14 minute read

HEYVANAT ALƏMININ ÇƏKILIŞI

Fotoqrafiyada bizi əhatə edən gerçəkliyə bədii-texniki münasibət toplusunun çeşidli təsvirlərlə zəngin saxlancında heyvanlara həsr olunmuş fotoların xüsusi yer tutması danılmazdır. İnsanların çox vaxt göz açdıqları andan müxtəlif canlılarla, bir qədər də dəqiq desək, davranışları hər birimizdə duyulası maraq oyadan heyvanat aləmi ilə təmasda olmasının qarşılıgında onların çox vaxt ailədə az qala hamının sevimlisinə çevrilən itin-pişiyin tez-tez demək olar ki, hər bir evin məcburi və gərəkli atributuna çevrilən fotoaparatın obyektivinə tuş gəlməsi qaçılmazdır. Çoxdan cəmiyyət tərəfindən ev heyvanı kimi qəbul olunan və bunun qarşılıgında bəzən divanda, bəzən də mənzildəki sobanın yanında xumarlanan itin-pişiyin yanından sakitcə ötüşmək sadəcə olmur. Heyvanların tapdıqları arzulanan rahatlıgın qarşılıgında bu məqamda nümayiş etdirdikləri bəzən ani, bəzən də uzunmüddətli pozalar və hərəkətlər – onların uzanmaları, yatmaları,əllərini başının altında çarpazlamaları, ayaqlarını qarnında gizlətmələri çox vaxt biz şüurlu insanlarda onların özlərinə də xüsusi duygular aşılayır, xoş təbəssüm bəxş edir. Təbii ki, çoxları evdə fotoaparatın mövcudlugu qarşılıgında bir daha ələ düşməyəcək belə anı əldən verməməyə çalışır, onu lentin yaddaşına köçürür. Əgər bu gün belə kadrlara hər bir evdə rast gəlmək mümkündür desək, yanılmarıq.

Təbii ki, fotoqrafiyanın heyvanların yaşadıqları çox fərqli, əslində maddi baxımdan görünməz olan və təkrarlanmayacaq bir anı əks etdirməsində toplanan müsbət enerjinin nəhayətsizliyindəndir ki, belə fotolar bir qayda olaraq arzulanandırlar. Çünki, rəsmin subyektivliyi müqabilində fotoqrafiya obyektivdir, oldugunu-gördüyünü söyləyəndir. Onun məlum duruma güzəştsiz “ayna” tutmasındandır ki, belə foto kadrların tez bir zamanda tarixi tutuma bələndiyi, ayrı-ayrı fərdin və yaxud digər canlı varlıqların həyat-tərzinin müəyyən, bəlkə də önəmli anlarını özündə hifz etdiyi aydın olur...

Advertisement

Etiraf edək ki, ev heyvanlarının yatmış və yaxud uzanmış vəziyyətdə təsvirlərini nəzərə almasaq, ümumiyyətlə heyvanat aləminin lentin yaddaşına köçürülməsi çətin və çox əziyyətli bir işdir. Bəlkə də bu səbəbdəndir ki, bu işlə davamlı şəkildə məşgul olanlar az olur. Təkcə elə zooparkda toplanmış vəhşi heyvanlara foto obyektivin yönəldilməsi qarşılıgında onların özlərini daha çılgın aparmasına şahidlik etdiyimizdən deyə bilərik ki, onlar qəfəsə salınmış və yaxud da xüsusi torlarla əhatələnmiş olsalar da, özlərini fotoaparatın obyektivi qarşısında çox rahatsız hiss edirlər. Odur ki, qısa müddətdə heyvanat aləmi ilə baglı şəkillər çəkmək çox çətindir.

Uşaqların və yaxud da hərəkətli şəkillərin çəkilişi kimi daha çox hərəkətdə olmaga üstünlük verən heyvanların cəlbedici fotosunu çəkmək bu yöndə yaradıcı işlər görmək istəyəndən duyulası səbr və davamlı müşahidə aparmagı tələb edir. Foto həvəskarları bu sahədə ciddi axtarışlar aparmaga meylli olsalar, onda onlar istifadə etdikləri texnikanın daha keyfiyyətli olmasına çalışmalı, heyvanları uzaqdan müşahidə edib çəkməyə imkan verən obyektivlərdən istifadə etməlidirlər. Təbii ki, ev heyvanlarının görüntüyə alınmasında “makro” çəkilişlərdən də istifadə etmək olar.

Təbii ki, heyvanat aləminin çəkilişini müəyyən qədər asanlaşdıracaq digər vasitələr də vardır. Bunun bəziləri elə istifadə etdiyiniz fotoaparatın özündə mövcuddur. Gəlin onlardan birindən istifadəni nəzərdən keçirək. Diqqətli olsanız kameranın baxış nöqtəsindən təsvirə almaq istədiyiniz obyektə nəzər yetirəndə onun mərkəzində qırmızı bir dairə və ya kiçik kvadrata alınmış nöqtə görmək mümkün olur. Bu fotoaparatınızın avtomatik (AF-Auto Fokus) fokus nöqtəsidir. Və bu nöqtənin əhatə etdiyi sahənin fokusu deməkdir. Etiraf edək ki, çoxları bu nöqtəyə biganədir. Belə olmasaydı, çoxları fotokameranın bu fokus nöqtəsini saga, sola,aşagıya və yaxud yuxarıya qaldırmaqda nəyə baş vurduqlarının fərqində olardılar. Əslində isə, çəkəcəyiniz fotoda əşya kvadratın sag üst tərəfində isə AF nöqtəsini onun üzərində yerləşdirə bilərsiniz. Bu halda əşya tamamilə düzgün fokus vəziyyətində olur. “Canon” fotoaparatlarında AF nöqtəsini aparatın arxasındakı çox funksiyalı kiçik pult-qolundan istifadə edərək işlək hala gətirirsiniz. “Nikon” markalı kameralarda isə AF nöqtəsi aparatın arxasındakı çoxseçimli vasitəsilə işə salınır.

Yeri gəlmişkən deyək ki, fotoqrafiya sahəsində kifayət qədər təcrübə toplayan mütəxəssislərin meşələrdə çəkdikləri ugurlu heyvan şəkilləri də məhz duyulası səbrlə, davamlı müşahidələrin və keyfiyyətli foto texnikadan istifadənin nəticələridir. Bunu heç şübhəsiz müxtəlif vəhşi heyvanlara məxsus olan davranışların, pozaların, dərilərini səciyyələndirən fakturanın yüksək sənətkarlıqla əks etdirilməsi də təsdiqləyir.

Bizi əhatə edən gerçəklikdə heyvanat aləmi ilə baglı foto şəkillərdən geniş istifadə olundugu bəlli məsələdir. Ona müxtəlif plakat və reklamların tərtibatında, albom və kitabların, istehsal olunan müxtəlif məhsulların qutularının üzərində rast gəlmək mümkündür. Bundan çıxış etsək, belə müxtəlif tutumlu foto şəkillərə fotoqrafik müdaxilənin qaçılmazlıgını etiraf etməliyik. Təbii ki, fotoşopun bədii-texniki potensialı heyvanat aləmi ilə baglı şəkillərin ilkin tutumunu qrafik cizgilərlə yeniləşdirməyə, tamaşaçı diqqətini cəlb edəcək görkəm almaga imkan verir. Heç şübhəsiz bütün hallarda oldugu kimi bu proses də onun icraçılarından görüntüyə onu bədiiləşdirməyə yönəldən inzə zövq və müasir duyum tələb edir...

ÇALIŞMALAR:

1. Divanda oturaraq ətrafında baş verənləri izləyən pişiyin şəklinin çəkilişi və fotoqrafik vasitə ilə plakatda istifadə üçün hazırlanması; 2. Zəncirlənmiş itin davranışının çəkilişinin fotoqrafik vasitələrlə reklam lövhəsi üçün hazırlanması; 3. Zooparkda saxlanan filin şəklinin fotoqrafika vasitəsilə işlənilməsi; 4. Ev itinin qidalanmasını təsvir edən şəklin çəkilməsi və fotoqrafika vasitəsilə çapa hazırlanması; 5. Meymunun onun cəldliyini səciyyələndirən hərəkətini “tutmaqla” əks etdirmək və bu şəkli fotoqrafika yolu ilə dizayn məhsulunda istifadəyə hazırlamaq;

İşləniləcək fotoşəkil

FOTO TƏSVİRİN QRAFİK GÖRKƏM ALMA ÜSULLARI

Məlumat üçün bildirək ki, rəqəmsal tutumlu materialların işlənilməsi təkcə foto görüntülərlə məhdudlaşmır. Onun bu gün nümayiş olunan sonsuz imkanlarının özünəməxsus inkişaf tarixçəsi var. Bu mənada əslində təsvirlərin işlənilməsi, onlara münasibət, hələ peyk kəşfiyyatlarından başlamış soyuq müharibə illərində uzaq məsafədən xüsusi qurğularla məlumatların əldə olunmasını özündə ehtiva edən tədqiqatların son dərəcə qısa anda gerçəkləşən kulminasiya nöqtəsidir, desək, yanılmarıq. Təbii ki, bundan sonra da yeni-yeni mərhələlər keçildi və sənayenin robotlaşması, astronomiyanın avtomatlaşdırılması, mürəkkəb hərbi sistemlərin tətbiqi, informasiyanın elektron tutumda ötürülməsi-daşınması və s. baş verdi. Heç şübhəsiz bu yeniləşmələrdən və əldə olunan nəticələrdən foto sənətinin payına onun da inkişafına

Poster Edges

Spogne Sticks Colored Pensil

Sponge

Palette Knife

Fim Grain Fresco

təsir göstərən nələrsə düşdü. Elə onların praktikada tətbiq olunması ilə “möcüzə”lər yaratmağa qadir olan və ənənəviləşən vasitənin yeni-yeni bədiitexniki potensialının üzə çıxarılması da bunun əyani görüntüsü oldu.

Dərsliyin əhatə etdiyi əvvəlki mövzuların açımında biz sizə foto sənətinin tarixi, onun texniki vasitələri, inkişaf mərhələləri, bu sahədə uğur qazanmağın, bədii-texniki vərdişlərə yiyələnməyin yolları barəsində yığcam məlumat verdik. İndi isə foto sənətinin bədii-texniki imkanlarını təsviri sənətin yaradıcı potensialı ilə qovuşdurmaqla əldə olan fotoqrafika nümunəsi yaratmağın imkanlarını nəzərdən keçirəcəyik. Öncədən deyək ki, indiki müasir texnikanın mövcudluğu qarşılığında bu imkanlar kifayət qədər çoxdur. Odur ki, bu sayagəlməz bədii-texniki imkanları gerçəkləşdirməklə təsviri sənətin əhatə etdiyi bütün janrlarda bütün mənalarda maraqlı və cəlbedici fotoqrafika nümunələri yaratmaq mümkündür. Elə düşünürük ki, rəqəmsal texnika ilə ərsəyə gətirilmiş cəmisi bir-neçə nümunənin timsalında Photoshop proqramı vasitəilə istənilən foto təsviri cəlbedeici fotoqrafika nümunəsinə çevirməyin mümkünlüyünə foto həvəskarlarını inandırmaq olar.

Bu yerdə xatırladaq ki, yaxın keçmişdə fotoqraflar onların görüntüyə almaq istədikləri obyektin göründüyündən də fərqli və daha baxımlı alınmasına

İşləniləcək fotoşəkil

İşləniləcək fotoşəkil çalışdıqları vaxtlarda əsasən müxtəlif filtrlərdən istifadə edirdilər. Təbii ki, həmin effektlərin alınması yalnız texniki vasitələrin tətbiqindən asılı olmayıb, həm də fotoqrafların illərlə topladıqları təcrübənin nəticəsi idi. Photoshop və buna bənzər digər proqramlar foto sənəti ilə məşğul olan hər kəsə çəkiliş zamanı buraxılan bədii-texniki çatışmazlıqları aradan qaldırmağa imkan verir. Biz yeni foto texnikalarından və materiallarından, eləcə də müxtəlif proseslərdən söz açanda haqlı olaraq müasir dövrümüzdə ən populyar görüntü işləmə proqramlarından biri sayılıan Photoshop haqqında ətraflı məlumat vermişik. Onun birinciliyini şərtləndirən başlıca səbəb çəkdiyiniz fotolara fərqli təsirlər göstərmək gücündə olması, görüntüləri yeniləşmiş bədii tutuma sala bilməsi ilə bağlıdır.

İndi isə bir-neçə nümunənin timsalında onun öz bədii-texniki potensialını əyaniləşdirməsini, başqa sözlıə desək, az qala hər şeyə qadir olmasını göstərmək istəyirik. Bunun üçün müxtəlif motiv və obyekt seçmək olar. İndiki halda biz qırmızı rəngli tülpan, kişi portreti və memarlıq motivi üzərində aparılan bədii-texniki prosesi nümunə kimi götürmüşük.

Dediklərimizə əmin olmaq üçün gəlin əvvəlcə tülpan gülünün Photoshop proqramında işlənilməsi prosesini izləyək və gülün və onu əhatələyən məkanın texnikanın gücü ilə yeniləşməsinin-qrafik tutum almasına şahidlik edək. Bunun üçün öncə işlənilməsi nəzərdə tutulan görüntü-variantı “Open” menyusu vasitəsilə ekrana gətirmək lazım gəlir. Daha sonra “Filters” hissəsindən “Artistik Filters” hissəsinə keçilir. Buna nail olandan sonra qarşınıza Colored Pensil, Cutout, Dry Brush, Film Grain, Fresco, Neon Glow, Paint Doubus, Palette Knife, Plastic Wrap, Poster Edges, Rough Pastels, Smudge Sticke, Sponge, Underpaintinq və Watercolor variantları çıxacaq. Eyni zamanda ekran-pəncərənin sağ tərəfində “Brush Size”, “Brush Details” və “Texture” sözləri yazılmış cədvəli görəcəksiniz. Pəncərənin açıq vəziyyətində Photoshop proqramındakı bu üstünlükdən də istifadə etmək imkanı yaranır. Bu üstünlük açılan pəncərə ilə birlikdə bütün filtrlərin işarə-nişanlarını birlikdə kiçik “pəncərələr” şəklində görünməsinə

İşləniləcək fotoşəkil imkan verir. Beləcə foto şəkilinizə uyğunlaşdira biləcəyiniz bütün təsirləri digər pəncərələri açmadan vahid pəncərədə görəmək imkanı əldə edirsiniz. Tənzimləməyə Lazım olan bu prosesi həyata keçirdikdən sonra əməliyyatı təsdiqləmək üçün “OK” və ya “Enter” düyməsini basın. Beləliklə, siz parlaq görüntülü tülpanın forma-biçimindəki duyulası ümumiləşdirməyə, daha dəqiq desək, ləçəklərinin formasının dəqiqləşdirilməsinə, onu əhatələyən təbiətin daha oynaq fakturalı görünməsinə nail olursunuz... İndi də gəlin bu proqramda portretlə işləmək prosesini izləyək. Bu gün rəqəmsal texnikanın geniş yayıldığı və daha çox rəngli foto şəkillərdən istifadə şəraitində bəzən polixrom görüntülərin ağqara variantına müraciət etmək lazım gəlir. Mövcud foto şəkildə rənglərin dəyişdirilməsi dolayısı həm də onun ağ-qara qrafik həllinin əldə edilməsi kimi qəbul olunur. Bu texnoloji proses daha çox gündəlik həyatda yaradıcı vəzifələrin icrası zamanı ümumi kompozisiyaya keçmişi xatırladan - andıran bədii təəssüratın əldə olunması zamanı tətbiq olunur. Qeyd edək ki, ümumiyyətlə rənglər beynimizdə mövzudan əks olunan şüaların nisbəti və təminetmə miqyasına görə əmələ gəlirlər. Onlar gözün qişasından keçərək, əsəb telləri vasitəsilə beyindəki görmə mərkəzinə gələn şüaları, əks olunan əşyaları

Fotoşəkilin proqramda işlənilməsi təbiətdə olduğu rənglərlə eyni tutumda beyinin görmə mərkəzində görüntüyə çevirirlər.

Rənglərin dolğunluğu onu görən adamdan asılı olaraq dəyişə də bilər. Çünki, beyində yaradılan rəng təşəkkül tutumlu fizioloji prosesin nəticəsidir. Ona görə də hər bir beyin bu rəngləri eyni dolğunluqda görə və qəbul edə bilməz. Bu, bilavasitə dəyişən, motivin-obyektin üzərinə düşən işığın və onun nisbət dəyişikliyi ilə bağlıdır. Başqa sözlə desək, rənglərin dolğun olması üçün əşya-obyekt üzərinə düşən işığın da güclü olması tələb olunur. Kor olan insanlar istisna olmaqla, bütün insanların rəngləri dərk etmələri məhz bu şəkildədir. Ağqara görüntülərin bizə rəngli görüntülərdən daha təsirli görünməsinin, ya da rəngli foto şəkillərin ağqaraya çevrilməsində daha təsirli olmasının səbəbi gözün gördüyü rənglərin xaricində ağ-qara foto şəkilin qarışığından uzaq bir tonda obyekti-əşyanı dramatikləşdirməsidir. Buna xüsusilə dumanlı və tutqun havalarda ağ-qara çəkilişlər aparmaqla əmin olmaq mümkündür. Çünki bu tip, az qala rəngsizləşən havalarda rəngli çəkiliş çox da arzulanan nəticələr

verməz. Bir çox fotoqrafların bu cür havalarda çəkiliş apardıqdan sonra özlərinə verdikləri “Nədən rənglər dolğun alınmır?” sualının cavabı görüntüyə alınan sahədə işığın az olmasından əlavə, həm də obyektdən-əşyadan əks olunan şüaların sensora yetərli miqdarda düşməməsidir.

Odur ki, havada tutqunluq və ya bozumtul tonlar üstünlük təşkil edirsə, onda ağ-qara çəkiliş daha keyfiyyətli alınacaqdır. Müasir dövrdə tətbiq olunan rəqəmsal foto aparatlarının əksəriyyətinin menyusinda ağ-qara çəkiliş aparmaq üçün xüsusu

texniki imkanların olması hər bir fotoqrafa bu cür çəkilişlərdə özünü rahat hiss etməyə əsas verir. Başqa sözlə desək, foto aparatınızda bu modtexniki imkan varsa haqqında söz açdığımız havalarda rahatlıqla çəkilişlər apara bilərsiniz. Əgər bu cür mod-vasitə aparatınızda yoxsa, ya da siz ağqara çəkmək istədiyiniz görüntünü səhvən rəngli çəkmişsinizsə, onda Photoshop proqramından istifadə etməklə bu xətanı aradan qaldıra bilərsiniz.

Əvvəlcə ağ-qara çevriləcək foto şəkili “Open” menyusu vasitəsilə ekrana gətirin. Foto şəkil ekrana gəldikdən sonra “ Adjustments” hissəsindən “Mode” hissəsinə gəlmək və burada da RGB olan modu “Graycale”yə çevirin. Daha sonra “Adjustments”dən “Level”ə gələrək burada mövcud olan üçrənglə ağqaranın dozasını-səviyyəsini istəyinizə müvafiq müəyyənləşdirməklə, bunu arzuladığınız nəticəni əldə edənə kimi davam etdirin.

İndi də gəlin şəhəri bəzəyən memarlıq tikilisinin qrafik görüntüsünü almağa çalışaq. Çox vaxt şəhər görüntülərini əks etdirən belə memarlıq mənzərələrini

günün müxtəlif vaxtlarında çəkmək lazım gəlir. Başqa sözlə desək, belə çəkilişlər həm təbii işıqda, həm də sünü işıqlandırma zamanı aparılır. Bəzən də hər iki işıqdan eyni vaxtda istifadə etmək lazım gəlir. Amma etiraf edək ki. bu iki işıq mənbəyinin qarışığına nəzarəti həyata keçirmək çox çətin bir məsələdir. Belə ki, bu qoşalaşmış işığın təzadınınkontrastının nizamlanması doğrudan da asan iş deyildir. Çəkəcəyiniz kadrın daxilindəki normal təzadın-kontrastın xaricindəki fərqli kontrastatəzada malik sahələr genişləndikcə kontrastıtəzada nəzarət daha da çətinləşir. Təbii olaraq bu an sensorların-aparatın hissetmə qurğusunun bu qədər fərqli kontrast-təzad əhatəliliyinə nəzarət edə bilməsi barəsində düşünmək lazım gəlir. Ancaq etiraf edək ki, bu müasir texnologiya ilə mümkün deyildir. Çünki, hər hansı bir sensorun göz ilə eyni təzad-kontrast aralığına-məsafəsinə çatması bu günki texnologiya ilə sadəcə imkansızdır və böyük

ehtimalla yaxın gələcəkdə də bu yöndə duyulası bir inkişaf gözlənilən deyil. Çünki, normal bir gözün 10.000 fərqli tonu bir-birindən ayıra bilməsinə rəğmən, sensor yaxşı işıq altında ən çoxu 9-10 tonu bir-birindən ayıra bilər. Bundan əlavə, çox yüksək və yaxud çox aşağı kontrastlı-təzadlı görüntüləri çəkmək lazım gələndə də yeni-yeni problemlər ortaya çıxar. Ancaq foto şəkillər bu cür yüksək və ya da aşağı kontrastlı-təzadlı görkəmə malik olduqda, Photoshop proqramındakı “ShadowsHighlights” menyusundan istifadə edərək son nəticədə qənaətbəxş foto şəkillər əldə edə bilərsiniz. Bunun üçün atacağınız ilk addım “Open” menyusu vasitəsilə üzərində texnoloji proses aparılacaq foto şəkili ekrana gətirmək olmalıdır. Foto şəkil ekrana gəldikdən sonra, ekranın üst tərəfində yerləşən “İmage” vasitəsilə “Adjustments”a gəlməklə buradan “Shadows-Highlights”i seçmək lazımdır. Qarşınıza çıxan pəncərədə “Shadows” və “Highlights” cədvəllərini görəcəksiniz. Yuxarıdakı “Shadows” cədvəlini sağa doğru hərəkət etdirdikcə, kölgəli sahələrin vəziyyəti dəyişməklə açılar. Əgər bu proses zamanı hərəkəti sola doğru həyata keçirsəniz, onda kölgəli sahələr əvvəlkindən fərqli olaraq yeniləşməklə azalar. Bu mərhələdə işıqlı sahələrin yeniləşməsində heç bir dəyişiklik baş verməz. Altdakı “Highlights” cədvəlini sağa doğru hərəkət etdirdikdə sadəcə parlaq sahələrin ümumi görkəmi

yeniləşər, daha da təravətli görünər. Hərəkəti sola doğru tətbiq etdikdə isə, sadəcə parlaq sahələrin ümumi görüntüsü bir qədər azalar. Bu mərhələdə kölgəli sahələrin açılmasında-yeniləşməsində heç bir dəyişiklik baş verməz. Bu əməliyyatı daha çox ağ-qara foto şəkillərə tətbiq etməyə çalışın. Çünki, bu menyunun perfomansı rənglilərə nisbətən ağqara foto şəkillərdə özünün daha təsirli olduğunu sərgiləməkdədir. Eyni zamanda pəncərənin altında yerləşən “Show More Options” qutucuğunu açdıqda, mövcud pəncərənin altında açılan ikinci pəncərədən çıxan müxtəlif variantlardan da istifadə edə biləcəyinizi unutmayın. Buradakı nümunələrin hamısını yoxladıqdan sonra “OK” və yaxud da “Enter” düyməsini basmaqla əməliyyatı qəbul etdiyinizi təsdiqləyin.

Photoshop müasir estetik tələblərə cavab verən təbliğat vasitələrinin hazırlanmasında da əvəzsiz texnoloji vasitədir. Bu mənada müxtəlif afişa, plakat, kitab üzlüyü, proqram, dəvətnamə və s. adını çəkmək olar. Çox vaxt bu tip təbliğat vasitələrində təsvirlə şriftin müxtəlif çalarlarının qovuşağını əldə etmək rəssam üçün nə qədər çətin və uzun vaxt tələb edən bir prosesdirsə, fotoşopda bu duyulası dərəcədə tezgələn bir işdir. Nümunə üçün üç rəng və təsvir elementini özündə ehtiva edəcək kitab üzlüyünün hazırlanmasını həyata keçirək. Başqa sözlə desək, bu prosesdə üç müxtəlif və müstəqil kompozisiyaların vahid məkanda birləşdirilməsi tələb olunur. Bunu aparatın çoxsaylı texniki imkanlarından istifadə etməklə gerçəkləşdirmək mümkündür. Qırmızı fonda çəkilmiş insan görüntüsünü, eləcə də işıqlıağ və çox az işığa malik şriftləri növbə ilə fotoşopda üst-üstə qoymaqla kompozisiyanı bütövləşdirmək və işi tamamlamaq olar. Eyni texnologiyanı digər çap məhsullarının hazırlanmasına da tətbiq etmək mümkündür.

ÇALIŞMALAR

1. Müxtəlif yaşlı insan portretlərinin qrafik həlli. 2. Natürmortun qrafik həllinin tapılması. 3. Təbət motivinin qrafik həlli. 4. Memarlıq abidəsinin qrafik həllinin tapılması. 5. İnteryerin qrafik həlli.

This article is from: