Minority jurnalı № 14

Page 1

LGBTI+ məzmunlu ilk Azərbaycan jurnalı

1


Mündəricat

03

ÖN SÖZ

04

Azərbaycan siyasi diskurslarında kvir məsələsi

08

YA TOSİBA ilə müsahibə

10

Gəl dənizlə barışaq


,,

Ön söz

Əziz oxucu, bir qədər uzun keçən yay fasiləsindən sonra yenidən səninləyik. Sentyabr ayının 23-ü bütün dünyada biseksual fərqindəlik günü kimi qeyd olunurdu. Oktyabr ayında isə bir neçə LGBTİ əhəmiyyətli günlər qeyd olunacaq. Bunlardan ən vacib və gözəl olanı 11 oktyabr Kaminq Aut günüdür. Hər ilin həmin günündə dünyanın fərqli yerlərindən yüzlərlə, bəlkə də minlərlə insan kaminq aut edir. Jurnalımızın bu sayında sənin üçün müxtəlif məlumatlar toplamışıq. Belə ki, bu dəfə Bəhruz Səmədovun “Azərbaycan siyasi diskurslarında “kvir” məsələsi” haqqında araşdırması ilə tanış ola biləcəksən. Burada Bəhruz Azərbaycanda siyasi ritorikada LGBTİ mövzusunun yeri barədə danışır, o cümlədən müxtəlif siyasi simaların nitqində LGBTQ məsələsinin necə öz əksini tapdığını təhlil edir. Budəfəki sayımızda həm də özünün qeyri-ənənəvi klipləri ilə məşhur olan, Finlandiyada yaşayan azərbay-

!

canlı musiqiçi, Ya Tosiba qrupunun ifaçısı Zuzu Zakaria ilə müsahibəmiz yer alır. Zuzu dissertasiyasını meyxana mətnlərini analiz edərək yazıb. Daha çox məlumat üçün isə müsahibəni oxuya bilərsən. N.Novruzovun “Gəl dənizlə barışaq” əsərinin ilk bölümü yayımlanır. Müəllifi “Kirayə evin iki rəngi” hekayəsindən sevirsən. Yeni əsər isə hər yay ailəsi ilə kənddəki evə yollanan Əli və orada tanış olduğu danışma məhdudiyyətli İlkinin hekayəsini nağıl edir. Birinci bölümü oxuya-oxuya uşaqlığımız, yay macəralarımız gözümüzün qabağından keçəcək. Sözün açığı, qəhrəmanların arasında nələrin yaşanacağını redaksiyamız hələ bilmir. Növbəti saylarımızı izləsən, onların başına gələnləri və bütün digər maraqlı hekayələri birlikdə izləyə biləcəyik. Vahid Əli

3


Azərbaycan siyasi diskurslarında “kvir məsələsi” Bəhruz Səmədov, I hissə Giriş Azərbaycanın Avropa Şurasına üzv olmasına baxmayaraq, ölkəmiz kvir insanların haqlarının tez-tez pozulduğu ölkələr siyahısındadır. ILGA Avropa 2017-ci ildə Azərbaycanı Avropada LGBTK fərdləri üçün yaşamağa ən uyğunsuz ölkə belə adlandırmışdı. Eyni hal 2019-cu ildə də baş verdi. Həm sosial-mədəni mövzularda, həm də media mətnlərində kvir insanların aşağılandığına rast gəlmək olar. Bununla belə, kvirlik həm də qismən tabulanmış mövzudur və tez-tez müzakirəyə çıxarılmır. Bu tabulanmanın nəticəsi olaraq, homoseksual və transseksual kimlik mövzuları həm iqtidar, həm müxalifət partiyalarının və hərəkatlarının diskurslarında kifayət qədər nadir hallarda müzakirə edilir. Bu araşdırmada mən 2010-ci ildən sonra siyasi diskurslarda kvir mövzusunun internetdə mövcud olan müxtəlif artikulyasiyalarını tənqidi diskurs-analiz baxımdan analiz edəcəyəm. Bu dil analizi qrammatik və sintaktik deyildir, əksinə, makroanalitik baxımdan iddialar və arqumentlər göstəriləcək.

4


Prezidentin Sözləri 2014-ci ildə ölkə prezidenti İlham Əliyev Avropa Parlamentində Norveç İşçi Partiyasının üzvü Liza Kristoffersen tərəfindən Azərbaycanda LGBTK haqları ilə bağlı sual ilə qarşılaşdı. Onun cavabı belə idi: “Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub və heç bir məhdudiyyət yoxdur. Azadlıqlarla bağlı mövcud vəziyyət yəqin ki, sizin ölkənizdəki vəziyyətdən fərqlənmir.” Cənab Əliyev öz sözləri ilə mövcüd iddia (existential assumption) irəli sürür. Onun sözləri mövcud quruluşu elə təqdim edir ki, Azərbaycanda kvir haqlarını normaya (“sizin ölkənizdəki”) adekvat göstərir. Eyni zamanda tabulanmış mövzuya birbaşa toxunmayaraq, o, sualda qeyd olunan fərdlərin adını qrup olaraq çəkmir və cavabında abstraksiyaya yol verir. Buna tənqidi dilçilikdə impersonalizasiya deyilir. Bu strategiyadan istifadə özü onu göstərir ki, kvir insanlar özgələşdirmədən əziyyət çəkir. Milli Məclisdə bir dəfə... Milli Məclisin rəsmi saytında “homoseksual” sözü axtarış zamanı cəmi üç nəticə göstərir. Yeganə münasib keys YAP-ı təmsil edən deputat Eldar İbrahimovun 2015-ci il, 14 sentyabr tarixinə aid çıxışıdır: “Onlar (Avropa Parlamentinin üzvləri) 1 milyon qaçqının taleyindən yox, Azərbaycan mentalitetinə uyğun olmayan lezbiyan, homoseksual və digər insanların durumundan narahatdırlar.” Söhbət Avropa Parlamentində Azərbaycanda insan haqlarının, o cümlədən homoseksualların haqlarının pozulmasını tənqid

edən bəyannamənin qəbul olunması ilə əlaqəlidir. Tövsiyəedici iddia (propositional assumption) edərək, E.İbrahimov tənqidi rədd edir. O, 1 milyon qaçqın və məcburi köçkün mövzusuna toxunaraq, Azərbaycan milli kimliyini konstruksiya edən travmatik mövzuya girir. Eyni kontekstdə “müqayisə oluna bilməz” olan iki mövzunu – kimliyi yaradan travmalardan qaçqın və məcburi köçkünlər ilə özgələşdirilmiş kvirləri artikulyasiya edərək, E.İbrahimov AB-yə qarşı ikrah hissi oyatmağa çalışır. Adillik aqrumenti (topos of justice) ilə o, AB-ni “seksual azlıqlardan başqa heç nə ilə maraqlanmayan” bir qurum kimi təsvir edir. “Azərbaycan mentalitetinə uyğun olmayan”

5


ifadəsi isə mövcud əsas arqumentə əlavə edilən mədəniyyət arqumentidir (topos of culture). Bu dayaq arqumenti “xalqın mentallığını” dəyişməz və tarix boyu eyni qalan nəsnə kimi təqdim edir. Bu tip siyasi diskurs Laklau və Muffun ifadəsi ilə bərabərlik və fərqlilik məntiqinə xidmət edir. Bir tərəfdən siyasi iqtidar, xalq və onun yaralı yeri olan qaçqın və məcburi köçkünlər arasında (Biz), digər tərəfdən isə Avropa institutları, kvirlər və marginallaşmış QHT-lər arasında (Özgələr) bərabərlik məntiqi işə düşür. Beləliklə, bu kimi çıxışlar sadəcə mövcud hegemoniyanı re-artikulyasiya edir və heç bir dəyişikliyə xidmət etmir. Milli Məclisdən kənar 2005-ci ildən deputat vəzifəsində olan və konservativ mövqeyi ilə tanınan Fazil Mustafa AzVision saytına “Azərbaycanda homoseksual vəzifəlilər var” başlıqlı müsahibəsində homoseksuallığı xəstəlik adlandırır və homoseksuallığı və cins dəyişməni “bəzi vəzifəli, zəngin insanların stimullaşdırdığı bir fəaliyyət” kimi qeyd edir:

Kütləvi informasiya vasitələrində yüngül həyat tərzi təbliğ olunur. Hazırda əxlaqsızlıq da stimullaşdırılır. Geyimlər və müxtəlif davranışlarla homoseksullağı cəmiyyətə qəbul etdirməyə çalışırlar.”

“Belə xəstəliklər Azərbaycan mühitində süni şəkildə ötürülməkdədir. Bu, insanın təbii varlığına ziddir. İnsanların bundan necə qorunmalarını söyləmək çox çətindir. Bu, daha çox insanın fərdi daxili xüsusiyyətləri ilə bağlı olan bir xəstəlikdir. Hər halda cəmiyyətdə buna (red: homoseksuallığa) qarşı mənfi münasibət daha ciddi olmalıdır. İnsan əxlaqına və təbiətinə zidd olan cinsiyyət dəyişdirilməsinə qarşı cəmiyyət sərt mövqe nümayiş etdirməlidir. Bu xəstəliyin yayılmasını stimullaşdırmamalıdırlar. Amma bu xəstəlik Azərbaycanda hansısa bir formada stimullaşdırılır.

Əvvəlcə F.Mustafa “elmi” arqument gətirərək, homoseksuallığın insan təbiətinə zidd olduğunu iddia edir. Homoseksuallığın xəstəlik olmadığını alimlər dəfələrlə qeyd etsə də, homofob diskurslarda bu arqument tez-tez istifadə edilir və reallıq kimi təqdim edilir (topos of reality). Bununla belə, F.Mustafanın arqumenti cəmiyyətdə dominant olan düşüncəni özündə əks etdirir və kvirlərin özgələşdirilməsini onların “xəstə” olması ilə normallaşdırır.

6

“Belə xəstəliklər Azərbaycan mühitində süni şəkildə ötürülməkdədir” deyərək,


güclərin durduğunu iddia edir. Bu iddia kvirləri elə konstruksiya edir ki, onlar təkcə özgə yox, həm də “təhlükəli özgə” kimi görünür. “Daxili düşmənlərin” güclənməkdə olduğunu başa düşərək, “təhlükəyə” qarşı daha sərt addımların atılması zəruri görünür. Arqumentativ analizə gəldikdə, F.Mustafanın dediklərini təhlükə arqumentinin (topos of threat) homoseksuallaşdırma növünə aid etmək olar. Əslində bu arqumentasiya dünyada bir çox ifrat sağ və homofob diskurslarda artukulyasiya olunur.

F.Mustafa məşhur ifrat sağ “bir millət, bir bədən” metaforasını artikulyasiya edir. Rut Vodakın qeyd etdiyi kimi, bu metaforada millət bədən kimi, özgələr, yəni miqrantlar, etnik azlıqlar (məsələn, romalılar) isə bədən üçün xəstəlik kimi konstruksiya edilir. F.Mustafanın kvirləri “bioloji özgələr” olaraq tanıması faşistlərin media diskurslarında yəhudiləri “mikrob” kimi tanımasını xatırladır, bu yolla da “bioloji özgələr” dehumanizasiya edilir.

Daha sonra öz intervyusunda F.Mustafa qeyd edir ki, cinsin bioloji dəyişdirilməsi “Allaha qarşı üsyandır” və “insan təbiətinə ziddir”. Bu arqument ilə o, reallıq arqumentinə (topos of reality) müraciət edir. Bunu həm də növbəti cümlə təsdiq edir: “Mən bu məsələdə çıxış yolunu görə bilmirəm. Çox çətin bir məsələdir”. F.Mustafanın arqumentativ məntiqinə görə, hər nə qədər məsələ çətin olsa da, reallıq X (Allahın qanunu və insanın təbiəti) olduğu üçün, Y (cinsin dəyişdirilməsi və ümumilikdə kvirlik) düzgün deyil. Beləliklə, F.Mustafa essensializmə (var olanın dəyişməz qalması) və İslam dininin ənənəvi interpretasiyasına aid edilə bilən fikir əsasında arqument irəli sürür.

(Ardı var)

“Hər halda cəmiyyətdə buna qarşı mənfi münasibət daha ciddi olmalıdır” deyərək, F.Mustafa tövsiyəedici iddia irəli sürür və yumşaq konservatizmdən daha sərt reaksiyaya səsləyir. Pop-medianı və “bəzi vəzifəli şəxsləri” günahlandırmaqla, o, kvirlərin, əslində, tək və günahsız olmadıqlarını, onların arxasında müəyyən

7


YA TOSİBA Ya Tosiba qrupunun ifaçısı Zuzu Zakaria ilə müsahibəmiz Müsahibəçi: Bizə özün haqqında danışa bilərsənmi? Mahnı yazmaq istəyi necə yarandı? Hər şey necə başladı? Zuzu Zakaria: Hər şey plansız başladı. Əvvəllər mahnı yazarkən, radio şousu, ya da miksteyp hazırlayarkən hər hansısa bir material barədə heç bir planım yox idi. Amma qəfildən bir neçə yaxşı mahnımız olandan, konsertlərdə canlı ifalar edəndən sonra digərləri üçün də əlçatan olacaq mahnı buraxmağın vacibliyini hiss etdim. Müsahibəçi: İlk dəfə mahnı yazmağın yadına gəlir? Necə olmuşdu? Zuzu Zakaria: Xatırlamıram həmin vaxtı. Çox güman ki, uzun müddət əvvəl itirmişəm, ya da silmişəm. Bir şeyi ilk dəfə etmə hissini isə xatırlayıram, uçmaq kimi bir şeydir. Müsahibəçi: Meyxanalara mahnılar yazmağı niyə seçdin? Zuzu Zakaria: Tezisimi yazdığım ərəfədə köhnə meyxana sözlərini oxumaqdan həzz alırdım, onların məzmun və formasını təhlil edirdim. Sonradan meyxana sözləri ağlımda rəqs etməyə başladı. Sonda əlimdə o qədər maraqlı material toplandı ki, onları necəsə elektron mahnılara tətbiq etmək istədim.

8

Müsahibəçi: Əliağa Vahidin “Molla” şeirinə çəkilmiş video haqqında bizə danışa bilərsən? Azərbaycanda çoxlu müzakirələrə səbəb olmuşdu. Zuzu Zakaria: Sözləri o qədər güclü və əyləncəlidir ki, ona darıxdırıcı bir video çəkmək cinayət olardı. Və video boyunca iki qızın bu sözlərin altında öpüşməyi mollanın üzünə vurulmuş başqa bir satirik şillədir. Bu da orijinal şeiriyyəti daha da dərinləşdirir və əlavə dəstək olur. Müsahibəçi: Musiqi homofobiya ilə mübarizə üçün alət kimi istifadə oluna bilərmi?


Zuzu Zakaria: Həyatımızı, döyüşlərimizi və mübarizələrimizi əks etdirən musiqi və digər ifadəli mədəniyyət formaları həqiqətən vacib bir vasitədir. Doğulduğu andan tənqidi bir səsə sahibdir. Bu güc arzu edilir və bütün zümrələrə və ya yüksək elitaya məxsus olmaq üçün satın alınmağa çalışılır. Bəyanat vermək və ya səs salmağın və eşildilməyin bir mənası var. Ancaq bu sualı mənə verəndə deyərdim ki, mənim şəxsi səsimin gücü azdır, mən evi olmayan, Norveçdə, Azərbaycanda, Finlandiyada və ya Almaniyada əcnəbi bir mühacirəm. Müsahibəçi: Helsinki sənin musiqiyə, seksuallığa və ümumiyyətlə, incəsənətə olan sevginə necə təsir edib? Zuzu Zakaria: Mənim sevdiyim şəhərin, Helsinkinin hər küncündə dəniz var. Digər Avropa ölkələri ilə müqayisədə elektron musiqinin belə dərin köklərinin olduğu bir ölkədə olmaq ruhlandırıcıdır. Odur ki, özünü su, təbiət və elektron musiqi səhnəsi ilə vəhdətdə hiss edirsən. Müsahibəçi: Finlandiya və Azərbaycanda LGBTİ-nin vəziyyətində olan fərqləri necə ifadə edərdin? Zuzu Zakaria: Finlandiya və ya digər şimal ölkələri onilliklərdir ki, həssas və ya ayrı-seçkiliyə məruz qalmış qrupların hüquqlarını təmsil edən, əks etdirən və qorumalı olan demokratik bürokratik institutlar qurub. Azərbaycan bu özüllərdən məhrum olduğu üçün fərqləri müzakirə etmək mümkünsüzdür. Müsahibəçi: Musiqinin gey ikonası olaraq kimi görürsən?

Fotolar: Ya Tosiba-nın 5 iyul, 2019 Salaam Cinema konsertindən

Zuzu Zakaria: Yəqin ki, çox məyusedici bir cavab olacaq, amma ümumiyyətlə, bəyəndiyim musiqiçilərin genderini və seksual oriyentasiyalarını bilmirəm. İndi bildiyim və xatırladığım şəxslərdən Vendi Karlosu, Ziuru, Arkanı, Artur Rasseli qeyd edərdim. Müsahibəçi: Azərbaycan LGBTİ icmasına nə demək istərdin? Zuzu Zakaria: Etdiyiniz şeylərə görə deyil, kim olduğunuza görə hər gün canınıza görə qorxmaq heç kimin başına gəlməməsi lazım olan bir reallıqdır. Sizə xüsusilə tənqidi, fəal və ağlı başında qalmaq üçün səbr və güc diləyirəm.

9


Gəl Dənizlə Barışaq Birinci Bölüm 1 Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha məsud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır!

Mikayıl Müşfiq. “Yenə O Bağ Olardı”

10


Doqquz ay ərzində sıxıcı biznes görüşlərindən, gündəlik iş həyatının monotonluğundan təngə gəlmiş atamdan, eyni vaxt ərzində bütün gün dörd divar arasında qalmaqdan və şəhərin boğucu havasından dərin depressiyanın eşiyində olduğunu iddia edən anamdan fərqli olaraq, ilin qalan üç ayını kənd evindəki bağımızda keçirməyin nə mənə, nə də ailəmə yaxşı təsir edəcəyini düşünürdüm. Çünkü yay sonunda hamı meyvə ağacları və dənizlə əhatələnmiş o evə o qədər öyrəşmiş olacaqdı ki, şəhərə qayıdanda üzlərindəki ifadə yəhudi düşərgəsinə göndərilən əsirləri xatırlacaqdı. Bağ evimizin təsirindən qurtulmaq üçün anama M&M’s bənzəri antidepressiya həbləri, atamın isə mütləq uğurlu bir biznes müqaviləsi imzalaması lazım gələcəkdi. Di gəl ki, bunun fərqində olan yeganə insan mən imişəmmiş kimi, hamı məzuniyyətinin ilk gününü yaşayan əsgər qədər həyəcanlı idi. Biznesi genişlədikcə özünü tanrıyla daha çox müqayisə etməyə başlamış atam – təbii ki, bunu açıq-açığına deməzdi - Allahın belə dünyanı altı günə yaradıb bir gün istirahət etdiyini və bunu bəndələrinə də məsləhət gördüyünü iddia edirdi. Təbii ki, anam da bu fikrə qatılırdı, amma mənə elə gəlir, onun bura gəlmə istəyi heç vaxt var-dövlətimizi bağ qonşularımıza göstərməkdən başqa bir şey olmayacaqdı. Ev anamın mülkiyyətində idi və anam bu ev haqqında danışmaqdan doymazdı. Amma nəyəsə görə bu danışıqlar sadəcə evin hazırki möhtəşəmliyi barədə olurdu. Məncə, anam kasıb keçmişindən danışmağı sevmədiyi, hətta inkar etmək istədiyi üçün idi. İndi evdə sadəcə sevimli blenderində qarışdırdığı tərəvəz şorbalarıyla həyatda qalan nənəmin sağ olduğuna

baxmayaraq, biz bura baba evi deyirdik və anamın altımışıncı illərdən qalma o solğun şəkillərindən bildiyim qədərilə, ev əvvəllər tamamiylə fərqli idi. Sonradan atam bu evi təmir etdirib, qonşuluğundakı boş ərazini də bağa qataraq bunu anama bir ad günü hədiyyəsi kimi vermişdi. Əgər aralarında azca da olsa sevgi var olubsa, yəqin ki, bu, o günlərə təsadüf edərdi. Ailəmizin xoşbəxt olduğunu deyə bilməzdim. İkisi də boşanmağın neqativ stiqmasının gətirəcəyi yorucu həyat şərtlərindən qorxan, buna görə də sətiraltı-sətirüstü bir-birini iynələməklə kifayətlənən valideynlərimin, başqaları üçün hər necəsə xoşbəxt, ya da “buna da şükür, normal ailə” portreti göstərə bildikləri bir insan yığını idi ailəmiz. Maşının arxa oturacağında oturub hündür binaların yerini bir mərtəbəli kənd evlərinə verməsini izləyirdim. Hər nə qədər bağ evimizə dəfələrlə getmiş olsam da, ora qısa müddətə öyrəşməyəcəyimi bilirdim. Öyrəşəndə isə getməli olacaqdıq ki, bu da ayrı bir problem idi. Başqa bir tərəfdən, o evi, hətta kəndi heç vaxt sevməmişdim. Anamın əməliyyat keçirdiyi illərdə iki ilimi burda nənəmlə qalmağa və Buzovna 26 №-li məktəbə getməyə məcbur olmuşdum. Rövşən üçün buna öyrəşmək çətin olmamışdı, hətta indiyə qədər danışdığı ən yaxın dostunu o dövrdə tapmışdı, amma mənim kimi hər şeyə gec öyrəşən, görünməz divarlarının ardında yaşayan biri üçün bu, heç də asan olmamışdı. Yəqin ki, indi olduğu kimi, o vaxt da qəribə olduğuma görə uşaqlar arasında heç vaxt öz yerimi tapa bilməmişdim. Böyüklər arasında bu daha asan idi; anamın rəfiqələri uzaqbaşı “Ağıllı oğlandır. Bir az çox sakitdir, amma ağıllı oğlandır” deyir-

11


dilər. Atamın dostları isə daha açıq sözlü idi və “Çox sakit uşaqdır, indiki dövrdə belə yaramaz. Heç atasına oxşamadı” deyərkən səslərindəki əylənən tonu gizlətməzdilər. Hərdən atamın kefli vaxtlarında “Bu uşaq balnitsada dəyişik düşüb. Bizlərdə beləsi olmayıb” deməyinə həqiqətən inanmağım gəlir. Uşaqlıq illərimi yada salarkən nədənsə ağlıma sadəcə burda keçirdiyim iki ili və bir dəfə Animal Planet-də qarışqalar haqqında izlədiyim sənədli filmi xatırlayıram. Film A koloniyasından gətirilmiş qarışqanın B konoloniyasına salınmasıyla bağlı bir təcrübədən bəhs edirdi. Filmə baxdıqdan sonra cəsarətlənib nənəmin bağındakı qarışqa yuvalarını dağıtdığımı, ya da qarışqalara işgəncə verməyə başladığımı deməyi çox istərdim, amma belə olmadı. Əksinə, digərləri tərəfindən vəhşicəsinə parçalanan o balaca qarışqaların arasındakı o xırda, A koloniyasından gətirilmiş qarışqada özümü görmüşdüm. Qara muncuğa bənzər başının qoparıldıqdan sonra kirpik nazikliyindəki ayaqlarıyla çabalayan o kiçik qarışqa. Anamızın bizə baxmağa gücü yetmədiyi xəstəlik dövrlərində mən də o qarışqa kimi tutulub kənd məktəbinə atılmışdım. Niyə sadəcə ev yox, məktəb deməyim bəlkə də qəribə səslənə bilər, amma inanın, sinif yoldaşlarımın B koloniyadakı qarışqalar nə qədər oxşadıqlarını deyəcəyim qədər qəribə səslənməz. “Əli yenə fikrə gedib”, - dedi qabaq oturacaqda əyləşmiş anam. Məni selfi çəkmək üçün qaldırdığı telefonunun ekranından görmüşdü. “Yox”, - dedim, sanki fikrə getmək ediləsi ən qəribə iş imiş kimi. Boğazımı təmizləyib bir də uca səslə: “Yox”, - dedim, çünki birincinin

12

kifayət qədər yüksəkdən çıxdığına əmin deyildim. Atam bir anlıq güzgüdən mənə baxıb gözlərini yenidən yola çevirdi. Heç bir şey demədi, bəlkə bir şey demək belə istəmədi, amma mən özümü onu məyusluğa uğradırammış kimi hiss etməkdən özümü saxlaya bilmədim. Görəsən düz oturmuşdum? Yazıq kimi görünmürdüm? Boynumu, ya əlimi qız kimi büküb oturmamışdım? “Əlinin həmişə ya rəssam, ya da musiqiçi olacağını fikirləşmişdim”, - deyə davam etdi anam. İçimdəki utanan səs “Ana bəsdi, Başlama yenə” deyə bağırmağa başlamışdı. “Uşaqların ağlını elə sən pozursan da”, dedi atam. “Heç biri əməlli işin qulpundan yapışmadı.” Anam bunu eşitməmiş kimi davam etdi: “Sənətçilərə xas zəngin aləmi var, daim düşünür... Amma heç bir şeyə həvəsi olmadı, heyif.” Bunu deyərkən məcbur qalmadıqca toxunmadığım pianoya görə aldığım musiqi dərslərimi xatırladığımızı bilirdim. “Ay da, yenə qazana bilmədim”, - deyə kiçik qardaşım Kamran qışqırdı. Əlindəki Sony Playsation-u kənara atıb qulaqlıqlarını çıxartdı. -Bir az yavaş, Kamran. -Amma çox az qalmışdı... İndi bütün diqqətlər balaca qardaşıma getdiyi üçün rahatlamışdım. Hər necəsə qardaşlarımla özümü müqayisə edərkən istər-istəməz eyni ailədə böyümüş olsaq da necə belə fərqli insanlar olduğumuz haqqında düşünərdim. Hər necəsə Kam-


ranın heç vaxt mənim kimi olmayacağını bilirdim. Atamın istədiyi kimi ayıq, zirək, bir sözlə, cin kimi uşaq idi: ondan gözlənilən şəkildən başqa hər şəkildə davranan yaramaz və ərköyün. Atdığı cızıqlar hələ də anamın ən qiymətli mebellərini və divar kağızlarımızı bəzəsə də, atamın sukeçirməz və yerə düşərkən avtomatik dönmə funksiyalı sınmayan telefonlarını hər necəsə sındırmağı bacarsa da, bu, evin ən sevilən uşağı statusunu ondan heç vaxt almırdı. Buna görə onu heç vaxt qısqanmamışam demirəm - ən azı aramızdakı yaş fərqinə görə bu. çox ayıb bir iş olardı. Mən sadəcə hər dediyini etməyimə, ən azı uğurla etməyə çalışmağıma baxmayaraq atamla aramın niyə onun kimi olmadığı barədə düşünməyə bilmirdim.

qaçmaq barədə axmaqca bir qərar verdiyimi xatırladım. Yoxuşun ən başında durub qaçmağa başlamışdım və bir anlıq heç vaxt dayana bilməyəcəyimi düşümüşdüm, çünki yol çox meylli idi. Yaxşı ki, yıxılıb yerdə sürünməmiş sürətimi azalda bilmişdim və bu, mənə böyük bir dərs olmuşdu.

Hər halda bunların cavabını heç vaxt tapa bilməyəcəyim üçün artıq aydın şəkildə görünməyə başlamış mavi dənizə baxmağa başladım. Yol kənarlarında satılıq dekorativ ağaclar, bağ yelləncəkləri və kiçik heyvan heykəlləri, qarşısında dondurma soyuducuları olan kiçik məhəllə marketləri görünməyə başlamışdı. Düyməni basıb şüşəni endirdim və külək qulaqlarımda pırıldamağa başladı. Gözlərimi qıyıb dənizin duzlu qoxusunu duymağa çalışarkən küləyin saçlarımla istədiyi kimi oynamasına icazə verdim.

Maşınımız dayandı. Qardaşım “Nənə, nənə” qışqıraraq düşüb qapıya cumdu.

Az sonra məhləyə gəlib çatdıq. Maşın kələkötür yolla yavaşca yoxuşaşağı düşərkən təkərlərin altında qalan daşların şıqqıltısını eşitməmək mümkün deyildi. Yolun hər iki tərəfində iki mərtəbəli bağ evləri aşağı yola kimi bir-birini əvəz edirdi. Divarlardan insanların yolçu payı dediyi üzüm, tut və alça ağaclarının budaqlarını sallanmışdı. Uşaq vaxtı bir dəfə bu yolu dənizə qədər sürətlə

Budur, nənəmin əhənglə ağa boyadığı səkidəki qızılgüllər və onların sonundakı mavi darvazamız görünürdü. Az irəlidə enlənən yolun ortasındakı küknar ağacı həmişəki kimi dənizi tam görməyə icazə verməsə də, məncə, bu mənzərə bu ağacsız belə gözəl ola bilməzdi. Yolun ortasında bəzən o qədər yersiz, bəzən isə o qədər təbii görünürdü ki, insan sırf maşını rahat sürsün deyə bu ağacı kəsməyi düşünəndə özünü günahkar hiss edirdi.

“Kamran, dayan qaçma”, - anam addım səsləri artıq həyətdən eşidilən Kamrana dedi. “Heç məni bir il görməsə belə qaçmaz, ha.” Maşından düşdüm, yolun yuxarı başından aşağı başına kimi baxdım; pəncərələri açıq, yola baxan miçətkənli pəncərələr, onların altından keçən sarı qaz boruları, divarlara vurulmuş sayğaclar, rəngbərəng su çənləri, qapısını sulayan tanış bir adam, əllərində futbol topu aşağı düşən uşaqlar... Özümü Afrikaya gəlib insanların bərbad yaşamını fotoya alacaq təmizürəkli fotoqraf kimi yad hiss edirdim. Bütün yay boyu bunlara yenidən öyrəşməli idim. Sıxılırdım, gərgin idim və burdan getmək istəyirdim, amma getmək heç bir şeyi dəyişdirməyəcəkdi. Mənə kömək edə biləcək yeganə şey keçmiş xatirələrimin silinməsi olardı ki, bu da mümkün deyildi. Ona görədə qapını bağlayıb, çantamı

13


və çamadanımı götürüb valideynlərimin ardınca qapıya getdim. Nənəm Kamranı çoxdan bağrına basıb öpüşlərinə qərq etmişdi. Kamranınsa bacardıqca tez nənənin əlindən qurtulub yeni kəşflər etməyə çalışması üzündən oxunurdu. Nənəm “Gəl bu yanağından da” deyərkən üzünü uzada-uzada ətrafa baxırdı. Dayandığımız yer evə kimi üzüm talvarlarıyla örtüldüyünə görə sərin idi. Körpə yarpaqların arasından süzülən nöqtə-nöqtə günəş işığı küləyin toxunuşu ilə bir yanıb, bir sönürdü sanki. Bir az irəlidə ağzına kimi suyla dolu geniş çarhovuz, onun qarşısında isə göyərti və tərəvəz ləkləri vardı. Qırmızı pomidorlara, uzun bibərlərə və qoxusu bura qədər gələn reyhan və nanə ləklərinə baxanda uzun müddət marketdən bir şey almağımıza ehtiyac qalmayacağını bilirdim. “Gör nə qədər böyüyüblər”, - dedi nənəm. Qollarını açıb atamı qucaqladı:

anamla aralarında olan küskünlüyün səbəbini anlamamışdım. Bir küskünlük vardımı, onu belə bilmirdim. Bu cür vəziyyətləri o qədər normal görünürdü ki, ətrafımdakı insanların ana və qız münasibətini görməyənə kimi bunun belə olmalı olduğuna inanmışdım. “Salam”. - dedi anam. Üzündəki gülüş həqiqi deyildi. Nənəm anamdan ayrılıb mənə doğru gəldi. Həyatda məni sevdiyindən əmin olduğum bəlkə də yeganə insanla qucaqlaşdım. “Buna bax, gör nəvəm nə qədər böyüyüb”, deyərək başımdan tutdu və iki yanağımdan da öpdü. Dodaqüstü tükləri üzümə batdı. Yaşlı biri tərəfindən öpülərkən hiss edilən o qəribə hissi üstümdən ata bilmədim, amma yenə nənəni qucaqlamaq və öpmək xoş idi. - Necəsən balam? “Yaxşıyam”, - dedim. İllər sonra insan-

-İlin bu vaxtı hava belə olanda Xəzri də güclü olur.

lara demək istəyib, deyə bilmədiyim şeylər haqqında düşünərkən ağlıma gələn xatirələrdən biri də bu olur həmişə. O vaxt nənəmlə üstü qırmızı güllü olan ağ xalatı və ya cavan qızlar kimi hördüyü ağ saçıyla bağlı zarafat etmək, onu qucaqlayıb qıdıqlamaq və ya əgər əlli yaş cavan olsaydı, onu qaçıra biləcəyimlə bağlı zarafat etmək istərdim, amma utanaraq tək deyə bildiyim “Yaxşıyam” olmuşdu.

-Təki elə olsun. Yoxsa çöldə oturub çay içə bilməyəcəyik.

“İçəri keçməmiş al bu pulu”, - deyərək əlimə beş manat tutuşdurdu.

Nənəm anama döndü. Bir anlıq bir-birilərinə bir şey deməyəcəklərini düşündüm, amma sonra nənəm onu da qucaqlayıb: “Salam qızım”, - dedi.

-Düş, burdan aşağı balaca meyvə dükanı var. Tapşırmışam, süd saxlasınlar mənim üçün. Onu al, gətir. Axşama südlü aş bişirəcəyəm sənə. Sən sevdiyindən. Xurmalı.

Çox qısa bir qucaqlaşma və yanağa qondurulan bir-iki soyuq öpüş oldu. Heç vaxt

-Nənə vacibdi? - dedim.

-Necəsən, oğlum? -Yaxşıyam, ana. -Rahat gəldiz? -Hə rahat gəldik. Dopdolu idman çantasını çiyninə asdı. -Yol elə bil yanır. Bu yay çox isti olacaq.

14

-Get, balam. Nənəni incitmə. Orda İlkinə


de, o biləcək. -İlkin? -Hə. Sarıbəniz uşaqdır, ona de ki, Firəngiz nənə göndərib, südü versin. -Yaxşı. Nənəm “Ona başqa heçnə demə, çün...” deyərkən balaca qardaşım “Nənə, nənə” deyərək evdən çıxdı. “Başqa bir şey nə deyəcəyəm ki”, - desəm də nənəm çoxdan Kamrana dönüb, onun bitib-tükənməz suallarına cavab verməyə başlamışdı. Nənəmin ən pis yanı məni istəmədiyim işi belə etməyə məcbur etməsi idi. Qapını açıb küçəyə çıxdım və üzüaşağı düşüb mağazanı axtarmağa başladım. Keçən il burda bir mağaza olduğunu xatırlamırdım. Hər nə qədər “Hər şey çox dəyişmişdi” sözü klişe səslənsə də, yenicə çəkil-

miş asfaltdan və tikilmiş iki qonşu evdən gördüyüm qədəri ilə bu belə idi. Mağaza düşündüyümdən də yaxın idi. Mağaza dediyim ikimərtəbəli evin altında açılmış qaraj idi və Elxan əmi dediyimiz, oğlunu iki il əvvəl maşın qəzasında itirən adama məxsus idi. Yerə səpilmiş su havada qəribə bir nəm və toz qarışıq bir qoxu yaradırdı. Dükana çatmağa bir-iki addım qalmış qucağına aldığı böyük qutuları içəri daşıyan nənəmin dediyi sarıbəniz oğlanı gördüm. Üzünü tam görə bilməsəm də qutunu hər iki tərəfindən qamarlamış gərgin əzələləri diqqətimi çəkmişdi. Səhvim onun da məni gördüyünü düşünməyim oldu ki, içəri keçməyə çalışarkən bu düşüncəm bir-birimizə dəyməyimizlə nəticələndi. Bir anlıq onun qapının ağzında dayanıb ləngiməsini müştəriyə nəzakət şəklində dəyərləndirib keçməyimə icazə olduğunu düşünmüşdüm, amma, sən demə, dayandığı müddətdə görmədiyim

15


sağ əlini qutunu daha yaxşı tutmaq üçün möhkəmləndirirmiş. Nəticədə ikimizdə eyni anda içəri girməyə çalışdıq və mən qutulara dəyib səkidən yerə yıxıldım. Bu az imiş kimi ağzına qədər ərik dolu meyvə qutusu da üstümə dağılmışdı ki, vəziyyətimi acınacaqlı şəkildə gülünc edirdi.

Ayağa qalxdım. -dedim.

Oğlan əlində qalan iki qutunu yerə qoyub mənə baxdı. Bir şey deyəcək deyə fikirləşdim, amma səsini belə çıxarmadı. Ordaca durub mənə tanrı kimi baxarkən qabağa gəlib əlini belə uzatmayacağını anladığım an ərikləri əzməməyə çalışaraq ayağa qalxdım. Hər iki dirsəyim cızılsa da, görünüşdə ciddi bir xəsarətim yox idi. Əslində o an məni düşündürən şey aldığım zədədən çox oğlanın, yəni İlkinin qəribə davranışı idi. “İnsan heç olmasa irəli gəlib qalxmağa kömək etməzmi” deyə düşündüm.

Bundan daha da cəsarətlənib: “Ən azından sən də bağışla deyə bilərdin də...”

Yenədə öz nəzakətimi qoruyaraq: “Bağışla. Elə bildim mənə görə dayandın...” Səssizlik. Qanın qulaqlarıma və yanaqlarıma sıxıldığını hiss etməyə başlamışdım. Onun əksinə, mən ona baxmağa davam edə bilmirdim və sanki tək günahkar mən imişəm kimi əyilib ərikları yerdən yığmağa başladım. Niyə, bilmirəm, amma o an orda durub mənə baxmasından çox utanmışdım. Birdən o da əyildi və öz tərəfindəki meyvələri yığmağa başladı. Bunu edərkən mənə baxdığını hiss edirdim. Qısa bir anlıq baxışlarımız toqquşdu və o an məni qıcıqlandıran bir hərəkət etdi; düz üzümə baxaraq gülümsəmişdi. Yıxılmağıma gülmüşdü? Çox axmaq kimi görünürdüm? “Mən də buna kömək etməyi fikirləşmişdim”, - deyə düşündüm.

16

“Nəyə

gülürsən

ki?”,

Üzündəki gülümsəmə silindi və yerini peşmançılıq və bir az da qorxu qarışıq ifadə aldı. Ağzı yarımyamalaq açılsa da o saniyə bağlandı və yerə əyilib yenidən yerdə qalan meyvələri yığmağa başladı.

Başını qaldırıb üzümə baxaraq təsdiq mənasında başını yellədi. Hərəkətləri sürətlənmişdi, elə bil tez bir zamanda qaçıb getmək istəyirdi. O an ürəyimdə nələrinsə tərs getdiyinə dair bir hiss olsa da, qəzəbim üstün çıxmışdı. “Nəsə istəyirsiz?” Çevrildim və hardasa iyirmi beş-otuz yaşlarında bir qızın mağazanın qapısından mənə baxdığını gördüm. Başındakı ləçəkdən və kirpiksiz, qaşsız üzündən hansısa ciddi bir xəstəlikdən əziyyət çəkdiyi aydın idi. -Məni nənə göndərib. Yəni Firəngiz xanım. -Siz onun nəvəsisiz? Üzündəki mehriban ifadə dərmanların təsirindən olan parlaq üzündə çox xoş görünürdü. -Gəldiz, deməli. Axır bir həftədir, “qızım gəlir” deyirdi. “Bir az əvvəl gəldik” deyərkən bütün fikrim İlkin adlı bu oğlanda qaldı. Yerdəki meyvələri yığmağı bitirib maşına minirdi artıq. Göz ucuyla maşının içinə baxmaqdan özümü saxlaya bilmədim. Mənə baxmırdı. “Firəngiz nənə süd tapşırmışdı. Budu, burdadır.” İçəri keçdi. Ardınca gedib mağazaya daxil olarkən İlkinin də maşını işə salıb üzü aşağı getdiyini


gördüm. İçimdə qəribə bir peşmançılıq vardı. Nəsə səhv bir şey etmişdim. Adətən insanlara qarşı bu cür kobud davranmazdım. Əslində haqqımı pozsalar belə, qarşı çıxmaz, bir şey deməzdim. Bunun səhv və ya pis bir hərəkət olduğunu bildiyimə görə yox, digər bir çox şeydə olduğu kimi cəsarətsizliyimə və özgüvənsizliyimə görə. -Buyur, - dedi qız. -Çox sağolun. Pulu verilib?- soruşdum. Bir anlıq qaşsız olan alnının parıldamasına baxmaya bilmədim. -Bəli, verilib. Firəngiz xala heç vaxt pulu saxlamaz, - dedi. -“Lap yaxşı”, - dedim və qapıya doğru döndüm.

ki? Bağışla, lal olduğunu bilmirdim? Ən azından sən də “bağışla” deyə bilərdin də... Bu kəlmə beynimin içində iyrənc bir milçək kimi fırlanırdı. İndi İlkinin o söz dilinin ucundaymış kimi olan pərt baxışlarına anlam verə bilirdim. Bəzən hələ də o hadisəni xatırlayanda Nazim Hikmətin “Kaş ki, tanımasaydım demirəm, amma kaş ki, tanıdığım kimi qalsaydın” ifadəsini düşünməyə bilmirəm. Tanıdığım kimi kobud və görəndə yolumu dəyişmək istəyəcəyim biri kimi, amma mən nə qədər dəyişmək istəsəm də, həyat yollarımızı çoxdan kəsişdirmişdi. (Ardı var) Müəllif: N.Novruzov

-Qardaşımdan nəsə soruşurduz? Sual gözlənilmədən və məncə, bir az da yersiz gəlmişdi. -Yox. Bir-birimizə dəydik, meyvələr yerə töküldü. “Bağışla” deyirdim sadəcə, amma o... -Başa düşdüm. Elə bildim nəsə almaq istəmisiz, o da kömək edə bilməyib. Qardaşım dil qüsurludur, nəsə lazım olsa bizdən soruşun. “Dil qüsurludur?” - deyərkən ürəyimdən ağır bir daş sallanmışdı sanki. “Yəni danışa bilmir?”, - deyə əlavə etdim, sanki dediyi kəlmə başqa bir mənaya da gəlirmiş kimi. Başını yellədi. Qıza təşəkkür edib mağazadan çıxdım. Çıxarkən onu görmək ümidi ilə İlkinin getdiyi tərəfə, məhəllənin aşağısına baxdım. Gündən qovrulan bomboş küçədən başqa bir şey yox idi. Lap görsəm nə deyəcəkdim

17


18


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.