Fotoqrafika

Page 24

20|FOTOQRAFİKA

YENİ FOTO TEXNİKA,

YENİ FOTO MATERİALLARLA VƏ PROSESLƏRLƏ TANIŞLIQ Gəlin yeni texnika, foto material və proseslərlə tanışlıqdan əvvəl fotoqrafiyaya meyl göstərən fərdlərə bu sahədə seçim etməkdə yardımçı olmağa çalışaq. Belə ki, bu çox önəmli məsələdir. Başqa sözlə desək, böyük həvəs və ümidlə bu sahədə özünü sınamağa qərar verən insanlar müəyyən zaman kəsiyindən sonra özünü və başqalarını təmin edəcək nəticələr əldə etmək istəyirsə, heç şübhəsiz texnika seçimində xüsusilə diqqətli olmalıdır. Əvvəlki dövrlərdən fərqli olaraq bu gün fototexnikanın əldə olunması bu işlə məşğul olanlar üçün heç bir problem yaratmır desək, yanılmarıq. Amma bununla belə fotoqrafiyaya qədəm qoyan hər kəs məhz bu addımı atanda, başqa sözlə desək, onun arzularını yüksək səviyyədə icra edəcək texnika seçimi edəndə duyulası tərəddüd keçirir. Yaxınlarının və dostlarının əlində bir-birindən çox fərqli fotokamera görəndə seçimə hazırlaşan fərdin bu tərəddüdü yəqin ki, təbii qəbul olunmalıdır. Qeyd edək ki, onun həmin adamlara müraciətindən sonra aldığı cavablar, yaşanan bu tərəddüdü bir az da möhkəmləndirir. Belə ki, hər kəs istifadə etdiyi texnikanı tərifləyir, onun üstün cəhətlərini vurğulayır. Bunu da təbii qəbul etmək lazımdır. İlk növbədə bu məmnunluğu şərtləndirən səbəb texnikadan istifadə edənin onu hansı məqsədlə aldığı şərtləndirir. Bildiyimiz kimi, hər bir fotoaparatın uğurlu çəkiliş aparmaq üçün ümumi texniki imkanları olsa da, əsasən onların hər birində gerçəkliyin hansısa sahəsini, həyatımız boyu üz-üzə, göz-gözə qaldığımız gerçəklikdə gördüyümüz müxtəlif canlı və cansız varlıqları daha qabarıq görüntüyə almaq, onları özünün zövq qaynağına çevirmək üçün xüsusi imkanlar olur. Yəqin ki, dinamik dəyişikliklərini adi baxışla izləməyin çətinlik törətdiyi müxtəlif idman yarışlarını, başı buludlara söykənən ağaca dirmaşan dələnin və yaxud meymunun görüntüsünü, həyatın acılı-şirinli yaşantılarını canından keçirmiş ahıl insanların baxışlarında kök salmış nisgili, oğulqız və nəvə-nəticə uğurundan qanadlanan baba və nənənin, ata-ananın coşub-daşan sevincini bütün incəliklərinə kimi hansısa həvəskarlar üçün nəzərdə

tutulan, keyfiyyəti və bədii-texniki imkanları bir o qədər də geniş olmayan fotoaparatla çəkmək, ifadə etmək mümkün deyil. Təbii ki, bu məqsədlərin reallaşdırılması üçün xüsusi fotokameralar, görüntünü bütün dəqiqliyi ilə lentin yaddaşına köçürməyə imkan verən obyektivlər mövcuddur. Onların satış qiymətinin keyfiyyət daşıyıcılığına müvafiq olmasını da haradasa təbii qarşılamaq lazımdır. Bu yerdə onu da əlavə edək ki, bahalı texnikanın əldə olunması hələ gələcək uğurların təmin olunması demək deyildir. Odur ki, hər bir texnika ondan istifadə edənin məqsədinə uygun seçilməlidir. Qeyd etdiyimiz kimi indi satışdan istənilən texnikanı almaq mümkündür... Məlumdur ki, fotoqrafiya yaranan gündən başlayaraq ona yönəli tələbatın artmasının və onun inkişafının davamlı şəkil almasının qarşılığında daha mükəmməl təsvirlərin əldə olunmsı üçün kifayət qədər müxtəlif konstruksiyalar və köməkçi mexanizmlər yaradılmışdır. Bu yerdə qeyd edək ki, fotoqrafik aparat və ona aid hissələr “fotoaparat” və ya “fotokamera” kimi qısaldılmış sözlərlə ifadə olunur. Hər bir çəkilişin keyfiyyətini şərtləndirən başlıca amilin hansı fotokameradan istifadə olunmasından irəli gəlməsi yəqin ki, heç kimə sirr deyil. Amma unutmaq olmaz ki, fotoqrafiya təkcə fotoaparatın və obyektivin seçimi ilə tamamlanmır, başqa cür desək, onları seçməzdən əvvəl düyməni idarə edəcək barmaqları texnikanı idarə etməyə öyrətmək lazımdır. Bu ehyama bənzər tövsiyyə kimlərəsə qəribə də gələ bilər, amma hər bir mexanizmdən və yaxud alətdən uğurlu istifadəyə ona dərindən bələdçiliyin təsir etməsini heç kim dana bilməz. Beləliklə, siz seçim qarşısındasınız. Əvvəlcədən deyək ki, bir vaxtlar cəmiyyətdə fototexnikaya yönəli dilə gətirilən və etibarlılıq meyarı sayılan “yapon” və “alman” keyfiyyəti deyilən keyfiyyət yoxdur. Fotoaparatların da əvvəllərə nisbətən ucuz olması da, həmin texnikanın Tayvanda və Çində istehsal olunmuş nümunələrinin bazarlarda geniş yer alması ilə bağlıdır. Əgər bu texnikaların çoxunun keyfiyyət


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.