Onlar öz müqəddəs kitabına (Qurana – V.A.) əsaslanaraq belə bir hədisi misal gətirirlər: ―Məhşər günü yer üzərində subay yaşayıb,sonradan yatmağa (qadınla yatmağa – V.A.) öyrəşmiş bir adam ayağa qalxıb ona qarşı duracaq və deyəcək: ―Mən daim nəsil artırmaq və canlı varlıqlar yaratmaq üçün çalışdığım halda,nə cinayət elədim ki,varlığın düşməni olan bir adam məni tapdalasın.‖ Səh. – 258. İzahı mətnindən uzun olan kobud və şəhvani bir dinin əsli belədir.Müsəlman alimləri (ruhanilər – V.A.) bu barədə iyrənc şeylər öyrədirlər;belə ki,şəhvani hissin kəskin təsirini duyan subayı evləndirmək lazımdır.Məhəbbətə mane olmaq günahdır.Əksinə,məhəbbət ehtiraslarını söndürmək şərəfli işdir.Onların (müsəlman alimlərinin – V.A.) içərisində elə kobudları vardır ki,rastına birinci çıxan obyektlə qadının öz oğlu,kişinin öz qızı ilə atəşlərini söndürmələrinin mümkün olduğunu deyirlər.Halbuki müsəlmanların əksəriyyəti buna nifrət edirlər.Bütün Məhəmmədilərə nisbətən farsların kobudluğu bədən günahına aid çox vacib sayılan iki şeydə daha az olduğu üçün onları şərəfləndirmək lazımdır.Birincisi,başqa aktlardan olan Məhəmmədilərdə təbiətə yad günah işləməyə icazə verilir.Türklər bu icazədən geniş istifadə edirlər.Farslar onları mühakimə edir,onların ali məhkəməsi dəfələrlə cəza verir.Əksəriyyətin bu alçaq şəhvətə qarşı çıxmasına baxmayaraq,onların arasında çoxlu kazuist (məhkəmədə və ya mübahisədə yalan və şübhəli tezisləri sübut etmək bacarığına malik olanlar) vardır.Onlar bu məsələdə çox sərbəst hərəkət edirlər.İkinci hal ondan ibarətdir ki,Məhəmmədi olmayanlara çox arvad almağa,məşuqə saxlamağa qətiyyən icazə verilmir.İstər kişi,istərsə də qadın – hər ikisi xaçpərəst olsalar 39
da,Məhəmmədilər kimi nikah kəsdirmək şərtilə birgə yaşamağa razılaşsalar da,nikah kəsdirmək üçün məhkəməyə getsələr də,Türkiyədə olduğu kimi etməyib,onları biabır edib geri qaytarırlar. Səh. – 259. Bu cür rəftar tərzinin səbəbini izah edərkən hər iki dinin özünəməxsus ciddiyyəti və şəhvəti olduğunu göstərir,ciddiyyət və şəhvəti birbirindən ayırmaq lazım olmadığını qeyd edirlər.Belə ki,xristian dini zövq verən hər cür şərab içməyə icazə versə də,birdən çox arvad saxlamağa icazə vermir. Onun əvəzində isə Məhəmməd dini istədiyin qədər arvad saxlamağa icazə versə də,bir damcı şərab içməyə icazə vermir.Ərə getmək vaxtı çatanadək qızları saraylarda qapalı saxlayır,yeniyetmələr özünü tanıyanda onlara ya kəniz,ya da məşuqə verirlər.Həyatda öz arzusu ilə,könüllü olaraq bakirə yaşayan adamların varlığını farslar heç vaxt başa düşə bilməyəcəklər.Bu mənada xristian ölkələrində müşahidə edilən hadisələrdən danışarkən müsəlmanlar cəsarətlə cavab verərək,təbiətə yad iş görüb,cinayətə yuvarlandığımızı,qadınsız yaşamağın qeyri-mümkün olduğunu söyləyirlər.Onlar deyirlər: – Avropalılar başqaları kimi olmurmu,başqaları kimi yeyib-içmirlərmi,əgər onlar qətiyyən qadına baxmırlarsa,bu onların günahı deyilmi?Yuxarıda xatırladığım kimi,İsfahanda kapusinlərin yanında olarkən Baktriyalı nəcib bir əyan alim bizim görüşümüzə gəlmişdi.O, kapusinlərin başçısı IIRafael dü Mana dedi: – Padri,(böyük xristian ruhanisinə padri deyirlər –– V.A.) deyirlər ki,sizin kimi ruhanilər qətiyyən qadınla əlaqədə olmurlar.Onlar öz aralarında türkəsayaq18 (oğlan uşaqlarından istifadə etmək) yaşayırlar. – Aman Allah! Bu alçaq cinayətə öyrəşmək mümkündürmü? – deyə Müqəddəs Ata cavab verdi – bizdən uzaq olsun. Səh. – 260. Biz arzu edirik ki,heç vaxt qadına yaxın durmayaq. – Necə? – deyə müsəlman ruhanisi söz atdı – siz qadına toxunmadan yaşayırsınız? – Bəli, – deyə Müqəddəs Ata cavab verdi. – Axı,Padri, – deyə bu əyan çox qayğıkeşliklə yenidən sözə başladı, – siz yemədən yaşaya bilərsinizmi? Doğrusu, – deyə o davam etdi, – biz elə başa düşürük ki,qadına ehtiyac duymadan yaşamaq,yeməyə ehtiyac duymadan yaşamaq kimi ən çətin şeydir.Şübhəsiz,bu müqayisə adamı çox çətinə salır.Bu müqayisəni anlamaqda tələskənlik lazım deyil.Biz belə müqayisələri dərk etmək ruhunda tərbiyə edilməmişik.Şəhvət isti ölkələrə aiddir.Allaha şükür ki,o,bizə aid deyil.İsti ölkələrdə yeməklərin əksəriyyəti şirələrdən ibarətdir.Şirələr də sərxoşluq deyil,ayıqlıq yaradır,ehtirası söndürmək hissi onları o qədər qızışdırır ki,onlar heç vaxt özlərini şəhvətdən çəkindirə bilmirlər. Dediklərimizə baxmayaraq,Məhəmmədilərdə əxlaqsızlıq günah sayılır,fahişə qadınlardan istifadə etməyi onların dini qadağan edir,belə şeylərə 40
ciddi və təmiz adamları da hörmətdən salan alçaq bir iş kimi baxırlar.Bununla belə şəhərlər fahişələrlə doludur,ən hörmətli və ən pak adamlar belə işlərə baxırlar.Hər axşam kolleclərə və ya böyük məscidlərə (cümə məscidi,mədrəsə – V.A.) gəzintiyə çıxsanız,çarşaba bürünüb xidmətçisi tərəfindən müşayiət edilən,gah da tək-tək gəzişən fahişələrin keşişlərin (burada molla) və regentlərin (burada: ruhani,axund – V.A.) otaqlarına bir-bir girib-çıxdıqlarını görərsiniz.Onda qapılar tez bağlanır,bir də ertəsi gün açılır.Onlar ordan ya səhər tezdən,ya da qaş qaralandan sonra çı Səh. – 261 xıb gedirlər ki,heç kəs onları incitməsin.Eyni şeylərə xarici tacirlərin qaldığı karvansaralarda da rast gəlmək olar.Bütün bunları necə razılaşdırırlar? Farslar bunu belə edirlər.Əvvəlcə sizə deyirlər ki,fahişələr günahkar vəziyyətindədirlər.Belə ki,onlar tövbə etdikdən sonra evdən çölə çıxırlar,sanki nizama düşməyən həyatdan uzaqlaşırlar.Bir də vergi verdikləri üçün belə edirlər.Din tərəfindən qadağan olunmuş bir sənətlə məşğul olduqları üçün fahişələr vəfasız qadınlar kimi tanınırlar.Sonra deyirlər ki,fahişə ilə ticarət də günahdır.Qanunla icazə verilmiş bu ticarətin əvəzi onu almaqdır.Bunu vicdanlı adamlar edirlər.Onlar icarə müqaviləsinə əsasən kirə ilə bir saatlığa,bir gecəliyə,bir günlüyə, (gündüz mənasında – V.A.) bir həftəliyə,yaxud istədiyi qədər (farslarda təcrübədən keçirilən bu işlər barədə geniş danışacağam) bir kurtizankanı (yüksək zümrəyə mənsub yüngül əxlaqlı qadın – V.A.) özlərinə arvad edirlər.Onlar ehtiyatla hərəkət edərək vicdanlı bir fahişə ilə evlənməyi iddia edirlər.Özləri də belə hesab edirlər ki,bu cür evlənmə başqa evlənmələr kimi yaxşı və qanunauyğundur.Onlar bu cür evlənməni siğə kudim (qədim – V.A.) adlandırırlar.Sözbəsöz tərcüməsi ―istifadə müqaviləsi bağladım‖,yəni ―evləndim‖ deməkdir. Müsəlmanların evlənmək məsələsinə gəldikdə,bütün başqa Məhəmmədilər kimi,onların da Əli ehkamlarına əməl etdiyi müşahidə edilir.Onlarda üç cür evlənmə vardır: pulla almaq, kirə ilə (siğə yolu ilə – V.A.) almaq və ya evlənmək (nikah kəsdirməklə – V.A.).Bu üç evlənmə üsuluna birlikdə əməl etməyə icazə verilir.Onların dini belə təlim Səh. – 262 edir. Mülki qanunlar kənizdən,siğə edilmiş qadından və nikahlı arvaddan olan uşaqları bərabərhüquqlu hesab edir.Nikahlı qadından əvvəl qul qadından (kənizdən – V.A.) oğlan uşağı olmuşsa,qul qadından olan uşaq böyük sayılır.Böyüklük hüquqlarından istifadə edir.Burada qanuni arvadın şahzadə,kral ailəsindən olması nəzərə alınmır.Bu,ona görə belədir ki,farslarda əsil-nəcabət ata xətti ilə müəyyən edilir. Qul qadınlar ―kənizə‖ adlanır.Qanun icazə verir ki,baxa bildiyin qədər kəniz saxlayasan.Kənizlərlə necə rəftar edilməsi ilə nə polis,nə din xadimləri,nə də mülki qulluqçular maraqlanırlar.Çünki Şərqdə hər kəs öz qulunun hökmdarıdır.Kimin ki,kənizləri var,onlardan ürəyi istəyən kimi istifadə edir.qulun xoşbəxtliyi də,həyatı da sahibinin əlindədir.Kənizinin sahibinə 41
arvadlıq eləməsi Şərqdə qətiyyən şərəfsizlik hesab olunmur.Əksinə,bu ən böyük xoşbəxtlikdir və qula çox böyük var-dövlət gətirir.Belə ki,sahibi ilə bir yastığa baş qoyan kəniz üçün ayrıca mənzil verilir.Onu qullardan ayırırlar,yaxşı geyindirirlər.Ona xidmətçilər müavinət verirlər,uşağı olarsa,bütün bu üstünlükləri bir az da artır,ona daha qul kimi deyil,evin qanuni varisinin anası kimi baxırlar. Kirə ilə saxlanan qadınlara Amuadi-Mutaa deyirlər,mənası ―oynaş‖,‖məşuqə‖,eyni zamanda ―xidmətçi‖,‖qulluqçu‖ deməkdir.Belələrini istədikləri müddət ərzində və razılaşdırılmış qiymət əsasında saxlayırlar.Səfəvilərdə paytaxt İsfahanda gənc Səh. – 263 və gözəl qadınları kirə ilə saxlayırlar.Mənzil,yemək-içmək,geyim xərcləri də daxil olmaqla onlara ildə yüz əlli livr verirlər.Bu cür evlənmə tamamilə mülki müqavilə əsasında hakimin qarşısında həyata keçirilir.Başqa evlənmə müqavilələri kimi yaxşı,qanunauyğun nəcib iş hesab edilir.Əgər tərəflər razılığa gəlsələr,vaxtın qurtarmasına baxmayaraq,evlənmə müqaviləsi təzələnir.Onlar müqaviləni vaxtından qabaq pozmaqda,kirə ilə saxladıqları qadını qaytarmaqda sərbəstdirlər; lakin arvadı geri qaytararkən müqavilədə göstərilən təminatı bütünlüklə verməlidirlər.Çünki kirə ilə saxlanan qadın kişidən ayrılarsa,qırx gün ərzində kirə saxlanıla bilməz,başqa bir kişi ilə əlaqədə ola bilməz.Bu,təmizlənmə günləri termini ilə ifadə olunur.Dul qalmış qadınların təmizlənmə müddəti isə,əksinə olaraq,yüz otuz gündür.Yuxarıda dediyim kimi,Məhəmməd dini yaxşı ki,nəfsini saxlaya bilməyənlərlə,əri öldükdən sonra həmin vaxt ərzində kişilərlə durub-oturmaqdan özünü saxlaya bilməyənlərlə də əlverişli rəftar edir.Bəzək mərasimi qanununu (gəlin bəzəmək və s. – V.A.) bilənlər başa düşürlər ki,Məhəmmədilər bu qaydanı yəhudilərdən götürmüş,bir qədər dəyişmişlər19.İstər Məhəmmədilərdə,istərsə də yəhudilərdə bəzək mərasimi evlənməyə aid olduqda son dərəcə bir-birinə bənzəyir.Onlar belə hesab edirlər ki,bu qanun hamının nəzərində qadınlarla rəftar etmək üçündür.Qanuni arvadlar nikaa (nikahlı – V.A.) adlanırlar.Məhəmməd dini onlardan dördünü saxlamağa icazə verir.Belə ki,iki səbəb üzündən bir nikahlı arvad saxlayırlar. Səh. – 264. Birincisi,ailə təsərrüfatının pisliyi qanuniləşdirilmiş arvadların çoxunun bir binada yaşamasına səbəb olur.Çünki arvadlardan hər biri evdə əmr vermək istəyir,onların bir-birinə qarşı olan qısqanclığı evi alt-üst edir.İkincisi,iqtisadi səbəbdir və ya qənaətcillikdir.Farslarda evlənmək böyük xərc tələb edir.Bəzən də adamları var-yoxdan çıxarır.Bunu öhdəsinə götürməyə razılaşan adamlar da var.Bəziləri məşuqə və ya qul (kəniz mənasında – V.A.) saxlamaqla kifayətlənirlər.Varlı adamlar,adətən, özlərinə uyğun ailələrdən arvad alırlar.Əgər aldıqları nikahlı arvad onları yarıtmazsa (bədbəxtlikdən həmişə belə olur),onlar qul qadınlarından (kənizlərdən – V.A.) istifadə edirlər.Bundan ailənin əmin-amanlığı qətiyyən pozulmur,çünki nikahlı 42
qadın həmişə evin xanımı və sahibəsi olaraq qalır.Yerdə qalan işlərdə isə qadının razı olub-olmaması nəzərə alınmır,valideynləri də belə şeylərə qoşulmurlar.Adətən ortabab adamlar lazım gəldikdə asanlıqla üzülüşmək üçün kirə ilə arvad saxlayırlar.Kiçik adamlar (kasıblar– V.A.) adətən,əksinə olaraq,nadir hallarda kirə ilə arvad saxlayırlar.Nüfuzlu adamlar isə qətiyyən kirə ilə arvad saxlamırlar; istəmirlər ki,onlara xidmət etmiş qadın sonradan kiminsə kirəçisi olsun,həm də kimisə qabağından qalana yaxın durmurlar.Əgər təsadüfən nüfuzlu bir adam bir qadına, fahişəyə,yaxud özünə arvad edə bilməyəcəyi bir qadına vurularsa,onu doxsan illiyə kirəyə götürür.Bu da evlənmədən həmin qadına ömrü boyu sahib olmaq deməkdir.Nüfuzlu adamlar,xüsusilə nüfuzlu qadınlar və ya böyük ailələrdən çıxmış xanım Səh. – 265 larla evlənirlər ki,valideynləri qınağa məruz qalmasınlar.Aşağı təbəqədən olan qadınla əlaqəyə girmək üçün yuxarıdakı üsuldan istifadə edirlər.Adətən müsəlmanlar qazı vasitəsilə evlənirlər.Çünki qadınları qətiyyən kişilərə göstərmirlər.Evlənmə mərasimi bu qayda ilə keçirilir.Hər iki tərəfin adamları qızın mənzilinə yığışırlar.Qızın atası yaxın adamlarının müşayiətilə gələcək yeznəsini qarşılamağa gedir,onu qucaqlayıb öpür,onu məclis olan yerə aparır,sonra ordan çıxıb gedir.O,müqavilədə qətiyyən iştirak etməli deyil.Gələcək kürəkəni sərbəst buraxmaq lazım gəldiyindən onun orada dayanması qanuni deyildir.Müqavilə xüsusi yerdə bağlanır.Orda təkcə gələcək kürəkən,vəkillər və keşiş(molla-V.A.) olur.Keşiş, adətən,kilsə adamıdır(ruhanidir-V.A.),onu müqavilə tərtib etdirmək üçün gətirirlər.Onlar müqaviləni özlərində saxlayırlar və bu müqaviləyə əsasən tərəfləri şərtləri yerinə yetirməyə məcbur edirlər.Tərəflər ən nüfuzlu adamlar olduqda prokurorluq üçün ya sədri (sədr – ali ruhanidir),ya da şeyxülislamı (o,böyük mülki hakimdir) dəvət edirlər.Əgər tərəflər ortabab adamlar olsalar,onda qazını (qazı mülki işlərə baxan canişindir),əgər tərəflər kasıb adamlardırsa,onda bir molla və ya qanunçuluğa baxan keşiş çağırırlar. Adaxlı qız otaqda və ya ona qonşu otaqda dayanır,onu çoxlu qadın müşayiət edir.Qızın olduğu otağın qapısı yarımaçıq olur,qapıçı qadın elə dayanır ki,heç kəsi görə bilməsinlər.Tərəflərin vəkilləri ayağa qalxdıqda qız tərəfin vəkili qız olan otağın qapısı tərəfə çəkilib,ora əlini uzadıb ucadan deyir: ―Mən N vəkiləm,N,sizin Səh. – 266 tərəfinizdən vəkiləm,sizi N-ə ərə verirəm,bu işdə iştirak edirəm.Sizin qarşılıqlı şəkildə razılaşdığınız və əvvəlcədən müəyyən edilmiş qaydada ərinizdən sizə qalacaq varisliyə görə,siz onun ömürlük arvadı olacaqsınız.‖ Digər vəkil belə cavab verir: ―Mən N,N tərəfindən vəkiləm,onun adından N-i daimi arvad qəbul edirəm.N tərəfindən ona etibar edilmişəm.Ərdən qadına qalacaq və əvvəlcədən müəyyən edilmiş,qarşılıqlı surətdə razılaşdırılmış varislik şərtilə razıyam.N-in vəkili kimi burada iştirak edirəm.‖ 43
Nəhayət,müqavilə tərtib etmək üçün orada iştirak edən ruhani və hər hansı bir adam ayağa qalxıb,başını otağın qapısına doğru uzadıb nişanlı qıza deyir: ―Sizin adınızdan vəkiliniz N-in indicə verdiyi vədi təsdiq edirsinizmi?‖ O cavab verir: ―Bəli‖. Sonra o,həmin şeyi nişanlı oğlandan soruşaraq müqavilə tərtib edir,ona möhür basır,şahid olsunlar deyə möhürü yığıncaqdakıların gözləri qarşısında vurdurur,axırda müqaviləni (nikah kağızını – V.A.) nişanlı qızın vəkilinə verir.Ərindən ona qalacaq varisliyi arxayın olmaq üçün müqaviləni arvad saxlayır (burada: qız evi saxlayır – V.A.).O müqavilə daha etibarlı sayılır ki,onda azı on möhür olsun.Kirə ilə saxlanan (siğə edilən – V.A.) qadınlarla müqavilə bağlanarkən (nikah kəsilərkən – V.A.) tərəflərin vəkil etdikləri adamlar başqa ifadələrlə vədlərini desələr də,nikah mərasimində elə bir fərq əmələ gəlmir.Onlar belə deyirlər: ―Mən N,N-in həqiqi vəkilliyini üzərimə götürdüyüm üçün yaxşılıq xatirinə bu şərt və bu qiymətə əsasən,onu N-ə istifadə etmək (saxlamaq – V.A.) üçün verirəm. O biri vəkil belə deyir: ―Mən N,N-in həqiqi vəkilliyini üzərimə götürdüyüm üçün yaxşılıq xatirinə,onun adından qeyd edilmiş şərtləri qəbul etməklə N-i arvadlığa götürürəm; mən buna and içirəm. Kasıbların nikahı təmtəraqsız olur,vəkil tutmurlar; Səh. – 267 qadın çarşaba bürünmüş halda yaxın adamları (qohum qadınlarla) ilə birlikdə kişilərin olduğu yerə daxil olur.Hamı əyləşdikdən sonra kişi ona deyir: – Mən N öz-özümün vəkiliyəm,əvvəlcədən müəyyən edilmiş bu qədər vərəsəliklə sizi özümə daimi arvad edirəm.Belə bir şərtə əməl edəcəyim üçün and içirəm. Burda qız tərəfdən nikah şərtlərindən arvadlar danışırlar.Şərtlər razılaşdırıldıqdan sonra ər var-dövlətinin daha çox pula çevrilə bilən hissəsini vərəsəlik üçün müəyyənləşdirir.Sonra nişan üzüyü və nişanlısına hədiyyələr göndərir.Onlar paltardan,qaş-daşdan,nəqd gümüş puldan ibarət olur.Nişanlı qız ona hörmət əlaməti olaraq,naxışlı yaylıqlar,iynə ilə tikilmiş araqçınlar,buna bənzər geyimlər göndərir.Əksər hallarda bunları qızın özü hazırlayır. Toy oğlan evində olur,on gün davam edir.Onuncu gün günorta üstü gəlinin cehizini göndərirlər.Cehiz sürüdən (nə sürüsündən söhbət getdiyi göstərilmir – V.A.) daş-qaşdan,ev əşyalarından (orijinalda ―mebel‖ ifadəsi işlənmişdir – V.A.),qız evinin var-dövlətindən asılı olaraq,qullardan,hərəmağalarından ibarət olur. Qız ərə gedərkən cehizdən savayı ayrı bir şey gətirmir.Cehiz dəvələrlə və ya başqa yük heyvanları ilə musiqi sədaları altında daşınır.Qullar və ya hərəmağaları dəvələrə və ya atlara minərək gəlirlər.Tez-tez mebelin və gəcavənin borc alınması halları olur,adamları təəccübləndirmək və özlərini göstərmək üçün boş sandıqlar göndərirlər.Gecə gəlin gətirirlər.Əgər o,nüfuzlu 44
ailənin qızıdırsa,gəcavəyə mindirirlər.Gəcavə künyə və ya beşik formasında olur.Bir dəvə hər böyründə bir gəcavə olmaqla,iki kəcavə aparır. Səh . – 268. Əgər gəlin ortabab ailədəndirsə,onu atda və ya piyada aparırlar.Çalğıçılar,onların ardınca əllərində şam tutmuş bir dəstə ev qulluqçusu,onların da dalınca həmçinin əllərində yanan şam tutmuş qadınlar gedirlər.Gəlin başdan-ayağa kimi çarşabda olur.Bunun üstündən gəlinin başına qatlanmış zərxaradan (müasir fransız dilində bu sözün sonunda ―t‖ yazılır – V.A.),ya qızıl işləməli kətan parçadan,ya da ipək parçadan əlavə bir çarşab salınır.Bu onu üzüqarışıq qurşağınadək örtür.Halbuki,yun parça bu cür örtə bilmir.Deyirlər ki,bu qısqanc və paxıl adamların onu tilsimə salmasına (burada bağlamaq mənasında – V.A.) mane olmaq üçündür.Gəlin piyada gedən vaxt iki nəfər qadın onu əllərindən tutaraq aparır.Atda gedəndə isə hərəmağası atın cilovundan tutaraq onu aparır.Gəlin ər evinə gəlib çatandan bir saat sonra toy qurtarır.Matronalar (qədim romalılarda: böyük ailə anası (yengələr – V.A.)) onu zifah otağına aparırlar,alt köynəyi və alt tumanınadək soyundurur,yatağa uzadırlar.Bir azdan bəy,ya hərəmağaları,ya da qoca qadınlar tərəfindən həmin yerə gətirilir.Bəy ora daxil olanda tam qaranlıq olur. Bu minvalla kişi öz arvadını toydan sonra görə bilir.Bəzən də belə olur ki,toydan bir neçə gün keçməsinə baxmayaraq,əp öz arvadını görə bilmir.Çünki ər evində olmasına baxmayaraq,arvad ondan qaçır,qadınların arasında gizlənir və ya ərini yaxına buraxmaq istəmir.Belə hallar nüfuzlu adamların da başına gəlir.Çünki nüfuzlu adamların fikrincə,ancaq pozğun qadın son mərhəmətini tələm-tələsik göstərər.Xüsusilə şah nəslindən olan qızlar bu üsuldan istifadə edirlər.Onlara ya Səh. – 269. xınlaşıb üzə çıxarmaq,onları yola gətirmək üçün aylarla vaxt lazım olur.Böyük Abbasın(I Şah Abbas – V.A.) qızı haqqında belə bir danışıq var.Ordu generallarından birinə ərə verilməsinə baxmayaraq,qız ərinə üz göstərmək istəmir.Bu əyan (sərkərdə – V.A.) şaha bu barədə şikayət edir. Əlahəzrətin ona arvad deyil,dişi pələng verdiyini,ona yaxınlaşmağa cəsarət etmədiyini,qızın əlinə xəncər alıb iki dəfə ona hücum etdiyini deyir.Şah gülməkdən özünü saxlaya bilmir,generaldan sarayında nə qədər ağ dərili kənizlərinin olduğunu soruşur.General sarayında qırx beş nəfərə qədər ağ dərili kənizin olduğunu bildirir.Şah ona deyir ki,onları növbə ilə öz yatağına çəksin – Şah bu yolla generalın öz arvadını yola gətirə biləcəyinə əmin olduğunu bildirir.Sərkərdə belə də edir.Bu qeyri-adi hərəkətdən tamamilə özündən çıxan şahzadə bunun nikah qanununa uyğun olub-olmadığını soruşur.Onun qəzəblənməsinə baxmayaraq,ərinin öz işinə davam etdiyini görən şahzadə atasının yanına şikayətə gedir.Ərinin bütün xanımları və kənizləri zorlamağa cəsarət etdiyini deyir.Şah ona rişxəndlə özünün belə bir əmr verdiyini və onun da əmri yerinə yetirdiyini bildirir.Sonra qızını geri qaytararaq çox ciddi surətdə əmr edir ki,sabah axşam ərini öz yatağına dəvət etsin.Şahzadə belə də edir,o 45
vaxtdan əri ilə lap mehriban yaşadı.Bu barədə kifayət qədər məzəli əhvalatlar vardır ki,bu ailənin sonuncu şahı Səfinin məşuqələrindən biri ilə əlaqədardır.O çox gözəl bir qadın idi.Şah onu nəhayətsiz bir məhəbbətlə sevir,onunla fəxr edir,şah qarşısında hədsiz bir cəsarətlə danışmasına sərbəstlik verirdi. Səh. – 270. Təbiəti etibarı ilə qısqanc olan Səfi bir gün ona bərk hirslənib,öldürtmək istədi.Lakin onun qəzəbi qarşısında ölüm cəzası bir o qədər də sərt cəza deyildi,buna görə də onu başqa cür cəzalandırır.Onun xidmətçilərini,hərəmağalarını və ev əşyalarını əlindən aldı.Paltarlarını yandırtdı,daş-qaşlarını çıxarıb palçığa və gölə atdırdı,son dərəcə gözdən saldığı üçün aşpazlardan biri olan çox çirkin zənci ilə evlənməyə məcbur etdi.Varyoxdan çıxmış xanım yanında qalmış tək bir ev qulluqçusu ilə zəncinin yanına göndərilir.Ev qulluqçusu sahibəsi kimi gözəl və cazibədar idi.Qulluqçu qabaqda dayanmışdı.Bu eybəcər ər yaxınlaşmaq istədikdə qulluqçu bir xəncər çıxarıb ona dedi: ―Zənci it oğlu,əgər sən ona barmağının ucu ilə toxunsan,xəncəri ürəyinə saplayacağam.‖ Yazıq aşpaz qorxub qaçır.Hadisəni şaha danışırlar,hadisə şahın xoşuna gəlir.Artıq özünə gələn şah həmin xanımı bir nəfər polk komandirinə ərə verir,paltarlarını qaytarır,öz adına layiq ev əşyaları verir. Kasıblar evlənəndə bunun əksi olan bəzi hadisələr baş verir.Elə ki,kişi gücü çatmayan mehir (vərəsəlik – V.A.) verməyə məcbur olduqda qadın tərəfi razılaşmaq üçün evinə arvad gətirilərkən otağının qapısını bağlayır,bu qiymətə olan arvadı istəmədiyini söyləyir.Onda hər iki tərəf arasında mübahisə olur.Qız evi az da olsa,güzəştə getməyə məcbur olur.Çünki qızı geri qaytarmaq ən böyük şərəfsizlik hesab olunur. Səh. – 271.Qadını əvvəlcədən görməyib evlənmə tərzi bədbəxtliyə səbəb olan izdivac kimi görünsə də,qətiyyən belə deyil.Əvvəlcədən alacağı qadını görüb danışdıran ailələrin daha xoşbəxt olduğunu demək mümkündür.Onlar alacaqları qadınları əvvəlcədən görüb danışdırmadıqları üçün ən çox özlərininkilərlə (qohumlarla – V.A.) evlənirlər.Bununla belə farsların kimlə evləndiklərini qətiyyən bilmədiklərini demək olmaz.Belə ki,anaları,yaxın qadın qohumları və qız seçmək işi həvalə olunan qadınlar tez-tez dəqiq surətdə onun portretini çəkirlər (təsvir edirlər – V.A.).Bu təsvir qız haqqında kifayət qədər rəy yaradır.Qızın əsli-nəsli xoşa gələrsə,onunla yaşamağı mümkün hesab edirlər.Üstəlik böyük əyanlar yeddi və ya səkkiz yaşdan ötənədək qızları qapalı saxlamırlar.Onlar bu yaşadək açıq gəzirlər.Bu,onların camaata görünməsi və camaatın onları müşahidə etməsi üçündür:hərdən belə olur ki,qızı balacalıqda görüb sonradan evlənirlər. Bir sıra əsaslar olduqda Məhəmməd dini boşanmanı qanunauyğun sayır.Bunun üçün kifayətdir ki,tərəflərdən biri başqasının dadına baxsın və ya arvad boşanmaq istəsin.Onlar dünyanın ən ağıllı və ən nəcib adamları olsalar belə,boşanırlar.Məhkəmə və ya ruhani qarşısında ayrılıq 46
Səh. – 272. aktı (boşanma kağızı yazılır – V.A.) bağlanır.Bu akt – talaq,yəni boşanma kağızı adlanır. Talaq verilən kimi tərəflər istədikləri ilə evlənmək sərbəstliyinə malik olurlar.Əgər kişi nikahın ləğv edilməsinə könüllü olaraq razıdırsa,arvada mehir verməyə məcburdur.Əgər ayrılığın səbəbkarı arvaddırsa,heç bir şey iddia edə bilməz.Məhəmmədilər pozulmuş nikahın təzələnməsini qanunauyğun hesab edirlər.Nikah üç dəfə pozula və təzələnə bilər.Onlar bu qaydanı yəhudilərdən olduğu kimi götürmüşlər.Əgər nikah üç dəfə pozulub təzələnəndən sonra kişi və qadın yenidən birləşmək istəsələr,qeyri-adi bir şərti yerinə yetirməlidirlər.Əvvəlcə arvad başqa bir kişiyə ərə getməli,qırx gün onunla yaşamalı və sonra ondan ayrılmalıdır.Buna baxmayaraq,bu iş Məhəmmədilər arasında alçaq hərəkət hesab edilir.əgər nikah üç dəfə pozulubsa,daha o qadını qaytarıb özlərinə arvad etmirlər.Əsasən ayrıldıqları qadınla evlənmək imkanları olsa da,farslar bu imkandan nadir hallarda istifadə edirlər.Burjuaziya hərdən bununla öyünür.Nüfuzlu adamlar isə boşanmaqdansa,arvadı öldürməyi üstün tuturlar.Onlar boşamalı olduqda arvadlarını öldürürlər.Kiçik xalq (qara camaat – V.A.) isə belə şeyləri heç vaxt eləmir.Boşanmaq işində onlar çox sadə və kobuddurlar.Boşayarkən onlar talaq verməli olduqları üçün bu onlara çox baha görünür.Qara camaat arasında bəzən hay-küyə səbəb olan haqsızlıq baş verir.Talaq vermədən arvadlarını boşamaq istəyənlər arvadlarla elə pis rəftar edirlər ki,arvadlar özləri Səh. – 273. boşanmağa,azadlıq üçün hər şeyi qurban verməyə məcbur olurlar.Çox vaxt məhkəmə (şəriət mənasında – V.A.) ər və arvad arasındakı ziddiyyəti,bir-birinə etdikləri pislikləri və onları ayıran səbəbləri nadir hallarda bilir.Varlı-karlı adamlarda arvadların saxlandığı yer müqəddəsdir.Orda baş verən hadisələr haqqında məlumat verən şəxs kim olmasından asılı olmayaraq,cinayətkardır.Təkcə ər orda heç kəslə bölüşdürülməyən bir hakimiyyətə malikdir.İnandırırlar ki,orda çox qeyri-adi şəhvət cəzaları olur.Şəhvət adamların çoxunu ora tələsdirir.Orda qadınların həqiqətən öldüklərini də təsdiq edirlər. Əlavə etməliyəm ki,qadağan dərəcələri (evlənmədə – V.A.) farslarda da yəhudilərdə olduğu kimidir: ANA,qaynana,bacı,ögey bacı,xala,qardaş qızıilə evlənmək qadağandır.Qardaş arvadı ilə evlənmək olar, amma çox nadir hallarda belə olur.Başqa Məhəmmədilər qadağan dərəcələri sahəsində alçaq bir lütfkarlığa yol verirlər.Hazırda hakimiyyət sürən hind şahı Oranq-Zebin rəhmətlik atası Böyük Moqol doğma qızına qarşı qeyri-adi bir ehtiras bəsləyir.Bunu ölkələrdə danışırlar.O,(Böyük Moqol – V.A.) özünə çox güclü kazuistlər tapdı.Onlar da ona dedilər: ―Kişi əkdiyi tənəyin üzümünü yeyə bilər‖... Səh. –279. Mart ayının 21-i idi.Martın 21-i hicri-qəməri (ay təqvimi mənasında – V.A.) ilə müsəlman ilinin on ikinci ayının – zilhiccənin birinə düşür.Gün çıxandan qırx yeddi dəqiqə sonra qala qarnizonu və artilleriyası yeni il 47
bayramını elan və bayram etmək məqsədilə üç dəfə yaylım atəşi açdı.Yeni ilin gəlməsini gecə və ya gündüz olmasından asılı olmayaraq,günəş qoç bürcünə daxil olan anda elan edirlər. Səfəvilərdə dini və mülki bayramlar lap çoxdur.İstər dini ayinlərin (şəbih və s. – V.A.) və əsas dini hadisələrin,istərsə də ilin vacib fəsillərinin dəyişməsinin qeyd edildiyi günlər müqəddəs günlər – əziz günlər hesab olunur.Bununla belə,dini Səh. – 280. bayramlardan üçü təntənəli surətdə qeyd edilərək qorunur.Orucluğun ertəsi günü bayram edirlər.Orucluğun xristianlardakı pasxa günü ilə eyni olduğunu bilirəm.İbrahim qurbanı və Əli tərəfdarlarının din yolunda şəhid olması (aşura – V.A.) bayramları hörmətli bayramlardır.Yeni il təntənəsi də mülki bayram olmasına baxmayaraq,belə bayramlardandır.Onu demək lazımdır ki,bu bayram bu qayda ilə qorunur və çox təntənəli surətdə qeyd olunur.Bu bayram üç gün davam edir.Sarayda olduğu kimi bəzi yerlərdə bu bayram günəş qoç bürcünə daxil olduğu andan hesablanmaq şərtilə səkkizinci günədək davam edir.Bu bayram Novruz Sultaniyyə (Sultan Novruz – V.A.) adlanır.Bu da şahanə yeni il və ya imperiya yeni ili deməkdir.Bununovruzu həqiqi yeni ildən Səfəvi dövrünə (təqviminə – V.A.) görə fərqləndirmək üçün edirlər.Müsəlmanların hazırki təqviminə görə yeni il yalançı peyğəmbər Məhəmmədin irəli sürdüyü yeni doktrinası nəticəsində qəzəblənmiş xalqın onu parça-tikə edəcəyindən qorxub Məkkədən qaçdığı gündən başlanır.Həmin gün bütün müsəlman aləmində yeni il hesab olunur.Artıq qeyd etdiyim kimi Məhəmməd təqviminin yeni ili ay təqvimi əsasındadır və Məhərrəm ayının birinci gününə düşür.Hicrət adlanan bu dövrün ilk ayı Məhərrəmdir.Qədim təqvim günəş təqvimidir.Müsəlmanlar onu Cəmşid təqvimi adlandırırlar. Cəmşid dördüncü fars şahı olub,yeni il bayramının ilk yaradıcısıdır.Qeyd etmək lazımdır ki,qədim farslar gündönümü (günəşin göy ekvatorunun ən uzaq ekliptika nöqtəsindən keçməsi vaxtı – iyunun 22-si və dekabrın 22-si – V.A.) və gecə-gündüz bərabərliyi bayramı baharın gəlişilə əlaqədar olduğu üçün daha yüksək təmtəraqla qeyd edilirdi.Bayram səkkiz gün davam edirdi.Birinci gün şah xalqın Səh. – 281 xeyir-duasını qəbul edirdi.İkinci gün alimlərə,xüsusilə astronomlara,üçüncü gün kahinlərə,dördüncü gün məhkəmə idarəsi qulluqçularına – magistratlara,beşinci gün əyalət hakimlərinə,altıncı gün özünün valideynlərinə,sonrakı gün ərzində isə arvadlarının valideynlərinə,öz uşaqlarına xeyir-dua verib,onların yeni ilini təbrik edirdi.Yeni ilin təntənəli surətdə bayram edilməsi fars (Sasani – V.A.) şahlığının Məhəmmədilər tərəfindən istila edilməsinə qədər davam etmişdir.Məhəmmədilər farsa özləri ilə bərabər yeni bir din,yeni bir təqvim gətirmişdilər ki,həmin təqvimə görə ilin birinci günü yaz gecə-gündüz bərabərliyinə yox,Məhərrəm adlanan qəməri ayın ilk gününə düşürdü.İlin ilk gününü təntənəli surətdə bayram etmək 48
ənənəsi ildən-ilə zəiflədi,nəhayət,dəbdən düşdü.Günəş təqviminə görə yeni ilin bayram edilməsi qaydasını saxlamaq istəmirdilər.Ölkənin əhalisi buna qarşı çıxırdı və özünün qədim atəşpərəst dinində təkid edirdi.Xalq ilin ilk gününü günəşə həsr edilmiş dini bayram kimi keçirirdi.Bu,Məhəmmədilərə bütpərəstlik kimi görünürdü.Məhəmmədilər həmin gün (Novruz – V.A.) baş verən hər hansı ictimai bayram şənliyinə nifrət bəsləyirdilər.Ay təqvimi ilə yeni ilin ilk gününün bayram edilməsi məsələsinə gəldikdə isə bir gün belə bayram şənliyi edə bilməzdilər.Müşahidə etdiyim kimi,Məhərrəm ayının ilk on günü ictimai matəm günləri olduğu üçün səfəvilərdə Əli tərəfdarlarının şəhid olmalarını qeyd etməyə həsr edilir.Bu vəziyyət 475-ci ilədək, Cəlaləddin taxta çıxanadək davam etmişdir20.Cəlaləddinin taxta çıxması yaz gecə-gündüz bərabərliyinə düşmüşdür.Bundan istifadə edib astronomlar ondan havadarlıq göstərməsini xahiş etdilər. Səh. – 282. Qədim təqvimə görə bunun taxta çıxması yeni ilin ilk gününə düşdüyündən ölkənin çox uzaq keçmişindən qalma adəti təzələmək və ilin ilk gününü bayram şənliyi ilə qeyd etmək mümkün oldu.Bu bayram müsəlman ilinin birinci günü keçirilmək üçün nəzərdə tutulmurdu,çünki müsəlman ilinin birinci günü matəm günü idi,həm də yeni ili din yolunda şəhidliyin təntənəsi ilə başlamaq bədxah əlamət olardı.Bunu nəzərə aldıqda yeni il bayramını günəş ilinin ilk gününə təyin etmək lazım gəlirdi.Bu gün həmişə bahara,ilin ən yaxşı fəslinə,hər şeyin yenidən təzələnməsi dövrünə düşürdü.Əvəzində isə müsəlman ilinin ilk günü ardıcıl olaraq hər bir fəslə düşə bilir,çünki o,Ay ilinə aiddir.Astronomlar əlavə edib günəş ili əsasında yeni il bayramı yenidən dəbə düşərsə,onun vasitəsilə bir sıra xüsusi şeylər bərpa etməyin mümkün olacağını demişdilər.Səfəvilərin qədim adətinə görə illər şahın taxta çıxmasından başlanaraq hesablanırdı.Günəş ilinin ilk günü onun taxta çıxmasının başlanğıcı ola bilərdi.Bu şahzadə (Cəlaləddin – V.A.) təklifi öz zövqünə uyğun hesab edib,qədim şahanə yeni il bayramını yenidən bərpa etdi.O vaxtdan yeni il bayramı çox təntənəli və mühitə uyğunlaşdırılmış şəkildə keçirilir. Dediyim kimi,yeni il bayramının xalqa artilleriya və muşket (olan yerlərdə) atəşləri ilə xəbər verirlər.Paytaxtda və böyük şəhərlərdə belə olur.Bayram paltarı geymiş münəccimlər şah sarayına və ya yerli hakimlərin iqamətgahına gedirlər.Gecə-gündüz bərabərliyi anını müşahidə etmək üçün ora bir-iki saat əvvəl gəlirlər.Onlar gecə-gündüz bərabərliyini yastı damlarda və ya meydançada üstürlab vasitəsilə təyin edirlər.Onlar işarə edən kimi, Səh. – 283. yaylım atəşləri açılır.Musiqi alətləri – nağaralar,şeypurlar səsləndirilir.Krallığın(şahlığın-V.A.) zəngin ailələrində və bütün böyüklərin evlərində məclislər keçirilib,şadyanalıq edilir,mahnılar oxunur.İsfahanda şah sarayı qarşısında bütün bayram günləri ərzində musiqi çalınır,rəqs edirlər,tonqal qalayırlar,məzhəkə göstərirlər.Yarmarkada olduğu kimi hər kəs bu səkkiz günü təsvirə gəlməyəcək bir şadyanalıqla keçirir.Farslar başqa 49
adlarla yanaşı,bu bayramı ―təzə paltar bayramı‖ adlandırırlar,çünki elə bir kasıb,elə bir yoxsul adam yoxdur ki,təzə paltar geyməmiş olsun.İmkanlı adamlar bütün bayram günləri təzə paltar geyirlər.Bu,sarayı görmək üçün ən əlverişli vaxtdır.Bu zaman saray başqa vaxtlarda olduğundan daha təmtəraqlı və daha yaraşıqlı olur.Daha çox gözəlləşən və daha çox zəngin görünən saraya baxmaq üçün hamı həsəd çəkir.Şəhər kənarında,müxtəlif yerlərdə səkkiz günün səkkizində də gəzinti təşkil edilir,orada sözün əsl mənasında böyük müsabiqə keçirilir.Hamı bir-birinə hədiyyələr göndərir,bayram başlanandan bəri bir-birinə boyanmış və qızıl suyuna çəkilmiş yumurtalar göndərirlər.Elə yumurtalar olur ki,pula çevirəndə qiyməti üç qızıl dükata qədər olur.Şah sarayda yaşayan əsas xanımlara (baş hərəmlərə – V.A.) yaraşıqlı tərəzi gözlərində təxminən beş yüz bu cür yumurta göndərir.Mən bu barədə məlumat vermişəm.Yumurta qızıl suyuna çəkilir.Yumurtanın hər tərəfində çox incə şəkildə işlənmiş dörd təsvir və ya miniatür olur.Deyirlər ki,ilin bütün fəsillərində farslar bir-birinə yeni ildə olduğu kimi belə yumurta verirlər,çünki yumurta şeylərin mənşə və başlanğıcını bildirir. İnanmaq olmur ki,bayram ərəfə Səh. – 284. sində bu qədər yumurta satıla bilər.Gecə-gündüz bərabərliyi anı keçəndən sonra böyüklər (yüksək vəzifəli şəxslər – V.A.) şahın yeni ilini təbrik etməyə gəlirlər.Şah mümkün olan tərzdə məharətlə bəzədilmiş,daş-qaş içində bərq vuran tacını və ya şahanə araqçını – baş örtüyünü başına qoymuş olur.Hər kəs öz hədiyyəsini ona təqdim edir.Bu hədiyyələr cavahiratdan,qaşdaşdan,parçadan,ətriyyatdan,nadir tapılan şeylərdən,atdan,gümüşdən ibarət olur.Hər kəs öz qulluğuna uyğun ,var-dövlətinə uyğun hədiyyə verir.Əksəriyyət hədiyyə olaraq,qızıl verirlər.Buna görə üzr istəyib əlahəzrətin qarderobuna daxil olmaq üçün (üst- başına – V.A.) kifayət qədər layiqli olsun deyə dünyada bundan yaxşı bir şey tapmadıqlarını bildirirlər.Adətən bu zaman şaha beş yüz dükatdan dörd min dükata qədər verirlər.Əyalətlərdə qulluq edən böyüklər şaha öz təbriklərini və hədiyyələrini çatdırırlar.Heç kəs bundan qaça bilməz.Həm də bu ilki yeni il hədiyyəsi əvvəlki illərdəkindən artıq olmalıdır.Bu minvalla şah yeni il bayramında çoxlu var-dövlət əldə edir.Nəticə etibarı ilə şah bu hədiyyələrin bir hissəsini böyük bir dünyanı – sarayı təşkil edən şəxslərin hamısına yeni il hədiyyəsi verməyə xərcləyir.Bütün bayram günləri şah böyük əyanlarla xoş rəftar edir.Böyük əyanlar da öz növbələrində öz evlərində bu cür edirlər.Çünki onlar günün qalan hissəsini öz evlərində keçirir,adamları qəbul edir,həmçinin özlərinə tabe olan adamlardan hədiyyələr qəbul edirlər.Belə ki,bu,Şərqdə dəyişməz qanundur: aşağı vəzifədə olanlar ali vəzifə sahiblərinə,kasıblar varlılara hədiyyə verirlər.Bir sözlə,bu adət əkinçidən şaha qədər davam edir. Səh. – 285. Əgər bacara bilsələr,dindarlar bayramın birinci gününü öz mənzillərində allaha ibadətlə keçirirlər.Onlar sübh çağı bütün bədənlərini su ilə 50
yuyurlar.Sonra tərtəmiz paltar geyirlər,qadınlardan nəfsini saxlayırlar,adət üzrə həmişə oxuduqları duaları oxuyurlar,günün qeyri-adiliklərini mədh edirlər.Quran və başqa dini kitabları oxuyurlar.Bütün bunlar allaha ibadət vasitəsilə yeni ilin xoşbəxtlik gətirəcəyinə onlarda inam yaradır. Öz dövrünə görə pərəstiş edilən başqa adamlar tamamilə başqa cür hərəkət edirlər.Bayram günləri var-yoxlarını ortaya töküb,onları saymaqla keçirirlər.Öz var-dövlətinə heyran olan adamlar bundan hədsiz zövq alır,bunu öz fikirlərində bolluq və firavanlıq ilinin yaxşı bir əlaməti kimi başa düşərək sevinirlər.Başqa bir şey də yeni il bayramının təntənəli olduğu qədər məşhur olmasına çox kömək edir.Bu,Məhəmmədin varisi Əlinin xatirəsinin yad edilməsi ilə əlaqədardır.Məhəmmədilər belə hesab edirlər ki,Məhəmməd peyğəmbər öz ordusu qarşısında yazda,gecə-gündüz bərabərliyi günündə Əlini varisi elan etmişdir.Digər dini bayramların Ay təqviminə əsasən keçirilməsinə baxmayaraq,təkcə bu bayram – Əlinin peyğəmbərin varisi elan edilməsi bayramı günəş təqvimi ilə yeni ilin birinci gününə düşür.Onların fikrincə,burada dörd əlamət vardır. 1. Bahar əlində tutduğu piyaləyə bənzər lalə ilə gəlir. 2. Bahar Nəcəfdəki şahın (bu Əlidir) qəbri üstünə şəfəq damcıları səpmək üçün gəlir. 3. Baharın belə bir günündə Əli peyğəmbər taxtına əyləşmişdir. 4. O, (Əli nəzərdə tutulur – V.A.) ilin bu gününə həsr edilmiş bayramı şöhrətli bayrama çevirmişdir. Səh. – 286. Rəhmətlik ikinci şah Abbas ölümündən bir az əvvəl əmr etmişdi ki,hər dəfə günəşin doğmasını on iki evin on ikisində də (on iki imamın qəbri nəzərdə tutulur – V.A.) musiqi alətlərinin müşayiəti ilə təntənəli surətdə bayram etsinlər.Deyilənlərə görə farslar əvvəllər bunu ediblər.Onun vaxtsız və qəfil ölümü bu qədim təcrübənin həyata keçirilməsinə mane oldu. 25 mart (1673). O, (İrivan bəylərbəyi nəzərdə tutulur – V.A.) mənə xəbər göndərdi.Ordan-burdan çox söhbət etdikdən sonra ikilikdə qaldıq.Belə yoxsul bir zamanda məni Səfəvilərə gətirib çıxaran məhəbbətim müqabilində hirsləndiyini söylədi.O deyirdi ki,gətirdiyim daş-qaşdan heç nə çıxmayacaq,şah belə şeyləri qətiyyən sevmir.Daha ikinci Abbasın zəmanəsi deyil,artıq həmin dövr keçmişdir,hazırki şah məndən heç bir şey almayacaq,olsa-olsa mən onları sarayda zor-bəla ilə üç min pistola sata bilərəm21.Nəhayət,bunları məni ruhdan salmaq üçün demədiyini,saatımın açıq vaxtı olduğunu fikirləşib hərəkət etməyimi, Səh. – 287. gətirdiklərimi satmaq fürsətini əldən verməməyimi qeyd etdi.Əgər mən sərfəli qiymətə satmaq istəsəm,on min ekü məbləğində qaş-daş almaq fikrində olduğunu söylədi.Bəylərbəyinin bu söhbət vasitəsilə hara döyəclədiyini bildim.Bu,nə qədər xeyirxah və doğru fikir olsa da,mənim işlərimə qayğı göstərməsindən daha çox onun şəxsi marağından irəli 51
gəlirdi.Mən ona ürəkdən təşəkkür etdim.Mənə xatırlatdığı dəyişikliyin doğru olduğu ilə razılaşdığımı bildirdim.Onları satmaq ümidimi itirmədiyimi,əlahəzrətdən doğruculluq gözlədiyimi dedim,əlahəzrət rəhmətlik atasının əmri ilə bu böyük səyahətə çıxdığımı,qaş-daş gətirdiyimi qiymətləndirəcəkdir.Lakin onun mənə göstərdiyi xeyirxahlıq və qayğıya bələd olduğum üçün yükümə xələl gətirməyəcək şəkildə qaş-daş satmaq qərarına gəldim,həm də onunla heç kəslə mümkün olmayan tərzdə alver edə bilərdim. Bəylərbəyi söhbətimizin əvvəlindən mənə çoxlu vədlər vermişdi.Məni əmin etmişdi ki,saraydakı oğlanlarının və etibarlı dostlarının himayəsində olmadığım üçün onlara xüsusi göstəriş verəcəkdir.Nəhayət,kənara qoyduğu şeyləri gətirməyi əmr etdi.Mənim sözümün üstündə durub-durmadığımı bilmək üçün nəsə bir şey – dəyəri az olan sikkələr,zərgərlik məmulatları almaq istədiyini dedi.Bu yol qətiyyən xoşuma gəlmirdi.Bundan yaxşıca qazanacağına onu əmin edərək təklif etdim ki,alveri iki dəfəyə deyil,bir dəfəyə etsin.Sonra ona yalvardım ki,xırda sikkələri deyil,iri sikkələri alsın.O,nə bir dəfə alver etmək,nə də iri sikkələri almaq təklifimi qəbul etmək imkanına malik olmadığını dedi.Mənim cəsarətimi başa düşdüyü üçün məni əmin etdi ki,onun hərəkəti səmimidir. Səh. – 288. Belə etməkdə məqsədi mənim baha satıb-satmamağımı yəqinləşdirmək istəməsidir.Müxtəlif görünüşdə olan qırx ədəd saata qiymət qoyduq.Ona daha çox şey satmaq,onun etibarını qazanmaq üçün bunları ona sərfəli qiymətə satdım.O,məni xəzinədarının yanına pul almaq üçün göndərdi.Mənə çatacaq pulları sayarkən bəylərbəyinin özü ora gəldi.Əlində qızıl suyuna çəkilmiş,dağ büllurundan hazırlanmış böyük bir güzgü tutmuşdu.O,həmin güzgünü ona göstərdiyim şeylərdən ayırıb kənara qoydurmuşdu.Mənə dedi ki,saatın açıq vaxtına düşdüyündən həmin güzgünü də almaq qərarına gəlir.Mən onu beş yüz eküyə satdım.O,mənə həmin pulu və yerdə qalan pullarımı verdi.Dedilər ki,farslar astrologiyanın hökmünə çox maraq göstərirlər.Bütün xoşbəxt və bədbəxt hadisələrin səma cisimlərinin təsiri altında baş verdiyinə inanırlar.İki xeyirxah ulduzun görüşünü onlar xoşbəxt saat hesab edirlər. Dünyada elə bir mövhumatçı xalq yoxdur ki,alim və bilikli adamları (lap bu dəlicəsinə olsa da) farsların edə biləcəklərini etsin.Onlar inanırlar ki,hər kəsin ulduzu vardır.Onların dediklərinə görə ilin bütün günləri xoşbəxt və ya bədbəxt günlərdən ibarətdir.Onlar danışdıqda bunu qara və ya ağ (qara gün,ağ gün mənasında – V.A.) sözləri ilə ifadə edirlər.Günün saatları haqqında da belə deyirlər.Elə bu səbəbdən onlar cadugərlərə nə dərəcədə inanırlarsa,onların narazılığından və sehrindən bir o qədər qorxurlar; göz muncuğuna da bir elə inam bəsləyirlər.Cadugərlərin oxuduqları əfsunlar müəmmalı ifadələrdən,Məhəmmədin ilk varislərinin dediklərindən,hədislərdən və Qurandan götürülmüş parçalardan ibarətdir. Bunların 52
Səh. – 289. hamısı,vərəqə,xüsusilə vaxta və yerə uyğun olaraq,böyük bir ehtiyatla yazılır. Onlar bunları (əfsun və cadu yazılmış kağızlar nəzərdə tutulur – V.A.) boynundan,kəmərindən,əksər hallarda isə qollarından (dirsəklə çiyin arasında,qoltuq altında – V.A.) kiçik ipək kisələrdə və ya yarım ekü böyüklüyündə,yaxud ondan bir az böyük və ya balaca hər cür zərxara kisələrdə gəzdirirlər.Onları sapla bağlayırlar.Elə adamlar var ki,bilərzik şəklində tikilmiş lent üzərində bu cür yeddi-səkkiz kisə gəzdirir.Elə adamlar da var ki,bu qəbildən olan mövhumi kağızları kiçik qutularda və ya kiçik futlyarlarda saxlayırlar.Futlyarlar dişqurdalayan şəklində olub,qızıl və ya gümüşdən düzəldilir,mövhumi kağızları yaxşı qoruyub saxlayır,hətta hamamda çimərkən belə onları çıxarmağa ehtiyac qalmır.Mən elə adamlar görmüşəm ki,bütün Quranı bu cür kağızlara yazdırıb üstlərində gəzdirirlər.Onlarda kağızdan gözmuncuqları (göz dəyməsin deyə yazılmış dua kağızları – V.A.) vardır.Həmçinin onlarda daş üzərində yazılmış belə dualar var.Lakin onlarda velen kağızı və ya perqament üzərində yazılmış dualar heç yoxdur.Çünki onlar ölmüş heyvanları və onların soyulmuş dərisini natəmiz hesab edirlər.Məlum olduğu kimi,perqamenti dəridən hazırlayırlar.Nəhayət,elə adamlar da var ki,onları üzüyün qaşı altında sağanağa salır və sağanağın dibində yerləşdirir.Onları göz muncuğu,yəni dua adlandırırlar ki,bu da arzu və ya xahiş deməkdir.Gözləmək lazımdır ki,bütün bu bədxahlara qarşı və hər cür vardövlət əldə etməyə xidmət edən dualar olsun.Bu cür mövhumatçılığın nəticəsidir ki,heyvanların boynuna ,toyuq hinlərinə özü də bir düjin dua asırlar.Nəhayət,fikirlərində duanın ora çoxlu müştəri gətirəcəyini nəzərdə tutub köşklərə dua asdıqları kimi,cansız əşyalara da dua asırlar.Mən bu yol qeydlərinin (gündəliyin)səh.290. sonunda şəraitin imkan verdiyi dərəcədə farsların mövhumatçılığının başqa cəhətlərini şərh edəcəyəm.Mən burada ancaq özünü cadugər kimi aparan və ancaq cadu yazmaqla məşğul olan xarakterlərdən danışacağam.Bir ondan (―on‖ Fransada 120 sm-ə bərabər uzunluq ölçüsüdür.Azərbaycan dilinə ―qulac‖ sözü kimi tərcümə edilir.Qulac 0,5 m-ə bərabər olduğundan ―on‖ termininin ―qulac‖ şəklində tərcümə edilməsi qənaətbəxş deyil – V.A.) daha uzun,beş-altı pus (pus – düym 23 millimetrə bərabər ölçü vahididir – V.A.) enində olan bir vərəq kağız götürürlər.Həmin kağızı ardıcıl surətdə adamların ən namuslu,ən mömin hesab etdikləri qırx şəxsin yanına aparırlar;onlardan öz istədiklərinə uyğun bir dua yazmalarını xahiş edirlər.Bunu allaha daha çox xoş gələn və təsir göstərən bir şey hesab edirlər.Hər bir dua Qurandan və hədislərdən götürülmüş bir və ya iki beytdən ibarətdir.Vərəqi dua kimi büküb və ya qatlayıb,yuxarıda dediyim kimi,üstlərinə bağlayırlar.Qırx dindar möminin duası yazılmış kağızı belə qiymətləndirirlər ki,heç olmasa onların arasında allaha xoş gələni olacaq və onlardan birinin duası ardıcıl surətdə lazım olan şeyə öz təsirini 53
göstərəcəkdir.Kasıb zahidlər və sədəqə toplayan dilənçilərin çoxu əllərindəki dördkünc,iki-üç pye (fut – 30, 479 sm – V.A.) ölçüdə olan böyük bir kağızı qabağa uzadırlar.Bu kağızın üzərində allahdan xüsusi mərhəmət əldə etməyə kömək edən dualar vardır.Duaların altında imzanı əvəz edən və imza tərzində ora vurulmuş bir xeyli möhür vardır.Bu möhürlər o yerlərin ən namuslu və ən mömin adamlarına məxsusdur.Onlara möhür vurmağa məcbur edəndə belə bir fikri əsas tuturlar ki,bu üsul vasitəsilə üzərində dualar yazılmış kağızda həmin adamlar birləşirlər.Həmin adamlar bununla dualarda öz əksini tapan mərhəməti allahdan diləməyə səbəb olurlar.Qeyri-mümkündür ki,bu qədər yaxşı adamlar arasında allaha xoş gələni olmamış olsun Səh. – 291 və allaha xoş gəlmə dua kağızının himayəçilik təsirinə çevrilməsin.Bu cür dilənçilər hardasa dayanmaq istəmədikdə bu kağızı dayandıqları və yaşadıqları yerin qarşısında asırlar. 27. (mart,1673 – V.A.). Bəylərbəyi məni görməyə gəldiyi üçün boynuma minnət qoymuş oldu.Mən onun gəlişini yüksək qiymətləndirdim,belə ki,ona səkkiz pistol qiymətində olan bir qızıl qutu verdim.Deyildiyi kimi,böyük əyanlar görüşə gələndə hədiyyə verirlər.Mən də ölkənin adətindən çıxmamaq üçün həmin qutunu hədiyyə verdim.Bəylərbəyi mənim otağımda on beş dəqiqə oldu.Sonra gedib Konstantinopol gömrükxana xidmətçilərinin qarşısında dayandı.Onlar mənimlə qonşu otaqda yaşayırdılar.Nəhayət,bir türk tacirinin və bir erməni tacirinin yanına getdi.Onlar da bu karvansarada yaşayırdılar.O,kimin yanına getdisə,onlardan hədiyyə aldı.Həqiqətdə onların hədiyyələri o qədər də qiymətli deyildi.Konstantinopol gömrükxana xidmətçiləri iki dükat,türk taciri iki ekü qiymətində olan bir kisə qəhvə,erməni taciri isə ona iki dəməşq qızıl ağacı verdi.Bir qayda olaraq,bəylərbəyi həftədə iki dəfə – cümə və şənbə günləri qaladan çıxıb şəhərə gəlir.Şəhərin bir neçə məhəlləsinə baş çəkir,vacib olan əmrləri verir.Onun əyalətindən yaxşı idarə olunanı yoxdur.O,mənzilin qarşısında dayananda istəyən hədiyyə verir,istəməyən yox.Elə ki,içəri daxil oldu,adətə görə hamı hədiyyə verirdi.Bəxşiş yığan adını daşıyan zabit verilən hədiyyələri ucuz qiymətə də olsa,sayıb qeydə alır. Səh. – 292. 29 və 30. (mart,1673 – V.A.). Bəylərbəyi ilə nahar etdim,ona beş yüz pistol dəyərində xırda qaş-daş satdım.Alverimizi edib,qabaq-qarşı dayandıq.O,pullarımı saydırıb verdirdi.Belə əlverişli ticarətdən o,mütləq surətdə qazanırdı.Bu cür ticarəti bu ana kimi farslarda görməmişdim.Belə ki,mən onunla daha əlverişli ticarət edirdim.Həmin gün mənzilimə qayıtdıqdan az sonra,bəylərbəyinin şahzadə xanımı yanıma adam göndərib xəbər verdi ki,seçib ayırdığı bir çox zərgərlik məmulatları üçün qiymət kəsim.Ata qalxmağa hazırlaşırdım ki,xəzinədar və qulam şah məni görməyə gəldilər.Belə oldu ki,həmin gün qalaya gedə bilmədim.Sonrakı üç gün ərzində də qətiyyən ora getmək istəmədim,çünki bu günlər müqəddəs həftənin sonuncu günləri idi 54
(bayram həftəsinin – V.A.). Aprelin 4-də ora getdim. Şahzadə xanımın təsərrüfat müdiri qoca bir hərəmağası idi.O,gec gəlib çıxdığım üçün xanımın bərk acıqlandığını dedi.Əgər bu ölkənin adamlarından biri onu bu qədər acıqlandırsaydı,onu ayaqlar altına saldırıb iki yüz çubuq vurdurardı.Buna gülməyim gəldi və təəccüb etdim.Hərəmağasından şahzadə xanımın vaxtaşırı belə məhkəmələr qurub-qurmadığını soruşdum.O,mənə cavab verdi ki,Şahzadə xanım dünyanın ən məğrur qadınıdır,kiçik bir səhv üstündə ciddi cəza verdirir22.Əgər səhv edən kişidirsə,onu hərəmağalarının yanına göndərirlər.Hərəmağaları əllərini və ayaqlarını sarıyırlar,kisəyə salırlar;sonra onu saraya xanımın qabağına gətirirlər.Şahzadə xanım necə əmr etsə,o cür cəzalandırırlar.Cəza alan şəxs kisədən çıxarılmadığı üçün harada olduğunu görmür.Mən Səfəvilərdə saray xanımlarının (baş hərəmin – V.A.) belə cəzalar verdiyini bilmirdim.Mən hərəmağasına yalvarırdım ki,şahzadə Səh. – 293 xanıma gec gəlməyimin səbəbini izah edib,onun sifarişlərini yerinə yetirməyə həmişə hazır olduğumu desin.Təsərrüfat müdiri gedib-gəlincə sarayın giriş qapısında gözləməli oldum.Dörd min livr qiymətində zərgərlik məmulatları satdım.Pulumu ertəsi gün səhər aldım. 3. (3 aprel 1673 – V.A.). Bəylərbəyini görməyə getdim və yola düşmək üçün mənə icazənamə verməsi üçün yalvardım.Artıq saraya gedib çatmağa tələsirdim.O,mənə günortadan sonra icazənaməni hazırlatdıracağını vəd etdi. Deyilən vədə ora qayıtdım. Əvvəlcə gülərək məndən soruşdu ki,görüşümə gələndə ona bağışladığım qızıl qutunun qiyməti nə qədər olar.Onun hansı fikirlə bunu soruşduğunu bilmirdim.Mən həmin qutunun on pistol dəyərində olduğunu dedim.Siz məni məcbur edəcəksiniz ki, – o dedi – yenidən qiymətli açarlar,yaylar,saat qayışlarını hədiyyə götürüm. Onun bu təklifi məni o qədər təəccübləndirdi ki,bunu belə nüfuzlu bir əyana qətiyyən yaraşmayan bir hərəkət hesab etdim.Cavab verdim ki,ona xoş gələn hər şeyi edərəm.Əlavə etdim ki,məndə divar saatları üçün alətlər var.Onları şahın xidmətçiləri üçün gətirmişəm.Əgər istəsə,ona da bunlardan verərəm.O,sözümü kəsib məni əmin etdi ki,verdiyim hədiyyə onun ürəyincə olmuşdur.Bu əyan mexanikanı bilir və sevir.Düzgün işləməyən divar saatını yaxşıca təmir edir.Nəhayət,mənim ona verdiyim bütün şeyləri gətirtdi.Mən qəti əmin idim ki,o,bunları qəbul edəcəkdir.Lakin o,bunları qaytaranda heyrətləndim.Onda başa düşdüm ki,mən onun yalançı alverinin qurbanı olmuşam.O,öz istəyincə alver etməyə məni məcbur etmək üçün yalandan bu qədər şey-şüy alırmış.Narazılığımı səh. – 294 büruzə vermədim.Pərt olduğumu hiss etsəm də,üzümə şən bir ifadə verərək (kaş ürəyim də belə şən olaydı) ona min təşəkkür etdim.Nəhayət,ona yalvardım ki,məni oğlanlarına tapşırmaq üçün zəmanət məktubları versin.O,bunu etməyə söz verdi,iki dəfə məni özü ilə yaylağa getməyə dəvət etdi.O,ora ertəsi gün səhər getməli idi.Üzr istəyib,bacardığım qədər nəzakətlə təşəkkür etdim.Eyni zamanda məni Təbrizə qədər müşayiət etmək üçün cənab 55
Azarini və aqreman verməsini (namizədliyi verilən diplomatik elçinin qəbulu haqqında razılıq – V.A.) istədim.Mən onu çox istəyirəm – deyə cavab verdi – ona tapşıracağam ki,sizin mehmandarınız və ya müşayiətçiniz olsunBu adam ermənidir,onun haqqında danışılıb.Mənə etdiyi yaxşılıqlar üçün yenidən ürəkdən təşəkkür edib,sarayda olduğum müddətdə naz-nemət gördüyümü dedim.Onun mənə verdiyi bütün vədləri sadalamaq istəmədim.Bundan heç bir şey əmələ gəlməyəcəyinə əmin idim; çünki ölkənin adətinə görə,mənə bu vədləri yerinə yetirəcəyi üçün deyil,öz istəyinə asanlıqla əməl etməyə məni məcbur etmək üçün vermişdi. 5. (5 aprel,1673 – V.A.). Bəylərbəyi düşərgəyə getdi.düşərgəni şəhərdən bir lyö kənarda,yolboyu gül-çiçəklə örtülü böyük və gözəl bir çəmənlikdə qurdurmuşdular.İrivanın dövrəsindən axıb keçən iki çay orada burula-burula sakitcə axıb gedir,kiçik-kiçik adalar yaradır.Bəylərbəyinin,onun şahzadə xanımının (baş hərəminin – V.A.),onu müşayiət edən hörmətli adamların məhəlləsi (çadırı – V.A.) ayrı-ayrılıqda olub,hərəsi bir ada üzərində yerləşir. Səh. –295. Onlar bir-biri ilə kiçik üzən körpülər vasitəsilə əlaqələndirilir.Bəylərbəyinin çadırları cazibədar olur.Bu çadırlar kiçik olsalar da,onlarda sarayda olan bütün rahatlıqlar,hətta hamam və buğxanaya qədər hər şey olur.Onun evi (məiyyəti – V.A.) qadınlar və hərəmağaları hesaba daxil edilmədən beş yüz nəfərdən çox idi. Bu krallıqda (burada bəylərbəyilikdə – V.A.) böyüklərin belə bir adəti var ki,yazı yaylaqda keçirməyə gedirlər.Onlar ov etməklə,balıq tutmaqla,piyada və atla gəzməklə vaxtlarını şən keçirirlər.Onlar orada təmiz hava qəbul edir,sərinliyi lap çox sevirlər.Onların istirahəti orada keçir.Şəhərdə görüləsi bir iş olmayanda onlar yaylağa köçməyə məcbur olur,qonşu dağların cazibədar yerlərində yay uzunu istirahət edirlər.Bunu yaylaq,yəni ―kənd ekskursiyası‖ adlandırırlar. 6. (6 aprel,1673 – V.A.). Şahzadənin təsərrüfat müdiri məni nahara dəvət etdi.Qalanın komendantı (Qalabəyi) də ziyafətdə idi.O,əslən dağıstanlıdır.Dağıstan başdan-başa dağlardan ibarət olan,Xəzər dənizinin şimal-şərqində yerləşən,moskoviya ilə hüdudlanan bir ölkədir.Ondan ölkənin yaşayış tərzi və adətləri haqqında çoxlu maraqlı şeylər eşidib feyziyab oldum.Səfəvi şahı orada ali hakim kimi tanınır,lakin orada mütləq hakim kimi tanınmır.Bu ölkədə yaşayan xalqlar həmişə onun əmrinə tabe olmurlar.Onların itaətsizliklərinin sayını (şaha qarşı çıxışlarını – V.A.) azaldırlar,çünki bunların kökünü kəsmək çətindir.Bunun səbəbi onların tərsliyi və dağlarının ucalığıdır.Onlar Şərqin tərs,kobud və ən barbar adamlarıdır.Belə hesab edirəm ki,onlar partların qalıqlarıdır.Axşam bu əyan Səh. – 296. mənə bir qab meyvə,çaxır və bir qoyun göndərdi. 7. (7 aprel,1673 – V.A.). Xəzinədar mənə bir qab hədiyyə göndərdi.Bu hədiyyə dünən mənə qalabəyinin göndərdiyi kimi bir qab meyvədən ibarət idi.Mənə göstərdikləri havadarlığın əvəzini kiçik hədiyyələrlə çıxdım.Onlar 56
mənə Yerevanda da qulluq göstərdilər.Səfəvilərdə məcburi surətdə ödənilən və məmurlar vasitəsilə əyalət xəzinəsinə daxil edilən xərcləri məndən tələb etməyə cəsarət etmədilər.Çünki bəylərbəyi məndən hər hansı bir şey tələb etməyi onlara qadağan etmişdi.Onlar ona görə belə hərəkət edirdilər ki,xərcin bir hissəsini öz xoşumla onlara verim.Bu ölkənin adətlərinə yaxşı bələd olduğumu bildiklərindən mənə hər cür nəvaziş göstərirdilər,halbuki,qətiyyən xariciyə əliaçıqlıq edərək belə mehribanlıq göstərmirlər.Günortadan sonra bəylərbəyindən akzisin ödənməsi haqqında gömrük buraxılışı kağızı almaq üçün düşərgədə oldum.Mənə qarşı min cür nəzakət göstərdi,ayrılarkən deyildiyi kimi şahın istəkliləri olan hər iki böyük oğlu üçün iki zəmanət məktubu verdi.Demək olar ki,məktubların hər ikisi eyni məzmunda idi.Böyük oğlu üçün olan məktubun tərcüməsi belədir. ALLAH Əlahəzrət şahın istəklisi və əzizi,mənim çox şöhrətli və çox xoşbəxt oğlum Nəsr Əli bəyin uca və qüdrətli hökmdar olmasını,sağlamlığını və həyatının qorunmasını bütün xeyirxahlıqların mütləq yaradıcısından arzu edirəm. Sizin xoşbəxt ucalığınız üçün təmiz arzularla göyə əl açırıq.Sizə belə bir məktub yazmağımızın səbəbi bir neçə müddət bundan Səh. – 297. əqdəm bu şəhərə gəlmiş,indi isə Aləmpənah yerin-göyün pənahı (sözü ilə ifadə olunub – V.A.) Saraya dilicanla (dördtəkərli minik arabası – V.A.) burdan yola düşən Senyor Şardənin işlərinə qayğı göstərməyimizdir.Onun niyyətlərindənvə ali saraya etmək istədiyi müti arzulardan mütləq xəbərdar olmalısınız və onları aydın başa düşüb,onun arzu və istəklərinin qayğıkeşliklə yerinə yetirilməsinə çalışacaqsınız.Bizim məktubumuzun məzmunu ilə və bu görkəmli dostun zəmanətimizdə göstərildiyi kimi qarşılanacağı və necə danışıqlar aparılacağı barədə xüsusi məlumat verməyinizi xahiş edirik.Biz həm də onun hal-əhvalı barədə xəbər verməyinizi də xahiş edirik.Onun bizim şahımız tərəfindən qəbul edilmək və mərhəmətə layiq görülmək şərəfinə nail olması üçün bütün varlığımızla Allaha dua edirik.Şaha bütün təbəələrinin müti olmasını və onun onların üzərində parlaq qələbələr qazanmağa nail olmasını arzu edirəm.Əbədi Allah sizə uzun ömür versin. Səh. – 298. Sonra bəylərbəyiliyin digər baş əyanlarından akzisin ödənilməsi haqqında gömrük buraxılışı kağızı aldım.Buraxılış kağızı aldığım əyanlardan biri də zərbxananın böyüyü idi.Bu əyanın adı Məhəmməd Şəfi idi.O,məni İsfahana Ərdəbil yolu ilə getməyə razı saldı; o şəhərdə nəsə bir şey sata biləcəyimə məni əmin etdi. Mən ona o şəhərdə alver edəcəyimi vəd etdim.Ondan öz yaxın qohumu olan Ərdəbil hakiminə zəmanət kağızı aldım. Onun məzmunu belədir: 57
ALLAH Çox uca və çox nəcib əyan,şöhrətli əlahəzrət,İlahi adlandırmağa layiq,hakimlərin,canişinlərin və xoşbəxt adamların ən yaxşısı,mərhəmət,şərəf və nəzakət mənbəyi,təmizlik nümunəsi,nəciblik və xeyirxahlıq rəmzi,təmiz,həqiqi və sadiq hakim,qohumlarının və yaxın dostlarının müdafiəçisi. Mənim hamıdan artıq əyanm və sahibim, sizin canınızı qorumaq və ömrünüzü uzatmaq üçün Allaha dua edirəm. Bundan sonra (məktubun əvvəlki hissəsi fərqləndirici şriftlə yazılmışdır – V.A.) Sizə hörmətimi izhar edir,and içib sizə sədaqətli olduğumu bildirirəm.Əlahəzrət,sizə məsləhət bilirəm ki,Senyor Şardən Avropa tacirlərinin gülüdür,günəş kimi parlaq və təmiz bir ruhdur. Səh. – 299. Qəzvin şəhərindən keçərək aləmpənah gözəl saraya getmək niyyəti vardır.Mən həqiqi dostunuz olduğum üçün sizə qulluq göstərmək niyyəti ilə müqəddəs Ərdəbil şəhərindən keçib getməyə onu razı saldım.O özünün qiymətli mallarını sizin çox nəcib şəxsiyyətiniz qarşısında nümayiş etdirəcəkdir.Əminəm ki,o mallar sizin xoşunuza gələcək və onları qəbul edəcəksiniz.Bu nəcib xariciyə yaxşı qayğı göstərmək üçün adamlarınıza göstəriş verəcəyinizə əminəm.Allahın köməyi ilə gələn Zilhiccədə Tiflisə yola düşməyə hazırlaşıram.Əgər bu ölkədə mən siz əlahəzrətə xidmət göstərə bilərəmsə,həmin xidmətin nədən ibarət olduğunu bilmək məni son dərəcə şərəfləndirər.Siz əlahəzrətə yalvarıb onu inandırıram ki,onun hal-əhvalı barədə xəbər vermək mənə böyük bir hədiyyə verməyə bərabərdir.Allah mərhəmət göstərib sizin parlaq şəxsiyyətinizi qiyamət gününə qədər hifz etsin. Mən ən yüksək və ən nəcib əyanların – Jonbəy (Canı bəy),Yəhya bəy və Məhəmməd bəyin həqiqi dostuyam; onların sağlığı mənim rahatlığıma səbəb olur. Möhür şeirdən ibarət olub,bu məzmuna malik idi: ―Mən – Məhəmməd Şəfi öz taleyimi allaha bağlamışam,çünki məni o yaratmışdır‖.Məktubun yuxarısında bir küncdə kiçik hərflərlə yazılmışdı:‖Allah dostumun canını sağ eləsin.‖ Bu, şərqlilərin rəsmi məktublarındakı nəzakətdən müqayisəedilməz dərəcədə fərqlənən bir səmimiyyətdir.Rəsmi məktubları da bizə salam-dua şəklində yazırlar.Nəzakətin birinci dərəcəsini məktubun hansı kağıza yazılması ilə müəyyən edirlər.Onlarda yeddi-səkkiz cür kağız olur: ümumiyyətlə,ağ,sarı,yaşıl,qırmızı və hər rəngdən; başdan-ayağa qızıl və gümüş Səh. – 300 suyuna çəkilmiş vərəqlər olur.Ən hörmətli kağız üzərinə qızıl suyu çəkilmiş gül işlənən ağ kağızdır.İkinci nəzakət (burada: münasibət,nəzakətin 58
təyin edilməsinin ikinci yolu – V.A.) şəxsin adının və ya onun titullarının rəngli və ya qızılı hərflərlə yazılması ilə müəyyən edilir.Nəzakəti təyin etmək üçün üçüncü yol yarım vərəq böyüklüyündə boş yer buraxmaq və vərəqin üçdə iki hissəsinə aid olan yerdən yazmağa başlamaqdan ibarətdir.Dördüncüsü,imzanı əvəz edən möhürün vurulma tərzindən asılıdır: hörmətinin böyüklüyünü ifadə etmək üçün möhürü məktubun arxasının aşağı küncünə,özü də küncün qurtaracağına o şəkildə vururlar ki,kağız üzərinə möhürün ancaq bir hissəsi düşür,bir hissəsi isə düşmür.Bu o deməkdir; – Mən sizin qarşınızda görünməyə layiq deyiləm.Hörmət əlaməti olaraq,sizin qarşınızda ancaq yarı görünməyə cəsarət edirəm.Adətən,məktublarda möhür vurmaq üçün üç yer vardır.Belə ki,bir-birinə bərabər adamlar məktub yazarkən bizdə – Qərbdə (Fransada – V.A.) aşağı küncdə sağ tərəfdən,Şərqdə isə aşağı küncdə sol tərəfdən möhür vururlar.Əgər məktub yuxarıdan aşağıya,yəni hökmdardan ona tabe olana və ya sahibdən (ağadan – V.A.) xidmətçisinədirsə,möhür yuxarıdan vurulur.Əksinə,məktub aşağıdan yuxarıdırsa, dediyim kimi,arxa tərəfdən yarımçıq möhür vururlar.Məktublarda gözlənilən axırıncı nəzakət üsulu ondan ibarətdir ki,zərf ən yüksək hörmət əlaməti olaraq,naxış tökülmüş torbaya qoyulur,ipək və qızıl sapla bağlanır,hətta sapların uclarında kiçik qotazlar olur,oradakı ispan mumu üzərinə möhür vurulur. Səh. – 301. Farslar rəsmi məktublarında üç mövhumi şeyə əməl edirlər.Özləri də nə buna haqq qazandıra,nə də yaxşı bir əməl kimi təqdim edə bilirlər.Birincisi,həmişə nəticədə kağız dördkünc kvadrat formada deyil,beşkünc olur.Onlar deyirlər ki,vərəq dördkünc olanda bütün ölçüləri bərabər olur.Vərəqlərin küncünü bu cür kəsib,qeyri-bərabər ölçüyə salmaqda məqsədləri yaratdıqları bütün şeylərin,bütün hərəkətlərinin,hələ tamamlanmadığına,qüsurlu olduğuna,nəticə etibarı ilə kiçicik olduğuna işarədir.İkincisi,kağız zərfin içərisinə qoyduqları məktubların üzərindəki möhürün yanında üç dəfə ―Kratin‖ sözünü yazırlar.Bu sözün də heç bir mənası yoxdur.Bəzilərinin buna haqq qazandırmaq istəməsindən daha gülünc və ağlasığmaz bir şey yoxdur.Deyirlər ki,‖Kratin‖ yeddi yuxuculun itinin adıdır.Buna aid onlarda ağlasığmaz əfsanələr vardır.Şərq xristianları və başqaları bu əfsanələri onlardan götürmüşdür.Guya bu it rəsmi məktublara nəzarət edir.Onlar nağıl edirlər ki,bu it yeddi yuxuculun mağarasında idi,üç əsr idi ki,onlar orada yuxulayırdılar,it də onların keşiyini çəkirdi.Allah bu yeddi yuxuculu qaldırıb cənnətə aparanda it onlardan birinin paltarından yapışdı.O da bu yolla səmaya qaldırıldı.Allah onu göydə görüb dedi: ―Kratin,sən hansı vasitə ilə cənnətə düşdün? Mən səni bura gətirməmişəm,burdan da qovmaq istəmirəm.Daha sənin sahiblərin olmadığından sən burada yiyəsiz qalmayasan deyə rəsmi məktublar üzərində nəzarət edəcəksən və yatarkən xəbər aparıbgətirənlərin çamadanlarını oğurlamasınlar deyə onlara keşik çəkəcəksən‖.Üçüncüsü, 59
Səh. – 302. farsların bu sahədəki mövhumi hərəkəti ondan ibarətdir kiz.heç vaxt məktubu ələ vermirlər.İstər özlərindən yüksək,istərsə də özlərinə bərabər adamlara məktubu onların gözü qarşısında dizlərinin üstünə qoymaqla təqdim edirlər.Məktubu gətirənə,çapara və ya özlərindən yüksək şəxslərə məktub verərkən uzaqdan atırlar.Bu da onların dəyişməz və adi adətlərindən biridir.Hər şeyə inanan sadə adamlar buna haqq qazandıra bilmirlər.Bu adət haqqında da başqa adətlər haqqında dediklərini deyirlər: ―Qaydadır‖ – yəni adətdir. Mən düşərgədə olarkən şahın qasidi gəlib çıxdı.O,patriarxın işi ilə əlaqədar olaraq əlahəzrətin cavabını gətirmişdi.Bəylərbəyidən öyrəndim ki,nazirlərin məsləhəti ilə Eçmiadzinin xəzinəsinin bütün ornamentləri ,hücrələrindəki vardövləti ilə bərabər satsınlar,əldə olunan pulla patriarxın borclarını ödəsinlər,bu məsləhətə ermənilər təqdim etdikləri şeylərlə onun borcunu ödəyə bilmədikləri üçün gəlmişdilər.Əgər Eçmiadzinin xəzinəsini və bəzəklərini götürsəydilər,Səfəvilərdə hamını cəzb edən və Şərq xristianlarının köməyi və dindarlığı nəticəsində hər il böyük bir məbləğ hasil edən bir yeri viranə qoymuş olardılar.Buna görə də şah Ermənistandakı bütün xristian şəhərlərində Konstantinopol gömrükxana xidmətçilərinə verilməsi lazımi ödənclərin (həmin borcu ödəmək üçün bu,lazım idi) ləğv edildiyini elan etmişdi.Patriarx bu xəbərdən çox sevindi.Xəbər gətirənə hədiyyə verdi.Lakin bu Səh. – 303. hadisə şəhərin bütün namuslu adamlarının nifrətinə səbəb oldu.Bunlar nifrətlə başa düşürdülər ki,bu prelat (katolik kilsəsində: yüksək ruhani vəzifəsi – V.A.) yaxşı düşünülməmiş şöhrətpərəstliyindən irəli gələn xərcləri ödəmək üçün minlərlə kasıb xristianlara qarşı çılğın bir hissiyyatsızlıqla hərəkət etmişdir. 8. (8 aprel,1673 – V.A.). Gün çıxandan bir saat əvvəl İrivandan yola düşdüm,təpələrdən və vadilərdən keçib dörd lyö qət etdim.Keçib getdiyim ölkə şəhərciklərlə dolu idi.Çox böyük və çox gözəl bir şəhərdə yerləşdim.Onun adı Divin idi. 9. (9 aprel,1673 – V.A.). Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik.O,dağlarla əhatə olunmuşdu.Sağdakı dağları Nuh dağı adlandırırlar.Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. 10. (10 aprel,1673 – V.A.). Biz həmin yolla gedib səkkiz lyö qət etdik.Yolun yarısında,sol tərəfdə Sədərək adlı böyük şəhərciyin yanından ötüb keçdik.Mahalın sultanı da bu şəhərcikdə yaşayır.Həmin gecə çox acınacaqlı bir mənzildə gecələməli olduq.Bu,Noraşen adlı bir şəhərin yaxınlığındakı viran qalmış karvansara idi. 11. (11 aprel,1673 – V.A.). Həmin yolla,həmçinin gözəl,lakin düzənliyi az,daş və təpələrlə örtülü bir ölkə ilə dörd lyö getdik.Bütün qonşu torpaqları suvaran Arpasu adlanan çaydan keçdik.O,bu hissədə paytaxtı İrivan olan 60
bəylərbəyiliyi İrivanın digər hissəsindən ayırır.Bu hissənin paytaxtı Naxçıvandır. 12. (12 aprel,1673 – V.A.). Beş lyö qət edib,bol bəhrəli və çox Səh. – 304. hamar düzənlikdən keçib Naxçıvana gəlib çatdıq. Naxçıvan səksən faiz dağılmış böyük bir şəhərdir: yaxud böyük və qeyri-adi viranə topasıdır.Bu şəhər yavaş-yavaş məskunlaşır və bərpa olunur.Şəhərin mərkəzi hal-hazırda yenidən qurulmuş və məskunlaşmışdır.Ora böyük bazarlar, hər iki tərəfi hər cür mal və yeyinti məhsulları satılan dükanlarla dolu qalereyalardan və ya örtülü küçələrdən ibarətdir.Naxçıvanda beş karvansara,hamamlar,bazar meydanları,tütün və qəhvə verən iri mehmanxanalar və təxminən iki min ev olduğunu təsdiq edirlər.Onlar,həmçinin ərəblər bu ölkəni fəth etməmişdən əvvəl burda Fars şahı Bəhram Çubin tərəfindən beş şəhər salındığını deyirlər.Şəhərə kənardan baxdıqda,onları qorumağa gücü çatmadığını hiss edən I Şah Abbas tərəfindən keçən əsrin sonunda dağıdılan çoxlu istehkamlar (qalaça) və böyük bir qalanın viranələri görünür.O,Naxçıvanı türklərin əlindən aldıqdan sonra qala və istehkamları sökdürmüş,xaraba qoymuş,əhalisini köçürmüşdü.Türklərin möhkəmlənməsinə və ərzaq tapa bilməsinə mane olmaq üçün hər yerdə bu üsuldan istifadə edirdi.Həqiqətən,bu şəhər hazırki vəziyyətinə görə ürək ağrıdan bir obyektdir. İndicə deyildiyi kimi,fars tarixçiləri inandırırlar ki,bu şəhər İrivanın (görünür Şardəni bəylərbəyliyin inzibati ərazi bölgüsü çaşdırmışdır – V.A.) ən böyük və ən gözəl şəhərlərindən biri olmuşdur23.Məşhur Üç kilsə monastrında qorunub saxlanan tarix ( həmin tarix müəllifi haqqında məlumat verilmir – V.A.) xəbər verir ki,bu şəhər qədim yunan tarixçilərinin Artaqzat adlandırdıqları Ardasşad şəhəridir. Səh. – 305. Bəzi erməni müəllifləri tufandan sonra Nuhun orda məskən salıb,onu tikməyə başlamasını deməklə,Naxçıvanı daha da qədimlərə çəkirlər.Bu şəhərin adının etimologiyasını həmin mənşəyə bağlayırlar.Belə ki,onların deməsinə görə Naxçıvan qədim erməni dilində ilk yaşayış və ya ilk sığınacaq deməkdir. Ptolemey bu yerdə bir şəhərin adını çəkir,onu Naqzuan adlandırır ki,bu da Naxçıvan ola bilərdi.Belə hesab edirəm ki,məşhur Artaqzat və ya Artaqzazat (mənbədə səhvən belə yazılsa da,müəllifin ınnə demək istədiyi göz qabağındadır – V.A.) Araz çayının lap yaxınlığında olmuşdur.Çünki Tasit Araz çayının şəhərin yaxınlığından axdığını yazır.Biz görəcəyik ki,Araz Naxçıvandan yeddi lyö kənardan axır.Üfüqünə görə qütb hündürlüyü fars üstürlabları üzərində 38 dər. 40 san.,uzunluq dairəsi isə 81 dər.34 san. qeyd edilmişdir.Naxçıvan,yuxarıda deyildiyi kimi,Ermənistanın (İrivan bəylərbəyiliyinin – V.A.) bir hissəsinin paytaxtı olduğu üçün orada bəylərbəyinin yerinə xan olur. 61
Naxçıvandan beş lyö şimalda Abrener adlı böyük bir şəhərcik vardır.Bu,barlı çöl deməkdir.Bu şəhərin və bir-birinin yaxınlığında yerləşən daha başqa yeddi şəhərin əhalisi Roma katoliklərindən ibarətdir.Onların yepiskopu və məhəllə keşişi Dominikçilər idilər.Onlar erməni dininə qulluq edirlər (burada: dini ayinlər icra edirlər – V.A.). Dom Bartelemı adlı baloniyalı italyan dominikçi (1215-ci ildə katolik Dominik bidətçilərə qarşı mübarizə məqsədilə belə bir dini orden yaratmış,onlar XIII əsrdən missionerlik fəaliyyətinə başlamışlar: Bax, ASE III c., səh.504 – V.A.) papanın məsləhəti ilə 350 il əvvəl bu yeri qaydaya salmışdır (burada missionerlik fəaliyyətinə başlamışdır – V.A.). Bu yerin ətrafında olan daha iyirmi başqa şəhərciyi bu qayda ilə erməni patriarxlığından və ilk dinlərindən döndərmişlər.Bu işdə Roma inadla onlara kömək etmişdir.Onlar günbəgün azalırlar,çünki Səh. – 306 erməni patriarxı və Naxçıvan hakimləri onları təqib edirlər.Bu yazıqlar hakimiyyət və tabeçilikdən uzaqlaşmağı qərara aldıqları üçün hakimlərin (erməni patriarxı və Naxçıvan hakimləri – V.A.) hiddət və qəzəbinə düçar olmuşlar.Bununla əlaqədar olaraq,1664-cü ildə bir dominikçi italyan papanın səfiri kimi Səfəvi imperiyasına gəlmişdir.O,şahın adına məktublar və özü ilə Avropadan vacib adamlar gətirmişdi.O,əlahəzrətə hədiyyələr verir və həqiqətən hər il şah xəzinəsinə vergi vermək şərti ilə həmin Roma katolik şəhərciklərini əldə edir.Onların il ərzində nə miqdarda vergi verəcəkləri Midiyanın baş vergi yığanı və iqtisadçısının siyahılarının aşağısında öz əksini tapmışdır.Bunu əsas götürərək,bu intendentə,Naxçıvan hakimlərinə və şahın digər adamlarının hamısına onların öz yurisdiksiyasında (mühakimə hüququ – V.A.) tam müstəqil olduqlarını tanımaq,onların ərazisində heç bir şey tikməmək əmr edilmişdi.Bu qayda həmin şəhərlərə az xeyir verdiyi halda,nəticə etibarı ilə çox ziyan vurmuşdur; bir gün onların xaraba qalmasına səbəb olacaqdır.Onların hərəkətindən və Abbasa (II Şah Abbasa – V.A.) şikayət etmələrindən incimiş Naxçıvan regentləri bu xeyirxah şah öləndən sonra onları min cür yolla alçaldır,onlardan şah xəzinəsinə verdiklərindən üçdörd qat artıq pul alırlar.Regentlər canişinliyin (burada Naxçıvan xanlığı – V.A.) yanında böyük nüfuza malik idilər və alçaqlıq edirdilər.Canişinlik də yumşaqlıq göstərirdi.Buna görə də onlar (katolik missionerləri – V.A.) haqq qazana bilmədilər.Midiya intendenti daha pis hərəkət edib,saraya bu əyalətin qeyd kitabçasından saxta çıxarışlar göndərdilər.Həmin saxta çıxarışlardan belə məlum Səh. – 307 oldu ki,bu şəhərciklər (katolik missionerlərinin yaşadıqları şəhərciklər – V.A.) ildə on səkkiz min livr ödəməlidirlər.Bu da onların qanunla ödəməli olduqları verginin düz iki qatına bərabərdir.Hər dəfə onların xəzinəyə doqquz min livr miqdarında vergi verdikləri qeyd olunur.Bununla da,onları təhqir etmək,onlar haqqında iftira yaymaq və istədikləri vaxt onları var-yoxdan 62
çıxarmaq üçün özlərinə yol açmış olurlar.Naxçıvana gəlib çatanda Naxçıvan hakimi şəhərdə deyildi.Onun yerinə oğlu oturmuşdu və o mənim gəlişimdən tezliklə xəbər tutdu.Məni nahara dəvət etmək üçün yanıma adam göndərdi.Daş-qaş və saat göstərməyimi xahiş etdi.Onun mənimlə etdiyi hərəkətdən qətiyyən razı qalmadım.Belə ki,xeyli nəvaziş göstərdikdən və nahar verdikdən sonra məni məmurları ilə tək qoydu.Onlar bəzi yollarla mənə təzyiq göstərdilər ki,İrivanda 60 pistola satmaqdan imtina etdiyim pulları onlara əlli pistola satım.Əgər məndə şah tərəfindən verilən patent (ticarətlə məşğul olmaq üçün şəhadətnamə – V.A.) və pasport olmasaydı,mənimlə daha pis rəftar edərdilər.Var-dövləti məlum olan xaricilər üçün dərilərinin soyulduğu yer bu cür yerlərdir.Elə hey keçid üçün haqq vermək lazım gəlir. 13. (13 aprel,1673 – V.A.). Naxçıvandan yola düşüb,yeddi lyö getdik. Birinci lyödə lap böyük bir körpüdən keçdik.Bu ölkənin camaatı həmin körpünün altından axan çaya Naxçıvançay deyirlər.Keçib getdiyimiz ölkə quru barsız-bəhərsiz, daşlı təpələrdən ibarətdir.Araz çayının kənarında gecələdik.Şərqlilər onu Səh. – 308 Aras və Ares adlandırırlar.Əski Culfaya və ya qədim Culfaya getmək üçün Arazı keçirlər.Bəzi müəlliflər qədim müəlliflərin Ariamen adlandırdıqları şəhərin viran qalmış əski Culfa olduğu qənaətinə gəlirlər.Ona görə bunu qədim Culfa adlandırırlar ki,İsfahanla üzbəüz tikilmiş başqa bir Culfadan fərqləndirsinlər.Bu şəhəri qədim adlandırmaqda tamamilə haqlıdırlar,çünki o,başdan-başa dağıdılmış və viran edilmişdir.Təkcə böyüklüyü hissi olunur.Bundan başqa heç nə təsəvvür olunmur.Bu şəhər çay boyunca,sahil uzunu salınmışdır: dağ döşündə yerləşir.Çətin və bərk küçələr saysız-hesabsız istehkamlar vasitəsilə qorunur.Ermənilərin deməsinə görə,bu şəhərdə dörd min ev olmuşdur. İndi xarabalıqlara əsasən demək olar ki,bunun yarısına qədər (iki min ev – V.A.) ola bilərdi.Hələ bunların da əksəriyyəti daxmalardan,dağda qazılmış və adamların yaşamasından daha çox sürü üçün yararlı olan mağaralardan ibarətdir.İnanmıram ki,dünyada Qədim Culfa kimi daha çox barsız-bəhərsiz və idbar bir yer olmuş olsun.Həqiqətdə onun qonşuluğunda daha xoşbəxt və və daha barlı-bəhərli yerlər var.Burası da doğrudur ki,belə quru,belə daşlı bir yerdə yerləşən şəhəri heç görməmək olurmu? Uzun bir amfiteatra bənzədiyindən görünüşü yaxşı idi.Hazırda ancaq təxminən hamısı ermənilərdən ibarət olan otuz ailə vardır. Culfanı xaraba qoyan I Abbas olmuşdur və onun bütün məharəti Culfanı möhkəmləndirməyə sərf edilmişdir.Türk ordusunu ərzaqdan məhrum etmək məqsədilə,eyni sərhəd xəttində yerləşən Ermənistanın digər yerlərini və Naxçıvanı xarabazara çevirmişdir.Culfanı da bu məqsədlə xaraba Səh. – 309 qoymuşdur. Bu incə siyasətçi və böyük kapitan öz qüvvələrinin düşmən qüvvələrinə bərabər olmadığını görərək,onların hər il Farsa gəlməsinə,orda istilaçılıq etməsinə mane olmaq,onları müvəqqəti də olsa 63
dayandırmaq üçün vasitələr fikirləşərək,Ərzurum və Təbriz arasındakı yerlərin İrivan və Naxçıvan xətti boyunca səhraya çevirməyi qərara aldı.Adətən türklər bu xətdən keçib gəlir,orda öz ordularını doyuzdurmaq üçün kifayət qədər ərzaq tapır və möhkəmlənirdilər.Belə ki,o, (I Abbas – V.A.) oradan adamları və taxılı daşıtmış,bütün kəndlərə və bütün ağaclara od vurdurmuşdur; hətta bir çox su paylaşdıran kalonkaları zəhərləmişdi.Bu barədə tarix kitablarında yazmışlar.Kimlər ki,onları oxuyublar,bunun ona tamamilə müvəffəqiyyət gətirdiyini bilirlər Araz məşhur çaydır və İrivanı Midiyadan ayırır.Başqalarının təsdiq etdiyi kimi,o,öz mənbəyini Nuhun gəmisi dayandığı dağdan alır.Ola bilsin ki,onun adı məşhur Ararat dağının adından götürülmüşdür24.O,burdan axıb Xəzər dənizinə tökülür.Bu, böyük və çox iti axan,sürətli çaydır.Öz axını boyunca saysız-hesabsız adsız kiçik çayların və çoxlu sel sularının hesabına şişir.Culfanın yuxarı hissəsində və müxtəlif yerlərdə dəfələrlə bu çay üzərindən körpü salmışlar,lakin bütövlükdə gəmilərə bənzəyən bəzi bəndlər və ağac tirlər çayın təzyiqinə davam gətirməmişdir.Havalar yumşalanda,yazbaşı qonşu dağlardan əriyib axan qar sularından şişir,qəzəbli olur,bəndləri və başqa qurğuları ağzına alıb aparır.Həqiqətdə isə,sularını səsi Səh. – 310 və axınının sürəti ilə adamları heyrətə gətirir.Biz onu (Araz çayını – V.A.) bir dəfəyə otuz adam və iyirmi at götürən böyük bir gəmidə keçdik. Mən ancaq özümlə adamlarımı və yükümü keçirdim. Onu dörd adam idarə edirdi.Onlar yavaş-yavaş sahil boyunca üç yüz addım yuxarı qalxdılar.Suyun axarında çaşaraq barkı (böyük yelkənli gəmi – V.A.) tərk edərək,onu o biri sahilə çəkib,yana dartmaq üçün uzun və güclü üfüqi sükandan istifadə etdilər.Bir göz qırpımında sel onu (gəmini – V.A.) ifadə ediləbilməyən bir coşğunluqla beş yüz addım axıtdı.Qayıqçılar Arazdan belə keçirlər.Onlar çayı keçib qayıtmağa iki saatdan çox vaxt sərf etdilər.Çünki onu keçmək üçün çox səy göstərmək lazım gəlir.Qışda suyun səviyyəsi aşağı düşəndə çaydan dəvə ilə keçmək olur.Bərə Culfadan yarım lyö kənarda,çayın yatağının ən geniş olduğu və daha sakit axdığı bir yerdədir. Deyirlər ki,Araz Ermənistanı Midiyadan ayırır.Əvvəllər Asiyada imperiya sayılan bu krallıq (Midiya – V.A.) hazırda Səfəvi dövlətinin bir hissəsinə çevrilmişdir.Farslar onu Azərbeyan və ya Azürpekan adlandırırlar.Bu əyalət Səfəvi imperiyasının ən böyük əyalətlərindən biridir.Şərqdən Xəzər dənizi və Hirkanla,cənubdan Part əyaləti ilə,qərb tərəfdən yuxarı İrivanla və Araz çayı ilə,şimalda isə Dağıstanla həmsərhəddir.Deyildiyi kimi,Dağıstan dağlıq ölkə olub Moskva kazakları ilə həmsərhəddir.Torus (Tavr ? – V.A.) dağlarının bir hissəsini Səh. – 311 əhatə edir.Bu əyalət qədim müəlliflərin Azarka adlandırdıqları Şərqi Midiyadan və həmçinin Atropati və ya Atropaten adlanan qərbi,yaxud kiçik Midiyadan ibarətdir.Assuriya yuxarı İrivanın bir hissəsidir.Farslar deyirlər ki,bu əyalət Azərbaycan,yəni ―od yeri‖ və ya ―od ölkəsi‖ 64
adlanmışdır.Çünki ən məşhur od məbədi burada tikilmişdir.Onda atəşpərəstlərin allah hesab etdikləri od saxlanırdı,bu dinin baş kahini orda yaşayırdı.Atəşpərəstlərin qalıqları olan Qebrlər bu yerin Şamaxıdan ikigünlük məsafədə olduğunu göstərirlər.Onlar qaçılmaz bir həqiqət kimi, əmin edirlər ki,hələ də müqəddəs od ordadır,yerin altından çıxan mədən oduna bənzəyir.Oda sitayiş üçün gedənlər onu alov şəklində görürlər.Onlar bu oda tamam zarafata bənzəyən daha bir xüsusiyyət də əlavə edirlər: orda yeri qazıb üstünə qazan qoymağı bacarsalar,bu od onu qaynadır,içində olanları bişirir. Azərbaycan adına yenidən qayıtmalı olsaq,deməliyik ki,etimologiyası düzgündür.Belə ki,‖az‖ yiyəlik halın artiklidir.‖Ər‖ və ya ―ur‖ qədim fars dilində,qədim Şərq idiomlarının əksəriyyətində olduğu kimi ―od‖ deməkdir və pekan ―yer‖ və ya ―ölkə‖ mənasını verir.Təkcə bunu bilirəm ki,bəzi adamlar onu ―Asurpekan‖ şəklində tələffüz edir və yazırlar.Bu da ―Assur ölkəsi‖ deməkdir.Belə deyirlər ki,bu böyük əyalət Assuriyanı tərkibinə daxil etdiyindən (bütün müəlliflərin fikri belədir) Assur sözünü özünə ad götürmüş və belə adlanmışdır.Mənim fikrimcə də,bu elə həmin şeydir.Mən belə hesab edirəm ki,‖Assur‖ sözü ―as‖,‖ur‖ sözündən əmələ gəlmişdir.‖Od‖ mənasındadır.Muaz bütpərəst şahzadə olan ,oda sitayişi Səh. – 312 işə salan və Sama çatan hissəni və onun ata mülkü Xaldeyanı fəth edən Nəmruddan danışarkən deyir ki,bu patriarxın (qəbilə başçısı – V.A.) oğlanları oddan geri çəkildilər; çünki Aşşur orada tək idi.Kifayət qədər həqiqətə bənzərdir ki,Aşşur oda sitayişdən və ya Xaldeyadan geri çəkildiyi üçün belə adlandı.O zaman Xaldeyanı odlar ölkəsi adlandırırdılar.Jenezin (varlıq haqqında kitab – bibliyada:– V.A.) 11-ci fəslində və bütün qədim müəlliflərin əsərlərində yekdilliklə Xaldeyanın ―Ur ölkəsi‖ və ya od ölkəsi adlandığı haqqında məlumat verilir.Ptolemey bu ölkənin bir şəhərini təsvir edir,onu Urkoa (yəni ―od yeri‖ və ya ―od meydanı‖ adlandırır: ―qa‖ (―da‖) koa sözünü ―qa‖) şəklində yazır,uzun və ya iki ―a‖ilə qurtarır,fars sözüdür,yer,‖meydan‖,‖kiçik yaşayış yeri‖ mənasındadır. Tərcüməçilərin və müəlliflərin tələffüzü,dillərin müxtəlifliyi,köçürənlərin (kitabların üzünü köçürənlərin – katiblərin – V.A.) savadsızlığı və səliqəsizliyi üzündən qədim adlar daha çox dəyişikliyə uğramışdır. Söhbət qədim adlarla müasir adları tutuşdurmaqdan gedirsə,tamamilə bir-birinə oxşamayan adları atmaq lazım deyildir.İndicə deyildiyi kimi,Azərbaycanı Suriyanın şimal hissəsi kimi,bu ölkənin paytaxtı Ardokbiqara kimi təsvir edənlərin yanıldığı göz qabağındadır.Səfəvilər onu (Azərbaycanı – V.A.) üç hissəyə bölürlər: Azərbaycan,Şirvan və Şamaxı. Strabon onu ―böyük‖ və ―kiçik‖ adı ilə 11-ci kitabında iki hissəyə bölür.Ptolemey və başqa məşhur coğrafiyaşünaslar onda heç bir bölgü eləməmişlər25. 14. (14 aprel,1673 – V.A.). Qabaqkı günlərdə gəldiyimiz yol ilə beş lyö qət etdik.Həmin yol ilə təpələrlə dolu bir ölkədən keçdik.Yolun sol tərəfində 65
yerləşən bu böyük düzəngahın şimal-qərb hissəsində yerləşən təpəliklər bu son əsrlərdə Səfəvilər və türklər (osmanlılar – V.A.) arasında Səh. – 313 qanlı döyüşlər meydanına çevrilmiş,dəfələrlə əldən-ələ keçmişdir.Böyük İsmayıl ilə Böyük Süleymanın oğlu Səlim arasındakı razılaşmaya əsasən sərhəd nişangahı olaraq,orada böyük bir daş topası yığdırmışlar.Yolumuz Hülaküdə qurtardı.Farslar deyirlər ki,bu yer Asiyanın bir hissəsini fəth edib,burda şəhər salan məşhur tatar şahzadəsi Hülakünün şərəfinə belə adlanmışdır.Səfəvi-türk müharibələri onu xaraba qoymuşdur. 15. (15 aprel,1673 – V.A.). Getdiyimiz yol dünənkindən uzun olmasa da,daha hamar,daha asan idi.Biz Mərənddə əyləndik.Bu iki min beş yüz evdən ibarət çox gözəl bir şəhərdir.Elə evlərin sayı qədər də bağ vardır.Bağların sahəsi evlərin sahəsindən daha böyükdür.O,göründüyü kimi,bir lyö enində,beş lyö uzunluğunda olan çox gözəl və çox məhsuldar bir düzəngahın qurtaracağında, kiçik bir dağın ətəyində yerləşir.Ortadan Zelulu adlanan kiçik bir çay axır.Ölkənin adamları öz yerləri və bağlarını suvarmaq üçün ondan saysız-hesabsız arx çəkmişlər.Mərənd Naxçıvandan daha gözəldir,əhalisi də onun əhalisindən çoxdur.Orda bütün Midiyada olduğundan daha yaxşı və daha bol meyvə yetişir.Ona xas olan xüsusiyyət bundan ibarətdir ki,onun ətraflarından yayda günəş şir bürcündə olanda səkkiz gün koşenil (qırmızı böcək – V.A.) yığırlar.Ancaq orda koşenil lap az olur.Ölkənin adamları təsdiq edirlər ki,həmin vaxtdan qabaq koşenil yetişmir,gec olanda isə (onlar yarpaq üzərində çoxalırlar) yarpaq Səh. – 314 açır,qurtarana kimi qurd ölür.Farslar koşenili kərmis (qırmız – V.A.) adlandırırlar.Bu da germ sözündən olub,qurd deməkdir.Çünki bu boyağı qurddan alırlar. Səfəvilərin müşahidəsinə görə,Mərənd 37o 50 dəq. en, 81o 15dəq. uzunluq dairəsində yerləşir.Onlar belə hesab edirlər ki,Ptolemeyin Mandaqarana adlandırdığı şəhər Mərənddir.Plan cızmaq üçün mənim nəzərimdə nə o qədər şöhrətli,nə də o qədər gözəl görünmədikləri üçün nə Naxçıvanın,nə də Mərəndin planını cızdım.Ermənilər əfsanəyə əsasən belə deyirlər ki,Nuh Mərənddə dəfn edilmişdir; çünki Mərənd sözü dəfn etmək mənasında işlənən bir erməni felindən törəmişdir.Hava aydın olanda bu tufan patriarxının (tufan allahı – V.A.) gəmisini xilas edən dağ Mərənddən baxdıqda görünür.Ölkənin adamları təsdiq edirlər ki,göydə heç bir bulud olmayan vaxt həmin dağ Təbrizdən də görünür26. 16. (16 aprel,1673 – V.A.). Elə hey bəzi yerlərdə bir-birinə lap yaxınlaşan,lakin heç də bir-birinə bitişməyən dağların arası ilə dolana-dolana dörd lyö getdik.Səhər saat onda Sufiyana gəlib çatdıq.Sufiyan bol sulu və bağbağatlı düzəngahda tikilmiş balaca şəhərdir.Onun ərazisi heyran qalacaq dərəcədə məhsuldardır.Müəlliflər təsdiq edirlər ki,bu,Midiyanın qədim Sofiya şəhəridir.Başqa müəlliflər belə bir fikri müdafiə edirlər ki,Birinci İsmayıl 66
Ərdəbili tərk edib,paytaxtı Təbrizə köçürərkən sufilər burada qalıb yaşadıqları üçün onu Sufiyan adlandırmışlar. Axşam bu nəcib erməni c.-b Azari (artıq onun haqqında danışılıb) mənim pasportlarım və zəmanət məktublarımı (onları Gürcüstan və Ermənistan hökmdarlarından almışdım) götürüb vaxt itirməmək üçün qabağa qaçdı.Mən ona Səh. – 315 həmin kağızları Təbriz gömrükxana yoxlayıcısına göstərməyi,mənim adımdan adamlarımla bərabər keçib getdiyimizə icazə verilməsi üçün əmr verməyi ondan xahiş etməyi tapşırmışdım.Ertəsi gün tapşırığımın layiqincə yerinə yetirildiyini,dağ keçidlərindəki məntəqələrə (mən də bunu arzu edirdim) lazımi əmr verildiyinin şahidi oldum. 17-si günü (aprelin 17-si,1673 – V.A.) əvvəlki günlərdə gəldiyimiz yolla gözəl və son dərəcə barlı-bəhərli,hər yeri şumlanmış və çoxlu kiçik şəhərləri olan düzənliklərdən keçib Təbrizə çatdıq.İrivandan Təbrizə qədərki yol hər biri təxminən beş min addım olan 53 fars lyösinə bərabərdir.Bu yolu at ilə asanlıqla altı günə gedirlər.Adətən altı və ya yeddi yüz kiloqram ağırlığında yük aparan dəvələr gündə dörd lyö gedirlər.Atlar və qatırlar adətən iki yüz iyirmi kilo yük götürür və üstündə adam olduqda beş-altı lyö qət edə bilirlər. Təbrizin gözlərimiz önündə canlanan mənzərəsi,şübhəsiz,onun haqqında yüksək ideya yaradır. Həqiqətən də,bu,böyük və nəhəng şəhərdir.Bu,yerinə,böyüklüyünə,zənginliyinə,ticarətinə və əhalisinin sayina görə görə Səfəvilərin ikinci şəhəridir.O,Polibi,Diodor və Ptolemeyə isnad edib,müasir müəlliflərin Oront və ya Baront adlandırdıqları dağın (Səhənd Surxab dağı nəzərdə tutulur – V.A.) ətəyindəki düzəngahın içərisində yerləşir.Xarici görünüşü çətin və qeyri-simmetrik olduğundan,onu aşağıdakı plana görə təsvir etmək olar.Onun nə divarları,nə də müdafiə istehkamları vardır.Yanından Spinqça (Spinqçay – Mehranrud çayı?) adlı kiçik bir çay keçir.Tez-tez sahil boyundakı Səh. – 316 evləri apararaq böyük dağıntılar törədir.Şəhərin o biri tərəfindən keçən çay şimaldan şəhərə bitişir.Yazdan payıza qədər,qış boyu onun eni Sena çayının Parisdəki eni qədər olur.O,Acı (Aji),yəni duzlu (sale) çay adlanır.Çünki düz altı ay duzla örtülü torpaqlardan axıb gələn sellər onun sularını duzlu edir.Onda balıq çatışmazlığı hiss olunmur.Şəhər doqquz məhəlləyə bölünmüş və demək olar ki,digər fars şəhərləri kimi 15-ci əsrdə bütün Səfəviləri bölüşdürən iki fraksiyanın (dö faksyon) adı ilə Heydərilər və Nemət olabilərə (İtaliyadakı Qölflər və Jibölənlər fraksiyası kimi) bölünmüşdür.Onun 15 min evi və 15 min dükanı vardır.Səfəvilərdə evlər birbirindən dükanlar vasitəsilə ayrılır.Onların əksəriyyəti 40-50 fut (30,479 sm-ə bərabər uzunluq ölçüsü) hündürlüyündə tağları olan geniş və uzun küçələrdə yerləşir.Bu küçələr bazar adlanır,yəni ―marşe‖. Bu küçələr şəhərin ürəyidir (ən canlı yerləridir – V.A.); evlər küçələrin üst yanında yerləşir.Demək olar ki,bu 67
küçələrin təkcə bir bağı var.Təbrizdə çoxlu saraylar,cazibədar binalar görmədim.Lakin Asiyanın digər yerlərində olduğu kimi burada da kifayət qədər bazarlar var.Onların adamı heyran qoyan nəhəng uzunluğu,genişliyi,gözəl günbəzləri,üstünü örtən tağları vardır.Axşamacan adamla dolu olur.Ağzınacan mal ilə doldurulur.Bu bazarlardan ən gözəli səkkizbucaqlı və çox geniş olan bazardır.Orda qaş-daş,daha qiymətli mallar satılır.Onu Qeysəriyyə (yəni şahanə) bazar adlandırırlar.O,təxminən hicri tarixi ilə 850-ci ildə Təbrizi öz iqamətgahına çevirən Həsən şah tərəfindən tikdirilmişdir.Digər ictimai yerlərə gəldikdə onlar da gözəl və gurdur.Orada üç yüz karvansara olduğunu hesablamışlar. Səh. – 317. Orada elə geniş karvansaralar var ki,hər birində üç yüz adam yerləşə bilər.Qəhvəxanalar,qəlyanxana,tiryəkxanalar (bu güclü içkini xaş-xaş şirəsi ilə düzəldirlər),hamamlar və məscidlər bu cür binaların məşhurluğuna və böyüklüyünə sübutdur. Təbrizdə iki yüz əlli məscid vardır.Əsas məscidlər planda göstərilmişdir.Əlişah məscidi demək olar, tamamilə dağılmışdır.Onun aşağı hissəsi – camaatın ibadətə (namaza durduğu yer) getdiyi yer yenidən təmir edilmişdir,minarəsi çox hündürdür.Bu,İrivandan gələrkən görünən birinci məsciddir.Bu məscid Təbrizi özünə iqamətgah seçən və orada dəfn edilən Səfəvi şahı Sultan Qazanın baş vəziri Xacə Əli şah tərəfindən 400 il bundan əvvəl tikilmişdir27.Onun sərdabəsi öz adı ilə Minar xan Qazan adlanır,indinin özündə uçulub xarab olmuş qüllədən ibarətdir.Bu gün yarımxaraba vəziyyətdə olan,üç yüz iyirmi il bundan əvvəl Əmir Şeyx Həsən tərəfindən inşa edilən məscid Metr aprantı adlanır.Planda ―O‖ ilə qeyd edilən məscid Təbriz məscidlərinin ən gözəlidir.Onun içərisi bütünlüklə və xaricinin bir hissəsi qızılla işlənmişdir.O,hicri tarixilə 878-ci ildə Cahan şah və ya dünyanın şahı tərəfindən tikdirilmişdir. Səh. – 318. Bu məscidin iki qülləsi (burada minarəsi – V.A.) kiçikdir.Digər iki qülləsi isə xüsusi arxitektura ilə və son dərəcə məharətlə tikilmişdir.Belə ki,onlar biri-digərinin üzərində olmaqla quraşdırılmışdır.Yuxarıdakı qüllə öz bünövrəsinə çevrilən qüllədən diametrinə görə daha böyük olmaqla yanaşı,ondan çox-çox hündürdür.Şəhərdə üç xəstəxana var.Onlar kifayət qədər təmizdir və yaxşı təmir olunub.Orda heç kim yatmır,lakin gündə iki dəfə ora gələnlərin hamısına yemək verilir.Təbrizdəki xəstəxanalar ―Ac tıxan‖,‖Ac doyuran‖,yəni bol yemək verilən yerlər adlanır.Şəhərin qərb qurtaracağında kiçik bir dükan üzərində Eyn Əli,yəni ―Əlinin gözləri‖ adlı ermitaj vardır.Farslar deyirlər ki,onların peyğəmbəri (Məhəmməd peyğəmbər – V.A.) bu xəlifəni özünə yeznə etmişdir.Bu xəlifə misilsiz dərəcədə gözəl imiş.Bir şeyin hədsiz gözəl olduğunu ifadə edərkən farslar ―lap Əlinin gözləridir‖ ifadəsini işlədirlər.Bu ermitaj möminlərin və təbrizlilərin gəzinti yeridir.Təbrizin kənarında,gündoğanda Qala-Rəşidiyə adlanan tamamilə 68
uçulub tökülmüş böyük bir qala vardır.O,xoca Rəşid tərəfindən 400 il bundan əvvəl tikilmişdir.Xoca Rəşid Qazan şahın baş vəziri olmuşdur.Tarix belə məlumat verir ki, malik olduğu belə böyük şahlığın bütün işlərini idarə etmək üçün bir vəzirin kifayət etməyəcəyindən onu xəbərdar etmişdilər.Əlli il bundan əvvəl (yəni 1623-cü ildə – V.A.) I Şah Abbas qalanın xarab olduğunu və şəhərin müdafiəsi üçün çox əlverişli mövqedə yerləşdiyini,burdan bütün qalaları bütövlükdə birlikdə idarə etməyin mümkün olduğunu nəzərə alıb onu yenidən tikdirdi.Onun varisləri başqa cür düşünüb,onu gözdən saldılar. Səh. – 319. Hələ bu şəhərdə başqa əsas binaların qalıqlarına və türklərin müxtəlif vaxtlarda orda hakim olduqları zaman tikdirdikləri müdafiə qalalarına rast gəlinir.Şəhərə yaxın olan çox az qaya və dağ ətəkləri olar ki,orada qala və yığın-yığın komalar olmamış olsun.Mən onların çox böyük hissəsinə baş çəkdim,orada heç bir qədimilik görmədim.Orda kərpic,çaydaşı və çaxmaq daşından başqa heç nə yoxdur.Bunların arasında bütövlükdə salamat qalanı türklərin tikdikləri (türk arxitekturası əsasında tikdikləri – V.A.) böyük bir məsciddir.Onun içərisi par-par parıldayan mərmərlə bəzədilmiş,çöl tərəfi başdan-başa mozaika fason parketə tutulmuşdur.Bu məscidi türklər tikdiyi üçün farslar bu məscidin saxlanmasından narazı qalır və onu natəmiz saxlayırlar28.Haqqında danışdığım daxmaların arasında Təbrizin cənub ucqarındakı axırıncı fars şahlarının sarayı və Şərqdə yerləşən və ermənilərin deməsinə görə Xosrovun yaşadığı qala diqqətəlayiqdir.Xosrovun qalasında həqiqi xaç saxlanır,oranın digər əşyaları da Yerusəlimdən gətirilmişdir. Təbrizin meydanı dünyada gördüyüm bütün şəhər meydanlarından ən böyüyüdür.Onun meydanı İsfahan meydanından çox böyükdür.türklər dəfələrlə bu meydanda döyüş zamanı otuz min adamı cərgəyə düzmüşlər.Axşamlar bu meydan vaxtını əyləncə içində keçirən ―kiçik‖ adamlarla dolu olur.Bu əyləncələr oyunlardan,gözbağlayıcılardan,köçəri akrobatların göstərdikləri hoqqabazlıqlardan,güləşdən, öküz və qoç döyüşlərindən,hekayətlərdən (dastan nəzərdə tutulur – V.A.) və canavar rəqslərindən ibarətdir. Səh. – 320. Təbriz camaatı bu rəqsdən daha çox zövq alır.Yüz lyö uzaqdan bura rəqs etməyi bacaran canavarlar gətirirlər.Ən yaxşı təlim görmüş canavarlar beş yüz eküyə satılır.Tez-tez belə olur ki,bərk hiddətlənmiş canavarları sakitləşdirmək üçün çox əziyyət çəkirlər.Bu meydan gündüzlər də boş olmur.O,gündüzlər hər cür ərzaq malları və qiyməti az olan şeylərin bazarına çevrilir.Təbrizdə başqa bir böyük meydan da vardır.Bu meydan planda Cəfər Paşa qalası adlanan,dağıdılmış qalanın qarşısında qeyd edilmişdir.Deyilənlərə görə,bu meydan qalanın əməliyyat meydanı olmuşdur.Hazırda sallaqxanaya çevrilmişdir.Burda bütün iri heyvanları kəsir,dərisini soyur və şəhərin hər yerində satırlar. 69
Təbrizin əhalisinin nə qədər olduğunu öyrənmək üçün çox səy göstərmişəm.Bununla belə,onu dəqiq öyrəndiyimə əmin deyiləm.Lakin belə fikirləşirəm ki,onun əhalisinin 550 min nəfərə qədər olduğunu qətiyyətlə demək olar.Şəhərin nəcib adamlarının çoxu məni inandırmaq istədilər ki,onun əhalisi on bir yüz mindən (bir milyon yüz mindən – V.A.) də çoxdur. Orda olan xaricilərin sayı həmişə son dərəcə çox olur.Burda Asiyanın hər yerindən gəlmiş xaricilər vardır,hansı növdən olursa-olsun,tapıla bilməyən malın olduğunu xəyalıma belə gətirmirəm.Şəhər pambıq,ipək üzrə sənətkarlarla və zərgərlərlə doludur.Ən yaxşı fars çalmaları orda hazırlanır.Şəhərin əsas tacirlərindən eşitdim ki,hər il orada altı min top ipək istehsal edilir.Bu şəhərin ticarət yolları Səfəvi dövlətinin və Türkiyənin Səh. – 321 hər yerinə,Moskvaya,Tatarıstana,Hind ölkələrinə və Qara dəniz hövzəsinə uzanır. Təbrizin havası soyuq və qurudur.Onun havasının əhval-ruhiyyəyə pis təsir etməsindən qətiyyən şikayətlənmək olmaz.Şəhər üzü şimala – ilin doqquz ayı zirvəsi qarla örtülü olan dağlarla əhatə edildiyindən orda soyuqlar uzun müddət davam edir.Demək olar ki,orda hər axşam-səhər külək əsir.Yay müstəsna olmaqla,tez-tez yağışlar yağır.İlin bütün fəsillərində onun üzərində duman görmək olar.O, 38o en,82o uzunluq dairəsində yerləşir.Orda yaşayış üçün vacib olan hər şey boldur.Kifayət qədər yaxşı və ucuzdur.Xəzər dənizi Təbrizdən qırx lyö kənardadır.Təbrizə balıq Xəzərdən gətirilir.Dediyim kimi Acı çaydan da balıq tutulur.Lakin bu,suyun səviyyəsi aşağı düşən vaxtlarda olur.Bir livr çörək (qədim Fransada təxminən 0,5 kq-a bərabər çəki vahidi – V.A.) adətən iki liard qiymətində olur.Bir livr ət isə 19 dönye qiymətinədir.Ev quşları,ov quşları,meyvə,çaxır və azuqə istənilən qədər boldur.Tərəvəz,xüsusilə şüyüd (mərəçüyüd) pulsuzdur.Yayda xallı maral və su quşları bol olur,farslar ov quşlarını sevmir,xallı marallar və digər vəhşi heyvanları az-çox ovlayırlar.Dağlarda həm də qartallar olur.Nəcib adamlar (əsilzadələr – V.A.) bu quşu qırğı ilə təqib edirlər.Bu təqib çox maraqlı və cazibədardır.Qırğının qartalı tutmaq tərzi belədir ki,qırğı çox Səh. – 322 yuxarıdan uçaraq,onun üzərinə sürətlə şığıyır,caynaqlarını qartalın böyrünə keçirir,elə hey uça-uça qanadları ilə onun başına vurur.Hərdən belə də olur ki,qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər.Qırğılar xallı maralları da bu yolla tutur,onu çox asanlıqla ovçulara təslim edirlər.İndicə deyəcəyim şey heç də bundan az maraqlı deyildir.Belə təsdiq edirlər ki,bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir.Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar,Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Şəhərin ətraf yerlərində ağ mərmər hazırlayan böyük karxanalar vardır.Orada şəffaf ağ mərmər növü vardır.Deyilənlərə görə,şəffaf ağ mərmər yavaş-yavaş donan mineral bulaqların suyundan əmələ gəlir.Həmçinin Təbrizin lap yaxınlığında iki böyük mədən-duz və qızıl mədənləri 70
vardır.Çoxdandır ki,qızıl mədəni işləmir,çünki onun verdiyi gəlir çəkilən xərci zorla ödəyir.Orda işləməyin heç bir faydası olmadığı barədə xalqa xəbərdarlıq edilmişdi.Burda xeyli mineral sular var.Bunlardan ən məşhuru və ən gedişgəliş olanları Təbrizin yarım lyölüyündə olan Barınc (Narınc? – V.A.) və onun altı lyölüyündəki Seyidkənddəki mineral sulardır.Onların arasında soyuq və qaynar olanları vardır. Mən dünyada elə bir başqa şəhər tanımıram ki,mənşəyi və ilk adı barəsində müasir müəlliflər arasında bu qədər mübahisələrə səbəb olmuş olsun. Səh. – 323. Biz onlardan ən məşhurlarının fikirlərinə isnad edəcəyik.Farsların bu şəhəri Təbriz,Avropa xalqlarının isə onu Toris adlandırdıqlarını əvvəlcədən demək lazım gəlir: bu,ancaq asanlıqla anlayış əldə etmək və ənənəyə sadiq qalmaq üçündür.Teqzera,Oleari və başqa müəlliflər belə bir fikri müdafiə edirlər ki,Ptolemeyin Asiyanın beşinci cədvəlində Qabris adlandırdığı Təbriz şəhəridir.Onların iddia etdiyi kimi,yunan dilində bu,çox sadə bir dəyişmədir ki,‖Q‖ səsi ―T‖ səsi ilə əvəz edilmişdir.Lenklavius,Jov və Eton bu qədim coğrafiyaşünasın (Ptolemeyin – V.A.) Tevra yerinə Terpa adlandırdığı (sözdə bir hərfin yerinin digər hərflə dəyişik düşməsi nəticəsində) şəhərin Təbriz olduğunu iddia edirlər: lakin məlum olduğu kimi,Tevra İrivanda,Təbriz Midiyada yerləşir.Bu iki ad heç bir vəchlə eyni bir şəhərin adına uyğun gələ bilməz.Şübhəsiz ki,bu müəllifləri adlardakı oxşarlıq çaşdırmışdır.Təbriz sözü fars sözüdür.Şəhərə bu ad hicri 165-ci ildə verilmişdir.Bu barədə hələ çox geniş danışacağıq.Ptolemeyin məlumatı hicri 165-ci il tarixdən bir çox yüzilliklər əvvələ aiddir.İnanmaq lazımdır ki,Terva və Qabris Təbriz deyil,iki müxtəlif şəhərdir.Niger bu şəhəri Tiqranoma,başqa müəlliflər Tiqranokerta,bəziləri də yazılı mənbələrdə məşhur olan Midiya Suzu hesab edirlər.Digər yazıçılar belə bir fikri müdafiə edirlər ki,Esdrasın kitabında Akmeta və ya Amata adlandırılan şəhər Təbriz şəhəridir.Elələri də var ki,Ptolemey və onun tərcüməçisi (şərhçi – V.A.) kimi onu Assuriyaya aparıb çıxarırlar.Başqaları da Niger,Sedren,Eton və Jov kimi onu Səh. – 324 İrivanda yerləşdirirlər.(Bu barədə deyilmişdir) Venetsiyalı Marko Polo onu Partlar ölkəsinə aid edir.Kalkondil onu daha uzağa apararaq,əvvəllər paytaxtı Persepol olan vilayətə çıxarır.Nəhayət,bu deyilənlər fikir yığınlarından ibarət qəribə bir dolaşıqlıqdır.Mənim fikrimcə, Ananidən də (Anani Şirakatsi – V.A.),Ortelidən də,Qolintsdən də,Teqzeradan da,Valedən də,Atlasdan da və demək olar ki,bütün digər coğrafiyaşünas müəlliflərdən də Ptolemeyin tərcüməçisi və şərhçisi Mole daha haqlıdır.Moledən öyrənirik ki,Təbriz müqəddəs yazılarda və Asiyanın qədim tarix kitablarında haqqında daha çox danışılan qədim və məşhur Yekbatan şəhəridir.Əgər yanılmıramsa,italiyalı müəllif Minadua bunu sübut etmək üçün aydın elmi əsər yazmışdır29.Buna əlavə olaraq qeyd edirəm ki,qətiyyən Təbrizdə onun antikliyini sübut edən abidələr,Asiya monarxlarının yay iqamətgahları olan 71
Yekbatanın ali sarayının qalıqları görünmür.Jozefin 10-cu kitabında dediyi və hələ onun öz dövründə olduğunu təsdiq etdiyi kimi Midiya şahlarının movzoleyinin olduğu vaxtdan xidmət göstərən Daniyelin də sarayının qalıqları qalmamışdır.Əgər bu cazibədar və ali saraylar salamat qalsaydılar belə,on altı əsr bundan əvvəl həmin yerdə Təbriz bina edildiyindən,yenə də oradakı xarabalıqlardan əsər-əlamət qalmazdı.Belə ki,bu şəhərin ətraflarında ancaq kərpic,torpaq və çaydaşı görünür ki,bunlardan da qədim Midiyada şah saraylarının tikintisində istifadə etmirdilər. Fars tarixçiləri yekdilliklə Təbrizin salınması vaxtını hicri 165-ci ilə aid edirlər,lakin digər mülahizələrlə qətiyyən Səh. – 325 razılaşmırlar.Onlardan bəziləri Təbriz şəhərinin salınmasını Bağdad xəlifəsi Harun-ər Rəşidin Zebd əl Xatun ((Zibeydə Xatun – V.A.) bu ad ―xanımların gülü‖ mənasındadır) adlı arvadı ilə əlaqələndirirlər.Belə danışırlar ki,Zibeydə xatun xəstələnib ölüm yatağına düşür,midiyalı bir həkim onu az bir vaxtda sağaldır.Onu nə ilə və necə mükafatlandıracağını düşünən şahzadə həkimə deyir ki,mükafatı özü seçsin.Həkim xahiş edir ki,öz ölkəsində onun şərəfinə bir şəhər saldırsın.Onun arzusu böyük qayğı və səylə yerinə yetirilir. Bu şəhərin binasının qoyulmasınınn səbəbi tibblə bağlı olduğundan,onu Təbriz adlandırırlar.Bəzi müəlliflərin də fikirləri bir-birinə oxşardır.Onlar deyirlər ki,Harun-ər Rəşidin sərkərdəsi Hülakü xan iki il günün üç hissəsini isitmə xəstəliyi ilə keçirir və sağalmağa ümidini itirir.Hazırki Təbrizin yerində tapdığı bir otun köməyi ilə tamamilə sağalır.Bu xoşbəxt təsadüfü əbədiləşdirmək üçün burada şəhər tikdirir,onu Təbrist adlandırır,yəni ―qızdırma çıxıb getdi‖.Belə ki, təb ―qızdırma‖, rist ―rəftar‖ felindən əmələ gəlib,‖yola düşmək‖,‖çıxıb getmək‖ mənasındadır,təhrif olunma nəticəsində Təbrist yerinə Təbriz deyilir.Əyalət intendenti Mirzə İbrahimin oğlu və Səfəvilərdə tayı-bərabəri olmayan nəcib alimlərdən biri – Mirzə Tahir mənə bu şəhərin etimologiyası barədə başqa bir məlumat verdi.Ondan öyrəndim ki,şəhər tikilən vaxt orada hava hədsiz dərəcədə Səh. – 326 xoş idi və isitməyə tutulan olmurdu.Bu xüsusiyyət də adamların çox hissəsinin diqqətini cəlb etmişdi.Buna görə də onu Təbriz,yəni ―qızdırma dağıdan‖ adlandırmışlar.Bu əyan (Mirzə Tahir – V.A.) məni əmin etdi ki,İsfahanda,şah xəzinəsində Xəlifə Harun-ər Rəşidin arvadı Zibeydə Xatunun üstü yazılı medalyonları vardır; Təbrizə yaxın bir şəhər olan Mərənddə qızıl və gümüş əşyalardan başqa, qeyri-şeylər də tapılır.Qədim Midiya şahlarının möhüründə yunan yazıları və təsvirləri aşkar edilmişdir.Möhürdəki yazının Dəhyanus olduğu xatırlanır.O,(Mirzə Tahir – V.A.) məndən Dəhyanusun kim olduğunu bilib-bilmədiyimi soruşdu.Mən ona bu adı qətiyyən tanımadığımı dedim,lakin bu,hər halda Daranın adı ola bilərdi. 72
Təbrizin binası qoyulandan 69 il sonra zəlzələdə şəhər tamamilə yerləyeksan oldu.Onu Abbasilər sülaləsindən olan Bağdad xəlifəsi Mütəvəkkil bərpa etdirib böyütmüşdü.Bundan yüz doxsan il sonra Səfər ayının 14-də birincidən daha şiddətli olan ikinci zəlzələ bir gecədə onu xaraba qoymuşdur.Fars coğrafiyaçısı belə məlumat verir ki,o zaman orda (Təbrizdə – V.A.) Əbu Tahir (mənası ədalət atası) adlı şirazlı bir münəccim yaşayırdı.O,əvvəlcədən demişdi ki, zəlzələ hicri 235-ci ildə xristian təqvimi ilə (849-cu ilə müvafiqdir) günəş əqrəb bürcünə daxil olan zaman baş verəcək və bütün şəhəri alt-üst edəcəkdir.Camaatın buna qətiyyən inanmaq istəmədiyini görüb,hakimin yanına gəlib təkid etdi ki,zor işlədərək hamını şəhərdən kənara çıxarsın30.Hakim bütün bu əyalətdə xəlifənin canişini Səh. – 327 idi və onda bu münəccimin mühakiməsinə böyük inam vardı.Axırda onun təkidləri qarşısında yumşaldı,camaatı çölə çıxarmaq üçün əlindən gələni etdi,lakin camaat əvvəlcədən deyilmiş zəlzələyə qarşı görülən tədbirə qarşı çıxır,hakimin hərəkətində gizlənən bədxahlıqdan şübhələnirdi.Buna görə də şəhərdən ancaq adamların yarısını çıxara bildilər.Zəlzələ həqiqətən əvvəlcədən deyilmiş saatda baş verdi və bundan qırx min adam zərər çəkdi.O biri il,fars vitse-kralı Məhəmməd Rudani Arədinin oğlu Əmir Dineveron şəhəri əvvəl olduğundan daha gözəl və daha böyük şəkildə bərpa etdirmək əmrini aldı; əmrdə məşhur münəccim Əbu Tahirdən hansı bürc altında işləmək lazım olduğunu öyrənmək göstərilirdi.O,əqrəb bürcü altında işləməyi lazım bildi.Yeni şəhərdə qətiyyən qorxulu zəlzələ olmayacağına onları əmin etdi,lakin əvəzində güclü sel təhlükəsi olduğunu göstərdi.Tarix əlavə edir ki,baş verən hadisələr əvvəlcədən deyilmiş fikrin doğruluğunu bütün hallarda sübut etmişdir.Təbriz o vaxtkı bərpadan sonra çox böyük,məşhur və çiçəklənən şəhər olmuşdur.Təsdiq edirlər ki,400 il bundan əvvəl Sultan Qazanın31 hakimiyyəti illərində Təbrizin eni şimaldan cənuba Eyn-Əl dağından (bu barədə danışmışıq) onunla üzbəüz yerləşən Çurandağa qədər,uzunluğu isə Acı çaydan şəhərin iki lyölüyündə yerləşən Banincə qəsəbəsinə qədər olmuşdur.Bu şəhərdə o zaman daha çox əhali yaşadığını sübut etmək üçün onun başına necə dəhşətli tarixi bir fəlakət gəldiyini qeyd edirlər.O zaman bir məhəllədə 40 min adam izsiz-tozsuz məhv olmuşdu. Səh. – 328. Hicri tarixi ilə 896 və miladi tarixilə 1490-cı ildə Şeyx Səfi nəslindən olan şahzadələr Farsı istila etdilər,imperiyanın paytaxtını vətənləri Ərdəbildən bu şəhərə (Təbrizə – V.A.) köçürdülər.Səlim32 1514-cü ildə (müqaviləyə görə) hücumla onu ələ keçirdi.Bundan iki il sonra Səfəvi şahı orda təhlükəsizliyinə inam bəsləmədi,geri çəkildi və iqamətgahını Qəzvində yerləşdirdi.Səlim Təbrizdə az yaşadı,lakin çox zəngin qənimət – üç min sənətkar ailəsi apardı.Ermənilərin əksəriyyətini Konstantinopola köçürdü.Onun gedişindən az sonra Təbriz əhalisi ayağa qalxdı,bir fars ordusunun köməyi ilə qəfildən türklərin üzərinə atıldılar,onları dəhşətli surətdə 73
qırdılar və şəhərə sahib oldular.Səlim yenidən Təbrizi tuta bilmədi və vəfat etdi,lakin onun xələfi I Süleyman türk ordularının ali baş komandanı İbrahim Paşa vasitəsi ilə buna nail oldu.O,bu nəhəng şəhərə sahib olub,orda böyük bir qalada (belə deyirlər ki,həmin qalanı üç yüz əlli top və dörd min nəfərlik qarnizonla tutdu) möhkəmləndi.Bu,onun gedişindən sonra əhalisinin yenidən üsyan etməsinə mane ola bilmədi.Hicri 955 və miladi 1548-ci ildə intiqam almaq üçün üç il müddətinə ora göndərildi.O,hücum edib şəhəri çox amansız bir tərzdə ələ keçirdi,şəhəri ordunun ixtiyarına verdi.Əvvəllər görünməmiş bir vəhşilik və amansızlıq əhalini məhrumiyyətlərə düçar etdilər.Bir sözlə,qeyriinsani bir hərəkət edib hər şeyi qılıncdan və oddan keçirdilər.Şah Təhmasibin sarayı və bütün görkəmli binalar bünövrəsinə qədər dağıdıldı. Səh. – 329. Bununla belə bu şəhər Muradın33 şahlığının başlanğıcında bir neçə fars dəstələrinin köməyi ilə üsyan etdi,qarnizonda olan on min türk əsgərini qılıncdan keçirdilər.Təbrizlilərin cəsaretindən qorxuya düşən Murad baş vəzir Osmanın komandanlığı altında onları bütünlüklə darmadağın və tabe etmək üçün güclü bir ordu göndərdi.Ordu şəhərə daxil olub,onu talan etdi.O zaman Məhəmmədilərin hesabı ilə 994 və bizim hesabımızla isə (Avropa təqvimi – miladi tarix– V.A.) 1585-ci il idi. Nəhayət, türklər əvvəllər orda tikdikləri müdafiə qalalarını yenidən təmir etdirdilər.Bu ekspedisiyadan (hərbi yürüşdən – V.A.) on səkkiz il sonra I Şah Abbas 1603-cü ildə az bir qoşunla Təbrizi yenidən türklərin əlindən aldı.O,bu işdə məharət,zirəklik və ağlasığmaz igidlik göstərdi.O ən cəsarətli əsgərlərini bir neçə tagıma böldü.Eyni zamanda həmin tagımlar giriş qapılarındakı türk keşikçi dəstələrinin üstünü alıb,elə bir zirəkliklə onların başlarını kəsdilər ki,şəhərdə heç kəsin bundan xəbəri olmadı.Bu tagımlar acirsayağı geyinmiş beş yüz adamdan ibarət əsas qüvvələr tərəfindən müşayiət edilirdilər.Onlar karvanı birgünlük yolda qoyub gəldiklərini söyləyərək şəhərə daxil oldular.Onlara inandılar.Çünki adətən.karvan böyük şəhərlərə yaxınlaşdıqda tacirlər qabağa düşürlər.Həm də bu adamların gözətçi məntəqələrində yoxlandıqlarını təsəvvür etdilər.Abbas onları kənardan izləyirdi.Onların daxil olduğunu görüb başındakı altı min adamla şəhərə soxuldu.Eyni vaxtda generallarından ikisi (sərkərdələrindən ikisi – V.A.) o cür edib,hərəsi bir tərəfdən hücuma keçdilər.Təəccüblənmiş türklər ancaq canlarını xilas etmək şərtilə təslim oldular.Tarixçi qeydə edir ki, Səh. – 330 bu böyük şah ilk dəfə olaraq onu müşayiət edən polka muşketdən atəş açmağı əmr etdi.Bunun təsirini görüb,hərbi hissələrinin bir hissəsinə daim odlu silahdan istifadə etməyi əmr etdi. Farslar əvvəllər müharibə vaxtı bundan heç vaxt istifadə etməmişdilər. Təbrizin tarixinə aid hər şeyi demək üçün az öyrənilmiş olsa da,əhəmiyyətli sayılan erməni müəlliflərinin bu barədə nə yazdıqlarına müraciət etmək lazımdır.Onlar deyirlər ki,bu şəhər Asiyanın ən qədim şəhərlərindən biridir və onu əvvəllər Şahistan,yəni şah iqamətgahı adlandırmışlar.Çünki fars şahları 74
orada yaşayırdılar.Erməni şahı Xosrov34 Şahistan adını dəyişib Təbriz adını qoymuşdur.Təbriz ermənicə hərfi mənada ―intiqam yeri‖ deməkdir.Çünki ,(Xosrov – V.A.) orada qardaşını qətl etdirən fars şahını taxtdan salmışdır.Təbriz əyaləti quberniyası krallığın birinci quberniyasıdır,baş vergi siyahısındadır (vergi siyahısının başındadır – V.A.). O hər il otuz min tümən,yəni bir milyon üç yüz əlli min livr vergi verir.Bu hesabda ikinci dərəcəli gəlirlər nəzərə alınmamışdır və oradakı ikinci dərəcəli gəlir digər Asiya quberniyalarında olduğundan çoxdur.Orda qubernator bəylərbəyi titulu daşıyır.Onun ixtiyarında üç min atlı vardır.Qars,Urmiya,Marağa,Ərdəbil xanları və ya qubernatorları və iyirmi sultan ona tabedir ki,onların hamısının bir yerdə on bir min atlısı var. Məndən əvvəl Təbrizə gəlib orda yerləşmiş kapusinlərin olduğu yerdə qalmağa getdim.Onlar iki nəfər idilər,onlardan xahiş etim ki,mənim gəlişimi on beş gün gizli saxlasınlar. Səh. – 331. Bu,yenidən səfərə çıxmaq,işlərimi Minqreliyadan başımı götürüb qaçmamışdan əvvəlki qaydaya salmaq və şaha aparacağım bütün şeyləri saraya gəlib çatarkən göstərə bilim deyə lazımınca yerbəyer etmək üçün idi.Lakin mənim gəlişimi elə o dəqiqə bildilər.Əyalətin baş vergi yığanının və komendantının oğlu Mirzə Tahir varislik hüququ əldə etdiyi üçün kapusinlərin qonaqları olduğunu bildi. 22-sində (aprelin 22-də – V.A.) adam göndərib kapusinlərin başçısına evində qonaq saxladığı avropalıların kimliyi və gəlişi barədə ona xəbər verməməsindən təəccübləndiyini bildirdi.Ata (müqəddəs ata,kapusinlərin başçısı – V.A.) bu əyana üzrxahlıq etdi və mənim çölə çıxan kimi onun salamına gələcəyimi,pis vəziyyətdə bura gəlib çıxdığımı,az bir vaxtda bu işi qaydaya salacağımı deməyə getdi. 22. (aprelin 22-də – V.A.). İlk səfərimdən tanış olmaq şərəfinə nail olduğum bu əyan Gəncə xanının oğlu ilə məni görməyə gəldi.Mənə çox nəvaziş göstərdi,otağımda düz iki saat oturdu,məni Avropa yeniliklərindən,xüsusilə elm və incəsənət sahəsindəki yeniliklərdən danışmağa məcbur etdi.Nəhayət,lütfkarlıq edib,mənə ailəsinin müvəffəqiyyətlərindən və qardaşlarının qulluqlarından danışdı.O hamısından var-dövlətli və yaxşı vəzifələrdə çalışan üç cavan əyan qardaşlarından ən böyüyüdür.Dediyim kimi,onun atası bütünlüklə Azərbaycan əyalətində şah xəzinəsinin baş vergi yığanı və intendantıdır.Süleymanın35 tacqoyması kitabındakı Mirzə İbrahim həmin adamdır.Onda o,Təbrizdə deyildi: xidməti ilə bağlı vəzifələr onu Xəzər dənizinin yaxınlığında Səh. – 332 yerləşən Şirvanda məşğul etmişdi.O olmayanda Mirzə Tahir36 onun vəzifəsini yerinə yetirirdi. Onda ərəbcə,farsca və türkcə çoxlu ədəbiyyat vardı.Bir kapusin ona uzun illər bizim məktəblərin fəlsəfəsini,bizim bütün elmləri tədris etmişdi.Bu əyan geniş erudisiyalı,çox mahir və çox mədəni adam idi.İki saatlıq söhbətdən sonra o ala biləcəyi saat mexanizmləri və qaş-daşları 75
ona göstərməyim üçün məni tələsdirdi.Dediyim səbəblər üzündən nə buna bir zərrə həvəsim vardı,nə də bunu etmək halında idim.Lakin o məni elə tələsdirdi,elə mərhəmət göstərdi ki,onu rədd edə bilmədim.Yanımda olan (ucuz) az qiymətli qaş-daşların bir hissəsini ona göstərdim.Onlardan müxtəlif hissələr seçib apardı. Axşam həmişə sarayda olan atası Mənsur xanın yerinə Azərbaycan qubernatoru (canişini (?) – V.A.) vəzifəsini icra edən Təhmasib bəy öz zərgərini mənim yanıma göndərib,ertəsi gün hökmən onun görüşünə gəlməyimi dedirtdi.Zərgər dedi ki,ona qaş-daş və bir qədər çox qiymətli nadir əşyalar aparım.Buna əməl edəcəyimə söz verdim və həqiqətən həmin gün mən və Mirzə Tahir onu görməyə getdik. 25. (aprelin 25-də – V.A.).Bu əyanların evində (Mirzə Tahir və Təhmasib bəyin – V.A.) bir ay əvvəl onlara məlum olmuş bir xəbərin həqiqət olduğunu təsdiq etdilər və təfsilatı ilə danışdılar.Bu ilin yox, keçən ilin dekabr ayında İsfahandan quru yolla Hindistana gedən bir karvanda edilmiş oğurluqdan bəhs etdilər.Karvan ildə bir dəfə,avqust ayında yola düşür.Baktiriyada yerləşən Qəndəhardan keçir.Bu oğurluq adamların sayına,karvanda olan xəzinənin zənginliyinə və nəticələrinə görə çox böyük oğurluq idi.Bu oğurluq Səh. – 333 Hindistan sərhədlərindən üç günlük məsafədə aqvanlar37 (Aqvan – Əfqan (?) – V.A.) – az qala tatarların eyni olan və Farsdan asılı olan,ona xərac verən bir xalq tərəfindən edilmişdi.Onlar karvanın yola düşməsindən xəbər tutmuş və belə bir zərbə üçün əlverişli bir keçiddə karvanın başının üstünü almışdılar.Onların hamısı yaxşı silahlanmış və tam qətiyyətlə beş yüz adamdan ibarət idilər.Karvan isə iki yüz konvoydan (konvoy – mühafizə dəstəsi – V.A.) ibarət olub,əksəriyyəti hindlilər olmaqla iki min nəfərlə möhkəmləndirilmişdi.Mühafizə dəstəsi demək olar ki,heç bir müqavimət göstərmədən qaçmağa üz qoydu.Karvandakı adamların əksəriyyəti onları mühafizə etməli olanlardan nümunə götürüb konvoyların dalınca qaçdılar.Onlar o qədər az müqavimət göstərdilər ki,hamısı bir yerdə on bir nəfər ölən oldu38.Bundan təəccüblənmək lazım deyil.Belə ki, karvanların,xüsusilə Hindistana gedib-gələn karvanların tərkibi erməni və hindlilərdən düzəldilmiş dəstələrdən ibarət olur,bu adamların əksəriyyəti dəyənək görəndə qorxuya düşürlər.Onların içərisində cəsarətli olanları təktənha qalırlar.Onların yanındakılar qaçırlar.Qeyri-adi nizamsızlıq üzündən onlar ancaq özlərini salamat saxlamağa çalışırlar.Oğurluq bir neçə milyon miqdarında olmuşdu.Oğurluğun dəqiq miqdarı bilinmədi.Çünki tacirlər belə görüşlərdə onlara qarşı olan inam itməsin deyə həqiqəti təhrif edirlər.Bəziləri də tacir hüququnu qorumaq üçün və bunun üstünün açılmasından qorxaraq göndərilən şeylərin bir hissəsini gizlədirlər (danırlar).Oğurluq haqqında şaha verilən məlumat vərəqəsində altmış əlaqədar adamın imzası vardır.Ordakı məbləğ üç yüz tümənə çatır,bu da on üç milyon beş yüz min livrdir.Bununla 76
belə,israr edirlər ki, bu, itirilmişin yarısı qədərdir.Qəndəhar qubernatoru oğurluqda əli olduğu üçün günahlandırılmış və şah onu həbs etmək üçün adam göndərmiş,onu öz əli ilə seçmiş olduğu tək bir Səh. – 334 nökəri ilə bərabər boynuna xalta keçirib,dəvəyə mindirib İsfahana gətirməyi əmr etmişdir39. Danışırlar ki, karvanı soyan oğrular dünyadakı şeylərdən xəbəri olmayan,qızılı,qaş-daşı tanımayan vəhşi dağlılar olmuşlar40.Onlar öz aralarında qızıl və gümüş pulları bir-birinə qarışdırıb bölmüşlər,metalın çəkisinə fikir verməmişlər.Həqiqi mirvariləri fərq qoymadan süni mirvarilərlə qarışdırmışlar. Mən buna zorla inanıram,əgər hamı daim bunu təsdiq etməsəydi,məlumat verməzdim. İkinci kitabın sonu
77
İZAHLAR VƏ ŞƏRHLƏR I kitab 1. Səh. 253. Şah I Abbas 1587–1629-cu illərdə hakimiyyətdə olmuş,idarə sistemində fars əyanlarına üstünlük vermişdir. II kitab 2. Səh. 134. Böyük İsmayıl. Şah I İsmayıl Səfəvi (Xətai) 1486–1524-cü illər. Azərbaycan Səfəvilər dövlətinin banisi. 3. Təhmasib. Şah I Təhmasib. 1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur. 4.səh.136. Şah II İsmayıl. 1576–1578-ci illərdə hakimiyyətdə olmuşdur. 5.səh.136. Məhəmməd Xudabəndə. 1578–1587-ci illərdə hakimiyyətdə olmuşdur.Zəif gördüyündən ona kor Xudabəndə deyirmişlər. 6. Səh.136. Kaxetiya kralı Aleksandr. Kaxetiya çarlarından II Aleksandr (1527–1605) ASE-nin məlumatına görə Şah I Abbasın təhriki ilə öz oğlu Konstantin Mirzənin əmri ilə öldürülmüşdür.(Bax: ASE,I c., səh. 224). Şardənin məlumatına tənqidi yanaşmaq lazım gəlir. 7. Səh. 137–138. Mehru və ya Murad. Burada tarixdə Böyük Mouravi adı ilə tanınan Georgi Saakadze (1580– 1629) nəzərdə tutulur. Saray çəkişmələri nəticəsində 1612-ci ildə İrana mühacirət etdiyi göstərilir.Lakin Şardənin ―Abbas və Pəri‖ dastanı haqqında verdiyi məlumat dəqiqdir və o, xalq arasında geniş yayılmışdır. 8. Səh.139. Təxminən 1610-cu il idi. Bu fakt G.Saakadzenin 1612-ci ildə İrana Mühacirət etməsini inkar edir.Şardən daha sonra 1613-cü il hadisələrini təsvir edir.Bu da tədqiqatçıdan həmin dövrü bir daha araşdırmağı tələb edir. 9. Səh.143. G.Saakadze 1625-ci ildə Gürcüstana qarşı müharibədə Şah I Abbasa bələdçilik edir.Bu fakt da digər faktları təkzib edir.1623-cü il hadisələrində də G.Saakadze Səfəvilər əleyhinə üsyanın başçısı kimi təsvir edilir. (bax: Şardən, II c. səh.142) 10. Səh.146. Şardənin təsvir etdiyi səfir haqqında dəqiq məlumat əldə edə bilmədim. 11. Səh.147. Müasir tarixçilər Şah I Abbasın 1629-cu ildə vəfat etdiyini təsdiq edirlər. 12. Səh.212. Şardənin təsvirindən belə məlum olur ki,Qazax ölkəsi (Şəmşəddil xanlığı) tez-tez mərkəzi hakimiyyətə qarşı çıxdığından Şah I Abbas onu Gürcüstanla eyni vaxtda fəth etməyə və orada irsi idarəetməni saxlamağa məcbur olmuşdur.1622/23-cü ildən Axaltsixi də Şəmşəddil sultanlığının tərkibində idi.QazaxŞəmşəddil sultanlığı Qarabağ (Gəncə) bəylərbəyliyinin tabeliyində idi. Petruşevski qazaxlara kiçik bir qızılbaş tayfası kimi (bax: İ.N.Petruşevskiy. Oçerki po istorii feodalnıx otnoşeniy v Azerbaydjane i Armenii v XVI–naçale XIX vekov.–L., 1949, str. 134–135) təsvir edir,şəmşəddinli tayfası haqqında da eyni sözləri deyir. Şardən isə qazaxları Xəzər tayfaları ilə bağlayır.Bu fakt qazaxların türkdilli etnos kimi çox qədim dövrlərdən Azərbaycanda məskunlaşdığını sübut edir. 13. Səh.219. Zəngi,Zəngəzur və Zəngilan eyni kökdəndir,lakin Zəngəzur ―zəng‖ və ―zur‖ (şeypur,zurna) tərkiblərindən ibarətdir.Görünür ki,zəng (i) etnonimdir. 14. Qırxbulaq ―qırx qaynama‖ (fantan) deməkdir.Deyirlər ki,bu çayın elə o qədər də qaynaması (bulağı) vardır. 15. Səh.219; 221; 222. Yer,qala,məscid adları bir daha sübut edir ki,hazırki Ermənistan ərazisindəki türkmənşəli adlar çoxluq təşkil edir və köklü tarixə malikdir. 16. Səh.248. Şardən opera haqında konkret biliyə malik idi.Artıq o zaman E.Jake de la Qer ―Məhəbbətin təntənəsi‖ (1654), P.Kamber ―Pastoral‖ (1659) əsərləri ilə fransız operalarını yaratmış və 1671-ci ildən Fransada ―Kral Musiqi Akademiyası‖ (Qrand-Opera) fəaliyyətə başlamışdı.Şardən gördüyü səhnəni təhlil edərək onun opera olduğunu dərk etmişdi. Fərq onda idi ki, Avropada opera musiqili dram janrı kimi libretto əsasında yazılırdı,Azərbaycanda isə ifaçıların yaddaşı libretto oynayırdı.İkinci fərq isə ondan ibarət idi ki,Avropada operanın konkret müəllifi vardı.Azərbaycanda isə operanın müəllifi konkret olaraq Azərbaycan xalqı idi.Üçüncü fərq Avropada operanın klassik,Azərbaycanda isə sırf milli musiqi əsasında ifa edilməsi idi.Bir sözlə,Azərbaycan milli operası tarixini iki dövrə bölmək daha düzgündür: 1. Ü.Hacıbəyova qədərki Azərbaycan milli operası; 2. Əsası Ü.Hacıbəyov tərəfindən qoyulan Azərbaycan milli operası (V.A.). 17. Səh. 253–254. Aşiq-məşuqə mövzusu orta əsr Azərbaycan ədəbiyyatında xüsusi yer tutur.Şardənin verdiyi məlumat aşiqin məhz hansı əlamət və nişanlaramalik olduğunu göstərir.Bunula belə orta əsrlərdə özünü aşiq adlandıran lirik mən ―aşiq‖ sözünü məcazi mənada işlədir.Yəni sənin eşqin ürəyimdə yuva qurmuşdur,həsrətin isə sinəmə dağ basmışdır.Bu dağı heç kəs silə bilməz.Burada ―dağ‖ sözü də məcazi mənada işlənsə də, real köklərə malikdir. (V.A.).
78
18. Səh.259. Şardən tərəfindən ―türkəsayaq yaşamaq‖ kimi təqdim edilən istilah daha çox farslara aiddir.Konkret olaraq S.Şirazinin ―Gülüstan‖ əsərinə baxmaq kifayətdir.(V.A.).Belə bir istilah o dövrdə həm də siyasi xarakter daşıyırdı, çünki Osmanlı imperiyası Avropanın qənimi, Səfəvi imperiyası isə Avropanın bir növ müttəfiqi idi. Avropa bu iki türk imperiyasını bir-biri ilə hərbə sövq edirdi. 19. Səh.263. Şardənin yəhudilərə hüsn-rəğbət bəslədiyini duymamaq mümkün deyildir.(V.A.).Toy və onun tərkib hissələrindən biri olan bəzək (gəlini bəzəmək) mərasimi hər bir xalqda özünəməxsus xarakter daşıyır. (V.A.). 20. Səh.281. Bu vəziyyət 475-ci ilədək,Cəlaləddin taxta çıxanadək davam etmişdir.Araşdırdıqda məlum olur ki, h. 475,miladi 1083-cü il edir.Həmin tarixdə isə Məlik şah Səlcuqi (1072–1092) hakimiyyətdə olmuşdur(bax: Azərbaycan tarixi, I c.–Bakı, 1961, səh. 155; Z.M.Bünyadov. Azərbaycan Atabəylər dövləti.–Bakı,1985, səh.5–6; 15). Bir sıra tədqiqatçılar Novruz bayramının h. 468 (1076)-ci ildə Məlik şah tərəfindən qanuniləşdirildiyini yazırlar.(bax: M.Dadaşzadə. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti.–Bakı, 1985, səh. 118–119). Şardənin məlumatı dəqiq olmasa da,səhv də deyildir.İstər h.468,istəsə də,h.475 Məlik şah Səlcuqinin hakimiyyət illərinə düşür. 21. Səh.286. Səfiqulu xanla Şardənin söhbətindən belə bir nəticə çıxır: XVII əsrin II yarısından etibarən Səfəvi imperiyasında mərkəzi hakimiyyət zəifləmiş və ayrı-ayrı əyalətlər müstəqilliyə can atmışlar.Son Səfəvi hökmdarı Şah Hüseynin (1694–1722) vəfatından sonra Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanmasının səbəblərini və köklərini XVII əsrin ikinci yarısından başlayan iqtisadi enmədə və mərkəzi hakimiyyətin zəifləməsində axtarmaq lazımdır. (V.A.). 22. Səh.292–293. Orta əsrlərdə vilayət hakimlərinin baş hərəmləri də adamlara cismani cəza vermək hüququna malik olmuşlar. 23. Səh.304–305. ―İndicə deyildiyi kimi,fars tarixçiləri inandırırlar ki,bu şəhər Ermənistanın ən böyük və ən gözəl şəhərlərindən biri olmuşdur‖ ...Məlum məsələdir ki,heç bir fars və türk tarixçisi Naxçıvanı erməni şəhəri hesab etməmişdir.Şardəni inandırmağa çalışan olsa-olsa onu İrivandan Təbrizə qədər müşayiət edən erməni mehmandarı Azari olmuşdur (V.A.).Görünür ki,Naxçıvanın tarixindən danışarkən Şardən Azariyə isnad etməyi özünə əskiklik saymış,Avropanı inandırmaq üçün fars tarixçilərinə söykənmək istəmişdir.Üç kilsədə saxlanan bir tarixə əsasən (mənbədə bu tatixi əsərin nə adı,nə də müəllifi göstərilir) Naxçıvanı izah etməsi də yuxarıdakı fikri sübut edir. 24. Səh.309. II abz. Şardən Araz çayından danışarkən ―ola bilsin ki,onun adı məşhur Ararat dağının adından götürülmüşdür‖ ifadəsini işlədir.Doğrudan da,hər iki sözdə‖ar‖ tərkibi işlənir.Fərq ondadır ki,‖Ararat‖ sözündə ―ar‖ tərkibi iki dəfə (Ar-ar+a+t),‖Araz‖ sözündə isə bir dəfə (Ar-az/s) işlənir.‖Ararat‖ sözündəki ―t‖ qədim türk dillərinə məxsus cəm şəkilçisidir (bax: C.M.Molla-zade. Toponimiya severnıx rayonov Azerbaydjana.–Baku, 1979,str. 157).‖Ar‖ tərkibinə gəldikdə isə elə Şardənin özü də qədim müəlliflərə əsaslanaraq ―ar‖,‖ər‖,‖ur‖ tərkiblərinin ―od‖ mənasında işləndiyini yazır (bax: Şardən, II c.,səh.311–312). Üstəlik ―ur‖ tərkibi türk dillərində ―tanrı‖,‖uca‖,‖müqəddəs‖ və s.mənalarda işlənir.(bax: O.Suleymenov. Aziya.–Alma-Ata. 1975,str.233; M.Seyidov. Azərbaycan mifik təfəkkürünün qaynaqları.–Bakı, 1985,səh. 226,240,243; A.M.Məmmədov. Türk-şumer paralelləri; Azərb. Dilinin erkən tarixinə dair materiallar. Azərb. Folologiyası məsələləri məcmuəsi.–B., 1983,səh. 4–5.) ―Araz‖ sözünün ikinci tərkibi isə ―az‖,‖as‖ sözü olub,kas tayfası ilə (yəni kaspilərlə) bağlıdır.Etimoloji mənşəyinə görə,Ararat müqəddəs və ya od tanrısının yaşadığı dağ,Araz isə oda tapınan kasların (kaspilərin) çayı kimi izah oluna bilər.Əgər Araz sözünün etimoloji təhlilində Şardənin məlumatını əsas götürsək (Şardən ―az‖ tərkibini yiyəlik halın artikli hesab edir),onda Araz ―müqəddəs çay‖ kimi izah olunur (V.A.). 25. Səh.311–312. Şardənin ―Səyahətnamə‖sinin I cildindən olduğu kimi, II cilddə də bir sıra yer adlarının etimoloji mənşəyini çox böyük ustalıqla açır.Məsələn, II cildin 72–74-cü səhifələrində Şardən Qara dənizin etimoloji mənşəyini belə izah edir: ―Qara dəniz ilk dəfə Aşkenas (Aşkenas Yasəfin nəvəsinin adıdır) adlanmışdır.Qorxulu və bədbəxt hadisələrə səbəb olan coşğunluğuna görə yunanlar bu adı dəyişib Pont-Evksin demişlər.Bu da ―yolagəlməz‖,‖tərs‖,‖inadcıl‖ mənasını verir.Türklər də bu səbəbdən ona ―qorxunc‖,‖təhlükəli‖,‖qəzəbli‖ mənasında Qara denqiz deyirlər‖.Şardənin izahı tamamilə doğrudur,çünki ―qara‖ ―qor‖ sözünün variantıdır və yuxarıdakı mənalara uyğun gəlir (V.A.). ASE-də verilən məlumat isə qeyri-elmidir (bax: ASE, III c., səh.41–42.–B., 1979). Şardənin ―Azərbaycan‖ sözünə verdiyi etimoloji şərh bu gün də aktualdır,lakin onun əsas fikrinə diqqət verək.O yazır: ―...Bu böyük əyalət... Assuriyanı tərkibinə daxil etdiyindən... ―Assur‖ sözünü özünə ad götürmüş və belə adlanmışdır.Mənim fikrimcə də bu,elə həmin şeydir‖. Burada bir şey həqiqətdir ki,istər ―Azərbaycan‖,istərsə də ―Assur‖ sözündə ―az‖ və ya ―as‖,‖ər‖ və ya ―ur‖ tərkibləri işlənir. Üstəlik professional tədqiqatçılar ―az‖ tərkibini etnonim mənşəli hesab edirlər (bax: F.Zeynalov. Türkologiyanın əsasları.–B., 1981,səh. 39; T.Hacıyev və K.Vəliyev. Azərbaycan dili tarixi.–B., 1983, səh.26–27),‖asiya‖ sözündə də ―as‖ tərkibi işlənir.Deməli, ―as‖ tərkibi genoloji əsası olan etnonimdir. Bu etnonim Ön Asiyada geniş yayılmış Kaspi (―pi‖ cəm şəkilçisidir) tayfaları ilə bağlıdır.‖Az‖ tərkibi ―kas‖ sözünün fonetik variantıdır,burada ―k‖ samiti tələffüzə uyğun olaraq düşmüşdür.‖Az‖ və ya ―as‖ tərkibi semantik mənşəyinə görə ―işıq‖,‖günəş‖ deməkdir.‖Ər‖ və ya ―ur‖ tərkibi isə ―qor‖ sözünün fonetik variantıdır,‖od‖,‖işıq‖ və s. deməkdir; k,q,x,h,y samitlərinin sözün əvvəlində düşməsi (hesabəli – Əsabəli,yüz – üz və s.) dilimiz üçün xarakterik-dir.‖Azərbaycan‖ sözünün üçüncü tərkib hissəsi ―bay‖ sözüdür,tayfa adı ilə bağlıdır,dördüncü tərkib isə məkan bildirən ―can‖ sözüdür(V.A.).Şardən isə üçüncü və
79
dördüncü tərkibi bir söz – ―pekan‖ kimi təqdim edir.Ümumiyyətlə isə Şardən ―Azərbaycan‖ sözünün etimoloji təhlilində doğru mövqe tutur. 26. Səh.314. Şardən Mərəndin etimoloji izahında səhvə yol verir, Azərbaycan şəhərini erməni əfsanəsi əsasında (hər halda erməni Azarinin təhriki ilə) izah etməyə çalışır.Mərənd sözü də etnotoponimdir.Mar tayfaları ilə bağlıdır(V.A.).Tədqiqatçıların fikrincə,‖mar‖ etnonimin sonrakı formasıdır,qeyri-irandilli etnik nomenklaturaya daxildir,parfiyalılar onları ―maday‖ adlandırdıqları halda,ermənilər ―mar‖ adlandırırdılar. Mar (yəni ilan) totemli bu tayfa... ―mağ‖ adı ilə ―mağday‖ adlanmışdır.(bax: İ.Aliev. İstoriya Midii.–B., 1960,str. 69–70; Ə.Dəmirçizadə. 50 söz.–B., 1968, səh 15). Sufiyanın etimoloji izahında məhdudluğa yol vermiş Şardən az qala bu şəhərin tarixini XVI əsrin əvvəllərinə bağlayır.Halbuki sufizm IX əsrdən Azərbaycanda bir təriqət kimi mövcud olmuşdur.Hüseyn Həllac Mənsur buna parlaq misaldır.Hər halda Sufiyanın sufilərlə əlaqəsini ən azı VIII–IX əsərlərə aid etmək lazımdır(V.A.). Şardən Qeysəriyyə bazarının inşa tarixində səhv edir.Uzun Həsən h.850 (1446–1447)-də deyil, 1453–1478-ci illərdə hakimiyyətdə olmuşdur (bax: S.Onullahi. XIII–XVII əsrlərdə Təbriz şəhərinin tarixi.–B., 1983, səh. 24–25). 27. Səh. 317. Xacə Əlişah məscidinin inşa tarixi təqribən verilmişdir. Çünki 1673-dən 400 çıxsaq,1273 qalar. Halbuki tədqiqatçılar Əlişah məscidinin 1310–1320-ci illərdə tikildiyini və Ərk adlandığını qeyd edirlər (bax: Əbu Bəkr əl-Qütbi əl-Əhəri .Tarix-e Şeyx Üveys. Tərcüməçilər: M.D.Kazımov və B.Z.Piriyev.–B., 1984, səh. 30–66, qeyd 103).əmir Şeyx Həsən Bozorq məscidinin inşa tarixi Şardənin hesablamasına görə 1353-cü ilə (1673–3201353) düşür.Tədqiqatçılar isə həmin məscidin 1342-ci ildən inşa edilməyə başlandığını göstərirlər (bax: Əl-Əhəri. Göstərilən əsəri, səh.44). 28. Səh.319. ―Bu məscidi türklər tikdiyi üçün,farslar... onu natəmiz saxlayırlar‖ ifadəsi ilə Şardən eyni bir xalqı zəhərli bir qılınc iki bölən şiə və sünni məzhəbləri arasındakı təriqət düşmənçiliyinə işarə edir.Burada ―farslar‖ sözünü müstəqil mənada deyil,‖şiə‖ sözü kimi başa düşmək lazımdır.Şardən ―canavar rəqsi‖ barədə məlumat verən ilk səyyahdır. 29. Səh.324. Şardən italiyalı müəllif Minadeyə əsaslanıb Təbrizi Yekbatan hesab edir və ciddi bir səhvə yol verir.Halbuki Təbriz və Yekbatan (Həmədan) müxtəlif şəhərlərdir (bax: S.Onullahi. XIII–XVII əsrlərdə Təbriz şəhərinin tarixi.–Bakı,1982, səh. 33). 30. Səh. 325–326. ―Təbriz‖ sözünün etimoloji təhlilində Şardən fars dilinə söykəndiyi üçün səhvə yol verir.S.M.Onullahi ―...Təbriz tarixi‖nin 40–41-ci səhifələrində yazır: ―Təbrizin keçmiş adı Tarul,Surxab dağının keçmiş adı Tarun və Tori ilə əlaqədardır... Bu dağın adı keçmişdə Tauri və ya Tovri olmuşdur‖. Başqa bir tədqiqatçı isə bu sözün ―tavr‖ tayfaları ilə bağlı olduğu qənaətinə gəlir (bax: Ə.Fərzəli. Neçə Təbriz var? ―Azərbaycan gəncləri‖ qəzeti. 9 fevral, 1984-cü il). Belə bir nəticəyə gəlmək olar ki,Təbriz sözü ―tavr‖ və ya ―təbr‖ və ―iz‖ tərkiblərinə ayrılmalıdır.‖İz‖ isə ―oğuz‖,‖gündüz‖,‖ulduz‖ və s. sözlərə qoşulan ―uz‖,‖üz‖,‖ıs‖,‖is‖ tərkiblərinin fonetik variantıdır,‖işıq‖ deməkdir (bax: M.Seyidov. Azərbaycan mifik təfəkkürünün qaynaqları.– B.,1983, səh.255–256). Belə ki,Təbriz ―işığa tapınan tavrlar‖deməkdir.Bu türkdilli tayfa və tayfa birləşmələrinin ən qədim zamanlardan oda,işığa tapınmasına sübutdur. 31. Səh.327. Mahmud Qazan xan. Hülakülər sülaləsindəndir. O,h.695-ci ilin məhərrəm ayından (10.XI– 9.XII.1295) hakimiyyət sürməyə başlamış, h.703-cü il şəvvalın 15-də yekşənbə günü (21.V.1304) 33 yaşında vəfat etmişdir (bax: Əl-Əhəri.Tarix-e Şeyx Üveys.–B., 1984, səh. 23–26). 32. Səh.328. Sultan I Səlim Yavuz 1467/68,ya da 1470/71-ci illərdə anadan olmuş,1520-ci ildə İstanbulda vəfat etmişdir.1514-cü ildə Çaldıran vuruşmasında Şah I İsmayıla qalib gəlmişdir (bax: ASE, VIII c., səh.372.–B., 1984). Sultan I Süleyman qanuni (Avropa ədəbiyyatında möhtəşəm Süleyman) 1495-ci ildə anadan olmuş,1520-ci ildən hakimiyyətə keçmiş,1566-cı ildə Macarıstana yürüş zamanı Sigetvarda vəfat etmişdir (bax: ASE, IX c., səh. 99.–B., 1986). 33. Səh. 329. Sultan II Murad (1574–1595). O,hakimiyyətə keçən kimi Amasiya müqaviləsini (1555) pozub, Səfəvilərə qarşı hərbi yürüşlərə başlamışdır (bax: A.A.Raxmani. ―Tarix-e alam ara-i Abbasi‖ kak istoçnik po istorii Azerbaydjana, str. 65.–B., 1900).Şardən Təbrizin 1603-cü ildə Şah I Abbas tərəfindən necə alındığını ətraflı təsvir edən ilk avropalı səyyahdır (V.A.). 34. Səh. 330. ―Erməni şahı Xosrov‖. Bu istilah ayrılıqda götürüldükdə düzdür.Çünki III əsrin II yarısından Ermənistan Sasanilər tərəfindən zəbt edildi.Buna görə də Sasani şahları həm də erməni şahları hesab olunurdu. VI əsrin sonunda isə Sasanilər Ermənistanın çox hissəsini Bizansa güzəştə getdi (bax: ASE, IVc., səh.83.–B., 1980). Xosrov məsələsinə gəldikdə isə,iki Xosrov vardır. I Xosrov tarixdə Nuşirəvan və Ənuşirəvan adı ilə tanınır,531– 579-cu illərdə hakimiyyətdə olmuşdur. II Xosrov Tarixdə Xosrov Pərviz adı ilə tanınır,591–628-ci illərdə hakimiyyətdə olmuşdur.Mehranilərin Şimali Azərbaycana keçməsi onun adı ilə bağlıdır (bax: R.B.Qeyuşev.Xristianstvo v Kavkazskoy Albanii,str. 47.–B., 1984). Xosrov Pərvizin hakimiyyətə gec gəlməsinin səbəbi odur ki,Bəhram Çubin 579-cu ildə I Xosrovu (o həm də IV Hörmüzd adlanırdı) taxtdan salmış və özünü ―şahənşah‖ elan etmişdi. Bu vəziyyət 591-ci ilə qədər davam etmişdir.591-ci ildə Xosrov Pərviz Bizans ordusunun köməyi ilə Sasani sərkərdəsi Bəhram Çubini məğlub etmiş,Bəhram Çubin türk xaqanının yanına qaçsa da,orada öldürülmüşdür (bax: ASE, II c., səh. 154.–B., 1988). Deməli,Xosrov adlı erməni şahı olmamışdır.Şardən də bu barədə məlumat verən erməni müəlliflərinin heç birinin adını çəkmir.Çünki bu məlumatın doğruluğuna şübhə edir.Əks halda,mənbənin 323,324,325,326-cı
80
səhifələrində Təbrizin etimoloji mənşəyindən danışarkən,bu məlumatı ora əlavə edərdi.Təbriz tarixini uzun-uzadı şərh eədəndən sonra ―...fars şahları orada yaşayırdılar‖,‖erməni şahı Xosrov‖ Şahistan adını dəyişib Təbriz adını qoymuşdur.‖‖Təbriz‖ ermənicə hərfi mənada ―intiqam yeri‖ deməkdir‖ cümləsinin işlədilməsi toydan sonra nağara kimi səslənir.Erməni dilində ―intiqam yeri‖ sözünün ―Təbriz‖ şəklində işlənməsi isə daha gülüncdür (V.A.). Kimin kimdən intiqam alması da yuxarıda aydınca göstərilib.Sasani hökmdarı Xosrov Pərviz hakimiyyəti öz əlinə keçirən Sasani sərkərdəsi Bəhram Çubindən intiqam alıb. Qısası,Təbrizin etimologiyası barədə Şardən tərəfindən verilən məlumatlar farspərəstlərlə ermənipərəstlər arasında özünü itirmiş bir fransızın çaşqınlığından başq1a bir şey deyildir.Bir sözlə,Şardənin Təbrizlə bağlı etimoloji şərhi elmilikdən və reallıqdan uzaqdır(V.A.).Bax: qeyd 30. 35. Səh.331. Şah Süleyman Səfəvi Səfəvi hökmdarıdır. 1666–1694-cü illərdə hakimiyyətdə olmuşdur.Onu sonuncu Səfəvi şahı Şah Hüseyn (1694–1722) əvəz etmişdir. 36. Səh.332. Mirzə Tahir tarixi şəxsiyyətdir (bax: S.Onullahi. Göstərilən əsəri, səh. 39,126,140,160,168). 37. Səh.333. Şardən ―aqvan‖ termini ilə əfqanları nəzərdə tutur.‖Tatarların eyni olan...‖ ifadəsinin işlənməsi sübut edir ki, XVII əsrdə Əfqanıstanda xeyli türkdilli tayfalar yaşayırmış (V.A.). 38. Səh.333. Hindistana gedən karvanın soyulması və ya oğurluq kimi təqdim edilən fakt Səfəvi imperiyasına tabe olan əyalətlərdə narazılığın silahlı toqquşma səviyyəsinə gəlib çıxdığını göstərir. 39. Səh.334. Qəndəhar hakiminin həbs edilməsi faktı isə ayrı-ayrı əyalətlərin mərkəzi hakimiyyətdən ayrılmaq cəhdi kimi qiymətləndirilməlidir.Bir sözlə,xanlıqlara parçalanma öz tarixi kökləri ilə XVII əsrin II yarısına bağlıdır.Şah II Abbasın (1643–1666) vəfatından sonra taxta çıxan Şah Süleymanın (1666–1694) dövründə mərkəzi hakimiyyətdə başlanan hərc-mərclik (bax: qeyd 21) Şah Hüseynin dövründə (1694–1722) son nöqtəyə çatır və Səfəvi imperiyası ayrı-ayrı əyalətlərə və xanlıqlara parçalanır (V.A.). 40. Səh. 334. ―Oğrular dünyadakı şeylərdən xəbəri olmayan... vəhşi dağlılar olmuşlar‖ ifadəsinə tənqidi yanaşmaq lazımdır.Bütün orta əsr mənbələrində hakimiyyətə qarşı çıxan xalq ―vəhşi‖,‖dikbaş‖,‖ovbaş‖ və s. ifadələrlə təsvir edilir.
81
Cənab Kovaler Şardənin səyahətləri VI kitab Farsların1 siyasi,hərbi,mülki hakimiyyəti haqqında
I fəsil Farsların dövləti idarəetmə hüququ anlayışları Səh –3. Ümumiyyətlə,Səfəvilərin hamısı dindar olduqları üçün onlar belə hesab edirlər ki, dövləti idarəetmə hüququ ancaq onların peyğəmbərlərinə və canişinlərinə və ya sərdarların birbaşa varislərinə aiddir.Onlar deyirlər ki,bütün dövrlərdə Allah sadiq bəndələrini bütövlükdə dini və dünyəvi hakimiyyət üçün hakim və ali rəhbər olan peyğəmbərlər vasitəsilə idarə etmişdir2.Allah İbrahim,Musa,Samuel, Səh.–4. David,Süleyman və nəhayət Məhəmməd peyğəmbərin əlinə (digər böyük peyğəmbərlər kimi) iki qılınc vermişdir.Belə ki,xalqın Allah tərəfindən idarə edilməsi Allahın təşəbbüsü ilə peyğəmbərə,peyğəmbər mövcud olmayan dövrdə peyğəmbərin canişini hesab edilən imamlara həvalə olunur və qanunlar vasitəsilə həyata keçirilir.İmamları peyğəmbərlərin özləri və ya peyğəmbər tərəfindən varis elan edilənlər seçirlər.İsmayıl,İsak,Yesaü (Yelisey ? – V.A.),Jakob (Yaqub – V.A.),Jozef (Yusif – V.A.) və başqa patriarxlar İbrahimin imamları idilər.Jozüe (Josue/) və hakimlər (bilicilər) Musanın,nəhayət onların (müsəlmanların – V.A.) əlavə etdikləri kimi,Əli və onun on bir varisi Məhəmmədin imamları olmuşlar.Beləliklə,romalılarda,yunanlarda,Hippokratın (Hupparque) şahidi olduğu afinalılarda dinin və dövlətin ali nəzarətçisi ideyası eyni bir süyetdə cəmləndi. Bütün farslar (müsəlmanlar – V.A.) peyğəmbərin olmadığı və ya onun qanuni varisini öz yerinə varis təyin etmədiyi dövrdə kiminsə peyğəmbərin yerini tutmaq və idarə etmək qabiliyyətinə malik olması fikriylə qətiyyən razılaşmır,özlərinin dedikləri kimi,indinin (söhbət XVII əsrdən gedir – V.A.) özündə də bu kədərli şəraitdə3 belə söhbətləri kinlə qarşılayırlar.Farslar belə bir kəlamla razılaşırlar və həmən kəlama inanırlar ki,Məhəmmədin varisi və sonuncu imam hesab edilən on ikinci 1
Şardən Səfəvi imperiyasında yaşayan müsəlman əhalini milli mənsubiyyətindən asılı olmayarq,fars adlandırır (V.A.).Burada: farslar,yəni Səfəvilər. 2 İnsanların allah tərəfindən idarə edilməsi nəticə etibarilə qanunların müqəddəs olmasına gətirib çıxarır (V.A.). 3 Şardən bu ifadə ilə həmin dövrdə peyğəmbərin və onun varislərinin olmadığına işarə edir. 82
imam hicri 296-cı ildə (hicri tarix miladın 622-ci ilindən başlanır) öz varisini təyin etmədən qəfildən qeyb olmuş,Allah onu götürüb bilinməz bir yerə aparmışdır.O,göyə qaldırılmamışdır,o,dünyanın bilinməz bir yerindədir,özü də sağdır. Səh.–5. Allah tərəfindən təyin edilən vaxt o,insanlar arasına qayıdacaq və hakimiyyəti ələ alacaqdır.O,dinsizləri dinə gətirəcək,onlara Məhəmməd dinini qəbul etdirəcək,onlar da hamının gözü qabağında bu dinə iman gətirəcəklər.O, (on ikinci imam – V.A.) dünyanın axırınadək hərtərəfli,təmkinli və tərəf-müqabilsiz monarx olacaqdır. Bu mənada,(peyğəmbər və onun varisləri olmadığı üçün – V.A.) farslar öz aralarında dini və dünyəvi hakimiyyəti bölüşmüşlər.Ruhanilər və onlarla birlikdə bütün dindarlar dini nizamnamənin məhdudluğunu açıqca etiraf edərək,belə bir fikri müdafiə edirlər ki,imam mövcud olmadıqda bütün elmləri son dərəcə mükəmməl bilən,dini və mülki hüquqlara aid ona verilən bütün suallara heç bir kənar təsir olmadan,hamının gözü qarşısında cavab verməyi bacaran şəxs,yəni Müctəhid Məsum (Mouchtched Massoum) şahlıq taxtına əyləşə bilər. Daha çox qəbul edilən və üstünlük qazanan fikir belə bir həqiqəti təlqin edir ki,bu hüquq (taxt-taca sahib olmaq hüququ – V.A.) birbaşa təmiz,alim adam olmasından asılı olmayaraq ali bir üstünlük kimi İmam nəslindən olan şəxslərdən birinə verilir.Bir halda ki,Allahın həqiqi canişini,peyğəmbərin və imamların həqiqi müavini (Vicaire du Prophete,des Imans) yoxdur,belə olmalıdır.Yuxarıda dediyim kimi,hakim fikir hazırki şahın şahlıq hüququnu təsdiq edir və möhkəmləndirir.Bu gün hakimiyyətdə olan şah,əlbəttə,öz kökünə görə Şeyx Səfi (Cheic Sephy)4 nəslindəndir.Bu nəsildən ilk dəfə əlinə Səh.–6 şahlıq əsası alan şəxsin özü heç də bu fikirdə (kim taxt-taca sahib olmalıdır fəlsəfəsini yeritmək fikrində – V.A.) deyildi.Bu şahzadə XIV əsrin ortalarına yaxın Midiyada,Xəzər dənizi yaxınlığında kiçik bir əyalət hakimi idi5.Əsrin naz-nemətinə və cah-cəlalına tamah salmadan yaşadığı üçün bir övliya şöhrəti qazanmışdı.O,dünyaya müqəddəs bir laqeydlik göstərsə də,imperiya yaratmaq arzusu ilə nəfəs alırdı.Belə ki,bu plan (imperiya yaratmaq planı – V.A.) üçün lazım olan şeyləri hazırlayan kimi təbliğat aparmağa başladı: İmamlar məzhəbindən olan sadiq bəndələrin hüquqdan heç bir məlumatı olmayan kafir,qəddar və naz-nemət sahibləri olan türk və tatar şahzadələrinin hakimiyyəti altında olması böyük günahdır6.Onların dövlətinin idarə olunması qanunla birbaşa imam övladına aid edilməlidir ki,hüququn təntənəli surətdə həyata keçirilməsində təmizlik bütün şübhələrin həllində aydınlıq olsun.Ölkənin məşhur bilicilərinin mühakiməsinə görə,o özünü belə bir xarakter sahibi hesab edərək,Allah bəndələrini əzab çəkdikləri sıxıntıdan xilas etmək üçün,bu fəslin əvvəlində danışdığım kimi,bu dünyadan qeyb olmuş imam Məhəmməd Mehdinin7 yerini tutmaq qərarına gəlmişdi.
4
Şeyx Səfi – Şeyx Səfiəddin İshaq Ərdəbili (1252–1334).Sufi təriqəti və Səfəvilər sülaləsinin banisi Ərdəbil əyaləti nəzərdə tutulur (V.A.). 6 Halbuki,Şah I İsmayıl və onun mənsub olduğu nəsil türkdür.Şardən Osmanlı imperiyasından Səfəvi dövlətini fərqləndirmək üçün Qərb siyasətindəki əsas xətti davam etdirir (V.A.). 7 İmam Məhəmməd əl-Əsgəri (Mehdi Sahib əz-Zaman).İmamilərin fikrincə,971–978-ci illərdə qeybə çəkilmişdir. 5
83
Bu yalançı ibadətkar (yalançı imam – V.A.) bacarıqlı bir şahzadə olduğu üçün istəyinə nail oldu,fars (Səfəvi – V.A.) imperiyası kimi geniş bir imperiyanın bünövrəsini qoydu,onun varisləri indi də bu imperiyanı idarə edirlər.Onun varisləri elmdə və müqəddəslikdə imamlıq iddiasında olmasalar da,nəsil və mənşələrini bildirmək üçün Səh.–7 öz adlarına şahlar üçün ən şöhrətli və əsas bir titul olan Səfi (Şeyx Səfi onların əcdadı və sələfidir) sözünə Musa və Hüseyn sözlərini əlavə edirlər.Musa və Hüseyn Məhəmməd peyğəmbərin nəvələridir.Məhəmməd peyğəmbərin yeganə qızı Fatimənin və peyğəmbərin əmisi oğlu Əlinin uşaqlarıdır.Farsların (müsəlmanların8 – V.A.) inamına görə,Məhəmməd peyğəmbər öz sağlığında Əlini özünə varis elan etmişdir.Bu xalqlar (şiə müsəlmanlar – V.A.) öz şahlarını yekdilliklə Məhəmməd peyğəmbərin canişini,imamların və ya peyğəmbərin ilk qanuni varislərinin varisi,qeyb olduğu müddət ərzində on ikinci imamın müavini (əvəzçisi – V.A.) hesab edirlər.Onlar ona (şaha – V.A.) bütün titulları,hətta xəlifədən də yüksək titulları verirlər.Onlar belə düşünürlər ki,dünyanı hərtərəfli – dini və dünyəvi cəhətdən idarə etmək hüququ imam qeybə çəkilən müddətdə peyğəmbərin varisi və canişini hesab edilən şəxsə aiddir.Onlar belə deyirlər ki,qeybə çəkilmiş imam yer üzünə qayıdacaq,onda şah olan şəxs taxt-tacını ona təqdim edəcəkdir.Əgər bu təhvil-təslim açıq-aşkar olmasa,şahı məhv edəcəklər.Şah imamın qelodarı? (Gelaudar) – yəni nökəri olub,ona üzəngi tutacaqdır.Fars şahları inamın bu hekayətindən qətiyyən pərt olmurlar.Əksinə,onlar qeyb olmuş imamın canişini,agenti və qulu olduqları üçün fəxr edirlər.Bu süjeti aydınlaşdırmaq üçün məqaləmə altı mühüm qeydi əlavə edəcəyəm. Birincisi,hakim fikir,indicə dediyim kimi, Səh.–8 son dərəcə savadlı və müqəddəs olmasından asılı olmayaraq,kişi (ata – V.A.) xətti ilə idarə etmə hüququ Əli varislərinə aiddir.Baxmayaraq ki,bu fikri idarəetmədə universal və zəruri bir fikir kimi təlqin edirlər,ruhanilər açıqca əks fikir söyləyərək imamın müavininin həm nəcabətli,həm təmiz,həm də ali dərəcədə alim bir şəxs olmasını vacib bilirlər. Ruhanilər deyirlər: ―Namüqayəd və ya onlara (ruhanilərə – V.A.) xas olan terminlə desək,allahsızlar hesab edilən şahlar şərab içirlərsə,hissiyyata qapılırlarsa,onların Allahın müavini (elçisi və yer üzündəki kölgəsi – V.A.) olması,mömin xalqı idarə etmək üçün göy ilə yer arasında əlaqə yaradıb vacib olan fəhmi əxz etmələri necə mümkün ola bilər? Bir halda ki,onlar (şahlar – V.A.) bir sıra hallarda oxumağı da zorla bacarırlar,vicdan məsələlərini,inamla bağlı şübhələri (şübhəli tezisləri – V.A.) allahın canişini səviyyəsində necə həll edə bilərlər? Peyğəmbərin qanuni varisi qeybə çəkildikdən sonra cəzalandırmaq üçün Allah bizi insafsız və ədalətsiz şahların tiranlıqdan başqa bir şey olmayan hakimiyyətinə tabe etmişdir. Dünyanın taxt-tacı Müctəhidə
8
Burada ―farslar‖ termini,daha dəqiq desək,şiə müsəlmanlar kimi başa düşülməlidir.Şardən Musa və Hüseyni Əli ilə Fatimənin övladları kimi təsvir etməklə səhvə yol verir.Mənbələrə görə Əlinin övladları Həsən və Hüseyndir. Musa isə tamamilə başqa bir şəxsiyyətdir; o, Əli və Fatimə xətti ilə 21-ci nəslə mənsubdur,7-ci şiə imamıdır.(Bax: Musa əl-Kazim. O.Efendiev. ―Obrazavanie Azerbaydjanskoqo qosudarstva Sefevidov v naçale XVI veka‖) Şeyx Səfi məhz 7-ci imamla qohumluq əlaqəsinə malikdir.
84
(a\un Mouchtched)9 və ya müqəddəs,adi adamlardan yüksək elmə malik olan şəxsə aiddir. Bu,bir həqiqətdir ki,müctəhid müqəddəs,mahiyyətcə sülhsevər şəxsiyyət olduğundan, ədalət məhkəməsini həyata keçirmək üçün qılınc gəzdirən şah (ədalət qılıncı gəzdirən şah – V.A.) da məhz o olmalıdır; lakin bu (müctəhid – V.A.) onun (Allahın – V.A.) elçisi və iradəsini yerinə yetirən olmalıdır.Mən Farsa10 ilk dəfə 1666-cı ildə gəlib çıxmışdım.Elə o zaman uzun müddət bu ehkamı (kimin şahlığa layiq olmasını – V.A.) açıqca təbliğ edən bir mollanı və ya Məhəmmədi keşişini gizlincə aradan götürmüşdülər.Onun adı Səh.–9 Molla Qasım (Molla Kasem) idi və o,məktəbdə müəllim idi11.O, İsfahan yaxınlığındakı kiçik bir hücrəyə çəkilmiş və orada tanınmış bir müqəddəs şəxs kimi yaşayırdı.Böyüklü-kiçikli hamı arası kəsilmədən onun ziyarətinə (a\ ses Sernions) gəlirdi.Şahlıqda ən məsul vəzifə sahiblərindən biri olan divanbəyi (le Pre/sident du Divan) bu yalançı keşişin (mollanın – V.A.) saysız-hesabsız ibadətkarlarından biridir və ona hər gün öz mətbəxindən yemək-içmək göndərir.Bu adam (bu müqəddəs şəxs – V.A.) camaat qarşısında çıxış edərək hakimiyyətə qarşı çıxırdı.O deyirdi ki,şah və onun sarayı (saray əhli? – V.A.) iyrəncdir,qanunları pozanlar da onlardır.Allah istəsə ki,lənətə gəlmiş bu budaq12 kəsilib atılsın,əvəzində imamların daha təmiz bir nəsli bərpa edilsin (dövləti idarə etsin – V.A.).Şahın və nazirlərin qulaqları eşidə-eşidə o bunları hündürdən deyirdi.Soruşanda ki,bu təmiz nəsli haradan tapacaqlar,cavab verirdi ki,belə bir budaq Şeyx-ül islamın oğludur,onu şah seçmək lazımdır.Şeyx-ül islam mülki hüquqlar və şəriət qanunları üzrə baş hakimdir.Bu üsyankar danışırdı ki,şeyxülislam nazirlikdəki baş vəzirin qardaşıdır.O,son dərəcə kamil və son dərəcə elmli olduğu üçün Şah I Abbas qızını ona vermişdir,bu oğlan həmən o qızdan olmuşdur,nəticə etibarilə,hazırki şahın bibisi oğludur. Onun (şahlığa namizədin – V.A.) iyirmi yaşı vardır13.Onun gözlərini çıxarmamışdılar.Bu təəccüb doğursa da,farsda (Səfəvi imperiyasında – V.A.) hələ də mövcuddur.Belə ki,şah nəslindən olanların (istər kişi,istərsə də qadın xətti ilə) gözlərini çıxarırlar və ya onları heç yerə aparmadan doğulan kimi öldürürlər.Bu barədə aşağıda danışacağam.Bu gənc əsilzadə Şah Səfinin14 öz bibisinə Səh. – 10 (şahzadənin anasına) olan xüsusi məhəbbəti sayəsində bu adətdən (gözləri çıxarılmaqdan – V.A.) xilas olmuşdur.Saya salmadıqları və zəhlələri getdiyi üçün bu molla altı ay öz fikirlərini yazılı surətdə yaydı və müdafiə etdi.Ruhanilər onu əl altdan 9
Şardən bu cildin 5-ci səhifəsində ―Müctəhid məsum‖ termini işlədir.Buradakı ―Müctəhid‖ ―Müctəhid məsum‖la eyni mənadadır. 10 Fars termini Səfəvi imperiyasi mənasında işlənmişdir.Şardən bir qayda olaraq,fars sözünü gah müsəlman,gah da Səfəvi imperiyası mənalarında işlədir.Eyni dinə qulluq etdikləri üçün azərbaycanlı və fars terminlərini də bircə ―fars‖ sözü ilə ifadə edir (V.A.). 11 Şübhəsiz ki,burada mədrəsə nəzərdə tutulur. 12 Budaq sözü burada nəsil mənasında Səfəvilərə işarədir. 13 Şardən bu cildin 8-ci səhifəsində varisliyin ata xətti ilə müəyyən edildiyini,burada isə qadın xətti ilə təyin oluna biləcəyini yazır.Bu fakt şiə təriqətində yeni bir fəlsəfi qolun yarandığını,onun din pərdəsi altında mövcud hakimiyyətə qarşı mübarizə apardığını göstərir. 14 Şah Səfi 1629–1643-cü illərdə hakimiyyətdə olmuşdur.Şardənin dediyi fakt həmin şahzadənin 1666cı ildə 20 yaşında deyil,23 yaşında olması qənaətinə gətirib çıxarır.Həmin dövrdə isə Şah II Abbas (1643–1666) hələ hakimiyyətdə idi.
85
himayə edirdilər.Saray əhli onun həddən çox baş apardığını görüb onu Şirazdakı həbsxanaya aparmaq üçün adam göndərdi və Şeyxülislama oğlunu ev dustağı etmək barədə əmr verildi.Bu əmrdən sonra da,molla barəsində söz-söhbət kəsilmədiyi üçün Şeyxülislam inandı ki,onun yoluna daş-qaya atılmışdır.O,əmri eşidən kimi oğlunu ev dustağı etmişdi.O,oğlunu götürüb saraya getdi.Şah görünən kimi hər ikisi şahın ayağına yıxıldılar.Atası (Şeyxülislam – V.A.) günahsız olduqlarını söyləyib şahdan rəhm dilədi, onları bağışlamasını xahiş etdi.Şah onlara şübhə etməsinə,onları öldürtmək üçün dəqiq məlumatları olmasına baxmayaraq,əksinə hərəkət etdi,onları evinə qaytardı,onlara şahanə xələt verdirdi.Bu,onların şah tərəfindən bağışlanmasına işarə idi. Üsyankar mollanı qızışdıranları və ya ona ibadət edənləri azacıq da olsa axtarmadılar,hətta onun daimi və aşkar hamisi olan divanbəyiyə bir söz demədilər.Həmçinin mən gördüm ki,yüksək nüfuzlu ruhanilər və ədiblər həmin hissələri (tezisləri – V.A.) müdafiə olunması və çap edilməsi mümkün olan bir fikir kimi qəbul edirlər15. İkinci qeydim ondan ibarətdir ki,yer üzündəki xalqlardan heç biri (tərəddüdsüz dediyim kimi) farslar (müsəlmanlar – V.A.) qədər şah əmrlərinə qəlblərinin dərinliklərindən Səh.–11 gələn səmimi bir tabeçiliklə əməl etmir.Onlar inanırlar ki,şahlar təbiətən qəddar və ədalətsiz olduqlarından,onlara bu ideya vasitəsilə yanaşmaq lazımdır.Dini qaydalara və ya inamlarına uyğun olaraq,onlar şahın qəddar və ədalətsiz qərarlarını yerinə yetirməyə məcbur olurlar.Onlar deyirlər ki,şahlıq hər cür ədalətsizliyi həyata keçirmək üçün yaranmış hakimiyyətdir.Onların danışıq tərzlərinin biri belədir: ―Şah eləyib‖,‖şah işidir‖ – mənası ―kimisə sıxışdırmaq‖,‖ədaləti pozmaq‖ deməkdir16. Bu ifadə belədir: – Padişah mikonet. Kimə pislik edib onu zorla sıxışdırırlarsa,sıxışdırılanlar qışqırırlar: ―Məgər padişah tu?‖,yəni ―siz şahsınız?‖ Kim tərəfindənsə ağır şəkildə təhqir olunduqda divana şikayət edərkən günahkarın günahını daha da ağırlaşdırmaq üçün ucadan deyirlər: ―O mənimlə şah kimi rəftar edib.‖ Bununla belə,əvvəlcədən dediyim kimi bu (Səfəvi imperiyasının müsəlman əhalisi – V.A.) dünyanın ən üzüyola xalqıdır.İki yüz ildir ki,Farsda üsyan və toqquşmalar qətiyyən olmamışdır17.Belə başa düşürəm ki,farsların (müsəlman əhalinin – V.A.) dinc itaətkarlığı bizim soyuq ölkələrin xalqlarında olduğu kimidir.Mən bu müşahidələrimi əvvəlki kitabımda da yazmışdım. Üçüncü qeydim odur ki,orada belə bir fikir özünə möhkəm yer tutub: imamların vəzifəsini yerinə yetirmək,imperiya taxtına əyləşmək üçün əxlaqi cəhətdən təmiz,ali dərəcədə elmli,həmçinin imam nəslindən olmaq lazımdır.Aşağıda deyəcəyim kimi,bu fikir
15
Elə bu faktın özü də Molla Qasımın dini cərəyanlardan birinin başçısı olduğunu təsdiq edir. Azərbaycan dilindəki ―şahdan gələn nökərəm,dinmə,dişini tıkərəm‖ ifadəsi bu məzmunu daha yaxşı ifadə edir. 17 ―İki yüz il‖ termini Şah I İsmayıldan sonrakı dövrə aiddir.Çünki Xətayidən Şardənə qədər 160–170 il keçirdi.Görünür,Şardən Səfəvi hökmdarlarının Şirvana və Şəkiyə yürüşlərinin səbəbini bilmirmiş(V.A.). Əlavə olaraq qeyd edim ki,Şardən bəzi hadisələrin tarixini ―Səyahətnamə‖sinin nəşr tarixindən (1711-ci ildən) hesablayır.Bu,Şardənin Səfəvi dövlətində baş verən hadisələri səyahətindən sonra da ardıcıl olaraq izlədiyini göstərir(V.A.). 16
86
qeyri-insani bir siyasətin – şah nəslindən olan uşaqların öldürülməsi siyasətinin meydana gəlməsinə səbəb olmuşdur.Qorxurlar ki,onlardan biri Səh.–12 Şeyx Səfi kimi özünü göstərə bilər,onun nail olduğuna nail ola bilər. Dördüncüsü odur ki,Türk,fars (Səfəvi – V.A.),hind18 imperatorlarının bir-birinə kin bəsləmələrini,şəriət baxımından dünyanın hökmdarı olmaq xüsusiyyətinə malik olub Məhəmmədin – bu yalançı peyğəmbərin19 həqiqi varisləri olduqlarını iddia etmələrinin qeyd etmək lazımdır.Onlardan hər biri özünü Məhəmməd peyğəmbərin qanuni varisi titulu ilə təqdim edir.Onlardan hər biri yerdə qalan iki nəfərlə özünün müavini və ya canişini kimi rəftar edir.Müavin və ya canişin mənasında onlar ―Vəli‖ (Ve/ly) sözünü işlədirlər.Belə bir danışıq eşitmişəm ki, Şah II Abbasın zamanında zəngin bir fars (müsəlman – V.A.) taciri Böyük Moqol sarayına gedibmiş. Söz arası şahzadə ondan soruşubmuş: ―Ölkənizdə nə xəbər var,farsın (Səfəvi imperiyasının – V.A.) valisi nə edir?‖ Tacir ―vəli‖ sözünü eşitmədiyindənmi,yoxsa eşitməzliyə vurduğundanmı,ya da ―vəli‖ sözü onu təəccübləndirdiyindənmi başını aşağı saldı.Şah təkrar etdi: ―Mən sizdən soruşuram ki,Abbas, Farsın valisi,sizin ölkənizin böyüyü,sizi idarə edən nə edir?‖ Tacir özünü bilməzliyə vuraraq cavab verdi ki,onun nə dediyini başa düşmür.Onda Böyük Moqol belə deməyə məcbur oldu: ―Sizin Şah Abbas dediyiniz şəxsi deyirəm.‖ Tacir cavab verdi: ―Ax,əlahəzrət,indi eşidirəm.Şah Abbas özünü yaxşı hiss edir,onu paytaxtda (İsfahanda – V.A.) sağ-salamat qoyub gəlmişəm.Bu söhbət Şah Abbasa (Şah II Abbasa – V.A.) gəlib çatdı.Tacir qayıdan kimi,o (Şah II Abbas) ona çox-çox razılığını bildirdi. Beşinci qeydim ondan ibarətdir ki,hüquqi baxımdan idarəetmənin peyğəmbərə və ya onun varisinə Səh.–13 aid olması fikrinin böyük əsası vardır.Belə olduqda bir adam dini və dünyəvi hökmdar,şahlar isə peyğəmbərlərin və onun varislərinin diplomatik nümayəndələri olmalı olurlar.Çox ehtimal ki,bu fikir20 ibtidai zamanlarda əsas fikir olmuşdur.Buradakı (bu fikirdəki – V.A.) böyük izlər bizdən çox uzaqlarda yerləşən Çin və Yaponiyada və qonşu krallıqlardakı bütpərəstlərdə də görünür.Xatirəyə gəlməyən bir zamandan etibarən mövcud olmasına baxmayaraq,onların dini və dövləti başqa ölkələrdə21 olduğu kimi inqilablara səbəb olmamışdır.Onlardan lap əvvəllərdən mövcud olan qanunları və təcrübələri (tarixi təcrübələri – V.A.) nəticə çıxarmaq üçün qətiyyətlə öyrənmək olar22.Belə ki,onların tarixinə görə (tarixi təcrübələrinə görə – V.A.) hazırki hakimiyyətdə ali ruhani (Grand-Pre^tre) dövlətin birinci şəxsidir.Bu,Yaponiya və Çində də belədir.Orada imperator ona (ali ruhaniyə – V.A.) vassal kimi and içərək sədaqətli olduğunu bildirir.Hindlilər təsdiq edirlər ki,Məhəmmədilər (müsəlmanlar – V.A.) tərəfindən istila edilməzdən əvvəl onlarda da bu eynilə belə idi.Hər bir kəs bilir 18
Şardən hind imperatoru dedikdə Böyük Moğolları nəzərdə tutur.Hər üç imperiyanı Türklər idarə edirdilər(V.A.).Şardən isə türk sözünü işlətməkdən qorxur. 19 Şardən bir qayda olaraq,Məhəmməd peyğəmbəri ―yalançı peyğəmbər‖ adlandırır.Bunu xristianlığın islam dininə münasibəti və mübarizəsi kimi,türk,Səfəvi,Böyük Moğol imperatorlarının bir-birinə kin bəsləmələrini isə Avropa üçün xoş xəbər kimi qiymətləndirmək lazımdır. 20 Şardənin ―fikir‖ termini ―fəlsəfi baxış‖ kimi başa düşülməlidir. 21 Hər halda Avropa ölkələri,xüsusilə İngiltərə nəzərdə tutulur.Bax. O zaman İngiltərədə burjua inqilabı baş vermişdi. 22 Şardən burada həm islam dini (eyni zamanda Şərqdə mövcud olan bir sıra dinlərlə yanaşı) və Osmanlı, Səfəvi,Böyük Moğol kimi dövlət quruluşunu Avropadakı dövlət quruluşundan yüksək qiymətləndirir. Hətta Avropada artıq (XVII əsrdə) baş verməkdə olan inqilabların səbəbini Avropadakı dövlət quruluşunun natamamlığında,üstüörtülü olsa da,xristian dinindəki bir sıra kəsrlərdə görür. 87
ki,Qratyənlərə qədər Romada imperatorlar Roma papaları idilər23.Əhdi-ətiq apaydın öyrədir ki,əsası Musa (Musa peyğəmbər – V.A.) tərəfindən qoyulan həmin qanun yəhudi dövlətinin əsasını (hüquqi əsasını – V.A.) təşkil edirdi.Lakin əhdi-cədid24 başqa prinsiplər üzrə hökm edərək öyrədir ki,İsanın hakimiyyəti bu dünyaya (yer üzünə – V.A.) aid deyil,onun varisləri (elçiləri – V.A.) hökmdar əsası deyil,çoban dəyənəyi gəzdirməlidirlər; Səh. –14 yer üzünədə öz-özünə cazibədar titul verməyi bacaran və buna cəsarət edən hər hansı qəddar adamın iradəsindən asılı olmadan,dünyəvi hakimiyyətlər birbaşa Allahın iradəsi ilə yaradılmışdır. Altıncı qeydim ondan ibarətdir ki,farslar (müsəlmanlar – V.A.) imamların varisi və canişini hesab edilən şahın ilahi xüsusiyyətlərə malik olduğuna – onlara xəstəlikləri sağalda bilmək vergisi verildiyinə inanırlar.Mən xəstələrin onun ayaqlarına düşdüyünü,şahın keçdiyi yolda dayanıb əllərində tutduqları bir fincan suya şahdan barmaqlarını toxundurmağı xahiş etdiklərini və bundan sonra suyun kifayət qədər müalicə xüsusiyyəti (tütyə – V.A.) qazanacağını ucadan qışqırdıqlarını görmüşəm.Mən bunu ilk dəfə 1666-cı ildə Hirkanda – şah orada olanda görmüşəm.O,(şah – V.A.) eşikağası (le premier Mai^tre d’ho^tel) səviyyəsində olan qapıçıbaşının (Grand Portier) təqdim etdiyi fincanı götürdü.O, (şah – V.A.) ona (fincana – V.A.) sağ əlinin şəhadət və orta barmağını saldı,bir azdan sonra baş barmağını da salıb suyu çalxaladı; fincan xəstəyə verilən kimi,xəstə onu acgözlüklə başına çəkdi.Hər kəsə belə dərman qismət olmur.Belə dərmanı nüfuzlu adamların razılığı sayəsində əldə edirlər,yoxsa o hər deyəndə ələ düşən şey deyil. 23
Romada papanın dünyəvi hakimiyyəti 756-cı ildə papa vilayətinin yaranması ilə,onun süqutu isə XVI əsrdəki müharibələr və islahatlarla bağlıdır. 24 Əhdi-ətiq Bibliyanın xristianlıqdan əvvəl yazıya alınan hissəsi,Əhdi-cədidi isə İncildən və s. xristian kitablarından ibarət hissəsidir.
88
II fəsil Dövlətin təbiəti haqqında Qədim fars monarxiyasının Məhəmmədilər (müsəlmanlar) 25 26 dağıdılmasından ta Şah Abbasadək təxminən doqquz yüz il keçir27.Fars
tərəfindən
Səh.–15 (Səfəvi imperiyası – V.A.) qarışıqlıqla və özbaşınalıqla dolu bir ölkəyə çevrilmişdi; orada hökmdarlar tez-tez dəyişilirdi.Bu məşhur şahzadə (Şah I Abbas – V.A.) başına tac qoyanda bu ölkə başdan-başa dağıdılmış,əgər belə demək mümkünsə,tikə-tikə doğranmış bir imperiya idi.Belə ki,o,(Səfəvi imperiyası – V.A.) iyirmidən çox şahzadə arasında bölüşdürülmüşdü.Onlardan (şahzadələrdən – V.A.) hər biri özünü qəsb etdiyi ərazinin suveren hökmdarı hesab edirdi.Çünki onlar,nəticə etibarilə,həmin yerləri istila etmişdilər.Elə bil ki,bu ölkə onlar üçün xarici bir ölkə idi.O vaxtadək fars dövləti (Səfəvi dövləti – V.A.) kifayət qədər sakit və kifayət qədər ədalətli dövlət idi.Nüfuzlu adamların nəzərində,şahlar (Şah I Abbasaqədərki şahlar – V.A.) orada (Səfəvi imperiyasında – V.A.) indiki şahlar kimi dəbdəbə ilə deyil,təmkinsiz (zəhmsiz) bir həyat sürürdülər.Ordu onlara (Şah I Abbasaqədərki şahlara – V.A.) qarşı dayanırdı.Göründüyü kimi,Türkiyədə hökmdarlar ordu tərəfindən tez-tez taxtdan salınır,bəzən qətlə də yetirilirlər28.Lakin Abbas (Şah I Abbas – V.A.) taxt-taca sahib olma hüququndan istifadə edərək,şahlığın keçmişdə olduğu kimi29 parçalanmasına mane olmaq bəhanəsilə bir tərəfdən köhnə hərbi hissələri məhv etmək,bir tərəfdən də ölkənin nüfuzlu ailələrini aradan götürməklə ölkəni bütünlüklə özünə tabe etməyi və ələ almağı qət etdi.O cümlədən bu ailələrin hamısı qorçular30(Courtches) nəslindəndirlər.Onlar böyük istilaları və məşhur fəthləri ilə tanınan türkmənlər və ya sarasinlərdir31.(Turcomans,ou Sarrasins).Onlar qarşılıqlı surətdə birbirini qoruyaraq elə sıx birləşmişdilər ki,onları şahlığın əsil sahibləri adlandırmaq olardı.Şah I Abbas onları əymək üçün bu üsula əl atdı.O,(Şah I Abbas – V.A.) sarayı və ordu hissələrini Farsın (Səfəvi imperiyasının – V.A.) şimal ucqarlarında
25
Ərəblər tərəfindən işğal edilən Sasani dövləti III Yezdəgirdin (632–651/52) dövründə süquta uğramışdır. 26 Şardən burada Şah I Abbası nəzərdə tutur,lakin o,Şah I Abbası nədənsə bu dəfə Böyük Abbas (Abas le Grand) adlandırmır. 27 Dəqiq hesablamaya görə 652-ci ildən ta 1587–1629-cu illərədək 1000 ilə yaxın bir vaxt keçmiş olur (V.A.).Şardən burada qeyri-dəqiqliyə yol vermişdir. 28 Osmanlı imperiyası ilə Səfəvi imperiyasını qarşı-qarşıya qoymaq Avropa ölkələrinin Şərq siyasətində aparıcı xətt olmuşdur.Şardən siyasi missiyasını yerinə yetirmək üçün Türkiyəni tənqid etmək üçün ən xırda detallara belə əl atır (V.A.). 29 Məhəmməd Xudabəndə (1578–1587) dövrü nəzərdə tutulur (V.A.). 30 Qorçu termini şahın mühafizə dəstələri mənasında işlənir.Daha geniş məlumat üçün bax: Ş.Fərzəliyev. ―Azərbaycan XV–XVI əsrlərdə‖. Səh.63–68. B.–1983. 31 Orta əsrlərdə qərblilər Afrika müsəlmanlarına sarasin deyirdilər,lakin Şardənin sarasin və ya türkmən adlandırdığı tayfalar səlcuqlarla birlikdə Orta Asiyadan gəlmiş tayfalardır.Bu tayfanın nümayəndələrinin əksəriyyəti Ön Asiyada məskunlaşdığı üçün və ya onlar Səfəvi imperiyasında qərbdən gələn tayfalar kimi tanındıqlarından Şardən onları sarasən adlandırır.(V.A.)
Səh. – 16 – Gürcüstanda və İberiyada32 başqa ətraf ölkələrdə yaşayan,lakin imperiyanın yaradılmasında iştirak edən,nəticədə onun sahiblərinə çevrilən bu qorçulara (türkmən 89
tayfalarına – V.A.) – köhnə və alovlu müsəlmanlara qarşı barışmaz kin-küdurət bəsləyən mənşəcə xristian əhali ilə doldurdu.O,(şah I Abbas – V.A.) bu xalqları (xristian xalqları – V.A.) irəli çəkmək və iltifat göstərməklə cəlb edirdi.O,( Şah I Abbas – V.A.) bunları (xristianları – V.A.) hədiyyə verməklə,hərbi nazirliyə götürməklə böyük vəzifələrə qoyurdu.Onun (şah I Abbasın – V.A.) qullarının əksəriyyəti bunlardan (xristianlardan – V.A.) ibarət idi.Tamamilə ağıllı və cəsarətli hesab etdiyi xristianları lap yuxarı vəzifələrə qaldırırdı.O, (Şah I Abbas – V.A.) daha da irəli gedərək öz məqsədini büruzə verməyə başladı,müharibə etmək üçün onlardan (xristianlardan – V.A.) ibarət on iki minlik bir korpus yaratdı; açıq-aşkar mülki və dini qanunları bilib-bilməməyin vacib olmadığı siyasi hakimiyyətdə və hərbi nazirlikdə bir sıra vəzifələri onlara verdi33. Bir sözlə,xaricilər (xristianlar – V.A.) artdıqca köhnə və nüfuzlu farsları (müsəlmanları – V.A.)34 bəzilərini etibarsız hesab etməklə,bəzilərini vəzifədən uzaqlaşdırmaqla,ən tədbirli,ən cəsurlarını birbirindən ayrı salıb səpələmək məqsədilə zəiflədir,hətta cəsarət edib bəzilərini edam etdirirdi.Abbas fars əyanlarının35 – bu cəsarətli tayfanın boğazını basan kimi,bütövlükdə hakim rütbəsində olan ruhaniləri kölə vəziyyətinə saldı.Bütün Məhəmmədi (müsəlman – V.A.) ölkələrində din və məhkəmə ayrılmazdır.Və nəhayət,birincisi,o (şah I Abbas – V.A.) öz növbəsində xaricilər (xristianlar – V.A.) və tamamilə əks dindən olan ruhanilərlə Səh. – 17 xalqı (müsəlman xalqı – V.A.) qarışdırmaqla onları (müsəlman türkləri – V.A.)
32
Şardənin zamanında Qərbi Gürcüstan Osmanlı,Şərqi Gürcüstan isə Səfəvi imperiyası arasında bölüşdürülmüşdü.Burada Gürcüstan termininin işlədilməsi onun göstərir ki,Səfəvi ordusunda həm də Qərbi Gürcüstanın xristian əhalisi qulluq edirmiş.(V.A.) 33 Şah I Abbas hakimiyyətə gələrkən Şirvan,Dərbənd,Naxçıvan və Yerevan,Qarabağ və Gəncə,Təbriz,Maku,Urmiya,Xoy,Səlmas,bir sözlə,Azərbaycanın çox hissəsi Osmanlı imperiyasına qatılmışdı.1578-ci ildən 1603-cü ilə qədər belə idi.1639-cu ildə başa çatan Səfəvi-Osmanlı müharibələrinin səbəbi də məhz Azərbaycanı əldə etmək idi.Şah I Abbas ata-babalarının tarixi təcrübəsinə əsasən başa düşmüşdü ki,Osmanlı ordusu ilə Azərbaycan ordusunu üz-üzə qoymaq qəti qələbəyə təminat verməyəcəkdir.Dil,din,adət-ənənə birliyi Azərbaycan və Osmanlı türkünü birləşdirir.Əsli-nəsli azərbaycanlı olsa da,Şah I Abbası başına qoyduğu Səfəvi tacını qorumaq düşündürürdü.Bu işdə onun dayaq nöqtəsi fars xalqı,müsəlmanlara qarşı barışmaz kin bəsləyən xristianlar – gürcülər,ermənilər,çərkəslər və s. idilər.Buna görə də şah I Abbas şəxsi qullarını,yəni qulamlarını xristianlar arasından seçirdi.Onlara qulamşah deyirdilər.(Ətraflı məlumat üçün bax. Şardən. I cild. Səh. 241–242.) Şah I Abbas əldə etdiyi taxt-tacı qorumaq üçün Səfəvi imperiyasını yaradan,hətta onun özünü şahlıq taxtına çıxaran türk tayfa başçılarını – əmirləri aradan götürməli idi.Artıq Səfəvi sarayına yol tapmış Avropa siyasəti isə bir güllə ilə üç dovşan vururdu.Osmanlı,Səfəvi,Böyük Moğol hökmdarlarını bir-birinin üzərinə salışdırırdı.Şah I Abbas böyük fateh olsa da,milli heysiyyətdən uzaq idi.Bunu onun türkmən tayfası şəxsində bütün türk tayfalarına münasibəti bir daha sübut edir.(Daha ətraflı məlumat üçün bax. A.A.Raxmani. ―Tarix-i alam aray-i Abbasi kak istoçnik po istorii Azerbaydjana‖. Səh.82–88. B.– 1960.Ş.Fərzəliyev.‖Azərbaycan XV–XVI əsrlərdə‖.səh.63–68.B.– 1983) Əlavə olaraq qeyd edim ki,1598-ci ildə paytaxtın Qəzvindən İsfahana köçürülməsi də,bir tərəfdən siyasi vəziyyətlə,digər tərəfdən şah I Abbasın azərbaycanlılara etibar etməməsi ilə bağlıdır.Beləliklə, Azərbaycan Səfəvi dövləti şah I Abbasın islahatları nəticəsində fars səfəvi dövlətinə çevrilir. 34 Şardən burada fars (müsəlman –V.A.) termini işlətsə də,hakimiyyətdən uzaqlaşdırılan türk əmirlərini nəzərdə tutur. 35 Yenə türk əmirləri nəzərdə tutulur.
alçaltdı.İkincisi,düşmən (Osmanlı – V.A.)36 tərəfindən sərhədlərin pozulmasının qarşısını almaq bəhanəsi ilə sərhədləri (sərhəd rayonlarını – V.A.)37 dağıdaraq səhraya çevirdi38.O, oradan (sərhəd rayonlarından – V.A.) bir dəfəyə iyirmi-otuz min sakini doğma ölkəsindən 90
iki və ya üz yüz lyö39 uzağa köçürtdü.Onların hamısı demək olar ki,xristian – gürcü və ermənilər idilər40.Bu yol ilə Böyük Abbas (şah I Abbas – V.A.) despot və azğın bir dövləti qabağa çıxartdı,lakin o,böyük müharibələrə səfərbər olunarkən böyük əmirlərə (Grands Seigneurs – burada təcrübəli sərkərdə mənasında – V.A.) ehtiyacı olduğu üçün ölkənin nüfuzlu şəxslərini qırıb-çatmaq kimi son tədbirə əl atmağa cəsarət etmədi.Lakin onun varisi Səfi (şah Səfi – V.A.) ordunun və mülki hakimiyyətin ən nüfuzlu adamlarını qətl etdirdi,bütün şahlığı boyunca adamların qanını su kimi axıtdı.Bu,belədir ki,fars şahları (Səfəvi şahları – V.A.) mütləq hakimiyyətin,indicə deyəcəyim kimi,gəlib bu nöqtəsinə çatdılar.Bu nöqtədə onlar elə bir zəhmət çəkmədən və böyük məharət göstərmədən birbirini müdafiə edə bilirlər41.Belə ki,mənşəcə qul,hakimiyyətdə həqiqi xaricilər hesab edilən, şahlıqla və öz-özləri ilə heç bir əlaqəsi olmayan gürcülər və ermənilərə dövləti idarə etmək42 həvalə olunur.Onların əksəriyyəti haralı olduqlarını,kimdən olduqlarını heç ağlına gətirmirlər.Bir tərəfdən azad olmaq üçün hərəkətə gəlmirlər,bir yandan da sui-qəsd və konspirasiya sahəsində qabiliyyətsizdirlər43.Öz aralarında heç bir əlaqəsi olmayan bu adamlar (gürcülər və iberiyalılar – V.A.) birləşib ya xilas olmaq üçün,ya da onları (yüksək vəzifəli xristianları – V.A.) taxt-taca qaldırmaq üçün üsyan qaldırmırlar.Son fars şahları44 Səh. – 18 öz əcdadının (Şah I Abbasın – V.A.) siyasətini davam etdirərək,köhnə fars ordusunu (türk tayfalarından ibarət ordunu – V.A.) həmişə məşğələlərdən kənarda
36
XVII əsr üçün Osmanlı imperiyası həm də Avropa ölkələrinin düşməni idi.(V.A.) Burada Osmanlı ilə həmsərhədd olan ərazilər nəzərdə tutulur. 38 Şah I Abbas sərhəd rayonlarını xaraba qoymaqla həm Osmanlı qoşunlarının qarşısını almaq,həm də Azərbaycan türklərindən hayıfını çıxmaq məqsədi güdürdü .Çünki siyasi hakimiyyətində əsasən farslara istinad edirdi. 39 Lyö – Fransada 4,5 km-ə bərabər qədim uzunluq ölçüsü.Dəqiq ölçüsü 4444 metrdir. 40 Xristianların müsəlmanlaşması prosesi ilə tanış olmaq üçün bax. A.A.Raxmani. Gös. əsəri. səh.82– 88. 41 Yəni mütləq hakimiyyətin bu nöqtəsində taxt-tac uğrunda mübarizə apara biləcək qüvvələr tükənir.Varis olan şəxs asanlıqla taxt-taca yiyələnir.(V.A.) 42 Burada İberiya,Kaxetiya və s. yerlərin idarə olunmasından söhbət gedir.(V.A.) 43 Budur,fransız səyyahının əsil məqsədi gün kimi aydındır.O,şah I Abbası ona görə Böyük Abbas adlandırır ki,onun siyasəti Osmanlı və Azərbaycan türklərinə qarşı çevrilmişdir.Osmanlı isə bütün Avropanın düşmənidir,çünki qüdrətli dövlətdir.Şah I Abbas Osmanlıya qarşı durduğu üçün Avropanın dostudur.Bu rəğbət isə məqsədli rəğbətdir.Axı, şah I Abbas,Şah Səfi və b. tərəfindən dövlətin idarə olunmasına cəlb edilən xristianlar heç olmasa sui-qəsd hesabına Səfəvi imperiyasını xristian imperiyasına çevirə bilərdilər.Şardən elə buna təəssüf edir.Zaqafqaziyada milli ədavətin köklərindən danışarkən,Avropa ölkələrinin Şərq siyasətindəki bu cəhəti nəzərə almaq lazımdır.Burada onu da nəzərə almaq lazımdır ki,Avropa səyyahlarına müsəlman ölkələrini zəiflətmək və ya onların zəif cəhətlərini müəyyən etmək bir missiya kimi tapşırılırdı.(V.A.) 44 Şardən şah I Abbasdan sonra taxta çıxmış Şah Səfi,Şah II Abbas,Şah III Süleyman(1666–1694) və Şah Hüseyni (1694–1722) nəzərdə tutur.Çünki istifadə etdiyimiz mənbəə 1711-ci ildə bu ―səyahətnamə‖nin müəllifi Şardənin redaktorluğu ilə Amsterdamda nəşr edilmişdir.(V.A.) Şardən həmin ərəfədə İngiltərədə yaşasa da,Şərq ölkələri ilə müntəzəm maraqlanırdı.Və bu,artıq o dövr idi ki,Səfəvi imperiyası son günlərini yaşayır,Osmanlı isə zəifləməkdə idi.‖Səyahətnamə‖nin tam nəşri Şərq ölkələrini mənimsəməkdə Avropa ölkələri üçün ən etibarlı məsləhətçi rolunu ifa edirdi.(V.A.) 37
91
saxlayır,bu orduya rəğbət bəsləyənlərə təbii və haqlı antipatiya bəsləyir,yeni ordunu isə gürcülərdən təşkil edirdilər.Yaşlı farslar (hər halda yaşlı müsəlman Azərbaycan türkləri – V.A.) ölkəyə (Səfəvi sarayına – V.A.) yeni gəlmiş gürcü qullara (qulam və qulamşahlara – V.A.) xüsusilə barışmaz kin bəsləyirlər.Onlar (yaşlı müsəlman türklər – V.A.) onları ―qara oğlu‖ (Kara ogli) adlandırırlar ki,mənası ―təhkimli nəsli‖ (rase de serf) deməkdir45. Hal-hazırda (XVII əsrin II yarısında – V.A.) fars (Səfəvi – V.A.) üsul-idarəsi mütləq monarxiya üsul-idarəsi olub,despotluqdan ibarətdir.Burada dini və dünyəvi hakimiyyət bütünlüklə ömrü boyu təbəələrinin də mal-mülkünün sahibi olan yeganə bir şəxsin – şahənşahın əlində cəmlənmişdir.Qətiyyətlə demək olar ki,dünyanın heç bir hökmdarı fars şahı (Səfəvi şahı – V.A.) kimi mütləq hakim deyildir.Belə ki,bir qayda olaraq onun dediyinin fərqinə varmadan,şəraiti nəzərə almadan,onun əmrləri gün kimi aydın olsa da,əksər vaxtlarda olduğu kimi bu əmrlərdə heç bir ədalət deyilən şey,ümumiyyətlə,mənafilan olmasa da,dəqiqliklə yerinə yetirirlər.Şahzadə əmr etdimi,elə o dəqiqə onun dediklərini bütünlüklə,hətta o,sərxoş olub nə etdiyini,nə dediyini bilməsə də,icra edirlər; fars şahları (Səfəvi şahları – V.A.) bir əsrdir ki,belə bir bolluğa düşmüşlər.Ağızla deyilən bir söz və ya bir göz işarəsi ilə onlarda (şah xidmətçilərində – V.A.) yaranan fantaziya çevikliyini,ən adlı-sanlı,ən hörmətli adamları elə o dəqiqə yıxıb malından,canından etmələrini,onların (Səfəvi şahlarının – V.A.) şıltaqlıqlarının qeyri-adiliklərini nə onların ləyaqəti,nə doğruculluğu,nə qeyrəti,nə göstərdikləri xidmətləri – heç nə ilə ört-basdır etmək olmaz.Bütün bunlar təqsirləndirməni Səh.–19 təsdiq etmək üçün heç bir qayğı,heç bir məhkəmə prosesi tələb etmir.Bu halda şahənşahın fars (Səfəvi – V.A.) şahı kimi mütləq olması çox lazımdır.Amma bununla belə,demək olar ki,türklərin və farsların46 (Səfəvilərin – V.A.) idarə sistemi təxminən eynidir; onların dini də,əslində soy-kökü də eynidir47.Lakin türk hökmdarı,fars (Səfəvi) hökmdarı qədər müstəqil deyildir.Belə ki,məsələn,türk imperatoru hər hansı bir nüfuzlu şəxs haqqında Müfti(Muphty)48 ilə məsləhətləşmədən ölüm hökmü vermir.Fars imperatoru isə əksinə,kiminləsə məsləhət etməkdən çox uzaqdır,onun verdiyi ölüm hökmləri o qədər çox vaxt aparır ki,düşünmək üçün boş vaxt qalmır.Bununla belə,adama elə gəlir ki,orada (Türkiyədə) tamamilə başqa cür olacaqdır.Fars (Səfəvi) imperiyasından fərqli olaraq,türk imperiyası daha az sıxlaşmış və daha az birləşmiş hissələrdən (dini və dünyəvi
45
Səfəvi sarayında qulluq göstərən gürcü və s. xristian gənclərin ―qara oğlu‖ adlanmasına ilk dəfədir rast gəlinir.Bu ifadədəki ―qara‖ sözü Azərbaycan dilindəki ―qara‖ sözünün məna çalarları ilə deyil,nağıl və əfsanələrdəki ―qara qul‖ ifadəsi ilə izah edilməlidir.‖Qara oğlu‖,yəni ―qul oğlu‖ və ya ―qul oğlu qul‖.(V.A.) 46 Avropa siyasəti Osmanlı ilə Səfəvi imperiyasını qarşı-qarşıya qoymaq üçün həmişə Səfəvi imperiyasını təmiz fars imperiyası kimi təqdim edir.Halbuki bu imperiyanı da türk tayfaları yaratmışdılar.Səfəvi şahları da mənşəcə türk idilər.Bu imperiyanın əhalisinin və ərazisinin çox böyük hissəsi türk (Azərbaycan) tayfalarının payına düşürdü.(V.A.) 47 Axır ki,Şardən həqiqəti deməyə məcbur olub,Səfəvilərlə Osmanlıların eyni soy-kökdən olduqlarını etiraf edir.Deməli,Səfəvilərin fars,Səfəvi imperiyasının isə fars imperiyası olmadığı da Şardənə məlumdur,lakin Avropa siyasətinə xidmət onu da yalan danışmağa vadar edir. 48 Şardən Müfti sözünü ―dinin papası‖ (Grand Pontife de la Religion) termini ilə izah edir.
92
hökmdarlıqdan) təşkil edildiyi üçün onlar (türklər) icra etdirəcəkləri əmrlərin tez yerinə yetirilməsinin vacibliyinə istinad edə biləcəklər49. Fars şahının kiçicik bir şıltaqlıq üzündən öz təbəələrini,indicə yuxarıda dediyim kimi, malından və canından etməsi ancaq sarayın nüfuzlu şəxslərinə,daha çox onun (şahın – V.A.) əzizlərinə və istəklilərinə aiddir.Sadə xalqdan fərqli olaraq,bu (yüksək – V.A.) təbəqədən olan şəxslər arasında kinli və qanlı macəralar baş verir.Hökmdarın qəzəbi ora qədər (sadə xalqa qədər – V.A.) gedib çatmır.Xatırlayıram ki,bir gün Rüstəm xan adlı bir əyan şahı görüb çıxdıqdan sonra Səh.–20 şən bir görünüşlə içəri daxil oldu,güzgünü götürüb gülümsəyə-gülümsəyə çalmasının yoxladı və sonra mənə dedi: – Hər dəfə şahın yanından çıxan kimi çiyinlərim üzərində qalıb-qalmadığını yoxlamaq üçün başımı əlləşdirir,evə sağ-salamat qayıtmağımı bilmək üçün,hətta,güzgüdə başıma baxıram. Həqiqətən də,şah qəzəbli və ya lül-qənbər (ou dans le vin) olanda onun yanındakılardan biri nə malından,nə canından arxayın olur.O,(Səfəvi hökmdarı – V.A.) anbaan nazirlərə və əzizlərinə mərhəmət göstərmir.O, əl-ayaq, burun-qulaq kəsdirir, öldürtdürür.Kiçicik bir şıltaqlıq nəticəsində,gəzintinin əvvəlində ən əziz müşayiətçisi olan şəxs gəzintinin sonunda onun (şahın – V.A.) qəzəbinin qurbanı olur.Farsların (müsəlmanların – V.A.) elan edilməyən (çəkilməyə layiq – V.A.) məsələləri vardır: – Şah üzünüzə gülümsəyirsə,çox da qürrələnməyin,bu,həqiqi gülümsəmə deyil,bu,sizə öz pələng dişlərini göstərmək üçündür.Saray əhlindən ən nüfuzlu əyanlardan savayı,heç kəsdən eşitməmişəm və heç vaxt görməmişəm ki,şah heç bir səbəb olmadan şəxsən bir kəsi ağır təhqir etmiş olsun. Bununla belə,bu saray əhli təhlükədə olduqda az da olsa,mütləq və sonsuz nüfuza malik olmalarına baxmayaraq,havadar dalınca qaçmırlar.Onlar digər bəşəri səfalətlərə dözdükləri kimi,bunu əvvəlcədən hiss etmədən burunlarını bu çirkin xidmətlərə dürtürlər.Bunlar azadlığın qiymətini anlamaq qabiliyyəti olan adamlar deyillər.Əksinə, böyük fars (müsəlman – V.A.) əyanları hər hansı bir çılğınlığa qarşı əyanların malını və canını qoruyub saxlamağa zəmanət verən nüfuza və qanunlara malik olan Səh.–21 xoşbəxt Avropa ölkələri haqqında eşidərkən bu ölkədəki səadətə həsəd aparırlar.Başqa həyat (Avropa həyatı – V.A.) barədə nə qədər danışsan da,onların əksəriyyətini bu həyatdan (Şərq həyatından – V.A.) ayırmaq mümkün deyildir50. Yerdə qalanına gəldikdə isə,despot və azğın bir dövlət olmasına baxmayaraq,Fars (Səfəvi – V.A.) dövlətinin həqiqi hərbiləşmiş dövlət olmasına təəccüblənmək lazım deyildir.Fars monarxiyasının51 Məhəmmədilər tərəfindən dağıdılmasından min ildən çox keçməsinə baxmayaraq,Fars52 istilalara məruz qalan bir ölkə olaraq qalır.Ərəblər onu 49
Şardən uzaq görən səyyah-alim idi.O yaxşı başa düşürdü ki,Osmanlı imperiyası öz inkişafında Səfəvi imperiyasını qabaqlayacaqdır.Şardən Avropa ölkələrinin diqqətini buna yönəldirdi ki,Səfəvi imperiyasının yıxılacağına ümid bəsləmək və gələcəkdə onu mənimsəmək,müstəmləkəyə çevirmək daha realdır. 50 Burada Avropanın Şərq siyasəti daha qabarıq görünür.Deməli,fransız səyyahının yerinə yetirəcəyi missiyalardan biri də Səfəvi əyanlarını Ali hakimiyyətdən narazı salmaq,onlarda Avropa idarə sistemi və dövlət quruluşuna rəğbət oyatmaq imiş. (V.A.) 51 Sasanilər dövrü (III–VII əsrlər) nəzərdə tutulur.(V.A.) 52 Burada ―Fars‖ sözü ―İran‖ kimi başa düşülməlidir.III Yezdəgirdin ərəblərə məğlubiyyətindən sonra heç bir fars sülaləsi hakimiyyət başına gəlməmişdir.
(İranı – V.A.) istila etdikdən bir az sonra Məhəmməd53,türklər54 və ya daha sonra tatarlar55
93
da istila etdilər.Hal-hazırda bu ölkəyə sahib olanlar mənşəcə ərəb olan şah nəslidir56, ölkənin köklü sakinləri və köhnə ordu mənşəcə tatarlardan (türklərdən – V.A.) yeni ordu isə mənşəcə gürcülərdən ibarətdir.Belə ki,hər bir kəs hərbi hakimiyyətin despot və azğın olduğunu bilir. Yuxarıda mən fars (Səfəvi – V.A.) xalqının şah hakimiyyətinə qarşı tam itaətkar olduğuna bir söz ilə toxunmuşdum və bunun şüurlu itaətkarlıq olduğunu qeyd etmişdim.Xalq inanır ki,dinə qarşı çevrilən əmrlərindən başqa,şahın hər bir əmrinə itaət etmək,hökmdar tərəfindən deyilən hər bir kiçik söz uğrunda malından və canından keçmək lazımdır.Onlar elə təsəvvür edirlər ki,Allah öz əmrlərini birbaşa şahın ağzı ilə deyir.Bu qeyri-adi inama uyğun olaraq,burada qeyd edim ki,onlar (müsəlmanlar – V.A.) şahın əmrlərini fəaliyyətdə olan qanunlardan daha üstün tuturlar; əgər şah ölüm hökmü veribsə,oğul atanın və ya ata oğulun cəlladına Səh.–22 çevrilir.Bayaq toxunduğum kimi,başqa bir tərəfdən isə şah dinə toxunan əmrlər verəndə onun əmrləri müqəddəs qanunlardan aşağı tutulur.Bəzən elə olur ki,şah əmr versə də,dini qanunu pozmaqdansa,cəza almağı üstün tutaraq nəticə etibarilə bu əmrləri qətiyyən yerinə yetirmirlər.Otuz ildən çox ən əhəmiyyətli əyalətlərin57 hakimi58 və ordu generalı olduqdan sonra iyirmi ilə yaxın şahlığın baş naziri (olan bir şəxs) nazirlikdəki fəaliyyətinin ilk illərində heç vaxt əqidəsindən dönmədiyi üçün şah tərəfindən təqibə məruz qalırdı.Şah onu şərab içməyə məcbur etmək istəyərək ona deyirdi: ―Nə üçün bu sarayda təkcə siz mənimlə içməkdən imtina etmək istəyirsiniz?‖ Həqiqətdə isə yuxarıda haqqında danışdığımız kimi şaha təkcə o müqavimət göstərirdi.Sözə uyan digər saray əhlini isə ruhanilər öz sıralarından xaric edirdilər.O cavab verirdi: ―Mən hacıyam59,mən Məkkəyə ziyarətə getmişəm.Allah qanununu pozub içə bilmərəm.‖ Şah söz atırdı: ―Sizin kimi minlərlə adam içə-içə ziyarət etmişlər.Sizin şahınızın hakiminin əmri ilə için‖.Lakin bu ağıllı nazir həmişə bir qayda olaraq dini heysiyyətini təkidlə qoruyurdu.Bir neçə dəfə şahın onu min cürə ağır təhqir etdiyini,altı-yeddi saat onu süfrə arxasında qalmağa məcbur etdiyini gördüm.O (şah – V.A.) onun başına,üzünə şərab tullatdırır,köynəyinin boynuna və zorla ağzına şərab tökdürürdü.Bütün bunlar gülə-gülə,eyş-işrətin qızğın çağında edilir,
53
Məhəmməd Təpər (1105–1117)-İraq səlcuqiləri sülaləsinin banisi nəzərdə tutulur.(V.A.) İranın türklər tərəfindən xatırlanan dövrdə istilası 1040-cı il mayın 24-də Qəznə sultanı Məsud üzərində qələbə,1055-ci ildə Bağdadın tutulması və xəlifə tərəfindən I Toğrulun hakimiyyətinin təsdiq edilməsi İranda və Kiçik Asiyada türk hökmranlığını möhkəmləndirdi.(Bax.Z.Bünyadov. ―Azərbaycan Atabəylər dövləti‖. Səh.–5,Bakı–1985. 55 Monqol-tatar istilası nəzərdə tutulur(1221–1235-ci illər).(Əlavə məlumat üçün bax. Z.Bünyadov.Göstərilən əsəri səh.112–135.B.–1985) 56 Şardən burada Şeyx Səfi nəslini,bu nəslin peyğəmbərin varisi Əli ilə qohumluğunu nəzərdə tutsa da,bilə-bilə təhrifə yol verir.(V.A.) 57 Səfəvilər dövründə ölkənin bəylərbəyiliklərə bölündüyünü nəzərə alsaq,‖əyalət‖ sözünü ―bəylərbəyilik‖ kimi başa düşməliyik.(V.A.) 58 Burada ―hakim‖ sözü də ―bəylərbəyi‖ kimi başa düşülməlidir.(V.A.) 59 Le suis Agy... Burada hacı (Agy) sözünün fransızca yazılışı diqqəti cəlb edir.Şardən hacı (Agy) sözünə ―h‖ hərfi əlavə edib,onu ―Hagy‖ şəklində yazmır.Deməli,Şardən Şərq mənşəli titulları tələffüzə uyğun şəkildə yazmağı da daha üstün tutmur.(V.A.) 54
94
Səh.–23 nazir isə təəccüblənib-eləmədən sakitcə bu sui-istifadəni özündən uzaqlaşdırır və həmişə içməkdən imtina edirdi.İki-üç dəfə elə oldu ki,şah onu ölümlə hədələdi,onda hər biri (şahın məiyyətinin hər biri – V.A.) onun (baş nazirin – V.A.) ayaqlarına yıxılaraq deyirdi: – Ağa,bir fincan şərab içmək özü öz ölümünə bais olmaqdan daha yaxşı deyilmi? O (baş nazir – V.A.) isə deyirdi: ―Şah mənim müqəddəratımı həll etmək ixtiyarına malik olsa da,mənim dinim barədə onun belə bir hüququ yoxdur.Buna görə də,onun (şahın – V.A.) məni içirməyindənsə,məni öldürtməsini daha çox istəyirəm‖.Bu müdrik nazir (baş nazir – V.A.) gözdən salındı və bir neçə dəfə vəzifəsindən uzaqlaşdırıldı,lakin axırda onun dini təəssübkeşliyi Sahibinin (şahın – V.A.) qəzəbinə üstün gəldi.O yenidən şan-şöhrətə mindi və bundan sonra bir daha şərab içməyə təhrik edilmədi. Ümumiyyətlə,bir çox səbəblərdən bizdə (Avropada – V.A.) Şərq dövlətlərini,xüsusilə fars (Səfəvi – V.A.) və Türkiyə (Osmanlı – V.A.) dövlətlərini qəddar dövlətlər adlandırırlar60.Başqa bir yerdə danışdığım üçün qətiyyən bu barədə61 danışmayacağam,bu ―Əlaqəni‖62 oxuyacaq adamlara məlumat verirəm ki,bu barədə verdiyim məlumat,əlbəttə, çox azdır.Bununla belə,deyəcəyəm ki,mənim fikrimcə,Fars (Səfəvi – V.A.) dövlətinin tiran dövlətlər cərgəsinə aid edilməsinin səbəbi hakimlərə (bəylərbəyilərə – V.A.),əyalət intendantlarına63 və başqa dövlət xadimlərinə qarşı məhkəmə prosesi qaldırılanda ədalət qanunlarını nəzərə almamaq adətidir.Lakin idarəetmə tərzi iddia edir ki,ədalət qanunları və məhkəmə prosesi ilə hərəkət etmək dövlət üçün təhlükəli olduqda,şahlığın sərhəd zonasının əyalət hakimini (bəylərbəyini – V.A.) yerindəcə edam etmək üçün adam göndərdikdə Səh.–24 qanunların üzərindən keçmək vacibdir.Bu hakimlər (sərhəd zonalarının bəylərbəyiləri – V.A.)bütöv bir ordunun başında durur,saraydan üç və ya dörd yüz lyö uzaqda yerləşirlər.Onları günahlandırmaq,qanun üzrə mühakimə etmək təhlükəli olar, bu,onların əlinə üsyan etmək və ya qaçmaq üçün vaxt imkanı verə bilərdi.Ölkənin siyasəti imperiyanın genişliyini nəzərə alaraq edam əmrlərinin tez-tələsik yerinə yetirilməsini tələb edir.Əks halda zalım nazirlər (bəylərbəyilər – V.A.) gizli əmr verməyə vaxt tapar, əvvəlcədən üsyana qalxar,onları cəzalandırmaq qeyri-mümkün olar. Təqsirləndirdikləri hakimin və ya intendantın cinayətkar olmasına əmin deyildirlərsə, adətən,onu həbs etmək üçün adam göndərirlər,onu sarayda mühakimə edirlər; onun cinayətkar olduğuna əmin olan kimi,ona günahına uyğun cəza verirlər və ya hökmü yerinə yetirmək üçün onun olduğu yerə adam göndərirlər.Bu kimi fövqəladə vəziyyətlərdən başqa,fars hökmdarı mülki hüquq və qanunlar üzrə hərəkət edir,təbəələrinin adət-ənənələrinə64 daim hörmət
60
Elə buradan görünür ki,Avropa ölkələri həm Səfəvi,həm də Osmanlı imperiyalarına eyni cür münasibət bəsləyirlər,hər iki imperiyanı zəiflətmək istəyirlər.Məsələ ondadır ki,XVII əsrdə Səfəvi şahları daha çox siyasi kütlük göstərərək Avropa təsirinə qapılırdılar.Avropa ölkələri bundan məharətlə istifadə edir,onları bir-birinin üzərinə salışdırmağa cəhd edirdilər.(V.A.) 61 Şardən Səfəvi və Osmanlı imperiyalarının tiranlıq xüsusiyyətlərini nəzərdə tutur.(V.A.) 62 Şardən ―Səyahətnamə‖sini həm də ―Əlaqə‖ adlandırır.(V.A.) 63 İntendant silahlı qüvvələrdə ərzaq,silah,nəqliyyat,təsərrüfat müxəlləfatı və s. təchizatı,həmçinin şəxsi heyətin mənzil və məişət işləri ilə məşğul olan şəxs.(Bax. ASE. IV c. səh.–471,B.–1980.) 64 Şardən burada Səfəvi imperiyasından asılı olan gürcü çarlarını nəzərdə tutur.(V.A.)
95
hissi ilə yanaşır.Bunlar müstəsna olmaqla,demişəm və yenə də deyirəm ki,hökmdarın əmrlərindən saray əhli ziyan çəkir.Adi qaydalar üzrə hərəkət etməyə məcbur olacağına inandıqda hökmdar saray əhlini satın alınma quldan da aşağı tutur.Böyük nüfuz sahiblərinin farsdakı (Səfəvi imperiyasındakı – V.A.) vəziyyəti dünyanın hər hansı başqa bir ölkəsində olduğundan daha aydın – dözüb davam gətirdikdə etibarlı,əksər hallarda isə məhvedici şəraitdir.Xalqın şəraiti isə əksinə,bir çox xristian ölkələrində olduğundan daha çox sakit və təminatlıdır.
96
III fəsil İqtisadi siyasət haqqında Səh.–25. Fars (Səfəvi – V.A.) siyasətində heç bir etibarlı metod yoxdur.Orada (Səfəvi imperiyasında – V.A.) hər şey şəraitə görə nizama salınır,hər bir böyük qərar şəxsi və xüsusi münasibət əsasında verilir.Bu,nazirləri həmişə asılı vəziyyətdə saxlamaq üçündür. Avropa ölkələrində olduğu kimi,Səfəvilərdə təsis edilib nizama salınmış Dövlət Şurası qətiyyən yoxdur.Şah,adətən,Baş nazirin və dövlətin baş məmurlarının idarəsi altında hərəkət edir.Lakin müharibə şəraitində istər müharibəyə başlamaq,istərsə də müharibəni axıra çatdırmaq olsun,şah baş məmurları bir yerə toplayır,əvvəlcə ―Qaracamea‖65 adlı kitaba,yəni gələcək inqilablar (çevriliş,üsyan,müharibə – V.A.) məcmuəsinə baxırlar. Səfəvilərə (şiə müsəlmanlara – V.A.) məxsus olan bu kitab əvvəllər Roman xalqları arasında yayılan ―Sibil işləri‖66 (les Oeuvres Des Sybiles) kitabı kimi bir kitabdır.Bu kitaba indiki hadisələr haqqında məlumat almaq üçün baxırlar.Bu kitabda doqquz mindən çox ayə vardır.(Ce livre est gros de neuf mille Vers.)Hər ayə əlli hərf olmaqla bir sətirdən ibarətdir.(Chaqu Vers comprenant une ligne de cinquantes lettres.)Bu ayələr (şer şəklində yazılmış ayələr – V.A.) hal-hazırda taxt-tac sahibi olan şah nəslinin əcdadı məşhur Şeyx Səfi tərəfindən yazılmışdır.Farslar (şiə müsəlmanlar – V.A.) qəti inanırlar ki,dünyanın sonunadək (axır zamanadək – V.A.) Asiyada baş verəcək əsas inqilabların bir hissəsi bu kitabdadır.O,(―Qaracamea‖ kitabı – V.A.) böyük bir qayğı ilə şah xəzinəsində saxlanır.Bu kitab orijinaldır,heç bir surəti və oxşarı yoxdur.Belə ki,xalq bu kitabla tanış ola Səh.–26 bilməsin deyə buna icazə vermirlər67.Bu,əsas məsləhət (... kitabı – V.A.) ―Cəngi‖(İhengui),yəni ―Hərb məsləhəti‖ (Conseil de guerre) adlanır68. Möhkəm və daimi Şura olmadığından böyüklər hərb işlərini birlikdə müzakirə edə bilmirlər.Hər gün axşam və səhər etdikləri məsləhəti də sarayın qapısı ağzında yerləşən ―keşikxana‖(kechic Kane),yəni ―qarovul evi‖(məntəqəsi) (la maison de la Garde) adlanan və bundan (məşvərətdən – V.A.) ötrü ayrılan otaqda edirlər.Böyüklər ora (keşikxanaya) yığışır,şahın saraydan (du Serrail) çıxmasını gözləyirlər.Şah adəti üzrə saraydan on birlə on iki arasında çıxır.Onlar orada (keşikxanada – V.A.) vacib hesab edilən məsələləri və şah tərəfindən nə barədə əmr verilməsinin lazım olduğunu müzakirə edirlər.Şah adətən cavab verməli olduğu xahiş və şikayətləri və görüləsi işlərin siyahısını ora (keşikxanaya –
65
Bu kitab hər halda ―Qaracame‖ və ya ―Qaracameə‖ adlana bilərdi.Təəssüf ki,belə bir kitab haqqında heç bir məlumatım yoxdur.(V.A.) (“Karajamea”) 66 Yenə təəssüf ki,‖Sibil işləri‖ kitabı haqqında da heç bir məlumatım yoxdur.(V.A.) 67 Hər halda ―Qaracame(a)‖nin orijinal nüsxə kimi qorunması onun nadir nüsxə olmasından,müqəddəs hesab edilməsindən və sehirli xarakter daşımasından irəli gəlirdi.Şardən ―Qaracame(a)‖ kitabının surətinin və oxşarının olmaması səbəbini xalqı cəhalətdə saxlamaq kimi qiymətləndirərək Avropa siyəsətinə uyğun şəkildə Səfəvi hökmdarlarına təsir etmək istəyirdi.Bu da məlumdur ki,Avropa səyyahları Şərq ölkələrində olarkən həm də nadir nüsxələri ələ keçirmək missiyasını da öz üzərlərinə götürürdülər.(V.A.) 68 Deməli,‖Qaracame(a)‖ həm də ―Cəngi‖ (və ya ―Cəng‖ – V.A.) adlanırmış.
97
V.A.) göndərir ki,nazirlərin fikrini öyrənə bilsin. Fars (Səfəvi – V.A.) nazirləri üçün əsas çətinlik qadınlar sarayında (Palais des femmes) (hərəmxanada – V.A.) olur.Orada (hərəmxanada – V.A.) yardımçı Şura olur və bu hər şeydən yüksək qiymətləndirilir.Bu Şura da öz növbəsində qərar verir.Məsləhət şurası şahın anası,baş hərəmağaları,bacarıqlı və şahın sevimlisi olan xanımlarla keçirilir69. Deyilənə görə,saatlarla şahın yanında olan bu qadınların istək və mənafelərinə uyğunlaşa bilməyən,özü də şahı az-az görən nazirlər əgər cəsartə edib onların (şahın anası,qadınları və baş hərəmağalarının – V.A.) məsləhətini artıq bir şey hesab edərlərsə,tezliklə özlərinin məhvinə səbəb olarlar. Şahlıq irsidir,buna görə də heç bir qeyd-şərtsiz şah nəslindən olan Səh.–27 qadın və ya kişidən,yəni taxt-taca yiyələnmək üçün eyni hüquqa malik olan qadın və kişidən olan oğlan uşaqlarına irsi olaraq keçə bilər.Bu ona görə belədir ki,Məhəmmədin (peyğəmbərin – V.A.) varisi qadın xətti ilə müəyyən edilmişdir.Bu yalançı peyğəmbərin (Məhəmməd peyğəmbərin – V.A.) oğlanları gənc ikən ölmüş və o,oğulsuz qalmışdır.Onun Fatma (Fatimə – V.A.)(Fatme) adlı bir qızı qalmış,onu əmisi oğlu Əliyə70 ərə vermişdir.Farsların (müsəlmanların – V.A.) dediyi kimi,Peyğəmbərin varisləri adlandırılan on iki imam onun (Fatimənin – V.A.) nəslindəndir.Fars (Səfəvi – V.A.) qanununda ən qəribə şey odur ki,kor edilmiş adamı taxta çıxarmaq hüquqi sayılmır.Baxmayaraq ki,çoxları bunu mənəvi mənada başa düşməyi təkid edirlər,bu qanun lap başlanğıcdan (Səfəvi imperiyasının başlanğıcından – V.A.) hakim qanun olmuş,şah nəslindən olan oğlan uşaqlarının kor edilməsinə xidmət etmişdir.Bu kinli siyasət vərəsəlik etməyə haqqi çatan qadın və kişilərdən,şah nəslindən olan qadınlarin uşaqları üzərinə eyni qaydada əlini uzadır.Hansı yaşda olursa-olsun,onları (şah nəslindən olan uşaqları – V.A.) görməkdən məhrum edirlər.Şah hansı bir uşağısa gedib kor etmək üçün yazılı əmr verir və bu əmr qarşıya çıxan birinci adama verilir.(Belə ki,Farsda (Səfəvi – V.A.) rəsmi şəkildə cəllad titulu daşıyan adam yoxdur71.) O,(göndərilən adam – V.A.) həmin uşaq (gözü kor ediləcək – V.A.) olan sarayın qapısı ağzına gəlir və şah tərəfindən həmin gənc şahzadəni görmək və xeyir vermək üçün onunla danışmaq üçün gəldiyini deyir.Saraydan verilən əmr o dəqiqə başa düşülür,göz yaşları və qışqırıqlara səbəb olur,ancaq nəhayətdə uşağı gətirmək lazım bilinir.Hərəm ağaları onu (uşağı – V.A.) qəddar
69
Avropa səyyahları tərəfindən dəfələrlə təkrar edilən bu faktlar bir daha sübut edir ki,müsəlman qadın orta əsrlərdə bir sıra müəlliflərin qeyd etdiyi kimi hüquqsuz və səlahiyyətsiz olmamışdır.Qadınlar dövlət və idarəetmədə,daxili və xarici siyasətdə özünəməxsus rol oynamışlar.Əlavə məlumat üçün bax.Y.Mahmudov.‖Səyyahlar Azərbaycana gəlir‖. səh73–74,81–82. Şardən başqalarından fərqli olaraq,daha geniş və daha aydın məlumat verir.O,yeganə Avropa səyyahıdır ki,sarayda Ali qanunvericilik səlahiyyətinə malik ―Qadın məsləhət şurası‖ barədə məlumat verir.(V.A.) 70 Əli ibn Əbu Talib 656–661-ci illərdə xəlifə olmuşdur. 71 Şardənin mötərizədə verdiyi bu izahat qeyri-realdır.Xüsusi hallardan başqa,şahın cəza əmrlərini cəlladlar yerinə yetirmişlər.Hətta Səfəvi imperiyasında ―Tacibük‖ və ya ―Çiyyeyən‖ adlı cəllad dəstələri olmuşdur.Bax.A.A.Raxmani. Göstərilən əsəri. Səh.89–90.Cəlladın xüsusi geyimi olmuşdur.(V.A.)
98
müjdəçinin72 yanına gətirirlər,o,(qəddar müjdəçi – V.A.) əmri onlara atır73 və ya Səh.–28 sizin deyəcəyiniz kimi74,istintaqsız və məhkəməsiz həbs və ya sürgün etmə haqqında kral əmrini onlara tərəf atır.Sonra yerə çökərək uşağı tutur,onu (üzü aşağı) dizləri üstə yatdırır,üzünü yuxarı çevirərək sol əli (... uşağın) başını möhkəm-möhkəm tutur.Sonra bir əli ilə onun göz qapağını açır,o biri əli ilə xəncərin ucundan tutaraq (...uşağın) göz bəbəklərini bir-bir,bütöv və zədələmədən çıxarır.O (cəllad – V.A.) onları (göz bəbəklərini – V.A.) yaylığına bükür və şaha göstərmək üçün aparır.Bədbəxt uşağı isə saraya aparır,orada onun gözlərini yandırıcı və aşındırıcı tozla bacardıqları qədər yaxşıyaxşı sarıyırlar.Əməliyyat və müalicə yaxşı yerinə yetiriləndə (çıxarılan) gözlərin heç birindən qətiyyən su axmır.Ayrı cür olduqda onlar çıxarılmış (çıxarılmış gözlər – V.A.) ömür boyu ağlayır.Bu da ki,böyük narahatlıqdır,vaxtaşırı gəzməyə çıxarkən,məclisdə olarkən onlar təmiz sarğı qoymağa məcbur olurlar.Kor edilmiş şahzadələr gözlərində ya yaşıl tafta,ya da iki qatlanmış,iki baş barmaq enində ipək yaylıq gəzdirirlər. Bəbəkləri çıxarmaqla kor etdirmək şah II Abbas hakimiyyətə gələndən bəri həyata keçirilir.Əvvəllər onu (göz çıxarmanı – V.A.) açılmış vəziyyətdə gözlərin qarşısından qızarıb alov saçan mis lövhəcik keçirməklə edirdilər.Bu,gözün nurunu tamam aparmadığından işığı görmək olurdu.Bəzən əməliyyat elə bir xeyirxahlıqla edilirdi ki,az da olsa görmə qabiliyyəti qalırdı.Şah II Abbasın dövründə belə bir hadisə baş verdi.Bu şahzadənin (şah II Abbasın – V.A.) qardaşlarından biri bibisi və bibisi uşaqlarını görməyə gedirdi.Hollandların mənzili75 onların sarayına bitişik idi.O,(şahın qardaşı – V.A.) bu xaricilərlə Səh.–29 vaxt keçirmək arzusunda olduğunu bildirdi.Onlar (xaricilər – V.A.) onu (şahın qardaşını – V.A.) nahardan sonra ora (hollandların mənzilinə – V.A.) vaxt keçirməyə və axşam yeməyinə dəvət etdilər.Şahın qardaşı ora özü ilə çoxlu kor edilmiş şahzadə gətirdi.Şamdanlar gətirilərkən onların gördüklərini qeyd etdilər.Onlardan nə isə bir şey görüb-görmədiklərini soruşduqda şahın qardaşı – bəli – deyə cavab verdi.Hərdən o,əlinə əlağacı almadan belə getmək üçün kifayət qədər görürdü.Bədbəxtlikdən bunu saray xəfiyyələrindən biri eşitdi.Onlar (xəfiyyələr – V.A.) nüfuzlu şəxslərin hər bir hərəkətini izləməyə xidmət edirlər.O,xəfiyyələrə məxsus adət üzrə,şaha elə bir hiyləgərliklə məlumat verdi ki,bu,hökmdarı özündən çıxarmaq üçün bəs idi.O (şah – V.A.) dedi: ―Necə yəni,bu korlar gördükləri üçün öyünürlər? Mən yaxşı bir əmr verərəm‖. Tezliklə o (şah – V.A.) onların (kor şahzadələrin – V.A.) yanına adam göndərib gözlərini dediyim üsulla çıxartdırdı. 72
Şardən burada ―qəddar müjdəçi‖ (cruel messager) əvəzinə ―cəllad‖ (Bourrean) sözünü işlədə bilərdi və bu,Şərq aləmində asanlıqla başa düşülərdi.Bizə belə gəlir ki,cəza əmrlərini icra edən şəxsləri ümumi bir ―cəllad‖ adıyla Avropaya təqdim etmək Şardəni qane etməmişdir.(V.A.) 73 Məktub və yazılı əmrləri gətirib aid şəxsin əlinə vermək müsəlmanlarda günah hesab olunurdu.Ətraflı məlumat üçün bax. Şardən.Göstərilən əsəri. I cild.Səh.299–302. Amsterdam–1711. 74 Yəni Avropada deyildiyi kimi.(V.A.) 75 ―Hollandların mənzili‖ ifadəsi ―Səfarətxana‖ kimi başa düşülməlidir.XVII əsr Səfəvi dövlətinin xarici əlaqələrindən danışarkən bu fakt nəzərə alınmalıdır.Buradan belə bir məntiqi nəticə çıxır ki,fransızların ayrıca səfirliyi varmış.(V.A.)
99
Varislik hüququ kor deyilsə,böyük oğula düşür.Öz böyük qardaşlarını kor etdirməklə şah adi bir qayda ilə hökmdarlıq əsasını onların əlindən aldırmış olur.Hadisələr göstərir ki,Şah İsmayıl Xudabəndə76 qızıb şölə saçan mis lövhəciklə kor edilmişdi.Onun gözlərinin həqiqətən zəif görməsi barədə deyilənlər yalandır.Onun gözlərindən irin gəlirdi.Türklər (Osmanlı imperiyası nəzərdə tutulur – V.A. ) belə bir şaiyə yaymışdılar ki,onun (Məhəmməd Xudabəndənin – V.A.) gözlərini qızmış dəmirlə kor etmişlər,buna görə də gözlərindən su axır.Türklər kimi şah nəslindən olan uşaqları (oğlan uşaqlarını – V.A.) öldürməkdənsə,onları təkcə kor etməklə kifayətlənmək siyasətini farslar (şiə müsəlmanlar – V.A.) humanist və çox tərifəlayiq hesab edirlər.Onlar (şiə müsəlmanlar – V.A.) deyirlər ki,dövlətin əmin-amanlığını təmin etmək üçün şahzadələrin gözlərini çıxarmaq qanunidir.Ancaq iki səbəbə görə onların (şahzadələrin – V.A.) Səh.–30 öldürülməsi doğru deyildir: Birincisi,qanun günahsız qan tökülməsini qadağan edir; ikincisi,elə ola bilər ki,(şah nəslindən) sağ qalanlar övladsız ölüb gedər,qanuni nəsil kəsilər. Şah nəslindən olan uşaqlar,xüsusilə oğlan uşaqları onlarla birlikdə həbs edilən valideynlərindən və onları qoruyan hərəmağalarından başqa heç kəsi heç vaxt görmür,daimi olaraq əsirlikdə saxlanılırlar77.Uşaqlar 16 və ya 17 yaşınadək analarının gözü qabağında və hərəm ağalarının tərbiyəsi altında böyüyürlər.Onda onlara (on altı-on yeddi yaşlı şahzadələrə – V.A.) ayrıca mənzil,zövqlərinə uyğun gözəl bir qız,hərəmağaları və gənc qızlardan ibarət qulluqçular verirlər.Mənim öyrəndiklərimin hamısı bunlardan ibarətdir,bundan artıq öyrənməyin mümkün olmadığına əminəm,bütün günü sərbəst surətdə söhbət etdiyim nüfuzlu əyanların əksəriyyəti mənə bu barədə əlavə heç nə təsəvvür etmədiklərini dedilər78.Onların (ali mənsəblərin – V.A.) qadınları tez-tez saraya baş çəksələr də,şahzadələrin mənzilləri yerləşən yerlərə qətiyyən yaxınlaşmırlar.Bu barədə (şahzadələrin həyatı ilə bağlı – V.A.) sarayda baş verən hadisələr nüfuz edilməsi mümkün olmayan sirlərdir.Şahın nə öz uşaqları,nə qardaşları,nə də qardaşı uşaqları ilə nə etdiyini heç kəs heç vaxt bilə bilmir. Bununla belə,əsasən,tez-tez təsdiq edilən,lap inanılması çətin olan şey odur ki,şahın böyük oğluna taxt-tacın həqiqi varisi olduğunu qətiyyən demirlər.Bəzən ona şah nəslindən olduğunu desələr də,şahın oğlu olduğunu demirlər.Əlinə şahlıq əsası verilənədək o,(şahın böyük oğlu – V.A.) Səh.–31 tale tərəfindən özünə nə bəxş edildiyini qətiyyən bilmir.Artıq ona (şah oğluna – V.A.) verilən tərbiyəni onun öz taleyinə xidmət kimi qiymətləndirmək olar.Bu gənc şahzadələrə oxumağı,yazmağı,dua etməyi,şəriəti (...les prie\res et Le Catechisme),ox atmağı,əllə nəsə etməyi (hansısa bir sənəti – V.A.),elmləri,sərbəst incəsənəti,Əlquranı izah etməyə xidmət edən dini məsələləri öyrədirlər.Şah II Abbas xəttatlığı,rəsm çəkməyi və
76
Şardən burada səhvə yol verir.Səfəvi tarixində taxt-tac sahibi olan yeganə kor ləqəbli şəxs Məhəmməd Xudabəndə olmuşdur ki,o da 1578–1587-ci illərdə hakimiyyətdə olmuşdur.Ondan əvvəl bu taxt-tacın varisi Şah II İsmayıl (1576–1578) idi.Onlar qardaş idilər.Şardənin təqdim etdiyi Cha İsmael Codabendi adından görünür ki,fransız səyyahı əzbər bildiyi adları qarışdırmışdır.Buna görə də həmin ad Şah Məhəmməd Xudabəndə kimi başa düşülməlidir.(V.A.) 77 Şardən şah nəslindən olan uşaqların ayrı-ayrı qalalarda xüsusi nəzarət altında saxlandığını göstərir. 8 Şardənin etirafı bir daha sübut edir ki,Avropa səyyahları verdikləri məlumatın doğruluğu İLƏçün öz ölkələri qarşısında məsuliyyət daşımışlar.(V.A.)
100
kifayət qədər təmiz yazmağı bacarırdı.Mənə elə göründü ki,onun oğlu və varisi olan Süleyman79 elə bir xüsusi biliyə malik deyildir.Heç vaxt öz mühakimə qabiliyyətlərini inkişaf etdirmək və dünyanı öyrənmək imkanı əldə etmədən,məhbus olub qaldıqları sarayda bir düjin qadın və hərəmağalarından başqa heç vaxt heç kəsi görmədən yaşayan,şəhvət içində və cəzasız-filansız böyüyüən bu fars (Səfəvi – V.A.) şahlarının öz imperiya hakimiyyətinə hansı qabiliyyəti,hansı təcrübəni gətirdiklərini indi özünüz fikirləşin80.Bu yeni monarxlar bu dünyaya göydəndüşmə adamlar kimi daxil olurlar,bədbəxtlikdən bir an içində yaltaq,əgər belə demək mümkünsə,onların hər bir hərəkətini,hətta haqsız,kobud hərəkətlərini alqışlayan,onlara büt kimi sitayiş edən qullarla əhatə olunurlar.Dediyim kimi onların özlərini səliqəsiz aparmalarına və bir qərarda olmadan yaşamalarına təəccüblənmək lazım deyildir.Ən böyük bədbəxtlik ondadır ki,onlar mərdliyin və ləyaqətin qiymətini bilmədiklərindən vəzifə verərkən layiq olubolmamağa heç bir əhəmiyyət vermirlər.Şah nəslindən olan şahzadə xanımlara gəldikdə isə, Səh.– 32 lazımi səviyyədə şahdan mərhəmət və şəfqət görürlər.Şah özü onlara adaxlı seçir,yaxşı bir ailədən çıxan,boylu-buxunlu ruhani şəxsə ərə verir.Şah nəslindən olan qızları heç vaxt hərbçiyə və ya dövlət adamına vermirlər.Qorxurlar ki,onların ittifaqından dövlətə qarşı planlar hazırlanar.Ona görə belə edirlər ki (şahzadə xanımları ona görə ruhanilərə verirlər ki – V.A.),ruhani kişi məğrurluq və hökmranlıq ruhunda böyümüş şahzadə xanımların amiranə rəftarına daha yaxşı uyğunlaşır.Bu ruhaniyə (şahzadə xanımla evlənmiş ruhaniyə – V.A.) kilsədəki (məsciddəki – V.A.) ən yüksək vəzifəni 81 yepiskopluğu verirlər.Əgər həmin vəzifə hələ tutulmamışsa,hörmətli düşsün deyə,şahzadə xanım milyon minnətdarlıqla saraya göndərilir.Dediyim kimi,onlardan (şahzadə xanımlardan – V.A.) olan oğlan uşaqlarının taleyi şahın iradəsindən asılıdır.Bu səbəbdən şahzadə xanımlar oğlan doğanda yasa batır,oğulsuz qalanda,yaxud sonsuz olanda daha çox yasa batırlar.Elə ki,şahzadə xanım doğub qurtardı,şaha xəbər aparırlar. Şahdan soruşurlar ki,uşağa nə etsələr,onun xoşuna gələr.Şah bu barədə doğulan uşağın valideyninə bəslədiyi hörmətə və keçirdiyi əhval-ruhiyyəyə uyğun əmr verir.Birinci Səfi (Şah Səfi – V.A.) qanununi- qədim (l ancıen de la loi) adlandırılan,yəni ruhani idarəsində ən yüksək vəzifə sahibi olan şəxsdə82 ərdə olan bibisini nəvazişkaranə bir surətdə sevdiyindən onun oğlanlarından heç birinin gözlərini kor etdirməmişdi.Mən həmin şahlardan üçünü görmüşəm.Böyüyü Şah Səfinin ,əksinə olaraq,atasının yeganə bacısına – bibisinə qarşı elə bir kin-küdurət bəsləyirdi ki,onun bütün uşaqlarına – istər qızları,istərsə də oğlanlarına süd verməyi qadağan etmişdi.Bu bədbəxt ana uşaqlarını
79
Şah Süleyman (1666–1694) bəzən Şah III Süleyman kimi də tanınır.Bax. Chardin. “Le Courrenement du Roi Soliman III”. Paris–1671. 80 Şardənin qeyd etdiyi kimi,qabiliyyətsiz şahlar,üstəlik Şah I Abbas tərəfindən böyük döyüş və hərbi təcrübəsi olan türk əmirlərinin məhv edilməsi prosesi Azərbaycan Səfəvi dövlətini idarəetmə baxımından farslaşdırdı və son nəticədə onu süquta uğratdı.(V.A.) 81 Şardən haqqında danışılan vəzifələr Avropa mühiti üçün aydın olsun deyə tez-tez belə müqayisələr verir.(V.A.) 82 Həmin şəxs Şeyxül-islam vəzifəsini tuturdu.Ətraflı məlumat üçün bax.Chardin,t.VI. pp.9–10. Amsterdam–1711.
101
Səh.–33 sağ-salamat görməkdən belə təsəlli tapmırdı.O isə bibisini daha da alçaltmaq üçün onun uşaqlarına – doğma bibisi uşaqlarına qarşı da belə bir nifrət bəsləyirdi.Eyni zamanda özünə o qədər də yaxın olmayan,lakin şah nəslindən olan digər uşaqların həyatına və gözlərinə toxunmurdu. Adətən şah taxta çıxan kimi qardaşları tərəfindən arxayınlaşmaqla işə başlayır.Onları (qardaşlarını – V.A.) bir yerə yığır,onlarla ürəyi istədiyi kimi rəftar edir – onları öz uşaqları ilə birlikdə ya öldürtdürür və ya da kor etdirir.Bu,taxt-tac üçün ola biləcək maneələri aradan qaldırmaq üçündür.Nə vaxt əmr verildiyini,nə vaxt əmrin icra edildiyini qətiyyən bilən olmur.Eynilə şahın neçə oğlu,neçə qardaşı,neçə bacısı olduğunu da heç vaxt doğru-düzgün bilmirlər. Fars (Səfəvi – V.A.) torpaqları dövlət və xüsusi mülk83 torpaqlarına ayrılır; xalq arasında onlara mokufat (mokoufat84) və xasse85 (kasseh),yəni əsas (le General) və xüsusi (le Particulier) deyirlər.Mokufat dəqiqləşdirilib ayrılmış torpaq,xasse isə xüsusi torpaq deməkdir.Dövlət torpağı həmçinin memalet (Memalet)86,yəni şahlıq (les Royaumes) adlanır.Fərq ondadır ki,dövlət torpaqlarına hakim (bəylərbəyi – V.A.) nəzarət edir87,o öz əyalətində (bəylərbəyiliyində – V.A.) kiçik bir şah kimidir,o torpaqlardan əldə edilən əsas gəliri də o götürür; bu gəliri özünə,yanındakı vəzifəli şəxslərə,ən çox da saxladığı ordu hissələrinə sərf edir,sonra deyəcəyim kimi bəzi vergiləri (bəylərbəyiliyin vergisini – V.A.) ödəmək üçün əldə etdiyi gəlirin kiçik bir hissəsini hədiyyə şəklində şaha verir.Mülk (xassə – V.A.) torpaqlarına vəzir və ya intendant88 nəzarət edir,onlardan alınan gəlir isə şah üçün sərf edilir.Düz səksən il bundan əvvəl89 birinci Səfinin90 şahlığından əvvəl bu fərq (əyalət torpaqlarına hakimlərin,xassə torpaqlarına vəzir və ya intendantların nəzarəti – V.A.) yox idi. Səh.–34. Onun (şah Səfinin – V.A.) baş vəziri Sarı Tağı (Saroutaky) bacarıqlı və müdrik hərəmağası idi; bu siyasəti ilk dəfə o həyata keçirdi.O,(Sarı Tağı) şaha izah etdi ki,onun
83
Tarixi mənbələrdə XVII əsrdə Azərbaycanda torpaq mülkiyyətinin beş forması göstərilir: 1.divani və ya xəzinə torpaqları,2.xassə və ya xassey-i şerife (şah nəslinə mənsub torpaqlar),3.mokufa(t) və ya vəqf torpaqları (dini idarələrə vəsiyyət edilən torpaq və s.),4.mülk və ya ərbabi (xüsusi mülkiyyət hesab edilən torpaqlar),5.icma torpaqları (kənd icmalarının xüsusi mülkiyyəti hesab edilən torpaqlar),yəni camaatı.(Bax.A.A.Raxmani.Göst.əsəri. str.128–129.İ.P.Petruşevskiy.‖Oçerki po istorii feodalnıx otnoşeniy v Azerbaydjane i Armenii v XVI–naçale XIX vv.‖ L.–1949.str.78.) Şardən isə bunlardan ikisini – vəqf və xassəni əsas götürür. 84 Mokufat (vəqf) o torpaq sahələridir ki,onlardan alınan gəlir dini mərkəzlərin və müəssiələrin nəfinə sərf edilir.Şardən burada dolaşıqlığa yol verir.Xəzinə torpaqları ilə vəqf torpaqlarını qarışdırır.(V.A.) 85 Xas və ya xassə (kasseh) torpaqları məhz şaha və şah nəslinə mənsub olan torpaqlardır.(V.A.) 86 Mokufat torpaqlarının həm də memalet (məmalət) adlandırılmasına təkcə Şardəndə rast gəlirik.Bəlkə məmləkət mənasında? 87 Şardənin ―dövlət torpağı‖,‖mokufat‖,‖məmalet‖(məmləkət) terminləri ilə ifadə etdiyi torpaqların artıq əyalət,məmləkət torpaqları olduğu aydınlaşır.Şardən tərəfindən verilən izahat da bunu təsdiq edir.(V.A.) 88 Şardənin məlumatına görə,xassə torpaqlarından əldə edilən gəlirə intendantın nəzarət etməsi onun vəzifəsinin daha geniş olduğunu göstərir.Əlavə məlumat üçün bax. ASE. IV c. Səh.471.B.–1980. 89 İstifadə etdiyimiz mənbə 1711-ci ildə Amsterdamda nəşr edilib.1711-dən 80 il çıxsaq,1631-ci olar.Onda Səfəvi imperiyasında əyalət və xassə torpaqlarına nəzarətin fərqləndirilməsi Şah Səfinin taxta çıxmasından iki il sonraya – 1631-ci ilə təsadüf etmiş olur.(V.A.) Şardənin bu məlumatı yeniliyi və orijinallığı ilə diqqəti cəlb edir.
102
mərhum atası (Şah I Abbas – V.A.) bütün şahlığı boyu böyük müharibələrdə olduğundan əyalətlərindən əldə edilən gəlirləri öz əlində saxlamaq imkanına malik idi,dövlətə ordu hissələrinin sayını artırmaq lazım olduğu üçün bu gəlir hesabına hakimləri ordu hissələrini artırmağa məcbur edirdi.Ona (şah Səfiyə – V.A.) gəldikdə isə,nun nə müdafiə,nə də hücum xarakterli müharibə planları olduğundan ,hər birinin şah sarayı kimi çoxadamlı sarayı olan hakimlər tərəfindən imperiya gəlirlərinin xərclənməsinə son qoya bilərdi.Bu siyasət bəyənildi; çünki fars əyalətinin idarə edilməsi bir tərəfdən ərazisinə və zənginliyinə görə əhəmiyyətli olsa da,digər tərəfdən ölkənin mərkəzində yerləşdiyi üçün orada ordu hissələri saxlamağa bir o qədər də ehtiyac olmadığından,bu ölkə şahın nəfinə müsadirə edildi90.Deməli,oranı idarə etmək üçün intendant təyin etdilər.Bu da şahın gəlirini səkkiz milyondan çox artırdı.bunun belə olduğunu təsdiq edirlər.Onun oğlu Abbas91 bu siyasəti davam etdirərək şahlığın daxili əyalətlərinin hakimlər tərəfindən idarə edilməsini ləğv etdi.Qətiyyən müharibə qorxusu olmayan Part əyalətinin Qəzvin (Casbin en Parthide),Qədim Hirkan olan Gilan və Mazandaran (Guilan et Mazenderan,qui sont l,ancienne Hyrcanie),Atropaten Midiyasının bir hissəsi olan Yəzd və Girman (Yezd et Kirman,qui sont partie de la Medie atropatienne) 92,Baktriya deyilən Xorasan (le Corasson,qui est la Bactriane),nəhayət,Midiya deyilən Azərbaycan (Azerbeian ensuite,qui est la Medie)93 hakimləri ləğv edildi.Mən bütün bu ölkələri hakimsiz gördüyüm kimi,həm də qonşuları Səh.–35 tərəfindən şah Süleymanın hakimiyyətinin başlanğıcında – 1668 və 1669-cu illərdə olduğu kimi,müharibə və hücum təhlükəsi olduqda,nəticə etibarilə,bu ölkələrə yenidən hakimlər təyin edildiyini görmüşəm.Dörd mindən beş minədək kazak Xəzər dənizi sahillərinə gəlib çıxdı94.Türklər və tatarlar belə hücumlardan qorxduqlarına görə Midiyaya (sur la Medie),Baktriyaya (sur la Bactriane),bütün şahlığı müdafiə vəziyyətinə gətirmək həttaPersidaya (sur la Perside) da hakimlər təyin etdilər.Lakin bir neçə ildən sonra,ictimai sakitlik bərpa edilən kimi,birinci Səfinin95 siyasətini yenidən həyata keçirməyə başladılar.
90
Yəni bu ölkənin torpaqları xasseyi-i şərifə elan edildi.(V.A.) Şah səfinin oğlu Şah II Abbas nəzərdə tutulur.(V.A.) 92 Atropaten Midiyası – Atropatenanın antik mənbələrindəki adlarından biri.Ətraflı məlumat üçün bax. ASE.I c. səh.476–477. B.–1976. ASE.VI c. səh.548–549. 93 İstər qədim,istərsə orta əsr mənbələrində Azərbaycan ərazisi fərqləndirilmək üçün gah Atropaten Midiyası (yaxud Kiçik Midiya),gah da Şimali Azərbaycan mənasında Böyük Midiya (yaxud Midiya) şəklində xatırlanır. 94 Haqqında söhbət gedən hadisə S.Razinin kazak dəstəsinin Xəzər dənizi ilə hərbi yürüşlərinə aiddir.Çox təəssüf ki,Şardən S.Razinin adını çəkmir.Lakin Şardənin bu barədə verdiyi məlumat dəqiq olub,XVII əsrin II yarısında Səfəvilərin hərbi qüdrətinin zəifləməyə başladığını göstərir. 2000 kazakın qarşısında böyük bir imperiya az qala bütün ölkə üzrə hərbi vəziyyət elan edir.(V.A.)Ətraflı məlumat üçün bax.‖Azərbaycan tarixi‖I c. səh.301.B.–1961. M.X.Qeydarov.‖Qoroda i qorodskoe remeslo Azerbaydjana v XIII–XVII vv.‖ Str.120.B.–1982. 95 Birinci Səfi ifadəsindən belə görünür ki,Şardən nə vaxtsa İkinci Səfinin də taxta çıxacağını gözləyirmiş.Tarixi ədəbiyyatda Şah Səfi termini işlənir.Çünki Şah II Səfi adlı bir şəxsiyyət mövcud olmadığından I Səfi ifadəsinə ehtiyac yoxdur.(V.A.) 91
103
Səfəvilər bu siyasəti96 çox pis qarşılayır və intendantların acgöz qaniçən olduqlarını,şah xəzinəsini doldurmaq üçün təbəələrini soyub taladıqlarını,bu işdə sıxışdırılıb istismar edilən xalqın şikayətlərinə fikir vermədiklərini,şahın mənafeyinin onların (əhalinin – V.A.) istəklərini nəzərə almaq üçün onlara imkan vermədiyini,əslində isə özlərinin (intendantların – V.A.) varlanmasından ötrü çalışdıqlarını deyirlər.Əyalətə özlərinin şahlığı kimi baxan hakimlər onlar (intendantlar – V.A.) kimi yığdıqları vergiləri cəmləşdirir,çoxlu məmur və çoxsaylı qulluqçuları olan saray saxlayırlar.Farslar97 hələ üstəlik deyirlər ki,bu vəziyyət imperiyanı əsəbiləşdirir və zəiflədir; çünki bu şərait əsgərləri lazımi səviyyədə tərbiyə etməyə,təminatlı böyük əyanların olmasına,ehtiyac olduqda onların arasından qoçaq və hərb elmində mükəmməl biliyə malik olan rəhbərlərin tapılmasına Səh.–36 mane olur98.Şahlıq (burada əyalət – V.A.) düşmənlərin ilk yürüşlərindən ayaq altında qala bilər,halbuki hakimlər orada (əyalətlərdə – V.A.) müdafiə və güc deməkdir.Nəhayət,onlar deyirlər ki,bu yeni şərait şahlığı daha da kasıblaşdırır,çünki bu şəraitdə bütün ölkə üzrə dövr etməli olan pullar gedib şahın sandıqlarına yığılır,bu da həmin pulların yenidən yerin təkində gizlədilməsi kimi bir şeydir. Belə ki,Farsın (la Perside) öz hakimi vardı,bu əyalət şahlıq (bəylərbəyilik – V.A.) səviyyəsində idi.Onun paytaxtı Şiraz gözəl və zəngin,şahlığın (bəylərbəyiliyin – V.A.) paytaxtı kimi məskunlaşmış idi.Hakimləri intendantla əvəz etdikdən sonra onun əhalisi səksən min nəfər azalmışdır. Əyalət hakimlərini ―xan‖ adlandırırlar99.Bu söz kaan (Caans) və xan (Khans) şəklində iki cür yazılır.Bu,‖güc‖,‖qüdrət‖ mənasında işlənən bir termindən əmələ gələn düzəltmə sözdür.Bu,Böyük Asiyanın (L,Asie Majeure) qədim hökmdarlarının tituludur.Doqquzuncu kitabda – Kənt Kürsdə(dans Quinte Curse,Livre neuvie\me)100 görmək olar ki,Hind
96
Bəzi əyalətlərin intendantlar tərəfindən idarə edilməsi siyasəti nəzərdə tutulur.(V.A.) Şardənin işlətdiyi ―farslar‖ termini işləndiyi məqamdan asılı olaraq ―müsəlman‖,‖şiə-müsəlman‖ kimi tərcümə edilə bilər.Şardənin farslar termini bir çox halda milliyyət bildirmir.Həm türklərin,həm də farslarınm müsəlman olması Şardənə imkan verir ki,Səfəvi imperiyasında yaşayan müsəlmanların başına asanlıqla ―farslar‖ papağını qoysun və bu yolla Osmanlı ilə Səfəvi imperiyası arasına sədd çəkib,onları əks qütblər kimi qarşı-qarşıya qoysun.(V.A.) 98 Əyalət hakimlərinin intendantlarla əvəz edilməsi heç də Şardənin izah etdiyi kimi təkcə xaricdən hərbi müdaxilə təhlükəsinin olmaması ilə bağlı deyildir.Bir sıra əyalətlərdə hakimlərin intendantlarla əvəz edilməsi mərkəzi hakimiyyətin ayrı-ayrı əyalətlərin güclənməsindən və mərkəzdən ayrılmaq istəyindən qorxması ilə bağlı idi.Şəki vilayəti Dərviş Məhəmməd xanın Səfəvilərə qarşı çıxışından sonra 192 il – 1551-ci ildən ta Hacı Çələbi özünü xan elan edənədək,yəni 1743-cü ilədək xüsusi şah fərmanı ilə məliklər tərəfindən idarə edilmişdir.(Ətraflı məlumat üçün bax.Kərim ağa Fateh. ―Şəki xanlarının müxtəsər tarixi‖.Səh.13–17.Bakı–1958. M.İsmayılov. ―Şəki‖,səh.12–15.) Deməli,Şardənin işlətdiyi ―intendant‖ termini burada ―məlik‖ kimi başa düşülməlidir və intendantın əyalət rəhbəri kimi fəaliyyətindən söhbət gedirsə,bu termin ―məlik‖ kimi tərcümə edilməlidir.(V.A.) 99 Səfəvi imperiyası bəylərbəyilik,xanlıq,sultanlıq kimi inzibati-ərazi bölgülərinə bölünmüşdü.Xanlıq bəylərbəyilikdən,sultanlıq isə xanlıqdan daha kiçik ərazi vahidləriidi.Şardən burada ümumi danışır və dolaşıqlığa yol verir.Hakimləri intendantla əvəz edilən əyalətin sahibi xan adlana biməzdi.Hakimləri ləğv edilmiş əyalətlərə rəhbərlik edən şəxs məlik adlana bilərdi.(V.A.) 100 Şardən ―Səyahətnamə‖sinin 9-cu cildinə işarə edir.(V.A.) 97
104
şahlarından101 ikisi – Portixan (Portican) və Müzi xan (Musican)102 bu titulu (―xan‖ titulunu – V.A.) daşımışdır.Onlar ―xan‖ titulunu Qərb qaydası ilə öz adlarının əvvəlinə deyil,dəqiq desək,bu gün bütün Şərqdə olduğu kimi öz adlarının sonuna əlavə edirlər.Xəzər dənizindən Çin səddinədək uzanıb gedən bu geniş ərazinin hökmdarları ―xan‖ titulu daşıyırlar.Cənubi Tatarıstanın103 imperatoru Xaqan və ya Böyük xan (Cacaan,ou le Grand Caan) deyirlər.Bəlxin,Səmərqəndin,Buxaranın xanı özbək tatarlarıdır.Polşa ilə qonşu olan tatarlara orda tatarlarının xanları104 (les Caans des Hordes Tartares,qui sont ces Tartares voisins de Pologne) deyirlər.Xanlar öz əyalətlərində Səh.–37 tam nüfuza malikdirlər.Onlar (xanlar – V.A.) öz əyalətlərində kiçik şahlar kimidirlər.Şahlıq bütövlükdə necə idarə olunursa,əyalət də o cür idarə edilir.Şah sarayında olduğu kimi xanlıqda da eyni saya,eyni ada və eyni bir məvacibə malik xidmətkar şəxslərdən tutmuş divana qədər hər şey olur.Xanlar da şahlar kimi öz sarylarında ədəbiyyatın və incəsənətin bütün növlərini əks etdirən atelye və qalereyalara malikdirlər.Şah sarayına gəlib çatana qədər fars (müsəlman – V.A.) xanının sarayına görə bilmək,üç və ya dörd cazibədar,çoxadamlı saraydan keçib getmək,şübhəsiz,çox gözəl və çox böyük şeydir.Xan və ya hakim əyalətin ordu hissələrini daha yaxşı təşkil etməyə xüsusi fikir verir.Bunlar (ordu hissələri – V.A.) əyalət ərazisində məvacibi təyin edilən qeyri-nizami qoşun hissələridir.Sonra deyəcəyim kimi,onların hər biri öz evində yaşayır,hər əsgərin par-par parıldayan silahı və yaxşı atı olmasını əsas tutaraq onlar hərbi məşğələlərdə məşq edirlər. Əyalət hakimləri ömürlük təyin edilirlər,dəyişdirilməsinlər deyə özlərini yaxşı aparırlar,öləndən sonra,yaxud daha yüksək qulluğa keçdikdə onların yerinə oğlanları təyin edilirlər. Xanlar da böyük xan və kiçik xan adı ilə fərqləndirilir.Böyük xanlar ―bəylərbəyi‖ (beglerbec),yəni ―hakimlər hakimi‖ titulu daşıyır,çünki onlar (bəylərbəyilər – V.A.) digər xanlardan bir pillə yuxarıda durduqları üçün onlara öz təbəələri kimi baxır,öz aralarında özlərini qulambəy (Kouloumbec),yəni qulların hakimi (Seigneur des Esclaves) adlandırırlar.Hərbi vəziyyət yarandıqda bəylərbəyilərə Səh.–38 sərdar və ya ordu generalı (Serdar,ou General d,Armee) titulu verirlər,çünki onların vəzifəsi vaxtaşırı olaraq,digər quberniyaların (bəylərbəyiliyə tabe olan xanlıq və sultanlıqların – V.A.) hərbi hissələrini özlərininki ilə bir yerə cəmləşdirmək və onların hamısına komandanlıq etməkdən ibarətdir.Sərhəd əyalətlərinin hakimləri əksər halda bəylərbəyi və ya hakimlər hakimi (Beglerbec,ou Seignieur des Seigneurs) titulu
101
Böyük Moğollar (1526–1858) dövləti nəzərdə tutulur.(V.A.) Çox təəssüf ki,Porti xan və Müzi xan haqqında heç bir məlumatım yoxdur.(V.A.) 103 Cənubi Tatarıstan dedikdə Şardənin hansı ərazini nəzərdə tutduğu mənə məlum deyildir.Bəlkə,o, Baykal gölündən cənub-şərqdəki ərazidə monqol-tatar dövlətinin yaranmasına işarə edir.(?)(V.A.)Hər halda Şardən Cənubi Tatarıstan dedikdə Həştərxan xanlığını (XV əsrin ortaları – 1556) nəzərdə tutur.(V.A.) 104 Krım xanlığı (1443–1783) nəzərdə tutulur.Şardənin səyahəti dövründə Ukraynanın yarısı Polşaya tabe idi.Bax.Chardin. t.I. P.71. Amsterdam–1711.Ona görə də Şardən ―Polşa ilə qonşu olan tatarlar‖ ifadəsini işlədir.(V.A.) 102
105
daşıyır.Belə ki,Ermənistan xanı (Can d,Armenie)105 hakimlər hakimidir, yəni bəylərbəyidir – V.A.).Müharibə vəziyyətində Qars,Marağa xanları və başqaları öz hərbi qüvvələrini onun bayrağı altına gətirməyə məcburdurlar.Xəzər dənizinin şərqindəki ölkənin – Astarabadın xanı da (le Caan d,esterebat,pais a\ l,orient de la Mer Caspienne)106 hakimlər hakimidir (bəylərbəyidir – V.A.). Simnon107 və Muğan xanları(Les Caans de Simnon et de Mougam) ona tabedirlər.Bu süjetə aid müşahidə edilən maraqlı bir şey də vardır.Bu,Siston108 (Siston) əyalətinin hakiminə onu şöhrətləndirərək hakimlər hakimi (bəylərbəyi – V.A.) titulundan daha yüksək rütbə verilməsidir.Bu titul vali (Valy)109,yəni ―mütləq və səlahiyyətli canişin‖ tituludur. Həqiqi mənada şah müavini olan xanların canişinliklərindən (xanlıqlarından – V.A.) savayı daha kiçik canişinliklər (sultanlıqlar – V.A.) vardır ki,onların rəhbərləri sultanlar (Sultons) adlanırlar.Dövlətin qanununa əsasən,onlar bir qayda olaraq əyalət hakimlərinə (xanlara – V.A.) tabedirlər110.Lakin bəzən elə olur ki,şah onları (sultan və ya saultanlıqları – V.A.) daha çox yaxın olduqları ölkənin hakimi və ya xanı ilə hərb işində kara gələn heç bir əlaqələri olmadıqda təcili surətdə asılılıqdan azad edir və müstəqillik verir.Fars körfəzi üzərindəki Bəndər-Fiq (Bander-Phigue)111,onun yaxınlığındakı Bharən (Bharin) adasının hakimləri (sultanları – V.A.) Behebon (Behebon)112 xanı və ya hakimindən ayrılıb müstəqil olmuşlar.Bizim tələffüz etdiyimiz kimi tələffüz edilən ―sultan‖ titulunu əvvəllər ancaq Səh.–39 hökmdarlara və hətta imperatorlara verirdilər,onlar bundan daha parlaq bir titul olmadığından fərqlənmək üçün ―sultan‖ titulunu daşıyırlar.‖Fars şahı‖ da nüfuzlu tituldur və bununla belə onun şahlığından kənarda olan hökmdarlar ümumən bu titulu (sultan
105
Şardən ―Səyahətnamə‖sinin ikinci cildində Assur çarı III Salamansar (e.ə.859–824) tərəfindən Fələstinin fəthi zamanı əsir aldığı yəhudiləri Araratda yerləşdirdiyini,ermənilərin bir xalq kimi onlardan təşəkkül tapdığını,‖Aram‖ sözünün yəhudi mənşəli olduğunu,tarixlər boyu Asiya fatehlərinə tabe olduqlarını (səh.215–216),Ermənistan,Ararat,İrivan kimi sözlərin etimoloji mənşəyini açmaqda 700 yaşı olub,müasir dil hesab edildiyi ―hamıya bəlli olan‖ erməni dilinin acizliyini,onun yəhudi və Şərq dilləri əsasında formalaşdığını (səh.223–224),üstəlik on bir əsr (quelques onze siecles) müsəlmanların tabeçiliyində olduğunu göstərir(səh.232).Əlavə edim ki,Səfəi imperiyasına qatılmış Şərqi Ermənistan İrivan bəylərbəyiliyi ərazisinin bir hissəsini təşkil edirdi.O dövrdə Ermənistan adlı inzibati-ərazi vahidi yox idi, inzibati-ərazi vahidi kimi İrivan bəylərbəyiliyi mövcud idi ki,bu bəylərbəyilik də tarixi mənbələrdə Çuxursaad və ya Çuxursəd kimi işıqlandırılır.Çuxursəd bəylərbəyliyinin əhalisinin çox böyük əksəriyyəti azərbaycanlılar olduğu üçün bu ərazi XVII əsr Azərbaycan inzibati-ərazi vahidi kimi qiymətləndirilməlidir.Əlavə olaraq bax.A.A.Raxmani. ―Azerbaydjan v konse XVI (1590 q.) i v XVII veke‖.B.–1981. str.86. 106 Şardən səhvə yol verir.Xəzərin qərbində demək əvəzinə,şərqində deyir.(V.A.) 107 Simnon – Simnon xanlığı ifadəsi ilə hansı xanlığın nəzərdə tutulduğu mənə məlum deyildir.(V.A.) 108 Siston əyaləti adı altında hansı əyalətin nəzərdə tutulduğu mənə məlum deyildir.(V.A.) 109 ―Vəli‖ və ya ―vali‖ titulu bəylərbəyi titulundan yüksəkdir.Bunu Şardənin əvvəlki qeydləri (bax.VI cild,səh.12) də təsdiq edir.Hal-hazırda İranda Ostan hakiminə (ostandara) həm də ―vali‖ deyirlər. (Bax.ASE.II c.,səh.304) 110 Qanunla sultan xana və xan öz sultanı ilə bəylərbəyiyə tabedir.(V.A.) 111 Bəndər-Fiq adı ilə hansı yerin nəzərdə tutulduğu məlum deyil.Bəlkə,Bəndər-Abbas(?) nəzərdə tutulur.(V.A.) 112 Bharən və Behebon haqqında da dəqiq məlumat vermək imkanında deyiləm.(V.A.) Bəlkə Bəhreyn???
106
titulunu – V.A.) daşıyırlar113. Hər bir əyalətdə114 hakim də daxil olmaqla şahın əli ilə təyin edilmiş üç məsul vəzifəli şəxs vardır; belə ki,hakimin müavini (Vice-gerent) və ya başqasının yerində əyləşən (Seant en la place d\un autre) mənasında canişin (Janitchin) titulu daşıyan şəxs115 xanın müavinidir; o daim paytaxtda olub həmişə hakimlə şəxsi yaxınlıq edir ki,onun hakimiyyəti necə idarə etdiyi barədə məlumat verə bilsin; akanüvye (l,akanuviez) və ya katib (Secretaire) (mirzə – V.A.) şah təyin etdiyi vəzir və ya intendant (Visir ou Intendant du Roi)116 olur ki,onun vəzifəsi əsasən baş verən hər bir şey haqqında saraya hesabat verməkdir.Bu canişinlər hakimin hərəkətlərini izləmək və həmçinin dövlət mənafeyinə qarşı sui-qəsd etmək iqtidarında olan şəxslərə qarşı dayanmaq üçün təyin edilirlər. Biri digərindən asılı olmayan bu yüksək rütbəli məsul əyalət məmurlarından başqa qalalar və şəhərlər ayrıca ―rəhbər‖ (Recteur) mənasında qədim romalılardakı ali məhkəmə orqanları nümayəndəsi (Preteur) vəzifəsinə uyğun gələn və ―darğa‖(―Daroga‖) adlandırılan şəxslər tərəfindən idarə edilirlər.Onlar (darğalar – V.A.) birbaşa şah tərəfindən təyin edilirlər və hər birinin yenə də şah tərəfindən təyin edilən müavini olur.Darğanın müavini digər hakimlərdən asılı olmur117.Lap elə əvvəllərdən belə bir siyasət yeritməklə şahlıq əyalətlərin və şəhərlərin,həmçinin orada inşa edilən qalaların idarə edilməsinin eyni bir şəxsin əlində cəmlənməsinə qəti şəkildə mane olur.Günü bu gün daha da ehtiyatlılıq göstərərək Səh.– 40 bu ölkənin hər yerində hakimlə birlikdə daha iki nəfər idarə etmə sisteminə cəlb edilir və o iki nəfər hakimdən asılı olmur.Nadir hallarda olsa da,bu şahlıqda üsyanlar və xəyanətlərə rast gəlindiyi üçün hər hansı bir hakim həmişə özünün cinayətkar planları müqabilində canlı və qüvvətli qarşıdurmaya rast gəlsin deyə belə edirlər.Təkcə şəhərlərin və əyalətlərin idarə və təşkilatlarının idarə edilməsində şah tərəfindən qoyulan nəzarətçilər
113
Səfəvi hökmdarları ―şah‖ titulu daşımaqla türk hökmdarlarından fərqləndilər.‖Şah‖ titulu daşımaq onları azəri türklərindən uzaqlaşdırır və farsdilli xalqları yaxınlaşdırırdı.Şiə məzhəbinin dövlət dini elan edilməsi və farsların şiə məzhəb olmaları da bu prosesə təkan verir,nəticədə Azərbaycan Səfəvi dövləti siyasi mahiyyətinə görə fars Səfəvi dövlətinə çevrilirdi.Bu prosesin siyasi mahiyyətini düzgün dərk edən Avropa səyyahları bir qayda olaraq bunu fars dövləti və onun ərazisində yaşayan bütün müsəlman xalqları,o cümlədən azərbaycanlıları da fars adlandırırdılar.(V.A.) 114 Burada əyalət sözü ümumi mənada verilib; onun bəylərbəyilik, xanlıq və ya sultanlıq olduğu başa düşülmür.(V.A.) 115 Burada ―canişin‖ termini ―vəkil‖ kimi başa düşülməlidir.Bax. K.Fateh. Göst. əsəri. səh.15. O.A.Efendiyev. ―Obrazovanie Azerbaydjanskoqo qosudarstva Sefevidov v naçale XVI veka. Str.104. B.– 1981. Ş.Fərzəliyev. ―Azərbaycan XV–XVI əsrlərdə‖ səh.49–53. B.–1983. ASE,II c.,səh.460. B.–1978. 116 Burada işlənən ―intendant‖ termini nə intendantın təsərrüfat müdiri,nə də onun məlik (bax.qeyd 98) tituluna uyğun gəlir.Əgər vəkil şah fərmanlarının hakim tərəfindən necə yerinə yetirildiyinə nəzarət edirdisə,burada vəzifəsi katib vəzifəsinə yaxın olub ―vəzir və ya intendant‖ adlandırılan şəxsin işi həm də saraya baş verən hər bir hadisə haqqında yazılı məlumat vermək imiş.(V.A.) Burada ―katib‖,‖vəzir‖,‖intendant‖ istilahları ilə izah edilən ―akanüvye‖ (Akanuviez) termini səslənməsinə görə ―ağa naib‖ kimi başa düşülməlidir.Qeyd edək ki,‖naib‖ sözü də ―müavin‖ mənasında işlənir.(V.A.) Əlavə olaraq bax.S.M.Onullahi.‖XIII–XVII1 əsrlərdə Təbriz şəhərinin tarixi‖., səh.169.B.–1982. 117 Şardənin təsviri ―darğa‖ haqqında bu günə qədər olan məlumatı daha da genişləndirir.Tədqiqat əsərlərində darğanın şəhərdə mülki və inzibati işləri idarə etdiyi göstərilsə də (bax.S.M.Onullahi. Göst.əsəri,səh.168–170),onun qala idarə sistemindəki rolu haqqında heç bir söz deyilmir.(V.A.)
107
(Controleurs) vardır.Nazirlərin,ordu generallarının (sərkərdələrin – V.A.),böyük və kiçik magistratların (divanbəyi və qazıların – V.A.) hər birinin şah tərəfindən təyin edilən müavini və ya intendantı olur.Müavinləri onların hərəkətlərinə göz qoyur və münasibətlərinə nəzarət edirlər.Nəzarətçilər (müavinlər – V.A.) hakim əvvəlcədən onu bəd əməllərindən saxlayan və ona mane olan adamların öz yanında olduqlarını bilsin deyə bütün vacib işlər barəsində hakimin bədxərcliyə və rüşvətxorluğa imkan verməsi adı ilə şaha məlumat verirlər.Dövlət cinayəti və ələlxüsus xəyanət (demək olar ki,onun nə olduğunu bilmirlər) baş vermədikdə canişinlə onun müavini və ya nəzarətçisi həmişə yaxşı münasibətdə olur,belə bir fikirlə ürəkdən razılaşırlar ki,bu vəzifəni şah təkcə bir adama tapşırmış olsaydı,çox aldanmış olardı.Farsda xəyanətkara ―nəməkbaharam‖(nemecbaram),yəni ―yediyi duzu da oğurlayıb yeyən‖.belə demək mümkünsə,‖qazanc əvəzi aldığı bütün əmək haqqını gizlədən‖118 deyirlər. Şəhər hakimləri (magistratları) ―böyük‖ və ―kiçik‖ olmaqla iki cür olur.Baş hakimlər (Grands Magistrats) dedikdə Səh.–41 darğalar və ya hakimlər,vəzir və ya intendant,yaxud da dinləniləsi işlərin siyahısını yazan və moqaib (Mocaib) adlı mirzəsi (müavini) olan katib (Secretaire)119 nəzərdə tutulur.Qazılar (le Cazy) isə kiçik hakimlərdir.– Fransada olduğu kimi mülki işlərə baxan məmurlardır.Ordu hissələrində də ―qazı‖ olur; fərqləndirmək üçün onu ―qazı ləşkər‖ (Cazy lasker),yəni ―ordu hakimi‖ adlandırırlar.Tacirlərin başçısı və ya böyüyü,yəni ―tacirlərin şahı‖ ―məlik-əl tüccar (Melicel-toujar)(tacir başı – V.A.) adlanır.Gözətçi dəstəsinin kavaleri (Chevalier du Guet) ―atəş‖ (Atas) adlanır.Polis dəstəsinin rəhbəri (Chef de Police) ―naib‖ (Naib) titulu daşıyır.Qəsəbələrdə və şəhərciklərdə qazıdan başqa hakim və magistrat olmur; bundan əlavə yerin böyüyü (Chef du lieu) ―rəis‖ (Reys) adlanır və o,dairə məhkəməsi hakimi (un Baillif) kimidir.Qazının mirzələri (les Seribes du Cazy) notarius kimidir,onlar katib (Catib) titulu daşıyırlar.Farsda (Səfəvi imperiyasında – V.A.) serjantları müzür (Muzir),yəni əzbərçi (oxuduğunu mexaniki surətdə mənimsəmiş – V.A.) adlandırırlar.Baş (Grands Magistrats) və kiçik hakimləri hər yerdə şah özü təyin edir.Kiçik hakimlər mülk torpaqlarına təyin edilirlər.Kənd qazısının Sədr tərəfindən təyin edilməsi müstəsnalıq təşkil edir.Qəsəbələrin və şəhərciklərin rəisləri də birbaşa şah tərəfindən təyin edilirlər.Kənd və şəhərlərin hakim və məmurları öz rütbələrini kifayət qədər təmin edən şəkildə və təyin olunan miqdarda maaş alırlar120.Şəhər hakimləri həm də mülki121 və cinayət işlərini qeydə alan məmur vəzifəsi daşıdıqlarından onların tribunalı (ali məhkəməsi – V.A.) şəhərin əsas ədalət məhkəməsidir.Hakim mühakimə edir və adətən şah tərəfindən ona vəzir və ya müavin təyin edilən şəxsin məsləhətindən başqa,heç kəsin məsləhətinə qulaq asmadan qərar qəbul
118
Azərbaycan dilində bu ifadənin qarşılığı belədir: ―Öz süfrəsinə haram qatan‖,‖yediyi çörəyi itirən‖
və s. 119
Secretaire (katib) ifadəsi naib kimi başa düşülməlidir.Şahın fərmanı ilə bəylərbəyiyə,xana və s. vəzir təyin edilən şəxs həm də bəylərbəyinin naibi(müavini) idi.Bax.S.M.Onullahi.Göst.əsəri,səh.169. Buradan görünür ki,naibin müavini (mirzəsi) moqaib adlanır.Fərq ondadır ki,moqaibi (müavini,mirzəsi) olan naiblər ―ağanaib‖ (l,Akanuviez) adlanmışlar.(V.A.) 120 Əlavə məlumat üçün bax.S.M.Onullahi. Göst. əsəri, səh.171–172. 121 Vətəndaşlıq hüququ aktları qeydiyyatı.(V.A.)
108
edir.O,(hakim – V.A.) ölüm cəzasından başqa,hər cür cəza verə bilər.Farsda (Səfəvi imperiyasında – V.A.) nadir hallarda cinayətkarları öldürürlər, Səh.–42 buna bəzi səbəblər üzündən yol verilir.Heç bir tribunal122 həyat və ölüm məsələlərini həll etmək hüququna malik deyildir.Bu barədə olan hökmün şah tərəfindən elan edilməsi vacibdir.Adətən tribunal cərimə edir və cərimələr bütünlüklə şaha çatdırılır.Bununla belə,şah ondan heç nə götürmür.Çünki hakimlər və onların nəzarətçiləri alınan cəriməni öz maaşları hesabına daxil edir,lazım olduğundan üç dəfə çox götürürlər və buna baxmayaraq,elə hesab aparırlar ki,həmişə ilin sonunda şah onlara məvacib verməli olur.Məsələn,İsfəhan hakimi üç yüz tümən123 (trois cens tomans) maaş almışdır ki,bu da on üç min beş yüz livr124 (treize mille cinq cens livres) edir.Nəzarətçi isə yüz tümən (cent tomans) maaş alır.Elə oldu ki,1676-cı ildə İsfəhanda yerləşən hind bankirləri ona qarşı (cəriməyə qarşı) məhkəməyə yazılı ərizə verdilər.Onlar orada hind millətindən olan adamların beş il ərzində iki yüz min ekü125 (deux cens mille ecus) cərimə verməyə məcbur edildiklərini maddəbəmaddə göstərirdilər. Hakimləri,intendantları və başqa nazirləri əyalətlərə göndərərkən onlara xidmətlərinin təbiətini,gedəcəkləri yerin xüsusiyyətini,ehtiyatlı olmaqla idarə etməyə məcbur olacaqlarını,özlərini hansı üsulla aparacaqlarını izah edən təlimat verirlər.Bu təlimat ―Dəstur-əl əməl‖ (Destourel homel),yəni ―idarəetmə qaydası‖ adlanır.Məsələn,bu təlimat hakim126 üçündürsə,onda canişinliyin (quberniyanın) ərazisinin geniş təsviri,əvvəlki illərdən ta həmənki ilədək alınan gəlirin miqdarı,əhalinin ictimai tərkibi,onlarla necə rəftar etmək tərzinin geniş təsviri verilir; belə təlimatlar çox geniş olur.Onu (təlimatı) həminin Səh.–43 Sarayın yüksək vəzifəli nazirlərinə də verirlər.Böyük Abbasın (şah I Abbasın – V.A.) bütün hakimiyyəti boyunca siyasət tez-tez dəyişdiyindən bu təlimatlar da tez-tez başdan-başa yenidən tərtib edilirdi,çünki onun sələfləri onunku ilə müqayisədə kiçik bir dövləti idarə edirdilər127. Yüksək dövlət xadiminin saraya gələndə dəqiq əmr və icazənamə ilə gəldiyinin ancaq onun özünə məlum olmasını siz yaxşı başa düşürsünüz.Onun şahın olduğu yerin giriş qapısında içəriyə girməyə cəsarət etmədən dayanıb durması bir adətdir.Sarayın qapısı ağzında olan dostlarından birinin vasitəsi ilə şaha gəlib onun ayaqlarına atılmaq üçün əlahəzrətin əmrini gözlədiyini dedirtmək lazımdır.Onun yanına 122
Tribunal dedikdə Şardən şəhər məhkəmələrini nəzərdə tutur.(V.A.) Tümən – XVII əsrdə çəkisi 3,22qram 900 əyarlı qızıl sikkə.Şardənin hesablanmasına görə,bir tümən 250 eküyə bərabərdir. 124 Livr – 20 su məbləğində Fransada qədim pul vahidi.Bir su 5 santimə,bir santim isə frankın yüzdə birinə bərabərdir.Şardənə görə,bir tümən 45 livrə bərabərdir.Deməli,XVII əsrdə livrin və frankın dəyəri eyni olmuşdur. 125 Ekü – Fransada qədim pul vahidi. 126 Burada bəylərbəyi,xan,sultan,məlik,darğa və s. nəzərdə tutulur.(V.A.) 127 Şah I İsmayıldan başlayaraq Şah I Abbasa qədərki Səfəvi şahlarının onun xələfləri olması qaçılmaz bir fakt kimi Şardənə məlum idi.Təkcə şah Məhəmməd Xudabəndənin (1578–1587) dövründə və Şardənin sevimlisi,farspərəst Şah I Abbasın hakimiyyətinin ilk illərində Şah I İsmayılın yaratdığı imperiyanın çox hissəsi itirilmişdir.Şah I Abbas fatehlikdə babası Şah I İsmayıl tərəfə çəksə də,mənəviyyatı və milli ruhuna görə Səfəvi nəslinin alnına vurulan bir damğa idi.Şardən də onu Səfəvi imperiyasını səhv bir siyasi istiqamətə apardığı üçün şişirdir.Düşmən səhv edəndə onu tərifləyərlər.(V.A.) 123
109
adam göndərib daxil olmasını bildirirlər.Lakin bəzən onu (vəzifəli şəxsi) daha çox asanlıqla qətl etmək üçün,yəni çox xərc çəkmədən və çox ehtiyatsızlıq göstərmədən qətl etmək üçün saraya çağırırlar.Onun müraciətinə cavab başını kəsmək üçün adam göndərmək haqqında verilən qərardan ibarətdir. Əyalətlərdə yerləşən böyükləri asanlıqla və müqavimətsiz qətl etmək üçün fars (Səfəi) siyasətinin başqa bir vasitəsi də vardır.Bu,onlara (böyüklərə) ―xalat‖ (Calaat) adlanan,üstündə daş-qaşla bəzədilmiş qılınc və xəncər olan şahanə geyim göndərməkdən ibarətdir. adətən bu hədiyyəni aparmaq hörmətli saray əhlindən birinə həvalə edilir.O da özü ilə altı və ya yeddi qulluqçu götürür.O gedəcəyi yerdən bir günlük məsafəyə gəlib çatan kimi tez-tələsik vəzifəli şəxsə (böyüyə) hədiyyənin kimə göndərildiyini bildirmək üçün xəbər göndərir.Yaxud da onun özü (tapşırıq həvalə edilən şəxs – V.A.) gətirdiyi hədiyyəni hansısa yaxın bir qəsəbədə özü ilə gələn adamların yanına qoyaraq gizlincə (incognito) ora gedir.Onun (böyüyün) Səh.–44 şahın göndərdiyi hədiyyəni nə vaxt alacağını şərtləşir.Şahən göndərdiyi hədiyyəni isə həmişə şəhərdən kənarda almaq lazımdır128.Bundan ötrü129 astroloqlar ulduzların müvafiq bürc altında olduğu anı seçməyi məsləhət görürlər.Hədiyyə alası vzifəli şəxs əyalətin hakimi və ya intendantı,yaxud da bir başqası olmasından asılı olmayaraq,bir hissəsi magistratlardan (hakim,qazı,rəis və s. – V.A.) ibarət böyük bir məiyyətlə onu almağa gəlir.Bu paltarı geydikdən sonra bir dəstə süvari ilə,qalib bir görkəmdə şəhərə qayıdır.Belə mərasimlər üçün ayrılmış binanın qarşısında atdan enir.Nökərlərinin müşayiəti ilə evə daxil olur.Şahanə paltarı yenidən geyinmək üçün soyunur.O zaman əgər şahın onu qətl etdirmək haqqında əmri varsa,göndərilən adam özü ilə gələnlərin gözü qarşısında əmri çıxarıb otağın ortasına atır130 və eyni zamanda onun üzərinə atılaraq verilmiş əmri müqavimətsiz yerinə yetirir. Əsas mərasimlərdən biri kimi xalat və ya şahanə paltarın qəbulu mərasimində farsların (Səfəvilərin) dəbdəbəsi və cah-cəlalı daha qabarıq göründüyü üçün mən mümkün qədər dəqiq təsvir edəcəyəm.Xalatın qəbul edildiyi yer şəhərdən üç və dörd mil131 kənarda olur.Bu,belə bir mərasimi keçirmək üçün tikilən və bağı-bağçası olan bir binadır.Ona görə də ona ―xalat evi‖ (la maison des Calattes)deyirlər.Xalat yerin (bəylərbəyiliyin,xanlığın və s.) vəzifəli şəxsinə göndərildikdə xalatın kimə göndərildiyi,hamının qəbulda iştirak etməsinin vacibliyi,qəbul saatı bütün şəhərə elan edilir.Əgər hədiyyə baş hakim (bəylərbəyi,xan,sultan və s. – V.A.) kimi xüsusi şəxsə verilirsə,həm sarayda,həm də paytaxt şəhərində132 bunu ancaq hədiyyə alacaq şəxsin dostlarına bildirirlər.İctimai qadınlar olan rəqqasələr Səh.–45 ora xüsusi olaraq dəvət edilirlər.Rəqqasələrin sayı on beşdən iyirmiyədək olur.Ora həmçinin çalğıçılar da dəvət edilirlər.Orada magistratlar133,bütün əsas mollalar,
128
Bu fikir Şardənin ―Səyahətnamə‖sinin II cildində də təsdiq edilir.Bax. II c.,səh.155–156. Hədiyyəni qəbul etməkdən ötrü mənasında.(V.A.) 130 Orta əsrlərdə məktubun və s. təqdim edilmə qaydası belə idi.Məktubu ələ vermək qeyri-əxlaqi hərəkət sayılırdı.Əlavə məlumat üçün bax.Şardən. Göst.əsəri.II c.,səh.302. 131 Mil (mille) – burada coğrafi mil – bir mil 7.420 metrdir. 132 Bəylərbəyiliyin,xanlığın və s. paytaxtı nəzərdə tutulur.(V.A.) 133 Darğa,qazı,rəis,naib və s. nəzərdə tutulur.(V.A.) 129
110
digər ruhanilər iştirak edirlər.Şərəfinə bayram süfrəsi açılmış əyan ‖xalat evinə‖ daxil olan kimi zəruri olaraq xalça döşənmiş zalda əyləşir,oradakılar onunla birlikdə nahar edirlər.Mərasimin müvəffəqiyyətlə keçməsi üçün astroloqlar tərəfindən təyin edilmiş anda göndərilmiş adam şahın hədiyyəsini gətirir.Hamı ayağa qalxır,həmin hədiyyəni alacaq əyan birinci ayağa durur və başı yerə dəyənədək əyilir,sonra diz çökür,bütün məiyyəti də onunla bərabər diz çökərək şaha can sağlığı və şan-şöhrət diləyərək allaha dua edirlər.Dörd-beş dəqiqə davam edən dua qurtaran kimi o soyunur və şahanə paltarı geyir.Bu müddət ərzində ancaq Allahı tərif,şahı isə mədh edirlər,şahın göndərdiyi hədiyyə içərisində onun necə xoşbəxt göründüyünə və şahdan belə şöhrətli nişan almasına heyran olduqlarını bildirirlər.Elə ki,o geyinib qurtarır və yenidən yerinə əyləşir,onda hər kəs ona yaxınlaşıb deyir: ―Mübarək başed134,ağa,bu hədiyyə sizi xeyir-duada saxlasın‖.O,hər bir kəsin xeyir-duasını çox mədəni,hər kəsin özünə layiq surətdə qarşılayır,özünü son dərəcə sevincək göstərməyə səy edir.Bu vaxt astroloqlar gəlib yola düşmək lazım olduğunu deyirlər,o da qalxıb ata minir.Qayıdarkən də dəstə ilə qayıtmağa məcbur olurlar,bütün yol boyu xalq tamaşaya durur,şəhərə yaxınlaşdıqca yığışan adamların sayı da artır.Dəstə şəhərə daxil olan kimi toplar atılır,əsgər rotaları (Compagnies de Soldats) atəş açır,musiqi alətləri təşkilatı135 (Maison des Instrumens de Musique) Səh.–46 gərənay (qaraney – V.A.)(trompettes) və nağara (tymbales) çalır.Digər bir musiqi dəstəsi isə dəstənin başında gəlir,bu dəstənin arxasınca atılıb düşə-düşə,yüz cür hərəkət edə-edə rəqqasələr gəlirlər.Başda gələn dəstə uca səslə şahı tərif edən mahnılar oxuyur.Küçələri su ilə yuyub təmizləyir,gül-çiçək səpirlər.Bu mərasimlərdə qadınlar da iştirak etmiş olsaydılar,küçələrin müqayisəedilməz dərəcədə gözəl göründüyünü düşünmək olardı.Lakin məlumdur ki,qadınlar farsda qətiyyən (müsəlman ölkələrində – V.A.) çölə çıxmırlar.Bütün dəstə birbaşa şah evinə136 gedir.Belə ki,böyük şəhərlərin əksəriyyətində və ya böyük məscidlərdə (cümə məscidi – V.A.) şah evi olur.Orada (şah evində) şərəfinə bayram təntənəsi düzəldilən yerə enir,qapının kandarını öpür,şah evinin qarşısındakı porfir daşın qarşısında ayağa qalxır.Sonra yenidən ata qalxaraq saraya gəlir.Dəstənin əsas heyəti də onunla birlikdə saraya daxil olur və cazibədar bir ziyafət başlanır.Nə vaxt başlanmasından asılı olaraq,ziyafət ya nahar yeməyi,ya da ki,axşam yeməyi ilə başa çatır.Günün yerdə qalan hissəsi isə başlanğıcdan ziyafətdə iştirak edə bilməyən adamların təbriklərini qəbul etməklə keçir.Bu təbriklər artıq qeyd etdiyim kimi bu şəkildə olur: ―Qoy bu hədiyyə sizə xoşbəxtlik gətirsin137‖.Sonra da hədiyyəni tərifləyib,ona heyran qaldıqlarını bildirirlər.Axşam sarayın içərisində də,çölündə də işıqlar yandırılır.Əgər xalat şah sarayında təqdim olunursa,bundan ötrü təşəkkür etmək üçün şahın yanına gedirlər.Əgər şah sarayın içərisindədirsə,onda şahı həmin gün görə
134
Mübarək olsun! (V.A.) Şardən tərəfindən ―Maison des Instrumens de Musique‖ ifadəsinin işlədilməsi XVII əsrdə Səfəvi imperiyasının ayrı-ayrı əyalətlərində musiqiçiləri birləşdirən müəyyən bir təşkilatın olduğunu göstərir.Görünür,o dövrdə rəqqasların və müğənnilərin də ayrıca təşkilatı olmuşsa da,onlar həm də eyni bir təşkilatda birləşmişlər.(V.A.) 136 Təntənəli mərasimlər keçirmək üçün nəzərdə tutulan ev.(V.A.) 137 ―Que ce present vous tourne en benediction‖ ifadəsi Azərbaycan dilinə ―sayası düşsün‖,‖mübarək olsun‖ və s. kimi də tərcümə edilə bilər.(V.A.) 135
111
bilmədiklərini bəhanə gətirib,şah qapısının kandarını öpürlər.Həmin şey İsfəhanda,şah səyahətdə olarkən tez-tez təkrar edilir.Bu kandar deyilən şey altı pus138 qalınlığında yaşıl rəngli,böyük vulkanik (porfir) daşdır,qapının kandarına qoyulur.Bu yer Səh.–47 müqəddəs sayıldığından heç kəs ora ayaq basmağa cürət etmir. Xalat adlanan şahanə paltar kostyum mənasında başa düşülür,çünki o belə də olur.Bəzən elə də olur ki,bu,təkcə bir pencəkdən ibarət olur.Xalat bütövlükdə dörd hissədən ibarətdir: bir alt paltarından,bir üst paltarından (üst paltarı xalat kimi uzun olur)139,bir kəmərdən və bir çalmadan.Onların bütövlükdə qiyməti beş və ya altı yüz livr dəyərində olur.Əyalət hakimləri kimi yüksək mövqeyə malik olan şəxslərə və səfirlərə verilən xalatların dəyəri bundan iki qat artıqdır.Əgər əbaya140 xəz əlavə edilmişsə,onun dəyəri daha da artır,çünki yaraşıqlı dələ xəzinin qiyməti beş yüz pistoldan altı yüz pistola qədərdir141.Böyük hakimlərə verilən xalatlar,adətən,böyük və ağır silahlardan,xalis qızıldan hazırlanmış,daş-qaşla bəzədilmiş qılınc və xəncərdən ibarət olur.Müxtəlif səbəblər üzündən ona yəhəri,üzəngisi və cilovu qızıl olan at əlavə edirlər.Bu gözəl xələt kompleksinin qiyməti altı və ya yeddi min ekü olur. Yuxarıda dediyim kimi,hədiyyə göndərilməsi bir sıra təhlükəli əmrlərin qarşısını almağa xidmət edir.Bəzən elə belə də olur.Böyüklər hətta xərc çəkmək və ya çox böyük hədiyyələr verməklə hədiyyə almaq işinə qayğıkeşliklə yanaşmaqdan əl çəkmirlər.Bunu üç səbəbə görə edirlər.Birincisi,şaha hörmət-izzət bəslədikləri üçün.Bununla şahın onlara xeyirxah münasibət bəslədiyini böyük bir ciddi-cəhd ilə xalqın nəzərinə çatdırırlar. İkincisi,əyalətə şah tərəfindən himayədarlıq edildiyini hamıya bildirmək üçün.Üçüncüsü, əyalətdə ən hörmətli Səh.–48 və tabeçiliyində olanlar üçün isə ən dəhşətli bir şəxs olmaq üçün.Lakin bu cür hədiyyələr onlara qətiyyən xoş gəlmir,çünki həmin hədiyyələri qəbul etmək onlara çox baha oturur.Belə ki,onlar şaha və nazirlərə daha qiymətli hədiyyələr göndərməyə məcbur olurlar.Üstəlik,hədiyyə gətirəni də layiqincə mükafatlandırmaq lazım gəlir.Xalq bilir ki,tez-gec hakim xərc çəkəcək.Həmişə belə olur ki,həmin xərc əvvəlcədən yığılıb toplanır,bununla da hakim şah sarayının daha çox hüsn-rəğbətini qazanmış olur.Şah xalatına layiq olmaq üçün böyük xərc tələb olunmur.Təkcə,yeri gəldikcə,yüz pistolluq hədiyyə verməklə mükafat olaraq xələt əldə etmək olar.Vəzifəli şəxslərin geydikləri bu paltarlar üçün nə qədər ödəmək lazım olduğu barədə başqa bir yerdə danışacağam. Bütün hakimlər və əyalətdə olan digər böyük vəzifə sahibləri Sarayda vəkalətli şəxs saxlamağa məcburdurlar.Bu cür vəkaləti olan şəxslərə vəkil (Vikil),yəni xidmətkar (Commis) deyilir.Tacirlərin öz komisyonerləri də ―vəkil‖ adlanır142.Onlar (vəkillər – V.A.) sarayda ona görə olurlar ki,vəkili olduqları hakimin dövlətində baş verən əsas hadisələr barəsində hesabat versinlər.Onlara hər xırda şey barədə verilən əmrlərin dəqiq 138
Pouce – (pus) – Azərbaycan dilinə ―qarış‖ (пядь) və düym (23 mm-ə bərabər ölçü vahidi,1/12 fut) sözləri ilə tərcümə edilir. 139 Üst paltarı mənasında yəqin ki,‖əba‖ sözü başa düşülməlidir.(V.A.) 140 Burada da Şardən ―la casaque‖ (плащ с широкими рукавами) sözünü işlədir. 141 Pistol – Qədim ispan qızıl sikkəsi.Tərkibi 6,20 q. xalis qızıl idi.XVII əsrdə tədavüldə olan bütün qızıl sikkələr pistol adlanırdı.Fransada isə 1795-ci ilədək bu çəkidə (6-7 q.) Lüidor kəsilirdi. 142 Komisyoner(Facteur) – ticarət işlərində müəyyən faiz almaq şərtilə vasitəçilik edən şəxs.
112
yazılmasına ehtiyac olmasa da,saray onlardan məlumatlı olmağı,əyalət hakimlərinin işlərini qaydaya salmaq üçün lazımi əmrlər almalarını tələb edir.Vəkillər,adətən,sarayda uşaqlarından birini və ya bir neçəsini,ya da valideynlərini girov saxlayırlar.Onların girov götürülmüş uşaqları da ataları kimi hakimə sədaqətlə xidmət göstərirlər.Gənc vəkillər (girov götürülmüşlər – V.A.) öz tərəfindən bu yol ilə tapılırlar.Onlar xidmət göstərir,vəkillik işlərində qabiliyyətli, Səh.–49 vərəsəlikdə layiqli olduqlarını sübut etməyə çalışırlar.Onların əsas vəzifəsi sarayda danışılanlara gizlincə qulaq asmaqdan,xidmət etdikləri şəxslərə dövlətdə hansı hadisələrin baş verdiyini anlatmaq,necə hərəkət etmək barədə məlumat verməkdir. Hakimlər vəkillərinə özlərinin ən yüksək etimada layiq əziz adamları olduqlarına inandırmaq üçün hədiyyələr verirlər.Bunu vəkillərin öz hakimlərindən və ya valideynlərinin edəcəkləri şikayətlərin qarşısını almaq üçün edirlər.Nəticədə isə,vəkillərin ağzını yığmaq üçün verilən hədiyyələr,onların nazı ilə oynamaq üçün göstərilən hər hansı bir cəhd şikayətlərin,narazılıq və üsyankarlığın qarşısını ala bilmir. İstər bütöv ölkə üzrə,istərsə də əyalətlər üzrə iqtisadi siyasət,dediyim kimi,sırf iqtisadçı və ya inzibatçı şəxslər olan intendantlar tərəfindən həyata keçirilir ki,əsas məqsəd gəliri artırmaqdan və şah üçün pul yığmaqdan ibarətdir.İntendantları ümumi bir adla vəzir adlandırırlar.Biz bu sözü ―vizir‖ (vizir) və ―vazir‖ (vazir) kimi tələffüz edirik.Bu söz ―yük daşıyan‖ (portefardeau) mənasındadır; vəzirlərin dövlətin dayağı (Atlas Persans)143 olduqlarına işarədir.Kiçik əyalətlərin intendantlarının əlavə titulları olmasa da,böyük əyalətlərin intendantlarını adətən ―Asəf‖ (Asef),yəni ―böyük‖ (Grand) deyə çağırırlar ki,bu adı Məhəmmədilər hörmət əlaməti olaraq Süleymanın katibinə vermişdilər.Dövlət əleyhinə olan heç bir müəssisə intendantlardan qorxmur.Çünki intendantları qorumaq üçün silahlı dəstə ayrılmır,lakin onların yanında nəzarətçi (Nazr) və dövlət katibi olur. Səh.–50. Lakin ―ağanaib‖ (Vakanuviez)144 adlanan dövlət katibinin işi əyalətdə baş verən hadisələri qeydə almaq,bu barədə saraya məlumat verməkdir.Şah,əlavə olaraq,bütün şəhərlərin hakimləri üçün hakim (Prevots) seçir ki,ona ―darğa‖ (Daroga) deyilir.Əyalətdəki digər nüfuzlu sahələrə inzibati qaydada nəzarət etmək polisə (la Police),milis (la Milice) üzərində nəzarət etmək isə bəy titulu daşıyan zabitlərə (Officiers sous le titre de bek ou Seigneur)145 həvalə edilir.İstər bunların,istərsə də qeyrilərinin146 intendantdan asılı olmayaraq,müstəqil surətdə komissiyaları olsa da,intendant onların özündən yuxarı durmasına,bildikləri kimi hərəkət etmələrinə imkan vermir.Məsələn,kimsə nəsə
143
Atlas Persans – hərfi tərcümədə ―Farsların birinci boyun fəqərəsi‖ mənasını verir.(V.A.) Ətraflı məlumat üçün 116–119-cu qeydə bax.Şardən tərəfindən bu cildin 39-cu səhifəsində , l Akanuvviez,50-ci səhifəsində isə Vacanuviez şəklində işlənən söz eyni söz olub,fransız səyyahın dilinə yatmadığı üçün fonetik təhriflərə uğrayır.(V.A.) O,bu sözü gah ―aqanüvye‖,gah da ―Vakanüvye‖ (yəni ―ağanaib‖ mənasında) kimi tələffüz edir. 145 Fransızlar üçün anlaşıqlı olsun deyə ―bəy‖ sözünü ―senyor‖ kimi verir; yəni zadəgan,əyan.Geniş məlumat üçün bax.S.Onullahi. Göst.əsəri., səh.168–169.Şardən tərəfindən ―polis‖ və ―milis‖ terminlərinin işlədilməsinə gəldikdə isə,‖polis‖ sözü fransızca polis dəstəsi,polis idarəsi,sığorta vərəqi,‖milis‖ sözü isə qeyri-nizami qoşun,ordu,qoşun,milis,müstəmləkələrdə köməkçi hissələr mənasında işlənir.Şardənin təsvirinə görə ―bəy‖ titulu daşıyan zabit milis rəisi kimi təqdim edilir. 146 Naib,darğa,bəy nəzərdə tutulur.(V.A.) 144
113
məhkəməlik işi olduğu və ya cinayət etdiyi üçün şəhər hakiminin əlinə keçibsə,əgər ürəyi istəsə,intendant onu oradan çəkib çıxara bilər;bundan ötrü kifayətdir ki,ora adam göndərilsin və deyilsin ki,həmin adam şaha borcludur,intendantın onunla işi var və halhazırda ondan istifadə edir.Bu,həmin adamın həbsdən azad edilməsi üçün bəs edir.Şahın işlərini daha yaxşı aparsın deyə intendantla qətiyyən mübahisə etmirlər,həmişə əziyyəti başqalarına salaraq,ona həmişə hüquqi üstünlük verirlər; ayrı halda isə,əyalət hakimi ilə mübahisə etmək heç vaxt xeyir vermir. Artıq mənim müşahidə etdiyim kimi ,intendantların hakimi147 şahlıqda ən ziyankar adam olub,əyalətləri zaman-zaman dözülməz vergilərlə yükləməklə,oraya heç nə ilə gözü doymayan adamlar göndərməklə şahlığı viranə qoymağa qabildir.Dövlət nazirlərinə, hərəmağalarına,şahın əzizlərinə,xüsusilə şahın anasına148 verilən hədiyyələrin gücünə intendantlar əyalətlərdən yığılan vergi müqavilələrinin əvvəlki illərdə olduğu kimi saxlanmasına nail olurlar.İntendantların bağladıqları müqavilədə Səh.–51 göstərilir ki,şərtə əməl edilməli,saraydakı himayəçilərinin mənafeyini müdafiə etməli,sonra özü üçün işləməlidir.Böyük faizlə beh verilir,vaxtın çox hissəsi ödəniş üçün ayrılır.Daha sonra varlanmaq,gözdən düşmək bəlasından özünü qorumaq üçün pul yığmaq lazım gəlir.Bu halda isə,həmişə risqə gedirlər.Bütün bunlar əyalətdə yaşayan xalqın hesabına başa gəlir.Əyalət əhalisini elə bir tərzdə soymağa (vergi yığmağa) başlayırlar ki,vergi verənin kimliyindən asılı olmayaraq,o sıxışdırılaraq təhlükəyə məruz qalmasın. Bununla belə,vergiyığanlardan edilən şikayətlər vergiyığanların özlərindən qabaq saraya gəlib çatır; lakin şah uzun müddət (tez-tez belə olur) şikayətçiləri dinləmək imkanına malik olmur.Şikayətçilərə veriləsi cavablar yığılmış vergidən öz xüsusi payı olan hiyləgər nazirlərin vasitəsi ilə,dolayısı yolla şifahi olaraq çatdırılır.Bununla belə,fars (Səfəvi – V.A.) dövlətində belə bir yaxşı siyasət var ki,heç kəsin şikayətindən imtina etmirlər.İstər hakimlər,istərsə də intendantlar kim olmasından asılı olmayaraq,Saraya şikayətə gedən şəxsə açıq-açığına mane olmağa cəsarət etmirlər.Elə ki,hakimlər və intendantlar əyalətdən və ya müəyyən bir dairədən nümayəndələr göndərmək istədiklərini,yaxud xüsusi adamların şikayətə getmək istədiklərini gördükdə onları əl altdan danışdırırlar. Şikayətçilərə bu fikir çatdırılır ki,onlar uzun bir səyahət etməli və çoxlu xərc çəkməli olacaqlar,lakin əvəzində heç bir müvəffəqiyyət qazanmayacaqlar,üstəlik də intendantı incitdikləri üçün intendant da onlara pislik edəcəkdir.Əgər bu vasitə ilə şikayətə getmək istəyənləri yoldan saxlamaq mümkün olmazsa,onda intendant saraydakı himayəçisinə ya özü məktub yazır,ya da məktub yazdırır ki,nazirlər xəbərdar edilsinlər,ona qarşı edilən şikayətlərin qarşısı şaha gedib çatıncaya qədər alınsın və ya Səh.–52 şikayətlərin faydasız olduğu şikayətçilərə başa salınsın.Buna görə də bu incidilmiş yazıqlara qarşı Sarayda səyləri gücləndirirlər.Onları şirin sözlər və çoxlu vədlərlə geri qaytarmağa cəhd edirlər.Onlara deyirlər ki,intendantın çoxlu dostları vardır,şah onun xətrini çox istəyir,əgər onlar şaha şikayət etsələr,danlaqdan savayı,heç nə qazanmayacaqlar,intendant da onların ömürlük düşməni olacaqlar.Əgər onlar şikayətlərini geri götürsələr və çıxıb getsələr (onsuz da şah onları buna məcbur edəcək),bu,onların xeyrinə olacaqdır.İntendantların hakimiyyətinin ilk illəri elə-beləcə gəlib keçir.Lakin 147 148
Şah və intendantları himayə edən ali mənsəblər nəzərdə tutulur.(V.A.) Şah anasına ehtiram Şərqdə qadına münasibəti ifadə edir.(V.A.)
114
xalqa edilən təzyiq dözülməz olduqca,xalq zülmdən bezdikcə şikayətlərin qarşısını almaq olmur.O zaman saraydan intendanta məktub yazılıb bildirilir ki,xalqın hay-küyünə bu dərəcədə səbəb olmaq olmaz,belə gedərsə,daha intendantları müdafiə etmək mümkün olmayacaq,çünki artıq şah çox qəzəblənmişdir.Bəzən belə olur ki,varlandığı üçün vəzir (intendant) daha çox düzgün hərəkət etməyə meyl edir və bunun nəticəsində şikayətlərin qarşısı alınır.Əgər bunun əksinə olarsa,şikayətlərin sayı iki qat artır,heç bir maneə onların qarşısını ala bilmir,onda intendantı dəyişirlər.Əgər intendantdan olan narazılıq onun aradan götürülməsi səviyyəsinə çatıbsa,onu saraya hesabat verməyə çağırırlar.Bu zaman ona deyilir: ―Siz özünüzü itirmisiniz.‖Belə ki,onun haqq-hesab kağızlarını və qəbzlərini hesabat verilənə qədər əlindən alırlar ki,o,bu sənədlər əsasında danışa bilməsin; indicə bu barədə danışacağam. İndicə deyəcəyim kimi,intendantların sıxışdırılmasının onların təkbaşına idarə etdikləri əyalətlərdə həyata keçirilməsinə inanmaq lazım deyildir.Bu hadisə o əyalətlərdə baş tutur ki,həmin əyalətlər hakimlər və intendantlar tərəfindən Səh.–53 birlikdə idarə edilmiş olsun.Lakin üç səbəbdən əyalətlərdə belə hadisələr lap az da olsa,baş verir.Birinci səbəb budur ki,hakim əyaləti özünün şəxsi mülkiyyəti hesab etdiyi üçün öz mənafeyini əyalətdə bolluq yaratmaqda gördüyü halda,intendant şahın mənafeyini güdmək bəhanəsi ilə əyaləti bacardığı qədər soymağa (vergi toplamağa – V.A.) cəhd etdikdə hakimlə intendantın mənafeləri toqquşur və onların qarşıdurmasına gətirib çıxarır.İkinci səbəb odur ki,hakimlərin xidməti intendantların xidməti kimi əyalətdən gələn gəliri ildən-ilə artırmaq üçün saraya adam və hədiyyələr göndərməklə ölçülmür.Hakimlərin belə hərəkət etməsi məcbur deyildir.Üçüncü səbəb odur ki, intendantlarla müqayisədə şahlıq xəzinəsini doldurmaq baxımından hakimləri sıxışdırmağa şah o qədər də ehtiyac duymur149. Dəfələrlə öyrənib bilmək istədim ki,saraya şikayətə gələnlərin sayı neçə nəfərə qədər ola bilər.Məni əmin etdilər ki,şikayətçilərin sayı təxminən həmişə yeddi mindən səkkiz minə qədər olur,lakin bir dəfə onların sayı on min nəfər olmuşdur.Şikayətə gələnlərin çoxu şikayətləri müqabilində ədalət əldə edəcəklərinə çox az ümid bəsləyir,özlərinə qarşı edilən təqiblərin qarşısının alınmasına çalışırlar.İntendant və ya hakimin üsul-idarəsindən etdikləri şikayət müqabilində ədalət tələb edən şikayətçilər sarayda olarkən saraydan buna təcili icazə olmadan və ya ən azı Baş nazirdən (premier Ministre) və ya intendant başıdan (Surintendant) qəti şəkildə şah tərəfindən şikayətlərinin dinlənilməyəcəyi barədə məlumat almadan dərinə getməyə cəsarət etmirlər. Bu hal isə son dərəcə nadir hallarda baş verir.Bu halda şikayətçilər xərc çəkməli olsalar da,kimsə bir nüfuzlu əsilzadə Səh.–54 ya da nazirə şikayət etməli olurlar.Həmin əsilzadə və ya nazirin də sarayda kimsə bir düşməni olduğu üçün o,şikayətlərə vəzifəsi daxilində baxır.Hər hansı bir halda şikayətçilər dinlənilir və hər bir şikayət öz təbiətinə uyğun olaraq ədalətlə həll edilir. Şəxsi şikayətlər məhkəmə adına yazılı şikayət ərizəsi şəklində olur və bu ərizələr bir neçə nazir tərəfindən şaha təqdim edilir.Əgər şikayətçi kifayət qədər yoxsul olduğu üçün
149
Şardənin təsvirindən belə nəticə çıxır ki,söhbət təkcə intendantların sıxışdırılmasından deyil,onların vaxtaşırı dəyişdirilməsindən gedir.Bunu həm də belə başa düşmək lazımdır ki,vergi ilə xalqı bezdirən intendantın eyni ərazidə illər boyu fəaliyyəti onun öz şəxsi həyatı üçün təhlükəlidir.Deməli,bu yolla şah intendantların təhlükəsizliyini təmin etmiş olur.(V.A.) 115
şikayətini şaha çatdırmaqda adam tapa bilmirsə,onda şah gəzintiyə və ya şəhərə çıxarkən o özü şaha yaxınlaşır və şikayət edir.Əhali öz hakimlərindən,həmçinin sex təşkilatı sahibindən,qəsəbə,dairə hakimlərindən şikayət etdikdə yüz,bəzən də min nəfərlik dəstələrlə şah sarayına ən yaxın olan qapının ağzına gəlir,şahın daha çox tez-tez dayandığı qapının ağzında dəhşətli qışqırıqlar salmağa,pal-paltarlarını cırmağa,ədalət tələbi ilə torpağı göyə sovurmağa başlayırlar150.Əgər şikayət şahın mülk və torpaqdan aldığı müntəzəm gəlirlə (renta) əlaqədardırsa və kəndliləri də həmin miqdarda vergi verməyə məcbur edirlərsə,kəndlilərin tələb etdikləri güzəştləri uzlaşdırmaq istəmirlərsə,o zaman kəndlilər göstərmək üçün qurumuş ağac budaqlarını,həşərat yemiş yaşıl yem bitkiləri nümunələrini özləri ilə gətirirlər.Qışqırıqları151 eşidən şah hadisənin mahiyyətindən hali olmaq üçün adam göndərir.Əhali öz şikayətini yazılı şəkildə təqdim edir.Şah yenə adam göndərtdirib dedirtdirir ki,onların şikayətini bu və ya başqa yolla həll edəcəkdir.Axırıncı dəfə mən kəndlilərin bu şəkildə şikayət etdiklərini 1676-cı ildə görmüşəm152.Bu şikayət mirabdan (le Mirab) idi153.İsfəhandan yeddi lyö kənarda bir mahalın (Canton) Səh.–55 mirabına doqquz min livr veriblərmiş ki,ardıcıl olaraq on gün su ala bilsinlər,lakin mirab onlara bir gün su veribmiş.Əllərində qurumuş ağac budaqları tutan kəndlilər ədalət tələb etməyə gəlmişdilər.Bu ondan ötrü idi ki,həqiqətdə hər şeyin su yoxluğu ucundan məhv olduğunu göstərə bilsinlər.Mirab cərimə olundu.Başqa bir şah olsaydı,onu edam etdirərdi. İntendantların ölüm cəzası alması isə çox nadir hallarda baş verir.İntendantları dəyişdirərkən onları son dərəcə sıxışdırırlar.Həm də onları xəbərdar edirlər ki,özlərini daha da sakit aparsınlar.Əgər onlar şahı aldatmışlarsa,onları hesabat verməyə çağırırlar,ya da onları boyunlarına dəmir boyunluq salaraq həbs etmək üçün adam göndərirlər.Bu da onların cinayətlərinin dərəcəsindən asılıdır.Həddindən çox zülm edilmiş adamlar öz intendantlarını və digər məmurları izləməyə başlayır,onları qeyri-qanuni yolla aldıqları şeyləri qaytarmağa məcbur edirlər.Bununla belə,iş gəlib o həddə çıxır ki,intendantlar saraya hədiyyə göndərmək üçün əlində olanları da xərcləyib qurtarırlar.Aldıqları şeyləri qaytarmaq məcburiyyəti onları o dərəcədə müflis edir ki,daha mənimsədiklərinin dörddə birini də qaytarmaq imkanına malik olmurlar.O zaman sarayda belə bir elan verilir ki,heç kəs nə intendantlardan,nə də onların qulluqçularından heç nə istəməsin.Bu zaman hakimlər dövlət cinayəti işləməkdə təqsirkar hesab edilir,dediyim kimi,onların boyunlarına dəmir boyunluq (boyunduruq?) keçirib saraya gətirtdirir,ya da başlarını kəsmək üçün adam göndərirlər. İstər sarayda,istərsə də əyalətdə hansısa bir böyüyün başını vurdurmağa adam göndərilən zaman şah Baş Nazirin vasitəsi ilə hökmü təsdiq edən əmri göndərtdirir.Həmin əmr kağızına şahın,
150
Bizim dövrümüzdə demokratik mübarizə üsulu sayılan tətil,mitinq,nümayiş XVII əsrdə Səfəvi imperiyasında özünəməxsus şəkildə mövcud imiş.Bu üsullar,sadəcə olaraq,köhnə mübarizə üsulları imiş.(V.A.) 151 ―Qışqırıqlar‖ ifadəsi ucadan və birlikdə deyilən tələblər kimi başa düşülməlidir.Şüar söyləmək də,yəqin ki,öz kökünü buradan almışdır.Bu öz tarixi kökləri ilə daha da qədimlərə gedib çıxır.(V.A.) 152 Bu hadisə Şah Süleymanın (1666–1694) hakimiyyəti illərinə düşür. 153 Burada ―mirab‖ sözü ―Prince des eaux‖ – ―sular şahzadəsi‖ şəklində izah edilmişdir.(V.A.)
116
Səh.–56 Baş Nazirin,mülki və ya ruhani hakimin möhrü vurulur və əmrin mətni – birbaşa boynunu vurmaq – yazılır.Adətən,belə əmrlərin yerinə yetirilməsi qulamlardan154 birinə həvalə edilir.Gürcü qanından olub sarayda və qoşun bölmələrində yerləşdirilənləri ―qulam‖ adlandırırlar.Qulam gəlib çıxan kimi əmri götürür,öz mühakiməsinə uyğun olaraq ya şah canişininin,ya dövlət katibinin,ya da ki,şəhərin birinci şəxsinin yanına gedir.Şah tərəfindən verilən və yerinə yetirilməli olan əmri ona ayrılıqda göstərir.Bu,həmin o birinci şəxsin əmrlə tanış olması,ona icazə verməsi və özünün iştirakı ilə əmrin yerinə yetirilməsi üçündür.Qulam onu (birinci şəxsi – V.A.) qanunla kənar edilmiş siyasi cinayətkarın yanına aparır.Qulamın ayaqları bütünlüklə çəkmədə olur155.Ora gəlib çatan kimi yerə düşür.Birbaşa ona tərəf gedir,əmri qoltuğundan çıxararaq onu götürməli olan məmura verir.O,qılıncını çəkərək ―şah əmri ilə‖ (par l,ordre du Roi) sözlərini qışqıra-qışqıra hakimin üzərinə atılır,onun başını bacardığı qədər yüksək məharətlə kəsir.Əgər edam olunası şəxs saraydadırsa,çapar gəlib çatan kimi ona xəbər göndərirlər ki,şah sarayından çapar gəlmişdir.O həmin dəqiqə çölə çıxır.Əgər çölə çıxmazsa,bu da əlavə cinayət hesab edilər.O,salona gələn kimi əmr yuxarıda dediyim qaydada yerinə yetirilir.Müqavimət göstərmək isə heç bir fayda verməz. Kaş elə olaydı ki,Fransada edama məhkum edilmiş,cəllad kötüyü üzərində başı kəsilməli olan bir böyük kimi bunlar da müdafiə hüququna malik olmuş olaydılar.Bir halda ki,şahın fərmanı göründüyü kimi onun qarşısındadır,bu,mümkün deyil.Bu,bir bədbəxtin öz evindəcə ölüm hökmünün yerinə yetirilməsi kimi bir şeydir.Bununla belə,hakimllərin ölüm hökmünün yerinə yetirilməsində gecikmək və ya mane olmaq nümunələri də vardır.Ölüm hökmünə mane olmaq üçün müəyyən yolla fərmanın qəti şəkildə aradan çıxarılıb itirilməsi ən yaxşı üsul hesab edilir. Səh.–57 Bu məqsədlə hakimlər çaparın gəlib keçəcəyi yerlərə pusqu qoydurur.Pusquda duran adamlar ya çaparı aradan götürür,ya da oğurlamaq yolu ilə şahın fərmanını onun əlindən almış olurlar.Lakin belə cəsarət tələb edən hadisələr hər deyəndə baş vermir.Ölüm hökmləri elə qəfil,elə gizli icra edilir ki,edama məhkum olunmuş şəxslərin dostları bu barədə heç nə bilmirlər.Bəzən də ölüm hökmü verilməmişdən səkkiz gün əvvəl həmin o hakimə şahanə xələt göndərilir ki,bu da,adətən,hakimi-mütləqin sayeyi-mərhətində olmağa bir işarədir. Farsda (Səfəvi imperiyasında – V.A.) hər hansı bir şəkildə gözdəndüşmə mütləq varyoxun müsadirə edilməsi,qorxulu və ya qeyri-adi bir dönüş,var-dövlətdən məhrum edilmə deməkdir; belə ki,gözdən düşən adam bircə anın içərisində bütünlüklə heç nəyi olmayan bir şəxsə çevrilir.Belə adamların var-dövlətini,qul-qaravaşını,bəzən hətta arvadını və uşaqlarını da əllərindən alırlar.Müsadirə olunmuş şeylərə bir an içində gözdən düşən şəxsin elə öz sarayının bir küncündə sekvestr156 qoyulur,özünü isə heç bir əlavə müxəlləfat vermədən,hətta dəyişək üçün köynək belə vermədən həbs edib başqa bir boş otağa salırlar.Ona qalan təkcə əynindəki paltar olur.Əgər belə demək mümkünsə,bütün təbiət ona qarşı çevrilmiş olur.Bəzən ona bir qəlyanlıq tütün,bir stəkan su verməkdən də imtina edirlər.Bəhanələri də bu olur ki,gözdən düşən şəxsin sağ qalmasını şahın istəyib154
Şah qvardiyasına məxsus əsgər.(V.A.) Görünür,cəllad çəkməsi uzunboğaz imiş.(V.A.) 156 Sequestre (sekvestr) – hüq. Hər hansı bir mülk və malın dövlət mənafeyinə olaraq zəbt olunması və ya ondan istifadə olunmasının məhdudlaşdırılması.(V.A.) 155
117
istəməməsini bilmirlər.Onun taleyi nəticə etibarilə yüngülləşir.Şah onun barəsində öz fikrini bildirir.Demək olar ki,həmişə onun ailəsini,qul-qaravaşının bir hissəsini,ev əşyalarını qaytarırlar.Adətən ona var-dövlətindən yaşayışını təmin edə biləcək qədər pay ayırırlar,hətta bəzən elə olur ki,o yenidən sarayın hüsn-rəğbətini qazanır və qulluğa girə bilir.Əgər təkcə ona mərhəmət göstərilib sağ qalması məsləhət bilinirsə,bir neçə həftədən sonra icazə verilir ki, Səh.–58 valideynləri və dostları ona baş çəksinlər. Diqqəti daha çox cəlb edən şeylərdən biri də Fars (Səfəvi) siyasətində çox yüksək vəzifələr müəyyən edilərkən qısqanclığın (paxıllığın – V.A.) qətiyyən olmamasıdır.Belə yüksək vəzifələr istila edilmiş ölkələrin yiyəsi və sahibinə çevrilmək üçün yaradılan idarə sisteminə tətbiq edilir.Yenidən var-yoxdan çıxarılmış.sıxışdırılmış,hörmətsizliklə təhqir edilmiş böyükləri qulluğa götürürlər və onların ürəyində qalan kin-küdurətdən qətiyyən çəkinib-eləmirlər.Hətta qonşu və düşmən ölkələrdən qaçıb orada sığınacaq tapan xarici şahzadələrə də belə yüksək qulluq verirlər.Beləliklə,mən bəylərbəyi,sultan kimi fəaliyyət göstərən özbək şahzadələri (Princes Yusbecs) gördüm.Bu axır vaxtlar isə,hal-hazırda Hindistan taxt-tacında əyləşmiş Böyük Moqol Oranqzebin Farsa (Səfəvi imperiyasına – V.A.) qaçmış oğlunu (le fils du Grand Mogol Orangzeib)157 ən böyük əyalətlərdən birinə şah bəylərbəyi təyin etmişdir.İki səbəbə görəSəfəvi siyasəti bu istiqamətdə heç bir narahatlıq qorxusu keçirmir.Birinci səbəb budur ki,xarici şahzadələri öz ölkələrindən daha da uzaqlarda yerləşdirmiş olurlar.Bu da onların öz adətləri üzrə ürəkləri istədikləri vaxt öz ölkələri ilə əlaqə yaratmasına,yazışmalarına imkan vermir.İkinci səbəb isə budur ki,onlar xəyanət planları hazırlayanda onların ətrafına təyin edilmiş adamlar tezliklə bundan xəbər tutur və xəyanətin üstünü açırlar.Farsın qədim tarixinə nəzər salsaq,görərik ki,orada da siyasətin bu sahəsində eyni bir inam və eyni bir ehtiyatlılıqla hərəkət edirmişlər.Məsələn,Daranın158 sağlığında onun valideyni Kir159 (Cyrus... son parent sur Darius) Fars imperiyasını160 istila etmiş,şəxsiyyət və hakimiyyətini qorumaq üçün onu kifayət qədər uzaqda yerləşən hansısa bir qalada saxlatdırmış,ona Səh.–59 idarə etmək üçün əsas əyalətlərdən birini vermişdir.Bu hind çayı161 (le fleuve Indus) tərəflərdə yerləşən Qaraman (Caramanie)162 əyaləti idi.Deməli,Daranın ölkəsi
157
Böyük Moğollar – 1526–1858-ci illərdə hakimiyyətdə olmuşdur.Şardən Oranqzebin oğlu deməklə 1658–1707-ci illərdə hakimiyyətdə olmuş Aləmgir Övrəngzibin oğlunu nəzərdə tutur.(V.A.) 158 Əhəməni hökmdarı I Dara (e.ə.522–486) nəzərdə tutulur. 159 Kir II. Əhəməni hökmdarı (e.ə.558–530). 160 Şardən ―Kir fars imperiyasını istila etmişdir‖ deməklə səhvə yol verir.Bəlkə də,bu səhv ümumiyyətlə Avropa siyasətinin Şərqə qərəzkar mövqeyindən əmələ gəlmişdir.Məlum olduğu kimi II Kir e.ə.558-ci ildə İran tayfalarına başçılıq etmiş,e.ə.553-cü ildə Midiya hökmranlığına qarşı üsyana başçılıq,e.ə.550-ci ildə qalib gəlmişdir.Ətraflı məlumat üçün bax.İ.Aliyev.‖İstoririya Midii‖.Str.246– 256.B.–1960. İ.M.Dyakonov. ―İstoriya Midii‖.str.413–424.M.– L.–1956. Deməli,II Kir farsı işğal etməmiş,əksinə Midiyanı işğal edib,fars imperiyası yaratmışdır.(V.A.) 161 Hind çayı Çin,Hindistan və Pakistan ərazilərindən keçib Ərəbistan dənizinə tökülür.Uzunluğu 3180 km-dir. 162 Qaraman – Baxmayaraq ki,oğuzların samur tayfa birliyinə mənsub olan Qaraman tayfalarının AmuDərya ətrafından gəlməsi,1256–1483-cü illərdə Orta Anadolunun cənubunda Qaraman bəyliyi yaratması məlum faktdır.Şardənə istinadən cəsarətlə demək olar ki,Qaramanların bir hissəsi də Hind çayının aşağı axarları boyunca yayılmış,hətta e.ə.VI əsrdə belə ayrıca vilayət təşkil edirmiş.(V.A.)
118
Midiyadan çox-çox uzaqlarda yerləşir və şahlığın bir hissəsi sayılırdı. Səfəvi qonşu ölkələrin saraylarında səfirlər üçün iqamətgahlar saxlamırlar,heç öz saraylarında da belə iqamətgahlar yoxdur163.Asiya şahları çox nadir hallarda öz aralarında səfirlər vasitəsi ilə əlaqə yaradırlar.Çünki bu şahlar bir-birini qarşılıqlı surətdə öz titulları ilə çağırmırlar164.Lakin dövlət xanlara və ya sərhəd əyalətləri hakimlərinə icazə verir ki,mal mübadiləsi aparsınlar,sərhəd boyunca yerləşən qonşu dövlətlərlə birbaşa ticarət əlaqələrinə girsinlər,onlara hədiyyə aparmaq üçün səfirlər göndərsinlər,o tərəfdən hədiyyə ilə gələn səfirləri qəbul etsinlər,öz əyalətlərinə aid olan məsələləri birgə həll etsinlər165.Mən Kirmanşahda166, Xaldeyada167, İrivanda168, Ermənistanda169 türk səfirlərini (A,mbassadeurs Turcs\a Kirmoncha,en Chalde\e,a\ Irivan,en Arme\nie), həmçinin Babildə isə Kirmanşah xanı tərəfindən və Luristan170 hakimi Manuçar (Mənuçöhr) xan tərəfindən göndərilən Səfəvi səfirlərini görmüşəm.Bu nümayəndələrin əlində daim saray tərəfindən dəqiq hazırlanmış təlimat olur,orada onların əsasən nə edəcəklərinə icazə verildiyi göstərilir. Dövlət nazirləri (katibləri) şahın özü tərəfindən yazılan təlimat və icazənamələrin üzərinə heç vaxt heç nə yazmırlar.Çünki belə bir təcrübə qarşıdurma kimi qiymətləndirilir.Kimsə bir xarici nazir tərəfindən dövlət katiblərinə məktub təqdim edilirsə,onlar da buna cavab verməli olurlarsa,onda şah əlahəzrətlərinə çox dərin hörmətlərini ifadə etmək üçün heç bir cavab vermək təşəbbüsü göstərmirlər, Səh.–60 əksinə şahı daha da şərəfləndirərək aldıqları məktubu əvvəlcə şaha təqdim edir,hadisə ilə əlaqədar şeyləri təfsilatı ilə danışır,şahdan məktubu oxumasına və cavab verməsinə icazə istəyir,sonra cavabı hazırlayıb təsdiq üçün şaha təqdim edirlər.Belə ki,Şah II Abbas mənə ticarət üçün şah fərmanı171 verməklə məni Şərqdə hörmətli bir titulla şərəfləndirmiş.Avropaya aparmaq üçün müxtəlif şeylərlə məni yükləmişdi.Mən heç vaxt intendantbaşıdan keçib gedəcəyim əyalətlərin hakimlərinə zəmanət məktubları əldə
163
Şardən elə bu cildin 29-cu səhifəsində ―Hollandların mənzili‖ ifadısini işlədir.Əlavə olaraq bax.qeyd 75.Hazırki 59-cu səhifədə isə qətiyyən səfarətxananın olmamasından dəm vurur.Bu məlumatı etibarlı saymaq olmaz.(V.A.) 164 Yenə bu cildin 12-ci səhifəsinə bax.Orada da Böyük Moğol Şah II Abbası ―farsın valisi‖ deyə çağırır.(V.A.) Bax.qeyd 18,19. 165 Göründüyü kimi,iki-üç sətirdən sonra Şardən öz təsviri ilə əvvəlcə yalan danışdığını sübut etdi.Deməli,demokratik əlaqələr lazımi səviyyədə imiş.Paxıl Avropa isə bunu görməzliyə vurur.Hətta burada sərhəd əyalətlərinə verilən sərbəstlik,müstəqil siyasət yeritmək hüququ,qonşu dövlətlərlə özünə aid olan məsələləri birlikdə həll etmək hüququ bu günki sivilizasiyalı ölkələrə tətbiqinə səy göstərilən demokratiyanın öz kökü ilə Şərqə aid olduğunu bir daha sübut edir.(V.A.) 166 Kirmanşah – İranın cənub-şərq vilayəti.Tarixən səlcuqların və oğuzların mərkəzi olmuşdur. 167 Xaldeya – İran körfəzinin şimal-qərbində yerləşən vilayət. 168 Şardən İrivanı öz gözləri ilə necə görmüşdüsə,elə o cür – Ermənistana heç bir dəxli olmayan ərazi vahidi kimi verir.Bu tarixi fakt İrivanın Azərbaycan şəhəri olduğunu bir daha sübut edir.(V.A.) 169 Şardən yenə yalan danışır.XVII əsrdə Ermənistan adlı inzibati-ərazi vhidi mövcud deyildi və o,olmayan bir ərazidə qeyri ölkənin səfirini görə bilməzdi.Şardən çox güman ki,erməni bələdçilərinin təkidi ilə yalan danışmışdır.Ya da erməni bələdçilər ―sadəlövh‖ fransızı buna inandıra bilmişlər.(V.A.) 170 Luristan – Qərbi İranda tarixi vilayət.(İndiki Şəhristan) 171 Fərmanın məzmunu ―Səyahətnamə‖nin II cildində 178–179-cu səhifələrdə verilmiş və bu sətirlərin müəllifi tərəfindən tərcümə edilmişdir.(V.A.)
119
edə bilmədim.O mənə çox xeyirxahlıq və qayğıkeşlik göstərsə də,belə cavab verdi: ―Siz özünüzdə şah fərmanı ola-ola,şahın qulu olan bir şəxsin zəmanət məktubu ilə nə etmək istəyirsiniz? Dövlət xadimi nöqteyi-nəzərindən sizə xahişiniz müqabilində cəza verilməlidir.‖ Mən ona eşitdirdim172 ki,şahzadənin zəmanət məktublarına göstərdiyim hörmət xatirinə,tələb olunan yerlərdə onun tez-tez açmağa-qatlamağa məcbur olmayım deyə belə xahiş edirəm.Lakin o, orijinal bir surət çıxartdırdı.Bununla belə mən o qədər də razı düşmədim.Ancaq o mənə şəhadətnamə ş-əklində zəmanət (forme de certificat) verəndən sonra məmnun oldum.Burada mənim şahın əmri və fərmanı ilə fəaliyyət göstərməyim qeyd edilir və hüquqi surətdə bütün hakimlərə (bəylərbəyi,sultan və s. – V.A.),intendantlara,vergi yığan məmurlara əmr olunurdu ki,məndən heç nə tələb etməsinlər,əksinə məni şərəfləndirsinlər,bütün tələb və xahişlərim əsasında mənə kömək etsinlər.Bütün Şərqdə olduğu kimi,Səfəvilərdə də qətiyyən alicənablıq yoxdur173.Onlar ancaq vəzifəyə,nüfuza,qeyri-adi xidmətə,xüsusilə də var-dövlətə hörmət bəsləyirlər.Onlar Məhəmməd peyğəmbərin nəslindən olan adamlara və imamlara da hörmətlə yanaşırlar.Bunlar fərqlənmək üçün başlarına fəxri yaşıl çalma (d,honneur un Turban vert) bağlayırlar.Onlar çox yüksək bir adla – seyid və mir (Seyd et Mir) adları ilə çağırırlar.Bunlar ərəb sözləri ―nəcib‖ və ―şahzadə‖ (Noble et Prince) deməkdir.İspanlar da ―sid‖ və ―amiral‖ (Cid et Amiral)174 sözlərini bu sözlərdən götürmüşlər.Ancaq bu adamlar,demək olar ki,heç bir var-dövlət və qulluq sahibləri olmadığından,onların anadangəlmə yeganə üstünlükləri daşıdıqları addan ibarətdir. Səfəvi saray əhli şah sarayına elə bir diqqət və qayğıkeşliklə xidmət göstərir ki,sanki dünyanın başqa bir guşəsindədirlər (cənnətdədirlər – V.A.).Şah öz sarayından günlərlə çıxmasa da,əksər günlərdə şahı görmək ümidi olmasa da,saray əhli səhər-axşam sarayda olur.Böyüklər (çox böyük nüfuz sahibləri – V.A.) gecə-gündüz sarayın qapısı ağzında səyyar nökər saxlayırlar ki,sarayda baş verən ən xırda işləri də,şahın nə zaman hərəmxanadan çıxdığını bilsinlər.Gündüzlər olduğu kimi,gecələr də arabir hərəmxanadan çıxan şahla qəfildən rastlaşmaq olur. Başqa bir məsələyə keçməmişdən əvvəl əlavə edim ki,Səfəvilərdə respublika dövlət quruluşu tamamilə naməlum bir şeydir,onlar dünyada belə bir dövlət quruluşunun olduğunu və onun nəyə qadir olduğunu təsəvvür edə bilməzlər175.Artıq mənim yuxarıda müşahidə etdiyim kimi,Səfəvi şahının yanına öz səfirlərini göndərən hollandlar ya Bataviya176 generalının (General de Batavie),ya da Oranj şahzadəsinin177 (Prince d,Orange) adından müraciət edirlər. 172
Bu hadisə onun ilk səyahəti dövrünə (1666-cı il) düşdüyündən tərcüməçi vasitəsi ilə danışdığına işarə edir.Şardən sonralardan fars,ərəb və türk dillərini mükəmməl öyrənmişdir.(V.A.) 173 Bu ―Səyahətnamə‖ nəşr ediləndə artıq 1711-ci il idi.Avropa Şərqi nə qədər dərindən öyrənsə də,iqtisadi və siyasi amillərə meyl onu kor etmişdi.Avropanı Şərq ədviyyatı.var-dövlət yırtıcıya çevirmişdi.Avropaya vaxt qalmamışdı ki,Şərq əxlaqını da öyrənsin.Şardən əyanlar arasında olmuşdu və dünyanın hər yerində əyan deyilən şəxs alicənablıq hissindən məhrumdur.(V.A.) 174 Çox güman ki,‖seyid‖ və ―əmirəl‖ şəklində.(V.A.) 175 Artıq Şardən Səfəvi üsul-idarəsini köhnə və zəif hesab edir.(V.A.) 176 Bataviya – Niderlandda (Hollandiyada) əyalət.Şardənin ―Səyahətnamə‖si yazılan dövrdə Niderland burjua inqilabının (1566–1609) nəticəsində artıq İspaniya hökmranlığından azad olan Birləşmiş Əyalətlər Respublikası adı ilə mövcud idi. 177 Oranlı I Vilhelm (Willem van Oranje),Oran şahzadəsi,Nassau qrafı.İspaniyaya qarşı müharibə apardığı üçün 1584-cü ildə ispan xəfiyyəsi tərəfindən öldürülmüşdür.Şardən yuxarıdakı misalı gətirməklə Səfəvilərin diplomatiyada kor-koranə hərəkət etdiklərini,hətta ölüb getmiş bir qrafı mövcud dövlətin rəhbəri kimi tanımaqda təqsirləndirirdi.(V.A.) 120
IV fəsil Şahlığın hərbi qüvvələri və hərbi nizam-intizam Səh.–62. Bu kitabın başlanğıcında müşahidə etdiyim kimi,Səfəvi imperiyası ərazi quruluşuna görə proporsional şəkildə məskunlaşdırılmadığından dövlətlərin hərbi müdaxilələri qarşısında o qədər də etibarlı deyildir.Həm də ölkə möhkəmləndirilmiş şəhərciklərlə (qalalarla) təmin edilmədiyindən,rahat nəfəs ala bilmir.Əksinə,onu demək olar ki,Səfəvi imperiyası hər tərəfdən açıqdır.Belə ki,Qəndəhar178 qalası şimal tərəfdən Hindistan işğalçıları179 üçün açıq qapıdır,tək bir həmlə qarşısında belə özünü müdafiə etməyə qabil deyildir.Ölkənin digər qalalarına gəldikdə isə,Ermənistandakı İrivan qalasını180 Xəzər qapıları adlandırırlar181.Qaraman182 tərəfdəki Lar qalası,Baktriya183 və Midiya184 tərəfdəki bəzi qalalar qədimdən qalma uçuq-sökük qalalar olub,hündür yerlər (təpələr) üzərində yerləşdiyi üçün əhəmiyyətlidir.Bütün Asiyadakı qalalar belədir.Onlar müasir möhkəmləndirilmiş qalalar inşa etmək sənətindən qətiyyən xəbərdar deyillər. Orada etibarlı,möhkəmləndirilmiş şəhərciklərə rast gəlmək qətiyyən mümkün deyildir.Varsa da,onları portuqallar oranı istila etdikləri zaman tikmişlər185.Bununla belə,
178
Hal-hazırda Əfqanıstanda Qəndəhar vilayətinin mərkəzidir.Əfqanıstanın cənub-şərqində yerləşir. Şardən yenə səhvə yol verir.Qəndəhar şimal tərəfdən deyil,şərq tərəfdən Səfəvilərə qarşı açıq qapı ola bilərdi.Qəndəhar Şardənin sağlığında mühüm ticarət və strateji məntəqə kimi Səfəvilər və Böyük Moğollar arasında mübarizə obyekti idi. 180 Şardən elə bu cildin 59-cu səhifəsində İrivan və Ermənistanı ayrı-ayrı inzibati ərazi vahidi kimi vermişdir.Bax.qeyd.168,169.Şardənin sağlığında Ermənistan adlı dövlət yox idi.İrivan bəylərbəyliyi vardı.(V.A.) 181 ―Yerevan qalasını Xəzər qapıları adlandırırlar‖– Görünür,erməni bələdçilər Şardənin beynini qurd kimi yemişlər.Erməni təlqini,üstəlik Avropanın mənfur Şərq siyasətinin təsiri Şardəni öz ağlı ilə hərəkət etməyə qoymamış,onu ağ yalanlar ustasına çevirmişdir.(V.A.) 182 Elə bu cildin 59-cu səhifəsində Şardən Qaramanı Hind çayı tərəflərdə təsvir edir.Bax.qeyd.161,162.Hazırki qeydində Lar qalasının Qaraman tərəfdə yerləşməsini göstərməsi isə şübhə doğurur.Lar adlı yaşayış məntəqələrinin həm cənub-qərbi İranda,həm də Pakistanda Hind çayının aşağı axarlarında mövcud olması faktdır.Məntiqi cəhətdən məsələyə yanaşsaq,görərik ki,Qəndəhardan danışmaqla Şardən Səfəvilərin Şərq istehkamlarını artıq təsvir etmişdir.Mənə belə gəlir ki,Lar qalası deməklə Şardən Səfəvilərin cənub-qərb qapılarını nəzərdə tutur.Qaraman tayfalarına gəldikdə isə,onlar Qaraman bəyliyindən kənarda da – Hind çayı sahillərində də,cənub-qərbi İranda da yayıla bilər.(V.A.) 183 Baktriya – indiki Özbəkistan və Tacikistanın cənub vilayətləri,Əfqanıstanın şimal hissəsini əhatə edirdi və Səfəvilərin tərkibinə qatılmışdı. 184 Midiya – ümumiyyətlə,Şardən Midiya dedikdə şimallı-cənublu bütöv Azərbaycanı nəzərdə tutur.Bax. Şardən.Göst.əsəri. II cild.səh.311. 185 Portuqallar təkcə Hörmüz adasında möhkəmlənmişdilər.1622-ci ilin yayında Fars əyalətinin bəylərbəyi İmamqulu xanın başçılığı ilə portuqallar Hörmüz adasından qovulmuşlar.Səfəvilərdə gəmiçilik inkişaf etmədiyindən ingilis gəmilərinin köməyindən istifadə edilmiş,Hörmüz mühasirəyə alınmış,üç aydan sonra portuqallar müdafiə olunan qala alınmış,kömrük və ticarət əməliyyatları Qombruna (indiki Bəndər-Abbas) köçürülmüşdür.(Bax.A.A.Raxmani.‖Tarix-i alam aray-i Abbasi kak istoçnik po istorii azerbaydjana‖.B.– 1960.str.124.) 179
121
Səfəvi imperiyası ərazisinin genişliyinə,yerləşməsinə,qonşularının keyfiyyətinə görə əhəmiyyətlidir.Sahəsi,demək olar ki,təxminən yeddi yüz lyö186 kvadratdır (quelques sept cens lieues en carre/).Onun əsas gücü yerləşmə xüsusiyyətindədir.Belə ki,onun sərhədləri hər tərəfdən Səh.–63187 belə demək mümkünsə,dənizlərlə,səhralarla,çox çətin keçilən dağlarla dövrəyə alınmışdır.Qonşuları arasında qorxuya səbəb ola biləcək yeganə qonşusu türklərdir188.Həmişə hindistanlilar da onlara hücum edir,nifrət bəsləyir,düşmənçilik aparırlar189.Tatarlar da bir-birindən aralanaraq çoxlu xanlıqlara190 bölünmüşlər.Onlar heç vaxt döyüş aparmaq vəziyyətini planlaşdırmır,basqınçılıq edirlər.Türklərin nöqteyinəzərinə görə,Səfəvilərə qarşı çevrilmək üçün onlar xristian xalqlar ilə (avec les Peuples Chre/tiens pour se tourner contre les Persans) həddindən çox iş görməlidirlər191.Doğrudur ki,Türklər və Səfəvilər,illər boyu – ta keçən əsrin 40-cı ilinə qədər müharibə etdilər,nəticədə Bağdad və ya Babil (Bagdad ou Babylone) itirildi192,müharibələr qurtardı,onların arasında sülh bağlandı və bura qədər davam etdi.Belə demək mümkünsə,bu şəhər bu iki böyük xalq193 arasında nifaq mənbəyi idi,Səfəvilər Babili (Bağdadı – V.A.) onlara verib,daha türklərlə bölünəsi bir şeyin qalmadığına əmin oldular.Şərqin ən gözəl,ən firəvan şəhərlərindən biri olan bu şəhəri fəth etmək Səfəvilər üçün son dərəcə çətindir.O,Səfəvi sərhəddindən otuz lyö (təxminən,133 km – V.A.) kənardadır və bu arada insan yaşamır.Ora getmək üçün bu səhradan keçmək lazımdır.Bunun əvəzində isə Türklər ora gedə bilir,Dəclə çayı (fleuve du Tugre) vasitəsi ilə asanlıqla ora hər şey apara bilirlər.Bu məşhur şəhər (Bağdad – V.A.) də Dəclə çayı üzərində 186
Lyö – Fransada 4,5 km-ə bərabər uzunluq ölçüsü.Dəqiq ölçüsü 4444 metrdir.‖Etendue‖ sözü həm də ―uzunluq‖mənasında işlənir.Lyönü km-ə çevirsək,700 lyö 3110800 km. edər.Lakin kvadrat termini uzunluq ölçüsünə aid deyil.Deməli,sahə nəzərdə tutulur.Şardənin məlumatı həm sahə,həm də uzunluq ölçüsü baxımından səhvdir.(V.A.) Yəqin ki,Şardən ölkənin həm enini,həm də uzununu dörd tərəfli nəzərdə tutur. 187 63-cü səhifədə Səfəvi süvarisi (at üstündə oturmuş) təsvir edilmişdir.Sonrakı səhifə də 63 rəqəmi ilə nömrələnmişdir. 188 Türklərdən qorxan həm də Avropa ölkələri idi.Bir baxın,Şardənin məlumatları səyyah məlumatlarından daha çox,casus məlumatları xarakterindədir.Öz təsvirləri ilə o,Səfəviləri necə işğal etmək yollarını da göstərir.(V.A.) 189 Səfəvilər qərbdən Osmanlı,şərqdə Böyük Moğol imperiyası ilə həmsərhəd idi.İki türk imperiyası arasında ―fars-türk‖,yəni qarışıq bir imperiya kimi mövcud idi.Şübhəsiz,bu,hərbi münaqişələr törətməli idi.Avropa siyasəti isə bu münaqişələri dərinləşdirməyə,Şərq ölkələrini tam zəiflətdikdən sonra müstəmləkə işğallarına başlamaq məqsədi güdürdü.Bunu tarix özü sübut etdi.Osmanlı nə boyda ərazi itirdi,Səfəvi imperiyası isə 1722-ci ildən,demək olar,mövcud deyildi.(V.A.) 190 Bu ifadə Principautez (knyazlıq) sözü ilə ifadə edilmişdir.(V.A.) 191 Bu da Avropa siyasətinin o biri üzü.Yəni Osmanlılar xristian xalqları birinci növbədə məhv etməli,sonra Səfəvilərlə öz işini görməlidir.Daha dəqiq desək,türklər həm xristianların,həm də Səfəvilərin,xüsusilə şiələrin düşmənidir.Şərqi məhv etmək planları,görün,nə vaxtdan işlənir.(V.A.) 192 Şardən Babil dedikdə həmişə Bağdadı nəzərdə tutur.Şardənin verdiyi məlumat doğrudur.1639-cu il 17 mayda Qəsri-Şirində bağlanan sülh şərtlərinə görə,İraqi-ərəb Osmanlıya qatılmaqla sərhədlər 1612-ci il müqaviləsi əsasında təsdiq edildi. 193 Yenə Avropa siyasəti..Səfəvi şahları da türk idilər,əhalinin yarıdan çoxu da.Səfəvi imperiyası türk və farsların imperiyası idi.Osmanlı-Səfəvi müharibələri də vahid imperiya yaratmaq uğrunda deyil,dini təəssübkeşlik əsasında aparılırdı.(V.A.) 122
salınmışdır.Səfəvi xalqları təbiətən qoçaq və döyüşkən xalqlardır.Belə demək mümkünsə,onlar Asiya xalqlarının şöhrəti və gülüdürlər.Ən qədim və ən geniş monarxiyanın yaradıcıları Səh.–64 lap elə başlanğıcdan bütün Şərqin hakimləridir.Bu,Varlıq haqqında kitabın194 on dördüncü fəsli ilə təsdiq olunur.Orada deyilir ki,Kedor Lahomer195 (Kedor Lahomer) ilə müharibə aparan şahların gəmiləri var imiş.Heç bir xarici ölkənin hərbi köməkliyi olmadan son Səfəvi şahlarından biri olan Şah I Abbasın bütün qonşu xalqlar üzərindəki istilaları göstərdi ki,öz xalqının cəsarəti və qüdrəti sayəsində Səfəvilər daha böyük işğallara da qabildirlər.Lakin bu böyük şahın ölümündən bəri başlanan uzun sülh dövrü 80 ildən`də çoxdur ki,davam edir.Bu fatehlərin yaratdığı qanahəris dövlət xalqın cəsarətini əlindən almış,qüdrətini məhv etmişdir.Əgər cəsarət edib deməli olsam,bir tərəfdən cahcəlal,sensualizm197,bekarçılıq,digər tərəfdən təlim və ədəbiyyat Səfəviləri rahatlığa öyrəşdirir.Lakin heç bir şey onlara qısqanclıq və özbaşına hakimiyyət hissi qədər çox ziyan vurmur.Bunlar isə həmişə müdrikliyi inkar etməyə və dəyərindən asılı olmayaraq şahlığın ən nüfuzlu böyüklərinin qanını axıtmaq üçün bəhanələr tapmağa səbəb olur.Məşhur şah Abbas198 o hərbçi tayfaların arasənda boya-başa çatmışdı ki,məhz onlardan belə böyük hərbi dühalıq,belə bacarıq əxz etmişdi; lakin siyasət onu məcbur etdi ki,öz uşaqlarının tərbiyəsində tamamilə başqa cür hərəkət etsin.O öz uşaqlarını qadınları arasında (hərəmxanada – V.A.) tərbiyə etdirirdi.Qorçular199 polkunun ölkənin bütün əsilzadələrini təmsil etməsi,ordunun ən yaxşı hissəsi olmasından qorxaraq,qorçuların kimisə taxta çıxara bilmək planlarının qarşısını almaq üçün özünün taxt-tacının möhkəmləndiyini hiss edən kimi qət etdi ki, Səh.–65 bu qüdrətli ordu hissəsini tamamilə parçalayıb məhv etsin.Öz hakimiyyətini daha da mütləqləşdirmək üçün tərəfdarlarını inadırdı ki,onun özü məhv olmaq təhlükəsi qarşısındadır.Bu qısqanclıq onu öz böyük oğlunu öldürtməyə məcbur etdi.Çünki bir gün o öz oğlunu Saraydan çölə çıxartdırmış və böyüklərin əksəriyyətinin oğluna məmnun baxışlarla nəzər saldıqlarını görmüşdü.Sonralardan bu alçaq hərəkət ona çox-çox əzab vermiş,ömrünün yerdə qalan bütün hissəsini bu əzabın ağrıları ilə keçirmiş,xüsusilə ölüm ayağında taxt-tacının o bədbəxt şahzadənin (böyük oğlunun – V.A.) oğlunun200 himayəsinə verilməsinə sərəncam verəndə bu əzabı daha çox hiss etmişdi.Lap çoxdan Səfəvi şahları öz uşaqlarına qarşı belə bir qısqanclıq hissi bəsləyirlər.Artıq müşahidə etdiyim kimi,şah və əsilzadə uşaqları taxt-tac varisləri olduğundan,bu təsəvvürə görə,hərəmxanalara aparılır,orada tərbiyə edilir,atalarının ölümündən sonra oradan çıxır,yüksəlir,var-dövlət sahibi olurlar.Adətən belə olur ki,onları boya-başa çatdıran qadınlar və hərəmağaları 194
―Bibliya‖nın cildlərindən biri nəzərdə tutulur.‖Bibliya‖66 kitabdan ibarətdir:39-u Tövrata,27-si İncilə aiddir.‖Varlıq haqqında kitab‖ ―Bibliya‖nın ilk kitabıdır.(V.A.) 195‖Varlıq haqqında kitab‖ın 14-CÜ FƏSLİNDƏ Kedor Lahomerin Elam çarı olduğu göstərilir:o Babil çarına qarşı müharibə aparır.(Bax. La Bible,p.13. Paris,1997. B – Bibliyada adı çəkilən əfsanəvi şəxsiyyət.Əlavə məlumatım yoxdur.(V.A.) 196 Şardənin özünün redaktorluq etdiyi bu ―Səyahətnamə‖ 1711-ci ildə Amsterdamda almaq nəşr edilmişdir.Şah I Abbasın 1629-cu ildə vəfat etdiyini nəzərə almaq lazımdır (V.A.) 197 Sensualizm – idrakın yeganə mənbəyinin duyğular olduğunu iddia edən yeganə fəlsəfi cərəyan. 198 Şah I Abbas nəzərdə tutulur.(V.A.) 199 Bax.qeyd.30. Şah qvardiyası nəzərdə tutulur. 200 Şah I Abbasdan sonra nəvəsi Şah Səfi (1629–1643) taxta çıxmışdır. 123
onların ömürlük maşahidəçisi və hakimləri olaraq qalırlar.Qapanıb qaldıqları saraydan başqa,dünyada bir şey bilməyən bu şəxsləri mövcud şahın itirilməsi kimi böyük bir bədbəxtliyin qarşısını almaq üçün nəzarətdə saxlayır,onlar tərəfindən hazırlana biləcək müharibə proyektlərinə qarşı var gücləri ilə mübarizə aparır,min cür hiyləgərliklə şahzadələrin qəlbinə yol tapır,onların qəlbində cücərməkdə olan şöhrət hisslərini məharətlə qoparıb atırlar.Hər hansı bir şahzadəni belə bir şeyə ruhlandırmağa cəsarət edən nazir bu zəif qəlbli şahzadələrin qısqanclığı üzündən öldürülür.Bununla belə.Səfəvi şahzadələri arasında,demək olar ki,müharibə aparmaq ruhu tamamilə öldürülmüşdür, şahlıq imkan vermir ki, Səh.–66 onlar hərbi qüvvələrlə əlaqə saxlaya bilsinlər.Bu dəqiqə o barədə danışacağam. Qeyd etmək lazım gəlir ki,əvvəllər və əvvəlki əsrlər boyu Səfəvi şahları ta I Abbas hakimiyyətə gələnədək öz şəxsi hesablarına hərbi dəstələr saxlamırdılar.Şahlığın hərbi dəstələri əyalətlərin hesabına saxlanırdı.Hər əyalət müəyyən edilmiş sayda,ərazisinin həcminə,əhalisinin sayına və var-dövlətinə uyğun surətdə hərbi dəstələr saxlayırdı.Şah I Abbas,bu məşhur fateh iki yeni hərbi dəstə yaratdı.Həmin hərbi dəstələr onun öz şəxsi xərcləri hesabına saxlanırdı.Bu dəstələrin necə yaradılması barədə birinci fəsildə qeyd etmişəm201.Bu hərbi dəstələrdən biri on iki min piyada (douze mille Fantassins) əsgərdən ibarət idi.Əvvəllər yay və ox kimi adi silahlardan istifadə edən döyüşçülərə Şah I Abbas muşket202 verdirdiyi üçün onları muşketçilər(Mousquetaires)203 adlandırırlar.Göründüyü kimi,bu,Səfəvi imperiyasında və Şərqin qalan hissəsində204 ilk dəfə yaradılmış piyada qoşun hissələri (le pemier corps d,Infanterie) idi.Şah I Abbas bu piyada qoşun növünü türk yeniçərilərinə205 qarşı durmaq üçün yaratmışdı və o,Osmanlı imperiyasının tez-tez böyük müvəffəqiyyətlər qazanmasının səbəbini bunda görürdü.O fikirləşirdi ki,belə böyük piyada qoşunları yaratmaqla türklər istilaçı yürüşlərində qələbəni təmin etmək üçün lazım olan vasitəni əldə etmiş olublar.Onlar piyada qoşunlarını ―Yenqiçəri‖ və ya ―Canisər‖ (yenguitchery,ou Janisseres) adlandırırlar ki,bu da türkcə ―yeni qoşun‖ (nouvelle Arme/e), yaxud ―yeni hərbi hissələr‖ (nouvelles Troupes)mənasını verir206.Şah I Abbas da onlara qarşı dayanmaq üçün bunabənzər bir ordu hissəsi yaratmağı bacarardı.Quru piyada qoşun hissələrinin yaradılması Səfəvi imperiyasının qədim dövrü ilə deyil,həmin şahzadənin (Şah I Abbasın – V.A.) hakimiyyəti
201
Çox təəssüf ki,birinci fəsildə tamam başqa bir şey barədə – idarə sisteminin fəlsəfi əsasları barədə danışılır.(V.A.) 202 Orta əsrlərdə iri çaplı,fitilli tüfəng. 203 Şərq tarixçiləri onları ―tüfəngçi‖ adlandırır.İsgəndər Münşiyə görə,Şah I Abbas ―tüfəngçi‖ləri hakimiyyətinin altıncı ilində (1592–1593) yaratmışdır.Bax.A.A.Raxmani.Göst.əsəri. str.86–87. 204 Şardən hələ Böyük Moğol imperiyasında odlu silahla təchiz edilmiş piyada qoşun hissələrinin yaradılmadığına işarə edir. 205 Yeniçəri (türkcə yeni qoşun) Sultan I Muradın (1359–1389) dövründə yaradılmış,1826-cı il 15 iyunda Sultan II Mahmuda (1808–1839 qarşı qiyama görə ləğv edilmişdir.Yeniçərilər əvvəlcə əsir,sonra isə islamı qəbul etmiş xristian gənclərdən təşkil edilmiş,onlara evlənmək və kənd təsərrüfatı ilə məşğul olmaq qadağan edilirdi.Onların başçısı ağa adlanırdı. 206 Şardənin bu barədəki məlumatı doğrudur,lakin yeniçərilərin həm də ―canisər‖ (can-baş) adlanması yeni məlumat kimi qiymətlidir.(V.A.) 124
Səh.–67 dövrü ilə əlaqədardır.O vaxtdan təxminən 120 il (quelque six – vingts ans.)207 keçmişdir.Səfəvi imperiyasının tərkibinə daxil olan ölkələr hələ də,məsələn,heç bir piyada qoşunu olmayan tatarlar208 kimi,piyada qoşunlardan istifadə etməmişlər.Şah I Abbasın öz xərcləri hesabına formalaşdırdığı digər qoşun bölmələri isə on min nəfərdən ibarət olan süvari qoşun hissələridir.(Corps de Cavalerie de dix mille hommes)Bu iki qoşun hissəsi (tüfəngçilər və süvarilər – V.A.) həmişə birlikdə olur və əksər təlimləri birlikdə keçirlər. Səfəvi imperiyasının qoşun hissələri hal-hazırda dövlət və şah ordusu (en Troupes de , l Etat et en Troures du Roi) şəklində ayrılmışdır.Birincilərin xərcləri və saxlanması dövlətin,ikincilərinki isə şahın hesabınadır.Dövlət qoşunları iki quruluşda olur: nizami daxili qoşun (les Milices regle/es) və nizami qoşun hissələri (les Troupes regle/es).Nizami axili qoşunlar o qoşunlardır ki,əyalət hakimləri onları saxlamağa məcburdurlar və həqiqətdə də saxlayırlar.Nizami qoşunlar o qoşun hissələridir ki,onlar qorçular(les Courtches) adlandırırlar.Şah I Abbasın onların sayını azaltması209 nəticəsində hələlik onların sayı,demək olar ki,hamısı süvarilərdən ibarət olmaqla otuz min (trente mille hommes,presque tout Cavalerie) nəfərdirlər.Heç vaxt bundan az ola bilməz.Lakin əvvəlki əsrlərdə onların sayı bundan iki dəfə çox idi.Onların gücü də indikindən qat-qat artıq idi.Təsdiq edirlər ki,bu şahzadə (Şah I Abbas – V.A.) ən güclü müharibələr apardığı dövrdə210 onların səksən minə qədər (jusqu/a\ quatre vingt mille) imiş. Qorçu,bir sözlə ifadə etməli olsaq,‖ov etmək‖ (chasser) və ―kənarda durmaq‖ / (e carter)211 mənasını verir.Qorçular bəzi zədələrə məruz qalsalar da,hələ də Səfəvi imperiyasının ən qüdrətli ordusu olaraq qalır.Qorçu adlanan qoşun bölmələri mənşəcə türkmən və ya tatarlardan (Turcomans,ou Tartares) ibarət idi.Onlar qədim döyüş ənənələrinə malik olan əsgərlər olub,güclü və qənaətcil idilər.Onlar başqa adamlara – sarasin212 çobanlara qoşulmadan onlarla birlikdə kənd yerlərində yaşayırlar, Səh.–68 Səfəvi imperiyasında bu əsrin (XVII əsrin – V.A.) başlanğıcınadək dəfələrlə dövlət çevrilişi etmişlər,həmişə dövlət üçün Türkiyədəki yeniçərilər kimi213,hətta bir az da artıq qorxulu olmuşlar.Qızıl baş (Kesil bachs,ou tetes rouges)214 adı ilə həqiqi mənada 207
―Səyahətnamə‖nin 1711-ci ildə nəşr edildiyini nəzərə alsaq,Şardənə görə ―tüfəngçi‖lərin Şah I Abbas tərəfindən 1591-ci ildə yaradıldığının şahidi olarıq.Bu,İ.Münşinin məlumatı ilə,demək olar ki,üstüstə düşür.Maraqlı cəhətlərdən biri də budur ki,120 ifadəsi ―six–vingt‖ – ―altı–iyirmi‖ sözləri ilə verilib.Müasir fransız dilində isə bu ifadə ―cent vingt‖ – ―yüz iyirmi‖ şəklində işlənir.(V.A.) 208 Tatarlar – yəni Böyük Moğollar nəzərdə tutulur.(V.A.) 209 Hakimiyyətinin ilk illərində Şah I Abbasın türk əmirlərinə qarşı tutduğu amansız mövqe,onları dövlətin idarə edilməsindən uzaqlaşdırılması,ayrı-ayrı qorçubaşıların edam və ya təqib edilməsi,Şah I Abbasa qarşı duran qorçu dəstələrinin darmadağın edilməsi,hərbi idarə etmədə fars elementinin güclənməsi və s. nəzərdə tutulur.(V.A.) 210 Şah I Abbas dövründə aparılan Səfəvi-Osmanlı müharibələri nəzərdə tutulur.(V.A.) 211 Həmin istilahlar ―marıqda durmaq‖,‖pusquda durmaq‖ mənasında da tərcümə edilə bilər.‖Müharibə vaxtı qorçuların çox vaxt ehtiyatda qalması,yalnız ən çətin anlarda vuruşa çıxarılması‖ faktı da bu fikri sübut edir.Bax.Ş.Fərzəliyev.Göst.əsəri.səh.66. 212 Bax.qeyd.31. 213 XVI əsrin sonu,XVII əsrin əvvəllərində Türkiyədə hərbi iqta sisteminin tənəzzülü ilə əlaqədar yeniçərilər korpusu parçalanmağa başladı.Mürtəce feodallar onlardan saray çevrilişlərində istifadə edirdilər.Şardən buna işarə edir.(V.A.) 214 Fransızlar üçün anlaşıqlı olsun deyə,Şardən ―qızıl baş‖ istilahını ―qırmızı baş‖ (tetes rouges) kimi izah edir.
125
Q O R Ç U 126
çağırılanlar onlardır.Onlar Səfəvi nəslinin ilk şahzadəsi Şeyx Səfiyə öz fəthlərində kömək etdikləri vaxtdan bəri belə adlanırlar.Şeyx Səfi rəğbətini bildirmək üçün fəxri nişan kimi onlara qırmızı məxmərdən,xüsusi formaya malik papaq vermişdi.Şeyx Səfinin özü də belə bir papaq qoyurdu.Bu papaq tac (Tag,ou la Couronne) adlanır.Qorçu dəstələri Əli və imamlar təriqətinin şərəfinə yaradılmış bir sistem kimi meydana gəldi.Bir qızılbaşın şəklində göründüyü kimi (mən bu şəkli yan tərəfdə yerləşdirmişəm),bu papağın təpəsi elə bir tərzdə tikilmişdi ki,künclərdə çəyirdək (pepin)215 böyüklükdə on iki zolaqdan ibarət olsun216.Bu qızılbaşlar müharibə dövründə olduğu kimi,sülh dövründə də çadırlarda yaşayır,arpa-buğda becərib satmaqla dolanırlar.Şeyx Səfiyə kömək etməklə bərabər imami təriqətinə (Religion Imamique) meyl etdikləri üçün çox böyük nüfuz qazandılar,sarayda və hərbi işlərdə birinci dərəcəli vəzifələri tutdular.Əvvəlcə Səfəvi imperiyasının bütün əsgərləri,sonra isə bütün saray əhli onlardan ibarət oldu və bundan sui-istifadə edərək bütün Səfəvi xalqlarını keçən əsrdə türklərdə,hindlilərdə,tatarlarda ən şərəfli ad olan ―qızılbaş‖ adı ilə çağırdılar217.Həmən bu xalqın sayəsində (qorçuların – V.A.) farsın şimal hissəsində218,xüsusilə sarayda fars dilindən daha çox türk dili işlənir.(dans la partie Septentrionale de Perse et sur tout a\ la Cour,qu,on y parle beaucoup plus turquesque que Persan)219.Bu Səh.–69 qızlbaşlar Şah I Abbasın hakimiyyətinin son illərinə qədər şahlıqdakı üstünlüklərini saxlamaqda davam etdilər.Onların qüdrətini,dövləti qətiyyət və özü bildiyi kimi idarə etməkdə ona qarşı duracaqlarını nəzərə alaraq Şah I Abbas öz atasına220 qarşı onların bir vaxt üsyan etdiklərini,öz şah nəslindən şahzadələri aradan götürdükllərini,indi də onun barəsində belə bir tədbir tökdüklərini bəhanə edərək,onları darmadağın etməyi həyata keçirdi.Onların amansız düşməni olan bu böyük şah başqa iki hərbi qoşun bölməsi təsis edərək,onlara müqavimət göstərdi,imkanı daxilində yavaş-yavaş onların axırına çıxdı,qoçaq türkmənləri vəzifədən azad edərək,zorla onların sayını azaltdı,çoxunun başını öz sərkərdələrinin əli ilə kəsdirdi,onları bölmə-bölmə ölkənin müxtəlif yerlərinə səpələdi. Bu dəstələr süvari şəklində xidmət göstərirlər,hücum silahları kimi yay və ox,qılınc və xəncər,nizə,budlarının altında atın tapqırına keçirilmiş vəziyyətdə balta,müdafiə silahları kimi çiyinlərində qalxan,başlarında gümüş həlqələri yanaqlarına qədər düşən dəbilqə221 215
Bu söz həm də ―dənəcik‖ kimi tərcümə edilə bilər.(V.A.) Tarixi mənbələr,əsasən,12 qırmızı zolaqlı çalma barədə məlumat verir.(V.A.) 217 Şardən Avropanın Şərq siyasətini yeritmək üçün Səfəvi imperiyasında yaşayan bütün müsəlmanları fars,imperiyanın özünü fars imperiyası adlandırır və zərrə qədər xəcalət çəkmir.Səfəvi dövlətində yaşayan xalqların bütövlükdə ―qızılbaş‖ adlanmasını sui-istifadə adlandırır.Çünki ―qızılbaş‖ türk sözüdür. 218 İranın şimal hissəsi təbii olaraq min illər boyu türk dilində danışmışdır.çünki onun şimal qonşularının böyük əksəriyyəti türkdilli xalqlar idi.Şardən buna da qısqanır.Bir görün türk qövmünə qarşı mübarizənin kökləri necə dərində və necə genişdir.(V.A.) 219 Türkün qüdrətini hər cür yolla ört-basdır etmək istəyən fransız da Səfəvi imperiyasında,hətta son Səfəvi şahları dövründə belə,türk dilinin dövlət dili səviyyəsində işləndiyini etiraf etməyə məcbur olmuşdur.Əlavə olaraq,qeyd edim ki,Avropa elçiləri Səfəvi şahları ilə əlaqəyə girmək üçün hələ Avropada olarkən türk dilini öyrənirdilər.(V.A.) 220 Şah Məhəmməd Xudabəndə (1678–1687). 221 ‖Dəbilqə‖ sözü ―le pot‖ sözü ilə ifadə edilmişdir.Əsasən,küp,bardaq,səhəng və s. mənalarda işlənən bu sözün bir mənası da ―ucu şiş şlyapa‖dır.Görünür,fransız dilində ―dəbilqə‖ni dəqiq ifadə edən söz yoxdur.(V.A.) 216
127
gəzdirirlər.Bəzi polklar da var ki,onlar muşket gəzdirirlər.Baxmayaraq ki,onlar başqaları kimi atla yürüşə çıxmalıdırlar,piyada xidmət edirlər222.Tamamilə zəifləmiş olsalar da,şahlığın ən yaxşı dəstələri Səfəvi imperiyasını köhnə və cəsarətli əsilzadələri olduqlarına görə,onları bu gün də saxlayırlar.Onlar həmişə ayrıca olaraq öz başçılarını əmri ilə vuruşurlar.Onların generalı qorçubaşı (Courtchibachi,chef des Courtehes) adlanır. Qorçubaşı həmişə onların öz dəstələrindən seçilir,çünki başqa birisinin əmrini yerinə yetirmirlər. Səh.–70. Qorçular və nizami daxili qoşunlar əyalətlərdə saxlandığından,silah gəzdirməkdən imtina etmədikləri halda,xəzinə torpaqlarından onlara düşən pay irsi olaraq onlardan özlərinin kişi cinsindən olan uşaqlarına (oğullarına) keçir.Onlar sarayın nümayəndəsi və ya əyalətin hakimi qarşısında illər boyu təyin edildikləri yerdə hərbi yürüşlər keçirməli,əvvəlcədən xəbərdar edildikləri kimi gecə saat on ikidə də223 onların bayrağı altında yığışmalıdırlar. Şah qoşunları isə muşketçilərdən və qullardan (les Coular,ou Esclaves) ibarət olub,onların generalları isə ―tüfəngçi ağası‖ və ―qullar ağası‖ (Tufingtchi agasi,et Coular agasi) adlanır224.Tüfəngçilər piyada xidmət göstərsələr də,atla gəzirlər.Onları kəndlərdəki ən zəhmətkeş və ən güclü adamlar arasından seçirlər.Onlar qılınc,xəncər və muşket gəzdirirlər.Türklərdə olduğu kimi,onların çiyin qayışı kəmərlərinə bərkidilir.Bu qoşun on iki min nəfərdən ibarətdir.Onların əksəriyyəti nə kənd yerlərindən çıxdıqlarına görə,onlara müharib olmayan vaxtlarda kənddə yaşamaq,əkin-biçinlə məşğul olmaq üçün məzuniyyət verilir. Qullar süvari xidmət edirlər.Demək olar ki,qorçular necə silahlanırlarsa,onlar da elə o cür silahlanırlar.Təkcə bir fərq vardır ki,o da qullar nizə əvəzinə,muşket gəzdirirlər.Onlar digər Səfəvi əhalisi kimi azaddırlar.Onlara ona görə ―qullar‖ deyilir ki,mənşəcə Gürcüstan,Çərkəzistan,İberiya,Moskva225 kimi ölkələrin hesabına Səfəvi imperiyası qul əldə edir.Belə ki,onlar mənşəcə xristiandırlar226.Onların bəzilərini hələ gənc ikən şaha hədiyyə göndəriblər,digərləri isə həmin ölkələrin Səfəvi imperiyasında yaşayan xalqlarından elə buradca doğulanlardır. Səh.–71. Onların hamısı,demək olar ki,islam dinini qəbul etmişlər.Onların dönüklərdir,ya da dönüklərdən törəyənlərdir227.(ce sont tous Rene/gats,ou des enfants de Rene/gats).Onları üç yüz ildən bəri Misir ölkəsinin sahiblərinə çevrilən şöhrətli Misir
222
Görünür,Şardən səhvə yol verir,tüfəngçilərlə qorçuları qarışdırır.(V.A.) Yəni gecə də öz hakimlərinin bayraq və hakimiyyətini qorumalıdırlar.(V.A.) 224 Hələlik nizami daxili qoşunların başçısının necə adlandırıldığını demək səyyahın yadına düşmür.(V.A.) 225 Bu fakt qiymətlidir.İlk dəfədir ki,rusların Səfəvi imperiyasında hərbi xidmətdə olmasını təsdiq edən yazılı mənbəyə rast gəlirəm.(V.A.) 226 Şardən təəssübkeşlik edir.(V.A.) 227 Təəssübkeş Avropa siyasəti.Səlibçilik.Əgər bir müsəlman dinin dəyişib Avropaya xidmət etsəydi,Şardən onu ağıllı və s. və s. hesab edərdi.(V.A.) 223
128
məmlükləri228 (Mammelucs d,Edypte) ilə müqayisə etmək daha çox mümkündür. ―Məmlük‖ sözü ―şah qulu‖ (Esclaves du Roi)229 mənasındadır.Onlar Misirin son müsəlman şahlarının230 keşikçi korpuslarını təşkil edirdilər.Ola bilsin ki,Səfəvilər ―qulları‖ həmin model üzrə yaratmışdır.Çünki onların arasında xeyli oxşarlıq vardır.Məsələn,məmlüklərin də hamısı dönük xristianlar231 idilər,onlara vəzifələr tapşırılırdı.Onlar ərəblərdən ibarət hərbi dəstələrin qüdrətini sarsıtmaq üçün yaradılmışdılar.Ərəblərdən ibarət ordu Misir şahzadələri və nazirlərinə qarşı durur,ürəkləri istədikdə onları öldürürdülər,necə Osmanlı imperiyasında yeniçərilər bu üsulla saray çevrilişi edirdilər.Şah I Abbas qullar korpuslarına xüsusi bir istəklə yanaşır,oraya ən seçmə adamları təyin edirdi.O, (Şah I Abbas – V.A.) qulları ―atlı yeniçərilər‖232 adlandırırdı.Həqiqətən də,onların hamısı xoşsifət,qoçaq və cəsarətli adamlar idilər,imperiya onların xidmətini və sədaqətini yüksək qiymətləndirirdi.Çünki onlar heç nədə mənafeyi olmayan,bir-biri ilə əlaqə saxlamayan çox böyük hissəsi bir-birini tanımayan,birləşməsi və üsyan etmələri baxımından qorxulu sayılmayan adamlar idilər.Səfəvi imperiyasında gürcü qanından olanların sayı hədsiz dərəcədə çoxdur.Bu,təkcə ona görə deyil ki,ən gözəl gürcü qadınları bura gəlib çıxır və hər bir kəs gürcü qadınına sahib olmaq istəyir,həm də ona görə ki,Şah I Abbas və xələfləri Səh.–72 Gürcüstanı fəth edəndən bəri məmnuniyyətlə gürcüləri qulluğa götürürdülər.Onlar Gürcüstandan saysız-hesabsız adamlar gətirmişdilər.Hal-hazırda onlar xeyli qabağa getmişlər.Vəzifələrin əksəriyyəti əslən Gürcüstandan olan adamların əllərindədir. ―Qullar‖ adını daşıyan korpuslara aid apardığım müşahidələr əsasında yəqin etdim ki,bu,Səfəvilərdə şərəfli bir addır,həqiqi tituldur.Rəiyyət (Rayet) sözü isə təbəə (Sujet) mənasında işlənən bir termin olub,‖qullar‖ın əksinə olaraq,aşağı təbəqəyə aid olan termindir.Kəndlilər və onlardan da aşağı sayılanlar rəiyyət adlanır.Şah quluna ―qulamşah‖233 deyilir.Fransada bu qəbildən olan hərbçilər isə markiz234 adlanır.Şah qullarının hamısı qulluğa təyin edilmilər.Qullar korpusu Türkiyədəki bicdən olanlar (les Enfants du Tribut) korpusu235 eyni əsaslar üzrə yaradılsa da,qullar çoxsaylı olması, 228
Qullar Səfəviləri də idarə etsəydi,Şardənin yuxusu çin olardı.Məlum olduğu kimi,Misir məmlükləri əyyubilər sülaləsinin (1171–1250) seçmə qoşun dəstələrini təşkil edirdi.Məmlük – ―ağ qul‖ deməkdir.Onlar 1250-ci ildən 1517-ci ilədək hakimiyyətdə olmuş,türk sultanı I Səlim onların hökmranlığına son qoymuşdur.Onların dini tərkibi də müxtəlif idi,lakin xristian mənşəli məmlüklər islamı qəbul etmiş və Misri bir islam ölkəsi kimi idarə və müdafiə etmişlər.Çünki onlar siyasi hakimiyyətə müsəlman kimi gəlmişdilər.Şardən isə qulların siyasi hakimiyyətə xristian kimi gəlmələrini arzu edir.(V.A.) 229 Məmlük – ―şah qulu‖ deyil,‖ağ dərili qul‖ deməkdir. 230 Misrin şahları Osmanlı dönəmində bir qayda olaraq müsəlman olmuşlar.(V.A. 231 Onlar arasında türk məmlükləri də vardı və hamısı xristiandan dönmə deyildi.(V.A.) 232 Çünki onlar piyadaçılar kimi yaranmışdı.Qullar korpusu hər şeylə təmin edildiyi üçün məcazi mənada Şah I Abbas onları ―atlı yeniçərilər‖ adlandırırdı. 233 Ətraflı məlumat üçün bax. Chardin. Göst.əsəri. II t. pp.241–242. 234 Marquis – markiz. 1) Karolinqlər imperiyasında markqrafa uyğun olan vəzifə; 2) orta əsrlərdə Fransa və İtaliyada (X əsrdən) ierarxiya pilləsindəki vəziyyətinə görə qraf ilə hersoq arasında duran iri feodal; 3)Fransa,İtaliya,İspaniyada irsi zadəgan titulu. 235 Les Enfants de Tribut – hərfi mənada haqq-hesab,vergi,ödəniş nəticəsində doğulan uşaqlar.Bu cildin 70–71-ci səhifələrində şah ordusunu təşkil edənləri,sadəcə olaraq,vaxtilə onların ata-babaları xristian olduqları üçün cürbəcür söyüşlərlə yad edir.(V.A.)
129
ümumiyyətlə,tərbiyəsi,var-dövləti ilə onlardan fərqlənir.Şah qullarından min və ya min iki yüz (mille,ou douze cens) nəfərini əsas nazirliklər,sərkərdələr,saray xidmətçiləri arasında paylaşdırır,qabiliyyət və bacarıqlarına uyğun olaraq müxtəlif qulluqlara təyin edirlər.Onlar ―tabuna‖ (Tabouna),yəni ―xidmətkar‖ (serviteur) kimi fəaliyyət göstərirlər. Belə deyirlər ki,qulamşah və xidmətkar eyni bir ağanın nökəridir.Onları yaşlaşdıqca xidmətdən və ya təlimdən götürür,qabiliyyətlərinə görə başqa qulluğa keçirirlər.Onların yerinə isə yeni gələnləri təyin edirlər. Bu korpuslardan başqa,daha iki korpus da vardır.Onlar lap kiçik korpuslardır. Onlardan biri lap qədim olub sufilərdən (Souphys) qalmadır,Şeyx Səfi tərəfindən yaradılıb,şahın şəxsiyyətini qorumaq məqsədilə yaradılmışdır. Səh.–73. Bu korpus iki yüz nəfərdən (deux cens hommes) ibarət olub,başlarına Sofi çalması qoyur,silah kimi qılınc,xəncər və balta gəzdirirlər.Onlar baltalarını çiyinlərində (une hache qu,ils portent sur l,e,paule) gəzdirirlər. İkinci korpus Ziyezeri (Ziezairi) adlanır.O,altı yüz nəfərdən ibarət olub (il est de six cens hommes),böyük,yaxşı təchiz edilmiş,gənc və güclü döyüşçülərdən ibarətdir,1654-cü ildə yaradılmışdır236.Bu korpus Şah I Abbas tərəfindən şəxsi təhlükəsizliyini qorumaq üçün yaradılmışdır.Bundan qabaqkı Səfəvi şahlarını saray daxilində və saraydan kənarda mühafizə dəstələri olmamışdır.Mühafizə bölməsi baş vəzirlə (Le Grand Visir) divanbəyi (le Pre/sident du Divan) arasında baş verən və qarşılıqlı surətdə bir-birini çapıb talamağa səbəb sui-qəsdlərlə başa çatan toqquşma nəticəsində yaradılmışdı.Baş Vəzir bu bölməni gizlincə yaratmış,şahın saraydan çıxdığı gün,bilə-bilə həmin bölməni sarayın çıxış yollarına çəpər237 kimi sıra ilə düzdürmüşdü.Hələ kifayət qədər gənc olan şah bu yeni dəstələri gördükdə lap çox təəccübləndi,bunun nə olduğunu,nə üçün bu yerdə yerləşdirildiyini soruşdu.Baş Vəzir ona cavab verdi ki,o,bu bölməni onun müqəddəs şəxsiyyətini divanbəyinin (Divanbegui) qəfil hiylələrindən qorumaq üçün yaratmışdır.Heç bir istisna olmadan ondan hər şeydə qorxmaq lazımdır.Səfəvi qoşun bölmələrinin şöhrəti sayılan bu bölmə o vaxtdan mövcuddur.Onlar çıxıntılı (dilikli) mahuddan başlıq örtürlər ki,bu da paltarların yaxasına tikilən başlıqlar kimi görünür.Bellərinə gümüş pulcuqlarla bəzədilmiş enli,qırmızı mahuddan kəmər bağlayırlar ki,həmin kəmərlərin astarına ən qiymətli şeyləri hesab edilən ―daxıllarını‖ (pul kisələrini) sıxıb bərkidirlər.Onların silahları bir muşketdən (un mousquet) ibarətdir.Onların muşketlərinin lüləsi digər piyadaçıların muşketlərinin lüləsinə nisbətən daha çox iri kalibrli olur.Muşketin lüləsi gümüş zolaqlı qundağa bərkidilir.Həmçinin onların qılıncı və xəncərləri də Səh.–74 barıt qabları kimi bəzəkli olur.Onlar sıraya düzüləndə çiyinlərində muşket olmur,çünki muşketləri qundağı üstə yerə söykəyirlər.Katolik kilsəsindəki238 müqəddəs çörəyin üstündə olduğu kimi,muşketlərin lülələrinin ağzında kiçik bir bağlama239 olur.
236
Zyezeri korpusunun yaradılması Şah I Abbasın (1643–1666) dövrünə təsadüf edir.(V.A.) Haye – çəpər,maneə və s. Müasir fransız dilində bu söz ―la haie‖ kimi yazılır.En haye – yəni sıra ilə.Bu ifadənin ―çığ kimi‖ tərcümə etmək daha çox məqsədə uyğundur.(V.A.) 238 Bu söz l,Eglise Romaine – Roma kilsəsi (Vatikan mənasında – V.A.) kimi ifadə edildiyindən onu ―katolik kilsəsi‖ kimi tərcümə etməyi daha üstün tuturam.(V.A.) 239 Yəqin ki,Şardən barıt qutusuna işarə edir.(V.A.) 237
130
Onlar şahın ətrafında addımlayanda muşketləri çiyinlərində,həmin o kiçik bağlama da muşketin lüləsinin ucunda olur.Onlara bu gözəl silahı xidmətə daxil olarkən verirlər.Zyezeri korpusu tüfəngçilər polkunun baş komandanının (Colonel Ge/neral des Mousquetaires) əmri altında olur.Onların kiçik bir dəstəsi isə həmişə hərəmxananın qapısı ağzında keşik çəkir.Buna görə də,həmin korpus keşikçi (Ke/chitchis),yəni ―sarayı qoruyan‖ (Garde du Palais)240 adlanır.Səfəvilərin bütün hərbi dəstələri iki ad – ―qul‖ (Coul) və ―qorçu‖ (Cortchi),yəni ―qullar‖ və ―çobanlar‖ (Esclaves ?? Pastres) adı ilə tanınır ki,bu da köhnə və yeni hərbi dəstələr kimi başa düşülür.O adamlar barəsində bu terminlərdən istifadə edirlər ki,bizim təbirimizcə241 desək,həmin adamların hamısı axıradək (Ban,? Arriere – Ban) silah daşımış olsunlar.Şah dəstələrinin bu dörd korpusu242 gümüş pulla (solde en argent) məvacib alırlar.Onların məvacibi əyalətin və ya şahın gəlirlərinə görə müəyyən edilir.Bir qulun (qulamın – V.A.) məvacibi səkkiz tüməndən doqquz tümənə qədərdir ki,(paye d/un Coular est de huit a\ neuf Tomans) bu da üç-dörd yüz livr243 (qui fait trois a\ quatre cens livres) edir244.Tüfəngçilər isə bunun yarısı qədər məvacib alırlar.Hərbi dəstələrə şah emalatxanalarında hazırlanan,üzərində hazırlandığı emalatxananın nişanı olan seçmə silahlar verirlər.Əsgərlər onları dəyişə bilməsinlər deyə silahların üzərində daha bir başqa nişan da olur.Lakin əsgərlərə heç vaxt paltar vermirlər.Hər kəs öz xoşuna və əyninə gələn paltar geyir.Mənim fikrimcə,nə Səfəvilərdə, Səh.–75 nə də bütün Şərqdə xüsusi geyim adəti yoxdur245. Şah II Abbasın dövründə topçu korpusunun hələ də güclü olmasına baxmayaraq buraxıldığını görmüşəm.Halbuki onun əcdadı Şah I Abbas dövründə artilleriya (topçu – V.A.) korpusu on iki min (douze mille hommes) nəfərdən ibarət idi.Babilin (Bağdadın – V.A.) itirilməsindən etibarən topçu korpusu daim azala-azala gəlmişdi.Bu korpusun başçısı ―topçubaşı‖ (Topchipachi),yəni topçuların rəhbəri (le Chef des Canoniers) adlanırdı.Bu korpusun rəhbəri böyük cəsarət və əsil-nəcabət sahibi olan qoca bir əyan idi.Onun adı Hüseynqulu xan (Hossein couli Can) idi və bizim hesabımızla246 1655-ci ildə vəfat etmişdi,özündən sonra heç bir övladı qalmadığından onun vəzifəsi heç kəsə həvalə edilməmişdi. Hərbi dəstələr zabitlər tərəfindən idarə edilir.Həmin zabitlərin adı dəstələrindəki əsgərlərin sayı ilə müəyyən edilir.Min nəfərlik dəstələrin rəhbərləri polkovnik (polk komandiri) (les Colonels),yüz nəfərlik dəstələrin rəhbərləri kapitan (rota komandiri) (les Capitaines),on nəfərlik dəstələrin rəhbərləri serjant (les Sergens) adlanır.Səfəvilərdə isə belə deyirlər: minbaşı (min bachy),yüzbaşı (yuz bachy),onbaşı (on bachy). Səfəvi ordusu Şah I Abbasın zamanında ən yüksək dərəcədə təşkil edilmiş və bu onun hakimiyyətinin sonunadək belə davam etmişdi.Təsdiq edirlər ki,onun şahlığının sonunda
240
Yəni hərəmxananı qoruyan.Burada ―saray‖,‖hərəmxana‖ kimi başa düşülməlidir.(V.A.) Yəni fransızlar kimi.(V.A.) 242 Qorçular,qullar,sofilər,zyezerilər kimi hərbi hissələr nəzərdə tutulur.(V.A.) 243 Tümən və livr pul vahidləridir.Bax.qeyd.125–126. 244 Şardən ―Səyahətnamə‖sinin II cildində qulamşahın məvacibinin yeməyi ilə birlikdə 20 tümən (900 frank) olduğunu göstərir.Bax.Chardin. t. II. P.242. 245 Bu fikirlə razılaşmaq olmaz.Şardən özü ayrı-ayrı qoşun növlərinin çalması,kəməri və s. ilə fərqləndiyini təsvir edir.Bunlar xüsusi geyim əlamətləridir.(V.A.) 246 Miladi tarix ilə.(V.A.) 241
131
ordu çox güclü idi və onun şəxsi heyətinin tərkibi yüz iyirmi min (six vingt mille)247 nəfərdən ibarət idi.Bunu dəfələrlə həmin dövrü lap yaxşı xatırlayan bir çox Səfəvi əyanlarının dilindən mən özüm də eşitmişəm.Şah hərbi hissələrini təşkil edən üç korpusda248 50.000 nəfər vardı.Əyalətlərdəki hərbi hissələrdə isə 70.000 nəfər vardı.Bura şah sarayında xidmət göstərən on mindən çox hərbçi daxil deyildir.Sonrakı şahların dövründə bu nəhəng ordu get-gedə zəifldi və Şah II Abbasın hakimiyyəti dövründə tamamilə daha böyük sürətlə tənəzzülə uğradı.1666-cı ildə bu şahzadə (Şah II Abbas – V.A.) ümumi hərbi keçid (baxış – V.A.) keçirmək istədi,lakin o Səh.–76 on-on iki dəfə gəlib qabağından keçən dəstləri müşahidə edib başa düşdü ki,silahlar da,atlar da,hərbçilər də eyni ilə əvvəllərdəki kimidir.Bu,onu məcbur etdi ki,orduda qayda yaratsın.O,müharibə etmək fikrinə düşmüşdü və o daha uzun ömür sürsəydi,ordunu yenidən quracaqdı.Təftişlər249 sonrakı illərdə onun oğlu Süleymanın dövründə gözlənilməz bir hadisə kimi qarşılandı.Hakimiyyətinin başlanğıcında o, təftişləri istənilən şəklə salmağı bir daha əmr etsə də,tezliklə bu təftişlər dayandırıldı,əsgərlər (ordu – V.A.) yenidən əvvəlki zəif mövqelərinə yuvarlandılar.Müharibə ərzində şah və dövlət250 ordunun məvacibini ödəyir.Bu sənətlə (müharibə etmək – V.A.) məşğul olmayan251 əsgərlər müharibə etmək üçün yaşadıqlarını təsəvvür etməsələr də,bu məvacibi bir peşkəş kimi alırlar.Öz üzərlərində nəzarəti olan komissarlara kiçik bir hədiyyə vermək yolu ilə xidmət göstərməyə məcbur edilmirlər; əsgər olduqları və əsgər olmaq istədikləri üçün əzab çəkirlər. Uşaqları iki yaşından (de\s l,age de deux ans) orduya yazdırırlar.Əvvəlcə onları dövlət siyahısına ildə yarım tümənə (pour demi Toman par an) saldırırlar ki,bu da iyirmi iki livr on sol (qui est vingt deux livres dix sols)252 edir və bu, ildən-ilə artır.Xidmətə daxil olmaq istədikdə generala (au Ge/ ne/ral)253 təqdim olunurlar,o da boş yerləri onlara verir.Əgər qətiyyən boş yer yoxdursa,şaha təqdim olunmaq lazım gəlir ki,şah da ona dəqiq məvacib təsis edir.Bu məvacib daimi olaraq onun özünə və nəslinə verilir.Yuxarıdakı müşahidəmi bu da bir daha aydınlaşdırır ki,korpuslar bütöv olaraq qalır.Əsgər ölərsə,qohumlarından biri onun məvacibini almaq üçün onun yerinə (orduya – V.A.) daxil olur.Bununla da, yuxarıda dediyim kimi,şah zaman-zaman yeni yerlər təsis Səh.–77 edir.Səfəvi ordusunun dağılmasının əsas səbəbi dəbdəbədir.Belə ki,süvarilərə təxminən dörd yüz livr (quatre cens livres de paye) məbləğində məvacib verirlər,onlar isə təkcə geyim-keçimləri üçün bundan iki qat artıq xərcləyirlər.
247
Hazırki say sistemindən fərqli olaraq orta əsrlərdə fransızlar 120 məfhumunu ―altı iyirmi‖ (six vingt) şəklində ifadə etmişlər,lakin bu forma 80 sayında ―dörd iyirmi‖ (quatre vingt) özünü saxlaya bilmişdir.(V.A.) 248 Qorçular,qullar (qulamlar),tüfəngçilər nəzərdə tutulur.(V.A.) 249 Ordunun qurulmasına dair təftişlər.(V.A.) 250 Şah xəzinəsi və dövlət xəzinəsi mənasında.(V.A.) 251 1639-cu il 17 mayda Qəsri-Şirində sülh müqaviləsi bağlanandan sonra əmələ gələn sülh dövründə əsgərlərin hərbi toqquşmalardan uzaq olmasına işarə edir və bir daha Səfəvi ordusunun döyüş təcrübəsini yadırğadığını Avropaya xatırladır.(V.A.) 252 Sol – 5 santim və ya frankın yüzdə biri dəyərində pul vahidi. 253 Sərkərdə mənasında.(V.A.)
132
Elə təsəvvür etmək lazım deyildir ki,Səfəvi hərbi hissələrində nizam-intizama bizim ölkələrdə (Avropa ölkələrində – V.A.) olduğu kimi riayət edirlər.Belə ki,qarovulçunun qarovulda olduğu yer,növbətçi,keşikçi korpusu,təlim,manevrlər – bütün bunlar,demək olar ki,müharibə etmək kimi böyük bir incəsənətdə daha çox diqqətə layiq olan şeylər hamısı Şərq üçün naməlum şeylərdir254.Əsgərlər öz evlərində yaşayırlar,hər altı ayda və ya hər ildə bir dəfə hərbi keçid təşkil edirlər.Çağrıldıqları görüş yerinə əsgərlərin hamısı bir nəfər kimi öz silahları və atları ilə birlikdə gəlirlər.Onları bir komissarın qarşısından bir-bir keçməyə,silahlarını bir-bir göstərməyə məcbur edirlər.Sonra onlar oradan öz evlərinə qayıdırlar.Dediyim kimi,sülh dövründə Səfəvi ordusunun hərbi təlimi keçid keçirməkdən ibarət olur.Hər bir əyalətdə hər üç ildən bir baş keçid255 təşkil edilir. Bu xalqlar256 düşməni arı kimi araya salıb dövrələmək,dəstələrə bölünüb məhəllələrə qəfil basqın etməklə, onların ərzağını və suyunu kəsmək yolu ilə müharibə edirlər.Əgər yorulub əldən düşmüşsə,onda onun üzərinə hücuma keçirlər.Əgər düşmən onlara qarşı hirslənmişsə,onda əvvəlcə geriyə qaçır,sonra böyük bir sürətlə geri qayıdır və onlar hərbə girirlər.Tarixi mənbələr257 göstərir ki,partlar (Parthes)258 qaça-qaça müharibə edirlər,onlar çiyinləri üzərindən arxaya ox atırlar.Səfəvilər təkcə türklərə259 qarşı deyil,həm də Səh.–78 kiçik tatarlara (les petits Tartares)260 qarşı belə vuruşurlar.Belə ki,onlar hindlilərə qarşı (contre les Indiens)261 daha qətiyyətlidirlər.Səfəvi ordusu möhkəmləndirilmiş düşərgələrdə mənzil salmağın nə olduğunu bilmir262.Onlar üçün səhra düşərgəsi dağdır,ya açıq keçiddir,ya da uzun bir dərədir.Mühasirə vəziyyətində (Pour les sie\ges)263 xəndəklər vasitəsilə irəliləmək və lağım atmaq yolu ilə üstünlük qazanmaq onların hərbi məharətidir.Lağım atmağı və yer altında yol salmağı onlar qədər gözəl düşünə bilən başqa bir xalqın yer üzündə olduğuna inanmıram.Böyük Abbasın ölümündən sonra türklər İrivan şəhərini Səfəvilərdən almış,yenidən şəhərin geri qaytarılması lağımların (la sape) sayəsində mümkün olmuşdu264.Az bir zamanda şəhər başdan-başa lağım atılmış vəziyyətdə olmuşdu. Müharibəyə göndərildikdə hərbi dəstələrin öz-özlərini ərzaq şeyləri ilə təmin etmələri lazım gəlir.Onlara heç nə verilmir və heç bir kömək göstərilmir.Onları ancaq barıt,fitil və silah kimi döyüş ləvazimatları ilə təchiz edirlər.Orduda ərzaq şeyləri satan adamlar (vivandiers) təyin etməyə qətiyyən ehtiyac qalmır.Orada həmişə hər şey olur,çünki könüllü 254
Artıq Şardən Avropanı əmin edir ki,Şərq ordusu zəifdir və Avropaya qarşı dayana bilməz,müstəmləkəçilik siyasəti üçün tarix özü geniş meydan hazırlamışdır.(V.A.) 255 Ordunun hərbi hazırlığını yoxlamaq məqsədi ilə keçirilən ümumi baxış mənasında.(V.A.) 256 Səfəvi ordusunu təşkil edən xalqlar mənasında.(V.A.) 257 Mənbələrin,təəssüf ki,adı göstərilmir.(V.A.) 258 Tayfa adı.Şardən çox yəqin ki,fars demək istəyir.(V.A.) 259 Osmanlı imperiyası nəzərdə tutulur.(V.A.) 260 Orta Asiyada yaşayan türkdilli xalqlar nəzərdə tutulur.(V.A.) 261 Böyük Moğol imperiyası nəzərdə tutulur.(V.A.) 262 Şardən Səfəvi ordusunun daha bir zəif cəhətinə işarə edir.(V.A.) 263 Yəqin ki,‖mühasirə etdikdə,ya da mühasirəyə düşdükdə‖ demək istəyir.(V.A.) 264 Bu barədə bax. II cild,səh.224. ―Lağım‖ sözü ―la mine” və ―la sape” sözləri ilə verilir.Qeyd edək ki,Şardən burada Ermənistanın paytaxtı İrivan şəhəri (la ville d,Irivan,capitale d,Arme/nie) ifadəsini işlədir ki,bu da yerinə düşmür.Çünki mövcud olmayan dövlətin paytaxtı ola bilməz.Şardənin özü də əvvəlki cildlərdə İrivanın İrivan bəylərbəyliyinin paytaxtı olduğunu dəfələrlə təsdir edir.(V.A.)
133
surətdə ərzaq şeyləri satmaq üçün getmək istəyən saysız-hesabsız adamların oraya yola salınması qayğısına qalırlar və onlar hərbi düşərgələrdə hər gün hər cür ərzaq şeyləri satırlar. Belə ki,Səfəvilər ciddi hücum əməliyyatları ərəfəsində təhlükəli sərhədd xəttindən əhalini köçürmək,çox qəribə bir tərzdə özlərinə ziyan vurmaq metodundan istifadə edirlər ki,belə demək mümkünsə,düşmən orada bir çəngə ot (un brin d,herbe) belə tapa bilməsin.Kəndlilər əvvəlcədən öz buğda-arpalarını,meyvələrini,yem tədarüklərini və xüsusilə də ev əşyalarını bir-birindən aralı qazılmış quyularda gizlədirlər.Onlar gizlətməyi elə gözəl bacarırlar ki, Səh.–79 onları axtarıb tapmaq qeyri-mümkün olur.Ölkənin havası quru olduğundan bütün bunlar yerin içində bir il ərzində çox yaxşı vəziyyətdə qala bilir.Taxılı qoruyub saxlamaq üçün bu,onların adi bir manevridir.Öz-özlərinə vurduqları ziyan da hərtərəfli olur.Onlar nəinki hər şeyi yandırır,hətta ağacları kökündən çıxarır,kiçik və böyük çayların ağzını ayrı səmtə salırlar.Səkkiz gün (həftə mənasında – V.A.) ərzində ölkəni viran qoyan ordu kiçikkiçik dəstələrə bölünərək düşmənin gəlib-keçəcəyi keçidlərin həndəvərlərində düşərgə salır,düşmən dəstələri darmadağın etmək üçün əlverişli məqam gözləyirlər.Bu kiçik hissələr düşmən düşərgəsinə gecə vaxtı gah bu,gah da digər tərəfdən basqın edir və bu yolla düşməni darmadağın etməyə cəhd göstərirlər.Əgər bütün maneələrə baxmayaraq düşmən irəliləyirsə,yuxarıda dediyim kimi,ordu (müdafiə olunan ordu – V.A.) öz ziyanına da olsa,o ərazidə yaşayan əhalini qabağına qataraq ölkənin içərilərinə doğru çəkilir.Səfəvilər Türklərin (Osmanlıların – V.A.)265 ən böyük ordularını bu üsulla darmadağın etmişlər.Düşmən çəkilib gedən kimi hər bir kəndli vaxt itirmədən öz evinə qayıdır.Mən əhalinin yaşayış məntəqəsindən bu cür köçürülməsini 1665 və 1666-cı (en 1665 et 1666) illərdə görmüşəm.Türk ordusu Fars körfəzinə tökülən Dəclə və Fərat çaylarının mənsəbində yerləşən Bəsrə (Basra,ville a\ l,embouchure des fleuves Tygre et d,Euphrate)266 şəhərini almaq ərəfəsində idi.Şəhərin hakimi Hüseyn paşa (Souverain,nomme/ Hossein Pacha) bəlanı öz ölkəsindən uzaqlaşdırmaq ümidini itirmişdi.O geri çəkilmək qərarına gəldiyini,üç gün ərzində hər şeylərini götürüb şəhərdən kənara çıxmalarının lazım gəldiyini car çəkdirdi.Çünki o,şəhərə od vurduracaqdı və hər şey onun dediyi qaydada yerinə yetirildi.O,şəhəri külə döndərərək şəhər əhalisi ilə birlikdə Farsa doğru geri çəkildi.Bəsrənin əhalisi isə altı ayın başında (au bout de six mois) yaşayış yerinə qayıtdı və Türkün himayəsi altında yaşamağa Səh.–80 başladı.Əvvəllər onlar Hüseyn paşanın himayəsi altında idilər267.Səfəvilər bu əcaib siyasəti (əhalini köçürmə və hər şeyi məhv etmə siyasətini – V.A.) belə bir dilemma268 ilə əsaslandırırlar: üzərlərinə gələn düşmən qoşunlarının sayca çox və ya az olmasının mətləbə dəxli yoxdur.Əgər düşmən sayca çox olarsa,ərzaq və yem yoxluğundan məhv olmalıdır.Çünki böyük bir ordunu uzun müddət ərzaq və yemlə təmin etmək 265
Türk ordusu dedikdə Şardən ümumiyyətlə Osmanlı ordusunu nəzərdə tutur.(V.A.) Bəsrə – hazırda İraqın cənub-şərqində şəhər.1665-ci il hadisəsi Səfəvi-türk toqquşması kimi qiymətləndirilməlidir.(V.A.) 267 Yəni Səfəvilər məğlub edildilər.Bəsrə Osmanlıların hakimiyyətinin altına keçdi.Deməli,1639-cu il müqaviləsindən sonra uzunmüddətli sülh dövrü mütləq götürülə bilməz.Get-gedə zəiflədiyindən Səfəvilər Osmanlılara güzəştə getməyə məcbur idilər,bu da bir növ sabitliyə və sülh dövrünə xidmət edirdi.(V.A.) 268 Dilemma – iki mümkün qərar və ya nəticədən birini qəbul etmək məcburiyyəti 266
134
mümkün deyildir.Əgər düşmən sayca az olarsa,biz onu əzər və tamamilə darmadağın edərik. Səfəvilər kamandan və muşketdən məharətlə istifadə edirlər.Muşketdən daha sərrast atəş açmaq üçün qundaq yatağının qurtaracağına dayaq verirlər.Bu dayaq şümşad ağacından hazırlanmış haçadan ibarətdir.Onun uzunluğu iki fut yarım269 (de deux pieds et demi de long) olur.Bu dayağın haçaları çölə doğru qatlanaraq uclarına doğru enlənəenlənə gedir və ox üzərində fırlanır.Atəş açmaq istədikdə dayağı yerə qoyurlar.Dayaq üzərindəki muşket yerdən təxminən iyirmi pus270 (vingt pouces) hündürdə qalır və bu üsulla atəş açırlar. Onların bayraqları bizim qidonlar271 kimi dilik-dilik kəsilmiş (coupees en pointe) hər hansı bir rəngdən olan272 (faites de toutes couleur)hər hansı bir qiymətli parçadan hazırlanır.Onlarda süvari və piyada qoşunların eyni bir bayrağı vardır.Onların bayraqlarının üzərində söz və deviz yerinə ya dini tövbə duası,ya da Əl-Qurandan bir parça yazılır,ya da Əlinin dalı da,qabağı da kəsən qılıncı (ou le sabre a\ deux pointes d,Aly),yaxud da arxasından günəş doğan şir təsvir olunur.Səfəvilərdə əsas hərbi vəzifələrdən biri ―bayraqdarbaşı‖(Grand-Enseigne) vəzifəsidir.Bayraqdarbaşıya ―aləmdarbaşı‖ (Alemdar bachi),yəni ―hərbi bayraq daşıyanların başçısı‖ (chef des Porteenseignes) deyirlər. Əvvəlki hakimiyyətə qədər273 Səfəvilərdə sipəhsalar (Sepe Salaar) adlanan ali baş komandan (Generalissme) Səh.–81 olmuşdur.Bu rütbəni daşıyan şəxs xan274 (can) və ya Midiya275 hakimidir.Lakin bu sülh əsrində həmin vəzifəni ləğv etmişlər276.Elə ki,qəfildən müharibə vəziyyəti əmələ
269
Fut (pied) – 30,479 sm-ə bərabər rus və ingilis uzunluq ölçüsü. Pus – bax. qeyd 138. 271 Qidon (guidon) –kiçik bayraq. 272 Şardənə inanmalı olsaq,Səfəvilərdə bayrağın nə rəngdə olmasına əhəmiyyət verilmədiyini qeyd etməliyik.(V.A.) 273 Yəni Şah II Abbasadək (1643–1666).Çünki Şardənin Səfəvilərə birinci səyahətinin son illəri və ikinci səyahətinin hamısı Şah III Süleymanın (1666–1694) hakimiyyəti illərinə düşür.Şardənin məlumatına əsasən sipəhsalar rütbəsinin 1643-cü ilədək mövcud olduğunu söyləmək olar.Əgər bu məlumatı ―Səyahətnamə‖nin nəşri tarixi ilə əlaqələndirsək,‖sipəhsalar‖ rütbəsinin 1694-cü ilədək mövcud olduğu qənaətinə gəlmiş olarıq.Hələlik qəti fikir söyləmək imkanında deyiləm.(V.A.) 274 Səfəvilərdə xanlıq inzibati ərazi vahidi kimi sultanlıqdan böyük,bəylərbəyilikdən kiçik olub bəylərbəyiliyin tabeliyində olsa da,bəylərbəyilərin də adına ―xan‖ sözü qoşulurdu.Məs.Səfiqulu xan və s.Deməli,burada ―xan‖ sözü rütbə bildirmir.(V.A.) 275 Şardən Midiya dedikdə bütövlükdə Azərbaycanı nəzərdə tutur.Ətraflı məlumat üçün bax.Şardən.‖Səyahətnamə‖.I c.səh.310–311. 276 Şübhəsiz,XVII əsr Səfəvilər üçün tamamilə sülh əsri olmamışdır,lakin 1639-cu ildən etibarən Səfəvi-Osmanlı müharibələri ara vermiş,əsrin sonunadək iri miqyaslı hərbi toqquşmalar olmamışdır. 1639-cu ildən sonrakı dövrü sülh əsri adlandırsaq,onda ―sipəhsalar‖ rütbəsinin Şah II Abbas tərəfindən təxminən 1643–1644-cü illərdə ləğv edilməsi qənaətinə gəlmək olar.şardənin bu məlumatı 273-cü qeydimdəki fikri dəqiqləşdirmək imkanı verir.(V.A.) 270
135
gəlir,onda ―sərdar‖(Serdar)277 rütbəsi təsis edilir ki,o da müharibə ərzində ali baş komandan olur.O,orduda hansı vəzifəni icra edirsə,elə həmin vəzifəni olduğu korpusda yerinə yetirir.Səfəvi hərbi qubernatorluğunda278 heyran olası bir şey varsa,o da əsgərlərin yaxşı bir məvacib alması və bu məvacibin məmurların əlindən keçə-keçə verilməsidir.İstər generallar,istərsə birinci və ikinci dərəcəli zabitlər,istərsə də süvari və piyada əsgərlərin hər biri öz məvacibini xüsusi təxsisnamə əsasında dəqiq ölçüdə alırlar.Onların məvacibi ordu xəzinədarlarının,yaxud məmurların əlindən keçmədən mühasibat (Chambre des Comptes) tərəfindən verilir.Zabitlərin məvacibi çox böyükdür.Hər bir tüfəngçi ağası və qullar ağası (qullar yeni yaradılmış süvari ordudur) on min tümən (bu,on beş min ekü edir) məbləğində məvacib alır.Lap aşağı rütbədə olanlar üçün də buna bənzər məvacib təyin edilir ki,bəzən onların sonrakı məvacibi əvvəlkinə nisbətən dörd dəfə çox artırılır. 1673-cü ildə mən ikinci dəfə279 Səfəvilərə səyahət edərkən əyalətlərdəki səlahiyyətli nümayəndələr280 tərəfindən bütün şahlıqda ümumi keçid (nümayiş mənasında – V.A.) olduğunu görmüşəm.Onlardan biri (səlahiyyətli nümayəndələrdən biri – V.A.) ən yaxın dostlarımdan biri olmaqla bərabər,hər şeylə maraqlanan və elmli bir adam idi.O dedi: ―Nümayiş etdirmək üçün gözəl bir ordumuz olsa da,müharibə etmək üçün qəddar bir ordumuz yoxdur.‖281O demək istəyirdi ki,hərbi dəstələrdə qətiyyən əsgəri görünüş yoxdur.O əlavə etdi ki,əyalətlərdə haqqı şah tərəfindən ödənilən Səh.–82 ordulardakı əsgərlərin sayı səksən minə çatır.Şah sarayı isə onların on minindən öz ehtiyacı üçün istifadə edir.Bütünlüklə Səfəvi ordusundan mənim gördüklərim ancaq şah sarayındakı hərbi hissələr və Türkiyə tərəfdəki sərhəd qoşunlarıdır.Mənə elə gəlir ki,onlar son dərəcə yaxşı təşkil olunmuşlar.İqamətgahı Girmanşahda yerləşən Xaldeya282 (Babil tərəfdə,Ərəbistan yaxınlığında ölkə) hakiminin tabeliyindəki hərbi dəstələrdəki əsgərlərin sayı altı minə çatır.Onlardan min nəfəri sahil sərhəddi boyunca yerləşdirilmiş və bir nəfər polk komandirinin (un Colonel) tabeliyindədir.Ermənistan hakiminin283 hərbi hissələrindəki əsgərlərin sayı təxminən beş min nəfərə qədərdir.Gürcüstan hakiminin hərbi qüvvələri də buna oxşar sayda idi.Sərhəddəki hərbi dəstələr digər hərbi dəstələrdən daha çox hərəkətdə saxlanılır; gah cürbəcür hərbi tapşırıqlar,gah da qonşu xalqların basqınları nəticəsində.Məsələn,Xaldeya tərəfdən ərəblər bir dəfəyə beş yüzdən altı yüzədək olan dəstələrlə sərhəd boyunca hücuma keçirlər.Buna görə də sərhəddəki hərbi dəstələrin tam
277
Şardənin ―Səyahətnamə‖sindən belə məlum olur ki,bəylərbəyi özünün hakim olduğu bəylərbəyiliyin qoşunları (bura ona tabe olan xanlıq,sultanlığın qoşunları da daxildir) üzərində ali baş komandan,yəni sərdardır.Bax.Şardən.I c.səh.240. Bütün bəylərbəyiliklərin birləşmiş qoşunlarına kimin baş komandan olması barədə Şardən aydın məlumat verməsə də,imperiya qoşunlarının Ali Baş Komandanı vəzifəsinin şah tərəfindən icra edilməsi qənaətinə gəlmək olar. (V.A.) 278 Artıq aydın oldu ki,söhbət bəylərbəyilikdən gedir və Şardən Ali Baş Komandan dedikdə bəylərbəyinin ―sərdar‖ vəzifəsini daşımasını nəzərədə tutur.Hərbi qubernatorluq,yəni bəylərbəyilik. (V.A.) 279 Şardənin birinci səyahəti 1664–1670-ci illəri əhatə edir.(V.A.) 280 Yəni bəylərbəyilər tərəfindən.(V.A.) 281 Şardən zəif yerləri tez nəzərə çarpdırır.Yəni döyüşkən ordu yoxdur. 282 Xaldeya – hazırki İraqın cınub və fars körfəzinin şimal-qərb hissəsi.(V.A.) 283 Şardən yenə də,bəlkə də,qəsdən səhvə yol verir.Çünki o zaman Ermənistan İrivan bəylərbəyiliyinə daxil idi və İrivan bəylərbəyi də orada hakim idi.(V.A.)
136
və mükəmməl döyüş təcrübəsinə malik olması zəruridir.Qədim Baktriya hesab edilən Xorasan284 tərəfdən tatarların basqınlarından sərhəddi qorumaq üçün səkkiz minə qədər əsgər saxlanılır.Hindistanın şimal sərhədlərindəki Qəndəhar285 ordusundakı əsgərlərin sayının səkkiz mindən çox olduğunu deyirlər.Bunlara əsasən Səfəvilərin hərbi dəstələrində nə qədər əsgər olduğunu hesablamaq mümkündür.Digər sərhədlərdə isə döyüş təcrübəsi olan dəstələr qətiyyən yoxdur.Bütünlüklə Fars körfəzi,Hind çayı,Xəzər dənizi sahilləri boyunca uzanan sərhədlərdə vəziyyət belədir.1667-ci il onlar üçün yuxarıdakı səbəblər üzündən həddindən çox fəlakətli olmuşdu.Min iki yüzə qədər adamdan ibarət olan kazak dəstəsi286 (une troupe de Cosaques,qui n,allait pas a\ douze cents hommes) bu sahili (Xəzər sahilini – V.A.) Səh.–83 elə asanlıqla və elə bir zəif müqavimət müqabilində tar-mar etdi ki,ən yaxşı məhkəmləndirilmiş şəhərləri belə toz kimi dağıtmaq üçün onlar (kazaklar – V.A.) iki-üç gün vaxt sərf etdilər. Yuxarıda haqqında danışdığım səlahiyyətli şəxs bu barədə mənə deyirdi ki,ordu strukturlarının pozulmasının səbələrindən biri də saray əhlinin astroloji mühakimələrə kor-koranə inamı ilə bağlıdır.O mənə deyirdi ki,astroloqlar ağciyər və ürəksiz olurlar.Bunun da səbəbi onların öz sənətindən irəli gəlir.Onlar bilirlər ki,müharibədə onların almanaxları287 ilə deyil,şəraitlə hesablaşmaq lazımdır.Çünki talenin hökmü onların xoşbəxtlik vəd edən proqnozlarını inkar edə bilər.Onlar var-dövlət yığmaqdan daha çox,öz canlarının qeydinə qalır,bacardıqları qədər müharibə barədə fikir söyləməkdən boyun qaçırırlar.Onların proqnozlarında həmişə müharibənin bədbəxtlik gətirəcəyi göstərilir.Buna görə də,onlar hərəmlər və hərəm ağalarında bütün müharibə təsisatlarına qarşı son dərəcə böyük nifrət və qorxu hissi yaradaraq onlara təlqin edirlər ki,müharibədə təsadüfi hadisələr olur və bu təsadüflərin biri hökmdarın məhvinə səbəb olacaqdır,hökmdarın məhv olması isə onları həmişəlik olaraq var-dövlətdən və sevincdən məhrum edəcəkdir. 1677-ci ildə mən yola düşərkən288 Səfəvi ordusu bu vəziyyətdə idi.Orda hökm sürən təmtəraq Səfəvi ordusunun dağılması ilə başa çatacaqdır289.Belə ki,bir tərəfdən adi bir 284
Xorasan vilayəti – III–XVIII əsrlərdə indiki İranın şimal-şərq hissəsini,Mərv vahəsini,indiki Türkmənistanın cənubunu,Əfqanıstanın şimal və şimal-qərb hissələrini əhatə etmiş,1510–1736-cı illərdə Səfəvilərin tərkibində olmuşdur. 285 Əfqanıstanın cənubunda şəhər.Səfəvilər və Böyük Moğollar arasında mübarizə obyekti olmuşdur.XVII əsrin ortalarından Səfəvilərin tabeliyinə keçmişdir. 286 Şardən bu cildin 35-ci səhifəsində kazakların sayının 4 mindən 5 minədək olduğunu göstərir,burada isə onların sayının 1.200 olduğunu yazır.Hər iki hadisə S.Razinin Xəzər vasitəsilə hücumuna işarədir.Təəssüf ki,Şardən S.Razinin adını çəkmir.Bəlkə də,S.Razinin Xəzər yürüşü kəşfiyyat xarakterli imiş.Şardən Səfəvilərin zəif yerlərini əyani göstərmək üçün bu faktdan istifadə edir. 287 Almanachs (almana) – almagesta (məcəsti). Münəccimlərin istifadə etdiyi astronomik,meteoroloji və digər məlumatlarla zəngin olan təqvim.Görünür,Şardən nücum elminə mənfi münasibət bəsləyirmiş.(V.A.) 288 1677-ci ildə Şardənin Səfəvi imperiyasına ikinci səfəri başa çatmışdı və Fransaya yola düşürdü.O,bir daha Şərqdə səfərdə olmamışdır.Onun ―Səyahətnamə‖si isə 1711-ci ildə Amsterdamda 10 cilddə nəşr edilmişdir.Şardən səyahətləri zamanı müşahidə etdiyi hadisələri 1711-ci il baxımdan qiymətləndirir. 289 Şardənin verdiyi qiymət tezliklə özünü doğrultdu.1722-ci ildə I Pyotrun dəniz donanmasının Xəzər vasitəsilə yürüşü Səfəvi ordusunun zəifliyini bir daha sübut etdi.Şardən sadəcə olaraq əsaslandırırdı ki,artıq Avropa Səfəviləri əldə edə bilər.Rusiya bu işdə Avropa ölkələrini qabaqladı. 137
əsgərin məvacibi isə təxminən dörd yüz frank olsa da,maaliyyə idarələrindəki kələkbazların üzündən onlar öz məvaciblərinin dörddə birini itirirlər290.Digər tərəfdən yaşamaq və adam içinə çıxmaq üçün çəkilən xərclər elə hey artır.Bunun illər boyu davam etməsi ona gətirib çıxarır ki,ləyaqətli Səh.–84 əsgər və zabitlər özlərini yalandan əlilliyə qoyaraq (özünü əlilliyə vurmaq onlar üçün lap asandır) hərb sənətini buraxıb başqa yerlərdə iş axtarmağa və ordudan qaçmağa başlayırlar.Dediyim kimi,rota şəklində kazarmalarda (par Compagnies en des Quartiers) yerləşdirilməyən291 hərbi hissələrin əsgər və zabitləri isə öz uşaqlarını hərbi işə cəlb etmək,hərbi xidmətə göndərmək əvəzinə,onları sənətkar kimi yetişdirirlər.Belə demək mümkünsə,müharibə etmək ruhu uçub getmiş,təmtəraq və mənəvi əxlaqsızlığın korlamış olduğu saray əhli bu fərariliyə (əsgərlərin ordudan qaçmasına – V.A.) qazanc kimi baxır,özünü quduz bir xərcdən qurtarmış hesab edir və daha əsgər yığmaq qayğısına qalmır.Orada bunu böyük sərkərdələrə təsir etmək vasitəsi kimi qiymətləndirirlər.Bu böyük sərkərdələr – qoca,qoçaq səfəvilər isə tamamilə məhv olmuşlar.Təkcə həddindən çox içməyi ilə tanınan şahın292 hakimiyyəti altında onlar özlərinə layiq yerə qaldırılmır,üstəlik də artıq işlərdə iştirak etmək,yaltaqlanmaq və ya şaha əl çalmaq istəmədikləri üçün ən ağır təhqirlərə məruz qalır və hörmətsiz edilirlər. Fars dənizi (Mer Persique)293 tərəfdən iki böyük dənizlə294 əhatə olunsa da,sahilin uzunluğu üç yüz lyödən295 artıq olsa da,Səfəvi imperiyası qətiyyən dəniz qüvvələrinə malik deyildir.Fars dənizi dünyanın zəngin və məhsuldar dənizlərindən biridir.Bilirəm ki,şahın bu dənizlərdə özünəməxsus bir dənə də olsun gəmisi,bir nəfər də olsun dəniz zabiti yoxdur.Belə ki,mən özüm hər iki dənizin həm bu,həm də digər başında olmuşam.On beş-iyirmi il olar ki,kazaklara296 qarşı müqavimət göstərmək üçün Xəzər dənizi sahillərini barklarla (böyük yelkənli gəmi – V.A.) (barques) təchiz etməyə başladılar.Lakin bu,donanma və eskadra adına qətiyyən layiq deyildir.Elə ki,təhlükə gəlib keçdi297,donanmanın və Səh.–85 barkların yararsızlığı,onları müşayiət edən dənizçilərin aylıq kirə ilə işləyən balıqçılardan başqa bir şey olmadıqları sübut olundu. Naviqasiya sahəsində Səfəvilərin qətiyyən səriştələri yoxdur.Onların dəniz səyahətləri 290
Şardən elə bu cildin 81-ci səhifəsindəki fikrinə qarşı çıxır..Deməli,qayda-qanun sıravi əsgərlərə aid deyilmiş.Yüksək rütbəlilərdən fərqli olaraq sıravi əsgərlər çox az məvacib alırlarmış.Bu da Səfəvi ordusunun dağılmasının səbəblərindən biri kimi qiymətləndirilməlidir.(V.A.) 291 Şardən sülh vaxtı evə buraxılan,əkinçilik,sənətkarlıq və s. işlərlə məşğul olan əsgərləri nəzərdə tutur.Bax.VI c. səh.70. 292 Şah III Süleyman (1666–1694) nəzərdə tutulur.(V.A.) 293 Bir neçə sətirdən sonra Şardən ―Fars dənizi‖ ifadəsini dəqiqləşdirərək ―Fars körfəzi‖ (le Golphe Persique) deyəcəkdir.(V.A.) 294 İki böyük dənizdən digərinin Oman körfəzi olduğuna şübhə yoxdur.(V.A.) 295 Lyö – bax. qeyd 39. 296 Yenə S.Razinin başçılığı ilə kazakların Səfəvilərə hücumunu işarə edir.15-20 il əvvəl kitabın nəşri tarixinə görə hesablasaq,1690-cı ilə təsadüf edir.(V.A.) 297 1667,1668,1669-cu illərdə S.Razinin hücumları nəzərdə tutulur.Artıq 296-cı qeyddəki fikrimizin səhv olduğunu görürük.Deməli,Şardən 10-15 il əvvəl dedikdə 1670-ci ildən əvvəlki illəri nəzərdə tuturmuş.Onda Səfəvilərin hərbi dəniz donanmasını gücləndirmək cəhdinin 1650–1655-ci illərə təsadüf etdiyini söyləmək daha dəqiq olardı.(V.A.)
138
bütünlüklə gəmidə oturub Xəzər dənizində gəzməkdən ibarətdir.Dəniz səyahətində kənar millətdən heç kəsi özləri ilə götürmürlər.Fars körfəzində (sur le Golphe Persique) isə qətiyyən matroslardan istifadə etmirlər.Orada ticarət edən gəmilər isə Avropa,hind və ərəb gəmilərindən ibarətdir.Səfəvi-Ərəbistan arasında üzən barklar da ərəblərindir.Səfəvilərin gəmiləri ancaq və ancaq ticarət gəmilərini yükləməyə və boşaltmağa yarayır.Onlarda digər gəmi növləri yoxdur.Elə bu səbəbə görə də portuqallar (Portugais) çox az bir qüvvə ilə imperiyanın Fars körfəzini bir çox illər boyu öz əllərində saxlamışdılar.Fars körfəzinin portuqalların əlindən çıxmasının səbəbkarları isə ingilislər və hollandlar (Anglais et par les Hollandois) olmuşlar.Onlar bu dənizdə (Fars körfəzi rayonunda – V.A.) əldə edilmiş qəniməti öz aralarında bölüşdürmək üçün Portuqaliyanın qüdrətini sarsıtdılar.Mən Səfəvi imperiyasının hərbi dəniz qüvvələrinin qətiyyən olmamasında iki əsas səbəb görürəm: birinci səbəb gözəl görünüşə və əlverişli mövqeyə malik limanın olmamasıdır.Dəniz sahillərindəki yerlərin hamısı,ümumiyyətlə,havası pis olan yerlərdir.İlin bütün fəsillərində olmasa da,yay girməmişdən istilər o qədər artır ki,oralarda yaşamaq qeyri-mümkün olur,yay girincə əhalinin əksəriyyəti oralardan köçüb gedir.Hətta ən yaxşı limanları olan sahillərin xarici görünüşü ən pis vəziyyətdədir.İkinci səbəb odur ki,Səfəvilərin bütün limanları,dəqiq desək,reydlərdən298 ibarətdir.Bu imperiyada elə bir liman yoxdur ki,gəmilərin salamat qalmasına imkan vermiş olsun.Xoşbəxt Ərəbistandakı xəlvəti yerlərə çəkilmək yolu ilə portuqallar Fars körfəzi sahillərini zülm altında saxlayırdılar.Portuqallar deyirdilər: Səh.–86 ―Nəzərə almaq lazımdır ki,Səfəvilərin dəniz yolu ilə ticarət etməyə qətiyyən ehtiyacları yoxdur,onlar quru yolları vasitəsilə Hindistanla ticarət edirlər‖.Burası doğrudur ki,dəniz yolu onlar üçün daha qısadır,lakin mal mübadiləsi üçün bu yol daha böyük xərc tələb edir.Dəniz yolu ilə Hindistanla ticarətə başlayandan bəri ölkələrində yığılmış sonsuz var-dövləti qorumaq istəyi portuqalları belə bir tərzdə danışmağa vadar edir.Bunun da son dərəcə faydasız bir yumşaqlıq olduğunu başa düşürlər. Xəzər dənizindəki barklar güclüdür.Bu dəniz tufanlı və sərt olduğu üçün oradakı barklar ağacdan və dəmirdən hazırlanmışdır.Çünki onlarda ağac və dəmir bolluğudur.Lakin yaxşı sənətkarları olmadığı üçün barklar pis quraşdırılmış,naviqasiya elmində naşı olduqları üçün dor ağacları pis qoyulmuşdur.Fars körfəzində olan barklar299 isə,əksinə olaraq,çox yüngüldür və onların inşasında dəmirdən istifadə edilmir.Onlara tək bircə mismar belə vurulmamışdır.Mənim fikrimcə,bunun səbəbi bütün Fars körfəzi boyunca dəmirçilərin lap az olmasında və dəmirçilik sənətinə çox zəif yiyələnmələrində, həm də orada böyük barklar inşa etmək üçün ağacın olmamasındadır.İnşaatçılar barklara bizim hind qozu adlandırdığımız kokosdan (Cocos,que nous appellons la noix d,Inde) çəkilən çətənədən hazırlanmış kəndirlər vasitəsi ilə qarmaqlar tikirlər.Bunun sayəsində onların Fars körfəzinin bu başından o başına,Səfəvilərdən Ərəbistana və Hind çayına qədərki çox uzun səyahətlərində bu barklar dənizin şıltaqlıqlarına qarşı müqavimətli və kifayət qədər güclü olur.Qarmaqların tikilişi düzgün və sıx olduğundan,gəmi qətranlandığından qətiyyən su ehtiyatı götürülmür.İlk dəfə mən bu barklarda olarkən
298
Reyd (rade) – sahil yaxınlığında limanın girəcəyində gəmilərin dayanması üçün külək tutmayan yer. Barque – sözünün bir mənası da ―qayıq‖dır.Görünür,Fars körfəzində qayıqlardan daha çox istifadə edilirmiş.(V.A.) 299
139
Səh.–87 yanımda yaxşı kök bir matros300 vardı.Bir səhər o mənə zarafatla dedi: Gəmini sahilə çəkib yamamaq lazımdır,onun qarnı tamamilə sökülmüşdür.‖ Hamısı bir ağızdan deyirlər ki,qoy hindlilər kokos ağacından bütöv bir gəmi qayırıb,suya salsınlar.Heç yerdə görmədiyim və bilmədiyim üçün bu qoz ağacından (kokosdan – V.A.) hazırlanmış taxta mənə elə gəldi ki,gəmi inşasında istifadə edilən xüsusi ensiz hamar taxtalara nisbətən daha çox məsaməli,daha çox yüngül,daha çox dardır.Lakin mən yaxşı başa düşürəm ki,bunu başqa bir ağacdan da hazırlamaq olar,çünki Səfəvi barklarında hər şey ağacdandır.Dediyim kimi,Səfəvi barklarının bütün ipləri və yelkənləri kokosdan hazırlanmışdı və onlar mənə çox zərif hörülmüş həsir kimi görünürdü.Onların avarları bizimki kimi bütöv bir hissədən ibarət olmayıb ucunda iki pye uzunluğunda və ürək formasında bağlanmış və ya tikilmiş kürək olan uzun bir ağacdan ibarətdir.Yerdə qalanı isə boğulanları xilas etmək üçün hazırlanmış kəndirdən ibarətdir.İstər bu,istərsə də digər dənizdə301 onların naviqasiyasında mənim ən çox xoşuma gələn şey bütün ekipajın təkcə nizam-intizamı deyil,həm də onların özlərinə xas olan möminliyidir.Allah və peyğəmbərlərin adları heç vaxt onların ağzından düşmür,həmişə onlara istinad edirlər.Onlar bir-biri ilə daha çox mədəni və qayğıkeşliklə davranırlar.Onlar barkların sahibinə rəis (Reys) deyirlər.Rəis ərəb sözüdür,‖ağa, hökmdar,şahzadə‖ və həmçinin ―böyük‖ mənasındadır.Vaxtı ilə bu adı Samaritlərin baş kahini daşıyırdı.(c,e/toit le nom que portoit autrefois le souverain Sacrificafeur Samaritans).Bu titul bu günün özündə belə Türkiyədə çox şərəfli və yüksək titul olaraq qalır.Orada Baş kansler ―rəis-kitab‖ (Reys-quitab) adlanır, Səh.–88 yəni ―kitabların hökmdarı.‖ Lakin Səfəvilərdə bu aşağı tituldur.Səfəvilər ancaq və ancaq qəsəbə məhkəmə sədrlərinə (Baillifs de Village) (dairə məhkəmə sədri mənasında – V.A.) və bark sahiblərinə ―rəis‖ deyirlər302 300
Səh.85-də Şardən Fars körfəzində qətiyyən matroslardan istifadə edilmədiyini yazırdı.Deməli,Şardənin məlumatlarındakı ziddiyyət göz qabağındadır.Hər halda,gəmi varsa,matros da vardır.(V.A.) 301 ―İstər Xəzərdə,istərsə də Fars körfəzində‖ mənasında başa düşülməlidir.(V.A.) 302 Baxın görün: Səfəvi-Osmanlı münasibətlərində hətta titullara alçaldıcı münasibətlə əl atırdılar.(V.A.)
140
V fəsil Vəzifələr haqqında Səfəvilər qədim romalılar kimi qılınc və qələm sahəsindəki bütün xidmət növlərinə soyuqqanlıqla yüksəlir,mülki və siyasi,həmçinin hərbi və ruhani vəzifələrdə soyuqqanlıqla qulluq göstərirlər.Baş vəzirləri qanun biliciləri (Docteurs de la Loi) arasından seçirlər.Mən onlardan birinin əvvəllər sədr və ya yepiskop (Şeyxül islam – V.A.) olduğunu görmüşəm.Ordu generalları,əyalət hakimləri arasından da Baş vəzirlər seçirlər.Mən bu ölkəni tərk edəndə Xaldeya hakimini Baş vəzir seçərək onu Baş Nazirin yanına çağırmışdılar.Onun orada yerinə yetirəcəyi vəzifələrə xırda şeylər də daxildir: ―Adətən daimi olaraq ruhani və mülki vəzifələrin qonşu ölkələrdən olanların,eyni zamanda gürcü mənşəli şəxslərin (onlara ―şahın qulları‖ deyirlər) əllərində deyil,Səfəvi xanədanından olanların əllərində cəmləşməsinə nəzarət etmək‖. Şah vəzifələrin və canişinliklərin (bəylərbəyiliklərin – V.A.) sahibidir.Onları kimə istəsə,verə bilər.O bunu edərkən kimin hansı mənşəyə malik olmasına303, aədətən,fikir vermir və Səfəvilərdə bu barədə heç bir münasibət bildirmirlər.Bununla belə,o,əcdadları tərəfindən yaradılmış və mənim yuxarıda göstərdiyim reqlamentə,304 Səh.–89 . qeyri-müsəlmanların istisna edilən vəzifələrdə qalması məqsədilə əcdadlarının başqa ölkələrlə bağladıqları müqavilələrə nəzarət edir.Məsələn,Luristanın və Gürcüstanın hakimləri ancaq və ancaq lur305 və gürcü mənşəli şəxslər ola bilərlər.Baş Vəzir və qorçuların generalı (sərkərdəsi – V.A.) vəzifəsi təkcə köhnə Səfəvilərin əlində,İsfəhan şəhərinin hakimi vəzifəsi isə gürcü hakimin oğlu olmaqla yanaşı,həm də Gürcüstanda doğulan şəxsin əlində olmalıdır. Başqa ölkələrdə306 olduğu kimi gizli hədiyyələr vasitəsilə vəzifələr alınır və əldə edilir.Lakin bu sahədə möhtəkirliyə imkan verilmir,çünki vəzifəyə mənfəət kimi deyil,borc kimi baxılır.Vəzifələr irsidir.Bununla belə,öz vəzifəsində ölənədək qalmaq böyük xoşbəxtlikdir.Çünki himayədarlar və nazirlər öz əlaltılarını irəli çəkmək üçün tabeçiliklərində olan bəzi vəzifə sahiblərini tez-tez işdən çıxarırlar.Bununla belə,mən Səfəvilərdə iki böyük əsilzadə (əyan) gördüm ki,atadan oğula keçmək şərtilə öz vəzifələrində qalmışdılar.Atası daha yüksək bir vəzifəyə keçirildikdə və ya vəfat etdikdə yaşının az olmasına baxmayaraq,oğul atasının vəzifəsinə təyin edilir.O zaman şah gənc zabitin qəyyumluğunu öz üzərinə götürməyə qabil olan və ağıllı bir adamı çağırıb gənc zabitin özü öz vəzifəsini müstəqil surətdə yerinə yetirincəyədək həmin vəzifənin icrasında birlikdə hərəkət etməyi ona həvalə edir. Böyük vəzifələrin müəyyənləşdirilməsi üsulu belədir.İki-üç pye uzunluğundakı kağız üzərində komissiya mükafatının siyahısı göndərilir. 303
Vəzifələrin gürcü və s. mənşəli şəxslərə verilməsinə.(V.A.) Ruhani və mülki vəzifələrə qeyri-müsəlmanları qoymamaq prinsipi nəzərdə tutulur.(V.A.) 305 Qərbi İranda vilayət.Hazırki Şəhristan,paytaxtı Xürrəmabad.Qədimdə Elam dövlətinə daxil idi və orada kissilər yaşayırdı.Lurlar e.ə. X–IX əsrlərdə məskunlaşmışlar. 306 Çox yəqin ki,Fransada.(V.A.) 304
141
Səh.–90. Həmin kağız qızıl suyuna çəkilmiş və rəngli hərflərlə,çox gözəl stildə yazılır, qızıl suyuna çəkilmiş zərxara torbaya qoyularaq nəzərdə tutulan vəzifəli şəxsə xalatla birlikdə göndərilir.Ayrı yerdə dediyim kimi307,xalat başdan ayağadək olan cazibədar bir paltardan ibarətdir.Əgər bu,hərbi vəzifədirsə,xalatın üstündə daş-qaşla bəzədilmiş qılınc və xəncər olur.Təzə seçilmiş vəzifəli şəxs həmin bu şahanə paltarı (xalatı – V.A.) geyərək saraya gəlir.Şahın iştirak etdiyi ilk məclisdə vəzifəyə təzə qoyulan şəxs adətə görə şaha baş əyir,şaha çatmağa bir neçə addım qalmış diz çökərək onun ayaqlarına düşür,üç dəfə alnını yerə toxundurur,sonra ayağa qalxır,yeni vəzifəsinin səviyyəsinə görə məclisdə öz yerini tutmaq üçün gedir.Əgər söhbət Baş Nazirin seçilməsindən gedirsə,onda şah məsləhət bildiyi şəxsə daha çox qızılı yazıları olan,daha çox daş-qaşla bəzədilmiş yeddisəkkiz pus uzunluğunda,pus yarım enində kağız göndərir.O da şahın qəbuluna gələndə həmin kağızı kəmərinə keçirir. Əksinə,bu nazir şahın mərhəmətindən məhrum edilibsə,onda onun yanına adam göndərib fəaliyyətini dayandırmağı və möhürünü təhvil verməsini tələb edirlər.İntendantbaşıya (surintendant) və ―sahib - kəlam‖,‖sahibi-hökm‖ (Sahib calam,sahib hokkom) adlandırılan bütün nazirlərə qarşı da belə hərəkət edirlər.‖Sahibkəlam‖ bizim Mortyedə olan sərdlər kimidir və bu söz ―qələm sahibi‖ (Seigneur de plume) mənasını verir,bu termin altında məhkəmə işçiləri adlandırdığımız məmurlar başa düşülür.‖Sahib-hökm‖ ―hökm sahibi‖ mənasını verir və möhür gəzdirən nazirlər kimi başa düşülür.Möhür Şərqdə imzanı əvəz edir,dövlətin və şah mülkünün idarə edilməsində zəruridir.Digər böyük vəzifə sahiblərinə gəldikdə isə,onları da bu üsulla işdən kənar edirlər.Bir məmur gəlib deyir: Səh.–91 ―Ağa,şah sizə özünüzə üstün gəlməyi əmr edir.‖ Onda o şəxsə öz sarayına çəkilib,gözə görsənmədən səbrlə yaşamaq lazım gəlir.Ta o vaxta qədər ki,şah ona mərhəmət və iltifat göstərilməsi barədə (bu,çox nadir hadisə olsa da) tapşırıq göndərmiş olsun.Bu isə,adətən, beş-altı gündən sonra olur.Bu müddət ərzində mərhəmətdən kənar olmuş şəxsin dostlarından biri və ya Baş Nazir onun üçün xahiş edir və şah günahkarın taleyini həmişə nəzərə almaq şərtilə cavab verir.Bəzən belə olur ki,mərhəmətdən məhrum olan şəxsin çox xidmətlər göstərdiyini nəzərə alıb,ona adi bir mərhəmətsizlik göstərirlər,yəni vəzifəsindən uzaqlaşdırırlar.Yaxud da onun qarnını yarmaq və ya başını kəsmək (fendre le ventre,ou lui couper la tete) üçün adam göndərirlər.Və yaxud da əksinə,ona iltifat göstərmək istədikdə,şah ona xəbər göndərir ki,daha o evdən çölə çıxa və öz işlərini sərbəst surətdə görə bilər.Yaxud da şah ona xalat və ya şahanə paltar göndərir,o da həmin paltarı geyib saraya gəlir,xalat göndərilməsi və qəbul edilməsi barədəki məlumatımda göstərdiyim kimi,sonra o,qulluğa götürülənlərin sırasına keçib,onların arasında cərgəyə durur.Əgər bir böyük haqqında ölüm hökmü verilmişsə,ya təkcə onun özünü həbs edirlər,ya da ailəsi və valideynləri də həbs olunur,var-dövləti müsadirə edilir.Həmişə günahkarların var-dövlətini müsadirə edirlər.Əgər həmin şəxs günahkar deyilsə,ona bəraət verilir,müsadirə edilmiş əmlakı bütünlüklə,yaxud da ona dəyən ziyan günahkarın nüfuzu və ləyaqətinin az və ya çoxluğu nəzərə alınmaqla əmlakının bir hissəsi şəklində qaytarılır.Dövlət cinayətlərində o şəxsin əmlakını müsadirə edirlər ki,onun özü ölümə məhkum edilmiş olur.
307
Bu cildin 43,44,47-ci səhifələrinə bax.
142
Səfəvilərdə birinci vəzifə Baş Nazir (premier Ministre) vəzifəsidir. Səfəvilərdə ona ―Əlhəmadövlət‖ (Alhemadeulet)308 deyirlər.Bu söz mürəkkəb tərkibə malik olub ―imperiyanın inamı‖ və həmçinin ―imperiyanın sütunu‖ və ya ―dayağı‖ deməkdir.‖Amad‖,‖emad‖ və ya ―madövlət‖ (Amad Emad,ou madeulet) sözü müxtəlif şəkildə tələffüz olunur, Səh.–92 ―söykənmək‖,‖ümid etmək‖,‖dayamaq‖ mənasında işlənən bir feldən əmələ gəlmişdir.Məlumdur ki,şərqlilər xidmət etdikləri yüksək rütbəli şəxslərin cah-cəlalını və şöhrətini yüksəltməkdə çox səxavətlidirlər.Bir görün ki,onlar Baş Nazirin şöhrətini bir az da artırmaq üçün onu necə çağırırlar.Həmin səbəb üzündən onlar əyalət hakimini (bəylərbəyini – V.A.) ―rüknə dövlət‖,yəni ―imperiyanın şah damarı‖ (Reuchne deulet,c,esta\-dire,les veines de l,Empire) deyə çağırırlar.Onlar Baş Nazirə yazdıqları ərizələri təqdim edərkən ona ―vəzir azim‖ və ya ―Baş Vəzir‖ (Vizir azim,ou grand Vizir) deyə müraciət edirlər.Müşahidə etmişəm ki,‖vəzir‖ sözü ərəb mənşəli ―vezar‖ (vezar) sözündsəndir,‖aparmaq‖,‖saxlamaq‖ mənasındadır və ―yükdaşıyan‖ (porte faix,ou porte fardeau) deməkdir.İspanların işlətdiyi ―avizar‖ (avizar),ingilislərin ―avam və təcrübəsiz adamlara məsləhət verən şəxs‖ mənasında işlətdikləri (wizard) sözü də ərəb dilindən götürülmüşdür.‖Azim‖ sözü isə ―böyük‖ mənasındadır,bu,həmin nazirin dövlətin ağır yükünü çəkməsinə işarədir.Nazirlər barədə həm də təmtəraqlı bir epitet olan ―iyon medari‖ (Iyon medari) və ya ―pole Səfəvi‖ (Pole Persan) və buna bənzər çoxlu epitetlət işlədirlər.Baş Vəzirin vəzifəsinin nəhəngliyi,əhatə dairəsi və nüfuzu barədə daha geniş təsəvvür yaratmaq üçün uzun bir hekayət yapmaq zəruridir.Bir sözlə ifadə etmiş olsaq,o,şahın və şahlığın bütün işlərində şahın müvəkkili və ya birinci müavinidir (Agent,ou Vicegerent Ge/ne/ral du Roi et du Royaume).Şahın hər bir sənədinə,şahın hər bir möhrünə qarşı Baş vəzirin möhrü olmadıqda o,qanuni qüvvəyə minmir. Müsəlman imperiyalarında heç vaxt Baş Vəzirsiz keçinməmişlər.Onlarda bütün dövrlərdə Baş Vəzir olmuşdur.Baş Vəzir təsisatının yaradılmasının iki səbəbi vardır: birincisi,müsəlman imperiyaları Səh.–93 hərbçi və fateh xalqlar309 tərəfindən yaradılmışdır.Onların iman gətirdiyi din310 də müharibəyə aparır.Şərqdə hökmdarın öz məiyyəti ilə (avec une partie de son Pai,s) uzaq səfərlərə çıxması zəruridir.Belə ki,müharibəyə gedərkən ailəsini özü ilə aparmaq Şərqdə bir adətdir.Şah öz yerinə Baş Vəzirini (Viceroi)311 təyin edir.Baş Vəzir dövlətin əmin-amanlığını qorumaqda,pozuntulardan irəlicədən xəbər tutub,onların vaxtında qabağını almaqda hökmdarın malik olduğu nüfuza malik olur.İkincisi,müsəlman hökmdarları saraylarda hərəmlər və hərəmağaları arasında böyüdüklərindən idarə etməni xalqın mənafeyi,dövlətin əmin-amanlığı baxımından qurmaqda o qədər də qabiliyyətli olmurlar.Əlləri altında olan şəxs312 onların yerinə dövləti idarə edir.Beləliklə,demək olar
308
Bəlkə, ―Etimaddövlə‖? (V.A.) XVII əsrdə Osmanlı,Səfəvi və Böyük Moğol imperiyaları vardı və bu imperiyaları türkdilli xalqlar qurmuşdular.Deməli,Şardən türk xalqlarının əzəmətinə qarşı çıxırdı.(V.A.) 310 Heç şübhəsiz, ―din‖ dedikdə Şardən islam dinini deyil,Səfəvilərin dövlət dini elan etdikləri ―şiəliyi‖ nəzərdə tutur və doğru nəticəyə gəlir.(V.A.) 311 Şardən Baş Vəzir ifadəsini – Grand Visir,Agent,Vicegerent Ge/ne/ral du Roi,Viceroi və s. terminlərlə verir.(V.A.) 312 Şaübhəsiz ki,Baş Vəzir.(V.A.) 309
143
ki,Səfəvi şahları,o cümlədən Şərq şahları nümayiş etdirilmək üçün olan şahlardır.Şərq şahları təkcə adətləri üzrə hissi zövq almaq barədə düşündükləri üçün orada Baş Vəzirlər həqiqi şahlar kimidir.Buna görə də oradakı danışıqlarda (dövlətlərarası danışıqlarda – V.A.) imperiyanın şərəfini düşünən kimsə bir adamın olması zəruridir.Baş Vəzirlərin qeyri-məhdud hakimiyyətinin əsas səbəbləri bunlardır.Onların ilkin və müsəlmançılıqdan əvvəlki dövrlərinə (Şərq dövlətlərinin – V.A.) qədr nəzər salmış olsaq,görərik ki,Misir şahlarının Jozefi (comme les Rois d,Egypte leur Joseph)313,Assuriya şahlarının Danyeli (ceux de l,Assyrie leur Daniel)314 olduğu kimi bütün Şərq şahlarının Baş Vəzirləri olmuşdur.Səfəvilərin Baş Vəzirlərinin yüksək müstəsna hüququ olduğundan nadir hallarda onları ölümə məhkum edirlər.Onlar hökmdarın himayəsindən məhrum edildikdə, Səh.–94 hansısa bir şəhərə sürgün edilir və orada da ömürlərini başa vururlar.Alçaqların,xüsusilə bir gecənin içində nazirin ən incə planlarının üstünü açmağa qadir olan hərəmağaları və saray xanımlarının gizli sui-qəsdləri və törətdikləri əngəllər sayəsində bu ömrü başa vurmaq çox çətin olur.Türkiyənin Baş Vəzirləri ilə müqayisədə Səfəvilərin Baş Vəzirlərinin taleyi daha yaxşıdır315.Belə ki,onlar şahın qəzəbinə düçar olduqda onların var-dvlətini ya bütünlüklə,ya da dediyim kimi,qismən müsadirə edirlər,yaxud da harasa göndərirlər.Bəzən təkcə onu bilirlər ki,göndərildikləri yer onlar üçün həbsxana rolunu oynayır.Çox hallarda belə olur ki,onları oradan götürüb yenidən vəzifə başına qoyurlar.Bu da dövlət çevrilişi (əlahəzrət dəyişdirildikdə – V.A.) olduqda baş verir.Baş Vəzirin şah tərəfindən təyin edilən və ―nazir‖ və ya ―nəzarət edən‖ (Nazir,ou Surveillant) titulu daşıyan nəzarətçisi olur ki,o da həmin nazirin birinci katibi (premier Secre/taire) kimi fəaliyyət göstərir.Digər mühüm vəzifə sahiblərinin eynilə bu cür katibi olur. Divanbəyi (Divan Beghi) vəzifəsi dövlətdə ikinci vəzifədir.Divanbəyi məhkəmə təsisatının mütləq rəhbəri və şahlığın birinci hakimidir.‖Divanbəyi‖ termini ―məhkəmə şurasının sədri‖ (Seigneur du Conseil de justice) mənasını verir.Belə ki,‖bəy‖ (Beg) ―hakim‖ (Seigneur) (sədr – V.A.) ―divan‖ – ―şura‖,‖senat‖ və ya ―məhkəmə işlərinin idarə edilməsinin həvalə edildiyi şəxsləri birləşdirən məclis‖ (Divan,un Conseil,un Senat,ou une Assemble/e de gens a\ qui l,administration de la justice est commise) deməkdir.Divanbəyi (ce grand Magistrat) bütün cinayət işləri və mülki işlər üzrə məhkəmə proseslərinə ən axırda yekun vurur.Təkcə şah ondan yüksəkdə durur.Məhkəmə işlərinin idarə olunmasından narazılıq olarsa,təkcə şaha apellyasiya316 vermək olar.Yaxud şahlığın ayrıayrı yerlərində məhkəmə işlərinin aparılmasından narazılıq olarsa,bunun əksinə olaraq Səh.–95 onun özünə apellyasiya verilir.Cinayət edildiyi məlum olsa da,onun hüququ vardır ki,məhkəmə prosesini ali instansiyaya keçirsin və tərəfləri öz divanına (a\ son Tribunal) gəlməyə məcbur etsin.Adətən o,məhkəmə işlərinə öz divanxanasında (dans son Hotel)317 baxır.İstər İsfəhanda,istərsə də digər yerlərdəki318 şah sarayının böyük portalında 313
Misir şahlarının Jozefi (Yusifi?) –baş vəzir mənasında. Assur şahlarının Danyeli –o da Yusif kimi ―Tövrat‖dan gəlmə obrazdır. 315 Guya Türkiyə qeyri-humanist,Səfəvilər isə humanist imperiyadır.Mayası biclikdən yoğrulmuş Avropa siyasətinə bundan yaxşı misal az-az olar.(V.A.) 316 Apellyasiya – məhkəmənin qərarından yuxarı orqanlara şikayət. 317 Hotel – eyni zamanda ―kral iqamətgahı‖ mənasında işlənir.Ancaq onu burada ―Divanxana‖ kimi tərcümə etməyi üstün tuturam.(V.A.) 318 Hər bir əyalət hakiminin öz sarayı və öz divanxanası var idi.Şardən buna işarə edir.(V.A.) 314
144
(qapısı ağzında – V.A.) vaxtaşırı məhkəmə seansları keçirir.İsfəhanda şah sarayının qarşısında hər tərəfində bir dənə olmaqla iki pavilyon vardır.Onlardan birində Baş Nazir,digərində isə Divanbəyi əyləşir.Onlar öz səlahiyyətləri daxilində olan məsələləri həll edirlər.Əvvəllər Səfəvi şahları Divanbəyinin (magistrat Supreme) apardığı məhkəmə proseslərini yoxlamaq üçün çox böyük səbrlə onun keçirdiyi seanslarda iştirak edərdi.Lakin şah Səfi və onun oğlu Şah Abbas (Şah II Abbas – V.A.) get-gedə bu tərifəlayiq adəti gözdən saldılar.O vaxtdan bəri Səfəvi taxtında əyləşən şahların məhkəmə seanslarında iştirak etmək üçün özlərinə əziyyət verdiklərini nə görmüş,nə də eşitmişəm. Bu iki vəzifədən sonra gələn vəzifələr ordu generallarına aiddir.Əgər o varsa,orduda birinci vəzifə Ali Baş Komandan (sipəhsalar – V.A.) vəzifəsidir319.İkinci vəzifə Qorçubaşı (Ge/ne/ral des Troupes,qu,on appelle les Courtchis),üçüncü vəzifə tüfəngçiağası,dördüncü vəzifə Qullarağası,sonrakı isə (beşincisi – V.A.) Topçubaşı320 (Maitre de l,Artillerie) vəzifəsidir. Bundan sonra (Topçubaçıdan sonra – V.A.) gələn vəzifə isə ―ağanaib‖ (Vaka Nuviez) vəzifəsidir321.Bu titul ―baş verən hadisələri yazan‖ mənasındadır.Ona (ağanaibə – V.A.) Vəzir çəp‖ (Vizir tchap),yəni ―solaxay nazir‖ (Ministre de la main gauche) deyirlər.Çünki o,vəzirin köməkçisidir və vəzir olmadıqda vəzir kimi hərəkət edir.Əslində o,Vəzirin hərəkətlərinə göz qoyan nəzarətçidir (c,est l,İnspecteur sur sa conduite).Bu vəzifə vəzir barədə zəruri məlumatları əldə etmək üçün yaradılmışdır.Onun vəzifəsi Səh.–96 şaha və nazirlərə imperiyada baş verən bütün əhəmiyyətli hadisələr barədə hesabat verməkdən,onları siyahıya almaq və şahlığın bütün aktlarına viza qoymaqdan ibarətdir.Bütün əyalətlərdə ağanaib vardır.Ağanaibbaşı (le Grand Vaka Nuviez) yerdə qalan bütün ağanaiblərdən yüksəkdə durur və onların rəhbəri hesab edilir.Digər ağanaiblər xatirələrini və məktublarını 322 onun adına müraciətlə yazırlar.Bu,o şəxsdir ki,saray bütün vacib işlərdə ona müraciət edib,necə hərəkət etməyin lazım gəldiyini,səfirlərdən necə istifadə etməyi,səfirlər,ya da şahzadələr,yaxud da müttəfiq dövlətlərdə saxlanılan əlaqələrin necəliyini öyrənir.Dövlət işləri üçün gələn bütün xaricilərin (diplomatların – V.A.) əlaqələndirilməsi onun xidmət sahəsinə daxildir.Buna görə də onların (xarici diplomat və s. – V.A.) məktublarını və xatirələrini o öz dəftərxanasında saxlayır.O onların gəlişinin səbəbini,vaxtını,qalma müddətini,onlara həvalə edilən tapşırığın mahiyyətini və yola salınmasını orada qeyd edir.Baş Nazirdən aldığı xahişnamələri onun özü şaha təqdim edir,şəxsən özü onları şaha oxuyur və şahın cavabını xahişnamənin kənarına yazır. Dövlətdə axırıncı vəzifə ―mirab‖ (Mirab),yəni ―Sular şahzadəsi‖ (Prince des eaux) vəzifəsidir.Bu vəzifə Fransadakı sular və meşələr maqnatı323 (Grand Maitre des eaux et
319
Bax. qeyd 272,275. Bu cildin 75-ci səhifəsinə bax.Topçubaşı vəzifəsinin 1655-ci ildə buraxıldığı məlum olur.Bir sözlə,Ali Baş Komandan və topçubaşı vəzifələri XVII əsrin II yarısında mövcud olmamışdır.(V.A.) 321 Ətraflı məlumat üçün bax. VI c.səh.39. 322 Söhbət hadisələr və s. barədə verilən məlumatların məktub və xatirə şəklində olmasından gedir.(V.A.) 323 Maqnat – 1) qədim Romada siyasi cəhətdən böyük nüfuza malik olan varlı,2) feodalizm dövründə iri torpaq sahibi,mülkədar,3) məcazi mənada – iri kapitalist. Şardənin işlətdiyi ―maqnat‖ sözü 2-ci mənaya uyğun gəlir.(V.A.) Mirab haqqında bu cildin 55-ci səhifəsində də məlumat verilir. 320
145
forets) vəzifəsinə uyğun gəlir.Hər bir əyalətin ayrı-ayrılıqda öz Mirabı vardır.Mirab torpaqları suvarmaq üçün çayların suyunu paylaşdırır və buna görə vergi yığır.Mən bunu kənd təsərrüfatından danışarkən qeyd etmişəm. Mənim təsvir etdiklərim hərbi vəzifələr də daxil olmaqla imperiya səviyyəli vəzifələrdir.Sonra isə ruhani və mülki vəzifələrdən danışacağam.İndi isə şah sarayı daxilində mövcud olan vəzifələrə keçirəm. Birinci vəzifə saraydakı intendantbaşı Səh.–97 vəzifəsidir324.Ona ―nazir‖ (Nazir) deyirlər.Bu,ərəb sözüdür,‖nəzarət‖ (Nesret) sözündən əmələ gəlmişdir,‖baxmaq,görmək,müşahidə etmək‖ mənasını verir. Beləliklə,‖nazir‖ sözü ―nəzarət edən‖ (surveillant) mənasındadır.Bu həmin nazirdir ki,Səfəvi imperiyasından yazan qədim müəlliflər onu ―şahın bəsirəti‖ və həmçinin ―şahın daim açıq qalan gözü‖ (le voyant du Roi,et aussi les yeux du Roi toujours ouverts) adlandırmışlar.Nazir o şəxsdir ki,o,hökmdarın baş naziri və ya baş məmurudur,maaliyyə işlərində baş nəzarətçidir,şahın mal və mülkünün,gəlirlərinin,daşınar və daşınmaz əmlakının,şah xəzinəsinə daxil olan və xəzinədən çıxan bütün şeylərin hesabını aparmaqda baş iqtisadçıdır.Əsas fəaliyyəti əsasən hər şey üzərində nəzarətdən ibarət olduğu üçün ona ―şahın xidmətçisi‖ də (Le Domestique du Roi) deyirlər.Deməli,o,saray xərclərinə,sarayda olan məmurlara,onların qarderoblarına,məvaciblərinə,onların yeməkiçməklərinə çəkilən xərclərə nəzarət edir. O, saraydakı manufakturalar, emalatxanalar, qalereyalar, əsərlər üzərində baş nəzarətçidir.O istər elm,istərsə incəsənət,istərsə də mexanika sahəsində şahzadənin (şahın – V.A.) hesabında olan adamların hamısının böyüyüdür. O öz idarəsində dövlət işləri üçün deyil,başqa işlər üçün gələn xaricilərlə də məşğul olur.Məsələn,avropalıların bütün işləri Səfilərlə həm dəniz,həm də quru yolları ilə ticarət etməkdən ibarət olduğundan onların maraqları təmiz bir ticarətdən kənara çıxmır325.O bütün səfirlərin işlərini qaydaya salır,onları yerləşdirir,müdafiə edir,xərclərini müəyyənləşdirir.O həmçinin şah tərəfindən səfirlərə veriləcək hədiyyələrin də qayğısını öz üzərinə götürür.O,saraydakı kiçik məmurların belini qırır,onların yerinə xoşuna gələn adamları qoyur və Səh.–98 yüksək vəzifə sahibi olub,var-dövləti daha çox onun öz himayəsində olan şəxslərə münasibətdə isə şah onun şəhadəti ilə onları ya öz yanında xidmətə götürür,ya da onları tutduqları vəzifədən kənar edir326.Məhz həmin şəxsin raportu ilə şah adətən sarayın ən yüksək vəzifəli məmurlarının məvacibini ya yuxarı qaldırır,ya da aşağı saldırır.Bu hal Səfəvilərdə heç vaxt dəqiq bir şey olmasa da,hər halda saray nəzarətçisinin himayəsindən asılıdır.Şahın təşəbbüsü ilə onu Baş Vəzir ilə birlikdə dövlət işlərinin idarə edilməsinə cəlb edirlər.Baş Vəzir də öz növbəsində əyalət intendantlarının,şah mülklərini idarə edənlərin,şah dəftərxanası və ticarət xidmətkarlarının və ümumiyyətlə,bütün imperiyada şahzadənin var-dövlətini idarə etməli olan bütün şəxslərin hesabatlarını qarşılıqlı surətdə 324
Bu cildin 49-54-cü səhifələrində təsvir edilən əyalət intendantları ilə şah sarayında xidmət göstərən intendantları qarışıq salmamalı.(V.A.) 325 Əhsən bu yalana! Bəs onda nə üçün portuqallar Hörmüzd adasını tutmuşdular? Yaxud Şardəni təkcə ticarət maraqlandırırdısa,10 cildlik kitab yazmaq üçün bu qədər faktları toplamaqda məqsədi nə idi?Onu nə məcbur edirdi ki,hər kəlməbaşı Osmanlını Səfəvilərə qarşı qoyurdu?(V.A.) 326 Həm də kadrlar şöbəsinin rəisi vəzifəsini də yerinə yetirirmiş.(V.A.) 146
onunla birlikdə dinləyir.Bu iki nazir (Baş Vəzir və saray naziri – V.A.) hesabatları qarşılıqlı surətdə,biri digərinin iştirakı ilə qəbul edir.Baş Nazirin (burada Baş Vəzirin – V.A.) hesabatların verilməsindəki iştirakının səbəbi odur ki,xalqa soyuqluq(bir növ sərinlik) olsun.Həm də qorxurlar ki,intendantlar şah tərəfindən onlara verilən hüquqlardan istifadə edərək xalqın dərisini soya və onu talan edə bilərlər327.Bir sözlə,əgər belə demək mümkünsə,Nazir (le Nazir) şah evini təşkil edən məmur və xidmətçilərdən ibarət böyük bir gövdəyə can verən ruh deməkdir. Bununla belə,inanmaq lazım deyil ki,bu nazir bütün işləri özünə xoş gələn bir tərzdə qura bilər.Şahın öz əliylə onun yanında işləməyə təyin edilmiş məmurlar həm ona kömək edir,həm də onun hərəkətləri barədə şaha məlumat verir,şahzadəyə ziyan gətirə biləcək bir hərəkət etməsinə mane olurlar.Onlardan birincisi onun öz şəxsi vəziri və intendantıdır ki, Səh.–99 onun da əsas vəzifəsi şah tərəfindən nəyin hesabının aparılmalı olduğunu və ya olacağını bilməkdən ibarətdir.İkinci məmur isə ―Ərbab təhvil‖ (Erbab Tahvil) adlanır ki,o,şah üçün alınacaq şeylərin qiymətini və adını müəyyənləşdirməkdə əsas nəzarətçidir. (Controleur ge/ne/ral).”Ərbab” “rəbi” (Rabi) sözündən əmələ gəlmişdir,ərəb terminidir, yəhudi mənşəlidir.‖Sahib‖,‖ağa‖,‖cənab‖ mənasındadır,‖təhvil‖ sözü isə ―alınma‖,‖alma‖, ―əldə etmə‖,‖bazarlıq‖ (acquisition) deməkdir.Daha doğru desək,onun əmlakı sandıqda saxlandığından ona ―məsrəf ağası‖ və ya ―xəzinədar‖ (Seigneur de la mise ou de/pense) da deyirlər.Çəkilən xərclərin hesabatı ərbab təhvilin möhrü ilə təsdiq olunmazsa,bu,nazir üçün dövlət cinayəti deməkdir.Şahzadənin əmlakı müxtəlif əyalətlərdə olduğu üçün hər bir əyalətin ayrıca intendantı və nəzarətçisi olur.Artıq qeyd etdiyim şəkildə Baş Nazir (Baş Vəzir – V.A.) mülki işlərdə Nazir üzərində fövqəladə nəzarət səlahiyyətinə malik olduğu kimi,Nazir də dövlət işlərində Baş Vəzir üzərində nəzarət səlahiyyətinə malikdir.Bu iki nazir (Baş Vəzir və saray nəzarətçisi – V.A.) Səfəvilərdə birinci dərəcəli və çox qüdrətli şəxsiyyətlər hesab edilirlər.Mən mərhum şahın (Şah II Abbasın – V.A.) onlarla qısqanc bir ruhda və rəqib kimi danışdığını görmüşəm.Onlar məharətlərinin çox və ya az olmasından asılı olaraq hüquqlarını genişləndirir,vəzifə üstündə bir-birinə qəsd edirlər.Şah II Abbas adlanan şahzadənin bütün hakimiyyəti boyunca onun hamisi olmaq şərəfinə nail olmuş saray naziri Baş Nazirin vəzifəsini qəsb etdiyi üçün,həqiqətən çox doğrucul və vəzifədə mənafe güdməyən bir adam olan Baş Nazir icra etməli olduğu və öz üzərinə düşən vəzifənin yarısını belə yerinə yetirə bilmirdi.O,(saray naziri – V.A.) müxtəlif bürolarda Səh.–100 nəzarətə götürülmüş,şahın,Baş Vəzirin,Saray nazirinin (yəni özünün – V.A.), dəftərxana rəisinin,haqq-hesab palatasının (Chambre des Comptes) iki əsas məmurunun möhürləri ilə möhürlənmiş assinovkalardan328 başqa,xəzinədən heç nə çıxarmır.Səfəvi imperiyasında hökmdarın əmlakı üzərində ali nəzarəti olan şəxslərin müqavilə bağlaması,israfçılıq etməsi,cürbəcür saxtakarlığa yol verməsinin o qədər də asan olmadığını asanca təsəvvür etmək olar. Şah evindəki vəzifələrin sıralanması qaydasına daha dəqiq əməl etmək üçün bundan sonra Saray Nazirinin tabeliyində və xidməti daxilində olub,digər vəzifələr kimi vacib 327
Deməli,Baş Vəzir həm də nəzarətçi (Nazir) üzərində nəzarət edir.Bu,dövlətin idarə edilməsində qarşılıqlı nəzarətin olduğunu sübut edir.(V.A.) 328 Assiqnovka – bankdan pul çıxarmaq üçün sənəd. 147
148
sayılmayan,şahın qarşısında icra edilməyən vəzifələri də sadalayacağam. Bunlardan birincisi,Səfəvilərdə deyildiyi kimi, ―tuşmal başı‖ (Tuchmal bachi),yəni ―mətbəx intendantlarının rəhbəri‖ (le Chef des Intendans de Cuisine) vəzifəsidir329.Bu, Səfəvilərdə şah sarayındakı eşikağası vəzifəsi kimi bir vəzifədir.Tuşmal başı şah mətbəxləri və ona aid olan bütün şeylər üzərində ali nəzarətə malikdir.Onun vəzifəsi böyük bir təsisatı idarə etmək baxımından çox vacib bir vəzifədir.Bu xidmətçi mətbəxdən başlayaraq qoyulacağı süfrəyə qədər şaha aparılan yeməyin başında addımlayır.O,şah hərəmxanada olduqda belə,heç vaxt bu işdən kənara dura bilməz.Yemək verilməsini sarayın qapısına qədər onun müşayiət etməsi vacibdir.Şah adam içində yedikdə həmin xidmətçi şah üçün qoyulan yeməyin dadına baxır.Bu dadabaxma Səfəvilərdə əvvəllərdə olduğundan daha çox dəqiqliklə edilir,lakin bu,daha şahın şəxsiyyəti qarşısında deyil,yemək otağının girişində həyata keçirilir.Tuşmalbaşı Səh.–101 nahar boyu zalın ortasında ayaq üstə dayanır.Süfrə yığışdırılarkən o özünün istəyinə əsasən şahın qabağına qoyulmuş dövrələrdən birinə bıçağını batırmaq hüququndan istifadə edir və həmin dövrəni istədiyi yerə göndərtdirir.Onlar bu hüquqlarını dəqiqliklə mühafizə edirlər.Səfəvilərdəki bu dəqiqlik onlarda şahlarının ilahi vergiyə malik olmalarına inam bəsləməkləri ilə əlaqədardır.Onların inamına görə şahlarının toxunduğu şeylər müqəddəsləşir.Şahın əlləri yaxşı təsirə,xüsusən,müalicəvi təsirə malikdir.Məsələn,şahın əli dəyən içməli və yeməli şeylərin təsiri daha çox olur330.Saray əhlinin çoxu bu fikirlə razılaşmasalar da,adam içində və hökmdarın gözü qarşısında özlərini bu fikirlə həmrəy kimi göstərirlər. Yeri gəlmişkən,tuşmalbaşının bu hüququndan danışarkən qeyd etmək lazımdır ki,şahın şəxsiyyətinə xidmət edən bir çox xidmətçilər əksər şeylərdə buna bənzər hüquqlara malikdirlər.Belə ki,şahın dəlləyinin (Son Barbier) Səfəvi dininin331 (sufi təriqəti mənasında – V.A.) ən təmtəraqlı bayramlarından biri olan Hüseynin şəhid olma bayramının332 (la fete du Martyre de Hossein) on günü ərzində hər gün bir dəst olmaqla on dəst matəm paltarı geymək hüququ vardır. Şah evi və sarayı üçün gündə bir dəfə yemək hazırlanır.Lakin şahın şəxsən özünün yeməsi və saraydakı hamilə qadınların yeməsi üçün333 gündə iki dəfə yemək hazırlanır.Şah həmişə ayrıca bir süfrədə yeyir.Bununla belə,sarayın nüfuzlu şəxslərini də özü ilə bir süfrədə yeməyə məcbur edir.Şahın günorta yeməyinin xərci hər gün iki qoyun,dörd quzu,otuz toyuq olmaqla qeydə alınır.Bu ölkədə danışıldığı kimi,şahın axşam yeməyi üçün Səh.–102 toyuq,quş əti və balıq əti menyusunu dilə gətirməsək,günorta yeməyinin yarısından az xərc çəkilir.Dövrələr süfrədən yığışdırılaraq təyin edilmiş yerlərə,əksəriyyəti
329
Bu ifadə Şardən tərəfindən ―le premier Maitre d,Hotel du Roi‖ şəklində verilmişdir.‖Baş ofisiantın böyüyü‖ mənasındadır.Yəni ofisiantlar üzrə nəzarətçi başı.(V.A.) 330 Ətraflı məlumat üçün bax.Şardən. VI c.səh.14.Lakin orada Şardən mətbəx xidmətçiləri üzərində ali nəzarətə malik olan tuşmalbaşını ―Grand Portier‖ (qapıçı başı) adlandırırsa da,bunun səhv olduğu indiki izahatdan aydın olur.(V.A.) 331 Səfəvi dini – Şardən qəsdən,bilə-bilə şiə məzhəbi ifadəsini işlətmir.Avropa siyasətinə uyğun olaraq şiəliyi islam dininə qarşı qoyur,yəni onu əlahiddə bir din kimi təqdim edir.(V.A.) 332 Məhərrəmlik nəzərdə tutulur.(V.A.) 333 Bu fakt türklərdə,xüsusilə müsəlman dünyasında qadına münasibətin necə yüksək əxlaqi əsaslar üzərində qurulduğunu sübut edir.(V.A.) 149
isə hərəmxanaya aparılır. (Bunlardan) ikincisi vəzifəsi süfrə salmaqdan ibarət olanların rəhbəridir.Səfəvilərdə ona ―süfrəçibaşı‖ (Sophratchi bachi) deyirlər.Bu həmin şəxsdir ki,hərəmxana müstəsna olmaqla istər adam içində,istərsə də ayrıca yeməsindən asılı olmayaraq şahın qabağına süfrəni o salır,sonra da şah süfrədən çəkilənə qədər onun yanında dayanır.Səfəvilərdə tuşmalbaşı,süfrəçibaşı,üstəlik saray naziri (nəzarətçibaşı – V.A.) çoxdandır ki,eyni bir nəsildəndirlər və onların vəzifə qismətlərinin çox dəyişkən olması – bir vəzifədən digərinə qalxmaları çox diqqətəlayiq bir şeydir.Mərhum saray naziri334 əvvəlcə süfrəçibaşı,sonra isə tuşmalbaşı olmuşdu.İndiki nazir isə hər iki vəzifəni (süfrəçibaşı və tuşmalbaşı vəzifələrini – V.A.) icra etmişdir.Sonuncu vəzifəni (tuşmalbaşı vəzifəsini – V.A.) icra etdiyi vaxtdan mən onu tanımışam. Üçüncü yerdə isə ―anbardarbaşı‖ (Ambardar bachi,c,est-a\-dire,le chef des GardeMagasins),yəni anbar müdirlərinin rəhbəri vəzifəsidir.Belə ki,əyalətlərin öz məhsulları ilə şah evini yüksək dərəcədə təmin etməsi lazım gəlir.Bu məhsullar əyalətlərdə müxtəlif anbarlara yığılır və hər anbarın ayrıca rəhbəri olur.Anbardarbaşı tuşmalbaşının əmrinə tabedir.Süfrəçibaşının tabeliyində olanlar isə ―təbarəkçibaşı‖ (Teberektchi bachi) və ya çörək işinə rəhbərlik edən (Chef du pain) şəxsdən,həm də ―səbziçibaşı‖ (le Zebzitchi bachi),yaxud göy-göyərti335 (salades vertes) işlərinə baxanların rəhbərlərindən ibarətdir. Səh.–103. Şah ailəsinə xidmət göstərən və birbaşa nazirə tabe olan digər baş xidmətçiləri isə dördüncü yerdə hesab edirəm.Onlar say etibarilə dörd nəfərdirlər: Halvaçıbaşı (le Halvatchi bachi) və ya şirniyyatçıların rəhbəri (ou chef des Confituries) deyilən şəxsin şah süfrəsini və hərəmxananı quru və sulu şirniyyatla təchiz edən bütün şəxslərə nəzarət edir.Şərbətçibaşı (le Tcherbetchi bachi) deyilən şəxs şah süfrəsi və hərəmxananı şirin içkilər,hər cür növdən olan şirə və şərbətlərlə təchiz edənlərin rəhbəridir.Tutma (salades d,hyver)336 anbarlarının,sirkəyə qoyulmuş bütün meyvələrin, sirkənin və şəkərin,hər bir növdən olan turşa-şirin içkilərin (şərbətlərin – V.A.) saxlandığı anbarların böyüyü turşuçubaşı (le Turchuchi bachi) adlanır və o, şərbətçibaşıya tabedir. Şirəçibaşı (le Chirachi bachi) isə şərab işinə baxan xidmətçilərin rəhbəridir.Çinike(si)çi başı (le Tchinikesy tchi bachi) müxtəlif anbarlarda saxlanan şərab və qab-qacağı,bufet əşyalarını saxlayan şəxslərin rəhbəridir.Bu xidmətçinin vəzifəsi daha çox nüfuzlu və gəlirlidir.Belə ki,o bütün imperiyada şah ailəsi üçün şərab çəkən və saxlayan təsərrüfatların baş nəzarətçisi və orada fəaliyyət göstərən bütün xidmətçilərin direktorudur (böyüyüdür – V.A.).Ölkənin dininə görə (islam dininə görə – V.A.) şərab qadağan edildiyindən o öz adından şərab çəkmək səlahiyyəti verdiyi şəxslərdən böyük hədiyyələr (rüşvət – V.A.) alır. Aşağıdakı vəzifələrin də şah evinin ali nəzarətçisinin,yaxud Nazirin tabeçiliyində olduğunu qeyd etmək lazımdır.Şaha məxsus olan bütün binaların,sarayların,bağların, yaylaq binalarının (şəhər ətrafındakı bağda və ya yaylaqlarda şah üçün tikilən istirahət evləri – V.A.) və şəhərdə olan saysız-hesabsız binaların intendantı (yəni komendantı – V.A.) 334
Kimin nəzərdə tutulduğu mənə məlum deyildir.(V.A.) Şardən göy-göyərti sözünü ―Salades vertes‖,yəni ―yaşıl,təzə salat‖ sözü ilə ifadə edir.Bu,Şərq mətbəxinin Qərb mətbəxindən zəngin olduğunu bir daha təsdiq edir.(V.A.) 336 Duza qoyulmuş xiyar,pomidor və s. nəzərdə tutulur.Müasir fransız dilində ―Hyver‖ sözü ―y‖ ilə deyil,‖i‖ ilə yazılır.(V.A.) 335
150
V.A.) nazirə tabedir.Onu ―sahib yeman bəyutat‖ Səh.–104 (Sahib yeman beyoutat),onun müavinini isə ―sərdar‖ və ya ―canişin‖ adlandırırlar ki,o da ―sahib yəman bəyutatın‖ bütün göstərişlərini yerinə yetirir.Üçüncü yerdə ―meyarbaşı‖ (Mayer bachi),zərbxana işçilərinin (zərrabların) generalı (le Ge/ne/ral des Monnoyes),yəni əyar vuranların rəhbəri durur.O bütün imperiyada qızıl və gümüşdən kobud və zərif əşyalar hazırlayan sənətkarların da rəhbəri sayılır.Dördüncü yerdə qızıl və gümüş əşyalar hazırlayan,qiymətli qaş-daşları sağanağa salan ustaların və zərgərlərin başçısı durur,ona ―zərgərbaşı‖ (Lerguer bachy) deyirlər337.Gildiya338 rəhbərləri bəzi vaxtlar öz xidmətlərini biyar şəklində (par corvees) yerinə yetirirlər; yəni haqqı ödənilmədən.Artıq mənim yəqin etdiyim kimi,Səfəvi şahı öz sənətkarlarını müqayisəyə gəlməyəcək bir dəbdəbə içində yaşadır; şahın bütün emalatxanalarının rəhbərləri,hər biri ayrı-ayrılıqda belə yaşayırlar.Rəsmi titulu olan sənətkarlar,elmin hər bir sahəsini təmsil edən alimlər,mexanika sahəsində və azad incəsənətin hər hansı bir sahəsində fəaliyyət göstərən iri və xırda sənətkarlar onlara yerinə yetirmək üçün sifariş verilsə də,verilməsə də ömürləri boyu məvaciblə,mənzillə,yemək-içməklə təmin edilirlər.Onları bütün imperiyada incəsənət və sənətkarlığın bu və ya digər sahələrində fəaliyyət göstərən şəxslərin rəhbəri sayılan sənətkarbaşıları arasında öz ixtisaslarına uyğun surətdə paylaşdırırlar.Bunlar nüfuzlu və gəlirli xidmətlərdir.Elə bu dəqiqə zərgərbaşı vəzifəsinin nüfuz dairəsi barədə misallar gətirəcəyəm ki,bu da digər sənətkarbaşıların vəzifə nüfuzunu başa düşməkdə bir nümunə olacaqdır.O,şah üçün hazırlanan bütün daş-qaş işlərinə və emalatxanalara rəhbərlik edir.O,şah tərəfindən təyin edilən bütün zərgər və qaş-daş ustalarının rəhbəri və hakimidir.(Hüquqi mənada – V.A.) O onlara görüləsi işləri tapşırır və həmin işi hazır olan kimi gəlib götürür. Səh.–105. Şaha xidmət üçün görülən bütün işlər barədə (hər halda zərgərlik sahəsində – V.A.) ona məlumat verirlər.O,bu işlərin qiymətini müəyyənləşdirir.Nəinki bu işlərin,hətta şah sarayında istehsal edilən zərgərlik əşyalarının və satılan bütün daş-qaşın qiymətini də o müəyyən edir.İsfəhanın bütün zərgərləri və qızıl-gümüş əşyalar hazırlayan bütün ustaları,sarayda bu işlə bağlı olan hər bir kəs onun tabeçiliyindədir.Onun ixtiyarı vardır ki,sarayda satılan bütün daş-qaşın isə bir faizini özü götürsün.Lakin belə bir hüquq müqabilində ona verilən ödənc çox az olur.Belə ki,sarayda ona nə vermək istəyirlərsə,elə bununla da onun razılaşmağı lazım gəlir.Şəhərdə olan zərgərlər isə öz işlərini gizlində və ondan xəbərsiz görürlər.İmperiyadan kənara çıxan qızıl və gümüşdən alınan vergini o yığdığı üçün bu,ona daha çox gəlir gətirir.Bu vergi beş faiz həcmindədir.Çünki Səfəvilərdə gümüş və qızıl daşınması böyük miqdarda olduğundan belə bir hüquqa malik olmaq çoxlu gəlir gətirir.Belə bir vəzifəni əldə etmək isə çoxlu borc-xərc hesabına başa gəlir.Zərgərbaşı imperiyanın hər hansı bir nüfuzlu şəxsindən daha çox sərəbstdir.Onun saraya daxil olmaq hüququ vardır,lakin şahın iştirak etdiyi məclislərdə iştirak etmək hüququ yoxdur. Yenidən şah evinin nüfuzlu vəzifələrinin təsvirinə qayıdıram.Nazir və ya intendantbaşı (Nazir ou Surintendant Ge/neral) vəzifəsindən sonra birinci hörmətli vəzifə
337
Mənbədə bu söz (Lerguer bachy) şəklində verilsə də,onu ―lərgər başı‖ kimi deyil,‖zərgərbaşı‖ kimi başa düşmək lazımdır.Bunu əsərin məzmunu da təsdiq edir.(V.A.) 338 Gildiya – orta əsrlərdə tacirlər və sənkarlar ittifaqı. 151
Eşikağasıbaşı (Ichicagasi bachi) vəzifəsidir.‖Eşik‖ (le mot d,Ichic) sözü sarayın ön hissəsini bildirir.Çünki saray iki hissəyə bölünür: eşik və hərəm (Haram) hissələrinə.Belə ki,bu titul fransızca ―saray əyanlarının rəhbəri‖ (Chef des Maitres de la Cour) mənasını verir və qismən şah evinin baş əyanı (Grand Maitre) rəsmiyyətinə uyğun gəlir.O hamıya – Səh.–106. – şah sarayında xidmət edən bütün vəzifəli şəxslərə339,qapıçılara,məhkəmə icraçılarına,keşikçilərə,mərasim rəhbərlərinə və başqalarına sərəncam verir.Şarl lö Şovun340 hakimiyyəti illərində yüksək rütbəli dövlət məmurlarının ―kaput hastirrorum (Caput hastirrorum),yəni ―qapıçı başı‖ (le Chef des Portiers) adlandırılmasına Fransa tarixində rast gəlinir.Bu elə Səfəvilərdəki eşikağası titulunun eynidir.Şarl lö Şovun arvadı kraliça Rişildin (la Reine Richilde) qardaşı (yəni, kralın qaynı – V.A.) həmin vəzifəni daşıyırdı.Tüfəngçi alayından ibarət qoruqçulara da (les Koroktchis) şah sarayı xanımlarının olduğu xiyabanların keşiyini çəkmək,hərbi yürüşlərdə və ya gəzinti zamanı onlara kənar şəxslərin yaxın durmasına imkan verməmək barədə sərəncamı eşikağası verir.Şah saraydan çıxan zaman eşikağasının əmri ilə gətirib ona beş pye uzunluğunda üstü qaş-daşla dolu olan yoğun,qızıl bir əl ağacı verirlər.Bu,onun hörmət və nüfuzuna bir işarədir.O,bu əl ağacını götürür,bir neçə addım aralıda,şahın qarşısında ayaq üstə dayanır.Şahın iradəsini bilmək məqsədi ilə daim gözlərini şahın üzünə zilləyərək baxır.Şah ona baxdıqda irəli yeriyir.Şahın iradəsini bilən kimi,dayandığı yerə əl ağacını qoyaraq verilən əmri yerinə yetirmək üçün ya özü qaçır,ya da şahın iradəsini başqasına icra etdirir.Sonra qayıdıb əl ağacını yenidən götürür və yenidən əvvəlki yerində dayanır.Belə ki,eşikağası şah yığıncaqlarında və şah şənliklərində qətiyyən əyləşmiş vəziyyətdə olmur.Çünki onun vəzifəsi orda əyləşənlərdən fərqli olaraq,ondan ayaq üstə dayanmağı tələb edir.Lakin onun məclisdə öz yeri olur.Hörmət əlaməti olaraq onun yeri daim boş saxlanır.Bu barədə daha sonra danışacağam.Şaha təqdim edilməli olan bütün ərizə və xahişnamələri o qəbul edir və onları Səh.–107 əlinin içində saxlayır.Əksər hallarda aldığı əmrə əsasən ya onları oxutdurur,ya da bu barədə raport verir.Onun vəzifəsinə daxil olan məsələlərdən biri də hər axşam sarayın qapısı ağzında yatmasıdır.Lakin həmişə onu bu böyük təbəəlikdən azad edirlər.Bununla razılaşırlar ki,eşikağası gəlib ora keşikçilər qoysun.Elə təsəvvür etmək lazım deyildir ki,Avropada təcrübədən keçirildiyi kimi,orada (Səfəvilərdə – V.A.) da keşikçilər gündüzlər olduğu şəkildə gecələr də öz yerində olurlar.Onlar sarayın qapısından uzaqda,hətta sarayın qapısını örtmədən,orada ayıq qalıb keşik çəkməli olan tək bir adamın belə qeydinə qalmadan axşamdan ta səhərəcən dərin yuxuda olurlar341.Eşikağasının 339
Eşikağasıbaşı nazirdən (saray nəzarətçisindən) sonra gələn şəxs olduğu üçün,yəqin, nazirdən başqa digər vəzifəli şəxslərə sərəncam verə bilərdi.(V.A.) 340 Charles II,le Chauve (843–877) – keçəl ləqəbli II Şarl nəzərdə tutulur.Karolinqlər (les Carolingiens) sülaləsinin nümayəndəsi,Böyük Şarlın,yaxud Şarlömanyın (Charlemgne,signifie Charles le Grand) (768– 814) nəvəsi,Lui lö Debonerin (Louis le De/bonnaire) (814–840) oğludur.843-cü il Verdön müqaviləsinə əsasən Şarlemanyın yaratdığı imperiya üç yerə parçalandı,Fransa Şarl lö Şova düşdü.Atası kimi zəif xarakterli olduğu üçün ölkəni hərc-mərclik bürüdü,Fransa Danimarkadan,Norveçdən gələn dəniz quldurlarının basqınlarına məruz qaldı.Şardən Səfəvi dövlət idarəçiliyinin XVII əsrdəki səviyyəsini IX əsr Fransa səviyyəsi ilə,Fransa taxt-tacının,bəlkə də,ən zəif bir nümayəndəsinin dövründəki səviyyəsi ilə müqayisə etməklə,Səfəvi imperiyasının dağılmağa doğru getdiyinə işarə edir.(V.A.) 341 Əsil xəfiyyə məlumatıdır.(V.A.) 152
yanında şah tərəfindən təyin edilmiş canişin olur ki,ona ―saray keşikçilərinin kiçik rəhbəri‖ (Petit Chef des Gardes du Palais) deyirlər.Lakin keşikçilərin böyük rəhbəri (keşikçibaşı – V.A.),demək olar ki,onun barəsində heç bir danışığa qulaq asmaq istəmədiyindən çox nadir hallarda ona ləyaqətli bir iş tapşırır.Səfəvi dövlətinin yüksək rütbəli məmurlarının hər biri öz üzərinə düşən vəzifəni şəxsən özləri yerinə yetirirlər342.Bunun bir çox səbəbləri var.Əsas səbəbləri isə odur ki,bu ölkədə tərəqqi və tənəzzülə inanır,həyatın hökmü və ölümün,əgər belə deməyə cəsarət etsəm,hətta göylərin qəfil qəzəbinin şah taxt-tacından belə yan ötmədiyini bilirlər.Buna görə də heç kəs vəzifəsinə saymazyana yanaşdığı və ya bir başqasına onun icrasını həvalə etdiyi üçün təsadüfən başına bir iş gəlməsini (müvəffəqiyyətsizliyə uğramasını – V.A.) istəmir. Eşikağasıbaşının şaha verilən hədiyyələrin on faizini götürmək hüququ vardır.Bu da ona çox böyük gəlir gətirir,çünki şaha verilən hədiyyələrin sayı-hesabı yoxdur.Hədiyyələr atlardan ibarət olduqda,onun on səkkiz faizi paylaşmaq üçün ayrılır.Digər hədiyyələrin isə on bir faizi götürülür.Bunun on faizi Səh.–108 eşikağasıbaşı üçün,qalanı isə yerli məmurlar və ya anbardarbaşı üçün nəzərdə tutulur.Hər bir şey anbara aparılır və orada onları öz aralarında öz hüquqlarına uyğun surətdə bölüşdürür,özlərinə düşən payı götürürlər.Məsələn,əgər şaha bir at hədiyyə etmişlərsə,hədiyyələri qəbul edən şəxsin əlindəki qiymət cədvəlinə əsasən ona qiymət qoyurlar.Adətən hüquqi şəxslərə artıq ödəmək və hədiyyənin qiymətini aşağı salmamaq şərtilə dəqiq qiymət qoyurlar.Bunun (atın qiymətinin – V.A.) on faizi eşikağasıbaşı üçün,yerdə qalanı isə mehtərbaşılar üçün (les Officiers de l,Ecurie)343 ayrılır.Hədiyyələrin içərisində parça,nadir şeylər,zərgərlik əşyaları və gümüş əşyalar da olur.Orası iyrənc və həmçinin təəccübləndiricidir ki,həmin hədiyyələri şah verirsə,onda həmin hədiyyələrin qiymətini ödəmək lazım gəlir və bu zaman nazirin (saray nəzarətçisi – V.A.) və ya intendantbaşının,anbardarbaşıların və ya hədiyyələrin çıxarıldığı anbarların rəislərinin payı nəzərə alınmalıdır.Bu,çox nadir hallarda olsa da,bəzən elə olur ki,şah iltifat göstərərək xaricilərin hədiyyələr müqabilində ödənc vermələrini lazım bilmir.Demək olar ki,mən bütün xarici səfirlərin hədiyyələrin ödənilməsinə məcbur edildiklərini görmüşəm. Vəzifəsini təsvir etdiyim bu əyanın (eşikağasının – V.A.) adamı birbaşa küçədən saraya aparan hissəyə qətiyyən nəzarət etmək hüququ yoxdur.Həmin hissə portal vasitəsilə ayrılır.Bu portal digər portallar kimi böyük olmur və sarayın giriş qapılarından bir qədər aralı yerləşir.Bu hissəyə eşikağası ilə eyni bir titula malik olan başqa bir şəxs nəzarət edir.Fərqləndirmək üçün ona qapıçıbaşı deyirlər.Onun mövqeyi,nüfuzu,təsiri eşikağasıbaşı ilə müqayisədə azdır. Səh.–109. Çünki onun nəzarətində olan küçələrdən nazirlər və hörmətli adamlar gedibgəlirlər.Bu adamlar adətən şah sarayda olarkən gəlib-gedirlər.Qapıçıbaşı giriş qapılarını və küçələri qoruyan bütün şəxslərə,saraydan göndərilən əmrləri yerinə yetirən və saraya vacib şeyləri gətirən bütün adamlara nəzarət edir.Bu vəzifəyə adətən yaşlı və zəhmli adamları qoyurlar.Onun tabeçiliyində bir müavini olur.Onun müavini ―saray qapısı keşikçilərinin kiçik rəhbəri‖ adlanır. 342
Şardən Fransanın dövlət məmurlarını bu cür ləyaqətli olmağa çağırır.(V.A.) Les Officiers de l,Ecurie – hərfi mənada tövlə məmurları və ya tövlə rəisləri mənasındadır.Onu ―mehtərbaşı‖ kimi tərcümə etməyi üstün tuturam.(V.A.) 343
153
İndi onun tabeçiliyində olanlardan biri də yasavullardır (yassaoul) ki,onlar da qapıçılar kimidirlər; şahın əmrlərini aparmağa xidmət edirlər.Digərləri isə ―sobet asaul‖ (Sobet assaoul)344 adlanır ki,onlar sarayda xidmət edən əyan uşaqlarıdır,fəxri qapıçılar kimidirlər (yəni fəxri yasavullardır – V.A.).Onlar əllərində bəzəkli və qızıl suyuna çəkilmiş əsa gəzdirir,gündüzlər xidmət edirlər.Fəxri yasavul korpusunun rəhbəri tanınmaq üçün başqa cür əsa gəzdirir.Bu məmurlar mərasim rəhbərləri funksiyasını yerinə yetirirlər.Şahın olduğu bütün yerlərdə şəraitə uyğun olaraq qayda-qanun və sakitlik yaradırlar ki,bu da çox nadir hallarda olur.Onlar daim şahın şəxsiyyətini və əzəmətini yüksəldirlər.Şah onları qəbul edir və nəvaziş göstərir.Onlar sarayın giriş qapılarında səfirləri qarşılayır və onları içəri ötürürlər345.Onlar həmçinin göndərilən və səfirlər tərəfindən verilən bütün hədiyyələri şaha göstərib aparırlar.Yasavullar min livr maaş aldıqları halda, Səh.–110 fəxri yasavullar iki min livr maaş alır və sarayda yeyirlər. Eşikağasıbaşı sarayda xidmət edən bütün şəxslərin rəhbəri hesab edildiyindən burada şah sarayına adamların hansı üsulla vəzifəyə götürüldüklərini təsvir etməyi lazım bilirəm.Əvvəlcə eşikağasına müraciət edilir,onun razılığı və zəmanəti alınır,bundan sonra qulluğa girmək istəyən şəxsin arzusu şaha çatdırılır.Eşikağası həmişə şahın yanında olduğu üçün xahişnaməni əlində saxlayaraq onun məzmunu barədə şaha məlumat verir və adətən,xahiş edən şəxsin ləyaqət və xarakteri,həmçinin göstərdiyi xidmətlər barədə məlumatı da buna əlavə edir.Bütün bunlar şahı təmin etdikdə xahiş edən şəxsi əmr edib qarşısına gətirtdirir.Xahiş edən şəxs şahın qarşısında diz çöküb,üç dəfə baş endirir.Bundan sonra diz çökmüş vəziyyətdə başını aşağı salaraq ayağa qalxmaq əmrinin verilməsini gözləyir.Əgər şah bu təqdimatdan razı qalırsa,eşikağasına onu qəbul etməyi işarə edir.Eşikağası da o zaman qəbul edilən şəxsin kürəyinə əl ağacı ilə üç dəfə vurur.Bu,onun xidmətə götürülməsinə işarədir.Onun yerləşdirilməsi isə sadəcə olaraq eşikağasının səlahiyyətinə daxildir.Şah çəkilib getdikdən sonra şahın sərəncamına uyğun olaraq eşikağası xahişnaməyə dərkənar qoyur.Adətən həmin şəxsin xidməti vəzifələri də orada qeyd edilir.Sonra eşikağası onun xahişnaməsini özünə qaytarır.Həmin o yeni xidmətkar xahişnaməsini xəzinəyə346 aparır və orada onun adı siyahıya daxil edilir.Əgər həmin şəxsin vəzifəsinə daxil olan xüsusi xidmətlər qeyd olunmayıbsa (bəzən belə də olur),onda xəzinə ona sadəcə olaraq vəzifəsi üçün nəzərdə tutulan haqqı ödəyir. Saraydaxili vəzifələrdən üçüncüsü (intendantbaşı və eşikağasından sonra – V.A.) Miraxurbaşıdır (Mirakour bachi).O da şah qulluğunda duranlardan biridir. Səh.–111. Miraxurbaşı ―tövlə başçılarının rəhbəri‖ deməkdir.Şahlığın bir çox yerlərində şahın at ilxıları,paytaxt şəhəri olan İsfəhan kimi bütün böyük şəhərlərdə qeyri-adi və ehtiyat tövlələri vardır.Tövlələr atların qiymətinə görə fərqləndirilir və üç qrupa bölünür.Birinci qrupa aid olan tövlələrdə qiyməti altmış tümən olan atlar saxlanır.Altmış
344
«Sobet assaou»l (sobet asaul) şəklində yazılan bu termin kontekst baxımından ―fəxri yasavul‖ kimi tərcümə edilməlidir.(V.A.) 345 Fəxri yasavullar az qala bu günkü prezident qvardiyasını xatırlayır.(V.A.) 346 Orijinalda bu söz Chambre des Comptes – ―haqq-hesab palatası‖ şəklində verilmişdir.Burada ―xəzinə‖ nəzərdə tutulur.(V.A.)
154
tümən iki yüz əlli lui d,ordan347 da çox edir.İkinci qrupa aid tövlələrdəki atların qiyməti əlli lui d,ordan yuxarı olmur.Üçüncü qrupa aid olan tövlələrdəki atların qiyməti isə bundan da aşağı olur.Şahın bütün əyalətlərdə at ilxıları və digər yük heyvanları üçün nəzərdə tutulan tövlələri vardır.Miraxurbaşı öz sahəsinin intendantbaşısıdır və saysız-hesabsız xidmətçilər (mehtərlər – V.A.) bu sahənin qeydinə qalırlar.Xüsusi nəzarətçilər və sahibkarlar ilxılara və tövlələrə nəzarət etsələr də,miraxurbaşı onların hamısının nəzarətçisi sayılır.Həm də tövlələrə nəzarət edən daha bir şəxs vardır ki,ona ―nazir‖ və ya ―nəzarətçi‖ deyirlər.Həmin o şəxs tövlə xərcləri ödənilən büronun rəhbəridir.Miraxurbaşı vəzifəsinin vacibliyi ona verilən məvacibdə özünü göstərir.Məni əmin etdilər ki,ona verilən məvacib əlli min eküdən çoxdur.Onun gəlirinin daha çox pula çevrilə bilən hissəsi ya şahın kiməsə hədiyyə kimi verdiyi,ya da kiminsə şaha hədiyyə etdiyi atların (hədiyyə verilən atlar çox böyük sayda olur) hesabına əldə edilir.Bu zaman miraxurbaşının öz payını götürmək hüququ vardır.Onun haqqı hədiyyə verilən atların keyfiyyətinə görə ödənilir.Bəzən hədiyyə verilən bir at müqabilində ona on pistol verirlər.Üstəlik şahın qulluğunda olan məmurlar,xidmətçilər,sənətkarlar şahdan at istədikdə şah onların xahişini heç vaxt rədd etmir. Səh.–112. Miraxurbaşı isə saysız-hesabsız vəzifəli adamları at hədiyyə verməyə məcbur edir.Bu həm onun özünə,həm də ailəsinə böyük gəlir gətirir. Miraxurbaşının tabeçiliyində olan müxtəlif vəzifələr vardır.Onlardan biri də qelasidar başı (Gelacidar bachi)348 vəzifəsidir.Bu vəzifənin sahibi atları cilovundan əl ilə tutub gətirənlərin rəhbəridir.Bu,baş minici kimidir.O həmişə,hər gün səhər tezdən şahın yanında olur və şəxsən şahın özünün minməsi üçün sarayın qapısı ağzına beş və ya altı at gətirtdirir.Atların bir hissəsi axura bağlandığı halda,bir qayda olaraq,ehtiyat yüyəni olan iki at həmişə cilovlanmış və yəhərlənmiş vəziyyətdə miniyə hazır saxlanır.Zindarbaşı (Zindar bachi) deyilən şəxs atların yəhər-əsləhəsi,ləvazimatını qoruyanların rəhbəri hesab olunur.Üzəngiqurçubaşı (Ozengoecourtchi bachi) üzəngi tutanların rəhbəridir. Üzəngiqurçubaşı349 gelaçidarbaşının (cilovdarbaşının – V.A.) köməkçisi kimidir.Hər şeyə hazır olan və şahın arxasınca birinci addımlayan da odur.Onun əlinin altında on nəfər minici və ya üzəngiqurçu vardır ki,onlardan hər biri min beş yüz ekü məvacib alır və sarayda yeyirlər.Miraxurbaşı həm də sayı otuz nəfərdən ibarət olan və şaha xidmət edən piyada nökərlərin rəhbəridir. Saraydaxili vəzifələrdən dördüncüsü ovçubaşı vəzifəsidir.Müsəlmanlar ovçubaşıya mirşikarbaşı (Mirchekar bachi)350 deyirlər.O,ov ilə bağlı bütün işlərə rəhbərlik edir.Səfəvi şahı hər yerdə rəsmi titula malik olan ovçular saxlayır.Deyirlər ki,şahlıqda ov etmək hüququ olan mindən çox məmur vardır.Onlar mirşikarbaşıdan asılıdırlar.Mirşikarbaşı həm də meşələrin və Səh.–113 ov edilən bütün yerlərin sahibidir.Bu imperiyada ov ekipajları böyükdür.Burada Almaniyada olduğu kimi ov edirlər.Şah ova çıxanda isə mirşikarbaşı ov yerinə müəyyən 347
Lui d,or –fransız qızıl sikkəsi.Xalis qızıl olub,çəkisi 6-7 qram olmuşdur.1640-cı ildə XIII Luinin (1610–1643) şərəfinə kəsilmiş,1795-ci ildə isə lui d,orun kəsilməsi dayandırılmışdır. 348 Gelacidar bachi – (bəlkə,cilovdarbaşı?) 349 Üzəngiqurçu,yəni üzəngitutan – V.A. 350 ―Mirşikar‖ sözü mənbədə ―mirşekar‖ şəklində getmişdir.Bir sıra tələffüz təhrifləri burada özünü göstərməkdədir.(V.A.)
155
edilmiş qayda üzrə haqq alan təxminən yüz adam apartdırır.Mirşikarbaşı ov yerinə həmçinin əhliləşdirilmiş şirlər,pələnglər351,panterlər352 və başqa vəhşi heyvanlar gətirtdirir. Üstəlik mühafizəçilər də mirşikarbaşının tabeliyində olur.Hörmətli vəzifələrdən biri də baş quşağası və tazıyabaxanların rəhbəri vəzifəsidir.Quşağası yırtıcı quşlara baxanların rəhbəridir və o,tovuzxanaağası (Taouz cane agasi) adlanır.Tovuzxanaağası yırtıcı quşlara baxanlara rəhbərlik edir.Səfəvilərdə quşların uçuşundan çox istifadə edildiyindən və buna daha çox əhəmiyyət verildiyindən oradakı quşxanalar tamamilə gözəl və böyükdür.Şah atlanarkən həmişə tovuzxanaağası biləyində quş aparan yeddi-səkkiz ovçunun müşayiəti ilə şahın ardınca gedir.Tazıyabaxanların rəhbəri isə səgbanbaşı (Segban bachi) adlanır.O,itlərə baxan nökərlərin rəhbəridir.Səfəvi imperiyasında saxlanan tazılar Avropada olduğu kimi kök və gözəl deyillər.Səbəbi də bundan ibarətdir ki,müsəlmanlar itlərə pis münasibət bəsləyir və onlara toxunduqda özlərini murdarlanmış hesab edirlər.Belə ki,həmişə quşaparanların ardınca altı və ya yeddi tazıaparan gedir. Saydığım vəzifələrdən sonra baş həkimlər və nəhayət,baş astroloqlar gəlir.Bunlar Səfəvi imperiyasında çox vacib və çox yüksək nüfuz sahibi olan adamlardır.Onların vardövləti nüfuzlarına uyğundur.Şahın yanında çoxlu həkim vardır.Onların Səh.–114 sayı on ikidən on altıya qədərdir.Bu həkimlərin arasında üç nəfər var ki,onlar daha çox şan-şöhrətə və hörmət-izzətə layiq görülürlər.Onlardan birincisi ―həkimlərin rəhbəri‖ (həkimbaşı – V.A.),ikincisi ―baş həkim‖,üçüncüsü isə ―kiçik həkim‖ adlanır.Onların hər üçünün şahın qarşısında seans keçirmək hüququ vardır.Onlar şahın qarşısında əyləşmiş vəziyyətdə olurlar.Onların arxasında isə iki və ya üç adi həkim ayaq üstə durur.Şah yeyərkən həkimbaşı ayağa qalxır və şahın ona verə biləcəyi suallara cavab vermək üçün şaha kifayət qədər yaxın əyləşir.Şahın yeməyi və ya nə yeyəcəyi barədə öz fikrini deyir.Şahın münəccimləri də həkimlər kimi titullarla fərqləndirilir,onların sayı həkimlərin sayından çox olur.Onların da arasında üçü əsas münəccim hesab edilir.Əvvəlki cildimin buna aid fəsillərində353 danışdığım kimi onların (həkimlərin və astroloqların – V.A.) Səfəvi təbabəti və astrologiyasına böyük təsiri vardır. Şahın qarşısında seans vermək hüququ və şərəfinə layiq olan vəzifə sahibləri həm də bunlardan ibarətdir. sonra gələnlər isə belə bir üstünlüyə malik deyillər. Bu rütbəyə malik olanlardan birincisi məşəl aparanların rəhbəridir,ona məşəldarbaşı (Mecheldar bachi) deyirlər.O,Səfəvi dövlətində hörmətli məmurlardan biri sayılır.Şah sarayının daxilində və xaricində yandırılan lampalara,şamlara və piydən qayrılmış şamlara,çıraqlara baxan adamların hamısının böyüyü odur.Gecə vaxtı şah bir yerə gedərkən bu məmurun şəxsən özü şahın qabağına çıraq tutur.O,çırağı çiyni bərabərində saxlayır.Bütünlüklə Şərq aləmində çıraqlar məşəl rolunu oynayırlar.Onların çıraqları çox ağırdır.Belə ki, Səh.–115 yerə qoyub bərkitmək üçün çıraqların aşağı hissəsi payadan düzəldilir.Çıraqların altında piy və yağ tökülən teşt olur.Şahın qabağına tutulan çıraqlar qızıldan,sarayda yandırılan çıraqlar isə gümüşdən düzəldilir.Məşəldarbaşı həmçinin 351
Mənbədə ―pələng‖ sözü ―Unce‖ şəklində verilmişdir.Müasir fransız dilində bu söz ―Once‖ (onc) şəklində yazılır və ―yaquar‖ (Cənubi Afrika pələngi) mənasındadır.(V.A.) 352 Panter – vəhşi pişik cinsindən olan heyvan.Bəlkə,müəllif ―panter‖ sözü ilə vaşaqları nəzərdə tutur.(V.A.) 353 Çox təəssüf ki,Şardənin ―Səyahətnamə‖sinin V cildini əldə etmək imkanım olmamışdır.(V.A.) 156
sarayın bütünlüklə qızdırılması işinə baxır.Bu isə ona çox baha başa gəlir.Çünki Səfəvi imperiyasının bir çox yerlərində,xüsusilə İsfəhanda odun bahadır.Onun vəzifəsini daha çox nüfuzlu və gəlirli bir vəzifəyə çevirmək üçün əxlaqsızların yaşadıqları və ictimai qadınların fahişəlik etdikləri bütün yerlərə,çalğıçılara,əlaltı qadınlara,hoqqabazlara, kəndirbazlara,bir sözlə müəyyən bir görüş yerinə dəvət etməklə və məzəli əhvalatlar danışmaqla xalqı əyləndirməyi özünə sənət seçən bütün miskin adamlara onu ali nəzarətçi qoyurlar.Məşəldar bütün bu sırtıq adamların hamisi və hakimidir.O,onlardan verməli olduqları vergini alsa da,ictimai həyasızlıqlarına görə bu vergini iki qat artırır.O həmçinin küçələrdə pul ilə oynayan avaraların da üzərinə qoyulmuş cəriməni artırır.Bütün bunlardan onun necə böyük bir gəlir əldə etdiyini təsəvvür etmək çətin deyildir.Təkcə onu qeyd edim ki,yalnız İsfəhan şəhərində adı siyahıya düşən on bir min fahişə vardır354.Öz işlərini gizlində görən və adı qətiyyən siyahıya düşməyən fahişələrin sayı min beş yüzdən çoxdur.Məşəldarbaşı məhz elə onlardan daha çox gəlir götürür.Adları siyahıya düşmədiyindən məşəldarbaşı onlardan əldə etdiyi gəlir barədə saraya hesabat verməli olmur.Bu cür qadınlar Səh.–116 daha gözəl olduqlarından və öz lütfkarlıqlarını baha satdıqlarından onlardan alınan vergi lap çox olur. Bu qəbildən olan vəzifələrdən ikincisi səfirləri qəbul edən şəxsin vəzifəsidir.Ona mehmandarbaşı (Meheman dar bachi) deyirlər.O,şahın qonaqlarını mühafizə etməli olan bütün şəxslərin rəhbəridir.Onun vəzifəsinin mahiyyəti hər şeydən əvvəl səfirləri,nümayəndələri,nüfuzlu və hörmətli xariciləri şəhərədən kənarda qarşılamaq,onları hazırlanmış mənzilə gətirmək, lazımi şeylərlə təmin etmək,şahın qəbuluna gətirməkdən ibarətdir.Bundan başqa,onlara tez-tez baş çəkmək,çatışmayan şeylərinin qayğısına qalmaq,zəruri şeyləri onlara çatdırmaq,onların məktublarını,müraciətlərini, öyrənmək istədikləri bütün şeyləri şaha və nazirlərə çatdırmaq mehmandarbaşının vəzifəsinə daxildir.Tez-tez,xüsusilə də səfirlər danışıqlar aparmaq qayğısına qala bilmədikdə mehmandarbaşı vasitəçilik yolu ilə onların işi ilə əlaqədar olaraq danışıqlar da aparır.Mehmandar o şəxsdir ki,Səfəvi şahının mehmandar,yəni ―qonaqqoruyan‖ adlandırdığı bütün şəxslərin böyüyüdür.Bu mehmandarlar fransız kralının yanında olan adi zadəganlar kimidir.Saraya gələn hörmətli xaricilərə və səfirlərə mehmandarlar ayırırlar.Mehmandar qoruduğu şəxsin yaxın adamı hesab olunur,şahın adından ona və onu müşayiət edənlərə xidmət və hörmət göstərilməsini təmin edir.O qoruduğu adamı hər yerdə müşayiət edir,şah tərəfindən müəyyən edilmiş şeylərin xərcini dəqiq surətdə ödətdirir.Mehmandarbaşı səfirə hər cür hörmət göstərmək üçün Səh.–117 onun yerləşdiyi məhəlləni qaydaya saldırır,səfiri müşayiət edən məiyyəti hər cür təhqirdən qoruyur.Mehmandar vəzifəsinin tələb etdiyi hər bir xidməti yerinə yetirməyə hazır olan şəxsiyyətdir.Səfir saraya gəlməmişdən əvvəl şah onun yanına mehmandar göndərir.Kimsə mehmandardan imtina edirsə,onu buna görə qətiyyən sıxmırlar. Mehmandarbaşı səfirlərə çox böyük qayğıkeşliklə baş çəkir,onların öz mehmandarla354
Şardən tərəfindən verilən bəzi rəqəmləri həqiqət kimi qəbul etmək olmaz.Çünki ―Səyahətnamə‖sinin ikinci cildində,səhifə 252-də siyahıda olan fahişələrin sayının on dörd min olduğunu iddia edən Şardən VI cilddə bu sayın on bir min olduğunu göstərir.Mənbədə belə xətalar çoxdur.Hər halda bu rəqəm on mindən yuxarıdır.(V.A.) 157
rından razı qalıb-qalmadıqlarını öyrənir.Səfirlərin öz mehmandarlarından azacıq narazılığını bilən kimi onları dəyişir.O həmişə qulluq etdiyi yerdə öz vəzifəsini daha çox ləyaqətlə yerinə yetirən mehmandarları səfirlər üçün ayırır.Əgər söhbət avropalı səfirdən gedirsə,onun mehmandarı əliaçıq,içkini və eyş-işrəti sevən atlıdan ibarət olur.Bu sahəyə rəhbərlik müsəlmanlara aid olduqda bu cür yeyib-içən mehmandarlara din tərəfindən heç bir təzyiq göstərilmir.Avropa xristianları, əsasən, sadə və ciddi olduqları qədər çox yeyən və çox içəndirlər.Mehmandarların gəliri haqqında onu demək olar ki,onlar xaricilərə xidmətləri müqabilində mükafatlandırılırlar.Onların şaha səfirlər tərəfindən hədiyyə olaraq verilən hər bir şeyin dəyərinin üç faiz yarımını almaq hüquqları vardır. Belə kiçik vəzifələrdən üçüncüsü ―keşik nüvye‖ (kechik nuvie/)(burada ―keşik naib‖)355 vəzifəsidir.Keşik naib xüsusi keşik zalının qeyd kitabçasını saxlayır.Keşik zalı saray qapısına bitişikdir. Səh.–118. Bu,hər birinin həcmi üç kvadrat tuaza356 qədər olan üç kiçik salondan ibarətdir.Onlara keşikxana deyirlər.Saraya ən yaxın olan salon həmişə hərəmağaları ilə dolu olur.Ora ancaq sarayın qapıçıbaşısı daxil ola bilər.Dediyim kimi qapıçıbaşı həmişə ağır təbiətli,qocaman bir kişi olur.O biri salon gecələr keşik çəkmək üçündür.Üçüncü salonda isə sarayın qapıçıbaşısı olur ki,səhər-səhər dövlət nazirləri ora yığışırlar.Bu salonda gecə və gündüz dövlətin vəzifəli şəxsləri keşik çəkirlər.Onlar axşamdan yatacaqlarını ora göndərtdirir,qaş qaralandan ta gün çıxana qədər keşik çəkirlər.‖Keşik naib‖ keşikçiliyə rəhbərlik edir.Həm gecə,həm də gündüz keşik çəkəcək adamların siyahısını özündə saxlayır357.O hər səhər bu siyahını saraya göndərir,şah özü şəxsən bu siyahı ilə tanış olur.Vəzifə əldə etmək istəyənlərin keşik çəkməyə daha çox can atdıqları təbiidir.Keşikxanaya gələ bilməyən şəxslər qapıçıbaşının yanına adam göndərib icazə verməsini xahiş edirlər.O heç vaxt belə xahişləri rədd etmir.Çalışırlar ki,keşikdə olmayan şəxs haqqında şaha xəbər çatmasın,yoxsa həmin şəxs vəzifəsindən uzaqlaşdırılar.Buna görə də böyük əyanların da gəlib keşik çəkməsi vacibdir.Bu əyanlar bir tərəfdən keşikdə olduqları müddətdə bütün gecəni yatırlar,digər tərəfdən Səfəvi şahı müqəddəs bir şəxsiyyət hesab edildiyindən toxunulmazdır və şahın təbəələri dövlətdə nələrin baş verməsindən və hadisələrin gedişindən bixəbər qalmağa adət etmiş adamlardır.Buna görə də onların qətl və qiyamdan qorxu yerləri yoxdur. Səh.–119. Dördüncü vəzifə ―cəbbədar başı‖ (Gebbedaer bachy) vəzifəsidir.O, silahların qayğısına qalanların rəhbəridir.O,cəbbəxananın taxt-taca aid olan,haradan göndərilməsindən asılı olmayaraq,şaha göndərilən bütün silahların,silahlar saxlanan bütün anbarların,silah düzəldilən bütün emalatxanaların və orada çalışan bütün sənətkarların baş nəzarətçisidir.Baş Nazir olmadıqda cəbbədarbaşı həm də artilleriyanın komandanıdır.Beşinci və axırıncı vəzifə ―peşkəşnaib‖ (Peskis nuvie/s) vəzifəsidir.‖Peşkəş‖ ‖hədiyyə‖,‖naib‖ isə ―yazmaq‖ felinin feli sifət formasıdır,‖yazan‖ deməkdir.Şaha verilən hədiyyənin haradan gəldiyini və dəyərini müəyyənləşdirib qəbul 355
Keşik nüvye ―keşik naib‖ kimi tərcümə edilməlidir.Bax.119,121-ci qeydlər. Tuaz – qədim fransız uzunluq ölçüsü.Bir tuaz 1 metr 94 sm.-ə bərabərdir.Bax. Petit Larousse.Paris– 1901.səh.390. 357 Bu təsvir naiblərin ―mirzə‖ və ya ―katib‖ funksiyasında olduğunu bir daha təsdiq edir.‖Keşik naib‖ həm keşikçilərin siyahısını tərtib edən,cədvəlləşdirən,həm də onlara rəsmi qaydada nəzarət edən şəxsdir.(V.A.) 356
158
edən şəxs odur.O,hədiyyələri şaha təqdim edilməzdən əvvəl siyahıya alır.O,qabağa düşərək hədiyyə gətirənlərin başında gedir və hədiyyələri şaha təqdim edir.Əgər o,hansısa bir səfirin və ya kim olmasından asılı olmayaraq hansısa bir şəxsin gətirdiyi hədiyyəni bir dəfə qeyd etmişsə,artıq qeyd edilmiş hədiyyəni azaltmaq və ya artırmaq qeyrimümkündür.Əgər təsadüfən verilən şeylərin miqdarı və çəkisi yoxlanarkən peşkəşnaibin qeydiyyatına uyğun gəlməzsə,çatışmayan şeyi ya yerinə qoymaq,ya da onun dəyərini ödəmək lazımdır.Haqqında danışdığım hadisələrə çox rast gəlmişəm.1673-cü ildə ―Kompani fransez‖-in358 nümayəndəsi ilə bağlı əhvalatı ayrıca qeyd etmək istəyirəm.Onun gətirdiyi hədiyyələr içərisində boz rəngli ənbər qutusu var idi.Bilmirəm,necə olmuşdusa,peşkəşnaib onun çəkisində dolaşıqlığa yol vermişdi.Buna görə hədiyyə qəbul edildikdən sonra Səh.–120 onun qiymətini aşağı salmaq lazım gəlmişdi.Hədiyyəni qiymətləndirmək adətdir.Qutunu çəkdilər.Onun çəkisi qeydiyyat kitabında göstərilən rəqəmdən az oldu.Nümayəndədən qeydiyyat kitabında göstərilən çəkini ödəməyi xahiş etdilər.Nümayəndə daha ənbəri olmadığından hər onsu359 iyirmi yeddi ekü hesabı ilə əlavə ödəniş verdi. Şahlığın bütün nüfuzlu vəzifələrini sadaladım.Baş kamerger360 vəzifəsini ehtiyatda saxladım,bu vəzifəni digər vəzifələrlə bir cərgəyə qoymadım.Səbəbi də budur ki,bu vəzifə ağ dərili hərəmağası tərəfindən ifa olunur361.Bu vəzifə ―mehtər‖ (mehtər)362 sözü ilə ifadə edilir.‖Meh‖ ərəbcə ―böyük‖ deməkdir,‖tər‖ isə farsca müqayisə bildirmək üçün işlədilən bir sözdür,yunanca ―teros‖(Teros)363 kimi bir şeydir.Hərəmağaları iki cürdür: ağdərili və qaradərili.Qaradərili hərəmağaları saraydan kənara çıxmadıqları kimi,ağdərili hərəmağaları da heç vaxt qadınların yanına getmirlər.Şah hərəmxanadan çıxarkən ağdərili hərəmağaları onu müşayiət edirlər.Kamerger vəzifəsini həmişə ağ dərili qoca hərəmağası aparır.Demək istəyirəm ki,çağrılmadan və ya şah tərəfindən aparılmadan,onun sərbəst şəkildə qadınların otaqlarına daxil olmaq hüququ yoxdur.Buna baxmayaraq,onun nüfuzu böyükdür,sarayın bütün hərəmağalarından yüksəkdə durur.Demək olar ki,o heç vaxt şahdan ayrılmır.Şahın xasiyyətinə ən yaxından bələd olan şəxs də elə onun özüdür: istər iclaslarda,istərsə də digər bütün yerlərdə.O hər iki dizini yerə qoyaraq şaha süfrə salır,salona daxil olduqdan sonra ikinci dəfə əti yoxlatdırır.O,şahı geyindirir və soyundurur.Şahın hər gün daş-qaş,qiymətli şeylər,nəğd pul qoyduğu bütün şeylərə daha çox nəzarət etmək hüququ olduğundan kiçik qarderoba baxan adamlara rəhbərlik edir. Səh.–121. Bir sözlə,o,şahın hansısa bir qadınla əlaqəyə girməyə hazır olduğunu gördükdə belə,yenə də onu tərk etmir.O,kəmərində qayıqşəkilli,daş-qaşla bəzədilmiş bir qızıl mücrü gəzdirir.Həmin qızıl mücrüdə qoz qabığına,kaşu364,tiryək,ətir,dərman qabına yerləşə 358‖
Kompani-fransez‖ 1601-ci ildə Lafemin başçılığı ilə yaradılan ticarət şrkətidir.1604-cü ildən ―Ostİnd‖ adlanmışdır.Bax. İstoriya srednix vekov.M.–1980. str.495. 359 Ons – 29,86 qram qədim aptek ölçüsü. (Burada ons ―damcı‖ mənasında) 360 Kamerger (Chambellan) – monarxist dövlətlərdə saray xadimlərinə verilən ad. 361 Görünür,bu vəzifənin təhqiramiz cəhətləri də vardır.(V.A.) 362 Digər vəzifələrin adını böyük hərflə yazan Şardən ―mehtər‖ sözünü kiçik hərflə yazmaqla bu vəzifəni məqbul saymadığını bildirir.(V.A.) 363 Teros – bu sözü təyin edə bilmədim.(V.A.) 364 Kaşu – təbabətdə işlənən akasiya,palma şirəsi.
159
biləcək qədər kiçik və zərif olan iki və ya üç yaylıq olur.Lazım olduqda o,bu yaylıqlarla şaha xidmət göstərir.Avropanın kral saraylarında qara və ağ çubuqlar,qızıl açarlar mövqeyə və nüfuza dəlalət etdiyi kimi,burada da bu kiçik mücrü baş kamergerin nüfuzundan nişan verir.Bu məmur şahla təkə-təklikdə daha çox olduğundan,istəyindən asılı olaraq,təkcə onun yaxşılıq və ya pislik etmək,yaxud da şahı daha səmərəli işlərə ruhlandırmaq imkanı vardır.İstər sarayda,istərsə də hərəmxanada ən çox ondan qorxur və ən çox ona hörmət edirlər. Üslub tərzim məndən şahın gəlirləri barədə məlumat verməyimi tələb edir.Bu isə torpaq fondu barədə danışmaq,torpağın alınması,ondan renta365 götürülməsi barədə daha çox danışmaq üçün bir bəhanə olacaqdır.Çünki şahın gəlirinin nədən ibarət olması və vergilərin hansı üsulla alınmasını bilmək böyük əhəmiyyət daşıyır.Bu mövzuya aid məlumatlar çox az və qaranlıq olduğundan bir heç dərəcəsindədir və oxucu bu mövzuda özünü təmin edə biləcək heç bir məlumata malik deyildir.
365
İllik gəlir mənasında.
160
Səfəvi dustağı 161
VI fəsil Torpaq fondları və rentalar haqqında Səh.–122. Səfəvi imperiyasının torpaqları, yararlı və yararsız olmaqla,iki hissəyə ayrılır.Yararlı torpaq dedikdə becərilən torpaqlar,yararsız torpaq dedikdə isə əkin və yaşayış üçün əl verməyən torpaqları nəzərdə tuturam. Yararlı torpaqlar dörd cürdür: dövlət torpaqları,mülk torpaqları,vəqf torpaqları və şəxsi torpaqlar366.İmperiya torpaqlarının ən böyük hissəsini dövlət torpaqları təşkil edir.Bu torpaqlar hakimlərin ixtiyarındadır.Hakimlər bu torpaqların bir hissəsini gəlir götürməkdən ötrü özləri üçün,bir hissəsini isə öz məmurları,qulluqçuları və dəstələri üçün ayırırlar,bu və ya digər torpaq fondundan adi əsgərə qədər hamıya müəyyən edilmiş miqdarda torpaq sahəsi verirlər. Mülk torpaqları isə şahın şəxsi və xüsusi mülkiyyəti sayılır.Bu torpaqların bir hissəsi vəzifələrin ödənilməsinə,bir hissəsi isə saray məmurları və qulluqçuları,şahın saxladığı dəstələr üçün ayrılır.Bu torpaqların daha bir hissəsi isə müvəqqəti və ya ömürlük olaraq atadan oğula keçməklə,nəsilbənəsil pay verilir.Torpağın yerdə qalanı dövlət idarəsinə keçir,vəzirlərin və ya intendantların əlində cəmləşir.Onlardan hər biri öz əyalətlərində olan şah mülkünün gəlirini toplayırlar.Aşağıdakı əyalətlərdə mülk torpaqları vardır: Part,fars, Səh.–123 Qaramanın bir hissəsi,Hirkaniya,Midiya.İmperiyanın digər torpaqları dövlət torpaqları hesab edilir. Vəqf torpaqları şahların və əyanların bağışladığı torpaqlardan ibarətdir.Səfəvi imperiyasında vəqf torpaqları müqəddəs hesab olunur.Pay torpağı verən şəxs pay verməmişdən əvvəl cinayət eləmiş olsa da,vəqf üçün verilən torpaq müsadirə edilmir.Lakin düzgün olmayan şey ondan ibarətdir ki,qəbalə ilə verilən və natəmiz yolla əldə edilən torpaq sahəsi vəqf üçün verilirsə,bir ildən sonra həqiqi mənada vəqf torpaqları hesab olunur. Xüsusi torpaqlar doxsan doqquz il müddətinə verilir.Heç vaxt bu müddət doxsan doqquz ildən artıq olmur.Xüsusi torpaq sahələri olan şəxslər bu müddət ərzində əgər mülkiyyətinin əlindən çıxmasına səbəb ola biləcək bir cinayət törətməmişsə,həmin torpaqlardan istədiyi kimi istifadə edə və ya sata bilər.Əgər doxsan doqquz il tamama yetmişsə,yenidən əvvəlki icarə müqaviləsi ilə eyni məzmunda yeni bir icarə müqaviləsi bağlanır və bu zaman həmin torpaqlardan alınan bir illik gəlir dövlət hesabına keçirilir.Xüsusi mülkiyyət adlanan torpaq fondları ―tesarnuf‖ (Tessarnouf)367,yəni ―daimi mülkiyyət‖ adlanır.Xüsusi torpaq sahiblərinin əksəriyyəti şahın nəfinə olaraq mülkiyyətində olan torpağın hər jiribi və ya hər arpanı368 üçün ildə qırx və ya əlli solu 366
Bax. Qeyd.83-90.(Mənbənin 33-35-ci səhifələri üzrə) Bəlkə,təsərrüfat? (V.A.) 368 Jirib və ya arpan – qədim fransız torpaq ölçüsü.1840-cı ilədək ondan istifadə edilmişdir.Bir arpan 50-53 ara (1 ar=100 kv.m.) bərabər idi.Bax.Petit Larousse.P.–1901. pp.393,439. 367
162
aşmamaq şərti ilə vergi ödəməyə borcludurlar. Tərkibində olduğu ölkənin (bəylərbəyiliyin – V.A.)statusundan asılı olaraq istifadəsiz torpaqlar ya dövlətə369,ya da şaha məxsusdur.Bununla belə,şah Səh.–124 dövlət mülkiyyəti sayılan torpaqların da sahibidir.Əgər o istəsə,dövlət torpaqlarını mülk torpaqlarına çevirər ki,əyalət hakimlərinin deyil,öz vergiyığanlarının istifadəsində olsun.Hal-hazırda tutulan və tutulmayan torpaqlar imperiya torpaqları olsa da,şahınkı hesab olunur. İstifadəsiz torpaqları aşağıdakı qaydada istifadəyə verirlər.Heç kəsin hal-hazırda istifadə etmədiyi və yaxud istifadə etməsini təsdiq edə biləcək bir sənəd təqdim edə bilmədiyi bir torpaq sahəsində əgər kimsə bina tikmək istəyirsə və bu torpaq sahəsi dövlət torpağı hesab olunursa,həmin torpaq sahəsini almaq üçün hakimə müraciət edirlər.Əgər belə bir torpaq sahəsi mülk torpağı sayılırsa,onda birbaşa şaha,vəzirlərə və ya əyalət intendantlarına müraciət etmək lazımdır.Pay torpaqları sadəcə olaraq şərtsiz və zəhmətsiz,yaxud da illik ödənc,ya da şahın nəfinə vergi vermək şərtilə əldə edilir.Torpağın verilməsi mülki hüquq kodeksində aydınca nəzərdə tutulmuş müddətə əsasən,bir ildən də az olan bir vaxt ərzində həyata keçirilir.Həmin müddət ərzində vergi vermək lazım gəlir.Əgər bu müddət ərzində pay torpağı satılırsa,müqavilənamələr həmin yerlərə nəzarət edən intendanta göstərilir və az miqdarda vergi (Fransada buna uduş-satış vergisi deyirlər) ödəyirlər.Bu zaman doxsan doqquz illik müddət yenidən başlanmış olur.Müddətin başlanğıcı müqavilənamədəki tarixə əsasən müəyyən edilir. Torpaq mülkiyyəti hüququ Səh.–125 belədir.Mülkiyyət hüququndan necə istifadə edilməsi və bu hüquqa görə hansı üsulla gəlir götürülməsindən danışıram. Səfəvi imperiyasının torpaqla əlaqədar olan vergi məmurluğu ən humanist və ən düzgün mövqe tutur.İstifadə üçün yararsız torpaqları çox nadir hallarda və yalnız böyük şəhərlərin ətrafında yaşayanlara tərəvəz yetişdirmək üçün icarəyə verirlər.Və bilirlər ki.dənli bitkilər əkilən torpaqlardan fərqli olaraq,tərəvəz becərilən torpaqlarda məhsul itkisi olmayacaqdır.Çünki dənli bitkilər əkilən torpaqlarda tez-tez quraqlıq,şaxta və ya digər təbii hadisələr məhsulun azalmasına səbəbə olur.Kəndlilər bu torpaqları öz ehtiyaclarını ödəmək üçün il ərzində icarəyə götürürlər.Məsələn,İsfəhan ətrafında olan torpaqların hər jiribindən otuz eküyə qədər gəlir götürürlər.Bir jirib bir arpandan azdır370.Lakin digər torpaqları kəndliyə alınan məhsula ortaq olmaqla icarəyə verirlər.Torpaq sahibi icarəyə verdiyi torpağı peyinlə və su ilə,yaxud da hər şeylə təchiz edir,əvəzində isə razılığa əsasən məhsulun yarısını götürür.Kəndli torpağı becərir,dən səpir,məhsulunu yığır.Xərcini çıxdıqdan sonra aralarındakı razılaşmaya əsasən məhsulu bölürlər.Torpaq sahibi bəzən torpağın məhsuldarlığını və yerləşdiyi ərazini nəzərə alaraq,əldə edilən məhsulun yarısını deyil,üçdə birini alır.Özü də bu üçdə bir növbəti ildə səpin üçün lazımi miqdarda toxumluq götürüləndən sonra yerdə qalan məhsula aiddir.Bəzən elə də olur ki,məhsul qıt olur,heç gələn il səpmək üçün lazım olan qədər məhsul götürmək olmur.Bu zaman kəndli torpağı yenidən əkib-becərməli olur.Bütün imperiyada istər şah,istərsə də mülkiyyətçilər tərəfindən torpaqların icarəyə verilməsi üsulu belədir. 369 370
Şardən burada ―dövlət‖ termini işlətsə də,‖bəylərbəyliy‖i və ya ―əyalət‖ləri nəzərdə tutur.(V.A.) Bax qeyd 368. Təəssüf ki,müəllif ―jirib‖ adlı torpaq ölçüsü barədə dəqiq məlumat vermir.
163
Bu razılaşma nə qədər vicdanlı olsa da, Səh.–126 bu belə də olmalıdır – fırıldaqçılıq,narazılıq,dava-dalaş üçün tükənməz bir mənbə olaraq qalır. Və burada ədalət,demək olar ki,gözlənilmir.
Qeyd:vı cild cəmi 328 səhifədən ibarətdir.
164
XVII ƏSR FRANSIZ SƏYYAHI JAN BATİST ŞARDƏN XVII əsr fransız səyyahları içərisində Jan Batist Şardənin özünə məxsys yeri vardır.. Böyük fransız səyahətçisi J.Şardən 1643-cü ildə Parisdə,zərgər ailəsində anadan olmuşdur.1664-cü ildə,21 yaşında ikən almaz ticarəti məqsədilə Hindistana yola düşən1 J.Şardən altı il Şərq ölkələrində,ən çox isə İranda2 ticarət edərək Parisə qayıdır.Artıq Parisə qayıdarkən Şardən İran şahının taciri kimi yüksək etimada layiq görüldüyünü təsdiq edən xüsusi fərmanla qayıtmışdı.Bu fərmanı mərhum İran şahı şəxsən öz əli ilə 1666-cı ildə3 ona təqdim etmişdi və ona əlahəzrət bir neçə almaz nümunələrini göstərmiş,tələb etmişdi ki,ona bu cür almazlar gətirsin4. Parisə qayıtdıqdan sonra on dörd ay Avropanın ən zəngin ölkələrini gəzmiş,iri və rəngli daş-qaş,irihəcmli mirvari,ən gözəl şəkildə işlənmiş mərcanlar almışdır.Əlavə olaraq qızıl və gümüşlə işlənmiş ən qiymətli əşyalar,nadir hallarda tapılan divar saatları əldə etmişdir.Bu işdə Şardənə birinci səyahətində onu müşayiət edən və ikinci səyahətində də sədaqət göstərərək onunla birlikdə yola çıxan,‖çox nəcib xasiyyətli‖,liyonlu tacir c-b Rezən kömək edir5.Bir tərəfdən də Şardənin rəhmətlik atası ilə Madam Lesko razılığa gəlir.Madam Lesko var-dövlətindən daha çox cəsarətli hərəkətləri və iti ağlı ilə məşhur olan topdansatış taciri idi.Atası və Madam Lesko onu səfərə çıxmağa ruhlandırmış,hər ikisi ona təklif etmişdilər ki,əldə olunan gəliri yarı böləcəklər.Bu məqsədlə onlar Şardənə yüksək məbləğdə vəsait vermişdilər.Buna görə də,yuxarıda göstərilən əşyalar alındıqdan sonra Şardən və Rezənin hələ əlavə ticarət üçün on iki min qızıl dükatı6 artıq qalır7. 1670-ci ilin may ayından 1671-ci ilin avqustuna qədər – on beş ay Parisdə olan Şardən təkcə İran şahının sifarişlərini yerinə yetirməklə kifayətlənməmiş,eyni zamanda Farsla bağlı xatirələrini nəşr etdirmək fikrinə düşmüşdür.Lakin özünə qədər bu böyük krallığı təsvir edən hər hansı bir şəxsdən Farsı daha yaxşı tanıyıb bilməsinə baxmayaraq,‖Əlaqələr‖ haqqında sistemli əsər yazmaq savadına malik olduğuna inanmaq istəməmiş,sadəcə olaraq müxtəlif hadisələrdən bəhs edən məcmuə buraxmaqla kifayətlənmişdir.Bu məcmuə ―İran şahı III Süleymanın tac qoyması‖ adlanır.Həmin məcmuə 1671-ci ildə Parisdə,Klod dö Barbən nəşriyyatında çap edilmiş və özünün dediyi kimi,bu,onun ilk səyahətindən bəhs edən yeganə əsəri olmuşdur8. 1
XX əsrin fransız ensiklopediyasında bu rəqəm səhvən 1665-ci il şəklində verilmişdir.Halbuki Şardən əsərinin 1711-ci il Amsterdam nəşrinə yazdığı müqəddimədə 1665-ci ildə deyil,1664-cü ildə Parisdən yola düşdüyünü yazır.M.A.Poliyevtkov müəllifin göstərdiyi fakta sadiq qalmışdır.Bax.‖Larousse...‖ Paris – 1929.v.2. p.142. 2 ―Voyages de Mr le Chevalier Chardin en Perse,et autres lieux de l,Orient‖.Tome premier,pre/face,p.4. A Amsterdam – 1711.Chez Jean Louis de Lorme. 3 J.Chardin.Göst.əsəri. Amsterdam –1711.Tome I,page 1.Fərmanın rəhmətlik İran şahı tərəfindən 1666cı ildə verilməsi faktından aydın olur ki,bu fərman II Şah Abbasa məxsusdur. 4 Yenə orada. t.I. p.1. 5 Yenə orada. t.I. p.2. 6 Dukat – 1140-cı ildən İtaliyada,1252-ci ildən Florensiyada,1284-cü ildən Venesiyada kəsilmiş (əvvəl gümüş sikkə,sonra qızıl sikkə) 3,4–3,5 q ağırlığında qızıl sikkə.Azərbaycanda Niderland dukatı bacaqlı adlanır. Bax.ASE. III c. Səh.547. 7 J.Chardin. t.I. p.2. 8 J.Chardin. t.I. pre/face, p.4 .
165
Şardən ikinci dəfə,1671-ci il avqust ayının 17-də Parisdən yola düşür9. M.A.Poliyevtkov Şardənin ikinci səfərinin səbəbini,sadəcə olaraq,onun protestant olması,buna görə də Fransada çətinlik çəkməsi ilə izah edir10.Halbuki Şardən ikinci səfərinin səbəbini belə izah edir: ―J,entrepris pour la seconde fois ce grand Voyage tant pour e/tendre mes Connaissances sur les Langues,sur les Moeurs,sur les Religious,sur les Arts,sur le Commerce et sur l,histoire des Orientaux,que pour travailler a/ l,e/tablissement de ma fortune‖11 (Mən ikinci dəfə bu böyük səyahəti dillər,adət-ənənələr,dini əqidələr, incəsənət,ticarət və Şərq xalqlarının tarixi haqqındakı biliklərimi nə qədər genişləndirə bilərdimsə,bir o qədər də var-dövlət əldə edəcəyim üçün öhdəmə götürdüm). Şardən heç də Poliyevtkovun dediyi kimi ikinci dəfə səfərə çıxarkən katoliklərin təqibindən uzaqlaşmaq məqsədi güdməmiş,həqiqi alimə xas olan son dərəcə çılğın elmi ehtiras və həqiqi tacirə xas olan işgüzarlıq onu ―bu böyük səfər‖ə vadar etmişdir.Alim çılğınlığı və tacir işgüzarlığını özündə birləşdirən bu nəhəng və nadir şəxsiyyət ikinci səyahətini 1677-ci ildə başa vurmuşdur13. Bu dəfə Şardən istədiyinə nail olmuş,ölkənin (Səfəvi imperiyasının – V.A.) dilini səyahəti ərzində nə qədər imkanı olmuşsa,bir o qədər dərindən mənimsəmiş,xalqların (Səfəvi imperiyasının və ona tabe olan ərazilərin xalqlarının – V.A.) adət və ənənələrini öyrənmişdir.Müntəzəm surətdə şah sarayına baş çəkmiş,nüfuzlu dövlət xadimləri və alimlər ilə görüşüb söhbətlər aparmış,hər şeyi diqqətlə saf-çürük etmiş,istər uzaqlığına görə,istərsə də adət-ənənələri və məişət tərzinə görə ―bir özgə dünya‖ adlandırıla biləcək böyük və geniş bir ölkə haqqında ―özünün Avropasının marağına xidmət edəcək qədər dəqiq və etibarlı Əlaqələr‖ əldə edə bilmişdir14.Burada Şardənin Şərqə səfərinin üçüncü və ən əsas səbəbi aşkara çıxır.Bu,Avropanın,o cümlədən Fransanın Şərqə qarşı marağını təmin etmək məqsədi güdüb,dünyanın iqtisadi cəhətdən zəif ölkələrini müstəmləkəyə çevirmək siyasətinin taktiki variantlarından biri olan diplomatik ticarət variantı idi.(V.A.) Sovet dövrü tarixşünaslığında bilərəkdən çox-çox əyintilərə yol verilsə də, Şardənin səfərləri haqqında daha dəqiq məlumat15 verilmişdir.‖XX əsrin fransız ensiklopediyası‖nda isə kobud təhriflərə yol
9
―Larus...‖da sadəcə olaraq,Şardənin qayıtdıqdan bir az sonra Şərqə yenidən səfər etdiyi göstərilir.Bax. ―Larousse...‖ Paris, v.2. p.142. Poliyevtkov isə həmin tarixi faktı düzgün verir,lakin ayın tarixini göstərmir. Bax.M.A.Poliyevtkov. ―Yevropeyskiye puteşestvenniki XIII–XVIII vv.po Kavkazu‖. Tiflis – 1935. str.91. 10 M.A.Poliyevtkov.Göst.əsəri. səh.90. 11 Şardən. Göst.əsəri. I cild,səh.1. 12 Fransız mənbələrindən tərcümə müəllifə məxsusdur.(V.A.) 13 Şardən. Göst.əsəri. Preface, səh.4. Tədqiqatçılardan Məmməd Dadaşzadə yazır: ―İ.Şarden 1665-ci ildə 22 yaşında Şərqə səfərə çıxmışdır.O,bir neçə ildə üç dəfə İrana səfər etmişdir.‖Bax.M.Dadaşzadə.‖ Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti‖ Bakı – 1985. səh.9. Məlum olduğu kimi bu avropalı səyyah Jan Şardəndir,İ.Şardən deyil.J.Şardən 1665-ci ildə deyil,1664-cü ildə 21 yaşında Şərqə səfər etmişdir.Nəhayət,Şardən Şərqə üç dəfə deyil,iki dəfə (1664–1670;1671–1677) səfər etmişdir.Görünür, M.Dadaşzadə Şardənin Tehran 1335 ş. (1956) nəşrindən istifadə etdiyindən təhrifə yol vermişdir. Dəqiqləşdirmək üçün bax. J.Chardin. t.I. pre/face, p.4-5. 14 J.Chardin. t.I. pre/face, p.4. 15 M.X.Qeydarov. Göst.əsəri.Baku–1967. səh.9-10.Yenə də onun ―Remeslennoye proizvodstvo v qorodax Azerbaydjana v XVII v.‖ Baku–1967. Səh.8. S.M.Onullahi. Göst.əsəri.səh.2425.Poliyevtkov.Göst.əsəri. səh.91 166
.
verilmişdir16.‖Larus‖da Şardənin ikinci səyahətindən 1680-cı ildə qayıtdığı göstərilir. Halbuki Şardən özü ikinci səfərinin 1677-ci ildə başa çatdığını yazır17. Daha sonra ―Larus‖da tarix göstərilmədən Şardənin protestant olduğu üçün İngiltərəyə getdiyi18 haqqında qeyd vardır.M.A.Poliyevtkov isə Şardənin 1681-ci ildə İngiltərəyə köçdüyünü və orada zadəgan titulu almasını,saray zərgəri vəzifəsinə irəli sürüldüyünü19 göstərir.Daha sonra Poliyevtkov onun 1683-cü ildən ingilis ―Ost-İnd‖ kompaniyasının Hollandiyadakı fövqəladə səlahiyyətli nümayəndəsi olduğunu yazır20. J.Şardən isə vəfatından 2 il əvvəl əsərlərinin 1711-ci il Amsterdam nəşrinə yazdığı müqəddimədə artıq 26 ildən çox yaşadığı Londondan İsfəhan şəhərini daha yaxşı tanıdığını yazır21.Buradan aydın olur ki,Şardən İngiltərəyə M.A.Poliyevtkovun dediyi və ―Larus‖da göstərildiyi kimi,1681-ci ildə köçməmişdir.O da Tavernye kimi,Nant fərmanının ləğv edildiyi dövrdə katolik qara guruhçularının təzyiqinə məruz qalmışdır.Məlum məsələdir ki,Şardən İngiltərəyə Nant fərmanının ləğv edildiyi ərəfədə – 1684–1685-ci ildə köçmüşdür. 1677-ci ildən Parisdə yaşamasına baxmayaraq,Şardən 1686-cı ilədək əsərlərini Fransada çap etdirə bilmir.Doqquz il ərzində (1677–1686) Şardənin ―Səyahətnamə‖sini çap etdirə bilməməsi protestantların katoliklər tərəfindən amansızcasına təqibi ilə izah oluna bilər.(V.A.) Qısası,Şardənin 17 avqust 1671-ci ildə başlanan ikinci səyahətinin 1673-cü ilə qədərki dövrünü əhatə edən cildlər – gündəlik xarakteri daşıyan və səyahəti zamanı rast gəldiyi,həqiqi mənada qeyd edilməyə layiq olan hadisələrdən bəhs edən,Parisdən Minqreliyaya qədərki səyahətinin nəticəsi kimi meydan çıxan birinci cild,yenə gündəlik xarakterli Minqreliyadan Təbrizə qədərki səyahətini əhatə edən ikinci cild,nəhayət,Təbrizdən İsfəhana qədərki səyahəti əks etdirən üçüncü cild Şardən Londona köçdükdən sonra gün işığı görmüş,1686-cı ildə Moz Pit (Moses Pitt) nəşriyyatında ―Kavaler Şardənin Farsa,Şərqi hind ölkələrinə Qara dəniz və Kolxida vasitəsi ilə səyahətinin gündəliyi‖ adı altında çap edilmişdir22. Şardən 1713-cü ildə Londonda vəfat etmişdir.Londonda Şardənin həqiqi mənada hansı vəzifəni icra etməsi barəsində dəqiq məlumat olmadığı kimi,(Şardən Londonda hansı vəzifəni icra etdiyini yazmır) həyatının son dövrləri haqqında da məlumatlar yox dərəcəsindədir.‖Larus‖ Şardənin 1713-cü ildə London yaxınlığında23,Poliyevtkov isə 1713-cü ildə Londonda vəfat etməsi24 barədə məlumat verir. 70 illik ömrünün 12 ilini səyahətdə keçirən J.Şardən Səfəvi dövlətinə tabe olan xalqlar və ölkələr haqqında ensiklopedik dəyərə malik irs qoyub getmişdir. Onun ―tamaşaçısı olduğu müxtəlif hadisələrdən bəhs edən‖ ilk məcmuəsi,yuxarıda 16
―Larousse...‖ Paris – 1929. V.2. p.142. Chardin. T.I. pre/face, p.4. 18 ―Larousse...‖ V.2. p.142. 19 M.A.Poliyevtkov. Göst.əsəri. səh.91. 20 Yenə də onun. Göst.əsəri. səh.91. ―Larousse...‖ V.2. p.142. 21 Chardin. T.I. pre/face, p.5. 22 Chardin. T.I. pre/face, p.5-6. 23 ―Larousse...‖ V.2. p.142. 24 M.A.Poliyevtkov. Göst.əsəri. səh.90. 17
167
göstərildiyi kimi,1671-ci ildə,Parisdə25 çap edilmişdir.1671-ci ildən 1686-cı ilə qədər – 15 il ərzində və ya başqa sözlə,ikinci səyahətindən sonra 9 il ərzində,yuxarıda göstərilən səbəblər üzündən,xatirələrinin və elmi axtarışlarının yekunu olan əsərlərini Parisdə çap etdirə bilməmişdir.Lakin Nant fərmanından sonra Londona köçməyə məcbur olan J.Şardənin bir il ərzində Parisdən Minqreliyaya,Minqreliyadan Təbrizə,Təbrizdən İsfəhana qədərki səyahətini təsvir edən üç cilddən ibarət əsər çap etdirməsi deməyə əsas verir ki,o,ikinci səyahətindən sonra,katolik qaragüruhçularının hər cür təzyiq və hücumlarına baxmayaraq,son dərəcə gərgin şəkildə işləmiş,xatirə,yol qeydləri və əldə etdiyi məlumatları sistemə sala bilmiş,Londona köçən kimi dərhal onları çap etdirə bilmişdir. Heyrət ediləcək dərəcədə Şərqin və səyahəti zamanı olduğu ölkələrin ictimai,siyasi,mədəni həyatının hər hansı bir sahəsinə aid saysız-hesabsız məlumatlardan qeyri-adi dəqiqliklə istifadə edən Şardən Şərqi mənimsəmə baxımından XVII əsr Avropasının ensiklopedik dühası kimi qiymətləndirilməlidir. 1686-cı il çapından sonra elə həmin il Şardənin parisdən İsfahana qədərki səyahətindən bəhs edən ―Əlaqələr‖ əvvəlcə Amsterdamda iki müxtəlif nəşriyyatda – Abraam Volfqanq və Jan Volter və İsbran(d) Arinq nəşriyyatlarında bir cilddə26 çap edilir.Bundan bir il sonra – 1687-ci ildə həmin əsər bir sıra dəyişikliklərlə Liyonda,Tomas Amolri nəşriyyatında iki cilddə27 nəşr olunur. Müəllif əsərlərinin 1711-ci il Amsterdam nəşrinə yazdığı müqəddimədə buna işarə edərək yazır: ―... onları tamamilə kənar arqumentlərlə yükləyirlər,tez-tez məni başqa cür danışmağa,əsərimin orijinalında dediklərimin əksini deməyə vadar edirlər.Nəhayət,beşinci dəfədir ki,‖Əlaqələr‖ nəşr edilir.Bu qədər əlavə ilə tamamilə yeni əsər alınacaqdır.Nümunə üçün Minqreliyadakı missioner Teatənlərin prefekti Per Dom Jozef Mari Zanpinin ―Minqreliyalıların dini əlaqəsi‖ haqqındakı məlumatını olduğu kimi verirəm ki, (həmin məlumat 1711-ci il Amsterdam nəşrinin I cildinin 152-ci səhifəsindən başlayaraq 24 müxtəlif başlıqlarla 248-ci səhifəyədək davam edir. – V.A.) əsərimin ilk nəşrində (1686-cı il nəşri nəzərdə tutulur. – V.A.) bu barədə kəsik-kəsik bir neçə məlumat vermişəm.28‖ Buradan aydın olur ki,Şardən belə etməklə əsərlərinin nəşri zamanı edilən təhriflərin qarşısını almaq istəmişdir. Şardənin etiraf etdiyi29 və M.A.Poliyevtkovun yazdığı kimi,30 hələ 1686-cı ilin sentyabr-oktyabr aylarında ―‖Fərmanlar haqqında respublika xəbərlərində‖ şöhrətli Bel (Bayle) onun əsəri (1686-cı il London nəşri) haqqında çox yüksək rəy söyləmişdir. Şardən beşinci nəşrə – 10 cilddən ibarət və ən mükəmməl hesab etdiyi 1711-ci il Amsterdam nəşrinə yazdığı müqəddimədə əlavə etdiyi qeydlərə işarə ilə onların daha çox gözəl ölkədə (İngiltərədə – V.A.) aqreman və razılıq hissi ilə qarşılanacağına inanmağa cəsarət etdiyini31 yazır. Şardən birinci hissənin ingilis,flaman,alman dillərinə tərcümə edilməsindən yuxarı 25
Chardin. T.I. pre/face, p.4. Chardin. T.I. pre/face, p.6. 27 Yenə orada. Səh.6. 28 Yenə orada. T.I. pre/face, p.6. 29 Yenə orada. T.I. pre/face, p.6. 30 M.A.Poliyevtkov. Göst.əsəri. səh.93. 31 Chardin. T.I. pre/face, p.6. 26
168
dairələrin,yəqin ki,hirslənməyəcəyini də32 qeyd edir. Müqəddimədən məlum olur ki,birinci hissə 1686-cı ildə ingilis dilinə tərcümə edilmiş və Londonda Moz Pit nəşriyyatında çap edilmişdir.Həmin hissə Amsterdamda flaman dilinə tərcümə edilərək Sander vande Juver nəşriyyatında 1687-ci ildə nəşr olunmuş,yenə həmin hissə alman dilinə tərcümə olunaraq 1687-ci ildə Leypsiqdə Tomas Frits (Frisch) nəşriyyatında çapdan çıxmışdır33. Nəhayət,Şardənin Paris nəşri beşinci nəşrdən 100 il sonraya təsadüf edir.1811-ci il Paris nəşrinə iri həcmli ayrıca atlas əlavə edilmişdir.10 cild və atlasdan ibarət olan bu nəşr üç orijinal nəşrlə (1671-ci il Paris nəşri,1686-cı il London nəşri və 1711-ci il Amsterdam nəşri ilə – V.A.) ―qayğıkeşliklə tutuşdurulmuş‖, ölkənin (Şərq ölkələrinin – V.A.) antikliyini və diqqətəlayiq şeylərini təsvir edən oyma naxışlı qravüralarla ―zənginləşdirilmişdir‖34.Əsər fransız institutunun35 üzvü,imperiya kitabxanasının administrator-konservatorlarından biri,canlı şərq dilləri tədris edilən xüsusi məktəbdə fars dili müəllimi,Qettinq kral cəmiyyətinin, l,İl dö Frans (Site adası – V.A.) rəqabət cəmiyyətinin,Frankfurt muzeyinin,Münxen kral Akademiyasının üzvü L.Lanqle tərəfindən nəşr edilmişdir.Əsər Sena küçəsindəki,8 saylı binada yerləşən Norman nəşriyyatında çap edilmişdir. 1711-ci il Amsterdam nəşrindən fərqli olaraq,1811-ci il Paris nəşrinə Fars haqqında ən qədim zamanlardan başlayaraq bu günə qədərki (1811-ci ilə qədərki – V.A.) dövrü əhatə edən kiçik həcmli məqalə (notice),qeydlər və s. əlavə edilmişdir. 1811-ci il Paris nəşrinə əlavə edilən atlas Fars,Türkiyə,Asiya və müstəqil Tatarıstanın bir hissəsini əhatə edir.Şardənin səyahətini əks etdirən bu xəritə coğrafiyaşünas P.Lapi tərəfindən 1810-cu ildə hazırlanmışdır36.Atlasdakı qravüraları Blondo Qravör çəkmişdir37. 69 vərəqdən ibarət bu atlasda Şərqin sənətkarlıq nümunələrini,etnoqrafiyası,adətənənələri,hərbi səviyyəsi,dəqiq elmlər sahəsindəki bacarıqları,dilçilik baxımından son dərəcə vacib və bu gün də öyrənilməyə layiq nadir nümunələr öz əksini tapmışdır. Şübhəsiz ki,Şardənin 1811-ci il Paris çapının səbəbi Napaleon Bonapartın (1804– 1815) istilaçılıq meylini şiddətləndirməklə bağlı olub,XIX əsrin birinci yarısında Fransanın beynəlxalq mövqeyi və siyasi istiqamətindən doğmuşdur.XIX əsrin ən dəhşətli fatehi I Napaleon Avropa xalqlarını əsarət altına almaqla kifayətlənməmiş,Şərqə qarşı
32
Yenə orada. T.I. pre/face, p.6. 33 Yenə orada. T.I. pre/face, p.7. 34 Chardin. ―Voyages du Chevalier Chardin,en Perse,et autres lieux de l,orient‖. Paris – 1811. 35 İnstitut de France,yaxud l,İnstitut: (fransız institutu beş akademiyanı birləşdirir) V.A. 36 Voyages du Chevalier Chardin,en Perse,et autres lieux de l,orient. Atlas, Paris – 1811. 37 Yenə orada. Titul vərəqi. Paris –1811.
169
ehtiraslı münasibət bəsləmişdir38.Bonapart tələblərinə isə məhz Şardən cavab verə bilərdi. Beləliklə,Şardənin müxtəlif vaxtlarda və müxtəlif yerlərdəki nəşrlərindən ən mükəmməli 1711-ci il Amsterdam nəşridir.Bu nəşrin üstünlüyü ondan ibarətdir ki,müəllif bu nəşrə son dərəcə qayğıkeşliklə yanaşmış,tərtibində bilavasitə iştirak etmiş, ona öz əli ilə müqəddimə yazmış,təhriflərin qarşısını almış,bir sözlə,gördüyü,şahidi olduğu,eşitdiyi,yunan,yəhudi, latın və s. dilli tarixi,etnoqrafik,dini mənbələrdən əldə etdiyi məlumatlar əsasında müasirləri ilə müqayisədə son dərəcə orijinal və daha dəqiq,daha elmi bir əsər yaratmağa müvəffəq olmuşdur. Əsər 10 cilddən ibarətdir.1711-ci ildə Amsterdamda Jan Lui dö Lorm nəşriyyatında çap edilmişdir.Ön söz K.Peran tərəfindən Pontaqar və başqa yerlərin senyoru,bütün şuralarda kralın məsləhətçisi,sarayda dövlət şurasının daimi məlumatçısı,Normandiya Parlamentinin Baş Prezidenti əlahəzrət kovaler Kamü adlı şəxsə xitabən yazılmışdır.Ön söz rəqəmlər vasitəsi ilə ardıcıl surətdə səhifələnməmiş,lakin fərqləndirilmək üçün çox kiçik şriftlərlə yazılmışdır,səkkiz səhifədən ibarətdir. Müqəddimə ―Ön söz‖dən fərqli olaraq,iri şriftlərlə yazılmış,qeyri-ardıcıl səhifələnmişdir.Saydıqda məlum olur ki,müqəddimə 15 səhifə yarımdır. Müqəddimədən sonrakı üç səhifədə ayrı-ayrı cildlər üzrə şəkillərin yerləşdirilməsi siyahısı verilmişdir.Sonrakı vərəq Şardənin 1672-ci il səfəri39 ilə əlaqədar olub Qara dəniz və onun şərq sahillərini (Krım və Gürcüstan) əhatə edir. Kitabın titul vərəqi də səhifələnməmişdir.I cild Ön söz və müqəddimə hesaba daxil edilmədən 254 səhifədir. II cild 334,III cild... ,IV cild...,V cild...,VI cild 328,VII cild...,VIII cild...,IX...,X cild.... səhifədən ibarətdir. Şardənin 1811-ci il Paris nəşri hələ XIX əsrin ikinci yarısında Məhəmməd Həsən xan Səni-üd-dövlə tərəfindən fars dilinə tərcümə edilmişdir.Lakin bu tərcümə Şardənin Azərbaycana aid məlumatlarını əhatə etmişdir. 1956-cı ildə isə Məhəmmədluy Abbasi Şardəni bütövlükdə fransız dilindən fars dilinə tərcümə etmiş,‖Səfərname-ye Şarden‖ adı ilə Tehranda nəşr etdirmişdir40. Monteskyö,Helvetsi,Ruso və Qibbon Şərq haqqındakı mülahizələrində Şardənə əsaslanmışlar41. 38
Fransanın Bağdaddakı xarici işlər komissarı Ruso öz məktubunda Fətəli şahın Fransa imperiyasını Böyük Bonapartın( Grand Bonaparte) adı ilə tanıdığını yazır.16 fevral 1805-ci il tarixli məktubunda Napaleon İran şahına yazırdı: ―Hamının bir-birinə ehtiyacı var; şərqlilər cəsur və dahidirlər.Lakin bəzi sənətləri bilmədiklərindən və bəzi qaydaları gözləmədiklərindən... qərblilər və şimallılara qarşı müharibədə müvəffəqiyyət əldə edə bilmirlər.‖Napoleon Bonapart 1805-ci ilin fevralında Jober və Romyönün başçılığı ilə İrana nümayəndə heyəti göndərir.Buna misal olaraq,4 may 1807-ci il Finkesten müqaviləsi,10 may 1807-ci il Taleyranın baş vəzirə məktubunu,26 avqust 1807-ci il tarixli məktubu,1808-ci ildə İrana yeni səfir göndərilməsi hadisəsi,1809-cu ildə başa çatan missiya (missiyanı general Qardan təşkil etmişdi) və s. göstərmək olar.Bax. Germaine Guillame.‖Influence des ambassades sur les e/changes artisques de la France et de l,Iran du XVIIeme au de/but du XIXeme sie\cle‖. Art et arche/ologie iraniens,III congre\s international (İranskoye isskustvo i arxeoloqiya,III mejdunarodnıy konqress,sozvannıy v Leninqrade i Moskve v 1935 q.) M. – L. – 1939. səh.86–87. Bax. Azərbaycan tarixi.II cild. Bakı –1964,səh.8. 39 1811-ci il Paris nəşrinə əlavə edilən atlasda bu səfər 1672-ci il səfəri kimi qiymətləndirilir. 40 S.M.Onullahi Göst.əsəri. səh.221-222. 41 M.A.Poliyevtkov. Göst.əsəri. səh.93-94.
170
I cild K.Peranın Kamüyə yazdığı ―Ön söz‖lə başlanır.‖Ön söz‖ün mətnindən məlum olur ki,müəllif öz dövrünün ziyalı və çox geniş dünya görüşünə malik olan şəxslərindən biridir.Peran Kamüyə müraciətlə yazır: ―Əlahəzrət,sizə təqdim etmək şərəfinə nail olduğum bu əsər camaata evdə oturub uyduran və başqalarından köçürən,kabinetdən çıxmadan keçmişdən,indidən,gələcək və qeyri-adi hadisələrdən bilsə də,bilməsə də,danışan bir alimin əməyinin məhsulu deyil.Burada hər şeyi gözləri ilə görmüş,sınaqdan keçirmiş,dünyanın yarısını gəzib öyrənmiş,orada hiyləgərcəsinə qurulduğu qədər də şübhəli görünən sistemlər və fərziyyələrin təbiətini,doğruluğunu aşkar etmiş təcrübəli bir alimdən söhbət gedir.Bu,uzun müddət səyahətdə olan,ağıllı,təlimatlandırılmış,sadə, kobudluq bilməyən,xoşa gələn,sünilikdən və yalandan uzaq,səmimi,ən nadir hadisələrin və heç kimə məlum olmayan şeylərin təsvirində sədaqətli səyahətçi olub,özündə birləşdirdiyi keyfiyyətlərə görə bu günə qədər səyahətlərindən və avantüralarından (başına gələn hadisələrdən) danışanların eyni deyil.‖ ―Özünəməxsus keyfiyyətləri‖ olan və ―görkəmli protektor‖ hesab edilməsi ―daha doğru‖ sayılan bir müəllifin işi Perana öz vəzifəsini yerinə yetirmək və əlahəzrətin adını yazdığı epistolanın ―başına qoymaq fürsəti‖ verir. Kamüyə yazdığı rəydə ―yaltaqlıq‖dan uzaq mövqe tutan,ancaq ―həqiqət naminə‖ ürəyindəkini deməyi,başqaları kimi ona paneqrist (məddah) əhval-ruhiyyə bağışlamadan... müvəffəqiyyət gözləmədən,.. şübhəyə səbəb olacağından qorxmadan... Peran məlumat verir.Sadəliyi və humanizmi ―Qanunlara xələl gətirməyən‖ əlahəzrətə ―ən dərin ədəbiyyat‖ hesab edilən bu əsəri və ―bütün elmlərə qabil‖ olan Şardəni təqdim edir42. Özünü əlahəzrətin ―üzüyola və müti qulu‖ sayan Peran Şardənin elmin bütün sahələrinə toxunduğunu qeyd edərkən öz heyrətini gizlədə bilmir: ―Saysız-hesabsız qaydalar43,əxlaqi qaydalar (maxime),qanun külliyyatlarında,yerlərdəki adətlərdə mövcud olan qanunlar,hökmlər,yuriskonsultlar,qədim,yeni,mülki,kanonik hüquqlar sahəsində məşğul olmaq,onların mənasına varmaq,fərqlərini izah etmək dəhşətli bir labirint və dəhşətli öhdəlikdir44.Əlahəzrət,sizin qarşınızda inkişaf və başqa elmlərin məzmununu bəzəyən ornamentlər əldə etmək üçün azad meydan vardır.tez-tez başqasının qabiliyyətini boğan və təəccübləndirən şeyləri siz böyük üstünlüklə açacaqsınız.Fəlsəfə,riyaziyyat,dini elmlər,hər hansı növ tarix – xarici ölkələrin tarixi,sülalə tarixləri,qədim,müasir,dünyəvi, müqəddəs (dini) tarix,natiqlik tarixi,siyasət,ədəbi tarix,antik dövrün ən nadir və ən çətin (çətin qavranılan) abidələrində hifz edilən idrakı açacaqsınız.Bütün bunlara əksər hallarda yüksək səviyyədə sizdə rast gəlinmirmi?‖45 Beləliklə,Əlahəzrət Kamünü ―həqiqi namuslu adam‖ adlandıran Peran Şardənin əsərindən onun da razı qalacağını,nəinki zövqünə uyğun gələcəyini,hətta onun zövqünü daha da yüksəldəcəyini təkəbbürlə qeyd edərək46 sözünü qurtarır. ―Ön söz‖dən sonra verilmiş müqəddimədə şardən böyük bir təvazökarlıqla iki əsrdən də (özünə qədərki iki əsrdən çox – XV əsrdən XVII əsrin sonunadək – V.A.) uzun bir 42
Yenə orada. C.Perrand. e/pitre. p.3-6. Orta əsr mənbələrində əhəmiyyətli hesab edilən və ya nəzərə çarpdırmaq üçün işlədilən sözlər böyük hərflə yazılır. 44 Chardin. e/pitre par Perrand. p.6. 45 Yenə orada. C.Perrand. e/pitre. p.6. 46 Yenə orada. C.Perrand. e/pitre. p.6-7 43
. 171
müddət ərzində ―əlaqə‖lərdən yazıldığını,onların saysız-hesabsız olduğunu,oxucuların isə onlara maraq bəslədiyini və özünün yazdığı ―əlaqə‖lərin əsas xarakterinə görə ―dəqiqlik‖ və ―səmimiyyət‖ə əsaslandığını,öz oxucularını stilinin sadəliyindən ―əvvəlcədən xəbərdar‖ etməyəcəyini47 və s. qeyd edir. Səyahətə olan ―sonsuz ehtirasının‖ onu iki dəfə ―Şərqi hind ölkələri‖nə səfərə çıxmağa məcbur etdiyini48 qeyd etdikdən sonra birinci və ikinci səyahəti haqqında məlumat verərək ―Farsın nədən ibarət olduğunu‖ öyrənmək üçün nə qədər ―əzab çəkdiyini‖,bu böyük imperiyanı bütövlükdə ―uzununa‖ və ―eninə‖ keçdiyini,Xəzər dənizinin və okeanların bu başından o başına üzdüyünü,Ermənistan,İberiya,Midiya, Ərəbistan sərhədlərindən adlayaraq Hind çayına qədər getdiyini49 yazır. Sonra ikinci səyahətinin yekunu olan ―Əlaqələr‖inin50 hər bir cildi haqqında ayrıca məlumat51 verir. Daha sonra əvvəlki üç cildə əlavə olunmuş yeddi yeni cild52 haqqında məlumat verir və ―çap qayğısından azad‖ olan kimi ―fasiləsiz‖ olaraq ―Fars coğrafiyasını‖ (Geographie Persane – atlas nəzərdə tutulur – V.A.),fars müəlliflərindən istifadə edərək yazdığı ―Fars tarixinin qısa xülasəsi‖ni (Abre/ge de l,Histoire de perse,tire/ des auteurs Persans),‖Müqəddəs yazıları olan müxtəlif yerlər haqqında qeydləri‖ni (Notes sur divers Endroits de l,Ecriture Sainte) çap etdirəcəyini və hələ Şərqə birinci səyahəti zamanı bu ―Qeydlər‖i yazmaq fikrinə düşdüyünü göstərir53. Şərqi ―‖Bibliya‖da təsvir edilən ―tarixi faktların‖ baş verdiyi səhnə‖ adlandıran Şardən,məhz ―Bibliya‖nın ən qədim variantı ―Əhdi-ətiq‖in (Ancien Testament) dilinin şərq mənşəli və və bu məsələnin hələ də mübaliğəli olduğunu,‖Əhdi-ətiq‖in tərcümələrində qaranlıq yerlərin,mücərrədliyin çoxluğunu və bunu şərhçilərə xatırlatdıqda nifrətlə qarşılandığını,onu ―dəyənəklə‖ hədələdiklərini54 də yazmağı unutmur. Nəhayət,Şərqi dərindən müşahidə edən və mənimsəyən böyük səyyah Şərqin mühafizəkarlıq əlamətlərindən – geyimdə,memarlıqda,adətlərdə,hətta danışıq tərzindəki əlamətlərin az qala iki min il mühafizə olunub saxlanmasından danışdıqda və öz Avropasından Asiyanın buna görə fərqləndiyini dedikdə onu hər tərəfdən sıxdıqlarını55 da söyləməyi vacib bilir. Bundan sonra Şardən oxucusunu bu barədə yormağı vacib bilməyərək ―Əlaqələr‖ini oxumağa dəvət edir. I cild ―C.-b Kovaler Şardənin Parisdən İsfəhana səyahəti‖ (Voyage de monsieur le Chevalier Chardin de Paris a\ Ispahan) adlanır və Parisdən Minqreliyaya qədərki səyahətindən,səyahəti ərzində başına gələn hadisələrdən bəhs edir. 17 avqust 1671-ci ildə Parisdən yola düşən səyyah özündən əvvəl Genuya (Ge\nes) yolu ilə Livornoya gedən şəriki və dostu c.-b Rezənə çatmaq üçün Milan (Milan), 47
Yenə orada. pre/face, p.1,2,3. Yenə orada. pre/face, p.4. 49 Yenə orada. pre/face, p.4,5,6. 50 Yenə orada. pre/face, p.7. 51 Yenə orada. pre/face, p.7,8,9,10. 52 Yenə orada. pre/face, p.10. 53 Yenə orada. pre/face, p.12. 54 Yenə orada. pre/face, p.13-14. 55 Yenə orada. pre/face, p.14-15 48
. 172
Venesiya (Venise),Florensiya (Florence) vasitəsilə oktyabr ayının sonunda Livornaya (Livourne) gəlib çatır. 1671-ci il noyabrın 10-da altı ticarət və iki hərb gəmisindən ibarət olan holland konvoyuna aid gəmilərdən birində İzmirə (Smirne) yola düşür. 1672-ci ilin fevral ayının 7-də İzmirə çatır,12 gün orada qaldıqdan sonra dəniz yolu ilə Konstantinopola (Constantinople) yola düşür və mart ayının 9-da ora çatır. Kandi müharibəsi (1645–1665) Macarıstanla bağlanmış sülh müqaviləsi56 ilə qurtarsa da.Osmanlı imperiyası Macarıstana kömək edən xristian ölkələrinə,xüsusilə Fransanın Qara dəniz vasitəsilə ticarətinə hər vasitə ilə maneçilik törədirdi.Konstatinopoldakı fransız səfiri Nuantel (Nointel) və digər fransızların həbs olunmaq qorxusu vardı.Bir yandan da,havalar çox isti olduğundan quru yolu ilə ancaq İrana oktyabr ayında karvan ilə57 getmək olardı.Üstəlik,Qara dəniz vasitəsilə getmək üçün Şardənə icazə verilməmişdi58. Fransanın Konstantinopoldakı səfiri Nuantel də ona icazənamə (passeport) ala bilməmişdi.Şardən Parisdən yola düşərkən oradakı ingilis səfirinin ona verdiyi zəmanət məktubunu (Lettre de recommandation) Nuantelə göstərib,onun üçün ingilis pasportu əldə etməsini xahiş edir.Konstantinopoldakı ingilis səfiri buna həvəslə razılıq versə də,əldə olunmuş pasport Şardənə kömək etmir.Port rəisi (Caimacan) belə bir işə qol qoyduğu üçün Nuanteldən narazı qalır59.Bir yunan tacirinin köməyi ilə şeylərini gəmiyə yükləyə bilir.İyulun 19-da yunan taciri Şardənin yanına gələrək gəminin yola düşməyə hazır olduğunu və küləyin əsməsini gözlədiklərini xəbər verir.Şardən o dəqiqə gedib gəmiyə minmək istəsə də,dostlarının məsləhəti ilə fikrindən daşınır.Onun fransız olduğunu bilərdilər və bu,yaxşı nəticə verməzdi.Şardən bunu gəmi yola düşərkən etməli idi.Buna görə də o,üç gün Genuya rezidenti c.-b qraf Sinibaldi Tyeşinin (Monsieur le Comte Sinibaldi Tieschi,Re/sident de Genes) Bosfor sahilindəki evində və daha dörd gün isə kanalın qurtaracağında portla üzbəüz yerləşən gözəl bir yunan monastrında yaşayır60.Beləliklə,iyulun 27-də Şardən saik (Saigue) tipli terk gəmisində61 Konstantinopoldan yola düşür və beş gün üzdükdən sonra Xersonesə,səkkizinci gün isə Kafəyə gəlib çatır62.Şardənin I cildində çap səhvi olaraq onun Kafəyə(Kerçə-V.A.) yola düşməsi 17 iyul tarixi ilə verilmişdir63.Halbuki Şardən özü iyulun 19-dan sonra 3 gün Genuya rezidentinin yanında,4 gün yunan monastrında olduğunu yazır.Polyevtkov da onun Konstantinopoldan yola düşmə tarixini dəqiq deyə bilmədiyindən ―1672-ci il 27 iyula qədər Konstantinopolu arxada qoyaraq və iki həftə Kafədə qaldıqdan sonra sentyabr ayının 10-da gəlib İnqra (İsqaour) çayının mənsəbinə çatdı‖ cümləsini64 işlətmişdir.Şardənin Konstantinopoldan yola düşmə tarixi 1672-ci ilin iyul ayının 27-si kimi qəbul edilməlidir.Şardən Kafəyə avqustun 3-də gəlib çatır65. 56
Chardin. Göst.əsəri. T.I. p.17,81. Yenə onun.Göst.əsəri. T.I. p.90-91. 58 Yenə onun.Göst.əsəri. T.I. p.90. 59 Yenə onun.Göst.əsəri. T.I. p.94. 60 Yenə onun.Göst.əsəri. T.I. pp.94-95. 61 Yenə onun.Göst.əsəri. T.I. p.97. 62 Yenə onun.Göst.əsəri. T.I. p.101. 63 Yenə onun.Göst.əsəri. T.I. p.97. 64 M.A.Polyevtkov. Göst.əsəri. səh.92. 65 Chardin. Göst.əsəri. T.I. p.101. 57
173
25 avqustda onun mindiyi gəmi Kafədən Azak qalasına (la Forteresse d,Azac) yola düşür66.Avqustun 30-da həmin gəmi Azakdan çıxıb Dusla (duzlaq mənasında) (Dousla – les salines) deyilən yerə gəlib çatır.Sentyabrın 2-də gün çıxmamışdan başlanan güclü külək onları Kafəyə qayıtmağa məcbur edir.Onlar bu yolu 10 saata qət edirlər67.Sentyabrın 7-də gecə saat 12-də hava yaxşı olduğu üçün açıq dənizə çıxırlar,sentyabrın 8-də səhər ertə Mare Meotid kanalı ilə (Canal du marais Me/otide – hərfi tərcüməsi Meotid bataqlığı kanalı – V.A.) üzərək sentyabrın 10-da İnqra (Isgaour) çayının mənsəbindəki Minqreliya reydinə çatırlar68. Şardənin müvəffəqiyyətlə gəlib Minqreliyaya çatmasında yunan tacirinin xidmətini qeyd etmək vacibdir.Konstantinopoldan yola düşdükdən 4 gün sonra iyulun 30-da yunan tacirinin köməkliyi ilə Şardənin malları Kolxidaya (Colchide) gedəcək gəmiyə yüklənir,Kafədəki kömrükxana xidmətçisinə Şardəni və Rezəni azad papa (ruhani – V.A.) kimi təqdim edir,onların Minqreliyadakı italyan missionerlərini axtarıb tapmaq üçün getdiklərinə inandırır.Gəmidə aparılan malları siyahıya alan gəmi katibini də (Ecrivain du vaissean) buna inanmağa məcbur edirlər69. Mündəricə etibarilə birinci cild XVII əsr beynəlxalq münasibətlərin səviyyəsini öyrənmək sahəsində xüsusi əhəmiyyətə malikdir.Burada Avropa ölkələri arasında gedən ticarət rəqabəti,iqtisadi cəhətdən zəif ölkələrdə siyasi üstünlük qazanmaq cəhdləri öz əksini tapmışdır.Bu əsər Genuya,Venetsiya,İngiltərə və Fransa münasibətlərinin toqquşduğu əraziyə çevrilən Osmanlı imperiyasının XVII əsrdə siyasi-iqtisadi tarixini öyrənmək baxımından da qiymətli tarixi mənbədir.Eyni zamanda XVII əsrdə dövriyyədə olan beynəlxalq pul vahidlərinin dəqiqləşdirilməsi sahəsində də xeyli bol material verir70.Kömrük xərcləri və vergiləri,xüsusilə XVII əsr Fransa-Türkiyə münasibətləri böyük maraq doğurur71.Türklərin gəmiçilik səviyyəsi və hərbi gücü haqqında verilən faktlar da diqqətəlayiqdir72. Krım,Krım xalqları,moskvalıların Azov dənizi vasitəsi ilə ticarəti və s. haqqında Şardən olduqca dəyərli məlumatlar verir73.Qara dəniz,Krım,Xersones,Kafə,Don çayı,çərkəzlər,abxazlar,kolxidalılar74 haqqındakı tarixi,etnoqrafik,etimoloji məlumatlar dərin elmi tədqiqata möhtacdır. İqtisadi tarix baxımından şərabçılıq,əkinçilik,çəltikçilik lıqçılıq,ovçuluq sahəsində minqrellərin gördüyü işlər haqqında məlumatlar75 da təqdirəlayiqdir. İmeretiya,Minqreliya,Quriyanın təbiəti,bitki və heyvanat aləmi haqqında da Şardən maraqlı qeydlər76 vermişdir.Minqrellərin şəhər və qalaları,onların memarlıq üslublarına da 66
Chardin. Göst.əsəri. T.I. p.112. Chardin. Göst.əsəri. T.I. p.116. 68 Chardin. Göst.əsəri. T.I. p.116,117,121. 69 Chardin. Göst.əsəri. T.I. p.109,110,111. 70 Chardin. Göst.əsəri. T.I. pp.6-11,11-19,38,69. 71 Chardin. Göst.əsəri. T.I. pp.23-29,31-39,41-43,51,55-58,63-70,90. 72 Chardin. Göst.əsəri. T.I. p.99-100. 73 Chardin. Göst.əsəri. T.I. p.101-112. 74 Chardin. Göst.əsəri. T.I. p.113-124. 75 Chardin. Göst.əsəri. T.I. p.126-131. 76 Chardin. Göst.əsəri. T.I. p.131-133 67
. 174
Şardən laqeyd qalmamışdır77. Qərbi Gürcüstan xalqlarının adət-ənənələri,kosmetikası,qadın-kişi münasibətləri,əxlaq normaları və normalardakı eybəcərlik,hətta müəllifin özünün etiraf etdiyi kimi,‖deməyə qorxduğu həqiqi bir eybəcərlik‖78 və s. haqqındakı qeydləri maraqlıdır. Minqrellərin hərbi səviyyəsi,xarici görünüşləri,geyim tərzləri haqqındakı etnoqrafik materiallar79 da,yemək növləri,içkiyə münasibətləri,məclis qaydaları,qadın və kişilərin danııq tərzləri,uşaqların tərbiyəsində onların mövqeyi haqqındakı faktlar da,oradakı ticarət səviyyəsi,pul vahidləri barəsindəki qeydlər80 də tədqiqə layiqdir. Şardən minqrellərin dini görüşləri ilə əlaqədar olaraq,Kolxidadakı teatən missionerlərin prefekti,İtaliyanın Mantu şəhərindən olan Per Dom Jozef Mari Zanpinin şəxsən öz əli ilə yazıb,ona verdiyi məlumatı81 olduğu kimi təqdim edir. Ən sonda isə Quriya ölkəsi və İmeretiya çarlığı haqqında82,İmeretiyanın 1627-ci ilə kimi I Şah Abbasa xərac verməsi83 haqqında məlumat verir. II cild 10 sentyabr 1672-ci ildə Şardənin İnqra (İnquri) reydində onu müşayiət edən yunan taciri ilə sahilə çıxmasının təsviri ilə başlanır.Burada ev,ərzaq,kömək tapacağına ümid bəsləyən səyyah limandakı yeddi gəmidən başqa,heç nə görə bilmir.Meşə ilə örtülü sahilin yüz addımlığında uzunluğu 250,eni 50 addım olan bir meydan görür.Bu, Minqreliyanın ən böyük bazarı idi.Hər iki tərəfində bir-birinə keçirilmiş ağac çubuqlarından yüzlərlə kiçik daxma olan bir küçə vardı.Bu daxmalarda tacirlər yaşayırdılar84. Belə kiçik daxmalara iki və ya üç günə satılası mallar qoyulur,əksər mallar gəmidə qorunub saxlanılırdı.Çünki qurudakı daxmalarda mal saxlamaq qorxulu idi85. Gah türklərin,gah da Quriya şahzadəsinin (Le Prince de Guriel) tez-tez Minqreliyaya (Mingrelie) hücumu faktını nəzərə alaraq,daha yaxşı sığınacaq tapmaq üçün Teatən (The/atin) missionerlərin dənizlə 50 min,quru ilə 40 min addımlıqda yerləşən mənzilinə getməyi qərara alır.Onların yanına qasid göndərib məktub vasitəsilə Minqreliyaya gəlib çıxdığını,vacib işlər üçün Farsa gedəcəyini,fransız səfirindən,Genuya rezidentindən,yunan kapusin rahiblərinin küstodundan (Custode des Capucins de Grece)86,Konstantinopoldakı Teatən komissionerindən87 onlar üçün zəmanət məktubu gətirdiyini xəbər verir88. topladığını eşidir.Sentyabrın 20-də axşam saat 10-da gəmidən baxdıqda bazarın yandığını görən Şardən ertəsi gün səhər abxazların çıxıb getdiklərini qeyd edir.Altı yoldaş 77
Chardin. Göst.əsəri. T.I. p.133-134.
Sentyabrın 18-də Teatənlərin prefektindən cavab məktubu alır.Sentyabrın 19-da abxazların və Minqreliya şahzadəsinin türklərə qarşı mübarizə aparmaq üçün kömək 78
Chardin. Göst.əsəri. T.I. p.136. Je crains a\ dire le vrai. – ―Həqiqəti deməyə qorxuram‖. Chardin. Göst.əsəri. T.I. p.138-141. 80 Chardin. Göst.əsəri. T.I. p.142-150. 81 Chardin. Göst.əsəri. T.I. p.152-248. 82 Chardin. Göst.əsəri. T.I. p.250-252. 83 Chardin. Göst.əsəri. T.I. p.253-254. 84 Chardin. Göst.əsəri. T.II. p.3. 85 Chardin. Göst.əsəri. T.II. p.4. 86 Custode des Capucins de Gre\ce – yunan katolik rahiblərinin başçısı. 87 Facteur des The/atins – teatənlərin komissioneri (ticarət faizi almaq şərtilə vasitəçilik edən şəxs). 88 Chardin. Göst.əsəri. T.II. p.4-5 79
. 175
olmalarına89 baxmayaraq,ərzaq sarıdan çox əziyyət çəkirlər. Sentyabrın 27-də Teatinlərin prefektinin gəlib çıxmadığını görən Şardən Anarkiyə (Anarquie) gedən qayıqların birində öz nökərini göndərir.Nökəri oradan Spiyasa (Spias) gedib prefekti tapır.Oktyabrın 4-də həmin nökər Mantulu Don Mari Jozef Zanpi – Teatənlərin prefekti ilə gəlib çıxır90. Prefekt uzun-uzadı məsləhətdən sonra onları özü ilə aparmalı olur91.Şardən prefekti sakitləşdirmək üçün Minqreliya şahzadəsinə zəmanət məktubunun olduğunu dedikdə prefekt ona şahzadənin ən böyük quldur olduğunu92 xəbər verir. Oktyabrın 5-də,gün çıxmamışdan şeylərini yerbəyer edərək Anarkidə (Anarghie)93 bir kəndlinin evində qalası olurlar.Per Zanpi onun Gürcüstandakı kapusinləri94 axtarmağa getməsi barədə şaiyə yayır. Oktyabrın 14-də gün çıxmağa iki saat qalmış Astolf (Astolphe)95 çayı ilə iki lyö96 qət edib,şeylərini arabaya yükləyərək quru ilə dörd lyö yarım yol gedib Spiasa gəlib çatırlar97. Oktyabrın 18-də Minqrel prinsessası Teatinlərin yanına gəlir.Şardən adətə görə hədiyyə təqdim edərək onunla salamlaşır98.Şardən və prinsessa tərcüməçi qulun vasitəsi ilə türkcə danışırlar99.Çünki prinsessaya Şardənin türkcə və farsca bildiyini demişdilər.Şardən Oktyabrın 19-da prinsessanın qonağı olur.Oktyabrın 23-də onlara hücum edib gətirdiyi şeylərə baxırlar100,Şardən ən qiymətli şeylərini kilsənin bağında gizlətməli olur.Şahzadənin göndərdiyi quldurlar,nəhayət,müqavimət göstərmək istəyən nökəri özləri ilə apardıqdan sonra Şardən gizlətdiyi 25 min ekünü ona sədaqət göstərən,1670-ci ildən etibarən Parisdəki dostlarına tanış olan nökəri erməni Allahverdi (Un de nos valet,Arme/nien,nomme/ Allaverdi) ilə axtarıb tapır101.Oktaybrın 24-də prefekt ilə rahibliyə hazırlanan dünyəvi şəxs (le fre\re laic) onu katolikosun və şahzadənin yanına şikayətə aparırlar102.Fars şahının fərmanını onlara göstərsə də,Teatinlərin məsləhətinə baxıb fransız səfirinin şahzadəyə məktubunu gizli saxlayır103.Şahzadə ―belə pis‖ zamanda ona kömək edə bilməyəcəyini söyləyir. Oktyabrın 26-sı axşamı türklərin Minqreliyaya soxulması xəbəri Şardəni bir daha narahat edir104. 89
Chardin. Göst.əsəri. T.II. p.7. Chardin. Göst.əsəri. T.II. p.8-9. 91 Chardin. Göst.əsəri. T.II. p.10-12. 92 Chardin. Göst.əsəri. T.II. p.10. 93 Anarquie və Anarghie – eyni şəhərin adıdır.Mənbədə iki cür yazılmışdır.Bax. Yenə onun.T.II.p.8,1617. 94 Capusin – kapusin (əyninə başlıqlı plaş geyən katolik ruhanisi). Bax.Yenə orada. T.II.p.19. 95 Minqrellər bu çayı Lanqür (Langur) adlandırırlar.Bax.Yenə orada. T.II. p.16. 96 Lyö – ölçü vahidi olub,milə uyğun gəlir.Coğrafi mil 7420 m.,dəniz mili isə 1852 m.-dir. 97 Spias – Minqreliyadakı katolik teatinlərin və minqreliya məhəllə keşişlərinin yaşadığı yerin adı.Şardən Spiası hər iki kilsənin adı kimi izah edir.Bax. Yenə orada. T.II.p.20. 98 Chardin. Göst.əsəri. T.II. p.23. 99 Chardin. Göst.əsəri. T.II. p.23. 100 Chardin. Göst.əsəri. T.II. p.29. 101 Chardin. Göst.əsəri. T.II. p.34-35. 102 Chardin. Göst.əsəri. T.II. p.36. 103 Chardin. Göst.əsəri. T.II. p.36. 104 Chardin. Göst.əsəri. T.II. p.37. 90
176
Oktyabrın 27-də sübh çağı onlar da başqaları kimi qaçıb qalabəyisi Məhəmməd dinini qəbul etdikdən sonra xristianlığa qayıdan Sabatar (Sabatar) adlı bir gürcünün olduğu qalaya sığınırlar105. Oktyabrın 30-da qalada olarkən 1 gün əvvəl bir minqrel zadəganının 30 nəfərlə kilsəyə soxulub Şardənin şeylərini aparmaq istəməsi və lazımi şeyləri tapmadığından onun kağızlarını,kitablarını yandırdığını eşidir106. Noyabrın 10-u səhər ertə türk felyuqası (Felouque – kiçik yelkən gəmisi) ilə Koniyaya (Gonie/) səfərə çıxmaq məqsədilə Sabatar qalasından kilsəyə qayıdır107. Kilsədə 7 mindən çox pistolu (qədim qızıl pul) qazıb gizlədir və 17 noyabr 1672-ci ildə Anarkidən yola düşür.Noyabrın 29-da səhər tezdən Faze (Phase) və ya Fizon (Phison),yaxud yerli əhalinin dediyi kimi Rion (Rione) – Rioni çayına gəlib çatırlar108. Noyabrın 30-da günortadan sonra Koniyaya çatır. Dekabrın 1-də Koniyadakı türk kömrükxanasının xidmətçisi (burada rəisi) Şardənin ev şeylərini axşama kimi daşımaq üçün iki nəfər ayırır,onu Axalsikiyə (Acalzike/) qədər müşayiət etmək üçün isə bir nəfər türk ayırır.Yolda təhlükəsizliyi təmin etmək məqsədilə,əlavə olaraq,vəsiqə də (un passe port en forme d,ordre) verir.Şardən dekabrın 2də 4 lyö,3-də 5 lyö qət edir.Dekabrın 4-də qar,yağış onları yola çıxmağa qoymur.Dekabrın 5-də və 6-da on bir,7-si və 8-də on altı,9-da isə beş lyö yol gedərək axşam çağı Axalsikə çatır109. Dekabrın 13-də Axalsikidən çıxıb,həmin gün 3 lyö,14-də 4,15-də 10 lyö qət edib Qoriyə (Gory) çatır110.Qoriyə çatmamışdan əvvəl ―Propoqanda Fide‖ konqreqasiyası missionerlərindən italyan kapusin keşişləri (Capucins Italiens,Missionnaires de la Congre/gation de propaganda Fide – Fide təbliğat cəmiyyəti kilsə icmaları birləşməsinin nümayəndələri olan italyan katolik rahibləri) ilə görüşür,onlara özü ilə gətirdiyi zəmanət məktublarını verir111.Onlara başına gələnləri,fars şahının onu Fransaya göndərdiyini,onun imperiyasında toxunulmaz olduğunu təsdiq edən sənəd verdiyini və Minqreliyadakı uğursuzluqlarını danışır.İtalyan kapusənləri Tiflisdə olan prefektlərindən icazə alan kimi ona hər cür kömək edəcəklərinə söz verilər.Şardəni müşayiət etmək üçün Anj dö Viterb (Ange de Viterbe) adlı rahibliyə hazırlanan dünyəvi bir şəxsi (Fre\re laique) də ona qoşurlar112.
105
Chardin. Göst.əsəri. T.II. p.38-39. Chardin. Göst.əsəri. T.II. p.62-63. 107 Chardin. Göst.əsəri. T.II. p.67. 108 Chardin. Göst.əsəri. T.II. p.75. Pistole – pistol – 6,20 q. qızıl sikkə. 109 Chardin. Göst.əsəri. T.II. p. 86-87,89,94. 110 Chardin. Göst.əsəri. T.II. p.96-97. Poliyevtkov isə Şardənin Qoriyə yetişməsi tarixini 13 dekabr deyil,səhvən 14 dekabr kimi verir: ―On vzyal krujnıy put- na Qoniye,otkuda vıyexal 2 dekabrya 1672 q. na Axalsixe, ?sxur,Qori, kuda pribıl 14 dekabrya.‖ Poliyevtkov. Göst.əsəri. səh.9. Poliyevtkov ―Axalsixe‖ sözündən sonra gələn ―sxur‖ sözünün qarşısında tərəddüd etdiyindən ―?‖ qoymuşdur. Mənbə ilə tutuşdurduqda məlum olur ki,bura Şardənin 1672-ci il dekabrın 13-də yetişdiyi Axalsixe kimi kiçik şəhər olan ―Üskər‖ (Usker) şəhəridir.Orda Sancaq,Milis (―ordu‖ mənasında),mühafizlər dəstəsi,kömrükxana (un Sangiac,de la Milice,de Gardes et une Doiianne) var.Üskərdən iki lyö o yana yerləşən dağ fars ilə Türkiyəni ayırır.Şardən oradan sərbəst keçə bilir... Bax. Chardin. Göst.əsəri. T.II. p.96. 111 Chardin. Göst.əsəri. T.II. p.97. 112 Chardin. Göst.əsəri. T.II. p.98-99. 106
177
Şardən 1672-ci il dekabrın 16-da Qoridən çıxıb 7 lyö,17-də 10 lyödən bir az çox gedib axşam üstü,qarlı bir havada Tiflisə (Tiflis) çatır. Dekabrın 18-də prefekt onu və oradakı bütün dindarları (katolik missionerlərini) öz otağına aparır,məsləhətləşirlər.Kimsə bu işdə Tiflis şahzadəsindən kömək istəməyi məsləhət bilir,lakin bir neçə il əvvəl moskvalı bir patriarxın (Patriarche de Moscovie) şahzadənin əli ilə yoxa çıxdığını xatırlayıb,bu fikirdən vaz keçirlər113.Nəhayət,belə qərara gəlirlər ki,Şardən frer Anj (Qoridən onu müşayiət edən italyanla) ilə gizlincə yola düşsünlər.Pul gücünə iki arabaçı da tutub,kapusinlərə sədaqətli və Kolxidanı yaxşı tanıyan bir gürcü ilə dekabr 20-də Minqreliyaya yola düşürlər. Dekabrın 21-də Qoriyə çatır,23-də Akalsiki yolundan sola burulub Əli (Aly) adlı kiçik bir şəhərə (Qoridən 9 lyö kənarda),24-də 7 lyö gedib Kolbor (Colbaure) qəsəbəsinə,25-də dağlardan keçərək 3 lyö,26-da 6 lyö qət edir,27-də qayıqla çaydan keçərək,dağdan geniş bir vadiyə enərək,3 lyö gedib Sezano (Se/sano) adlı qəsəbədə yerləşirlər. Dekabrın 29-u və 30-da İmeretiya (Imirette) yaxınlığındakı 50 evdən ibarət Şikari (Chicaris) kəndindən bir lyö kənarda qalmalı olurlar.Gəlib-gedənlər İmeretiya və Minqreliya arasında müharibə getməsindən danışdıqları üçün arabaçılar da irəli getmək istəmirlər.Nəhayət,Şardən arabaçılara və onu müşayiət edən gürcüyə söz verir ki,başlarına bir iş gəlsə,onların arvadlarına 120 ekü verəcəkdir. Dekabrın 31-də yola düşüb,axşam Kutaisə gəlib çatırlar115.Minqreliyada pul verib aldığı qul (nökər) ona xəyanət edir.1673-cü il yanvarın 1-də Kutaisidə həmin qulu Şardənin olduğu evə Axalsiki ermənisi ilə Kutais keşişi müşayiət etmişdilər.Həmin qulnökər Şardəni Axalsikə türk gömrükxanasına aparmaq istəyir.Şardən hirsindən qılıncla onu parçalamaq istəyir.Bundan sonra səfərini davam etdirməyib,yanvarın2-də Frer Anjı arabaçılar və gürcü bələdçisi ilə Minqreliyaya yola salır,özü isə Kutaisidən (Cotatis) 8 lyö kənarda yerləşən Şikariyə gəlir.Yanvarın 5-də Kutaisi prinsessası və yepiskopunun qonağı olur,12-də İmeretiya kralı ilə görüşür. Yanvarın 16-da Frer Anj Minqreliyadan gəlib çıxır.Məlum olur ki,Frer Anj yanvarın 9-da Sipiasa (Sippias) çatmış,Şardənin gizlətdiyi şeyləri qazıb çıxarmış,yanvarın 14-də saat 8-də Kutaisə gəlib çatmışdır117. Satqın qul-nökər həmin gün 20 nəfər yeniçəri ilə (Janissaire) içəri daxil olmuş,lakin Şardəni tapa bilməmişdir.Frer Anj çox çətinliklə iki pistol verərək yeniçərilərdən xilas olmuş,Kutaisi prefekti Per Jüstənin (Pe\re Justin) köməyi ilə qaçıb Şardənin yanına gələ bilmişdir118. Yanvarın 17-də yenidən qalan şeyləri də gətirmək üçün 7 adam və 4 at ilə Frer Anj Minqreliyaya,Şardən isə Per Jüstən, üç kişi,üç atla Tiflisə qayıdır. Yanvarın 22-də Qoriyə çatır,orda iki gün qalır,Per Jüstənlə salamatlaşır,25-də yola
113
Chardin. Göst.əsəri. T.II. p.101-102. Chardin. Göst.əsəri. T.II. p.103-105. 115 Chardin. Göst.əsəri. T.II. p.106-108. 116 Chardin. Göst.əsəri. T.II. p.109-112,113-115. 117 Chardin. Göst.əsəri. T.II. p.114-115. 118 Chardin. Göst.əsəri. T.II. p.116. 114
178
çıxır və 26-da,günortadan sonra bir kapusin keşişi ilə Tiflisə çatır. 1673-cü il fevralın 6-da Frer Anj Şardənin Kolxidada (Minqreliyada) qoyduğu nökərlə,bir Teatin keşişi ilə və c.-b Rezenlə gəlib Tiflisə çıxır,başına gələnləri nəql edir.Beləliklə,Şardən bütün şeylərini əldə etmiş olur119. 1673-cü il fevralın 10-da onun gəlişi haqqında Tiflis prefekti vitse-krala (viceroi) məlumat verir.Şahnavaz xan (Chanavas-Can) bunu eşidib ona ―xoş gəldin‖ göndərir. Fevralın 12-də şahzadə onu saraya,ziyafətə dəvət edir120 və ziyafətdə Şardən ona Fars şahının verdiyi fərmanı (Les Lettres patentes du Roi de Perse) göstərir121. Üç saat çəkən bu ziyafətdən 2 gün sonra şahzadə ona iki böyük tuluq şərab,qırqovul,kəklik göndərir,fevralın 16-da Şardəni qardaşı qızının toyuna çağırır122. Fevralın 20-də prefektdən və Per Rafaeldən xahiş edir ki,şahzadə onu İrivanadək müşayiət etmək üçün bir zabit versin123.Ayın 24-də isə Tiflis yepiskopu (Eveque de Tiflis) Tibilel onu görməyə gəlir,25-də isə şahzadə bir qab çaxır göndərib,müşayiət üçün bir nəfər fars ayırdığını,toxunulmazlığı təmin edən məktub hazırladığını xəbər verir,26-da onu müşayiət edəcək şəxsi gətirib tanış edirlər,28-də isə Şardən səhər 11-də yola düşür. Martın 7-də gecə vaxtı İrivana gəlib çatır.Şardənə görə Tiflisdən İrivana 48 lyödür124.İrivan bəylərbəyi də martın 8-də ona ―xoş gəldin‖ göndərir,10-da şəxsən görüşür,11-də intendantının (Intendant) qardaşının toyuna dəvət edir125. Martın 12-də Şardən onu Tiflisdən İrivanadək müşayiət edən Emin ağanı (Emin-aga) mürəxxəs edir126,ona 8 pistol verir.Martın 13-ü,14-ü və 15-ində İrivan bəylərbəyinin sarayında olur,16-da isə erməni patriarxı Jak (Jacques) ilə görüşür. Martın 21-də novruz bayramı (Fete du nouvel An) mərasiminin şahidi olur127 və martın 22-də günortadan sonra bəylərbəyi ilə bayramlaşmağa gəlir.Marın 25-də bəylərbəyi onunla xüsusi söhbət edir128. Martın 27-də bəylərbəyi onu görməyə gəlir və 15 dəqiqə onun otağında qalır. Martın 29 və 30da bəylərbəyi ilə birlikdə nahar edir,ona 500 pistolluq daş-qaş satır,aprelin 3-də ondan İrivandan getməsi üçün icazə istəyir.Aprelin 6-da şahzadənin intendantı da ona qonaqlıq verir,7-də isə ona İrivandan getməsi üçün icazə və zəmanət məktubu verilir129. Aprelin 8-də İrivandan çıxan Şardən 2 gündən sonra Sədərək şəhərinə (un grand bourg nomme Se/darec),daha iki gündən sonra isə Naxçıvana (Nacchivan) gəlib çatır130.Aprelin 13-də Naxçıvandan çıxaraq Araz kənarında gecələyirlər,14-də Arazdan
119
Chardin. Göst.əsəri. T.II. p.117-122. Chardin. Göst.əsəri. T.II. p.165,166. 121 Chardin. Göst.əsəri. T.II. p.167. 122 Chardin. Göst.əsəri. T.II. p.183. 123 Chardin. Göst.əsəri. T.II. p.194. 124 Chardin. Göst.əsəri. T.II. p.218. 125 Chardin. Göst.əsəri. T.II. p.238-241. 126 Chardin. Göst.əsəri. T.II. p.273. 127 Chardin. Göst.əsəri. T.II. p.279. 128 Chardin. Göst.əsəri. T.II. p.286-290. 129 Chardin. Göst.əsəri. T.II. p.295-296. 130 Chardin. Göst.əsəri. T.II. p.303 120
179
keçib 15-də Mərəndə (Marant),16-da Sufiyana (Sofian),17-də isə Təbrizə çatırlar131. Beləliklə,1672-ci il sentyabrın 10-da İnqra reydinə çıxan Şardən 1673-cü il aprelin 17-də Təbrizə çatır.Bir sözlə,Parisdən İnqra reydinədək 12 ay 27 günə,İnqra reydindən Təbrizədək 7 aya gəlib çıxır,ümumilikdə isə 20 ay yolda olmur. II cild məzmunu etibarilə böyük tarixi əhəmiyyətə malikdir.I cilddə olduğu kimi burada da Minqreliya,İmeretiya,Quriya hadisələrinə geniş yer verilmişdir132.Sonrakı hadisələr səyyahın başına gələn hadisələrdən,İberiya,Kaxetiya haqqında məlumatlardan ibarətdir133.Daha sonrakı hadisələr isə Azərbaycan tarixini müxtəlif istiqamətlərdən öyrənmək sahəsində bol material verir134.Burada Səfəvi dövlətinin siyasi quruluşu,hərbi gücü,beynəlxalq mövqeyini aydınlaşdıran faktlar xüsusilə dəyərlidir135.XVII əsrdə Azərbaycanın iqtisadi,mədəni həyatını öyrənmək baxımından da II cild əvəzedilməzdir136. Şardənin Azərbaycan şəhərləri haqqında verdiyi məlumatlar137 da diqqətə layiqdir. XVII əsrdə Azərbaycanın adət-ənənələri,əxlaq normaları,hüquqları138 və s. öyrənmək baxımından II cild ciddi tarixi mənbə rolunu oynayır. II cild həm də XVII əsrdə Azərbaycanda elmi səviyyə,memarlıq və müxtəlif sənətlərin səviyyəsini öyrənmək üçün xeyli material verir139. XVII əsrin rəsmi üslubunu öyrənmək və dəqiqləşdirmək140,bir sıra oykonim,oronim və hidronimlərin etimologiyasını141 araşdırmaq baxımından II cild tədqiqata cəlb edilməlidir.Xalq təbabəti ilə bağlı maraqlı faktlar da142 qiymətlidir. Bizim işimizdə II cildin Azərbaycanla bağlı faktları tədqiqata cəlb edildiyindən onun məziyyətləri üzərində daha çox dayanmalıyıq.Elə buradaca qeyd etmək istəyirəm ki, Poliyevtkovun ―...öz ―Səyahətnamə‖sinin ikinci hissəsində Minqreliya və Şərqi-Gürcüstan haqqında məlmatlar çoxdur,Ermənistan haqqinda isə məlumatlar azdır‖ deməsi,Azərbaycan haqqında olan faktların üstündən keçməsi və nəticə etibarı ilə ―Səyahətnamə‖ikinci hissəsi onun işinin ən zəif hissəsidir‖143 deyərək laqeydcəsinə Şardenə qiymət verməsi təəssüf hissi doğurur. Vətəndaş-alim M.X.Heydərov isə Şardənin II cildinin məzmununa daha dərindən bələd olduğu üçün doğru mövqe tutaraq yazır: ― Onun Azərbaycana səyahətləri 2-ci cilddə özünə yer almışdır(nəşr.1811çi il) Onun əsərində XV11 əsr Səfəvi dövlətinin sosialiqtisadi və siyasi tarixinin çox-çox sahələri üzrə zəngin və maraqlı məlumatlar vardır..)‖Puteşestviya po Azerbydjanu pomeşenı vo 11 144 tome(isd.1811 q.) ... V evo trude imeyutsya mnoqo interesnıx materialov po samım razliçnım voprosam sosialno-ekonomiçeskoy i politiçeskoy istorii Sefevidov XVII v....‖ 145. 131
Chardin. Göst.əsəri. T.II. p.313-315. Chardin. Göst.əsəri. T.II. p.3-95. 133 Chardin. Göst.əsəri. T.II. p.97-189-199. 134 Chardin. Göst.əsəri. T.II. p.134-155,204-255,255-334. 135 Chardin. Göst.əsəri. T.II. p.102,135,138,143,145,146,147,226,242-243,244,286,306,308-321,330. 136 Chardin. Göst.əsəri. T.II. p.239-252,300,306,313,314-322-330. 137 Chardin. Göst.əsəri. T.II. p.303-304,308,313-314,315. 138 Chardin. Göst.əsəri. T.II. p.246-254,258-273,279-284. 139 Chardin. Göst.əsəri. T.II. p.172,300-334. 140 Chardin. Göst.əsəri. T.II. p.169-173,176-177,282,296-298,300-302. 141 Chardin. Göst.əsəri. T.II. p.122-123,128,208,212.304,308,310,315. 142 Chardin. Göst.əsəri. T.II. p.196,217,235,275. 143 M.A.Poliyevtkov. Göst.əsəri.Səh.93-94. 144 Şardənin 1811-ci il Paris çapı bir sıra qeydləri çıxmaq şərtilə 1711-ci il Amsterdam çapının eynidir. 145 M.X.Qeydarov.‖Remeslennoye proizvodstvo v qorodax Azerbaydjana v XVII v.‖Baku – 1967. str.9. 132
180
Petruşevskiy də ―Qərb səyyahlarından...J.Şardənin(1672-1673) təsvirləri gərəklidir‖-«İz zapadnıx puteşestvennikov vajnı opisaniya ...J.Şardena» (1672-1673)‖ deməklə Şardənin II cildinə öz münasibətini146 bildirmişdir. Beləliklə,II cild Azərbaycan tarixinin mənbəyi kimi tədqiqata cəlb edilir. III cild Şardənin Qəzvin,Qum,Kaşan yolu ilə 1673-cü il iyunun 24-də İsfəhana yetişməsini təsvir edir.Burada da tədqiqata cəlb ediləsi xeyli material vardır. IV cild Fars imperiyasını,oradakı dövlət quruluşunu,hərbi qüvvələri,qanunları, əhalinin adət və ənənələrini təsvir edir147. V cild Səfəvi imperiyasında incəsənət,dəqiq elmlərin səviyyəsinə,sənaye sahələri,mexanika sahəsindəki bacarıqlarına,bir sözlə,‖mədəni həyata‖ aid edilən şeylərdən həsr olunmuşdur148. VI cild Səfəvilərin siyasi,hərbi və mədəni hakimiyyətini əhatə edir149. VII cild onların ən qədim dini kitablarından və yerli inamlarından dəqiq misallar gətirməklə dini etiqadlarını təsvir edir150. VIII cild 1674-cü ildə şahın əmri ilə Şardənin İsfəhandan Bəndər Abbasa səyahətini əhatə edir,Perespol (Persepolis) haqqında danışır151. Nəhayət,X cild yenə 1674-cü ildəki səyahəti ilə bağlı olub,Şardənin ―hələ heç yerdə danışmadığı fars sarayı xüsusiyyətləri‖nə aid materialları özündə cəmləşdirir152. J.Şardənin 1711-ci il Amsterdam nəşrinə səyahətində olduğu yerlərin antikliyini,o dövrdəki səviyyəsini,diqqətəlayiq şəhər və abidələrini və s. və i. təsvir edən 78 şəkil əlavə edilmişdir: Birinci cildə 2 (ilk şəkil Qara dənizin xəritəsidir),ikinci cildə 9,üçüncü cildə 7,dördüncü cildə 6,beşinci cildə 4,altıncı cildə 5,yeddinci cildə 11,səkkizinci cildə 5,doqquzuncu cildə 29 şəkil əlavə edilmişdir.Şəkilləri səfəri zamanı onu müşayiət edən rəssam Qrölo (Grelot) hazırlamışdır153. Amsterdam nəşrindən 100 il sonra həmin şəkillər Paris nəşrinə əlavə edilərək ayrıca atlas şəklində çap edilmişdir.Fərq ondan ibarətdir ki,1811-ci ildə Parisdə çap edilmiş bu atlasa P.Lapinin 1810-cu ildə hazırladığı Fars imperiyası və Türkiyənin Asiya hissəsinii,müstəqil Tatarıstanın bir hissəsini əhatə edən xəritəsi artırılmışdır. İstər Amsterdam çapında,istərsə də Parisdə çap edilmiş atlasdakı şəkillər bir neçə cəhətdən maraqlıdır:154 1. Atlasın 12-ci vərəqindəki şəkil Şirvan haqqında müfəssəl məlumat verir.Burdan aydın olur ki,Şirvanda iki qala,bir qədim qüllə,meydan,iki sultan məscidi,yeni karvansara və s. vardır. 146
İ.P.Petruşevskiy.‖Oçerki po istorii feodalnıx otnoşeniy v Azerbaydjane i Armenii v XVI – naçale XIX vv.‖ Leninqrad – 1949.Str.55. Petruşevskiy Şardən sözündən sonra mötərizədə 1672-1673 tarixlərini yazmaqla məhz II cildi əhatə edən dövrü nəzərdə tutmuşdur. 147 Chardin.T. I. Pre/face. p.10. 148 Yenə orada. 149 Yenə orada. 150 Yenə orada. p.10-11. 151 Yenə orada. p.11. 152 Yenə orada. p.12. 153 ―Larousse du XXe sie\cle‖.Paris – 1929. Volume 2,page 142. M.A.Poliyevtkov. Göst.əsəri. Səh..93. 154 Paris nəşrindəki atlasın qravüralarını Blondo Qravör hazırlamışdır. 181
Təbrizi (15-ci vərəq) təsvir edən şəkildən aydın olur ki,orada olan Şah Hüseyn,general Hüseyn,Dükəl məscidi,dörd qülləli məscid,Əli məscidi,mədrəsələr və s. binalar XVII əsr Azərbaycan memarlığının ən nadir inciləridir.Sultaniyyəni (17-ci vərəq) təsvir edən və Şirvandakı qədim qülləni (14-cü vərəq) öz əzəmətilə canlandıran şəkillər bu qəbildən olub,Allahverdi xan körpüsünün şəkli (38-ci vərəq) XVII əsr körpüləri haqqında tam təsəvvür verir. 2. ―Oturmuş fars‖ (vərəq 7),‖fars geyimləri‖(vərəq 22),‖Qebr qadın,fars döyüşçüsü (vərəq 29) şəkillər milli etnoqrafiyanı dərindən öyrənməyə xidmət edir.Sadəcə olaraq XVII əsrdə farsların və azərbaycanlıların eyni geyim formalarına malik olduqlarını nəzərə almaq lazım gəlir.Bu,hərbi geyimlərə də aiddir.Diqqət mərkəzində saxlamaq lazımdır ki,avropalılar ―fars‖ dedikdə Səfəvi imperiyasına daxil olan bir çox xalqları,ən çox isə azərbaycanlıları nəzərdə tuturlar. Hətta ―Böyük Fransız Ensiklopediyası‖nda Azərbaycanlı termini iran irqinin bir növü (une race d,Iranien) kimi izah olunur. 3. 1668-ci il martın 7-də görmə bucağı altında Şirazda kometanın müşahidə edilməsini (vərəq 9),‖fars riyaziyyatını‖ (vərəq 24),‖Üstürlab düzəltmək‖ qaydasını (vərəq 26) təsvir edən şəkil və diaqramlar XVII əsr elmi səviyyəmizi öyrənmək baxımından qiymətlidir.(XVII əsr mədəni tariximizdən danışan fəsildə bu barədə geniş bəhs ediləcəkdir – V.A.). ―Fars musiqisi‖ (vərəq 25,notla izahı verilmişdir) ilə əlaqədar olan şəkil Şərqin,o cümlədən Azərbaycan musiqisi haqqında çox şey deyir. 4. ―Persepol barelyefləri‖ (vərəq 23,36,42,59),Quran və pəhləvi,dovxanaqari (deqanaqari) və benqal,yunan və sasani hərflərinin (vərəq 28,60,61,62) müqayisəsi,onlara aid nümunələr,‖Nəqşi-Rüstəm‖ə (vərəq 63) aid fraqmentlər qədim tariximizi öyrənən tədqiqatçıların diqqət mərkəzində durmalıdır. 5. II Şah Abbasın Şardənə və Rezənə verdiyi fərmana aid şəkil (vərəq 9),vəzifə şəcərəsinə aid diaqram (vərəq 27) son dərəcə maraqlı olub,rəsmi üslub və idarə quruluşu haqqında aydın təsəvvür yaradır. 6. ―Holland səfirinin qarşılanması‖ (vərəq 30),‖Tiflisdə ziyafət‖ (vərəq 10),‖Süleymanın tac qoyması‖ (vərəq 67-68) tabloları rəsmi ayin və mərasimlərin keşirilməsi qaydaları haqqında müfəssəl məlumat verir. 7. ―Şah Abbasın qəbri‖ (vərəq 11),‖Son fars şahlarının (Səfəvilərin – V.A.) qəbri‖ (vərəq 13),‖Şeyx Səfi məqbərəsi‖ (vərəq 19),‖Səfiabad karvansarası‖ (vərəq 21),‖Şah meydanı‖ (vərəq 31-32),‖Bazar şahı‖ (vərəq 33) və s. şəkillər XVII əsr memarlığının gözəl nümunələridir.Qədim binaların və orta əsr abidələrinin restavrasiyasında qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün haqqında danışdığımız mənbələr əvəzedilməzdir. Şardənin verdiyi məlumatlar digər avropalı səyyahların məlumatlarından elmiliyi,dəqiqliyi ilə fərqlənir.M.A.Poliyevtkov buna işarə edərək yazırdı: ―...Tavernyenin Şardən qədər alimliyi yox idi.Şardənin ―Səyahətnamə‖si-hay-küylü şöhrəti ilə məşhur olan elmi əsərdir.-Tavernye ne obladal takoyu uçyonostyu kak Şarden.‖Puteşestviye‖ Şardena – nauçnıy trud,sniskavşiy,kak takovoy,qromkoyu izvestnost.‖155 Şardənə yüksək qiymət verən M.X.Heydərov isə göstərir ki,‖ Fars dilini yaxşı bilməsi (Şardənin türk dilini daha yaxşı bilməsini yaddan çıxarmaq lazım deyildir-V.A.) və geniş dünyagörüşünə malik olması qarşılıqlı münasibətlərə aid ən çətin məsələlərin həllində Şardənə düzgün mühakimə yürütmək imkanı verirdi.-Vladeniye persidskim yazıkom,pri 155
M.A.Poliyevtkov.Göst.əsəri. səh.181.
182
evo şirokom kruqozore,pozvolilo Şardenu,v osnovnom pravilno razobratsya v samıx slojneyşix voprosax vzaimotnoşeniy...‖156 Buna baxmayaraq,Şardən ziddiyyətlərdən uzaq deyildir.Bəzən onun faktları ümumi təsvirlərindəki məlumatlara uyğun gəlmir.Farsa tabe olan Gürcüstanın bu gün də şərqdən Çərkəzistan və Moskoviya,qərbdən kiçik Ermənistan,Midiya tərəfdən Böyük Ermənistan,şimaldan isə Kolxida və İmeretiya mənasında Qara Dənizlə həmsərhəd olduğunu yazır157.Məlumdur ki,‖bu gün‖ dedikdə Şardənin öz dövrünü başa düşmək lazımdır,həmin dövrdə Osmanlı və Səfəvi imperiyaları arasında bölüşdürülən bir ölkəni ―Böyük‖ və ―Kiçik Ermənistan‖ kimi təqdim etmək qeyri-elmidir və tarixilikdə n uzaqdır.Əsərinin II cildində yenə Şardən Osmanlı imperiyası tərkibindəki Ermənistanı ―kiçik‖,Səfəvi imperiyası tərkibindəki Ermənistanı ―böyük‖ adlandırır158.Bu faktın özü bir çox məqamlarda Şardənin bilərəkdən tarixi təhrif etdiyini və qeyri-ciddi olduğunu sübut edir.(V.A.) Şardənin Təbriz haqqında məlumatlarında da159,hüquq normalarına aid qeydlərində də160 subyektiv amillər güclüdür. 1811-ci ildəki Paris nəşrinə əlavə edilən atlasdakı xəritə Şardənin ikinci səyahətini əks etdirsə də,ziddiyyətli və nöqsanlıdır.Bu xəritədə Dağıstan Xəzər boyunca təsvir edilib,Şirvanın şimal-qərb əyalətləri Gürcüstan ərazisi daxilində verilib,Qarabağ Ermənistana aid ərazi kimi göstərilmişdir.Halbuki Şardənin istər birinci (16641670),istərsə də ikinci (1671-1677) səyahəti dövründə yuxarıda təsvir edilən inzibati-ərazi bölgüsünün qeyri-mümkünlüyünü sübut etməyə ehtiyac yoxdur. Tədqiqat obyektinə çevrilən I1 vəVI cildləri qiymətli tarixi mənbə olmaq etibarilə M.X.Heydərovun dediyi kimi, ―Məlumatlarının qiymətli olmasına baxmayaraq,..ona tənqidi yanaşmaq tələb olunur.- Pri vsey tsennosti svedeniy... vsyo je trebuyetsya kritiçeskiy podxod k nim.‖161.
156
M.X.Qeydarov. Göst.əsəri. Baku – 1967. səh.10 Chardin. Göst.əsəri. T.II. p.122. 158 Chardin. Göst.əsəri. T.II. p.215. 159 Chardin. Göst.əsəri. T.II. p.329-330. S.M.Onullahi. Göst.əsəri. Səh.24-25,138,161. 160 M.X.Qeydarov. Göst.əsəri. Baku – 1967. Səh.10. Chardin. Göst.əsəri. T.II. p.246-284. 161 M.X.Qeydarov. Göst.əsəri. Baku – 1967. Səh.10.
157
183
Jermen Qiyom XVII əsrdən XIX əsrin əvvəllərinədək Fransa və İran arasındakı bədii mabadilədə səfirliklərin rolu Merovənq qəbirlərindən tapılan və eramızın V əsrinə aid,qızılla emal olunmuş bir çox qiymətli əşyalar Paris Milli Kitabxanasının medal kabinetində saxlanılır.Onlar İran tərəfindən səfirlər vasitəsilə çatdırılan qədim hədiyyələr kimi qəbul olunmalıdır; baxmayaraq ki,bu səfirlər barbar idilər.* Ərəblərin payına böyük ictimai-tarixi rol düşür: 801-ci ildə xəlifə Harun-ər-Rəşid tərəfindən Şarlömanya bağışlanılan Xosrovun qədəhi qızıl və gümüşün emalı üsullarının Sasanilərə məlum olduğunu deməyə daha dəqiq və heyrətamiz sübutlarla böyük imkan verir.Bundan əlavə,bu fakt düşünməyə imkan verir ki,bizim orta əsrlərimiz fil sümüklərindən hazırlanmış əşyalar və zərif naxışlı parçalarla müşayiət olunur.Buna görə xaç yürüşlərinə minnətdar olmalıyıq**. Fransa və İran arasında birbaşa əlaqələr XIII–XIV əsrlərdə daha da möhkəmlənir.Paris Milli Kitabxanasının təşkil etdiyi,Firdövsiyə həsr olunmuş sərgidən zövq almamaq mümkün deyildi.Monqol hökmdarları tərəfindən Filip lö Belə ünvanlanmış nadir tarixi məzmuna malik olan məktublar böyük maraq doğurur.Bu məktublardan məlum olur ki,XV əsrdə Böyük Teymur şəxsən VI Şarla müraciətlə ondan İrana ―bütün dünyanı çiçəkləndirən tacirlər‖ göndərməsini xahiş edir1. İtaliya müharibələri zamanı Venesiya səfirləri vasitəsilə Şərq haqqında təəssüratlar bizə gəlib çatır; və əgər XVI əsrin əvvəllərində mindən artıq fars*** rəssamının Konstantinopola mühacirət etdiyini nəzərə alsaq,onda ehtimal etmək olar ki,Sultan Süleymanın müttəfiqi I Fransua dolayısı yolla İran incəsənətinə mənsub olan hədiyyələr qəbul etmişdir.Halbuki professor Günel xəbər verirdi ki,Qluenin portretlərinin surətləri Konstantinopoldadır.Biz özümüz də Fransuanın Madridin L,Armeriya hissəsində düzənlikdəki kətan örtüklü böyük çadırını görmüşük.Bu çadır bir-birinin yanında yerləşən,ancaq düzbucaqlı şəklində rəngarəng kətandan ibarətdir,hansı ki,Şərq mehrablarını xatırladır.II Henrixin hakimiyyəti illərində Brantom bizə danışır ki,Böyük hökmdar İrana səyahət edərkən yanında yol yoldaşı kimi cənab D,Aramonun olmasını istəmişdir.Cənab D,Aramon Yaxın Şərq ölkələrində səfir olmuş və yüzlərlə ―xeyirxah və təqdirəlayiq əsgərlərlə – fransua ilə müşayiət edilmişdir. Tavernye bizə xəbər verir ki,XVII əsrin əvvəllərində Fransada İranı yüksək qiymətləndirirdilər və böyük Şah Abbas kimisə səfir qismində kral IV Henrixin – kapusinlərin mömin(dindar,pak) atalarının yanına göndərmişdi.Bu səfir kralın ölümündən bir az sonra Parisə çatır2.IV Henrix (Şardən bizdə əminlik yaradır) ilk dəfə olaraq Hindistanla kompaniya yaratmaq ideyasına malik idi və bu məqsədlə də hollandalı (flamand) İsaak Lemeri Şərqə göndərmişdi. *
Elə bu cümlənin özü Avropanın Şərqə münasibətini aydınca göstərir. Bu fikir müəllifin xristian təəssübkeşliyinin ifadəsidir. *** Bir qayda olaraq fransız müəlliflər ―Azərbaycan‖ (türk) istilahlarından qaçır,‖fars‖ və İran‖ sözlərindən istifadə edirlər. Ulduzla verilən bütün qeydlər Vaqif Aslana məxsusdur.(V.A.) 1 Ali Akhbar Siassi,La Perse et l,Occident,Paris,1931,in 80. 2 Les six voyages de J.B.Tavernier,Rouen,1724,6 vv. in 120. **
184
Lionun kilsə yığıncağından sonra bir çox zümrələrdən və bir çox ölkələrdən olan missionerlərin İrandakı rolu Avropa incəsənətinin İsfahan freskalarına təsir etməsində özünü göstərir.Şübhəsiz,Avropa incəsənəti daha çox Hollandiyadan və Şerli qardaşlarının ingilis missiyasından intişar etmişdir. 1617-ci ildə səyahətçi Petro Della Valle öz məktubunda bu divar rəsmlərini təsvir edir və bizə aydın olur ki,üstündən iki il keçəndən sonra İspaniya səfiri Böyük sufiyə ―içində Fransanın yeni kraliçası Anna d,Otriçanın və öz kralının da portretləri olan bəzi şəkillər‖3 gətirmişdi.Məhz Kraliçanın portreti xüsusi hədiyyə idi. 1619-cu ildə Della Valle xəbər verir ki,yepiskop müavini, Jan Tade baba İran şahına Fransa kralının məktubunu çatdırır.Bununla bərabər kapusin P.Jozef Müqəddəs Əlahəzrətə təmiz qanlı mömin fransız şahzadə xanımın adından İsa Məsihin ilahi təsvirini və Müqəddəs Jana aid başqa bir təsviri göndərir.Della Valle İranda ―Fransua‖adlanmağın necə böyuk şərəf olduğunu‖ yazır, Bunu fikirləşən Rişelyö kralın məsləhətçisi və eşikağası,Kurmenindən olan baron Lui de Zeni fars sarayı ilə danışıqlar aparmaq üçün təyin etdi.18 fevral 1626-cı ildə o, de Zeyə paktın hazırlıqlarının instruksiyasını verir ki,bu paktın köməyi ilə iki dövlət arasında siyasi və ticari əlaqələr müəyyən edilmişdi: xristian dini himayə edilsin və mal mübadiləsi üçün kontorlar yaradılsın4.De Ze öz missiyasını yerinə yetirə bilmir,o,Konstantinopolun sərhədlərindən kənara çıxmır.Böyük Hökmdar onun səyahət etməsinə etiraz edir. 1628-ci ildə isə,əksinə,Provindən olan P.Pasifikə tapşırılan dini missiya böyük müvəffəqiyyət qazanır.Ona XIII Lüdoviqin portretlərindən birini və eyni zamanda Anna d,Otriça və Mariya de Mediçinin portretlərini fars şahına təqdim etmək tapşırılmışdı.O,bu qəbuldan bizim üçün maraqlı bir hekayə qoyub getmişdir: ―Şaha xoş getsin deyə mən əsil xristianların portretlərini gizli surətdə şam yeməyindən əvvəl təqdim etməli idim və mən bunu etdim: Öz nitqimin sonunda mən öz tablolarımı təqdim etmək üçün vaxt tapdım.Şahın icazəsi ilə sakitcə ayağa qalxdım və onları gizlində saxlayan köməkçimə işarə etdim.Köməkçim mənə yaxınlaşdı və mən o saat şəkillərin üstünü açdım; şah əmr etdi ki,şəkilləri onun və üç şahzadənin qarşısında tutsunlar.Şah məsləhət bildi ki,şahzadələr şəkillərə toxunsunlar. Və mən onları krala (şaha) bütün saray əhlinin qarşısında təqdim edir və ona türk* dilində yaxşı anlaşılan sözlərlə müraciət edirdim: – Hökmdar,Zati-Aliniz bizə sizin artıq üç aydır ki,Parisdə olan erməni təbəələriniz** vasitəsilə tanışdır.Mənim şahzadəm və mənim hökmdarım – Fransanın kralı öz adından cənab De Ze adlanan kral sarayının əyanını Zati-alinizi salamlamaq üçün göndərmişdir.Zati-aliniz məktublardan və gerbdən Fransanın kralını tanıyır ki (kralın yad torpaqlarından adamların mühafizəsi altında keçmək hüququ yoxdur),şəxsən o özü və ailəsi bu bədbəxt möminin başçılığı altında keçid hüququ almışlar.Bu pulun üzərində mənim kralımın üzü əks olunmuşdur.Bu pul sizə kralın əzizləri olan anası və xanımının şəkillərinin sərgilənməsi yolu ilə təqdim edilir.‖5 *
Fransız səfirinin türkcə çıxış etməsi bu dövlətin İran deyil,Azərbaycan Səfəvi dövləti olduğunu göstərir. Azərbaycan Səfəvi şahlarının xarici diplomatiyada erməni müşayiətçilər və məsləhətçilərdən istifadə etməsi bu günki bəlalara gətirib çıxardı. 3 Voyages de Pietro Della Valle,gentilhomme romain,Rouen,1745,8 vv.in 120. **
185
4 5
A.E.Perse, t.I. f048. Relation du voyage par le R.P.Pacifique de Provins,pre/dicateur capusin,Paris,1631,in 4
.
Şah Abbasın saray əyanlarından birinə qadın monastr başçısı, şahzadə Mariya de Mediçinin portreti güclü təsir bağışlamışdı. Qayıdanbaş P.Pasifikə sofidən XIII Lüdoviqə məktub verilmişdi.Məktub parçadan tikilmiş kisədə gizlədilmişdi.Bu kisə qızılla naxışlanmışdı.‖Kisənin hər tərəfində təbii rəngli ipəkdən paltar geyinmiş xeyirxah fars qadınının obrazı təsvir edilmişdi.‖ 1628-ci ilin oktyabrında I Şah Abbas Qəzvindən XIII Lüdoviqə məktub göndərir.Məktubda şah öz minnətdarlığını belə ifadə edir: – P.Pasifik bizə sizin əksiniz olan hədiyyəni təqdim etdi.Bu sizin yüksək şəxsiyyətiniz və dahi varlığınızın göstəricisidir.Qəbul edilmiş sikkə ustanın xeyirxah əlləri ilə hazırlanmışdır.Bizim ürəklərimizdəki mənəvi dostluq canlı əlaqələrə çevrilmişdir.Bu fikri bizim şairlərimizdən birinin sözləri təsdiqləyir: ‖Mənimlə dostumun arasında elə bir böyük cazibə var ki,o mənə doğru qaçsa da,mən ona sarı gedə bilmirəm.‖ Qayıdarkən İran şahı Fransa kralına ―çox gözəl və nadir ipək‖ hədiyyə edir.Biz müttəfiqlər üçün bəzədilmiş manuskriptlərin bölünməsini bilmirik.Lakin bu vaxt ingilis kralı Karl əlyazmaya malik idi (əlbəttə,Şerli qardaşlarının vasitəsilə),buna görə də Hind kompaniyası agentlərindən xahiş etmişdi ki,‖bu heyrətamiz fars manuskriptlərindən‖ gətirsinlər6. Özünün altıncı səfəri zamanı Tavernye İsfahana gəlib çatmasını və böyük sufinin zərif işləməli drapirovkalara necə heyran qalmasını təsvir edir.Fransada belə drapirovkalar ali təbəqəyə məxsusdur.O bunun əvəzinə hökmdardan fars kişi paltarı alır.O,Fransada bu paltarı necə fəxrlə geyinəcəyini təsəvvür edərək özünü xoşbəxt hiss edir.Ona böyük Moğol şah Cahanın beldən yuxarı əksi olan miniatürünü göstərirlər və Əlahəzrət ona gənc fars qadınının portretini də hədiyyə edir ki,Farsda qadınların necə geyindiklərini Fransada görsünlər‖. Fars şahı əyani olaraq fransız sayağı geyinmiş qadın portretlərinə baxmaq istədikdə Tavernye cibindən öz arvadının şəklini çıxarır ki, şaha göstərsin.Elə həmin anda şaha fransız sayağı geyinmiş iki Venesiya kurtizanının yağlı boya ilə çəkilmiş iki böyük portretini gətirirlər.Tavernye 26 yaşlı XIV Lüdoviqin əksi olan medalı təqdim etməklə şahı heyran qoyur.Bu medalla fars şahı uzun müddət maraqlanır.Səyyah İranı tərk edərək Hindistana gedərkən Şah Abbas ona bir neçə portret hədiyyə edir.Zira o,iki holland rəssamından dərs almışdı.Şah Tavernyeyə belə bir tapşırıq da vermək istəyir ki,o,Fransada tikiş nümunələrini yaysın.Lakin Tavernye ― Fars şahı və başqa Asiya şahzadəsi‖ üçün bu yolu tutmaqdan imtina edir. Elə bu zaman Kolber fransız Ost-Hind kompaniyasını təşkil edir ki,onun haqqındakı fərman 1664-cü ilin sentyabrında parlament protokoluna daxil 186
edilir.Kompaniya üç deputata – Beberə,Mariajuya və Düpona tapşırır ki,İrandakı işlər üçün çalışıb əlləşsinlər.Kral cənab Lalənə və cənab Bule le Quza tapşırır ki,kompaniyanın məramını sofiyə izah etsinlər.(Cənab Le Quz İrandan ilk dəfə qayıdarkən sarayda fars paltarında peyda olaraq XIV Lüdoviqin marağına səbəb olmuşdu.) İran şahının səyyahlara,və ya fransız Ost-Hind kompaniyasının agentlərinə hədiyyə etdiyi bu layiqli paltarlar rəssam Jan Berənə Versal bayramlarının kostyumlarının hazırlanmasının uğurlu həllini tapmaqda köməklik göstərdi.Krala göndərilən hədiyyələrin siyahısında 1664-cü ilə aid qeyd var: ―Noyabr ayında Fars şahı və Böyük Moğolun yanına gedərkən senyor Buleyə rəssam Syer Minyarın çəkdiyi 300 livr dəyərində kralın portreti verildi.‖ 6
Ali Akhbar Siassi. op.cit... p.52.
1665-ci ilin 20 mayında Erevandan gələn missionerlər kömrükçülərə və türk zabitinə (Dü balaya – türk balaya –V.A.)verdikləri nadir fransız əşyalarından söz açaraq yazırlar: ―Onlar tələsə-tələsə (Sen-Jermen bazarında heç vaxt belə şeylər olmayıb) yapışdırılmış şüşəyə,heyrətamiz güzgüyə baxmağa gəlirlər... bu cür boş(vecsiz,əhəmiyyətsiz) şeylərdən çox idi ..,onların əlimizdə tutduğumuz qiymətli əşyalara qarşı olan heyrətlərini ifadə etməyə sözümüz yoxdur.Onlar bir qutudan sizin şərəfinizə Nonteyin hazırladığı,kənardan gözəşirin olan sonuncu qravüraları tapdılar.Quranın portretlərə olan nifrətinə və baxmağı qadağan etməsinə baxmayaraq,onlar bu əşyalara valeh olurdular.Onlar soruşur,aparır,əlbəttə,daha dəyərli hədiyyələr vermək istədikdə hətta le bala (türk zabiti) üçün nəzərdə tutulmuş portretləri də pulla alırdılar.Bu Ərzurumda qaldığımız beş gün ərzində çox saylı görüşlərimizə səbəb oldu‖7. Payızda XIV Lüdoviqin elçiləri İsfahanda olduqları müddətdə fars sarayının var-dövlətindən və paltarından onlara da pay düşmüşdü. Şardən özünə təşkil olunan rəsmi qəbuldan danışarkən deyir: ―Onlar Müqəddəs Hökmdara qızıl çərçivəli,arxası emal edilmiş,önü isə zümrüdlə bəzədilmiş büllur güzgü,bir cüt çox gözəl dəstəyi olan tapança və mirvari ilə bəzədilmiş,qızıla tutulmuş aslan bağışladılar.8 Bədbəxtlikdən missionerlər böyük itkilər verdilər,Fransa və İran arasındakı əlaqələr təxirə salındı. 1671-ci ildə M.Jonşerə onları pərpa eləmək tapşırılmışdı.O özü ilə XIV Lüdoviqin məktubunu,ziynət əşyalarından ibarət çoxlu hədiyyələr,çini qablar,aralarında ―Fransa imperatorunun portreti və başqa portret,820 ədəd tikmənin adları xatırlanan ―Avropa incəsənəti‖ nümunəsini götürmüşdü9. 187
Elə həmin vaxt,16 sentyabr 1672-ci ildə Kolber Yaxın Şərqin səfirinə ünvanlanmış sərəncam vasitəsilə öz kitabxanası üçün manuskriptlər axtarırdı.Öz növbəsində 1673-cü ildə Ost-Hind kompaniyası,1682-ci ildə isə yezuitlər ona hədiyyələr bağışlamışdılar. Əgər Babil yepiskopunun Həmədandan Senyor Müqəddəs Olonun adına göndərdiyi,20 iyul 1688-ci il tarixli məktubuna inansaq10,güman etmək olar ki,İran adamlarının o dövrdə də fransız incəsənət nümunələrinə qarşı marağı tükənməmişdi: ―İran və Hindistandan bizə adamlar gəlməkdə davam edirlər.Onlar həmişə kralın hərbi paltarda portretlərini görəndə təəccüblənir və heyrət edirlər.Onlar Versal qravüralarından şövq alırlar.Mən bunu onların söhbətlərindən hiss etmişəm.Müqəddəs Hökmdarın hərbi paltarda əksi olan miniatürlər mənə böyük ümidlər verəcək,bunu səbirsizliklə gözləyirəm.‖ Təxminən 1690-cı ildə İrandan göndərilmiş siyahı sübut edir ki,sofi doğrudan da, hədiyyələrdən məmnun qalmışdı: Bunlar ―döyüş əks etdirən tablolar,sarayın şahzadə qız və oğlanlarının portretləri,kəfkirli və kəfkirsiz saatlar,çilçıraqlar,qızıl və gümüş saplı tikmələrdir.Əvəzində İran bizə təklif edir: Kirman xəzi,ipək,yeni parçalar,lacivərd daşlar,firuzə,xalça,parça,Şiraz şərabı və gül suyu. XVIII əsrin əvvəlində Marselin nümayəndəsi Bion de Konsevil Ost-Hind kompaniyası tərəfindən İsfahana göndərilir.O,bizə xəbər verir ki,Şah Hüseyn hərarətlə XIV Lüdoviqlə dostluğa can atır. 7
A.E.Perse, t.I. f o83. Voyages de M.le Chevalier Chardin en Perse,Paris,1811,10 vv.in 8o,t.IX. p.543. 9 A.E.Perse,t.I. f o127. 10 A.E.Perse,t.I. f o172. 8
Peti de la Krua növbəti hədiyyə siyahısını hazırlayır11.O,İrana gələcək səfir vasitəsilə iki tikmə göndərir: onların birində ilin dörd fəsli əks olunmuşdu,hansı ki,Jan o Qobölənin emalatxanasında hazırlanmışdı,o biri isə parlaq yaşıl rəngi ifadə edirdi.Onların içərisində Savonöridən gətirilən ayaqaltı xalça və Sabinlərin alınmasını əks etdirən əlavə kətan xalça var idi.Medalların arasında Venera və Satiranın əksi olan medallar,bunlarla yanaşı,bir neçə ―döyüş səhnəsi əks etdirən tarixi şəkillər‖ vardı.Hətta kralın öz plaşında portretləri,Kral Kitabxanasına aid olan Cənab le Bronun dörd gözəl miniatürü,Fransanın əsas sərhəd qalalarının planı olan estamplar bura daxil idi. Farslar sifariş etmişdilər ki,tikmələr əlvan rənglərdə olsun.Fars şahına bu hədiyyələri Marselli cənab Fabr çatdırmalı idi. 24 iyul 1704-cü ildə Fabr öz etimadnaməsində Kolber dö Torsiyə səyahətinə aid olan hər şey barədə məlumat verir.Üstəlik, o özü ilə rəssam da 188
götürmüşdü,hansı ki,o rəssam Palmir sütunlarında gördüyü yunanca yazıları və ―naməlum xarakterli‖ yazıları görəndə heyrətə gəlir.O öz məqsədinə çatmadan Erevanda vəfat edir. 4 avqust 1707-ci ildə Konstantinopoldakı səfirliyin katibi Lüdoviq Mişelə bu işin davamçısı olmağı təklif edirlər; o, Fabrın israf etdiyi hədiyyələri əvəz etməyə məcbur idi.O,İsfahana 18 may 1708-ci ildə yetişir.Onun missiyası İran və Qərb dövləti arasında ticarət müqaviləsi ilə başa çatır12. Altı ildən sonra Şah Hüseyn bu proyektin həyata keçməsi üçün maddi və siyasi çətinliklərin olmasına baxmayaraq,öz səfirini Versala göndərir.Çünki XIV Lüdoviqin qələbəsi ona böyük təsir bağışlamışdı.O,çertyojları türklərə elan etmədən səfir seçməkdə Erevan canişinini himayə edir.Erevan canişini özü Mirzə Rza bəyi səfir seçir.Mirzə Rza bəy ölkənin baş hakimi və kavalerlərin komandiri idi.Bu haqda Monteskyönün məktubları xəbər verir ki,Moris Xerbet kifayət qədər sənədli bir kitabda bu maraqlı macəralardan danışır. Mirzə Rza bəyin səyahəti Marseldən Parisədək qələbəlik olmuşdu. Cənab de Sent Olon onun qayğısını çəkmək tapşırığını öz üzərinə götürdü.O məlumat verir: ―O harada olur-olsun – təxti-rəvanda,yaxud karetada olsun,kimi görsə,o andaca aşağı enir və özünün yaxşı qoşulmuş atlarından birinə qalxırdı.O,atın tərkində öndə 20 atlının müşayiəti ilə gedirdi.Onlardan çox gözəl geyinmiş 10 nəfəri tüfəng saxlayırdı.Arxalarınca farssayağı yəhəri olan üç at gedirdi.Onların başından tutmuşdular.Onun yanında öz təşrifat məmuru,tərcüməçisi,6 səyyar xidmətçisi və ya onun tənbəki çubuğunu və qılıncını gəzdirən,yaxşı qaçan atların üstündə iki pajı* vardı.Onun arxasında fars silahlısı və böyük bayrağı tutan süvari gedirdi: Süvaridən sonra faytona qoşulmuş altı at,təxti-rəvan və əlavə üç təxti-rəvan gedirdi: birinci təxtirəvanda hədiyyələr və fars şahının məktubu vardı.Bu təxtlər bir eqzant və dəniz donanmasının dörd oxatanı ilə mühafizə edilirdilər.Oxatanları ona Marseldə təhlükəsizliyi və şərəfinin qorunması naminə vermişdilər.İkinci kəcavədə onun otağını,üçüncüdə isə mətbəx avadanlığını daşıyırdılar. Deyirlər,səfir həmişə bu ekipajda olurdu... Bir ―ev‖indən çıxaraq başqasına keçir,lakin Marseldə və Lionda olarkən də həmişə bu ekipajdan istifadə edirdi. 11
A.E.Perse,t.I. f o237. Ali Akhbar Siassi, op.cit.., p.48. * Paj – Orta əsrlərdə Qərbi Avropada feodal ailəsindən olan,məşhur bir şəxsə (yaxud krala) şəxsi qulluğa verilmiş oğlan. 12
Parisdə səfirin gəlişini səbirsizliklə gözləyirdilər.7 fevral 1715-ci ildə Məhəmməd Rza bəy təmtəraqla Parisə daxil oldu. Fevralın 19-da Versalda kralın qəbulu baş tutdu.La Qazet de Fransın qravürası səylə idarə edilən mərasimi bizə təsvir edir.Molla və səfirin 189
xəzinədarından sonra kral sarayının 8 şeypurçusu gəlirdi.Onların arasında əlində fars şahının məktubunu və hədiyyəsini tutan,atın üstündə gələn Aqobjan* da vardı.Bu məktub üzərinə qızılı çiçəklər işlənmiş parçaya bükülmüşdü. Aqobjandan sonra Paderi ilə səfirin təşrifat məmuru,daha sonra atın üstündə tək Sənt-Olon və nəhayət,farssayağı qoşulmuş,yəni böyük qızıl yəhərli kral atında Səfəvi şahının möhtərəm səfiri gəlirdi.Səfirin sağında marşal de Matinyon,solunda isə baron de Bretey var idi.Onların hər üçü əhatəyə alınmış və yanbayan gedirdilər: Məhəmməd Rza bəy özünün erməni və fars** xidmətçiləri ilə,marşal de Matinyon və Baron dö Bretöy isə şəxsi saray nökərləri ilə əhatələnmişdilər. Qravürada həm də ―iki pajla müşayiət edilən,atın üstündə gedən,əlində isə Fars şahının bayrağını tutan səfirin baş silahdaşıyanı təsvir olunur: pajlardan biri onun qılıncını,o biri isə sulu qəlyanını götürmüşdü.‖ Orada ―kral karetası‖ əks olunmuşdu.13 Versal muzeyində saxlanılan Kuapelın tablosu Qalöri de Qlasda baş tutan bu tarixi görüşün suvenirlərini mühafizə etmişdir. Baş katib Merlən kortecin başında,sarayın 8 şeypurçusu isə ondan sonra addımlayırdı.Aqobcan əlində Fars şahının məktubunu tutmuşdu***.Məktubu təxminən bir fut yarımlıq qızılı parçadan olan torbada gizlətmişdilər: çünki orada qızılı parçalarla örtülmüş bir mücrü də vardı.Onun içi Şah Hüseynin hədiyyələri ilə dolu idi14. Bu hədiyyələri 106 xırda mirvari,280 firuzə və içi muley balzamı ilə dolu olan iki qızıla çəkilmiş qutu təşkil edir15.Səfir vaxtını itirərək Vinçenə baş çəkir,İnvalidə girir.Onu Sen-Jermen yarmarkasına,Luvra,Operaya və nəhayət, Qobelinlərin manufakturasına aparırlar. Qobelinlərin manufakturası onda xüsusi marağa səbəb olur.Sənt-Olon qeyd edir: – Dünən Luvrda ona ən adi qravüralar göstəriləndə cənab səfirdəki marağın şahidi oldum.İki ay ərzində cənab lö Baron dö Brötöy onunla bir yerdə olmuş və səfirin Versaldakı bağlar kimi bağlara sahib olmaq istədiyini və bunun üçün hər şeyə hazır olduğunu dediyini eşitmişdi.16 Tapşırıq 1715-ci il ticarət və dostluq haqqında fransız-fars müqaviləsi ilə başa çatır.Bu müqavilə Versalda avqustun 13-də – XIV Lüdoviqin ölümündən qabaq imzalanmışdır. Növbəti gün Fars səfirinə xoş bir sürpriz edirlər.Sənktollu kavaler ona kralın şəxsi hədiyyələrini və missiyasından xatirə olaraq digər hədiyyələri gətirmişdi.Hədiyyələr təxminən 20000 livr dəyərində idi.Bunlar çoxsaylı kəfkirli saatlar,almaz və zümrüdlə bəzədilmiş bir eqret****,ipək məmulatlarından olan silahlar və nəhayət,kralın mebel sarayından götürülmüş Savonöri xalçası idi.Səfirə büllur çilçıraqlar da verəcəklərini söyləyir və Səfəvi hökmdarına aid olan hədiyyələri göndərəcəklərinə söz verirlər17. 190
*,**,***
Müşayiətçinin,xidmətçinin və şah məktubunu təqdim edən şəxsin də erməni əsilli olması Səfəvi şahlarının syasi səbatsızlığı idi. **** Eqret – quş lələyindən ibarət qadın baş bəzəyi. 13 Maurice Herbette.op.cit. p.156. 14 Maurice Herbette.op.cit.p.170. 15 Maurice Herbette.op.cit.p.182. 16 A.E.Perse, t.IV. f o161. 17 A.E.Perse,t.IV.f o307 .
Bu səfir Polşa və Moskvada sona yetən səyahətindən qayıdarkən həmin hədiyyələrin cüzi bir hissəsini özü ilə götürəcəkdi.Madam d,Epine onu müşayiət edirdi,lakin vəsaitsiz qalan Məhəmməd Rza bəy onları (hədiyyələri) bir-birinin ardınca satır.1717-ci ilin oktyabrında Məhəmməd Rza bəy Erevanda qəflətən vəfat edir.Onun ölümündən sonra Madam d,Epine dinini dəyişir,səfir qardaşının vasitəçiliyi ilə islama tapınır.O,İsfahana yollanır ki,Fransa kralının hədiyyələrini təqdim etsin18. Bizim İsfahandakı konsulumuz Qardan bu detalları təsdiqləyir və 1719-cu ildə özünün bəzi qədim fars və ya ərəb manuskriptlərinin axtarışında olduğunu xəbər verir. 1715-ci ildə Fransada məşhur Fars səfirliyi tərəfindən yaradılmış Şərq atmosferi hələ uzun illər təkcə geyimdə yox,həm də interyer bəzəyində özünü göstərəcək; çoxsaylı Çin suvenirləri,hökumət naibliyində naxış vuranların arabesklərində İran motivlərinin olması nadir hadisə deyil. Beləliklə,biz XIV Lüdoviqin Portuqaliya şahzadəsinə bağışladığı kiçik stolu nəzərdən keçirə bilərik.Bu incə balaca stol pulcuqlardan düzəldilmiş,sədəf və gümüşlə bəzədilmişdi.İran miniatürlərində tez-tez gördüyümüz kimi çalma qoyan və İran paltarı geyinən kovalerlər hörmətli şəxslərin arasında qarsonluq edir və Çin mövzuları ilə əhatələnirdilər. 1722-ci ildə əfqan tətilçiləri üsyan edərək Şah Hüseyni devirirlər.Fransız Ost-Hind kompaniyası İranla bütün ticari əlaqələri kəskinləşdirir.1737-ci ildə səyyah Oter markiz de Vilnövü məlumatlandırır və İrana getmək,‖incəsənətlə yaxından tanış olmaq və ona qoşulmaq istəyən‖ adamlara məsləhət verir.19 Doğrudan da,1748-ci ildə Oter öz səyahəti haqqında hekayəni çap etdirir və Kirmanşah yaxınlığında yerləşən Bisütun dağı abidələrini bəzi detalları ilə təsvir edir.Bununla bərabər,1743-cü ildə Orlean hersoqu bu abidənin detalları ilə təsvirinə malik idi.Bu təsvir P.Emmanuel dö Sənt-Alberin əlyazı təsvirindən köçürülmüşdü.P.Emmanuel dö Sent-Alber Bağdadda apostol vikarisi idi.Bu yazı bədii ədəbiyyat və əlyazmalar Akademiyasında cənab d,Anvil tərəfindən 4 may 1755-ci ildə oxunmuşdur. XVIII əsrin ortalarına yaxın Lö Düran cənab dö Lüzinyanı* İrana göndərmək barədə fikirləşir: Türkiyə və İran arasında sülh bağlanır,Simon dö Vyervil adlı birisi İrana göndərilir.Kral sarayı əsl ―tarixə və incəsənətə‖ aid 191
şeyləri nəzərdən keçirərək onu səfir təyin edir.Simon dö Vyervil dinini dəyişir,Məhəmməd Rizayi adında məhəmmədiyə çevrilir.O,Kral Kitabxanasına monqolların tarixini verir. XVI Lüdoviqin hakimiyyəti dövründə 1785-ci il sənədlərindən öyrənirik: ―Müqəddəs hökmdar yenidən fransızlar və farslar arasında yaradılmış intim ticari əlaqələri görmək istəyirdi.Bu əlaqələr Səfəvilərin hakimiyyəti zamanı həyata keçirilirdi‖.Bu ideya Ferryer-Sovböfin missiyasına aiddir. 1787-1791-ci illərdə Silvestr dö Sasi səyyahların hekayələrindən istifadə edərək özünün ―İran antikliyinin müxtəlif dövrləri və Sasanilər sülaləsinin şah təltifləri haqqında memuarları‖nı çap etdirir.Həmin təltiflər bu sülalənin tarixinin izləridir.Medalların yazısı qədim pəhləvi dilindən tərcümə edilmişdir.‖ *
Fransa da öz növbəsində Səfəvilərlə münasibətini ermənilər vasitəsilə həyata keçirirdi. A.E.Perse,t.V. f o 150. 19 A.E.Perse,t.V. . f o 152 18
.
1792-ci il oktyabrın sonunda,Fransa inqilabından sonra Monjun da iştirak etdiyi Müvəqqəti İcraedici Sovet Şərqin mənimsənilməsi yolunda çox biliklərin qazanıldığını göstərir.Milli İnstitutun üzvü Olivyenin Tehrana göndərilməsi ilə təbiət elmləri muzeyi,Botanika bağı və Versal şitillərlə zənginləşəcəkdir. Bonapart Misir Kompaniyası vasitəsilə iki fars manuskripti gətirtdirir: birinci manuskript ―Əbdürrəhman Caminin beş poeması‖ (1486-cı ildə vəfat etmişdir),ikinci manuskript Cami Fəridəddinin ―Aşiqlərin söhbəti‖ əsərindən ibarətdir.‖Aşiqlərin söhbəti‖ çəhrayı kağızların üzərində yazılmışdı və 12 miniatürə malik idi.‖Günəş tilsim elmində xoşbəxtlik və azadlıq mənbəyidir‖ sərlövhəli üçüncü türk manuskripti hicri tarixi ilə 990-cı ildə yazılmışdır.Bu üç manuskript Bonapartın göstərişi ilə saxlanmaq üçün İmperator kitabxanasına verilmişdir. Luvrda Asiya incəsənəti departamentində 2 miniatür var,onlar I Napaleonun fondunda yerləşirdi: bənövşəyi əmmaməli saqi Rizayi-Abbas tərəfindən hazırlanmış,narıncı çalmalı saqi isə Səfəvi məktəbinə (XVII əsr) aiddir. 1802-ci ildə Baş Konsul Konstantinopoldakı səfir general Brünü Bağdadda və Hələbdə olan xarici əlaqə komissarları Russo və Kornaseyə məktub yazmağa məcbur edir ki,onlar Baş Konsula İran dövləti haqqında dəqiq məlumatlar versinlər. Russo cavab verir: ―Mənim Tehrandan olan dostlarım həmişə qeyd edirlər ki,əgər Fətəli şahın uzun illər Böyük Bonapart kimi tanınan Fransa 192
193
imperiyasının məşhur başçısı ilə əlaqələr qurmaq imkanı olsaydı,o,bundan şərəf duyardı‖20 1805-ci il fevralın 16-da Napaleon Fars şahına yazır: – Bütün xalqlar bir-birinin köməyinə möhtacdır,Şərqin adamları cəsarətli və ağıllıdır,lakin bir çox ustalıqlardan xəbərsizlik və nizam-intizama etinasızlıq (hansı ki,onlarla ordunun gücü və fəaliyyəti artır) onlara şimallılar və qərblilərlə müharibədə ziyan vurur.21 1805-ci ilin fevralı missionerlər Jober və adyutant-komendant Romyönün göndərilməsi son nöqtə oldu.Jober farssayağı geyinmişdi ki,yerli əhalinin marağına səbəb olmasın; lakin təqdimat zamanı öz kostyumunda idi. Romyö öz növbəsində yeni Fars şahına yazır: ―O sənin xalqlarında nəyin çatışmadığını görəcək,qoy bu vərdişlər (sənətlər) onların təbiətən olan qorxmazlığı üçün vasitəçi olsun.Şərqdə bu sənətləri yaxşı bilmirlər,ona görə də hazırki şimal və qərb xalqlarının dövlətləri bütün dünya xalqlarına lazımi tanışlıqlar (biliklər) verir.‖22 Romyö onun gəlişindən bir neçə gün sonra vəfat edir.Jober İrana ancaq 1806-cı ilin iyununda çatır.O,Fətəli şahın qəbulundan söz açır: ―Biz atın üstündə,çoxsaylı əla süvari qoşunun önündə gedirdik.Cürbəcür qullar başlarında sinilər aparırdılar.Sinilərdə fars sarayına təqdim ediləcək hədiyyələr var idi.Bu hədiyyələr silah,parça və ziynət əşyalarından ibarət idi. Publikanın nəzərlərindən gizlətmək üçün onların üstünü gözəl hind şalları ilə örtmüşdülər.‖23
20
A.E.Perse,t.VIII,f o212. A.E.Perse,t.VIII,f o221. 22 A.E.Perse,t.VIII,f o242. 23 Jaubert,Voyage en Armenie et en Perse,Paris,1821.in 8o,p.227. 21
O əlavə edir: ―Fətəli şahın xoşladığı qadınların portretləri mən dayandığım birinci pavilyonu bəzəyirdi.(Bu miniatürlər çox xoşagələn üsulla təsvir edilmişdi) Onların sayı lap çox idi.‖ Jober xalçaların,döşəklərin bolluğuna təəccüblənmiş,pavilyonlardan birində Abbas Mirzənin boyaboy portretinə və digər şah nəslindən olanların portretlərinə heyran qalmışdı.Onu şahın kitabxanasına apararaq bəzi qiymətli manuskriptləri göstərirlər.Bu manuskriptlərin arasında Fətəli şahın özünün yazdığı bir poema da vardı.Sonra o,miniatür ustalarının emalatxanasına baş çəkir.Qayıdarkən o,hörmətli paltar sayılan xələt,müxtəlif hədiyyələr- şahın böyük portreti və bəzi fars manuskriptlərini alır.Ən qiymətli manuskriptlər imperator kitabxanasına saxlanmaq üçün verilmişdir. 194
Fənkanstən düşərgəsində olarkən Napaleon Fətəli şahın səfiri Məhəmməd Rza xanı qəbul edir.İmperator onu bağçaya dəvət edir: uzun müddət İran ədəbiyyatından,bu ölkənin qədimliyindən danışır və ona ―özünün almazlarla bəzənmiş qutuda portretini‖ bağışlayır.24 4 may 1807-ci ildə Fənkanstən müqaviləsi imzalanmışdır.Mayın 10-da Taleyran düşərgədən İran imperiyasının baş vəzirinə fars səfiri haqqında yazır və ona xəbər verir: ―Biz onu ləngitmək və fransız incəsənətini göstərmək üçün Parisə cəlb etmək istəyirdik,lakin o,ancaq öz ordusunun gözəlliyini görmək arzusunda idi.‖25 İran səfirliyinin icazəsi olmadan imperator general Qardanın missionerlərini göndərməyə hazırlaşır: 26 avqust 1807-ci ildə imperator general Qardanı məktub yazmağa məcbur edir: ―Sizin missionerlər təkcə Müqəddəs Hökmdar və Fətəli şah arasındakı mövcud dostluq əlaqələrini möhkəmləndirmək məqsədini güdməməli,həm də qaldığınız ölkənin incəsənətinə; sənaye və ticarətinə diqqət yetirməlidirlər.Əgər müxtəlif müvafiq üsulla və sizin səylərinizlə hər hansı torpaq məhsulu Fransaya gətirilərsə,Siz yenə də bu xidmətinizə görə iltifatlı Müqəddəs Hökmdarın aksiyalarını əldə edəcəksiniz.‖26 Cənab Lazar missiyada köməkçi idi; imperator tərəfindən ona İran mədəniyyəti və incəsənəti haqqında mümkün olan məlumatları toplamaq tapşırılmışdı,lakin o,heç cür missionerləri tərk edə bilmirdi. Missiyanın rəssamı Mişel Fransua Preol bu səyahətdən bəzi çap edilməmiş akvarel rəsmlərini saxlamışdı.Görünür,bu rəsmlərin cızmaqaralarında barelyef stilində Bisütun və Taqi-Bisütun təsvir olunmuşdu.Rəsmlərdə təxəyyül dəqiqliyi üstələyir. Bu albomun ən parlaq səhifələrinin çoxu Sultaniyyə Məscidinə həsr olunmuşdur.Bütün stilinə görə ustalıqla və səylə hazırlanmış səhifələr 1808-ci ildə Fransadakı ilk İran memarlıq abidələri təzahürünün ən yaxşı şahidləri (həm də yeni şahidləri) dir. 1808-ci ilin yanvarında general Qardan fransız-İran müqaviləsinin bağlanması xəbərini çatdırır. Bu dəfə Fətəli şah Napaleona yeni və daha təmtəraqlı səfirlik göndərir.28 yanvar 1808-ci ildə Peradan general Sebestyani yazır: ―O öz dərəcəsinə uyğun gələn tərbiyəli bir adamı Müqəddəs Hökmdarı qələbələri və zənginliklərinə görə salamlamaq üçün seçmişdir.O,Tehran sarayında öz biliyi ilə şöhrət qazanmışdır.O özü ilə heyrətamiz hədiyyələr gətirir... Əsgər xan öz hökmdarına digər qiymətli hədiyyələrlə birlikdə nadir manuskriptlər,Teymurləng və Nadir şahın qılınclarını da təqdim edəcəkdir.Bu hədiyyələr,demək olar ki,Şərqin vergisidir.‖ Səfir özü ilə İran musiqiçiləri gətirmişdi.O,Fransada bir ilə yaxın yaşadı.Napaleon 195
24
A.E.Perse, t.IX,f o 175. A.E.Perse, t.IX,f o169. 26 A.E.Perse, t.IX,f o228. 25
istəmişdi ki,qayıdarkən fransız incəsənət xadimləri onu müşayiət etsinlər.Maksimiliən Qrevən və saatsaz Le Rua Şərq dillərini öyrənməyi və İranla tanış olmağı arzu etmişdilər.Onlar səyahət zamanı səfiri müşayiət etdilər.Özləri ilə yazı dəsti və farssayağı mürəkkəb qabı,üzük,Müqəddəs Hökmdarın portreti,qiymətli saatlar və silahlar olan qutular götürmüşdülər.27 Həmin vaxt Qardan şahın salonunda gördüyü I Napaleonun portretinin surətindən bəhs edir.(Qardan istəyirdi ki,imperator da Fars şahının bu cür portretinə malik olsun) Halbuki Qardan ―bu ölkələrdə incəsənət,ticarət və kənd təsərrüfatının heç vaxt soyğunçu (baha,fırıldaqçı) xarakterdə olmayacağını‖ əlavə edir.28Xarici İşlər Nazirliyi Qardandan səhradan tapılmış Xorasan mumiyası haqqında məlumat verməsini xahiş edir.Misir mumiyaları ilə müqayisə etmək üçün daha bir mumiya əldə etmək və onun hansı insan irqinə aid olduğunu öyrənmək mümkündürmü? Xarici İşlər Nazirliyi İranda incəliklə hazırlanmış dulusçuluq məmulatları nümunələri,gil qəliblər,qiymətli daşlar,parçalar da əldə etmək istəyirdi. Növbəti il Şanpanyi Qardanı qazıntılar haqqında söhbətə cəlb edir; belə ki,onlar Persepol və Suz xarabalıqlarında arxeoloji qazıntılar aparmağa nail olmuşdular.O,Qardandan İran missionerləri haqqında məlumat istəyir və ondan çoxlu detallar tələb edir: ―bunlar vacibdir,çünki söhbət incəsənət metodlarının müəyyənləşdirilməsindən və təcrübələrin doğruluğundan gedir.‖29 General Qardanın missiyası 1809-cu ildə sona yetir.O bəzi Şərq manuskriptləri ilə birgə bir fars coğrafiyası və Makedoniyalı İsgəndərin tarixinə aid kitab gətirir. Yenə beş ildən sonra Elba adasından qayıdan Napaleon özünün Fars şahına qarşı olan ölçülü və sadiq hisslərini (münasibətlərini) bərpa edir.O,Fransada İran incəsənətinin ilk həvəskarı və ilhamverəni idi.Napaleon XIX əsrdə Fransa-İran əlaqələrinin çiçəklənməsinin müjdəçisi olmuşdur.Məgər bu fakt Fransa-İran münasibətlərini yada salmaq üçün kifayət etmirmi? İndi də Taleyranın baş vəzir Mirzə Məhəmməd Şəfiyə üz tutaraq dediyi sözləri təkrarlamaq yerinə düşər: ―Dostluq qarşısında məsafələr yoxa çıxır.Həmin dostluq bağları da iki imperiyanı birləşdirir,bir günəş onların hər ikisini işıqlandırır.‖ 27
A.E.Perse,t.IX, f o360. A.E.Perse,t.IX, f o58. 29 A.E.Perse,t.IX, f o143. 28
196
197
198
ƏLAVƏLƏR. 1.Şarlemany – Karolinqlər sülaləsinin nümayəndəsi Pepin le Vrefin (768-814) oğludur.801-ci ildə Harun ər-Rəşid Şarlömanya Xosrovun qədəhini bağışlamışdır.Deyilənə görə,hədiyyələr içərisində 801-ci ilə aid zəngli saat da olmuşdur. 2.Filipp le Bel – Kapetinqlər sülaləsindən olub,1295-1314-cü illərdə hökmranlıq etmişdir.III Filippin oğludur. 3.VI Şarl – V Şarlın oğlu,1380-1422-ci illərdə hökmranlıq etmişdir.Kapetinqlər – Valua sülaləsinin nümayəndəsidir. Əmir Teymur ona məktub göndərmişdir. 4.I Fransua – Anqulem hersoqu,1515-1547-ci illərdə hökmranlıq etmiş XII Lüdoviqin əmisi oğlu və yeznəsi.(Kapetiinqlərin Valua-Anqulem sülaləsindəndir). 1536-1538-ci illərdə Osmanlı sultanı II Süleymanla Əlcəzairi tutmağa çalışan və oraya müsəlmanlara qarşı ekspedisiya göndərmək istəyən Şarlekenə qarşı birləşmişdir. 5.II Henrix – I Fransuanın oğlu,1547-1559-cu illərdə hökmranlıq etmişdir. 6.IV Henrix – Kapetinq – Burbon sülaləsindəndir,III Henrixin əmisi oğlu və bacanağıdır.1589-1610-cu illərdə hökmranlıq etmişdir.1593-cü ildə o,etiqadını dəyişərək katolikliyə üz tutmuşdur.Beləliklə, IV henrixin ölümündən bir az sonra-1610-cu ildə İran səfiri Parisə varid olur. 7.X111 Lui-(1610-1643) 8.Böyük Sofi – Səfəvilər sülaləsindən olan hökmdarlar fransız mənbələrində belə adlanır 9.1617-ci il-səyyah Pyetro Della Vallenin qeydləri. 10.1619-cu il-JanTade kralın məktubunu Səfəvi şahına təqdim edir. 11.1626-cı il,18 fevral-De Ze siyasi və ticari münasibətlər paktını təqdim edir. 12.1628-ci il-Pasifikin Şah 1 Abbasın qarşısında türk dilində çıxış etməsi. – Deməli,1628ci ildə İranda türk dili dövlət dili kimi istifadə olunurdu. 13.1628 ci il,oktyabr-Şah 1 Abbas fransız kralı x111 Lüdovikə məktub göndərir. 14.Şah Abbas – qeyd etmək lazımdır ki,bu, I Şah Abbas idi,1587-1629-cu illərdə hakimiyyətdə olmuşdur. 15.XIV Lui (1643-1715) 16.1664-Parlament fransız Ost-İnd kompaniyasınin protokollarını hazırlayır. 17.XIV Lüdoviq – XIII Lüdoviqin oğludur,1643-1715-ci illərdə hakimiyyətdə olmuşdur. 18.1665 ci il,20 may-fransız missionerlərin İrivandan məktubu. 19.Zabit Dü bala – türk zabiti. 20.1671 ci il-M.Jonşerə əlaqələrin bərpası tapşırılır. 21.1672-ci il,16 noyabr-Kolberin Yaxın Şərq ölkələri səfirlərinə məktubu. 22.1673 cü il-Ost-İnd kompaniyası manuskript toplayıb göndərir. 23.1682-ci il-İezuitlər manuskriptlər toplayıb göndərirlər. 24.1688-ci il,20 iyul-Babil yepiskopunun Həmədana məktubu. 25.1690-cı il-İrandan göndərilən əşyaların siyahısı. 26.1704-cü il,24 iyul-Fabrın Kolber dö Torsiyə məlumatı. 271707-ci il,4 avqust-Lui Mişel tapşırığı yerinə yetirmək üçün davamçı təyin edilir 281708-ci il,18 may-Mişel İsfəhana varid olur. 199
29.1714-cü ildə Şah Hüseyn Versala türk əyanlarının xəbəri olmadan səfir göndərmək istədi.Şah Hüseyn İrivan bəylərbəyinə göstəriş verdi ki,səfiri seçsin və türk əyanlarına məlumat verməsin.Bu fakt Şah Abbasdan üzü bəri hakimiyyətdə fars elementinin güclənməsini göstərir. Çox təəssüflər olsun ki, Səfəvi səfiri Məhəmməd Rza bəy haqqında Monteskyönün məktubları və Moris Xerbetin sənədli kitabı ilə tanıçlığım yoxdur.(V.A.) 30.1715-ci il,7 fevral-səfir Məhəmməd Rza bəy Parisə varid olur. 31.1715-ci il,19 fevral-kral Versalda Məhəmməd Rza bəyi qəbul edir. 32.1715-ci il 13 avqust-Versalda franko-fars müqaviləsinin təsdiqi. 33.XV Lui (1715-1774) 34.1717-ci il,oktyabr-M.Rza bəyin İrivanda vəfat etməsi. 35.1719-cu il,oktyabr-Qardanın məktubu. 36.1722-ci il-Şah Hüseynin devrilməsi. 37.1737-ci il-Oterin fransız səyyahlara tövsiyyəsi. 38.1748-ci il-Oterin Şərqə dair nəşrləri. 39.1755-ci il,4 may-Bədii Ədəbiyyat və Əlyazmalar Akademiyasında cənab dAnvil tərəfindən oxunan mühazirələr. 40.XVI Lui (1774-1793) 41.1787-1791-ci illər-Silvestr dö Sasinin ―İranın antikliyi haqqında memuarları‖. 42.1789-cu il-inqilab dövrü. 43.1789-cu il,14 iyul-Bastiliyanın alınması. 44.1790-cı il,14 iyul-Federasiyanın təntənəsi.Kral XVI Luiyeni konstitusiyaya sadiq qalacağına and içir.Üçrəngli (mavi,ağ,qırmızı) bayraq qaldırılır. 45.1792-ci il,oktyabr-Müvəqqəti İcraedici Sovetin Şərqin mənimsənilməsi qənaətinə gəlməsi. 46.1793-cü il,21 yanvar-XVI Lui vədinə sadiq qalmadığı üçün edam edilir. 47.1799-cu il,9 noyabr-1804-cü il,2 dekabr-Konsulat dövrü. 48.1802-ci il-general Brünün xarici əlaqələr üzrə komissarlara-Rusoya və Kornaseyə məktubu. 49.Bonapart – I Napaleon (1804-1815-ci illər). 50.1805-ci il,16 fevral-Napaleonun İran şahına məktubu. 51.1805-ci il,fevral-Joberin və Romyönün İrana göndərilməsi. 52.1807-ci il,4 may-Finkenşteyn müqaviləsinin imzalanması. 53.1808-ci il-Fransada Şərq memarlıq nümunələrinin meydana gəlməsi. 54.1808-ci il,yanvar-Franko-İran müqaviləsinin bağlanması haqqında general Qardanın məlumatı. 55.1808-ci il,28 yanvar-general Sabestyaninin İran səfirinin yola düşməsi barədə Napoleona məlumat verməsi.
200
Bədii tərcümələr
201
202
Pol Verlen. Gözəl nəğmələr. I nəğmə.
Gecəki sakitliyi qoruyan göy səmanı, Hələ də nəmli olan çovdar, sarı buğdanı Səhər mehriban günəş şəfəqlərə qərq edir. Çinarların baş-başa verdikləri yol ilə Çiçəkləri saralmış, şehli, nəmli sahilə İnsan bu gözəlliyi sanki duymadan gedir. Üfüqlər al-qırmızı, hava canlara dərman Dimdiyində yuvaya saman çöpü aparan Bir quşun da surəti gölməçədə əks edir. Həyatdır bu mənzərə, duyan vurular buna Nə şirin lay-lay çalır, nə incə sığal çəkir Xəfif bir səhər mehi insanın arzusuna. Gün kimi şəfəq saçan, nəğmə deyən gənc qızın Dil açan xatirəsi, oyanan duyğusuna. Şair xəyala dalır xatırlayır bu zaman İlk sevgi, kim üçünsə tökülən göz yaşını. Xəfif təbəssüm qonur dodaqlarına bu an Tapır arzularında öz könül sirdaşını. Pol Verlenin Aslanov Vaqif tərəfindən tərcümə olunmuş şeirləri orijinalın poetik ruhunu düzgün əks etgirir. 1970.Fransız ədəbiyyatı tarixi müəllimi Quliyev Q.
203
II nəğmə.
Ömrün on altı yaşda İncəliyi, mənası Günahsız hiylələrdir, Bir də uşaq ədası. Gözündə mələklərin Alovu var, odu var. İlahi bir öpüşün Hisslərini oyadar. Şux, incə əllərində Ümidsiz bir əsirtək Mənim duyan ürəyim Əsir olmuşdur demək.
Dinsə,yerində dinər, Nəcibdir, kamallıdır. O, təmizdir ruh qədər, O, şair xəyallıdır. Səbəb olsa da hər şey Onun əylənməyinə, Dostluqda sədaqətli Olardı o qız yenə. 204
Məhəbbətdə kim bilir Vurulmuş bir şairə Bu ilham pərisindən Ən layiqli hədiyyə, Olardı saf, boyasız Yaxşı və pis nəğmələr Sevənlərin çəkdiyi Xoş iztirab, dərd-kədər.
III nəğmə.
Büzməli al-əlvan donunda birdən, Qayğılı olduğum bir yay günündə. Durdu təbəssümlə gözüm önündə Gözlərin sehrindən şübhələnmədən. O durdu, oturdu, güldü, danışdı. Ciddi və səmimi, məzəli, kövrək. Tutulan qəlbimdə duydum ki, demək Aldığım nəşəyə sevinc qarışdı. Səsi də çevrildi bir musiqiyə Həzin bir ahənglə dil açdı birdən Onun ədasından, ümidlərindən, Könül şadlığından danışsın deyə
Qurtarmaq istədim onun sehrindən Bir aman vermədən o gözəl mələk 205
Məni tora saldı, tora düşərək O gündən həsrətlə ah çəkirəm mən IV nəğmə.
Ağarırsa dan yeri, qızarırsa üfüqlər Solan ümidim mənə doğru açırsa qanad Ona gəl-gəl deyirsə bu xoşbəxtlik, bu səhər Madam mənimki olmaq istəyirsə kainat. O zaman meşşanların, o zaman alçaqların Düyümlənmiş yumruğu, qəzəbi arxasında Həyatı içkilərdə axtaran axmaqların Murdar ədavətinin səbəbi arxasında Yurd salan o zəhərli fikirlər qovulursa, Büzülmüş dodaqların rişxəndi qovulursa Ümid qalib çıxırsa, o yerdə insanların Pis niyyəti qovulur, hər fəndi qovulursa,.... Onda mən bu qaranlıq gecəmi nurlandıran İşığı istəyirəm… Bir pəri tərəfindən Verilən ilk, əbədi məhəbbətin bu zaman Gülüş, gözəlliyini istəyirəm onda mən. İstəyirəm ki,əlim əllərində titrəyə, Bələdçi tək yollardan keçirə o qız məni. Nur saça baxışları, nur saça yerə, göyə... Düz yeriyəm keçərək hər hansı maneəni Bəli,.. təmkinli, sakit getmək istəyirəm mən Niyyətimin dalınca harda ki, tale mənə Rast gələcək o yerə heç nədən çəkinmədən Bu şən mübarizlərə olacaqdır nümunə. 206
Zümzümə edəcəyəm şən, sadə nəğmələri Layla çalmaq üçün mən yolun yorğunluğuna Məni dinləyəcəkdir zövq alıb gözəl pəri İnanmıram başqa bir cənnətin olduğuna.
V nəğmə.
Ayın gümüş telləri Meşədə şəfəqlənir Hər budaqdan səs gəlir Hər bir yarpaq səslənir Ağac kölgəsinə gəl, Gəl, ay sevdiyim gözəl !
Güzgü tək parıldayır Ayna gölün sinəsi. Ayna göldə əks olur Söyüdlərin kölgəsi. Orda əsən külək də Sızıldayır az qala Vaxtdır, dalaq xəyala.
Hər tərəfə səmimi, Dərin sakitlik düşür. Sanki göy qübbəsindən 207
Asteroid sürüşür. Hey sürüşür haçandır Bu ən şirin zamandır.
ÖJEN DABİ TƏTİL (Fransız dilindən tərcümə) Parisi birdən-birə tərk etmişdim.Sən-Jülyən-dö-Qrav vağzalına düşəndə heç kim məni gözləmirdi. Çamadanımı əlimə alıb,iti addımlarla yola düşdüm və tezliklə Şarantın1 sahilinə gəlib çatdım.Onun üzərindən asma körpü keçirdi;nəhəng qovaqlar çayın axını istiqamətində sıralanmışdı;çayın yuxarı axarında,dəyirmanın yanında bənd yüksəlirdi.Sakit axşam idi.Məndə tətilimi keçirəcəyim yerə xoşbəxt yəqinlik,inam yaranırdı. Araba təkərlərinin çala-çuxur etdiyi yolla kəndə doğru sallandım.Əmim Basijalda ömrünün axırınadək yaşaya biləcək bir ev və üstü şiferlə örtülmüş,ağ divarlarını sarmaşıq bəzəyən köhnə bir ferma kirayə etmişdi.Həmin evi asanlıqla,zəhmətsiz tapdım. Səliqəsiz bağda əmim və əmidostum səhər havası qəbul edirdilər. -Ah, Fransua!-deyə əmim qışqırdı. Bu-bığlı,yekəqarın,alicənab bir adam idi.O ayağa qalxdı,məni qucaqlamaq üçün yol verdi,sonra kənarda utana-utana dayanan iki qızcığazı mənə tərəf itələdi:‖Sənin əmi qızlarındır!‖və nəhayət mənə ―gəzişməyə getməyi‖ təklif etdi.Biz yola düşdük.Şarant çayının bir qolu kənd boyu uzanırdı.Bu,Klavet çayı idi ki,çöllərin,damına yelqovanlar qaldırılan daxmaların arasından şıltaqcasına axır,köhnə körpünün altından sürüşüb keçdiyi yerdə sular ölçüsüz gecəyə hədsiz təriflər yağdırırdı. 208
Nəhayət,biz qayıtdıq.Mən ―qəlyanaltı eləməli‖,səyahətimdən danışmalı,valideynlərim barədə məlumat verməli oldum.Yorğunluq məni keyləşdirirdi,mən yataq otağına keçməyimi xahiş elədim. Yatağa uzanmazdan əvvəl bostana açılan pəncərəyə dirsəkləndim.Gecə ilıq,ətirli idi və onun sakitliyi mənə sirayət edirdi.Qarşımda uzun-uzadı tətil həftələri vardı.Mən artıq hər axşam göy çəmənliyi,kənarında günəşin batdığını görə bildiyim bir mənzərə xatirəsini qoruyurdum. Ilk günlərimdən yaxşı istifadə etdim.Səhərlər başıaçıq,pinti-pinti,corab geymədən ləpikləri ayağıma keçirib gəzişərdim.Kalvetin sahilinə gələn və çırpınan ördəklərə tamaşa edərdim;ölkəni daha çox sevməyə və başa düşməyə səbəb olan keçid yolları kəşf edərdim.Gecə düşdümü,ulduzların parlaqlığına heyran qalardım;otların arasından işıldaquşlar axtarardım;kəndin gözəl və ciddi sehri ilə zəbt olunardım Sərgərdanlığımdan yorulduqda Basijalda qalardım.Əmi qızlarımdan ən kiçiyi olan Jorjetlə oynayardım.Pişik balasının dəcəlliyindən zövq aldığım kimi onun şıltaqlığından həzz alardım. Naharın sonunda mənə Tonkən2 kəndi haqqında xatirələrini danışmaqdan xoşhallanan qoca əmimlə müsahib olurdum.Bir axşam o mənə ―Qara bayraqlar‖3 tərəfindən necə yaralandığını izah etdi.Mən ona ürək sıxıntısı ilə qulaq asırdım.Birdən gördüm ki,əmim qızı Marsel gözlərini məndən çəkmir.Mən onunla qarşılaşanda mənə söz deməyə cürət etmədən,utana-utana gülümsəyirdi;tez-tez mənə kiçicik xidmətlər göstərirdi.Mən də öz növbəmdə ona baxırdım.Onun on beş,on altı yaşı olardı;o kifayər qədər böyük və zərif idi.O mənə bir qədər ağıllı,yumşaq,əhəmiyyətsiz göründü. Ertəsi gün mən daha onun haqqında düşünürdüm.Basijalda ancaq kobud kəndli qadınlarını və ya qoca arvadları görürdüm.Gəzintilərimdə tək- tənha idim və bir neçə dəfə təbiətdən,onun sakitliyi və gözəlliklərindən təkbaşıma zövq almışdım.Otların ətri,günortanın istisi,çayın şırıltısı aldığım yeni təəssürat və hisslər mənə heyvani həyat arzusu,ümidi verirdi ki,bunları bakirə və oynaq bir qızla bölə bilərdim.Tez-tez öz sevincimi bir canlıya qışqırmaq arzusunda olurdum:bu ağaclardan daha hissiyatlı,təbiətdən və meşələrdən daha canlı varlıqlara baxmağı arzulayardım. 1
Şarant. – Fransanın qərbindən axan çay. Tonkən kəndi – Vyetnamda kənd.1884-1885-ci illlərdə Hindi-Çin yarımadasında Fransa ilə Çin arasında baş verən hərbi münaqişə Vyetnam üzərində fransızların hakimiyyətinin güclənməsinə səbəb oldu. 3 Qara bayraqlar – XIX əsrin 80-ci illərində fransız müstəmləkəçilərinə qarşı Vyetnamda silahlı mübarizə aparan Çin üsyançı dəstələrini belə adlandırırlar 2
.
Onda Marselin surəti gözümə görünərdi. 209
Belə ki,bir qadının təmin edə biləcəyi zövqlərə aclıq duyardum.Otun içində diyirlənir,yeri ayaqlarımla döyəcləyir,uşaq kimi gicitkənləri doğrayıb tökürdüm.Kəndlilər məni öz çöllərinin ətrafına getməyə,orada dördayağa qulanların dalınca qaçmağa sərbəstlik verirdilər.Mən öz gəncliyim,öz bədənimlə,fəza ilə,göyün təmizliyi ilə öyünürdüm.Havanın isti keçdiyi saatlarda çılpaqlanıb bir ağacın kölgəsində uzanıb uzun müddət arzulara qapılardım.Fikrimdə tezcə sifəti Marselin sifətinə çevrilən bir qadını sevərdim.Qəfil yerimdən elə qalxardım ki,sanki palıdları silkələyəcəkdim,Həmişə bomboş olan yolla mahnı oxuya-oxuya yenidən yola düşərdim. Parisdən aldığım məktublara cavab vermədim.Ən yaxşı dostlarımı unudurdum.Tezliklə xaç suyuna salma mərasimi ilə əlaqədar valideynlərim gəlməli idi;daha onların gəlişindən narahat deyildim. Bir səhər bostanda Marsellə qarşılaşdım.O necə gəldi geyinmişdi,gülürdü,gözəlliyini dərk etmirdi,qucağında buket aparırdı. -Bunu istəyirsiniz,Fransua? Biz şəncəsinə evə tərəf qayıtdıq.Marsel mənim otağıma daxil oldu,gülləri güldana yerləşdirdi.Mən ona dedim: -İndi mən tamamilə əmiqızı haqqında fikirləşməyə məcbur olacağam! Mənə onun barədə o qədər də fikirləşmək lazım gəlmirdi. Marsel mənə siz deyirdi.Ondan sən deməyi xahiş etdim. Hər səhər o,Basaka mənim kuryerimi axtarmağa gedərdi.Əgər mənə məktub olsaydı,onun yorta-yorta qayıtdığını görərdim.O,əllərini yelləyərdi:‖Bu- Parisdəndir‖.O hər bir zərfin yazısını,markalarını baxışı ilə sorğu-suala tutardı.Mənə lazım gəlirdi ki.ona malik olduğum yaxşı və ya pis xəbərləri deyim;kimdən,qadından,kişidən?Mən susurdum,onun sifəti tutqunlaşırdı.O mənim keçmişimi pis bildiyi üçün əzab çəkirdi,keçmişimi öz xəyalında canlandırırdı,mənə suallar verirdi.Mənim dediklərimi əfsanələrdə olduğu kimi təsəvvür eləsə də,elə şeylər artırırdım ki,onun marağını sakitləşdirirdi.Onda ümid oyandığını,cəsarətin artdığını hiss edirdim. O məni Fransua deyə çağırırdı;sən deyib çağırmaq onun dodaqlarına gizli öpüş ümidi verirdi.O,boş bəhanələrlə mənim otağıma daxil olurdu.Demək olar ki,həmişə onunla yolumun üstə qarşılaşardım;o təəccübdən həyəcanlanar,gəzintisini mənimlə davam etdirərdi.O üzərindəki kənd çiçəklərinin lətafətini qoruyardı.Onun gözləri Klavetin suları kimi duru idi.Mən onun bir-birinin ardınca bütün donlarını geydiyini,indi isə məktəbli donlarının üzərinə lent,çiçəklər əlavə etdiyini görürdüm.O mənə xoş gəlməyi nə qədər arzulayırdı! O məni həyəcanlı mərhəmət,sadəlövh nəvaziş və bir qədər narahatlıqla əhatə edərdi.Mən daha tətilimi keçirmək üçün onun sifətindən özgə sifət arzulamırdım.Axşamlar bağda o mənim yanımda uzanardı.O,səmaya tamaşa edər,ah çəkər,mənə tərəf çevrilərdi.O saat biz yolda 210
qucaqlaşan sevgililəri görərdik. O məni bu xatirəyə calayar,Parisdəki qadınların necə yaşadıqları barədə mənə suallar verərdi.Mən onun odlu baxışlarında bu qadınlara oxşamaq ümidini oxuyardım.Atası onu mənim üzərimə itələyəndə uşaqdan fərqlənirdi,artıq sayğılı,cilvəli,qəmgin,cəsarətli,gənc bir heyvan kimi bacarıqsız bir güclə dolu idi. Hər gün Marsel yeni cəhdlər edərək mənə nəvaziş gösrərirdi:bir söz,bir təbəssüm,bir hərəkət,cavab verdiyim bir şiddətli həvəslə mən bir qadın kimi onun diqqətimdən yayındırırdım.O bunu özünə şöhrət sayırdı. O,xoşbəxtliyinə o qədər də inana bilmirdi.‖Onda,bu doğrudur,səndən ötrü darıxıram?‖-deyə məndən soruşardı.O narahatlıqla gözləyirdi.‖Mənə demək lazımdır ki,sən məndən yorulacaqsanmı, doyacaqsanmı?‖Onun əlini əlimə alardım.Və onun baxışı nurlanardı. O,boynu və döşü açıq,qısa donlar geyərdi.Zərif parçanın altında onun döşlərini,budlarının girdəliyini hiss edərdim:onun bəhanə ilə bir-birinə sıxdığı və zərif ayaqlarına baxırdım;onun münasibətindəki sakit cəsarəti sevirdim. Səhərdən əlində bir fincan süd otağıma gəlib çıxardı.O,qapını örtər və gülümsəyərək mənə əmr edərdi:‖İç‖.Mən fincanı yarıya qədər içər və ona uzadardım;öz növbəsində dodaqlarımı qoyduğum yerə qoyaraq içərdi.Əllərimiz bir-birinə toxunardı.Bu,bir oyun idi. Günortadan sonra bağın içərisinə,şabalıd ağacının kölgəsinə tənbəlcəsinə uzanmağa gedərdik.Heç vaxt Marsel birgə sevinc dadmamışdı.O mənim paltar yuyulan yerin yanında paltar yuyan qadınlara kənardan baxdığımı,onlardan biri ilə zarafatlaşdığımı görmüşdü,özü də ən cavanı ilə.Ancaq indi mən onun yanında idim,onunku idim!İşıq gözlərimi qamaşdırırdı,gözlərimi qıymışdım.Marsel uzanaraq mənə baxırdı.Sonra o yuxulayırdı.Uşaqlıq adətini tərk etməsini görür və mən onun gözəlliyini faş edirdim.Onun sifəti ot üzərindəki zərif çiçək kimi parıldayırdısa;onun şəffaf göz qapaqlarına,boğazına,çilpaq əllərinə valeh olurdum:onun sinəsi sakitcə qalxıb enirdi.Onun üzərinə əyilir,onun kimi nəfəs alır,milçəkləri qovurdum.Sonra onun üstünü otla örtürdüm.O oyanar,kəkələyərək mənim adımı çəkər,onun üzü uzandığı zaman yaranan sevincdən fərqlənməyən bir sevincə açılardı.Bu onun yuxusunun təsirindən ola bilərdimi?Onun bədənindən güclü (heyvani) bir ətir qalxırdı;donuq gözləri məni tərk etmirdi.Nəm əlini əlimə qoyardı.Mən onun çətinliklə nəfəs aldığını eşidərdim. Jorjet qəfil görünərdi.Mən onları oynamağa,birləşməyə,otun içində diyirlənməyə,bir-birini sığallamağa (nəvaziş göstərməyə) qoyardım;hərdənbir mübarizə apararkən onların donu yuxarı qalxardı.Marsel kiçik bacısını mənə kənardan baxaraq bu öpüşlər mənimki olsun deyə bərk-bərk öpərdi.Ancaq o öz yuxusunda bu gözəlliyi mənə təqdim etməmişdimi? 211
Mən bir neçə addım atardım.Marsel qışqırardı:‖O!Fransua,hələ burdan getmək olmaz.‖Mən ona qulaq asardım.Öz növbəsində qəflətən tutmaq (cəlb etmək),oxşamaq üçün məni uzanan görməyi sevərdi.O,hiyləgərcəsinə əlləri ilə gözlərimi qapayardı və qalın səslə soruşardı:‖Bu kimdir?‖Mən bir sıçrayışla ayağa qalxar və onu əsir almış kimi özümə tərəf çəkərdim.Onun gülümsər üzü ciddiləşərdi. O mənim həyatıma daxil olmuşdu.Mən avaraçılıq etməkdən,duman,quşlar,ağaclar haqqında səfeh suallar verməkdən yorulduqda onu yenidən yaxın,yenidən gülər görürdüm.Bütün şahidlərdən uzaq,çöllərin kənarı ,çiçəklərin arası ilə narahat Marselin təkidinə görə sükut içərisində gedirdik.O,qəribə macəra gözləyirdi.Onun qolundan tutur,zəhlətökən nəvazişlər göstərir,yarpaqlardan çələng hörüb alnına qoyurdum.Məhəbbətə başqa hərəkətlər hazırlamaqda qabiliyyətsiz olduğundan,o mənə gülümsəyirdi.‖Yaxşı,- o deyirdi-bilirsənmi hələ bu axşam sənin haqqında düşünmüşəm.‖O,arzularını təyin etməyi mənə həvalə edirdi,mənim onun fikrini düzgün tapmağıma təəccüblənirdi. Bir gün o mənim baxışımdan özü barəsində nə fikirləşdiyimi oxumağa çalışırdı.Onu qucağıma aldım.Axşamlar ayrılarkən yanağını mənə tərəf uzadırdı.Ancaq bu dəfə mən onun gözlərindən, sonra da ağzından öpdüm:o titrəyir,sakitcə şikayətlənirdi. Onu yenidən görəndə:-Fransua,-deyə o pıçıldayırdı,görünmürsən.O,dodaqlarını dişlər,əlləri ilə dodaqlarını gizlədərdi:ağzı yara kimi açılardı.Mən onun sadəlövhlüyündən həyəcanlanırdım.Mən ancaq məhəbbətdən təsvirlər (xəyallar) yaradırdım.Onun saçlarını gicgahında burmaqdan xoşhallanırdım;çılpaq əllərini sığallayırdım.O,dodaqlarını qabağa uzadar,göz qapaqlarını örtər,təslim olardı (uyardı). Klavetin sahilində,ağac budaqlarından hazırlanmış hamam otağında idim.Günəş yeri-göyü qarsanda biz orada soyunurduq.Marsel əyninə həddindən artıq enli olan anasının cizgili qadın pantalonunu geymişdi.Lakin onun bədəni ilə mənim baxışım arasında paltar örtüyü qurtarmışdı!Mən onun döşlərini,qarnını,parlayan qıçlarını görürdüm. Mən aşağı düşürdüm.O,sahildə qalırdı,əvvəlcə ayağını,sonra qıçını sallayır,bir topa su qaldıraraq sürüşürdü,hərdəmxəyallıqla,hay-küylə suya çırpılırdı,saçları parıldayırdı.Bu onun ―dərs‖ saatı idi. Mən onu əllərim arasında gözəl bir qazanc (mənfəət) kimi saxlayırdım.Sakit havada Basakın zəngləri günorta olduğunu bildirirdi.Təngnəfəs olmuş halda,yenidən sahilə qalxırdıq.İlk dəfə mən geyinməyə başlayanda Marsel utandığından uzaqlaşmışdı.İndi isə yanımda dururdu. Əmim Sən-Jülyən-dö-Qrav vağzalına qohumlarını qarşılamağa getmək üçün ikitəkərli araba kirayə etdi.Bunların gəlişindən kədərlənmiş halda,Marsel 212
və mən onu müşayiət etdik.Baş platformanı (səkini),kiçik vağzalı yenidən gördüm.Qatar dayandı,qohumlar düşdülər:mənim və Marselin qohumları…bu nə basqındır(nə üsyandır!)!Qayıdanbaş bir kənarda dayandıq.Marsel mənə yavaşcadan danışır,‖bizə azadlıq vermişlər deyə‖ planlar tökürdü. Xoşbəxtlikdən,hələ də onu uşaq hesab edirdilər.Gecə xudahafizləşmək lazım gələndə əlverişlı moment(dəqiqə) gözləyirdik.Xudahafiz əmi,xudahafiz bibi (əmidostu),bu da biyardır!Biz bir-birimizə yaxınlaşdıqda o sevinirdi.Heç kəs bizi görməsin deyə necə gəldi öpüşürdük,dodaqlarımızı kənarından,üstündən tez-tez öpürdük.Göründüyü kimi baxışımızı itirəndə (ölçüb-biçməyə vaxt tapmayanda) tez-tez bir gecədə bir-birimizə iki dəfə gecən xeyrə qalsın deyirdik. Bu oyun əmiqızıma ləzzət verirdi.O həm sirrə,həm də həqiqətə malik idi.Məhəbbətimizdən savayı onun üçün heç nə mövcud deyildi.O,tapşırıqlarını tezcə yerinə yetirirdi,bacısını zinhara gətirirdi və gəzintinin ortasında bacısından ayrılırdı,güzgüdə özünə heyran qalaraq saatlarla vaxt keçirirdi.Mənim qabağımda anası Marseli neçə dəfə danlayır,o utandığından qızarırdı.Bizim ilk öpüşümüzdən sonra onun sifəti başqalaşmışdı,daha hissiyatlı olmuşdu,dəyişmişdi,ciddiləşmişdi.Hərdənbir öz yalanları üçün özünü danlayırdı,bizim nəvazişlərimizi qəbahət sayırdı.O,ah çəkirdi.Mən gözlərimi zilləyərək ona baxırdım:o,qorxularını unudur və çılğıncasına dodaqlarını mənə uzadırdı. Tez-tez məndən soruşurdu:‖Mən anamdan daha gözələm?‖Mənim yalan danışmağa heç bir əsasım qayıdırdıq.Avarlar suyu qanadlar kimi döyəcləyirdi.Səma qaralırdı:sakit havada çimənlərin qışqırıqları eşidilirdi.Başını çiynimə qoyan Marsel daha tərpənmirdi. Ailə axşamlarını bəzən C-b.Markenin anasıgildə keçirirdilər.Dövrə vurub trubalı qramofonun qabağında dəbdə olan mahnılara qulaq asmaq üçün oturardılar.Mən isə bir tərəfdə- uzun stolda (skamyada) əyləşib dalğın-dalğın qulaq asardım.Mən qarağat giləsi yığar,yaxud əmimqızının əlini sığallardım.Xəyallara qərq olardım.Basijaldakı ilk gecələrimin cazibədarlığının bir sehrini,ovsununu yenidən yaşayardım.Birdən axan bir ulduz səmanı deşirdi.Marsel deyirdi:‖Tez bir şey arzulamaq lazımdır.‖Heç vaxt mən buna macal tapmazdım:ona,onun arzusuna gəldikdə isə,onun nə arzuladığını bilirdim. C-b.Marke Marselə qulluq göstərirdi.O,Marseli yaşı ötmüş hesab edirdi.Belə ki,bir gün bu yekəqarın evlənməkdən danışdı.Mənə və Marselə fəlakət!Bu vaxta qədər onun qayğısına az qalan ailə,onu da,məni də izləməyə başladı.Daha bizi gəzintiyə tək buraxmadılar;ya da gəzintiyə gedəndə başa düşülən tərzdə gülümsəyirdilər.Belə ki,biz bir qədər nişanlı sayılırdıq ,bəs nə!Bu zaman mənim dilim topuq çalırdı.Marselə gəldikdə isə,o mənim məmnun bir halda qoltuğuma daha çox sıxılırdı,axı mən onunku idim.O daha 213
cilvəli olurdu:o ―bizim gələcəklərimizdən‖,‖əbədi səadətdən‖ danışırdı.O daha qızcığaz deyildi.O məndən soruşurdu:‖Sən lap gec evlənəcəksən?Kiminləsə?‖Ona tələsik cavab verirdim:‖Səninlə, indiki kimi‖.O başını silkələyər və anasının sözlərini təkrar edərdi:‖Ah,evlənmək ciddi işdir.‖ Xoşbəxtlikdən hərdənbir o,yüngüllüyünü yenidən tapırdı.Bir bazar,‖boç‖1 günü üçün Sən- yox idi:bəli,o,gözəl idi!Onda əlimi ağzına qoyardım:o,qəhqəhə çəkərək əlimdən çıxardı. Əmim rayondakı böyük çaxır tacirlərini tanıyırdı.O,qohumlarını (ailəsini) onlara aparırdı.İstirahət günü birlikdə onun dostlarıgiləFlenak,Soze,Jəntrakgilə səhər yeməyi yeməyə gedirdik.Çoxları inanırdılar ki, Marsel və mən nişanlıyıq.Və həmişə süfrədə bizi yanaşı əyləşdirərdilər.Kofe içmək vaxtı gəlib çatanda biz bağda qaçışmaq üçün yemək otağını tərk edərdik.Qoca əmim deyərdi:‖Necə dəcəl uşaqlardır.‖Mühakimə edənlər bizə az lazım idi.Bizim xoşbəxtliyimiz haqqında heç nə bilmədiyimiz bir qəsəbəyə,sehirli bir kəndə yola düşməkdən ibarət idi. Günbəgün bir-birimizə daha çox bağlanırdıq;hadisələr də belə gətirirdi.Onun əmisi qızın əmisi qızını xaç suyuna salırdı.Mən xaç atası,Marsel xaç anası idi. Bazar günü Basakın zəngləri bütün gücü ilə çalındı.Torlu, ağ don geymiş əmim qızı məğrurcasına əlini mənə verdi.Bizi araya alan uşaqlara xırda pullar və içi şərbət kimi xırda konfetlər ata-ata yeriyirdik.Dəstədə itlər,kəndlilər,bütün qəsəbə bir-birinə qarışırdı.Kilsədə böyük bir cədvələ Marsel mənim adımın altından qol çəkdi:iri,əyri məktəbli xətti ilə.O mənim qulağıma pıçıldadı:‖Bu,evlənmək kimi bir şeydir.‖ Axşam səhnəyə qaldırılmış nəhəng stolun dövrəsinə qırx qonaq yığışmışdı.Axşam yeməyinin sonunda kişilər yöndəmsiz nəqarətlər oxudular,elə əhvalatlar danışdılar ki,qadınlar gülməkdən qəşş etdilər.Kişilərdən bəziləri məni və ―adaxlımı‖ ələ saldılar :və birdən hamının alqışları altında kök bir kişi Marseli qucaqlayıb öpdü.Bu ana qədər öz nəvazişlərimizi nə qədər təmiz hesab edirdim.... Bu bayram bizi əkinçi C-b .Marke ilə tanış etdi.O bizi tez-tez özü ilə qayıqda gəzməyə dəvət etdirdi.Ağ su zanbaqlarının çiçək açdığı sahillərin arası ilə axan Klavet çayı boyunca qalxırdıq.Marsel qışqırırdı:‖Fransua,onlardan mənə dər!‖Lazım gəlirdi ki,qayığı çiçək və yarpaqlarla doldurum.Tezliklə biz köhnə dəyirmanın yanından axan enli,sakit,nəğməkar Şaranta qayıdırdıq.Biz dinib danışmadan irəliləyirdik,hava mülayim idi;əllərimizi suya sallayırdıq və qəfildən əmim qızı üzümə su atdı,ancaq C-b.Marke bizə göz qoyurdu. Lakin çayın sakitliyi,böyük qovaqlar,aydın səma bizi dalğınlığa səsləyirdi.Onda Marsel sentimental bir səslə oxuyurdu.: ―Məhəbbətin ləzzəti davam edir bircə an Qüssəsi məhəbbətin çəkilir ömür boyu...‖ 214
Sonra o məndən soruşurdu:‖Fransua,mahnının dediyi doğrudurmu?‖ Asma körpünü ötüb keçdikdən sonra ―Gəmiqayırma‖meydançasına yaxınlaşırdıq ki,oradakı səliqəsizlik və hay-küy bizi heyrətə gətirirdi.Təəssüf ki,bu səyahətin sonu idi.Bir neçə balıqçı,paltar yuyan qadın sahili canlandırırdı:çay günəşdə bərq vururdu.Heç vaxt C-b.Marke çayın sahilində daxmaların mərtəbələşdiyi Sən-Simon qəsəbəsinə və çayın yuxarı axarında qalın,sıx və böyük ağaclar bitən,bizim xəyalata qapılmağımıza imkan verən adaya qədər getmək istəməzdi.Biz yavaş-yavaş Simona gedən yolla gedirdik.Biz dəstənin ardınca getdiyimizdən,qocalar və valideynlərimiz irəlidə getdiyindən sakit idik.Hava sərin idi.Biz iri bir mavi çətir aparırdıq ki,onu külək yelkən kimi şişirdirdi.Lakin biz hər yüz metrdən bir kiçik daş sütunlar görünən kimi onların arxasında qucaqlaşıb öpüşürdük 1.‖boç günü‖-kənd bayramı.
Qəsəbədəki meydanda keçi və donuz saxlanılan yer,alver budkaları var idi.Bir neçə dəfə dövrə vurduq:hər bir budkanın qarşısında dayandıq;Marsel özünə yaşıl və qırmızı rəngli karnaval maskası,lentlərlə bəzədilmiş kardon papaq aldı.Sonra məni başıma əlvan kağız piləkləri səpməyə ―məcbur‖ etdi. Axşam Şarant çayı üzərində fişəng atıldı!Biz hamımız çətirləri başımıza çəkərək sahildə bir yerə yığışmışdıq.Otaqların çoxu əldən çıxdığından biz kölgəlikdə qalmışdıq.Cavanlar bundan heç vaxt şikayət etməzdilər.Marsel mənə sıxılır və məni qucaqlayırdı.Öz zövqü,təcrübə qorxusu onu kəsik-kəsik hıçqırıqlar çıxarmağa vadar edirdi ki,mən onun hıçqırıqlarını havada yayılan atəş səsinə bənzər səslər çıxarmaqla batırırdım. Sentyabr gəlib çatdı. Marsel gəzintilərimizi bir-bir yenidən təkrar etmək istədi.Hər bir gəzintimiz onun xatirələrini oyandırırdı.Biz Sən-Jülyən-dö-Qrava gedirdik,çünki qəsəbənin yolundakı çarmıxa çəkilmiş İsanın şəkli olan xaçı,tərk edilmiş kilsəni sevirdik.Artıq köhnə hərəkətlərimizi,daha təravətli hesab etmədiyim sözləri təkrar edirdik.Mənə başqa cür zövqlər lazım idi.Tilovla balıq tuturdum;tilova heç vaxt balıq gəlmirdi,Marsel deyinirdi:‖Görürsən,vaxt itirirlər.‖Tilovu balıq tutduğum yerə çaxır,üzümlüyün kənarına qaçmaq üçün;həddən ziyadə üzüm və meyvə yeyirdik. Meşənin kənarında uzanırdıq.Marsel alnını dizlərimə qoyurdu:onun yeri bu idi,daha o tərpənmirdi.O ah çəkirdi,birdən yavaş səslə deyirdi:‖Tezliklə tətil sona yetəcək.Sən yenidən Parisə qayıdacaqsan.Orada olarkən məni unutmayacaqsan?Ah,Fransua, sən artıq mənə az diqqət yetirirsən...‖Mən ona qayıdacağımı vəd edirdim.‖Bəli,-deyə o pıçıldayırdı:- bir ildən sonra‖Birdən 215
ağlayırdı:daha mənə qulaq asmırdı,öpüşlərimdən ayrı heç bir sevinci yox idi.Göz yaşlarnda islanırdıq.Ayağa qalxıb sükut içində yenidən yola düşürdük. Səmada payız dumanı üzür,sevgimizi kədərli edirdi. Ailəmiz kifayət qədər kənddə qalmışdı.Əmim hamımızı daha bir gün qalmaq üçün La Roşelə aparmağı qərara aldı. Bu bazar günü səhər Basijolu tərk etdik.Marsel xaç suyuna salmaq münasibətilə geydiyi gözəl donunu geymişdi.O və mən ―toy səyahətimizi‖ edirdik.Lakin qatarda heç bir boş kupe tapmadıq,keçidin ortasında ayaq üstə dayanmalı olduq.Biz Şarant çayını seyr edirdik.Onun sahillərinin sərinliyi məni cəzb edirdi,kiçik, yanmayan daş kömürlərə,əmiqızımın tənələrinə baxmayaraq,səyahətin çox hissəsini qatarın qapısından əyilmişdim. La Roşelə gəlib çatdıq.Dəniz!Siqnal səsi qulağımı batırırdı.Bir gəmi manevr edirdi.Onda bir an Basijolu və onun zibilliklərini,Klavet çayını və onun ölü sularını,gəzintilərimi və Marseli unutdum. -Danışmırsan,Fransua?Nə fikirləşirsən? O məni xəyallarımdan ayırırdı.Mən ona quru-quru cavab verirdim.Tək olmaq,harasa getmək istəyirdim.Açıq dənizdən əsən külək kənd ətirlərindən daha sirayət edici,daha güclü,gicəlləndirici,kəskin iy gətirirdi.Mən oradakı çimərliyə tələsirdim.Və əmiqızım sentimentalcasına gözlərini mənim üzərimə dikib təkrar edərək qolumdan yapışırdı:‖Bizdə daha yaxşıdı,hə?‖Bir kafenin meydançasında çətinliyə düşdüyümüzdən ərzaq şeylərimizi qablaşdırdıq. Sonra bütün ailə çimərliyə gəlib çatdıqda yan qayışlarını açmamaq mümkün deyildi.Mənim azadlıq meylim daha da kəskinləşirdi.Mən üzmək istəyirdim,ancaq göründüyü kimi,boğulmaq təhlükəsinə girişirdim.Əmiqızım məni izləyirdi,lakin mən qumda uzanmaq,mayka geymiş qadınlara baxmaq,yaxud hələ də yük gəmisinə qalxmaq istəyirdim.Əlbəttə,fikirlərim barəsində heç bir söz demirdim.Qəlbimi həvəslə,təəssüflərlə dolu hiss edirdim.Bir qızcığazı arxamca sürüməkdən bezmişdim.Belə ki,nəzakətlilik birdən mənə uşaqlıq etmək kimi görünürdü və dalğalardan doğulan kimi görünən qarayanız qızlara baxırdım. Bu sentyabr,həmçinin tətilimin sonu idi. Mən özümü Marselin fantaziyalarına hazır saxlamalı idim.Onun üçün hər hansı bir şey rəmzə,xatırlamaq bəhanəsinə çevrilirdi.O gəzintilərimizi,bazar günlərini,Sən-Simondakı bayramı,hətta La Roşelə səyahətimizi,hər bir anı yenidən yaşayırdı,qoca kişini, öz keçmişini xatırlayansayaq ona bunlardan danışmaq,öz fikrini ancaq xatirələr üzərində cəmləşdirmək lazım gəlirdi.Mən isə tətilimizi yaxşı xatırlaya bilmirdim,sonrası da artıq mən Parisə qayıdırdım,dostlarımı orada yenidən görəcəkdim.,orada məni qayğılar gözləyirdi.Azadlığımın son günləri nəvazişə az yer verən narahatçılıq içərisində axıb gedirdi. 216
Və mənim yola düşmək vaxtım gəlib çatdı. Günortadan sonra Marsel və mən son gəzinti üçün yola düşdük.Günəş özünü gizlədirdi,onun işığı qəmli idi,əlvida üçün gözəl bir gün!Biz birbirimizin əlindən tutaraq,tələsmədən,həvəssiz yeriyirdik.Tezliklə yüz kilometrlər bizi ayıracaqdılar,bir-birimiz üçün yad olacaqdıq.Bir yamacın kənarında oturduq.Gözlərimin önündə yavaşca qazılmış,üzərində kiçik bir şəhər yerləşə bləcək qədər ərazidə qovaq ağacları əkilmiş,qayğılı çəmənlikləri olan bir çöl uzanırdı;bu,mənim sabah minəcəyim qatar idi;o,fit verirdi,öncədən verilən fit səsi mənə yenidən sevinclə qovuşacağım bir dünyanı xatırladırdı. Basijala qayıtmaq üçün Marsel Şarant boyunca gəlmək istədi.Tərk edilmiş,yabanı bitkilər və çiçəklərlə əhatə olunmuş bir evin qabağında dayandıq.O dedi:‖Oh,Fransua,əgər burada heç nəyin qeydinə qalmadan,həmişə bir-birini sevərək yaşamaq olsaydı,nə yaxşı olardı.‖O,evə kədərlə baxdı,bizim son dəqiqələrimiz kimi axıb gedən suya nəzər saldıq.Sakitcə onu qucaqlayıb özümə tərəf çəkdim.Mən demək istəyirdim ki,gələn yay ona yeni sevinclər gətirəcəkdir-bir başqası iləmi?-axı o gəncdir,vicdan əzabı çəkmədən,təəssüflənmədən qoyduğum,gətirib çıxardığım yolun astanasındadır... Ertəsi gün o məni babası-nənəsi ilə dəmir yol vağzalında müşayiət edirdi.Biz yan-yana əyləşmişdik,sakitcə təbiətə baxırdıq.Birdən Marsel tez məni qolları arasına aldı,göz yaşlarından uzun və ümidsiz bir öpüş üçün ağzını ağzıma söykədi. Anqulemdə1 qoca əmidən uzaqlaşmaq müşkül işdir.Marselin gözlərindən səbirsizlik və kədər oxuyurdum.Mən ona tez-tez məlumat verəcəyimi,qayıdıb gələciyimi vəd edirdim,kim bilir?Qəlbimin dərinliyində sevinirdim.Onu xoşbəxtlik tərk edirdi;onun sönük üzü,boş gözləri,ağır bədəni var idi.Birdən hay-küy qopdu,basabas düşdü;mənim qatarım gəlib çatırdı.Əmim,xalam məni qucaqlayıb,öpdülər.İlk dəfə görüşdüyümüz gecədəki kimi Marsel yanağını mənə uzatdı. Bir ay keçdi. Nəhayət,əmiqızıma məktub yazmağı qərara aldım.Ancaq onun anası,şübhəsiz,mənim məktubumu açırdı;mən də məktubumda mənasız məlumatlardan danışırdım.Qalanına gəldikdə isə,Marsellə bağlı xatirəm örtbasdır olunurdu,yavaş-yavaş yuxuya (xəyala) çevrilirdi,belə ki,get-gedə bu məhəbbəti yaşayanların mövcudluğuna inanmırdım. 1.Anqulem-Şarantın əsas depertament şəhəri. Son.
217
Erve Bazən Rədd olsun şapkalar (Frasız dilindən tərcümə) Nikola rəndəni bir tərəfə ataraq deyindi. Yox, deyəsən namuslu iş olan yerdə artıq mərifətli yucu taxtası da tapılmır. Yenə də çəllək taxtası yarmağa başladı. Əllərinə baxdı: onlar titrəmirdi. O, köhnə çəlləyin üstünə qoyulmuş və ağzı stəkanla örtülmüş butulkaya baxdı: onun 3/4-ü dolu idi. Sonra həyəcanla qulaq asdı. İsti havada zəng səsləri əriyib axırdı. - Emanın matəmidir, - deyə o, həyəcanla səsləndi. O tutuldu. Atası da üç il əvvəl rəhmətə getmişdi. Onu qıcamış, göyərmiş halda gömüşdülər. Döşlüyü üzərində çarpazlaşmış əlləri qıc olmuşdu. Gözləri bütün ömrü boyu gördüyü şeylərə bərələ-bərələ baxırdı: o bir yığın çəmbər və kəsif yonqar iyi verən əski-üskü, ağac qırıntıları, sıra-sıra vurulan mıxlardan asılmış alətlər və dədə-baba çəlləkxanasında olan bütün əşyalara – ağacdan hazırlanmış süd vedrəsindən tutmuş böyük palıd çəlləyə, su təknəsindən tutmuş balıq çəlləyinə, çamaşır təknəsinə, alma arağı üçün şabalıddan hazırlanmış çəlləyə, (unutmayaq ki, onların qaranlıq və tozlu küncündə Löbarje evinin iki qəşəng, lakin qurd yemiş, taxtaları ofalanmış çaxır çəlləyi də vardı ki, onları küncə gün düşəndə görmək olurdu), Paris tipli 432 və Bordo tipli 460 pintalıq, ağzı söyüd çubuqları ilə hörülmüş iki çəlləyə qədər hər şeyə baxırdı. Nə mənası? Sənət ölür. Hər şeyi reklamlaşdırırlar, çəlləyi də çaxıra su qatan şərabçılar üçün hazırlayırlar. – Deyəsən vaxt olmalıdır, – deyə Nikola pıçıldadı. 218
Xeyirlə şər qardaşdır. Ölülər 11:30-da dəfn edilir ki, sağ qalanlar 12:00da nahar edə bilsinlər. On beş dəqiqə ərzində Nikola Lez ami dü Müskadegildəki kimi daha dözə bilmirdi. Müşənbədən hazırlanmış tütün kisəsini çıxarıb bir popiros bükdü. Çox yaşladığından cığara cırıldı. Bu dəfə daha yoğun bir popiros büküb yandırdı və ayağı ilə qapını itələyib həyətə çıxdı. Zibillikdə hər şey mürəkkəb həndəsi fiqurlar kimi bir-birinin içinə girmiş, pasla örtülmüşdü. – Gəlirsənmi, Mari? – deyə o qışqırdı. Marinin başı hələ qarışıq idi. Ehtiyatdan stəkanları sayırdı: əlbəttə, simmetriya üçün. Çəlləkçi və arvadı bir-birindən ayrılmazdılar. Biri hara getsə, digəri də ora gedərdi. Bu biri gedər-gələr, yeyər-içər, alver edər, baha satardı. O biri isə gecə də, gündüz də ürəyəyatan, şəfqətli sözlər tapa bilməzdi, bu sadəlövh harınlıq on beş il idi ki, onu patetikadan kənar etmişdi. Lakin bu gün başsız-ayaqsız kinofilmə bənzəyən şiddətli məntiqsizlik də adamı ehtirası tanımağa məcbur edir. – Mari! Həyət və emalatxanaya qonşu alt mərtəbənin senyoru olan Nikola mətbəxin pəncərəsinə bir nəzər saldı. Ancaq arvadını görmədi. Arvadına 33 yaşı tamam olması münasibətilə aldığı hədiyyəni-çəlləkçi məhəbbətini alçaq bufetin – yük arabasının üzərinə qoyulmuş gördü ki, o da bədbəxtlikdən şabalıdı rəng və ya qara firəng üzümü şirəsi, qısası, incə xanımlar üçün içilməsi mümkün olmayan içki ilə doldurulmuşdu. Onda altı kirayənişinə baxan ümumi koridora çixib səhnə arxasında olduğu kimi təkrar etdi: – Mari, gəlirsənmi? – Arvadın orda deyil... Zəng səslərini eşidirsən? – deyə pilləkənin yuxarı başından bir səs cavab verdi. Bu, axırıncı mərtəbənin imperatriçəsi Jülinin səsi idi. – Bəs onda Mari dəfn yerindədir? – deyə Nikola burnunu göyə tutaraq soruşdu. – Emanın dəfnində! – deyə incimiş Jüli təkrar etdi. Sən yaxşı deyilsən, yox? Heç pişik də dəfndə olmayacaq. Küçəyə baxa bilərsən, küçə boşalır. Yoldan keçən adamlar başlarına qoyduqları tüklü şapkanı göstərmək bəhanəsi ilə özlərini biruzə vermək həvəsində deyillər. Mari isə ilk dəfə qarnı üstə xaç salıb. Ancaq hamı heç kəsin olmamasını istəyir. Aşağıdakı otaqların bütün sirləri yuxarıda – mənim otağımın pərdələri arxasında gizlənmişdir... Arvadın sənin boz kostyumunu əlinə götürüb çıxdı. O, ləkətəmizləyənin yanında olmalıdır. Bu ona zövq versə, qayıdanda ağız-burnunu büzəcəkdir... Sən nə deyirsən? Nikola nəsə mızıldandı. Həqiqətdə dilinə qeyri-ixtiyari olaraq ikibaşlı ünvanı olan ―fahişə‖ sözü işlənən bir cümlə gəldi. Aydındır ki, Jüli qaşqabağını sallamadan cavab verdi: 219
– Bunu deyə bilərsən! Alçaldığını biruzə vermək istəməyib yenə sözünə davam etdi. Nikola özünü qəhqəhədən saxlamaq üçün əli ilə burnunu qapadı. Ciddi bir qadın səsi ona cavab verdi. Bu, səssizcə içəri girən, hər şeyi eşidən Mari idi. – Daha ona dirilər kifayət etmir, indi o, ölüləri də karantinə alıb! – deyə çəlləkçi astadan dilləndi. – Di gəl də, – deyə Mariya səsləndi. Nikola cibindən bask beretini çıxarıb qulağına qədər başına basdı. İş paltarı geymiş ər-arvad kök Emanın cənazəsi keçən küçəyə çıxmaq üçün sola buruldu ki, ora çox vaxt bomboş olurdu. Həmin cənazə uzaqda, aşağı tərəfdə Moro dalanına çatırdı. Çox vaxt bomboş olan bu dalan ay işığı düşən zülmət kimi idi. Təkcə bir it küncdə çəngələ ilişib qalmış sümüyü gəmirirdi. Nant müəssisəsi – xüsusi məktəbinə məxsus forma geymiş altı hambal yas evindən çıxıb matəm əhval-ruhiyyəsində bəzədilmiş, akasiya ağacından düzədilmiş, üstünə iri-iri əklillər qoyulmuş, naxışlı tabutu qantarğasını yellədən, darıxıb çul altında titrəyən, peyinlərini tapdaya-tapdaya 15 dəqiqə gözləyən atlara tərəf çəkəndə də it tükünü belə tərpətmədi. İt təkcə arxadan ordinator, onun ardınca qırışlı kəmərinə xaç keçirilmiş xoraparan, onun ardınca eyni rəngli corab, qısa rahib cübbəsi geymiş xor uşaqları, onların ardınca dua oxuyan rahib, nəhayət, pilləkəndən düşərkən təngnəfəs olmuş, güzgü tək parlayan daz başına bənövşəyi rəngli kardinal şapkasını yavaş-yavaş düzəldən arxiyepiskop görünəndə tələm-tələsik sümüyü ağzına alıb qaçdı. Yavaş-yavaş yeriyən və heç nədən çəkinməyən arxiyepiskop kimi dəfn etdiyini bilirdi. O, dəstəni gözləmirdi. Dəfn zamanı və mərhumun illiyində həmişə iştirak edən, ağı deməyə (bu zaman pıçıltılar mərhumun ruhunu şad edir) adət etmiş qoca arvadları görməyəndə o qədər də təəccüb etmədi. Bir nəfər də olsun ağı deyən qadın yox idi. Bu da, əlbəttə, əmrə və dini məhkəmənin qərarına görə idi. Heç bir qonşu-filan da yox idi. Adətin əksinə olaraq, heç bir dindar qadın da yox idi. Jermen bacı axırıncı zəhər dişini elə soxmuşdu ki, Matild bacı dəfni qoyub, bəzək-düzəyə girişmişdi. Dəfn əmrə görə öz qaydasında idi. Ordinatorun başı çopur, yoğun boynu üzərində 15 dərəcə əyilmişdi. Şapkası da başı döndükcə əyilir, düzəlirdi. Yox, doğrudan da yox!Adətən bələdiyyə rəislərinin, departament üzvlərininin dəfni kimi vacib dəfnlər, müstəsna sinif üçün ehtiyatda saxlanılan təntənəli dəfnlərdən fərqli olaraq, (əvvəl-əvvəl etiraf etmək lazımdır ki, bu, heç kəs tərəfindən maneçilik görməyən və notarius tərəfindən pafosla reklamlaşdırılan məsələdir) burada heç kəs yox idi. Və hətta, ən azı bir nəfər də olsun olmadığından, tərk edilmiş küçə şəhərin nifrətini qışqırırdı. Arxiyepiskop köksünü ötürdü: pis qarşılandıq. Superfektura ilə daha çox dəqiqləşdirilmiş, Xeyriyyə cəmiyyətinin qazancı ilə daha çox əsaslandırılmış 220
dəfn taarifinin mexanikasında olduğu kimi, kilsənin müqəddəs veksellərində möhürlə təsdiq olunmuş qayda-qanunların hörmətlə yaşamasına qayğı göstərən bir çoban üçün də silinməz ləkələr var. Pis qarşılandıq, əfsus! – Gedək! İrəli getmək lazım idi. Arxiyepiskopun çənəsi qabağa uzandı. Həmişə boynu əyri və çopurlu, ancaq ayağı yüngül ordinator bir addım atdı, sonra bir başqası, sonra da xaçaparan, xor uşaqları və dua oxuyanlar qabağa çıxdılar. İki hambal atların başını saxlayırdı, o biriləri də ailənin və ya dostların səhvi üzündən cənazənin ipini çəkib aralandılar. Dəfn mərasimi yola düzələndə rahiblər dua oxuyurdu! – Misesere Mei Deus....(1) Key-key on metr, otuz metr getdilər. Matəm, günəş, tənhalıq bir-birini təqib edirdi. Dalanın qurtaracağında Karm keçidi boş idi, keçidin qurtaracağında Byö-Marşe küçəsi daha da bomboş idi. Tezliklə şapka zərbəsinə məruz qalan alıcılar, veyil-veyil gəzən avaralar, dükançılar hər tərəfdən qaçıb dağılışdılar. Onlardan bəziləri açıqda satılan malların üstünə salınmış çadırların altında, tələsik çəkildiyindən yarıaçıq qalmış qapıların arxasında görünürdülər. Narahatlıq artır, dəstəni bürüyür, gülünc və təntənəli başlar bədəndən ayrılmış kimi görünürdü. Dua oxuyan müğənnilər xorla təkrar edilən, solist tərəfindən oxunan, sözləri İncildən götürülmüş mahnı üzərində çətinlik çəkdikləri üçün boğazını arıtlayıb, sıxıla-sıxıla bir-birinə baxırdılar. Ahdan qaynayan bir nida dəsətənin ümumi fikrini ifadə etdi: – Adam görünür, nə yaxşı! Bir nəfər xor uşağı uğunub getdi. Qule – Turpən filialının qarşısında anasının əlindən tutub keçən başqa bir uşaq qulağının dibinə qədər qızardı. Üçüncü bir uşaq da ikibaşlı bir hərəkət etdi. Sərtləşib özünü itirən arxiyepiskop var səsi ilə cəhd edərək yenidən dedi: – Ne projicias te a facie tua...(2) 1.Allah,mənə rəhmin gəlsin... 2.Gəlişinlə məni ovlama...
Hələ işin ən pis yeri gəlib çatmamışdı. Byö-Marşe küçəsi qurtaran kimi, yuxarı məhəllə başlayacaqdı. La Liberasyon küçəsi ilə kəsişən yerdə bunun nə demək olduğunun bildilər. Küçə hərəkətini nizamlayan polis nəfəri özünü tox tutaraq və inamla öz postuna keçərək, nizamnaməyə görə salam verməyə məcbur oldu. Bir o qədər də nizamnaməyə uyğun olaraq, həvəslə çiynini döndərərək, cənazə keçsin deyə hər iki əlini uzadıb saysız-hesabsız maşınlar şütəyən dörd yol ağzında hərəkəti saxladı. Bir azdan Jeneral-dö-Qol ( əvvəllər camaatın, indi burjuaların qeydinə qaldığı, Sitenin şah damarı olan eks Qran – 221
Rü) küçəsindən keçəndə pəncərələrdən söyüş yağmağa başladı. Pişik miyoltusuna bənzər bir qadın səsi eşidildi: – Torpağı bununla ləkələyəcəkləкlər! Axı orda mənim müqəddəs anam yatır. Elə bu anda hansısa bir otağın dərinliyindən zərbli kişi səsi gəldi: – Mən belə hesab edirdim ki, xanımları mədəni surətdə dəfn edirlər. Gah burjua katolik partiyası,gah da Xalq Respublika hərəkatının partizanları tərəfindən iyirmi dəfə ələ keçirilmiş ―Bar blö‖ adlı barda saçları daraq görməyən, göz-qaş oynadan gənclər – təhqir edilmiş gənclik bir-birinə yapışmışdı. Pəncərənin yuxarısından uzun bir ―u.u.u.‖ qopdu. Elə həmin dəqiqə yaşlı bir gənc pis bir rişxənd və təkəbbürlə elektrofonu işə saldı. Tamamilə açıq pəncərələrdən bayağı bir cümlə yayıldı: – Mən ağ güllər istəyirəm... Halsız, dəhşətə gəlmiş, səsi batmış, liturgiya paltarı kimi qızıl suyu ilə haşiyələnmiş, üzərində dimdikləşən pelikan (uzun dimdikli, uzun qanadlı, boğazının altında kisəsi olan su quşu) şəkli təsvir olunmuş qara şapka altında tərləyən arxiyepiskop hörmətin əl yuyub ayaq üzdüyünü hiss edirdi. O, qatilləri tərəfindən təhqir edilmiş tiranın meyidi üzərində qışqıran namuslu adam kimi qışqırmaq, müqavimət göstərmək istərdi: – Vətəndaşlar, ölüm!.. Lakin o, dəstəni və liturgiyanı ruhlandırmaqda aciz idi. Artıq o təkcə onları kilsədən ayıran iki yüz metr, əks mənada günah çıxarmadan sonra Emanı qəbristanlığa aparmaq üçün yenidən gedilməli olan səkkiz yüz metr haqqında düşünürdü. Yerdə qalanları xaç aparan hiddətləndirir, sıxışdırır, xor uşaqları da onların ardınca getdikləri üçün ordinator qaça-qaça getməli olurdu. De Ranpar küçəsinin kələ-kötür döşəməsində üstü yazılmamış qızılgül çələngləri əyilir, yellənirdi, ancaq hamı bilirdi ki, mərhum onları özü-özünə hədiyyə etmiş, özü də intihar etmişdi. Çağırışa görə bu zəngin dəfn alayı, dəfn yürüşü qeyri-adi, şölətsiz oldu, ağır yerişlə - nizamla yeriməyə öyrəşən atlar yerişini itirdi. Təngnəfəs olmuş, cənazənin sabunlu kəndirlərindən hirslə tutmuş dəfn bürosunun işçiləri özünü itirmişdilər. – İnanılası şey deyil, - deyə kimsə qonşusunun qulağına pıçıldadı. Elə bil evlənmək üçün vəlvələ düşüb. Dəfn üçün heç vaxt... Qarı bunlara nə edib? – Görünür oratada məhəbbət var, – deyə bir başqası cavab verdi. O, həyəcanla susdu. Cənazə alayı kilsənin üstüörtülü qapısı ağzında çevrilən yük maşınının qarşısında dayandı. Birincı olaraq şofer şapkasını götürdü. Bir az təsəlli yeri oldu. Bütün bu müddət ərzində dəstədən iyirmi cüt göz maşının nömrəsi yazılan lövhəyə zilləndi. Məlum işdir ki, söhbət yetmiş beş metr uzaqda dayanan xaricidən gedirdi Lakin iyirmi metr getdikdən sonra yenidən ümid oyandı. İki piyada göründü: biri fəhlə, biri evdar qadın. İki piyada, iki yerli sakin rəhmə gəlmişdi. Heç nəyi 222
görməyib, heç nəyi eşitmədiyindən arvad kişinin dörd yanı naxışla haşiyələnmiş, tünd rəngli bask beretini düzəldənə oxşayırdı. Ər və arvad afişa vurulması qadağan edilən yerin yanında müxtəlif afişa parçaları, xüsusi ilə yetkin qələmi olan qeyri-mədəni xaricilər tərəfindən təhrif edilmiş ―h a m ı s e ç k i l ə r ə‖ şüarlarının yandırıldığı yerin yaxınlığından qızlar məktəbinin divarı boyunca yeriyirdilər. Kişi alışqan çıxarıb səbirlə papirosunun qalığını yandırmaq üçün baş barmağı ilə çaxmağı basdı. Arvad külək alışqanı söndürməsin deyə ona yaxınlaşdı. Onlar yeknəsəq bir tərzdə oxunan dəfn duasına az da olsa, fikir verənə oxşamırdılar. – Requiem aeternnam dona ei, Domine...(1) Ordinator bir gözü şapkada onların bərabərinə çatıb, ötüb keçdi. Sonra xor uşaqları. Sonra müğənnilər. Sonra da yanakı baxan, möcüzə kimi oxuduğu duaya uyan arxiyepiskop gəlib keçdi. Özündən razı, bir anlığa yaşıl tüstüyə bürünmüş, şövqlü görünən yad adam təzədən başını qaldırdı. Təkərlərin cırıltısndan arvad dik atılıb çevrildi və arxiyepiskop öz dini reformistlərini tanıdı. Onların xaç vurduğunu görüb, o dəqiqə gülümsədi. Qəmgin-qəmgin gülümsədi və lakin bu da ona təsəlli verdi. Mari bu çiynindən o çiyninə xaç vurur və tez-tez pıçıldayırdı: – Sənin şapkan, sənin şapkan... Papiros kötüyü tullandı, şapkası götürüldü və Nikola pərt oldu. Əllərini döşünə qoyub baş əydi, əyildi, elə bil ki, cənazə alayının qarşısında iki yerə bölündü. Dəstədə sıra pozuldu. Artıq heç kəs bakirəlik və lütfkarlıq mələyi olan, sürtülmüş iş paltarında palıd yonqarı qalan adam haqqında dəstədə dolaşan mübahisəni nə eşidə bilir, nə də dönüb baxa bilirdi. Nikola əvvəlcə başını qaldırıb baxdı və pıçıldadı: – Bu- həqiqətən doğrudur! – Bəli, – deyə Mariya dilləndi, - Jüli özündən uydurmurdu. Təəccübü hiddətə çevrilmiş ər-arvad küçə boş olan kimi bir yerdə getməyə cəhd etdilər. Dəfn arabasının ardınca gedə-gedə hər cür müqavimətə tab gətirən fərşə baxırdılar. En vérité, je vous le dis, si je ne crie pas, les pierres mêmes le crieront (2). Lük onların tanışı deyildi, ancaq döşəmələr qışqırırdı. Nikola şapkası əlində, qeyri-iradi vəziyyətdə irəliləyirdi. O asta-asta danışırdı: – Burası doğrudur ki, Ema bütün ömrü boyu bütöv şəhər ilə mərhəm olmuşdur. Burası da doğrudur ki, müharibə zamanı almanlar onu bezikdirə bilmədilər. Sonra amerikalılar da elə. Yaxşı ki, çirkli bir daxmanın yanında kartof ilə yaşayan, kin saxlayan olduğundan hamı ilə çəkişən bu leşi tanıyıram. Ancaq nəhayətdə... – O, yetimlər evində böyümüş bir qızdır, - deyə Mari diiləndi. 223
– Bəli, on beş yaşında ikən hamilə olduğunu, sahibi tərəfindən küçəyə atıldığını bilirəm. Əgər bir qız gecələri özünə iş günü hesab edirsə, bu, təkcə onun günahıdırmı? On il əvvəl onu danlamaqda haqlı idilərmi? Yaşlı, kök qadın olduğuna görə, çirkin olduğuna görə, pis geyindiynə görə, ağzıpozuq və kifir olduğuna görə, əlbəttə, günahkar idi. Mən onunla onun gözəl çağında pulla alver edənləri də tanıyıram. Onda bu adamlar onu özlərindən də çox istədiklərini deyirdilər. – Hə, sonra da Ema özünü kef çəkdiyi üçün öyərdi, - deyə Mari davam etdi: - O, kim olduğundan utanmamağa cəsarət edərdi. Gördüyün kimi bu, məni pərt edir, öz-özümə deyirdim: ―Axı niyə onun heç özünə heyfi gəlmir? Əh, yaxşı, bunun özü üçün bağışlanmaz olduğunu bilmirdimi?‖. Onda hər cür əyrilik vardı, bircə yalandan başqa. Cəld bir yerişlə Nikola və Mari qabağa getmiş olan dəfn alayına gəlib çatdılar. – Və sonra o, Allahın xoşbəxt qulu kimi ölüb, - deyə Nikola təkrar etdi. Qoy lap gülməli olsun, bir mən az can çəkib sıxılıram ki, kraliça kimi dəfn olunmaq üçün bir qədər dualar oxun1. Allah, ona əbədi rahatlıq ver... (Ölülər üçün günah çıxarma duasının ilk sözləri) 2. Həqiqətdə mən sizə bunu deyirəm, əgər mən qışqırmasam, hətta daşlar özü qışqıracaq. (Sən Lük və Sən Jan tərəfindən yazılmış İncil kitabından götürülmüş ayənin sözləri)
masını hər hansı mehmanxanada yol üstündə olan bir müştəriyə özünü satıb qazandığı pul hesabına edib. Bu, hər halda onun öz işidir, bizim işimiz deyil. Dəfni pozmaq – şeytan işidir, mən eləsindən deyiləm. Məhkumun başı kəsiləndə prokuror da ora şapkasını çıxarıb gedir. – Bəli, - deyə Mari cavab verdi, - meyid təzə doğulan uşaq kimi günahsız olur. Onlar şərabçılıq Kooperativini gəlib keçdilər. Boçkada paltar yuyulduğundan suyu qırmızı rəng alan kanala gəlib çatdılar. Onları xəbərdar etmək üçün kimsə fit çaldı və gördülər ki, Lez Ami dü Müskadegilin yaşadığı binanın qarşısından keçirlər. Ancaq oranın bir nömrəli müdavimi Şarepy pəncərə şüşəsi arxasından əbəs yerə işarələr verirdi. Əbəs yerə cəsarətli Tulu burnunu pəncərədən çıxarıb o dəqiqə: - Dayan Nikola! – dedi. Əbəs yerə pıçıldadı: - Gözəl təzə qonaqlar, özü də gözəl qamətli. Onlar qamət haqqında fikirləşməmişdilər. Onlar bir anlığa bir-birinə baxdılar, sonra razılıqla gülümsədilər, dilsiz bir baxışla bir-birinə hər şeydən gözəl və səmimi, lakin ölçüsüz-biçisiz bir hissi izah etdilər; bu fəhlə buluzu, bu qollu önlük onlara həm qüvvət, həm də narazı bir görünüş verirdi.
224
– Kilsəyə qədər, - deyə Mariya astadan danışmağa başladı. Hamı bir cür olsaydı, biz daxil ola bilməzdik. Bu da zərbəni təyin etmək üçün kifayətdir. Yaxanı təzədən düymələ... Həmənki addımlarla küçənin yanından ötüb keçdilər. Cənazə arabasının ardınca sərbəst getmək üçün daz başını dik tutan Nikola arvadının dirsəyindən yapışdı. Pəncərələr açıldı, ordan-burdan: - oy! nidası qopdu. Bu, maneçilik oldu və ər-arvad uzun müddət yan-yana gedə bilmədilər. Yüz metrdən az qalmışdı və küçənin qurtaracağı Korpet küçəsinə qovuşurdu, sol tərəfi Bon Pastör, sağ tərəfi Sör Qriz küçələri idi. Bu qovuşuq simmetrik olduğundan şübhəli görünürdü. Cənazə alayı küçəni burulub, Notr-Dam meydanına çıxdı. İkiulduzlu bələdçi Mişlən tərəfindən tərif edilmiş, bütün ömrü boyu saflaşmış, vüqarlı dağ kimi dayanan Notr-Dam kilsəsi kartpostal üzərində daha da böyümüş kimi görünürdü. Kilsənin tozlu həyətindən iyirmi göyərçin yuvaya doğru uçdu. Şəhərin hay-küylü venası kimi təkərlərin səsi yavaşıdı. Böyük qapı açılanda məbədin ortasında gümüş pulcuqları olan, şamların şölə saldığı cənazə arabası uzadılmış, onun yanında stolüstü dua kitabını oxuyan, tağın altında oturmuş yepiskop köməkçisinin gözlədiyi göründü. – Exultabunt Domino ossa bumiliata (1) : - deyərək ayaqlarını sürüyəsürüyə addımlayan arxiyepiskop tamamilə susdu. O, çinar ağaclarına doğru yönələn Nikolayı və onun arvadını gördü. Bəlkə də onları iş paltarındgördüyü üçün gözünü qıydı. Dua oxumağı kəsdi. Şam yandıqca şöləsi ətrafa yayılır, lüstrlərin stalaktitlərini işıqlandırırdı. Nikola şahmat üsulu ilə əkilmiş ağacların kölgəsində ,skamyada əyləşdi. – Gözəl hazırlanmış skamyadır, - deyə Mari dilləndi. – Bir az qısadır, - deyə Nikola cavab verdi. – Yox, uzun olsaydı, yaxşı olmazdı, - deyə Mari bildirdi. – Hətta!... deyə Nikola susdu. O, günəşin kölgə saldığı, isti sükut içərisində keçən bu gözəl iki dəqiqə ərzində tutulsa da, vitrajların tağına toxunub keçən küləyin xəfif yellərindən özünə gəldi. Alnını qırışdırıb, yarımdairəvi formada oturaraq fikirləşirdi. Nəhayət qaşları dartıldı, üzündə xeyirxah bir hiyləgərlik yandı, bu, xüsusilə Marini şübhələndirdi. Nikola dedi: – Qulaq ver, dibsiz çəllək düzəltmirlər. Heç bir iş yarımçıq görülmür. İnsanların alçaqlığını üzə çıxarmaq üçün bu, yaxşıdır, lakin onların bir-birini yenidən tanımasına, bir-birinə salam verməsinə, bir-birinin fikrindən hali olmasına gəldikdə isə bu, daha əyləncəlidir. Mari dedi: – Heç nə başa düşmürəm, necə yəni?... – Qulaq as, Ema pul qoyub, bu yəqindir. O, bu pulu iyirmi beş ilə yığıb. Özü də yaxşı qəlbdə olmayıb, özü kimi yığıcı arvad hələ dünyaya gəlməyib. 225
Dəfnin özü də sübut edir ki, onda gizlədilmiş pul və bu barədə vəsiyyət olsun... Məni başa düşürsən də? Yaxşı əgər bu vəsiyyət... 1. Qoy onun ruhu Allaha tərəf uçsun.
Monastır tərəfdən qapı çingildədi. Əlində alətlər sumkası tutmuş Sör Jermən göründü. O, kilsənin yanındakı dispanserə girdi. Nikola müqaviləçi ehtiyatlılığı ilə xısın-xısın davam etdi. Mari ayağını ayağı üstə aşırıb, bir ayağını yellədirdi. Burun pərləri titrəyirdi. Üzündə təmiz adamlara məxsus sonsuz bir təbəssüm, mistifikatorlara məxsus böyük bir sevinc parlayırdı. O tezliklə hamının bu müqaviləyə tərəfdar olacağını, müqavilənin isə heç şeydən xəbəri olmayan mərhuma alqışlar gətirəcəyini yəqin etdi. Sonra Nikola sıçrayıb ayağa qalxdı və var səsi ilə: - Tələsmək lazımdır, - dedi. Sən Jülini, Jenevyevi görürsən, özün də qonşudan-qonşuya atılırsan. Mən də ki, kiçik restoranlarda oluram. Sonra geyinir və yenidən qayıdırıq. Bu şeytan işidir, burda günahlar təmizlənir. Az adam tapılar ki, fikrini dəyişməyə vaxt tapsın. Onlarca adamlar günahlarını təmizləmək haqqında düşünməyə macal tapmırlar. Və ər-arvad – hərəsi bir ustiqamətdə sürətlə çıxıb getdilər. *************** Necə ki, o, əvvəlcədən yəqin etmişdi və necə ki, bu, lazım idi, Nikolanın Lez Ami dü Müskadegilə gəlişi nəzər-diqqətdən yayınmadı. Əvvəlcə o, çaqqal əriyi yeyib, qarnı ağrıyan adamlar kimi dərin sükuta getdi. Keru, Bişar - əziz qonaqlarını sevən bu adamlar kilsə zənginin təkidinə baxmayaraq, burada idilər. Dilini yalayan qoca hiyləgərlər – Şareny, Arquən, Tulu da onların yanında idilər. Söykənəcəyə dirsəklənərək Nikola dedi: - Ağ çaxır var, tələsin! Tezliklə Nikolanın sözünü kəsdilər. - Yaxşı də, mənim qocam, - deyə ağzı heyrətdən açılmış Şareny dilləndi, - başın xarab olmayıb ki? Ema hərəkətdə olanda sənin on beş yaşın olardı, yox? İlk çılğın qəhqəhələrdən qarınlar, stollar, stəkanlardakı rənglər çalxalandı. Arquən dedi: - Mən indi başa düşürəm... Səndən sonra o dala durub. İkinci qəhqəhədən sonra ev sahibəsinin özü də dostlaşdı. Tulu dedi:
226
- Ancaq sən az da olsa, xeyirxah adamsan. Sən qoca arvadları axırıncı dəfə kürəyi torpağa qoyulanda müşayət edirsən. Yaxşı ki, ibrət dərsi alsın deyə arvadını da özünlə aparırsan. Bu sarsaqlama gülüşə səbəb oldu. Salon boğulurdu. Ev sahibəsi qarnını tutmuşdu. O, ikiəlli qeyri-adi bir siçana oxşayırdı. Təmizlikdən dəm vurub, gözləmədiyi bir nəticə alındığından Nikola qıpqırmızı qızarıb, üzünü yana çevirdi və qışqırdı: - İstədiyiniz kimi sayıqlayın. Hələ kəsilməsə də, sizin küknar ağacınız boy atır (1). Mənim qoca atam tez-tez deyirdi: - Ölüm başqasını ələ salanlarla dostluq edir, kimin növbəsidirsə, ona gülür. Mən də Ema kimi ən çirkin, ən yaxşı bir ölümlə öləcəyəm. Mənim fikrimcə, döşək ağı çirkli olsa da, kəfən həmişə təmizdir. Siz qanırsınızmı? Madam Bert, özünüz bilin. Məsləhətdir ki, gedim geyinim, dəfnə geçikərəm. Tulu fit çalıb, amiranə surətdə baş barmağını yuxarı tutdu. Arquən və Şareny tiradanı hərarətlə alqışlamağa cəhd etdilər. Lakin onların çingiltili gülüşlərinə baxmayaraq, ev sahibəsinin gülüşü kəsilmiş, ağzı qayçı ağzı kimi açıla qalmışdı. Nikola ona tərəf əyildi. Həqiqət təsirsiz olandan sonra yalan yararlı idi. O arxayındı. Bertin elə dili vardı ki, onu, şübhəsiz, bütün günü işsiz qoymayacaqdı. Həyəcanla, qeyri-ciddiliklə öz kliyenturasına xidmət göstərməyə sövq edəcəkdi. O astadan dedi: - Əgər bu axmaqlar bilsəydilər, məndən də bərk qaçardılar. Ema əxlaqsız idi, amma dərinə getsək, yaxşı əxlaqsız idi. Bu, onun vəsiyyətindən yaxşı görünür... - Onun vəsiyyəti?... – deyə sezilməyən bir həyəcanla Madam Bert soruşdu. Nikola arxaya şübhəylə göz gəzdirib, salonun ciddi diqqətindən sevinərək, bir az da əyildi, burnunu Madam Bertin qulağına söykəyib dedi: -Siz köhnə dostsunuz, mən bunu ancaq sizə deyə bilərəm. Çünki siz onu bu sərxoş adamlarınıza təkrar etməyəcəksiniz. Onlar xəzinədən istifadə etməkdə sizdən çox-çox güclüdürlər. Ema1. Cənazə küknar ağacından hazırlandığı üçün, kiməmə ölümü xatırlatmaq üçün belə deyilir.
gildə böyük bir kətə qutusundan on milyondan çox pul tapılıb.Kimin varis olacağını bilirsinizmi? Mən sizə minini verirəm... Yenidən arxaya şübhəli bir nəzər saldı. Otaqda hər şey dərinə gedirdi: rəhimsizcəsinə iri qapaqlarda şərab içirdilər, səssiz və diqqətlə kart vururdular, bu işə qarşı birbaşa maraqlı olduqlarını biruzə verirdilər, Nikolay gedən kimi bu sirri öyrənəcəklərinə yəqinlik yaradırdılar. Bu birisi öz-özünə inam yaradır, 227
akustikaya görə uduzmağın ölümcül qorxusu qarşısında tərəddüd keçirirdi. O, ah çəkdi. Bu ah başqa qulaqlarda, həmçinin Madam Bertin də qulaqlarında səsləndi. O, dahilərə məxsus bir əda ilə karandaş və kiçik dəvətnamə bloknotu götürdü, sonra dəst-xəttinə arxayın surətdə iki gözəl xətt çəkdi. Nikola hələ sözünü qurtarmamışdı ki, artıq həyəcanlanmış Madam Bert ucadan: - Yox, -dedi. - Bunu sizə deyirəm, ha! Çünki sizi ağıllı adam hesab edirəm. - Bu ki, axmaqlıqdır! Nikola dedi: - İnanın! Hər şeyi kənara atsaq belə, bu, gəlir əldə etmək üsuludur. Madam Bert yaxşı ticarətçi idi. Kənarları yağlı boya ilə rənglənmiş şişkin göz qapaqları açılıb-örtülürdü. O fısıldadı: - Kiçik şeytanlar üçün də gəlir mənbəyidir. Aydındır! Öz-özümə deyirəm ki, nə şeytan Cənab Lobarje və onun xanımı... Nikolay barmağını onun ağzına qoydu. Madam Bert ona iti nəzərlərlə baxırdı.O, bu azacıq hörmətdən, günahsız xoşbəxtlikdən tamamilə özünü itirdi. - Məni bağışlayın, - deyə o, qapının toyuq dimdiyinə bənzər dəstəyini çəkdi. Küçədə dərindən nəfəs aldı. Bir də sinəsi qalxıb-endi. O, saatına baxdı! Səhnə beş dəqiqə çəkmişdi. O hələ iki - üç adama belə təklif edə bilərdi. Bu, Lez Ami dü Müskadegildəki kimi asan olmayacaqdı, lakin qətiyyətlə edilməli idi, dil tapmaq üçün xeyirxahlığın parlaqlığına inamla edilməli idi. İkinci xeyirxahlığına görə la Luar kafesi, üçüncü xeyirxahlığı üçün Vuayajör kafesində boğazadək vurub, bir müddət adamlıqdan çıxıb, sadəlövhlüyünü etibar etməyə səbirli adamlar tapdı. Qızdırmasından qorxub, elə o dəqiqə fikrini dəyişdi. On addımlıqdakı Poçt -Telefon -Teleqraf (PTT) tərəfə teleqram vurmağa qaçdı. Xeyirxah baxışlar ona zilləndiyindən partanı tərk edib, nəzərlərdən yayınmaq, özünü gizləmək və həqiqətən qəssab arvadı olan iki qadına zəng vurmaq üçün telefon kabinəsinə girdi. Onlara güman edilən müştərilər – Şareny və Kerunun adından iki qoyun budu sifariş verdi: Verilən sifarişlər, aydın olduğu kimi, belə bir məzmuna malik idi: - Qısa danışdığım üçün üzr istəyirəm. Mənim arvadım ordadır, mənə çox maraqlı bir xəbər verir. Görünür ki, ... o cavanlığına salıb. Yenidən kobud zarafata başladığından, zəng səslərini, yayılan xor səsini eşitmirdi. Təzədən yarıyol gəldiyi küçəyə atılıb çənəsi boş qadınları nəzərdən keçirərkən arvadını gördü. Tələsik getdiyindən Tuluya, Bişara toxundu. Onlar isə çox həyəcanlı, xidmətlərini yerinə yetirməyə əmin olan və Marinin adlandırdığı kimi ―Bas Vilin danışan qəzeti‖ hesab edilən, sevimli dinləyicilərin çıxışını yazan iki-üç şərhçiyə toxunub keçdilər. 228
Qadınlar da öz növbəsində şənlənirdilər. Xəsislər sumkasındakını sirr kimi gizləyib tələm-tələsik keçdikləri halda, əliaçıq qadınlar sumkasındakını köşklərə, ət mağazalarına təhvil verirdilər. Onlardan biri Nikolanın ayağına atıldı: - Deyilənləri bilirsinizmi, cənab Löbarje, bilirsinizmi nə deyirlər? Heç bir şübhə biruzə vermədən Nikola məlumat verib uzaqlaşdı. Bir dəqiqədən sonra o, otağında idi. Zövqsüz və şən əhval-ruhiyyə ilə geyinib, əlcəkli, şlyapalı, hıçqıra-hıçqıra danışıb qurtara bilnəyən Marinin qarşısında az olmağa çalışırdı: - Bu, mümkündür, ancaq sən təsəvvür etmirsən ki, necə mümkündür! Gəl, ciddi olaq, Nikola, ciddi olaq... Hər halda dəfndən söhbət gedir. Onlar dörd-dörd yola düşdülər, o dəqiqə də bərabərləşdilər. Elə bil yuxarı şəhərə böyük, qara qatar qalxırdı. Ancaq onlar kilsənin qarşısında təngnəfəs dayandıqda dəfn bürosunun müvəffəqiyyətini həqiqi mənada qiymətləndirə bildilər. Həvəslə yığılmış otuz nəfər meydanda gözləyirdi. Başqaları da tələmtələsik matəm qalstuku bağlayıb qaçırdılar. Vaxt çox idi. Mərasim qurtarmışdı. Cənazə namazı oxunmuş, günahçıxarma ayini icra edilmişdi. Bir-birinə toxunan barabanların hay-küyü, səsini azaldaraq eyni bir duanı oxuyan xorun müşayəti ilə cənazəni yaylaya qaldırıdılar. - İn paradisum deducant te angeli...(1) Aşağı latın dilini bilən, göründüyü kimi, deyindi: - Əgər mələklər də göydə bir-birinə qarışıblarsa, uzun məsələdir. Keçiddə bir-birindən aralanmış Nikola və Mari Metr Lö Karideli görəndə həyəcandan əsdilər. Deyəsən, o, mərasimi yoxlamağa gəlmişdi, özü də qeydiyyat aparacaqdı. Yoxsa ördəyə nə düşüb ki, boynunu bura-bura uçub şəhər kənarına gəlsin. Dəfn bürosunun notariusu Metr lö Karidel bura gəlibsə, demək bütün şəhər bura axışacaq. Tulu özünü onun yanına salıb mülayimliklə Nikolaya göz vurdu. Sanki o deyirdi: ―Dərzi dülgərdən axmaq deyil ki?‖. Rəndə ağac çəkic üstündə də işləyir. Madam Tulu – ağac qurdu say artırmaq üçün özü ilə iki uşaq da götürmüşdü. İşin gedişindən nəsə bir şey alan ordinator heyrətlə dedi: - Sizə zəhmət olmasa... O, camaatın dalğavari hərəkəti zamanı ətrafına nəzər saldı. Yerli qayda arvad-kişini bir-birindən ayırmadığı üçün Mari və Nikola Metr Lö Karideli dövrəyə almaq üçün kifayət qədər ustalıqla dövrə vuraraq, irəli yeridilər. - Bilirsiniz, mən mərasimin yaxşı keçdiyini eşidib gəlmişəm. Ancaq belə ki, camaat... - Sizin şərəfinizə, - deyib Nikola gizləndi (geri çəkildi). Metr Lö Karidel zərli paqonunu çəkdi, xışıltısı zəng səsinə qarışdı. Madam Tulu Mariyə xidmət göstərən zaman mavi parçadan paltar geymiş bir pansionçu notariusa söz atdı. 229
Nikola qabaq dəstədə özünə yer tutdu. Kolbasa mağazasında satıcı işləyən Madam Blue, poçta-teleqraf işçisi olan cavan bir qız, Keru və qoca anası, Bişar və əmisi qızı, vergi toplayan məmur, iki qəssab oğlan, Britaniya Otelinin ovçusu və başqaları və digərləri gəlib çıxır, addım-addım yeriyən dəstəyə qoşulurdular. Yolun uzun olması daha müğənniləri qredoryən (2) duaları oxumağa vadar edirdi. Onlar zəbur kitabını açıb, 119-cu Zəburu oöuyurdular: - Ad dominum cum tribularer clamavi ... (3) Onlar yenə də Ranpar küçəsindən keçdilər. İnanmayanlar hələ də qaşlarını çatıb, sakitcə alınlarını söykəyib baxırdılar. İnananlar isə cənazə aparan dəstədən təsirlənərək, şapkalarını açır, səki boyu düzülürdülər. - Cum bis qui oderunt pacem eram pacificus (4)... Yenə də Dü Jeneral – dö Qol küçəsindən keçdilər. Küçənin bütün səkiləri müştərilərinə matəm əhval-ruhiyyəsini unutdurmaq və onları şərəfriyab etmək üçün mərhuma hörmət əlaməti olaraq küçəyə çıxmış ticarətçilərlə dolu idi. Yol gedə-gedə dua oxuyan müğənnilər vərəqi çevirərək 129-cu zəbura başladılar. - De profondis clamavi ad te Domine (5)... Dü Vyö – Marşe küçəsindən keçdilər, camaat bir qədər aralı gedə bildi. Müğənnilər var səsi ilə aciz bəndələrini bataqlıqdan çəkib çıxarmağı bacaran Allaha dua oxuyurdular. - Et ipse redimet İsraël ex omnibus inquitatibus ejus (6)... 1. Qoy səni cənnətdə mələklər müşayət etsinlər. 2. Dəfn üçün yazılmış, bir çox müəllifi Qredoryənin adı. Papa I Qreqyarın (VI əsr) adından götürülmüşdür. Liturgiyaçı olub. 3.Öz kədərimlə Allah qarşısında susmuşam. 4. Mən dinclik istəməyənlərlə də dinc olmuşam. (Zəburun altıncı duasının ilk sözləri) 5. Allah, mən bütün varlığımla qarşında susmuşam! 6. Onun özü İsrailin bütün yolsuzlarını yola gətirdi.
Nəhayət, Emanı utancaqlıq və tənhalığa gətirib çıxaran Karm keçidini sol tərəfdə qoyaraq, cənazə alayı qəbristan - Nant yoluna buruldu. Orda de Frer Brolun rəqibləri olan Über və onun oğlanları üzə çıxdılar. Onlar mərmər və xrizantema mütəxəssisləri idilər. Şirniyyatçılar mağazlarının yanında yaşayan kimi, onlar da birjalarının lap yaxınlığında yerləşmişdilər. İndi uzanan matəm alayı, dualar, dodaqaltı pıçıltılar elə hey yerində sayırdı. Dəstənin sonu cənazə arabasının təkərləri qəbristanın çınqıllı yolunda cırıldayan zaman iki yol ağzında idi. Barmaqlıqlı dəmir darvazanın altında çevrilib dala baxan arxiyepiskopun təəccübü heyrətə çevrildi. Dəstənin belə uzun olması onun otuz illik təcrübəsindən sonra ilk dəfə idi. Onu bu cür şərəfləndirdiyi üçün dəstəyə ali bir hörmətlə təşəkkür etdi. Onun üçün qəbristan – sığınacaq yeri, doğma yer idi. Ağac çəkic formasında olub, ətrafı qranit hasara alınmış 230
qəbristanlıqda mərhumun özündən sonra Allahın yanına uçmuş ruhu gəzəcəkdi. Bir-birinə mane olan bütün adamlar- adyutantlar, itmiş küçə qızları, tapılmış uşaqlar, baronlar, qulluqçular, xidmətçilər, rahiblər və ya qara fəhlələr, ya da onlardan törəyənlər daşlaşıb kirəcləşmək üçün dava-dalaşsız, kin-küdurətsiz burda bir-birinə qaynayıb qarışırlar. Arxiyepiskop dirilərdən on, iyirmi, otuz dəfə çox olan yer altında yatan ölülərin yanından xaç çevirəçevirə keçib istidən çatlayan sarı, gil torpaq üzərində beş kvadratmetr yeri dördbucaq şəklində cızdı. Hər tərəf adamla doldu, kilsə xadimləri mərhumu dəfn etmək üçün qəbrin başına yığışdılar. Nikola özünü arvadının və notariusun ortasında gördü. Vergi məmuru deyilənləri yazmaq, məlumat toplamaq üçün notariusun yaxınlığına soxulmuşdu. Metr Karidel heç bir qənaətə gələ bilməyib pəncələri üstə qalxdı, sonra Nikolaya böyük bir hiddət və xeyirxahlıqla anlaşılmaz tərzdə baxdı. Lakin o, dəfn yerində işləyən fəhlələri, nant qaydasında dəfni hörmətlə müşahidə edirdi. Çələnglər götürüldü, cənazənin ipləri çəkilib bir tərəfə qoyuldu. Cənazə alayı qruplara bölündü. Torpağa kömülərək yaxın adamlardan həmişəlik ayrılan mərhumu Allah dərgahına tapşırmazdan əvvəl cənazə üzərinə bir az torpaq atdılar. Qəbri torpaqlamağa diqqət verdilər. Nikolaya elə gəldi ki, qoca Ema bunları öz pulu hesabına etdiyi üçün, yaxşı iş görmüşdür. O, qəbrin üstünə səpilən su damcılarının görüb, oxunan duanın son notlarının eşitdi: - Ego sum ressurrectio et vita (1)... Müqəddəs qəbir üzərində lö Kantik dö Zakari (2), sonra lö Kiri (3), duaları oxundu. Sonra le requiescat in pace (4) – sözləri deyildi. Ordinator birdən Nikolaya dedi: - Sizə zəhmət olmasa... Arxiyepiskop aftafa lüləyini notariusa uzatdı. Çiyninə nömrə yazılan Nikola istəmədiyi halda ona tərəf yeridi. Özü də on addım irəli keçib, birdən həyəcanlandı, vicdan əzabı içərisində qəbrə baxdı: - Məni bağışla, mənim yazıq qocam, - deyə o fikirləşdi. Mən ancaq bacardığımı etdim. Başqasının səhvinə gəldikdə isə, bu səhv sənin torpaqla izdivacın oldu. Heç kəs burda sənin üçün ağır olan və sənin apardığın şey haqqında fikirləşmir. Hamı burda sənin qoyduğun və onlar üçün yüngül olacaq şey haqqında fikirləşir. Var səsinlə onlara de ki, bütün bunlar sənin səhvin üzündən olmamışdır.Bu işin özü belədir, pisdir, burda... Sonra o, qəbri əhatə edən camaatdan ayrılaraq, gil palçığı tapdayatapdaya gəlib Marinin qolundan tutdu. Bu ölüm üçün qəlbi qazılan ancaq torpaq idi. Onu da qıra atmışdılar. Hər şey qurtarmışdı. Ən yaxşısı çıxıb getmək idi. Arxiyepiskop çöküb şapkasını açdı, xor oxuyan bir uşağın qucağına atdı və son duaları astadan deyə-deyə uzaqlaşdı.
231
- Cənub qapıdan çıxaq, - deyə Mari təklif etdi. Bu da asan olmadı. Çıxmağa imkan yox idi. Adamlar bir-birini kin-küdurətlə müşayiət edir, bəziləri də qabağa soxulub, başqalarını sıxış1. Mən dirilik və həyatam... 2. Dini mahnı; xristian aləmində ilk dəfə Allahın şərəfinə mahnı oxuyan yəhudi keşişi Zakarinin adı ilə bağlıdır. 3. Allha xitabən deyilən bu dua ilə oxunacaq bütün mahnılar başlanır. Misralar bəlağətli bir səslə sondan əvvəlki hecaya qədər oxunur. Xitabən deyilən hər bir misra 9 dəfə təkrar olunur. 4. Allah ona rəhmət eləsin.
dırırdı. Qəbristanlıq pıçıltı ilə dolmuşdu: ― Bu, lap tez oldu.‖ Tulunun səsi gəldi! ―İynə atsan yerə düşməz.‖ ―Artıq məsləhətçilər və müttəfiqlər ortaya çıxır.‖ ― Onlar necə edəcəklər?‖ ―Bura elə-belə gəlməyiblər ki?... Oh, bu barədə mən cavab verirəm ki, onları da istədiyi kimi yazmağa qoymayacaqlar.‖ ―Onlar‖ şübhəsiz Metr Lö Karidel və onun vergiyığan mənuru idi. Tulu yenə dilləndi: ―Təkcə bizi yoxlayırlar‖. Üçüncü şöbədə qeyri-adi hərəkət başladı. Nikola və onun arvadı yandakı alleya ilə kiçik qapıya doğru getdilər. Mari dedi: - Örkən nə qədər bəd olsa, yenə də gəlib dağanaqdan keçər. Ancaq qapı cırıltı ilə açılanda Nikola qolundan kiminsə tutduğunu hiss etdi. Bu, hələ də ikinci şöbədə vurnuxan, böyük Lez Ami dü Müskade ailəsinin qəbirləri arasında gəzişən Metr Lö Karidel idi. Məmur tərəfindən müşayiət edilən kiçik notarius dedi: - Bu qədər də adam olar! Nidanın iki mənası ola bilərdi. Nikola dedi: - Bəli, adamlar mənim düşündüyünümün əksinə olaraq, özlərini çox nəzakətli və alicənab göstərdilər. - Demək istəyirsiniz ki, onlar dəlidir! Əlbəttə, mən hamıdan sonra xəbər tutmuşam, onlar məni inandırmağa çalışırdı. Özünüz təsəvvür edin ki, hər yerdə madmuazel Emanın otuz milyon qoyub getdiyindən danışırlar. Mara və Nikola birlikdə cavab verdilər: - Otuz?! - Otuz! Bəziləri də əlli deyir, ancaq hamı təsdiq edir ki, o onları, başa düşürsünüzmü, o, onları dəfndə iştirak edənlərə verir. Əslində bu, axmaqlıqdır. Vəsiyyətdə varisləri adbaad göstərmək olardı. Çoxunun hüquq işlərindən başı çıxmır. Çoxu uça biləcəyinə də inanır. Başa düşürsünüzmü ki, mən nə üçün özümü kənara çəkmişəm? Mənim yaxşıca altun mədənim var! Əgər mən məsxərəçi saxlasaydım,...
232
- Siz onu saxlayırsınız, - deyə Nikola sakitcə cavab verdi. Mari və mən meyidin təhqir olunmasına dözə bilmədik. Can insanlara yenidən alınmaq üçün verilir. Notarius dedi: - Hım... adamları pis niyyətlə yaxşı hərəkətə təhrik etmək... - ... ideyamızda yaxşı cəhət odur ki, bir küfrün dəfni gözəl nəticələnib. Deyingən, şən, iki qatlanan Metr Lö Karidel susdu. Hörmət xeyirxahlığı, kəndir asılan adamı saxlayır. (Xeyirxahlıq təmiz qəlbdə, asılan adam kəndirdə olar). Lakin təmiz qəlbi də belə bir bəhanə ilə qiyam dərəcəsinə qaldırmaq olmaz. Çəlləkçi və arvadı təmiz qəlb sahibi idilər, lakin burda düz hərəkət etməmişdilər. Remon Bedra küçəsindən enərkən o, azad nəfəs aldı. O dedi: - Ən maraqlısı sizin himayə etdiyiniz adamın vəsiyyətidir. O, ancaq iki milyon pul qoyub ki, o da məndədir. Ema o pulları cavan bir qız üçün qoyub gedib... Mari dedi: - Ayıblar alicənablığa təkan verir, mərdliyi ruhlandırır. Notarius yenidən sözə başladı: - Doğrusunu desək, özü özünü pozan küçə qızından söhbət gedir. Budur, altı aydır... Nikola çevrilib aşağıda uzanan qəbristanlığa baxdı. Mənalı-mənalı baxdı. Emanın üstünə torpaq tökülür, alleyalar və qəbirlər arasında acıqlı, qaralmış, belini əymiş, pıçıltı ilə danışan adamlar görünürdü. Nikola dedi: - Mənə monastırda olanda keşiş deyərdi ki, hansı bir vadidəsə (adı yadımdan çıxıb) yaxşı işlər hesablanacaq... Notarius dedi: - Jozafa (1) vadisi.. Nikola dedi: - Görürsünüzmü hər şey qeydə alınır. Emaya gəldikdə isə... Çəlləkçi arvadının qolundan tutub öz kobud qoluna saldı. Nikolay qeyd etdi: - Sizin dediklərinizdən haqlı olduğumu yəqin edirəm. O öz dəfninə sadiq idi 1.Bibliya əfsanəsində deyilir ki,bütün dirilərin və ölülərin son mühakiməsi bu vadidə olacaqdır.
Son
233
Mustay Kərim. (Başqırdistan)
234
AY TUTULAN GECƏ (Rus dilindən tərcümə)
Ş Ə K İ - 2009
İŞTİRAK EDİRLƏR :
235
1. AĞYEGET
-
17 yaşında
2. ZÜBƏRCƏT
-
17 yaşında
3. TANQABİKƏ
-
50-52 yaşında
4. Ş Ə F Ə Q
-
21 yaşında
5. D İ V A N Ə
-
dəli, 30 yaşında
6. D Ə R V İ Ş
-
55 yaşında
7. RISQUL BƏY
-
60 yaşında
8. İŞMİURZA
-
12 yaşında
9. YALSIQUL
-
30 yaşında
10. BİRİNCİ AĞSAQQAL 11. İKİNCİ AĞSAQQAL 12. ÜÇÜNCÜ AĞSAQQAL 13. Ç A P A R KİŞİLƏR və QADINLAR
BİRİNCİ PƏRDƏ
Yayın əvvəlidir. Səhra yaşıllaşır. Keçədən olan çadırlar görünməkdədir. Tanqabikənin çadırının qarşısında altında od qalanmış hündür sacayağı, onun üstündə isə iri bir qazan var. Bir az kənarda qurumaq üçün keçə və xalçalar sərilmişdir. Şəfəq nahar bişən qazanın yanında məşğulldur.Tanqabikə əlində qamçı çadırdan çıxır. Görünür ki, o hara isə getməyə hazırlaşır. 236
TANQABİKƏ
Yalsıqula nə oldu? Nə oldu ki, bu vaxta qədər gəlib çıxmadı?
ŞƏFƏQ
Gəlib çıxsaydı burada olardı.
TANQABİKƏ
Elə bil ki, ölümə göndəriblər. O qədər acizdir ki, ağzını açıb söz deyənə kimi qartal bala çıxardar.
ŞƏFƏQ
Yalsıqulun nəyi var ki, nəyə də tələssin? Harası var ki,təpəsi üstə dala qayıtsın? Sürüsü yox ki, quzuların mələrtisindən ürəyi açılsın. Beşikdə oğlu yox ki, uzaqda olanda balasından ötrü ürəyi darıxsın. Ay qaynana, özün yaxşı bilirsən ki,insan sevincə doğru can atar.
TANQABİKƏ
qazandırmağa
Yalsıqulun bir havadarı da bu yandan çıxdı. Hamı bir ucdan onun hərəkətlərinə haqq vərdiş eləyib.
Yazıq Yalsıqul!Elə bil, onun başına xeyir-bərəkət əvəzinə qada-bəla yağmışdır. ŞƏFƏQ
TANQABİKƏ
Şəfəq,insanlara tale bəxş edən kəs biz deyilik. İşmurza ağac atında çapa-çapa gəlir.
İŞMURZA
/oxuyur/
Atam mənə at verib At verib, murad verib, Yel kimi keçirəm mən Tüstü, duman içindən 237
Hələ deyib ki, mənə Arvad alacam sənə. Sərib yerə keçələr, Qucaqlaşın gecələr. Durr..a! Ay qamış ayaq atım, qulaqları şax atım, dursana! Nə axmaq-axmaq danışırsan, ay səfeh!? Heylə sözləri danışınca,nolaydı ,dilin birdəfəlik quruyaydı. TANQABİKƏ
İŞMURZA
Anası,bu nişanlı oğlanın mahnısıdır.
TANQABİKƏ
Mən sənə nişanlanmağı göstərərəm. Nə qədər ki, səni qamçıya nişanlamamışam, itil gözlərimdən!
/Şəfəqə/ Dərd içimi yeyir. Müharibəyə gedənlərdən xəbərətər çıxmadıqca narahat oluram. Çaparın gətirdiyi axırıncı xəbərdən düz bir il keçir. Gecənin tən yarısı, sakitlik içində səmadakı ulduzların şəfəqi yavaş-yavaş öləziməyə başlayanda diz çökür, imisti göz yaşları ilə yuyunayuyuna allaha dua edirəm. “Ya rəhmdil allah, mənim yalvarışlarımı eşit, Yulmurzanı müharibədən sağsalamat qaytar. ŞƏFƏQ
Yerdə axıdılan göz yaşları torpağa hopub getsə də, yerdən deyilən sözlərdəki atəşin xeyir- dualar göylərə gedib çatır. Xeyir-dua daşıyan mələklər onları göydə təkrar edirlər. Amin! TANQABİKƏ
ŞƏFƏQ
Kaş sən deyən kimi olsun. Amin! 238
İŞMURZA
kimi, Amma
TANQABİKƏ
böyükgöstərərəm! İŞMURZA
Ana, eşitmisən, dünən Divanə danışırdı ki, başını qaldırıb göyə baxanda səmada çoxlu mələk görüb. Birdə görüb ki, çürümüş süddə qurd qaynaşan mələklər də göydə qayım-qayım qaynaşırlar. mən heç mələk görməmişəm. Mələklər necə olur, ana? Ax,Sən hələ göydəkiləri də bilmək istəyirsən?! Üstəlik üklərin də əl-ayağınağına dolaşırsan. Mən indi sənə /əlindəki qamçını hədələyici tərzdə yellədir/
Divanəyə qulaq asmaq daha maraqlıdır. O səndən çox bilir, heç kəsi də qamçılamır. /narazı halda gedir/
TANQABİKƏ
İşmurza, dayan görüm. İlxıçımız təkgöz Kusarbaya de ki, üçyaşarlıq kürən ayğırı yəhərə öyrətsin.
İŞMİRZƏ
/uzaqdan – incik halda/ Yaxşı, deyərəm.
TANQABİKƏ
Yaylağa gedirəm. Vaxtaşırı çobanlara baş çəkməkdən işə ziyan gəlməz. Elə hey nəsə qəlbimi ağrıdır. Kiminsə gayğısına galarkən bütün dərdlərimi unudur,şirin bir röyada olduğum kimi dünya qəmindən uzaq oluram.
ŞƏFƏQ
Üç ildir gözləyirəm! Həsrətdən ciyərim yanıb kül olub. Nəhs baharın əvvəlindən gəlinlik gərdəyimdə məni tək-tənha qoyub, ərim müharibəyə getdi. İndi mən axşam şəfəqləri kimi həm qəmli, həm də soyuğam.
TANQABİKƏ
Hər nə olubsa, allahın əmri ilə olub. Heyif ki, sənin Yulmurzadan övladın olmadı. Əgər olsaydı, bu övlad səninçin sevinc, pay, müharibədəqən qayıdan ərin üçün hədiyyə - mükafat olardı. 239
ŞƏFƏQ
Görünür, bu mənim qismətimdə deyilmiş.
TANQABİKƏ
Ümidini üzmə, Şəfəq. Ağ çar xeyirxah fərmanını verər, müharibə qurtarar. Kişilər arvadlarının yanına qayıdarlar. Allah eləsin ,adla-sanla qayıtsınlar.
ŞƏFƏQ
Kaş o zaman tez gələydi.
TANQABİKƏ
Əgər Yalsıqul buyurub gəlsəydi,başlıqla əlaqədar məsələni yoluna qoyardıq, ağsaqqalları çağırar, qonaqlıq verərdik. Gəlin, qara çadıra get, qoy orda tələsik qımız çalsınlar. Heyvan kəsmək barədə özüm göstəriş verərəm.
ŞƏFƏQ
Hər şeyi lazım olduğu kimi eləyərəm, qaynana.
TANQABİKƏ
Ağyeqet hanı? Bəs bu uşaq hara yox oldu?
ŞƏFƏQ
O daha uşaq deyil. Zübərcətlə birlikdə dağlara tərəf çapırdılar.
TANQABİKƏ
Yaşları on yeddini haqlasa da hələ uşaqdırlar ki, uşaq.
ŞƏFƏQ
Düz deyirsən. Gələcəkdə başına yüyən keçiriləcəyindən xəbəri olmayan dayçalar kimi qoy hələ ki doyunca atılıb-düşsünlər. Zübərcət sifəti və bədən quruluşuna görə şahanədir, bu vilayətdə ikinci belə bir gözəl yoxdur. Bizim Ağyeqet də ona layiq nişanlıdıdr. Onun gözəllikdə Yusif-Kənana bənzəyişi var. Həm də Ağyeqet şair təbiətlidir, bu vergi isə hər adama verilmir.
240
TANQABİKƏ
Dayan, ay Şəfəq! Günah söz danışma. Öləri bir bəni-adəmi peyğəmbərlə kim müqayisə edə bilər? /uzaqdan səs: Baybisə, kürən ayğır çölün düzünə qaçdı/ Bu da bir bəla! /Tanqabikə getmək istəyir, elə bu an Divanə görünür. O iki əli, iki ayağı üstündə kəllə- mayallaq aşa-aşa gəlir/
DİVANƏ
Salam, Baybisə apay! /üz-gözünü turşudaraq/. İndicə mən yer ilə buludların arasında məzəli bir əhvalatın şahidi oldum. İstəyirsən, danışım. /Qəşş edir/
TANQABİKƏ
Əgər gülməlidirsə danış, Divanə! Biz də səninlə billikdə gülək.
DİVANƏ
/ayağa qalxaraq/ Takulgen qayasında bir dişi qartal dörd balasını məhv elədi. Əvvəlcə onların gözlərini dimdikləyib çıxardı, sonra da qanadları ilə vurub yuvasını dağıtdı.. Balalar kəllə- mayallaq aşa-aşa havada uçuşurdular. Bax, belə...belə ha! Ha...,ha... /özü də mayallaq aşır/ Xala, bu kefi gərək özün öz gözlərinlə görəydin! /birdən fikrə gedərək, kədərlə/ Quşa bax,ha! Gör necə də gözünü qan tutub! Görən, nədən o, bu qədər amansız olub, hə?
TANQABİKƏ
Sənin gözünə elə görünüb. Belə şey ola bilməz. Dişi qartal bir və ya iki bala çıxarır.
DİVANƏ
O dişi qartalın dörd balası vardı. İkisi özününkü idi, ikisini də özgə yuvadan gətirmişdi.
TANQABİKƏ
Get, Şəfəq. De ki, Divanəni yedirsinlər. Acından gözünə qaranlıq çöküb, hər bir şeyi iki görür.
241
ŞƏFƏQ
/Divanəyə/ Gedək, ye, doy ki, sən də toxları başa
düşə biləsən... DİVANƏ
Nə üçün o quşun balalarına acıyıb, ikiniz də hönkürmürsünüz? Ay daşqəlbli qadınlar! /Şəfəqin ardınca ağlaya-ağlaya gedir/.
Dəli, xəstə baş! Gör gözlərinə nələr görünür? Quşların şahı heç vaxt öz balalarını öldürməz. Əlbəttə özündən uydurur. Amma bu da düzdür ki, bu gün qan tökülür, hakimiyyət hərisliyi üzündən günahsız balalar məhv olurlar. Yaralı adamın yarası pis havada sızıldayan kimi, mənim də ürəyim hey inildəyir. Yox, indi çobanların yanına getməyəcəyəm, qoy sabaha qalsın. Bu gün isə falçı çağırım, gəlib bir fal açsın./ çadıra girir/ TANQABİKƏ
Yalsıqul görünür. Tanqabikənin çadırı önündə əyləşir.
Tanqabikə mənə demişdi ki, əgər sənə həvalə olunan işi lazımınca yerinə yetirsən, qayıdandan sonra sənə təzə arxalıq verəcəm. Baybisə havayı yerə söz deyən qadın deyil. Amma bilmirəm kimin üçün geyinib keçinəcəm? Tapşırılan işi allahın köməkliyi ilə başa vurdum, ürəyim sakit oldu. İndi Ağyeqetlə Zübərcət eyni torpaqdan göyərən bir ağacın qoşa budağı kimi birləşəcəklər. Ehey... düz anadan olandan mən bu uşağın- Ağyeqetin tərbiyəçisi olmuşam. Onu əzizlədiyim vaxtlar da olub, YALSIQUL
danladığım vaxtlar da. İndi isə o mənə kiçik qardaş kimi əzizdir. /qışqırır/ Ey, Baybisə! Evdəsən? Mən gəlmişəm. /Tanqabikə çadırdan çıxır/
242
TANQABİKƏ
bekar
Gəlib oturmusan ki? Görünür bütün günü boşolduğundan sümüyün qarıyıb. Güman ki, şeytan səni yoldakı qaçaq-quldurla rastlaşdırmayıb. Heç olmasa mal-qaranı sağ-salamat aparıb yerinə çatdırmısan?
YALSIQUL
Tale mənə yar oldu, mal-qaranı sağ-salamat yerinə çatdırdım, Baybisə!
TANQABİKƏ
Rısqul bəy nə dedi?
YALSIQUL
Əvvəl-əvvəl qaşlarını çatdı, narazı qaldı. Azdır,dedi,- əlli baş öküz və qoyun, iyirmi beş baş at da əlavə eləməlisiz. Axı deyir, mən söz kəsəndə onun bəyliyini nəzərə alıb razılaşmışdım.
TANQABİKƏ
Rısqul bəyin acgözlüyünü əvvəldən bilirdim. Ona dünyanı da versən, doydum deməz. Mənim rəhmətlik ərim hələ öz sağlığında başlıq haqqını həll eləmişdi, onlar da əl-ələ vurub razılaşmışdılar. Ərim ölüm ayağında mənə vəsiyyət eləmişdi ki, Ağyeqetin on yeddi yaşı tamam olanda başlıq haqqının qalan hissəsini gecikdirmədən Rısqul bəyə göndərim. Mən də mərhumun vəsiyyətinə əməl elədim.
YALSIQUL
Mən də ona elə bunu dedim, o da cavabında dedi ki, mənimlə razılaşan adam daha yoxdur. İndi onun nə özü var, nə də bəylik ad-sanı.Lənət şeytana! Mənim də tərsliyim tutdu, sürünü dala gaytarmağı əmr etdim. O qədər tamahkar adamdı ki, sürünü qaytardığımızı görüb, sözünü geri götürdü, tüpürdüyünü yaladı.
TANQABİKƏ
Bəyə nə eləsəm azdı. Hücum eləyib dağıdasan yurdunu. Zübərcətlə Ağyeqet qabağımı kəsir, 243
yoxsa mən ona göstərərdim. Onun istədiyi malqara deyil, bizi alçatmaqdı. YALSIQUL
Bir də dedi ki, Sakmara çölündən Qaraqoca özü ona elçilər göndərib, Zübərcəti istəyib. Amma söz onun üçün puldan dəyərli olduğu üçün o, Qaraqocanın elçilərini geri qaytarıb. Öz sözünün ağası olduğunu hər kəlməbaşı təkrar eləyirdi...
TANQABİKƏ
Hiyləgərliyə bax, ha! Özünün etibarlı olduğunu söyləməklə, alicənablığını gözümüzə soxur.
YALSIQUL
Belə bir adam ayı pəncəsi çiçəyinin köklərindən mələk çiçəyi yetişdirə bilərmi?
TANQABİKƏ
İnsanın təbiətində hər nə desən var. Sən Yalsıqul, çap çobanların yanına get. Əmr elə ki, iki quyruqlu qoyun kəssinlər, el ağsaqallarına qonaqlıq vermək istəyirəm.
YALSIQUL
Elə bilin ki, tapşırığınız yerinə yetirilmişdir. /gedir/
TANQABİKƏ
/onun ardınca/ Ey, Yalsıqul, qoy sənin təzə arxalığın
köhnəlməsin. Sənə nə vəd eləmişəmsə, yadımdadır. Yalsıqulun səsi gəlir. “Sağ ol, Baybisə”
Ey, kim vardır orada? /bir qadın çıxır/ Xalçanı götür. Ağ çadıra salarsan. Orda ağsasqqallara qonaqlıq verəcəm. /çadıra girir/ Qadın xalçanı götürüb gedir. Səhra tərəfdən Dərviş görünür, çadırdan isə Divanə çıxır. 244
DİVANƏ
/iri bir sümüyü gəmirə-gəmirə/ Şirin olan nə varsa ,
həmişə dərində olur. Ora da heç cür gedib çatmaq olmur. /arxası üstə yıxılıb sümük sorur/.Yox, gəlmir! Yeməkdən doymadım, yalamaqdan nə çıxar. Qoy bunu da Pırpız gəmirib qurtarsın. Qıs, qıs..Pırpız /fit çalıb, iti çağırır/ Ye, köpək balası,ye! /sümüyü atır, sümük dərvişin ayaqları altına düşür/. DƏRVİŞ
Ay allah! Kimdir zəvvarı daşla qarşılayan?
DİVANƏ
Yan-yörənə yaxşı-yaxşı bax, qonaq, o , daş deyil, sümükdür, axıra qədər gəmirə bilməmişəm...
DƏRVİŞ
/dodaqlarını yalayaraq/ Bərəkəti tullamaq günahdır,
igid. DİVANƏ
Mən igid deyiləm, dəliyəm. Əh, sənin nə məzəli papağın var! /Dərvişin başından fəsini götürüb, öz başına ölçür/ Bunun qotazı lap it quyruğuna oxşayır ki! Dart quyruğundan¸ çıxsın başından. Lap rahatca! /dərvişə baxa-baxa onun yan-yörəsində fırlanır/ Amma nə qıllıparaqsan, lap yapalağa oxşayırsan. Boynuna al, papağının quyruğu olan kimi özünün də quyruğun yoxdur ki? /qəh-qəh çəkir/ Bəs saqqal səndə haradan bitib?
DƏRVİŞ
Mən uzaq-uzaq ölkələrdən yol başlayıb gələn bir yolçuyam. Deyərsənmi yurd yeri kimindir?
DİVANƏ
Mənim, bir də Baybisənin!
DƏRVİŞ
Bəs çəmənlikdə gördüyüm ilxılar?
DİVANƏ
İlxılar də mənimdir. Dumanlar da, dağlar da, yanyörəmizdə hər nə varsa, mənimdir. Əgər istəsən çaparaq buludlara uçaram. Uçub, qalxıb göylərə, 245
uzaqlara gedərəm. Amma Baybisəni dərd-qəmə batırmaqdan qorxuram. DƏRVİŞ
O sənin nəyindir?
DİVANƏ
Mən doğulandan onun yanındayam. Anadan gəlmə dəliyəm. Əvvəlcə məni Azərqul adlandırmışdılar, bunun da mənası “anadangəlmə qul” deməkdir. Amma baybisə dedi: “bədbəxtlərə, bir də müqəddəslərə gülmək günahdır”.
DƏRVİŞ
/diqqətlə ona baxaraq/ Alnında tanış xal var.
DİVANƏ
Korsan, nəsən? Bir də bax. Bu xal deyil, allah möhürüdür.
DƏRVİŞ
Ay müqəddəs qul, bu möhürü allah sənin alnına çoxdanmı qoyub?
DİVANƏ
Mən müqəddəs qul yox, müqəddəs insanam. Amma sən qulsan, özün də qıllıparağa oxşayırsan.
DƏRVİŞ
Ey insan, deyə bilərsənmi neçə yaşın var?
DİVANƏ
Mənim yaşım yoxdur. Nə qışım var, nə yazım. Ot kimi bir şeyəm. Aylarsız, illərsiz yaşayıram. Bəs sən hardan gəlirsən? Necə qonaqsan? Görürəm ki, itlər səni qovub, çəpənini yarıbayarı qısaldıblar.
DƏRVİŞ
Mən dərvişəm. Taleyin əmri ilə diyarbadiyar gəzirəm, dini yayıram. Baxmayaraq ki, gəzməkdən ayaqlarımın damarları şişib, baldırlarım ağrıyır, üç gündür ki, dilimə heç nə dəyməyib, yenə də öz yolumdan qalmamışam. Deyirsən ki, Baybisə mərhəmətlidir, hə? Di tez ol, məni onun yanına apar. 246
DİVANƏ
Dostcığaz, elə onun çadırının qarşısındasan. Eyy, baybisə apay! Çiynində tuluq tutmuş Şəfəq görünür. Dərvişi görüb dayanır.
DƏRVİŞ
/öz-özünə/ Bu çöllər gözəli nə cazibəlidir. /əllərini döşünə qoyub sakitcə onu salamlayır/
DİVANƏ
Şəfəq, bu qıllıparaq dərvişi salamla. Çəpənini itlər didişdirib. Baldırları da ki, yorğunluqdan sızıldayır.
DƏRVİŞ
Mənim körpə balam, mənə bir udum su ver. Allah da sənə əvəzini verər.
DİVANƏ
Körpə niyə olur. Çoxdandı ərdədir. Əri Yulmurza Ağ çarın xidmətindədir, onun yolunu gözləyir. İndicə mən qulağımı yerə qoymuşdum. Suss! Yaxınlaşan at nallarının səsini eşitdim. Yəqin atlılar müharibədən qayıdırlar.
DƏRVİŞ
Əbəs yerə demirlər ki, dəlidən doğru xəbər. Belə də olacaq. /dua oxuya-oxuya çadıra girən Şəfəqə baxır/ Allahın yaratdıqlarında bənzərlik yoxdur. Üzlər də, fikirlər də, ürəklər də bir-birinə bənzəmir. Biri gözəl, digəri çirkindir. Biri ağıllı, digəri zaydır. Şəfəq çıxır, iri bir piyalədə Dərvişə qımız uzadır
ŞƏFƏQ
Al, əzabkeş insan, iç! Qımız yorğunluğu çıxardır.
247
DƏRVİŞ
/piyaləni alır, nəsə bir dua oxuyur, tələsmədən içir/. Mənim
balam, sənə minnətdaram, allah nə diləyin varsa, yetirsin. ŞƏFƏQ
Allah ağzından eşitsin. /Çadırdan Tanqabikə çıxır/
DİVANƏ
Baybisə, bu yolçuya bax, yapalağa oxşayır, hə?
DƏRVİŞ
/ayağa qalxır/ Baybisə, əsrin uğurlu olsun, allah
qəlbinə fərəh, süfrənə bərəkət, ilxılarına artım versin. TANQABİKƏ
Minnətdaram sənə, qərib adam. Allah dediklərini işə keçirsin. Mən də sənə uğurlar, qəlbinə sakitlik, ayaqlarına yüngüllük arzulayıram.
DƏRVİŞ
Əyləşək və allaha dua eləyək. /Dua edirlər/
DİVANƏ
Allahın nökəri bu gün ikinci dəfədir ki, dua edir.
DƏRVİŞ
Dua təkrar edildikcə köhnəlmir, əksinə təzələnir./Tanqabikyə nüfuzedicii nəzərlərlə baxır/
TANQABİKƏ
Qərib, hansı yerlərdən gəlib bizim tərəflərə çıxmısan? Gördüyün işlər xeyirdirmi?
DƏRVİŞ
Mən peyğəmbərin elçisiyəm, baybisə. Məkkədə ziyarətdə olub, Kəbədəki qara daşı öpmüşəm, Abizəmzəm içmişəm. Başqa bir işə baxmıram, dərvişlik eləyirəm – işıqlı dünyanı dolanır, insanları allaha itaətə çağırıram.
TANQABİKƏ
Yolun da, işin də xeyirlidir. Bu dünyada nələr eşitdin, kimləri gördün? Söylə, xəbər ver.
248
DƏRVİŞ
Mən bura xeyir xəbərlə gəlmişəm: Ağ çarın ordusu döyüşlərdə düşmənlərə qələbə çalıb. Arzusunda olduğunuz adamlar səhranın o tayından yəhərlərdə yırğalana-yırğalana evə tələsirlər.
DİVANƏ
/qulaqlarını yerə qoyaraq/ Atların ayaq tappıltılarını
eşitmirəm, amma axşam eşidirdim... TANQABİKƏ
/Divanəyə /Mızıldanma orada , yaxşısı budur qonağa qulaq as. /Dərvişə/ Şad xəbər gətirmisən,
Dərviş. Bu xəbərə görə sənə at bağışlayıram. DƏRVİŞ
Mən dünyəvi adam deyiləm, allahın xidmətçisiyəm. Düzdü isti gün baş deşəndə, qar – yağış isladanda bir tikə çörəkdən, yatmaq üçün yataqdan imtina eləmirəm. Amma at var-dövlətdir. Mənim isə ona ehtiyacım yoxdur, mən dünya nemətlərindən imtina eləmişəm, baybisə.
ŞƏFƏQ
/öz-özünə/ Mən müqəddəs adamların heç beləsini
görməmişdim. TANQABİKƏ
Yaxşı, sən deyən olsun, mən də sənin iradənin əksinə getmirəm. Şəfəq, sən də zəvvara yemək içmək ver, yataq hazırla ki, istəsə yatsın.
ŞƏFƏQ
Hər şeyi hazırlaram. /çadıra keçir/
TANQABİKƏ
Yaxşı qonaq özü ilə xeyir-bərəkət gətirər. Dərviş, sənin bu gəlişin xeyirli oldu. Mənim ortancıl oğlum evlənir. Gəlin üçün verəcəyimiz başlığın qalan hissəsini bu gün göndərmişəm. Bunun şərəfinə bu gün süfrə açırıq. Mən bu qonaqlığa nəslin ağsaqqallarını dəvət eləmişəm. Əgər etiraz eləməsəydin ,sən də onlarla birlikdə oturardın. 249
DƏRVİŞ
Allahın nökərini şərəfləndirdiyin üçün qoy allah günahından keçsin. Günahsız insan yoxdur.
DİVANƏ
Hamı günah içindədir. Ha,ha,ha!.. Tanqabikə, mənim də günahım var?
TANQABİKƏ
Yox,sənin günahın yoxdur. Sən – Divanə, günahsızsan.
DƏRVİŞ
/öz-özünə/ Tanqabikə?.. /Tanqabikəyə/ Xanım sizin
adınız Tanqabikədir? TANQABİKƏ
Rəhmətlik ərim öləndən bəri Divanə hərdənbir məni öz adımla çağırır. Başqaları isə gah “xala”, gah da “baybisə” deyirlər. Mənə elə gəldi ki, mən adımla çağrılanda siz təəccübləndiniz, Dərviş.
DƏRVİŞ
Çox nadir addır, mən bu adı ilk dəfədir ki, eşidirəm. Qeyri-adi, həm də gözəl səslənir. Elə məni təəccübləndirən də bu oldu.
TANQABİKƏ
Çadıra keç, dərviş, xörəyin bir dadına bax. Tapşırmışam, hazırlayıblar. /özü də Dərvişlə birgə çadıra girir/
DİVANƏ
Hər halda o, yapalağa oxşayır. Gözləri də ki, qayırqayır qaynayır. Gedim qayanın dibində ölüb qalan qartal balalarını dəfn eləyim. İstəyir qayada doğulsun, istəyirsə çadırda, bütün ölüləri torpağa tapşırmaq lazımdır. /gedir/. Çadırdan qarşı-qarşıya Ağyeqetlə Zübərcət çıxırlar. Onlar suvari paltarındadırlar. Zübərcət Ağyeqetin qucağına atılır.
250
ZÜBƏRCƏT
Mənim tərlanım, məni bərk-bərk qucaqla!
AĞYEGƏT
Ah, Zübərcət! Göyərçinim mənim! İndi bizi heç kəs bir-birimizdən ayıra bilməz.
ZÜBƏRCƏT
Tanrı bizi eyni ulduz altında xəlq elədi, atalarımız öz andları ilə birləşdirdi bizi. Əgər bizim nikahımız göydə kəsilibsə, ürəklərimizi birbirindən aralaya biləsi qüvvə bu dünyada yoxdur.
AĞYEGƏT
/oxuyur/
Günəşi lalə rəngdə Görürəm səhər tezdən Gün olsun, lalə olsun Sağ yanağın kimidir, Qoyma, umsuq olum mən.
Ağaranda dan yeri Ağ haləyə bürünür Ay özü də, ay gözəl Ay olsun, halə olsun. Sol yanağın kimidir, Di versənə, pay, gözəl. Meşənin üzərində Bədirlənib durur ay Baxıram heyran-heyran Öpüm sol yanağından Yıxılıb yatmamışdan Göydə ay batmamışdan Gah qorxaq, gah ürəkli Gah da sərxoş oluram Dodaqlarım bal əmir O qədər xoş oluram Nə yer, nə göy bilirəm. 251
ZÜBƏRCƏT
Həzz almaqdan ölürəm. /oxuyur/ Sən ölsən, bir öpüşlə Dirildərəm mən səni Mən bu sevincdən ölsəm, Sən də öp, dirilt məni. Əgər sən bu sevdadan ölər olsan, mən səni dirildərəm. Əgər mən ölər olsam, sən də öpə-öpə məni dirildərsən. Deməli ,bizə ölüm yoxdur, biz əbədiyik, Ağyeqet! /yenidən onun quçağına atılır/
AĞYEQET
Ey bu dünyanın ən gözəl gəlini, əgər sən bu yerlərdən uzaqlarda doğulsaydın – mən sənə rast gəlməsəydim, onda bu ulduzları, çölləri, meşələri, çayları, hətta qaranlığı qovan günəşi də, üstəgəl bu həyatın özünü də mən bir heç sayardım. Yox, əgər sən bir başqa məmləkətdə doğulsaydın illərin, dağların üstündən aşıb, günəşi doğanda da, batanda da qarşılayaraq, çayları və dənizləri keçərdim, hər necə olsa da, səni axtarıb tapardım. Bu tale mənə Tanrı tərəfindən verilib.
ZÜBƏRCƏT
Mən dünyanın o başında doğulsaydım belə, sənin səsini eşidən kimi, könlüm quşu havalanar, yola süvar olardım, bütün dünyanı dolaşardım. -Sən hardasan ,Ağyeqet?- deyə qəlbimlə səni çağırardım. Əgər yollarda əl ağacım qamış kimi nazilsəydi belə, yenə də mən səni taleyin hökmü ilə tapardım. /oxuyur/ Yer üzünü dolanardım Tapardım səni, gözəlim Bütün dünya bilərdi ki, Zübərcətdir sənə gəlin Məndən ötrü sən əzizsən, 252
Əvəzsizsən, əvəzsizsən Eyləmə gəl özgə xəyal, De sözünü, məni də al./gülür/ AĞYEQET
Bizə yar olan talenin şərəfinə səni öpürəm!
ZÜBƏRCƏT
/həyəcanla/ Biz zarafata saldığımız şeylər, qorxuram
ki, qaranlıq bir gecədə ap-aydın yuxuma girər. Dəhşətimdən ölərəm. Mən bəd yuxulardan, pis günlərdən qorxduğum kimi qorxuram! AĞYEQET
Bəd yuxulardan, pis günlərə düşəcəyimizdən qorxma, əzizim, mən onları qovmaq üçün əfsun bilirəm. “Acı çimir, sən Gecələr hərdən Zübərcətimin Yanından öt, get Get, onu tərk et”.
ZÜBƏRCƏT
Mənim əziz Ağyeqetim, bu dünyada elə şeylər var ki, onlara əfsun kar eləmir. Birdən Ağ çar səni də qardaşın kimi səfərbər edib müharibəyə göndərsə, mən ayrılığa dözə bilməyəcəyəm.
AĞYEQET
Mən inanıram ki, əgər belə şey olsa, Şəfəq Yulmurzanı gözləyən kimi sən də məni gözləyəcəksən.
ZÜBƏRCƏT
Gözləyə bilməyəcəyəm, hövsələm çatmaz. Müharibəyə, sən də getsən, səninlə birlikdə olacağam, ox atmaqda da səndən geri qalmayacağam. Ayrılıq ölümdən yüz dəfə pisdir.
AĞYEQET
Qəmli şeylər danışma, Zübərcət. 253
ZÜBƏRCƏT
Bəs birdən məni əjdaha oğurlayıb aparsa, mən birdən qeyb olsam?... Bax belə, ha! /Qəh-qəhə çəkərək, çadırın ətrafı ilə qaçır/.
AĞYEQET
Əjdahanın izinə düşüb, səni onun əlindən alaram,mənim dünyam! Hər ikisi çadırın ətrafında əks istiqamətlərdə qaçışırlar. Bir azdan görünür, əvvəlki kimi yenə bir-birinin ağuşuna atılırlar.
ZÜBƏRCƏT
Ağyeqet, əjdaha necə də dəhşətlidir. Sənin qucağında da az qalır ki, məni boğsun. /başını onun sinəsinə qoyur/
AĞYEQET
Qulağını sinəmə qoy diqqətlə dinlə və sonra söylə görüm Ağyeqetin ürəyi quş kimi cələyə düşmüşdür, yoxsa sakitliyini itirmişdir?
ZÜBƏRCƏT
Mən istəyirəm ki, həmin cələyə düşən möcüzəli quşu tutub, qəfəsdə saxlayım. Qoy o yaman gözdən iraq olsun.
AĞYEQET
Əzizim, bir ay, yaxud da bir gün əvvəl sən yəhərdə oturmağı, yüyən tutmağı bacarmırdın. İndi isə bambaşqa adam olmusan, Zübərcət.
ZÜBƏRCƏT
Bu gündən həmişəlik səninləyəm.
AĞYEQET
Yəqin bu gün anam ağ çadırda ağsaqqallara qonaqlıq verəcək. Bizim şərəfimizə cavanlar dəstədəstə gölün kənarına gələcəklər, şən-şən rəqs edəcəklər. Səni əlində ağ səhəng göldə rəqs edən 254
görürəm. Gölə atılır, səni çıxarır və əzizim, səninlə birlikdə oluram. ZÜBƏRCƏT
Çıxar məni, dər məni! Mən səninəm, əzizim. /birdən onun üzündəki təbəssüm yox olur/
AĞYEQET
/həyəcanla Zübərcətə baxır/ Sən nədən belə tutuldun?
Niyə mənə elə tənə ilə baxırsan? ZÜBƏRCƏT
Ah, Ağyeqet! Biz necə də unutqan uşaqlarıq. Anamızın qarşısında diz çöküb, xeyir-dua diləməyi unutmuşuq. /Ağyeqet Zübərcətin əlindən tutub, çadırın qapısı ağzına aparır. Hər ikisi diz şökür/
AĞYEQET
Ey, məni müqəddəs bir əzab çəkərək dünyaya gətirmiş anam! Məhəbbətimin baş tutması naminə qarşıma çıx, qəlbimizin birliyi naminə əlini başımıza qoy, bizə xeyir-dua ver. Çadırdan saqqalını sığallaya-sığallaya əvvəlcə Dərviş çıxır. Zübərcət və Ağyeqet çılğınlıqla ona baxırlar. Sonra Tanqabikə görünür.
TANQABİKƏ
/Dərvişə/ Bax, mənim ortancıl oğlum Ağyeqet
budur. Bu isə onun nişanlısı Zübərcətdir. Dərviş, onlara xeyir-dua ver. Qoy bu sənin siftən olsun. DƏRVİŞ
Ey Tanrı ,öz qulların olan Zübərcətlə Ağyeqetə məhəbbət və sədaqət, var-dövlət və əmin-amanlıq göndər! Amin!
TANQABİKƏ
/Ağyeqet və Zübərcətə/ Sizə müqəddəs bir adam
xeyir-dua verdi. O, peyğəmbərin elçisidir, diyarbadiyar gəzərək, insanları inama və etiqada çağırır, /Dərviş başını aşağı salaraq dayanıb/ Sənin atan 255
mənə nəyi vəsiyyət eləmişdisə, mən onu lazımınca yerinə yetirmişəm. Vəsiyyətlər də, adət- ənənələr də müqəddəsdir. Siz də həmişə onlara sədaqət göstərin! /sağ əlini Zübərcətin başına qoyur/. Sən mənim döşümdən süd əmməmisən, amma mənim qızımsan. Xöşbəxt olasan! /sol əlini oğlunun başına qoyur/. Mənim balam, daha kişiləşmiş ər oğlum! Qoy səadət sənin yol yoldaşın olsun! Amin! Amin! AĞYEQET
/Zübərcətlə birlikdə ayağa qalxaraq/ Ana, sən mənim
qayğımı çəkmisən. Mənim qanımda çöl sərbəstliyi vardır. İndi mən xoş bir məramla və iradəmlə uğurlu bir məhəbbətin qulu oldum. TANQABİKƏ
Məhəbbətin qulu olmaq uca bir məqamdır. Belə ki, uşaqlar, arabir ağlın qulu olmaq da təqdirə layiq bir işdir. Ürək dəniz kimi bir şeydir. Bəzən heç bir səbəb olmadan də təlatümə gəlir. Ağıl isə dağ zirvəsinə bənzəyir. O ucalıq və əbədiyyət üçün seçilmişdir.
AĞYEQET
Mən sizin sözlərinizdə bir qayğı hiss eləyirəm. Amma soyuq bir düçüncə ilə odlu-alovlu bir ürək arasında mütləq düşmənçilik olmalıdırmı?
TANQABİKƏ
Sən hələ uşaqan, buna görə də belə şeyləri bilməzsən. Ağıl ilə ürək arasında necə amansız döyüş getdiyini bilə bilməzsən.
AĞYEQET
Bu barədə biz atın üstündə gələ-gələ danışmışıq. Necə deyərlər çox da atını tək çapma. Məsləhətinə görə çox sağ ol!
DƏRVİŞ
Müdriklərə daim qulaq asmaq lazımdır.
256
ZÜBƏRCƏT
/Dərvişə həyəcanla və qorxa-qorxa baxaraq öz-özünə/ Bu nə
qəribə adamdır... TANQABİKƏ
Zübərcət, sən nəsə soruşmaq istəyirsən?
ZÜBƏRCƏT
Yox, sadəcə olaraq sənin dediyin sözləri öz-özümə təkrar edirdim.
DƏRVİŞ
/qırağa çəkilib oturur, başını aşağı salıb öz-özünə/ Qibtə
olunası cavanlardır! Onlar üçün hər şey qabaqdadır. Sevib sevilmək də, həyatın ləzzəti də. İtirdikləri də heç bir şey yoxdur. Mənim həyatımsa... Ay allah, keç günahımdan... Qardaşın müharibədən qayıdan kimi toyunu eləyəcəyəm. Bütün el-oba bu ziyafətdə olacaq. O vaxt cıdıra çıxıb öz qoçaqlığını göstərərsən. Ey, Şəfəq, sən hardasan?
TANQABİKƏ
/Ağyeqetə/
ŞƏFƏQ
/çıxaraq/ Burdayam, qaynana!
TANQABİKƏ
İki çin piyaləsini siləbəsilə qımızla doldurub bura gətir.
ŞƏFƏQ
Bu saat, qaynana
TANQABİKƏ
Siz hələ beşikdə olanda gözəl bir yaz günü sənin atan çıdır təşkil elədi. Xatirimdədi, şənliyə qıraq obalardan da çoxlu hörmətli qonaqlar gəlmişdi. Sizi onda köbəkkəsmə elədilər. Hər ikinizin atası – hər iki bəy qımız dolu piyalələri bu şərəfə başlarına çəkib axıra qədər içdilər. O ziyafət düz üç gün davam elədi və rəhmətlik şair Ağman sizə mahnı da qoşmuşdu...
257
.
AĞYEQET
Göylərə baxıram, sayrışır yenə Parlaya-parlaya o bir cüt ulduz Göydə ulduzların birləşməsinə Dünya heyrətindən mat qalıb yalnız. Qovuşan ikicə ürəkdir, inan Ulduz da nurunu alıbdır ondan. Bəs bu mahnı deyilmi, ana?
TANQABİKƏ
Bəli, o da... /Şəfəq kımızla dolu iki piyalə gətirir./ Bax, bu piyalələrdə iki ata – iki bəy sizi ad eləyən gün qımız içmişdilər. İndi sizin on yeddi yaşınız tamam olub, xöşbəxtliyiniz naminə siz də onları axıradək için. Qoy sizin xöşbəxtliyiniz də bu dolu piyalələr kimi bütöv olsun! Şəfəq piyalənin birini Zübərcətə verir, o da piyaləni dodaqlarına yapışdırır, amma içmir, Şəfəq piyalənin o birisini Ağyeqetə verəndə baxışları Dərvişin baxışları ilə rastlaşır. Piyalə əlindən düşür. Hamı özünü itirir.
TANQABİKƏ
/tənə ilə/ Şəfəq, sən nə kütsənmiş!
ŞƏFƏQ
Ah! Elə bil ki, kimsə əlimdən vurdu. Fikrim dağıldı. Günah elədim!
TANQABİKƏ
Allah bu bəd əməlin axırını xeyir eləsin!
AĞYEQET
/anasına/ Piyalə yerə düşəndə nə olar, ana? Niyə o
dəqiqə pis tərəfini düşünürsən? ŞƏFƏQ
Piyalə yerə düşsə də sınmayıb, təkcə içindəki qımız dağılıb. 258
TANQABİKƏ
İstər aydın gündə olsun, istər yağmurlu gündə əlamətlər bizə gələcəkdən xəbər verir, düşəridüşməzi olur.
ŞƏFƏQ
Narahat olma, qaynana buna cavabdeh mənəm.
AĞYEQET
Əgər hər bir əlamətə adam inansa, bu dünyada yaşamaq çətin olar, ana. Piyalə düşüb, qımız dağılsa qorxulu deyil, bəxt ulduzumuz parlasa ,bəsdir.
DƏRVİŞ
Hər kəsin taleyi alnına yazılıb, deyirlər ki, taleyini sınağa çəkmə.Narahat olmağa səbəb yoxdur, baybisə.
AĞYEQET
Ana, qalan piyaləni Zübərcətlə birlikdə içmək mənim üçün daha xoşdur. Bir piyaləni ikilikdə içsək, ruhunuz daha da doğmalaşar.
ZÜBƏRCƏT
Qəm eləmə, baybisə, piyalə ağzınacan qımızla doludur. Al, Ağyeqet, əvvəlcə sən iç.
AĞYEQET
Yox, Zübərcət, əvvəlcə sən iç, yerdə qalanını axıra kimi mən içərəm. /əvvəlcə Zübərcət, sonra isə Ağyeqet içirlər/.
TANQABİKƏ
Öz payınızın ancaq yarısını içdiniz. Heç olmasa xöşbəxtlik payınız yarımçıq olmasın, mənim əzizlərim! /İşmurza onun dalınca da Divanə
qaça-qaça gəlirlər/ İŞMURZA
Şad xəbər! Şad xəbər!
259
DİVANƏ
Ey, baybisə, çaparlara şad xəbər üçün beş altun verin. Sizi sevindirən adamlara isə on altun verərsiniz. Çapar çapa-çapa gəlir və deyir ki, ordu yürüşdən zəfərlə qayıdır. Uzaqda deyil, dağın o üzündədirlər. /hamı canlanır/
TANQABİKƏ
Divanə, mən sənə təzə arxalıq verərəm, İşmurzaya də təzə papaq. Daha niyə susursunuz? Sevinmirsiniz, yoxsa verdiklərim azdır?
DİVANƏ
Baybisə, yaxşı olardı ki, mənə arvad verərdin. Hamının arvadı var, bir məndən başqa /ağlayır/. Mən onların hansından pisəm? Mənə arvadver.. Yox, əvvəlcə İşmurzaya, sonra mənə!
TANQABİKƏ
Dəlidir də, nə deyəsən? Belə bir gündə dəliliyi tutub. Zingildəmə, ay axmaq! Hər kişinin arvadı olmur...
ŞƏFƏQ
/fərəhindən Tanqabikənin qucağına atılır/ Döğrudan bu
xöşbəxtliyə çatınca yaşaya bilmişəm? Ürəyim qartal kimi çırpınır, elə bil zirvələrdən dibsiz dərinliklərə düşür. TANQABİKƏ
Özünü ələ al, qızım! Qəfil xöşbəxtlik qarşısında da qəfil bədbəxtlik qarşısında olduğu kimi möhkəm dayanmaq lazımdır.
DİVANƏ
/qulağını yerə qoyaraq/ Yorğun atların ayaq səslərini
eşidirəm. Atlardan birinin dırnaqlarının zərbəsindən torpağın sinəsindən uğultular qopur. Yəqin ki, o yorğa at Yulmurzanındır! AĞYEQET
Ana, icazə ver, Zübərcətlə mən gəlişini çoxdan gözlədiyimiz adamları qarşılayaq. 260
TANQABİKƏ
Biz onları müharibəyə evdən yola salmışıq, onları evdə də qarşılamalıyıq. Atalar bizə səbirli olmağı vəsiyyət edib.
ŞƏFƏQ
Mənim artıq səbrim tükənib, gözləməkdən gözlərim qaralır. Qaynana, əgər sən icazə versəydin, ayaqyalın, başıaçıq qaça-qaça gələnləri qarşılayar, ərimi qələbə münasibətilə təbrik edərdim. Yanağımı üzəngizinə sürtərdim.
TANQABİKƏ
Olmaz, Şəfəq, səbr eylə.
ZÜBƏRCƏT
/Şəfəqə/ Sevincdən başın o qədər gicəllənib ki, əyilib
çayın dərinliyinə tamaşa edən söyüdlər kimi yellənə-yellənə qalmısan. ŞƏFƏQ
Yavaş-yavaş gəlib keçən illəri gözləmişəm. Amma sürətlə keçən dəqiqələri yaşamaq daha çətindir.
DİVANƏ
/uzaqlara baxaraq/ Odur, birinci atlı təpəyə qalxdı. Bu
da ikincisi... Görməkdənsə görünmək xoşdur. Hamı atlılar yaxınlaşan tərəfə baxır. Təkcə Dərvişdən başqa. İŞMURZA
Qabaqdakı üçüncü atlı mənim böyük qardaşıma oxşayır.
TANQABİKƏ
Yox, o deyil. Yoxsa mən balamı o dəqiqə tanıyardım.
AĞYEQET
Bax, odur, dördüncüsü, yəqin mənim qardaşımdır.
TANQABİKƏ
/Şəfəqə/ Get, əynini dəyiş. Döyüşdən qayıdan kişini
bayram paltarında qarşılayarlar. 261
ŞƏFƏQ
Ah, kütlüyə bax, tamam yadımdan çıxıb. Gedim təzə paltar geyim. Qaynana, nə geysəm yaxşıdır?
TANQABİKƏ
Ay gəln ,hansı paltarını istəyirsən gey!
ŞƏFƏQ
Sevimli ərimin qabağına toy paltarında çıxsam, necə olar?
ZÜBƏRCƏT
Düz tapmısan, Şəfəq. Bu günkü gün, toy gününə bərabərdir. Get, toy paltarını gey. Şəfəq çadıra girir. Uzun sükut
TANQABİKƏ
/həyəcanla/ Bəs çapar, bəs o atlı niyə mənim
çadırımın qabağında atını əyləmədi? DİVANƏ
/yola baxaraq/ O çapağan ata baxın, axsağı deyirəm,
sahibsiz qalıb. Cilovu başında qamçı kimi yellənir...Kimin ola? AĞYEQET
Yulmurzanı hələ də görmürəm.
TANQABİKƏ
Oğul balam, daha gözlərim toran gətirir, bütün atlılar, elə bil ,duman içindədirlər.
AĞYEQET
Atlılar axırıncı çadıra çatdılar. Mənim qardaşım yüzbaşıdır, o dəstənin önündə gəlməli idi, axı...
DİVANƏ
Axsayan atın cilovunu çıxartdılar. Onu səllim çölə buraxdılar... O isə getmədi. Axsaya-axsaya bura gəlir... Hamı susaraq baxır.Şəfəq toy paltarında çıxır. 262
ŞƏFƏQ
/öz-özünə/ Döyunca üzünü görmədiyim ərim, budur
sənin qabağına toy paltarında çıxıram. Qamçıla atını,tələs, əzizim. O qədər gözləmizşəm ki, daha gözləməyə halım qalmayıb. /Ağyeqetlə Zübərcətin arxasında dayanır/ Siz onu görürsünüz? Bəs mən niyə görmürəm? Hamı susur. Atlılar çadırın arxasından gəlib keçirlər. TANQABİKƏ
/qabaqdakı atlıya/ Ey, Mustafa, sənsən? Bəs axı sənin yanında Yulmurzanı görmürəm. /atlı susaraq yan keçir/ Niyə susursan, cavab versənə? Ey, Barlıbəy,
bəs yüzbaşı Yılmırzə hanı? Yalvarıram, Quluş, heç olmasa, sən cavab ver, balam hanı? Elə bil, heç kəsin ağzında dili yoxdur. Aman allah, rəhm eylə, bizi bəladan qurtar. Axırıncı atlı gəlib keçərkən əlindəki cilovu Tanqabikənin ayaqları altına atır.Divanə qaçıb cilovu götürür, ucundakı düyünçəni əli ilə yoxlayır. DİVANƏ
Bu düyünçədəki qızıldı, yoxsa?
TANQABİKƏ
/düyünçəni açır/ Torpaq! Onun qəbrinin torpağı!
Ox, Yulmurza, mənim balam! Mənim oğlum! ŞƏFƏQ
/dəli kimi/ Yulmurza, məni də özünlə qəbrə apar!
Qoy bu gəlinlik paltarım kəfənim olsun! / inləyərək torpağa sərilir/ TANQABİKƏ
cəzalandırırsan? hələ də mən
Ey Tanrı, niyə mənə bu qədər zülm eləyirsən? Ömrün boyu rəhm eləmədən məni Yəni, günahım o qədər böyük oldu ki, onu yuya bilməmişəm? 263
DİVANƏ
/Şəfəqin yanında oturur, onun saçlarını
tumarlayarq/ Ağlama, Şəfəq, sən mənim arvadım
olarsan...
PƏRDƏ
İKİNCİ PƏRDƏ
Bir neçə gün keçmişdir. Tanqabikənin çadırı. Ağsaqqallar oturmuşlar. Tanqabikə və Dərviş də burdadılar. Yenıcə ət yeyib qurtarıblar. Qımız içməyə hazırlaşırlar. Şəfəq qəmli-qəmli kənara baxır.
TANQABİKƏ
/Şəfəqə/ Qonaqların əlinə su tök, özü də bir az əlli-
ayaqlı ol. 264
Şəfəq aftafa, ləyən gətirib ağsaqqalrın tökür.
əlinə su
I AĞSAQQAL
Baybisə, qonaqlığa görə sağ ol ! Əla qonaqlıq verdin, lap əla!
II AĞSAQQAL
Yulmurzanın comərdliyini xatırlayıram. Bu yurddan comərdlik əskik olmayb. Sən də Baybisə, sadəcə olaraq baybisə deylsən, baba baysan! Səndə kişi inadcıllığı var.
III AĞSAQQAL
Səxavət göstərməklə dövlət əskilməz, əksinə bir az da artar. Nə qədər ki sağıq, yeyəcəyik, içəcəyik, şənlənəcəyik, pəhriz saxlamayacağıq. Öləndən sonra o birilər kimi bizə yemək də lazım olmayacaq. /Barmaqlarini yaladığı üçün Şəfəq hələlik onun əlinə su tökmür/
TANQABİKƏ
III AĞSAQQAL
Qonaqlar. İndi də qımızın dadına baxınmağınızı xahiş eləyirəm. Düzdür, biz qocalmışıq, amma qımız bizdən də yaşlıdır. /hərisliklə qımızı içir/ Ona hörmət gərəkdir. Ox, nə yaxşı oldu! Elə bil, damarlarımdan od keçdi! Şəfəq çıxır.
TANQABİKƏ
Rısqul bəyə xəbər göndərmişdim, nədənsə gəlib çıxmadı.
II AĞSAQQAL
Rısqul bəyin qayğıları tükənməzdir. İcma başçısı olmaq madyan sağmaq deyil.
I AĞSAQQAL
Onu gözləmək də ağsaqqalların borcu deyil. 265
III AĞSAQQAL
/qımız içir/ Bu onun üçün çox böyük şərəf olmaz
ki? TANQABİKƏ
Bütün gecəni çimir eləməmişəm. Nə eləyim, necə eləyim deyə fikirləşmişəm. Belə eləsən yaramır, elə də yaxşı çıxmır. Ümidim yalnız sizin müdrikliyinizə qalıb.
I AĞSAQQAL
Bəli, sənin ocağın çat verib, amma bu ocağın odunu sönməyə də qoymaq olmaz.
III AĞSAQQAL
Allahın mərhəmətinə sığınmaq lazımdır. Qəlbən əzab çəkməklə iş düzəlmir.
TANQABİKƏ
Mənə qalsa, kor taleyin çarxı hara gedirsə, onun iziylə də getmək lazımdır.
II AĞSAQQAL
Biz də ona görə yığışmışıq ki, məsləhət verək.
TANQABİKƏ
Sizə məlum olduğu kimi, moruq kimi yeməli olan Şəfəq ortada qalıb. Bu meyvəni yeyən isə artıq yoxdur. Amma ondan ötrü böyük başlıq verilmişdir. Heç özüm də bilmirəm ki, gəlini neyləyim.
II AĞSAQQAL
Dədə-baba adətiynən getmək lazımdır.
III AĞSAQQAL
Baybisə, sən kiçik oğlun barədə fikirləşməmisən? İndi onun neçə yaşı var?
TANQABİKƏ
O lap uşaqdır. Bir aydan sonra on iki yaşı tamam olacaq.
III AĞSAQQAL
Mən on yaşım olanda qardaşımın dul qadınının, özümün isə birinici arvadımın qoynuna girmişəm. 266
I AĞSAQQAL
Sən məni çağırtdıranda başa düşdüm ki, hər tərəfli düşünüb daşınmaq lazımdır, bu məsələdən bütün icma narahatdır.
II AĞSAQQAL
Yox, Şəfəqi İşmurzaya ərə vermək olmaz. Onnan Ağyeqet evlənməyə borcludur. Dədə babalarımızdan qalan adət belədir.
I AĞSAQQAL
Qoy ,Rısqul bəy başlığı necə var, eləçə də qaytarsın, qızını başqasına versin. Eşitmişəm ki, Qaraqoca nəslindən onlara təmtəraqlı elçilik ediblər.
TANQABİKƏ
Bəs o aldığı başlığı tamamilə qaytara biləcəkmi? Bəyin atları da bu hesaba daxildir. Ona az başlıq verilməyib.
III AĞSAQQAL
Əgər o, aldığı başlığı geri qaytarmasa, onda İşmurzaya Zübərcəti alarsan. Həyatda belə şeylər olur. İkisinin tounu birdən çaldırarıq. Amin!
TANQABİKƏ
ğyeqetlə Zübərcət bir xəncər tiyəsinin iki üzüA kimidir. Onların arasında məhəbbət, sədaqət və etibar vardır.
II AĞSAQQAL
TANQABİKƏ
Məhəbbət nədi? Buna bax, ha! Məhəbbət insanın ürəyini köz kimi yandırıb-yaxır, onu qara qurum eləyir.. Bundan təkcə şeytanlar şad olur. Çünki məhəbbət şeytan əməlidir. Məhəbbət bütün günahların, bütün bədbəxtliklərin səbəbkarıdır. Belə misallarla dünya doludur. /Ah çəkərək/ Bəli, bu belədir... Amma bizim
hamımız məhəbbətin övladlarıyıq. 267
I AĞSAQQAL
Adəti dəyişmək bizim iradəmizdən asılı deyil. Əgər Rısqul bəy başlığı qaytarmasa, iki oğlunun ikisini də birdən evləndirməliyik. Qoy əvvəlcə Yulmurzanın ölümündən qırx gün keçsin.
DƏRVİŞ
Hörmətli ağsaqqallar, bir qədər gözləyin, bu kənar adama da bir neçə söz demək imkanı verin.
I AĞSAQQAL
Peyğəmbərin elçisini dinləyirik.
DƏRVİŞ
Müdrik adamlar adətləri qorumağı vəsiyyət ediblıər. Amma onları kor-koranə yox, dərk edərək qorumaq gərəkdir. Əgər ağılın hökümünə qulaq asırıqsa, ona İşmurzadan ər olmaz, onun hələ on iki yaşı tamam olmayıb. Bu yaşda uşağa nikah düşmür. Quranda yazılıb ki, uşağın bu yaşda arvad qoltuğuna girməsi qadağandır.
III AĞSAQQAL
Biz isə yazılmamış qanunlarla yaşayırıq. Bizim bu səhrada öz adətlərimiz var.
DƏRVİŞ
Siz peyğəmbərə xoş getməyən işlər görürsünüz. Bütpərəstlərin adətləri ilə gedirsiniz. Ağsaqqallara tələskənlik yaraşmaz. Şəfəqi hələ özünü tanımayan bir uşağa verməklə özünüzü allahın qəzəbinə tuş gətirərsiniz. Qocaların arasında çaşqınlıq hiss olunur.
TANQABİKƏ
Bəlkə Dərviş düz deyir. Nə üçün höküm verməyə tələsməliyik.
I AĞSAQQAL
Yox, baybisə, adət adətdir. Mən tüpürdüyümü yalamaram. 268
II AĞSAQQAL
Mən də öküz quyruğu deyiləm ki, o yana-bu yana yellənəm. Qanun belədir – dala durası yolumuz yoxdur.
DƏRVİŞ
Kəbənin müqəddəs daşına and olsun ki, səhv qərara gəlirsiniz.
III AĞSAQQAL
Peyğəmbərin uyuduğu torpaq--ərəblərin məmləkəti burdan çox uzaqlardadır. Biz çöl qanunlarına sədaqətli, azad adamlarıq. Hər şeyi əcdadlarımızın arşını ilə ölçürük.
DƏRVİŞ
Siz də vəhşisiniz, qanunlarınız da.
I AĞSAQQAL
Bizi alçatma, Dərviş, buna icazə vermərik.
II AĞSAQQAL
Çar verdiyi fərmanı möhürlə təsdiq edən kimi biz də qərarımızı dua ilə təsdiq edək. Dərvişdən başqa hamı dua edir.
I AĞSAQQAL
Salamat ol, xanım! Getməyin vaxtıdır. Sağ ol, qonaqpərvərlik göstərdin. Yerlərindən qalxırlar.
III AĞSAQQAL
/Qımız içir/ Belə yeməyi, belə içkini qoyub bu
tezlikdə getmək günah deyilmi? Tələsməyin, siz allah, ölənə yaxın tələsirsiniz. II AĞSAQQAL
Sənin də içkidən, ətdən savayı ayrı fikrin olmasın. Getmək vaxtıdır! Haydı, dur, getdik!
TANQABİKƏ
Çox sağ olun ki, hayıma hay verdiniz və məsləhət verməklə məni şərəfləndirdiniz. Allah ömrünüzü uzun eləsin, ağsaqqallar. 269
Tanqabikənin müşayiəti ilə ağsaqqallar çıxırlar. DƏRVİŞ
/öz-özünə/ Lənətə gəlmiş çöl vəhşiləri! Baxaq
görək, söz axırda kimin olacaq. Tanqabikə onsuz da mənim ovcumdadır./Yumruğunu sıxıb çıxır/ Tanqabikə qayıdır. TANQABİKƏ
Sözlərinin səhra küləyi kimi boşa çıxmağından hirslənmə, Dərviş. Ağsaqqallardan da incimə. Elə bilirsən ,mənə asandır? Fikirləşəndə ki, neçə göz qan ağlayacaq, ürəyim sinəmdən çırpınıb çıxmaq istəyir! Amansız adətdir. Amma onsuz keçinmək olmaz. Sən bunları başa düşə bilməzsən,ey dərviş.
DƏRVİŞ
Doğru olmayan qanun-- qanun deyil. Amma indi söhbət bundan getmir.
TANQABİKƏ
Nədən gedir
DƏRVİŞ
Mən sənə bir xahişlə müraciət etmək istəyirəm.
TANQABİKƏ
Bilirəm ki, çox şey istəməyəcəksən, elə hesab elə ki, xahişin yerinə yetirilmişdir.
DƏRVİŞ
Bir halda ki, nə xahiş eləyəcəyimi bilmirsən, vəd vermə. Birdən onu yerinə yetirə bilməsən?
TANQABİKƏ
Gözlərində qəribə bir parıltı görürəm. Xahişini elə, məni sözlərinlə həyacanlandırma.
DƏRVIŞ
Qırx ildir ki, yollar yoruram. Daha yorulmuşam, bacarmıram. Əllərim əsadan başqa bir şey görməsə də, inan ki, damarlarımdan balıq qanı deyil, qanı axır.
insan
270
TANQABİKƏ
Dediyin sözlərdən heç nə anlamadım, elə bil ki,tapmaca deyirsən. Oxunu atıb, yayını gizlətmə. De görüm, məqsədin nədir?Sən başqa bir ölkədən gəlmiş adamsan...Gəldin,..getdin... Amma biz ömrümüz boyu burda yaşamalıyıq.
DƏRVİŞ
Artıq mənim elə vaxtımdır ki, xeyir verib, xeyir gözləyə bilmərəm... At ayağının tappıltısı eşidilir. Kimsə atdan sıçrayıb düşür.
TANQABİKƏ
At dəliqanlı və məşhur bir adamındır.Sürücüsü kimdirsə, atı məharətlə saxladı. Rısqul bəy içəri keçir. Tanqabikə onu qarşılamaq üçün bir neçə addım qabağa gəlir.
RISQUL BƏY
Evin bərəkətli, ilxıların artımlı olsun. Gün aydın, Baybisə!
TANQABİKƏ
Səni çağırmağa çapar göndərmişdim. Gəlib çıxmamağın məni təəccübləndirdi. Biz səni gözlədik. Təəssüf ki, ağsaqqallar artıq çıxıb
gediblər. Keçin əyləşin, Rısqul bəy, öz evinizdir. RISQUL BƏY
Sənin çaparın gəlib çatan vədə mən ovda idim. Buna görə də geçikdiyim üçün məni bağışla. Yaxşı, əyləşək və dua eləyək. Hamısı dua edirlər.
TANQABİKƏ
Ovun yaxşı keçdimi? 271
RISQUL BƏY
Görünür
Harası yaxşıdı, Baybisə! Vur-tut iki sibir xoruzu vura bilmişəm. Vurulasi da bir şey yoxdur. ilimiz nəhs gələcək!
TANQAİKƏ
Allah özü dadımıza çatsın!
RISQUL BƏY
Ağsaqqallar nə qərara gəldilər?
TANQABİKƏ
Tufan küləyə əks getmir, bəy. Ağsaqqallar da adətə əsaslandılar, belə qərara gəldilər ki, Şəfəqi Ağyeqetə alım. Sən də başlığı tamamilə geri qaytararsan və yenidən sənin səlahiyyətin Zübərcətin üzərinə keçər. Əgər sən başlığı qaytarmırsansa, onda Zübərcət İşmurzanın arvadı olur. Qımız iç, ət xörəyinə gecikdin. /Ona piyalə verir/
RISQUL BƏY
/sakitcə/ Qoy belə olsun. Başlığı qaytararam.
İnadkar Qaraqoca tez-tez mənim yanıma dili ilə ilanı yuvadan çıxaran elçilər göndərir. Heyif ki, qohum ola bilmədik. DƏRVİŞ
İlxı, sürü, naxır... Aman allah, bircə dəfə də öz balalarınız haqqında düşünün!.
RISQUL BƏY
Dayan, Dərviş, bu şeylərdən sənin başın çıxmaz. Yaxşı Baybisə, mal-qaranı geri qaytarıram, inan ki, bircə baş da əskik olmaz.
TANQABİKƏ
Mal-qaranı balası ilə birlikdə qaytararsan, bəy!
RISQUL BƏY
Hər başa neçə baş bala istəyirsən?
TANQABİKƏ
Sənin bəy nəcabətini nəzərə alaraq, birə bir.
272
RISQUL BƏY
And olsun ki, bu təhqirdir. Sən mənim bəy adımı qoyunlarla eyniləşdirirsən.
TANQABİKƏ
Qızışma! Söz deməklə, ölməzsən. Sənin bəy adın ömürlükdür. Ömür isə əbədi deyil, o dünyada isə biz hamımız bərabərik.
RISQUL BƏY
Axx!.. Adam sancmağı yaxşı bacarırsan!
TANQABİKƏ
Dil necə dönürsə,o cür danışır. Heyvanların balasını tələb eləməklə sən mənim dərimi soyursan.
RISQUL BƏY
TANQABİKƏ
Sənin dərin mənim nəyimə lazımdır, yaxşısı budur ki, qoyunları qaytar, mən onların dərisini
soyum. RISQUL BƏY
Sən məni xeyli çətinliyə salırsan.Neçə dəfə xəstəlik yayıldı, çöldəki quzuların hamısı tələf oldu.
TANQABİKLƏ
Olsun ki, düz deyirsən, bəy, mübahisə eləmirəm.Amma xəstəliyin başlığa dəxli yoxdur.
RISQUL BƏY
Yaxşı, alver eləməyək, bir qədər çıx.
TANQABİKƏ
Mən rəhmsiz deyiləm. Alicənablığı da qiymətləndirirəm. Hər beş başa bir baş bala hesablarsan.
RISQUL BƏY
/qamçısını yellədir/ Qamçı ilə vurub baltanın
küpünü qırmaq olarmı? Şeytan var sənin ürəyində, odur səni belə danışdıran. Gələcəkdə o şeytanla bir daha görüşməyəsən. Sənin oğlun mənim qızıma layiq deyil! Əlvida, bil ki, Rısqul bəy hər şeyi yadda saxlayır. /Kəskin surətdə dönərək getmək istəyir/ 273
Yenidən at ayaqlarının tappıltısı eşidilir və bir an içində böyründəki yarasını əli ilə tutan çapar daxil olur. ÇAPAR
/ağır-ağır nəfəs alaraq/ Bəd xəbər, bəy, bəd xəbər! Güllə birbaşa qara ciyərımə dəymişdir./inildəyir/
RISQUL BƏY
Qara ciyərin barədə sonra! Nə kimi xəbər var?
ÇAPAR
Sən Qaraqocanın elçilərinə rədd cavabı verdin. İntiqam almaq üçün, o da üstümüzə adam göndərdi, hücum etdilər, ilxıları qovub apardılar...
RISQUL BƏY
/çaparı qamçı ilə vurur/ Bəs siz? Qorxaqlar! Onları
qova bilmədiniz? /yenə çaparı qamçı ilə vurur/ ÇAPAR
Xeyir, bəy, biz onlarla ölənə kimi vuruşduq. Amma sayımız az idi. Bu döyüşdə bütün ilxıçılar həlak oldular. Heç özüm də bilmirəm ki, bura qədər nə təhər çapıb gəlmişəm. Mən yaralı deyiləm, Rısqul bəy, inan ki, ölüyəm./ o yıxılaraq ölür/ Kişilər daxil olub, çaparı aparırlar.
RISQUL BƏY
Yaxşı baxarıq, məkrli Qaraqoca! / qamçısını silkələyir/ Qanını içəcəyəm. Daha məndən aman gözləmə, itin biri ,it!
TANQABİKƏ
Soğan qabığı kimi soyulduğun halda, necə intiqam alacaqsan? Atların üstündə atlılar əvəzinə quruca yəhər qaldığı halda, kimin qabağına düşüb gedəcəksən?
RISQUL BƏY
Keçər, Baybisə, sevinə bilərsən.
274
TANQABİKƏ
Sənin atlarlınla birlikdə, mənimkiləri də qovub aparıblar. Mən nəyə sevinməliyəm ki?
RISQUL BƏY
Zarafat deyil, əlinə heç nəyə ixtiyarı olmayan gəlin keçib... Mənim isə daha nə qızım qaldı, nə atım. Qaraqocanı öz əlimlə öldürməsəm, nəslim üzülsün!
TANQABİKƏ
Bədbəxtlik bizi yenidən qohumlaşdırdı, Rısqul bəy.
RISQUL BƏY
Yenə sən qalib gəldin, Baybisə.
DƏRVİŞ
/öz-özünə/ Taleyin hökmü hamını möhkəm
düyünə salır. TANQABİKƏ
İnsafən, Zübərcəti öz doğma qızım kimi sevmişəm və ondan ayrılmaq istəməzdim.
RISQUL BƏY
Mənə təsəlli verdin, Baybisə. İndi bundan sonra mənim əlim qılıncımın dəstəyində bitəcək. Əlvida, məni qınama. Ey, mehtər, atı hazırla!
TANQABİKƏ
Gedişin uğurlu olsun, bəy! Get, onlara çat, ilxıları qaytar.
RISQUL BƏY
Peyğəmbərin elçisi, mənə xeyir-dua ver!
DƏRVİŞ
/öz-özünə/ Dua oxuyur. /çətinliklə sezilən bir hiyləgərliklə gülümsəyir./ Allah səni saxlasın! /Rısqul bəy qəti addımlarla çıxır/ Yenə də səninlə
ikilikdəyik, Baybisə. TANQABİKƏ
İcazə ver, tək qalım. Təklikdə düşünmək istəyirəm.
DƏRVİŞ
Mən qırağa durdum. Fikirləş, Baybisə! /başını bulayaraq gedir/
275
TANQABİKƏ
Başa düşə bilmirəm ki, bu dərviş nə istəyir? Nə üçün bu dünyanın işlərinə qarışır. Bəlkə mən rəhmətlik ərimin vəsiyyətini pozuram. Ürək sağalmaz bir yara kimidir. Onu gah vicdan, gah da qanunlar göynədir. Mənim kimi bədbəxt bir qadın neynəməlidir? /sükut/ Divanə qaçıb gəlir.
DİVANƏ
Vay, Baybisə, apay! Rısqul bəy söyüdlüyə çatahaçatda altındakı at yıxıldı və yıxılan kimi də canını tapşırdı. Ah, bəy necə də, kəllə-mayallaq aşa-aşa gedirdi. Bax, belə, bax belə! /kəllə-mayallaq aşaraq göstərir/.
TANQABİKƏ
Barı, özü sağ qaldı?
DİVANƏ
Sıçrayıb ayağa qalxdı, başqa bir at istədi. İlxıçı Yalsıqul ona borc olaraq löhrəm yerişli kəhər atı verdi.
TANQABİKƏ
Yaxşı ki, boynu sınmayıb.
DİVANƏ
Papağı diyirlənə-diyirlənə bir xeyli yumalandı. Qaşqasında bir belə şiş əmələ gəldi. Bununla belə yenə də bəy ölmədi.
TANQABİKƏ
/Şəfqətlə/ Yaxın gəl, divanə /Divanə yaxınlaşır. Tanqabikə onun başını sığallayır.
DİVANƏ
Sən başımı sığzllayanda elə xoşuma gəlir... /gülümsünür/ Məni tez-tez oxşat, Baybisə.
TANQABİKƏ
Divanə, sən günahsız bir varlıqsan. Səninlə oturanda ürəyim yüngülləşir. Biz hamımız insanıq. 276
İnsanı isə çox da ciddi mühakimə etmək lazım deyil. DİVANƏ
Sən hərdən bir mənim başımı sığallayanda nədənsə hönkürüb ağlamaq istəyirəm. Qanının qaralacağından qorxub özümü saxlayıram.
TANQABİKƏ
Ağlama, lazım deyil. Onsuz da ağlar günə qalmışıq. /onun başını sığallayır/ Dünyada hər şey dolaşıq düşüb, bir-birinə qarışdırılıb.Bunun axırı necə olacaq? Ağlıma yerləşdirə bilmirəm.
DİVANƏ
Baybisə, gəlin gizlincə, heç kəsin tanımadığı başqa bir obaya köçək. Haydı!... İşmurzanı də götürək özümüzlə, Ağyeqeti də, Zübərcəti də aparaq. Elə bədbəxt Şəfəqi də, Yalsıqulu da - o çox xeyirxahdır. Amma Dərviş isə qoy Rısqul bəyin yanına getsin.
TANQABİKƏ
DİVANƏ
Eh, Divanə, tale bizim hökümümüz altında deyil ki, bədbəxtlikdən, təsadüfdən qaça bilək. /huşsuz-huşsuz/ Pırpız qaça-qaça bizə qonaq
gələr, biz də yenə onun qabağına sümük atarıq. TANQABİKƏ
/kədərlə/ Özünə qımız tök, sağlıqla iç.
DİVANƏ
/qımız tökür/ Elə bil ki, günəş Taqulqen dağının
şiş ucuna taxılmışdı, özü də kəsilib al-qana boyanmış kəlləyə bənzəyirdi. TANQABİKƏ
Qaş qaralır. Di get Şəfəqi və Ağyeqeti çağır. Divanə, əgər Zübərcət çaparaq getməyibsə, onu da harayla. 277
DİVANƏ
İşmurzanı də çağırım?
TANQABİKƏ
Çağır.
DİVANƏ
Şorta gedim, yoxsa yorğa?
TANQABİKƏ
Dördayağa, çapa-çapa. Nə qədər tez getsən, o qədər yaxşıdır.
DİVANƏ
He..yaa! .. Kəhər, çap! /qaçır/ Ay Allah, ürəyimə möhkəmlik ver, məni mərhəmət və rəhm hissindən uzaq elə. Qoy mən də taleyin özü kimi amansız olum.
TANQABİKƏ
Dərviş gəlir. DƏRVİŞ
Səhraya gedib, dua etmək istəyirdim. Amma yadımdan çıxıb, təsbehim burda qalıb, Baybisə. İcazə ver, onu götürüm .
TANQABİKƏ
Unutmusansa, götür. Dua elə ki,Allah mənim ürəyimi bir az da bərkitsin. Əmr eləmişəm ki, uşaqları yanıma çağırsınlar. Ağsaqqalların qərarını onlara elan eləyəcəyəm.
DƏRVİŞ
Belə bir dua eləməkdənsə, cəllad kötüyünə baş qoymaq asandır. Bu işdə mən sənə kömək edə bilmərəm. Bununla belə, mənim sənə sözüm var. O söz dilimin ucundadır və mənə rahatlıq vermir.
TANQABİKƏ
Səhər tezdən gələrsən, danışarıq.
DƏRVİŞ
O sözdə ki, alaqaranlıq var, onu alatoranlıqda deməzlər. /başını əyib gedir/ 278
TANQABİKƏ
Görəsən ,bu Dərvişin fikrində nə var? Tapmaca sözləri ilə mən həyacanlandırır. Damarlarımda balıq qanı axmır deyir. Yoxsa dul gəlinə gözü düşüb? Bu da müqəddəs şəxsiyyət, ürəyindən zinakarlıq keçir! Ağyeqet və Zübərcət qaça-qaça gəlirlər.
AĞYEQET
Ana, bizi çağırmısan?
TANQABİKƏ
Bəli, oğlum, çağırmışam. Döyüşlərdə şəhid olmuş Yulmurzanın hələ qırxı çıxmamışdır. Siz isə oynayır, şənlənirsiz. Utanın bir...
AĞYEQET
Özümüzü dərddən arsızlığa vurmuşuq...
ZÜBƏRCƏT
Ana, bu gün şəhid qardaşına Ağyeqet mahnı qoşmuşdur. O oxuduqca gözlərimdən yaş axdı. Özü də göz yaşlarını saxlaya bilmədi, ağladı.
AĞYEQET
Mənim qəlbim sellər oymuş sahil kimidir, Məni bilərə-bilməzə danlama.
TANQABİKƏ
Bəsdir, bəsdir, ürəyimi parçalama! Sənin qardaşın bizim işıqlı arzularımızı özü ilə qara torpağa apardı.
AĞYEQET
/çaşqın/ Elə demə, ana. Biz çayda boğulan adamlar
kimi saman çöpünə belə ət atmağa hazırıq. Ümid yalnız ölüləri tərk edir. Nə qədər ki, sağıq gözləyəcəyik və inanacağıq. Qamış atını çapa-çapa İşmurza gəlir. İŞMURZA
Du..rr! ..ho! Ay qamış ayaq, qulaqları şax, dursana! 279
Ana, ər-arvadı ilə nə iş görməlidir? İndi dəmirçi məndən soruşdu. Mən də dedim ki, evlənən kimi arvadımın sağrısına qamçı ilə döyəcləyəcəyəm. TANQABİKƏ
Ağlını başına yığ, səfeh! Harda görübsən ki, kişi arvadını qamçılasın?
İŞMURZA
Odur e, Çopur, Allahın verən günü arvadını kötəkləyir.
TANQABİKƏ
O, vəhşidir, insan deyil! /Şəfəqlə Divanə gəlirlər/
ŞƏFƏQ
Çağırmısan, qaynana?
TANQABİKƏ
Çağırmışam. Əyləşin, hamınız əyləşin.
AĞYEQET
Ana, sən bizi axşam, şər qarışan vaxt toplamısan, ana, qoy sənin deyəcəyin sözlər xeyirliyə olsun.
TANQABİKƏ
Bu gün deyəcəyim sözlər, mənim hökmümlə deyil. /hamı narahatçılıqla bir-birinə baxır/
/öz-özünə/ Ox, dəhşətin içindəyəm! Üstümə gələn
ŞƏFƏQ
bədbəxtliyi hiss eləyirəm. TANQABİKƏ
Hörmətli ağsaqqallar ilə mən bu gün süfrə arxasında məsləhətləşmişəm. Dədə-baba adətlərini gözləməyi qərara almışıq.
/həyəcanlı/ Dədə-babamız bizə vəsiyyətə əməl
AĞYEQET
etməyi öyrədiblər. Bu adət mənim üçün də müqəddəsdir. TANQABİKƏ
Qardaşın ölmüş, həyatımız alt-üst olmuşdur. Mən artıq atanın vəsiyyətinə əməl edə bilmərəm. Əgər o indi sağ olsaydı belə,yenə də ağsaqqallarla razılaşar və vəsiyyətini dəyişərdi. Onlar belə qərara gəliblər ki,
280
sən Ağyeqet Şəfəqlə evlənməlisən, sən isə Zübərcət qayda-qanuna görə İşmurzaya arvad olmalısan.
Hami özünü itirir. İŞMURZA
/qorxusundan ağlayaraq/ Mən evlənmək istəmirəm, istəmirəm. Qoy Zübərcəti Divanə alsın. Mən zarafat eləyirdim, mənə arvad lazım deyil... /ağlaya-ağlaya qaçır/
DİVANƏ
Baybisə, mənnən işin olmasın. Məhəbbətsiz mən gecələr daha şirin yatıram. Hər ikisini Ağyeqetə ver. Mən gedim, Baybisə apay! /qaçır/
ŞƏFƏQ
Mən budaqdan sallanıb qalan tənha yarpaq kimiyəm. Onsuz da öz-özümdən qopub düşəcəyəm. Mənə dəymə, qaynana. Məni tikə-tikə doğra, amma biyabır eləmə! Başqa birisinin göz yaşlarına səbəb olmaq istıəmirəm. Çünki göz yaşlarının nə olduğunu çox yaxşı bilirəm.
AĞYEQET
Kim dağ keçisinə höküm eləyə bilər ki, bir qayadan o birinə atılmasın.? O keçiyə güllə təsir edər, söz yox. Əgər əlini qaldırmırsansa, onda at, öldür!
ZÜBƏRCƏT
Qulun, qaravaşın olmağa, ayağının altını öpməyə hazıram, baybisə. Amma məni sevdiyimdən ayırma, rəhm elə!.
AĞYEQET
Belə demə, Zübərcət, lazım deyil. Biz anadan azad doğulmuşuq. Əhdin, məhəbbətin qulu olmağa dəyər, sadəcə olaraq qul olmağa dəyməz. Rəhmətlik atamın bir vədə dediyi sözlər hələ də yadımdadır: “O adam xöşbəxtdir ki, daxilən azaddır”. Niyə susursan, ana? Boynuna al ki, sən bizim birbirimizə olan sədaqətimizi sınağa çəkmək istəyirdin.
281
TANQABİKƏ
Yox, oğlum, mən sizi sınamırdım. Özümə işgəncə verirdim, amma bu işgəncə də məni qərarımdan daşındırmadı. Tale məni buna vadar elədi.
/diz çökür/ Oyy!... Rəhm eylə. Rəhm sənin
ZÜBƏRCƏT
əlindədir.
/Zübərcəti qaldıraraq/ O adam aman istəyər ki,
AĞYEQET
günahkar olar. Qalx, qürurlu ol, Zübərcət! Biz ki, heç bir günahın sahibi deyilik. Doğulan gündən birləşmişik. Təkcə ölüm bizi ayıra bilər. TANQABİKƏ
Allahın qüdrəti sonsuzdur.
ZÜBƏRCƏT
Yəqin, şər üçün, xeyir üçün yox.
TANQABİKƏ Küfr danışma! Özundən cıxma və sakit ol.Tale sahillərinin qayaları sıldırımlardan vəsal daşlardan ibarətdir.Tale deyilən çay o qayaların arasıyla axır.Siz o çayı üzüb keçə bilməzsiniz. AĞYEQET
Itaətkarliq bizə yaraşmır! Ya o çayı üzüsb keçəcəyik, ya da batıb boğulacağıq, ana!
TANQABİKƏ
Sən çox məğrursan! Mən isə adətlərin quluyam. Tanrıdan, dedi-qodulardan, ilxılarımdan asılıyam.
AĞYEQET Off! Bu köləlikdən pis şey yoxdur. Məmə yeyəndən pəpə deyənədək ,kiçikdən böyüyədək-hamı özlərinin uydurduqları adətlərin quludur. Firavanlığın, qorxaqlığın, hərisliyin qulu. Bu – şöhrətpəstliyin, o biri isə inadkarlığın və şərin. Güllə yağışı altında gözünü qırpmadan yeriyən bir adam, haqsız yerə mühakimə olunacağından qorxub, susur. Ay səni Dünya!Quldan törənmiş yazıq bir qul icma adətlərinə qul olmaq naminə mənə Şəfəqlə evlənməyi əmr edir. O da, mən də buna razı deyilik. Siz od ilə suyu yola verə bilməzsiniz. TANQABİKƏ
Oğlum, Allahına ağ olma!
ŞƏFƏQ
Görünür, Allah bizi yadından çıxarıb, qaynana.
282
AĞYEQET
Asudəliyin tərənnümçüsü şair Ağman, “Allah qulu olmaqla kar aşmaz” deyərdi. Mən ona indi baş əyirəm . Köləlik bizim özümüzdədir. Daxilən özünü kölə hiss etmək əsir düşməkdən daha dəhşətlidir. Əsirlər və kölələr vaxtı çatan kimi ölüb gedəcəklər. İliyimizə, qanımıza işləyən köləlik isə hələ uzun müddət yaşayacaqdır.
TANQABİKƏ AĞYEQET
Unutma ki, icma Ağmanı qovdu.
Şairi qovmaq olar, nəğməni isə qovmaq mümkün deyil! Bizim həyatımızın axarı qüsursuzdur. Qovanlar öləri, sözün həqiqəti isə əbədidr.
TANQABİKƏ
Mən əlli ildir ki, yaşayıram və bu yaşımda çox şey görmüşəm, oğlum. Dəfələrlə görüb əmin olmuşam ki, adətin əksinə gedənlər qaçılmaz fəlakətlərə düçar olurlar. Mən sizi düşüncəsiz adamların əlindən xilas etmək istəyirəm.
AĞYEQET
Xilaskar da əlindəki xəncərin tiyəsi ilə xilas etdiyi adamın başını kəsərmi?
ŞƏFƏQ
Qoy mən əziz ərimin xatirəsiylə təkbaşıma şam kimi əriyib axım..
TANQABİKƏ
Sən çox uzunçuluq edirsən, gəlin! Unutma ki, səndən ötrü başlıq verilib və onu qaytarmaq olmaz. Hamınız, “məhəbbət, məhəbbət” deyirsiz. Bundan nə fayda? /Şəfəqə/ Onun sənə verdiyi xöşbəxtlik uzun müddət bəs elədimi? Məhəbbətin acısı şirinindən də daha çoxdur.
ŞƏFƏQ
O mənə acısıyla şirindir.
TANQABİKƏ
Bəsdir! Qurtarın! Həddinizi aşdınız! Sizin hamınızın cavabdehliyi mənim boynumdadır. Necə deyilibsə, elə də olacaq! Soyuyandan sonra mumun çevrilib daş olacağı xam xəyaldır. 283
AĞYEQET
İşıqlı dünyamızı qapqara ağşama çevirdin, ana. Artıq tək bircə ulduz mənə işıq saçır. Onun adı Zübərcətdir. Mən geri durmayacağam! Lənətləsən də, lap dizi üstə düşüb yalvarsan da, geri durmayacağam!
/Zübərcətin əlindən tutur/ ZÜBƏRCƏT
Ana, öz xeyir-duanı təkrar elə!
TANQABİKƏ
AĞYEQET
Mən öz xeyir-duamı geri götürürəm! Bundan sonra Ağyeqetlə görüşməyəcəksən.
Mən dediyim sözün qulu, demədiyim sözün ağasıyam. Zübərcət, əlini ver, buradan gedək. Onsuz da gün batıb, bir azdan ay doğacaq və başımızın üstündən gəlib keçəndə xeyir-dua kimi öz nurunu üstümüzə səpəcəkdir. /gedirlər/
ŞƏFƏQ
/səhraya baxır/ Ətrafa qalın duman çöküb./ getmək istəyir/
TANQABİKƏ
Şəfəq, bir az ləngi.
ŞƏFƏQ
Axşam yeməyi hazırlamağa tələsirəm.
TANQABİKƏ
Tələsmə, hazırlayarsan.
ŞƏFƏQ
Daha nə sözün var, qaynana?
TANQABİKƏ
ŞƏFƏQ
Gəl, qaynana- gəlin kimi yox, qadınla qadın danışan kimi danışaq. Mənim sənin dərəcənə çatmağıma çox qalıb.
TANQABİKƏ
ŞƏFƏQ
Bütün qadınlar arvad olduqları üçün eyni dərəcədədilər. Mən də nə vaxtsa gənc olmuşam. İndi də heç qoca deyilsiniz.
TANQABİKƏ
Sən dərilmiş moruq kimisən, Şəfəq. Bütövsən, şirinsən, sulusan. Üzün gənc, bədənin gözəldir. Sənin bəxtinə şöhrətli bir oğlan düşüb. Mənə bunu 284
demək nə qədər ağır olsa da, məsləhətim belədir : -Nə qədər ki, gec deyil, özün haqqında fikirləş. ŞƏFƏQ
Mənim gəncliyim solur, qocalıram artıq.
TANQABİKƏ
Mən heç kəsi sevməyib dul qaldım. Dəfələrlə dua edərkən haqdan canıma ucuz ölüm arzulamışam. Amma yaşamaq arzusu hər şeydən güclüdür. Buna görə də adamlar hər şeyə dözürlər.
ŞƏFƏQ
Mən zəifəm, dözməyəcəyəm.
TANQABİKƏ
Yaxşisi budur ki, sən Ağyeqeti özünə cəlb elə. Ay buludların arasına girdiyi vaxt sən də Ağyeqetin ağ çadırına gir. Sənin başqa yolun yoxdur.
ŞƏFƏQ
Məni yolumdan çıxarma, qaynana. Allahdan qorx. Mən belə şeyi heç xəyalıma da gətirə bilmərəm. Mən Zübərcətin göz yaşlarının üstümə lənət daşları kimi yağmasını istəmirəm.
TANQABİKƏ
Qoy Zübərcət haqqında başqaları filkirləşsin. Sən isə özün barədə fikirləş. Gənc olmaq və tək yaşamaq asandırmı? Ay axmaq, yoxsa ömrün boyu dul qalmağınımı istəyirsən? Yoxsa ki Ağyeqetin damarlarında qan qaynamırmı? Bax, gör necə qızarmısan, lap lalə kimisən.
ŞƏFƏQ
Sən məni utandırırsan, qaynana. Gizlətmirəm, o nə vaxtsa mənim xoşima gəlib... Onda Ağyeqet, mənim nəzərimdə aydın səmadakı ay kimi aydın idi. Ondan mənə doğru bir işıq gəlirdi və mənim də ruhum o işığa doğru uçurdu. O vaxt mən belə bir həyəcan keçirdiyim üçün özümü günahkar saymırdım. İndi isə özümü günahkar sayıram. Çünki indi Ağyeqetin qəlbi bütünlüklə təkcə Zübərcətlədir.
TANQABİKƏ
Onu sənə tale özü qismət eləyib. Dişi qartal olmaq lazımdır, qarğa yox! 285
ŞƏFƏQ
Mənə əzab vermə, qaynana! Məni yolumdan azdırma. Mən canlı qadınam, rahibə deyiləm. Amma oğurluq səadəti də istəmirəm.
TANQABİKƏ
Məqsədə doğru gedərlər, yanından ötüb keçməzlər. Sən gilsən, mən duluzçu. Mənə tabe olmalısan, indi Ağyeqetin çadırına getməlisən .
ŞƏFƏQ
Mən özüm gedə bilmərəm, qaynana. Günah eləməkdən qorxuram, həm də bu Dərviş şəhvətli baxışlarını məndən çəkmir. Hara gedirəmsə gedim, o da orada olur...
Dərviş gəlir. DƏRVİŞ
Axırıncı dəfə axşam namazı qıldım. Ətrafda getgedə duman qatılaşır, rəngi də qapqaradır. Özü ilə tufan gətirənə oxşayır. Bəlkə də xeyir gətirir?...
TANQABİKƏ
Ağ duman özü ilə xeyir gətirir. Bunu gərək biləydi, peyğəmbərin nökəri!`
Şəfəq hiss olunmadan çıxır DƏRVİŞ
Qara buludlar günahlardan xəbər verir...
TANQABİKƏ
Biz insanlar öləriyik. Bizdə hər şey olur.
DƏRVİŞ
Gəncləri razı sala bildinmi?
TANQABİKƏ
DƏRVİŞ
Mən onlara icmanın qərarını bildirdim, onların isə buna qarşı çıxmağa haqqları yoxdur. Belə, Baybisə...
TANQABİKƏ
Belə, Dərviş... Belə... Sən müqəddəs bir şəxsə heç oxşamırsan... Bəlkə sən elə şeytanın özüsən, heç dərviş deyilsən? Bizim aramızda da gəlməsən, yadsan. Bəlkə... 286
DƏRVİŞ
Bəlkə, nə?
TANQABİKƏ
Bəlkə bizi tərk edəsən. Sənsiz də narahatçılığımız özümüzə bəsdir...Nə ürəyin istəyir, götür, çıx get.
DƏRVİŞ
Mən daldalanacaq axtarıram, Dövlət axtarmıram. Dünyanı avara dolanmaqdan da yorulmuşam.
TANQABİKƏ DƏRVİŞ
Mən o guşəni ömrüm boyu axtarıb burada tapmışam. Bəsdir mənim üçün, o qədər gəzib, o qədər məşəqqətlər görmüşəm ki, ... Tanqabikə ,sən nədən narazısan?
TANQABİKƏ
DƏRVİŞ
Nə olar, özünə sakit bir guşə axtar.
Bu obanın sahibi mənəm. İncimə, başqa yerdə özünə daldalanacaq axtar.
Təşəkkür eləyirəm, Tanqabikə. Amma bununla belə mən sünək it deyiləm. Dilənçini qovmaq pis hərəkətdir. Lap qovsan da, buradan getməyəcəyəm.
TANQABİKƏ
Sənin ağlın qaçıb, Dərviş! Yumşaqlığım səni çaşdırmasın, tərs damarımın tutan vaxtı da olur. Sən hələ mənim başqa üzümü görməmisən. Sarsaqlama, nə istəyirsən götür, get!
DƏRVİŞ
Tanqabikə, mən daha axmaq deyiləm. Mənə sənin, gəlinin Şəfəq lazımdır. Gülmə, məni əfəl də sayma. Bil ki, mən bir kişi kimi hələ çox möhkəməm, yaşım əllini yenicə ötüb. Mən burada Şəfəqlə uğurla yaşaya bilərəm.
TANQABİKƏ
Dayan, dayan! Bu adaxlı oğlanın sayaqlamalarını eşitməyim yuxudur, yoxsa həqiqət? Mənim qarşımdakı müqəddəs adamdır, ya kimdir? /kənara
çəkilir/
287
DƏRVİŞ
Mən özüm özümü dünya nemətlərindən uzaqlaşdırdım və müqəddəs ad ilə hamıdan seçildim. Oruc tutmaqda, dua etməkdə, Allaha ibadətdə həqiqət axtardım və bu yolda qırx illik ömrümü sərf elədim. Nəyə görə namaz qılırdım, kimdən ötrü dua eləyirdim? Bəlkə o adamdan ötrü ki, mənə it damında yataq verib, özü qızıl çadırda aşnaları ilə şirin-şirin kef çəkirdi?! Əvəzində nə qazandım? İndi daha mən sənin üçün də artıq adam olmuşam.
TANQABİKƏ
DƏRVİŞ
Elədiklərinin əvəzini cənnətdə Allah özü sənə verəcək.
O dünyanın vədlərinə daha inanmıram. Cənnət burada,yer üzərindədir. Mən indi bunu hər halda daha yaxşı bilirəm. Kül altında qalmış köz kimiydim, Şəfəqin nəfəsi dəyəndən sonra o köz alova çevrildi. Mən qadının nə olduğunu bilmirdim, məşuqəm də yox idi. Bütün ömrüm səhradakı quru əncir ağacına bənzəyirdi, məni işıqlı həyata qaytaran Şəfəq oldu. O mənim duyğularımı oyatdı¸o mənə can verdi. Şəfəq mənimkidir. Dediyimdən dönən deyiləm.
TANQABİKƏ
Özünə gəl, Dərviş! Sənin ağlın başındadır?
DƏRVİŞ
Mən elə indi ayılmışam. E...eh! Mən özümünkünü bu dünyada istəyirəm.
TANQABİKƏ
Bax indi adamları çağıraram, səni qamçının altına salarlar.
DƏRVİŞ
Ay, qorxdum, ha! Heç cəllad kötüyü də vecimə deyil. İbadətimi unutduğum kimi , qorxunu da unutmuşam.
TANQABİKƏ
Rədd ol! Çıx get burdan, deyirəm sənə! Elə etmə ki, əmr edim, əl-qolunu bağlayıb, səni səhraya qovsunlar, ordaca canavar sürüsü didib parçalasın cəmdəyini. 288
DƏRVİŞ
Allah səni saxlasın, bunu sonra da eləyə bilərsən. Əvvəlcə mənə imkan ver, hələ də yadımdan çıxmayan bir hadisəni danışım.
TANQABİKƏ
Vaxtım da yoxdur, hövsələm də...
DƏRVİŞ
O vaxtdan təxminən otuz il keçir. Hə, elədir...
TANQABİKƏ
/Öz-özünə/ Otuz il...
DƏRVİŞ
O vaxt əngin-zəngin bir bəy müharibəyə getmişdi. Arvadı evdə tək qalmışdı. Qadın isə həm gənc, həm də gözəl idi. O əvvəlcə əri ilə keçirdiyi sevdalı günlərini xatırlayaraq dərdini ovudurdu. Günlərin bir günü qonşu obadan bir igid, qaynar qanlı bir cavan təsadüfən gəlib bura çıxdı. Qadın onu görən kimi dəlicəsinə vuruldu. Cavanın o qadının görüşünə neçə dəfə çapa-çapa gəlib getdiyini o yol hələ də öz sinəsində bir sirr kimi saxlayır. Qadın gündüzlər ərini xatırlayır, gecələr o fədakar gəncin ağuşunda olurdu. Heç bir il keçməmiş halal məhəbbətinə haram qatan o əxlaqsız qadın zinakar təmasın meyvəsi olan bir oğlan uşağı doğdu. Bu barədə ancaq bir adam- mamaça bilirdi: bir də göydə sayrışan ulduzlar. Bütün bunları üstü açılmasın deyə məhəbbətin qadağan olunmuş meyvəsini hara eləmək lazım idi? Amma Allahın rəhmi sonsuzdur. O, kimə kömək etmək istəsə, ona elə getdiyi yoldaca kömək əlini uzadır. Elə həmin gecə o çadırın yanından əlindəki əsanı bərk-bərk sıxaraq gənc bir zəvvar keçirdi. Hiyləgər mamaça özünü onun üstünə ataraq göz yaşı tökdü və kömək istədi. Qorxudan özünü itirmiş qadın pıçıldayırdı: “Ciblərini qızılla doldur,Dərviş. Ancaq kömək elə, bizi bu bəladan qurtar. Uşağı götür və gözə görünməyən bir yerdə gizlət. Səhər tezdən obaya qayıt və yuxudan duran adamlara elan elə ki, çöldən uşaq tapmışam. O adamlar sənə məsləhət biləcəklər ki, atılmış bu bədbəxt uşağı bəyin qadınının yanına aparasan” Dərviş mamaçanın 289
xahişini yerinə yetirdi. Uşağı baxmaq üçün ilxıçının tosqun arvadına verdilər. Dərviş isə qızıldan imtina edib, ürəkağrıdan obanı tərk elədi. Mənim bütün həyatım bundan ibarətdi... Niyə rəngin ağardı, Baybisə?
/özünü itirərək/ Hər avaranın min cür hekayəsi
TANQABİKƏ var. DƏRVİŞ
Yadımdan çıxmışdı. İndi birdən yadıma düşdü ki, o əxlaqsız qadının adı... Tanqabikə idi.
TANQABİKƏ DƏRVİŞ
Bizim tərəflərdə çox yayılmış addır.
O uşağın alnında xal var idi. Həmin nişanə də Divanənin alnındadır. Keçmişlərdən səssizcə uzaqlaşıb başqa bir yerdə qərarlaşsan da, məlum və qeyri- məlum günahlar onsuz da səni kölgə kimi izləyir. Budur, biz görüşdük, Tanqabikə.
TANQABİKƏ
Görüm səni əlindəki çomaq kimi quruyub qalasan! Mən elə bildim ki, sən qərib bir dərvişsən, üzgözündən yazıqlıq yağan peyğəmbərsən, insanları bədbəxtlikdən qoruyan bir xilaskarsan. Sən demə , qulyabanısanmış! Qızıl sözünü ortaya atıb, ödəniş əvəzi cavan bir gəlini ələ keçirmək istəyən, məkrli iblis! Uzandıqca uzanan bu otuz ilin əzabları mənə bəs deyil? Mənə o bəs deyil ki, o vaxt hamilə olanda məhəbbətimin başıma açacağı bəlanın qorxusundan gecələr yata bilmir, özümü döyür, çırpır, az qala dəli olurdum?! Elə ona görə də mən dünyaya beyni zədəli, şikəst uşaq gətirmədim?
DƏRVİŞ
Tövbə elə, Baybisə tövbə elə!
TANQABİKƏ
Tövbə elədim, xeyri nə oldu? Yaşım qırxa çatmamış mən başıbəlalı dul qaldım. İndi də oğlumu itirdim. Bir günah elədim, əvəzində gör nə qədər ödənc verdim, özü də artıqlamasılə. De görüm ,haqq-ölçü belə olur? 290
DƏRVİŞ
Mən ancaq bir şey deyirəm. Tövbə elə, Baybisə! Sən tövbə elə ki, günahların bağışlansın, mən də bir vaxtlar şəhvani günahlardan, qadınlardan, məhəbbətdən qaçdığım üçün tövbə eləyim. O vaxtdan düz iyirmi beş il keçib. Bağdadda məşhur bir tacir öz qızını mənə vermək istəyirdi. Onda mən müqəddəs yolu yerüstü cənnətə dəyişmədim tövbə! Hələ bu yaxınlarda, on il bundan qabaq İstanbulda xristian qadınların biri məni öz ağuşuna çağırdı. Dayanıb durdum, getmədim – tövbə! Bir dəfə Buxarada... Bir dəfə də Sarayevada... Tövbə! Tövbə eliyirəm ki, həyatın çağırışına getməmişəm!
TANQABİKƏ DƏRVİŞ
Sən qulyabanısan! Şeytan! İblis!
İblis qüdrətlidir, mən isə zəif, müdafiəsiz, kor bir yolçu olmuşam. Amma indi içimdəki şeytan oyanməş, yandıqca gurlaşan ocağa yağ tökmüşdür.
TANQABİKƏ
Ay qocalmış at, hara kimi çapacaqsan? Çətin ki, cavan bir gəlini məmnun eləyəsən.
DƏRVİŞ
Mənim qayğılarım, qoy səni dərdləndirməsin! Şəfəqi ver, sirri açmayım!
TANQABİKƏ DƏRVİŞ
Bir bunu görməyəcəksən! Ay allah, kömək elə!
Allah eşitmir! Mənə inana bilərsən. Şər də, xeyir də Allahdan deyil, bəndələrdən gəlir. Mən sənin üstünə qılınc çəkmişəm, canını satın ala bilsən , aman verərəm.
TANQABİKƏ
Yox, yox! Köhnə bir günahı ört-basdır etmək üçün təzədən günaha bata bilmərəm.
DƏRVİŞ
Səni bütün icma qarşısında rüsvay eləyəcəyəm! Sübut - sənin ağlından kəm Divanəndir!
291
TANQABİKƏ
DƏRVİŞ
Dərviş, sən nə qədər zalım olsan da, belə bir qəddarlıq eləməzsən. Axı, hər halda sən kişisən. Şəfəqi ver, yoxsa peşman olarsan.
TANQABİKƏ
Get başqalarını qorxut, məni qorxuda bilməzsən. Daha mənim özüm üçün qorxmağımdan keçib. Unutma, başıma o qədər bəlalar gəlib ki, əlim ağırlaşıb, ürəyim daşlaşıb.
DƏRVİŞ
Özünü öymə, bilirəm ki, sənin üçün dəhşətlidir! Sən mənim kölgəmsən, mən hara istəsəm sən oraya taleyinə boyun əyərək getməlisən. /gedir/
TANQABİKƏ Nə dəhşətli həqiqət! /geri çəkilərək/ Zalım fələk səni nişan alıbsa, tərpənmə! Düz ürəyinin başından vuracaqdır. At, ay Allah, cəzamı vaxtında ver! Oy, necə də dəhşətlidir! Eyy... İnsanlar, kömək edin! /qışqırıb yıxılır/
PƏRDƏ
292
ÜÇÜNCÜ PƏRDƏ
Ağyeqetlə Şəfəqin çadırı. Axşam alaqaranlığı. Uzaqdan qəmli musiqi eşidilir. Ağyeqetlə Şəfəq oturublar.
ŞƏFƏQ
Necə də kədərli bir nəğmədir.
AĞYEQET
Sanki özgələrin günahı üzündən günaha batan qəlbimizdir, ağlayır ki, ağlayır.
ŞƏFƏQ
Tale belə höküm verib. Deyilənlər düzdürsə, görünür, bizim də alnımıza belə yazılıbmış.
AĞYEQET
Adamlar özləri tale yazılarını pozub, onun əvəzinə kölə əlləri ilə nahaq qərar yazdılar.
ŞƏFƏQ AĞYEQET
Burulğana da atıldım, yenə sağ qaldım. Sənin qəbrindən gələn soyuq bizi öldürərdi. Yalsıqulu sağ olsun ki, səni xilas elədi.
293
ŞƏFƏQ
Mənim günahım o oldu ki, sizə kömək edə bilmədim. Məni göldən çıxartdılar, boğulub ölməyə qoymadılar.
AĞYEQET
Gündüz də, gecə də Zübərcətin çəkdiyi ahlar göydə qara buludlar kimi topalaşır, başım üzərində gəzişir. /zəif etiraz və coşqun qəzəblə/ Mənim bəy babam qoyduğu adətlə qəlbimi kəməndə salmışdır.Mən isə ona qışqırıram: “Öz bildiyini eləmə! Axı nəyə görə məni qəddarcasına öz sevgimdən ayırırsan? Bax, bu mənim iki əlim, buyur ,götür, onları sarı. Özünü müti qul elə. Amma qəlbimi kölələr salınan ağıla salma. Bəy babamın qulaqları kimi bu adətlər də kardır.
ŞƏFƏQ AĞYEQET
Nəğmə dərdli bir ürəkdən qopan inilti kimi axır. O səhradır ağlayır, mənim Zübərcətimin iniltisindən nəğmə qoşub oxuyur. /qulaq asır./
Pauza. ŞƏFƏQ
Artıq üçüncü aydır ki, bu çadırda ikilikdə təzə bəy və gəlin kimi yaşayırıq. Amma gecələr bircə dəfə də olsun sənin baxışların mənim gözlərimdə əks olunmayıb.
AĞYEQET
Bağışla məni, Şəfəq, mən bacarmaram.
ŞƏFƏQ
Artıq üçüncü aydır... bu, uzun sürəcəkmi?
AĞYEQET
Ömrüm boyu,.. yəqin ki,o da uzun sürməyəcək.
ŞƏFƏQ
AĞYEQET
Axı, mən qadınam! Məni kim qınayar? Artıq üçüncü aydır...Bir dəfə də olsun mənim yastığıma baş qoymamısan. /Şəfəqə yaxınlaşaraq, əlini onun çiyninə qoyur, sonra gözlərinə baxır və başını sığallayır/ Məni 294
bağışla. İxtiyarım özümdə deyil, təəssüflər! Xəyalımda başqa bir yastığa baş qoyuram. ŞƏFƏQ
Xöşbəxtlik də, məhəbbət də məndən qaçır, nahaq yerə adımı Şəfəq qoymayıblar ki?.. Yəqin ,“ axşam şəfəqləri”ni nəzərdə tutublar.
AĞYEQET
Lazım olan sözləri tapa bilsəydim, sənə arvadım kimi təsəlli verərdim.
ŞƏFƏQ
Bəlkə taleyin hökmünə baş əyək? Axı, bizə qədər belə şeylər çox olub.
AĞYEQET
Fikirləşirdim ki, yəqin sənə öyrəşəcəyəm. Amma zəifliyimi qəlbim qəbul eləmədi. Məni bağışla, şikayətlənmə, əzizim. Sən gözəlsən, ancaq mənim gözəlim bir ayrısıdır.
ŞƏFƏQ
Səndə mənə qarşı heç olmasa bir damcı məhəbbət olsaydı, xöşbəxt olardım.
AĞYEQET
ŞƏFƏQ
Şəfəq, məhəbbəti yalvarıb-yaxarmaqla əldə etmək olmaz. Mən qəlbimi iki yerə bölə bilmərəm. Bu, mənim iradəmdən asılı deyil. Mən səninlə vicdanla danışmaq istəyirəm. Ah, Ağyekət, danışmasan da, hər şey mənə məlumdur.
AĞYEQET
Maraqlıdır, sən mənim barəmdə nə bilirsən?
ŞƏFƏQ
Onu bilirəm ki, gecələr onun yanında olursan.
AĞYEQET
Məni izləyirsən?
ŞƏFƏQ
İnan ki, izləmirəm. Üçüncü aydır ki, mən sənin arvadınam və buna görə də gecələr sübhəcən harda olduğunu hiss etməliyəm. Bunu tək mən bilmirəm. Ehtiyatlı ol. Dəfələrlə eşitmişəm ki, icma adamları sizi qınayırlar. 295
AĞYEQET
Əgər Zübərcətə olan məhəbbətim olmasaydı, mən sənə sədaqətli ər olardım.
ŞƏFƏQ
Mənim taleyimə qızqanc arvad olmaq düşüb...
AĞYEQET
Bizi qınama, bizim taleyimiz acınacaqlıdır!
ŞƏFƏQ
Mənim heç buna da haqqım yoxdur... /ağlayır/
AĞYEQET
Ağlama, Şəfəq! Göydəkilər yerdəkilərin nə göz yaşlarını görür, nə də əzablarını duyurlar. Eh, müharibə başlasaydı, müharibəyə gedərdim! Hamının da əzabları yüngülləşərdi.
ŞƏFƏQ
Ah, gör nə danışırsan ay mənim ağüzlüm! Sən mənim üzü qara səadətim olsan da belə, göylərə əl açıb yalvarardım ki, müharibə olmasın! /başını
Ağyeqetin çiyninə qoyur/ AĞYEQEƏT
Şəfəq, mən sənə nə ilə təsəlli verim?
Yalsıqul içəri girir. Ağyeqetlə Şəfəqi baş-başa görüb təəccüblənir. YALSIQUL
Ay, nə yaxşı! Sülh və razılıq üzünü bizə çevirib. Çeviribsə, gör nə xoş saatda gəlmişəm!.
AĞYEQET
/Gülərüzlü/ A... a! Yalsıqul- aqay! Ay sədaqətli müəllim, içəri keç. Şəfəq sən də ona qımız ver.
ŞƏFƏQ
Bu dəqiqə. /qonağın altına yastıq-döşşək salırr/ Rahatlanın, Yalsıqul- aqay!
YALISIQUL
Təkcə bu çadırda hər dəfə məni nökər olduğuma baxmayaraq,bəy kimi qarşılayılar. /Şəfəq ona qımız verir/ Təşəkkür eləyirəm, Şəfəq. Bu gün üzüngözün işıqlanıb. Allah eləsin, həmişə xöşbəxtliyinlə baş-başa olasan.
296
ŞƏFƏQ YALSIQUL
ŞƏFƏQ YALSIQUL
AĞYEQET
Sən deyən xöşbəxtlik yeddi dağın arxasındadır. Hər şeyin öz vaxtı var. Sizi mehriban görüb, özüm də şad oldum. Dərd bizi mehribanlaşdırıb. Mən isə hər şeyin arxada qaldığını güman eləyirdim. Belə qərara gəlmişdim ki, daha eləyəcəyim o söhbətin yeri deyil. Yox, Yalsıqul- aqay, aç-tök istədiklərini. Nə barədə danışacaqsansa danış.
YALSIQUL
Mənim danışacaqlarım kişi söhbətidir...
ŞƏFƏQ
Mən qara çadırda oturub gözləyə bilərəm.
AĞYEQET
/Yalsıqula/ Mənim Şəfəqdən gizli sirrim yoxdur. Aç sandığı, tök pambiği.
YALSIQUL
/sanki üzr istəyirmiş kimi Şəfəqə baxır/. Çox pis dedi-qodular ilan kimi bütün obaya yayılıb. Ağyeqet, bil ki, çoxları səni Zübərcətlə zinakarlıqda günahlandırılar. Qəzəblənmiş ağsaqqallar sizə lənıət yağdırırlar.
AĞYEQET
/Şəfəqi göstərərək/ Təkcə onun məni lənətləməyə haqqı var. Ağsaqqalların isə buna haqqı çatmır.
YALSIQUL
Onlar nəslin ataları sayılırlar, onlara fövqəl-zidd olmaq yaraşmaz.
AĞYEQET
Zübərcət mənə onların qanunlarından da qiymətlidir.
YALSIQUİL
Bütün əlamətlərinə görə, bu il aclıq olacaq. Yaylaqlardakı mal-qara qırılır. Ağsaqqallar da sözü bire yerə qoyub təsdiq edirlər ki, bu fəlakətə siz səbəb olmusunuz. 297
ŞƏFƏQ
YALSIQUL
Haqqı nahaq boğa bilməz! Ağyeqetin niyyətləri təmizdir, Adamlara fəlakəti o gətirmir. Həm də o yapalağa oxşayan dərviş camaatı dilə tutub qızışdırır. Ən çox da suyu o bulandırır. Onun dediyinə görə əgər camaat tökülüb, günahkarları qovmasa, azar-bezar gəlib hamını qıracaq.
ŞƏFƏQ
Axı, nəyə görə, Baybisə bu avaranı biabır eləyib qovmur?
YALSIQUL
Heç kəs bilmir, hamı Baybisənin bu qədər çəkindiyinə mat qalıb.
AĞYEQET
Anamın tərsliyi möcüzədir, ya sirr?
YALSIQUL
Pis xəbər gətirmişəm, Ağyeqet, həm sənin əhvalını pozdum, həm də özümə ağır gəlir.
AĞYEQET YALSIQUL
Bundan sonra xoş xəbər gözləmək mənasızdır. Əgər səhraya qaçmaq istəsən işarə verərsən, o saat dadına çatacağam. İndi hər halda iki löhrəm atı yəhər altında hazır saxlayıram.
AĞYEQET
Hara qaçsam, bəla da dalımca çapa-çapa gələcək.
YALSIQUL
Bu dünyada hər şey ola bilər...
AĞYEQET
/birdən ayağa qalxaraq qətiyyətlə/ Daha səbrim tükəndi! Anamın yanına gedirəm. Qoy yenidən ağsaqqalları toplasın, onlar da insandırlar, axı...
/qaçıb çıxır/ Sakitlik. Qəmli nəğmə təkrar olunur. ŞƏFƏQ
Yalsıqul- aqay, məni göldən nahaq çıxartdın. İndi qaranlıq məzarda dərdsiz-qəmsiz yatırdım. 298
YALSIQUL
ŞƏFƏQ YALSIQUL
Bəzən görürsən ki, günəş qara buludların tən ortasındadır. Nə qədər rəngi tutulsa da, amma yenə də qaranlıqdan işıqlıdır. Sən sözün aydınlığını dumana bürüyürsən... Bu dünyada mənim heç kəsim yoxdur. Təkcə Ağyeqetdən və səndən başqa. Siz dumanlar içindən boylanan günəş kimisiniz.
ŞƏFƏQ
Özüylə fəlakətlər gətirən qara dumanlar...
YALSIQUL
/sıxıla-sıxıla/ Şəfəq ,sən mənim üçün doğma bacısan. Səndən ötrü suya da, oda da atılaram. Mənə elə gəlir ki, səni göldən çıxaranda, səninlə bərabər ürəyimi xilas elədim.
ŞƏFƏQ
Sən necə də, xeyirxahsan, Yalsıqul -aqay, kaş hamı sənin kimi olaydı.
YALSIQUL
Mənim başımın qiyməti bir elə böyük deyilsə də, onu sənin uğrunda qoymağa hazıram.
ŞƏFƏQ YALSIQUL
ŞƏFƏQ
DƏRVİŞ
Sən lap mat-məəttəl qalmalı adamsan! Di yaxşı, vaxtdır, mən getməliyəm. Səbirli ol. Bil ki, mən həmişə yaxınlığınızdayam. /çıxır/ O, çölün dibində bitən yeganə ağac kimi tənhadır. Bu ağacın budaqlarında nə quşlar yuva qurur, nə də kölgəsində ot əmələ gəlir. Bəs mən başıbəlalı ondan artığammı? Dul idim, dul da olub qaldım. Artıq üçüncü aydır ərdəyəm. Kişi hələ də yastığıma baş qoymayıb. Bu istəyim günahdımı? Mən ki, daş deyiləm, canlı... /Dərviş içəri girir/ Salam, Şəfəq, evin kişisi hanı? 299
ŞƏFƏQ
/dala çəkilərək/ Getdi... O yoxdur! Çıx get, Dərviş... Nə durursan? Dedim ki, ərim yoxdur!
DƏRVİŞ
Mənim onunla işim yoxdur. Mən səninlə danışmaq istəyirəm.
ŞƏFƏQ
Yox, yox. Bu çadırın yiyəsi var. Qayıdar, onda gələrsən... Di rədd ol!
DƏRVİŞ
Mən bura yaxşı niyyətlə gəlmişəm. Özü də təkcə sənin yanına...
ŞƏFƏQ
DƏRVİŞ
Mənə heç nə lazım deyil. Rədd ol!... Mən burada xöşbəxtlik içində ömür sürürəm. Rədd ol, dedim itil, get!
/gülür/ Sən burda hansı xöşbəxt günü görürsən, yalan danışma./hədələyici tərzdə/ Sizin nəsliniz məhv olur. O qədər günah, o qədər əxlaqsızlıq eləmisiniz ki, üzünüzdən bütün məmləkəti azar-bezar başına götürür.
ŞƏFƏQ
DƏRVİŞ
ŞƏFƏQ
Utanmaz-utanmaz böhtan atma. Ara qarışdırırsan, özün də məhv olacaqsan!. Axmaq qadın! Ağyeqet zinakarlıq eləyir, hər gecə başqasıynan yatır. Camaatın qarşısına çıx, ərindən imtina elə. Onsuz da o səninlə yaşamaq istəmir. Sən ona şər atırsan. Ağyeqet mənə sədaqətlidir.
DƏRVİŞ
Burnu fırtıqlı İşmurza qaş qaralan kimi yatır. Onun kiprikləri qırpılar-qırpılmaz sənin ərin Zübərcətin yanına girir. Dan yeri söküləndə də durub xədimxədim evə gəlir. /gülür/.
ŞƏFƏQ
Hər gecəni ərim mənim qoynumda keçirir. Mən hər şeydən razıyam, eşidirsən, aralıq elçisi! İtil, dilini də qarnına qoy! 300
DƏRVİŞ
Rahibəyə döndərilmiş gəlin, hələ bilmir ki, yanyörəsi nə danışır, səndə heç qadın qüruru da yox imiş.
ŞƏFƏQ
Yan-yörənin mənə nə dəxli, mənim cənnətim də, cəhənnəmim də bu çadırdadır, Dərviş. Sən də itiyini başqa yerdə axtar.
/Dərviş öz-özünə/ İnsan sümüklərindən körpü
DƏRVİŞ
qurdursam da, mən öz məqsədimə çatmalıyam. /Şəfəqə/ Sənə mən tanrının iradəsini çatdırıram: yeri-göyü yaradanın qəzəbindən qurtarmaq üçün camaatın qarşısında ərindən imtina elə. Başqasının cinayətini danmaq ən böyük günahdır. İndi o hardadır, ovanağa dönmüş dul qadın? Yəqin ki, bunu sən özün də bilmirsən. ŞƏFƏQ
Onun ayaqlarının sahibi başıdır, daha sənin kimi başını ayaqları idarə eləmir. Nə qədər ki, haray salıb camaatı bura yığmamışam, itil get!
DƏRVİŞ
Müqəddəslər ölümdən belə qorxmurlar, sən isə məni güclə qovursan. Mən hər şeyi bacarıram. Bax, istəsəm,ay tutular. /qoltuğundan kitab çıxarıb vərəqləyir, öz-özünə nə isə oxuyur/ Bu gün gecə yarısı... Bəli! Mən tələsməliyəm!...
ŞƏFƏQ
Tələs, ki. Buradan itiləsən, ay cadugər!
DƏRVİŞ
Sənə, təkcə sənə tələsirəm, Şəfəq!
/əllərini açıb Şəfəqin üstünə atılır/ A-a-a! Ay adamlar, kömnək eləyin! /Divanə qaçıb
ŞƏFƏQ
gəlir/ DİVANƏ
Şəfəq! Şəfəq! Çadırın yanında ilan gördüm. Sürünsürünə bura gəlirdi, ehtiyatlı ol! Qapqara dili vardı. Çox qorxuludu, sanca bilər. /Dərvişi görüb, barmağı ilə onu göstərir/ Bəlkə ilan çevrilib, Dərviş olub, hə? 301
DƏRVİŞ
Sən nə sayıqlayırsan, ay şeytan möhürlü səfeh? Əlimdəki ağacla təpəndən ilişdirərəm, gicin biri, gic!
DİVANƏ
Divanəni vurmaq olmaz, Tanqabikə səni cəzalandırar! Dərviş, sən niyə gecələr çadırların arasında casus kimi fırlanırsan? Mələklər mənə dedilər ki, sən ilanlar qəbiləsindənsən.
DƏRVİŞ
Elə qarğış elərəm, daşa dönərsən. Heç olmasa, bir işə yarayıb, ananın məzarı üstündə baş daşı olub durarsan.
DİVANƏ
/qəmgin-qəmgin/ Mənim anam ki, yoxdur. /qəzəblə/ Daşa dönsəm, mən səni əzib parça-parça edərəm. Çünki sən zəhərli ilansan, insan deyilsən. Bax, quyruğun gör necə qıvrılır! Papağın da elə ilan dərisindəndir.
DƏRVİŞ
Səni itə döndərərəm, dabanımı yalaya-yalaya durarsan.
DİVANƏ
Yox, yox! Dabanını yalamaram, happ eləyib... boğazını gəmirərəm. Happ...p ham... ham... ham...!/Divanə it kimi
hürərək Dərvişin üstünə atılır. Dərviş onu itələyib qaçır/ ŞƏFƏQ
Oyy...y! Qorxumdan bağrım partladı, Divanə!
DİVANƏ
Qorxma! Mən keşikdə duran it kimi kef üçün hürdüm.
ŞƏFƏQ
İt onun özüdür, insan cildinə girib. Sən isə zarafat üçün hürən adamsan.
DİVANƏ
Bilirsən, nə var, Şəfəq?
ŞƏFƏQ
Nə var, Divanə?
DİVANƏ
Mən heç vaxt evlənməyəcəyəm.
ŞƏFƏQ
Nəyə görə evlənmək istəmirsən? 302
DİVANƏ
Bax hər şey yaxşı idi, amma sonra birdən İşmurzaynan Ağyeqet hər ikisi evləndilər. Aləm bir-birinə dəydi. Sən burda hönkürürsən, Zübərcət orda ağlayır. Baybisə elə oğrun-öoğrun göz yaşı tökür. Təkcə bir İşmurza ağlamır. Səhərdən ağac atını minib çapır, axşam da yatır. Mən də bir tərəfə səhraya çəkilib hönkür-hönkür ağlayıram.
/ucadan ağlamağa başlayır/ ŞƏFƏQ
/Öz-özünə/Görünür ki, o nəsə hiss eləyib.
DİVANƏ
İndi göydə mələklər yoxdur. Səma qapqaranlıqdır.
ŞƏFƏQ
Qaranlıq da çəkiləcək! Görərsən!
DİVANƏ
Yox, çəkilməyəcək! Mələklər bizdən inciyiblər, uçub buradan uzaqlaşıblar.
ŞƏFƏQ
Di get, yat. Gecədi, yatmaq vaxtıdır.
DİVANƏ
Ayılmadan yaza qədər yatardım...
Zübərcət daxil olur. Şəfəq təəccüblənir. Pauza. ZÜBƏRCƏT
Qəfil gəlişimə görə məni bağışla. Ərim bütün günü oynadığından yorulub əldən düşüb. Zavallı yerinə girib yatır. Mən isə təkbaşıma çadırda qalmağa qorxuram.
ŞƏFƏQ
Gəl, yanımda otur, elti!.
DİVANƏ
Yəqin indi söhbət kişilərdən gedəcək. Hər qadının özünə uyğun kişisi olmalıdır.
ZÜBƏRCƏT
Divanə, tez ol, bizim çadıra get, İşmurzanın yanında uzan. Birdən oyanar, qaranlıqdan qorxub çığırar.
DİVANƏ
Rəqib olsalar da ,Allahdan onlara ortaqlı şeylər də verilib. /çıxır/
303
ZÜBƏRCƏT
Sənin ayaqlarına düşməyə gəlmişəm, Şəfəq. Artıq utanıb gizlənməyə taqətim qalmayıb.
ŞƏFƏQ
Məndən sənə hakim olmaz. Hökmü Allah verir.
ZÜBƏRCƏT
İndi hakin sənsən. Çünki Ağyeqetin qanuni arvadısan.
ŞƏFƏQ
Yaralarımın qaysağını qopartma.
ZÜBƏRCƏT
İstəyirsən məni danla, istəyirsən üstümə lənət, qarğış yağdır. Vur qamçı ilə gözlərimi çıxar, biabır eləyib qov məni. Daha ürəyimdən qara qanlar axır. Üçüncü gecədir ki, o mənim yanıma gəlmir.
ŞƏFƏQ
Üç gecədir ki, sənin yanına gəlmir, üç aydır ki, məni görməzliyə vurur. Ayaq üstə meyitə dönmüş Şəfəq öz bəxtinin cəzasını çəkir.
ZÜBƏRCƏT
Əzab şəkə-çəkə, etibarımızı itirə-itirə kölgə kimi yaşayırıq. /Şəfəqin ayaqlarına yıxılır/ Yalvarıram sənə, Ağyeqeti mənə qaytar. Onsuz, yaşaya bilmirəm. Amma hələ yaşamaq istəyirəm, Şəfəq.
ŞƏFƏQ
Sən niyə özünü belə alçaldırsan? Mən də sənin kimi olsaydım, mən də sənin kimi sevilsəydim, belə dərdləri heç vecimə də almazdım. Sevindiyimdən başım göylərə dəyərdi. Çünki sevilmək - həyatdır.
ZÜBƏRCƏT
/ayağa qalxmadan/ Bilsəm ki, Ağyeqetin mənim olduğunu etiraf eləyirsən , məni bağışlayırsan, bu mənim bəsimdir.
ŞƏFƏQ
/onu ayağa qaldıraraq/ Sizi bir-birinzidən ayıranlar sizdən razılıq istəmişdilər? Yox, istəməmişdilər! Nəyə görə indi sən sevdiyinlə birləşmək üçün razılıq istəyirsən?
ZÜBƏRCƏT
Sənin qəlbin necə böyük, necə də açıqdır! /minnətdarlıq
əlaməti olaraq Şəfəqi qucaqlamaq istəyir/ ŞƏFƏQ
Məni qucaqlama, Zübərcət. Get, həyatın qoynuna atıl. Mənim qoynum ölüm vadisidir. 304
ZÜBƏRCƏT
Sənə yer-göy qədər minnətdaram.
ŞƏFƏQ
Elədiklərim məndən asılı deyil. Ağyeqet məni sevsəydi, onu dilimlə, dırnağımla saxlayar, ömrüm boyu heç kəsə verməzdim. Amma o mənə əlik eləmir. O mənim sevgilim adaxlım, dəlim,vurğunum da deyildir. Amma sən də onun arvadı deyilsən. Mən də ki, dulam. Hər ikimiz eyni səbəb üzündən bədbəxtik.
Ağyeqet gəlir. Zübərcət onun qoynuna atılır. Şəfəq hiss olunmadan çıxır. ZÜBƏRCƏT
Mənim Ağyeqetim!
AĞYEQET
Mənim məhəbbətim!
ZÜBƏRCƏT
Sənsiz keçən üç gecəm, iki gündüzüm mənə illərdən uzun göründü. Dözə bilımədim, özüm durub sənin yanına gəldim.
AĞYEQET
Mərhəmətin qarşısında baş əyirəm, əzizim.
ZÜBƏRCƏT
Sən yanımda olanda gecəm gündüzündən işıqlı olur. Əjdahadan belə qorxmuram.
AĞYEQET
Yadına gəlirmi, bir dəfə zarafat eləyirdik., güya mən əjdaha idim, sən də qorxub qaçırdın.
ZÜBƏRCƏT
Oyy! Oyy! Necə də dəhşətlidir! Gözümə bir də əjdaha görünür. /zarafatla qorxa-qorxa çəkilir/
AĞYEQET
/cəld Zübərcəti tutur və nəvazişlə qucaqlayır/ Səni əjdahanın ağzından alıb qucaqlamaq mənim üçün adətə çevrilib.
ZÜBƏRCƏT
Qayğısız-qayğısız şənlənməyə və əyləşməyə lap bu yaxınlarda öyrəşmişik.
305
AĞYEQET
Qurtardı., Zübərcət! Daha bizim ayrılığımıza son qoyuldu. Anamın yanına getmişdim.Ona hər şeyi demişəm. Bundan belə bir çadırda, bir yerdə olacağıq.
ZÜBƏRCƏT
Döğrudan? Bir çadırda olacağıq? Özü də lap ər-arvad kimi? Bəs anan cavabında nə dedi?
AĞYEQET
Fikrə getdi. Ah çəkdi, susdu.
ZÜBƏRCƏT
Gəl gedək buralardan, lap uzaqlaşaq.
AĞYEQET
Ətraf göz işlədikcə çöllükdür, yeməyi haradan taparıq?
ZÜBƏRCƏT
İtib-batmarıq! Bizə də kömək eləyən adamlar tapılar. Atamı Qaraqocanın adamları öldürməsəydi, yenə yaman günümüzdə dayaq durardı.
AĞYEQET
Bəy heç vaxt qayda-qanun gözləməzdi.
ZÜBƏRCƏT
Nə qədər başımızda ildirımlar çaxmayıb, qaçaq!
AĞYEQET
Biz burada – bir çadırın altında yaşayacağıq. Bunu anama da demişəm ki, qoy bilsin.
ZÜBƏRCƏT
Anan isə məharətlə susub...
AĞYEQET
Ağsaqqallar onun yanına yığışmağa başlamışdılar...
ZÜBƏRCƏT
Bəs ağsaqqallar öz qərarlarından əl çəkib, dediklərindən dönsələr, nə olar?
AĞYEQET
Onlar canlı deyillər, hara dönürlər!
ZÜBƏRCƏT
Axı onlar də gənc olublar, onlar da...
AĞYEQET
Olublarsa da, yadlarına gəlmir. Onların öz yolu, bizim isə öz yolumuz...
/yaxınlaşan səs-küy, qışqırıq, hay-haray eşidilir / 306
ZÜBƏRCƏT
Qulağıma hay-küy, qıy-qışqırıq səsi gəlir. Görəsən nə olub?
AĞYEQET
Mal-qaranı qovurlar, onun səsi gəlir.
ZÜBƏRCƏT
Bu, mal-qara qovanların səsinə oxşamır. Qiyam qalxanda belə çığır-bağır salarlar, mal-qara qovanda yox.
AĞYEQET
Qorxma, gözümün nuru. Mən sənin yanındayam!
Qəzəbli əllərini silkələyə-silkələyə, hayküylə ağsaqqallar və Dərviş gəlirlər DƏRVİŞ
Ağsaqqallar, siz icmanın namusu, vicdanı sayılırsınız. Öz gözlərinizlə görürsünüz ki, onlar abır-həyalarını tamam itiriblər. Yenə bir yerdədilər. Onların günahlarının həddi yoxdur!
II AĞSAQQAL
Rüsvayçılıqdır! Rüsvayçılıqdır! Bütün icma biabır oldu!
III AĞSAQQAL
Bizim icmada belə bir şey olmamışdı. Daha bizim icmaya firavanlıq yoxdur! Daha batdıq!
DƏRVİŞ
Onları şeytan yoldan çıxarıb, zina eləyirlər. Bunların əxlaqsızlığı üzündən bütün günahsız adamlar fəlakətə düçar olacaqlar.
I AĞSAQQAL
Səhradakı bulaqlar quruyur!...
II AĞSAQQAL
Madyanların dölü quruyub, sağılmır!..
III AĞSAQQAL
Yay boyu bir damcı yağış yağmadı, yarpaqlar qurudu, otlar yandı.
II AĞSAQQAL
Uca Tanrı bizi qızmar yay ilə cəzalandırır, mal-qara tələf olur, adamlar azardan – qırılırlar.
DƏRVİŞ
Bir icmada ki belələri var... /Ağyeqetlə Zübərcəti göstərir/. Hələ bu ölkədə Ay da tutulacaq! 307
AĞYEQET
Biz sizin ixtiyarınızdayıq! Saçınızın, saqqalınızın ağlığı müdrikliyinizi, gözüaçıqlığınızı göstərir. Sizin qarşınızda and içirəm ki, bədbəxtliklərin səbəbvkarı biz deyilik, ədalətsizlikdir. Çəkdiyimiz ahlardan yarpaqlar saraldı, isti göz yaşlarımızdan isə otlaqlar qurudu. Siz bizi ayırmaqla ədalətsizlik elədiniz. Bunu isə Tanrı sizə bağışlamır!
Artıq qocalmış Tanqabikə görünür. I AĞSAQQAL
Günahını daha da ağırlaşdırırsan! Sözünü bil!
II AĞSAQQAL
Diz çök! Tövbə elə! Tövbə elə!
AĞYEQET
Özünüz tövbə eləyin! Mən rəhmətlik atamın vəsiyyətinə sadiq qaldım, amma siz onun vəsiyyətini pozdunuz. Mərhumların iradəsi hər bir hökümdən üstündür, onu pozmaq ən böyük günahdır.
III AĞSAQQAL
Belə sözləri eşitmək bizə yaraşmır!
I AĞSAQQAL
Sən niyə susursan, Tanqabikə? Sən də ana kimi öz hökmünü bildir.
Tanqabikə susur. II AĞSAQQAL
O sənin övladındır, cavab ver, Baybisə!
III AĞSAQQAL
Əgər Rısqul bəy sağ olsaydı, əxlaqsız qızı üçün özü cavab verərdi.
AĞYEQET
Mənim nişanlıma şər atma, qoca! O ay kimi təmizdir, mən də anadan oğlan doğulmuşam!
II AĞSAQQAL
Əxlaqsızlıq eləyib, ikiniz də çirkaba batmışsınız! Təmizə bir bax!?
I AĞSAQQAL
Tanqabikə, sənin hökmün necədir? Susmaqla Ağyeqetin hərəkətlərinə göz yummayın! 308
TANQABİKƏ
Çay çaydır ki, zirvəlıərdən damcı-damcı yığılaraq dağlardan qaça-qaça gəlir, axırda vadinin olur. Oğlum böyümüşdür, daha o mənim hökmüm altında deyil. /qəmli, həyəcanlı və təəssüf hissi ilə/ Adamlar necə deyərlərsə, elə də olsun.
DƏRVİŞ
Adamların arasında gizlənmə, baybisə. Oğlanların üçün birinci cavabdeh sənsən. Özü də hər üçü üçün. Onlar sənin uşaqların deyilmi? /Hiyləgər bir təbəssümlə Tanqabikəyə
baxır/ II AĞSAQQAL
Necə yəni hər üçü?
III AĞSAQQAL
Üçüncüsü də var?... Üçüncüsü kimdir?
I AĞSAQQAL
Nə özünü öldürürsən, Dərviş? Onun böyük oğlu müqəddəs bir ölümlə həlak olmuşdur. Elə bir oğulla ana ancaq fəxr eləyə bilər.
III AĞSAQQAL
Böyük oğluna görə biz onun qarşısında baş əyirik.
DƏRVİŞ
/Tanqabikəni ifşa etməkdən vaz keçirmiş kimi/ Qocalar, əslində siz haqlısınız. Onun böyük oğlu müqəddəs bir ölümlə həlak olmuşdur.
II AĞSAQQAL
Biz nəyi gözləyirik. Əxlaqsızlar tövbə eləməlidirlər. Bütün fəlakətlər və müsibətlər onların üzündəndir. Tanqabikə sən həm ana, həm də qaynana kimi öz hökmünü bildirirsənmi?
I AĞSAQQAL
Buyur, söz sənindir, Tanqabikə.
TANQABİKƏ
/qeyri-iradi olaraq/ Başa düş, oğlum, tək bir suvari bütöv ordu ilə vuruşa bilməz. Dədə-baba adətimiz – icmanın ordusu kimidir. Ona xoşluqla təslim olmaq lazım gəlir. Ürəyin hökmünə boyun əymək ağılsızlıqdır. Bunun əvəzi başqa cür, özü də böyük qiymətlə ödənir. Məsləhətim odur ki, tövbə elə və adətlərimizə tabe ol.
AĞYEQET
Mən tövbə sözünü bilmirəm, ana. 309
TANQABİKƏ
Siz nəslin ağsaqqalları qarşısında həmişəlik birbvirinizdən ayrılmalısınız. Səhər tezdən İşmurza və Zübərcəti uzaq bir yerə göndərəcəyəm. Onlara adam verəcək və kifayət qədər mal-qara göndərəcəyəm.
AĞYEQET
Xeyir ana, daha bizim tövbə eləməyimiz gecdir.
ZÜBƏRCƏT
Qaynana, hara göndərsən də qaçacağam, lap dörd ayağım üstə olsam da, qayıdacağam.
II AĞSAQQAL
Arvada bax, a... Gör nələr danışır!
III AĞSAQQAL
/Zübərcətə/ Qoyun çoban görəndə mələyən şeydir!
ZÜBƏRCƏT
Qoyuna əzab vermək qadağandır. Qoyun olsaydım, yıxıb kəsərdiniz, birdəfəlik canım qurtarardı.
I AĞSAQQAL
Kəsmək azdır, asmaq lazımdır! Qoy gəlib-gedən cəmdəyinizə tüpürsün!
AĞYEQET
Siz onsuz da heyvanlarla iş görməyə öyrənmişsiniz. Budur bizi də heyvan kimi ağıla salmışsınız. Allah sizə gövdə verib, ürək verməyib. Buna görə də siz bizə hökm edə bilməzsiniz. Bizi ayırsanız da, biz ayrılmaz olacağıq.
II AĞSAQQAL
Hələ çox uşaqsınız. Dilinizi də ağzınızda saxlayın. Özündən böyükləri saya salmırsan, allahdan qorx, oğlan!
AĞYEQET
Mən o bir olan Allahı tanıyıram.. Bizi birləşdirən də o Allahdır. Başqa allahları tanımıram.
TANQABİKƏ
Sənin ayaqlarına düşüb yalvarıram , oğlum. Bu ağsaçlı qocaların qarşısında tövbə elə. Həmtayfalarını ölümdən xilas elə.
AĞYEQET
Həmtayfalarımı mənəvi köləlik onsuz da məhv eləyəcək. 310
I AĞSAQQAL
Başqa bir çarə yoxdur, ağsaqqallar, hər ikisini icmadan qovmaq lazımdır.
II-III AĞSAQQAL
Qovmalıyıq! Qovmalıyıq!
I AĞSAQQA
Çölün düzünə qovmalıyıq! İkisini də bir kəndirlə sarıyıb, qovmalıyıq!
DƏRVİŞ
Dörd bir tərəfə atlılar göndərin, qoy onlar adamları xəbərdar etsinlər ki, sürgün olunmuşlar cüzamlı xəstələrdən daha qorxuludurlar. Kim onlara sığınacaq versə, özü də məhv olacaq!/ /öz-özünə ümidlə/ Onları qovarlar, onda Şəfəq də mənim olar.
DİVANƏ
/təngnəfəs halda qaçıb gəlir/ Ehey!... insanlar! Qulaq asın, camaat! Göylərdə qiyamət qopdu! Ayın bir parçası birdən elə bil qopub düşdü. Bəlkə onu göydə iblislər gəmirdi, hə?!
II AĞSAQQAL
Özünə gəl, Divanə! Boş, cəfəng sözlər danışma!
DİVANƏ
Əgər inanmırsınız, özünüz baxın. /səmanı göstərir/ Odur: Ayın bir parçası yoxdur! İndi ay tapdınız, ha... çoxdan onu iblislər yeyiblər! /gülür/
III AĞSAQQAL
Aman allah! Məşhər günü çatıb! Şər qüvvələr gözümüz baxa-baxa Ayın nurunu söndürürlər. Dünya dağılır! Dünya dağılır! Fəlakət!
DƏRVİŞ
Mən əvvəlcədən sizi xəbərdar eləmişdim ki, Aysız qalacaqsınız!
I AĞSAQQAL
Elə bil ki, Ayın üzünə ağ ləkə düşüb. Get-gedə işığı sönür! Sönür, ay camaat, sönür!
II AĞSAQQAL
Günahımız çoxdur! Özbaşınalıqdır! Əxlaqsızlıqdır!
III AĞSAQQAL
Batdıq biz! Qırıldıq! Hamısı bu lənətə gəlmişlərin üzündən olur! Səbəbkar bunlardır! 311
DƏRVİŞ
İbadət eləmək, ucadan dua oxumaq lazımdır, ağsaqqallar!
/dua oxunur: “ Ey haqq olan Allah, bizi xilas elə”... /Ağsaqqallar gedir. Tamam qaranlıqlaşır/ Tanqabikə sənin başının üzərində cəza tanrısının buludları toplanmışdır. Axırıncı ildırımsaçan isə mən özüm olacağam. /təkəbbürlə/ Tapşır, Şəfəqə göz qoysunlar. İndi o mənimdir. Hər şey mən deyən kimi oldu. TANQABİKƏ
Ay Tanrı, birdəfəlik canımı al! /səndələyə-səndələyə çıxır/
DƏRVİŞ
/gülür/ İndi mən şəhadət verə bilərəm ki, iblis Allahdan güclüdür./gülərək çıxır/.
AĞYEQET
Göz-gözü görmür. Qaranlıqdır. Hər tərəf qaranlıqdır!
ZÜBƏRCƏT
Qaranlıqda da ürəyimiz vurur. Əgər bir-birimizi itirsək, ürəyimizin döyüntüsünə görə taparıq!
AĞYEQET
Sən ümid adlı dan ulduzumsan!
ZÜBƏRCƏT
Sənin səsin işıq saçır, daha qaranlıqdan qorxmuram. PƏRDƏ
312
E P İ L O Q Gecə. Ay tamamilə tutulmuşdur. Səhra. Əlində məşəl tutmuş Yalsıqul çadırın qarşısında keşik çəkir.
YALSIQUL
Məni çadıra keşikçi qouyublar. Onlar çadırdan çıxıb hara qaçacaqlar? Ax, uşaqlar...uşaqlar! Bir az bundan qabaq sərbəst surətdə, yorulub-usanmadan deyə-gülə söhbət edirdiniz. Kim düşünə bilərdi ki, ağlar qalacaqsınız. Ay tutulana kimi yaşayacaqsınız. Sizə: - qaçın , - dedim, atları yəhərlədim. Eh, cavanlıq, cavanlıq!... Sözümü saya salmadınız... Adamlar isə qəddarlaşdılar, vəhşiləşdilər. Onlar bir-birini yer üzündən silmək istəyirlər. Niyə bunlar /çadıra baxır/ arzu etdikləri kimi yaşayırlar. Adətlərə və taleyə qarşı dururlar? Onlar ki, heç kəsə ziyan vurmurlar. Qoy bildikləri kimi yaşasınlar. /Divanə gəlir/
DİVANƏ
Vayy...y ,Yalsıqul! Ayy..y ,Yalsıqul! Atları mənə tapşırıb, özün də yoxa çıxmısan! Mən də yəhərlərini götürüb, onları öz başına buraxdım. Lazım olsalar , özün gedib gətirərsən.
YALSIQUL
Səs salma! Daha atlar lazım deyil.
DİVANƏ
Nə olacaq ki, Yalsıqul?
YALSIQUL
Pisdən pis bir iş olacaq. 313
DİVANƏ
“Pisdən pis” olacağın mənası nədir?
YALSIQUL
Onları kəndirlə sarıyıb, səhraya qovacaqlar. İnsanların gördüyü işi canavarlar axıra çatdıracaqlar.
DİVANƏ
Nola öz hulqumlarını gəmirəydilər.
YALSIQUL
Canavar canavara dəymir, öz həmcinsinə rəhmi gəlir. Ancaq insanlar bir-birlərini gəmirirlər, Divanə.
DİVANƏ
Birdən məni papağımla bir yerdə gəmirsələr?
YALSIQUL
Oy, Divanə, sən çoxdan gəmirilib qurtarmısan. Adının əvəzinə ləqəbin qalıb.
DİVANƏ
Məni kim gəmirib yeyib?
YALSIQUL
Bilə bilmirəm, amma yeyiblər.
DİVANƏ
Boş danışırsan. Bu –burnum, bu - əllərim, bu – ayaqlarım, bu da – papağım.
YALSIQUL
Bizim xöşbəxtliyimizi gəmirib yeyiblər, Divanə.
DİVANƏ
Ha...a...a. Düz deyirsən... Doğrudan yeyiblər. Bəs əgər səhər gün çıxmasa ,neyləyəcəyik? Onda necə oyana biləcəyik?
YALSIQUL
Gün çıxacaq, amma qara rəngdə olacaq. Millətin günü qara gələndə belə olur.
DİVANƏ
Yəqin günəş başqa bir günəş olacaq.
YALSIQUL
Başqa günəş niyə? Həmişə gördüyün günəş olacaq. Amma dərddən üzünə qara qətran sürtüləcək. Bura gəlirlər!...
DİVANƏ
Mən onlardan qorxuram! Birdən kor olduqları üçün məni gəmirərlər? /gizlənir/ 314
YALSIQUL
Belə bir gecədə onları səhraya qovmaq istəyirlər. Heç heyvanı da gecənin tən yarısı öz yerindən qovmazlar!
Ağsaqqallar və Dərviş, əllərində məşəl tutmuş kişilər və qadınlar görünürlər. II AĞSAQQAL
/əlində uzun bir kəndir var/ Zinakarları vaxtında qovmasaq, bədbəxtlik bizdən əl çəkməyəcək.
III AĞSAQQAL
Ləngitmək olmaz, bu dəqiqə qovmaq lazımdır!
I AĞSAQQAL
Çadırdan çıx! Tez ol! Tez ol!
Ağyeqet və Zübərcəti çadırdan çıxarırlar. I AĞSAQQAL
Siz icmanın namusunu ləkələdiniz! Həmtayfalarınız Sizi qaovmağı qərara aldılar.
DƏRVİŞ
Günahınız çox ağırdır. Verilən cəzaya laiyqsiniz!
II AĞSAQQAL
/kəndiri Yalsıqula uzadaraq/ Al, Yalsıqul! İlgəyi biləklərinə keçir. Qoy necə istəyirlər, eləcə də birləşsinlər.
YALSIQUL
Rəhm elə , akay, məni bu işə qoşma! At cidarlamağa öyrənmiş bir adamam, ömrümdə insan cidarlamamışam.
I AĞSAQQAL
/ikinciyə/ Özün elə. Yoxsa sənin də təcrübən çatmır?
II AĞSAQQAL
Nəslimizin xilası naminə ürəyimi də verməyə hazıram. /Ağyeqetlə Zübərcətin əllərini sarıyır/ Bax, belə! Mən qanunun quluyam. Öz oğlumu belə bağışlamaram.
QADIN
Əzab verincə ,nola birdəfəlik öldürəydiniz?
315
YALSIQUL
Nəyə görə əllərini bağlayırsınız? Açın özləri çıxıb getsinlər.
II AĞSAQQAL
Hay-küy salmayın! Bəsdir!
Taqətsiz halda Tanqabikə gəlir. TANQABİKƏ
Ey icma ağsaqqalları, ay insanlar, yalvarıram, bir az gözləyin! Mənə qulaq asın! Mənə söz deməyə icazə verin!
QADIN
Anaya yol verin! Yol verin!
Camaat aralanır, Tanqabikəni irəli buraxırlar. TANQABİKƏ
Mən anayam! Eşidirsiniz? Mən- anayam! Bu dünyada da, axirətdə də Allahın və onun bəndələri qarşısında da onlara görə cavab verməli olan birinci şəxs mənəm! Mühakimə edirsinizsə ,məni mühakimə edin, uşaqları buraxın! Ay camaat, günahkar mənəm! Oyyy...! mənəm günahkar! Qoy bundan sonra bütün lənətlər tək mənim başıma yağsın! Uşaqlara dəyməyin. Onlar günahsızdırlar. Günahkar mənəm, hər şeyə cavabdeh mənəm!
DƏRVİŞ
Yox, babisə, bundan bir şey çıxmaz! Hiyləgərlik eləmə. Onlar sənin himayəndən çıxıblar. Öz günahlarının cavabını isə özün sonra verəcəksən!
TANQABİKƏ
Ona qulaq asmayın, camaat! Bədbəxtliyin səbəbkarı odur! O məkrlidir
DƏRVİŞ
Müqəddəs bir şəxsi təhqir edirsən baybisə ? İntiqamın əvəzini, qaytara bilərəm!
TANQABİKƏ
Mən səndən qorxmuram! Bədheybət iblis! Ay camaat, inanın ki, o bizə düşməndir. And olsun ki, o, müqəddəs adı altında gizlənmiş, Allahı danan bir iblisdir!
316
DƏRVİŞ
Ağılı qaçıb! Başına hava gəlib! Ona qulaq asmayın, ağsaqqallar!
TANQABİKƏ Ağılım başımdadır,hələ qaçmayıb. /Ağyekətə/ Yalvarıram, oğlum tövbə elə, tabe ol! Bilirəm ki, sənin sinəndəki ürəkdir, daş deyildir. Axı, bunu necə bilməyə bilərəm? O ürəyi sənə mən vermişəm. YALSIQUL TANQABİKƏ
Elə sən özün də onu daşa döndərmisən. /Zübərcətə/ Heç olmasa, sən bir az yumşal, mənim balam! İnan ki,qəddarlıq qadına yaraşmır.
Zübərcət başını aşağı dikib dinmir. I AĞSAQQAL
Çox gec ayılmısan, baybisə. Artıq bizim mübarək hökmümüz Tanrı tərəfindən təsdiq edilib. Onu ləğv etməyə heç kəsin gücü çatmaz.
Şəfəq toy paltarında çıxır, məğrurcasına kənarda durur. Nəfəslərini çəkmədən adamlar ona baxırlar. QADIN
Allah günaha yazmasın, bu nədir?
TANQABİKƏ
Şəfəq, qızım, bu nə geyimdir? Yəqin qızdırman var? Mənim günahımdır ki, dal günümü düşünmədim. İndi sənin ərini ölümə aparırlar, sən yas paltarı əvəzinə toy paltarı geymisən.
II AĞSAQQAL
Di, Allah amanında, camaat! İşi yubatmağa dəyməz! Oğlunla vidalaş, baybisə!
TANQABİKƏ
Əlvida, mənim balam! Mənim məğrur Ağyeqetim! Sənin cavanlığına, yaşaya bilmədiyin illərə, əlvida! /Oğlunun qarşısında diz çökür/ Nahaqq iş görürlər! Nahaqq! Son dəfə səsini eşitmək istəyirəm, mənim inadkar balam, heç olmasa bir söz söylə! 317
AĞYEQET
Əlvida, sən ey sinəsində addım-addım böyüdüyüm doğma torpaq. Əlvida, ürəyimdə yuva salmış döğma yerlər, həmişəlik əlvida! Qoy mənim oğul ruhum bəd illərdə sizi dünyanın boranında, tufanında üşüməyə qoymasın. Ey hörmətə layiq olanlar, əlvida! Yalsıqul – aqay, Divanə, Şəfəq, əlvida! Ey bədbəxt qadın təkcə səndən üzr istəməliyəm. Hər şeyin sonu çatdı! Həmişəlik əlvida,ana! Mənim dərdim sənin sinəndə sağalmaz yara olsa da, son saatımda səni çağırıram.
Ağyeqet və Zübərcət camaata baş əyərək yavaş-yavaş qaranlığa doğru gedirlər. Tanqabikə donub qalıb. Birdən Şəfəq adamlardan ayrılaraq sürgün olunmuşların getdiyi yola tərəf üz tutur. Dərviş onun qabağını kəsib, saxlamaq istəyir. Yalsıqul qətiyyətlə onu itələyib , Şəfəqlə birlikdə Ağyeqetlə Zübərcətin ardınca gedirlər II AĞSAQQAL
Ay Allah ,bizi belə günahlardan uzaq elə!
III AĞSAQQAL
/əlini yelləyərək/ Qoy başımıza gələn qada-bəlanı özləri ilə aparıb getsinlər!
KİŞİ
Suss! Eşidirsiz? Səhrada canavarlar ulaşırlar!
QADIN
/ona/ U-U-yyy! Sizdə rəhm yoxdur! Hamınız canavarsınız!
II AĞSAQQAL
Əxlaqsız qullar! İblisin nökərləri! Qoy lap yerli-dibli batsınlar! Qoy kökləri kəsilsin! Bizim də firavanlığımız, xoş günlərimiz özümüzə qayıtsın!
DİVANƏ
/qəfildən ortaya çıxır/ Sən qulları harada görürsən? Hansı tərəfdə, ağsaqqal? Göstər görüm. Mən ki, görmürəm. /Diqqətlə gedənlərin ardınca baxır/ Qullar deyirsən? Sənə yazığım gəlir, sən ki, lap korsan! Gözünü hərlə, yan-yörənə tamaşa elə! Sən şahənşahları qullarla 318
səhv salırsan. Orada dörd hakim təntənə ilə gedirlər! Bəs qullar hanı?/Bərkdən gülür/ Qullar orada deyil, buradadır? /I ağsaqqala/ Sənin alnında kölə damğası var! Damğalanmış qul! /II ağsaqqala/ Sən isə beli bükülmüş məhbussan. Ombanda və yumşaq yerindəki qamçı izlərini məharətlə gizlədirsən! /III ağsaqqala/ Sənin isə qurd kimi içində güclülərə sözsüz əyilmək, onları razı salmaq vərdişi var! Sən ən yaltaq, ən qorxaq, ən iyrənc qulsan! /Dərvişə/ Dayan avara! Dur görüm! Qoy sənə də baxım! Sənin ruhani qəlbində görək nə var? Baxım: - orada qıvrıla – qıvrıla ilan sürünür! Haça quyruq, haça dil ilan! Ax, ay ruhani geyimli iki üzlü qul! İblisin köləsi! /Tanqabikənin qarşısında dayanır/ A! Bu sənsən ,Tanqabikə? Sənin boynundakı nədir? Boyunbağıdır? Yoox, bu gümüş boyunbağı deyil, sənin boğazına asanlıqla keçən kəməndin ilgəyidir. Səni həmişə boğan, nəfəsini kəsən, dilini gödək eləyən bu imiş! Ö gözünü qan örtmüş dişi qartal sən deyilsən ki, dörd balanın gözlərini dimdikləyib çıxardın, sonra da qanadlarınla vurub, uçuruma yuvarlatdın? İndi uçurumların dibində onların sümükləri ağarır: Onları dəfn eləməyə gedirəm. İstər çadırda doğulsunlar, istərsə də qayada, fərqi yoxdur., ölənləri torpağa tapşırmaq lazımdır. /Ağlayaraq gedir/.
Tanqabikə yavaş-yavaş və nəfəs almadan yerə yıxılır. Uzaqda qovulmuşların getdiyi yerdə işıq zolağı qörünür. Qovulmuşlar bu zolağa daxil olurlar.
S O N
319
Slavomir Mrojek (Polşa)
Xoşbəxt hadisə ( üç pərdəli pyes) ( Rus dilindən tərcümə )
İştirak edirlər: 1. Gəlmə adam – işsiz və evsiz bir şəxs 2. Ər 3. Arvad 4. Qoca - ərin atası, təqaüddə olan general 5. Körpə - saatbasaat böyüyən yeniyetmə. I Hissə I Pərdə Səhnənin dərinliyində divar, divarın ortasında isə sütunlarla və karnizlə haşiyələnmiş böyük ikitaylı qapı var. Sütunlar və karniz rəssam tərəfindən çəkilmişdir. Qapının yan tərəfindən çəkilmiş taxçalarda qədim qəhrəmanların və filosofların büstləri 320
qoyulmuşdur. Divara tünd qırmızı – qızılı rənglərdə divar kağızı vurulub. Divar o qədər də hündür deyil. Səhnədə iki yumşaq kreslo və dəyirmi stol vardır. Stolun üstündəki podnosun içində bir qrafin, iki qədəh və bulka ilə dolu qab gırünür. Ər və Gəlmə adam sağ tərəfdən gəlirlər. Ərin əynində evdə geyilən gödəkcə, zolaqlı şalvar və laklı çəkmələr var. Yağlanmış saçları və səliqə ilə qırxılmış bığları diqqəti cəlb edir. Gəlmə adamın əynində gen, toxunma yun köynək, velvet şalvar, kobud çəkmələr vardır. Boynuna uzun, qırmızı şarf sarıyıb. Başına yumşaq şlyapa qoymuş, gözünə qıraqları məftilli eynək taxmışdır. Çoxdandır ki, saçlarını və üzünü qırxmamışdır. Bir əlində köhnə çamadan, o biri əlində isə qəzet tutmuşdur . Ər – Vanna otağına gələndə ... biz özümüz – mən, arvadım, atam ondan qətiyyən istifadə etmirik. Heç siz də onun yoxluğunu his etməyəcəksiniz. Gəlmə - / qəzeti silkələyir / Axı, qəzetdə aydın yazılıb... Ər – Nə? Gəlmə - Vanna otağı barədə. Ər – Nə danışırsınız? Hanı? Gəlmə - Budur. / oxuyur /― Müasir üslubda vanna otağı var. Mərmər...‖ Ər – Eləmi? Bilirsiniz, çox güman ki, belə yazılıb. Gəlmə - Çox güman ki? Alın özünüz oxuyun! Ər – Lazım deyil. Bunu mən özüm yazmışam. Gəlmə - Deməli... Ər – Burda müasir üslub barədə heç nədən şikayətlənə bilməzsiniz. Siz atamın otağının qapısına bir baxın. Əsl XIX əsr memarlığı nümunəsidir. Nümunəvilik bizim nəsildə lap çoxdan hökm sürür. Həm də mən, arvadım, atam... Özünüz görəcəksiniz... Müasir üslub bizdə hər şeydən vacibdir. Gəlmə - Vanna otağı ki, yoxdur. Ər – Yoxdur. Amma, sizi inandırıram, əgər olsaydı, siz ona heyran olardınız. O çox gözəl ola bilərdi. Bizim ailədə ... Gəlmə - İnanıram. Onda, bəlkə mənim otağımı göstərəsiniz? Ər – Sizin otağınızı? Gəlmə - / qəzetdən oxuyur / ― Pəncərəsi gölə və Monblan zirvəsinə baxan işıqlı, ayrıca otaq‖. Bəs Monblan hanı? Ər tamaşaçı salonunu göstərir, Gəlmə əlini gözünün üstünə qoyub baxır.
Görmürəm. Ər – Bu gün duman zirvəni – o Alp kralını öz əzəmətli örtüyü ilə örtüb. Bu sirli duman pərdəsi özü də pis mənzərə deyil. Gəlmə - Bəs bu pərdə buranı tez-tez örtür? Ər – Həmişə. Biz bura köçən gündən.... Gəlmə - Yaxşı, aydın oldu. Göl barədə mən heç soruşmuram. Yəqin ki, quruyub. Ər – Düz tapdınız. Bu il çox quraqlıq oldu. Gəlmə - Nə edək, qoy olsun. Onda heç olmasa mənim otağımı göstərin. Ər – Sizə necə deyim? Bütün ev sizin ixtiyarınızdadır. Nəyimiz varsa... Gəlmə - Oradır? / Ortadakı qapıya doğru gedir / Ər - / onun qabağını göstərir / Ora olmaz. Atam hələ yataqdan qalxmayıb. Həm də... sizin gəlişinizi ona xəbər verməmişik. O acıqlana bilər. 321
Gəlmə - Bəs kirayə verilən o otaq haradadır ? Ər – Burada, orada, hər yerdə. Bütün mənzilimiz sizin olacaq. Gəlmə - Belə çıxır ki, ayrıca otaq da yoxdur? Ər – Var, var. Siz bir baxın, bura necə genişdir. Gəlmə - Axı, yazılana görə mənim otağım, ayrı otaqdır. Ər – Mən sizinlə açıq danışacağam. Tamam ayrı otaq yoxdur. Gəlmə - Onda niyə belə elan vermişsiniz? Ər – Bəs mən necə eləməli idim? Yazmalı idim ki, heç bir şəraiti, heç bir görünüşü olmayan dar bir künc kirayə üçün verilir? Kim bura gələrdi? Siz belə elanı oxuyub gələrdinizmi? Gəlmə - Yox! Ər – Görürsünüz? Tənqid eləmək asandır. Amma bir qədər dərindən düşünmək lazımdır... Hərənin öz problemi var. Gəlmə - Sizin problemlərinizin mənə dəxli yoxdur. Siz məni aldatmışsınız! Salamat qalın! Ər – Hələlik! Gəlmə - / rişxəndlə / Tanış olduğuma görə şad oldum! Ər - / daha artıq rişxəndlə / Qulluğunuzda hazıram! Gəlmə - / daha çox rişxəndlə / Siz çox lütfkarsınız! Ər - / daha artıq rişxəndlə / Bizi yaddan çıxarmayın! Gəlmə - / eyni rişxəndlə / İnanın ,çox razı qaldım! Danışdıqca Gəlmə sağ tərəfə doğru gedir, deyinir, baş əyir. Ər ona baş əyməklə cavab verir.
Ər - / barışdırıcı tərzdə / Siz artıq gedirsiniz? Gəlmə - / qapıda dayanır / Mən burada artığam. Ər – Yox, qətiyyən. Xahiş eləyirəm ,getməyin. Gəlmə - Əgər... belədirsə... / qayıdır / Ər – İcazə verin ,sizi qonaq edim. Gəlmə - Hə, əlbəttə, buyurun. / oturur / Ər - / qrafindən qədəhlərə içki süzür / Xahiş eləyirəm, məni bağışlayın. Gəlmə - Yox, xahiş eləyirəm ,siz məni bağışlayın. Ər – Barışığın şərəfinə! / qədəhi ona verir / Gəlmə - Bilirsiniz, mən vanna otağının olmaması ilə razılaşa bilərəm. Düzünü desəm, əsil vanna otağında elə çimərdim. Eh, axırıncı dəfə elə bir vanna qəbul eləməyim yadıma gəlmir. Ər – Elə üz-gözünüzdən görünür. Gəlmə - Nə? Ər – Heç, heç nə. Danışın, danışın. Qabaqcadan hiss olunan şeylərə görə tövbə eləməyə ehtiyac yoxdur. Gəlmə - Monblan zirvəsinin həmişə buludlarla örtülü olmasını da yadımdan çıxararam. Düzdür elanı oxuyanda fikirləşdim ki, bu lap əla olacaq. İsti vannada uzanıb, qarlı zirvələrə tamaşa eləyəcəyəm. Hər halda həmin o olmayan vanna otağının yəqin ki, pəncərəsi olardı, hə? Ər – Şübhəsiz.
322
Gəlmə - Görürsünüz? Amma, neçə illərdir, şəhərin hisli divarlarından başqa bir mənzərə görmürəm. Gölə görə də təəssüf eləyirəm. Xoşbəxt uşaqlıq illərində mən tez-tez suya tamaşa eləyirdim. Ər – Başa düşürəm. Atanız kapitan olub? Gəlmə - Demək olar ki, hə. Zooparkda akvariumun nəzarətçisi idi. Çox böyük akvarium idi. Ər – Çox maraqlıdır! Gəlmə - Sonra bu ləzzət mənim əlimdən çıxdı. Amma burda məndə yenidən ümid yaranmışdı... Ümumiyyətlə mənim həyatım o qədər də yaxşı keçməyib... Sizdə yeməyə bir şey olar? Buterbrod, ya başqa... Ər – Əlbəttə. Hələlik təkcə bulka var. Qabı Gəlməyə doğru itələyir. Gəlmə iştahla yeyir.
Gəlmə - Elanı oxuyanda fikirləşdim ki, nəhayət məndən ötrü də bir şey tapıldı. Yaxşı şərait, gözəl mənzərə, ən əsası isə ayrıca otaq. Özümə məxsus! Mənə sakitlik və tənhalıq, bilirsiniz necə lazımdır? Özü də bütün bunlar əlverişli şərtlərlə... Yəni, ucuz, hə? Ər – Demək olar ki, müftə! Gəlmə - Görürsünüz? Özü də belə bir rayonda. Mən kasıb ailədənəm, amma yüksək cəmiyyətdə olmağa layiqəm. Mən bu xasiyyətimi tərgitməyə çalışıram. Ər – Əlbəttə, əlbəttə. Gəlmə - Mən çox şeysiz keçinə bilərəm. Vanna otağı, qarlı zirvələr, göl olmasa da olar. Amma xüsusi otaq mütləq olmalıdır. Mən biləndə ki, o da yoxdur. Bu məndən ötrü güclü zərbə oldu. Bəlkə siz bir şey düzüb, qoşa bilərsiniz? Ər – Təəssüf... Gəlmə - Bilirdim ki, belə olacaq. O cür xoşbəxtlik mənim payıma düşməz. Məndə elə bəxt haradadır?... Yenə bulka götürmək olar? Ər – Buyurun. Gəlmə - Nə etmək olar? Taleyimlə barışmalıyam. Qoy mənim çarpayım ümumi otaqda olsun. Lap bir küncdə, taxtdan, zaddan bir şey olsun. Mən öyrənmişəm. Bəs ucuz olacaq? Ər – Bilmirəm sizə necə deyim?... Gəlmə - Əlbəttə, mən pulsuz istəmirəm. Ər –Məsələ pulda deyil. Yaxşı olar ki, mən sizə bu başdan düzünü deyim. Əsil həqiqəti. Gəlmə - Mən, əlbəttə, varlı deyiləm. Amma, neçəyə olsa, pulunu verəcəyəm. Ər – Çarpayı da yoxdur. Gəlmə - Necə yəni? ... Çarpayı yoxdur? Ər – Çarpayı var. Amma, ayrı deyil. Gəlmə - Başa düşmədim? Ər – Yumşaq, əlverişli, çox geniş çarpayıdır. Heç nədən şikayət etməyəcəksiniz. Gəlmə - Deməli, bu çarpayıda mən tək olmayacağam? Ər – Düz tapdınız. Gəlmə - Mən sizin xətrinizə dəymək istəmirəm. Mən səbirli adamam, başqalarının həyat tərzinə də hörmət eləyirəm. Açıq danışdığınıza görə, mən də açıq danışıram. Sizin meyl göstərdiyiniz adəti mən bəyənmirəm. Təriflədiyiniz bu çarpayıda da mən heç vaxt sizinlə yatmağa razı olmaram. 323
Ər – Mənimlə yox, mənimlə yox. Gəlmə - Bəs onda kimlə? Ər – Söhbət bir neçə adamdan gedir. Gəlmə - / qalxaraq / Bilirsiniz, nə var?Mən otaq kirayə eləməyə gəlmişdim, amma görürəm ki, başqa yerə düşmüşəm. Səhv olub. Mən kasıb da olsam, həm namuslu, həm də ləyaqətli adamam. Xahiş eləyirəm, bu cür işlərinizdə məni nəzərə almayasınız. Ər – Allah xətrinə, hirslənməyin. Tələsməyin, mənə axıra qədər qulaq asın. Mən başa düşürəm, ilk baxışdan adam çaşır, amma, inanın mənə, burada heç bir çirkinlik, əxlaqsızlıq yoxdur. Əksinə, hər şey qanuni, ədəbli, hətta Papanın bütün katoliklərə sonuncu ―Doğub – törəyin, çoxalın‖ adlı müraciətinə uyğun olaraq yüksək əxlaqi keyfiyyətdədir. Xristian ədəb qaydaları nöqteyi- nəzərindən baxsaq, burada hər şey yüksək qiymətləndirilməlidir. Bizim ailəmiz artıq bir neçə əsrdir ki, adət-ənənələrin və əxlaqın əsil dayağıdır. Mən kilsə qanunlarına zidd olan bir şeyi sizə təklif eləmərəm. Gəlmə - Mən ateistəm. Ər – Zərər yoxdur. Mülki ədəb qaydaları nöqteyi-nəzərindən də mənim təklifimdə inanılmayası bir şey yoxdur. Mənim evimdə siz heç bir qayda-qanun pozuntusu tapa bilməzsiniz. Gəlmə - Mən sosialistəm. Ər – Sosialist? Gəlmə - Düzünü desəm, mən anarxistəm. Ər – Bu evdə özünüzü göstərmək üçün hər cür imkanınız olacaq. Gəlmə - Səhv eləyirsiniz. Bir anarxist kimi mənim hər şeyə qarşı özümə məxsus münasibətim vardır. Ər – Məsələn? Gəlmə - Mən heç nəyi partlatmıram. Belə hesab edirəm ki, onsuz da hər şey gec-tez öz-özünə dağılacaq. Mən də gözləyirəm. Rahat mövqe seçib, müşahidə edirəm. Bu, ən etibarlı yoldur. Bomba, dinamit ruhən mənə yad olan şeylərdir. Həm də ətraf mühiti çirkləndirir. Zaman özü həm çox effektlidir, həm də dağıntılara baxıb həzz almağa imkan verir. Mən anarxist-estetəm. Ər – Sizi bura Allah özü göndərib! Gəlmə - Axı dedim ki, mən dinə inanmıram. Ər – Dəxli yoxdur. Əsas odur ki, bu pis-kədərli vəziyyətdə mənim rastlaşa biləcəyim ən yararlı adam sizsiniz. Gəlmə - / ətrafa baxır / Hansı vəziyyətdə? Mənə elə gəlir, siz pis yaşamırsınız. / Yenə bulka götürür / Əla bulkadır! Ər – Məsələ pulda deyil. Mənim elan verməkdə məqsədim əlavə pul qazanmaq deyil. / sirli tonda / And için! Gəlmə - Nəyə görə? Ər – Ona görə ki, mənim indi sizə açacağım sirri heç kəsə deməyəcəksiniz. Heç kəsə. Ələlxüsus ona / ortadakı qapını göstərir /. Gəlmə - niyə axı elə birbaşa and içim? Ər – Mən sizdən xahiş eləyirəm, and için. Gəlmə - Axı... Ər – Bu ölüm-dirim məsələsidir. Gəlmə - Kimsə ölə bilər? Ər – Əksinə. Namusunuza and için. Gəlmə - /qa lxır, iki barmağını qaldırır, yenidən oturur / Yox. 324
Ər – Siz imtina eləyirsiniz? Gəlmə - Yox. Düzünə qalsa, xeyri yoxdur. Anarxistin and içməyinin nə mənası var? Ər – Hə, bu mənim ağlıma gəlməmişdi. Bəs sizdən ötrü nə isə müqəddəs bir şey var? Gəlmə - Qalan bulkaları götürmək olar? Ər – Heç kəsə deməzsiniz? Gəlmə - Heç kəsə. Ər – Onda götürün və susun. Gəlmə qalan bulkaları ciblərinə qoyur. Ər əsəbi halda gəzişir.
Bu evin faciəsinin eşidin. Bizim uşağımız yoxdur. Ona görə yox ki, sonsuzuq – bizim uşağımız olmur, ya özümüz istəmirik. Mənim atam buna icazə vermir. Gəlmə - Axı niyə? Əgər səhv eləmirəmsə, sizin nəsil qədim nəsildir... Ər – Bizim əcdadlarımız qotlar, viziqotlar, astqotlardır. Gəlmə - Onda başa düşmürəm, nəyə görə atanız belə bir nəcib nəslin davam etdirilməsini istəmir. Ər – Ona görə ki, o özünün ölməz olduğuna inanır. Ən dəhşətlisi budur ki, zənnimcə, o haqlıdır. Gəlmə - A! Ər – Bəli, bəli. Ömründə bir dəfə də olsun onun ciyərləri soyuqlamayıb. Heç vaxt adi soyuqlamanın nə olduğunu bilmir. Məsələn məndə yel xəstəliyi var. Amma o yaşayır. Heç vaxt, heç nədən şikayətlənmir. Buna görə də o hesab eləyir ki, bizim bütün nəslimiz təkcə onun özündə cəmlənib, o, əbədi yaşayacaq. Hətta əgər mən... əgər mən... Gəlmə - Nə danışırsınız? Elə şeylər fikirləşməyin. Allah köməyiniz olsun. Belə şey danışanda ağac tıqqıldatmaq lazımdır. / stolu tıqqıldadır / Ər – Mən bilirəm, o, buna ümid eləyir. Fikirləşir ki, əgər mən heç vaxt ölməyəcəyəmsə, nəvə nəyimə lazımdır? Nəvə-nəticənin zərərdən başqa nə xeyri ola bilər? İndi qoca olduğuma görə mənə qarşı olan diqqəti, qayğını uşaq anadan olan kimi mənim əlimdən alacaq. Niyə mən dadlı sıyığa, südə körpəni ortaq eləməliyəm? Hələ şokoladı, şampanı demirəm. O körpə məni köhnəlik qalığına döndərəcək. Doğulandan sonra o bəlkə də mənim həyatımın bir hissəsini oğurlayacaq. Mənim həyatımın əvəzinə andan olacaq, ölümümü tezləşdirəcək. Ona görə də ya mən, ya da o. Əgər o anadan olsa, mən öləcəyəm. Amma, o olmasa yenə də yaşayacağam. Bəli, o bu cür fikirləşir. Gəlmə - Yəni doğrudan o qəşəng, poppuş bir körpəni dizi üstə alıb əzizləmək, oxşamaq istəmir? Tü-tü... tü... tü... Ər – O mənimlə kifayətlənir. Gəlmə - Axı, siz böyüksünüz. Həm də çox böyüksünüz. Ər – Əlbəttə. Mən artıq yaşlaşmışam. Amma o hələ də məni körpə uşaq kimi oynadır. Bu təhqirə də dözürəm. Gəlmə - Nə danışırsınız? Sizi dizi üstündə də iməklədir? Ər - / qəmgin / Bəzən olur. Gəlmə - / gülməyini zorla saxlayır / Qıdıqlayır da... Ər – Gəlin çox açıb-ağartmayaq, xahiş eləyirəm. Gəlmə - Həm də tü-ti, tü-ti?.. Ər - / incik / Bu barədə danışmaq istəmirəm. Gəlmə - Yox, təsəvvür eləyə bilmirəm. 325
Ər – Xahiş elədim ki, bu söhbəti saxlayaq. / Hirsli / Onsuz da mən əvəzini çıxacağam. Qoy qisasçını dünyaya gətirim?! Bax onda biz hesablaşacağıq. / fikirli / Həm də məsələ təkcə mənim şəxsi həyatımda deyil. Hər şeydən əvvəl mən sivilizasiya, tərəqqi barədə fikirləşirəm! Gəlmə - Bağışlayın, başa düşmədim. Ər – Bizdə - burada problem təkcə duş-hamam problemi deyil. Bu evdə su, qaz, elektrik işığı, kanalizasiya da yoxdur. Gəlmə - Özünüz də istəyirsiniz ki, mən burda yaşayım? Ər – Axı ,körpənin dünyaya gəlişi ilə hər şey dəyişəcək. Uşağa lazımi şərait yaradılmalıdır. Uşağın əskilərini yumaq, su qaynatmaq, mikroblarla mübarizə aparmaq lazımdır. Uşaq – təkcə mənim şəxsi məsələm deyil. Bu – rahatlıq, gigiyena, sivilizasiyadır. Hamının xoşbəxtliyidir! Gəlmə - Mən sizə inanıram. Mən sizin yerinizə olsam ,qocanı vecimə almaram. Əgər arvadınız da, siz də həqiqətən razısınızsa... Ər – Bu o qədər də asan deyil. Qoca çox diqqətlidir. Hər şeydən şübhələnəndir, əzazildir. O heç vaxt bizi bir yerdə olmağa qoymur. Tələb eləyir ki, mütləq ikimizdən birimiz həmişə onun yanında olaq. Heç vaxt bircə dəqiqəliyə də olsa, bizə bir yerdə olmağa icazə vermir. Gəlmə - İcazə vermir? Ər – Yox. Gəlmə - Bəs onu güc vasitəsilə aradan götürmək olmaz? Ər – Siz onu tanımırsınız. Qoca olsa da, o məndən qat-qat güclüdür. Qeyri-adi gücü var. Həm də ki, o təqaüddə olan generaldır, qılıncı həmişə yanında olur. Gəlmə - Bəs yatanda? Ər – O bizimlə bir çarpayıda yatır. Güclü olduğuna görə bir söz deyə bilmirik. Özü də elə ayıq-sayıq yatır ki, cüzi bir səsdən oyanır. Çox vaxt da bütün qocalar kimi heç yatmır. Gəlmə - Yuxu dərmanı vermək olmaz? Ər – Yuxu dərmanı ona təsir eləmir. Neçə dəfə onun yeməyinə xloroform qarışdırmışıq. Vecinə deyil. Yeyir, hələ əlavə də istəyir. Bir dəfə o, kompot əvəzinə verdiyimiz bir stəkan cürbəcür tabletkalar qarışdırılmış efiri birbaşa başına çəkdi. Nəticəsi nə oldu? Elə gümrahlaşdı ki, iki gün, iki gecə bizi kart oynamağa məcbur elədi. Mən yorğunluqdan ayaq üstdə dayana bilmirdim. O insan deyil, vulkandır! Gəlmə - Hə! İşlər yaxşı deyil. Ər – Yox. Çıxış yolu var. Arvadımla plan tərtib eləmişik. Bizə yalnız kiminsə köməyi lazımdır. Bilirsiniz, gecələr qoca bərk darıxır. O gah oxuyur, gah nə isə danışır, gah xatirələrini yada salır, gah kartla fala baxır, amma vaxtını keçirə bilmir. Əgər kimsə onunla yoldaşlıq eləsə, o sevinər. Həmin adam onu söhbətə tutmaqla, yaxud başqa bir işlə onun diqqətini bizdən yayındıra bilər. Bax onda... Başa düşdünüz? Gəlmə - Mən? Ər – Əgər siz kirayənişin kimi bizimlə qalmağa razı olsanız... Gəlmə - Siz, yəqin ki, mənə nə isə əcaib bir iş təklif etdiyinizi başa düşürsünüz? Ər – Sizə bir dəst gözəl pijama verərəm. Gəlmə - Mən varlı deyiləm. Ər – Kirayə pulunu nəzərdə tutursunuzsa, o çox aşağı olacaq. Gəlmə - Həm də, mən işsizəm... Ər – Kirayə haqqını ümumiyyətlə yaddan çıxarın. 326
Gəlmə - Həm də indi dolanmaq da çətinləşib. Ər – Yuxusuz gecələrə görə müəyyən məbləğdə müavinət də fikirləşmək olar. Gəlmə - Bəs mən qoca ilə nə barədə söhbət eləməliyəm? Ər – Eh, o özü sizinlə söhbət eləyəcək. Bu çatışmazlıqları ilə bərabər o çox bilikli, geniş maraq dairəsi olan qocadır. Onun söhbətləri sizə həm ləzzət verəcək, həm də dünyagörüşünüzü artıracaq. Qoca çox yaşayıb, çox şeylər görüb. Gəlmə - Bəs orada mənə yer olacaq? Ər – Yer kifayət qədərdir. Siz ayaq tərəfdə yatarsınız. Mən sizə ayrıca balınc verəcəyəm. Gəlmə - Mən razılaşdım. Amma... müftə yaşayış yeri, yemək-içmək, pijama işin maddi tərəfidir. Mən öz şəxsi prinsiplərimə uyğun olmayan, nə isə qeyri-adi bir işdə iştirak eləmək istəməzdim. Axı, hər halda mən anarxistəm. Aristokratların çoxalmasına kömək eləmək anarxistə yaraşar? Ər – Mən sizi başa düşürəm, tərəddüd etməyinizi də qiymətləndirirəm. Nə deyirəm ki, gəlin siyasətdən danışaq. Mən öz nəslimin davam etdirilməsini vacib saymıram. Amma, ümid edirəm ki, körpəyə həyat verməklə mən çox ciddi dəyişiklərin olmasına, cəmiyyətin inkişafına çox ciddi kömək eləmiş olaram. Atam anadangəlmə, qatı despotdur. Amma mən demokratam, reformaların və tərəqqinin tərəfdarıyam. Burada feodalizm hökm sürür. Hətta əgər sizdən ötrü eşitmək dəhşətli də olsa, absolyutizm. Bu hökmranlığa son qoymağın vaxtı çatıb. Ailəmizdə körpənin olması, yeni həyatdır, gələcəyin nəfəsidir, demək olar ki, inqilabdır! Məgər bu sizi inandırmır? Gəlmə - Deyirsiniz mən liberallara qoşulum? Ər – Gizlətmirəm, mən anarxiyanın əleyhinəyəm. Siz mənimlə həmrəy olmasanız da olar. Bizim ümumi düşmənimizin olması elə kifayətdir. Qəddarlığa qarşı yönələn hər bir hərəkət bəyənilməlidir. Siz azadlığı sevdiyinizə görə bizim sui-qəsd planımıza qoşulmalısınız. Gəlmə – Razıyam. Bir-birinin əlini sıxırlar.
Yaşasın anarxiya! Ər – Yaşasın demokratiya!
II Pərdə Səhnənin ortasında böyük çarpayı var. Çal bakenbordları olan qırmızısifət Qoca çarpayıda hündür balınclara dirsəklənib üzü tamaşaçılara tərəf oturub. Onun əynində gecə köynəyi, başında bahalı üçkünc şlyapa var: belə şlyapaları bir vaxtlar hərbi paradlarda və diplomatik mərasimlərdə görmək olardı. Şlyapa qızıl bafta, çox uzun və gülünc lələklə bəzədilib. Qocadan solda əynində albalı rəngində gözəl ipək pijama olan Ər, sağda – gecə köynəyində, pərişan saçlı Arvad yatıblar. Üçü də qırmızı rəngli böyük ümumi yorğanın altında uzanıblar, hər kəsin öz balıncı var. Çarpayı o qədər genişdir ki, yatanlar birbirindən xeyli aralıdırlar. Çarpayı tamaşaçı zalına tərəf bir az əyilmiş vəziyyətdədir. Kənarlarında şamdanlar var. Hər şamdanda bir neçə şam yanır. Dekorlar I pərdədə olduğu kimidir. Yalnız stol və stullar götürülüb.
Qoca – Elə hey yatırlar. Yatmaqdan başqa heç nə eləmək istəmirlər. Mən bilirəm , onlar niyə yatmaq istəyirlər. Çox güman ki, məndən canlarını qurtarmaq üçün yuxudan 327
istifadə eləyirlər. Bədənləri, düzdür, buradadır, bəs ruhları haradadır? Yuxuda olanda onlar çox uzaqlara gedib çıxırlar. Hara? Bilmirəm, amma bir şeyi bilirəm ki, mən olmayan yerə. Bəs onlar orada nə edirlər? Yəqin ki, mənim burada onlara qadağan elədiyim işlərlə məşğul olurlar. Mən isə onların dalınca ora girib, heç nəyi qadağan eləyə bilmərəm. Onlara əmr eləyə bilmərəm. Ər yuxuda inildəyir və nə isə donquldanır.
Nə? Nə olub? Aydın de... Ər o biri böyrü üstə çevrilir, balıncı qucaqlayır.
Demir! Bu da sübut! Deməli ,mən haqlı olaraq şübhələnirəm. Demir! Axı niyə? Ona görə ki, yuxuda qadağan olunmuş nə isə bir şey görür. Belə deyilsə, onda niyə demir? Özü də düz mənim gözümün qabağında, həyasızcasına, çəkinmədən. Dəhşətdir! Arvad da donquldanır və balıncı qucaqlayır.
Bəs bu? Yenə şirin xəyallar... Onun bu zərif, məsum sifətinə inanmaq olmaz. Hanı o köhnə, mehriban, çirkin, eybəcər, zəhlətökən ifritələr? Nəcib adı qorumaq, günah işlərdən birdəfəlik yaxa qurtarmaq necə asan idi?! Baxan kimi bilirdin ki, qabağındakı kimdir? Amma indi gərək əvvəlcə ikiüzlülük pərdəsini, məsumluq maskasını qoparıb atasan. Bəs o biri örtüklə nə edəsən?Arxasında gizlənib günah işlərlə məşğul olduğu yuxu pərdəsi ilə? Onu da qoparmaq mümkündür, amma onu günah başında necə tutasan? Pərdə ilə birlikdə hər şey yox olacaq. Onların ağıllarına gələni elədikləri o aləmə mən necə girim? Onlara necə mane olum? Hiss eləyirəm ki, mənim evimdə yanğın başlanır, amma mən onu görə bilmirəm. Yalnız hiss eləyirəm, hərarət artır, qaynayır! Eh, kaş görə biləydim! Gəlmə bərkdən xoruldamağa başlayır.
Bu da yatdı. ədasına bir bax! Tanış olmağa, əynini soyunmağa macal tapmamış birtəhər dua oxuyub, başladı mürgüləməyə. İndi də xoruldayır. Axı mən onunla söhbət eləyirdim. Həm də istəyirdim kart oynayaq. Əcəb yoldaşlıqdır! Gör mən evimizə kimi buraxmışam! Elə bil kötüklə, ya da bir kisə kartofla danışırsan. Ondan da pis. Kötük, kisə heç olmasa xorultu salıb məni əsəbiləşdirmir. / peşman halda / Yatırlar, hamı yatır! /Balıncın altından yastı, gümüş içki qabını çıxarır, açıb içir, qabı yenə ora qoyur / Bunlar belədirlər! Qoca adamı tək qoyub, harasa biabırçı işlərlə məşğul olmağa gedirlər. Həmişə belə eləyirlər. Qoca adamı atıb kefləri istəyən yerə gediblər. Bəs niyə? Ona görə ki, onlar məni sevmirlər. Mənim müdrikliyim, təcrübəm, himayəm onların nəyinə lazımdır? Onlar mənim atalıq hisslərimi rədd eləyirlər, mənim qayğıkeşliyimə gülürlər. Axı niyə belə eləyirlər? Qətiyyən mənim qayğıma qalmırlar. / peşman halda / hamının üz döndərdiyi, yazıq, tənha qocayam. Mən İov kimi onların murdar arzularının çirkabına düşmüşəm. Bəlkə də onlar yuxuda hətta məni lağa qoyub gülürlər? Qocanı nə yaman aldadırıq! Gözümüzü yuman kimi bir fyüü... azad oluruq! Ha-ha-ha, hi-hi-hi! Yox! Mən daha buna dözə bilmərəm! Azadsınız? Mən azadlığı sizə göstərərəm! Balıncın altından şeypur çıxarıb çalır. Ər və arvad oyanırlar. Gəlmə oyanmır.
Ər - / yuxulu / Nə? Nə olub? Qoca – Heç nə olmayıb. Sadəcə olaraq mən daha sizin bu tərbiyəsizliyinizə baxa bilmirəm. 328
Arvad - / yuxulu səslə / Əzizim... Qoca - / şübhə ilə / Necə? Hansı əzizin? Ər - / əlini sinəsinə sıxır / Oy, ürəyim... Qoca – Nə ürək? Hansı ürəyin? Ər – Mənim ürəyim zəifdir. Belə getsə mən öləcəyəm. Qoca – Boş şeydir. Mən səndən yaşlıyam, amma, özümü əla hiss eləyirəm. Arvad – Oyy, başım... Qoca - / şübhə ilə / Nə baş? Başına nə olub? Arvad – Ağrıdan başım çatlayır. Qoca – Çox yatmaqdandır. Məndən nümunə götürün. Mən yatmıram, başım da öz qaydasındadır. Niyə? Ona görə ki, vicdanım təmizdir. Ər – Bizi niyə oyanmışsan, ata? Qoca – Sizi nizam-intizama dəvət etmək üçün. Ər – Deyəsən axı siz kart oynamağa hazırlaşırdınız. Qoca – Hə, istəyirdim. Amma kimlə oynayım. Sizin bu kirayənişin sizdən əvvəl yuxuya getdi. Hələ də yatır. Gəlmə xoruldayır, hamı ona baxır. Ər – Ağlagəlməz işdir. Bu boyda səs- küydən oyanmayıb. Qoca – Bəs mən nə deyirəm? Tərpədin görək bu yuxu dəlisini. Ər - / gəlməni tərpədir / Oyanın. Gəlmə nə isə mızıldanır, amma oyanmır.
Mənə kömək eləyin. Hər üçü Gəlməni silkələyirlər, amma o yenə oyanmır.
Heç nəyin xeyri yoxdur. Qoca – Dayanın görüm... Mən özüm onun öhdəsindən gələrəm. Şeypuru Gəlmənin qulağına tutub çalır. Ər və Arvad qulaqlarının tuturlar.
Arvad – Oy, başım... Ər – Oy, ürəyim! Arvad – Başım çatlayır! Ər – Ürəyim ağrıyır, Ata, dayanın! Qoca nəfəsi çatan qədər şeypuru çalır. Yorulub dayanır. Nəfəsi tutulur, zorla nəfəs alır.
Qoca – Bir baxın! Nə əcaib məxluqdur. Əldən düşdüm. Nəfəsim tamam kəsilir. Ər – Nə eləyək? Arvad – Bəlkə həkim çağıraq? Ər – Ata ölünü də yuxudan oyadar. Qoca – Düzdür. Deməli o ölməyib, amma bərk yatıb. Ər – Nə eləmək olar? Səhər özü oyanana qədər gözləmək lazımdır.
329
Qoca – Nə? Bəs mən kart oynamayım? Siz yenə yatacaqsınız, mən isə tək qalıb səhərə qədər darıxacağam. Yox, belə olmaz! Dayanın, dayanın. Bir üsul da var, ruhdan düşmək lazım deyil. Balıncın altından içki qabını çıxarır, ağzının açıb Gəlmə adamın burnuna tutur. Gəlmə telepat adamlar kimi qalxır. Qoca içki qabını geri çəkdikdə Gəlmə dikəlib oturur.
Arvad – Durdu! Ər – Oyandı! Qoca - / təntənə ilə / Gördünüz? Təsir elədi! Hər kim olsa mən öhdəsindən gələrəm! Gəlmə nə isə mızıldayıb əlini içkiyə doğru uzadır.
Qəflət yuxusundan oyanmanın şərəfinə! / qabdan içki içir, qabı yenə balıncın altına qoyur. Oradan kartları çıxarıb qarışdırır /
Gəlmə - Mən haradayam? Ər – Hələ bunu soruşursunuz da! / Qocanın karta başı qarışdığını görüb, astadan / Siz qocanı əyləndirməli idiniz, amma daş kimi yatmışsınız. Vəzifənizi əcəb yerinə yetirirsiniz... Gəlmə - Mən? Ər – Nədir, şərtimiz yadınızdan çıxıb? Gəlmə - Mən... Ər – Elə bilirsiniz sizi mən öz kefim üçün evimə gətirmişəm? Gəlmə - Axı.... Ər – Siz fərsizsiniz! Gəlmə - Bəlkə. Mən... Ər – Şey-şüyünüzü də yığışdırın, gedin! Gəlmə - İndi? Gecənin bu vaxtında? Ər – Fırıldaqçı! Rədd olun! Qoca - / əlini qulağına tutub / Ey, siz orda nə pıçıldaşırsınız? Gəlmə - Nə deyirəm? Necə buyurursunuz! Amma, ola bilsin ki, ata cənabları başqa fikirdə olacaq. Ələlxüsus, gördüyüm yuxunu ona danışsam. / Qocaya / Gördüyüm yuxu yadıma düşüb. Qoca – Bərkdən, bərkdən danış. Yuxuda nə görmüşsünüz, cavan oğlan? Gəlmə - Yuxuda gördüm ki... Düzü, bilmirəm bunu danışmaq olar ? ... Qoca – Ürəkli olun, danışın! Gəlmə - Yuxuda gördüm ki, qəzetdə ev kirayə verilməsi barədə elan oxumuşam. Qoca – Nə olsun? Burda maraqlı nə var? Gəlmə - Sonrası maraqlıdır. Göstərilən ünvana gəlirəm. Məni gödək boylu, bığlı, murdar sifətli ev sahibi qarşılayır... Ər - / astadan / Ey, nəyi danışırsınız? Gəlmə - Deyirəm, bəs belə, elana görə gəlmişəm, ev axtarıram. Amma o elanda yazdıqlarını boynundan atmaq istəyir; xüsusi otaq verə bilmərəm; yalnız çarpayı verməyə gücüm çatır. Razılaşıram. Əlacım nədir? Amma, o sonra deyir ki – ayrıca çarpayı da yoxdur. Eşidirsiniz? Çarpayı da ayrı deyil! Qoca – Maraqlıdır, çox maraqlıdır. Ər - / astadan / Qurtarın.
330
Gəlmə - Çarpayıda bir nəfər yox, bir neçə nəfər yatır. Mən təəccübləndim ki, bu necə ola bilər... Cavabında o mənə... Ər – Bəsdir! Gəlmə - Bu evin faciəsini eşidin deyir... Qoca - / əlini qulağına söykəyib / Necə, o necə deyir? Gəlmə - Qalanını qısa danışıram, çünki, məni buradan qovurlar. Bu tip mənə deyir: ―Bizə kömək eləyin, mən arvadımla...‖ Ər – Heç kim sizi qovmur. Gəlmə - Heç kim qovmur? Ər – Əlbəttə, yox. Gəlmə - Qəribədir. Mənə elə gəldi ki... Ər – Düzdür, o sizə elə gəlib. Nə qədər istəsəniz burda qala bilərsiniz. Gəlmə - Bax bu başqa məsələ. Qoca - / hövsələsiz / Bəs sonra, sonra nə oldu? Gəlmə - Bilmirəm. / yuxunun elə o yerində oyandım / Ər – Of! Allaha şükür! Qoca – Necə yəni oyandım? Gəlmə - Elə-belə oyandım. Siz özünüz gördünüz. Ər – Axmaq yuxudur. Düzdür, ata? Gəlmə - Həqiqətən çox axmaq yuxudur. Qoca – Həmişə belə olur! Yatırsınız heç nə məlum olmur. Yuxuda gördüyünüzü də boynunuza alanda da axıra qədər danışmırsınız! Amma, bu yuxu, çox şübhəli yuxudur. Gəlmə - Yox, siz nə danışırsınız! Belə boş şeyə fikir verməyin. Ər – Elə-belə... Gecə sayıqlamasıdır. Arvad – Axmaq yuxudur. Gəlmə - Hə, indi mən yatıb doymuşam. / Arvada / Yeməyə bir şey olsaydı yaxşı olardı. Zəhmət olmazsa, soyuq ət, ya da piroq. Gecələr mənim iştaham yaman açılır. Arvad - / Ərinə / Mən ona qulluq eləməliyəm? Həyasızlığa bir bax! Gəlmə - Dayanın, dayanın, yuxunun qalanı yavaş-yavaş yadıma düşür. Ər – Ona yeməyə bir şey gətir. Dayan, bir yerdə gedək. Qoca - / Ərə / Sən yat! / Gəlməyə / Cavan oğlan, sən mənim xoşuma gəlirsən. Bilirsən niyə? Ona görə ki, tək yaşayırsan, arvadsız. Bütün bədbəxtliklər birinci günahdan, Adəm və Həvvanın elədikləri günah işdən başlanıb. Bax, buna görə mən keşik çəkirəm ki, həmin qalmaqal bir də təkrar olmasın. Əgər o vaxt Allah cənnətdə məni özünə köməkçi götürsəydi, heç nə baş verməzdi. Arvad soldakı qapıdan çıxır. Qoca kartları qarışdırır.
Oynayaq? Gəlmə - Böyük məmnuniyyətlə. Qoca – Vist oynayaq. Gəlmə - Əla oyundur. Amma indi dəbdə deyil. Qoca – Şadam ki, bu oyun sənin xoşuna gəlir. Gəlmə - Mən əslində heç kart oynaya bilmirəm, o da qalmış vist ola. Qoca – Sən bunu əvvəldən deyə bilmirdin? Gəlmə - Demək istəyirdim, məni yuxu tutdu. Qoca – İndi mən nə eləyim?... Heç nə oynaya bilmirsən? Duraki də?... Gəlmə - Heç nə. Qoca – Necə, heç vaxt özünü sınamamışsan? 331
Gəlmə - Sınamışam. Amma, oynamağa qabiliyyətim çatmayıb. Qoca - / lovğa-lovğa / Bəli. Bu işdə həqiqətən baş lazımdır. Gəlmə - Həm də mən qumarı sevmirəm. Qoca – Boz şeydir. Arabir elə-belə kart oynamağın ziyanı yoxdur. Gəlmə - Həm də bəxtim gətirmir. Qoca – Risk eləmək lazımdır. Gəlmə - Başlıca səbəb odur ki, qumara qurşanmaqdan qorxuram. Qoca – Başla görək! Mən uşaqlıqdan oynayıram, nə olsun? Heç oynamaya da bilərəm. Heç həvəsim də olmur. / Qışqırır / Hə, biz oynayacağıq, yoxsa yox? Gəlmə - Əgər cənab general təkid eləyirsə... Bir oyun bir az yadımdadır, amma çox az... Qoca – Hansı oyun? Gəlmə - Yadımdan çıxdı... Adı necə idi? Hə, hə, deyəsən pokerdir. Hə, poker. Qoca – Nəhayət, yadına düşdü. Ömrümdə belə key adama rast gəlməmişəm. Gəlmə - Nədir, doğrudan belə oyun var? Qoca – Var, var. Amma səndən ötrü bu çox çətin oyundur. Gəlmə - Təəssüf ki, başqa heç nə oynaya bilmirəm. Qoca – Yaxşı, poker deyirsən, poker olsun. Günah özündədir ki, asan bir oyun öyrənməmişsən. Bankir mənəm. Gəlmə - Bankir olmaq nə deməkdir? Qoca – O deməkdir ki, kartı mən paylayacağam. Sən bacarmazsan. Gəlmə - Bəs nədən oynayırıq? Qoca – Heç nədən. Sənin kimi axmağı soymaq mənə yaraşmaz. Gəlmə – Yox, mən belə oynamağa razı deyiləm. Oynaya bilməsəm də, mənim mənliyim var. Xahiş eləyirəm məni özünüzə bərabər səviyyəli rəqib kimi qəbul eləyəsiniz. Qoca – Yaxşı, nə deyirəm. Nədən istəyirsən oynayaq. Gəlmə - Səhv eləmirəmsə, hələ yuxuda olanda mən nə isə bir iy hiss eləmişdim./Ov tulası kimi iyləyə-iyləyə altında içki qabı gizlədilən balınca yaxınlaşır, oranı göstərir./ Buradadır! Qoca - / içki qabını oradan çıxarır / Bunu deyirsən? Gəlmə - Hə, hə, onu! Qoca – Bəs sən nə qoyursan? Gəlmə - Bir şey taparam. / Çarpayının altına uzanır, ordan öz çamadanını çıxarır. Onu açır. Ordan ağzı açıq, yarlıqsız butulka götürür. Butulkanı Qocaya uzadır. Qoca tərəddüdlə butulkanı nəzərdən keçirir, onu iyləyir, silkələyir, o yan-bu yana çevirir /
Qoca – Boşdur. Gəlmə - Düzdür. Qoca – Yaxşı. Onsuz da bu elə-belə, forma üçündür. / Özünün içki qabını və boş butulkanı ortaya qoyur. Kartları kəsmək üçün Gəlməyə verir /
Gəlmə - Mən onlarla nə eləməliyəm? Qoca – Kəs. Gəlmə kəsir. Qoca kartları paylayır. Kartları götürürlər.
Gəlmə - Sonra? Qoca – Kartları açmaq lazımdır. Gəlmə öz kartlarını göstərir. Ər - / Gəlmənin kartlarına baxıb / Təəssüf! Qoca - / öz kartlarını açır / Oha! Sən uduzdun. / İçki qabını və butulkanı qabağına çəkir / Gəlmə - Nə eləmək olar? Ac olanda mən həmişə uduzuram. 332
Qoca – Uduzdun! Əgər sən udsaydın, onda mən uduzardım. Amma, mən heç vaxt sənin kimi xamlara uduzmuram. Ha-ha-ha! Gəlmə - Ha-ha-ha! Bir də oynayaq? Qoca – İndi nədən? Gəlmə - O şeypurdan. Mən uşaqlıqdan şeypur arzusunda olmuşam. Uşaq olanda, akvariumun qırağında oturub... Qoca – Bəs sən nə qoyacaqsan, qoçaq? Bu – Əla şeypurdur. Polkdan mənə yadigardır. /Gəlmə çamadandan böyük, uzun bir zəngli saat çıxarıb Qocaya verir. Qoca onu qulağına tutur, silkələyir, yenə qulağına tutur./
İşləmir. /Saatı Gəlməyə qaytarır. O saatı qəsdən yerə salır, sonra götürüb Qocaya verir. Qoca onu qulağına tutur./
İşləyir. Gəlmə - Əla saatdır. Qoca - / rişxəndlə / Bütün ömrü boyu zəngli saat arzusunda olmuşam. Ha-ha-ha! Gəlmə - Ha-ha-ha! /Qoca kartları qarışdırır, Gəlməyə verir. Gəlmə kartı kəsir. Qoca kartları paylayır./
Qoca – Oyna. Ər - / Gəlmənin kartlarına baxıb / Mən məsləhət görməzdim. Qoca – Ey, kənardan demək olmaz! Gəlmə - Eşidirsiniz, cənab general nə deyir? Demək olmaz. Ər - / incik / Özünüz bilin. / kənara çəkilir / Gəlmə - / kartlarını açır / Biz belə oynayırıq! Qoca – Amma biz belə oynayırıq / kartlarını açır / Sən uduzdun. / Şeypuru və saatı qabağına çəkir / Amma yaman oyunçusan, ha? Ha-ha-ha! Gəlmə - Sizin bəxtiniz yaman gətirir, general. Ər – Bəs mən nə deyirdim? Mənə qulaq asmaq lazım idi. Qoca – Hə, necədir? Payını aldın? Gəlmə - Mənim az da olsa təcrübəm olmadığına görə... Qoca – Mən xəbərdarlıq eləmişdim. Gəlmə - Həm də sizin bilikli və bacarıqlı olmanız... Qoca – Bu- düzdür. Mənim böyük təcrübəm var. Gəlmə - ... Məni məcbur edir ki, oyunu dayandırım. Qoca – Nədir? Qorxub qaçırsan? Gəlmə - Mənə heç bir ümid yeri qalmır. Qoca - / peşman olur / Axı hələ təzəcə başlamışdıq! /Ər gəlməyə işarə edir./ Gəlmə - Elə ona görə də nə qədər ki, qurşanmamışam ,qurtarmaq lazımdır. Qoca – Cəmi bircə dəfə! ... Gəlmə - Mənim bəxtim gətirmir. Qoca – Bəlkə birdən bəxtin gətirəcək?! Ər – Oynayın / astadan / Bu sizin borcunuzdur. Siz ona görə buradasınız. Gəlmə - Yox. Qoca – Ən axırıncı dəfə. Nədən istəyirsən, oynayaq! 333
Gəlmə – Əgər belədirsə... Sizin bu üçkünc şlyapanızdan oynayaq, general? Qoca – Bəlkə, başqa bir şeydən oynayaq? General şərəfini qumara qoymaq mənə yaraşmaz. Mən bu şlyapada parad qəbul eləyəndə minlərlə göz mənə tamaşa eləyərdi. Məhəbbətlə, hörmətlə. Gəlmə - Çox gözəl. Mən həmişə başıma nə isə abırlı, sanballı bir şey örtmək istəmişəm ki, hamı mənə hörmət eləsin. Mənim atamın da gözəl forması var idi, o heyvanları yemləməyə gedəndə həmişə furajkasını örtərdi. Onun furajkası heyvanlarda dərin təəssürat yaradardı. Qoca – Sən bu baftalara bir bax, cavan oğlan. Bilirsən ,onların rəngi niyə solmayıb? Bunların üstünə həmişə bayrağın kölgəsi düşüb. Bu baftalara tabeliyimdə olanların məhəbbəti, düşmənlərin nifrəti var. Bu – nəcib bir ənənədir. Bu – şərəfdir, ləyaqətdir. Bu qədər ölməz dəyərlərin simvolu qarşısında ortaya nə qoya bilərsən, cavan oğlan? Gəlmə - Məndə qeyri – adi bir şey var. O yəqin ki, sizin xoşunuza gələcək, general. Bir dəqiqə! / Çamadandan Tirol istehsalı olan dəridən tikilmiş iki trusik çıxarır / Qoca – Bu nədir? Gəlmə - / ciddi / Tirol xalq geyimi. Qoca – Deməli sən tirollusan? Gəlmə - Yox, bu yaxınlarda səhnədə çıxış eləmişəm. Düzdü, kiçik rolda... Bilirsiniz, nə iş olsa, görməli olursan ... Qoca – Bəs bu səndə niyə qalıb? Gəlmə - Teatrdan yadigar kimi götürmüşəm. Qoca – Oynadığın hansı pyes idi? Gəlmə - ―Tirollu quş satıcısı.‖ Bəlkə bilirsiniz? / Tirol melodiyasını bərkdən oxuyur / Qoca – Bəsdir, bəsdir! Gəlmə - / incik / Bilirsiniz məni niyə alqışlayırdılar?! Qoca – Sən bunu oyuna qoymaq istəyirsən? Mənim hərbiçi şərəfimə qarşı, bunu?! Gəlmə - / təkəbbürlə / Bu şöhrətli günlərimin məndən ötrü ən qiymətli yadigarıdır. Qoca – Mənim şərəfim bir cüt köhnə trusikəmi bərabərdir? Gəlmə - Bunlar əynimdə olanda mən özümü çox xoşbəxt hiss etmişəm. Qoca - Mən döyüş bayrağının təhqir olunmasına yol vermərəm! Gəlmə - Mən sizə artist ləyaqətinin alçaldılmasına yol vermərəm! Ər – Cənablar, mübahisə eləməyin. Qoca – Heç vaxt! Gəlmə - Xoşunuza gəlmirsə, mən oynamaya da bilərəm. Qoca – Di yaxşı! Qurtaraq bu təlxəkliyi. / çarpayının şlyapanı çıxarıb üstünə atır / Gəlmə - Başıma ölçə bilərəm? Qoca – Əlini çək, cənab...cənab? Gəlmə - Foqelhandler aus Tirol! Tirollu quş satıcısı! Qoca – Sən hələ onu udmalısan, cəmiyyətin aşağı təbəqələrinin bədbəxt nümayəndəsi! Hələ ki, şalvarının olduğuna sevin, amma bu lələyə əlin dəyməsin! Gəlmə - Xətrinizə dəydimsə, bağışlayın. Qoca – Müqəddəs şeylərdən əlini çək! Gəlmə - Paylayın. /Arvad sol qapıdan gəlir. Podnosda bulka gətirir./ Arvad – Yemək hazırdır. Ər – Sus! Mane olma. Qoca – Hə, başlayaq! / öz kartlarını açır / 334
Gəlmə - Başlayaq! /Öz kartlarını açır. Ər əl çalır. Qoca sanki qiyamət günü qarşısındadır. Ər alqışları yavaş-yavaş azaldır. Sükut. Hamı susur./
Qoca - / hədələyici tərzdə / Bu nə deməkdir? Gəlmə - / şlyapanı başına örtür / Siz uduzmuşsunuz, general. Qoca – Mən? Uduzmuşam? Gəlmə - Əgər siz udsaydınız, onda mən uduzardım! Amma, mən heç vaxt uduzmuram. Ha-ha-ha! Güzgü! /Arvad ona güzgü verir./ Təşəkkür edirəm! / Əda ilə şlyapanı götürür /
Qoca – Mənim şlyapam! Gəlmə - / güzgüdə özünə tamaşa edir / Məncə, şlyapa mənə yaraşır. Düz deyirəm, general? Qoca – Bu mümkün deyil! Ər - / Kartları nəzərdən keçirir / Siz uduzmuşsunuz, ata. Qoca – Qaytar! Gəlmə - Üzr istəyirəm, o artıq mənimdir. Gəlin belə eləyək, mən tirol xalq geyimini sizə bağəşlaya bilərəm. / Bulka yeyir /. Qoca – Mənim şərəfim! Gəlmə - Sizin şərəfinizdən / şlyapaya işarə edir / başqa nədən oynamaq olar? Yalnız bu yolla siz onu geri qaytara bilərsiniz. Mən öz şlyapamı, daha doğrusu sizin şərəfinizi qoyuram. Bəs siz? Qoca – Hər şeyimi! Gəlmə - Hər şeyinizi? Sizin hər şey dediyiniz nədən ibarətdir? Boş butulka, paslı saat, cır-cındır. Şərəfinizin əvəzinə bunları qoyursunuz? Əgər mən buna razı olsam, sizi təhqir eləmiş olaram, general. / şlyapanı açıb qocaya göstərir / Baxın, sizin, daha doğrusu mənim lələyim, necə gözəl yellənir? / Lələyə üfürür / Küləkdən necə yırğalanır? Mən onu sizdən də çox sevirəm, bu gözəl lələklər keşiş arvadı deyil ki, nəyə gəldi dəyişəm. Utanın, general! Mən elə bilirdim ki, siz öz şərəfinizi çox uca tutursunuz! / Şlyapanı yenidən örtür / Bunlar azdır. Qoca – Mənim başqa heç nəyim yoxdur. Gəlmə - Doğrudan heç nəyiniz qalmayıb? Qoca – Heç nəyim! Heç nəyim! Heç nəyim! Gəlmə - Heyf. Amma vəziyyəti nəzərə alaraq bunlarla kifayətlənərik. Qoca – Kartları ver. Gəlmə - Deməli, oynayaq? Qoca – Oynayaq. Gəlmə - Nəyiniz var, qoyursunuz? Qoca – Hər nəyim var! Gəlmə - Bankir mənəm. / şlyapanı ortaya qoyur, ustalıqla kartı paylayır / Niyə mənə elə baxırsınız? Qoca – Sizin fizionomiyanızı öyrənirəm. Gəlmə - Heç vaxt artist görməmişsiniz? Qoca – Rəqibin sifətini öyrənməlisən ki, biləsən qabağındakı kimdir. Gəlmə - Bir şey görə bildiniz? Qoca – Heç nə. 335
Gəlmə - Necə yəni, heç nə? Qoca – Boş qabda yenə nə isə görmək olar, amma, sənin sifətində heç nə. Əgər boşluğun heykəlini yaratmaq mümkün olsaydı, onda sənin sifətin şedevr sayılardı. Gəlmə - Heç nə görmədiniz? Ola bilməz. Qoca – Adətən insanın fikirləri, hissləri onun sifətindən oxunur. Əgər onlar nəcibdirsə, insanın sifəti də nəcib olur. Əgər alçaq, rəzildirsə, sifət də alçaq, rəzil olur. Bəs sifətində heç bir hiss olmayan, görəsən, nə yuvanın quşudur? Gəlmə - Bəs profildən necə? / yana çevrilir / Qoca – Yox, heç nə görmürəm. Ya sənin ürəyin elə boşdur ki, üzündə heç nə görünmür, ya da gönün elə qalındır ki, ən kobud hisslərin belə onu deşib keçə bilmir. Amma çox ehtimal ki, səndə hər ikisi var. Gəlmə - Xeyr, icazənizlə! Mən mədəni adamam. Hələ mən zooparkda oynayan vaxtlar xanımlar deyərdilər: ―Necə mədəni oğlandır‖. Onlar meymunlar üçün gətirdikləri konfetləri dəfələrlə mənə veriblər. Mən özüm qəsdən qəfəsin yanında dayanırdım. Meymunlara bir dənə də olsun konfet çatmırdı. Hamısını mən alırdım. Hətta buna görə meymunların məndən zəhləsi gedirdi. Qoca – Heyvanlar heç vaxt səhv eləmirlər. Ona görə də meymunların səndən zəhlələri gedirmiş. Elə lap əvvəldən sən mənə şübhəli görünmüşdün. Deməli, insan nöqteyi-nəzərindən... Gəlmə - İnsanlar hamısı eynidir, amma meymunlar insanlardan da pisdirlər... Qoca – Elə sənin bir qəpiyə dəyməyən bir adam olmağın məndə ümid yaradır. Nəcabət, ürək, ağıl boşluğa, mənasızlığa qalib gəlməlidir. Mənim yüksək əslimnəcabətim, yüksək rütbəm, yüksək mədəniyyətim sənin miskinliyin qarşısında məğlub ola bilməz. Miskinlik heç vaxt yüksək ideallara qalib gələ bilməz. Anarxiya yüksək rütbəlilərə tabeçiliyi məhv edə bilməz. Nəyim varsa, hamısını bir karta qoyuram, çünki, yüksək dəyərlərin qələbəsinə inanıram. Gəlmə - Bax, indi, siz əsas mətləbdən danışdınız, general. Ər - / Gəlmənin kartlarına baxıb astadan / Deyəsən, siz, həddinizi aşırsınız. Gəlmə - Nə olub axı? Ər – Sizdə beş tuz var. Gəlmə - Ay səni, düzdür. Çox sağ ol. / Gizlicə kartın birini yerə atır / Qoca – İrəli! / Öz kartlarını açır / /Gəlmə tirol melodiyası oxuyub kartlarını açır./ Ər – Ura! Arvad – Ata uduzdu! Ata u-duz-du! / Şən halda çarpayının üstündə atılıb düşür. Gəlmə şlyapasını başına örtür, şeypur çalır. Saat zəng çalır./
Qoca – Görürəm! Bu evdə heç kəs məni sevmir. Mənim elədiyim yaxşılıqların əvəzidir?! Ər, Arvad - / əl-ələ tutub atılıb düşərək qışqırırlar / Ata u-duz-du! Ata u-duz-du! /Artıq heç kəs Qocaya fikir vermir. Gəlmə gah içki Qabını, gah da şeypuru ağzına dirəyir, gah içki içir, Arada tirol mahnısı oxuyur. Saat zəng çalır. Hamı qışqırır, gülür, qucaqlaşır./ Qoca - / Çarpayının üstündə ayağa qalxır / Bəsdir! /Hamı yerində donur. Sükut. /
336
Xoşunuza gəlir? Sevinirsiniz? Onda mən sizə göstərərəm! / Gəlməyə /Elə bilirsən, mənim başqa heç nəyim yoxdur? Məndə hələ bəzi şeylər qalıb. Balıncın altından qılıncı çıxarır / Mənə qalib gəlmək istəyirdin? Arvad – Məni xilas elə! / Ərini qucaqlayır / Gəlmə - Siz nə edirsiniz, general! / Şlyapanı çıxarır / Qoca – Mənə qalib gəlmək istəyirdin? Gəlmə - Mən yox, tale. Tale isə məlumdur ki, dəyişkən olur... Gizlədin onu, general. Qoca – Gizlədəcəyəm, əlbəttə, gizlədəcəyəm. Qınına soxacağam. Amma bu qılıncın qını sən olacaqsan. Gəlmə - Nə gözəl qılıncdır! Qoca – Ay səni, tirollu əclaf! Mən səni! .. Gəlmə - Bəlkə, oynayaq? Qoca – Nədən? Gəlmə - Qılıncdan. /Qocadan vəhşi nərilti qopur, qılıncı fırlada-fırlada Gəlmə adamın üstünə atılır. Gəlmə sağ tərəfə qaçır. Qoca da onun dalınca. Qocanın qışqırtısı və ayaq tappıltıları səhnə arxasında eşidilməz olur. Ər və Arvad şamları söndürürlər./
II Hissə III Pərdə / Dekorlar birinci pərdədəki kimidir. Stol və stullar götürülüb. Boynuna şarf bağlamış Gəlmə adam səhnədə gəzişir. Generalın şlyapası artıq onun başında yoxdur.O, Körpəyə dayəlik edir. Körpə - iri bədənli, kök, qıpqırmızı yanaqlı yeniyetmədir. Onu yaşlı aktyor oynamalıdır. Gəlmə adam təbii ki, onu çox çətinliklə, fısıldaya-fısıldaya, ayağı ilişə-ilişə gəzdirir. Körpənin əyninə ağ uşaq kostyumu, ayaqlıq geydirilib. Ağ, qotazlı papaq onun sifətini örtür. Yalnız burnu və gözləri görünür./
Gəlmə - / oxuyur / A-a-a, iki pişiyim var idi! Sən yuxulayacaqsan, ya yox! A-a-a! Yatmır! / getdikcə hirslənərək / A-a-a, - iki pişiyim var idi! Başa düşdün, zibil? Bir pişik, iki pişik, birlikdə oldu iki pişik! Biri ala, biri qara! A-a-a! Yoxsa mən aydın demirəm? /Körpə ağlayır./ Lənətə gələsən! Heç vaxt təsəvvür eləməzdim ki, dayəlik belə çətin imiş. İşə bir bax, əgər mən olmasaydım, bu heç anadan olmazdı. Müəyyən mənada mən onun atasıyam. 337
Düzdür, doğma atası olmasam da, xaç atalığından artığam. Mən buna görə məsuliyyət daşıyıram, hətta bir qohumluq da hiss eləyirəm. /Körpə ağlayır./ Sakit, qohumcığaz! /Körpə getdikcə daha bərkdən ağlayır./ Yox, sakit olmayacaq. /Sol qapıdan arvad gəlir./ Arvad – Burada nə olub? O niyə yatmır? Gəlmə - Mən də bilmək istəyirdim. Bir saatdır onu yüyrəyirəm, yüyrəməkdən daha belim ağrıyır. Arvad – Əcəb dayəlik eləyirsiniz. Yazıq balam... Gəlmə - Məni uşağa dayəlik eləmək üçün tutmuşsunuz, belə nəhəngə yox. Arvad – Danışığınıza fikir verin. Sizin qabağınızda ana dayanıb. Gəlmə - Ana , ana... Nə olsun? O anadan olandan elə bircə onu eşidirik. ―Mən anayam... Mənə, anaya...‖ Elə bil, sizə Müqəddəs Ana ordeni veriblər. Guya, uşaq doğmaq çətin işdir. Mənim anam da bu işi eləyib. Özü də necə?! Buna əmin olmaq üçün təkcə mənə baxmaq kifayətdir. Özü də tərifləmək olmasın, mənim anam bunu sizdən daha keyfiyyətli edib. Hər halda nəticələr göz qabağındadır. Körpə Gəlmənin sifətini şillələyir. Arvad – Ox! Ağıllı balam! Gəlmə - Necə? Məgər uşağın öz atası yerində olan bir adamı döyməsi yaxşı hərəkətdir? / Körpəni döşəməyə qoyur / Arvad – Necə də güclüdür! / Körpənin yanında diz üstdə oturub onu qucaqlayır / Gəlmə - Bəli! Bax, buna daha sözüm yoxdur. / kənara / Yaxşı ,zibil, əvəzini çıxaram. Arvad – Nə dediniz? Sol qapıdan Ər gəlir. Ər – Ata olmaq necə böyük xoşbəxtlikdir! Gəlmə - İndi də bu başladı. Ər – Bu necə də gözəl, təzə, əvvəllər rast gəlmədiyim bir hissdir! Ata! Necə məğrur səslənir! Gəlmə - Elədir. Mən ondan elə bunu gözləyirdim. Ər – Mənim qarşımda yeni imkanlar açılır! İndi mənim ağıl və təcrübəmə sahib olacaq varisim var. Oğlum mənim qanımı, canımı, adımı gələcəyə aparacaq. O mənim istedadımın, ağlımın, sağlamlığımın və bütün bacarığımın varisi olacaq. Gəlmə - Yel xəstəliyi artıq yadından çıxıb. Ər – O hər şeydə mənə bənzəyəcək: gözəl, qoçaq, güclü, ağıllı olacaq. Gəlmə - Bəs skleroz, başınızdakı kəpək, sarılıq hara olacaq? Ər – Mən işimdən əl çəkəndə, bu iş ona miras qalacaq. Gəlmə - Hansı iş? Ər - ... bu işi davam etdirəcək ki, o da öz növbəsində gələcək nəsillərə ötürsün. Arzulayacaq, sevəcək, qurub-tikəcək, qələbələr qazanacaq. Əzabla dolu həyatımda mənə qismət olmayan arzularımı o həyata keçirəcək. Boynuma alıram, həyatım o qədər də alınmayıb, dəfələrlə özüm-özümdən soruşmuşam; axı mən nədən ötrü bu dünyaya gəlmişəm. Gəlmə - Bax, özünün bəyənmədiyi bir şeyi başqası üçün də arzu eləmə. 338
Ər – Amma, o, mənim əvəzimə bütün arzularımı həyata keçirəcək. Axı o mənim adımı daşıyacaq. Gəlmə - Bu – özgəsinin əli ilə od eşmək deməkdir. Ər - ... onun gələcəyi mənim keçmişimi mənalandıracaq. Gəlmə - Amin. Ər - / Körpəyə / Salam, mənim varisim. Sənə əsil həyat yolu göstərirəm. /Körpə daha şiddətlə hönkürüb bağırır./ Gəlmə - Yazıq uşaq. Deyəsən, o, hər şeyi başa düşdü. Ər - / Körpənin qabağında çöməlir / O niyə ağlayır? Arvad – Yaxın durma. O səndən qorxur. Ər - / incik / Məndən? Niyə? Arvad – Nədir, Edip kompleksinin nə olduğunu bilmirsən? Uşaq səndən ona görə qorxur ki, sən atasan. Bir utan, körpəyə əzab vermə! Adını ata qoyub! /Körpə susub diqqətlə qulaq asır./ Ər – Mən günahkaram, nədir? Arvad – Bəli, günahkarsan! Bu qorxu kompleksi onda sənin ucbatından əmələ gəlib. Oğlum, düzdür, səndə qorxu kompleksi var, hə? Tü-tü-tü! Ər – Deməli, mən onun atası olduğuma görə günahkaram? Arvad – Bəli! Özün boynuna alırsan! Ər – İndi mən nə eləməliyəm? Bəlkə sən mənə izah eləyəsən? Mən həm onun atası olmalıyam, həm də atası olmamalıyam? Arvad – Nə? Oğlundan imtina eləyirsən? Qansız-yırtıcı! /Onlar dalaşdıqca Körpə tennis oyununa baxırmış kimi başını gah ataya, gah da anaya tərəf döndərir./ Ər – Əgər o sənə bənzəsə, mən heç onun atası olmaq istəmərəm. Nə axmaq şeylər danışırsan! Arvad – Mənim üstümə qışqırırsan? Mənə? Körpə uşağının anasına? Ər – Yadından çıxarma ki, mən uşağın atasıyam! Arvad – Mən isə anasıyam! Ər – Xoşbəxtlikdən o mənə oxşayır. Düz fırt eləyib, burnumdan düşüb. / Körpənin çənəsini sığallayır / Arvad – Səhv eləyirsən, uşaq mənə oxşayır. Ər – Gözləri mənim gözlərimdir, sifəti mənim sifətim... qalanlarını heç demək lazım deyil. Şübhə yoxdur, mən özüməm! Arvad - / Ərin əlini kənara itələyib, uşağın çənəsindən tutaraq, onun başını özünə tərəf çevirir / Ha-ha-ha! Onun gözləri sənin gözlərin kimi necə ola bilər, axı, sən kortəhərsən. Yəni sən ona da bunu arzulayırsan? Yox, doğrudan da, gərək kor olasan, görməyəsən ki, onun gözləri mənimdir. Ər – Əgər sənin gözlərin mənim gözlərimlə eynidirsə, onda sən haqlısan. Amma, belə deyil! Mənim gördüyümü sən görmək istəmirsən.O büsbütün mənə oxşayır. Arvad – Bu saat aydınlaşdırarıq. Allaha şükür, burda mübahisəni ayırd eləmək üçün bitərəf adam var. / Gəlməyə / Zəhmət olmasa, yaxın gəlin. Gəlmə - Nə buyurursunuz? Arvad – Uşaq mənə oxşayır, düzdür? Gəlmə - Şübhəsiz. Arvad – Bəs mən nə deyirəm? Ər - / qamətini düzəldir / Mən sizə məsləhət görürəm ki, daha diqqətlə baxasınız. 339
Gəlmə - Düz deyirsiniz. Yaxından baxanda o sizə daha çox oxşayır. Arvad - Nə? Gəlmə - Daha doğrusu... daha çox... sizə. Ər – Bu sizin qəti sözünüzdür? Gəlmə - Yox. Bir dəqiqə. /Yaxşı müşahidə etmək üçün Körpənin qabağında çöməlib oturur, Körpə onun burnundan tutur./ Arvad – Hə, nə oldu? Gəlmə - / kənara çəkilərək / Təəssüf! Ər, Arvad - / bir yerdə / Kimə oxşayır? Gəlmə - Mənə. Ər – Sizin nə ixtiyarınız var? Gəlmə - Necə yəni, nə ixtiyarım var? Mən də onun anadan olmasına müəyyən kömək eləmişəm. Ər - / Arvada / Bu nə deməkdir? /Şeypur səsi eşidilir./ Arvad – Babadır! Ona səhər yeməyi aparmaq tamam yadımdan çıxıb. Axı mən anayam, o qədər işim-gücüm olur ki... Ər – Ona belə də lazımdır. Nəvəsi olandan, o bizdən inciyib. Otağa girib oturur, heç bir dəfə də çıxıb nəvəsinin üzünə baxmayıb. İnsan belə eləməz. Arvad – Bu yolla bizi cəzalandırmaq istəyir. Ha-ha! /Şeypur yenə səslənir./ Ər – Üfür, üfür. Bu – köhnə rejimin son sədalarıdır. Amma, bu isə yeni həyatdır! /Oğlunu qucağına almaq istəyir, amma gücü çatmır. Körpə çox ağırdır. Ər belini ovxalaya-ovxalaya kənara çəkilir. Körpə nə isə qığıldayaraq şeypur səsi gələn tərəfə dartınır./
Arvad – Uşağı oyatdı! Qoca kaftar! Gəlmə - O ki, yatmırdı! Arvad – Siz bunu anaya deyirsiniz? Onun yatıb-yatmadığını yalnız ana ürəyi duya bilər. Körpə şeypur səsi gələn tərəfə doğru iməkləyir.
Bir baxın, necə diribaşdır! Necə böyüyüb! Ər - / belini ovxalaya-ovxalaya / Buna şübhə yoxdur. Arvad – Necə bacarıqlıdır! /Körpə nə isə qığıldayıb, anasının əlindən çıxır./ Gəlmə - O ,şeypuru istəyir. Arvad – Musiqi duyumu çox güclüdür! /Körpə hövsələsiz halda qışqırır./ / ərinə / Qocanın yanına get, de ki, uşaq şeypuru istəyir.
Ər – Məncə o razılaşmaz. Şeypuru isə ac olduğuna görə çalır. Arvad – Uşaq şeypurla oynamaq istəyir. Bir bax, necə istəyir. Ər – Mən atamla bütün əlaqələri kəsmişəm. Ondan heç nə istəyən deyiləm. Arvad – Uşağın xətrinə də istəməzsən? Ər – Ac olanda o çox təhlükəli olur. Arvad – Sən heç bilirsən, qutan balalarına su əvəzinə öz qanını içirir? Ər – Amma o, kimdənsə şeypur istəməyə məcbur olmur. Arvad – Ya şeypur, ya da mən! Daha doğrusu, mən və şeypur, ya da, ya da... 340
Ər - / Gəlməyə / Gedin bizim üçün o şeypuru gətirin. Gəlmə - Qorxuram. Keçən dəfə qoca ağa məndən inciyib. Ər – Boş şeydir! Birtəhər barışarsınız. Deyin ki, mən tapşırmışam. Gəlmə - Hə, onda mütləq verəcək. / Qapını döyür. Qapının arxasından şir nəriltisinə bənzər səs eşidilir /
Ər – Hə, niyə dayandınız? Gəlmə - Ona mane olmaq istəmirəm. Bəlkə, əynini geyinməyib. Ər – Mən aydınca eşitdim. O dedi ki, buyurun. Gəlmə - Bu sözü o çox qəribə şəkildə tələffüz elədi. /Ər qəfildən Gəlməni otağa itələyir. Zərbə səsi eşidilir, sanki zərbə mis qazana endirilib. Gəlmənin içəri girməyi ilə çıxması bir olur./
Ər – Nə oldu? Gəlmə - Vermir. Ər – Siz ona dediniz ki, mənə lazımdır? Gəlmə - Bunu deməyə imkan tapmadım. Ər - / Arvada / Görürsən? Heç nə alınmır. Şeypur səsi eşidilir. Körpə daha da ağlayır.
Arvad – Nə isə bir yol tap! Yoxsa istəyirsən ki, uşaqda kompleks əmələ gəlsin? Ər – Onsuz da artıq onda kompleks var. Arvad – O yox, başqası! Uşaqdan heç nəyi əsirgəmək olmaz. Ər – Məncə mən nə isə əsirgəyirəm? Ata əsirgəyir. Arvad – Hə də, ata. Ər – Axı mən sənə dedim, atam şeypuru mənə vermədi. Gəlmə - Bağışlayın, siz yox, mənə vermədi. Ər – Dəxli yoxdur. Siz orda məni təmsil eləyirdiniz. Gəlmə - Amma təpik mənim özümə dəydi. Ər – Öz doğma atanla ünsiyyət nəticəsində məndə əmələ gəlməli olan kompleksi siz öz adınıza çıxmaq istəyirsiniz? /Şeypur səsi. Uşaq ağlayır./ Arvad – Ona de ki, heç olmasa şeypur çalıb uşağı hirsləndirməsin. /Divarın arxasından Qoca qurşağa qədər görünür. Onun əynində mundir, başında lələkli üçkünc şlyapa vardir. O şeypur çalıb, gizlənir./ Ər – Ata, eşidirsən? /Qoca yenə şeypur çalıb gizlənir./ Bir dayan görək! /Qoca əlində şeypur, görünür./ Qoca – Niyə? Ər – Ona görə ki... Uşaq ağlayır. Qoca – Çox gözəl. Nəvə ağlayır. Baba isə şeypur çalır. Bunların hansıdır mənim nəvəm? Hə, bu? Necə də eybəcərdir! Arvad - / Körpəyə / Mənim balam, o yırtıcını görürsən? O sənin babandır. Ər – Uşaq həmişə birinci olmalıdır. Qoca – Əksinə. Həmişə, hər yerdə birinci mən olmalıyam. Ər – Axı uşaq – həyatdır, bizim gələcəyimizdir. 341
Qoca – Həyat – səs-küydən ibarətdir. Çox səs-küylü adam çox şeyə nail olur. Hamıdan sakit kimdir? Meyid. Deməli, mən nə qədər çox səs-küy salsam, bir o qədər çox yaşayaram. Görərik, bu evdə kim çox yaşayacaq. Sizin küçüyünüz, yoxsa mən! /Şeypur çalır. Körpə qışqırır. Qoca şeypuru daha bərk çalır. Körpə də daha bərk qışqırır. Şeypur səsi və uşağın qışqırtısı bir-birini əvəz edir. Bu – yarışı xatırladır. /
Arvad – Ata, əgər şeypurun səsini kəsməsəniz, səhər yeməyindən əlinizi üzün. Qoca – Əksinə. Əgər mənə səhər yeməyi verilməsə şeypurun səsi kəsilməyəcək. Ər – Burada adamın ağlı azar! Ona yemək gətir, yoxsa baş-qulağımızı aparacaq. /Körpə bağırır./ Sən də səsini kəs! Şeypurun səsi bəs deyil? Arvad – Uşağa qışqırma. Ər – Nə? Mən öz uşağıma qışqıra bilmərəm? Gəlmə - Üzr istəyirəm, o yalnız sizin uşağınız deyil, o ümumidir. Qoca – Bravo! Arvad – Siz qarışmayım! Qoca – Bax, belə olur, evdə sülh və anlaşma yaranır! Siz bu cəmiyyəti cavanlaşdırandan sonra burada çoxlu yeniliklər əmələ gəlib. Ər – Bunlar inkişaf prosesinin qaçılmaz nöqsanlarıdır. Amma əvəzində başqa sahələrdə bizim yeni-yeni ideyalarımız, kəşflərimiz olacaq. Gəlmə - Düzdür, Məsələn, kanalizasiya... Arvad – Əcəb misal çəkdi... /Sol qapıdan çıxır. Körpə gizlincə Ərə yaxınlaşıb, Şalvarının balağından yapışır./ Ər – Siz nə cürət eləyirsiniz? Ay səni, bu sənsən, oğlum? Tü-tü! / Zarafatla barmağı ilə onu hədələyir / Səni babaya verərəm, ha? Körpə onun şalvarını dartır.
Qoca – Əla, nəvə! Ona bu da azdır! Ər – Bax, ata hirslənər, ha! Eşidirsən? Mən hirslənmişəm! Sol qapıdan arvad gəlir.
Arvad – Səhər yeməyi olmayacaq. Qoca – Necə yəni olmayacaq? Arvad – Kimsə yeyib. Qoca – Mənim yeməyimi kim yeyib? Tez bonunuza alın! Arvad – Qəribədir. Axı heç birimiz ona əl vurmamışıq. Ər – Axı bunu kim eləyə bilər? Hamı Gəlməyə baxır.
Gəlmə - Həqiqətən qəribədir. Ər – Qəribədir? Sizin həmişə qeyri-adi iştahanız olur. Gəlmə - Elə ona görə də qəribədir ki, mən yeməmişəm. Ər – Əgər belədirsə, bəs onu kim yeyib? Gəlmə - Bilmirəm. / Körpəyə işarə edir / Bəlkə, o? Qoca – Necə? O mənim bifşteksimi yeyib? Arvad – Hələ onun heç dişləri çıxmayıb. / barmağını Körpənin üzünü örtən şərfin altına soxur / Dişləri yoxdur, yoxdur... Gəlmə - Məncə yoxlamaq lazımdır. 342
Ər – Sözünüzdən belə çıxır ki, dişləri olmayan körpə qızardılmış mal ətini yeyib? Yox, bu lap ağ oldu! Arvad - / ağrıdan qışqırır / A-a-a! Ər – Nə oldu? Arvad – Barmağımı dişlədi. Qoca – Ha-ha-ha! Bax beləcə işində ol, oğlan! Nəyə qadir olduğunu onlara göstər! Ər – Deməli, artıq oğlumun dişləri çıxır! Arvad – Oy, barmağım! Gəlmə - Boş şeydir. Zooparkda belə şeylər çox olurdu. Yadımdadır, bir dəfə timsah gətirmişdilər... Qoca – Elə o yeyib! O! Mən bunu ona bağışlamaram. Arvad – Ayıb deyil, ata! Uşağın belə iştahası olduğuna sevinməkdənsə... Ər – Yaddan çıxarmayaq ki, uşaq saatbasaat böyüyür. / Körpəyə / Dişlərini ataya göstər. . / Şərfi kənara çəkir. Körpə dişlərini göstərir. Vampir dişi adlandırılan iki böyük köpək dişi görünür / . Gəlmə - Boynumuza alaq ki, zooparkdakından bu betərdir. Ər - / tərəddüdlə, arvadına / Sənə elə gəlmir ki, çox böyükdürlər. Arvad – Ehtiyatlı ol, dişləyər! Ər – Məni? Heç vaxt. Səni dişləyə bilər, amma məni yox. / Körpəyə / De görüm kimi çox istəyirsən, atanı, yoxsa ananı? /Körpə mırıldayıb onun burnunu dişləmək istəyir. Ər birtəhər kənara sıçrayır./
Arvad – Görürsən? Ər – Bu – qeyri-təbii bir haldır. Arvad – Hə, kimə çəkib? Ər – Hər halda mənə yox. Mən də cavan olmuşam. Mənim də dişlərim olub. Amma onun dişləri kimi yox... Arvad – Bəlkə, sonra töküləcək. Ər – Onun bu yaşında? Dişlərin tökülməsini gərək əlli il gözləyəsən. Arvad – Bəs nə eləyək? Ər – Biz onun gələcəyi haqda fikirləşməliyik. Nə qədər ki, gec deyil, biz ona əsas əxlaq prinsiplərini öyrətməliyik. O, qeyri-adi bir sürətlə böyüyür. Körpə iti hərəkətlə iməkləyir. Tutun onu! Gəlmə - / Körpəni tutur / O, təpik atır. Ər – Onu buraxmayın. Biz indi onu tərbiyə eləyəcəyik. /Körpə Gəlmənin əlindən çıxmaq istəyir./ Gəlmə - O istəmir. Ər – Elə ona görə də vaxt itirmək olmaz. Nə qədər ki, uşaq valideynlərin təsirini qavraya bilir, onu tərbiyə eləmək lazımdır. / Arvada / Nədən başlayaq? Qoca – O dua oxuya bilir? Ər – Nə? Dua? Heç vaxt qoymaram! Mənim oğlum orta əsrlər mövhumatından azad olmalıdır. Liberal ruhda tərbiyə! – Mənim proqramım belədir! /Körpə gəyirir./ Qoca – Bəs onun ruhu necə olacaq? Ər – Hansı ruhu? / Məğrur / Mənim oğlumun ruhu yoxdur. Qoca – Hə, düzdür! Mənim səhər yeməyimi yeyən uşağın ruhu ola bilməz. 343
Arvad – Hər ehtimala qarşı, bəlkə... Ər – Qətiyyən olmaz! Rədd olsun nadanlıq! Gəlmə - Rədd olsun! Ər – Biz onu elmi tərəqqi və parlament demokratiyası ruhunda tərbiyə edəcəyik. Gəlmə - Bu cür dişlərlə? Ər – Bəs elm nədən ötrüdür? Diş həkiminə apararıq bir az yonar. Elm və texnika gələcəyin nümayəndəsinin köməyinə çatmalıdır. İbtidai hisslər elmin nuru qarşısında geri çəkilməlidir. Qoca – Amma mən köhnə tərbiyə üsuluna üstünlük verirəm. Nizam-intizamın heç vaxt heç kəsə ziyanı olmayıb. Allah, vicdan və vətən. Böyüklərə ehtiram, adət-ənənələrə hörmət... Ər – Daha nə? Bəlkə, qamçı ilə tərbiyə? Qoca – Niyə də yox? Əgər layiqdirsə... Yadındadır, pis söz deməyinin üstündə mən səni necə çırpmışdım? Nə söz demişdin? Yadımdan çıxıb... Körpə - / yoğun səslə / Oğraş! Qoca - / fikirli / Hə, hə... / birdən ayılıb / Nə? O nə dedi? Arvad – Dil açdı! Balam danışır! Ər - / Körpəyə / Bu nə deməkdir? Mənim yanımda belə nalayıq söz?! /Gəlmə susması üçün Körpəyə işarələr edir./ Arvad - / Körpəyə qayğıkeşliklə / Bəs əvvəl niyə danışmırdın, ay xatakar? Ər – Ona bu sözü kim öyrədib? Arvad – Yəqin ki, dayə. /Hamı Gəlməyə baxır./ Ər – Siz? Gəlmə - Mən ona qəsdən heç nə öyrətməmişəm. Elə-belə... vaxt keçirmək üçün laqqırtı vururduq. Qoca – Mən onların ikisini də qamçılayardım! Ər – Xeyr! Mən zor və qəti əmr formasını tətbiq etməyəcəyəm. Mən oğlumla açıq söhbətlə hər şeyi müzakirə eləyəcəyəm. / Gəlməyə / sizinlə sonra danışarıq. / Oğluna / Mənə qulaq as, oğlum. Biz qanunun ali olduğu hüquq bərabərliyi dövründə yaşayırıq. Bu o demək deyil ki, sənə hər şey eləməyə icazə verilir. İnsan birgə yaşayış prinsipləri tələb edir ki, sən öz istəklərindən imtina eləməyi, öz hisslərinə nəzarət eləməyi bacarasan. Əgər sən böyüklərin, ələlxüsus da atanın yanında nə isə nalayiq bir söz demək istəyirsənsə, özünü saxla, bu sözü sakitcə, ürəyində de. Sən boyda olanda mən belə eləyirdim. hər şey də yaxşı olurdu. Qoca – Ay yaramaz! Deməli, sən məni aldadırdın? Ər – Ata, özünüz dediniz ki, heç vaxt məndən pis sözlər eşitməmişsiniz. Qoca – Yadımdadır, sən and içmişdin ki, belə sözləri heç ağlına belə gətirməyəcəksən. Ər – Qətiyyən. Mən and içmişdim ki, bu cür sözləri bərkdən deməyəcəyəm. Gəlmə - Amma mən o sözləri həmişə bərkdən deyirəm. Mən azad anarx... / əli ilə ağzını tutur /
Ər – Deməli, siz uşağa pis nümunə göstərdiyinizi boynunuza alırsınız? Arvad – Bundan sonra uşağın axırı necə olacaq? Ər – Siz mənim övladımın mənəviyyatını korlamışsınız. Qoca – Deyirəm də, onu qamçılamaq lazımdır! 344
Ər – Bütün günahlar sizdədir! Kim bilir, bəlkə də onun dişlərinin belə olması da sizdəndir... Arvad - / Ərə / Sən nə cürətlə... Ər – Bəli, hər şey sizin ucbatınızdan olub. Siz bizim evimizdə məskən salan gündən... Qoca – Bəli, hər şey onun ucbatındandır! O məni soydu! Əgər onda mən onu darvazaya qədər qovmasaydım... Uşaq da... Gəlmə - General, heç kəs sizi məni qovmağa məcbur eləməmişdi. Ər – Nalayiq sözləri, zəhərli ideyaları, anarxiyanı bu evə siz gətirmişsiniz. Gəlmə– Bəs mən kim... Ər - / onun sözünü kəsib / Siz kart oynayanda fırıldaq gəlirdiniz! Gəlmə - Bəs mən kim... Ər – Həm də axmaq-axmaq yuxular görürdünüz! Arvad – O uşaqları sevmir! Ər – Siz mənim pijamamda yatırdınız! Arvad – O anaların hörmətini saxlamır! Ər – Siz xoruldayırdınız! Arvad – O qarınquludur! Ər – Hər şeyə görə mənə cavab verəcəksiniz! Qoca – Vurun onu! /Ər və Arvad Gəlmənin üstünə atılırlar.O qaçır. Körpə ayağa qalxır, qaçıb Ərin belinə atılır./ Arvad – Baxın! O artıq gəzir! Ər – Bu nədir? Tez belimdən düş! Gəlmə - Sağ ol, Körpə. Öz köhnə dayəni döyülməkdən xilas elədin. Ər – Düş! Mən əmr eləyirəm. Gəlmə - Niyə? Sizə belə çox yaraşır. Arvad – Elə bil idmançıdır! Ər – Götürün onu! Arvad – Uşağı atmaq istəyirsən? Ər – O məni boğur! Arvad - / qayğıkeşliklə / Oğlum, atanı boğma. /Uşaq Ərin boğazından yapışıb, dabanları ilə onu döyür. Ər manejdə qaçan at kimi dövrə vura-vura qaçır./
Qoca – Hə, toşş, toşş! / At sürəndə olduğu kimi qışqırır / Ər – Daha bacarmıram! Qoca – Düz qaç! Toşş, toşş, toşş! Ər – Ay, ürəyim! Qoca – İndi yorğa yerişə keç! Toşş, toşş, toşş! Ər – Bir şey eləyin! Görmürsünüz ki, o məni öldürəcək?! Qoca – Addımla! Toşş, toşş, toşş! Ər - / Gəlmənin yanında qaça-qaça / Mənə kömək eləyin! Gəlmə - Fikirləşərəm. Hələlik utanmayın, işinizdə olun. Arvad – Bircə yıxılmayaydı... Ər – / Arvadın yanında qaça-qaça / Kömək elə! Arvad – Oğlum, yavaş, yıxılarsan ... 345
Ər – Kömək eləyin! Ölürəm! Ayaqlarım... Ata! Qoca – Dördayaq çap! Ər - / Qocanın qabağında tribuna qarşısındakı kimi dayanır / Ata! Qoca – Məni çağırırsan? Ər – Onu düşür! Qoca – İstəyirsən ki, mən səni sənin öz oğlundan azad eləyim? Onu dünyaya gətirəndə fikirləşmək lazım idi. Ər – And içirəm, mən bir də heç vaxt... Arvad – Necə yəni, bir də heç vaxt? Nədir, xoşuna gəlməyib? Qoca – Uşaq istəyirdin. Mən sənə bəs eləmirdim? Arvad – Deməli, sən daha məni sevmirsən? Ər – Onu düşür! Qoca – Özün düşür. Ər – Axı, o məndən güclüdür! Qoca – Mən nə edə bilərəm? Mən yazıq, zəif qocayam, keçmişin tör-töküntüsüyəm. Arvad – Düzdür. / Ərə / Bu meyitlə danışma. Nəsil artırmaq lazımdır. Ər – Yox! Ona atanın gücü çatar. Mən atama inanıram. Qoca – Bax bu başqa məsələ. Mən cavan olmasam da gücüm hələ qalıb! Ər – Hə, hə! Atam – hamıdan güclüdür! Arvad – Amma mən çoxlu uşaq istəyirəm, çoxlu! Qoca – Mən isə köhnəpərəstəm. Geridə qalmış axmağam, elə deyil? Ər – Yox, yox! Atam hamıdan ağıllıdır. O ən müdrik adamdır! Gəlmə - Mən nələr eşidirəm... Arvad – Kişi ol! Qoca – Deməli, deyirsən ki, mən o qədər də pis deyiləm, hə? Ər – Atam hamıdan güclüdür, hamıdan ağıllıdır, hamıdan yaxşıdır. Gəlmə - Xəyanətə bir bax! Arvad – Yox, sən kişi deyilsən. Qoca – Deməli, qoca ata işə yaradı? Ər – Ata, atacan... Qoca – Ürəyində atalıq hisslərinin necə baş qaldırdığını hiss eləyirəm. Ər – Ata, oğlun səni köməyə çağırır! Gəlmə - Siz bizim inqilabımıza xəyanət eləyirsiniz! Arvad – Sən öz uşaqlarına xəyanət eləyirsən! Qoca – Sən çox vaxt şıltaq, dəcəl olmuşsan. Amma, indi, mən sənin dara düşdüyünü görəndə... qanım qaynayır. Hər necə olsa da ,sən mənim qanımdansan, axı. Ər – Hə, hə, mən həmişə sənə qulaq asacağam. Təki sən məni bu vəhşinin əlindən xilas elə! Arvad – Sən mənim uşağıma vəhşi deyirsən? Ər – Başıma açdığı oyuna görə, bəlkə, mən onu tərifləməliyəm? Arvad – Bütün kişilər kimi sən də eqoistsən. Yadda saxla, oğlum, yalnız ana ürəyi səndən ötrü çırpınır. Qoca – Hə, di onu bura gətir. Arvad – Qoymaram! Ər – Sağ ol, ata! Gəlmə - Mən deyirdim axı, liberallara inanmaq olmaz. 346
Qoca – Mən onu adam eləyərəm. Mən ona dua oxumağı öyrədəcəyəm. Qaydaqanunu, nizam-intizamı, ədəb qaydalarını, böyüklərə hörməti, təvazökarlığı, itaətli olmağı mən onun qanına yeridəcəyəm. Arvad – Siz bunu eləyə bilməzsiniz, ata! Qoca – Mən onun öhdəsindən gələrəm. /Qılıncı götürür / Arvad – Mən uşağımı incitməyə qoymaram. Ər – Gəlirəm, ata! /Orta qapıya tərəf gedir. Arvad onu tutub saxlayır./
Arvad - Qoymaram, qoymaram ! Gəlmə - Silaha ! İnqilab təhlükədir. /Qoca qılıncını fırlada-fırlada şeypur çalır. Arvad Ərdən yapışıb buraxmır./
Arvad – Kömək eləyin ! Kömək eləyin ! /Ər körpə belində cəld qaçıb, orta qapıdan çıxır. Arvad və Qoca da onun dalınca qaçıb çıxırlar./ Gəlmə - Silaha, silaha! / Pauza, Sakit səslə / Silaha. Bax belə. Mənim çamadanım
haradadır? Hər ehtimala qarşı şeylərimi yığışdırsam ,yaxşı olar. Səhnə arxasından gurultu və dava səsləri eşidilir.
Bəli, çox yaxşı olar. Səhnə arxasında səs güclənir.
Heyf uşaqdan, ümidverən uşaq idi. Əgər Qoca kaftar onu öhdəsinə götürürsə, mənim heç bir şansım qalmır. Əlvida, azadlıq və yeni quruluş arzuları! Zorun uşaq məsumluğunu boğduğu bir dünyada mən qala bilmərəm. Qışın artıq may ayında başlandığı bir yerdə bahar çiçəkləri heç vaxt aça bilməz. Nəyi mümkündürsə onu xilas eləməliyəm, məsələn öz müstəqilliyimi. Bütün dünya əzab altında inildəsə də, heç nə burada mənim içimdə olan azadlığımı məhdudlaşdıra bilməz. Burada! / əlini sinəsinə vurur / Mən – idealları qoruyub saxlayan bir qabam və bu qabı qorumaq mənim borcumdur. Hər şeyin və hamının acığına, mən bu borcu axıra kimi yerinə yetirəcəyəm. Həyatdan gedəndə idealları da özümlə aparacağam. Amma hara? Baxaq görək yararlı bir elan varmı? / Cibindən qəzet çıxarır, açır, oxuyur / ... ―Mərkəzdə ev kirayə verilir‖... Yox bu yaramır, Mərkəzi xoşlamıram. Səhnə arxasında səs sakitləşir. Vəssalam, qurtardılar. Tələsmək lazımdır. / Oxuyur / Böyük, işıqlı hamamı olan mənzil... Hə, hamamı var. Əla! / Oxuyur / Nəcabətli ailə onu ləyaqətli bir adama... Bura elə mənim yerimdir. Necə? / Oxuyur / Pulunu əvvəlcədən ödəməklə. Yox, yaramadı. Yenə axtaraq. Arvad orta qapıdan gəlir. Gəlmə qəzeti cibində gizlədir.
Arvad – Çamadanınızı müvəqqəti bizə verə bilərsiniz? Gəlmə - Nə? Arvad – Biz kəndə gedirik. Gəlmə - Niyə? Məgər artıq yay mövsümü çatıb? Arvad – Bu il bir az tez gedirik. Gəlmə - Başa düşürəm. Uşağa təmiz hava, istirahət lazımdır. Bu qədər narahatçılıqdan sonra... Arvad – Bir xahişimiz də var... Gəlmə - buyurun. Arvad – Biz olmadığımız müddətdə evdən göz-qulaq olun. Gəlmə - Axı, mən... Arvad – Bu da açarlar. / Ona bir dəstə açar verib, orta qapıdan çıxır / 347
Gəlmə - Axı mən... Mən də gedirəm. Bu qəzəbli Qoca ilə bit yerdə qalmaq istəmirəm. Yox! Çöldə - Körpü altında qalmaq, onunla bir yerdə qalmaqdan yaxşıdır. Gözünə görünsəm payımı verəcək. İdealları təhlükə altında qoymaq olmaz. Mən azad anarxistəm. Hanı mənim çamadanım? / Orta qapıya tərəf gedir, amma, dayanır / Yox, indi onun gözünə görünməsəm yaxşıdır. O məni təhqir eləyə bilər, mənim timsalımda da idealımı alçaldar. Hər şey itirilsə də, öz ləyaqətimi saxlamalıyam. Bu mənim borcumdur. Bəs çamadan?.... Eh, cəhənnəm olsun! Elə-belə də gedərəm. /Sağ tərəfə gedir. Orta qapıdan Ər və Arvad gəlirlər. Onlar xərəkdə qocanı gətirirlər. Onun əynində mundir var, şlyapası yoxdur. Başı bintlə sarınıb. Gəlmənin çamadanı qocanın üstünə qoyulub./
Bu nədir? Qoca da bağa gedir? Arvad – Babanı biz özümüzlə aparırıq. /Onlar xərəyi yerə qoyurlar./ Gəlmə - Ola bilməz... Arvad – Təəssüf ki, biz sizi tək qoymağa məcburuq. Gəlmə - Eybi yoxdur! Arvad – Bütün ev sizin ixtiyarınızdadır. Amma, zəhmət olmasa, çiçəkləri sulamaq yadınızdan çıxmasın. Bir də fikir verin ki, qaz açıq qalmasın. Gəlmə - Əlbəttə, əlbəttə! Siz gec qayıdacaqsınız? Arvad – Hələ bilmirik. Ər – Gec qayıdarıq. Arvad – Hə, çox güman ki, gec qayıdarıq... Gəlmə - Qayıtmağa tələsməyin. Ürəyiniz istəyən qədər qalın. Arvad – Bu sizin tərəfinizdən bizə qarşı çox böyük hörmətdir. Gəlmə - Boş şeydir. Arvad – Özünüzü evinizdəki kimi hiss eləyin. Ər - / narahatlıqla o tərəf bu tərəfə baxa-baxa / Vaxtdır. Biz getməliyik. Arvad – Xahiş edirəm, qaz yadınızdan çıxmasın. Gəlmə - Mənə tam etibar eləyə bilərsiniz. Ər – Sağ olun. / Gəlmənin gözlərinə baxmaqdan çəkinə-çəkinə əlini uzadır. Bir-birilərinin əlini sıxırlar /
Gəlmə - Yaxşı yol. Əgər işdir – nə vaxtsa sizə lazım olsam... Ər - / tələsik / Yox, yox, bu barədə narahat olmayın. Arvad – Sağ olun. / Əlini Gəlməyə uzadır / Gəlmə - Salamat gedin. Arvad – Biz sizə məktub yazacağıq. Ər – Gedək! Gəlmə - Dəniz yaxud dağ mənzərəsi olan zərflə göndərin. Ər – Gedək, gedək! Xərəyi qaldırırlar.
Arvad – Bir dəqiqə, dayan! Baba nə isə demək istəyir. / Xərəyi yerə qoyurlar. Qoca xərəkdə dirsəklənir. O biri əlini çətinliklə uzadıb Gəlməni yumruqla hədələyir. Sonra hazırlaşıb xərəyə uzanır. Ər və Arvad xərəyi qaldırıb, sağ tərəfə çıxırlar. Gəlmə uzaqlaşan qatara əl eləyən sayağı onların dalınca əl eləyir. Sonra orta qapıya tərəf qaçıb, onu taybatay açır, ikinci pərdədə olan çarpayını çıxarır. Çarpayı qırmızı örtüklə 348
örtülüb. Gəlmə ayaqqabılarını çıxarmadan çarpayıya atılır, ləzzətlə uzanır. Cibindən qəzet çıxarır, tələsmədən onu parça-parça eləyib cırır. Cibindən açarları çıxarıb oynadır, atıb-tutur./
Gəlmə - Hələlik. Yaxşı yol. Salamat gedin... /Açarları cibinə qoyur, gərnəşir, əsnəyir, böyrü üstə uzanıb yerini rahatlayır. Səhnə arxasından sınmış şüşə cingiltisi və səs-küylə aşan mebelin səsi eşidilir./
Ey, sakit ol orda! /Səs-küy davam edir./ Sakit! /Səs-küy yenə davam edir./ Sakit ol deyirəm! /Bir az gözləyir, uzanır. Səs-küy kəsilir./ Sakitləşdi. / Balıncı rahatlayır. Onun altından siqar tapır. Yandırıb çəkir. Pauza /. Görəsən niyə səsi çıxmır? / Çarpayıda oturur / Pis əlamətdir. Uşaq səssiz dayanıbsa, deməli nə isə pis bir şey eləyib. Ey, orda nə eləyirsən?... Səsi çıxmır, deməli nə isə eləyib. Ya nəyisə sındırıb, ya da korlayıb, ya da aləmi batırıb. Ey, eləmə! Eşidirsən? Qurtar! / Çarpayının kənarına gəlib oturur / Uşaq deyil, baş bəlasıdır. Onu güdmək lazımdır, yoxsa mənim bütün işlərimi korlayacaq. Qurtar, eləmə! Haradasan? / Ayağa qalxır / Görəsən, haradadır? Bəlkə mətbəxə gedib? Gedib baxmaq lazımdır, birdən qazı açar! Axı ev indi mənimdir. Səhnə /Siqaretinə bir qullab vurub sol qapıdan çıxır. Pauza. Səhnə arxasında partlayış səsi eşidilir. İşıq sönür, yenidən yanır. Sol tərəfdən qatı tüstü gəlir. Pauza. Körpə sol qapıdan yüngülcə səntirləyə-səntirləyə gəlir. Onun başında qorsalanmış lələkli üçkünc şlyapa, belində əyilmiş qılınc var. Bir əlində şeypur tutub, o biri əli ilə Gəlmənin şərfini yerlə sürüyür./
Körpə - Maa-maa! ... SON
349
350
Mündəricat Etiraf--------------------------------------------------------------------------------- 4 Vaqif Aslanın tərcümələri--------------------------------------------------------- 9 Jan Şardən və onun ―Səyahətnamə‖si haqqında------------------------------- 11 Birinci kitab------------------------------------------------------------------------- 14 İkinci kitab--------------------------------------------------------------------------- 14 İzah və şərhlər----------------------------------------------------------------------- 74 Cənab kovaler Şardənin səyahətləri.VI kitab. Farsların siyasi,hərbi,mülki hakimiyyəti haqqında. I fəsil. Farsların dövləti idarə etmə anlayışları-------78 II fəsil.Dövlətin təbiəti haqqında------------------------------------------------- 85 III fəsil. İqtisadi siyasət haqqında------------------------------------------------ 93 IV fəsil. Şahlığın hərbi qüvvələri və hərbi nizam-intizam-------------------- 117 V fəsil. Vəzifələr haqqında-------------------------------------------------------- 137 VI fəsil.Torpaq fondları və rentalar haqqında----------------------------------- 15 XVII əsr fransız səyyahı Jan Batist Şardən--------------------------------------161 Jermen Qiyom. XVII əsrdən XIX əsrin əvvəllərinədək Fransa və İran arasındakı bədii mübadilədə səfirliklərin rolu-------------------------------------- 180 Əlavələr------------------------------------------------------------------------------ 195 Bədii tərcümələr.------------------------------------------------------------------- 197 Pol Verlen. Şeirlər.--------------------------------------------------------------- 198 Öjen Dabi. Tətil.(hekayə)---------------------------------------------------------- 204 Erve Bazən. Rədd olsun şapkalar!(hekayə)------------------------------------ 214 Mustay Kərim. Ay tutulan gecə. (faciə)------------------------------------------ 231 Slavomir Mrojek. Xoşbəxt hadisə.(tragikomediya)----------------------------- 316
351
352