6 minute read

HƏRƏKƏTLI ÇƏKILIŞ

HƏRƏKƏT ÇƏKİLİŞİ

Fotoqrafiya nümunələrinin daşıdıgı qeyri-adi bənzərsizliyin kökündə ilk növbədə onlardakı gözlənilməzliyin durdugu birmənalıdır. Bu gözlənilməzlik bəzən elə izaholunmaz səviyyədə olur ki, onları foto obyektivin bir göz qırpımında aparatın yaddaşına köçürə bilməsinin inandırıcılıgına tərəddüd etməli oluruq. Bunun kinematoqrafik və yaxud da fotomontaj yolu ilə əldə olundugunu düşünürük. Təbii ki, foto aparatın hamımıza çox gözlənilməz görünən bu “istedadı”nın nümayişi bilavasitə onu əlində saxlayan yaradıcı insanın incə və davamlı müşahidə qabiliyyətinin nəticəsidir.

Advertisement

Rəssamlıqda hər bir əsərin yaradılması üçün müəyyən istedadın tələb olunması qarşılıgında, fotoqrafiyada bütün məsələni düyməni lazımı məqamda basmagı bacaran əlin və təbii ki, düşüncənin mövcudlugu tələb olunur. Necə deyərlər, professional fotoqraf bu işə yenicə başlayandan təkcə kamerasının keyfiyyətinə görə fərqlənmir. Başqa sözlə desək, bu dəfə də məşhur “Şəkili foto aparat yox, onu idarə edən çəkir” ifadəsini təkrar etməyə məcburuq...

Təbii ki, fotoqrafiya sahəsində kifayət qədər səriştə toplayan fərdlərin yaradıcılıgında gözlənilməzliyi ilə heyrət doguran foto nümunələri az olmur. Onların arasında mövzu və janr müxtəlifliyinin mövcudlugu da təbiidir. Ancaq məsələyə professionalcasına yanaşsaq, onda onların arasında hərəkətli fotoların mövcudlugu və belə fotoların çəkilişində onun müəllifinin nümayiş etdirdiyi sənətkarlıgın onlara baxanda rəgbət hissi oyatması şübhəsiz və birmənalıdır. Belə ki, adi gözlə belə bu cür hərəkətli fotoların asanlıqla başa gəlmədiyi hiss olunandır.

Dogrudan da insan gözü çox dəqiq və mürəkkəb əza-alətdir. Elə arzulanan gözəl və təbii fotonun çəkilməsi üçün də həm ətrafını, həm də bu gerçəklikdən obyektivin gözü ilə gərəkli olanı əxz etməyi bacaran və əbədiləşdirdiyi bu təkrarolunmaz anın tamaşaçı gözü ilə necə təhlil olunub- dəyərləndiriləcəyini dərindən duyan göz tələb olunur.

Əgər desək ki, fotoqrafiya ətrafında baş tutan mükalimələrin əksəriyyətində “kadrın hərəkətliyi” mövzusu önəmli yer tutur, yəqin ki, yanılmarıq.

Baxmayaraq ki, hərəkəti duymaq istedadının hərəkət etməyi xoşlamayan fotoqrafa verilməyəcəyi də danılmazdır. Bu həqiqəti bilmələrinə baxmayaraq bir çox fotoqraflar təəssüf ki, bunu unudur və bütün bacarıqlarından istifadə edərək özündə hərəkəti ifadə edən mövzuların çəkilişinə səy göstərirlər. Hərəkət dogrudan ifadə oluna bilməsə, onda hərəkət təəssüratını qrafik vasitə ilə göstərmək də olar. Digər fotoqrafçılar da bəzən bu “donuqlugu” fotoqraf nümunəsinə əlavə olunmuş kəskin xəttlərin hərəkəti ilə göstərməyə çalışırlar. Bu səbəbdən də əsl fotoqrafiya nümunəsi yaratmaq məqsədini heçə endirmiş olurlar.

Əgər fotoda hərəkət verilməyibsə, rəmzlər vasitəsilə bu təəssürat ifadə oluna bilər. Təbii ki, bu dəyişikliklər də müəyyən metodlarla gerçəkləşə bilir. Fotoqrafçının buna nail ola bilməsi bir-neçə şərtlə baglıdır. Onlar hansılardır?

İlk növbədə hərəkət kadr daxilində müəyyənləşdirilməlidir. Digər durumlarda məqsəd hərəkəti ifadə edən bir motivin özünüifadəsini müəyyənləşdirən məqamın tapılmasıdır. Əgər durum aydındırsa, onda hərəkət kadrda “dondurulmalıdır” və çəkilməsi hər hansı şübhələrdən azad olmuş məqam dəqiqləşdirilməli və bütün detalları göstərilməlidir.

Digər tərəfdən hərəkətdə olan bir motivə yaxınlaşmanı planlaşdırarkən fotoqraf öz-özlüyündə fərdi yaradıcılıq məqsədini açıq-saçıq müəyyən etməlidir. Məsələn, performans göstərən sənətçinin və yaxud çıxış edən bir idmançının hərəkətlərini təhlil etməklə, bu obyektlərə yanaşmanın, hansı məqamların obyetiv üçün maraqlı ola biləcəyini metodik baxımdan dəqiqləşdirmək olar. Bu da hər bir detalın görünən olmasının zəruriliyini şərtləndirir. Yəni, fotodakı “dondurulmuş” hərəkət və motivin başlıca məna-məzmun tutumu bütün detalları ilə verilmək zorundadır.

Digər bir metod isə motivin hərəkət halında oldugunu göstərməkdir. Bu vəziyyətöz növbəsində hərəkətin qrafik sübutunu gündəliyə gətirir. Beləliklə, bir sübut rəmzlərlə-işarələrlə və yaxud da motivin özünün hərəkəti, eləcə də motivin vasitəsilə təminifadə oluna bilər. Burada önəmlisi fotoda motivinhərəkətin tam dəqiq görüntü almasıdır...

Hərəkətli çəkilişlərin gerçəkləşməsində diqqət çəkən məsələlərdən biri də mövzunun-motivin, daha dəqiq desək, hərəkətin “təbiəti”nin müəyyənləşdirilməsidir. Belə ki, hərəkət halında olan motivin-obyektin fiziki görüntüsü üzərində hərəkətin təsiri göz önünə gətirilib izlənildikdə, fotoqraf iki müxtəlif motivdə yaşananları birbirindən fərqləndirməyə səy göstərməlidir. Hərəkət halında dəyişikliyi görünən motiv-obyektlər sırasına insanın, heyvanların, “sınan” dalgaların, küləyin təsiri ilə əyilən agacların davamlı olaraq yeniləşən görüntüsünü aid etmək olar.

Təbii ki, hərəkəti motivin-obyektin fiziki görünüşündəki dəyişiklikər müəyyənləşdirir. Odur ki, bunun hər hansı qrafik görüntü və rəmz-işarə ilə izahına ehtiyac yoxdur. Heç şübhəsiz əgər fotoqraf motivin-obyetin hərəkət halında oldugu reallıgı xüsusi tutumda vurfulamaq istəmirsə, hərəkətsiz bir atın aydınlıgı az olan fotosu, onun dəqiqliyi daha qabarıq olanından güclü hərəkət təəssüratı yaradır. Belə ki, bu atın nümunəsində dəqiq çəkilmiş fotonun ifadə edə biləcəyi hərəkəti görmək mümkündür. Bunlar reallıqda hərəkət halında və yaxud da hərəkətsiz ola bilirlər. Bu mənada avtomobilin, təyyarənin, gəmilərin, cürbəcür mexanizmlərin görüntüsünü qeyd etmək olar. Bu kimi obyetlərin hərəkətləri zahiri görünüşlərindəki dəyişmələrdən müəyyən olunmadıgından, onların hərəkətləri bir rəmz-işarə ilə göstərilə bilər. Ona görə ki, əksəriyyətdə “hərəkətin sübutu” dolayısı ifadə edilməsi mümkündür.

Bəs hərəkətin rəmzi-işarəsi özündə nəyi ehtiva edir? Bu da maraqlı məsələdir. Belə ki, bədii tutumun rəmz-işarə ilə ifadəsinin qədim ənənəsi vardır.

Hərəkətin dərk edilməsi də özünəməxsus bir təcrübədir. Yerdən baxanda təxminən 8 km yüksəklikdə saatda 960 km sürətlə uçan bir təyyarə, bizə sürəti ondan on dəfə az olan və yanımızdan ötən avtomobildən daha agır hərəkət edən kimi görünür. Bu müşahidə olunan fərq təbii ki, müxtəlif sürət fərqindən qaynaqlanır. Hərəkət edən də hər hansı bir şeyin foto görüntüsünün alınmasında fərqliliyi şərtləndirən sürətin mövcudlugudur.

Hərəkət edən obyekt əşyaya yaxınlaşdıqca onun daha sürətlə hərəkət etdiyi güman edilir, bəzən də bunun tam əksini yaşamalı oluruq. Sürət bəzən də bizə fərqli şeyi anladır. Belə ki, bizə dogru gələn bir avtomobil, eyni sürətlə yanımızdan uzaqlaşan

avtomobildən daha yavaş hərəkət edirmiş kimi görünür. Bu da onların görüntüyə alınmasında özünü göstərir. Daha uzaq olan obyektdə görüb, ancaq ifadə edə bilmədiyimiz sürətin neçəliyini yanımızdan sürətlə uzaqlaşmaqda olan obyektdə ifadə edə bilirik...

Qeyd edək ki, insan gözü kifayət qədər əhatəli bucaga malik olsa da, onun ətrafını müşahidə etmə prosesində baxışları bir qayda olaraq çox şeyi ötəriyalnız adi seyretmə çərçivəsində görür və yalnız onu tədricən detallaşdırmaqla özünü maraqlandıran anı-nöqtəni tapır və yaxud da “tutur”. İlk növbədə göz müşahidə olunan görüntünün ümumi kontur xətlərini təhlil edir, sonra isə tədricən onun nisbətən əyri hissələrini öyrənir. Bilavasitə fotoqraf gözünün gerçəkliyə bu cür yanaşmasının nəticəsidir ki, o, canlılar aləmindən özünə maraqlı, başqalarına heyrıtamiz görünən məqamları “tuta”, onlara həmişə tamaşaçını duygulandıra biləcək estetik qaynaga çevirə bilir.

Fotoqrafın canlı aləmlə ünsiyyətindən sonra yaranan şəkillərdə heç şübhəsiz hərəkətli məqamların əksi xüsusi maraq dogurur. Harasa tələsən insanın, bütün idman növlərində peşəkarlıq nümayiş etdirən idmançıların, agaca dırmaşan müxtəlif heyvanların, uçan quşların və digər varlıqların özlərinin səciyyəvi hərəkət və xüsusiyyətlərini biruzə vermələrində çoxumuzun görmədiyimiz və çox vaxt da bilmədiyimiz müxtəlif hərəkətlər mövcuddur ki, onların varlıgına yalnız diqqətli və həssas fotoqraf gözünün yaratdıgı

“bədii möcüzə” ilə əmin olmaq mümkündür. Bütün bunlara nail olmaq üçünsə həvəskar fotoqrafdan özünün səriştəliliyini təmin edənə qədər uzanacaq davamlı müşahidə tələb olunur.

Canlıların cəlbedici və yaddaqalan foto görün–tüsünü əldə etmək fotoqrafdan məsələyə həm də özünəməxsus psixoloq yanaşmasına malik ol–masını istəyir. Məhz bu hissiyatın və duyumun mövcudlugu ilə obyektivi hərəkətdə olan obyetə istiqamətləndirən fotoqraf canlının hansı səciyyəvi dönüşlər edə biləcəyini ehtimal etdiyindən, bir an sonra gerçəkləşən məqamı “tuta” və foto aparatın yaddaşında əbədiləşdirə bilir.

Heç şübhəsiz bu prosesdə keyfiyyətli texnikadan istifadənin duyulası əhəmiyyətinin olması da danılmazdır. Belə ki, canlıları duyuq salmamaq üçün onların hərəkətlərini bir qədər uzaq məsafədən izləmək arzulanan nəticəni bir qədər asanlaşdıran və tezləşdirən amillərdəndir.

Qeyd edək ki, canlıların şəkilllərinin ugurlu alınmasında tətbiq olunan qısa çəkilişin-obyektivin az müddətə açıq qalmasının böyük əhəmiyyəti vardır. Yalnız bu halda çəkilən şəkillər daha obyektlərdəki gücü və cəldliyi, hərəkətdə olan modelin isə ən incə hərəkətlərini belə dəqiqliyi ilə göstərməyə imkan verir. Dinamik süjetlərin çəkilişində unutmaq olmaz ki, burada hər şey bir anda dəyişir və gözəl görüntü və yaxud məqam bir daha təkrar olmaya da bilər.

Əldə olunan ugurlu nəticələrin bu prosesin davamı olaraq paktiki əhəmiyyət kəsb etməsi heç şübhəsiz ona zövqlü fotoqrafik münasibətdən keçir. Belə ki, səriştəli fotoşop işlənməsi ilə həmin hərəkətli fotolar idman və fauna aləmini təblig edən reklaminformasiya vasitələrinin dominantına çevrilə bilərlər. Heç şübhəsiz toplanmış materiala yaradıcı yanaşma bu işin icrasını həyata keçirəndən proses zamanı rəssam duyumu ilə fotoqraf dəqiqliyinin qovşagını nümayiş etdirmək tələb olunur...

ÇALIŞMALAR :

1. Quş uçuşunu əks etdirən fotonun çəkilişi və onun fotoqrafik yozumu; 2. Cıdır yarışının çəkilişi və onun fotoqrafik şərhi; 3. Futbol oyununda qapıçı tullanışını əks etdirən fotonun reklam həllinin tapılması; 4. Musiqiçi ifasındakı dinamikanı nümayiş etdirən fotonun çəkilişi və afişa üçün işlənməsi; 5. Küləkli günün ətraf mühitə təsirini əks etdirən fotonun qrafik əlavələrlə təqdimatı;

This article is from: