1
Mündəricat
03 04
ÖN SÖZ: LEYLA ƏLİ
GÖRÜNƏNLİK GÜNÜ
12
RÜSTƏM CƏBRAYILOV İLƏ MÜSAHİBƏ
14
LESBOS ADASININ “ƏN ÇİRKİN” QADINI
17
HOMESEKSUALLIQ XƏSTƏLİK DEYİL II
23
İSA ŞAHMARLI
,,
Ön söz
Üz qabığını çəkmək olduqca çətin idi. Azyaşlı bir qızın özünü pəncərədən atması barədə xəbər şok yaratdı. Sonra öyrəndik ki, o, məktəbdə məruz qaldığı qısnamalara görə həyatına son qoyub. Olduqca faciəli hadisədir, deyilmi? Axı bir uşağın gözümçıxdıya salınmasından daha betər nə ola bilər?! Lakin günügündən bizə ümidsizliyin yeni-yeni qatları açılırdı. Ümidsizliyin gündəlik bir şeyə çevrildiyi xarab və çürük sistem və cəmiyyət. Biz sanki zorakılıq içində zorakılığı görə bilməyən qurbanlar kimi idik. Elina ilə hər yeni video aşkara çıxdıqca, sanki məni hər dəfə döş qəfəsimdən vururdular. Həyatda olarkən nələr yaşadığını dərk etmək və ömrünün son saatlarını onunla birgə təşviş keçirmək, ətrafındakı insanların dəyərli vaxtı necə boşuna sərf etdiklərinə tamaşa etmək. Biz onun sinifdə oturub qərar verdiyini gördük, pəncərəyə doğru gedib məhəccərə çıxdığını gördük, özünü atmasından sonra məktəbə qaytarılıb dindirilməsini gördük, xəstəxananı və ona qarşı işgəncələrin davam etdirildiyini gördük.
!
İlk olaraq intihara cəhd kimi anladığımız sonradan gözlərimiz qarşısında qətlə çevrildi. Və onlar cəzasız qaldı. Bizə demədilər ki, nələrsə dəyişəcək. Ailəsindən üzr istəmədilər, tamamilə heç nəyi dəyişmədilər. Qızcığazı dişlərinin arasından keçirən təhsil və səhiyyə sistemi də toxunulmaz qaldı. Bunları necə çəkəcəyimi bilmirdim, çünki bu hekayədə yalnız qaramat və hekayənin hər hissəsində ayrı-ayrı bədheybətlər dayanır. Son ana qədər sinəmdəki bu qara daşla planşetin ətrafında dolaşırdım və bu ağrını illüstrasiyaya necə çevirəcəyimi düşünürdüm. Öz təsəvvürlərimi çəkməyi qərara aldım və daxilimdən qəzəbli, əyilmiş sifətlər, qanlı burulğanlar, sınmış kövrək uşaq fiqurları, yıxılan insanlar çıxdı və bütün gün masadan ayrılmadan çəkməyə davam etdim. Ortaya çıxan şey üz qabağına yaramazdı. Amma mənə də bu lazım idi. Daxilimdəki daş əridi və mən nə çəkmək istədiyimi və niyə çəkmək istədiyimi aydın başa düşdüm. Bu qızcığazı xilas etmək olardı. Üz qabığını çəkərkən başımda qalan fikir bu idi. Leyla Əli
Görünənlik günü 26 aprel aprelin LezbiYan Görünənlik Günüdür. Bəs siz bu barədə bilirdiz? Bütün lezbiyanları təbrik edirik. Gəlin, bu barədə danışaq bir az… Lezbiyanlar üçün ən böyük problemlər hansılardır? Mən deyərdim ki, elə lezbiyan sözünün özü siyahının başında gəlir. Bu sözün ətrafında elə böyük stiqma var ki, bir çox qadın özünə lezbiyan deyil, “homoseksual” deməyi daha üstün tutur. Təbii ki, bu da səhv deyil və insanlar özlərini daha rahat hiss etdikləri adları seçməkdə azaddırlar. Amma çox insanın lezbiyan sözündən qaçmağı mediada və cəmiyyətdə bu sözün ifrat dərəcədə seksuallaşdırılması ilə bağlıdır. Lezbiyan cütlüklərə gey oğlan cütlüklərə nisbətən daha az təzyiq göstərilməsinin səbəblərindən biri də insanların, xüsusilə heteroseksual kişilərin çoxunun lezbiyan əlaqələri həzz mənbəyi olaraq görməyidir. İki qadının seksual əlaqədə olması, hətta təkcə öpüşmələri belə bir
4
çox hallarda pornoqrafik kontent olaraq təqdim olunur. Sanki sözü oriyentasiyadan ayırıb, başqa bir məna yükləyirlər. “Mən lezbiyanam” deyəndə artıq qarşındakı insan iki qadın arasında sevgidən çox, iki qadının yataqda nələr edəcəyini və necə görünəcəyini təsəvvür edir. Bunu qadınlara qarşı seksizmin nəticələrindən biri olaraq düşünmək olar. Qadını bir subyektdən çox, seksual bir obyekt olaraq qavrayan beyinlərin yaratdığı bir illuziya, bir qəfəsdir bu. Xüsusilə qeyd eləmək istəyirəm ki, transseksual lezbiyanlar bu gün kölgədə qalmamalıdır. 26 aprel bütün lezbiyanların görünənlük günüdür, cisgender lezbiyanların, trans lezbiyanların, ənənəvi feminin hesab olunan lezbiyanların, ənənəvi mas kulin qəbul edilən xüsusiyyətlərə sahib lezbiyanların, qeyri-komform lezbiyanların, lezbiya olduğunu elə uşaqkən başa düşümüş şəxsdən tutmuş, bunu 30, 40 hətta 50 yaşlarında anlamış
hələ eramızdan əvvəl 600-cü illərdə lezbiyan sevginin simvolu olaraq istifadə olunurdu. Ən çox sevgi və qadınlar haqqında şeirləri ilə məşhur olan yunan şairəsi Sapfo, özünü və sevgilisini bənövşə çələngləri taxmış halda təsvir edirdi. Onun şərəfinə sonradan qadınlar öz sevdikləri qadınlara hisslərini ifadə etmək üçün bənövşələr verməyə başlayıblar. Hələ baxmamısızsa, bu gün “Karol” adlı filmə baxmağınızı məsləhət görürəm. İki qadın arasında 1950-ci illərdə baş verən saf və zərif bir eşqdən bəhs edir, Patrisiya Haysmit tərəfindən yazılmış “Duzun qiyməti” (“The Price of Salt”) kitabı əsasında çəkilmişdir. Ən sevdiyim kvir filmlərdən biridir. Baş rollarda Keyt Blanşet və Runi Mara oynayır.
Gününüz bənövşələr lezbiyanların, kaminq-aut etmiş və etməmiş lezbiyanların. Dünyanın, cəmiyyətin, sosial medianın nə deməyindən asılı olmayaraq, hamınız həyatınızdan və sevginizdən zövq almağa və bunu gizlənmədən azad şəkildə yaşamağa layiqsiz! Ümid edirəm, bir gün bu, daha əlçatan bir arzu olar.
qədər gözəl keçsin! Sam
Bu haqda oxuduğum bir şeyi paylaşmaq istəyirəm. Deyilənə görə, bənövşələr hələ eramızdan əvvəl 600-cü illərdə lezbiyan sevginin simvolu olaraq istifadə olunurdu. Ən çox sevgi və qadınlar haqqında şeirləri ilə məşhur olan yunan şairəsi Sapfo, özünü və sevgilisini bənövşə çələngləri taxmış halda təsvir edirdi. Onun şərəfinə sonradan qadınlar öz sevdikləri qadınlara hisslərini ifadə etmək üçün bənövşələr verməyə başlayıblar. Hələ baxmamısızsa, bu gün “Karol” adlı filmə
5
Rüstəm cəbrayılov ilə müsahibə Müsahibəçi: “Azərbaycanlı model” dedikdə kişilər arasında ilk ağla gələn siz olursuz. Bunun səbəbi, sizcə, tam olaraq nədir? Rüstəm Cəbrayılov: Fikrimcə, Azərbaycanda 2-3 model var ki, onlar bu sahədə həqiqətən öz sözlərini demiş insanlardır. Mənə gəldikdə isə, mən 2005-ci ildən model kimi fəaliyyət göstərirəm və razılaşarsınız ki, bu, çox uzun bir müddətdir. Ola bilsin bu, həmçinin mənim beynəlxalq yarışlarda iştirakım, 2006-cı ildə Kişi modellər arasında dünya birincisi olmağım və bir çox xarici ölkələrdə çalışmağımla bağlıdır. Müsahibəçi: Bizim cəmiyyətdə yaraşıqlı kişilərə qarşı müəyyən stereotiplər mövcuddur və əgər kimsə strandartlardan kənar görünüşə malikdirsə, diqqət mərkəzində olmaqla yanaşı, ayrı-seçkiliyə də məruz qalır. Bu haqda nə düşünürsüz? Belə hallarla rastlaşmısınızmı? Rüstəm Cəbrayılov: Razıyam ki, belə bir ayrı-seçkilik həqiqətən də var. Bu, çox vaxt özünü paxıllıq, uğursuzluqlarına sevinmək, hətta bəzən ayağının altını qazmağa çalışmağa qədər gətirib çıxarır. Amma, fikrimcə, o kütlə cəmiyyətin az hissəsini təşkil edir və sosial aktiv olmaları onları göz önündə saxlayır. Mən belə insanlara fikir verməməyə çalışıram. Müsahibəçi:
6
Müsahibələrinizdən
birində
jurnalist sizə homoseksual şəxslərlə bağlı qərəzli bir sual vermişdi, siz də cavabınızda homoseksualların moda sahəsində mükəmməl olduqlarını və onlarla heç bir probleminizin olmadığını vurğulamışdınız. Bu cür düşünməniz Amerikada yaşadıqdan sonra formalaşdı, yoxsa insanlara qarşı hər zaman bu cür tolerant olmusunuz? Rüstəm Cəbrayılov: Bunu mən demirəm, bunu bütün dünya deyir. Hal-hazırda dünya üzrə moda sahəsində çalışan ən uğurlu dizaynerlər və stilistlərin demək olar ki, hamısı homoseksualdır. Bu faktı heç cürə danmaq olmaz. Amerikaya isə mən 20102011-ci illərdə getmişəm və artıq ona qədər ən az 5 il moda sahəsinin içində idim və təbii
ki, beynəlxalq moda həftələrində çıxışlarım zamanı homoseksual insanlarla ünsiyyətdə olurdum. Mənim düşüncələrim Amerikaya gedəndən sonra deməzdim ki, dəyişdi, sadəcə öz təsdiqini tapdı. Müsahibəçi: Sevgi, sizcə, dediyiniz kimi azaddırmı? Və bu azadlığı tam olaraq nədə görürsünüz? Rüstəm Cəbrayılov: Təbii ki, sevgi azaddır. Sevgi azad və vücudsuzdur. Amma düşünürəm ki, onun da öz norması var, qarşılıqlı olmayanda və normasından artıq olanda artıq o saf hisslər kobudlaşmağa başlayır. Müsahibəçi: Amerika və bizim cəmiyyət arasında ən böyük fərqlər sizə görə hansılardır? Rüstəm Cəbrayılov: Fikrimcə, Amerika ilə bizim cəmiyyəti müqayisə etmək düzgün olmazdı. Çünki, bizim müstəqilliyimiz çox cavandır və Amerika kimi hegemon ölkə ilə ayaqlaşmağımız real deyil. Müsahibəçi: Amerika həyatı sizə nə öyrətdi? Rüstəm Cəbrayılov: Amerika həyatı mənə ilk başda reallığı öyrətdi. Biz burda rahatlıqla “inşallah, gələn ay yaxşı olar” deyə bilirik. Amerikada isə reallıq daha kəskindir və sən əgər ayın sonu öz ev kirayəsini verə bilmirsənsə, o zaman bunun üçün nəsə etməlisən.
aktyor kimi sınayıram. Bu yaxınlarda da bir filmim təqdim olunacaq. Ümid edirəm, həm özümə, həm də ölkəmizə uğur gətirəcək bir proyekt olar. Obraza gəldikdə isə, duzsuz, məzəli obrazda özümü heç görmürəm. Kimisə güldürmək mənə maraqsızdır və elə bir obrazda özümü qətiyyən görmürəm.
Müsahibəçi: Son dövrlərdə özünüzü daha çox aktyor kimi sınayırsınız. Elə bir obraz varmı ki, onu canlandırmağa heç bir halda razı olmazsınız? Varsa, səbəbini bizimlə paylaşardınız.
Müsahibəçi: Şəhər sorğularımızın birində sakinlərə övladları homoseksual doğulduqda nə edəcəklərini soruşmuşduq. Bəziləri belə olduğu halda övladlarını öldürəcəklərini demişdilər. Bəs sizin övladınız homoseksual olduğunu desə, reaksiyanız necə olardı?
Rüstəm Cəbrayılov: Son il yarımdı, özümü
7
Rüstəm Cəbrayılov: Valideynin ən birinci vəzifəsi övladını sevmək, qorumaq və təhsil verməkdir. Öz övladım olmadığı üçün o hisslərə tam bələd deyiləm. Amma valideyn kimi övladımı qorumaq və sevmək mənim üçün hər şeydən önəmli olardı. Müsahibəçi: Oxuyucalarımıza sözünüz. Rüstəm Cəbrayılov: Düzü, suallarınızın sayının az olması və konkret məsələlərə toxunmağınız xoşuma gəldi. Normalda müsahibələrdə mənə 20 və ya daha çox sual verirlər. Sizin özünüzə və oxucularınıza da təbii ki, uğurlar arzu edirəm. Elə içi mən qarışıq.
8
Lesbos ADASININ “ƏN ÇİRKİN QADINI” “Bir gün kimlərsə bizi xatırlayacaq.” Sapfo yuxarıdakı sətri yazarkən böyük ehtimalla ölümündən sonra yaradacağı qarışıqlıqdan xəbərsiz idi. Avropanın bilinən ilk qadın yazarı olaraq tarixə düşən şairin həyatı və şerləri haqqında əlimizə gəlib çatan məhdud məlumatlarla hələ də niyə bu qədər diqqət və eyni zamanda hədəf nöqtəsi olduğunu anlamağa çalışırıq. Bəs ona yüklədiyimiz bütün mənalardan kənarda, Sapfo yazdığı eşq şerlərinin harasında dayanır? Uzun müddət məhdudlaşdırılmış və təzyiqə məruz qalmış “lezbiyan dünyasının” gur səsi/şeiri, yoxsa insan övladının cinsi davranışları və duyğuları mövzusunda fərqli düşünmə və kateqoriyalaşdırma yollarına çağıran şair qadın? Yoxsa, bu ikisinə də uyğun düşən bir tərifə ehtiyacımız var? Sapfonun adı ilə yanaşı işlədilən “lezbiyan” sözünün Lesbos Adasından gəldiyini bilirik. Ancaq həmin dövrdə bu söz “Lesboslu”, “Lesbos-
dan gələn” mənasında istifadə edilirdi. Sonradan bir qadının başqa bir qadına duyduğu cinsi və emosional marağını təyin edən bir söz olaraq dildə yer aldı. Bunda ada sakinlərinin hamısının qadın olmasının və Sapfonun eşq və ehtiras dolu şeirlərinin təsirinin böyük olduğu aşkardır (dəqiq olmasa da, Lesbos Adasında sadəcə qadınların yaşadığı və Sapfonun bu qadınlar icmasının mərkəzində yer aldığı deyilir). Eşq və ehtirasla yazdığı şeirlərin böyük çoxluğunda qadınlara xitab edən Sapfo bu səbəblə bir çox oxucusu tərəfindən homoseksual (lezbiyan) olaraq qəbul olundu və hələ də belə qəbul olunmağa davam edir. Bu şeirlərə aşağıdakı nümunələri misal göstərmək olar: “Xahiş edirəm Abantis, bircəcik Sapfon səni çağırır Qayıt bu gecə, Lidiyalı lirinlə Və başqa bir mahnı çal Qonqlaya Hələ də ehtiras qəlb tellərini oynadarkən
9
Bu nümunələr bizdə Sapfonun eşq həyatı haqqında müəyyən fikir yaratsa da, özlüyündə oxucunu çıxılmaz vəziyyətdə qoyan məqamlar var. Əvvəla, əlimizdə bu şeirlərlə Sapfonun tərcümeyi-halı arasında əlaqə hesab oluna biləcək yetərli məlumat yoxdur. Həmçinin, şeirlərində adı keçən qadınlarla fiziki yaxınlıq və təmasdan, demək olar, bəhs edilmir. Bəhs edildiyi düşünülən misralar isə müzakirəyə açıqdır. Diqqətdən yayınan digər bir məqam isə Sapfonun yalnız qadınlara deyil, iki cinsə xitabən şeirlər yazmasıdır. Şairin qadınlara nəzərən çox az sayda olsa belə, kişilərə yazılmış şeirləri də günümüzə gəlib çatmışdır. Kişilərə yazılmış şeirlərin daha az olması faktı Sapho haqqında əldə edilə bilən 500 misralıq məhdud məlumata əsaslanır. Sapfo bir şeirində, qıçları əyri, boyu gödək, amma qəlbi dolu olan bir kişini, saçlarındakı qıvrımlarla və yeni təraş olmuş üzü ilə qürurlanan ucaboy bir generaldan üstün gördüyünü yazır. O gözəl qız üçün, qayıt bu gecə Və bir mahnı daha çal” Sapfo həmçinin Lesbosun digər qadınları ilə birlikdə eşq və gözəllik tanrısı Afroditanın şəninə şeirlər yazmış, nə zaman eşq dərdinə düşsə, ondan yardım diləmişdir: “Taxtı rənglər saçan, ölümsüz Afrodita Zevsin oyunbaz qızı, ey gözəl qadın, Kədər və qayğılarla ürəyimi Nə olar əzmə.” Başqa bir şeirdə Sapfo Attisə səslənir: “Aşiq oldum Attis sənə Uzun zaman öncə Minnətdarlığı ifrata aparmayan Kiçik bir qız kimi göründün mənə”
10
Bizans ensiklopediyası Suda və başqa qaynaqlarda Sapfonun zəngin bir tacirlə evləndiyi və bu evlilikdən Kleis adında bir qızının dünyaya gəldiyi qeyd olunur. Buna baxmayaraq, bəzi tədqiqatçılar bunun komediya yazarları tərəfindən ortaya atılmış cəfəngiyyat olduğunu bildirirlər. Maraqlısı budur ki, Sapfo digər yunan əfsanələrinin əksi olaraq, qarşımıza dastanlar və ya tragediyalar ilə deyil, komediyalarla çıxır. Xüsusilə Sapfo həmin komediyalarda “çirkin qadın” olaraq diqqətə çatdırılır. Hər nə qədər cəfəngiyyat olduğunu inancı mövcud olsa da, Sapfonun yazdığı əsərlərə baxdığımız zaman Kleis adına və bir qızı olmasını bizə hiss etdirən misralara rast gəlirik. Dövrünün siyasi qarışıqlığı səbəbilə Siciliyaya sürgünə getdiyi zaman da yanında bir qızının olduğunu qeyd edən yazan mənbələr var.
Əsərlərinə əsasən formalaşan Sapfo və əsrlərdir haqqında olan rəylərin cəmindən yaranan Sapfo arasında uyğunsuzluq mövcuddur. Burada III əsrdə yaşamış Tayrlı Maksimusun Sapfo haqqında söylədiyi bir rəyi qeyd etmək məqsədəuyğundur. O, Sapfonun qadın dostları ilə yaşadığı münasibəti Sokratın kişi dostları ilə yaşadıqlarına bərabər tutur və əlavə edir: “Mənə görə Sapfonun qadınlarla, Sokratın kişilərlə olan münasibəti onların eşqi yaşama formalarının özünəməxsusluğu ilə əlaqəlidir. Onlar gözəl olan hər şeyə valeh və aşiq olurdular.” Həyatda olduğu dövrün siyasi, mədəni və sosial quruluşuna baxıldıqda Sapfo çevrənin xaricindədir və qarşımızda olduqca fərqli bir yol cızır. Həmin zamanın oxuma-yazma bilən nadir qadınlarından biri olan şair patriarxal cəmiyyətdən tamamilə kənarda qalmış və sistemdən narazılığını bizə gəlib çatan bir neçə misra ilə də olsa səsləndirmişdir. Dövrünün çox oxunan və tanınmış şairlərindən biri olması onu sistemin hədəfinə çevirmişdir. Şeirlərində qadın və seksuallıq mərkəzləşdirməsi gərginliyi artırmışdır. Burada xüsusilə diqqətə çatdırmaq lazımdır ki, əsas məsələ qadın və seksuallıq mövzularının ağırlıq təşkil etdiyi şeirlər deyil, bu şeirlərin bir qadın tərəfindən yazılmasıdır. Sapfo cinsi oriyentasiyamızın kompleksliyi barədə bizə əsrlər öncədən səslənən bəlkə də ilk qadındır. Freydin bir Sapfo oxucusu olması, yaxud seksuallığı əsərlərində mütəmadi əks etdirmiş şairlərdən olan Baudeler üçün Sapfonun bir yunan tanrısı olması təsadüfi deyil. Vircinia Vulf, Riçard Eldinqton, Hilda Dulitl, Röne Vivyen, Ezra Paund, Tennison Sapfonun şeirlərindən
təsirlənmiş ədəbiyyatçılardan sadəcə bir neçəsidir. Şairin ölümü barədə danışılan tək hekayə qayıqçı Faona duyduğu qarşılıqsız eşqin iztirabı ilə özünü Leukas adasındakı bir uçurumdan aşağı atması ilə bağlıdır. Bu hekayənin bir çox mənbədə qeyd olunması səbəbilə doğru olduğuna inanılır. Yaradıcılığı barədə məlumatlar və ölümü haqqındakı hekayəni nəzərə alsaq, ortaya çıxan mənzərəyə əsasən, onun eşq həyatı və cinsi seçimləri barədə hər hansı bir nəticəyə gəlinməlidirsə, Sapfo lezbiyan deyil, daha çox biseksual olaraq tərif edilməlidir. Ən yaxşısı, onun cinsi seçimləri barəsində ortaq məxtəcə gəlməyə çalışmaq əvəzinə, yaşadığı əsrdən bizə qoyub getdiklərini daha ətraflı təhlil etməkdir. Son dönəmlərdə artan qadın araşdırmalarının ortaya qoyduğu yeni yanaşmalar və yüksək texnologiya səyəsində məhvə üz tutmuş papirus və saxsıların üzərinə işlənmiş mətnləri oxumaq şansının artması Sapfo haqqında etibarlılığı olan yeni informasiyalar əldə edə bilmə şansımızı yüksəldir. maq daha məqsədəuyğundur: “Atlılardır, deyir kim ən gözəl Kainatda: piyadalar; gəmilər kimi, Kimi sevərsə, şəxs odur məncə Ən gözəl olan”
(Məqalə T. Ülkü Tektenin “Dahiler ve Aşkları” kitabında yer alan “Lesbos Adasının Sakinleri” adlı Sapho haqqındakı araşdırmasına əsasən hazırlanıb.) Turana Nuri
11
HOMoSEKSUALLıq xəstəlik deyil II HISSə Cəlilova, Zümrüd. “Homoseksuallıq xəstəlik deyil”. Bakı Araşdırmalar İnstitutu, 2019. https:// bakuresearchinstitute.org/az/homosexuality-is-not-a-disease/. Yazı Bakı Araşdırmalar İnstitutunun icazəsi ilə çap edilmişdir.
Hekayə uzunmüddətli hərbi xidmətlərinə görə medallarla təltif olunmuş tanınmış bir türk generalı haqqındadır. General “kaminq aut” qərarı verəndən sonra o, kütlə tərəfindən alçaldılır və türk hökuməti tərəfindən işdən azad edilir. Hadisələrdən sonrakı müsahibəsində deyir ki, “çoxlu kişini öldürdüyümə görə təriflənib mükafatlandırıldım, amma birini sevdiyimə görə cəzalandırıldım.”
12
Bütün tələbələr sakit dayandılar deyilənə heç bir əlavə etmədilər.
və
Son olaraq, tanıdığınız LGBTİQ fərdinin sizin məsələ ilə bağlı fikrinizi dəyişdirdiyinə inanırsınızmı sualına 27.5 faiz respondent müsbət cavab verdi. Sorğu kütlənin, ələlxüsus da müqayisədə mövzuya daha müsbət yanaşan gənc azərbaycanlıların homoseksual davranışla bağlı olan ümumi hisslərini göstərdi. Lakin bu, insanların, xüsusən də homoseksuallıq mövzusunun kurrikuluma salınması, ya da ümumiyyətlə müzakirə edilməsi ideyasına qətiyyən qarşı olan valideynlərin yanaşma və fikirlərinə məhdud bir baxışdır. Henrix
Böll
Fondunun
Azərbaycan
LGBTİQ-nun vəziyyəti ilə bağlı 2012-ci ildə keçirdiyi konfransda iştirakçılar qeyd edir-
dilər ki, gözəllik salonlarından və şou biznesdə feminin görünüşü olan kişilərə qarşı müəyyən dərəcədə tolerantlıq olsa da, homoseksual fərdlər stereotiplərin mövcud olduğu cəmiyyətdə ayrı-seçkilik və rədd ilə qarşılaşaraq boğucu mühitdə yaşamağa məcbur edilirlər.
HOMOSEKSUALLIQ NƏDİR? Suala cavab verməzdən əvvəl bioloji determinizmi, ya da biologiyanı tale kimi görən baxışı təkzib etmək üçün gender, gender kimliyi, cins və cinsi yönümlülük kimi terminlər arasındakı fərqləri oxucuların diqqətinə çatdırmaqda fayda var. Erkən gender nəzəriyyəsindən gələn feminist skeptisizm kimlik, imkan və səs (ictimai güc) anlayışlarının vahid və beynəlmiləl qəbul edilməsinə tənqidi yanaşaraq onları korrektə edən əhəmiyyətli rol oynayıb. Feminist alimlər gender və cinsi bir-birindən aydın şəkildə fərqləndirdilər: “cins” insanlarda qadın və kişinin bioloji (xromosomlar, hormonlar, cinsiyyət orqanları və digər fiziki əlamətlər) xüsusiyyətlərini bildirir. Doğuş zamanı körpənin cinsiyyət orqanları və ya xromosomlarının sayı əsasında onun
cinsi təyin edilir. Digər tərəfdən isə “gender” sosial əlamətlər (sosial rollar, xarakteristikalar, mövqelər, davranış və ya kimliklər) əsasında qadın (femininlik) və kişiyə (maskulinlik) aid edilir. Sosial rol dəyişən bir məsələdir və bir çox ictimai faktorlardan asılıdır, cins isə bioloji olaraq verilsə də, müasir əməliyyat metodları ilə dəyişdirilə bilər. Məsələn, transseksuallar özlərini əks cins və gender olaraq gördükləri üçün cinsiyyət orqanlarını dəyişdirirdikləri halda transgenderlər təkcə öz gender kimliklərini dəyişdirirlər və tibbi əməliyyat olunmurlar. Sonuncular mütləq şəkildə olmasa da adətən əks cins kimi geyinir və ona uyğun davranırlar. Maskulinlik və femininliyin uşaqlıqdan gördüyümüz tərbiyənin (sosial münasibətlərin) məhsulu olduğu düşünülür və Haslangerə görə onlar sosial konstruksiyadır. Cinsi yönümlülük insanın romantik, emosional və seksual baxımdan kimə cəzb olunması və ya kimə qarşı hisslər bəsləməsidir.
13
kimliyi və gender rolları adətən sisgender cinsinin anatomik xüsusiyyətlərinə uyğun gəlir. Məsələn, özünü qadın hesab edən və doğuşdan da qadın olaraq müəyyən edilən insan sisgender qadındır. Transgender fərdlər burada istisnadır, çünki onlar genderlərinin bioloji cinslərindən fərqli olduğunu hiss edirlər. Onların gender kimliyi anatomik və ya xromosomal (genetik) cinsləri ilə üstüstə düşmür. Transgender fərd heteroseksual, homoseksual və ya biseksual ola bilər. Nəzəri bazası olan bir çox tədqiqatçı razılaşır ki, cinsi yönümlülük və cinsi özünü ifadə bir neçə amilin – anadangəlmə, psixoloji, sosial, mədəni və situativ amillərin qarşılıqlı təsiri ilə əlaqədardır.
Digər tərəfdən gender kimliyi isə insanın qadın, kişi, transgender, genderkuir və s. olmasıdır və insanın kimdən xoşu gəlməsi ilə müəyən edilmir. Bioloji determinizmə əks olaraq feministlər iddia edirlər ki, davranış və psixoloji fərqliliklərin səbəbləri bioloji yox sosialdır. Məsələn, Simona de Bovuarın məşhur bir ifadəsi var ki, kimsə qadın doğulmur, qadın olur və “ictimai ayrı-seçkilik qadında elə böyük əxlaqi və intellektual təsirlər yaradır ki, onlar təbiətdən gələn təsirlər kimi görünür.” Cinsi yönümlülük bioloji cins (kişi və ya qadın olmaqla əlaqələndirilən anatomik, fizioloji və genetik xüsusiyyətlər), sosial gender rolları (feminin və maskulin davranışı müəyyən edən mədəni normalar) və gender kimliyi (kişi və ya qadın olmaqla əlaqəli psixoloji duyğu, kişilik və ya qadınlığın ətrafa ifadə edilməsi) də daxil olmaqla, cins və seksuallığın komponentlərindən fərqlidir. Gender
14
XIX əsrin sonlarında alman psixoloq Karoli Mariya Benkert “homoseksuallıq” terminini yaratdı. Terminin nisbətən yeni olmasına baxmayaraq, homoseksual davranışlar tarixi mənbələrdən bizə məlum olduğu kimi əksər cəmiyyətlərdə mövcud olub. Homoseksual insanlara aid edilən ən geniş yayılmış terminlər qadınlar üçün lezbiyan, kişilər üçün geydir. Məşhur LGBTİQ+ abreviaturasının açılışı belədir: lezbiyan, gey, biseksual və transgender, həmçinin təzəliklə bura interseks və kuir genderləri də əlavə edilib. LGBTİQ icması öz kimliklərini, birlik, sadiqlik, qürur və birgə dəyərləri göstərmək üçün bəzi simvollar qəbul ediblər. 1974-cü ildə nüfuzlu gey aktivisti Harvi Milk başqa bir açıq gey aktivist Qilbert Beyker ilə görüşəndə, Beykerdən gey icmasının qürurunu təmsil edən bir simvol fikirləşməsini xahiş etdi. Beyker 8 rəngli zolaqdan ibarət bayraq dizayn edib hər bir rəngə bir məna verdi. Göyqurşağı bayrağı indi LGBTİQ qürurunun və sosial hərəkatların simvolu olaraq istifadə edilir.
Homoseksual davranış bütün cəmiyyətlərdə müşahidə edilə bilər və hər bir cəmiyyətdə də bu davranışa əxlaqi, həmçinin siyasi cəhətdən fərqli yanaşıla bilər. Homoseksuallıq eyni cinsdən və ya eyni genderdən olan insanların bir-birlərinə qarşı bəslədikləri emosional, romantik və seksual cəzbetmə, ya da seksual davranışının davamlı nümunəsidir. Beləliklə, homoseksuallığın təbiətini başa düşmək üçün əsas iki kateqoriyada elmi izah irəli sürülüb: bioloji və psixoloji. XIX əsrdə homoseksuallığın bioloji əsasının olub-olmaması sualı onun “xəstəlik yoxsa günah” olması və buna görə də ona tolerant davranılıb-davranılmaması ilə bağlı idi. Bu səbəbdən də, homoseksuallıq əvvəlcə dəlilik, sonra isə “anadangəlmə anomaliya” hesab edilirdi. XX əsrin əvvəllərində Hirşfeld cinsi yönümlülüyü dəyişməyin mümkün olub-olmadığını və potensial olaraq “müalicə” edilib-edilə bilməyəcəyi məsələsini mübahisələndirən “hormonal dəyişən cins” anlayışını irəli sürdü. Cinsi yönümlülüyün dəyişkənliyi ilə bağlı Hirşfeldin aşkarladığı dəlillər məsələni əxlaqi məsuliyyət mövzusuna çevirərək yenidən onu günahlar siyahısına əlavə etdi və homoseksuallara qarşı müalicənin məcbur tətbiq edilməsi üçün əsaslar yaratdı.
əqli sağlamlıq və cinsi yönümlülük
1950-ci ildə psixatriya kitablarında hələ homoseksuallığın əqli qüsur olaraq sinifləndirildiyi vaxtda Evinli Huker homoseksuallarla heteroseksuallar arasındakı əqli fərqlilikləri öyrənməyə qərar verdi. O, heteroseksual və gey şəxslər üçün bir neçə psixoloji testlər hazırladı və ekspertlərdən cavablar əsasında hansı iştirakçının homoseksual olduğunu və onların əqli sağlamlıq dərəcəsini müəyyən etmələrini xahiş etdi. Başqa tədqiqatçıların da sonradan təkrarlamağa davam etdiyi bu eksperiment sübut etdi ki, homoseksuallıq əqli xəstəlik deyil, çünki homoseksual və heteroseksual kişilər arasında mental sağlamlıq baxımından bir fərqlilik müəyyən edilmədi. Tədqiqatın nəticələri tədricən APA-nın homoseksuallığı Psixi Pozuntuların Diaqnostikası və Statistikası ƏlKitabından silməsi ilə nəticələndi. Bunun sübut edilməsinə baxmayaraq, Azərbaycanda və dünyanın digər yerlərində valideynlərin uşaqlarını təcrid etməsi, psixiatriya klinikalarına, dəyişilmə mərkəzlərinə yerləşdirməsi və ya hormonal terapiya ilə cinsi yönümlülüyünü dəyişdirməyə çalışması hekayələrindən də gördüyümüz kimi homoseksualların rədd edilməsi geniş yayılıb. Bir çox LGBTİQ fərdləri gözdən uzaq olmaq və sağ qala bilmək üçün paytaxt şəhərlərə köçürlər. Uşaqlarının və ya bacı-qardaşlarının cinsi yönümlülüyünü öyrənəndən sonra onları döyən ailə üzvlərinin də olması bilinən haldır. Buna görə də bir çoxları cinsi yönümlülüyünün aşkar olmasından qorxur, telefon nömrələrini dəyişdirir, bəziləri ikili həyat yaşayır və adətən cinsi yönümlülüklərini ailələrindən gizlədirlər. Asiya, Avropa, Okeaniya, Cənubi və Şimali Amerikada dəyişmə terapiyalarının əleyhinə qanunlar qəbul edilib, çünki bu növ terapiyaların heç bir elmi sübutu yoxdur. Bunun
15
əksinə olaraq əlimizdə olan məlumatlar göstərir ki, belə terapiyalar insanlara fayda verməkdən çox zərər verib. 2009-cu ildə APA cinsi yönümlülüyü dəyişdirmə cəhdlərini təhlil edərək belə nəticəyə gəldi ki, müvafiq tədqiqatlar kifayət qədər deyil, amma müəyyən edilib ki, “cinsi yönümlülüyü dəyişdirmə cəhdləri bəzi fərdlərdə depressiya və intihar düşüncələri də daxil olmaqla stresə və pisləşən əqli sağlamlığa səbəb ola və ya mövcud vəziyyəti daha da kəskinləşdirə bilər.” Alimlər istənilən cinsi yönümlülük ilə psixopatalogiya arasında daxili bir əlaqə müəyyən etməyiblər. Həm heteroseksual, həm də homoseksual davranış insan seksuallığının normal aspektləridir. Qeyd edim ki, homoseksual yönümlülüyü olan insanlar da heteroseksuallarla eyni səbəblərdən (stres, münasibətlərdəki çətinlik, sosial, ya da iş həyatındakı problemlər və s.) psixoloq yanına gedə bilərlər; onların cinsi
16
yönümlülüyü maraqlandıqları məsələlərdə və müalicələrində əsas, ikinci dərəcəli və ya ümumiyyətlə əhəmiyyətsiz ola bilər. Homoseksuallığın təbiətini tədqiq edən elmi araşdırmalar arasında bir çoxları genlərin və hormonal faktorların mümkün təsirinə fokuslanıb. Monoziqotik (tək yumurta) əkizlər arasında homoseksuallıq ehtimalının çox olması və ailədə homoseksuallığın irsi olaraq mövcud olması nəticəsinə gələn eksperimentlər bioloji modeli dəstəkləyir. Bəzi dəlillər göstərir ki, prenatal (doğuşdan əvvəlki) androgenlərə məruz qalma cinsi yönümlülüyün inkişafına təsir edir, amma postnatal (doğuşdan sonrakı) cins steroidlərinin cəmlənməsi cinsi yönümlülükdən asılı olaraq dəyişkənlik göstərmir. Santa Barbara, Kaliforniya Universitetindən Uilliam Rays hesab edir ki, “qadın fetuslarındakı epimark onlarda testestorana qarşı daha az həssaslıq yaradır. Adətən bu qadın fe-
tuslarında irsi keçmir (amma bəzən irsi keçir) və oğlanlarda eynicinsli münasibətin yaranmasına gətirib çıxardır.” Bəzi tədqiqatlar gey kişilər ilə heteroseksual qadınlar və lezbiyan qadınlar ilə heteroseksual kişilər arasında neyroanatomik fərqliliklər tapıblar. London Kral Kollecinin Psixiatriya İnstitutunun akademiki Dr. Qazi Rəhman qeyd edir ki, orta hesabla gey kişilər mütəmadi beyin reaksiyalarında daha “qadın tipli,” lezbiyanlar isə haradasa daha “kişi tipli” olurlar. Beyin quruluşunda fərqlilik onların psixologiyalarında da fərqliliyin olması deməkdir. Buna görə də Rəhman iddia edir ki, gey fərqlilikləri təkcə bizim kimi seçməyimiz deyil, bu fərqliliklər bizim psixologiyamızda və başqaları ilə olan münasibətimlərimizdə də özünü əks etdirir. Bəzi cinsi arzuların bioloji izahının əksinə olaraq sosial konstruktivist yanaşmanın tərəfdarları iddia edirlər ki, bu məsələdə sosial şərait hələ də əsas rolu oynayır. Bu yanaşmanın müdafiəçiləri Mişel Fukonun Seksuallığın Tarixi kitabındakı ideyalardan təsirləniblər. Fuko tarix boyu insanların davranış və həyatlarına təsir edən sosial şəraitdən və diskursdan yazır. Öz əsərində o, müzakirələr ilə insanların fərqli seksuallıq formalarının necə yarandığını izah edir. O, insan seksuallığının bioloji əsasının danışdığımız dil tərəfindən necə formalaşdırıldığını göstərir. Belə ki, “seksuallığa” sahib olmaq XVIII əsrdən əvvəl mövcud olmayıb. Blumşteyn və Şvartz iddia edir ki, bizim kişi, ya da qadın seksual partnyora üstünlük verməyimiz seksuallığın mədəni olaraq necə başa düşülməsindən qaynaqlanır. Mədəni faktora tarixi misallardan biri kişilərin homoseksuallığı mövzusunda ən açıq cəmiyyətlərdən biri hesab edilən Qədim Yunanıstandır. Bu hərəkətlər “ən tərifə layiq və ya ilahi sevgi forması” idi. XX əs-
“ən tərifə layiq və ya ilahi sevgi forması” idi. XX əsrin 70-80-ci illərində tədqiqatçılar “biseksual,” “gey” və “heteroseksual” cütlüklər arasında iki böyük araşdırma aparıb belə nəticəyə gəldilər ki, seksual cəzbedilmə dəyişkəndir və müəyyən (dəqiq) deyil; seksuallıq sosiallaşma və özünüifadənin məhsuludur. Əlavə olaraq, onlar müəyyən etdilər ki, xüsusi cinsi yönümlülükləri olan insanlar belə həyatları boyu bəzən eynicinsli partnyorlarının olduğunu qeyd ediblər. Başqa bir faktı da deyim ki, heyvanların davranışı ilə bağlı araşdırmalar Texas ştatında homoseksuallıqla bağlı qanunun ləğv edilməsinə kömək etdi.
(Məqalənin ardı jurnalın növbəti sayında)
17
“Dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil.” 30 aprel homofobiya qurbanı olan LGBTQ aktivisti İsa Şahmarlının doğum günüdür. Biz İsanı unutmadıq. 18
BAŞ REDAKTOR
SƏMƏD İSMAYILOV REDAKTOR
GÜLNARA MEHDİYEVA RƏSSAM
TƏRCÜMƏÇİ YAZAR
LEYLA ƏLİ
VAHİD ƏLİ
QRAFİK DİZAYNER
MÜJGAN ABDULZADƏ
19
20