6 minute read

NATÜRMORTUN ÇƏKILIŞI

Next Article
ƏDƏBIYYAT

ƏDƏBIYYAT

NATÜRMORTUN ÇƏKİLİŞİ Bizi əhatə edən həyatda rast gəldiyimiz çoxsaylı hadisələrin və görkəmli şəxsiyyətlərin, ecazkarlıgı insanı duygulandıran təbiət mənzərələrin, eləcə də fauna və flora aləminin incəsənətin müxtəlif növlərinin, eləcə də bu sahədə başqaları ilə müqayisədə hələ ki, duyulası gəncliyini yaşayan fotoqrafiyanın əbədi mövzusuna çevrilməsi səbəbsiz deyil. Əgər incəsənət tarixinin ən qədim növ və janrlarının yaranma və təşəkkül tarixinə çox qısa ekskurs etsək belə, bu səbəbə cavab tapa bilərik. Dünyaya çılpaq gələn insan övladının daha sonralar nəfsinin varlıgının ifadəsi ilə çox təzadlı hansı həyat yolları keçməsinin qarşılıgında deyə bilərik ki, o, bu təzadlarla dolu bu mərhələdə özünü geyimlə, yeməkiçməklə, gərəkli əşyalarla təmin etməklə, həm də çox tezliklə özünün estetik duyumunu sərgiləmiş oldu. Bu ifadənin ən qabarıq görünən əlaməti onun geyimlərini, istifadə etdiyi məişət əşyalarını, işlətdiyi

Advertisement

silahını əvvəlcə sadə, sonra isə daha mürəkkəb naxış selinə bəzəməsi, müxtəlif insan və heyvan təsvirləri ilə örtməsi oldu. Əvvəlcə sərt qayaları və magara divarlarını, sonra isə daha “yumşaq” səthləri fərdi gözəllik və dünya duyumunun ifadəsi üçün məkan seçən insanın çox qısa zaman kəsiyində bir vaxtlar çoxlarına adi görünən “şəkillərinin” sonradan böyük sənət əsərlərinə çevrilməsinin qarşılıgında həm özünü təsdiqlədi, həm də bəşəriyyət üçün dünən də, bu gün də və heç şübhəsiz yəqin ki, sabah da mənəvi qaynaga çevrilən və çevriləcək sənət nümunələri yaratmış oldu. Bəşər övladının davamlı axtarışları sayəsində incəsənət cəmiyyət üçün əsl mənəvi qidaya çevrildi desək, yanılmarıq. Bu gün bu zəngin “qida” saxlancında təsviri sənətin ayrılmaz tərkib hissəsi olan natürmortun özünəməxsus bədii-estetik yeri vardır desək, yanılmarıq. Bu mənada rəssamlıgın bir çox janrları kimi natürmortun da çoxdan digər sənət növlərində də yer almasını, o cümlədən də fotoqrafiyada yaradıcı adamlar üçün özünüifadə vasitəsinə çevrilməsini təbii saymaq olar.

Bu yerdə qeyd edək ki, fotoqrafiyanın anı “saxlayan” vasitə kimi təqdim edilməsinin və bu mühüm məqamın görüntüyə alınanlar üçün duyulası önəm kəsb etməsinin qarşılıgında, elə əvvəlcədən “cansız əşya və ölü təbiət” anlamında qəbul olunan natürmortun klassik donuqluguna bədii tutum vermək fotoqrafiyan ən başlıca yaradıcılıq vəzifəsi olmuşdur desək, yanılmarıq.

Dogrudan da “ həyatını” özünün donuqlugunda yaşadan və ifadə edən əşyaları bir araya toplamaqla onun həm də bədiiləşdirilməsini şərtləndirən bu janrın əslində bədii-estetik tutumu və təsir enerjisi kifayət qədərdir. Heç şübhəsiz təsviri və tətbiqi

sənətdə oldugu kimi fotoqrafiyada da bunu ifadə etmək üçün lazım olan qədər texniki vasitələr və bədii imkanlar mövcuddur.

Əgər desək ki, bu janr rəssamlıqda oldugu kimi, elə foto sənətində də təsvirə alınan modellərin təsvirində köməkçi atribut kimi özünü sərgiləyib, yəqin ki, yanılmarıq. Təsviri sənətin daha çox süjetli tablo və portret janrlarında obrazları görüntüsünü zənginləşdirən, çox vaxt da bu adamların cəmiyyətdə mövqeyini və peşəsini rəmzi ifadə edən müxtəlif əşyalar həqiqətən də həmin əsərlərin ayrılmaz detalı kimi qəbul olunurlar. Hökmdarın başı taclı, alimin əli kitablı, rəssamın palitralı və fırçalı, ovçunun tüfəngli və uşagın oyuncaqlı təsviri nə qədər təbii baxılır və qəbul olunur. Bax beləcə, yaradıcıların insanın vaxtaşırı, bəzən də hər gün istifadə etdiyi əşyaları zəngin bədii – estetik tutumlu təsviri sənət əsərlərinin tərkib hissəsinə çevirməsi bu günə kimi davam etsə də, çoxlarına adi və sadə görünən bu əşyalardakı duygulandırıcı bədii enerjinin müstəqil təqdimatının fərqli təsir gücünə malik olması onların ayrıca ifadəsini şərtləndirib.

XV-XVI əsrlərdən təsviri sənətin süjetli tablo, tarixi və portret janrlarında çəkilmiş əsərlərinə köməkçi detal-atribut kimi daxil edilən “cansız” əşyaların rəssamlıqda “müstəqilləşməsi”nin dəqiq

tarixi XVII əsrə təsadüf etsə də, yalnız XIX əsrdən təşəkkül tapmaga başlayan fotoqrafiyada isə əvvəlcə “köməkçi” olan müxtəlif əşyaların ayrıca təqdimatı bir qədər sonra baş tutmuşdur.

Çox vaxt yaradıcılıq məsələlərində kifayət qədər səriştəsi olmayan adamların görüntüyə alınan və bəzən də onlara çox adi görünən motivlərdə fotoqrafların hansı bədii məziyyət tapdıqlarına yönəli özlərində yaratdıqları şübhələri, məntiqli izahatdan sonra “əritmələri” də bu günümüz üçün təəccüblü deyil.

Etiraf edək ki, dünyanın ən müxtəlif ölkələrində yaşayan rəssamlar həyatımızı bəzəyən çoxsaylı əşyalardan, müxtəlif biçimli meyvələrdən və rəngbərəng gül-çiçəklərdən öz əsərlərində tamaşaçısını duygulandıran vasitə kimi istifadə ediblər. Dogrudan da zahirən cəlbedici və çox canlı görünən,əslində isə “cansız” qəbul olunan həmin əşyaların forma müxtəlifliyində və çeşidli rəng çalarlarında insanın ruhunu nikbin ovqata kökləyən kifayət qədər bədii-estetik məqamlar mövcuddur. Amma zaman axarında yaradıcı təxəyyüllərinin hər hansı çərçivəyə sıgışmadıgını sərgiləyən dünyanın, o cümlədən də Azərbaycanın neçə-neçə sənətkarı həmin “cansız” sayılan əşyaları mənalandırmagı bacardılar və onlar əvvəlcə tematik tablolarda, sonra isə müstəqil janrın məna-məzmun daşıyıcısı kimi təqdimatında ölçü etibarilə çox kiçik olsalar da sözün əsl mənasında böyük məna, fəlsəfi tutum daşıyıcılarına çevrildilər. Meyvələrə və əşyalara bu cür yanaşma zamanında o qədər “qanuni” hal aldı ki, artıq tamaşaçı tabloda əsas yer tutan fiqurla bərabər ora daxil edilən əşyalara xüsusi diqqət yetirməyə başladı. Onlar əmin idilər ki, rəssam bu əşyaları sadəcə kompoziyanı doldurmaq, ona rəngarənglik qatmaq üçün əsərə daxil etməyib və mütləq bu cisimlər hansısa rəmzləşdirilmiş mətləbin daşıyıcısıdır. Etiraf edək ki, Qərbi Avropa rəssamlıgında uzun müddət süjetininn məna tutumu sirr qatına bələnmiş bir çox tabloların əsl mahiyyəti məhz oradakı obrazların əlində tutdugu və yaxud əhatələndiyi əşyaların rəmzi mənasının izahı və obrazla əlaqəsinin tapılması ilə müəyyənləşdirilmişdir.

Natürmort janrına və onun kifayət qədər dərin məna-məzmun daşıyıcılıgının izahına yönəli bu ətraflı izahın arxasında təbii ki, onun fotoqrafiyada tutdugu yeri və tamaşaçılara aşılaya biləcək mənəvi dəyərlər tutumunu müəyyənləşdirmək durur.

Biz bu janrla baglı, daha dəqiq desək, onun studiyadan kənarda qurulmuş variantının çəkilişi ilə baglı fikirlərimizi sizinlə bölüşmüşük. İndi isə bu janr barəsində söhbət aparırıq. Təbii ki, dediklərimiz mahiyyətcə həm studiyada, həm də onun hüdudlarından kənarda işlənən natürmortlara aiddir. Bu prosesdə ən qabarıq görünən bədii yaşantıxüsusiyyıt şərait və məkan müxtəlifliyinin fırça və yaxud fotokamera ilə çəkilməsi nəzərdə tutulan əşyalara fərqli təsir göstərməsidir. Diqqət yetirsəniz, açıq havada və otaq şəraitində qurulan natürmortlara auranın təsiri fərqli oldugundan diqqətli baxışda hər bir əşyanın daşıdıgı rəng tutumunun havanın və əşyaların, eləcə də əhatələndikləri müxtəlif rəngli parçaların bir-birinə təsiri ilə, başqa sözlə desək reflekslərin sayəsində çalar bolluguna düşdüyünə əmin olmaq mümkündür. Bu yerdə əlavə edək ki, bu reflekslərin gücü studiyada açıq havaya nisbətən zəif olacaqdır. Otaq şəraitində çox vaxt süni işıqlandırmadan istifadə olunsa da, texniki müdaxilə bədii effektin itirilməsinə səbəb olan kompensasiyanı əvəzləyə bilmir.

Əlbəttə ki, ümumi bədii-estetik tutuma o qədər də mənfi təsir göstərməyən bu duruma görə təəssüflənməyə dəyməz. Çünki, bu “itki”nin yerini başqa vasitələrlə doldurmaq olar və buna fotoqrafiyanın imkanları çatır. Bu mənada studiya şəraitində fotoqrafiyanın malik oldugu texniki vasitələrin köməyi ilə kifayət qədər işıq “oyunu”nun yaradılmasının mümkünlüyünü foto həvəskarlarının diqqətinə çatdırmaq istəyirik. Qeyd edək ki, işıgın gücünün azaldılıb-çoxaldılması ilə həm rəngli, həm də ag-qara fotoqrafiyada cizgi və rəng tonallıgının dəyişməsinə əyani şahidlik etmək mümkündür. Etiraf edək ki, gözümüzdə çox vaxt adiləşən müxtəlif əşyaların studiya şəraitində kifayət qədər duygulandırıcı görkəm, müəllif niyyətinə rəgmən bəzən də bir-birindən fərqli məna-məzmun yükü

alması heç şübhəsiz fotoqrafiyanın natürmort janrının estetik tutumu ilə FOTOQRAFİKAnın bədii imkanlarını qoşalaşdıra bilməsinin nəticəsidir...

Bütün bu sadaladıgımız müsbıt məziyyətlərin mövcudluguna baxmayaraq bəzən natürmort janrında çəkilmiş fotoqrafiya nümunələrinə onun bədii tutumunu daha da dərinləşdirəcək fotoqrafik müdaxiləyə ehtiyac olur. Görüntünün ümumi təsvirinə duyulası qrafik xüsusiyyət verilməsinin sayəsində yaranışına görə fotoqrafiya nümunəsi olan bu nümunə özündə foto və rəsmin qovşagını yaşadan özünəməxsus bədii qaynaga çevrilir desək, yanılmarıq. Təbii ki, bu prosesdə yaradıcıdan həm rəssam duyumu, həm də fotoqraf görümü tələb olunur. Yalnız bu iki xüsusiyyətin ugurlu sintezinə nail olmaqla duygulandırıcı natürmortu cəlbedici fotoqrafika nümunəsinə çevirmək olar. Bunun üçünsə bu anda rəssam-fotoqraf peşəkarlıgını özündə artıq hifz edən yaradıcıya fotoşop proqramının bədii-texniki xüsusiyyətlərindən istifadə səriştəsi tələb olunur...

ÇALIŞMALAR:

1. Müxtəlif meyvələrdən ibarət natürmortun çəkilişi. 2. İçərisi üzümlə dolu səbətlərdən ibarət natürmortun çəkilişi. 3. Qədim abidə fonunda mis qablardan ibarət natürmortun çəkilişi. 4. Müxtəlif formalı gil qablardan ibarət natürmortun çəkiılişi. 5. Dekortaiv-tətbiqi sənət nümunələrindən ibarət natürmortun çəkilişi.

This article is from: