1
Mündəricat
03
ÖN SÖZ
04 10
FREYDİN YALANLARI
“ROKETMEN FİLMİ”
12
17 MAY NİYƏ ÖNƏMLİ GÜNDÜR?
11
HOMESEKSUALLIQ XƏSTƏLİK DEYİL III
,,
Ön söz
Əgər ətrafda LGBTQİ bayraqları görürsənsə, Beynəlxalq Homofobiya, Transfobiya, Bifobiya və İnterseksfobiyaya qarşı günü xatırlamağa dəyər. İDAHOBİT seksual və gender fərqliliyinin bütün dünyada qeyd olunduğu gündür. Hegemon maskulin düşüncə adətən 8 mart qadınlar gününün qeyd olunmasını zəruri hesab etmir. Bilirsən niyə?! Çünki məhz həmin gün qadınlar bu hegemon maskulin düşüncədən qurtulublar. Eynilə LGBTQİ icmanın hər hansı bir günü bayram kimi qeyd etməsini patriarxal cəmiyyət qəbul etmək istəmir, nəinki hər hansısa bir günü, hətta icmanın özünü belə qəbul etmir. LGBTQİ-lər üçün ən əlamətdar olan bir gün var: İDAHOBİT. Bu gün yeganə gündür ki, bütün dünyada LGBTQİlərin bir araya toplaşmasına bəhanə olur. 17 May harada yaşamağından asılı olmayaraq, sənin üçün kiminsə küçəyə çıxıb mübarizə aparan birinin olması deməkdir. 17 May LGBTQİ-lərin bütün dünyada ayrı-seçkiliyə, təqibə, həbs olunma və şiddətə məruz qalmasına qarşı qeyd
!
olunan gündür. Təsəvvür edirsən, bayramı bədbin hadisələr üzərində qeyd edirsən. Bunun üçün çox güclü olmaq lazımdır. Hə, əmin ol, biz güclüyük. LGBTQİ hüquqlarının sistematik şəkildə görməzdən gəlindiyi, özünüifadə azadlığının təmin olunmadığı, bu görməzdən gəlmələrin də görməzdən gəlindiyi növbəti 17 Mayda yenidən qeyd edirik: LGBTQİ hüquqları insan hüquqlarıdır! Biz də Minority Azərbaycan jurnalı olaraq 17 Mayda da qarşımızda olan ayrı-seçkiliyə və nifrətə qarşı mübarizəmizi davam etdirəcəyik! Biz, Azərbaycanın LGBTQİ icması hələ də hegemon maskulin düşüncəyə sahib, icma üzvlərini təqib edən, həbs edən, fiziki və psixoloji işgəncələrə məruz qoyanlardan üzrxahlıq gözləyirik! Səni bərabər və azad günlər diləyi ilə yeni sayımızın oxumağa dəvət edirik.
Vahid Əli
Freydin yalanları Heç bir kömür, heç bir kül, kimsənin bilməməli olduğu gizli sevgi qədər alovlu yana bilməz. Sabina
Spielreyn
(İlk
qadın
psixoanalitik) Homoseksuallıq xəstəlik deyil. Z.Freyd (Psixoanalizin qurucusu) Bunu uydurmuş da ola bilərəm, uydurmamış da – əvvəl-axır kim sevdiyi bir şey barəsində danışarkən onu şişirtmir ki? Amma məncə, o gün telefonumun zəngi çalanda zəng vuranın o olduğunu hiss etmişdim. Tablonun üstünə son fırça işlərini atırdım ki, dayandım. Çox vaxt sakitliyin hökm sürdüyü emalatxanamda yersiz çıxmışdı bu zəng. Adətən, iş vaxtı diqqətimi dağıdacaq heç bir şeyi yanımda saxlamırdım, amma bu dəfə telefonumu da özümlə gətirmişdim: təsadüflərə inanmasam da, o gün olan bu idi. Freyd çox güman, buna uğunub gülər, Yung isə: “Davam elə, doğru yoldasan”, - deyərdi. Yəqin ki, həyəcanlanmağımın səbəbi bu gözlənilməzlik idi, çünki bu zəng mənə o günləri xatırlatmışdı. O vaxtlar da, “bəlkə zəng vurar”, - deyə telefonu yanımdan ayırmazdım, hətta emalatxanama belə gətirərdim. “Bəlkə odur”, deyə içimdə o ümid qarışıq həyəcan
4
hiss ilə telefonları cavablamağı unutmağımın üstündən iki il keçmişdi, amma bir zəngə hamısını xatırlamışdım. Bəzən zəng vuranın heç vaxt o olmayacağını anlayandan sonra, unutmaq bir dərman olmaqdan savayı, özünüzə etdiyiniz ən böyük yaxşılıq olur. İstiqaməti dəyişib başqa dənizlərə yelkən açmaq üçün demək istərdim, amma belə deyildi. Düzü, son dəfə bunu fikirləşəndə yelkən açmaq bir yana, evlənmişdim, amma yəqin ki, nə demək istədiyimi anladız: o, həyatımdakı ilk və son olacaqdı. Axırda sadəcə unutdum və normal həyatımı yaşamağa başladım, amma bir sual dəniz fənəri kimi beynimdə dönüb cavab axtarmağa davam etdi: niyə? Niyə onu tanıdım; niyə gəldi; niyə getdi; niyə ümidverici idi; niyə bu qədər kor olmuşdum və bu kimi suallar… Bəlkədə mən çox romantik idim və həyatımda baş verən hər bir şeyə anlam yükləmək istəyirdim? Həyatın filmlərdəki kimi olmadığını biləcək qədər
qayğısız insanı belə narahat edəcək qədər ciddi məsələ idi ki, bu hərəkətimi görəndə: “Bəlkə biri ölür?” -deyirdi. Mənsə, sadəcə: “Onda vidalaşmaq üçün səhv adamı seçib”, - deyə cavab verirdim. Dünyaca məhşur rəssamın kaprizləri. Artıq hamı məni belə qəbul etmişdi. İnsan cəmiyyətdə hər hansı yüksək bir mövqe tutduqdan sonra dediyi hər söz müqəddəs bir kəlama çevrilir az qala. İnsanlar nə bildiyinizlə deyil, nə olduğunuzla biçir dəyərinizi: onlara görə bu cür bir mövqe tutmuşdumsa, bir şey bilirdim yəqin ki. Telefonu əlimə alıb ekrandakı yad nömrəyə baxdım. Tanımırdım və bu, o ehtimaldan doğan həyacanımı bir az da artırdı. Yaşıl ikonu sürüşdürüb: - Alo? - dedim. Az qala ikinci dəfə “alo” deyəcək qədər uzun bir aradan sonra: “Salam”,- dedi.
yetkinləşmişdim, amma bəzən hər şeyə rəğmən insanın istədiyi də bu olmur?
Udqundum. Birdən-birə ürəyimi köhnə bir həyacan bürüdü. İçimi, unutduğum “Nə edim, necə danışım ki, onun xoşuna gəlsin” deyə ürəyimi titrədən, məni özüm olmaqdan
İki il ərzində ən azı beş telefon dəyişmişdim, amma heç birində ondan gələn bir zəng almamışdım. İndi niyə alaydım ki? Amma o zəngi eşidən kimi hiss etdiyim şey bu idi: zəng vuran odur.
- Aloo?
Sonra bu fikrin nə qədər axmaqca səsləndiyini düşünüb, özümü acı gülməkdən saxlaya bilmədim, amma o hiss də məni tərk etdi deyə bilmərəm. Əllərimdəki boyaları silə-silə telofonuma doğru gedərkən tələsmirdim. Əgər tanıdığım olsaydı, açmayacaqdım. Hamı işləyərkən narahat olmaq istəmədiyimi və telefonumu yanımda saxlamadığımı bilirdi. Hətta birlikdə keçirdiyimiz illərdən sonra həyat yoldaşım belə bu xasiyyətimi qəbul edə bilməmişdi.
çıxardan o xoş həyəcan bürüdü. Bu, gözlənilmədən yağan yağışa hazırlıqsız tutulmaq kimi bir şey idi. Özümü səhnədə sözləri unutmuş teatr aktyoru kimi hiss edirdim.
- Eşidirəm, - dedim qürurlu bir səslə. - Mənəm, Mehran, - dedi. Cavab vermədiyimi görüb: - Tanıdın? - deyə əlavə etdi. - Tanıdım, tanıdım… Necəsən? -Yaxşı, - dedi heç də yaxşı olmayan bir səs tonunda. Bu bir kəlmə oyununa oxşayırdı sanki. Sonuncu kəlmənin son hərfi ilə başlayan bir söz tapıb deməli və sıranı bir-birimizə ötürməliydik. Sözlərin məntiqli olması lazım deyildi,
5
uzandıqca, masanın üstündəki boya qapaqlarından birini əlimə aldım. Qapağı məqsədsizcə çevirərkən: Niyə zəng vurmusan? - dedim. - Birdən ağlıma gəldin və... - dərin bir nəfəs aldı, - Nə bilim. Zəng vurmaq istədim. Dəstəyin o tərəfindən alışqanın klik səsini eşitməyim uzun çəkmədi. - Yaxşı… Nə vaxt istəsən zəng vur, - de dim. Səsimin quru çıxdığını bilirdim, amma yəqin ki, bunu anlayardı. O hadisədən sonra necə olmalıydı ki? Halbuki onunla o qədər danışmaq istəyirdim ki, artıq ürəyim növbəti zəngin gələcəyi saniyələri saymağa başlamışdı. Növbəti zəng olacaqdımı ki?
əsas sıra gələndə hər hansı bir kəlmə demək və sıranı ötürüb canını qurtarmaq idi. - Nömrəni tapmaq bir az çətin oldu. - Tapa bildiyinə belə təəccübləndim. Beynimdə ona nömrəni verəcək ortaq dostlarımızı düşündüm. - Başqa nömrələrinə zəng çatmırdı… - Bilirəm. Xoşuma gəlməsə də nömrə dəyişməyi adət halına döndərmüşəm. Bunun da çox yayılmağını istəmirəm, bilirsən də… - Hə, başa düşürəm. Narahat olma, heç kimə verməyəcəm, - deyib gülərək: Məhşur oldun, belədir də, yəqin, - deyə əlavə etdi. Kobud ləhcəsi sözdəki olan-qalan zarafat havasını söndürsə də, üzümə yayılan gülümsəməyə əngəl ola bilmədi.
6
Bu qədər vaxt sonra onu unutduğumu fikirləşmişdim. Hətta unutmuşdum da. Bütün bunların axmaq bir əhvalat olduğunu düşünüb güldüyüm də olmuşdu, allahın məni cəzalandırması da, amma sən demə, hər şeyin yenidən başlaması bir zəngə bərabər imiş. İlahi, kaş zəng vurmamış olardı, - deyə düşündüm. Bir daha incinmək -bir daha onun tərəfindən incinmək istəmirdim. Acı tüstülərdən, acı alkoqollardan mədət umacaq günlərimin qayıtmağını istəmirdim. Qoca Freyd bu halımı görsəydi, o qalın siqarını tüstülədərək libidomun coşduğunu deyərdi. Ürəyimə mane ola bilmirdim. Ürəyimin fərqli döyündüyünü hiss edirdim, dünyanın fərqli döndüyünü. Sanki həyat bozluqdan çıxıb birdən rəngarəng bir yerə dönmüşdü. Köhnə, nəfəskəsici həyəcanım geri qayıdır, məni məntiqli məndən uzaqlaşdırırdı. Cümə günü sıxıcı bir iş həftəsindən sonra bir həftə istirahət edəcəyini öyrənmək kimi bir şey idi bu. Amma bir az zəif hiss edirdim, sanki onun üçün hər şeyi etməyə hazırammış kimi, sanki dünyadakı ən vacib şey onu məmnun etmək
- Yaxşı. Özün necəsən? - Yaxşıyam… Yeni əsərimlə məşğul idim. Sanki ona göstərirəmmiş kimi yarımçıq rəsmə baxdım: - Sərgiyə hazırlaşıram.
digəri üçün dünya burda olma səbəblərinə çevrilir: sülh. Dünya sevgilinin səsiylə cənnətə dönüb az qala. Görəsən o da eynisini hiss edir? Gözlərimi açdım.
- Gələn ay. Gəlmək istəyərsən?
Əsgərlikdə olmusunuzsa, yəqin ki, siz də belə fikirləşirsiz; əsgərlik yaşadığınız müddətcə qurtulmaq istədiyiniz, amma qurtulandan sonra da dönüb bir daha yaşamaq istədiyiniz bir təcrübəyə çevrilir. O çətin günləri indiki ağlınızla dönüb bir daha yaşamağı ən azı bir dəfə istəyirsiz. Axmaqca səslənir, düzdü? Səbəblərimiz ayrıdır.
- Hə gələrəm, - dedi və susdu. Yalançı da olsa diqqət göstərmək ona xas xüsusi-
Dərin bir nəfəs aldım. Ürəyimin siqaret istəməsi uzun çəkmədi, amma çoxdan
- Doğurdan? Yəqin narahat etmədim. - Yox, nə narahatçılığı, - dedim. Qohumlarım bunu eşitsəydi yəqin ki, məni asardılar. Qapağı masanın üstünə qoyub fırlatmağa başladım. - Sərgi haçandır?
yyət deyildi. Səssizlik. Cavab verməyim uzun çəksə də: - Olar, dedim. - Görüşək. Hər ikimizə uyğun bir vaxta görüş təyin edib telefonu söndürdüm. Telefonu bağlayanda beynimdə keçmiş xatirələr tüğyan edirdi. Ən çox da Mehranın olduğu xatirələr qəfəsdən azad olan quşlar kimi beynimin içində uçuşurdular. Onları xatırladıqca ya dodağım qaçır, ya həyəcanlanır, ya da qorxurdum, amma daha çox üzümə xoş təbəssüm yayılırdı. Onunla o qədər şey yaşamışdıq ki… Hansı ki, dönüb bir də yaşamaq üçün qarşılığında qalan ömrümü verə biləcəyim xatirələr. Gözlərimi yumdum. Alaqaranlıq. Soyuqdur, həm də isti. Postda iki əsgər. Biri çox danışır. O qədər ki, ağzından durmadan çıxan buxar tüstülənən alovu belə xatırlada bilər. Əslində o qədər danışan deyil, amma onun yanında susa bilmir. Ümidlidi. Biri isə dinləyir, dinləyir, dinləyir. Bəzən o da danışır və o, danışarkən
tərgitdiyim üçün evdə siqaret yox idi. Telefonu masanın üstünə qoyub, mağazaya getmək üçün gödəkçəmi aldım. Birdən yenə zəng gəldi və geri qayıdıb telefonuma baxarkən zəng vuranın həyat yoldaşım olduğunu gördüm. Telefonu əlimə aldım, amma açmadım. Bir az əvvəl hiss etdiyim sevinc yerini günahkarlığa buraxmışdı. Haqsızlıqmı edirdim? Özümü günahkar hiss edirdim, amma digər tərəfdən bir şey etməmişdim axı. Telefonu səssizə qoyub cibimə atdım. Bunu utandığımdan da edə bilərdim, günahkar hiss etdiyimə görə də. Əmin deyiləm, amma iş vaxtımın bitməyinə hələ vardı və hamı iş vaxtı narahat edilmək istəmədiyimi bilirdi. Xəstə olanda sizə verə bildiyim sevgi, səbir və özgüvənin birazını mənə geri verin. İndi xəstə olan mənəm. (K.Q. Yunqun S.Spielreynə yazılmış məktubundan bir hissə, 04.12.1908) O gün bütün bədənim alışıb yanırdı desəm yalan olmaz. Gəlib-gedən əsgər
7
gərlərə xüsusi diqqət ayırıb onları qoruyurdu. Təbii ki, geyim qaydasını pozmayıb, soyuq su içməyib, zülaldan başqa içində hər şey olan o yeməkləri yediyin müddətcə. Kapitan Qəmbərovun fikri bu idi və buna allaha inandığı qədər inanırdı. Əsgərlikdə qatı xasiyyətli bir komandirə sahib olmaqdan ən pisi, yəqin ki, qatı xasiyyətli, dindar bir komandirinin olması idi. “Niyə xəstələnmisən?” - soruşmuşdu kapitan Qəmbərov. Üzündəki narahatlığın öləcəyimə görə yox, ölsəm onun başına gələcəklər üçün olduğunu bilirdim. - Bilmirəm, - dedim. Yada buna bənzər bir şey demişdim.
yoldaşlarım soyuq əlləriylə hərarətimi yoxlayır və üzlərindəki ifadə bir yana, ağıllarından keçən fikirləri belə gizlətmirdilər ki, bu fikirlər heç də ürəkaçan deyildi. Əlbəttə, indiki dövrdə kiminsə qızdırmadan ölməsi qulağa bir az inandırıcı gəlməz, amma yolların qar tutduğu, dərmansız bir postda bu mümkün idi. Üzlərində yaranan ifadəyə görə yoldaşlarımı qınamırdım. Kiminsə bədənimdə çiy yumurtanı bişirəcək qədər hərarət olduğunu dediyini xatırlayıram. Son ölçəndə bədənimin temperaturu 38 göstərmişdi, amma termometrin qırmızı xətti qalxmağa çox istəkli görünürdü. Amma o şəraitdə xəstələnməkdən daha çox can sıxan şey komandirin “Niyə xəstələnmisən?” sualına verməli olduğum cavab idi. Mənə qalsa, bilmirdim. Ya bilirdim? İki saat durmadan soyuq havada post qorumaq ola bilərdi? Amma bu vətən borcu, az qala, müqəddəs bir ayin idi və allah hər zaman əs-
8
- Mən bilirəm. Başınızı uzadıb yatmağa yer axtaranda olub, - deyərək bir tərəfdən də əliylə sanki daha aşağı temperatur tapacaqmış kimi, boynumun fərqli-fərqli yerlərinə toxunurdu. - Kimdəsə dərman var? - dedi Qəmbərov. Bilmirəm kim, amma uşaqlardan biri dərman tapıb gətirdi. Onsuz da az əvvəl bir dənəsini atmışdım, təsiri isə göz qabağında idi. Bu dərmanlardan hər dəfə atanda dərmanın mədəmə deyil, qaynar bir vulkana düşüb əridiyini təsəvvür edirdim - Al, bunu at. Kömək edin buna. Yerinə yatızdırın, su-filan istəsə verin. Çoxlu su iç, eşidirsən? - dedi. - Bəli, cənab. - Çoxlu su iç, hava işıqlananda apararıq səni tibbə. Digərlərinə dönüb: Rədd edin bunu burdan, - dedi. Ən pisi də bu idi, məncə. “Rədd ol” deyiləndə olmalıydın, başqa çarəsi yox idi. Hərbinin müqəddəs kitabı - nizamnamə dinin müqəddəs kitabları qədər rol oynayırdı hərbidə. O, kitabda hamısı da
sıxıcı ardıcıllıqla düzülmüş, oxuyarkən “Bunu oxumaqdan daha əyləncəli bir şey edə bilərdim” düşündürən “yazılmış” qanunlar vardı. Hərbi isə yazılmamış qanunlar tərəfindən idarə olunurdu ki, məncə, bir baxımdan həyatlarımız da o cür idi onsuz da. Kimsə çiyinlərimdən tutub yatağıma getməyə kömək etdi. Yön tapma qabiliyyətimi belə itirmişdim. Əslində hara getdiyim, necə olduğu, necə olacağı vecimə belə deyildi. Düşmən tərəfindən basılsaydıq belə, vecimə olmazdı. Bircə bu halımın necə olurolsun, bitməsini istəyirdim. Hətta yeganə çarəsi ölüm olsa belə, razı idim. Nəyinsə pis olmağına baxmayaraq, sırf inad olsun deyə olmağını istədiyiniz şeylər olur bəzən. O vaxt ölümümü istədiyimi xatırlayıram. Sırf Qəmbərov cəzalansın, sırf bundan canım qurtulsun deyə. Gözlərimi yumdum. Qaynar qazan içində tir-tir titrəmək nə qədər paradoksal olsa da, o an hiss etdiyim bu idi. - Pis günündəsən ki, - dedi bir səs. Nə qədər zaman keçdiyini bilmirdim, amma çox olmuşdu. Gözlərimi araladım. Başımın üstündə qaranlıq bir siluet vardı. - Saat neçədir? Ağlım bir az başıma gəlmişdi və necəsə bunun gerçək həyat olduğunu bilirdim. Bir şey demədi, yəqin ki, dediyimdən bir şey anlamamışdı. Əynindəki buşlatı soyunub kənara qoydu, əlcəklərini çıxardı. Hərəkət edərkən ondan yayılan soyuq havadan, burnunu çəkməyindən postdan gəldiyini anladım. Sonra əməliyyata hazırlaşan həkimlər kimi sviterinin qollarını yığdı. Ətrafda bizdən başqa iyirmi səkkiz əsgər və iyirmi səkkiz
əsgərdən ən azı onundan gələn xorultu, sayıqlama, xışıltı vardı, amma o an onun etdikləri otaqda olan yeganə hərəkət idi sanki. Gözləmədiyim bir anda əyilib, soyuq əlini alnıma qoydu. Əvvəlcə geri çəkilmək istədim, amma dözdüm. Buz kimi toxunuşu məni ayıltmışdı. Alnımdan başlayaraq bədənimə doğru yayılan güclü bir titrəmə keçdi bədənimdən. Başımı geri çəkib, halsız bir şəkildə sızıldandım. - Soyuqdur? Əlim o qədər donub ki, bir şey hiss etmədim onsuz da. Amma deyəsən əlimi qızdırmağa sobaya ehtiyac qalmayacaq. Əyildi və öpürmüş kimi dodaqlarını alnıma yapışdırdı. Soyuqdan qaçmamaq üçün dirəndim. Dodaqları isti, üzü isə əlləri qədər soyuq idi, hətta nəmli olmağına baxmayaraq, nədənsə özümü saxladım. Sanki tərpənsəm, qaçıb gedəcəkmiş kimi hərəkətsiz dayandım və bu anın davam etdikcə etməsini istədim. Olur da, bəzən “Kaş filan şeyi bir də yaşayardım” dediyiniz anlar. Bu da onlardan biri idi. Xəstəliyim keçməmişdi, amma anlıq bir ayılma yaşamışdım o an. Alnımda yenicə çıxmağa başlamış saqqalının tikan kimi batdığını hiss etmişdim.
(Hekayənin II hissəsi jurnalın növbəti sayında)
“Kirayə evin iki rəngi” əsərinin yazarından N. Novruzov
9
“Roketmen” filmi Bu ilin 16 may tarixində 72-ci Kann kinofestivalında, 22 mayda isə Böyük Britaniyada “Roketmen” adlı filmin premyerası baş tutdu. “Roketmen” - musiqiçi Elton Conun fantastik tərzdə nəql olunan həyat tarixçəsidir. Film Eltonun “Rocket Man” (1972) adlı ən məşhur hitlərindən birindən götürülmüşdür. Bu mahnı Rolling Stones jurnalının “Bütün dövrlərin 500 ən möhtəşəm mahnısı” siyahısındadır. 72 yaşlı musiqiçi tur çərçivəsində konsertlər verdiyi üçün filmin Kann festivalındakı nümayişində iştirak edə bilməsə də, Londondakı premyeraya qatıla bilmişdi. Rejissoru Dekster Fletçer olan film 2018-ci ildə çəkilmişdir və fentezi-müzikl janrındadır. Hələ 2012-ci ildə deyilirdi ki, Elton Con öz bioqrafik filminin üzərində işləyir. o, bildirirdi ki, onun roluna ən yaxşı namizəd Castin Timberleykdir. Lakin bu rol sonda Teron Edcertona qismət oldu. Elton Con 29 yaşlı Teron Edcertonun ifasını yüksək qiymətləndirərək müsahibələrindən birində belə demişdir: - Mən sanki özümü gördüm. Bu, ekstraordinar bir şeydir. Teron - əsl meqastardır. Elton Conun kinobioqrafiyası əfsanəvi musiqiçinin həyatının bütün mərhələlərindən bəhs edir. Tamaşaçılar o vaxt hələ Recinald Duayt adlanan qəhrəmanın Kral Musiqi Akademiyasında təhsil almasını və musiqi
10
olimpinin zirvəsinə necə yüksəlməsini seyr edəcəklər. Böyüdükdən sonra isə o, Elton Con səhnə adını götürür. Tamaşaçılar filmdə “Reci”nin uşaqlıqdan olan musiqi həvəsinə, nənəsi Ayvinin bu yolda ona göstərdiyi dəstəyə və valideynləri ilə münaqişələrə şahid olacaqlar. O, öz musiqi istedadı ilə hər kəsi mütəəssir etməyi bacarır. Süjet xətti boyunca, Ser Elton Conun keşməkeşli həyatı, ətrafındakı insanlarla münasibəti və musiqi dünyasına bəxş etdiyi töhfələr nümayiş olunur. Filmin həssas məqamları da əskik deyil. Onlardan biri də baş qəhrəmanın öz anasına gey olduğunu etiraf etdiyi səhnədir. Etirafa cavab olaraq, anası Şeyla oğlunun oriyentasiyasını həmişə bildiyini, onun heç kim tərəfindən layiqincə sevilməyəcəyini deyir və bununla da Eltonu dərindən yaralayır. Daha sonra Elton Con üçün çətin günlər başlayır.
vərdişlərdən uzaqlaşmağa ruhlandırır. Filmə aid maraqlı xəbərlərdən biri də onun Rusiyada qalmaqala səbəb olmasıdır. Premyera nümayişində məlum oldu ki, filmdə kişilər arasında olan bütün öpüş və seks səhnələri kəsilmişdir. Həmçinin filmin final titri də yığışdırılmışdır. Final titrin orijinalında Elton Conun öz məhəbbətini tapması və sevdiyi kişi ilə uşaqlarını böyütməsi haqqında danışılır. Rusiya Mədəniyyət Nazirliyi isə filmlə bağlı heç bir senzura tövsiyəsi vermədiyini, bunun prokatçının şəxsi qərarı olduğunu bəyan etmişdir.
O, müxtəlif zərərli vərdişlərə qurşanır və uzun müddət bu, onun üçün ənənəvi həyat tərzinə çevrilir. Həyatının nəzarətdən çıxdığını dərk edən Elton yardım axtarmağı, vəziyyəti düzəltməyi qərara alır və reabilitasiyadan keçir. Hazırda isə o, demək olar ki, 30 ildir aludəçilikdən uzaqdır və Devid Fernişin timsalında əsl məhəbbətini tapmışdır. Onlar xoşbəxt ailə həyatı yaşayırlar və Elton iki övladını birlikdə böyüdə bilmək üçün təqaüdə çıxmışdır. Məşhur müğənni filmlə bağlı böyük cəsarət nümayiş etdirir: uzun illər sevgilərini qazanmağa çalışdığı valideynlərinin biganəliyini, öz cinsəlliyini necə dərk etməsini, kişi ilə ilk seksini, şöhrətin zirvəsinə yüksəlməsini və içkiyə, müxtəlif preparatlara aludəçiliyini, hətta intihar cəhdini göstərməyə razılıq verir. Həyatındakı bütün hadisələr onu sonralar «I’m Still Standing» mahnısı yazmağa,
Elton Con və “Roketmen” bioqrafiyasının yaradıcıları bəyanat yayaraq, Rusiya prokatçısının ixtisarlarını tənqid etdilər. Müəlliflərin sözlərinə görə, onlara bu barədə məlumat verilməmişdir. Müğənni və kinematoqrafist bildirdilər ki, Roketmenin Rusiya bazarı üçün senzuraya məruz qalmasını qəti şəkildə rədd edirlər. Onlar prokatçının müəyyən səhnələri redaktə etməsini və tamaşaçıların filmi olduğu kimi görməkdən məhrum edilməsini “iki insan arasındakı sevgini qəbul etməyəcək dərəcədə qəddar olan parçalanmış dünyanın kədərli əks-sədası” adlandırdılar. Bəyanatın müəllifləri bildirir ki: “Biz körpülərin və dialoqların qurulmasına inanırıq və baryerlərin məhv edilməsində israr edəcəyik, ta ki, bütün insanlar dünyada eyni dərəcədə eşidilə bilsinlər.” Filmin Kann festivalında nümayişi də təsadüfi deyil. «I’m Still Standing» mahnısının klipi məhz burada çəkilmişdi. Ser Elton Con Roketmen üçün bir yeni mahnı da yazır və elə özü də ifa edir: I m Gonna Love Me Again (Mən özümü yenidən sevəcəm). Film al-əlvan səhnələrlə, qəhrəmanın parlaq obrazları ilə yadda qalır.
11
17 may niyə önəmli gündür? 17 may Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günü kimi qeyd olunur. LGBTQ icması üçün bu gün olduqca əlamətdardır. 1990-cı ilin həmin tarixində Ümumdünya Səhiyyə Təşkilatı homoseksuallığı psixi xəstəliklər siyahısından çıxarmışdır. 2004-cü ildə isə fransız universitet mühazirəçisi və qaradərili, gey, lezbiyan, biseksual və transgenderlərin haqları üzrə aktivist Lui-Jorj Ten bu tarixi dünya miqyasında bayram kimi qeyd etmək təklifini irəli sürmüşdü. Elə həmin ildən etibarən dünyanın 130-dan çox ölkəsində Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günü qeyd olunur. Bəzi ölkələrdə bu gün rəsmi bayramdır.
17 May niyə bu qədər vacibdir? Əvvəlcə bu tarixin adında sadəcə “homofobiya” sözü vardı. 2009-cu ildə buraya “transfobiya”, 2015-ci ildə isə “bifobiya” sözləri əlavə olundu. Bu da insanların seksual oriyentasiya və gender kimliyi ilə əlaqədar üzləşdikləri ayrı-seçkiliyi daha geniş əhatə edə bilmək üçündür. Həmin gün çoxlu sayda ölkələrin icmaları bu homofobiya, transfobiya və bifo-
12
biya haqqında danışır, qlobal miqyasda fərqindəliyi artırır, bərabər hüquqlar haqqında qanun layihələrinin təşviqi aparır və LGBTQ insanlara qarşı ayrı-seçkilik, zorakılıq və təqiblərə qarşı mübarizəni gücləndirməyə kömək edir. Bəli, diskriminasiya hələ də mövcuddur. Bəzi ölkələrdə 17 may əlvan bayraqların həmrəylik rəmzi olaraq hər tərəfdə dalğalanması ilə qeyd olunursa, başqa ölkələrdə LGBTQ icması hətta kiçik bir aksiya keçirə bilmir, çünki onların toplanma azadlığı məhdudiyyət altındadır. Lakin dünya dəyişməkdə davam edir. Məlumatlılığı artırmaqla, həmrəyliyimizi nümayiş etdirməklə, cəmiyyətdə olan müxtəlifliyə qucaq açırıq və bayram edirik. Azərbaycanda isə bu gün ilk dəfə 2014cü ildə “Nəfəs LGBT Azərbaycan Alyansı” tərəfindən qeyd olunmağa başlamışdır. Sonrakı illərdə isə bu günə diqqət daha da artmışdır. Yerli təşkilatlar, müxtəlif ölkələrin səfirlikləri həmin gün LGBTQ icmasına öz dəstəklərini nümayiş etdirirlər. 17 may tarixində sosial şəbəkələrdə insanlar 6 rəngli bayraq rəsmlərini paylaşaraq, həmrəyliklərini göstərirlər. Mübarizə yolumuz hələ çox uzundur. Lakin inanırıq ki, icmanın və müttəfiqlərimizin güclərini səfərbər edərək, homofobiya, transfobiya və bifobiyaya qarşı mübarizə apara və ciddi uğurlar əldə edə bilərik. Bizi bu yolda tək qoymayan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Birlikdə neçə gözəl illərə!
HOMoSEKSuALLıq xəstəlik deyil III HISSə Cəlilova, Zümrüd. “Homoseksuallıq xəstəlik deyil”. Bakı Araşdırmalar İnstitutu, 2019. https:// bakuresearchinstitute.org/az/homosexuality-is-not-a-disease/. Yazı Bakı Araşdırmalar İnstitutunun icazəsi ilə çap edilmişdir.
Lakin yenə də alimlər diqqətimizə çatdırırlar ki, insan seksuallığı olduqca fərqli ola bilər. Heteroseksual yönümlülüyünün təkamül nöqteyi-nəzərdən üstünlükləri ola bilər, amma özünüzə heç “dünyaya daha çox uşaq gətirməyə ehtiyac varmı” sualını vermisiniz? Demirəm ki, insanlar dünyaya daha uşaq gətirməməlidirlər, amma demək istədiyim odur ki, niyə insanlar inanırlar ki, ətrafdakı hər kəs dünyaya uşaq gətirməlidir? Hazırda dünyada 7,645 milyard insan var. Oxşar olaraq, Kanadanın Letbric Universitetindən Pol Vesi homoseksuallıq xüsusiyyəti olan insanların dünyaya yeni uşaq gətirmədiyini nəzərə alsaq, onda təkamül prosesi boyu homoseksuallığın nəyə görə aradan çıxmadığını, itirilmədiyini araşdırır. Alimlər hələ də bu qəliz suala cavab tapa bilmirlər, lakin kişi homoseksuallığı üzərində aparılan tədqiqatlar əsasında bir neçə
nəzəriyyə bu məsələni izah etməyə çalışır. Lezbiyan münasibətlərin təkamülü isə müqayisədə kişi homoseksuallığı ilə oxşar və ya tamamilə fərqli yolu keçə bilər. Bioloji tədqiqatlar qadın seksuallığı ilə bağlı adekvat nəticəyə gələ bilməyib. 2006-cı ildə Linda Qarnets və Anne Peplau aşkar etdilər ki, qadınların cinsi yönümlülüyü adətən sabit yox, dəyişkən olur; bu, onların sosial və mədəni təcrübələri, təhsil, sosial status və güc, iqtisadi imkanlar və qadınların roluna dair yanaşmalar kimi faktorların təsiri ilə formalaşıb. Kitzinger və Uilkinson birgə tədqiqatlarında həm heteroseksual, həm də homoseksual təcrübəsi olan qadınlar barədə bu yanaşmanı təklif edir. Onlar əksəriyyəti əvvəllər evli olan, ən azı 10 il heteroseksual davranışdan sonra lezbiyan münasibətləri yaşayan 80 qadından müsahibə götürüblər. Tədqiqatçılar
13
qeyd edirlər ki, keçid, sərbəst qəbul edilmiş qərar, müsahibəçilər üçün ağlabatan idi. Bu uzunmüddətli debatı belə tamamlaya bilərik ki, alimlər seksuallığın necə inkişaf etdiyini və bəzi insanların nəyə görə başqaları ilə müqayisədə fərqli seksual arzularının olmasını dəqiqliklə izah edə bilmirlər. İnsanlarda müxtəlif vaxtlarda və yaşlarda bu, özünü biruzə verir. Həmçinin yadda saxlamaqda fayda var ki, qadınlar və kişilər üçün seksuallıq ilə cinsi yönümlülüyün mənası əhəmiyyətli dərəcədə fərqlidir. Bioloji mübahisədən əlavə, valideynlərin uşaqları anormal yetişdirməsinin, cinsi istismarın, ya da digər zərərli həyat təcrübəsinin cinsi yönümlülüyə təsir etməsinə dair də heç bir elmi sübut yoxdur. Hazırda əlimizdə olan məlumatlar göstərir ki, cinsi yönümlülük erkən uşaqlıq dövründə müəyyənləşir. Ən açıq riskli şeylərdən biri xüsusilə də uşaqlarda aparılan genetik testdir. Genetikanın eynicinsli yönümlülüyə olan orta dərəcəli töhfəsini nəzərə alsaq, heç bir genetik test uşağın böyüyəndə gey olub-olmayacağını etibarlı şəkildə proqnozlaşdıra bilməz. Araşdırma həmçinin belə bir nəticəyə gəlir ki, yetkin əhalinin təxmini 3-10 faizi gey, ya da lezbiyan və yəqin çox böyük hissəsi isə biseksualdır. İnsanlarda homseksuallığın genetikası ilə bağlı olan bu vaxta qədərki tədqiqatlar çaşdırıcıdır; ya bir-biri ilə ziddiyyətli, ya da homoseksuallığın mövcudluğunda genetik əsaslara güclü, aydın dəlillər tapmadıqları üçün qeyri-müəyyən olurlar. Gey Doğulmaq: Cinsi Yönümlülüyün Psixobiologiyası kitabının həmmüəllifi Qazi Rəhman hesab edir ki, seksuallıq özündə onlarla, bəlkə də yüzlərlə allel ehtiva edir və onların öyrənilməsi üçün yəqin ki onilliklərə ehtiyac olacaq. Biologiya bizim seksual və
14
genderləşdirilmiş həyatımızda rol oynayır, bu fərqliliklər və müxtəliflik isə sözsüz ki alqışlanmalıdır. Bu arqumentlərin məqsədi biologiyanın insan seksuallığı ilə heç bir əlaqəsinin olmadığını göstərmək deyil. Hər ikisi də bir-biri ilə qaçınılmaz olaraq kəsişirlər. Bioloji faktorların cinsi kimlik, davranış və ya yönümlülüyə dərhal, birbaşa təsirinin olması iddiası hələ də isbat edilməyib.
Homoseksuallar Həqiqətən də İİV Xəstəliyini Yayır və İnsanları QİÇS-ə Yoluxdururlarmı? Gey kişilərin icmasında İİV-lə bağlı stiqma geniş yayılıb. İİV, yəni İnsanın İmmunçatışmazlığı Virusu (HIV – Human Immunodeficiency Virus), QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə səbəb olur və insanlar inanırlar ki, bu, yalnız homoseksual kişilər tərəfindən gey kişilər və narkotik maddə istifadəçiləri arasında yayılır. Lakin QİÇS hər iki genderdən və bütün fərqli həyat tərzi olan insanlara təsir edir. Təəssüf ki, Azərbaycanda bu mövzu ilə bağlı kifayət qədər statistik məlumat yoxdur, buna görə də ABŞ-da həyata keçirilmiş tədqiqatlara is-
mayaraq onlara təsir edir. 2016-cı ildə ABŞ və ona bağlı 6 ərazidəki İİV diaqnozları göstərir ki, 40 324 halda 26 844-ü (67%) gey və biseksual kişilər arasında müşahidə edilib. Geriyə qalan 13 480 (33%) halları vurğulamaq istərdim, çünki bunları insanlar gözardına vuraraq inanırlar ki, İİV yalnız geylər arasında yayılır. Buradakı məqsədim budur ki, İİV və cinsi yolla yoluxan digər xəstəliklər həm homoseksual, həm də heteroseksual münasibətlərdə geniş yayılıb. İnfeksiyalardan ən yaxşı qorunma yolu cinsi münasibət zamanı prezervativlərdən istifadə etmək və çirkli iynələrdən istifadə etməməkdir.
tinad verirəm. Bizim Səsimiz: Qadın Psixologiyası kitabında Elizabet Rayder yazır ki, ABŞ-da təxmini hər 800 qadından birində QİÇS var. O, göstərir ki, qadınlardakı QİÇS hallarının təxmini 40 faizi heteroseksual cinsi münasibət nəticəsində yoluxub. Həmçinin əlavə edir ki, bu, adətən kişilərdən qadınlara yoluxur və yalnız 2 faiz hallarda bunun əksi müşahidə edilir. QİÇS hallarının geri qalanı infeksiyalı iynə və şprislər vasitəsilə yoluxulur. Sirr deyil ki, bəzi gey və biseksual kişilər prezervativ və ya QİÇS-in qarşısını alan, müalicə edən dərmanlar istifadə etmədikləri üçün cinsi əlaqədə olarkən QİÇS-ə yoluxurlar. Stiqma, homofobiya və ayrı-seçkilik bütün irqi və etnik qruplardan olan gey və biseksual kişiləri bir çox sağlamlıq problemləri ilə üz-üzə qoyur və onların keyfiyyətli tibbi xidmət almasından asılı ol-
Vurğulamaqda fayda var ki, Azərbaycandakı seksuallıq və İİV/QİÇS-lə bağlı böyük tabu ölkədə İİV-in yayılması ilə bağlı məlumat çatışmazlığına töhfə verib, həmçinin infeksiyaya yoluxan insanların müvafiq tibb mərkəzlərinə xəbərdarlıq verməsinə, ya da onlardan mübarizə və infeksiyanın qarşısını almaq üçün kömək istəməsinə maneə yaradıb. Dennis van der Vur 2007-ci ildəki hesabatında qeyd edir ki, bəzi təşkilatlar müxtəlif icmaları və ümumi əhalini hədəf alaraq “daha təhlükəsiz seks” materialları istehsal ediblər, lakin Vurun missiyası xüsusi olaraq LGBTİQ icmasını hədəf alan “daha təhlükəsiz seks”lə bağlı informasiyaya rast gəlməyib. Vur göstərir ki, Azərbaycandakı İİV/QİÇS-lə bağlı 2006-cı ilin yanvar ayına olan rəsmi statistika belədir: İİV diaqnozu qoyulan 928 qeydə alınmış şəxs var. Onlardan 100-ü ölüb, 108 nəfərdə QİÇS inkişaf edib və 720 nəfərdə isə İİV var.Hesabatda həmçinin göstərilir ki, qeydə alınmış hallar ümumi yoluxma hallarının 10 faizini təşkil edir; İİV və QİÇS-ə yoluxan insanları təmsil edən təşkilatın mətbuat katibi isə deyir ki, həqiqi rəqəmlər rəsmi statistikada göstəriləndən təxmini 30 dəfə çoxdur. İİV-ə yoluxma daha
15
çox narkotik maddələrin (iynə ilə) qəbulu (47%) və prezervativsiz heteroseksual seks (26%) vasitəsi ilə baş verir. Əlavə olaraq, Azərbaycanda şəxsən tanış olduğum bir çox adam səhv olaraq belə bir ümumiləşdirilmiş fikrə inanır ki, LGBTİQ fərdləri əxlaqsızdırlar və həmişə seks işçisi olurlar. Lakin bunu da nəzərə almaq lazımdır ki, seks işçiləri arasında müxtəlif cinsi yönümlülüyü olan adamların olduğunu da heç kim inkar etmir. Həmçinin qeyd etməkdə fayda var ki, bəzən ictimai təzyiq və stiqma ucbatından pul qazanıb yaşayışlarını təmin etmək üçün insanlar məcburən seks işçisi olurlar. Eyni hesabat üçün götürdüyü müsahibəsində Nəfəs qrupundan olan aktivist Gülnarə Mehdiyeva qeyd edir ki, “biz (aktivistlər) Azərbaycanda seks işçiləri arasında çoxlu transgender fərdlərin olduğunu inkar etmirik. Lakin onlar çox vaxt məcbur qalıb bu yolu seçirlər.” Mehdiyeva həm də vurğulayır ki, LGBTİQ fərdləri teztez əmək bazarındakı digər sektorlardan kənarlaşdırılırlar. Həqiqətən də bir çox insan gender kimliklərinə görə iş imkanlarından məhrum edilirlər və sakit qalmağa məcbur qalırlar. Azərbaycanda işləyən, ya da iş axtaran LGBTİQ fərdlərinin əksəriyyəti işverənlərin qərəzli olmasından yayınmaq üçün öz cinsi yönümlülüklərini və ya gender kimliklərini gizləyirlər. Bu məsələ işçilərə qarşı olan ayrı-seçkilik barədə ciddi suallar doğurur və bunu aradan qaldırmaq üçün yeni qanunların qəbuluna ehtiyac var. İşləyən hər dörd LGBTİQ fərdindən biri son beş ildə işdə ayrı-seçkiliyə məruz qaldığını deyir və sonuncu ildə işləyən, ya da iş üçün müraciət edən transgender fərdlərin dörddə birindən çoxu gender kimliklərinə görə işdən çıxarıldıqlarını, işə götürülmədiklərini, ya da
16
daha yaxşı vəzifədən məhrum edildiklərini deyirlər.
Homoseksuallar “İdeallaşdırılmış Ailə” üçün Təhlükədirlər? Homoseksual münasibətlərin ailə həyatının köklərinə təhlükə olması və “insanın mənliyini” məhv etməsinə dair güclü inam var. Lakin “normal” deyilən ailələrdə yaşayıb əziyyət çəkən çoxlu uşaqlar var və milyonlarla uşaq kimsəsizlər evlərində yaşayırlar. Təəssüf ki, kimsəsizlər evlərindəki uşaqların çoxu tamam səssizlik içində böyüyürlər. Nə yatmazdan əvvəl hekayələr, nə qucaqlama, nə valideynlərin hər şeyin yaxşı olacağına dair verdiyi güvən – sağlam ailədə böyüyən uşaqların gündəlik həyatındakı gülüş və sevincin heç biri. Bacı-qardaşlar və əlil uşaqlar üçün daimi evlər tapmaq da olduqca çətindir. Bəzi ölkələrdə eynicinsli nikah qanuniləşəndən sonra homoseksual cütlüklər çətin şərtlərə baxmayaraq uşaqların qayğısına qalmağa daha çox həvəs göstərməyə başladılar. Təqdim etmək istədiyim belə cütlüklərdən biri Qerri və Kayl Ratklifdir. Onlara xüsusi qayğıya ehtiyac duyan dörd uşağı övladlığa götürüb onlara daha yaxşı həyat imkanı verdikləri üçün “super qəhramanlar” deyirlər. Nok Noulz və DIY SOS (Birləşmiş Krallıqda bir televiziya proqramı) komandasının köməyi ilə onların evi yenidən tikildi və serebral palsisi olan 13 yaşlı Haydın, daun sindromu olan 11 yaşlı Bella, ciddi epilepsiya xəstəliyi, görmə qüsuru və serebral palsisi
olan 6 yaşlı Kurtis və post-travmatik stressdən əziyyət çəkən 6 yaşlı Foibinin gəlməsi üçün ev hazır vəziyyətə gətirildi. Birləşmiş Krallıqda yüzdən çox könüllü bu uşaqların qayğısına qalan cütlüyə kömək etmək üçün bir araya gəldi və valideynlərin uşaqlarını evdə nə etdiyini görə bilməsi üçün kameralarla təchiz edilmiş, tibbi texnologiyası olan bir ev tikdilər. New Family Social qrupunun icraçı direktoru Tor Doçerti 2013-cü ildə Kembric Universiteti tərəfindən dərc edilən olduqca əhəmiyyətli tədqiqatında LGBTİQ fərdlərin övladlığa uşaq götürməsi ətrafındakı təşviqedici məsələlərə və buna olan dəlillərə işarə edərək qeyd edir ki, eynicinsli cütlüklər tərəfindən övladlığa götürülən uşaqlar heteroseksual cütlüklərin böyütdüyü uşaqlar qədər yaxşı böyüyürlər. APA inanır ki, eynicinsli cütlüklərə evlilik və onun gətirdiyi üstünlüklər, hüquqlar və imtiyazlara çıxış üçün hüquqi çıxış verməmək ədalətsizlik və ayrı-seçkilikdir. Əlavə olaraq, “Cinsi Oriyentasiya, Valideynlər və Uşaqlar haqqında qətnamə”sində APA qəbul edir ki, “valideynliyin effektivliyinin valideynlərin cinsi yönümlülüyü ilə əlaqəli olmasına dair heç bir elmi sübut yoxdur; lezbiyan və gey valideynlər də heteroseksual valideynlər kimi öz uşaqları üçün yaxşı və sağlam mühit yaradırlar.”
Son olaraq oxuculara dünyada dəyişən gender münasibətlərini və LGBTİQ fərdləri haqqında tədqiqatları, həmçinin onların müxtəlif icmalarda cəmiyyətə uğurlu inteqrasiyasını xatırlatmaq istərdim. Bəzi hüquqlar uğrunda mübarizə ağrılı olsa və davam etsə də, alimlər arasında hələ də homoseksuallığın köklərinə dair bioloji və sosial izah modelləri arasındakı debat yekunlaşmasa da, bir şey artıq məlum olub: heç bir cinsi yönümlülük ilə psixopatalogiya arasında hansısa bir daxili əlaqə yoxdur. Lakin xatırlamaqda fayda var ki, inkarlara, şiddətə və nifrətə heç vaxt əxlaqi və ya elmi tədqiqat nöqteyi-nəzərindən haqq qazandırmaq olmaz. Əlavə olaraq, homoseksual fərdlərin daşıdıqları “genlər” yenidən istehsal edilmədiyi (yəni homoseksualların dünyaya uşaq gətirmədikləri) halda homo-
Nəticə 17
homoseksuallığın təkamül prosesində necə davamlı olaraq mövcud qala bildiyi məsələsini mübahisələndirmək başqa bir müzakirənin mövzusudur. Seçmə və subyektiv “normalar” insanların gündəlik həyatını təhdid etməməlidir. Biz həmişə məsələləri müəyyən zaman çərçivəsində hakim olan və ya sosial, siyasi və şəxsi maraqlarımızla üst-üstə düşən, qaçınılmaz olaraq bu və ya digər yolla subyektiv olan nötqeyi-nəzərdən “görürük.” Buna görə də inanıram ki, təbiət, yoxsa tərbiyə debatı təkrar olunan ziddiyyətli nümunələrdən ortaya çıxan fərqlilikləri vurğulamaq baxımından faydalıdır. Homoseksuallığın təbiəti ilə bağlı debatlara dair mənim bu yığcam toplum və analizim təklif edir ki, mövzu ilə bağlı yerli alimlərin, psixoloqların, siyasətçilərin və ümumilikdə cəmiyyətin diqqətini özünə cəlb edən mürəkkəb və müxtəlif dialoqlara ehtiyac var. Bir çox sui-qəsd cəhdləri, ölüm və LGBTİQ fərdlərinin təqibi hallarının qeydə alındığı Azərbaycanda vəziyyət gərgindir. Texnologiya təkmilləşdirilsə də, iqtisadiyyat yenidən qurulsa da, homoseksuallığın kökləri ilə bağlı izahedici modellər daha da inkişaf etsə də, ölkədəki əxlaqla bağlı qarışıq məsələlər və repressiya siyasəti çox az dəyişib. Bu dəyərlərə və praktikaya qarşı çıxmaq üçün siyasət və proqram səviyyəsində icmalarla işləmək, sosial ədalət uğrunda qurulmuş əməkdaşlıq və hərəkatlarda gender bərabərliyi məqsədlərinin ayrılmaz hissəsi olan dəyişikliklər üçün seçiciləri səfərbər etmək lazımdır. Bir çoxları başa düşmədikləri şeylərə nifrət etməyə meyillidirlər, ya da nifrət etdikləri şeyləri başa düşmürlər. Nifrət bizim nəyisə başa düşməyimizə maneə yaradır, çünki öyrənmək istədiyimiz şeyi necə görəcəyimizi emosiyalarımız müəyyən edir. Lakin daha
18
obyektiv olduqda nəyisə başa düşmək də mümkün ola bilər. Yazımı daha emosional tonda bitirmək üçün Çarli Çaplinə müraciət etmək istəyirəm:
“HAMımız bir-birimizə kömək etmək istəyirik. İnsanlar belədirlər. Bir-birimizin kədəri ilə yox, xoşbəxtliyi ilə yaşamaq istəyirik. Bir-birimizə nifrət edib iyrənmək istəmirik. Bu dünyada hər kəsə yer var. Və bu yaxşı dünya zəngindir və hər kəsi təmin edə bilər.”
BAŞ REDAKTOR
SƏMƏD İSMAYILOV REDAKTOR
GÜLNARA MEHDİYEVA RƏSSAM
TƏRCÜMƏÇİ YAZAR
LEYLA ƏLİ
VAHİD ƏLİ
QRAFİK DİZAYNER
MÜJGAN ABDULZADƏ
19
20