7 minute read

UŞAQ PORTRETLƏRININ ÇƏKILIŞI

Next Article
İNTERYER

İNTERYER

Fotoqrafiyanın çoxsaylı janrları arasında portretin özünəməxsus yer tutması danılmazdır. Əgər fotoqrafiyanı əsas peşə kimi seçənləri nəzərə almasaq, onda çoxlarının nəzərində möcüzələr yaratmaga qadir olan “dəmir cihaz”ın hər bir ailəyə ayaq açmasının kökündə müxtəlif ailədaxili tədbirlərin lentin yaddaşına əbədiləşdirilməsi istəyinin durdugu birmənalıdır. Bu gün mübaligəsiz olaraq demək olar ki, hər bir valideyn dünyaya gəlməsi ilə ona və yaxınlarına sonsuz sevinc bəxş edən körpənin demək olar ki, hər bir hərəkətini fotoaparatın vasitəsilə əbədiləşdirməyi özlərinin borcu bilirlər. Etiraf edək ki, dogrudan da vaxtında çəkilmiş bu şəkillər az sonra, xüsusilə də körpəliyi artıq arxada qalan və obrazlı desək, fotolarda özünü tanıyan uşaqlar üçün əvəzsiz xatirəyə çevrilirlər. Elə həyatlarının ahıl çaglarını yaşayanlar üçün də ailə albomunda yer alan belə şəkillər bəlkə də onların işıgı öləziməkdə olan ömürlərinə günlər, saatlar, dəqiqələr artıran mənəvi enerjiyə çevrilirlər. Bu yerdə deyək ki, rəssamlıgın özü də bu məqamda zamanı “dayandırmaq” gücündə olan fotoqrafiyadan gücsüz görünür. Belə ki, hər hansı rəssam əsərinin qarşılıgında fotoqrafiya nümunəsi “gerçəyin izi”ni bütün daşıdıgı təfərrüatları ilə yaşadan tarixi sənəd tutumundadır. Onun çoxaldılmasına imkan verən xüsusiyyətə malik olması da körpənin-uşagın bir kadrda əbədiləşən portretinin təsviri sənətdə geniş yayılmış estamp kimi kütləvi çapına, dost-tanış, qohum-əqrəba arasında yayılmasına şərait yaradır. Digər tərəfdən başlıca olaraq portretləri şəxsi adamların və ictimai təşkilatların sifarişi, bəzən də müəllifin həmin modelə maragı və yaxud baglılıgı qarşılıgında çəkən rəssamlardan fərqli olaraq foto portretlər fərdlərin fərqli istək və maragından yaranır. Buna baxmayaraq onların kimlərinsə müəyyən anını və yaxud ümumiləşdirilmiş obrazını yaşadılmasına, çox vaxt da təsvir olunanın xatirəsinin əbədiləşdirilməsinə yönəli yaradılması onları bütün mənalarda birləşdirir desək, yanılmarıq. Fotoqrafya nümunəsi ilə canlı müşahidə əsasında yaradılan portretlərin müqayisəsini bir qədər də davam

Advertisement

etdirsək, onda alınan son nəticənin təsviri sənət sahəsində gerçəkləşən portretin sona qədər modelə oxşamamasının çox vaxt sifarişçi ilə rəssam arasında mübahisə yaratdıgının qarşılıgında cəmiyyətdə təsviri uşaq portretlərinin çox az olması kifayət qədər görünəndir. Belə ki, bir qayda olaraq belə məqaqmlarda modelin oxşarlıgının əldə olunması yeganə meyar sayılır.

Etiraf edk ki, uşaqların təsvir olundugu belə portretləri yaratmaq dogrudan da çox çətindir. Digər tərəfdən biz daha əvvəlki dövrlərdə ən məşhur rəssamlar tərəfindən belə təsvirə alınanların fotolarının və özlərinin yoxlugu müqabilində bu gün gördüyümüz əsərlərdə oxşarlıgın hansı səviyyədə oldugunu söyləyə bilmirik.

Gəlin bir qədər uşaq şəkillərinin çəkilişindən danışaq və öncə etiraf edək ki, dogrudan da müxtəlif yaşlı insanlar arasında uşaqların lentə alınması o birilərindən daha böyük çətinlik törədir. Bunu müəyyən qədər onların şıltaqlıgı ilə əlaqələndirənlər yanılmırlar. Ancaq bu, problemin həlli mümkün olan məsələlərindən oldugundan, bizi daha çox uşaqların çəkilişinin düzgün və necə aparılması maraqlandırır... Bir tərəfdən uşaqları lentə almaq çox asandır, çünki, onlar təbii və səmimi, hərəkətlərində və təbəssümlərində cansıxıcılıqdan çox uzaqdırlar. Digər tərəfdən də bu işi görmək asan oldugu qədər də çətindir. Bu təzadı yaradan başlıca səbəb yuxarıda vurguladıgımız şıltaqlıq, obrazlı desək, fırfıra kimi fırlanmaları, gözlənilmədən arxalarını obyektivə çevirmələri, tez-tez hətta kadrdan çıxmalarıdır. Çox vaxt onların müəyyən pozada qalmaq istəməmələri də kifayət qədər rast gəlinən uşaq hərəkətıdır. Sirr deyil ki, həmin məqamda uşagı razı sala biləcək istənilən hərəkətlər etməklə, hədiyyələr verməklə, məzəli əhvalatlar söyləməklə onları bir yerdə birneçə dəqiqə tərpənməz oturmaga məcbur etmək sadəcə mümkün deyil. Bu cür uşaq davranışından

sonra bir qədər də pis işıqlandırılmış şəraitdə nəhayət çəkilən bir-neçə ugursuz kadra sonradan tamaşa edəndə bu dəfə artıq fotoqrafın çöhrəsində cansıxıcı təbəssümün yaranacagı birmənalıdır. Odur ki, uşaqları onların öz sevimli məşguliyyətləri ilə baş-başa qalanda çəkmək daha yaxşıdır. Emosiyaları aşıb-daşan uşaq belə anlarda heç kimə, o cümlədən də foto çəkilişlərini aparan adama fikir vermir...

Ancaq məsələyə klassik anlamda yanaşsaq, onda uşaq portretlərinin ugurlu alınmasına təsir göstərən amillərdən birinin düzgün çəkiliş nöqtəsinin seçilməsi oldugunu vurgulamaq lazımdır. Qənaətimizcə onları öz hündürlükləri və yeri gələndə bir qədər də aşagı nöqtədən çəkmək şəklin müvəffəqiyyətli alınmasını şərtləndirə bilər.

Bundan başqa təsviri sənət sahəsində belə portretlərin yaradılması uşaqdan uzun müddət, yəni, bir-neçə seans bir yerdə sakit oturmagı tələb etdiyindən onun ərsəyə gətirməsi rəssamdan duyulası səylər tələb edir. Etiraf edək ki, çox vaxt elə bu səbəbdən uşaq portretlərini naturadan yaratmaga meylli olmayıb, bəzən onun yaradılması məcburiyyəti qarşısında qalanda portretləri hazır fotodan işləməyə üstünlük verirlər.

Fotoqrafiyada isə əksinə, davamlı olaraq çəkilən çoxsaylı kadrlardan arzulanan, daha xoş gələn təsviri yekun variant kimi qəbul etmək mümkün olur və nəticə etibarilə bu foto uşagın üz cizgilərini bütün dəqiqliyi ilə ifadə edən qaynaga çevrilir. Bu portret birmənalı olaraq dəyişməz, mütləq və özəl oldugundan onu hər hansı üslub çərçivəsinə daxil etmək mümkün deyildir.

Bəs uşaq portretlərini hansı fotoaparatla çəkmək yaxşı nəticələr verə bilər? Bəzən belə portretlərin genişbucaqlı aparatla çəkilməsini məsləhət bilmilər. Yadda saxlamaq lazımdır ki, uzun fokusda təkcə təkcə işıgı güclü olan “portretçi”lərlə yox, eyni zamanda istənilən obyektivlə çəkmək olar. Mövcud şəraitdə nə ilə çəkməyiniz bir o qədər əhəmiyyətli deyil, önəmlisi həmişə aparata bərkidilmiş fotoqıgılcım olsa belə, işıqdan düzgün istifadə etməyi bacarmaqdır.

Fotoqıgılcımın modelin alnına düşməsindən qaçmagın gərəklilii də çox vaxt foto həvəskarına verilən tövsiyələrdəndir. Portret üçün yumşaq, səpələnmiş işıqdan istifadə önəmli sayılmaqla, gündüz işıgı altında şəklin çəkilməsi də məqsədəuygun sayılır. Mütəxəssislər tavana yönəldilmiş kənar fotoqıgılcımdan və yaxud işıq əks etdirənlərdən istifadənin də qənaətbəxş vasitə oldugu qənaətindədirlər. Bütün bu məsləhətlərin yararlıgını qəbul etməklə, normal uşaq portretlərinin şəxsi, yəni, lazımı texniki avadanlıqlarla təmin olunmuş studiyada çəkilişi arzulanandır.

Bu işə yeni başlayanlara xatırlatmaq istəyirik ki, bayırda günəşin işıgının güclü oldugu şəraitdə belə, modelin üzündəki dərin kölgələri işıqlandırmaq üçün fotoqıgılcımı işə salmaq lazımdır. Əgər işıqlandırma qənaətbəxşdirsə, onda fotoqıgılcımı söndürmək olar. Belə ki, o, həqiqətən də gündüz işıgını “öldürür” və son nəticədə təsvirin səthi alınmasını şərtləndirir. Fotoaparata bərkidilmiş fotoqıgılcım təbii olaraq bir qədər zəif olsa da, ondan da istifadə etməyi bacarmaq foto həvəskarından müəyyən səriştə tələb edir.

Fotoqrafiyada çoxdandır ki, “rakurs” anlamı deyilən bir bədii-texniki xüsusiyyət mövcuddur. Əlinə ilk dəfə fotoaparat alıb obyektivi böyük həvəslə çəkəcəyi maraqlı obyektə və yaxud modelə yönəldən həvəskar fotoqraf bir qayda olaraq seçdiyi çəkiliş nöqtəsinin fərqində olmur. Onun üçün həmin anda obyektivin qarşısındakı görüntünü tam əhatələməsi kifayət edir. Amma tədricən, bu sahədə səriştə əldə etdikcə onun öz səhvlərini dərk etməsi prosesi baş verir. O, fərqli rakurs seçməyin foto şəkilin ümumu görünüşünə, bədii məziyyətinə duyulası təsirini görür və onun yavaş-yavaş çəkdiyi kadrlarda birbirindən çox fərqli çəkiliş nöqtələrinə müraciət etdiyi müşahidə olunur.

Əvvəllər, fotoaparatların lentlə işlədiyi vaxtlarda bir nöqtəni bir-neçə dəfə çəkmək müəyyən qədər bir az da maddi itkiyə yol açırdısa, daha müasir tipli texnikanın tətbiq olundugu indiki dövrdə bir kadrı təkrar-təkrar çəkib, onların arasından ən yaxşısını seçmək bütün mənalarda ən münasib metodika sayılır. Bu rakurs rəngarəngliyini adamların ən müxtəlif yaş təbəqələrinə tətbiqi yaxşı nəticələr verir. Heç şübhəsiz burada da modelin əsl xarakterini aça biləcək nöqtənin tapılması həm də fotoqrafın dünyaya baxışının və zövqnün necəliyindən asılıdır. Yaşlı adamlardan bir qədər fərqli olaraq uşaq portretlərinin çəkilişində maraqlı rakurs axtarmaq son nəticənun uguruna az da olsa təminat verən yaradıcılıq üsullarındandır.

Bütün hallarda fotoqrafiya nümunəsinin cəlbediciliyinə səbəb olan xüsusiyyətlərdən biri də modelin hansı fonda-yerlikdə görüntüyə alınmasıdır.

Etiraf etmək lazımdır ki, çoxları bunun kadrın uguruna hansı dərəcədə mənfi təsir etdiyinin fərqində olmurlar. Üz cizgiləri arzulanan tutumda olan portretin ətrafında bəzən elə artıq və yersiz elementlərə rast gəlmək olur ki, onların kadrın ümumi keyfiyyətinə nə dərəcədə mənfi təsir göstərdiyi adi gözlə belə görünən olur. Sovet dönəmində artıq çəkilmiş belə qüsurlu portretlərdən mətbuatda istifadə zamanı həmin artıq detal redaksiyanın rəssamı tərəfindən retuş edilib ləgv olunardı. Müasir zamanda da buraxılan fotoqraf səhvini fotoşop aradan qaldırır.

Təəssüf ki, foto çəkiliş üçün əslində az önəm daşımayan fon-yerlik məsələsinə fotoqrafiya ilə məşgul olanlar bəzən ikinci dərəcəli məsələ kimi baxırlar. Özləri bir qayda olaraq bunu hiss etmədikləri halda, professiallar şəkilin bədiiliyinə zərər gətirən bu səriştəsizliyi dərhal hiss edirlər. Çünki, fonyerlik əslində modelin mahiyyətinə, məna-məzmun tutumuna ciddi yardım göstərə bilən amildir. Başqa sözlə desək, onun düzgün seçilməsi ilə həm modelin hamı üçün maraqlı görünəcək obrazını yaratmaq olar, əks halda onun hansısa sənəd üçün çəkilən şəkillərdən heç bir fərqi olmayacaqdır. Odur ki, fotoqraf onun üçün modelə çevrilən uşaqlara azçox bələd olmalı, onlarınn maraq dairəsini özü üçün müəyyənləşdirməlidir.

Adətən valideynlər üçün bu çətinlik törətmir və çəkilən fotoqrafiya nümunəsinin yaddaqalanlıgının bədii-psixoloji tərəfini müəyyənləşdirəndə məhz bu xüsusiyyətə də önəm verir. Bu mənada uşaqların onlar üçün xoşagələn olan divar kagızının fonunda və yaxud da sevimli oyuncaqla, şəkillərinə baxmaqdan usanmadıgı kitabla təqdimatı çox ugurlu olur.

Etiraf edək ki, həmin uşaqlar üçün unudulmaz uşaqlıq illərinin bir anını əbədiləşdirən belə fotolarda görüntüyə gətirilən belə yardımçı əşyalar çox-çox sonralar heç nə əvəz olunmayan çox əziz xatirəyə çevrilirlər. Odur ki, uşaq şəkillərinin ümumi kompozisiyasına həm fotonun maraqlı, həm də bədii tutumlunun dəyərlin olmasına xidmət edən atributlardan yeri gəldikcə istifadə etmək lazımdır.

Fototoşopun köməkliyi ilə ona edilən bədiitexniki müdaxilə sayəsində belə fotonu özündə həm də qrafik məziyyətləri yaşadan çox ugurlu uşaq portretinə çevirmək olur. Ona təsvirin həm də obrazlaşmasına xidmət edən fotoqrafika elementlərinin əlavə olunması ilə onu daha da bədiiləşdirmək, dəzgah və kompüter qrafikası və plakat nümunəsinə çevirmək mümkün olur.

ÇALIŞMALAR:

1. Körpənin şəklinin bələkdə çəkilişi və fotoqrafika üsulu ilə işlənməsi; 2. Əli oyuncaqlı körpənin şəklinin çəkilişi və fotoqrafika vasitəsilə hazırlanması; 3. Təbəssümlü uşaq şəklinin çəkilişi və fotoqrafika yolu ilə təqdim olunması; 4. Aglayan körpənin şəklinin çəkilişi və fotoqrafika vasitəsilə hazərlanması; 5. Kitab oxuyan uşagın şəklininn çəkilişi və fotoqrafika həllinin tapılması;

This article is from: