14 minute read

ÇƏKILIŞ ZAMANI KOMPOZISIYA SEÇIMI

Next Article
ƏDƏBIYYAT

ƏDƏBIYYAT

Əgər desək ki, incəsənətin bütün növlərində hər bir yaradıcının sənət “mən”ini ifadə edən və ən görünən hesab olunan bədii-estetik daşıyıcı onun təqdim etdiyi kompozisiyadır desək, həqiqəti ifadə etmiş olarıq. Taleyini sənətin ayrı-ayrı sahələri ilə baglayan kəslər bəzən peşənin bədii-texnoloji xüsusiyyətlərinə bütün incəliyinə kimi bələd olsalar da, bu sahədə topladıgı professional bilgiləri bütün mənalarda bitkin olan kompozisiyada ifadə etməkdə çətinlik çəkirlər. Bunun təbii ki, obyektiv və subyektiv səbəbləri vardır. Ancaq hər halda peşənin bütün bədii-texnoloji sirlərinə bələd olan bir sənət adamının özünü bitkin bir kompozisiyada ifadə edə bilməməsinə hamını qane edəcək cavab tapmaq dogrudan da çox çətindir. Hərtərəfli təhsil görmüş bir profesionalın çox vaxt yaxşı pedaqoq kimi tanınmasının, tələbələrinə sənətin əlifbasını ugurla öyrədə bilməsinin qarşılıgında, onun başqalarına nümunə olacaq özünüifadə nümunələri yarada bilməməsi, obrazlı desək, ”iz”siz dünyasını

Advertisement

dəyişməsində az da olsa axtardıgımız suala cavab vardır. Görünür belə adamların ətrafına və eləcə də tələbələrinə göstərə bildikləri sənətə olan həvəsinin üzərinə təhsil illərində qazandıgı vərdişlər toplusunun əlavə olunmasından başqa bir şey deyildir. Başqa sözlə desək, müşahidə etdiklərimiz belələrinə ömürlük yaratmaq qabiliyyəyinin verilməməsi nümunəsidir.

Kimlərəsə subyektiv görünə biləcək bu fikirlərimiz özünü sənətə, təbii ki, o cümləfdən də fotoqrafiyaya həsr etmiş insanlara ünvanlanıb. İndiki halda biz tövsiyə verdiyimiz kəslərin də hansının sadəcə “düymə basan”, kiminsə davamlı axtarışlarla başbaşa qalıb çəkdikləri kadrlarla başqalarını da heyrətlənməyə qadir fotoqraf olacagını bilmirik. Hər halda bütünlükdə fotoqrafiya barəsində, indiki halda isə kompozisiya barəsində dilə gətirdiklərimiz də həm böyük yaradıcı arzularla, həm də özünün və ailəsinin fotoqrafiya ehtiyacını ödəmək niyyəti ilə foto texnikaya baglanan insanlara müəyyən qədər bədii-texniki məsələlərdə yardımçı olmaq istəyindən irəli gəlir...

Kompozisiya əslində sənətə meylli hər bir insanın dünyaya baxışının bədii görüntüsüdür. Çəkilən hər kadrın başqalarında rəgbət və təqdir hissi oyatması da gördüyünüz işin dolayısı ugurlu nəticə verməsinin göstəricisidir. Əlbəttə ki, fotoaparatla ünsiyyətdə olan hər kəs belə kadrların sayının daha çox olmasını

arzulayır. Bunun üçünsə daima axtarışda olmagınız gərəklidir. Yalnız belə olan halda siz həm özünüzə, həm də başqalarına maraqlı görünə biləcək motivlər tapa, cəlbedici kadrlar çəkə bilərsiniz.

Bir həqiqətdir ki, ədəbiyyatda və incəsənətdə bəzi istisnaları nəzərə almasaq, mövzu dairəsi dəyişilməz qalmaqdadır. Başqa sözlə desək, uzun əsrlərdir ki, biz Allahın lütfü ilə yaradıcılıqla məşgul olan sələflərimizin bədii irsini qaynaq və ilham mənbəyi kimi qəbul etməklə, özümüz də bu irsi yeni-yeni nümunələrlə zənginləşdirməyə çalışırıq. Bəlkə də kimlərəsə bizim uzun illər ərzində eyni mövzuda yazılmış ədəbiyyat və sənət nümunələrini özümüzə mənəvi dayaq hesab etməyimiz qəribə görünə bilər və təbii olaraq “Yorulmamısınız?” sualının səslənməsini şərtləndirə bilər. Yox, yorulmamışıq! Ona görə ki, bizlər-dünyaya gələn hər yeni nəsil müasirlərimizin həmin əbədi mövzulara yeni və özünəməxsus münasibəti ilə qarşılaşmışıq. Başqa sözlə desək, mövzuya münasibət yeniləşib. Bunu heç şübhəsiz qədim sənət növlərindən xeyli gənc olan fotoqrafiyaya da aid etmək olar. Təbii ki, əgər onun bu günkü səviyyəsi XIX əsrdən başlayaraq davam edən ümumi mənzərədə yeknəsək görünsəydi, yəqin ki, çoxdan tarixin yaddaş saxlancına gömülmüş olardı. Bu mənada fotoqrafiyanın bu gün həyatımızın ayrılmaz hissısinı çevrilməsi heç şübhəsiz ilk növbədə bu sənət növünün əvvəlki sənədlilik missiyasına başqalarını duygulandıracaq bədiilik əlavə etməsidir. Etiraf edək ki, bu gün tez-tez rəssamlıq əsərləri ilə

müqayisə edilə biləcək fotoqrafiya nümunələrinə rast gəlirik. Mübaligəsiz demək olar ki, belə şəkillər bir daha “Fotoqrafiya həm də rəsmdir” deyiminin həqiqiliyini təsdiqləmişdir. Bu fotoların motivləri bizi əhatə edən gerçəklikdən götürülsə də və bəzilərində yalnız obyektivin görə bildikləri kagızın üzərinə çap olunsa da, çoxlarında insan zəkasının qüdrəti ilə kəşf olunan müxtəlif texniki vasitələrin köməyi ilə təsvirlərin bütün mənalarda daha da bədiiləşdirilməsinin şahidi olmaq mümkündür. Məhz fotoqrafiyanın tamaşaçısını maraqlı kompozisiyalarla, yeni-yeni ecazkar görüntülərlə heyrətləndirmək imkanlarının tükənməzliyindəndir ki, onun həmişə təravətli görünmək gücündə olan nümunələri bizi əhatə etməkdə, obrazlı desək, bu gün yaşananların izini bir bədii xatirə kimi gələcək nəsillərə ötürməkdədir...

Hər bir fotofrafiya nümunəsinin tamaşaçı duygularına hakim kəsilməsi heç şübhəsiz onun kompozisiya həllinin necə olmasından keçir. Bu “necə”lik özündə təbii ki, mövzu seçimini, bu mövzunun bədii təqdimatını, onun kadr həllini, çəkiliş nöqtəsinin və rakursun seçimini əhatə edir. Gəlin bir qədər əslində fotonun ümumi tutumunun dəyərini müəyyənləşdirəcək bu məziyyətlərin mahiyyətinə varmaga çalışaq...

Öncə deyək ki, fotoqrafiya nümunələrinin əksəriyyətində obyektin göz səviyyəsində çəkilişini görmək mümkündür. Belə ki, adətən biz bu hündürlükdən dünyaya baxırıq. Belə şəkillər tamaşaçı üçün adi və təbii görünəcək. Çəkiliş zamanı obyektə yuxarıdan baxış geniş sahəni əhatə etməyə imkan verir, məkan dərinliyini göstərməyə imkan verir. Aşagıdan baxış isə əksinə, süjetin dərinliyini və dinamikliyini ifadə etməyə imkan verir. Çəkiliş üçün aşagı nöqtə seçiləndə foto həvəskarları bir qədər diqqətli olmalıdırlar, belə ki, belə rakurslarda bir çox formalar təhrif olunur. İnsanın sifətinin və fiqurasının əksi başqalarına xoş gəlməyək tutumda, yəni qüsurlu ola bilər. Belə fotoları sevənlər də az deyil. Təbii ki, bu fərdlərin fotoqrafiyaya baxışından və şəxsi zövqündən irəli gələ bilir. Amma belə

rakursların idman və incəsənət tədbirlərində, xüsusilə də memarlıq abidələrinin görüntüyə alınmasında yeri əvəzsizdir. Dogrudan da aşagı rakurslardan çəkilən istər qədim, istərsə də müasir memarlıq tikililəri duyulası dərəcədə möhtəşəm və monumental baxılırlar.

Fotonun gözəl və təbii alınmasına nail olmaq üçün, fotoqraf ən azı sonradan tamaşaçının onu necə qəbul edəcəyini və gözüylə təhlil edəcəyini ehtimal etməlidir. Baxış bucagının genişliyinə baxmayaraq, tamaşaçı ətraf mühiti nəzərdən keçirərkən ona bir qədər ötəri nəzər salır, tədricən onu detallaşdırmaga başlayır. Göz ilk növbədə kontur xətlərini təhlil edir, sonra onun əyilmiş hissələrini daha dərindən öyrənir. Elə insanların foto üçün yapışıqlı olub-olmaması anlayışı da buradan qaynaqlanır. Bu mənada üz cizgiləri sərt-kəskin olan insanların şəkildə daha effektli baxılması buna yaxşı misaldır. Belə şəkillərlə təmasda olan tamaşaçı oradakı bütün cizgilərə, onların forma və əlamət daşıma xüsusiyyətlərinə baxmaqdan doymur desək, həqiqəti söyləmiş olarıq. Əksinə, üzün yumşaq cizgilər tamaşaçı baxışlarını onlardan tez uzaqlaşmaga məcbur edir, bunun qarşılıgında da modelə olan maraq dərhal itir. Təbii ki, fotoqrafiya nümunələrinin ölçüləri orijinaldan kiçikdirlər, ona görə də onlarda hifz olunan standart səhnələrin gözlə qəbulu və dəyərləndirilməsi bir qədər çətindir. Bir nöqtəyə zillənmiş tamaşaçı baxışları fotoqrafiyanı bütünlükdə əhatə etmək imkanındadır və bu da təbiidir. Ona görə də kompozisiyalara möhtəşəmlik bəxş etmək üçün, tamaşaçı baxəşlarını idarə etməyi də bacarmaq lazımdır.

Biz soldan saga və yuxarıdan aşagıya dogru oxumaga adət etmişik və qravitasiya da hərəkətin aşagıya dogru yönəlməsini təbii sayır. Bu görünənlərin qəbuluna böyük təsir göstırir. Əgər şəkildə eyni və yaxud bir-birinə bənzər əşyalar varsa, sılda yerləşən daha görünən olacaq. Şəklin yuxarı hissəsində yerləşən əşya aşagıdakına nisbətən agır görünəcək. Şaquli xətt eni uzunluqda olan üfüqi xəttdən uzun baxılacaq.

“Fotoqrafiya” yunanca “işıqla yazmaq” mənasını verir. Bu prosesin texniki xüsusiyyətlərini əks etdirir. Kompozisiya baxımından fotoqrafiyanın əsası xəttlərdir. Onlar rəng çalarları iklə birlikdə süjetin emosionallıgını və dinamikasını ifadə edir, tamaşaçını hiss etməyə və düşünməyə məcbur edir.

Obrazlı desək, güc xəttləri obyektlərin şəkildə yer alan konturlarıdır. Ag-qara şəkillərdə onlar daha güclü ifadə olunublar, belə ki, bizim baxışlarımız rəngli fotolarda oldugu kimi çoxsaylı rəngləri ilə diqqətimizi yayındırmırlar. Bədii fotoqrafiyada bu effektdən tez-tez istifadə olunur. Bu mənada professionalların məhz ag-qara şəkil çəkməyi yaddan çıxarmamaları təsadüfi deyil.

Həyatda daha çox üfüqi xətlərə rast gəlmək olur, bunu fotoqraflar unutmamalıdırlar. Təcrübəli fotoqraf xəttlərin köməyi ilə tamaşaçının baxışlarını şəklin vacib detallarına istiqamətləndirməklə onu idarə etmək gücündədir. Belə ki, xəttlərin müxtəlif tipləri şəkilə özünəməxsus emosional rəng qatmaq gücündədir. Çox vaxt bu şüuraltı səviyyədə təzahür

edir, ancaq siz özünüz də reallıqda xəttlərin təsir gücünün böyüklüyünə inanacaqsınız. Bu mənada düz xəttlərin fəallıgı və tezliyi ifadə etdiyini söyləmək lazımdır. Onların üfüqi yerləşmələri isə sakitliyi və müvazinət sabitliyini əks etdirir. Üfüq xətti buna ən yaxşı misaldır, belə ki, bundan yaxşı donuqluq əlaməti tapmaq sadıcə çətindir. Dogrudan da yüngülcə əyilmiş xəttlər süstlüyü yaxşı ifadə edir. Əksər su hövzələrinin sahili məhz belə görünür.

Çox əyilmiş xətt baxışı dayandırmaga məcbur edir və kompozisiyaya lənglik effekti aşılayır. Spiral isə gərginliyin və həyat enerjisinin daşıyıcısı kimi çıxış edir. Modelin “dolanmış” görünən tutumu spiralvari xətlərin hesabına duyulası dərəcədə effektli baxılırlar. Dalgalı xəttlərin şəkillərə ritm bəxş etməsi isə adi gözlə belə görünəndir. Əgər onlar paralel olmaları, kompozisiyaya dayanıqsızlıq və axıcılıq bəxş etməklə effektliyin daha da güclənməsinə səbəb olur. Çəkdikləriniz fotoları təhlil etməklə dediklərimizin həqiqiliyinə əmin ola bilərsiniz.

Kompozisiyada xətlərin təsir tutumu bir qayda olaraq tamaşaçı baxışlarını idarə etmık gücündə olur. Onlardan düşünülmüş istifadə səthi fotolarda belə həcmin ifadə olunmasına kömək edir. Uzaqda bir-birinə qovuşan paralel xətlər bu mənada perspektivanı çox gözəl göstərir. Əsərin ön planından başlayəb onun dərinliyinə dogru uzanan yolun təsviri isə kompozisiyaya sonsuzluq hissiyatı bəxş edir...

Çox vaxt fotoqrafiya nümunələrinin arzulanan səviyyədə olmaması, bir qədər ironuk səslənsə də, bizim iki, fotoaparatın isə bir “gözə” malik olması

səbəb olur. Bizim “üçölçülü” baxışımız çox asanlıqla modeli fondan ayırdıgı halda, səthi fotoqrafiyada onlar bir-birinə “qovuşmuş” halda, sanki, iç-içə olurlar. Buna ən yaxşı nümunə əşyaların modelin başında “bitmiş” kimi görünmələridir.

Heykəltəraşlar həmişə deyirlər ki, onların vəzifəsi daşı götürmək və onu “artıq” olanlardan azad etməkdir. Görəsən bu halda fotoqrafların nəyi əskikdir? Axı şəkildə də kənar və artıq əşyalar olmamalıdır. Bu halda modelin iri planda təqdimatı sizi həmin çatışmazlıqları aradan götürməyə imkan verər. Əgər bu metod həyata keçirilən deyilsə, artıq olanı çəkiliş obyektinin arxasında gizlətməyə çalışın və yaxud da mane olanları texniki imkanlarla –yumşaq fokusla “yumaga”, diqqəti şəklin əsas detallarına yönəltməyə nail olun. Yaddan çıxarmayan ki, bu prosesdə aparıcı “yük” diafraqmanın üzərinə düşür. Əl rejimi olmayan kameralarda onu əvəz edə biləcək, çəkilişin uguruna təminat verən diafraqmanın yeganə və tam açılışını şərtləndirən “portret” rejimi mövcuddur. Təəssüf ki, çəkiliş zamanı güzgüsüz kameralarda praktiki olaraq bu effekti müəyyən səbəblər üzündən görmək mümkün deyil.

Çəkiləcək kadrın ugurunu təmin etmək üçün digər yollar da tapmaq olar, bəzi hallarda bunu modelin fonunu dəyişdərməklə, onu daha fərqli yerlik qarşısında çəkməklə məqsədə çatmaq olar. Əgər çəkiliş açıq havada aparılırsa, onda fon-yerlik üçün görüntüyə xüsusi kolorit bəxş edə biləcək, oradakı ən gözəl görüntüdən-səmadan istifadə etmək olar. Kameranı aşagıda yerləşdirmək və diqqətlə izləmək lazımdır ki, rakurs modelin görkəmini təhrif etməsin.

Yaddan çıxarmaq olmaz ki, parlaq fonun şəkilin çox hissəsini tutması görüntünün ümumi tutumuna xələl gətirməklə, tamaşaçı diqqətini əsas obyektdən yayındırır. Odur ki, çalışmaq lazımdır ki, fon-yerlik görüntüyə alınanlarin cəlbediciliyinə, obyektin daşıdıgı məna-məzmun yükünün tamaşaçıya çatdırılmasına yalnız yardımçı olsun.

Hər hansı çəkilişin bədii-texniki məziyyətlərinin gerçəkləşməsində daha keyfiyyətli fotoaparatın rolunun danılmazlıgı qarşılıgında, demək lazımdır ugurlu kompozisiyanın yaranması isə bilavasitə fotoqrafın özünəməxsus görüm-duyumunun, dünyaya fərqli baxa bilmək bacarıgının mövcudlugu sayəsində yaranır. Odur ki, fotoqraf hər yerdə obrazlı desək, “ayıq” olmalı, ətrafında baş verən maraqlı və qeyri-adi hadisələri-motivləri görməyi bacarmalıdır...

Bütün bu çoxsaylı bədii-texniki məziyyətlərin ugurla reallaşması qarşılıgında yaranan kompozisiya bütövlüyü demək olar ki, fotoqrafiyanın yaranmasından bu günə kimi izlənilməkdədir. Hər dövrün özünəməxsus sənət estetikasının mövcudlugu qarşılıgında, fotoqrafiyanın da insan həyatına daxil olmuş bir bədii-texniki vasitə kimi əhatə etdiyi məkanda özünəməxsus iz qoydugu danılmazdır. “Hər bir sənətkarın öz dövrünün aynası olmalıdır” kimi məşhur deyimi fotoqrafiyaya tönəltsək, onda ag-qaranı davamlı axtarəşlardan

sonra sayagəlməz rənglər dünyası ilə əvəzləməyə bədii-texniki qüdrəti çatan fotoqrafiyada da cərəyanların yaranması qaçılmaz olmuşdur. Və dərhal da əlavə etmək lazımdır ki, təsviri sənətdə gerçəkləşən cərəyanlarən demək olar ki, hamısı foto sənətində yer almışdır.

Bu yerdə də bir vaxtlar dilə gətirilmiş “fotoqrafiya – rəsmdir” fikrini təkrarlamagımız da yox yerdən deyildir. Bu fikirdə bədxahlıq əlaməti olsa da, müəyyən həqiqətin də oldugunu etiraf etməliyik. Onu da deyək ki, bu deyim çox-çox sonralar, fotoqrafiyanın, xüsusilə də onun bədiiləşmiş rəngli nümunələrinin az qala rəssamlıga meydan oxudugu dövrdə yox, bilavasitə yarandıgı ilk vaxtlarda – XIX əsrdə ictimailəşib və uzun müddət mükalimə mövzusu olub. Görünür bu peşələrin daşıyıcıları arasında əqidə yaxınlıgının mövcudlugundandır ki, rəsmi Fransa mədəni məkanında top-tüfənglə qarşəlaşan impressionistlərin ilk sərgisi də məhz Parisdə - fotoqraf Nadarın atelyesində baş tutmuşdu. Elə dövrünün və sonrakı illərin fotoqrafiya ustalarının yaradıcılıgında impressionizmlə yanaşı, digər aparıcı cərəyanların–romantizmin, dadaizmin, sürrealizmin, simvolizmin, abstraksionizmin, kubizmin, futurizmin, pop-artın və digər məşhur sənət yönümlərinin yer alması da onların daima axtarışlarda oldugunu və talelərini həsr etdikləri peşəyə təkcə “çörək agacı” kimi baxmayıb, onu özünüifadə vasitəsi hesab etdiklərini təsdiqləyir...

Fotoqrafiyanın yarandıgı vaxtdan gündəlikdə olması və bəzi sənət növləri ilə rəqabətə girə bilməsinin kökündə isə onun bilavasitə özünəməxsus ifadə dilinə malik olması durur. Təbii “başqa dil”lə danışmaq fotoqrafiyaya bu qədər şöhrət gətirə bilməzdi. Bu dil əgər fotoqrafiyanın ag-qara, uzun müddət isə lap rəngli mərhələsində

bir qədər fərqli idisə, son dövrdə bu məkanda baş verən inqilabi dəyişikliklər isə yenidən əvvəllər deyilmiş “Fotoqrafiya-rəsmdir” fikrinin aktuallıgını şərtləndirmişdir. Elə indiki dövrdə bu istiqamətdə görülən işlərin çoxsaylı işlərin duyulası miqyasındandır ki, artıq “Fotoqrafika” adını qazanmış bu sahə təhsil ocaqlarında tədris olunmaqda, onun daşıdıgı bədii-estetik dəyərlər cəmiyyətə gərəkli bir mənəviyyat daşıyıcısı və qaynagı kimi təblig edilməkdədir...

Bu gün bizi əhatələyən gerçəklikdə tez-tez üzüzə, göz-gözə qaldıgımız fotoqrafika nümunələri özündə rəssamlıqla foto sənətinin vəhdətini - sintezini əks etdirir. Bu mənada onun yaradıcısı heç şübhəsiz bu sahələrin bədii vərdişlərinə, üstəlik də fotoqrafiyanın bu gün nəhayətsiz görünən texniki imkanlarına bələd olmalıdır. Dünyaya rəssam və fotoqraf baxışının özündə ənənə ilə müasirliyi birləşdirən bədii ifadəsi bizim günlərdə bir çox tərtibat-dizayn işlərində ugurla istifadə olunmaqdadır...

Aydın bir mətnin içində yer alan təsvirli fikir daşıyıcısı –fotoqrafiya elementi ifadə baxımından nə qədər fərqli bədii tutum alsa da, təfsir gücünə baxmayaraq cəlbedici və təsirli qəbul olunacaqdır. Bu fotoqrafiya nümunəsində qrafika elementinin daşıyıcısı ifadəli yazıdırsa, fərqli bir təqdimatdabədii şərhdə həmin fikrin daşıyıcısı rəmz də ola bilər. Bütünlükdə, bir qədər də önəmli mənaməzmunun həm də koduna çevrilən belə fotoqrafika nümunəsində inandırıcılıqla cəlbedicilk ugurlu qovşagını tapdıgından onunla təmasda olanlar üçün yeni baxılır.

Belə ki, bu cür təqdimatda bədiiləşən foto və qrafika elementləri görünənlərin adi ifadəsi olmayıb, yeniləşmiş tutumda və forma-biçimdədirlər.

Yaradıcı insanları yeni-yeni axtarışlara səsləyən onlarda gördüklərindən heyrətlənmək duygusunun mövcudlugudursa, indiki halda insanları cəlb edən də fotoqrafika nümunəsindən “boylanan” plakatın və yaxud reklam vasitəsinin aşıladıgı şox fərqli bədii auradır. Burada fotoqrafikanın əyani olaraq görünən dili texniki müdaxilənin nəticəsində gerçəkləşən bir qədər də kodlaşdırılmış təsvirdir. Başqa cür desək, fotoqrafika kimi əyani bədii-informasiya daşıyıcısının kodlaşmış dili cəmiyyətə ünvanlanan ismarıcın anlaşılması, onun üçün cəlbedici və düşündürücü qaynaga çevrilməsidir.

Bu mənada fotoqrafika ilə məşgul olan hər kəs təqdim etdiyi bədii-sənədli görüntünün özünün bu sahələrə nə qədər bələd olmasını ifadə etməklə yanaşı, həm də ictimailəşdirdiyi təsviri materialın qərarlaşdıgı məkanın estetik aurasına da müsbət təsir etmək gücündə olmalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, əslində sənətlərin sintezi olan fotoqrafika bu vaxta qədər mövcud olan reklam-dizayn vasitələrindən ilk növbədə özünün fikri ifadə və təqdimetmə formalarının yeniliyi və özünəməxsuslugu ilə seçilməlidir. Etiraf edək ki, insan psixologiyasının həmişə yeniliyə meylliyinin qarşılıgında bu çox önəmli amildir. Qənaətimizcə, “fotoqrafika dili”ndə nümunənin ifadəliliyinə və cəlbediciliyinə xidmət edən cizgilərə və qabarıqlıgı duyulan iri rəng sahələrinə-“ləkə”lərinə üstünlük verilməsi, bilavasitə onun vəzifəsindən irəli gələn yaradıcılıq məsələsidir.

Hər bir sənət növünün və onun çeşidli janrlarının tamaşaçısına təsirliyinin mayasında onun formabiçim formatının durması qarşılıgında, fotoqrafika nümunəsinin görünənliyini şərtləndirən təqdimat formasında buna xüsusi diqqət yetirilməlidir...

İncəsənətin bütün sahələrində, o cümlədən də təsviri sənətin çeşidli növlərində məna-məzmun daşıyıcısı kimi rəmz-işarələrdən istifadənin zəngin ənənəsi var. Qədim əcdadlarımızın xələflərinə yönəltdikləri fikirlərin ünvanına yetişməsi məhz belə işarə-rəmzlərin sayəsində baş tutmuşdur desək, yanılmarıq. Bu mənada müasir fotoqrafikada əslində bütün mənalarda çox tutumlu olan bəşəri və milli işarə-rəmzlərin bədii-fəlsəfi təsir gücündən fikrinideyanın ifadəsi məqsədilə tətbiqi çox ugurlu ola bilər.

Adında həm “foto”, həm də “qrafika” məfhumlarından istifadənın onun mahiyyətindən irəli gəlməsinin qarşılıgında, qənaətimizcə, bu sahədə daha çox bədii xislətli olan rəssamlıq elementlərilə yanaşı, foroqrafiya kadrlarından istifadənin də ümumi nəticəyə müsbət təsiri birmənalıdır. Həqiqətən də foto reallıgı ilə təsviri fantaziyanın bir səthdə qoşalaşmasının aşıladıgı estetik təsir gücü danılmazdır. Ona görə də bu sahədə çalışanlar foto ifadənin imkanlarını dəyərləndirməyi bacarmalıdırlar. Yeri gəlmişkən onu da deyək ki, fotoqrafikada hər iki sahənin ifadə tutumunda məcburi balanslaşdırmaya meyllənmək düzgün olmazdı. Elə kompozisiya ola bilər ki, orada foto, digər birində isə təsviri element - bədii şərh üstünlük təşkil etsin.

Təbii ki, əsas məqsəd fotoqrafika nümunəsinin cəlbediciliyinə və təsirliyinə nail olmaqdır. Bu mənada ola bilər ki, fotoqrafiya elementi çox kiçik, amma mənalı və düşündürücü olsun. Bunun əksi də, fotonun qabarıq, təsviri elementinsə yardımçı rolda təqdimatı da istisna deyil. Vurguladıgımız kimi, əsas və başlıca məqsəd kompozisiyada bu sənətlərin bədii-ideya vəhdətinə, bütünlükdə isə ətraf mühitə təsirinə nail olmaqdır...

Fotoqrafikanın ifadə dili barəsində verilən tövsiyələr ümumiləşdirilmiş mahiyyətli oldugundan onun tətbiqi bu sahənin bütün janrlarda yerinə yetirilən bütün işləri üçün yetərlidir.

Sonda deyək ki, fotoqrafika hansısa sənət cərəyanı çərçivəsində qalan sahə deyil. Onun başlıca məqsədi və vəzifəsi daşıdıgı ideyanı və fikri tutumundakı müxtəlifliyə və zənginliyə baxmayaraq tamaşaçısına çatdırmaqdır. Bu mənada onun ifadə tutumundakı rəngarənglik və nəhayətsizlik də məntiqli və başadüşüləndir.

ÇALIŞMALAR:

1. Müxtəlif meyvələrdən ibarət natürmortun dəniz fonunda çəkilişi və fotoqrafika yolu ilə fotoalbomda istifadə üçün hazırlanması; 2. Auditoriyada keçirilən dərs prosesinin çəkilişi və fotoqrafikanın müdaxiləsi ilə dərslikdə istifadə üçün hazırlanması; 3. Gipsdən hazırlanmış həndəsi cisimlərin studiyada rəngli fonda çəkilişi və fotoqrafika yolu ilə əyani vəsait üçün hazırlanması; 4. Meşənin payız mənzərəsini əks etdirən şəkilin çəkilməsi və fotoqrafika yolu ilə muzey ekspozisiyasında istifadəyə hazırlanması; 5. Novruz bayramı şənliklərindən fotonun çəkilişi və fotoqrafikanın müdaxiləsi ilə reklam lövhəsi üçün hazırlanması;

This article is from: