18 minute read

YENI FOTO TEXNIKA,YENI FOTO MATERIALLARLA VƏ PROSESLƏRLƏ TANIŞLIQ

Next Article
ƏDƏBIYYAT

ƏDƏBIYYAT

YENİ FOTO TEXNİKA,

YENİ FOTO MATERİALLARLA VƏ PROSESLƏRLƏ TANIŞLIQ

Advertisement

Gəlin yeni texnika, foto material və proseslərlə tanışlıqdan əvvəl fotoqrafiyaya meyl göstərən fərdlərə bu sahədə seçim etməkdə yardımçı olmağa çalışaq. Belə ki, bu çox önəmli məsələdir. Başqa sözlə desək, böyük həvəs və ümidlə bu sahədə özünü sınamağa qərar verən insanlar müəyyən zaman kəsiyindən sonra özünü və başqalarını təmin edəcək nəticələr əldə etmək istəyirsə, heç şübhəsiz texnika seçimində xüsusilə diqqətli olmalıdır.

Əvvəlki dövrlərdən fərqli olaraq bu gün fototexnikanın əldə olunması bu işlə məşğul olanlar üçün heç bir problem yaratmır desək, yanılmarıq. Amma bununla belə fotoqrafiyaya qədəm qoyan hər kəs məhz bu addımı atanda, başqa sözlə desək, onun arzularını yüksək səviyyədə icra edəcək texnika seçimi edəndə duyulası tərəddüd keçirir. Yaxınlarının və dostlarının əlində bir-birindən çox fərqli fotokamera görəndə seçimə hazırlaşan fərdin bu tərəddüdü yəqin ki, təbii qəbul olunmalıdır. Qeyd edək ki, onun həmin adamlara müraciətindən sonra aldığı cavablar, yaşanan bu tərəddüdü bir az da möhkəmləndirir. Belə ki, hər kəs istifadə etdiyi texnikanı tərifləyir, onun üstün cəhətlərini vurğulayır. Bunu da təbii qəbul etmək lazımdır. İlk növbədə bu məmnunluğu şərtləndirən səbəb texnikadan istifadə edənin onu hansı məqsədlə aldığı şərtləndirir.

Bildiyimiz kimi, hər bir fotoaparatın uğurlu çəkiliş aparmaq üçün ümumi texniki imkanları olsa da, əsasən onların hər birində gerçəkliyin hansısa sahəsini, həyatımız boyu üz-üzə, göz-gözə qaldığımız gerçəklikdə gördüyümüz müxtəlif canlı və cansız varlıqları daha qabarıq görüntüyə almaq, onları özünün zövq qaynağına çevirmək üçün xüsusi imkanlar olur. Yəqin ki, dinamik dəyişikliklərini adi baxışla izləməyin çətinlik törətdiyi müxtəlif idman yarışlarını, başı buludlara söykənən ağaca dirmaşan dələnin və yaxud meymunun görüntüsünü, həyatın acılı-şirinli yaşantılarını canından keçirmiş ahıl insanların baxışlarında kök salmış nisgili, oğulqız və nəvə-nəticə uğurundan qanadlanan baba və nənənin, ata-ananın coşub-daşan sevincini bütün incəliklərinə kimi hansısa həvəskarlar üçün nəzərdə tutulan, keyfiyyəti və bədii-texniki imkanları bir o qədər də geniş olmayan fotoaparatla çəkmək, ifadə etmək mümkün deyil. Təbii ki, bu məqsədlərin reallaşdırılması üçün xüsusi fotokameralar, görüntünü bütün dəqiqliyi ilə lentin yaddaşına köçürməyə imkan verən obyektivlər mövcuddur. Onların satış qiymətinin keyfiyyət daşıyıcılığına müvafiq olmasını da haradasa təbii qarşılamaq lazımdır. Bu yerdə onu da əlavə edək ki, bahalı texnikanın əldə olunması hələ gələcək uğurların təmin olunması demək deyildir. Odur ki, hər bir texnika ondan istifadə edənin məqsədinə uygun seçilməlidir. Qeyd etdiyimiz kimi indi satışdan istənilən texnikanı almaq mümkündür...

Məlumdur ki, fotoqrafiya yaranan gündən başlayaraq ona yönəli tələbatın artmasının və onun inkişafının davamlı şəkil almasının qarşılığında daha mükəmməl təsvirlərin əldə olunmsı üçün kifayət qədər müxtəlif konstruksiyalar və köməkçi mexanizmlər yaradılmışdır. Bu yerdə qeyd edək ki, fotoqrafik aparat və ona aid hissələr “fotoaparat” və ya “fotokamera” kimi qısaldılmış sözlərlə ifadə olunur.

Hər bir çəkilişin keyfiyyətini şərtləndirən başlıca amilin hansı fotokameradan istifadə olunmasından irəli gəlməsi yəqin ki, heç kimə sirr deyil. Amma unutmaq olmaz ki, fotoqrafiya təkcə fotoaparatın və obyektivin seçimi ilə tamamlanmır, başqa cür desək, onları seçməzdən əvvəl düyməni idarə edəcək barmaqları texnikanı idarə etməyə öyrətmək lazımdır. Bu ehyama bənzər tövsiyyə kimlərəsə qəribə də gələ bilər, amma hər bir mexanizmdən və yaxud alətdən uğurlu istifadəyə ona dərindən bələdçiliyin təsir etməsini heç kim dana bilməz.

Beləliklə, siz seçim qarşısındasınız. Əvvəlcədən deyək ki, bir vaxtlar cəmiyyətdə fototexnikaya yönəli dilə gətirilən və etibarlılıq meyarı sayılan “yapon” və “alman” keyfiyyəti deyilən keyfiyyət yoxdur. Fotoaparatların da əvvəllərə nisbətən ucuz olması da, həmin texnikanın Tayvanda və Çində istehsal olunmuş nümunələrinin bazarlarda geniş yer alması ilə bağlıdır. Əgər bu texnikaların çoxunun keyfiyyət

Ən yaxşı kameralar sadə seçimli olmaqla çəkilişə hazırliq, çəkiliş və ilkin baxış rejimləri təchiz olunurlar. Gözəl MK - maye kristal tutumlu ekranlar kadrı müəyyənləşdirməyə və təsvirə baxmağa imkan verir. Rəqəmsal kompakt kameraların əksəriyyəti öz ölçüsünə görə professional kameralardan çox kiçikdirlər.

xarakteristikasını “təftiş” etməli olsaq, onda uzun müddət ərzində bazarlarda hökmranlıq edən bu fotoaparatlar haqqında belə mənfi rəylər tapmaq olar. Bir qədər də məsələni konkretləşdirməli olsaq, onda reallıqda “yapon keyfiyyəti” anlayışının çoxdan tarixin arxivinə gömüldüyünə əmin olmaq mümkündür. Onu bu gün texnika sahəsində fərqli beynəlxalq keyfiyyət nişanı sayılan ISO-nun 100, 200, 400, 800, 1600, 3200 və daha böyük rəqəmlərlə ifadə olunan standartları əvəz etmişdir. Etiraf edək ki, bu göstəricilər də keyfiyyətin səviyyəsinə nəzarətdən daha çox, istehsalın idarə olunması sistemini müəyyənləşdirirlər. Bu gün bir tərəfdən keyfiyyəti izləmək sadəcə dəbdə deyil, digər tərəfdən isə uzunömürlü modellərin istehsalı iqtisadi baxımdan sərfəli deyil...

Fotoqrafiyada özünü müəyyən qədər rahat hiss etmək istəyənlərin daha çox “Nikon” və “Canon” markaılarından istifadə etmələri qarşılığında, biz də yaradıcılıq axtarışlarınızı kənar müdaxiləsiz keçirmək üçün bu texnikalara müraciət etməyinizi tövsiyə edirik.

Foto həvəskarlarına istifadə üçün məsləhət gördüyümüz digər modellır sırasında “PentaxSamsung”, “Sony” və “Olympus-Panasonic”in adını çəkmək olar. Mütəxəssislər onların səviyyə etibarilə yuxarıdakı məşhur markalardan heç də geri qalmadığı fikrindədirlər. Ona görə də foto sənətinə maraq göstərənlərin onlara və bu markaların geniş yayılmış “mikro” sistemlərinə marağı bizim günlərdə bö-yükdür desək, yanılmarıq. Əlavə yaddaş kartı.

Komplekt üçün lazımi əlavələr.

Əlavə yaddaş kartı.

Əgər sizin açıq havada və ya təbii işıqda çəkiliş etmək fikriniz varsa, yaddaş kartından istifadə etmək lazımdır. Bu vaxt iri tutumlu ikinci yaddaş kartınızın ehtiyyatda olması vacibdir. Universal hesablama qurğusu. Universal hesablama qurğusu kompyuterin interfeysi ilə uyğun gəlməmək problemindən qaçmağa imkan yaradır. Əgər sizin təsviri PC və Macintosh tipli kompyuterlərə yazmaq istəyirsinizsə universal hesablama qurğusundan istifadə etmək məsləhətdir.

Kameraların çoxu qısa filmlər çəkmək funksiyasına malikdirlər. Onları QuickTime, Windows MediaPlayer proqramlarında, PC və Mac ev kompyuterləri vasitəsi ilə nümayiş etdirmək olar.

BAXILMA PROQRAMI Təkmilləşdirilmiş baxış proqramının köməyi ilə təsviri kompyuterin yaddaşına yükləmək və istənilən anda ona baxıb təsvirin keyfiyyətini yoxlamaq olar. Kamera qurğuları təsviri ayrıca fayl kimi yadda saxlayır və baxış proqramında əks etdirməyə imkan yaradır.

Bununla yanaşı hazırda reallıq elədir ki, texnologiyanın indiki inkişaf səviyyəsinin müqabilində fotoaparatların texniki keyfiyyəti arasında duyulası bir fərq yoxdur. Belə ki, indi istehsal olunan modellər statistik çatışmazlıqları çərçivəsinə sığışan fərqlərini nəzərə alsaq, demək olar ki, eyni cür çəkirlər. Müxtəlif fotoqraflar tərəfindən çəkilmiş kadrların müxtəlifliyi də adətən elə bu ustaların hər birinin özünün əlinin obrazlı desək, “bərəkəti”-davranışı ilə əlaqədardır. Əgər hər şey fotoaparatdan asılı olsaydı, onda bütün məşhur fotoqraflar “kanonçu” olardılar. Ancaq bu gün heç kim məşhurların hamısının hansı texnikadan istifadə etdiyini xatırlamır. Onların bilavasitə çəkdikləri kadrlarla yadda qalmaları da danılmazdır. Fotoaparatların necəliyi həm də ona görə yada düşmür ki, elə o vaxtlar da onlar arasındakı fərq müəyyən istisnaları nəzərə almasaq, təxminən bizim günlərdə olan kimi olmuşdur.

Bu mənada məşhur markanın daşıyıcısı olan lap bahalı fotoaparatı əldə etməklə yaxşı şəkil çəkməyin mümkünlüyü barəsindəki şirin nağılı birdəfəlik unutmaq lazımdır.

Odur ki, istifadəyə yararlı fotoaparat seçəkən müəyyən prinsiplərə tapınmaq zəruridir. Düşünürük ki, onların nəzərə alınması qarşılığında aldıgınız fototexnika bu sahədə yenicə addım atanların qayğılarını çoxaltmayıb, onlarıb yaradıcılıq axtarışlarının məhsuldar olacağına təminat verəcəkdir. Bunlar aşağıdakılardır: - seçdiyiniz model bir çox əlamətlərinə görə (qiyməti, keyfiyyəti, funksionallığı, etibarlılığı, istifadəyə münasibliyi və s.) onunla rəqabət aparanlarla daha sərfəli görünməlidir; - model hazırda yeni nümunə kimi ölkədə satışda olmalıdır; - model müasir tendensiyalara və aparat yaradıcılığına cavab verməlidir;

İndiki durumda mükəmməl və qüsursuz fotoaparatın olmadığını sadəcə yadda saxlamaq vacibdir. Hətta keyfiyətinə görə çoxdan başqalarından üstün sayılan ən professional modellərin belə obrazlı desək, medal kimi əks üzü var. Onların çox böyük və ağır olmaları görünən və duyulandır. Onların zərif qadın əllərinə, eləcə də ailə büdcəsinə uyğun gəlməməsi də hiss olunan və danılmazdır...

Adətən taleyini fotoqrafiya sənətinə sıx bağlayanlar heç də bütün həyatlarını tək bir fotoaparata bağlamaqdan uzaq olurlar. Maraq

a. Oymalı açıb-bağlama (zatvor) düyməsi. b. Orta formatlı kameralardan fərqli olaraq obyektivin özündə qurulan diafraqma diyircəyinin idarəsi ilə üwparametrləri tez və asan dəyişdirmək üsuludur. c. Təyin olunmuş müəyyən diafraqma ilə təsvirin xarakterinin qiymətləndirilməsində məsafənin dərinliyinə ilkin baxmaq üçün istifadə olunan düymə. d. Ergonomik tutacaq. e. Əvəzedilən obyektiv.

b

a

c

d

e

və niyyət dəyişdikcə, onlar çoxsaylı yaradıcılıq planlarını reallaşdırmaq üçün fərqli fototexnikalara müraciət etməli olurlar. Çox vaxt texnikanın əvəzlənməsini fotoqrafın sənətkarlığının duyulası dərəcədə yüksəlməsi ilə bağlı olur. Başqa sözlə desək, fotoaparat tədricən fotoqrafın ustalığına müvafiq şəkildə “böyüyür”.

Yeri gəlmişkən foto həvəskarlarının nəzərinə çatdıraq ki, fotoqrafiya sahəsində məqsədli çəkilişlərin reallaşdırılmasını həyata keçirən xüsusi texnika da mövcuddur. Belə fotoaparatlar adətən gündəlik həyatla bağlı olmurlar. Ona görə də bəzi istehsalçılar dar çərçivədə tətbiq olunacaq modellər buraxırlar. Bunların arasında sınmayan, su buraxmayan, hətta adi gözlə görünməyənləri belə lentin yaddaşına köçürə bilən fotoaparatlar vardır...

Yuxarıda qeyd etdiyimiz kimi foto çəkilişlərin uğurunu təmin edən texniki vasitələr kifayət qədərdir. Yuxarıda fotoaparatlardan söz açanda biz bu texnikanın aparıcı hissəsi, obrazlı desək, görən “gözü”, hiss edən“ürəyi” sayıla biləcək obyektivin əhəmiyyətinə qismən də olsa toxunduq. Bu döğrudan da belədir. Görünür fotoqrafiyanı “görüb-duyan sənət” kimi dəyərləndirənlər də elə fotoaparatın bütün ağırlıgını daşıyan, ətrafında

o

p t n

f. İstifadəçinin optik tələblərinə cavab verən dioptriy şkalalı böyük görünüş axtarıcısı. g. Avtofokusun və avtoekspozisiyanın qapanma düyməsi kadrın tərtib edilməsindən qabaq basılır ki, qeydləri saxlamaq mümkün olsun. h. Həssaslıq, ağ rəng balansı və fokuslaşdırma nöqtəsi kimi parametrləri dəyişdirmək üçün əsas komanda düyməsi. i. Menyunu idarəetmə düyməsi. j. LCD menyu təsvirinin keyfiyyətini quran diyircək. k. LCD ekran. l. Yaddaş kartı üçün yuva. m. Təsvirin pozulması üçün səbət.

i

l

n. Məsafənin fokuslaşdırılması şkalası o. Ekspozisiyanın proqram rejimlərinin qurulması p. Qığılcımın qoşulması üçün “isti başmaq”. q. Ekspozisiya korreksiyası üçün düymə r. Qığılcımın yandırılma və söndürülmə düyməsi s. Çəkilişin parametrlərini qeyd edən yoxlama panel. t. Zum obyektivin fokus məsafəsi.

q r

s

gördüklərini bütün dəqiqliyi ilə texnikanın yaddaşına ötürməyi bacaran obyektivin duyumsallığını nəzərdə tutub bu fikri söyləyiblər...

Elə əslində də obyektiv gördüklərinin işığa həssas material üzərində optik təsvirini yaradan optik sistemdir. Qeyd edək ki, fotoqrafiya sahəsində müəyyən təcrübə toplayanlar az sonra özlərinin maraq dairələrini reallaşdırmaq üçün fərqli obyektivlərdən istifadə edirlər. Bu mənada idman yarışlarını, təbiət motivlərini, memarlıq abidələrini, insan təsvirlərini, eləcə də çox kiçik formalı həşərat və cisimlərin uğurlu çəkilişini şərtləndirən iri ölçülü obyektivlərin adını çəkmək olar. Artıq praktikada tətbiq olunan bu yeni texniki vasitələr elmi ədəbiyyatda onlar “balıq gözü”, “geniş bucaqlı”, “normal”, “universal”, “makroobyektiv”, “portret obyektivi”, “teleobyektiv” və s. adla tanınırlar.

“Balıq gözü” tipli obyektivlər məkanı geniş bucaq, ən azı 180 dərəcə altında əhatə etməsi ilə diqqət çəkir. Ondan (burada obyektə qədərki fokus məsafəsi 8-10 (12-15 mm-dir) çox da böyük olmayan binalarda, eləcə də səciyyəvi şəhər landşaftlarını və mənzərələri görüntüyə almaqda istifadə etmək olar.

“Geniş bucaqlı” obyektivləri panoram xarakterli portretlərin görüntüyə alınmasında, insanların və obyektlərin mütənasibliyini bilərəkdən kadrda pozmaq prosesində tətbiq oluna bilərlər. Bu obyektivdə obyektə qədər olan fokus məsafəsinin 10-30 (15-45) mm təşkil etməsi qarşısındkı məkanı 90, bəzən də daha çox bucaq altında görməyə imkan verir.

“Normal” obyetivlər ümumi istifadə, həm də portretlərin interyerdə çəkilişi üçün yararlıdır. Onun obyektə son yaxınlaşma məsafəsini 35 (50) mm təşkil edir. “Universal” tipli obyektivlərlə hər şeyi çəkmək olar. Yaxınlaşma məsafəsinin 18-50 (27-75) mm təşkil etməsi bunu görməyə imkan verir.

Makroobyektiv qalan eyni funksiyalı texnikalar arasında tuşlandığı obyekti daha yaxından – 5 sm-ə qədər məsafədən çəkə bilmək imkanına görə seçilir. Onu başqalarından fərqləndirən əlamət üzərində “makro” və yaxud “micro” sözünün yazılmasıdır.

“Portret” obyektivinin üzərində “portrait” sözü həkk olunmayıb. Onun özünəməxsusluğunu şərtləndirən obyektə qədər olan fokus məsafəsinin 50 (75), 85 (127,5) mm təşkil etməsidir. Portret şəkillərinin iri planda, sinəyə və belə kimi, eləcə də bədənnüma görüntünün bir qədər aralı çəkilişlə alındığının qarşılığında, obyektivin ensiz bucağının özü şəkil çəkəni obyektə yaxınlaşdırır.

Ən nəhayət, bir-neçə kəlmə də “Teleobyektiv” haqqında. Bu obyektivə malik olan fotoqraflar

Orta formatlı obyektivlər adətən, açıb-bağlayıcı (zatvor) ilə təchiz edilir ki, bu da istənilən açıqqalma müddətində qığılcımı sinxronlaşdırmağa imkan verir.

üçün obyektə duyulası dərəcədə yaxınlaşmağa ehtiyac yoxdur. Onun texniki imkanları istəniləni yaxınlaşdıra, bütün dəqiqliyi ilə kadra köçürməyə imkan verir. Ondan daha çox dövlət xadimlərinin, moda nümayişinin və s. çəkilişində istifadə olunur. Onun obyektə yaxınlaşma məsafəsini 100 (150) mm təşkil edir.

Fotoqrafiyanın inkişafı onun səmərəli fəaliyyətini tənzimləyən yeni-yeni materialların istehsalını da şərtləndirmişdir. Bu materialların forma-biçim və dizaynının, eləcə də keyfiyyətinin əvvəllər ibtidai tutumda olmasının qarşılıgında, indiki şəraitdə bu istiqamətdə duyulası işlərin görüldüyünü qeyd etmək lazımdır. Bu mənada çəkiliş məkanındakı işıq şəraitinin müəyyənləşdirilməsinə xidmət edən eksponometr və fleşmetrin, işıqlıgın çox az olduğu şəraitdə tətbiq olunan işıqlandırma və işığı əksetdirmə cihazının, studiyadakı çəkilişlərdə yardımçı olan fotoqığılcımın, müxtəlif formalı dayaqların, işıq filtrlərinin,təsviri işləmə proqramlarının, kompüterlərin, fotoprinterlərin fotoqrafiya məkanına yeni nəfəs gətirdiyi birmənalıdır...

Təbii ki, bu gün əldə etdiyimiz fototexnika və bu əvəzolunmaz ləvazımat və cihazların bütün mənalarda yeniləşən bu məkanda, onun nəhayətsiz bədii-texniki imkanlarına yeni çalarların əlavə olunmasına duyulası təkan verən texnoloji proseslər də bir yerdə durmamışdır. Onun fotoqrafiyanın tarixiləşməsi ilə az qala eyni vaxtda bir çox alimlər həmin texnoloji axtarışlarla baş-başa idilər. Gəlin bu tarixə nəzər salaq və bizi heyrətləndirməkdə davam edən fotoqrafiyanın hansı çətin mərhələlərdən keçdiyinə əmin olaq...

Hələ XIX əsrin 30-cu illərində fotoqrafiyanın yaradıcılarından biri olan Uilyam Henri Foks Talbot bilavasitə işığa həssas kağızın üzərində krujeva, gül və yarpaqların ifadəli siletlərinin təsvirini ala bilmişdi. Ancaq tezliklə bu lakonik texnika kəşf olunan və bu gün artıq ənənəvi sayılan fotoqrafiyanın bəxş etdiyi və kamerada əks olunan çeşidli süjetlərin və çalarların zənginliyi qarşısında geri çəkilməli oldu. XIX əsrin ortalarında artıq rəssamlar qrafika nümunələrinin çoxaldılması üçün fotoqrafiyanın imkanlarından istifadə etməyə başlayırlar. Onların şüşə səthinə çəkilmiş lakın üzərində iynə ilə cızılmış rəsm neqativ rolunu oynayırdı.

Yuxarıda haqqında qısaca olaraq məlumat verdiyimiz fotexnikanın duyulası bolluğu və müasir tələblərə cavab vermələrinin qarşılığında bu günümüzdə onların praktikaya tətbiqində yeni texnoloji-bədii proseslərin mövcudluğunu yəqin ki, təbii qəbul etmək lazımdır. Bu texnikanı helioqrafiya adlandırırdılar.

Orta diapozonlu zum-obyektiv adi obyektivdən daha universaldır. Canon 24-70 mm (soldan) geniş spektorlu obyektlərdə çəkilişlər üçün istifadə etmək olar. Adətən, standart adlandırılan 50 mm obyektiv insan gözünün görmə bucağını yaradır. (sağda)

XX əsrin 20-ci illərində foto sənətinin ifadə imkanlarının genişləndirilməsi, onun rəngkarlığın və qrafikanın təsirindən uzaq bədii dilinin formalaşması ilə o dövrün avanqard rəssamları olan Man Rey Moxoi-Nad, El Lisitski və b. məşgul olurdular. Onlar gördükləri bir çox işlərlə yanaşı hamının diqqətini kamerasız foto çəkilişinə yönəldə bildilər. Rəssamlar bu texnikanı “fotoqramma” adlandırırdılar. Bu texnika özlüyündə fotoqrafiyanın dəqiq təsvirçiliyindən,ənənəvi perspektivadan (ondan avanqard rəngkarlıq da imtina etmişdi) aldadıcı təəssüratla uzaqlamağı ehtiva edirdi. Bu onlara ənənəvi əşyaları çox gözlənilməz – kəskin və effektli göstərməyə imkan verirdi. Bu həm də onlara dəyişdirilmiş realığından uzaqlaşmağa, əşyasızlığa, səpələnmiş işıq-kölgənin təsdiqinə, keçməyə imkan verdi. Moxoi-Nadın bu barədə söylədiyi “Təşkil olunmuş işıq-kölgənin effekti bizim dünyaya baxışımızı zənginləşdirir” fikrində də özünün və əqidə dostlarının estetik konsepsiyasının nüvəsi qərarlaşmışdı.

Bundan sonra fotoqrafiyanın tarixində baş verənlərdə onun digər sənətlərin “yerini” tutmaq istəyi olmasa da, o, yerində saymadı və əvəlcə agqaralığını çoxsaylı rəng çalarları ilə əvəzlədi, az sonra fotoqrafiyanın bir çoxlarının söylədiyi kimi yalnız texnikanın özünüifadəsi olmadıgını, onun bədiiləşməyə və ən nəhayət dünyaya fotoqrafikanın gözü ilə baxmağı bacardığını sərgilədi. Kitab boyu oxuduqlarınız da fotoqrafiyanın tarixinə ekskurs, onun texniki imkanları ilə tanışlıqla bərabər, bu “quru” mexanizmləri fotoqrafikanın geniş bədii imkanları ilə insanları duyğulandıra biləcək mənəvi qaynağa çevirməyin mümkünlüyünün nümayişidir...

Bu gün belə müasir bədii-texniki və yaradıcı tutumlu proqramlardan birinin “fotoşop” olması danılmazdır. Etiraf edək ki, o, dünyanın ən populyar

14 mm-lik ultraenlibucaqlı obyektivlər genişliyi məhdudlaşmış fəza-məkanda dinamik təsvir yaratmaq üçün istifadə olunur. Yalnız yüksək keyfiyyətli obyektivlər (Nikon, Canon) həddindən artıq təhrif olmalnın hallarının qarşısını alaır.

|29YENİ FOTO TEXNİKA|29 Yüksək işıqlı Canon 16-36 mm və Nikkor 17-35 mm xüsusi obyektivlərdə keyfiyyətli nəticə daha baha qiymətə başa gəlir.

görüntü işləmə proqramlarından biridir. Bu da heç şübhəsiz bu proqramın çəkdiyiniz fotolara fərqli təsirlər göstərərək, onu yeniləşmiş hala sala bilməsi ilə bağlıdır.

Gəlin nümunələrə tapınmaqla, fotoşopun çox şeyə qadir olmasına əmin olmağa çalışaq. Məsələn, bir çox fotolarınızda mövcud olan yüksək və yaxud aşağı kontrastı-təzadı, eləcə də digər zəif görüntülü sahələri “Levels” və “Curves”i bir yerdə istifadə etməklə normal duruma-kontrasta qaytarmaq mümkündür. Bunun üçün ilk olaraq “Open” menyusu ilə üzərində iş aparılacaq kadrı ekrana gətirmək lazımdır. Şəkil ekrana gəldikdən sonra ekranın üst tərəfindəki “image” menyusundakı “Adjustments”dən “Levels”i seçmək gərəkdir. Qarşınıza bir qrafik çıxacaqdır. Bu qrafikin alt hissəsində soldan etibarən qara, boz və ağ olmaqla üç ədət kiçik üçbucaq yerləşir. Bu üçbucaqlardan ən solda yerləşən qara üşbucağı sağ tərəfə doğru hərəkət etdirməklə kontrast zəifləyər, pozlandırma(hər hansı bir əşyanın çəkilişində sensorun ehtiyacı olan qədər işıq almasını saxlamaq üçün istifadə olunan diafraqma və bağlayıcı sürət dəyərlərinin birləşməsi) azalar. Ortada yerləşən boz üçbucağı sağ tərəfə hərəkət etdirdikdə isə kontrast düşər, pozlandırma azalar. Ən sağda yerləşən ağ üçbucağı sol tərəfə çəkdikdə də yenə kontrast düşər. Bu üçbucaqları əks istiqamətlərə doğru hərəkət etdirdikdə isə, tam tərs təsirlər əldə edərsiniz, yəni, kontrast artar. İstənilən təsiri almaq istədikdə əməliyyatı təsdiq etmək üçün “OK” və ya da “Enter” klavişini basın. Əgər eyni fotoya “Curves”i də tətbiq etmək istəsəniz, “Levels” pəncərəsini bağladıqdan sonra fotoqraf ekranda ikən bu dəfə “İmage” menyusundan “Adjustments”ə gəlib buradan “Curves”i seçin və burada onun aradan qaldıra biləcəyi xətalarla texniki təmasa başlayın...

Fotoşopun üstünlükləri barəsində çox danışmaq olar. Ancaq onun bir məsələdə, daha dəqiq desək, onlarla fotonun divardan asmaq üçün yox, sadəcə ailə albomunda yerləşdirməsini ani surətdə həll

Kompyuter Apple iMac Photoshop iş rejiminin sürəti çox böyük olduğundan professional fotoqrafların ən sevimlisidir.

Tam kompyuter komplektiş Gördüyünüz MacBook Pro kompaktdır, həm rahat və həm də sürətini itirməyəndir. etmək prosesində öz mövqeyini başqasına vermədiyi kifayət qədər duyulandır. Tezləşmənin reallaşması heç də sizin fotoları hansı formatda - RAW və yaxud da JPEG-də çəkməyiniz vacib deyil. Belə ki, ondan tez-tez ailələrdə baş tutan xoşməramlı mərasimlərdə qonaqların artıq yorulduğu hiss olunanda uğurla istifadə etmək, nümayiş etdirmək olur. Belə anda ev sahibi fotoların redaktəsinə, təqdimat ardıcıllığına əməl olunmasına diqqət yetirməyə sadəcə vaxt tapmasa da, bunu onun əvəzinə rəqəmli laboratoriyada operator və çap maşınını idarə edən robot həyata keçirir.

Əlavə edək ki, hadisələri qabaqlamağa yönəli bu prosesə fotoşopun səmərəli fəaliyyətinə münbit şərait yaradacaq vaxt qalmayanda əl atılır. Odur ki, mütəxəssislər həm də keyfiyyəti tənzimləyəcək mexanizm-proqram axtarışında idilər. Daha dəqiq desək, bu mexanizm-proqram duyulası kadr axınını (toy mərasimlərini yada salın) tənzimləməli, eyni zamanda sürət, münasiblik və keyfiyyət arasında nəticənin uğuruna təminat verən olmalı idi. İndiki şəraitdə istifafdəyə yararlı proqramlardan biri “Google Picasa”-dır. Mütəxəssislər istifadə sisteminin fotoqrafiyada yeni olanlar üçün bir qədər anlaşıqsız görünməsinə baxmayaraq onu heyrətamiz foto-brauzer hesab edirlər. Əgər onun baçlıca üstünlüyü ilk növbədə bu istifadə üçün əlavə xərcə düşməməkdirsə, digəri proqramın dəyişikliklərin birbaşa fayla yerləşdirilməsinə imkan verməsi, ilkin variantları ayrıca qorumasıdır. İş prosesində əvvəlcə proqram bütün əlavə olunmuş fotoları qəbul edir, bundan sonra qovluq nəzərdən keçirilir və dərhal da çap olunacaq fotolar seçilir.Bu məqamda onlar tam redaktə olunmasalar da, üzərilərinə işarə qoyulur. Adətən 1000-ə qədər fotonun işlənməsinə təxminən bir gecə həsr olunur. Ertəsi günhər fotoda gərəkli dəyişikliklər aparılır, onlar filtrdən keçirilir və artıq düzəlişə məruz qalan materiallar “Basic fixes” panelində müəyyən kadr ölçüsünə uyğunlaşdırılır və rəqəmsal çapa verilr. Ümumiyyətlə götürdükdə,bu prosesə bir dəqiqədən az vaxt sərf olunur. Nəticənin davamlı olaraq ugurlu olmasındandır ki, ondan praktikada geniş olunur...

Digər bir işlək proqram heç şübhəsiz “Adobe Photoshop Lightroom”dur. Onu sona qədər qüsursuz saymaq mümkün olmasa da, onun hətta JPEG

faylları ilə “dil” tapması və digər neçə-neçə prosesin tezləşdirilməsinə imkan verməsi çoxsaylı fotoların uğurlu alınmasına çox vaxt sərf etmək istəyənlər üçün münasibliyi danılmazdır.

Ən nəhayət, müasir fotoqrafiyanı onsuz təsəvvür etmək mümkün olmayan “Fotoşop”dan söz açmaq istəyirik. Qeyd edək ki, fotoşop duyulası dərəcədə çox çevik bir proqramdır və professional aləmdə elə bir adam tapmaq olmaz ki, bu proqram onun xoşuna gəlməsin. Öncədən deyək ki, fotoşopun yaradıcıları onu təsvirləri istənilən görkəmə salmağa, hala gətirməyə və redaktə etməyə imkan verən proqramlar kompleksi düşünüblər.

Fotoşopda təsvirlərlə işləmək üçün kifayət sayda texniki “alət” mövcuddur. Bu çoxluq fotoqrafiyada yeni olanlar üçün anlaşılmaz da olur. Bu da təbiidir, çünki, bu proqram professionallar üçün nəzərdə tutulub. Etiraf edək ki, bu populyar proqramın öz rəqiblərini üstələməsi heç də ondan istifadənin sadə olması ilə baglı deyildir. Yeri gəlmişkən, fotoşop məhfumunu bir qədər də sadələşdirsək, deyək ki, burada proqramın özündən və standart alətlərin alqoritmli işini robotlaşdırmağa imkan verən ekşenlərdən də operativ çalışan, təsvirlərlə işləməyə və prosesin müxtəlif mərhələlərini avtomatlaşdırmağa və uğurlu nəticələri şərtləndirən çoxsaylı plaginlər mövcuddur. Bəzən əvvəlcədən professionallar üçün nəzərdə tutulmuş ekşenlərdən istifadə bu işdə yeni olanlar üçün çətinlik törədir. Onlar bu prosesdə rəngləri gücləndirməyi, onların təzadı üzərində işləməyi, yaşıl (qırmızı) rəngin üzə çıxarılmasını, rəqəmsal səsi (just push play) azaltmağı həyata keçirməklə qarşılarındakı xam materialı gözoxşayan foto nümunələrinə çevirə bilərlər. Bəzən ondan imtina edənlər də tapılır, ancaq bunu keyfiyyət yox, prosesi daha da sadləşdirmək istəyənlər edirlər...

Etiraf edək ki, bəzən foto həvəskarları çəkdiklərini avtomatikanın ixtiyarına “təslim” edib intizarla nəticəni gözləmək əvəzinə, bütün bu texniki yardımlardan imtina edib, hər şeyi bacarıqlı əlləri ilə görmək fikrinə də düşürlər. Məsələ burasındadır ki, çox vaxt özlüyündə bir çox nizamlama toplusunun məcmusu olan və əldə olunmasına heç də az vəsait xərclənməyən ekşenlər sizin kifayət qədər korrektə edilmiş kadrlarınızın üzərinə arzulanmayan “iz” qoyur. Təbii ki, bu nəticəyə görə proqramın yaradıcılarını günahlandırmaq olmaz. Təbiətdə belə dalğaların təkrarlanmadığı qarşılığında, həcmi bir-neçə milyon piksellə ölçülən təsvirlərin

hansısa standartlara sona qədər “təslimşiliyini” sadəcə təsəvvür etmək çətindir. Elə bu standartın yoxluğundandır ki, bəzən bu işdə son nöqtəni qoymaq insan şüuruna etibar edilir...

Digər bir işlək, müəyyən qədər “Fotoşop”la rəqabət apara bilən proqram heç şübhəsiz “Adobe Photoshop Lightroom”dur. Hər halda elə adından da göründüyü kimi əhəmiyyətinə görə ikincidir. Yeri gəlmişkən qeyd edək ki, bu texniki vasitə daha mürəkkəbdir. Əvvəlcədən fotoqraf-professionalların istifadə edə biləcəyi alət “axını” kimi düşünülmüşdü. Onu sona qədər qüsursuz saymaq mümkün olmasa da və proqramın hətta JPEG faylları ilə “dil” tapması və digər neçə-neçə prosesin tezləşdirilməsinə imkan verməsi çoxsaylı fotoların ugurlu alınmasına çox vaxt sərf etmək istəyənlər üçün münasibliyi danılmazdır...

ÇALIŞMALAR:

1. Çəkilən portretin “Google Picasa” proqramında fotoalbom üçün hazərlanması; 2. Görüntüyə alınmış mənzərənin “Fotoşop” proqramında çap üçün hazırlanması; 3. Çəkilmiş memarlıq abidəsinin “Adobe Photoshop

Lightroom” proqramında reklam üçün hazırlanması; 4. Görüntüyə alınmış şəhər panoramının “Google

Picasa” proqramında plakat üçün işlənməsi; 5. Heyvanat aləminə həsr olunmuş fotonun

“Fotoşop” proqramında yol kənarında qoyulacaq plakat-göstərici üçün işlənməsi;

This article is from: