6 minute read

MƏNZƏRƏNIN ÇƏKILIŞI

Next Article
ƏDƏBIYYAT

ƏDƏBIYYAT

Əgər desək ki, əlinə fotoaparat alan hər kəs hər gün rastlaşdığı şəhər-kənd motivlərini, müxtəlif ölkələrə səyahət zamanı üz-üzə, göz-gözə qaldığı ürəkaçan mənzərələri lentin yaddaşına köçürmək istəyir desək, yəqin ki, həqiqəti ifadə etmiş olarıq. Bu mənada portret kimi mənzərə janrı da fotoqrafiyanın aparıcı sahələrindən sayılır. Yeri gəlmişkən deyək ki, dünyada fotoqrafiyanın əsasının qoyulmasını şərtləndirən ilk şəkil də məhz mənzərə janrında çəkilmişdir... 1826-cı ildə fransız Jozef Nepe arzuladığı təsviri almaq üçün pəncərə altlığının üzərinə qoyaraq içərisində xüsusi tərkibdə hazırlanmış plastinka yerləşdirilmiş kameranın üzünü qarşı tərəfə yönəltməklə günün bütün işıqlı müddəti ərzində çəkiliş apardı. Fotoqrafiya tarixində ilk mənzərə belə yarandı. Daha sonra (1939) fransuz rəssamı kəşf etdiyi “daqerotipiya” adlı kamera ilə J.Nepe ilə müqayisədə daha qısa müddətdə-cəmisi 15-30 dəqiqə ərzində obyektə baxışı həyata keçirməklə şəklin çəkilməsinin mümkünlüyünü nümayiş etdirdi. Bu səbəbdən də ondan məmuniyyətlə mənzərə çəkilişində istifadə etməyə başladılar. Məhz həmin 1939-cu il fotoqrafiya üsulu ilə ilk çəkilişin aparıldığı vaxt hesab olunur…

Ötən illərin tarixinə qiyabi qayıdışın həmişə maraqla qarşılanmasının qarşılığında biz də yenə sizi XIX əsrə qaytarmaq istəyirik. Beləliklə, 1830-cu illərdə britaniyalı ixtiraçı Uilyam Talbot kalotipiya prosesini yaradır, 1844-cü ildə isə ilk fotoşəkilli “The Pencil of Nature” (“Karandaş prirodı”) kitabını çap etdirir.

Advertisement

Obrazların və görməli yerlərin çox qısa zaman kəsiyində təsvirinin əldə olunması üçün texniki vasitənın kəşfindən sonra landşaftların təsvirinin yaradılması fotoqrafiyada çox geniş yayılmış motiv

oldu. Qeyd edək ki, mənzərələri müxtəlif – elmi, dekorativ, turist səfərlərindən xatirə, sənədli və publisistik, ən nəhayət, bədii məqsədlər üçün çəkirlər.

Mənzərənin çəkilişi zamanı FOTOQRAFİKAnın vəzifələri və onların həlli vasitələrini reallaşdırmaq üçün bu janrın ustaları örnək kimi mənzərə rəngkarlığında istifadə olunan bədii-estetik qaynaqları götürürlər. Bunlar bilavasitə kompozisiya və perspektiva qanunları, planların qurulması, rəng və işıqlandırmadan ibarətdir. Eyni zamanda fotoqrafiya üçün səciyyəvi olan çəkilişin qəfil aparılması, dinamiklik və şəkilin rakursu, nəticənin başlanğıc reallığa ən yaxınlığın (ətraflılıq və dəqiqlik) əldə olunması, alınan təsvirlərin (rəng ifadəsi,təzadlıq, fokuslaşdırma) texniki faktorlardan asılı olması amilləri də nəzərə alınır. ...Fotoqrafiya tarixində ilk mənzərə özündə şəhər damlarını əks etdirir. Bu mənzərə özündəki donuqluqdan ucalan möhtəşəmliyə və memarlıq obyektlərinin iri lokal plastik tutumlarını yaşatdığına görə uzun müddət digər mənzərə fotoları arasında aparıcı mövqe tutmuşdur.

Əgər memarlıq mənzərəsi dərhal fotoqrafiyada özünə layiqli yer aldısa, küləyin təsiri ilə “dillənən” yarpaqların işıq-kölgənin axarında kifayət qədər canlı görüntüsü belə arzulanan nəticəni vermədi. Odur ki, ötən illərin şəkillərində meşələr və çöllər daha çox ümumiləşdirilmiş formada təsvir olunardılar. Təbiətə bu cür baxış mənzərə motivlərində yalnız

müəyyən qədər ovqat ifadəsini göstərməyə imkan versə də, çəkiliş aparılan kameranın texniki imkanları fotoqrafa o vaxtlar həddindən artıq təfərrüatları göstərməyə imkan vermirdi. Mənzərə fotoqrafçılıgının estetikasındakı dinamiklik faktoru tədricən yaradıcılıq axtarışlarının yeni texniki həll imkanları ilə sıx əlaqəsində əhəmiyyət kəsb etməyə başlayırdı.

Müasir mərhələdə fotoqrafiya texnikasının inkişafı ilə yanaşı həm də mövcud estetik tələbat təbiəti olduğu kimi, daşıdığı bütün gözəllik formaları ilə canlandırmağa imkan yaradıb. Müxtəlif yaradıcılıq prinsiplərinin mövcudluğu təbiət mənzərələrini daha dəqiq - gül-çiçəyi, yarpağı və otu bütün incəliklərinə kimi göstərmək tendensiyalarının inkişafını şərtləndirib. Bu cür axtarışlarda rakursa, plan seçiminə, kompozisiyaya və rəng nəzəriyyəsinə duyulası diqqət yetirilir. Bütün bunların son nəticədə bizi əhatə edən təbiətdəki harmoniyanı bütün dolğunluğu ilə əks etdirməyə şərait yaratması danılmazdır. ..

Mənzərənin lentə köçürülməsi çoxlarına asan və sadə görünsə də, əslində bu janrda foto çəkmək bəlkə də başqa janrlara nisbətən daha çətindir. Belə ki, fotoaparatın obyektivini hər hansı şəhər və kənd görüntüsünə, memarlıq obyektinə və yaxud da mənzərə motivinə yönəltməklə iş bitmir. Belə ki, başqa janrlardan fərqli olaraq mənzərədə planlar və rəng çalarları kifayət qədərdir. Bu incə keçidlərin qarışdırılmaması, daşıdıqları incəliklərin oldugu kimi təqdimatı heç şübhəsiz foto həvəskarından istifadə etdiyi texnikaya bələdçiliyi, onun bədiitexniki imkanlarıı tətbiq etmək səriştəsi tələb edir.

Əlinə ilk dəfə fotoaparat alanların diqqətini ürəkaçan təbiət və şəhər görünüşlərinin cəlb etməsi yəqin ki, təbiidir. Doğrudan da adam belə mənzərələrə baxmaqdan usanmır və bu səbəbdən də çox vaxt insan duyğularını gözoxşayan belə panoram xarakterli motivləri fotokameranın yaddaşına köçürmıyə tələsir. Amma etiraf edək ki, panoram fotoların çəkilişi onu icra edəndən texnikaya bələdçiliklə yanaşı, incə duyum da tələb edir...

Çox hündür və alçaq tikililərdən, eləcə də böyük və kiçik ağacların bir-birinə çox yaxın düzülüşündən yaranan belə panoram görüntülər bəzən nə qədər cəlbedici olsalar da, çox vaxt reallıqda onların üst və alt tərəfləri boş olur. Əgər siz bu durumda arzuladığınız məkanı görüntüyə alsanız, o, nə qədər keyfiyyətlə çəkilsə də, bədii cəhətdən kasadlığı hiss olunacaqdır. Məhz həmin vurğuladığımız boşluq bunu şərtləndirəcəkdir. Odur ki, belə motivləri bir qədər təbiətin fərqli durumunda, məsələn, səmanın üzünü bulud topaları örtəndə çəksəniz, onun estetik tutumuna kifayət qədər duyğulandırıcılıq qatmış olarsınız. Belə motovlərin normal və uğurlu

çəkilişini həyata keçirmək üçün DSLR (Digital Single Lens Reflex-tək obyektivli dijital refleks fotoaparatı) və yaxud da digər kompakt digital fotoaparatlardan istifadə etmək olar.

Mənzərə haqqında söhbətimizi konkretləşdirmək məqsədilə sizinlə bir motivinn çəkilişində yaşananları bölüşmək istərdik. Bu fotoqrafların da həmişə diqqət mərkəzində olan günəşin batmasının görüntüyə alınması ilə baglıdır...

Əgər desək ki, həyatda qarşılaşdığımız təbiət motivləri arasında bizi ölçüyəgəlməz dərəcədə duyğulandıran günəşin döğulması və qüruba enməsidir, yəqin ki, yalan olmaz. Hər iki halda günəşin istisinin göyün üzündə yaratdığı qeyri-adi rəngləri çox vaxt ifadə etməkdə rəssam fırçası belə aciz olur. Odur ki, bu romantik məqamların ikisinin də kameranın yaddaşına köçürülməsi fotoqrafdan müəyyən səriştə tələb edir. Bəs günəşin batmasının cəlbedici çəkilişi üçün nə etmək lazımdır? İlk öncə bu tip fotolarda göy üzünün narıncı və qırmızı rənglərə bürünməsi görüntüsü təbii görünsə də, heç də təbii deyildir. Əslində bu tip görüntülər texniki baxımdan yanlış çəkilmiş fotolardır. Çünki, istifadə olunan gün işığı ağ dayanıqlıgının Kelvini 5500 (Kelvinişıgın rəng istiliyinin müəyyən riyazi hesablama ilə rəqəmsal dəyərlərə tətbiq edən ingilis alimi, 1 Kelvin-273 selsidir) ikən, günün batmasının təxmini Kelvin dərəcəsi 3200 həddində olur. Yəni, bu işiq bütünlükdə bir volfram qədərdir. Ancaq əldə olunan rəngin isti olması və insan beynində soyuq rənglərə rəğmən daha gözəl təsir buraxması, bu xətanı görməməyimizin nəticəsidir. Günəşin içərisində buludlar və şimal soyuğu varsa, o axşamkı qürubun çox dramatik tutumlu gün “enişi” olma ehtimalı yüksəkdir. Buna şimaldan əsən güclü küləyin də əlavə olunması qarşılığında, haradasa fərqli bir bulud topasının göy üzünü örtdüyü hər saniyədə günəşin qürubunun ürəkaçan mənzərəsi yaranır. Bir çox həvəskar və yaxud da professional fotoqraf çəkdikləri də bu tip gün batmasının yalnız “xəyalı” olar. Amma bu cür təsirli qürubu “tutmaq” hər zaman mümkün olmur. Yalnız həmişə fotokamera ilə gəzməklə belə anları gözdən qaçırmamaq, onu başqaları üçün də duygulandırıcı qaynağa döndərmək olar. Etiraf edək ki, indi istifadə olunan müasir texnologiyanın sayəsində, başqa sözlə desək, digital fotoaparatların

cibə yerləşəcək dərəcədə kiçilməsi qarşılığında həmişə onları yanınızda gəzdirə və istədiyiniz vaxt arzuladığınız məqamı görüntüyə ala bilərsiniz...

Yaddan çıxarmaq olmaz ki, ətrafda hər görünən fotoaparatın obyektivi üçün çəkiliş obyekti ola bilsə də, yaxşı foto üçün arzulanan motiv ola bilməz. Ona görə də mənzərə janrında çəkilən hər bir fotonun uğurunu ilk növbədə motiv-süjet seçimi şərtləndirir. Bu mənada obrazlı desək, motiv “ovu”na çıxan foto həvəskarı çox diqqətli olmalı, motivin və həm də çəkiliş nöqtəsinin, eləcə də rakursun maraqlı və gözlənilməz olmasına çalışmalıdır. Əgər fotoqrafiyada süjet seçimi gələcək uğurun yarısıdır desək, yəqin ki, həqiqəti ifadə etmiş olarıq. Bunun yüksək estetik tutumda təqdimatı, onun daha da bədiiləşdirilməsi çox vaxt elə naturadan canlı çəkilişin nəticəsində, bəzən də fotoşop proqramının müdaxiləsi ilə alınır. Müasir memarlıq tikililərinin interyerlərini, şəhərin küçə və meydanlarını bəzəyən reklam plakatlarında, çeşidli dizayn nümunələrində fotoqrafika nümunəsinin tətbiqi həmin yerlərə və təsvir səthinə yeni və özünəməxsus estetik dəyər verir desək, yanılmarıq...

Ən keyfiyyətli güzgülü kameralar üç ölçü sistemi ilə təhciz olunub: Soldan sağa, mərkəzləşmiş matrisalı (multisiqment) və nöqtəli.

ÇALIŞMALAR:

1. Ümumi şəhər mənzərəsinin çəkilişi və ona fotoqrafik tutum verilməsi; 2. Meşənin çəkilişi və fotoqrafik yolla reklam üçün işlənilməsi; 3. Çiçəkləmiş ağacların çəkilişi və intererdə tətbiq məqsədilə fotoqrafik təqdimatının hazırlanması; 4. Payız mənzərəsinin çəkilişi və dizayn nüməsində istifadəsinə imkan verən fotoqrafik görkəmə salınması; 5. Gecə mənzərəsinin çəkilişi və fotoqrafik

This article is from: