6 minute read

RƏNGLI FOTOŞƏKIL HAQQINDA

Next Article
ƏDƏBIYYAT

ƏDƏBIYYAT

Spektrin əsas şüalarının kəsişdiyi yerdə onların üst-üstə düşməsindən yeni rənglər yaranır (yuxarıda). Üç əsas – qırmızı, yaşıl və göy rənglərdən ikisinin qarışığından alınanlar əlavə rənglər adlanır. Bura tünd qırmızı, mavi və sarı rənglər (onları şəkildə görmək olar) aiddir. Bütün üç əsas şüaların eyni nisbətdə qarışdırılmasından ağ rəng yaranır. Sağdakı sxemdə ekrana düşən üç əsas işıq şüasının qarışdırılmasından nə alındığı göstərilmişdir. Ekranın yuxarısındakı qara zolağın altındaümumiyyətlə heç vaxt işiq düşməyən yerdə qırmızı, yaşıl və göy zolaqlar yerləşir. Bura onlar ayrı-ayrılıqda proyeksiyalandırılırlar. Sonra qırmızı şüa yaşılla qarışdırılır və sarı rəng alınır. Qırmızı və göy şüaların qarışığı tünd qırmızı, göylə yaşılın qarışığı isə mavi rəng əmələ gətirir.

Advertisement

Yunancadan tərcümədə “işıqla yazıram” mənasını verən “fotoqrafiya” termini XIX əsrdə cəmiyyətin ona olan marağının bir an belə azalmadıgı sənət növünə çevrilməklə hər birimizin həyatına daxil olmuşdur desək, yanılmarıq.

Yarandığı gündən daima yeniləşməyə meylli olan fotoqrafiya arxada qalan duyulası zaman kəsiyində bütün mənalarda zənginləşmişdir. Bu sahədə aparılan axtarışların son və maraqlı nəticəsi isə yaranışı onsuz da möcüzə sayılan ağ-qara fotonun yenisi ilə əvəzlənməsi olmuşdur. Uzun müddət ağ-qara fotoların estetik tutumunu özünə yeganə duyğulandırıcı qaynaq hesab edən fotoqrafiya sahəsinin mütəxəssisləri nəhayət hamıya obyektivin dünyaya baxışını rənglərlə ifadə etməyə qadir olduğunu da hamıya sərgilədi. Beləliklə, bu günə kimi öz bədii imkanları ilə insanlığı duyulandırmaqda davam edən rəngli foto yarandı...

Rəngli fotoqrafiya şəkli çəkilən obyektlərin daşıdıqları parlaqlığın və rəng müxtəlifliyinin müəyyən dəqiqliklə əksini köçürən, foto təsvirlərin alınmasını şərtləndirən üsulların birliyidir.

Bir vaxtlar bəzi bədxahları fotoqrafiyanı yalnız texniki vasitənin ifadəsi kimi təqdim edib, onu bu kontekstdə dəyərləndirməyə çalışsalar da, zamanın axarında çox qısa müddətdə nəzəri-təcrübi yeniliklərə tapınan və həm də fərqli özünüifadə vasitəsi kimi tanınan foto sənəti bu gün zəngin və özünəməxsus bədii-estetik tutumlu mənəvi qaynaq kimi qəbul olunmaqdadır.

Bu gün rəngli nümunələrlə müqayisə-də ağ-qara fotoları bu sahənin artıq arxada qalan yolu və bir daha ona qayıdışa ehtiyac olmadığını söyləyənlər heç şübhəsiz müəyyən mənada yanılırlar. Etiraf edək ki, bu gün rəngli foto kifayət qədər geniş yayılsa da, tez-tez yeni texnikanın ifadə edə bilmədiyi bədii effekti əldə etmək üçün fotoqrafiya sahəsində çalışan və davamlı olaraq yaradıcılıq axtarışları aparanlar çoxçalarlı təsvirləri monoxrom görüntüyə-

ağ-qaraya çevirirlər. Qənaətimizcə, onların hər birinin özünəməxsus özəllikləri olsa da, hər halda rəng və işıq keçidlərinin çox incəliklə əldə olunmasından əmələ gələn ağ-qara təsvirlərdə sonradan ümumi görüntünün bədiiləşdirilməsini şərtləndirən amillər heç də asanlıqla əldə olunmur. Bununla demək istəyirik ki, nə rəngli, nə də rəqəmsal fotoqrafiyanın yaranmasından sonra da ag-qara fotolar fotoqrafiyada öz bədii əhəmiyyətini itirməmişdir. Söhbətimizin əsas mövzusuna gəlincə isə məlumat üçün qeyd etmək lazımdır ki, fotoqrafiya tarixində ilk rəngli şəkillər təxminən XIX əsrin ortalarında çəkilmişdir. Tarixi mənbələr həmin fotonun 1861-ci ildə Ceyms Maksvell tərəfindən üçrəngli fotoqrafiya metodu (rəng bölgüsü metodu) ilə hazırlandığını bildirirlər.

Bu metodla rəngli şəkil almaq üçün rəngli işıq filtirləri (qırmızı, yaşıl və göy) yerləşdirilmiş üç foto kameradan istifadə olunmuşdur. Alınan şəkillər onların proyeksiyalandırılması zamanı (sonralar çap prosesində də) rəngli təsvirin alınmasına imkan verirdi.

Üçrəngli fotoqrafiya metodunun inkişafında ikinci önəmli addım 1873-cü ildə alman foto kimyaçısı German Vilhelm Fogelin sensibilizator, yəni gümüşü birləşmələrin müxtəlif uzunluqlu dalğaların şüalarına qarşı hissetmə qabliyyətini artırmağa imkan verən maddəni kəşf etməsi oldu. Fogel spektrin yaşıl sahəsinə həssas olan tərkibi aldə edə bildi.

Üçrəngli fotoqrafiyanın praktiki olaraq tətbiqi yalnız Fogelin tələbəsi, alman alimi Adolf Mite fotoplastinkanı spektrin digər sahələrinə həssalıq nümayiş etdirməyə imkan verən sensibilizatorları işləyib hazırladı. O, eyni zamanda üçrəngli çəkilişi həyata keçirməyə imkan verən foto kameranın konstruksiyasını və alınmış rəngli şəkilləri göstərmək üçün üçşüalı proyektor yaratdı. Bu qurğunun işlək imkanları ilk dəfə 1902-ci ildə Berlində Adolf Mite tərəfindən nümayiş etdirildi.

Sonralar üçrəngli fotoqrafiya metodunun daha da təkmilləşdirilməsinə Adolf Mitenin tələbəsi Sergey Prokudin-Qorski böyük töhfələr vermiş oldu. Onun hazırladığı texnologiya obyektə tuşlama müddətini azaltmağa, şəkılin çoxaldılması imkanlarını artırmağa imkan verdi. S.Prokudin-Qorski eyni zamanda 1905-ci ildə sensibilizatorun spektrin qırmızı-

narıncı hissəsinə həssaslığını kifayət qədər artıran bilavasitə özünə məxsus tərkibini hazırladı. Başqa sözlə desək, o, bu sahədə A.Miteni üstələmiş oldu.

XX əsrin əvvəllərindən başlayaraq rəngbölgüsü metodu ilə yanaşı rəngli fotoqrafiyanın digər prosesləri (metodları) fəal surətdə inkişaf etməyə başladı. Bunun əyani göstəricilərindən biri 1904-cü ildə yaradılan və 1907-ci ildə patent alan “Avtoxrom” adlı fotoplastinkaların sərbəst satışa çıxarılması oldu. Lümyer qardaşlarının istehsal etdikləri bu vasitə rəngli foto nümunələrinin asanlıqla əldə olunmasına imkan verirdi. Təsvirlər şüşə üzərində alındıgından onlara işıga tutmaqla baxmaq mümkün idi. Əlavə edək ki, avtoxrom plastinkalar gümüş duzu qarışdırılan və işığa həssas nazik qatla örtülərdi. Bu qatla şüşə arasında tərkibinə suda həll olunmuş narıncı, yaşıl və göy rənglərin hopdurulduğu tərkib- özünəməxsus işıq filtri yerləşərdi. Üçrəngli plastinkanı kasetə şüşə üzü obyektivə tərəf yerləşdirər, göstərər və dərmanda yuyardılar. Alınan təsvir diapozitiv şəklində olardı. Çoxsaylı çatışmazlıqlarına baxmayaraq (rənglərin tez bozarması,plastinlərin kövrəkliyi, təsvirlərin dənəvərli olması) bu metod tezliklə çox məşhurluq qazandı və 1935-ci ilə kimi 50 milyona qədər avtoxrom plastinlərin istehsalı da bunun göstəricisi sayıla bilər.

Bu texnologiyaya alternativ ola biləcək digərləri (Agfakolor,1932; Kodachrome,1935; Polaroid,1963) də elə 1930-cu illərdə yaradıldı.

