4 minute read

STUDIYADAN KƏNARDA QURULAN NATÜRMORT

Təsviri sənətin çoxəsrlik tarixinə fransızcadan tərcümədə “cansız əşya və ölü təbiət” tutumu kimi daxil olan natürmort fotoqrafiyada da bu sahənin önəmli janrı kimi tanınmaqdadır. Ancaq indiki halda onun sənət taleyinin təsviri sənətdə oldugunu təsdiqləməkdən demək olar ki, uzagıq. Başqa sözlə desək, natürmortu təşkil edən detal və atributlar XV-XVI əsrlərdə təsviri sənətin süjetli tablo və tarixi janrlarında ümumi kompozisiyaya onu tamamlayacaq element kimi daxil edilməsinə baxmayaraq, yalnız XVII əsrdən başlayaraq hollandlar və flamandlar tərəfindən müstəqil janr kimi təqdim edilməsinə başlanmışdır. Bu da heç şübhəsiz o vaxta kimi “cansız əşya və ölü təbiət”, eləcə də “sakit həyat”ın daşıyıcısı kimi qəbul olunan natürmortu hollandların və flamandların bir qədər fərqli dəyərləndirmələri ilə əlaqədardır. Belə ki, Azərbaycan rəssamı Səttar Bəhlulzadənin də çəkdiyi natürmortlarda kompozisiyaya daxil etdiyi əşyaları mənalandırmaq istedadı heç şübhəsiz müəyyən qədər Qərbi Avropalıların XVII əsrdə gerçəkləşdirdikləri bədii ənənədən qaynaqlanır.

Etiraf edək ki, əsasən XX əsrdə davamlı və intensiv inkişafını yaşayan Azərbaycan təsviri sənətində, xüsusilə də dəzgah rəngkarlıgında həmin yüzilliyin başlangıcından əsasən Bəhruz Kəngərlinin yaradıcılıgında yer almaga başlayan natürmort janrı, özünün əsl bədii yüksəlişini məhz Səttar Bəhlulzadənin yaradıcılıgında tapdı. Bu da o vaxta kimi yerli ideoloqlar tərəfindən sıradan qəbul olunan natürmorta ümumi münasibəti demək olar ki, kökündən dəyişdi. Başqa sözlə desək, XVII əsr natürmortlarında alleqorik, bir qədər də fəlsəfi məna tutumu ifadə edən meyvələr və gül-çiçəklər

Advertisement

azərbaycanlı rəssamın da bu janrda yaratdıgı əsərlərdə görkəmli fırça ustasının düşüncələrinə müvafiq fikir daşıyıcısına çevrildi. O, avropalıların dünyanın faniliyi və ölümün qaçılmazlıgı anlamında qəbul olunan təbii nemətləri həm də dogma Azərbaycanı tanıdan atribut kimi təqdim etdi. Onun tez-tez dilə gətirdiyi “Mən Azərbaycanı tanımaq yox, tanıtmaq üçün çəkirəm” fikri də rəssamın fəlsəfi tutuma bələnmiş natürmort və mənzərələrində dogma yurda sənətkar məhəbbətini ifadə etməyinin köklərini dərk etməyə imkan verir. Səttar Bəhlulzadənin adətən otaq şəraitində təsvir olunan meyvə və tərəvəzləri, gül-çiçəyi və məişət əşyalarını emalatxana hüdudundan çıxaraq bədiiləşdirməsi təbii ki, onun qarşısına qoydugu estetik tapşırıqlarla baglı idi.

Elə bu mənada fotoqrafiyada da əşyaların studiyadan kənarda çəkiliş obyektinə çevrilməsi

də foto həvəskarlarını reallıqda məkanın dəyişdirilməsi ilə daha fərqli bədii-estetik məziyyətlərə nail olmagın mümkünlüyünə inandırmaqdır. Əksər hallarda interyerdə aparılan müxtəlif çəkilişlərdə obyekti arzulanan duruma gətirmək üçün onun süni işıq mənbəyinə ehtiyac duyuldugu kimi, studiyada çəkilən natürmortlar da eyni texniki müdaxiləyə ehtiyac duyur.

Studiyadan kənarda baş tutan belə çəkilişlərdə isə vəziyyətin-auranın tamamilə dəyişməsi adi gözlə belə görünəndir. İlk növbədə bunu qurulan natürmortun heç bir əlavə işıqlandırma mənbəyinə ehtiyacı olmaması ilə duymaq olur. Əksinə, bəzi hallarda fotoqraf görüntüyə alacagı əşyaları xüsusi çətir vasitəsilə bu duyulası işıq bollugundan “xilas” etməyə, onun obyektə təsirini azaltmaqla, arzulanan səviyyəyə endirməyə çalışır. Dogrudan da açıq havada-plenerdə gerçəkləşən natürmort çəkilişi ilə studiyada aparılan əşyaların bütün mənalarda fərqi duyulan olur. Duyulası günəş işıgının təsirinə məruz qalan atributlar - meyvələr, gül-çiçəklər, müxtəlif materiallardan hazırlanmış əşyalar, rəngbərəng və çeşidli fakturalı parçalar açıq hava şəraitində kifayət dərəcə dəyişir, əşyaların göydən və yerdən, eləcə də birbirinə təsirindən yaranan refleks bollugu onların kifayət qədər yeniləşməsinə, canlanmasına və daha təravətli görünməsinə səbəb olur.

Digər tərəfdən təbiət qoynunda təqdim olunan demək olar ki, bütün əşyalar yeniləşmiş bədii görüntüsünə görə həm də fərqli bədii-estetik yük daşıyıcısına çevrilir. Bir anlıga yaşıllıgını itirməyən meyvə bagının fonunda təsvir olunmuş alma, heyva və armud məcmusunu gözünüz önünə gətirin. Və yaxud da sıralanan və qızılı rəngə bələnmiş üzüm plantasiyasının önündə görüntüyə alınmış içərisi üzümlə dolu hörülmüş səbəti. Göründüyü kimi bir-biri ilə birbaşa əlaqəsi olan bu iki obyektin qoşalaşdırılmasının

məntiqli və duygulandırıcı olması birmənalıdır. Qədim memarlıq abidəsinin qarşısında çəkilmiş əski mis və yaxud da gil məişət əşyalardan ibarət natürmortun təkcə gözəllik və estetik duygular aşılamaq çərçivəsində qalmayıb, əlavə tamaşaçıya şərəfli tariximizin qürurvericiliyi barəsində əyanu informasiya verəcəyi də danılmazdır. Onların yaradıcı fotoqrafik müdaxilədən sonra bütün mənalarda bir qədər də yeniləşəcəyi də duyulandır. Bundan sonra belə fotoqrafika nümunələrinin istifadə olunacagı reklam, plakat və dizayn məhsulunun onunla üzüzə, göz-gözə qalacaq tamaşaçıya qeyri-adi estetik zövq verəcəyi də şübhəsizdir.

Təbii ki, onların fotoqrafiya nümunəsindən estetik tutumlu fotoqrafika əsərinə çevrilməsi ona fotoşopla yaradıcı münasibətdən çox asılıdır. Heç şübhəsiz bu prosesdə foto həvəskarının müasir estetik tələblərə bələdçiliyi, onun zövqü, təsviri sənətin fotonu yeniləşdirə biləcək bədii – texniki məziyyətləri ilə tanışlıgı duyulası önəm kəsb edir. Bütün bu bilgi səviyyəsindən çıxış edərək studiyadan kənarda çəkilən natürmortu cəlbedici və təsirli fotoqrafika nümunəsinə döndərmək üçün havada görüntüyə alınan təsvirlər çox fərqli yerlik-fonda, materialın daşıyacagı ümumi məzmunun tutumuna uygun rənglə qovuşaqda-sintezdə də təqdim oluna bilər. Bütün bunların son nəticədə fotoqrafiyanı bir vaxtlar ünvanına söylənilən quruca “an yaşantı”sı anlamından çıxardıgı və bu gün onun duygulandırıcı bədii-estetik qaynaga çevrildiyi birmənalıdır...

ÇALIŞMALAR:

1. Müxtəlif meyvələrdən ibarət natürmortun çəkilişi və fotoqrafika yolu ilə işlənməsi; 2. İçərisi üzümlə dolu səbətlərdən ibarət natürmortun çəkilişi və fotoqrafik həllinin tapılması; 3. Qədim abidə fonunda mis qablardan ibarət natürmortun çəkilişi və fotoqrafika vasitəsilə işlənməsi; 4. Müxtəlif formalı gil qablardan ibarət natürmortun çəkiılişi və fotoqrafik həllinin tapılması; 5. Dekortaiv-tətbiqi sənət nümunələrindən ibarət natürmortun çəkilişi və fotoqrafika yolu ilə işlənməsi;

This article is from: