Fotoqrafika

Page 134

130|FOTOQRAFİKA

İNTERYER Fotoaparatın möcüzələr yaratdıgını eşidən və ona meyllənən hər kəs çox tezliklə sərgi salonlarında və kitablarda gördüyü heyrət dogurucu fotolardan heç də geri qalmayacaq nümunələr çəkəcəyini güman edir. Amma çox tezliklə bunun heç də belə olmadıgına əmin olur. Hər bir peşəyə yiyələnmədə müşahidə olunan bu vəziyyət fotoqrafiyaya ciddi münasibət verən heç kimi həvəsdən salmamalıdır. Bu halı obyektivi hər hansı bir binanın daxilindəki qeyri-adi gözəlliyi görən və onu çəkməyə qərar verən foto həvəskarları daha tez-tez yaşayırlar. Çünki, onlara uzanıb gedən muzey salonunu, memarlıq abidsinin interyerini, o cümlədən də şəxsi evinin zövqünə uygun bəzədiyi daxili gözəlliyini çəkmək asan gəlir. Obrazlı desək, düyməni basmaqla adi gözlə görünən cəlbedici görüntü bütün dəqiqliyi ilə lentə köçürülür və az sonra onlar üçün qürurverici mənəvi qaynaga çevrilirlər. Təbii ki, bu belə deyil. Fotoqrafiyanın bütün janrlarında oldugu kimi interyer çəkilişi də foto həvəskarından obyektə diqqətlə yanaşmagı, görüntüyə alınacaq məkanın daha qabarıq, həm də arxa planda qalan memarlıq ünsürlərinin tutumunu müəyyənləşdirməyi, onların önə çıxarılmasını şərtləndirən işıq mənbələrini dəqiqləşdirməyi, lazım gələrsə onları gücləndirməyi tələb edir. Yalnız bundan sonra foto həvəskarı ugurlu kadrın alınacagına ümid edə bilər... Etiraf edək ki, fotoqrafiya çəkilişləri arasında önəmli və çətin sayıla biləcək sahələrindən biri də iç məkanda-interyerdə görüntülərin kameranın yaddaşına köçürülməsidir. İç məkandakı işıgın azlıgı nəzərdə tutulan çəkilişlərə lazımı qədər yardımçı olmadıgından nəzəri baxımdan görüntünün təzaddan uzaq tutumlu olacagını şərtləndirir. Gəlin birlikdə interyerdə nəzərdə tutulan çəkilişə yardımçı olacaq şəraiti yaratmaga çalışaq. Beləliklə, işıgın zəif oldugu halda nə etmək lazımdır? Ənənəvi iç məkan işıqlandırmaları adətən yaşayış faktoruna yetərli olurlar. Ancaq bu çox vaxt ugurlu çəkiliş üçün azlıq edir. Başqa sözlə desək, bu işıqlar foto çəkilişi prosesində fotoqrafa gərəkli texniki durumu-diafraqma və obyektivin baglanma sürətinə müsbət təsir göstərəcək dərəcədə olmaya bilir.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.