Fotoqrafika

Page 168

164|FOTOQRAFİKA

HƏRƏKƏT ÇƏKİLİŞİ Fotoqrafiya nümunələrinin daşıdıgı qeyri-adi bənzərsizliyin kökündə ilk növbədə onlardakı gözlənilməzliyin durdugu birmənalıdır. Bu gözlənilməzlik bəzən elə izaholunmaz səviyyədə olur ki, onları foto obyektivin bir göz qırpımında aparatın yaddaşına köçürə bilməsinin inandırıcılıgına tərəddüd etməli oluruq. Bunun kinematoqrafik və yaxud da fotomontaj yolu ilə əldə olundugunu düşünürük. Təbii ki, foto aparatın hamımıza çox gözlənilməz görünən bu “istedadı”nın nümayişi bilavasitə onu əlində saxlayan yaradıcı insanın incə və davamlı müşahidə qabiliyyətinin nəticəsidir. Rəssamlıqda hər bir əsərin yaradılması üçün müəyyən istedadın tələb olunması qarşılıgında, fotoqrafiyada bütün məsələni düyməni lazımı məqamda basmagı bacaran əlin və təbii ki, düşüncənin mövcudlugu tələb olunur. Necə deyərlər, professional fotoqraf bu işə yenicə başlayandan təkcə kamerasının keyfiyyətinə görə fərqlənmir. Başqa sözlə desək, bu dəfə də məşhur “Şəkili foto aparat yox, onu idarə edən çəkir” ifadəsini təkrar etməyə məcburuq... Təbii ki, fotoqrafiya sahəsində kifayət qədər səriştə toplayan fərdlərin yaradıcılıgında gözlənilməzliyi ilə heyrət doguran foto nümunələri az olmur. Onların arasında mövzu və janr müxtəlifliyinin mövcudlugu da təbiidir. Ancaq məsələyə professionalcasına yanaşsaq, onda onların arasında hərəkətli fotoların mövcudlugu və belə fotoların çəkilişində onun müəllifinin nümayiş etdirdiyi sənətkarlıgın onlara baxanda rəgbət hissi oyatması şübhəsiz və birmənalıdır. Belə ki, adi gözlə belə bu cür hərəkətli fotoların asanlıqla başa gəlmədiyi hiss olunandır. Dogrudan da insan gözü çox dəqiq və mürəkkəb əza-alətdir. Elə arzulanan gözəl və təbii fotonun çəkilməsi üçün də həm ətrafını, həm də bu gerçəklikdən obyektivin gözü ilə gərəkli olanı əxz etməyi bacaran və əbədiləşdirdiyi bu təkrarolunmaz anın tamaşaçı gözü ilə necə təhlil olunub- dəyərləndiriləcəyini dərindən duyan göz tələb olunur. Əgər desək ki, fotoqrafiya ətrafında baş tutan mükalimələrin əksəriyyətində “kadrın hərəkətliyi” mövzusu önəmli yer tutur, yəqin ki, yanılmarıq.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.