8 minute read

PORTRET ÜZƏRINDƏ IŞ

fotoqrafiyanın yalnız XIX əsrdə peyda oldugunu nəzərə alsaq, onda bu sahədə portret janrının zahirən bir o qədər də dəyişmədiyini söyləyə bilərik.

Əgər bu yerdə bir qədər də portretin funksiyası məsələsinə toxunsaq, onda onun əsasən üç amili birləşdirdiyini demək olar. Bu amillərdən biri portretin mövcud olmayanı əvəz etməsi, digərləri isə onun emosiya və hiss yaratması ilə yanaşı, həm də daşıyıcı rolunu oynamasıdır. Demək olar ki, bu funksiyaları sənətin müxtəlif növlərinə, o cümlədən də fotoqrafiyaya aiddir...

Advertisement

Bütün janrlarda oldugu kimi portret də ona ciddi yanaşma tələb edir. Biz uşaq portretlərinin çəkilişindən danışanda bu janrda ugurlu kadr əldə etməyin çətinliyindən də söz açmışdıq. Bu dəfə isə portret janrına bir qədər ümumiləşdirilmiş münasibət bildirəcəyik.

Təbii ki, hər hansı portretin şəkilişi yalnız foto kameranın düyməsinin basılmasından ibarət deyil. Burada da çəkilişə cəlb olunmuş insanı az-çox tanımaq, onu müəyyən qədər müşahidə etmək, səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirmək son nəticənin ugurlu alınmasına yardımçı ola biləcək qaygılardır. Vurgulananlar da heç də gəlişi gözəl sözlər deyildir. Onların hər birinin bədii-psixoloji tutumu vardır. Təkcə elə modeli onun obrazını, davranışını səciyyələndirən, həyat-tərzinin elementlərini özündə hifz edən pozada-oturuşda görüntüyə almaqla ona xas keyfiyyətlər toplusunun müəyyən nəticəsini göstərmək mümkündür.

Heç şübhəsiz ugurlu portretlərin yaradılması keyfiyyətli texnika olmadan çətindir. Odur ki, fotoqrafın fotoportret üzərində işi modelin seçimi ilə yanaşı, həm də arzulanan nəticənin əldə olunmasını şərtləndirən texnikanın əldə olunması ilə baglıdır. Portret çəkilişləri üçün fokus məsafəsi 50 mm-dən başlayan və daha yüksək olan obyektivlər, başqa sözlə desək, teleobyektivlər daha münasibdir. Görüntüyə alınan adamı arxasındakı fondan ayırmaq və onu daha yayılmış görkəmdə təqdim etmək üçün bilavasitə, məhz teleobyektivdən istifadə etmək lazımdır. Əgər modelin və eyni zamanda fonun da gözəl və aydın görünməsini istəyirsinizsə, bunun üçün heç teleobyektivdən istifadəyə ehtiyac yoxdur. Bu işi elə adi-standart obyektivlə, yaxud da fokus məsafəsini azaltmaqla, eləcə də diafraqmanı

mümkün qədər daraltmaqla görmək mümkündür. Əgər fotoqrafiya nəzəriyyəsinə tapınsaq, onda şəklin fotokameranın yox, bilavasitə fotoqrafın çəkdiyini deyə bilərik.

Portret çəkilişi zamanı fotoqrafın bir çox yaradıcı məsələləri də həll etdiyini nəzərə alsaq, onda prossesin bədii-texniki vasitələrlə yaradıcılıq axtarışlarının vəhdəti kontekstində aparıldıgını bildirməliyik. Etiraf edək ki, bu məqamda yaradıcılıq planlarının gerçəkləşdirilməsi heç də asan məsələ deyildir. Bu da əsasən portreti təşkil edən kompozisiyanın və onun ayrı-ayrı elementlərinin bütövlüyü şərtləndirən hala gətirilməsidir. Əslində aşagıda vurgulayacagımız tövsiyyələr portretlə yanaşı digər janrlarda ugurla tətbiq oluna bilər.

Çox vaxt çəkilən kadrda cəlbedici portretin təsirliliyi əsas modelin çöhrəsinə yaxın məsafədə hansısa “yad əl”in mövcudlugu ilə heçə enmiş olur. Bu təbii ki, yol verilməzdir, Belə ki, kadrda əsas təsvirdən başqa əlavə nə isə olmamalı, yalnız əhəmiyyətli detallar görünməli, diqqət cəlb etməlidir.

Uşaqları onların hündürlyü səviyyəsindən, yeri gələndə bir az da baxış nöqtəsini bir az aşagı salmaqla çəkilişi həyata keçirmək yaxşı nəticə verə bilər.

Çəkilən kadrlara sonrakı münasibət də məntiqli və yaradıcı olmalıdır. Belə ki, çoxsaylı kadrlar üzərində iş apararkən modelin ümumi kompozisiyada daha cəlbedici yer almasına xüsusi diqqət yetirilməli, başın görüntüdə istər öndən, istərsə də yandan düzgün yerləşdirilməsinə nail olmaq lazımdır. O, nə çox irəlidə, nə də çox arxada olmalıdır. Onun lap mərkəzdə yerləşdirilməsi də sona qədər arzulanan seçim deyil...

Başın ümumi səthdə düzgün yerləşdirilməsi hələ işin yarısıdır, çünki bu seçimin məntiqli olmasına həm də ona yönəli digər bədii-texniki yaradıcı məsələləri həll etməklə nail olmaq mümkündür. Bunun ən önəmlisi kadrda portretin qabarıqlıgınıncəlbediciliyin əldə olunmasıdır. Yaranan durumda və portret üçün taleyüklü sayılan bu məsələni bir neçə vasitə ilə - üz cizgilərini üzə çıxaran obyektiv dəqiqliyinin dərinliyini, başın ölçüsünün düzgün seçilməsini, onun kadrda münasib yer almasını, effektli işıq-kölgı oyununu reallaşdırmaqla həyata keçirmək olar. Yeri gəlmişkən deyək ki, bu tələblərdən istifadə etməklə fotoaparatın obyektivinin yönəldiyi istənilən çəkiliş nöqtəsinin gələcək ugurunu təmin etmək mümkündür.

Bütün yuxarıda vurgulanan bədii-texniki üsulları davamlı olaraq reallaşdırmaqla insanın varlıgınıxarakterini və onun ifadəli cizgilərini üzə çıxaran portret yaratmaq olar.

Portretin çəkilişindən söz açıb, insan həyatının ayrılmaz hissəsi olan müxtəlif məzmunlu və miqyaslı məclislərdə foto çəkilişinə toxunmamaq sadıcə mümkünsüzdür desək, yanılmarıq. Etiraf edək ki, çoxlarının mənzilində fotoaparatın peyda olması bilavasitə həmin əlamətdar tədbirlərin yaddaqalanlıgını təmin etməklə baglıdır. Adətən toy məclislərində bu sahədə kifayət qədər təcrübə toplamış fotoqraflar yadigar-xatirə şəkillərinin çəkilişi ilə məşgul olsalar da, toy sahibi obrazlı desək, məclisin gedişinə “öz adamı”nın fotokameranın obyektivi ilə göz qoymasının əleyhinə olmur. Digər tərəfdən bu maddi baxımdan da toy sahibi üçün əlverişli olur. Amma toplanmış təcrübə göstırir ki, yalnız ilk baxışda toy məclislərinin çəkilişi asan görünür. Çox vaxt elə müxtəlif çəkilişlər arasındakı fərqi də asanlıqla gömək olur. Kifayət qədər hərəkətli olan belə məclislərdə ideal foto çəkmək çox çətindir. Əgər bəy-gəlinin yerini və dəyişməz fonunu nəzərə almasaq, salonda fonu sabitlikdən və neytrallıqdan uzaq yer tapmaq sadəcə mümkün deyil. Odur ki, tək və yaxud bir-neçə adamın portretinin fonu həmişə kadrı korlaya biləcək detal və elementlərlə dolu olur. Fotoqraf çəkiliş anında nə qədər təmiz fon yaratmaga çalışsa da, buna sona qədər nail ola bilmir. Toyun davam etmə müddətini də nəzərə alsaq, onların çəkilən şəkillərə fotoşop vasitəsilə müdaxilə etmələrinə vaxt qalmır və şəkillər elə oldugu kimi də ünvanına çatdırılır. Məclis sahibinin çəkdirdiyi şəkillərə gəldikdə isə, orijinal kadrların əldə olmasının müqabilində sonralar onların üzərində arzulanan dəyişikliyi aparmaq mümkün olur. Ancaq ümumiyyətlə demək istəyirik ki, bütün hallarda oldugu kimi mərasim şəkillərinin normal çəkilişi də ona professional yanaşmadan keçir...

İndi də gəlin bir qədər portret çəkməyin həvəskar fotoqraflara az bəlli olanbədii-texniki ifadə yollarından danışaq. Etiraf edək ki, deyəcəklərimiz heç də böyük “sirr” deyil, amma fotoqrafiya sahəsində toplanmış səriştənin şərhidir...

Əvvəlcə gün işıgında portret çəkməyin incəliklərindən söz açaq. Əslində gün işıgına nəzarət etməklə portret çəkilişini reallaşdırmaq çoxlarının düşündüyü kimi bir o qədər də asan deyildir. İlk olaraq işıgın istiqamətini düzgün təyin etmək bu tip çəkilişlərin həyata keçirilməsinin yazılmamış qanunlarındandır. Bundan sonra xüsusi olaraq günəşin düşmə yönünə dogru bəzi addımlar atılmalıdır. Nümunə üçün deək ki, günorta günəşi az çox yuxarıdan dikinə düşür, qısa və çox tünd kölgələr əmələ gətirir. Bunun nəticəsində gözlər dərin boşluqlar halında görünür. Səhər və axşama dogru günəş nisbətən aşagı nöqtədə olur. Bu da gözəl fotoların çəkilməsinə imkan verər, belə ki, işıq sərtliyini itirmiş olur. Rəngli motovlər çox kontrastlıtəzadlı olmamalıdır. Dərin kölgələr nəticəni pisləşdirə bilər. Odur ki, imkan dairəsində nəzərdə tutdugunuz şəkilləri günəşin sizin arxanızda olmagını əldə etməklə çəkməyə çalışın...

Əgər desək ki, portret janrında çəkilmiş fotoların ugurlu bədii həlli müəyyən qədər həm də modelin aldıgı duruşdan-pozadan asılıdır, yəqin ki, səhv etmərik. Sadəcə baş və çiyinləri əhatə edən bir fotonun çəkilişi üçün nadir hallarda model tam düz olaraq foto aparat qarşısında saxlanılır. Ümumiyyətlə, modeli bir qədər dönüşlü oturtmaqla, ona müəyyən pozaduruş verilir. Bütünlükdə isə, portretin yaxından çəkilişi zamanı daha çox sadəcə başın çərçivəni doldurmasını müşahidə edirik.Boyca hündür olmayan fotoqraflar isə bədənin dizdən yuxarı olan hissələrini əhatə edən fotoqraflardır. Bu durumda yenə fotosu çəkilən kəsin fotoapa-rata dönüşlü dayandırılması üstünlük verilən şə-killərdəndir. Bu tip fotolarda qollar da işin içinə qatıldıgından, qolların qatlanması duruşlarından vaz keçmək lazımdır. Xüsusi olaraq yarımçıq qalmış hərəkəti andıran duruşlardan qaçmaqla və əllərə istirahət duruşu vermək qənaətimizcə məntiqli hərəkət

kimi qəbul olunur. Bu da kişilər üçün ümumiyyətlə qolların bir yerə söykənməsi, qadınlar üçünsə dizləri üstə sərbəst qoyulur. Bədənnüma (tam) portretlər isə daha çox nişan və toy mərasimlərində istifadə olunan şəkillərdəndir. Burada da yenə tarazlı bir duruş əldə etmək xüsusilə diqqətli olmaq lazımdır...

Heç şübhəsiz portretlərin son nəticədə ugurlu olması, bu prosesdə işıqlandırmadan necə istifadə etməkdən keçir. Bilavasitə foto aparatın arxasından və yaxud da yanından verilərək modelə istiqamətlənən işıq ön işıqlandırma sayılır. Obyekt üzərində kölgə yaratmadıgı üçün hər hansı dərinlik hissi verə bilmir. Modelin işıqlandırma kontrastı-təzadı zəifdir. Onun işıga uzaq olan yerləri az işıq, yaxın tərəfləri isə çox işıq alır. Bu səbəbdən də bu növ işıga düz işıq da deyilir və ümumiyyətlə, studiya şəraitində şəkil çəkilərkən əsas işıq qaynagının yaratdıgı kölgəli sahələrin yox edilməsi üçün istifadə olunur. Bu tip işıq çəkiləcək əşyada hər hansı bir dərinlik hissi və fotoqrafik təsir verməyəcəyi üçün ona çox üstünlük verilməz. Ancaq portret çəkilişlərində əsas işıq qaynagından dolayısı ortaya çıxan və kölgələri yumşaltmaq üçün tətbiq oluna biləcək ideal bir işıq tipidir. Dediklərimizi ümumiləşdirməli olsaq, onda modeli uygun işıqlandırma ilə təmin etmək üçün əsas işıq , kənar işıgın bir yerdən digər yerə daşınması ilə kölgələrin də yerini dəyişdirəcəyindən, yardımçı işıq qaynagının da yerini dəyişdirərək bu kölgələri yox etmək üçün istifadə olunar. Bununla belə, portret üzərində çalışarkən bəzən çəkilişə cəlb edilmiş adamın xarakterinə uygun işıqlandırılmanın əldə olunmasını, bu məqsədlə işıqlandırma cihazlarının fərqli bir şəkildə yerləşdirilməsini də müsbət dəyərləndirmək gərəkdir. Bu fotoqrafa sonsuz ifadə imkanları axtarmaga imkan verər. Ümumiyyətlə, kənar-yan işıgın yuxarıdan modelə yönəldilməsi gözəl bir işıqlandırma durumu hesab olunur...

Yandan işıqlandırmanın modelə təsiri və yaratdıgı bədii-estetik durum müəyyən qədər fərqlidir. Bu halda işıq əşyanın və yaxud modelin üzərinə yandan gəldiyi üçün relyef təsiri yaradaraq, çeşidli forma ifadəsi əmələ gətirər. Yandan işıqlandırma öndən işıqlandırma kimi gündəlik həyatda qarşılaşa biləcəyimiz bir işıqlandırma növüdür...

Modelin üstdən işıqlandırılması zamanı təbii ki, işıq yuxarıdan gəlir və üzdəki bütün kölgələr aşagıya dogru uzanır. Təbii ki, bunun da özünəməxsus estetik tutumu və duygulandırıcı təsiri var...

Ən nəhayət, arxadan işıqlandırma haqqında. Bu cür hallarda işıq modelin və yaxud əşyanın arxasından foto aparata dogru yönəldiyi zaman, bütün kölgələr kameranın üzərinə düşər. Bunun nəticəsində portretin üzü kölgədə qalır. İşıq qaynagı portretin tam arxasında oldugu zaman, işıgın varlıgını ortaya qoyan tək şey portretin ətrafında meydana gələn işıqlı xəttdir. Bu tip işıga ən uygun durum olan günün batması və günəşin çıxması zamanı ətrafı nurlandıran işıqlardır. Stydiya foto çəkilişlərində daha çox effekt yaradıcı işıqdan istifadə olunur. Bu işıqla birlikdə istifadə olunacaq daha zəif şiddətli yan işıgı portretdəki detalları duymaqda bizə yardımçı olur...

Təbii ki, çəkilmiş portretin bədii səviyyəsindən asılı olmayaraq onun reklam-plakat və bədii nəşrlərdə istifadəyə hazırlama prosesində mövcud materiala fotoqrafik müdaxiləyə ehtiyac yaranır. İndiki mövcud texnika bollugu və çeşidli proqramların qarşılıgında bir qayda olaraq bu işin icrasında heç bir problem yaranmır.

Bununla belə düşünürük ki, bu işin fotoşopda icrası zamanı hazırlıq materialına diqqətlə yanaşılmalı, portretdə modeli səciyyələndirən qabarıq cizgilərin qorunub saxlanılmasına, işıq-kölgə və cizgi “oyunu” ilə təsvirin bütünlükdə cəlbedici və təsirli alınmasına çalışılmalıdır...

ÇALIŞMALAR:

1. Yaşlı kişi portretinin çəkilişi və fotoqrafika vasitəsilə onun bədii həllinin reklamda istifadə üçün dəqiqləşdirilməsi; 2. Milli geyimli qadın portreinin çəkilişi və fotoqrafika yoluilə afişa üçün hazırlanması; 3. Balıqçı obrazının dəniz fonunda çəkilişi və fotoqrafika vasitəsilə bədii albomda istifadə üçün hazırlanması; 4. Kitabxanaçı qız portretinin çəkilişi və fotoqrafika yolu ilə istiqamətverici qurguda istifadə üçün hazırlanması; 5. Həkim obrazının çəkilişi və fotoqrafika vasitəsilə plakatda istifadə üçün işlənilməsi;

This article is from: