7 minute read

İNTERYER

Fotoaparatın möcüzələr yaratdıgını eşidən və ona meyllənən hər kəs çox tezliklə sərgi salonlarında və kitablarda gördüyü heyrət dogurucu fotolardan heç də geri qalmayacaq nümunələr çəkəcəyini güman edir. Amma çox tezliklə bunun heç də belə olmadıgına əmin olur. Hər bir peşəyə yiyələnmədə müşahidə olunan bu vəziyyət fotoqrafiyaya ciddi münasibət verən heç kimi həvəsdən salmamalıdır. Bu halı obyektivi hər hansı bir binanın daxilindəki qeyri-adi gözəlliyi görən və onu çəkməyə qərar verən foto həvəskarları daha tez-tez yaşayırlar. Çünki, onlara uzanıb gedən muzey salonunu, memarlıq abidsinin interyerini, o cümlədən də şəxsi evinin zövqünə uygun bəzədiyi daxili gözəlliyini çəkmək asan gəlir. Obrazlı desək, düyməni basmaqla adi gözlə görünən cəlbedici görüntü bütün dəqiqliyi ilə lentə köçürülür və az sonra onlar üçün qürurverici mənəvi qaynaga çevrilirlər. Təbii ki, bu belə deyil. Fotoqrafiyanın bütün janrlarında oldugu kimi interyer çəkilişi də foto həvəskarından obyektə diqqətlə yanaşmagı, görüntüyə alınacaq məkanın daha qabarıq, həm də arxa planda qalan memarlıq ünsürlərinin tutumunu müəyyənləşdirməyi, onların önə çıxarılmasını şərtləndirən işıq mənbələrini dəqiqləşdirməyi, lazım gələrsə onları gücləndirməyi tələb edir. Yalnız bundan sonra foto həvəskarı ugurlu kadrın alınacagına ümid edə bilər...

Etiraf edək ki, fotoqrafiya çəkilişləri arasında önəmli və çətin sayıla biləcək sahələrindən biri də iç məkanda-interyerdə görüntülərin kameranın yaddaşına köçürülməsidir. İç məkandakı işıgın azlıgı nəzərdə tutulan çəkilişlərə lazımı qədər yardımçı olmadıgından nəzəri baxımdan görüntünün təzaddan uzaq tutumlu olacagını şərtləndirir. Gəlin birlikdə interyerdə nəzərdə tutulan çəkilişə yardımçı olacaq şəraiti yaratmaga çalışaq. Beləliklə, işıgın zəif oldugu halda nə etmək lazımdır?

Advertisement

Ənənəvi iç məkan işıqlandırmaları adətən yaşayış faktoruna yetərli olurlar. Ancaq bu çox vaxt ugurlu çəkiliş üçün azlıq edir. Başqa sözlə desək, bu işıqlar foto çəkilişi prosesində fotoqrafa gərəkli texniki durumu-diafraqma və obyektivin baglanma sürətinə müsbət təsir göstərəcək dərəcədə olmaya bilir.

Bunu aradan qaldırmagın iki yolu var. Birincisi ASA (Amerikan Standartlar Birliyi tərəfındən təsdiqlənən işıga həssas ləvazımatları dərəcələndirmə metodu) dəyərlərini – göstəricilərini yuxarı çıxartmaq, ya da varsa foto qıgılcımdan istifadə etmək lazımdır. Bu səbəbdən interyer çəkilişlərində əksəriyyət hallarda əlavə işıqlandırmaya ehtiyac duyulur. Bunların önündə də heç şübhəsiz gün işıgı durur. Bu

çəkilişlərdə əgər içəriyə gün işıgı daxil olursa, həmin məqamda atılacaq ən önəmli addım bu işıgı əsas mənbə kimi götürməklə dəyərləndirmək və istifadə etmək lazımdır.

Bəs interyer çəkilişlərində foto qıgılcımlardan necə istifadə olunur? Yaranmış vəziyyətdə hansı addımlar atılmalıdır? Öncə çöldən gələn işıgı pəncərədən ölçmək gərəkdir. Bunun 125/11 olacagı ehtimal olunandır. Bunun ardınca içəridə də eyni gücdə içıq mexanizmi qurmaq lazımdır. Bunun üçün gün işıgı ilə eyni rəng istiliyinə malik foto qıgılcımlarından istifadə ən dogru yoldur. Foto qıgılcımları mümkün oldugu qədər fotoaparatın baxış bucagının xaricinə çıxarın. Və bu işıqları qurarkən onları interyerin hər sahəsinə bərabər işıq yaya biləcək vəziyyətdə yerləşdirin. Onların üzünü özəlliklə pəncərələrdə işıgın əks olunmaması üçün tavana çevirin. İstifadə etdiyiniz xüsusi cihazla foto qıgılcımın otagın hər sahəsinə 11 diafraqmalık işıgı buraxana kimi foto qıgılcımların yönünün və gücünün müəyyənləşdirilməsi ilə məşgul olun. Sonda hər tərəfə yayılan işıgın gücü 11 diafraqma bərabər olduqda, fotoaparatınızın baglama sürətini və diafraqmanı 125/11 ölçüdə tənzimləyərək çəkilişi gerçəkləşdirin.

Əgər çəkilişi interyerdəki işıgın gücü ilə həyata keçirmək istəyirsinizsə, içəridəki işıgın xaricdəki gün işıgından daha aşagı səviyyədə oldugunu unutmayın. Belə durumlarda pəncərələr kadra daxil ediləcəksə bu bölgələrdə mütləq işıq partlayışı olacaqdır. Bu da görüntünün arzulanan səviyyədə alınmasına imkan verməyəcəkdir. Ən yaxşısı bu pəncərələrin ümuniyyətlə kadra daxil edilməməsidir. Əgər həmin pəncərələri kadra daxil etməyə məcbursunuzsa, onda önünə tül və ya da ona oxşar parça asmaga, çöldən gələn işıgın səviyyəsini şəffaf materiallarla azaltmaga çalışın.

Bəs məkan dərinliyinin ifadəsi necə həyata keçirilir? Dogrudan da interyer çəkilişlərində fotoqrafların həllinə çalışdıqları digər bir məsələ də kadrda dərinliyə nail olunmasıdır. Çünki, çəkilən üç ölçülü iç məkanın hər tərəfi dəqiq görünməlidir. Bu halda, yəni, dərinliyin bu üç ölçüsünün hər birində görüntünün dəqiq alınması üçün mütləq diafraqmanı mümkün qədər azaltmaq, başqa sözlə desək, kiçik diafraqma ilə çəkilişi aparmaq lazımdır. Ancaq interyer çəkilişlərində əksər hallarda işıqlandırma yetərincə olmadıgından və diafraqma sona qədər azaldılıgından, obyektivin baglanma sürətini də aşagı salmaq məcburiyyətində qalacaqsınız.

Bunu bir çox interyer çəkilişlərində tətbiq etmək olar. Ancaq bunu insan təsvirlərində tətbiq etmək arzulanan nəticəni vermir, belə ki, baglayıcının sürətinin aşagı düşməsi insan görüntüsünün dəqiq

alınmasına mane olur. Bunun qarşısını almaq üçün digital fotoaparatların ASA dəyərlərinigöstəricilərini yüksəltmək gərəkdir. Eyni zamanda məkan dərinliyinin bütün məkanda dəqiqliyini əldə etmək üçün çəkiliş aparılan yerin özü də önəmlidir. Başqa cür desək, bu yerdə diafraqmanı sona qədər azaltmaq da köməyə çatmır. Çünki, bir çox fotoqrafçılar dəqiqliyi sonsuzluqla əlaqələndirir. Bu da ön tərəflərin yaygın çıxmasına səbəb olur. Ona görə də dəqiqliyi 1/10-a müvafiq əldə etməyə çalışın. Yəni, çəkiliş apardıgınız məkanın dərinliyi 10 metrə çatırsa, dəqiqliyi 1 metrin üzərində qurun.

Əslində interyer çəkilişində obyektin statikliyi fotoqrafa vəziyyəti lazımı qədər dəyərləndirməyə, kameranı hazırlamaga və münasib çəkiliş nöqtəsi seçməyə imkan verir. Demək lazımdır ki, elə kompozisiyanın öyrənilməsi üçün də bu daşınmaz obyektlər ən yaxşı qaynaq ola bilər.

İnteryer çəkilişində ilk növbədə süjet seçimindən sonra onun daha yaxşı hansı nöqtədən çəkiləcəyini müəyyənləşdirmək lazımdır. Bir çox hallarda çəkilişin yaxın məsafədən aparılması onun əsas hissəsini daha parlaq görüntüsünün alınmasına,detallarının vurgulanmasına imkan verir. Obyektin xüsusi dayaq üzərində yerləşdirilmiş kamera ilə çəkilişinin son nəticənin ugurlu olmasına da az təsir göstərmir. Məhz belə çəkiliş kadrın daha canlı alınmasını şərtləndirir.

Hesab edirik ki, fotoqraf heç vaxt həyatda daha çox üfüqi xətlərə rast gəldiyini unutmamalıdır. Onun bina daxilində-interyerdə mövcudlugu da danılmazdır. Başqa obyektlərdə, xüsusilə də təbiət motivlərində onun təsviri iki hissəyə bölməsi ilə müxtəlif və müstəqil qəbul olunacaq məkanın yaranması, bu görüntülərə müəyyən yarımçıqlıq bəxş etməsinə baxmayaraq onlar elə ayrı-ayrılıqda da bədii-estetik dəyərli oldugunu sərgiləmək gücündədir. Buna baxmayaraq etiraf etmək lazımdır ki, hər bir kadrda diaqonalların mövcudlugu hər bir kadrı dəyişmək, onu daha qeyri-adi və cəlbedici etmək gücündədir. Onların kadrda yüksələn və enən durumda olmasını görüntünün ümumi kompozisiyasının gözoxşayanlıgına təsiri də kifayət qədərdir desək, yanılmarıq. Kadrın sol aşagı küncündən sag yuxarı hissəsinə uzanan yüksələn diaqonal (onu “major” da adlandırırlar) ümumi görüntüyə müsbət emosiyalar aşılamaq gücündədir. Gözün yüksələn diaqonal boyu hərəkətinin cəldliyi və dinamikliyi də elə onun daşıdıgı məziyyətlərlə əlaqədardır.

Enən-aşagı düşən diaqonalla (ona “minor” da deyirlər) baglı baş verənlər isə bir qədər fərqlidir. Belə ki, yuxarıya istiqamətlənən hərəkət gərginliyi, aşagıya tərəf gedən isə yüngüllüyü ifadə edir.

Fotoqrafiya kadrını obrazlı şəkildə tərəziyə də bənzətmək olar. Əgər çəkiliş obyekti fotonun mərkəzində yerləşirsə, kompoziya tarazlaşdırılmış biçimdə olacaqdır. Mütəxəssislər bunu standart yanaşma hesab edirlər. Ancaq yeri gəlmişkən deyək ki, kompozisiyanı başqa üsullarla tarazlaşdırmaq olar. Məsələn, görüntünün əsas hissəsini bir qədər geri çəkməklə, yəni, aşagı sonluqla əsas təsvirin başlangıcı arasında müəyyən məsafə qoymaqla bu tarazlıgı əldə etmək olar. Bu üsul mənzərələrin, hərəkətli motivlərin çəkilişi üçün də keçərlidir...

İnteryerlərin görüntüsünün çəkilişində, daha dogrusu kompozisiya həllində məşhur “Qızılı kəsişmə”dən istifadənin də cəlbedici təsvirin alınmasına müsbət təsiri böyükdür desək, yanılmarıq. Məlumdur ki, bu kəsişməni şərtləndirən xətlərin arasındakı zona ən optimal - sakit və

daha cəlbedici baxılır. Bu halda obyektivin baxışı ilk növbədə bilavasitə xətlərin üzərində və onların kəsişdiyi nöqtələrə, bilavasitə interyer çəkilişində isə binanın daxilinin bədii-estetik yükünü daşıyan memarlıq ünsürlərinə tuşlanır...

Çəkiliş zamanı görüntüyə alınan obyektə “Qızılı kəsişmə” kimi “həndəsi mövqeləndirmə” baxışının da interyerin kadra alınmasında müəyyən rolu ola bilər. Bu yerdə qeyd edək ki, mütəxəssislər çoxdan kompozisiyada mövcud olan üçbucaq fotoqrafiya nümunəsinin oyatdıgı təəssüratı artırmaq gücündədir. Əgər onu zirvələrdən birinə qoymaqla kompozisiyaya dayanaqsızlıq gətirmək olarsa, əksinə, üçbucagı oturacaqda yerləşdirməklə yenilməzlik duygusunu yaratmaq olar.

Heç şübhəsiz, bütün yuxarıda vurgulanan tövsiyyələrin fotoqrafiyaya yenicə qədəm qoyan hər kəsin yerinə yetirməsindən və bu sahədə müəyyən təcrübə toplamasından sonra onu əhatə edən gerçəklikdə maraqlı motiv seçəcəyi, gördüklərini hamı üçün maraq dogura biləcək kadra-təsvirə çevirəcəyi şübhəsizdir.

Bu istiqamətdə foto həvəskarlarına sonuncu praktiki məsləhətimiz artıq çəkilən kadrla işləmək barəsindədir. Belə ki, məlum oldugu kimi hər çəkilən kadrı daşıdıgı tutumda çap etmək, ictimailəşdirmək düzgün deyil. Ona görə də görüntüyə alınan interyerəkadra daxil olub onun ümumi görüntüsünü korlaya biləcək artıq detallardan azad etmək lazımdır. Yalnız bundan sonra ondan istifadə etmək olar.

İnteryer təsvir olunmuş şəkili bədiiləşdirmək, ona qrafik münasibət bidirmək üçün fotoşop proqramından istifadə etmək lazımdır. İşlənmiş fotolardan layihələrin işlənilməsində, memarlıgın təbligatı ilə baglı reklam vasitələrində, memarlıq qoruluqlarının məkan tərtibatında geniş istifadə etmək mümkündür.

ÇALIŞMALAR:

1. Şirvanşahlar sarayında interyer çəkilişinin aparılması və onu fotoqrafika vasitəsilə reklam üçün hazırlanması; 2. Heydər Əliyev sarayında çəkilişin aparılması və fotoqrafiya üsulu ilə afişa üçün hazırlanması; 3. Nizami Gəncəvi adına Milli Azərbaycan

Ədəbiyyatı Muzeyində interyer çəkilişinin aparılması və fotoqrafika üsulu ilə muzey ekspozisiyasında istfadəyə hazırlanması; 4. Azərbaycan Dövlət Milli İncəsənət Muzeyinin interyerində çəkilişin aparılması və onun fotoqrafika üsulu vasitəsilə təsviri sənət üzrə byennalenin tərtibatında istifadəyə hazırlanması; 5. Şadlıq evlərinin birində interyer çəkilişinin aparılması və fotoqrafika ilə toy dəvətnamələrinin tərtibatında istifadəyə hazırlanması;

This article is from: