8 minute read

MAKRO ÇƏKILIŞ

Next Article
ƏDƏBIYYAT

ƏDƏBIYYAT

Bəzən müxtəlif sərgilərdə və yaxud da kitabjurnal səhifələrində elə fotoqrafiya nümunələrinə rast gəlirik ki, çox vaxt bilavasitə onların çəkilişi və təqdimatı hamıda duyulası təəccüb və maraq oyatmaqla yanaşı, həm də suallar dogurur. Dogrudan da belə şəkillərdə canlı və cansız aləmi təşkil edən insanlar və heyvanlar, meyvələr və gül-çiçəklər, agac yarpaqları və onların üzərindəki ugur böcəkləri, eləcə də müxtəlif formalı əşyalar və detallar elə dəqiq və qabarıq, daha dəqiq desək, həyatda adi gözlə görə bilmədiyimiz elə bir qabarıqlıqda təsvir olunublar ki, ürəyində onları ərsəyə gətirən foto ustasına yüksək sənətkarlıgına görə təşəkkür etməyə bilmirsən. Belə şəkillərin yaradıcıları ilə rastlaşanda da onlara verilən ilk sual da “Bu fotoları necə çəkmisiniz, nə üçün biz onları bu vaxta qədər görməmişik?” olur. Bu təbii sualın cavabı da ona müvafiq olaraq çox sadədir: Onu adi gözlə görmək sadəcə mümkün deyildir. Görünən xoş və cəlbedici görüntü də fotoqrafın ustalıgı ilə yanaşı, bu çəkilişdə istifadə olunan texnikanın imkanlarının nümayişinin nəticəsidir. Elmi ədəbiyyatda” makro çəkiliş” adlandırılan bu istiqamətin daşıdıgı və sərgilədiyi özəlliyin və gözəlliyin yaradıcısı da makro çəkilişdə istifadə olunan xüsusi obyektivlərdirlər.

Makrofotoqrafiya foto sənətində bəlkə də yeganə istiqamətdir ki, burada görülən bir çox işlər, bəlkə də demək olar ki, bütün işlər çəkiliş zamanı istifadə olunan texnikadan asılı olur. Heç şübhəsiz bütün hallarda oldugu kimi, burada da fərdin bədii duyum duyulası önəm kəsb edir. Bununla belə bu prosesdə yaxşı obyektivin öz işini foto çəkilişləri aparandan daha yaxşı yerinə yetirməsinin nəticəsidir ki, fotoqrafiyaya yenicə meyl etməyə başlayanlar məhz özlərini əvvəlcə makro çəkilişlərdə sınamaga üstünlük verirlər. Ona görə də bu prosesdə bilavasitə makroobyektivlərdən istifadə olunur. Həmin makroobyektivlər isə ilk növbədə üzətrində olan “macro” və yaxud “mikro” yazıları ilə başqalarından seçilirlər. Təbii ki, bu yazılar onların zahiri görünüşünə görə fərqləndirilməsindən daha çox, foto həvəskarına obyektə yönəltdiyi obyektivin

Advertisement

qarşısındakı gerçəkliyi daha yaxın məsafədən, daha qabarıq əks etdirməyə imkan verməsinə görə həkk olunub. Əgər belə obyektivi səciyyələndirən cədvələ nəzər yetirsək, onda müasir obyektivlərdə ən yaxın fokus məsafəsinin 35-38 sm təşkil etməsinin qarşılıgında, eyni məsafənin cəmisi 5 sm, bəzən isə daha az oldugunu görmək mümkündür. Bunun qarşılıgında görülən işin nəticəsinin obyektivə müvafiq olacagını nəzərə alsaq, onda belə obyektivlə çalışmagın bir çox hallsarda foto həvəskarına ugur gətirəcəyi birmənalıdır. Yeri gəlmişkən deyək ki, çəkilən kadrların üzərində əlavə iş görməmək üçün elə əvvəlcədən belə obyektivlərin daha yaxşısını almaq lazımdır. Bu yerdə onu da əlavə edək ki, bu obyektivlə işləmək foto həvəskarına nə qədər duygulandırıcı impuls versə də, fotoqrafiya ilə baglı işləri bilavasitə bu obyektivlə əlaqələndirmək metodiki və yaradıcılıq baxımından düzgün olmazdı.

Əlbəttə fokuslaşmanı tez həyata keçirən cihaza malik olmaq yaxşıdır, amma bu heç də məcburi deyil, onsuz da arı uçuşunu hətta çox cəld avtofokusla belə lentə köçürmək alınmayacaq və buna görə də prefokusdan və onun silsilə çəkilişləri həyata keçirməklə məqama tutmaq, gərəkli kadrı çəkmək funksiyasından istifadə etmək lazımdır. Açıq diafraqma bax burada ikili rol oynayır, yəni “böyük dəlik” şəkili pis işıqlandırmada belə çəkməyə imkan verir, amma makro üçün tələb olunan təsvir dəqiqliyi alınmır, ona görə də dəliyi onsuz da daraltmaqsıxmaq lazım gəlir. Hər halda bəzi hallarda makro çəkilişlər üçün səciyyəvi olan həddindən kiçik QRİP tipli obyektiv yaxşı nəticələr əldə etməyə imkan verir. Nəzərə alın ki, daha bahalı obyektiv modelləri ümumi təsvirin nisbətən “dumanlı” alınmasına səbəb olur. Başqa sözlə desək, dəqiqliyinə görə dəyərləndirilən makroya xas incə bədii-texniki məziyyətlər üzə çıxmır-görünmür. Bunu sonradan redaktə yolu ilə aradan qaldırmaq mümkün olsa da, ancaq nəticə əvvəlcədən nəzərdə tutulan kimi olmayacaqdır.

Ümumiyyətlə götürsək, makroobyektiv portret çəkmək üçün nəzərdə tutulan obyektiv kimi universal ola bilməz. Bədii-texniki xüsusiyyətlərinə görə hər ikisi dar çərçivədə istifadə üçün nəzərdə tutulmuşdur və buna müvafiq konstruksiya və keyfiyyətə malikdirlər. Ona görə də onlar yalnız bu məqsədlər üçün alınmalıdır.

Makro çəkilişin ugurunu təmin edən amillərin sırasına obyektivlə yanaşı görüntüyə alınan obyekti bərabər nurlandıra biləcək işıq mənbəyi də daxildir. Onun ən optimal variantı forma etibarilə bir qədər fərqli olan, görünüş etibarilə bir halqa üzərinə taxılmış olmaqla, bir çox işıq mənbəyindən əmələ gələn mexanizmdir. Onu da deyək ki, bir çox həvəskar fotoqraflar işlətdikləri işıq mənbələrinə lazımınca nəzarət etməzlər. Daha dəqiq desək, fotoaparatın düyməsini basdıqları an işıgın haradan düşməsinin fərqində olmurlar. Belələri unudur ki, başqa tip çəkilişlərdə oldugu kimi makro görüntülərin yaradılması prosesində də işıgın haradan düşməsi, əşyanın şəklinin keyfiyyətinə təsir edən önəmli məsələdir. Əgər hansısa bir həşəratın şəkili çəkiləcəksə işıgın sag və yaxud da sol tərəfdən 45 dərəcə altında düşməsi daha yaxşıdır. Belə bir şəraitdə aparılan çəkilişlərin nəticəsində işıgın yaradacagı kölgələrin həşəratın detallarını ortaya çıxarmaqla, bu hissəciklərin qabarıqlıgını şərtləndirəcəkdir. Eyni zamanda bu tip çəkilişlərdə əgər təbiətə gözəllik verən bir çiçəyin şəkilini çəkmək lazım gələrsə, onda mütləq tərs işıgın cazibə qüvvəsindən istifadə etməyə ehtiyac duyulur. Bu durumda diqqət yetiriləsi bir məqam həm ümumi görüntünün, həm də istənilən effektin alınmasını şərtləndirəcək dayanışın vaxtında aparılmasıdır.

Makro çəkilişlərin ugurunu təmin edə biləcək bədii-texniki vasitələr haqqında söhbətimizə yekun olaraq aşagıda adlarını vurgulayacagımızın bu prosesə müsbət təsir göstərəcəyini bildirmək istəyirik. Başqa sözlə desək, makro çəkilişlər hansı yardımçı vasitələrlə həyata keçirilir?

Mütəxəssislərin qənaətincə bu tip çəkilişlərdə adi obyektivlərə qovşaqda tətbiq olunan dörd fərqli yardımçı vasitədən istifadə olunur. Belə vasitələrin biri qabarıq filtirlərdir. Prosesə ugurlu təsir göstərən bu filtirlər zahiri görünüşünə görə incə kənarlı böyüdücülər hesab olunurlar. Ancaq onların satışda olanlarının çoxunun plastik əsaslı olması son nəticədə keyfiyyətə təsir göstərir. Başqa sözlə desək, bu çatışmazlıq özünü çəkilən fotoqrafiya nümunələrində dəqiqliyin az olmasında özünü göstərir. Elə bu səbəbdən də bu işdə əsası şüşə olan filtirlərə üstünlük vermək lazımdır. Bu filtirlərin əşyaya yaxınlaşma və onu daha qabarıq

təqdim etmək imkanı düşünülən qədər də yüksək deyildir. Filtirləri üst-üstə taxaraq yaxınlaşma şansını artırmaq mümkün olsa da, bunun da poza almaya ziyanı duyulandır. Ancaq bizim günlərdə itehsal olunan fotoqrafiya texnikası TTL sistemiylə təmin olundugndan obyetin-əşyanın çəkilişində onu çəkənin qaygısı müəyyən qədər azalmış kimidir. Bununla belə bu durumda obyetivin baglanma sürəti aşagı düşdüyü üçün ani çəkilişdən istifadə çətinləşir. Haqqında danışdıgımız çəkilişdə istifadə oluna biləcək digər yardımçı vasitə makro baglayıcılardır. Bu baglayıcılar fotoaparatın gövdəsi ilə obyektiv arasına yerləşdirərək dəqiqlik əldə etməni ona dogru yönəldirlər. Bunun nəticəsində əşyaya daha çox yaxınlaşsanız da aldıgınız dəqiqliyi itirməyəcəksiniz. Ancaq unutmayın ki, onların taxıldıgı obyektivlər standart olduqları üçün əşyanı nə qədər yaxınlaşdıra bilsə də, çəkiliş zamanı alınan fotoqrafiya nümunələrinin kəskinliyi-dəqiqliyi yüksək səviyyədə olmur. Bu baglayıcılar ümumilikdə üç hissəli formada istehsal olunur. Onların bir-birinə geydirilməsi ilə fotoqraflar əşyaya istənilən qədər yaxın olmaq şansə əldə etmiş olurlar. Mütəxəssislər bunlardan daha çox makro obyektivdən istifadəni məsləhət görürlər.

Yardımçı vasitələrdən biri də körük adlanır. O da yuxarıda şərh etdiyimiz baglayıcı kimi fotoaparatla obyektiv arasına taxılır. Onun baglandıgı metal mexanizmə yerləşdirilmiş düymə hərəkətə gətirilərkən körüyün boyu həm uzana, həm də qısala bilir. Uzunluq artdıqca əşyaya yaxınlaşmaq imkanları çoxalır. Çünki, bu mərhələdə obyektiv ilə sensorun arası açılmış olur. Bununla belə qeyd edək ki, çox yararlı olmasına baxmayaraq agır və yavaş işləyən bir yardımçı vasitədir. Prosesə lənglik bəxş etdiyindən fotoqraflar ondan az istifadə edirlər.

Əgər desək ki, əşyaların yaxından çəkilməsində, onların qabarıq, bütün dəqiqliyinə görə təqdim olunmasında makro obyektivlər əvəzsizdirlər, yəqin ki, həqiqəti söyləmiş olarıq. Başqa sözlə desək, yuxarıda formasını və funksiyasını təqdim etdiyimiz

yardımçı vasitələr olmadan çəkdiyiniz şəkilin yüksək dəqiqliyinə nail olmaq istəyirsinizsə, onda mütləq makro obyektivdən istifadə edin. Çünki, vurguladıgımız kimi, adlarını çəkdiyimiz yardımçı vasitələrin hamısının birlikdə verə biləcəyindən daha çoxunu məhz bu obyektivdən istifadə ilə almaq mümkündür. Çünki, bu obyektivlər bilavasitə əşyaları yaxından çəkmək üçün hazırlanmışdır. Əksinə, yardımçı vasitələrin qoşuldugu obyektivlər əsasən görüntüyə alınan obyektləri uzaqdan çəkmək üçün hazırlanmışlar. Odur ki, yeri gəlmişkən onu da deyək ki, makro obyektivlərdən istifadə etsəniz, onların dəqiqlik keyfiyyətinə ziyan gətirə bilərsiniz.

İndi isə makro çəkilişlərin mövzu və motivlərindən, obyektivin nələrə və haralara tuşlanmalı olmasından danışaq. Təbiətdə olan və insan əli ilə düzəldilmiş əşyaların arasından daha fərqli olanlarını seçib qabarıq təqdim etməklə makro çəkilişlərin əhəmiyyətini və daşıdıgı bədii-estetik özəllikləri əyani olaraq başqalarına çatdırmaq mümkündür. Bu prosesdə ölçü etibarilə bir-birinə yaxın olan kiçik ölçülü canlıları və əşyaları fərqli tutumlu işıga bələməklə cəlbedici foto təsvirlər əldə etmək olar. Bizi əhatə edən bəzi görüntüləri əmələ gətirən hissəciklərin belə makro çəkilişlə qabardılmasının tamaşaçını heyrətə salacaq bədii tutum alması da bu çəkilişin üstünlüklərini sərgiləyən amillərdəndir. Bu mənada yaşadıgınızın binanın zahirində görünən beton, mozaika, taxta, dəmir qapı, əl çantası, dəfələrlə rənglənmiş pəncərə, bagçanızdan boylanan çobanyastıgı, müxtəlif digər çiçəklər, böcəklər, kəpənəklər və hətta onların qanadlarındakı detallar başqalarına adi görünən, ancaq mikro çəkiliş üçün dəyərli obyektlər-qaynaqlardır desək, yanılmarıq.

Sizə yalnız fotoqrafiyanın texniki imkanlarından bacarıqla istifadənin hamıya duygulandıracaq hisslər

bəxş edən nəticələrindən, buna necə nail olmagın yollarından qısa da olsa söz açdıq. Əgər siz də bizim kimi həyatın mənasının bizə əhatə edən çox kiçik detallarda hifz olundugunu düşünənlərdənsinizsə, onda bu halda yuxarıda dilə gətirdiklərimiz gərəyiniz ola biləcək məlumatlardır. Bu söhbətdən sonra siz də, biz də əmin olduq ki, “makro” adlanan bu çəkiliş tipi özünün ən kiçik əşyaların və canlıların varlıqlarındakı gözəllik qaynaqlarını ictimailəşdirməkdə əvəzsisdir. Ona görə də belə çəkilişlərin həmişə gündəlikdə olacagı birmənalıdır...

Heç şübhəsiz makro çəkilişlər nəticəsində yaranan fotoların böyük praktiki əhəmiyyəti vardır. Belə ki, obyektlərin duyulası dərəcədə iri planda, aydın cizgilərlə çəkilişi onları səriştəli qrafik müdaxilədən sonra həyatımızın müxtəlif sahələrində ugurla istifadə oluna biləcək bədii materiala çevirir. Bəzən yeri gəldikdə həmin şəkillərin estetik tələbə uygun fonunun-yerliyinin dəyişdirilməsi də tələb olunur. Bu da heç şübhəsiz əlavə olundugu səthin bədii-estetik tutumunu daha da zənginləşdirməklə, onları bir qədər də cəlbedici və baxımlı edir. Gündəlik həyatımızda rast gəlinən ugurlu plakatlar, dizayn nümunələri, memarlıq layihələri və s. də dediklərimizin təsdiqidir. Bunu təbii ki, fotoşopun köməkliyi ilə həyata keçirmək mümkündür. Səriştəli qrafiklə iti gözə malik fotoqrafın birgə yaradıcılıgı sayəsində makro çəkilişlərlə ərsəyə gələn şəkilləri təsirli mənəvi qaynaga çevirmək mümkündür.

ÇALIŞMALAR:

1. Qızılgül qönçəsini çəkilişi və onun fotoqrafika ilə işlənməsi; 2. Arı uçuşunun çəkilişi və fotoqrafik yolla bədiiləşdirilməsi; 3. Əhəng daşının çəkilişi və fotoqrafika vasitəsilə işlənməsi; 4. Budaqda oturmuş quşun çəkilişi və fotoqrafik yolla bədiiləşdirilməsi; 5. Şəkilli kitab səhifəsinin çəkilişi və fotoqrafika ilə işlənməsi;

This article is from: