Minority jurnalı № 9

Page 1

Ä°yul 2017


Baş Redaktor Səməd İsmayılzadə

Redaktor Gülnara Mehdiyeva

Rəssam Leyla Əli

Qrafik Dizayner Tural Əlisoy

4

Tərcüməçi Yazar

səh.

Lalə Mahmudova

Redaksiya

10 16 22 28 32 səh.

səh.

səh.

səh.

səh.

Təşkilati Dəstək: NƏFƏS LGBT Azərbaycan Alyansı AZAD LGBT Təşkilatı

2 • www.minoritymagazine.com

Homofobiya nədir? LGBTQ Love Letter LGBTQ Hekayələr Psixoterapevtlə Müsahibə Təkamül və homoseksuallıq Ay İşığı


ÖN SÖZ

B

ildiyiniz kimi, jurnalımızın ilk buraxılışı 2015-ci ilin son günlərində dekabr ayında təqdim olundu. İndi həmin gündən 1 il və 6 ay keçib. Geriyə nəzər salanda həmin günlər keçirdiyimiz həyacan və qorxu indi bizdə çox böyük qürür hissi yaradır. Səbəbi ilk növbədə odur ki, sizin bu qədər dəstəkləyəcəyinizi və özümüzün bu qədər mətanətli və səbrli olduğumuzu tam anlamamışdıq. Bu gün qarşınıza jurnalımızın 9-cu sayı ilə çıxırıq. Bu 1 il 6 ay ərzində bəzi məqamlarda artıq davam edə bilməyəcəyimizi düşünmüşük və buna görə sizdən üzr istəyirik. Çünki bilirik ki, bizim fəaliyyətimiz yüzlərlə gəncə ümid və güc verir. Bu jurnal sayəsində çoxlu sayda heteroseksual insanlar bizə öz yardım əllərini uzatdılar, səsimizi eşidib, problemlərimizlə maraqlandılar. Fikirləşirik ki, Azərbaycan cəmiyyəti üçün bu çox böyük irəliləyişdir. Çətinliklərə sinə gərmək, axına qarşı getmək heç vaxt asan deyil. Bizim bunu edə bilməyimizin yeganə və ilk səbəbi sizsiniz. Jurnalımızın bu sayı professional heyətin köməyi ilə və sizin etdiyiniz maddi yardımlar hesabına başa gəldi. Tezliklə sizi daha böyük işlərlə sevindirmək və fəaliyyətimizdə yeni – daha ciddi səhifə açmaq istəyirik. Xahiş edirik, güclü olun. Heç zaman inandığınız doğrulardan əl çəkməyin, kimliyinizlə barışın, özünüzü sevdiyiniz sahədə reallaşdırmaq yolunda hər gün bir addım atın. Biz hamımız bu cəmiyyətin, bu ölkənin və bu dünyanın insanlarıyıq. Fərqliliklərimiz bizi bir-birimizə daha yaxın etməklə dünyamızı daha da rəngarəngləşdirir. Bunu görmək və hiss etmək düşündüyünüz qədər çətin deyil. Hər birimizə bol sevgi, güc, səbr və sülh arzu edirik! Bizimlə qalın!

Səməd və Gülnara Sevgilərlə,

www.minoritymagazine.com • 3


Homofobiya nədir? Homofobiya və onun təzahür formaları Bir insanın homofob olub-olmadığını müəyyən etmək üçün bu sözün mənasını dəqiqləşdirmək lazımdır. Bu termin ilk dəfə 1972-ci ildə psixiatr Corc Vaynberq tərəfindən psixologiya elmində ortaya qoyulmuşdur. Homofobiya sosioloji institutlarda aşağıdakı anlayışlarla bir sıraya qoyulur: Rasizm Ksenofobiya Antisemitizm Seksizm Avropa Parlamentinin Homofobiya haqqında Qətnaməsində (2006) belə təsvir edilir ki, homofobiyanı homoseksuallığa qarşı irrasional qorxu və nifrət kimi təyin etmək olar, bu hal önyarğıya əsaslanır və rasizm, ksenofobiya, antisemitizm və seksizmə oxşardır. Homofobiya şəxsi və ictimai sferalarda nifrət çıxışlarına və diskriminasiyaya, istehzaya, şifahi, psixoloji və fiziki zorakılığa, təqib və qətllərə, bərabərlik prinsiplərinin pozulmasına, əsassız və səbəbsiz məhdudiyyətlərə təhriketmə kimi formalarda üzə çıxır. 4 • www.minoritymagazine.com


Homofobiyanın təzahür formalarından bəzilərini nəzərdən keçirək: Valideynlər homoseksual olan övladını qəbul etmir. Məsələn, onu evə kilidləyir, dostları ilə əlaqəsinə mane olurlar. Hətta onu psixiatrik klinikaya müalicəyə də göndərə bilərlər, çünki düşünürlər ki, bu şəkildə öz övladlarını “normallaşdıra” biləcəklər. Kişilər sözlərlə və hərəkətlərlə homoseksuallara qarşı aqressivlik göstərir, onları davaya təhrik edirlər. Lakin eyni vaxtda lezbiyan sevgini dəstəkləyə bilirlər. Bu halın əksi də olur. Bəzən qadınlar gey oğlanları qəbul edir, lakin lezbiyanlara nifrət edirlər. Şəxs homoseksuallarla ünsiyyətdən qaçır. Onlarla ortaq heç nəyinin olmasını istəmir. Şəxs homoseksual sevgiyə üstünlük verən insanlar haqda neqativ fikirlər irəli sürür. Doğrudur, dava salmır, amma bu münasibət formasını alqışlamır. Homofobiyanın səbəblərinə dini inancların təsiri, ictimai və ailə ənənələri, cəhalət və latent homoseksuallıq aid edilə bilər.

İctimai ənənələr: Homofobiyanın kökləri – kişi və qadınların dəqiq müəyyən edilmiş və yeganə doğru sayılan rollarına dayanır. Patriarxal mədəniyyətdə qadınlara zəiflik, itaətkarlıq, passivlik, kişilərə isə - hökmranlıq, aqressiya, aktivlik cəhətləri yüklənir. Davranışları təyin edən bu heteronormativ münasibət modeli həm də seksual həyatı diqtə edir: bu qaydaların inkarı isə “anormal” və utancverici sayılır. Çeçenlər arasında geylərin olması fikrinə Çeçenistan hökumətinin reaksiyasını xatırlamaq kifayətdir. Müasir sosial sorğular da təsdiq edir. Öz homoseksual qonşusuna ən çox qatı patriarxal ölkələrdə pis baxırlar (Misir, İordaniya, Səudiyyə Ərəbistanı). Bizim ölkəmiz də daxil olmaqla, bir çox ölkələrdə kişilərin homoseksuallara nifrəti hələ körpəlikdən formalaşır. Valideynlər oğlan övladlarından “kişi kimi olmağı”, “özünü qız kimi aparmamağı” tələb edir. “Qız kimi olmağın” nə qədər mənfi bir şey olduğunu aşılayırlar. Nəticədə həmin şəxslərdə feminin görünüşlü homoseksuallara qarşı daha çox nifrət formalaşır. www.minoritymagazine.com • 5


MDB ölkələrində homofobiya kifayət qədər geniş haldır. Onun səbəblərindən biri budur ki, bir çox insanlar həbsxana və düşərgələrdə olmuş, orada isə homoseksuallara qarşı münasibət mənfi və alçaldıcı olmuşdur. Həbsxanalarda seksual azlıqların yaşamaq haqqı olmayan varlıqlar olduğu düşünülürdü. Bu cür müəssisələrdə hər kəs homoseksual olmadığını və homoseksuallara nifrət etdiyini göstərməyə məcbur idi. Nəticədə məhz keçmiş məhbuslar hal-hazırda (o cümlədən də ölkəmizdə) homoseksual fərdlərə qarşı neqativ münasibətə səbəb olmuşdur. Bu hal normaya çevrilmiş və artıq milli şüura hopmuşdur. Bəzən tolerant şəxslər belə, homoseksuallara dəstək verməklə, cəmiyyətin qınağına tuş gəlməkdən qorxur, dəstək verərlərsə, özlərinin də homoseksual sayıla biləcəyindən ehtiyat edirlər.

Bəzən tolerant şəxslər belə, homoseksuallara dəstək verməklə, cəmiyyətin qınağına tuş gəlməkdən qorxur, dəstək verərlərsə, özlərinin də homoseksual sayıla biləcəyindən ehtiyat edirlər.

İnstitusional homofobiya İnstitusional homofobiya – bir cəmiyyətin hüquqi, siyasi, iqtisadi və sosial institutları səviyyəsində tətbiq edilən sistematik ayrı-seçkilikdir. Burada homofobiya təkcə ayrı-ayrı fərdlərin işi deyil. Müxtəlif ictimai qrupların gündəlik həyatda büruzə verdiyi diskriminasiyadır.

Din Patriarxatın və homofobiyanın möhkəmlənməsinin əsas səbəblərindən biri də dindir: kilsə mühafizəkar dəyərləri dəstəkləyir. Müsəlman ölkələrində də homoseksuallar ağır cəza alır. Hər iki ənənə məişət homofobiyasında ciddi rol oynasa da, istər orta əsrlərdə, istərsə də yeni tarixdə həm xristian, həm də müsəlman dünyasında homoseksual əlaqələr geniş yayılmışdır.

Daxili (internal) homofobiya Bir çox homoseksuallar və biseksuallar cəmiyyətin təzyiqləri və digər səbəblərdən öz oriyentasiyalarına nifrət edirlər və ifşa olunmaqdan, homoseksual davranış göstərməkdən qorxurlar. Onlardan bəziləri öz seksual istəklərini boğmağa çalışır, bəziləri isə bunu bacarmayaraq özlərini təqsirkar sayır, vicdan əzabı, təşviş keçirirlər. 6 • www.minoritymagazine.com


Bu cür homofobiya psixoloji cəhətdən çoxlu sayda neqativ nəticələrə səbəb olur. Özgüvən aşağı düşür, komplekslər, nevroz, depressiya və intihar cəhdləri müşahidə olunur. Oriyentasiyasını gizləyərək yaşayan homoseksual və biseksuallar paranoidal əhvala qapıla və hər kəsə şübhəylə yanaşa bilirlər. Bu vəziyyətdə insana elə gəlir ki, onu müşahidə edirlər, ona gülürlər və tezliklə oriyentasiyasını ifşa edəcəklər. Hətta LGBT icmasının daxilində də feminin davranışlı geylər, yaxud kişisayağı davranan lesbiyan qadınlar təqsirkar bilinir və onları təcridetmə halları baş verir. Bəzən LGBT fərdlərinin özləri də digər üzvləri müxtəlif aşağılayıcı ləqəblərlə adlandırırlar.

Latent homoseksuallıq XX əsrin sonlarında yaranan nəzəriyyəyə görə, homofobiya – latent (gizli) homoseksuallığın nəticəsidir. Buna aid bir nümunə göstərə bilərik: Spokeyn (Vaşinqton) şəhərinin meri Ceyms Uest uzun illər ərzində ştatın senatına seçilirdi və orada qatı homofob kimi tanınırdı. O, bir çox anti-gey təşəbbüslərinin müəllifi idi. 2005-ci ildə yerli qəzetlərdən birində çıxan məqalədə deyilirdi ki, Uest gey-tanışlıq saytlarında xeyli vaxt keçirir və oradan seksual xidmətlər üçün istifadə edir. Hətta çox bəyəndiyi oğlanları Şəhər Şurasında vəzifəyə təyin edir. Nəticədə Uest gey olduğunu ictimai şəkildə elan etdi və növbəti seçkilərdə təkrar seçilmədi. Əksəriyyət düşünür ki, homofob olmaq yalnız homoseksuallara qarşı zorakılıq göstərməkdən ibarətdir. Lakin bu, o qədər də doğru izah deyil. www.minoritymagazine.com • 7


Homofobiya açıq və gizli ola bilər. Gizli homofobiya zamanı bir şəxs eynicinsli münasibətləri qınayır, bunu pozuntu hesab edir, lakin buna qarşı hansısa aktiv faəliyyət göstərmir. Açıq homofobiya zamanı isə homoseksual şəxslərin işdən azad edilməsi, təhsil müəssisələrində, sosial qruplarda təcridedilmə, dostluqdan imtina kimi nümunələr baş verir. Lakin bir çox fanatiklər də var ki, homoseksualların məhv edilməli olduğunu aşkar dilə gətirməkdən çəkinmir. Təəssüf ki, aktiv homofobiya məktəblilərin intihar həddinə çatdırılmasına, lesbiyanlara oriyentasiyasını dəyişmək cəhdi üçün onlara təcavüz edilməsinə, nifrət zəminində geylərin qətlinə və s. səbəb olmuşdur.

Homofobiya necə dəf edilə bilər?

Nə qədər ki, biz geylərin, lesbiyanların, digər fərqli oriyentasiyalı və genderli insanların əslində necə yaşadığını, hansı həyat sürdüklərini anlamayacağıq, onları görməyə və ünsiyyət qurmağa başlamayacayıq, o zaman biz indiki vəziyyətdən irəli gedə bilməyəcəyik.

8 • www.minoritymagazine.com

Heteroseksualların əksəriyyəti geylərə qarşı orta səviyyədə qərəzə malikdir. Bu da müxtəlif fərqliliklərdən ehtiyat etməyi bizə diqtə edən instinktlərimizə bağlıdır. Bu hal təkcə homofobiyaya deyil, hər cür ksenofobiyaya aiddir. Cəmiyyət özündən fərqli olan hər bir şeyə qarşı tərəddüdlə yanaşır. Lakin həmin insanın öz qərəzində nə qədər irəli gedəcəyi bir sıra şərtlərdən asılıdır. Əlbəttə ki, instinktiv neqativ reaksiya öncə gəlir, lakin insan öz növünə aid olan cəhətlə - şüurla onu tənzimləyə bilir. Bu da onun həyat təcrübəsi və bilikləri sayəsində baş verir. Homoseksuallara qarşı homofobik münasibət XX əsrin ikinci yarısından dəyişməyə başladı, həmçinin də inanclı insanların arasında. Çünki insanların bir çoxu artıq dini qaydalarla yaşamır. Onlar müqəddəs kitablardakı fikirləri təkrar gözdən keçirirlər. Habelə LGBT fərdlərinə neytral yaşayan inanclı insanlar da çoxdur. Bundan başqa, dindar olan homoseksuallar da mövcuddur. Onların arasında protestantlar, katoliklər, iudaistlər və müsəlmanlar var. Homofobiyadan qurtulmaqda homoseksual fərdlərin özləri də köməklik göstərə bilər. Belə ki, heteroseksual insanlara gündəlik həyatlarında açıq gey və lesbiyanlarla daimi canlı təmasda olması maraqlı nəticələr verir – onların gözü


qarşısında daimi real nümunələr olduqda, onlar bütün stereotipləri və qorxuları sındırmağa kömək edir. Heteroseksuallar öz qarşılarında mifik təxəyyül məhsullarını deyil, adi, normal gey insanları gördükdə fikirlərinin dəyişməsi şansı daha çoxdur. Cəmiyyətdə homoseksualların yalnız “ekzotik”, “şokedici”, “mistik” şəkildə deyil, həm də sıravi və adi hal kimi üzə çıxması müsbət haldır. Bu barədə jurnalist Mariya Gessen belə deyir: “Mən Stokholmda gey polis icmasına rəhbərlik edən polisdən müsahibə alırdım. O, brutal bir kişi idi və öz əri ilə italyan Rivyerasında tanış olmasından danışanda mən gülümsündüm. Onda polis mənə kifayət qədər sərt baxdı və dedi ki, “gey cütlüyü” deyəndə insanlar pozğun sekslə məşğul olan iki kişi təsvir edir. İsveçdə isə biz nail olmuşuq ki, “gey cütlüyü” deyəndə ev, səliqə və uşaqlar ağıla gəlsin”. “Nə qədər ki, biz geylərin, lesbiyanların, digər fərqli oriyentasiyalı və genderli insanların əslində necə yaşadığını, hansı həyat sürdüklərini anlamayacağıq, onları görməyə və ünsiyyət qurmağa başlamayacayıq, o zaman biz indiki vəziyyətdən irəli gedə bilməyəcəyik”.

www.minoritymagazine.com • 9


M

ariya Gessenin fikrinə təsdiq olaraq, oxucularımıza bu yaxınlarda öyrəndiyimiz olmuş əhvalatı təqdim edirik. Yazı vaxtilə homoseksuallara qarşı önyarğılı olan bir azərbaycanlı qadın tərəfindən qələmə alınmışdır: Mən də sizin kimi homoseksualları qınayan bir ailədə böyümüşəm. Beynimdə təbii ki, bəzi önyarğılar vardı. Ana olmağa hazırlaşanda ağlıma gəlirdi ki, birdən qızım homoseksual olsa, nə edərəm? Ümumiyyətlə, hamiləlikdə bu, tez-tez olur, qızım əngəlli olsa, elə olsa, belə olsa nə edərəm? Özümə qəbullandırmağa çalışırdım ki, qızımı qoruyaram. Bir dönəm Berlində yaşamışam. Orda bizimlə eyni tələbə evində qalan, yaxın dost olduğumuz çinli qız var idi. Bir neçə dil bilirdi, inanılmaz savadlı, mərhəmətli və mehriban qız idi. Çinli qız, biz və fransız cütlük ilə yaxın idik, demək olar, bütün həftəsonları birlikdə nəsə edirdik. Çinli qız bir dəfə bizə dedi ki, Honkonqda birlikdə oxuduğu tələbə yoldaşı onun yanına gələcək. Dostunu görəndə bir az maskulin qız təsiri bağışlamışdı. Ancaq yenə də heç nə demək olmazdı. Mən vaxtından əvvəl ana oldum, Lili (adını dəyişdirmişəm) dostu ilə mənə Çin yeməkləri bişirib xəstəxanaya yanıma gəlmişdi. Biz xəstəxanadan çıxanda onlar Avropa turuna başladılar, bir neçə şəhəri birlikdə gəzdilər. Mənim də başım uşağa qarışdı, birlikdə görüşə bilmədik. Daha sonra Lilinin dostu öz ölkəsinə qayıtdı. Lili mənə hər gün baş çəkirdi, kömək təklif edirdi, həftəsonu kilsəyə gedəndə mənə görə dua etdiyini deyirdi. Elə oldu ki, bir neçə gün tək qalmalı oldum, onda tez-tez yanıma gəlirdi. Bir gün bikef şəkildə bürokratiyadan şikayətləndi ki, dostu təkrar viza alıb onun yanına gələ bilmir. Daha sonra əlavə etdi: “Shahnaz, you know, we are also partner” (“Şahnaz, bilirsən, biz həm də sevgiliyik”). Mən təəccübləndim. Çünki Lili bizim dostlarımızın yanında heç vaxt homoseksual olduğunu açıq deməmişdi. Mən Lilini o qədər çox istəyirdim, o qədər mənim üçün ideal insan idi ki! Savadlı, mərhəmətli, pozitiv, yardımsevər, insanpərvər. Onda fikirləşdim ki, qızım Lili kimi homoseksual olsa nə olacaq ki? Əsas Lili kimi humanist insan olsun! Vallah sevinərəm, mənim ana kimi hədəfim insanpərvər, mərhəmətli, ədalətli uşaq yetişdirməkdir, peşəsi, cinsiyyəti vecimə də deyil. Sonda bu yaxınlarda bir kinoda eşitdiyim dialoqu yazmaq istəyirəm. Bir xanıma gəlib deyirlər ki: “Oğlun geydir.” Xanım deyir: “O mənim oğlumdur, başqasının nəyidir, özü bilər.” Yəni homoseksuallıq yataq mövzusudur, lütfən, özünüzü belə şeyləri tənqid etmək səviyyəsinə endirməyin. Şahnaz Həsənova

10 • www.minoritymagazine.com


www.minoritymagazine.com • 11


LGBTQ

12 • www.minoritymagazine.com


Cennifer Lopez LGBT Qürur Ayı üçün Bilbord jurnalı bir çox məşhur pop ulduzlarından LGBTQ icması ünvanına “sevgi məktubları” yazmalarını xahiş edib. Aşağıda pop musiqi ikonası Cennifer Lopez öz məktubunu paylaşır. Mən Bronks əyalətində böyüyən vaxt, həmişə fikirləşirdim ki mənim xalam Mirza ən mükəmməl adamdı. O Nyu Yorkda yaşayırdı və aktrisa olmaq istəyirdi. Mən isə sadəcə onun kimi olmaq istəyirdim. O vaxtlar mən başa düşməmişdim ki o gey olduğuna görə əzab çəkir. Həmin vaxtlar ailələr nahar stolu arxasında əyləşib tolerantlıq və qəbuletmə barəsində söhbət aparmırdılar. Həyat başqa cür idi və mənə indi bunu xatırlamaq ürəkağrısı kimi gəlir. Onun televiziyada baxdığı adamlar onu təmsil etmirdilər. Kinolar onu təmsil etmirdi. O fikirləşirdi ki, təkdir. Buna görə də hazırda 100-cü seriasını qeyd edən The Fosters (Sevgililər) serialı ilə fəxr edirəm. Elə bir serial ki cəmiyyətə güzgü rolunu oynayır və sevginin nə demək olduğunu aşkara çıxarır. Sevgi bir insanın irqindən və cinsi orientasiyandan asılı deyil. Sevgi elə sevgidir.

Adam Lambert LGBT Qürur Ayı üçün Bilbord jurnalı bir çox məşhur pop ulduzlarından LGBTQ icması ünvanına “sevgi məktubları” yazmalarını xahiş edib. Aşağıda gey olduğunu fəxrlə bildirən pop və rok ifaçı Adam Lambert öz məktubunu paylaşır. Mən klublarda və Hollivud səhnələrində böyümüşəm. İlk dəfə “özüm kimi insanları” tapanda keçirdiyim sevinc hissini hələ də xatırlayıram. Axır ki mən və mənimlə eyni düşünən, sərhədləri aşmağa, öz istədikləri kimi yaşamağa cəsarəti olan yad planetlilər arasında sıx bağlar yaranmağa başlamışdı. Biz bir-birmizi dəstəkləyidik. Mən, 27 yaşımda həyatımı və bütünlükdə karyeramı həmişəlik dəyişəcək bir şouya seçildim. American Idol musiqi yarışmasında inanılmaz bir təcrübə yaşadım. Bütün xəyallarım gerçəkləşdi. Birdən-birə queer məhşurlardan birinə çevrilməyin təsiri böyük oldu. Mən LGBTQ icmasının fəxri olmaq, bizim həyatımızı səmimi və açıq şəkildə paylaşa bilmək üçün www.minoritymagazine.com • 13


məsuliyyət hiss eləməyə başladım. Baxmayaraq ki 2009-cu ildə biz bu gün olduğumuz qədər öndə deyildik. Bəzi fanatlarım üçün mən onların ilk dəfə gördüyü queer şəxs idim. Sözsüz ki, çətin anlar, ikili standartlar və qınaqlarla mən də mübarizə aparmalı oldum. Elə anlar da olurdu ki fikirləşirdim bunun öhdəsindən gələ bilməyəcəm. Bəs bilirsizmi necə davam edə bilirdim? Əlbəttə ki inadkar olmağım öz yerində. Bütün bu illər ərzində davam etməyimə səbəb cəfakeş xəyalpərəstlər oldu. Siz kimi insanlar mənim əsl ilham məmbəyimdir. Siz məni həyatda qalmağa sövq edən və daima möhkəmləndirən, buna görə də minnətdar hiss etdirən qüvvəsiz. Hamınız...LGBTQ musiqiçilər, rəqqaslar, divalar, bar ulduzları, klub uşaqları, Dj-lər, dizaynerlər, aktyorlar, stilistlər, vizajistlər… SİZLƏR mənim ailə üzvlərimsiz. Ötən illər ərzində gecə klubları və gecə həyatında keçirdiyimiz o anlarda başa düşdüm ki, mən niyə hələ də bu ətrafda qalmaq istəyirəm - queer ailəmi təmsil etmək üçün! 8 ildən sonra, hazırda LGBTQ icması çox inkişaf edib. Mən öz incəsənət dostlarımın və adi vətəndaşların heç nədən çəkinməyərək, üzrxahlıq etməyərək gey olduqlarını etiraf etdiyini görürəm. Qarşılaşdığımız maneələrə baxmayaraq, belə irəliləyişimizə görə həddən artıq sevincliyəm. Biz çox irəliləmişik. Mənim fanatlarım da mənimlə eyni prinsipi paylaşır və biz digər yad planetli dostlarımızı da öz ailəmizə dəvət etməyə davam edirik. Sizin hamınıza mənə ilham verdiyinizə və dəstəklədiyinizə görə minnətdaram. Söz verirəm ki mən də sizin üçün eynisini edəcəm.

Selin Dion LGBT Qürur Ayı üçün Bilbord jurnalı bir çox məşhur pop ulduzlarından LGBTQ icması ünvanına “sevgi məktubları” yazmalarını xahiş edib. Aşağıda pop ikonası və LGBTQ müttəfiqi Selin Dion öz məktubunu paylaşır. Mən Qürur Ayı və LGBTQ icmasında olan bütün dostlarımı dəstəkləmək üçün həvəsli, cəsarətli və əzmli sözlər söyləməyə imkanım olduğuna görə fəxr edirəm. Mən həmişə demişəm ki musiqi sərhədləri olmayan bir dil olduğu kimi, sevgi də sərhədləri olmayan bir hissdir. Bütün karyeram boyu LGBTQ icmasından olan gözəl insanlarla əhatə olunduğuma görə özümü şanslı hesab edirəm...istedadlı ifaçılardan, musiqiçilərdən, produser və musiqi yazarlarından tutmuş, mənim uğurumda böyük əməyi olan həmkarlarıma, eləcə də mənim çoxlu fanatlarıma sevgi adına hər zaman mənimlə olduqlarına görə minnətdaram. Hər biriniz həyatıma müsbət təsir göstərmisiz və mən də dünyamızın qəbul etmək və tolerantlığın heç zaman bəs etməyəcək bir məziyyət olduğunu anlamağa davam edəcəyinə ümid edirəm. Hələlik isə, bu ilin Qürur şənliklərində hər birinizə qoşulur, sevgilərimi çatdırır və daima sülh və xoşbəxtlik arzu edirəm.

14 • www.minoritymagazine.com


Elton Con LGBT Qürur Ayı üçün Bilbord jurnalı bir çox məşhur pop ulduzlarından LGBTQ icması ünvanına “sevgi məktubları” yazmalarını xahiş edib. Aşağıda, musiqi ikonası və Elton Con QİÇS Fondunun yaradıcısı olan Elton Con öz məktubunu bizlərlə paylaşır. Fanatlarıma, Çox sağ olun. Çox sağ olun ki digərləri məni qəbul etməyəndə siz qəbul etdiz. Çox sağ olun ki ən çətin vaxtlarda belə məni qınamadız. Çox sağ olun ki hətta illər sonra belə mənim musiqimi dinləyir və dəstəkləyirsiz. Bu Qürur Ayında, mən sizləri qeyd edirəm. Siz bütün dünyaya göstərdiz ki müxtəlif inanc, rəng və mədəniyyətlərdən olan insanlar bir araya gələrək, gey olduğunu açıq şəkildə etiraf edən mənim kimi bir müğənninin ifasından zövq ala bilər. Ən üstünü də odur ki, siz bütün dünyaya hər birimizin sevgiyə layiq olduğunu nümayiş etdiniz. Desəm ki cəmiyyət sizə görə daha ədalətli, məhəbbətli və rəhmli olur, heç də şişirtmiş olmaram. Bu, bizim özümüzlə fəxr etməmiz üçün bir əsasdır - özü də sadəcə bu ay deyil, ilin hər ayı və hər günü daxil olmaqla. Sevgi və minnətdarlıqla, Elton

Sia LGBT Qürur Ayı üçün Bilbord jurnalı bir çox məşhur pop ulduzlarından LGBTQ icması ünvanına “sevgi məktubları” yazmalarını xahiş edib. Aşağıda, cəmiyyətdə kök salmış inanclara etiraz və gey haqlarını müdafiə edən Sia öz məktubunu paylaşır. Yadımdadır ki, kimsə mənə on üç yaşlı oğlan Cona Maurinin mənim “breathe me” (məni nəfəs al) mahnıma çəkdiyi bir videosunu göndərmişdi. O, çox gənc bir gey oğlan olaraq daxilində nə hisslər keçirdiyini və necə depressiyada olduğunu bu videoda göstərirdi. Mən özümü şanslı hesab edirəm ki müəyyən qədər tolerantlığın və müsbət imicin yüksək olduğu Nyu York və Los Angelesdə queer icması ilə əhatələnmişəm, ona görə də həmin oğlanın necə əzab çəkdiyini görmək mənim “avantajlı bir platforması olan insan” üçün vacib bir an oldu. Həmin an mən özümü queer icmasına daha mənalı vasitələrlə həsr edəcəyimə söz verdim. Mən, mənim queer icmama çox minnətdaram və onlar olmasa idi indi çoxdan solub getmişdim. Xüsusilə də artıq 12 ildir ki ağlı-qaralı günlərdə əlimdən tutan menecerim Devid. O, az öncə QİÇS-ə yoluxduğunu açıq şəkildə etiraf etdi və onun utanc hissinin özünü qəbul etmə hissinə çevrilişinə baxmaq çox sehrlidir. Mən onunla fəxr edirəm və çox xoşbəxtəm. Heç bir sualsız deyə bilərəm ki, queer dostlarım olmasa idi mən şəxsi və sənət həyatımda bu qədər irəliləyə bilməzdim və onları bütün gözəllikləri ilə bərabər yaratdığına görə Allaha sonsuza qədər minnətdaram. Bu məktub Sianın tələbinə uyğun olaraq redaktə edilməyib. www.minoritymagazine.com • 15


LGBTQ

16 • www.minoritymagazine.com


İ

lk olaraq bacılarıma dedim. “Sənin həyatındır, necə yaşayırsan, yaşa” deyə cavab verdilər. Sonra isə sinifdəki 6 illik dostuma etiraf etdim. O da “Bunda qəribə heç nə yoxdur, dostum olaraq qalacaqsan” cavabını verdi. Anama danışanda bir az dayandı, sonra otaqdan çıxdı. Amma aramız dəymədi. Atam isə 1 həftə mənlə danışmamışdı, lakin sonra münasibətimiz düzəlmişdi. Ən yaxın dostuma etiraf edəndə isə hər şey başqa oldu. Öncə heç nə demədi, lakin sonra “Bax, qaqaş, mən artıq namaza başlayacam, sənlə danışmaq, dost olmaq dinimizə uyğun deyil” demişdi. Şok keçirtdim. Hər gün qızların arxasınca min dəfə baxan insanın bunu deməsi necə də qəribə idi.

homoseksual oğlan

E KAMAL A.

homoseksual

tiraf edəndə özümə yaxın bildiyim bəzi dostlarımın mənə soyuq davrandığını hiss etdim. Bir neçə müddətdən sonra isə görüşməməyə və məndən qaçmağa başladılar. Bu arada, hələ də mənə qaranlıq qalan şey var. Bəzi tanışlarımın başqa mənim kimilərə qarşı pis, ancaq mənə normal davrandıqlarını anlamıram. Hətta bir neçəsi mənə: “Əgər sənin yerində başqası olsa idi, çoxdan silmişdim həyatımdan, heyif ki, sənsən də, Kamal” deyib. Bəlkə də mən şanslıyam. Kaş bütün cəmiyyət, mənə qarşı normal reaksiya verən insanlar kimi, onlar da normal yanaşardılar.

M

ənim dostlarım yaxşı qarşıladı, hətta mənim arxamda da durdular. Lakin iş yerimdə pis qarşılandım. Müdriyyət mənə dedi: “Bu sənin seçimin və həyatındır, mən sənə qarışa bilmərəm. Amma bura mənim obyektimdir və mən istəmirəm ki, işçilərimin arasında homoseksuallar olsun, ona görə məcburam səni işdən çıxardım”. İndi mən işsiz qalmışam. Valideynlərim oriyentasiyamı hələ bilmir, məni sıxırlar ki, iş tapım.

homoseksual oğlan

www.minoritymagazine.com • 17


Ş NƏRMIN Ə. lesbiyan

ükür ki, dostlarım mənə problem yaratmadı, ailəm isə məcburən yavaş-yavaş da olsa qəbul edir. Ən böyük problemim işlə bağlı olur. İlk dəfə çalışdığım şirkətdə homoseksual olduğumu biləndə “Bizə lazım deyil ki, hamı desin, bu boyka şirkətin işçisi lesbiyandır. Digər işçilərə pis örnəksən” deyib işdən çıxartmışdılar. Sonra davamı gəldi. Harda öyrənirdilərsə, işdən çıxarılırdım.

H Ya rəfiqə qalaq, ya da əl çək 18 • www.minoritymagazine.com

omofobiyayla ilk dəfə mənim qadından xoşlandığımı ilk bilən insan tərəfindən qarşılaşmışam. Yəni ilk sevdiyim insan. Hələ hisslərimə tam anlam verə bilmirdim o zamanlar. Hətta bu hisslərin adının lesbiyanlıq olduğunu da bilmirdim. Bunun sevgi olduğuna əmin olmuşdum. İstəyirdim ki, hərəkətlərimdən bunu hiss etdirim. Sevdiyim adam bu yaxınlaşmaların, qısqanmaların, diqqətin, dəyərin, sevginin dostluqla əlaqəli oldgnu düşünmüşdü, ona qeyriadi gəlmirdi. Çox yaxın və səmimi olmağım hisslərimi açıqlamağa cəsarət verdi. Cavabı isə əvvəlcə əsəbimə toxunan, qəlbimi qıran gülüş, sonra isə “Qız qızı sevər heç?” sualı. “Lesbiyan zadıq?”. Lesbiyan sözüylə ilk dəfə o an tanış oldum. Yəni hisslərimin rədd olunduğu gün. Bu söhbətin ardı da oldu təbii ki. Ardınca “Sən uşaqsan, ağlın qarışıb. Qızın oğlandan xoşu gələr. Sən dəli olmusan. Zəhləm gedir elə qızlardan”. Və ən sonunda “Ya rəfiqə qalaq, ya da əl çək”.

lesbiyan qız


Ə

slində femininliyi bacardığım qədər ört-basdır etməyə çalışanda problem olmurdu. Amma son zamanlar bunu tənzimləməkdə problem yaşayıram. Qız qrup yoldaşımın sevdiyim rəngdə şlyapası vardı. Elə-belə başıma qoydum və o an oğlan qrup yoldaşım əsəbi halda şlyapanı başımdan götürdü və qızın üstünə atıb: “Qoyma, taxsın. Ayıbdı” dedi. Tolerant sandığım rəfiqələrim keçən dəfə universitetdə deyirdilər ki: “Səni biz belə etdik. Bizlə gəzə-gəzə belə oldun”. Çünki əvvəllər bilinməyim deyə, heç kimlə ünsiyyət qurmamağa çalışırdım. Üstəlik əsgər getsəm bəlkə “düzələcəyimi” deyirlər. Hələ gizli yaşayıram və bu reaksiyaları görürəm. Görəsən, kimliyimi açıqlasam nə olar?

transgender qadın

A homoseksual oğlan

iləm biləndə çox təzyiqlərə uğradım, döyüldüm, təhqir edildim. Hətta ev dustağı da etdilər. Şəhərdə dostlarımla vaxt keçirməyə qoymadılar. Hər dəfə polislə hədələyirdilər. Feminin olduğum üçün ailədən, qohumlardan təzyiqlər alıram, amma yenə də güclü olmağa çalışıram. Neçə dəfə gecələr anamla oturub danışmışam, amma yenə də din mövzusundan danışır, “səni şeytan bu yola çəkir” deyir. “Sən məni belə dünyaya gətirmisən” desəm də xeyri yoxdur. Şəhərə çıxan kimi polislə hədələyirlər, “camaat nə deyər” fikri ilə yaşayırlar. Məcburam ki, şəhərə çıxanda dostlarımla gizli yerlərdə görüşüm. 2 ay sonra 18 yaşım olacaq, heç kim məni anlamır. Bacım, qardaşım, anam, atam, heç kim. Hərdən elə sözlər deyirlər ki, çox pis oluram, üzülürəm. Bir insanı doğması anlamırsa, ətraf mühit necə anlasın? 18 yaşım tamam olanda azadlığımı geri almağı düşünürəm. Arzularım var mənim. Xoşbəxtlikdən, dostlarımdan təzyiq görməmişəm. İki heteroseksual dostum var, ikisi də anlayışla qarşıladı və dəstək oldu.

səni şeytan bu yola çəkir

www.minoritymagazine.com • 19


M

SARA B.

lesbiyan

20 • www.minoritymagazine.com

ən lesbiyanam. Dostlarımdan heç kim bilmir məni, yəni demək ehtiyacı hiss etmirəm. Ailəmdən isə sadəcə bacım bilir. Ona sevgilimin qız olduğunu deyəndə əvvəlcə zarafat etdiyimi düşündü, sonra isə dedi ki: “Ayrıl ondan, fikrini dəyiş, dəyişməyə çalış”. Onu başa saldım, dedim ki: “Xahiş edirəm, düşün. Bir balaca vaxtımdan indiyə qədər ən yaxınımda sən olmusan. Yaşadıqlarımı, ətrafımda olan insanlara necə davrandığımı, hamısını düşün. Sonra danışaq”. Bir gün sonra isə məni başa düşdüyünü dedi. Dedi ki: “Sən uşaqlıqdan beləsən, sadəcə sən deyəndən sonra hissələr yerinə oturdu”. Heç nəyimə qarışmadığını, mənə inandığını əlavə etdi. Sevgilimlə hələ də münasibətdəyəm və bacım xoşbəxt olduğuma sevinir. Lakin sevgilimin həyatında vəziyyət fərqlidir. Anası yazışmamızı, şəkillərimizi telefonunda görüb dözməmişdi. Gecə yuxudan qaldırmışdı. Mübahisələrdən sonra telefonunu əlindən alıb bir müddət verməmişdi. Sevgilim çöldə olanda taksafondan zəng edirdi, danışırdıq. Dərsdə qrup yoldaşının telefonundan yazırdı. Sonra onu psixoloq yanına apardılar ki, dəyişdirməyə cəhd etsinlər. Psixoloq yaşlı kişi olmasına baxmayaraq, ona dedi ki: “Anan səni başa düşməyəcək, ondan gizlin həyatını yaşa. Sənə heç nə demirəm, amma çətin olsa da öz həyatın üçün ayrıl, tək yaşa”. Belə çətin günlər olub, amma anasından gizlənəgizlənə keçmişik.

Anan səni başa düşməyəcək, ondan gizlin həyatını yaşa...


M

Kiçik şeylər insanı öldürə bilir mənəvi cəhətdən..

əktəbdə oxuyanda çox yaxın dostlarım idilər - iki qardaş. Mənim qardaşım yoxdur, lakin onları həmişə özümə qardaş bilirdim... Məktəbi bitirəndən sonra da sıx əlaqə saxlayırdıq - onlarda qalırdım tez-tez, birgə idman edirdik, yemək bişirirdik və s. Mənim gey olduğumu bilirdilər. Bunu məktəbdə çox adam bilirdi. Məsələ bundadır ki, başqa bir sinif yoldaşımla aramızda bəzi şeylər baş vermişdi, sonra həmin oğlan gedib başqalarına danışmışdı... Ağızdan-ağıza məsələ bütün məktəbə yayılmışdı. Bu haqda hamı bilirdi, məndən də soruşmuşdular, təsdiqləmişdim... Pis qarşılamamışdılar, heç vaxt mənə qarşı qərəzli də olmayıb sinif yoldaşlarım.... Sadəcə olaraq bu haqda heç kim danışmırdı, hamı bilmirmiş kimi davranırdı. Lakin bir gün çox qəribə bir şey baş verdi... Biz məktəbi bitirəndən bəlkə 2 il keçərdi. Sinif uşaqları ilə şəhərə çıxmışdıq gəzməyə. Ən yaxın dostum olan iki qardaşdan birinin çiyninə əlimi qoydum. Bütün oğlanlar belə edir, qol-boyun gəzməkdə bir qəbahət yoxdur... Yorğunluqdan qoymuşdum... Əlimi çiyninə qoyduğum saniyə sanki diksindi və cəld bir hərəkətlə əlimi çiynindən çəkdi... Sanki “sənin gey olduğunu hamı bilir, məni də elə bilərlər” düşünürmüş kimi... O gün bir qərar verdim - bir daha onların heç biri ilə görüşməmək. Bugünədək də görüşmürəm, yığıncaqlarına getmirəm, məsafə saxlayıram... Çox darıxmağıma baxmayaraq. Kiçik şeylər insanı öldürə bilir mənəvi cəhətdən... Bu hadisə 10 il əvvəl baş verib, amma indi də eyni şey hiss edirəm yadıma düşəndə - boşluq, ümidsizlik, təklik və utanc.

CAVID

homoseksual

www.minoritymagazine.com • 21


PSİXOTERAPEVTLƏ MÜSAHİBƏ

22 • www.minoritymagazine.com


Homoseksuallığı bir psixoterapevt kimi necə təsnif edərdiniz? Cinsi orientasiya şəxsin hansı cinsə yönəlik seksual və duyğusal cazibə hissinə bağlı olan bir xüsusiyyətdir. Homoseksuallıq bu cazibənin şəxsin öz cinsindən olan insanlara yönəlik olmasıdır. Məsələn, bir kişinin cinsi olaraq digər kişiyə maraq duyması, onunla birlikdə olmağı arzulaması, cinsi fantaziyalarının bununla əlaqədar olması, bu istiqamətdə cinsi birlikdəliklər qurması, kişini sevib-aşiq olması, duyğusal birlikdəliklərini bir kişi ilə yaşaması homoseksual olduğu mənasını verir. Bənzər maraq və cazibə qarşı cinsə yönəlik olduğunda, buna heteroseksual, hər iki cinsə yönəldiyində isə biseksual deyilir. Ancaq, şəxsin özünü homoseksual olaraq tanıtmağı üçün bütün bunların mövcud olmağı zəruri deyil. Necə ki bir heteroseksualın heteroseksual olmağı üçün seksual və duyğusal birlikdəlik təcrübəsinin olmağına gərək yoxdur, homoseksuallıq üçün də eynisi keçərlidir. Bununla yanaşı, bəzi xüsusiyyətlər insanın həyatı boyunca fərqlilik göstərə bilər, məsələn: ömrü boyu qadınlara maraq göstərən heteroseksual bir kişinin, başqa kişi ilə bağlı cinsi fantaziyası, seksual paylaşımı ola bilər. Bu, həmin

şəxsin cinsi orientasiyasının dəyişdiyi mənasına gəlməz. Yəni, homoseksuallıq və ya heteroseksuallıq qısa müddətdə müşahidə olunan xüsusiyyətlərə görə deyil, ümumi maraq və davranışa görə müəyyənləşdirilir. Kişi və qadın olaraq iki cins vardır. Homoseksual kişi və qadınlar öz cinslərinə yönəlməklə yanaşı bioloji cins xüsusiyyətləriylə əlaqədar narahatlıq keçirtmirlər; kişilər kişi, qadınlarsa qadın olduqlarını qəbul edirlər və cinsi kimliklərini dəyişdirməyə çalışmırlar. Homoseksuallar da heteroseksual və biseksuallar kimi bioloji olaraq kişi ya da qadındırlar, fərqli cinsi kimliyə sahib olmaqları gərəkli deyildir. Homoseksuallıq: seçim deyildir; xəstəlik deyildir; sonradan qazanılan xüsusiyyət deyildir. Bakıda keçirdiyimiz sorğuda insanların çoxu övladları homoseksual olduğu halda ondan imtina etmək və hətta onu öldürmək lazımdır kimi fikirlər səsləndirmişdilər. Valideynlərə nə deyə bilərdiniz? İd səviyyəsində bir düşüncə şəklidir (vur, parçala, öldür, sorğulama və s.). Əksər valideynlər heteroseksual övladları cinsi istismara məruz qaldıqda da eyni metodu icra edirlər (uşaq döyülür, təcavüzçü qürurla

özfəaliyyətə davam edir). Ulu babalarımızın ilk insanlıq dövründən ta bu yana bizə qazandırdığı və heçcürə qurtula bilmədiyimiz xüsusiyyətlərimizdəndir. Valideynlər, bu şəkildə düşüncə sahibi olaraq, özünü inkişaf etdirməyərək, ətrafa nifrət qusaraq öz homoseksual vəya heteroseksual övladlarına nə travmalar yaşatdıqlarından xəbərsizdirlər. Homofobiya daşıması ağır bir yükdür. Bu, “məndən olmayanı qəbul etmirəm və bu fikrimə hörmət etməlisiniz” kateqosiyasından bir düşüncə deyil. Homofobiyanın xəstəlik olduğuna dair araşdırmalar var. Bu şəkildə böyüdülmüş bir heteroseksual insan düşünün və ilk sualda qeyd etdiyim kimi, həmcinsi ilə bağlı cinsi fantaziyalar ağlına gəlmiş olsun. Onun necə psixoloji parçalanma keçirəcəyini təxmin edə bilməzsiniz. Övladınızın böyüməyi üçün lazımi qəyyumluğu edə bilərsiniz, lakin, sizlərin dəyişə bilməyəcəyi və qarışa bilməyəcəyiniz məsələlər vardır. Ən başda da cinsi kimlik məsələsi. Necə ki, qız vəya oğlan uşağı dünyaya gətirmək sizin əlinizdə deyil, eynilə də onun homoseksual vəya heteroseksual olmağını siz təyin edə bilməzsiniz.

www.minoritymagazine.com • 23


Övladının homoseksual olduğunu kəşf edən valideynlərin bəziləri ilk olaraq psixoloqa müraciət edirlər. Bu nədən qaynaqlanır? Uşaq öz cinsi yönəliminin fərqinə varması ilə başlayan özünü tanıma, qəbul etmə, ətrafındakılarla paylaşma, sosiallaşma müddətində bir çox psixi sağlamlıq sahəsində işləyən mütəxəssislərdən kömək alma ehtiyacı duya bilər. Bu dövr, insanın öz homofobiyası və yaşadığı cəmiyyətin homoseksuallıqla bağlı mənfi mövqe və mühakimələri ilə yoğun bir şəkildə qarşılaşdığı, özünü tək, izolə olunmuş və çarəsiz hiss etdiyi bir dövrdür. Psixi sağlamlıq sahəsinin mütəxəssislərinin şəxsin özünü tanımasına şərait yaradan, mühakimə edici və yönləndirici olmayan bir mövqe ilə bu çətin dövrünə vacib qatqıları olur. Lakin, sualınıza gəlsək, əksər valideynlərin bunu edərkənki düşüncəsi, uşağın hansısa səbəbdən cinsi kimliyinin vəya meylinin dəyişə bilməsilə əlaqəlidir və psixoloqdan onun davranışlarını dəyişməyi: “qız kimi” davranırsa ona “kişi kimi” davranmağı aşılamağı gözlənilir. Əgər homofob bir psixoloqa rast gəlməyəcəklərsə, bu addım, yuxarıda qeyd etdiyim şəkildə uşağın xeyrinə olacaqdır. Valideyn də məlumatlandırılar, vəziyyətlə necə başa çıxacağını, uşaqla münasibətini necə idarə edəcəyini və s. öyrənmiş olar. Azərbaycanda bəzi psixoloq və psixoterapevtlər öz müsahibələrində homoseksuallığın xəstəlik olduğunu bildirir, hətta icmamızın üzvlərinin sözlərinə görə, onlara “firma dərmanları” ilə müalicə yazmaq istəyənlər olub. Belə hallarda nə etmək lazımdır?

24 • www.minoritymagazine.com

Ta 1973-cü ildən bəri isbatlanmış bir məsələdən xəbərsiz olmaq istənilən mütəxəssisin savadsızlığını göstərər. Dünyanın yuvarlaq olmadığına dair fikir yürüdən şəxs cəmiyyətdə necə qarşılanırsa, homoseksualizmlə bağlı xəstəlikmiş kimi danışan da eynilə. Sosyal medyanın gücü belə hallarda özünü göstərir. Bunları qələmə alaraq, insanları oyatmaq lazımdır. Daha çox yazmaq, daha çox oxumaq və daha çox danışmaq lazımdır. Sizin jurnalınızın özü elə ən effektiv vasitədir. Azərbaycanın məşhur psixoloqlarından biri lazer epilyasiyasının kişilərdə homoseksuallıq yaratdığını bildirmişdi. Belə bir elmi araşdırma aparılıbmı? Bu məlumat nə dərəcədə doğrudur? Bunu müzakirə etməyimiz belə trajikomediyadır. Heç bir doğruluq payı yoxdur. Homoseksuallığın sonradan qazanılan birşey olmadığını bilirik. Bununla bağlı uzun illərdir aparılmış araşdırmalar və ciddi yazılar var. Sizcə cəmiyyətimizdəki diskriminasiyanın əsas səbəbi nədir? İnsanlar niyə özlərindən fərqli olanlardan qorxurlar? Bütün cəmiyyətlərdə fərqli olanla bağlı qəddar davranışlar görülüb. Dərisinin rənginə, düşüncəsinə, geyiminə, inancına, zövqünə və s. bağlı olaraq insanlar izolə edilib, şiddət görüb, öldürülüb. Bu dövrümüzdə də davam etməkdədir. İnsanların yetişdirilmə tərzi, böyüdüyü mühit, savadı, psixi sağlamlığı və s. vacib faktorlardır. “Mənim kimi olmayan”a maraq yox, nifrət var. Çoxluq nifrət edən tərəf kimi göründüyü üçün, kütlə psixologiyası da burada rol oynayır. “Mənim kimi olan” belə o kütlənin təsirinə düşə bilir. Ölkəmizdə cinsi yönəlimə görə yaşanılan diskriminasiya ilə bağlı təəssüf ki, heç bir qanun yoxdur. Dünyada ilk bu qanun Cənubi Afrikada 1994cü ildə qüvvəyə mindi. Ancaq, hələ də cinsi yönəlimi səbəbindən diskriminasiyaya uğrayanları, çox az ölkədə yasal qoruma vardır.


“Mənim kimi olmayan”a maraq yox, nifrət var.

www.minoritymagazine.com • 25


Bir müddət əvvəl Bakıda trans gəlincik (yəni görünüşcə qız olan, lakin kişi cinsiyyət üzvünə malik olan gəlincik) satılması xəbəri yayılmışdı və bu hadisədə psixoloqların fikirləri iki yerə bölünmüşdü. Siz bu barədə nə fikirləşirsiz? Təbliğatın aparılması və toleranslılığı artırmaq üçün atılan effektiv addımlardan biridir deyə düşünürəm. Daha da ümumiləşdirsəm, insanları maarifləndirmənin effektiv yoludur. Teatr, musiqi, şer, film sənətləri də buraya daxildir. Bu mövzudakı xəbərlərdə belə bir cümlə yazılmışdı: “oyuncağı alan ailə əvvəlcə buna gülüb daha sonra əsəbləşməyə başlayıblar”. Təəccüb, maraq, toleranslıq və sonrasında böyüdülmə şəklinə, ictimai qınağa uyğun olaraq inkar etmə, qəzəb, homofobik davranış. Və bütün bunlara şahid olan uşaq var qarşımızda. Onu xilas etməyimizin ilkin yolu maarifləndirmək, əsaslı məlumatlar vermək və bu məsələni sorğulamasına şərait yaratmaqdır. Hazırda universitetlərdə tədris olunan “Ailə psixologiyası” vəsaitində homoseksuallığın “Ulu qüdrətə zidd” olduğu və buna görə pislənilməli olduğu barədə yazılar yer alır. Psixologiya elmində dini mövzuların bu formada yer almasına münasibətiniz necədir? Dini mövzuların elmlə, tibblə, siyasətlə və s. qarışdırılmağı bir çox məsələlərdə ziddiyyətli düşüncələrin yaranmağına səbəb olur. İstənilən sahədə əvvəla insanların həmin sahə ilə bağlı məlumatlanmaqlarının tərəfdarıyam. Daha sonra bunu genişləndirmək, sorğulamaq onun edəcəyi birşeydir. Bununla yanaşı, düşünürəm ki, müa-

26 • www.minoritymagazine.com

licədə və psixoterapiyada hərhansısa dinə aid bir “metoddan” vəya dini qəliblərə aid sözlərdən istifadə etmək iş əxlaqına ziddir və pasientin haqqlarının heçə sayılmağı deməkdir. Şəxsi düşüncələrə, seçim və inanclara əsla yol verilməməlidir. Tərəfsizlik qorunmalıdır. Terapistlə pasienti birləşdirən, birinin ixtisas sahəsi, digərinin şikayətləridir. Və bu ortaq fəaliyyət pasientə zərər vurmadan davam etməli, tamamlanmalıdır. Ölkəmizdə psixologiya təhsilində cinsi orientasiyası fərqli olan insanlar haqqında nə deyilir? Bayaqdan bütün suallarınızı sürətlə cavablandırırdım, lakin, bu sualda dayandım. BDU-da iki il psixologiya sahəsində dərs vermişəm. Orada oxuduğum və işlədiyim müddətlərdə, hər zaman psixologiya dərsliklərinin bərbad vəziyyətdə olmağından narazı idim. İstəmədiyiniz qədər muhakimə, homofobiya, ayıblama və s. tapa bilirsiniz o dərsliklərdə. Və bu suala gələrkən dayanmağıma səbəb, bütün o neqativ halları xatırlamaq və buraya yazmağın içimdən gəlməməsidir. Lakin, nə edə bilərik ki bunlar baş verir və bizlərin də üzərində işlədiyimiz, çoxluğu oyatmağa çalışdığımız vacib məsələlərdir. Ümumiyyətlə, ölkəmizdəki əksər müəllimlərin homofobik mövqeyə sahib olmaqları, həmin qurumlarda dərs alan homoseksual şagird/tələbələri daha çox travmatizə edir. Əvvəla onlara bu məsələləri tədris etmək lazımdir ki, onlar da tələbələri düzgün maarifləndirsinlər. İnanıram ki, çox sayda müəllimlərimiz də bu məsələdə bizlərlə həmrəydirlər.


Sizcə qanunvericiliyimizin homoseksual kişiləri hərbi xidmətə yararsız hesab etməsinin səbəbi nədir? Bunun psixoloji əsası varmı? Bunun ilkin səbəbi disiplinlə əlaqədar ola bilər. Yaşanan qalmaqallar, homoseksual şəxslərin normal insan kimi qəbul edilməməsi, oradakı əsgərlərin heç də hamısının təhsilli olmaması, beləliklə də homoseksual şəxslərə qarşı mövqenin birmənalı olmaması və s. kimi səbəblər. Ümid edirəm ki, yeni nəsil savadlı psixoloq və psixiatrlar qanunvericilikdə bu məsələyə öz rəylərini bildirəcək və hərbi xidmətə gedən istər heteroseksual, istərsə də homoseksual gənclərimizin sağlam şəkildə xidmətini başa vurmaqlarına yardımçı olacaqlardır. Bu sahədə görülməli olan həddindəna artıq çox iş amma olduqca az mütəxəssis vardır. Sizin demək olar ki, bütün müsahibələriniz cəmiyyətimizdə səs-küy yaradır. Bununla bağlı neqativ hallar yaşamısınız? Bunu sizdən öyrəndim. Əgər səs-küy yaradırsa, bir tək

o halda sevinərəm ki, daha çox insanın tabu mövzularda məlumatlanmağında və sorğulamaqlarında rolumuz olar. İlk başqa qəbul etməyə bilərlər. Asan deyil, qadağan olunmuş məsələrdən danışırıq nəticədə. Lakin, biraz maraq yarandıqdan sonra, insanlar daha çoxunu araşdırıb oxuyurlar. Beləliklə, həmin gizli salxanılan mövzularda fikir sahibi olmuş olacaqlar. Bu səbəbdən də, maarifləndirmə yolundayıqsa, qarşılaşdığımız bütün neqativ hallar əslində xeyrimizədir. Tənqid, etiraz edirlərsə, bizi yazdıqlarımıza görə cəhənnəmdə yandırırlarsa da, əsas odur nə dediyimizi eşidiblər və oxuyublar. Ağıllarında yaranmış “bəlkə” onların motivasiyası ola bilər. Bu halda, onlar və biz deyə iki qrupa ayrılmaq düzgün deyildir. Hamımız eyni məcradayıq. Oxucularımıza sözünüz. Sorğulayın. Bu sizin haqqınızdır. Qarşınızdakının kim olduğundan təsirlənmədən, dediklərini sorğulayın. Cəhalət və tənbəllik insan övladının ən böyük düşmənidir.


CEYMS OKİF Təkamül və homoseksuallıq Bu yazı professor Ceyms Okifin TEDx çıxışından tərcümə olunub.

28 • www.minoritymagazine.com


Y

ay axşamlarının birində 18 yaşlı oğlum Cimmi bizimlə danışmaq istədiyini dedi. Mən və həyat yoldaşım Coan digər 3 azyaşlı uşağımıza nağıl oxuyaraq yatızdırdıqdan sonra Coanla birgə yataq otağımıza keçdik. Cimmi otağa daxil olub, qapını arxadan bağladı: “Sizə çox vacib bir şey deməliyəm. Deyəcəklərim problem deyil, pis bir şey deyil, sadəcə fərqlidir.” Və o, bizim gözlərimizin içinə baxaraq: “Mən geyəm”,- dedi. Bir neçə saniyə davam edən səssizlikdən sonra yoldaşım dərin nəfəs alaraq: “Cimmi, biz sənin sevdiyin hər kəsi sevəcəyik”,-dedi. Bu hadisə tam 12 il əvvəl olub və etiraf etməliyəm ki, dəfələrlə özlüyümdə görəsən harada səhv etdiyimi düşünmüşəm. Coanla mən fikirləşirdik ki, bu, oğlumuz üçün problem ola bilər, xüsusilə onun təhlükəsizliyi üçün. Fikirləşirdim ki, oğlumun heç zaman övladı olmayacaq və bu fikir məni çox üzürdü. Mən kardioloqam. Və müasir dünyada necə baş çıxartmalı olduğumuz mövzusuna əcdadlarımızın gözü ilə baxmağı çox sevirəm. Lakin təkamül nəzəriyyəsi baxımından homoseksuallıq özünü məhvə aparan, çoxalmanın qarşısını alan bir strategiyadır. Demək istəyirəm ki, homoseksuallar heteroseksuallardan 80% daha az uşağa sahib olurlar. Bu yolla nəslin kəsilməsi çox rahat baş verə bilər. Amma tarix boyu istənilən sivilizasiyada, mədəniyyətdə və hətta çoxlu sayda heyvan növlərində homoseksuallıq balaca və fərqli qrup şəklində mövcud olub. Əgər bu genetik xəta olsa idi, təbii seçmə yolu ilə çoxdan aradan qaldırılmışdı. Bu paradoks haqqında fikirləşərkən bizim uşaqlarımız böyüdülər. Cimmi öz xüsusi xarizması və maqnetizmi ilə kiçik bacı və qardaşlarının sevimlisi oldu. Onlar Cimmi ilə özlərini çox rahat və xoşbəxt hiss edirlər. Və bir gün bu “Cimmi effekti” haqqında fikirləşərkən birdən mənə agah oldu ki, homoseksuallıq sadəcə cinsiyyətlə bağlı deyil, eyni zamanda bu xilasolma, nəslin xilas olması üçün bir növ yardımdır. Biz, yəni homosapienslər digər canlılar arasında ən sosial olanlarıyıq. Bizim üçün mübarizə sadəcə “öl və ya öldür” deyil. Ailəmizi sevə bilmək, öz qrupumuz ilə əlaqə qura bilmək bir çox hallarda bizim mövcudluğumuzun təməlidir. Beləliklə, bu, ən yaxşı uyğunlaşa bilmiş ailənin sağ qalmağıdır, ən yaxşı uyğunlaşmış fərdin yox. Siz öz qardaş-bacınız ilə DNK-nızın 50%-ni, onların övladları ilə isə 25%-ni bölüşürsünüz. Təkamül prizmasından sizin özbaşınıza bir övlad böyütmənizlə bacı

www.minoritymagazine.com • 29


...homoseksuallıq Allahın həqiqi istedad sahiblərinin uşaq yükü daşımayacaqlarından əmin olmaq üçün seçdiyi yoldur. və ya qardaşınıza 2 övlad böyütməsi üçün yardım etməniz eyni dərəcədə uğur deməkdir. Bu, təkamül nəzəriyyəsi baxımından ittifaq qurmaq və altruizm nümayiş etdirməkdir. Homoseksuallıq genetik kodlaşdırılmış altruizmdir. Necə ki, Ellen DeGeneres deyir, geylər təbiət tərəfindən bizə birbirimizə qarşı xeyirxah olmağı öyrətmək üçün yaradılıblar. Və Darvindən sonra ən böyük təkamül bioloqu olan S.O.Uilson bildirir ki, homoseksuallıq qruplara xüsusi istedad və şəxsi keyfiyyət üstünlüyü verir. Bu səbəbdən homoseksuallığı təcrid edən istənilən cəmiyyət bununla özünə ziyan vurmuş olur. Bəs xüsusi şəxsi keyfiyyətlər deməklə Uilson nəyi nəzərdə tutur? İcazə verin, sizə öz ailə dostumuz Ceni haqqında danışım. O 35 yaşlı, subay heteroseksual qadındır. O, bizə ağıllı, yumor hissi olan, hissiyyatlı və eyni zamanda qulaq asmağı bacaran bir kişi axtardığını deyirdi. Və bildirdi ki, təsadüfən belə bir kişi ilə qarşılaşıb və o kişinin artıq öz kişi sevgilisi var idi. İnsanların homoseksulların yataqda nə edib-etməməsi ilə çox maraqlandıqlarına baxmayaraq, onu deməliyəm ki, homoseksuallıq çox zaman bu cür insani keyfiyyətlər və güclü intellektlə müşaiyət olunur, hansı ki, təkamül baxımından daha kritik və vacib hesab olunur. Elmi araşdırmalar həqiqətən göstərir ki, seksual azlıq kateqoriyasına aid olan insanlar daha intellektual olurlar. Bu, xüsusilə emosional intellektdə özünü daha çox büruzə verir. Məsələn, bu araşdırma göstərir ki, İQ səviyyəsi çox yüksək olan oğlan və qızların homoseksual olma ehtimalı digərlərindən iki dəfə daha çoxdur. Və homoseksual kişilər arasında keçirilən psixoloji testlər göstərir ki, onlar can yandırmaq, ittifaq qurmaq şkalasında

30 • www.minoritymagazine.com


çox yüksək, lakin zorakılıq və güc tətbiq etmədə aşağı göstəricilər nümayiş etdirirlər. Yəni, əgər Mikelanjelo heteroseksual olsa idi, çox güman ki, Sistine kilsəsini rəsmlərlə bəzəmək əvəzinə, sadə divar kağızı ilə örtərdi. Bəstəkar Sem Austin deyir ki, homoseksuallıq Allahın həqiqi istedad sahiblərinin uşaq yükü daşımayacaqlarından əmin olmaq üçün seçdiyi yoldur. Faktlara qayıtsaq, qeyd edim ki, hal-hazırda Amerikada hər 25 nəfərdən ikisi homoseksualdır. Fərqlilik və müxtəliflik təbiətin gizli silahıdır. Əgər bütün kişilər gey olsa idi, bu problem olmazdı, amma hamısı cəngavər olsa idi, biz daimi müharibə şəraitində yaşayardıq. Uğurlu insan bəşəriyyətinin resepti müxtəlif inqrediyentlərin birləşməsindən ibarətdir. Homoseksuallıq bir növ katalizator rolunu oynayaraq, müxtəlif qruplar arasında emosional bağların yaranmasına kömək edir. Təsəvvür etsək ki, genom sizin üçün hardware rolunu oynayır, o zaman epigenlər sizin proqramınız olacaqlar. Deməli sizin DNK-nızda çoxlu sayda müxtəlif proqramlar yazılıb. Epigenlər bu proqramlar arasında ətraf mühit üçün ən əlverişli olanını seçərək, sizin kim olacağınıza qərar verirlər. Məsələn, qarışqalar da çox sosial həşaratlardır və onların epigenetik mexanizmləri insanlarınkına çox bənzərdir. İşçi və döyüş qarışqalar eyni yumurta əkizləri ola bilirlər. Baxmayaraq ki, onların DNT tezliyi tamamilə eynidir, işçi qarışqa ölçüsünə görə balaca (peşəsi sadəcə yemək toplamaqdır), digəri isə döyüşçü, daha böyük və güclüdür (işi isə müdafiə). Bunun səbəbi ana qarışqanın epigenetik səviyyədə yumurtalara təsir etməsidir. Koloniyalarına hücum olduğu təqdirdə epigenlər çoxlu sayda döyüşçü qarışqa əldə etmək üçün

dəyişdirilir, yemək az olduqda isə bu nizam işçi qarışqaların üstünlüyü ilə nəticələnir. Bu, o deməkdir ki, bizim də epigenlərimiz ailəmizin sağ qalmaq yolunda uğurunu təmin emək üçün dəyişilir. Gey genlər hər kəsdə mövcuddur. Ana bətnində onlar aktivləşdirilmədikcə biz heteroseksual doğuluruq. UCLA universitetindəki son araşdırma göstərir ki, kişilərin epigenetik strukturuna nəzər salaraq, onların cinsi oriyentasiyasını 70% əminliklə bilmək olar. Bəs gey genlərini aktiv edən səbəblər hansılardır? Kişilər üçün gey olma şansı ondan əvvəl www.minoritymagazine.com • 31


ana bətnində olmuş oğlan uşaqlarının sayı ilə daha da çoxalır. Belə ki, hər səndən əvvəlki bioloji qardaş sənin gey olma şansını 33% artırır. Məsələn, əgər səndən əvvəl 4 nəfər heteroseksual oğlan doğulubsa, təbiət buna artıq dayan deyərək ananın immun sistemi vasitəsilə səndəki gey genlərini aktiv edir və beləliklə, ailədə gey bir oğlan doğulur. Bununla təbiət ailənin gələcəkdə yemək qıtlığı yaşamaq problemini azaltmaqla yanaşı (homoseksual şəxsin uşaq sahibi olmayacağı düşünülür), onu öz qardaşları ilə dişilər (qadınlar) uğrunda mübarizəsindən də qorumuş olur. Əlbəttə, müasir dövrümüzdə seksual azlıqların uşaq sahibi ola bilmələri üçün müxtəlif üsullar mövcuddur. Başqa gen X xromosomundakı “erkəkləri-sevmə geni”dir. Bu gen qadınlarda olanda onların cinsi yetişkənliyi daha tez başlayır və normalda onlar çoxlu uşaq sahibi olurlar. Bu gen kişilərdə olanda isə homoseksuallıqla nəticələnir. Alimlər fikirləşirlər ki, bu da öz növbəsində çoxuşaqlı böyük ailələri balanslaşdıra bilmək üçün təbiətin seçdiyi yoldur. Təbiət fikirləşir ki, bu yolla gey övlad ailədə hamını bir yerə toplamaqla, ailənin sağ qalmasına gətirib çıxardacaq. İndi mən üzr istəyirəm, elm hələ ki, homoseksual kişiləri araşdırmağa daha maraqlıdır, nəinki qadınları. Bu çıxışım da əsasən homoseksual kişilər haqqındadır. Lakin heç şübhəsiz ki, qadınların da homoseksuallığı təbii variasiyadır ki, bununla cəmiyyət və icma üstünlüklər qazanır. Amma Cimminin ondan böyük qardaşı yoxdur. Bəs nə üçün o geydir? Belə ki, Coan ona hamilə olanda biz onda sinə xərçəngi aşkar etdik. Bu, çox qorxunc vaxtlar idi. Onun sinəsinə radiasiya terapiyası edilirdi. Bu, balaca Cimmi üçün də çətin bir başlanğıc idi. Möcüzəvi şəkildə onlar ikisi sağ qaldı və indi sağlamlıqla bağlı heç bir problemləri yoxdur. Lakin faktiki olaraq, valideynlərin stressi uşaqların oriyentasiyasına təsir edir. Araşdırmalar göstərir ki, homoseksualların 37% -nin anası hamiləlik zamanı müxtəlif növ stress keçiriblər. Bu faiz heteroseksual kişilərin anaları arasında cəmi 3% təşkil edir. Bu da bir növ ana qarışqanın seçdiyi yoldur. Belə ki, ananın immun sistemi uşağın epigenlərini dəyişərək ailənin ümumi rifahının yaxşılaşdırılmasına şərait yaradır. Bu, ananın: “Mən təhlükədəyəm, mənə ailəmi qorumaq üçün xeyirxah və ağıllı yoldaş lazımdır ”, - deməyidir. Ümumi olaraq, əgər ailə çoxuşaqlıdırsa və yaxud stresli yer və dövrdürsə, təbiət bu epigenləri aktiv edir və bu da öz növbəsində beynin və emosional intellektin inkişafına təsir göstərir.

32 • www.minoritymagazine.com

Bu, ananın: “Mən təhlükədəyəm, mənə ailəmi qorumaq üçün xeyirxah və ağıllı yoldaş lazımdır ”, deməyidir


Belə bir illüziya mövcuddur ki, homoseksuallar sekslə məşğul olur, lakin heteroseksuallar aşıq olurlar. Mənim heç bir şübhəm yoxdur ki, Cimmi gey olaraq doğulub. O, 3 yaşı olanda demişdi ki: “Ana, mən böyüyəndə ata ilə evlənmək istəyirəm.” Əlbəttə, bəzi ailələr uşaqlarını homoseksuallıqdan “qorumaq” üçün onları xüsusi düşərgələrə göndərir. Görəsən, uşaqlarının göz rəngini dəyişmək üçün də düşərgələr kömək edərmi? Əlbəttə ki, xeyr. Cimmi bizim ailəmiz üçün sosial yapışqan rolunu oynayır. Onun qardaşı barda döyüləndə, bacısı vikipediyadan köçürdüyü üçün dərsdən iki alanda və yaxud sevgilisi ilə dalaşanda onlar bilirlər ki, onların bu problemlərdən daha üstün bir şeyləri var. Bu hissi onlara Cimmi verir. Bildiyiniz kimi, hekayə danışmaq İrlandiya mədəniyyətində böyük yer tutur və 162 il əvvəl burada Dublində Oskar Uayld doğulub. Oskar Oksford universitetində oxumaq üçün gedir və orada şair Bosi Duqlas ilə tanış olur. Onların uzunmüddətli gey münasibətləri Duqlasın atasını qorxudur və o, Oskarın həbs olunmasına nail olur. Beləliklə, Oskar 2 il ağır işdə çalışmağa məcbur olur və 3 il sonra vəfat edir. Oskar deyirdi: “Hər zaman düşməninizi bağışlayın. Onları başqa heç nə bu qədər əsəbiləşdirmir.” Bizim dövrümüzdə isə homofobiya çox vaxt özünü heteronormativ üstünlüklərdə göstərir və beləliklə, seksual azlıqlarla ikinci növ insan kimi rəftar olunur. Boy Corc deyir ki: “Belə bir illüziya mövcuddur ki, homoseksuallar sekslə məşğul olur, lakin heteroseksuallar aşıq olurlar.” Bu, əlbəttə ki, tamamilə yanlışdır. Bizim hamımızın sevgiyə ehtiyacı var. Sizə başqa ürəkağrıdan bir araşdırmadan da danışmaq istəyirəm. Bu araşdırma göstərir ki, homoseksual uşaqlar heteroseksual uşaqlardan iki dəfə

çox lağ olunma, alçaldılma ilə qarşılaşır və bunun nəticəsində onların özünə qəsd ehtimalı digər uşaqlardan beş dəfə daha çox olur. Bu gün dünyanın bir çox yerində homoseksual münasibətlər qadağandır və homoseksuallar hətta ölümlə cəzalandırılır. Hindistanda 14 il həbs cəzası verilir və deyilir ki, homoseksuallıq təbiətə ziddir. Ancaq bu, belə deyil. Əksinə, bu, təbiətin öz seçimidir və o, homsoeksuallığı xüsusi yer və zamanda ortaya çıxardaraq, bu insanları müəyyən keyfiyyətlərlə təmin edir ki, ətraflarındakı insanların çiçəklənməsinə kömək etsinlər. Əsl təbiətə qarşı olan, halhazırda homoseksual insanlara qarşı davam edən mənfi münasibətdir. Onlar xəstə və yaxud qüsurlu insanlar deyil ki, onları müalicə etmək və ya cəzalandırmaq lazım olsun. Onlar olduqları kimi qəbul edilməlidir. Çünki onlar bizi daha yaxşı biri edirlər. Və əgər siz mənə 30 il əvvəl qucağımda balaca oğlumu tutarkən desəydiniz ki, o, böyüyüb gey olacaq, mən özümə yer tapa bilməzdim. Lakin indi geriyə baxarkən başa düşürəm ki, təbiət ana nə etdiyini çox yaxşı bilirdi. O bilirdi ki, mənim ailəm gey övlad üstünlüyünə ehtiyac duyur. Etiraf edim ki, homoseksuallıq haqqında elm hələ öz körpə çağlarındadır. Lakin bir gey oğlanın atası kimi sizə əminliklə deyə bilərəm ki, Cimmi həqiqətən olmalı olduğu biridir və mənim ailəm onun sayəsində daha güclü və daha sağlamdır. Bəs siz necə? Seksi bir kənara qoyub, anlaya bilirsinizmi ki, homoseksual qadın və kişilər insanlıq üçün vacibdir. Biz eynilə qarışqalar kimiyik. Biz öz kollektiv gücümüzü müxtəlifliyimizdən alırıq.


“AY İŞIĞI QARADƏRİLİ ŞƏXSİN ÜZƏRİNƏ DÜŞƏNDƏ O, MAVİ RƏNGDƏ GÖRÜNÜR.” 34 • www.minoritymagazine.com


“A

y işığı” – özünü axtarışın, ailə problemlərinin və yaxınların xəyanətinin hekayəsidir. Film Tarel Alvin Makraneyin dərc olunmamış avtobioqrafik kitabı əsasında ekranlaşdırılıb. Bu film bir kişinin həyatından bəhs edir və bu həyat şərti olaraq 3 hissəyə – uşaqlıq, yeniyetməlik və yetkinlik dövrlərinə ayrılıb. Bu 3 hissə arasında çox böyük uçurumlar mövcuddur və izləyiciyə heç də hər zaman bu və ya digər hadisənin əsl baş vermə səbəbi aydın olmur. Bu ekran əsərində narkomaniya, zorakılıq, məktəbdəki lağa qoymalar, azadlıqdan məhrumolma və səfalət kimi mövzulara da toxunulur. Kinoda olan dram bəzən izləyicini boğulma həddinə gətirib çıxarır. Filmin qəhrəmanı Şiron çox az danışır, zorakılıq qarşısında aciz qalır və uşaqlığından bəri narkoman anasının məhv olmasını gözü qarşısında izləməyə məhkum olur. Anasının sevgisi çox səmimi olur və heç zaman azalmır, lakin oğlunun həyatının məhz bu cür uğursuz qurulmasında onun da rolu yetərincədir. O, daim qorxu içində yaşayıb öz kimliyini maksimum dərəcədə gündəlik həyat mübarizəsində gizlədir. Bu haqda kiçik bir səhnədə öz uşaqlığı haqqında danışır və Juandan: “Mənə məktəbdə “petux” dedilər. Mən “petux”am?”,- deyə soruşur. Və öz sualına çox müdrikcəsinə bir cavab alır: “Sən hələ kim olduğunu tam bilmirsən, vaxtı gələndə dəqiq başa düşəcəksən. Amma heç kəsin sənə “petux” deməsinə icazə vermə. Sən gey ola bilərsən, amma heç vaxt “petux” olmayacaqsan.” Bəlkə də məhz bu dialoqdan sonra baş qəhrəman özündə güc tapıb həyatını başqa istiqamətə dəyişir və bir daha heç kəsin onu incitməsinə icazə vermir. Hətta özünün belə.


Filmdə hansı mövzunun daha ön plana çəkildiyi və yaxud daha vacib olduğu da sirr olaraq qalır. Çox güman ki, filmi izləyən hər kəs bunu özü üçün təyin edir. Amma görəsən, baş qəhrəman homoseksual olmasa idi, onun həyatı fərqli ola bilərdimi? Bunun cavabı yəqin ki, “xeyr” olacaq. O cür mühitdə cinsi oriyentasiya fərqliliyi səni başqalarından seçməyə yetmir. Bunun üçün sadəcə başqa yerdə, başqa əhatədə doğulmaq lazım idi. Filmdə insanlarla yanaşı, başqa bir qəhrəman da var və bu, Mayami şəhəridir. Görünüşcə çox gözəl və cazibədar, amma daxilən təhlükəli və bir o qədər də çirkin yer. İzləyicidə istər-istəməz belə bir sual yaranır ki, görəsən, o şəhərdə xoşbəxt olmaq ümumiyyətlə, mümkündürmü? Film boyu həmçinin qəribə bir sakitlik hökm sürür və bununla rejissor sanki izləyiciyə düşünmək və gördüklərini analiz etmək üçün şans verir. Filmin rəng çalarları, mənzərələr, okeanın görüntüsü və alaqaranlıq səhnələrin çoxluğu filmin ümumi ruhuna bir az da melanxoliya qatır və hər kəs qəhrəmanların yaşadığı həyatı və nə hiss etdiklərini daha aydın başa düşür. Filmin sonu isə uşaqlıq dostu və sirdaşı Kevin ilə görüş səhnəsidir. O səhnə əslində hər şeyə nöqtə qoymaq üçün əla fürsətdir. Şiron illərlə məhz o an üçün yaşadığını, özünü başqa heç kəsin qarşısında zəif göstərə bilmədiyini, heç kəsi özünə yaxın buraxmadığını etiraf edir. Sevgisizlik bizi sevgidən də qorxmağa məcbur edir və bəlkə zamanında özünü qəbul edib sevə bilsəydi, həyatı tamamilə fərqli olardı. Xatırladaq ki, film 2017-ci ildə Oskar mükafatına layiq görüldü və bununla da LGBT mövzulu filmlər sırasında öz yerini xüsusiləşdirdi. Əgər hələ də izləməmisinizsə, çox şey itirdiyinizə əmin olun.



contact@minoritymagazine.com w w w. m i n o r i t y m a g a z i n e . co m

© Bütün hüquqları qorunur.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.