Rəngli fotoqrafiya haqqında yuxarıdakı tarixi məlumata bələd olan foto həvəskarı bu sahədə ilkin səylərini ifadə etmək, tədricən bu ilkin həvəsi yaradıcılıq axtarışlarına yönəltmək üçün öncə digər addımları da atmalıdır. Təbii ki, bu ilk növbədə gerçəkliyə obyektivin gözü ilə baxışın necəliyini təmin edən foto aparatın seçimi ilə baglıdır. Bu barədə biz fototexikaya həsr olunmuş bölümdə geniş söhbət aparmaqla, praktikada lazımlı ola biləcək məsləhətləri verəcəyik. İndiki halda isə siz bu seçimi etmiş durumdasınız və bununla da rəngli foto çəkilişinə hazır vəziyyətdəsiniz...

Təbii ki, bu işin başlangıcında olanlar üçün ilk təcrübənin necəliyi, başqa sözlə desək, nəticəsi duyulası önəm kəsb edir. Odur ki, fotoaparatı hər hansı obyektə yönəltməzdən əvvəl süjet seçiminə diqqət yetirməli, rəngləri daha aydın görünən motivlər və əşyalar seçməlisiniz. Əks halda, özünüzü ugursuzluqda günahlandıra, həvəsdən sala da bilərsiniz. İlk vaxtlarda bu seçimin ugurlu, çox vaxt da düzgün olmadığına şahidlik etməyinizi də bir qədər təbii

qarşılamaq lazımdır. Amma hər dəfə əlinizə ən bahalı fotoaparatı belə alanda siz unutmamalısınız ki, şəkili aparat yox, cihazın sahibi - fotoqraf çəkir.

Unutmaq olmaz ki, bu sahədə uğur əldə etməyin ən asan, lakin qaçılmaz yolu fotoqrafın gördüklərini dərindən duymasından keçir. Bunu da ilk növbədə süjet seçimi və düzgün çəkiliş nöqtəsininrakursun tapılması şərtləndirir. Görünür bu mənada rəssamlara yönəli söylənilmiş “Hamı baxır, amma hamı görmür” deyiminin fotoqrafiya sahəsində çalışanlara aid edilməsini də vəziyyətin düzgün dəyərləndirilməsi kimi qəbul etmək lazımdır. Elə sonralar foto sənətində baş verən bədii-texniki durumu tədqiq edənlərin söylədikləri “Fotoqrafiyanın dili rəsmin dilidir” fikrinin də eyni estetik qaynaqdan faydalandığını sərgiləyir. Rəssamın fırça, fotoqrafın isə aparatla yaratdığında eyni bədii-estetik tutumun yer almasına çalışması danılmazdır. Belə ki, hər ikisi

yaratdığının son nəticədə özündə işıq-kölgəni, aydınlığı-qaranlığı, düzgün rakursu, məntiqli məqamı, perspektivi, tarazlığı və s. əks etdirən kompozisiya olmasına səy göstərirlər. Təbii ki, hər rəssam işi uğurlu olmadığı kimi, hər kadr da obyektin cəlbedici bədiiləşmiş görüntüsü sayılmır. Düzdür, müasir şəraitdə yeni texniki vasitələrin müdaxiləsi ilə bəzən çox uğursuz alınan foto şəkli belə tanınmaz dərəcədə yeniləşdirmək də olur. Amma səriştəli mütəxəssis, bəzən də tamaşaçı bu uğurlu kadrın təbii-birbaşa yox, süni-“fotoşop” vasitəsilə alındığını görür və bu da heç şübhəsiz, bütünlükdə, onun ümumi dəyərləndirməsinə duyulası təsir göstərir. Heç şübhəsiz bu da müəyyən ustalığın nümayişidir, amma fotoqraf bunu kənar müdaxilə olmadan əldə edirsə onun bədii dəyəri daha yüksək olur...

ÇALIŞMALAR:

1. Açıq havada portretin çəkilişi və fotoqrafika yolu ilə işlənməsi; 2. Meyvələrdən ibarət natürmortun otaq şəraitində çəkilişi və fotoqrafik həllinin tapılması; 3. Memarlıq tikilisinin günün müxtəlif vaxtlarında çəkilişi və fotoqrafika yolu ilə işlənməsi; 4. Dəniz və yaxud çay mənzərəsinin çəkilişi və fotoqrafik həllinin tapılması; 5. Yaşıllıqlardan ibarət mənzərənin çəkilişi və fotoqrafika yolu ilə işlənməsi;

This article is from: