2 minute read

ƏDƏBIYYAT

1. Atakişiyeva M., Cəbrayılov M. Azərbaycan milli geyimləri. Moskva,1979. 2. Əfəndiyev R. Azərbaycanın el sənəti. Bakı, 1971. 3. Əfəndiyev R. Azərbaycan dekorativ-tətbiqi sənətləri. Bakı, 1976. 4. Əliyev Z., Xəlilov A. Azərbaycan incəsənəti (ensiklopedik məlumat kitabı). I-III cildlər. Bakı, 2011. 5. Kərimov K., Əfəndiyev R., Rzayev N., Həbibov N.

Azərbaycan incəsənəti.Bakı,1992. 6. Kərimov K. Azərbaycan miniatürləri. Bakı,1980. 7. Kərimov L. Azərbaycan xalçası. I сild. Bakı, 1961. 8. Məmmədov T. Bədii fotoqrafiya. Bakı, 2012. 9. Niyazi M. Orta əsrlər Azərbaycan estetik mədəniyyəti. Bakı, 1981. 10. Sadıqzadə Ş. Qədim Azərbaycan bəzəkləri. Bakı, 1971. 11. Salamzadə Ə. Azərbaycan memarlıq abidələri.

Advertisement

Bakı,1958. 12. Авалов Э. Архитектура города Шуши. Баку, 1977. 13. Аскерова Н. Архитектурный орнамент

Азербайджана. Баку, 1961. 14. Аскерова Н. Дворец Шекинских ханов.

Москва, 1979. 15. Бретаницкий Л., Веймарн Б. Искусство

Азербайджана. Москва, 1976. 16. Бунимович Д. В помощь фотолюбителю.

Москва,1964. 17. Джафарзаде И. Гобустан. Наскальные изображения. Баку, 1973. 18. Дыко Л. Беседы о мастерстве. Москва, 1977. 19. Дыко Л. Основы композиции в фотографии.

Москва,1993. 20. Дейвид Д. Цифровая фотография. Москва,

Bu kitabin nəşrində mənə dəstək olmuş və şəxsi köməklik göstərmiş bütün insanlara, xüsusən də dostlarıma dərin minnətdarliğımı bildirirəm.

Müəllif kitabın hazirlanmasında iştirak etmiş təşkilatlara da öz minnətdarliğini bildirir: Azərbaycan Rəssamlar İttifaqına Azərbaycan Respublikası Mələniyyət və Turizm Nazirliyinə MS Studio, Miniatür Kitab Muzeyinə, İndigo MMCS, TÜRKSOY Beynəlxalq Təşkilatına - çoxsaylı dəvətlər, fotoçəkilişlər üçün yaratdığı imkanlara və Türkiyənin müxtəlif regionları üzrə materialların toplanmasında göstərdiyi köməkliyə görə, ANS şirkətlər qrupuna, PASSAGE jurnalına, MacAz şirkətinə, Baku Jazz mərkəzinə, Krokus City Moll, Aksent Reklam Agentliyinə, Benley şirkətinin Bakı nümayəndəliyinə, Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə, Azərbaycan Hava Yolları şirkətinə “Qız Qalası” Art Galereyasına, Gallereya 1969.

Bütün çəkilişlər plyonkalı və rəqəmsal kamerelar vasitəsi ilə aparılmışdır.

Tahi̇r Məmmədov FOTOQRAFİKA dərslik

12 yaşım olanda ilk dəfə foto kameraya sahib oldum. Foto getdikcə mənim üçün əvəzedilməz məşğuliyyət növünə çevrildi. Hələ yeniyetmə ikən fotoqrafiya ilə maraqlanmağa başlayandan gözəl şəkillər çəkmək üçün bu sənətlə bağlı hər şeyi öyrənməyə çalışmışam. Fotoqrafiya sənətinə aid bədii jurnallara abunə yazılıb, onların hər yeni nömrəsini əldə etməyi səbirsizliklə gözləyirdim. Müşahidələrim mənə tədricən işığın xüsusiyyətini dərk etməyə, havanın mənzərəyə necə təsir göstərdiyini və onun bütün fəsillərdə necə dəyişildiyini görüb, dərk etməyə imkan verdi.

Mən fotokameranı əldə etdikdən sonra, o mənim təbiətlə ünsiyyətimdə ayrılmaz ortağım oldu. Tədricən təcrübə topladım və çəkdiyim foto şəkillər getdikcə məndə böyük sevinc hissi doğurmağa başladı. Bu kitabı yazmaqda məqsədim illər öncə fotoqrafiyada özüm üçün açdığım cığırlar ilə sizi tanış etməkdir. Birinci fəsildə biz fotoqrafiyanın texniki məsələlərini gözdən keçirəcək, fotokameranın təchizat seçimi, istifadəsi, həm də rəqəmsal texnika ilə müqayisədə fotoplyonkanın üstünlüyü və ya əksinə, rəqəmsal texnikanın yüksək keyfiyyətindən bəhs edəcəyik. Bundan sonra əsas çəkiliş prosesindən daha ətraflı danışacağıq. Səyahətin planlaşdırılması, işığın xüsusiyyətlərinin başa düşülməsi, ekspozisiya, kadr kompozisiyasının qurulması və s. ilə tanış olacağıq. Mənzərə çəkilişlərinin incəlikləri və şəhər mənzərəsinin bizə verdiyi imkanlara baxaq; şəhərin bütün diqqətəlayiq yerləri və nəhayət, insanın özü… Bütün bunlar professional fotoqrafın bitib-tükənməz ilham mənbəyidir. Bu kitabın ərsəyə gəlməsi mənin üçün qısa zaman kəsiyində maraqlı, cəlbedici məşğuliyyət olub, nə vaxtsa əlimə aldığım kameranı və fotoqrafiya ilə məşğul olmağa başladığım ilk illəri xatırlatdı. Topladığım təcrübə bu gün də mənə yaradıcılıq imkanlarımı səfərbər etməyə kömək olur.

This article is from: