“
Bizim üçün darıxmışdınız? Narahat olmayın, gəldik! “Muza”nın uzun müddət sakit, səssiz olmasına baxmayaraq, geri döndük ki, oxucularımıza yeni və maraqlı müəllif yazıları təqdim edək. “Muza”nın yeni buraxılışında bizi nə gözləyir deyə soruşsanız, belə cavab alacaqsınız: İlk olaraq, iki Oskar mükafatının qalibi “My left foot” adlı drama filmi haqqında oxuya biləcəksiniz. “Fotoda pəncərə” adlı məqalədə isə fotodakı çərçivələr, ya çərçivədə içində fotolardan danışmışıq. Oxuyub buna özünüz qərar verin. Daha sonra, novator Azərbaycan incəsənət tənqidi platforması “Çağdaşçılar” da “Muza”nın səhifələrində yer alıblar. P.S. Əslində, bu buraxılış oktyabrda çıxmalı olduğu üçün rus şairi Serqey Yeseninin ad gününə özəl məqaləmiz də var, sadəcə “Muza” iyunda çıxdı. Ümid edək ki, Yesenin qardaş bizdən küsməz. Çox danışıb sizi yormayaq. Jurnalda, təbii ki, burada qeyd etmədiyimiz daha çox yazılar və araşdırmalar var. Odur ki, “Muza”nı vərəqləyin və zövqünüzə uyğun məqalələr taparaq, öz biliklərinizi bizimlə artırın! Salamat qalın.
Xoş hisslərlə, “Muza” komandası
2
3
MÜNDƏRİCAT Fleetwood Mac-in hesablaşma albomu: “Rumours”
Yevterpanın nəğməsi
88
14 16
Çan Vuk Parkın “İntiqam” trilogiyası haqda - II hissə
My Left Foot
19 19
23 23
Maks Ernst və 7 möcüzəsi
4
Muzey anlayışının formalaşması və dünyada ilk muzeylərin fəaliyyəti
30
39 46 46 49 49
“Bəs zamanı geriyə almaq şansımız olsaydı..?”
Geek çantamda nə var?
“Vaxtından əvvəl vəfat edən şair...”
55
63 63 73 73 76 76
Fotoda pəncərə
Bizimkilərin obyektivi
Nitsşenin “özə qayıdış” fəlsəfəsini təmsil edən heyvanları
Yerlixana
5
“MİKSTEYP” bölməsi Müəlliflər: - Pəri Abbaslı - Bahar Qəhrəmanlı
6
MUZA PODKASTLARI TEZLİKLƏ ANCHOR.FM-DƏ! 7
Fleetwood Mac-in hesablaşma albomu: “Rumours” Pəri Abbaslı
İlk dəfə Fleetwood Mac-in mahnısına rast gələndə sadəcə olaraq “Guardians of Galaxy” (“Kainatın Qoruyucuları”) filmi izləyicisi idim. Orada səslənən “The Chain” mahnısı ilə (“Rumours” albomunun 7-ci treki) könlümdə taxt qurmuş soft-rok, pop-rok, kauntri-rok deyərək özündə bir çox alt-janrları birləşdirən qrup eyni qaydada məni mahnının tarixini və yazılma hekayəsini araşdırmağa təhrik etdi. Albomu dinləmədən əvvəl “The Chain”dən daha yaxşı trek olmayacağına qarşı hiss etdiyim əminlik artıq 2-ci trekdə öz aktuallığını itirmiş və hətta bununla da qalmamış, 39 dəqiqəlik albomu dinləyib bitirdikdən sonra həmin mahnının “ən sevimli “Rumours” mahnısı” siyahısında 3-cü yerə qədər geriləməyi ilə nəticələnmişdi.
Söhbət hansı “söz-söhbətlər”dən gedir? 1967-ci ildə qurulan qrupun 1977-ci il 4 fevral tarixində musiqi bazarına təqdim edilmiş 11-ci albomu “Rumours”, şübhəsiz, bu 10 il ərzində qrup daxildə baş verən çaxnaşmaların, mübahisələrin, dinləyicilərə aydın olmayan həmin söz-söhbət və yaxud dedi-qoduların qırıldığı ilk nöqtə idi. Belə ki, qrup üzvlərinin hər biri bir-birinə qəribə bağlarla bağlanmaqla qalmayıb, gündəmdən düşməyən eşq macəraları ilə də diqqətləri öz üzərilərinə cəlb edirdilər. Qrupun əsas qurucusu Mik Flitvud (Mick Fleetwood) həyat yoldaşının xəyanətini daha yenicə öyrənib, boşanma prosesinin xariqüladə mürəkkəbliyi ilə boğuşur, Kristin Mekvi (Christine McVie) və Con Mekvi (John McVie) eyni soyadı bu günə kimi daşısa da, albomdan bir il əvvəl evliliklərinə son verir, Stivi Niks (Stevie Nicks) və Lindzi Bakinqam (Lindsey Buckingham) isə qrupun əsas bəstəkarlarından olmaqla yanaşı, “toxic”, yəni zərərli bir münasibət içərisində dalğalı, dumanlı günlər keçirirdi. Uzun müddətdir qrupun bir çox albomuna prodüserlik etmiş Ken Kley (Ken Caillat) yaxın günlərdə ondan alınan eksklüziv müsahibəsində deyir: “Stiv və Lindzi dava edirdisə, onlara müraciətlə deyərdim: “Yaxşı, uşaqlar, niyə gedib davanıza çöldə davam etmirsiniz? Mən də o vaxta qədər hazırda Conla dava etməyən Kristinlə işləyim”. Həmçinin əlavə edir: “Hər şeyə rəğmən, o günlər çox əyləncəli idi. Bir gün Stiv sevincək studiyaya daxil oldu və dedi: “Millət, nə yazdığıma inana bilməyəcəksiniz. “Dreams” adlı mahnı yazdım, bombadır”.
8
Biz onu dinlədik. Stiv ilk 3 akordu səsləndirdiyi zaman Lindzi gitarasını çalmağa başlayır, Mik tezliklə ritm tutur, Con isə basda ifa edir. Belə. Bu mahnı sadəcə 10 dəqiqənin məhsuldur. Bu, hər gün bax beləcə baş verirdi”. Gecəyarısı pəncərəsiz studiyaya yığışıb öz-özünə əylənən qrup üzvləri xeyli əylənib yorulduqdan sonra albomun səs yazıları üçün işləməyə başlayırlar. Digər qəribə nüans məhz budur ki, studiyadan kənarda bir-biri ilə qətiyyən görüşməyən, əlaqə saxlamayan və iş/albom mövzularından başqa bir-biri ilə kommunikasiyadan uzaq duran qrup üzvləri elə albomun yaradıcı tərəfində də bunu biruzə verir. Necə? Bir-birinə nəzirəvari mahnılar yazaraq. Bununla bağlı yazının davamında xeyli məlumatlanacaqsınız. Fəqət hamısından əvvəl, bunu da qeyd etməkdə fayda var: qrup üzvlərinin bu qədər uzaq, amma iş səbəbilə bu qədər yaxın əlaqələr qurmuş olmağı məhz elə mənim albomu kəşf etmək səbəbim olan “The Chain” mahnısı ilə birbaşa əlaqəlidir. “Chain” deyəndə nəzərdə tutulan o zəncir elə onların arasında olan zəncirin, yəni mənəvi bağın əksi idi.
illüstrasiya: Zinyət Cəfərova
“Bu, təxminən bir il çəkdi. Havasız otaqlarda oturub bir-birimizlə soyuq və yad tonlarda danışarkən bir tərəfdən də sonlanmış münasibətlərimiz haqqında yazılmış mahnılara qulaq asırdıq”. Mik Flitvud
Niyə “Rumours” Fleetwood Mac-in ən böyük uğuru hesab olunur? Bir az hekayəsindən bəhs etmişkən trek siyahısına getməzdən əvvəl “Rumours” albomunun nəinki Fleetwood Mac diskoqrafiyasında, həmçinin musiqi tarixində önəmli olduğunu başa salmaq üçün bir neçə fakt sıralamağı özüm üçün də, siz oxucu üçün də vacib bilirəm. Dünya üzərində 40 milyondan çox satılan albom 1977-ci ildə 20-ci Qremmi Mükafatı tədbirində “İlin ən yaxşı albomu” nominasiyası üzrə qalib gəlib. Hələ bununla yanaşı, “America Billboard 200” və Böyük Britaniya, Hollandiya, Yeni Zellandiya, Cənubi Amerika, Kanada və bir sıra başqa albom qrafiklərində həftələrlə birinci yeri əldən verməyib.
9
Albomun sinql olaraq bazara təqdim edilən “Go Your Own Way”, “Dreams”, “Don’t Stop” və “You Make Loving Fun” trekləri Amerikada ilk 10-luğa daxil olmağı bacarıb. 2006-cı ildə “TIME” jurnalı albomu “Tarixin ən yaxşı 100 albomu” siyahısına əlavə edib. 25 yaşı olan onlayn musiqi jurnalı “Pitchfork”un nümayəndələrindən Cesika Hoper (Jessica Hoppe)r isə alboma 10 ballıq şkaladan 10 bal verərək məsələyə nöqtəni qoyub.
Qapılar bağlanır, növbəti stansiya Fleetwood Mac dünyası! 1. Second Hand News Albomun açılış treki olan “Second Hand News” Lindzi Bakinqam tərəfindən qələmə alınmışdı. Yazıçı Ceykb Hoy (Jacob Hoye) düşünür ki, “I know there’s nothing to say (Bilirəm, deməyə söz qalmayıb,) Someone has taken my place (Başqa bir kəs mənim yerimi alıb)” sətirləri albomun əsas əhval-ruhiyyəsini ötürən önəmli detallardır. Lindzi mahnını bir az əvvəl bəhs etdiyimiz Stivlə heç cür normallaşmayan münasibəti haqqında yazıb. O, bu münasibətdən əziyyət çəkir, başqa insanlara şans verir, amma ironik tərəfi də budur ki, Stivsiz həyatın onun üçün mümkün olmayacağını da bilir. 2. Dreams Məqalənin əvvəllərində bəhs etdiyim, prodüserlərinin haqqında danışığı “10 dəqiqəlik məhsul” olan “Dreams” Stiv Niks imzalıdır. Albomun sinqllarından biri kimi individual formada bir milyondan çox surəti satılıb. Kristin Mekvi ilə birlikdə mahnının bek-vokallarını səsləndirən Lindzi Bakinqam “Blender” jurnalına verdiyi müsahibəsində deyir: “Nə qədər çətin olsa da, biz otağın bir küncündə professional şəkildə işləyərkən şəxsi hiss və duyğularımızı digər küncdə saxlamalı olurduq”. Böyük Britaniya musiqi siyahılarına 24-cü yerdən daxil olan “Dreams” 8 həftə ərzində ilk 40 pillədən geri addımlamayıb.
3. Never Going Back Again Bakinqam qələminin məhsulu olan 2-ci mahnı “Never Going Back Again” albomun ilk mahnısı kimi, Niksə nəzirə kimi albomun ümumi aurasına uyğun olaraq ayrılıq məzmunu daşısa da, özündə şən hippi əyləncələrinə də yer verir, nəşəsi ilə albomu tamam fərqli aləmə yönəldir. Kauntri-rok havalarının hiss edildiyi 3-cü trek, düşünürəm ki, həm də animasiyaların soundtreki ola bilmək potensialına sahibdir. “Stylus” jurnalının tənqidçi yazıçılarından Petrik Mekey (Patrick McKay) mahnını albomun ən güclü treklərindən biri kimi qiymətləndirir. 4. Don’t Stop Kristin Mekvi imzalı, piano və vokalda da onun ifasını dinlədiyimiz “Don’t Stop” əsl 1970-ci illərdə fəaliyyət göstərən rok qrupuna yaraşan mahnılardan biridir, zənnimcə. Pozitiv sözləri ilə qəlbimizi fəth edib, qrup üzvlərinin də arada bir xoşbəxt olduğunu göstərən bu mahnı albom daxilində digər mahnıları üstələyə bilməsə də, olduqca uğurlu hesab edirəm. Eyni zamanda, mahnı Amerika Birləşmiş Ştatlarının prezidentliyə namizədliyini vermiş siyasi xadimlərindən Bil Klintonun (Bill Clinton) 1992, 2004, 2008, 2012-ci il konvensiyalarında səslənib. 5. Go Your Own Way Lindzi Bakinqamın Stiv Niksə yazdığı digər bir mahnı ilə qarşınızdayam. İntriqa dolu albomun atmacalarla bəzədilmiş 5-ci mahnısı “Go Your Own Way”in əsas vokalında Bakinqamın olmağı nə qədər təbiidirsə, Stiv Niksin bek-vokallarda eşidilməsi də bir o qədər qəribədir. “Rolling Stone” jurnalı tərəfindən “Rok tarixinin ən yaxşı 500 mahnısı” siyahısına əlavə edilən trek, eyni zamanda, “The Rolling Stones” qrupunun “Street Fighting Man” mahnısının ritmlərindən ilhamlanaraq yaradılıb.
illüstrasiya: Zinyət Cəfərova
6. Songbird Ardıcıl olaraq kauntri-rok janrında, ritmik saundlarla bizi qarşılayan albom 6-cı trekində artıq dinləyicini albomun vurucu mahnılarından olan “The Chain”ə hazırlayır. Prodüser Ken Kley mahnının bəstəsini və sözlərini yazan Kristin Mekviyə təklif edir ki, mahnının səsyazmasını konsert ab-havasında və təkbaşına etsin. Vokal və piano ifası Kristinin öhdəsində olsa da, studiyanın yanındakı otaqda akustik gitarı ilə müşayiət etmək Lindzinin vəzifəsi idi.
11
7. The Chain Və gəldik mənim ən həyəcanlı olduğum bölməyə. Belə ki, həm qrup üçün, həm də albom üçün digər mahnılardan daha xüsusi hesab edilən “The Chain” digər treklərdən fərqli olaraq, yazılmasında bütün qrup üzvlərinin iştirak etidiyi ilk mahnıdır. Standart rok mahnısı strukturu üzərində qurulmuş mahnının 2 əsas hissəsi var idi: bənd/nəqarət və outro (final). Folk, hard rok və kauntri janrlarından təsirlər hiss olunan 7-ci mahnı Amerika və Böyük Britaniya musiqi siyahılarında ilk 10-luqdakı yerini ciddi şəkildə qoruyub saxlaya bilməsə də, 2011-ci ildə Formula kampaniyalarında istifadə olunması, 2017-ci ildə isə “Guardians of the Galaxy Vol. 2” filmində yer alması ilə birlikdə “Rumours” albomunu tanıdan əsas mahnılardan birinə çevrilmişdir. 8. You Make Loving Fun İndi isə əvvəlki trekdən tamam fərqli, bir az fank-rok, bir az isə blyuz-rok nüansları eşitdiyimiz mahnı ilə qarşı-qarşıyayıq. Albom ayrılıqdan, yalanlardan, intriqadan danışan zaman birdən-birə “You Make Loving Fun” mahnısının köməyi ilə kəskin dəyişib, pozitiv auraya köklənir. Mahnı 1977-1978-ci illər aralığında “Billboard Hot 100” siyahısında 9-cu pilləyə qədər ucalıb. 9. I Don’t Want to Know Stiv Niks bu mahnını hələ Fleetwood Mac-ə qoşulmağından öncə – Lindzi Bakinqam ilə “Buckingham Nicks” adı ilə ifa etdikləri vaxt yazmışdı. Qrupun digər üzvləri “Silver Springs” adlı mahnının albomla uyğunlaşmadığına qərar verərək həmin mahnını siyahıdan çıxararaq “I Don’t Want to Know”a şans veriblər. 8-ci trek hər nə qədər blyuz-rok və fank-rok janrlarına yaxınlaşsa da, albomun 9-cu mahnısı yenidən kauntri-roka qayıdır. 1978-ci ildə mahnı albomun 10-cu treki olan “Oh Daddy” ilə birlikdə Yaponiyada sinql formasında satışa çıxarılır. 10. Oh Daddy Mənim üçün albomun ən favorit mahnısı, şübhəsiz ki, “Oh Daddy”dir. “The Chain” ilə soundlar baxımından oxşarlıq təşkil edən albomun 10-cu mahnısı K. Meki tərəfindən həmin dövrdə yenicə həyat yoldaşından ayrılmış və qrupun yeganə uşaqlı üzvü – 2 uşaq atası Mik Flitvuda yazılıb. Lindzi Bakinqamın eks-sevgilisi Karol Enn Heris (Carol Ann Harris) və Stiv Niksin bioqrafı Zoi Hau (Zoe Howe) mahnının Kristinin həmin dövrdə sevgili olduğu insana – qrupun idarə heyəti üzvlərindən birinə yazdığını qeyd etsə də, bundan bir qədər sonra hər ikisi də mahnının Mik üçün yazıldığında qərarlaşıblar. Bununla birgə, Mik Flitvud qrupun fəaliyyəti ərzində ən sevdiyi Fleetwood Mac mahnılarından birinin “Oh Daddy” olduğunu bildirərək bütün şübhələrə son qoyub.
11. Gold Dust Woman Gecə saat 4-də səsyazması edilən “Gold Dust Woman” albomun son mahnısı olmaqla birlikdə, 3-cü dəqiqədən sonra başlayan temposu ilə albomun ən yaxşılarından hesab olunmağa dəyən bir işdir. VH1 kanalının “Klassik albomlar seriyası” adlı pop, rok, ağır metal janrları haqqında sənədli serialı üçün Stiv Niksdən müsahibə alınan zaman o deyib: ““Gold Dust Woman” kiminsə uğursuz bir münasibətdən keçməsinə, narkotikə qurşanmasına, nələrisə düzəltməyə çalışmasına aid simvolik və xüsusi yanaşmamdır. Yaşamağa çalışmaq. Pis günlərin öhdəsindən gələ bilmək”. Və son mahnı ilə birlikdə 11 treklik Fleetwood Mac albomunun sonuna gəldik. Musiqi tənqidçisi olmamağımla birlikdə, yazıda adı keçən hər informasiyanın fakt olaraq bir çox saytda yerləşdirildiyini qeyd etmək istəyirəm.
13
Yevterpanın nəğməsi Rubrika müəllifi: Bahar Qəhrəmanlı
Sizə 2020-ci ildə haqqında ən çox bəhs edilən albomlardan birini təqdim edirəm. Elektronik musiqi, Sevdalizanin melanxolik vokalı və üstəlik, bəzən də eşidəcəyimiz şərq elementləri albomu kifayət qədər maraqlı və özünəməxus edir. Amma bu, hələ hamısı deyil. “Autotune”, vibratolar və şərq elementlərinin birgə səslənməsi abstraktlığı özündə çox gözəl şəkildə daşıyır. Özü də fars əsilli danimarkalı olan bu qızın, təsadüfi deyil ki, albomu da mistik fars atından götürülüb. Trip hop və trap elementlərini özündə birləşdirən bu albomu həm şərhçilər, həm də mən ecazkar hesab edirəm.
SEVDALIZA “SHABRANG”, 2020
14
“PROJEKTOR” bölməsi Diqqət: spoiler çıxa bilər!
Müəlliflər: - Şahmar Həsənbəy - Ceylan Əmirəliyeva
15
Çan Vuk Parkın “İntiqam” trilogiyası haqda - II hissə 1-ci hissəsi əvvəlki buraxılışda
“Qum dənəsi yaxud bir daş. Fərq etməz. Hər ikisi suda batar...” Çan Vuk Parkın (Chan Wook Park) “İntiqam” (Vengeance) trilŞahmar ogiyasının 2-ci və ən məşhur filmi 2003-cü ildə ekranlara çıxan Həsənbəy “Oldboy” filmi oldu. Film Qaron Tsuiya (Garon Tsuchiya) tərəfindən yazılan və Nobuaki Minegişi (Nobuaki Minegishi) tərəfindən rəsmləri çəkilən “Oldboy” adlı yapon “manqa”sından ilhamlanaraq ekranlaşdırılıb. 2004-cü ildə film “Cannes” festivalında “Grand Prix” mükafatını qazanır. Həmin il jüri heyətinin başçısı olan Kventin Tarantino (Quentin Tarantino) filmi çox bəyənmişdi və filmin böyük dəstəkçisi idi. “Oldboy”un bu mükafatı qazanmasında da məhz Tarantinonun səyləri olmuşdu. Filmdə baş qəhrəman olan O De Su (Oh-Dae Su) telefon köşkünün qarşısından qaçırıb 15 il müddətində kiçik bir otaqda dustaq kimi saxlayırlar. Bu müddət ərzində isə heç kim onun nə üçün burada olduğunu, onu kimin qaçırdığını, nə vaxta qədər yalnız yatağı, televizoru, tualeti olan bu kiçik otaqda qalacağını söyləmir. Ümumiyyətlə, 15 il ərzində onunla heç kim ünsiyyətdə olmur. “15 il boyunca burada qalacağımı desələr, buna dözmək daha asanmı olardı, yoxsa olmazdımı?”. Bu cümləni isə filmdə O De Sunun öz dilindən eşidirik. Otaqda qaldığı müddətdə onu kimin dustaq etdiyini tapmaq üçün O De Su etdiyi bütün pis əməlləri və incitdiyi bütün insanların adlarını dəftərlərə qeyd edir. Bir müddət sonra isə qaldığı otağın divarını qazımağa başlayır. Ən azından dustaqdan qurtulmaq üçün... Filmdə özünün də dediyi kimi: “Divarı qazıram, amma bəlkə, 52-ci mərtəbədəyəm? Heç nə olmaz, yıxılıb ölsəm belə, ən azından buradan qurtulacam”. 15 ildən sonra divardan yağış yağan çölə bir dəlik aça bilir. Amma otağa buraxılan valium qazı səbəbilə huşunu itirir və səhəri gün hipnoz edilib qara bir çantanın içərisinə yerləşdirilərək bir binanın damına qoyulur. Çantanın içindən çıxdıqdan sonra isə artıq baş qəhrəmanın bütün bədəni intiqam hissi ilə alışıb yanır...
İnsanın tüklərini biz-biz edən ssenarisi, möhtəşəm aktyor ifası, insanı düşünməyə vadar edən monoloqları, dialoqları və nəhayət, insanın daxilinə nüfuz edərək bütün bədəninə yayılan film musiqiləri ilə “Oldboy” filmi indiyə qədər izlədiyim 800-ə yaxın film arasında ən çox bəyəndiyim film statusunu qoruyub saxlamaqdadır. “Oldboy” yalnızca bir film deyil. O, eyni zamanda həm nəzəri, həm də praktiki bir kinematoqrafiya kitabıdır. Təkcə ssenarisi ilə deyil, eyni zamanda kamera işindən, çəkilişlərindən tutmuş mükəmməl qurğusuna, möhtəşəm aktyor iifasından tutmuş intiqam mövzulu hekayəsinə rəng qatan simvolik təsvirlərinə qədər incəliklə işlənmiş bir sənət əsəri təqdim olunur izləyiciyə. Çan Vuk Park müsahibələrinin birində “Oldboy” filminin əl görüntüləri ilə zəngin bir film olması haqda fikri bu cür izah edir: “U Çjin (Woo-Jin) körpüdə Su Anın (Soo-Ah) əlini buraxır. Bütün əl görüntülərinin qaynağı film boyu bu səhnədir. Bacısını xilas edə bilərdi, amma əlini buraxdı. Bütün tragediyanın başlanğıcı da məhz bu idi”. Ən çox bəyəndiyim və mənə ən çox təsir edən səhnə filmin sonlarında O De Sunun U Çjinə yalvardığı, ayaqlarının altına düşüb it kimi hürdüyü, U Çjinin onun sahibi, özünün isə U Çjinin iti olduğunu dediyi və dilini kəsdiyi səhnədir. Bu səhnə bir insanın etdiyi səhv ucbatından intiqam hissinin acizlik hissi ilə əvəz olunduğunu göstərən əsrarəngiz və qan donduran bir səhnədir. Bu səhnəyə rəng qatan isə təbii ki, aktyor Çxve Min-sikin (Choi Minsik) (O De Su obrazının müəllifi) uğurlu ifası olub.
17
Ümumiyyətlə, tək bu səhnəni deyil, bütün filmi baxımlı edən səbəblərdən biri məhz Çxve Min-sikin yaratdığı qaranlıq bir ruha bənzər, daxilində ikili xarakterə parçalanan obrazdır. Əlbəttə, digər aktyorların (Ji-tae Yu, Hye-jeong Kang, Jin-seo Yun və s.) yaratdığı obrazları kiçiltmirəm. Hər bir obraz öz növbəsində filmə bir ahəng qatır, lakin mənə görə Çxve Min-sikin filmdəki obrazına yansıyan aktyorluq bacarığı digər obrazlardan bir addım daha öndədir. Filmin bəzəyi olan səhnələrdən başqa biri isə dəhlizdəki döyüş səhnəsidir. Həmin döyüş səhnəsinə rəng qatan isə həmin səhnə boyu davam edən “sountrack”dir. Sözsüz ki, filmi izləyicilərə daha da cəlb etdirən digər bir səbəb isə “sountrack”lərdir. Filmlə və ayrılıqda hər səhnəsi ilə bir harmoniya təşkil edən, Ço Yön Uk (Jo Yeong-wook) tərəfindən bəstələnmiş bu musiqilər sanki xüsusi şəkildə seçilmişdir. “Look Who’s talking” musiqisi isə mənə görə kino tarixində ən yaxşı başlanğıc, giriş musiqilərindən biridir. “Oldboy” izləyiciyə nə aşılayır? Film ilk növbədə insanların şəxsi həyatına qarışmamağı öyrədir. “Hər kəs öz həyatını yaşayır, heç kim mənim həyatımı yaşamır ki, mən də kiminsə yaşamına da müdaxilə edim” düşüncəsini formalaşdırmağa cəhd göstərir insan beynində. Eyni zamanda gözlərin önündə baş verən hadisələri öz daxilində gizlətməyi bacarmağı öyrədir film. “Oldboy” dedi-qodunun, xəbərçilik etmənin səbəb ola biləcəyi bədbəxtlikləri obrazların intiqam hissi ilə bürüyərək, xariqüladə “flashback” (geri dönüş) səhnələri ilə çox qəddar, bəlkə də, çox çirkin, ancaq eyni zamanda da dərs çıxarılası bir şəkildə göz önünə sərir. Hər cəhətdən özünə heyran buraxan və böyük dərslər çıxaracağınız bu filmi izləməyi hər kəsə şiddətlə tövsiyyə edirəm.
My Left Foot Mənim Sol Ayağım “Mənim Sol Ayağım“ (“My Left Foot”) irlandiyalı yazar Kristi Braunun (Christy Brown) avtobioqrafiyasıdır. Beyin iflici ilə anadan olan Braunun sol ayağı istisna olmaqla, bədən Ceylan üzvlərinə nəzarət edə bilməməsi onun istedadlı və uğurlu Əmirəliyeva şair, rəssam və yazar olmağına mane olmamışdır. 1989-cu ildə rejissoru Cim Şeridan olan, Deniel dey Luizin Kristi Braunu canlandırdığı avtobioqrafik film ən yaxşı aktyor və aktrisa nominasiyalarında Akademiya mükafatına layiq görülüb. Film Kristinin sol ayağı ilə plak qoşub musiqi dinləməsi ilə başlayır. O, ailəsi ilə birlikdə avtobioqrafik kitabının imza gününə getməyə hazırlaşır. Orada gələcəkdə həyat yoldaşı olacaq olan tibb bacısı ilə qarşılaşır və elə həmin səhnədə Kristinin tibb bacısına qarşı olan davranışlarından biz sentimental olmayan, dürüst bioqrafiya izləyəcəyimizi sezirik. Daha sonra isə fleşbeklə bərabər Kristinin uşaqlığına qayıdırıq. Kristi Braun İrlandiyada 13 nəfər uşaqdan ibarət işçi sinfi ailəsində dünyaya göz açır. Həkimlər onun doğulduğu gündən etibarən ailəsinə yük olacağını, qonşuları isə ən yaxşısı onu uşaqlar evinə göndərmək olduğunu ailəyə bildirirlər. Lakin filmin ən əhəmiyyətli səhnələrindən birində Kristinin atası öz eqosuna qalib gələrək övladını heç bir uşaq evinə verməyəcəyini, özünün onu çətinliklə də olsa, böyüdəcəyini qürurla vurğulayır. Bu hadisə Kristinin həyatında, bəlkə də, dönüm nöqtəsi olur, çünki bundan sonra atasının ona qarşı düşüncələri dəyişməyə başlayır, bu isə həmçinin ailənin digər fərdlərinin ona qarşı müsbət davranışlarının təməlini qoyur. Braunlar ailəsində adiləşmiş, səs-küylü günlərin birində Kristi sol ayağına tabaşir alıb evin döşəməsinə yazmağa başlayır. Həmin an ailənin bütün üzvlərinin diqqəti Kristiyə yönəlir, o, döşəməyə böyük hərflərlə “ana” yazır.
19
Hər kəs onun bunu bacardığına heyran olur, atası onu sevincli şəkildə belinə alır, öz-özlüyündə qəhrəman elan edərək dost-tanışların arasına çıxarır. Məhəllədə əvvəlcə onu arasında almağa utanan dostları artıq onunla bərabər oyunlar oynayır, zaman keçirirlər. Onun üz ifadələrində özünü ifadə etməyinin nə qədər ağrılı, əzablı olduğunu izləyicilər olaraq hiss edirik. Artıq Kristi sol ayağı ilə nələr edə biləcəyini dərk edir, illərdir içində yığıb saxladığı yetərsizlik və yük olmaq hissi özünü rəssamlıq bacarığında əks etdirməyə başlayır. Sözsüz ki, Kristinin anasının onun yaradıcılığında rolu inanılmaz dərəcədə böyükdür, çünki film boyunca anasının üz ifadələri və davranışı onun oğluna olan inamının bir an belə yox olmadığını göstərir, o, Kristinin fiziki cəhətdən yetərsiz olsa da, onları başa düşdüyünü, hiss etdiyini bilən yeganə insandır. Filmdə ana obrazı qadının cəmiyyətdəki “rolunu” əks etdirir: həyatını uşaqlarına həsr etməsi, ailə davalarında həmişə “su” olan, uşaqlarla ata arasında yumşaldıcı şəxs olması (qızının hamiləliyini həyat yoldaşına izah etməyə çalışması). Danışığını inkişaf etdirmək üçün nitq terapisti Aylin Koul ilə tanışlığından sonra Kristi Braunun həyatında yeni dövr başlayır. Həyatının bu hissəsinə qədər Kristi təkcə nəinki gündəlik məşğuliyyətlərində, danışığında, həmçinin eşq həyatında da uğursuzluqlara düçar olmuşdu. Bununla bərabər onda içkiyə aludəçilik yaranmışdı və bu, onun insanlara qarşı davranışlarına mənfi təsir edirdi. Lakin terapisti ilə sessiyaları sonradan müsbət nəticələr verir, o, yavaş-yavaş həm ailə üzvləri ilə, həm də yeni tanıdığı insanlarla əvvəlkindən rahat ünsiyyət qurmağa başlayır.
20
Bu cür səhnələrdə beyin iflici olan insanların emosiyalarını necə kəskin şəkildə büruzə verdiyi izləyiciyə mükəmməl şəkildə göstərilir. Həmin ərəfələrdə Kristinin rəssamlıq bacarığı da üst səviyyəyə çatır, belə ki, o artıq rəsmlərini sərgilərdə nümayiş etdirməyə başlayır. Biz isə bu ana qədər onun məhəllə “kloun”undan sənət adamına olan möhtəşəm dəyişimini izləyirik. Lakin hər şeyin yaxşıya getdiyini düşündüyümüz bir anda filmin kulminasiya nöqtəsi olan məşhur restoran səhnəsi baş tutur. Kristinin uzun müddətdir aşiq olduğu terapisti Aylin yemək masasında anidən nişanlandığını bildirir, həmin səhnədə Kristi sanki illərdir içində olan qəzəbini, məşəqqətini bir anda ortaya çıxarır və bu, azmış kimi daha sonra intihara cəhd edir. Onun itihara cəhd etdiyi səhnəni isə filmin emosional cəhətdən pik nöqtəsi saymaq olar. Onun ülgücü ayaq barmaqlarının arasına alıb biləklərini kəsməyə çalışması və əlacsız şəkildə bunu bacara bilməməyi
izləyici üçün dözülməz bir mənzərə yaradır. Atasının ölümündən sonra Kristi yenidən içkiyə qurşanır, bu onun yenə özünə qapanmasına səbəb olur və həmin vaxtlarda özünün avtobioqrafik kitabını yazmağa başlayır. Nəhayət, kitabı ilə əlaqədar xeyriyyə tədbirində tibb bacısı Meri ilə tanış olur. Elə bu tanışlıq son olaraq onun həyatında yeni və müsbət dəyişikliyə yol açır, onlar evlənirlər və Kristinin ömrünün sonuna qədər birlikdə yaşayırlar. Deniel Dey Luiz (Daniel Day-Lewis) nəyə görə dünyanın ən yaxşı aktyorlarından biri olduğunu bu filmdə mükəmməl performansı ilə sübut edir. Onun necə möhtəşəm metod aktyoru olduğu bir çox filmsevərlərə məlumdur. Elə bu filmdə də özünü rola o dərəcə həsr edir ki, filmin çəkilişləri zamanı belə roldan çıxmamağa çalışır, hətta əlil arabasından düşmədiyinə görə iki qabırğasını da sındırır. Digər təqdirəlayiq performanslar isə Kristinin uşaqlığını canlandıran Hyu O’Konnor (Hugh O’Connor) və filmin gizli qəhrəmanı olduğunu düşündüyüm, anası rolunda olan Brenda Frikerdir (Brenda Fricker). “Mənim Sol Ayağım“ filminin bu qədər sevilməyinin bir çox səbəbi var. İlk olaraq film İrlandiya kinematoqrafiyasını dünyaya tanıdan və sevdirən film kimi xarakterizə edilir. Bununla yanaşı, çox sentimental olmaması, yerində yumoru, fiziki məhdudiyyətliliyə bu cür dürüst və aydın şəkildə yanaşılması filmi bir çox Hollivud istehsalı filmlərdən fərqləndirir. Həmçinin maraqlı məqamlardan biri də rejissor Cim Şeridanın (Jim Sheridan) debüt filmi olmasıdır. Ümumiyyətlə, filmin əsas uğuru Kristi Brauna rəğbət hissi ilə əlaqədar deyil, əksinə, daha çox onun özünü kəşf etməyinə kömək olmaq və yaradıcı kimliyini dünyaya tanıtmaqdır.
21
“ P A L I T R A” bölməsi Müəlliflər: - Fariz Gogh - Aygün Sarbazova
22
Maks Ernst və 7 möcüzəsi
XX əsrin birinci yarısında Avropa incəsənətinin ən əhəmiyyətli hadFariz isələrindən biri, heç Gogh şübhəsiz ki, dadaizm və sonradan onun əsasında yaranan sürrealizmin meydana gəlməsidir. 1916-1922-ci illərdə Sürixdə mövcud olan dadaizm cərəyanının nümayəndələri manifestlərində rəssamları ətraf-aləmin predmentlərinə müraciət et-
dətdə təhsilini yarımçıq qoyub rəssamlıqla məşğul olmağa başlayır. 1912-ci ildə Kölndə Paris rəngkarlıq ustalarının sərgisi ilə qarşılaşır (Sonderbund sərgisi) və sərgini izlədikdən sonra rəssam olmaq qərarına gəlir. Heç zaman bu sahə üzrə təhsil almayan, əzmkarlığı ilə bu sənətin dərinliklərinə yiyələnən Ernst kubist Pablo Pikasso və post-impressionist Vinsent Van Qoq, Pol Qogen kimi əfsanəvi sənətkarların rəsm sərgilərində iştirak edir və gördüyü əsərlər onun incəsənətə olan baxışına
məyə çağırırdılar. Dadaizm, həmçinin irrasional hərəkət mövzusuna müraciət etməklə XX əsrin ən maraq doğuran sənət istiqamətlərindən biri olan sürrealizmin meydana çıxması üçün zəmin yaratdı. Bu məqaləmdə dadaizm və sürrealizm cərəyanının ən görkəmli nümayəndələrindən biri sayılan alman rəssam, heykəltəraş, şair və yazıçı Maks Ernstin (Max Ernst) həyat və yaradıcılığına toxunacam. 2 aprel 1891-ci ildə Almaniyanın Brühl şəhərində anadan olan Ernst 1909-cu ildə Fəlsəfə üzrə təhsil almaq üçün Bonn Universitetinə daxil olur, lakin qısa bir müd-
dərin iz buraxır. Birinci Dünya müharibəsi illərində rəssam məcburi olaraq sənət fəaliyyətini dayandırır və alman ordusuna yazılır. Ernst avtobioqrafiyasında müharibə illərini bu şəkildə qeyd edir: “M(aks). E(rnst) 1 avqust 1914-cü ildə vəfat etdi, 11 noyabr 1918-ci ildə yenidən dirildi”. Müharibədən sonra Ernst J. Arp və A. Grünvald ilə birlikdə Kölndə dadaistlər qrupunun yaradılmasında yaxından iştirak edir. 1921-ci ildə “Litterature” jurnalında çalışmağa başlayarkən orada Pol Elüar və Andre Bretonla tanış olur.
Sürrealist məhəbbət üçbucağı Qala Elüar Sirli Qala Elüar (Yelena Dyakonova) – sürrealist hərəkatın 3 böyük nümayəndəsinin ilham pərisi, şair Pol Elüar (Paul Eluard) və Salvador Dalinin həyat yoldaşı. 1912-ci ildə Yelena vərəm xəstəliyindən müalicə olunmaq üçün ailəsi tərəfindən İsveçrənin Klavadel sanatoriyasına göndərilir. Bu zaman fransız sürrealist şair Pol Elüar da orada dincəlir. Yelena və Pol sanatoriyada tanış olurlar. Yelenanın ehtiraslığı, qətiyyətliyi və kübarlığı gənc sürrealistdə xoş təəssürat yaradır. Yelena ona adının əvvəlcə Qalina olduğunu deyir, sonra qarşı tərəfin çətinlik çəkməməsi üçün özünü sadəcə Qala adlandırır, oval üz quruluşu və dərisinin rənginə aşiq olan Elüar vurğunu axırıncı hecaya salmaqla ona Qala kimi müraciət edir, beləcə, Elüarın “imzası” ilə Yelena Dyakonova həmişəlik Qala olur… Bir müddət onlar bir-birindən ayrı, Pol Pa-
risdə, Yelena isə Moskvada yaşayır. Elüarın ailəsi onun rus qızıyla evlənmək arzusuna qarşı çıxsa da, 1917-ci ildə Elüar Yelena ilə nikaha daxil olur və bir neçə il sonra Andre Breton və Lui Araqon tərəfindən yaradılan sürrealistlər dəstəsinə dəvət olunurlar. 1921-ci ildə Elüar və Qala Kölndə çalışan rəssam Maks Ernstin sərgisinə baş çəkirlər.
24
Məhəbbət üçbucağı heç kimdən gizlədilmir – Ernstin əsərlərindən təsirlənən Qala rəssamın məşuqəsi olur. Ernst və Qala münasibəti iki il – Qalanın Ernstə inadla bir daha rəssamlıqla məşğul olmamasını söyləməsinədək davam edir. Qala ilə yaşadığı ayrılıqdan sonra Ernst məşhur fotoqraf Mən Reyin çəkdiyi (Man Ray) Qalanın fotosundan ilhamlanaraq “Qalanın portreti” tablosunu fırçaya alır: Ernstlə münasibətini sonlandıran Qala bir müddət yenidən Pol Elüarla yaşayır. Qalanın Salvador Dali ilə tanışlığının səbəbkarı da məhz Elüar olur. 1929-cu ildə Elüar və Qala rəssam Salvador Dalinin Kadakesdəki evinə təşrif buyururlar. Qala rəssamı görən kimi onda özünə qarşı qəribə bir doğmalıq hiss edir. Haşiyədən kənar: Qala Dali ilə tanışlığı barədə bu sözləri söyləmişdir: “Elə həmin an anladım ki, Dali dahidir. Elüar istedadlıydısa, Dali bir dahi idi”. Dali və Qala arasında məhəbbətin alovlandığını görən Elüar növbəti dəfə kənara çəkilir, Qalanı Kadakesdə Dali ilə birlikdə qoyub Parisə qayıdır. Bir müddət sonra Qala Elüardan ayrılır və Dali ilə yaşamağa başlayır. 1932-ci ildə Dali və Qala öz nikahlarını rəsmi qaydada qeydiyyata aldırırlar, lakin evliliyin dini mərasimi Elüarın ölümündən 6 il sonra – 1958-ci ildə təşkil edilir. Dali ilə birlikdə yaşadığı müddət ərzində də Qala keçmiş əri Elüarla görüşür, Elüar özü artıq başqa qadınla ailə həyatı qursa belə, Qalaya məktublar yazmaqda davam edir… Rəssamın rolu özündə gördüklərini əks etdirməkdir. — Maks Ernst
1925-ci ildə Ernst rəssamlıqda özünün “frottaj” (grottage; fransızca: frottage – sürtmək) adlandırdığı texnikasını ixtira edir. O, bu texnika vasitəsilə hansısa qeyri-hamar səthin üzərinə kağız və ya digər materiallar yerləşdirir, üzərini kömür və ya karandaşla rəngləməklə müxtəlif təsvirlər alır, daha sonra yağlı boyalar vasitəsilə kompozisiyasını tamamlayırdı. Ernstdən sonra sürrealistlər bu texnikadan əsərlərində fikri və rəsmi hərəkətə gətirmək məqsədilə istifadə etmişlər. Maks Ernst “frottaj” texnikasıyla yaratdığı əsərlərində qəribə formalı varlıqlara, insanı rahatsız edən təbiət mənzərələrinə geniş yer vermişdir. Əsərlərində, əsasən, müxtəlif fantastik varlıqlar – pəri, driada, nimfa, həşərat təsvirlərinə üstünlük verən rəssam, xüsusən də, quşları çox sevmiş və rəsmlərində mütəmadi olaraq bu sevgisini əks etdirmişdir. Ernst özünü quş obrazı ilə təsnif edirdi. 1929-cu ildə Loplop (Bütün quşların alisi) adlı alter eqosunu yaradır. Bütün yaxşı fikirlər təsadüfən yaranır. — Maks Ernst Luis Kerrol, Frans Kafka və başqa məşhur yazarların kitablarına illüstrasiyalar çəkən Ernst 1934-cü ildə “Mehribanlığın həftəsi” adlı beş cilddən ibarət kitabını dərc etdirir. Ernst hər hissəni həftənin bir günü ilə əlaqələndirərək yeddi cilddə çap etdirmək niyyətində olsa da, ilk dörd nəşrin gözlənilən uğura çatmadığını görür və qalan üç “gün”ü beşinci, yəni son bir kitab halına gətirir. Növbədə isə Ernsti və bütün dünyanı gözləyən İkinci Dünya müharibəsi var idi. Bu müharibə Ernstin də həyatından yan keçmir. Fransa hakimiyyə-
ti tərəfindən “arzuolunmaz yad” adlandırılan rəssam həbs olunur, lakin aralarında şair Pol Elüar və amerikan jurnalist Varian Frayın da olduğu dostlarının köməyi ilə bir neçə həftə sonra azadlığa qovuşur. Nasistlərin Fransanı işğal etməsi ilə Ernstin əsərləri “degenerativ incəsənət” damğası alır və rəssam Gestapo tərəfindən həbs olunur, ancaq keçmiş həyat yoldaşı Peqqi Quqenhaymın yardımı ilə növbəti dəfə azadlığına qovuşan Ernst ABŞ-a yola düşür və yaradıcılığının geriyə qalan hissəsini burada davam etdirir. Birləşdirilən elementlər nə qədər sərbəst və zidd olarsa, möhtəşəmlik və poetizm də bir o qədər artar. — Maks Ernst Rəssamın sürrealizm janrında fırçaya aldığı əsərlərində dadaizmin təsiri hiss olunur. İndi isə hazır olun, şair və tənqidçi Nikolas Kalasın sözləri fonunda Ernst yaradıcılığına qısa bir səyahətə çıxacağıq: “Oxucu, Maks Ernstin dünyasının astanasından keçirsənsə, kənardan yardım almaq barəsindəki bütün ümidlərini kənara qoy... Tə k b a ş ı n a irəliləməli olacaqsan…”. “Napoleon biyabanlıqda”, 1941 Ernst bu tablonu 1941-ci ildə Amerikada olarkən fırçaya almış və izləyiciyə müxtəlif tarixi dövr və mədəniyyətlərin vəhdətindən ortaya çıxan xəyali dünyanın təsvirini təqdim edir.
25
“Meşə və göyərçin”, 1927 “Meşələr vəhşi, keçilməz, qara və qırmızıya çalan, qəribə, səliqəsiz, qorxunc, çılğın və istiqanlı, keçmişi və gələcəyi olmayandır… Çılpaq, yalnız öz əzəmət və müəmmasına bürünmüşdür…”. Sürrealistin bu tablosu insanda mürəkkəb hisslər doğurur. Ernst meşələri çox sevərdi və ona doğma şəhərciyinin yaxınlığındakı ormanlarda keçirdiyi uşaqlıq illərini xatırladardı. Rəsmin aşağı hissəsində yer alan göyərçin fiqurunun rəssamı təmsil etdiyi düşünülür.
“Selebes”, 1921
“Selebes” Ernstin 1921-ci ildə çəkdiyi, erkən sürrealist əsərlərinin ən məşhuru və he Kiriko ənənəsilə ərsəyə gətirdiyi ilk şah əsəridir. (Corco de Kiriko – erkən sürrealist bəyi olan italyan rəssam və yazıçı; Ernst “bir-birilə əlaqəsi olmayan, təsadüfən, və ortaya qoyulmuş iki və ya daha artıq reallığın (obyektin) bir müstəvi üzərində siste fikrini de Kirikodan mənimsəmişdir).
Tablonun mərkəzində nəhəng dəyirmi gövdə və gövdədən çıxan xortuma sahib m yarı öküz fiquru yer alır. Fiqurun yuvarlaq gövdəsinin Cənubi Sudan mədəniyyətin vanın (qarğıdalı və ya taxıl saxlamaq üçün hazırlanan nəhəng gil qab, anbar) antrop da yayımlanan bir fotoşəklinə istinadən modelləşdirildiyi, ümumilikdə isə rəsmin iz mənşəli ritual və totemik heykəltəraşlığı təqdim etdiyi deyilir ki, tabloda yer alan heykəl fiqurları və öküz buynuzları buna əyani sübut ola bilər.
Sağ ön hissədə izləyicini fiqurla tanış edən və sürrealizm simvolu olan cərrahi əlcə maneken yer alır. Rəssamın bu əsəri qədim yunan mifologiyasına istinadən fırçaya edilən söyləntilər arasındadır (məşhur süjet – Zevsin Avropanı qaçırmaq üçün öküz c
Tutqun səma və solda “uçan” iki balıq. Balıqlardan sağ tərəfdə yer alan qara form da olan döyüş təyyarəsini və ardından buraxdığı tüstünü simvolizə edir. Tablonu müharibəsindən sonra çəkildiyini nəzərə alsaq… “M(aks). E(rnst) 1 avqust 1914-cü ildə vəfat etmiş, 11 noyabr 1918-ci ildə dövrünün m can atan bir gənc kimi dirilmişdir…”.
26
“Pyeta”, və ya “Gecə inqilabı”, 1923 Tablo Ernstlə atası arasında gərgin və çaxnaşmalı münasibətləri əks etdirir. Məryəmin İsanın vücudunu çarmıxa çəkildikdən sonra dizləri üstünə alması səhnəsi əsərdə atasının rəssamı öz qucağına alması ilə əvəz olunmuşdur (Məryəm atası, İsa isə Ernstin özü). “The Guardian”a görə, arxa divarda təsvir olunan və pilləkənlərlə yuxarı qalxan başı sarğılı kişi Birinci Dünya müharibəsi zamanı başından xəsarət alan fransız şair Giyom Apollineri və ya Z. Freydi əks etdirir.
eç şübhəsiz ki, de tlərin ilham mənə ya süni şəkildə ematik yaxınlığı”
mexaniki yarı fil, nə aid Konkombpologiya jurnalınzləyicilərə Afrika n totemə bənzər
ək taxmış başsız a alması da qeyd cildinə girməsi).
ma yaxınlaşmaqun Birinci Dünya
miflərini tapmağa
27
“Yağışdan sonra Avropa II”, 1940-1942 Təbii ki, əsərin başlığında yer alan “yağış” ifadəsi simvolik məna daşıyır. Ernstin bu tablosu müharibənin ortasında alov yağışını, terror hökmranlığından sonra emosional çöküş və fiziki taqətsizliyi əks etdirir. “Qətl təyyarəsi”, 1920 1920-ci ildə çəkilmiş bu tabloda açıq sahə üzərində uçan və insan qollarına sahib döyüş təyyarəsi, aşağı sağ küncdə isə yaralanmış döyüş yoldaşını daşıyan iki əsgər təsvir edilir. Rəssam tabloda insan əlinin bəşəriyyətə təqdim etdiyi ən dəhşətli “hədiyyələrin” – müharibələrin iztirablarını göz önünə sərir.
28
“Yurd-yuvanın mələyi”, və ya “Sürrealizmin zəfəri”, 1937 Əsərin başlığı ironik xarakter daşıyır. Belə ki, rəssam əsərdə gizli bir oyun oynayır, ilk başda xoşagəlimli sözlərlə izləyiciləri tabloya cəlb edir və sonrasında canavarlara mələk damğası vuraraq siyasi inancları şübhə altına alır və onları bu yöndə yenidən düşünməyə vadar edir. “Yurd-yuvanın mələyi” (ilkin adı: “Sürrealizmin zəfəri”) tablosu Ernstin siyasi hadisələr fonunda fırçaya almış olduğu nadir əsərlərindəndir. Bu rəsm İspaniya Vətəndaş Müharibəsi zamanı ispan respublikaçıların Franko faşistləri tərəfindən məğlub edilməsindən qısa müddət sonra çəkilir. Rəssamın məqsədi vətəni olan Almaniyadan Avropaya yayılmaqda olan faşizm və xaosun ölkələrə gətirəcəyi bədbəxtlikləri təsvir etmək idi.
29
Aygün Sarbazova
Muzey anlayışının formalaşması və dünyada ilk muzeylərin fəaliyyəti
Muzey tarixi maddi – mənəvi dəyərləri olan müxtəlif sənət əsərlərinin qorunub saxlanıldığı və eyni zamanda öyrənildiyi mədəniyyət ocağıdır. Muzey tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrin tarixi hadisələrindən xəbər verən eksponatlar üzərində tədqiqat işlərini aparan, onları toplayan, qoruyan, sərgiləyən və keçmişdən bu günə, bu gündən gələcəyə ötürən körpüdür. Biz muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi – mənəvi sərvətlərin saxlanıldığı yer kimi baxa bilmərik, çünki burada qorunub saxlanılan hər bir tarixi və bədii əhəmiyyət kəsb edən eksponat, əşya mənsub olduğu xalqın tarixini, qədimliyini və milliliyini əks etdirir. Muzeylər insanların incəsənətə olan marağından və bu incəsənət əsərlərini toplamaq meylindən yaranmışdır. ”Muzey” sözü yunan dilində istifadə olunan “mouseion” sözündən meydana gəlmişdir. Belə ki, bu söz yunan mifologiyasında ilham pəriləri olan “muzalar” adında ilahələrə həsr olunan məbəd idi. ”Muzalar” qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdu. Mahiyyətinə görə muzeylər müxtəlif olurlar: dövlət, incəsənət, memorial, tarix, səyyar, qoruq, müasir, musiqi, ədəbiyyat və s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik olan tikililər, abidələr, məbədlər, qalalar sayılır. Memorial muzeyi, həmçinin ev muzeyi, xatirə muzeyi kimi də adlanır. Bu muzey adətən şəxsin doğulduğu, bütün ömrünü, və yaxud həyatının müəyyən illərini keçirtdiyi yerdə, məkanda yaradılır. Bu tip muzeylerin profili aid olduğu şəxsin fəaliyyət sahəsinə uyğun olaraq müəyyənləşdirilir. Mədəniyyət xəzinəsi olan muzeylər çox qədim tarixə malikdir. Bədii xəzinələrin böyük əksəriyyəti olan mədəniyyət və incəsənət abidələri müxtəlif profilli muzeylərdə cəmlənmişdir.
illüstrasiya: Nərmin Mahmudova
Muzeylərin əsas vəzifəsi incəsənət əsərlərinin toplanması, onların nümayişi və kolleksiyaların öyrənilməsini həyata keçirtməkdir, lakin muzey işində əsas məsələ incəsənət nümunələrinin düzgün saxlanma qaydasıdır. Belə ki, eksponatın olduğu yerdən asılı olmayaraq, fondda, ekspozisiyada, və ya müvəqqəti olaraq sərgidə, və yaxud da əsər tədqiq olunan zaman düzgün saxlanma şəraitinin yaradılması olduqca vacib məsələdir. Mədəniyyət tarixinin ən müxtəlif dövrlərinə aid qiymətli əşya və sənət nümunələrinin muzey şəraitində qorunmasında fondların xüsusi rolu var. Fondun üzərinə düşən əsas vəzifə isə eksponatların mühafizəsi, onların komplektləşdirilməsi, sənədləşdirilməsidir. Muzeydə incəsənət əsərlərinin mühafizəsi məsələsinin ən vacib məsələ olduğunu qeyd etmək lazımdır. Ən əsas məsələ buradakı əşyaların düzgün şəkildə qorunmasına əməl olunmasıdır, yəni muzey əşyaları materillarına görə ayrı – ayrılıqda, xüsusi saxlanma qaydasına uyğun mühafizə olunmalıdır. Buna rəngkarlıq əsərlərinin, heykətaraşlıq işlərinin, çini, keramika, şüşə, metal kimi qiymətli sənət nümunələrinin mühafizəsini misal göstərmək olar. Konservasiya və bərpa işləri də muzey əşyalarının mühafizəsində xüsusi rola malikdir. Tarixi mənbələrədən bizə məlumdur ki, hələ e.ə. 306 – 285 – ci illərdə Misirin İsgəndəriyyə şəhərində muzey mövcud olmuşdur. İsgəndəriyyə şəhərində yerləşən saray bağçasında tikilən muzeyin ətrafında kitab rəfi, böyük meydança, rəsədxana, nəbatət və heyvanat parkları var idi. Həm universitet, həm akademiya, həm də monastır xarakterinə malik olan bu muzeydə Yunanıstanın və şərq ölkələrinin qədim və yeni sənət nümunələri toplanıb qorunurdu. Məhz bu keyfiyyətlərinə görə İsgəndəriyyə şəhərində yerləşən bu tikili müasir muzey anlayışının əsasını təşkil edirdi. İlk muzeylər e.ə. XVI əsrdə Kritdə, XIII –XII əsrlərdə Çində, III əsrdə Qədim Roma və Yunanıstanda yaranmışdır. Müasir muzeylərin sələfi hesab edilən bu muzeylərdə yüksək estetik dəyərə malik olan incəsənət əsərləri, əşyaları, kolleksiyaları, sənədləri və s. saxlanılırdı.
32
Dünyanın ən qədim və ilk muzeyi İtaliyanın paytaxtı olan Roma şəhərində Kapitoli təpəsində yerləşir. (Şəkil 1.) Kapitoli məbədi Yunona, Yupiter və Minerva tanrılarına ibadət üçün qurulmuşdu. Kapitoli qalası Sezarın hakimiyyəti dövründə dəfələrlə təmir olunmuş, lakin xristianlığa keçiddən sonra bu möhtəşəm tikili tamamən dağıdılmışdı. Bu muzeyin əsasını kilsə başçısı Papa Sikst IVqoyub. XVI əsrdə Mikelancelonun layihəsi əsasında Kapitoli məbədi yenidən bərpa olunur. Bu gün Kapitoli səma altında ən qədim muzeylər kompleksidir. Kompleksin tərkibinə bir neçə incəsənət və arxeologiya muzeyi daxildir. Muzey Romanın rəmzi olan “Kapitoli canavarı” heykəli daxil möhtəşəm heykəllər kolleksiyasına sahibdir. Dünyanın ən böyük muzeylərindən biri də Vatikanda yerləşən Vatikan muzeyləridir. Bu muzey kompleksinin əsası 1473 – cü ildə Papa II Yuli tərəfindən qoyulmuşdur. 1400 otaqdan ibarət olan Vatikan muzeyi 1506 – cı ildə açılıb. Qalereyada 54 qalereya, zal və Sikstin kapellası mövcuddur. Dünya şöhrətli kolleksiyanın tarixi “Laokoon və oğulları” adlı mərmər heykəlin tapılması ilə başlamışdır. Bernini, Mikelancelo, Bottiçelli kimi Renesans dövrünün ən dəyərli sənətkarlarının əsərləri Vatikan muzeylərini bəzəməkdədir. Vatikan muzeyləri dini hekayələri vizual vasitələrlə izah etmək və təsvir etmək üçün müxtəlif konsepsiyalara malik olan qalereyalardan ibarətdir. Pio- Klementino heykəltaraşlıq muzeyi Belveder sarayının ən gözəl binasında yerləşir. Muzeydə çox nəfis Yunan və Roma heykəlləri var. Karamonti muzeyində antik heykəltaraşlıq əsərləri, Roma heykəlləri, büstləri, relyefləri var. Misir muzeyi 1893 – cü ildə yaranmış, qədim Misir sənət nümunələrini qoruyur. Fironların, Misir tanrılarının, hökmdarlarının heykəlləri, fiqurlu mumiyaları və s. xüsusi maraq doğurur.
33
Bu qalereyalar tematik və memarlıq səbəblərə görə bölünürlər: Vatikan Pinakotek rəsm əsərlərindən ibarət qalereyadır. Pinakotek qalereyasında bir çox dövrünün məşhur rəssamlarının əsərləri var. Buna misal olaraq, Cotto di Bondone, Rafael Santi, Covanni Belnini, Perucino tərəfindən yaradılmış gözəl rəsm nümunələri bu qalereyada mühafizə olunur. Bu gün Vatikan muzeylərinə qədim Heykəltaraşlıq muzeyi, Köhnə kitabxana, İncəsənət muzeyi, Vatikan Tarix muzeyi və başqaları daxildir. Florensiyada yerləşən Uffitsi qalereyası Qərbi Avropanın ən məşhur və qədim incəsənət muzeylərindəndir.(Şəkil 2.) Qalereyanın əsası XVI əsrin ortalarında I Kosimo de Mediçi tərəfindən qoyulmuşdur. “U” şəkilli ikimərbəli binadan ibarət olan muzeyin memarı Corco Vasari olmuşdur. Uffitsi qalereyasında nadir əsərlər saxlanılır. Qalereyeda italyan rəssamı Sandro Botiçellinin məşhur əsəri “Veneranın doğulması” ilə yanaşı, Mikalencelo, Leonar Da Vinçi, Rafael Santi, Rembrandt, Karavacco kimi rəssamlarının əsərlərini də görmək olar. Uffitsidə sərgilənən gözəl rəsm əsərlərinin müxtəlifliyindən də danışmaq olar. Burada olan əsərlərin çoxu Mediçi ailəsinin kolleksiyasından ibarətdir. Saxlanılan əsərlər 50 – dən çox otaqda xronoliji qayda ilə yerləşdirilmişdir. Belə ki, burada incəsənətin XIII əsrdən XVIII əsrə qədər necə inkişaf yolu keçdiyini, rəngkarlıq və heykəltaraşlıq üslublarının bizans dövründən barokkaya qədər necə dəyişdiyini izləmək mümkündür. Avropanın ən çox ziyarət edilən qalereyalarından biri olan Uffitsidə içəri girişdə mərmərdən və porfirdən hazırlanmış heykəllər, daha sonra isə Roma heykəlləri və sarkofaqları var. Böyük Britaniyanın və dünyanın ən böyük muzeylərindən biri Britaniya muzeyidir. Muzeyin yaradılması 1753 – cü ildə üç kolleksiya – tanınmış həkim naturalist Hens Slounun, qraf Harlinin kolleksiyaları və əntiq mallar həvəskarı Robert Kottonun kitabxanası əsasında olmuşdur.
34
Əvvəlcə muzey Qədim Yunanıstan və Qədim Romaya aid eksponatları saxlamaq üçün nəzərdə tutulsa da, sonra imperiyanın hər yerindən tapılmış müxtəlif arxeoloji tapıntılarla, müxtəlif dövrlərə aid rəsm əsərləri, qravürlər, medal, sikkə, kitablarla daha da zənginləşdirilmişdir. Halhazırda muzeyin 94 zalında 7 milyondan çox eksponat saxlanılır. Muzeydə təqdim olunan eksponatlar müxtəlif dövlətlərin ərazisində müxtəlif dövrlərdə tapılmışdır. Böyük Britaniya muzeyində Misir mədəniyyəti və incəsənətinə aid böyük kolleksiya və eyni zamanda II Ramzesin Fivadan gətirilmiş məşhur heykəli, daş sarkofaqlar, tanrıların heykəlləri, Rozetta daşı burada təqdim olunub. Yaxın Şərq ərazisində mövcud olan qədim dövlətlərin – Babilistan, Assuriya, İran, Akkad, Fələstin və s. burada yaşayan xalqlara məxsus, onların həyatını əks etdirən eksponatlar nümayiş etdirilir. Qədim Şərq bölməsində Cənubi və Cənub – qərbi Asiyaya, eyni zamanda Uzaq Şərq ölkələrinin incəsənətindən olan heykəltaraşlıq əsərləri, keramika nümunələri, qravüra və rəsm əsərləri muzeydə qorunub saxlanılır. Buddanın başı, Parvati ilahəsinin heykəli və tunc zəng muzeyin bu bölməsinin ən qiymətli və əsas eksponatlarındandır. Burada Qədim Yunanıstan və Qədim Romaya aid gözəl kolleksiya, o cümlədən Parfenon və Apollon məbədlərinin antik heykəltaraşlıq nümunələri, Qədim Yunan keramikası, tunc əşyalar, Pompey və Herakulum şəhərlərindən incəsənət əsərləri toplanılıb. Bu bölmənin incisi isə Efesdeki Artemida məbədidir. Muzeydə I – XIX əsrlərə aid Avropanın incəsənəti və tətbiq sənət əsərləri, silahlar və cəngavər yaraq- əsləhəsi və dünyanın ən iri saat kolleksiyası saxlanılır. Numizmatika bölməsində ən erkən dövrlərdən müasir dövrə qədər aid olan sikkə və medalların kolleksiyası sərgilənir. Ümumiyyətlə, Avropaya aid bölmədə 200 mindən çox eksponat təqdim olunur. Mikelancelo, Botiçelli, Rembradt, Rafael Santi kimi böyük rəssamların rəsm əsərləri, eskizləri, qravürləri muzeyin qonaqlarını valeh edir.
35
Muzeyin nəzdində olan Böyük Britaniya kitabxanası dünyanın ən böyük kitabxanası hesab olunur. Belə ki, kitabxanın fondlarda 7 milyondan artıq kitab eyni zamanda çoxlu sayda əlyazma, elmi jurnal, xəritə saxlanılır. Burada oxucalara rahat şərait yaratmaq üçün 6 oxucu zalı var. Böyük Britaniya muzeyinin incisi Pasxa adasından gətirilmiş və Polineziya mədəniyyətinə aid Xoa – Xakananayya (“oğurlanmış dost” və yaxud “gizlənmiş dost”) adlı heykəldir. Sankt – Peterburq şəhərində yerləşən Dövlət Ermitajı Rusiyanın ən böyük, dünyanın isə ən nəhəng rəsm və mədəni – tarixi muzeylərindən biridir. Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey bir – biri ilə əlaqəli beş binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj teatrı. Muzeydə ilk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib. Ermitaj muzeyinin əsası 1764 – cü ildə kraliça II Yekaterina tərəfindən qoyulub. ”Ermitaj” sözü fransız sözü olub mənası tənhalıq, tənha yer deməkdir. Muzeyin indiki kimi eksponatlarla zəngin olmasında kraliça II Yekaterinanın xüsusi rolu olub. 1772 – ci ildə filosof Deni Didro II Yekaterina üçün qraf Jozef Antuan və baron De Tyerin məşhur kolleksiyalarından rəsm əsərləri almışdır. Bunların içərisində Rembrandtın “Danaya”, “Müqəddəs ailə”, Rafael Santinin “Saqqalsız İosiflə Madonna”, Van Deykin rəsmləri vardı .Ermitajda Rembrandtın ayrıca zalda 30 – a yaxın əsərləri nümayiş olunur. Bu muzeydə I Pyotra aid xüsusi zal fəaliyyət göstərir. I Pyotrun şəxsi əşyaları, portretləri, qızıl suyuna salınmış qanunlar kitabı, ona bərkidilmiş tac və ikibaşlı qartal burada nümayiş olunur. Zalda xüsusi diqqət çəkən məqam da italyan rəssamı Amikoni tərəfindən şəkilmiş portretdir. Tabloda I Pyotr dəniz və gəmilərin fonunda və eyni zamanda qədim Romanın müharibə müdriklik ilahəsi Minervanın müşayiəti ilə təsvir olunub.
36
Rusiyada ən böyük vaza hesab olunan Kolivan vazası da Ermitajda saxlanılır. On doqquz ton ağırlığında olan bu vaza qiymətli daş hesab olan yaşmadan hazırlanmışdır. Muzeyin Şərq incəsənəti bölməsində iran, türk, çin, yapon və ərəb xalqlarının mədəniyyəti ilə yanaşı, Azərbaycan xalqına da məxsus nadir sənət nümunələri nümayiş olunur. Zallarda ən qədim dövrdən müasir dövr XX əsrin əvvəllərinədək Azərbaycan ustaları tərəfindən hazırlanmış dekorativ tətbiqi sənət (zərgərlik, saxsı, daş, taxta) nümunələri sərgilənir. E.ə. II minilliyə aid olan abidələr arasında öz orijinallığı və dəqiq işlənməsi ilə Dağlıq Qarabağ ərazisindən tapılmış bürünc öküz başı fiquru xüsusi diqqət cəlb edir. Tunc dövrünə aid kəmər, bilərzik, müxtəlif formalı və rəngli muncuq kimi zərgərlik sənət nümunələri də muzeydə qorunub saxlanılır. Dövlət Ermitajında Tunc dövrünə aid edilən bəzi zərgərlik nümunələri Qarabağın Xocalı kəndi ərazisində aparılmış qazıntılar zamanı əldə olunmuşdur. Ermitajda Azərbaycana aid eksponatlar içərisində orta əsrlərə aid metal sənət nümunələri daha çoxdur. V – VIII əsrlərə aid bürüncdən tökülmüş quş, heyvan və insan fiqurlarını qeyd etmək olar. Belə fiqurladan biri kimi Tuncdan hazırlanmış Qafqaz Albaniyası incəsənətinə aid olan Cavanşirin heykəlini misal göstərmək olar. Metaldan düzəldilmiş plastik sənət nümunələri içərisində 1206-ci ilə aid Şirvan lüləyi Ermitajin ən maraqlı eksponatlarından sayılır. Şübhəsiz, Azərbaycan xalçaları da muzeyin ən qiymətli incilərindəndir. Qubanın Pirəbədil, Şamaxının Mərəzə kəndlərində toxunmuş xalçalarımız rəngi və zəngin bəzək elementləri ilə diqqət çəkir. Həmçinin Dövlət Ermitajında Nizami Gəncəvinin “Xəmsə”sinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsi də mühafizə olunur.
37
“ G E E K Z O N A” bölməsi Müəlliflər: - Aytən Şükürova - Səmra Əlizadə - Təbib Həsənzadə
38
“Bəs zamanı geriyə almaq şansımız olsaydı..?” Aytən Şükürova
Bəlkə də, bəzi insanlar, eləcə də biz, özümüzün belə xəbəri olmadan etdiyimiz seçimlərlə, dediyimiz hər hansı sözlə kimlərinsə həyatına yaxşı və ya pis şəkildə təsir edib, bəzi məqamların gedişatını dəyişmişik. Bəzən seçimlərimizin necə sonlanacağını və nələrə səbəb olacağını bilmədən o nəticəyə görə seçimimizdən peşman olmuşuq. Bəs zamanı geriyə alıb seçimlərimizin nəticəsini dəyişdirmək şansımız olsaydı, necə? Bu dəfəki məqalədə bəhs edəcəyim “Life is Strange” oyununda zamana hökm edərək özünüzü oyun boyunca hekayədəki obrazların yerinə qoyaraq buna cavab tapa biləcəksiniz. Life is Strange “DONTNOD Entertainment” oyun şirkəti tərəfindən hazırlanmış, “Square Enix” tərəfindən yayımlanmış və 11 Avqust 2014-cü ildə elan olunmuş multiplatform oyunudur. Oyunun epizodları isə PC-də Steam, PlayStation 3, PlayStation 4, PlayStation Network, Xbox 360, Xbox One və Xbox Live vasitəsilə 30 yanvar - 20 oktyabr 2015-ci il tarixləri arasında rəqəmsal olaraq yayımlanıb. Hekayə əsas obraz olan Maksın (Max) polaroid kamerasıyla “təsadüfən” mavi kəpənəyin şəklini çəkən zaman saçları mavi olan bir qızın (Kloe) həyatını xilas etdiyi andan etibarən başlayır və bu olanlardan sonra onun həyatında heç nə əvvəlki kimi davam etmir.
39
Bəlkə də, bəzi insanlar, eləcə də biz, özümüzün belə xəbəri olmadan etdiyimiz seçimlərlə, dediyimiz hər hansı sözlə kimlərinsə həyatına yaxşı və ya pis şəkildə təsir edib, bəzi məqamların gedişatını dəyişmişik. Bəzən seçimlərimizin necə sonlanacağını və nələrə səbəb olacağını bilmədən o nəticəyə görə seçimimizdən peşman olmuşuq. Bəs zamanı geriyə alıb seçimlərimizin nəticəsini dəyişdirmək şansımız olsaydı, necə? Bu dəfəki məqalədə bəhs edəcəyim “Life is Strange” oyununda zamana hökm edərək özünüzü oyun boyunca hekayədəki obrazların yerinə qoyaraq buna cavab tapa biləcəksiniz.
41
Life is Strange “DONTNOD Entertainment” oyun şirkəti tərəfindən hazırlanmış, “Square Enix” tərəfindən yayımlanmış və 11 Avqust 2014-cü ildə elan olunmuş multiplatform oyunudur. Oyunun epizodları isə PC-də Steam, PlayStation 3, PlayStation 4, PlayStation Network, Xbox 360, Xbox One və Xbox Live vasitəsilə 30 yanvar - 20 oktyabr 2015-ci il tarixləri arasında rəqəmsal olaraq yayımlanıb. Hekayə əsas obraz olan Maksın (Max) polaroid kamerasıyla “təsadüfən” mavi kəpənəyin şəklini çəkən zaman saçları mavi olan bir qızın (Kloe) həyatını xilas etdiyi andan etibarən başlayır və bu olanlardan sonra onun həyatında heç nə əvvəlki kimi davam etmir. Əsas obraz olaraq qarşılaşacağımız Maksin Kolfild (Maxine Caulfiel) böyüdüyü yerə - Arkadia Beyə, yəni Oreqona köçmək üçün Settlda yaşayan ailəsinin yanından ayrılmalı olur. Blakvel Akademiyasının 18 yaşlı tələbəsi və eyni zamanda fotoqraf olan Maks akademiyada təhsil almağa başlayır. Fotoqrafiyaya, xüsusilə də, köhnə analoq kameralara sevgisi və marağı olduğu üçün gələcək karyerasını fotoqrafiyaya olan sevgisi üzərində qurmağı arzulayır.
42
Kloe Prays (Chloe Price) isə Maksın Settla getməzdən əvvəl ən yaxın olduğu dostu idi. Maks getdikdən sonra Reyçl Emberlə (Rachel Amber) dost kimi yaxınlaşmağa başlayan Kloe inadkar və dəli-dolu xarakterə sahib olan gənc qızdır. Atasının ölümü, Maksın Settla gedişi və Reyçl Emberin itkin düşməsindən sonra tez-tez qəzəb dolu böhranlar yaşayan və tərk edilmə qorxusu olan Kloe yaşadıqlarına görə pessimist bir insana çevrilir. Bunlara baxmayaraq, Maksla yenidən qarşılaşdığı zaman keçmişdə olduğu kimi yaxın olmağa başlayır və birlikdə Reyçl Emberin müəmmalı şəkildə itməsi barədə gizli həqiqətləri ortaya çıxarmağa çalışırlar. Reyçl Ember hamı tərəfindən populyar, səmimi biri olaraq tanınırdı. Kloe ilə ortaq olan bəzi xüsusiyyətləri - musiqi tərzi, xarakteri və bəzi vərdişləri onların necə yaxınlaşdıqlarını açıqlayırdı. Settldan qayıtdıqdan sonra hər yerdə Reyçlın itkin düşməsi ilə bağlı elanını görən Maks Kloe ilə birgə bu hadisənin səbəbini araşdırmağa başlayır.
43
Mavi kəpənək Çoxumuz Kəpənək Effekti (Butterfly Effect) haqqında bilirik. Bu anlayış Xaos nəzəriyyəsi (Chaos theory) adlanan riyazi budaqdan yaranıb. Kiçik detallarla dolu olan oyunun mövzusu da məhz bununla bağlıdır və əsas ünsürlərindən biri də elə mavi kəpənəkdir. Zamanı tez-tez geriyə aldığı üçün Maksın güclərini ən kiçik şeylərdə belə istifadə etməsi özüylə bərabər dəhşətli sonluğu gətirmək riskinə də sahib idi. Çünki bir kəpənəyin qanad çırpması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilərdi. Oyunda seçim edildiyi zaman ekranın sol üst küncündə bu hərəkətin bir nəticəsi olacağını xatırlatmaq üçün də kəpənək simvoluna rast gəlirik. Bu, oyunu oynayan şəxsin verdiyi qərarın kəpənək efekti yaratdığını, nəticələrin irəliləyən zamanlarda oyunun gedişatını da dəyişdirəcəyini bizə xatırlatmaq üçündür. Maksın davamlı olaraq zamanla oynaması yavaş-yavaş təbiətə də təsirini göstərməyə başlayır və oyun zamanı Arkadia Beydə tam olaraq iqlim dəyişikliyi baş verir. Günəşli gündə yağan qar, axşam düşəndə səmada birdənbirə ortaya çıxan ay tutulması, dənizdən yüksələrək Arkadia Beyə tərəf gələn qasırğa və bu cür digər anormallıqlar vəziyyəti açıqlayır.
44
Oyunu maraqlı edən xüsusiyyətlərindən biri də bir yox, bir neçə sonluğun olmasıdır. Təbii ki, bu sonluqlar da seçimlərlə sıx əlaqəlidir. Səhnələr başlayan zaman fərqli atmosferin yaranmasının səbəblərindən biri də oyundakı musiqi seçimləridir. Oyunu oynayan zaman Xose Qonsales (José González), Moqvay (Mogwai), Bright Eyes, Message to Bears, Local Natives, Syd Matters, Sparklehorse, Anqus & Culiya Ston (Angus & Julia Stone), alt-J, Mad Flou (Mud Flow) kimi sənətçilərin hər epizoda uyğun seçilmiş mahnılarına rast gələcəksiniz. Həmçinin, Spotify, YouTube və digər yayım xidmətlərində “Square Enix” tərəfindən təqdim olunan playlistlər də mövcuddur. Əgər oxuyucularımız arasında anime izləməyi sevənlər varsa və “Life is Strange” aurasına sahib anime axtarışındadırlarsa, onların “Erased”ə baxmalarını tövsiyə edirəm. Hekayələr başqa olsa da, hər ikisində də aparıcı mövzu Kəpənək Effektidir. Bəzən yaşadıqlarımız, baş verənlər mənə bu oyunun mövzusunu tez-tez xatırladır. Buna səbəb ətrafımdakı bir çox insanın həyatlarındaki hər hansısa bir məqamı ya da seçimlərini dəyişmək istəkləridir. Eynilə Maksın zamanı geriyə çəkib fərqli seçimlər etməsi kimi. Amma yaddan çıxarmamalı olduğumuz bir məsələ də var ki, hansı tərzdə olmasından asılı olmayaraq, insanlar bir-birinin həyatına toxuna bilirlər və təəssüf ki, həyatlarımız nəticəsindən məmnun qalmayanda və ya peşman olanda zamanı geriyə çəkib seçimlərimizi dəyişə biləcəyimiz oyundan ibarət deyil.
Geek çantamda nə var?
5 janr, 5 anime Rubrika müəllifi: Səmra Əlizadə
komediya
Asobi Asobase 3 məktəbli qız haqda absurd komediyadır. Bu animedən nə istəsəniz gözləyə bilərsiniz. :) shounen
Hunter x Hunter “Shounen” oğlan uşaqları üçün hazırlanmış anime janrıdır, bu janr əsasən macəra haqqında olur. Hunter x Hunter animesi paralel bir dünyada elit döyüşçülər sayılan hunter olmaq istəyən 12 yaşlı Gonun başına gələn macəraları danışır.
elmi – fantastika
slice of life
Ergo proxy Uzaq gələcəkdə androidlərin insan kimi yaşadığı bir dövrdə bir fantom ortaya çıxar və detektiv olan baş personajımız Re-İ onun axtarışına çıxar.
Kuzu no Honkai “Slice of life” ömrün bir çağını danışan anime janrına deyilir. Bu janrda olan animelər əsasən məktəbli dövrü haqqında olur. Kuzu no Honkai qarşılıqsız sevgiyə tutulmuş bir məktəbli qızın həyatını danışır.
dram
46
Violet Evergarden Bu anime alternativ bir dünyada keçən viktorian dövr animedir. Əhalinin böyük bir hissəsi oxuya bilmədiyindən məktubları “avto yaddaş gəlincik” adlandırılan, peşəsi insanlar üçün məktub yazmaq olan bir qrup qadınlar oxuyur. Müharibə veteranı olan Violet Evergarden bu peşənin sahibi olur və anime onun başına gələn əhvalatları danışır.
1 manqa, 1 komiks Rubrika müəllifi: Təbib Həsənzadə
48 yaşlı Hiroşi Nakahara (Hiroshi Nakahara) biznes görüşündən qayıdandan sonra mistik bir şəkildə özünü yanlış qatarda, böyüdüyü doğma və kiçik şəhərcikdə tapır. Az sonra məlum olur ki, o, zamanda səyahət edərək öz 14 yaşına geri qayıdıb. Elə hadisələr də bundan sonra inkişaf etməyə başlayır. 16 bölümdən ibarət manqada Hiroşi o ərəfələrdə evi tərk edəcək atasını geri qaytarmağa, ailəsiylə bağlı həqiqəti öyrənməyə və yeni sevgi tapmağa çalışacaq. Amma 48 yaşlı insana xas olan davranışı bu yolda onun ən böyük problemidir. Ciro Taniquçi (Jiro Taniguchi) bu manqasında ailə və məişət problemləri, ata və oğul münasibətləri, hətta müharibə və onun fəsadları kimi mövzulara sadə, anlaşılan, amma effektiv və gözəl yolla toxunur. Çox insanın ruhunu oxşayacaq və ətrafındakı insanların dəyərini bir daha onlara göstərəcək bu qısa manqanı mütləq oxumağa dəyər.
Art Spiqelmanın (Art Spiegelman) şah əsəri olan Maus seriyası artıq illərdir ki, ən yaxşı komikslərdən biri hesab olunur. Pulitser mükafatına layiq görülmüş ilk və hələ ki, yeganə komiks olmasıyla adını tarixə yazdıran bu əsərdə II Dünya müharibəsindən, Holokostdan və yəhudilərin başına gələnlərdən danışılır. Əsərin personajları yazıçının öz ailəsi və tanışları olduğuna görə komiks insana daha səmimi gəlir və getdikcə qəhrəmanları başa düşür və daha da bağlanırsan. Nasistləri pişik, yəhudiləri siçan, polyakları isə donuz formasında göstərməsi və ümumiyyətlə, çoxlu simvolikalardan istifadə etməsi əsəri oxuyarkən müəyyən hisslər oyatmaqla yanaşı, düşündürməyə də vadar edir. Rəsm tərzi bir az kobud və qarışıq stildə olsa da, olanları mənimsəyə heç də mane olmur, əksinə komiksə qaranlıq və soyuq çalar qatır. Artıq klassikaya çevrilən bu əsər də, haqqında bəhs etdiyi mövzu da, həqiqətən, ən yaxşı və özünəməxsus işlərdəndir.
47
“ÇAP MAŞINI” bölməsi Müəlliflər: - Laləzar Osmanova - Həmidə Adıgözəlova
48
“Vaxtından əvvəl vəfat edən şair...” Elə şairlər var ki, şeirləri yüz il keçsə də, populyarlığını itirmir. Sergey Aleksandroviç Yesenin Laləzar məhz bu cür böyük şairlərdən biridir. Şairin öz Osmanova ədəbi istiqamətini tapmaq heç də asan olmamışdı. Vaxt var idi ki, yeni xristian şairlərin yanında çıxış edirdi, və ya imajistlərlə birlikdə yeni ədəbiyyat yaradırdı. Ancaq sonunda, o, xristian, və ya imajist şair deyil, sadə şair olduğunu bildirdi. Şair 3 oktyabr 1895-ci ildə Ryazan vilayətinin Konstantinovo kəndində firavan bir xristian ailəsində anadan olmuşdur. 12 yaşından atası Moskvada bir mağazada işləyirdi. Yesenin ömrünün ilk illərini anasının valideynləri - Fedor və Natalia Titovla keçirmişdir. 1904-cü ildə Sergey Yesenin fərqlənmə diplomu ilə bitirdiyi Konstantinovskoe dördillik məktəbinə daxil oldu. Şair özü təhsilin onun formalaşmasına heç bir təsiri olmadığını və ona “güclü kilsə slavyan dilindən” başqa bir şey vermədiyini söyləyirdi. 9 yaşında artıq ilk şeirlərini yazmağa başlamışdı. 1912-ci ildə gənc şair Spas-Klepikovskaya müəllimlər məktəbini valideynlərinin kənd müəllimi olmasını istədiyi üçün bitirdi. Ancaq Yesenin peşəsini şeirdə görürdü, buna görə məktəbdə də şeir yazmağa davam etdi. Ryazanda “Xəstə Dumalar” adlı şeir kitabını nəşr etdirməyə çalışdı, lakin kitabı nəşr etmədilər. Məktəbi bitirdikdən sonra şair Moskvaya gəldi. Əslində, o, Moskva Müəllimlər İnstitutuna girməli idi, lakin Yesenin “Mədəniyyət” nəşriyyatında işə düzəlməyə qərar verir və təhsil almaqdan imtina edir. Şeirlərini Moskva jurnallarına göndərirdi, amma onlar çap olunmurdular. Sergey Yesenin bir kitab mağazasında satıcı işləyərək pul qazanırdı. Sonra isə İvan Sıtinin mətbəəsində işləməyə başladı.
49
illüstrasiya: Nərmin Mahmudova
Tezliklə polis təzyiqləri, mətbuatı təqib və represiyalar başladı. Ömrünün bu dövründə şair özü də tətillərdə fəal iştirak edirdi. Bütün yaşadıqlarını isə şeirlərində açıq şəkildə təsvir edirdi. Ancaq yaxşı hadisələr də baş verirdi. Məsələn, şairin şeirləri Moskva nəşrlərində yayımlanmağa başladı. Bu barədə ətraflı danışsaq, “Mirok” uşaq jurnalı “Huş ağacı”, “Sərçələr”, “Selo” şeirlərini, bolşevik “Put Pravdy” qəzeti isə “Dəmirçi” şeirini nəşr etdirmişdir.
və ilk dəfə açıq ədəbi gecədə çıxış edir. “Krasa” dağılanda şair başqa bir dərnəyə “Strada”ya üzv olur.
“
Ancaq tezliklə Moskvadakı həyat gənc şairi sıxır və o, dostu Panfilova məktubunda yazır: “Moskva ruhsuz bir şəhərdir və günəşə, işığa can atan hər kəs oradan qaçır”. Bu şəkildə Yesenin əvvəlcə yazıçı Mixail Muraşev və şair Sergey Gorodetsky ilə onu tanış edən Alexandr Blokun yanına - Petroqrada köçməyə qərar verir. Şair 1915-ci ilin yayını doğma kəndində keçirir və “Radunitsa” toplusunun əlyazmasını hazırlayır. Petroqrada qayıtdıqdan sonra “Krasa” xristian yazarlar dərnəyinin üzvü olur
“O vaxtlar aclıq çəkirdim. Bəlkə də, heç vaxt 2-3 qəpiklə yaşayacağımı düşünməzdim. Gəzib dolaşdığım üçün qürur duyurdum. Nə təklif olunurdusa, uzaqlaşırdım. Haqqım var idi, kiminsə boğazından tutub pul qabından ehtiyacım olan qədərini götürməyə. Ancaq mən onlara – pula və içindəki hər şeyə xor baxdım, onlara toxunmağı çürümüş hesab etdim”. İlk toplusu “Radunitsa” 1916-cı ildə nəşr olundu və şairə çox uğur gətirdi. Onun haqqında yazmağa başladılar, bütün məşhur jurnallar onu çap etməyə başladı. Şair yalnız özünün bağlı olduğu mövzularda yaza biləcəyini söyləyirdi. Şairin problemləri 1917-ci ildə fevral ayında kralın şərəfinə şeir yazmaqdan imtina etdiyi zaman başladı. Azadlığı sevən şair intizam batalyonuna göndərildi. Ömrünün bu dövrü “Yoldaş”, “Nəğməli zəng” və s. kimi şeirləri ilə yadda qaldı.
51
Oktyabr inqilabının hadisələri və kəndli həyatı üçün nəticələri barədə kədərli düşüncələri “Sorokoust” şeirində yer tapdı. Daha sonra şair tarixi bir mövzuda “Puqaçev” adlı bir şeir yazdı. Şair sevgi haqqında xeyli sayda əsər yazmışdır. Məsələn: “Məni sevmirsən, peşman deyilsən”, “Sən mənim Şaqanım, Şagane”, “Gülümsəməyin” və başqaları. Öpüşün adı yoxdur. Öpüş tabutların üstündəki bir yazı deyil. Öpüşlər qırmızı gül kimi əsir, Dodaqlarda isə əriyən ləçəkləri. Sevgi girov tələb etmir, Onunla sevinc və bədbəxtlik bilinir.. “Sən mənimsən” yalnız əllər deyə bilər, Qara çadranı qopardan. (“Bu gün pul dəyişdiricidən soruşdum ...”)
Sevgidən bəhs etdiyimiz üçün Sergey Yeseninin şəxsi həyatı haqqında bir neçə söz deyək. İlk rəsmi həyat yoldaşı Zinaida Rayx (Reich) idi, ancaq ailə həyatı baş tutmadığından boşandılar. Bu evlilikdən Yeseninin iki övladı var - qızı Tatyana və oğlu Konstantin. 1922-ci ildə şair amerikalı rəqqas İsadora Dunkanla evləndi. O, Yesenindən 17 yaş böyük idi. Sergey Konenkov yazırdı: “Yeseninə çox şey verdi, ancaq mənəvi gücünü aldı”. 1923-cü ildə cütlük ayrıldı. 1925-ci ildə şair Lev Tolstoyun nəvəsi Sofiya Tolstaya ilə tanış oldu və bir neçə aydan sonra evləndilər. Ancaq mənbələrə görə, bir müddət sonra Yesenin ondan da boşandı. Sergey Yesenin tezliklə özünü bədbin hiss etməyə başladı, əsəbləri fiziki xəstəliklə daha da çətinləşdi. Şair nevropsixiatrik xəstəxanada müalicə kursu keçirdi. Burada “Mənə qınaqla baxma ...”, “Sən məni sevmirsən, peşman olma ...”, “Mən kiməm? Mən kiməm? Sadəcə xəyalpərəst ...” kimi şeirlər yazdı. 28 dekabr 1925-ci ildə şair intihar etdi. Şairin necə öldüyü barədə bir çox fərziyyə var. Bakıda yaşayan sevənləri üçün bildirmək istəyirəm ki, Mərdəkanda məşhur rus şairinin adını daşıyan bir küçə var. Bir vaxtlar Murtuza Muxtarova məxsus bir bina da var. Bu binanın qapılarında “Burada - Mərdəkan kəndində böyük rus şairi S.Yesenin 1924-1925-ci illərdə yaşayıb işləmişdir” sözlərini oxuya bilərsiniz.
Rəqəmsal oxucu: Nəyə görə Goodreads hesabı açmalıyıq? Rubrika müəllifi: Həmidə Adıgözəlova
Müsəlmanın sırağagünüydü, oturmuşuq dost-tanışla, sosial həyatın yenidən bərqərar olmağını qeyd edirik, dostumuz Məmməd əlindəki paketlərlə gəldi yanımıza. Salam-sağ ol, xoş-beş, Məmməd, bu əlindəkilər nədir? Olmaya soyğu_ndan gəlmisən? Və Məmməd başlayır bizi məsələdən agah etməyə. Sözün lap belə əsl mənasında “kitab qurdlarının instagramı” adını verə biləcəyimiz tətbiqdən danışır Məmməd, deyir, adı Goodreads-dir. Üzv olan bir peşman, olmayan min peşman. Dərin quyudur, düşdünmü səni oradan çıxarda bilənə əhsən! Qoy, onu da əlavə edim listimə, hə, bunu onsuz da almalıydım, bunu da ki, çoxdandır gözüm tutub. Mən əvvəlcədən bu tətbiqdən məlumatlı olduğumdan, icazənizlə, gəlin, sizi də maarifləndirim. Goodreads oxuyucular üçün 2006-cı ildə Otis Çandler tərəfindən yaradılmış tətbiqdir. Siz burada virtual rəflər yarada, yeni dostlar tapa və ən nəhayət, dostlarınızın kitablarını da öz listinizə sarı “çəkə” bilərsiniz. Bu tətbiq sizi o həddə gətirib çıxarır ki, artıq səbətinizdəki kitablar az qalır bir-birini itələsin “məni seç” deyə. Yaralı yerimdir oxuduğu kitab sayı 500-dən artıq olan üzvlər. Qardaş, bu nə qaçhaqaçdır, dayanın, nəfəs alın, qoyun, biz də gələk sizə çataq. Zamanım olsa hələ 3 gün gecə-gündüz tərifləyərdim, lakin təxmini bu radələrdə göydən 3 alma düşməmiş mən çəkilim öz oxu guşəmə. Almaların da biri Məmmədin, biri mənim, biri də tətbiqə üzv olan və olacaq sizlərin!
53
“ Q A L E R E Y A” bölməsi Müəllif: - Rəfiqə Seyidova
54
Fotoda pəncərə “Ulduzlu gecə”si*, günəbaxanları və sarı buğda tarlaları hər birimizə tanış olan məşhur rəssam Van Rəfiqə Qoq üçün çərçivələr xüsusi əhəmiyyət daşıyırdı. O, Seyidova bu haqda tez-tez qardaşı Leoya yazdığı məktublarda söz açar, çərçivə seçimi mövzusunda kolleksionerlərlə mübahisələr edərdi. Van Qoqun fikrincə rəsm əsərinə uyğun seçilmiş çərçivə çox böyük əhəmiyyət daşıyırdı. Hətta o, düşünürdü ki, rəsmindəki mavi kölgələrin üzə çıxarılmasında qızılı rəng çərçivələrin rolu xüsusilə böyükdür. Bu gün bir çoxumuz internetdə Van Qoqun əsərlərinin şəklini bəzən birbaşa – çərçivəsiz halda, bəzən isə muzeydəki çərçivələnmiş formasının şəklindən görürük. Bizi hələ də özünə valeh etməyə qadir olan rəsm əsərlərinin yayğınlığı azalsa da, çərçivələr hələ də öz önəmini qorumağa davam edir. Texnologiyanın inkişafı və digitallaşan dünya bizi akvarellərdən qismən uzaqlaşdırmağı bacara bilsə də, ümumi estetika anlayışımız hələ də bir qədər dəyişməz qalır. Biz özümüz də bilmədən ənənəvi estetika anlayışına uyğun gələn əsərləri sevməyə davam edir, Van Qoq kimi çərçivələrimizi seçir, və ya axtarırıq. Sadəcə bunu, artıq bir başqa incəsənət növü olan film və foto vasitəsilə edirik. Rəsm əsərlərindən fərqli olaraq, foto digital mediumdur* və onun asıldığı divardan fərqlənməsi, üzə çıxarılması üçün əlvan rəngli, naxışlarla bəzədilmiş çərçivələrə ehtiyacı olmadığını düşünə bilərsiniz. Bu, foto qalereyalarda və sərgilərdə gördüyümüz sadə, qara, və ya qızılı rəngli çərçivələrlə də təsdiqlənə bilər, elədirmi? Bəlkə də, deyil. Hər nə qədər minimallaşan sənət dünyası bir çoxlarımız tərəfindən bəyənilsə də, bizim gözümüz hələ də çərçivələri axtarmağa, bəzən isə axtardığından xəbərsiz olduğu bu çərçivələri tapdıqda təqdir etməyə davam edir.
55
Fotoqrafların illərdir istifadə etməyə davam etdiyi kompozisiya metodlarından biri də foto daxilində istifadə olunan “çərçivə”lərdir. İngilis dilində “framing” (çərçivələmə) olaraq adlandırılan bu texnika rəsm əsərlərini asılmış olduğu divardan ayıran çərçivə rolunu oynayaraq foto daxilindəki obyektlərlə təbii bir çərçivə formalaşdırır, fotoda dərinlik yaradır və tamaşaçının gözünü fotonun əsas obyektinə doğru yönəldir. Sözügedən çərçivə bəzən yolda irəliləməkdə olan bir şəxsi əhatələyən ağacların budaqları, bəzən kadra bulanıq düşmüş digər insanlar, bəzən isə şəhər arxitekturasının da köməyi ilə sözün həqiqi mənasında əsl çərçivə ola bilər. Çərçivənin seçimi fotonun kontekstindən, verdiyi, və ya vermək istədiyi mesajdan, çəkildiyi məkandan, fotoqrafın şəxsi seçimindən və bir sıra başqa faktorlardan asılı olaraq formalaşa bilir. Küçə fotoqrafiyasında da digər fotoqrafiya sahələrində olduğu kimi, çərçivələmədən geniş istifadə olunur. İnsanları çoxmərtəbəli binaların və maşınların əhatələdiyi şəhər həyatında, təsadüfi deyil ki, ən məşhur çərçivələrdən biri də, pəncərələrdir.
56
Küçə fotoqrafiyasında olduqca yayğın istifadə olunan pəncərələr, bəzən obyekti, bəzən isə bütün kadrı əhatələyir və axtardığımızdan xəbərsiz olduğumuz xəyali çərçivəni, bəzən isə sərhədi yaradır. Bəzi hallarda fotoda istifadə edilən pəncərənin təbii çərçivəsi (və ya çərçivələri) foto içərisindəki bir, və ya bir neçə müxtəlif mövzunu əhatələyərək eyni bir kadrda çoxsaylı “başlıqlar” yaratmağa kömək olur. Fotoqrafiyada pəncərələrin istifadəsinə ən sadə misal olaraq pəncərədən görünən mənzərə fotolarını nümunə gətirmək olar. Bir çoxumuzun telefonunun qalereyasında da mövcud olan bu tip fotolar fotoda çərçivələmənin gözəlliyi və zərifliyinin bariz nümunəsidir. Pəncərələr heç də həmişə foto ilə aramızda məsafə yaratmaq üçün istifadə olunmur, bəzən biz fotonun daxilində pəncərədən baxdığı üçün “çərçivələnmiş” subyektləri də görə bilirik. Bu özü də kompozisiyada önəmli rol oynayır və fotonu daha maraqlı edir. Pəncərələr eyni zamanda fotoda diaqonal, üfüqi və şaquli xətlər yaradaraq kompozisiyanı daha da güclü etmək potensialına malikdir. Gözümüz, təbii olaraq, öncə pəncərədən baxan obyektə fokuslanır, sonra isə ətrafda baş verənlərə diqqət yetirməyə başlayırıq.
57
Fotoda pəncərə dedikdə ağıla ilk gələn sadə misallar pəncərələrin də kadra daxil edildiyi fotolar olsa da, nümunələr bununla məhdudlaşmır. Pəncərələr sadəcə fotoda çərçivələmə məqsədilə istifadə olunmur, bəzən isə bütün görüntünün “önünü kəsərək” yeni bir tekstura* yaradır və rəsmə bənzər fotoların yaranmasında əhəmiyyətli rol oynayır. Pəncərələri, daha doğrusu, pəncərə şüşəsindən çəkilmiş fotoların estetikasını yaradıcılığının əsas mərkəzi etmiş fotoqraflar da mövcuddur. Amerikalı müasir incəsənət xadimi və fotoqraf Tod Hidonun “Qış mənzərələri” adlı fotoseriyası sadəcə olaraq maşınının bəzən buzlu, bəzən də buxarlı şüşəsindən çəkilmiş təbiət mənzərələrindən ibarət olub, rəsm əsərlərinə bənzərliyi ilə auditoriyaların təqdirini qazanmışdır.
59
Təbii ki, iki əsrə yaxın olan fotoqrafiya tarixində pəncərələri təbii “filter” kimi istifadə edib rəsm əsərlərinə bənzər fotolar ərsəyə gətirən yeganə şəxs Tod Hido deyil. Bənzər fotoların digər bir müəllifi isə 1940-cı və 1950-ci illərinin Amerikasını və Nyu-Yorkun yağışlı küçələrini fotolarında əks etdirən Saul Layterdir. Layter deyir: “Üzərində yağış damcıları olan bir pəncərədən çəkilmiş şəkil mənə məşhur bir şəxsin şəklindən daha maraqlı gəlir.”
Bu tip şəkilləri biz öz şəxsi qalereyamızla yanaşı, həmçinin iranlı rejissor Abbas Kiarüstəmi, məşhur küçə fotoqrafı Rebekka Veb və bir sıra başqa müəlliflərin də işləri arasında tapa bilərik. Təbii ki, pəncərələr heç də hər zaman rəssam fırçası vəzifəsini yerinə yetirmir, bəzən sadəcə küçədəki əksimizi görməyə, bəzən də bu əksimizi ölümsüzləşdirməyə kömək edir. Belə fotoların ağıla ilk gələn nümayəndəsi həyatı boyunca heç bir foto təhsili almamasına baxmayaraq, 150 mindən çox foto çəkmiş amerikalı dayə/fotoqraf Vivian Mayerdir. Mayerin ustalaşdığı küçə fotoqrafiyasında ən çox rast gəlinən obyektlərdən olan pəncərələri və vitrin şüşələrini, o, ustalıqla istifadə etmiş, avtoportretlər və küçə fotolarında şüşələrin köməyindən istifadə etmişdir.
61
Şübhəsiz ki, küçədə hər zaman mükəmməlliyi, ideal olanı tapmaq olmur. Biz çox zaman gündəlik yaşamımızda qırıq-sökük pəncərələrin qarşısından keçərək gedirik. Pəncərənin fotoda istifadə olunması üçün isə ideal olmasına ehtiyac yoxdur. Sənədli fotoqrafiyanın və küçə fotoqrafiyasının ustalarından olan, bir çoxlarımıza Paris küçələrində çəkdiyi şəkillərdən tanış olan Eliot Ervit də qırıq pəncərədən baxan uşaq fotosunda bu qeyri-mükəmməlliyi işinin özəyinə çevirmişdir.
Qırıq pəncərələr poetik görüntü yaratmaqla yanaşı, həm də müharibə bölgəsinin döyüş sonrası görüntülərinə müşayiət edərək müharibənin həqiqətlərini də üzə çıxarmaqda kömək edə bilir. Qırıq pəncərələrdən görünən dağılmış mənzərələri bir çox müharibə fotoqrafının işlərində görmək olar. Aşağıdakı foto isə Cosef Koudelka tərəfindən Beyrut bölgəsində atışmalardan sonra çəkilmiş “Divar” adlı fotodur.
Bu aykı buraxılışımızda həyata baxan pəncərələrdən sadəcə biri olan, “fotoqrafiyada pəncərələrin istifadəsi” deyildikdə ağıla gələn ilk nümunələrdən danışdıq. Gələn yazılarda görüşənədək.
62
Bizimkilərin obyektivi Rubrikanın qonağı: Əli Rza
Fotoqraf Əli Rzanın “Classic Colors” seriyası haqqında Bu seriyanın cəhdlərini 2016-cı ildən etsəm də, yalnız 2018-ci ildən sonra məni qane edən fotoları əldə etməyə başladım, 2019-cu il isə bu seriyanın ən məhsuldar vaxtı oldu. Düşünürəm ki, rənglər həyatımızın hər yerindədir, bunu görməzdən gəlmək olmaz, bu səbəbdən seriyanı həyatımın sonuna qədər işləyəcəm. “Classic color” seriyasının izahını iki şəkildə verə bilərəm: mənəvi və fotoqrafiya rakursundan. Mənəvi olaraq məni rahatlandıran məsələ odur ki, bu fotolar təkrar olunmazdır. Bu, bir fotoqraf üçün ən böyük stimuldur, yəni gördüyün işi sən özün daxil yenidən kimsə təkrarlaya bilməz. Bəzən insanlar düşünür ki, sabit obyektlər üzərində görülən işləri yenidən çəkmək olar, lakin hava şəraitindən tutmuş sizin həmin gündə olan əhvalınıza qədər hər şey fotoya təsir edir və bir dəfə alınan nəticəni yenidən təkrar etmək mümkün olmur. Bu amillər fotoqrafı daha da həvəsləndirir, önə aparır. Ən azından məndə belədir. Təbii ki, hər kəsdə fərqli cür ola bilər. Fotoqrafiya baxımından yanaşdıqda isə bu tərz fotoların gözü hərtərəfli inkişaf etdirdiyinin tərəfdarıyam. Sabit obyektlər üzərində çəkilən fotolar ətrafı daha yaxşı görməyinizə gətirib çıxarır, çünki siz həmin obyekt üzərində daha çox düşünürsünüz. Ancaq bu düşünmə vaxtı işıq, hava şəraiti və digər amillər səbəbindən qısıtlıdır. Məsələn, Bakı sahillərində çəkiliş edəndə sahillərin hər birinə ən azı 4 dəfə getmişəm. Ən çox gəzdiyim sahil ərazisi Pirşağıdır. Bu cür fotoların təsiri küçə fotoqrafiyasından da yan keçmir. Fotolarda insan olsa belə, məsələ sırf insan, yaxud onun hərəkətdə olmasının üzərində qurulmur, əksinə həmin kompozisiyanın bir detalına çevrilir. Rakursunuzu seçirsiniz
və insanı detal olaraq istədiyiniz yerdə görüb, çəkirsiniz. Sabit obyekt üzərində işləmək sizə insan hərəkət etməmiş kompozisiyanı qurmağa imkan verir, bu, eynən divar üzərində olan kölgə kimidir, yəni hər rakursdan fərqli görünür, amma o yenə də detaldır. Mənim üçün küçə əsasdır. İnsanı da, rəngli maşını da küçənin detalı kimi görürəm. Təbii ki, hava, davamlı uğursuz rakurs kimi fors-major hallar daima olur. Lakin buna baxmayaraq inanıram ki, küçədə sabit obyektlər üzərində kompozisiya qurmaq kadr üçün sizə əlavə vaxt qazandırır və kadr şansınızı artırır. Təbii ki, belə seriyalar yalnız təcrübə ilə yaranmır, çox araşdırmalı, fotoqrafların işlərini incələməlisiniz. Lakin ən əsası təsir altına düşmədən orijinallığınızı qorumalısınız. Mən ən çox Ernst Haas işlərindən ilhamlanmışam, lakin bununla belə həmişə fotoların onun tərzindən uzaq olmasına çalışmışam. İnsanlar bəzən çəkdiyim şəkillərdə mənim nə məna gördüyümlə maraqlanırlar, lakin mən bu kadrlara heç bir məna yükləmirəm. Sadəcə çəkilişə, fərqli rakurs axtarışına çıxıram və gördüyüm mənzərə, rəng mənə xoş gəlirsə, uyğun olan anda onu çəkirəm. Mənim üçün bu fotoların ən əsas mənası ilk qeyd etdiyim kimi məni rahatlatmasıdır: hər kəsin gördüyü, ancaq fikrində qura bilmədiyi o kadrları çəkmək məni hədsiz rahatladır. Bilirəm, bəzən fikri sözlə demək fotoda ifadə etməkdən daha asan olur. Ancaq siz yenə də bu tərz, və yaxud beyninizdə olan başqa gözəl seriyalar üçün cəhd edin. Kadrlar tam istədiyiniz kimi alınmaya da bilər, lakin ən azından düşünün ki, bayağılıqdan uzaqsınız və gözəl bir şey üçün cəhd edirsiniz.
63
“DİGƏR” bölməsi Müəllif: - Aygün Baxşiyeva
70
Nitsşenin “özə qayıdış” fəlsəfəsini təmsil edən heyvanları
Aygün Baxşiyeva
“Yaşadığın və yaşamaqda olduğun həyatını təzədən, sonsuz sayda yaşamalı olacaqsan. Həyatındakı hər kədər, hər sevinc, hər düşüncə, hər nəfəs və təsəvvür edilə bilməyəcək qədər kiçik və böyük olan hər şey sırayla bir-bir sənə qayıdacaq.” – F. Nitsşe
71
ilk dostları ilan və qartal oldu. Burada ilan və qartal, təbii ki, metafora şəklində istifadə edilmişdi. Qartal sadəcə güc və hürriyyətin deyil, həmçinin sərrast uçma və görmə bacarığıyla məsafə və məkanın sahibliyini, öz üzərindən qüsursuz çəmbər formasında qartala dolanan ilan isə zamanın sonsuzluğunu ifadə edir. Qartal və ilan birlikdə gücə doğru istək və Nitsşenin “özə qayıdış” fəlsəfəsini təmsil edir. Burada yarandığımız zaman və məkan çərçivəsindən asılı olmayaraq, ruhumuzun sonsuza qədər eyni bədənə qayıdaraq yaşanmışlar daxilində təcrübələr qazandığı göstərilir:
Nitsşe “Zərdüşt belə deyərdi” (1885) kitabında “özə qayıdış” fəlsəfəsini daha dərindən işləmiş və bunu üstinsan (übermensch) və altinsan (untermensch) fəlsəfəsiylə də əlaqənləndirmişdir. Həmçinin burada ətrafında görmək istədiyi, bilavasitə üstinsan modelini də heyvanlarla təmsil etmişdir. Zərdüşt uzun illər tək yaşadıqdan sonra sivilizasiyaya qarışanda belə
“Hər şey gedir, hər şey qayıdır; varlığın təkəri əbədi fırlanır. Hər şey ölür, hər şey yenidən çiçəklənir; varlığın illəri əbədi qaçır. Hər şey məhv olur, hər şey yenidən qaydasına düşür; varlığın həmin binası daim qurulur. Hamı yadlaşır, sonra yenə bir-birini alqışlayır; varlığın halqası daim özünə sadiq qalır. Hər an varlıq yenidən başlayır; hər “indi”nin dairəsində “orada” diyirlənir. Hər yan mərkəzdir. Əyri əbədiyyətin yoludur.”
Məşhur rumın-fransız filosof Emil M. Çioran “The trouble with being born” (1973) kitabında Nitsşenin “Özə qayıdış” fəlsəfəsini ekzistensial şəkildə yaşadığını bu cür qeyd etmişdir: “Nitsşe Turində iflic keçirdikdən sonra davamlı olaraq güzgüyə baxır, öz üzünü diqqətlə incələyir (hətta o, Basildə qatarla gedərkən belə xidmətçidən ilk istədiyi şey güzgü olmuşdu). Artıq Nitsşe kim olduğunu bilmirdi və özünü axtarırdı. Və bunu da ən yazıq və ən kobud formada etməkdən başqa bir çarəsi yox idi.” Nitsşenin ümumi həyat tərzinə nəzər yetirsək, heç də sağlam keçmədiyini müşahidə edərik. Hələ gəncliyindən başlayan mədə və miqren ağrıları onun istər pedaqoji, istərsə də ümumi həyat fəaliyyətinə (hətta kitab oxuma və kitab yazmasına da) ciddi maneələr törədirdi. O, 1867-ci ildə Prussiya-Fransa savaşlarında iştirak etmək üçün orduya qatılır və çox keçmədən atdan yıxılaraq sağlamlığına ilk zərbəsi vurulmuş olur. Bir müddət xəstəxanada müalicə olunub sağalsa da, “ordu üçün yararsızdır” arayışıyla evinə geri göndərilir. 1889-cu ildə Turində Karlo Alberto meydanında faytonçunun qoca bir atı qamçıladığını görən Nitsşe qaçaraq atı qucaqlayıb hıçqıra-hıçqıra ağlayır, daha sonra isə huşunu itirib yerə yıxılır. Ümumiyyətlə, bu hadisədən sonra Nitsşe iflic olur və əqli sağlamlığını da tamamilə itirərək 1900-cü ildə vəfat edir. Prussiyada qatıldığı savaşda atdan düşməsiylə sağlamlığına zərərin birinci addımını, Turindəki atı qucaqlayıb ağlamasıyla da sağlamlığına olan zərərin son addımını yaşamış oldu. Bəlkə də, Nitsşe istəməsə də, yazdıqları, fəlsəfəsi onun özünə qayıdırdı. Eynən həmin at kimi.
73
Yerlixana Rubrikanın qonağı: çağdaşçılar
Çağdaşçıları bir az yaxından tanıyaq “Çağdaşçılar” – konstruktiv təhlilə fokuslanaraq sərgi və sənətçi tənqidi edən platformadır. Sənət tənqidi ilə bağlı Azərbaycanda, o cümlədən qlobal KİV-lərdə sənət mədəniyyətinin və təhsilinin aşağı səviyyədə olmağından təsirə düşən yerli incəsənət icmaları ilə geniş müzakirə və araşdırmalar aparırıq. Azərbaycanda ilk sənət tənqidi platforması olaraq, Çağdaşçılar tənqid mədəniyyətinin formalaşmasına və sənət icmasının birləşməsinə çalışır. Sənətçilər, fotoqraflar, kinorejissorlar, tədqiqatçılar, yazarlar daxil olmaqla bunlarla məhdudlaşmayan yerli sənətçiləri bir araya gətirərək sənət tənqidi edərkən bir tərəfdən də sənətçiləri birləşdiririk. Eyni zamanda video formatda təqdim etdiyimiz kontentlər sayəsində yaradıcı müzakirələrin sərhədlərini tamamilə aşmağa çalışırıq. Çağdaşçılar günümüzdə - rəqəmsal dövrdə sənətçiləri konstruktiv tənqid ilə tanış edən platforma təqdim edərək incəsənətin necə təzahür olunduğunu göstərir”.
74
75
Bizə sözünüz varsa, muzajurnal@gmail.com
© Bütün hüquqlar qorunur