Görüş Nurəddinoğlu

Page 1

GÖRÜŞ NURƏDDİNOĞLU

GÖRÜŞ NURƏDDİNOĞLU






2


GÖRÜŞ NURƏDDİNOĞLU PLASTİKANIN

POETİK ÇALARLARI

BAKI - ELM - 2013


GÖRÜŞ NURƏDDİNOĞLU Plastikanın poetik çalarları Bakı, “Elm”, 2013, 144 s.

Görüş Nurəddinoğlunun əsl rəssam ömrü yaşadığını vurğulamalıyıq. Bütünlükdə yaratdıqları ilə özünün sovet dönəmində belə yaradıcı müstəqilliyini sərgiləyən heykəltəraş heç bir ideoloji çətirin altına girmədiyindən, əsərlərinin artıq duyulası zaman distansiyasından onun sənətdə saldığı izə heç vaxt ziyan verməyəcək tutumda olduğunu nümayiş etdirməkdədir. Onun sovet dönəmində “sığallı” portretlərə arxa çevirdiyinin nümayişi olan qroteskvari “Sikeyros”u da, ölkə müstəqilliyin başlanğıcında yaradılan və ətrafına gülməklə özünü ifadə edən “Təlxəklər”i, eləcə də yeni əsrdə hamımızı duyğulandırmağa qadir olan “Nizami”si və “Dədə Qorqud”u da onun sənətkar özünəməxsusluğunu sərgiləməkdədir. Görüş Nurəddinoğlunun ideoloji buxova təslimçilikdən uzaq olmasından qaynaqlanan yapma impro-vizələri ilə bədii poetikliyin qovşağı ilə ifadə olunan özünəməxsusluğunu bir vaxtlar başqaları da, sonradan elə özümüzünkülər də etiraf etməklə yüksək mükafatlarla dəyərləndirmişlər.

Layihənin rəhbəri: Tahir Məmmədov, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Foto: Tahir Məmmədov, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Mətn: Ziyadxan Əliyev, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dizayn: Rasim Sadıxzadə

I SBN 978-9952-453-28-7 655(07)-2013

© Görüş Babayev


M Ü N D Ə R İ C A T

6 PLASTİKANIN POETİK ÇALARLARI. PROLOQ 13 ABİDƏLƏR 27 DƏZGAH HEYKƏLTƏRAŞLIĞI 22 RƏNGKARLIQ VƏ QRAFİKA 27 EPİLOQ

5


P L A S T İ K A N I N

P O E T İ K

Ç A L A R L A R I

P R O L O Q

espublikanın tanınmış simalarından biri, yazıçı-jurnalist, yazdığı “Oğluma məktublar” və “Qızlar, sözüm sizədir” kitabları ilə keçən əsrin 70-80-cı illərində Azərbaycan cəmiyyətinin diqqətini cəlb etmiş, ətrafında baş verənlərə diqqətlə baxmağa məcbur edən Nurəddin Babayevin evində qızğın mübahisə gedirdi. Onun əsas mövzusu Nurəddin müəllimin orta məktəbi bitirməkdə olan oğlu Görüşün gələcək peşə taleyinin həlli idi. Ailənin bütün üzvləri sözün əsl mənasında ciddi və çox çətin seçim qarşısında idi. Uşaqlıqdan rəngləri-rəngə calamaqdan usanmayan Görüşün rəssamlıq məktəbində təhsilini davam etdirməsi bu variantlardan biri idi. Bunu həm də Nurəddin müəllimin yaxın dostu, haqlı olaraq ölkənin məşhur heykəltəraşlarından biri hesab olunan Cəlal Qaryağdı arzulayırdı. Şəhərdəki 12 saylı musiqi məktəbinin fortepiano sinfini bitirən balaca Görüş həm də yaxşı musiqiçi ola bilərdi. Buna isə ailənin başqa bir yaxın dostu, məşhur bəstəkar Fikrət Əmirov əmin idi. Beləcə,

6


Həsən Babazadə (ayaq üstə) 4 yaşlı oğlu Nurəddin və qardaşları ilə (oturanlar). Gəncə. 1924 il. Məşədi Ələskər Hüseynzadə övladları Gəmər, İmamverdi və Ziba ilə. Bakı. 1912. Cavadağa və Ziba xanim Quliyevlar. Bakı. 1926.

hələ bu peşələrin hansının onun sənət ulduzunu yandıra biləcəyinə tam əmin olmayan Görüşün taleyini böyüklər həll etməkdə idilər. Nurəddin müəllimin ömür-gün yoldaşı Azərtac xanım (yeri gəlmişkən qeyd edək ki, zamanı üçün çox qəribə səslənən bu adı ona atasının yaxın dostu böyük Cəfər Cabbarlı vermişdi) və Görüş sakitcə bu mükaliməyə tamaşa etməkdə idilər... 1959-cu ilin payızında Görüşün Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltəraşlıq şöbəsində təhsil almağa başlaması bu ailədaxili mükalimənin hansı nəticə verdiyinindən xəbər verirdi. Beləcə, buradakı bir-neçə illik təhsil illərində (1959-1964) o, əvvəlcə klassik heykəltəraşlıq ənənələrinin davamçısı kimi tanınan Pyotr Sabsaydan, sonra isə, milli heykəltəraşlığımızın bənzərsiz realist-gerçəkçi sənətkarı kimi tanınan Cəlal Qaryağdıdan plastika sənətinin

7


Görüşün anası Azəhtac xanim.

Görüşün atası Nurəddin Babayev

sirlərini öyrəndi. Görüş Nurəddinoğlu bu gün də yaradıcılığının özünəməxsusluğunu təmin edən yığcam və ifadəli kompozisiya tapıntılarına zamanında Cəlal müəllimdən aldığı dərslərin güclü təsiri olduğunu etiraf edir. Bakıda aldığı ixtisas təhsilindən sonra Görüş də bir çox həmyaşıdları kimi Leninqrada (indiki SanktPeterbur) üz tutdu və uğurla imtahan verib V.Muxina adına Ali bədii-sənaye məktəbinin (keçmiş Baron Ştiqlits adına Rəssamlıq Akademiyası) “Monumental heykəltəraşlıq” fakültəsinə daxil oldu. Qeyd edək ki, bu məktəb elə sovet dönəmində də özünəməxsus tədris ənənələri ilə başqalarından fərqləndirdi. Əgər Sankt-Peterburqun və Moskvanın nüfuzlu akademik ali təhsil ocaqlarında sovet ideoloqları başlıca olaraq klassik sənət ənənələrinin gənc yaradıcılara aşılanmasına, onların “sosialist realizmi” bədii prinsipinə əsaslanmasına nail olmağa çalışırdılarsa, “Muxinka”da (bütün zamanlarda G.Nurəddinoğlunun təhsil aldığı məktəbi qısaca olaraq belə adlandırırdılar) və onun kimi SSRİ məkanında mövcud olan bir-iki məktəbdə gənc yaradıcıları “şəkil çəkmək”dən uzaq olan, dünyaya yaradıcı-rəssam gözü ilə Görüş 5 yaşında.

8


baxmağa, azad fikirliliyə hazırlayırdılar. Onun Sankt-Peterburqda İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnsitutunda (keçmiş Rusiya Rəssamlıq Akademiyası) dərs deməsinə baxmayaraq sovet rəssamlığına yeni nəfəs gətirən Y.Y.Moiseyenkonun həyat yoldaşı professor Valentina Lavrentyevna Rıbalkodan dərs almasının (1964-1969) sonralar Azərbaycan heykəltəraşlıq məkanında o vaxta qədər mövcud olmayan plastikanın improvizələrlə müşayiət olunan lirik-poetik tutumuna nail olmasında duyulası rolu olmuşdur desək, yanılmarıq. Beləcə, gənc heykəltəraşın orta və ali ixtisas təhsili illəri arxada qalır. Vətənə dönən Görüş ata yurdu Gəncəyə üz tutur və dörd il buradakı Məktəbəqədər Pedaqoji Məktəbdə müəllim işləyir. Həmin müddətdə SSRİ Rəssamlıq Akademiyasının Bakıda fəaliyyət göstərən aspiranturasında təhsil alır. Misdən hazırladığı üçfiqurlu “Aşıqlar” kompozisiyası da onun daşıdığı professional vərdişləri daha da kamilləşdirdiyini göstərən nümunə olur.

Nurəddin Babayevin ailəsi: Şahin, Fəhriyyə, Jalə, Məlahət, Azər (arxada), Sevil, Əfsanə, Nurəddin müəllim, Azərtac xanım, Vəfa, balaca Nurəddın və Kamalə.

9


Soldan sağa: Nurəddinn Babaev, Bəxtiyar Vahabzadə, Mir Calal Paşayev, Cəfər Xəndan və Hafiz Paşayev. Qorxmaz Əfəndiyev — sənət dostum.

Onun hazırladığı və bu günə kimi də az qala Görüş Nurəddinoğlunun tanınma nişanına çevrilən məşhur “Sikeyros” əsərinin 1976-cı ildə Ümumittifaq sərgisində sənət xiridarlarını ovsunlaması da gənc heykəltəraşın arxada qalan kamilləşmə dövrünü uğurla başa vurmasının daha bir ifadəsi oldu. Elə həmin sərgidən sonra gənc tişə ustasının Ümumittifaq Gənclər Mükafatına layiq görülməsi isə onun özünü artıq qabarıq göstərməyə başlayan istedadına verilən rəsmi dəyərləndirmənin göstəricisi idi. SSRİ Rəssamlar İttifaqının bu portreti “İlin portreti” elan etməsi (1976) isə portret janrının bədii imkanlarının genişliyini özündə əks etdirən bu əsərə professional münasibətin ifadəsi sayıla bilər. Yeri gəlmişkən qeyd edək ki, bu onun sənət uğurlarına verilən yeganə qiymət olmadı. 1993-cü ildə onun tuncdan hazırladığı “Təlxəklər” silsiləsinin Bakılı Beynəlxalq Cəmiyyəti tərəfindən təsis olunan “Humay” mükfatını alması da həmyerlilərinin onun yaradıcılığına verdikləri yüksək qiymətin əyani təsdiqi oldu. Elə həmin il onun Bakıda

10


anadan olmasının 50 illiyi münasibətilə təşkil olunan fərdi sərgisi də ona mükafatın təsadüfən verilmədiyini göstərdi. 1996-cı ildə “Musiqiçi” (Xalq artisti Habil Əliyevin portreti) əsərinin Moskvada keçirilən “Heykəl və çiçəklər” adlı Beynəlxalq heykəltəraşlıq sərgisində II mükafata layiq görülməsi də tişə ustasının yüksək sənətkarlığının təsdiqi sayılmalıdır. Vətənə döndüyü gündən həm də müstəqil yaradıcılıq planlarını gerçəkləşdirməkdə olan Görüş Nurəddinoğlu burada əldə etdiyi professional vərdişləri gənc tişə ustalarına öyrətməyə başladı. Onun bu sahədə fəaliyyətinin başlanğıcı Gəncə ilə bağlı olsa da, sonradan o, bu işi Bakıda (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) və qardaş Türkiyənin Ərzurum və Sivas şəhərlərinin universitetərində davam etdirdi. Elə həmin illərdə onun heykəltəraşlıq sənətinin təşəkkülünə verdiyi töhfələrə görə 2002-ci ildə ölkə prezidenti H.Əliyevin sərəncamı ilə “Azəbaycan Respublikasının əməkdar rəssamı” fəxri adına layiq görüldü. 2010-cu ildən Vətənə dönən heykəltətaraş hazırda müstəqil yaradıcılıqla məşğuldur...

11


12


A B İ D Ə L Ə R

Hafiz Paşayev və Görüş Nurəddinoğlu Dədə Qorqud abidəsinin layihəsi önündə. 2012-ci il.

örüş Nurəddinoğlunun özünü-təsdiqə yönəli axtarışlarının əyani göstəricisi onun artıq ucaldılmış heykəlləridir desək, həqiqəti ifadə etmiş olarıq. Bu mənada hər bir heykəltəraşı ictimaiyyətə tanıdan yaradıcılıq nümunəsinin şəhərin küçə və meydanlarını bəzəyən abidələrin olması da danılmazdır. 1981-ci ildə Gəncə şəhərində ucaldılmış Mirzə Şəfi Vazehin abidəsi bu yöndə onun üçün

13


14


bütün mənalarda ilk sınaq oldu. Onun monumentalçı heykəltəraş kimi özünü təsdiqləməsi üçün bəxtinə yazılan şəraitin bilavasitə Gəncə ilə bağlı olması onun üzərinə əlavə məsuliyyət yükü də qoymuşdu. Odur ki, o, bu işə haradasa taleyüklü məsələ kimi yanaşdı. Şəhərin parklarından birində ucaldılmış bu tunc abidəyə tamaşa edərkən inanırsan ki, ədəbiyyatla nəfəs alınan bir ailədə dünyaya göz açan Görüş Nurəddinoğlu taleyinə təzadlı yaşantılar yazılan və zamanında Avropanın ədəbi mühitini lərzəyə gətirən məşhur “Mirzə Şəfinin nəğmələri” kitabının müəllifinin ömür yoluna dərindən nüfuz etmiş və onun çox duyğulandırıcı obrazını yarada bilmişdir. Qənaətimizcə zamanın şairə “bəxş etdiyi” acıların qarşılığında heykəltəraşın onu oturmuş - düşüncəli vəziyyətdə təqdimatı ən məntiqli seçimdir. Dörd metrlik tunc abidədə Mirzə Şəfinin ilhama tapındığı elə əllərinin hərəkətindən duyulsa da, o, bir qədər də özünə qapılmış durumdadır. Bununla belə yaşadığı gərginliyin iç dünyasında görünməzliyinə nail olan şairin nurlu çöhrəsində, qətiyyət dolu baxışlarında və inamlı oturuşunda insan ruhunun gücü və yenilməzliyi duyulur. Abidənin iri və aydın formalarla gerçəkləşmiş axıcı plastikası onun uzaq və yaxın məsafədən uğurlu baxılmasını şərtləndirmişdir desək, yanılmarıq... İncəsənətin ölkədə mövcud olan hakim ideologiya ilə sıx bağlılığı dövründə Görüş Nurəddinoğluya Cəlilabada ucaldılacaq V.İ.Leninin abidəsini (1986) hazırlamaq həvalə olunur. Bu gün artıq ideoloji tələblərə cavab verməməsi üzündən tarixin arxivinə gömülmüş bu heykəlin həmin obraza müraciət edən sənətkarlara yaradıcı müstəqilliyini nümayiş etdirməyə imkan verməməsi üzündən demək olar ki, bu əsər də Çörüş Nurəddinoğlunun yaradıcılığında elə bir iz qoymamışdır... Görüş Nurəddinoğlunun fəza -məkanla bağlı növbəti ünvanı Türkiyənin Ərzurum şəhəri oldu. 1999-cu ildə pedaqoji fəaliyyət üçün Ərzurum Universitetinə dəvət alan heykəltəraş cəmi bir il sonra burada öz yaradıcı imkanlarını hamıya nümayiş etdirməli oldu. Belə ki. şəhər rəhbərliyi ona Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 1919-cu ildə Ərzuruma gəlişinin 81 illiyini əbədiləşdirəcək abidənin hazırlanmasını həvalə etdi. İri ölçülü (2,5x5,5 m) kompozisiyada Atatürkün və onun silahdaşlarının yaddaqalan obrazını cəlbedici tutum← Dədə Qorqudun abidəsi. (Fraqment)2013. Tunc, H – 450 sm. (Bakı).

15


da əbədiləşdirən Görüş Nurəddinoğlu bu ictimai mahiyyətli və məsuliyyətli işin öhdəsindən layiqincə gəldiyini təsdiqləmiş oldu. Kompozisiyanın plastik həllində relyef formasında istifadə edən müəllif obrazların məkanla inandırıcı vəhdətini əldə etməklə bütünlükdə abidənin təsirliliyinə nail olmuşdur... Türkiyədə çalışmasına baxmayaraq Görüş Nurəddinoğluya 1998-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin Sankt-Peterburqda ucaldılacaq abidəsinin hazırlanmasının həvalə olunması heç şübhəsiz ilk növbədə onun müasir ruhlu yaradıcılıq imkanlarına etimadın ifadəsi idi. Doğrudan da heykəltəraşın müstəqil yaradıcılıq işi olan “D.Sikeyros”la müqayisədə “M.Ş.Vazeh”də nümayiş etdirdiyi bir qədər “ənənəvi klassikliyi” qismən yerli ictimai–bədii təfəkkürə hesablanmış olsa da, onun çiyninə Azərbaycan incəsənətini zəngin şəhər heykəltəraşlığı ənənələri olan Sankt-Peterburqda təmsil etmək məsuliyyətinin qoyulması heç

16

şübhəsiz onun yaradıcılığında o vaxta qədər baş verən kəskin dəst-xətt dəyişikliyinin üzağardan olacağına inamın nəticəsiydi. Məlumat üçün bildirək ki, Nizami Gəncəvinin abidəsinin Sankt - Peterburq şəhərində ucaldılması barədə prezident sərəncamı 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri H.Əliyev tərəfindən imzalanmışdı. O, Rusiya - Azərbaycan xalqlarının dostluq əlaqələrinin yeni mərhələsinə dərin iz qoya biləcək bu abidənin 2002-ci ildə baş tutan təntənəli açılışında Rusiya Federasiyasının prezidenti V.Putinlə birlikdə iştirak etmişdi. Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının ucaltdığı bu abidə Sankt-Peterburq şəhərinə hədiyyə olunmuşdu. Abidənin yerləşəcəyi şəhərin mərkəzi guşələrindən biri olan — Kamennostrovski prospektindəki bağ Azərbaycanda memarlıqbərpa işləri ilə yadda qalan yerli memar Feliks Romanovski tərəfindən dünya poeziyasının ulduzlarından sayılan Nizaminin özünün və vətəninin ruhuna uyğun yeniləşdirilmişdi. Elə tunc abidənin kürsüsünü əhatələyən memarlıq formasının səkkizguşəli ulduz formasında həlli, bura bağın əvvəlki simasına şərq rahiyəsi bəxş edən milli ornamentli oturacaqların, fənərlərin və çıraqların əlavə olunması da bunun təsdiqidir. Bütün bu elementlərin həm də bütünlükdə abidənin ətraf mühitlə bədii sintezini şərtləndirdiyini vurğulamaqla, onun həm də bir qədər də elə bu məşhur şimal şəhərinin “soyuq və sərt” ruhuna müvafiq olan və asketik görünən bağın yeni ovqata bələnməsinə səbəb olduğunu söyləmək lazımdır. Bütünlükdə isə sənətlərin sintezinə verilən müasir tələblərdən yaxşı xəbərdar olan müəllifin “Nizami Gəncəvi”sini heykəlin məkanı fəthetmə imkanlarının reallaşmasına əyani və uğurlu nümunə saymaq olar... Yeniləşmiş bağın dominantı olan tunc abidənin ümumi hündürlüyü yeddi metrə çatır, Şairin obrazı bu hündürlüyün əsas tutumunu (6m) təşkil edir. Öz məşhur “Xəmsə”si ilə adını dünya poeziyasının dahi nümayəndələrinin sırasına yazmaqla, həm də doğulduğu Gəncə şəhərinin, bütünlükdə isə doğma Azərbaycanın adının qürurdoğuruculuğunu şərtləndirən Nizami Görüş Nurəddinoğlunun əsərində şair-filosof tutumundadır. Sözləri qeyri-adi sənətkarlıqla süsləməklə dünya mədəniyyətini özünün beş poetik incisi ilə zənginləşdirən gəncəli şairin oturmuş vəziyyətdə tunclaşan obrazı da “Xəmsə” də toplanan bəşəri dəyərlərin


daşıyıcısı anlamındadır. Nizaminin tağlı formanın önündə başı buludlara “söykənən” fiqurunun bu ucalığı da rəmzi məna daşımaqla, dünya poeziya zirvəsini fəth etmiş şair dühasının əlçatmazlığına bədii işarədir. Şair fiqurunu əhatələyən tutumun nisbətən romantik-ekspressiv təqdimatı qarşlığında obrazın aydınlığı duyulan plastikasının cəlbediciliyi kifayət qədər görünəndir. Nəzərləri XII əsrin onu əhatələyən təzadlı “qaranlıqlarından” müasir tamaşaçıya zillənmiş şairin nurlu çöhrəsi, ifadəli baxışları işıqlı gələcəyə inamla doludur desək, yanılmarıq. Qənaətimizcə, tamaşaçının abidədən ala biləcəyi bu təəssüratı əldə etmək də elə müəllifin başlıca istəyi olub... Görüş Nurəddinoğlunun Ərzurum şəhərinə gəlişinin üçüncü ilində (2002) pedaqoji fəaliyyətlə məşğul olduğu Atatürk Universitetinin həyətində onun yaratdığı “Arfa çalan qız” (3 m) abidəsi ucaldılıb. “İlıq” çalarlı sintetik materialdan hazırlanmış heykəlin bir qədər yumşaq fakturalı səthi və arfa çalan qızın ifa etdiyi musiqinin ahənginə bələnmiş cəlbedici silueti əsərin ətrafında lirik - romantik auranın yaranmasını şərtləndirmişdir desək, həqiqəti söyləmiş olarıq. Əlavə edək ki, heykəltəraş bu əsərində də tamaşaçını ovsunlaya biləcək ovqat yaradıcısı olduğunu sərgiləməyə nail olmuşdur... 2006-cı ildə Ərzurumda keçirilən daş üzrə Beynəlxalq simpoziumda iştirtak edən heykəltəraş onun yaradıcılığında geniş yer alan təlxəklər mövzusunda çox maraqlı bir əsər yaratmağa nail oldu. Əvvəlki işlərində ətrafını güldürməyi özlərini peşə seçmiş insanları daha çox tuncda gerçəkləşdirən heykəltəraş materialın əvəzlənməsi ilə çox fərqli estetik tutum əldə etməyə nail olmuşdur. Belə ki, daşın işıqlı çalarlarında hündürlüyü üç metrə çatan təlxək daha nikbin və həyatsevərdir... Etiraf edək ki, Görüş Nurəddinoğlunun 2013-cü ildə yaratdığı “Dədə Qorqud” abidəsinin məsuliyyəti heç də Sankt-Peterburq “Nizami”sindən az olmamışdır. Bunu şərtləndirən başlıca səbəblərdən biri adı Azərbaycanda hər kəsin dilinin əzbəri olan Dədə Qorqudun bu vaxta qədər heykəl obrazının yaradılmaması idi. Buna baxmayaraq cəmiyyətin hər üzvünün yaddaşında artıq oxuduqlarının, eşitdiklərinin və gördüklərinin nəticəsində Dədə Qorqudun obrazı yaranıb. Ona görə də Görüş Nurəddinoğlunun qarşısında hamını qane edəcək bir obrazın yaradılması kimi çox çətin vəzifə dururdu. Özünün etirafına görə, bu işdə

Azərbaycan Diplomatik Akademiyası tərəfindən Dədə Qorğud parkına, o cümlədən qurulacaq abidəyə aid konseptual layihə heykəltaraş üçün əvəzsiz istiqamətləndirici rol oynamışdır. Həmin konsepsiyanın ideyalarını tam mənada həyata keçirmək mümkün olmasa da, artıq tunclaşmış abidənin ən azı Azərbaycan məkanı üçün çox yeni olan ümumi görkəmi və onun səthində gerçəkləşən relyef xarakterli təsvirlər bütünlükdə real olduğu qədər mifik qəbul olunan Dədə Qorqud və onun özümlü dünyası haqqında hamının görmək istədiyi plastik görüntüdür desək, yanılmarıq. Bakının ən izdihamlı guşələrindən birində — yeni yaradılmış Dədə Qorqud parkında ucaldılan və bu istirahət guşəsinin əsas bəzəyinə çevrilən heykəl sözün əsl mənasında yetmiş yaşına yetişən tişə ustasının anbaan, günbəgün kamilləşən və sonda sənətkar “mən”inin göstəricisinə çevrilən dəst-xəttinin necəliyini nümayiş etdirir. Öncə deyək ki. abidənin qeyri-adi biçimli kompozisiyası onun elə duyulası məsafədən ümumi siluetinin ifadəliliyini şərtləndirmişdir. Ümumi görünüşü azman ağac formasında həll olunmuş abidə həm də aşılmış kitab biçimindədir. Düşünürük ki, abidənin elə uzaqdan doğma tor-

17


18


paqdan şirələnən azman ağac və qəhrəmanlıq tariximizi özündə yaşadan kitab kimi qəbulu onun həsr olunduğu müdriklər müdriki Dədə Qorqudun varlığına müvafiqdir. Hündürlüyü dörd metr yarıma çatan tunc kitab - ağac biçimli abidənin girintili-çıxıntılı səthi “Kitabi - Dədə Qorqud” boylarından bizə tanış olan obraz və qəhrəmanlıqların təsviri ilə örtülmüşdür. Tunc materialının texniki ifadə gücünə yaxşı bələd olan heykəltəraş onun təsvirlərlə əlaqədar sahələrini daha qabarıq - görünən, özü də rəng effektinin cəlbediciliyinə müraciət etmədən nail olmuşdur. Bunun qarşılığında ağacın qalan hissələrinə kimyəvi yolla bir qədər yaşıl çaların verilməsi bütünlükdə kompozisiyanın cəlbediciliyinə və effektliyinə səbəb olmuşdur. Bu yerdə əlavə edək ki, heykəltəraşın həm “Dədə Qorqud”unda, həm də digər bir çox kompozisiyalarında əldə etdiyi ovqatyaradıcı “rəngarəngliyin” mayasında onun bütün yaradıcılığı boyu həm də rəngkarlıq və qrafika ilə məşğul olması durur... Abidənin bir qədər də “titrəyişli” plastikaya malik olması, ümumi səthin girintili - çıxıntılı tutumu bütünlükdə tunc abidənin ümumi siluetinə duyğulandırıcı lirik-poetik axıcılıq bəxş etmişdir. Düşünürük ki, Görüş Nurəddinoğlu özünün bu növbəti yaradıcılıq nümunəsində heykəlin dairəviliyinin hansı bədii-estetik ifadə tutumuna malik olmasını əyani olaraq sərgiləyə bilmişdir. Bu mübaliğə yox, bilavasitə görünənlərdən çıxarılan nəticədir. Doğrudan da abidənin bir üzü ona doğru uzanan yola istiqamətlənsə də, onu yekun olaraq heykəlin əsas məna-məzmun daşıyıcısı saymaq birtərəfli dəyərləndirmə olardı. Dediklərimizi “Dədə Qorqud”un abidəsinin ətrafına dolaşdıqca tamaşaçıya açılan yeni rakursaların fərqli məna - məzmun bəxş etməsi də təsdiqləyir... Görüş Nurəddinoğlunun fəza-məkanla bağlı abidələrinin şərhinə yekun olaraq demək olar ki, o, miqyaslı heykəlləri düşüncə ilə cəmiyyət arasında körpüyə bənzədir və ictimailəşən belə plastika nümunələrinin məsuliyyətinin ölçüyəgəlməz olduğunu dərk edir. Bunu onun bu istiqamətdəki fəaliyyəti — Bakı, Gəncə, Sankt-Peterburq, Ərzurum ünvanlı əsərləri də təsdiqləyir. Bu şəhərlərdəki abidələrin yerli ictimaiyyət tərəfindən rəğbətlə qarşılanması qarşılığında onların hələ bundan sonrakı nəsilləri də duyğulandırıcılığını söyləmək olar... Təlxək. 2006. (Ərzurum, Türkiyyə). Travertin, 300x140x150 sm.

19


20


Arfa çalan qız. 2002. Polyester. 230x50x20 sm. (Ərzurum, Türkiyyə). ← Nizami Gəncəvinin abidəsi. 2002. Tünc. (Sumqayıt).

21


20 Yanvar şəhidlərinə abidə. 2002. Tunc. (Sumqayıt).

22


23


Nizami Gəncəvinin abidəsi. 2002. Tunc,H – 5,7m. (Sankt-Peterburq).

24


Nizami Gəncəvinin abidəsi. 2002. Tunc, hündürlüyü – 570 sm. (Sankt-Peterburq, Rusiya).

25


Musiqiçi (Xalq artisti Habil Əliyevin portreti). 2002. Tünc. H-50 sm.

26


D Ə Z G A H

H E Y K Ə L T Ə R A Ş L I Ğ I

27


əzgah heykəltəraşlığı başqa həmkarları kimi Görüş Nurəddinoğlunun da yaradıcılığında aparıcı yer tutur. Doğrudan da heykəltəraş emalatxanalarında kifayət qədər belə plastika nümunələrinə rast gəlmək mümkündür. Onları hər bir yaradıcının hiss-duyğularının “isti-isti” ifadəsinin nəticəsi hesab edənlər heç də yanılmırlar. Belə “yığcam” fikirləri sonradan onların həcmini genişləndirməklə ictimailəşdirmək heç də bütün heykəltəraşlara nəsib olmur. Odur ki, çox vaxt heykəltəraş emalatxanalarında və sərgi salonlarında rast gəldiyimiz belə əsərlərin dar şərçivədə qalmasından üzülürük də... Əgər Görüş Nurəddinoğlunun yarıməsrlik yaradıcılığı boyu yaratdığı çoxsaylı əsərlərin cəmi birneçəsinin emalatxana hüdudlarını tərk edib şəhərə “çıxdığını” nəzərə alsaq, deməliyik ki, onun da kiçik formalarda gerçəkləşən arzusulari hələ ki, iç dünyasında qalmaqda, küçə və meydanlara çıxmaq zamanını gözləməkdədir. Onlar haqqında söz açmazdan əvvəl demək istəyirik ki, Azərbaycan məkanında ümumiyyətlə park heykəltəraşlığının xoşagəlməz durumda olması qarşılığında Görüş Nurəddinoğlunun da, elə onun digər həmkarlarının dəzgah heykəltəraşlığı nümunələrinin böyüdülərək paytaxtın və bölgələrin yeniləşən memarlığında yer tutmalarına tam haqları çatır... Görüş Nurəddinoğlunun müxtəlif materiallarda gerçəkləşən irili-xırdalı kiçik heykəltəraşlıq nümunələrini onun yetmiş illık ömrünün ayrıayrı məqamlarını özündə yaşadan “əhval-ovqat toplusu” adlandırmaq daha düzgün olardı. Elə bu əsərlərin adları da yaşanan həmin anlarla səsləşəndir. Bəzən bu adlarda ovqat əlaməti olmasa belə, əsərin ümumi plastik tutumunda bunu hiss etmək mümkündür...

28

Bütün bu bədii-psixoloji məziyyətlərin, insanın könül iztirablarının ən yaxşı daşıyıcısı portretlərdir desək, yanılmarıq. Görüş Nurəddinoğlunun ilk müstəqil yaradcılıq nümunələri sırasında “Şair” (1976) büstünün olduğunu dilə gətirməklə, heykəltəraşlıq məkanına həyata özünəməxsus baxışları olan bir yaradıcının gəldiyini təsdiqləyən əsərinin də bilavasitə portret janrı ilə bağlı olduğunu vurğulamalıyıq. Yuxarıda da qeyd etdiyimiz kimi bu onun uzun müddət tanınma nişanına dönən “Sikeyros” portreti idi. Tələbələrinə mütərəqqi dünya incəsənətinin ən yaxşı nümunələrindən faydalanmağı tövsiyə edən “Muxinka” müəllimlərinin belə özünəməxsus sənət daşıyıcılarından birinin məşhur meksika rəssamı David Sikeyros olduğunu söyləmələrini azərbaycanlı heykəltəraş unutmamışdı. Məşhur monumentalçı rəssamın 1973-cü ildə Bakıya gəlişi və Azərbaycan rəssamları ilə təması bəlkə də gənc heykəltəraşı onun obrazına müraciət etmək prosesini bir az da qısaltmağa sövq etmişdi. Beləliklə, 1976-cı ildə Görüş bu portreti ərsəyə gətirir. Etiraf edək ki, bu portretin bədii həlli o dövrün sovet heykəltəraşlığının bədii ənənələri çərçivəsinə sığışmayan bir tutumda idi. Belə ki, gənc heykəltəraş obrazlı desək, meksikalı rəssamı onun monumental tutumlu divar rəsmləri ilə səsləşən qabarıq, bəlkə də lap “böyüdülmüş” biçimdə təqdim etmişdi. Bir az da konkretləşdirsək, onu D.Sikeyrosun bir qədər kinematoqrafik görümlə səsləşən “Avtoportret”inə heykəltəraşlıq nəzirəsi də demək olardı. Bu yerdə etiraf edək ki, portretin ilkin variantı gipsdən hazırlansa da, onun emosional təsir gücü heç də sonradan hazırlanmış tunc variantından geri qalmırdı. Bunu heç şübhəsiz meksikalı rəssamın saç-

David Sekeyros. 1980. Gips, 90x60x50 sm.→


29


larının və gözlərinin qara rəngə boyanması şərtləndirmişdi. Kifayət qədər böyük ölçülərə malik olan (78x50x60 sm) portretin boğaz hissəsindən qəfil “kəsilişi” tamaşaçı diqqətini təsvirə gətirilənlə birbaşa ünsiyyətin əldə olunmasına hesablanmışdı. Sikeyrosun geniş açılmış gözləri və qismən aralanan dodaqlarının plastikasında da soyuq materialın ifadə edə biləcəyi təmasın işartıları mövcuddu... Əlavə edək ki, sonradan əsərin gənc rəssamların Moskvada təşkil olunan Ümumittifaq sərgisində nümayiş etdirilməsi ilə əlaqədar tunc variantı yarandı. Portret elə bu sərgidə sənət xiridarlarını sözün əsl mənasında ovsunladı və azərbaycanlı heykəltəraşın əsəri o vaxtlar gənclər üçün təsis olunmuş ən yüksək SSRİ mükafatına layiq görüldü. Görüş Nurəddinoğlunun qəhrəmanları arasında hər iki cinsin nümayəndələrinə rast gəlinsə də, onların tamaşaçıya aşıladığı duyğular kifayət qədər fərqlidirlər. Qadınlar heykəltəraş üçün onun “könül dəftər”ni yavaş-yavaş vərəqləyən, halına yanan və müəllifə həmdəm olduğunu sərgiləyən obrazlar - fikir daşıyıcılarıdır. Onun müxtəlif materiallardan tökülmüş “İlk bahar”(1976),“Su pərisi-1” (1989),“Oturan qadın-1” və “Oturan qadın-2” (hər ikisi 1998), “Su pərisi-2” (1998) və s. kompozisiyalarında heykəltəraş plastikanın ifadə imkanları çərçivəsində qadının duyğulandırıcı keyfiyyətlərinə cəlbedici və yaddaqalan görkəm verməyə çalışmışdır. Bu məziyyətlərin

gerçəkləşməsində heç şübhəsiz önəmli yeri tişə ustasının qadın əzalarının cəlbedici plastikasını və gözəlliyini əldə etmək istəyi tutur. Onun anlamında insan bədəni güclü sarsıntılarla yanaşı, həm də incə və əlçatmaz hisslərin ifadəçisidir. Odur ki, o, bu keyfiyyətlərin əldə olunmasında ən müxtəlif bədii vasitələrin tətbiqinə çalışmışdır. Adlarını çəkdiyimiz əsərlərdə isə müəllif plastikanın duyğulandırıcılığına heç şübhəsiz onun dəst-xəttinin tanınmasını şərtləndirən axıcı-dinamik forma-biçim keçidləri ilə nail olmuşdur. Bu geniş ümumiləşdirmələrlə müşayiət olunan keçidin ümumi plastikanın oynaqlığına səbəb olmasındandır ki, Görüş Nurəddinoğlunun heykəltəraşlıq “nyu”ları çılpaq bədənin özünəməxsus tərənnümü nümunəsi kimi qəbul olunur. Qeyd edək ki, tişə ustasının əli və təxəyyülü ilə heykəlləşən həm adi, həm də şişman qadın obrazlarında qeyri-adi bir səmimilik, bədii şərhi səciyyələndirən estetikanın kamilliyi duyulur. Şişman çılpaq qadınların (“Oturan qadın-1”, “Oturan qadın-2”) bir qədər də etüdsayağı plastik həllinin Mayolsayağı “sakit”likdən uzaq olması da məqsədli olub, daha çox obrazların yaşantılarının ifadəsi kimi düşünülmüşdür. Ölçülərinin kiçikliyinə baxmayaraq (18x14x10 sm və 17x12x11 sm) onlar düşünülmüş ölçü hissi sayəsində duyulası dərəcədə monumental qəbul olunan bu iki tunc “nyu”da şişmanlıq daşıyıcıları olan əzalar həm də daxili hisslərin ifadəçisidir,.. Heykəltəraşın ərsəyə gətirdiyi kişi obrazları müxtəlif ovqat daşıyıcılarıdır desək, həqiqəti ifadə etmiş olarıq. Onun hələ ilk yaradıcılıq işlərindən biri olan “Şair”ində (1976) obrazın daxili əhəmiyyətini zahiri cizgilərlə vurğulamaq istəyi kifayət qədər qabarıqdır. Təzadlı duyğularına bələnmiş gəncin çatılmış qaşları, iç dünyasına yönəlmiş gözləri həmin anın gərginliyindən xəbər verir. Obrazın üz cizgilərini gerçəkləşdirən plastikanın səthini səciyyələndirən incə “titrəyişlı” yapma üsulu da şairin bələndiyi yaradıcı hala müvafiqdir... “Musiqiçi” (Xalq artisti Habil Əliyevin portreti) xronoloji baxımdan “Şair”indən sonra 1978-ci ildə yaradılmışdır. Ölçü etibarilə çox da böyük olmayan (75x40x50 sm) bu tunc kompozisiyada da Görüş Nurəddinoğlu yenicə forma-

Təlxək. 1998. Tunc,ölçüsü 30x30x35 sm.

30


31


laşmağa başlayan ampluasına sadiqdir. Başqa sözlə desək, “Sikeyros”da portret janrına yönəli nümayiş etdirdiyi novatorluq cəhdinin uğurlu nəticəsi o vaxt hələ gənc olan heykəltaraşı daha fərqli bədii həll formaları tapmağa sövq etmişdi. Elə Azərbaycanın ən məşhur kamança ustası Habil Əliyevi öz qəhrəmanı seçən Görüş Nurəddinoğlunun onun dizinin üstünə ənənəvi görkəmə malik musiqi aləti qoymaqdan imtina etməsi də bunun ən qabarıq görüntüsü idi. Heykəltəraşın onu musiqiçinin nəvazişlə sığalladığı ağac budağı ilə əvəzləməsi heç şübhəsiz rəmzi məna daşıyır və yəqin ki, sənətkarın vətən torpağına və onun sinəsindən ucalan zərif ağaca sevgisini ifadə edir.. Görüş Nurəddinoğlunun təqdimatında yaradıcı anlarını yaşayan kaman ustası öz aləmindədir, bəlkə də yaradıcılığının zirvəsi sayılan “Habil segahı’’nı ifa etməkdədir. Habil Əliyevin yana açılmış əli kamansız olsa da onun oturuşu və alətlə “davranışı” üçün tapılan hərəkətin görkəmli sənətkar üçün səciyyəviliyi qarşılığında o, əli çubuqlu kimi qəbul olunur. Vurğulanan bu insani -yaradıcı məziyyətlərin inandırıcılığında heç şübhəsiz kompozisiyanın axıcı-ekspressiv plastikası önəmli rol oynayır... Heykəltəraşın yaradıcılığında yer alan elə mövzular var ki, onlara müraciətin adicə maraq və rəngarənglik xatirinə olmadığı birmənalıdır. Onun təlxəklər və şeytanlar mövzusuna həsr olunmuş əsərləri məhz bu qəbildəndir. Fiziki və mənəvi tutumuna görə çox təzadlı olan bu varlıqlara plastik görkəm verən heykəltəraş heç şübhəsiz onların əsl xislətlərinin necəliyini iç dünyalarını faş edən hərəkətlərində, psixoloji durumlarında göstərməklə mahiyyətlərini açmağa nail olmuşdur. Görüş Nurəddinoğlunun təlxəkləri nə qədər “tunc”laşmış olsalar da, nikbin duyğular aşılayan dinamik hərəkətlərində və yapma üsulunun “hərəkətli” ekspressivliyində həyatsevər, tamaşaçısına həyata sevgi və inam bəxş edə biləcək plastik tutumdadır. Ancaq bu əsərlərdə təlxəklər peşəsinin mahiyyətindən qaynaqlanan nikbinliklə baş-başa olsalar da, onların nüfuzedici baxışlarında təzadlarla dolu daxili aləmlərinin düşündürücü əlamətlərini duymaq mümkündür. Şeytanlar isə əksinə, ikili məna -məzmun tutumundan uzaq, birmənalı olaraq ətrafına tuşlanan məkrli sərt baxışları ilə xislətinə müvafiq durumdadır. Bu şeytanlar bilavasitə müəllif təxəyyülünün nəticəsi olsalar da, tamaşaçının xəyalında canlandıra bildiyi obrazlarla , oxuduqları və eşitdikləri ilə həmahəng səsləşəndirlər...

32

Heykəltəraşın həyat və onun sayagəlməz dəyərləri barəsində plastik düşüncələrinin daha çox fəlsəfi tutuma bələnməsi də yəqin ki onun sənət kredosuna uyğundur. Bu cür plastik-bədii şərh daha çox “seçilmiş” tamaşaçıya hesablansa da, onların düşündürücülüyə kökləndiyi bir o qədər də qapalı görünmür. Bunu müəllifin birneçə varianta işlənmiş “Güzgü” (1995, 1996, 2001) və iki variantda yerinə yetirilmiş “Ruzigar” (1982, 2003) kompozisiyaları da təsdiqləyir. Ümumiyyətlə, yalan “danışmağa” öyrəşməyən güzgülərin hər şeyi olduğu kimi göstərməyinin bəzilərinin xoşuna gəlməməsi həqiqətini yaxşı bilən Görüş Nurəddinoğlunun gerçəkləşdirdiyi kompozisiyalarda onlar çox fərqli tutumdadırlar. Belə ki, müxtəlif formalı və fərqli bədii şərh daşıyıcısı olan bu güzgülər qəribə də olsa müəllif yozumunda kənardan onun üzərinə düşənləri əks etdirmir, əksinə ona baxanlara öz içində gəzdirdiyi “həqiqət”in təsvirini təqdim edir. Hər kəsin qarşılaşa biləcəyi istisna olunmayan bu “dialoq”un əyaniliyini göstərmək üçün heykəltəraş güzgüləri ikiüzlü işləyib. Bir üzü kimlərinsə taleyinə çox sərt, amma real - gerçəkçi “üz çevirmək” gücündə olan ənənəvi görkəmdə, o biri tərəfi isə özünün “iç dünyası”ndakıları sərgiləyən biçimdədir.Fikrimizcə Görüş Nurəddinoğlunun “dilsiz-ağızsız” saydığımız güzgülərə bu cür münasibətinin kökündə özünü çox vaxt başqalarından gizlədənlərin də daxili “aləmlərinin” nə vaxtsa faş olacağına işarə gizlənir. Odur ki, güzgülərin “taleyi”nə həsr olunmuş bu əsərlərin başlıca qayəsi həm də islah olunmaq əvəzinə, həqiqət “işığı”nın gözünə daş basıb onu qaranlıq görmək istəyənləri islah etmək və düşünməyə vadar etmək niyyətlidir... Heykəltəraşın “Mənim xatirələrimin səhifələri” (2001-2008) silsiləsinin forma-biçim təqdimatı da elə adına müvafiq “səhifə” formasındadır. Bu tunc nümunələrdə müəllif artıq yaşanmış anlarına şərti - rəmzi görkəm verməklə, tamaşaçısına gördüklərinə rəğmən düşünüb - daşınmaq üçün geniş meydan açmışdır... Görüş Nurəddinoğlunun “Ruzigar”ları onun ömrü boyu görüb-götürdüklərindən çıxış edərək zamanla apardığı dialoqun plastik görüntüləridir. Onların tarix baxımından sovet dönəmində (1982) və müstəqillik illərində (2003) yaradıldığını nəzərə alsaq, bu mənəvi - psixoloji yüklü mükalimənin kifayət qədər fərqli tutuma malik olduğunu söyləyə bilərik. “Ruzigar”ların duyulası qədər xaotik görünən

Dieqo Rivera. 1980. Gips, ölçüsü - 90x60x50 sm.→


33


“Mənim xatirələrimin səhifələri”. 2001-2008. Tunc, 14x14x1 sm.

34


şərti - rəmzi plastik həlli kifayət qədər tamaşaçı düşüncələrini paralayandır. Deformasiyaya uğramış formalardan “boylanan” üfüqi şırımlar, deşik-deşik olmuş torpaq, onun damcıya çevrilmiş ağrıları və digər neçə-neçə insanı məngənəyə salan həyat həqiqətləri Görüş Nurəddinoğlunun təqdimatında heç şübhəsiz suallıdır. Hiss olunur ki, onlar həm taleyi və qisməti ilə barişan kəslərin, həm də mühiti dəyişdirmək istəyi ilə yaşayan suallarının plastik-düşündürüzü “iz”ləridir... Heykəltəraşın “Arfa” əsərləri (1987, 2003) də iki fərqli siyasi sistemdə yaradılıb. Bunu onların plastik həllindən də görmək olur. Bu qədim musiqi alətinın öz klassik görkəmini bir qədər “itirməsi” və stilizəyə uğradılması da onun müəllif üçün fikir daşıyıcısına çevrilməsindən qaynaqlanır. Kompozisiyanın bu qədər qəribə görkəm almasının mahiyyəti heykəltəraşın musiqi aləti ilə onun ifaçısının “iç-içə” təqdim etməsindən qaynaqlanır. Bunu musiqinin onu ifa edənləri və dinləyicilərini duyğulandırmaq, “haralarasa” pərvazlandırmaq gücündə olmasının obrazı kimi də qəbul etmək olar. Elə arfaların tunclaşmış görkəminin mövcud durumun ekstaz anına, daşınan mənəvi-fəlsəfi fikrin dərinliyinə işarə kimi qəbul olunması da fikrimizi təsdiqləyir... Görüş Nurəddinoğlunun “1001 gecə” nağılı mövzusunda silsilə əsərlərinin bilavasitə onun Ərzurumlu günlərində yarandığını yəqin ki, təsadüfi saymaq olmaz. Etiraf edək ki, SSRİ vətəndaşı olaraq sovet adamının o vaxtlar İran və Türkiyəni görmək istəyi çoxları, o cümlədən də hər bir yaradıcı üçün sözün əsl mənasında “mavi arzu”ya çevrilmişdi. Odur ki, müstəqillik dövründə Ərzurumdakı Atatürk Univüersitetinə pedaqoji fəaliyyətə dəvət olunan heykəltəraş Türkiyəyə ayaq basanda arzularının şəhərlərindən birinə qovuşduğu üçün hədsiz dərəcədə şad idi. Bu mənada azərbaycanlı sənətkarın Türkiyə şəhərində oturub dünyanı fəth etmiş ərəb nağılına müraciət etməsi bəlkə də onun xəyalında gəzdirdiyi arzularına plastik görkəm verməsi kimi dəyərləndirilə bilər. Özünün hərdən zarafatla bu silsiləni “Ərzurum nağılları” adlandırması da çox güman ki, onların bilavasitə burada yaranması, bu qədim şəhərin onun xatirində dərin iz salması ilə bağlıdır... İyirmiyə yaxın tunc relyefin bir qarışdan da kiçik ölçüdə (14x14x1 sm) olmasına baxmayaraq onların daşıdığı məna yükü elə nağıl tutumu qədərdir. Zahiri görkəminə görə kitab səhifəsi ilə

assosiasiya - anım yaradan bu plastik lövhələr heç də “1001 gecə”nin tunclaşmış illüstrasiyaları deyil. Əslində bütün yaradıcılığı boyu ərsəyə gətirdiyi müxtəlif biçimli heykəltəraşlıq nümunələrində quru təsvirçiliyi - üllüstrasiyaçılığı yaxına buraxmayan Görüş Nurəddinoğlunun heykəlləşən nağıl motivlərində tamaşaçasına “ütülənmiş-şirin” səhnələr təqdim edəcəyi inanılmazdır. Doğrudan da heykəltəraşın “1001 gecə” ünvanlı silsiləsi bəlkə də onun kiçik ölçülü əsərləri arasında bu qədər zəngin fakturaya malik olan çox az-az rast gəlinən plastika nümunələrindəndir. Bütünlükdə hamar görünən səthin bir - birini əvəzləyən hündürləşən və dərinləşən, gah da çat verən və paralanan keçidlərdən və onları tamamlamağa yönəli insan, əfsanəvi heyvan və quş təsvirləri əslində nağıllı gecələrin ümumiləşdirilmiş rəmzi - şərti məna - məzmun daşıyıcılarıdır. Bu plastik lövhələrdə işığın azlığından yaranan qaranlıq və yaxud işığın çoxluğundan törəyən kölgə müəllif tərəfindən bu əfsanəvi nağıllar toplusundan da yan keçməyən Xeyirlə Şərin mübarizəsinə işarə kimi düşünülmüşdür... Onun bir neçə lövhədən ibarət “Don Kixot” silsiləsini (2004) həm də onun dünya mədəniyyətinin tərkib hissəsi olan məşhur ədəbi nümunələrə obrazlı bədii münasibətin yaddaqalan nümunəsi saymaq olar. Bu plastik nümunələrdə yer almış təsvirlər Servantesin məşhur obrazlarının ikonoqrafik təkrarı olmalasalar da, onlarla anım yaratmaq gücündədirlər. Başqa sözlə desək, romanda “divanə” gəzərgi kimi təqdim olunan Don Kixot və Sanço Pansa plastik tutumda nə qədər şərti təqdim olunsalar da, elə zahiri əlamətlərinə görə tanınandırlar. Bu obrazları əhatələyən və yaxud onlarsız da görüntüyə gətirilən rəmzi təsvirlər xeyirxahlığa can atan xəyalpərəst Don Kixotla onun arzularını puç edən və haqsızlıqla dolu olan reallığın qarşıdurmasının mahiyyətinin açılmasına xidmət etməklə bütünlükdə kompozisiyanın düşündürücülüyünə səbəb olmuşdur desək, yanılmarıq... Təbii ki, Görüş Nurəddinoğlunun kifayət qədər zəngin olan yaradıcılıq bioqrafiyası yuxarıda qısaca şərh etdiyimiz mövzularla məhdudlaşmır. Onun da əhatə olunduğu gerçəkliklə bağlı neçə-neçə cəlbedici görünməklə, həm də yaddaqalanlığı birmənalı olan əsərləri mövcuddur. Bu mənada “Düşüncə” (1979), “Sumurq quşu” (1999), “Şahmat” (2004), “İz” (2001),

35


“Tors” (2001), “Əfsanə” (2000), “Qorxmazın xatirəsinə” (2003) və s. əsərlərini heykəltəraşın öz düşüncələrinə obrazlı, plastik improvizələrlə görkəm verə bilmək bacarığının təsirli görüntüsü hesab etmək olar. Görüş Nurəddinoğlunun bütün yaradıcılığı boyu heykəltəraşlıqda mövcud normaları dağıtmaqdan çəkinməyərək yalnız düşündüyünü ifadə etmək kimi sənət meyarının yuxarıda adlarını vurğuladığımız kompozisiyalarda da tətbiq olunduğunu dilə gətirməliyik. Odur ki, özünün fəlsəfi miqyasına və psixoloji ümumiləşdirmələrinə görə fərqli görünən belə əsərlər dünyaya “Görüş Nurəddinoğlu baxışı”nın yaranmasını şərtləndirmişdir... Hələ tələbəlik illərindən özünün müxtəlif xarakterli insanların daxili aləminə nüfuz etmək bacarığını sərgiləyən heykəltəraşın portretlərinin plastik şərhində bu fərqli psixoloji tutumu hiss etmək mümkündür. Onun portretlərinin çoxu yaradıcı insanlara həsr olunsalar da, onların bədii şərhində rəngarənglik duyulur. Belə ki, “M.Ş.Vazeh” (1965) ilə “Məhəmməd Füzuli” (1968), “Tofiq Abbasov”la (1970) “M.V.Vidadi” (1972), “Şair”lə(1976) “Sikeyros” (1976), “Dieqo Rivera” (1980) ilə “M.Ə.Sabir”in (1987) elə zahiri tutumunda obrazların iç dünyasında qövr eyləyənlərin plastik ifadəsini görmək mümkündür. Onun “Qızım”, “Şahzadə” və s. əsərlərində də müxtəlif yaşlı və mövqeli insanların psixoloji durumuna inandırıcı görkəm vermək istəyi qabarıqdır... Xarici səfərlərdə olan yaradıcıların öz təəssüratlarını bədiiləşdirmək ənənəsinə sadiq qalan Görüş Nurəddinoğlu də 1990-cı ildə Hindistanla təmasını bir neçə əsərdə ifadə etmişdir. Tuncdan tökülmüş “Hindistan haqqında xatirə” (1991) əsərini bu mənada müəllifin qədim və özünəməxsus mədəniyyətə malik ölkədən aldığı zəngin təəssüratın gözoxşayan nəticəsi hesab etmək olar... Tişə ustasının çoxşaxəli yaradıcılığında medalyer sənəti nümunələrinin yer almasını müəyyən qədər onun detal yığcamlığı və ifadə şərtiliyi ilə səciyyələnən dəst-xəttinin bu özünəməxsus plastik düşüncə tələb edən sahə ilə yaxınlığı ilə əlaqləndirmək olar. Heykəltəraşın bu sahəyə meylinin yaradıcılığında davamlı şəkil alan xronologiyası hələ 70-ci illərdən başlanır. Onun müxtəlif illərdə ərsəyə gətirdiyi “M.V.Vidadi” (1972), “M.Ə.Sabir” (1987), “M.Füzuli” (1996) və s. medallara fikir məcmusunun lakonik dillə ifadəsi səciyyəvidir. Medalla-

36

rın ölçü etibarilə kiçikliyi və bunun fəaliyyət dairəsini məhdudlaşdırması müəllifdən bütün mənalarda kifayət qədər “qənaətcil” olmağı tələb etdiyindən, Görüş Nurəddinoğlu belə işlərində az qala “miniatürçü”dür. Onun medallarını özündə şərtiliklə improvizəni qoşalaşdıran “poetik miniatürlər” də adlandırmaq olar. Müəllifin digər janrlarlarda yaratdığı əsərləri səciyyələndirən səth qabarıqlığının oynaqlığını medallarda da müşahidə etmək olar. Bu da bütünlükdə onun ərsəyə gətirdiyi plastika nümunələrinə janrından və miqyasından asılı olmayaraq lirik - fəlsəfi tutuma bələnmiş dərin məna-məzmun bəxş etmişdir desək, yanılmarıq... Sonda Görüş Nurəddinoğlunun plastika baxımından heykəltəraşlığa nisbətən yaxın olan keramik işləri barəsində də bir-neçə söz demək istərdik. Öncə deyək ki, keçmiş SSRİ məkanında bir qədər arzuolunmaz sayılsa da, dünya çoxdan yaradıcı insanların öz duyğularını müxtəlif sənət növlərində və materiallarda ifadəsinə adi baxır. Odur ki, birbaşa “sovet bədii tərbiyəsi”nin daşıyıcısı olan Görüş Nurəddinoğlunun hər yeni işində “sosialist realizmi” bədii prinsipinin tələbləri ilə müxalifliyini sərgiləməsi qarşılığında, həm rəngkarlıq və qrafika, eləcə də keramika ilə məşğul olması onun yaxşı tanıyanlar üçün təbii qəbul olunub. Mübaliğəsiz demək olar ki, heykəltəraşın adlarını çəkdiyimiz sahələrdə ərsəyə gətirdiyi əsərlərin bədii-estetik tutumu onların yüksək professionallıqla icra olunduğundan xəbər verir. Elə bunu kitaba daxil edilən işlərdən də görmək mümkündür., Onun “Zamanın axını” və “Həyəcan” adlı keramika nümunələrində formanı tamamlayan təsvirlər, ona əlavə edilən rəng və detallar elə heykəlləri kimi poetika iə fəlsəfənin “mübarizə”sinin aşıladığı bədii-estetik dəyər məcmusunu sərgiləmək gücündədir...

Oturan qadın. 1998. Tunc, 18x14x10 sm.→


37


Oturan qadÄąn. 1998. Tunc, 17x12x11 sm.

38


Oturan qadÄąn. 1998. Tunc, 17x12x11 sm.

39


“Hindistan haqqında xatirə”. 1990. Tunc, hündürlüyü 30 sm.

40


Təlxək. 2011. Tunc, 30x20 sm.

41


Arfa. 1987. Tunc, 58x49x40 sm.

42


138. “Hindistan haqqında xatirə”. 1990. Tunc, hündürlüyü – 30 sm.

43


Güzgü. 1996. Tunc, ölçüsü – 22x28x1 sm.

44


Güzgü. 1996. Tunc, ölçüsü – 22x28x1 sm.

45


“Zamanın izi”. Keramika” D – 20 sm.

46


“Məhəmməd Füzüli” medalı. 1996. Tunc.

47


Təlxək. 1998. Tunc, 30x30x35 sm. Şair. 1976. Gips, ölçüsü - 47x30x40 sm.→

48


49


50


Təlxək. 1976. Dəmir, 32x12x10 sm.

51


Təlxək. 1998. Tunc, 21x9 sm.

52


Təlxək (fraqment). 1998. Tunc, 21x9 sm.

53


“Qorxmazın xatirəsinə”. 2003. Tunc, 21x9 sm.

54


Su pərisi.1989. Tunc, 28x7x7 sm.

55


“Düşüncələr”. 1998. Tunc, 15x14 sm.

56


“Qocalıq”. 1998. Tunc, 15x14 sm.

57


58


Su pərisi. 1998. Tunc, mərmər. 14x12x7 sm. ← Portret. 2003. Gips. H-53 sm.

59


Güzgü. 2006. Tunc, mərmər. H – 12 sm.

60


Tors. 2003. Tunc, H – 12 sm.

61


Tors. 2003. Tunc, 11x5x6 sm.

62


Tors. 2003. Tunc, 11x5x6 sm.

63


Təlxək. 1998. Tunc, 30x30x35 sm. “Don Kixot” silsiləsindən.1995-2000. Mis, H – 35 sm. →

64


65


“Don Kixot” sisiləsindən. 2004. Tunc, 19x12x1 sm. Güzgü.1995.Tunc, 42x25x1 sm. →

66


67


“Mənim xatirələrimin səhifələri”. 2001-2008. Tunc, 14x14x1 sm.

68


“Mənim xatirələrimin səhifələri”. 2001-2008. Tunc, 14x14x1 sm.

69


“Lahıc”. 2002. Tunc, Н – 20 sm.

70


Arfa. 2002. Tunc, Н – 20 sm.

71


72


R Ə N G K A R L I Q

örüş Nurəddinoğlunun heykəltəraşlıq işlərindən söz açanda müxtəlif materiallarda və janrlarda icra olunmuş həmin nümunələrin plastikasının ümumi tutumunun özünəməxsus bədii görkəm almasına onun rəngkarlıq və qrafika ilə məşğul olmasının böyük təsiri olduğunu vurğulamışdıq. Onun bu günə kimi ərsəyə gətirdiyi rəngkarlıq və qrafika işlərinə çox ciddi-təftişçi nəzərləri ilə belə göz qoysaq, onda qətiyyətlə heykəltəraşın fərqli sənət seçimi ilə həm də rənglər dünyasının xiridarına çevrilə biləcəyini söyləyə bilərik. İndiki durumda bu sona qədər baş vermədiyindən, yəni, o, öz yaradıcılığında təsviri sənətin bu iki sahəsini qovuşdarmasının qarşılığında bunun onun əsərlərinin bədii-estetik tutumuna çox müsbət təsir göstərdiyini bildirməliyik. Görüş Nurəddinoğlunun heykəltaraşlıq işlərindəki materialın rəng etibarilə “başqalaşma” keyfiyyətini özünəməxsus vasitələrlə üzə çıxarması və onu əksər əsərlərində uğurla tətbiq etməsi, plastikanın müxtəlifliyi və rəngarəngliyi səthini qrafik cizgilərlə daha ekspressiv - cəlbedici və təsirli axara yönəltməsi də dediklərimizin təsdiqidir...

V Ə

Q R A F İ K A

Qənaətimizcə Görüş Nurəddinoğlunun eyni vaxtda (1998-2003) “1001 gecə” nağılı mövzusunda həm heykəl, həm də rəngkarlıq və qrafika nümunələri yaratması təsadüfi olmayıb. Əgər bu üç sənət növündə yaradılan əsərləri müqayisə etməli olsaq, onda oların birmənalı olaraq bir - birini tamamladığını görərik. Heykəltəraşın yaradıcılıq irsində onu demək olar ki, bütün yaradıcılığı boyu izləyən “1001 gecə” mövzusu ilə bağlı qrafik işlərin çoxluğu yəqin ki, təbiidir. Ehtimal etmək olar ki, heykəltəraşın plastik “nağıl silsiləsi”nin (1985-1997) başlanğıcını elə qrafik işlər qoyub. Qara-qırmızı rənglərin bəyaz səthdən “boylanan” qarşıdurmasında həm nağılvari əfsanəvilik, həm də poetik - fəlsəfi tutumun aşıladığı duyğulandırıcılıq mövcuddur. Müəllifin insan düşüncələrini pərvazlandırmağa qadir olan nağıllara dərindən nüfuzetməsinin nəticəsidir ki, o, təsvir materiallarını tez - tez əvəzləməklə onu duyğulandıran əfsanəvi hadisələrin və sayagəlməz bəşəri hisslərin bütün çalarlarını bədiiləşdirə bilmişdir. Kiçik ölçülü tunc heykəltaraşlıq relyeflərində olduğu

73


74


kimi, karton üzərində yağlı boya və pastellə gerçəkləşdirdiyi nağıl ünvanlı hisslərini insan və əfsanəvi quşların təsvirləri ilə ifadə etmişdir. Çox da böyük olmayan lövhələrin (27x40 sm) cəmisi bir-neçə rənglə (göy, sarı və ağ) tamaşaçını duyğulandıra biləcək görkəm alması heç şübhəsiz heykəltəraşın özünəməxsus rəng duyumuna malik olmasının nəticəsidir. Yığcam detallı kompozisiyalarda iri rəng səthlərinə əlavə edilmiş ekspressiv cizgilər ümumi səthə oynaqlıq bəxş etməklə, aşılanan fikrin məna tutumunun dolğunluğunu təmin etmişdir... Heykəltəraşın rənglər aləminə “güzgü” tutan digər əsərləri bilavasitə nağıllarla bağlı olmasa da, ümumi ruhuna və ovqatyaradıcı gücünə görə elə nağılvari-tamaşaçı düşüncələrini paralayan və düşündürəndir. Bu mənada Görüş Nurəddinoğlunun kətan üzərində yağlı boya ilə işlədiyi nağıl ovqatlı “Quşun röyası” (1995), eləcə də Hindistana səfərindən sonra yaratdığı “Hind rəqsi” (1993) və s. əsərlərin adını çəkmək olar. Bu əsərlərin rəng qatındakı nisbi yumşaqlığın və axıcılığın mövzuların tamaşaçıya daha lirik tutumda təqdim etmək istəyindən qaynaqlanmışdır... Yağlı boya ilə çəkilmiş qadın portretlərində (2002 və 2007) isə onun zərif cinsə olan sərt münasibətinin kökündə görüb götürdüklərindən çıxardığı nəticənin durduğu ən azı ehtimal olunandır. İnsan taleyinə yazılmış acılı-şirinli yaşantıların onlardan da yan keçmədiyi əsərlərin rəng qatının gərginliyindən duyulandır. Görüş Nurəddinoğlunun 1977-ci ildən 1997ci ilə kimi yaratdığı “Avtoportret”lərində ovqat daşıyıcılığının müxtəlifliyi kifayət qədər görünəndir. Bəzən ilğım görüntüsü alan, çox vaxt isə ittihamediciyə çevrilən heykəltəraş rənglərin gah yumşaqlığından, gah da yaxı ekspessivliyindən “boylanan” görüntüsünü hiss və duyğularının açımına yönəldə bilmişdir desək, yanılmarıq... Heykəltəraşın bədii irsində “Türkiyə yuxuları” (1999-2010) silsiləsi xüsusi yer tutur. Karton üzərində yağlı boya, kağız üzərində isə tuşla gerçəkləşən bu yuxular detal seçiminə görə müəyyən qədər “1001 gecə” ünvanlı lövhələrlə anım yaradandır. Belə ki, bu rəngkarlıq və qrafika işlərinin məna-məzmun daşıyıcıları yenə də insanlar və əfsanəvi quşlardır. Bu iki müxtəlif sahənin bədii-estetik xüsusiyyətinin açılmasında rənglərin və cizgilərin özünəməxsus ifadə gücünün təsirliliyinə bələdçiliyini nüma-

yiş etdirən heykəltəraş ərsəyə gətirdiyi silsilə əsərlərdə yuxularının ovqatyaradıcı tutumunu tamaşaçını dialoqa çəkmək həddinə qədər yüksəldə bilib. Odur ki, bütün rəngkarlıq tablolarında görüntüyə gətirilən “qərib yuxular” daşıdığı əfsanəvi nağıl tutumuna müvafiq əvvəlcə duyğulandırıcı, sonra isə suallı və düşündürücüdürlər... Görüş Nurəddinoğlunun tuşla işlənmiş “Yol” və “Yuxular” silsiləsində isə təqdim olunanlar əslində müəllifin öz - özü ilə apardığı mükalimənin qrafik görüntüləridir. Azca sarı və göy rənglərin də qatıldığı bu zərif cizgilərdən “ucalan” və haradasa sədd anlamında qəbul olunan tağlar tamaşaçı düşüncələrini paralamaq gücündədir. Bu səddin ona nələr bəxş edəcəyindən xəbərsiz olan seyrçi son nəticədə özünü suallar burulğanına düşmüş kimi hiss edir... Heykəltəraşın tuşla işlənmiş Don Kixot ünvanlı lövhələrində (1997) isə həm də tamaşaçını düşüncələrini ciddi axara kökləyən sürrealistik məqamlar da az deyil. Bunun da istər - istəməz onlarla təmasda olanları oxuduqları ilə gördükləri arasında paralellər aparmağa sövq etməsi gözləniləndir... 1995-1997-ci illərdə yaradılan “Çağırış” silsiləsində də müəllifin düşüncələrini rəmz və məcazlarla ifadə etdiyi duyulandır. Tuşun geniş ifadə imkanlarına bələdçiliyini nümayiş etdirən Görüş Nurəddinoğlunun bu lövhələrində ətrafın da diqqətini cəlb edə biləcək çağırışı heç şübhəsiz bizim bizi əhatə edən naqisliklərə səpdiyimiz biganəliklərin “tozu”nu almağa yönəltmək istəklidir... Müəllifin bütün yaradıcılığı boyu öz-özünə “göz qoyması” yəqin ki, təbii haldır. Görüşün bunun ifadəsi olan qrafik “Avtoportret”ləri çox diqqətçəkəndirlər. Heykəltəraşlıq işlərində müşahidə etdiyimiz plastika improvizələrinin burada qrafik cizgilərin heyrətamiz “oyunu” ilə əvəzləndiyini görə bilərik. Onların əksəriyyətinin müəllifin Türkiyədə çalışdığı illərdə yaradıldığını da haradasa səbəbsiz hesab etmək olmaz. Qəribə də olsa 1999 - 2002-ci illərdə yaradılan bu avtoportretlərdə Görüş Nurəddinoğlu demək olar ki, eyni duruşda - pozadadır. Amma baxışları tamaşaçısına zillənmiş vəziyyətdə görüntüyə gətirilən heykəltəraşın arzularına köklənmiş çöhrəsi bu qrafik lövhələrdə çox fərqlidir. Yalnız tuşla işlənmiş portretlərdə cizgi ahənginin incələşməsindən tutmuş rəng görkəmi almasına qədərki dəyişikliyinin müəllifin təzadlı

75


yaradıçı-psixoloji durumundan qaynaqlandığı hiss olunandır. Tuşa bir qədər də pastelin əlavə olunduğu portretlərdə isə üz cizgilərini daha qabarıq göstərməklə həm də ovqatına əyanilik gətirməyə çalışan Görüş Nurəddinoğlu yenə də əsərlərindən qırmızı xətt kimi keçən suallar toplusuna bələnmiş kimidir... Bir-neçə əsərində qadın bədəninin gözəlliyinə özünəməxsus plastik görkəm verən heykəltəraşın bu ilham daşıyıcısı olan zərif varlığa çoxsaylı qrafik lövhələr həsr etmişdir. Tuş və akvarellə çəkilmiş bu lövhələr 1994 - 2013-cü illərdə işlənilmişdir. Heykəllərində klassik yapma dəqiqliyini fərdi estetik meyarlarına uyğun improvizələrlə əvəzləyən Görüş Nurəddinoğlu rəngkarlıq və qrafika lövhələrində heyrətamiz dərəcədə sərbəst, tamaşaçısını duyğular “sel”inə qərq etmək gücündədir. Doğrudan da onun duyulası qeyri dəqiqliklə təqdim etdiyi “nyu” larda qadın dünyası haqqında deylən tutumda - sirlisoraqlıdır. Belə ki, qara rəngdə təqdim olunan qadın da, bu zərif varlıqların bənövşəyi, qırmızı və mavi rəngə bələnmiş görüntüləri də onların rəssam “oxunuşu”na müvafiqdir. Odur ki, həm də cizgi ekspressiyası ilə müşayiət olunan rəng dəyişgənliyi və təzadları qadın dünyasının sona qədər faş olunmayan “sirlərinə” olan marağın hələ də qorunub saxlanılmasına xidmət edəndir... Görüş Nurəddinoğlunun qrafik nümunələri barəsində yığcam şərhimizi müəllifin onlarda nümayiş etdirdiyi bədii-texniki ustalığı qeyd etməklə yekunlaşdırmaq daha ədalətli olardı. Qrafika bəlkə də təsviri sənətin icraçının öz çatışmazlıqlarını ört-basdır etməsinə imkan verməyən yeganə növüdür. Bu mənada heykəltəraşın qrafika sahəsində sərgilədiyi kamillik, yüksək icra mədəniyyəti qibtəedicidir desək, həqiqəti söyləmiş olarıq. Yığcamlığı qarşılığında duyulası məna zənginliyinə yol açan cizgilər məcmusunun aşıladığı duyğulara müvafiq başqalaşması heç şübhəsiz Görüş Nurəddinoğlunun qrafik vasitələrin ifadə gücünü istəyinə yönəltməyi bacarığının ifadəsidir... Plastika nümunələrində məcaz və rəmzlərdən istifadədən usanmayan heykəltəraşın bəzən bununla tamaşaçı duyğularını daha ciddi sınağa çəkən mücərrədliyə rəğbətini gizlətmədiyini rəngkarlıq işlərində də müşahidə etmək mümkündür. Görüş Nurəddinoğlunun birmənalı olaraq təsviri sənət məkanımız üçün çox yeni görünən rənglə özünü ifadəsi onun bu sahədə də axtarışlara meyllıliyinin göstəricisidir. Bu

76

mənada onun şərti olaraq “rəngkarlıq vitrajı” adlandırdığımız nümunələri xüsusi maraq kəsb edir. Bəri başdan deyək ki, tişəni fırça ilə əvəzləyən Görüş Nurəddinoğlunun orijinallığı birmənalı olan bu işləri vitrajın klassik “sələflər”indən bütün mənalarda fərqlənir. Ölçü etibarilə heç də kiçik olmayan (70x100 sm) vu vitrajlar bir - birinə sıxılmış iki şüşə arasında təqdim olunan təsvirdən ibarətdir. Yandırılmış kağızın külü və parçaları ilə sintetik rənglərin qovuşağından yaranan bu təsvirlər ifadə baxımından mücərrəd biçimlidirlər. Müəllif heç onlara konkret ad da qoymayıb. Özü belə əsərləri ad çərçivəsinə salmağı dolayısı onların tamaşaçıya aşılaya biləcəyi hissləri məhdudlaşdırmaq kimi dəyərləndirir. Onun qənaətincə bu “adsızlıq” əslində tamaşaçı duyğularını duyulası dərəcədə pərvazlandırmağa kömək edir. Qənaətimizcə onlar elə adsız da tamaşaçı hisslərini tarıma çəkəndirlər. Bununla belə bu xaotiklikdə də müəllifin əhvalının obrazlarını yaratmağa çalışıb. Uzaq - yaxın keçmişə özünün münasibətini bildirməkdən usanmayan heykəltəraş bu dəfə Zərdüşt dünyasına nüfuz etməyə çalışıb. Odur ki, vitrajların sirli görüntülərində çoxumuzun oxuduqlarına nəzərən əsatiri və əfsanəvi varlıq kimi qəbul etdiyi Zərdüştün əfsanəvi dünyası ilə anım yaradan məqamlar kifayət qədərdir.Onların ümumi görüntüsünün kifayət qədər sirli soraqlı məkan təəssüratı yaratması da müəllif düşüncələrinə çox uyğundur. Görüş Nurəddinoğlunun kağızlardan ərsəyə gətirdiyi quramalar — aplikasiyalar da özünüifadəyə yönəli yaradıcılıq nümunələridir. Ağla qaranın, çox vaxt da qara ilə qırmızının qarşıdurmasının yaratdığı təzadın gərginliyində müəllifin hələ də bizi izləyən və köhnəlmək bilməyən acılı-şirinli dərdlərimizə münasibətini görmək mümkündür. Onların kifayət qədər mücərrədliyi də məqsədli ifadə olub, onsuz da boynumuzdan asılı qaldığı görünənlərə ariflərin başa düşə biləcəyi bədii tutum vermək istəyindən irəli gəlib...

Qəlpələr. 2012. Karton, yağlı boya. 70x90 sm.


77


78


Kabus. 2012. Karton, yağlı boya. 210x180 sm.

79


80


Portret. 1976. Kətan, yağlı boya. 100x60 sm. ← Avtoportret. 1977. Kətan, yağlı boya. 90x60 sm.

81


Portret. 2007. Karton, yağlı boya. 90x70 sm. Portret. 2007. Kətan, yağlı boya. 70x60 sm. ⇢

82


83


84


Dərviş. 1997. Kətan, yağlı boya. 50x30 sm.

85


86


Yelpik ilə qiz. 1997. Kətan, yağlı boya. 50x40 sm. ← Avtoportret. 1997. Kətan, yağlı boya. 50x40 sm.

87


88


Avtoportret. 1978. Kətan, yağlı boya. 50x40 sm. ← “Türkiyə yuxuları” silsiəsindən.1999-2010. Karton,yağlı boya.27x40 sm.

89


90


“Türkiyə yuxuları” silsiəsindən.1999-2010. Karton, yağlı boya. 27x40 sm. ← “Türkiyə yuxuları” silsiəsindən.1999-2010. Karton, yağlı boya. 27x40 sm.

91


92


93


94


“Nyu” silsiləsindən. 1994-2013. Kağız, akvarel, tuş. 90x70 sm. ← Роrtret. 1994. Kağız, tuş. 90x70 sm.

95


“Nyu” silsiləsindən. 1994-2013. Kağız, akvarel, tuş. 90x70 sm.

96


“Nyu” silsiləsindən. 1994-2013. Kağız, akvarel, tuş. 90x70 sm.

97


“Nyu” silsiləsindən. 1994-2013. Kağız, akvarel, tuş. 90x70 sm.

98


“Nyu” silsiləsindən. 1994-2013. Kağız, akvarel, tuş. 90x70 sm.

99


“Nyu” silsiləsindən. 1994-2013. Kağız,akvarel, tuş. 90x70 sm.

100


“Nyu” silsiləsindən. 1994-2013. Kağız,akvarel, tuş. 90x70 sm.

101


“Nyu” silsiləsindən. 1994-2013. Kağız, akvarel,tuş. 90x70 sm. “Nyu” silsiləsindən. 1994-2013. Kağız, akvarel,tuş. 90x70 sm.→

102


103


“Nyu” silsiləsindən. 1994-2013. Kağız, tuş. 90x70 sm.

104


“Türkiyə yuxuları” silsiləsindən.2006-2010. Kağız,tuş,pero. 21x29 sm.

105


“Yuxular” silsiləsindən. 2007. Kağız,tuş,pero. 9x18 sm.

106


“Nyu”. 1994-2013. Kağız, akvarel, tuş. 90x70 sm.→

107


“Yol” silsiləsindən. 2008. Kağız, tuş. 10x19 sm. “Nyu” silsiləsindən. 1994-2013. Kağız,akvarel, tuş. 90x70sm. →

108


109


“Yol” silsiləsindən. 2008. Kağız,tuş. 10x19 sm.

110


111


112


113


“Yol” silsiləsindən. 2008. Kağız, tuş. 27x30 sm.

114


“Türkiyə yuxuları” silsiləsindən. 2006-2010. Kağız, tuş, pero. 29x21 sm.

115


“Türkiyə yuxuları” silsiləsindən.2006-2010. Kağız,tuş,pero. 21x29 sm.

116


“Türkiyə yuxuları” silsiləsindən.2006-2010. Kağız,tuş,pero. 21x29 sm.

117


118

“Qurama”. 1992. Kağız. 30x70 sm. “Yol” silsiləsindən. 2008. Kağız,tuş. 27x30 sm. →


119


“Balet”. 1994-2013. Kağız,akvarel,tuş. 90x70 sm.

120


“Dialoq”. 2011. Kağız, akvarel, tuş. 90x70 sm.

121


“Şapito” silsiləsindən. 1997. Kağız,tuş. 50x40 sm.

122


“Şapito” silsiləsindən. 1997. Kağız,tuş. 50x40 sm.

123


Avtoportret. 1999-2002. Kağız,tuş. 90x70 sm.

124


“Türkiyə yuxuları” silsiləsindən.2006-2010. Kağız, tuş, pero.17x9 sm.

125


“Türkiyə yuxuları” silsiləsindən. 2006-2010. Kağız, tuş. pero. 17x9 sm.

126


“Türkiyə yuxuları” silsiləsindən. 2006-2010. Kağız, tuş. pero. 17x9 sm.

127


Плыли тени Облака Я устал Я тебя вспоминал И вспотевший Бокал Он о чём-то Молчал Он о чём-то Мечтал Догорала свеча И Луна Освещала Этот Хрупкий Алтарь...

128


129


Vitraj. 2002. 70x100 sm.ц

130


131


132


Vitraj. 2002. 70x100 sm. ← Səhifə 139. Vitraj (fraqment). 2002. 70x100 sm.

133


134


Vitraj. 2002. Kağız,sintetik boya. 70x100 sm.

Vitraj. 2002. Kağız, sintetik boya. 70x100 sm.

135


Я завидую Ушедшим Я завидую Забытым Не рождённым Не вскормлённым Дну морскому Шуму моря Устью высохшей реки Взмаху крыльев Водопаду Отражению луны Стону лопнувшей Струны Догоранию свечи

Я ЗАВИДУЮ УШЕДШИМ...

136


137


138


E P İ L O Q

örüş Nurəddinoğlu heykəltəraşlığın müxtəlif janrlarında işləsə də onun yaradıcılığı bütövlüyü seçilir. Bu bütövlük həm rəssamın özünəməxsus dəst-xəttinin müəyyənliyində, həm bütün əsərlərinə hopmuş ifadə səmimiliyində, həm də sənətində duyğulandırıcı və düşündürücü təmayüllərin davamlılığında ifadə olunur. Yaradıcılığının ilk günlərindən dünya incəsənətinin və milli bədii ənənələrin ən yaxşı məziyyətlərinə yaradıcı münasibətlə özündə bəşəriyyəti izləyən problemlərə, insanların həyatda hadisələrin və şəxsiyyətlərin timsalında qoyub getdikləri tarixi-psixoloji yük daşıyıcıları olan silinməz izlərə dərin məzmunlu əsərlərlə bədii görkəm vermək istəyində olan Görüş Nurəddinoğlu, həm də dünyamızın bu gün plastik başqalaşmasına heykəltəraş nüfuzunu sərgiləyə bilmişdir. Heykəltəraşın əsərlərinin mövzu dairəsi kifayət qədər ənənəvidir. Başqa sözlə desək, o da incəsənətin “əbədi” mövzularına müraciət edir. Odur ki, burada şəxsi yaşantılarından tutmuş zamanın ən qlobal ideyaların ifadəsinə rast gəlmək mümkündür. Bununla belə heykəltəraş bu çeşidli məzmun tutumunun ifadəsində, onların obrazlı-plastik təfsirində kifayət qədər özünəməxsusdur. Belə ki, bu mövzulara fərqli pizmadan baxışın nəticəsində onlar duyulası dərəcədə yeni, təravətli və həyəcanlandırıcı dərəcədə müasir baxılırlar. Elə onun yaradıcılı-

ğında obrazların romantik-poetik bədii şərhinin onların bədii-plastik ifadəliliyini şərtləndirən müxtəlif vasitələrlə qovuşmasının əsərlərinin yüksək estetik tutumunu müəyyənləşdirməsinin nəticəsidir ki, onlar çoxdan Azərbaycan çərçivəsində qalmayıb, bəşəri mədəniyyətin tərkib hissəsinə çevrilmişlər. Görüş Nurəddinoğlunun sənətinin mahiyyətində onun vətəndaşlıq mövqeyi kifayət qədər görünəndir və bu mənada çoxsaylı əsərləri şərəf və borcun cəmləşmiş ifadəsidir. Əgər bunun “iz”ini onun abidələrində axtarmalı olsaq, onda Dədə Qorqud, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh və Atatürk ucalığını yaşadan əsərlərinin təkcə məkan baxımından fəal olmayıb, həm də hər birimizə qürurverici görünən zaman daşıyıcılarıdır. Görüş Nurəddinoğlunun eyni mövzuya təkrar qayıtması da onun yaradıcılığı üçün səciyyəvi olan xüsusiyyətlərdəndir. Zəngin yaşantılarından incə çalar və nüans “zənciri” hörən müəllifin bununla da mövzunun davamlı həllinə və daha da güclü təsirliliyinə nail olduğu yaratdıqlarından da görmək mümkündür... Əgər artıq arxada qalmış qırx illik yaradıcılıq yolunu nisbi də olsa yekunlaşdırmalı olsaq, onda özünü təsviri sənətin bütün növlərində ifadə edən Görüş Nurəddinoğlunun əsl rəssam ömrü yaşadığını vurğulamalıyıq. Bütünlükdə yaratdıqları ilə özünün sovet dönəmində belə yaradıcı

139


140


müstəqilliyini sərgiləyən heykəltəraş heç bir ideoloji çətirin altına girmədiyindən, əsərlərinin artıq duyulası zaman distansiyasından onun sənətdə saldığı izə heç vaxt ziyan verməyəcək tutumda olduğunu nümayiş etdirməkdədir. Onun sovet dönəmində “sığallı” portretlərə arxa çevirdiyinin nümayişi olan qroteskvari “Sikeyros”u da, ölkə müstəqilliyin başlanğıcında yaradılan və ətrafına gülməklə özünü ifadə edən “Təlxəklər”i, eləcə də yeni əsrdə hamımızı duyğulandırmağa qadir olan “Nizami”ni və “Dədə Qorqud”u da onun sənətkar özünəməxsusluğunu sərgiləməkdədir. Görüş Nurəddinoğlunun ideoloji buxova təslimçilikdən uzaq olmasından qaynaqlanan yapma improvizələri ilə bədii poetikliyin qovşağı ilə ifadə olunan özünəməxsusluğunu bir vaxtlar başqa-

ları da, sonradan elə özümüzünkülər də etiraf etməklə yüksək mükafatlarla dəyərləndirmişlər. Odur ki, respublikanın əməkdar rəssamı Görüş Nurəddinoğlunun zamanında qazandığı qürurverici bu sənətkar imici bu gün də onun əsərlərini bütün muzey və qalereyalar, eləcə də nüfuzlu şəxsi qalereyalar və sərgi salonları üçün arzulanan etmişdir. Elə düşünürük ki, bir yaradıcı kimi bu onun ömürdən sonrakı həyatı qazanmasna bəs edəcək dəyərləndirmədir... Ziyadxan Əliyev

Azərbaycan Respublikasının əməkdat incəsənət xadimi

Lahıcda emalatxana.

141


142


143


GÖRÜŞ NURƏDDİNOĞLU Plastikanın poetik çalarları

Bakı-”Elm”- 2013






Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.