Fotoqrafika

Page 1

TAHİR MƏMMƏDOV

FOTOQRAFİKA


TAHİR HİDAYƏT OĞLU MƏMMƏDOV Bakıda anadan olub. İxtisas təhsilini əvvəlcə Bakıdakı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində, sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda almışdır. İxtisasca rəngkar olan rəssam Azərbaycn Rəssamlar və Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycanda və dünyanın ayrı-ayrı ölkələrində təşkil olunmuş müxtəlif miqyaslı rəssamlıq sərgilərinin iştirakçısıdır. Uzun illər ərzində foto sənəti ilə ciddi məşğul olan Tahir Məmmədov bu sahədə keçirilmiş nüfuzlu foto sərgilərin iştirakçısı və müsabiqələrin laureatıdır. O, dünya fotoqrafiya sənətinə layiqli töhfələr verən foto ustası kimi tanınır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Foto sahəsində davamlı fəaliyyəti, fotoqrafiyanın nəzəri və praktiki məsələlərini ali məktəbdə tədris edən Tahir Məmmədov özünün bu sahədəki çoxillik təcrübəsini yazdığı kitablarda əks etdirmişdir. Onun “Tanınmışlar” (“Persones”), “Bədii fotoqrafiya”, “Uzun və dolaşıq yol” və “Röyalar” kimi kitabları işıq üzü görmüşdür. Onun oxuculara təqdim olunan yeni “Fotoqrafika” dərsliyini də çoxillik nəzəri-praktiki təcrübənin nəticəsi hesab etmək olar.




FOTOQRAFÄ°KA


PARIS/2013

Bir rəssam kimi mənim üçün fotoqrafiya sənəti dünyanı dərkin və bədii yaradıcılığımın ayrılmaz tərkib hissəsidir. – Tahir Məmmədov


FOTOQRAFÄ°KA


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT RƏSSAMLIQ AKADEMİYASI

Tahi̇r Məmmədov FOTOQRAFİKA dərslik 192 səhifə Dərslik 40-dən çox texniki metodların tam izahatını, 200-dən çox rəngli və ağ-qara fotoqrafiyanı əhatə edir.

Redaktor: Ziyadxan Əliyev, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Rəyçilər: Ari̇f Əziz, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Ağali İbrahimov, Azərbaycan Respublikasının xalq rəssamı, professor Mayis Ağabəyov, Azərbaycan Respublikasının xalq rəssaamı, professor Tofiq Ağababayev, Azərbaycan Respublikasının xalq rəssaamı, professor Məsləhətçilər: Fuad Salayev, Azərbaycan Respublikasının xalq rəssaamı, professor Salhab Məmmədov, Azərbaycan Respublikasının xalq rəssaamı, professor Cəlil Hüseynov, Azərbaycan Respublikasının xalq rəssaamı, professor Faiq Dadaşov, dosent Korrektor: Nailə İsmayılova, sənətşünas ədii tərtibat: Rasim Sadıxzadə B Rəng korreksiyası: Vüsal Verdiyev

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.01.2014-cü il tarixli 21 No.-li əmri ilə təsdiq edilmişdir. Bakı · 2014


TAHIR MƏMMƏDOV

FOTOQRAFİKA DƏRSLİK



FOTOQRAFİKA

Bu dərlik fotoqrafika sənəti ilə məşğul olmağı arzulayanlar, eləcə də orta və ali tədris müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.


8|FOTOQRAFİKA

MÜNDƏRİCAT 11 ÖN SÖZ 15 GIRIŞ 20 YENI FOTO TEXNIKA,YENI FOTO MATERIALLARLA VƏ PROSESLƏRLƏ TANIŞLIQ 34 RƏNGLI FOTOŞƏKIL HAQQINDA 45 MƏNZƏRƏNIN ÇƏKILIŞI 53 TƏBII VƏ SÜNI IÇIQLANMA VAXTI NATURADAN ÇƏKILIŞ 64 ÇƏKILIŞ ZAMANI KOMPOZISIYA SEÇIMI 89 MAKRO ÇƏKILIŞ 102 NATÜRMORTUN ÇƏKILIŞI 110 STUDIYADAN KƏNARDA QURULAN NATÜRMORT 116 MEMARLIQ ABIDƏLƏRININ ÇƏKILIŞI 130 İNTERYER 138 STUDIYADA ÇƏKILIŞ 149 PORTRET ÜZƏRINDƏ IŞ 157 UŞAQ PORTRETLƏRININ ÇƏKILIŞI 164 HƏRƏKƏTLI ÇƏKILIŞ 173 HEYVANAT ALƏMININ ÇƏKILIŞI 191 ƏDƏBIYYAT


MÜNDƏRİCAT

|9


10|FOTOQRAFÄ°KA


|11

ÖN SÖZ

ÖN SÖZ Dünyamız bizə bəxş etdiyi ağlı-qaralı, acılı-şirinli yaşantıların axarında çox vaxt özünün möcüzəyə bərabər kəşfləri ilə bəzi hallarda “sınıq” görünən könlümüzü almış olur və baş verənlərə şahidlik edən hər birimiz sanki bütün dərd-sərini unudub, gördüklərinə rəğmən “Hələ yaşamağa dəyər!” deyirik. Əgər dünyanın “kəşflər saxlancı”nı bəşəriyyətə verdiyi töhfələrə görə dəyərləndirməli olsaq, onda heç şübhəsiz hazırda xoşbəxtlikdən az qala nəhayətsiz görünən bu siyahıda fotoqrafiyanın xüsusi yer tutduğunu vurgulamalıyıq. Doğrudan da bu gün duyulası zaman distansiyasından keçmişin arxada qalan və foto lentlərində əbədiləşən illərinə baxdıqda bir daha fotoqrafiyanın həyatımızda əvəzsiz yer tutduğuna əmin oluruq. Təbii ki, bəşəriyyət bu gün texniki tutumu ilə yanaşı həm də duyğulandırıcı bədii dəyər daşıyan fotoqrafiyadan məhrum olsaydı, daha dəqiq desək, XIX əsrdə kəşf olunan fotoaparat gerçəkliyi lentə köçürməklə həm də çəkdiklərinin gələcək nəsillər üçün bədiitarixi sənədə çevrilməsini şərtləndirməsəydi, bizim özümüzün və digər xalqların şərəfli keçmişi haqqında təsəvvürümüz və əyani bilgimiz çox az olardı. Dogrudan da fotoqrafiyanın XIX əsrdən başlayaraq dünya tarixində baş verən mühüm hadisələri olduğu kimi öz lent yaddaşında əbədiləşdirməsi qarşılığında, sayagəlməz müxtəlif tutumlu mühüm hadisələrin, zamanın axarını dəyişən möhtəşəm döyüşlərin, ucaldılan bənzərsiz qurğuların, görkəmli şəxsiyyətlərin görüntüsü əvəzsiz əmanət kimi nəsildən-nəsilə, sələflərdən-xələflərə ötürülən, sözün əsl mənasında tarixi əhəmiyyət kəsb edən sənədə çevrilmişlər. Etiraf etmək lazımdır ki, bəziləri ilk fotoqrafiya nümunələrində gerçəkliyin dəqiq əksini görəndə baş verən hadisəni “rəssamlıgın sonu” kimi dəyərləndirmişdilər. Təbii ki, mahiyyətcə bu belə deyildi. Belə ki, bu sənət növlərinin hər birinin gerçəkliyə münasibətdə ayrı və özünəməxsus estetikası vardı. Elə buna görə də onlar əslində bir-birinin yerini tutmağa iddialı da deyildilər. Baxmayaraq ki, fotoqrafiya ilə rəsmin ifadə dilində, bədii-estetik tutumunda duyulası oxşarlıq və yaxınlıq vardı. Yəqin ki, elə bu səbəbdən rəssamlıq kimi fotoqrafiya da sonrakı inkişaf mərhələlərində həm texniki, həm də bədii cəhətdən bütün mənalarda inkişaf etdi, özünün ifadə imkanlarını genişləndirdi. Zaman distansiyasından ötən dövrlərin ağ-qara fotolarının tarixi tutumunu nəzərə almasaq, onların bir qədər yeknəsək görünmələri qarşılıgında sonradan fotoqrafiyanın həm də rəngli görkəm alması yəqin ki, təbii istək idi. Hadisələrin axarında fotoya daha fərqli estetik münasibətin yaranması o qədər gücləndi ki, bu son nəticədə ağ-qara fotonun demək olar ki,


12|FOTOQRAFİKA

aradan çıxmasına səbəb oldu. Əvəzində isə bu sənət sahəsi zaman etibarilə çox qısa bir müddətdə yeni – “bədii fotoqrafiya” termini ilə zənginləşdi. Etiraf edək ki, bu gün bədii fotoqrafiyanın bütün mənalarda diqqətçəkən elə nümunələri vardır ki, onların ifadə olunduğu səth nəzərə alınmazsa, belə fotolar bədiiestetik tutumuna rəğmən təsviri sənətin bir-çox növləri ilə rəqabət aparmaq gücündədir. Bəlkə də bu səbəbdən xarici ölkələrlə yanaşı Azərbaycanda da rəssam və foto ustalarının yaradıcılıq işlərinin eyni ekspozisiyada yer almasına artıq heç kəs təəccüblənmir. Heç şübhəsiz bütün bunları

şərtləndirən vaxtaşırı yeniləşən müxtəlif texniki vasitələrə hər dəfə dünyaya fərqli baxmaq nümunəsi sərgiləyən sənətkarların yaradıcı münasibətidir. Əslində Sizə təqdim olunan “Fotoqrafika” kitabdərslikdə toplananlar da fotoqrafiyanın ona bədxahları tərəfinən söylənən soyuq “texniki ifadə” deyiminin çərçivəsini tamamilə dagıtmasının ifadəsi və təsdiqidir. Bir müddət əvvəl ictimaiyyətə bu sətirlərin müəllifinin təqdim etdiyi əhatəli “Bədii fotoqrafiya” kitabında fotoqrafiyanın bu sahəsində illərlə toplanmış şəxsi və beynəlxalq təcrübə ümumiləşdirilərək foto həvəskarlarının ixtiyarına


|13

ÖN SÖZ

verilmişdi. Bu dərslik də mənim rəssamlıq və fotoqrafiya sahəsində çoxillik praktiki fəaliyyətimin qovşağının müasir metodik tələblərə müvafiq şərhi, başqalarının da faydalanmasına yönəli fikirlər toplusudur. İndiki durumda fotoqrafiyanın yeni – yuxarıda haqqında söz açdığımız sahəsinin yaranması və onun incəsənətin ən müxtəlif - memarlıq, reklam və dizayn kimi mühüm sahələri Ilə müştərək fəaliyyətinin qarşılığında bu istiqamətdə görülə biləcək yaradıcılıq axtarışlarını düzgün və səriştəli istiqamətə yönəltmək məqsədilə “Fotoqrafika” dərsliyinin yazılması zərurəti

yarandı. Ali və orta ixtisas məktəbləri tələbələri, həm də fotoqrafiya həvəskarları üçün nəzərdə tutulan bu kitabda Azərbaycan dilində bu sahədə dərsliyin yoxluğu nəzərə alınaraq fotoqrafiyanın klassik əsasları barəsində qısa məlumat verilməklə, fotoaparatın yaddaşına köçürülmüş kadrların bədiiləşdirilməsi yollarından, bədii-texniki vasitələrlə digər sahələrə tətbiqinə imkan verən yaradıcılıq axtarışlarından söz açılır... Tahi̇r Məmmədov Azərbaycan Respublikasının əməkdar rəssamı


14|FOTOQRAFÄ°KA


|15

GİRİŞ

GİRİŞ

(FOTOQRAFİKA FƏNNİNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ) “Fotoqrafika” anlayışı təbii ki, XIX əsrdə kəşf olunan fotoaparatın ötən müddətdə davamlı olaraq sərgilədiyi möcüzələrə yaradıcı insanların yeni bədii-estetik dəyərlər əlavə etməsinin nəticəsində meydana gəlmişdir. Heç şübhəsiz nə adi fotoqrafiya nümunəsi, nə də onun əlavə insan müdaxiləsindən sonra yaranan geniş fotoqrafika sahəsi bir vaxtlar bəzilərinin düşündüyü kimi rəssamlıgı aradan çıxarmadı. Ancaq məşhur alman rəssamı Herhard Rixterin təbirincə desək, “Ən qüsursuz rəsm” olaraq qaldı. Elə bu səbəbdən də ona olan ehtiyac durmadan artdı. Əgər fotoqrafiyanı incəliklər toplusunu xatırladan bir sənət sahəsi kimi qəbul etsək və ondakı bu zəriflik heç də nə rəngkarlıq, nə də musiqi əsərindəkindən az deyildir desək, heç də yanılmarıq. Təbii ki, bu cəlbedicilik birdən-birə yaranmamışdır... Bu mənada ilk vaxtlarda, daha dəqiq desək, 1839-cu ildə ibtidai fotoaparatın çəkdiyi ağ-qara pozativ şəkilləri yaradıcı axtarışın zirvəsi hesab edənlərin sonrakı dövrlərdə davamlı axtarışların sayəsində bu uğurlu başlanğıcı fotoqrafiyanın inkişaf tarixini və bədii-texniki imkanlarının dairəsini daha da zənginləşdirən rəngli şəkillərin yaradılması ilə yeniləşdirmələrini qeyd etmək lazımdır. XX əsrin ikinci yarısından başlayaraq yeni-yeni, ən nəhayət, rəqəmsal fotoaparatların yaradılması ilə fotoqrafiyanın texnoloji baxımdan duyulası dərəcədə zənginləşməsi baş verdi. Bütün bunların qarşılığında foto sənətinin bədii-estetik tutumunun kifayət qədər fərqli məziyyətlərlə yeniləşməsi təbii və qaçılmaz idi. Bu mənada fotoqrafikanın yaranması bunun əyani görüntüsü oldu. Dogrudan da çox qısa zaman kəsiyində bədii-texniki imkanlarının bolluğu kifayət qədər qabarıq duyulan fotoqrafika bu sahənin sənətin digər növlərində bərabər hüquqlu iştirakçı olmaqla, tətbiq olunan sahənin bədii-estetik məziyyətlərini duyulası fərqlə dolğunlaşdıra bilməsi onun varlıgını, yayılmağa və genişlənməyə haqqının çatdığını sübut etmiş oldu. Bu gün onun həyatımızın əksər sahələrinə təsirini müşahidə etməyimizin qarşılığında onun fotoqrafiya sənətinin ayrılmaz tərkib hissəsi olaraq bir fənn kimi öyrənilməsinə də ehtiyac duyulur desək, həqiqəti söyləmiş olarıq. Belə ki, “Fotoqrafika” doğrudan da kreativ-yaradıcı düşüncənin formalaşmasında mühüm rolu olan, dizayn və reklam sahəsində yaradıcı vəzifələrin uğurlu həllinə təsir edən güclü vərdişlər toplusu kimi dəyərləndirilməyə layiq olan fənndir. Sizə təqdim olunan və özündə nəzəriyyə ilə təcrübəni birləşdirən bu dərsliyin də başlıca məqsədi oxucusunu foto sənəti və onun daha da bədiiləşdirilməsini şərtləndirən fotoqrafika sahəsi ilə yaxından tanış etməkdir. Düşünürük ki, özündə müxtəlif texniki və bədii yönümlü mövzuları əhatə


16|FOTOQRAFİKA

edən dərsliyin materiallarını mənimsəməklə fotoqrafiya texnikasına və texnologiyasına, reklam-dizayn işlərində mövcud olan birrəngli və rəngarəng xarakterli kompozisiya həllində tətbiq olunan vərdişlərin möhkəmləndirilməsinə, obrazlı, assosiasiya-anım yarada bilən düşüncə tərzinin inkişafına, əldə olunmuş biliklərin sayəsində fotoaparatın idarə olunan yaradıcı vasitəyə çevrilməsinə nail olmaq mümkündür. Dərslik bu sahədə mövcud olan beynəlxalq nəzəri - təcrübi bilik və vərdişlərin ümumiləşdirilmiş və anlaşıqlı təqdimatı olmaqla, quruluşu etibarilə silsiləvi “nəzəriyyə-təcrübə-təhlil-təcrübə” prinsipinə əsaslanır və tələbələrin fotoqrafiyanın əlifbasından başlayaraq dəyərli foto əsərlərinin, dizayn işlərinin və foto təsvirlərə əsaslanan layihələrin yaradıcısına çevrilməsinə imkan verir. Fənnin mahiyyətini açıqlamalı olsaq, onda öncə fotoqrafikanın tətbiqi fotoqrafiyada, kommersiya reklamlarında, plakatda və poliqrafiyada bütün mənalarda özünü doğruldan funksional-əməli əhəmiyyət daşıdığını vurgulamalıyıq. Belə ki, bizim günlərdə onun çeşidli texnikasından bədii fotoqrafiyada, bəzən də hətta reportaj xarakterli şəkillərin hazırlanmasında geniş istifadə olunur. Bu daha çox onlarda təsviri tərəfin qabardılmasına az ehtiyac olanda tətbiq olunur. Bir qayda olaraq ətraflı xırdaçılıqdan “azad olunmuş” bu süjetli təsvirlər son nəticədə foto-rəsmə çevrilməklə əlavə ifadə gücü əldə etmiş olurlar. Öz texniki effektlərinin zənginliyinə görə fotoqrafika çox vaxt birbaşa rəssam-qrafiklərə də təsir göstərir və onlar bu təcrübədən istifadə etməklə bəzən hətta əllə çəkdikləri rəsmləri fotoqrafikanın texniki imkanları vasitəsilə yaradılmış təsvirlərlə qoşalaşdırırlar. Rəssamlıq təhsili verən ali məktəblərdə fotoqrafiyanın və fotoqrafikanın texnikası tədris edilir. Belə dərslərdə tədris olunan mühazirə kurslarında onun dinləyiciləri fotoqrafiyanın tətbiqi formasından tutmuş (afişa,reklam,təqvim) kitab illüstrasiyasına, televiziya zastavkasına və plakata kimi bütün növləri və janrları ilə tanış olurlar. Bu dərslərin nəzərdə tutulan və yaddaqalan təcrübi nəticəsi heç şübhəsiz tələbələrin öyrəndiklərini fərdi yaradıcılıqlarına tətbiq etməklə orijinal biçimli, sintetik bir əsər ya-


GİRİŞ

|17


18|FOTOQRAFİKA

ratmaları olur. Bəlkə də elə fotoqrafika və qrafikanın texnikalarının sintezini əldə etməklə birincinin indiki şəraitdə daha böyük önəm kəsb etdiyinə şahidlik edirik. Deməli, XX əsrin əvvəllərində fotoqrafiya texnikası sahəsində əldə olunan təcrübə onilliklər keçəndən sonra onun incəsənət sahəsində tətbiqinə tam haqq qazandırmağa gətirib çıxarıb. Yeri gəlmişkən deyək ki, fotoqrafika kursları tələbələrin vizual savadının inkişafına, onlarda şəkilin estetik və obrazlı məzmununu görmək bacarığının formalaşmasına yardımçı olmaqla, reportaj və reklam, eləcə də sənədli və texniki xarakterli çəkilişlərin yer aldığı xüsusi professional tapşırıqları həll etmələrinə kömək edir. FƏNNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ Fənnin öyrənilməsində əsas məqsəd memarların və dizaynerlərin bədii, sənədli və texniki fotolardan istifadə ilə işlədikləri layihələrin yaradılmasında tələb olunan vacib bilik və vərdişlərin əldə olunmasından, yaradıcı insanlarda memarlıq və dizayn fəaliyyətində gərəkli olan ümumi mədəni və professional səriştə daşıyıcılığının əldə olunmasından, aparıcı faktorlardan biri kimi qəbul olunan lazımı qrafik mədəniyyətin tərbiyə olunmasını və inkişafını təmin etməkdən ibarətdir. Fənnin vəzifəsi müasir informasiya şəraitində fotoqrafiyanın yerini və xüsusiyyətini nəzərə almaqla, tələbələrin professional dizayn tapşırıqlarını icra etmələri kontekstində onlarda vizual savadın kompleks şəklində inkişafına nail olmaqdan ibarətdir. Tədris prosesində müxtəlif kompozisiya vasitələrinə və rəngarəng layihə tapşırıqlarının yerinə yetirilməsinə kömək edən vasitələrə yiyələnməyə xüsusi diqqət yetirilir. FƏNNƏ YİYƏLƏNMƏYİN SƏVİYYƏSİNƏ GÖSTƏRİLƏN TƏLƏBLƏR Fənnin öyrənilməsindən sonra tələbələr aşağıdakıları bacarmalıdırlar: - fotoqrafiya və yaxud fotoqrafiyanın görünən digər kommunikasiya növləri ilə ötürülən informasiyanın qəbulunu və yaxud ona bərabər


GİRİŞ

|19

olaraq təfsir-interpretsiya etməyi; - fotoqrafika haqqında alınan nəzəri bilikləri təcrübədə tətbiq etməyi; - fotoqrafikanın bədii imkanlarından savadlı istifadə etməyi; - məkanı və maddi aləmin obyektlərini əks etdirməyi; - fotoqrafiyanın daşıdığı məlumatı və təsviri yaradıcılıqla işləməyi və başqa yerə köçürməyi; - müəyyən informasiyanı fotoqrafiya və yaxud fotoqrafiyanın digər görünən kommunikasiya vasitələrinin sintezi formalarıilə ötürməyi; Bundan əlavə onlar aşağıdakıları bilməlidirlər: • vizual kommunikasiya vasitəsi kimi fotoqrafiyanın xüsusiyyətini; • fotoqrafiyanın istehlaka çevrilməsini, qorunmasını və köçürülməsini təşkil edən texnoloji prosesləri; • kompozisiya quruluşunun əsaslarını; • fotoqrafiyanın inkişafındakı yeni təmayülləriistiqamətləri; • fotoqrafikanın tarixini və evolyusiyasınıdəyişiklikləri. Qeyd etmək lazımdır ki, müasir dövrdə foto-qrafikanın bir fənn kimi öyrənilməsini dizaynın daşıdığı çox böyük təsviri informasiyanın məhz fotoqrafiya vasitəsilə ifadə olunması şərtləndirmişdir. Dizayner-qrafik indiki şəraitdə ona lazım olan fotoqrafiyanı təkcə sifariş etməklə, onu rejissor baxışı ilə hazır materiala çevirməklə kifayətlənməməli, tez-tez gərəkli kadrı özü də çəkməyi bacarmalıdır. Cəlbedici və təsirli fotoqrafiya kompozisiyasını yaratmaq bir-birindən duyulası dərəcədə fərqlənən vəziyyətlərin-durumun: səth-məkan, ümumi plan-fraqment, boşluq-tam doldurulmuş görkəmdə təqdimatının düzgün müəyyənləşdirilməsi ilə əldə olunur. Kompozisiya XX əsr fotoqrafiyası üçün səciyyəvi olan üslubların, o cümlədən müxtəlif cərəyanların və görüntülü məcazların öyrənilməsini və tətbiqini nəzərdə tutur.


20|FOTOQRAFİKA

YENİ FOTO TEXNİKA,

YENİ FOTO MATERİALLARLA VƏ PROSESLƏRLƏ TANIŞLIQ Gəlin yeni texnika, foto material və proseslərlə tanışlıqdan əvvəl fotoqrafiyaya meyl göstərən fərdlərə bu sahədə seçim etməkdə yardımçı olmağa çalışaq. Belə ki, bu çox önəmli məsələdir. Başqa sözlə desək, böyük həvəs və ümidlə bu sahədə özünü sınamağa qərar verən insanlar müəyyən zaman kəsiyindən sonra özünü və başqalarını təmin edəcək nəticələr əldə etmək istəyirsə, heç şübhəsiz texnika seçimində xüsusilə diqqətli olmalıdır. Əvvəlki dövrlərdən fərqli olaraq bu gün fototexnikanın əldə olunması bu işlə məşğul olanlar üçün heç bir problem yaratmır desək, yanılmarıq. Amma bununla belə fotoqrafiyaya qədəm qoyan hər kəs məhz bu addımı atanda, başqa sözlə desək, onun arzularını yüksək səviyyədə icra edəcək texnika seçimi edəndə duyulası tərəddüd keçirir. Yaxınlarının və dostlarının əlində bir-birindən çox fərqli fotokamera görəndə seçimə hazırlaşan fərdin bu tərəddüdü yəqin ki, təbii qəbul olunmalıdır. Qeyd edək ki, onun həmin adamlara müraciətindən sonra aldığı cavablar, yaşanan bu tərəddüdü bir az da möhkəmləndirir. Belə ki, hər kəs istifadə etdiyi texnikanı tərifləyir, onun üstün cəhətlərini vurğulayır. Bunu da təbii qəbul etmək lazımdır. İlk növbədə bu məmnunluğu şərtləndirən səbəb texnikadan istifadə edənin onu hansı məqsədlə aldığı şərtləndirir. Bildiyimiz kimi, hər bir fotoaparatın uğurlu çəkiliş aparmaq üçün ümumi texniki imkanları olsa da, əsasən onların hər birində gerçəkliyin hansısa sahəsini, həyatımız boyu üz-üzə, göz-gözə qaldığımız gerçəklikdə gördüyümüz müxtəlif canlı və cansız varlıqları daha qabarıq görüntüyə almaq, onları özünün zövq qaynağına çevirmək üçün xüsusi imkanlar olur. Yəqin ki, dinamik dəyişikliklərini adi baxışla izləməyin çətinlik törətdiyi müxtəlif idman yarışlarını, başı buludlara söykənən ağaca dirmaşan dələnin və yaxud meymunun görüntüsünü, həyatın acılı-şirinli yaşantılarını canından keçirmiş ahıl insanların baxışlarında kök salmış nisgili, oğulqız və nəvə-nəticə uğurundan qanadlanan baba və nənənin, ata-ananın coşub-daşan sevincini bütün incəliklərinə kimi hansısa həvəskarlar üçün nəzərdə

tutulan, keyfiyyəti və bədii-texniki imkanları bir o qədər də geniş olmayan fotoaparatla çəkmək, ifadə etmək mümkün deyil. Təbii ki, bu məqsədlərin reallaşdırılması üçün xüsusi fotokameralar, görüntünü bütün dəqiqliyi ilə lentin yaddaşına köçürməyə imkan verən obyektivlər mövcuddur. Onların satış qiymətinin keyfiyyət daşıyıcılığına müvafiq olmasını da haradasa təbii qarşılamaq lazımdır. Bu yerdə onu da əlavə edək ki, bahalı texnikanın əldə olunması hələ gələcək uğurların təmin olunması demək deyildir. Odur ki, hər bir texnika ondan istifadə edənin məqsədinə uygun seçilməlidir. Qeyd etdiyimiz kimi indi satışdan istənilən texnikanı almaq mümkündür... Məlumdur ki, fotoqrafiya yaranan gündən başlayaraq ona yönəli tələbatın artmasının və onun inkişafının davamlı şəkil almasının qarşılığında daha mükəmməl təsvirlərin əldə olunmsı üçün kifayət qədər müxtəlif konstruksiyalar və köməkçi mexanizmlər yaradılmışdır. Bu yerdə qeyd edək ki, fotoqrafik aparat və ona aid hissələr “fotoaparat” və ya “fotokamera” kimi qısaldılmış sözlərlə ifadə olunur. Hər bir çəkilişin keyfiyyətini şərtləndirən başlıca amilin hansı fotokameradan istifadə olunmasından irəli gəlməsi yəqin ki, heç kimə sirr deyil. Amma unutmaq olmaz ki, fotoqrafiya təkcə fotoaparatın və obyektivin seçimi ilə tamamlanmır, başqa cür desək, onları seçməzdən əvvəl düyməni idarə edəcək barmaqları texnikanı idarə etməyə öyrətmək lazımdır. Bu ehyama bənzər tövsiyyə kimlərəsə qəribə də gələ bilər, amma hər bir mexanizmdən və yaxud alətdən uğurlu istifadəyə ona dərindən bələdçiliyin təsir etməsini heç kim dana bilməz. Beləliklə, siz seçim qarşısındasınız. Əvvəlcədən deyək ki, bir vaxtlar cəmiyyətdə fototexnikaya yönəli dilə gətirilən və etibarlılıq meyarı sayılan “yapon” və “alman” keyfiyyəti deyilən keyfiyyət yoxdur. Fotoaparatların da əvvəllərə nisbətən ucuz olması da, həmin texnikanın Tayvanda və Çində istehsal olunmuş nümunələrinin bazarlarda geniş yer alması ilə bağlıdır. Əgər bu texnikaların çoxunun keyfiyyət


YENİ FOTO TEXNİKA

|21

Ən yaxşı kameralar sadə seçimli olmaqla çəkilişə hazırliq, çəkiliş və ilkin baxış rejimləri təchiz olunurlar. Gözəl MK - maye kristal tutumlu ekranlar kadrı müəyyənləşdirməyə və təsvirə baxmağa imkan verir. Rəqəmsal kompakt kameraların əksəriyyəti öz ölçüsünə görə professional kameralardan çox kiçikdirlər.


22|FOTOQRAFİKA

xarakteristikasını “təftiş” etməli olsaq, onda uzun müddət ərzində bazarlarda hökmranlıq edən bu fotoaparatlar haqqında belə mənfi rəylər tapmaq olar. Bir qədər də məsələni konkretləşdirməli olsaq, onda reallıqda “yapon keyfiyyəti” anlayışının çoxdan tarixin arxivinə gömüldüyünə əmin olmaq mümkündür. Onu bu gün texnika sahəsində fərqli beynəlxalq keyfiyyət nişanı sayılan ISO-nun 100, 200, 400, 800, 1600, 3200 və daha böyük rəqəmlərlə ifadə olunan standartları əvəz etmişdir. Etiraf edək ki, bu göstəricilər də keyfiyyətin səviyyəsinə nəzarətdən daha çox, istehsalın idarə olunması sistemini müəyyənləşdirirlər. Bu gün bir tərəfdən keyfiyyəti izləmək sadəcə dəbdə deyil, digər tərəfdən isə uzunömürlü modellərin istehsalı iqtisadi baxımdan sərfəli deyil... Fotoqrafiyada özünü müəyyən qədər rahat hiss etmək istəyənlərin daha çox “Nikon” və “Canon” markaılarından istifadə etmələri qarşılığında, biz də yaradıcılıq axtarışlarınızı kənar müdaxiləsiz keçirmək üçün bu texnikalara müraciət etməyinizi tövsiyə edirik. Foto həvəskarlarına istifadə üçün məsləhət gördüyümüz digər modellır sırasında “PentaxSamsung”, “Sony” və “Olympus-Panasonic”in adını çəkmək olar. Mütəxəssislər onların səviyyə etibarilə yuxarıdakı məşhur markalardan heç də geri qalmadığı fikrindədirlər. Ona görə də foto sənətinə maraq göstərənlərin onlara və bu markaların geniş yayılmış “mikro” sistemlərinə marağı bizim günlərdə bö-yükdür desək, yanılmarıq.

Kameraların çoxu qısa filmlər çəkmək funksiyasına malikdirlər. Onları QuickTime, Windows MediaPlayer proqramlarında, PC və Mac ev kompyuterləri vasitəsi ilə nümayiş etdirmək olar.

Əlavə yaddaş kartı. Komplekt üçün lazımi əlavələr. Əlavə yaddaş kartı. Əgər sizin açıq havada və ya təbii işıqda çəkiliş etmək fikriniz varsa, yaddaş kartından istifadə etmək lazımdır. Bu vaxt iri tutumlu ikinci yaddaş kartınızın ehtiyyatda olması vacibdir. Universal hesablama qurğusu. Universal hesablama qurğusu kompyuterin interfeysi ilə uyğun gəlməmək problemindən qaçmağa imkan yaradır. Əgər sizin təsviri PC və Macintosh tipli kompyuterlərə yazmaq istəyirsinizsə universal hesablama qurğusundan istifadə etmək məsləhətdir.


|23

YENİ FOTO TEXNİKA

BAXILMA PROQRAMI Təkmilləşdirilmiş baxış proqramının köməyi ilə təsviri kompyuterin yaddaşına yükləmək və istənilən anda ona baxıb təsvirin keyfiyyətini yoxlamaq olar. Kamera qurğuları təsviri ayrıca fayl kimi yadda saxlayır və baxış proqramında əks etdirməyə imkan yaradır.


24|FOTOQRAFİKA

Bununla yanaşı hazırda reallıq elədir ki, texnologiyanın indiki inkişaf səviyyəsinin müqabilində fotoaparatların texniki keyfiyyəti arasında duyulası bir fərq yoxdur. Belə ki, indi istehsal olunan modellər statistik çatışmazlıqları çərçivəsinə sığışan fərqlərini nəzərə alsaq, demək olar ki, eyni cür çəkirlər. Müxtəlif fotoqraflar tərəfindən çəkilmiş kadrların müxtəlifliyi də adətən elə bu ustaların hər birinin özünün əlinin obrazlı desək, “bərəkəti”-davranışı ilə əlaqədardır. Əgər hər şey fotoaparatdan asılı olsaydı, onda bütün məşhur fotoqraflar “kanonçu” olardılar. Ancaq bu gün heç kim məşhurların hamısının hansı texnikadan istifadə etdiyini xatırlamır. Onların bilavasitə çəkdikləri kadrlarla yadda qalmaları da danılmazdır. Fotoaparatların necəliyi həm də ona görə yada düşmür ki, elə o vaxtlar da onlar arasındakı fərq müəyyən istisnaları nəzərə almasaq, təxminən bizim günlərdə olan kimi olmuşdur. Bu mənada məşhur markanın daşıyıcısı olan lap bahalı fotoaparatı əldə etməklə yaxşı şəkil çəkməyin mümkünlüyü barəsindəki şirin nağılı birdəfəlik unutmaq lazımdır. Odur ki, istifadəyə yararlı fotoaparat seçəkən müəyyən prinsiplərə tapınmaq zəruridir. Düşünürük a. Oymalı açıb-bağlama (zatvor) düyməsi. b. Orta formatlı kameralardan fərqli olaraq obyektivin özündə qurulan diafraqma diyircəyinin idarəsi ilə üwparametrləri tez və asan dəyişdirmək üsuludur. c. Təyin olunmuş müəyyən diafraqma ilə təsvirin xarakterinin qiymətləndirilməsində məsafənin dərinliyinə ilkin baxmaq üçün istifadə olunan düymə. d. Ergonomik tutacaq. e. Əvəzedilən obyektiv.

b a c d

e

ki, onların nəzərə alınması qarşılığında aldıgınız fototexnika bu sahədə yenicə addım atanların qayğılarını çoxaltmayıb, onlarıb yaradıcılıq axtarışlarının məhsuldar olacağına təminat verəcəkdir. Bunlar aşağıdakılardır: - seçdiyiniz model bir çox əlamətlərinə görə (qiyməti, keyfiyyəti, funksionallığı, etibarlılığı, istifadəyə münasibliyi və s.) onunla rəqabət aparanlarla daha sərfəli görünməlidir; - model hazırda yeni nümunə kimi ölkədə satışda olmalıdır; - model müasir tendensiyalara və aparat yaradıcılığına cavab verməlidir; İndiki durumda mükəmməl və qüsursuz fotoaparatın olmadığını sadəcə yadda saxlamaq vacibdir. Hətta keyfiyətinə görə çoxdan başqalarından üstün sayılan ən professional modellərin belə obrazlı desək, medal kimi əks üzü var. Onların çox böyük və ağır olmaları görünən və duyulandır. Onların zərif qadın əllərinə, eləcə də ailə büdcəsinə uyğun gəlməməsi də hiss olunan və danılmazdır... Adətən taleyini fotoqrafiya sənətinə sıx bağlayanlar heç də bütün həyatlarını tək bir fotoaparata bağlamaqdan uzaq olurlar. Maraq


f

h

g

YENİ FOTO TEXNİKA

j

i

k

m

l

və niyyət dəyişdikcə, onlar çoxsaylı yaradıcılıq planlarını reallaşdırmaq üçün fərqli fototexnikalara müraciət etməli olurlar. Çox vaxt texnikanın əvəzlənməsini fotoqrafın sənətkarlığının duyulası dərəcədə yüksəlməsi ilə bağlı olur. Başqa sözlə desək, fotoaparat tədricən fotoqrafın ustalığına müvafiq şəkildə “böyüyür”. Yeri gəlmişkən foto həvəskarlarının nəzərinə çatdıraq ki, fotoqrafiya sahəsində məqsədli çəkilişlərin reallaşdırılmasını həyata keçirən xüsusi texnika da mövcuddur. Belə fotoaparatlar adətən gündəlik həyatla bağlı olmurlar. Ona görə də bəzi istehsalçılar dar çərçivədə tətbiq olunacaq modellər buraxırlar. Bunların arasında sınmayan, su buraxmayan, hətta adi gözlə görünməyənləri belə lentin yaddaşına köçürə bilən fotoaparatlar vardır... Yuxarıda qeyd etdiyimiz kimi foto çəkilişlərin uğurunu təmin edən texniki vasitələr kifayət qədərdir. Yuxarıda fotoaparatlardan söz açanda biz bu texnikanın aparıcı hissəsi, obrazlı desək, görən “gözü”, hiss edən“ürəyi” sayıla biləcək obyektivin əhəmiyyətinə qismən də olsa toxunduq. Bu döğrudan da belədir. Görünür fotoqrafiyanı “görüb-duyan sənət” kimi dəyərləndirənlər də elə fotoaparatın bütün ağırlıgını daşıyan, ətrafında o p

t

|25

f. İstifadəçinin optik tələblərinə cavab verən dioptriy şkalalı böyük görünüş axtarıcısı. g. Avtofokusun və avtoekspozisiyanın qapanma düyməsi kadrın tərtib edilməsindən qabaq basılır ki, qeydləri saxlamaq mümkün olsun. h. Həssaslıq, ağ rəng balansı və fokuslaşdırma nöqtəsi kimi parametrləri dəyişdirmək üçün əsas komanda düyməsi. i. Menyunu idarəetmə düyməsi. j. LCD menyu təsvirinin keyfiyyətini quran diyircək. k. LCD ekran. l. Yaddaş kartı üçün yuva. m. Təsvirin pozulması üçün səbət.

n n. Məsafənin fokuslaşdırılması şkalası o. Ekspozisiyanın proqram rejimlərinin qurulması p. Qığılcımın qoşulması üçün “isti başmaq”. q. Ekspozisiya korreksiyası üçün düymə r. Qığılcımın yandırılma və söndürülmə düyməsi s. Çəkilişin parametrlərini qeyd edən yoxlama panel. t. Zum obyektivin fokus məsafəsi.

q

r

s


26|FOTOQRAFİKA

gördüklərini bütün dəqiqliyi ilə texnikanın yaddaşına ötürməyi bacaran obyektivin duyumsallığını nəzərdə tutub bu fikri söyləyiblər... Elə əslində də obyektiv gördüklərinin işığa həssas material üzərində optik təsvirini yaradan optik sistemdir. Qeyd edək ki, fotoqrafiya sahəsində müəyyən təcrübə toplayanlar az sonra özlərinin maraq dairələrini reallaşdırmaq üçün fərqli obyektivlərdən istifadə edirlər. Bu mənada idman yarışlarını, təbiət motivlərini, memarlıq abidələrini, insan təsvirlərini, eləcə də çox kiçik formalı həşərat və cisimlərin uğurlu çəkilişini şərtləndirən iri ölçülü obyektivlərin adını çəkmək olar. Artıq praktikada tətbiq olunan bu yeni texniki vasitələr elmi ədəbiyyatda onlar “balıq gözü”, “geniş bucaqlı”, “normal”, “universal”, “makroobyektiv”, “portret obyektivi”, “teleobyektiv” və s. adla tanınırlar. “Balıq gözü” tipli obyektivlər məkanı geniş bucaq, ən azı 180 dərəcə altında əhatə etməsi ilə diqqət çəkir. Ondan (burada obyektə qədərki fokus məsafəsi 8-10 (12-15 mm-dir) çox da böyük olmayan binalarda, eləcə də səciyyəvi şəhər landşaftlarını və

Orta formatlı obyektivlər adətən, açıb-bağlayıcı (zatvor) ilə təchiz edilir ki, bu da istənilən açıqqalma müddətində qığılcımı sinxronlaşdırmağa imkan verir.

mənzərələri görüntüyə almaqda istifadə etmək olar. “Geniş bucaqlı” obyektivləri panoram xarakterli portretlərin görüntüyə alınmasında, insanların və obyektlərin mütənasibliyini bilərəkdən kadrda pozmaq prosesində tətbiq oluna bilərlər. Bu obyektivdə obyektə qədər olan fokus məsafəsinin 10-30 (15-45) mm təşkil etməsi qarşısındkı məkanı 90, bəzən də daha çox bucaq altında görməyə imkan verir. “Normal” obyetivlər ümumi istifadə, həm də portretlərin interyerdə çəkilişi üçün yararlıdır. Onun obyektə son yaxınlaşma məsafəsini 35 (50) mm təşkil edir. “Universal” tipli obyektivlərlə hər şeyi çəkmək olar. Yaxınlaşma məsafəsinin 18-50 (27-75) mm təşkil etməsi bunu görməyə imkan verir. Makroobyektiv qalan eyni funksiyalı texnikalar arasında tuşlandığı obyekti daha yaxından – 5 sm-ə qədər məsafədən çəkə bilmək imkanına görə seçilir. Onu başqalarından fərqləndirən əlamət üzərində “makro” və yaxud “micro” sözünün yazılmasıdır. “Portret” obyektivinin üzərində “portrait” sözü həkk olunmayıb. Onun özünəməxsusluğunu şərtləndirən obyektə qədər olan fokus məsafəsinin 50 (75), 85 (127,5) mm təşkil etməsidir. Portret şəkillərinin iri planda, sinəyə və belə kimi, eləcə də bədənnüma görüntünün bir qədər aralı çəkilişlə alındığının qarşılığında, obyektivin ensiz bucağının özü şəkil çəkəni obyektə yaxınlaşdırır. Ən nəhayət, bir-neçə kəlmə də “Teleobyektiv” haqqında. Bu obyektivə malik olan fotoqraflar


YENİ FOTO TEXNİKA

|27

Orta diapozonlu zum-obyektiv adi obyektivdən daha universaldır. Canon 24-70 mm (soldan) geniş spektorlu obyektlərdə çəkilişlər üçün istifadə etmək olar. Adətən, standart adlandırılan 50 mm obyektiv insan gözünün görmə bucağını yaradır. (sağda)

üçün obyektə duyulası dərəcədə yaxınlaşmağa ehtiyac yoxdur. Onun texniki imkanları istəniləni yaxınlaşdıra, bütün dəqiqliyi ilə kadra köçürməyə imkan verir. Ondan daha çox dövlət xadimlərinin, moda nümayişinin və s. çəkilişində istifadə olunur. Onun obyektə yaxınlaşma məsafəsini 100 (150) mm təşkil edir. Fotoqrafiyanın inkişafı onun səmərəli fəaliyyətini tənzimləyən yeni-yeni materialların istehsalını da şərtləndirmişdir. Bu materialların forma-biçim və dizaynının, eləcə də keyfiyyətinin əvvəllər ibtidai tutumda olmasının qarşılıgında, indiki şəraitdə bu istiqamətdə duyulası işlərin görüldüyünü qeyd etmək lazımdır. Bu mənada çəkiliş məkanındakı işıq şəraitinin müəyyənləşdirilməsinə xidmət edən eksponometr və fleşmetrin, işıqlıgın çox az olduğu şəraitdə tətbiq olunan işıqlandırma və işığı əksetdirmə cihazının, studiyadakı çəkilişlərdə yardımçı olan fotoqığılcımın, müxtəlif formalı dayaqların, işıq filtrlərinin,təsviri işləmə proqramlarının, kompüterlərin, fotoprinterlərin fotoqrafiya məkanına yeni nəfəs gətirdiyi birmənalıdır...

Təbii ki, bu gün əldə etdiyimiz fototexnika və bu əvəzolunmaz ləvazımat və cihazların bütün mənalarda yeniləşən bu məkanda, onun nəhayətsiz bədii-texniki imkanlarına yeni çalarların əlavə olunmasına duyulası təkan verən texnoloji proseslər də bir yerdə durmamışdır. Onun fotoqrafiyanın tarixiləşməsi ilə az qala eyni vaxtda bir çox alimlər həmin texnoloji axtarışlarla baş-başa idilər. Gəlin bu tarixə nəzər salaq və bizi heyrətləndirməkdə davam edən fotoqrafiyanın hansı çətin mərhələlərdən keçdiyinə əmin olaq... Hələ XIX əsrin 30-cu illərində fotoqrafiyanın yaradıcılarından biri olan Uilyam Henri Foks Talbot bilavasitə işığa həssas kağızın üzərində krujeva, gül və yarpaqların ifadəli siletlərinin təsvirini ala bilmişdi. Ancaq tezliklə bu lakonik texnika kəşf olunan və bu gün artıq ənənəvi sayılan fotoqrafiyanın bəxş etdiyi və kamerada əks olunan çeşidli süjetlərin və çalarların zənginliyi qarşısında geri çəkilməli oldu. XIX əsrin ortalarında artıq rəssamlar qrafika nümunələrinin çoxaldılması üçün fotoqrafiyanın imkanlarından istifadə etməyə başlayırlar. Onların şüşə səthinə çəkilmiş lakın üzərində iynə ilə cızılmış rəsm neqativ rolunu oynayırdı. Yuxarıda haqqında qısaca olaraq məlumat verdiyimiz fotexnikanın duyulası bolluğu və müasir tələblərə cavab vermələrinin qarşılığında bu günümüzdə onların praktikaya tətbiqində yeni texnoloji-bədii proseslərin mövcudluğunu yəqin ki, təbii qəbul etmək lazımdır. Bu texnikanı helioqrafiya adlandırırdılar.


28|FOTOQRAFİKA

XX əsrin 20-ci illərində foto sənətinin ifadə imkanlarının genişləndirilməsi, onun rəngkarlığın və qrafikanın təsirindən uzaq bədii dilinin formalaşması ilə o dövrün avanqard rəssamları olan Man Rey Moxoi-Nad, El Lisitski və b. məşgul olurdular. Onlar gördükləri bir çox işlərlə yanaşı hamının diqqətini kamerasız foto çəkilişinə yönəldə bildilər. Rəssamlar bu texnikanı “fotoqramma” adlandırırdılar. Bu texnika özlüyündə fotoqrafiyanın dəqiq təsvirçiliyindən,ənənəvi perspektivadan (ondan avanqard rəngkarlıq da imtina etmişdi) aldadıcı təəssüratla uzaqlamağı ehtiva edirdi. Bu onlara ənənəvi əşyaları çox gözlənilməz – kəskin və effektli göstərməyə imkan verirdi. Bu həm də onlara

Zum-obyektivlər təsvirin keyfiyyəti baxımından adilərdən geri qalır.

dəyişdirilmiş realığından uzaqlaşmağa, əşyasızlığa, səpələnmiş işıq-kölgənin təsdiqinə, keçməyə imkan verdi. Moxoi-Nadın bu barədə söylədiyi “Təşkil olunmuş işıq-kölgənin effekti bizim dünyaya baxışımızı zənginləşdirir” fikrində də özünün və əqidə dostlarının estetik konsepsiyasının nüvəsi qərarlaşmışdı. Bundan sonra fotoqrafiyanın tarixində baş verənlərdə onun digər sənətlərin “yerini” tutmaq istəyi olmasa da, o, yerində saymadı və əvəlcə agqaralığını çoxsaylı rəng çalarları ilə əvəzlədi, az sonra fotoqrafiyanın bir çoxlarının söylədiyi kimi yalnız texnikanın özünüifadəsi olmadıgını, onun bədiiləşməyə və ən nəhayət dünyaya fotoqrafikanın gözü ilə baxmağı bacardığını sərgilədi. Kitab boyu oxuduqlarınız da fotoqrafiyanın tarixinə ekskurs, onun texniki imkanları ilə tanışlıqla bərabər, bu “quru” mexanizmləri fotoqrafikanın geniş bədii imkanları ilə insanları duyğulandıra biləcək mənəvi qaynağa çevirməyin mümkünlüyünün nümayişidir... Bu gün belə müasir bədii-texniki və yaradıcı tutumlu proqramlardan birinin “fotoşop” olması danılmazdır. Etiraf edək ki, o, dünyanın ən populyar

14 mm-lik ultraenlibucaqlı obyektivlər genişliyi məhdudlaşmış fəza-məkanda dinamik təsvir yaratmaq üçün istifadə olunur. Yalnız yüksək keyfiyyətli obyektivlər (Nikon, Canon) həddindən artıq təhrif olmalnın hallarının qarşısını alaır.


|29

YENİ FOTO TEXNİKA

görüntü işləmə proqramlarından biridir. Bu da heç şübhəsiz bu proqramın çəkdiyiniz fotolara fərqli təsirlər göstərərək, onu yeniləşmiş hala sala bilməsi ilə bağlıdır. Gəlin nümunələrə tapınmaqla, fotoşopun çox şeyə qadir olmasına əmin olmağa çalışaq. Məsələn, bir çox fotolarınızda mövcud olan yüksək və yaxud aşağı kontrastı-təzadı, eləcə də digər zəif görüntülü sahələri “Levels” və “Curves”i bir yerdə istifadə etməklə normal duruma-kontrasta qaytarmaq mümkündür. Bunun üçün ilk olaraq “Open” menyusu ilə üzərində iş aparılacaq kadrı ekrana gətirmək lazımdır. Şəkil ekrana gəldikdən sonra ekranın üst tərəfindəki “image” menyusundakı “Adjustments”dən “Levels”i seçmək gərəkdir. Qarşınıza bir qrafik çıxacaqdır. Bu qrafikin alt hissəsində soldan etibarən qara, boz və ağ olmaqla üç ədət kiçik üçbucaq yerləşir. Bu üçbucaqlardan ən solda yerləşən qara üşbucağı sağ tərəfə doğru hərəkət etdirməklə kontrast zəifləyər, pozlandırma(hər hansı bir əşyanın çəkilişində

sensorun ehtiyacı olan qədər işıq almasını saxlamaq üçün istifadə olunan diafraqma və bağlayıcı sürət dəyərlərinin birləşməsi) azalar. Ortada yerləşən boz üçbucağı sağ tərəfə hərəkət etdirdikdə isə kontrast düşər, pozlandırma azalar. Ən sağda yerləşən ağ üçbucağı sol tərəfə çəkdikdə də yenə kontrast düşər. Bu üçbucaqları əks istiqamətlərə doğru hərəkət etdirdikdə isə, tam tərs təsirlər əldə edərsiniz, yəni, kontrast artar. İstənilən təsiri almaq istədikdə əməliyyatı təsdiq etmək üçün “OK” və ya da “Enter” klavişini basın. Əgər eyni fotoya “Curves”i də tətbiq etmək istəsəniz, “Levels” pəncərəsini bağladıqdan sonra fotoqraf ekranda ikən bu dəfə “İmage” menyusundan “Adjustments”ə gəlib buradan “Curves”i seçin və burada onun aradan qaldıra biləcəyi xətalarla texniki təmasa başlayın... Fotoşopun üstünlükləri barəsində çox danışmaq olar. Ancaq onun bir məsələdə, daha dəqiq desək, onlarla fotonun divardan asmaq üçün yox, sadəcə ailə albomunda yerləşdirməsini ani surətdə həll

Yüksək işıqlı Canon 16-36 mm və Nikkor 17-35 mm xüsusi obyektivlərdə keyfiyyətli nəticə daha baha qiymətə başa gəlir.


30|FOTOQRAFİKA

Kompyuter Apple iMac Photoshop iş rejiminin sürəti çox böyük olduğundan professional fotoqrafların ən sevimlisidir. Tam kompyuter komplektiş Gördüyünüz MacBook Pro kompaktdır, həm rahat və həm də sürətini itirməyəndir.

etmək prosesində öz mövqeyini başqasına vermədiyi kifayət qədər duyulandır. Tezləşmənin reallaşması heç də sizin fotoları hansı formatda - RAW və yaxud da JPEG-də çəkməyiniz vacib deyil. Belə ki, ondan tez-tez ailələrdə baş tutan xoşməramlı mərasimlərdə qonaqların artıq yorulduğu hiss olunanda uğurla istifadə etmək, nümayiş etdirmək olur. Belə anda ev sahibi fotoların redaktəsinə, təqdimat ardıcıllığına əməl olunmasına diqqət yetirməyə sadəcə vaxt tapmasa da, bunu onun əvəzinə rəqəmli laboratoriyada operator və çap maşınını idarə edən robot həyata keçirir. Əlavə edək ki, hadisələri qabaqlamağa yönəli bu prosesə fotoşopun səmərəli fəaliyyətinə münbit şərait yaradacaq vaxt qalmayanda əl atılır. Odur ki, mütəxəssislər həm də keyfiyyəti tənzimləyəcək mexanizm-proqram axtarışında idilər. Daha dəqiq desək, bu mexanizm-proqram duyulası kadr axınını (toy mərasimlərini yada salın) tənzimləməli, eyni zamanda sürət, münasiblik və keyfiyyət arasında nəticənin uğuruna təminat verən olmalı idi. İndiki şəraitdə istifafdəyə yararlı proqramlardan biri “Google Picasa”-dır. Mütəxəssislər istifadə sisteminin fotoqrafiyada yeni olanlar üçün bir qədər anlaşıqsız görünməsinə baxmayaraq onu heyrətamiz foto-brauzer hesab edirlər. Əgər onun baçlıca üstünlüyü ilk növbədə bu istifadə üçün əlavə xərcə düşməməkdirsə, digəri proqramın dəyişikliklərin birbaşa fayla yerləşdirilməsinə imkan verməsi, ilkin variantları ayrıca qorumasıdır. İş prosesində əvvəlcə proqram bütün əlavə olunmuş fotoları qəbul edir, bundan sonra qovluq nəzərdən keçirilir və dərhal da çap olunacaq fotolar seçilir.Bu məqamda onlar tam redaktə olunmasalar da, üzərilərinə işarə qoyulur. Adətən 1000-ə qədər fotonun işlənməsinə təxminən bir gecə həsr olunur. Ertəsi günhər fotoda gərəkli dəyişikliklər aparılır, onlar filtrdən keçirilir və artıq düzəlişə məruz qalan materiallar “Basic fixes” panelində müəyyən kadr ölçüsünə uyğunlaşdırılır və rəqəmsal çapa verilr. Ümumiyyətlə götürdükdə,bu prosesə bir dəqiqədən az vaxt sərf olunur. Nəticənin davamlı olaraq ugurlu olmasındandır ki, ondan praktikada geniş olunur... Digər bir işlək proqram heç şübhəsiz “Adobe Photoshop Lightroom”dur. Onu sona qədər qüsursuz saymaq mümkün olmasa da, onun hətta JPEG


YENİ FOTO TEXNİKA

faylları ilə “dil” tapması və digər neçə-neçə prosesin tezləşdirilməsinə imkan verməsi çoxsaylı fotoların uğurlu alınmasına çox vaxt sərf etmək istəyənlər üçün münasibliyi danılmazdır. Ən nəhayət, müasir fotoqrafiyanı onsuz təsəvvür etmək mümkün olmayan “Fotoşop”dan söz açmaq istəyirik. Qeyd edək ki, fotoşop duyulası dərəcədə çox çevik bir proqramdır və professional aləmdə elə bir adam tapmaq olmaz ki, bu proqram onun xoşuna gəlməsin. Öncədən deyək ki, fotoşopun yaradıcıları onu təsvirləri istənilən görkəmə salmağa, hala gətirməyə və redaktə etməyə imkan verən proqramlar kompleksi düşünüblər. Fotoşopda təsvirlərlə işləmək üçün kifayət sayda texniki “alət” mövcuddur. Bu çoxluq fotoqrafiyada yeni olanlar üçün anlaşılmaz da olur. Bu da təbiidir, çünki, bu proqram professionallar üçün nəzərdə tutulub. Etiraf edək ki, bu populyar proqramın öz rəqiblərini üstələməsi heç də ondan istifadənin sadə olması ilə baglı deyildir. Yeri gəlmişkən, fotoşop məhfumunu bir qədər də sadələşdirsək, deyək ki, burada proqramın özündən və standart alətlərin alqoritmli işini robotlaşdırmağa imkan verən ekşenlərdən də operativ çalışan, təsvirlərlə işləməyə və prosesin müxtəlif mərhələlərini

avtomatlaşdırmağa və uğurlu nəticələri şərtləndirən çoxsaylı plaginlər mövcuddur. Bəzən əvvəlcədən professionallar üçün nəzərdə tutulmuş ekşenlərdən istifadə bu işdə yeni olanlar üçün çətinlik törədir. Onlar bu prosesdə rəngləri gücləndirməyi, onların təzadı üzərində işləməyi, yaşıl (qırmızı) rəngin üzə çıxarılmasını, rəqəmsal səsi (just push play) azaltmağı həyata keçirməklə qarşılarındakı xam materialı gözoxşayan foto nümunələrinə çevirə bilərlər. Bəzən ondan imtina edənlər də tapılır, ancaq bunu keyfiyyət yox, prosesi daha da sadləşdirmək istəyənlər edirlər... Etiraf edək ki, bəzən foto həvəskarları çəkdiklərini avtomatikanın ixtiyarına “təslim” edib intizarla nəticəni gözləmək əvəzinə, bütün bu texniki yardımlardan imtina edib, hər şeyi bacarıqlı əlləri ilə görmək fikrinə də düşürlər. Məsələ burasındadır ki, çox vaxt özlüyündə bir çox nizamlama toplusunun məcmusu olan və əldə olunmasına heç də az vəsait xərclənməyən ekşenlər sizin kifayət qədər korrektə edilmiş kadrlarınızın üzərinə arzulanmayan “iz” qoyur. Təbii ki, bu nəticəyə görə proqramın yaradıcılarını günahlandırmaq olmaz. Təbiətdə belə dalğaların təkrarlanmadığı qarşılığında, həcmi bir-neçə milyon piksellə ölçülən təsvirlərin

|31 |31


32|FOTOQRAFİKA

hansısa standartlara sona qədər “təslimşiliyini” sadəcə təsəvvür etmək çətindir. Elə bu standartın yoxluğundandır ki, bəzən bu işdə son nöqtəni qoymaq insan şüuruna etibar edilir... Digər bir işlək, müəyyən qədər “Fotoşop”la rəqabət apara bilən proqram heç şübhəsiz “Adobe Photoshop Lightroom”dur. Hər halda elə adından da göründüyü kimi əhəmiyyətinə görə ikincidir. Yeri gəlmişkən qeyd edək ki, bu texniki vasitə daha mürəkkəbdir. Əvvəlcədən fotoqraf-professionalların istifadə edə biləcəyi alət “axını” kimi düşünülmüşdü. Onu sona qədər qüsursuz saymaq mümkün olmasa da və proqramın hətta JPEG faylları ilə “dil” tapması və digər neçə-neçə prosesin tezləşdirilməsinə imkan verməsi çoxsaylı fotoların ugurlu alınmasına çox vaxt sərf etmək istəyənlər üçün münasibliyi danılmazdır... ÇALIŞMALAR: 1. Çəkilən portretin “Google Picasa” proqramında fotoalbom üçün hazərlanması; 2. Görüntüyə alınmış mənzərənin “Fotoşop” proqramında çap üçün hazırlanması; 3. Çəkilmiş memarlıq abidəsinin “Adobe Photoshop Lightroom” proqramında reklam üçün hazırlanması; 4. Görüntüyə alınmış şəhər panoramının “Google Picasa” proqramında plakat üçün işlənməsi; 5. Heyvanat aləminə həsr olunmuş fotonun “Fotoşop” proqramında yol kənarında qoyulacaq plakat-göstərici üçün işlənməsi;


YENİ FOTO TEXNİKA

|33 |33

Memarlar tərəfindən daha çox istifadə edilən 6x9 sm formatı ən yüksək keyfiyyətli təsvirlərin əldə olunmasını təmin edir.


34|FOTOQRAFİKA

RƏNGLİ FOTOŞƏKİL HAQQINDA

Spektrin əsas şüalarının kəsişdiyi yerdə onların üst-üstə düşməsindən yeni rənglər yaranır (yuxarıda). Üç əsas – qırmızı, yaşıl və göy rənglərdən ikisinin qarışığından alınanlar əlavə rənglər adlanır. Bura tünd qırmızı, mavi və sarı rənglər (onları şəkildə görmək olar) aiddir. Bütün üç əsas şüaların eyni nisbətdə qarışdırılmasından ağ rəng yaranır. Sağdakı sxemdə ekrana düşən üç əsas işıq şüasının qarışdırılmasından nə alındığı göstərilmişdir. Ekranın yuxarısındakı qara zolağın altındaümumiyyətlə heç vaxt işiq düşməyən yerdə qırmızı, yaşıl və göy zolaqlar yerləşir. Bura onlar ayrı-ayrılıqda proyeksiyalandırılırlar. Sonra qırmızı şüa yaşılla qarışdırılır və sarı rəng alınır. Qırmızı və göy şüaların qarışığı tünd qırmızı, göylə yaşılın qarışığı isə mavi rəng əmələ gətirir.

Yunancadan tərcümədə “işıqla yazıram” mənasını verən “fotoqrafiya” termini XIX əsrdə cəmiyyətin ona olan marağının bir an belə azalmadıgı sənət növünə çevrilməklə hər birimizin həyatına daxil olmuşdur desək, yanılmarıq. Yarandığı gündən daima yeniləşməyə meylli olan fotoqrafiya arxada qalan duyulası zaman kəsiyində bütün mənalarda zənginləşmişdir. Bu sahədə aparılan axtarışların son və maraqlı nəticəsi isə yaranışı onsuz da möcüzə sayılan ağ-qara fotonun yenisi ilə əvəzlənməsi olmuşdur. Uzun müddət ağ-qara fotoların estetik tutumunu özünə yeganə duyğulandırıcı qaynaq hesab edən fotoqrafiya sahəsinin mütəxəssisləri nəhayət hamıya obyektivin dünyaya baxışını rənglərlə ifadə etməyə qadir olduğunu da hamıya sərgilədi. Beləliklə, bu günə kimi öz bədii imkanları ilə insanlığı duyulandırmaqda davam edən rəngli foto yarandı... Rəngli fotoqrafiya şəkli çəkilən obyektlərin daşıdıqları parlaqlığın və rəng müxtəlifliyinin müəyyən dəqiqliklə əksini köçürən, foto təsvirlərin alınmasını şərtləndirən üsulların birliyidir. Bir vaxtlar bəzi bədxahları fotoqrafiyanı yalnız texniki vasitənin ifadəsi kimi təqdim edib, onu bu kontekstdə dəyərləndirməyə çalışsalar da, zamanın axarında çox qısa müddətdə nəzəri-təcrübi yeniliklərə tapınan və həm də fərqli özünüifadə vasitəsi kimi tanınan foto sənəti bu gün zəngin və özünəməxsus bədii-estetik tutumlu mənəvi qaynaq kimi qəbul olunmaqdadır. Bu gün rəngli nümunələrlə müqayisə-də ağ-qara fotoları bu sahənin artıq arxada qalan yolu və bir daha ona qayıdışa ehtiyac olmadığını söyləyənlər heç şübhəsiz müəyyən mənada yanılırlar. Etiraf edək ki, bu gün rəngli foto kifayət qədər geniş yayılsa da, tez-tez yeni texnikanın ifadə edə bilmədiyi bədii effekti əldə etmək üçün fotoqrafiya sahəsində çalışan və davamlı olaraq yaradıcılıq axtarışları aparanlar çoxçalarlı təsvirləri monoxrom görüntüyə-


RƏNGLİ FOTOŞƏKİL HAQQINDA

|35


36|FOTOQRAFİKA

ağ-qaraya çevirirlər. Qənaətimizcə, onların hər birinin özünəməxsus özəllikləri olsa da, hər halda rəng və işıq keçidlərinin çox incəliklə əldə olunmasından əmələ gələn ağ-qara təsvirlərdə sonradan ümumi görüntünün bədiiləşdirilməsini şərtləndirən amillər heç də asanlıqla əldə olunmur. Bununla demək istəyirik ki, nə rəngli, nə də rəqəmsal fotoqrafiyanın yaranmasından sonra da ag-qara fotolar fotoqrafiyada öz bədii əhəmiyyətini itirməmişdir. Söhbətimizin əsas mövzusuna gəlincə isə məlumat üçün qeyd etmək lazımdır ki, fotoqrafiya tarixində ilk rəngli şəkillər təxminən XIX əsrin ortalarında çəkilmişdir. Tarixi mənbələr həmin fotonun 1861-ci ildə Ceyms Maksvell tərəfindən üçrəngli fotoqrafiya metodu (rəng bölgüsü metodu) ilə hazırlandığını bildirirlər. Bu metodla rəngli şəkil almaq üçün rəngli işıq filtirləri (qırmızı, yaşıl və göy) yerləşdirilmiş üç foto kameradan istifadə olunmuşdur. Alınan şəkillər onların proyeksiyalandırılması zamanı (sonralar çap prosesində də) rəngli təsvirin alınmasına imkan verirdi. Üçrəngli fotoqrafiya metodunun inkişafında ikinci önəmli addım 1873-cü ildə alman foto kimyaçısı German Vilhelm Fogelin sensibilizator, yəni gümüşü birləşmələrin müxtəlif uzunluqlu dalğaların şüalarına qarşı hissetmə qabliyyətini artırmağa imkan verən maddəni kəşf etməsi oldu. Fogel spektrin yaşıl sahəsinə həssas olan tərkibi aldə edə bildi. Üçrəngli fotoqrafiyanın praktiki olaraq tətbiqi yalnız Fogelin tələbəsi, alman alimi Adolf Mite fotoplastinkanı spektrin digər sahələrinə həssalıq nümayiş etdirməyə imkan verən sensibilizatorları işləyib hazırladı. O, eyni zamanda üçrəngli çəkilişi həyata keçirməyə imkan verən foto kameranın konstruksiyasını və alınmış rəngli şəkilləri göstərmək üçün üçşüalı proyektor yaratdı. Bu qurğunun işlək imkanları ilk dəfə 1902-ci ildə Berlində Adolf Mite tərəfindən nümayiş etdirildi. Sonralar üçrəngli fotoqrafiya metodunun daha da təkmilləşdirilməsinə Adolf Mitenin tələbəsi Sergey Prokudin-Qorski böyük töhfələr vermiş oldu. Onun hazırladığı texnologiya obyektə tuşlama müddətini azaltmağa, şəkılin çoxaldılması imkanlarını artırmağa imkan verdi. S.Prokudin-Qorski eyni zamanda 1905-ci ildə sensibilizatorun spektrin qırmızı-


RƏNGLİ FOTOŞƏKİL HAQQINDA

|37


38|FOTOQRAFÄ°KA


RƏNGLİ FOTOŞƏKİL HAQQINDA

|39

narıncı hissəsinə həssaslığını kifayət qədər artıran bilavasitə özünə məxsus tərkibini hazırladı. Başqa sözlə desək, o, bu sahədə A.Miteni üstələmiş oldu. XX əsrin əvvəllərindən başlayaraq rəngbölgüsü metodu ilə yanaşı rəngli fotoqrafiyanın digər prosesləri (metodları) fəal surətdə inkişaf etməyə başladı. Bunun əyani göstəricilərindən biri 1904-cü ildə yaradılan və 1907-ci ildə patent alan “Avtoxrom” adlı fotoplastinkaların sərbəst satışa çıxarılması oldu. Lümyer qardaşlarının istehsal etdikləri bu vasitə rəngli foto nümunələrinin asanlıqla əldə olunmasına imkan verirdi. Təsvirlər şüşə üzərində alındıgından onlara işıga tutmaqla baxmaq mümkün idi. Əlavə edək ki, avtoxrom plastinkalar gümüş duzu qarışdırılan və işığa həssas nazik qatla örtülərdi. Bu qatla şüşə arasında tərkibinə suda həll olunmuş narıncı, yaşıl və göy rənglərin hopdurulduğu tərkibözünəməxsus işıq filtri yerləşərdi. Üçrəngli plastinkanı kasetə şüşə üzü obyektivə tərəf yerləşdirər, göstərər və dərmanda yuyardılar. Alınan təsvir diapozitiv şəklində olardı. Çoxsaylı çatışmazlıqlarına baxmayaraq (rənglərin tez bozarması,plastinlərin kövrəkliyi, təsvirlərin dənəvərli olması) bu metod tezliklə çox məşhurluq qazandı və 1935-ci ilə kimi 50 milyona qədər avtoxrom plastinlərin istehsalı da bunun göstəricisi sayıla bilər.


40|FOTOQRAFİKA

Bu texnologiyaya alternativ ola biləcək digərləri (Agfakolor,1932; Kodachrome,1935; Polaroid,1963) də elə 1930-cu illərdə yaradıldı. Rəngli fotoqrafiya haqqında yuxarıdakı tarixi məlumata bələd olan foto həvəskarı bu sahədə ilkin səylərini ifadə etmək, tədricən bu ilkin həvəsi yaradıcılıq axtarışlarına yönəltmək üçün öncə digər addımları da atmalıdır. Təbii ki, bu ilk növbədə gerçəkliyə obyektivin gözü ilə baxışın necəliyini təmin edən foto aparatın seçimi ilə baglıdır. Bu barədə biz fototexikaya həsr olunmuş bölümdə geniş söhbət aparmaqla, praktikada lazımlı ola biləcək

məsləhətləri verəcəyik. İndiki halda isə siz bu seçimi etmiş durumdasınız və bununla da rəngli foto çəkilişinə hazır vəziyyətdəsiniz... Təbii ki, bu işin başlangıcında olanlar üçün ilk təcrübənin necəliyi, başqa sözlə desək, nəticəsi duyulası önəm kəsb edir. Odur ki, fotoaparatı hər hansı obyektə yönəltməzdən əvvəl süjet seçiminə diqqət yetirməli, rəngləri daha aydın görünən motivlər və əşyalar seçməlisiniz. Əks halda, özünüzü ugursuzluqda günahlandıra, həvəsdən sala da bilərsiniz. İlk vaxtlarda bu seçimin ugurlu, çox vaxt da düzgün olmadığına şahidlik etməyinizi də bir qədər təbii


RƏNGLİ FOTOŞƏKİL HAQQINDA

qarşılamaq lazımdır. Amma hər dəfə əlinizə ən bahalı fotoaparatı belə alanda siz unutmamalısınız ki, şəkili aparat yox, cihazın sahibi - fotoqraf çəkir. Unutmaq olmaz ki, bu sahədə uğur əldə etməyin ən asan, lakin qaçılmaz yolu fotoqrafın gördüklərini dərindən duymasından keçir. Bunu da ilk növbədə süjet seçimi və düzgün çəkiliş nöqtəsininrakursun tapılması şərtləndirir. Görünür bu mənada rəssamlara yönəli söylənilmiş “Hamı baxır, amma hamı görmür” deyiminin fotoqrafiya sahəsində çalışanlara aid edilməsini də vəziyyətin düzgün dəyərləndirilməsi kimi qəbul etmək lazımdır. Elə sonralar foto sənətində baş verən bədii-texniki durumu tədqiq edənlərin söylədikləri “Fotoqrafiyanın dili rəsmin dilidir” fikrinin də eyni estetik qaynaqdan faydalandığını sərgiləyir. Rəssamın fırça, fotoqrafın isə aparatla yaratdığında eyni bədii-estetik tutumun yer almasına çalışması danılmazdır. Belə ki, hər ikisi

|41


42|FOTOQRAFİKA

yaratdığının son nəticədə özündə işıq-kölgəni, aydınlığı-qaranlığı, düzgün rakursu, məntiqli məqamı, perspektivi, tarazlığı və s. əks etdirən kompozisiya olmasına səy göstərirlər. Təbii ki, hər rəssam işi uğurlu olmadığı kimi, hər kadr da obyektin cəlbedici bədiiləşmiş görüntüsü sayılmır. Düzdür, müasir şəraitdə yeni texniki vasitələrin müdaxiləsi ilə bəzən çox uğursuz alınan foto şəkli belə tanınmaz dərəcədə yeniləşdirmək də olur. Amma səriştəli mütəxəssis, bəzən də tamaşaçı bu uğurlu kadrın təbii-birbaşa yox, süni-“fotoşop” vasitəsilə alındığını görür və bu da heç şübhəsiz, bütünlükdə, onun ümumi dəyərləndirməsinə duyulası təsir göstərir. Heç şübhəsiz bu da müəyyən ustalığın nümayişidir, amma fotoqraf bunu kənar müdaxilə olmadan əldə edirsə onun bədii dəyəri daha yüksək olur...

ÇALIŞMALAR: 1. Açıq havada portretin çəkilişi və fotoqrafika yolu ilə işlənməsi; 2. Meyvələrdən ibarət natürmortun otaq şəraitində çəkilişi və fotoqrafik həllinin tapılması; 3. Memarlıq tikilisinin günün müxtəlif vaxtlarında çəkilişi və fotoqrafika yolu ilə işlənməsi; 4. Dəniz və yaxud çay mənzərəsinin çəkilişi və fotoqrafik həllinin tapılması; 5. Yaşıllıqlardan ibarət mənzərənin çəkilişi və fotoqrafika yolu ilə işlənməsi;


RƏNGLİ FOTOŞƏKİL HAQQINDA

|43


44|FOTOQRAFÄ°KA


|45

MƏNZƏRƏNİN ÇƏKİLİŞİ

MƏNZƏRƏNİN ÇƏKİLİŞİ Əgər desək ki, əlinə fotoaparat alan hər kəs hər gün rastlaşdığı şəhər-kənd motivlərini, müxtəlif ölkələrə səyahət zamanı üz-üzə, göz-gözə qaldığı ürəkaçan mənzərələri lentin yaddaşına köçürmək istəyir desək, yəqin ki, həqiqəti ifadə etmiş olarıq. Bu mənada portret kimi mənzərə janrı da fotoqrafiyanın aparıcı sahələrindən sayılır. Yeri gəlmişkən deyək ki, dünyada fotoqrafiyanın əsasının qoyulmasını şərtləndirən ilk şəkil də məhz mənzərə janrında çəkilmişdir... 1826-cı ildə fransız Jozef Nepe arzuladığı təsviri almaq üçün pəncərə altlığının üzərinə qoyaraq içərisində xüsusi tərkibdə hazırlanmış plastinka yerləşdirilmiş kameranın üzünü qarşı tərəfə yönəltməklə günün bütün işıqlı müddəti ərzində çəkiliş apardı. Fotoqrafiya tarixində ilk mənzərə belə yarandı. Daha sonra (1939) fransuz rəssamı kəşf etdiyi “daqerotipiya” adlı kamera ilə J.Nepe ilə müqayisədə daha qısa müddətdə-cəmisi 15-30 dəqiqə ərzində obyektə baxışı həyata keçirməklə şəklin çəkilməsinin mümkünlüyünü nümayiş etdirdi. Bu səbəbdən də ondan məmuniyyətlə mənzərə çəkilişində istifadə etməyə başladılar. Məhz həmin 1939-cu il fotoqrafiya üsulu ilə ilk çəkilişin aparıldığı vaxt hesab olunur… Ötən illərin tarixinə qiyabi qayıdışın həmişə maraqla qarşılanmasının qarşılığında biz də yenə sizi XIX əsrə qaytarmaq istəyirik. Beləliklə, 1830-cu illərdə britaniyalı ixtiraçı Uilyam Talbot kalotipiya prosesini yaradır, 1844-cü ildə isə ilk fotoşəkilli “The Pencil of Nature” (“Karandaş prirodı”) kitabını çap etdirir. Obrazların və görməli yerlərin çox qısa zaman kəsiyində təsvirinin əldə olunması üçün texniki vasitənın kəşfindən sonra landşaftların təsvirinin yaradılması fotoqrafiyada çox geniş yayılmış motiv

Dəqiqliyin dərinliyi üç ölçülü təsvirdə uzaqlaşan planlara sərhəd qoymağa imkan verir.


46|FOTOQRAFİKA

oldu. Qeyd edək ki, mənzərələri müxtəlif – elmi, dekorativ, turist səfərlərindən xatirə, sənədli və publisistik, ən nəhayət, bədii məqsədlər üçün çəkirlər. Mənzərənin çəkilişi zamanı FOTOQRAFİKAnın vəzifələri və onların həlli vasitələrini reallaşdırmaq üçün bu janrın ustaları örnək kimi mənzərə rəngkarlığında istifadə olunan bədii-estetik qaynaqları götürürlər. Bunlar bilavasitə kompozisiya və perspektiva qanunları, planların qurulması, rəng və işıqlandırmadan ibarətdir. Eyni zamanda fotoqrafiya üçün səciyyəvi olan çəkilişin qəfil aparılması, dinamiklik və şəkilin rakursu, nəticənin başlanğıc reallığa ən yaxınlığın (ətraflılıq və dəqiqlik) əldə olunması, alınan təsvirlərin (rəng

ifadəsi,təzadlıq, fokuslaşdırma) texniki faktorlardan asılı olması amilləri də nəzərə alınır. ...Fotoqrafiya tarixində ilk mənzərə özündə şəhər damlarını əks etdirir. Bu mənzərə özündəki donuqluqdan ucalan möhtəşəmliyə və memarlıq obyektlərinin iri lokal plastik tutumlarını yaşatdığına görə uzun müddət digər mənzərə fotoları arasında aparıcı mövqe tutmuşdur. Əgər memarlıq mənzərəsi dərhal fotoqrafiyada özünə layiqli yer aldısa, küləyin təsiri ilə “dillənən” yarpaqların işıq-kölgənin axarında kifayət qədər canlı görüntüsü belə arzulanan nəticəni vermədi. Odur ki, ötən illərin şəkillərində meşələr və çöllər daha çox ümumiləşdirilmiş formada təsvir olunardılar. Təbiətə bu cür baxış mənzərə motivlərində yalnız


MƏNZƏRƏNİN ÇƏKİLİŞİ

müəyyən qədər ovqat ifadəsini göstərməyə imkan versə də, çəkiliş aparılan kameranın texniki imkanları fotoqrafa o vaxtlar həddindən artıq təfərrüatları göstərməyə imkan vermirdi. Mənzərə fotoqrafçılıgının estetikasındakı dinamiklik faktoru tədricən yaradıcılıq axtarışlarının yeni texniki həll imkanları ilə sıx əlaqəsində əhəmiyyət kəsb etməyə başlayırdı. Müasir mərhələdə fotoqrafiya texnikasının inkişafı ilə yanaşı həm də mövcud estetik tələbat təbiəti olduğu kimi, daşıdığı bütün gözəllik formaları ilə canlandırmağa imkan yaradıb. Müxtəlif yaradıcılıq prinsiplərinin mövcudluğu təbiət mənzərələrini daha dəqiq - gül-çiçəyi, yarpağı və otu bütün incəliklərinə kimi göstərmək tendensiyalarının inkişafını şərtləndirib. Bu cür axtarışlarda rakursa, plan seçiminə, kompozisiyaya və rəng nəzəriyyəsinə duyulası diqqət yetirilir. Bütün bunların son nəticədə bizi əhatə edən təbiətdəki harmoniyanı bütün dolğunluğu ilə əks etdirməyə şərait yaratması danılmazdır. .. Mənzərənin lentə köçürülməsi çoxlarına asan və sadə görünsə də, əslində bu janrda foto çəkmək bəlkə də başqa janrlara nisbətən daha çətindir. Belə ki, fotoaparatın obyektivini hər hansı şəhər və kənd görüntüsünə, memarlıq obyektinə və yaxud da mənzərə motivinə yönəltməklə iş bitmir. Belə ki, başqa janrlardan fərqli olaraq mənzərədə planlar və rəng çalarları kifayət qədərdir. Bu incə keçidlərin qarışdırılmaması, daşıdıqları incəliklərin oldugu kimi təqdimatı heç şübhəsiz foto həvəskarından istifadə etdiyi texnikaya bələdçiliyi, onun bədiitexniki imkanlarıı tətbiq etmək səriştəsi tələb edir. Əlinə ilk dəfə fotoaparat alanların diqqətini ürəkaçan təbiət və şəhər görünüşlərinin cəlb etməsi yəqin ki, təbiidir. Doğrudan da adam belə mənzərələrə baxmaqdan usanmır və bu səbəbdən də çox vaxt insan duyğularını gözoxşayan belə panoram xarakterli motivləri fotokameranın yaddaşına köçürmıyə tələsir. Amma etiraf edək ki, panoram fotoların çəkilişi onu icra edəndən texnikaya bələdçiliklə yanaşı, incə duyum da tələb edir... Yüksək həssalığa malik plyonkada dərin kölgələr və parlaq işıq alınır.

Çox hündür və alçaq tikililərdən, eləcə də böyük və kiçik ağacların bir-birinə çox yaxın düzülüşündən yaranan belə panoram görüntülər bəzən nə qədər cəlbedici olsalar da, çox vaxt reallıqda onların üst və alt tərəfləri boş olur. Əgər siz bu durumda arzuladığınız məkanı görüntüyə alsanız, o, nə qədər keyfiyyətlə çəkilsə də, bədii cəhətdən kasadlığı hiss olunacaqdır. Məhz həmin vurğuladığımız boşluq bunu şərtləndirəcəkdir. Odur ki, belə motivləri bir qədər təbiətin fərqli durumunda, məsələn, səmanın üzünü bulud topaları örtəndə çəksəniz, onun estetik tutumuna kifayət qədər duyğulandırıcılıq qatmış olarsınız. Belə motovlərin normal və uğurlu

|47 |47


48|FOTOQRAFİKA

çəkilişini həyata keçirmək üçün DSLR (Digital Single Lens Reflex-tək obyektivli dijital refleks fotoaparatı) və yaxud da digər kompakt digital fotoaparatlardan istifadə etmək olar. Mənzərə haqqında söhbətimizi konkretləşdirmək məqsədilə sizinlə bir motivinn çəkilişində yaşananları bölüşmək istərdik. Bu fotoqrafların da həmişə diqqət mərkəzində olan günəşin batmasının görüntüyə alınması ilə baglıdır... Əgər desək ki, həyatda qarşılaşdığımız təbiət motivləri arasında bizi ölçüyəgəlməz dərəcədə duyğulandıran günəşin döğulması və qüruba enməsidir, yəqin ki, yalan olmaz. Hər iki halda günəşin istisinin göyün üzündə yaratdığı qeyri-adi rəngləri çox vaxt ifadə etməkdə rəssam fırçası belə aciz olur. Odur ki, bu romantik məqamların ikisinin də kameranın yaddaşına köçürülməsi fotoqrafdan müəyyən səriştə tələb edir. Bəs günəşin batmasının cəlbedici çəkilişi üçün nə etmək lazımdır? İlk öncə bu tip fotolarda göy üzünün narıncı və qırmızı rənglərə bürünməsi görüntüsü təbii görünsə də, heç də təbii deyildir. Əslində bu tip görüntülər texniki baxımdan yanlış çəkilmiş fotolardır. Çünki, istifadə olunan gün işığı ağ dayanıqlıgının Kelvini 5500 (Kelvinişıgın rəng istiliyinin müəyyən riyazi hesablama ilə rəqəmsal dəyərlərə tətbiq edən ingilis alimi, 1 Kelvin-273 selsidir) ikən, günün batmasının təxmini Kelvin dərəcəsi 3200 həddində olur. Yəni, bu işiq bütünlükdə bir volfram qədərdir. Ancaq əldə olunan rəngin isti olması və insan beynində soyuq rənglərə rəğmən daha gözəl təsir buraxması, bu xətanı görməməyimizin nəticəsidir. Günəşin içərisində buludlar və şimal soyuğu varsa, o axşamkı qürubun çox dramatik tutumlu gün “enişi” olma ehtimalı yüksəkdir. Buna şimaldan əsən güclü küləyin də əlavə olunması qarşılığında, haradasa fərqli bir bulud topasının göy üzünü örtdüyü hər saniyədə günəşin qürubunun ürəkaçan mənzərəsi yaranır. Bir çox həvəskar və yaxud da professional fotoqraf çəkdikləri də bu tip gün batmasının yalnız “xəyalı” olar. Amma bu cür təsirli qürubu “tutmaq” hər zaman mümkün olmur. Yalnız həmişə fotokamera ilə gəzməklə belə anları gözdən qaçırmamaq, onu başqaları üçün də duygulandırıcı qaynağa döndərmək olar. Etiraf edək ki, indi istifadə olunan müasir texnologiyanın sayəsində, başqa sözlə desək, digital fotoaparatların


MƏNZƏRƏNİN ÇƏKİLİŞİ

|49

|49


50|FOTOQRAFİKA

cibə yerləşəcək dərəcədə kiçilməsi qarşılığında həmişə onları yanınızda gəzdirə və istədiyiniz vaxt arzuladığınız məqamı görüntüyə ala bilərsiniz... Yaddan çıxarmaq olmaz ki, ətrafda hər görünən fotoaparatın obyektivi üçün çəkiliş obyekti ola bilsə də, yaxşı foto üçün arzulanan motiv ola bilməz. Ona görə də mənzərə janrında çəkilən hər bir fotonun uğurunu ilk növbədə motiv-süjet seçimi şərtləndirir. Bu mənada obrazlı desək, motiv “ovu”na çıxan foto həvəskarı çox diqqətli olmalı, motivin və həm də çəkiliş nöqtəsinin, eləcə də rakursun maraqlı və gözlənilməz olmasına çalışmalıdır. Əgər

fotoqrafiyada süjet seçimi gələcək uğurun yarısıdır desək, yəqin ki, həqiqəti ifadə etmiş olarıq. Bunun yüksək estetik tutumda təqdimatı, onun daha da bədiiləşdirilməsi çox vaxt elə naturadan canlı çəkilişin nəticəsində, bəzən də fotoşop proqramının müdaxiləsi ilə alınır. Müasir memarlıq tikililərinin interyerlərini, şəhərin küçə və meydanlarını bəzəyən reklam plakatlarında, çeşidli dizayn nümunələrində fotoqrafika nümunəsinin tətbiqi həmin yerlərə və təsvir səthinə yeni və özünəməxsus estetik dəyər verir desək, yanılmarıq...


MƏNZƏRƏNİN ÇƏKİLİŞİ

|51

Ən keyfiyyətli güzgülü kameralar üç ölçü sistemi ilə təhciz olunub: Soldan sağa, mərkəzləşmiş matrisalı (multisiqment) və nöqtəli.

ÇALIŞMALAR: 1. Ümumi şəhər mənzərəsinin çəkilişi və ona fotoqrafik tutum verilməsi; 2. Meşənin çəkilişi və fotoqrafik yolla reklam üçün işlənilməsi; 3. Çiçəkləmiş ağacların çəkilişi və intererdə tətbiq məqsədilə fotoqrafik təqdimatının hazırlanması; 4. Payız mənzərəsinin çəkilişi və dizayn nüməsində istifadəsinə imkan verən fotoqrafik görkəmə salınması; 5. Gecə mənzərəsinin çəkilişi və fotoqrafik


52|FOTOQRAFÄ°KA


TƏBİİ VƏ SÜNİ İŞIQLANMA VAXTI NATURADAN ÇƏKİLİŞ

vasitələrlə reklam plakatında istifadəyə hazırlanması;

TƏBİİ VƏ SÜNİ İŞIQLANMA VAXTI NATURADAN ÇƏKİLİŞ Fotoqrafiyanın yaranan andan bu günümüzə kimi davam edən inkişafının ən gözəl və yaddaqalan mənzərəsi heç şübhəsiz elə əvvəlcədən agla qaranın, işıqla kölgənin təzadının bütünlükdə foto nümunələrilə üz-üzə, göz-gözə qalanlara estetik zövqlə yanaşı, həm də duygulandırıcı ovqat bəxş etməsidir. Əlinə ilk dəfə fotoaparat alan və fotoqrafiya sənətinin zirvəsini fəth etməyin yollarının çox asan oldugunu güman edən həvəskarlar bir qayda olaraq çəkilişləri havanın günəşli və işıqlı vaxtında aparmaga üstünlük verirlər. Bunu təkcə fotoaparatların lentlə işlədiyi vaxtlarda etmirdilər. Həmin hal indinin özündə - fototexnikanın bu qədər inkişaf etdiyi bir zaman da təkrarlanır. Bütün aparılan davamlı müşahidələrdən gəlinən nəticə budur ki, fotoqrafların müxtəlif nəsillərini arasında obrazlı desək, “qaranlıqdan qorxma” sindromu yaşanmaqdadır. Çox təəssüf ki, belələri “Görəsən qaranlıqda və yaxud da işıq az olan yerdə şəkil çəkməyin nəyi pisdir?” sualına cavab tapmayıblar və yaxud da buna heç cəhd də etməyiblər. Çox vaxt fotoqrafiyanı rəssamlıqla müqayisə edənlər və bu sənətlərin arasında kifayət qədər oxşarlıqların mövcudlugu fikrində olanlar qənaətimizcə yanılmırlar. Əgər fotoaparatı əlinə yeri gələndə ailə tədbirlərini və oldugu turist gəzintilərini xatirə naminə görüntüyə almaq istəyi ilə alanları nəzərə almasaq, fototexnika ilə nisbətən ciddi təmasda olmaq istəyənlərdə rəssamlıq duyumunun olması çox önəmlidir. Dogrudan da ətraf mühiti, bizi əhatə edən gerçəkliyi başqalarından fərqli görmək, həyatda mövcud olmasına baxmayaraq öz varlıgını və gözəlliyini yalnız duyumsal və diqqətli adamlara açan obyektləri üzə çıxarmaq bacarıgı hər kəsdə olmur. Belə adamlar qaranlıqdan “qorxan” bəzilərindən fərqli olaraq günün hər saatında, hər anında, eləcə də günəşin çıxmasında oldugu kimi onun qürub çagında da, təbii ki, həm də şəhərin gecə mənzərəsini, onun ulduzlar kimi sayrışan

|53


54|FOTOQRAFÄ°KA


TƏBİİ VƏ SÜNİ İŞIQLANMA VAXTI NATURADAN ÇƏKİLİŞ

|55


56|FOTOQRAFÄ°KA


TƏBİİ VƏ SÜNİ İŞIQLANMA VAXTI NATURADAN ÇƏKİLİŞ

işıqlarını kameranın yaddaşına köçürməkdən böyük zövq alırlar. Bizim aramızda elə təbiət vurgunu var ki, çoxlarının heç vaxt görmədiyi və görə bilməyəcəyi təbiətin insanı duygulandıran gözəlliyini, az-az adamın ayagı dəydiyi hansısa meşədə qərar tutan və qeyri-adi forması ilə adamı heyrətə gətirən azman bir agacın fotosunu şəkib bu gözəlliyi başqaları ilə də bölüşmək xatirinə əlinə fotoaparat alıb. Belələri az deyil. Etiraf edək ki, çoxumuz həyatda qəflətən rastlaşdıgımız qəribə və qeyri-adi gözəllik qaynaqlarını fotoaparatın yaddaşına köçürmək istəmişik və çox vaxt da həmin anda buna texniki imkanımız olmadıgından təəssüf hissi keçirmişik. Yəni, bu dediklərimizdə əsas niyyətimiz bizi əhatə edən gerçəklikdə gündüzün gecə, gecənin də gündüz kimi estetik tutumlu oldugunu bildirməkdir.

Sadəcə, gündüzdə bu gözəlliyi görmək istəyən və görə bilənlər onu qaranlıqda da, başqa cür desək, işıq az olan yerdə də aşkar etçəyi, başqaları üçün də gözəllik qaynagına çevirməyi bacarmalıdırlar. Amma yazıqlar olsun ki, aqillərin dili ilə desək, “Hamı baxır, amma hamı görə bilmir”. Nə etmək olar, bu da Tanrının biz insanlara bəxş etdiyi bir qabiliyyətdir, bəlkə də istedaddır... Heç şübhəsiz işıqdan istifadə fotoqrafiyada çox önəmlidir. Belə ki, yalnız çəkiləcək kadrda işıqkölgə həllinin düzgün mütənasibliyini əldə etməklə nəzərdə tutulan görüntünün ugurlu fotosunu ərsəyə gətirmək mümkündür. Açıq havada naturadan çəkilişlərin təbii işıqda aparılması heç kim sirr deyil. Bəzi çəkilişlər istisna olmaqla demək olar ki, qalanları səmadan süzülən

|57


58|FOTOQRAFİKA

Zəif həssaslığa malik plyonkadan istifadə edilən zaman açıqqalma müddətində cəld hərəkət edən obyektin çəkilişi.

təbii işıgın altında keçirilir. Başqa sözlə desək, bu məkanda hər şey təbiidir. Belə bir məkanda çəkilişə qərar verən fotoqraf diqqətli müşahidə ilə naturada gördüklərində hifz olunan estetik tutumu üzə çıxara bilən məqamın bilavasitə günün hansı məqamında yetişəcəyini görməyi və duymagı bacarmalıdır. Belə ki, işıq nə qədər təbii olsa da, məkanda görünənləri eyni estetik tutumda işıqlandırmır. Onun suya,yaşıllıga,daşa, torpaga və insanlara təsiri müxtəlifdir. Bu müxtəliflikdə sadalananların zahiri görkəminin rəngarəng çalarlara bələnməsi də yəqin ki, təbiidir. Ancaq bu təbiiliyin görünənlərin ümumi estetik tutumuna “ziyan” gətirməməsinə nail olmasının heç şübhəsiz fotoqrafın naturadan şəkil çəkməyin bədii-texniki imkanlarına bələdçiliyindən keçdiyi birmənalıdır desək, yanılmarıq. Etiraf edək ki, gerçəklikdə görünən obyektlərdə və çoxsaylı əşyalarda günün əksər vaxtında onların tutumunu bütün məziyyətləri ilə üzə çıxarmaga imkan verən amillər olur. Qənaətimizcə bu amilin obyetə yönəli və sonradan dəyərləndirilə biləcək göstəricisi çəkiliş zamanı fotoqrafın seçdiyi nöqtə və tətbiq etdiyi rakursdur. Diqqətli müşahidələrin müqabilində günün hansı çagında memarlıq abidəsinin qabarıqlıgı onun tutumunu aşkarlayan iri detalların və xırda elementlərin bədii-estetik dəyərini cəlbedici görüntüyə çevirdiyini müəyyənləşdirmək mümkündür. Bunu günəşin işıgını əsirgəmədiyi dənizkənarı qayalıqların, qumun sinəsində zümrüdü “qaş”a bənzəyən üzüm meynələrinin, İçərişəhərin labirintəbənzər küçələrinin, bir-birinə “dayaq”duran yastı damlı evlərinin gün ərzində rənginə və zahiri tutumuna verilən forma-biçim oynaqlıgında obyektlərin naturada, təbii işıq altında özünəməxsus bədii-estetik məziyyətə malik oldugunu görmək mümkündür. Fotoqraflar tərəfindən müxtəlif obyektlərin gecə görüntüsünü özündə əks etdirən natura çəkilişləri də əsasən təbii işıq altında aparılsalar da, keyfiyyətli fototexnikanın köməyi ilə onların qeyri-adi cazibədarlıgına nail olunması adi gözlə belə görünəndir. Çox vaxt onlardakı forma-biçim oynaqlıgı, rəng çalarlarının bollugu gündüzdəki tutumuna nisbətən o dərəcədə fərqli olur ki, fotoqraf sənətkarlıgını dəyərləndirməklə yanaşı, heyrətini


TƏBİİ VƏ SÜNİ İŞIQLANMA VAXTI NATURADAN ÇƏKİLİŞ

|59

gizlədə bilmirsən. Başqa sözlə desək, qaranlıgın da öz bənzərsiz estetik tutumu vardır və bunu bədiitexniki vasitələrlə üzə çıxarmaq fotoqrafdan obyektə diqqət və texnikanın bədii-texniki imkanlarına bələdçiliyi tələb olunur... Bununla belə təbii işıq altında klassik mənada qəbul olunan naturadan çəkilişləri də aparmaq mümkündür. Yəni, burada fotoqrafiyanın əhatə etdiyi bütün janrlara aid nümunələr yaratmaq olar. Onu da etiraf edək ki, günəş şüaları altında qum üzərində yaradılmış meyvə natürmortunun oyatdıgı ovqat otaqda qurulmuş natürmortdan çox fərqlidir. Bu meşə mənzərəsinin zərif çalağlarını onun mavi rəngə bələnməsi xüsusi vurğulayır.


60|FOTOQRAFİKA

Dərinliyin dəqiqliklə çəkilişi. f/16 diafraqma və fokus nöqtəsinin qurulması sayəsində ön plandan arxa plana qədər dəqiqlik zonası aydın görünür.

Belə ki, açıq havada meyvələrin üzərinə düşən işıgın yaratdıgı oynaqlıq, müxtəlif formalı bu təbii nemətlərin bir-birinin üzərində əks olunan rənginin oyatdıgı rəngarənglik, onlara yerdən dəyən istilik bütövlükdə kadrın çox oynaq tutuma malik bir görkəm almasını şərtləndirir. Elə açıq havada lentə alınan portretdə eyni bədii-estetik dəyişikliklərin yaranmasını izləmək mümkündür. Günəş altında oturmuş naturanın

geyimin rəngindən asılı olaraq duyulası refleks bolluguna düşəcəyi birmənalıdır desək, yanılmarıq. Yuxarıdan düşən işıgın və geyimin üst hissəsindən əks olunan refleksin modelin çöhrəsində yaratdıgı çalar oynaqlıgının kadrda bütün incəliyinə kimi hiss olunan rəngarəngliyi heç şübhəsiz onunla göz-gözə, üz-üzə qalan hər kəs üçün duygulandırıcı olacaq. Əminik ki, makoobyektivlə lentə köçürülən belə portretin müsbət duygular aşılayacagı birmənalıdır.


TƏBİİ VƏ SÜNİ İŞIQLANMA VAXTI NATURADAN ÇƏKİLİŞ

Çoxdan fotoqrafiyanın nəhayətsiz texniki potensialının sayəsində onun bədiiliyinə nail olunsa da və hələ də bəzi bədxahlar onu bədii tutumlu hesab etməsələr də, düşünürük ki, naturadan təbii işıq altında müxtəlif foto ustalar tərəfindən çəkilmiş görüntülər heç də rəssamlıq əsərlərindən az bədiiestetik dəyərə malikdirlər. İnteryerdə və studiya şəraitində, yəni, süni işıgın köməkliyi ilə çəkilişlərdə də ugurlu kadrlar əldə

etmək mümkündür. Heç şübhəsiz təbii işıqda çəkilən şəkillərlə müqayisədə, süni işıqda müxtəlif formabiçimli obyektə və ayrı-ayrı əşyalara texnika vasitəsilə duyulası təsir etmək müəyyən qədər çətindir. Məsələn, hər hansı memarlıq abidəsinin interyerində və yaxud da məşhur muzeylərin rəssamlıq əsərləri asılmış ekspozisiyasında təkcə fotoqrafa mənsub olan texniki vasitələrlə cəlbedici foto-görüntü əldə etmək çox çətindir. Başqa sözlə desək, bu prosesdə

|61


62|FOTOQRAFİKA

heç şübhəsiz adlarını qeyd etdiyimiz obyektlərin özlərinə daima yaraşıq və süni işıq verən çilçıragların yardımçı rolu ola bilər. Odur ki, belə obyektlərin özü çox vaxt özünün orijinal bədii-estetik tutumu ilə fotoqraflar üçün təbii studiyaya çevrilir. Yeri gəlmişkən qeyd edək ki, məşhur fotoqrafların bu sahədə yaddaqalan sənət nümunəsi sayıla biləcək foto nümunələrinin çoxu məhz memarlıq abidələrinin və muzeylərin interyerində görüntüyə alınmışdır. Onların arasında bilavasitə muzeyin daxili görüntüsü olan fotolar da var, bir çox modellər üçün fon-yerlik rolunu oynayan interyer təsvirləri də... Yuxarıda qeyd etdiyimiz kimi, interyerlərdə naturadan çəkilişlər məna-məzmun tutumuna görə çox müxtəlif ola bilər. Təbii işıqda fotoobyektivin tuşlandıgı çeşidli obyektlər zaman-zaman süni işıqda çəkilən fotolar üçün də çəkiliş materialına çevrilə bilər. Bu cür yanaşma ilə süni mənbə ilə arzulanan

işıq səviyyəsini yaradandan sonra bu şəraitdə çeşidli məna-məzmun daşıyıcısı olan fiqurlu kompozisiya, portret, natürmort və s. çəkmək mümkündür. Foto-qıgılcımın görüntüyə alınan obyekti qəfil işıqlandırmasının yaratdıgı sünilikdə alınacaq ümumi təsvirin bədii-estetik tutumunu aşagı salan məqamlar oldugundan, fotoqrafiyaya yeni gələnlər ilk təcrübələrində bu çatışmazlıgı prosesdə daha keyfiyyətli texnikadan istifadə ilə kompensasiya edə bilərlər. Çox vaxt fotoqrafların mərasimlərdə, müxtəlif məzmunlu tədbirlərdə foto-qıgılcımdan istifadələri də daha çox həmin obyektlərdə buna şərsaitin olmaması, məkanda qələbəliyin duyulası olması ilə baglıdır. Əminik ki, hər bir fotoqrafın təbii və süni işıq altında naturadan çəkilişlərinin aparılmasının ugurlu sonluga aparan yolu həmişə oldugu kimi prosesə kömək edəcək məqsədli


|63 |63

TƏBİİ VƏ SÜNİ İŞIQLANMA VAXTI NATURADAN ÇƏKİLİŞ

müşahidələrin aparılmasından, obyektin kadrda düzgün yerləşdirilməsindən, işıq mənbəyi ilə işləmək bacarıgından, foto-qıgılcımdan məntiqlə istifadədən, etibarlı dayanacagın qurulmasından, kadrın və rakursların maraqlı olmasından və s. keçir. ÇALIŞMALAR: 1. Qum üzərində qurulmuş meyvələrdən ibarət natürmortun çəkilişi və fotoqrafika yolu ilə açıqcada istifadəyə hazırlanması; 2. Günəşli vaxtda qədim memarlıq abidəsinin çəkilişi və fotoqrafika yolu ilə göstərici reklam üçün hazırlanması; 3. Açıq havada oturmuş qocanın portretinin çəkilişi və foqrafika vasitəsilə çapa hazırlanması; 4. Süni işıqla işıqlandırılmış muzey salonunun çəkilişi və fotoqrafikanın müdaxiləsi ilə reklam bukletində istifadəyə hazırlanması; 5. Studiyada süni işıq altında tələbə qız portretinin çəkilişi və fotoqrafika yolu ilə kitabda istifadəyə hazırlanması; Ekspozisiya “çəngəli” çəkilənlərin içərisində ən azı bir kadrın düzgün olmasına zəmanət verir.


64|FOTOQRAFİKA

ÇƏKİLİŞ ZAMANI KOMPOZİSİYA SEÇİMİ

Əgər desək ki, incəsənətin bütün növlərində hər bir yaradıcının sənət “mən”ini ifadə edən və ən görünən hesab olunan bədii-estetik daşıyıcı onun təqdim etdiyi kompozisiyadır desək, həqiqəti ifadə etmiş olarıq. Taleyini sənətin ayrı-ayrı sahələri ilə baglayan kəslər bəzən peşənin bədii-texnoloji xüsusiyyətlərinə bütün incəliyinə kimi bələd olsalar da, bu sahədə topladıgı professional bilgiləri bütün mənalarda bitkin olan kompozisiyada ifadə etməkdə çətinlik çəkirlər. Bunun təbii ki, obyektiv və subyektiv səbəbləri vardır. Ancaq hər halda peşənin bütün bədii-texnoloji sirlərinə bələd olan bir sənət adamının özünü bitkin bir kompozisiyada ifadə edə bilməməsinə hamını qane edəcək cavab tapmaq dogrudan da çox çətindir. Hərtərəfli təhsil görmüş bir profesionalın çox vaxt yaxşı pedaqoq kimi tanınmasının, tələbələrinə sənətin əlifbasını ugurla öyrədə bilməsinin qarşılıgında, onun başqalarına nümunə olacaq özünüifadə nümunələri yarada bilməməsi, obrazlı desək, ”iz”siz dünyasını


|65 |65

ÇƏKİLİŞ ZAMANI KOMPOZİSİYA SEÇİMİ

dəyişməsində az da olsa axtardıgımız suala cavab vardır. Görünür belə adamların ətrafına və eləcə də tələbələrinə göstərə bildikləri sənətə olan həvəsinin üzərinə təhsil illərində qazandıgı vərdişlər toplusunun əlavə olunmasından başqa bir şey deyildir. Başqa sözlə desək, müşahidə etdiklərimiz belələrinə ömürlük yaratmaq qabiliyyəyinin verilməməsi nümunəsidir. Kimlərəsə subyektiv görünə biləcək bu fikirlərimiz özünü sənətə, təbii ki, o cümləfdən də fotoqrafiyaya həsr etmiş insanlara ünvanlanıb. İndiki halda biz tövsiyə verdiyimiz kəslərin də hansının sadəcə “düymə basan”, kiminsə davamlı axtarışlarla başbaşa qalıb çəkdikləri kadrlarla başqalarını da

heyrətlənməyə qadir fotoqraf olacagını bilmirik. Hər halda bütünlükdə fotoqrafiya barəsində, indiki halda isə kompozisiya barəsində dilə gətirdiklərimiz də həm böyük yaradıcı arzularla, həm də özünün və ailəsinin fotoqrafiya ehtiyacını ödəmək niyyəti ilə foto texnikaya baglanan insanlara müəyyən qədər bədii-texniki məsələlərdə yardımçı olmaq istəyindən irəli gəlir... Kompozisiya əslində sənətə meylli hər bir insanın dünyaya baxışının bədii görüntüsüdür. Çəkilən hər kadrın başqalarında rəgbət və təqdir hissi oyatması da gördüyünüz işin dolayısı ugurlu nəticə verməsinin göstəricisidir. Əlbəttə ki, fotoaparatla ünsiyyətdə olan hər kəs belə kadrların sayının daha çox olmasını


66|FOTOQRAFİKA

arzulayır. Bunun üçünsə daima axtarışda olmagınız gərəklidir. Yalnız belə olan halda siz həm özünüzə, həm də başqalarına maraqlı görünə biləcək motivlər tapa, cəlbedici kadrlar çəkə bilərsiniz. Bir həqiqətdir ki, ədəbiyyatda və incəsənətdə bəzi istisnaları nəzərə almasaq, mövzu dairəsi dəyişilməz qalmaqdadır. Başqa sözlə desək, uzun əsrlərdir ki, biz Allahın lütfü ilə yaradıcılıqla məşgul olan sələflərimizin bədii irsini qaynaq və ilham mənbəyi kimi qəbul etməklə, özümüz də bu irsi yeni-yeni nümunələrlə zənginləşdirməyə çalışırıq. Bəlkə də kimlərəsə bizim uzun illər ərzində eyni mövzuda yazılmış ədəbiyyat və sənət nümunələrini özümüzə mənəvi dayaq hesab etməyimiz qəribə görünə bilər və təbii olaraq “Yorulmamısınız?” sualının

səslənməsini şərtləndirə bilər. Yox, yorulmamışıq! Ona görə ki, bizlər-dünyaya gələn hər yeni nəsil müasirlərimizin həmin əbədi mövzulara yeni və özünəməxsus münasibəti ilə qarşılaşmışıq. Başqa sözlə desək, mövzuya münasibət yeniləşib. Bunu heç şübhəsiz qədim sənət növlərindən xeyli gənc olan fotoqrafiyaya da aid etmək olar. Təbii ki, əgər onun bu günkü səviyyəsi XIX əsrdən başlayaraq davam edən ümumi mənzərədə yeknəsək görünsəydi, yəqin ki, çoxdan tarixin yaddaş saxlancına gömülmüş olardı. Bu mənada fotoqrafiyanın bu gün həyatımızın ayrılmaz hissısinı çevrilməsi heç şübhəsiz ilk növbədə bu sənət növünün əvvəlki sənədlilik missiyasına başqalarını duygulandıracaq bədiilik əlavə etməsidir. Etiraf edək ki, bu gün tez-tez rəssamlıq əsərləri ilə


|67 |67

ÇƏKİLİŞ ZAMANI KOMPOZİSİYA SEÇİMİ


68|FOTOQRAFÄ°KA


ÇƏKİLİŞ ZAMANI KOMPOZİSİYA SEÇİMİ

|69


70|FOTOQRAFİKA

müqayisə edilə biləcək fotoqrafiya nümunələrinə rast gəlirik. Mübaligəsiz demək olar ki, belə şəkillər bir daha “Fotoqrafiya həm də rəsmdir” deyiminin həqiqiliyini təsdiqləmişdir. Bu fotoların motivləri bizi əhatə edən gerçəklikdən götürülsə də və bəzilərində yalnız obyektivin görə bildikləri kagızın üzərinə çap olunsa da, çoxlarında insan zəkasının qüdrəti ilə kəşf olunan müxtəlif texniki vasitələrin köməyi ilə təsvirlərin bütün mənalarda daha da bədiiləşdirilməsinin şahidi olmaq mümkündür. Məhz fotoqrafiyanın tamaşaçısını maraqlı kompozisiyalarla, yeni-yeni ecazkar görüntülərlə heyrətləndirmək imkanlarının tükənməzliyindəndir ki, onun həmişə təravətli görünmək gücündə olan nümunələri bizi əhatə etməkdə, obrazlı desək, bu gün yaşananların izini bir bədii xatirə kimi gələcək nəsillərə ötürməkdədir... Hər bir fotofrafiya nümunəsinin tamaşaçı duygularına hakim kəsilməsi heç şübhəsiz onun kompozisiya həllinin necə olmasından keçir. Bu “necə”lik özündə təbii ki, mövzu seçimini, bu

mövzunun bədii təqdimatını, onun kadr həllini, çəkiliş nöqtəsinin və rakursun seçimini əhatə edir. Gəlin bir qədər əslində fotonun ümumi tutumunun dəyərini müəyyənləşdirəcək bu məziyyətlərin mahiyyətinə varmaga çalışaq... Öncə deyək ki, fotoqrafiya nümunələrinin əksəriyyətində obyektin göz səviyyəsində çəkilişini görmək mümkündür. Belə ki, adətən biz bu hündürlükdən dünyaya baxırıq. Belə şəkillər tamaşaçı üçün adi və təbii görünəcək. Çəkiliş zamanı obyektə yuxarıdan baxış geniş sahəni əhatə etməyə imkan verir, məkan dərinliyini göstərməyə imkan verir. Aşagıdan baxış isə əksinə, süjetin dərinliyini və dinamikliyini ifadə etməyə imkan verir. Çəkiliş üçün aşagı nöqtə seçiləndə foto həvəskarları bir qədər diqqətli olmalıdırlar, belə ki, belə rakurslarda bir çox formalar təhrif olunur. İnsanın sifətinin və fiqurasının əksi başqalarına xoş gəlməyək tutumda, yəni qüsurlu ola bilər. Belə fotoları sevənlər də az deyil. Təbii ki, bu fərdlərin fotoqrafiyaya baxışından və şəxsi zövqündən irəli gələ bilir. Amma belə


|71 |71

ÇƏKİLİŞ ZAMANI KOMPOZİSİYA SEÇİMİ

rakursların idman və incəsənət tədbirlərində, xüsusilə də memarlıq abidələrinin görüntüyə alınmasında yeri əvəzsizdir. Dogrudan da aşagı rakurslardan çəkilən istər qədim, istərsə də müasir memarlıq tikililəri duyulası dərəcədə möhtəşəm və monumental baxılırlar. Fotonun gözəl və təbii alınmasına nail olmaq üçün, fotoqraf ən azı sonradan tamaşaçının onu necə qəbul edəcəyini və gözüylə təhlil edəcəyini ehtimal etməlidir. Baxış bucagının genişliyinə baxmayaraq, tamaşaçı ətraf mühiti nəzərdən keçirərkən ona bir qədər ötəri nəzər salır, tədricən onu detallaşdırmaga başlayır. Göz ilk növbədə kontur xətlərini təhlil edir, sonra onun əyilmiş hissələrini daha dərindən öyrənir. Elə insanların foto üçün yapışıqlı olub-olmaması anlayışı da buradan qaynaqlanır. Bu mənada üz

cizgiləri sərt-kəskin olan insanların şəkildə daha effektli baxılması buna yaxşı misaldır. Belə şəkillərlə təmasda olan tamaşaçı oradakı bütün cizgilərə, onların forma və əlamət daşıma xüsusiyyətlərinə baxmaqdan doymur desək, həqiqəti söyləmiş olarıq. Əksinə, üzün yumşaq cizgilər tamaşaçı baxışlarını onlardan tez uzaqlaşmaga məcbur edir, bunun qarşılıgında da modelə olan maraq dərhal itir. Təbii ki, fotoqrafiya nümunələrinin ölçüləri orijinaldan kiçikdirlər, ona görə də onlarda hifz olunan standart səhnələrin gözlə qəbulu və dəyərləndirilməsi bir qədər çətindir. Bir nöqtəyə zillənmiş tamaşaçı baxışları fotoqrafiyanı bütünlükdə əhatə etmək imkanındadır və bu da təbiidir. Ona görə də kompozisiyalara möhtəşəmlik bəxş etmək üçün, tamaşaçı baxəşlarını idarə etməyi də bacarmaq lazımdır.


72|FOTOQRAFİKA

Biz soldan saga və yuxarıdan aşagıya dogru oxumaga adət etmişik və qravitasiya da hərəkətin aşagıya dogru yönəlməsini təbii sayır. Bu görünənlərin qəbuluna böyük təsir göstırir. Əgər şəkildə eyni və yaxud bir-birinə bənzər əşyalar varsa, sılda yerləşən daha görünən olacaq. Şəklin yuxarı hissəsində yerləşən əşya aşagıdakına nisbətən agır görünəcək. Şaquli xətt eni uzunluqda olan üfüqi xəttdən uzun baxılacaq. “Fotoqrafiya” yunanca “işıqla yazmaq” mənasını verir. Bu prosesin texniki xüsusiyyətlərini əks etdirir. Kompozisiya baxımından fotoqrafiyanın əsası xəttlərdir. Onlar rəng çalarları iklə birlikdə süjetin emosionallıgını və dinamikasını ifadə edir, tamaşaçını hiss etməyə və düşünməyə məcbur edir.

Obrazlı desək, güc xəttləri obyektlərin şəkildə yer alan konturlarıdır. Ag-qara şəkillərdə onlar daha güclü ifadə olunublar, belə ki, bizim baxışlarımız rəngli fotolarda oldugu kimi çoxsaylı rəngləri ilə diqqətimizi yayındırmırlar. Bədii fotoqrafiyada bu effektdən tez-tez istifadə olunur. Bu mənada professionalların məhz ag-qara şəkil çəkməyi yaddan çıxarmamaları təsadüfi deyil. Həyatda daha çox üfüqi xətlərə rast gəlmək olur, bunu fotoqraflar unutmamalıdırlar. Təcrübəli fotoqraf xəttlərin köməyi ilə tamaşaçının baxışlarını şəklin vacib detallarına istiqamətləndirməklə onu idarə etmək gücündədir. Belə ki, xəttlərin müxtəlif tipləri şəkilə özünəməxsus emosional rəng qatmaq gücündədir. Çox vaxt bu şüuraltı səviyyədə təzahür


|73 |73

ÇƏKİLİŞ ZAMANI KOMPOZİSİYA SEÇİMİ

edir, ancaq siz özünüz də reallıqda xəttlərin təsir gücünün böyüklüyünə inanacaqsınız. Bu mənada düz xəttlərin fəallıgı və tezliyi ifadə etdiyini söyləmək lazımdır. Onların üfüqi yerləşmələri isə sakitliyi və müvazinət sabitliyini əks etdirir. Üfüq xətti buna ən yaxşı misaldır, belə ki, bundan yaxşı donuqluq əlaməti tapmaq sadıcə çətindir. Dogrudan da yüngülcə əyilmiş xəttlər süstlüyü yaxşı ifadə edir. Əksər su hövzələrinin sahili məhz belə görünür. Çox əyilmiş xətt baxışı dayandırmaga məcbur edir və kompozisiyaya lənglik effekti aşılayır. Spiral isə gərginliyin və həyat enerjisinin daşıyıcısı kimi çıxış edir. Modelin “dolanmış” görünən tutumu spiralvari xətlərin hesabına duyulası dərəcədə effektli baxılırlar. Dalgalı xəttlərin şəkillərə ritm bəxş etməsi isə adi gözlə belə görünəndir. Əgər onlar paralel

olmaları, kompozisiyaya dayanıqsızlıq və axıcılıq bəxş etməklə effektliyin daha da güclənməsinə səbəb olur. Çəkdikləriniz fotoları təhlil etməklə dediklərimizin həqiqiliyinə əmin ola bilərsiniz. Kompozisiyada xətlərin təsir tutumu bir qayda olaraq tamaşaçı baxışlarını idarə etmık gücündə olur. Onlardan düşünülmüş istifadə səthi fotolarda belə həcmin ifadə olunmasına kömək edir. Uzaqda bir-birinə qovuşan paralel xətlər bu mənada perspektivanı çox gözəl göstərir. Əsərin ön planından başlayəb onun dərinliyinə dogru uzanan yolun təsviri isə kompozisiyaya sonsuzluq hissiyatı bəxş edir... Çox vaxt fotoqrafiya nümunələrinin arzulanan səviyyədə olmaması, bir qədər ironuk səslənsə də, bizim iki, fotoaparatın isə bir “gözə” malik olması


74|FOTOQRAFÄ°KA


ÇƏKİLİŞ ZAMANI KOMPOZİSİYA SEÇİMİ

|75


76|FOTOQRAFİKA

səbəb olur. Bizim “üçölçülü” baxışımız çox asanlıqla modeli fondan ayırdıgı halda, səthi fotoqrafiyada onlar bir-birinə “qovuşmuş” halda, sanki, iç-içə olurlar. Buna ən yaxşı nümunə əşyaların modelin başında “bitmiş” kimi görünmələridir. Heykəltəraşlar həmişə deyirlər ki, onların vəzifəsi daşı götürmək və onu “artıq” olanlardan azad etməkdir. Görəsən bu halda fotoqrafların nəyi əskikdir? Axı şəkildə də kənar və artıq əşyalar olmamalıdır. Bu halda modelin iri planda təqdimatı sizi həmin çatışmazlıqları aradan götürməyə imkan verər. Əgər bu metod həyata keçirilən deyilsə, artıq olanı çəkiliş obyektinin arxasında gizlətməyə çalışın və yaxud da mane olanları texniki imkanlarla –yumşaq fokusla “yumaga”, diqqəti şəklin əsas detallarına yönəltməyə nail olun. Yaddan çıxarmayan ki, bu

prosesdə aparıcı “yük” diafraqmanın üzərinə düşür. Əl rejimi olmayan kameralarda onu əvəz edə biləcək, çəkilişin uguruna təminat verən diafraqmanın yeganə və tam açılışını şərtləndirən “portret” rejimi mövcuddur. Təəssüf ki, çəkiliş zamanı güzgüsüz kameralarda praktiki olaraq bu effekti müəyyən səbəblər üzündən görmək mümkün deyil. Çəkiləcək kadrın ugurunu təmin etmək üçün digər yollar da tapmaq olar, bəzi hallarda bunu modelin fonunu dəyişdərməklə, onu daha fərqli yerlik qarşısında çəkməklə məqsədə çatmaq olar. Əgər çəkiliş açıq havada aparılırsa, onda fon-yerlik üçün görüntüyə xüsusi kolorit bəxş edə biləcək, oradakı ən gözəl görüntüdən-səmadan istifadə etmək olar. Kameranı aşagıda yerləşdirmək və diqqətlə izləmək lazımdır ki, rakurs modelin görkəmini təhrif etməsin.


|77 |77

ÇƏKİLİŞ ZAMANI KOMPOZİSİYA SEÇİMİ

Yaddan çıxarmaq olmaz ki, parlaq fonun şəkilin çox hissəsini tutması görüntünün ümumi tutumuna xələl gətirməklə, tamaşaçı diqqətini əsas obyektdən yayındırır. Odur ki, çalışmaq lazımdır ki, fon-yerlik görüntüyə alınanlarin cəlbediciliyinə, obyektin daşıdıgı məna-məzmun yükünün tamaşaçıya çatdırılmasına yalnız yardımçı olsun. Hər hansı çəkilişin bədii-texniki məziyyətlərinin gerçəkləşməsində daha keyfiyyətli fotoaparatın rolunun danılmazlıgı qarşılıgında, demək lazımdır ugurlu kompozisiyanın yaranması isə bilavasitə fotoqrafın özünəməxsus görüm-duyumunun, dünyaya fərqli baxa bilmək bacarıgının mövcudlugu sayəsində yaranır. Odur ki, fotoqraf hər yerdə

obrazlı desək, “ayıq” olmalı, ətrafında baş verən maraqlı və qeyri-adi hadisələri-motivləri görməyi bacarmalıdır... Bütün bu çoxsaylı bədii-texniki məziyyətlərin ugurla reallaşması qarşılıgında yaranan kompozisiya bütövlüyü demək olar ki, fotoqrafiyanın yaranmasından bu günə kimi izlənilməkdədir. Hər dövrün özünəməxsus sənət estetikasının mövcudlugu qarşılıgında, fotoqrafiyanın da insan həyatına daxil olmuş bir bədii-texniki vasitə kimi əhatə etdiyi məkanda özünəməxsus iz qoydugu danılmazdır. “Hər bir sənətkarın öz dövrünün aynası olmalıdır” kimi məşhur deyimi fotoqrafiyaya tönəltsək, onda ag-qaranı davamlı axtarəşlardan


78|FOTOQRAFÄ°KA


|79 |79

ÇƏKİLİŞ ZAMANI KOMPOZİSİYA SEÇİMİİ

sonra sayagəlməz rənglər dünyası ilə əvəzləməyə bədii-texniki qüdrəti çatan fotoqrafiyada da cərəyanların yaranması qaçılmaz olmuşdur. Və dərhal da əlavə etmək lazımdır ki, təsviri sənətdə gerçəkləşən cərəyanlarən demək olar ki, hamısı foto sənətində yer almışdır. Bu yerdə də bir vaxtlar dilə gətirilmiş “fotoqrafiya – rəsmdir” fikrini təkrarlamagımız da yox yerdən deyildir. Bu fikirdə bədxahlıq əlaməti olsa da, müəyyən həqiqətin də oldugunu etiraf etməliyik. Onu da deyək ki, bu deyim çox-çox sonralar, fotoqrafiyanın, xüsusilə də onun bədiiləşmiş rəngli nümunələrinin az qala rəssamlıga meydan oxudugu dövrdə yox, bilavasitə yarandıgı ilk vaxtlarda – XIX əsrdə ictimailəşib və uzun müddət mükalimə mövzusu olub. Görünür bu peşələrin daşıyıcıları arasında əqidə yaxınlıgının mövcudlugundandır ki, rəsmi Fransa mədəni məkanında top-tüfənglə

qarşəlaşan impressionistlərin ilk sərgisi də məhz Parisdə - fotoqraf Nadarın atelyesində baş tutmuşdu. Elə dövrünün və sonrakı illərin fotoqrafiya ustalarının yaradıcılıgında impressionizmlə yanaşı, digər aparıcı cərəyanların–romantizmin, dadaizmin, sürrealizmin, simvolizmin, abstraksionizmin, kubizmin, futurizmin, pop-artın və digər məşhur sənət yönümlərinin yer alması da onların daima axtarışlarda oldugunu və talelərini həsr etdikləri peşəyə təkcə “çörək agacı” kimi baxmayıb, onu özünüifadə vasitəsi hesab etdiklərini təsdiqləyir... Fotoqrafiyanın yarandıgı vaxtdan gündəlikdə olması və bəzi sənət növləri ilə rəqabətə girə bilməsinin kökündə isə onun bilavasitə özünəməxsus ifadə dilinə malik olması durur. Təbii “başqa dil”lə danışmaq fotoqrafiyaya bu qədər şöhrət gətirə bilməzdi. Bu dil əgər fotoqrafiyanın ag-qara, uzun müddət isə lap rəngli mərhələsində


80|FOTOQRAFİKA

bir qədər fərqli idisə, son dövrdə bu məkanda baş verən inqilabi dəyişikliklər isə yenidən əvvəllər deyilmiş “Fotoqrafiya-rəsmdir” fikrinin aktuallıgını şərtləndirmişdir. Elə indiki dövrdə bu istiqamətdə görülən işlərin çoxsaylı işlərin duyulası miqyasındandır ki, artıq “Fotoqrafika” adını qazanmış bu sahə təhsil ocaqlarında tədris olunmaqda, onun daşıdıgı bədii-estetik dəyərlər cəmiyyətə gərəkli bir mənəviyyat daşıyıcısı və qaynagı kimi təblig edilməkdədir... Bu gün bizi əhatələyən gerçəklikdə tez-tez üzüzə, göz-gözə qaldıgımız fotoqrafika nümunələri özündə rəssamlıqla foto sənətinin vəhdətini sintezini əks etdirir. Bu mənada onun yaradıcısı heç şübhəsiz bu sahələrin bədii vərdişlərinə, üstəlik də fotoqrafiyanın bu gün nəhayətsiz görünən texniki imkanlarına bələd olmalıdır. Dünyaya rəssam və fotoqraf baxışının özündə ənənə ilə

müasirliyi birləşdirən bədii ifadəsi bizim günlərdə bir çox tərtibat-dizayn işlərində ugurla istifadə olunmaqdadır... Aydın bir mətnin içində yer alan təsvirli fikir daşıyıcısı –fotoqrafiya elementi ifadə baxımından nə qədər fərqli bədii tutum alsa da, təfsir gücünə baxmayaraq cəlbedici və təsirli qəbul olunacaqdır. Bu fotoqrafiya nümunəsində qrafika elementinin daşıyıcısı ifadəli yazıdırsa, fərqli bir təqdimatdabədii şərhdə həmin fikrin daşıyıcısı rəmz də ola bilər. Bütünlükdə, bir qədər də önəmli mənaməzmunun həm də koduna çevrilən belə fotoqrafika nümunəsində inandırıcılıqla cəlbedicilk ugurlu qovşagını tapdıgından onunla təmasda olanlar üçün yeni baxılır. Belə ki, bu cür təqdimatda bədiiləşən foto və qrafika elementləri görünənlərin adi ifadəsi olmayıb, yeniləşmiş tutumda və forma-biçimdədirlər.


|81

FOTOTƏSVİRLƏR ƏSASLARI MONOXROM


82|FOTOQRAFİKA

Yaradıcı insanları yeni-yeni axtarışlara səsləyən onlarda gördüklərindən heyrətlənmək duygusunun mövcudlugudursa, indiki halda insanları cəlb edən də fotoqrafika nümunəsindən “boylanan” plakatın və yaxud reklam vasitəsinin aşıladıgı şox fərqli bədii auradır. Burada fotoqrafikanın əyani olaraq görünən dili texniki müdaxilənin nəticəsində gerçəkləşən bir qədər də kodlaşdırılmış təsvirdir. Başqa cür desək, fotoqrafika kimi əyani bədii-informasiya daşıyıcısının kodlaşmış dili cəmiyyətə ünvanlanan ismarıcın anlaşılması, onun üçün cəlbedici və düşündürücü qaynaga çevrilməsidir. Bu mənada fotoqrafika ilə məşgul olan hər kəs təqdim etdiyi bədii-sənədli görüntünün özünün bu sahələrə nə qədər bələd olmasını ifadə etməklə

yanaşı, həm də ictimailəşdirdiyi təsviri materialın qərarlaşdıgı məkanın estetik aurasına da müsbət təsir etmək gücündə olmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, əslində sənətlərin sintezi olan fotoqrafika bu vaxta qədər mövcud olan reklam-dizayn vasitələrindən ilk növbədə özünün fikri ifadə və təqdimetmə formalarının yeniliyi və özünəməxsuslugu ilə seçilməlidir. Etiraf edək ki, insan psixologiyasının həmişə yeniliyə meylliyinin qarşılıgında bu çox önəmli amildir. Qənaətimizcə, “fotoqrafika dili”ndə nümunənin ifadəliliyinə və cəlbediciliyinə xidmət edən cizgilərə və qabarıqlıgı duyulan iri rəng sahələrinə-“ləkə”lərinə üstünlük verilməsi, bilavasitə onun vəzifəsindən irəli gələn yaradıcılıq məsələsidir.


Hər bir sənət növünün və onun çeşidli janrlarının tamaşaçısına təsirliyinin mayasında onun formabiçim formatının durması qarşılıgında, fotoqrafika nümunəsinin görünənliyini şərtləndirən təqdimat formasında buna xüsusi diqqət yetirilməlidir... İncəsənətin bütün sahələrində, o cümlədən də təsviri sənətin çeşidli növlərində məna-məzmun daşıyıcısı kimi rəmz-işarələrdən istifadənin zəngin ənənəsi var. Qədim əcdadlarımızın xələflərinə yönəltdikləri fikirlərin ünvanına yetişməsi məhz belə işarə-rəmzlərin sayəsində baş tutmuşdur desək, yanılmarıq. Bu mənada müasir fotoqrafikada əslində bütün mənalarda çox tutumlu olan bəşəri və milli işarə-rəmzlərin bədii-fəlsəfi təsir gücündən fikrinideyanın ifadəsi məqsədilə tətbiqi çox ugurlu ola bilər.

Adında həm “foto”, həm də “qrafika” məfhumlarından istifadənın onun mahiyyətindən irəli gəlməsinin qarşılıgında, qənaətimizcə, bu sahədə daha çox bədii xislətli olan rəssamlıq elementlərilə yanaşı, foroqrafiya kadrlarından istifadənin də ümumi nəticəyə müsbət təsiri birmənalıdır. Həqiqətən də foto reallıgı ilə təsviri fantaziyanın bir səthdə qoşalaşmasının aşıladıgı estetik təsir gücü danılmazdır. Ona görə də bu sahədə çalışanlar foto ifadənin imkanlarını dəyərləndirməyi bacarmalıdırlar. Yeri gəlmişkən onu da deyək ki, fotoqrafikada hər iki sahənin ifadə tutumunda məcburi balanslaşdırmaya meyllənmək düzgün olmazdı. Elə kompozisiya ola bilər ki, orada foto, digər birində isə təsviri element - bədii şərh üstünlük təşkil etsin.


84|FOTOQRAFÄ°KA


|85

FİLTRLƏR

Təbii ki, əsas məqsəd fotoqrafika nümunəsinin cəlbediciliyinə və təsirliyinə nail olmaqdır. Bu mənada ola bilər ki, fotoqrafiya elementi çox kiçik, amma mənalı və düşündürücü olsun. Bunun əksi də, fotonun qabarıq, təsviri elementinsə yardımçı rolda təqdimatı da istisna deyil. Vurguladıgımız kimi, əsas və başlıca məqsəd kompozisiyada bu sənətlərin bədii-ideya vəhdətinə, bütünlükdə isə ətraf mühitə təsirinə nail olmaqdır... Fotoqrafikanın ifadə dili barəsində verilən tövsiyələr ümumiləşdirilmiş mahiyyətli oldugundan onun tətbiqi bu sahənin bütün janrlarda yerinə yetirilən bütün işləri üçün yetərlidir. Sonda deyək ki, fotoqrafika hansısa sənət cərəyanı çərçivəsində qalan sahə deyil. Onun başlıca məqsədi və vəzifəsi daşıdıgı ideyanı və fikri tutumundakı müxtəlifliyə və zənginliyə baxmayaraq tamaşaçısına çatdırmaqdır. Bu mənada onun ifadə tutumundakı rəngarənglik və nəhayətsizlik də məntiqli və başadüşüləndir.


86|FOTOQRAFİKA

ÇALIŞMALAR: 1. Müxtəlif meyvələrdən ibarət natürmortun dəniz fonunda çəkilişi və fotoqrafika yolu ilə fotoalbomda istifadə üçün hazırlanması; 2. Auditoriyada keçirilən dərs prosesinin çəkilişi və fotoqrafikanın müdaxiləsi ilə dərslikdə istifadə üçün hazırlanması; 3. Gipsdən hazırlanmış həndəsi cisimlərin studiyada rəngli fonda çəkilişi və fotoqrafika yolu ilə əyani vəsait üçün hazırlanması; 4. Meşənin payız mənzərəsini əks etdirən şəkilin çəkilməsi və fotoqrafika yolu ilə muzey ekspozisiyasında istifadəyə hazırlanması; 5. Novruz bayramı şənliklərindən fotonun çəkilişi və fotoqrafikanın müdaxiləsi ilə reklam lövhəsi üçün hazırlanması;


|87

FİLTRLƏR


88|FOTOQRAFÄ°KA


|89

FOTOLABARATORİYADA ÇAP

MAKRO ÇƏKİLİŞ Bəzən müxtəlif sərgilərdə və yaxud da kitabjurnal səhifələrində elə fotoqrafiya nümunələrinə rast gəlirik ki, çox vaxt bilavasitə onların çəkilişi və təqdimatı hamıda duyulası təəccüb və maraq oyatmaqla yanaşı, həm də suallar dogurur. Dogrudan da belə şəkillərdə canlı və cansız aləmi təşkil edən insanlar və heyvanlar, meyvələr və gül-çiçəklər, agac yarpaqları və onların üzərindəki ugur böcəkləri, eləcə də müxtəlif formalı əşyalar və detallar elə dəqiq və qabarıq, daha dəqiq desək, həyatda adi gözlə görə bilmədiyimiz elə bir qabarıqlıqda təsvir olunublar ki, ürəyində onları ərsəyə gətirən foto ustasına yüksək sənətkarlıgına görə təşəkkür etməyə bilmirsən. Belə şəkillərin yaradıcıları ilə rastlaşanda da onlara verilən ilk sual da “Bu fotoları necə çəkmisiniz, nə üçün biz onları bu vaxta qədər görməmişik?” olur. Bu təbii sualın cavabı da ona müvafiq olaraq çox sadədir: Onu adi gözlə görmək sadəcə mümkün deyildir. Görünən xoş və cəlbedici görüntü də fotoqrafın ustalıgı ilə yanaşı, bu çəkilişdə istifadə olunan texnikanın imkanlarının nümayişinin nəticəsidir. Elmi ədəbiyyatda” makro çəkiliş” adlandırılan bu istiqamətin daşıdıgı və sərgilədiyi özəlliyin və gözəlliyin yaradıcısı da makro çəkilişdə istifadə olunan xüsusi obyektivlərdirlər. Makrofotoqrafiya foto sənətində bəlkə də yeganə istiqamətdir ki, burada görülən bir çox işlər, bəlkə də demək olar ki, bütün işlər çəkiliş zamanı istifadə olunan texnikadan asılı olur. Heç şübhəsiz bütün hallarda oldugu kimi, burada da fərdin bədii duyum duyulası önəm kəsb edir. Bununla belə bu prosesdə yaxşı obyektivin öz işini foto çəkilişləri aparandan daha yaxşı yerinə yetirməsinin nəticəsidir ki, fotoqrafiyaya yenicə meyl etməyə başlayanlar məhz özlərini əvvəlcə makro çəkilişlərdə sınamaga üstünlük verirlər. Ona görə də bu prosesdə bilavasitə makroobyektivlərdən istifadə olunur. Həmin makroobyektivlər isə ilk növbədə üzətrində olan “macro” və yaxud “mikro” yazıları ilə başqalarından seçilirlər. Təbii ki, bu yazılar onların zahiri görünüşünə görə fərqləndirilməsindən daha çox, foto həvəskarına obyektə yönəltdiyi obyektivin


90|FOTOQRAFÄ°KA


|91

qarşısındakı gerçəkliyi daha yaxın məsafədən, daha qabarıq əks etdirməyə imkan verməsinə görə həkk olunub. Əgər belə obyektivi səciyyələndirən cədvələ nəzər yetirsək, onda müasir obyektivlərdə ən yaxın fokus məsafəsinin 35-38 sm təşkil etməsinin qarşılıgında, eyni məsafənin cəmisi 5 sm, bəzən isə daha az oldugunu görmək mümkündür. Bunun qarşılıgında görülən işin nəticəsinin obyektivə müvafiq olacagını nəzərə alsaq, onda belə obyektivlə çalışmagın bir çox hallsarda foto həvəskarına ugur gətirəcəyi birmənalıdır. Yeri gəlmişkən deyək ki, çəkilən kadrların üzərində əlavə iş görməmək üçün elə əvvəlcədən belə obyektivlərin daha yaxşısını almaq lazımdır. Bu yerdə onu da əlavə edək ki, bu obyektivlə işləmək foto həvəskarına nə qədər duygulandırıcı impuls versə də, fotoqrafiya ilə baglı işləri bilavasitə bu obyektivlə əlaqələndirmək metodiki və yaradıcılıq baxımından düzgün olmazdı. Əlbəttə fokuslaşmanı tez həyata keçirən cihaza malik olmaq yaxşıdır, amma bu heç də məcburi deyil, onsuz da arı uçuşunu hətta çox cəld avtofokusla belə lentə köçürmək alınmayacaq və buna görə də prefokusdan və onun silsilə çəkilişləri həyata keçirməklə məqama tutmaq, gərəkli kadrı çəkmək funksiyasından istifadə etmək lazımdır. Açıq diafraqma bax burada ikili rol oynayır, yəni “böyük dəlik” şəkili pis işıqlandırmada belə çəkməyə imkan verir, amma makro üçün tələb olunan təsvir dəqiqliyi alınmır, ona görə də dəliyi onsuz da daraltmaqsıxmaq lazım gəlir. Hər halda bəzi hallarda makro çəkilişlər üçün səciyyəvi olan həddindən kiçik QRİP tipli obyektiv yaxşı nəticələr əldə etməyə imkan verir. Nəzərə alın ki, daha bahalı obyektiv modelləri ümumi təsvirin nisbətən “dumanlı” alınmasına səbəb olur. Başqa sözlə desək, dəqiqliyinə görə dəyərləndirilən makroya xas incə bədii-texniki məziyyətlər üzə çıxmır-görünmür. Bunu sonradan redaktə yolu ilə aradan qaldırmaq mümkün olsa da, ancaq nəticə əvvəlcədən nəzərdə tutulan kimi olmayacaqdır. Ümumiyyətlə götürsək, makroobyektiv portret çəkmək üçün nəzərdə tutulan obyektiv kimi universal ola bilməz. Bədii-texniki xüsusiyyətlərinə görə hər ikisi dar çərçivədə istifadə üçün nəzərdə tutulmuşdur və buna müvafiq konstruksiya və keyfiyyətə malikdirlər. Ona görə də onlar yalnız bu məqsədlər üçün alınmalıdır.

Makro çəkilişin ugurunu təmin edən amillərin sırasına obyektivlə yanaşı görüntüyə alınan obyekti bərabər nurlandıra biləcək işıq mənbəyi də daxildir. Onun ən optimal variantı forma etibarilə bir qədər fərqli olan, görünüş etibarilə bir halqa üzərinə taxılmış olmaqla, bir çox işıq mənbəyindən əmələ gələn mexanizmdir. Onu da deyək ki, bir çox həvəskar fotoqraflar işlətdikləri işıq mənbələrinə lazımınca nəzarət etməzlər. Daha dəqiq desək, fotoaparatın düyməsini basdıqları an işıgın haradan düşməsinin fərqində olmurlar. Belələri unudur ki, başqa tip çəkilişlərdə oldugu kimi makro görüntülərin yaradılması prosesində də işıgın haradan düşməsi, əşyanın şəklinin keyfiyyətinə təsir edən önəmli məsələdir. Əgər hansısa bir həşəratın şəkili çəkiləcəksə işıgın sag və yaxud da sol tərəfdən 45 dərəcə altında düşməsi daha yaxşıdır. Belə bir şəraitdə aparılan çəkilişlərin nəticəsində işıgın yaradacagı kölgələrin həşəratın detallarını ortaya çıxarmaqla, bu hissəciklərin qabarıqlıgını şərtləndirəcəkdir. Eyni zamanda bu tip çəkilişlərdə əgər təbiətə gözəllik verən bir çiçəyin şəkilini çəkmək lazım gələrsə, onda mütləq tərs işıgın cazibə qüvvəsindən istifadə etməyə ehtiyac duyulur. Bu durumda diqqət yetiriləsi bir məqam həm ümumi görüntünün, həm də istənilən effektin alınmasını şərtləndirəcək dayanışın vaxtında aparılmasıdır. Makro çəkilişlərin ugurunu təmin edə biləcək bədii-texniki vasitələr haqqında söhbətimizə yekun olaraq aşagıda adlarını vurgulayacagımızın bu prosesə müsbət təsir göstərəcəyini bildirmək istəyirik. Başqa sözlə desək, makro çəkilişlər hansı yardımçı vasitələrlə həyata keçirilir? Mütəxəssislərin qənaətincə bu tip çəkilişlərdə adi obyektivlərə qovşaqda tətbiq olunan dörd fərqli yardımçı vasitədən istifadə olunur. Belə vasitələrin biri qabarıq filtirlərdir. Prosesə ugurlu təsir göstərən bu filtirlər zahiri görünüşünə görə incə kənarlı böyüdücülər hesab olunurlar. Ancaq onların satışda olanlarının çoxunun plastik əsaslı olması son nəticədə keyfiyyətə təsir göstərir. Başqa sözlə desək, bu çatışmazlıq özünü çəkilən fotoqrafiya nümunələrində dəqiqliyin az olmasında özünü göstərir. Elə bu səbəbdən də bu işdə əsası şüşə olan filtirlərə üstünlük vermək lazımdır. Bu filtirlərin əşyaya yaxınlaşma və onu daha qabarıq


92|FOTOQRAFİKA

təqdim etmək imkanı düşünülən qədər də yüksək deyildir. Filtirləri üst-üstə taxaraq yaxınlaşma şansını artırmaq mümkün olsa da, bunun da poza almaya ziyanı duyulandır. Ancaq bizim günlərdə itehsal olunan fotoqrafiya texnikası TTL sistemiylə təmin olundugndan obyetin-əşyanın çəkilişində onu çəkənin qaygısı müəyyən qədər azalmış kimidir. Bununla belə bu durumda obyetivin baglanma sürəti aşagı düşdüyü üçün ani çəkilişdən istifadə çətinləşir. Haqqında danışdıgımız çəkilişdə istifadə oluna biləcək digər yardımçı vasitə makro baglayıcılardır. Bu baglayıcılar fotoaparatın gövdəsi ilə obyektiv

arasına yerləşdirərək dəqiqlik əldə etməni ona dogru yönəldirlər. Bunun nəticəsində əşyaya daha çox yaxınlaşsanız da aldıgınız dəqiqliyi itirməyəcəksiniz. Ancaq unutmayın ki, onların taxıldıgı obyektivlər standart olduqları üçün əşyanı nə qədər yaxınlaşdıra bilsə də, çəkiliş zamanı alınan fotoqrafiya nümunələrinin kəskinliyi-dəqiqliyi yüksək səviyyədə olmur. Bu baglayıcılar ümumilikdə üç hissəli formada istehsal olunur. Onların bir-birinə geydirilməsi ilə fotoqraflar əşyaya istənilən qədər yaxın olmaq şansə əldə etmiş olurlar. Mütəxəssislər bunlardan daha çox makro obyektivdən istifadəni məsləhət görürlər. Yardımçı vasitələrdən biri də körük adlanır. O da yuxarıda şərh etdiyimiz baglayıcı kimi fotoaparatla obyektiv arasına taxılır. Onun baglandıgı metal mexanizmə yerləşdirilmiş düymə hərəkətə gətirilərkən körüyün boyu həm uzana, həm də qısala bilir. Uzunluq artdıqca əşyaya yaxınlaşmaq imkanları çoxalır. Çünki, bu mərhələdə obyektiv ilə sensorun arası açılmış olur. Bununla belə qeyd edək ki, çox yararlı olmasına baxmayaraq agır və yavaş işləyən bir yardımçı vasitədir. Prosesə lənglik bəxş etdiyindən fotoqraflar ondan az istifadə edirlər. Əgər desək ki, əşyaların yaxından çəkilməsində, onların qabarıq, bütün dəqiqliyinə görə təqdim olunmasında makro obyektivlər əvəzsizdirlər, yəqin ki, həqiqəti söyləmiş olarıq. Başqa sözlə desək, yuxarıda formasını və funksiyasını təqdim etdiyimiz


|93

ŞƏHƏR MƏNZƏRƏSİ


94|FOTOQRAFİKA

yardımçı vasitələr olmadan çəkdiyiniz şəkilin yüksək dəqiqliyinə nail olmaq istəyirsinizsə, onda mütləq makro obyektivdən istifadə edin. Çünki, vurguladıgımız kimi, adlarını çəkdiyimiz yardımçı vasitələrin hamısının birlikdə verə biləcəyindən daha çoxunu məhz bu obyektivdən istifadə ilə almaq mümkündür. Çünki, bu obyektivlər bilavasitə əşyaları yaxından çəkmək üçün hazırlanmışdır. Əksinə, yardımçı vasitələrin qoşuldugu obyektivlər əsasən görüntüyə alınan obyektləri uzaqdan çəkmək üçün hazırlanmışlar. Odur ki, yeri gəlmişkən onu da deyək ki, makro obyektivlərdən istifadə etsəniz, onların dəqiqlik keyfiyyətinə ziyan gətirə bilərsiniz. İndi isə makro çəkilişlərin mövzu və motivlərindən, obyektivin nələrə və haralara tuşlanmalı olmasından danışaq. Təbiətdə olan və insan əli ilə düzəldilmiş əşyaların arasından daha fərqli olanlarını seçib qabarıq təqdim etməklə makro çəkilişlərin

əhəmiyyətini və daşıdıgı bədii-estetik özəllikləri əyani olaraq başqalarına çatdırmaq mümkündür. Bu prosesdə ölçü etibarilə bir-birinə yaxın olan kiçik ölçülü canlıları və əşyaları fərqli tutumlu işıga bələməklə cəlbedici foto təsvirlər əldə etmək olar. Bizi əhatə edən bəzi görüntüləri əmələ gətirən hissəciklərin belə makro çəkilişlə qabardılmasının tamaşaçını heyrətə salacaq bədii tutum alması da bu çəkilişin üstünlüklərini sərgiləyən amillərdəndir. Bu mənada yaşadıgınızın binanın zahirində görünən beton, mozaika, taxta, dəmir qapı, əl çantası, dəfələrlə rənglənmiş pəncərə, bagçanızdan boylanan çobanyastıgı, müxtəlif digər çiçəklər, böcəklər, kəpənəklər və hətta onların qanadlarındakı detallar başqalarına adi görünən, ancaq mikro çəkiliş üçün dəyərli obyektlər-qaynaqlardır desək, yanılmarıq. Sizə yalnız fotoqrafiyanın texniki imkanlarından bacarıqla istifadənin hamıya duygulandıracaq hisslər


SƏYAHƏT VƏ MEMARLIQ

|95


96|FOTOQRAFÄ°KA


İLİN FƏSİLLƏRİ

bəxş edən nəticələrindən, buna necə nail olmagın yollarından qısa da olsa söz açdıq. Əgər siz də bizim kimi həyatın mənasının bizə əhatə edən çox kiçik detallarda hifz olundugunu düşünənlərdənsinizsə, onda bu halda yuxarıda dilə gətirdiklərimiz gərəyiniz ola biləcək məlumatlardır. Bu söhbətdən sonra siz də, biz də əmin olduq ki, “makro” adlanan bu çəkiliş tipi özünün ən kiçik əşyaların və canlıların varlıqlarındakı gözəllik qaynaqlarını ictimailəşdirməkdə əvəzsisdir. Ona görə də belə çəkilişlərin həmişə gündəlikdə olacagı birmənalıdır... Heç şübhəsiz makro çəkilişlər nəticəsində yaranan fotoların böyük praktiki əhəmiyyəti vardır. Belə ki, obyektlərin duyulası dərəcədə iri planda, aydın cizgilərlə çəkilişi onları səriştəli qrafik

müdaxilədən sonra həyatımızın müxtəlif sahələrində ugurla istifadə oluna biləcək bədii materiala çevirir. Bəzən yeri gəldikdə həmin şəkillərin estetik tələbə uygun fonunun-yerliyinin dəyişdirilməsi də tələb olunur. Bu da heç şübhəsiz əlavə olundugu səthin bədii-estetik tutumunu daha da zənginləşdirməklə, onları bir qədər də cəlbedici və baxımlı edir. Gündəlik həyatımızda rast gəlinən ugurlu plakatlar, dizayn nümunələri, memarlıq layihələri və s. də dediklərimizin təsdiqidir. Bunu təbii ki, fotoşopun köməkliyi ilə həyata keçirmək mümkündür. Səriştəli qrafiklə iti gözə malik fotoqrafın birgə yaradıcılıgı sayəsində makro çəkilişlərlə ərsəyə gələn şəkilləri təsirli mənəvi qaynaga çevirmək mümkündür.

|97


98|FOTOQRAFÄ°KA


TƏBİİ NAXIŞLAR

|99


100|FOTOQRAFİKA

ÇALIŞMALAR: 1. Qızılgül qönçəsini çəkilişi və onun fotoqrafika ilə işlənməsi; 2. Arı uçuşunun çəkilişi və fotoqrafik yolla bədiiləşdirilməsi; 3. Əhəng daşının çəkilişi və fotoqrafika vasitəsilə işlənməsi; 4. Budaqda oturmuş quşun çəkilişi və fotoqrafik yolla bədiiləşdirilməsi; 5. Şəkilli kitab səhifəsinin çəkilişi və fotoqrafika ilə işlənməsi;


|101

İLİN FƏSİLLƏRİ


102|FOTOQRAFİKA

NATÜRMORTUN ÇƏKİLİŞİ

Bizi əhatə edən həyatda rast gəldiyimiz çoxsaylı hadisələrin və görkəmli şəxsiyyətlərin, ecazkarlıgı insanı duygulandıran təbiət mənzərələrin, eləcə də fauna və flora aləminin incəsənətin müxtəlif növlərinin, eləcə də bu sahədə başqaları ilə müqayisədə hələ ki, duyulası gəncliyini yaşayan fotoqrafiyanın əbədi mövzusuna çevrilməsi səbəbsiz deyil. Əgər incəsənət tarixinin ən qədim növ və janrlarının yaranma və təşəkkül tarixinə çox qısa ekskurs etsək belə, bu səbəbə cavab tapa bilərik. Dünyaya çılpaq gələn insan övladının daha sonralar nəfsinin varlıgının ifadəsi ilə çox təzadlı hansı həyat yolları keçməsinin qarşılıgında deyə bilərik ki, o, bu təzadlarla dolu bu mərhələdə özünü geyimlə, yeməkiçməklə, gərəkli əşyalarla təmin etməklə, həm də çox tezliklə özünün estetik duyumunu sərgiləmiş oldu. Bu ifadənin ən qabarıq görünən əlaməti onun geyimlərini, istifadə etdiyi məişət əşyalarını, işlətdiyi


|103

İDMAN VƏ HƏLL OLUNAN AN

silahını əvvəlcə sadə, sonra isə daha mürəkkəb naxış selinə bəzəməsi, müxtəlif insan və heyvan təsvirləri ilə örtməsi oldu. Əvvəlcə sərt qayaları və magara divarlarını, sonra isə daha “yumşaq” səthləri fərdi gözəllik və dünya duyumunun ifadəsi üçün məkan seçən insanın çox qısa zaman kəsiyində bir vaxtlar çoxlarına adi görünən “şəkillərinin” sonradan böyük sənət əsərlərinə çevrilməsinin qarşılıgında həm özünü təsdiqlədi, həm də bəşəriyyət üçün dünən də, bu gün də və heç şübhəsiz yəqin ki, sabah da mənəvi qaynaga çevrilən və çevriləcək sənət nümunələri yaratmış oldu. Bəşər övladının davamlı axtarışları sayəsində incəsənət cəmiyyət üçün əsl mənəvi qidaya çevrildi desək, yanılmarıq. Bu gün bu zəngin “qida” saxlancında təsviri sənətin ayrılmaz tərkib hissəsi olan natürmortun özünəməxsus bədii-estetik yeri vardır desək, yanılmarıq. Bu mənada rəssamlıgın

bir çox janrları kimi natürmortun da çoxdan digər sənət növlərində də yer almasını, o cümlədən də fotoqrafiyada yaradıcı adamlar üçün özünüifadə vasitəsinə çevrilməsini təbii saymaq olar. Bu yerdə qeyd edək ki, fotoqrafiyanın anı “saxlayan” vasitə kimi təqdim edilməsinin və bu mühüm məqamın görüntüyə alınanlar üçün duyulası önəm kəsb etməsinin qarşılıgında, elə əvvəlcədən “cansız əşya və ölü təbiət” anlamında qəbul olunan natürmortun klassik donuqluguna bədii tutum vermək fotoqrafiyan ən başlıca yaradıcılıq vəzifəsi olmuşdur desək, yanılmarıq. Dogrudan da “ həyatını” özünün donuqlugunda yaşadan və ifadə edən əşyaları bir araya toplamaqla onun həm də bədiiləşdirilməsini şərtləndirən bu janrın əslində bədii-estetik tutumu və təsir enerjisi kifayət qədərdir. Heç şübhəsiz təsviri və tətbiqi


104|FOTOQRAFİKA

sənətdə oldugu kimi fotoqrafiyada da bunu ifadə etmək üçün lazım olan qədər texniki vasitələr və bədii imkanlar mövcuddur. Əgər desək ki, bu janr rəssamlıqda oldugu kimi, elə foto sənətində də təsvirə alınan modellərin təsvirində köməkçi atribut kimi özünü sərgiləyib, yəqin ki, yanılmarıq. Təsviri sənətin daha çox süjetli tablo və portret janrlarında obrazları görüntüsünü zənginləşdirən, çox vaxt da bu adamların cəmiyyətdə mövqeyini və peşəsini rəmzi ifadə edən müxtəlif əşyalar həqiqətən də həmin əsərlərin ayrılmaz detalı kimi qəbul olunurlar. Hökmdarın başı taclı, alimin əli kitablı, rəssamın palitralı və fırçalı, ovçunun

tüfəngli və uşagın oyuncaqlı təsviri nə qədər təbii baxılır və qəbul olunur. Bax beləcə, yaradıcıların insanın vaxtaşırı, bəzən də hər gün istifadə etdiyi əşyaları zəngin bədii – estetik tutumlu təsviri sənət əsərlərinin tərkib hissəsinə çevirməsi bu günə kimi davam etsə də, çoxlarına adi və sadə görünən bu əşyalardakı duygulandırıcı bədii enerjinin müstəqil təqdimatının fərqli təsir gücünə malik olması onların ayrıca ifadəsini şərtləndirib. XV-XVI əsrlərdən təsviri sənətin süjetli tablo, tarixi və portret janrlarında çəkilmiş əsərlərinə köməkçi detal-atribut kimi daxil edilən “cansız” əşyaların rəssamlıqda “müstəqilləşməsi”nin dəqiq


İDMAN VƏ HƏLL OLUNAN AN

tarixi XVII əsrə təsadüf etsə də, yalnız XIX əsrdən təşəkkül tapmaga başlayan fotoqrafiyada isə əvvəlcə “köməkçi” olan müxtəlif əşyaların ayrıca təqdimatı bir qədər sonra baş tutmuşdur. Çox vaxt yaradıcılıq məsələlərində kifayət qədər səriştəsi olmayan adamların görüntüyə alınan və bəzən də onlara çox adi görünən motivlərdə fotoqrafların hansı bədii məziyyət tapdıqlarına yönəli özlərində yaratdıqları şübhələri, məntiqli izahatdan sonra “əritmələri” də bu günümüz üçün təəccüblü deyil. Etiraf edək ki, dünyanın ən müxtəlif ölkələrində yaşayan rəssamlar həyatımızı bəzəyən çoxsaylı əşyalardan, müxtəlif biçimli meyvələrdən və rəngbərəng gül-çiçəklərdən öz əsərlərində tamaşaçısını duygulandıran vasitə kimi istifadə ediblər. Dogrudan da zahirən cəlbedici və çox canlı görünən,əslində isə “cansız” qəbul olunan həmin əşyaların forma müxtəlifliyində və çeşidli rəng çalarlarında insanın ruhunu nikbin ovqata kökləyən kifayət qədər bədii-estetik məqamlar mövcuddur. Amma zaman axarında yaradıcı təxəyyüllərinin hər hansı çərçivəyə sıgışmadıgını sərgiləyən dünyanın, o cümlədən də Azərbaycanın neçə-neçə sənətkarı həmin “cansız” sayılan əşyaları mənalandırmagı bacardılar və onlar əvvəlcə tematik tablolarda, sonra isə müstəqil janrın məna-məzmun daşıyıcısı kimi təqdimatında ölçü etibarilə çox kiçik olsalar da sözün əsl mənasında böyük məna, fəlsəfi tutum daşıyıcılarına çevrildilər. Meyvələrə və əşyalara bu cür yanaşma zamanında o qədər “qanuni” hal aldı ki, artıq tamaşaçı tabloda əsas yer tutan fiqurla bərabər ora daxil edilən əşyalara xüsusi diqqət yetirməyə başladı. Onlar əmin idilər ki, rəssam bu əşyaları sadəcə kompoziyanı doldurmaq, ona rəngarənglik qatmaq üçün əsərə daxil etməyib və mütləq bu cisimlər hansısa rəmzləşdirilmiş mətləbin daşıyıcısıdır. Etiraf edək ki, Qərbi Avropa rəssamlıgında uzun müddət süjetininn məna tutumu sirr qatına bələnmiş bir çox tabloların əsl mahiyyəti məhz oradakı obrazların əlində tutdugu və yaxud əhatələndiyi əşyaların rəmzi mənasının izahı və obrazla əlaqəsinin tapılması ilə müəyyənləşdirilmişdir. Natürmort janrına və onun kifayət qədər dərin məna-məzmun daşıyıcılıgının izahına yönəli bu ətraflı izahın arxasında təbii ki, onun fotoqrafiyada

tutdugu yeri və tamaşaçılara aşılaya biləcək mənəvi dəyərlər tutumunu müəyyənləşdirmək durur. Biz bu janrla baglı, daha dəqiq desək, onun studiyadan kənarda qurulmuş variantının çəkilişi ilə baglı fikirlərimizi sizinlə bölüşmüşük. İndi isə bu janr barəsində söhbət aparırıq. Təbii ki, dediklərimiz mahiyyətcə həm studiyada, həm də onun hüdudlarından kənarda işlənən natürmortlara aiddir. Bu prosesdə ən qabarıq görünən bədii yaşantıxüsusiyyıt şərait və məkan müxtəlifliyinin fırça və yaxud fotokamera ilə çəkilməsi nəzərdə tutulan əşyalara fərqli təsir göstərməsidir. Diqqət yetirsəniz, açıq havada və otaq şəraitində qurulan natürmortlara auranın təsiri fərqli oldugundan diqqətli baxışda hər bir əşyanın daşıdıgı rəng tutumunun havanın və əşyaların, eləcə də əhatələndikləri müxtəlif rəngli parçaların bir-birinə təsiri ilə, başqa sözlə desək reflekslərin sayəsində çalar bolluguna düşdüyünə əmin olmaq mümkündür. Bu yerdə əlavə edək ki, bu reflekslərin gücü studiyada açıq havaya nisbətən zəif olacaqdır. Otaq şəraitində çox vaxt süni işıqlandırmadan istifadə olunsa da, texniki müdaxilə bədii effektin itirilməsinə səbəb olan kompensasiyanı əvəzləyə bilmir.

|105


106|FOTOQRAFİKA

Əlbəttə ki, ümumi bədii-estetik tutuma o qədər də mənfi təsir göstərməyən bu duruma görə təəssüflənməyə dəyməz. Çünki, bu “itki”nin yerini başqa vasitələrlə doldurmaq olar və buna fotoqrafiyanın imkanları çatır. Bu mənada studiya şəraitində fotoqrafiyanın malik oldugu texniki vasitələrin köməyi ilə kifayət qədər işıq “oyunu”nun yaradılmasının mümkünlüyünü foto həvəskarlarının diqqətinə çatdırmaq istəyirik. Qeyd edək ki, işıgın gücünün azaldılıb-çoxaldılması ilə həm rəngli, həm də ag-qara fotoqrafiyada cizgi və rəng tonallıgının dəyişməsinə əyani şahidlik etmək mümkündür. Etiraf edək ki, gözümüzdə çox vaxt adiləşən müxtəlif əşyaların studiya şəraitində kifayət qədər duygulandırıcı görkəm, müəllif niyyətinə rəgmən bəzən də bir-birindən fərqli məna-məzmun yükü


|107


108|FOTOQRAFÄ°KA


STUDİYADAN KƏNARDA QURULAN NATÜRMORT

|109

alması heç şübhəsiz fotoqrafiyanın natürmort janrının estetik tutumu ilə FOTOQRAFİKAnın bədii imkanlarını qoşalaşdıra bilməsinin nəticəsidir... Bütün bu sadaladıgımız müsbıt məziyyətlərin mövcudluguna baxmayaraq bəzən natürmort janrında çəkilmiş fotoqrafiya nümunələrinə onun bədii tutumunu daha da dərinləşdirəcək fotoqrafik müdaxiləyə ehtiyac olur. Görüntünün ümumi təsvirinə duyulası qrafik xüsusiyyət verilməsinin sayəsində yaranışına görə fotoqrafiya nümunəsi olan bu nümunə özündə foto və rəsmin qovşagını yaşadan özünəməxsus bədii qaynaga çevrilir desək, yanılmarıq. Təbii ki, bu prosesdə yaradıcıdan həm rəssam duyumu, həm də fotoqraf görümü tələb olunur. Yalnız bu iki xüsusiyyətin ugurlu sintezinə nail olmaqla duygulandırıcı natürmortu cəlbedici fotoqrafika nümunəsinə çevirmək olar. Bunun üçünsə bu anda rəssam-fotoqraf peşəkarlıgını özündə artıq hifz edən yaradıcıya fotoşop proqramının bədii-texniki xüsusiyyətlərindən istifadə səriştəsi tələb olunur...

ÇALIŞMALAR: 1. Müxtəlif meyvələrdən ibarət natürmortun çəkilişi. 2. İçərisi üzümlə dolu səbətlərdən ibarət natürmortun çəkilişi. 3. Qədim abidə fonunda mis qablardan ibarət natürmortun çəkilişi. 4. Müxtəlif formalı gil qablardan ibarət natürmortun çəkiılişi. 5. Dekortaiv-tətbiqi sənət nümunələrindən ibarət natürmortun çəkilişi.


110|FOTOQRAFİKA

STUDİYADAN KƏNARDA QURULAN NATÜRMORT Təsviri sənətin çoxəsrlik tarixinə fransızcadan tərcümədə “cansız əşya və ölü təbiət” tutumu kimi daxil olan natürmort fotoqrafiyada da bu sahənin önəmli janrı kimi tanınmaqdadır. Ancaq indiki halda onun sənət taleyinin təsviri sənətdə oldugunu təsdiqləməkdən demək olar ki, uzagıq. Başqa sözlə desək, natürmortu təşkil edən detal və atributlar XV-XVI əsrlərdə təsviri sənətin süjetli tablo və tarixi janrlarında ümumi kompozisiyaya onu tamamlayacaq element kimi daxil edilməsinə baxmayaraq, yalnız XVII əsrdən başlayaraq hollandlar və flamandlar tərəfindən müstəqil janr kimi təqdim edilməsinə başlanmışdır. Bu da heç şübhəsiz o vaxta kimi “cansız əşya və ölü təbiət”, eləcə də “sakit həyat”ın daşıyıcısı kimi qəbul olunan natürmortu hollandların

və flamandların bir qədər fərqli dəyərləndirmələri ilə əlaqədardır. Belə ki, Azərbaycan rəssamı Səttar Bəhlulzadənin də çəkdiyi natürmortlarda kompozisiyaya daxil etdiyi əşyaları mənalandırmaq istedadı heç şübhəsiz müəyyən qədər Qərbi Avropalıların XVII əsrdə gerçəkləşdirdikləri bədii ənənədən qaynaqlanır. Etiraf edək ki, əsasən XX əsrdə davamlı və intensiv inkişafını yaşayan Azərbaycan təsviri sənətində, xüsusilə də dəzgah rəngkarlıgında həmin yüzilliyin başlangıcından əsasən Bəhruz Kəngərlinin yaradıcılıgında yer almaga başlayan natürmort janrı, özünün əsl bədii yüksəlişini məhz Səttar Bəhlulzadənin yaradıcılıgında tapdı. Bu da o vaxta kimi yerli ideoloqlar tərəfindən sıradan qəbul olunan natürmorta ümumi münasibəti demək olar ki, kökündən dəyişdi. Başqa sözlə desək, XVII əsr natürmortlarında alleqorik, bir qədər də fəlsəfi məna tutumu ifadə edən meyvələr və gül-çiçəklər


STUDİYADAN KƏNARDA QURULAN NATÜRMORT STUDİYADAN KƏNARDA QURULAN NATÜRMORT

azərbaycanlı rəssamın da bu janrda yaratdıgı əsərlərdə görkəmli fırça ustasının düşüncələrinə müvafiq fikir daşıyıcısına çevrildi. O, avropalıların dünyanın faniliyi və ölümün qaçılmazlıgı anlamında qəbul olunan təbii nemətləri həm də dogma Azərbaycanı tanıdan atribut kimi təqdim etdi. Onun tez-tez dilə gətirdiyi “Mən Azərbaycanı tanımaq yox, tanıtmaq üçün çəkirəm” fikri də rəssamın fəlsəfi tutuma bələnmiş natürmort və mənzərələrində

dogma yurda sənətkar məhəbbətini ifadə etməyinin köklərini dərk etməyə imkan verir. Səttar Bəhlulzadənin adətən otaq şəraitində təsvir olunan meyvə və tərəvəzləri, gül-çiçəyi və məişət əşyalarını emalatxana hüdudundan çıxaraq bədiiləşdirməsi təbii ki, onun qarşısına qoydugu estetik tapşırıqlarla baglı idi. Elə bu mənada fotoqrafiyada da əşyaların studiyadan kənarda çəkiliş obyektinə çevrilməsi

|111


112|FOTOQRAFİKA

də foto həvəskarlarını reallıqda məkanın dəyişdirilməsi ilə daha fərqli bədii-estetik məziyyətlərə nail olmagın mümkünlüyünə inandırmaqdır. Əksər hallarda interyerdə aparılan müxtəlif çəkilişlərdə obyekti arzulanan duruma gətirmək üçün onun süni işıq mənbəyinə ehtiyac duyuldugu kimi, studiyada çəkilən natürmortlar da eyni texniki müdaxiləyə ehtiyac duyur. Studiyadan kənarda baş tutan belə çəkilişlərdə isə vəziyyətin-auranın tamamilə dəyişməsi adi gözlə belə görünəndir. İlk növbədə bunu qurulan natürmortun heç bir əlavə işıqlandırma mənbəyinə ehtiyacı olmaması ilə duymaq olur. Əksinə, bəzi hallarda fotoqraf görüntüyə alacagı əşyaları xüsusi çətir vasitəsilə bu duyulası işıq bollugundan “xilas” etməyə, onun obyektə təsirini azaltmaqla, arzulanan səviyyəyə endirməyə çalışır. Dogrudan da açıq havada-plenerdə gerçəkləşən natürmort çəkilişi ilə studiyada aparılan əşyaların bütün

mənalarda fərqi duyulan olur. Duyulası günəş işıgının təsirinə məruz qalan atributlar - meyvələr, gül-çiçəklər, müxtəlif materiallardan hazırlanmış əşyalar, rəngbərəng və çeşidli fakturalı parçalar açıq hava şəraitində kifayət dərəcə dəyişir, əşyaların göydən və yerdən, eləcə də birbirinə təsirindən yaranan refleks bollugu onların kifayət qədər yeniləşməsinə, canlanmasına və daha təravətli görünməsinə səbəb olur. Digər tərəfdən təbiət qoynunda təqdim olunan demək olar ki, bütün əşyalar yeniləşmiş bədii görüntüsünə görə həm də fərqli bədii-estetik yük daşıyıcısına çevrilir. Bir anlıga yaşıllıgını itirməyən meyvə bagının fonunda təsvir olunmuş alma, heyva və armud məcmusunu gözünüz önünə gətirin. Və yaxud da sıralanan və qızılı rəngə bələnmiş üzüm plantasiyasının önündə görüntüyə alınmış içərisi üzümlə dolu hörülmüş səbəti. Göründüyü kimi bir-biri ilə birbaşa əlaqəsi olan bu iki obyektin qoşalaşdırılmasının


|113 |113

FOTO STUDİYADAN KƏNARDA QURULAN NATÜRMORT


114|FOTOQRAFİKA

məntiqli və duygulandırıcı olması birmənalıdır. Qədim memarlıq abidəsinin qarşısında çəkilmiş əski mis və yaxud da gil məişət əşyalardan ibarət natürmortun təkcə gözəllik və estetik duygular aşılamaq çərçivəsində qalmayıb, əlavə tamaşaçıya şərəfli tariximizin qürurvericiliyi barəsində əyanu informasiya verəcəyi də danılmazdır. Onların yaradıcı fotoqrafik müdaxilədən sonra bütün mənalarda bir qədər də yeniləşəcəyi də duyulandır. Bundan sonra belə fotoqrafika nümunələrinin istifadə olunacagı reklam, plakat və dizayn məhsulunun onunla üzüzə, göz-gözə qalacaq tamaşaçıya qeyri-adi estetik zövq verəcəyi də şübhəsizdir. Təbii ki, onların fotoqrafiya nümunəsindən estetik tutumlu fotoqrafika əsərinə çevrilməsi ona fotoşopla yaradıcı münasibətdən çox asılıdır. Heç şübhəsiz bu prosesdə foto həvəskarının müasir estetik tələblərə bələdçiliyi, onun zövqü, təsviri sənətin fotonu yeniləşdirə biləcək bədii – texniki məziyyətləri ilə tanışlıgı duyulası önəm kəsb edir. Bütün bu bilgi səviyyəsindən çıxış edərək studiyadan kənarda çəkilən natürmortu cəlbedici və təsirli fotoqrafika nümunəsinə döndərmək üçün havada görüntüyə alınan təsvirlər çox fərqli yerlik-fonda, materialın daşıyacagı ümumi məzmunun tutumuna uygun rənglə qovuşaqda-sintezdə də təqdim oluna bilər. Bütün bunların son nəticədə fotoqrafiyanı bir vaxtlar ünvanına söylənilən quruca “an yaşantı”sı anlamından çıxardıgı və bu gün onun duygulandırıcı bədii-estetik qaynaga çevrildiyi birmənalıdır... ÇALIŞMALAR: 1. Müxtəlif meyvələrdən ibarət natürmortun çəkilişi və fotoqrafika yolu ilə işlənməsi; 2. İçərisi üzümlə dolu səbətlərdən ibarət natürmortun çəkilişi və fotoqrafik həllinin tapılması; 3. Qədim abidə fonunda mis qablardan ibarət natürmortun çəkilişi və fotoqrafika vasitəsilə işlənməsi; 4. Müxtəlif formalı gil qablardan ibarət natürmortun çəkiılişi və fotoqrafik həllinin tapılması; 5. Dekortaiv-tətbiqi sənət nümunələrindən ibarət natürmortun çəkilişi və fotoqrafika yolu ilə işlənməsi;


|115


116|FOTOQRAFİKA

MEMARLIQ ABİDƏLƏRİNİN ÇƏKİLİŞİ

Yaşadıgımız müasir dövrdə dünyanın müxtəlif xalqlarının öz tarixi keçmişinə, hər bir millətə qürurvericilik bəxş edən qədim abidələrinə maragının duyulası dərəcədə artması günümüzün reallıgıdır. Heç şübhəsiz bir vaxtlar uzun müddət laqeydlik və biganəlik üzündən az qala məhv olmaq dərəcəsinə çatdırılan bu abidələrə maragın bu qədər çoxalması obyektiv və subyektiv səbəblərlə baglıdır. Bunun ən görünəni əski tarixə malik belə memarlıq tikililərinin hər bir xalqa Məhəmməd Hadinin təbirincə desək, başqalarına fəxrlə “Millətimin imzası var, imzalar içində!” söyləyə bilməsini şərtləndirməsidir. Odur ki, bu gün artıq memarlıq tutumunu itirib arxeoloji abidəyə çevrilən mənəvi qaynaqların belə bərpa edilməsi bütün dünyada müşahidə olunmaqdadır. Yəqin belələləri dünyanın bir çox xalqlarının qədim abidəsi olmayan millətlər kimi köçərilər dəstəsinə şamil edilməsindən az-çox xəbərdardırlar.


|117 |117

MEMARLIQ ABİDƏLƏRİNİN ÇƏKİLİŞİ

Digər tərəfdən hər hansı ərazidə qədim abidələrin mövcudlugunun ora böyük turist axınına səbəb olması da danılmaz məsələdir. Bunun həm də ölkə iqtisadiyyatına töhfə oldugunu nəzərə alsaq, onda aparılan bərpa işlərinin hansı məqsədlərdən qaynaqlandıgı bəlli olur. Yeri gəlmişkən deyək ki, bu gün dünyada təbii sərvətləri elə də az olan dövlətlərin çoxunun məhz cəmiyyətinin iqtisadi durumunu turizmdən gələn gəlirlərin hesabına tənzimləmələri də heç kimə sirr deyil. Etiraf edək ki, bütün zamanlarda belə əvəzsiz mənəvi qaynaqlar cəmiyyətə böyük zövq verməklə yanaşı, həm də onların tərbiyəsində, vətənpərvər kimi yetişməsində böyük rol oynayıb. Hər birimiz xarici ölkələrdə olarkən duyulası qürur hissi ilə respublikamızda çoxsaylı memarlıq tikililərinin və tarixi abidələrin mövcudlugunu əcnəbilərlə söhbət zamanı dilə gətirmiş, fəxrlə Qobustanın və

Gəmiqayanın, Qız qalasının və Şirvanşahlar sarayının, Atəşgahın və Mömünəxatun türbəsinin, Şəki Xan sarayının və digər neçə-neçə özündə xalqımızın çoxminillik mədəniyyət və inşaat tarixini hifz edən unikal abidələrin adını çəkmişdir. Görkəmli türk şairi Nazim Hikmətin Şəki Xan sarayı barəsində söylədiyi “Əgər Azərbaycan xalqının öz varlıgını başqa xalqlara təsdiqləmək üçün heç nəyi olmasaydı, bu halda təkcə Şəki Xan sarayını dünyaya göstərmək ona bəs edərdi” fikri həm adı çəkilən tikilinin dəyərini, həm də bütünlükdə mənəvi qaynagın necə böyük dəyər daşıdıgını sübut edir. Heç şübhəsiz bütün bunlar hər bir ölkənin ərazisində yerləşən memarlıq abidələrinin aktuallıgını şərtləndirib. Elə bu aktuallıgın axarında əslində böyük mənəviyyat göstəricisi olan qədim tikililərin foto şəkillərinin ən yüksək keyfiyyətlə hazırlanması gündəliyə gəlib.


118|FOTOQRAFÄ°KA


MEMARLIQ ABİDƏLƏRİNİN ÇƏKİLİŞİ

|119


120|FOTOQRAFÄ°KA


MEMARLIQ ABİDƏLƏRİNİN ÇƏKİLİŞİ

|121

Etiraf edək ki, bu gün xarici ölkələrdə müxtəlif məqsədli səfərlərdə olan hər kəs orada gördüklərini lentin yaddaşına köcürməyi sanki özünə borc bilir və az sonra məlum olur ki, məhz həmin unikal memarlıq tikililərinin qarşısında çəkdirilən foto şəkillər artıq şirin xatirəyə dönmüş həmin günlərdən qalan ən qiymətli “qazancdır”... Çoxlarının fotoaparatla təmasının bir qədər də məcburi, bilavasitə xarici ölkəyə baş tutacaq səfərlə başladıgını da söyləsək, yəqin ki, həqiqəti söyləmiş olarıq. Bəzilərində bu ünsiyyət qısa, çoxlarında isə davamlı olur. Bu mənada memarlıq abidələrinin foto çəkilişi demək olar ki, duyulası maraq kəsb edir. Çoxlarının memarlıq abidələrinə maragının ötəri oldugu heç kimə gizli deyil. Amma ömrünü hər birimizə qürurvericilik bəxş edən abidələrə həsr edənlər də çoxdur, belə ki, onların bu sahəyə gəlişləri məqsədlidir. Odur ki, onların görüntüyə aldıqları kadrlarda memarlıq tikililərimiz duyulası dərəcədə fərqli bədii-estetik tutumdadır. Bunu şərtləndirən başlıca səbəbin belə fotoqrafların çəkilişə məqsədli yanaşmaları, çəkilişdən əvvəl obyekti dərindən öyrənmələridir. Görünür elə bu səbəbdən də biz tamaşaçılar belə foto görüntüləri görəndə onların yaradıcılarının ustalıgını təqdir edirik. Etiraf edək ki, hər bir memarın inşa etdiyi tikilidə müəyyən bədii-estetik dəyərləri və tarixi məqamlari həkk etməyinin qarşılıgında, fotoqrafın da əsas vəzifəsi bu yaradıcı münasibəti duymaq və eyni sənətkarlıqla fotoqrsfiyanın dili ilə ifadə etməkdir. Dogrudan də çox vaxt gözümüzdə adiləşən memarlıq abidələrinin cəlbedici və təqdimat baxımından gözlənilməz fotolarını görəndə inanırsan ki, bu görüntüdə obyektə məhəbbət, onu dərindən duymagın bədii izləri var. Gəlin birlikdə ümumi olaraq tikililərin çəkilişində fotoqrafın qarşısına qoya biləvəyi məqsədlərdən söz açaq... Beləliklə, abidələrin təqdimatlarından biri onun sadəcə tanıdılması məqsədi ilə çəkilə bilər. Belə bir fotonun kompozisiyasını abidənin ümumi biçimini özündə əks etdirən görüntü təşkil edir. Bu tikilini təşkil edən əsas həcmlər, tutumlu elementlər, pəncərələr, qabarıq formalar, çıxıntılar və baca kimi memarlıq detalları və onların tikili ilə əlaqəsini göstərmək həmin fotonun yaranma məqsədini özündə ehtiva edir. Qeyd edək ki, bu cür yanaşmada


122|FOTOQRAFİKA

tikilinin çevrəsi də onu dəyərləndirmədə önəmli rol oynayır. Tikili dəyişgən cografi və ya topoqrafik bir şərairdə ola bilər. Bu durumda tikililərin tiplərində dəyişikliklər ola bilir. Qarlı bölgələrdəki evlərin damlarının qar tutmaması üçün dik formada tikilməsi, yagış az olan yerlərdə isə damların yastı biçimli olması tamamilə iqlimdən qaynaqlanan nəticənin görüntüsüdür. Bununla belə, ölkəmizdə soyuq küləklərin şimaldan əsməsinin qarşılıgında, tikilinin bu istiqaməti tam baglanmaya, cənub tərəf isə bolluca işıq almaq üçün açıqlıgı qabardılan memarlıq həlli almaga məhkumdur. Bunların münasib perspektivlərdə çəkilməklə, açıqlıgı duyulan formada təqdimatı fotoqrafın əsas məqsədi olmalıdır. Bəs fotoqraf tikilini dövrələyən bədii xüsusiyyətləri göstərmək üçün nə etməlidir? Öncədən deyək ki, bu vəzifənin yerinə yetirilməsi – tikilinin qərsrlaşdıgı topoqrafik məkanı onun çevrəsi ilə birlikdə təqdim etmək fotoqrafdan duyulası ustalıq tələb edir. Belə ki, bəzən bir agac, bir tarixi əsər və ya da başqa bir əlamətdar atributun məskunlaşdıgı şərait tikili haqqında bilgi verir və onun tanınmasında yardımçı rol oynayır. Bu cür vəziyyətlərdə fotoqrafçının vəzifəsi sadəcə təkcə tikiliyə deyil, çevrəsini də diqqət yetirmək və onları birlikdə təqdim etməkdir. Bir çox tarixi bölgələrdə yerli hakimiyyət orqanları yeni tikililərin o bölgədə artıq mövcud olan tarixi memarlıq nümunələrinin xarakterinə uygun inşa olunmasını şərt kimi irəli sürürlər. Bu məqam bilavasitə bu məqsədlə çəkilən fotoların da tikilinin ətrafı haqqında bilgi verməsini, təəssürat yaratmasını tələb edir. Belə hallarla rastlaşan fotoqrafların tikilini onu əhatə edən tarixi binalarla birlikdə təqdim etməsi, müəllifin görüntüyə aldıgı binanın özəlliklərini duydugunu və onu başqalarını da göstırmık istəyini nümayiş etdirir... Fotoqraflara bəzən tikilinin inşa mərhələlərini kameranın yaddaşına həkk etmək lazım gəlir. Adətən bu cür çəkilişlər tikilinin tikintisində yaşanan dəyişikliyin-təşəkkülün ümumi mənzərəsini yaratmaq üçün aparılır. Bu işin görülməsində məqsəd nə qədər önəmli tikililərin inşa mərhələlərini tarixi sənədə çevirməkdirsə, bir o qədər də onun önəmli detallarının gerçəkləşməsinin çoxsaylı anlarını görüntüdə yaşatmaq ola bilər. Belə durumlarda tikilinin

görüntüsünü tam əhatə etməklə yanaşı, onu dörd tərəfdən şərhə ehtiyacı olmayacaq bir tutumda fotoaparatın yaddaşına köçürmık lazımdır. Beləcə, hansısa zaman kəsiyindən sonra dönüb keçilən yola baxanda, onu inşa edənin əlində tikili ilə baglı baş tutan inşaat işləri barəsində bütün təsviri informasiya toplanmış olur. Arxeoloji abidələri və qazıntı yerlərini görüntüyə almaq üçünsə biq qədər fərqli yanaşma tələb olunur. Belə tarixi-mənəvi abidələri çəkməyə qərar verən fotoqraf onların hər bir millətin dünəni olmaqla yanaşı, müasir durumda onlara qürur hissi keçirməyə əsas verən, yaxşı qorunuacagı təqdirdə həm də gələcək nəsillərə ünvanlanmış əvəzolunmaz qaynaqdır. Ona görə də arxeoloji abidənin şəkilləri ərazinin ümumi görüntüsünü əhatə etməklə yanaşı, həm də ayrı-ayrı detallarını əhatə etməlidir. Bəzən də bu çəkilişlər aparılan arxeoloji qazıntının mərhələlərini və bu mərhələlərdə hansı tarixi əsərlərin hansı dərinlikdən çıxarıldıgını və nöqtədə yerləşdiyini göstərməyə xidmət edir. Beləliklə, bu fotoqrafiya nümunələri keçmiş tarixin təhlilində önəmli rol oynamaqla yanaşı, arxaya qayıdaışa inandırıcı bir işıq tutmuş olar... Arxeoloji abidələrə daha fərqli fotoqrafik münasibətlər də mövcuddur. Bunlardan biri onların təbliginə xidmət edən şəkillərdir. Qeyd edək ki, ümumiyyətlə, əsasən turizm və tanıtma istəyi ilə görüntüyə alınan bu çəkilişlər başlıca məqsədi onların cəmiyyətə - insanlara təqdim olunmasıdır. Bu çəkilişlərdə abidə həm xaricdən, lazım gələrsə içəridən, sifarişçinin istəyinə uygun çəkilir, bütünlükdə arxeoloji abidənin bütün tərəfləri haqqında tamaşaçıda cəlbedici təəssürat yaradır. Bəzən şəkillər abidənin funksiyasını anlatmaq üçün çəkilir. Bu təbii ki, müstəsna hallarda, qeyd etdiyimiz kimi, arxeoloji abidənin hansı məqsədlə inşa olundugunu-funksiyasını başqalarına izah etmək gərəkliyi meydana çıxanda baş verir. Bu çəkilişlər xüsusi mahiyyətli tikililərin (su kəməri, körpü, tunel, dəmiryolu keçidi və s.) funksiyasını anlatmaq üçün həyata keçirilir. Bu görüntülərdə tikilinin inşa səbəbi, onun hansı funksiya daşıdıgını bidirən əlamətlər öz əksini tapa bilər. Məsələn, açılıb-baglanan bir körpünün daşıdıgı durum silsilə fotolarla müəyyən edilməklə, daşıdıgı funk-


|123

MEMARLIQ ABİDƏLƏRİNİN ÇƏKİLİŞİ


124|FOTOQRAFÄ°KA


MEMARLIQ ABİDƏLƏRİNİN ÇƏKİLİŞİ

|125

siyaya aydınlıq gətirilə bilir. Bu cür çəkilişlərdə də funksiyanı daha yaxşı izah etmək üçün eyni bucaqdan yanaşmanı tətbiq etmək olar... Düşünürük ki, memarlıq abidələrinin çəkilişi üçün vasitələrin bollugu qarşılıgında, keçmişin izini öz kamerasının yaddaşına köçürmək istəyən hər bir kəsin nəyi unutmamasını bilməsi daha önəmli tövsiyə ola bilər. Beləliklə, memarlıq abidələrinin çəkilişlərində hansı məsələlərə diqqət yetirmək lazımdır? İlk növbədə fotoqraf çəkiləcək abidənin necə bir tikili oldugunu bilməlidir. Əgər bu bir tarixi abidədirsə, onda onun hansı həcmdə oldugu və hansı dövrdə, kimin tərəfindən, nə məqsədlə inşa edildiyi, hansı memarlıq cərəyanına və üsluba aid edildiyi bilinməlidir. Bu məqsədlə, əgər imkan varsa bir sənət tarixçisindən-sənətşünasdan əldə olunan bilgi də praktikada köməyinizə çata bilər. Əgər fotosu çəkiləcək tikili məktəb, ev, fabrika, körpü kimi xüsusu əhəmiyyətlidirsə, şəkillər daha çox onun funksionallıgını və istifadə məqsədini üzə çıxaracaq yönümlü olmalıdırlar. Tikilinin funksiyası və ondan istifadə edən insanlar, fotoya daxil edilmədikdə binanın tutumu tam başa düşülməz. Bu səbəbdən də bu cür tikililərin fotosunun çəkilməsində insan amilini də göz önünə gətirmək gərəkdir. Eyni zamanda, bir fabrikanın görüntüyə alınmasında da onun binası ilə birlikdə obyektin bir parçası olan avadanlıq təchizatını və burada işləyənləri də kadra daxil etmək məntiqlidir. Diqqət yetirməli digər bir xüsusiyyət də tikilinin durumuna görə çəkiliş planı hazırlayıb, uygun texniki vasitələrlə onun tərzinə münasib çəkilişləri gerçəkləşdirməkdir. Örnək olaraq bir məscidin çəkilişini misal göstərmək olar. İlk öncə tikilinin planı üzərində çəkiliş bucaqları müəyyənləşdirilir. Binanın dörd tərəfi şərhsiz olaraq foto çəkiliş üçün müəyyənləşdirilir. Daha sonra isə, bu tikilini əmələ gətirən modelin hansı əski qaynaga tapındıgı üzə çıxarmaqla görüntüyə alınır. Ardınca ayrıca pəncərə, çıxıntı, qapı, qübbə və camaatın yeri kimi tikili ünsürlərinin onları tanıtmaga yönəli şəkilləri çəkilir. Tikilini ətrafı və ya funksiyası ilə birlikdə təqdim edərkən, onun bütün özəlliklərindən istifadəni əks etdirmək gərəkdir. Memarlıq çəkilişlərinin hamısı tripod (üç ayaq) üzərində çəkilməlidir. Yeri


126|FOTOQRAFİKA

dəyişilməz məkanların çəkilişində aşagı sürətli ASAlardan istifadə üstünlük təşkil etməlidir. İnsanların hərəkətinin yer aldıgı yerlərdə isə mütləq yüksək ASA-lardan istifadə olunmalıdır. Hündür binalar ın şəkilləri çox geniş bucaqlı obyektivlər, texniki kamera və ya P.S. (“Perspektiva nəzarəti” obyektivi sadəcə shift və tilt-shift obyektivlər bu qrupa daxildir) obyektivli sabit gövdəli fotoaparatlardan istifsadə olunaraq, perspektiva nəzarəti həyata keçirilməklə çəkilməlidir. Bu çəkilişləri də, tripod (üç ayaq) vasitəsilə çəkilişləri gerçəkləşdirmək olar. Yeri gəlmişkən deyək ki, bizim günlərdə inşa olunmuş tikilinin tanıtmaq məqsədilə çəkilişini aparmaq zərurəti yarananda, onun müəllifi ilə görüşməklə bilavasitə müəllifin özündən bilgi əldə etmək də olar. Çəkilişləri reallaşdırarkın bu məlumatları diqqətə almaq ümumi işin xeyrinə ola bilər...

Mövzunun şərhinin davamı kimi deyək ki, memarlıq abidələri qədim tarixinə müvafiq, həm də zəngin üsluba, bədii-texniki müxtəlifliyinə malikdir. Ona görə də foto kameranın obyektivini hər hansı memarlıq tikilisinə yönəldən səriştəli fotoqraf və yaxud da foto həvəskarı abidənin ətrafında dolaşmalı, onun daşıdıgı unukal bədii xüsusiyyətlərin əsas ünsürlərini müəyyənləşdirməlidir. Bundan sonra isə çəkiliş aparmaq üçün əsas nöqtə və rakurs seçilməlidir. Başlıca bədii-estetik məziyyətlərin üzə çıxarılması-qabardılması üçün bəzi abidələr göz bərabərində təqdimat, digəri aşagıdan yuxarıya baxış, bir başqası isə nisbətən hündür məsafədən görüm tələb edir. Bəzən bir memarlıq abidəsinin qeyd etdiyimiz bütün rakurslardan çəkilişini də aparmaq olar. Çəkilişlərin daha ugurlu alınması üçün bəzən keyfiyyətli foto kameralardan, bəzən də obyekti daha dəqiq çəkməyə


MEMARLIQ ABİDƏLƏRİNİN ÇƏKİLİŞİ

imkan verən böyük obyektlərdən də istifadə etmək mümkündür. Obyektlə ünsiyyət üçün zaman, gün və an seçiminin də alınan nəticəyə böyük təsiri ola bilər. Belə ki, ifadəli siluet, cəlbedici panoram və yaxud ünsür dəqiqliyi fəsildən və günün müxtəlif anlarının seçimindən asılı olaraq kifayət qədər fərqli bədiiestetik dəyər daşıyıcısına çevrilə bilər. Bu mənada fotoqraflara nümunə ola biləcək bir təcrübəni, fransız impressionisti Klod Monenin Ruan kilsəsinə həsr etdiyi silsiləni xatırlatmaq yerinə düşər.

İndiki şəraitdə memarlıq abidələrinin görüntülərinin həm ölkədə, həm də onun hüdudlarından çox-çox uzaqlarda təqdimatında və təbligində fotoqrafikanın böyük bədii-estetik tutumlu rolu ola bilər. Belə ki, bəzən foto kameranın üzə çıxara, qabarda bilmədiyi memarlıq elementlərini fotoqrafika vasitəsilə daha cəlbedici və görünən etmək mümkündür. Yalnız daşıdıgı tarixi-bədii məziyyəti başqaları üçün görünən edəndən sonra belə fotoqrafika nümunələrindən ən müxtəlif reklam və təbligat vasitələrində, tərtibat layihələrində istifadə etmək olar...

|127


128|FOTOQRAFÄ°KA


MEMARLIQ ABİDƏLƏRİNİN ÇƏKİLİŞİ

|129

ÇALIŞMALAR:

1. Qız qalasının müxtəlif rakurslardan çəkilişi və onun fotoqrafika yolu ilə reklam vasitəsi üçün hazırlanması; 2. Şirvanşahlar sarayının ümumi panoramını əhatə edə biləcək çəkilişin aparılması və onun təbligat xarakterli material üçün fotoqrafik həllinin tapılması; 3. Suraxanı Atəşgahının məna-məzmun tutumunu qabardan rakursdan çəkilişi və yolkənarı göstərici reklam üçün hazırlanması; 4. Mömünə xatun türbəsinin əzəmətini və zahiri naxış örtüyünün zənginliyini üzı çıxaracaq fotonun çəkilişi və onun təbligat xarakterli materialda istifadə olunacaq fotoqrafik həllinin tapılması; 5. Qobustan rayonundakı Diri baba türbəsinin yerləşdiyi məkanın qeyri-adiliyini qabardan fotonun çəkilişi və onun fotoqrafik üsulla yolkənarı reklamının hazırlanması;


130|FOTOQRAFİKA

İNTERYER Fotoaparatın möcüzələr yaratdıgını eşidən və ona meyllənən hər kəs çox tezliklə sərgi salonlarında və kitablarda gördüyü heyrət dogurucu fotolardan heç də geri qalmayacaq nümunələr çəkəcəyini güman edir. Amma çox tezliklə bunun heç də belə olmadıgına əmin olur. Hər bir peşəyə yiyələnmədə müşahidə olunan bu vəziyyət fotoqrafiyaya ciddi münasibət verən heç kimi həvəsdən salmamalıdır. Bu halı obyektivi hər hansı bir binanın daxilindəki qeyri-adi gözəlliyi görən və onu çəkməyə qərar verən foto həvəskarları daha tez-tez yaşayırlar. Çünki, onlara uzanıb gedən muzey salonunu, memarlıq abidsinin interyerini, o cümlədən də şəxsi evinin zövqünə uygun bəzədiyi daxili gözəlliyini çəkmək asan gəlir. Obrazlı desək, düyməni basmaqla adi gözlə görünən cəlbedici görüntü bütün dəqiqliyi ilə lentə köçürülür və az sonra onlar üçün qürurverici mənəvi qaynaga çevrilirlər. Təbii ki, bu belə deyil. Fotoqrafiyanın bütün janrlarında oldugu kimi interyer çəkilişi də foto həvəskarından obyektə diqqətlə yanaşmagı, görüntüyə alınacaq məkanın daha qabarıq, həm də arxa planda qalan memarlıq ünsürlərinin tutumunu müəyyənləşdirməyi, onların önə çıxarılmasını şərtləndirən işıq mənbələrini dəqiqləşdirməyi, lazım gələrsə onları gücləndirməyi tələb edir. Yalnız bundan sonra foto həvəskarı ugurlu kadrın alınacagına ümid edə bilər... Etiraf edək ki, fotoqrafiya çəkilişləri arasında önəmli və çətin sayıla biləcək sahələrindən biri də iç məkanda-interyerdə görüntülərin kameranın yaddaşına köçürülməsidir. İç məkandakı işıgın azlıgı nəzərdə tutulan çəkilişlərə lazımı qədər yardımçı olmadıgından nəzəri baxımdan görüntünün təzaddan uzaq tutumlu olacagını şərtləndirir. Gəlin birlikdə interyerdə nəzərdə tutulan çəkilişə yardımçı olacaq şəraiti yaratmaga çalışaq. Beləliklə, işıgın zəif oldugu halda nə etmək lazımdır? Ənənəvi iç məkan işıqlandırmaları adətən yaşayış faktoruna yetərli olurlar. Ancaq bu çox vaxt ugurlu çəkiliş üçün azlıq edir. Başqa sözlə desək, bu işıqlar foto çəkilişi prosesində fotoqrafa gərəkli texniki durumu-diafraqma və obyektivin baglanma sürətinə müsbət təsir göstərəcək dərəcədə olmaya bilir.


Ä°NTERYER

|131


132|FOTOQRAFİKA

Bunu aradan qaldırmagın iki yolu var. Birincisi ASA (Amerikan Standartlar Birliyi tərəfındən təsdiqlənən işıga həssas ləvazımatları dərəcələndirmə metodu) dəyərlərini – göstəricilərini yuxarı çıxartmaq, ya da varsa foto qıgılcımdan istifadə etmək lazımdır. Bu səbəbdən interyer çəkilişlərində əksəriyyət hallarda əlavə işıqlandırmaya ehtiyac duyulur. Bunların önündə də heç şübhəsiz gün işıgı durur. Bu


İNTERYER

çəkilişlərdə əgər içəriyə gün işıgı daxil olursa, həmin məqamda atılacaq ən önəmli addım bu işıgı əsas mənbə kimi götürməklə dəyərləndirmək və istifadə etmək lazımdır. Bəs interyer çəkilişlərində foto qıgılcımlardan necə istifadə olunur? Yaranmış vəziyyətdə hansı addımlar atılmalıdır? Öncə çöldən gələn işıgı pəncərədən ölçmək gərəkdir. Bunun 125/11

|133

olacagı ehtimal olunandır. Bunun ardınca içəridə də eyni gücdə içıq mexanizmi qurmaq lazımdır. Bunun üçün gün işıgı ilə eyni rəng istiliyinə malik foto qıgılcımlarından istifadə ən dogru yoldur. Foto qıgılcımları mümkün oldugu qədər fotoaparatın baxış bucagının xaricinə çıxarın. Və bu işıqları qurarkən onları interyerin hər sahəsinə bərabər işıq yaya biləcək vəziyyətdə yerləşdirin. Onların üzünü özəlliklə pəncərələrdə işıgın əks olunmaması üçün tavana çevirin. İstifadə etdiyiniz xüsusi cihazla foto qıgılcımın otagın hər sahəsinə 11 diafraqmalık işıgı buraxana kimi foto qıgılcımların yönünün və gücünün müəyyənləşdirilməsi ilə məşgul olun. Sonda hər tərəfə yayılan işıgın gücü 11 diafraqma bərabər olduqda, fotoaparatınızın baglama sürətini və diafraqmanı 125/11 ölçüdə tənzimləyərək çəkilişi gerçəkləşdirin. Əgər çəkilişi interyerdəki işıgın gücü ilə həyata keçirmək istəyirsinizsə, içəridəki işıgın xaricdəki gün işıgından daha aşagı səviyyədə oldugunu unutmayın. Belə durumlarda pəncərələr kadra daxil ediləcəksə bu bölgələrdə mütləq işıq partlayışı olacaqdır. Bu da görüntünün arzulanan səviyyədə alınmasına imkan verməyəcəkdir. Ən yaxşısı bu pəncərələrin ümuniyyətlə kadra daxil edilməməsidir. Əgər həmin pəncərələri kadra daxil etməyə məcbursunuzsa, onda önünə tül və ya da ona oxşar parça asmaga, çöldən gələn işıgın səviyyəsini şəffaf materiallarla azaltmaga çalışın. Bəs məkan dərinliyinin ifadəsi necə həyata keçirilir? Dogrudan da interyer çəkilişlərində fotoqrafların həllinə çalışdıqları digər bir məsələ də kadrda dərinliyə nail olunmasıdır. Çünki, çəkilən üç ölçülü iç məkanın hər tərəfi dəqiq görünməlidir. Bu halda, yəni, dərinliyin bu üç ölçüsünün hər birində görüntünün dəqiq alınması üçün mütləq diafraqmanı mümkün qədər azaltmaq, başqa sözlə desək, kiçik diafraqma ilə çəkilişi aparmaq lazımdır. Ancaq interyer çəkilişlərində əksər hallarda işıqlandırma yetərincə olmadıgından və diafraqma sona qədər azaldılıgından, obyektivin baglanma sürətini də aşagı salmaq məcburiyyətində qalacaqsınız. Bunu bir çox interyer çəkilişlərində tətbiq etmək olar. Ancaq bunu insan təsvirlərində tətbiq etmək arzulanan nəticəni vermir, belə ki, baglayıcının sürətinin aşagı düşməsi insan görüntüsünün dəqiq


134|FOTOQRAFİKA

alınmasına mane olur. Bunun qarşısını almaq üçün digital fotoaparatların ASA dəyərlərinigöstəricilərini yüksəltmək gərəkdir. Eyni zamanda məkan dərinliyinin bütün məkanda dəqiqliyini əldə etmək üçün çəkiliş aparılan yerin özü də önəmlidir. Başqa cür desək, bu yerdə diafraqmanı sona qədər azaltmaq da köməyə çatmır. Çünki, bir çox fotoqrafçılar dəqiqliyi sonsuzluqla əlaqələndirir. Bu da ön tərəflərin yaygın çıxmasına səbəb olur. Ona görə də dəqiqliyi 1/10-a müvafiq əldə etməyə çalışın. Yəni, çəkiliş apardıgınız məkanın dərinliyi 10 metrə çatırsa, dəqiqliyi 1 metrin üzərində qurun. Əslində interyer çəkilişində obyektin statikliyi fotoqrafa vəziyyəti lazımı qədər dəyərləndirməyə, kameranı hazırlamaga və münasib çəkiliş nöqtəsi seçməyə imkan verir. Demək lazımdır ki, elə kompozisiyanın öyrənilməsi üçün də bu daşınmaz obyektlər ən yaxşı qaynaq ola bilər. İnteryer çəkilişində ilk növbədə süjet seçimindən sonra onun daha yaxşı hansı nöqtədən çəkiləcəyini müəyyənləşdirmək lazımdır. Bir çox hallarda çəkilişin yaxın məsafədən aparılması onun əsas hissəsini daha parlaq görüntüsünün alınmasına,detallarının vurgulanmasına imkan verir. Obyektin xüsusi dayaq üzərində yerləşdirilmiş kamera ilə çəkilişinin son nəticənin ugurlu olmasına da az təsir göstərmir. Məhz belə çəkiliş kadrın daha canlı alınmasını şərtləndirir.


İNTERYER

Hesab edirik ki, fotoqraf heç vaxt həyatda daha çox üfüqi xətlərə rast gəldiyini unutmamalıdır. Onun bina daxilində-interyerdə mövcudlugu da danılmazdır. Başqa obyektlərdə, xüsusilə də təbiət motivlərində onun təsviri iki hissəyə bölməsi ilə müxtəlif və müstəqil qəbul olunacaq məkanın yaranması, bu görüntülərə müəyyən yarımçıqlıq bəxş etməsinə baxmayaraq onlar elə ayrı-ayrılıqda da bədii-estetik dəyərli oldugunu sərgiləmək gücündədir. Buna baxmayaraq etiraf etmək lazımdır ki, hər bir kadrda diaqonalların mövcudlugu hər bir kadrı dəyişmək, onu daha qeyri-adi və cəlbedici etmək gücündədir. Onların kadrda yüksələn və enən durumda olmasını görüntünün ümumi kompozisiyasının gözoxşayanlıgına təsiri də kifayət qədərdir desək, yanılmarıq. Kadrın sol aşagı küncündən sag yuxarı hissəsinə uzanan yüksələn diaqonal (onu “major” da adlandırırlar) ümumi görüntüyə müsbət emosiyalar aşılamaq gücündədir. Gözün yüksələn diaqonal boyu hərəkətinin cəldliyi və dinamikliyi də elə onun daşıdıgı məziyyətlərlə əlaqədardır.

|135

Enən-aşagı düşən diaqonalla (ona “minor” da deyirlər) baglı baş verənlər isə bir qədər fərqlidir. Belə ki, yuxarıya istiqamətlənən hərəkət gərginliyi, aşagıya tərəf gedən isə yüngüllüyü ifadə edir. Fotoqrafiya kadrını obrazlı şəkildə tərəziyə də bənzətmək olar. Əgər çəkiliş obyekti fotonun mərkəzində yerləşirsə, kompoziya tarazlaşdırılmış biçimdə olacaqdır. Mütəxəssislər bunu standart yanaşma hesab edirlər. Ancaq yeri gəlmişkən deyək ki, kompozisiyanı başqa üsullarla tarazlaşdırmaq olar. Məsələn, görüntünün əsas hissəsini bir qədər geri çəkməklə, yəni, aşagı sonluqla əsas təsvirin başlangıcı arasında müəyyən məsafə qoymaqla bu tarazlıgı əldə etmək olar. Bu üsul mənzərələrin, hərəkətli motivlərin çəkilişi üçün də keçərlidir... İnteryerlərin görüntüsünün çəkilişində, daha dogrusu kompozisiya həllində məşhur “Qızılı kəsişmə”dən istifadənin də cəlbedici təsvirin alınmasına müsbət təsiri böyükdür desək, yanılmarıq. Məlumdur ki, bu kəsişməni şərtləndirən xətlərin arasındakı zona ən optimal - sakit və


136|FOTOQRAFİKA

daha cəlbedici baxılır. Bu halda obyektivin baxışı ilk növbədə bilavasitə xətlərin üzərində və onların kəsişdiyi nöqtələrə, bilavasitə interyer çəkilişində isə binanın daxilinin bədii-estetik yükünü daşıyan memarlıq ünsürlərinə tuşlanır... Çəkiliş zamanı görüntüyə alınan obyektə “Qızılı kəsişmə” kimi “həndəsi mövqeləndirmə” baxışının da interyerin kadra alınmasında müəyyən rolu ola bilər. Bu yerdə qeyd edək ki, mütəxəssislər çoxdan kompozisiyada mövcud olan üçbucaq fotoqrafiya nümunəsinin oyatdıgı təəssüratı artırmaq gücündədir. Əgər onu zirvələrdən birinə qoymaqla kompozisiyaya dayanaqsızlıq gətirmək olarsa, əksinə, üçbucagı oturacaqda yerləşdirməklə yenilməzlik duygusunu yaratmaq olar. Heç şübhəsiz, bütün yuxarıda vurgulanan tövsiyyələrin fotoqrafiyaya yenicə qədəm qoyan hər kəsin yerinə yetirməsindən və bu sahədə müəyyən təcrübə toplamasından sonra onu əhatə edən

gerçəklikdə maraqlı motiv seçəcəyi, gördüklərini hamı üçün maraq dogura biləcək kadra-təsvirə çevirəcəyi şübhəsizdir. Bu istiqamətdə foto həvəskarlarına sonuncu praktiki məsləhətimiz artıq çəkilən kadrla işləmək barəsindədir. Belə ki, məlum oldugu kimi hər çəkilən kadrı daşıdıgı tutumda çap etmək, ictimailəşdirmək düzgün deyil. Ona görə də görüntüyə alınan interyerəkadra daxil olub onun ümumi görüntüsünü korlaya biləcək artıq detallardan azad etmək lazımdır. Yalnız bundan sonra ondan istifadə etmək olar. İnteryer təsvir olunmuş şəkili bədiiləşdirmək, ona qrafik münasibət bidirmək üçün fotoşop proqramından istifadə etmək lazımdır. İşlənmiş fotolardan layihələrin işlənilməsində, memarlıgın təbligatı ilə baglı reklam vasitələrində, memarlıq qoruluqlarının məkan tərtibatında geniş istifadə etmək mümkündür.


İNTERYER

|137

ÇALIŞMALAR: 1. Şirvanşahlar sarayında interyer çəkilişinin aparılması və onu fotoqrafika vasitəsilə reklam üçün hazırlanması; 2. Heydər Əliyev sarayında çəkilişin aparılması və fotoqrafiya üsulu ilə afişa üçün hazırlanması; 3. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində interyer çəkilişinin aparılması və fotoqrafika üsulu ilə muzey ekspozisiyasında istfadəyə hazırlanması; 4. Azərbaycan Dövlət Milli İncəsənət Muzeyinin interyerində çəkilişin aparılması və onun fotoqrafika üsulu vasitəsilə təsviri sənət üzrə byennalenin tərtibatında istifadəyə hazırlanması; 5. Şadlıq evlərinin birində interyer çəkilişinin aparılması və fotoqrafika ilə toy dəvətnamələrinin tərtibatında istifadəyə hazırlanması;


138|FOTOQRAFİKA

STUDİYADA ÇƏKİLİŞ Fotoqrafiya çoxsaylı sənət növləri arasında həm də özünün çəkiliş məkanlarının bəlkə də nəhayətsizliyinə görə seçilir. Əgər desək ki, əli fotoaparatlı adama bizi əhatə edən gerçəkliyin hər yerində rast gəlmək mümkündür, yəqin ki, mübaligə olmaz. Bir tərəfdən bunu şərtləndirən bu texniki vasitənin ölçüsünə görə hər yerə daşınmasına imkan verməyidirsə, digər tərəfdən ona istisnasız olaraq həyatımızın demək olar ki, hər yerində ehtiyacın olmasıdır. Etiraf edək ki, bu unikal texniki olmasaydı dünya xalqlarının həyatında baş verən çoxsaylı hadisələr, insanı heyrətə gətirən abidələr, hər birimizi duygulandıran əsrarəngiz mənzərələr, təzadlarla dolu zamanın zənginləşməsində iştirak edən işıqlı əməl sahibləri-tarixi şəxsiyyətlərin, müxtəlif elm və sənət adamlarının təsvirləri reallıgını saxlamaqla, gələcək nəsillər üçün əvəzsiz sənədlitarixi materiala çevrilməzdilər... Yaxşı fotoqrafiya nümunələri yuxarıda qeyd etdiyimiz kimi ən müxtəlif məkanlarda yaradıla bilər. Bu gün belə məkanlardan biri stasionar foto studiyalardır desək, yanılmarıq. Təbii ki, müxtəlif yaradıcı işlərin görülməsi üçün təşkil olunmuş belə studiyalar insanların daha çox gündəlik qaygılarını çözən şəhər-kənd foto studiyalarından fərqlənir. Belə ki, burada çalışanlar çoxları kimi müştəri axtarışını özlərinə problem etməyib, bilavasitə daha ciddi yaradıcılıq məsələlərinin həlli ilə məşgul olurlar. Onların çalışdıqları məkan da əsasən qarşılarına qoyduqları yaradıcılıq vəzifələrinin ugurla yerinə yetirilməsinə müvafiq olur. Belə yaradıcı insanların maraq dairəsi mövzu etibarilə kifayət qədər zəngin olur. Təbii ki, həmin işlərin professionalıqla həlli həm də onların yüksək səviyyədə icrasını şərtləndirə biləcək texnikanın mövcudlugundan keçir. Elə isə gəlin əvvəlcə yaradıcılıq foto studiyalarının təminatından danışaq... Bir həqiqətdir ki, çox-çox əvvəllər fərdi studiyanı yaratmaga və onu çəkiliş aparmaga imkan verəcək əsas və yardımçı texnika ilə təmin etməyə yalnız professionalların gücü çatardı. Müasir dövrdə isə vəziyyət tamamilə dəyişib və etiraf edək ki, indi maddi durumunun imkan verdiyi hər kəs özünə ən

müasir tələblərə cavab verən studiya-yaradıcılıq emalatxanası qura bilər. Təbii ki, yeni studiyada müxtəlif texnikanın bollugu hələ onun yaradıcısına keyfiyyətli foto çəkilişlər aparmaga zəmanət vermir. Hər şey bu çeşidli ləvazımatlardan yerində və bacarıqlı istifadədən və heç şübhəsiz həm də studiya sahibinin professional səviyyəsindən və mövzuya və janra yaradıcı münasibətindən asılıdır. Odur ki, biz sizə aşıb-daşan yaradıcı niyyətinizin reallaşdırılmasına imkan verən daha əsas və yardımçı texnika, eləcə də köməkçi vasitələrdən söz açacagıq... Heç şübhəsiz studiyada foto təsvirlərin alınmasına yardımçı olan müxtəlif markalı fotoaparatların mövcudlugu vacib şərtdir. Belə ki, ugurlu nəticələrin əldə olunması üçün kifayət qədər müxtəlif və müasir konstruksiyalarla və köməkçi mexanizmlərlə təmin olunmuş texniki vasitədən istifadə daha önəmlidir. Bu yerdə deyək ki, fotoqrafiyanın kəşfindən bu günümüzə kimi kifayət qədər fotoaparat istehsal edilmişdir. İndi onların hamısının adını dilə gətirmək fikrindən uzagıq. Ancaq bununla bərabər demək istəyirik ki, onların tarixin saxlancına verilmiş ilk və sadə nümunələri ilə müqayisədə indi kütləvi satışda olan dijital fotoaparatlarla müqayisə olunmazdırlar. Studiya çəkilişlərini Yaponiya və Almaniya istehsalı olan daha bahalı texnika ilə yanaşı, bu gün fototexnika sahəsində yeni keyfiyyət nişanı sayılan İSO-nun 100, 200, 400, 800, 1600, 3200 və s. standartlarını özündə ehtiva edən kameralarla gerçəkləşdirmək mümkündür. Elə düşünürük ki, “Nikon” və “Canon”la yanaşı, “Pentax-Samsung”, “Sony”, “Olympus-Panasonic” və s. fotoaparatların bir-neçəsi ilə təmin olunmuş studiyada məhsuldar iş aparmaq olar. Bu yerdə xatırladaq ki, bizim günlərdə tam mükəmməl və qüsursuz fotoaparat tapmaq mümkünsüzdür. Yəni, ən yaxşı sayılanın belə professional təftişindən ugurla çıxa biləcəyi sadəcə sual altındadır. Odur ki, indiki durumda mövcud texnikanın müsbət və mənfi xüsusiyyətlərini balanslaşdırmaqla ondan istifadə səy göstərmək lazımdır. Digər mövzuların şərhində dediyimiz kimi, unutmaq olmaz ki, fotoqrafiya təkcə fotoaparatın və obyektivin seçimi ilə tamamlanmır. Çəkiliş aparandan texnikanı idarə etmək bacarıgının tələb olunması da, şəkili texnikanın yox, bilavasitə adamın həyata keçirməsi


|139

STUDİYADA ÇƏKİLİŞ


140|FOTOQRAFÄ°KA


STUDİYADA ÇƏKİLİŞ

həqiqəti ilə baglıdır. Bu mənada hansısa məşhur markanı əldə etməklə yaxşı fotoqrafiya nümunəsi yaratmagın mümkünlüyü barəsindəki şirin nagılı birdəfəlik unutmaq lazımdır. Düşünürük ki, yuxarıda adları qeyd olunan fotoaparatlardan və onlarda yeri gəldikcə istifadə olunacaq “balıq gözü”, “geniş bucaqlı”, “normal”, “makroobyektiv”, “portret obyektivi”, “teleobyektiv” və “universal” tipli obyektivlərlə həm ugurlu həvəskar, həm də bədii tutumlu professional çəkilişləri aparmaq olar... Təbii ki, studiya şəraitində səmərəli foto çəkilişlərin aparılmasını təkcə keyfiyyətli fotokameranın və ən uzagı belə bütün dəqiqliyi ilə göz önünə gətirməyə qadir olan çeşidli obyektivlərin mövcudlugu şərtləndirmir. Bunu yardımçı vasitələrin yoxlugu ilə gerçəkləşdirmək sadəcə mümkün deyildir desək, yanılmarıq. Əgər bu belədirsə, onda həmin ləvazımatlar hansılardır? Gəlin bəlkə də çoxlarına əhəmiyyətsiz görünə biləcək studiya fonlarından, yəni hər bir çəkiliş üçün zəruri olan yerliklərdən söz açaq. Demək

|141

lazımdır ki, studiya fonları arasında ən ucuz və geniş yayılanı sonsuz fon kagızıdır. Bu kagız uzun rulon şəklində olur və əsasən standart ölçüdə - 1,3 və 2,7 m genişliyində olur. İstifadə zamanı qat salmaz, elə baxımdan da sonsuz görünür. Etiraf edək ki, pis material deyil. Onu da deyək ki, bu kagızlar ən müxtəlif rənglərdə istehsal olunur. Belə ki, burada ən işıqlı agdan ən tünd qaraya, ən tünd göydən yamyaşıla kimi rənglərə və onların çeşidli çalarlarına rast gəlmək mümkündür. Bu sahədə təcrübəsi nisbətən az olan və daha çox portret yaradıcılıgı ilə məşgul olanlara studiyanın fon hissəsini təşkil edərkən onun üşrəngli (bu halda kagızın üç çaları paralel olaraq bir-birinin yanına yapışdırılır) yaradılmasını məsləhət görərdik. İndi də bu fonu-yerliyə öz ürəkaçan rəngini bütün gücü ilə sərgiləməyə imkan verən studiya fotoqıgılçımlarından danışaq. Təbii ki, bu texniki vasitə həm ölçüsünə, həm də imkanlarına görə yeri gələndə foto aparata baglanaraq işlədilən süni işıq mənbəyindən çox güclüdür. Xüsusi dayaq üzərinə baglanan bu müstəqil işıqlandırma qaynagı batareya ilə işləmir, sadəcə eletrik xəttinə taxılır.


142|FOTOQRAFÄ°KA


STUDİYADA ÇƏKİLİŞ

|143

Əgər bu fotoqıgılcımın obyektə çox güclü və gözqamaşdırıcı təsir göstərdiyi problem kimi ortaya çıxarsa, onda sərt studiya işıqlarını ram etmək-azaltmaq üçün xüsusi işıq yumşaldıcı cihazlardan istifadə etmək olar. Bəzən çox güclü işıq mənbələrinin təsirini azaltmaq məqsədilə onların üzərinə taxılmış çadırlardan da istifadə etmək lazım gəlir. Bundan əlavə portret çəkilişlərində tətbiq etmək üçün işıgı yumşaq və bərabər paylayan texniki vasitələr də mövcuddur. Yeri gəlmişkən deyək ki, portret çəkilişlərində modelin saçına yuxarıdan işıqlandırmaq şərti ilə xüsusi effekt bəxş edə biləcək işıqlar da mövcuddur. Əgər saçların bu “yeniləşən” vəziyyətinə bir qədər də romantik görkəm vermək və saçların küləkdən dagılması effektini əldə etmək istyəyirsinizsə onda bu məqsədlə hazırlanmış ventilyatordan istifadə edə bilərsiniz. Bəzən studiyada süni işıq mənbələrinin bollugu da çəkiliş aparanı “narahat” edir və onlardan nə qədər düzgün istifadə etdiyini özünə sual edir. Buna cavabın ən müxtəlif cür ola biləcəyi ehtimalını aradan qaldırmaq üçün belə məqamlarda-tərəddüdlü anlarda da texnikanın gücünə etibar etməyə tələsin. Belə ki, fotoqrafiya sənayesi sahəsində çalışanlar sizin bu qaygınızaı çözəcək xüsusi cihaz yaratmışlar və siz onunla yaxından tanış olmaqla, studiyada işıqlıqlıgın dərəcəsini düzgün müəyyənləşdirə bilərsiniz. Bu istiqamətdə bir praktiki məsləhətimiz də işıgın fona birbaşa təsirinin qarşısını almaq üçün tünd lövhələrdən istifadə ilə baglıdır. Onları dayaq üstə qoyulmuş əsas işıgın qonşulugunda yerləşdirməklə istəyinizə nail olmaq mümkündür. İşıqla baglı söhbətimizdə reflektordan istifadədən danışmamaqla mövzumuzun dolgunluguna xələl gətirmiş olardıq. Odur ki, foto həvəskarlarına xatırlatmaq istəyirik ki, həmin reflektorlardan istifadə ilə çəkilşin aparıldıgı auraya fərli bir rəng ovqatı qatmaq mümkündür. Məlumat üçün bildirək ki, belə reflektorlar üçün müxtəlif rəng çalarları mövcuddur. Çəkəcəyiniz şəkilin ruhuna-ovqatına müvafiq olaraq proses zamanı ag, qara, gümüşü, qızılı və s. çalarlardan istifadə edə bilərsiniz. Amma unutmayın ki, gümüç reflektor işıgın miqdarını duyulaslı sürətlə əks etdirir və modelin üzünə vuran studiya işıgının rəngini dəyişdirməz.


144|FOTOQRAFÄ°KA


STUDİYADA ÇƏKİLİŞ

|145

Yeri gəlmişkən qeyd edək ki, portret yaradıcılıgı ilə məşgul olan professionalların bir çoxu məhz gümüşü reflektorlardan istifadə edirlər. Ag reflektorlar artıq işıq əks etdirməz, ancaq yenə də portret çəkilişlərində və daxili və xarici məkan işlərində istifadə olunarlar. Qızılı reflektorlar günəş işıgının istiliyi ilə mübarizədə plenerdə portret çəkilişlərində istifadə olunur. Qara reflektorlar işıgı udmaq gücündədir. Yəni, şüşə, daş-qaş, çəngəlqaşıq və yaxud da parlaq olan digər hər hansı əşyanın fotosunun çəkilişində istifadə edilə bilər. Mütəxəssislərin qənaətincə portret şəkilişləri zamanı bir tərəfə gümüşü, digər tərəfə isə ag reflektorun qoyulması yaxşı effekt verir... Studiyanın əsas “yükünü” daşıyacaq texnikanın və onların fəaliyyətini nizamlayacaq digər texnika və ləvazımatların əldə olunmasından sonra qənaətimizcə, burada gerçəkləşəcəyi ehtimal olunan bədii proseslərə başlamaq olar. Unutmayın ki, nəticənin ugurlu olması nə qədər studiyanı təminatına gərəkli ola biləcək texnikanın əldə olunmasından asılıdırsa, bu bir o qədər də bir araya gətirdiyiniz texniki vasitələrlə “dil” tapa bilməyinizin necəliyindən asılıdır. Odur ki, bəzi hallarda ilk ugursuzluqdan həvəsdən düşməyə dəyməz. Unutmaq olmaz ki, bir çox peşələrdə oldugu kimi, fotoqrafiyada da hər bir ugur sənətin sayagəlməz sirlətinə tədricən bələd olmaqdan keçir. Yalnız illərlə toplanmış təcrübə və səriştə, davamlı yaradıcılıq axtarı.ları fotoqrafa hamını cəlb edəcək və duygulandıracaq fotoların çəkilməsinə imkan verir... ÇALIŞMALAR: 1. Çəkilən yaşlı qadın portretinin fotoqrafika yolu ilə mətbuatda istifadəyə hazırlanması; 2. Görüntüyə alınan ailə cütlüyünün fotoqrafika vasitəsilə mərasimdə nümayiş üçün hazırlanması; 3. Mis qablardan ibarət natürmortun çəkilişi və fotoqrafika yolu ilə reklam üçün hazırlanması; 4. Novruz mırasimi qəhrəmanlarının kollektiv şəklinin çəkilişi və fotoqrafika vasitəsilə plakatda istifadə üçün hazırlanması; 5. Əsgər portetinin çəkilişi və fotoqrafika yolu ilə albomda istifadə üçün hazırlanması;


146|FOTOQRAFÄ°KA


STUDİYADA ÇƏKİLİŞ

|147


148|FOTOQRAFİKA

PORTRET ÜZƏRİNDƏ İŞ Etiraf edək ki, cəmiyyətdə fotoqrafiya sahəsinə olan maragın kökündə nə qədər fərdin ətrafındakı ürəkaçan görüntüləri lentin yaddaşına köçürmək durursa, bu bir o qədər də onun müxtəlif yaşlı yaxınlarının portretini çəkmək istəyi ilə baglıdır. Hər iki niyyətdəki məntiq də başa düşüləndir. Amma qətiyyətlə demək olar ki, fərdin portretə maragının nəticəsi daha görünən və duyulan olur. Belə ki, onun lentin yaddaşına həkk etdirdiyi hər bir portret lap az sonra neçə-neçə insana sonsuz sevinc bəxş edən tarixi-bədii fakta çevrilir. Yəqin ki, hər birimiz ömrümüzün uzaq-yaxın günlərini özündə yaşadan belə fotoların çəkilişinə bəzən adını belə unutdugumuz həmin xeyirxah insana sonsuz dərəcədə minnətdarıq. Beləliklə, qətiyyətlə deyə bilərik insan taleyini və onun sonsuz yaşantılarını hifz edən foto portretlər fotoqrafiyada bəlkə də ən populyar janrdır... Əgər bu janrın incəsənətdə yayılmasının qısa tarixcəsini xatırlamalı olsaq, onda ilk növbədə onun bəzən yaşayan, bəzən də artıq həyatda olmayan müəyyən bir adamın, bəzən də bir qrup adamın bədii vasitələrlə təsvirini nəzərdə tudugunu deməliyik. Heç şübhəsiz bədii vasitə dedikdə, portretin rənglərlə, cizgilərlə, heykəltəraşlıq materialları, poliqrafiya yolu ilə, o cümlədən də fotoqrafiyanın bədii-texniki imkanları ilə yaradılmasını nəzərdə tutur. Bir çox sənət növlərində oldugu kimi fotoqrafiyada da portret müstəqil janr kimi mövcuddur. Qeyd edək ki, portretdə bir qayda olaraq onun yaradıcısı modelin zahiri cizgilərini dəqiq göstərməklə yanaşı, bu zahiri cizgilərlə obrazın daxili aləmini səciyyələndirən xüsusiyyətləri də birləşdirməyə çalışırdılar. Təbii ki, əgər biz bu prosesə həm də yaradıcılıq baxımından yanaşsaq, onda canlı adamın çöhrəsindəki əlamətlərin plastik formalarla təkrarına çalışan yaradıcıların həm də onu ideya-bədii baxımdan təfsir-interpretasiya etdiklərini dilə gətirməliyik. Bu cür yanaşma demək olar ki, bütün dövrlərdə olub. Bu həm də o deməkdir ki, bəzən də portretlər zaman-zaman peyda olan, davamlı olaraq yeniləşən sənət cərəyanlarında birbirindən çox fərqli bədii-estetik tutum alıb. Əgər


PORTRET ÜZƏRİNDƏ İŞ

|149


150|FOTOQRAFİKA

fotoqrafiyanın yalnız XIX əsrdə peyda oldugunu nəzərə alsaq, onda bu sahədə portret janrının zahirən bir o qədər də dəyişmədiyini söyləyə bilərik. Əgər bu yerdə bir qədər də portretin funksiyası məsələsinə toxunsaq, onda onun əsasən üç amili birləşdirdiyini demək olar. Bu amillərdən biri portretin mövcud olmayanı əvəz etməsi, digərləri isə onun emosiya və hiss yaratması ilə yanaşı, həm də daşıyıcı rolunu oynamasıdır. Demək olar ki, bu funksiyaları sənətin müxtəlif növlərinə, o cümlədən də fotoqrafiyaya aiddir... Bütün janrlarda oldugu kimi portret də ona ciddi yanaşma tələb edir. Biz uşaq portretlərinin çəkilişindən danışanda bu janrda ugurlu kadr əldə etməyin çətinliyindən də söz açmışdıq. Bu dəfə isə portret janrına bir qədər ümumiləşdirilmiş münasibət bildirəcəyik. Təbii ki, hər hansı portretin şəkilişi yalnız foto kameranın düyməsinin basılmasından ibarət deyil. Burada da çəkilişə cəlb olunmuş insanı az-çox tanımaq, onu müəyyən qədər müşahidə etmək, səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirmək son nəticənin ugurlu alınmasına yardımçı ola biləcək qaygılardır. Vurgulananlar da heç də gəlişi gözəl sözlər deyildir. Onların hər birinin bədii-psixoloji tutumu vardır. Təkcə elə modeli onun obrazını, davranışını səciyyələndirən, həyat-tərzinin elementlərini özündə hifz edən pozada-oturuşda görüntüyə almaqla ona xas keyfiyyətlər toplusunun müəyyən nəticəsini göstərmək mümkündür. Heç şübhəsiz ugurlu portretlərin yaradılması keyfiyyətli texnika olmadan çətindir. Odur ki, fotoqrafın fotoportret üzərində işi modelin seçimi ilə yanaşı, həm də arzulanan nəticənin əldə olunmasını şərtləndirən texnikanın əldə olunması ilə baglıdır. Portret çəkilişləri üçün fokus məsafəsi 50 mm-dən başlayan və daha yüksək olan obyektivlər, başqa sözlə desək, teleobyektivlər daha münasibdir. Görüntüyə alınan adamı arxasındakı fondan ayırmaq və onu daha yayılmış görkəmdə təqdim etmək üçün bilavasitə, məhz teleobyektivdən istifadə etmək lazımdır. Əgər modelin və eyni zamanda fonun da gözəl və aydın görünməsini istəyirsinizsə, bunun üçün heç teleobyektivdən istifadəyə ehtiyac yoxdur. Bu işi elə adi-standart obyektivlə, yaxud da fokus məsafəsini azaltmaqla, eləcə də diafraqmanı


|151 |151

FOTO PORTRET ÜZƏRİNDƏ İŞ


152|FOTOQRAFİKA

mümkün qədər daraltmaqla görmək mümkündür. Əgər fotoqrafiya nəzəriyyəsinə tapınsaq, onda şəklin fotokameranın yox, bilavasitə fotoqrafın çəkdiyini deyə bilərik. Portret çəkilişi zamanı fotoqrafın bir çox yaradıcı məsələləri də həll etdiyini nəzərə alsaq, onda prossesin bədii-texniki vasitələrlə yaradıcılıq axtarışlarının vəhdəti kontekstində aparıldıgını bildirməliyik. Etiraf edək ki, bu məqamda yaradıcılıq planlarının gerçəkləşdirilməsi heç də asan məsələ deyildir. Bu da əsasən portreti təşkil edən kompozisiyanın və onun ayrı-ayrı elementlərinin bütövlüyü şərtləndirən hala gətirilməsidir. Əslində aşagıda vurgulayacagımız tövsiyyələr portretlə yanaşı digər janrlarda ugurla tətbiq oluna bilər. Çox vaxt çəkilən kadrda cəlbedici portretin təsirliliyi əsas modelin çöhrəsinə yaxın məsafədə hansısa “yad əl”in mövcudlugu ilə heçə enmiş olur. Bu təbii ki, yol verilməzdir, Belə ki, kadrda əsas təsvirdən başqa əlavə nə isə olmamalı, yalnız əhəmiyyətli detallar görünməli, diqqət cəlb etməlidir. Uşaqları onların hündürlyü səviyyəsindən, yeri gələndə bir az da baxış nöqtəsini bir az aşagı salmaqla çəkilişi həyata keçirmək yaxşı nəticə verə bilər. Çəkilən kadrlara sonrakı münasibət də məntiqli və yaradıcı olmalıdır. Belə ki, çoxsaylı kadrlar üzərində iş apararkən modelin ümumi kompozisiyada daha cəlbedici yer almasına xüsusi diqqət yetirilməli, başın görüntüdə istər öndən, istərsə də yandan düzgün yerləşdirilməsinə nail olmaq lazımdır. O, nə çox irəlidə, nə də çox arxada olmalıdır. Onun lap mərkəzdə yerləşdirilməsi də sona qədər arzulanan seçim deyil... Başın ümumi səthdə düzgün yerləşdirilməsi hələ işin yarısıdır, çünki bu seçimin məntiqli olmasına həm də ona yönəli digər bədii-texniki yaradıcı məsələləri həll etməklə nail olmaq mümkündür. Bunun ən önəmlisi kadrda portretin qabarıqlıgınıncəlbediciliyin əldə olunmasıdır. Yaranan durumda və portret üçün taleyüklü sayılan bu məsələni bir neçə vasitə ilə - üz cizgilərini üzə çıxaran obyektiv dəqiqliyinin dərinliyini, başın ölçüsünün düzgün seçilməsini, onun kadrda münasib yer almasını, effektli işıq-kölgı oyununu reallaşdırmaqla həyata keçirmək olar. Yeri gəlmişkən deyək ki, bu tələblərdən istifadə etməklə fotoaparatın obyektivinin yönəldiyi

istənilən çəkiliş nöqtəsinin gələcək ugurunu təmin etmək mümkündür. Bütün yuxarıda vurgulanan bədii-texniki üsulları davamlı olaraq reallaşdırmaqla insanın varlıgınıxarakterini və onun ifadəli cizgilərini üzə çıxaran portret yaratmaq olar. Portretin çəkilişindən söz açıb, insan həyatının ayrılmaz hissəsi olan müxtəlif məzmunlu və miqyaslı məclislərdə foto çəkilişinə toxunmamaq sadıcə mümkünsüzdür desək, yanılmarıq. Etiraf edək ki, çoxlarının mənzilində fotoaparatın peyda olması bilavasitə həmin əlamətdar tədbirlərin yaddaqalanlıgını təmin etməklə baglıdır. Adətən toy məclislərində bu sahədə kifayət qədər təcrübə toplamış fotoqraflar yadigar-xatirə şəkillərinin çəkilişi ilə məşgul olsalar da, toy sahibi obrazlı desək, məclisin gedişinə “öz adamı”nın fotokameranın obyektivi ilə göz qoymasının əleyhinə olmur. Digər tərəfdən bu maddi baxımdan da toy sahibi üçün əlverişli olur. Amma toplanmış təcrübə göstırir ki, yalnız ilk baxışda toy məclislərinin çəkilişi asan görünür. Çox vaxt elə müxtəlif çəkilişlər arasındakı fərqi də asanlıqla gömək olur. Kifayət qədər hərəkətli olan belə məclislərdə ideal foto çəkmək çox çətindir. Əgər bəy-gəlinin yerini və dəyişməz fonunu nəzərə almasaq, salonda fonu sabitlikdən və neytrallıqdan uzaq yer tapmaq sadəcə mümkün deyil. Odur ki, tək və yaxud bir-neçə adamın portretinin fonu həmişə kadrı korlaya biləcək detal və elementlərlə dolu olur. Fotoqraf çəkiliş anında nə qədər təmiz fon yaratmaga çalışsa da, buna sona qədər nail ola bilmir. Toyun davam etmə müddətini də nəzərə alsaq, onların çəkilən şəkillərə fotoşop vasitəsilə müdaxilə etmələrinə vaxt qalmır və şəkillər elə oldugu kimi də ünvanına çatdırılır. Məclis sahibinin çəkdirdiyi şəkillərə gəldikdə isə, orijinal kadrların əldə olmasının müqabilində sonralar onların üzərində arzulanan dəyişikliyi aparmaq mümkün olur. Ancaq ümumiyyətlə demək istəyirik ki, bütün hallarda oldugu kimi mərasim şəkillərinin normal çəkilişi də ona professional yanaşmadan keçir... İndi də gəlin bir qədər portret çəkməyin həvəskar fotoqraflara az bəlli olanbədii-texniki ifadə yollarından danışaq. Etiraf edək ki, deyəcəklərimiz heç də böyük “sirr” deyil, amma fotoqrafiya sahəsində toplanmış səriştənin şərhidir...


|153 |153

PORTRET ÜZƏRİNDƏ İŞ


154|FOTOQRAFİKA

Əvvəlcə gün işıgında portret çəkməyin incəliklərindən söz açaq. Əslində gün işıgına nəzarət etməklə portret çəkilişini reallaşdırmaq çoxlarının düşündüyü kimi bir o qədər də asan deyildir. İlk olaraq işıgın istiqamətini düzgün təyin etmək bu tip çəkilişlərin həyata keçirilməsinin yazılmamış qanunlarındandır. Bundan sonra xüsusi olaraq günəşin düşmə yönünə dogru bəzi addımlar atılmalıdır. Nümunə üçün deək ki, günorta günəşi az çox yuxarıdan dikinə düşür, qısa və çox tünd kölgələr əmələ gətirir. Bunun nəticəsində gözlər dərin boşluqlar halında görünür. Səhər və axşama dogru günəş nisbətən aşagı nöqtədə olur. Bu da gözəl fotoların çəkilməsinə imkan verər, belə ki, işıq sərtliyini itirmiş olur. Rəngli motovlər çox kontrastlıtəzadlı olmamalıdır. Dərin kölgələr nəticəni pisləşdirə bilər. Odur ki, imkan dairəsində nəzərdə tutdugunuz şəkilləri günəşin sizin arxanızda olmagını əldə etməklə çəkməyə çalışın...

Əgər desək ki, portret janrında çəkilmiş fotoların ugurlu bədii həlli müəyyən qədər həm də modelin aldıgı duruşdan-pozadan asılıdır, yəqin ki, səhv etmərik. Sadəcə baş və çiyinləri əhatə edən bir fotonun çəkilişi üçün nadir hallarda model tam düz olaraq foto aparat qarşısında saxlanılır. Ümumiyyətlə, modeli bir qədər dönüşlü oturtmaqla, ona müəyyən pozaduruş verilir. Bütünlükdə isə, portretin yaxından çəkilişi zamanı daha çox sadəcə başın çərçivəni doldurmasını müşahidə edirik.Boyca hündür olmayan fotoqraflar isə bədənin dizdən yuxarı olan hissələrini əhatə edən fotoqraflardır. Bu durumda yenə fotosu çəkilən kəsin fotoapa-rata dönüşlü dayandırılması üstünlük verilən şə-killərdəndir. Bu tip fotolarda qollar da işin içinə qatıldıgından, qolların qatlanması duruşlarından vaz keçmək lazımdır. Xüsusi olaraq yarımçıq qalmış hərəkəti andıran duruşlardan qaçmaqla və əllərə istirahət duruşu vermək qənaətimizcə məntiqli hərəkət


|155 |155

PORTRET ÜZƏRİNDƏ İŞ

kimi qəbul olunur. Bu da kişilər üçün ümumiyyətlə qolların bir yerə söykənməsi, qadınlar üçünsə dizləri üstə sərbəst qoyulur. Bədənnüma (tam) portretlər isə daha çox nişan və toy mərasimlərində istifadə olunan şəkillərdəndir. Burada da yenə tarazlı bir duruş əldə etmək xüsusilə diqqətli olmaq lazımdır... Heç şübhəsiz portretlərin son nəticədə ugurlu olması, bu prosesdə işıqlandırmadan necə istifadə etməkdən keçir. Bilavasitə foto aparatın arxasından və yaxud da yanından verilərək modelə istiqamətlənən işıq ön işıqlandırma sayılır. Obyekt üzərində kölgə yaratmadıgı üçün hər hansı dərinlik hissi verə bilmir. Modelin işıqlandırma kontrastı-təzadı zəifdir. Onun işıga uzaq olan yerləri az işıq, yaxın tərəfləri isə çox işıq alır. Bu səbəbdən də bu növ işıga düz işıq da deyilir və ümumiyyətlə, studiya şəraitində şəkil çəkilərkən əsas işıq qaynagının yaratdıgı kölgəli sahələrin yox edilməsi üçün istifadə olunur. Bu tip işıq çəkiləcək əşyada hər hansı bir dərinlik hissi və fotoqrafik təsir verməyəcəyi üçün ona çox üstünlük verilməz. Ancaq portret çəkilişlərində əsas işıq qaynagından dolayısı ortaya çıxan və kölgələri yumşaltmaq üçün tətbiq oluna biləcək ideal bir işıq tipidir. Dediklərimizi ümumiləşdirməli olsaq, onda modeli uygun işıqlandırma ilə təmin etmək üçün əsas işıq , kənar işıgın bir yerdən digər yerə daşınması ilə kölgələrin də yerini dəyişdirəcəyindən, yardımçı işıq qaynagının da yerini dəyişdirərək bu kölgələri yox etmək üçün istifadə olunar. Bununla belə, portret üzərində çalışarkən bəzən çəkilişə cəlb edilmiş adamın xarakterinə uygun işıqlandırılmanın əldə olunmasını, bu məqsədlə işıqlandırma cihazlarının fərqli bir şəkildə yerləşdirilməsini də müsbət dəyərləndirmək gərəkdir. Bu fotoqrafa sonsuz ifadə imkanları axtarmaga imkan verər. Ümumiyyətlə, kənar-yan işıgın yuxarıdan modelə yönəldilməsi gözəl bir işıqlandırma durumu hesab olunur... Yandan işıqlandırmanın modelə təsiri və yaratdıgı bədii-estetik durum müəyyən qədər fərqlidir. Bu halda işıq əşyanın və yaxud modelin üzərinə yandan gəldiyi üçün relyef təsiri yaradaraq, çeşidli forma ifadəsi əmələ gətirər. Yandan işıqlandırma öndən işıqlandırma kimi gündəlik həyatda qarşılaşa biləcəyimiz bir işıqlandırma növüdür... Modelin üstdən işıqlandırılması zamanı təbii ki, işıq yuxarıdan gəlir və üzdəki bütün kölgələr aşagıya

dogru uzanır. Təbii ki, bunun da özünəməxsus estetik tutumu və duygulandırıcı təsiri var... Ən nəhayət, arxadan işıqlandırma haqqında. Bu cür hallarda işıq modelin və yaxud əşyanın arxasından foto aparata dogru yönəldiyi zaman, bütün kölgələr kameranın üzərinə düşər. Bunun nəticəsində portretin üzü kölgədə qalır. İşıq qaynagı portretin tam arxasında oldugu zaman, işıgın varlıgını ortaya qoyan tək şey portretin ətrafında meydana gələn işıqlı xəttdir. Bu tip işıga ən uygun durum olan günün batması və günəşin çıxması zamanı ətrafı nurlandıran işıqlardır. Stydiya foto çəkilişlərində daha çox effekt yaradıcı işıqdan istifadə olunur. Bu işıqla birlikdə istifadə olunacaq daha zəif şiddətli yan işıgı portretdəki detalları duymaqda bizə yardımçı olur... Təbii ki, çəkilmiş portretin bədii səviyyəsindən asılı olmayaraq onun reklam-plakat və bədii nəşrlərdə istifadəyə hazırlama prosesində mövcud materiala fotoqrafik müdaxiləyə ehtiyac yaranır. İndiki mövcud texnika bollugu və çeşidli proqramların qarşılıgında bir qayda olaraq bu işin icrasında heç bir problem yaranmır. Bununla belə düşünürük ki, bu işin fotoşopda icrası zamanı hazırlıq materialına diqqətlə yanaşılmalı, portretdə modeli səciyyələndirən qabarıq cizgilərin qorunub saxlanılmasına, işıq-kölgə və cizgi “oyunu” ilə təsvirin bütünlükdə cəlbedici və təsirli alınmasına çalışılmalıdır...

ÇALIŞMALAR: 1. Yaşlı kişi portretinin çəkilişi və fotoqrafika vasitəsilə onun bədii həllinin reklamda istifadə üçün dəqiqləşdirilməsi; 2. Milli geyimli qadın portreinin çəkilişi və fotoqrafika yoluilə afişa üçün hazırlanması; 3. Balıqçı obrazının dəniz fonunda çəkilişi və fotoqrafika vasitəsilə bədii albomda istifadə üçün hazırlanması; 4. Kitabxanaçı qız portretinin çəkilişi və fotoqrafika yolu ilə istiqamətverici qurguda istifadə üçün hazırlanması; 5. Həkim obrazının çəkilişi və fotoqrafika vasitəsilə plakatda istifadə üçün işlənilməsi;


156|FOTOQRAFÄ°KA


UŞAQ PORTRETLƏRİNİN ÇƏKİLİŞİ

|157

UŞAQ PORTRETLƏRİNİN ÇƏKİLİŞİ Fotoqrafiyanın çoxsaylı janrları arasında portretin özünəməxsus yer tutması danılmazdır. Əgər fotoqrafiyanı əsas peşə kimi seçənləri nəzərə almasaq, onda çoxlarının nəzərində möcüzələr yaratmaga qadir olan “dəmir cihaz”ın hər bir ailəyə ayaq açmasının kökündə müxtəlif ailədaxili tədbirlərin lentin yaddaşına əbədiləşdirilməsi istəyinin durdugu birmənalıdır. Bu gün mübaligəsiz olaraq demək olar ki, hər bir valideyn dünyaya gəlməsi ilə ona və yaxınlarına sonsuz sevinc bəxş edən körpənin demək olar ki, hər bir hərəkətini fotoaparatın vasitəsilə əbədiləşdirməyi özlərinin borcu bilirlər. Etiraf edək ki, dogrudan da vaxtında çəkilmiş bu şəkillər az sonra, xüsusilə də körpəliyi artıq arxada qalan və obrazlı desək, fotolarda özünü tanıyan uşaqlar üçün əvəzsiz xatirəyə çevrilirlər. Elə həyatlarının ahıl çaglarını yaşayanlar üçün də ailə albomunda yer alan belə şəkillər bəlkə də onların işıgı öləziməkdə olan ömürlərinə günlər, saatlar, dəqiqələr artıran mənəvi enerjiyə çevrilirlər. Bu yerdə deyək ki, rəssamlıgın özü də bu məqamda zamanı “dayandırmaq” gücündə olan fotoqrafiyadan gücsüz görünür. Belə ki, hər hansı rəssam əsərinin qarşılıgında fotoqrafiya nümunəsi “gerçəyin izi”ni bütün daşıdıgı təfərrüatları ilə yaşadan tarixi sənəd tutumundadır. Onun çoxaldılmasına imkan verən xüsusiyyətə malik olması da körpənin-uşagın bir kadrda əbədiləşən portretinin təsviri sənətdə geniş yayılmış estamp kimi kütləvi çapına, dost-tanış, qohum-əqrəba arasında yayılmasına şərait yaradır. Digər tərəfdən başlıca olaraq portretləri şəxsi adamların və ictimai təşkilatların sifarişi, bəzən də müəllifin həmin modelə maragı və yaxud baglılıgı qarşılıgında çəkən rəssamlardan fərqli olaraq foto portretlər fərdlərin fərqli istək və maragından yaranır. Buna baxmayaraq onların kimlərinsə müəyyən anını və yaxud ümumiləşdirilmiş obrazını yaşadılmasına, çox vaxt da təsvir olunanın xatirəsinin əbədiləşdirilməsinə yönəli yaradılması onları bütün mənalarda birləşdirir desək, yanılmarıq. Fotoqrafya nümunəsi ilə canlı müşahidə əsasında yaradılan portretlərin müqayisəsini bir qədər də davam


158|FOTOQRAFİKA

etdirsək, onda alınan son nəticənin təsviri sənət sahəsində gerçəkləşən portretin sona qədər modelə oxşamamasının çox vaxt sifarişçi ilə rəssam arasında mübahisə yaratdıgının qarşılıgında cəmiyyətdə təsviri uşaq portretlərinin çox az olması kifayət qədər görünəndir. Belə ki, bir qayda olaraq belə məqaqmlarda modelin oxşarlıgının əldə olunması yeganə meyar sayılır. Etiraf edk ki, uşaqların təsvir olundugu belə portretləri yaratmaq dogrudan da çox çətindir. Digər tərəfdən biz daha əvvəlki dövrlərdə ən məşhur rəssamlar tərəfindən belə təsvirə alınanların fotolarının və özlərinin yoxlugu müqabilində bu gün gördüyümüz əsərlərdə oxşarlıgın hansı səviyyədə oldugunu söyləyə bilmirik. Gəlin bir qədər uşaq şəkillərinin çəkilişindən danışaq və öncə etiraf edək ki, dogrudan da müxtəlif yaşlı insanlar arasında uşaqların lentə alınması o birilərindən daha böyük çətinlik törədir. Bunu

müəyyən qədər onların şıltaqlıgı ilə əlaqələndirənlər yanılmırlar. Ancaq bu, problemin həlli mümkün olan məsələlərindən oldugundan, bizi daha çox uşaqların çəkilişinin düzgün və necə aparılması maraqlandırır... Bir tərəfdən uşaqları lentə almaq çox asandır, çünki, onlar təbii və səmimi, hərəkətlərində və təbəssümlərində cansıxıcılıqdan çox uzaqdırlar. Digər tərəfdən də bu işi görmək asan oldugu qədər də çətindir. Bu təzadı yaradan başlıca səbəb yuxarıda vurguladıgımız şıltaqlıq, obrazlı desək, fırfıra kimi fırlanmaları, gözlənilmədən arxalarını obyektivə çevirmələri, tez-tez hətta kadrdan çıxmalarıdır. Çox vaxt onların müəyyən pozada qalmaq istəməmələri də kifayət qədər rast gəlinən uşaq hərəkətıdır. Sirr deyil ki, həmin məqamda uşagı razı sala biləcək istənilən hərəkətlər etməklə, hədiyyələr verməklə, məzəli əhvalatlar söyləməklə onları bir yerdə birneçə dəqiqə tərpənməz oturmaga məcbur etmək sadəcə mümkün deyil. Bu cür uşaq davranışından


UŞAQ PORTRETLƏRİNİN ÇƏKİLİŞİ

|159


160|FOTOQRAFÄ°KA


UŞAQ PORTRETLƏRİNİN ÇƏKİLİŞİ

sonra bir qədər də pis işıqlandırılmış şəraitdə nəhayət çəkilən bir-neçə ugursuz kadra sonradan tamaşa edəndə bu dəfə artıq fotoqrafın çöhrəsində cansıxıcı təbəssümün yaranacagı birmənalıdır. Odur ki, uşaqları onların öz sevimli məşguliyyətləri ilə baş-başa qalanda çəkmək daha yaxşıdır. Emosiyaları aşıb-daşan uşaq belə anlarda heç kimə, o cümlədən də foto çəkilişlərini aparan adama fikir vermir... Ancaq məsələyə klassik anlamda yanaşsaq, onda uşaq portretlərinin ugurlu alınmasına təsir göstərən amillərdən birinin düzgün çəkiliş nöqtəsinin seçilməsi oldugunu vurgulamaq lazımdır. Qənaətimizcə onları öz hündürlükləri və yeri gələndə bir qədər də aşagı nöqtədən çəkmək şəklin müvəffəqiyyətli alınmasını şərtləndirə bilər. Bundan başqa təsviri sənət sahəsində belə portretlərin yaradılması uşaqdan uzun müddət, yəni, bir-neçə seans bir yerdə sakit oturmagı tələb etdiyindən onun ərsəyə gətirməsi rəssamdan duyulası səylər tələb edir. Etiraf edək ki, çox vaxt elə bu səbəbdən uşaq portretlərini naturadan yaratmaga meylli olmayıb, bəzən onun yaradılması məcburiyyəti qarşısında qalanda portretləri hazır fotodan işləməyə üstünlük verirlər. Fotoqrafiyada isə əksinə, davamlı olaraq çəkilən çoxsaylı kadrlardan arzulanan, daha xoş gələn təsviri yekun variant kimi qəbul etmək mümkün olur və nəticə etibarilə bu foto uşagın üz cizgilərini bütün dəqiqliyi ilə ifadə edən qaynaga çevrilir. Bu portret birmənalı olaraq dəyişməz, mütləq və özəl oldugundan onu hər hansı üslub çərçivəsinə daxil etmək mümkün deyildir. Bəs uşaq portretlərini hansı fotoaparatla çəkmək yaxşı nəticələr verə bilər? Bəzən belə portretlərin genişbucaqlı aparatla çəkilməsini məsləhət bilmilər. Yadda saxlamaq lazımdır ki, uzun fokusda təkcə təkcə işıgı güclü olan “portretçi”lərlə yox, eyni zamanda istənilən obyektivlə çəkmək olar. Mövcud şəraitdə nə ilə çəkməyiniz bir o qədər əhəmiyyətli deyil, önəmlisi həmişə aparata bərkidilmiş fotoqıgılcım olsa belə, işıqdan düzgün istifadə etməyi bacarmaqdır. Fotoqıgılcımın modelin alnına düşməsindən qaçmagın gərəklilii də çox vaxt foto həvəskarına verilən tövsiyələrdəndir. Portret üçün yumşaq, səpələnmiş işıqdan istifadə önəmli sayılmaqla, gündüz işıgı altında şəklin çəkilməsi də

məqsədəuygun sayılır. Mütəxəssislər tavana yönəldilmiş kənar fotoqıgılcımdan və yaxud işıq əks etdirənlərdən istifadənin də qənaətbəxş vasitə oldugu qənaətindədirlər. Bütün bu məsləhətlərin yararlıgını qəbul etməklə, normal uşaq portretlərinin şəxsi, yəni, lazımı texniki avadanlıqlarla təmin olunmuş studiyada çəkilişi arzulanandır. Bu işə yeni başlayanlara xatırlatmaq istəyirik ki, bayırda günəşin işıgının güclü oldugu şəraitdə belə, modelin üzündəki dərin kölgələri işıqlandırmaq üçün fotoqıgılcımı işə salmaq lazımdır. Əgər işıqlandırma qənaətbəxşdirsə, onda fotoqıgılcımı söndürmək olar. Belə ki, o, həqiqətən də gündüz işıgını “öldürür” və son nəticədə təsvirin səthi alınmasını şərtləndirir. Fotoaparata bərkidilmiş fotoqıgılcım təbii olaraq bir qədər zəif olsa da, ondan da istifadə etməyi bacarmaq foto həvəskarından müəyyən səriştə tələb edir. Fotoqrafiyada çoxdandır ki, “rakurs” anlamı deyilən bir bədii-texniki xüsusiyyət mövcuddur. Əlinə ilk dəfə fotoaparat alıb obyektivi böyük həvəslə çəkəcəyi maraqlı obyektə və yaxud modelə yönəldən həvəskar fotoqraf bir qayda olaraq seçdiyi çəkiliş nöqtəsinin fərqində olmur. Onun üçün həmin anda obyektivin qarşısındakı görüntünü tam əhatələməsi kifayət edir. Amma tədricən, bu sahədə səriştə əldə etdikcə onun öz səhvlərini dərk etməsi prosesi baş verir. O, fərqli rakurs seçməyin foto şəkilin ümumu görünüşünə, bədii məziyyətinə duyulası təsirini görür və onun yavaş-yavaş çəkdiyi kadrlarda birbirindən çox fərqli çəkiliş nöqtələrinə müraciət etdiyi müşahidə olunur. Əvvəllər, fotoaparatların lentlə işlədiyi vaxtlarda bir nöqtəni bir-neçə dəfə çəkmək müəyyən qədər bir az da maddi itkiyə yol açırdısa, daha müasir tipli texnikanın tətbiq olundugu indiki dövrdə bir kadrı təkrar-təkrar çəkib, onların arasından ən yaxşısını seçmək bütün mənalarda ən münasib metodika sayılır. Bu rakurs rəngarəngliyini adamların ən müxtəlif yaş təbəqələrinə tətbiqi yaxşı nəticələr verir. Heç şübhəsiz burada da modelin əsl xarakterini aça biləcək nöqtənin tapılması həm də fotoqrafın dünyaya baxışının və zövqnün necəliyindən asılıdır. Yaşlı adamlardan bir qədər fərqli olaraq uşaq portretlərinin çəkilişində maraqlı rakurs axtarmaq son nəticənun uguruna az da olsa təminat verən yaradıcılıq üsullarındandır.

|161


162|FOTOQRAFİKA

Bütün hallarda fotoqrafiya nümunəsinin cəlbediciliyinə səbəb olan xüsusiyyətlərdən biri də modelin hansı fonda-yerlikdə görüntüyə alınmasıdır. Etiraf etmək lazımdır ki, çoxları bunun kadrın uguruna hansı dərəcədə mənfi təsir etdiyinin fərqində olmurlar. Üz cizgiləri arzulanan tutumda olan portretin ətrafında bəzən elə artıq və yersiz elementlərə rast gəlmək olur ki, onların kadrın ümumi keyfiyyətinə nə dərəcədə mənfi təsir göstərdiyi adi gözlə belə görünən olur. Sovet dönəmində artıq çəkilmiş belə qüsurlu portretlərdən mətbuatda istifadə zamanı həmin artıq detal redaksiyanın rəssamı tərəfindən retuş edilib ləgv olunardı. Müasir zamanda da buraxılan fotoqraf səhvini fotoşop aradan qaldırır. Təəssüf ki, foto çəkiliş üçün əslində az önəm daşımayan fon-yerlik məsələsinə fotoqrafiya ilə məşgul olanlar bəzən ikinci dərəcəli məsələ kimi baxırlar. Özləri bir qayda olaraq bunu hiss etmədikləri

halda, professiallar şəkilin bədiiliyinə zərər gətirən bu səriştəsizliyi dərhal hiss edirlər. Çünki, fonyerlik əslində modelin mahiyyətinə, məna-məzmun tutumuna ciddi yardım göstərə bilən amildir. Başqa sözlə desək, onun düzgün seçilməsi ilə həm modelin hamı üçün maraqlı görünəcək obrazını yaratmaq olar, əks halda onun hansısa sənəd üçün çəkilən şəkillərdən heç bir fərqi olmayacaqdır. Odur ki, fotoqraf onun üçün modelə çevrilən uşaqlara azçox bələd olmalı, onlarınn maraq dairəsini özü üçün müəyyənləşdirməlidir. Adətən valideynlər üçün bu çətinlik törətmir və çəkilən fotoqrafiya nümunəsinin yaddaqalanlıgının bədii-psixoloji tərəfini müəyyənləşdirəndə məhz bu xüsusiyyətə də önəm verir. Bu mənada uşaqların onlar üçün xoşagələn olan divar kagızının fonunda və yaxud da sevimli oyuncaqla, şəkillərinə baxmaqdan usanmadıgı kitabla təqdimatı çox ugurlu olur.


UŞAQ PORTRETLƏRİNİN ÇƏKİLİŞİ

Etiraf edək ki, həmin uşaqlar üçün unudulmaz uşaqlıq illərinin bir anını əbədiləşdirən belə fotolarda görüntüyə gətirilən belə yardımçı əşyalar çox-çox sonralar heç nə əvəz olunmayan çox əziz xatirəyə çevrilirlər. Odur ki, uşaq şəkillərinin ümumi kompozisiyasına həm fotonun maraqlı, həm də bədii tutumlunun dəyərlin olmasına xidmət edən atributlardan yeri gəldikcə istifadə etmək lazımdır. Fototoşopun köməkliyi ilə ona edilən bədiitexniki müdaxilə sayəsində belə fotonu özündə həm də qrafik məziyyətləri yaşadan çox ugurlu uşaq portretinə çevirmək olur. Ona təsvirin həm də obrazlaşmasına xidmət edən fotoqrafika elementlərinin əlavə olunması ilə onu daha da bədiiləşdirmək, dəzgah və kompüter qrafikası və plakat nümunəsinə çevirmək mümkün olur.

ÇALIŞMALAR: 1. Körpənin şəklinin bələkdə çəkilişi və fotoqrafika üsulu ilə işlənməsi; 2. Əli oyuncaqlı körpənin şəklinin çəkilişi və fotoqrafika vasitəsilə hazırlanması; 3. Təbəssümlü uşaq şəklinin çəkilişi və fotoqrafika yolu ilə təqdim olunması; 4. Aglayan körpənin şəklinin çəkilişi və fotoqrafika vasitəsilə hazərlanması; 5. Kitab oxuyan uşagın şəklininn çəkilişi və fotoqrafika həllinin tapılması;

|163


164|FOTOQRAFİKA

HƏRƏKƏT ÇƏKİLİŞİ Fotoqrafiya nümunələrinin daşıdıgı qeyri-adi bənzərsizliyin kökündə ilk növbədə onlardakı gözlənilməzliyin durdugu birmənalıdır. Bu gözlənilməzlik bəzən elə izaholunmaz səviyyədə olur ki, onları foto obyektivin bir göz qırpımında aparatın yaddaşına köçürə bilməsinin inandırıcılıgına tərəddüd etməli oluruq. Bunun kinematoqrafik və yaxud da fotomontaj yolu ilə əldə olundugunu düşünürük. Təbii ki, foto aparatın hamımıza çox gözlənilməz görünən bu “istedadı”nın nümayişi bilavasitə onu əlində saxlayan yaradıcı insanın incə və davamlı müşahidə qabiliyyətinin nəticəsidir. Rəssamlıqda hər bir əsərin yaradılması üçün müəyyən istedadın tələb olunması qarşılıgında, fotoqrafiyada bütün məsələni düyməni lazımı məqamda basmagı bacaran əlin və təbii ki, düşüncənin mövcudlugu tələb olunur. Necə deyərlər, professional fotoqraf bu işə yenicə başlayandan təkcə kamerasının keyfiyyətinə görə fərqlənmir. Başqa sözlə desək, bu dəfə də məşhur “Şəkili foto aparat yox, onu idarə edən çəkir” ifadəsini təkrar etməyə məcburuq... Təbii ki, fotoqrafiya sahəsində kifayət qədər səriştə toplayan fərdlərin yaradıcılıgında gözlənilməzliyi ilə heyrət doguran foto nümunələri az olmur. Onların arasında mövzu və janr müxtəlifliyinin mövcudlugu da təbiidir. Ancaq məsələyə professionalcasına yanaşsaq, onda onların arasında hərəkətli fotoların mövcudlugu və belə fotoların çəkilişində onun müəllifinin nümayiş etdirdiyi sənətkarlıgın onlara baxanda rəgbət hissi oyatması şübhəsiz və birmənalıdır. Belə ki, adi gözlə belə bu cür hərəkətli fotoların asanlıqla başa gəlmədiyi hiss olunandır. Dogrudan da insan gözü çox dəqiq və mürəkkəb əza-alətdir. Elə arzulanan gözəl və təbii fotonun çəkilməsi üçün də həm ətrafını, həm də bu gerçəklikdən obyektivin gözü ilə gərəkli olanı əxz etməyi bacaran və əbədiləşdirdiyi bu təkrarolunmaz anın tamaşaçı gözü ilə necə təhlil olunub- dəyərləndiriləcəyini dərindən duyan göz tələb olunur. Əgər desək ki, fotoqrafiya ətrafında baş tutan mükalimələrin əksəriyyətində “kadrın hərəkətliyi” mövzusu önəmli yer tutur, yəqin ki, yanılmarıq.


HƏRƏKƏT ÇƏKİLİŞİ

|165


166|FOTOQRAFÄ°KA


HƏRƏKƏT ÇƏKİLİŞİ

Baxmayaraq ki, hərəkəti duymaq istedadının hərəkət etməyi xoşlamayan fotoqrafa verilməyəcəyi də danılmazdır. Bu həqiqəti bilmələrinə baxmayaraq bir çox fotoqraflar təəssüf ki, bunu unudur və bütün bacarıqlarından istifadə edərək özündə hərəkəti ifadə edən mövzuların çəkilişinə səy göstərirlər. Hərəkət dogrudan ifadə oluna bilməsə, onda hərəkət təəssüratını qrafik vasitə ilə göstərmək də olar. Digər fotoqrafçılar da bəzən bu “donuqlugu” fotoqraf nümunəsinə əlavə olunmuş kəskin xəttlərin hərəkəti ilə göstərməyə çalışırlar. Bu səbəbdən də əsl fotoqrafiya nümunəsi yaratmaq məqsədini heçə endirmiş olurlar. Əgər fotoda hərəkət verilməyibsə, rəmzlər vasitəsilə bu təəssürat ifadə oluna bilər. Təbii ki, bu dəyişikliklər də müəyyən metodlarla gerçəkləşə bilir. Fotoqrafçının buna nail ola bilməsi bir-neçə şərtlə baglıdır. Onlar hansılardır? İlk növbədə hərəkət kadr daxilində müəyyənləşdirilməlidir. Digər durumlarda məqsəd hərəkəti ifadə edən bir motivin özünüifadəsini müəyyənləşdirən məqamın tapılmasıdır. Əgər durum aydındırsa, onda hərəkət kadrda “dondurulmalıdır” və çəkilməsi hər hansı şübhələrdən azad olmuş məqam dəqiqləşdirilməli və bütün detalları göstərilməlidir. Digər tərəfdən hərəkətdə olan bir motivə yaxınlaşmanı planlaşdırarkən fotoqraf öz-özlüyündə fərdi yaradıcılıq məqsədini açıq-saçıq müəyyən etməlidir. Məsələn, performans göstərən sənətçinin və yaxud çıxış edən bir idmançının hərəkətlərini təhlil etməklə, bu obyektlərə yanaşmanın, hansı məqamların obyetiv üçün maraqlı ola biləcəyini metodik baxımdan dəqiqləşdirmək olar. Bu da hər bir detalın görünən olmasının zəruriliyini şərtləndirir. Yəni, fotodakı “dondurulmuş” hərəkət və motivin başlıca məna-məzmun tutumu bütün detalları ilə verilmək zorundadır. Digər bir metod isə motivin hərəkət halında oldugunu göstərməkdir. Bu vəziyyətöz növbəsində hərəkətin qrafik sübutunu gündəliyə gətirir. Beləliklə, bir sübut rəmzlərlə-işarələrlə və yaxud da motivin özünün hərəkəti, eləcə də motivin vasitəsilə təminifadə oluna bilər. Burada önəmlisi fotoda motivinhərəkətin tam dəqiq görüntü almasıdır... Hərəkətli çəkilişlərin gerçəkləşməsində diqqət çəkən məsələlərdən biri də mövzunun-motivin,

daha dəqiq desək, hərəkətin “təbiəti”nin müəyyənləşdirilməsidir. Belə ki, hərəkət halında olan motivin-obyektin fiziki görüntüsü üzərində hərəkətin təsiri göz önünə gətirilib izlənildikdə, fotoqraf iki müxtəlif motivdə yaşananları birbirindən fərqləndirməyə səy göstərməlidir. Hərəkət halında dəyişikliyi görünən motiv-obyektlər sırasına insanın, heyvanların, “sınan” dalgaların, küləyin təsiri ilə əyilən agacların davamlı olaraq yeniləşən görüntüsünü aid etmək olar. Təbii ki, hərəkəti motivin-obyektin fiziki görünüşündəki dəyişiklikər müəyyənləşdirir. Odur ki, bunun hər hansı qrafik görüntü və rəmz-işarə ilə izahına ehtiyac yoxdur. Heç şübhəsiz əgər fotoqraf motivin-obyetin hərəkət halında oldugu reallıgı xüsusi tutumda vurfulamaq istəmirsə, hərəkətsiz bir atın aydınlıgı az olan fotosu, onun dəqiqliyi daha qabarıq olanından güclü hərəkət təəssüratı yaradır. Belə ki, bu atın nümunəsində dəqiq çəkilmiş fotonun ifadə edə biləcəyi hərəkəti görmək mümkündür. Bunlar reallıqda hərəkət halında və yaxud da hərəkətsiz ola bilirlər. Bu mənada avtomobilin, təyyarənin, gəmilərin, cürbəcür mexanizmlərin görüntüsünü qeyd etmək olar. Bu kimi obyetlərin hərəkətləri zahiri görünüşlərindəki dəyişmələrdən müəyyən olunmadıgından, onların hərəkətləri bir rəmz-işarə ilə göstərilə bilər. Ona görə ki, əksəriyyətdə “hərəkətin sübutu” dolayısı ifadə edilməsi mümkündür. Bəs hərəkətin rəmzi-işarəsi özündə nəyi ehtiva edir? Bu da maraqlı məsələdir. Belə ki, bədii tutumun rəmz-işarə ilə ifadəsinin qədim ənənəsi vardır. Hərəkətin dərk edilməsi də özünəməxsus bir təcrübədir. Yerdən baxanda təxminən 8 km yüksəklikdə saatda 960 km sürətlə uçan bir təyyarə, bizə sürəti ondan on dəfə az olan və yanımızdan ötən avtomobildən daha agır hərəkət edən kimi görünür. Bu müşahidə olunan fərq təbii ki, müxtəlif sürət fərqindən qaynaqlanır. Hərəkət edən də hər hansı bir şeyin foto görüntüsünün alınmasında fərqliliyi şərtləndirən sürətin mövcudlugudur. Hərəkət edən obyekt əşyaya yaxınlaşdıqca onun daha sürətlə hərəkət etdiyi güman edilir, bəzən də bunun tam əksini yaşamalı oluruq. Sürət bəzən də bizə fərqli şeyi anladır. Belə ki, bizə dogru gələn bir avtomobil, eyni sürətlə yanımızdan uzaqlaşan

|167


168|FOTOQRAFİKA

avtomobildən daha yavaş hərəkət edirmiş kimi görünür. Bu da onların görüntüyə alınmasında özünü göstərir. Daha uzaq olan obyektdə görüb, ancaq ifadə edə bilmədiyimiz sürətin neçəliyini yanımızdan sürətlə uzaqlaşmaqda olan obyektdə ifadə edə bilirik... Qeyd edək ki, insan gözü kifayət qədər əhatəli bucaga malik olsa da, onun ətrafını müşahidə etmə prosesində baxışları bir qayda olaraq çox şeyi ötəriyalnız adi seyretmə çərçivəsində görür və yalnız onu tədricən detallaşdırmaqla özünü maraqlandıran anı-nöqtəni tapır və yaxud da “tutur”. İlk növbədə göz müşahidə olunan görüntünün ümumi kontur xətlərini təhlil edir, sonra isə tədricən onun nisbətən əyri hissələrini öyrənir. Bilavasitə fotoqraf gözünün

gerçəkliyə bu cür yanaşmasının nəticəsidir ki, o, canlılar aləmindən özünə maraqlı, başqalarına heyrıtamiz görünən məqamları “tuta”, onlara həmişə tamaşaçını duygulandıra biləcək estetik qaynaga çevirə bilir. Fotoqrafın canlı aləmlə ünsiyyətindən sonra yaranan şəkillərdə heç şübhəsiz hərəkətli məqamların əksi xüsusi maraq dogurur. Harasa tələsən insanın, bütün idman növlərində peşəkarlıq nümayiş etdirən idmançıların, agaca dırmaşan müxtəlif heyvanların, uçan quşların və digər varlıqların özlərinin səciyyəvi hərəkət və xüsusiyyətlərini biruzə vermələrində çoxumuzun görmədiyimiz və çox vaxt da bilmədiyimiz müxtəlif hərəkətlər mövcuddur ki, onların varlıgına yalnız diqqətli və həssas fotoqraf gözünün yaratdıgı


|169 |169

HƏRƏKƏT ÇƏKİLİŞİ

“bədii möcüzə” ilə əmin olmaq mümkündür. Bütün bunlara nail olmaq üçünsə həvəskar fotoqrafdan özünün səriştəliliyini təmin edənə qədər uzanacaq davamlı müşahidə tələb olunur. Canlıların cəlbedici və yaddaqalan foto görün– tüsünü əldə etmək fotoqrafdan məsələyə həm də özünəməxsus psixoloq yanaşmasına malik ol– masını istəyir. Məhz bu hissiyatın və duyumun mövcudlugu ilə obyektivi hərəkətdə olan obyetə istiqamətləndirən fotoqraf canlının hansı səciyyəvi dönüşlər edə biləcəyini ehtimal etdiyindən, bir an sonra gerçəkləşən məqamı “tuta” və foto aparatın yaddaşında əbədiləşdirə bilir. Heç şübhəsiz bu prosesdə keyfiyyətli texnikadan istifadənin duyulası əhəmiyyətinin olması da danılmazdır. Belə ki, canlıları duyuq salmamaq üçün onların hərəkətlərini bir qədər uzaq məsafədən izləmək arzulanan nəticəni bir qədər asanlaşdıran və tezləşdirən amillərdəndir.

Qeyd edək ki, canlıların şəkilllərinin ugurlu alınmasında tətbiq olunan qısa çəkilişin-obyektivin az müddətə açıq qalmasının böyük əhəmiyyəti vardır. Yalnız bu halda çəkilən şəkillər daha obyektlərdəki gücü və cəldliyi, hərəkətdə olan modelin isə ən incə hərəkətlərini belə dəqiqliyi ilə göstərməyə imkan verir. Dinamik süjetlərin çəkilişində unutmaq olmaz ki, burada hər şey bir anda dəyişir və gözəl görüntü və yaxud məqam bir daha təkrar olmaya da bilər. Əldə olunan ugurlu nəticələrin bu prosesin davamı olaraq paktiki əhəmiyyət kəsb etməsi heç şübhəsiz ona zövqlü fotoqrafik münasibətdən keçir. Belə ki, səriştəli fotoşop işlənməsi ilə həmin hərəkətli fotolar idman və fauna aləmini təblig edən reklaminformasiya vasitələrinin dominantına çevrilə bilərlər. Heç şübhəsiz toplanmış materiala yaradıcı yanaşma bu işin icrasını həyata keçirəndən proses zamanı rəssam duyumu ilə fotoqraf dəqiqliyinin qovşagını nümayiş etdirmək tələb olunur...


170|FOTOQRAFİKA

ÇALIŞMALAR : 1. Quş uçuşunu əks etdirən fotonun çəkilişi və onun fotoqrafik yozumu; 2. Cıdır yarışının çəkilişi və onun fotoqrafik şərhi; 3. Futbol oyununda qapıçı tullanışını əks etdirən fotonun reklam həllinin tapılması; 4. Musiqiçi ifasındakı dinamikanı nümayiş etdirən fotonun çəkilişi və afişa üçün işlənməsi; 5. Küləkli günün ətraf mühitə təsirini əks etdirən fotonun qrafik əlavələrlə təqdimatı;


HƏRƏKƏT ÇƏKİLİŞİ

|171


172|FOTOQRAFÄ°KA


HEYVANAT ALƏMİNİN ÇƏKİLİŞİ

HEYVANAT ALƏMİNİN ÇƏKİLİŞİ Fotoqrafiyada bizi əhatə edən gerçəkliyə bədii-texniki münasibət toplusunun çeşidli təsvirlərlə zəngin saxlancında heyvanlara həsr olunmuş fotoların xüsusi yer tutması danılmazdır. İnsanların çox vaxt göz açdıqları andan müxtəlif canlılarla, bir qədər də dəqiq desək, davranışları hər birimizdə duyulası maraq oyadan heyvanat aləmi ilə təmasda olmasının qarşılıgında onların çox vaxt ailədə az qala hamının sevimlisinə çevrilən itin-pişiyin tez-tez demək olar ki, hər bir evin məcburi və gərəkli atributuna çevrilən fotoaparatın obyektivinə tuş gəlməsi qaçılmazdır. Çoxdan cəmiyyət tərəfindən ev heyvanı kimi qəbul olunan və bunun qarşılıgında bəzən divanda, bəzən də mənzildəki sobanın yanında xumarlanan itin-pişiyin yanından sakitcə ötüşmək sadəcə olmur. Heyvanların tapdıqları arzulanan rahatlıgın qarşılıgında bu məqamda nümayiş etdirdikləri bəzən ani, bəzən də uzunmüddətli pozalar və hərəkətlər – onların uzanmaları, yatmaları,əllərini başının altında çarpazlamaları, ayaqlarını qarnında gizlətmələri çox vaxt biz şüurlu insanlarda onların özlərinə də xüsusi duygular aşılayır, xoş təbəssüm bəxş edir. Təbii ki, çoxları evdə fotoaparatın mövcudlugu qarşılıgında bir daha ələ düşməyəcək belə anı əldən verməməyə çalışır, onu lentin yaddaşına köçürür. Əgər bu gün belə kadrlara hər bir evdə rast gəlmək mümkündür desək, yanılmarıq. Təbii ki, fotoqrafiyanın heyvanların yaşadıqları çox fərqli, əslində maddi baxımdan görünməz olan və təkrarlanmayacaq bir anı əks etdirməsində toplanan müsbət enerjinin nəhayətsizliyindəndir ki, belə fotolar bir qayda olaraq arzulanandırlar. Çünki, rəsmin subyektivliyi müqabilində fotoqrafiya obyektivdir, oldugunu-gördüyünü söyləyəndir. Onun məlum duruma güzəştsiz “ayna” tutmasındandır ki, belə foto kadrların tez bir zamanda tarixi tutuma bələndiyi, ayrı-ayrı fərdin və yaxud digər canlı varlıqların həyat-tərzinin müəyyən, bəlkə də önəmli anlarını özündə hifz etdiyi aydın olur... Etiraf edək ki, ev heyvanlarının yatmış və yaxud uzanmış vəziyyətdə təsvirlərini nəzərə almasaq,

ümumiyyətlə heyvanat aləminin lentin yaddaşına köçürülməsi çətin və çox əziyyətli bir işdir. Bəlkə də bu səbəbdəndir ki, bu işlə davamlı şəkildə məşgul olanlar az olur. Təkcə elə zooparkda toplanmış vəhşi heyvanlara foto obyektivin yönəldilməsi qarşılıgında onların özlərini daha çılgın aparmasına şahidlik etdiyimizdən deyə bilərik ki, onlar qəfəsə salınmış və yaxud da xüsusi torlarla əhatələnmiş olsalar da, özlərini fotoaparatın obyektivi qarşısında çox rahatsız hiss edirlər. Odur ki, qısa müddətdə heyvanat aləmi ilə baglı şəkillər çəkmək çox çətindir. Uşaqların və yaxud da hərəkətli şəkillərin çəkilişi kimi daha çox hərəkətdə olmaga üstünlük verən heyvanların cəlbedici fotosunu çəkmək bu yöndə yaradıcı işlər görmək istəyəndən duyulası səbr və davamlı müşahidə aparmagı tələb edir. Foto həvəskarları bu sahədə ciddi axtarışlar aparmaga meylli olsalar, onda onlar istifadə etdikləri texnikanın daha keyfiyyətli olmasına çalışmalı, heyvanları uzaqdan müşahidə edib çəkməyə imkan verən obyektivlərdən istifadə etməlidirlər. Təbii ki, ev heyvanlarının görüntüyə alınmasında “makro” çəkilişlərdən də istifadə etmək olar. Təbii ki, heyvanat aləminin çəkilişini müəyyən qədər asanlaşdıracaq digər vasitələr də vardır. Bunun bəziləri elə istifadə etdiyiniz fotoaparatın özündə mövcuddur. Gəlin onlardan birindən istifadəni nəzərdən keçirək. Diqqətli olsanız kameranın baxış nöqtəsindən təsvirə almaq istədiyiniz obyektə nəzər yetirəndə onun mərkəzində qırmızı bir dairə və ya kiçik kvadrata alınmış nöqtə görmək mümkün olur. Bu fotoaparatınızın avtomatik (AF-Auto Fokus) fokus nöqtəsidir. Və bu nöqtənin əhatə etdiyi sahənin fokusu deməkdir. Etiraf edək ki, çoxları bu nöqtəyə biganədir. Belə olmasaydı, çoxları fotokameranın bu fokus nöqtəsini saga, sola,aşagıya və yaxud yuxarıya qaldırmaqda nəyə baş vurduqlarının fərqində olardılar. Əslində isə, çəkəcəyiniz fotoda əşya kvadratın sag üst tərəfində isə AF nöqtəsini onun üzərində yerləşdirə bilərsiniz. Bu halda əşya tamamilə düzgün fokus vəziyyətində olur. “Canon” fotoaparatlarında AF nöqtəsini aparatın arxasındakı çox funksiyalı kiçik pult-qolundan istifadə edərək işlək hala gətirirsiniz. “Nikon” markalı kameralarda isə AF nöqtəsi aparatın arxasındakı çoxseçimli vasitəsilə işə salınır.

|173


174|FOTOQRAFİKA

Yeri gəlmişkən deyək ki, fotoqrafiya sahəsində kifayət qədər təcrübə toplayan mütəxəssislərin meşələrdə çəkdikləri ugurlu heyvan şəkilləri də məhz duyulası səbrlə, davamlı müşahidələrin və keyfiyyətli foto texnikadan istifadənin nəticələridir. Bunu heç şübhəsiz müxtəlif vəhşi heyvanlara məxsus olan davranışların, pozaların, dərilərini səciyyələndirən fakturanın yüksək sənətkarlıqla əks etdirilməsi də təsdiqləyir. Bizi əhatə edən gerçəklikdə heyvanat aləmi ilə baglı foto şəkillərdən geniş istifadə olundugu bəlli məsələdir. Ona müxtəlif plakat və reklamların tərtibatında, albom və kitabların, istehsal olunan müxtəlif məhsulların qutularının üzərində rast gəlmək mümkündür. Bundan çıxış etsək, belə müxtəlif tutumlu foto şəkillərə fotoqrafik müdaxilənin qaçılmazlıgını etiraf etməliyik. Təbii ki, fotoşopun bədii-texniki potensialı heyvanat aləmi ilə baglı şəkillərin ilkin tutumunu qrafik cizgilərlə yeniləşdirməyə, tamaşaçı diqqətini cəlb edəcək görkəm almaga imkan verir. Heç şübhəsiz bütün hallarda oldugu kimi bu proses də onun icraçılarından görüntüyə onu bədiiləşdirməyə yönəldən inzə zövq və müasir duyum tələb edir...


HEYVANAT ALƏMİNİN ÇƏKİLİŞİ

|175


176|FOTOQRAFÄ°KA


HEYVANAT ALƏMİNİN ÇƏKİLİŞİ

|177

ÇALIŞMALAR: 1. Divanda oturaraq ətrafında baş verənləri izləyən pişiyin şəklinin çəkilişi və fotoqrafik vasitə ilə plakatda istifadə üçün hazırlanması; 2. Zəncirlənmiş itin davranışının çəkilişinin fotoqrafik vasitələrlə reklam lövhəsi üçün hazırlanması; 3. Zooparkda saxlanan filin şəklinin fotoqrafika vasitəsilə işlənilməsi; 4. Ev itinin qidalanmasını təsvir edən şəklin çəkilməsi və fotoqrafika vasitəsilə çapa hazırlanması; 5. Meymunun onun cəldliyini səciyyələndirən hərəkətini “tutmaqla” əks etdirmək və bu şəkli fotoqrafika yolu ilə dizayn məhsulunda istifadəyə hazırlamaq;


178|FOTOQRAFİKA

FOTO TƏSVİRİN QRAFİK GÖRKƏM ALMA ÜSULLARI

İşləniləcək fotoşəkil

Məlumat üçün bildirək ki, rəqəmsal tutumlu materialların işlənilməsi təkcə foto görüntülərlə məhdudlaşmır. Onun bu gün nümayiş olunan sonsuz imkanlarının özünəməxsus inkişaf tarixçəsi var. Bu mənada əslində təsvirlərin işlənilməsi, onlara münasibət, hələ peyk kəşfiyyatlarından başlamış soyuq müharibə illərində uzaq məsafədən xüsusi qurğularla məlumatların əldə olunmasını özündə ehtiva edən tədqiqatların son dərəcə qısa anda gerçəkləşən kulminasiya nöqtəsidir, desək, yanılmarıq. Təbii ki, bundan sonra da yeni-yeni mərhələlər keçildi və sənayenin robotlaşması, astronomiyanın avtomatlaşdırılması, mürəkkəb hərbi sistemlərin tətbiqi, informasiyanın elektron tutumda ötürülməsi-daşınması və s. baş verdi. Heç şübhəsiz bu yeniləşmələrdən və əldə olunan nəticələrdən foto sənətinin payına onun da inkişafına

Fotoşəkilin proqramda işlənilməsi


FOTO TƏSVİRİN QRAFİK GÖRKƏM ALMA ÜSULLARI

Poster Edges

Spogne Sticks

Colored Pensil

Sponge Palette Knife

Fim Grain

Fresco

Plastic Wrap

|179


180|FOTOQRAFİKA

İşləniləcək fotoşəkil

təsir göstərən nələrsə düşdü. Elə onların praktikada tətbiq olunması ilə “möcüzə”lər yaratmağa qadir olan və ənənəviləşən vasitənin yeni-yeni bədiitexniki potensialının üzə çıxarılması da bunun əyani görüntüsü oldu. Dərsliyin əhatə etdiyi əvvəlki mövzuların açımında biz sizə foto sənətinin tarixi, onun texniki vasitələri, inkişaf mərhələləri, bu sahədə uğur qazanmağın, bədii-texniki vərdişlərə yiyələnməyin yolları barəsində yığcam məlumat verdik. İndi isə foto sənətinin bədii-texniki imkanlarını təsviri sənətin yaradıcı potensialı ilə qovuşdurmaqla əldə olan fotoqrafika nümunəsi yaratmağın imkanlarını nəzərdən keçirəcəyik. Öncədən deyək ki, indiki müasir texnikanın mövcudluğu qarşılığında bu imkanlar kifayət qədər çoxdur. Odur ki, bu sayagəlməz bədii-texniki imkanları gerçəkləşdirməklə təsviri sənətin əhatə etdiyi bütün janrlarda bütün mənalarda maraqlı və cəlbedici fotoqrafika nümunələri yaratmaq mümkündür. Elə düşünürük ki, rəqəmsal texnika ilə ərsəyə gətirilmiş cəmisi bir-neçə nümunənin timsalında Photoshop proqramı vasitəilə istənilən foto təsviri cəlbedeici fotoqrafika nümunəsinə çevirməyin mümkünlüyünə foto həvəskarlarını inandırmaq olar. Bu yerdə xatırladaq ki, yaxın keçmişdə fotoqraflar onların görüntüyə almaq istədikləri obyektin göründüyündən də fərqli və daha baxımlı alınmasına


FOTO TƏSVİRİN QRAFİK GÖRKƏM ALMA ÜSULLARI

İşləniləcək fotoşəkil

çalışdıqları vaxtlarda əsasən müxtəlif filtrlərdən istifadə edirdilər. Təbii ki, həmin effektlərin alınması yalnız texniki vasitələrin tətbiqindən asılı olmayıb, həm də fotoqrafların illərlə topladıqları təcrübənin nəticəsi idi. Photoshop və buna bənzər digər proqramlar foto sənəti ilə məşğul olan hər kəsə çəkiliş zamanı buraxılan bədii-texniki çatışmazlıqları aradan qaldırmağa imkan verir. Biz yeni foto texnikalarından və materiallarından, eləcə də müxtəlif proseslərdən söz açanda haqlı olaraq müasir dövrümüzdə ən populyar görüntü işləmə proqramlarından biri sayılıan Photoshop haqqında ətraflı məlumat vermişik. Onun birinciliyini şərtləndirən başlıca səbəb çəkdiyiniz fotolara fərqli təsirlər göstərmək gücündə olması, görüntüləri yeniləşmiş bədii tutuma sala bilməsi ilə bağlıdır. İndi isə bir-neçə nümunənin timsalında onun öz bədii-texniki potensialını əyaniləşdirməsini, başqa sözlıə desək, az qala hər şeyə qadir olmasını göstərmək istəyirik. Bunun üçün müxtəlif motiv və obyekt seçmək olar. İndiki halda biz qırmızı rəngli tülpan, kişi portreti və memarlıq motivi üzərində aparılan bədii-texniki prosesi nümunə kimi götürmüşük. Dediklərimizə əmin olmaq üçün gəlin əvvəlcə tülpan gülünün Photoshop proqramında işlənilməsi prosesini izləyək və gülün və onu əhatələyən məkanın texnikanın gücü ilə yeniləşməsinin-qrafik tutum almasına şahidlik edək. Bunun üçün öncə işlənilməsi nəzərdə tutulan görüntü-variantı “Open” menyusu vasitəsilə ekrana gətirmək lazım gəlir. Daha sonra “Filters” hissəsindən “Artistik Filters” hissəsinə keçilir. Buna nail olandan sonra qarşınıza Colored Pensil, Cutout, Dry Brush, Film Grain, Fresco, Neon Glow, Paint Doubus, Palette Knife, Plastic Wrap, Poster Edges, Rough Pastels, Smudge Sticke, Sponge, Underpaintinq və Watercolor variantları çıxacaq. Eyni zamanda ekran-pəncərənin sağ tərəfində “Brush Size”, “Brush Details” və “Texture” sözləri yazılmış cədvəli görəcəksiniz. Pəncərənin açıq vəziyyətində Photoshop proqramındakı bu üstünlükdən də istifadə etmək imkanı yaranır. Bu üstünlük açılan pəncərə ilə birlikdə bütün filtrlərin işarə-nişanlarını birlikdə kiçik “pəncərələr” şəklində görünməsinə

|181


182|FOTOQRAFİKA

İşləniləcək fotoşəkil

imkan verir. Beləcə foto şəkilinizə uyğunlaşdira biləcəyiniz bütün təsirləri digər pəncərələri açmadan vahid pəncərədə görəmək imkanı əldə edirsiniz. Tənzimləməyə Lazım olan bu prosesi həyata keçirdikdən sonra əməliyyatı təsdiqləmək üçün “OK” və ya “Enter” düyməsini basın. Beləliklə, siz parlaq görüntülü tülpanın forma-biçimindəki duyulası ümumiləşdirməyə, daha dəqiq desək, ləçəklərinin formasının dəqiqləşdirilməsinə, onu əhatələyən təbiətin daha oynaq fakturalı görünməsinə nail olursunuz... İndi də gəlin bu proqramda portretlə işləmək prosesini izləyək. Bu gün rəqəmsal texnikanın geniş yayıldığı və daha çox rəngli foto şəkillərdən istifadə şəraitində bəzən polixrom görüntülərin ağqara variantına müraciət etmək lazım gəlir. Mövcud foto şəkildə rənglərin dəyişdirilməsi dolayısı həm də onun ağ-qara qrafik həllinin əldə edilməsi kimi qəbul olunur. Bu texnoloji proses daha çox gündəlik həyatda yaradıcı vəzifələrin icrası zamanı ümumi kompozisiyaya keçmişi xatırladan - andıran bədii təəssüratın əldə olunması zamanı tətbiq olunur. Qeyd edək ki, ümumiyyətlə rənglər beynimizdə mövzudan əks olunan şüaların nisbəti və təminetmə miqyasına görə əmələ gəlirlər. Onlar gözün qişasından keçərək, əsəb telləri vasitəsilə beyindəki görmə mərkəzinə gələn şüaları, əks olunan əşyaları


FOTO TƏSVİRİN QRAFİK GÖRKƏM ALMA ÜSULLARI

|183

təbiətdə olduğu rənglərlə eyni tutumda beyinin görmə mərkəzində görüntüyə çevirirlər. Rənglərin dolğunluğu onu görən adamdan asılı olaraq dəyişə də bilər. Çünki, beyində yaradılan rəng təşəkkül tutumlu fizioloji prosesin nəticəsidir. Ona görə də hər bir beyin bu rəngləri eyni dolğunluqda görə və qəbul edə bilməz. Bu, bilavasitə dəyişən, motivin-obyektin üzərinə düşən işığın və onun nisbət dəyişikliyi ilə bağlıdır. Başqa sözlə desək, rənglərin dolğun olması üçün əşya-obyekt üzərinə düşən işığın da güclü olması tələb olunur. Kor olan insanlar istisna olmaqla, bütün insanların rəngləri dərk etmələri məhz bu şəkildədir. Ağqara görüntülərin bizə rəngli görüntülərdən daha təsirli görünməsinin, ya da rəngli foto şəkillərin ağqaraya çevrilməsində daha təsirli olmasının səbəbi gözün gördüyü rənglərin xaricində ağ-qara foto şəkilin qarışığından uzaq bir tonda obyekti-əşyanı dramatikləşdirməsidir. Buna xüsusilə dumanlı və tutqun havalarda ağ-qara çəkilişlər aparmaqla əmin olmaq mümkündür. Çünki bu tip, az qala rəngsizləşən havalarda rəngli çəkiliş çox da arzulanan nəticələr

Fotoşəkilin proqramda işlənilməsi


184|FOTOQRAFİKA

Fotoşəkillərin proqramda işlənməsi

verməz. Bir çox fotoqrafların bu cür havalarda çəkiliş apardıqdan sonra özlərinə verdikləri “Nədən rənglər dolğun alınmır?” sualının cavabı görüntüyə alınan sahədə işığın az olmasından əlavə, həm də obyektdən-əşyadan əks olunan şüaların sensora yetərli miqdarda düşməməsidir. Odur ki, havada tutqunluq və ya bozumtul tonlar üstünlük təşkil edirsə, onda ağ-qara çəkiliş daha keyfiyyətli alınacaqdır. Müasir dövrdə tətbiq olunan rəqəmsal foto aparatlarının əksəriyyətinin menyusinda ağ-qara çəkiliş aparmaq üçün xüsusu


FOTO TƏSVİRİN QRAFİK GÖRKƏM ALMA ÜSULLARI

texniki imkanların olması hər bir fotoqrafa bu cür çəkilişlərdə özünü rahat hiss etməyə əsas verir. Başqa sözlə desək, foto aparatınızda bu modtexniki imkan varsa haqqında söz açdığımız havalarda rahatlıqla çəkilişlər apara bilərsiniz. Əgər bu cür mod-vasitə aparatınızda yoxsa, ya da siz ağqara çəkmək istədiyiniz görüntünü səhvən rəngli çəkmişsinizsə, onda Photoshop proqramından istifadə etməklə bu xətanı aradan qaldıra bilərsiniz. Əvvəlcə ağ-qara çevriləcək foto şəkili “Open” menyusu vasitəsilə ekrana gətirin. Foto şəkil ekrana gəldikdən sonra “ Adjustments” hissəsindən “Mode” hissəsinə gəlmək və burada da RGB olan modu “Graycale”yə çevirin. Daha sonra “Adjustments”dən “Level”ə gələrək burada mövcud olan üçrənglə ağqaranın dozasını-səviyyəsini istəyinizə müvafiq müəyyənləşdirməklə, bunu arzuladığınız nəticəni əldə edənə kimi davam etdirin. İndi də gəlin şəhəri bəzəyən memarlıq tikilisinin qrafik görüntüsünü almağa çalışaq. Çox vaxt şəhər görüntülərini əks etdirən belə memarlıq mənzərələrini

Fotoşəkillərin proqramda işlənməsi

|185


186|FOTOQRAFİKA

günün müxtəlif vaxtlarında çəkmək lazım gəlir. Başqa sözlə desək, belə çəkilişlər həm təbii işıqda, həm də sünü işıqlandırma zamanı aparılır. Bəzən də hər iki işıqdan eyni vaxtda istifadə etmək lazım gəlir. Amma etiraf edək ki. bu iki işıq mənbəyinin qarışığına nəzarəti həyata keçirmək çox çətin bir məsələdir. Belə ki, bu qoşalaşmış işığın təzadınınkontrastının nizamlanması doğrudan da asan iş deyildir. Çəkəcəyiniz kadrın daxilindəki normal təzadın-kontrastın xaricindəki fərqli kontrastatəzada malik sahələr genişləndikcə kontrastıtəzada nəzarət daha da çətinləşir. Təbii olaraq bu an sensorların-aparatın hissetmə qurğusunun bu qədər fərqli kontrast-təzad əhatəliliyinə nəzarət edə bilməsi barəsində düşünmək lazım gəlir. Ancaq etiraf edək ki, bu müasir texnologiya ilə mümkün deyildir. Çünki, hər hansı bir sensorun göz ilə eyni təzad-kontrast aralığına-məsafəsinə çatması bu günki texnologiya ilə sadəcə imkansızdır və böyük

landscape plakat.indd 1

6/24/09 10:21 PM


FOTO TƏSVİRİN QRAFİK GÖRKƏM ALMA ÜSULLARI

ehtimalla yaxın gələcəkdə də bu yöndə duyulası bir inkişaf gözlənilən deyil. Çünki, normal bir gözün 10.000 fərqli tonu bir-birindən ayıra bilməsinə rəğmən, sensor yaxşı işıq altında ən çoxu 9-10 tonu bir-birindən ayıra bilər. Bundan əlavə, çox yüksək və yaxud çox aşağı kontrastlı-təzadlı görüntüləri çəkmək lazım gələndə də yeni-yeni problemlər ortaya çıxar. Ancaq foto şəkillər bu cür yüksək və ya da aşağı kontrastlı-təzadlı görkəmə malik olduqda, Photoshop proqramındakı “ShadowsHighlights” menyusundan istifadə edərək son nəticədə qənaətbəxş foto şəkillər əldə edə bilərsiniz. Bunun üçün atacağınız ilk addım “Open” menyusu vasitəsilə üzərində texnoloji proses aparılacaq foto

|187

şəkili ekrana gətirmək olmalıdır. Foto şəkil ekrana gəldikdən sonra, ekranın üst tərəfində yerləşən “İmage” vasitəsilə “Adjustments”a gəlməklə buradan “Shadows-Highlights”i seçmək lazımdır. Qarşınıza çıxan pəncərədə “Shadows” və “Highlights” cədvəllərini görəcəksiniz. Yuxarıdakı “Shadows” cədvəlini sağa doğru hərəkət etdirdikcə, kölgəli sahələrin vəziyyəti dəyişməklə açılar. Əgər bu proses zamanı hərəkəti sola doğru həyata keçirsəniz, onda kölgəli sahələr əvvəlkindən fərqli olaraq yeniləşməklə azalar. Bu mərhələdə işıqlı sahələrin yeniləşməsində heç bir dəyişiklik baş verməz. Altdakı “Highlights” cədvəlini sağa doğru hərəkət etdirdikdə sadəcə parlaq sahələrin ümumi görkəmi


188|FOTOQRAFİKA

yeniləşər, daha da təravətli görünər. Hərəkəti sola doğru tətbiq etdikdə isə, sadəcə parlaq sahələrin ümumi görüntüsü bir qədər azalar. Bu mərhələdə kölgəli sahələrin açılmasında-yeniləşməsində heç bir dəyişiklik baş verməz. Bu əməliyyatı daha çox ağ-qara foto şəkillərə tətbiq etməyə çalışın. Çünki, bu menyunun perfomansı rənglilərə nisbətən ağqara foto şəkillərdə özünün daha təsirli olduğunu sərgiləməkdədir. Eyni zamanda pəncərənin altında yerləşən “Show More Options” qutucuğunu açdıqda, mövcud pəncərənin altında açılan ikinci pəncərədən çıxan müxtəlif variantlardan da istifadə edə biləcəyinizi unutmayın. Buradakı nümunələrin hamısını yoxladıqdan sonra “OK” və yaxud da “Enter” düyməsini basmaqla əməliyyatı qəbul etdiyinizi təsdiqləyin. Photoshop müasir estetik tələblərə cavab verən təbliğat vasitələrinin hazırlanmasında da əvəzsiz texnoloji vasitədir. Bu mənada müxtəlif afişa, plakat, kitab üzlüyü, proqram, dəvətnamə və s. adını çəkmək olar. Çox vaxt bu tip təbliğat vasitələrində təsvirlə şriftin müxtəlif çalarlarının qovuşağını əldə etmək rəssam üçün nə qədər çətin və uzun vaxt tələb edən bir prosesdirsə, fotoşopda bu duyulası dərəcədə tezgələn bir işdir. Nümunə üçün üç rəng və təsvir elementini özündə ehtiva edəcək kitab üzlüyünün hazırlanmasını həyata keçirək. Başqa sözlə desək, bu prosesdə üç müxtəlif və müstəqil kompozisiyaların vahid məkanda birləşdirilməsi tələb olunur. Bunu aparatın çoxsaylı texniki imkanlarından istifadə etməklə gerçəkləşdirmək mümkündür. Qırmızı fonda çəkilmiş insan görüntüsünü, eləcə də işıqlıağ və çox az işığa malik şriftləri növbə ilə fotoşopda üst-üstə qoymaqla kompozisiyanı bütövləşdirmək və işi tamamlamaq olar. Eyni texnologiyanı digər çap məhsullarının hazırlanmasına da tətbiq etmək mümkündür. ÇALIŞMALAR 1. Müxtəlif yaşlı insan portretlərinin qrafik həlli. 2. Natürmortun qrafik həllinin tapılması. 3. Təbət motivinin qrafik həlli. 4. Memarlıq abidəsinin qrafik həllinin tapılması. 5. İnteryerin qrafik həlli.


FOTO TƏSVİRİN QRAFİK GÖRKƏM ALMA ÜSULLARI

|189


190|FOTOQRAFÄ°KA


ƏDƏBİYYAT

|191

ƏDƏBİYYAT 1. Atakişiyeva M., Cəbrayılov M. Azərbaycan milli geyimləri. Moskva,1979. 2. Əfəndiyev R. Azərbaycanın el sənəti. Bakı, 1971. 3. Əfəndiyev R. Azərbaycan dekorativ-tətbiqi sənətləri. Bakı, 1976. 4. Əliyev Z., Xəlilov A. Azərbaycan incəsənəti (ensiklopedik məlumat kitabı). I-III cildlər. Bakı, 2011. 5. Kərimov K., Əfəndiyev R., Rzayev N., Həbibov N. Azərbaycan incəsənəti.Bakı,1992. 6. Kərimov K. Azərbaycan miniatürləri. Bakı,1980. 7. Kərimov L. Azərbaycan xalçası. I сild. Bakı, 1961. 8. Məmmədov T. Bədii fotoqrafiya. Bakı, 2012. 9. Niyazi M. Orta əsrlər Azərbaycan estetik mədəniyyəti. Bakı, 1981. 10. Sadıqzadə Ş. Qədim Azərbaycan bəzəkləri. Bakı, 1971. 11. Salamzadə Ə. Azərbaycan memarlıq abidələri. Bakı,1958. 12. Авалов Э. Архитектура города Шуши. Баку, 1977. 13. Аскерова Н. Архитектурный орнамент Азербайджана. Баку, 1961. 14. Аскерова Н. Дворец Шекинских ханов. Москва, 1979. 15. Бретаницкий Л., Веймарн Б. Искусство Азербайджана. Москва, 1976. 16. Бунимович Д. В помощь фотолюбителю. Москва,1964. 17. Джафарзаде И. Гобустан. Наскальные изображения. Баку, 1973. 18. Дыко Л. Беседы о мастерстве. Москва, 1977. 19. Дыко Л. Основы композиции в фотографии. Москва,1993. 20. Дейвид Д. Цифровая фотография. Москва,


Bu kitabin nəşrində mənə dəstək olmuş və şəxsi köməklik göstərmiş bütün insanlara, xüsusən də dostlarıma dərin minnətdarliğımı bildirirəm. Müəllif kitabın hazirlanmasında iştirak etmiş təşkilatlara da öz minnətdarliğini bildirir: Azərbaycan Rəssamlar İttifaqına Azərbaycan Respublikası Mələniyyət və Turizm Nazirliyinə MS Studio, Miniatür Kitab Muzeyinə, İndigo MMCS, TÜRKSOY Beynəlxalq Təşkilatına - çoxsaylı dəvətlər, fotoçəkilişlər üçün yaratdığı imkanlara və Türkiyənin müxtəlif regionları üzrə materialların toplanmasında göstərdiyi köməkliyə görə, ANS şirkətlər qrupuna, PASSAGE jurnalına, MacAz şirkətinə, Baku Jazz mərkəzinə, Krokus City Moll, Aksent Reklam Agentliyinə, Benley şirkətinin Bakı nümayəndəliyinə, Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə, Azərbaycan Hava Yolları şirkətinə “Qız Qalası” Art Galereyasına, Gallereya 1969. Bütün çəkilişlər plyonkalı və rəqəmsal kamerelar vasitəsi ilə aparılmışdır.

Tahi̇r Məmmədov FOTOQRAFİKA dərslik Bakı 2014




12 yaşım olanda ilk dəfə foto kameraya sahib oldum. Foto getdikcə mənim üçün əvəzedilməz məşğuliyyət növünə çevrildi. Hələ yeniyetmə ikən fotoqrafiya ilə maraqlanmağa başlayandan gözəl şəkillər çəkmək üçün bu sənətlə bağlı hər şeyi öyrənməyə çalışmışam. Fotoqrafiya sənətinə aid bədii jurnallara abunə yazılıb, onların hər yeni nömrəsini əldə etməyi səbirsizliklə gözləyirdim. Müşahidələrim mənə tədricən işığın xüsusiyyətini dərk etməyə, havanın mənzərəyə necə təsir göstərdiyini və onun bütün fəsillərdə necə dəyişildiyini görüb, dərk etməyə imkan verdi. Mən fotokameranı əldə etdikdən sonra, o mənim təbiətlə ünsiyyətimdə ayrılmaz ortağım oldu. Tədricən təcrübə topladım və çəkdiyim foto şəkillər getdikcə məndə böyük sevinc hissi doğurmağa başladı. Bu kitabı yazmaqda məqsədim illər öncə fotoqrafiyada özüm üçün açdığım cığırlar ilə sizi tanış etməkdir. Birinci fəsildə biz fotoqrafiyanın texniki məsələlərini gözdən keçirəcək, fotokameranın təchizat seçimi, istifadəsi, həm də rəqəmsal texnika ilə müqayisədə fotoplyonkanın üstünlüyü və ya əksinə, rəqəmsal texnikanın yüksək keyfiyyətindən bəhs edəcəyik. Bundan sonra əsas çəkiliş prosesindən daha ətraflı danışacağıq. Səyahətin planlaşdırılması, işığın xüsusiyyətlərinin başa düşülməsi, ekspozisiya, kadr kompozisiyasının qurulması və s. ilə tanış olacağıq. Mənzərə çəkilişlərinin incəlikləri və şəhər mənzərəsinin bizə verdiyi imkanlara baxaq; şəhərin bütün diqqətəlayiq yerləri və nəhayət, insanın özü… Bütün bunlar professional fotoqrafın bitib-tükənməz ilham mənbəyidir. Bu kitabın ərsəyə gəlməsi mənin üçün qısa zaman kəsiyində maraqlı, cəlbedici məşğuliyyət olub, nə vaxtsa əlimə aldığım kameranı və fotoqrafiya ilə məşğul olmağa başladığım ilk illəri xatırlatdı. Topladığım təcrübə bu gün də mənə yaradıcılıq imkanlarımı səfərbər etməyə kömək olur.


TAHİR MƏMMƏDOV

FOTOQRAFİKA


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.