8 minute read

STUDIYADA ÇƏKILIŞ

Fotoqrafiya çoxsaylı sənət növləri arasında həm də özünün çəkiliş məkanlarının bəlkə də nəhayətsizliyinə görə seçilir. Əgər desək ki, əli fotoaparatlı adama bizi əhatə edən gerçəkliyin hər yerində rast gəlmək mümkündür, yəqin ki, mübaligə olmaz. Bir tərəfdən bunu şərtləndirən bu texniki vasitənin ölçüsünə görə hər yerə daşınmasına imkan verməyidirsə, digər tərəfdən ona istisnasız olaraq həyatımızın demək olar ki, hər yerində ehtiyacın olmasıdır. Etiraf edək ki, bu unikal texniki olmasaydı dünya xalqlarının həyatında baş verən çoxsaylı hadisələr, insanı heyrətə gətirən abidələr, hər birimizi duygulandıran əsrarəngiz mənzərələr, təzadlarla dolu zamanın zənginləşməsində iştirak edən işıqlı əməl sahibləri-tarixi şəxsiyyətlərin, müxtəlif elm və sənət adamlarının təsvirləri reallıgını saxlamaqla, gələcək nəsillər üçün əvəzsiz sənədlitarixi materiala çevrilməzdilər...

Yaxşı fotoqrafiya nümunələri yuxarıda qeyd etdiyimiz kimi ən müxtəlif məkanlarda yaradıla bilər. Bu gün belə məkanlardan biri stasionar foto studiyalardır desək, yanılmarıq. Təbii ki, müxtəlif yaradıcı işlərin görülməsi üçün təşkil olunmuş belə studiyalar insanların daha çox gündəlik qaygılarını çözən şəhər-kənd foto studiyalarından fərqlənir. Belə ki, burada çalışanlar çoxları kimi müştəri axtarışını özlərinə problem etməyib, bilavasitə daha ciddi yaradıcılıq məsələlərinin həlli ilə məşgul olurlar. Onların çalışdıqları məkan da əsasən qarşılarına qoyduqları yaradıcılıq vəzifələrinin ugurla yerinə yetirilməsinə müvafiq olur. Belə yaradıcı insanların maraq dairəsi mövzu etibarilə kifayət qədər zəngin olur. Təbii ki, həmin işlərin professionalıqla həlli həm də onların yüksək səviyyədə icrasını şərtləndirə biləcək texnikanın mövcudlugundan keçir. Elə isə gəlin əvvəlcə yaradıcılıq foto studiyalarının təminatından danışaq...

Advertisement

Bir həqiqətdir ki, çox-çox əvvəllər fərdi studiyanı yaratmaga və onu çəkiliş aparmaga imkan verəcək əsas və yardımçı texnika ilə təmin etməyə yalnız professionalların gücü çatardı. Müasir dövrdə isə vəziyyət tamamilə dəyişib və etiraf edək ki, indi maddi durumunun imkan verdiyi hər kəs özünə ən müasir tələblərə cavab verən studiya-yaradıcılıq emalatxanası qura bilər. Təbii ki, yeni studiyada müxtəlif texnikanın bollugu hələ onun yaradıcısına keyfiyyətli foto çəkilişlər aparmaga zəmanət vermir. Hər şey bu çeşidli ləvazımatlardan yerində və bacarıqlı istifadədən və heç şübhəsiz həm də studiya sahibinin professional səviyyəsindən və mövzuya və janra yaradıcı münasibətindən asılıdır. Odur ki, biz sizə aşıb-daşan yaradıcı niyyətinizin reallaşdırılmasına imkan verən daha əsas və yardımçı texnika, eləcə də köməkçi vasitələrdən söz açacagıq...

Heç şübhəsiz studiyada foto təsvirlərin alınmasına yardımçı olan müxtəlif markalı fotoaparatların mövcudlugu vacib şərtdir. Belə ki, ugurlu nəticələrin əldə olunması üçün kifayət qədər müxtəlif və müasir konstruksiyalarla və köməkçi mexanizmlərlə təmin olunmuş texniki vasitədən istifadə daha önəmlidir.

Bu yerdə deyək ki, fotoqrafiyanın kəşfindən bu günümüzə kimi kifayət qədər fotoaparat istehsal edilmişdir. İndi onların hamısının adını dilə gətirmək fikrindən uzagıq. Ancaq bununla bərabər demək istəyirik ki, onların tarixin saxlancına verilmiş ilk və sadə nümunələri ilə müqayisədə indi kütləvi satışda olan dijital fotoaparatlarla müqayisə olunmazdırlar.

Studiya çəkilişlərini Yaponiya və Almaniya istehsalı olan daha bahalı texnika ilə yanaşı, bu gün fototexnika sahəsində yeni keyfiyyət nişanı sayılan İSO-nun 100, 200, 400, 800, 1600, 3200 və s. standartlarını özündə ehtiva edən kameralarla gerçəkləşdirmək mümkündür. Elə düşünürük ki, “Nikon” və “Canon”la yanaşı, “Pentax-Samsung”, “Sony”, “Olympus-Panasonic” və s. fotoaparatların bir-neçəsi ilə təmin olunmuş studiyada məhsuldar iş aparmaq olar. Bu yerdə xatırladaq ki, bizim günlərdə tam mükəmməl və qüsursuz fotoaparat tapmaq mümkünsüzdür. Yəni, ən yaxşı sayılanın belə professional təftişindən ugurla çıxa biləcəyi sadəcə sual altındadır.

Odur ki, indiki durumda mövcud texnikanın müsbət və mənfi xüsusiyyətlərini balanslaşdırmaqla ondan istifadə səy göstərmək lazımdır. Digər mövzuların şərhində dediyimiz kimi, unutmaq olmaz ki, fotoqrafiya təkcə fotoaparatın və obyektivin seçimi ilə tamamlanmır. Çəkiliş aparandan texnikanı idarə etmək bacarıgının tələb olunması da, şəkili texnikanın yox, bilavasitə adamın həyata keçirməsi

həqiqəti ilə baglıdır. Bu mənada hansısa məşhur markanı əldə etməklə yaxşı fotoqrafiya nümunəsi yaratmagın mümkünlüyü barəsindəki şirin nagılı birdəfəlik unutmaq lazımdır.

Düşünürük ki, yuxarıda adları qeyd olunan fotoaparatlardan və onlarda yeri gəldikcə istifadə olunacaq “balıq gözü”, “geniş bucaqlı”, “normal”, “makroobyektiv”, “portret obyektivi”, “teleobyektiv” və “universal” tipli obyektivlərlə həm ugurlu həvəskar, həm də bədii tutumlu professional çəkilişləri aparmaq olar...

Təbii ki, studiya şəraitində səmərəli foto çəkilişlərin aparılmasını təkcə keyfiyyətli fotokameranın və ən uzagı belə bütün dəqiqliyi ilə göz önünə gətirməyə qadir olan çeşidli obyektivlərin mövcudlugu şərtləndirmir. Bunu yardımçı vasitələrin yoxlugu ilə gerçəkləşdirmək sadəcə mümkün deyildir desək, yanılmarıq. Əgər bu belədirsə, onda həmin ləvazımatlar hansılardır?

Gəlin bəlkə də çoxlarına əhəmiyyətsiz görünə biləcək studiya fonlarından, yəni hər bir çəkiliş üçün zəruri olan yerliklərdən söz açaq. Demək lazımdır ki, studiya fonları arasında ən ucuz və geniş yayılanı sonsuz fon kagızıdır. Bu kagız uzun rulon şəklində olur və əsasən standart ölçüdə - 1,3 və 2,7 m genişliyində olur. İstifadə zamanı qat salmaz, elə baxımdan da sonsuz görünür. Etiraf edək ki, pis material deyil. Onu da deyək ki, bu kagızlar ən müxtəlif rənglərdə istehsal olunur. Belə ki, burada ən işıqlı agdan ən tünd qaraya, ən tünd göydən yamyaşıla kimi rənglərə və onların çeşidli çalarlarına rast gəlmək mümkündür. Bu sahədə təcrübəsi nisbətən az olan və daha çox portret yaradıcılıgı ilə məşgul olanlara studiyanın fon hissəsini təşkil edərkən onun üşrəngli (bu halda kagızın üç çaları paralel olaraq bir-birinin yanına yapışdırılır) yaradılmasını məsləhət görərdik.

İndi də bu fonu-yerliyə öz ürəkaçan rəngini bütün gücü ilə sərgiləməyə imkan verən studiya fotoqıgılçımlarından danışaq. Təbii ki, bu texniki vasitə həm ölçüsünə, həm də imkanlarına görə yeri gələndə foto aparata baglanaraq işlədilən süni işıq mənbəyindən çox güclüdür. Xüsusi dayaq üzərinə baglanan bu müstəqil işıqlandırma qaynagı batareya ilə işləmir, sadəcə eletrik xəttinə taxılır.

Əgər bu fotoqıgılcımın obyektə çox güclü və gözqamaşdırıcı təsir göstərdiyi problem kimi ortaya çıxarsa, onda sərt studiya işıqlarını ram etmək-azaltmaq üçün xüsusi işıq yumşaldıcı cihazlardan istifadə etmək olar. Bəzən çox güclü işıq mənbələrinin təsirini azaltmaq məqsədilə onların üzərinə taxılmış çadırlardan da istifadə etmək lazım gəlir. Bundan əlavə portret çəkilişlərində tətbiq etmək üçün işıgı yumşaq və bərabər paylayan texniki vasitələr də mövcuddur. Yeri gəlmişkən deyək ki, portret çəkilişlərində modelin saçına yuxarıdan işıqlandırmaq şərti ilə xüsusi effekt bəxş edə biləcək işıqlar da mövcuddur. Əgər saçların bu “yeniləşən” vəziyyətinə bir qədər də romantik görkəm vermək və saçların küləkdən dagılması effektini əldə etmək istyəyirsinizsə onda bu məqsədlə hazırlanmış ventilyatordan istifadə edə bilərsiniz.

Bəzən studiyada süni işıq mənbələrinin bollugu da çəkiliş aparanı “narahat” edir və onlardan nə qədər düzgün istifadə etdiyini özünə sual edir. Buna cavabın ən müxtəlif cür ola biləcəyi ehtimalını aradan qaldırmaq üçün belə məqamlarda-tərəddüdlü anlarda da texnikanın gücünə etibar etməyə tələsin. Belə ki, fotoqrafiya sənayesi sahəsində çalışanlar sizin bu qaygınızaı çözəcək xüsusi cihaz yaratmışlar və siz onunla yaxından tanış olmaqla, studiyada işıqlıqlıgın dərəcəsini düzgün müəyyənləşdirə bilərsiniz.

Bu istiqamətdə bir praktiki məsləhətimiz də işıgın fona birbaşa təsirinin qarşısını almaq üçün tünd lövhələrdən istifadə ilə baglıdır. Onları dayaq üstə qoyulmuş əsas işıgın qonşulugunda yerləşdirməklə istəyinizə nail olmaq mümkündür.

İşıqla baglı söhbətimizdə reflektordan istifadədən danışmamaqla mövzumuzun dolgunluguna xələl gətirmiş olardıq. Odur ki, foto həvəskarlarına xatırlatmaq istəyirik ki, həmin reflektorlardan istifadə ilə çəkilşin aparıldıgı auraya fərli bir rəng ovqatı qatmaq mümkündür. Məlumat üçün bildirək ki, belə reflektorlar üçün müxtəlif rəng çalarları mövcuddur. Çəkəcəyiniz şəkilin ruhuna-ovqatına müvafiq olaraq proses zamanı ag, qara, gümüşü, qızılı və s. çalarlardan istifadə edə bilərsiniz. Amma unutmayın ki, gümüç reflektor işıgın miqdarını duyulaslı sürətlə əks etdirir və modelin üzünə vuran studiya işıgının rəngini dəyişdirməz.

Yeri gəlmişkən qeyd edək ki, portret yaradıcılıgı ilə məşgul olan professionalların bir çoxu məhz gümüşü reflektorlardan istifadə edirlər. Ag reflektorlar artıq işıq əks etdirməz, ancaq yenə də portret çəkilişlərində və daxili və xarici məkan işlərində istifadə olunarlar. Qızılı reflektorlar günəş işıgının istiliyi ilə mübarizədə plenerdə portret çəkilişlərində istifadə olunur. Qara reflektorlar işıgı udmaq gücündədir. Yəni, şüşə, daş-qaş, çəngəlqaşıq və yaxud da parlaq olan digər hər hansı əşyanın fotosunun çəkilişində istifadə edilə bilər. Mütəxəssislərin qənaətincə portret şəkilişləri zamanı bir tərəfə gümüşü, digər tərəfə isə ag reflektorun qoyulması yaxşı effekt verir...

Studiyanın əsas “yükünü” daşıyacaq texnikanın və onların fəaliyyətini nizamlayacaq digər texnika və ləvazımatların əldə olunmasından sonra qənaətimizcə, burada gerçəkləşəcəyi ehtimal olunan bədii proseslərə başlamaq olar. Unutmayın ki, nəticənin ugurlu olması nə qədər studiyanı təminatına gərəkli ola biləcək texnikanın əldə olunmasından asılıdırsa, bu bir o qədər də bir araya gətirdiyiniz texniki vasitələrlə “dil” tapa bilməyinizin necəliyindən asılıdır. Odur ki, bəzi hallarda ilk ugursuzluqdan həvəsdən düşməyə dəyməz.

Unutmaq olmaz ki, bir çox peşələrdə oldugu kimi, fotoqrafiyada da hər bir ugur sənətin sayagəlməz sirlətinə tədricən bələd olmaqdan keçir. Yalnız illərlə toplanmış təcrübə və səriştə, davamlı yaradıcılıq axtarı.ları fotoqrafa hamını cəlb edəcək və duygulandıracaq fotoların çəkilməsinə imkan verir...

ÇALIŞMALAR:

1. Çəkilən yaşlı qadın portretinin fotoqrafika yolu ilə mətbuatda istifadəyə hazırlanması; 2. Görüntüyə alınan ailə cütlüyünün fotoqrafika vasitəsilə mərasimdə nümayiş üçün hazırlanması; 3. Mis qablardan ibarət natürmortun çəkilişi və fotoqrafika yolu ilə reklam üçün hazırlanması; 4. Novruz mırasimi qəhrəmanlarının kollektiv şəklinin çəkilişi və fotoqrafika vasitəsilə plakatda istifadə üçün hazırlanması; 5. Əsgər portetinin çəkilişi və fotoqrafika yolu ilə albomda istifadə üçün hazırlanması;

PORTRET ÜZƏRİNDƏ İŞ

Etiraf edək ki, cəmiyyətdə fotoqrafiya sahəsinə olan maragın kökündə nə qədər fərdin ətrafındakı ürəkaçan görüntüləri lentin yaddaşına köçürmək durursa, bu bir o qədər də onun müxtəlif yaşlı yaxınlarının portretini çəkmək istəyi ilə baglıdır. Hər iki niyyətdəki məntiq də başa düşüləndir. Amma qətiyyətlə demək olar ki, fərdin portretə maragının nəticəsi daha görünən və duyulan olur. Belə ki, onun lentin yaddaşına həkk etdirdiyi hər bir portret lap az sonra neçə-neçə insana sonsuz sevinc bəxş edən tarixi-bədii fakta çevrilir. Yəqin ki, hər birimiz ömrümüzün uzaq-yaxın günlərini özündə yaşadan belə fotoların çəkilişinə bəzən adını belə unutdugumuz həmin xeyirxah insana sonsuz dərəcədə minnətdarıq. Beləliklə, qətiyyətlə deyə bilərik insan taleyini və onun sonsuz yaşantılarını hifz edən foto portretlər fotoqrafiyada bəlkə də ən populyar janrdır...

Əgər bu janrın incəsənətdə yayılmasının qısa tarixcəsini xatırlamalı olsaq, onda ilk növbədə onun bəzən yaşayan, bəzən də artıq həyatda olmayan müəyyən bir adamın, bəzən də bir qrup adamın bədii vasitələrlə təsvirini nəzərdə tudugunu deməliyik. Heç şübhəsiz bədii vasitə dedikdə, portretin rənglərlə, cizgilərlə, heykəltəraşlıq materialları, poliqrafiya yolu ilə, o cümlədən də fotoqrafiyanın bədii-texniki imkanları ilə yaradılmasını nəzərdə tutur. Bir çox sənət növlərində oldugu kimi fotoqrafiyada da portret müstəqil janr kimi mövcuddur.

Qeyd edək ki, portretdə bir qayda olaraq onun yaradıcısı modelin zahiri cizgilərini dəqiq göstərməklə yanaşı, bu zahiri cizgilərlə obrazın daxili aləmini səciyyələndirən xüsusiyyətləri də birləşdirməyə çalışırdılar. Təbii ki, əgər biz bu prosesə həm də yaradıcılıq baxımından yanaşsaq, onda canlı adamın çöhrəsindəki əlamətlərin plastik formalarla təkrarına çalışan yaradıcıların həm də onu ideya-bədii baxımdan təfsir-interpretasiya etdiklərini dilə gətirməliyik. Bu cür yanaşma demək olar ki, bütün dövrlərdə olub. Bu həm də o deməkdir ki, bəzən də portretlər zaman-zaman peyda olan, davamlı olaraq yeniləşən sənət cərəyanlarında birbirindən çox fərqli bədii-estetik tutum alıb. Əgər

This article is from: